Məhkəmə qərarları › İş №1(101)-239/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-239/2025

23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-239/2025 23.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X8 və X6, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 13 avqust 1973-cü il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 02 (iki) azyaşlı, 01 (bir) yetkinlik yaşına çatmayan uşağı olan, "xxxx" ASC-də müşavir və "xxxx" QSC-də “İnformasiya texnologiyaları” departamentinin müdiri vəzifəsində işləmiş, məhkumluğu olmayan, Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, ev 13, mənzil 16 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 23 yanvar 2025-ci il tarixdə, saat 14:00-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 25,420 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 13 dekabr 2023-cü il tarixdə saat 07:25-də ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə dəvət olunmuş və orada həmin gün saat 08:40-dan etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki idman gödəkçəsinin sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd bükümdə külli miqdarda 25,420 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi və ya CM) 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 13 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində saxlanılmışdır. Cinayət işinin materiallarında saxlanılarkən onun fərdi əməklə məşğul olduğu göstərilsə də, əslində o, "xxxx" QSC-də informasiya texnologiyaları departamentinin müdiri vəzifəsində işləmişdir. O, 10 dekabr 2023-cü il tarixdə, saat 12 radələrində 9 yaşlı oğlu Mehdi ilə idmandan qayıdarkən 3 nəfər mülki geyimli şəxs yaxınlaşıb ondan söz soruşacaqlarını bildirərək kənara çəkdikdən sonra həmin şəxslər ona polis əməkdaşları olduqlarını demiş və zorla onun qolundan tutub avtomobilə əyləşdirmişlər. Avtomobilə əyləşdirilən kimi üzərindəki mobil telefonu təqdim etməsi ondan tələb edildiyindən, o, mobil telefonunu həmin şəxslərə təqdim etmişdir. O, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə aparıldıqdan sonra orada xidməti otaqlardan birində saat 17:00-dək xx.xx.2023-cü il tarixdə harada olması, nə iş görməsi barədə suallar verildikdə, ona polis əməkdaşlarına etirazını bildirmiş, təxminən saat 17:00 radələrində polis əməkdaşları getməsinə icazə verib polis bölməsinin növbətçi hissəsindən mobil telefonunu götürə biləcəyini söyləmişlər. O, baş verənlərlə əlaqədar tanışı, vəkil Anar Ramazanova dedikdə, sonuncu ona Daxili İşlər Nazirliyinin “102 Xidməti Zəng Mərkəzi”-nə zəng edib şikayət etməsini məsləhət görmüşdür. Bundan sonra o, “102 Xidməti Zəng Mərkəzi”-nə zəng edib şikayətini bildirmiş, daha sonra isə daxili işlər nazirinə elektron qaydada müraciət etmişdir. 13 dekabr 2023-cü il tarixdə, saat 07:25 radələrində o, Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində yerləşən “Newmed” klinikasına həkim müayinəsi üçün getmiş, həmin klinikanın qarşısında olarkən 1 nəfər iri cüssəli mülki geyimdə olan şəxs ona yaxınlaşıb sinəsindən yumruqla vuraraq özünə tərəf sıxıb onu yuxarı qaldırmış, daha sonra 3 nəfər başqa şəxs yaxınlaşıb onu zorla avtomobilə əyləşdirərək Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə aparmışlar. Sinəsinə vuran iri cüssəli mülki geyimli şəxs cibinə nə isə qoymuş, o, həmin şeyi çıxarmaq istədikdə “Çıxarma, sənin üçün pis olar, elə etmə ki, bunu sənin ailə üzvlərinin cibindən çıxaraq” deyilmiş, daha sonra xidməti otaqlardan birinə aparılaraq orada onunla söhbət aparılmış və ailə üzvləri ilə hədələnmişdir. Təxminən 2-3 saat sonra cibinə qoyduqları bükümü çıxarması tələb edildiyindən, o, həmin bükümü çıxardıqda içərisindəki maddə masanın üzərinə dağılmış, bu vaxt əməliyyatçılardan biri digərinin üzərinə qışqırıb “niyə bunu pis bağlamısınız?” deyə soruşmuşdur. Yapışqan lentlə həmin büküm yenidən bağlandıqdan sonra polis əməkdaşları həmin bükümü onun gödəkcəsinin cibinə qoyub ona videoçəkilişdə içərisində həmin narkotik tərkibli maddə olan bükümü çıxarmadığı təqdirdə, hal şahidlərinin iştirakı ilə bunu edəcəklərini söyləmişdir. Videoçəkiliş 2 dəfə aparılmış, ilk dəfə videoçəkiliş aparıldıqdan sonra o, təqdim edilmiş zərfin əvvəlcə onun, daha sonra polis əməkdaşlarının imzalamalı olduğu sonunculara söylədikdə, polis əməkdaşlarından biri ona videonu korladığını demiş, yenidən videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Həmin videoçəkilişə baxdıqda ona hansı formada psixoloji təzyiqlərə məruz qalmasını görmək mümkündür. Polis əməkdaşları onun gözündəki eynəyi aldıqları üçün o, təqdim edilən sənədlərin heç birini oxuya bilməmiş və polis əməkdaşları məcburi şəkildə ona təqdim etdikləri sənədləri imzalatmışlar. Bütün bunlar baş verərkən dövlət büdcəsinin vəsaiti hesabına ona təqdim olunan vəkil orada olmuş və həmin vəkil ona adekvat hüquqi yardım göstərməmişdir. O Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldıqdan sonra orada baş verənlərin hamısını müstəntiqə danışmışdır. O, dediklərini müstəntiqin qeyd etdiyini düşünmüş, həmin vaxt dövlət büdcəsinin vəsaiti hesabına ona təyin edilən vəkil orada olmamışdır. Polis əməkdaşları ona 1 ədəd stəkanda çay verdikdən sonra o, çayına nə isə qatıldığını hiss etmiş, gecə vaxtı 3-4 dəfə onu üşütmə tutmuş, 7-8 dəfə sanitar qovşağından istifadə etmək məcburiyyətində qalmışdır. Analiz vermək üçün aparıldıqda onda narkotik tərkibli maddə aşkarlandığı ona söylənilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs polis əməkdaşlarının saxlanıldığı tarixdə, yəni 13 dekabr 2023-cü il tarixdə onu izlədiklərini, 2-3 il ildən bəri davamlı şəkildə hər gün səhər saatlarında eyni vaxtda evdən çıxıb idmana getdiyini, avtomobili park etdiyi yerdən çıxarıb şlaqbaumu açıb keçdikdən sonra 4 nəfər şəxsin onu izlədiyini hiss etdiyini, həmin şəxslərdən birinin ona yaxınlaşıb sinəsinə yumruqla vurduğunu, daha sonra isə 3 nəfər şəxsin ona yaxınlaşdığını, zorla avtomobilə əyləşdirilib 20-ci Polis Şöbəsinə aparıldığını, hava şəraitinin normal olduğunu, yağışın yağmadığını, polis şöbəsində təxminən 2-3 saat saxlanıldıqdan sonra ailəsi ilə təhdid edildiyini, polis əməkdaşları onu narkotik tərkibli maddəni videoçəkilişlə nümayiş etdirməyə məcbur etdikdən sonra onun üçün çağırılmış vəkili gördüyünü, polis əməkdaşlarının ona öz vəkilini dəvət etməsinə icazə vermədiklərini, "xxxx" ASC-yə məxsus olan üzərindəki plastik kartda 9800 manata yaxın, bundan əlavə cibində 68 manat nağd pulunun olduğunu, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olan 5 vəkil ilə tanışlıq münasibətində olduğundan, həmin şəxslərlə əlaqə saxlayıb hüquqlarının müdafiə edilməsini xahiş edə biləcəyini, lakin əvvəlcə də dediyi kimi polis əməkdaşlarının üzərinə şəxsi axtarış və baxış keçirilərkən orada 4 nəfər polis əməkdaşının, vəkil və özünün iştirak etdiyini, polis əməkdaşlarından birinin təhqiqatçı Nəcəf Aburşu, digər üçünün isə əməliyyatçılar Şahid1, Şahid2 və onu ilk dəfə saxlayarkən sinəsindən yumruqla vuran əməliyyatçının olduğunu, lakin müstəntiqin həmin şəxsin adını şahidlər siyahısına yazmadığını, ilk dəfə saxlanılarkən sinəsindən yumruqla vuran əməliyyatçının əlinin üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin protokoluna dair videoçəkilişdə göründüyünü, üzərinə keçirilmiş şəxsi axtarış və götürməyə dair videoçəkilişin 2 dəfə həyata keçirildiyini, ilk dəfə narkotik tərkibli maddəni çıxardıqdan sonra təhqiqatçının həmin bükümü şəffaf böyük yapışqan lentlə yenidən bağlayaraq ona verib “artıq bunu cibindən yox, üzərində olan dəri gödəkçənin cibindən çıxararaq təqdim elə” dediyini, saxlanıldıqdan sonra ona hüquq və vəzifələrinin izah edilmədiyini, hüquq və vəzifələrinə dair bildirişin ona təqdim olunmadığını, ümumiyyətlə bütün zəruri müdafiə hüquqlarının kobud şəkildə pozulduğunu, Nərimanov Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmə iclasında hakimə ona qarşı təzyiqlərin olduğunu, aşkar edilmiş narkotik tərkibli maddənin özünə məxsus olmadığını desə də, həmin məhkəmə iclasında dediklərinə heç kimin əhəmiyyət vermədiyini, hətta vəkilinin də bu barədə ondan heç nə soruşmadığını, saxlanıldığı ilk gündən bütün fundamental hüquqlarının pozulduğunu, ailə üzvləri ilə əlaqə saxlaya bilmədiyini, ailə üzvlərinin onu “102 Xidməti-Zəng Mərkəzi”-nə zəng edib axtardığını, barəsində seçilmiş həbs qətimkan tədbiri haqqında məhkəmənin qərarının ona təqdim edilmədiyini, dövlət hesabına təyin edilən vəkilin ona göstərdiyi hüquqi xidmətdən razı qalmadığını, həmin vəkil barəsində şikayət etdiyini, həmin vəkil barəsində Vəkillər Kollegiyasında intizam icraatının başlanması barədə təxmini məlumatının olduğunu, ümumilikdə təxminən 5 saata yaxın müddətdə 20-ci Polis şöbəsində saxlanıldığını, polis əməkdaşlarının onu saxlayan kimi mobil telefonunu əlindən aldıqlarını, 10 dekabr 2023-cü il tarixdə mobil telefonunun Daxili İşlər Nazirliyinin yaxınlığında olan “Köhnə pir” mobil rabitə stansiyasının yaxınlığında olarkən özünün 22-ci Polis şöbəsində olduğunu, saxlanıldığı tarixdə və sonralar Daxili İşlər Nazirliyinin inzibati binasının yaxınlığında olmadığını bildirdi. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə- Cinayət-Prosessual Məcəlləsi və ya CPM) 327.1.3-cü maddəsinə əsasən, elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli həmin ifadəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 13 dekabr 2023-cü il tarixdə saat 07:25 radələrində Bakı şəhəri, Nərimanov rayonunda piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Burada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman ona üzərində qanunla qadağan olunmuş əşya, maddə və narkotik vasitə qalıqları olduğu halda təqdim etməsi təklif olunduqdan sonra o, əynindəki qara rəngli idman gödəkçəsinin sol yan cibindən bir ədəd bükümdə ağ rəngli psixotrop maddə metamfetamini təqdim etmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki idman gödəkçəsinin sağ yan cibindən bir ədəd “İphone” markalı mobil telefon, 68 manat pul, sürücülük vəsiqəsi, bir ədəd “Bakı kart”, bir ədəd bank kartı, üç ədəd açar və əynindəki qara rəngli dəri gödəkçənin sağ yan cibindən bir ədəd eynək aşkar olunmuşdur. Ardınca metamfetamin qablaşdırılmış, imzalandıqdan sonra götürülmüşdür. Bir ədəd “İphone” markalı mobil telefon, sürücülük vəsiqəsi, bank kartı götürülmüş, pul və digər əşyalar ona geri qaytarılmışdır. Verilən suallara cavab olaraq, o, üzərindən aşkar olunmuş metamfetamini Nəsimi rayonunda yerdən taparaq maraqlı olduğu üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı sonradan ifadəsini dəyişərək xx.xx.2024-cü il tarixli ifadəsində göstərmişdir ki, elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, çünki üzərində heç bir psixotrop maddə olmamışdır. O, heç vaxt psixotrop maddə satmamış, satış məqsədilə ilə psixotrop maddə əldə edib daşımamış və heç vaxt qəbul etməmişdir. xx.xx.2023-cü il tarixdə, saat 07 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində yerləşən “Newmed” klinikasının qarşısında həkim müayinəsinə gedən zaman bir nəfər mülki geyimdə olan tanımadığı şəxs ona yaxınlaşıb yumruqla sinə nahiyəsindən vurub onu qucaqlayaraq özünə sıxıb saxladıqdan sonra yuxarı qaldırmış, bundan sonra 3 nəfər şəxs yaxınlaşıb onu “Opel” markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilə zorla əyləşdirmişlər. Əlavə olaraq bir nəfər şəxs sükan arxasında əyləşmişdir. Həmin şəxslər onu Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə gətirmiş, şöbənin həyətində həmin polislərdən biri bir bükümü onun əynindəki idman şalvarının sol cibinə qoyub demişdir ki “sənlikdir”. O, çıxartmaq istədikdə, həmin şəxs ona “çıxartsan, pis olacaq” söyləmişdir. Daha sonra şöbənin otaqlarından birinə qalmış, orada həmin 4 nəfər ona cibində olan maddənin narkotik olduğunu, həmin narkotikin özünə məxsus olduğunu etiraf etməsini tələb edib razılaşmazsa, yəni əks halda evinə, arvadının üstünə qoyacaqlarını demişlər. Ardınca həmin polis sağ qolu və kürəyindən yumruqla vurub videoçəkilişlə aparılan axtarış zamanı deyilənləri söyləməli olduğunu bildirmiş, yəni o, narkotikin özünə məxsus olduğunu, bir gün əvvəl yerdən tapdığını deməli olmuşdur. Polislərdən biri ona cibindən çıxartmasını dediyindən, o da cibindən çıxartdıqda, həmin sellofanın içərisindəki maddə masanın üzərinə dağılmışdır. Həmin polislərdən biri digərinə bükümü pis bağladığına görə irad tutmuş, bundan sonra bükümü yapışqan lentlə bağlayıb gödəkçənin cibinə qoymuş və çəkiliş zamanı cibindən çıxardıb həmin maddənin “patı” olduğunu, bir gün əvvəl axşam yerdən tapdığını söyləməsini demişdir. Psixi və fiziki təsirlərə məruz qaldığını görüb razılaşaraq videoçəkilişlə deyilənləri etmişdir. Birinci videoçəkiliş zamanı o, içərisində təqdim etdiyi bükümün qoyulduğu kağız zərfin üzərində nəyə görə imza etməsi ilə bağlı sual verdiyi üçün videoçəkilişlə axtarış yenidən aparılmış, vəkil bütün prosesi görmüşdür. Vəkil o, tutulduqdan təxminən 2-3 saat sonra polis şöbəsində axtarış aparılmasının əvvəlinə gəlmiş, axtarışdan sonra tələsik onun qarşısına sənədlər qoyulmuş, Şahid1 adlı polis əməkdaşı həmin sənədləri tez imzalamasını demiş, oxumağa imkan vermədən sənədlər ona imzalatdırılmışdır. O, sənədlərə baxa və oxuya bilməmiş, onsuz eynəyi üzərində olmadığından, istəsə də oxuya bilməzmiş. Daha sonra o, Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmış, orada 1-2 saat qalmış, orada xidməti otaqların birində Şahid1 əlavə sənədlər gətirərək ona imzalatdırmışdır. O, qeyriinsani rəftarla qarşılaşmış, yəni oxumağa şərait yaradılmadan sənədlər ona imzalatdırılmışdır. Eynəyi də üstündə olmamışdır, yəni imkan verilsə idi, eynəksiz oxumağa çalışarmış. Ancaq sənədlərlə tanış olmağa imkan verilmədiyi üçün hansı sənədlərə imza çəkdiyi bilməmişdir. Daha sonra digər polis əməkdaşı onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmış, orada Baş İdarənin Müvəqqəti saxlama yerinə yerləşdirilmişdir. Müstəntiq tərəfindən dindirilərkən hadisəni olduğu kimi danışmış, müstəntiq onu dindirdikdən sonra onun dediklərini yazdığını zənn etmiş, lakin eynəyi üstündə olmadığından sənədlərə baxmadan və oxumadan imza atmışdır. Həmin gün onu mülki geyimdə olan polis əməkdaşı xidməti otaqlardan birinə aparıb əyləşdirmiş, orada ona çay verilmişdir. Otaqda 3- 4 nəfər əməkdaş olmuş, həmin şəxslərlə söhbət etməyə başlamışlar. Ona verilən çay stəkanında limon dilimi olmuş, digər stəkanlarda isə olmamışdır. Qarşısına stəkanda qoyulan çayı yarıya qədər içmiş, daha sonra bir daha çay süzdükdə həmin çayı içməmişdir. İçdiyi çay spesifik dad və ətirə malik olmuşdur. Bir neçə dəqiqədən sonra başqa xidməti otağa aparılmış, orada anket məlumatları və iş yeri barədə müxtəlif suallar verilmiş, daha sonra Müvəqqəti saxlama yerinə qaytarılmışdır. Orada onda baş gicəllənmələr olduğundan, çarpayıya uzanmış, 7-8 dəfə üşütmə və istilənmə olmuş, hər bir saatdan bir ayaqyoluna getməyə başlamışdır. Növbəti gün onu polis əməkdaşları Maştağa qəsəbəsində yerləşən ekspertizaya aparmışlar. Orada ondan sidik nümunələri götürüldükdə ona sidiyindən psixotrop maddə aşkarlandığı bildirilmişdir. Bundan sonra başqa yerə getmiş, “20 Yanvar” metrostansiyasının yaxınlığındakı xəstəxanada ondan qan nümunəsi götürülmüş, nəticəsi barədə orada ona heç bir söz deməmişlər. Bundan sonra “papanin” deyilən yerə getmiş, orada müayinə olunmamış və həkim-ekspert görməmişdir. Daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qayıtmışlar. Oradan Nərimanov Rayon Məhkəməsinə aparılmış, məhkəmədə dəhlizdə o, müstəntiqə psixotrop maddənin ona məxsus olmadığını bildirmiş, məhkəmə prosesi zamanı hakimin suallarına cavab olaraq o, fiziki təzyiq olmasa da, mənəvi təzyiq olduğunu söyləmişdir. O, həbs edilmiş, növbəti gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xidməti otaqlarından birinə aparmışlar. Orada polis əməkdaşları xidməti fəaliyyəti ilə bağlı sorğular aparmış, əsasən 2022-ci ilin payız-qış aylarında “kanal13”, “Abzasmedia”, “Məclis.info” redaksiyaların jurnalistlərinə və BDU-nun tələbələrinə texnoloji təlim keçməsi barədə suallar verilmiş, Baş idarənin idarə rəisinin yanında o, sorğu-sual edilmişdir. Malik adlı əməkdaş ondan verdiyi təlimlərlə bağlı izahatını almışdır. Həbs olunmasının səbəbinin həmin jurnalistlərə təlim keçməsi ilə bağlı olduğunu hesab etmiş, dövlətçiliyə, cənab Prezidentə sadiq insan olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 13 dekabr 2023-cü il tarixdə, saat 07:25-də ünvan 3 ünvanının yaxınlığında sonuncunu saxlayıb Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə aparmışlar. Həmin polis şöbəsində keçirilmiş şəxsi axtarış və baxış zamanı Təqsirləndirilən şəxs üzərindən 1 ədəd bükümdə narkotik tərkibli maddə, mobil telefon, pul və bank kartları aşkar edilmiş, aşkarlanmış həmin 1 ədəd bükümdə narkotik tərkibli maddə qablaşdırılıb möhürlənərək ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 Təqsirləndirilən şəxs saxlayarkən ondan başqa digər polis əməkdaşının iştirak etdiyini, Təqsirləndirilən şəxs saxlanılarkən tək olduğunu, sonuncu saxlanılan zaman heç bir müqavimət göstərmədiyini, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi təsirin göstərilmədiyini, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı qərarın qəbul edildiyini, əməliyyat qrupunun rəhbəri olduğunu, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi nəticəsində Təqsirləndirilən şəxs saxladıqlarını, əməliyyat-axtarış tədbirlərindən heç birini keçirmədiklərini, Təqsirləndirilən şəxs saxlanılarkən hava yağışlı olduğundan üzərinə dərhal baxışın keçirilmədiyini, əməliyyat-axtarış tədbirlərinin qanuniliyi ilə bağlı məhkəməyə müraciət edildiyini, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsi və olduğu yerə baxış keçirilmədiyini, Təqsirləndirilən şəxs saxlanılarkən 3 nəfər polis əməkdaşının olduğunu, videoçəkilişin 1 dəfə aparıldığını, yapışqan lentin narkotik tərkibli maddəyə bir dəfə bağlandığını, Təqsirləndirilən şəxs saxlanıldıqdan hansı müddət sonra dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçisinin gəldiyini xatırlamadığını, Təqsirləndirilən şəxs üzərindən çıxan mobil telefonun aqibətinin necə olduğunu bilmədiyini, Təqsirləndirilən şəxs tutulduqdan sonra buraxılmadığını, Təqsirləndirilən şəxs saxlanılması məqsədilə qəbul olunmuş əməliyyat-axtarış tədbiri ilə bağlı qərarın qüvvədə olub-olmaması, ləğv edilibedilməməsi barədə heç bir məlumatının olmadığını, Təqsirləndirilən şəxs olduğu yeri necə müəyyən etdiklərini xatırlamadığını, videoçəkilişin mobil telefon vasitəsilə yox, videokamera vasitəsilə aparıldığını, heç bir şər-böhtanın olmadığını, bütün prosesin qanuni əsaslarla həyata keçirildiyini, 4-cü şəxsin Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmədiyini, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsinə baxış keçirilmədiyini, Təqsirləndirilən şəxs heç bir polis əməkdaşı tərəfindən təhdid edilmədiyini, Təqsirləndirilən şəxs həyətində saxlanılmadığını, ibtidai istintaqda verdiyi ifadəni təsdiqlədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 2023-cü ilin dekabr ayında Baş idarəyə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs piyada hərəkət edərkən saxlanılıb Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə aparılmış, orada şəxsi axtarış və baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində 1 ədəd bükümdə narkotik tərkibli maddə, yəni metamfetamin aşkarlanmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 Təqsirləndirilən şəxs saxlayarkən 2 nəfər şəxs, yəni o və əməliyyat qrupunun rəhbəri Şahid1la birgə olduğunu, Təqsirləndirilən şəxs səhər saatlarında saxlanıldığını, həmin vaxt sonuncunun piyada hərəkət etdiyini, Təqsirləndirilən şəxs saxlanılarkən tək olduğunu, Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərmədiyini, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi təzyiqin törədilmədiyini, Təqsirləndirilən şəxs könüllü şəkildə etiraf edib həmin narkotik tərkibli maddəni yerdən tapdığını söylədiyini, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs saxlanıldığını, həmin vaxt hava yağışlı olduğundan üzərinə dərhal baxışın keçirilə bilmədiyini, saxlanılmazdan bir neçə saat əvvəl əməliyyat məlumatının Baş İdarəyə daxil olduğunu, əməliyyat məlumatının haradan daxil olması məxfi məlumat təşkil etdiyindən bunu deyə bilməyəcəyini, Təqsirləndirilən şəxs saxlanıldıqdan hansı müddət sonra dövlət büdcəsinin hesabına dəvət edilmiş müdafiəçinin gəldiyini xatırlamadığını, heç bir şər-böhtanın olmadığını, bütün prosesin qanuni əsaslarla həyata keçirildiyini, polis əməkdaşlarından heç birinin Təqsirləndirilən şəxs cibinə narkotik tərkibli maddə qoymadıqlarını, Təqsirləndirilən şəxs saxlanılarkən 2023-cü ilin dekabr ayı, saat 07- 08 arası olduğunu, videoçəkilişin 1 dəfə həyata keçirildiyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiqlədiyini, imzaların ona məxsus olduğunu bildirdi. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. O, hazırda “Femida” Vəkil Bürosunun müdiri vəzifəsində işləyir. O, 2013-cü ilin may ayından 2014-cü il aprel ayınadək Azərbaycan Respublikasının Mərkəzi Bankında Təqsirləndirilən şəxslə birgə işləmiş, həmin qurumdan işdən çıxdıqdan sonra hər ikisi bəzi məclislərdə birgə iştirak etmişlər. Təqsirləndirilən şəxs onun vəkil olduğunu bildiyindən, hüquqşünas kimi ondan daima məsləhət almış, özü və ya dosttanışının problemi olduqda ona müraciət etmişdir. Keçən ilin, yəni 2023-cü ilin təxminən noyabr ayının sonu və ya dekabr ayının əvvəllərində Təqsirləndirilən şəxs ona zəng edib həmin Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə aparıldığını, 4-5 saat heç bir səbəb olmadan orada saxlanıldığını və daha sonra buraxıldığını dedikdə, o, səbəbini soruşub kiminlə isə fotoşəkil paylaşıb-paylaşmaması və ya hansısa layihəyə qol çəkibçəkməməsi, bu səbəbdən dövlətin nəzərinə girib-girməməsi ilə maraqlandıqda, Təqsirləndirilən şəxs ona soruşulanların heç birinin olmadığını, öz işi ilə məşğul olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs hadisənin necə baş verdiyini soruşduqda, oğlunu idmana apardıqdan sonra idarə etdiyi avtomobili məhəllədə saxladığını, polis əməkdaşlarının onu polis şöbəsinə aparıb 4-5 saat saxladıqlarını, bir gün əvvəl harada və kiminlə oturduğunu soruşduqlarını, fiziki və psixi təzyiqlərin göstərildiyini ona söyləmişdir. O, Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin “102 Xidməti-Zəng Mərkəzi”-nə yığmasını məsləhət gördükdə, sonuncu ona artıq həmin quruma zəng etdiyini bildirmiş, yenidən polis əməkdaşları tərəfindən aparılacağından ehtiyat etmişdir. Təqsirləndirilən şəxslə o, yenidən çağırıldığı təqdirdə onun dəvət olunub vəkil kimi iştirak etməsi ilə bağlı razılaşmışlar. 3-5 gün keçdikdən sonra Təqsirləndirilən şəxs yenidən saxlanıldığını eşitmiş, o və Təqsirləndirilən şəxs arasında olan bütün danışıqlar “Whatsapp” mobil tətbiqi vasitəsilə aparıldığından, bütün danışıqlar mobil telefonunda qalmış, lakin həmin telefonda problem olduğundan müvafiq yazışmalar hazırda mobil telefonunda mövcud deyil. Təqsirləndirilən şəxs arvadı ona zəng edib ərinin səhər vaxtı evdən çıxdığını, lakin gəlmədiyini söyləmiş, günün sonunadək “102 Xidməti-Zəng Mərkəzi”-nə şikayət etməməsini məsləhət görmüş, xəbər çıxmadığından, həmin quruma zəng etməsini və vəkillə təmin olunmasını bildirmişdir. O, ailəsi ilə bağlı müəyyən məsələlər olduğuna, habelə həmin vaxt Bakı şəhərində olmadığına görə vəkil kimi iştirak edə bilməmiş, hazırda hüquqlarını müdafiə edən müdafiəçini Təqsirləndirilən şəxs məsləhət görmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq şahid X12 Əliyevin ona deməsinə görə polis əməkdaşlarının sonuncunun əvvəlki 3-4 günlük iş və həyat rejimi ilə maraqlandığını, yəni harada, kiminlə olması, hansı ünvana getməsi, kimlərlə danışması barədə soruşduqlarını, həmin vaxt Təqsirləndirilən şəxslə müqavilə bağlamağa hazır olduğunu, Təqsirləndirilən şəxs ilə danışarkən əvvəlcədən zəng gəldiyi təqdirdə ona deməsini və müqavilə bağlayıb birlikdə getmələrini, qəfil sonuncunu apardıqları halda isə müqavimət göstərmədən getməsini, ona zəng edərək vəkil orderi ilə birlikdə gələcəyini bildirmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü madəsi ilə cinayət işi başlanmışdır. (Cild 1, iş vərəqə 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmişdir. (Cild 1, iş vərəqə 6) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinin xx.xx.2023-cü il tarixli, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarından və həmin tarixli, 3-13-7/7393/2023 nömrəli əmrindən görünür ki, həmin idarənin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 7-8; 11) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 07:25 dəqiqədən hesablanmışdır. (Cild 1, iş vərəqə 23; 24) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, həmin tarixdə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman gödəkçəsinin sol yan cibindən 01 (bir) ədəd bükümdə, ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilən zaman həmin idman gödəkçəsinin sağ yan cibindən 01 ədəd “İphone” markalı mobil telefon, 68 manat pul, sürücülük vəsiqəsi, 01 ədəd “Bakı kart”, **********047131 nömrəli bank kartı, 03 ədəd açar və əynindəki qara rəngli dəri gödəkçənin sağ yan cibindən 01 ədəd eynək aşkarlanmışdır. Həmin metamfetaminə bənzər kütlə qablaşdırılıb götürülmüş, habelə iş üzrə əhəmiyyət kəsb etdiyindən 01 (bir) ədəd “İphone” markalı mobil telefon, sürücülük vəsiqəsi, bank kartı götürülmüş, pul və digər əşyalar ona geri qaytarılmışdır. (Cild 1, iş vərəqə 32; 33-35) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/6383 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7”-li dairəvi möhür əksi olan, “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 25,420 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 25,420 qram olmuş, 0,2 qram tədqiqata sərf edildikdən sonra 25,220 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 41-44) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham elan elan olunmuşdur. (Cild 1, iş vərəqə 60-61) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-1695/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 85-89) xx.xx.2023-cü il tarixli “Maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, aşkar olunub götürülmüş bir ədəd kağız paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 25,220 qram çəkidə psixotrop maddə metamfetamin iş üzrə maddi sübut hesab edilməklə, saxlanılmasından ötrü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqə 103) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X9 xx.xx.2023-cü il tarixli, 19735 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 123) xx.xx.2023-cü il tarixli “Axtarış və götürmə haqqında”, xx.xx.2023-cü il tarixli “Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında”, xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə bank məlumatlarına baxış keçirilməsi haqqında”, xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” və xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokollardan görünür ki, həmin istintaq hərəkətləri zamanı iş üzrə əhəmiyyət kəs edən hər hansı məlumat, əşya və ya predmet aşkarlanmamışdır. (Cild 1, iş vərəqə 129-130; 152; 185; 266; 284) Azərbaycan Respubikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində hər hansı cinayət xarakterli məlumat yoxdur, onun əvvəllər məhkumluğu olmamışdır. (Cild 1, iş vərəqə 140) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X9 xx.xx.2023-cü il tarixli, xx/xx-15323 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin mərkəzdə narkoloji qeydiyyatda olmamışdır. (Cild 1, iş vərəqə 141) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-137/2-9635/2023 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtraış tədbirləri ilə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib saxlaması təsdiq edilsə də, bunu bilavasitə görə biləcək şahidlərin dairəsinin müəyyən olunması, psixotrop maddələri nə vaxt, harada və hansı şəraitdə əldə etməsi, psixotrop maddələrin satışında şübhəli olan şəxslərlə əlaqələrinin yoxlanılması və psixotrop maddələri əldə etdiyi mənbənin müəyyən olunması istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müsbət nəticə əldə edilməmişdir. (Cild 1, iş vərəqə 148) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X9 Ambulator Məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2023-cü il tarixli, 8198 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görünür. (Cild 1, iş vərəqə 211-212) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 xx.xx.2023-cü il tarixli, 1756 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 214-216) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 xx.xx.2023-cü il tarixli, 4614/K nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid metamfetamin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və çətənə bitkisindən alınan təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkarlanmamışdır. (Cild 1, iş vərəqə 218-221) xx.xx.2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, həmin tarixdə keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ilə Şahid1 ifadələrində göstərdiklərini bir-birlərinin üzlərinə qarşı demişlər. (Cild 1, iş vərəqə 268-273) xx.xx.2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, həmin tarixdə keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ilə Şahid2 ifadələrində göstərdiklərini bir-birlərinin üzlərinə qarşı demişlər. (Cild 1, iş vərəqə 274-277) xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihama dəyişikliklər edilməklə ona həmin maddə ilə yenidən ittiham elan olunması qərara alınmış, vinsyəy işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üstünə axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut hesab edilməklə, cinayət işinin materiallarında saxlanılmış, bir ədəd kağız paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalmış 25,220 qram çəkidə psixotrop maddə metamfetaminin iş üzrə maddi sübut hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarın mövcudluğu nəzərə alınmış, xx.xx.2023-cü il tarixli, 6/4239 nömrəli, 14 dekabr 2023-cü il tarixli, 1756 nömrəli, 14 dekabr 2023-cü il tarixli, 8198 nömrəli, 30 dekabr 2023-cü il tarixli, 4614/K nömrəli ekspert rəyləri, eləcə də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli qərarı işin bütün halları ilə təsdiq olunduğundan sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs sonrakı ifadəsində öz müdafiəsi üçün gətirdiyi dəlillər sübut kimi qəbul edilməmişdir. Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz əməllərə məruz qalması ilə bağlı Respublika Baş Prokurorluğuna daxil olmuş məlumat əsasında aparılan araşdırma üzrə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında Baş Prokurorluğun xx.xx.2024-cü il tarixli qərarı nəzərə alınmışdır. (Cild 1, iş vərəqə 285-290) xx.xx.2024-cü il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, cinayət işinin materiallarından psixotrop maddənin mənbə xüsusatına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmışdır. (Cild 1, iş vərəqə 292) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham yenidən elan edilmişdir. (Cild 1, iş vərəqə 297-298) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-368/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri 01 (bir) ay müddətinə, yəni 13 may 2024-cü ilədək uzadılmışdır. (Cild 1, iş vərəqə 314-317) AZ-İİİ 405231, AZ-İ 801838, AZ-İ 993434, AZ-İV 923945 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2006-cı il təvəllüdlü, xx.xx.2007-ci il təvəllüdlü, xx.xx.2014-cü il təvəllüdlü və xx.xx.2023-cü il təvəllüdlü dörd övladı vardır. (cild 1, iş vərəqə 320-323) 19 fevral 2024-cü il tarixli "xxxx" ASC tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-də müşavir vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixdə öz xahişi ilə işdən azad olunmuş, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-də müşavir vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixdən işdə hesab edilməməsi ilə bağlı əmrlə rəsmiləşdirilmiş, xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir. Çalışdığı müddət ərzində Təqsirləndirilən şəxs vəzifə öhdəliklərini vaxtında icra etmiş, əməkdaşlarla normal, işgüzar münasibətlər formalaşdırmışdır. (Cild 1, iş vərəqə 324) xx.xx.2023-cü il tarixdə "xxxx" QSC tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2017-2021-ci illərdə müqavilə əsasında (outsors) fəaliyyəti zamanı Azərbaycanın mühüm strateji layihələrindən olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin (Bakı Limanı) tikintisinin 1-ci fazası üzrə İT infrastrukturunun, o cümlədən təhlükəsizlik müşahidə kameraları sisteminin qurulmasında xüsusi xidmətləri olmuşdur. Hazırda həmin sistemlərdən Bakı Limanında uğurla istifadə edilməkdədir. Təqsirləndirilən şəxs 2023-cü ilin 6 noyabr tarixindən həmin ilin 25 dekabr tarixinə kimi isə "xxxx" QSC-nin İnformasiya texnologiyaları departamentinin müdiri vəzifəsində çalışmış və peşəkarlığını nəzərə alaraq 6042 manat (ƏDV və digər ödənişlər daxil olmaqla) vəzifə maaşı müəyyən edilmişdir. İşlədiyi müddətdə əmək qanunvericiliyinin, eləcə də müəssisədaxili intizam qaydalarının normalarına daima əməl etmişdir. Təqsirləndirilən şəxs biznesin davamlılığı üzrə beynəlxalq İSO (İSO 22301 Lead Auditor) sertifikatına Azərbaycanda layiq görülmüş ilk İT mütəxəssisidir. Eyni zamanda, Təqsirləndirilən şəxs 2006-cı ildən Beynəlxalq İSACA (ABŞ) assosasiyasının İzvüdür. O, CİSA (İnformasiya Sistemləri üzrə Sertifikatlaşmış Auditor), CİSM (İnformasiya Təhlükəsizliyi üzrə Sertifikatlaşmış Menecer), CGEİT (İnformasiya Texnologiyalarının İdarəçiliyi üzrə peşəkar sertifikat), CRİSC (İnformasiya sistemlərində risklərə nəzarət üzrə peşəkar sertifikat), COBİT 5 Security Assessor peşəkar sertifikatlara malikdir. Təqsirləndirilən şəxs ona həvalə edilən bütün işləri xüsusi peşəkarlıqla, vaxtında və keyfiyyətlə yerinə yetirir, tapşırıqlara məsuliyyətlə yanaşır, təşəbbüskardır, işin təkmilləşdirilməsi ilə bağlı yeni İT həllər təklif edir, öz üzərində işləməyi sevir, yenilikləri daima diqqətdə saxlayır, tələbkardır, elmi konfranslarda iştirak edir, İT sahəsi üzrə dünyada baş verən prosesləri daima izləyir, gənc nəslə öz bilik və bacarıqlarını öyrədir. O, mədəni və etik davranışı ilə kollektivin hörmətini qazanmışdır. İş yoldaşları ilə münasibətlərində nəzakətlidir, inzibati ierarxiyanı pozmur, limanın ictimai işlərində yaxından iştirak edir, komanda ilə işləməyi bacarır, keçirilən sahəvi görüşlərdə fəallığı və peşəkarlığı ilə fərqlənir. (Cild 1, iş vərəqə 325-326) Əməlin tövsifi və digər hüquqi məsələlər: Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmışdır. 1) Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı tarixi və vaxtı mübahisələndirməsə də, həmin vaxt üzərində hər hansı narkotik tərkibli maddə olmadığını, polis əməkdaşlarının ona fiziki və psixi zor tətbiq etməsi nəticəsində şəxsi axtarış və götürmə istintaq hərəkətində nümayiş etdirməsi üçün əvvəlcədən verdikləri psixotrop maddə metamfetamini müvafiq istintaq hərəkətində təqdim etdiyini bildirmişdir. Bununla bağlı məhkəmə araşdırma aparmış, həmin xüsusatla bağlı məhkəmədə dindirilərkən şahidlər Şahid1 (xx.xx.2024-cü il tarixli məhkəmə iclasında) və Şahid2 (xx.xx.2024-cü il tarixli məhkəmə iclasında) Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi zorakılıq edilmədiyini bildirmişlər. Məhkəmə kollegiyası barəsində həbs qətimkan seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına daxil olarkən Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət olub-olmadığını müəyyən etmək üçün həmin təcridxanaya müraciət etmişdir. Məhkəmədə elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16- 17/40/2-5446/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı bədənində xəsarət aşkarlanmamış, sol baldırın arxa səthində köhnə çapıq toxuma müşahidə edilmişdir. Həmin məktuba əlavə edilmiş 11301/2023 nömrəli tibbi kitabçanın kserosurətindən görünür ki, həmin tibbi kitabçanın 12-ci, yəni “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” qrafasında “zədə almadığını bildirir” qeydinin, 13-cü, yəni “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” qrafasında isə “qeyd olunmur. Sol baldırın arxa səthində köhnə çapıq var” qeydinin yazıldığı müəyyən edilmişdir. Məhkəmədə elan edilərək tədqiq edilmiş “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 xx.xx.2023-cü il tarixli, 1756 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs məhkəmətibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 140.0.1-ci maddəsinə əsasən, ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri cinayət prosesi gedişində tibb sahəsində ekspertin rəyinin əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. Göründüyü kimi, müvafiq ekspert rəyinə əsasən də, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarətin olması müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-1695/2023 nömrəli qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılarkən məhkəməyə polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılığın olmadığını bildirmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz əməllərə məruz qalması ilə bağlı Respublika Baş Prokurorluğuna daxil olmuş məlumat əsasında aparılan araşdırma üzrə xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, cinayət işinin materialları və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı bu barədə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə bildirməsi, habelə müvafiq “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı qanunvericilikdə nəzərdə tutulmuş qaydada mübahisələndirməsi müəyyən edilməmişdir. Həmçinin, “Məhkəmə hökmü haqqında” müvafiq plenum qərarında göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” işi üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” işi üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X1rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, həmçinin mötəbərliyi şübhə altına alına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də, Təqsirləndirilən şəxs saxlanılarkən və üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, əsaslı şübhə mövcud deyildir. O, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. 2) Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində xx.xx.2023-cü il tarixdə saat 12 radələrində polis əməkdaşlarının onu saxlayıb Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə aparmaları və orada müəyyən suallar verdikdən sonra buraxmalarını bildirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ifadəsində həmin xüsusatla bağlı göstərdiyi hallar ona qarşı irəli sürülmüş ittihama daxil deyildir. 3) Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində onun saxlanılmasında 4 nəfər şəxsin iştirak etməsini, onu saxlayan şəxslərdən birinin onun cibinə narkotik tərkibli maddəni qoyub çıxardığı təqdirdə bunun daha pis nəticələnəcəyini söylədiyini, şəxsi axtarış və götürmə istintaq hərəkəti ilə bağlı videoçəkilişin 2 dəfə aparıldığını, ilk dəfə imzalanma ilə bağlı mövqe bildirdiyinə görə təkrarlandığını bildirmişdir. Bununla bağlı qeyd edir ki, cinayət işinin materiallarının tədqiqi zamanı Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 başqa hər hansı şəxsin Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməsinə dair hər hansı məlumat müəyyən edilmir. Məhkəmədə dindirilərkən şahidlər Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs saxlanılmasında başqa şəxsin iştirak etməsi barədə məlumat verməmişlər. Bundan başqa, məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan xx.xx.2023cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin istintaq hərəkəti zamanı gödəkçəsinin cibində olan 1 ədəd bükümdə psixotrop maddə metamfetamini (xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/6383 nömrəli ekspert rəyi ilə çəkisinin 25,420 qram olması müəyyən edilmişdir) könüllü şəkildə təqdim etmiş, videoçəkiliş zamanı Təqsirləndirilən şəxs hər hansı psixoloji təzyiqin olması, habelə hər hansı irad tutulması, psixotrop maddənin cibinə qoyulmasının tələb edilməsi halı, eləcə də cinayət işinin materiallarından isə müvafiq istintaq hərəkətinə görə videoçəkilişin 2 dəfə aparılması halı müəyyən edilməmişdir. Odur ki, təqsirləndirilən şəxs öz mövqeyini hər hansı dəlil və ya sübutla möhkəmləndirə bilmədiyindən, fikirləri mülahizələrə əsaslandığından, məhkəmə Təqsirləndirilən şəxs həmin xüsusatla bağlı dediklərini uydurma hesab edir. 4) Təqsirləndirilən şəxs polis əməkdaşlarının onun gözündəki eynəyi aldıqları üçün təqdim edilən sənədlərin heç birini oxuya bilmədiyini, məcburi şəkildə təqdim olunmuş sənədləri imzalatdıqlarını, bu prosesin dövlət büdcəsinin vəsaiti hesabına təqdim edilmiş vəkilin yanında baş verdiyini və sonuncunun ona hər hansı adekvat hüquqi yardım göstərmədiyini bildirmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutularkən, onun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən, habelə təqsirləndirilən şəxs qismində cəlb edilərkən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi ilə təmin edilmiş və həmin müdafiəçi qeyd edilən istintaq hərəkətlərində şəxsən iştirak etmiş, həm Təqsirləndirilən şəxs, həm də onun müdafiəçisi müvafiq sənədləri imzalamışlar. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müvafiq sənədlərin məcburi şəkildə imzalatdırılması halı müəyyən edilməmiş, habelə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsində (iş vərəqə 14) dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi ilə təmin olunmasını istintaq orqanından xahiş etmişdir. Beləliklə, təqsirləndirilən şəxs öz mövqeyini hər hansı dəlil və ya sübutla möhkəmləndirə bilmədiyindən, fikirləri mülahizələrə əsaslandığından, məhkəmə Təqsirləndirilən şəxs həmin xüsusatla bağlı dediklərini uydurma hesab edir. 5) Təqsirləndirilən şəxs heç vaxt narkotik tərkibli maddədən istifadə etmədiyini, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılarkən ona 1 ədəd stəkanda verilmiş çayı içdikdən sonra narahatlıq keçirdiyini, onu 3-4 dəfə üşütmə tutduğunu demişdir. O, müvafiq analizdə qanında narkotik tərkibli maddənin aşkarlanmasını bununla əlaqələndirir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi həmin hal onun ifadəsindən başqa cinayət işinin materialları, şahid ifadələri ilə öz təsdiqini tapmamışdır. Əksinə, “Respublika Narkoloji Mərkəzi” X9 xx.xx.2023-cü il tarixli, 8198 nömrəli ekspert rəyində Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə hallarının olması, “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 xx.xx.2023-cü il tarixli, 4614/K nömrəli ekspert rəyində isə Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid metamfetamin aşkarlanması müəyyən edilmişdir. Odur ki, təqsirləndirilən şəxs öz mövqeyini hər hansı dəlil və ya sübutla möhkəmləndirə bilmədiyindən, fikirləri mülahizələrə əsaslandığından, məhkəmə Təqsirləndirilən şəxs həmin xüsusatla bağlı dediklərini uydurma hesab edir. 6) Müdafiəçi məhkəmə iclasında vəsatətlə müraciət edib cinayət işinin 1-ci cildinin 230cu vərəqində yer alan “Sübutların qiymətləndirilməsi haqqında” qərarın nəticə hissəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının sübut növü kimi qəbul edildiyini, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(103)-34/2024 nömrəli qərarına əsasən Nərimanov Rayon Məhkəməsinin həmin qərarının ləğv edildiyini və “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarın qanuniliyinin yoxlanılmasına dair müraciətin geri qaytarıldığını bildirərək Nərimanov Rayon Məhkəməsinin müvafiq qərarının sübutlar siyahısından xaric edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(005)-2078/2023 nömrəli “Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair” qərarına əsasən, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 12 dekabr 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. (Cild 1, iş vərəqə 47) Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 5(103)- 34/2024 nömrəli qərarından görünür ki, müdafiəçinin apellyasiya şikayəti qismən təmin edilmiş, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarının qanuna uyğun hesab edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)-2078/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarının qanuniliyinin yoxlanılması barədə müraciəti geri qaytarılmışdır. Göründüyü kimi, ibtidai istintaq orqanının sübut növü kimi təqdim etdiyi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)-2078/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən ləğv edilmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)-2078/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı sübutlar siyahısından çıxarılmalıdır. 7) Müdafiəçi məhkəməyə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-14-20/2- 555/2024 nömrəli məktubuna əlavə edilmiş arayışı təqdim edərək, Təqsirləndirilən şəxs saxlanıldığı zaman yağış yağmadığını, şahidlərin həmin xüsusatla bağlı yalan ifadə verdiklərini bildirmişdir. xx.xx.2023-cü il tarixdə “Bakı şəhəri Nərimanov rayonunun ərazisində müşahidə olunan hava şəraiti haqqında” arayışdan görünür ki, həmin tarixdə faktiki hava tutqun buludlu (10/10), meteoroloji görünüş məsafəsi 10 km, havanın orta temperaturu 5,7 dərəcə (C), temperaturu 3,7 dərəcə (C), maksimal temperaturu 8,8 dərəcə (C), cənub şərq istiqamətli küləyin maksimal sürəti 9 m/san (5 bal) olmuşdur. 07:00 müşahidə vaxtında hava tutqun buludlu (10/10), meteoroloji görünüş məsafəsi 10 km, havanın faktiki temperaturu 5,2 dərəcə (C), minimal temperaturu 5,1 dərəcə (C), maksimal temperaturu 7,0 dərəcə (C), şərq-cənub-şərq istiqamətli küləyin masimal sürəti 7 m/san (4 bal) olmuşdur. Saat 04:00-dan saat 05:10-dək yağış yağmışdır. 10:00 müşahidə vaxtında hava tutqun buludlu (10/10), meteoroloji görünüş məsafəsi 10 km, havanın faktiki temperaturu 4,3 dərəcə (C), minimal temperaturu 4,2 dərəcə (C), maksimal temperaturu 5,2 dərəcə (C), şimal-şərq istiqamətli küləyin maksimal sürəti 6 m/san (4 bal) olmuşdur. Saat 07:45-dən 10:00-dək yağış davam etmişdir. Məhkəmə qeyd edir ki, http://narimanov-ih.gov.az/az/rayon-haqqinda.html internet səhifəsində olan məlumatdan görünür ki, Nərimanov rayonunun inzibati ərazisi 20,17 kv.kmdir. Müdafiə tərəfinin təqdim etdiyi arayışda məhz Təqsirləndirilən şəxs saxlanıldığı yerdə, yəni ünvan 3 ünvanına dair məlumat göstərilməmiş, ümumilikdə Nərimanov rayonu ərazisi barədə məlumat əks etdirilmişdir. Həmçinin, həmin arayışdan da görünür ki, xx.xx.2023-cü il tarixdə fasilələrlə, yəni 04:00-dan saat 05:10-dək, habelə saat 07:45-dən 10:00-dək yağış yağmışdır. Göründüyü kimi, xx.xx.2023-cü il tarixdə yağış yağdığından, qış fəsli olmaqla havanın soyuq olmasından, asfalt örtüyünün yaş olmasının mümkünlüyünü məhkəmə qəbul edir və Nərimanov rayonu ərazisinin böyük olmasını, həmin ərazinin bir hissəsində yağış yağma ehtimalının mümkün olmasını, yağışın düşmə xarakterinə görə aramsız-narın, çiskin və leysan kimi müxtəlif formalarının mövcudluğunu, hər bir şəxsin hava şəraitini fərqli dərk edə bilməsini nəzərə almaqla, şahid ifadələrində hər hansı ziddiyyət olmadığı qənaətinə gəlir. 8) Müdafiəçi xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 1 ədəd DVD diskdə olan videoçəkilişdə yapışqan lentə bükülmüş əşyanın, onun ətrafına səpələnmiş metamfetamin qırıqlarına bənzər kiçik ölçülü dənəciklərin, eləcə də istintaq hərəkətində adları hallanan şəxslərdən başqa orada olmuş digər (adı məlum olmayan) 3-cü əməliyyat müvəkkilinin dörd barmağının çəkilişə düşməsini bildirib bunu təsdiq edən fotoşəkilləri məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 1 ədəd DVD diskdə olan videoçəkilişə baxış keçirilmiş, həmin vaxt müdafiə tərəfinin iddia etdiyi hallar, yəni başqa şəxsin istintaq hərəkətində iştirak etməsi, habelə hər hansı qırıntının olub-olmaması, olduğu təqdirdə, bunun məhz metamfetaminə bənzər qırıntı olması müəyyən edilməmişdir. Məhkəmə bununla bağlı bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs könüllü şəkildə müvafiq istintaq hərəkəti zamanı 1 ədəd bükümdə narkotik tərkibli maddəni təqdim etmiş və keçirilmiş ekspertiza nəticəsində həmin narkotik tərkibli maddənin 25,420 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Bu səbəbdən, müdafiə tərəfi öz mövqeyini hər hansı dəlil və ya sübutla möhkəmləndirə bilmədiyindən, fikirləri mülahizələrə əsaslandığından, məhkəmə müdafiə tərəfinin həmin xüsusatla bağlı dediklərini uydurma hesab edir. Bundan başqa, məhkəmə qeyd edir ki, cinayət işinin materiallarının 12-ci vərəqində olan xx.xx.2023-cü il tarixli, 352 nömrə ilə qeydə alınmış raportda Təqsirləndirilən şəxs 13 dekabr 2023-cü il tarixdə, saat 07:25-də ünvan 6 ünvanının yaxınlığında saxlanılaraq, hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbiri nəzərə alınmaqla 20-ci Polis Şöbəsinə gətirildiyi qeyd olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs saxlanılması xx.xx.2023-cü il tarixdə həyata keçirilsə də, bir gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə tərtib edilmiş raportda bunun göstərilməsi ağlabatan deyil. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edildiyindən, cinayət işinin materiallarının 12-ci vərəqində olan xx.xx.2023-cü il tarixli, 352 nömrə ilə qeydə alınmış raport sübutlar siyahısından çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə, sübut siyahısından çıxarılmış müvafiq sənədlərdən başqa, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi xx.xx.2023-cü il tarixli ifadəsini, şahid ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 25,420 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 13 dekabr 2023-cü il tarixdə saat 07:25-də ünvan 7 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə dəvət olunmuş və orada həmin gün saat 08:40-dan etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki idman gödəkçəsinin sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd bükümdə külli miqdarda 25,420 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Sözügedən qanunun 1.0.2-ci maddəsinə əsasən, psixotrop maddələr- BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şəxs nəinki hər hansı maddi maraq naminə (qazanc, digər mənfəət əldə etmək, özünü və ya yaxınlarını müəyyən maddi öhdəliklərdən azad etmək məqsədilə), həm də qeyri-əmlak xarakterli, məsələn əldə edənin qarşısında hörmət və nüfuz qazanmaq, özünü ona sadiq dostu və ya tanışı kimi təqdim etmək və bu kimi digər məqsədlərlə narkotik vasitələrin və ya psixotrop maddələrin yayılmasına yönəlmiş (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən və ictimai zərərli maraqla şərtləndirilən) hərəkətlər etdiyi halda da həmin şəxsin əməlləri bu vasitə və maddələrin satış məqsədilə törədilmiş əməllər kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. CPM-in 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahıların 118-ci bəndinə əsasən, psixotrop maddə metamfetamin təmiz halda 0,15 qramdan artıq çəkidə olduqda xeyli miqdar, 2 qramdan artıq olduqda külli miqdar, 400 qramdan artıq olduqda isə xüsusilə külli miqdar təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 697, № 12, maddə 1085; 2010, № 5, maddə 382; 2016, № 6, maddə 996; 2017, № 2, maddə 163, № 5, maddə 731, № 11, maddə 1981; 2021, № 4, maddə 304) da psixotrop maddə metamfetaminin külli miqdar təşkil etmək üçün çəkisinin eyni, yəni 2 qramdan artıq olması qeyd edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdəki psixotrop maddə olan metamfetaminin təmiz çəkisi külli miqdarda, yəni 25,420 qram təşkil etməklə xeyli miqdarından təxminən 169,46 dəfə, külli miqdarından isə təxminən 12,71 dəfədən artıqdır. Məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıması müəyyən edilməmiş, ibtidai istintaq orqanı tərəfindən bu sübuta yetirilməmişdir. Belə ki, məhkəmədə elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-137/2- 9635/2023 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtraış tədbirləri ilə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satış məqsədi ilə əldə edib saxlaması təsdiq edilsə də, bunu bilavasitə görə biləcək şahidlərin dairəsinin müəyyən olunması, psixotrop maddələri nə vaxt, harada və hansı şəraitdə əldə etməsi, psixotrop maddələrin satışında şübhəli olan şəxslərlə əlaqələrinin yoxlanılması və psixotrop maddələri əldə etdiyi mənbənin müəyyən olunması istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müsbət nəticə əldə edilməmişdir. Göründüyü kimi, həmin əməliyyat məlumatı mövcud olsa da, sonradan Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddənin satışı və dövriyyəsi ilə məşğul olması sübuta yetirilməmişdir. Şahid ifadələri və cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı, qanunsuz dövriyyəsi ilə məşğul olması barədə hər hansı məlumat aşkarlanmamış, onun istehlakçı ilə əvvəlcədən razılıq, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, habelə onda narkotik vasitə və ya psixotrop maddələrin hazırlanması üçün avadanlıq müəyyən edilməmiş, həmin maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi və ya saxlanılması, hazırlanması, istehsal etmə, emal etmə, daşıma, göndərmə halları müəyyən olunmamışdır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 1 ədəd bükümdə külli miqdarda 25,420 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədilə yox, satış məqsədi olmadan əldə edib, üzərində saxlamaqla daşımışdır. Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə cinayətprosessual qanunvericiliyin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 351-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviriəsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin Cinayət Məcəlləsinin daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi). Beləliklə, məhkəmə kollegiyası hökmün təsviri-əsaslandırıcı hissələrində göstərilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə qanunu rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq belə qənaətə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə qeyd edir ki, bu tövsif vahid məhkəmə təcrübəsinə də uyğundur. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, emal etdikdə, daşıdıqda müvafiq cinayətin tərkibi yaranır. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, emal etdikdə, daşıdıqda müvafiq cinayətin tərkibi yaranır. Həmin maddənin sanksiyasında isə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Məhkəmə kollegiyası yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində 02 (iki) azyaşlı uşağının, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən 01 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını, ilk dəfə cinayət törətməsini, məhkumluğunun olmasını, iş yeri üzrə müsbət xarakterizə edilməsini, məhkəmə iclası dövründəki davranışını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın müəyyən edilməməsini qeyd edir. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə kollegiyası həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Məhkəmə iclasında elan edilib tədqiq edilmiş cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-1695/2023 nömrəli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 13 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X9 xx.xx.2023-cü il tarixli, 8198 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Məhkəmə kollegiyası, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Cinayət- Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 25,220 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə kollegiyası gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X2 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs hazırki iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırki iş üzrə tutulduğu vaxtdan, yəni 13 dekabr 2023-cü il tarixdən hesablansın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 25,220 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar