Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-2390/2023 04.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X8 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X6, müdafiəçilər - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakı ilə, məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmişdir ona görə ki, o, qanunsuz olaraq narkotik vasitəni əldə edib satmaq məqsədilə istintaqa məlum olmayan vaxt və ərazidə, naməlum şəraitdə istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədilə qanunsuz olaraq 5,358 qram çəkidə külli miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlayıb daşımış və xx.xx.2023-cü il tarixdə, saat 14:00 radələrində Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində xidmətdə olan Binəqədi rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün və Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən şübhəli davranışlarına görə saxlanılaraq ünvan 1 ünvanında yerləşən Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə gətirilmiş, orada həmin gün saat 15:17 dəqiqədə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarının sağ yan cibindən 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,924 qram, 0,589 qram, 1,169 qram, 1,058 qram, 0,632 qram, 0,864 qram, 0,122 qram, ümumi təmiz çəkisi 5,358 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsi ilə yoxlayıb belə nəticəyə gəlir ki, qeyd edilən cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra ibtidai istintaqın sonunadək heç bir prosessual sənədi imzalamamış, bunun əvəzində prosessual sənədlərdə “heç bir səbəb bildirmədən imzalamaqdan imtina etdi” qeydi aparılmışdır. Məhkəmə hesab edir ki, cinayət işinin materiallarında olan prosessual sənədlərdə “heç bir səbəb bildirmədən imzalamaqdan imtina etdi” qeydinin aparılması formal xarakter daşımamalı idi, əksinə Təqsirləndirilən şəxs prosessual sənədləri imzalamamasının səbəbi dəqiqləşdirilməli idi. Lakin aşkar olunan odur ki, bunun səbəbinin aydınlaşdırılmasına cəhd belə edilməmişdir. Bu hissədə qeyd edilməlidir ki, prosessual sənədlərdə “heç bir səbəb bildirmədən imzalamaqdan imtina etdi” qeydi aparıldığı halda müdafiəçinin iştirak etdiyi prosessual hərəkətlərin nəticəsinə dair tərtib edilmiş prosessual sənədlərdə müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs heç bir sual verilməmiş, başqa sözlə, müdafiəçi tərəfindən də qeyd edilən hissədə heç bir səmərəli hüquqi yardım göstərilməmişdir. Bu isə ona dəlalət edir ki, prosessual sənədlər əsasında həmin prosessual hərəkətdə iştirak edən müdafiəçi səmərəli hüquqi yardım göstərməmiş, bununla da hüquqi yardım formal xarakter daşımışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ona təqdim edilən siyahı əsasında öz seçiminə görə müdafiəçi seçmək hüququndan da faktiki olaraq məhrum edilmişdir. Belə ki, cinayət işinin 20-ci vərəqində olan vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında protokoldan görünür ki, 2109 saylı vəkil orderini təqdim edən 11 saylı Vəkil Bürosunun vəkili X2 şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim edilsə də, həmin protokol Təqsirləndirilən şəxs tərəfindən imzalanmamışdır. Belə olduğu təqdirdə Təqsirləndirilən şəxs 11 saylı Vəkil Bürosunun vəkili X1 hüquqi yardımından istifadə etmək istəyibistəmədiyini müəyyən etmək mümkün deyil. Eyni zamanda həmin protokoldan görünür ki, müdafiəçi qismində X2 protokolu qara mürəkkəbli qələmlə imzalamış, 40-cı Polis bölməsinin təhqiqatçısı, polis kapitanı Hacı Musayev isə protokolu göy rəngli mürəkkəbli qələmlə imzalamış, həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs nisbətdə “heç bir səbəb bildirmədən imzalamaqdan imtina etdi” qeydi də göy mürəkkəbli qələmlə icra edilmişdir. Göstərilən iki hal 11 saylı Vəkil Bürosunun vəkili X1 həqiqətən də şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim edilməsini şübhə altına qoyur. Bu şübhəni gücləndirən amil isə ondan ibarətdir ki, cinayət işinin 35-ci vərəqində olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı olmadan üzərinə baxış keçirilməsinə etiraz etməmişdir. Lakin həmin ərizə də Təqsirləndirilən şəxs tərəfindən imzalanmamış, bunun əvəzinə yenidən təhqiqatçı tərəfindən “heç bir səbəb bildirmədən imzalamaqdan imtina etdi” qeydi aparılmışdır. Həmin ərizədə müdafiəçinin imzası görünsə də, müdafiəçi şübhəli şəxs qismində çıxış edən Təqsirləndirilən şəxs mövqeyini aydınlaşdırmağa belə cəhd etməmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs ona təqdim edilən müdafiəçini faktiki olaraq qəbul edib-etməməsi, yəni təqdim edilən müdafiəçinin hüquqi yardımından istifadə etmək istədiyini ifadə etmədiyi halda həmin gün həmin müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməməsi ağlabatan olmamaqla, məntiqli və inandırıcı deyil. Lakin ən maraqlısı odur ki, Təqsirləndirilən şəxs cinayət işində olan prosessual sənədləri imzalamadığı (müdafiəçinin təqdim edilməsi, müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsi, şübhəli şəxs qismində tutulma və sair) və bunun səbəbi aydınlaşdırılmadığı halda xx.xx.2023-cü il tarixdə, saat 15:15-də müdafiəçinin iştirakı olmadan, lakin 2 hal şahidinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Bu hissədə qeyd edilməlidir ki, xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 4.2 qram çəkidə narkotik vasitəyə bənzər kütlə aşkar edilərək götürülmüş, ən əsas məsələ isə həmin protokol da Təqsirləndirilən şəxs tərəfindən imzalanmamış, bunun əvəzində təkrarən protokolun üzərində “heç bir səbəb bildirmədən imzalamaqdan imtina etdi” qeydi aparılmışdır. Dövriyyəsi qadağan edilmiş predmetlərin prosessual hərəkətlər vasitəsi ilə götürülməsinə xidmət edən prosessual hərəkətlərdə müdafiəçinin iştirakı və həmin prosessual hərəkətlərin nəticələrini özündə əks etdirən protokolların müdafiəçi tərəfindən imzalanması müdafiə hüququnun təmin edilməsinə yönəlmiş təməl təminatdır. Bu səbəbdən də Təqsirləndirilən şəxs cinayət işi üzrə heç bir prosessual sənədi imzalamadığı və ona təqdim edilən müdafiəçinin hüquqi yardımından istifadə etmək arzusunda olub-olmaması müəyyən edilmədiyi halda, şəxsi axtarış zamanı orada müdafiəçinin iştirak etməməsi və video çəkiliş vasitəsi ilə deyil, hal şahidlərinin iştirakı ilə şəxsi axtarışın keçirilməsi və nəticədə 4.2 qram çəkidə narkotik vasitəyə bənzər kütlənin aşkar edilməsi keçirilmiş şəxsi axtarışın şəffaflığına və obyektivliyinə dair ciddi şübhə yaradır. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolu ciddi şübhə altına alan digər məqam isə ondan ibarətdir ki, həmin protokol əsasında narkotik vasitəyə bənzər kütlənin aşkar edilməsi, sonradan həmin kütlənin “Aosai” markalı tərəzi ilə ölçülməsi və həmin kütlənin çəkisinin 4.2 qram təşkil etməsi, sonra həmin kütlənin qablaşdırılması göstərilsə də, cinayət işinin 57-cə vərəqində olan aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə müvafiq tədqiqat aparılması üçün Məhkəmə Ekspertiza Mərkəzinə 4.2 qram çəkidə deyil, əksinə aşkar edilmiş kütlənin çəkisindən 1 qramdan da artıq çəkidə, daha dəqiq isə 5,358 qram çəkidə kütlə təqdim edilmişdir. Cinayət işinin 55-56-cı vərəqələrində olan xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/4225 saylı ekspertiza rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş kütlələrin ümumi çəkisi 5,358 qram təşkil edir və həmin kütlələr narkotik vasitə heroindir. xx.xx.2023-cüil tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan aşkar edilmiş kütlənin çəkisi 4.2 qram göstərildiyi və həmin çəkinin elektron tərəzi vasitəsi ilə müəyyən edildiyi halda, 1 (bir) gün sonra ekspertizaya 5,358 qram kütlənin təqdim edilməsi və ekspertiza rəyi ilə aşkar edilmiş kütlənin çəkisinin 5,358 qram təşkil edilməsinin müəyyən edilməsi xx.xx.2023-cü il tarixdə aparılmış şəxsi axtarış və götürmənin qüsurlu olmasına, eləcə də göstərilən prosessual hərəkətin müdafiə hüququnun kobud şəkildə pozulması ilə keçirilməsinə əsas verir, bu isə həmin hərəkətin nəticəsinə dair tərtib edilmiş protokolun gələcəkdə mötəbər sübut kimi qəbul edilməsini istisna edən hallar qismində çıxış edir. Göstərilən arqumentlər bütövlükdə müdafiə hüququnun konud şəkildə pozulmasına dəlalət edir. Başqa sözlə, aşkarlanmış kütlənin çəkisi xx.xx.2023-cüil tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən müəyyən edildiyi halda, 1 (bir) gün sonra həmin kütlənin çəkisinin təsir edəcək qədər artıq çəkidə ekspertiza orqanına təqdim edilməsi və ekspertiza rəyi ilə məhz kütlələrin ümummi çəkisinin 5,358 qram təşkil edilməsi başa düşülən deyil. Eyni zamanda cinayət işi üzrə keçirilmiş ekspertiza rəyində aşkarlanmış kütlələrin ümumi təmiz çəkisi müəyyən edilsə də, həmin ekspertiza keçirilən zaman qanunla müəyyən edilmiş tələbə əməl olunmamışdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən dövriyyəsi qadağan edilmiş narkotik vasitəyə nisbətdə xalis çəki müəyyən edilməli olduğu halda, ekspertiza rəyi ilə narkotik vasitələrin xalis çəkisi deyil, məhz ümumi çəkisi müəyyən edilmişdir. Halbuki göstərilən vasitənin xalis çəkisi ilə ümumi çəkisi arasında ciddi fərq var. Bundan başqa, aşkar edilmiş kütlələrin çəkisinə müstəntiq tərəfindən iş üzrə qəbul edilmiş sübutların qiymətləndirilməsi barədə qərarda hüquqi qiymət verilməyə cəhd edilsə də, qüsurlu şəkildə və kobud qanun pozuntuları ilə aparılmış prosessual hərəkətin nəticəsinə dair tərtib edilmiş qüsurlu protokol belə bəsit şəkildə, yəni əlavə araşdırma aparılmadan və əsaslandırılmadan bir cümlə vasitəsilə aradan qaldırıla bilməz. Çünki bu qəbildən olan cinayət işləri üzrə ən əsas sübutlardan birini – məhz dövriyyəsi qadağan edilmiş predmetlərin aşkar edilərək götürülməsini özündə əks və ehtiva edən prosessual sənəd, yəni protokol təşkil edir. Həmçinin cinayət işinin 50-ci vərəqində olan və üzərində tarixi göstərilməyən protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 14:00-da saxlanılaraq 40-cı Polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs xidməti otaqda olarkən ayaqqabısının alt hissəsində olan xüsusi kəsici vasitə (lezva) ilə bədəninin qarın nahiyəsinə xəsarət yetirmiş, bu səbəbdən də ona təcili tibbi yardım göstərilmiş və təcili tibbi yardımın işçisi ilə birlikdə KTM-ə aparılmış, orada onun üzərindən 76 manat pul vəsaiti aşkar edilmişdir. Üzərində tarixi olmayan protokoldan açıq-aşkar görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 40-cı Polis bölməsinə gətirildikdən sonra özünə xəsarət yetirmişdir. Lakin həmin xəsarəti şəxsi axtarış keçirilmədən əvvəl və ya sonra yetirməsi həmin protokolda göstərilməmiş, habelə bununla bağlı cinayət işinin materiallarında heç bir başqa sübut yoxdur. Şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs tərəfindən belə bir xəsarətin özünə yetirilməsi keçirilmiş şəxsi axtarışı birbaşa şübhə altına alır, yəni faktiki olaraq müdafiəçi iştirak etmədiyi, üzərində xəsarətlərin olduğu və həmin protokol şübhəli şəxs qismində çıxış edən şəxs tərəfindən imzalanmadığı halda keçirilmiş şəxsi axtarış və onun nəticəsinə dair tərtib edilmiş protokol qanuni və əsaslı sayıla bilməz, qanuni və əsaslı sayıla bilməyən protokol isə mötəbər sübut qismində çıxış edə bilməz. İkinci halda, yəni şəxsi axtarışdan sonra Təqsirləndirilən şəxs özünə xəsarət yetirilməsi isə yenə keçirilmiş şəxsi axtarışın qanunsuz olmasına dəlalət edir. Belə ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən ancaq narkotik vasitə heroin aşkar edildiyi halda, şəxsi axtarışdan sonra onun üzərindən tibbi müəssisəsində əlavə olaraq 76 manat pulun aşkar edilməsi şəxsi axtarışın natamam və qüsurlu olmasını təsdiq edir. Cinayət işinin 66-68-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli şahidin dindirilməsi barədə protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə şəxsi axtarışda hal şahidi qismində iştirak edən Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlələrin çəkisi 4.2 qram təşkil etmişdir. Cinayət işinin 69-71-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin gün Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş və Şahid1 həmin üzləşdirmədə bir daha qeyd etmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlələrin çəkisi 4.2 qram təşkil etmişdir. Cinayət işinin 72-74-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli şahidin dindirilməsi barədə protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə şəxsi axtarışda hal şahidi qismində iştirak edən Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlələrin çəkisi 4.2 qram təşkil etmişdir. Cinayət işinin 75-77-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin gün Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş və Şahid1 həmin üzləşdirmədə bir daha qeyd etmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlələrin çəkisi 4.2 qram təşkil etmişdir. Cinayət işinin 106-109-cu vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(001)-840/2023 saylı qərarından görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs məhkəmədə bildirmişdir ki, üzərində heç bir narkotik vasitə olmamış, işlədiyi Bakı Beynəlxalq Avtovağzalında bir polis əməkdaşı onunla kobud rəftar etdiyi üçün həmin vaxt özünə bıçaqla xəsarət yetirmiş və 5 gün xəstəxanada müalicə aldıqdan sonra tutulmuş, barəsində sifariş əsasında cinayət işi başlanmışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra ilk fürsətdən istifadə edərək elan olunmuş ittihamı mübahisələndirmişdir. Belə ki, məhkəmə nəzarəti qaydasında onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiq tərəfindən verilmiş vəsatətə məhkəmədə baxılarkən o, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitənin olmadığını, saxlanılmamışdan əvvəl işlədiyi yerdə bir polis əməkdaşı ilə arasında problem yarandığını və nəticədə özünə çoxlu sayda xəsarət yetirdiyini bildirmişdir. Bununla yanaşı cinayət işinin materiallarında Təqsirləndirilən şəxs üzərində çoxlu sayda xəsarətlərin olması, bəzi xəsarətlərin yetirilməsinin xx.xx.2023-cü il tarixə, bəzi xəsarətlərin yetirilməsinin xx.xx.2023-cü il tarixə təsadüf etməsi barədə bir neçə ekspertiza rəyi olsa da, başqa sözlə, Təqsirləndirilən şəxs bu hissədə göstərdiyi hallar həqiqəti əks etdirsə də, ibtidai istintaqı həyata keçirən səlahiyyətli şəxs bu hissədə heç bir araşdırma aparmamış, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə ilə bağlı aidiyyətı şəxsləri dindirməmiş və sair prosessual hərəkətləri icra etməmişdir. Bu da öz növbəsində ibtidai istintaqın natamam və qüsurlu aparılması ilə bağlı olmuşdur. Təəssüf ki, bu qədər ciddi əsaslar olduğu halda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış müdafiəçinin iştirakı olmadan və videoçəkilişsiz aparılmışdır. Cinayət işinin 141-144-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli şahidin dindirilməsi barədə protokoldan görünür ki, şəxsi axtarışda iştirak edən polis əməkdaşı Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlələrin çəkisi 4.2 qram təşkil etmişdir. Cinayət işinin 156-158-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli, 1510 saylı ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərində çoxlu sayda xəsarət izləri var, həmin xəsarətlərin bəzilərinin yaranma vaxtı xx.xx.2023-cü il, bəzilərinin yaranma vaxtı isə xx.xx.2023-cü il tarixə təsadüf edir. Cinayət işinin 179-180-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli Binəqədi rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmin araşdırma zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə polis əməkdaşları onu saxlayan zaman bel nahiyəsinə yumruq zərbələri endirmişlər, sonra 40-cı Polis bölməsinə apararaq orada polis əməkdaşları tərəfindən döyülmüşdür. Cinayət işinin 181-184-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli şahidin dindirilməsi barədə protokoldan görünür ki, şəxsi axtarışda iştirak edən polis əməkdaşı Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlələrin çəkisi 4.2 qram təşkil etmişdir. Cinayət işinin 185-187-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli şahidin dindirilməsi barədə protokoldan görünür ki, şəxsi axtarışda iştirak edən polis əməkdaşı Şahid5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlələrin çəkisi 4.2 qram təşkil etmişdir. Cinayət işinin 188-190-cı vərəqələrində olan xx.xx.2023-cü il tarixli şahidin dindirilməsi barədə protokoldan görünür ki, şəxsi axtarışda iştirak edən polis əməkdaşı Şahid6 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlələrin çəkisi 4.2 qram təşkil etmişdir. Cinayət işinin 191-193-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli şahidin dindirilməsi barədə protokoldan görünür ki, şəxsi axtarışda iştirak edən polis əməkdaşı Şahid7 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlələrin çəkisi 4.2 qram təşkil etmişdir. Cinayət işinin 203-204-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli məcburinarkoloji tibbi yoxlamaya dair ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Beləliklə, məhkəmə yuxarıda göstərilən dəlilləri məcmu halda təhlil edib hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiə hüququ kobud şəkildə pozulmuş, bu pozuntu isə ibtidai araşdırmanın ilk anından başlamış və ütün ibtidai istintaq dövründə davam etmişdir. Həmçinin müdafiə hüququ onda ifadə olunmuşdur ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs təqdim edilmiş müdafiəçi tərəfindən bircə dəfə də olsun Təqsirləndirilən şəxs prosessual sənədləri imzalamaması ilə əlaqədar sual verilməmiş, eləcə də Təqsirləndirilən şəxs müdafiə hüququnun təmin edilməsinə yönəlmiş hər hansı vəsatət verilməmişdir. Bu isə o deməkdir ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsində nəzərdə tutulmuş keyfiyyətli hüquqi yardım göstərilməmiş, əksinə ona təqdim edilmiş müdafiəçi tərəfindən formal müdafiə həyata keçirilmişdir. Müdafiəçinin formal müdafiəsi isə yuxarıda qeyd edildiyi kimi zəruri məsələlərin Təqsirləndirilən şəxs aydınlaşdırmamasında və bu kimi sair məsələlərdə ifadə olunmuşdur. Eyni zamanda formal müdafiənin keçirilməsi ibtidai araşdırmanın ilkin mərhələsindən (şübhəli şəxs qismində tutulma, şəxsi axtarış keçirilmə və götürmə aparılması, dindirmə və sair) başlaması ona dəlalət edir ki, ibtidai araşdırma bötüvlükdə qüsurlu və natamamdır. Bu kimi hallar isə müdafiə hüququnun kobud şəkildə pozulması deməkdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs əlavə ibtidai araşdırma zamanı yeni müdafiəçi ilə təmin edilməli və prosessual hərəkətlər yeni müdafiəçinin (Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi) iştirakı ilə keçirilməli, bununla da ona keyfiyyətli hüquqi yardım göstərilməklə pozulmuş müdafiə hüququ təmin edilməlidir. Bir daha qeyd edilməlidir, məhkəmə tərəfindən göstərilən pozuntular müdafiə hüququnun kobud şəkildə pozulmasını təsdiq edən məsələlər olduğundan bu pozuntular müstəntiq tərəfindən yenidən sübutların qiymətləndirilməsi barədə qərar çıxarılmaqla aradan qaldırıla bilməz, belə bir cəhd isə məhkəmə tərəfindən müəyyən edilərək təsdiq edilmiş kobud pozuntuların qanunsuz şəkildə ört-basdır edilməsinə səbəb olacaq. Bu səbəbdən də göstərilən hissədə obyektiv və ətraflı əlavə araşdırma aparılmalı, bu araşdırma isə çoxsaylı zəruri prosessual hərəkətlər vasitəsi ilə aparılmalıdır. Yuxarıda göstərilən çoxlu sayda pozuntular ona dəlalət edir ki, ibtidai araşdırma zamanı təqsirləndirilən şəxsin müdafiə hüququ və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin imperativ tələbləri kobud şəkildə pozulmuş, başqa sözlə, ibtidai araşdırma zamanı CPM-nin 303.3.1-cü maddəsinin tələbi kobud şəkildə pozulmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə qanuni həll edilməsi mümkün olmayan ibtidai araşdırma zamanı yol verilmiş kobud pozuntulara görə cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Xüsusilə qeyd olunmalıdır ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməməsi məhkəmə tərəfindən CPM-in 303.3.1-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin müdafiə hüququnun və CPM-nin imperativ tələblərinin pozulması kimi qiymətləndirilərək, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının baxılmasına xitam verilməsi və onun prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Qeyd edilənlər bir daha onu göstərir ki, ibtidai araşdırmanın ilkin mərhələsindən başlayaraq Təqsirləndirilən şəxs müdafiə hüququ kobud və ciddi şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kobud qanun pozuntusu hesab edilir və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Qanunla qeyd edilən hallar mövcud olduqda, CPM-in 303-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi zəruridir. Məhkəməyədək icraat zamanı bir sıra qanun pozuntularına yol verildiyindən Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsinin tələbləri pozulmuşdur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ və İİ hissələrinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən, bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 13-cü maddəsinə görə bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. İstər daxili qanunvericilikdə, istərsə də beynəlxalq müqavilələrdə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının qorunması önəmli yer tutur. Məhkəmə tərkibi cinayət prosesi tərəflərinin iştirakı ilə hazırlıq iclasında həll edilməli olan məsələləri müzakirə edərək onlara dair aşağıdakı nəticələrə gəlmişdir: - Məhkəməyə daxil olmuş cinayət işinə baxılması Bakı Ağır Cinayətlər Məhkəməsinə aid olsa da, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün ciddi əsaslar vardır. - Aparılmış ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə yuxarıda qeyd edilmiş halları və dəlilləri məcmu halda nəzərə alaraq hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3-cü maddəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən, yəni Təqsirləndirilən şəxs müdafiə hüququ kobud şəkildə pozulduğundan cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 306.2.1-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda və həmin Məcəllənin 306.2.2-ci maddəsinə əsasən isə cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə müraciət etdikdə məhkəmə həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 159-cu maddəsinin müddəalarına görə ağır cinayət törətməkdə təqsirləndirilən şəxslərin həbsdə saxlama müddətləri müstəsna hallarda 13 ayadək məhkəmə tərəfindən uzadıla bilər. Göstərilən qanun pozuntularının aradan qaldırılması üçün kifayət qədər müddət tələb olunur. Ona görə də məhkəmə cinayət işinin mürəkkəbliyini, vəsatətdə göstərilən müxtəlif məsələlərin araşdırılması və həll edilməsi ilə bağlı prosessual hərəkətlərin keçirilməsinin tələb olunması, təqsirləndirilən şəxsin ağır cinayət törətməkdə təqsirləndirilməsini, onun azadlıqda qalacağı halda istintaqdan gizlənməsinə və cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə ibtidai istintaqın normal gedişinə mane olmasına dair kifayət qədər əsas olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2023-cü il tarixdən 1 (bir) ay müddətə, yəni xx.xx.2024-cü il tarixədək uzadılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.5, 303.1, 303.2 və 303.3.1-ci maddələrini rəhbər tutub məhkəmə qərara aldı:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntusuna yol verildiyindən bu pozuntuların tam şəkildə aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokuroruna qaytarılsın.
2. Barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti xx.xx.2023-cü il tarixdən 1 (bir) ay müddətə, yəni xx.xx.2024-cü il tarixədək uzadılsın.
3. Qərarın surəti dövlət ittihamçısına, təqsirləndirilən şəxsə və müdafiəçiyə göndərilsin.
Sədrlik edən hakim Əli Məmmədov
Hakimlər Səbinə Məmmədzadə
Azad Məcidov