Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-240/2020 26.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: X2 (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə; məhkəmə iclasının katibi: X19; dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokurormetodisti X37; zərərçəkmiş X10 müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası fərdi fəaliyyət göstərən vəkili Şahid14 Behbut oğlunun iştirakları ilə Təqsirləndirilən şəxs, xx xxxx 1980-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən «Petrol-100» yanacaq doldurma məntəqəsində operator işləmiş, evli, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhər polis idarəsində qeydiyyatda olmaqla, Abşeron rayonu, Saray qəsəbəsi, Azadlıq küçəsində fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 311.2, 32.4, 312.2, 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə birbaşa yolla şəxsən maddi neməti rüşvət qismində istəyərək almış, informasiya resursuna tamah niyyətilə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətmiş, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə özgələrə məxsus əmlakı xeyli miqdarda ziyan vurmaqla təkrarən ələ keçirməklə dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla şəxsən, habelə özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrilərini vahid niyyətlə təkrarən təhrik etmişdir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx xxxx 2011-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinin Nərimanov rayon polis idarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqələri şöbəsinin operatoru vəzifəsində işləyərkən Azərbaycan Respublikası Daxili İşlər nazirinin x xxxxxxxx 2010-cu il tarixli 550 saylı əmri ilə təsdiq olunmuş təlimatın tələblərinə əsasən, xidməti fəaliyyətini xüsusi olaraq operatorlar üçün hazırlanmış texniki (tapşırıq) “təlimat” əsasında təşkil edilməsinə, ərizə-anket məlumatlarının kompyuter yaddaşına daxil edilməsi və müvafiq vəsiqə-blankların çap edilməsi üçün şöbə rəislərinin tapşırıqlarının yerinə yetirilməsinə, texniki avadanlığın işlək vəziyyətdə saxlanılmasına, çap üçün verilmiş müvafiq vəsiqə-blankların etibarlı saxlanmasının təmin edilməsinə, çap olunmuş hazır vəsiqə-blanklarının sahibinə verilməsi üçün şöbə rəisinə təhvil verilməsinə, “Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqəsi” elektron informasiya altsisteminədaxil olmaqdan ötrü xüsusi olaraq verilmiş loqin və parol əsasında şəxsiyyət vəsiqələrinin fəaliyyətsizləşdirilməsinə məsul vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, yəni 2016-cı ilin may ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası ünvanında yerləşən 329 nömrəli evə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən **********71-05101-093001 reyestr nömrəsi ilə 2418 nömrəli kitabın 225037-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən xx xxxxxx 2015-ci il tarixli çıxarışa əsasən Şahid2 mülkiyyətində olan həmin evdə qeydiyyatda olan Şahid4 və X6 onların özlərinin razılıqları və xəbərləri olmadan şəxsiyyət vəsiqələrinin fəaliyyətsizləşdirilməklə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalarında köməklik göstərilməsinə dair özünə Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski küçəsi 83-A ünvanında yerləşən Nərimanov rayon polis idarəsinin inzibati binasının yaxınlığında müraciət edən tanışları Şahid1 və Şahid2 özünün 5.000 manat pul müqabilində onların istədikləri tarixdə Nəzərəli Nəzərəliyev və Şahid4 adlarını “Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqəsi” altsistemində onların şəxsiyyət vəsiqəsinin fəaliyyətsizləşdirilməsini həyata keçirməklə qeyd edilən ev üzrə qeydiyyatdan şəxsən çıxara biləcəyini bildirib, həmin qanunsuz hərəkətə görə Şahid1 və Şahid2 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 5.000 manat məbləğində pul vəsaitini rüşvət qismində istəmiş, sonuncular razılıq verdikdən sonra,həmin vaxt qeyd edilən ünvanda yerləşən Bakı şəhəri Nərimanov rayon polis idarəsinin inzibati binasının yaxınlığında xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 9-cu maddəsi ilə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas qismində müəyyən edilmiş hallar, o cümlədən, yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən yaşayış yerini dəyişməsi, müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçilməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında ömürlük azadlıqdan məhrum edilməsi, ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında ölməsi və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edilməsi, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edilməsi əsasları olmadan Nəzərəli Nəzərəliyev və Şahid4 yaşayış yeri üzrə Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası 329 ünvanından qeydiyyatdan çıxarılmasına görə şəxsən birbaşa yolla maddi nemət olan 5.000 manat məbləğində pul vəsaitini rüşvət qismində, barəsində Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeydinə əsasən cinayət təqibinə xitam verilmiş əməl üzrə, Şahid2 və Şahid1 alıb, xx xxx 2016-cı il tarixdə, saat 10 radələrində qeyd edilən ünvanda yerləşən işlədiyi həmin şöbənin inzibati binasında xidməti otağında kompüterdə qeyd edilən altsistemə, yəni informasiya resursuna tamah niyyətilə Nəzərəli Nəzərəliyev və Şahid4 Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası 329 ünvanından qeydiyyatdan çıxarılmalarından ötrü altsistemdə sonuncuların qeydiyyatdan çıxarılmasına səbəb kimi qeyd edilən Qanunun 9-cu maddəsi ilə müəyyən edilmiş əsasların mövcudluğuna dair bilə-bilə yalan məlumatlar daxil edərək həmin şəxslərin şəxsiyyət vəsiqələrini fəaliyyətsizləşdirərək onları qeyd edilən ünvandan qeydiyyatdan çıxarmaqla vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə Şahid2 və Şahid1 şəxsən birbaşa yolla maddi nemət olan 5.000 manat pul vəsaitini rüşvət qismində istəyərək almış, informasiya resursuna tamah niyyətilə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 2017-ci ilin fevral ayında Bakı şəhər sakini Şahid11 barəsində mülki iddiaçı X16 və X7 iddiaları əsasında Nərimanov rayon məhkəməsinin 2(005)-6482/2015 saylı, xx.xx.2016-cı il tarixli cavabdeh Şahid11 2500 manat borc məbləği və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçı Rafiq Məmmədovun, 2000 manat pulun isə iddiaçı Cumayə Məmmədovanın xeyrinə tutulması barədə qətnamənin icrası ilə bağlı Nərimanov rayon İcra və Probasiya şöbəsi tərəfindən Nərimanov rayon polis idarəsinə ünvanlanmış və icrası Nərimanov rayon polis idarəsinə həvalə edilmiş Şahid11 barəsində borclunun axtarılması haqqında axtarış qərarının icra edilməsi ilə əlaqədar xx.xx.2017-ci il tarixli xx/xx-2912 saylı məktub üzrə qabaqlayıcı tədbir kimi sonuncunun ölkədən çıxmasına məhdudiyyət qoyulmasının qarşısının alınmasında köməklik göstərilməsinə dair özünə müraciət edən Şahid11 qardaşı Şahid2 həmin məhdudiyyətin qoyulmaması hüququnun özündə də olmasını, özünün ona köməklik göstərə biləcəyini yalandan vəd verib aldatmaqla, Şahid2 özü barəsində yaratdığı inam və etibardan sui-istifadə edərək, Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski küçəsi, 83-A ünvanında yerləşən Nərimanov rayon polis idarəsinin inzibati binasında xidməti otağında görüşləri zamanı həmin məsələnin müsbət həlli üçün xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid11 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü üçün 500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid2 yalandan bildirərək onunla sövdələşib, həmin adla qeyd edilən tarixdə xidməti otağında Şahid2 Şahid11 məxsus 500 manat məbləğində pul vəsaitini alaraq, həmçinin, eyni niyyətlə, cinayət əməllərini davam etdirərək 2017-ci ilin iyul ayında Şahid11 ölkə ərazisini Gürcüstan istiqamətində tərk etmək istəyən zaman onun barəsində Nərimanov rayon polis idarəsi tərəfindən ölkədən çıxışına məhdudiyyətin qoyulmasından sonuncunun övladı Şahid1 xəbər tutaraq həmin məhdudiyyətin götürülməsində köməklik göstərilməsinə dair özünə müraciət etdiyi zaman sonuncuya həmin məhdudiyyətin götürülməsində ona köməklik edə biləcəyini yalandan bildirib aldatmaqla Şahid1 özü barəsində yaratdığı inam və etibardan sui-istifadə edərək, sonuncu ilə özünün yaşadığı ünvan 2 ünvanının yaxınlığında görüşləri zamanı həmin məsələnin müsbət həlli üçün xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid11 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü üçün 1.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid1 yalandan bildirərək onunla sövdələşib, həmçinin, bunun üçün 2.000 manat məbləğində pulun isə özü vasitəsilə Şahid11 borclu olduğu iddiaçı Rafiq Məmmədova çatdırılmasının zəruri olmasını deyib aldadaraq həmin tarixdə qeyd edilən ünvanda ümumilikdə 3.000 manat məbləğində pulu Şahid1 alaraq, vahid niyyətlə əldə etdiyi cəmi 3.500 manat məbləğində pul vəsaitini şəxsi ehtiyaclarına sərf edib, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid11 və Şahid1 məxsus cəmi 3.500 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə vahid niyyətlə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid11 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla şəxsən maddi nemət olan 1.500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid2, Şahid11 və Şahid1 vahid niyyətlə təhrik etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2017-ci ilin iyun ayın ayının 30-da Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 61 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin dələduzluq yolu ilə X3 faktına görə Nərimanov rayon polis idarəsində Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə Nərimanov RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı Şahid14 tərəfindən başlanmış və aidiyyəti üzrə Nərimanov rayon polis idarəsinin istintaq şöbəsinə göndərilmiş həmin idarənin müstəntiqi Mövsüm Cabbarov tərəfindən istintaqı aparılan ********* saylı cinayət işi üzrə Rəşad Qarayevdən 2.000 ABŞ dolları məbləğində pul vəsaitini almış tanışı Şahid1 qeyd edilən cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsində köməklik göstərilməsinə dair tanışı Şahid1 2017-ci ilin iyul ayında ünvan 2 ünvanının yaxınlığında görüşdükləri zaman özünə müraciəti ilə əlaqədar Şahid1 özünün qeyd edilən idarədə işləməsi ilə əlaqədar həmin idarənin rəhbər vəzifəli şəxsləri ilə yaxın münasibətinin olmasını, həmin münasibətindən istifadə edərək cinayət işinin icraatına xitam verdirəcəyini yalandan vəd edib aldatmaqla, Şahid1 özü barəsində yaratdığı inam və etibardan istifadə edərək, həmin məsələnin müsbət həlli üçün qeyd edilən rəhbər vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 13.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirib onunla sövdələşərək, həmin adla 2017-ci ilin iyul ayında Şahid1lə ünvan 2 ünvanının yaxınlığında görüşüb ondan 13.000 manat məbləğində pul vəsaitini alıb, həmçinin, eyni niyyətlə, 2017-ci ilin sentyabr ayının 26-da qeyd edilən cinayət işinin Nərimanov rayon prokurorluğuna göndərilməsi ilə əlaqədar onun icraatına Nərimanov rayon polis İdarəsində xitam verilməsi ilə bağlı razılaşmalarının alınmadığını Şahid1 bildirərək əlavə olaraq 12.000 manat pul verəcəyi halda Şahid1 və Şahid2 tanınmamaları üçün ad və soyadları fərqli olan saxta şəxsiyyət vəsiqəsi hazırlamaqla həmin vəsiqələr əsasında alacaqları pasportla onların ölkə xaricinə çıxmalarına köməklik edə biləcəyini yalan vəd verib aldatmaqla, həmin məsələnin müsbət həlli üçün vəzifəli şəxs olan özünə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 və Şahid2 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla şəxsən maddi nemət olan 12.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirib onlarla sövdələşərək, həmin adla 2017-ci ilin oktyabr ayında Şahid1lə Yasamal rayonu, Ü.Əkbərov küçəsi 126B ünvanının yaxınlığında görüşüb ondan 12.000 manat məbləğində pul vəsaitini alıb, qeyd edilən qaydada əldə etdiyi cəmi 25.000 manat pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək Şahid1 məxsus cəmi 25.000 manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ələ keçirib ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 və Şahid2 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla şəxsən və özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncuları təkrarən təhrik etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 2000-ci ildən 2019-cu ilin may ayının 11-nə kimi daxili işlər orqanlarında qulluq keçmişdir. Əsasən Nərimanov rayon polis idarəsinin pasport qeydiyyatı şöbəsinin əvvəlcə operatoru, daha sonra isə kiçik inspektoru işləmişdir. 2019-cu ilin may ayının 11-də qeydiyyat və şəxsiyyət vəsiqələri şöbələri ləğv olunduğundan ixtisara düşmüşdür. Hazırda təqaüddədir. Əsasən operator işləmişdir. 2018-ci ilin avqust ayından kiçik inspektor vəzifəsinə təyin olunmuşdır. Rayon polis şöbəsində operator vəzifəsində işləyərkən “İAMAS” sisteminə daxil olmaq üçün loqin və parolla təmin olunmuşdur. Operator kimi vəzifəsi şəxsiyyət vəsiqələrinin çap edilməsindən, ərizə anket məlumatlarının kompyuterin yaddaşına daxil edilməsindən, şəxsiyyət vəsiqələrinin fəaliyyətsizləşdirilməsindən ibarət olmuşdur. Şahid1 və Şahid2 tanıyır. Onları təxminən 4-5 il olar ki, tanıyır. Onlarla tanışlığı Şahid3 vasitəsilə olmuşdur. Belə ki, Şahid3 həmkəndlisidir, eyni zamanda taksi sürücüsüdür. Kəndlərinə bir azuqə göndərəndə İmaməli vasitəsilə göndərmişdir. Əlirza ilə İsmayıl da çox vaxt onun yanında olurmuşlar. Elə ordan münasibətləri yaranmışdır. 2016-cı ilin səhv etmirsə əvvəllərində Əlirza ilə İsmayıl onun yanına gələrək onların yaşadığı evdə qeydiyyatda olan dayıları Nəbi və Nəzərəlini qeydiyyatdan çıxarmaq lazım olduğunu demişlər. Onlardan dayılarının harda olduğunu soruşduqda Nəbi və Nəzərəlinin ölkədə olmadıqlarını demişlər. Əlirzagilə Nəbi və Nəzərəlinin razılığı olmadan qeydiyyatdan çıxara bilməyəcəyini demişdir. Bundan sonra onlar razılıq alıb gətirəcəklərini deyib bir neçə dəfə gedib gəlsələr də, lakin razılıq ərizəsini gətirə bilməmişlər. Onların da ərizəsi olmadan Nərimanov rayon polis idarəsindən qeydiyyatdan çıxarılması mümkün olmamışdır. Ona görə də, bu işi görməkdən imtina etmişdir. Bundan bir müddət sonra təxminən 2017-ci ildə dəqiq tarixini xatırlamır, Şahid1 anası məhkəmə qərarına əsasən icraçı tərəfindən axtarışa verilmişdir. Belə ki, anası Şahid11 kimdənsə borca pul götürüb qaytara bilmədiyindən həmin şəxs mülki qaydada məhkəməyə müraciət etmiş və məhkəmə onun iddiasını təmin etmişdir ki, pul Laləzardan tutulub vətəndaşa qaytarılsın. Lakin Laləzar pulu ödəyə bilmədiyinə görə icraçı tərəfindən onun ölkədən çıxışına qadağa qoyulmuşdur. Bununla bağlı Nərimanov rayon qeydiyyat şöbəsində axtarış işi açılmışdır. Belə ki, mülki işlərlə bağlı axtarış işləri rayon polis idarələrinin qeydiyyat şöbələrində açılır. Axtarış işində olan telefon nömrəsinə zəng vuranda telefona Şahid1 cavab vermişdir. Həmin vaxtı Laləzarın Əlirzanın anası olduğunu bilmişdir. Əlirza daha sonra yanına gəlib nə məsələ olduğunu soruşduqda ona məsələni izah etmişdir. Əlirza da anası Laləzarın xəstə olduğunu, bir ay müddətində borcu ödəyəcəklərini demişdir. Bu söhbətdən 1-2 ay keçsə də, onlar borcu ödəməmişlər. Daha sonra həmin tələbkar işin icra olunmasını onlardan tələb etməyə başlamışdır. Tələbkarlar bir qadın, biri kişi olmuşdur, adlarını hal-hazırda xatırlamır. Əlirza hər dəfə söz versə də, pulu ödəməmiş, daha sonra onlar yoxa çıxmışdır. Belə ki, Şahid1 və Şahid2 barəsində cinayət işi qaldırılmışdır. Cinayət işinin qaldırılmasına səbəb isə Şahid1lə Şahid2 kiminsə obyektini ələ keçirib başqasına satması olmuşdur. Eyni zamanda onların eyni qaydada başqa şəxslərin də əmlakını ələ keçirib satdığını öyrənmişdir. Kimin əmlakını ələ keçirib satmalarından məlumatı yoxdur. Ona görə də, onlar qaçıb gizləndiklərindən barələrində axtarış verilmişdir. Onlar qaçıb gizləndikdən sonra onlarla əlaqəsi kəsilmişdir. Yalnız İsmayıl və Şahid1 tutulduqdan sonra təxminən bir-iki ay bundan qabaq Əlirza onun istifadəsində olan mobil nömrəyə zəng edib 1500-2000 manat borca pul istəmişdir. Həmin pulu ona verməkdən imtina etdikdə sonuncu onu şantaj edəcəyini bildirmişdir. İş materiallarında olan sənədlərdən Şahid1 və Şahid2 Nəzərəliyev Şahid4 və Nəzərəli Nəzərəliyevi yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası 329 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarmaq üçün ona 5000 manat pul verməsi və bunun müqabilində onları qeydiyyatdan çıxarmağı barədə göstərilənlərlə əlaqədar qeyd etmişdir ki, onlardan pul almamış, Şahid4 və Nəzərəli Nəzərəliyevi qeydiyyatdan çıxarmamış, bir dəfə bununla bağlı Daxili İşlər Nazirliyindən də yoxlama gəlib araşdırma aparmış və onlar Nərimanov rayon polis idarəsinin pasport qeydiyyatı şöbəsindən deyil, başqa yerdən qeydiyyatdan çıxarıldığını müəyyən etmişlər. O, həmin şəxslərin qeydiyyatdan hardan çıxarıldığını bilmir. Baş Pasport qeydiyyatı İdarəsindən sorğu edilərsə, ordan görünər ki, hardan qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan istintaq sənədlərindən Şahid1 anası Şahid11 ölkə sərhədini tərk etməklə bağlı üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi üçün ondan 3000 manat pul istəməsi və alması ilə bağlı göstərmişdir ki, bu deyilənlər yalandır. Onun belə bir səlahiyyəti yoxdur. Belə ki, qadağanı Daxili İşlər Nazirliyinin Baş idarəsi götürür. Eyni zamanda Şahid11 tələbkarlara 2000 manat borcu olmuşdur. Yəni elə 3000 manat verəcəkdisə elə həmin tələbkarlara 2000 manat verib işlərini yoluna qanuni şəkildə qoya bilərdilər. İş materiallarında olan sənədlərdən Şahid2 və Şahid1 ölkə sərhədindən qaçmasına köməklik edəcəyini vəd verib onlardan 12000 manat pul alması ilə bağlı göstərilənlərlə əlaqədar qeyd etmişdir ki, yalandır. Onun belə bir səlahiyyəti olmamış və onlara ölkədən qaçmağa vəd verməmişdir. Polis serjantı olmaqla operator vəzifəsində çalışmış, onlara sənəd düzəltməmişdir. İş materiallarında olan Bayram Abbasovun adına düzəldilmiş xarici pasportun o cümlədən şəxsiyyət vəsiqəsinin surəti ilə bağlı göstərmişdir ki, həmin sənədlər onun tərəfindən hazırlanmamışdır. İlk dəfədir ki, həmin sənədləri görür və bu barədə eşidir. Onun bu işlərə qarışacağı olmamışdır. İş materiallarında olan səs yazıları ilə bağlı göstərmişdir ki, həmin səs yazıları onun Şahid1lə danışığını əks etdirir. Danışıqlardan birində İmaməli ilə bağlı səslənir. Belə ki, İmaməli qohum kimi onun yanına gələrək hansısa maşınla bağlı 17-ci polis bölməsinə Əlirzaya görə çağırıldığını demiş, belə ki, Əlirza saxta sənəd vermişdir. İmaməliyə bu işə qarışacağı olmadığını demişdir. Digər səs yazısında isə Əlirza ondan pul istəmiş, hətta onu şantaj edərək rayon polis idarəsində xatırlamadığı kiməsə nəsə demişdir. Eyni zamanda telefonda ona rəisin yanına gələcəyini bildirmişdir. Buna görə qorxub ona 1500 manat pul tanımadığı taksi ilə göndərmişdir. Taksinin də arxasınca düşsə də, lakin Lökbatanda maşını gözdən qaçırmış, həmin vaxtı Şahid1 axtarışda olmuşdur. Digər səs yazısında isə Şahid1 onu şərləyir, guya nəyəsə görə pul verib. Lakin bu böhtandır. Digər telefon səs yazıları da eyni söhbətlərdir. Şahid1 ona zəng edib şantaj etməsi və telefon danışıqlarında olanların ona atılmış şər olması göstərdiyi halda nəyə görə Şahid1 axtarışda olduğu dövrdə bu barədə rəhbərliyinə və ya hüquq mühafizə orqanına müraciət edib-etməməsi ilə bağlı göstərmişdir ki, xeyr, müraciət etməmişdir, lakin onların axtarışda olduğunu bilmişdir. Şahid1 və Şahid2 ona şər atmaqda məqsədlərinin nə olması barədə göstərmişdir ki, Şahid11 kömək etməmiş, o cümlədən özləri də axtarışda olan dövrdə ondan onlara kömək etməsini istəmişlər. Lakin bunlardan qəti şəkildə imtina etmiş, eyni zamanda dəfələrlə ondan onlara sənəd düzəltməyini tələb etmişlər. Buna qəti şəkildə etiraz etmişdir ki, ona görə də, ona şər atırlar. İş materiallarından Şahid1 Fariz Ağayevə məxsus Nərimanov rayonunda yerləşən obyekti ələ keçirib satmaq istəyərkən tutulması, lakin ifadəsi alındıqdan sonra buraxılması ilə bağlı görünənlərlə əlaqədar qeyd etmişdir ki, həmin xüsusatdan ətraflı məlumatı yoxdur. Bu barədə sonradan İmaməlidən məlumat almışdır. Lakin Əlirzanın tutulmasından və buraxılmasından məlumatı olmamışdır. İmaməli də bu barədə ona bu hadisədən xeyli sonra demişdir. İş materiallarında olan “xxxxxxxx” diskinə baxışdan istifadəsində olan “***-***-**-**” mobil nömrəsindən xx.xx.2016-cı il tarixdə saat 21-56-da ***-***-**-** mobil nömrəsinə “Nezeleriyev nezereli hesen oqlu.ves.nöm.03444791 nezereliyev nebi hesen oqlu.ves.nom.06558266” şəklində mesaj göndərilməsi ilə bağlı göstərmişdir ki, ***-***-**-** mobil nömrəsini “Asan Xidmət” səyyar şöbəsində, yəni Həsən Əliyev küçəsində yerləşən şöbəsində çalışan Şahid9 nömrəsidir. Ola bilsin ki, ilkin olaraq Şahid1 Nəbi və Nəzərəli Nəzərəliyevi qeydiyyatdan çıxarmaq üçün onun yanına gəlmişlər. Həmin mesajı da o vaxtı göndərmişdir. Həmin vaxt məzuniyyətdə olduğu üçün onların harda qeydiyyatda olub-olmamasını öyrənmək üçün həmin mesajı Namiqə göndərmişdir. İfadəsində Şahid1 ona Nəbi və Nəzərəli Nəzərəliyevin yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası 329 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarmaq üçün ona müraciət etdiklərini, yəni Əlirza və İsmayılın ona Nəbi və Nəzərəli Nəzərəliyevin yaşadıqları evdə qeydiyyatda olduqlarını dedikləri halda Şahid4 və Nəzərəli Nəzərəliyevin şəxsiyyət vəsiqələrinin seriya nömrələrini göndərməklə Namiq Vəkilov ad və soyadlı şəxsdən onların harda qeydiyyatda olub-olmamalarını öyrənməsinin hansı məntiqə əsaslanması barədə göstərmişdir ki, ola bilsin ki, həmin vaxt işdə olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərdi ki, Şahid12 tanıyır. Onunla münasibəti normal olmuşdur. Aralarında düşmənçilik, ədavət və söz-söhbət yoxdur. İş materiallarından xx.xx.2016-cı il tarixdə Şahid12 istifadəsində olan mobil nömrəyə X14 və Şahid4 şəxsiyyət vəsiqələrinin seriya nömrələrini göndərməsinin görünməsi ilə bağlı göstərmişdir ki, məzuniyyətdə olduğu dövrdə işə getmədiyi üçün həmin şəxslərin harada qeydiyyatda olubolmamağını soruşmuşdur. Həm “Asan Xidmət” mərkəzinin işçisi Şahid9, həm də Şahid12 həmin şəxslərin qeydiyyatda olduğu yeri soruşması, yəni eyni şəxslər barəsində iki dəfə ayrı-ayrı vaxtlarda onların qeydiyyatda olduğu yeri soruşmasına səbəblə bağlı göstərmişdir ki, ola bilsin ki, ona həmin şəxslərdən biri qeydiyyatda olduğu yeri deməmişdir. Ona görə digərindən dəqiqləşdirmişdir.İfadəsində məzuniyyətdə olduğu üçün işə getmədiyinə görə Şahid4 və Nəzərəli Nəzərəliyevin qeydiyyatda olduğu yeri soruşmasını göstərməsi, lakin istintaq sənədlərində olan anten məlumatlarından xx.xx.2016-cı il tarixdə Şahid4 və Nəzərəli Nəzərəliyev yaşadıqları ünvandan qeydiyyatdan çıxarılan gün Nərimanov rayon polis idarəsinin yerləşdiyi anten dairəsində olmasının görünməsi ilə bağlı göstərmişdir ki, həmin gün ola bilsin ki, Nərimanov rayon ərazisindən keçmişdir. Yaxud da ki, ola bilsin ki, məzuniyyəti qurtarıb işdə olmuşdur. Eyni zamanda Şahid4 və Nəzərəli Nəzərəliyevi qeydiyyatdan çıxarmamış, bunun müqabilində heç kəsdən hər hansı bir məbləğdə pul almamışdır. İstintaq sənədlərindən Şahid2 və Şahid1 axtarışda olduqları dövrdə onunla mütəmadi əlaqə saxlaması, sms mətnləri yazması və ondan pullarını tələb etməsi, eyni zamanda səs yazılarından da onlara müxtəlif vədlər verməsinin görünməsi, amma hazırki ifadəsində isə Şahid2 və Şahid1 onu şantaj etməsini göstərməsi halları olduğu halda nəyə görə onlar axtarışda olduqları dövrdə aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət etməməsi ilə bağlı göstərmişdir ki, bununla bağlı heç bir orqana müraciət etməmiş, çünki onları Nərimanov RPİ özü axtarmışdır. Eyni zamanda onların barəsində işə xitam verilməsi ilə bağlı pul almamış, həmçinin onların ölkədən çıxaracağına vəd verib pul almamışdır. Bütün bunlar ona atılmış şər və böhtandır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təxminən 2015-ci ilin sonlarında dostu Tərlan onun vasitəsilə tanıdığı 4 nəfər şəxsi işə düzəltmək adı ilə 30000 manat pul yığmış və bundan sonra qaçıb getmişdir. Həmin şəxslər də işin düzəlmədiyini görüb Tərlanı tapa bilmədikdə barəsində Nərimanov RPİ-yə şikayət etmişlər. Həmin vaxt araşdırma ilə bağlı ifadə vermiş və bu işdə əli olmadığını Tərlanın etdiyini bildirmiş, lakin zərərçəkənlər ondan Tərlana verdikləri pulu tələb etmişlər. Buna görə Tərlan barəsində 102 xidmətinə zəng edib bildirmiş, həmin il Ukraynaya getmək istəyərkən barəsində araşdırma olduğu üçün saxlanılmış və yenidən Nərimanov RPİ-yə gətirilmişdir. Zərərçəkənlərin barəsində olan işin bağlanması üçün pul axtarmağa başlamış, belə ki, bu barədə dayısı Şahid2lə danışmışdır. Dayısı İsmayılla birlikdə çıxış yolu axtarmağa başlamış, zərərçəkmişlərə pulu qaytarmaq üçün faizə pul götürmək qərarına gəlmişlər. Həmin vaxtı faizə pul verən axtararkən şəkili Ruslan adlı maklerə rast gəlmişlər. X36 rayon ərasizində kafedə görüşmüşlər. Kafedə dayısı İsmayıl, Ruslan və onun şəriki Hafiz adlı şəxslər olmuşlar. Söhbət əsnasında Ruslana və Hafizə mövcud vəziyyəti izah edib faizə 30.000 manat lazım olduğunu bildirmişlər. Ruslan və Hafiz isə həmin pulun qarşılığında girova ev qoyulmalı olduğunu demişlər. Bu barədə söhbət aparmış və girova yaşadıqları Nərimanov rayonu, Daş Karxanası 329-da yerləşən həyət evinin qoyulması barədə razılığa gəlmişlər. Lakin həmin ev böyük dayısı Nəbinin adına olduğundan evdə evin kiçik dayısı İsmayılın adına keçirilməsi barədə söhbət salmışlar. Evdə Nəbi dayısından başqa hər kəs razı olmuşdur. Lakin sonra dayısı Nəbi həmin vaxtı Rusiyada olan dayısı Nəzərəlinin də həmin evin İsmayılın adına keçməsinə razılıq verməli olduğunu demişdir. Belə ki, evdə qeydiyyatda olan hamı evin İsmayıl dayısına bağışlamasına razı olmalı idi. Lakin Nəzərəli dayısı Azərbaycanda olmadığından çıxış yolu axtarmışlar. Bundan sonra növbəti dəfə 2015-ci ilin axırlarında yenidən şəkili Ruslanla zəngləşib Qara Qarayev metrosunun yaxınlığında görüşmüşlər. Həmin görüşdə yenə, dayısı İsmayıl, Ruslan və Hafiz iştirak etmişdir. Ruslana dayısı Nəzərəlinin Azərbaycanda olmadığını demiş, Ruslan və Hafiz problem olmadığını, Ukraynadan bir notariusdan mülki etibarnamə almasını, bu gündan sonra həmin etibarnamənin üzərində dəyişiklik aparılacağını və faksla göndərilərək poçtdan çıxarılıb tərcümə olunaraq notariusa təqdim olunacağını və bilinməyəcəyini demişlər. Onlarla razılaşaraq 2015-ci ilin səhv etmirsə axırlarında Ukraynanın Xarkov şəhərinə gedib, orada notariusdan adi mülki etibarnamə almış və etibarnaməni götürərək Bakı şəhərinə qayıtmışdır. Bakı şəhərində həmin etibarnaməni Ruslanla Hafizə vermiş və onlar Nəzərəlinin adından razılıq ərizəsi hazırlayıb onun yerinə imzalamış və faksla səhv etmirsə ya Qara Qarayev metrosunun, ya da Nərimanov rayonu ərazisində yerləşən poçtdan Mərkəzi poçta göndərmişlər. Daha sonra həmin ərizəni götürüb ertəsi gün Nərimanov rayonu 9 saylı Notariat Kontorunun notariusu Rəşadətin yanında evin bağışlamasını həyata keçirmişlər. Belə ki, dayısı Nəbi evi İsmayıla bağışlamışdır. Çünki evdə qeydiyyatda olan bütün ailə üzvləri evin İsmayılın adına keçməsinə razılıq vermişdir. Bundan sonra evdəki ailə üzvlərinə problemi danışılmış və dayısı İsmayılla bu evi girov qoyub faizə pul götürərək həmin pulla zərər çəkənlərin pulunu qaytarmaq istədiklərini demişlər. Lakin evdə yenə digər ailə üzvləri razı olsa da, dayısı Nəbi buna qarşı olmuş, Nəzərəli dayısı isə ölkədə olmamışdır. Lakin həmin pulu ödəməli olduğundan bu barədə Nərimanov rayon Polis İdarəsinin pasport qeydiyyatı şöbəsində işləyən uşaqlıqdan tanıdığı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** ya da ki, 70 olan mobil nömrəsinə zəng edib bu barədə demiş, Rəşad onu Nərimanov parkına çağırmış və orda onunla çayxanada görüşmüşlər. Çayxanada, dayısı İsmayıl və Rəşad olmuşdur. Ona vəziyyəti danışaraq, evi girov qoymaq üçün evdə qeydiyyatda olanların razılığı lazım olduğunu, ailə üzvlərinin hamısı razı olsa da, dayısı Nəbinin razı olmadığını və dayısı Nəzərəlinin isə ölkədə olmadığını, buna görə də, onların qeydiyyatdan çıxarmaq lazım olduğunu demiş, Rəşad onlara bu məsələni həll edə biləcəyini, belə ki, alqı-satqı zamanı dayıları Nəbi və Nəzərəlinin qeydiyyatdan çıxaracağını və alqı-satqı bitdikdən sonra qeydiyyata sala biləcəyini deyərək bunun üçün 5000 manat pul istəmiş, onunla razılaşaraq 5000 manat pul tapıb dayısı İsmayılla birgə həmin pulu 2016-cı ilin may ayında Rəşada Nərimanov rayon polis idarəsinin yaxınlığında yerləşən adını hazırda xatırlamadığı kafedə vermişlər. Rəşad da dayısı Nəbi və Nəzərəlini üç günlük qeydiyyatdan çıxarmış və evi makler şəkili Ruslanın tapdığı Ummu adlı qadına alqı-satqı əsasında vermişlər. Aqlı-satqı 5 saylı Asan xidmətdə notarius Altay müəllim tərəfindən edilmişdir. Bildiyinə görə, alqısatqı zamanı Altay adlı notariusa hər hansı bir məbləğdə rüşvət verilməmişdir. Amma Altay adlı notariusu ona şəkili Ruslan məsləhət görmüşdür. Şəkili Ruslan bu alqı-satqı üzrə Altaya da pul verməli olduğunu onlara bildirmiş, belə ki, Altay müəllim həmin rüşvət qarşılığında tərəflərindən hazırlanmış sənədlərə göz yumacağını demişdir. Ev alqı-satqı əsasında verilsə də, lakin danışıqlarına görə 30.000 pul geri qayıtdıqdan sonra ev geri qaytarılacaqdı. Əvvəldən həmin evin girov qoyulmasını istəsələr də, bu cür müqavilənin adi şəxslər arasında aparılmasının mümkün olmadığı onlara bildirilmiş və Ummu xanım onlara pul qaytarılandan sonra evlərini geri qaytaracağına dair söz vermişdir. Əslində faizə pul verənlər bu üsuldan istifadə edirlər, yəni alqısatqı müqaviləsi bağlansa da, bu girov xarakteri daşıyır, yəni pul qaytarılandan sonra ev geri qaytarılır. Bundan sonra Ummuxanım Dinlerdən 28400 manat faizə pul almışlar. Həmin puldan 20 faizini, təxminən 6.000 manatını Ruslana bu işi, yəni faizə pulu təşkil etdiyinə görə vermişlər. 30.000 manat pul faizə razılaşdırılsa da, həmin pulun 1600 manatını Ummu özünə əvvəlcədən götürərək bunun qayda olduğunu, pul verirsə 5 faizinin onun olduğunu demişdir. Eyni zamanda 1500 manatını da ilkin ayın faiz pulu kimi Ummuya vermişlər. Daha sonra yerdə qalan pulu aparıb Nərimanov RPİ-də barəsində gedən araşdırma zamanı zərərərçəkənlərə ödəmişlər və barəsində cinayət işi başlanmamışdır. Daha sonra hər ay Ummuya 1500 manat faiz pulu vermişlər. Həmin pulu bir dəfə Biləcəridə, dəmir yolunun yanında, bir dəfə də Mərdəkanda Ummunun evinin yanında vermişlər. Digər vaxtlarda isə Ummuya pulu çatdırması üçün makler şəkili Ruslana pulu vermişlər. Ümumilikdə Ummuya 18.000 manat pul vermişlər. Həmin 8 ay ərzində Ummuxanım alqı-satqı müqaviləsini həmin evin mülkiyyətinə keçməsi ilə əlaqədar ƏMDK yanında DƏDRX-ə təqdim etməmişdir. Bu bir daha onun dediklərini, yəni əslində evin satıldığını deyil, girov qoyulduğunu sübut edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, təxminən 2015-ci ilin payızında bacısı oğlu Əlirza evə gəlib tanışı Tərlan adlı şəxsin 4 nəfər şəxsi işə düzəltmək adı ilə 30 000 manat pul yığdığını və bundan sonra qaçıb getdiyini və həmin şəxslərində onun barəsində Nərimanov RPİ-yə şikayət etdiyini demişdir. Bundan sonra Tərlanı axtarsalar da, tapa bilməmişlər. Bununla bağlı da Əlirza Tərlan barəsində 102 xidmətinə zəng edib məlumat vermişdir. Bundan sonra Əlirza saxlanılaraq Nərimanov RPİ-yə gətirilmişdir. Zərərçəkənlərin şikayətini geri götürməsi üçün onlara dəyən ziyan geri qayıtmalı idi. Əlirza ilə məsləhətləşib faizə pul götürüb həmin zərəri qaytarmaları, götürdükləri pulu isə hissə hissə ödəmələri barədə qərara gəlmişlər. Bu zaman Ruslan adlı maklerlə danışmışlar. Ruslan bır neçə günə xəbər edəcəyini bildirmişdir. 1 həftə sonra X45 adlı qadınla gəlib onların yaşadığı Nərimanov rayonu, Daş karxanası, ev 329 saylı ünvana baxmışlar. Ummuxanım evi bəyənərək 30 000 manat faizə pul verə biləcəyini demişdir. Həmin evdə qardaşı Nəbi və Nəzərəli, bacıları, bacısı uşaqları, anası, və özü, ümumilikdə 9 nəfər qeydiyyatda olmuşdur. Ummuxanım ancaq alqı-satqı qarşılığında faizə pul verə biləcəyini demişdir. Əlirza bunu evdəkilərə də danışmış, qardaşı Nəbidən başqa digərləri razılıq vermişdir. Nəbi razı olmadığından, Nəzərəli isə Azərbaycanda olmadığından evi satmaq üçün onları qeydiyyatdan çıxarmaq lazım idi. Onların qeydiyyatdan çıxarmaq üçün Nərimanov rayon qeydiyyat şöbəsində işləyən polis əməkdaşı Təqsirləndirilən şəxs şəxsə müraciət etmişlər. Rəşad 5000 manat müqabilində qardaşlarını müvəqqəti olaraq qeydiyyatdan çıxarıb yenidən sala biləcəyini demiş və onunla razılaşıb həmin pulu ona vermişlər. Lakin, Rəşad sonradan Nəzərəlini evə qeydiyyata salmamış, beləliklə qardaşlarını qeydiyyatdan çıxarıb evi Ummuxanımın adına keçirtmişlər. Ummuxanım pulu banka keçirtmiş və pulu bankdan götürüb Əlirzaya vermişdir. Bundan sonra Əlirza Nərimanov rayonu, Həsənoğlu küçəsi 9-da yerləşən qeyri yaşayış sahəsi tapmış, həmin obyekti kirayəyə verən Bayram adlı şəxsi tapmış və obyekti kirayə götürmüşlər. Ruslana bu barədə dedikdə, həmin obyekti girov qoymaq üçün sənədləşməyə 10 000 manat lazım olduğunu bildirmişdir. Daha sonra Əlirza Abbasın vasitəsilə Ruslan Əliyev adlı bir şəxsi tapmış və onunla danışıb 5000 manata razılaşmışlar. Lakin, həmin obyekti adına keçirmək üçün Bayramın adından kiməsə etibarnamə olmalı idi. Bunları Əlirzaya danışdıqda obyekti onun adına keçirməsini istəmişdir. Bunu etmək üçün yuxarıda adını qeyd etdiyi polis əməkdaşı Təqsirləndirilən şəxsla əlaqə saxlayıb məsləhətləşmişlər. Rəşad bunu öyrətmiş, Ukraynada verilmiş olan etibarnaməni götürüb üzərində dəyişikliklər etmişlər və komputerdər çıxarıb yenidən faksa vermişlər. Beləliklə də, etibarnamə məsələsi həll olunmuş, daha sonra Ruslan Əliyev alqısatqı işini görmüş və həmin obyekti öz adına keçirtmişdir. Bundan sonra obyektə kupça və digər sənədlər düzəltmişdir. Bundan sonra makler Ruslana obyektin hazır olduğunu demişlər. O isə, Akif adlı bir şəxs tapmış, Akiflə 60 000 manat qarşılığında razılaşmışlar. Akifin yanında Qədir adlı şəxs də olmuşdur. Bundan sonra Əlirza onlarla notariusa getmiş, orada sənədləşmə aparılmış və obyekt Akifin adına keçirilmişdir. Əlirza və makler Ruslanın danışdıqlarından Ruslan Əliyevin 60 000 manat pulu kassadan götürüb çölə çıxdıqdan sonra 20 000 manat pulu özünə götürəcəyini dediyini öyrənmiş, lakin onunla ilkin razılıq 5 000 manat olmuşdur. Aralarında söz mübahisəsi olmuş və polisə məlumat verəcəyıni dediyi üçün Əlirza çox üstünə getməmiş və 20 000 manat pulu Ruslan Əliyevə vermişdir. Bundan sonra Akifin tanışı Qədirə məxus olan Çənlibel restoranına getmişlər. Orada həmin puldan maklerlərə faiz pulu verilmiş, həmçinin sonra Ummuxanım Dinlerə 3000 manat və Mehralıya 4000 manat vermişlər. Bundan sonra Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 61 ünvanında yerləşən 124 kv.m qeyri yaşayış sahəsini tapmışlar. İlkin olaraq həmin obyekti 2000 manat müqabilində kirayə götürmüşlər. Daha sonra həmin obyekti girov qoymaq üçün sənədləşmə işini makler Ruslan etmişdir. Ona isə, 7 000 manat pul vermişdir. Belə ki, həmin obyekt sahibi tərəfindən ona etibarnamə verilmiş, adından isə Əlirzaya satılmışdır. Bu dəfə faizi Ruslanın tanışı makler Rəşad tapmalı idi. Bundan sonra şikayət olduğunu, polisin onları axtardığını demişlər. Polis əməkdaşı Təqsirləndirilən şəxs və makler Ruslan onlara Bakıdan qaçıb gizlənmələrini, məsələləri həll edəcəklərini demişlər. Balakən rayonuna gedib orada qalmağa başlamışdır. xx.xx.2019-cu il tarixdə Xırdalan şəhərində olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. O həmçinin ifadəsində Ukraynadan etibarnamələr alınsa belə, mütləq şəkildə həmin etibar edən şəxsin şəxsiyyət vəsiqələri, o cümlədən xarici pasportları həmin ölkənin notariat kontorlarına təqdim olunmalı idi. Belə olan halda adlarından etibarnamə aldıqları şəxslərin şəxsiyyət vəsiqələrinin, xarici pasportlarının əsllərini hardan əldə etmələri ilə bağlı göstərmişdir ki, həmin şəxslərin sənədlərini Nərimanov rayon Pasport qeydiyyatı şöbəsinin əməkdaşı Təqsirləndirilən şəxs təşkil etmişdir. Çünki qeyd edilən kimi həmin şəxslərin şəxsiyyət vəsiqələrinin və xarici pasportlarının əsilləri lazımdır. Bütün bunlara görə Rəşada 50.000 manata yaxın pul onun yanında Əlirza tərəfindən evində, iş yerinin yaxınlığında verilmişdir. Bundan başqa ölkədən qaçmaqlarını təşkil etmək üçün Rəşad onlara xarici pasport və şəxsiyyət vəsiqəsi düzəldəcəkdi. Hətta düzəltdiyi saxta şəxsiyyət vəsiqəsinin şəklini də çəkib telefonlarına göndərmişdi. Hazırda telefonunun harda olduğunu bilmir. Onları ölkədən çıxarmasını təşkil etməsi üçün Rəşada 12.000 manat iş yerində otağında verilmiş, 13.000 manat isə evində verilmişdir. X68 rayonu ərazisində yerləşir, 2 ya da 3 mərtəbəli ağ laylı həyət evidir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, həmkəndlisidir. Onunla münasibəti yaxşıdır. Aralarında düşmənçilik, ədavət və söz-söhbət yoxdur. Təqsirləndirilən şəxs ilə Şahid1 və dayısı Şahid2 tanımış, onlar arasında yaxşı münasibətlər olmuşdur. Təqsirləndirilən şəxsla Əlirzanı o tanış etmişdir. Əlirza ilə Rəşadı tanış etməkdə məqsədi onun anası Laləzarın borcu ilə bağlı olmuşdur. Belə ki, borca görə anasına ölkədən çıxışına qadağa qoyulmuşdu. Ona görə də Rəşadla Əlirzanı tanış etmişdir ki, Rəşadın köməkliyi ilə işi həll olunsun. Lakin Rəşad da işi həll edə bilməmiş, sonradan onlar arasında olan söhbətlərdən məlumatı olmamışdır. Şahid1 Nərimanov RPİ-i bir dəfə saxlamışdı. Həmin vaxtı idarəyə Əlirzaya dönər alıb aparmış, həmin vaxtı Əlirza ondan buraxılması üçün 20.000 manat rüşvət istədiklərini ona demiş, Əlirza isə həmin pulun 5.000 manatını verəcəyinə dair söz vermiş, daha sonra onunla birlikdə idarədən çıxıb qaçmışdır. Orda heç kimə pul verməmişdir. Ondan kiminsə pul istəməsinin şahidi olmamışdır. Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə və ya əksinə edilmiş zənglərdən sonra onun Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlaması ilə bağlı göstərmişdir ki, təsadüfən alınmışdır. Burda hər hansı məsələnin həllindən söhbət belə gedə bilməz. Şahid1 anası Şahid11 üzərinə ölkədən çıxışına məhdudiyyət qoyulacağını deyib ondan 500 manat alıb aparıb Təqsirləndirilən şəxs verməsi ilə bağlı göstərmişdir ki, belə bir hal olmamışdır. Laləzardan pul almamış, eyni zamanda kimdənsə pul alıb aparıb Təqsirləndirilən şəxs çatdırmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 1988-ci ildə ailəlikcə birlikdə ailə üzvləri ilə birlikdə Nərimanov rayonu, Daş Karxanası, ev 329 ünvanında yaşayırlar. Belə ki, Ermənistanda baş verən məlum hadisələrdən sonra 11 nəfərdən ibarət Nəzərəliyevlər ailəsi olaraq məcburiyyət qarşısında oradakı 2 mərtəbəli, 8 otaqlı evlərini indi yaşadıqları evi ilə dəyişmişlər və yaşamaq üçün Azərbaycana, qeyd etdiyi evə köçmüşlər. Həmin ev həyət evi olmaqla həyətdə üç ayrı tikili vardır. 1988-ci ildə köçdükdən sonra hamısı Azərbaycan Respublikasının vətəndaşı olaraq pasportlar alıb 1989-cu il tarixdə ailə üzvləri birlikdə həmin evə pasport qeydiyyatına düşmüşlər və 1997-ci ildə özəlləşdirilərək adına mülkiyyət sənədi olan qeydiyyat vəsiqəsi almışdır. 2015-ci ilin noyabr ayından başlayaraq bacısı oğlu Şahid1 evlərinin bir hissəsini xəstə və əqli cəhətdən zəif inkişaf etmiş qardaşı Şahid2 adına rəsmləşdirilməsi, həm də İsmayılın ailəsinin dağılmamasını təklif etmişdir. Apardığı təbliğatın nəticəsində anası ona inanıb bütün ailə üzvlərini evin bir hissəsini müvəqqəti olaraq Şahid1 dediyi kimi Şahid2 adına rəsmləşdirilməsinə razı salmışdır. Əlirza onlara cəmi bircə dəfə gedib bir sənədə imza edəcəklərini və evin bir hissəsi, həyətin o biri tərəfində olan kiçik evin İsmail Nəzərəliyevə veriləcəyini bildirmişdir. xx.xx.2015-cı ildə Əlirza onları Bakı şəhəri, Nərimanov rayonu 9-saylı Notariat kontoruna aparmış, orada notariusdan vərəqlər alıb gətirmiş və hər biri bir vərəqəyə imza atmağını göstərərək tələsmələrini, notariusun vaxtı olmadığını, gözləyə bilmədiyini və imza edib getmələrini bildirmişdir. Onlar Əlirzaya inanıb həmin sənədləri imzalayıb çıxmış, orada notariusu görməmişlər və notarius onlarla heç görüşməmiş, onlardan heç bir söz də soruşmamışdır. Ailə üzvlərindən təkcə qardaşı Nəzərəli Nəzərəliyev bu əməliyyatda iştirak etməmişdir. Sadə və savadsız insanlar olduqlarından sonradan Əlirzanın Bakı şəhəri, 9 saylı Notariat kontorunun notariusu Şahid10 Zülfuqar oğlu, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi və Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi, Nərimanov RPİ-n pasport masa rəisi, polis mayoru Namiq Mehdiyevlə əl-bir olub cinayət əlaqəsinə girib onları aldatma və saxtakarlıqlar yolu ilə saxta sənədlər əsasında evlərini bütünlüklə mütəşəkkil cinayətkar qruplaşma tərəfindən bazar qiymətindən də aşağı qiymətə satacaqlarını bilməmişlər. Bakı şəhəri 9 saylı notariat kontorunda və ƏMDK və DƏDRX-n alqı satqı əməliyyatları zamanı Bakı şəhəri Nərimanov RPİ-nin əməkdaşı Təqsirləndirilən şəxs həmin günlərdə, yəni evlərinin bütünlüklə Şahid2 adına rəsmləşdirilməsindən xəbərsiz olduqlarını bildiklərinə görə evlərinin Dinler Umuxanımın adına alqı-satqısını həyata keçirilən günlərdə xx.xx.2016-cı ildən xx.xx.2016cı ilədək onu və qardaşı olan Nəzərəlini əsassız, qanunsuz və onlardan xəbərsiz pasport qeydiyyatından çıxartmış, xx.xx.2016-ci ildə saxta alqı-satqını həyata keçirdikdən sonra isə yenidən qeydiyyata almışdır. Azərbaycan Respublikası DİN-nin onlara təqdim etdiyi bəzi cavab məktubunda xx.xx.2016-cı ildən onları qeydiyyatdan çıxarılmağını qeyd etmişdir. Sənədlərdə isə onların keçirdikləri bütün əməliyyatlarının saxta olmasını elə polisin özü sübut və təsdiq edir. xx.xx.2016-cı ildə saxta sənədlər və saxta etibarnamə üzərində DƏDRX-n Bakı şəhər Ərazi İdarəsi də qəsdən saxtakarlıqlara yol verərək saxta alqı-satqının üzərində evlərinin X4 təsdiqləmişdir. Belə ki, Ukraynanın Jitomir şəhərində Petrenka Pyotrun xüsusi notariusu qeydə alınmayıb və yoxdur. Ailə üzvlərindən evlərinin satılmasını həyata keçirilməsi üçün etibarnamə vermədiklərini, etibarnamədə qardaşı Nəzərəlinin əvəzinə saxta imza olduğu halda Şahid1 onlara təqdim etdiyi saxta etibarnamə əsasında evlərinin satışını və evlərinin xx.xx.2016-il seriya-2-X-№ 0786607-saylı protokoldan çıxarışla (kupça) X17 adına necə rəsmiləşdirilməsi onda şübhə yaradır. Sözü gedən evlərinin Şahid2 adına olan xx.xx.2015-il № ********** və daşınmaz əmlakın reystr № **********71-05101-093001 saylı protokoldan Çıxarışı və evlərinin texniki pasportu onlarda qalmaqdadır. Qanuna əsasən ev satılan zaman AR. ƏMDK və DƏDRX-n əməkdaşları evə baxış keçirir və evdə dəyişiklik yoxdursa texniki pasport olduğu kimi təstiqlənir və yeni alıcının adına rəsmləşdirilir. Bu işdə isə həm protokoldan çıxarışı, həm də texniki pasportu onlarda bu günə kimi qaldığı halda evlərini saxtakarlıq və dələduzluq yolu ilə Umuxanım Dinlerə satmışlar. Bu işlərdə bütün baş verənlərdən ailəliklə yalnız Bakı şəhəri Nərimanov rayon Məhkəməsindən evlərindən çıxarılmaqları barədə Umuxanım Dinlerin iddia ərizəsini aldıqları gün xəbərdar olmuşlar. Əsl həqiqətdə Umuxanım Dinlerin də məhkəmə qarşısında iddiasının heç bir hüquqi əhəmiyyəti yoxdur, ola da bilməz. Məhkəmə iclasında şahid qismində Şahid4 həmçinin ifadəsində göstərdi ki, bacısı oğlu Şahid1 və qardaşı Şahid2 bu cinayətləri tək törətməmişlər. Belə ki, bu cinayətin törədilməsində onlar Nərimanov rayon pasport qeydiyyatı idarəsinin əməkdaşı Təqsirləndirilən şəxs, o cümlədən makler X38, Hafiz Kazımov, Təqsirləndirilən şəxs həmyerlisi Şahid3la əlbir olmuşlar. Belə ki, yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanasında yerləşən evləri Umuxanım adlı qadına girov qoyub faizə pul götürmüşlər. Lakin faiz məsələsinə don geyindirmək üçün alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəl Şahid1 onun evin girov qoyulmasına qarşı olduğunu bilmişdir. O cümlədən Nəzərəli qardaşı isə Azərbaycanda olmamışdır. Lakin həmin evdə qeydiyyatda olduqlarından ev satılarkən onların razılığı tələb olunmuşdur. Ona görə də, Şahid1 Nərimanov rayon pasport qeydiyyatında işləyən Təqsirləndirilən şəxs Abbasət oğlu ilə cinayət əlaqəsinə girərək heç bir əsas olmadığı və məhkəmə qərarı belə olmadığı halda onları qeydiyyatdan çıxarmışdır. Təqsirləndirilən şəxs buna görə Əlirzadan 5000 manat rüşvət də almışdır. Evi girov qoyub faizə pul tapılmasına köməklik edən isə Ruslan Qasımov olmuşdur. Fikrincə Ummuxanım adlı qadın da onlarla əlbir olmuşdur. Belə ki, ilkin olaraq yaşadıqları evin alqı-satqısını Nərimanov rayonunda yerləşən notarius Rəşadətin yanında etmək istəsələr də, Rəşadət müəllim həmin əməliyyatı aparmaqdan imtina etmişdir. Belə ki, ilkin olaraq beh müqaviləsi bağlanarkən elektron avtomatlaşdırılmış sistemə baxış zamanı evdə hamısının qeydiyyatda olduğu görülmüş, lakin alqı-satqı günü isə notarius Rəşadət görmüşdür ki, beh müqaviləsi günü sistemdə evdə qeydiyyatda olduğu göstərilən o və Nəzərəli alqı-satqı günü sistemdə göstərilmir. İki gün içərisində onların qeydiyyat sistemindən çıxarılmaqları Rəşadət müəllimdə şübhə yaratdığından əməliyyat aparılmasından imtina etmiş, lakin sonradan həmin əməliyyatı həyata keçirmək üçün Şahid6 yanına getmişlər və Şahid6 rüşvət verərək həmin əməliyyatı keçirməyə göz yummasını təşkil etmişlər. Cinayətkar dəstənin hərəkətləri bununla bitməmiş, eyni qaydada Almaz Həsənovanın evini, Bayram Abbasovun qeyriyaşayış sahəsini saxta sənədlər düzəldib başqasına satmışlar. Bildiyi qədəri ilə həmin daşınmaz əmlaklar da girov qoyularaq faizə pul götürülmüşdür. Bayram Abbasovun qeyri-yaşayış sahəsinin satılması epizodunda isə pasport qeydiyyatında işləyən Təqsirləndirilən şəxs Bayram Abbasovun xarici pasportunu çıxarmış və üzərində düzəlişlər edərək Şahid1 şəklini həmin vəsiqəyə vurmuşlar. Sonra şəxsiyyət vəsiqəsində də eyni qaydada düzəlişlər etmişlər. Bundan sonra Əlirza Ukraynaya getmiş, həmin sənədlər əsasında Bayram Abbasovun adından İsmayıla etibarnamə vermiş və həmin obyekti gəlib Bakıda satmışlar. X46 məxsus avtomaşını Şahid1 adına rəsmiləşdirdiyi Şahid3 da Təqsirləndirilən şəxs adamıdır. Əlirza maşını onun adına sənədləşdirərək başqasına satıb oradan pul götürmüşlər. Bütün bu xüsusatlarda Təqsirləndirilən şəxs onlarla əlbir olmuşdur. Yaşadığı evdən qeydiyyatdan çıxarılmağını pasport alarkən məlumatı olmuş, evlərinin faizə qoyulmasını isə məhkəmə qərarı gələndə bilmişlər. Eyni zamanda Şahid1 və Şahid2 törətdiyi cinayətlərdən də sonradan yəni istintaq dövründə məlumatı olmuşdur. Şahid1 və qardaşı Şahid2 Nərimanov rayon pasport qeydiyyatı idarəsinin əməkdaşı Təqsirləndirilən şəxs, o cümlədən makler X38, Hafiz adlı şəxslə, Təqsirləndirilən şəxs həmyerlisi Şahid3la əlbir olmasını təsdiq edəcək əlində hər hansı sübutun olması ilə bağlı göstərmişdir ki, Şahid1 və qardaşı Şahid2 Nərimanov rayon pasport qeydiyyatı idarəsinin əməkdaşı Təqsirləndirilən şəxs ilə əlbir olmasını təsdiq edən səs yazısı vardır. Onları qeydiyyatdan Rəşad çıxarmışdır. Eyni zamanda bacısı Şahid11 ölkədən çıxışına qoyulmuş məhdudiyyətin götürülməsi üçün ona 3000 manat verilmişdir. Bundan başqa Rəşad Əlirzadan polisdə olan cinayət işinin xitam olunması üçün 12.000 manat almışdır. Daha sonra həmin iş alınmadığına görə Əlirza və İsmayıl axtarışda olarkən xaricə qaçırmaq üçün 13.000 manat da Əlirzadan pul almışdır. X49 xəbəri olmadan şəxsiyyət vəsiqəsini eyni zamanda xarici pasportunu saxtalaşdırmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X25 və Şahid8 Şahid4 ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmədə şahid qismində dindirilmiş X26 ifadəsində göstərdi ki, 1999-cu ildə Türkiyə vətəndaşı X27 ilə ailə həyatı qurmuş, həmin nigahdan 2001-ci ildə Rəsul, 2002-ci ildə Hülya adlı övladları dünyaya göz açmışdır. 2007-ci ildə isə Selamettindən boşanmışdır. Lakin soyadı Dinler olaraq qalmışdır. Ona qədər soyadı isə Hüseynova olmuşdur. 2016-cı ilin aprel ayında X38 ona bir yaşayış evinin ucuz qiymətə satıldığını, həmin evin Nərimanov rayonu ərazisində yerləşdiyini bildirmişdir. Ruslana həmin evə baxmaq istədiyini, münasib olarsa almaq istədiyini bildirmişdir. Bundan sonra Ruslan onu Şahid1 və Şahid2lə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Saatlı binanın” yanında görüşdürmüş və həmin evi onların satdığını demişdir. Bundan sonra Ruslan oradan çıxıb getmişdir. X32 həmin evə aparmışlar, evə baxmış, ev həyət evi olmaqla bir mərtəbəli və 4 otaqdan ibarət, habelə həyətdə eyni zamanda iki ayrı tikili olmuşdur. Onları da Əlirza dediyinə görə kirayə başqa vətəndaşlara vermişlər. Əlirza və İsmayılla evin qiyməti barədə danışmışlar. Əlirza və İsmayıl bildirmişlər ki, evi 65.000 manata həyətyanı sahəsi ilə birlikdə satırlar. Onlara evə gedib bu barədə düşünüb bir söz deyəcəyini bildirmişdir. Bir neçə gündən sonra İsmayıl onunla telefonla əlaqə saxlayıb fikrini soruşduqda İsmayıla həmin yaşayış sahəsini almaq istədiyini demişdir. Bundan sonra İsmayıl sənədləri alqı-satqı aparılması üçün hazırlayıb ona xəbər edəcəyini demişdir. Bundan bir neçə gün sonra İsmayıl yenidən ona zəng edib alqı-satqıya hazır olduqlarını bildirdikdən sonra Bakı şəhəri, Nərimanov rayon ərazisində yerləşən 9 saylı notariat kontorunda görüşmüşlər. Orada 10.000 manat beh müqaviləsi bağlamışlar. Alqı-satqı zamanı evdə qeydiyyatda olan şəxslərin razılıq ərizəsi lazım olmuş və həmin ərizələrin çoxu mövcud olmuşdur. Həmin ərizələrin içərisində Şahid4 və Nəzərəli Nəzərəliyevin adından olan ərizələr Ukrayna Respublikasında yerləşən notariusda təsdiqlənmiş, əsli deyil, faks şəklində olmuşdur. Ona görə də, həmin etibarnamənin əsil olub-olmamasını notarius Rəşadət yoxlamış, ilkin olaraq “google” axtarış sistemində axtarışa verəndə həmin notariusun adı çıxmışdır. Hətta həmin notariusun qeyd olunan nömrəsinə zəng olunaraq danışılmış və belə bir etibarnamə verib-verməməsi soruşulmuşdur. Həmin telefona cavab verən isə belə bir etibarnamənin verildiyini bildirmişdir. Bundan sonra beh müqaviləsi bağlanmışdır. Daha sonra notarius Rəşadət həmin etibarnamənin faksla verildiyini əsas gətirib bir daha yoxlayacağını, tam əmin olduqdan sonra alqı-satqının baş tutacağını demişdir. Bundan sonra ordan ayrılmışlar və 3 gündən sonra həmin notariusa alqı-satqı aparmaq üçün qayıtmışlar. Həmin vaxt notarius Rəşadət yenidən həmin notariusu axtarış sistemində axtararkən adına rast gəlinməmiş, eyni zamanda notariusun nömrələrinə zəng çatmadığından alqı-satqı aparılmasından imtina etmişdir. Bundan sonra Əlirza və İsmayıldan onlara beh müqaviləsi əsasında verdiyi 10.000 manatı geri tələb etmiş və ona problem lazım olmadığını demişdir. Əlirza ilə İsmayıl həmin pulu xərclədiklərini, ona görə də qaytarmağa pulları olmadığını, Şahid4 və Nəzərəli Nəzərəliyevin qeydiyyatdan çıxardıqlarını, 5 saylı ASAN Xidmətdə notarius Şahid6 yanında yoxlaya biləcəyini bildirmişlər. Bundan sonra 5 saylı ASAN Xidmətə getmiş və orada Şahid6 sistemə vuranda orada evdə qeydiyyatda olan 12 nəfər şəxsin hamısının qeydiyyatı görünmüşdür. Həmin gün alqı-satqı dayanmışdır. Onlardan yenidən pulunu tələb etdikdə Əlirza və İsmayıl iki nəfəri qısa müddət ərzində qeydiyyatdan çıxarıb ona məlumat verəcəklərini və ona qaytarmağa pullarının olmadığını bildirmişlər. Bundan bir neçə gün sonra İsmayıl zəng edərək artıq alqı-satqını həyata keçirə biləcəklərini demişdir. Bundan sonra yenidən 5 saylı ASAN Xidmətdə xx xxx 2016-cı ildə görüşmüşlər və notarius Şahid6 yanında alqı-satqı əməliyyatı aparılmamışdan əvvəl yenidən sistemdə yoxlanış aparanda həmin o iki nəfərin qeydiyyatda olmadığını görmüşlər. Bundan sonra müqavilədə göstərilən 18400 manat pulu vermişdir. Daha sonra isə aralarında razılaşdıqları 36600 manat pulu da onlara vermiş, Ümumilikdə, həmin evə görə onlara 65000 manat pul ödəmişdir. Alqı-satqı prosesində Ruslan Qasımov iştirak etməmişdir. Həmin notariusda əməliyyatın aparılmasını İsmayılla Əlirza ona təklif etmiş, bundan sonra alqısatqı baş tutmuş və onlara evi boşaltmaları üçün iki ay vaxt vermişdir. İsmayılla Əlirza bütün kommunal xərcləri ödəyib iki aydan sonra həmin evdən çıxacaqlarını bildirmişlər. Bundan iki ay sonra İsmayıla zəng edib evi boşaltmalarını bildirmiş, İsmayıl isə hələ kirayə ev tapmadıqlarını, anasının yaşlı olduğunu, kirayə vermək istəyirsə həmin evi onlara kirayə verməsini bildirmiş, İsmayılla razılaşaraq aya 300 manat kirayə haqqı olmaqla evi onlara kirayə vermişdir. Onlar iki ay kirayə haqqını gətirib ona “Koroğlu” metrosunun yanında vermişlər. 2016-cı ilin noyabr-dekabr aylarında İsmayılla və Əlirza ilə əlaqə saxlamağa çalışsa da, bu mümkün olmamış, onların yaşadığı evə getsə də, qapıları bağlı olmuşdur. 2016-cı ilin dekabr ayının axırlarında həmin evə yenidən gəlib qapını döyəndə qapını yaşlı Teyfə adında qadın açmışdır. Ona evi nə vaxt tərk edəcəklərini bildirəndə həmin qadın narazı şəkildə evdən çıxmağın nə olduğunu soruşub ona ev satmadığını bildirdikdə aralarında narazılıq artmışdır. Daha sonra ordan ayrılanda Nərimanov rayon ərazisində evin yaxınlığında marketdən İsmayılı çıxarkən görmüş və onu səsləyib nə məsələ olduğunu soruşmuşdur. İsmayıl isə ona acıqlı şəkildə “biz sənə ev satmamışıq” demişdir. İsmayıla qanuni şəkildə pul verib ev aldığını, evi tərk etmələrini bildirmişdir. İsmayıl isə ona iftira ataraq guya həmin evi girov götürərək faizə pul verməyi barədə şər atmağa başlamışdır. İsmayıla bu şərlərinə son verməsini və evini qaytarmalarını əks təqdirdə polis çağıracağını və məhkəməyə verəcəyini bildirmişdir. İsmayıl isə ona hədə-qorxu gələrək “get nə bilirsən et” demişdir. Bundan sonra məhkəməyə onlar tərəfindən evin boşaldılması və qeydiyyatdan çıxarılması barədə iddia ərizəsi qaldırmış və Ali məhkəməyə qədər olan bütün instansiyalarda məhkəmə onun lehinə qərar çıxararaq evin boşaldılması təmin olunmuşdur. Hal-hazırda həmin evin açarları onda olsa da, lakin evə girə bilmir. Nərimanov rayonu, Daş karxanası 329 ünvanındakı evə dair çıxarışı alqısatqıdan 3-4 ay sonra almışdır. Həmin evə dair alqı-satqı prosesində sənədlərin qaydasında olmadığı görüldüyü halda nəyə görə alqı-satqı prosesinin aparılmasına razılıq verməsi barədə göstərmişdir ki, həmin alqı-satqının aparılmasına qarşı çıxmışdır. Lakin onlara beh müqaviləsi əsasında 10.000 manat pul vermişdir. Onlar da həmin pulu qaytara bilməmişlər və ona adları çəkilən şəxs Nəzərəli və Nəbinin onun qardaşı olduğunu, özləri razılığa gəlib çıxacaqlarını demişlər. Daha sonra da sistemdə onların qeydiyyatdan çıxarıldığını görüb alqı-satqıya razılıq vermişdir. Ona görə ki, onların dövlətin sisteminə müdaxilə edə biləcəyinə inanmamışdır. O, faizə heç vaxt pul verməmiş, Şahid1 və Şahid2lə əlbir olmamışdır. bu yaranmış problemdə 65.000 manat pulu getmişdir. Evin açarları onda olsa da, evə daxil ola bilmir. Şahid2 və Şahid1 əvvəldən tanımamış və onları ev alqı-satqısı zamanı Ruslan Qasımov vasitəsilə tanımışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Şahid1 və Şahid2 tərəfindən sonuncuya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası 329 ünvanında yerləşən evin Şahid5 satılması da onun rəhbəri olduğu notariat kontorunda həyata keçirilməsi ilə bağlı göstərmişdir ki, həmin evin alqı-satqısı qanuni şəkildə həyata keçirilmişdir. Belə ki, evdə qeydiyyatda olan hər bir şəxs evin satılmasına razılıq vermişdir. Eyni zamanda tərəflər mübahisələndirirlər ki, evdə qeydiyyatda olmuş iki nəfər şəxs razılıq verməyib. X64 Nazirliyinin qeydiyyat şöbəsinin arayışından və notariusların elektron informasiya sistemindən evdə olanların qeydiyyatı çıxarılmış və arayışlarda və sistemdə göstərilən şəxslər də razılıqlarını bildirərək ərizə yazmışlar. X58 adlı adam tanımır. Eyni zamanda Şahid1 ona Ruslan Qasımov vasitəsilə pul veriləcəyi ilə bağlı göstərdikləri yalandır və həqiqəti əks etdirmir. Qanuni şəkildə Notariat haqqında Azərbaycan Respublikasının qanunun və eyni adda təlimatın tələblərini rəhbər tutub fəaliyyətini həyata keçirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, 2000-cü ildən notarius kimi fəaliyyət göstərir. 2003-cü ildən isə 9 saylı notariat kontorunun notariusu kimi fəaliyyət göstərir. Şahid1 və X11 bir müştəri kimi tanıyır. Belə ki, ilk dəfə onlar səhv etmirsə 2015ci ilin sonlarında Şahid4 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası 329 ünvanında yerləşən evin Şahid2 bağışlanması üçün onun yanında olmuşlar. Həmin vaxtı evdə yaşayan ailə üzvlərinin hamısının razılıq ərizələri olmuşdur. Yalnız həmin vaxtı X13 notariusda təsdiq olunmuş razılıq ərizəsinin surəti faksla göndərilmişdir. Həmin razılıq ərizəsində faksla gəldiyi üçün xxxxxxxxun peçatı var idi. Ərizəni təsdiq etmiş notariusun adını internetdə axtarmış və həmin notariusun adı internetdə çıxmışdır. Həmin notariusla əlaqə saxladıqda o həqiqətən də belə bir ərizəni təsdiq etdiyini bildirmişdir. Bundan sonra bağışlama müqaviləsi üzrə əməliyyatı həyata keçirmişdir. Ev Şahid4 adından Şahid2 adına keçmişdir. Həmin vaxtı da bağışlamadan sonra hər hansı bir problemlə rastlaşmamışdır. Bundan təxminən 6-7 ay sonra, 2016-cı ilin may ayında Şahid2 və Şahid1 Dinlər Umuxanım adlı qadın, kök bir maklerlə onun yanına gələrək İsmayıla məxsus Bakı şəhəri, Nərimanov rayonu, 329 ünvanında yerləşən evin alqı-satqısını həyata keçirmək istədiklərini bildirmişlər. Bunun üçün onlardan sənədləri almış, evdə qeydiyyatda olan şəxslərin sayını öyrənmək üçün elektron bazaya vurduqda evdə 11 nəfərin qeydiyyatda olduğunu görmüşdür. Əlirza ilə İsmayılın əlində həmin evdə qeydiyyatda olan şəxslərdən 9-nun ərizəsi olmuşdur. İkisinin, Nəbi və Nəzərəli Nəzərəliyevin isə ərizəsi olmamışdır. Onlara həmin iki nəfərin ərizəsinin lazım olduğunu bildirmişdir. Əlirza ilə İsmayıl iki nəfərin ərizəsini alıb gətirəcəklərini demişlər. İki üç gündən sonra onlar yenidən notariusa alqı-satqı həyata keçirmək üçün gəlmişlər. Onlardan Nəbi və Nəzərəlinin ərizəsini soruşduqda onlar həmin şəxslərin qeydiyyatdan çıxdıqlarını demişlər. Onlara qeydiyyatdan çıxmaq üçün əsas lazım olduğunu, iki nəfərin isə iki gün ərzində qeydiyyatdan çıxmasının mümkün olmadığını bildirmişdir. Eyni zamanda həmin əməliyyatın aparılmasından imtina etmişdir. Ona görə də onlar beh müqaviləsini onun rəhbəri olduğu notariusda bağlasalar da, alqı-satqı 5 saylı ASAN xidmətdə baş tutmuşdur. Bundan təxminən bir il sonra, yəni 2017-ci ilin iyun ayında Lətafət Hüseynova adlı qadın rəhbəri olduğu notariusa gəlmişdir. Onun əlində Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışı olmuşdur. Qeyri yaşayış sahəsi Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 61-də yerləşir. Lətafət həmin obyekti Şahid1 və Şahid2 girov qoyub faizə pul götürmək istədiklərini, ona görə həmin sənədi yoxlamağını xahiş etmiş, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti ilə əlaqə saxlamış, ordan həmin qeyri-yaşayış sahəsinin kimə məxsus olmasını, alqı-satqının nə zaman aparıldığını soruşanda ordan alqı-satqının onun rəhbəri olduğu notariusda həyata keçirildiyi bildirilmişdir. Onlara belə bir halın mümkün olmadığını deyib, alqı-satqı müqaviləsinin surətini onlardan istəmişdir. Ordan alqı-satqı müqaviləsinin surəti ona göndəriləndə həmin alq-satqı müqaviləsinin saxta olduğunu görmüşdür. Belə ki, alqı-satqı müqaviləsində imza, bar-kod, möhür saxtadır. Dərhal bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə bildirmişdir. Əslində qanunla alqısatqı notariusda bağlandıqdan sonra həmin anda alqı-satqı müqaviləsi bağlanmasına dair məlumat elektron sistemlə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə göndərilir. Çox maraqlıdır ki, tərəfindən həmin alqı-satqı müqaviləsi bağlanmadığı və sistemlə göndərilmədiyi halda necə olur ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti həmin obyektə dair Şahid1 çıxarış vermişdir. Bundan sonra obyektin əsl sahibi X39 axtarıb onun ünvanını tapmış, ilkin olaraq Lənkəranda hansısa kəndə yığmış, anası ilə danışıb Fariz Ağayevin ona təcili lazım olduğunu demişdir. X54 yaşadığını demiş, anasına nömrəsini verib Farizin həmin nömrəyə təcili zəng etməsini xahiş etmişdir. Bundan bir müddət sonra Fariz Ağayev ona zəng edərək Çində olduğunu və nə məsələ olduğunu soruşmuş, Farizə vəziyyəti izah edib ona məxsus obyektin saxta sənəd əsasında başqasına satılacağını demiş və dərhal bir tədbir görməsini, alqı-satqı prosesini uzadacağını qeyd etmişdir. Fariz Ağayev isə özünün ayın axırı gələcəyini, Buna görə həyat yoldaşını polisə ərizə verməsi üçün Nərimanov rayon polis idarəsinə göndərəcəyini demişdir. Həmin vaxtı alqı-satqı bayram günlərinə düşdüyündən vaxt uzatmışdır. xx xxxx 2017-ci il tarixdə Şahid1 və Şahid2 alqı-satqıya gəlməmişdir. Şahid1 və Şahid2 törətdikləri cinayət əməllərində hər hansı bir iştirakı yoxdur. Eyni zamanda onlardan heç vaxt hər hansı bir səbəbdən pul istəməmiş və almamışdır. Əksinə onların iştirak etdiyi alqı-satqı əməliyyatlarının aparılmasından imtina etmişdir. Yalnız bir halda qardaşı Nəbiyə məxsus evin İsmayıla bağışlanılması halında onların təqdim etdiyi guya Ukraynada təsdiq olunmuş ərizənin qanuni verildiyini düşünmüşdür. Belə ki, həmin sənədin üzərində “xxxxxxxx” MMC-nin möhürü var idi, həm də internetdə axtarış edib notariusla əlaqə saxlamış, belə bir ərizənin verildiyini təsdiq etmişdir. Umuxanım Dinlərin ifadəsindən 2016-cı ilin may ayında Bakı şəhəri Nərimanov rayonu, Daş Karxanası 329 ünvanında yerləşən evi Əlirza və Şahid2 almaq üçün Bakı şəhəri, Nərimanov rayon ərazisində yerləşən 9 saylı notariat kontorunda onlarla görüşməsi, orada 10.000 manat beh müqaviləsi bağlanması, alqı-satqı zamanı evdə qeydiyyatda olan şəxslərin razılıq ərizəsi lazım olması və həmin ərizələrin çoxunun olması, həmin ərizələrin içərisində Şahid4 və Nəzərəli Nəzərəliyevin adından olan ərizələrin Ukrayna Respublikasında yerləşən notariusda təsdiqlənmiş olması və əsli olmaması, faks şəklində olması, ona görə də həmin ərizələrin əsil olub-olmamasını Şahid10 yoxlamaq üçün ilkin olaraq “google” axtarış sistemində axtarışa verməsi və həmin notariusun adının çıxması, həmin notariusun qeyd olunan nömrəsinə zəng olunaraq danışılması və belə bir ərizəni verilməsinin soruşulması, həmin telefona cavab verən isə belə bir etibarnamənin verildiyini bildirməsi, bundan sonra beh müqaviləsi bağlanması, daha sonra Şahid10 həmin etibarnamənin faksla verildiyini əsas gətirib bir daha yoxlayacağını, tam əmin olduqdan sonra alqı-satqının baş tutacağını bildirməsi, bundan sonra ordan ayrılması və 3 gündən sonra həmin notariusa alqı-satqı aparmaq üçün qayıtması, həmin vaxt Şahid10 yenidən həmin notariusu axtarış sistemində axtararkən adına rast gəlinməməsi, eyni zamanda notariusun nömrələrinə zəng çatmasını bildirib alqı-satqı aparılmasından imtina etməsi ilə bağlı göstərdikləri ilə əlaqədar qeyd etmişdir ki, Umuxanım Dinlerin ifadəsi ilə razıdır. Belə ki, ilkin olaraq onlar qeyd olunan ərizənin surətini ona təqdim etmişlər. Həmin ərizələri yoxlamış, lakin sonradan onlardan həmin ərizələrin əslini tələb etmişdir. Üç gündən sonra onlar gəlib ərizənin daha lazım olmadığını, onları qeydiyyatdan çıxardıqlarını demişlər. Onlara qeydiyyatdan çıxmaq üçün məhkəmə olmalı, ya da özü gəlib vəsiqəsini dəyişməli olduğunu, keçən dəfə təqdim etdikləri ərizədən onların Ukraynada olduqlarının göründüyü, ona görə də necə olur ki, iki günə həmin şəxslərin qeydiyyatdan çıxarıldığını deyib alqı-satqı həyata keçirməkdən imtina etmiş və özlərinin iştirakı ilə razılıq ərizəsi olmalı olduğunu demişdir. Həmin söhbətlərdə Umuxanım da, şəkili makler orada idi. Ona görə də onlar alqı-satqını başqa yerdə etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, Rafiq adlı şəxsin həyat yoldaşı Cumayədən borca notarius vasitəsilə pul almış, lakin həmin pulu qaytara bilməmişdir. Ona görə də onlar barəsində məhkəmədə mülki iddia qaldırmışlar. Daha sonra 2017ci ilin fevral ayında Şahid3 yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası 329 ünvanında yerləşən evlərinə gələrək Təqsirləndirilən şəxs onun ölkədən çıxışına “stop” qoymaq istədiyini, həmin “stop”u qoymamağı üçün 500 manat pul istədiyini demiş, İmaməliyə Rəşada ilkin olaraq 300 manat verə biləcəyini demiş, həmin vaxtı Əlirza Xarkovda olmuş, həmin pulu da İmaməli ilə qardaşı İsmayıl Rəşada gətirib Nərimanov metrosunun yanında vermişdir. Daha sonra 100 manat da həmin vaxtı qardaşı İsmayıl götürüb aparıb Rəşada qeyd olunan yerdə vermişdir. Buna baxmayaraq Rəşad onun ölkədən çıxışına “stop” qoymuşdur. Daha sonra həmin “stop”un götürülməsi üçün oğlu Rəşada 3000 manat pul vermişdir ki, Rafiqin pulunu ödəyib onun üzərimə qoyulmuş qırmızını götürsün. Lakin Rəşad həmin pulu özünə götürüb ölkədən çıxışına qoyulmuş məhdudiyyəti də götürməmişdir. Oğlu Əlirzanın ona pul verməsinin birbaşa şahidi olmamışdır. Lakin oğlu Əlirzanın telefonla Rəşadla sözlə mübahisə etdiyini, pulu qaytarmasını tələb etdiyinin eşitmişdir. Belə ki, telefon danışığı yanında olmuşdur. Ümumiyyətlə oğlu Əlirzanın Rəşadla danışıqlarından başa düşmüşdür ki, onların birgə çox işləri olmuşdur. Amma nə məsələ olduğunu bilmir. Oğlunu Rəşadla tanış edən Şahid3 olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, 2013-cü ildən 2017cu ilin iyul ayının 16-na kimi DİO-da qulluq keçmişdir. Əsasən DİN-nin BPQMİ-nin MAPS üzrə məlumat şöbəsinin “Asan Xidmət” mərkəzləri üzrə inspektoru vəzifəsində işləmişdir. Vəzifəsi şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsindən ibarət olmuşdur. Vətəndaş ilkin olaraq şəxsiyyət vəsiqəsinin dəyişidirilməsi üçün “Asan Xidmət” mərkəzində ona müraciət edir, həmin müraciət əsasında onun təqdim etdiyi sənədlərə, o cümlədən anket məlumatlarına baxış keçirərək, əsli olub-olmadığını və qanunauyğunluğunu yoxlayıb qəbul edir. Daha sonra həmin sənədlər qeydiyyat kitabına işlənildikdən sonra vəsiqələrin çap olunması üçün operatorlara təhvil verilmişdir. Belə ki, operatorların vəzifəsi şəxsiyyət vəsiqələrinin çap edilməsindən, o cümlədən anket məlumatlarının sistemə işlənilməsindən və sairdən ibarət olmuşdur. İnspektor kimi onun elektron sistemə daxil olmaq üçün hər hansı səlahiyyəti olmamışdır. Həmin səlahiyyətlərə operatorlar malik olmuşdur. Belə ki, həmin sistem “xxxxx MMC” tərəfindən nəzarət olunmaqla hər bir operatora parol və loqin verilmişdir. Həmin parol və loqin əsasında operator sistemə daxil olaraq vətəndaşın şəxsiyyət vəsiqəsinin hazırlanmasını, anketdəki məlumatların sistemə işlənilməsini həyata keçirdikdən sonra şəxsiyyət vəsiqəsini çap edərək vətəndaşa təqdim olunması üçün “hazır sənəd” bölməsinə vermişdir. Hazır sənəd bölməsindən də vətəndaş müraciət edərək yeni şəxsiyyət vəsiqəsini əldə etmişdir. Bu prosesdə funksiyası yalnız vətəndaşlardan sənədləri və anket məlumatlarını qəbul edib doğruluğunu və qanunauyğunluğunu yoxlamaqdan ibarət olmuşdur. Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o iş yoldaşı olmuşdur. İşlədiyi dövrdə Rəşad da operator kimi fəaliyyət göstərmişdir. Aralarında iş yoldaşı kimi münasibətləri olmuşdur. Aralarında hər hansı düşmənçilik, ədavət və söz-söhbət olmamışdır. ***-***-**-** mobil telefon nömrəsi ona məxsusdur və nömrənin ilk istifadəçisi özüdür və həmin nömrədən daim özü istifadə etmişdir. Şahid4 və X12 tanımır. Onlarla hər hansı bir münasibəti olmamışdır. Şahid2, Şahid1, Şahid3 da tanımır. Onlarla hər hansı bir münasibətləri olmamışdır. İstintaq materiallarından Şahid4 və X6 xəbərləri olmadığı halda, o cümlədən hər hansı qanuni əsas olmadan yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, Daşkarxanası 329 ünvanında yerləşən evdən qeydiyyatdan 2016-cı ilin may ayında çıxarılması, Şahid2 və Şahid1 adları çəkilən şəxslərin yaşadıqları evdən qeydiyyatdan çıxarılmaları üçün Təqsirləndirilən şəxs 5.000 manat rüşvət verdiklərini göstərmələri, iş materiallarında olan “xxxxxxx” MMC-dən daxil olmuş diskə baxış zamanı isə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəyə xx.xx.2016-cı il tarixdə saat 16:14-də “03444791” və “06558266” şəklində mesaj göndərilməsi, istintaq zamanı isə həmin mesajın məzmununda göstərilən rəqəmlərin Şahid4 və Nəzərəli Nəzərəliyevin şəxsiyyət vəsiqəsinin seriya nömrəsi olmasının müəyyən olunması ilə bağlı göstərmişdir ki, vətəndaşın qeydiyyatdan çıxıbçıxmamasını öyrənmək məqsədilə bir neçə operator, səlahiyyətli şəxslər müraciət edib maraqlanmışlar. “İAMAS”-ın məlumat sisteminə baxıb həmin şəxsin qeyd olunan ünvanda qeydiyyatda olub-olmaması barədə məlumat vermişdir. “İAMAS”-ın məlumat sistemi yalnız məlumat xarakterlidir və o sistemə müdaxilə etmək, hər hansı bir düzəliş və əlavələr etmək texniki cəhətdən qeyri mümkündür. Həmin mesajın Təqsirləndirilən şəxs tərəfindən çox güman ki, ona göndərilməsinə səbəb həmin şəxslərin qeydiyyatı ilə bağlı məlumat almaq olmuşdur. Belə ki, onun hər hansı şəxsi qeydiyyatdan çıxarmaq kimi səlahiyyəti olmamışdır. Qeyd olunan sistemə müdaxilə etmək imkanı və səlahiyyəti operatorlara verilmişdir. Təqsirləndirilən şəxs da özü həmin vaxt operator işləməklə “Asan Xidmət” ə ezam olunmuşdur. Onun ezam vaxtı isə 2016-cı ilin səhv etmirsə mart ayında tamam olmuşdur. Operatorlara sistemə daxil olmaq üçün “xxxxx” MMC tərəfindən parol və loqin verilir. “xxxxx” MMC tərəfindən həmin sistemə kimin müdaxilə edib qeydiyyatdan həmin şəxsləri çıxarmasını verə bilər. Heç vaxt Təqsirləndirilən şəxsla cinayət əlaqəsini girib qanunsuzluq törətməmişdir. Yaxud da ki, hər hansı digər səlahiyyətli şəxs qeyd etdiyi vəzifədə işlədiyi dövrdə ondan hər hansı bir şəxsin qeydiyyatı barədə soruşanda həmin şəxslərin hansı niyyətlə bunu soruşmasını bilə bilməz. Sadəcə öz vəzifəsini yerinə yetirməklə məşğul olmuşdur. Təqsirləndirilən şəxs qanunsuz əməllərlə məşğul olub-olmamasından məlumatı yoxdur. Bu barədə heç nə eşitməmişdir. Kimisə qeydiyyatdan çıxarmaq barədə səlahiyyəti olmamışdır. hər hansı şəxsin qeydiyyatdan çıxarılmasını sistemə müvafiq giriş edilmədən mümkün olub-olmaması ilə bağlı göstərmişdir ki, bu mümkün deyil, operator sistemə parol və loqini əsasında daxil olub həmin şəxsi qeydiyyatdan çıxarır. İbtidai istintaq zaman şahid qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Şahid9 ifadəsindən görünür ki, 2013-cü ilin may ayının 1-dən “Asan Xidmət” də fəaliyyət göstərir. Hal-hazırda “Asan Xidmət” in səyyar şöbəsinin baş məsləhətçisidir. Vəzifəsi dövlət orqanları ilə “Asan Xidmət”i əlaqələndirməkdən ibarətdir. Təqsirləndirilən şəxs tanıyır. O bir müddət, yəni 2015-2016-cı illərdə Asan xidmətin səyyar şöbəsində Daxili İşlər Nazirliyinin əməkdaşı kimi fəaliyyət göstərmiş, onun əsas işi şəxsiyyət vəsiqələrinin çap edilməsindən ibarət olmuşdur. Operator funksiyasını həyata keçirmişdir. Onunla aralarında münasibət normal olmuş, düşmənçilik, ədavət və söz-söhbət aralarında olmamışdır. ***-***-**-** mobil nömrəsi onun istifadəsindədir, həmin nömrəni 2004-cü ildən istifadə edir. “xxxxxxxx” diskinə baxışdan onun istifadəsində olan ***-***-**-**” mobil nömrəsindən xx.xx.2016-cı il tarixdə saat 21-56-da Təqsirləndirilən şəxs istifadəsində olan “***-***-**-** mobil nömrəsinə “Nezeleriyev nezereli hesen oqlu.ves.nöm.03444791 nezereliyev nebi hesen oqlu.ves.nom.06558266” şəklində mesaj göndərilməsi ilə bağlı göstərmişdir ki, ola bilsin ki, Rəşad həmin mesajı ona qeyd olunan şəxslərin notariusların elektron sistemində görünüb-görünməməsini soruşmaq üçün göndərmişdir. Ona hüquqi tərəfdən izah etmişdir ki, qeyd olunan məsələ daxili işlər nazirliyinin elektron sistemi ilə tənzimlənir. Təqsirləndirilən şəxs bunu soruşmaqda məqsədinin nə olduğunu bilməmişdir. Hansı niyyətlə bunu onu soruşduğunu düşünməmişdir. Hüquqi məsləhət almaq istədiyini düşünmüşdür. İş materiallarından Təqsirləndirilən şəxs Şahid1 və Şahid2 5000 manat pul alaraq Şahid4 və Nəzərəli Nəzərəliyevi heç bir əsas olmadan qeydiyyatdan çıxarması ilə bağlı göstərmişdir ki, ola bilsin ki, Təqsirləndirilən şəxs onları qeydiyyatdan çıxarsın. Qeydiyyatdan çıxarmaq daxili işlər nazirliyinin səlahiyyətindədir. Həmin şəxslərin də Təqsirləndirilən şəxs tərəfdən qanunsuz qeydiyyatdan çıxarılmasından, eləcə də Təqsirləndirilən şəxs bu əməllərindən məlumatı olmamışdır. Yuxarıda göstərdiyi kimi dövlət orqanları ilə “Asan Xidmət” in əlaqələndiricisidir. Kimisə qeydiyyatdan çıxarmaq səlahiyyəti yoxdur. Eləcə də həmin şəxslərin qeydiyyatdan çıxarılmasında hər hansı bir iştirakı yoxdur. Yuxarıda göstərdiyi kimi Təqsirləndirilən şəxs çox güman ki, hüquqi yardım adı altında niyyətini gizlədib ondan bunu soruşmuşdur. Bu sual hazırda veriləndə ona aydın olur ki, nəyə görə Təqsirləndirilən şəxs həmin şəxslərin notariusun eletron sistemində görsənib-görsənə bilməyəcəyini, yaxud görsənməyinin nədən ola biləcəyini, görsənməməyinin isə nədən ola bilməyəcəyini soruşmuş, Rəşada qeyd etdiklərinin onun səlahiyyətində olmadığını, elektron sistemin daxili işlər nazirliyinin bazasına qoşulduğunu və Daxili İşlər Nazirliyinin səlahiyyətində olan məsələ olduğunu bildirmişdir. Adətən ona belə müraciətlər, yəni hüquqi yardım kimi, xidmətin fəaliyyəti ilə bağlı ortaya çıxan problemlərin həlli ilə bağlı zənglər tez-tez olur və çalışdığı qədəri ilə işçilərə hüquqi yardım göstərir. Belə ki, özü ali təhsilli hüquqşünasdır. Qanunları da yaxşı bilir. Kiminsə ona zəng edib, yaxud mesaj yazıb nəyisə dəqiqləşdirəndə həmin şəxsin hansı niyyətlə bunu soruşduğunu bilə bilməz. Təqsirləndirilən şəxs səyyar şöbənin işçisi kimi tanımış, onun bu əməllərindən məlumatı olmamışdır (Cild 01, i.v. 179- 183). İbtidai istintaq zaman şahid qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Şahid13 ifadəsindən görünür ki, 2016-cı ilin iyun ayının 29-da vətəndaş X8 rayon polis idarəsinə müraciət edərək Şahid1 və Şahid2 birgə nikah dövründə aldıqları Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 61-də yerləşən obyekti saxta sənədlər əsasında ələ keçirdiklərini və onlar barəsində tədbir görülməsini xahiş etmişdir. Həmin ərizə əsasında material toplanmış və müəyyən edilmişdir ki, Şahid1 X40 məxsus obyektə dair çıxarış əldə edərək Rəşad Qarayev adlı şəxsə satmaq üçün ondan 2000 ABŞ dolları beh almışdır. Həmin material üzrə araşdırma zamanı Şahid1 obyekti satmağa cəhd edərkən saxlanılmış, izahatı alınmış, daha sonra yazılı iltizam alınaraq ertəsi gün Nərimanov rayon polis idarəsinə gəlməsi bildirilmişdir. Həmin fakta görə tərəfindən xx xxxx 2017-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanaraq xx.xx.2017-ci il tarixdə istintaq aidiyyəti üzrə Nərimanov rayon polis idarəsinin istintaq şöbəsinə göndərilmişdir. İş istintaq şöbəsində olarkən Şahid1 İlham Kərimova məxsus avtomaşınları da saxta sənəd əsasında ələ keçirərək satdığı müəyyən olunmuşdur. Ona görə də iş üzrə əməl tövsif olunaraq Nərimanov rayon prokurorluğuna göndərilmişdir. Material icraatında olarkən heç kəsdən pul istəməmiş, heç kəs Şahid1 işinə xitam verilməsi və yaxud cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı ona pul təklif etməmişdir. Araşdırma tam qanuni şəkildə aparılaraq iş başlanılmış və aidiyyəti üzrə göndərilmişdir. İş materiallarında olan Şahid1 istifadəsində olan mobil nömrədən göndərilmiş mesajlarda ondan barəsində cinayət işinin başlanmaması üçün 20.000 manat pul istənilməsi ilə bağlı sms mətnlərinə rast gəlinməsi ilə bağlı göstərmişdir ki, Şahid1 özü dələduzdur. Yəqin ki həmin mesajı yazaraq kimisə aldadıb pulunu ələ keçirmək istəmişdir. Ondan heç kəs pul istəməmiş və almamışdır. Cinayət işi Nərimanov rayon polis şöbəsində olarkən işin xitam verilməsi üçün kiminsə ona pul təklif etməsi ilə bağlı göstərmişdir ki, heç kəs ona pul təklif etməmiş, bu barədə heç nə eşitməmiş, X23 rayon pasport qeydiyyatı və şəxsiyyət vəsiqəsi şöbəsinin əməkdaşı kimi tanımış, aralarında bir iş yoldaşı kimi münasibətləri olmuşdur. İstintaq zamanı Şahid1 qeyd olunan epizoda görə barəsində başlanmış cinayət işinin xitam verilməsi üçün Təqsirləndirilən şəxs 13.000 manat pul verdiyini göstərməsi ilə bağlı Təqsirləndirilən şəxs ona Şahid1 barəsində olan materialın və ya cinayət işinin yoluna qoyulması üçün pul təklif edib-etməməsi ilə əlaqədar göstərmişdir ki, belə bir hal olmamışdır. Qanuni şəkildə araşdırma aparıb cinayət işi başlayıb aidiyyəti üzrə istintaq şöbəsinə göndərmişdir (Cild 02, i.v. 202-205). İbtidai istintaq zaman şahid qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Şahid14 ifadəsindən görünür ki, , “xxxxx” MMC-də 1994-cü ildən çalışır. “xxxxx” MMC-nin əsas vəzifəsi DİN-nin İAMAS siteminin təşkili, onun istismarı, texniki sazlığına cavabdehlikdən və sairdən ibarətdir. “İAMAS” sistemi ölkədə ilk olaraq 2000-ci ildə tətbiq olunmağa başlamışdır. Həmin sistem ilk olaraq Bakı şəhərinin 11 rayonunda fəaliyyət göstərmiş və getdikcə təkmilləşərək Respublikanın digər bölgələrində də tətbiq olunmağa başlamışdır. Sistem bir neçə fəaliyyəti özündə birləşdirir, belə ki, ölkəyə giriş, çıxış, ölkədən çıxmağa məhdudiyyət, şəxsiyyət vəsiqələrin verilməsi eyni zamanda fəaliyyətsizləşdirilməsi kimi bir sıra funksiyaları həyata keçirir. Şəxsiyyət vəsiqələrinin verilməsi və fəaliyyətsizləşdirilməsi ilə bağlı sistemə daxil olmaq səlahiyyəti müvafiq olaraq rayon polis idarələrinin pasport qeydiyyatı və şəxsiyyət vəsiqəsi şöbəsi baxmışlar. Sonradan isə mərkəzləşdirmək üçün həmin sistemə nəzarəti Ünvanlar Bürosuna verilmişdir. Həmin Büro ilk əvvəllər Daxili İşlər Nazirliyinə sonradan isə Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin binasına köçürülmüşdür. Bu təxminən 2004-cü ildə baş vermişdir. İlk əvvəllər əsas fəaliyyət yönəldilmişdir ki, vətəndaşlar ikili şəxsiyyət vəsiqəsi almasın. Bunun üçün tədbirlər də yüksək səviyyədə görülmüşdü. Lakin şəxsiyyət vəsiqələrinin fəaliyyətsizləşdirilməsi biraz fərqli idi. Belə ki, rayon polis idarələrinin şəxsiyyət vəsiqəsi və qeydiyyatı şöbələrinin operatorları sistemdə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini fəaliyyətsizləşdirdikdən sonra həmin fəaliyyətsizləşdirmə avtomatik olaraq Ünvanlar bürosuna göndərilir və fəaliyyətsizləşdirmə Ünvanlar Bürosunda insan müdaxiləsi olmadan avtomatik həyata keçirilmişdir. Operatorlar sistemə daxil olmaları üçün müvafiq olaraq parol və loqinlə təmin olunurlar. İstənilən operator sistemə daxil olmaqla şəxsin şəxsiyyət vəsiqəsini sistemdə fəaliyyətsizləşdirə bilər. Belə ki, həmin sistemdə ilkin olaraq səhifə açılır və qarşıya interfeysdə şəxsin adı, soyadı və digər anket məlumatları həmin açılmış səhifədə doldurulur. Bundan sonra fəaliyyətsizləşdirmə səbəbi həmin interfeysdə seçilir. Belə ki, fəaliyyətsizləşdirmə səbəbi qrafasında Azərbaycan Respublikasının Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının qanunun 9-cu maddəsində göstərilən əsaslar yerləşdirilir. Həmin əsaslardan birini operator seçir və “ötür” düyməsinə vuraraq məlumatları mərkəzi sistemə göndərir. Mərkəzi sistemdə avtomatik olaraq həmin şəxsin şəxsiyyət vəsiqəsini insan müdaxiləsi olmadan fəaliyyətsizləşdirir. Bu sistem 2018-ci ilin dekabr ayına qədər fəaliyyət göstərmişdir. Ona təqdim olunmuş “xxxxx” MMC-dən daxil olmuş məktuba əlavə olunmuş sənədlərlə bağlı göstərmişdir ki, rayon şöbələri tərəfindən göndərilmiş məlumatların yeri kimi Ünvanlar Bürosu göstərilir. Lakin əslində həmin məlumatlar rayon polis şöbələrinin operatorları tərəfindən göndərilir. “Oper2” isə həmin operatorun loqinidir. Həmin loqinin kimə məxsus olmasını müəyyən etmək texniki cəhətdən mümkün deyil. Ola bilsin ki, operator səhər işə gələndə şəxsin şəxsiyyət vəsiqəsinin fəaliyyətsizləşdirib. Ünvanlar Bürosuna göndərsin, həmin büroda isə fəaliyyətsizləşmə axşam vaxtını göstərsin. Bu həm texniki cəhətdən problemlərlə bağlı ola bilər, həm də ki, həddən artıq sistemin yüklənməsi ilə bağlı olur. Təcrübədə bu hallara tez-tez rast gəlinir. İş materiallarından xx.xx.2016-cı il tarixdə Şahid4 və X6 xəbərləri və heç bir qanuni əsas olmadan yaşadıqları yer üzrə qeydiyyatdan çıxarılalarının görünməsi ilə bağlı göstərmişdir ki, qeyd olunan haldan məlumatları var. Bu keçmiş sistemdə baş verdiyi üçün həmin operatoru müəyyən etmək texniki cəhətdən mümkün olmamışdır. Eyni zamanda hansı rayon polis idarəsi tərəfindən göndərildiyini də müəyyən etmək mümkün olmamışdır. Lakin çıxarılma gününü müəyyən etmək mümkün olmuşdur. Hazırki sistemdə isə əvvəlki sistemdə olan boşluqlar aradan qaldırılmışdır. Operatorlar tərəfindən sistemə səhər saatlarında şəxsin şəxsiyyət vəsiqəsinin fəaliyyətsizləşdirilməsi ilə bağlı işlənmiş məlumatlar sistemə göndərildikdə şəxsiyyət vəsiqəsinin nə vaxt fəaliyyətsizləşməsi ilə bağlı göstərmişdir ki, həmin gün istənilən vaxt, yüklənə bilər. sistemin yüklənməsi, rabitə xəttinin zəif olması və digər səbəblərdən gecikmələr ola bilir. Ona görə də istənilən vaxt bu mümkündür. Ola bilər dərhal, ola bilər həmin gün axşam yüklənə bilər (Cild 02, i.v. 197-201). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş üzləşdirmə barədə 12 iyul və xx xxxx 2019-cu il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs Abbasət oğlu ilə Şahid1 və Şahid2 arasında iki dəfə üzləşdirmə istintaq hərəkəti aparılmış, xx.xx.2019-cu il tarixdə keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı tərəflərə istintaq hərəkətinin vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üzləşdirmə zamanı onlara verilən suallara üzləşməyə hazır olmadıqları cavabını vermişlər. Onlar arasında xx.xx.2019-cu il tarixdə keçirilmiş ikinci üzləşdirmə zamanı Şahid1 ifadələrində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha deyərək göstərmişdir ki, 2016-cı ilin may ayında Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası 329 ünvanında yerləşən evi girova qoyub pul götürmək istəmişlər. Lakin buna Şahid4 razı olmamış, Nəzərəli Nəzərəliyev isə Azərbaycanda olmamışdır. Lakin onlar evdə qeydiyyatda olmuşlar. Ona görə də alqı-satqı üçün onların da razılığı tələb olunmuşdur. Ona görə də onların xəbəri olmadan qeydiyyatdan çıxarılmaları üçün Təqsirləndirilən şəxsla Nərimanov rayon polis idarəsinin yanında görüşmüş və sonuncu Nəbi və Nəzərəli Nəzərəliyevin qeydiyyatdan çıxaırlmaları üçün 5000 manat pul istəmiş, həmin pulu Rəşada Nərimanov rayon polis idarəsinin yaxınlığında vermişlər. Bundan sonra Təqsirləndirilən şəxs da Nəbi və Nəzərəli Nəzərəliyevi qeydiyyatdan çıxarmış və onlar sistemdə görünməmişlər. Bundan sonra alqı-satqı baş tutmuşdur. Daha sonra Bayram Abbasova məxsus Nərimanov rayon ərazisində yerləşən obyekti satmaq üçün Ukraynada notariusdan onun adına etibarnamə almaq lazım idi. Ona görə də Ukraynada yerləşən notariusu aldatmaq üçün Bayram Abbasovun şəxsiyyət vəsiqəsini və xarici pasportunu hazırlamaq lazım idi. Bunun üçün 2016-cı ilin dekabr ayında Təqsirləndirilən şəxs müraciət etmiş, sonuncu Bayram Abbasovun şəxsiyyətinin və xarici pasportunu saxtalaşdıra biləcəyini deyərək bunun üçün 1000 manat pul istəmiş, həmin pulu ona vermişdir. Rəşad da həmin saxta sənədləri, yəni şəxsiyyət vəsiqəsinin üzərində düzəlişlər etmiş, o cümlədən saxta xarici pasportu hazırlayıb ona vermişdir. Həmin sənədlər əsasında da Ukraynadakı notariusu aldadıb etibarnamə almışdır. Növbəti dəfə, dəqiq tarixi yadlarında deyil, anası Laləzarın borcu olduğundan buna görə borclu olduğu adam onu məhkəməyə vermiş, məhkəmə həmin şəxsin xeyrinə qətnamə qəbul etmişdi. Şahid11 həmin şəxsə 2000 manat borcu olmuş, Gürcüstana gedəndə onu sərhəddə saxlayaraq buraxmamışlar. Belə ki, borca görə üzərinə ölkədən çıxışa məhdudiyyət qoyulmuşdur. Təqsirləndirilən şəxsla bununla bağlı danışmış ona anasının üzərinə qoyulmuş məhdudiyyəti götürmək lazım olduğunu demişdir. Bunun üçün Rəşad 2000 manat pul həmin anasının borclu olduğu şəxsə vermək üçün, 1000 manat isə “şirinlik” istəmiş, Rəşada 3000 manat pulu əlbəəl onun yaşadığı Yasamal rayonu ərazisində yerləşən evinin yanında vermişdir. Amma dəqiq tarixini xatırlamır. Səhv etmirsə ya 2016, ya da 2017-ci il olmalıdır. Lakin Təqsirləndirilən şəxs onu aldadıb anasının borclu olduğu şəxsə 2000 manat pulu verməmiş, pulu özünə götürmüşdür. Növbəti dəfə X41 məxsus Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən obyekti saxta sənədlər əsasında satarkən Nərimanov rayon polis idarəsinin əməkdaşları tərəfindən 2017-ci ilin iyun ayının axırlarında saxlanmış, Saxlanıldıqdan sonra Nərimanov rayon polis idarəsinin əməkdaşı Elçin adlı şəxs onu bir günlük buraxaraq ertəsi gün sənədləşmə aparması üçün gəlməsini deyib dilindən iltizam almışdır. Çölə çıxan kimi Təqsirləndirilən şəxsla evlərinin yanında görüşmüş, Rəşada bu işi bağlamaq lazım olduğunu deyəndə sonuncu bunun üçün 13.000 manat pul verməli olduğunu demişdir. Ona görə də 13.000 manat pulu 2017-ci ilin yay aylarında Rəşada yaşadığı Yasamal rayonu ərazisində yerləşən evinin yaxınlığında dayısı İsmayılın yanında vermişdir. Lakin həmin söhbət 5-6 ay uzanmış, Rəşad məsələni həll edə bilməmişdir. Elçin adlı şəxsin burda hər hansı bir iştirakı olmamış, Elçin ondan hər hansı bir məbləğdə pul istəməmişdir. Bundan sonra Rəşad ona cinayət işini bağlamaq söhbətinin alınmadığını, işin prokurorluğa getdiyini deyib ona və dayısı İsmayıla xarici pasport düzəldəcəyini və həmin pasport əsasında ölkəni tərk edəcəklərini deyərək bunun üçün 12.000 manat pul istəmişdir. Həmin vaxtı axtarışda olmuşlar. Rəşadla yenə evinin yaxınlığında görüşüb ona bu dəfə 12.000 manat pul vermişlər. Lakin Təqsirləndirilən şəxs bu məsələni həll edə bilməmiş, hər dəfə vaxt istəmişdir. Artıq Təqsirləndirilən şəxs bu işi alındıra bilmədiyini görüb ondan pullarını tələb etməyə başlamış, bu barədə telefonla dəfələrlə danışıqları olmuş və həmin danışıqların bir qisminin səslərini yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin verdiyi pullardan ona 10.000 manatını qaytarmışdır. Təqsirləndirilən şəxs isə Şahid1 onun üzünə qarşı dediklərinin şər və böhtan olduğunu göstərmişdir (Cild 01, i.v. 200-207, 215-220). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş üzləşdirmə barədə xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Abbasət oğlu ilə Şahid2 arasında keçirilmiş ikinci üzləşdirmə zamanı Şahid2 ifadələrində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha deyərək göstərmişdir ki, 2016-cı ilin may ayında Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası 329 ünvanında yerləşən evi girova qoyub pul götürmək istəmişlər. Lakin buna Şahid4 razı olmamış, Nəzərəli Nəzərəliyev isə Azərbaycanda olmamışdır. Lakin onlar evdə qeydiyyatda olmuşlar. Ona görə də alqı-satqı üçün onların da razılığı tələb olunmuşdur. Ona görə də onların xəbəri olmadan qeydiyyatdan çıxarılmaları üçün Təqsirləndirilən şəxsla Nərimanov rayon polis idarəsinin yanında görüşmüş və sonuncu Nəbi və Nəzərəli Nəzərəliyevin qeydiyyatdan çıxaırlmaları üçün 5000 manat pul istəmiş, həmin pulu Rəşada Nərimanov rayon polis idarəsinin yaxınlığında vermişlər. Bundan sonra Təqsirləndirilən şəxs da Nəbi və Nəzərəli Nəzərəliyevi qeydiyyatdan çıxarmış və onlar sistemdə görünməmişlər. Bundan sonra alqı-satqı baş tutmuşdur. Daha sonra Bayram Abbasova məxsus Nərimanov rayon ərazisində yerləşən obyekti satmaq üçün Ukraynada notariusdan onun adına etibarnamə almaq lazım idi. Ona görə də Ukraynada yerləşən notariusu aldatmaq üçün Bayram Abbasovun şəxsiyyət vəsiqəsini və xarici pasportunu hazırlamaq lazım idi. Bunun üçün 2016-cı ilin dekabr ayında Təqsirləndirilən şəxs müraciət etmiş, sonuncu Bayram Abbasovun şəxsiyyətinin və xarici pasportunu saxtalaşdıra biləcəyini deyərək bunun üçün 1000 manat pul istəmiş, həmin pulu ona vermişlər. Rəşad da həmin saxta sənədləri, yəni şəxsiyyət vəsiqəsinin üzərində düzəlişlər etmiş, o cümlədən saxta xarici pasportu hazırlayıb ona vermişdir. Həmin sənədlər əsasında da Ukraynadakı notariusu aldadıb etibarnamə almışdır. Növbəti dəfə, dəqiq tarixi yadlarında deyil, bacısı Laləzarın borcu olduğundan buna görə borclu olduğu adam onu məhkəməyə vermiş, məhkəmə həmin şəxsin xeyrinə qətnamə qəbul etmişdi. Şahid11 həmin şəxsə 2000 manat borcu olmuş, Gürcüstana gedəndə onu sərhəddə saxlayaraq buraxmamışlar. Belə ki, borca görə üzərinə ölkədən çıxışa məhdudiyyət qoyulmuşdur. Təqsirləndirilən şəxsla bununla bağlı danışmış ona bacısının üzərinə qoyulmuş məhdudiyyəti götürmək lazım olduğunu demişlər. Bunun üçün Rəşad 2000 manat pul həmin bacısının borclu olduğu şəxsə vermək üçün, 1000 manat isə “şirinlik” istəmiş, Rəşada 3000 manat pulu əlbəəl onun yaşadığı Yasamal rayonu ərazisində yerləşən evinin yanında vermişlər. Amma dəqiq tarixini xatırlamır. Səhv etmirsə ya 2016, ya da 2017-ci il olmalıdır. Lakin Təqsirləndirilən şəxs onu aldadıb bacısının borclu olduğu şəxsə 2000 manat pulu verməmiş, pulu özünə götürmüşdür. Növbəti dəfə X41 məxsus Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən obyekti saxta sənədlər əsasında satarkən Nərimanov rayon polis idarəsinin əməkdaşları tərəfindən Şahid1 2017-ci ilin iyun ayının axırlarında saxlanmış, Saxlanıldıqdan sonra Nərimanov rayon polis idarəsinin əməkdaşı Elçin adlı şəxs onu bir günlük buraxaraq ertəsi gün sənədləşmə aparması üçün gəlməsini deyib dilindən iltizam almışdır. Əlirza çölə çıxan kimi Təqsirləndirilən şəxsla evlərinin yanında görüşmüş, Rəşada bu işi bağlamaq lazım olduğunu deyəndə sonuncu bunun üçün 13.000 manat pul verməli olduğunu demişdir. Ona görə də Əlirza 13.000 manat pulu 2017-ci ilin yay aylarında Rəşada yaşadığı Yasamal rayonu ərazisində yerləşən evinin yaxınlığında onun yanında vermişdir. Lakin həmin söhbət 5-6 ay uzanmış, Rəşad məsələni həll edə bilməmişdir. Elçin adlı şəxsin burda hər hansı bir iştirakı olmamış, Elçin onlardan hər hansı bir məbləğdə pul istəməmişdir. Bundan sonra Rəşad onlara cinayət işini bağlamaq söhbətinin alınmadığını, işin prokurorluğa getdiyini deyib ona və Şahid1 xarici pasport düzəldəcəyini və həmin pasport əsasında ölkəni tərk edəcəklərini deyərək bunun üçün 12.000 manat pul istəmişdir. Həmin vaxtı axtarışda olmuşlar. Rəşadla yenə evinin yaxınlığında görüşüb ona bu dəfə 12.000 manat pul vermişlər. Lakin Təqsirləndirilən şəxs bu məsələni həll edə bilməmiş, hər dəfə vaxt istəmişdir. Artıq Təqsirləndirilən şəxs bu işi alındıra bilmədiyini görüb ondan pullarını tələb etməyə başlamış, bu barədə telefonla dəfələrlə danışıqları olmuş və həmin danışıqların bir qisminin səslərini yazmışlar. Bundan sonra Təqsirləndirilən şəxs həmin verdiyi pullardan ona 10.000 manatını qaytarmışdır. Təqsirləndirilən şəxs isə Şahid2 onun üzünə qarşı dediklərini təkzib edərək şər və böhtan olduğunu göstərmişdir (Cild 01, i.v. 221-225). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş üzləşdirmə barədə xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Şahid3 ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə amanı da göstərmişdir ki, o İsmayıllla birlikdə Təqsirləndirilən şəxs otağında olarkən sonuncu Şahid11 ölkədən çıxışına qadağa qoyulmaması üçün 500 manat pul istəmiş, bundan sonra Şahid11 bu barədə demiş, Şahid11 da 300 manat stolun üstünə qoymuş, həmin pulu Şahid2 götürərək polis idarəsinə getmişlər. Özü maşında gözləmiş, İsmayıl isə yuxarı qalxmışdır. Çox güman ki, pulu aparıb Rəşada vermişdir (Cild 01, i.v. 234-240). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş üzləşdirmə barədə xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, İstintaq hərəkəti zamanı Şahid3 ilə Şahid11 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid11 ifadəsində göstərdiklərini Şahid3 üzünə qarşı demiş, Şahid3 isə Şahid11 üzünə qarşı göstərmişdir ki, o 2017-ci ilin fevral ayında Təqsirləndirilən şəxs İsmayıldan onun üzərinə məhdudiyyət qoyulmaması üçün 500 manat pul istədiyinin şahidi olmuş, heç kimdən pul almamış və heç kimə pul verməmişdir (Cild 01, i.v. 231-233). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş ********* saylı cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2017-ci il tarixli qərardan görünür ki, X33 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu Əliəşrəf Əlizadə küçəsi, 61 ünvanında yerləşən 124 kv.metr qeyri-yaşayış sahəsinin saxta yolla Şahid1 mülkiyyətinə verilməsi haqqında Azərbaycan Respublikası Əmlka Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli RX seriyalı çıxarışın əldə edildikdən sonra Şahid1 həmin qeyri-yaşayış sahəsini dələduzluq yolu ilə X5, ondan 2000 ABŞ dolları beh alması faktına görə Bakı şəhəri Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Şahid14 tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (Cild 01, i.v. 16). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 5 saylı “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən xüsusi notarius Şahid6 tərəfindən Şahid4 ünvanlanmış xx.xx.2018-ci il tarixli 81 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli arayışlarda və eyni zamanda “Elektron Notariat” sistemində əldə edilmiş məlumatda onun Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası 329 ünvanında yerləşən evdə qeydiyyatda olmadığı barədə heç bir məlumat aşkar edilməmiş, satış üçün razılıq tələb edilmədən alqı-satqı müqaviləsi bağlanmışdır (Cild 01, i.v. 29). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Nərimanov RPİ-dən daxil olmuş xx.xx.2017-ci il tarixli 9/10-078-28400 saylı məktubdan görünür ki, Şahid4 2016-cı il tarixdə məlum olmayan səbəblərdən Bakı şəhəri Nərimanov rayonu, Daş Karxanası 329 ünvanından qeydiyyatdan çıxarılmışdır. xx.xx.2016-cı il tarixdə Şahid4 müraciəti və təqdim olunmuş AR. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX ******* seriya nömrəli çıxarışı əsasında yenidən qeydiyyata alınmışdır (Cild 01, i.v. 41). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Bakı şəhər BPİ-dən Şahid8 ünvanlanmış xx.xx.2018-ci il tarixli 049-649-1218 saylı məktubdan görünür ki, Şahid4 və X14 xx.xx.2016-cı il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası ev 329 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarıldıqları məlum olmuş, lakin Nəbi və Nəzərəli Nəzərəliyevlərin qeyd olunan ünvandan hansı əsaslarla qeydiyyatdan çıxarıldıqlarını texniki səbəbdən müəyyən etmək mümkün olmamış, Şahid4 xx.xx.2016-cı il tarixdə Nərimanov rayon polis idarəsi tərəfindən yuxarıda göstərilən ünvana yaşayış yeri üzrə qeydiyyata salınmışdır (Cild 01, i.v. 42). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Şahid8 ifadəsinə əlavə etdiyi diskə xx.xx.2019-cu il tarixdə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxsla Şahid1 arasında ayrı-ayrı vaxtlarda edilmiş zənglər zamanı 7 ədəd audioyazı üzrə dialoqlar qeydə alınmışdır: Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş baxış keçirilməsi haqqında xx xxx 2019-cu il tarixli protokoldan görünür ki, “xxxxxxxx” MMC-dən xx.xx.2019-cu il tarixdə daxil olmuş məktuba əlavə olunmuş diskə baxış zamanı təqsirləndirilən şəxs Şahid1 istifadəsində olan “***-***-**-**” mobil nömrəsinə daxil olan və çıxan zənglərə, sms mətnlərinə və anten məlumatlarına baxış keçirilərkən müəyyən olunmuşdur ki, xx.xx.2016-cı il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “MENÍ PÏS ETME RAYONDA BÍABR OLARAM”, xx.xx.2016-cı il tarixdə BASQA SOZÚM VAR TEL GÓTÚR”, “VALLAH HEÇ NE LAZİM DEYÍL TEL GOTÚR” şəklində mesajlar göndərilmişdir. Həmin diskə baxışdan bundan savayı, görünür ki, Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** mobil nömrə arasında xx.xx.2016-cı il tarixdə saat 12:45-də 66 saniyə, 12:50-də 78 saniyə, 13:08-də 23 saniyə, 16:39-da 23 saniyə, 16:41-də 44 saniyə, xx.xx.2016-cı il tarixdə saat 12:48-də 23 saniyə, 15:17-də 57 saniyə, xx.xx.2016-cı il tarixdə saat 12:48-də 50 saniyə və xx.xx.2017-ci il tarixə kimi aralarında müxtəlif danışıq müddətlərində mütəmadi zənglər olmuşdur. Həmin diskə baxışdan bundan əlavə, görünür ki, Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Şahid3 istifadəsində olan ***-***-**-**, mobil nömrə arasında xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2017-ci il tarixədək aralarında müxtəlif danışıq müddətlərində mütəmadi zənglər olmuşdur. Həmin diskə baxışdan bununla yanaşı, görünür ki, Şahid3 istifadəsində olan ***-***-**-**, mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2018-ci il tarixədək aralarında müxtəlif danışıq müddətlərində mütəmadi zənglər olmuşdur (Cild 01, i.v. 121-127). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş baxış keçirilməsi haqqında xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, “xxxxxxx” MMC-dən xx.xx.2019-cu il tarixdə daxil olmuş məktuba əlavə olunmuş diskə baxışdan görünür ki, Təqsirləndirilən şəxs Şahid1 istifadəsində olan “***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan zənglərə, sms mətnlərinə və anten məlumatlarına baxış keçirilərkən müəyyən olunmuşdur ki, qeyd olunan nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə və ya əks istiqamətdə xx.xx.2017-ci ildə saat 14:54:26-da, xx.xx.2017-ci ildə saat 16:13:59 və saat 19:12:37-də müxtəlif danışıq müddətlərində zənglər olmuşdur. Qeyd olunan diskə baxışdan eləcə də, görünür ki, Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə xx.xx.2017-ci il tarixdə saat 21:52:00-də, 59 saniyə müddətində telefon danışığı olmuşdur. Qeyd olunan diskə baxışdan görünür ki, Şahid2 istifadəsində olmuş ***-***-**-** nömrəsindən göndərilən mesaj mətnlərinə baxdıqda görünür ki, qeyd olunan nömrədən Şahid8 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə xx.xx.2017-ci il tarixdə “Sabahin xeyir nerahat olma serhedi kecdik anam gilin evini 28 mi 400 manata faize qoymuwam iw mehkemede apelasi mehkemesinde vekilin adi zaurdu nomresi budur zeng ele daniw 055 *** ** ** 050 *** ** ** caliw evi qurtarin men gelesi deyilem gelsem men tutacaqlar evi satmayin kim istese qalin men hec zaman g elen deyilem ne vaxtsa qismet olsa bu heyatda olmasa o birisi heyatda goruwerik esas evi qurtarin birde anamdan mugayet olun isteseniz haqqinizi hallal e din harasa yerlewende sene xeberdarliq edecem vekile 1000 min manat vermiwem vekile zeng ele vekile goruw daniw Nezerelini tapin nezerelinin adina olan senedler fiktivnidir nezerelini de nebini de prapiskadan cixarib salan pasport stolda rewad var odur nebi taniyir. evin ustune duw evi alin ozunuz qalin evde” şəkilində mesaj göndərilmişdir. Qeyd olunan diskə baxışdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən göndərilmiş SMS mətnlərinə baxdıqda görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil nömrədən ***-***-**-** mobil nömrəsinə xx.xx.2016-cı il tarixdə saat 16:14-də “03444791 06558266” şəklində mesaj göndərmişdir. Qeyd olunan diskə baxışdan görünür ki, xx.xx.2016-cı il tarixdə saat 21:56-da Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan mobil nömrədən ***-***-**-** mobil nömrəsinə “Nezereliyev nezereli hesen oqlu.ves nom.03444791.nezereliyev nebi hesen oqlu.ves nom.06558266” şəklində mesaj göndərmişdir. Qeyd olunan diskə baxışdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Şahid3 ***-***-**-** mobil nömrəsi arasında xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2016-cı il tarixədək mütəmadi zənglər olunaraq müxtəlif danışıq müddətlərində danışıqlar aparılmışdır. Qeyd olunan diskə baxışdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2016-cı il tarixdək mütəmadi zənglər olunaraq müxtəlif danışıq müddətlərində danışıqlar aparılmışdır. Qeyd olunan diskə baxışdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Şahid3 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2016-cı il tarixədək mütəmadi zənglər olunaraq müxtəlif danışıq müddətlərində danışıqlar aparılmışdır. Qeyd olunan diskə baxışdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinin xx.xx.2016-cı il tarixdə saat 10 radələrində anten dairəsi GBBK5685D / GBBK5685 Neqliyyat Departamenti / Bakı şəhəri, Nərimanov rayonu, Hacı Məmmədov küçəsi 7 / NARİMANOV ---> GBBK5685D / GBBK5685 Neqliyyat Departamenti / Bakı şəhəri, Nərimanov rayonu, Hacı Məmmədov küçəsi 7 / NARİMANOV-u göstərir (Cild 01, i.v. 128-133). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası ünvanında yerləşən 329 nömrəli evə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən **********71-05101-093001 reyestr nömrəsi ilə 2418 nömrəli kitabın 225037-ci səhifəsində qeyd edilmiş xx xxxxxx 2015-ci il tarixli çıxarışdan görünür ki, həmin ev Şahid2 mülkiyyətində olmuşdur (cild 01, i.v. 150). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsindən daxil olmuş xx.xx.2019-cu il tarixli 039- 11198-1219 saylı məktubdan görünür ki, Nərimanov RPİ-nin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin kiçik inspektoru polis baş serjantı Hüseynov X22 RPİ-nin xx.xx.2019-cu il tarixli Ə45ş/h- 078-19 nömrəli əmri ilə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 11-ci bəndinə əsasən (ştatlar ixtisar edildikdə) DİOda xidmətdən xaric edilmişdir (Cild 01, i.v. 193). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsindən daxil olmuş xx.xx.2019-cu il tarixli 039- 11198-1219 saylı məktubdan görünür ki, Nərimanov RPİ-nin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin kiçik inspektoru polis baş serjantı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 11-ci bəndinə əsasən (ştatlar ixtisar edildikdə) DİO-da xidmətdən xaric edilməsi ilə bağlı Nərimanov RPİ-nin xx.xx.2019-cu il tarixli Ə45ş/h-078-19 nömrəli əmri ləğv edilərək Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən (daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkətlərə yol verdiyinə görə) daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir (Cild 01, i.v. 194). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş baxış keçirilməsi haqqında xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, “xxxxxxx” MMC-dən daxil olmuş xx.xx.2019-cu il tarixli BKC/LGL-15711/19 saylı məktuba əlavə olunmuş diskdə olan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə daxil olan SMS mətnlərinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, onun istifadəsində olan qeyd olunan mobil nömrəyə ***-***-**-** mobil nömrəsindən xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018-ci il tarixlərdə “Axwamin xeyir emi oglu sizin evin qarwisindayam bayira cix da”, “Donduq soyuqdan”, “Axwamin xeyir emi oglu yarim saata siz terefe gelirem goruwek”, Salam rewad oyrendim 2 iw acilib 1 prakraturadadir 1 mustentiqdedir”, “pasport mustentiqde iw hec yana getmeyib pasportu ordan goturursen”, “gotur 5 min senin 4 mini qaytar 3 gune goturmursen x xxxxx 1000 ni senin 8000 ni qaytar sen 5 aydir menden pulu almisan 5 aydir mene yalan daniwirsan rewad gel bir birimiz incitmeyek.qardaw kimi qutaraq bunu.corek kesmiwik.men senide bawa duwurem.caliwdin.duzelmedi”, Salam rewad bayaqdan zeng edirdin 5 aydi yalan daniwirsan varyant deyirsen indi sen asan xidmete cagirib torba tikmek isteyirsen sen axtariwdan cixarmisan asana get deyirsen rewad 2 gune pasportu polisden goturub verirsen birde 4 min pulu vermirsen se verdiyim 9000 ni 3 gune qaytar men daha senin yalanlarina inanan deyilem ele ele aramizda olan salam qalsin. Rewad unutma evin iwini de sen gormusen 1000 manat aldin dedin nezerelini prapiska edecem etmedin bacimin iwine 2500 manat aldin dedin duzelecek rafiq her gun eve gedir bizim bu axtariw iwimize 9000 in pul aldin 5 aydir yalan daniwirsan daha sene inanmiram rewad unutma pasport seryalarini adresleri sen vermisen elimde olan faktlari evdekilere verim sen vezifenden suyi istifade menimle ortaq gormusen bu iwleri bawinin agrimasini istemirsen se verdiyim 9000 min manati 3 gune qaytar 3 uncu gunu zeng edecem xowluqla 9000 in pulumu qaytar rewad qaytarmasan bawin agriyacaq unutma bunlarin hec birini”, “Salam rewad bilmirem 2 inci gunu 9000 ni pulumu ver vermesen menden incime daxli iwler nazirliyine respublika prakraturasina internete tele kanalara cenab prezidente erize yazacam elimde canli yazili wahidlerimde var hamsinin kopyasini cixarib erize ile birlikde gonderecem pulu kime vermisen onunla birlik de cavab verersen rewad unutma olunun kefenden qorxusu yoxdur rewad elimdeki wahidleri subutlari nebiye de gonderecem rewad ne edirsen et 2 inci gunu 9000 in pulumu catdirmasan dediklerimi edecem mene 5 aydir nagil oxuyursan rewad nagil bitdi”, “Rewad bacimin iwine aldigin pul 4xx xxxxx 2500 bunlar bacimin iwine aldigin pul qardawimi eve prapiska edecem dedin 1000 manat da o 9000 in mantda bizi axtariwdan cixaracam deyib aldigin pul 1 inci gune 13 000 in pulumu catdir catdirmasan erzeleri gonderdim 13 00 0 pulumun hamsini 1 inci gune catdir” şəklində mesajlar göndərilmişdir. Həmin mesajların mətnindən görünür ki, qeyd olunan telefon nömrəsi Şahid2 istifadəsində olmuşdur (Cild 01, i.v. 196-199). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən daxil olmuş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası 329 ünvanında qeydiyyatda olmuş Nəbi və Şahid2lərin hər hansı əsas olmadan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları araşdırılmış və onların qeydiyyatdan çıxarılmasının hansı əməkdaş tərəfindən həyata keçirildiyi müəyyən edilməmişdir. Belə ki, sistemin yerli inteqratoru olan “X43” şirkəti tərəfindən təqdim edilmiş rəsmi məlumatda həmin dövrdə istismarda olmuş “Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqəsi” altsistemində şəxsiyyət vəsiqələrinin fəaliyyətsizləşdirilməsi ilə bağlı müraciətin hansı regional mərkəzdən göndərildiyi və göndərən operator barədə məlumatın heç bir audit cədvəlində qeyd edilmədiyi bildirilmişdir. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsi ilə tənzimlənir. Həmin maddədə qeyd olunan əsaslar olduqda, həmçinin verilmiş vəsiqənin qanunauyğunluğunun yoxlanmasına dair keçirilmiş xidməti araşdırmanın nəticələri üzrə şəxsiyyət vəsiqəsi onu verən polis orqanı tərəfindən fəaliyyətsizləşdirilir. Əlavə olaraq bildiririk ki, ərazi polis orqanlarının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətlərinin əməkdaşlarının (inspektor, operator və s.) funksional vəzifə bölgüsü orqan rəhbəri tərəfindən imzalanmış müvafiq əmrlə müəyyən edilir. Qeyd olunur ki, şəxsin bu və ya digər səbəbdən “Giriş-çıxış və qeydiyyat” X1 Axtarış Sisteminin “sərhədkeçməyə məhdudiyyət” alt sisteminə daxil edilməsi təşəbbüskar orqanın (müvafiq hüquq-mühafizə orqanı) müvafiq müraciəti əsasında həyata keçirilir və əsaslar aradan qaldırıldıqda yenidən həmin orqanın təkrar müraciəti əsasında məhdudiyyətin götürülməsi DİN-nin Baş Əməliyyat və X15 tərəfindən həyata keçirilir (Cild 01, i.v. 241-242). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş xx.xx.2019cu il tarixli 078-23138 saylı məktubdan görünür ki, Nərimanov RPİ-nin Qeydiyyat və şəxsiyyət vəsiqələri şöbəsinin sabiq əməkdaşı Təqsirləndirilən şəxs xx.xx.2000-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Nərimanov RPİ-nin Əlahiddə polis bölüyünün polis nəfəri, xx.xx.2011-ci il tarixdən xx.xx.2018-ci il tarəxədək Nərimanov RPİ-nin Qeydiyyat və şəxsiyyət vəsiqələri şöbəsinin operatoru, (xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Nərimanov RPİ-nin sərəncamında) xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Nərimanov RPİ Q və ŞVŞ-nin kiçik inspektoru (DİN-nin xx.xx.2018-ci il tarixli Ə602-001-18 saylı təşkilati-ştat məsələlərinə dair əmrinə əsasən) vəzifələrində xidmət etmişdir. Əməkdaşın elektron informasiya resurslarına daxil olmağa səlahiyyət verən parolu, loqini barədə “xxxxx Texnoloji MMC”-yə müraciət edilməsi xahiş edilmişdir (Cild 01, i.v. 244). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş DİN-nin xx.xx.2010-cu il tarixli 550 saylı əmri ilə təsdiq olunmuş “Təlimat”-ın tələblərinə əsasən şöbənin operatorları: -xidməti fəaliyyətini xüsusi olaraq operatorlar üçün hazırlanmış texniki (tapşırıq) “təlimat” əsasında təşkil edir. ərizə-anket məlumatlarını kompyuter yaddaşına daxil edilməsi və müvafiq vəsiqə-blankların çap edilməsi üçün şöbə rəislərinin tapşırıqlarını yerinə yetirir. Texniki avadanlığın işlək vəziyyətdə saxlanmasını təmin edir və buna görə məsuliyyət daşıyır. Çap üçün verilmiş müvafiq vəsiqə-blanklarının etibarlı saxlanmasını təmin edir və buna görə məsuliyytə daşıyır. Çap olunmuş hazır vəsiqə-blanklarını sahibinə verilməsi üçün şöbə rəisinə təhvil verir (Cild 01, i.v. 246). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat Təminatı şöbəsindən daxil olmuş xx.xx.2019-cu il tarixli 02/5-1157çıx-19 saylı xidməti məktubdan görünür ki, X14 və Şahid4 2016-cı ilin may ayında qeydiyyatda olduqları Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası 329 ünvanından Nərimanov RPİ-nin Q və ŞVŞ-nin operatoru, polis baş serjantı Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilməsinə dair məlumatlar əldə olunmuşdur (Cild 01, i.v. 249). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Şahid1 sərhəd keçmə hesabatından görünür ki, o xx.xx.2017-ci il tarixdə Samur sərhəd nəzarət məntəqəsindən ölkə ərazisini tərk etmiş, xx.xx.2017-ci il tarixdə həmin keçid məntəqəsindən ölkə ərazisinə daxil olmuşdur (Cild 02, i.v. 88). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Nərimanov rayon icra şöbəsindən daxil olmuş xx.xx.2019-cu il tarixli 13131-5 saylı məktuba əlavə olunmuş Nərimanov rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(005)-6482/2015 saylı qətnaməsindən görünür ki, cavabdeh Şahid11 2500 manat borc məbləği və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı X16 xeyrinə, 2000 manat iddiaçı X7 xeyrinə tutulması qət edilmişdir. Həmin məktuba əlavə edilmiş xx.xx.2016-cı il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, həmin tarixdə icra şöbəsi tərəfindən həmin qətnamə üzrə iş üzrə icraat başlanmışdır (Cild 02, i.v. 178-180). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Nərimanov rayon icra şöbəsindən daxil olmuş xx.xx.2019-cu il tarixli 13131-5 saylı məktuba əlavə olunmuş Nərimanov rayon İcra şöbəsi tərəfindən Nərimanov RPİ-nə xx.xx.2017-ci il tarixdə göndərilmiş məktubdan görünür ki, Şahid11 axtarışı ilə əlaqədar qərar icra olunması üçün aidiyyəti üzrə göndərilmişdir (Cild 02, i.v. 183). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Şahid11 sərhəd keçmə hesabatından görünür ki, Şahid11 xx.xx.2017-ci il tarixdə saat 20:01-də Balakən sərhəd nəzarət məntəqəsindən ölkə ərazisini tərk etmək istəyərkən sərhəddən buraxılmamışdır (Cild 02, i.v. 196). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “xxxxx” MMC-dın daxil olmuş xx.xx.2019-cu il tarixli 307 saylı məktubdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Daş karxanası 329 ünvanından Şahid4 və X6 hər hansı əsas olmadan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması “Giriş-çıxış və qeydiyyat” İAMAS-ın məlumatlar bazasında araşdırılmış və hansı əməkdaş tərəfindən həyata keçirilməsi barədə məlumat aşkarlanmamışdır. 2016-ci ildə istismarda olan “Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqəsi” altsisteminin audit məlumatlarında şəxsiyyət vəsiqəsələrinin fəaliyyətsizləşdirilməsini həyata keçirən operator və regional mərkəz barədə məlumatlar nəzərdə tutulmamışdır. Eyni zamanda həmin dövr üçün istismarda olan altsistemdə yalnız həyata keçirilmiş son əməliyyatlar görülür. Lakin məlumat üçün bildirilir ki, müvafiq qurumun operatorları “Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqəsi” altsisteminə daxil olmaları üçün parol və loqinlə təmin olunurlar. Operatorlar tərəfindən sistemə daxil olunaraq şəxsiyyət vəsiqəsəsinin fəaliyyətsizləşdirilməsi həyata keçirildikdən sonra şəxsin elektron bazada hansı ünvanda qeydiyyatda olması görünmür. 2016-ci ildə istismarda olan “Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqəsi” altsistemində görünənə əsasən Nəzərəli Nəzərəliyevin şəxsiyyət vəsiqəsələrinin fəaliyyətsizləşdirilməsi xx.xx.2016-cı il tarixdə saat 18:31-də həyata keçirilmişdir. Qeyd olunan dövrdə altsistemdə görünənə əsasən Şahid4 xx.xx.2016-cı il tarixdə saat 17:23-də şəxsiyyət vəsiqəsi verilmişdir (Cild 02, i.v. 165-166). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Nərimanov RPİ-dən daxil olmuş xx.xx.2019-cu il tarixli 078-33372 saylı məktubdan görünür ki, Şahid11 axtarış işi Nərimanov RPİ-nin QMB-nin baş inspektoru, polis kapitanı X18 icraatında olmuş və borclu Şahid11 tutularaq icra və probasiya şöbəsinə təhvil verildiyi üçün axtarış işinə xitam verilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək məzuniyyətdə olmuşdur (Cild 03, i.v. 16). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş maddi sübut tanıma haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Şahid8 istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxsla Şahid1 arasında olan telefon danışıqlarını əks etdirən audioyazı olan disk öz xüsusiyyətlərinə və əlamətlərinə görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edə biləcəyini nəzərə alaraq maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur (Cild 03, i.v. 68-71). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat Təminatı şöbəsindən daxil olmuş xx.xx.2019-cu il tarixli 02/5-1193çıx-19 saylı xidməti məktubdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 01, i.v. 256). Beləliklə, məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə birbaşa yolla şəxsən maddi neməti rüşvət qismində istəyərək almış, informasiya resursuna tamah niyyətilə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətmiş, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə özgələrə məxsus əmlakı xeyli miqdarda ziyan vurmaqla təkrarən ələ keçirməklə dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla şəxsən, habelə özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrilərini vahid niyyətlə təkrarən təhrik etmə cinayətini törətməsi tam sübut olunmuşdur. Onun həmin əməli Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 311.2, 32.4, 312.2, 313-cü maddələri ilə tövsif edilməli və ona Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 311.2, 32.4, 312.2-ci maddələr ilə cəza təyin edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs Abusət oğlu xx xxx 2016-cı il tarixdə vəzifə saxtakarlığı edərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmə cinayətini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə cəzasının son həddi 2 (iki) il müddətində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Təqsirləndirilən şəxs Abusət oğlunun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən bu məcəllənin 42-ci və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsində göstərilir ki, “böyük ictimai təhlükə törətməyən” cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Bu Məcəllənin 75.2 və 75.3-cü maddələrinin tələblərinə əsasən, müddətlər cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır və cinayət törətmiş şəxs istintaq orqanından və ya məhkəmədən gizlənərsə müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Göründüyü kimi, xx xxx 2016-cı il tarixindən müddətin axımı başlamış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən “böyük ictimai təhlükə törətməyən” cinayət əməlinə görə nəzərdə tutulmuş iki illik müddət 2018-ci ilin may ayında başa çatmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsi cinayət təqibini istisna etdiyi üçün, həmin Məcəllənin 44.2.1-ci maddəsinə əsasən, təqsirləndirilən Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinməklə ittiham hökmü çıxarılmaqla yanaşı, ona həmin maddə ilə cəza təyin edilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən hər bir şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cinayətin törədilməsində rolunu və iştirakçılıq dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunan cəzanın onun islah edilməsinə və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayəti törətmiş şəxslər haqqında tətbiq olunan cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və cinayətin törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyətini səciyyələndirən hallar araşdırılarkən müəyyən edilmişdir ki, o, xx.xx.1972-ci ildə Sabirabad rayonunda anadan olmuş, ailəlidir, 3 övladı-xx.xx.2001-ci il təvəllüdlü X42, xx.xx.2003-cü il təvəllüdlü X21, xx.xx.2010-cu il təvəllüdlü X28 adında övladları vardır, ali təhsillidir, işsizdir, əvvəllər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Nərimanov rayon polis idarəsinin pasport qeydiyyatı və şəxsiyyət vəsiqəsi şöbəsinin operatoru vəzifəsində işləmişdir, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşamışdır, yaşadığı yer üzrə müsbət xarakterizə olunur (Cild 03, i.v. 89-93). Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinin tələblərinə əsasən himayəsində ikisi azyaşlı olmaqla üç uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə göstərilənləri və Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 41.2ci maddəsində nəzərdə tutulan cəzanın məqsədlərinə nail olmaq məqsədilə ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 311.2, 32.4, 312.2-ci maddələrinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsində deyilir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Şərh edilənlərə əsasən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəza növü əlavə cəza kimi təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlərin məcmusuna az ağır və ağır cinayətlər daxil olduğundan, ona Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, təyin olunmuş əsas cəzalar tam toplanmaq yolu ilə qəti cəza təyin edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün Cinayət Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3, 66.4-cü maddələrinə əsasən təyin ediləcək əsas cəzalar qismən toplanmaq yolu ilə və əlavə cəza əsas cəzaya birləşdirilmək yolu ilə Təqsirləndirilən şəxs dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə Cinayət Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəza müstəqil icra edilməlidir. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə tutulmuş və Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır (Cild 2, i.v. 225-226, cild 3, i.v. 1-4). Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyindən onun cəzaçəkmə müddətinin balanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət məsuliyyətinə cəlb edilmiş və «ağır» cinayətlər sırasına daxil olan cinayəti törətmiş şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15 və 56.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası «ümumi» rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə maddi sübut kimi tanınmış Şahid8 istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxsla Şahid1 arasında olan telefon danışıqlarını əks etdirən audioyazı olan disk cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi ziyanın, mülki iddianın və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 311.2, 32.4, 312.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə CM-nin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə CM-nin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzalar qismən toplanmaq yolu ilə və əlavə cəza əsas cəzaya birləşdirilmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 313-ci maddəsi ilə cəza təyin edilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Şahid8 istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxsla Şahid1 arasında olan telefon danışıqlarını əks etdirən audioyazı olan diskin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Cinayət işi üzrə maddi ziyan, mülki iddianın və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(101)-240/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-240/2020
26.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver