Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-240/2021 02.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X1, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi Bağışov Loğman Konto oğlunun iştirakı ilə, xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olan, məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1849, ev 1/93, mənzil 12 qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi, nömrəsiz evdə yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 263-1.3 -cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 0,325 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx xxxxx 2020-ci il tarixdə, saat 17 radələrində Sabunçu RPİ-nin Əlahiddə ÇPA-nın 8-ci PB-nin və DİN-in Daxili Qoşunların əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 8-ci stasionar postda saxlanılaraq Sabunçu RPİ-nin 42-ci polis bölməsinə gətirilmiş, bölmədə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd "Maqna" markalı siqaretin ağ rəngli qutusunun içərisində üzərində sarı və qəhvəyi zolaqlar olan kağıza bükülmüş vəziyyətdə 0,325 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 18:00 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmaqla, nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni avtobus idarə etmək üçün müvafiq kateqoriyası olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan X8 məxsus “İkarus 256 avtobus” markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtobus ilə Şağan 2-Buzovna yolunun Bakı şəhəri, Xəzər rayonu, Şağan 2 qəsəbəsi ərazisindən keçən 5-ci kilometrliyində, “Oba” marketin qarşısından 45 metr məsafədə üzü Buzovna qəsəbəsi istiqamətində 40-50 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni, hərəkətdə olan zaman hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, buna əməl etməmiş, hərəkət üçün təhlükə yaradacağını, hərəkətinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını, yəni piyadanın həyatı üçün təhlükə yarana biləcəyini qabaqcadan görmüş, lakin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara əməl etməyərək hərəkətini davam etdirib həmin istiqamətdə yolu soldan sağa iti yerişlə keçən piyada Zərərçəkmiş şəxs ehtiyyatsızlıqdan avtomaşının qabaq hissəsi ilə vuraraq piyada Zərərçəkmiş şəxs başın, sol bazunun, sol budun, sol dizin əzilmiş-cırılmış yaraları, sağ ayağın baş barmağının uc falanqasının deffekti, əzilmiş-cırılmış-didilmiş yarası, sol dirsəyin, sağ dizin sıyrıqları, başın yumşaq toxumalarının iç səthinə, beyin qişalarına və beyin toxumasına geniş qansızmalar, alın, təpə-ənsə sümüklərinin açıq sınıqları, baş beynin əzilməsi, burun sümüklərinin qapalı, yerdəyişmiş sınıqları, sol almacıq və alt çənə sümüklərinin, qapalı, qəlpəli, yerdəyişmiş sınıqları, döş sümüyünün orta üçdə birinin qapalı sınığı, sağ İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX və sol İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX qabırğaların orta körpücük xətti üzrə qapalı, yerdəyişən sınıqları, sol bazu sümüyünün açıq, qəlpəli, yerdəyişmiş sınığı, sol qalça sümüyünün qapalı, az yerdəyişmiş sınıqları, sol bud sümüyünün burmalardan keçən qapalı, az yerdəyişən sınıqları, kəskin qanitirmə ilə müşayiət olunan sol ağ ciyərin, qara ciyərin, dalağın və sol böyrəyin cırılmaları, qarının ön divarının aşağı üçdə birinin geniş ölçülü əzilmiş-cırılmış yarası, yara dibində bağırsaqlar və böyük piylik xaricə çıxması (eventerisiya) ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri alması və hadisə yerində ölməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3 maddəsi ilə nəzərdə tutulmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, «Asma bronxid» xəstəliyindən əziyyət çəkirmiş. Hətda bu barədə rəsmi sənəd olan xəstəlik tarixçəsindən çıxarışı təqdim etmişdir. xx xxxxx 2020-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsində olarkən qaz turbasının üzərində ağ rəngli “Magna” markalı siqaret qutusu görmüş və qutunun içərisinə baxdıqda bir neçə dənə siqaret görmüşdür. Həmin siqaret qutusunu götürərək qara rəngli gödəkcəsinin cibində qoymuşdur. Bu zaman Nardaran qəsəbəsində yerləşən stasionar postda xidmət aparan polis əməkdaşları onu çağıraraq 42-ci PB-nə dəvət etmişdilər. O, etiraz etməyərək onlarla birlikdə bölməyə getmişdir. Bölmədə onu narkotik vasitələri qanunsuz əldə etmə, saxlama və daşımada şübhəli olduğu ona bildirilməklə şübhəli şəxs qismində tutulmuşdur. Tutulduqdan, hüquq və vəzifələrim izah və təmin edildikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək şəxsi axtarışın videoçəkilişlə, həmçinin vəkilin iştirakı olmadan keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. O, etirazının olmadığını bildirdikdən sonra şəxsi axtarış başlamazdan əvvəl üzərində olan əşyaları özünün təqdim etməyi təklif edilmişdir. Bu səbəbdən o, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən ağ rəngli “Maqna” markalı siqaret qutusunu və evin açarını masanın üzərinə qoymuşdur. Siqaret qutusunun içərisinə baxış keçirildikdə orada bir neçə siqaret, bir ədəd siqaretin gümüşü rəngli kağızı, sarı və qəhvəyi zolaqlar olan kağıza bükülmüş vəziyyətdə maddə aşkar olunmuşdur. Sorğu zamanı o, siqaret qutusunu Nardaran qəsəbəsi, Aberon küçəsindən tapdığını bildirmiş. Üzərinə şəxsi axtarış zamanı təqdim etdiyi 1 ədəd açar özünə qaytarılmışdır. Üzərindən aşkar edilən narkotik vasitəyə bənzər maddə qablaşdırılmış və ekspertizaya göndərilmiş. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o, və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Bundan başqa baş vermiş yol nəqiliyyat hadisəsi ilə əlaqədar bildirmişdir ki, onun "BC" katerqoriyalı sürücülük vəsiqəsi vardır. 2019-cu ildə ona sərnişin daşımaq üçün avtobus lazım olduğundan bu bardə taksi yoldaşlarına bildirmişdir. Taksi sürücüsü kimi tanıdığı Güləli İkarus markalı avtobus olduğunu bildirmişdir. Bundan sonra biz birlikdə həmin Güləlinin etibarnamə əsasında idarə etdiyi avtobusa baxdıqdan sonra müəyyən xərclərini hesablayıb Şahid5 "İkarus" markalı, **-GR-*** dövlət-qeydiyyat nişanlı 45 nəfərlik sərnişin avtobusunu 3500 manata almağı razılaşmışlar. Həmin an beh olaraq 500 manat pul vermiş. Maşını sürüb onların qapılarına aparmışlar. Səhəri günüdə qalan 3000 man pulu görüşüb Güləliyə vermişdir. Güləli ilə razılaşmaya əsasən Güləli həmin avtomaşını idarə etmək üçün etibarnaməni şəxsi işlərini həl edib bir neçə günə verəciyini bildirmişdir. Sonradan o, öz işləri ilə məşqul olduğundan etibarnamə almaq fikrindən çıxmışdır. Lakin həmin avtobusu idarə edirmiş. Sürücülük vəsiqəsi, olsa da, həmin avtobusu idarə etmək üçün "D" kateqoriyası yoxdur, avtobusu idarə etmək üçün etibarnaməsi olmamış və avtomobilin qeydiyyat şəhadətnaməsini itirmişdir. Onuda qeyd edmişdir ki, həmin İkarus markalı avtomaşını o, aldığı müddətdən qabaq hissəsində əziy olmuşdur. O, həmin avtobus ilə Buzovna qəsəbəsi, Xurustalnı adlanan yerdə yerləşən parniklərdən işçiləri ona deyilən ünvanlara aparmaqla məşğul olurmuş. Belə ki, həmin sərnişinləri daşımaqda sərnişinlər özləri ona xahiş edmişdir ki, onları iş yerlərindən götürərək yaşadıqları ünvanıın yaxınlığına aparıb, onlarda bunun müqabilində aylıq olaraq pul versinlər. Bu məsələnin parnik rəhbərliyinə heç bir aidiyyəti olmamış, yəni parnik rəhbərliyi ilə bu barədə heç bir müqavilə və yaxud hanısa bir sənəd olmamışdır. Sadəcə avtobus şəxsi maşını olduğu üçün ailəsini dolandırmaq məqsədi ilə müştəri daşıyaraq pul qazanırmış. xx xxx 2020-ci il tarixdə, təxminən saat 18 radələrində idarə etdiyi avtobusda olan işçiləri Bilgəh qəsəbəsinə aparırmış. Xəzər rayonu, Şağan 2 qəsəbəsindən üzü Buzovna qəsəbəsi istiqamətində təxminən 40-50 km/saat sürətlə üzü hərəkət istiqamətində sağdan 3-cü hərəkətdə zolağında olan zaman "Oba" marketin yaxınlığında yolu soldan sağa keçən piyadanı o, təxminən 10 metrdən görmüşdür. Piyada yolu iti yerişlə keçməyə başlamışdır. O, həmin qadını vurmamaq üçün tormuzu bassa da hadisənin qarşısını ala bilməmiş və avtobusun ortası ilə piyadı vurmuşdur. O, dərhal avtobusu saxlamış və aşağı düşmüşdür. Bundan sonra hadisə yerinə polis əməkdaşları və X24 işçiləri gəlmişlər. Onlara məlum olmuşdur ki, artıq qadın piyada vəfat edibmiş. O, sənədlərini polis əməkdaşlarına təqdim etmişdir. Onuda qeyd edmişdir ki, hadisə zamanı heç bir xəsarət almamış, eləcə də sərnişinlər heç bir xəsarət almamışdır. Buna görə də tibbi müayinədən keçəməkdən imtina edmişdir. Hadisə baş verməzdən öncə heç bir spirti içki və ya psixatrop maddə qəbul etməmişdir. Hadisə zamanı sərxoş olmamışdır. Qeyd edmişdir ki, avtomobil tam olaraq saz vəziyyətdə, eləcə də əyləc sistemində heç bir problem olmamışdır. O, ümumiyyətlə narkotik vasitə istifadəçisi deyil, narkotik vastənin satışı ilə də məşqul olmamışdır. Bir daha onu qeyd edmişdir ki, o, düşünürmüş ki, elə bildirsə işi yüngül olar. Lakin həqiqətdə olaraq onun ifadəsində bildirdiyi kimi həmin «İkarus» markalı ** GR *** dövlət qeydiyyat nişanlı avtobusu idarə etmək üçün ona etibarnamə verilməmişdir. O, ailəsini dolandırmaq üçün məcburiyyətdən həmin avtobusu «BC» kateqoryalı sürücülük vəsiqəsi ilə idarə edirmiş. Lakin bildirmişdir ki, onun sürücülük vəsiqəsində həmin avtobusu idarə etmək üçün uyğun kateqorya olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacıdır. Səbirənin ailəsi varmış. Zərərçəkmiş şəxs bir qız və iki oğlu varmış. Zərərçəkmiş şəxs 2 ildən artıqdır ki, adını bilmədiyi şirkətə məxsus parnikdə fəhlə kimi işləyirmiş. xx xxx 2020-ci il tarixdə saat təxminən 18 radələrində o, Maştağa qəsəbəsində fərdi yaşayış evində fəhlə işləyirmiş. Həmin vaxt onun istifadəsində olan mobil nömrəməsinə zəng gəlmiş. Zəng edən qohumu bacısm Səbirəni avtobus vurmağını ona demişdir. O, ünvanı öyrənmiş və dərhal taksiyə minib oraya getmişdir. O, taksidən düşəndə bacısının çantasının yolda olduğunu gördükdən sonra başa düşmüşdür ki, həqiqətən bacısı Səbirəni maşın vurmuşdur. Bacısı Səbirənin cəsədini morqa aparanda bilmişdir ki, bacısını Təqsirləndirilən şəxs idarə etdiyi "İkarus" markalı, **-GR-*** dövlət qeydiyyat nömrəli avtomobil vurmuşdur. Səbirənin heç bir xəstəliyi olmamışdır. Bundan sonra bacısı Zərərçəkmiş şəxs dəfn və yas mərsiminə həmin sürücünun qohumları tərəfindən 2000 (iki min) manat, 500 (beş yüz) manat və 1100 (min yüz) manat pul vəsaitləri köməklik edmişlər. O, baş vermiş hadisənin birbaşa şahidi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 42-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, hazırda Sabunçu RPİ-nin 42-ci PB-nin CA xidməti üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxxx 2020-ci il tarixində, saat 18 radələrində radələrində işlədiyi Sabunçu RPİ-nin 42-ci PB-də olan zaman Əlahiddə ÇPA-nın və Daxili qoşunların bir nəfər əməkdaşı bir nəfər mülki geyimli şəxs ilə birlikdə bölməyə gəlmişlər. Bölmədə aparılan Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra müvafıq raport tərtib edilmiş və bölmənin növbətçi hissəsinə təqdim edilmişdir. Həmin raportun araşdırılması bölmə rəisi, polis polkovnik-leytenantı Azər Məmmədov tərəfındən bölmənin baş təhqiqatçısı, polis mayoru Bəhram Bəhramova həvalə edilmişdir. Təhqiqatçı, polis mayoru Bəhram Bəhramov tərəfındən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş, bölməyə müdafıəçi dəvət edilərək onun hüquqları təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və bölmə rəisi Azər Məmmmədov onun və sahə rəisi, polis mayoru Şahid4 da şəxsi axtarışda iştirak etməyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirlərkən müdafıəçinin iştirakına ehtiyac duymadığını bildirərək bu barədə ərizə yazmışdır. Bundan sonra, videoçəkilişlə şəxsin üzərinə baxış keçirilməsinə başlanılmışdır. Videoçəkiliş zamanı Əlahiddə ÇPA-nın polis əməkdaşı özünü təqdim edərək vətəndaş Təqsirləndirilən şəxs polis bölməsinə gətirilməsinin səbəbini izah etmişdir. Bundan sonra oda özlərinə təqdim etdikdən sonra İlqar Vəliyev özünü təqdim etmişdir. Təhqiqatçı şəxsin üzərinə baxış keçirilməzdən əvvəl onun üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olması təqdirdə təqdim etməyi bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən ağ rəngli "Maqna" markalı siqaret qutusunu təqdim etmişdir. Bundan sonra tərəfındən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və 01 ədəd açar aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirildikdən sonra "Maqna" markalı siqaret qutusunun içərisinə baxış keçirilmiş və siqaret qutusunun içərisindən 06 ədəd siqaret, 01 ədəd gümüşü rəngli kağız və üzərində sarı və qəhvəyi rəngli zolaqlar olan kağız büküm aşkar edilmişdir. Üzərində sarı və qəhvəyi rəngli zolaqlar olan kağız bükümü açdıqda içərisində qəhvəyi rəngli tozşəkilli maddə aşkar edilmişdir. Təhqiqatçı həmin maddənin nə olduğunu, haradan, hansı qiymətə və nə məqsədlə aldığını aldığını soruşduqda, Təqsirləndirilən şəxs bükülünün içərisində nə olduğundan xəbəri olmadığını, siqaret qutusunu xx xxxxx 2020-ci il tarixdə saat 16 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsində yerləşən qaz borusunun üzərindən tapdığını, içərisində siqaret olduğunu gördüyü üçün götürərək üzərində saxladığını bildirmişdir. İlqar Vəliyevin üzərindən aşkar olunan maddə zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 42-ci PB-nin sahə rəisi İsgəndərov X9 RPİ-nin 42-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ilə analoji ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx xxxx 2011-ci il tarixdə X5 baş etibarnamə ilə qırmızı rəngli İkarus 256 markalı ** GR *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu 7500 manata almışdır. Həmin avtobusu təxminən 4 il idarə etmişdir. Həmin nəqiliyyat vasitəsini idarə etdiyi müəddətdə təmir etmişdir. Həmin avtobusu sonradan, yəni 2019-cu ildə taksi sücüsü kimi tanıdığı İlqar Vəliyevə satmışdır. X18 aralarında olan danışıq əsasında şəxsi işlərini görüb vaxt etdikdən sonra İlqara etibarnamə verəcəyini bildirmişdir. Həmin zaman avtobusu o, idarə edərək aparıb İlqargilin qapısına qoymuşdur. Lakin sonradan etibarnamə vermək fikrindən çıxmış verə bilməmişdir, nədə bu barədə İlqar ona heç bir şey deməmişdir. Həmin İkarusunda idarə edilməsi barədə heç bir məlumatı olmamışdır. Yalnız sonradan bilmişdir ki, İlqar Vəliyev həmin İkarus ilə yolu keçən piyadanı vurmuş və piyada ölmüşdür. Məhkəmədə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xrustalnı adlanan yerdə yerləşən parnikdə fəhlə işləyirmiş. Baş vermiş hadisədən təxminən 2-3 ay əvvəl İlqar idarə etdiyi "İkarus" markalı, **-GR-*** dövlət-qeydiyyat nişanlı avtobusla onları iş yerindən götürüb Bilgəh qəsəbəsinə aparırmış. xx.xx.2020-ci il tarixdə, təxminən saat 18 radələrində İlqar onları Bilgəh qəsəbəsinə aparan zaman avtobusda təxminən 40-50 nəfər parnikdə işləyən işçi olmuş və o, avtobusda qabaq oturacaqda oturmuşdur. Onun başı özünə məxsus mobil telefona qarışmışdır. Belə ki, o, mobil telefonda oyun oynayırmış. İlqar avtobusu Xəzər rayonu, Şağan 2 qəsəbəsindən, Buzovna qəsəbəsi istiqamətində üzü hərəkət istiqamətində sağdan 3-cü hərəkət zolağında idarə edirmiş və "Oba" marketin yaxınlığında anidən tormozu basmış və avtobusu saxlamışdır. İlqar yolu keçən piyadanı vurduğunu bildirmişdir. Dərhal avtobusdan aşağı düşmüş və İlqar idarə etdiyi avtobusla yolu soldan sağa keçən qadın piyadanı vurduğunu və qadını yerdə uzanıqlı halda görmüşlər. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və İlqar özünü onlara təqdim etmişdir. Bundan sonra onları digər avtobusa əyləşdirib yola salmışlar. O, baş vermiş hadisənin bir başa şahidi olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X14 ifadəsində göstərmişdir ki, 2017-ci ildən etibarən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində yol nəqiliyyat hadisələri üzrə ekspert vəzifəsində işləyir. xx xxx 2020-ci il tarixdə məhkəmə yol nəqiliyyathadisləri ekspertizasıtəyin edilməsi haqqında qərarda qoyulmuş suallardan Təqsirləndirilən şəxs BC kateqoryalı sürücülük vəsiqəsi ilə İkarus 156 markalı ** GR *** dövlət nömrə nişanlı avtobusu idarə etmək hüquq olmuşdurmu sualın cavab verməməyinin səbəbi belə olmuşdur ki, həmin suala cavab olaraq yol hərəkəti haqqında qanunda nəzərdə tutulmuşdur. Belə ki, yol hərəkəti haqqında qanun tələblərinə əsasən D kateqoryalı sürücülük vəsiqəsi sərnişin daşıması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə olaraq 8-dən artıq olan avtomobilləri idarə etmək üçün nəzərdə tutulmuşdur. Yəni İkarus markalı nəqiliyyat vasitəsi D kateqoryalı sürücülük vəsiqəsi əsasında idarə edilməlidir. Lakin sürücünün BC kateqoryası ilə sürücülük vəsiqəsinin olması onu izah edir ki, sürücü İkarus markalı nəqiliyyat vasitəsini müvafiq kateqoryalı sürücülük vsiqəsi olmadan idarə etmişdir. Ona görə də onun hərəkətlərində X4 37.1.1-ci maddəsinin tələbəlrinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş iş üzrə tərtib edilmiş video diskə baxış keçirmə barədə protokoldan görünür ki, Sabunçu RRİ-nin 42-ci PB-nin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Videoçəkiliş zamanı polis əməkdaşı özünü təqdim edərək vətəndaş Təqsirləndirilən şəxs polis bölməsinə gətirilməsinin səbəbini izah edir. Bundan sonra digər polis əməkdaşları özlərini təqdim etdikdən sonra İlqar Vəliyev özünü təqdim edir. Təhqiqatçı şəxsin üzərinə baxış keçirilməzdən əvvəl onun üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olması təqdirdə təqdim etməyi bildirir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən ağ rəngli “Maqna” markalı siqaret qutusunu təqdim edir. Bundan sonra əməliyyat müvəkkili tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir və 01 ədəd açar aşkar edilir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirildikdən sonra “Maqna” markalı siqaret qutusunun içərisinə baxış keçirilir və siqaret qutusunun içərisindən 06 ədəd siqaret, 01 ədəd gümüşü rəngli kağız və üzərində san və qəhvəyi rəngli zolaqlar olan kağız büküm aşkar edilir. Üzərində sarı və qəhvəyi rəngli zolaqlar olan kağız bükümü açdıqda içərisində qəhvəyi rəngli tozşəkilli maddə aşkar edilir. Təhqiqatçı həmin maddənin nə olduğunu, haradan, hansı qiymətə və nə məqsəd ilə aldığını soruşduqda, Təqsirləndirilən şəxs bükülünün içərisində nə olduğundan xəbərinin olmadığını, siqaret qutusunu xx xxxxx 2020-ci il tarixdə saat 16 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsində yerləşən qaz borusunun üzərindən tapdığını, içərisində siqaret olduğunu gördüyü üçün götürərək üzərində saxladığını bildirir İlqar Vəliyevin üzərindən aşkar olunan maddə zərfə qoyularaq qablaşdırılıb və möhürlənərək ekspertizaya göndərilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx xxx 2020-ci il tarixli, 67 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlərbaşın, sol bazunun, sol budun, sol dizin, əzilmi-cırılmış yaraları; sağ ayağın baş barmağının uc falanqasının deffekti, əzilmiş-cırılmış-didilmiş yarası; sol dirsəyin, sağ dizin sıyrıqları; başın yumşaq toxumalarının iç səthinə, beyin qişalarına və beyin toxumasına geniş qasızmalar; alın təpə-ənsə sümüklərinin açıq sınıqları; baş beyin əzilməsi; burun süməklərinin qapalı, yerdəyişmiş sınıqları; sol almacıq və alt çənə sümüklərinin, qapalı, qəlpəli, yerdəyişmiş sınıqları; döş sümüyünün orta üçdə birinin qapalı, sınığı; sağ İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX və sol İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX qabırğaların orta körpücük xətti üzrə qapalı, yerdəyişən sınıqları; sol bazu sümüyünün açıq, qəlpəli, yerdəyişmiş sınığı; sol qalça sümüyünün qapalı, az yerdəyişmiş sınıqları; sol bud sümüyünün burmalardan keçən qapalı,az yerdəyişən sınıqları; kəskin qanitirmə ilə müşayiət olunan sol ağ ciyərin, qara ciyərin, dalağın və sol böyrəyin cırılmaları; qarnın ön divarının aşağı üçdə birinin geniş ölçülü Əzilmiş-cırılmış yarası, yara dibində bağırsaqlar və böyük piylik xaricə çıxması (eventerasiya) küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması və üzərindən keçməsi nəticəsində əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. İş materiallarına əlavə edilmiş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 8/588 saylı rəyindən görünür ki, «İkarus» markalı, ** GR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 6/560 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş…» yazısı olan zərfdəki, bir ədəd bükümdə, təmiz çəkisi 0,325 qr olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təstiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin»-in İ siyahısına daxildir. Cinayət işinin materiallarına əlavə olunmuş ambulator məhkəmə psixiatrik ekspertizasının xx xxxx 2020-ci il tarixli, 1215 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 1817 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərtib etdiyi xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213 - cü maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə islah işi növündə cəzaya məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Belə olan halda da Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Beləliklə, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv yoxlanılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, zərərçəkmiş şəxsin hüquqi varisinin, digər zərərçəkmiş şəxsin, o cümlədən iş üzrə şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və işin faktiki halları ilə tam sübut olunur. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 263-1.3-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsini tələblərinə uyğun olaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilməli cəza məsələsi müzakirə edilərkən, məhkəmə, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, barəsində yalnız cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, o, təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 263-1.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə islah oluna bilər. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” «15» noyabr 2013-cü il tarixli qərarının 22-ci bəndinin 1-ci abzasında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli-hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilibedilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 263-1.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi məsuliyyətini yüngülləşdirən hal hesab edilir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx xxx 2020ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmış, xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx xxxx 2020-ci il 2020-ci il tarixli qərarla cinayət əməli həmin məcəllənin 263-1-ci maddəsinə tövsif edilmiş, barəsində xx xxxx 2020-ci il tarixli qərarla o, təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılmış cinayət işi xx xxxx 2020-ci il tarixdə hazırki cinayət işinə birləşdirilmiş və birgə istintaqı aparılmışdır. Cinayət işi xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsində həmin məcəllənin 234.1 və 263-1.3-cü maddələrinə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs yenidən xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1 və 263-1.3-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində seçilmiş qətimkan tədbiri nəzərə alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində «həbs” qətimkan tədbiri ilə əvəz edilməli və təqsirlədirilən şəxs məhkəmə zalından həbsə alınmalıdır. İş üzrə zərərçəkmiş şəxsin nümyəndəsi X11 mülki iddia verərək Təqsirləndirilən şəxs maddi zərər olaraq 5000 (beş min) manat və mənəvi zərər olaraq 100000 (yüz min) manat pul məbləğinin tutularaq zərərçəkmiş şəxsin hüquqi varisinə ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Cinayət-Prosessual Məcəlləsinin 181.1 və 181.1.2-ci maddəsinə əsasən ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, cinayət mühakimə icraatında mülki iddia verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 183.3.2-ci maddəsinə əsasən cinayət mühakimə icraaı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Hazırki iddia məhkəmə tərəfindən baxılmamış saxlanıldığı üçün zərərçəkmiş şəxsə və onu nümayəndəsinə mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqları izah edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə olunmalı olan əmlakı müəyyən edilmədiyindən məhkəmə onun barəsində xüsusi müsadirənin tətbiq olunmamasını əsaslı və qanuni sayır. İş üzrə məhkəmə məsrəfini təşkil edən 214 (iki yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 8 saylı hüquq məsləhətxanasının vəkili X12 tərəfindən 30 saat, məhkəmədə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 35 iş saatı müddətində hüquqi yardım həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X6 işlədiyi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun nəfinə 180 manat, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə 210 manat köçürülməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3.-cü və Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 158.2.1.-ci maddəsinin tələblərinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci ildən şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, təyin ediləcək cəzadan çıxılmalı və cəzaçəkmənin əvvəli xx xxxx 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 263-1.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-nin 234.1–ci maddəsi ilə 2 (iki) il müddətinə, Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 06 (altı) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü və 66.4-cü maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə retmə hüququndan məhrum edilməklə ona 07 (yeddi) il müddətinə azadlıqda məhrum etmə cəzası təyin edilsin, ibtidai istintaq zamanı şübhəli şəxs kimi həbsdə saxlandığı 2 gün ona təyin edilmiş cəzadan çıxarılmaqla ona qəti olaraq 6(alt) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək “həbs qətimkan tədbiri ilə əvəz edilsin və dərhal məhkəmə zalında həbs edilsin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2021-ci il tarixdən hesablanılsın. Cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə məhkəmə məsrəflərini təşkil edən 214 (iki yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla əlaqədar X6 işlədiyi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun nəfinə 180 manat, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə 210 manat köçürülsün. Zərərçəkmiş şəxsə və onun nümayəndəsinə mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqları izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-240/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-240/2021
02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver