Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-240/2023 25.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X6-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «Mərkəz» Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, 02 avqust 1994-cü ildə ünvan 5ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 5ində qeydiyyatda olmaqla yaşayan, 16 may 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilib, Bakı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq başqa mənbədən bir bükümdə təmiz çəkisi 3,331 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin əldə edib satış məqsədi ilə saxlayıb daşıyarkən 14 may 2022-ci il tarixdə, saat 12:30 radələrində Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 5ində şübhəli şəxs qismində saxlanılaraq Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirilib orada üstündə şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli idman şalvarının sol cibindən bir ədəd bükümdə təmiz çəkisi 3,331 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, o, 14 may 2022-ci tarixdə ünvan 2 ünvanında olarkən saat 07:00-da səhər onun evinə mülki geyimdə özlərini Nərimanov RPİ-nin istintaq şöbəsinin əməkdaşları kimi təqdim edən beş nəfər şəxs girib, onu yatdığı yerdən durğuzub evin içində, ailəsinin, yetkinlik yaşına çatmayan iki övladının, yoldaşının, anasının, atasının qarşısında təzyiq göstərərək, evdən alt paltraında çıxarıb maşına mindirib heç bir səbəb demədən Nərimanov rayon 18-ci polis bölməsinə gətirib orada ona onun şəxsiyyətini alçaldaraq, şiddət göstərərək ona su sayğaclarını oğurladıqlarını dedilər. O isə onlarla razı olmamışdır. Bundan sonra onun üzərinə baxış keçirmişlər. Baxış keçirilməmişdən qabaq o, öz istifadəsi üçün əldə etdiyi 0.001 qram olan heroini təqdim etmişdir. Onu bundan sonra saxlanma otağına salmışlar. Bunun üstündən iki saat keçdikdən sonra ona həmin otaqdan çıxarıb dedilər ki, “səni otuz sutkaya aparacaqıq, bu vərərqləri imza et”. O da həmin tarixdə narkotikdən istifadə etmədiyindən “lomkada”, yəni narkotik ağrılarındən əziyyət çəkdiyi vaxt olmuşdur və polis əməkdaşlarına vəziyyətini bildirmişdir. Polis əmkdaşları da onun üzərindən götürülmüş narkotiki ona qaytarmışlar. O da həmin narkotikdən istifadə edib sakitləşmişdir. Bundan sonra ona təqdim olunan sənədləri imzalamışdır. O ona təqdim olunan sənədləri oxumamışdır, fikirləşmişdir ki, onu otuz sutka həbsə göndərirlər. Bunun da üstündən təxminən bir saat keçəndən sonra yenidən onu otağa çağırıb, onu çəkilişə çəkmək istədiklərini bildirdilər. O da onda bilmişdir ki, onun üzərinə narkotik qoyublar. Polis əməkdaşı ona dedi ki, “bunu cibindən çıxar”. O isə razı olmamışdır. Bundan sonra onu yenə təhqir etmişlər. Buna baxmayaraq o, altı dəfə çəkilişi dayandırmağa nail olmuşdur, lakin sonradan dözməyib polislərlə razılaşıb narkotiki boynunua almışdır. Çəkilişdən sonra onu həbs edib 3 saylı təcridxanaya göndərmişlər. O, orada olduğu müddətdə 08 iyun 2022-ci il tarixdə polis əməkdaşları onun evinə gedərək oraya baxış keçirmişlər. Onlar iki nəfər olub. Onlardan biri onun müstəntiqi Rahib Əliyev olub. Məhkəmə zalında şahid qismində dindirilən polis əməkdaşları bildirirlər ki, onun hansısa marketin qarşısından götürüblər. Necə olur ki, onun adresini bilməyən şəxslər onun ünvanına birbaşa gedirlər. Onun ünvanını bilirlər. Deyək kənddə məhəllənin adını bildirən lövhə yoxdu, kənd yeridi, yad adam kimisə soruşanda demirlər. Məhkəmədən xahiş edir ki, onun işindəki yalanları tapılıb üzə çıxarılsın. Ona təzyiq edən polis əməkdaşlarının adlarını və xarici görünüşlərini xatırlamır. Onlar barəsində ibtidai istintaq zamanı heç kimə şikayət etməyib. Bunun səbəbini bilmir. O, istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Ona fiziki təzyiq göstərməyə ehtiyacı olmayıb. Özü narkomandır. Tutulduğu tarixdə narkotikdən istifadə etmədiyi üçün özü ağrımışdır. Özünün yatan yerdən aparıldığını təsdiq etdiyi halda polis idarəsində onun üzərindən narkotik aşkar olmasının səbələrini izah edə bilmir. Onun üzərindən çox az narkotik çıxıb. Bunu təsdiq edir, amma onun üzərindən çəkisi 3,331 qram olan heroinin aşkar edilmədiyini təsdiq edən sübutu yoxdur, lakin onun həmin narkotiki satmaq məqsədi olmayıb. Əgər o, istintaqda göstərilən kimi, sayğac oğurlayıb satıb, həmin pula narkotik alırsa, onda bu necə olur. Elə narkotik alıb bir hissəsini satar, bir hissəsini də özü istifadə edərdi. Ondan aşkar olunmuş narkotiki özünün istifadəsi üçün əldə etmişdir. Bir qram heroin ona on beş-iyimi dəfə istifadə etməyi bəs edir. Özü də gündə bir dəfə, uzağı iki dəfə narkotikdən istifadə edir. Məhkəmədə elan olunub araşdırılmış, Təqsirləndirilən şəxs 16 may 2022-ci il tarixli ilkin ifadələrində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilərək göstərmişdir ki, ünvan 5ində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. Heç bir yerdə işləmir. Təxminən 1 (bir) ildir ki, narkomanlar arasında «kakos» kimi tanınan narkotik vasitə heroin qəbulu ilə məşğul olur. Bir müddət əvvəl «kakos» almaq üçün pula ehtiyacı olduğuna görə Bakı şəhəri, Nərimanov rayonu ərazisində bir neçə ünvandan gizlincə su sayğacı söküb oğurlamışdır. Həmin sayğacları tanımadığı müxtəlif şəxslərə satıb ümumilikdə 50 (əlli) manat pul əldə edərək «kakos» almağa sərf etmişdir. Təxminən 12 may 2022-ci il tarixdə internetdə, sosial şəbəkədə tanımadığı şəxs tərəfindən «kakos» satılması barədə elan yerləşdirildiyini görüb 50 (əlli) manat müqabilində öz şəxsi istifadəsi üçün «kakos» sifariş etmişdir. Bununla əlaqədar həmin şəxs ona bank kartının nömrəsini yazmış, o da pulu ödəniş terminalı vasitəsilə həmin şəxsin dediyi, hazırda xatırlamadığı kart hesabına göndərmişdir. Pulu hesaba köçürdükdən sonra «kakos» bükümünü həmin şəxsin deməsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən mağazanın arxasındakı məişət tullantılarının yığıldığı qabın yanında gizlədilmiş yerdən aşkar edib götürərək sonradan istifadə etmək məqsədi ilə şalvarının cibində saxlamışdır. 14 may 2022-ci il tarixdə saat 12:30 radələrində ünvan 5ində tanışı X12 ilə birlikdə olan zaman qəflətən mülki geyimli iki nəfər şəxs onlara yaxınlaşıb Nərimanov rayon polis idarəsinin 18-ci polis şöbəsinin əməkdaşları olduqlarını bildirərək onları həmin şöbəyə dəvət etmişlər. Həmin vaxt əynindəki idman şalvarının sol cibində gizlətdiyi heroinə görə həbs olunacağını düşünsə də, polis əməkdaşları onu diqqətlə izlədiklərindən imkan tapıb həmin bükümü kənara tullaya bilməmiş və etiraz etməyərək polis əməkdaşlarının müşayiəti ilə Nərimanov rayon polis idarəsinin 18-ci polis şöbəsinə getmişdir. Şöbədə təhqiqatçı tərəfindən ona vəkil təqdim olunmaqla şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Sonra həmin vəkilin, həmçinin polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üstündə axtarış aparılmışdır. Axtarış zamanı polis əməkdaşları ona üzərində qanunsuz əşya varsa, onlara təqdim etməyi təklif etmişlər. Əynindəki idman şalvarının sol cibində gizlətdiyi, narkomanlar arasında «kakos» kimi tanınan narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin heroini haradan və nə məqsədlə əldə etdiyini soruşduqda səmimi etiraf edərək həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün 50 (əlli) manata alıb saxladığını bildirmişdir. Polis əməkdaşları üzərində axtarış aparılması ilə əlaqədar sənədləşdirmə apararaq protokol tərtib etmişlər və üzərindən aşkar olunmuş həmin narkotik vasitə heroini zərfə qoyub qablaşdırmışlar. Həmin protokolu və zərfi imzalamışdır. Sosial şəbəkə vasitəsilə 50 (əlli) manat müqabilində “kakos” aldığı həmin şəxsi tanımır, onun adını, harada yaşamasını və əlaqə telefonunu bilmir. Əvvəllər qəbul etmək üçün haradan və ya kimdən “kakos” əldə etdiyini xatırlamır. X9 bir neçə aydır ki, narkoman kimi tanıyır. Anar Vəliyevlə birlikdə bir neçə dəfə gizlincə Nərimanov rayonu ərazisində müxtəlif ünvanlardan su sayğacları oğurlamışlar. 14 may 2022-ci il tarixdə ünvan 5ində X12 ilə təsadüfən rastlaşıb görüşmüş və bundan təxminən 10-15 dəqiqə sonra polis əməkdaşları tərəfindən saxlanılmışlar. Həmin vaxt Anarın üzərində heroin olmasından xəbəri olmamışdır. Eyni zamanda Anara üstündə heroin olması barədə heç nə deməmişdir. Əvvəllər qəbul etmək üçün heroini haradan və ya kimdən eldə etdiyini xatırlamır. Bir il olar ki, ***-***-**-** mobil telefon nömrəsindən istifadə edir. Lakin təxminən 01 ay 15 gün əvvəl mobil telefonu xarab olduğundan həmin vaxtdan mobil telefon işlətmir. Məhkəmədə elan olunub araşdırılmış, Təqsirləndirilən şəxs 30 iyul 2022-ci il tarixdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilib göstərmişdir ki, ünvan 5 sakini X9 təxminən üç il olar ki, qonşu kimi tanıyır, birlikdə bir neçə dəfə gizlincə Nərimanov rayonu ərazisində müxtəlif ünvanlardan su sayğacları oğurlamışlar. 14 may 2022-ci il tarixdə ünvan 5ində Anarla təsadüfən rastlaşıb görüşmüş və təxminən 10-15 dəqiqə sonra polis əməkdaşları tərəfindən saxlanılmışlar. 14 may 2022-ci il tarixdə şəxsi axtarış zamanı ondan aşkar olunaraq götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 3,331 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün əldə etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə, şahid ifadələri, məhkəmə-kimyəvi, ambulator məhkəmə-narkoloji, ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyləri, maddi sübutlar və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Şahid1 ifadələrində göstərdi ki, o, Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs 14 may 2022-ci il tarixdən xidməti vəzifəsinin icrası ilə əlaqədar tanıyır, həmin şəxslə qohumluğu yoxdur, aralarında hər hansı münasibət olmamışdır. 14 may 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X17 küçəsi, ev 13, mənzil 48-də qeydiyyatda olub Abşeron rayonunda Məmmədli kəndində yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu ərazisində müxtəlif ünvanlardan su sayğaclarını oğurlamaları və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olması barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat polis şöbəsinin rəisinə raportla məruzə edildi. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edildi. Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilərək yaxalanmalarından ötrü onun rəhbərliyi altında 18-ci polis şöbəsinin polis sahə inspektoru, polis kapitanı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradıldı. 14 may 2022-ci il tarixdə, saat 12:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İlyasov X11 rayonu, Məmmədli kəndində piyada hərəkət edən zaman saxlanılaraq 18-ci polis şöbəsinə gətirildi. Şöbənin təhqiqatçısı, polis polkovnik-leytenantı Şahid3 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutuldu, videoçəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı Şahid3 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs, habelə digər iştirakçılara hüquq və vəzifələri izah olundu. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman təhqiqatçı Şahid3 tərəfindən ona üzərində olan əşyaları çıxarıb stolun üzərinə qoyaraq təqdim etməsi təklif olundu. Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir bükümü çıxarıb stolun üzərinə qoydu. Təhqiqatçı Şahid3 tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilərkən onun içərisindən heroinə oxşar qəhvəyi rəngli maddə aşkar olundu. Aşkar olunmuş maddə barədə Təqsirləndirilən şəxs soruşduqda o, həmin maddənin heroin olduğunu və internet vasitəsilə sifariş verib 50 (əlli) manat əldə etdiyini bildirdi. Təqsirləndirilən şəxs aşkar olunmuş bir bükümdə heroinə oxşar maddə təhqiqatçı Şahid3 tərəfindən Təqsirləndirilən şəxs, onun müdafiəçisi Rəşad Abbasovun, axtarışda iştirak edən digər polis əməkdaşı Şahid2 və onun iştirakı ilə zərfə qoyulub qablaşdırılıb, zərfin ağzı möhürləndi və götürüldü. Təhqiqatçı Şahid3 tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında müvafiq protokol tərtib olundu. Tərtib olunmuş protokol və Təqsirləndirilən şəxs aşkar olunmuş bir bükümündə olan heroinə oxşar maddənin qablaşdırıldığı zərfin üzərinə şəxsi axtarışda iştirak edən şəxslər, o cümldədən də, Təqsirləndirilən şəxs özü tərəfindən imza olundu. Protokol ucadan oxundu, protokolun məzmununa dair iştirakçılar, həmçinin üzərində şəxsi axtarış aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir şikayət daxil olmadı. Heç kim İlyasa təsir etməyib, ona istifadə etmək üçün narkotik vasitə verməyib. O, evdə yox, küçədə tutulub. Heç kim ona təzyiq də göstərməyib. Narkotik vasitə heroin onun üzərindən aşkar olundu. Özü də onun üzərindən götürülmüş narkotikin ona məxsus olmasını etiraf etdi. İlyas yalan danışır. Videoçəkiliş zamanı onun tərfəindən heç bir etiraz daxil olmayıb. Ona heç kim sutkaya göndərməyi deməyib. O, təcridxanaya düşüb, sonra ifadələrini dəyişib. Məhkəmədə İlyasın verdiyi bütün ifadələr yalandır. O, özünü müdafiə edir. Şahid2 ifadələrində Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin polis sahə inspektoru vəzifəsində xidmət etdiyini bildirib ifadələrində Şahid1 ifadələri ilə eyni məzmunlu ifadələr verdi. Məhkəmədə elan edilib, araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş videoçəkiliş aparılmaqla “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 may 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 1 (bir) ədəd gümüşü rəngli folqa bükümündə spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli maddə aşkar edilərək götürülmüşdür. Baxış zamanı çəkilişin əks olunduğu diskdən görünür ki, özünü Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı Şahid3 kimi təqdim edən şəxs tərəfindən 14 may 2022-ci il tarixdə saat 17:00-dan 17:20-dək həmin şöbədə yerləşən xidməti otağında Bakı şəhəri “Yusifbəyli və Partnyorları” vəkil bürosunun vəkili X10, Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin polis sahə inspektoru, polis kapitanı Şahid2 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, sonuncudan bir ədəd gümüşü rəngli folqa bükümündə narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli maddə kütləsinin götürülür, nəticəsi protokollaşdırılır. Şəxsi axtarış və götürmə prosesinə dair videogörüntünün olduğu bir ədəd disk protokola əlavə olunur. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 15 may 2022-ci il tarixli 6/2792 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxsov Nazim oğlunun üzərindən aşkar edilmiş…” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 3,331 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə elan edilb araşdırılmış, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,331 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 08 avqust 2022-ci il tarixdə ekspert tədqiqatından sonra qalıq qalmış 3,281 qram heroin maddi sübut kimi tanınıb Nərimanov RPİ-yə saxlanışa verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə prosesini əks etdirən videogörüntünün olduğu bir ədəd video disk 08 avqust 2022-ci il tarixdə maddi sübut tanınıb cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmədə elan edilb araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının 04 iyun 2022-ci il tarixli 1423 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə onda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə etmək və bunun məsuliyyətini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İstintaq orqanı ittihamı təsdiq edən sübut kimi bu iş üzrə təhqiqatı həyata keçirən Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı Şahid3 ifadələrini göstərmişdir. O, ifadərənidə göstərmişdir ki, X12 və Təqsirləndirilən şəxs 14 may 2022-ci il tarixdən etibarən bilavasitə xidməti vəzifəsinin icrası ilə əlaqədar tanıyır, həmin şəxslərlə qohumluğu yoxdur, aralarında əlaqə və münasibət, habelə ədavət və ziddiyyət olmamışdır. 14 may 2022-ci il tarixdə, saat 13:00 radələrində 18-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Nərimanov rayonu ərazisində müxtəlif ünvanlardan su sayğaclarını gizli olaraq talayıb oğurlamaqda, habelə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən X12 və İlyasov X11 rayonu, Məmmədli kəndində saxlanılaraq 18ci polis şöbəsinə gətirilmişlər. Faktla bağlı araşdırma aparılması ona həvalə olunmuşdur. Müdafiə hüququnu təmin edilməklə ilk öncə X7 şübhəli şəxs qismində tutulması barədə müvafiq qərar qəbul etmiş və xidməti otağında saat 14:00 radələrində 18-ci polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1, 18-ci polis şöbəsinin polis sahə inspektoru, polis kapitanı Şahid2 və Anar Vəliyevə təqdim olunmuş vəkil X8 iştirakları ilə videoçəkilişdən istifadə olunmaqla Anar Vəliyevin üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Anar Vəliyev əynindəki qara rəngli gödəkcəsinin sağ cibindən bir ədəd gümüşü rəngli folqa bükümü çıxarıb stoluna üzərinə qoyaraq təqdim etmişdir. Anar Vəliyevin təqdim etdiyi gümüşü rəngli folqa bükümünə baxış keçirilərkən içərisində spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Anar Vəliyevdən aşkar olunmuş bir ədəd gümüşü rəngli folqa bükümündə spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli maddə zərfə qoyulub qablaşdırılmaqla möhürlənərək götürülmüşdür. Bundan sonra müdafiə hüququnu təmin etməklə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə müvafiq qərar qəbul etmiş və saat 17:00 radələrində xidməti otağında əməliyyat müvəkkili Şahid1, polis sahə inspektoru Şahid2 və Təqsirləndirilən şəxs təqdim olunmuş vəkil X3 iştirakları ilə videoçəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs, habelə digər iştirakçılara hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman ona üzərində olan əşyaları çıxarıb stolun üzərinə qoyaraq təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs buna cavab olaraq əynindəki boz rəngli idman şalvarının sol cibindən bir ədəd gümüşü rəngli folqa bükümü çıxarıb stolun üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi gümüşü rəngli folqa bükümünə baxış keçirilərkən içərisində spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Aşkar olunmuş həmin qəhvəyi rəngli maddə barədə Təqsirləndirilən şəxs soruşduqda o, həmin maddənin “kakos” olduğunu və internet vasitəsilə sifariş verməklə 50 (əlli) manat müqabilində alıb əldə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs başqa heç bir qanunsuz maddə və əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd gümüşü rəngli folqa bükümündə spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli maddə Təqsirləndirilən şəxs, onun müdafiəçisi Rəşad Abbasovun, axtarışda iştirak edən əməliyyat müvəkkili Şahid1 və polis sahə inspektoru Şahid2 iştirakı ilə zərfə qoyulub qablaşdırılmaqla möhürlənərək götürülmüşdür. Bununla əlaqədar şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib etmiş, həmin protokol və Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd gümüşü rəngli folqa bükümündə spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli maddənin qablaşdırıldığı zərfin üzərinə şəxsi axtarışda iştirak edən hər bir şəxs, həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs imza etmişdir. Protokol tərtib edilərkən iştirakçılar, həmçinin üzərində şəxsi axtarış aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir şikayət daxil olmamışdır. X5 şəxsi axtarış zamanı bir ədəd bükümdə təmiz çəkisi 3,259 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroinin aşkar olunaraq götürülməsi faktına dair toplanmış material üzrə 15 may 2022-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlamış və ibtidai istintaq aparılması üçün cinayət işi aidiyyəti üzrə Nərimanov RPİ-nin istintaq şöbəsinə göndərilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı bir ədəd bükümdə təmiz çəkisi 3,331 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroinin aşkar olunaraq götürülməsi faktına dair toplanmış material üzrə 15 may 2022-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlamış və ibtidai istintaq aparılması üçün cinayət işi aidiyyəti üzrə Nərimanov RPİ-nin istintaq şöbəsinə göndərildi. Cinayət işi üzrə şahidlərin dairəsini müəyyənləşdirən Azxərbaycan Respublikası CPM-nin 95-ci maddəsinin 95.2.4-cü bəndinə əsasən iş üzrə öz prosessual səlahiyyətlərini cinayət prosesini ilə əlaqədar həyata keçirmiş təhqiqatçının şahid kimi dindirilə bilinməməsi göstərilmişdir. Məhkəmə, qanunun bu tələbini rəhbər tutaraq iş üzrə təhqiqatı həyata keçirən Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin təhqiqatçısı, polis polkovnikleytenantı Şahid3 ifadələrini ittihamı təsdiq edən sübutlar siahısından xaric edilməsini əsaslı sayıb xaric edir və bu halın ittihamın şübhə altına almadığını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək şəxsi axtarış zamanı ondan aşkar olunaraq götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 3,331 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroininin ona məxsus olmamasını, onun üzərindən 0,001 qram miqdarında heroin aşkar edildiyiyni, həmin miqdarı da satış məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün əldə etməsini, onun üzərindən çıxması göstərilən miqdarın ona məxsus olmamasını təsdiq edən sübutunun olmasa da həmin miqdarı da satış məqsədi ilə əldə etmədiyiyni bildirdi. Məhkəmə Təqsirləndirilən şəxs bu ifadələrinin iş üzrə şahid qismində dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri və işin faktiki halları ilə müqayisə edib onun bu ifadələrinin təkzib olunduğu qənəatinə gəlir. Çünki o özü, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə baxışı zamanı ziddiyyətli mövqe nümayiş etdirib, həmin narkotik vasitələrin həm özünə məxsus olmasını, həm də onun üzərinə qoyulmasını iddia etmişdir. Onun inkaredici ifadələri əsaslı şübhələrlə müşahidə olundu. Çünki o, özünün küçədə deyil, yaşadığı mənzildə yatarkən tutulub polis idarəsinə aparıldığını və orada özünün yataq paltarının cibindən bir bükümdə narkotik vastəni çıxardıb təqdim etdiyini göstərdi. Şəxsin yatarkən cibində heroinlə yatması şübhəli oldu. Bu şübhəni onun xeyrinə məhkəmədə aradan qaldırmaq mümkün olmadı. Çünki onun tutulumasında iştirak edən şəxslər məhkəmədə şahid qismində dindirilərəkən onun kənd ərazisində küçədə tutulmasını və onun şəxsi axtarışı aparılakən narkotikin onun əynindəki şalvarın cibindən aşkar olunub götürüldüyünü göstərdilər. Məhkəmədə də bu şahdildərin ifadələrini təkzib edən sübutlar müəyyən olunmadı. Məhkəmədə, Təqsirləndirilən şəxs bir qram heroinin on-beş, iyrmi hissəyə bölüb istifadə etdiyiyni və gün ərzində bir dəfə istifadə etdiyi göstərdi. Məhkəmənin qənaətinə Təqsirləndirilən şəxs ifadəsinə əsasən onun üzərindən götürülmüş çəkisi 3,331 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroinin həmin qaydada istifadə olunmasını əsas götürdükdə, bu miqdarda narkotik vasitənin təqsirləndirilən şəxs tərəfindən özünün şəxsi istifadəsi üçün əldə etməsi ağlabatan görünmədi. Məhkəmə göstərilən halları nəzərə alıb, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamın inkarına yönələn ifadələrini onun özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutlan cinayət əməlinin onun tərəfindən anlaqlı vəziyyətdə qəsdən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir və Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası 234.4.3-cü maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən bu əmələ görə həmin maddədə nəzərdə tutulan qaydada onun cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 65 (altımış beş) manat xərclənməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü “Mərkəz” Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 30 (otuz saat) hüqüqi yardım göstərilməsi və bu səbəbdən də ona 180 (yüz səksən) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbləğləri dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, təqsirləndirilən şəxsin həmin məbələğləri ödəməyə maliyyə imkanlarının olmamasını nəzərə alıb onu həmin ödəmələrdən azad olunmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Nərimanov RPİnin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin ekspertiza tədqiqatı zamanı sərf edildikdən sonra qalıq, ekspert tədqiqatından sonra qalıq qalmış 3,281 qram heroinin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və maddənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə prosesini əks etdirən bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə, iş üzrə maddi sübüt kimi tanınmış həmin rəqəmsal video diskin özündə cinayət əməlinin izlərini deyil, istintaq hərəkətinin gedişini əks etdirdiyini nəzərə alıb, həmin diskin maddi sübüt olmadığı qənaətinə gəlib sübütlar siyahısından xaric edir. Əks halda istintaq hərəkətələrinin gedişini göstərən bütün hərəkətələr sübut kimi qiymətləndirilərdi. Bu da cinayət prosesi ilə müəyyən edilmiş sübutların dairəsini prosessual qaydadan kənar genişləndirilməsinə yol açardı. Buna da prosessual qanunla yol verilmir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs 14 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 16 may 2022-ci il tarixdə o, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs şəxs qismində cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 31 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yünülləşdirən hal kimi onun himayəsində iki azyaşlı uşağının olması, ibtidai istintaqın ilkin mərhələsində ətraflı ifadələr verib, cinayətin açılmasında iştirak etməsi, əvvəllər məhkum olmaması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş məhkəmənarkoloji ekspertizasının 21 iyul 2022-ci il tarixli 3977 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 14 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına materialların məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 65 (altımış) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Mərkəz” Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 180 (yüz səksən) manat Azərbaycan Respublikası Vəkillər X4 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs müdafiəçiyə ödənilən məbləğin ödənilməsindən azad olunsun, ondan 65 ( altmış beş) manat tutulub dövlət büdcəsinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin ekspertiza tədqiqatı zamanı sərf edildikdən sonra qalıq, ekspert tədqiqatından sonra qalıq qalmış 3,281 qram heroin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-240/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-240/2023
25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver