Məhkəmə qərarları › İş №1(101)-240/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-240/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-240/2024 29.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X7 və X8, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, 2 dekabr 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə internet informasiya ehtiyatlarından və informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşdirdiyi 1 ədəd bükümdə təmiz çəkisi 4,555 qram və 1 ədəd bükümdə təmiz çəkisi 0,255 qram olmaqla cəmi təmiz çəkisi 4,810 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini, 3 ədəd üzərində “Methadone 40” əmtəə göstəriciləri olan konvalyutlarda içərisində təsiredici maddəsinin ümumi miqdarı 1,16 qram təşkil edən ümumilikdə 29 ədəd qəhvəyi rəngli dairəvi formalı həblərdən ibarət narkotik vasitə hesab edilən metadon tərkibli dərman preparatını, 1 ədəd bükümdə təmiz çəkisi 1,336 qram, 1 ədəd bükümdə təmiz çəkisi 0,991 qram, 1 ədəd bükümdə təmiz çəkisi 1,248 qram, 1 ədəd bükümdə təmiz çəkisi 0,982 qram, 1 ədəd bükümdə təmiz çəkisi 1,108 qram, 1 ədəd bükümdə təmiz çəkisi 0,894 qram, 1 ədəd bükümdə təmiz çəkisi 44,648 qram, 1 ədəd bükümdə təmiz çəkisi 44,852 qram, 1 ədəd bükümdə təmiz çəkisi 48,786 qram, 1 ədəd bükümdə təmiz çəkisi 18,326 qram, 1 ədəd bükümdə təmiz çəkisi 3,282 qram, 1 ədəd bükümdə təmiz çəkisi 5,841 qram, 1 ədəd bükümdə təmiz çəkisi 8,953 qram, 1 ədəd bükümdə təmiz çəkisi 2,780 qram və 1 ədəd bükümdə təmiz çəkisi 8,402 qram olmaqla cəmi təmiz çəkisi 192,429 qram təşkil edən bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı internet informasiya ehtiyatlarından və informasiyatelekommunikasiya şəbəkəsindən istifadə etməklə özünə məxsus “Xiaomi” markalı mobil telefon aparatına yüklənmiş “Whatsapp” proqramı vasitəsi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşının istintaqla müəyyən edilməyən nömrəsi ilə əlaqə yaradaraq sonuncunun “Whatsapp” proqramı vasitəsi ilə göndərdiyi məkan paylaşımından istifadə edərək 2022-ci ilin sentyabr ayının əvvəlində Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi ərazisindən götürüb əldə edərək sonradan əldə olunacaq gəliri öz aralarında bölmək şərti ilə daşıyaraq yaşadığı ünvan 3 ünvanına gətirib orada yataq otağında çarpayının altında olan çemodanda saxlamış, 13 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində mənzildə saxladığı narkotik vasitələrdən olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı 1 ədəd bükümdə təmiz çəkisi 1,336 qram, 1 ədəd bükümdə təmiz çəkisi 0,991 qram, 1 ədəd bükümdə təmiz çəkisi 1,248 qram olmaqla cəmi təmiz çəkisi 3,575 qram təşkil edən 3 bükümünü 20 manat müqabilində tanışı Şahid3 satmış, bundan sonra həmin tarixdə axşam saatlarında istintaqa məlum olmayan ayrı-ayrı şəxslərə satmaq niyyəti ilə mənzilində saxladığı narkotik vasitələrdən 1 ədəd bükümdə təmiz çəkisi 0,255 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini, 1 ədəd bükümdə təmiz çəkisi 0,982 qram, 1 ədəd bükümdə təmiz çəkisi 1,108 qram və 1 ədəd bükümdə təmiz çəkisi 0,894 qram olmaqla 3 ədəd bükümdə cəmi təmiz çəkisi 2,984 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı əynində olan şalvarın sol yan cibinə qoyaraq ünvan 4 ünvanında yerləşən “Aşkar” otelə gəlmiş, həmin gün saat 23:00-da Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən ünvanda saxlanılaraq bölmənin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd boz rəngli şalvarın sol yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,255 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin, 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,982 qram, 1 ədəd kağız bükümdə təmiz çəkisi 1,108 qram və 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,894 qram olmaqla 3 ədəd bükümdə cəmi təmiz çəkisi 2,984 qram təşkil edən bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, bundan sonra keçirilən əməliyyataxtarış tədbirlərinin davamı olaraq 14 sentyabr 2022-ci il tarixdə saat 1:30-da yaşadığı ünvan 6 ünvanına baxış keçirilən zaman mənzilin yataq otağında olan çarpayının alt hissəsində qoyulmuş çemodanın içərisində saxladığı 1 ədəd bükümdə təmiz çəkisi 4,555 qram olan narkotik vasitə hesab edilən külli miqdarda heroin, 3 ədəd üzərində “Methadone 40” əmtəə göstəriciləri olan konvalyutlarda içərisində təsiredici maddəsinin ümumi miqdarı 1,16 qram təşkil edən ümumilikdə 29 ədəd qəhvəyi rəngli dairəvi formalı həblərdən ibarət narkotik vasitə hesab edilən metadon tərkibli dərman preparatı, 1 ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 44,648 qram, 1 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 44,852 qram, 1 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 48,786 qram, 1 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 18,326 qram, 1 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 3,282 qram, 1 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 5,841 qram, 1 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 8,953 qram, 1 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 2,780 qram və 1 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 8,402 qram olmaqla cəmi təmiz çəkisi 185,87 qram təşkil edən bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs kimi satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, üzərində gəzdirməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq olunsa da, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs kimi satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib üzərində saxlamaqla daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi təsdiq olunmamışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələri öz şəxsi istehlakı məqsədilə əldə etmişdir. Hadisə ilə bağlı ardıcıl olaraq demişdir ki, onun tanışı Şahid3 Cahangir adlı şəxsi bıçaqlaması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi barəsində axtarış elan olunmuş və Şahid3 yerinin müəyyən edilməsi üçün polis əməkdaşları bir neçə dəfə ona zəng etmişlər. O polis əməkdaşlarına kobud cavab verərək Orxanın yerini bilmədiyini demişdir. Bir neçə dəfə də o, polis əməkdaşlarının telefon zənglərinə cavab verməmişdir.13 sentyabr 2022-ci il tarixdə 3 ədəd bükümdə marixuana və 1 ədəd bükümdə heroin götürərək Nərimanov rayonunda yerləşən “Askar” otelə narkotik vasitələrədən istifadə etmək üçün getmişdir. 13 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Nərimanov rayonunda yerləşən “Askar” oteldə olarkən mülki geyimli polis əməkdaşları onu saxlayaraq Yasamal RPİ-nin 28-ci PBnə gətirmişlər. Ona həm “Askar” oteldə, həm də Yasamal RPİ-nin 28-ci PB-də fiziki təzyiq göstərmişlər. Polis əməkdaşları fiziki təzyiq göstərdiyindən o yaşadığı evdə axtarış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bu barədə ərizə yazmışdır. İttiham aktında yaşadığı evdən marixuana, heroin, metadon və elektron tərəzi aşkar edildiyi qeyd edilsə də, onun yaşadığı evdə yalnız marixuana olmuş və həmin marixuana bükümlər şəklində olmamışdır. Yaşadığı evdə olan marixuananı 9 sentyabr 2022-ci il tarixdə İran İslam Respublikasının vətəndaşının kartına 250 manat pul göndərərək almışdır. O, sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşının vasitəsilə narkotik vasitə əldə edirdi, narkotik vasitənin müqabilində həmin şəxsin göndərdiyi bank kartına pul köçürdürdü. İran İslam Respublikası vətəndaşı ona narkotik vasitələrin hansı ərazidə gizlədildiyini dedikdən sonra o da həmin ərazidən götürürdü. Onu “Askar” oteldə 3 nəfər polis əməkdaşı saxlamış, saxlanılan zaman üzərində marixuana və heroin olmuşdur. Şahid3 onun tanıdığı şəxsdir, lakin hansı səbəbdən ondan narkotik vasitə alması ilə bağlı ifadə verməsini bilmir. Onun fikrincə, Orxan polis əməkdaşlarının təzyiqi nəticəsində ondan pul qarşılığında narkotik vasitə alması barədə izahat vermişdir. Onun üzərindən mobil telefon və bükümdə marixuana olmuşdur. Onun üzərinə əvvəl “Askar” oteldə axtarış etmişlər, daha sonra Yasamal RPİ-nin 28-ci PB-də videoçəkiliş vasitəsilə axtarış etmişlər. O saxlanılmazdan əvvəl yaşadığı mənzilə polis əməkdaşları baxış keçirmişdir. Polis əməkdaşlarına onun yaşadığı evdə narkotik vasitə olduğunu Şahid3 demişdir.Onunla birlikdə yaşadığı evə baxış keçirəndə mənzilin qapısını otaq yoldaşı açmışdır. Onunla birlikdə eyni mənzildə yaşayan dostları evdə narkotik vasitə olmasından xəbərsiz olmuşlar. Yaşadığı evdə elektron tərəzi olmamışdır. Orxanla və o birlikdə narkotik vasitələrdən istifadə edərkən narkotik vasitələri bəzən o, bəzən isə Orxan alırdı. Qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasında polis əməkdaşları tərəfindən döyülməyilə bağlı heç nə deməmişdir. İran İslam Respublikası vətəndaşı sosial şəbəkə vasitəsilə ona narkotik vasitənin yerini bildirirdi və o da gedib həmin yerdən götürürdü. Orxan polis əməkdaşlarından gizləndiyi üçün onunla birlikdə oteldə qalırdılar. Üzərində aşkar edilmiş narkotik vasitəni 1 gün ərzində istifadə edəcəkdi. Polis əməkdaşları “Askar” oteldə qaldığı otağın qapısını döydükdə özlərini kondisioner ustası kimi təqdim etmişlər və otağa daxil olub ona fiziki təzyiq göstərmişlər.Orxan axtarışda olarkən polis əməkdaşları ilə telefonda kobud danışdığından onu saxlayarkən kinli olduqlarını hiss etmişdir. Üzərində 3 büküm marixuana aşkar olunmuşdur. Onu “Askar” oteldən Yasamal RPİ-nin 28-ci PB-nə gətirdikdən sonra ilk olaraq yaşadığı evdə olan marixuanın kimə məxsus olduğunu soruşmuşlar. Ona fiziki təzyiq göstərdiklərindən marixuanadan əlavə digər narkotik vasitələrin də ona məxsus olduğunu bildirmişdir. Üzərinə şəxsi axtarış keçirərkən müdafiəçi yanında olsa da, ibtidai istintaq zamanı ifadə verərkən müdafiəçi yanında olmamışdır. Üzərində aşkar edilmiş narkotik vasitələrin çəkisi polis əməkdaşları tərəfindən artırılmışdır. Onun yaşadığı evdə yalnız marixuana olmuş və həmin marixuana isə büküm şəklində olmamışdır. O, pul qarşılığında heç kimə narkotik vasitə verməmişdir. Bakı İstintaq Təcridxanasına daxil olarkən polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qaldığını bildirmişdir. Orxanla birlikdə kirayə mənzildə yaşayırdılar. Kirayə yaşadıqları mənzili “Elnur” adlı dostu kirayə götürmüş və sonra birlikdə yaşamaq üçün onu dəvət etmiş, o da Orxanı dəvət etmişdir. Orxanla yaxın münasibətləri olmuşdur. O saxlanılmamışdan qabaq şahmat müəllimi olmuşdur. 1 il yarımdır ki, marixuanadan istifadə edir.O son 1-2 ay ərzində heroindən istifadə etməyə başlamış, lakin metadondan heç vaxt istifadə etməmişdir. Orxanın Cahangirə xəsarət yetirdiyini görməmişdir. Orxan saxlanılanda onun xəbəri olmamışdır. Cahangir ifadə verərkən polis əməkdaşlarına onun vasitəsilə Orxanı tapa biləcəklərini demişdir.Orxan polis əməkdaşları tərəfindən saxlanılan gün səhər saatlarında onunla birlikdə “Askar” oteldə olmuşdur. Orxan istintaqdan gizlənmək üçün “Askar” oteldə onunla birlikdə qalırdı. Orxan saxlanılan zaman üzərində narkotik vasitə olmuş və polis əməkdaşlarına həmin narkotik vasitəni ondan aldığını demişdir. O, Orxana narkotik vasitəni nə pay vermiş, nə də ki satmışdır, sadəcə onunla birlikdə narkotik vasitə istifadə etmişdir.Yaşadığı evdən aşkar olunmuş narkotik vasitə marixuana ona məxsus olsa da, həmin narkotik vasitənin çəkisi artırılmış, metadon və elektron tərəzi ona məxsus olmamışdır. O, saxlanılmazdan 3-4 gün əvvəl 250 manata 30 qrama yaxın marixuana almış, lakin həmin marixuana büküm şəklində olmamışdır. Yaşadığı evə baxış keçirməzdən əvvəl polis əməkdaşları təzyiq etdikləri üçün yaşadığı evə videoçəkiliş vasitəsilə baxış zamanı narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Bakı İstintaq Təcridxanaya daxil olarkən sağ çiyin nahiyəsində xəsarətlər aşkar olunmuş, həmin xəsarətlər yüngül olduğundan cərrahi müdaxiləyə ehtiyac olmamışdır. Fiziki təzyiqə məruz qaldığı üçün prokurorluq əməkdaşları cinayət işinin ibtidai istintaqının bitməyinə 10- 15 gün qalmış izahatını almışdır. Onun döyülməyilə əlaqədar məhkəmə-tibbi ekspertiza təyin edilməmişdir. Prokurorluq orqanı tərəfindən ona cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar göndərilməmişdir. Orxanla onun arasında üzləşdirmə istintaq hərəkəti keçirilməmişdir.Adını bilmədiyi polis əməkdaşları ona xəsarət yetirmişdir. İbtidai istintaq zamanı yazılan həmin ifadələrə oxumadan imza etmişdir. Orxana narkotik vasitə satmamışdır. O ilkin izahat və ifadələrində polislərin təzyiqi altında olduğu üçün narkotik vasitələrin ona məxsus olmamasını deyə bilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, narkotik vasitə heroindən və marixuanadan, eləcə də metodon dərmanından istifadə edir. 2022-ci ilin əvvəlində o, sosial şəbəkələrdə xarici vətəndaş ilə tanış olmuş və həmin şəxsin təklifi ilə ondan narkotik vasitələr əldə etməyə başlamışdır. Həmin şəxs müəyyən yerlərdə narkotik vasitə gizlətmiş, o da gedib həmin yerdən götürmüşdür. Bunun müqabilində o, həmin şəxsə bank kartı vasitəsi ilə pul köçürmüşdür. Əldə etdiyi narkotik vasitələri evində gizlətmişdir. Sonuncu dəfə 2022-ci ilin sentyabr ayının əvvəlində xatırlamadığı yerdən həmin şəxsin gizlətdiyi narkotik vasitələri götürərək şəxsi istifadəsi üçün evdə gizlətmişdir. 13 sentyabr 2022-ci il tarixdə axşam saatlarında o, yaşadığı evdən 3 ədəd bükümdə marixuana və 1 ədəd bükümdə heroin götürərək şalvarının cibinə qoymuş və Nərimanov rayonunda yerləşən “Aşkar” otelinə narkotik vasitə qəbul etmək və istirahət etmək üçün getmişdir. Həmin tarixdə saat 23 radələrində oteldə olduğu zaman ona 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini təqdim edərək Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Ona özünü təqdim etməyini söyləmişlər və o, 2.12.1997-ci il tarixdə Oğuz şəhərində anadan olmuş Təqsirləndirilən şəxs olduğunu, ünvan 7 ünvanında yaşadığını bildirmişdir. Bu zaman həmin polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və onu Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasına dəvət etmişlər. O da razılaraşaq həmin əməkdaşlarla birlikdə həmin polis bölməsinə getmişdir. Orada ona hüquqları izah edilmiş və öz vəkilinin olub-olmaması soruşulmuş, o, isə vəkilinin olmadığını bildirərək hüquqlarının müdafiəsi üçün dövlət vəsaiti hesabına vəkil ilə təmin olunmağını xahiş etmişdir. Bundan sonra ona Bakı şəhəri 22 saylı Vəkil Bürosunda olan vəkillərin siyahısını təqdim etmişlər və o, həmin siyahını nəzərdən keçirərək hüquqlarının vəkil X4 tərəfindən müdafiə edilməsini istədiyini bildirmişdir. Bundan sonra həmin vəkil dəvət edilmiş və ona təqdim edilmişdir. Bundan sonra həmin polis şöbəsinin xidməti otaqlarının birində onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, üzərində qanunsuz nə varsa çıxarıb masanın üzərinə qoymağı təklif edilmişdir. Həmin vaxt həmin otaqda təhqiqatçı, onu saxlayaraq polis bölməsinə gətirmiş həmin 2 nəfər polis əməkdaşı və vəkil olmuşdur. O da əynində olan tünd boz rəngli şalvarın sol yan cibində saxladığı içərisində narkotik vasitə heroin olan 1 ədəd bükümü və içərisində marixuana olan 3 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Ondan həmin bükümlərdə nə olduğu soruşulanda həmin bükümlərin içərisində heroin və marixuana olduğunu bildirmişdir. Həmin narkotik vasitələri kimdən əldə etdiyi soruşulduqda onları sosial şəbəkə vasitəsi ilə tanış olduğu xarici vətəndaşdan əldə etdiyini bildirmişdir. Bunun müqabilində sonuncuya bank kartı vasitəsi ilə pul göndərmişdir. Əldə etdiyi narkotik vasitələrin qalan hissəsini yaşadığı evdə saxladığını bildirmişdir. Bundan sonra həmin bükümlər təhqiqatçı tərəfindən açılmış və onlara baxış keçirilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmış və üzərindən ona məxsus 1 ədəd “Xiaomi” markalı mobil telefon və 1 ədəd üzərində 4098-5844-5048- 5345 nömrəsi olan “Leobank” bank kartı aşkar olunaraq götürülmüşdür. Sonra isə təqdim etdiyi həmin bükümlər 1 ədəd zərfə qablaşdırılmış, həmin zərf möhürlənərək o və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra həmin zərfdə olan üzərindən aşkar edilmiş heroin və marixuana ekspertizaya göndərilmişdir. Qeyd edilən hərəkətlər zamanı videoçəkiliş aparılmışdır. Bundan sonra şəxsi axtarışla bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, o və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və polis əməkdaşları və vəkili ilə birlikdə yaşadığı evə getmişlər. Orada otağında saxladığı 3 ədəd konvalit içərisində olan 29 ədəd metadon tərkibli dərman preparatları, 1 ədəd bükümdə narkotik vasitə heroin, 1 ədəd qara rəngli sellofan bükümdə və 8 ədəd ağ rəngli sellofan bükümlərdə olan marixuana və 1 ədəd elektron tərəzi polis tərəfindən aşkar edilmişdir. Orada həmin bükümlərə baxış keçirilmiş və bükümlər zərfə qablaşdırılmış, həmin zərf möhürlənərək onun və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra həmin zərf ekspertizaya göndərilmişdir. Qeyd edilən hərəkətlər zamanı videoçəkiliş aparılmışdır (cild 1, iş vərəqə 118-120). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində göstərmişdir ki, Yasamal RPİ-nin 28-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 13 sentyabr 2022-ci il tarixdə Şahid4 xidmət etdiyi polis bölməsinə ərizə ilə müraciət edərək bir gün əvvəl tanıdığı Orxan adlı şəxsin ona bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Həmin şəxsin Şahid3 olduğu, ünvan 3 ünvanında kirayədə yaşadığı müəyyən edilmişdir. Həmin müraciət əsasında o Şahid2 ilə birlikdə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şahid3 13 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu MİDA yaşayış kompleksi bina 23 ünvanının qarşısında saxlanılmışdır. Şahid3 saxlanılaraq polis bölməsinə aparılan zaman yol gedərkən törətdiyi cinayət əməlini etiraf etmiş və cinayət əməlini törətdiyi zaman istifadə etdiyi 1 ədəd bıçağı onlara təqdim etmişdir. Şahid3 həmçinin narkotik vasitələrin istifadəçisi olduğunu, üzərində narkotik vasitə marixuananın olduğunu bildirmişdir. Verilmiş suallara cavab olaraq Şahid3 bildirmiş ki, təqdim etdiyi marixuananı o, həmin gün axşam saatlarında birlikdə kirayədə yaşadığı Təqsirləndirilən şəxs 20 manat pulun müqabilində almışdır. Bundan sonra Şahid3 üzərində şəxsi axtarış aparılmış, lakin sonuncunun üzərindən başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra, Şahid3 həmin 3 ədəd bükümdə narkotik vasitə marixuananı satmaqda şübhəli bilinən Təqsirləndirilən şəxs Nərimanov rayonu F.X.Xoyski küçəsində yerləşən “Aşkar” otelində olması müəyyən edilmiş və o əməliyyat müvəkkili Şahid2 ilə birlikdə həmin otelə getmişlər. Orada Təqsirləndirilən şəxs bildirilmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəlidir və bununla əlaqədar 28-ci PB-nin inzibati binasına dəvət edilmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsinə gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin olunmaq hüququ olduğu bildirilmişdir. Bundan sonra isə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs bildirilmiş ki, üzərində şəxsi axtarış keçiriləcək və üzərində qeyri-qanuni nə varsa təqdim etsin. Daha sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 4 ədəd büküm, sağ yan cibindən isə bir ədəd mobil telefon və bir ədəd bank kartı çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən ondan həmin bükümlərdə nə olduğu soruşulmuş, Təqsirləndirilən şəxs isə həmin bükümlərdə marixuana və heroin adlanan narkotik vasitələrin olduğunu bildirmişdir. Həmin bükümlər təhqiqatçı tərəfindən açılmış və baxış keçirilmiş, 3 ədəd bükümlərdə bitki mənşəli maddələrin, 1 ədəd bükümdə isə qəhvəyi rəngli və tozşəkilli maddənin olduğu aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı onun üzərindən başqa əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitələri nə vaxt və haradan əldə etdiyi soruşulmuş, sonuncu isə həmin narkotik vasitələri təxminən üç gün əvvəl sosial şəbəkələrdə tanış olduğu xarici vətəndaşın bank kartına 250 manat pul köçürməklə Səbail rayonu Badamdar qəsəbəsində xatırlamadığı yerdən götürməklə əldə etdiyini bildirmiş və üzərindən aşkar olunmuş narkotik vasitələrin qalan hissəsini yaşadığı mənzildə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ərizə verərək yaşadığı mənzilə baxış keçirilməsinə dair etirazının olmadığını bildirmiş və o əməliyyat müvəkkili Şahid2, təhqiqatçı Azər Əliyev, müdafiəçi Rasim Almuradov və Təqsirləndirilən şəxs ilə birlikdə sonuncunun kirayədə yaşadığı ünvan 3 ünvanına getmişlər. Həmin mənzilin qapısını Təqsirləndirilən şəxs ilə bir mənzildə kirayədə yaşayan, adları sonradan məlum olan Şahid5 və Şahid6 açdı. Onlar mənzilə daxil olduqdan sonra Təqsirləndirilən şəxs qaldığı otağa daxil olmuşlar. Bundan sonra Təqsirləndirilən şəxs qaldığı otaqda olan çarpayının altından bir ədəd çanta çıxarmış və həmin çantanı açaraq paltarların altından 1 ədəd elektron tərəzi və açarla kilidlənən dəmir saxlanc qutusunu çıxarıb təqdim etmişdir. Sonra isə təhqiqatçı tərəfindən həmin dəmir qutu çarpayının üzərində açılmış və ona baxış keçirilmiş, qutunun içərisində 1 ədəd qara rəngli və 9 ədəd ağ rəngli sellofan bükümlər və içərisində ümumilikdə 29 ədəd həb olan 3 ədəd konvalyut aşkar olunmuşdur. Həmin bükümlər təhqiqatçı tərəfindən açılmış və baxış keçirilmişdir. Təqsirləndirilən şəxs bildirmiş ki, aşkar olunmuş 1 ədəd qara rəngli və 8 ədəd ağ rəngli sellofan bükümlərdə marixuana, 1 ədəd ağ rəngli sellofan bükümdə olan maddə isə heroindir. Aşkar olunmuş 29 ədəd həblərdən ibarət 3 ədəd konvalyutların üzərində “M40” yazıları əks olunmuşdur.Təqsirləndirilən şəxs gecə saatlarında saxlanılmış və üzərinə polis bölməsində baxış keçirilmişdir.Təqsirləndirilən şəxs evindən heroin, marixuana “M40” həbləri və elektron tərəzi aşkar edilmişdir. Narkotik vasitələr bükümlərin içərisində idi. Şahid3 xəsarət yetirdiyi şəxs MİDA yaşayış kompleksi bina 23 ünvanında Şahid3 tapa biləcəklərini bildirmişdir. Onlar 13 sentyabr 2022-ci il tarixdə günorta saatlarında MİDA yaşayış kompleksi bina 23 ünvanının qarşısına Şahid3 axtardıqları üçün getmişlər və həmin mənzilin qapısını döysələr də, evdə heç kim olmamışdır.Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 oğlunun ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Rüstəm tutulmamışdan əvvəl onunla birlikdə ünvan 9 ünvanında kirayə yaşamışlar. Sonradan qardaşı Səxavət də onlarla birlikdə yaşamağa başlamışdır. Rüstəm ilə münasibəti hər zaman yaxşı olmuş, aralarında ədavət olmamışdır. 14 sentyabr 2022-ci il tarixdə polis əməkdaşları ona zəng edib yaşadığı evdə bıçaqlanma hadisəsi baş verdiyini və Rüstəm və Orxanı axtardıqlarını bildirmişdir. O yaşadığı ünvana gəlib polislərlə birlikdə kirayə yaşadığı evə daxil olmuşdur. Polis əməkdaşları yaşadığı evdə qan izi axtardıqlarını bildirmişdirlər. Daha sonra polis əməkdaşları ilə birlikdə Rüstəmin iş yerinə getmişlər, lakin Rüstəmi tapa bilməmişlər. Daha sonra o polis əməkdaşlarının yanında Orxana zəng etdikdə Orxan ona polis əməkdaşlarının evdə axtarış aparıb-aparmadıqlarını soruşmuşdur. O isə axtarış aparmadıqlarını bildirmişdir. Orxan ona evdə çanta olduğunu və onu gizlətməyi bildirdikə Orxanla razılaşmamışdır. Polis əməkdaşları Orxanın bu sözünü eşidib yaşadığı evi axtarmaq üçün yenidən həmin evə getməli olduqlarınə demişdirlər. 2-ci dəfə polis əməkdaşları evə gəldikdə Orxan olmamışdır, buna görə onlar Orxanı evə çağırmağını bildirmişdirlər. Polis əməkdaşları ona saat 17:30 radələrində zəng edib bildirmişlər ki, dünən o yaşadığı evdə bıçaqlanma hadisəsinin baş vermişdir. Polis əməkdaşları ilk dəfə onların evə gəldikdə evdə “səthi” axtarış aparmışlar, çox az miqdar marixuana aşkar edilmişdir.Orxan ona evdə çanta olduğunu və onu gizlətməyini bildirdikdə polis əməkdaşları evdə başqa narkotik vasitə olduğunu bildirmişdirlər. 2-ci dəfə polis əməkdaşları evdə axtarış keçirdikdə evdə yalnız o və polis əməkdaşları var idi və evdən narkotik vasitə aşkar edilmişdir. 2-ci dəfə saat 20:00 radələrində evdə ətraflı axtarış aparılan zaman nə hal şahidləri iştirak etmiş, nə də ki polis əməkdaşları tərəfindən videoçəkilişdən istifadə edilmişdir. Polis əməkdaşları Orxanı evə çağırmaq üçün Orxana kirayə yaşadıqları evin sahibi onları evdən çıxardacağını və evə gəlməsini bildirmiş, Orxan evə gəldikdə polis əməkdaşları onu saxladılar və onları birlikdə polis bölməsinə gətirmişlər. Polis bölməsində olarkən polis əməkdaşları tərəfindən ona fiziki və psixoloji təzyiq göstərilməmişdir. Rüstəmin yerini Orxan polis əməkdaşlarına bildirmiş, polis əməkdaşları Rüstəmi saxlayıb polis bölməsinə gətirmişdirlər, o həmin müddət ərzində polis bölməsində gözləmişdir.Rüstəm polis bölməsinə gətirildikdən sonra polis əməkdaşları 3-cü dəfə yaşadığı evdə gecə saat 4-5 radələrində axtarış həyata keçirmişdirlər. 3-cü dəfə evi axtarış apardıqda Rüstəm iştirak etmişdir. 2-ci dəfə evi axtarış edib evdən gedəndə yaşadığı evin qapısını polis əməkdaşları bağlamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsinə oxumadan imza etmişdir. Məhkəmə şahid qismində dindirilmiş Şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək Şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs o, 2021-ci ilin avqust ayından tanıyır. O, Rüstəmi Azər adlı dostu vasitəsi ilə tanımışdır. Həmin vaxt o, Azərlə birlikdə Binəqədi rayonu 9-cu mikrorayon ərazisində kirayədə yaşamış və sonradan Rüstəm də onlarla birlikdə kirayədə yaşamağa başlamışdır. 2021-ci ilin oktyabr ayında o, Rüstəmlə birlikdə hazırda yaşadığı ünvan 9 ünvanına köçmüşdür. Sonradan qardaşı Səxavət də onlarla birlikdə yaşamağa başlamışdır. Rüstəm ilə münasibəti hər zaman yaxşı olub, aralarında ədavət olmamışdır. 14 sentyabr 2022-ci il tarixdə ona məlum olmuşdur ki, Rüstəm narkotik vasitələr saxladığına görə tutulmuşdur. Həmin tarixdə polis əməkdaşları onların yaşadıqları evə gələrək baxış keçirmişlər, baxış zamanı Rüstəmin otağından heroin və marixuana aşkar olunaraq polis tərəfindən götürülmüşdür. Baxış zamanı o və qardaşı Səxavət də iştirak etmişlər. O, Təqsirləndirilən şəxs narkotik istifadəçisi olduğunu bilmiş, sonuncu arada bir evdə marixuana çəkmiş, həmçinin onun tanımadığı dostlarını da dəvət edib onlarla birlikdə narkotik vasitələrdən istifadə etmiş, həmin şəxslərə narkotik vasitə verirmiş. Təqsirləndirilən şəxs mənzildə narkotik vasitələr saxladığını bilməmiş, o hər gün səhərdən gecəyə kimi işləmişdir. Təqsirləndirilən şəxs otağına isə demək olar ki, girməmişdir. Onun özü heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir (cild 1, iş vərəqə 233-234). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Rüstəm tutulmamışdan əvvəl qardaşı Şahid5 onunla birlikdə ünvan 9 ünvanında kirayə yaşamışdır. Sonradan o da onlarla birlikdə yaşamağa başlamışdır. Hadisə baş verən günü işdən evə gəldikdə qardaşı Elnur polis əməkdaşlarının Rüstəmi axtardıqlarını bildirmişdir. Daha sonra qardaşıyla birlikdə polis bölməsinə getmişdir. Həmin gün gecə saatlarında yaşadıqları evə baxış keçirtmişlər. Evdə narkotik vasitələr aşkar edilmişdir. Rüstəmin narkotik vasitələri olduğunu və həmin vasitələrdən istifadə etdiyini bilməmişdir. Rüstəm onun yanında narkotik vasitələrdən istifadə etməmişdir. Rüstəmin yanına tez-tez Orxan adlı şəxs qonaq kimi gəlmişdir. Rüstəmin narkotik vasitələrin təsiri altında olduğunu görməmişdir. Orxan sonuncu dəfə hadisə baş verməmişdən 3-4 gün qabaq Rüstəmin yanına gəlmişdir. X19 zəng edib evə polis əməkdaşlarının gəldiyini bildirmişdir. O, işdən evə saat 18:00-19:00 radələrində gəlmi, evə gələndə qardaşı Rüstəmin tutulduğunu demişdir. O, axşam saatlarında Yasamal rayonu 28-ci Polis Bölməsinə gəlmiş, evə baxış keçirilənə qədər orada olmuşdur. Gecəni polis bölməsində keçirib səhərə yaxın polis əməkdaşları ilə birlikdə yaşadığı evə gəlmişlər. Yaşadığı evdə axtarış keçiriləndə Rüstəmin otağında çarpayısının altında narkotik vasitə aşkar edilmişdir. Heç vaxt Rüstəmin narkotik vasitə saxladığını görməmişdir. Qardaşı polis əməkdaşlarının evə gəlib Orxanı axtardıqlarını, daha sonra Orxana zəng edib polis əməkdaşlarının onu axtardığını bildirmişdir. Təqsirləndirilən şəxs polis bölməsinə gətirdikdə qardaşıyla birlikdə polis bölməsində olmuşdur. Onlar evə baxış üçün polis bölməsindən birlikdə evə gəlmişlər. İstintaq zamanı Rüstəmin narkotik vasitə satması və saxlaması ilə bağlı heç bir məlumat verməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İbtidai istintaq zamanı yazılan ifadəni tam oxumadan imza etmişdir. Rüstəm onun yanında narkotik vasitələrdən istifadə etməsə də, otağında olan tüstünün qoxusundan marixuanadan istifadə etdiyini hiss etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsinin “Rüstəmin tanışlarına narkotik vasitə verməsi” barədə hissədə təsdiq etmir, həmin ifadə ona məxsus deyildir, lakin digər hissələrdə ifadəsini təsdiq edir. Rüstəm ona narkotik vasitələrdən istifadə etməsini deməmişdir, tüstünün iyindən hiss etmişdir. Narkotik vasitələrdən istifadə etməməsi barədə Rüstəmə məsləhət verməmişdir. İbtidai istintaq zamanı ifadə verərkən ona təzyiq olunmamışdır. Rüstəmin kiməsə narkotik vasitə verməsini görməmişdir. Məhkəmə şahid qismində dindirilmiş Şahid6 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək Şahid6 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı Şahid5 ifadəsiylə eyni məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 236-237). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Rüstəmlə eyni orta məktəbdə oxumuşdur. Həmin müddətdən bu günə kimi onunla arasında dostluq münasibəti olmuşdur. Hadisə baş verən günə qədər Rüstəmlə aradabir görüşüb çayxanaların birində əyləşmişlər. Hadisə baş verən günü Rüstəm ona ac olduğunu ona görə ona marketdən bulku alıb yaşadığı evə gətirməyini xahiş etmişdir. Marketdən bulku alıb Rüstəmin yaşadığı evə aparmışdır. Rüstəmin evinə daxil olarkən qapını döymədiyi üçün orada olan adı sonradan ona məlum olan Orxan adlı şəxsə öz iradını bildirmişdir. O, ona fikir vermədən mənzili tərk edib həyətdə saxladığı avtomobilin yanına gəlmişdir. Orxan arxasınca gələrək onunla mübahisə etməyə başlamışdır. Aralarında baş vermiş dava nəticəsində Orxan onu sol ayağından bıçaqlamışdır. Dərhal avtomobilə əyləşib oradan uzaqlaşmağa çalışmışdır. 3 saylı Asan Xidmət Mərkəzinə çatana yaxın artıq huşunun yavaş-yavaş getdiyini anlamışdır. Ona görə də əllərinin qanını avtomobilin şüşəsinə sürtərək insanlardan yardım istəmişdir. Onu yaxınlıqda olan Topçubaşov adına X12 aparmışlar, 2 gün o, koma vəziyyətində qalmışdır. Hadisə baş verən zaman ətrafda heç kim olmamışdır. Rüstəmin narktoik vasitələrdən istifadə etdiyini görməmişdir. Rüstəm saxlanılan zaman o, koma vəziyyətində olmuşdur. Hadisə baş verən günü telefon üzərində olmamışdır. Rüstəmin kiməsə narkotik vasitə satdığını görməmiş və eşitməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Rüstəm yaşadığı evin yaxınlığında götürüb birlikdə çay içməyə gedirdilər, lakin Rüstəmin yaşadığı mənzildə onunla görüşməmişdir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, narkotik vasitə marixuanadan istifadə edir. Təqsirləndirilən şəxs təxminən bir ildir ki tanıyır, o sonuncudan arada bir şəxsi istifadəsi üçün marixuana almışdır. O, işləri ilə əlaqədar arada bir Rüstəmin yaşadığı mənzildə qalmışdır. 12 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində o, tanışı Təqsirləndirilən şəxs yaşadığı mənzildə olduğu zaman Rüstəmlə ortaq tanışı olan Şahid4 zəng edərək Rüstəmin yaşadığı binanın həyətinə çağırmışdır ki, sonuncu ilə söhbət etsin. Cahangiri çağırmasına səbəb isə sonuncunun ona olan 100 manat borcu olmuşdur. Belə ki, bir neçə ay bundan əvvəl Cahangir ondan borca pul götürərək 2-3 günə qaytaracağını demiş, lakin uzun müddət keçməsinə baxmayaraq pulu qaytarmaqdan yayınmış, zənglərinə də cavab verməmişdir. Onun da maddi vəziyyəti pis olduğundan artıq çarəsiz qalmış və Cahangirdən pulunu geri tələb etmişdir. Bir müddət sonra Cahangir ona zəng etmişdir ki, binanın qarşısında avtomobildə əyləşib onu gözləyir, gedəsi yeri olduğundan tələsir. O ümid etmişdir ki, Cahangir onun pulunu indi qaytaracaq. O, binanın həyətinə düşüb Cahangirin avtomobilinə əyləşmiş və Cahangirdən ona olan 100 manat borcu nə vaxt qaytaracağını soruşmuşdur. Cahangir də ona demişdir ki, yaxın zamanda pulu qaytaracaq, hazırkı vaxtda qaytara bilmir. O, Cahangirə inanmamış və tələb etmişdir ki, onun pulunu indi yerindəcə qaytarsın, onu uşaq yerinə qoymasın. Cahangir isə onu yola verməyə başlamış və harasa getməli olduğunu bildirmiş, ona avtomobilindən düşməsini söyləmişdir. O, maddi vəziyyətinin pis olduğunu və pulun qaytarılmayacağına qədər Cahangirdən əl çəkməyəcəyini bildirdikdən sonra Cahangirlə aralarında mübahisə yaranmış, sonuncu onun avtomobildən düşməsini tələb edərək söyüş söymüş və ona pulu qaytarmayacağını, gedib işi ilə məşğul olmasını söyləmişdir. O isə Cahangirin bu hərəkətlərinə əsəbləşərək cibində olan bıçağı çıxarmış və Cahangirin ayaq nahiyəsindən vurmuş, sonra isə avtomobildən düşərək oradan uzaqlaşmışdır. Həmin tarixdə Rüstəm gedib marixuana almalı idi, o da Rüstəmə 20 manat pul vermişdir ki, marixuana alanda onun üçün də alsın. 13 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində Rüstəmə zəng edib marixuananı alıb-almadığını soruşmuş, Rüstəm isə aldığını bildirərək gedəsi yeri olduğunu demiş və ona bildirmişdir ki, marixuananı 3 ədəd bükümdə yaşadığı binanın 2-ci mərtəbəsinin dəhlizində siqaret qutusunun içərisində gizlədəcəkdir, oradan götürər. O, razılaşmış və saat 20 radələrində Rüstəmin yaşadığı binaya girərək sonuncu ilə əvvəlcədən danışdıqları kimi həmin marixuananı binanın ikinci mərtəbəsindəki dəhlizdə Təqsirləndirilən şəxs gizlətdiyi siqaret qutusunun içərisindən götürmüşdür. Oradan götürdüyü marixuananın bir bükümünü o, əynində olan qara rəngli şalvarın sağ yan cibinə, digər 2 ədəd bükümü isə üzərində olan əl çantasının cibinə qoymuşdur. Həmin binadan çıxandan sonra binanın qarşısında ona iki nəfər mülki geyimli şəxslər yaxınlaşmışlar və özlərini təqdim edərək Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ona özünü təqdim etməsini söyləmişlər. O, Şahid3 olduğunu, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yaşadığını bildirmişdir. Bu zaman həmin polis əməkdaşları ona bildirmişlər ki, bir gün əvvəl Şahid4 bıçaqla xəsarət yetirməkdə şübhəlidir və onu Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasına dəvət etmişlər. O, razılaşmış və həmin əməkdaşlarla birlikdə həmin polis bölməsinə getmişdir. Yol gedərkən o, həmin polis əməkdaşlarına Şahid4 xəsarət yetirdiyini etiraf etmiş və həmin cinayəti törətdiyi zaman istifadə etdiyi bıçağı polislərə təqdim etmişdir. Həmin zaman o fikirləşmişdir ki, üzərində olan marixuana polis bölməsində aşkar oluna bilər və bu səbəbdən polis əməkdaşlarına həmçinin demişdir ki, narkotik vasitə marixuana istifadəçisidir və hazırda üzərində 3 ədəd bükümdə marixuana var. Bundan sonra onlar həmin polis bölməsinə gəlmişlər, orada ona hüquqları izah edilmiş və öz vəkilinin olub-olmaması soruşulmuş, o isə vəkilinin olmadığını bildirərək hüquqlarının müdafiəsi üçün dövlət vəsaiti hesabına vəkil ilə təmin olunmasını xahiş etmişdir. Bundan sonra ona Bakı şəhəri 22 saylı Vəkil Bürosunda olan vəkillərin siyahısını təqdim etmişlər və o, həmin siyahını nəzərdən keçirərək hüquqlarının vəkil X9 tərəfindən müdafiə edilməsini istədiyini bildirmişdir. Bundan sonra həmin vəkil dəvət edilmiş və ona təqdim edilmişdir. Bundan sonra həmin polis şöbəsinin xidməti otaqlarının birində onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, üzərində qanunsuz nə varsa çıxarıb masanın üzərinə qoyması təklif edilmişdir. Həmin vaxt həmin otaqda təhqiqatçı, onu saxlayaraq polis bölməsinə gətirmiş həmin iki nəfər polis əməkdaşı və vəkil olmuşdur. O da əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı içərisində narkotik vasitə marixuana olan 1 ədəd bükümü və üzərində olan əl çantasında saxladığı içərisində marixuana olan 2 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Ondan həmin bükümlərdə nə olduğu soruşulanda o bildirmişdir ki, həmin bükümlərin içərisində marixuana var. Ondan həmin narkotik vasitələri kimdən əldə etdiyi soruşulduqda o bildirmişdir ki, həmin narkotik vasitələri bir qədər əvvəl tanıdığı Təqsirləndirilən şəxs 20 manat pul müqabilində əldə etmişdir. Bundan sonra həmin bükümlər təhqiqatçı tərəfindən açılmış və onlara baxış keçirilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış aparılmış və üzərindən başqa hər hansı bir qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Sonra isə onun təqdim etdiyi həmin bükümlər 1 ədəd zərfə qablaşdırılmış, həmin zərf möhürlənərək onun və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra isə bölməyə gələrkən onun polis əməkdaşlarına təqdim etdiyi həmin bıçaq da təhqiqatçı tərəfindən götürülmüş və 1 ədəd zərfə qablaşdırılmış, həmin zərf möhürlənərək onun və iştirakçılar tərəfindən imzalanmış və ekspertizaya göndərilmişdir. Bundan sonra həmin zərfdə olan onun üzərindən aşkar edilmiş marixuana ekspertizaya göndərilmişdir. Qeyd edilən hərəkətlər zamanı videoçəkiliş aparılmışdır. Bundan sonra şəxsi axtarışla bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, onun və iştirakçılar tərəfindən imzalanmışdır. Şahid3 daha sonra ifadəsində göstərmişdir ki, Şahid4 xəsarət yetirərkən onları heç kim aralaşdırmamış, hadisənin şahidi olmamışdır. Hadisə zamanı tanışı Təqsirləndirilən şəxs yaşadığı evdə olmuş, hadisədən xəbəri olmamışdır. O, üzərindən aşkar edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs nağd şəkildə 20 manat ödəniş etməklə şəxsi istifadəsi üçün əldə etmiş, onları ayrı-ayrı bükümlərdə ona Rüstəm vermişdir, bununla bağlı onların arasında razılaşma olmamışdır. Narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır. Rüstəm ilə bir mənzildə yaşayan Şahid6 və Şahid5 tanımır. Təqsirləndirilən şəxs yaşadığı mənzildə külli miqdarda narkotik saxladığını bilməmiş, sonuncunun mənzilində narkotik görməmişdir. O, Rüstəmi narkotik vasitə marixuananın istifadəçisi olduğunu bilir, narkotiki kiməsə satdığını eşitməmişdir. Həmin vaxt o gedib özü üçün marixuana alacağını dediyindən o da Rüstəmə çıxarıb 20 manat vermişdir ki, getmişkən onun üçün də alsın. O, arada bir Təqsirləndirilən şəxs yaşadığı mənzildə qalır, lakin daimi olaraq kirayədə yaşamır. Onun ailəsi ilə yaşadığı evi var, sadəcə arada bir gecə saatları olduğundan Sahil qəsəbəsində yerləşən evinə getməmiş və Rüstəmin evində gecələmişdir (cild 1, iş vərəqə 103-106). Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid7 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ***-***-**-** saylı mobil nömrə ona məxsusdur və o, həmin nömrəni daimi istifadə edir. O, Təqsirləndirilən şəxs 5-6 ay bundan əvvəl ümumi tanışları Kərim adlı şəxsin vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs ilə o, nadir hallarda ünsiyyətdə olmuşdur. Onun psixi xəstəliyi olduğundan o, tez-tez özündən çıxırmış, bu səbəbdən özünü sakitləşdirmək üçün narkotik vasitələrdən istifadə etmək istəmişdir. Həmin vaxt o eşitmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olur və sonuncuya müraciət etmişdir ki, ona həmin maddələrdən pul müqabilində versin. Lakin buna baxmayaraq, Təqsirləndirilən şəxs hər hansı bir qanunsuz maddə əldə etməmişdir. O, ilk dəfə 4-5 ay bundan əvvəl dadına baxmaq üçün narkotik vasitə marixuanadan istifadə etmişdir. Ondan əvvəl və ya sonra istifadə etməmişdir. O, həmin narkotik vasitəni kimdən aldığını xatırlamır (cild 1, iş vərəqə 228-229). Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid8 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ***-***-**-** saylı mobil nömrə ona məxsusdur və o, həmin nömrəni daimi istifadə edir. Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, onlar eyni məktəbdə oxumuşlar, hal-hazırda da aralarında dostluq münasibətləri var. O, əvvəllər narkotik vasitə marixuanadan istifadə etmişdir, təxminən 2-3 aydır ki, istifadə etmir. O, Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitə əldə etməmiş, onlar ancaq birlikdə narkotik vasitə marixuana çəkmişlər, belə ki, Təqsirləndirilən şəxs onu qonaq etmişdir (cild 1, iş vərəqə 222-223). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması” haqqında 13 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Şahid3 əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş öz dediyinə görə içərisində “marixuana” deyilən narkotik vasitəni, üzərində gəzdirdiyi əl çantasında saxladığı bir ədəd qızılı və bir ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş öz dediyinə görə içərisində “marixuana” deyilən narkotik vasitəni təqdim etmiş, eləcə də Bakı şəhəri Yasamal rayonu MİDA yaşayış kompleksi bina 23 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılan zaman polis əməkdaşına təqdim etdiyi bıçaqla Cahangir adlı şəxsə bir gün əvvəl bıçaqla xəsarət yetirdiyini bildirmişdir. İştirak edənlər və müdafiəçi X5 iştirakı ilə Şahid3 əynində geyindiyi şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi bükülünün və əl çantasının içərisindən çıxarıb təqdim etdiyi maddələrin nədən ibarət olması barədə sual verilərkən, sonuncu bildirmişdir ki, təqdim etdiyi üç ədəd bükülülərin içərisindəki qurudulmuş ot şəkilli, yaşıl rəngli kütlə öz dediyinə görə “marixuana” deyilən narkotik vasitədir. Şahid3 narkotik vasitəni onunla bir ünvanda kirayə yaşayan Təqsirləndirilən şəxs həmin gün 20 manata aldığını bildirmiş, bu gün saat 20:30-da Yasamal rayonu MİDA yaşayış kompleksi ev 23 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq 28ci PB-nin inzibati binasına gətirilmişdir. Bundan sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirilmiş, şəxsi axtarış zamanı Şahid3 əl çantasında Azərbaycan Respublikası vətəndaşının pasportu, bir ədəd “Bakıkart” kartı, bir vizit kartı, bir ədəd nazik kağız, bir ədəd açar aşkar edilmiş və iş üçün əhəmiyyət kəsb etmədiyindən geri qaytarılmışdır. Şahid3 üzərindən aşkar edilmiş 2 ədəd gümüşü və 1 ədəd qızılı rəngli bükülülər zərfə qoyularaq qablaşdırılmış, DİN-nin zərflər üçün olan 167 saylı möhürü ilə möhürlənmiş və eləcədə, Şahid3 tədqim etdiyi bıçaqda zərfə qoyularaq qablaşdırılmış və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılarkən texniki vasitə kimi «Samsung» markalı mobil telefondan istifadə edilərək aparılmış videoçəkiliş elektron məlumat daşıyıcısı 1 ədəd DVD diskə köçürülərək tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqə 27-28). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması” haqqında 14 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarın sol yan cibindən 2 ədəd siqaretin gümüşü rəngli kağızından, 1 ədəd siqaretin qızılı rəngli kağızından və 1 ədəd ağ rəngli kağızdan olan bükümləri çıxarıb təqdim edərək masanın üzərinə qoymuş. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində nə olduğu soruşulanda o bildirdi ki, cibindən çıxardığı 2 ədəd siqaretin gümüşü rəngli kağızından, 1 ədəd siqaretin qızılı rəngli kağızından olan bükümlərdə narkotik vasitə olan qurudulmuş marixuana, 1 ədəd ağ rəngli kağızdan olan bükümdə isə “kakos” deyilən narkotik vasitə heroin vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd siqaretin gümüşü rəngli kağızından və 1 ədəd siqaretin qızılı rəngli kağızından olan bükümlərə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, təqdim edilmiş həmin bükümlərin içərisində qurudulmuş otşəkilli, yaşıl rəngli kütlə var. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd ağ rəngli kağızdan olan bükümə baxış keçirilən zaman isə orada qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik olan maddə aşkar olunmuşdur. Suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitələri o, 2022-ci ilin sentyabr ayının əvvəlində sosial şəbəkədə tanış olduğu xarici ölkə vətəndaşına məxsus karta pul göndərdikdən sonra sonuncunun gizlətdiyi yerdən götürmüşdür. Əldə etdiyi narkotik vasitələrin qalan hissəsini o, yaşadığı ünvan 10 ünvanında saxladığını bildirmişdir. Bundan sonra şübhəli şəxsin üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyət kəsb edən 1 ədəd “Xiaomi” markalı mobil telefon və 1 ədəd “Leobank”-a məxsus 4098-5844-5048-5345 nömrəli bank kartı götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd siqaretin gümüşü rəngli kağızından, 01 ədəd siqaretin qızılı rəngli kağızından və 01 ədəd ağ rəngli kağızdan olan bükümlər zərfə qoyularaq qablaşdırılmış, DİN-nin zərflər üçün olan 167 saylı möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılarkən texniki vasitə kimi «Samsunq» markalı mobil telofondan istifadə edilərək aparılmış videoçəkiliş elektron məlumat daşıyıcısı 1 ədəd DVD diskə köçürülərək tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqə 57-59). Cinayət işinin materiallarında olan “mənzilə baxış və götürmə aparılması” haqqında 14 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzil Bakı şəhəri, Yasamal rayonu, MİDA yaşayış kompleksində yerləşən 23 saylı evin 1-ci mərtəbəsində yerləşir. Mənzil iki otaqdan ibarətdir, giriş qapısının sağ tərəfindən yerləşən otaq Təqsirləndirilən şəxs yaşadığı otaq yerləşir. Təqsirləndirilən şəxs yaşadığı otağa baxış keçirilərkən otaqda çarpayının altında olan çamadanın içərisindən qutuya yığılmış bir ədəd qara rəngli sellofan, 9 ədəd ağ rəngli sellofan, üzərində metadon sözləri yazılmış 3 ədəd konvalit və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin bir ədəd qara rəngli və 8 ədəd ağ rəngli sellofan bükümlər açıldıqda orada bitki mənşəli kütlələr aşkar edilmişdir. Bir ədəd ağ rəngli sellofan büküm açıldıqda oradan qəhvəyi rəngli tozşəkilli, spesifik iyə malik kütlə aşkar olundu. 3 ədəd konvalitin içərisindən isə 29 ədəd həblər aşkar olunmuşdur. Bundan başqa mənzilin digər otaqlarına baxış keçirilmiş və qanunsuz predmet aşkar edilməmişdir. Mənzildən aşkar edilmiş narkotik vasitəyə bənzər maddələr və elektron tərəzi zərfə qoyularaq qablaşdırımışdır, DİN-nin zərflər üçün olan 167 saylı möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır, həmin mənzilə baxış və götürmə aparılarkən texniki vasitə kimi «Samsunq» markalı mobil telofondan istifadə edilərək aparılmış videoçəkiliş elektron məlumat daşıyıcısı 1 ədəd DVD diskə köçürülərək tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqə 64-66). Cinayət işinin materiallarında olan “disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi” barədə 16 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, disk açıldıqda orada bir ədəd videofaylın olduğu görünür. Həmin videofayla baxış zamanı məlum olur ki, orada əks edilmiş görüntülər 13 sentyabr 2022-ci ildə saat 22:10-da qeydə alınır. Videogörüntüdən müəyyən edilir ki, Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı polis mayoru Azər Əliyev tərəfindən həmin polis şöbəsinin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Şahid3 üzərində şəxsi axtarış aparılır. Həmin zaman otaqda qeyd edilən şəxslərdən başqa Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X5, Yasamal RPİ-nin 28-ci PB-nin CA üzrə əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 oğlunun olduqları görünür. İlkin olaraq təhqiqatçı tərəfindən Şahid3 polis bölməsinə gətirilməsi səbəbi soruşulur, sonuncu isə bir gün əvvəl səhər saatlarında tanıdığı Cahangir adlı şəxsə bıçaqla xəsarət yetirdinə görə saxlanıldığını bildirir. Bundan sonra təhqiqatçı tərəfindən Şahid3 bıçaq təqdim olunur və həmin hadisəni həmin bıçaqla törədilib-törədilmədiyi soruşulur, Şahid3 isə hadisəni həmin bıçaqla törətdiyini təsdiq edir. Sonra isə həmin bıçaq təhqiqatçı tərəfindən 1 ədəd ağ rəngli zərfə qablaşdırılır. Bundan sonra təhqiqatçı tərəfindən Şahid3 üzərində şəxsi axtarış aparılacağını bildirir və hüquq və vəzifələri izah edir. Şəxsi axtarış keçirildikdən öncə təhqiqatçı tərəfindən Şahid3 təklif edilir ki, sonuncu üzərində qanunsuz əşya varsa çıxarıb təqdim etsin. Şahid3 isə əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd, əynində olan əl çantasından isə 2 ədəd büküm çıxarıb masanın üzərinə qoyur. Təhqiqatçı tərəfindən ondan həmin bükümdə nə olduğu soruşulur, Şahid3 isə həmin 3 ədəd bükümlərdə marixuana adlanan narkotik vasitənin olduğunu bildirir. Həmin bükümlər təhqiqatçı tərəfindən açılır və baxış keçirilir, bükümlərdə bitki mənşəli maddələrin olduğu görünür. Bundan sonra Şahid3 üzərində şəxsi axtarış aparıldı, axtarış zamanı onun üzərindən bir ədəd pasport, bir ədəd “Bakı kart” nəqliyyat kartı, bir ədəd vizit kartı və bir ədəd açar aşkar olundu. Bundan sonra Şahid3 həmin narkotik vasitəni nə vaxt və haradan əldə etdiyi soruşuldu, sonuncu isə həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs 20 manat pulun müqabilində əldə etdiyini bildirdi. Bundan sonra Şahid3 təqdim etdiyi həmin bükümlər zərfə qablaşdırıldı, zərf möhürləndi və iştirakçılar tərəfindən imzalandı (cild 1, iş vərəqə 154-155). Cinayət işinin materiallarında olan “disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi” barədə 16 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, disk açıldıqda orada 1 ədəd videofaylın olduğu görünür. Həmin videofayla baxış zamanı məlum olur ki, orada əks edilmiş görüntülər 14 sentyabr 2022-ci ildə saat 00:40-da qeydə alınır. Videogörüntüdən müəyyən edilir ki, Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı polis mayoru Azər Əliyev tərəfindən həmin polis şöbəsinin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs oglunun üzərində şəxsi axtarış aparılır. Həmin zaman otaqda qeyd edilən şəxslərdən başqa Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X2, Yasamal RPİ-nin 28-ci PB-nin CA üzrə əməliyyat müvəkkilləri X10 və Şahid1 oğlunun olduqları görünür. İlkin olaraq təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs polis bölməsinə gətirilməsi səbəbi soruşulur, sonuncu isə bir gün əvvəl tanıdığı Orxan adlı şəxsə narkotik vasitə olan marixuana verdiyinə görə saxlanıldığını bildirir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını bildirir və hüquq və vəzifələri izah edir. Şəxsi axtarış keçirildikdən öncə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təklif edilir ki, üzərində qanunsuz əşya varsa çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs isə əynində olan şalvarın sol yan cibindən 4 ədəd büküm, sağ yan cibindən isə bir ədəd mobil telefon və bir ədəd bank kartı çıxarıb masanın üzərinə qoyur. Təhqiqatçı tərəfindən ondan həmin bükümlərdə nə olduğu soruşulur, Təqsirləndirilən şəxs isə həmin bükümlərdə marixuana və heroin adlanan narkotik vasitələrin olduğunu bildirir. Həmin bükümlər təhqiqatçı tərəfindən açılır və baxış keçirilir, 3 ədəd bükümlərdə bitki mənşəli maddələrin, 1 ədəd bükümdə isə qəhvəyi rəngli və tozşəkilli maddənin olduğu görünür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı, axtarış zamanı onun üzərindən başqa əşya aşkar edilmədi.Daha sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitələri nə vaxt və haradan əldə etdiyi soruluşdu,sonuncu isə həmin narkotik vasitələri təxminən 3 gün əvvəl sosial şəbəkələrdə tanış olduğu +98 ********** saylı mobil nömrə istifadə edən xarici vətəndaşın bank kartına 250 manat pul köçürməklə Səbail rayonu Badamdar qəsəbəsində xatırlamadığı yerdən götürməklə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs özünə məxsus mobil telefonundan olan “vatsapp” mobil tətbiqinə daxil olaraq orada +98 ********** saylı mobil nömrə ilə yazışmanı göstərir və həmin yazışmalarda həmin nömrədən onun nömrəsinə göndərilmiş şəkili göstərərək narkotik vasitələri həmin vaxt şəkildə işarələnmiş yerdən götürdüyünü bildirir. Təqsirləndirilən şəxs onun üzərindən aşkar olunmuş narkotik vasitələrin qalan hissəsini yaşadığı mənzildə saxladığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmm bükümlər zərfə qablaşdırıldı, zərf möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd “Xiaomi” markalı mobil telefon və bir ədəd Leobank”a aid 4098-5844-5048-5345 nömrəli plastik kart araşdırma zərurəti ilə əlaqədar olaraq götürülür (cild 1, iş vərəqə 156-157). Cinayət işinin materiallarında olan “disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi” barədə 16 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, disk açıldıqda orada bir ədəd videofaylın olduğu görünür. Həmin videofayla baxış zamanı məlum olur ki, orada əks edilmiş görüntülər 14 sentyabr 2022-ci ildə saat 1:30-da qeydə alınır. Videogörüntüdən müəyyən edilir ki, Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı polis mayoru Azər Əliyev tərəfindən şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına baxış keçirilir. Həmin zaman mənzildə qeyd edilən şəxslərdən başqa Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X2, Yasamal RPİ-nin 28-ci PB-nin CA üzrə əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 oğlunun, eləcə də Təqsirləndirilən şəxs ilə birlikdə yaşayan Şahid5 və Şahid6 olduqları görünür. İlkin olaraq Şahid5 və Şahid6 təhqiqatçıya qaldıqları otağı göstərirlər, sonra isə iştirakçılar Təqsirləndirilən şəxs qaldığı otağa daxil olurlar. Bundan sonra Təqsirləndirilən şəxs qaldığı otaqda olan çarpayının altından bir ədəd çanta çıxarır və həmin çantanı açaraq paltarların altından 1 ədəd elektron tərəzi və üzərində “The new English dictionary” yazıları olan, açarla kilidlənən dəmir saxlanc qutusunu çıxarıb təqdim edir. Sonra isə təhqiqatçı tərəfindən həmin dəmir qutu çarpayının üzərində açılır və ona baxış keçirilir, qutunun içərisində 1 ədəd qara rəngli və 9 ədəd ağ rəngli sellofan bükümlər və içərisində ümumilikdə 29 ədəd həb olan 3 ədəd konvalyut aşkar olunur. Həmin bükümlər təhqiqatçı tərəfindən açılır və baxış keçirilir. Aşkar olunmuş 1 ədəd qara rəngli və 8 ədəd ağ rəngli sellofan bükümlərdə Təqsirləndirilən şəxs sözlərinə görə marixuana olan bitki mənşəli maddələrin, 1 ədəd ağ rəngli sellofan bükümdə isə Təqsirləndirilən şəxs sözlərinə görə heroin olan qəhvəyi rəngli tozşəkilli maddənin olduğu görünür. Aşkar olunmuş 29 ədəd həblərdən ibarət 3 ədəd konvalyutların üzərində “M40” yazıları əks olunmuşdur. Bundan sonra təhqiqatçı təfindən həmin maddələrin kimdən, hansı qiymətə və hansı məqsədlə əldə edildiyi soruşulur, Təqsirləndirilən şəxs isə bildirir ki, həmin maddələri şəxsi axtarış zamanı qeyd etdiyi xarici vətəndaşdan şəxsi istifadəsi və tanıdığı şəxslərə verməsi üçün 250 manata aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş 1 ədəd qara rəngli və 9 ədəd ağ rəngli sellofan bükümlər və içərisində ümumilikdə 29 ədəd həb olan 3 ədəd konvalyut əvvəlcə bir ədəd rəngli sellofan paketə qoyuldu, sonra isə ağ rəngli zərfə qablaşdırıldı, zərf möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzildə olan bütün otaqlara baxış keçirilir, lakin sübut əhəmiyyəti kəsb edən başqa hər hansı bir əşya və ya maddə aşkar olunmur (cild 1, iş vərəqə 158-159). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 sentyabr 2022-ci il tarixli 7/1034 saylı rəyində göstərilmişdir ki, Şahid3 götürülmüş 3 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,336 qram, 0,991 qram, 1,248 qram, ümumi təmiz çəkisi 3,575 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (Qeyd: marixuananın ümümi təmiz çəkisi 3,575 qram, tədqiqata sərf edildi 0,06 qram (hər obyektdən 0,02 qram), qalıq 3,515 qram, cild 1, iş vərəqə 88-89). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 sentyabr 2022-ci il tarixli 7/1035 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 3 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,982 qram, 1,108 qram, 0,894 qram, ümumi çəkisi 2,984 qram və yaşadığı mənzildə olan bir ədəd qara rəngli sellofan bükülüdə və 8 ədəd ağ rəngli sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 44,648 qram, 44,852 qram, 48,786 qram, 18,326 qram, 3,282 qram, 5,841 qram, 8,953 qram, 2,780 qram, 8,402 qram, ümumi çəkisi 185,87 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 188,854 qramdır. Təqdim edilmiş 1 ədəd elektron tərəzidə marixuananın hissəcikləri vardır. (Qeyd: marixuananın ümümi təmiz çəkisi 188,854 qram, tədqiqata sərf edildi 0,24 qram (hər obyektdən 0,02 qram) qalıq 188,614 qram, cild 1, iş vərəqə 73-75). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 sentyabr 2022-ci il tarixli 7/1102 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş 12 ədəd sellofan bükülülərdə və Şahid3 götürülmüş 3 ədəd kağız bükülülərdə olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər (Qeyd: marixuananın ümümi təmiz çəkisi 192,129 qram, tədqiqata sərf edildi 0,65 qram (hər obyektdən 0,05 qram) qalıq 191,479 qram, cild 2, iş vərəqə 29-30). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 sentyabr 2022-ci il tarixli 6/5188 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N2İ67” dairəvi möhür əksi və “..Saxlanılan şəxs: Əhmədov-imza, Müdafiəçi: R.Almuradov-imza, iştirakçılar-iki imza, tərtib etdi: A.Əliyevimza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə iki ədəd bükümlərdəki təmiz çəkiləri - 0,255 qram, -4,555 qram, ümumi təmiz çəkisi 4,810 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 3 ədəd üzərində “Methadone 40” əmtəə göstəriciləri olan konvalyutlarda içərisində ümumilikdə 29 ədəd qəhvəyi rəngli dairəvi formah həblər metadon tərkibi dərman preparatıdır və 29 ədəd həbin təsiredici maddəsinin ümumi miqdarı -1,16 qramdır; 1 ədəd elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir (Qeyd: heroinlərin ümümi təmiz çəkisi 4,810 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 4,710 qram, metadon 40 mg həb 29 ədəd, tədqiqata sərf edildi 2 ədəd, qalıq 27 ədəd cild 1 iş vərəqə 78-81). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 dekabr 2022-ci il tarixli 5/1574 saylı rəyində göstərilmişdir ki, 1. Təqdim edilmiş 1 ədəd sensor ekranlı “Android 10” əməliyyat sistemi ilə təchiz olunmuş “X22 8” markalı “M1908C3Jİ” modelli "**********13331, **********13349” “imei” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir, 2. Tədqiq olunan "X22 8” markalı "M1908C3Jİ” modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, "sms” mesajlar, audio, foto, video fayllar, "İnstagram” sosial şəbəkəsi, “Whatsapp”, “Facebook/Messenger”, "Teleqram” proqram təminatı vasitəsilə aparılmış məlumat mübadilələri və sairə) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olundu (cild 2, iş vərəqə 43-47). Cinayət işinin materiallarında olan “yaddaş daşıyıcısında olan məlumatlara baxış keçirilməsi ” barədə 21 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə keçirilmiş məhkəmə-kompüter texniki ekspertizası zamanı Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd "X22 8” markalı "M1908C3Jİ” modelli mobil telefon aparatının yaddaşmdakı məlumatların köçürüldüyü və həmin ekspertizanın xx.xx.2022-ci il tarixli 5/1574 saylı rəyi ilə birlikdə təqdim edilmiş 1 ədəd yaddaş daşıyıcısına baxış zamanı müəyyən edilmişdir ki, ekspertiza tərəfindən təqdim edilmiş yaddaş daşyıcısmda mobil telefonun yaddaşında olan audio, video və digər faylların olduğu ayrı-ayrı qovluqların olduğu görünür. Qovluqlardakı fayllara baxış keçirilərkən orada olan "Audio” adlanan qovluqdakı səsyazmalann arasında Təqsirləndirilən şəxs ünvanlanmış, narkotik vasitələrin müxtəlif şəxslər tərəfindən sonuncudan əldə edilməsi ilə bağlı səs mesajlarının olması görünür. Həmin səs fayllarmm sayı çox olduğundan və faylm adı mürəkkəb olduğundan texniki cəhətdən protokola qeyd etmək mümkün olmamışdır. Qovluqda olan “İmages” qovluğundakı foto fayllarından narkotik vasitələrə bənzər kütlələrin müxtəlif bükümlərə bölünməsi, bükümlərin üzərində həmin maddələrinin çəkilərinə işarə edən yazıların yazılması, eləcə də bükümlərin müxtəlif yerlərə qoyulması görünür. Yaddaş daşıyıcısında olan "Whatsapp” adlanan qovluqdan görünür ki, orada "Chats” adlanan qovluq var. Həmin qovluqlara baxış keçirilərkən görünür ki, qovluqlarda müxtəlif foto və videofayllar mövcuddur. Həmin videofayllarda narkotik vasitələrə bənzər kütlələrin müxtəlif bükümlərə bölünməsi, bükümlərin üzərində həmin maddələrinin çəkilərinə işarə edən yazıların yazılması, eləcə də bükümlərin müxtəlif' yerlərə qoyulması görünür (cild 2, iş vərəqə 48) Cinayət işinin materiallarında olan “mobil telefon aparatında olan məlumatlara baxış keçirilməsi” barədə 15 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, İstintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Xiaomi” markalı mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, həmin telefonda ***-***-**-** saylı nömrə altında istifadə olunan “WhatsApp” mobil tətbiq vardır. Həmin mobil tətbiq açıldıqda görünür ki, orada müxtəlif şəxslərlə yazışmalar mövcuddur. Yazışmalara baxış keçirilən zaman ***-***-**-** saylı mobil nömrənin istifadəçisi ilə ***-***-**-**, 051-929- 09-29, ***-***-**-**, ***-***-**-**, ***-***- **-**, ***-***-**-**, ***-***-**-**, 055- 782-02-63, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***- **-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, 070-346- 45- 46, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**- **, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin istifadəçiləri arasında narkotik vasitələrin alqı-satqısı mövzusunda danışıqların olduğu görünür. Həmin yazışmalarda “patı”, “tema”, “kakos” və “ot” kimi narkotik vasitələri xarakterizə edən jarqon sözlərin, onların çəkilərinin və qiymətlərinin qeyd edilməsi, narkotik vasitələrə bənzər maddələrin şəkillərinin və eləcə də onların elektron tərəzidə çəkilmiş vəziyyətdə olan şəkillərinin, narkotik vasitəni əldə etmək üçün pul köçürülməli olan bank kartı şəkilinin və yaxud nömrəsinin, həmçinin narkotik vasitələrin gizlədildiyi yerlərin şəkillərinin ***-***-**-** saylı mobil nömrədən digər istifadəçilərə göndərilməsi də buna dəlalət edir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, 077-306-94- 67 saylı mobil nömrə altında “WhatsApp” mobil tətbiqini özü şəxsən istifadə edirdi, yuxarıda qeyd edilən mobil nömrə istifadəçilərinin əksəriyyətini tanıyır, bəzi mobil nömrələrin tanış gəlmədiyini qeyd etdi. Yazışmalara münasibət bildirərkən Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən nömrələrin istifadəçilərinə narkotik vasitələr satdığını, bəzi hallarda isə pay kimi verdiyini qeyd etmişdir. Bundan əlavə, mobil tətbiqdə +**********23, +**********23, +**********18, +**********88, +98********** ,+**********05 və +**********14 saylı xarici mobil nömrələrlə yazışmaların olduğu görünür. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin mobil nömrələr İran vətəndaşlarına məxsusdur və həmin nömrələr vasitəsi ilə həmin şəxslər onunla əlaqə yaradaraq narkotik vasitələri gizlətdiyi yerlərin koordinatlarını və şəkillərini ona ötürürmüşlər. Mobil telefon aparatında olan digər sosial şəbəkələrin mobil tətbiqlərinə və sms mesajları bölümünə baxış zamanı iş üçün əhəmiyyətli yazışmalar aşkar olunmamışdır (cild 1, iş vərəqə 139-140). Cinayət işinin materiallarında olan “CD disk üzrə məlumatlara baxış keçirilməsi ” barədə 15 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, İstintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə dair "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD diskin yaddaşında əks edilmiş anten məlumatlara, sms mətnləri və telefon zənglərinə baxış keçirilmişdir. Həmin CD diskdə “703069467” saylı mobil nömrəyə dair xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək olan zəng və sms məlumatları əks edilmişdir. Həmin mobil nömrəyə dair sms tarixçəsindən görünür ki, 21,08.2022-ci il tarixdə həmin mobil nömrəyə “**********25” saylı nömrədən həmin nömrəyə “Qaqa menem cavid daniwa bilmirem ne xeber var alinir ya yox?” mətnli sms göndərilmişdir. xx.xx.2022-ci il tarixdə “**********” saylı nömrədən “**********18” saylı nömrəyə “Saat 11 oldu niye elaqeye cixmirsiz brat?” mətnli sms göndərilmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək “**********” saylı nömrədən “**********82” saylı nömrəyə “**********485345” mətnli, “Terxan zeng catmir qardasm”, “Sam agacin dibi”, “Qaqa bu evvelkilrrdrn deil.tezelerdendi.2side eyniydi”, “Demisem qoyublar Hemiseki yere” mətnli mesajlar və internet ayarlarını aktiv edilməsi ilə bağlı sms mətni göndərilmişdir (cild 2, iş vərəqə 21). Cinayət işinin materiallarında olan “disk üzrə bank məlumatlarına baxış keçirilməsi” barədə 24 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, İstintaq zamanı "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixli HTİD/7626 nömrəli məktub ilə daxil olmuş yaddaşında Təqsirləndirilən şəxs adma olan 4098-5844-5048-5345 saylı plastik kart üzrə bank hesabından çıxarışları olan 1 ədəd diskə baxış keçirilərkən müəyyən olundu ki, diskdə 1 ədəd “409858PGCKYJ5345” adlanan “Microsoft Excel” formatlı fayl var. “Customer İnfo” adlanan səhifədə “Müştəri məlumatları: Təqsirləndirilən şəxs”, “Doğum tarixi: 2.12.1997-ci il”, “Kartın pseudopanı: 409858PGCKYJ5345” kimi yazılar qeyd edilmişdir. “Unibank mobile cardtocard” səhifəsindən görünür ki, həmin bank hesabından çıxarışlar ümumilikdə 2 vərəqdən ibarətdir. Çıxarışlardan görünür ki, 1.07.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək müddət ərzində 4098-5844-5048-5345 saylı plastik kartın hesabına, eləcə də həmin kartına hesabından digər plastik kart hesablarına müxtəlif məbləğlərdə pul vəsaitləri köçürülmüşdür. Həmin pul köçürmə əməliyyatlarından görünür ki, xx.xx.2022-ci il tarixdə saat 20:03-də 4098-5844-5048-5345 saylı plastik kartın hesabından "xxxx" ASC-yə məxsus 417358******9992 saylı plastik kartın hesabına 250 manat məbləğində pul vəsaitləri köçürülmüşdür (cild 1, iş vərəqə 245-246). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsi Ambulator X1 21 dekabr 2022-ci il tarixli 7032 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Lakin hal-hazırda absistensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 2, iş vərəqə 38-39). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 28 dekabr 2022-ci il tarixli 3149 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-mn 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 41-42). Cinayət işinin materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 16 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal RPİ-nin əməliyyat müvəkilləri tərəfindən təzyiqə məruz qalması və bədənində olan qançır izlərinin polis əməkdaşları tərəfindən yaranmasına dair göstərdiyi xüsusatlar öz təsdiqini tapmamış və toplanmış materialda hər hansı bir şəxsin əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir (cild 3). Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi barədə ” 6 mart 2023-cü il və “maddi sübut kimi tanınması haqqında” 18 oktyabr 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 4,810 qram təşkil edən bir ədəd bükümdə 0,255 qram narkotik vasitə heroin və bir ədəd bükümdə 4,555 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla ekspert tədqiqatı nəticəsində qalıq qalmış 4,710 qram heroin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, təsiredici maddəsinin ümumi miqdarı 1,16 qram olan 29 ədəd həbdə narkotik vasitə hesab edilən metadon tərkibli dərman preparatları maddi sübut kimi tanınmaqla ekspert tədqiqatı nəticəsində qalıq qalmış 27 ədəd həbdən ibarət narkotik vasitə olan metadon tərkibli preparatlar maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ümumi təmiz çəkisi 188,854 qram təşkil edən bir ədəd bükümdə 0,982 qram, bir ədəd bükümdə 1,108 qram, bir ədəd bükümdə 0,894 qram, bir ədəd bükümdə 44,648 qram, bir ədəd bükümdə 44,852 qram, bir ədəd bükümdə 48,786 qram, bir ədəd bükümdə 18,326 qram, bir ədəd bükümdə 3,282 qram, bir ədəd bükümdə 5,841 qram, bir ədəd bükümdə 8,953 qram, bir ədəd bükümdə 2,780 qram, bir ədəd bükümdə 8,402 qram narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi, eləcə də Şahid3 götürülmüş ümumi təmiz çəkisi 3,575 qram olan bir ədəd bükümdə 1,336 qram, bir ədəd bükümdə 0,991 qram və bir ədəd bükümdə 1,248 qram olan narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmaqla ekspert tədqiqatı nəticəsində qalıq qalmış ümumi çəkisi 191,479 qram qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs götürülmüş sonuncuya məxsus “X22 8” markalı “M1908C3Jİ” modelli "**********13331, **********13349” "imei” kodlu mobil smartfon və 4098-5844-5048-5345 saylı “Leobank” plastik kartı saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasına təhvil verilmiş, şəxsi axtarış və baxış keçirilərkən qeydə alınmış videogörüntülər köçürülmüş 3 ədəd DVD disk, "xxxx" MMC-dən əldə edilmiş 1 ədəd yaddaşında anten məlumatlar olan CD disk, "xxxx" ASC-dən əldə edilmiş yaddaşında bank məlumatları olan 1 ədəd CD-R disk və Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Xiaomi” markalı mobil telefonun yaddaşından məhkəmə-kompüter texniki ekspertizası zamanı götürülmüş məlumatların köçürüldüyü 1 ədəd yaddaş daşıyıcısı maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqə 242-244 və cild 2, iş vərəqə 162-190). Məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı öz çıxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə irəli sürülmüş ittihamdan bəraətverici əsasla (cinayət hadisəsi olmaması) imtina etmişdir. Dövlət ittihamçısı müraciətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə ittiham irəli sürülsə də, qeyd edilən ittihamla bağlı cinayət hadisəsinin baş verməsi sübuta yetirilməmişdir. Bunlar eynilə xüsusi ittiham qaydasında şikayətlər üzrə materiallara baxılarkən xüsusi ittihamçının ittihamdan imtina etməsinə də aiddir. Xüsusi ittihamçının qanunda göstərilən əsasa istinad etmədən ittihamdan imtina etməsi cinayət təqibinə cinayət hadisəsinin olmaması kimi bəraətverici əsasla xitam verilməsi haqqında qərarın çıxarılması üçün əsas kimi nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Cinayət-Prosessual Məcəllənin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Həmin Məcəllənin cinayət təqibinə xitam verilməsi qaydasından bəhs edən 41-ci maddəsinin 3-cü bəndində qeyd olunur ki, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 41.5-ci maddəsinə görə məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən bəraətverici əsasları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və dövlət ittihamçısı, xüsusi ittihamçı cinayət təqibindən imtina etmədiyi hallarda bəraət hökmü çıxarır. Məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır (CPM-nin 43.1, 43.1.1-ci maddələri). Cinayət-Prosessual Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. Məhkəmə qeyd edilənləri məcmu halda nəzərə alaraq hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə elan edilmiş ittihamdan məhkəmə baxışı zamanı imtina edən dövlət ittihamçısının mövqeyini Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü və 314.2-cü maddələrinin tələblərinə uyğun hesab edir və bu səbəbdən də belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə dövlət ittihamçısının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə əlaqədar ittihamdan imtina etməsi (hissəvi imtina) nəzərə alınmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 213). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 48). Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 13 sentyabr 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 131-135). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələblərinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 13 sentyabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 388 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs və Şahid3 aşkar olunmuş və tədqiqatdan sonra ümumi qalıq çəkisi 191,479 qram olan narkotik vasitə marixuana, Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 4,710 qram olan narkotik vasitə heroin, qalıq sayısı 27 ədəd həbdən ibarət narkotik vasitə olan metadon və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -Təqsirləndirilən şəxs aşkar olunmuş “X22 8” markalı mobil telefon və 4098-5844- 5048-5345 nömrəli “Leobank” plastik kartı hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına təhvil verilməli, -3 ədəd DVD-R disk, 1 ədəd CD disk, 1 ədəd CD-R disk və 1 ədəd yaddaş daşıyıcısı cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı dövlət ittihamçısı ittihamdan imtina etdiyindən həmin maddə üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 13 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 388 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs və Şahid3 aşkar olunmuş və tədqiqatdan sonra ümumi qalıq çəkisi 191,479 qram olan narkotik vasitə marixuana, Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 4,710 qram olan narkotik vasitə heroin, qalıq sayısı 27 ədəd həbdən ibarət narkotik vasitə olan metadon və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -Təqsirləndirilən şəxs aşkar olunmuş “X22 8” markalı mobil telefon və 4098-5844- 5048-5345 nömrəli “Leobank” plastik kartı hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına təhvil verilsin, -3 ədəd DVD-R disk, 1 ədəd CD disk, 1 ədəd CD-R disk və 1 ədəd yaddaş daşıyıcısı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar