Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-240/2025 19.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X12 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X4, X5, X1 qızının və X6, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil bürosunun vəkili X7 iştirakları ilə, xx xxxxxxx 1990-cı ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nvanında yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib, saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,449 qram çəkidə narkotik vasitə olan heroini əldə edib, özündə saxlamaqla daşımış, Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, 17 oktyabr 2023-cü il tarixdə saat 17:45-də ünvan 3 ünvanının qarşısında saxlanılaraq, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında yerləşən Nəsimi rayon Polis İdarəsinə gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının cibindən 1(bir) ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş təmiz çəkisi 2,449 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, onun narkotik vasitələrdən istifadə etməyini polislər bilmiş və onu saxlamışlar. Polislər özlərini təqdim etdikdən sonra onu idarəyə aparmışlar. Nəsimi RPİ-də Səməd müəllim ona narkotik vasitənin ona məxsus olduğunu bildirməsini demişdir. Polislər ona narkotik vasitəni çəkmə ilə bağlı ittiham irəli sürəcəklərini demişlər. O da videoçəkiliş zamanı polislərin ona dediklərini etmişdir. Ona narkotik vasitəni vermişlər, o da həmin narkotik vasitəni cibinə qoymşdur. Videoçəkiliş zamanı həmin narkotik vasitəni cibindən çıxarıb masanın üzərinə qoymuşdur. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulan zaman üzərində heç bir narkotik vasitə olmadığını, əvvəllər bir dəfə tutulduğunu, ona bu işlə məşğul olmamağı barədə xəbərdarlıq etdiklərini, əvvəllər narkoman olduğunu, lakin mütəmadi istifadə etmədiyini, “şüşə” adlı narkotik vasitədən istifadə etdiyini, narkotiki 10 manata “Kubinka” adlanan ərazidə qaraçılardan aldığını bildirdi. Bununla yanaşı, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmuş ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, təxminən 12 ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. İstifadə etdiyi narkotik vasitəni tanımadığı şəxslərdən alıb, falqada yandıraraq tüstüsünü qəbul edir. Narkotik vasitəni Bakı şəhərinin müxtəlif ərazilərindən, çox vaxt isə Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində tanımadığı şəxslərdən alır. Sonuncu dəfə 17 oktyabr 2023-cü il tarixdə təxminən səhər saat 08 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində olan zaman Yasir adlı şəxs onu görərək narkotik vasitə almaq üçün ora gəldiyini bilib ona yaxınlaşmışdır. Bir qədər söhbət etdikdən sonra Yasir ondan narkotik vasitə istəyib-istəmədiyini soruşmuş, o, Yasirə narkotik vasitə olan heroin istədiyini bildirmişdir. Yasirdən əvvəllər də narkotik vasitə olan heroin aldığı üçün 1 bükümünü 10 manata satdığını bilirmiş. Həmişəki kimi Yasir ilə heroinin 1 bükümünü 10 manata razılaşmış, Yasir 10 manat pulu ondan götürərək oradan uzaqlaşmış, təxminən 5- 6 dəqiqə sonra onun olduğu yerə gələrək söz verdiyi kimi qızılı rəngli siqaret kağızına bükülmüş, içərisində narkotik vasitə heroin olan 1 ədəd bükümü ona verib, oradan uzaqlaşmışdır. O, həmin bükümü götürərək yaşadığı ünvan 2nvanına qayıtmışdır. Həmin narkotik vasitənin üzərindən az miqdarda istifadə edərək mütəmadi olaraq üzərində gəzdirirmiş ki, bədənində ağrı hiss edən zaman istifadə etsin. Həmin gün saat 17:45-də üzərində narkotik vasitə ilə ünvan 3 ünvanının yaxınlığında olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq kim olduğunu soruşmuş, o, şəxsiyyəti barədə məlumat verən zaman həmin şəxslər xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Nəsimi RPİ-yə dəvət etmişlər. Bu zaman polis əməkdaşları yaxınlıqda əlavə 2 nəfər şəxsə də yaxınlaşmışlar. Həmin şəxslər adları ona sonradan məlum olan Şahid5 və Şahid6 olmuşlar. Daha sonra hər üçü Nəsimi RPİ-yə getmişlər. Nəsimi RPİ-də xidməti otaqların birində Şahid5, Şahid6 və ona hüquqları izah edildikdən sonra təhqiqatçının, polis əməkdaşlarının, mütəxəssisin, vəkillərin iştirakı ilə üzərlərində axtarış aparılmışdır. Əvvəlcə axtarış Şahid5 üzərində həyata keçirmişdir. Növbəti axtarış onun üzərində həyata keçirilmişdir. Axtarış zamanı ona təklif edilmişdir ki, üzərində olan əşyaları masanın üzərinə qoysun. O, əynindəki açıq göy rəngli cins şalvarın sol yan cibindən 17 oktyabr 2023-cü il tarixdə təxminən səhər saat 08 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində olan zaman tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığı 1 ədəd qızılı zəngli siqaret kağızına bükülmüş vəziyyətdə olan narkotik vasitə heroni təqdim etmişdir. Bükümün içərisində nə olduğu ondan soruşulan zaman isə bükümün içərisindəki maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Polis əməkdaşları ondan həmin narkotik vasitəni haradan, kimdən, nə məqsədlə əldə etdiyini soruşmuşlar. O, həmin narkotik vasitəni 17 oktyabr 2023-cü il tarixdə təxminən səhər saat 08 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində olan zaman tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra isə təqdim etdiyi narkotik vasitə zərfə qoyularaq zərfin üzəri möhürlənmiş, iştirakçılar və onun tərəfindən imzalanmışdır. Daha sonra isə Şahid6 üzərində axtarış aparılmışdır. Axtarış bitdikdən sonra videoçəkiliş dayandırılmış və üzərlərində axtarışın aparıldığı videogörüntü iştirakçılara nümayiş etdirilmiş və bu barədə protokol tərtib edilmişdir. Daha sonra yenidən videoçəkiliş ilə tərtib edilən protokol iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 86-89). Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid4 ifadəsində göstərdi ki, 17 oktyabr 2023-cü ildə Nəsimi RPİ-nin Narkotiklərlə Mübarizəsi bölməsinin baş əməliyyat müvəkkili Şahid1, Nəsimi rayonu ərazisində Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Dərhal əməliyyat qrupu yaradılmış və baş əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkili Şahid2, kiçik inspektor Emil Səfərli və ondan ibarət tərkibdə əməliyyat qrupu həmin əraziyə yollanmışlar. Onlar Təqsirləndirilən şəxs adlı şəxsi müəyyən edərək, ona özlərini təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini bildirərək, özləri ilə birlikdə idarəyə dəvət etmişlər. İdarədə şübhəli şəxsin üzərinə inzibati otaqların birində videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərindən narkotik maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs ilkin ifadəsində narkotik maddəni tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid4 Təqsirləndirilən şəxs üzərindən 01 büküm narkotik maddə aşkar olunduğunu, şübhəli şəxsin narkotiki haradan və necə əldə etməsi barədə suala verdiyi cavabı hazırda xatırlamadığını, aşkar olunan narkotik maddənin heroin, çəkisinin 2 qram olduğunu, təqsirləndirilən şəxsə qarşı hər hansı formada təzyiq, döyülmə faktı və sair baş vermədiyini, əməliyyatda iştirak etdiyini, narkotik maddənin təqsirləndirilən şəxsin cibindən aşkar olunduğunu, təqsirləndirilən şəxsə narkotik maddə vermədiklərini, təqsirləndirilən şəxsi hər hansı hərəkət və yaxud hərəkətsizliyə məcbur etmədiklərini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid3 və Şahid2 eyni məzmunlu ifadələr verərək Şahid4 göstərdiklərini tam təsdiq etdilər. İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmuş ifadəsində digər polis əməkdaşı Şahid1 Əbülfəz oğlu göstərmişdir ki, 17 oktyabr 2023-ci il tarixdə Nəsimi RPİ-də xidmətdə olan zaman “Vahid”, “Elmar” və “Turxan" adlı şəxslərin narkotik vasitələrin saxlanılmasında, gəzdirilməsində, istifadə edilməsində və satılmasında şübhəli olmaları barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat rəhbərliyə məruzə edildikdən sonra onun, Nəsimi RPİ-nin NMB-nin kiçik inspektoru Şahid3, əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid4 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra “Vahid”, “Elmar” və “Turxan" adlı şəxsləri cinayət törədərkən ifşa etmək məqsədilə ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə tərəfindən qərar qəbul edilmişdir. Həmin gün əməliyyat qrupu ilə birlikdə Nəsimi rayonunda müşahidələr aparmağa başlamışlar. Müşahidələr zamanı “Vahid ”, “Elmar” və “Turxan" adlı şəxslərin ünvan 3 ünvanının qarşısında üzərlərində narkotik vasitə ilə birlikdə dayandıqları barədə yenidən əməliyyat məlumatı daxil olmuşdur. 17 oktyabr 2023-ci il tarixdə saat 17:45-də ünvan 3 ünvanın yaxınlığında olan zaman o və kiçik inspektor Şahid3, əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid4, “Vahid ”, “Elmar” və “Turxan" adlı şəxslərə yaxınlaşıb onlara özlərini təqdim etdikdən sonra, həmin şəxslərdən özlərini təqdim etmələrini istəmişlər. Özlərini təqdim etdikdən sonra məlum olmuşdur ki, həmin şəxslər Şahid5, Şahid6 və Təqsirləndirilən şəxsdur. Daha sonra Şahid5, Şahid6 və Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişlər, Nəsimi RPİ-yə dəvət etmişlər, həmin şəxslər onlarla birlikdə Nəsimi RPİ-yə gəlmişdir. Bundan sonra polis idarəsində təhqiqatçı polis mayoru Saleh Salehzadə tərəfindən Şahid5, Şahid6 və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Polis əməkdaşları, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkililəri X15, X8, X13 və onun iştirakı ilə Şahid5, Şahid6 və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməyə başlanmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təhqiqatçı Saleh Salehzadə tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya(lar) yaxud hər hansı predmet varsa könüllü təqdim etməyi təklif etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki açıq göy rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü masanın üzərinə qoyaraq təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində təhqiqatçı polis mayoru Saleh Salehzadə tərəfindən şəxsi axtarış həyata keçirilmiş, sonuncunun üzərindən heç bir əşya və yaxud predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs siqaretin qızılı rəngli kağızına bükülmüş bükümün içərisində olan maddənin narkotik vasitə olan heroin olduğunu, narkotik vasitə istifadə etdiyini, həmin narkotik vasitəni 17 oktyabr 2023-cü il tarixdə təxminən səhər saat 08 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində olan zaman tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra isə həmin büküm iştirakçıların qarşısında zərfə qoyularaq qablaşdırılmış və imzalanmışdır (cild 1, iş vərəqi 144-146). Məhkəmədə şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, o, Turxan adlı şəxsi tanımır. Bununla yanaşı, ibtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmuş ifadəsində X11 göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 120 ünvanında qeydiyyatda olmaqla yaşayır. 17 oktyabr 2023-cü il tarixdə saat 17:45-də Bakı şəhəri, Nəsimi rayonu, A ünvan 6 ünvanının yaxınlığında piyada hərəkətdə olduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşmış, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını demişlər və ondan özünü təqdim etməyi xahiş etmişlər. O, Şahid5 olduğunu demişdir. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib və onu barəsində təxirə salınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərarla tanış etmişdirlər. Sonra saxlanıldığı yerdə müvafiq sənədləşmə işləri aparılması mümkün olmadığı üçün onu Nəsimi RPİ-yə dəvət etmişlər. Nəsimi RPİ-nin inzibati binasında hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəruriliyi ona izah edilmişdir. Ondan vəkilinin olub-olmadığı və ya öz hesabına vəkil dəvət etmək istəyib-istəmədiyini soruşmuşlar. O, dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Ona 5 saylı və 14 saylı Vəkil bürolarının vəkillərinin adlı siyahıları təqdim edilmişdir. O, hüquqlarının 14 saylı Vəkil bürosunun vəkili X15 tərəfindən müdafiə edilməsini istəmiş və bu barədə müvafiq ərizə yazmışdır. Vəkili X15 gəldikdən sonra onunla konfidensial görüşü polis əməkdaşları tərəfindən təmin edilmişdir. Sonra vəkili X9 iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ilk öncə ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməyi təklif edilmişdir. O, əynində olan qara rəngli uzunqol gödəkçənin sol yan cibindən 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümü çıxarmış, masanın üzərinə qoyaraq təqdim etmişdir. Sonra polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış davam etdirilmiş və qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Verilən sualara cavab olaraq o, həmin bükümün içərisində olan kütlənin narkotik vasitə heroin olduğunu, həmin kütləni 17 oktyabr 2023-cü il tarixdə, saat 06 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Elmlər mertostansiyası” adlandırılan ərazidə tanımadığı şəxsdən 5 (beş) manat müqabilində aldığını, öz şəxsi istifadəsi üçün üzərində daşıdığını demişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs və Şahid6 tanımadığını, həmin şəxsləri ilk dəfə gördüyünü adlarını isə polis idarəsində öyrəndiyini demişdir (cild 1, iş vərəqi 104-106). Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 eyni məzmunlu ifadə verərək X3 göstərdiklərini tam təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, ünvan 7 ünvanın qarşısında “Vahid”, “Turxan”, “Elmar” adlı şəxslərin narkotik vasitələrin əldə etməsi, saxlaması, gəzdirməsi, isdifadə etməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 3). - təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, “Vahid”, “Turxan” və “Elmar” adlı şəxslərin müəyyən edilməsi, ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, ünvan 8 ünvanın qarşısında narkotik maddələrin əldə etməsi, saxlaması, gəzdirməsi, istifadə etməsi və satması barədə daxil olmuş məlumata əsasən “Vahid”, “Turxan” və “Elmar” adlı şəxslərin cinayət əməlinin ifşa olunması məqsədi ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 17:45 radələrində saxlanılmış və sonradan şəxsiyyətləri məlum olan xx.xx.1993-cü il tarixdə ünvan 9 ünvanda qeydiyyatla yaşayan, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə məhkum olunmuş Şahid5, xx.xx.1990-cı il tarixdə ünvan 10 ünvanda qeydiyyatda olan, ünvan 11vəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 178.1-ci maddələri ilə məhkum olunmuş Təqsirləndirilən şəxs və xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 12 ünvanda qeydiyyatda olan, Səbail rayonu, 20 Sahə, Yeni yaşayış massivində yaşayan, əvvələr məhkum olunmayan Şahid6 Nəsimi rayonu, A.Qurbanov küçəsi 25 saylı ünvanın qarşısında saxlanılaraq saat 18:00-də Nəsimi RPİ-yə gətirilmişlər (cild 1, iş vərəqi 8). - şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında, habelə bədənində ola biləcək əşyaları təqdim etmək təklif edilmiş və bundan sonra o, əynindəki mavi rəngli cins şalvarının sol yan cibindən 01 ədəd siqaretin qızılı kağızına bükülmüş büküm çıxararaq masanın üzərinə qoymuş, sonra əyninə geyindiyi paltarların ciblərinə və digər yerlərinə baxılmış və hər hansı bir əşya aşkar edilməmişdir. Sonra onun şalvarın sol yan cibindən çıxartdığı 01 ədəd siqaretin qızılı kağızına bükülmüş bükümə baxış keçirilmiş və həmin bükümün içərisində olan maddənin narkotik maddəyə bənzədiyi məlum olmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin 01 ədəd siqaretin qızılı kağızına bükülmüş bükümü nə zaman və haradan aldığını və içərisində nə maddə olduğunu soruşduqda o, 01 ədəd siqaretin qızılı kağızına bükülmüş bükümü xx.xx.2023-cü il tarixdə səhər saatlarında "Günəşli" adlanan ərazidən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata aldığını və bükümün içərisində heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilən narkotik maddəyə bənzər 01 ədəd siqaretin qızılı kağızına bükülmüş büküm ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Habelə şübhəli şəxs Təqsirləndirilən şəxs onu İdarəyə gətirilən zaman hər hansı bir zora və ya təhqirə məruz qalması soruşulduqda o, heç bir zora məruz qalmadığını, təhqir olunmadığını və bu barədə heç kimdən şikayətinin və ya tələbinin olmadığını bildirmişdir (cild 1, iş vərəqi 46-50). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/5555 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N189” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd büküm saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzaları olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 2,449 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 55-58). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (cild 1, iş vərəqi 72). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”nın xx.xx.2023-cü il tarixli, 14018 nömrəli məktubundan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2018-xx.xx.2018-ci il tarixdə yuxarıda adı göstərilən xəstəxanada stasionar müayinədə olub. Diaqnoz: "Mülayim dərəcədə ifadə olunmuş nevrasteniya, özünü kəsmələrlə" (cild 1, iş vərəqi 115). - təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs Raif oğlu barəsində axtarış elan edilmişdir (cild 1, iş vərəqi 118). - könüllü gəlmə barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs həmin gün Nəsimi RPİ-nin İstintaq şöbəsinə gələrək bildirmişdir ki, istifadəsində olan telefon əlindən yerə düşərək sındığından, başqa telefon işlətməyə maddi imkanı olmadığından istifadəsində olan mobil nömrənin sönülü olması üzündən onunla əlaqə yaradılması mümkün olmamış, ona görə istintaq orqanına gələ bilməmişdir. Bu gün Polis idarəsinə çağırıldığından ona anası tərəfindən məlumat verildiyi üçün Nəsimi RPİ-nin İstintaq şöbəsinə gəlmişdir (cild 1, iş vərəqi 125). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2024-cü il tarixli, 27 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 128-129). - maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 bükümdə təmiz çəkisi 2,449 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı qalıq çəkisi 2,399 qram narkotik vasitə heroin saxlanması üçün Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir (cild 1, iş vərəqi 152, 154). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 14 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 155-157). - Nəsimi RPİ-nin 21-ci Polis şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs 22 yanvar 2024-cü il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya xəstəxanasında müalicə alır (cild 1, iş vərəqi 162). - cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi narkotik vasitə olan heroinin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işindən material ayrılmaqla Nəsimi RPİ-nin 21-cl Polis şöbəsinə göndərilmişdir (cild 1, iş vərəqi 163-169). - məhkəmənin sorğusuna Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının verdiyi xx.xx.2024-cü il tarixli, 13028 nömrəli cavab məktubundan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 9 saylı TTY-la "Kəskin polimorf psixotik pozuntu" diaqnozu ilə yuxarıda adı göstərilən xəstəxanaya qəbul olunub. Qəbul olunan zaman vəziyyəti narahat olub, özünə və tibb işçilərinə xəsarət yetirib, heç kimi tanımayıb (hətta valideynlərini belə), çoxsaylı sayıqlama fikirləri bildirib. Müalicə aldığı müddətdə şöbənin rejiminə tabe olmur, dəfələrlə özünə xəsarət yetirir, şüşə sındırır, başını tez-tez qapıya, divara vurur, siqaretlə bədənini yandırır. Bu səbəblərdən hal-hazıra kimi yuxarıda adı göstərilən xəstəxanada müalicədədir. xx.xx.2024-cü il tarixdə "Nevrosteniya, emosional-iradi pozuntularla, konnabioidlərin qəbulu ilə fəsadlaşmış və çoxsaylı özünükəsmələrlə" diaqnozu qoyulmuşdur. Hal-hazırda vəziyyəti kafidir (cild 2, iş vərəqi 71). - məhkəmənin təyini əsasında keçirilmiş təkrar komisyon stasionar məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 206 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkməmiş, Təqsirləndirilən şəxs hal-hazırda “Mülayim dərəcədə ifadə olunmuş nevrasteniya” müəyyən edilir, yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkmədiyindən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyəti ilə əlaqədar onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur (cild 2, iş vərəqi 80- 85). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 800 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Təqsirləndirilən şəxs polislər tərəfindən saxlanılarkən üzərində ümumiyyətlə narkotik vasitə olmaması, polislərin onu döyərək ona narkotik vasitə vermələri, onun həmin narkotiki cibinə qoyması və videoçəkiliş zamanı həmin narkotik vasitəni cibindən çıxarıb masanın üzərinə qoyması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, polis şöbəsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynindəki şalvarının cibindən 01 ədəd siqaretin qızılı kağızına bükülmüş heroini çıxararaq masanın üzərinə qoymaqla təqdim etmiş, şifahi sorğu zamanı o, həmin narkotiki 17 oktyabr 2023-cü il tarixdə səhər saatlarında "Günəşli" adlanan ərazidən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Şəxsi axtarışın nəticəsinə dair protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs, onun müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli şəxs və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə ifadələr verərkən üzərindən aşkar edilmiş narkotikin özünə aid olduğunu etiraf etmişdir. Lakin məhkəmədə heç bir dəlil gətirmədən həmin ifadəsini dəyişdirmişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs hər hansı fiziki təzyiq olunubolunmamasını yoxlamaq məqsədilə, məhkəmənin müvafiq sorğusu əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində müvafiq araşdırma aparılmış, araşdırma zamanı onun, Nəsimi rayon Polis İdarəsinin əməkdaşlarının izahatları alınmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs, barəsində məhkəmə-tibbi ekspertizası təyin edilməsindən və məhkəmə-tibbi müayinədən keçməkdən imtina etmişdir. Araşdırma nəticəsində prokurorluq Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalması müəyyən edilmədiyinə dair nəticəyə gəlmiş və bu səbəbdən toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən döyülməsi və təzyiqlərə məruz qalması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli Amnistiya qərarının 1.1-ci bəndinə əsasən cəzasını çəkməkdən azad edilmişdir (cild 1, iş vərəqi 148-150). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayətə görə cəzadan azad edildiyi gündən iki il keçdiyinə görə, məhkəmə onu məhkumluğu olmayan şəxs hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və prokurorun və müstəntiqin qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin rədd edilməsi haqqında prokurorun 19 oktyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti rədd edilmiş, o, Müvəqqəti Saxlama yerindən azad edilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 24-25, 96-97, 98-100). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına yerləşdirilməlidir. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində tutulduğu üç gün ona təyin ediləcək cəzadan çıxılmalı və cəza çəkməsinin başlanğıcı hökmün elan olunduğu gündən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,399 qram çəkidə narkotik vasitə heroin məhv edilməlidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 3 (üç) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi 19 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,399 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Aygün Qurbanova Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-240/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-240/2025
19.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver