Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-241/2021 21.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokurorları Dövlət ittihamçısı və X15 müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1995-ci il avqustun 12-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.2.1.-ci, 180.2.2.-ci, 180.2.4.-cü, 181.2.1.-ci, 181.2.2.-ci, 181.2.5-ci, 182.2.1.-ci və 182.2.2.-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı dövrdə, yəni
1. 2011-ci il sentyabr ayının sonlarında özgənin əmlakını ələ keçirmə məqsədi ilə Rusiya Federasiyası, Samara şəhəri, Yunıye Pionerı prospekti ilə Sovetskaya küçəsinin kəsişməsində yerləşən «Trudovaya Slava» parkında piyada hərəkət edən yetkinlik yaşına çatmayan 1996-cı il 23 mart təvəllüdlü Zərərçəkmiş şəxs4 qarşısını kəsib hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək bir nəfərin sonuncu ilə danışmaq istədiyini və qiymətli bir əşyasını həmin şəxsə verməli olduğunu, əks halda oradaca Zərərçəkmiş şəxs4ı güllə ilə vuracağını bildirməklə özündə tapança olmasına inandırmaq üçün əllərini cibində saxlamış, sonuncunun göstərilən dövrün məzənnəsi ilə 116 manat təşkil edən 4.640 rubl qiymətində «Nokia 5230» markalı mobil telefonunu ələ keçirib cihazın sahibi olan Zərərçəkmiş şəxs4 atası Zərərçəkmiş şəxs3 qeyd edilən məbləğdə maddi ziyan vuraraq quldurluq etmişdir. Bundan başqa verilən ittihama əsasən Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı dövrdə təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında
2. tanışları Şahid4 və Şahid1 ilə 2011-ci il sentyabr ayının sonlarında gündüz saatlarında Rusiya Federasiyası, Samara şəhəri, Alma-Ata küçəsi, 1 ünvanında yerləşən X5rşısında yetkinlik yaşına çatmayan 1995-ci il 29 aprel təvəllüdlü X10 uydurma bəhanə ilə yanına çağırıb birlikdə Samara şəhəri, Svoboda küçəsi, 229 ünvanındakı evin həyətinə gəldikdən sonra sonuncuya zor göstərmə hədəsi ilə uydurulan iradlar deyərək dərslərinin və digər yaşıdları ilə münasibətlərinin normal olmasını istəyirsə, 5.000 rubl verməsini hədə-qorxu ilə tələb etməklə əks halda ciddi problemləri olacağını bildirdikdə pulu verməsi üçün növbəti gün saat 15-ə kimi vaxt vermiş və Samara şəhəri, Karl Marks prospekti, ev 406 ünvanında görüş təyin etmiş, həmin tarixdə və yerdə X6 göstərilən dövrün məzənnəsi ilə 125 manat təşkil edən 5.000 rubl məbləğində pulu hədə-qorxu ilə alıb ələ keçirərək pulun sahibi olan sonuncunun atası Zərərçəkmiş şəxs7 qeyd edilən məbləğdə maddi ziyan vurmuşdur.
3. tanışları Şahid4, Şahid1 və qeyriləri ilə 2011-ci il sentyabr ayının sonu – 2011-ci il oktyabr ayının əvvəllərində Rusiya Federasiyası, Samara şəhəri, Alma-Ata küçəsi, 1 ünvanında yerləşən X5rşısında yetkinlik yaşına çatmayan 1995-ci il 29 aprel təvəllüdlü X9 söhbət etmək üçün kənara çəkildikdən sonra sonuncuya zor göstərmə hədəsi ilə uydurulan iradlar deyib həyatının normal olmasını istəyirsə, hər biri 5.000 rubl olan 5-7 əskinas verməsini hədə-qorxu ilə tələb edərək əks halda döyməklə hədələmiş, X12 həmin hədələri real qəbul etməklə öz həyat və sağlamlığına görə ehtiyat edib razılaşdığı üçün birlikdə sonuncunun yaşadığı Samara şəhəri, Karl Marks prospekti, ev 396, mənzil 23 ünvanına getmiş, orada X6 göstərilən dövrün məzənnəsi ilə 868 manat təşkil edən 35.000 rubl məbləğində pulu hədə-qorxu ilə alaraq ələ keçirməklə pulun sahibi olan sonuncunun atası Zərərçəkmiş şəxs7 qeyd edilən məbləğdə maddi ziyan vurmuşdur.
4. tanışları Şahid4, Şahid1 və qeyriləri ilə 2011-ci il oktyabr ayının birinci yarısında Rusiya Federasiyası, Samara şəhəri, Alma-Ata küçəsi, 1 ünvanında yerləşən X5rşısında yetkinlik yaşına çatmayan 1995-ci il 29 aprel təvəllüdlü X9 söhbət etmək üçün kənara çəkildikdən sonra sonuncuya zor göstərmə hədəsi ilə uydurulan iradlar deyib həyatının normal olmasını istəyirsə, bütün pullarını ona verməsini hədə-qorxu ilə tələb edərək əks halda döyməklə hədələmiş, X12 həmin hədələri real qəbul etdiyi üçün birlikdə sonuncunun yaşadığı Samara şəhəri, Karl Marks prospekti, ev 396, mənzil 23 ünvanına getmiş, orada X6 göstərilən dövrün məzənnəsi ilə 1.103 manat təşkil edən 45.000 rubl məbləğində pulu hədə-qorxu ilə almaqla ələ keçirib pulun sahibi olan sonuncunun atası Zərərçəkmiş şəxs7 qeyd edilən məbləğdə maddi ziyan vurmuşdur.
5. tanışı Şahid4 ilə 2011-ci il oktyabr ayının 17-də saat 11:30 radələrində Rusiya Federasiyası, Samara şəhəri, Alma-Ata küçəsi, 5 ünvanında yerləşən qaraj massivində olarkən yanlarından piyada keçən yetkinlik yaşına çatmayan 1995-ci il 22 iyun təvəllüdlü Zərərçəkmiş şəxs1 sağ qolundan tutub kənara çəkərək hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə sonuncuya oxuduğu kollecdə «əlaltı» olması ilə bağlı uydurulan iradlar bildirmiş, paltarının cibindən silah qismində istifadə etdiyi bıçaq çıxarıb həmin əşyanı tətbiq edərək Zərərçəkmiş şəxs1 sağ böyrünə tutmaqla cibindəki göstərilən dövrün məzənnəsi ilə 204 manat təşkil edən 7.999 rubl qiymətində «X25 X8» markalı mobil telefonunu ələ keçirib cihazın sahibi olan sonuncunun anası Zərərçəkmiş şəxs2 qeyd edilən məbləğdə maddi ziyan vuraraq quldurluq etmişdir.
6. şəxsiyyətləri istintaqa məlum olmayan şəxslər ilə 2011-ci il oktyabr ayının ikinci yarısında saat 14 radələrində Rusiya Federasiyası, Samara şəhəri, Alma-Ata və Olimpiyskaya küçələrinin kəsişməsində yerləşən qaraj massivində olarkən bu yaxınlarda özünün mobil telefonunun oğurlanması bəhanəsi ilə yanlarından piyada keçən yetkinlik yaşına çatmayan 1995-ci il 28 iyul təvəllüdlü Zərərçəkmiş şəxs6 üstündə olan mobil telefonu göstərməsini xahiş etmiş, sonuncunun cibindən çıxartdığı anası X16 məxsus həmin dövrün məzənnəsi ilə 18 manat təşkil edən 700 rubl qiymətində «İphone 3G» markalı mobil telefonunu alıb baxaraq öz cibinə qoymuş, Zərərçəkmiş şəxs6 telefonu qaytarmasını tələb edəndə həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə sonuncunu kənara itələyib mobil vətelefonun qutusunu verməsini tələb etmiş, əks təqdirdə sonuncunu döyməklə hədələyərək göstərilən əşyanı əlindən dartmaqla mobil vətelefonla qutusunu açıq talayıb X16 qeyd edilən məbləğdə maddi ziyan vuraraq soyğunçuluq etmişdir.
7. tanışı Şahid1 ilə 2011-ci il noyabr ayının 18-də saat 13:30 radələrində Rusiya Federasiyası, Samara şəhəri, Alma-Ata küçəsi, 1 ünvanında yerləşən X5rşısında olarkən uydurma bəhanə ilə yetkinlik yaşına çatmayan 1996-cı il 23 mart təvəllüdlü Zərərçəkmiş şəxs4la birlikdə Samara şəhəri, Kirov rayonu, Svoboda küçəsi, 229 nömrəli evin yaxınlığına getmiş, həmin yerdə sonuncunun göstərilən dövrün məzənnəsi ilə 62 manat təşkil edən 2.400 rubl qiymətində «Nokia 5230» markalı mobil telefonunu əlindən alıb açıq talayaraq mobil telefonun sahibi olan Zərərçəkmiş şəxs4 atası Zərərçəkmiş şəxs3 qeyd edilən məbləğdə maddi ziyan vurmaqla soyğunçuluq etmişdir.
8. tanışları Şahid4 və Şahid10 ilə əvvəlcədən aralarındakı razılığa əsasən sonuncu 2012ci il fevral ayının sonlarında Rusiya Federasiyası, Samara şəhəri, Alma-Ata küçəsi, 1 ünvanında yerləşən X5rşısında 1994-cü il 15 fevral təvəllüdlü Zərərçəkmiş şəxs9 yanına çağıraraq zor göstərmə hədəsi ilə 5.000 rubl məbləğində pulu hədə-qorxu ilə tələb etməklə bunun müqabilində həmin şəxsin Təqsirləndirilən şəxsla problemlərini həll etməyi təklif etmiş və növbəti tarixdə saat 21:30 radələrində Samara şəhəri, Sovetskaya küçəsi ilə Yunıye Pionerı prospektinin kəsişməsindəki ictimai nəqliyyatının dayanacağında göstərilən dövrün məzənnəsi ilə 136 manat təşkil edən 5.000 rubl məbləğində pulu Zərərçəkmiş şəxs9 hədə-qorxu ilə alıb ələ keçirərək sonuncuya qeyd edilən məbləğdə maddi ziyan vurmuşdur.
9. tanışları Şahid4 və Şahid10 ilə 2012-ci il fevral ayının sonunda saat 20-21 radələrində Rusiya Federasiyası, Samara şəhəri, Yunıye Pionerı prospekti, 167 ünvanındakı evin yanında 1994-cü il 15 fevral təvəllüdlü Zərərçəkmiş şəxs9 yaxınlaşıb gödəkcəsinin altından izolentlə sarınmış dəyənəyi çıxararaq nümayiş etdirməklə sonuncunu söhbət etmək üçün kənara çağırmış, orada həmin şəxsə zor göstərmə hədəsi ilə uydurulan iradlar deyib həyatının normal olmasını istəyirsə, bütün pullarını verməsini hədə-qorxu ilə tələb edərək əks halda döyməklə hədələmiş, Zərərçəkmiş şəxs9 göstərilən dövrün məzənnəsi ilə 55 manat təşkil edən 2.000 rubl məbləğində pul və 138 manat təşkil edən 5.080 rubl qiymətində olan «Nokia C3» markalı mobil telefonunu ələ keçirməklə sonuncuya qeyd edilən məbləğdə maddi ziyan vurmuşdur.
10. tanışları Şahid4 və Şahid10 ilə 2012-ci il fevral ayının sonunda **********5 abunəçi nömrəsindən istifadə edib 1994-cü il 15 fevral təvəllüdlü Zərərçəkmiş şəxs9 zəng edərək sonuncudan hədə-qorxu ilə tələb etməklə aldığı «Nokia C3» markalı mobil telefonu qaytarmaq bəhanəsi ilə Rusiya Federasiyası, Samara şəhəri, Metallurq prospekti, 86 ünvanındakı «Dom Odejdı» ictimai nəqliyyatının dayanacağında saat 20-21 radələrində həmin şəxslə görüşmüş, orada zor göstərmə hədəsi ilə sonuncuya uydurulan iradlar deyib mobil telefonu qaytarmaq istəyirsə, göstərilən dövrün məzənnəsi ilə 41 manat təşkil edən 1.500 rubl məbləğində pulu verməsini hədə-qorxu ilə tələb edərək Zərərçəkmiş şəxs9 qeyd edilən məbləğdə maddi ziyan vurmuşdur. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 180.2.1.-ci, 180.2.2.-ci, 180.2.4.-cü, 181.2.1.-ci, 181.2.2.-ci, 181.2.5-ci, 182.2.1.-ci və 182.2.2.-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, valideynləri ilə Rusiya Federasiyasının Samara şəhərində yaşamış, 2013-cü ilin yanvar ayında Azərbaycan Respublikasının Bakı şəhərinə gələrək Cəlilabad rayonunda həqiqi hərbi xidməti keçməklə başa vurduqdan sonra pasport almaq üçün «Asan Xidmət»ə müraciət etdikdə Rusiyada axtarışda olduğunu bilmişdir. O, heç bir cinayət törətməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı şübhəli və təqsirləndirilən şəxslər qismində dindirilərkən ona Azərbaycan Respublikasının CM-nin 180.2.1.-ci, 180.2.2.-ci, 180.2.4.-cü, 181.2.1.-ci, 181.2.2.-ci, 181.2.5-ci, 182.2.1.-ci və 182.2.2.-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilib ifadəsində 1996-cı ildən valideynləri ilə birlikdə Rusiya Federasiyasının Penza şəhərinə köçərək orada, 2007-ci ildən isə Samara şəhərində yaşadıqlarını, 2011-2012-ci illərdə Samara şəhərində yaşayan müxtəlif şəxslərin ondan polisə şikayət etmələrinə görə onun haqqında cinayət işi başlanmaqla Kirov Rayon Məhkəməsinə göndərildiyini, 2013-cü ildə Bakıda yaşamağa başladığını, sərhəddə onu saxlamadıqlarını, Rusiyada qalan valideynlərinin hər il Azərbaycana gəlib ona baş çəkdiklərini, 2013-cü ildə Cəlilabad rayonunda həqiqi hərbi xidmət keçdiyini, 2015-ci ildə pasport almaq üçün «Asan Xidmət»ə müraciət edəndə Rusiyada axtarışda olduğunu öyrəndiyini, polis tərəfindən saxlansa da iltizam alınaraq buraxıldığını, Rusiyada törədilməsində ittiham edildiyi əməllərlə bağlı ifadə vermək istəmədiyini, özünü qismən təqsirli bilməklə həmin əməllərin törədildiyi vaxt 16 yaşı olduğundan yetkinlik yaşına çatmadığını göstərmişdir (1-ci cild, iş vərəqi 154; 3-cü cild, iş vərəqi 4; 6-cı cild, iş vərəqi 139; 8-ci cild, iş vərəqi 11; 11-ci cild, iş vərəqi 70). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 (1-ci cild, iş vərəqi 144; 6-cı cild, iş vərəqi 128-129), yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs4 (1-ci cild, iş vərəqi 141-142 və 151-152; 6-cı cild, iş vərəqi 123-125 və 36-137), Zərərçəkmiş şəxs7 (1-ci cild, iş vərəqi 175; 7-ci cild, iş vərəqi 117-118); yetkinlik yaşına çatmayan X12 (2-ci cild, iş vərəqi 138-141; 7-ci cild, iş vərəqi 127- 131); yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 (1-ci cild, iş vərəqi 32-33 və 52-53; 6-cı cild, iş vərəqi 26-28 və 45-46); Zərərçəkmiş şəxs2 (1-ci cild, iş vərəqi 36 və 102; 6-cı cild, iş vərəqi 31-32 və 87-88); X22 (1-ci cild, iş vərəqi 175; 6-cı cild, iş vərəqi 159-160); yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs6 (1-ci cild, iş vərəqi 172-173; 6-cı cild, iş vərəqi 154- 156); Zərərçəkmiş şəxs9 (4-cü cild, iş vərəqi 78-81; 9-cu cild, iş vərəqi 17-18) 2011-ci il sentyabr ayının sonlarından 2012-ci il fevral ayının sonunadək əhatə olunan müddət ərzində Rusiya Federasiyasının Samara şəhəri ərazisində onlara qarşı Təqsirləndirilən şəxs və qeyriləri tərəfindən törədilən cinayət hadisələrini təfsilatı ilə izah etmişlər. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş iş üzrə yetkinlik yaşına çatmayan Şahid1 ifadəsində 2011-ci ilin sentyabr ayında gündüz saatlarında Rusiya Federasiyası, Samara şəhəri, Yunıye Pionerı prospektində olarkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 məxsus mobil telfonun sonuncunun əlindən almaqla fleşkartını İvana qaytarmasını, həmin axşam Anarın cihazın satmasını ona bildirildiyini göstərmişdir (1-ci cild, iş vərəqi 237-238; 4-cü cild, iş vərəqi 141-144; 6-cı cild, iş vərəqi 212-213; 9-cu cild, iş vərəqi 126-127). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş iş üzrə yetkinlik yaşına çatmayan Şahid2 ifadəsində 2011-ci il oktyabr ayının ortalarında günorta saatlarında Aleksandr X3 Pənahov ilə birlikdə Rusiya Federasiyası, Samara şəhərində yerləşən Metallurgiya Kollecindən çölə çıxdığını, növbəti gün maraqlandıqda Saşanın artıq telefonunsuz qaldığını bildirdiyini, müəyyən müddət keçdikdən sonra sonuncunun mobil telefonunun əlindən alıb-almamasını soruşduqda Anarın bunu təsdiq etdiyini, Aleksandrın başına gələn hadisəyədək Anarın Zərərçəkmiş şəxs4 da telefonunu əlindən aldığı ona məlum olduğunu göstərmişdir (1-ci cild, iş vərəqi 242-243; 6-cı cild, iş vərəqi 218-219). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş iş üzrə yetkinlik yaşına çatmayan şahid X24 ifadəsində 2011-ci il oktyabr ayının 17-də qrup yoldaşı Zərərçəkmiş şəxs1 ilə bərabər Rusiya Federasiyası, Samara şəhərində yerləşən Metallurgiya Kollecindən dərsdən sonra hərəsinin öz evinə gedərkən Alma-Ata küçəsi, 5 ünvanında yerləşən qaraj massivində Təqsirləndirilən şəxs və yanındakı Şahid4 ilə rastlaşdıqlarını, onun yolunu davam etdiyini, beş-on dəqiqə ötmüş Saşanın əsə-əsə yaxınlaşıb mobil telefonunun əlindən alındığını bildirdiyini göstərmişdir (1-ci cild, iş vərəqi 64-65; 6-cı cild, iş vərəqi 53-54). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş iş üzrə yetkinlik yaşına çatmayan Şahid4 ifadəsində dostluq münasibətlərində olduğu məktəb yoldaşı Təqsirləndirilən şəxs ilə birgə heç bir cinayət törətmədiyini, sonuncunun qanunsuz əməllərindən məlumatının olmadığını göstərmişdir (1-ci cild, iş vərəqi 77-78; 4-cü cild, iş vərəqi 111-114; 6-cı cild, iş vərəqi 61-62; 9-cu cild, iş vərəqi 99-101). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş iş üzrə şahidlər Şahid6 və yetkinlik yaşına çatmayan Şahid5 ifadələrində dostları Təqsirləndirilən şəxs hər hansı bir cinayət törətməsindən xəbərsiz olduqlarını göstərmişlər (3-cü cild, iş vərəqi 12-15; 8-ci cild, iş vərəqi 17-20). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş iş üzrə Şahid7 ifadəsində Rusiya Federasiyası, Samara şəhərində yaşamaqla övladı Təqsirləndirilən şəxs ciddi nəzarət etdiyini, sonuncunun bıçaq gəzdirməsini və ya digər xoşagəlməz hərəkətlərini müşahidə etmədiyini göstərmişdir (2-ci cild, iş vərəqi 245-246; 4-cü cild, iş vərəqi 168-169; 7-ci cild, iş vərəqi 221-222; 9-cu cild, iş vərəqi 146-147). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş iş üzrə Şahid8 ifadəsində 2012-ci il fevral ayının axırlarında saat 19 radələrində çoxdankı tanışı Təqsirləndirilən şəxs xahişi ilə Rusiya Federasiyası, Samara şəhəri, Stara Zaqora küçəsində yerləşən lombarda öz pasportu ilə mobil telefon qoyub ertəsi gün geri aldığını, sualına cavab olaraq sonuncunun cihazı Qufi ləqəbli Zərərçəkmiş şəxs9 götürdüyünü göstərmişdir (4-cü cild, iş vərəqi 99-100; 9-cu cild, iş vərəqi 88-89). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş iş üzrə Şahid9 ifadəsində 2012-ci il fevral ayının axırlarında tanışı Aleksey X4 X17 Sısoyevin və Şahid10 ondan hadəqorxu ilə pul və mobil telefonunu tələb edib əlindən aldıqlarını bildirdiyini göstərmişdir (4-cü cild, iş vərəqi 118-120; 9-cu cild, iş vərəqi 106-107). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 anası olan Şahid11 Şahid9 ilə uyğun ifadə vermişdir (4-cü cild, iş vərəqi 147-148; 9-cu cild, iş vərəqi 129-130). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş iş üzrə yetkinlik yaşına çatmayan Şahid10 ifadəsində tanışları Təqsirləndirilən şəxs və Şahid4 ilə heç vaxt cinayət fəaliyyəti ilə məşğul olmadığını göstərmişdir (4-cü cild, iş vərəqi 127-131; 9-cu cild, iş vərəqi 113-115). İş materiallarında olan İ-AZ seriyalı 001218 №-li doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 1995-ci il avqustun 12-də anadan olmuşdur, yəni ittiham olunduğu cinayətləri törədərkən yetkinlik yaşına çatmamışdır (1-ci cild, iş vərəqi 185). İş materiallarındakı Samara şəhəri üzrə X27 Nazirliyi İdarəsinin İstintaq İdarəsinin Kirov rayonu ərazisində törədilmiş cinayətlərin təhqiqatı üzrə Şöbəsinin tərtib etdiyi 2011-ci il 17 oktyabr tarixli protokoldan görünür ki, Samara şəhəri, Alma-Ata küçəsi, 5 ünvanında yerləşən qaraj massivindəki qarajlararası torpaq sahəsinə baxış zamanı eyniləşdirmək üçün yararlı izlər aşkar edilməmiş, fotocədvəlin və sxemin kserosurətləri protokola əlavə olunmuşdur (6-cı cild, iş vərəqi 9-13). İş materiallarındakı Samara şəhəri üzrə X27 Nazirliyi İdarəsinin İstintaq İdarəsinin Kirov rayonu ərazisində törədilmiş cinayətlərin təhqiqatı üzrə Şöbəsinin tərtib etdiyi 2011-ci il 17 oktyabr tarixli protokoldan görünür ki, «X25 X8» markalı mobil telefonun zəmanət kitabçası və alışını təsdiq edən kassa çeki götürülmüşdür (6-cı cild, iş vərəqi 22). İş materiallarındakı Samara şəhəri üzrə X27 Nazirliyi İdarəsinin 1 nömrəli Polis Bölməsinin 12 nömrəli PM-nin tərtib etdiyi 2011-ci il 25 noyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 09:00-da könüllü gələrək Şahid4lə birlikdə 2011ci il oktyabrın 17-də Aleksandr adlı şəxsdən «X25 X8» markalı mobil telefonu aldığını bildirmişdir (6-cı cild, iş vərəqi 41). İş materiallarındakı Samara şəhəri üzrə X27 Nazirliyi İdarəsinin İstintaq İdarəsinin Kirov rayonu üzrə İstintaq Şöbəsinin tərtib etdiyi 2011-ci il 25 noyabr tarixli protokoldan görünür ki, Vera X1 Pənahovun və Şahid4 təsvirlərinin olduğu beş ədəd fotoşəkil götürülmüşdür (6-cı cild, iş vərəqi 48). İş materiallarındakı Samara şəhəri üzrə X27 Nazirliyi İdarəsinin İstintaq İdarəsinin Kirov rayonu üzrə İstintaq Şöbəsinin tərtib etdiyi 2011-ci il 25 noyabr tarixli və Samara şəhəri 1 saylı İdarəsinin Polis Bölməsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2011-ci il 27 dekabr tarixli protokollardan görünür ki, X24 təqdim edilən şəxslər arasından Şahid4, X12 isə Təqsirləndirilən şəxs tanımışlar (6-cı cild, iş vərəqi 57-58; 7-ci cild, iş vərəqi 139-140). İş materiallarındakı Samara şəhəri üzrə X27 Nazirliyi İdarəsinin İstintaq İdarəsinin Kirov rayonu ərazisində törədilmiş cinayətlərin təhqiqatı üzrə Şöbəsinin tərtib etdiyi 2011-ci il 25 noyabr tarixli protokoldan və 1 saylı İdarəsinin Polis Bölməsinin İstintaq Şöbəsinin 2011-ci il 27 dekabr tarixli bildirişindən görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 16:55-də Rusiya Federasiyasının CM-nin 161-ci maddəsinin 1-ci hissəsində, 163-cü maddəsinin 1-ci hissəsində və 327-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (6-cı cild, iş vərəqi 63-64; 7-ci cild, iş vərəqi 146). İş materiallarında olan Samara şəhəri Kirov Rayon Məhkəməsinin 2011-ci il 26 noyabr tarixli qərarının surətindən, Samara şəhəri üzrə X27 Nazirliyi İdarəsinin İstintaq İdarəsinin Kirov rayonu üzrə İstintaq Şöbəsinin eyni və 2012-ci il 24 yanvar tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, sonuncu Samara şəhəri üzrə X27 Nazirliyi İdarəsinin 1 nömrəli Polis Bölməsinin MST-dən azad edilməklə barəsində başqa yerə getməmək və lazımi davranış haqqında iltizam qismində qətimkan tədbiri seçilmişdir (6-cı cild, iş vərəqi 76-81; 7-ci cild, iş vərəqi 27). İş materiallarındakı Samara şəhəri üzrə X27 Nazirliyi İdarəsinin 1 nömrəli Polis Şöbəsinin 12 nömrəli Polis Məntəqəsinin tərtib etdiyi 2011-ci il 20 noyabr və 2011-ci il 22 dekabr tarixli, 1 nömrəli Polis Bölməsinin Cinayət-Axtarış Şöbəsinin tərtib etdiyi 2011-ci il 26 dekabr tarixli protokollardan görünür ki, Samara şəhəri, Svoboda küçəsi, 229 ünvanındakı evin 4-cü blokuna baxış vaxtı sahədən solda sağ tərəfdən bina, Samara şəhəri, Alma-Ata küçəsi ilə Olimpiyskaya küçəsinin kəsişməsində yerləşən qarajlar massivinə baxış keçirilərkən sağ tərəfdə yataqxana, sol tərəfdə nömrəsiz metal darvazalı qarajların, Karl Marks prospekti, ev 396, mənzil 23 ünvanına baxış zamanı dəhlizdə sağa mətbəxə yol, sol tərəfdə isə açıq qəhvəyi rəngli şkaf olması müəyyən edilmiş, sxemlərin kserosurətləri protokollara əlavə olunmuşdur (6cı cild, iş vərəqi 110-111 və 146-148; 7-ci cild, iş vərəqi 111-113). İş materiallarındakı Samara şəhəri üzrə X27 Nazirliyi İdarəsinin İstintaq İdarəsinin Kirov rayonu ərazisində törədilmiş cinayətlərin təhqiqatı üzrə Şöbəsinin tərtib etdiyi 2011-ci il 06 dekabr tarixli protokoldan görünür ki, «Nokia 5230» markalı mobil telefona servis xidməti göstərilməsi üçün kassa çeki və talon götürülmüşdür (6-cı cild, iş vərəqi 133). İş materiallarındakı Samara şəhəri üzrə Dİİ 1 nömrəli Mİ YİŞ-nin tərtib etdiyi 2010-cu il 20 may tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Samara şəhəri, Qvardeyskaya küçəsi 21-151 ünvanındakı ikiotaqlı mənzildə sonuncunun öz otağı, yatmaq və dərs oxumaq üçün yeri olmaqla sanitar şərait kafidir, ailə münasibətləri normal olmadığından valideynlərin yeniyetmə üzərində nəzarəti lazımi qaydada deyildir, nəzarətin gücləndirməsi vacibdir (6-cı cild, iş vərəqi 173). İş materiallarındakı Samara şəhəri üzrə Dİİ 1 nömrəli Mİ YİŞ-nin tərtib etdiyi 2011-ci il 17 noyabr tarixli tərcümeyi-hallardan görünür ki, Təqsirləndirilən şəxs Qvardeyskaya küçəsi 21, mənzil 151 ünvanında yaşadığı müddətdə müsbət xarakterizə olunmaqla sonuncu qonşulara və yaxınlarına qarşı nəzakətli davranmış, spirtli içki və narkotik vasitə qəbul etməmişdir, bundan başqa 2010-2011-ci illərdə BTM ümumi orta məktəbin 8-ci sinifində təhsil alan Təqsirləndirilən şəxs dərsə getməyərək bütün fənlər üzrə attestasiya olmadığından sinifdə qalmış, dəfələrlə valideynlərinə və özünə məlumat verilməsinə baxmayaraq məktəbə gəlməmişlər (6-cı cild, iş vərəqi 184-185). İş materiallarında olan 2004-cü il 04 fevral, 2004-cü il 30 yanvar və 2005-ci il 17 fevral tarixli fəxri fərmanların kserosurətlərindən görünür ki, Penza şəhəri Jeleznodorojnıy rayonunun A.Qaydar adına yeniyetmə klubunun şagirdi Təqsirləndirilən şəxs şaşki üzrə klubun ən yaxşı oyunçusu müsabiqəsində birinci yer tutmuş, habelə klubun həyatında fəal iştirakına görə təltif edilmiş, sonuncu şəkillər, plakatlar və müəllif nəğməsi şəhər konkursunda kiçik yaş qrupunda birinci yerin qalibi olmuşdur (6-cı cild, iş vərəqi 187-188 və 190). İş materiallarındakı Samara şəhəri üzrə X27 Nazirliyi İdarəsinin İstintaq İdarəsinin Kirov rayonu ərazisində törədilmiş cinayətlərin təhqiqatı üzrə Şöbəsinin tərtib etdiyi 2012-ci il 10 noyabr tarixli protokoldan görünür ki, 16x11 sm olan poçt zərfinə baxış vaxtı «X25 X8» markalı mobil telefonun zəmanət kitabçasındakı 2011-ci il 15 avqust tarixli 4986 nömrəli kassa çekində «Svyaznoy Logistika» qapalı səhmdar cəmiyyətindən qeyd olunan mobil telefonun 7.990 rubla alınması, nəzarət-kassa texnikası ilə yerinə yetirilmiş sənədə baxış zamanı 2011-ci il 16 iyul tarixli 00001 nömrəli kassa çekinə əsasən «Nokia 5230» markalı mobil telefonun «Real» məhdud məsuliyyətli cəmiyyətindən 5.390 rubla əldə olunması, poliqrafik rəngli pulsuz servis talonuna baxış keçirilərkən talonun xarici tərəfində «Real svyaz», daxili tərəfində «Nokia 5230» markalı mobil telefonla bağlı məlumatların əks edilməsi müəyyən olunmuşdur (6-cı cild, iş vərəqi 199-200). İş materiallarında olan Samara şəhəri üzrə X27 Nazirliyi İdarəsinin İstintaq İdarəsinin Kirov rayonu ərazisində törədilmiş cinayətlərin təhqiqatı üzrə Şöbəsinin 2012-ci il 10 yanvar tarixli qərarından görünür ki, «X25 X8» markalı mobil telefonun zəmanət kitabçası və kassa çeki, «Nokia 5230» markalı mobil telefonun servis xidməti üçün talon və kassa çeki maddi sübut kimi tanınmaqla cinayət işinə əlavə olunmuşdur (6-cı cild, iş vərəqi 201-204). İş materiallarında olan Samara şəhəri üzrə X27 Nazirliyi İdarəsinin İstintaq İdarəsinin Kirov rayonu ərazisində törədilmiş cinayətlərin təhqiqatı üzrə Şöbəsinin 2012-ci il 10 yanvar tarixli qərarlarından görünür ki, «Nokia 5230» və «X25 X8» markalı mobil telefonların sənədləri müvafiq qaydada qanuni sahibləri Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 qaytarılmışdır (6-cı cild, iş vərəqi 205-206). İş materiallarındakı Samara şəhəri üzrə X27 Nazirliyi İdarəsinin İstintaq İdarəsinin Kirov rayonu ərazisində törədilmiş cinayətlərin təhqiqatı üzrə Şöbəsinin tərtib etdiyi 2012-ci il 13 yanvar tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 və Şahid4 üzləşdirilərkən birincisi Anar Elçin oğlu X18 Sısoyevlə ona qarşı törətdiyi soyğunçuluq cinayətini təfərrüatı ilə danışmış, sonuncu isə onun dediklərini təkzib etmişdir (6-cı cild, iş vərəqi 214-217). İş materiallarındakı Samara şəhəri üzrə X27 Nazirliyi İdarəsinin İstintaq İdarəsinin Kirov rayonu üzrə İstintaq Şöbəsinin 2012-ci il yanvarın 16-da tərtib etdiyi protokoldan və eyni tarixli qərarından görünür ki, kişi cinsidən olan şəxslərin təsvir olunduğu 5 ədəd şəklə baxış vaxtı iki şəkildə Təqsirləndirilən şəxs, üç şəkildə isə Şahid4 təsvir edilməsi müəyyən olunmuş, həmin şəkillər maddi sübut kimi tanınmaqla cinayət işinə, fotoşəkillərin kserosurətləri protokola əlavə edilmişdir (7-ci cild, iş vərəqi 9-13). İş materiallarında olan Samara şəhəri üzrə X27 Nazirliyi İdarəsinin İstintaq İdarəsinin Kirov rayonu ərazisində törədilmiş cinayətlərin təhqiqatı üzrə Şöbəsinin 2012-ci il 24 yanvar tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasının CM-nin 161-ci maddəsinin 2-ci hissəsinin «q» bəndi, 162-ci maddəsinin 1-ci və 2-ci hissələri ilə nəzərdə tutulan ittiham elan olunmuşdur (7-ci cild, iş vərəqi 21-24). İş materiallarındakı Samara şəhəri 1 saylı İdarəsinin Polis Bölməsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2012-ci il 03 fevral və 2012-ci il 06 fevral tarixli protokollardan görünür ki, X12 Şahid1, Təqsirləndirilən şəxs və Şahid4 ilə üzləşdirilərkən birincisi digərlərinin ona qarşı törətdiyi cinayəti təfərrüatı ilə danışmışdır, Şahid1 və Şahid4 onun dedikləri ilə razılaşmadıqlarını bildirmişlər, Təqsirləndirilən şəxs isə ifadə verməkdən imtina etmişdir (7-ci cild, iş vərəqi 175-178 və 187-193). İş materiallarında olan X27 Nazirliyi İdarəsinin Samara şəhəri üzrə İstintaq İdarəsinin Kirov rayonu ərazisində törədilən cinayətlərin istintaqı Şöbəsinin 2012-ci il 12 fevral tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasının CM-nin 161-ci maddəsinin 2-ci hissəsinin «q» bəndi, 162-ci maddəsinin 1-ci və 2-ci hissələri, 163-cü maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur (8-ci cild, iş vərəqi 5-10). İş materiallarında olan Samara şəhəri Kirov Rayon Məhkəməsinin 2012-ci il 21 may və 2012-ci il 30 may tarixli qərarlarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək və müvafiq davranış haqqında iltizam qismində qətimkan tədbiri həbs qismində qətimkan tədbiri ilə əvəz olunmaqla sonuncu barəsində axtarış elan edilmiş, cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs yeri müəyyən olunana kimi dayandırılmışdır (8-ci cild, iş vərəqi 209-211 və 215-217). İş materiallarında olan Samara şəhəri Kirov Rayon Məhkəməsinin 2012-ci il 23 avqust tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin materialları ayrıca icraata ayrılmışdır (8-ci cild, iş vərəqi 226-227). İş materiallarında olan Samara şəhəri Kirov Rayon Məhkəməsinin 2013-cü il 04 aprel və 2013-cü il 10 aprel tarixli qərarlarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin icraatı təzələnməklə prokurora geri qaytarılmışdır (8-ci cild, iş vərəqi 232 və 235-236). İş materiallarında olan X27 Nazirliyi İdarəsinin Samara şəhəri üzrə İstintaq İdarəsinin Kirov rayonu ərazisində törədilən cinayətlərin istintaqı Şöbəsinin 2013-cü il 26 aprel tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə ibtidai istintaq dayandırılmışdır (8-ci cild, iş vərəqi 247). İş materiallarında olan X27 Nazirliyi İdarəsinin Samara şəhəri üzrə İstintaq İdarəsinin Kirov rayonu ərazisində törədilən cinayətlərin istintaqı Şöbəsinin 2014-cü il 24 noyabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə ibtidai istintaq dayandırılması haqqında 2013-cü il 26 aprel tarixli qərar ləğv olunmuşdur (8-ci cild, iş vərəqi 249-250). İş materiallarındakı Samara şəhəri üzrə X27 Nazirliyi İdarəsinin 1 nömrəli X21 Şöbəsinin tərtib etdiyi 2012-ci il 20 mart tarixli protokoldan görünür ki, Gənc Pionerlər küçəsi ilə Sovetskaya küçəsinin kəsişdiyi yerə baxış vaxtı yaxınlıqda qarajların olması müəyyən edilmiş, plan-sxemin kserosurəti protokola əlavə olunmuşdur (9-cu cild, iş vərəqi 24- 26). İş materiallarındakı Samara şəhəri üzrə X27 Nazirliyi İdarəsinin 1 saylı X21 Şöbəsinin 2012-ci il aprelin 19-da tərtib etdiyi protokollardan, eyni tarixli qərarlarından və iltizamdan görünür ki, Zərərçəkmiş şəxs9 məxsus «Nokia C3» markalı mobil telefonun qablaşdrılması, 065073 sayl mal çeki, kassa çeki və istismara dair təlimat götürülmüş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hal aşkarlanmamış və həmin predmetlər sonuncuya qaytarılmışdır (9-cu cild, iş vərəqi 78-83). İş materiallarındakı Samara şəhəri üzrə X27 Nazirliyi İdarəsinin 1 saylı X21 Şöbəsinin tərtib etdiyi 2012-ci il 05 may və 2012-ci il 17 may tarixli protokollardan görünür ki, Zərərçəkmiş şəxs9 Şahid10, Təqsirləndirilən şəxs və Şahid4lə üzləşdirilərkən birincisi digərlərinin ona qarşı törətdiyi cinayəti təfərrüatı ilə danışmış, Şahid4 onun ifadəsini təqdiqləməklə Zərərçəkmiş şəxs9 qarşı pul tələbi irəli sürmədiyini və pul almadığını, eləcə də Təqsirləndirilən şəxs sonuncudan pul aldığını görmədiyini göstərmiş, Şahid10 onun dedikləri ilə razılaşmadığını bildirmiş, sonuncu isə ifadə verməkdən imtina etmişdir (9-cu cild, iş vərəqi 131-136 və 156-164). İş materiallarında olan Samara şəhəri üzrə X27 Nazirliyi İdarəsinin 1 saylı X21 Şöbəsinin 2012-ci il 17 iyun tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqındakı cinayət işi üzrə ibtidai istintaq dayandırılmaqla sonuncu barəsində axtarış elan edilmişdir (9-cu cild, iş vərəqi 183). İş materiallarında olan Samara şəhəri Kirov Rayon Prokurorluğunun 2014-cü il 24 noyabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə ibtidai istintaq dayandırılması haqqında 2012-ci il 17 iyun tarixli qərar ləğv olunmuşdur (9-cu cild, iş vərəqi 187-188). İş materiallarındakı Samara vilayəti üzrə Rusiya BDİİ-nin İnformasiya Mərkəzinin 2012-ci il aprelin 24-də və 2014-cü il dekabrın 10-da, Bakı şəhəri Xətai Rayon Prokurorluğunun 2017-ci il yanvarın 25-də və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2019-cu il oktyabrın 28-də tərtib etdiyi tələbnamələrdən, habelə hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Samara şəhəri Kirov Rayon Məhkəməsinin 2012-ci il 23 yanvar tarixli hökmü əsasında Rusiya Federasiyasının CM-nin 161-ci maddəsinin 1-ci, 163-cü maddəsinin 1-ci və 325-ci maddəsinin 2-ci hissələri ilə 01 il sınaq müddəti təyin edilməklə şərti olaraq 02 il müddətinə azadlıqdan məhrum edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 2014-cü il 24 noyabr tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 332.1.-ci maddəsi ilə təqsirli bilinib 06 ay sınaq müddəti təyin olunmaqla 06 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir (9-cu cild, iş vərəqi 205-206 və 216; 10-cu cild, iş vərəqi 4-24 və 106-107; 11-ci cild, iş vərəqi 7-9). İş materiallarında olan Samara şəhəri Kirov Rayon Məhkəməsinin 2012-ci il 07 sentyabr tarixli hökmünün surətindən görünür ki, Şahid4 digər şəxslə qabaqcadan əlbir olan qrup halında Zərərçəkmiş şəxs1 qarşı quldurluq törətməsi ilə bağlı Rusiya Federasiyasının CMnin 161-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək ona cəriməsiz və azadlığı məhdudlaşdırılmadan 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, həmin Məcəllənin 73-cü maddəsinə əsasən sonuncuya təyin edilən cəza 01 il islah müddəti ilə şərti hesab olunmuşdur (10-cu cild, iş vərəqi 26-36). İş materiallarında olan Samara şəhəri üzrə X27 Nazirliyi İdarəsinin İstintaq İdarəsinin Kirov rayonu ərazisində törədilən cinayətlərin istintaqı Şöbəsinin 2014-cü il 24 dekabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqındakı ********** nömrəli cinayət işi üzrə ibtidai istintaq dayandırılmaqla sonuncu barəsində axtarış elan edilmişdir (10-cu cild, iş vərəqi 37-38). İş materiallarında olan Samara şəhəri üzrə X27 Nazirliyi İdarəsinin İstintaq İdarəsinin Kirov rayonu ərazisində törədilən cinayətlərin istintaqı Şöbəsinin 2015-ci il 13 oktyabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqındakı ********** nömrəli cinayət işi üzrə ibtidai istintaq dayandırılması barədə 2014-cü il 24 dekabr tarixli qərar ləğv edilmişdir (10-cu cild, iş vərəqi 40-42). İş materiallarında olan Samara şəhəri üzrə X27 Nazirliyi İdarəsinin İstintaq İdarəsinin Kirov rayonu ərazisində törədilən cinayətlərin istintaqı Şöbəsinin 2015-ci il 14 oktyabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqındakı ********** nömrəli cinayət işi üzrə ibtidai istintaq dayandırılmışdır (10-cu cild, iş vərəqi 49-51). İş materiallarında olan Samara vilayəti üzrə X27 Nazirliyi Bİ-nin Miqrasiya Məsələləri İdarəsinin 2016-cı il 24 avqust tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası vətəndaşlığı yoxdur (10-cu cild, iş vərəqi 56-57). İş materiallarında olan Samara şəhəri üzrə X27 Nazirliyi İdarəsinin İstintaq İdarəsinin Kirov rayonu ərazisində törədilən cinayətlərin istintaqı Şöbəsinin 2016-cı il 20 dekabr və 2019-cu il 01 iyul tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs haqqındakı ********** nömrəli cinayət işi üzrə ibtidai istintaq bərpa edilmişdir (10-cu cild, iş vərəqi 58-60 və 148- 151). İş materiallarında olan Samara şəhəri üzrə X27 Nazirliyi İdarəsinin İstintaq İdarəsinin Kirov rayonu ərazisində törədilən cinayətlərin istintaqı Şöbəsinin 2016-cı il 25 dekabr və 2017-ci il 04 fevral tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsindəki ********** nömrəli cinayət işi üzrə ibtidai istintaq sonuncunun axtarışı ilə əlaqədar dayandırılmışdır (10-cu cild, iş vərəqi 76-78 və 93-95). İş materiallarında olan Samara şəhəri üzrə X27 Nazirliyi İdarəsinin İstintaq İdarəsinin Kirov rayonu ərazisində törədilən cinayətlərin istintaqı Şöbəsinin 2017-ci il 23 yanvar tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqındakı ********** nömrəli cinayət işi üzrə ibtidai istintaq dayandırılması barədə 2016-cı il 25 dekabr tarixli qərar ləğv edilmişdir (10-cu cild, iş vərəqi 80-82). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının 2017-ci il 27 yanvar tarixli 438 №-li, Respublika Narkoloji Mərkəzinin 2017-ci il 28 yanvar tarixli 19/51-476 №-li, Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 2017-ci il 07 fevral tarixli **********99 №-li və Şəhər Narkoloji Dispanserinin 2017-ci il 27 yanvar tarixli 215 №-li məktublarından görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan müəssisələrdə uçotda deyildir (10-cu cild, iş vərəqi 101-104). İş materiallarında olan Samara şəhəri Kirov Rayon Məhkəməsinin 2012-ci il 07 sentyabr tarixli qərarının surətindən görünür ki, Samara şəhəri Kirov Rayon Məhkəməsinin 2012-ci il 23 yanvar tarixli hökmü əsasında Təqsirləndirilən şəxs barəsində şərti məhkum etmə ləğv edilməklə sonuncunun 02 il müddətinə azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməsi üçün tərbiyə koloniyasına göndərilməsi qərara alınmışdır (10-cu cild, iş vərəqi 115- 116). İş materiallarında olan Samara şəhəri üzrə X27 Nazirliyi İdarəsinin İstintaq İdarəsinin Kirov rayonu ərazisində törədilən cinayətlərin istintaqı Şöbəsinin 2018-ci il 18 may tarixli CY 55/7-14 №-li məktubundan görünür ki, Samara şəhəri Kirov Rayon Məhkəməsinin 2012-ci il 23 yanvar tarixli hökmünün icra olunması üçün Azərbaycan Respublikasına göndərilməsi məhkəmədən xahiş olunmuşdur (10-cu cild, iş vərəqi 117). İş materiallarında olan Samara şəhəri üzrə X27 Nazirliyi İdarəsinin İstintaq İdarəsinin Kirov rayonu ərazisində törədilən cinayətlərin istintaqı Şöbəsinin 2019-cu il 03 iyul tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasının CM-nin 161-ci maddəsinin 2-ci hissəsinin «a» və «q» bəndləri, 162-ci maddəsinin 1-ci və 2-ci hissələri, 163-cü maddəsinin 2-ci hissəsinin «a» bəndi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur (10-cu cild, iş vərəqi 162-169). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2019-cu il 19 oktyabr tarixli qərarının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi icraata qəbul olunaraq sonuncuya Azərbaycan Respublikasının CMnin 180.2.1.-ci, 180.2.2.-ci, 180.2.4.-cü, 181.1.-ci, 181.2.1.-ci, 181.2.2-ci, 182.2.1.-ci və 182.2.2.-ci maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuşdur (10-cu cild, iş vərəqi 183). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2019-cu il 23 oktyabr tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi icraat cinayəti törətmiş şəxs müəyyyən olunanadək dayandırılmışdır (11-ci cild, iş vərəqi 10). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 12 may tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi icraat təzələnərək istintaqı davam etdirilmişdir (11-ci cild, iş vərəqi 15-18). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 12 may tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:55-də Azərbaycan Respublikasının CM-nin 180.2.1.-ci, 180.2.2.-ci, 180.2.4.-cü, 181.2.1.-ci, 181.2.2-ci, 181.2.5-ci, 182.2.1.-ci və 182.2.2.-ci maddələri ilə nəzərdə tutulan əməlləri törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (11-ci cild, iş vərəqi 38). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 12 may tarixli sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif olunması barədə, habelə eyni tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 180.2.1.-ci, 180.2.2.-ci, 180.2.4.-cü, 181.1.-ci, 181.2.1.-ci, 181.2.2ci, 182.2.1.-ci və 182.2.2.-ci maddələrinə tövsif edilməklə sonuncuya həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur (11-ci cild, iş vərəqi 49-52 və 54-58). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2020-ci il 14 may tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs haqqında həbs qismində qətimkan tədbirinin seçilməsindən imtina edilərək sonuncu barəsində əvvəli 2020-ci il mayın 12dən hesablanmaqla ev dustaqlığı qismində qətimkan tədbirinin seçilmişdir (11-ci cild, iş vərəqi 89-98). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin 2020-ci il 01 iyun tarixli 971 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar edilməməklə xasiyyətin isterik cizgiləri müəyyən olunmuş, sonuncuda ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur (11-ci cild, iş vərəqi 108-111). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 17 iyun tarixli sübutların qiymətləndirilməsi barədə qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.2.1.-ci, 180.2.2.-ci, 180.2.4.-cü, 181.1.-ci, 181.2.1.-ci, 181.2.2-ci, 182.2.1.-ci və 182.2.2.-ci maddələri ilə elan edilən ittiham qüvvəsində saxlanılmışdır (11-ci cild, iş vərəqi 115-152). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon MKTB-nin 99 saylı MKİS-nin 2020-ci il iyulun 16-da tərtib etdiyi xasiyyətnamədən və 467 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs 1996-cı il martın 14-dən ünvan 1 ünvanında qeydiyyatdadır, sonuncu barəsində sahəyə şikayət daxil olmamışdır (11-ci cild, iş vərəqi 191-192). Məhkəməyə təqdim olunan «WhatsApp» proqramı ilə aparılmış yazışmalardan görünür ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və X14 Təqsirləndirilən şəxs qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Məhkəməyə təqdim olunan Samara şəhəri Kirov Rayon Məhkəməsinin 2021-ci il 24 iyun tarixli məktubunun surətindən görünür ki, Şahid1 Şahid4 təqsirləndirildiyi 1-233/2012 №li cinayət işində şahid qismində iştirak etmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.2.1.-ci, 180.2.2.-ci, 180.2.4.-cü, 181.2.1.-ci, 181.2.2.-ci, 181.2.5-ci, 182.2.1.-ci və 182.2.2.-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, hərəkətlərində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikasının CM-nin 180.2.1.-ci, 180.2.2.-ci, 180.2.4.-cü, 181.2.1.-ci, 181.2.2.-ci, 181.2.5-ci, 182.2.1.-ci və 182.2.2.-ci maddələri ilə düzgün tövsif etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. Belə ki, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş özünün ibtidai araşdırmadakı qismən etirafedici, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyi, habelə iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsinin işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla, zərər çəkmiş şəxslərin bir qisminin ona qarşı tələbinin olmamasını, gənc olmasını, ailə vəziyyətini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona verilmiş ittiham üzrə digər şəxs Şahid4 barəsində Samara şəhəri Kirov Rayon Məhkəməsinin 2012-ci il 07 sentyabr tarixli hökmü ilə Rusiya Federasiyasının CM-nin 161-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək ona cəriməsiz və azadlığı məhdudlaşdırılmadan 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməklə həmin Məcəllənin 73-cü maddəsinə müvafiq olaraq sonuncuya təyin edilən cəzanın 01 il islah müddəti ilə şərti hesab olunmasını, habelə Şahid1 Şahid4 təqsirləndirildiyi 1-233/2012 №-li cinayət işində şahid qismində iştirak etməsini nəzərə alır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.1.-ci maddəsi əsasında, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.5.-ci maddəsinə əsasən, həmin Məcəllənin 12.1-ci maddələrində nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz. Bundan başqa 2002-ci il oktyabrın 07-də imzalanmış Azərbaycan Respublikasının 2004-cü il 13 yanvar tarixli Qanunu ilə təsdiq edilmiş «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» Konsensiyanın 91-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, şəxs törədilmiş cəzaya görə məhkum edilərkən ona təyin edilmiş cəza sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan cəzadan sərt olmamalıdır. Rusiya Federasiyanın Cinayət Məcəlləsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə soyğunçuluq cinayətinin nəzərdə tutulduğu 161-ci maddəsinin 2-ci hissəsinin sanksiyasında beş ilədək müddətinə məcburi əmək və ya on min rubla qədər və ya bir aylıq əmək haqqı və ya digər gəlir miqdarında cərimə ilə və ya cərimə edilmədən yeddi ilədək müddətinə azadlıqdan məhrumetmə və bir ilədək müddətinə azadlığın məhdudlaşdırılması və ya azadlığın məhdudlaşdırılmadan; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq cinayətinin nəzərdə tutulduğu 162-ci maddəsinin 2-ci hissəsinin sanksiyasında bir milyon rubla qədər və ya əmək haqqı və ya beş ilədək müddətinə digər gəlir miqdarında cərimə ilə və ya cərimə edilmədən on ilədək müddətinə azadlıqdan məhrumetmə və iki ilədək müddətinə azadlığın məhdudlaşdırılması və ya azadlığın məhdudlaşdırılmadan, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə cinayətinin nəzərdə tutulduğu 163-cü maddəsinin 2-ci hissəsinin sanksiyasında beş yüz min rubla qədər və ya əmək haqqı miqdarında və ya üç ilədək müddətinə gəliri miqdarında cərimə ilə və ya cərimə edilmədən yeddi ilədək müddətinə azadlıqdan məhrumetmə və iki ilədək müddətinə azadlığın məhdudlaşdırılması cəzaları nəzərdə tutulmuşdur. Rusiya Federasiyanın Cinayət Məcəlləsinin 88-ci maddəsinin 6-cı hissəsinə görə, azadlıqdan məhrum etmə cəzası cinayət törədərkən 16 yaşına çatmamış şəxslərə altı ildən, cinayət törədərkən 16 yaşı tamam olmuş yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs soyğunçuluq, quldurluq və hədə-qorxu ilə tələb etmə cinayətlərini Rusiya Federasiyanın ərazisində törətdiyindən ona Azərbaycan Respublikasının CM-nin 180.2.1.-ci, 180.2.2.-ci, 180.2.4.-cü, 181.2.1.-ci, 181.2.2.-ci, 181.2.5-ci, 182.2.1.-ci və 182.2.2.-ci maddələri ilə cəza təyin edilərkən Azərbaycan Respublikasının CM-nin 12.5.-ci maddəsinin, həmçinin «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» Konsensiyanın müvafiq tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 85.5.-ci maddəsinə görə, yetkinlik yaşına çatmayan məhkumlara azadlıqdan məhrumetmə cəzası on ildən çox olmayan müddətə təyin edilir. Məhkəmə eyni zamanda iş üzrə yuxarıda qeyd edilən halların məcmusunu nəzərə alaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah olunmasının mümkünlüyü qənaətinə gələrək barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsinin tətbiq olunmasını, sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədəuyğun sayır. Azərbaycan Respublikasının CM-nin 70.6.-cı maddəsi əsasında, şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları həyata keçirir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs 2011-ci il noyabrın 25-dən 2011-ci il noyabrın 26-dək tutulduğu 01 (bir) gün, 2020-ci il mayın 12-dən 2021-ci il sentyabrın 21-dək ev dustaqlığında saxlanıldığı 01 (bir) il 04 (dörd) ay 09 (doqquz) gün, cəmi 01 (bir) il 04 (dörd) ay 10 (on) gün Azərbaycan Respublikasının CPM-nin 158.2.1.-ci maddəsinin tələblərinə müvafiq olaraq təyin ediləcək cəzadan çıxılmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikasının CM-nin 180.2.-ci maddəsinin tələblərinə əsasən, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə zərər çəkmiş şəxslər Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3 həmin dövrün məzənnəsi ilə 178 manat təşkil edən 7.040 rubl, Zərərçəkmiş şəxs7 həmin dövrün məzənnəsi ilə 2.096 manat təşkil edən 85.000 rubl, Zərərçəkmiş şəxs9 həmin dövrün məzənnəsi ilə 370 manat təşkil edən 13.580 məbləğində vurulan maddi ziyan ilə əlaqədar məsələni müzakirə edərək hesab edir ki, zərər çəkmiş şəxslər cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək dəyən maddi ziyanla bağlı mülki iddia vermədiklərindən onlara Azərbaycan Respublikasının CPM-nin 180.2.-ci maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədıyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilən ev dustaqlığı qismində qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və X14 Təqsirləndirilən şəxs qarşı heç bir şikayətlərinin və tələblərinin olmadığını nəzərə alır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınan «Pobeda» lombarddan «Nokia C3» markalı mobil telefonun girov qoyulmasını təsdiq edən Şahid8 adına 2012-ci il 27 fevral tarixli 019367 nömrəli girov biletinin, habelə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 götürülən Təqsirləndirilən şəxs və Şahid4 təsvirlərinin olduğu beş ədəd fotoşəkilin cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X11 tərəfindən 19 iş saatı, məhkəmədə hüquqlarının müdafiəsi «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 116 iş saatı müddətində müdafiə olunmuşdur. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X7 vəkil işlədiyi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 114 manat, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 696 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2020-ci il mayın 12-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 354-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.2.1.-ci, 180.2.2.-ci və 180.2.4.-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə, Azərbaycan Respublikasının CM-nin 181.2.1.-ci, 181.2.2.-ci və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 04 (dörd) il 06 (ay) müddətinə, Azərbaycan Respublikasının CM-nin 182.2.1.-ci və 182.2.2.-ci maddələri ilə təqsirli bilinib barəsində 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsi əsasında Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, onun 2011-ci il noyabrın 25-dən 2011-ci il noyabrın 26-dək tutulduğu 01 (bir) gün, 2020-ci il mayın 12-dən 2021-ci il sentyabrın 21-dək ev dustaqlığında saxlanıldığı 01 (bir) il 04 (dörd) ay 09 (doqquz) gün, cəmi 01 (bir) il 04 (dörd) ay 10 (on) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza kimi 03 (üç) il 07 (yeddi) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın və barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətinə sınaq müddəti müəyyən olunaraq həmin cəzaya şərti məhkum edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş ev dustaqlığı qismində qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilsin. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə zərər çəkmiş şəxslər Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3 həmin dövrün məzənnəsi ilə 178 manat təşkil edən 7.040 rubl, Zərərçəkmiş şəxs7 həmin dövrün məzənnəsi ilə 2.096 manat təşkil edən 85.000 rubl, Zərərçəkmiş şəxs9 həmin dövrün məzənnəsi ilə 370 manat təşkil edən 13.580 məbləğində vurulan maddi ziyan ilə əlaqədar mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X7 vəkil işlədiyi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 114 manat, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 696 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınan «Pobeda» lombarddan Nokia C3 markalı mobil telefonun girov qoyulmasını təsdiq edən Şahid8 adına 2012-ci il 27 fevral tarixli 019367 nömrəli girov biletinin, habelə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 götürülən Təqsirləndirilən şəxs və Şahid4 təsvirlərinin olduğu beş ədəd fotoşəkilin cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən İradə Həsənzadə
Hakimlər Azər Paşayev
Əhməd Quliyev