Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-241/2022 28.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 24 xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, əvvəllər məhkum olunmamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, 2021-ci ilin yanvar-fevral aylarında şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək dəyəri külli miqdar təşkil edən brilyant qaşları tamah niyyəti ilə Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək barədə qabaqcadan razılığa gəlmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 1 fevral 2021-ci il tarixdə Heydər Əliyev adına Beynəlxalq Aeroportundan Bakı-İstanbul aviareysi ilə Türkiyə Respublikasının İstanbul şəhərinə, oradan isə 2 fevral 2021-ci il tarixdə İstanbul-Dubay aviareysi ilə X1 Dubay şəhərinə gedərək orada cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvlərindən ölçüləri 0,001 - 4,34 karat intervalında olmaqla ümumilikdə 4463,03 karat olan, külli miqdarda 495075,50 manat dəyərində 16 ədəd şəffaf sellofan paketdə əvvəlcədən cinayətkar qrupun üzvləri tərəfindən qablaşdırılmış brilyant qaşları pulla almaqla əldə edərək Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə keçirmək məqəsdilə malların aşkar edilməsini çətinləşdirən üsullardan İstifadə etməklə 1 ədəd boks kisəsinin içərisində, parça kəsiklərinin arasında gizlədərək müşayiət etdiyi içərisində başqa əşyalar da olan karton qutunun içərisinə qoyaraq 6 fevral 2021-ci il tarixdə Dubay-İstanbul aviareysi ilə Türkiyə Respublikasına qayıtmış, 12 fevral 2021-ci il tarixdə, saat 16 radələrində TK 7756 saylı Ankara-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələrkən həmin brilyant qaşları tamah niyyəti ilə Bakı şəhəri, Xəzər rayonu inzibati ərazisində yerləşən X4 X6 Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-L” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər səyyar şəkildə qızıl-zinət əşyaları və qiymətli daşların satışı ilə məşğul olmuş, təxminən 8 ildir bu fəaliyyətlə məşğul olmuşdur. 01 fevral 2021-ci il tarixində internet üzərindən aldığı aviabiletlə Bakı-İstanbul aviareysi ilə İstanbul şəhərinə, 02 fevral 2021 -ci il tarixdə isə İstanbul-Dubay aviareysi ilə Dubay şəhərinə getmiş, məqsədi oradan brilyant qaşlar alıb Bakı şəhərinə gətirib, satışını həyata keçirmək olmuşdur. 02 fevral 2021-ci il tarixdə Dubay şəhərinə çatmış, orada tanışlarının evində qalmış, Dubay şəhərində qızıl-zinət əşyalarının satışı ilə məşğul olan hindistanlı Ravi adlı şəxsdən briliant qaşlar almışdır. Həmin qaşlar üçün əvvəlcədən bir qədər pulu Moskva şəhərində yaşayan dostu onun üçün köçürmüş, qalan məbləği isə malları satdıqca ödəyəcəkmiş. Əvvəllər Dubay şəhərində qızıl- zinət əşyaları aldığı üçün onu orada tanımış və etibar etmiş, həmin malları ona nisyə vermişlər. Aldığı brilyant qaşlar ümumi 16 ədəd sellofan büküm formasında olmuş, qaşları Bakı şəhərində gömrük nəzarətindən keçirmək məqsədilə gizlətmək qərarına gəlmiş, Dubay şəhərində bəzi köhnə geyim əşyalarını qayçı ilə kəsərək kiçik parça tullantı formasına salaraq oğlu üçün aldığı boş boks kisəsinin içinə yerləşdirmiş, brilyant qaşlar olan bükümləri də həmin boks kisəsində olan parça tullantılarının arasına qoymuşdur. 06 fevral 2021-ci il tarixdə Dubay- İstanbul aviareysi ilə İstanbul şəhərinə gəlmiş, İstanbul şəhərində tanışlarının evində qalmış, 11 fevral 2021-ci il tarixində İstanbul-Ankara aviareysi ilə Ankara şəhərinə gəlmiş, Ankara şəhərində bir gün mehmanxanada qalıb 12 fevral 2021-ci il tarixdə Ankara-Bakı aviareysi ilə Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində X5 çaldıqdan sonra pasport qeydiyyatından keçmiş, sonra hava limanının 1-ci mərtəbəsində gəliş zalındakı baqaj lentindən baqajlarını götürüb gəliş zalında yerləşən rentgen qurğusuna yaxınlaşaraq çantalarını rentgen aparatının lentinin üzərinə yerləşdirmiş, özü isə metalaxtaran qurğudan keçmişdir. Çantaları monitordan keçmiş, sonra mülki formada olan gömrük əməkdaşları çantalarına baxış keçirilməsi üçün onu Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına dəvət etmişlər. Yoxlama videoçəkilişdən istifadə edilməklə aparılmış, ona məxsus böyük ölçülü karton qutuya yoxlama keçirilən zaman, qutunun içərisində şəxsi geyim əşyaları və çantaların arasında yerləşdirdiyi kiçik ölçülü qırmızı rəngli boks kisəsi zəncirbəndi açılmış və kisənin içərisindən müxtəlif ölçülü parça tullantılarının arasına qoyduğu 16 ədəd sellofan büküm aşkar edilmişdir. Gömrük əməkdaşları tərəfindən aşkar olunan bükümlər nömrələnmiş, elektron tərəzidə çəkilmiş və çəkiləri qeyd edilmişdir. Aşkar olunan qaşlar ümumilikdə qablaşdırmaları ilə birlikdə təxminən 948 (doqquz yüz qırx səkkiz) qram təşkil etmişdir. O, əvvələr Bakı şəhərində daxili bazarda qızıl zinət əşyalarının alqı-satqısı ilə məşğul olmuş, təcili belə malları satan şəxslərdən uyğun qiymətə alıb dost-tanışlarına satmışdır. Daimi fəaliyyət göstərdiyi obyekt, mağaza, heç bir şəriki və ya ortağı olmamışdır. Əvvəllər brilyant qaşların satışı ilə məşğul olmamış, qızıl zinət əşyalarının tək-tək əldən-ələ satışı ilə məşğul olmuşdur. Ravi adlı hindistan!ı ilə yaxın münasibəti olan tanışı Serqey adlı Moskva şəhər sakini olmuş, Serqeylə əvvəllər meyvətərəvəz alveriləri olmuş və etibarlı münasibətləri olmuşdur. Serqey onun üçün Raviyə zamin durmuş və beləliklə də Ravi brilyant qaşları ona satmaq qərarına gəlmişdir. Özü daxili bazan təhlil edib brilyantın dəyərini itirmədiyini və satışı ilə məşğul olmağın riskli olmadığını, qazandı olduğunu qət etmişdir. Bu fikrini Serqeyə demiş, həmin şəxs Dubay şəhərində brilyant qaşların satışı ilə məşğul olan Ravi adlı tanışı olduğunu demiş və istəsə onun üçün xahiş edə biləcəyini demişdir. Ravini o, əvvəldən tanımamış, Serqeyin köməkliyi ilə yanına getmiş, ilk dəfə Ravini brilyant qaşları alanda görmüşdür. Həmin şəxs 45-50 yaşlarında, orta bədən qurluşunda, tipik hindislanlı görünüşlü şəxs olmuş, telefon nömrəsini yaddaşda saxlamamış, həmin şəxs onun telefon nömrəsini götürmüş və əlaqə saxlayacağını demişdir. Ravi ilə heç bir münasibəti olmamış, brilyant qaşları Serqeyin qarant durması səbəbindən ona nisyə satmışdır. Ravi Serqeyi tanımış, malların pulunu ya Serqey vasitəsilə göndərəcək, ya da dediyi başqa şəxsə verəcəkmiş. Serqey 40 yaşlarında, hündürboy, bi raz kök şəxs olmuş, Moskva şəhərində Novo Peredelkino rayonunda yaşamış, meyvə-tərəvəz alqı-satqısı ilə məşğul olmuş, təxminən 2014-cü ildən tanışlıq və biznes əlaqələri olmuşdur. Serqeyin və Ravinin telefon nömrələrini, yazışmaları saxlanıldığı zaman telefonundan silmiş, hazırda xatırlamır. Əvvəllər heç vaxt Dubay şəhərindən Azərbaycan Respublikasına qızıl zinət əşyaları, qiymətli daşlar, o cümlədən brilyant qaşlar gətirməmişdir. Ankara şəhərində dostu ilə görüşməli olduğu üçün İstanbul şəhərindən Ankaraya gedib oradan Bakı şəhərinə qayıtmışdır. Brilyant qaşları gətirərkən nə Dubay aeroportunda, nə də İstanbul, nə də Ankara aeroportlarında bəyan etməmiş, heç bir əməkdaş ondan baqaj yükündə olan brilyant qaşlar barədə soruşmamış, bəyannamə tələb edən olmamışdır. Serqey ilə biznes əlaqələri meyvə-tərəvəz məhsullarının satışı ilə bağlı olmuşdur. Müxtəlif meyvə- tərəvəz məhsullarını satması üçün Türkiyənin Mersin şəhərindən yük avtomobilləri ilə Serqeyə göndərmiş, həmin malları o öz adına və ya özünün rəhbərlik etdiyi şirkətlərin adından yox, vasitəçi şirkətlərin adından xatırlamadığı Rusiya şirkətlərinin adına göndərmişdir. Məhsulları satılması üçün Moskva şəhərindəki bazara göndərmiş, Serqey isə orada malı qəbul edib satışını həyata keçirib pulu hissə-hissə ona göndərmişdir. Serqey pulları əlbəəl Moskva şəhərindəki tanışlarına vermiş, onlar da ona çatdırmışlar. Serqey pulu nə vaxt, hansı vasitə ilə Raviyə göndərdiyini bilməmiş, ona pulun Raviyə çatdığını demişdir. O, əvvəlcə brilyantlann gömrükdə tutulduğunu həmin şəxslərə deməmiş, məsələ uzanmış və Ravi pulunu tələb etmiş, o da brilyantlann gömrükdə tutulduğunu, işin yekunlaşmasını gözlədiyini bildirmişdir, brilyantlan Bakı şəhərinə necə, hansı yolla gətirəcəyi barədə Ravi və ya Serqeye heç nə deməmişdir. O, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Sonrakı məhkəmə iclasında isə Təqsirləndirilən şəxs yazılı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, “Mənə verilən suallara cavab olaraq, mən Təqsirləndirilən şəxs məhkəmə kollegiyasına bildirmək istəyirəm ki, törədilmiş cinayətin predmeti olmuş brilyant daş-qaşlar şəxsən mənə məxsusdur. Özüm onu gətirib burada satmaq istəyirdim. Həmin brilyantlarla bağla heç kimin mənimlə sövdləşməsi olmamışdır. Onların hamısı mənə məxsusdur. Mənə qarşa verilən mülki iddianın qismən, yəni 63.287.33 (altmış üç min iki yüz səksən yeddi manat, otuz üç qəpik) manat məbləğində tutulması və həmin hissədə təmin olunmasını xahiş edirəm”. Təqsirləndirilən şəxs əlavə alaraq bildirmişdir ki, Dubayda bir nəfər şəxs ona Bakıya zəng edərək onun brilyant daş-qaşları gömrükdən kənar keçirməsinə kömək edəcəyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsində baş inspektor vəzifəsində işləyir, xidməti vəzifəsi X4 Aeroportunda təyin olunduğu postda rentgen aparat vasitəsi ilə baqaj yüklərinə gömrük nəzarəti həyata keçirmək olmuşdur. 12.02.2021-ci il tarixdə saat 09:00-dan 20:00-dək növbədə olmuş və 1-ci terminalmm gəliş zalında 2-ci rentgen aparatında sərnişinlərin baqaj yüklərinə rengen aparatı vasitəsilə gömrük nəzarətini həyata keçirmişdir. Həmin gün saat 16 radələrində Ankara-Bakı aviareysi ilə gələn sərnişinlər bunkerdən gələn baqaj yüklərini götürüb gəliş zalında Qırmızı Kanaldan keçməyə başlamışlar. Bu zaman dördbücaq fomralı bir yük, şəxsiyyəti sonradan ona məlum olan Emil Abdıulov tərəfindən rentgen aparatına daxil edilmiş, qutunun içərisindəki, sonradan boks kisəsi olduğunu bildiyi predmetin təsviri yükləndikcə içərisində şübhəli qaraltılar müşahidə etmiş və həmin yükün yoxlanılmalı olduğu qənaətinə gəlmişdir. 'Təsvirin yüklənməsi bitdikdə həmkarı 'Tural Qafarov ona yaxınlaşıb monitorda təsvirə baxmış və bu baqaj yükündən bunkerdə şübhələndiyini, lakin qırmızı lent yapışdırmaq səviyyəsində şübhələnmədiyini demiş və təsvirlərə diqqətlə baxmağı bildirmişdir. Bu zaman o, həmin yükü saxlamaq üçün ayağa qalxıb lentə yaxınlaşmış, həmin vaxt əməliyyat idarəsinin əməkdaşları da orada olmuş onlara həmin yükün içərisindəki boks kisəsində şübhəli təsvirlər müşahidə etdiyini bildirmişdir. Bu zaman yükün sahibi Təqsirləndirilən şəxs yaxınlaşıb onunla şifahi sorğu- sual apararaq ona məxsus olan qutunun içərsində gömrük nəzarətinə təqdim olunmalı mallar olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs isə qutuda heç bir bəyan edilməli olan mal olmadığını bildirmişdir. O, qutunun içərisindəki boks kisəsində şübhəli təsvirlər olduğunu bildirmiş. Təqsirləndirilən şəxs əvvəlcə boks kisəsinə vizual baxış keçirilməsinə etiraz etmiş, sonra boks kisəsini tək rentegn aparatında yoxlamadan keçirmişlər. Rentgen yoxlaması zamanı şübhəli təsvirlər daha aydın müşahidə olunmuş və boks kisəsinin içərisində yad cisimlər olduğu Öz təsdiqini tapmışdır. Bundan sonra əməliyyat idarəsinin əməkdaşları baxış keçirilməsi üçün Təqsirləndirilən şəxs və yüklərini təyin olunmuş yerə aparmışlar. Sonradan Təqsirləndirilən şəxs məxsus qutunun içərisində olan boks kisəsinin içərisindən 16 bükümdə brilyant qaşlar aşkar olunduğu ona məlum olmuşdur. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, dəyəri külli miqdar təşkil edən qiymətli daşların Türkiyə Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətiriləcəyi barədə şöbəyə məlumat daxil olmuş və 12.02.2021-ci il tarixdə saat 16 radələrində Ankara-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs nəzarətə götürülmüşdür. Fanil Abdulov həmin gün X4 Aeroportunun 1-ci terminalının gəliş zalına daxil olmuş və baqaj yüklərini lentdən götürüb gömrük nəzarəti həyata keçirilən zonaya gəlmişdir. Təqsirləndirilən şəxs yüklərini rentgen aparatının lentinin üzərinə qoyaraq metal axtaran detektordan keçmişdir. Təqsirləndirilən şəxs baqaj yükünə bunkerdə ilkin rentgen yoxlaması zamanı xüsusi işarə, yəni gəliş zalında təkrar rentgen yoxlmasmdan keçirilməsi üçün qırmızı lent vurulmamışdır. O, gəliş zalında quraşdırılmış rentgen aparatında xidmət aparan inpektoru Təqsirləndirilən şəxs məxsus yükləri diqqətlə rentgen yoxlamasından keçirməsi barədə təlimatlandırmışdır. Emil Adulova məxsus karton qutu rentgen aparatından keçərkən qutunun içərisində olan boks kisəsinə bənzər predmetin içərisində şübhəli təsvirlər müşahidə edilmiş, Təqsirləndirilən şəxs həmin qutunun içərisində gömrük nəzarətinə bəyan edilməli, gizlədilmiş, mülki dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı bir mal olub-olmadığını soruşmuş, Famil Abdulov isə qutunun içərisində bəyan edilməli, gizlədilmiş və ya qadağan edilmiş heç bir mal olmadığını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs qutunu açıb boks kisəsini rentgen yoxlamasına təqdim etməsini bildirmiş, boks kisəsi rentgen aparatında yoxlamadan keçərkən içərisində şübhəli predmctlərə dair təsvirlər daha aydın müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs müşayiət etdiyi karton qutuya baxış keçirilməsi və üzərində şəxsi yoxlama aparılması üçün yoxlama otağına dəvət etmişlər. Əvvəlcə Təqsirləndirilən şəxs məxsus karton qutuya videoçəkilişdən istifadə etməklə həmkarı Şahid2 ilə birlikdə baxış keçirmiş. Baxış zamanı qutuda olan qırmızı rəngli boks kisəsinin zəncirbəndini açmış və boks kisəsinin içərisində müxtəlif parça kəsiklərinə bükülərək gizlədilmiş 16 sellofan büküm aşkar edilmişdir, həmin sellofan bükümlərin hər birinin içərisində çoxlu sayda, müxtəlif ölçülü, parlaq qaşlar olduğu müəyyən edilmişdir, həmin bükümləri elektron tərəzidə çəkmiş və 16 bükümün ümumi çəkisinin təxminən 948 qram təşkil etdiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi yoxlama zamanı heç bir hüquqpozma predmeti aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları təsdiq etmişdir. Şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dayısı olmuş, rəsmi olaraq heç bir yerdə işləməmiş, ev, avtomobil alqı-satqısı ilə məşğul olaraq dolanışığını təmin etmişdir. Təxminən 1 1-12.02.2021-ci il tarixdə Təqsirləndirilən şəxs “Whatsapp” vasitəsilə ona zəng vuraraq Türkiyədə olduğunu, Bakıya qayıdacağını bildirmiş və dediyi saatda onu Bakı şəhəri Heydər Əliyev adına Beynəlxalq Aeroportunda qarşılamağı xahiş etmişdir. O, dayısını qarşılamaq üçün 12.02.2021-ci il tarixdə günorta saatlarında hava limanına gedib terminalın qarşısında gözləməyə başlamış, bütün sərnişinlər çıxmış, taksi sürücüləri də terminalı tərk etmiş, lakin Təqsirləndirilən şəxs gəlib çıxmamışdır. Bir neçə dəfə zəng vurmuş, lakin telefona cavab verməmişdir. Orada taksi sürücülərindən həmin reysin Ankara-Bakı aviareysi olduğunu öyrənmiş, orada xidmət aparan göy rəng xidməti geyim formasında olan əməkdaşa yaxınlaşıb Ankara-Bakı aviareysi ilə gələn Təqsirləndirilən şəxs gəlib çıxmadığını, hər hansı bir problem olub-olmadığını soruşmuşdur. Həmin əməkdaş isə Təqsirləndirilən şəxs gəldiyini və kənarda yerləşən gömrük idarəsində olduğunu, əlavə məlumat almaq üçün idarəyə müraciət etməli olduğunu bildirmişdir. O, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə gedib Təqsirləndirilən şəxs növbətçi hissədən maraqlanmış, orada Təqsirləndirilən şəxs idarədə olduğunu, yaxşı olduğunu, bildirmişlər. O, bir qədər də gözləmiş və hava limanını tərk etmişdir. Həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs zəng vurub onu hava limanında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin qarşısından götürməyi xahiş etmiş, o, idarə etdiyi avtomobillə gedərək dayısını götürüb yaşadığı ünvan 2 ünvanına gətirmişdir. Nə baş verdiyini soruşmuş, lakin Təqsirləndirilən şəxs heç nə deməmişdir. Bir neçə gündən sonra kütləvi informasiya vasitələrindən Ankara-Bakı aviareysi ilə gələn sərnişinin çantasından külli miqdarda brilyant qaşlar aşkar edildiyini öyrənmiş, fotoşəkillərdə geyimindən həmin şəxsin dayısı olduğunu anlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs internetdə bu barədə xəbərlər olduğunu demiş, Təqsirləndirilən şəxs isə Ankara-Bakı aviareysi ilə gələrkən gətirdiyi brilyant qaşların gömükdə saxlanıldığını bildirmiş, lakin təfərrüatlı məlumat verməmişdir. Təqsirləndirilən şəxs rəsmi olaraq heç bir yerdə işləməmiş, ev, avtomobil alqı-satqısı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs qızıl zinət əşyalarının, qiymətli daşların, o cümlədən brilyant qaşların satışı ilə məşğul olub-olmaması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ayda 1 dəfə, 2 aydan bir onu aeroporta aparmağı və qarşılamağı xahiş etmiş, o, hər dəfə onu aeroportdan yola salmış və qarşılamışdır. Təqsirləndirilən şəxs adətən İstanbul şəhərinə getmiş, hansı məqsədlə getdiyini, nə işi olduğunu, neçə gün qalacağını o, bilməmişdir. Bacı oğlu kimi aeroporta yola salıb qarşılamışdır. Sonuncu dəfə Təqsirləndirilən şəxs İstanbul şəhərindən Dubay şəhərinə getməsi barədə məlumatı olmamış, onun əl yükündən külli miqdarda 495075,50 manat dəyərində 4463,03 karat brilyant qaşların kimə məxsus olması, haradan, kimdən, hansı məqsədlə alması barədə məlumatı olmamışdır. 12.02.2021-ci il tarixdə dayısını qarşılamaq üçün aeroporta getmiş, gözləyərkən dəfələrlə dayısına zəng vurmuş, lakin zənglərə cavab verməmiş, sonradan zəng vuraraq onu oradan götürməyi xahiş etmişdir. Ertəsi gün Təqsirləndirilən şəxs ona zəng vuraraq təkrar aeroporta gömrük idarəsinə aparmağı xahiş etmiş və birlikdə idarəyə gedib-qayıtmışlar. Lakin onun hansı iş üçün idarəyə getməsini bilməmişdir. Ümumiyyətlə dayım harasa getmək lazım olduqda, ev üçün bir şey lazım olduqda ona zəng vurmuş və o da dayısının tapşırıqlarını yerinə yetirmişdir. Demək olar ki, hər gün telefonda danışmışlar. Təqsirləndirilən şəxs əvvəllər bir müddət Moskva şəhərində yaşamış, İstanbula tez-tez gedib-gəlmişdir. Cinayət işinin 1-ci cildinin 09-10-cu vərəqlərində olan Bakı şəhəri X4 Aeroportunda tərtib edilmiş 12 fevral 2021-ci il tarixli baxış keçirilməsi və götürülmə haqqında protokoldan görünür ki, videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs məxsus böyük ölçiiiü karton qutuya yoxlama keçirilən zaman, qutunun içərisində şəxsi geyim əşyaları və çantaların arasında kiçik ölçülü qırmızı rəngli boks kisəsi olduğu müəyyən edildi.1 həmin boks kisəsinin zəncirbəndi açıldı və kisənin içərisindən müxtəlif ölçülü parça tullantılarının arasına qoyularaq gömrük nəzarətindən gizlədilmiş 16 ədəd sellofan büküm aşkar olundu. Həmin bükümlərə baxış keçirildi, hər birinn içərisində qaşlar olduğu müəyyənləşdi. Aşkar olunan bükümlər tərəfimizdən nömrələndi və ardıcıl olaraq elektron tərəzi ilə çəkildi. Qablaşdırmaları ilə birlikdə 1-ci büküm 101 qram, 2-ci büküm 85 qram, 3cü büküm 78 qram, 4-cü büküm 80 qram, 5-ci büküm 65 qram, 6-cı büküm 53 qram, 7-ci büküm 68 qram, 8-ci büküm 60 qram, 9-cu büküm 65 qram, 10-cu büküm 48 qram, 11 ~ci büküm 47 qram, 12-ci büküm 45 qram, 13-cii büküm 68 qram, 14-cü büküm 70 qram təşkil etdi. 15-ci bükümün içərisindən ümümi çəkiləri 2 qram olan 3 ədəd orta ölçülü qaş və ümümi çəkiləri 2 qram olan bir ədəd sellofan paketdə kiçik ölçülü qaşlar, 16-cı bükümün İçərisindən isə üzərində “HDR Antverp” yazısı olan qablaşdırması ilə birlikdə çəkisi 11 qram təşkil edən 1 ədəd böyük ölçülü qaş aşkar olunmuşdur. Aşkar olunan qaşlar ümumilikdə elektron tərəzi ilə çəkilmiş və qablaşdırmaları ilə birlikdə ümümi çəkisi təxminən 948(doqquz yüz qırx səkkiz) qram təşkil etmişdir. Cinayət işinin 1-ci cildinin 32-39-cu vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2021-ci il tarixli, 6/706-9/885 saylı ekspert rəyində göstərilmişdir ki, təqdim edilmiş 16 bükümdə qaşların ümümi kütləsi 4463,03 karat (892,60 qram) təşkil edir. Onlardan: 1-ci bükümdə 1. 266,80 karat, 2. 223,50 karat; 2-ci bükümdə 1. 226,05 karat, 2. 189,95 karat; 3-cü bükümdə 1. 153,45 karat, 2. 226,65 karat; 4-cü bükümdə 1. 132,60 karat, 2. 85,10 karat, 3. 168,05 karat; 5-ci bükümdə 3 16,75; 6-cı bükümdə 258,45; 7-ci bükümdə 328,00 karat; 8-ci bükümdə 1. 133,25 karat, 2. 147,55 karat; 9-cu bükümdə 1. 117,75 karat, 2. 185,40 karat; 10-cu bükümdə 1. 70,80 karat, 2. 26,00 karat, 3. 68,55 karat, 4. 50,15; 11-ci bükümdə L 64,00 karat, 2. 162,95 karat; 12-ci bükümdə 1 59,55 karat, 2. 155,00 karat; 13-cü bükümdə 331,60 karat; 14-cü bükümdə 1. 85,95 karat, 2. 79,70 karat, 3. 175,80 karat; 15-ci bükümdə 1. 2,155 karat, 2. 2,049 karat, 3. 2,179 karat, 4. 10,30 karat kütlədə brilyant qaş vardır; 16-cı bükümdə 1 ədəd, zavod qablaşdırması “HRDAntwerp Natural Diamond **********70 4,34 et W(H) V52” yazıları olan üzərindəki məlumata əsasən 4,34 karat ölçüdə brilyant qaş vardır, ümümi çəkisi 6,03 qramdır. Aparılmış fıziki-künyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla təqdim edilmiş brilyant qaşların aşağı keyfiyyətli olması nəzərə alınmaqla ümümilikdə 18.02.2021-ci il tarixə orta qiyməti təxminən 495075,50 manat müəyyən edilir. Cinayət işinin 1-ci cildinin 41-ci vərəqində olan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük Prosedurları və Ödənişləri şöbəsinin 34/012/00861 1 saylı, 01.04.2021 -ci il tarixli raportunda göstərilmişdir ki, yuxarıda göstərilən ekspert rəyinə əsasən brilyant qaşların gömrük rəsmiləşdirilməsindən keçirilməsi üçün ödənilməli məbləğ cəmi 108891,19 manat təşkil edir. Cinayət işinin 1-ci cildinin 44-47-ci vərəqlərində olan baxış keçirilməsi haqqında 08 aprel 2021-ci il tarixli protokol və əlavə edilmiş sərhədkeçmə hesabatından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə 01.02.2021-ci il tarixdə Bakı-İstanbul aviareysi ilə Türkiyə Respublikasına getmiş və 12.02.2021-ci il tarixdə saat 15:59~da həmin Ankara- Bakı aviareysi ilə geriyə qayıtmışdır. Cinayət işinin 2-ci cildinin 78-79, 148-149-cu vərəqlərində olan qərarla Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi mülki iddiaçı, Təqsirləndirilən şəxs mülki cavabdeh kimi tanınmışdır Cinayət işinin 2-ci cildinin 06-cı vərəqində olan baxış keçirilməsi haqqında 23 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs baxış keçirilməsi üçün təqdim etdiyi “Samsung Galaxy S3” markalı mobil telefonda olan bütün məlumatların silindiyi müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 28-32-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 avqust 2021-ci il tarixli, 5/784 saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android 4.3” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy 111” markalı “GT-119300” modeli “**********35391” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “Samsung Galaxy S İİİ” markalı “GT-119300” modelli mobil smartfonun yaddaşından toplanmış hal-hazırda mövcud olan və pozulmuş məlumatlar müəyyən olundu və bir ədəd diskdə rəyə əlavə edildi. Cinayət işinin 2-ci cildinin 34-64-cü vərəqlərində olan baxış keçirilməsi haqqında 19 avqust 2021-ci il tarixli protokol və əlavə edilmiş çıxarışdan görünür ki, yuxanda göstərilən ekspert rəyinə əlavə edilmiş diskə baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi “Samsung Galaxy S 111” markalı “GT-119300” modelli mobil smartfonda heç bir xarici ölkəyə məxsus mobil telefon nömrəsinin qeyd edilməmiş və zənglər aparılmamışdır. Cinayət işinin 1-ci cildinin 73-78-ci vərəqlərində olan baxış keçirilməsi haqqında 27 aprel 2021-ci il tarixli protokol və əlavə edilmiş pasportun surətindən Təqsirləndirilən şəxs 01.02.2021-ci il tarixdə X7 Aeroportundan Türkiyə Respublikasına daxil olduğu və həmin tarixdə, həmin aeroportdan ölkəni tərk etdiyi, 26-cı vərəqdə olan möhürə əsasən 02.02.2021-ci il tarixdə X2 daxil olduğu, 49-cu vərəqində olan möhürlərə əsasən onun 01.02.2021-ci il tarixdə X4 Aeroportundan Azərbaycan Respublikasını tərk etiyi və 12.02.2021-ci il tarixdə ölkə ərazisinə geriyə qayıtdığı müəyyən edilir. Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdar təşkil edən brilyant qaşları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə Türkiyə Respublikasından keçirib Azərbaycan Respublikasına gətirməsi, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında əşyaların külli miqdarda qaçaqmalçılığı cinayətini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunur və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 206.3.2ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 №-li qərarı ilə təsdiq edilmiş «Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi» Qaydalarına əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barədə məlumatlar gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməlidir, malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün bəyannamə ilə birgə şəxs tərəfindən mallar barədə sahiblik, istifadə və (və ya) sərəncam vermə hüquqlarını təsdiq edən sənəd, yaxud istənilən digər sənəd təqdim edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, cinayətin predmeti olan brilliant qaşlar Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə Türkiyə Respublikasından keçirib Azərbaycan Respublikasına gətirilmişdir. Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən
1. Bu Məcəllənin 206.1-ci maddəsində “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, 206.1-1-ci maddəsində “külli miqdar” dedikdə, iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, 206.1-2-ci maddəsində “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Qaçaqmalçılıq predmeti olan brilliant qaşların dəyərinin iki yüz min manatdan yuxarı - 495075,50 (dörd yüz doxsan beş min yetmiş beş) manat təşkil etməsi məhkəmə baxışı zamanı tədqiq olunan mötəbər sübutlarla tam təsdiq olunmuşdur. Həmçinin yuxarıda qeyd olunan 22 iyul 2014-cü il tarixli, 263 №-li Qərarın 19-cu bəndində göstərilmişdir ki, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs məhkəmə araşdırması aparılan cinayət hadisəsini təkbaşına deyil, şəxsiyyəti müəyyənləşdirilməmiş qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cildini 62-63-cü vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs iki azyaşlı uşağı vardır. Cinayət işinin 1-ci cildinin 120-122-ci vərəqlərində olan xasiyyətnamə və sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində 2 azyaşlı uşağı vardır. İstər məhkəmə baxışı zamanı dindirilərkən və istərsə də son sözlə məhkəməyə müraciət edərkən təqsirləndirilən Təqsirləndirilən şəxs əməlindən səmimi peşiman olduğunu bildirmiş və məhkəmənin cəza təyin edərkən himayəsində iki azyaşlı uşaqlarının olmasını, özünün ailənin yeganə qazancgətirəni olmasını və əməlindən səmimi peşmanlığını nəzərə almağı xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunduğunu, onun əvvəllər məhkum olunmadığını, əməlindən səmimi peşman olmasını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsinin sanksiyasının aşağı həddində, barəsində müəyyən olunan cəzanı yüngülləşdirən halları nəzərə almaqla, cəza təyinetmənin ümumi prinsiplərinə və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun, ədalətli azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Lakin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs haqqında olan yüngülləşdirici halları nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyinin mümkünlüyünü qeyd edir və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 nömrəli Sərəncamında qeyd edilir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində (burada: CM-nin 206-cı maddəsi) cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Qeyd edilən Sərəncamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. Həmin Sərəncamın 13-cü bəndində cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması məhkəmələrə tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilərkən Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə, həmçinin vəzifə qoyulmalı, həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən isə onun üzərində nəzarət müvafiq dövlət orqanlarına, bu halda onun daimi qeydiyyatda olduğu və yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhəri üzrə Probasiya Şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, şərti məhkum etmənin tətbiqi ilə əlaqədar onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası CMnin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə iş üzrə verilən mülki iddia ilə bağlı məsələni müzakirə edərkən müəyyən olundu ki, iş üzrə mülki iddiaçı qismində tanınmış Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən ümumilikdə 495075,50 manat dəyər təşkil edən 4463,03 karat brilyant qaşların gömrük rəsmiləşdirilməsi üçün cəmi 108891,19 manat məbləğində gömrük ödənişləri hesablanmış və həmin məbləğin Təqsirləndirilən şəxs tutularaq Dövlət Gömrük Komitəsi vasitəsi ilə dövlət büdcəsinə ödənilməsi barədə mülki iddia qaldırılmışdır. Ümumi mülki iddia məbləği qaçaqmalçılıq predmetinin gömrük dəyərindən ƏDV olaraq hesablanmış 18 %-ni, yəni 62987.33 manatını, idxal rüsumu olaraq hesablanmış 15 %-ni, yəni 45603.86 manatını və əməliyyat haqqı olaraq hesablanmış 300 manatını təşkil etmişdir. Məhkəmə qaldırılmış mülki iddianın əsaslı olub-olmaması məsələsini müzakirə edib belə nəticəyə gəlmişdir ki, Dövlət Gömrük Komitəsinin Təqsirləndirilən şəxs qarşı gömrük rəsmiləşdirilməsi üçün hesablanmış 108891,19 manat gömrük ödənişinin ödənilməsi tələbinə dair mülki iddiası tam deyil, qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin hazırda qüvvədə olan 05 aprel 2021-ci il tarixli, 88 nömrəli qərarının 1.4 bəndinə əsasən 7102 10 000 0, ...... 7118 90 000 0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmləri “0” rəqəmi ilə əvəz edilmişdir, yəni qərarın məzmununda qeyd olunan kod altı mallar 01 yanvar 2021-ci il tarixdən üç il müddətində idxal gömrük rüsumlarından azad edilmişdir. Qeyd olunan qərara əsasən 7102 yarımmövqelerinə aid sətrdəki mallara emal olunmuş və ya olunmamış, lakin çərçivəyə salınmamış və ya bərkidilməmiş almazlar aiddir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin hazırda qüvvədə olan 05 aprel 2021-ci il tarixli, 88 nömrəli qərarı 05 may 2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. Yəni baxılan iş üzrə cinayət hadisəsinin baş vermə tarixi Nazirlər Kabinetinin həmin qərarının qanuni qüvvəsini almasından əvvələ aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Qeyd olunanlara əsasən məhkəmə mülki iddia ilə bağlı belə nəticəyə gəlir ki, 495075,50 manat dəyərində 4463,03 karat brilyant qaşların gömrük rəsmiləşdirilməsi üçün ödənilməsi üçün hesablanmış və mülki iddia üzrə tələb olunan 108891,19 manat pul məbləğindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 aprel 2021-ci il tarixli, 88 nömrəli qərarına əsasən ləğv edilmiş idxal rüsumu olaraq hesablanmış 15 %, yəni 45603.86 manat ümumi mülki iddia müddətindən çıxılmaqla mülki iddia bu hissədə təmin edilməməli, ƏDV olaraq hesablanmış 18 %, yəni 62987.33 manatını və əməliyyat haqqı olaraq hesablanmış 300 manat - cəmi 63287.33 (altmış üç min iki yüz səksən yeddi manat, 33 qəpik) manat gömrük ödənişi Təqsirləndirilən şəxs alınaraq Dövlət Gömrük Komitəsinin vasitəsi ilə dövlət büdcəsinə ödənilməklə mülki iddia bu hissədə təmin edilməlidir. Məhkəmə iş üzrə maddi sübutlara dair məsələni müzakirə edib belə nəticəyə gəlmişdir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Dövlət Gömrük Komitəsinin Xəzinəsində saxlanılan 16 sellofan bağlamada külli miqdarda, 495075,50 manat dəyərində 4463,03 karat (892,60 qram) brilyant qaşlar - təmin edilmiş mülki iddia məbləği olan gömrük ödənişləri ödənilməklə Təqsirləndirilən şəxs özünə geri qaytarılmalıdır. Dövlət Gömrük Komitəsinin Əməliyyat - istintaq Baş İdarəsində saxlanılan “Samsung” markalı, “Galaxy S3” modelli mobil telefon Təqsirləndirilən şəxs özünə geri qaytarılmalıdır. İş üzrə məhkəmə məhkəmə məsrəfləri - 253,65 (iki yüz əlli üç manat altmış beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. Əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən cəza şərti olaraq tətbiq edilsin və ona 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökmün icrası qalan hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər İcra İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin təqsirləndirilən şəxs (mülki cacabdeh) Təqsirləndirilən şəxs qarşı gömrük rəsmiləşdirilməsi üçün hesablanmış 108891,19 (yüz səkkiz min səkkiz yüz doxsan bir manat on doqquz qəpik) manat gömrük ödənişinin ödənilməsi tələbinə dair mülki iddiası qismən təmin edilsin. Gömrük rəsmiləşdirilməsi məqsədi üçün X8 (ƏDV) olaraq hesablanmış 62987.33 (altmış iki min doqquz yüz səksən yeddi manat, otuz üç qəpik) manat və əməliyyat haqqı olaraq hesablanmış 300 (üç yüz) manat - cəmi 63287.33 (altmış üç min iki yüz səksən yeddi manat, otuz üç qəpik) manat gömrük ödənişi Təqsirləndirilən şəxs oğundan alınaraq Dövlət Gömrük Komitəsinin vasitəsi ilə dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübutlar: Dövlət Gömrük Komitəsinin Xəzinəsində saxlanılan 16 sellofan bağlamada külli miqdarda, 495075,50 manat dəyərində 4463,03 karat (892,60 qram) brilyant qaşlar - təmin edilmiş mülki iddia məbləği olan gömrük ödənişi və X8 (ƏDV) ödənilməklə Təqsirləndirilən şəxs özünə geri qaytarılsın, 63287.33 (altmış üç min iki yüz səksən yeddi manat pul tutulması və brilyant qaşların Təqsirləndirilən şəxs qaytarılması eyni vaxta icra olunsun. Dövlət Gömrük Komitəsinin Əməliyyat - istintaq Baş İdarəsində saxlanılan “Samsung” markalı, “Galaxy S3” modelli mobil telefon Təqsirləndirilən şəxs özünə geri qaytarılsın. İş üzrə məhkəmə məhkəmə məsrəfləri - 253,65 (iki yüz əlli üç manat altmış beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilsin. Əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Hakimlər:
1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Mahmud Ağalarov