Məhkəmə qərarları › İş №1(101)-241/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-241/2024

26.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-241/2024 26.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X4 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə, Zərərçəkmiş şəxs1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Ucar rayonu, Qazıqumlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 16 mart 2017-ci il tarixli hökmü ilə təyin edilmiş və ödənilməmiş 3000 (üç min) manat miqdarında cərimə cəzası həmin hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə tam birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 3 il müddətinə azadlıqdan məhrumetə cəzası və 3000 (üç min) manat miqdarında cərimə cəzası təyin edilmiş, məhkumluğu ödənilməmiş, Ucar rayonu, Qazıqumlaq kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Şuşa qəsəbəsində yaşamış, barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 may 2023-cü il tarixli qərarı ilə axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmiş, habelə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 31 oktyabr 2021-ci il tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “El Market” mağazasının giriş-çıxış qapısında olan dəmir barmaqlıqdakı qıfılı özü ilə apardığı təmir aləti ilə sındırıb, plastik qapını sıxıb açmaqla qanunsuz daxil olaraq marketdəki vitrinlərin üzərində olan 1 blok, içərisində 10 qutu, ümumi dəyəri 37 manat olan “Kent 4” markalı siqaretləri; 1 blok, içərisində 10 qutu, ümumi dəyəri 33 manat olan “Winston kompakt boz” markalı siqaretləri; 1 blok, içərisində 10 qutu, ümumi dəyəri 33 manat olan "Winston nazik mentol” markalı siqaretləri; 1 blok, içərisində 10 qutu, ümumi dəyəri 26 manat olan “Wincester boz” markalı siqaretləri; 1 blok, içərisində 10 qutu, ümumi dəyəri 26 manat olan “Wincester göy” markalı siqaretləri; 1 blok, içərisində 10 qutu, ümumi dəyəri 26 manat olan “Pallmall boz nazik" markalı siqaretləri; 1 qutu, içərisində 10 qutu, ümumi dəyəri 26 manat olan “Pallmall mentol” markalı siqaretləri; 1 blok, içərisində 10 qutu, ümumi dəyəri 18,50 manat olan “Arqo göy” markalı siqaretləri; 1 blok, içərisində 10 qutu, ümumi dəyəri 18,50 manat olan "Kingston qalın” markalı siqaretləri; 1 blok, içərisində 10 qutu, ümumi dəyəri 21 manat olan "Magna boz" markalı siqaretləri; 1 blok, içərisində 10 qutu, ümumi dəyəri 21 manat olan “Magna qara” markalı siqaretləri; 05 qutu, ümumi dəyəri 12 manat olan “West qalın” markalı siqaretləri, vitrinin üzərində olan kağız qutunun içərisindən 200 manat nağd pulu, 06 ədəd, hər biri 1 litr ölçüdə, ümumi dəyəri 72 manat olan “Ağsu” araqlarını; 01 ədəd, 0,7 litrlik ölçüdə, dəyəri 8 manat olan “Ağsu” arağını; 10 ədəd hər biri 2 manatlıq olmaqla ümumi dəyəri 20 manat olan “Azercell"; 05 ədəd hər biri 1 manatlıq olmaqla ümumi dəyəri 05 manat olan "Bakcell”; 05 ədəd hər biri 2 manatlıq olmaqla ümumi dəyəri 10 manat olan “Bakcell”; 05 ədəd hər biri 2 manatlıq olmaqla ümumi dəyəri 10 manat olan “Nar"; 01 ədəd 5 manat dəyərində “Nar" danışıq kartlarını; 01 qutu içərisində 60 ədəd ümumi dəyəri 30 manat olan Çin istehsalı olan alışqanlarını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 658 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları X5 və X9 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən sonuncularla əvvəlcədən razılaşmalarına əsasən 25 noyabr 2021-ci il tarixdə gecə saat 03 radələrində ünvan 1 ünvanında yerləşən “Al Market” mağazasının binasının qarşısına getmiş, Fariz Sultanzadə təhlükə yaranan halda xəbər vermək məqsədilə binanın yaxınlığında dayanaraq gözləmiş, o, isə “AL Market” mağazasının giriş qapısında olan qıfılı özü ilə apardığı təmir aləti ilə sındırdıqdan sonra Sənan Göyüşovla birlikdə qanunsuz daxil olaraq mağazadakı saxlanc yeri hesab olunan kassasında 3980 manat nağd pul olan “Modenis" MMC-yə məxsus 3489 manat dəyərindəki İD-1120 saylı “E-manat” ödəmə terminalını oğurlayaraq mağazadan çıxardıqdan sonra o, Fariz Sultanzadə və Sənan Göyüşovla birlikdə həmin ödəmə terminalı mağazanın yaxınlığındakı boşluq əraziyə apararaq sındırmaqla aparatın kassasında olan 3980 manat pulu gizli olaraq talamaqla zərərçəkmiş şəxs hüquqi şəxs “Modenis" MMC-yə ümumilikdə xeyli miqdarda yəni, 7469 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 03:30-da ünvan 2 ünvanında yerləşən “AL” Marketin pəncərəsindən qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs2 MMC-yə məxsus “İD1254” saylı “E-manat” ödəmə terminalını özü ilə apardığı təmir aləti ilə sındıraraq terminalının saxlanc yeri hesab edilən kassasında olan 4156.00 (dörd min bir yüz əlli altı) manat pulu gizli olaraq talayaraq zərərçəkmiş şəxs "xxxx" MMC-yə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, qanunsuz olaraq külli miqdarda 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,410 qram, 0,551 qram, 0,877 qram, 0,498 qram, 0,431 qram və 0,504 qram olmaqla, ümumi təmiz çəkisi 3,271 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin alaraq əldə edib, daşımış, saxlamış və 07 avqust 2022ci il tarixdə saat 00:25-də Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində barəsində təqsirləndirilən şəxs qismində axtarış elan olunduğu üçün Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən kanalın yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirilərək üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,410 qram, 0,551 qram, 0,877 qram, 0,498 qram, 0,431 qram və 0,504 qram olmaqla, ümumi təmiz çəkisi 3,271 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək oğurluq epizodu üzrə ibtidai istintaq dövründə verdiyi ifadələri təsdiq etmişdir. İbtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, 2021-ci ilin oktyabr ayının əvvəllərindən işsiz olduğu üçün maddi cəhətdən çətinlikləri yaranmışdır. 30 oktyabr 2021ci il tarixində, axşam saatlarında yaşadığı evdə olduğu zaman qonşuluqda yaşayan X9 onun mobil telefonuna zəng etmişdir. Telefona cavab verdikdən sonra Sənan Göyüşov onlara məxsus olan “Ömər" marketin qarşısına gəlməyini xahiş etmişdir. Onun xahişi ilə o, qeyd edilən ünvana getmiş və orada Sənan Göyüşovla görüşmüşdür. Sənan Göyüşov loto oynadığını, oyunda uduzaraq 1000 manat borcunun yarandığını bildirmişdir. O, Sənandan ona nə köməklik edə biləcəyini soruşduqda, Sənan Göyüşov yaxınlıqda yerləşən "El" marketə daxil olaraq oğurluq etməyi təklif etmişdir. Həmin zaman maddi vəziyyətinin yaxşı olmaması səbəbindən Sənan Göyüşovla razılaşmışdır. Bundan sonra gecə saatlarında marketə daxil olmağı qərarlaşdırmışlar. 31 oktyabr 2021-ci il tarixində, saat 02 radələrində Sənan Göyüşova məxsus "Ömər" marketin qarşısında onunla görüşmüşlər. Oradan birlikdə “ЕL” marketin qarşısına gələrək, plastik qapının önündə quraşdırılmış dəmir barmaqlığın qıfılını özləri ilə gətirdikləri dəmir parçası ilə qırmışlar. Daha sonra plastik qapını sıxaraq, açıb içəri daxil olmuşlar. Sənan Göyüşov marketin vitrinində olan müxtəlif markalı siqaretləri dükandan götürdüyü kağız qutuya yığmışdır. Siqaretləri yığdıqdan sonra oradan çıxaraq, hərəsi öz evinə getmişlər. Oğurluq hadisəsinin səhəri günü, yəni 01 noyabr 2021-ci il tarixində, gündüz saatlarında Sənan Göyüşovla yaşadıqları məhəllədə görüşmüşlər. Görüş zamanı Sənan Göyüşov oğurladıqları siqaretlərin ümumi dəyərinin 200 manat olduğunu bildirərək, ona 35 manat pul vermiş və o da əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. “EL" marketdən yalnız müxtəlif markalı siqaretləri oğurlamışlar, başqa hər hansı bir əşya, və ya nağd pul oğurlamamışlar. "El" marketdən oğurluq etməyi Sənan Göyüşov ona təklif etmişdir. Oğurladıqları siqaretləri isə Sənan öz işlətdiyi dükanda satmışdır. Bundan başqa o, xx.xx.2021-ci il ünvan 5 ünvanında yerləşən “AL” marketə gəlmiş və marketdə “E-manat” ödəmə terminalı görərək, həmin ödəmə terminalını sındırmaqla kassamı oğurlamaq qərarına gəlmişdir. Ona görə də xx.xx.2021-ci İl tarixdə saat 03:30-də ünvan 5 ünvanında yerləşən "AL” marketin arxa tərəfində olan iki hasarın arası ilə piyada keçərək, “AL" marketin pəncərə hissəsinə qalxaraq marketə daxil olmuşdur.Marketə daxil olduqdan sonra karketdə olan “E-manat” ödəmə terminalını yerə aşırıb yıxmaqla özü ilə gətirdiyi dəmir “montirovka" ilə terminalın qapısını əyib açıb sındıraraq daxilində olan pul əskinaslarını yığılan kassanı götürərək daxil olduğu yerdən çıxmışdır. Onun “AL" marketə daxil olmağı və aradan çıxmağı təxminən 20 dəqiqə ərzində baş vermişdir.Həmçinin o, “AL” marketdə olan video müşahidə blokunu "dviar” götürmüşdür ki, onu görüntü ilə tapan olmasın. Bundan sonra o, dəmir aləti başqa şəxslərin əlinə keçməməsi üçün Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyinin yaxınlığında olan hasarın yanında gizlətmiş, eləcə də həmçinin “E-manat” ödəmə terminalının kassa kisəsini və “dvian” kimsənin əlinə keçməməsi üçün Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyinin yaxınlığında olan su kanalına atmışdır. Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayramov küçəsi, 49 d ünvanında yerləşən "AL" marketdə olan "E-manat” ödəmə terminalını yarararsız vəziyyətə salaraq oğurladığı terminalın pul kisəsinin içərisində 1, 5,10, 20, 50 və 100 manatlıq pul əskinasları olmaqla cəmi 4156 manat nəğd pul olmuşdur. Həmin 4156 manat pulunu hamısını götürərək, öz ehtiyacına xərcləmişdir. Terminalın kassasını açmaqda istifadə etdiyi dəmir aləti Nizami rayonu 8 km bazarından yadında qalmayan qiymətə almışdır. Hazırda həmin pulu qaytarmaq üçün heç bir maddi imkanı yoxdur. Həmin oğurluğu içkili olduğumdan və tək olaraq oğurluq etmişdir, əməlindən çox peşmandır. Bundan başqa o, ifadəsində göstərmişdir ki, əvvəllər Suraxanı rayonu, Ramana qəsəbəsində yerləşən marketdi satıcı işləmiş, sonradan işdən çıxmışdır. İşsiz olduğundan, pula ehtiyacı varmış. Ona görə də əvvəllər satıcı işlədiyi marketdən bir az aralıda yerləşən Suraxanı rayonu Samir Əliyev küçəsində yerləşən “Al” marketin içərisində “E-manat” ödəniş terminalı quraşdırıldığını bildiyindən və həmin terminalın kassasında pul olacağını düşündüyündən həmin terminalı oğurlayıb, içərisindəki pulları çıxarmaq fikrinə düşmüşdür. Terminalın ağır olduğunu bildiyindən, onu marketdən çıxarmaq üçün özünə yoldaş tapmaq istəmişdir. 25 noyabr 2021-ci il tarixdə, gecə saat 02 radələrində yaşadığı evdən kənarda dayanıb, özündə olan ***-***-**-** mobil telefonla əvvəldən tanıdığı və dostluq münasibətində olduğu, qonşuluqda yaşayan X2 istifadəsində olan ***-***-**-**mobil nömrəyə zəng edib, onu olduğu yerə çağırmışdır. Bir az sonra Fariz onun olduğu yerə gəlmişdir. Görüş zamanı Farizə Suraxanı rayonu Samir Əliyev küçəsində yerləşən “Al market”-in içərisindən “E-manat” ödəniş terminalını oğurlamaq istədiyini bildirərək, Farizə onunla birlikdə getməyini təklif etmişdir. Fariz əvvəlcə qorxduğundan ona etiraz etmişdir. Lakin ona burada qorxulu bir şeyin olmadığını, onun ancaq marketin qarşısında dayanıb, ətrafa baxacağını, gələn olsa xəbər verəcəyini dedikdən sonra Fariz razı olmuşdur. Ancaq terminalın marketdən tək çıxara bilməyəcəyini düşünüb, daha bir nəfər lazım olduğunu demişdir. Sonra özünün telefonunda vatsap olmadığından Farizdən özündə olan mobil telefonun vatsapı ilə xalası oğlu Sənan Göyüşova zəng etməsini istəmişdir. Fariz Sənana vatsapla zəng etdikdən sonra, telefonu Farizdən alıb, özü Sənanla danışaraq, onu da durduqları yerə çağırmışdır. Farzin xalası oğlu Sənan bir az sonra onların yanına gəlmişdir. Mən ona “Al” marketdəki ödəmə terminalını oğurlamaq istədiklərini deyərək, Sənanı da onlarla getmək istədiyini bildirmişdir. Sənan əvvəlcə razı olmasa da sonradan razılaşmışdır. Bundan sonra o, Farizə bir cüt tibbi əlcək və bir ədəd tibbi maska, Sənana isə bir ədəd qara rəndli maskalı papar və bir cür tibbi əlcək vermişdir ki, mağazaya yaxınlaşanda geyinsinlər. Özü ilə də papaqlı maska götürmüşdür ki, marketə çatdıda başına geyinsin. Farizə və Sənana verdiyi, əlcək və paparları da özü ilə əvvəlcədən götürmüşdür. Bundan sonra bir üçü, yəni o, X9 və Fariz Sultanzadə birlikdə təxminən piyada 2-3 km gedərək, oğurluq etmək istədikləri Samir Əliyev küçəsində yerləşən “Al Market”-n qarşısına çatmışlar. Marketə çatdıqda saat təxminən 03 radələri olarmış. Ətrafa baxıb, kimsənin olmadığına əmin olduqdan sonra Fariz “Al" Marketin qarşısında qaranlıq bir yerdə dayanmışdır ki, gəlb-gedən olsa onlara xəbər versin. Onunla Sənan isə "Al” marketin giriş qapısına yaxınlaşmışlar. “Al” marketin qapısı plasmast materialdan olmaqla, qapı bağlı imiş, metal zəncirlə bağlanmışmış və zəncirə asma qıfıl bağlanmışdır. Qapının sağ və sol tərəfində şüşəli pəncərə varmış. Pəncərələrdən marketin içərisi görünürmüş. Marketin içərisində elektrik lampaları yandığından içərisi işıqlı imiş. Oğurlamaq istədikləri ödəmə terminalı isə qapı girişindən sağ tərəfdə, qapıya yaxın imiş. Fariz qaranlıq yerdə dayanıb, gözətçilik etdikdən sonra, o və Sənan “Al" marketin gririş qapısına yaxınlaşmışlar. Qapıya yaxınlaşdıqda o, özü ilə gətirdiyi və əynindəki gödəkcənin altında gizlətdiyi mismar çıxaran kiçik loma oxşayan alətlə qapıdan asılmış dəmir zənciri burub sındırmışdır. Bundan sonra onunla Sənan “Al Market”-ə daxil olmuşlar. Marketə girdikdən sonra o, marketdə quraşdırılmış “e_manat” ödəmə terminalının naqilini elektrik cərəyanından çıxarmışdır. Sonra isə Sənanla birlikdə həmin ödəmə terminalını marketdən çıxardıq və oradan uzaqlaşmışlar. Fariz də onların arxamızca gedib, onlara çatdıqdan sonra terminalı daşımaqda onlara kömək etmişdir. Üçlükdə terminalı aparıb, “Al” marketdən təxminən 200-300 metr məsafədə olan təpənin aşağısına qoymuşlar. Farzi və Sənan hərəsi bir tərəfdə dayanıb gözərçilik etməyə başlamışlar. O, isə əlindəki həmin mismar çıxaranla ödəmə terminalının kassasını çıxarıb, içərisindəki pulları götürmüşdür. Sonra Sənana tərəf getmiş və Farizi də yanlarına çağırmışlar. Sonra birlikdə oradan uzaqlaşaraq, yaşadıqları yerə tərəf getməyə başlamışlar. Yolda saya-saya Farizə 350 manat vermişdir. Həmin 350 manat pulu verəndə Farizə işin çoxunu Sənanla o, özü gördüklərindən onların payına Farizin payından çox pul düşdüyünü demişdir. Bundan sonra yaşadıqları məhəlləyə getmişlər. Fariz onlardan uzaqlaşdıqdan sonra qalan pulu Sənanla bölmüşlər. Hərəsinə təxminən 1550 manat düşmüşdür. Narkotik vasitələrlə əlaqədar elan edilmiş ittiham üzrə isə Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini göstərərək qeyd etmişdir ki, əvvəla tutulma vaxtı sənədlərdə səhv yazılmışdır, belə ki, ittiham aktında göstərildiyi kimi 07 avqust 2023-cü il tarixdə deyil, 6 avqust 2023-cü il tarixində evinin qarşısında Həbib adlı polis əməkdaşı tərəfindən tutulmuşdur. Sonuncunun üzərinə baxış keçirilərkən iştirak etmiş polis əməkdaşları tərəfindən tutulmamışdır. Polis bölməsində olarkən Orxan və Şöhrət adlı polis əməkdaşı tərəfindən barəsində videoçəkiliş vasitəsilə qeydə alınan baxış həyata keçirilənə qədər cibinə 8 büküm narkotik vasitə qoyulmuşdur. Lakin çəkiliş olana qədər iki bükümünü cibində əzmişdir. Həmin hərəkətinə görə Orxan Sadiqzadə tərəfindən metak borusu ilə döyülmüş, dişindən, qulağından xəsarət almışdır. Döyülməsi haqqında barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə məlumat vermiş, prokurorluq orqanında izahatı alınarkən döyüldüyünü bildirmişdir. Bundan başqa tutularkən üzərindən bıçaq, beşbarmaq və odlu silah aşkar edilsə də həmin silahlar rəsmiləşdirillməmişdir. Silah polis əməkdaşları tərəfindən götürülmüş, beşbarmaq və bıçağı isə həyətə atılmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafedici ifadələrini iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək bildirmişdir ki, “EL” marketi işlədən sahibkar olmuş, işlətdiyi marketdən siqaret, kontur, alışqan, spirtli içki və pulun oğurlanmış, əslində ona 800 manat deyil, daha çox ziyan vurulmuşdur. Yalnız ona vurulan maddi ziyan ödənildikdən sonra təqsirləndirilən şəxsə qarşı olan şikayət və tələbini geri götürəcəkdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs “X6 Cəmiyyətin“ nümayəndəsi Nümayəndə izahat verərək göstərmişdir ki, 25 noyabr 2021-ci il tarixində Suraxanı rayonu Bülbülə qəsəbəsi Akasiya şadlıq evinin yaxınlığında “Al” marketə naməlum şəxslər daxil olmuş, ödəmə terminalında olan 3980 manat məbləğində pulu oğurlayaraq marketə maddi ziyan vurmuşlar. 29 noyabr 2021-ci il tarixində Suraxanı rayonu, Əmircan qəsəbəsi,Tofiq Bayramov küçəsində yerləşən “AL” marketdə eyni üsulla ödəmə terminalından 4156 manat məbləğində pul oğurlanmışdır. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan ödənilməmiş, sonuncu ilə barışıq əldə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, ünvan 6 ünvanında yerləşən 3061 nömrəli “Al” marketin müdiri vəzifəsində işləmişdir. İşlədiyi marketdə Zərərçəkmiş şəxs2 MMC tərəfindən “eManat” ödəmə terminalı quraşdırılmış və işlək vəziyyətdə olan marketə gələn müştərilər həmin ödəniş terminalı vasitəsi ilə müxtəlif ödənişlər edirmişlər. 28 noyabr 2021-ci il tarixdə gecə saat 22 radələrində iş vaxtı başa çatdıqdan sonra o, özü marketin giriş-çıxış qapısını bağlayaraq getmişdir. 29 noyabr 2021-ci il tarixdə səhər saat 08-də marketi açmaq üçün giriş qapısına yaxınlaşdıqda marketin 2-ci mərtəbəsindəki pəncərənin açıq olduğunu görmüşdür. İçəri girdikdə marketdə quraşdırılmış "xxxx" MMC-yə məxsus, “e-Manat” ödəmə terminalının ön hissəsinin qoparıldığını və terminalın kassasının yerində olmadığını müşahidə etmişdir. Kassanın oğurlandığını düşünərək Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə müraciət etmiş, sonra polis əməkdaşları gələrək, marketə və “e-manat” ödəmə terminalına baxış keçirmişlər.Sonradan öyrəndiyinə görə oğurlandığı anda terminalın kassasında təxminən 4000 manatdan artıq pul olmuşdur. Onun müdiri olduğu “Al Market" marketdən hansı əşya, ərzaq, pul oğurlanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxs “eManat ödəmə terminalından oğurluq etdiyi üçün axtarışda olduğu zaman Ramana qəsəbəsində evinin qarşısında saxlanılaraq Polis Bölməsinə gətirilmişdir. Polis Bölməsində təqsirləndirilən şəxsin üzərinə baxış keçirilmiş nəticədə 6 büküm narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs əvvəllər məhkum olmuş şəxs kimi tanımış, təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşlarına qarşı müqavimət göstərməmiş, həmçinin təqsirləndirilən şəxsə qarşı da fiziki təzyiq olunmamışdır. Təqsirləndirilən şəxsdə soyuq silah olmamış, üzərində olan narkotik vasitəni Ramana qəsəbəsindən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni könüllü olaraq təqdim etmiş və təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı onda əməliyyat məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxs axtarışda olduğu üçün onun yeri Ramana qəsəbəsində müəyyən edilmiş, Şahid2la birlikdə təqsirləndirilən şəxsi Şuşa şəhərciyi ünvanında evinin qarşısında saxlayaraq Polis Şöbəsinə dəvət etmişlər. Polis Bölməsinə gedərkən təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmişdir. Polis Şöbəsində olarkən təqsirləndirilən şəxs üzərində olan 6 büküm narkotik vasitəni təqdim edərək şəxsi istifadəsi üçün əldə etdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitələrinin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmamış, üzərindən silah aşkar edilməmişdir. Məhkəmə iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. Zərərçəkmiş şəxs1 31 oktyabr 2021-ci il tarixli ərizəsinə əsasən həyata keçirilmiş hadisə yerinə baxış istintaq hərəkətinin protokolundan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış keçirilən yer Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi 2-ci sahə ünvanında yerləşən “EL marketdir”.Baxış zamanı ətrafda çoxsaylı yaşayış evləri olmuşdur. 31 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi mağazaya naməlum şəxslər daxil olmuşdur (Cild 1, iş vərəqə 95-98). 04 aprel 2023-cü il tarixli “Şahid ifadəsinin yerində yoxlanılması haqqında” protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Sənan Göyüşova loto oyununda uduzduğuna görə 1000 manat məbləğində borcu yarandığından onun təklifi əsasında “EL marketdən” oğurluq etməyi qərara almışdır. Təqsirləndirilən şəxs 31 oktyabr 2021-ci il tarixdə saat 02 radələrində Sənan Göyüşovla görüşərək onunla birlikdə Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi Şuşa şəhərciyində yerləşən “El market” qarşısına gəlmiş və plastik qapının önündə quraşdırılmış dəmir barmaqlığın qıfılını özləri ilə gətirdikləri dəmir parçası ilə qırmışlar. Daha sonra plastik qapını sıxaraq açıb içəri daxil olmuşlar.Sənan Göyüşov market vitrinində olan müxtəlif markalı siqaretləri dükandan götürdüyü kağız qutuya yığmışdır. Siqaretləri yığdıqdan sonra oradan çıxmış və hərəsi öz evlərinə getmişlər. Oğurluq hadisəsinin səhəri günü yəni 1 noyabr 2021-ci il tarixində, gündüz saatlarında Sənan Göyüşovla yaşadıqları məhlədə görüşmüşlər. Görüş zamanı Sənan Göyüşov oğurladıqları siqaretlərin ümumi dəyərinin 200 manat olduğunu bildirərək ona 35 manat pul vermiş və o əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. (Cild 1, iş vərəqə 140-141). X8 25 noyabr 2021-ci il tarixli izahatına əsasən hadisə yerinə baxış keçirilməsi haqqında eyni tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 8 ünvanda yerləşən “Al" marketdir (Cild 2, iş vərəqə 23-36). 25 noyabr 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, ünvan 9 ünvanında yerləşən “AL” marketdən “eManat” ödəmə terminalının oğurlanması ilə əlaqədar olaraq hadisə yerinin yaxınlığındakı zibillikdən aşkar edilərək götürülmüş tünd göy və narıncı rəngli qabaq hissəsində “e-Manat” yazısı olan ödəmə terminalına baxış zamanı onun korpusunun üz hissəsinin əzildiyi, kaset kassasının, enerji blokunun, printerinin və s hissələrinin çıxarıldığı müəyyən edilmişdir (Cinayət işi cild 2 , iş vərəqə 37-38). 25 noyabr 2021-ci il tarixli ödəmə terminalında olan pul vəsaitinin miqdarı barədə “Modenis " MMC tərəfindən verilmiş akdan görünür ki, ünvan 8 ünvanda yerləşən “Al” marketdə quraşdırılmış 1220 saylı ödəmə terminalından 25 noyabr 2021-ci il tarixdə ümumilikdə 3980 manat pul oğurlanmışdır. 26 noyabr 2021-ci il tarixli ödəmə terminalına dəymiş zərərin qiymətləndirilməsi barədə “Modenis" MMC tərəfindən verilmiş akdan görünür ki, ünvan 8 ünvanda yerləşən "Al” marketdə quraşdırılmış 1220 saylı ödəmə terminalının hissələrinin yararsız hala gətirilməsi nəticəsində “Modenis" MMC-yə 4335,0 manat ziyan vurulmuşdur. "xxxx" MMC-nin direktoru Ruslan Talıbovun imzası ilə istintaqa göndərilmiş 003/RB- 22-1327 nömrəli məktubdan görünür ki, ünvan 8 ünvanda yerləşən “Al” marketdə quraşdırılmış 1220 saylı ödəmə terminalının xx.xx.2021-ci il tarixə olan balans dəyəri 3489 manat təşkil etmişdir. (Cinayət işi , cild 2, iş vərəqə 44-48). 05 mart 2022-ci il tarixli “ifadənin yerində yoxlanılması” haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs 25 noyabr 2021-ci il tarixdə saat təxminən 03 radələrində Fariz Sultanzadə və Sənan Göyüşovla birlikdə “AL market”in qarşısına gəldiklərini Fariz Sultanzadənin “Al Marketin”-nin qarşısında qaranlıq bir yerdə gəlib-gedən olsa onlara xəbər etmək üçün dayandığını, onunla X15 giriş qapısına yaxınlaşdıqlarını o, özü ilə qapıdan asılmış dəmir zənciri burub sındırdığını bundan sonra Sənanla birlikdə “AL Market”-ə daxil olduqlarını, marketin içərisində olan bir ədəd ödəniş terminalının elektrik cərayanına qoşulmuş naqilini cərayandan ayırdıqlarını Sənanla biryerdə əllərinə alıb marketdən çıxaraq oradan uzaqlaşdıqlarını, Fariz də onların arxasınca gəlib, onlara çatdıqdan sonra terminalı daşımaqda onlara kömək etdiyini, üçlükdə terminalı aparıb “AL market”-dən təxminən 200-300 metr məsafədə olan təpənin aşağısına qoyduqlarını, Sənan və Fariz kənara çəkilib gözətçilik etməyə başladıqlarını, o isə özündə olan həmin dəmir mismar çıxaran alətlə terminalın kassasını çıxardığını və içərisində olan pulu götürərək, Sənana tərəf getdiyini və Farizi də yanlarına çağırdıqlarını daha sonra birlikdə oradan uzaqlaşdıqlarını, yolda saya-saya Farizə 350 manat verdiyini, həmin 350 manat pulu Farizə verəndə işin çoxunu onunla o və Sənan gördüyündən Farizə 350 manat verdikdən sonra qalan pulu Sənanla aralarında böldüklərini, hərəsinə təxminən 1550 manat düşdüyünü göstərmişdir(Cinayət işi cild 2 , iş vərəqə 79-80). Şahid3 29 noyabr 2021-ci il tarixli ərizəsinə əsasən həyata keçirilmiş hadisə yerinə baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, hadisə yeri ünvan 10 ünvanda yerləşən 3061 nömrəli “Al” marketdir. Marketə, onun ikinci mərtəbəsində olan plastik pəncərəni açmaq yolu ilə daxil olmuşlar. (Cild 1, iş vərəqə 191- 196). 29 noyabr 2021-ci il tarixli ödəmə terminalında olan pul vəsaitinin miqdarı barədə “Modenis" MMC tərəfindən verilmiş akdan görünür ki, 29 noyabr 2021-ci il tarixdə Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayram küçəsi 46 ünvanda yerləşən 3061 nömrəli “Al” marketdə quraşdırılmış 1254 saylı ödəmə terminalından ümumilikdə 4156 manat pul oğurlanmışdır(Cild 1, iş vərəqi 200). 30 noyabr 2021-ci il tarixli ödəmə terminalına dəymiş zərərin qiymətləndirilməsi barədə “Modenis" MMC tərəfindən verilmiş akdan görünür ki, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayram küçəsi 46 ünvanda yerləşən 3061 nömrəli "Al” marketdə quraşdırılmış 1254 saylı ödəmə terminalının hissələrinin yararsız hala gətirilməsi nəticəsində “Modenis" MMC-yə 1110,0 manat ziyan vurulmuşdur.“Modenis" MMC-nin direktoru Ruslan Talıbovun imzası ilə istintaqa göndərilmiş 003/RB- 22-1328 nömrəli məktubdan görünür ki, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayram küçəsi 46 ünvanda yerləşən 3061 nömrəli “Al” marketdə quraşdırılmış 1254 saylı ödəmə terminalının xx.xx.2021-ci il tarixə olan balans dəyəri 3489 manat təşkil etmişdir (Cild 2, iş vərəqə 40-43). 8 mart 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür kitəqsirləndirilən şəxs 28 noyabr 2021-ci ildə ünvan 11 ünvanında yerləşən “Al” marketə gəlmiş, həmin vaxt marketə daxil olaraq “Emanat” ödəmə terminalını görmüşdür. Təqsirləndirilən şəxs Suraxanı rayonu, Əmircan qəsəbəsi Tofiq Bayramov küçəsi 49 d ünvanında yerləşən “Al” marketdə olan “eManat” ödəmə terminalı sındırmaqla oğurluq etmişdir. 29 noyabr 2021-ci il tarixdə saat 03:30-da ünvan 12 ünvanında yerləşən “Al” marketin arxa tərəfində olan iki hasarın arası ilə piyada keçərək “AL” marketin pəncərə hissəsinə qalxaraq qanunsuz olaraq daxil olmuşdur.Üzərində götürdüyü dəmir mantirovkayla “Emanat” ödəmə teriminalını sındıraraq teriminalı yerə aşırıb yıxmaqla dəmir alətlə qapısını əyib açıb, sındıraraq daxilində olan pul əskinaslarını kisə ilə birlikdə götürərək daxil olduğu yerdən ani olaraq çıxmışdır. “ AL” marketdə olan video müşahidə blokunu “dviar” onu tapan olmasın deyə götürmüşdür. Sonra dəmir aləti Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyinin yaxınlığında olan hasarın yanında başqa şəxslər ələ keçirməsin deyə gizlətmişdir.Həmçinin “Emanat” ödəmə terminalının kassa kisəsini və “dviarı” heç kəs ələ keçirməsin deyə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyinin yaxınlığında olan su kanalına atmışdır.Surxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq bayramov küçəsi 49 d ünvanında yerləşən “AL” marketdə olan “Emanat” ödəmə terminalını yararsız vəziyyətə salaraq oğurladığı pul kisəsinin içərisindən 4156 manat nəğ pul oldu. Həmin pul əskinasları 1, 5, 10 oğurladığı pul kisəsinin 20, 50 və 100 manatlıq pul əskinasları olmuşdur(Cinayət işi cild 1, iş vərəqə 234-239). 07 avqust 2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında protokoldan və ona əlavə edilmiş 1 ədəd DVD diskdən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində 1004465/22 saylı axtarış işi açılmış Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən kanalın yanında saxlanılmış və 7 avqust 2022-ci il tarixdə saat 01:00-da Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsində olan zaman səmimi etiraf edərək üzərində narkotik vasitə olduğunu bildirmişdir.Təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edilmiş, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif etdikdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 6 ədəd mavi və ağ rəngli sellofana bükülmüş bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş həmin 6 ədəd mavi və ağ rəngli sellofana bükülmüş bükümlərdəki “kakos" adlanan narkotik vasitədir. Həmin narkotik vasitəni 06 avqust 2022ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Ramana qəsəbəsində tanımadığı şəxsdən 40 manat müqabilində aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparması müşahidə olunmuş, lakin sonuncunun üzərindən heç bir əşya aşkar edilməmişdir. 07 avqust 2022-ci il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, baxış keçirilən yer Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 13 ünvanıdır. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus otaqdan eləcədə evdən qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir (Cild 1, iş vərəqə 32-34). 07 avqust 2022-ci il tarixli məhkəmə-kimyəvi ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №195” möhür əksi, "Saxlanılan şəxs .... Təqsirləndirilən şəxs....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,410 qram, 0,551 qram, 0,877 qram, 0,498 qram, 0,431 qram və 0,504 qram, ümumi təmiz çəkisi 3,271 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkisi tədqiqata sərf edilmiş çəkisi 2, 971 qram təşkil etmişdir (Cild 1, iş vərəqə 39-43). 25 fevral 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman aşkar edilərək götürülmüş 6 ədəd bükümdən ibarət, ümumi təmiz çəkisi 3,271 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,971 qram təşkil edən narkotk vasitə heroinin Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilməsi nəzərdə tutulmuş, şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirən bir ədəd DVD diskin sübut növü kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi müəyyən edilmişdir (Cild 3, iş vərəqə 41-61). Məhkəmənin öz təşəbbüsü ilə əldə etdiyi Bakı İstintaq Təcridxanasından daxil olan 17 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 27 may 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinə zamanı onun üzərində xəsarət aşkar edilməmişdir. Bakı şəhəri Suraxanı rayon prokurorluğunun 18 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Suraxanı rayon polis idarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmasına dair Bakı şəhəri Suraxanı rayon prokurorluğunda araşdırma aparılmış və toplanmış materialda hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Qərar qəbul edilərkən Təqsirləndirilən şəxs tutan və sonuncu barəsində hər hansı fiziki təyziq göstərməməsi barədə polis əməkdaşları Şahid1 və Şahid2 izahatları və 01 noyabr 2022-ci il tarixli məhkəmə tibbi ekspertiza rəyi əsas götürülmüşdür. Həmin ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən bədən səthində sol baldırın və sol ayağının İ barmağının səthi əzilmiş yaraları xəsarətləri aşkar edilmiş, lakin xəsarətlərin xarakterik xüusisyyyətləri ətraflı təsvir edilmədiyindən xəsarətlərin törənmə müddəti barədə fikir bildirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Oğurluq, yəni özgə əmlakını gizli talamaya görə cinayət məsuliyyəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulsa da, qeyd olunan əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, təkrar törədilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi həmin Məcəllənin 177.2.3-cü maddəsi, xeyli miqdarda törədilməsi isə 177.2.4-cü maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Pelnumunun 3 mart 2005-ci il tarixli qərarının 10-cu bənində əsasən özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Həmin Qərarın 17-ci bənində əsasən Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Əgər şəxs Cinayət Məcəlləsinin müvafiq olaraq, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 177.3.1, 177.3.2, 177.4 və ya 180.2.1, 180.2.2, 180.2.3, 180.2.4, 180.2.5, 180.3.1, 180.3.2, 180.4 yaxud da 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5, 181.3.1, 181.3.2, 181.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin real məcmusunu yaratmayan, ağırlaşdırıcı hallarda oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmişsə, o zaman onun əməli CM-in daha ağır cəza nəzərdə tutan müvafiq maddəsi ilə tövsif edilməli, hökmün təsviri-əsaslandırıcı hissəsində isə bütün tövsifedici əlamətlər sadalanmalıdır. Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir. Adı çəkilən Qərarın 21-ci bəninə əsasən Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqa müvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur Qanunun mənasına görə CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət- Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın (köhnə redaksiyada)1-ci Siyahısının 5-ci bəndinə əsasən təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihama daxil olan oğurluq epizodları üzrə halları mübahisələndirmədən barəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən üzərindən aşkar edilmiş narkotik vasitənin ona aid olmasını inkar etmişdir. O, barəsində işgənəcələrə yol verilməsi səbəbindən şəxsi axtarış istintaq hərəkəti həyata keçirilərkən, həmçinin ibtidai istintaq dövründə ifadə verərkən üzərindən aşkar edilən narkotik vasitə olan heroinin ona məxsus olduğunu, həmin maddəni Ramanı qəsəbəsindən tanımadığı şəxsdən 40 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Lakin məhkəmənin təşəbbüsü ilə əldə edilmiş Bakı şəhəri Suraxanı rayon Prokurorluğunun 18 noyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs döyülməsi faktı üzrə aparılmış araşdırma üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərardan istinad edilən 01 noyabr 2022-ci il tarixli məhkəmə tibbi ekspertiza rəyinə əsasən şəxsin üzərində aşkar edilmiş xəsarətlərin törənmə müddəti müəyyən edilməmiş olaraq qalmışdır. Şərh olunan səbəblərdən məhkəmə Təqsirləndirilən şəxs barəsində həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolunun, habelə təqsirləndirilən şəxs qismində dindirmə protokolunun mötəbərliliyinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən şübhə altına alınması üçün əsasların olmaması kimi halları iş üzrə mövcud olan şahid ifadələri ilə birgə müqayisə edərək qiymətləndirməklə təqsirləndirilən şəxsin şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülən narkotik vasitə heroinin ona aid olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək hesab edir ki, üzərindən aşkar edilərək götürülən narkotik vasitənin ona məxsus olması işin mübahisəsiz halıdır. İş materiallarından görünür ki, istintaq orqanı Təqsirləndirilən şəxs ittiham elan edərkən sonuncunun üzərindən aşkar edilərək götürülən narkotik vasitənin satış məqsədilə əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmişdir. "Savalanlı və digərləri Azərbaycana qarşı" işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli Qərarının məzmunundan aydın olur ki, satış məqsədilə narkotik vasitələrin və ya psixotrop maddələrin dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılması zamanı cinayət törətməkdə təqsirləndirilən şəxslərə münasibətdə istintaq hərəkətləri axtarış və götürmə aparılması ilə məhdudlaşmamalı, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla əlaqədar müvafiq istintaq hərəkətləri aparılmalı, nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutların, habelə təqsirləndirilən şəxslərin sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanması və müəyyən edilməsinə nail olunmalıdır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə münasibətdə keçirilmiş baxış zamanı da evindən narkotik vasitənin satışına dəlalət edən hər hansı əşya aşkar edilməmiş, habelə satış faktının təsdiq edilməsi ilə əlaqədar istifadəsində mobil telefon nömrəsi olub-olmaması müəyyən edilməmiş, teleon danışıqlarına dair məlumatların əldə edilməsinə cəhd göstərilməmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş 06 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, sonradan keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə olan heroini əldə etmə mənbəyi barəsində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Satış faktının müəyyən edilməsi ilə əlaqədar isə ümumiyyətlə əməliyyat tapşırığı verilməmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilsə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri elementlərindən biri olan “satış” məqsədinin sübuta yetirilməməsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlləri satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Həmin əməllər Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-ci maddələri və 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən alınmış tələbnamədən və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 mart 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 16 mart 2017-ci il tarixli hökmü ilə təyin edilmiş və ödənilməmiş 3000 (üç min) manat miqdarında cərimə cəzası həmin hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə tam birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 3 il müddətinə azadlıqdan məhrumetə cəzası və 3000 (üç min) manat miqdarında cərimə cəzası təyin edilmişdir. 19 mart 2021-ci il tarixdə azaqlıdan məhrum etmə növündə cəzasının sonu ilə azad edilmişdir. Lakin Bakı şəhər Probasiya İdarəsinin 15 fevral 2024-cü il tarixli məktubundan görünür ki, 3000 manat cərimə Təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar cinayətlərin residivi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində məhkumluq onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdən sonra ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğunun ödənilmədiyi və götürülmədiyi dövrdə qəsdən ağır(Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan ) və az ağır (Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-ci maddələri ilə nəzərdə tutulmuş) cinayət əməllərini törətməsi onun barəsində cinayətlərin residivi halını formalaşdırmış olur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi əlamətini Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hal kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəza təyin edilən cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində yüngüllləşdirici halların olmamasını, təqsirləndirilən şəxsin barəsində cinayətlərin residivi kimi cəzanı ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində həmin Məcəllənin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-ci maddələri və 234.1-1-ci maddəsi ilə təyin edilmiş cəzalar isə həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən qismən toplanması yolu ilə ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, 31 oktyabr 2021-ci il tarixində Zərərçəkmiş şəxs1 ümumilikdə 658 manat məbləğində maddi ziyan vurulması epizodu üzrə 04 aprel 2022-ci il tarixli qərarla onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (Cinayət işi cild 1 , iş vərəqə 160-161), 25 noyabr 2021-ci il tarixində X5 və X9 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən “Modenis" MMC-yə ümumilikdə xeyli miqdarda yəni, 7469 manat məbləğində ziyan vurmaqla oğurluq edilməsi ilə əlaqədar təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsind 05 mart 2022-ci il tarixli tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (Cinayət işi cild 2, iş vərəqə 105-106) 08 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 noyabr 2021-ci il tarixdə “AL” Marketin pəncərəsindən qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs2 MMC-yə məxsus ödəmə terminalını saxlanc yeri hesab edilən kassasında olan 4156.00 manat pulu oğurlaması faktı üzrə şübhəli şəxs qismində tutulmuş, 10 mart 2022-ci il tarixdə Suraxanı rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, barəsində 8 may 2022-ci il tarixə qədər ev dustaqlığı qətimkan tədbiri seçilmişdir (cild,1 iş vərəqi 170-171). 7 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqi 19),Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 8 avqust 2022-ci il tarixli qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 7 avqust 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 75-77). Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 7 mart 2023-cü il tarixə qədər uzadılmışdır (cild 2, iş vərəqi 243-249). Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 7 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 27 mart 2023-cü il tarixə qədər uzadılmışdır (cild 3, iş vərəqi 142-145). Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsindən daxil olmuş 4 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən yayındığı üçün barəsində Sabunçu rayon polis idarəsi tərəfindən axtarış elan edilmiş və 18 may 2023-cü il tarixdə 52392 nömrəli axtarış işi açılmışdır. Sabunçu rayon polis əməkdaşları tərəfindən keçirimiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 26 may 2023-cü il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu müddət, ev dustaqlığında olduğu müddət onun həbsdə saxlama müddətinə daxil edilir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 8 (səkkiz) mart 2022-ci il tarixdən 10 mart 2022-ci il tarixədək tutulduğu müddət, 10 mart 2022-ci il tarixdən 08 may 2022-ci il tarixədək ev dustaqlığında olduğu müddət, 7 avqust 2022-ci il tarixdən 27 mart 2022-ci il tarixədək həbsdə olduğu müddət ona təyin ediləcək cəza müddətinə hesablanmalı və sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 may 2023-cü il tarixli qərarına əsasən tutulduğu 26 may 2023-cü il tarixdən hesablanmalıdır. Ambulator məhkəmə narkoloji ekspertizasının 05 noyabr 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (Cinayət işi, cild 2, iş vərəqə 230- 231). Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin ediməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanması yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,971 qram təşkil edən heroin məhv edilməli, 07 avqust 2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokola əlavə edilmiş 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı, İD-1120 saylı “eManat” ödəmə terminalı zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə məsul saxlancına verildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 3, iş vərəqə 133). İş üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanın məbləği 658, 4156 manat və 7469 manat olmaqla, cəmi 12285 manat təşkil edir. Vurulmuş zərər ödənilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarları ilə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, məhkəmə zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 60 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi ödənilməsi məqsədilə işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 360 manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 3 il müddətinə və 234.1-1-ci maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti olaraq 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 16 mart 2017-ci il tarixli hökmü ilə təyin edilmiş və ödənilməmiş 3000 (üç min) manat miqdarında cərimə cəzası hazırkı hökmlə ona təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə tam birləşdirilərək üzərində qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 3000 manat miqdarında cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.2.2-ci, Cinayət Məcəlləsinin maddələrinə əsasən Təqsirləndirilən şəxs 08 mart 2022-ci ildən 08 may 2022-ci ilədək tutulduğu və ev dustaqlığında, 07 avqust 2022-ci ildən 27 mart 2023cü ilədək həbsdə qaldığı müddət ona təyin edilmiş 5 (beş) il azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmaqla onun üzərində qəti olaraq 4 il 2 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 3000 manat miqdarında cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 3000 manat miqdarında cərimə cəzası müstəqil icra edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 26 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanması yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,971 qram təşkil edən heroin məhv edilsin; - Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın; - İD-1120 saylı “eManat” ödəmə terminalı zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə məsul saxlancına verildiyi nəzərə alınsın. 65(altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 60 ( altmış) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi 4 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar