Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-241/2025 18.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisləri X8, Şahid5 və onun nümayəndəsi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X6 iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1980-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqları olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 243-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 02 dekabr 2023-cü il tarixdə saat 21 radələrində qaynı Zərərçəkmiş şəxs övladı Şahid1 ilə birgə yaşadıqları qaynatası X5 məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 47 nömrəli evin, 143-cü mənzilinin eyvanına Şahid1 ayrılmış otaqdan keçib siqaret çəkməsinə sonuncunun ona irad bildirməsi səbəbindən aralarında baş vermiş mübahisə və Şahid1 onun atasının ünvanına təhqiramiz ifadələr işlətməsi ilə əlaqədar sonuncunun sifət nahiyyəsindən sillə vurması barədə Şahid1 atası Zərərçəkmiş şəxs telefonla zəng edib məlumat verdikdən sonra, sonuncu övladı Şahid1 qarşı onun etdiyi zorakılığa aydınlıq gətirmək məqsədilə həmin gün saat 22 radələrində onların yaşadıqları ünvan 3 ünvanına gəldikdə o, Zərərçəkmiş şəxs binanın həyətində söhbət edəcəklərini bildirib mənzildən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağını əynində olan gödəkcəsinin cibinə qoyaraq özü ilə götürüb yaşadığı binanın həyətinə düşərək həmin bina ilə üzbə-üz yerləşən 103 saylı uşaq bağçasının girişinin qarşısında atasının yanında dayanmış Sülyeman Zamanova yaxınlaşaraq sonuncunun onun atasının ünvanına təhqiramiz ifadə işlətməsinə əsəbləşib Şahid1 üz nahiyəsindən atası Zərərçəkmiş şəxs yanında yenidən bir dəfə sillə vurduqdan sonra Zərərçəkmiş şəxs övladına qarşı etdiyi zorakılığa görə onun yaxasından tutub yerə yıxaraq bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə təpiklə vurduqdan sonra o, qisas almaq niyyəti ilə əvvəlcədən özü ilə götürdüyü məişət təyinatlı mətbəx bıçağını gödəkçəsinin cibindən çıxarıb həmin bıçaqla qəsdən öldürmək məqsədilə Zərərçəkmiş şəxs özünə əziz sayan, dəyərli insan kimi özünün yaxını hesab edən oğlu Şahid1 əzab verdiyini dərk edərək sonuncunun gözü qarşısında, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə xüsusi amansızlıqla Zərərçəkmiş şəxs həyat üçün vacib olan orqanlarının yerləşdiyi döş qəfəsi və bədəninin digər nahiyyələrinə davamlı olaraq çoxsaylı qüvvətli zərbələr endirib sonuncuya həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aid, ölümü ilə birbaşa səbəbli əlaqəsi olan döş qəfəsinin ön səthinin sağ yuxarı nahiyəsində, döş boşluğuna nüfuz edərək sağ İV qabırğanı və sağ ağciyərin yuxarı payını zədələyən 1 ədəd, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol saidin yuxarı 1/3-nin arxa iç səthinin, sol qalça tini proyeksiyasına yaxın nahiyəsinin, sol budun yuxarı 1/3-nin ön bayır nahiyəsinin, sol budun orta 1/3-nin bayır yan-arxa nahiyəsinin, sol budun aşağı 1/3-nin ön səthinin və sol baldırın yuxarı 1/3-nin arxa səthinin deşilmiş-kəsilmiş yaraları, dərəcələri təyin edilməyən sağ alın nahiyəsinin, sağ əlin arxa səthinin və sağ əlin İİ-İİİ barmaqlarının arxa səthinin sıyrıqları xəsarətlərini yetirərək hadisə yerini tərk etmiş, Zərərçəkmiş şəxs qonşularının köməyi ilə tibbi yardım göstərilməsi üçün X16 çatdırılarkən sağ ağciyərin yaralanması nəticəsində baş vermiş kəskin massiv daxili və xarici qanaxma səbəbindən ölmüş, bununla da o, Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun qaynı olmuşdur. O,Bakı şəhəri, Nərimanov rayonunda olan mənzilini sataraq müvəqqəti olaraq qaynatası olan Fəxrəddin Zamanovun ünvan 243-də arvadı Fidan və bir azyaşlı uşağı ilə yaşamışdır. Onun birinci ailəsindən də iki uşağı var, onlar da onun himayəsindədir. Qaynatasının evi 4 otaqlı olmaqla bir otaqda o ailəsi ilə, eyvana çıxan başqa bir otaqda isə mərhum Zərərçəkmiş şəxs oğlu Şahid1 yaşamışdır. Süleyman məktəblidir, atası ilə olan problemləri ilə əlaqədar babasıgildə yaşayırdı. O və qaynatası Fəxrəddin Zamanov eyvanda siqaret çəkmək üçün Süleymanın qaldığı otaqdan keçib getməli idilər. Onun eyvana çıxması isə Süleymanda qıcıq yaradır, o da ondan onun otağına girməməsini tələb edirdi. Həm bu səbəbdən, həm də mətbəxdə olan zibil qabını bayıra qaynatası Fəxrəddin apardığına görə o, Süleymana bununla bağlı irad tutduğu üçün sonuncu ondan nənəsi Gülxanıma şikayət etmiş, bu səbəbə görə o, hadisə baş verdiyi gün, yəni 02 dekabr 2023-cü il tarixdə Süleymanı öz otağında döymüşdür. Həmin gün qərara gəlmişdir ki, başqa ünvana köçüb yaşasın. Qaynatası xəstə və əməliyyat keçirdiyi üçün həkim olan arvadı Fidan atasına baxmaq üçün bu mənzildə qalmalı idi. Lakin həmin gün axşam üstü Süleymanın atası Rasim evə gələrək onu söhbət etmək üçün küçəyə çağırmışdır. Başa düşmüşdür ki, Süleyman döyüldüyü üçün atası Rasimi çağırmışdır. Rasim də onunla bu məsələ ilə bağlı görüşmək üçün gəlmişdir. Bu vaxta qədər Rasimlə münasibətləri normal olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Rasimə demişdir ki, getsin küçəyə, o da arxasınca gəlir. Rasim çıxanda Süleyman da onunla birlikdə evdən çıxmışdır. Süleymanla bağlı Rasimlə dava olacağını zənn edərək özünü qorumaq üçün yaşadığı otaqdan bıçaq götürüb cibinə qoymuşdur. Bayıra çıxdıqda Rasimlə Süleymanı binanın qarşısında görmüş, Rasimə bildirmişdir ki, binalarından bir qədər aralıda yerləşən uşaq bağçasının qarşısına keçsinlər. Artıq hava qaralmışdır, saat təxminən 22 olardı.özü isə evdən götürdüyü özünə məxsus nootbuk çantasını qaraja qoyub Rasimgilin yanına getmişdir. Orada Süleymana əsəbləşib «məndən atana şikayət eləmisən» deyərək Süleymanın sifətindən bir sillə vurmuşdur. Bundan sonra Rasimlə əlbəyaxa olmuşlar. Zərərçəkmiş şəxs onu yerə yıxaraq zərbələr endirdiyi üçün Rasimin altından çıxmaq məqsədilə cibindəki bıçağı çıxararaq sonuncuya zərbələr vurmuş, lakin zərbələrin sayını xatırlamır. Rasim ayaqüstə, o isə yerdə uzanıqlı vəziyyətdə olduğu üçün vurduğu bıçaq zərbələri Rasimin ayaq nahiyyəsinə dəymişdir. Onların davasına Süleyman qarışmamış, kənarda dayanıb baxmışdır. Nə də ki, başqa şəxslər onları aralamağa cəhd etməmişlər. Rasimlə dava etdiyi yerdə başqa adamları görməmişdir. Rasimə bıçaq zərbələri endirdikdən sonra Rasim ondan aralanmış, o, ayağa qalxaraq həmin yerdən uzaqlaşmışdır. Oradan uzaqlaşan zamanı Rasim ayaqüstə olmuşdur. Bundan sonra qonşu binanın həyətində bir müddət oturub bibisi nəvəsi Şahid7 zəng edib yanına çağırmışdır. Sonuncu ilə görüşəndən sonra könüllü olaraq gedib polisə təslim olmuş, bıçağı sındıraraq qohumu ilə görüşdüyü binanın həyətindəki zibil qabına atmışdır. Həmin yeri sonra polislərə göstərmiş, bıçağın tiyəsi tapılmış, dəstəyi tapılmamışdır. Etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs öldürmək fikri olmamış, sadəcə özünü qorumaq üçün ona xəsarətlər yetirmişdir ki, o, ondan əl çəksin. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs onun qızı Şahid4 əridir. Mərhum Zərərçəkmiş şəxs isə onun oğlu olmuşdur. Hadisə haqqında onu deyə bilər ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonunda aldığı mənzili kirayə verdiyi üçün onun evində ailəsi ilə yaşamış, eyni zamanda oğlu Rasimin övladı olan nəvəsi Süleyman da atası ilə dini baxışlara görə münasibəti pozulduğu üçün onun evinə köçüb yaşayırdı. Təqsirləndirilən şəxs ailəsi ilə mənzildə olan 4 otaqdan birində, nəvəsi Süleyman isə çıxışı eyvana olan otaqda yaşamışdır. Həsən siqaret çəkən olduğu üçün mütamadi olaraq Süleymanın otağına daxil olub eyvana siqaret çəkmək üçün çıxırdı. Bu da Süleymanın xoşuna gəlmirdi. Belə ki, Həsən hər dəfə onun otağına daxil olub eyvana çıxdıqda onu narahat edirdi. Buna görə də Təqsirləndirilən şəxs nəvəsi Süleymanın otağına çox daxil olduğundan aralarında hərdən sözlü mübahisə baş vermiş, hadisənin baş verdiyi, yəni xx.xx.2023-cü il tarixdə axşam saat 21 radələrində Süleyman nənəsi Gülxanıma yaxınlaşaraq sonuncudan Həsənə otağına az keçməsini deməsini xahiş etmiş və öz otağına qayıtmışdır. Süleymanın Həsəndən şikayət etməsini sonuncu eşitmiş və əsəbi halda Süleymanın otağına daxil olaraq onu döyməyə başlamışdır. Süleymanın otağından Süleymanın qışqırıq səslərini eşitdikdə həmin otağa keçib Süleymanı döyən Həsəni ondan ayırmış və Həsəndən çıxıb getməsini tələb etmişdir. O, bu gördüklərindən sonra Təqsirləndirilən şəxs evdən qovmaq istəsə də, qızı Fidana görə qova bilməmiş, bir qədər sonra evə oğlu Zərərçəkmiş şəxs gələrək Həsəni normal səslə 1-2 dəfə səsləmiş, sonuncu isə Rasimə cavab verməmişdir. Zərərçəkmiş şəxs Həsəni aqressiv səslə səsləməmiş, sadəcə olaraq, normal səs tonu ilə “Həsən” deyə səslənmiş, arvadı Gülxanım və o həmin vaxt Rasimə evə gəlib çay içməsini desələr də Rasim başqa vaxt gələcəyini demiş, bundan sonra Rasim Süleyman ilə birlikdə evi tərk etmişlər. Onlar oğlu Rasimin nəvəsi Süleymanı evinə apardığını düşünmüşlər. Çox keçməmiş Təqsirləndirilən şəxs da evi tərk etmişdir. Həsən evi tərk etdikdə hara və nə üçün getməsini onlara deməmişdir. Bir qədər sonra evlərinə polis əməkdaşı gələrək qızı Fidanın polis şöbəsinə dəvət etmişdir. O, polis əməkdaşından bunun səbəbini soruşduqda sonuncu ona oğlu ilə kürəkəninin dalaşdığını demişdir. O, polis şöbəsinə qızı ilə birlikdə getdiyi zaman nəvəsi Süleyman ona zəng edərək atasının yaralı olduğundan xəstəxanada olmasını bildirmişdir. O, dərhal nəvəsinin olduğu Sabunçu xəstəxanasına getmiş, orada oğlu Rasimin artıq öldüyünü və morqa aparıldığını bilmişdir. Oradan polisə qayıdaraq öyrənmişdir ki, kürəkəni Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs qətlə yetirmişdir. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında bu hadisəyə qədər düşmənçilik və ya ədavət də olmamışdır. Hüquqi varisin nümayəndəsi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə məhkəməyə təqdim etdiyi X4 ölüm şəhadətnaməsini elan edilmiş və iş üzrə məhkəmənin qərarı ilə Şahid5 hüquqi varis qismində tanınmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun kürəkənidir. Mərhum Zərərçəkmiş şəxs isə oğlu idi. Oğlu ailəsi ilə yaxınlıqda yaşasa da başqa ünvanda yaşamış, lakin Rasimin oğlu Süleyman onunla qalırdı. Həmçinin qızı Fidanın ailəsi, yəni əri Həsrət və övladı da onun mənzilində yaşamışlar. Mənzil 4 otaqlı olmaqla otaqların birində qızı ailəsi ilə, digərində isə nəvəsi Süleyman yaşamışlar. Həsrət siqaret çəkmək üçün tez-tez nəvəsinin otağından keçməklə eyvana çıxmış və bu zaman nəvəsini narahat etmişdir. Nəvəsi bununla bağlı ona şikayətlənmiş, şikayət etməsini Həsrət eşitdiyi üçün nəvəsini sonuncunun otağında döymüşdür. O və əri Fəxrəddin Zamanov uşağı Həsrətin əlindən almış, Həsrətdən evi tərk etməsini tələb etmişlər. Həmin gün axşam oğlu Rasim gəlib Süleymanla birlikdə evdən çıxmışdır. Bir azdan sonra Həsrət də özünə məxsus bir çantanı götürüb evdən çıxmışdır. Bir müddət sonra evinə polis əməkdaşları gələrək qızı Fidana polisə getmək lazım olduğunu bildirmişdir. Əri Fəxrəddin qızı ilə birlikdə polisə getdikdə orada bilmişlər ki, bayırda Həsrət Rasimi bıçaqlamış və sonuncu xəstəxanaya çatdırıldıqda vəfat etmişdir. Təqsirləndirilən şəxsi bağışlamır, ona ən ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dayısı nəvəsidir. Təqsirləndirilən şəxsla xx.xx.2023-cü il tarixdə saat 22 radələrində ona zəng edərək Qara Qarayev prospektində yerləşən “Ağ at” idman kompleksinin yanına çağırmış və o taksi ilə həmin yerə getmişdir. Həsəndən nə baş verdiyini soruşduqda Həsən ona qaynı Zərərçəkmiş şəxsla dalaşdığını, aralarında yaranmış mübahisə nəticəsində Zərərçəkmiş şəxs bıçaqladığını demişdir. O, Təqsirləndirilən şəxs gedib polisə təslim olmasını tövsiyyə etmiş, Həsən də onunla görüşüb təslim olmağa gedəcəyinə dair söz verib çıxıb getmişdir. Təqsirləndirilən şəxs qaynı Zərərçəkmiş şəxs tanımamış, Həsənlə Rasimin münasibətləri barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bibisinin əri, mərhum Zərərçəkmiş şəxs isə onun atası idi. O, atası Zərərçəkmiş şəxsla dini məsələlərə görə fikir ayrılığı olduğu üçün babası X8 yaşadığı evdə yaşamışdır. Babası ilə nənəsi özlərinin 4 otaqlı mənzilindən ona eyvanı olan otaq ayırmış, digər otaqlardan birində babası ilə nənəsi, daha bir otaqda isə bibisi ailəsi ilə birlikdə yaşamışdır. Bibisinə aid otağın da eyvanı olmuşdur. Həmçinin mətbəxdən də eyvana çıxış var idi. Buna baxmayaraq bibisinin əri Təqsirləndirilən şəxs gün ərzində bir neçə dəfə onun otağında qapını açıb –örtməklə eyvana keçmiş, orada siqaret çəkdikdən sonra yenə qapını açıb örtməklə otaqdan çıxırdı. Hər dəfə də Həsən onu narahat edir, dərslərini hazırlamağa maneçilik törədirdi. Bu səbəbdən hadisə olan günü nənəsinə şikayət etmişdir ki, babası ilə bibisinin əri onun otağından eyvana keçib siqaret çəkməsinlər. Təqsirləndirilən şəxs onun nənəsinə şikayət etməsini eşitmiş, o, otağına keçdikdən sonra yanına gələrək ona: « sən məndən şikayət edirsən» deyə bağıraraq onu döyməyə başlamışdır. O, qışqırıb babası ilə nənəsini köməyə çağırmışdır. Onun səsinə babası Fəxrəddin Zamanov otağa gələrək onu Təqsirləndirilən şəxs əlindən almışdır. Bundan sonra o, həmin gün saat 22 radələrində atasına zəng edərək Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü, gəlib onu aparmasını istəmişdir. Təxminən 15 dəqiqə sonra atası onun yanına gəlmiş, Həsənə aşağı düşməsini demiş, bundan sonra o, atası ilə birlikdə evdən həyətə düşüb Həsəni gözləmişlər. Təxminən 5 dəqiqə sonra Həsən əlində çanta ilə aşağıya düşmüş, ona və atasına binanın yaxınlığında olan uşaq bağçasının qarşısına getmələrini, özünün də ora gələcəyini demişdir. O və atası Həsənin dediyi yerə gedərək orada Həsəni gözləmişlər. Təxminən 2-3 dəqiqə sonra Həsən onun və atasının yanına gəlmiş, onların yanına çatar-çatmaz ona baxaraq “sən mənim atamı söyübsən” sözünü demiş və onu sağ əli ilə üzündən şillə ilə vurmuş, bu zaman gözündə olan eynək yerə düşmüşdür. Artıq hava qaralmışdır, onların olduğu yerdə də süni işıqlanma olmamışdır. Ona görə o, sonrakı hadisələri tam aydınlıqla görə bilməmişdir. Bununla belə, atası Rasimin Həsənin onu vurmasına görə Həsənlə əlbəyaxa olmasını, ikisinin də yerə yıxılıb dava etmələrini davam etməsini , qonşu olan iki nəfər şəxsin gəlib atası ilə Həsəni ayırmağa çalışdıqlarını, lakin ayıra bilmədiklərini görmüşdür. Atası ilə Həsən yerdə süpürləşən zaman atasının 2-3 dəfə inilti səsini eşitmiş, Həsənin isə atasına 2 dəfə “aldın payıvı?” sözünü deməsini eşitmişdir. Bundan sonra Həsən ayağa qalxıb oradan uzaqlaşmış, atası isə yerdə qalmışdır. Hadisə ümumilikdə 1-2 dəqiqə çəkmiş, hadisə yerinə yaxınlaşan qonşular atasını öz maşınlarına qoyaraq xəstəxanaya aparmışlar. O da atasının aparıldığı maşında olmuşdur. Atası hələ sağ idi, hətta ona demişdir ki, «mən gözləməzdim o, belə bir iş görsün. Avtomaşınla atasını 6 saylı TTYS-na aparmış, oradan da atasını TTYS-nın avtomaşını ilə Sabunçu xəstəxanasına aparmışlar. Xəstəxanaya gedən zaman yolda atası artıq aldığı xəsarətlərdən dünyasını dəyişmişdir. Onun gözü “-4” dərəcə görmə qabiliyyətində olduğu üçün və atası Rasimlə bibisinin əri Həsən dalaşmamışdan öncə sonuncunun ona şillə zərbəsi vurması nəticəsində gözündəki eynək sınıb yerə düşdüyü üçün o, onların aralarında baş vermiş mübahisə zamanı Həsənin Rasimi bıçaqla vurmasını görməmiş, lakin mübahisə zamanı atası Rasimin anidən yüksək səslə ağrı hissi ilə qışqırmasına görə o, hiss etmişdir ki, Həsən atasına hansısa alətlə xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid qismində dinirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma qardaşıdır. Mərhum Zərərçəkmiş şəxs isə qardaşı Həsənin qaynı olmuşdur. Həsənin Rasimlə münasibətləri normal olmuş, aralarında hər hansı bir ədavətin olmasından məlumatı olmamışdır. Həsən ailəsi ilə birlikdə qaynatasının evi olan ünvan 3 ünvanında yaşamışdır. 02 dekabr 2023-cü il tarixdə axşam saatlarında evinə polis əməkdaşları gələrək qardaşı Həsənin harada olmasını soruşmuşlar. O isə nə baş verməsi ilə maraqlandıqda demişlər ki, oğurluq hadisəsi baş vermişdir. Polislər getdikdən sonra qardaşını yığmış, sonuncu telefona cavab vermədikdə qardaşının arvadı Fidanı yığmış, Fidan da zəngə cavab vermədikdə Həsənin qaynanası Gülxanıma zəng etmiş, Gülxanım zənginə cavab vermiş, lakin onun heç nədən xəbəri olmadığını bildirmişdir. Bir az sonra Fidan ona zəng edərək hadisə barədə məlumat vermişdir. Bundan sonra polislərin iştirakı ilə qardaşı Həsən yaşadığı ünvanda olan qarajına gətirilmiş. Həmin vaxt o da ora dəvət edilmiş, Həsən özünə məxsus şəxsi əşyalarını və pullarını ona təqdim etmişdir. Bildiyi qədər Həsənlə qaynı Rasim arasında sonuncunun oğlu Süleymanın davranışına görə mübahisə yaranmış, mübahisə zamanı Həsən Rasimə bıçaqla xəsarətlər yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Mərhum Zərərçəkmiş şəxs isə doğma qardaşı idi. O, ailəsi ilə atasının xəstəliyi ilə əlaqədar atasınıın yaşadığı mənzilə köçmüş, daha doğrusu öncə o, atasına qulluq etmək üçün köçmüş, əri Həsən isə ondan 5 ay sonra həmin mənzilə köçmüşdür. Məsələ ondadır ki, onlar özlərinə məxsus mənzillərini satıb xaricə köçmək üçün hazırlaşırdılar. Qardaşı oğlu Süleyman isə dini məsələlərə görə atası ilə mübahisə edib onlardan sonra həmin mənzilə gəlib ayrı otaqda yaşamışdır. Onun ailəsinin atasının mənzilində öz otağı olmuş, Süleymanın isə balkonu olan başqabir tağı olmuşdur. X17 münasibətləri o qədər də yaxşı deyildir. Belə ki, Süleyman əsəbi və sözə qulaq asmayan uşaq idi. Əri Həsən də Süleymana davranışına görə hərdən irad tutmuşdur. Hadisə günü Süleyman nənəsi Gülxanıma şikayət etmişdir ki, Həsən tez-tez onun otağından eyvana çıxıb siqaret çəkir, ona dərslərini oxumağa və istirahət etməyə maneçilik törədir. Həsən Süleymanın bu şikayətini eşidərək əsəbləşib Süleymanın yanına getmiş, ona «sən məndən şikayət edirsən deyib» Süleymanı qaldığı otağa çəkib apararaq orada onu döymüşdür. Atasıvə anası onları aralamış, bundan sonra Həsən bu mənzildə yaşamayacağını deyərək əşyalarını yığmağa başlamışdır. Süleyman isə döyülməsi barədə atasına zəng edərək məlumat vermiş və bir müddət sonra qardaşı Rasim evə gələrək sakit səslə Həsənə çölə çıxmasını demişdir. Lakin Həsən ona cavab vermədiyi üçün Rasim oğlu Süleymanla bayıra çıxmışlar. Onlardan sonra çantasını götürüb Həsən də evdən çıxmışdır. Bir müddət sonra Süleyman ona zəng edərək bildirmişdir ki, onlar xəstəxanadadırlar.Ondan nə olduğunu soruşduqda Süleyman bildirmişdir ki, Həsən atası Rasimi bıçaqlamışdır. Süleymanın sözlərini valideynlərinə deməmiş, onların narahat olmasından qorxmuşdur. Sonra Süleyman təkrar ona zəng edərək atasının keçindiyini demişdir. Bunu da valideynlərinə deməmişdir. Bundan sonra evlərinə polis əməkdaşı gəlmiş, onu soruşmuş və polis şöbəsinə getməyi təklif etmişlər. Lakin səbəbini ona deməmişlər. Şöbəyə atası ilə birlikdə getmişdir. Orada artıq o və atası tam dəqiq bilmişlər ki, Həsən Rasimi dava zamanı bıçaqlamış, Rasim xəstəxanada aldığı xəsarətlərdən keçinmişdir. Qeyd etmək istəyir ki, Həsənlə Rasimin münasibətləri normal olmuş, aralarında heç bir inciklik olmamışdır. Məhkəmə iclasında şahid qismində dinirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, mərhum Zərərçəkmiş şəxs isə məhlədə yaşayan qonşu kimi uzaqdan uzağa tanımışdır. Yaşadığı ünvan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 39-dur. xx.xx.2023-cü il tarixdə axşam saat 22 radələrində dostu Şahid2 ilə özünə məxsus qarajda samovar qaynadıb çay içmişlər. Elə bu vaxt 20-30 metr onlardan aralıda şillə və qışqırıq səsləri eşitmişlər. Kimsə «sən mənim atama eşşək demisən » əsəbi halda demişdir. O, qışqıran şəxslərə sakit olmalarını deyə səslənmiş, lakin həmin yerdən davadalaş səsi gəldiyi üçün Babəklə həmin yerə yaxınlaşmışlar. Gedib görmüşlər ki, iki nəfər kişi bir-biri ilə tutaşmışlar. Onların yanında isə bir uşaq kənarda dayanmışdır. Sonra bilmişdir ki, dalaşanlar qonşuluqda yaşayan Rasimlə Həsən olmuşdur. Davanın gedişatından görünürdü ki, Rasim Həsəni üstələyir. Ona görə o, Rasimi kənara çəkməklə Həsəndən aralamağa çalışmışdır. Dostu Babək isə bu vaxt onun arxasında dayanmışdır. Rasimlə Həsən üz-üzə ayaq üstə olmaqla savaşırdılar. Bir an görmüşdür ki, Rasim müavinətini itirərək geriyə çəkilir. Görmüşdür ki, Rasimin qarın nahiyyəsindəki paltarı qana bulaşmış, o zaman başa düşmüşdür ki, Həsən Rasimə deşici-kəsici alətlə xəsarət yetirmişdir. Həsənin bu vaxt hadisə yerindən hara getməsini görə bilməmiş, buna fikir verməmişdir. Belə ki, məqsədi xəsarət alan Rasimə kömək etmək olmuş, hadisə yerində olan uşaqdan xəsarət alanı tanıdığını soruşduqda sonuncu bu şəxsin atası olmaqla adının Rasim olmasını demişdir. Bundan sonra Rasimi və oğlu Süleymanı maşina mindirərək Nizami rayonu ərazisində yerləşən təcili tibbi yardım stansiyasına aparmışdır. Orada Rasimi TTY maşınına mindirib xəstəxanaya aparmışlar. Maşında Rasimin oğlu demişdir ki, atasını vuran bibisinin əridir, bibisinin əri onu döymüş, o da atasını çağırmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan edilərək müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 39 ünvanında anadan olduqdan 2018-ci ilə qədər qaldığı üçün həmin məhəllə ilə bağlılığı qalmış, doğma qardaşı da Qara Qarayev prospekti 39 ünvanında qalır. xx.xx.2023-cü il tarixdə axşam saat 10 radələrində işdən çıxıb Qara Qarayev prospekti 39 ünvanına məhəllədən tanıdığı dostları ilə görüşmək üçün getmiş, məhəlləyə çatdıqda Şahid3 ilə həyətdə söhbətləşmiş, bu zaman təxminən saat 11-ə işləmiş məhəllədə yerləşən 103 nömrəli bağçanın girişinin qarşısında 2 şəxsin mübahisə etmələri səsini eşitmiş, səs-küyə doğru yaxınlaşdıqda 2 nəfər orta yaşlı şəxsin yanlarında bir nəfər azyaşlı qırmızı kurtkalı oğlan uşağının olmasını görmüş, yaxınlaşdıqda həmin 2 nəfər orta yaşlı şəxsin əlbəyaxa olmasını görmüş, həmin oğlan uşağı isə yanlarında dayanaraq heç nə etməmişdir. Onlar dərhal həmin şəxslərə yaxınlaşan kimi həmin şəxsləri bir-birindən aralamağa çalışmış, onları aralaşdırmağa cəhd göstərsələr də, cəhdləri nəticəsiz qalmışdır. Bu zaman şəxslərdən biri müvazinətini sanki itirmiş kimi olaraq arxaya doğru getmiş, həmin şəxs müvazinətini itirmiş kimi olduqda digər şəxs hadisə yerindən uzaqlaşıb getmişdir. Həmin şəxsin kim olmasını bilmir. Onlar müvazinətini itirməkdə olan şəxsə yaxınlaşıb qolundan tutmuş, qolundan tutduqdan sonra yerə həmin şəxsin bədən səthindən yerə qan damcılandığını görmüş, bu zaman bilmişdir ki, həmin şəxs bıçaqlanmışdır. Bıçaqlanan şəxsi dərhal Şahid3 “Range Rover” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxasında əyləşdirmiş, avtomobilə əyləşdirən zaman salonun işıqları yandıqda Şahid3 həmin şəxsdən “Rasim deyilsən sən?” deyə soruşmuş, o da “hə mənəm” deyə cavab vermişdir. Bıçaqlanan şəxs Zərərçəkmiş şəxs olmuş, avtomobildə həmin şəxsin ayaq və sinə nahiyyəsindən qan axmışdır. Həmin şəxs onun dostu Rasimlə qonşu olmuşdur. Avtomobilə əyləşdirdikdən sonra Rasimi 6 saylı təcili tibbi yardım stansiyasına aparmış, orada da həkimlər tərəfindən tibbi müdaxilə olunmuş və həmin şəxsi X16 aparmışlar. Zərərçəkmiş şəxs ilə mübahisə edən şəxsin kim olmasını bilmir. Hava qaranlıq olduğu üçün, həmçinin ətrafda işıq da olmadığı üçün onlar heç kəsin üzünü görə bilməmiş, sadəcə olaraq, orada qırmızı kurtka geyinən oğlan uşağının üzünü görmüşdür. Zərərçəkmiş şəxs da maşına əyləşdirdikdən sonra salonun işığı yandıqda dostu Şahid3 tanımışdır. Zərərçəkmiş şəxs çətinliklə də olsa onlar danışdırmaq istəyən zaman Rasim onlara heç nə deməmiş, sadəcə olaraq onların yanında oğluna “soruşsalar denən bilmirəm kim vurdu” deyə bildirmişdir. Onlar dəfələrlə Rasimdən bıçaqlayanın kim olmasını soruşsalar da, cavab ala bilməmişlər. X9 zaman Zərərçəkmiş şəxs oğlu onlara “bibimin əri edib, ondan şikayət edəcəm” deyə bildirmiş, başqa kimsənin nəsə deməsini eşitməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirliliyi qismən özünün, zərərçəkmiş şəxsin hüquqi varislərin və şahidlərin ifadələri ilə yanaşı məhkəmə tədqiq edilmiş digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 49 nömrəli binanın qarşısında olan 103 saylı uşaq bağçasının girişinin qarşısıdır. Həmin bağçanın girişinin qarşısı geniş sahə olmaqla ətrafı avtomobillər, yaşayış binaları və ağaclarla əhatə olunur. Baxış iştirakçısı olan Şahid1 Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs öldürdüyü yeri göstərərək ilk öncə Təqsirləndirilən şəxsla onun arasında mübahisə baş verdiyini, bundan sonra onun atası Rasimə zəng edərək sonuncunu çağırdığını, atası Rasim onun Həsənlə birlikdə yaşadığı mənzilə gəldikdən sonra Həsənin onlara aşağıda gözləmələrini dediyini, onlar 103 saylı uşaq bağçasının girişinin qarşısında gözləyən vaxt Təqsirləndirilən şəxs onun üzərinə gələrək bir dəfə sillə zərbəsini vurduğunu, bundan sonra Həsənlə atası Rasimin arasında əlbəyaxa dava baş verdiyini və əlbəyaxa nəticəsində Həsənin atası Rasimi öldürdüyünü bildirdi. Şahid1 göstərdiyi yerin ətrafında çoxsaylı qanabənzər ləkələr vardır. Həmin qanabənzər ləkələr «1», «2» və «3» rəqəmləri ilə nömrələnməklə onlardan 3 ədəd steril pambıqlı çubuqlar vasitəsilə nümunələr baxış iştirakçıları və hal şahidlərinin iştirakı ilə götürülərək xüsusi qablarda qablaşdırıldı. Bundan sonra baxış iştirakçısı Şahid1 Təqsirləndirilən şəxs onun üzünə atasının yanında sillə zərbəsi vurduqdan sonra zərbə nəticəsində eynəyin qırılıb gözündən düşdüyünü deyərək həmin eynəyin düşdüyü yeri göstərdi. Həmin eynək qanabənzər ləkələrin mövcud olduğu yerin yanında yerləşməklə qırılmış vəziyyətdədir. Qeyd olunan eynək iş üçün əhəmiyyət kəsb etdiyindən xüsusi qaydada qablaşdırılmaqla baxış iştirakçıları və hal şahidlərinin iştirakı ilə götürüldü. Baxış zamanı ətrafda hər hansı kəsici-deşici alətə rast gəlinmədi. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Şahid1 məxsus qara rəngli “Samsung” markalı “Galaxy A32” modelli mobil telefon işlək vəziyyətdədir. Baxış iştirakçısı Şahid1 atası Zərərçəkmiş şəxs adını mobil telefonda “RZ” kimi qeyd etdiyini bildirdi. Mobil telefonun “Whatsapp” ani mesajlaşma proqramına baxış keçirən zaman həmin gün saat 21:49-da Şahid1 adı kontakta “RZ” kimi qeyd olunan, atası Zərərçəkmiş şəxs zəng etməsi və aralarında 00:47 saniyədən ibarət danışıq olması müəyyən edilmişdir. Mobil telefona baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı videoyazı, audioyazı, fotoşəkil, danışıq və ya SMS-ə rast gəlinməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “təqsirini boynuna almaqla könüllü gəlmə” haqqında xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 03 dekabr 2023-cü il tarixdə saat 04:05-də Nizami RPİ-nin 25-ci PŞ-yə gələrək xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, 103 saylı uşaq bağçasının qarşısında qaynı 1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bıçaqla vuraraq öldürdüyünü bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “götürmə və baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs baş vermiş hadisə vaxtı Zərərçəkmiş şəxs qətlə yetirərərkən istifadə etdiyi, cinayət aləti olan bıçağı atdığı ünvan 5 ünvanında yerləşən zibil qutusuna baxış keçirilməklə həmin bıçağın tiyəsi qutunun içərisində müəyyən edilərək Təqsirləndirilən şəxs tərəfindən könüllü şəkildə təqdim olunmaqla iş maddi sübut kimi üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış “cinayət törətməkdə şübhə edilən şəxsin tutulması” haqqında xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə saat 04:35-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən istintaqa könüllü təqdim edilmiş, özünə məxsus mavi rəngli “Apple” markalı “İphone 14” modelli mobil telefona baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir məlumat aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “götürmə və baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq təqdim olunan, hadisə zamanı əynində olmuş 1 ədəd cins şalvar, 1 ədəd gödəkçə, 1 ədəd zolaqlı uzunqol köynək, 1 ədəd ağ rəngli mayka, 1 ədəd boz rəngli tuman və 1 cüt qara rəngli corab iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşür. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, mərhum Zərərçəkmiş şəxs məxsus olan açıq bənövşəyi rəngli “Xiaomi” markalı mobil telefona baxış keçirilmiş, lakin mobil telefonun ekran kilidinin naməlum olması səbəbindən baxış keçirmək mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 03 dekabr 2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, ibtdai istintaq zamanı ilkin ifadəsini hadisə yerində bir daha təsdiq edərək 02 dekabr 2023-cü il tarixdə yaşadıqları ünvan 3 ünvanında Şahid1la mübahisə etdiyini, sonuncunun atası gəldikdən sonra onlara aşağıda gözləməsini dediyini, mənzildən çıxmamış özü ilə bıçaq götürdüyünü, blokun qarşısında Süleymanla Rasimə bir qədər aralıda gözləmələrini dediyini, əşyalarını qaraja qoyduğunu, bundan sonra Süleymanın üzünə atası Rasimin yanında şillə vurduğunu, sonuncunun bu zərbədən sonra onunla mübahisə etdiyini, mübahisə zamanı Rasimi öldürmək məqsədilə bıçaqla zərbələr vurduğunu, Rasimin öləcəyini düşündükdən sonra hadisə yerindən uzaqlaşdığını, taksiyə mindiyini, qohumu Şahid7la ünvan 5 ünvanında söhbətgahda söhbət etdiyini, daha sonra könüllü təslim olmağa gəlməmişdən öncə həmin ünvanda yerləşən zibil qutusuna bıçağı sındıraraq atdığını bildirərək hadisə ilə əlaqədar bütün halları əyani şəkildə, ardıcıllıqla yerində göstərib təsvir etmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2024-cü il tarixli “Respublika Psixiatriya Xəstəxanası”-dan və xx.xx.2024-cü il tarixli ”Respublika Narkoloji Mərkəzi”-dən daxil olmuş arayışlardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qeyd edilən müəssisələrdə müalicədə olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan, çıxan zənglərə, anten dairəsinə və ismarıclara baxış keçirilən zaman Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami rayonu ərazisində olması müəyyən edilmişdir.Əlavə olaraq iş üçün əhəmiyyət kəsb edən hər hansı digər xüsusata rast gəlinməmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs Fəxrədin oğlunun istifadəsində olmuş ***- ***-**-** mobil nömrəsinə daxil olan, çıxan zənglərə, anten dairəsinə və ismarıclara baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən hər hansı digər xüsusata rast gəlinməmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 03 yanvar 2024cü il tarixli 236 nömrəli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmətibbi müayinəsi zamanı onun bədənində aşağıdakı xəsarətlər aşkar olundu: 1. Döş qəfəsinin ön səthinin sağ yuxarı nahiyəsində döş boşluğuna nüfuz edərək sağ İV gabırğanı və sağ ağciyərin yuxarı payını zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara 2. Sol saidin yuxarı 1/3-nin arxa-iç səthində 1 (bir) ədəd, sol qalça tini proyeksiyasıda yaxın nahiyəsində 1 (bir) ədəd, sol budun yuxarı 1/3-nin ön-bayır nahiyəsində 1 (bir) ədəd, sol budun orta 1/3-nin bayır yan- arxa nahiyəsində 1 (bir) ədəd, sol budun aşağı 1/3-nin ön səthində 1 (bir) ədəd, sol baldırın yuxarı 1/3-nin arxa səthində 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaralar, sağ alın nahiyəsinin, sağ əlin arxa səthinin və sağ əlin İİ və İİİ barmaqların arxa səthinin sıyrıqları. Yuxarıda qeyd olunan xəsarətlər həyatidir, ölümündən az əvvəl əmələ gələ bilərlər, qərarın təsviri hissəsində göstərilən müddətə, yəni 02 dekabr 2023-cü il tarixə uyğun gəlirlər. Deşilmiş-kəsilmiş yaralar nisbətən iti uca, kifayət qədər iti ülgücə və qabırğaları özünü nisbətən zəif biruzə verən küpə malik yastı tiyə tipli hər hansı bir deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir. Sağ alın nahiyəsində və sol əlində olan sıyrıqlar isə küt əşyanın (əşyaların) təsirindən əmələ gələ bilərdi. Xəsarətlər dərəcələrinə görə şərti olaraq aşağıdaki qruplara bölünmüşlər: l-ci qrupda: döş qəfəsinin ön səthinin sağ yuxarı nahiyəsində, döş boşluğuna nüfuz edərək sağ İV qabırğanı və sağ ağciyərin yuxarı payını zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərini daşıyır və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi vardır; ll-ci qrupda: sol saidin yuxarı 1/3-nin arxa-iç səthinin, sol qalça tini proyeksiyasına yaxın nahiyəsinin, sol budun yuxarı 1/3-nin ön-bayır nahiyəsinin, sol budun orta 1/3-nin bayır yan-arxa nahiyəsinin, sol budun aşağı 1/3-nin ön səthinin və sol baldırın yuxarı 1/3-nin arxa səthinin deşilmiş-kəsilmiş yaralar canlı şəxslərdə həm ayrı- ayrılıqda, həmçinin də ümumilikdə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmanın əlamətlərini daşıyırlar. İll-cü qrupda: sağ alın nahiyəsinin, sağ əlin arxa səthinin və sağ əlin İİ və İİİ barmaqların arxa səthinin sıyrıqları canlı şəxslərdə həm ayrı-ayrılıqda, həmçinin də ümumilikdə sağlamlığa zərər vurmayan dərəcələri təyin edilməyən xəsarətlərin əlamətlərini daşıyırlar. İİ və İİİ qruplardaki xəsarətlərin baş vermiş ölümlə səbəbli əlaqələri yoxdur. Zərərçəkmiş şəxs ölümünə sağ ağciyərin yaralanması nəticəsində baş vermiş kəskin massiv daxili və xarici qanaxma səbəb olmuşdur. Ölüm meyitin meyitxanada müayinəsindən təxminən 12-14 saat əvvəl baş verə bilərdi. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə tibbi-bioloji və kriminalistik ekspertizasının 16 fevral 2024-cü il tarixli 29/MTKŞ-2024 saylı rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus tumanın sol ayağının önyuxarı nahiyəsində bir ədəd, tumanın sol yan nahiyəsində dörd ədəd, tumanın arxa hissəsinin sol nahiyəsində bir ədəd, köynəyin ön hissəsinin sağ-yuxarı nahiyəsində dörd ədəd, şalvarın sol ayağının arxa nahiyəsində bir ədəd, şalvarın sol yan nahiyəsində dörd ədəd, şalvarın sol yan cibinin üzərində bir ədəd, şalvarın ön hissəsinin sol-orta nahiyəsində bir ədəd, şalvarın arxa hissəsinin orta nahiyəsində bir ədəd, şalvarın arxa hissəsinin sağyuxarı nahiyəsində bir ədəd, jaketin ön hissəsinin sol-orta nahiyəsində iki ədəd, jaketin sol qolunun arxa-aşağı nahiyəsində bir ədəd və gödəkçənin sol qolunun arxa-aşağı nahiyəsində bir ədəd dəlib-keçən; tumanın ön hissəsinin sol-yuxarı nahiyəsind rezinin üzərindəki parçanı zədələyən bir ədəd, gödəkçənin ön hissəsinin sol-aşağı nahiyəsində bir ədəd, gödəkçənin sol qolunun yuxarı-bayır nahiyəsində bir ədəd, gödəkçənin sol qolunun ön-aşağı nahiyəsində bir ədəd, şalvarın ön hissəsinin sol köbə nahiyəsində bir ədəd yalnız üst qatı zədələyən dəlib-keçməyən deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus jaketin və köynəyin ön hissəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin ön səthinin sağ yuxarı nahiyəsində olan bir ədəd; şalvarın və tumanın sol ayağının önyuxarı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sol qalça tini proyeksiyasına yaxın nahiyəsində olan bir ədəd; şalvarın və tumanın sol-yan nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sol budun yuxarı 1/3-nin ön-bayır nahiyəsində olan bir ədəd; şalvarın sol yan cibinin üzərində və tumanın arxa hissəsinin sol-yan nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sol budun orta 1/3-nin bayır yan-arxa nahiyəsində olan bir ədəd; şalvarın ön hissəsinin sol-orta nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sol budun aşağı 1/3-nin ön səthində olan bir ədəd; şalvarın arxa hissəsinin orta nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sol baldırın yuxarı 1/3-nin arxa səthində olan bir ədəd; gödəkçənin və jaketin sol qolunun arxa-aşağı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sol saidin yuxarı 1/3-nin arxa-iç səthində olan bir ədəd eyni xarakterli xəsarətlərlə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarlar üzərində aşkar edilmiş digər deşilmiş-kəsilmiş zədələr onun bədənində öz əksini tapmamışlar. Bu da yalnız paltarların zədələnməsi ilə izah oluna bilər. Zərərçəkmiş şəxs bədənində olan digər xəsarətlər (sağ alın nahiyəsinin, sağ əlin arxa səthinin və sağ əlin İİ və İİİ barmaqların arxa səthinin sıyrıqları) bədənin açıq nahiyəsində yerləşdiklərinə görə ona məxsus olan paltarlarda öz əksini tapmamışlar. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus jaketin ön hissəsinin sol-yuxarı nahiyəsində bir ədəd kombinə olunmuş zədə aşkar edildi. Bu zədə əvvəl və hər-hansı bir iti kənara malik alətin (əşyanın) təsirindən kəsilmiş, sonra isə dartılaraq cırılmışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus jaketin ön hissəsinin sol-yuxarı nahiyəsində bir ədəd kombinə olunmuş zədə aşkar edildi. Bu zədə əvvəlvə hər-hansı bir iti kənara malik alətin (əşyanın) təsirindən kəsilmiş, sonra isə dartılaraq cırılmışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir cüt corab və bir cüt ayaqqabı üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş X10 məxsus gödəkçənin sol qolunun üzərində üç ədəd kəsilmiş zədə aşkar olundu. Bu zədələr hər hansı bir İti ülgücü olan kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş X10 məxsus gödəkçənin sağ yan hissəsində məhdud sökülmə aşkar edildi. Bu sökülmə küt yaranma mexanizmə malikdir, gödəkçənin müvafiq nahiyəsinin gərilib-dartılması nəticəsində yaranmışdır. Ekspertizaya təqdim edilmiş X10 məxsus mayka, tuman, pulover, bir cüt corab və şalvar üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya yalnız bıçaq tiyəsi təqdim edildiyinə görə müqayisəli müayinə üçün eksperiment aparmaq mümkün olmadı. Ona görə də təqdim edilmiş paltarlar üzərində aşkar edilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçaq tiyəsinin təsirindən yaranıb-yaranmaması haqqında dəqiq fikir söyləmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarların məhkəmə-tibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar: a) Maykanın, şalvarın sol ayağında, tumanın sol hissəsində, gödəkçənin və jaketin ön- sağ hissəsində, corabın bir tayının bütün səthində, digər tayının uc hissəsində fasilələrlə yerləşən qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşlar. b)Şalvarın əsasən aşağı hissələrində fasilələrlə yerləşən nisbi-düz və qeyri-düz dairəvi və ovalvari formalı qan ləkələri qan mənbəyindən səthə əsasən hündürlükdən düşən damcılar nəticəsində əmələ gəlmişlər, bəzilərini isə qanın öz ağırlığı ilə aşağıya doğru axıntıları əmələ gətirmişdir. c) Bir cüt ayaqqabının hər iki tayının üzərində olan qan ləkələri yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş X10 məxsus paltarların məhkəmə-tibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar: Şalvarın hər iki ayağının ön səthində, köynəyin ön səthində, gödəkçənin on-sol səthində, maykanın arxa səthində fasilələrlə yerləşən qan ləkələri sıçrantı xarakterlidir, qan mənbəyinə və ya qanlı səthə kinetik enerji impulsu verməklə əmələ gələ bilərdi. Ekspertizaya təqdim olunmuş bıçaq tiyəsi zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağının tiyəsidir və soyuq silah hesab edilmir. Bıçağın tiyəsinin üzərində sonradan təyinatının dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklik edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə tibbi-bioloji və kriminalistik ekspertizasının bioloji tədqiqinə dair xx.xx.2024-ci il tarixli 29/2024-MTBŞ saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: Oalfa,beta(İ). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol mayka, şalvar, papaqlı uzunqol gödəkçə, tuman, bir cüt corab, uzunqol gödəkçə və bir cüt qısaboğaz çəkmə, Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar, uzunqol kofta və uzunqol gödəkçə, üç ədəd çubuqlu pambıq tampona hopdurulmuş nümunə və bir ədəd bıçaq tiyəsi üzərində insan qanı-ləkələri aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “H” antigeni alındı, Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol mayka, şalvar, papaqlı uzunqol gödəkçə, tuman, bir cüt corab, Təqsirləndirilən şəxs şalvarı üzərində həmçinin alfa və beta aqqlyutininləri də alınmışdır. “H” antigeni 0 (1) qrupunun əsasım təşkil etdiyi üçün bu qan ləkələri ABO sistemi üzrə Oalfa, beta(İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunmuş Təqsirləndirilən şəxs qolsuz maykası üzərində qan, Təqsirləndirilən şəxs məxsus tuman və bir cüt corab üzərində isə isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış lifli materialların tədqiqi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/353 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs şalvarının üzərindən aşkar edilmiş tünd göy rəngli pambıq liflər cinsi əlamətərinə görə Zərərçəkmiş şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər, Zərərçəkmiş şəxs şalvarının üzərindən aşkar edilmiş açıq göy rəngli pambıq limflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər. Məhkəmədə elan edilib araşdırılmış ambulator narkoloji tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 497 nömrəli rəyindən müəyyən olunur ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator psixoloji və psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 278 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə iş üçün vacib olan halları dərk etmək və baş vermişlər barəsində düzgün ifadə vermək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CMnin 21 və 22 maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs eqosentrizm, kobudluq, inadkarlıq, kinlilik, qıcığa qarşı həssaslıq, emosional qeyri sabitlik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəb yaranmış, həmin halın onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində, fizioloji affekt halında olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 15 dekabr 2023cü il tarixli 1208 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs almış olduğu sağ əlin arxa səthinin İ barmağın distal falanqasının kəsilmiş yarası; sağ bazunun bayır və sağ baldırın ön səthlərinin hematomaları; alnın və burnun sıyrıqları - kəsilmiş yara şiş uca və kəsici kənara malik əşyanın (əşyaların), ola bilsin ki, bıçağın, digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə yaranmaları istisna olunmur, dərəcəsinə görə hematomalar sağlamlığın qısa müddətə müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, digər xəsarətlər isə həm ayrı-ayrılıqda, həmdə ki, ümumilikdə sağlamlığa zərər vurmayan və dərəcəsi təyin olunmayan xəsarətlərə aiddirlər. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 06 dekabr 2023cü il tarixli 1171 nömrəli rəyindən müəyyən olunur ki, Şahid1 sağ gözaltı nahiyənin hiperemiyalı (qızartılı) sahəsi,sol alın təpə nahiyəsinin şişkinlik halında əzilməsi olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər,qərarın təsviri hissəsində göstərilən müddətdə,yəni xx.xx.2023-cü il tarixdə alınmaları mümkündür və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs barəsində Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Nizami rayon MKTB-nin 34 saylı Mənzil Kommunal İstismar Sahəsindən verilmiş xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatsız yaşadığı müddət ərzində onun barəsində 34 saylı MKİS-ə heç bir xəbərdarlıq və şikayət daxil olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış vətəndaş Şahid6 tərəfindən verilmiş xx.xx.2024cü il tarixli qəbzdən müəyyən olunur ki, qardaşı təqsirləndirilən Təqsirləndirilən şəxs məxsus “Apple” markalı “İphone 14” modelli mobil telefonu təhvil almışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağın olması və Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna alması Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan əməl CM-nin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət hesab olunur və CMnin 120.2.4-cü maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda CM-nin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Məhkəmədə elan edilib araşdırılmış 11 mart 2024-cü il -cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs sağlamlığına yüngül zərər vurulması faktı üzrə mərhum Zərərçəkmiş şəxs ölməsi ilə əlaqədar barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmiş, hadisə yerindən götürülmüş, üzərində qan ləkələri olan “1”, “2” və “3” rəqəmi ilə nömrələnmiş ümumilikdə 3 ədəd steril pambıq çubuq, Zərərçəkmiş şəxs meyitinə baxış keçirilərkən sonuncunun baş vermiş hadisə zamanı əynində olmuş paltarlar üzərlərində qanabənzər ləkələr olan 1 ədəd tünd göy rəngli cins şalvar, 1 ədəd qara rəngli gödəkçə, 1 ədəd mavi rəngli kapşon, 1 ədəd açıq göy rəngli qısaqol köynək, 1 ədəd damalı naxışlı tuman, 1 cür mavi rəngli corab və 1 cüt qara rəngli ayaqqabı, Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı əynində olmuş, könüllü olaraq özü tərəfindən istintaqa təqdim edilmiş üzərində qanabənzər ləkələr olan 1 ədəd cins şalvar, 1 ədəd gödəkçə, 1 ədəd zolaqlı uzunqol köynək, 1 ədəd ağ rəngli mayka, 1 ədəd boz rəngli tuman və 1 cüt qara rəngli corab və Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq istintaqa təqdim edilmiş 1 ədəd qızılı rəngli, üzərində “LAGUİOLE JEAN DUBOST FRANCE” yazılmış dəstəyi qırılmış olan bıçaq tiyəsi, mərhum Zərərçəkmiş şəxs məxsus “Xiaomi” markalı mobil telefon Nizami rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılması üçün təhvil verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi qismən özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisləri və şahidlərin ifadələri, ekspertiza rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə tövsif etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 dekabr 2002-ci il tarixli qərarın 21-ci maddəsinə əsasən qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır. Plenumunun qərarının 8-ci bəndinə əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Beləliklə məhkəmə baxışında ibtidai araşdırma orqanının gəldiyi nəticə, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs çoxsaylı bıçaq xəsarətləri yetirməklə xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməsi tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən hər bir şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cinayətin törədilməsində rolunu və iştirakçılıq dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunan cəzanın onun islah edilməsinə və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «İnsan Hüquqlarının və X7 haqqında» Avropa Konvensiyasının yaşamaq hüququ adlanan 2-ci maddəsinin 1-ci bəndində göstərilmişdir: «Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa həyatından məhrum edilə bilməz». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 2 nömrəli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan Hüquqlarının və X7 haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuridiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdikdən sonra yuridiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsində yaşamaq hüququ konstitusiya təminatlarından biri kimi öz əksini tapmışdır. Həmin maddənin İ bəndində göstərilmişdir ki, hər kəsin yaşamaq hüququ vardır. Bu isə bir daha əsas verir ki, həmin maddədə göstərilən digər hallar istisna olmaqla hər hansı bir şəxs başqa şəxsi yaşamaq hüququndan, yəni həyatdan məhrum edə bilməz. Bu hüququ təqsirli olaraq pozanlar isə cəza təhdidi altında qadağan olunmuş ictimai – təhlükəli əməl törətməklə, mövcud cinayət qanunvericiliyinin müvafiq normaları ilə cəzaya məruz qalır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəliyini nəzərə alaraq hesab edir ki, onun islah olunması yalnız cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsinə əsasən CM-nin 120.2.4-cü maddəsi xüsusilə ağır cinayətlərə aiddir. Azərbaycan Respublikası CMnin CM-nin 56.1.3-cü maddəsinə əsasən qəsdən törədilmiş xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs kimi Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini şübhəli şəxs qismində tutulduğu 03 dekabr 2023-cü il tarixdən hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş, – hadisə yerindən götürülmüş, üzərində qan ləkələri olan “1”, “2” və “3” rəqəmi ilə nömrələnmiş ümumilikdə 3 ədəd steril pambıq çubuq, Zərərçəkmiş şəxs meyitinə baxış keçirilərkən sonuncunun baş vermiş hadisə zamanı əynində olmuş paltarlar - üzərlərində qanabənzər ləkələr olan 1 ədəd tünd göy rəngli cins şalvar, 1 ədəd qara rəngli gödəkçə, 1 ədəd mavi rəngli kapşon, 1 ədəd açıq göy rəngli qısaqol köynək, 1 ədəd damalı naxışlı tuman, 1 cür mavi rəngli corab və 1 cüt qara rəngli ayaqqabı, Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı əynində olmuş, üzərində qanabənzər ləkələr olan 1 ədəd cins şalvar, 1 ədəd gödəkçə, 1 ədəd zolaqlı uzunqol köynək, 1 ədəd ağ rəngli mayka, 1 ədəd boz rəngli tuman və 1 cüt qara rəngli corab və 1 ədəd qızılı rəngli, üzərində “LAGUİOLE JEAN DUBOST FRANCE” yazılmış dəstəyi qırılmış olan bıçaq tiyəsi məhv edilməlidir. Mərhum Zərərçəkmiş şəxs məxsus “Xiaomi” markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi Şahid5 qaytarılmalıdır. İş üzrə ekspertiza xərcləri olan 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəci ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli “03” dekabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan üzərində qan ləkələri olan “1”, “2” və “3” rəqəmi ilə nömrələnmiş ümumilikdə 3 ədəd steril pambıq çubuq, Zərərçəkmiş şəxs meyitinə baxış keçirilərkən sonuncunun baş vermiş hadisə zamanı əynində olmuş paltarlar - üzərlərində qanabənzər ləkələr olan 1 ədəd tünd göy rəngli cins şalvar, 1 ədəd qara rəngli gödəkçə, 1 ədəd mavi rəngli kapşon, 1 ədəd açıq göy rəngli qısaqol köynək, 1 ədəd damalı naxışlı tuman, 1 cür mavi rəngli corab və 1 cüt qara rəngli ayaqqabı, Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı əynində olmuş, üzərində qanabənzər ləkələr olan 1 ədəd cins şalvar, 1 ədəd gödəkçə, 1 ədəd zolaqlı uzunqol köynək, 1 ədəd ağ rəngli mayka, 1 ədəd boz rəngli tuman və 1 cüt qara rəngli corab və 1 ədəd qızılı rəngli, üzərində “LAGUİOLE JEAN DUBOST FRANCE” yazılmış dəstəyi qırılmış olan bıçaq tiyəsi məhv edilsin. Mərhum Zərərçəkmiş şəxs məxsus “Xiaomi” markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi Şahid5 Fəxrəddin qızına qaytarılsın. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rasim Sadıxov Hakimlər: Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-241/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-241/2025
18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver