Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-242/2019 30.04.2019 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər X11 və X4 ibarət tərkibdə, məhkəmə iclası katibləri X13 və X12, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs və nümayəndəsi - Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs və müdafiəçi - "Adil İsmayılov və Partnyorları" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1979-cu il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, Bakı şəhəri, Qaradağ rayon Polis idarəsi 38-ci Polis bölməsində sahə müvəkkili vəzifəsində işləmiş, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, 24 noyabr 2018-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Orucov X9 rayon Polis idarəsi 18-ci Polis şöbəsinin sahə inspektoru vəzifəsində işləyərkən, xidmət etdiyi inzibati ərazinin sakini - Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi 37 nömrəli evin 17-ci mənzilində yaşayan 1925-ci il təvəllüdlü Zərərçəkmiş şəxs nəvəsi Şahid1 Nadirovna tərəfindən döyülməsi barədə 18-ci Polis şöbəsinə ünvanladığı xx.xx.2016-cı il tarixli müraciəti ilə əlaqədar aparılan araşdırma zamanı tanıdığı Zərərçəkmiş şəxs nəvəsi Şahid1 ilə aralarındakı münasibətlərin gərgin olmasını, onunla edilən hərəkətlərin mahiyyətini, xarakter və mənasını anlaya bilmək qabiliyyətinə malik olmamasını özü üçün əlverişli hesab edərək, öz qulluq mövqeyindən istifadə eməklə Zərərçəkmiş şəxs məxsus mənzilə olan hüquqları əldə etmək məqsədilə, sonuncuya, onu hər kəsdən qoruyacağı, qayğısına qalacağı kimi yalan vədlər verərək, mütəmadi ona baş çəkib, istədiyi yerə avtomobili ilə aparmaqla, ailəsi ilə tanış edərək ad gününü qeyd etməklə özünə qarşı inam və etibar formalaşdırdıqdan sonra, 15 mart 2018-ci il tarixdə 6 saylı notariat kontorunda Zərərçəkmiş şəxs bütün daşınar və daşınmaz əmlakını atası Şahid4 adına vəsiyyət etdirib, daha sonra Zərərçəkmiş şəxs ailə üzvləri Dmitriy Larsın, Şahid1 və Yekaterina Taqanovanın həmin mənzildən pasport qeydiyyatdan çıxarılmaları üçün Zərərçəkmiş şəxs xx.xx.2018-ci il tarixli “yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsi tələbinə dair” iddia ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraciət etməsinə təhrik edərək, məhkəmə qaydasında adları qeyd olunan şəxslərin mənzildən qeydiyyatdan çıxarılmalarını təmin etməklə, bununla da mənzilə olan hüquqların alqı-satqı yolu ilə əldə edilməsi üçün bütün maneələri aradan qaldıraraq, xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 58/1 nömrəli ünvanda yerləşən 14 nömrəli notariat kontorunda anası Şahid3 ilə Zərərçəkmiş şəxs arasında, sonuncunun həqiqi niyyətinə uyğun olmayan orta bazar qiyməti 84.000 manat olan qeyd olunan mənzilə dair alqı-satqı müqaviləsi bağlanmasına və anasının adına xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ******* nömrəli çıxarış alınmasına nail olaraq, öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs məxsus külli miqdarda əmlaka olan hüquqları etibardan sui-istifadə etmə yolu ilə əldə etməklə dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2016-cı ilin sonlarında Zərərçəkmiş şəxs onun xidmət göstərdiyi məntəqəyə yaxınlaşaraq nəvəsi Şahid1 tərəfindən qanunsuzluqlara məruz qaldığını, sonuncunun onu ölümlə hədələdiyini bildirmişdir. Ərizədə cinayət xarakterli məlumat olduğundan, o, bu barədə Nərimanov rayon Polis idarəsi 18-ci Polis höbəsinin rəisinə məruzə etmiş və ərizənin araşdırılması təhqiqatçı Anar Bayramova həvalə edilmişdir. Polis şöbəsində aparılan araşdırma zamanı ərizə və izahatda göstərilən xüsusatlar öz təsdiqini tapmadığından 06 yanvar 2017-ci il tarixdə cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra sahə müvəkkili kimi o, həmin ailəni nəzarətdə saxlamağa və həmin ailəni münaqişəli ailə kimi qeydiyyata alıb proflaftiki tədbirlər görməyə başlamışdır. 2017-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs yenidən ona yaxınlaşarkən nəvəsinin evi ələ keçirmək məqsədilə onu öldürmək istədiyini və evini 50.000 manat müqabilində satmaq istədiyini demişdir. O, Nera ilə söhbət apardıqda onun vergi verməməsi üçün bu alqı-satqını ilkin olaraq 50.000 manat müqabilində vəsiyyətnamə ilə rəsmiləşdirmək istədiyini bildirmiş və buna razılıq vermişlər. Bunun üçün onun atası Bakı şəhərinə gəlmiş, 2017-ci ilin mart ayında o, atası və Zərərçəkmiş şəxs Xətai rayonunda yerləşən 6 saylı notariat kontoruna getmişlər. Orada Nera atası Şahid4 adına vəsiyyətnamə vermişdir. Həmin vaxt Nera yaşlı olduğundan onu evdən özü götürmüş və daha sonra evə qaytarmışdır. Sonradan maraqlandıqda evdə başqa şəxslərin də qeydiyyatda olduğunu öyrənmiş, Nərimanov RPİ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi şöbəsinə gedərək Zərərçəkmiş şəxs nəvələrinin həmin ünvanda qeydiyyatda olduqlarını bilmişdir. Nera nəvələrinin qeydiyyatdan çıxarılması üçün ərizə yazmaq istəmiş, lakin eynəyi evdə qaldığına görə ondan ərizəni yazmağı xahiş etmişdir. O, etiraz etməyərək ərizə yazmış, lakin Nera özü ərizə ilə tanış olaraq şəxsən imza etmişdir. Atası Ələddinin adına vəsiyyətnamə verilsə də, həmin şəxslər qeydiyyatdan çıxarıldığı halda 50.000 manatı Neraya verəcəklərini demişlər. Bir müddət sonra Zərərçəkmiş şəxs ona yaxınlaşaraq nəvələri Marina və Dmitrini, həmçinin nəticəsi Yekaterinanı qeydiyyatdan çıxardığını bildirmişdir. O, həmin vaxt evə baxaraq məsləhətləşmiş və Neranın 2 il evdə yaşaması şərti ilə evi almağa razılaşmış, Nera da buna etiraz etməmişdir. 15 avqust 2017-ci il tarixdə anası Laləzər və Zərərçəkmiş şəxs Bakı şəhəri, 14 saylı notariat kontoruna getmişlər və orada alqı-satqı müqaviləsi bağlamışlar. Notariat kontorunda olarkən bütün proseslər və işin mahiyyəti Rus və Azərbaycan dillərində Neraya izah olunmuş, Nera heç bir etiraz etməyərək sənədləri imzalamışdır. Bundan sonra 50.000 manat məbləğində pul Zərərçəkmiş şəxs hesabına köçürülmüş və Nera notariat kontorunun aşağı mərtəbəsində yerləşən "xxxx"dan pulu götürərək evə getmişdir. Təqsirləndirilən şəxs ifadəsinə görə, 2017-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs ona zəng edərək nəvəsi Şahid1 onu öldürmək istədiyini demiş və buna görə qapının açarını dəyişməkdə ona köməklik göstərməyi xahiş etmişdir. O, usta taparaq evə aparmış və Nera ustaya özü ödəniş edərək qıfılı dəyişdirmiş, açarı isə Neraya təhvil vermişdir. 2018-ci ilin may ayında Neranın nəvəsi Marina ona zəng edərək görüşmək istədiyini bildirmişdir. O, Marina ilə “Su sonası” şadlıq sarayının qarşısında görüşmüş, Marina ona hədə-qorxu gələrək evin sənədlərini geri qaytarmasını və 15.000 manat ona pul verməli olduğunu söyləmişdir. O isə, ev üçün verdiyi 50.000 manat geri qaytarılacağı təqdirdə, evi verə biləcəyini Marinaya söyləmişdir. Marina bununla razılaşmamış və bir müddət sonra alqı-satqı müqaviləsinin ləğvi üçün məhkəməyə müraciət etmişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, ibtidai istintaq zamanı ilkin verdiyi ifadəsini tam təsdiq edir. Zərərçəkmiş şəxs 2016-cı ilin dekabrında şikayət ərizəsi verəndən sonra tanımışdır. Zərərçəkmiş şəxs nəvəsinin onu öldürəcəyi ilə hədələməsi barədə ərizə vermiş, o da, həmin ərizəni idarəyə aparıb təhqiqata vermişdir. Bundan bir həftə sonra Nera yenə onun yanına gələrək evini satmaq istədiyini, lakin həmin evin nəvəsinə qalmasını istəmədiyini bildirmişdir. O, evi neçəyə satmaq istədiyini soruşduqda, Zərərçəkmiş şəxs evi 55.000 manata satdığını demişdir. Həmin vaxt qeyd olunan ərazidə evlərin qiyməti təxminən 55-60 min manat olmuşdur. Nera evi vəsiyyətnamə ilə vermək istədiyini, alqı-satqı ilə veriləcəyi halda vergi verməli olacağını bildirmiş və vergi verməmək üçün vəsiyyətnamə yazmışdır. O, həmin mənzildə qeydiyyatda olanlar barəsində məlumatı Qeydiyyat şöbəsindən almışdır. Həmin vaxt atası xəstə olduğundan alqı-satqıda özü iştirak etmişdir. Zərərçəkmiş şəxs notarusa onun özü aparmış, alqısatqı zamanı 50.000 manat pul ödəmişdir. Alqı-satqı olandan sonra o, Zərərçəkmiş şəxs onu evə aparmağı təklif etsə də, Nera taksi ilə gedəcəyini bildirmişdir. O, Neranın adına bankda pul olduğunu bilməmiş, sonradan Nera onun arvadının adına etibarnamə vermişdir. Nera bankda olan pulun faizlərini götürüb ona dərman və yemək almaq üçün onun yoldaşına etibarnamə vermişdir. 2017-ci ildə Neranın ad gününü qeyd etmiş və bu tədbiri Neranın xahişi ilə keçirmişdir. Pulu alqısatqının predmeti kimi Neraya anası Laləzər vermişdir. Mənzilin açarını alqı-satqıdan sonra Neranın istəyi ilə dəyişmişdir. Nera evin açarının birinin Marinada olduğunu, Marinanın gəlib qapını açıb onu öldürə biləcəyini demişdir. Material təhqiqata veriləndən sonra ona ərizə daxil olmamışdır. Ərizələr təhqiqatda olan zaman Nera yenə də ona zəng edib nəvəsindən şikayət etmiş, lakin o, Neranın şikayətlərini rəsmi qeydiyyata salmamışdır. Onun xidmət apardığı həmin ərazidə 90 yaşından yuxarı nə qərər insanın yaşadığını bilmir. Münaqişə ilə bağlı Marina tərəfindən ona ərizə yazılmamış, evə daxil olma ilə bağlı Marina ona müraciət etməmiş və Marina tərəfindən bölməyə ərizə daxil olduğunu o, bilmir. Mənzilə daxil olmaqla bağlı Marina ilə birlikdə Neranın evinə getmişdir. Həmin vaxt vəkil Zaur da gəlib Neranın evinə gedərək paltarları götürməyi bildirmişdir. Belə ki, bununla bağlı, yəni Apellyasiya Məhkəməsinin qeydiyyatın bərpa olunması ilə bağlı qərarı olmuşdur. Nera həmin vaxt qapını açmamışdır. Həmin vaxt alqı-satqı olmuş, lakin bu barədə Marinaya məlumat verməmişdir. Çünki Nera ondan alqı-satqı barədə Marinaya deməməyi xahiş etmişdir. Nera həmin vaxt Bakı şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət edərək, alqı-satqı barədə Marinaya deməməyi xahiş etmiş, Marina bunu bilsə, onu öldürəcəyini bildirmiş və bu səbəbdən o, Marinaya heç nə deməmişdir. Həmçinin o, Neranın evini almağı barədə işlədiyi polis şöbəsinin rəhbərliyinə məlumat verməmişdir. Daxili təhqiqat orqanlarına da evi anası üçün alması barədə heç bir şey deməmişdir. Neranın təkidi ilə evi almağı barədə heç kimə heç nə bildirməmişdir. İddia ərizəsində onun nömrəsi əlyazma şəklində yazılmışdır. Həmin nömrəni sonradan özləri də yaza bilər, buna görə də həmin nömrəni iddia ərizəsinə kimin yazdığını bilmir. İşlədiyi ərazidə notariat kontoru olmamış, lakin Nərimanov rayonunda notariat kontoru olmuşdur. «20 Yanvar» metrostansiyasının yaxınlığında olan notarusa getməyinin başqa heç bir səbəbi yoxdur, sadəcə olaraq həmin vaxt atası xəstə olmuş və anasının tez qayıtması üçün avtovağzala yaxın notariusa getmişdir. Neranın sonradan nəyə görə nəvəsi Marinaya zəng etdiyini deyə bilmir. Notariusdan çıxandan sonra Nera onların evində olmamış, alqı-satqıdan sonra Neranı evinə aparmamışdır. Nera özü ona evi satmış, onlar da bunun müqabilində Neraya pul vermişlər. Nera vəsiyyətnaməni vergi verməmək üçün yazıb vermişdir. Vəsiyyətnamə qoyulanda Neraya pul verilməmişdir. Vəsiyyətnamə veriləndə bu işlərdən atasının xəbəri olmuşdur. Qeydiyyat şöbəsində olarkən Nera Andreyevnanın eynəyi olmadığı üçün ərizəni o, yazmışdır. Vəsiyyətnamənin qoyulmasını onun həyat yoldaşı da bilmişdir. Neranı həkimə aparanda bütün xərcləri Nera özü çəkmişdir. Bankdan pul götürməmiş və faizləri çıxarmamışdır. Nera etibarnaməni xəstələnəndə müalicə olunmaq üçün bankdan faizləri götürüb ona xərcləməsi üçün vermişdir. Təbriz "xxxx"ın işçisi olmuş, onunla alqı-satqı ilə bağlı telefon danışıqları olmuş, lakin Təbrizin bankda hansı vəzifədə işlədiyini bilmir. Təbrizin işlədiyi bankda bir dəfə olmuşdur. Təbriz bankda əməliyyatlar aparılan tərəfdə oturmuşdur. Pulu banka anası qoymuş, həmin vaxt o, orada olmamışdır. Banka pulu qoymaqla bağlı bütün sənədlər olmuşdur. Bankdan pulu kimin götürdüyünü bilmir. Sonradan Neradan pulu bankdan götürüb-götürmədiyini soruşduqda, Nera pulu bankdan götürdüyünü bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 37 nömrəli evin 17-ci mənzilində nəvəsi Şahid1 Nadirovna ilə birlikdə yaşamışdır. Özünün iki övladı olmuş və hər ikisi vaxtsız vəfat etmişlər. X18 Aleksandrovnanın övladı Marina onunla birlikdə yaşayır. Yuxarıdakı ünvanda göstərilən mənzildə 1958-ci ildən yaşayır və həmin mənzil ona məxsusdur. Mənzildə 2017-ci ilə kimi onunla birlikdə nəvəsi Marina, onun qızı Yekaterina və digər nəvəsi Dmitriy qeydiyyatda olmuşlar. Marina ilə xasiyyətləri düz gəlmədiyi üçün tez-tez aralarında mübahisələr olmuş, buna görə də 2016-cı ilin dekabr ayının sonlarında ondan polisə şikayət etmək qərarına gəlmişdir. Bu məqsədlə evinin yaxınlığındakı sahə müvəkkili məntəqəsinə getmiş, orada sahə müvəkkili Təqsirləndirilən şəxsla tanış olmuşdur. Marina barəsində Vasifə şikayət ərizəsi vermişdir. Bundan sonra Vasif onun yaşadığı evə gəlib onunla və nəvəsi Marina ilə söhbət aparmış, Marinanın ona heç nə etməyəcəyini bildirmişdir. Bu hadisədən sonra Vasif yenə də onun evinə gəlmiş, söhbət zamanı Marinanın onu incitdiyini, əgər evi ona versə, onu Marinadan qoruyacağını bildirmişdir. Bundan sonra Vasif tez-tez onun evinə gəlməyə başlamış və nəticədə o, Vasifə inanmışdır. Hətta Vasif 2-3 dəfə onu öz evinə qonaq da aparmışdır. Vasif onunla yaxşı münasibət qurmuş və Marinaya qarşı onu qızışdırmış, bu səbəbdən o, Vasifə tam olaraq inanmışdır. Vasif onu dəfələrlə evində qonaq etmiş, öz avtomaşını ilə lazım olan yerlərə aparmış, ona baxacağını demişdir. 01 mart 2017-ci il tarixdə Vasif gəlib onu evdən götürmüş və atası ilə birlikdə notariat kontoruna aparmışdır. Orada ona heç bir söz demədən müəyyən sənədlərə imza atdırmışdır. Həmin vaxt o, Vasifin atasının adına vəsiyyətnamə yazıldığını bilməmişdir. Belə ki, o, Azərbaycan dilini bilməmiş, həmin dildə nə yazıldığını oxuya və başa düşə bilməmişdir. Bundan sonra Vasif nəvələrinin mənzildən qeydiyyatdan çıxarmağa onu razı salmış, ona görə də, məhkəməyə müraciət edilməsi üçün sənədləri hazırlamış və həmin sənədləri ona imzalatmışdır. Bu işləri görməsi üçün Vasif ondan 870 manat pul almışdır. Məhkəmənin qərarı ilə nəvələri evdən qeydiyyatdan çıxarılmışlar. 15 avqust 2017-ci il tarixdə Vasif anasını və onu götürüb birlikdə «20 Yanvar» metrostansiyasının yaxınlığında bir yerə aparmışdır. Həmin yerin hara olduğunu bilmir, orada ona sənədlər verilmiş, Vasif həmin sənədləri imzalamağı ona tapşırmış, onların nə sənədlər olduğunu soruşduqda, Vasif heç bir problem olmadığını deyərək imzalamağını bildirmişdir. Vasif onun inamını qazandığı üçün bütün sənədləri imzalamışdır. Bundan sonra Vasiflə həmin yerin zirzəmisinə düşmüşlər. Orada dəhlizdə gözləmiş, Vasif harasa daxil olmuş və 15 dəqiqədən sonra geri qayıtmışdır. Zərərçəkmiş şəxs ifadəsində daha sonra göstərdi ki, 2017-ci ilin oktyabr ayında Vasif evin kilidini dəyişmiş və həmin vaxt Marina evə gələndə qapını aça bilməmişdir. O, Marinaya onu qeydiyyatdan çıxardığını bildirmişdir. Sonra Marinanın evə gəlməsi barədə Vasifə məlumat vermiş, polis əməkdaşları gələrək Marina ilə birlikdə evə daxil olmuşlar. O, Marinaya Nərimanov rayon məhkəməsinin qərarını göstərmişdir. Daha sonra Marina qərardan şikayət vermiş və onun evə qeydiyyatı bərpa olunmuşdur. Vasif ona həmişə qayğısına qalacağını bildirdiyindən, xəstələnəcəyi təqdirdə bankda olan pulunun çıxarılmasında problem yaranmaması üçün 2017-ci ilin oktyabr ayında o, "xxxx"da olan 5000 manat pulun üzərində sərəncam hüququnu Vasifin arvadı Gülnara vermiş, sonra isə bunu ləğv etmişdir. Zərərçəkmiş şəxs sözlərinə görə, 2018-ci ilin may ayında gözündən əməliyyat olunmuş, Vasifdən şübhələnməyə başladığı üçün 2018-ci ilin may ayında Marinanın rəfiqəsi Rozaya zəng edib, Marinanın ona zəng etməsini xahiş etmişdir. Bundan sonra Marina ona zəng edərək evə gəlmiş, həmin vaxt ona məlum olmuşdur ki, Vasif 15 avqust 2017-ci il tarixdə notariusa apararaq, onu aldadıb evi öz anasına satdırmışdır. Marina ona bildirmişdir ki, guya alqı-satqı nəticəsində ona 50.000 manat pul verilmişdir. O isə, heç bir pul görmədiyini, ümumiyyətlə alqı-satqı barədə heç bir məlumatı olmadığını, Vasifin onu aldatdığını demişdir. Bundan sonra alqı-satqının ləğv olunması üçün məhkəməyə müraciət etmişdir. O, evin qeydiyyat vəsiqəsini heç vaxt Təqsirləndirilən şəxs verməmiş, Vasif qeydiyyat vəsiqəsini evindən oğurlamışdır. Ümumiyyətlə alqı-satqı müqaviləsindən onun xəbəri olmamış, ona heç bir pul verilməmişdir. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs bildirdi ki, evdə nəvələri Aleksandr və Yekaterina qeydiyyatdır. Onun bankda 5.000 manat pulu olmuş, həmin pulu da Vasif ələ keçirmək istəmişdir. Bankda olan pulun istifadə edilməsi üçün Vasifin arvadına etibarnamə vermişdir. Vasifin atasının adına vəsiyyətnamə vermiş, lakin imza etdirəndə Vasifin atasına vəsiyyətnamə verməsi ona deyilməmişdir. O, vəsiyyətnaməni Vasifin atasına verdiyini bilməmişdir. Vasif ona baxmağı öhdəsinə götürmüş, onun ölümündən sonra mənzil Vasifə qalmalı olmuşdur. Vasif onu aldatmış, hara və nə üçün imza atdığını ona deməmişdir. Notariusda ona hansı sənədləri imzalaması və bunların nəticəsi izah edilməmiş və o, ümumiyyətlə notariusu görməmişdir. Vasif onu zirzəmi kimi bir yerə aparmış və o, həmin yerin notarius olduğunu bilməmişdir. Vasifin həmin hərəkətləri barədə heç yerə müraciət etməmişdir. O, bankda olan 5.000 manatla bağlı etibarnamə vermiş, lakin aldanıldığını biləndən sonra həmin etibarnaməni ləğv etdirmişdir. Qeydiyyatdan çıxarılma ilə bağlı keçirilən məhkəmə iclaslarını xatırlayır, həmin məhkəmədə iştirak etmişdir. Məhkəmədə hakim nəyə görə nəvəsini qeydiyyatdan çıxarması ilə bağlı ona sual vermiş, o da, cavabında nəvəsinin onu təhqir etdiyini və incitdiyini, bu səbəbdən qeydiyyatdan çıxarmaq istədiyini bildirmişdir. Vəsiyyətnamə verdiyi vaxta qədər o, Vasifin atasını tanımamışdır. Mənzildən qeydiyyatdan çıxarılanların qeydiyyatı hazırda bərpa olunmuşdur. O, həmin vaxtdan öz mənzilində yaşayır, evdən çıxarılmamışdır. Məhkəməyə müraciət etməyi ilə bağlı ərizəni və iddia ərizəsini onun adından Vasif yazmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid1 Nadirovna ifadəsində göstərdi ki, 1999-cu ildən ünvan 4 ünvanında nənəsi Zərərçəkmiş şəxs ilə birlikdə yaşamağa başlamışdır. Bakı şəhərində nənəsi ilə tək yaşayır və sonuncunun ondan başqa heç bir yaxın qohumu yoxdur. Yalnız Neranın bacısı qızı Şahid2 Bakı şəhərində yaşayır və nənəsi ilə əlaqələri vardır. Nənəsi 1925-ci il təvəllüdlüdür, qoca olduğuna görə əqli cəhətdən problemləri var, bununla bağlı bir dəfə ruhi-əsəb dispanserində müalicə almışdır. Nera hər şeyə şübhə etdiyinə görə ailədə tez-tez problemlər yaranır. Belə ki, Nera xəstəliklə əlaqədar onun mənzili ələ keçirmək istədiyini fikirləşir və bununla bağlı onda qəflətən nevroloji krizislər olur. 27 dekabr 2016-cı il tarixdə nənəsi onu döyməyi və bıçaqla hədələməyi barədə Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinə müraciət etmişdir. Təhqiqatçı tərəfindən aparılan araşdırma zamanı nənəsinin ərizə və izahatında göstərdiyi xüsusatlar öz təsdiqini tapmamış və cinayət işi başlanılması rədd edilmişdir. Bu hadisədən bir müddət sonra işdən evə gələrkən ona məlum olmuşdur ki, hansısa polis əməkdaşı yaşadığı evə gəlib nənəsi ilə söhbət etmişdir. Bir müddət sonra həmin polis işçisinin sahə müvəkkili Təqsirləndirilən şəxs olduğunu bilmişdir. 2017-ci ilin fevral ayında axşam sahə müvəkkili Təqsirləndirilən şəxs onlara gəlmiş, həmin vaxt birinci dəfə Vasifi görmüşdür. Vasif Neranın ondan polisə şikayət etdiyini, döyüldüyünü bildirib, məsələləri aydınlaşdırmaq üçün evə kamera qoyacağını söyləmişdir. O isə, heç bir problem olmadığını, Neranın qoca olduğunu, buna görə də psixikasında pozuntular olduğunu söyləmişdir. Bundan sonra Vasif çıxıb getmişdir. Təxminən mart ayının ortalarında qonşulardan Neranın sahə müvəkkili Vasifin avtomobili ilə harasa getdiyini öyrənmişdir. 2017-ci ilin mart ayında Novruz bayramı günlərində Vasif yenə də evə gəlmiş, qapını açıb evə daxil olmuşdur. Vasifdən nəyə görə onların evinə gəldiyini soruşanda, işlərin necə olduğunu öyrənmək məqsədilə gəldiyini demişdir. O, işlərin necə olduğunu yaxşı bildiyini, tez-tez özü evdə olmayanda Neranın yanına gəlib-getdiyini, hətta bir dəfə qonşuların Neranı onun avtomobilində gördüklərini bildirmişdir. Vasif Neranın qoca adam kimi banka aparmağı ondan xahiş etdiyini və sonuncunu banka apardığını ona demişdir. Bundan sonra Vasif ondan nənəsinin hansı qohumlarının olduğunu, vərəsəsinin kim olduğunu, polisə etdiyi şikayətlərində onu öldürüb evinə sahib olmaq istədiyini bildirdiyini ona söyləyib, evi vərəsəlik qaydasında əldə etmək istəyib–istəməməsini soruşmuş, o isə, evin böyük qiymətli olmadığını, yaxın gələcəkdə Bakı şəhərində yaşamaq fikri olmadığını, qızı Yekaterinanın yanına Rusiya Federasiyasına köçmək istədiyini Vasifə demişdir. O, həmin vaxt Vasifin bu suallarına və ona verdiyi məlumatlara o qədər əhəmiyyət verməmişdir. Həmin vaxtlar nənəsinin Vasiflə münasibətləri çox yaxşılaşmışdır. Bundan sonra o, Vasiflə görüşməmiş, lakin Vasif tez-tez ona zəng edib, müxtəlif bəhanələr gətirərək guya onun Neranı incitdiyini bildirmiş, o isə, ümumiyyətlə səhər 8-dən gecə 12-yə kimi işdə olduğunu, nənəsinin dediklərinin yalan olduğunu söyləmişdir. 10 iyun 2017-ci ildə tarixdə Vasif yenidən ona zəng edib qışqıraraq nənəsini döydüyünü, onu prokurorluğa verəcəyini bildirmişdir. Həmin vaxt o, xalası Tatyanagildə olmuşdur. Tatyana əsəbiləşib telefonu ondan alıb, Vasifə səhərdən onlarda olduğunu, evdə olmaya-olmaya necə Neranı döyə biləcəyini soruşub, nəyə görə ona qışqırdığını soruşmuşdur. Bundan sonra o, Təqsirləndirilən şəxs hərəkətlərindən Nərimanov rayon Polis idarəsinin 18-ci Polis şöbəsinə şikayət etmiş, lakin bu, bir nəticə verməmişdir. Problemlər olmasın deyə o, həmin vaxtdan sonra gah xalası Tatyanagildə, gah da nənəsinin yanında qalmışdır. Vasif də nənəsinin psixi vəziyyətindən, polisə, hüquq-mühafizə orqanlarına olan inamından istifadə edərək, Neranı ona qarşı yönləndirməyə başlamışdır. 01 oktyabr 2017-ci il tarixdə xalası Tatyana ilə nənəsinin evinə gəldikdə qapını aça bilməmiş, kilidin dəyişdirildiyini görmüşdür. Nənəsi Nera qapını ona açmayaraq onu qeydiyyatdan çıxardığını, onu evə buraxmayacağını söyləmişdir. Nənəsi Vasifə zəng etmiş, ərazi üzrə 114 nömrəli “JEK”ə getmişlər. Orada nənəsinin onu məhkəmə qaydasında qeydiyyatdan çıxartdığı məlum olmuşdur. Geri qayıdanda polis əməkdaşlarını həyətdə görmüşlər və onlarla birlikdə evə daxil olmuşlar. Həmin vaxt polis işçiləri nənəsindən məhkəmə qərarını götürüb oxumuş və Nərimanov rayon məhkəməsinin qərarını göstərərək mənzildən onun, qardaşı Dmitrinin və qızı Yekaterinanın istifadə hüququnun itirilmiş hesab edildiyi bildirilmişdir. Daha sonra şəxsiyyət vəsiqəsini və digər əşyalarını mənzildən götürərək evdən çıxmış və xalası ilə birlikdə yaşamağa başlamışdır. Əslində nənəsinin heç vaxt onu qeydiyyat çıxarmaq fikri olmamış, Neranın ondan küsülülüyü 2-3 gün çəkmiş, daha sonra özü onunla barışmışdır. Neraya maddi cəhətdən o, baxmış, çünki onun təqaüdü 200 manat civarındadır. O, təqaüd ala-ala 5000 manat pul yığaraq banka qoymuş, həmçinin özünün də 1000 manata yaxın pulu olmuşdur. Onun və qohumlarının evdən qeydiyyatdan çıxarılmağı Vasifin evi ələ keçirmək planının bir hissəsi olmuşdur. 2018-ci ilin may ayının ortalarında qonşulardan nənəsinin vəziyyətinin pis olduğunu öyrənmiş, dəfələrlə nənəsinin ev nömrəsinə zəng etsə də, hər dəfə məşğul olduğunu eşitmişdir. Buna görə də, nənəsinin Nərimanov rayon məhkəməsinə verdiyi iddia ərizəsindəki mobil nömrənin Neraya məxsus olduğunu zənn edib, həmin nömrəni yığmış, telefona Vasif cavab vermişdir. Vasif Neraya göz əməliyyatı edildiyini, onu əməliyyata apardığını və hazırda heç bir problem olmadığını söyləmişdir. Daha sonra vəkili Zaurdan Neranın evi alqı-satqı qaydasında Vasifin anası Şahid3 satdığını öyrənmişdir. 2018-ci ilin may ayının ortalarında rəfiqəsi Roza ona zəng edərək nənəsinin onunla görüşmək istədiyini bildirmişdir. O, vəkili, xalası Tatyana, rəfiqəsi Gülxanımla nənəsinin evinə getmişlər. Nənəsi bildirmişdir ki, Vasif onu aldadaraq onun qayğısına qalacağını, qoruyacağını bildirmiş, o da, Vasifə inanmış, onun dediyi hər bir şeyi etmişdir. Vasif onu öz evlərinə aparmış, ona ad günü keçirtmiş, psixi cəhətdən xəstə olan nənəsi Vasifə inanmışdır. Vasif onu notariusa aparmış, ona sənədlərə imza etdirmiş, Vasifə inandığı üçün bütün sənədləri imzalamışdır. Sonra vəkili evin Vasifin anasına satıldığını söyləmiş, nənəsi isə Vasifin onu notariat kontoruna apardığını, orada sənədlərə imza etdirdiyini, ancaq nəyə imza etdiyini bilmədiyini, notariusu görmədiyini söyləmişdir. Ona evin alqı-satqısı nəticəsində 50.000 manat pul verildiyi deyiləndə, nənəsi ona heç bir məbləğdə pul verilmədiyini və pul görmədiyini bildirmişdir. Şahid1 ifadəsində həmçinin göstərdi ki, Nera ümumiyyətlə Azərbaycan dilində nə yaza, nə də oxuya bilir. Sahə müvəkkili Təqsirləndirilən şəxs onun qocalığından və xəstə olmasından istifadə edərək, onu aldadıb evi ələ keçirmişdir. Bundan əlavə, Vasif nənəsinin "xxxx"da olan 5000 manat pulunu ələ keçirmək üçün Neranın adından arvadının adına etibarnamə almışdır. Bundan xəbər tutanda həmin etibarnaməni ləğv etmişlər. Hazırda alqı-satqı müqaviləsi də ləğv edilmişdir. Verilən sualları cavablandıran şahid Marina İsmayılova bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, nənəsində heç vaxt 50.000 manat pul görməmişdir. İndiyə kimi nənəsindən tez-tez 50.000 manat pulu alıb-almaması barədə soruşmuş, lakin nənəsi həmin pulu almadığını dəfələrlə təkrarlamışdır. Nənəsinin yaddaşında problem ola bilər, onu oğurluqda ittiham edə bilər, amma nənəsi əvvəllər mühasibatçı olduğu üçün pul hesabını yaxşı bilir. Nənəsi ilk dəfə 2017-ci ilin yanvar ayında onların barəsində şikayət etmiş, həmin vaxt onun qızı da Bakida olmuş, onlar ifadə verdikdən sonra iş bağlanmışdır. O, 01 oktyabr 2017-ci il tarixdə qeydiyyatdan çıxarıldığını bilmişdir. O, iyun ayından oktyabr ayına kimi evə gəlib-getmiş, həmin zaman nənəsi çox aqressiv olmuşdur. Vasifin hərəkətləri barədə 18-ci polis bölməsinə şikayət etmiş, lakin o, heç bir dövlət orqanına çağırılmamış və heç yerdə ifadə verməmişdir. Bakı şəhər Baş Polis İdarəsinə hazır sənədlərlə may ayında getmişdir. Nənəsi onun barəsində şikayətində guya tozsoran, paltar oğurladığını, evini ələ keçirmək istədiyini bildirmişdir. Nənəsinin ona qarşı dediyi ittihamlar yalandır, evdə onunla normal münasibət etmiş, sonra gedib şikayət etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 Şahid1 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, əri Şahid4 ilə birlikdə yaşayır, böyük oğlu Vasif isə polis əməkdaşı olmuşdur. 2017-ci ilin əvvəllərində Vasif xidməti ərazisində bir nəfər qoca qadının yaşadığını və evini 50.000 manat müqabilində satmaq istədiyini demişdir. Vasif onunla söhbət aparıb qadının vergi verməməsi üçün bu alqı-satqını ilkin olaraq vəsiyyətnamə ilə rəsmiləşdirmək istədiyini bildirmiş və həyat yoldaşı Ələddin buna razılıq vermişdir. Bundan sonra həyat yoldaşı Bakı şəhərinə getmiş, maraqlandıqda isə evdə başqa şəxslərin qeydiyyatda olduğu onlara məlum olmuşdur. Odur ki, Ələddinin adına 2017-ci ilin mart ayında vəsiyyətnamə verilsə də, həmin şəxslər qeydiyyatdan çıxarıldığı halda 50.000 manatı Neraya verəcəklərini demişlər. Bir müddətdən sonra oğlu zəng edərək Ələddinin adına vəsiyyətnamə ilə verilmiş evdən şəxslərin qeydiyyatdan çıxarıldığını və 50.000 manat müqabilində evin satıldığını demişdir. Məsləhətləşib evi sahibinin 2 il evdə yaşamaq şərtilə 50.000 manata almaq qərarına gəlmişlər. 15 avqust 2017-ci il tarixdə o, Vasif və həmin vaxt tanıdığı Zərərçəkmiş şəxs 14 saylı notariat kontoruna gedib orada alqı-satqı müqaviləsi bağlamışlar. Bundan sonra 50.000 manat məbləğində pul Zərərçəkmiş şəxs hesabına köçürülmüş və o, notariat kontorunun aşağı mərtəbəsində yerləşən "xxxx"a tək getmiş, bundan sonra oğlu ilə oradan çıxıb getmişlər. Həmin vaxt Ələddin əməliyyat olduğundan evin sənədləşdirilməsi Ələddinin adına deyil, onun adına rəsmiləşdirilmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2017-ci ilin əvvəllərində oğlu Vasif xidməti ərazisində bir nəfər qoca qadının yaşadığını və evini 50.000 manat müqabilində satmaq istədiyini demiş, qadınla söhbət aparıb qadının vergi verməməsi üçün bu alqı-satqını ilkin olaraq vəsiyyətnamə ilə rəsmiləşdirmək istədiyini bildirmiş və qadın buna razılıq vermişdir. Bakı şəhərinə gəlib maraqlandıqda məlum olmuşdur ki, evdə başqa şəxslər də qeydiyyatdadır. 01 mart 2017-ci il tarixdə saat 14 radələrində gəlini ilə 6 nömrəli notariat kontoruna getmişlər. Nera isə özü notariat kontoruna gəlmişdir. Əvvəlcədən Vasif onunla əlaqə saxlayaraq ora gəlməsi barədə razılaşmışlar. Notariusda onun adına vəsiyyətnamə yazılmış və Nera bütün əmlakını ona vəsiyyət etmişdir. Gəlini Gülnar və Rəşad Qasımov bunun şahidi olmuşlar. Bunun müqabilində Neraya heç bir məbləğdə pul verməmişdir. Bir müddətdən sonra isə Vasif ona zəng edərək Neranın evdə şəxslərin qeydiyyatdan çıxarıldığını və 50.000 manat müqabilində evin satıldığını demişdir. Evin sahibinin 2 il evdə yaşamaq şərtilə 50.000 manata almaq qərarına gəlmişlər. 15 avqust 2017-ci il tarixdə Vasif, Laləzərlə notariusa gedərək alqı-satqı etmiş və 50.000 manat pulu Zərərçəkmiş şəxs hesabına köçürmüşdür. Məhkəmə iclasında dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 2017-ci ilin əvvəllərində əri Vasif xidməti ərazisində bir nəfər qoca qadının yaşadığını və evini 50.000 manat müqabilində satmaq istədiyini demişdir. Vasif isə onunla söhbət aparıb qadının vergi verməməsi üçün bu alqısatqını ilkin olaraq vəsiyyətnamə ilə rəsmiləşdirmək istədiyini bildirmiş və atası ilə məsləhətləşdikdın sonra, atası buna razılıq vermişdir. Sonradan maraqlananda məlum olmuşdur ki, evdə başqa şəxslər də qeydiyyatdadır. 01 mart 2017-ci il tarixdə saat 14 radələrində qaynatası Şahid4 və X16 ilə birlikdə 6 nömrəli notariat kontoruna getmişlər, Nera isə özü notariat kontoruna gəlmişdir. Notariusda qaynatası Ələddinin adına vəsiyyətnamə yazılmış və Nera bütün əmlakını ona vəsiyyət etmişdir. X24 vəsiyyətnamə yazılanda şahid olmuşlar. Bunun müqabilində Neraya heç bir məbləğdə pul verməmişlər. Bir müddətdən sonra isə Vasif ona evdən şəxslərin qeydiyyatdan çıxarıldığını və 50.000 manat müqabilində evin satıldığını demişdir. Ev sahibinin 2 il evdə yaşamaq şərtilə 50.000 manata almaq qərarına gəlmişlər. 15 avqust 2017-ci il tarixdə Vasif anası Laləzərlə notariusa gedərək alqı-satqı etmiş və 50.000 manat pulu Zərərçəkmiş şəxs hesabına köçürmüşdür. Həmin vaxt orada olmamışdır. 2017-ci ilin oktyabr ayında Vasifdən öyrənmişdir ki, Nera bankda olan 5000 manat pulunun aylıq depozit faizini gedib götürməkdə çətinlik çəkir, buna görə də bankda ona imza hüququ vermək istəyir. Nera qoca qadın olduğu üçün o, razılaşmışdır. 05 oktyabr 2017-ci il tarixdə o, Nera və Vasiflə birlikdə «Gənclik» metrostansiyasının yaxınlığında yerləşən "xxxx"ya getmişlər. Nera depozitdə olan 5000 manat pula ona sərəncam vermək hüququ vermişdir. 2018-ci ilin əvvəllərində Nera nəvəsi Marina ilə birlikdə əri Vasifdən şikayət etməyə başlamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 27 iyun 2017-ci il tarixdən "xxxx" ASC-nin 5 saylı şöbəsində əməliyyatçı mühasib vəzifəsində işləyir. Şöbə 14 saylı notariat kontorunun yerləşdiyi binanın zirzəmisində yerləşir və kontorun notariusunun hesabı işlədiyi şöbədədir. Notariat kontorunda aparılan bütün alqı-satqı və borc müqavilələri üzrə bütün mədaxil və məxaric əməliyyatları işlədiyi şöbədə aparılır. Notariat hərəkətlərinin aparılması zamanı pulu mədaxil edən və məxaric edəni ilk əvvəl o, qəbul edir, sənədlərini yoxlayır. Bundan sonra əməliyyat keçirilməsinə razılıq verir və müştəri kassaya yaxınlaşaraq əməliyyatı edir. Onunla birlikdə şöbədə işləyən Həmişəzadə Nihad 2017-ci ilin avqust ayının 2-ci ongünlüyündə məzuniyyətdə olduğu üçün o, tək işləmiş, 15 avqust 2017-ci il tarixdə saat 12-13 radələrində Şahid3 alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 50000 manat məbləğində pulun müqavilə notarius tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında Zərərçəkmiş şəxs verilməsi üçün depozit hesabına qəbul olunması üçün notariusun 15 avqust 2017-ci il tarixli məktubu əsasında Şahid3 ona yaxınlaşaraq 50000 manat pulu depozit hesabına qoymuş, həmçinin 100 manat rüsum ödəmişdir. Bundan sonra o, həmin şəxsə pulun banka mədaxil olunması barədə qəbz vermişdir. Həmin qəbzdə xəzinədar olmadığı üçün həm əməliyyatçı, həm də xəzinədar hissələrində o, imza etmişdir. Bundan bir müddət sonra Zərərçəkmiş şəxs notarisun ona verdiyi 50000 manat pulun məxaric olunması üçün notariusun imzalı və möhürlü çeki ilə ona yaxınlaşmış və çekə əsasən qeyd edilən məbləği ona vermiş, pul Nera Andreyevnaya verildikdən sonra pulu götürməsi barədə çeki imzalamış, həmçinin bankın daxili qaydalarına əsasən o, Nera Andreyevanın şəxsiyyət vəsiqəsinin surətini çıxardıb, orada pulu alması barədə öz xətt ilə qeyd yazdırıb imzalatmışdır. Bundan sonra Nera Andreyevna pulu götürərək şöbədən uzaqlaşmışdır. Şahid6 ifadəsində Zərərçəkmiş şəxs göstərdiklərini təkzib edərək bildirdi ki, 50000 manat pulu ona verdikdən və çeki imzalatdırdıqdan sonra, şəxsiyyət vəsiqəsinin surətini çıxardıb pulu almasını təsdiq etməsi üçün şəxsiyyət vəsiqəsinin surətində qeyd yazıdırıb imza etməsini xahiş etmiş, Nera da pulu aldıqdan sonra rus dilində “denqi polucila” yazıb imza etmişdir. Zərərçəkmiş şəxs pulu şöbədən götürərkən onun yanında kimin olub-olmaması xatırlamır. Məhkəmə iclasında Şahid5 oğlunun cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. O, həmin ifadəsində bildirmişdir ki, 15 avqust 2017-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs və Şahid3 xidmət etdiyi 14 nömrəli notariusa yaxınlaşmış, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 37 nömrəli evin 17 nömrəli mənzilinə alqı-satqı müqaviləsi rəsmiləşdirmək istədiklərini ona bildirmişlər. O, satıcının Nera Andreyevna olduğunu müəyyən etdikdən sonra ondan alqı-satqı üçün lazım olan şəxsiyyət vəsiqəsi, mənzilin çıxarışı, Forma 1, Forma 2 arayışlarını tələb etmişdir. Zərərçəkmiş şəxs həmin sənədləri təqdim etdikdən sonra o, qeyd olunan sənədləri öyrənmiş, satıcının nikahda olub-olmamasını soruşmuşdur. Satıcı nikahda olmadığını bildirmiş və bununla əlaqədar yazılı ərizə təqdim etmişdir. Bundan sonra “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən satıcının mənzilində kimlərin qeydiyyatda olması müəyyən edilmişdir. Həmin vaxt sistemdə Zərərçəkmiş şəxs və Şahid1 Nadirovnanın qeydiyyatda olması müəyyən edilmişdir. O, satıcıya evdə qeydiyyatda ondan başqa bir nəfər şəxsin olduğunu bildirdikdə, satıcı məhkəmə qətnaməsini təqdim edərək həmin şəxsi qeydiyyatdan çıxardığını ona bildirmişdir. O, bundan sonra Nərimanov rayon polis idarəsinin qeydiyyat və şəxsiyyət şöbəsinə zəng etmiş, Şahid1 xx.xx.2017-ci il tarixdə qeydiyyatdan çıxarıldığını müəyyən etmişdir. Alqı-satqı müqaviləsinin bağlanması üçün heç bir problem olmadığı üçün alıcı və satıcının əvvəlcədən razılaşdırdığı 50.000 manat pulun "xxxx" ASC-nin 5 saylı şöbəsində notariusun açdığı depozit hesabına mədaxil edilməsi üçün məktub vermişdir. Alıcı pulu mədaxil etdikdən sonra xəzinə mədaxil orderi təqdim edilmişdir. Pulun mədaxil olunduğu məlum olduqdan sonra aparıcı mütəxəssis müqaviləni tərtib etmiş, bütün sənədləri rəsmiləşdirmişdir. Bundan sonra alıcı və satıcı müqavilə ilə birlikdə onun otağına daxil olmuşlar, satıcı rus milliyətindən olduğu üçün müqavilənin mahiyyəti ona rus dilində izah olunmuş, satıcı mənzili satmağa razı olduğunu, müqavilənin mahiyyəti ona aydın olduğunu bildirmiş, bu barədə müqavilədı qeyd yazılmış və müqavilə onun tərəfindən təsdiq olunmuşdur. Satıcıya möhürlənmiş və imzalanmış pulun məxaric olunmasına dair qəbz təqdim olunmuşdur. Həmin qəbzlə pulu bankdan çıxarılmışdır. Bundan sonra notariat hərəkəti yekunlaşmışdır. Müqavilə qanuna uyğun olaraq bağlanmış, Zərərçəkmiş şəxs müqavilənin mahiyyəti rus dilində izah olunmuş, müqaviləyə şəkil əlavə olunmuşdur. Alqı-satqı müqaviləsindən sonra o, Zərərçəkmiş şəxs pulun məxaric olunması üçün qəbz təqdim etmiş, onda olan məlumata görə satıcı həmin qəbzlə pulu bankdan çıxarmışdır. Təqsirləndirilən şəxs tanımır. Heç bir münasibəti olmamışdır. Qeyd edir ki, təxminən hər gün yüzlərlə notariat hərəkəti etmişdir. Buna görə də, kimlərin notariat kontorunda olub-olmamasını xatırlaması mümkün deyil. Adıçəkilən şəxsin həmin kontorunda olub-olmamasına heç bir münasibət bildirə bilməz (cild 1, iş vərəqi 242-245). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, İş materiallarına əlavə edilmiş 10 oktyabr 2018-ci il tarixli üzləşdirmə haqqında protokoluna əsasən, aparılmış istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs sərbəst ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən bir daha təsdiq etməklə onu törətdiyi cinayət əməlində ifşa etmişdir (cild 2, iş vərəqi 12-14). Cinayət işində olan 10 oktyabr 2018-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı Şahid1 Nadirovna Təqsirləndirilən şəxs qarşı sərbəst ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək, sonuncunu törətdiyi cinayət əməlində ifşa etmişdir (cild 2, iş vərəqi 19-25). 25 sentyabr 2018-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və şahidin əlavə dindirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair diskə baxış keçirilmiş və qeyd edilən alqı-satqı müqaviləsi rəsmiləşdirilən notariat kontorunun depozit hesabının olduğu "xxxx" ASC 5 saylı şöbəsinin əməliyyatçı mühasibi Şahid6 ilə Təqsirləndirilən şəxs arasında alqı-satqı müqaviləsindən öncə xx.xx.2017-ci il tarixdən xx.xx.2017ci il tarixədək 11 dəfə telefon danışıqları olmuşdur. Təqsirləndirilən şəxs telefon danışıqlarında Şahid6 ilə münasibətlərinin olduğu müəyyən edildikdən sonra dindirilmiş Şahid6 əlavə ifadəsində ilkin ifadəsini təsdiq etmiş, verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs Göygöl rayonundan olan tanışıdır. Vasifi Göygöl rayonundan tanıyır. Əvvəllər onun Vasiflə yaxın münasibətləri olmamışdır. 1-2 dəfə doğulduğu Göygöl rayonunda Vasiflə görüşmüşdür.15 avqust 2017-ci il tarixindən öncə alqı-satqı müqaviləsinin edilməsi ilə bağlı Təqsirləndirilən şəxs onunla mobil telefon vasitəsi ilə əlaqə saxlamış, ondan alqı-satqı müqaviləsi edilməsi üçün hansı sənədlərin lazım olduğunu, işlədiyi bankın 1-ci mərtəbəsində yerləşən notariusda alqı-satqı müqaviləsinin edilib-edilməməsini soruşmuşdur. xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Təqsirləndirilən şəxsla 11 dəfə telefon danışıqları olmuş, həmin telefon danışıqlarında alqı-satqı barədə Vasiflə danışmış, digər danışıqlarının mövzusunu xatırlamır. 15 avqust 2017-ci il tarixdə Vasif səhər radələrində onun yanına gəlmiş, onu notariusa alqı-satqını rəsmiləşdirən şəxsin yanına aparmış, bundan sonra yenidən öz xidmət yerinə geri qayıtmışdır. Vasifin yanında anasını görmüş, Neranı həmin vaxt Vasifin yanında görməmişdir. Alqı-satqı müqaviləsinin məhz kassir Nihad Həmişəzadənin məzuniyyyətdə olduğu vaxt bağlanmasını təsadüf hesab edir. Zərərçəkmiş şəxs pulu götürərkən Vasif onun yanında olmamışdır. Vasiflə telefon danışıqları zamanı Vasif ondan pulun hansı müddət sonra bankdan çıxarıla bilməsini soruşmuşdur. O da, Vasifə izah etmişdir ki, əgər evi satan şəxs 5 ildən az ünvanda qeydiyyatdadırsa, onda alqı-satqı ilə əlaqədar sənədlər Ədliyyə Nazirliyinə göndərilir, vergi hesablanır, yalnız bir gündən sonra pulu çıxartmaq olur. Əgər vətəndaş 5 ildən çox qeydiyyatdadırsa, o zaman həmin pulu mədaxil edib, daha sonra məxaric etmək olur (cild 1, iş vərəqi 282, 294-298). Nərimanov RPİ 18-ci Polis bölməsinin təhqiqatçısı Anar Bayramovun cinayət işi başlanmasının rədd edilməsi barədə 06 yanvar 2017-ci il tarixli qərarından görünür ki, xx.xx.2016cı il tarixdə ünvan 6 ünvanında yaşayan Zərərçəkmiş şəxs Nərimanov RPİ-nin 18-ci PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2016-cı il tarixdə nəvəsi Şahid1 Nadirovna onu döymüş və bıçaqla ölümlə hədələmişdir. Zərərçəkmiş şəxs ərizəsində göstərdikləri öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması qeyd olunan qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir (cild 1, iş vərəqi 47-48). Cinayət işinə əlavə edilmiş MH seriyalı 041668 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 37 nömrəli yaşayış evinin 17-ci mənzili Zərərçəkmiş şəxs adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 12 mart 1997-ci il tarixdə qeydiyyat aparılmışdır (cild 1, iş vərəqi 75). Bakı şəhəri 6 saylı notariat kontoru tərəfindən xx.xx.2017-ci il tarixdə təsdiq olunmuş vəsiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs yaşadığı özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 37, mənzil 17-ni Təqsirləndirilən şəxs atası Şahid4 vəsiyyət etmişdir (cild 1, iş vərəqi 38). İş materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki, Nərimanov RPİ 18-ci PŞnin polis sahə inspektoru Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Zərərçəkmiş şəxs adından nəvələri Dmitriy Larsın, Marina İsmayılova və X3 rayonu Ə.Əlizadə küçəsi 37, mənzil 17-də yaşamadıqlarına görə qeydiyyatdan çıxarılmaları barədə öz xətti ilə ərizə tərtib etmiş, Nərimanov RPİ Q və ŞVŞ-nin rəisi Ziya Məmmədzadə tərəfindən qeyd edilən məsələ ilə əlaqədar məhkəməyə müraciət olunmasının zəruriliyi haqda xx.xx.2017-ci il tarixdə şikayətçiyə məktub göndərilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs mənzilin qeydiyyat vərəqəsini xx.xx.2017-ci il tarixdə 6 nömrəli notariat kontorunda özü təsdiq etdirmiş, Zərərçəkmiş şəxs xx.xx.2017-ci il tarixdə Dmitriy Larsın, Marina İsmayılova və Yekaterina Taqanovanın “yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsi tələbinə dair” iddia ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraciət etmiş, iddia ərizəsində Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə qeyd edilmiş, Təqsirləndirilən şəxs təsdiq etdirdiyi qeydiyyat vəsiqəsinin surəti iddia ərizəsinə əlavə edilmişdir. Zərərçəkmiş şəxs iddiasına Nərimanov rayon məhkəməsində baxılaraq, xx.xx.2017-ci il tarixli 2(005)-3076/2017 nömrəli qətnaməyə əsasən vət. Dmitriy Larsin, Marina İsmayılova və Yekaterina Taqanovanın qeydiyyatda olduqlan mənzildən istifadə hüquqları itirilmiş hesab edilmişdir. (cild 1, iş vərəqi 82, cild 2, iş vərəqi 30-82, 142-144). xx.xx.2017-ci il tarixdə Təqsirləndirilən şəxs anası Şahid3 ilə Zərərçəkmiş şəxs arasında qeyd olunan mənzilə dair Bakı şəhəri, 14 saylı notariat kontorunda AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ******* nömrəli çıxarış alınmışdır (cild 1, iş vərəqi 96-97). Təqsirləndirilən şəxs Lera Narsınaya məxsus mənzili anasının adına alqı-satqı ilə rəsmiləşdirib ələ keçirdikdən sonra, sonuncu, xx.xx.2014-cü il tarixdən "xxxx" ASC-də öz adına depozit hesabında olan 5000 (beş min) manat pula dair 05 oktyabr 2017-ci il tarixdə Təqsirləndirilən şəxs arvadı Şahid7 sərəncam vermək hüququ vermişdir (cild 1, iş vərəqi 40). Məhkəmə-xəttşünaslıq ekspertizasının 23428 nömrəli 21 sentyabr 2018-ci il tarixli rəyindən görünür ki, 4Ə/579 reyestr nömrəli notariat işinin 2-ci vərəqəsində Zərərçəkmiş şəxs ilə X8 arasında bağlanmış 15 avqust 2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsində “Satıcı” qrafasındakı imzalar və “soqlasna Larsına soderjanie doqovora mne razyesneno soqlasno” yazıları, 8-ci vərəqədə olan 15 avqust 2017-ci il tarixli ərizədə “Zərərçəkmiş şəxs” qrafasındakı imza və “Larsına s soderjaniem oznakomilas soqlasna” yazıları, 9cu vərəqədə olan 15 avqust 2017-ci il tarixli ərizədə “İmza” qrafasındakı imza və “Larsına s soderjaniem oznakomilas soqlasna” yazıları, MUG seriyalı 337989 nömrəli 15 avqust 2017-ci il tarixli çekdə “Çekdə göstərilən məbləği aldım İmza” qrafasındakı imza, Zərərçəkmiş şəxs adına olan AZE seriyalı 00****** nömrəli xx.xx.2012-ci il tarixli vətəndaşın şəxsiyyət vəsiqəsinin kserosürətində “denqi polucila” yazıları və həmin yazıların qarşısındakı imza Zərərçəkmiş şəxs tərəfindən icra olunmuşdur (cild 2, iş vərəqi 3-4). İş materiallarına əlavə edilmiş 25 sentyabr 2018-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumata baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrlə Şahid1 Nadirovnanın istifadəsində olan mobil nömrələr, həmçinin Zərərçəkmiş şəxs şəhər nömrəsi arasında 2017-ci ilin yanvar ayından başlayaraq dəfələrlə telefon danışıqları olmuşdur (cild 1, iş vərəqi 282). Şahid1 Nadirovnanın müxtəlif vaxtlarda polis əməkdaşı Təqsirləndirilən şəxs barəsində daxili işlər orqanlarına ünvanladığı müraciəti əsasında Nərimanov RPİ-də toplanmış materiallardan görünür ki, Təqsirləndirilən şəxs hərəkətlərindən Şahid1 dəfələrlə şikayət etmiş, bununla əlaqədar dəfələrlə araşdırmalar aparılmış, həmin araşdırmalar dövründə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mənzili alqı-satqı yolu ilə aldığını bidirməmiş, həmçinin Zərərçəkmiş şəxs verdiyi izahatdan görünür ki, həmin vaxt o, alqı-satqı müqaviləsinin bağlanmasından xəbərsiz olmuşdur. Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli 2(005)-3076/2017 nömrəli qərarının surətindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs cavabdehlər X10, Şahid1 Nadirovnaya və X1rşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi təmin edilmiş və Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 37 saylı evin 17 saylı iddiaçının mülkiyyətində olan mənzilindən cavabdehlərin istifadə hüquqları itirilmiş hesab edilmişdir (cild 2, iş vərəqi 56-59). Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 dekabr 2017-ci il tarixli 2(103)- 12551/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh Şahid1 Nadirovnanın apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli qətnaməsi ləğv olunmuş və iddiaçı Zərərçəkmiş şəxs cavabdehlər X10, Şahid1 Nadirovnaya və X1rşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddiası rədd edilmişdir (cild 2, iş vərəqi 68-72). Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2018-ci il tarixli 2(102)-2642/18 nömrəli qərarının surətindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2017-ci il tarixli 2(103)-12551/2017 nömrəli qətnaməsi cavabdehlər X6 və X2 aid hissədə, yəni onların Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 37 saylı evin 17 saylı mənzilinin yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi tələbinin rədd olunması hissəsində ləğv edilmişdir. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi cavabdeh X7 aid hissədə, yəni onun Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 37 saylı evin 17 saylı mənzilin yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinin rədd olunması hissəsində dəyişdirilmədən saxlanılmışdır (cild 2, iş vərəqi 74-78). Bakı şəhər Baş Polis İdarəsi tərəfindən aparılmış xidməti təhqiqatın nəticəsindən görünür ki, nənəsi Zərərçəkmiş şəxs məxsus mənzilin Nərimanov RPİ 18-ci PŞ-nin polis sahə inspektoru Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq ələ keçirilməsi haqda vət. X5 rayon prokurorluğunda araşdırılan müraciəti ilə əlaqədar xx.xx.2018-ci il tarixli 04-xid-64 nömrəli məktub əsasında xidməti təhqiqat aparılmışdır. Müəyyən edilmişdir ki, xx.xx.1997-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 9 ünvanda yerləşən 17 nömrəli mənzil xx.xx.1925-ci il təvəllüdlü vət. Zərərçəkmiş şəxs adına sənədləşdirilmiş, sonuncunun nəvələri Dmitriy Larsın 1986-cı ildən, Marina İsmayılova və Yekaterina Taqanova isə 1999-cu ildən həmin ünvanda qeydiyyata alınmışlar. Nəvəsi Şahid1 tərəfindən döyülməsi və ölümlə hədələnməsi haqda vət. Zərərçəkmiş şəxs xx.xx.2016-cı il tarixli müraciəti əsasında Nərimanov RPİ 18-ci PŞ-də təhqiqat aparılmış, araşdırma zamanı qeyd edilən fakt öz təsdiqini tapmadığından Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmiş, tərəflər arasında münaqişələr davam etdiyindən onlar «münaqişəli ailə» kimi qeydiyyata götürülmüşlər. Nərimanov RPİ-nin 18-ci PŞ-nin polis sahə inspektoru Təqsirləndirilən şəxs xidmət apardığı inzibati ərazinin sakini Zərərçəkmiş şəxs ailə üzvləri ilə yaranmış münasibətlərinin normallaşdırılması istiqamətində zəruri tədbir görmək əvəzinə xx.xx.2017-ci il tarixdə sonuncunun adından nəvələri D.Larsın, Şahid1 və Y.Taqanovanın həmin ünvanda yaşamadıqlarına görə qeydiyyatdan çıxarılmaları barədə öz xətti ilə ərizə tərtib etmiş, Nərimanov RPİ Q və ŞVŞ-nin rəisi Ziya Məmmədzadə tərəfindən qeyd edilən məsələ ilə əlaqədar məhkəməyə müraciət olunmasının zəruriliyi haqda xx.xx.2017-ci il tarixdə şikayətçiyə məktub göndərilmişdir. Vət. Zərərçəkmiş şəxs iddiasına Nərimanov rayon məhkəməsində baxılaraq xx.xx.2017-ci il tarixli 2(005)-3076/2017 nömrəli qətnaməyə əsasən vət. Dmitriy Larsın, Şahid1 və Yekaterina Taqanovanın qeydiyyatda olduqları mənzildən istifadə hüquqları itirilmiş hesab edilmişdir. Polis baş leytenantı Təqsirləndirilən şəxs psixoemosional vəziyyəti qeyri-stabil olan 92 yaşlı Zərərçəkmiş şəxs nəvələri ilə yaranmış gərgin münasibətlərindən öz şəxsi məqsədləri üçün istifadə edərək həmin mənzili xx.xx.2017-ci il tarixdə notariat qaydasında atası Şahid4 vəsiyyət etdirmiş, xx.xx.2017-ci il tarixdə isə öz anası Şahid3 ilə Zərərçəkmiş şəxs arasında həmin mənzilə dair AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlatdıraraq xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ******* nömrəli çıxarış alınmasına nail olmuşdur. Bundan əlavə, yaşadıqları ərazi üzrə xidmət aparan Nərimanov RPİ 18-ci PŞ-nin poiis sahə inspektoru Təqsirləndirilən şəxs 92 yaşlı nənəsi Zərərçəkmiş şəxs öyrədərək barəsində şikayət etdirməklə onun yaşadığı mənzili ələ keçirməyə cəhd göstərməsi barədə vət. Marina İsmayılovanın müraciəti əsasında 2017-ci ilin noyabr ayında Bakı şəhər BPİ-nin Təşkilati-inspektor idarəsində xidməti yoxlama aparılarkən polis baş leytenantı Təqsirləndirilən şəxs qeyri-səmimiliyə yol verərək mənzilin atasına vəsiyyət olunması və anasının adına alqı-satqı müqaviləsi bağlanması barədə məlumatları gizlətmişdir (cild 1, iş vərəqi 117-118). İş materiallarına əlavə edilmiş “Əmlak Ekspert Mərkəzinin” 22 oktyabr 2018-ci il tarixli “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə” hesabatdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 37-də yerləşən 17 nömrəli mənzilin 15 avqust 2017-ci il tarixinə orta bazar qiyməti 84.000 manat təşkil edir (cild 2, iş vərəqi 107-126). Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən Zərərçəkmiş şəxs ilə Şahid3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqlı müqaviləsi ləğv olunmuş və həmin tarixdə xüsusi qərardad çıxarılaraq prokurorluğa göndərilmişdir (cild 2, iş vərəqi 200-203, 206-212). 1 nömrəli Respublika Psixiatriya xəstəxanasının 12 iyun 2018-ci il tarixli 3878 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2003-xx.xx.2003-cü il tarixlərdə “situasiya ilə əlaqəli nevrotik reaksiya” diaqnozu ilə psixiatriya xəstəxanasında müalicə olmuşdur (cild 1, iş vərəqi 33). Cinayət işində olan kompleks məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasının 31 oktyabr 2018-ci il tarixli 1833 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs onda müəyyən edilən “Qocalıq psixozu sayıqlama pozuntusu və koqnitiv enmə ilə” müəyyən edilir. Bunu yoxlanılan şəxsin yaşı, uzun müddət hipertoniya xəstəliyindən əziyyət çəkməsi, sayıqlama fikirləri aşkar etməsi, yaddaş funksiyalarının və koqnitiv imkanlarının enməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair təsdiq edir. Zərərçəkmiş şəxs təsvir olunan cinayət hadisəsi dövründə ona qarşı törədilən əməlləri mexaniki qavramaq qabiliyyətinə malik olsa da, onda qeyd olunan sayıqlama fikirlərinin təsiri altında həmin hərəkətləri düzgün qiymətləndirərək onların mahiyyətini dərk etmək qabiliyyətində olmamışdır. Zərərçəkmiş şəxs özünə qarşı hörmət tələb etmək, inadkarlıq, qıcığa qarşı tez reaksiya vermək, çılğınlıq, emosionallıq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs onda müəyyən edilən “Qocalıq psixozu sayıqlama pozuntusu və koqnitiv enmə ilə” əlaqədar o, etdiyi və onunla edilən hərəkətlərin mahiyyətini, xarakter və mənasını anlaya bilmək qabiliyyətinə malik olmamışdır. Lakin Zərərçəkmiş şəxs mexaniki yaddaşı saxlanıldığından, o, ona qarşı edilən hərəkətləri mexaniki olaraq qavramaq, gördüklərini təsvir etmək, ardıcıllığı ilə danışmaq və verilən suallara cavab vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs onunla edilən hərəkətlər (Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək xx.xx.2017-ci il tarixdə onu evindən götürüb notariat kontoruna aparması, daşınar və daşınmaz əmlakını Vasifin atası Şahid4 vəsiyyət etməsi, daha sonra xx.xx.2017-ci il tarixdə Vasifin anası ilə evin satılmasına dair sənədlərə imza etdirməsi) barəsində özündən uydurmağa və yalan danışmağa meyillik müşahidə olunmadı (cild 1, iş vərəqi 161-163). Təkrar kompleks məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasının 29 noyabr 2018-ci il tarixli 2067 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs “Qocalıq psixozu sayıqlama pozuntusu və koqnitiv enmə ilə F22.8” müəyyən edilir. Bunu yoxlanılan şəxsin uzun müddət hipertoniya xəstəliyindən əziyyət çəkməsi, hazırki müayinə zamanı sayıqlama fikirlərinin aşkar olunması, yaddaş funksiyalarının və koqnitiv imkanlarının bir qədər enməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair təsdiq edir. Hal-hazırda Zərərçəkmiş şəxs öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Cinayət işi materiallarının və hazırkı müayinənin təhlili nəticəsində belə qənaətə gəlmək olar ki, Zərərçəkmiş şəxs təsvir olunan cinayət hadisəsi dövründə ona qarşı törədilən əməlləri mexaniki qavramaq qabiliyyətinə malik olsa da, onda qeyd olunan sayıqlama fikirlərinin təsiri altında həmin hərəkətləri düzgün qiymətləndirərək onların mahiyyətini dərk etmək qabiliyyətində olmamışdır. 30 noyabr 2018-ci il tarixli 31187 nömrəli məhkəmə psixoloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs əqli inkişafına və fərdipsixi xüsusiyyətlərinə görə baş vermiş hadisəni qavramaq, yadda saxlamaq və hadisə barəsində düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə daha çox ekstrevertə (insanın psixi fəaliyyətinin xarici aləmə yönəlməsi) yaxın olmaqla, onun sinir sisteminin tipi qüvvətlidir. Davranışında müvazinətsizliyi üzə çıxır. Emosional cəhətdən labilliyi (dəyişkənliyi) müşahidə olunur. Zərərçəkmiş şəxs gərginlikdən qaçır. Problemlərdən uzaq olmaq və möhkəm sağlamlığa nail olmaq istəyir. İtirdiklərinin əvəzində etibarlı zəmanət axtarır. Özündə boşluq hiss edir və başqaları ilə əlaqələr qurmaqla bu boşluğu aradan qaldırmaq istəyir. Təhlükəsizliyə və sakitliyə doğru can atır. Zərərçəkmiş şəxs hadisə şəraitinə və fərdi psixi xüsusiyyətlərinə, həmçinin onda müəyyən edilən “Qocalıq psixozu sayıqlama pozuntusu və koqnitiv enmə” diaqnozuna görə hadisə zamanı (alqı-satqı müqaviləsini imzalayarkən) etdiyi hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs fərdi-pxisi xüsusiyyətlərində özündən uydurmağa meyllilik əlamətləri müşahidə olunmur ( cild 2, iş vərəqi 253-255, 258-261). İş materiallarına əlavə edilmiş 09 oktyabr 2018-ci il tarixli maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, 4ə-579 nömrəli notariat işi və "xxxx" ASC-dən götürülmüş çek və şəxsiyyət vəsiqəsinin surəti maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 2, iş vərəqi 11). İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində Şahid7 ilə birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X21 və xx.xx.2018-ci il təvəllüdlü X14 olmaqla iki azyaşlı uşağı vardır (cild 2, iş vərəqi 268-269). İş materiallarına əlavə edilmiş 28 noyabr 2018-ci il tarixli 0-13472 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsində məlumat yoxdur (cild 2, iş vərəqi 251). Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olması onun barəsində cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, ilk dəfə ağır cinayət törətməyə görə məhkum olunmuş şəxsər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı hazırkı iş üzrə hökmün çıxarıldığı 30 aprel 2019-cu il tarixdən hesablanmalıdır. Cinayət işinin məhkəmə hazırlıq iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2 mülki iddia ərizəsi verərək, iş üzrə Zərərçəkmiş şəxs vurulmuş 2.000 manat maddi ziyanın, 100.000 manat mənəvi ziyanın, ümumilikdə 102.000 manat pulun cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li qərarının 38-ci bəndində məhkəmələrə tövsiyyə edilir ki, dələduzluğun törədilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi ilə bağlı zərərçəkmiş şəxs cinayət təqibi mərhələsində CPM-nin 179-183-cü maddələrinin tələblərinə əməl etməklə mülki iddia verdikdə, həmin iddialara cinayət işi ilə birlikdə baxılmalıdır. Qeyd olunan mülki iddia ilə bağlı məhkəmə kollegiyası belə hesab edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs məxsus külli miqdarda əmlaka olan hüquqları etibardan sui-istifadə etmə yolu ilə əldə etməklə dələduzluq yolu ilə ələ keçirməsi öz təsdiqini tapsa da, zərərçəkmiş şəxsin nümayəndəsinin tələbini əsaslandırdığı hallara dair sənədlər, yəni mülki iddia ərizəsində göstərdiyi 2.000 manat maddi ziyanı təşkil edən hüquqi xidmətlərin göstərilməsi ilə bağlı xidmət haqqı kimi ödənilmiş məbləği təsdiq edən sənədlər məhkəməyə təqdim olunmadığından, həmçinin zərərçəkmiş şəxsə vurulmuş mənəvi ziyanı sübut edən hallar məhkəmə baxışı zamanı aşkar olunmadığından zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2 mülki iddiası əsassız olduğundan təmin olunmamalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatları 202 (iki yüz iki) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 202 (iki yüz iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.0.5-ci maddəsinin tələbinə görə, maddi sübut kimi olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəasına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutlar - 4ə-579 nömrəli notariat işi və "xxxx" ASC-dən götürülmüş çek və şəxsiyyət vəsiqəsinin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə əmlak üzərinə həbs qoyulmaması, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirənin və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsaslar olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzaçəkməsinin başlanğıcı hökmün çıxarıldığı 30 aprel 2019-cu il tarixdən hesablansın. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2 Zərərçəkmiş şəxs vurulmuş 2.000 manat maddi ziyanın, 100.000 manat mənəvi ziyanın, ümumilikdə 102.000 manat pulun cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməsi barədə mülki iddiası əsassız olduğundan təmin edilməsin. Məhkəmə məsrəfləri hesab edilən 202 (iki yüz iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə maddi sübutlar - 4ə-579 nömrəli notariat işi və "xxxx" ASC-dən götürülmüş çek və şəxsiyyət vəsiqəsinin surəti cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə əmlak üzərinə həbs qoyulmaması, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirənin və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsaslar olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-242/2019
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-242/2019
30.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver