Məhkəmə qərarları › İş №1(101)-242/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-242/2021

01.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-242/2021 01.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1986-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Yevlax rayonu, Nizami prospekti, 249 nömrəli evdə qeydiyyatda olan barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 221.3-cü maddələri ilə, xx xxxxxx 2002-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Yevlax şəhəri, Nizami prospekti, mənzil 249-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5, 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 12 dekabr 2019-cu il tarixdə saat 20 radələrində qohumu Təqsirləndirilən şəxs2 ilə birlikdə sərxoş halda Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov prospektində yerləşən “Star Mart” adlı marketdən satıcının digər müştərilərə xidmət edən zaman diqqətinin yayındığından istifadə edərək qanunsuz olaraq 01 ədəd “Rodeo” markalı viskini əldə edib marketdən çıxıb uzaqlaşarkən, marketin satıcısı Zərərçəkmiş şəxs1 onlara yaxınlaşaraq “Rodeo” markalı viskini geri almış, həmin vaxt o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək üzərində olan bıçağı silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi ilə hədələməklə viskini geri qaytarmasını tələb etmiş, hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 canını qurtarmaq üçün “Star Mart” marketə tərəf qaçaraq marketə daxil olub “Rodeo” markalı viskini girəcəkdə qoyub marketin ikinci mərtəbəsinə çıxmış, o, da Zərərçəkmiş şəxs1 ardınca marketə daxil olub 20 manat dəyərində “Rodeo” markalı viskini götürüb ələ keçirərək quldurluq etmişdir. Bundan başqa, o, 12 dekabr 2019-cu il tarixdə saat 20 radələrində Bakı şəhəri, Səbail rayonu Nizami küçəsində qohumu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yüngül dərəcəli sərxoşluq vəziyyətində ictimai qaydanı kobud surətdə pozan hərəkətlər edib heç bir səbəb və əsas olmadan orada yığılmış çoxsaylı insanların gözü qarşısında vətəndaşların üzərinə qışqırmış, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib ətrafda olan şəxslərə, vətəndaşlar arasında təşəkkül tapmış birgəyaşayış və əxlaq qaydalarına məhəl qoymadan nalayiq ifadələr işlədərək üzərində olan turist bıçağı ilə vətəndaşlara zor tətbiq edəcəyi ilə hədələmiş, silah qismində istifadə etdiyi həmin bıçaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək hadisə yerində ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan hakimiyyət nümayəndəsi olan Səbail Rayon Polis İdarəsinin Post-patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs3 müqavimət göstərməklə sağ əlin ovuc səthində 2-ci əl daraq sümüyünün proksimal proyeksiyasının cüzi şişkinlik fonunda kəsilmiş yarası kimi dərəcəsi təyin edilməyən xəsarət yetirməklə müşayiət olunan qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 12 dekabr 2019-cu il tarixdə saat 20 radələrində sərxoş halda qohumu Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov prospektində yerləşən “Star Mart” adlı marketdə digər müştərilərə xidmət edən satıcının diqqətinin yayınmasından istifadə etmiş və qiyməti 20 manat olan 01 ədəd “Rodeo” markalı viskini qanunsuz olaraq marketdən götürüb uzaqlaşarkən, marketin satıcısı, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 onlara yaxınlaşaraq “Rodeo” markalı viskini geri almış, o, özgənin əmlakı olan “Rodeo” markalı viskini ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, Təqsirləndirilən şəxs1 üzərində olan soyuq silah hesab edilməyən turist bıçağını silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələməklə basqın edərək “Rodeo” markalı viskini geri qaytarmasını tələb etmiş, hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 canını qurtarmaq üçün qaçaraq “Star Mart” marketə daxil olub əlində olan “Rodeo” markalı viskini girəcəkdə qoyub marketin ikinci mərtəbəsinə çıxmış, o, da Təqsirləndirilən şəxs1lə birlikdə hərəkətlərinə davam edərək Zərərçəkmiş şəxs1 ardınca marketə daxil olub Zərərçəkmiş şəxs2 əmlakı olan “Rodeo” markalı viskini ələ keçirərək quldurluq etmişdir. Bundan başqa, o, sərxoş halda 12 dekabr 2019-cu il tarixdə saat 20 radələrində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında heç bir əsas və səbəb olmadan ucadan nalayiq sözlər ifadə edərək ictimai qaydanı kobud surətdə pozan hərəkətlər edib əlində olan şüşə butulkanı sındıraraq bir hissəsi ilə, Təqsirləndirilən şəxs1 isə üzərində olan, soyuq silah hesab edilməyən turist bıçağını silah qismində istifadə edərək ətrafda olan şəxslər üzərində zor tətbiq etməklə hədələmiş, Təqsirləndirilən şəxs1 əlində olan bıçaqla hadisə yerinə gələn ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan hakimiyyət nümayəndəsi Səbail Rayon Polis İdarəsinin Post-patrul Xidməti Bölüyünün polis nəfəri Zərərçəkmiş şəxs3 müqavimət göstərməklə sağ əlin ovuc səthində 2-ci əl daraq sümüyünün proksimal proyeksiyasının cüzi şişkinlik fonunda kəsilmiş yarası kimi dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, o, isə əlində olan şüşə butulkanın sınmış hissəsi ilə orada olan digər polis nəfərlərinə müqavimət göstərməklə müşayiət olunan qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.5 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2019-cu ilin dekabrın 12-də saat 16 radələrində yaşadığı evdə həmin gün aldığı spirtli içkini qəbul etmiş, qardaşı oğlu Təqsirləndirilən şəxs2 ilə Bakı şəhəri, Səbail rayonu Nizami küçəsinə getmiş, orada pul diləndikdən sonra Təqsirləndirilən şəxs2la qərarlaşdırmışlar ki, mağazaların birinə girib pivə oğurlayıb sonra da gedib birlikdə içsinlər. Təqsirləndirilən şəxs2 da onunla razılaşmış, Bakı şəhəri, Səbail rayonu Ü.Hacıbəyov küçəsi istiqamətində gedib orada mağazalardan birinə daxil olmuşlar. Pivəyə oxşar şüşə butulkada olan içkini götürmüş, orada onu heç kim görməmiş, ona görə də butulkanı götürmüşdür. Təqsirləndirilən şəxs2la mağazadan birlikdə çıxıb oradan uzaqlaşıb butulkanı açıb viskini içmişlər. Həmin mağazanın satıcısı Zərərçəkmiş şəxs1 onlara yaxınlaşıb viskini istəmiş, o, viskini içdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 polisə zəng edəcəyini bildirib mağazaya tərəf qaçmışdır. Onlar isə yollarına davam etmiş, polislər onlara yaxınlaşaraq polis bölməsinə dəvət etmişlər. O, şalvarının sol cibindən bıçağı çıxardıb, özünü vuracağını və uzaqlaşmalarını polislərə bildirmiş, lakin, polislər sağdan soldan ona və Məmoya yaxınlaşıb onu tutub Səbail rayon Polis idarəsinin 39-cu Polis bölməsinə aparmışlar. Zərərçəkmiş şəxs1 dedikləri yalandır. Onun marketə qayıtmağının səbəbi içkini qaytarmaq olmuşdur. Muradın arxası ilə qaçmamış, onu hədələməmişdir. Həmçinin polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərməmiş, bıçaq çıxarmaqda məqsədi özünü vurmaq olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.5, 221.2.1 və 221.2.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2019-cu ilin dekabrın 12-də şəhərdə kafelərin birində pivə içmiş, şəhərdə bir neçə saat gəzdikdən sonra əmisi Yasinin yaşadığı evə getmişdir. Bakı şəhəri, Səbail rayonu Nizami küçəsinə (torqovı) getmiş, bir neçə saat diləndikdən sonra, Yasinlə qərarlaşdırıb mağazaların birinə girib viski oğurlayıb birlikdə içməyi qərarlaşdırmışlar. Səbail rayonu Üzeyir Hacıbəyov küçəsi istiqamətinə getmişlər. Saat 19 radələrində mağazalardan birinə yaxınlaşıb mağazaya daxil olub, satıcının digər müştərilərlə başı qarışıq olduğundan istifadə edib Yasin mağazadan viskini götürmüş, mağazadan çıxıb oradan uzaqlaşan zaman marketin satıcısı sonradan adını öyrəndiyi Murad Yasinə yaxınlaşıb əlindən viski butulkasını istəmiş, Yasin də viskini içdiklərini bildirdikdən sonra satıcı geri qayıtmışdır. Bir qədər getdikdən sonra, polislər onlara yaxınlaşmışlar. Mağazadan viski götürdükləri üçün mağaza sahibi tərəfindən şikayət olunduğunu bildirmişlər. Polislər onları polis bölməsinə dəvət etmişlər. Lakin, nə Yasin nə də o, polis bölməsinə getmək istəməmişlər. Polislər onlara yaxınlaşanda Yasin bıçaq çıxararaq özünü vurmaq istəmiş, lakin nə o, nə də Yasin polislərə müqavimət göstərməmişlər. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, “Star Mart” marketində inzibatçı işləyir və xx xxxxxx 2019-cu il saat 19 radələrində, satıcı Murad həyəcanlı halda marketin ikinci mərtəbəsinə qalxaraq iki nəfər şəxsin marketdən dəyəri 20 manat olan, “AZQRANATA” şirkətinin istehsal etdiyi 0,7 litr həcmdə olan “Rodeo” adlı viskini oğurladıqlarını, buna görə onların arxasınca “Malakan” bağına tərəf getdiyini, içkini almağa çalışan zaman, sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs1 onun üstünə bıçaq çıxardığını və yanında olan sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs2la birlikdə onun arxasınca qaçdıqlarını bildirmişdir. O isə, bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hadisə baş verən zaman marketdə Kassir Nurlan və işçi Elvin olmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, “Star Mart” marketində satıcı işləyir və xx xxxxxx 2019-cu il tarixdə axşam saat 20 radələrində işlədiyi marketə sərxoş halda olan, biri təxminən 30 yaşlarında digəri isə daha azyaşlı görünən iki nəfər daxil olmuşdur. O, həmin şəxslərin özlərini şübhəli apardıqlarını görmüş, onların yanına yaxınlaşmış, onlar isə marketdən heç nə almadan çıxmışlar. Onlar çıxdıqdan sonra o, viski içkilərinin satıldığı rəfə baxan zaman, dəyəri 20 manat olan “AZQRANATA” şirkətinin istehsal etdiyi 0,7 litr həcmdə olan “Rodeo” adlı spirtli içkinin rəfdə olmadığını Görmüş və həmin şəxslərin içkini oğurladığını başa düşmüşdür. Marketdən çıxıb onların arxası ilə “Malakan” bağına tərəf getmiş, Bağın girəcəyində onlara çatmış və yaşca böyük olan şəxsin əlindən viskini alan zaman sonradan adını öyrəndiyi yaşca böyük olan Yasin Məmmədov gödəkcəsinin iç cibindən bıçaq çıxarmış və gödəkcəsini soyunub bıçağı onun üstünə tutmuşdur. Bu zaman O, həmin yerdən qaçaraq marketə tərəf getmiş, qaçan zaman Arxaya çönüb baxanda həmin şəxslərin də birinin əlində bıçaq olmaqla arxasınca qaçdıqlarını görmüşdür. Marketə girib içkini girişdə enerji içkiləri üçün nəzərdə tutulmuş dolabın üzərinə qoyaraq, cəld yuxarı mərtəbəyə qalxmış və bu hadisə barədə administrator Elvinə məlumat vermiş, Elvin də DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonra onlar aşağı düşən zaman içkinin qoyduğu yerdə olmadığını görmüş, bu zaman marketdə kassir Nurlan və işçi Elvin də olmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş, sabiq Bakı şəhəri, Səbail RPİ-nin Post-patrul xidməti bölüyü polis nəfəri Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində polis nəfəri Şahid7la Səbail rayon ərazisinə xidmət aparan zaman əl efir vasitəsi ilə polis nəfəri X15 rayonu, Nizami küçəsində iki nəfər şəxs sərxoş halda birinin əlində bıçaq, digərinin əlində isə şüşədən olan butulkanın sınmış hissəsi ilə ətrafda olan şəxslərin üstünə hücum etdiyini bildirmiş, o, da polis nəfəri Şahid7la birlikdə Səbail rayonu, Nizami küçəsinə getmiş və orada yarıçılpaq vəziyyətdə olan Təqsirləndirilən şəxs1 əlində bıçaq və onunla birlikdə olan Təqsirləndirilən şəxs2 əlində şüşə butulkasının sınmış hissəsi ilə ətrafda olan şəxslərin üstünə hücum etdiyini görmüşdür. O, polis nəfərləri Şahid7, Şahid3, Şahid1, Şahid4 və digər polis nəfərləri ilə birlikdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ictimai qaydanı pozmamasını, sakit olmağı və polis bölməsinə dəvət etmişlər, lakin onlar qanuni tələblərə məhəl qoymayaraq öz qərəzli hərəkətlərinə davam edərək ucadan ünvansız nalayiq söyüşlər söyməyə davam etmişlər. O, Təqsirləndirilən şəxs1 yaxınlaşmış, Yasinin ona yaxınlaşdığını görüb bıçaqla ona tərəf fırladaraq sağ əlinə vuraraq xəsarət yetirmiş, həmin an digər polis nəfərləri xüsusi vasitələri tətbiq etməklə Yasini zərərsizləşdirib Təqsirləndirilən şəxs2la birlikdə Polis bölməsinə aparmışlar. Hadisə zamanı Təqsirləndirilən şəxs1 aqresiv olduğu üçün onun və orada olan digər polis əməkdaşlarının fikri Yasinə yönəlmiş, buna görə də Məmonun butulkanın sınmış hissəsini hara atmasını görə bilməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Səbail RPİ-nin post-patrul xidməti bölüyünün polis nəfəri Şahid7 da Zərərçəkmiş şəxs3 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, “Star Mart” marketində kassir işləyir. xx xxxxxx 2019-cu il tarixdə axşam saat 20 radələrində iki nəfər şəxsin marketin spirtli içkilər olan bölməsində, spirtli içkilərə baxdığını görmüş və bu zaman şüşə butulkaların bir birinə dəyərək səs çıxardığını eşitmişdir. Həmin şəxslər heç nə almadan marketdən çıxmış, bu zaman Murad da gödəkcəsini geyinib onların arxasınca marketdən çıxmışdır. Bir qədər sonra Murad həyəcanlı halda marketə daxil olaraq, əlindəki, qiymətini dəqiq bilmədiyi, “Az Qranata” şirkətinin məhsulu olan, 0,7 litr həcmindəki içkini girişdə olan səbətə qoymuş və həmin şəxslərin “Malakan” bağında onun üstünə bıçaq çıxardıqlarını, hal-hazırda onun arxası ilə gəldiklərini bildirmişdir. O, və bu zaman marketdə olan satıcı Elçin Murada, marketin ikinci mərtəbəsinə qalxmasını və hadisəni inzibatçı Elvinə danışmasını bildirmişlər. Daha sonra birinin əlində bıçaq olan iki nəfər yenidən marketə daxil olmuş və bu zaman o qorxaraq yuxarı mərtəbəyə qalxmışdır .X13 hadisə barədə məlumat vermiş və Elvin DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonra onlar aşağı düşən zaman, Muradın gətirdiyi viskinin girişdəki səbətdə olmadığını görərək, həmin şəxslərin viskini götürdüklərini başa düşmüşlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, xx xxxxxx 2019cu il tarixdə saat 20 radələrində satıcı işlədiyi “Star Mart” marketində iki nəfər şəxs daxil olmuş, spirtli içkilər olan yerdə şüşə butulkaların bir birinə dəyməsi səsini eşitmiş, satıcı işləyən Murad ona yaxınlaşaraq həmin şəxslərdən şübhələndiyini bildirmiş, sonradan adını və soyadını öyrəndiyi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arxasınca gedərək marketdən çıxmış, bir qədər sonra Murad həyəcanlı halda marketə daxil olmuş, əlində içkini girişdə olan səbətə qoymuş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun üstünə bıçaq çıxardıqlarını və onun arxasınca gəldiklərini bildirmişdir. O, da Muradla birlikdə marketin ikinci mərtəbəsinə qalxmış hadisə barədə Zərərçəkmiş şəxs2 bildirmişdir. Bir qədər sonra həmin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 marketə daxil olmuş, yaşca böyük Təqsirləndirilən şəxs1 bıçağı əlinin arxasında gizlətmiş, digər yaşı bir qədər az Təqsirləndirilən şəxs2 marketin içərisində bir dövrə vurmuşlar. O, onlara yaxınlaşıb nəyisə lazım olub-olmadığını soruşmuş, onlar isə heç nə lazım olmadığını bildirmişlər. Sonra Təqsirləndirilən şəxs2 girişdə Muradın bir qədər əvvəl oraya qoyduğu viskini götürmüş, Təqsirləndirilən şəxs1 isə o, oğlana deyinən götürə bilirsə içkini gəlib indi götürsün deyərək marketdən çıxıb getmişlər. Zərərçəkmiş şəxs2 hadisə barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Səbail RPİ-nin post-patrul xidməti bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə saat 20 radələrində Səbail rayonu, Nizami küçəsində o, Şahid2 ilə birgə xidmətdə olarkən ətrafdakı insanlar iki nəfər şəxsin oğurluq etdiklərini və ictimai qaydanı pozduğunu bildirmişlər. Onlar oraya yaxınlaşarkən sonradan şəxsiyyətləri onlara məlum olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə ictimai qaydanı kobud surətdə pozan hərəkətlər edərək, sərxoş halda ona, digər polis əməkdaşı Elmara və ətrafda olan şəxslərə zor tətbiq edəcəyi ilə hədələməyə başlamışlar. Onlar həmin şəxsləri nə qədər ictimai qaydanı pozmamağa dəvət etsələr də, həmin şəxslər hərəkətlərinə davam etdirmişlər. O, şəxslərin əlində soyuq silah olduğunu görüb əl efiri vasitəsilə Şahid7 və Zərərçəkmiş şəxs3 dəstək üçün çağırmışdır. Polis serjantı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 zərərsizləşdirmək istəyərkən, Yasin istifadə etdiyi bıçaqla polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs3 sağ əlinə xəsarət yetirmişdir, Təqsirləndirilən şəxs2 isə əlində olan sınmış butulka ilə onu, digər polis nəfərlərini və ətrafda olan şəxsləri vuracağı ilə hədələmişdir. Onlar xüsusi vasitələri tətbiq etməklə Yasini zərərsizləşdirib Məmo ilə birlikdə Polis bölməsinə aparmışlar. Hadisə zamanı Təqsirləndirilən şəxs1 aqresiv olduğu üçün onun və orada olan digər polis əməkdaşlarının fikri Yasinə yönəlmiş, buna görə də Məmonun butulkanın sınmış hissəsini hara atmasını görə bilməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Səbail RPİ-nin post-patrul xidməti bölüyünün polis nəfəri Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş, Bakı şəhəri, Səbail RPİ-nin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid3 ifadəsində göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində Konstitusiya Məhkəməsinin yanında xidmətdə olarkən əl efiri (ratsiya) vasitəsilə “Tarqovi” deyilən ərazidə iki nəfər şəxsin xuliqanlıq etməsi barədə məlumat almış, həmin əraziyə yaxınlaşdıqda Təqsirləndirilən şəxs1 əlində bıçaq, Təqsirləndirilən şəxs2 əlində sınıq butulka ilə ətrafdakıları, xüsusilə də polisləri təhdid etdiyini görmüş, həmin ərazidə PPX əməkdaşları Elmar, Nəzir, Rüstəm, Arif və Tağı da orada olmuş, Yasin əlindəki bıçağı yelləyərək polislərin ona yaxınlaşmasını əngəlləmiş, Məmo isə əlindəki sınıq butulka ilə onun etdiyi hərəkətləri təkrarlamış, həmin hərəkətlər bir neçə dəqiqə davam etmiş, sonra xüsusi vasitələrlə, gözyaşardıcı qaz balonu ilə onları zərərsizləşdirərkən Təqsirləndirilən şəxs1 əlində olan bıçaqla polis nəfəri Zərərçəkmiş şəxs3 sağ əlindən vuraraq xəsarət yetirmişdir. Sonra o və digər polis nəfərləri Təqsirləndirilən şəxs1 və Məmo Məmməovu PPX avtomaşınına mindirib 39-cu Polis Bölməsinə aparmışlar. Hadisə zamanı Təqsirləndirilən şəxs1 aqresiv olduğu üçün onun və orada olan digər polis əməkdaşlarının fikri Yasinə yönəlmiş, buna görə də Məmonun əlində olan butulkanın sınmış hissəsini hara atmasını görə bilməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Səbail RPİ-nin post-patrul xidməti bölüyünün polis nəfəri Şahid4 da Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan AR Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-təcrübi və Tədris birliyinin Bakı şəhəri, Səbail rayon şöbəsinin xx xxxxxx 2019-cu il tarixli 752 saylı rəyindən görünür ki, “Vət. Zərərçəkmiş şəxs3 bədəni üzərində müəyyən edilmiş xəsarət - sağ əlin ovuc səthində İİ əl-daraq sümüyünün proksimal proyeksiyasının cüzi şişkinlik fonunda səthi kəsilmiş yarası iti kənarlı əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə qeyd olunan nahiyəyə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir.” (cild 01, iş vərəqə 70-72) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının məhkəmə-trasoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 30749 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici ucu batıcı xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir. (cild 01, iş vərəqə 68-69) İş materiallarında olan Təqsirləndirilən şəxs1lə Səbail RPİ-nin PPXB-nin polis nəfəri Zərərçəkmiş şəxs3 arasında aparılmış xx xxx 2020-ci il tarixli üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 istintaqa şahid qismində verdiyi ifadəsini təsdiq edərək xx xxxxxx 2019-cu il tarixdə saat 20 radələrində Səbail rayonu, Nizami küçəsində Təqsirləndirilən şəxs2la birlikdə ictimai qaydanı kobud surətdə pozan hərəkətlər edərək, sərxoş halda onu, digər polis əməkdaşlarına və ətrafda olan şəxslərə zor tətbiq edəcəyi ilə hədələmiş, Təqsirləndirilən şəxs1 silah qismində istifadə etdiyi bıçaqla onun sağ əlinə xəsarət yetirmiş, Təqsirləndirilən şəxs2 isə əlində olan sınmış butulka ilə onu, digər polis nəfərlərini və ətrafda olan şəxsləri vuracağı ilə hədələmişdir. Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs3 onun üzünə dediklərini təkzib etsə də, cibindən bıçaq çıxartdığını təsdiq etmiş, lakin həmin bıçağı özünə xəsarət yetirmək üçün cibindən çıxartdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 isə polislərdən özünü müdafiə etmək üçün butulkanın sınmış hissəsi ilə ətrafa fırlatdığını göstərmişdir. (cild 02, iş vərəqə 37-38) İş materiallarında olan Səbail RPİ-nin PPXB-nin polis nəfərləri Şahid2, Şahid1, Şahid7, Şahid4, Şahid3 və Zərərçəkmiş şəxs3lə Təqsirləndirilən şəxs1 arasında aparılmış xx xxx 2020-ci il tarixli üzləşdirmə istintaq hərəkəti protokollarından görünür ki, üzləşdirmə zamanı ifadəsində göstərdiklərini təsdiq edərək ifadələrində göstərdiklərini Təqsirləndirilən şəxs1 üzünə demişlər. Təqsirləndirilən şəxs1 onun üzünə deyilənləri təkzib etsə də, cibindən bıçaq çıxartdığını təsdiq etmiş, lakin həmin bıçağı özünə xəsarət yetirmək üçün cibindən çıxartdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 isə polislərdən özünü müdafiə etmək üçün butulkanın sınmış hissəsi ilə ətrafa fırlatdığını göstərmişdir. (cild 02, iş vərəqə 39-40,47-48,31-32, 35-36,33-34) İş materiallarında olan təqsirləndirilən şəxs Yasin Rasim oğlu X1 Orucəliyev arasında aparılmış üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid6 istintaqa şahid qismində verdiyi ifadəsini təsdiq edərək xx xxxxxx 2019-cu il tarixdə saat 20 radələrində işlədiyi “Star Mart” marketdə olan zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 marketə daxil olub viski butulkasını götürmüşdür. Təqsirləndirilən şəxs1 Şahid6 onun üzünə dediklərini təsdiq etmişdir. (cild 02, iş vərəqə 41-42) İş materiallarında olan təqsirləndirilən şəxs Yasin Rasim oğlu X4 Əhmədov arasında aparılmış üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid5 istintaqa şahid qismində verdiyi ifadəsini təsdiq edərək xx xxxxxx 2019-cu il tarixdə saat 20 radələrində işlədiyi “Star Mart” marketdə olan zaman Təqsirləndirilən şəxs1 əlində bıçaq və Təqsirləndirilən şəxs2la birlikdə marketə daxil olub Muradı axtardıqlarını bildirərək marketin girişində Muradın qoyduğu viski butulkasını götürüb getmişlər. Təqsirləndirilən şəxs1 marketdən viskini götürdüyünü təsdiq etsə də, lakin marketə daxil olan zaman bıçaq çıxartmamışdır. (cild 02 iş vərəqə 45-46) İş materiallarında olan təqsirləndirilən şəxs Yasin Rasim oğlu X3 Kərimov arasında aparılmış üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 istintaqa zərərşəkmiş şəxs qismində verdiyi ifadəsini təsdiq edərək xx xxxxxx 2019-cu il tarixdə saat 20 radələrində 12 işlədiyi marketdə olan zaman Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə marketə daxil olub marketdən heç nə almayıb çıxdığı, onda şübhə yarandığından o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arxasıca gedib Təqsirləndirilən şəxs1 əlindən viskini aldığını, Təqsirləndirilən şəxs1 gödəkcəsinin cibindən bıçağı onun üstünə çıxartdığını, o, oradan qaçaraq marketə tərəf getdiyini, arxaya çönüb baxarkən Təqsirləndirilən şəxs1 əlində bıçaq və Təqsirləndirilən şəxs2la birlikdə onun arxasınca qaçdığını, o, isə marketin girəcəyində viski butulkasını qoyub marketin ikinci mərtəbəsinə qalxdığını göstərmişdir. Təqsirləndirilən şəxs1 marketdən viskini götürdüyünü təsdiq etsə də, lakin Zərərçəkmiş şəxs1 üstünə bıçaq çıxartmadığını bildirmişdir. (cild 02 iş vərəqə 43-44) İş materiallarında olan təqsirləndirilən şəxs Məmo Nadir oğlu Məmmədovla Səbail RPİ-nin PPXB-nin polis nəfəri Şahid1 arasında aparılmış üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid1 istintaqa şahid qismində verdiyi ifadəsini təsdiq edərək xx xxxxxx 2019-cu il tarixdə saat 20 radələrində Səbail rayonu, Nizami küçəsində Təqsirləndirilən şəxs1lə birlikdə ictimai qaydanı kobud surətdə pozan hərəkətlər edərək, sərxoş halda onu, digər polis əməkdaşlarına və ətrafda olan şəxslərə zor tətbiq edəcəyi ilə hədələdiyini, Təqsirləndirilən şəxs1 silah qismində istifadə etdiyi bıçaqla polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs3 sağ əlinə xəsarət yetirdiyini, Təqsirləndirilən şəxs2 isə əlində olan sınmış butulka ilə onu, digər polis nəfərlərini və ətrafda olan şəxsləri vuracağı ilə hədələdiyini bildirmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 onun üzünə dediklərini təkzib etsə də əlində butulkanın orada olan polislərə tərəf fırlatdığını, ətrafda olan şəxsləri vurmaq niyyəti olmadığını, özünü qorumaq üçün butulkanı ətrafa fırlatdığını göstərmişdir. (cild 02 iş vərəqə 117-118) İş materiallarında olan Səbail RPİ-nin PPXB-nin polis nəfərləri- Şahid2la təqsirləndirilən şəxs Məmo Nadir oğlu Məmmədovla aparılmış üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid2 Şahid1 üzləşdirmə zamanı verdiyi ifadəsinə uyğun olaraq ifadələrində göstərdiklərini Təqsirləndirilən şəxs2 üzünə demişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 onun üzünə dediklərini təkzib etsə də əlində butulkanın orada olan polislərə tərəf fırlatdığını, ətrafda olan şəxsləri vurmaq niyyəti olmadığını, özünü qorumaq üçün butulkanı ətrafa fırlatdığını göstərmişdir. (cild 02 iş vərəqə 131-132) İş materiallarında olan Təqsirləndirilən şəxs2la Kərimov Murad Ədalət oğlu arasında aparılmış üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 istintaqa zərərçəkmiş şəxs qismində verdiyi ifadəsini təsdiq edərək xx xxxxxx 2019-cu il tarixdə saat 20 radələrində işlədiyi marketdə olan zaman Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1lə birlikdə marketə daxil olub marketdən heç nə almayıb çıxmaları onda şübhə yaratdığından o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arxasınca gedib Təqsirləndirilən şəxs1 əlindən viskini aldığını, Təqsirləndirilən şəxs1 gödəkcəsinin cibindən bıçağı onun üstünə çıxartdığını, o, oradan qaçaraq marketə tərəf getdiyini, arxaya çönüb baxarkən Təqsirləndirilən şəxs1 əlində bıçaq və Təqsirləndirilən şəxs2la birlikdə onun arxasınca qaçdığını, o, isə marketin girəcəyində viski butulkasını qoyub marketin ikinci mərtəbəsinə qalxdığını göstərmişdir. Təqsirləndirilən şəxs2 marketdən viskini götürdüklərini təsdiq etsə də, lakin Zərərçəkmiş şəxs1 üstünə bıçaq çıxartmadığını bildirmişdir. (cild 02 iş vərəqə 136-137) İş materiallarında diskdə olan video görüntülərə baxış keçirilməsi barədə protokoldan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə saat 20 radələrində Səbail rayonu, Nizami küçəsində Təqsirləndirilən şəxs1 əlində bıçaq və Təqsirləndirilən şəxs2 isə əlində sındırılmış butulka sınığı ilə ətrafa fırladaraq ictimai qaydanı kobud surətdə pozan hərəkətlər etdiyi, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etdiyi, nalayiq ifadələr işlədərək üzərində olan bıçaqla vətəndaşları və onun qanunazidd hərəkətlərinin qarşısını almağa çalışan polis əməkdaşlarını zor tətbiq edəcəyi ilə hədələməsi müəyyən edilmişdir. (cild 01, iş vərəqə 103) İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi haqqında xx xxxxxx 2020ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Səbail rayonu Nizami küçəsində Zərərçəkmiş şəxs3 xəsarət yetirdiyi 01 ədəd bıçaq Təqsirləndirilən şəxs1 tanınmaya təqdim edilmiş, Təqsirləndirilən şəxs1 həmin bıçağı tanıyaraq göstərmişdir. (cild 01 iş vərəqə 209) İş materiallarında olan şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 fotoşəkillərlə Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 tanıyaraq xx xxxxxx 2019-cu il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs1lə birlikdə Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov prospektində yerləşən “Star Mart” adlı marketdən 20 manat olan 01 ədəd “Rodeo” markalı viskini qanunsuz olaraq marketdən götürüb getdiyini, sonra o, onların arxasınca gedib viski butulkasını geri almış, Təqsirləndirilən şəxs1 bıçaq çıxardıb viskini ondan tələb edən zaman Təqsirləndirilən şəxs2da ondan viskini tələb etdiyini bildirmişdir. (cild 02 iş vərəqə 55-56) İş materiallarında olan şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 fotoşəkillərlə Zərərçəkmiş şəxs3 tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs2 tanıyaraq xx xxxxxx 2019-cu il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs1lə birlikdə Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov prospektində yerləşən “Star Mart” adlı marketdən 20 manat olan 01 ədəd “Rodeo” markalı viskini qanunsuz olaraq marketdən götürüb getdiyini, sonra o, onların arxasınca gedib viski butulkasını geri almış, Təqsirləndirilən şəxs1 bıçaq çıxardıb viskini ondan tələb edən zaman Təqsirləndirilən şəxs2da ondan viskini tələb etdiyini bildirmişdir. (cild 02, iş vərəqə 57-58) Beləliklə, məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 ifadəsində öz müdafiəsi üçün dəlillər gətirərək xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 01 ədəd “Rodeo” markalı viskini almaq məqsədi ilə Zərərçəkmiş şəxs1 bıçaqla zorakılıq tətbiq edəcəyi ilə hədələmədiyini, eləcə də həmin günü Səbail rayonu Nizami küçəsində xuliqanlıq cinayətini törədən zaman əlində olan bıçaqla ətrafda olan şəxslərə və polislərə qarşı zor tətbiq edəcəyi ilə hədələmədiyini göstərmiş, Təqsirləndirilən şəxs2 isə xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 01 ədəd “Rodeo” markalı viskini almaq məqsədi ilə Zərərçəkmiş şəxs1 tələb etsələr də, lakin Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 bıçaqla hədələmədiyini, eləcə də həmin günü Səbail rayonu Nizami küçəsində xuliqanlıq cinayətini törədən zaman əlində olan şüşədən olan butulkanın sınmış hissəsi ilə ətrafda olan şəxslərə və polislərə qarşı zor tətbiq edəcəyi ilə hədələmədiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin bu ifadələrinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 gətirdiyi dəlillər zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri, üzləşdirmə, tanınma istintaq hərəkətinin keçirilməsi barədə protokollarlar, həmçinin iş materiallarında olan digər sübutlarla təkzib olunur və onların ifadələri özlərini müdafiə xarakteri daşıyaraq həqiqəti əks etdirmir. Həmçinin Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu ilin dekabrın 12-də şəhərdə pivnoyların birində pivə içmişdim, şəhərdə bir neçə saat gəzdikdən sonra əmisi Yasinin yaşadığı evə getmiş, Bakı şəhəri, Səbail rayonu Nizami küçəsinə (torqovı) getmiş, bir neçə saat diləndikdən sonra, Yasinlə qərarlaşdırıb mağazaların birinə girib viski oğurlayıb birlikdə içməyi qərarlaşdırmışlar. Səbail rayonu Üzeyir Hacıbəyov küçəsi istiqamətinə getmişlər saat 19 radələrində mağazalardan birinə yaxınlaşıb mağazaya daxil olub, satıcının digər müştərilərlə başı qarışıq olduğundan istifadə edib Yasin mağazadan viskini götürmüş, mağazadan çıxıb oradan uzaqlaşan zaman marketin satıcısı sonradan adını öyrəndiyi Murad Yasinə yaxınlaşıb əlindən viski butulkasını almış, Yasin də cibində olan bıçağı çıxardaraq Muradı vuracağı ilə hədələmiş, Murad qorxusundan əlində viski marketə doğru qaçmış, onlarda viski butulkasını Yasindən almaq üçün Muradın ardınca qaçmışlar. Murad marketə daxil olmuş, onlar da onun ardınca marketə daxil olmuşlar. Muradı marketdə axtarmışlar, lakin tapa bilmədikdə, marketdə olan stolun üstündən viskini götürüb marketdən çıxıb oradan uzaqlaşmışlar. Bir qədər getdikdən sonra, polislər onlara yaxınlaşmışlar mağazadan viski götürdükləri üçün mağaza sahibi tərəfindən şikayət olunduğunu bildirmişlər. Polislər onları polis bölməsinə dəvət etmişlər. Lakin, nə Yasin nə də o, polis bölməsinə getmək istəməmişlər, ona görə də polislərin üstünə Yasin bıçaq çıxartmış, o, isə viski butulkasını sındırıb polislərə müqavimət göstərərək vuracağını bildirmişdir. Polislər onlara yaxınlaşanda o, əlində olan butulkanın sınmış hissəsi ilə Yasin isə əlində olan bıçaqla ətrafa fırladaraq polislərin yaxınlaşmasının qarşısını almışlar. Polislər onları tuta bilməmiş, o, həmin vaxtı sərxoş vəziyyətə olmuş, əlində olan butulkanın sınmış hissəsini ilə ətrafda olan şəxslərə tərəf də fırlatmışdır. Buna baxmayaraq polislər bizə yaxınlaşaraq Yasinlə onu tutan zaman o, əlində olan butulkanın bir hissəsini yerə atmış, butulka yerdə sınmış, ora gələn digər polislərin köməkliyi ilə bizi tutub Polis bölməsinə aparmışlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun x xxxx 2005-ci il tarixli, 1 nömrəli “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” qərarda göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Qərarın 5-ci bəndində göstərilmişdir ki, oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin x xxxx 2005-ci il tarixli 1 nömrəli qərarının 7-ci bəndində qeyd edilir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Quldurluq cinayəti isə, özgənin əmlakın talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından başa çatmış sayılır. Həmin Plenum qərarının 25-ci bəndinin ikinci abzasında qeyd edilir ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.)həmçinin hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər(məsələn, mexaniki püskürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2004-cü il tarixli, 1 nömrəli qərarının 2-ci bəndinin 3-cü abzasına əsasən, cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Plenum qərarının 8-ci bəndində qeyd edilir ki, Xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. Həmçinin, həmin Plenum qərarının 9-cu bəndində qeyd edilir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmusu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5, 221.2.1 və 221.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 221.3-cü maddələri, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5, 221.2.1 və 221.2.2-ci maddələri əsasında təqsirli bilinərək cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək Yevlax Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə 6 ay islah işləri cəzasına məhkum olunmuş, AR CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, AR CM-in 127.2.3, 221.1 və 221.3-cü maddəsi ilə təqsirli bilinərək Yevlax Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin qərarı ilə onun cəzası azaldılaraq 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən 06 ay 08 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmişdir. (cild 01, iş vərəqə 96-97) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində hazırkı iş üzrə cinayətlərin təhlükəli residivi halını müəyyən edir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Yevlax şəhər İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. (cild 01, iş vərəqə 173) Məhkəmə Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi, cinayətlərin təhlükəli residivi halını isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cinayət əməlini yetkinlik yaşına çatmadığı dövrdə törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, ona münasibətdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 221.3, Təqsirləndirilən şəxs2 əməlləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5, 221.2.1 və 221.2.2-ci maddələri ilə tövsif edildiyindən, yəni onların əməlləri maddələrin sanksiyalarında ağırlaşdırıcı hallar kimi nəzərdə tutulduğundan, AR CM-in 61.1.3 və 61.1.8-ci maddələrinə əsasən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi və cinayətin öz qulluq və ya ictimai borcunu yerinə yetirən şəxsə qarşı törədilməsi cəzanı ağırlaşdıran hallar kimi müəyyən edilsə də məhkəmə həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən həmin halları cəzanı ağırlaşdıran hallar kimi nəzərə almır. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətləri, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (ağırlaşdıran hal Təqsirləndirilən şəxs1 münasibətdə), habelə təyin olunmuş cəzaların şəxslərin islah olunmasına və təqsirləndirilən şəxslərin ailələrinin həyat şəraitinə təsirini, həmçinin həyat və tərbiyə şəraitlərini, psixi inkişaf səviyyələrini, onların şəxsiyyətlərinin digər xüsusiyyətlərini və kənar şəxslərin onlara təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah edilmələri mümkün olmadığından, onlara təqsirli bilindikləri maddələrin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayətlərin məcmusuna az ağır və ağır cinayətlər daxil olduğundan, məcmuya daxil olan cinayətlərə görə təyin olunan cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə uyğun olaraq qismən toplanılmalı və bu yolla təqsirləndirilən şəxslərə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin təhlükəli residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə əsasən ona təyin edilmiş cəzanın müddəti törədilmiş cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az olmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Odur ki, Təqsirləndirilən şəxs1 Yevlax Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə məhkum olunmasına dair cinayət işi üzrə onun cəzasının 06 ay 08 gün hissəsi yeni hökm üzrə təyin edilmiş cəza ilə tamamilə və ya qismən birləşdirilməlidir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən, hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Təqsirləndirilən şəxs2 cinayət hadisəsi törədərkən yetkinlik yaşına çatmadığından, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzası 10 ildən çox olmayan müddətə təyin edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99- 1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxs cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək onlara dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1 maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2 maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1 maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2 maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3 maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 60 manat pul Təqsirləndirilən şəxs1 30 manat və Təqsirləndirilən şəxs2 30 manat məbləğində alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, cinayət işinin materiallarında saxlanılan 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. xx xxxxxx 2019-cu il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və onun barəsində həbs etmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. xx xxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və xx xxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 məhkəmənin çağırışlarına gəlmədiyindən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-929/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə onun barəsində axtarış elan edilərək, həbs qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-929/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı xx xxxxxxxx 2020-ci il tarixdə icra edilərək, Təqsirləndirilən şəxs2 həbs edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərarın icra edildiyi vaxtdan yəni, xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 02 gün ona təyin edilmiş cəzadan çıxılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X6 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 100 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 3 saylı Vəkil bürosunun hesabına 600 manat miqdarında pul ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X5 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 180 manat miqdarında pul ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 180 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345, 346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələri ilə 09 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs1 oğluna qəti olaraq 09 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya Təqsirləndirilən şəxs1 Yevlax Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş 06 ay 08 gün hissəsi qismən birləşdirilsin və ona qəti olaraq 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyiş dirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5, 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələri ilə 08 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs2 qəti olaraq 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 02 gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 08 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən dəymiş maddi ziyanla bağlı mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilsin. İş üzrə məhkəmə xərcləri – aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 60 manat pul Təqsirləndirilən şəxs1 30 manat və Təqsirləndirilən şəxs2 30 manat məbləğində alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübutlar – cinayət işinin materiallarında saxlanılan 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X6 təqsirləndirilən şəxsə göstərilmiş 100 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına 600 manat miqdarında pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X5 təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 180 manat miqdarında pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 180 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar