Məhkəmə qərarları › İş №1(101)-242/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-242/2022

06.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-242/2022 06.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1, X8 və Dövlət ittihamçısı3 Əl oğlunun, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi “Kəngərli və partnyorları” vəkil bürosunun vəkili Nümayəndə iştirakları ilə

1. xx xxxx 1991-ci il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Massiv, nömrəsiz evdə müvəqqəti pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4, 181.2.1, 181.2.2, 181.2.5 və 182.2.1-maddələri ilə,

2. 08 avqust 1990-cı il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 mart 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 180.2.1, 180.2.2, 180.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 09 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin qərarı ilə çəkilməmiş cəzası məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş, 31 iyul 2018-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Şirvani küçəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2,1, 177.2.2, 177.2.4, 181.2.1, 181.2.2, 181.2.5 və 182.2.1-ci maddələri ilə,

3. xx xxxx 1980-ci il tarixdə Ağdam rayonu, Çəmənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 aprel 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.3.1-ci maddəsi ilə təqsirli bilinərək 09 il 03 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Qaradağ Rayon Məhkəməsinin 16 may 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 05 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 06 dekabr 2019-cu ildə Qaradağ Rayon Məhkəməsinin 06.12.2019-cu il tarixli qərarı ilə 10 ay 10 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş, Ağdam rayonu, Çəmənli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq,

müəyyən e t d i:

Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını tələb etməklə hədəqorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə təkrar quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında olan cinayətkar razılığa əsasən təsadüfən tanıdıqları Zərərçəkmiş şəxs ilə 2021-ci ilin mart ayının ortalarında günorta saatlarında ünvan 3 ünvanda yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısında “Mitsubishi” markalı, L200 modelli, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə görüşüb sonuncuya «kriminal avtoritet» hesab edilən «böyük qardaş» adlandırdıqları şəxsiyyəti istintaqa məlum olmayan şəxsin cəza çəkdiyi cəzaçəkmə müəssisələrindən birinə «qrev» sovqat göndərilməsinin onlara həvalə edildiyini bildirdikdən sonra, Təqsirləndirilən şəxs1, əlində tutduğu bıçağı nümayiş etdirərək tanışı Təqsirləndirilən şəxs2lə birlikdə Zərərçəkmiş şəxs şəxsiyyəti üzərində zor göstərəcəyi hədəsi ilə 1500 (min beş yüz) manat pul vəsaitini hədə-qorxu ilə tələb etmiş və həmin gün günorta saatlarında Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən «Red Motors» avtoservisinin qarşısında hədə-qorxu ilə tələb etdikləri pul vəsaitinin 150 (yüz əlli) manat hissəsini, həmin gün axşam saatlarında isə ünvan 4 ünvanda hədə-qorxu ilə tələb etdikləri pul vəsaitinin digər 150 (yüz əlli) manat hissəsini Zərərçəkmiş şəxs alıb ələ keçirmişdir. Bundan başqa, o, özgənin əmlakını təkrar gizli talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin mart ayının ortalarında gecə saatlarında birlikdə Bakı şəhəri, Nərimanov rayonu, X22 küçəsi 15B saylı ünvanda yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısına gəlib orada saxlanılmış, Zərərçəkmiş şəxs faktiki olaraq sahibliyində olan və etibarnamə əsasında idarə etdiyi dəyəri 14.000 (on dörd min) manat təşkil edən “VAZ 2121” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ yan şüşəsini sındıraraq, qrup üzvü Təqsirləndirilən şəxs2 avtomobilin qabaq sərnişin oturacağında əyləşməsindən sonra, Təqsirləndirilən şəxs1 salondakı açarla mühərriki işə salıb avtomobili hərəkətə gətirmə üsulu ilə birlikdə gizli olaraq təkrar talayıb Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını təkrar açıq talama məqsədi ilə tanışları- Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında olan cinayətkar razılığa əsasən cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs3 02 may 2021-ci il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs ilə əlaqə yaradıb görüşmək bəhanəsi ilə ünvan 3 ünvanda yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısına çağırmış, Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2121" markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobildə qeyd edilən ünvana gəldikdə o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibarət qrup üzvləri ilə birlikdə 02 may 2021-ci il tarixdə günorta saatlarında ünvan 3 ünvanda yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısında Zərərçəkmiş şəxs «kriminal avtoritet» hesab edilən «böyük qardaş» adlandırdıqları, şəxsiyyəti istintaqa məlum olmayan şəxsin cəza çəkdiyi cəza çəkmə müəssisələrindən birinə «qrev» sovqat göndərilməsi üçün tələb etdikləri 4000 (dörd min) manat pul vəsaitini verməyəcəyini anladıqdan sonra Zərərçəkmiş şəxs dəyəri 600 manat təşkil edən “İphone" markalı X modelli mobil telefonu ələ keçirmək məqsədi ilə əvvəlcə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 silah qismində istifadə etdikləri təyinatı istintaqla araşdırılan bıçaq və odlu silaha bənzər əşyanı nümayiş etdirməklə, cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 isə döyəcəyini bildirməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə Zərərçəkmiş şəxs məxsus 600 manat dəyərində əmlakı ələ keçirməklə təkrar quldurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını tələb etməklə hədəqorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə təkrar quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2, özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında olan cinayətkar razılığa əsasən təsadüfən tanıdıqları Zərərçəkmiş şəxs ilə 2021-ci ilin mart ayının ortalarında günorta saatlarında ünvan 3 ünvanda yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısında “Mitsubishi” markalı, L200 modelli, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə görüşüb sonuncuya «kriminal avtoritet» hesab edilən «böyük qardaş» adlandırdıqları şəxsiyyəti istintaqa məlum olmayan şəxsin cəza çəkdiyi cəzaçəkmə müəssisələrindən birinə «qrev» sovqat göndərilməsinin onlara həvalə edildiyini bildirdikdən sonra Təqsirləndirilən şəxs1, əlində tutduğu bıçağı nümayiş etdirərək onunla birlikdə Zərərçəkmiş şəxs şəxsiyyəti üzərində zor göstərəcəyi hədəsi ilə 1500 (bir min beş yüz) manat pul vəsaitini hədə-qorxu ilə tələb etmiş və həmin gün günorta saatlarında Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən «Red Motors» avtoservisinin qarşısında hədə-qorxu ilə tələb etdikləri pul vəsaitinin 150 (yüz əlli) manat hissəsini, həmin gün axşam saatlarında isə ünvan 4 ünvanda hədə-qorxu ilə tələb etdikləri pul vəsaitinin digər 150 (yüz əlli) manat hissəsini Zərərçəkmiş şəxs alıb ələ keçirmişdir. Bundan başqa, o, özgənin əmlakını təkrar gizli talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin mart ayının ortalarında gecə saatlarında birlikdə Bakı şəhəri, Nərimanov rayonu, X22 küçəsi 15B saylı ünvanda yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısına gəlib orada saxlanılmış, Zərərçəkmiş şəxs faktiki olaraq sahibliyində olan və etibarnamə əsasında idarə etdiyi dəyəri 14.000 (on dörd min) manat təşkil edən “VAZ 2121” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ yan şüşəsini sındıraraq, onun avtomobilin qabaq sərnişin oturacağında əyləşməsindən sonra, Təqsirləndirilən şəxs1, salondakı açarla mühərriki işə salıb avtomobili hərəkətə gətirmə üsulu ilə birlikdə gizli olaraq təkrar talayıb Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını təkrar açıq talama məqsədi ilə tanışları- Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında olan cinayətkar razılığa əsasən cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs3 02 may 2021-ci il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs ilə əlaqə yaradıb görüşmək bəhanəsi ilə ünvan 3 ünvanda yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısına çağırmış, Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2121” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobildə qeyd edilən ünvana gəldikdə o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ibarət qrup üzvləri ilə birlikdə 02 may 2021-ci il tarixdə günorta saatlarında ünvan 3 ünvanda yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısında Zərərçəkmiş şəxs «kriminal avtoritet» hesab edilən «böyük qardaş» adlandırdıqları, şəxsiyyəti istintaqa məlum olmayan şəxsin cəza çəkdiyi cəza çəkmə müəssisələrindən birinə «qrev» sovqat göndərilməsi üçün tələb etdikləri 4000 (dörd min) manat pul vəsaitini verməyəcəyini anladıqdan sonra Zərərçəkmiş şəxs dəyəri 600 manat təşkil edən “İphone” markalı X modelli mobil telefonu ələ keçirmək məqsədi ilə əvvəlcə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 silah qismində istifadə etdikləri təyinatı istintaqla araşdırılan bıçaq və odlu silaha bənzər əşyanı nümayiş etdirməklə, o isə döyəcəyini bildirməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə Zərərçəkmiş şəxs məxsus 600 manat dəyərində əmlakı ələ keçirməklə təkrar quldurluq etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3, özgənin əmlakını açıq talama məqsədi ilə tanışları- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında olan cinayətkar razılığa əsasən Təqsirləndirilən şəxs3 02 may 2021-ci il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs ilə əlaqə yaradıb görüşmək bəhanəsi ilə ünvan 3 ünvanda yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısına çağırmış, Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2121” markalı **- NY-*** dövlət qeydiyyat nişanlı avtomobildə qeyd edilən ünvana gəldikdə o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibarət qrup üzvləri ilə birlikdə 02 may 2021-ci il tarixdə günorta saatlarında ünvan 3 ünvanda yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısında Zərərçəkmiş şəxs «kriminal avtoritet» hesab edilən «böyük qardaş» adlandırdıqları, şəxsiyyəti istintaqa məlum olmayan şəxsin cəza çəkdiyi cəza çəkmə müəssisələrindən birinə «qrev» sovqat göndərilməsi üçün tələb etdikləri 4000 (dörd min) manat pul vəsaitini verməyəcəyini anladıqdan sonra Zərərçəkmiş şəxs dəyəri 600 manat təşkil edən İphone” markalı X modelli mobil telefonu ələ keçirmək məqsədi ilə əvvəlcə o və Təqsirləndirilən şəxs1 silah qismində istifadə etdikləri odlu silaha bənzər əşya və təyinatı istintaqla araşdırılan bıçağı nümayiş etdirməklə, cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 isə döyəcəyini bildirməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə Zərərçəkmiş şəxs məxsus 600 manat dəyərində əmlakı ələ keçirməklə quldurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanımış, Təqsirləndirilən şəxs3 o, tanımamışdır. Zərərçəkmiş şəxs 2021-ci ilin mart ayının əvvəllərindən Ceyhuna görə tanımışdır. Belə ki, o, Rusiya Federasiyasından Azərbaycana qayıdarkən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs idarə etdiyi «Lada» Vaz 2121 markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hava limanına onu qarşılamaq üçün gəlmişdir. Zərərçəkmiş şəxsla Ceyhun dost olmuşlar. Həmin gün axşam saatlarında Emin onun Ceyhunla birlikdə müvəqqəti yaşadığı Bəhruz Nuriyev küçəsində yerləşən 3 saylı binanın qarşısına gəlib, avtomobilini geri götürərkən tanış olmuşdur. Təxminən 2021-ci ilin mart ayının ortalarında Ceyhun ona Emindən pul vəsaiti götürəcəyini bildirmiş və birlikdə getməyi təklif etmişdir. Ceyhunun deməsinə görə Eminə 1500 manat borca pul vermişdir. O, razılaşmış və Eminlə Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsində görüşmüşlər. Həmin vaxt Emin Ceyhuna 150 manat vermişdir. Həmin gün bir neçə saatdan sonra Emin yenə də onun yanında Ceyhuna 150 manat pul vermişdir. Nə o, nə də Ceyhun Zərərçəkmiş şəxs qarşı hədə qorxu gəlməmişlər. Həmin gün gecə saatlarında Eminlə görüşməli olduqları üçün o, Ceyhunla Eminin yaşadığı Nərimanov rayonu, X22 küçəsində yerləşən 15A saylı yaşayış binasının qarşısına gəlmişlər, lakin Emin saatın artıq gec olduğunu, atasının evdə olduğuna görə düşə bilmədiyini bildirmişdir. Emin avtomobilin açarının yerini də Ceyhuna özü demişdir. Ceyhun açarı götürüb maşının qapısını açmış və onu Zabratda düşürüb özü Eminin maşını ilə çıxıb getmişdir. Maşını götürdükdən sonra Ceyhun Eminlə əlaqə saxlayaraq avtomobilini götürdüklərini və səhər gəlib geri ala biləcəyini demişdir. Sonra bilmişdir ki, yol polisləri atomobili saxlayıb cərimə meydançasına qoymuşlar. Sonra Emin gedib avtomobili cərimə meydançasından götürmüşdür. Bu hadisədən sonra Eminlə təxminən 2 ay müddətində görüşməmişlər. 02 may 2021-ci il tarixdə o, evdə olduğu zaman təsadüfən aşağıya endiyi zaman orada Eminin idarə etdiyi «Lada» Vaz 2121 markalı, **-NY-*** dövlət qeydiyyatlı avtomobilin yanında Eminin, Ramilin və Ceyhunun söhbət etdiyini görmüşdür. O, onlara yaxınlaşan zaman Ceyhun da həmin avtomobilə əyləşib harasa getmişlər. Həmin gün axşam saatlarında Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin əməkdaşları yaşadıqları Bəhruz Nuriyev küçəsində yerləşən 3 saylı yaşayış binasındakı mənzildə onları saxlayaraq 24-cü Polis şöbəsinə aparmışlar. Onlar avtomobili icazəsiz götürməmişlər. Eminlə Ceyhun SMS-lə danışmışlar, Emin açarın yerini deyəndən sonra Eminin avtomobili ilə Ceyhun onu Zabratda düşürüb, özü isə həmin atvomobillə çıxıb getmişdir. Onlar zərərçəkmiş şəxsdən cəzaçəkmə müəssisəsinə bir nəfərə “qrev” sovqat göndərmək üçün pul tələb etməmişlər və onun telefonunu götürməmişlər. Zərərçəkmiş hamısını yalan deyir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Ceyhun Musayevi o, 2 ilə yaxındır ki, tanıyır. Zərərçəkmiş şəxsi Ceyhuna görə hadisədən təxminən 2 ay əvvəl tanımışdır. O, fəhlə kimi müxtəlİf işlərdə işləmişdir. Zərərçəkmiş şəxsi tanıdığı 2 ay ərzində hər üçü təxminən 7-10 dəfə bir yerdə oturub çay içib yemək yemişlər. Ceyhun saat təmiri ilə məşğul olmuşdur. Hər iki dəfə Emin pulu Ceyhuna verəndə o, Ceyhunla getmişdir. Eminin maşınında oturmuşlar, Emin demişdir ki, maaşını hələ almayıb, imkanı yoxdur, borcu qaytarsın. Əvvəl 150 manat, bir neçə saatdan sonra da 150 manat vermişdir. Ceyhun pulu Emindən istəyəndə aqressiv danışmamışdır. Pulu istəyəndə Emin bildirmişdir ki, imkanı yaxşı deyil, qaytaracaq. Avtomoili götürəndə Emin demişdir ki, atası evdədir, düşə bilmir və açarın yerini Ceyhuna deyəndən sonra Ceyhun maşını götürmüşdür. Telefonla bağlı onun məlumatı yoxdur, Eminin telefonunu kiminsə götürməsini o, görməmişdir. Təqsirləndirilən şəxs3 əvvəl tanımamış, hadisə günü onu görmüşdür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 77-79-cu vərəqələrində olan ifadəsində Təqsirləndirilən şəxs2 aşağıdakıları göstərmişdir: … «...Ceyhun qabaq sağ oturacaqda əyləşib, X18 küçəsində yerləşən 3 saylı yaşayış binasının qarşısına sürməyi bildirdi. Ceyhun Eminə cəzaçəkmə müəssisələrinin birində tanışının məhkum həyatı yaşadığını və ona pul lazım olduğunu deyib, bunun üçün Emindən 1500 manat pul vəsaitini ona verməsini xahiş etdi Emin həmin vəsaitin üzərində olmadığını bildirərək maddi vəziyyətinin pis olduğunu bildirdi. Həmin zaman Ceyhun üzərində gəzdirdiyi düymə ilə açılıb-bağlanan, qara rəngli bıçağı çıxarıb əlində oynatmağa başladı və Eminə həmin pul vəsaitinin cəzaçəkmə müəssisəsinə çatmalı olduğunu bildirib pulu mütləq verməli olduğunu dedi. Emin isə cavabında həmin vəsaitin 150 manat hissəsini «Red Motors» avtosrvisindən borc olaraq ala biləcəyini bildirdi və biz bu məqsədlə Red Motors avtoservisin qarşısına gəldik. Biz Ceyhunla avtomobildə gözləyən zaman Emin avtomobildən düşüb avtoservisə daxil oldu və bir neçə zaman sonra geri qayıdıb 150 manat pul vəsaitini mənə verdi. ...Məlumat üçün əlavə olaraq qeyd edim ki, aldığımız 300 manat pul vəsaitini öz ehtiyaclarımız üçün xərclədik və hər hansı cəzaçəkmə müəssisəsinə göndərmədik. ...Biz də üstümüzdə pul olmadığından Eminin idarə etdiyi Lada VAZ 2111 markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə geri qayıda biləcəyimizi düşündük. Ceyhun həmin avtomobilin sağ qabaq qapısı açıq olduğunu gördü və qapını açaraq salona daxil olub, Eminin həmişə avtomobilin cibliyində saxladığı mühərriki hərəkətə gətirən açarı götürüb, avtomobilin mühərrikini işə saldı. Ceyhun Eminlə “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə yaradaraq avtomobilini götürdüyümüzü və səhər gəlib geri ala biləcəyini dedi. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, ifadəni oxumadan imza etmişdir, həmin ifadəni təsdiq etmir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 2021-ci ilin fevral ayının sonlarından tanımışdır. Təqsirləndirilən şəxs2 isə dostudur. Zərərçəkmiş şəxs işlədiyi “Tornado” şirkətinin işi ilə əlaqədar tez-tez Nizami rayonu, Çobanzadə küçəsində yerləşən “Red Motors” avtoservisinə gəlirmiş. O da tanışları Şahid1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin avtoservisin yaxınlığında yerləşən “Xan Bağı” restoranının yaxınlığındakı kafeyə gəlib-gedərkən Zərərçəkmiş şəxsla tanış olmuşdur. Tanışlıqdan sonra aralarında səmimi münasibət yaranmış, bir-birilərinə telefon nömrələrini vermişlər. Emin ona demişdir ki, bir az borcu var və ondan pul istəmişdir. Onun da 1500 manat pulu var imiş. 1500 manat pulu Eminə vermişdir. Onun saatsaz kimi işlətdiyi obyekti var imiş. İşlətdiyi obyektin icarəsini verə bilməmişdir. Borcunu Emindən istəmiş, ona 300 manat vermiş, demişdir ki, qalanını verəcək. Sonra işlətdiyi obyektin icarəsini verə bilmədiyi üçün obyekti bağlamalı olmuşdur. Eminlə münasibətləri yaxşı olduğu üçün hərdən bir idarə etdiyi avtomobili ona vermişdir. Lazım olanda avtomobili o, götürüb sürmüşdür. Hətta bir dəfə dostu Rusiyadan gələndə onu aeroportdan qarşılamaq üçün Eminin avtomobili ilə gedib qarşılamışdır. 2021-ci ilin mart ayının ortalarında ona avtomobil lazm imiş, Emin demişdir ki, atası xəstədir, gəlib həyətdən götürsün. O, Fəhradla Eminin yaşadığı evin qarşısına getmişdir. Avtomobilin qapısı pultla açılırmış. Emin 5-ci mərtəbədə qalırmış və oradan pultla avtomobilin qapısını açmışdır. Emin demişdir ki, şüşəni də qırmışlar. Şüşə də elə qırılmamışdır. Şüşə düymə ilə açılırmış. Düyməni basmış açılmış, sonra bağlanmamışdır. O da əli ilə güc verəndə şüşə partlamışdır. Maşını götürüb, Fəhradı Zabratda düşürmüşdür. Sonra dostu var, onun barmağı qırılmış, onu xəstəxanaya aparmışdır. X15 əməkdaşları onu saxlamışlar. O, Eminə zəng edib bildirmişdir. Emin demişdir ki, indi özü gəlir. Bir az keçmiş Eminə bir də zəng edəndə demişdir ki, eybi yoxdur, polislər aparsınlar cərimə meydançaına, özü gəlib götürər. O, avtomobili cərimə meydançasına təhvil verib qayıdanda Emin iş yoldaşlarının maşını ilə gəlib onu Əzizbəyov metrosuna yaxın olan yanacaqdolduma məntəqəsinin qarşısında qarşılamışdır. Hətta onun taksi puluna da 5 manat verib onu yola salmışdır. Sonra özü gedib avtomobili cərimə meydançasından götürmüşdür. Sonra o, Raminlə görüşüb, Eminin yaşadığı evin yanına gələndə avtomobil həyətdə imiş. Emin gələndə Eminə bildirmişdir ki, avtomobili cərimə meydançasında imiş, ona görə Eminə heç nə deməmiş, ona pul lazım olduğu üçün pulu qaytarsın. Hər dəfə pulunu verəcəyini, desə də Emin pulunu verməmişdir. 02 may 2021-ci il tarixdə günorta saatlarında Ramilin yaşadığıqları evdən çıxdığını görüb hara getdiyini soruşduqda Eminlə görüşməyə getdiyini bildirmiş və Ramil evdən çıxdıqdan bir müddət sonra o da evdən çıxıb həyətə enmişdir. Həyətə endikdə Emin və Ramilin Eminin idarə etdiyi avtomobildə əyləşib söhbət etdiyini görüb o da oraya yaxınlaşmışdır. Emindən pulunu nə vaxt qaytaracağını soruşmuşdur. Emin də qaytaracağını bildirmişdir. O, Eminin telefonunu götürmüş və bildirmişdir ki, pulunu nə vaxt qaytarsa, o da telefonu ona qaytaracaq. Emin bildirmişdir ki, eybi yoxdur, telefon ond qalsın, Emin ona 400 manat borcundan qaytarar, telefonunu götürər. Həmin vaxt o, Eminə bıçaq çıxarmamış, onda bıçaq olmamışdır. Emin səhər zəng etmişdir ki, 400 manat tapmış, gəlib götürüb telefonu qaytarsın. O da həmin axşam bir nəfər dostu var, taksi sürür, ona zəng etmişdir ki, Eminin telefonunu aparıb versin. Emin atasının telefonu ilə ona zəng etdiyindən, o da atasına zəng etmişdir ki, Eminin telefonunu aparıb versin. Atası Eminin yatdığını bildirmişdir. Ona görə telefon onda qalmış, fikirləşmişdir ki, səhər aparıb verər. Səhər Emin atasının telefonundan ona zəng edib harada olmağını soruşmuş, o da evdə olduğunu demişdir. Emin bildirmişdir ki, 400 manatı gətirmiş, aşağı düşüb pulu götürüb, telefonunu qaytarsın. O, aşağı düşüb Eminin telefonunu qaytarmaq istəyəndə, bu vaxt polislər onu tutub bölməyə aparmışlar. Orada onu döymüşlər. Eləcə də Eminə həbsdə olan kimlərəsə pul lazım olmasını, bununla bağlı Emindən pul tələb etməmişlər. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, onda bıçaq olmamışdır. Onu polislər tutanda günorta imiş. Onları polislər tutanda, onların üçündən başqa Elmar, Xəyal 2 nəfər tanış qızlar da var imiş, sonra onları buraxmışlar. Polislər evə baxış keçirmişlər, evdə şəkil də çəkmişlər, evdə oyuncaq tapança da var imiş, oyuncaq tapançanı ona vermişlər ki, əlini belə saxlasın və şəklini çəkmişlər. Evdən tərəzi, şüşə qırığı və ruçka qırığı götürmüşlər, tərəzi də o, saat düzəltdiyindən, saata lazım olan bəzi sxemlərə görə lazım olurmuş. Evdən qırıq bir bıçaq da götürmüşlər. O, Emin həyətə çağıranda bilsəymiş polislər gəlib həyətə düşməzmiş. Emin ona cəmi 300 manat qaytarmış, 1500 manat almış, demişdir ki, kiməsə borcu var, onda pul olmasını bilmiş, o da etiraz etməyib Eminə vermişdir. Sonra ona pul lazım olanda istəmişdir. Eminlə münasibəti yaxşı olmuş, telefon onda olanda da telefonu Emin özü ona vermişdir. Maşının şüşəsi qırılandan sonra da o, Eminin maşınını sürmüşdür. Əgər aralarında pis münasibət olsa imiş, ondan sonra Emin maşını ona verməzmiş. Maşını cərimə meydançasından Emin özü çıxartmışdır. Maşını Emin cərimə meydançasından çıxaranda hər hansı bir sənədləşmə olmasını bilmir. İstintaqda ona deyirmişlər ki, bu kağızlara imza etsin, onu buraxacaqlar. O, imza etdiyi kağızlarda nə yazılmasını bilməmişdir. Zərərçəkmiş şəxsin avtomobilini oğurlamamışlar. O, həmişə lazım olanda Eminə məxsus avtomobili sürmüşdür. Onun Eminlə münasibəti pis olsa imiş, o, Eminin evinin yerini bilməzmiş. Emin özü ona demişdir ki, gəlib maşını götür, səhər Emin gəlib ondan götürər. Telefonu Emindən götürən gün ondan telefonu götürməyi əvvəlcədən planlaşdırmamışlar, o, heç Eminin ora gələcəyini bilməmişdir. Ramil həmin gün onlara qonaq gəlmişdir. Ramili bir ilə yaxındır tanıyır, dost olmuşlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 181-183-cü vərəqələrində olan ifadəsində Təqsirləndirilən şəxs1 aşağıdakıları göstərmişdir: … «... Təxminən 2021-ci ilin mart ayının ortalarında Rahib adlı tanışı cəza çəkmə müəssisəsində tanışı məhbus həyatı yaşadığı üçün sonuncuya pul lazım olduğunu və bu barədə köməklik göstərməyini istəmişdir. O da bu barədə Zərərçəkmiş şəxs müraciət etmək qərarına gəlmiş və istifadəsində olan ***-***- **-** mobil nömrəsindən Eminlə əlaqə saxlayaraq görüşmək istədiyini bildirmişdir. X20 rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsində görüşmüşlər. Emin həmin yerə “Mitshubishi L200” markalı, **-PZ-*** dövlət qeydiyyatlı avtomobillə gəlmişdir. O, qabaq sağ oturacaqda əyləşib, Eminə, Bəhruz Nuriyev küçəsində yerləşən 3 saylı yaşayış binasının qarşısına sürməyini bildirmişdir. Binanın qarşısındakı həyətə girdikdən sonra Fəhrad birlikdə yaşadıqları mənzilin yerləşdiyi birinci blokundan çıxaraq avtomobilə tərəf gəlmiş və arxa oturacaqda əyləşmişdir. O, Eminə cəzaçəkmə müəssisələrinin birində tanışının məhkum həyatı yaşadığını və pul lazım olduğunu deyib, bunun üçün Emindən 1500 manat pul vəsaitini ona verməsini xahiş etmişdir. Emin həmin vəsaitin üzərində olmadığını bildirərək maddi vəziyyətinin pis olduğunu bildirmişdir. Həmin zaman o, daim üzərində gəzdirdiyi düymə ilə açılıb-bağlanan, qara rəngli bıçağı çıxarıb əlində oynatmağa başlamış və Eminə həmin pul vəsaitinin cəzaçəkmə müəssisəsinə çatmalı olduğunu bildirib pulu mütləq verməli olduğunu demişdir. Emin isə cavabında həmin vəsaitin 150 manat hissəsini “Red Motors” avtoservisindən borc olaraq ala biləcəyini bildirmişdir və onlar bu məqsədlə “Red Motors” avtoservisin qarşısına gəlmişlər. Onlar Fəhradla avtomobildə gözləyən zaman Emin avtomobildən düşüb avtoservisə daxil olmuş və bir qədər zaman sonra geri qayıdıb 150 manat pul vəsaitini ona vermişdir. Daha sonra o, yaşadığı Bəhruz Nuriyev küçəsindəki ünvana qayıtmışdır. Təxminən 1 saatdan artıq müddətdən sonra o, Eminlə təkrar əlaqə yaradaraq pulun qalan hissəsini tələb etmişdir. Emin pulun sadəcə 150 manat hissəsinin hazır olduğunu və gedib çalışdığı yerdən götürə biləcəklərini demişdir. O və Fəhrad taksi xidməti göstərən avtomobillə Eminin çalışdığı Dərnəgül şossesində yerləşən mühafizə şirkətinin yaxınlığına gəlmiş və Eminlə görüşərək 150 manat pul vəsaitini sonuncudan almışlar. Onlar 300 manat pul vəsaitini öz ehtiyacları üçün xərcləmiş və hər hansı cəzaçəkmə müəssisəsinə göndərməmişlər. Daha sonra həmin gün gecə saatlarında Eminlə görüşməli olduğu üçün o və Fəhrad Eminin yaşadığı Nərimanov rayonu, X22 küçəsində yerləşən 15A saylı yaşayış binasının qarşısına gəlmişlər, lakin Emin saatın artıq gec olduğunu bildirərək gələ bilməyəcəyini demişdir. Onlar da üstlərində pul olmadığından geri qayıda bilməyəcəkləri üçün Eminin idarə etdiyi Lada VAZ 2111 markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə geri qayıda biləcəklərini düşünmüşlər. Həmin avtomobilin sağ qabaq qapısı açıq olduğunu görmüş və qapını açaraq salona daxil olub, Eminin həmişə avtomobilin cibliyində saxladığı mühərriki hərəkətə gətirən açarı götürüb, avtomobilin mühərrikini işə salmışdır. O, Eminlə WHatsapp sosial şəbəkəsi vasitəsi ilə əlaqə yaradaraq avtomobilini götürdüklərini və səhər gəlib götürə biləcəyini demişdir. Səhər saatlarında Eminin avtomobili ilə Zabrat qəsəbəsindəki yaşadığı evə gedərkən “Madonna” restoranın qarşısındakı dairədə yol polisi əməkdaşları tərəfindən saxlanılmış və Eminin mobil nömrəsi ilə əlaqə saxlayıb yol polisi əməkdaşları tərəfindən saxlanıldığını və avtomobilin cərimə duracağına aparılacağını demişdir. Emin isə cavabında avtomobili daha sonra həmin duracqdan çıxaracağını bildirmişdir. Avtomobil duracağa aparıldıqdan sonra o, Zabrat qəsəbəsində yerləşən yaşadığı mənzilə getmiş və daha sonra Eminlə görüşüb məsələnin nə yerdə olduğunu soruşduqda Emin özünün avtomobili duracaqdan çıxaracağını bildirmiş və onun kömək barədə təklifini də qəbul etməmişdir. Daha sonra bir neçə dəfə Eminlə əlaqə saxlamağa çalışsa da sonuncu, onun zənglərinə cavab verməmişdir. Nəticədə onların münasibətləri soyumuş və o, Eminlə təxminən 2 ay müddətində görüşməmişdir. 02 may 2021-ci il tarixdə günorta saatlarında Ramilin evdən çıxdığını görüb hara getdiyini soruşduqda sonuncu Eminlə görüşməyə getdiyini bildirmiş və Ramil evdən çıxdıqdan bir müddət sonra o da Eminlə aralarında olan incikliyi aradan qaldırmaq üçün yaşadıqları evdən çıxıb həyətə enmişdir. Həyətə endikdə Emin və Ramilin Eminin idarə etdiyi Lada VAZ 2121 markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşib söhbət etdiyini görüb ora yaxınlaşmışdır. Avtomobilə yaxınlaşıb, Eminə aralarında olan soyuq münasibətin nə üçün yarandığını soruşub sonuncu ilə söhbət etməyə başlamışdır. Bu vaxt Ramil Eminin telefonu zəng etmək üçün alan zaman o, Ramilin əlindən Eminin “İphone X” markalı telefonunu alıb, təxminən 2 ay qabaq ondan tələb etdiyi və 300 manatını aldığı 1500 manat pul vəsaitinin qalan hissəsini gətirəcəyi təqdirdə telefonu geri qaytaracağını demiş və yaşadıqları mənzilə qalxmışdır. Daha sonra Ramil də yaşadıqları mənzilə qalxmış və o, Emini yola salmaq üçün aşağı düşəcəyini bildirdikdə həmin vaxt evdə olan Ramil və Fəhrad da onunla birlikdə aşağı düşmüşlər. Fəhrad avtomobilə yaxınlaşıb, Eminə hədə-qorxu gəlmək məqsədi ilə Eminə pulu gətirməsi üçün mobil telefonundan əlavə, hətta avtomobilin də həyətdə saxlamasını bildirib, qalan 1200 manatı da gətirəcəyi təqdirdə avtomobili və mobil telefonu geri qaytaracaqlarını demişdir. O, Fəhradı sakitləşdirib Eminlə idarə etdiyi “Niva" markalı avtomobillə ailəsinin yaşadığı Zabrat qəsəbəsindəki mənzilə getmişlər. Bir qədər zaman sonra Emin gətirib onu Bəhruz Nuriyev küçəsi 3 saylı binanın qarşısında düşürmüşdür. O, sağollaşan zaman Eminə gecə gəlib mobil telefonunu götürə biləcəyini demişdir. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ifadəsini təsdiq etmir, həmin ifadəni imza etməmişdir. Rahib adlı şəxs tanımır. Cəzaçəkmə müəssisəsində elə adda tanışı yoxdur. Atası Emini elə saxlamışdır ki, saat 09 olan kimi Emin çölə çıxa bilmirmiş, bir az atası “kaprizni” adam imiş. Eminin telefonu ona verməsini bilib əsəbiləşib gedib şikayət etmişlər. Şikayət Eminin atasının ucbatından olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ifadəsində göstərmişdir ki, o, mart ayının 10-dan aprel ayının 10-dək Köhnə Günəşli qəsəbəsində kirayadə yaşamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs özü onunla tanışlıq yaratmışdır. Zərərçəkmiş şəxs tanımamışdır. Sonra tanışlıqları davam etmişdir. Günəşlidə Eminlə ortaq dostları Eldəniz maşın almaq istəmişdir. Onun da anlayışı olduğundan bir yerdə maşın bazarına gedib “Şevrolet” maşını almaq istəyəndə, Eminin də avtoservisdə işlədiyni bildiyindən ona zəng etmişlər ki, maşını yoxlatdırmaq üçün avtoservisə gətirsinlər. Emin də bildirmişdir ki, gətirib yoxlatdırsınlar. Eminə bildirmişdir ki, maşın sahibi maşını 13.500 deyir, ancaq maşına 13.000-dən artıq vermək olmaz. Maşının kosmetik işləri və müəyyən işləri var. Bundan sonra getmişlər Q.Qarayevdə Çobanzadə küçəsində Eminin olduğu avtoservisə. Orada elə olmuşdur ki, heç maşını yoxlatdırmağa ehtiyac olmamışdır. Maşını satan şəxslə söhbət edəndə Emin yersiz müdaxilə etmişdir ki, 13.200 manata Allah xeyir versin. O da narazılığını bildirmiş, Eminə demişdir ki, onda 200 manatı o, verəcək. Emin demişdir ki, problem yoxdur. Bundan sonra da həmişə Eminlə bir yerdə olmuşlar. Demək olar ki, Eminlə hər gün görüşürmüşlər. Günlərin bir günü o, yenə Emini çağırıb görüşmüşlər. Emindən maşınla bağlı söz verdiyi 200 manatı istəmişdir. Bildirmişdir ki, Emin söz vermişdir ki, maşının 200 manatını verəcək. Emin, o, Eminin iş yoldaşı Aqil adlı şəxs olmuşlar. Aqil demişdir ki, Emin etirazın yoxdursa, Aqil 200 manatı ona versin, Emin maaşı alanda Aqilə verər. Emin də bildirmişdir ki, heç bir etirazı yoxdur, Aqil 200 manatı ona versin, Emin maaşı alanda Aqilə verər. 02 may 2021-ci il tarixdə Emin həmin pulu ona vermişdir. Bu baradə o, müstəntiqə də demişdir. Lakin müstəntiq bugünkü günə qədər bu barədə heç nə yazmamışdır. Telefon söhbəti ilə bağlı da onu deyə bilər ki, o, Emindən telefonu zorla almamışdır. Telefonu danışmaq üçün almışdır. Eminin telefonu gözlə açılır, Emin telefonu açmış, o, Xəyalla danışmışdır. Sonra o telefonla Ceyhun danışmışdır. Həmin telefonla bağlı nə olub ona aidiyyatı yoxdur. Ceyhun telefonu götürüb gedəndən sonra, o, Eminlə 2 saat bir yerdə olmuşdur . Sonra Ceyhuna zəng edib bildirmişdir ki, Emini o, çağırmış, gətirib telefonu Eminə qaytarsın. Ceyhun da həmin telefon əlində gəlmiş, Eminlə bir yerdə çıxıb Zabrata getmişlər. O, onları belə yola salmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs3 bildirmişdir ki, onda tapança olmamışdır. Bu Eminin fikri deyil, Ceyhunun evindən bir bıçaq tapmışlar, onu Ceyhunun adına çıxırlar, bir dənə də oyuncaq tapança tapmışlar, onu da onun adına çıxarmışlar. Onda tapança olmamışdır. Ona Eminin əvəzindən başqa şəxs 200 manatı vermişdir. Aqil həm Eminin həmyerlisidir, həm də bir yerdə işləyirlər. Bu məsələ ilə bağlı heç bir narazılıq olmamışdır. O, nə üçün belə bir işin onun başına gətirildiyini deyə bilməz. Hadisə günü o, Emindən pul istəməmişdir. Eləcə də Eminin telefonunu götürüb zəng edib özünə qaytarmışdır. Onda silah olmamışdır. Fərhad adlı şəxsi o, hadisə günü tanımışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ilk olaraq Təqsirləndirilən şəxs1 tanımış, sonradan Ceyhunun vasitəsi ilə digər təqsirləndirilən şəxslərlə tanış olmuşdur. Belə ki, o, Dərnəgül şossesində yerləşən “Tornado” mühafizə xidmətində müfəttiş işləyir. Lakin, əsas işi həmin şirkətin avtomobillərinin texniki baxışına nəzarəti həyata keçirməkdir. Bu məqsədlə o, nasaz avtomobillərin təmir olunub-olunmadığını yoxlamaq üçün avtomobillərin təmirini həyata keçirən Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Red Motors” avtoservisinə tez-tez gedib-gəlir. Qeyd etmək istəyir ki, «Lada» VAZ 2121 (Niva) markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobil pultla açılıb-bağlanır, maşının açarı isə həmişə üzərində olur. Təxminən 2021-ci ilin fevral ayının sonlarında avtoservisdə olarkən servisin yaxınlığındakı kafeyə gəlib-gedən Şahid1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. Hər dəfə o, həmin servisə gedərkən demək olar ki, hər gün təsadüfən onlarla görüşürmüş. Həmin şəxslərin danışıqlarından ona məlum olmuşdur ki, onlar daha çox kriminal həyat yaşamağa meyilli insanlardır. Buna görə də o, bacardıqca onlarla görüşməməyə çalışırmış. İlk görüşləri zamanı onlarla səmimi ünsiyyəti yarandığı üçün həmin şəxslər ondan telefon nömrəsini götürmüşlər. Təxminən 2021-ci ilin mart ayının 10-da günorta saatlarında Təqsirləndirilən şəxs1 ona zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. Həmin gün saat 14-15 radələrində Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki “Lukoil” yanacaq doldurma məntəqəsində görüşmüşlər. Həmin vaxt o, etibarnamə ilə idarə etdiyi çalışdığı idarənin avtomobili ilə görüş yerinə gəlmişdir. Görüş zamanı avtomobilin qabaq sağ oturacağında Ceyhun əyləşmiş və ona bildirmişdir ki, Bəhruz Nuriyev küçəsi 3 saylı yaşayış binasının qarşısına sürsün. Onlar həmin yerə çatdıqdan təxminən 2-3 dəqiqə sonra həmin binanın birinci blokundan Təqsirləndirilən şəxs2 çıxmış və gəlib avtomobilin arxa oturacağında əyləşmişdir. Ceyhun ona bildirmişdir ki, cəzaçəkmə müəssisələrindəki məhkum həyatı yaşayan qardaşlara yardım məqsədi ilə pul çatmalıdır. Buna görə o, onlara 300 manat pul verməlidir. O, Ceyhuna maddi vəziyyətinin yaxşı olmadığını bildirmişdir. Həmin vaxt Ceyhun üzərində olan açılıb-bağlanan bıçağı çıxarıb, onun görəcəyi şəkildə ona nümayiş etdirərək bu pulu necə olursa olsun verməli olduğunu demişdir. Həmin zaman arxa oturacaqda əyləşən Fəhrad da Ceyhunun sözlərini təkrar etmişdir. O, bıçağı görən kimi qorxmuş və həmin vəsaitin 150 manat hissəsini çalışdığı şirkətin avtomobillərinin təmir edildiyi “Red Motors” avtoservisindən ala biləcəyini demiş və bu məqsədlə Fəhrad və Ceyhunla birlikdə həmin servisə yaxınlaşmışdır. O, avtoservisin meneceri Ceyhun adlı şəxsə yaxınlaşıb, ondan qısa vaxtda qaytarmaq şərti ilə 150 manat pul almış və həmin pulu Ceyhuna vermişdir. Sonra onları avtomobillə Çobanzadə küçəsi 3 saylı yaşayış binasının qarşısına gətirmişdir. Təxminən 1 saat sonra Ceyhun yenə ona zəng edərək pulun qalan hissəsini tələb etmiş və hətta telefonda bildirmişdir ki, qaçıb-gizlənməyi düşünməsin, çünki yaşadığı ünvanı bilir və pulu verməyənə qədər ondan əl çəkməyəcəklər. O, həmin gün məcbur qalıb, avans olaraq çalışdığı şirkətin maliyyə şöbəsinin əməkdaşı Ərşad adlı şəxsdən 150 manat pul almışdır. Ceyhunla telefonla danışaraq istədiyi pulu tapdığını və gəlib götürə biləcəklərini bildirdikdə, Ceyhun və Fəhrad elə həmin gün saat 18 radələrində taksi ilə iş yerinin yaxınlığına qədər gəlmişlər və ondan 150 manat pul götürmüşlər. Eyni gündə 2 dəfə 150 manat pul vermişdir. Həmin vaxt Ceyhun və Fəhrad ona təkrar demişlər ki, cəzaçəkmə müəssisələrindəki məhkum həyatı yaşayan qardaşlara yardım məqsədi ilə “qrev”, yəni pul çatmalıdır. Bu məqsədlə 1500 manat verilməli olduğunu bildirmişlər və ondan həmin vəsaiti tələb etmişlər. O, onları inandırmağa çalışmışdır ki, həmin məbləğdə onda pul yoxdur və həmin məbləği ona verə bilməz. Həmin gün gecə saatlarında Ceyhun ona zəng edərək onun yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, X22 küçəsi 15 saylı binanın qarşısında olduqlarını və onun aşağı düşməyini tələb etmişlər. O, Ceyhuna gec olduğunu, çıxa bilməyəcəyini demişdir. Təxminən bundan 1-2 saat sonra Ceyhun yenə ona “Whatsapp” vasitəsi ilə etibarnamə ilə idarə etdiyi Lada VAZ 2121 (Niva) markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilin Ceyhunda olduğunu göstərən 02 ədəd fotoşəkil göndərmişdir. Ona bəlli olmuşdur ki, onlar həmin avtomobilini ondan icazə olmadan aparmışlar. Ceyhun və Fəhrad avtomobilin onlarda qalacağını və avtomobilini satmağını bildirmişlər və avtomobilin satışından əldə edəcəkləri puldan cəzaçəkmə müəssisələrindəki məhkum həyatı yaşayan “böyük qardaşlara” yardım məqsədi ilə “qrev” yəni pul çatmalı olan 1500 manatı verməyini tələb etmişlər. Bu hadisənin səhəri günü Ceyhun ona zəng edərək polis əməkdaşlarına onun xəbər edib-etmədiyini soruşmuş və hədə-qorxu gələrək, polisə məlumat versə, onu cəzalandıracaqlarını bildirmişlər. O, heç yerə xəbər vermədiyini bildirmişdir. Ceyhun yol polisi əməkdaşlarının avtomobili saxladıqlarını və cərimə meydançasına apardıqlarını bildirmişdir. O, bunun bir plan olduğundan şübhələndiyi üçün həmin vaxt ora getməmiş və Ceyhuna atasının bu hadisələrdən xəbəri olduğunu, bunun üçün evdən çıxmağına icazə vermədiyini bildirmişdir. O, onların hədəsindən çox qorxmuş, ona görə də bu barədə polisə məlumat verməmişdir. Bu hadisədən 3 gün sonra o, Bakı Şəhər Dövlət Yol Polis İdarəsinə qanuni cəriməni ödədikdən sonra avtomobilini cərimə meydançasından götürmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, Ceyhungil avtomobilini onun xəbəri olmadan apararkən avtomobilin qabaq sağ yan şüşəsini sındırmaqla avtomobilin salonuna daxil olmuş və avtomobilin salonunda olan açarla mühərriki hərəkətə gətirmişlər. Avtomobilinin qapıları uzaqdan idarə etmə pultu vasitəsi ilə açılıb-bağlandığından, o, açarı hər zaman avtomobilin salonunda saxlamışdır. Bu hadisələrin gedişində Ceyhun onunla «Whatsapp» vasitəsi ilə mütəmadi əlaqə yaradaraq 1500 manat pul vəsaitini nə zaman verəcəyini soruşmuşdur. O, Ceyhun və ətrafını özündən uzaq tutmaq istədiyi üçün yalandan atasının bu işlə ciddi maraqlandığını və maşını qaçıranların kim olduğunu tapmaq istədiyini bildirmiş və onunla əlaqə saxlamamalarını tövsiyə etmişdir. Bundan sonra Ceyhun və Fəhrad onunla əlaqəni kəsmiş və təxminən 2 ay müddətində onu narahat etməmişlər. 01 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs3 «Whatsapp» vasitəsi ilə onunla əlaqə yaradaraq harasa getmək üçün avtomobil lazım olduğunu və görüşmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1lə münasibəti olduğu zamanlarda o, Təqsirləndirilən şəxs3 şəxsən görməsə də, adını eşitmişdir. O, işlə bağlı rayonda olduğunu, avtomobilin onda olmadığını bildirmişdir. 02 may 2021-ci il tarixdə saat 15 radələrində Ramil təkrar onunla əlaqə yaradaraq bildirmişdir ki, əgər kişiliyi, qeyrəti varsa görüşsünlər. O, Ramilin bu sözündən sonra harada olmasını soruşmuşdur. Ramil Nizami rayonu, Çobanzadə küçəsində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yanında olduğunu bildirmişdir. O, həmin gün saat 18-19 radələrində etibarnamə əsasında idarə etdiyi «Lada» VAZ 2121 markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobillə, tanışı Azad Novruzovla birlikdə həmin yerə getmişdir. Ramillə telefon əlaqəsi yaradaraq harada olduğunu soruşduqda, Ramil, Bəhruz Nuriyev küçəsində yerləşən 3 saylı yaşayış binasının qarşısına gəlməyini demişdir. O, həmin ünvana gəlməyəcəyini bildirmiş və ünvana yaxın yerdə gözlədiyini bildirmişdir. Təxminən 2-3 dəqiqə sonra Ramil həyətə enib, avtomobilin arxa oturacağında əyləşmişdir. Həmin vaxt saat təxminən 19 radələri imiş. Onlar Ramillə söhbətə başlayan zaman Ceyhun da gəlib avtomobilin qabaq sağ oturacağında əyləşmiş və cibindən düymə ilə açılıb-bağlanan bıçağı ona nümayiş etdirərək oynatmağa başlamışdır. Arxa oturacaqda əyləşmiş Ramil söhbətə başlayaraq özünə 200 manat lazım olduğunu bildirib ondan 200 manatı tələb edən zaman Ceyhun müdaxilə edərək Ramilin sözünü kəsmiş və təkrar cəzaçəkmə müəssisələrində məhkum həyatı yaşayan “böyük qardaşlara” göndərmək üçün 1500 manat lazım olduğunu bildirmiş, əvvəl də bu məqsədlə istədiyi 1500 manat pul vəsaitini vermədiyi üçün ona irad da bildirmişdir. O, maddi vəziyyətinin yaxşı olmadığını bildirib, kömək edə bilməyəcəyini dedikdə, Təqsirləndirilən şəxs3 əynində olan köynəyi yuxarı qaldırıb odlu silahını ona nümayiş etdirərək itirəcəkləri heç nə olmadığını, onu qanına qəltan edəcəyini bildirmiş və istifadə etdiyi “İphone X” markalı mobil telefonunu istədiyi məbləğin qarşılığında ondan tələb etmişdir. O, telefonunu vermək istəmədiyini bildirdikdə Təqsirləndirilən şəxs3 zorla onun əlindən telefonunu götürüb, ondan hədə-qorxu ilə 4000 manata yaxın pul tələb etmişlər. Onunla birlikdə gələn tanışı Azad Novruzov bu danışıqlara şahidlik etmişdir. Bu görüşün sonunda Təqsirləndirilən şəxs2 də həmin yerə gəlmiş və işin nə yerdə olduğunu soruşduqda Ceyhun və Ramil baş verənləri danışdıqdan sonra Fəhrad yumruğunu qaldırıb onu döyməklə hədələdikdən sonra mobil telefonu ilə birlikdə, hətta avtomobilinin də həmin yerdə qalmasının lazım olduğunu demişdir. O, avtomobili keçən dəfə qaçırdıqları zaman mövzunu ört-bastır edə bilsə də, bu dəfə edə bilməyəcəyini demişdir. Bundan sonra Ceyhun, Ramil və Fəhrad onun avtomobili ilə getməyinə icazə vermişlər. Həmin gün gecə saatlarında o, atasının telefonu ilə Ceyhunla əlaqə saxlayaraq, onun telefonunun təcili ona lazım olduğunu və telefonunu qaytarmağını tələb etmişdir. Ceyhun 50 manat online qaydada Ceyhuna pul göndərməyini və qalan məbləğ haqqında sabah söhbət edəcəklərini bildirmişdir. O, razılaşmamış, səhər təkrarən Ceyhuna atasının mobil nömrəsi ilə zəng edərək mobil telefonunu qaytarmağını bildirmişdir. Ceyhun əsəbləşib, mobil telefonunu qaytarmayacağını, hətta avtomobilini də əlindən alacağını bildirmişdir. O, Ceyhuna bildirmişdir ki, artıq ondan inciməsin, bu barədə atasına məlumat verəcəyini və bunun Ceyhun üçün böyük bir problem yaradacağını demişdir. Ceyhun 5-10 dəqiqə sonra təkrar atasının mobil nömrəsi ilə onunla əlaqə saxlayaraq onun telefonunu girova qoyduğunu, girovdan çıxarmaq üçün 400 manat pul lazım olduğunu və birlikdə gedib telefonu girovdan çıxara biləcəyin demişdir. Bundan sonra, o, DİN-nin 102 xidmətinə zəng edib, hadisə barədə məlumat verdikdən sonra Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin əməkdaşları Bəhruz Nuriyev küçəsi 3 saylı binanın qarşısına gəlmişlər. Keçirilən tədbir zamanı Ceyhun, Fəhrad, Ramil saxlanılmışlar və 24-cü Polis Şöbəsinə aparılmışlar. Orada ona məlum olmuşdur ki, ondan ələ keçirilmiş mobil telefon Ceyhun tərəfindən borclu olduğu bir şəxsə borcunun əvəzində, yəni borcunu qaytaranadək saxlaması üçün verilmişdir. Sonradan Ceyhunun telefonunu verdiyi həmin şəxs də polis şöbəsinə çağırılmışdır. Ondan alınan pul vəsaiti qaytarılmamış, lakin, o, təqsirləndirilən şəxslərlə barışıq əldə etmiş, hazırda onlardan heç bir şikayəti və tələbi yoxdur, onlara qanuna müvafiq çəza verilməsini xahiş edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs bildirmişdir ki, maşının qapısı pultla bağlanır, siqnalizasiyası yoxdur. Maşının açarı maşının içərisində olmuşdur. O, onlara maşını aparmalarına icazə verməmişdir. Sonradan ona məlum olmuşdur ki, maşın cərimə meydançasındadır, cəriməni ödəyib maşını götürmüşdür. O, maşını cərimə meydançasından çıxaranda maşının şüşəsi sınıq imiş. Maşını cərimə meydançasından çıxaranda maşının oğurlanmasını deməmişdir. Sonuncu dəfə telefonunu götürəndə hər 3 təqsirləndirilən şəxs iştirak etmişlər. İlk vaxtlar münasibətləri yaxşı olduğundan bir-birilərinə telefon nömrələrini vermişlər. İlk dəfə o, şikayət etməmiş, ona görə ki, qorxmuş və onlar ona uzun müddət zəng etmədiklərindən fikirləşmişdir ki, daha ondan əl çəkmişlər. Lakin sonuncu dəfə telefonunu da götürəndən sonra şikayət etmiş, fikirləşmişdir ki, bu dəfə də şikayət etməsə, ona qarşı onların hərəkətləri davam edəcək. İlk dəfə pulu Ceyhun və Fərhad tələb etmişlər. 01 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs3 ona zəng edib onunla görüşmək istədiyini demiş, o, rayonda olduğunu demişdir. Ramil ona zəng edib çağıranda digər təqsirləndirilən şəxslərin də orada olmalarını bilmirmiş.Onlar maşında ondan pul tələb etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Şahid1 uzun müddətdir ki, tanıyır. Zərərçəkmiş şəxs Aqil adlı şəxsin vasitəsi ilə tanımışdır. 02 may 2021-ci il tarixdə bir gün gecələmək məqsədi ilə tanışı Xəyala zəng etmişdir. Xəyal onu qaldığı Nizami rayonu, Bəhruz Nuriyev küçəsində olan mənzilə dəvət etmişdir. Xəyal telefonda ona bildirmişdir ki, evdə heç kəs yoxdur və gecəni həmin evdə qala bilər. Tanışı Zəhra ilə birlikdə Şahid1 və Xəyalın yanında olan Ayan adlı xanımla Neftçilər metrostansiyası yaxınlığında görüşüb Xəyalın qaldığı həmin mənzilə getmişlər. Onlar mənzilə gələndə mənzildə Təqsirləndirilən şəxs1 olmuşdur. Mənzildə Zərərçəkmiş şəxsla həmin mənzildə yaşayan sonradan tanıdığı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə münasibətlərindən xəbərsiz olmuşdur. O, gecələdiyi həmin gün Ceyhunun telefonla kiminləsə danışdığını eşidib Zərərçəkmiş şəxs barədə olduğunu anlamış, lakin söhbətin nədən getdiyini bilməmişdir. O, Ceyhundan bu barədə soruşduqda Ceyhun Eminin telefonunu götürdüklərini, müəyyən məbləğdə pul gətirəcəyi təqdirdə mobil telefonu geri qaytaracaqlarını bildirdikdə, o, bu hərəkətin yanlış olduğunu qeyd edərək mobil telefonda Eminin şəxsi məlumatlarının olduğunu demişdir. Məsələni daha ətraflı öyrənmək üçün tanışı Aqildən Eminin mobil nömrəsini öyrənib, Eminə zəng etmiş, nə problem olduğunu soruşsa da, Emin ətraflı cavab verməmişdir. Belə olduqda Emini əmin etmişdir ki, heçnədən qorxmaq lazım deyi, heç bir problem ola bilməz və mobil telefonu necə olursa olsun geri qaytarılacağını bildirmişdir. Sonra Ceyhun evdən çıxmışdır. Səhəri gün, yəni, 02 may 2021-ci il tarixdə günorta saatlarında o, yuxudan oyananda mənzildə Xəyal və Xəyalın xanımından başqa 2 nəfər daha xanımın, Ceyhun, Ramil və Fəhradın olduğunu görmüşdür. O, Təqsirləndirilən şəxs3 qiyabi tanımış, Təqsirləndirilən şəxs2 isə ümumiyyətlə tanımamışdır. O, həmin gecə orada qalarkən bilmişdir ki, Eminin telefonunu götürmüşlər. Onun Ceyhunla münasibəti yaxşı olmuş, həmin vaxt tanışı Şahid1 da Ceyhunun kirayə qaldığı mənzildə qalırmış. O da Xəyala zəng edib həmin gecə onların qaldığı mənzildə qalmaq istədiyini bildirmiş və tanışı qadınla oraya getmişdir. Zərərçəkmiş şəxsi də tanımışdır. Təxminən 10 dəqiqə sonra Eminin dostu Eldəniz ona zəng edərək polis əməkdaşlarının tədbir keçirərək evə gəldiyini, bunun üçün evi tərk etməyini bildirmişdir. O, heç bir cinayət əməlini törətmədiyi üçün evdən çıxmağına ehtiyac olmadığını fikirləşib evi tərk etməmişdir. Bir qədər sonra Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin əməkdaşları evə gələrək evdə olan şəxsləri və onu 24-cü Polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, “Tornado” mühafizə şirkəti ilə 2021-ci ilin əvvəllərindən xidməti müqavilə bağlayaraq həmin şirkətdə audit fəaliyyəti ilə məşğul olaraq şirkətin mühasibatlıq işlərində işləmişdir. Zərərçəkmiş şəxs onunla eyni şirkətdə işləmiş, münasibətləri iş yoldaşı kimi normal olmuşdur. Zərərçəkmiş şəxs ətrafında olan dostlarını tanımamışdır. Emin 2021-ci ilin mart ayının ortalarında iş vaxtının sonlarına yaxın işdə olarkən ondan avans kimi 150 manat pul istəmişdir. O, həmin vəsaiti şəxsi vəsaitindən, yəni, öz cibindən vermişdir. Eminin pulu ondan alma səbəbini soruşmamışdır. Emin də bu barədə ona heç bir söz deməmişdir. İstintaqda ona məlum olmuşdur ki, həmin pul vəsaitini Emindən hədə-qorxu yolu ilə tələb etmişlər. Zərərçəkmiş şəxs da özlərini kriminal avtoritet kimi təqdim edən bir qrup şəxsin pul tələb etdikləri, avtomobilini qaçırdıqları və bu haqda polisə müraciət etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs özü də baş verənlər barədə polisə müraciət etdikdən sonra bu barədə ona məlumat vermişdir. Emin ondan borc pulu alan zaman təxminən 2 il olarmış ki, onlarla işləmişdir. Emin pulu ondan borca götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanında yerləşən “Red Motors” avtoservisini 2019-cu ildən icarə müqaviləsi əsasında işlətmişdir. Hazırda fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Zərərçəkmiş şəxs işlətdiyi servislə “Tornado” mühafizə şirkəti ilə bağlanan müqavilə üzrə həmin şirkətin avtomobillərinə texniki servisi göstərməsi üzrə avtomobilləri işlətdiyi servisə gətirən “Tornado” mühafizə şirkətinin əməkdaşı olmuşdur. 2021-ci ilin mart ayının ortalarında günorta saatlarında Zərərçəkmiş şəxs ona yaxınlaşıb qısa vaxtda qaytaracağını bildirməklə 150 manat pul istəmişdir. O da həmin miqdarda pul vəsaitini Eminə vermişdir. Həmin vaxt Emin ondan pul vəsaitini alarkən kimlərinsə hədə-qorxu və ya quldurluq yolu ilə pul tələb etdiyi səbəbilə deyil, başqa səbəblə pul vəsaiti istəmişdir. Eminin həmin gün idarə etdiyi avtomobili daim şirkətdə çalışan Amil adlı şəxs istifadə etmişdir. Emin həmin ərəfələrdə üzü daim saqqallı olan, bəstəboy, təxminən 25-30 yaşlarında olan bir nəfərlə daim avtoservisə gəlmiş və Emin həmin şəxsi şirkətin sabiq əməkdaşı kimi təqdim etmişdir. Lakin, Eminlə gələn həmin şəxs "Tornado” şirkətindən digər nümayəndələr gəldikdə qaçıb gizlənmişdir. Soradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs ondan istədiyi 150 manat pul vəsaiti hədə-qorxu yolu ilə tələb edilmişdir. Emin ona həmin vəsaitin hədə-qorxu yolu ilə tələb edildiyini deməmişdir, əks halda o, bu barədə dərhal hüquq mühafizə orqanlarına məlumat verərmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin may ayından “Tornado" mühafizə şirkətində sürücü vəzifəsində çalışmışdır. Zərərçəkmiş şəxs həmin dövrdən tanıyır. İş yoldaşı kimi münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxsləri tanımamışdır. Eminin ətrafındakı şəxslər haqqında məlumatı olmamışdır. Bir neçə dəfə Eminin xahişi ilə “Tornado” mühafizə şirkətinin balansında olan avtomobilləri şirkətlə müqavilə bağlamış “Red Motors” avtoservisinə texniki baxışdan keçirmək üçün aparmışdır. Eminə qarşı quldurluq və hədə-qorxu ilə pul tələb olunması ilə bağlı və bununla bağlı polisə məlumat verməsini çox sonradan Eminin deməsinə görə bilmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid1 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs 5-6 ay müddətdir ki tanımışdır. Belə ki, o, Bəkir Çobanzadə küçəsində yerləşən Xan Sarayı restoranında ofisiant kimi çalışdığı zaman Zərərçəkmiş şəxs da tez-tez Xan Sarayı restoranının yaxınlığında yerləşən “Red Motors" avtoservisinə gəlib getmişdir. Aralarında yaranan səmimi münasibətlərdən sonra müxtəlif işlər üçün birlikdə zaman keçirmişlər. O, kirayə yaşadığı ünvanı dəyişib, Suraxanı rayonu, Köhnə Günəşli qəsəbəsi, Mehmandarov küçəsində yerləşən mənzildə kirayə qalmağa başlayan zaman Emin də həmin ünvana tez-tez gəlib getmişdir. Eminin onun evdə birlikdə qaldığı Eldəniz adlı tanışı ilə də münasibətləri yaranmışdır. Bir neçə dəfə Eminə avtomobil lazım olduğu üçün müraciət etsə də, Emin işləri olduğunu deyərək onu hər dəfə geri çevirdiyi üçün aralarında olan münasibətlər soyumuşdur. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid3 və Təqsirləndirilən şəxs3 uzun müddətdir ki tanımışdır Belə ki, müxtəlif ünvanlarda kirayə qaldığı zaman həmin şəxslər də həmin ünvanlarda qısa müddət ərzində qalmış və aralarında münasibət yaranmışdır. Təxminən iki ay müddətdir ki, qeyri-rəsmi yaşadığı Ayan Rzayeva ilə birlikdə mənzilləri olmadığı üçün müxtəlif ünvanlarda 1-2 gün müddətinə yaşamışdır. Ceyhungilin kirayə qaldığı Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 3 ünvanında yerləşən nömrəsini bilmədiyi mənzildə də 2 ay müddət olmuşdur ki, qısa aralarla qeyri-rəsmi yaşadığı Ayan adlı qadınla birlikdə qalmışlar. Aprel ayının sonlarında yenidən Ceyhungilin kirayədə yaşadığı Bəhruz Nuriyev küçəsində yerləşən mənzildə qeyri-rəsmi yaşadığı Ayanla birlikdə qalmağa başlamışlar. 02 may 2021-ci il tarixdə Elmar ona zəng edib, qalmağa mənzil axtardığını bildirdikdə, o, həmin zaman qaldığı Bəhruz Nuriyev küçəsindəki mənzilə gələ biləcəyini, evdə heç kimin olmadığını bildirmişdir. O, Ayan, Elmar və yanında gələn qeyri- rəsmi yaşadığı Zəhra adlı qadınla Neftçilər stansiyası yaxınlığında görüşüb həmin mənzilə gəlmişlər və qapını bağlayıb yatmışlar. Axşam saatlarında evdə səs-küy olduğu üçün oyanmış, lakin, nə olduğunu başa düşməmişdir. Səs-küyün səbəbi haqqında maraqlanmadan yenidən yatmışdır. Səhərisi gün, yəni, 03 may 2021-ci il tarixdə günorta saatlarında oyandığı zaman evdə Elmarın və onun xanımından başqa Fəhradın, Ramilin və iki nəfər başqa qadının olduğunu görmüşdür. Bir qədər müddət sonra mənzilin çöl qapısının döyüldüyünü eşitmişlər. 10-15 dəqiqə sonra Elmar çöl qapısını açmış və Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin əməkdaşları içəri daxil olaraq evdə olan şəxsləri saxlayaraq 24-cü Polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid2 ifadəsindən görünür ki, 3 ildir ki, taksi xidməti göstərir. “Lada Priora” markalı, **- NT-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə etmişdir. Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Şahid1 tanımamış və heç vaxt görməmişdir. Təqsirləndirilən şəxs1 isə təxminən 2 aydır ki, göstərdiyi taksi xidməti ilə bağlı olaraq tanımışdır. Belə ki, həmin şəxs ona daim müraciət edən müştərilərindən olmuşdur, sonuncunu bir çox ünvanlara və yerlərə aparmışdır. Ceyhunun Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində kirayə yaşadığını bilmiş, çünki onu harasa getmək istəyərkən həmin ünvana çağırmışdır. Ceyhun üçün göstərdiyi taksi xidmətinə görə sonuncunun ona 50 manat borcu yaranmışdır. Sonuncu dəfə 02 may 2021-ci il tarixdə gecə saatlarında mobil telefon ilə ona zəng edib, yaşadığı evin qabağına çağırmış və oradan Zabrat qəsəbəsinə getmək istədiyini demişdir. Qeyd edilən tarixdə Ceyhunun istəyi üzrə o, yaşadığı ünvanın qarşısına gəlmişdir. Ora gələn zaman ona məlum olmuşdur ki, Ceyhunun niyyəti Zabrat qəsəbəsinə getmək deyi, ondan borca pul istəməkdir. O, borc verməyəcəyini bildirsə də, Ceyhunun israrından sonra avtomobilin kirayə pulundan 60 manat pul vermişdir. Hətta, pul verməzdən əvvəl Ceyhun istədiyi pulu geri qaytaracağına indandırmaq üçün cibindən “İphone X” markalı mobil telefonunu çıxarıb, borcu qaytarana, yəni, sabaha qədər onda qalmasını istəmişdir. O, Ceyhunun öz telefonunu ona verməsindən sonra borcu qaytaracağına inanmışdır. Mobil telefonu Ceyhundan qəbul edərkən mobil telefon sahibinin özü olduğunu zənn etmişdir. Daha sonra da, yəni, istintaq dövründə ona məlum olmuşdur ki, Ceyhun tanışları ilə birlikdə quldurluq edərək mobil telefonu həqiqi sahibindən əldə etmişlər. Mobil telefonun başqa şəxsə məxsus olduğunu bilməmişdir. Həmin mobil telefonu aldığı kimi avtomobilinin telefon cibliyinə qoymuş və həmin telefondan istifadə etmədən saxlamışdır. Səhəri gün Ceyhun onunla əlaqə saxlayıb, borcunun 50 manatını hazır etdiyini, qalan 60 manatını sabah verəcəyini bildirib, mobil telefonunu geri istəmiş və onu “Neftçilər” metrostansiyası yaxınlığına çağırmışdır. Metronun “Neftçilər” stansiyası yaxınlığında Ceyhunu gözlədiyi zaman mülki geyimdə şəxslər ona yaxınlaşıb, xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını bildirərək telefonla bağlı suallar verib onu polis şöbəsinə dəvət etmişlər. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid4 ifadəsindən görünür ki, ünvan 9 ünvandakı ev təxminən 2014-cü ildən ona məxsus olmuş, həmin dövrün məzənnəsi ilə 57.000 ABŞ dolları pul vəsaiti hesabına almışdır. Mənzilin yaşayış sahəsi təxminən 45,5 kv.metr olmuşdur. 2014-cü ildən 2021-ci ilin yanvar ayına qədər o, ailəsi ilə birlikdə həmin mənzildə yaşamışdır. Mövcud pandemiya şəraiti ilə əlaqədar maddi vəziyyəti pisləşdiyi üçün həmin mənzili satmaq qərarına gəlmiş, lakin sonradan vəziyyətinin düzələ biləcəyini düşündüyü üçün həmin mənzili kirayəyə vermək qərarına gəlmişdir. Təxminən mart ayının əvvəllərində o, mağazada olarkən 2 nəfər əvvəldən tanımadığı, lakin, sonradan adlarının Təqsirləndirilən şəxs1 və Şahid1 öyrəndiyi şəxslərin kirayə mənzil axtardıqlarını eşitmişdir. Şahid1 ona müraciət edərək kirayə mənzil axtardıqlarını, onun mənzilinin kirayə vermək üçün müştəri axtardığını bildiklərini, onun mənzilini kirayə tuta biləcəklərini demişdir. O, kirayə haqqının 350 manat olduğunu bildirdikdə Xəyal və Ceyhun bununla razılaşaraq mənzili kirayə tutacaqlarını demişlər. Lakin, o, mənzili yalnız evli ailəyə kirayə verəcəyini bildirdikdə Şahid1 evli olduğunu, xanımı ilə birlikdə bu mənzildə yaşayacağını demişdir. Ceyhun isə əlavə olaraq özünün Zabrat qəsəbəsində mənzilinin olduğunu bildirərək bu mənzildə yaşamayacağını demişdir. O, Xəyalın sözünə güvənib nə şəxsiyyət vəsiqəsini, nə arvadının şəxsiyyət vəsiqəsini, nə də nikah şəhadətnaməsi tələb etmədən bununla razılaşmşdır. Maddi vəziyyətinin pis olduğunu nəzərə alaraq heç bir sənədləşmə aparmadan, icarə müqaviləsi tərtib etmədən 350 manat pul vəsaitini elə həmin yerdə alıb mənzili Şahid1 kirayə vermişdir. Elə həmin gün axşam saatlarında Ceyhun təcili mənzilə ehtiyacı olduqlarını bildirərək ondan bu gündən kirayə qalmaq istədiklərini demişlər. O da bununla razılaşaraq evdən əşyalarını götürərək həmin mənzili tərk etmiş və ailəsi ilə birlikdə Abşeron rayonu ərazisində yerləşən mənzilə köçmüşdür. Təxminən 1 ay sonra borclarını verə bilmədiyi üçün həmin mənzili satmaq qərarına gəlmişdir. Bibisinin əri Elfaq ona müraciət edərək Bakı şəhərində mənzil axtardığını bildirdiyi zaman o, özünə məxsus ünvan 10 ünvanında yerləşən evi satmaq istədiyini bildirmiş və bu mənzili təklif etmişdir. 2021-ci ilin aprel ayının əvvələrində rəsmi sənədlərdə 31.000 manat göstərməklə, 60.000 manat müqabilində həmin mənzili bibisinin əri olan Elfaqa satmışdır. Həmin mənzildə qalan kirayəşinlərdən aprel ayının kirayə haqqını aldığı üçün kirayəşinlərə 1 aydan sonra evi tərk edəcəklərini bildirmişdir. Kirayəşinlər kirayə haqqını vaxtlı-vaxtında ödədiyi üçün həmin mənzildə olan hadisələr barədə maraqlanmamışdır. O, mənzili kirayə olaraq Şahid1 vermişdir. Lakin, pula ehtiyacı olduğu üçün bu barədə heç bir sənədləşmə aparmadan həmin mənzili kirayə vermişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs 03 may 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq 03.05.2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 3 saylı binanın qarşısında idarə etdiyi “Vaz 2111” markalı, **-NY-*** nömrəli avtomobilin salonunda tanışları Ramil və Ceyhun adlı şəxsin ondan cəzaçəkmə müəssisəsində cəza çəkən məhbus tanışlarına göndərmək üçün 1700 manat pul istədiklərini, o, pulunun olmadığını bildirdikdə isə, Ceyhunun bıçaq çıxararaq ondan pul tələb etdiyini, həmçinin, Ramilin belində olan tapançaya bənzəyən əşya ilə pulu vermədiyi halda onu vuracağını dediyini və pulu olmadığı üçün özünə məxsus “İphone X” markalı mobil telefonu Ramilə verdiyini, Ramilin isə saxlaması üçün Ceyhuna verdiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nizami RPİ-nin 24-cü PŞ-nin məsul növbətçisi, polis leytenantı Cəlal Əliyevin 03 may 2021-ci il tarixli raportundan görünür ki, 03.05.2021-ci ildə vətəndaş Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə zəng edərək, bir gün əvvəl Ceyhun adlı şəxsin onun üzərinə bıçaq çıxarması, Raminin isə üzərində olan silahı ona göstərərək pul tələb etməsi, əks halda öldürəcəyi ilə hədələyərək ondan “İphone” markalı, dəyəri 1700-1800 olan telefonu ondan almaları barədə məlumat vermişdir. Cinayət işinin 1-ci cild 88-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 may 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Şahid2 05 may 2021-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 1-ci cild 100-101-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 may 2021-ci il tarixli könüllü təqdim edilən maddi sübut əhəmiyyətli əşyanı götürmək və baxış keçirmək haqqında protokoldan görünür ki, Şahid2 Təqsirləndirilən şəxs1 ona borcunun əvəzində verdiyi 01 ədəd mobil telefonu könüllü olaraq təqdim etmişdir. Həmin telefona keçirilmiş baxış zamanı mobil telefonun “Apple İphone X” markalı, **********46859 İMEİ kodlu mobil telefon olduğu müəyyən edilmişdir. Sorğu zamanı Şahid2 özünün taksi sürücüsü olduğunu, Təqsirləndirilən şəxs1 ona gediş haqqından 50 manat borcu qaldığını, Təqsirləndirilən şəxs1 təkrar ondan borc alara əvəzində həmin “İphone X” markalı mobil telefonu verdiyini bildirmişdir. Mobil telefona baxış zamanı telefonda hər hansı GSM nömrəsinin olmadığı, lakin mobil telefonda istifadə edilmiş ***-***-**-** “Whatsapp” nömrəsinə «Ramil» adlı istifadəçinin ***-***-**-** “Whatsapp” nömrəsindən 02 may 2021-ci il tarixdə saat 14:58 dəqiqədə «200-ü çatdır, yoxsa bilirsən», «kişisənsə gəl görüşə» məzmunlu SMS-lər göndərildiyi aşkar edilmişdir. Mobil telefona baxış keçirilərkən əlavə iş üçün sübut əhəmiyyətli heç bir SMS və ya məlumat aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 132-135-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 may 2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs3 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini “...02 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs3 təkrar mənimlə əlaqə yaradaraq əgər kişiliyim, qeyrətim varsa onunla görüşməyimi bildirdi. ...Mən həmin gün saat 18-19 radələrində etibarnamə əsasında idarə etdiyim “Lada VAZ 2121” markalı, **-NY-*** qeydiyyat nişanlı avtomobillə tanışım Azad Novruzovla birlikdə həmin yerə getdim. ...Təxminən 2-3 dəqiqə sonra Ramil həyətə enib, avtomobilin arxa oturacağında əyləşdi. Həmin vaxt saat təxminən 19 radələri olardı. Biz Ramillə söhbətə başlayan zaman Ceyhun da gəlib avtomobilin qabaq sağ oturacağında əyləşdi və cibindən düymə ilə açılıb-bağlanan bıçağı mənə nümayiş etdirərək oynatmağa başladı. Arxa oturacaqda əyləşmiş Ramil söhbətə başlayaraq özünə 200 manat lazım olduğunu bildirib məndən həmin pul vəsaitini tələb edən zaman Ceyhun bizim söhbətimizə müdaxilə edərək Ramilin sözünü kəsdi və təkrarən cəzaçəkmə müəssisələrində məhkum həyatı yaşayan böyük qardaşlara göndərmək üçün 1500 manat lazım olduğunu bildirdi və daha əvvəl də bu məqsədlə istədiyi 1500 manat pul vəsaitini vermədiyim üçün mənə irad tutdu. Mən maddi və sosial vəziyyətimin yaxşı olmadığını bildirib, onlara kömək edə bilməyəcəyimi dedikdə, Təqsirləndirilən şəxs3 mənə doğru yaxınlaşaraq əynində olan köynəyi yuxarı qaldırıb odlu silahını mənə nümayiş etdirərək itirəcəkləri heç nə olmadığını, məni qanıma qəltan edəcəyini bildirdi və istifadə etdiyim “İphone X” markalı mobil telefonumu istədiyi məbləğin qarşılığında məndən tələb etdi. ...Bu görüşün sonunda Təqsirləndirilən şəxs2 də həmin yerə gəldi və işin nə yerdə olduğunu soruşdu. Ceyhun ilə Ramil baş verənləri danışdıqdan sonra Fərhad yumruğunu qaldırıb məni döyməklə hədəlikdən sonra mobil telefonumla birlikdə hətta avtomobilimin də həmin yerdə qalmasının lazım olduğunu dedi. ...” hissəsində Təqsirləndirilən şəxs3 üzünə qarşı bir daha təsdiq edərək, sonuncunu ifşa etmişdir. Cinayət işinin 1-ci cild 136-142-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 may 2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini “... Ceyhun mənə bildirdi ki, cəzaçəkmə müəssisələrindəki məhkum həyatı yaşayan böyük qardaşlara yardım məqsədi ilə qrev çatmalıdır. Bu məqsədlə mən 300 manat pul verməliyəm. Ceyhunun bu sözündən sonra maddi və sosial vəziyyətimin yaxşı olmadığını dilə gətirdim, həmin anda Ceyhun üzərində olan, əvvəlcədən özü ilə gətirdiyi açılıb-bağlanan bıçağı çıxarıb, mənim görəcəyim şəkildə mənə nümayiş etdirərək bu pulu necə olursa-olsun verməli olduğumu dedi. Həmin zaman arxa oturacaqda əyləşən Fəhrad da Ceyhunun sözlərini təkrar edirdi. ...Ceyhunla təkrar telefon danışığımızda onların istədiyi vəsaiti tapdığımı və gəlib götürə biləcəklərini bildirdikdə onlar elə həmin gün saat 18 radələrində taksi ilə iş yerimin yaxınlığına qədər gəldilər və orada məndən 150 manat pul vəsaitini götürdülər. Həmin görüş zamanı mən onlara pulu verərkən Ceyhun və Fəhrad mənə təkrar dedilər ki, cəzaçəkmə müəssisələrindəki məhkum həyatı yaşayan “böyük qardaşlara” yardım məqsədi ilə qrev çatmalıdır. ...Bu görüşün sonunda Təqsirləndirilən şəxs2 də həmin yerə gəldi və işin nə yerdə olduğunu soruşdu. Ceyhun ilə Ramil baş verənləri danışdıqdan sonra Fərhad yumruğunu qaldırıb məni döyməklə hədəlikdən sonra mobil telefonumla birlikdə hətta avtomobilimin də həmin yerdə qalmasının lazım olduğunu dedi. ...” hissəsində Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq edərək, sonuncunu ifşa etmişdir. Cinayət işinin 1-ci cild 143-149-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 may 2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini “... Ceyhun mənə bildirdi ki, cəzaçəkmə müəssisələrindəki məhkum həyatı yaşayan böyük qardaşlara yardım məqsədi ilə qrev çatmalıdır və mən 300 manat pul verməliyım. Ceyhunun bu sözündən sonra maddi və sosial vəziyyətimin yaxşı olmadığını dilə gətirdim, həmin anda Ceyhun üzərində olan, əvvəlcədən özü ilə gətirdiyi açılıb-bağlanan bıçağı çıxarıb, mənim görəcəyim şəkildə mənə nümayiş etdirərək bu pulu necə olursa-olsun verməli olduğumu dedi. Həmin zaman arxa oturacaqda əyləşən Fəhrad da Ceyhunun sözlərini təkrar edirdi. ...Mən avtoservisin meneceri Ceyhun adlı şəxsə yaxınlaşıb qaytarmaq şərti ilə 150 manat nağd pul vəsaitini alıb qarşımda əyləşən şəxsə verdim. ...Təxminən 1 saat sonra Ceyhun istifadəsində olan ***-***-**-** mobil nömrəsindən mənimlə əlaqə yaradıb, pulun qalan hissəsini tələb etdi və hətta telefonda bildirdi ki, onlardan qaçıb gizlənməyi düşünməyim, çünki yaşadığım ünvanı bilirlər və pulu verməyənə qədər məndən əl çəkməyəcəklər. ...Ceyhunla təkrar telefon danışığımızda onların istədiyi vəsaiti tapdığımı və gəlib götürə biləcəklərini bildirdikdə onlar elə həmin gün saat 18 radələrində taksi ilə iş yerimin yaxınlığına qədər gəldilər və orada məndən 150 manat pul vəsaitini götürdülər. Həmin görüş zamanı mən onlara pulu verərkən Ceyhun və Fəhrad mənə təkrar dedilər ki, cəzaçəkmə müəssisələrindəki məhkum həyatı yaşayan böyük qardaşlara yardım məqsədi ilə qrev çatmalıdır. ...Ceyhun istifadəsində olan mobil nömrədən mənə vhatsapp sosial şəbəkəsi vasitəsilə etibarnamə ilə idarə etdiyim “Lada VAZ 2121” (Niva) markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilimin onlarda olduğunu göstərən 02 ədəd fotoşəkil göndərdi. Avtomobilin onlarda qalacağını və avtomobilimi satmağımı bildirdilər və avtomobilin satışından əldə edəcəyim puldan cəzaçəkmə müəssisələrindəki məhkum həyatı yaşayan “böyük qardaşlara” yardım məqsədi ilə qrev çatmalı olan 1500 manatı onlara verməyimi tələb etdilər. ...Həmin vaxt mənə məlum oldu ki, Ceyhungil avtomobilimi mənim xəbərim və məlumatım olmadan talayarkən avtomobilin qabaq sağ yan şüşəsini sındırmaqla avtomobilin salonuna daxil olmuş və avtomobilin salonunda olan açarla mühərriki hərəkətə gətirmişlər. ... Arxa oturacaqda əyləşmiş Ramil söhbətə başlayaraq özünə 200 manat lazım olduğunu bildirib məndən həmin pul vəsaitini tələb edən zaman Ceyhun bizim söhbətimizə müdaxilə edərək Ramilin sözünü kəsdi və təkrarən cəzaçəkmə müəssisələrində məhkum həyatı yaşayan böyük qardaşlara göndərmək üçün 1500 manat lazım olduğunu bildirdi və daha əvvəl də bu məqsədlə istədiyi 1500 manat pul vəsaitini vermədiyim üçün mənə irad tutdu. ...Həmin gün gecə saatlarında mən atamın mobil nömrəsi ilə qarşımda əyləşən şəxslə əlaqə saxlayaraq mobil telefonumun təcili mənə lazım olduğunu və mobil telefonumu qaytarmağını tələb etdim. Ceyhun 50 manat online qaydada ona göndərməyimi və qalan məbləğ haqqında sabah söhbət edəcəyimii bildirdi. Mən bununla razılaşmayıb, səhər təkrarən Ceyhuna atamın mobil nömrəsi ilə zəng edərək mobil telefonumu qaytarmağını bildirdim. Ceyhun isə əsəbiləşib mobil telefonumu qaytarmayacağını, hətta avtomobilimi də əlimdən alacağını bildirdi. ...” hissəsində Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq edərək, sonuncunu ifşa etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Cinayət işinin 1-ci cild 150-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs1 05 avqust 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu yaşadığı ünvan 11 ünvanına axtarış və baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 1-ci cild 151-172-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 may 2021-ci il tarixli hadisə yerinə baxış keçirmək və maddi sübut əhəmiyyətli əşyaları götürmək haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 11 ünvanına baxış zamanı yataq otağının giriş qapısının sağ tərəfində yerləşən stolun üzərindən qara əl çantasının içərisindən 01 ədəd qara rəngli, üzərində “MADE İN CHİNA D.E.P” və “DESERT EAGLE PİSTOL” sözləri yazılmış, dəmir materiallı, tapançaya bənzər əşya, həmin yataq otağının giriş qapısının sol tərəfində yerləşən dolabın içərisindən isə 01 ədəd, qara rəngli, şaquli şəkildə iki hissəyə ayrılmış, tiyəsi dəmir materialdan ibarət, üzərində “COMBAT TROODON, 00556, 06/2019, D/E” sözləri və hərfləri yazılmış, əjdaha təsvirli bıçağa bənzər əşya, eləcə də mənzilin giriş qapısından sağda yerləşən qonaq otağında yerləşən divanın altından isə narkotik vasitələrin istehlakında istifadə edilən 01 ədəd nazik boru və 01 ədəd elektron tərəzi aşkar edilərək iş üzrə maddi sübut əhəmiyyəti daşıdığından götürülmüşdür. Mənzildə baxış keçirilərkən iş üçün sübut əhəhmiyyətli əşya və predmet aşkar olunmamışdır. Baxış zamanı “Apple İphone X” markalı mobil telefon vasitəsilə fotoçəkiliş aparılmışdır. Cinayət işinin 2-ci cild 191-195-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 sentyabr 2021-ci il tarixli 3/1512; 1513; 1514 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd tapança formalı qurğu-zavod üsulu ilə hazırlanmış, məişətdə istifadə edilən alışqandır, üzərindəki yazılar onun Çin Xalq Respublikasında, “DESERT EAGLE” markalı tapança formasında hazırlandığını göstərir, detallarında hər hansı dəyişiklik edilməmişdir-odlu silah, qaz silahı və pnevmatik silah hesab edilmir, hal-hazırda balonunda maye-qaz olmadığına görə təyinatı üzrə istifadəyə yararsızdır. Tədqiqata detalları sökülmüş vəziyyətdə təqdim olunmuş bir ədəd bıçaq – zavod üsulu ilə hazırlanmış, «Combat Troodon» tipli, tiyəsi düyməcikli yayın təsiri altında avtomatik açılıb-bağlanan, iki tərəfi kəsici, ucu deşici xassəli, xəncər tipli tiyəyə malik olan və soyuq silah hesab edilən bıçağın hissələridirlər – tiyəsi və dəstəyinin detallarıdırlar, lakin, hal-hazırda gövdəsini bərkidən və tiyəsini işlək vəziyyətdə fiksə edən müvafiq detalları olmadığına görə həmin bıçaq nasazdır və təyinatı üzrə istifadəyə yararsızdır. Rəyin tədqiqi hissəsində göstərilən səbəbdən təqdim edilmiş alışqandan atəşin açılması mümkün olmadığından, ekspert qarşısında qoyulmuş “L) Tədqiqata təqdim edilmiş qara rəngli üzərində “MADE İN CHİNA D.E.P” və “DESERT EAGLE PİSTOL” sözləri yazılmış dəmir materiallı bir ədəd tapançanın lülə kanalı sonuncu atəşdən sonra yağlanmışdırmı?” sualı üzrə tədqiqat işləri aparılmamış və həmin suala cavab vermək mümkün olmamışdır. Cinayət işinin 2-ci cild 219-220-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 sentyabr 2021-ci il tarixli 6/3900-7/891 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “210080185 nömrəli cinayət işi üzrə ...” yazı və imza olan zərfdə bir ədəd 6x11 sm ölçüdə gümüşü rəngli elektron tərəzinin səthində və bir ədəd qırmızı rəngli borucuğun daxilində psixotrop maddə olan metamfetaminin izləri vardır. Metamfetamin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək mümkün deyildir. Cinayət işinin 2-ci cild 254-288-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi, polis mayoru X2 25 sentyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, “Apple İphone X” markalı, **********46859 İMEİ kodlu mobil telefon sahibinə - zərrəçəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə iclasında onlara elan olunmuş ittihamda özlərini təqsirli bilməyərək baş vermiş cinayət hadisəsini ümumiyyətlə törətmədiklərini bildirmişlər. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai istintaqda verdiyi ifadələrinin ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib işin faktiki hallarına uyğun gəlməsini nəzərə alaraq hesab edir ki, məhkəmədə bu barədə verdiyi ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Məhkəmə, zərərçəkmiş şəxsin ifadəsini, şahidlərin ifadələrini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4, 181.2.1, 181.2.2, 181.2.5 və 182.2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddəlləri ilə tövsif olunmuş, onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Plenum qərarında qeyd edilmişdir ki, məhkəmələr oğurluğa, soyqunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun.Silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Həmin qərarın 15-ci bəndinə əsasən, qabaqcadan əlbir olmaqla quldurcasına basqın törətmiş bir qrup təqsirli şəxsin niyyəti ilə silah və ya silah qismində istifadə edilən predmetlərin tətbiqi əhatə edilmişsə, o zaman onlardan yalnız biri silah və ya silah qismində istifadə edilən predmet tətbiq etsə belə, qrup iştirakçılarının hamısı birgə icraçı kimi CM-nin 181.2.5-ci maddəsi ilə məsuliyyət daşıyır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində cəza təyin edərkən onların törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 2-ci cild 173-cü vərəqəsində olan Zərərçəkmiş şəxs 03 sentyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə barışıq əldə etdiyini, onları bağışladığını və onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir Həmçinin, məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxslərlə barışıq əldə etdiyini, onlara qarşı şikayət və tələbinin olmadığını və təqsirləndirilən şəxslərə qanuna müvafiq cəza verilməsini xahiş etmişdir. Cinayət işinin 2-ci cild 211-ci vərəqəsində olan Azərbycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 18 sentyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. Cinayət işinin 2-ci cild 165-166-cı vərəqələrində şəxsiyyət vəsiqələrinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağı- 18.03.2012-ci il təvəllüdlü X9 və 18.01.2016-cı il təvəllüdlü X4 vardır. Cinayət işinin 2-ci cild 200-201-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X12 Ambulator X1 01 sentyabr 2021-ci il tarixli, 3182 saylı rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 2-ci cild 208-210-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 18 sentyabr 2021-ci il tarixli 2194 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və sair sübut edir. Belə ki, Təqsirləndirilən şəxs1 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən hər hansı psixi xəstəlik əlamətləri müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 ona ittiham elan edilən cinayət əməlini törətdiyi anda öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hazırda da hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hər hansı psixi xəstəliyin əlamətləri qeyd olunmur. Təqsirləndirilən şəxs1 hazırda hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs1 psixi vəziyyəti onunla istintaq hərəkətləri aparmasına imkan verir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Cinayət işinin 2-ci cild 212-214-cü vərəqələrində olan Azərbycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 18 sentyabr 2021-ci il tarixli tələbnamədən və cinayət işinin 2-ci cild 246-253-cü vərəqələrində olan Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 mart 2010-cu il tarixli, 1(101)-369/2010 saylı hökmünün kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs2 Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 mart 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 180.2.1, 180.2.2, 180.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 09 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin qərarı ilə çəkilməmiş cəzası çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş, 31 iyul 2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin təhlükəli residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və cinayətin təhlükəli resdivini yaradır. Təqsirləndirilən şəxs2 əməli cinayətlərin təhlükəli residivini yaratdığından, məhkəmə cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsini nəzərə alır. Belə ki, təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Cinayət işinin 2-ci cild 205-207-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 18 sentyabr 2021-ci il tarixli 2193 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və sair sübut edir. Belə ki, Təqsirləndirilən şəxs2 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstələik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən hər hansı psixi xəstəlik əlamətləri müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 ona ittiham elan edilən cinayət əməlini törətdiyi anda öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hazırda da hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəliyin əlamətləri qeyd olunmur. Təqsirləndirilən şəxs2 hazırda hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs2 istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işinin 2-ci cild 196-197-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X12 Ambulator X1 01 sentyabr 2021-ci il tarixli, 3181 saylı rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətin təhlükəli residivini Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Cinayət işinin 2-ci cild 215-217-ci vərəqələrində olan Azərbycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 18 sentyabr 2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 aprel 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.3.1-ci maddəsi ilə təqsirli bilinərək 09 il 03 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Qaradağ Rayon Məhkəməsinin 16 may 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317- 2.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 aprel 2012-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 06 (altı) il 03 (üç) ay 14 (on dörd ) gün hissəsi ona təyin edilmiş hissəsi cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs3 05 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 06 dekabr 2019-cu ildə Qaradağ Rayon Məhkəməsinin 06.12.2019-cu il tarixli qərarı ilə 10 ay 10 gün vaxtından əvvəl şərti azad olunmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası CM-in 15.5-ci maddəsinə əsasən bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 18.3.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin xüsusilə təhlükəli residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs3 məhkumluğu ödənilməmiş və cinayətin xüsusilə təhlükəli residivini yaradır. Təqsirləndirilən şəxs3 əməli cinayətlərin xüsusilə təhlükəli residivini yaratdığından, məhkəmə cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsini nəzərə alır. Belə ki, xüsusilə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə-üçündən az ola bilməz. Cinayət işinin 2-ci cild 202-204-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 18 sentyabr 2021-ci il tarixli 2192 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və sair sübut edir. Belə ki, Təqsirləndirilən şəxs3 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs3 cinayət əməlini törədərkən hər hansı psixi xəstəlik əlamətləri müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs3 ona ittiham elan edilən cinayət əməlini törətdiyi anda öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs3 hazırda da hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs3 hər hansı bir psixi xəstəliyin əlamətləri qeyd olunmur. Təqsirləndirilən şəxs3 hazırda hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs3 cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs3 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs3 hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs3 istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs3 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işinin 2-ci cild 198-199-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X12 Ambulator X1 01 sentyabr 2021-ci il tarixli, 3180 saylı rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs3 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətin təhlükəli residivini Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyi aşkar olunduğunu nəzərə alaraq hesab edir ki, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Lakin, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində cinayətin residivi cəzanı ağırlaşdıran hal olduğundan, onlar barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilə bilməz. Buna görə də həmin maddə yalnız Təqsirləndirilən şəxs1 şamil olunur. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Digər Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən, cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə cəzanın çəkilmə yeri — xüsusi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Həmçinin məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meyilliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarı ilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı 04 may 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 31-32-ci vərəqələrində olan 04 may 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 211- 214-cü vərəqələrində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 4(007)-119/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs müddəti 04 may 2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Digər Təqsirləndirilən şəxs2 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı 05 may 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 69-70-ci vərəqələrində olan 05 may 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 231- 234-cü vərəqələrində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 4(007)-118/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs müddəti 04 may 2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs3 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı 05 may 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 50-51-ci vərəqələrində olan 05 may 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 220- 223-cü vərəqələrində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 4(007)-117/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs müddəti 04 may 2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bununla yanaşı, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Musayev X3 Respublikası vətəndaşıdır. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxs Musayev X3 Respublikası vətəndaşı olduğundan, ona cəza təyin edilərkən, o, əsas cəza növünü çəkdikdən sonra barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzanın da təyin edilməsi məqsədə uyğundur.

Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. İş üzrə ekspertiza xərci olan 192,70 (yüz doxsan iki manat yetmiş qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Cinayət işinin 2-ci cild 254-288-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi, polis mayoru X2 25 sentyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, cinayət işi üzrə bir ədəd bıçaq maddi sübut əhəmiyyəti kəsb etmədiyindən maddi sübutlar siyahısından çıxarılmış, bir ədəd tapança formalı qurğu-zavod üsulu ilə hazırlanmış, məişətdə istifadə edilən, odlu silah, qaz silahı və pnevmatik silah hesab edilməyən və balonunda maye-qaz olmadığına görə təyinatı üzrə istifadəyə yararsız olan alışqan, cinayət işi materiallarına əlavə edilmişdir. Lakin, məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami Rayon Polis İdarəsində saxlanılan bir ədəd bıçaq və bir ədəd tapança formalı qaz silahi maddi sübut kimi tanınmalı və məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 128.2-ci maddəsinə əsasən əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs dəymiş 600 (altı yüz) manat maddi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edib Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət yolu ilə əldə etdiyi əmlakı müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında”, 24.12.2021-ci il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli və 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4, 181.2.1, 181.2.2, 181.2.5 və 182.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 04 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən təyin olunmuş əsas cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4, 181.2.1, 181.2.2, 181.2.5 və 182.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 04 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin.

3. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli 04 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə ekspertiza xərci olan 192,70 (yüz doxsan iki manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Bakı şəhəri Nizami Rayon Polis İdarəsində saxlanılan bir ədəd bıçaq və bir ədəd tapança formalı qaz silahi maddi sübut kimi tanınsın və məhv edilsin. İş üzrə Zərərçəkmiş şəxs dəymiş 600 (altı yüz) manat maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Azad Məcidov

Hakimlər: Zeynal Ağayev

Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar