Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-242/2025 29.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X8 ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs1 ******* nömrəli xx.xx.2024-cü il tarixli vəkil orderi və 339877 nömrəli xx.xx.2024-cü il tarixli etibarnamə əsasında nümayəndəsi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X4 və Zərərçəkmiş şəxs1 EO-2410VK-0525/25 nömrəli xx.xx.2025-ci il tarixli vəkil orderi və 614461 nömrəli xx.xx.2025-ci il tarixli etibarnamə əsasında nümayəndəsi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 02 (iki) yetkinlik yaşına çatmayan və 01 (bir) azyaşlı uşağı olan, ali təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi və ya CM) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci ilin may-iyun aylarında Bakı şəhərində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Biləcəri stansiyasında xətt polis şöbəsinin müvəqqəti saxlama yerinin polis nəfəri vəzifəsində işləməklə yanaşı ev alğı-satqısı fəaliyyəti ilə də məşğul olarkən Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3166-cı məhəllədə yerləşən 33 saylı binanın 82.5 kv/m sahəyə malik 6 nömrəli mənzilini satmaqda köməklik etməsi üçün 2021-ci ilin may ayında ona müraciət etmiş Şahid2 ilə birlikdə qeyd edilən mənzilə baxış keçirərkən həmin mənzilin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik hüquqi şəxsinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə sonuncunun arvadı Zərərçəkmiş şəxs1 məxsus olması, Zərərçəkmiş şəxs1 Şahid2 qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə müraciət etməsi və bu səbəbdən birgə nikah dövründə əldə etdikləri həmin mənzili satıb dəyərini aralarında bölüşməklə bağlı əvvəlcədən razılaşmalarının olması barədə məlumat əldə etdikdən sonra tamah məqsədi ilə qanunsuz yolla maddi gəlir əldə etməkdən ötrü Zərərçəkmiş şəxs1 külli miqdarda əmlaklarını aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirmək qərarına gələrək, həmin cinayətkar niyyətini həyata keçirmək üçün Şahid2 xəbərsiz Zərərçəkmiş şəxs1 ilə görüşüb sonuncuya guya əri Şahid2 onu aldatmaqla mənzilini, eləcə də sonuncunun xüsusi mülkiyyətində olan **-TX-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı, “Hyundai İX-35” markalı minik avtomobilini ələ keçirmək niyyətində olması, bu işdə köməklik etmək üçün hətta ona pul təklif etməsi, lakin həmin təklifi rədd etməsi barədə yalan məlumat verib aldadaraq polis əməkdaşı olduğu üçün ona köməklik edəcəyini bildirib tutduğu vəzifəyə görə öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs1 inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs1 onun vermiş olduğu yalan məlumatlara inanıb əmlaklarını qorumaq məqsədi ilə köməklik etməsi üçün müraciət etdikdə qeyd olunan mənzilin və nəqliyyat vasitəsinin məhkəmə qərarı ilə ər-arvad arasında bölünməməsi üçün formal alğı-satqı müqaviləsi ilə müvəqqəti olaraq başqa şəxslərin adına keçirməyi təklif edib məhkəmənin yekun qərarı qüvvəyə mindikdən sonra isə yenidən onun mülkiyyətinə qaytaracağına dair yalan vəd vermiş, Zərərçəkmiş şəxs1 onun yalan vədlərinə inanaraq təkliflə razılaşdığı üçün xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində bağlanılmış ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nə əsasən həmin mənzilin onun cinayətkar niyyətindən xəbərsiz olan tanışı Şahid6 adına rəsmiləşdirilməsinə nail olmuş, bundan sonra öz cinayətkar məqsədinə çatmaq üçün qanuna zidd əməllərini davam etdirib xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 məlumat vermədən Bakı şəhəri 51 saylı notariat ofisində bağlanılmış ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nə əsasən qeyd olunan mənzilin Şahid6 tərəfindən tanışları vasitəsilə tapdığı alıcı Şahid10 100000 (yüz min) manat məbləğində pula satılmasını təşkil edərək həmin məbləği ələ keçirib əldə etdiyi pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs1 məxsus, xx.xx.2022-ci il tarixə uyğun orta bazar qiyməti 128000 (yüz iyirmi səkkiz min) manat dəyərində olmuş Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3166-cı məhəllədə yerləşən 33 saylı binanın 6 nömrəli mənzilini ələ keçirib özgəninkiləşdirərək sonuncuya 128000 (yüz iyirmi səkkiz min) manat məbləğində, eyni zamanda vahid qəsdlə hərəkət edərək **-TX-*** dövlət qeydiyyat nişanlı, “Hyundai İX-35” markalı minik avtomobilinin üzərinə həbs qoyularaq duracağa aparılmaması üçün həmin avtomobili özünə məxsus bağ evi kimi təqdim etdiyi, lakin qeyrirəsmi yaxın münasibətdə olduğu X9 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağları, 1498 saylı fərdi yaşayış evinin həyətində saxlamış, xx.xx.2021-ci il tarixdə formal olaraq bağlanılmış “Nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi”nə əsasən həmin avtomobili əvvəlcə Zərərçəkmiş şəxs1 bacısı Şahid1 adına rəsmiləşdirilməsini təşkil etmiş, xx.xx.2021-ci il tarixdə isə Şahid1 doğma bacısı olduğu üçün məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab olunması ilə bağlı qərar qəbul ediləcəyi barədə yalan məlumat verib Şahid1 avtomobillə bağlı həmin fərdi yaşayış evində gözətçi işləyən tanışı Şahid12 özünün məlumatı olmadan sərəncam vermək hüququ da daxil olmaqla digər səlahiyyətləri özündə əks etdirən 800189 nömrəli etibarnamə verməsinə nail olaraq, həmin tarixdə də avtomobili digər tanışı Şahid11 satıb eyni tarixli “Nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi”nə əsasən avtomobilin onun cinayətkar niyyətindən xəbərsiz olan Şahid12 vasitəsilə Şahid11 anası X11 guya 8000 (səkkiz min) manata satılmasına dair rəsmiləşdirilməni təşkil edərək Zərərçəkmiş şəxs1 məxsus olmuş, xx.xx.2021-ci il tarixə uyğun orta bazar qiyməti 26000 (iyirmi altı min) manat dəyərində olan “Hyundai İX-35” markalı minik avtomobilini ələ keçirib özgəninkiləşdirməklə həmin avtomobilin satışından əldə etdiyi pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf edərək sonuncuya 26000 (iyirmi altı min) manat məbləğində, həmçinin qeyd olunan mənzil və nəqliyyat vasitələrini qeyri-qanuni yollarla ələ keçirərkən cinayətkar niyyətini davam etdirərək xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3166-cı məhəllədə yerləşən 33 saylı binanın 6 nömrəli mənzilinin başqa bir şəxsin adına keçirilməsinə dair rəsmiləşdirmələr aparmaqda köməklik göstərməsindən ötrü notariusa vermək adı ilə aldadaraq arvadı X5 adına olan “Kapital Bank”a məxsus 4****8321 hesab nömrəli karta 800 (səkkiz yüz) manat məbləğində pul göndərməsini istəmiş, Zərərçəkmiş şəxs1 xahişinə əsasən bacısı Şahid1 qeyd edilən tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Bolmart” marketdə “MilliÖn" ödəniş terminalı vasitəsilə həmin kart hesabına 800 (səkkiz yüz) manat məbləğində pul göndərməsinə nail olduqdan təxminən bir həftə sonra 2021-ci ilin may ayında məhkəmənin yekun qərarı qüvvəyə mindikdən sonra qeyd edilən mənzilin yenidən onun mülkiyyətinə qaytarılması məsələsinin həllinə köməklik göstərməsinə görə notariusa vermək adı ilə aldadaraq əlavə 2000 (iki min) manat məbləğində pul istəyərək həmin pulu Bakı şəhəri, Xətai rayonu ərazisində Zərərçəkmiş şəxs1 Şahid1 vasitəsilə almış, 2021-ci ilin yay aylarında Şahid2 Zərərçəkmiş şəxs1 və digərlərinə qarşı “bağışlama, alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, mənzil üzərində mülkiyyət hüququnun tanınması, mənzilin sahibliyə, istifadəyə verilməsi və pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Zərərçəkmiş şəxs1 lehinə yekun qətnamə çıxarmasından ötrü sonuncudan bu məsələnin həllində köməklik göstərəcək həmin məhkəmənin vəzifəli şəxslərinə vermək adı ilə aldadaraq əvvəlcə 5000 (beş min) manat məbləğində pul istəyərək həmin pulu Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 191 ünvanında yerləşən “Ziraat Bank”ın baş ofisinin qarşısında Zərərçəkmiş şəxs1 müraciəti əsasında Şahid1 almış, bundan təxminən bir həftə sonra isə eyni adla əlavə 2000 (iki min) manat məbləğində pul istəyərək həmin pulun Zərərçəkmiş şəxs1 göndərdiyi kart hesabına köçürülməsinə nail olmaqla verdiyi vədlərə əməl etməyib əldə etdiyi pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf edərək cəmi 9800 (doqquz min səkkiz yüz) manat məbləğində olmaqla, ümumilikdə vahid niyyətlə Zərərçəkmiş şəxs1 163800 (yüz altmış üç min səkkiz yüz) manat məbləğində külli miqdarda ziyan vurmaqla öz qulluq mövqeyindən istifadə edərək dələduzluq etmişdir. -Həmçinin, Təqsirləndirilən şəxs təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı X6 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Kirman Cəfərov tanışı X7 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, VÖXR 16 ünvanında yerləşən 1200 kv.metr əraziyə malik torpaq sahəsinə çıxarış alınmasında köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla bağlı hər hansı səlahiyyətlərə malik olmadığı halda Zərərçəkmiş şəxs2 qeyd edilən məsələdə köməklik göstərəcəyinə dair yalan vəd verib guya çıxarışı əldə etməkdə köməklik göstərəcək vəzifəli şəxslərə vermək adı ilə aldadaraq Kirman Cəfərovdan 22 iyul 2022-ci il tarixdə ünvan 5 ünvanında yerləşən “Kapital Bank”-ın Sabunçu filialının qarşısında 4500 (dörd min beş yüz) manat, təxminən 2-3 gün sonra isə ünvan 7 ünvanında fəaliyyət göstərən "xxxx" ASC-nin Xırdalan filialının qarşısında 500 (beş yüz) manat məbləğində pul alaraq vədinə əməl etməyib əldə etdiyi pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf edərək X6 ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 5000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. -Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin X24 Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, Ə55ş/h- 209-22 nömrəli əmri ilə həmin tarixdən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə’’nin 135-ci maddəsinin 9 və 10-cu bəndləri ilə xidmətdən xaric edilməsinə baxmayaraq, 2022-ci ilin avqust ayında tanış olduğu Zərərçəkmiş şəxs3 özünü polis əməkdaşı kimi təqdim etməklə tutduğu vəzifəyə görə onun inam və etibarını qazanıb Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsində işləyən tanıdığı vəzifəli şəxslər vasitəsilə qızı Şahid13 Nazirliyin “102” Xidmətinə operator vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib, qeyd edilən məsələnin həllində köməklik göstərəcək vəzifəli şəxslərə vermək adı ilə aldadaraq Zərərçəkmiş şəxs3 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektində yerləşən "Nargilə” kafesinin yaxınlığında 2000 (iki min) manat məbləğində pul alaraq vədinə əməl etməyib əldə etdiyi pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs3 ümumilikdə 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. -Bundan əlavə, Təqsirləndirilən şəxs, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı X6 ilkin ödəniş qismində 1800 (min səkkiz yüz) manat, 29 ay müddətinə isə aylıq 340 (üç yüz qırx) manat ödəmək şərti ilə ona “AzSamand” markalı maşın satmaq adı ilə yalandan vəd verib aldadaraq, 2022-ci ilin oktyabr ayında ünvan 8 ünvanının qarşısında Kirman Cəfərovdan ilkin ödəniş qismində aldığı 1800 (min səkkiz yüz) manat məbləğində pulu öz şəxsi ehtiyaclarına sərf edərək X6 1+ 800 (min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə- Cinayət Məcəlləsi və ya CM) 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, polis əməkdaşı olmaqla yanaşı bir müddət evlərin alğı-satqısı ilə də məşğul olmuşdur. Dəqiq xatırlamadığı tarixdə Elmar adlı şəxs ona yaxınlaşıb evini satmaq istədiyini söylədiyindən, o da həmin evə baxış keçirərək uyğun bir qiymət söyləyib Elmarın evini satmağa köməklik göstərəcəyini demişdir. Zərərçəkmiş şəxs1 da həmin evə baxış keçirməyə gedən vaxt görmüş, Elmar adlı şəxs ona Zərərçəkmiş şəxs1 həyat yoldaşı olduğunu və evin çıxarışının Zərərçəkmiş şəxs1 məxsus olduğunu söyləmişdir, o, baxış keçirdikdən sonra təxminən 115000 manata evi satmağın mümkün olduğunu deyib evdən çıxmışdır. Təxminən bir neçə gün keçdikdən sonra Elmara zəng edərək 115000 manata evi almaq istəyən müştəri olduğunu demiş, həmin müştərini də makler yoldaşı Ruslan adlı şəxs tapmış, o, müştərini götürüb evə baxmaq üçün Zərərçəkmiş şəxs1 məxsus olan evə getmişdir. Həmin gün o, orada olmamış, evə baxış zamanı Ruslan, Elmar, Nairə və evi almaq istəyən müştəri olmuş, 1-2 gün keçdikdən sonra Elmara zəng edərək həmin müştərinin evi 115000 manata almaq istədiyini söyləmişdir. Bütün tərəflərin arasındakı razılaşmaya əsasən evi satmışlar. Hər şeyi, hər bir məsələni o, Zərərçəkmiş şəxs1 yoldaşı ilə razılaşma əsasında həyata keçirmişdir. Zərərçəkmiş şəxs1 ona demişdir ki, ev öz adına olduğuna görə notariusa alğısatqı üçün özü gələcək, Elmarın, yəni həyat yoldaşının notariusa gəlməsinə ehtiyac yoxdur. O da Nairə xanıma belə bir şey edə bilməyəcəyini və alğı-satqı üçün həyat yoldaşının da gələcəyini söyləmişdir. Bakı şəhəri 14 saylı notariat ofisinin binasında Bakı şəhəri, “Moskva univermağı” deyilən ərazi tərəflərdə yerləşən “Main” Yaşayış Kompleksindəki 2 otaqlı evi 115000 manata satmışlar. Alğı-satqı vaxtı Zərərçəkmiş şəxs1 notariat ofisinin binasında olmuş, 115000 manat sonuncunun kart hesabına köçmüşdür. O, alğı-satqı prosesi gedən vaxt notariat ofisinin içərisində olmamış, çöldə həmin şəxsləri gözləmişdir. Bununla əlaqədar, istintaq dövründə kameraları tələb etsə də, əldə edə bilməmişdir. Elmarla aralarındakı razılaşmaya əsasən 2500 manat vasitəçilik fəaliyyətinə görə ona haqq veriləcəyindən notariat ofisinin binasının çölündə Elmar və Nairəni gözləmişdir. Elmar alğı-satqı olduqdan sonra ona işə gecikdiyi üçün 2500 manatı verə bilməyəcəyini, növbəti gün həmin pulu təhvil ala biləcəyini demişdir. Gecə saatlarında Elmardan ona zəng gəlmiş, zəngi açan vaxt Elmarın səsindən sonuncunun çox pis vəziyyətdə olduğunu hiss etmişdir. Elmardan nə baş verdiyini soruşduqda sonuncu ona Nairənin aldatdığını, pulu və uşağını götürərək evdən getdiyini söyləmiş, o, Elmara kömək məqsədilə sonuncunun yanına gəlmişdir. Elmar psixoloji vəziyyəti ilə əlaqədar idarə etdiyi avtomobillə qəza törədib müxtəlif xəsarətlər almış, həmin gün Elmarın yanında sonuncunun arvadı Nairəyə zəng edərək nə baş verdiyini soruşduqda sonuncu ona Elmarın evin pulunda heç bir haqqının olmadığını, pulun hamısının özünə aid olduğunu söyləyərək telefonu söndürmüşdür. Bundan sonra, Elmar arvadı Zərərçəkmiş şəxs1 Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə şikayət etmişdir. Polis əməkdaşları Nairəni izahat almaq üçün çağırmış, Nairə izahatında heç bir pul məbləğini oğurlamadığını, belə bir hadisənin olmadığını söyləmişdir. Nairənın dediklərinə əsasən əri Elmar 115000 manatı rəsmi sənəd əsasında Zərərçəkmiş şəxs1 bağışlamış və həmin pul da Zərərçəkmiş şəxs1 bacısının evində olmuşdur. O, Zərərçəkmiş şəxs1 aldatmamış, əgər aldatmış olsa idi, Zərərçəkmiş şəxs1 onu dərhal şikayət edərdi. Zərərçəkmiş şəxs1 Sumqayıt Şəhər Məhkəməsində ərinə 80000 manat pul uduzduqdan sonra onu əsassız yerə şikayət etmişdir. Zərərçəkmiş şəxs1 əlində heç bir dəlil, heç bir sübut olmamış, əvvəlcə guya onun Nairənin əri Elmarla əlbir olmasını bildirmiş, sonra ifadəsini dəyişmiş və bildirmişdir ki, notariat ofisindən çıxdıqdan sonra pulu Teymur adlı maklerə təhvil vermişdir. Zərərçəkmiş şəxs1 söylədiklərinin doğru olmaması sonuncunun ifadələrini dəyişməsindən görünür. Zərərçəkmiş şəxs1 onu Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə şikayət etsə də, orada işə xitam verilmişdir. Daha sonra Nairə onu Nəsimi Rayon Polis İdarəsinə şikayət etmişdir ki, guya evin 115000 manat pulunu ona təhvil vermiş, o da Nairənin pulunu mənimsəmişdir. Müstəntiqlə danışaraq razılaşmışlar ki, o, müdafiəçi ilə birlikdə gəlib izahat verəcək. Lakin sonradan polis əməkdaşları onu guya çağırışdan yayınmaq səbəbindən tutmuş, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Müstəntiq müvəqqəti saxlama yerində ona Zərərçəkmiş şəxs1 gələcəkdə iş yoldaşı olan digər müstəntiqlə evlənəcəyini, bu səbəbdən hər bir halda onun tutulacağını demiş, barəsində həbs qətimkan tədbiri seçilərkən müstəntiq həbs qətimkan tədbirinin seçilməsinin əsası kimi onun çağırışlara gəlməkdən yayındığını söyləmiş, lakin o, heç vaxt çağırışlardan yayınmamışdır. Müvəqqəti saxlama yerinə qayıtdıqdan sonra Zərərçəkmiş şəxs1 və sonuncunun bacısı əllərində mobil telefonla yanına gəlmiş, Zərərçəkmiş şəxs1 onu hədələyib “gör, Kürdəxanıda sənin başına nələr açacam” demişdir. İbtidai istintaq dövründə onun müdafiə hüquqları kobud surətdə pozulmuş, o, müdafiəçi ilə təmin olunmaq hüququndan məhrum edilmişdir. İstintaq dövründə bütün şahidlərin yanında müstəntiq ona “gəl, 49000 manatı üzərinə götür, sənin barəndə həbs seçməyək, azadlıqdan məhrum edilmə” demiş, o isə məhkəmənin ədalətinə inandığından həmin təklifi qəbul etməmişdir. O, Zərərçəkmiş şəxs1 avtomobilini mənimsəməmiş, Nairə özü ona müraciət edərək bacısına borcu olduğundan avtomobilini bacısına verdiyini, “Rent-A-Car”(avtomobil icarə xidməti)-dan avtomobil götürməyinə köməklik etməsini istəmişdir. Onun Nairəyə görə “Rent-A-Car”-a 10000 manatadək borcu olmuşdur. Ev satıldıqdan 3-4 ay keçdikdən sonra Nairə işdən çıxdığına görə onun ofisində işləmək istədiyini söyləmiş, sonuncu bir müddət onun ofisində çalışmışdır. Həmin dövrlərdə Nairə onun ofisində işləyən digər işçisi Ceyhunla tanış olmuş, Ceyhunla Nairənin aralarında münasibət yaranmışdır. Zərərçəkmiş şəxs1 avtomobilini Ceyhun və Nairənin bacısı satmışdır. Onun burada heç bir rolu olmamışdır. Özünü Zərərçəkmiş şəxs1 epizodu ilə bağlı qəti şəkildə təqsirli bilmir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində ona qarşı irəli sürülmüş digər epizodla bağlı bildirmişdir ki, zərərçəkmiş şəxs X12 uzun müddət 36 saylı Polis Bölməsinin rəisi vəzifəsində işləmiş, işdən azad edildikdən sonra avtomobilini sataraq əldə etdiyi 5000 manat pulu Kirman Cəfərova verərək vəzifəsinə bərpa olunmaq istədiyini sonuncuya söyləmiş, Kirman Cəfərov da ondan həmin 5000 manat pulu almışdır. 1800 manat epizodu da doğru deyildir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində ona qarşı irəli sürülmüş digər epizodla bağlı bildirmişdir ki, bir müddət o, axşamlar taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. Bir gün idarə etdiyi avtomobilə Fidan adlı xanım əyləşmiş və həmin Fidan adlı xanım özünü Zərərçəkmiş şəxs3 qızı kimi ona tanıtmış, söhbət vaxtı o, polis orqanlarına yenidən işə bərpa olunmaq istədiyini, ona Kirman adlı şəxsin köməklik göstərdiyini dedikdə, Fiadn adlı xanım da ondan Kirman Cəfərovun mobil nömrəsini istəmişdir ki, atası həmin şəxslə sonuncunun işə düzəlməyi barədə danışsın. O, Fidan adlı şəxsə sonuncu istədiyindən Kirman Cəfərovun mobil nömrəsini vermiş, Kirman Cəfərov həmin şəxslə əlaqə saxlayıb 2000 manat pul almış, lakin işlərini həll etməmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs3la əlaqə saxlayıb Kirman Cəfərovun onu da aldatdığını, pulunu alsa da, iş görmədiyini demiş, o, Zərərçəkmiş şəxs3 Kirman Cəfərovu birgə şikayət etmələrini təklif etsə də, sonradan X28 Zamanov birləşib onu şikayət etmişlər. O, ümumiyyətlə ona qarşı irəli sürülmüş heç bir ittihamı qəbul etmir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs1 ilə əvvəllər heç bir əlaqəsi olmamış, ilk dəfə Zərərçəkmiş şəxs1 evlərinə baxış keçirən vaxt görmüş, ailəsi çətin vəziyyətdə olduğuna görə polis əməkdaşı olaraq fəaliyyət göstərdiyi vaxtlarda vasitəçi kimi də fəaliyyət göstərərək əlavə qazanc əldə etmək istəmiş, polis ola-ola vasitəçi olaraq fəaliyyət göstərməyinin doğru olmadığını bilmiş, sözügedən ev Zərərçəkmiş şəxs1 məxsus olmuş, o, evə baxış keçirməyə gələn vaxt Zərərçəkmiş şəxs1 da evdə olmuş, onu evə Elmar adlı şəxs çağırmış, evə ilkin olaraq 120000 manat qiymət qoyulsa da, o, həmin evin 120000 manata satmağın mümkün olmadığını bildirərək 115000 manata razılaşmış, qeyd olunan hadisələr təxminən 2021-ci ildə baş vermiş, evə baxış keçirdikdən 5-7 gün sonra evə müştəri tapılmış, evə müştərini digər makler yoldaşı tapmış və həmin müştəri evə gələn vaxt o, orada olmamış, həmin evə makler Lətafət, Şahin və Vüqar gəlmişdir. Evə baxış keçirdikdən 1 gün sonra makler Ruslan zəng edib müştərinin 115000 manata evi istədiyini söyləmiş, Nairə ona ərinin gəlməsini istəmədiyini demiş, o Nairəyə ərinin mütləq şəkildə gəlməli olduğunu demiş, problem yaşamamaq üçün o, Zərərçəkmiş şəxs1 ərinin gəlməsini tələb etmiş, alğısatqı 14 saylı notariat ofisində baş tutmuş, həmin vaxt 14 saylı notariat ofisində o, Lətafət, Şahin, Vüqar, Elmar və Nairə olmuş, Ruslan adlı makler alğı-satqı zamanı notariat ofisində olmamış, evi alan şəxsin adı Şahin olmuş, çıxarış Şahinə verilmiş, 115000 manat pul isə Nairəyə verilmiş, ev 115000 manata satılmış, onun kassaya düşmək ixtiyarı olmadığından birbaşa olaraq Zərərçəkmiş şəxs1 115000 manat verildiyini görməmiş, Zərərçəkmiş şəxs1 əlində sellofanda pulla çıxsa da, həmin sellofanda nə qədər pul olduğunu bilməmiş, notariat ofisindən çıxan vaxt Zərərçəkmiş şəxs1 Elmara pulu götürdüyünü demiş, axşam saatlarında Elmar ona zəng edərək kömək istəmiş, hadisəni danışmış və ona arvadının pulları götürüb getdiyinə görə evdən çıxmayacağını, evi yeni sahibinə təhvil verməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, evi alan Şahin adlı şəxs ona 50000 manat pul verməmiş, həmin evin Şahin adlı şəxs tərəfindən Faiq adlı şəxsə satılmasından heç bir məbləğ əldə etməmiş, alğı-satqıdan əvvəl Zərərçəkmiş şəxs1 tanımamış, alğısatqı günü Zərərçəkmiş şəxs1 əri də notariusda olmuş, evin satılmasından əldə olunan pulu Zərərçəkmiş şəxs1 götürmüş, evin alğı-satqısı olub bitəndən 1 il yarım müddət keçdikdən sonra Zərərçəkmiş şəxs1 şikayətinə əsasən bölməyə çağırılmış, Zərərçəkmiş şəxs1 əri Şahid2 polis orqanlarına və 102 xidmətinə şikayət edərək 115000 manat pulu evdən Zərərçəkmiş şəxs1 oğurladığını bildirmiş, Zərərçəkmiş şəxs1 kassadan 115000 manat pulu götürdüyünü etiraf etmiş, Şahid2 Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsindən məlumatlı olmuş, Zərərçəkmiş şəxs1 məhkəmədə ərinə qarşı uduzduqdan sonra onunla bağlı polis və prokurorluq orqanlarına şikayət etmiş, ibtidai istintaqda verdiyi ifadələrini təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə- Cinayət-Prosessual Məcəlləsi və ya CPM) 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımaqla aralarında ədavət və düşmənçilik olmuşdur. o, Şahid2la 2011-ci il tarixdə evləndikdən sonra 2015-ci il tarixdə “Main” Yaşayış Kompleksində yerləşən mənzili almaqla istədikdə evin ümumi dəyəri 64000 manat olmuş, həmin mənzilin 29000 manat pulunu o, 35000 manat pulu isə Şahid2 atası ödəmişdir. Ev ilk öncə Şahid2 adına alınmış, daha sonra isə Şahid2 mənzili ona bağışlamışdır. Həmin dövrdə o, “İdeal” şəbəkəsində şöbə müdiri işlədiyindən, kifayət qədər çox maaş almış, Şahid2 maaşı isə az olmuşdur. O, nikahı pozulanadək Şahid2 borclarını ödəmiş, sonuncunun qardaşı daima sataşıb, onu öldürməklə hədələmiş, o, yaşananlara dözməyib boşanma qərarına gəlmiş, Şahid2 yeganə xahişi uşağı ilə çöldə qalmamaq üçün ona 1 otaqlı ev alması olmuşdur. Boşanma qərarını verdikdən sonra o, qızı ilə başqa evə kirayədə yaşamağa başlamış, Şahid2 tez-tez kirayə qaldığı evə gəlib ona narahat olmamasını, evi satacağını söyləsə də, bununla yanaşı onu təhdid edib başına oyunlar açacağını, dalınca narkoman salacağını da bildirmişdir. Bir gün Şahid2 ona Teymur adlı dostunun olduğunu və həmin şəxsin evin satılmasında onlara köməklik edəcəyini demiş, bir neçə gün keçdikdən sonra Şahid2 onu evə çağırmış, o, evə gəldikdən qısa bir müddət sonra Təqsirləndirilən şəxs gəlmiş, Elmar onu həmin gün Teymurla tanış edərək zorla onun mobil nömrəsini Teymura vermişdir ki, evə müştəri gələn vaxtlarda o, gəlib evi açaraq müştəriyə təqdim etsin. Bir neçə gün keçdikdən sonra işdə olduğu vaxt Təqsirləndirilən şəxs ona zəng edərək onunla təcili şəkildə görüşmək istədiyini, deyiləcək sözlərinin olduğunu ona söylədiyindən, o, Təqsirləndirilən şəxsla “Main” Yaşayış Kompleksində yerləşən mənzilin yerləşdiyi binanın həyətində görüşmüşlər. Təqsirləndirilən şəxs görüş yerinə rəsmi polis formasında və polis maşınında gəlmişdir. Təqsirləndirilən şəxs ərinin onu aldatmaq istədiyini, həm evsiz, həm də pulsuz qoymaq istədiyini söylədikdə, o, Təqsirləndirilən şəxs bunun səbəbini soruşan zaman sonuncu ona Şahid2 5000 manat pul müqabilində evi özünün (yəni Təqsirləndirilən şəxs) adına rəsmiləşdirmək istədiyini bildirmişdir. O, Teymura inanmaq istəməsə də, sonuncu onun bütün şəxsi məlumatlarını, yaşadığı bütün hadisələri ona bir-bir danışmış, o, eşitdikləri qarşısında şok vəziyyətə düşmüş, Təqsirləndirilən şəxs ona xidməti vəsiqəsini göstərərək polis olduğunu, ailəsinin və övladlarının olduğunu və belə bir hərəkət etməyi mənliyinə sığışdıra bilmədiyini söyləyərək ona kömək edəcəyini bildirmişdir. Bir gün işdə olduğu zaman Şahid2 ona zəng edərək evə müştərinin gəldiyini və işdə olduğuna görə özünün gələ bilməyəcəyini, birbaşa notariusa gələcəyini söyləmiş, o da uşağı ilə birlikdə evə getmişdir. Evə getdikdən sonra ilk öncə Lətafət adlı vasitəçi qadın evə gəlmiş, Lətafətin evə gəlməsindən qısa müddət keçdikdən sonra evi alacaq Şahin adlı şəxs yanında Vüqar adlı şəxslə evə gələrək gözucu evə baxış keçirdikdən sonra evi bəyəndiyini və almaq istədiyini söyləmiş, həmin vaxt Təqsirləndirilən şəxs da evdə olmuşdur. Şahin adlı şəxs evi bəyəndikdən sonra orada olan şəxslər Bakı şəhəri 14 saylı notariusa yollanmış, keçmiş əri Şahid2 da birbaşa həmin notariusa gəlmişdir. Şahid2 rəsmiləşməni Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən notariusda etməyə çalışsa da, alınmamış, buna görə də 14 saylı notariat ofisinə getmişlər. Təqsirləndirilən şəxs ona heç nəyə qarışmamağı söyləyərək, pulu kassaya Lətafətin qoyacağını, lakin evin Şahinin adına yazılacağını demiş, o da Təqsirləndirilən şəxs yalanlarına inanaraq aldanmışdır ki, guya ona kömək edir. Şahid2 ona Təqsirləndirilən şəxsla birlikdə notariusun çölündə gözlədiyini söylədikdən sonra o, Lətafət adlı vasitəçi ilə birlikdə pulu kassaya qoyub-götürmək üçün zirzəmiyə düşmüş, pulu Lətafət kassaya qoyduqdan sonra o, pulu kassadan götürüb yenidən razılaşmaya əsasən Lətafətin özünə təhvil vermişdir. Təqsirləndirilən şəxs onun evini ona verməsi müqabilində vasitəçi olaraq Təqsirləndirilən şəxs haqq vermək barədə sonuncu ilə razılaşmış, o, evi sataraq bir qəpik götürmədən notariusdan çıxıb kirayə qaldığı evə gəlmişdir. Notariusdan çıxdıqdan sonra Şahid2 ona evin pulunu düzgün şəkildə aralarında böləcəyini deyərək narahat olmamasını demişdir. Evdə olan vaxt axşamüstü Şahid2 ona zəng edərək pulunu qaytarmağı söyləmiş, həmin vaxt da Şahid2 Təqsirləndirilən şəxs məxsus olan bağ evində sonuncu ilə birlikdə olmuşdur. O, təəccüblü halda Şahid2 onda heç bir pulun olmadığını söyləmiş, hadisənin üzərindən 2 gün keçdikdən sonra Elmarın vəkili Elmira adlı şəxs ona telefonla zəng edərək hədələyib pulu təcili şəkildə qaytarmasını istəmişdir. O, evin alğı-satqısı olan gün Şahid2 evin qapısının qulpunu sındıraraq, 102 xidmətinə zəng edib evə oğru girməsi nəticəsində 115000 manat pulun oğurlanması barədə şikayət etməsini Təqsirləndirilən şəxs söylədikdə sonuncu ona narahat olmamağı və ona vəkil tutacağını demişdir. O, 29 saylı polis bölməsinə çağırıldıqda 115000 manat pulun oğurlanması ilə əlaqəsinin olmadığını bildirmiş, polis rəisi ona rahatca evə getməsini söyləmişdir. Hadisənin üzərindən bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs ona zəng edərək ona məxsus olan “Hyundai İx-35” markalı avtomobili Şahid2 onun əlindən alacağını və bu səbəbdən avtomobili bacısının adına keçirməli olduğunu söyləmiş, o da Teymura yenə inanaraq avtomobili bacısının adına keçirmişdir. Təqsirləndirilən şəxs ona avtomobilin bacısının adında olmasının da düzgün olmadığını bildirib avtomobili Ceyhun adlı şəxsin adına keçirməli olduğunu söylədiyindən o, avtomobili baş etibarnamə ilə Ceyhun adlı şəxsin adına keçirmiş, avtomobili Novxanı ərazisində yerləşən Təqsirləndirilən şəxs məxsus olan bağ evinə apararaq sonuncuya təhvil vermiş, Təqsirləndirilən şəxs ona “Rent-A-Car”-dan müvəqqəti olaraq avtomobil verəcəyini bildirmiş və sonradan vermişdir. O, sonradan Teymurdan avtomobilini geri verməsini tələb etsə də, Teymur ona başqa maşın verəcəyini söyləyərək onu aldatmışdır. Daha sonra Təqsirləndirilən şəxs ona zəng edərək Şahid2 onu məhkəməyə verdiyini və evin üzərinə məhkəmə tərəfindən həbs qoyulduğuna görə evi ona geri qaytara bilmədiyini və bunun üçün 5000 manat pula ehtiyac olduğunu söyləmişdir. O da yenə Teymura inanaraq bacısına zəng etmişdir ki, 5000 manat pulu Teymura versin. Bacısı da onun dediklərini edərək “Ziraat Bank”-ın qarşısında 5000 manat pulu Təqsirləndirilən şəxs təhvil vermişdir. Teymur ona may ayında mənzilin üzərindən həbs götürüldükdən sonra mənzili təhvil verəcəyini demiş, lakin nə mənzili, nə də avtomobili ona qaytarmışdır. O, iş yoldaşı vasitəsi ilə Əli adlı vəkil tapmış, həmin vəkil işi araşdırdıqdan sonra ona aldadıldığını söyləmişdir. Bundan sonra o, hər yerə şikayət ərizələri yazmış, bir sıra vəzifəli şəxslərin qəbulunda olmuşdur. Zərərçəkmiş şəxs1 ifadəsində həmçinin bildirmişdir ki, ona vurulmuş ümumi zərər 163800 manat olmuş, işin başında Təqsirləndirilən şəxs durmuş, Teymur, Elmar, Şahin, Lətafət, vəkil Elmira və Vüqar bir banda olmuş, ona məxsus olan mənzildən boşanmamışdan əvvəl çıxmış, o, Teymura polis olduğundan inanmış, notariusdan o, 1 qəpik belə götürmədən çıxmış, mütəmadi olaraq Təqsirləndirilən şəxsla əlaqə saxlamış, Teymur ona mənzilin üzərindən həbs götürüləndən sonra mənzili ona geri qaytaracağını demişdir. O, şikayətçidir və pulunu geri tələb edir. Pulu Lətafətə versə də, onu aldadan Teymur olmuş, evin alğı-satqısından 3 gün sonra Elmar onu polisə şikayət edərək guya onun 185000 manat pul oğurlamasını bildirmiş, mənzili 115000 manata satmış, Teymur ondan ayrı-ayrılıqda 2000 manat, 5000 manat və başqa miqdarda pullar almış, Teymur ona pulun onda olduğunu qeyd etməzsə, mənzili geri qaytara bilməyəcəyini deməsi səbəbindən mənzilin pulunun onda olduğunu qeyd etmiş, Elmar mənzili satdıqdan 1-2 ay sonra onu Sumqayıt Şəhər Məhkəməsinə vermiş, məhkəmənin yekun qərarı pulun yarısının ondan alınıb Elmara verilməsi ilə bağlı olmuş, o, iştirakçıların hamısından şikayət etsə də, təkcə Təqsirləndirilən şəxs tutulmuş, o, ifadələrində pulu Lətafətə verdiyini qeyd etmiş, onu hamıyla tanış edən Təqsirləndirilən şəxs olmuşdur. İstintaqın gedişində şahid qismində dindirilmiş Şahid1 bacısı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Zərərçəkmiş şəxs X12 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə ailəvi dost olmaqla yaxın münasibətləri olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. O, müxtəlif polis bölmələrinin rəisi vəzifəsində uzun müddət polis polkovniki xüsusi rütbəsində fəaliyyət göstərmiş, Təqsirləndirilən şəxs ondan borca pul almış, lakin borcunu qaytara bilmədiyindən, o, bununla bağlı müvafiq orqanlara şikayət məktubu yazmışdır. Təqsirləndirilən şəxs ona ümumilikdə 5000 manatadək borcu olmuş, hazırda ona dəymiş zərər tamamilə ödənilmiş, Teymur Teymura qarşı heç bir tələb və şikayəti olmamış, sonuncu ilə barışmışdır. Zərərçəkmiş şəxs X2 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında kəskin ziddiyətlər olduğundan CPM-nin 330.1-ci maddəsinə əsasən onun ibtidai istintaqda verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində zərərçəkmiş şəxs X12 göstərmişdir ki, o, 1979-2003-cü illərdə daxili işlər orqanlarında xidmət etmişdir. Təqsirləndirilən şəxs ilə 2022-ci ilin mart ayında ortaq dostları vasitəsilə tanış olmuş, Təqsirləndirilən şəxs bir neçə dəfə ondan müxtəlif məbləğlərdə borc pul istəyib söz verdiyi vaxtda geri qaytardığı üçün ona etibar etmiş və aralarında yaxın münasibət yaranmışdır. 2022-ci ilin iyul ayının ortalarında Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yaşayan qohumu X13 ilə görüşüb söhbət edərkən həmin qəsəbədən torpaq sahəsi almaq istədiyini demiş, Xəyal Hüseynov 2021-ci ildə Qala qəsəbəsi, VÖXR 16 ünvanında 1200 kvadrat metr torpaq sahəsi aldığını, lakin qanunamüvafiq şəkildə sənədləşdirə bilmədiyini demiş, həmin torpaq sahəsini rəsmi qaydada sənədləşdirəcəyi təqdirdə torpaq sahəsinin yarısını onun adına sənədləşdirməklə bağışlayacağına dair söz vermişdir. Təqsirləndirilən şəxs daşınmaz əmlakların alğı-satqısı ilə məşğul olduğunu bildiyi üçün bu işin həllində köməklik göstərə biləcəyini düşünərək bu barədə ona müraciət etmiş, Teymur da növbəti gün Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi vəzifəsində işləyən Rafiq adlı dostu vasitəsilə həmin torpaq sahəsinin qanunamüvafiq şəkildə sənədləşdirilməsinə köməklik göstərəcəyini bildirərək torpaq sahəsinə dair mövcud sənədləri tələb etmiş, o da Xəyaldan torpaq sahəsinə dair etibarnamə, məktub, sxem kimi sənədlərin kserosurətlərini alıb Teymura vermişdir. Təxminən 2-3 gün sonra Teymur əlaqə saxlayaraq Rafiqin 5000 manat pul müqabilində torpaq sahəsinə dair çıxarışın əldə edilməsi məsələsini həll edəcəyini bildirmiş, tələb olunan məbləğdə pulu verməyə maddi imkanının olmadığını dedikdə Teymur bankdan kredit götürməyi təklif etmişdir. "xxxx" ASC-yə 1801 manat kredit borcu olduğundan Mehdi adlı tanışına müraciət edərək torpaq sahəsinə dair çıxarış əldə edilməsinə köməklik göstərəcək şəxsə vermək üçün köhnə kredit borcunu bağlayıb yeni kredit götürmək məqsədilə 1800 manat pul borc istəmiş, 20 iyul 2022-ci il tarixdə Mehdidən borc pul aldıqdan sonra həmin gün "xxxx" ASC-nin Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsində yerləşən filialına gedib 1801 manat kredit borcunu ödəyərək bu barədə arayış əldə etmiş və 22 iyul 2022-ci il tarixdə “Kapital Bank”-ın ünvan 5 ünvanında yerləşən Sabunçu filialında kredit müqaviləsi bağlayaraq 6000 manat kredit götürmüş, həmin pulun 4500 manatını dərhal filialın qarşısında torpaq sahəsinə çıxarış əldə olunmasına köməklik göstərməsi üçün Teymura vermiş, qalan 500 manatını qarşıdakı 2-3 gün ərzində verəcəyini bildirmişdir. Təxminən 2 gün sonra Teymur əlaqə saxlayaraq 500 manat pulu da tələb etdiyi üçün ünvan 7 ünvanında fəaliyyət göstərən "xxxx"-nın Xırdalan filialının qarşısında onunla görüşüb həmin pulu vermişdir. Lakin 20 gündən çox keçməsinə baxmayaraq, Teymurdan məlumat ala bilmədiyi üçün onunla əlaqə saxlayıb məsələ barədə maraqlanmış, Teymur da cavabında ondan aldığı 5000 manat pulu özünə ev almaq üçün, yəni şəxsi ehtiyaclarına xərclədiyini, həmin evi baha qiymətə satdıqdan sonra pulunu geri qaytaracağını, habelə bankdan götürdüyü kreditlə bağlı borclarını hər ay özünün ödəyəcəyini bildirmiş, lakin Teymur vədlərinə əməl etmədiyi üçün hər ay banka olan kredit borcunu aldığı təqaüd hesabına özü ödəmək məcburiyyətində qalmışdır. 2022ci ilin avqust-sentyabr ayları ərzində dəfələrlə Teymurdan verdiyi pulları geri qaytarmasını tələb etsə də, Teymur hər dəfə müxtəlif bəhanələrlə tez bir vaxtda pulunu qaytaracağına dair yalan vədlər vermişdir. Həmin müddətdə Mehdidən aldığı 1800 manat borcunu və digər borclarını ödəmək məqsədilə özünə məxsus “Nissan” markalı avtomobilini satmışdır. Teymur avtomobilini satmasından xəbər tutub 2022-ci ilin oktyabr ayında 2000 manat ilkin ödəniş edəcəyi təqdirdə “Azsamand” markalı avtomobil ala biləcəyini və 29 ay müddətində hər ay 340 manat ödəyəcəyi təqdirdə avtomobilin sonda onun mülkiyyətində qalacağını demiş, bu təkliflə razılaşdığı üçün Teymur onu Bakı şəhəri, Yasamal rayonu ərazisindəki dayanacaqlardan birinə apararaq avtomobilin sahibi kimi təqdim etdiyi Asif adlı şəxslə tanış edərək avtomobili göstərmişdir. Həmin vaxt Teymur avtomobillə taksi fəaliyyəti ilə məşğul olacağını, gündəlik icarə haqqını özünün ödəyəcəyini demiş, yanında Asiflə danışıb avtomobilin ilkin ödənişini 1800 manata endirdikdən sonra ertəsi gün ünvan 10 ünvanının qarşısında Mehdinin yanında Teymura 1800 manat pul vermişdir. Bir neçə gün sonra Teymurdan avtomobillə bağlı soruşduqda nasaz olduğu üçün avtomobili sahibinə qaytardığını demiş, bu səbəbdən avtomobilə görə verdiyi 1800 manat pulu geri qaytarmasını tələb etdikdə isə həmin pulu özünə aldığı evin sahibinə ödədiyini, yəni şəxsi ehtiyaclarına sərf etdiyini və tez bir zamanda geri qaytaracağını demişdir. Növbəti günlərdə Teymurla əlaqə yaratmaq cəhdləri nəticəsiz qalmış, bu səbəbdən Teymurun yaşadığı Xırdalan şəhərində yerləşən ünvana getmiş, ancaq ailə üzvləri Teymurun evdə olmadığını bildirmişlər. 17 mart 2023-cü il tarixdə Teymurun Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən ayrı-ayrı adamlara qarşı dələduzluq etməsinə görə saxlanıldığını öyrənib ertəsi gün onun barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs ümumilikdə ona 6800 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. İstintaqın gedişində şahid qismində dindirilmiş X3 Cəfərovun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, qızı Şahid13 uzun müddətdən bəri daxili işlər orqanlarında işləmək arzusu olduğu üçün sonuncunu polis orqanlarına işə düzəltmək istəmiş, təxminən 2022-ci ilin yay aylarında Şahid13 Təqsirləndirilən şəxs adlı polis əməkdaşı ilə tanış olduğunu, həmin şəxsin boş vaxtlarında taksi işlədiyini, müştəri qismində avtomobilinə əyləşərkən sonuncu ilə aralarında tanışlıq yarandığını və Təqsirləndirilən şəxs qızını daxili işlər orqanlarında işə düzəldə biləcəyini demiş və əlaqə saxlayıb maraqlanması üçün həmin şəxsin əlaqə nömrəsini vermişdir. Bir neçə gün sonra Teymurla əlaqə saxlayıb özünü təqdim etmiş, Teymur da bu barədə danışmaq üçün onu Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən «Qurtuluş-93» yaşayış massivinə dəvət etmişdir. Orada Teymur polis əməkdaşı olduğunu, hazırda daxili işlər orqanlarında xidmət etdiyini, Daxili İşlər Nazirliyin Baş Kadrlar İdarəsində işləyən qohumu vasitəsi ilə 4500 manat pul müqabilində Fidanı Nazirliyin “102” zəng mərkəzi xidmətinə operator vəzifəsinə işə qəbul etdirə biləcəyini demiş və qızının şəxsiyyət vəsiqəsinin, attestatının surətlərini, fotoşəkillərini və işə qəbulla bağlı ərizəsini götürmüşdür. Teymura qızının işə qəbulla bağlı əmri veriləndən sonra tələb etdiyi pulu verəcəyini desə də, Teymur həmin məbləğdən ilkin olaraq 2000 manat verməli olduğunu, qalan 2500 manat pulu isə qızının əmri veriləndən sonra verə biləcəyini demişdir. Teymura inanıb təklifini qəbul etmiş, xx.xx.2022-ci il tarixdə “Yapı kredi” bankın Memar Əcəmi filialından 2000 manat kredit götürüb həmin gün Teymurla Xətai rayonu, “Nargilə” dairəsi yaxınlığında görüşərək qızı X45 Nazirliyinin “102” xidməti zəng mərkəzinə operator vəzifəsinə işə düzəltməsindən ötrü Teymura 2000 manat məbləğində pul vermişdir. Teymur 2022-ci ilin oktyabr ayının sonuna kimi Fidanın işə qəbul olunmaqla bağlı əmrinin veriləcəyini desə də, oktyabr ayında Teymurdan heç bir xəbər çıxmadığı üçün onunla əlaqə saxlayaraq bu barədə maraqlanmış, Teymur məsələnin xx.xx.2022-ci il tarixədək həll olunacağını bildirmişdir. Lakin bu dəfə də Teymur sözünə əməl etmədiyi üçün artıq onu aldatdığını anlayıb 2000 manat pulunu geri qaytarmasını tələb etmiş, Teymur isə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır. 2023-cü ilin yanvar ayında Teymur ona zəng edərək polisə gedib Fidanı işə düzəltməsinə görə aldığı 2000 manat pulu guya Kirman Cəfərova verməsi ilə bağlı yalan şikayət verəcəyi təqdirdə pulunu qaytaracağını bildirmiş, lakin buna razılıq vermədiyi üçün Teymur pulunu geri qaytarmamışdır. İstintaqın gedişində şahid qismində dindirilmiş Şahid13 atası Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ev alğı-satqısı vaxtı tanımaqla aralarında ədavət və düşmənçilik olmamışdır. Keçmiş arvadı Zərərçəkmiş şəxs1 ona boşanmaq istədiyini söylədikdən sonra onlar evi satışa qoymuş və bu müddət ərzində bir çox vasitəçilərlə əlaqə qurmağa başlamışdır. Həmin vasitəçilərdən biri də Təqsirləndirilən şəxs olmuş, əlaqə saxladıqdan sonra həmin günün axşamı Təqsirləndirilən şəxs evə baxış keçirməyə gəlmiş, baxış keçirdikdən sonra evin fotoşəkillərini çəkərək satışa qoymuşdur. Bir müddət sonra Təqsirləndirilən şəxs evə müştəri tapmış və evi 115000 manata satmışdır. Satışı rəsmiləşdirmək məqsədilə evin yeni sahibləri, Təqsirləndirilən şəxs və keçmiş arvadı Zərərçəkmiş şəxs1 ilə birlikdə “20 yanvar” ərazisində yerləşən notariusa getmiş, notariusa daxil olub evin satılmasına etiraz etmədiyinə dair imza çəkdikdən sonra çölə çıxmışdır. Keçmiş arvadı bir qadınla aşağı mərtəbəyə düşərək evin satış pulunu götürmüş, çöldə Nairəyə işə getməli olduğunu və axşam evə gəldikdə pulu böləcəklərini, hətta həmin puldan Təqsirləndirilən şəxs pul verəcəklərini söyləmişdir. Axşam evə gəldikdə keçmiş arvadı Zərərçəkmiş şəxs1 uşağını, evdəki pulu və pal-paltarını yığaraq evdən getdiyini görmüş, dəfələrlə Zərərçəkmiş şəxs1 zəng etsə də, Nairə onun zənglərini açmamışdır. Nairə telefonu açdıqda ona olduğu yeri heç vaxt deməyəcəyini, uşağını ona göstərməyəcəyini və ona heç bir pul verməyəcəyini söyləmiş, bu səbəbdən o, polisə şikayət edərək evində oğurluq hadisəsinin baş verdiyini söyləmişdir. Polis əməkdaşları cinayət tərkibinin olmadığını hesab etdiyinə görə Zərərçəkmiş şəxs1 barəsində cinayət işi başlamamış, belə olan halda o, məcbur qalaraq məhkəmələrə müraciət etmişdir. Şahid2 ifadəsində həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs onu tanıdığı günün axşamı evə baxış keçirməyə gəlmiş, evi satışa qoymamışdan əvvəl onun Təqsirləndirilən şəxsla heç bir əlaqəsi olmamış, o, mənzili 115000 manata satmış, 2500 manat vergiyə ödənilmiş, evi 115000 manata satışa qoyan o olmuş, evi alan müştəriləri o, tanımamış, həmin müştəriləri Təqsirləndirilən şəxs tapmış, evə gələn müştərilər bir qadın və bir kişi olmuş, ev əvvəllər onun adına olsa da, sonradan həmin evi keçmiş arvadı Zərərçəkmiş şəxs1 adına keçirmiş, notariusa evin yeni sahibləri, o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 getmiş, o, ofisə gedərək Təqsirləndirilən şəxs ofisdən götürüb sonuncu ilə birlikdə notariusa getmiş, evin pulunu notariusda Zərərçəkmiş şəxs1 təhvil almış və ona pulun paketdə olduğunu demiş, o, pulu təhvil almamış, pulu Zərərçəkmiş şəxs1 təhvil almış, Nairə öz adına olan avtomobili bacısının adına özü keçirmiş və onun avtomobillə heç bir əlaqəsi olmamış, Şahin adlı şəxsi tanımamış, o, evə heç bir zaman müştəri gətirməmiş, evin satılma ərəfəsində Zərərçəkmiş şəxs1 onunla birlikdə yaşamış, ev satıldıqdan sonra Nairə özünə kirayə ev tutaraq uşağı ilə birlikdə orada yaşamağa başlamış, 115000 manatın aqibətinin necə olduğunu bilməmiş, ərizədə 115000 manat qeyd etmiş, 185000 manat pulun evdən oğurlandığını qeyd etməmiş, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs1 bir-birini ilk dəfə Təqsirləndirilən şəxs evə baxış keçirən zaman görmüş, o, banka girməmiş, pulun alış-verişini Zərərçəkmiş şəxs1 həyata keçirmiş, pulu kassadan Zərərçəkmiş şəxs1 götürmüş, evi Şahin adlı şəxs ala-ala hansı səbəbə rəsmiləşdirməni qadının həyata keçirdiyini o bilməmiş, Nairəni Təqsirləndirilən şəxsla o tanış etmiş, Təqsirləndirilən şəxs ilk dəfə evi satmaq üçün ofisləri gəzən zaman ofisdə görmüş, evin açarını Təqsirləndirilən şəxs o vermiş, evi təhvil verəndə evin mebelləri və elektrik əşyaları evin içərisində olmuş, evi satan zaman soyuducunu, paltaryuyanı, televizoru o götürmüş, lakin mebelləri götürməmiş, evin bütün mebelləri satılan vaxt içərisində olmuş, polisə evdən 115000 manat pul oğurlandığını demiş, evi alan şəxsin mebelsiz aldığını hansı səbəbə söylədiyini bilməmiş, Lətafət adlı şəxsi tanımamış, Zərərçəkmiş şəxs1 banka qadınla girmiş, lakin həmin qadının adını bilməmiş, Nairə pulları oğurlayıb getdikdən sonra Təqsirləndirilən şəxs zəng edərək onun pulunu verə bilməyəcəyini bu səbəbdən halının çox pis olduğunu söyləmiş, tanımadığı adam olan Təqsirləndirilən şəxs insan adam olduğuna görə gecə onun halının pis olması səbəbindən kömək məqsədilə onun evinə gəlmiş, Zərərçəkmiş şəxs1 onun uşağının anası olduğundan o, Nairə haqqında Təqsirləndirilən şəxs heç nə söyləməmiş, heç bir məlumat verməmiş, keçmiş arvadı Zərərçəkmiş şəxs1 ilə aralarında düşmənçilik münasibətləri Nairənin boşanma ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsindən sonra yaranmış, mənzili keçmiş arvadının adına uşağı olduğu üçün keçirmiş, arvadı mənzil satılmamışdan 2-3 ay əvvəl başqa mənzilə köçməmiş, o, arvadının şəxsi məlumatlarını Təqsirləndirilən şəxsla bölüşməmiş, pullar evdən oğurlandıqdan 2-3 gün sonra o, 102 xidmətinə və 29-cu polis bölməsinə şikayət etmiş, Zərərçəkmiş şəxs1 telefonda mənzilin pulundan ona 1 qəpik də verməyəcəyini demiş, Nairənin dediklərinə görə artıq həmin pulla Nairə özünə yeni mənzil almış, 115000 manata satılan mənzilin alınmasında əsas rolu o oynamış, pulun daha çox hissəsini o vermiş, o heç kimlə əlbir olmamış, Zərərçəkmiş şəxs1 aldatmamış, mənzilin alğı-satqısı zamanı kassaya Zərərçəkmiş şəxs1 ilə birlikdə tanımadığı bir qadın düşmüş, Təqsirləndirilən şəxs və o çöldə həmin şəxsləri gözləmiş, mənzilin satış pulundan 2 faiz, yəni 2500 manat pulu vasitəçi olduğundan Teymura verməli olmuş, lakin pullar oğurlandığına görə Teymurun pulunu verə bilməmiş, Zərərçəkmiş şəxs1 Sumqayıt şəhərində qeydiyyatda olduğuna görə iş ilkin olaraq Sumqayıt şəhər Məhkəməsində baxılmış, o, Naira Qədimovadan 86500 manat pul tələb etmiş, həmin pulun içərisinə avtomobilin, mənzilin və Sumqayıt şəhərində yerləşən mənzilin pulu daxil olmuş, o, Sumqayıt şəhər Məhkəməsinə polisdə, prokurorluqda araşdırma aparılıb yekunlaşdıqdan sonra müraciət etmiş, mənzilin alğı-satqısı mart-aprel aylarında olmuş, mənzili 115000 manata satışa qoymuş, alğı-satqıdan sonra Zərərçəkmiş şəxs1 hara getdiyini bilməmiş, 115000 manatdan heç bir məbləği Zərərçəkmiş şəxs1 ona verməmiş və bu səbəbdən o, məhkəmələrə müraciət etmiş, polis əməkdaşlarının Zərərçəkmiş şəxs1 ilə onun arasında olan məsələnin mülki məsələ olduğunu deməsi səbəbindən məhkəməyə müraciət etmiş, Ceyhun adlı şəxsi tanımamış, həmin şəxsin bağban olub-olmadığını bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Əbdüllətif qızı məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımaqla aralarında ədavət və düşmənçilik olmamışdır. O, vasitəçi olaraq fəaliyyət göstərmiş, 2021-ci ildə vasitəçi olaraq fəaliyyət göstərən iş yoldaşı Şahid3 ona telefon vasitəsilə zəng edərək dostu Təqsirləndirilən şəxs pul qoyub götürəcəyi evə ehtiyacı olduğunu söyləyərək ondan kömək istəmiş, Təqsirləndirilən şəxs mobil telefon vasitəsilə Şahid3 məxsus olan mobil telefona ünvan yollamış, Şahid3la birlikdə “Main” yaşayış kompleksinə yollanmış, orada olan vaxt digər vasitəçi həmkarı İlqar adlı şəxsdən müəyyən qədər pul verə biləcək birini tanıyıbtanımadığını soruşmuş, İlqar onu Şahid5 adlı şəxslə əlaqələndirmiş, Şahid5la danışaraq yollayacağı adresə gəlməsini xahiş etmiş, təxminən 30 dəqiqə sonra Şahid5 Şahid6 adlı şəxslə yolladığı ünvana gəlmiş, həmin vaxt Təqsirləndirilən şəxs ona mənzildə olduğunu və gələn şəxsləri qarşılamaq üçün qısa zaman ərzində aşağı düşəcəyini söyləmiş, Təqsirləndirilən şəxs binanın həyətinə gəldikdən sonra o, Təqsirləndirilən şəxs, Şahid6 və Şahid5 mənzilə qalxmışlar. Mənzilə daxil olan vaxt Zərərçəkmiş şəxs1 yanında balaca bir qız uşağı ilə birlikdə görmüş, Təqsirləndirilən şəxs onlara Zərərçəkmiş şəxs1 işi ilə əlaqədar 50000 manata ehtiyacları olduqlarını söyləmiş, onlar da Təqsirləndirilən şəxs əgər pula ehtiyacları varsa, mənzili alğı-satqı qaydasında satmağı təklif etmişlər. Lakin Təqsirləndirilən şəxs mənzili satmağa niyyətlərinin olmadıqlarını, qısa zaman kəsiyi üçün 50000 manata ehtiyaclarının olduğunu söyləmiş, hər iki tərəf 50000 manatın alğı-satqı qaydasında Naira Qədimovaya verilməsi, bunun müqabilində 1 il ərzində ayda 2500 manat olmaqla Şahid6 pul ödənilməsi barədə razılaşmış, danışıqlar bitdikdən təqribən 30 dəqiqə sonra yaxınlıqda yerləşən Bakı şəhəri 14 saylı notariat konturuna yollanmışlar. Evin bütün sənədlərini Zərərçəkmiş şəxs1 notariusa təqdim etmiş, lakin notariusun işçiləri 2 otaqlı mənzili 50000 manata alğı-satqı etməyin mümkün olmayacağını, 115000-120000 manat aralığında pula ehtiyac olduğunu söyləmişlər. 115000 manat pul düzələndən sonra Zərərçəkmiş şəxs1 əri Elmar Məmmədov Bakı şəhəri 14 saylı notariusa yaxınlaşmış, Zərərçəkmiş şəxs1 əri sənədlərin hamısına imza çəkdikdən sonra Şahid6 kassaya 115000 manatı təhvil vermək üçün düşmüş, kassaya pul qoyulub götürüldükdən sonra 65000 manatı Şahid6 özünə götürmüş və qalıq 50000 manatı satıcılara təhvil vermişdir. Pulların hamısı Şahid6 məxsus olmuş, alğı-satqı baş tutandan sonra Təqsirləndirilən şəxs ona, Şahinə və Vüqara Zərərçəkmiş şəxs1 arvadı olaraq təqdim etmiş, hətta o, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yanında olan digər şəxsi soruşan zaman ona Zərərçəkmiş şəxs1 keçmiş yoldaşı olduğunu və hal-hazırda ayrı olduqlarını söyləmişdir. Vasitəçi olduğuna görə Təqsirləndirilən şəxs ona 2000 manat pul vermiş, həmin puldan 1000 manat Ruslan, 500 manat İlqara çatmış, qalan 500 manat pulu özünə götürmüşdür. Şahid4 Əbdüllətif qızı həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs 2000 manat pulu ona müştəri tapdığı üçün vermiş, onun rolu və marağı sadəcə 500 manata olmuş, o, evin nə alıcısı, nə də satıcısı olmuş, evi Şahid6 almış, daha dəqiq desə, sələmə pulu Şahid6 vermiş, haqq alacağı üçün Bakı şəhəri 14 saylı notariat ofisinə getmiş, mənzildə o, Təqsirləndirilən şəxs, Şahid6, Zərərçəkmiş şəxs1 və Şahid5 olmuş, onlardan başqa heç kəs olmamış, Zərərçəkmiş şəxs1 ona 50000 manata ehtiyacı olduğunu söyləmiş, lakin Nairənin hansı səbəbə pula ehtiyacı olduğunu bilməmiş, mənzildə razılaşma baş tutduqdan 30-60 dəqiqə sonra Bakı şəhəri 14 saylı notariat ofisinə o, Təqsirləndirilən şəxs, Şahid6, Zərərçəkmiş şəxs1 və Şahid5 birlikdə yollanmış, satıcı Zərərçəkmiş şəxs1, alıcı Şahid6 olmuş, alğı-satqı 115000 manata baş tutmuş, həmin puldan 50000 manat Zərərçəkmiş şəxs1 verilmiş, 65000 manatı isə Şahid6 götürmüş, Zərərçəkmiş şəxs1 kassaya düşmüş, Təqsirləndirilən şəxs əlində 50000 manatın olduğu torba olmuş, o kassaya düşməmiş, o, kassaya düşmədiyinə görə 50000 manatı Zərərçəkmiş şəxs1 götürüb-götürmədiyini dəqiq şəkildə bilməmiş, o, sələmçi olmamış, Zərərçəkmiş şəxs1 mənzili satmamış, Zərərçəkmiş şəxs1 faizə pul götürmüş, Vüqarla Teymuru o əlaqələndirmiş, o, evə qalxan zaman Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və Nairənin uşağı evdə olmuş, Təqsirləndirilən şəxs Nairəni ona, hətta Ruslana da arvadı kimi tanıtmış, Nairə bunları eşitmiş, o, ***-***-**-** saylı nömrəli mobil nömrəni uzun müddətdir ki, istifadə etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, restorankafe sistemində işləyir. Pandemiya dövründə iş dayandığı üçün Şahid6la ev alğı-satqısı sahəsində fəaliyyət göstərmək qərarına gəlmiş, dəqiq xatırlamadığı tarixdə vasitəçi kimi fəaliyyət göstərən yaxın tanışlarından biri onunla əlaqə saxlayıb “Main” Yaşayış Kompleksində satışa qoyulmuş ev olduğunu söyləmişdir. Həmin gün o, Şahid6la birgə “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən “Main” Yaşayış Kompleksinə getmiş, orada mənzilə daxil olduqda Təqsirləndirilən şəxs ona 2-3 aylıq 50000 manat pula ehtiyaclarının olduğunu söyləmiş, Şahid6la razılaşmalarına əsasən 50000 manat pulun müqabilində hər ay Şahid6 2500 manat pul verilməsi barədə nəzərdə tutulmuşdur. Razılığa gəldikdən sonra həmin gün Bakı şəhəri 14 saylı notariat ofisinə evin alğı-satqısını həyata keçirmək məqsədilə getmiş, orada mənzilin qiymətinin 50000 manat göstərilməsi mümkün olmadığı söylənildikdən sonra rəsmi müqavilədə mənzilin dəyəri 115000 manat kimi göstərilmiş, bütün pulu Şahid6 gətirmişdir. Mənzili Naira Qədimova satmış, Şahid6 isə almışdır. Razılaşmaya görə Təqsirləndirilən şəxs verdiyi 2500 manat məbləğində pulun 500 manatı ona, qalan 2000 manat pulun isə Şahid6 çatması nəzərdə tutulmuşdur. Təxminən 4-5 ay ərzində bu formada davam edilmiş, yəni hər ay 2500 manat Şahid6 pul verilmişdir. Daha sonra Təqsirləndirilən şəxs şikayəti əsasında o Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmış və ondan verilmiş bütün pulların qaytarılması tələb edildiyindən o, bütün pulları qaytarmışdır. Şahid5 ifadəsində göstərmişdir ki, mənzilə baxmağa getdikdə Təqsirləndirilən şəxs onları qarşılayıb mənzilə qaldırmış, mənzilə o, Şahid6, Təqsirləndirilən şəxs və Şahid4 daxil olmuş, Şahid4 vasitəçi kimi oraya gəlmiş, mənzilə daxil olduqda Naria Qədimova və sonuncunun qızı da evdə olmuş, mənzili Təqsirləndirilən şəxs satmış, Təqsirləndirilən şəxs ona 50000 manat pul lazım olduğunu söyləmiş, o da alğı-satqı zamanı Bakı şəhəri 14 saylı notariat ofisinə getmiş, mənzili Ruslan adlı vasitəçi vasitəsilə tapmış, notariat ofisinə o, Təqsirləndirilən şəxs, Naira Qədimova, Şahid6 və Şahid4 birlikdə getmiş, kassaya Şahid6 və Təqsirləndirilən şəxs yaxınlaşmış, pulu Təqsirləndirilən şəxs götürmüş, çünki bağlama Təqsirləndirilən şəxs əlində olmuş, 115000 manat pulu Şahid6 kassaya qoymuş, daha sonra sonuncu 65000 manat pulu götürmüşdür. X38 Teymurovla birgə getmiş, 50000 manat pul da Təqsirləndirilən şəxs əlində olmuşdur. Təqsirləndirilən şəxs ona özünü mənzilin sahibi kimi tanıtmış, Şahid4 kassaya düşməmiş, sonuncu onunla birgə çöldə gözləmiş, X21 Əminova ilə birlikdə kassaya düşdüyünü görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamaqla aralarında ədavət və düşmənçilik olmamışdır. Pandemiya dövründə obyektini icarəyə verdiyi Vüqar adlı şəxs ucuz qiymətə ev satıldığını söyləyərək Lətafət adlı vasitəçi şəxslə onu tanış etmiş, Lətafət adlı şəxs onu Zərərçəkmiş şəxs1 məxsus olan, “X35”-ndə yerləşən evə aparmış, evə baxdıqdan sonra evi almaq qərarına gəlmiş, 50000 manat pulu götürüb Vüqarla birlikdə notariusa gedərək evin alğı-satqısını həyata keçirmiş, yəni 50000 manatı təhvil vermiş, daha sonra notariusdan çölə çıxmış, Vüqar, Nairə, Lətafət və Teymur içəridə qalmış, daha sonra Vüqar alğı-satqı müqaviləsini ona təqdim etmiş və o, adlarını çəkdiyi şəxslərdən aralanaraq evə getmişdir. Şahid6 ifadəsində həmçinin bildirmişdir ki, o, mənzilə görə 50000 manat pul ödəmiş, mənzilin otaqlarını evdə qadın və uşaq olduğundan hörmət əlaməti olaraq gəzməmiş, mənzilin neçə otaq olduğunu, neçə kvadrat metr olduğunu xatırlamamış, 50000 manat mənzilə görə notariusda pul ödəmiş, mənzilin alğı-satqısını Zərərçəkmiş şəxs1 ilə həyata keçirmiş, mənzilin mülkiyyətçisi Zərərçəkmiş şəxs1 olmuş, pulu sonda kimin götürdüyünü bilməmiş, o, evə baxış keçirməyə gələn vaxt Zərərçəkmiş şəxs1, həmçinin Təqsirləndirilən şəxs da evdə olmuş, evə baxış keçirməyə Vüqar, Lətafət, Teymur və o getmiş, aldığı mənzilin neçə otaq olduğunu xatırlamamış, Zərərçəkmiş şəxs1 borca pul verməmiş, alğı-satqı müqaviləsinə imza atmış, mənzilin alğı-satqısını Təqsirləndirilən şəxs həyata keçirmiş, mənzil dəyərindən ucuz qiymətə satıldığından həmin mənzili qazanc əldə etmək məqsədilə almış, həmin mənzili aldıqdan sonra adı məhkəmələrdə hallanmağa başladığından Vüqara onu bu işlərə saldığı üçün təqsirkar olduğunu demiş, ona görə də Vüqardan verdiyi 50000 manatı geri almış, məhkəmələr yekunlaşdıqdan sonra isə 50000 manatı Vüqara geri qaytarmış və evi başqa bir şəxsə satmış, həmin evi neçəyə satdığını xatırlamamış, Təqsirləndirilən şəxs ona məhkəmələrdə işin yekunlaşdığını, Zərərçəkmiş şəxs1 razı düşdüyünü və bu səbəbdən evi rahatlıqla başqa bir şəxsə sata biləcəklərini bildirmiş, o, bu məsələdən qazancını götürmüş, lakin nə qədər qazanc götürdüyünü xatırlamamış, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxsla sevgili olduğunu söyləmiş, evin alğı-satqısı zamanı çeki götürmüş, lakin çekdə nə qədər məbləğ qeyd olunduğunu xatırlamamış, alğı-satqı zamanı pulun kassadan çıxarılmasında iştirak etmiş, pulu Vüqara vermiş, Təqsirləndirilən şəxs Nairənin əri kimi tanıdığından Vüqar da aparıb pulu Təqsirləndirilən şəxs vermiş, pulu kassadan götürməyə Vüqar, Lətafət, Nairə və Teymur getmiş, Vüqar pulun hamısını Təqsirləndirilən şəxs götürdüyünü ona demiş, evin qiymətinin 115000 manat olduğunu bilmiş və ev üçün 50000 manat ödəyən zaman onda müəyyən şübhə yaranmış, lakin ona evin sahiblərinin bilərək evin qiymətini 115000 manat yazdırması deyilmiş, o, pulu sellofan bağlamada aparmış, ona heç kim mənzil təhvil verməmiş, ona mənzilin açarı verilməmiş, o heç kimdən mənzil açarı almamış, o həmin mənzilə 1 dəfə girmiş, mənzilin mülkiyyətçisi olaraq onun adı qeyd olunmuş, Təqsirləndirilən şəxs onun mobil telefonuna 33 saniyəlik səs atmış və məhkəmədə artıq işin həll olunduğunu söyləmiş və ibtidai istintaqda verdiyini ifadəsini təsdiq etmişdir. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, uzun müddətdən bəri ev alğı-satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs təxminən 7-8 il əvvəl polis əməkdaşı kimi tanımış, sonradan isə sonuncunun ev alğı-satqısı ilə də məşğul olduğunu bilmişdir. 2021-ci ilin may ayında Teymur əlaqə saxlayaraq “Şamaxinka” deyilən ərazidə yerləşən arvadının adına olan şəxsi mənzillərini girov qoyub faizə 50000 manat pul götürmək istədiyini, 1 (bir) ay ərzində Novxanı ərazisində özünə məxsus olan torpaq sahəsini satıb borcunu tam bağlayacağını, bununla bağlı köməklik etməsini bildirmiş, o da makler kimi tanıdığı Lətafət adlı qadınla əlaqə saxlayıb bu barədə məlumat vermişdir. Lətafət mənzillə bağlı məlumat soruşduqda sonuncuya Teymurun əlaqə nömrəsini göndərərək bununla bağlı həmin şəxslə danışmasını xahiş etmişdir. Sonradan Lətafətin mənzilin girov qoyulması müqabilində Teymura faizə 50000 manat pul verəcək müştəri tapdığını, 19 may 2021-ci il tarixdə mənzilin pulu verən şəxsin adına müvəqqəti olaraq rəsmiləşdirilməsi üçün notariusa getdiklərini bilmiş, həmin tarixdə o, Şəki rayonuna getdiyi üçün alğı-satqıda iştirak etməmişdir. Sonradan Lətafət əlaqə saxlayaraq məsələnin həll olunduğunu deyib vasitəçilik etdiyinə görə pul göndərməsi üçün bank kartının nömrəsini istəmiş və kart hesabına 1000 manat məbləğində pul göndərmişdir. 18 dekabr 2023-cü il tarixdə saat 21:22-də ***-***-**-** saylı mobil nömrədən istifadəsində olan mobil nömrənin “Whatsapp” mobil tətbiqinə “Siz niyə məni qara siyahıya atırsız? Sizə nə pisliyim dəyib? Çox başını ağratmayacam. Cavab verin bir kəlimə söz deyəcəm.” məzmununda mesaj göndərildiyini görüb həmin nömrəyə “Whatsapp” mobil tətbiqi vasitəsilə zəng edib 13 dəqiqə danışmış, zəngə cavab verən qadın özünü təqdim etmədən Teymurun sözlərini çatdıracağını bildirərək dindirilməsi üçün prokurorluğa çağırılacağı təqdirdə mənzilin faizə borc pul müqabilində müvəqqəti olaraq başqa adamın adına keçirilməsi barədə ifadə verməməsi və mənzilin həmin vaxt rəsmi qaydada satılması barədə ifadə verməsini xahiş etmiş, o isə yalan ifadə verə bilməyəcəyini qeyd etmiş, bundan sonra qadın zəngi sonlandırmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, vasitəçi kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs dəqiq xatırlamadığı tarixdə bir gün ona zəng edib “Main” Yaşayış Kompleksində yerləşən mənzilin satışa çıxarıldığını və həmin mənzilə müştəri tapılmalı olduğunu söyləmiş, sonuncunun deməsinə görə 108000-110000 manat aralığında mənzilin satışı nəzərdə tutulmuşdur. O, bir müddət sonra evə müştəri tapmış və ev satılmışdır. Şahid7 həmçinin bildirmişdir ki, mənzili Faiq adlı şəxs almış, o, evi satan şəxs kimi Təqsirləndirilən şəxs tanımış, o, şəxsən alğı-satqı prosesində iştirak etməmiş, Təqsirləndirilən şəxs vasitəçi kimi evin haqqını ona vermiş, alğı-satqı prosesində hər hansı qadın iştirak etməmiş, mənzil Şahid6 adlı şəxs tərəfindən 108000 manata satılmış, satışla bağlı sonuncu ilə danışmamış, mənzilin sənədləri ona təqdim edilməmiş, mənzilin satış pulunu kimin götürdüyünü bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o, vasitəçi kimi fəaliyyət göstərir. Faiq adlı şəxs onun yaxın qohumudur. Faiq adlı şəxs özünə ev axtardığından, o, İlham adlı vasitəçi ilə qohumu Faiq adlı şəxsi əlaqələndirmiş, İlham adlı vasitəçi Faiq adlı şəxsə “Main” Yaşayış Kompleksində yerləşən mənzili təqdim etmiş, Faiq adlı şəxs həmin mənzili bəyəndikdən sonra notariusda rəsmi qaydada alğı-satqı həyata keçirilmişdir. Şahid9 həmçinin bildirmişdir ki, o, alğı-satqı prosesində iştirak etmiş, alğı-satqı prosesi 51 saylı notarius ofisində həyata keçirilmiş, mənzil 108000 manata satılmış, alıcı Şahid8 olmuş, lakin o, satıcının kim olduğunu bilməmiş, o, alğı-satqı zamanı notariat ofisindən çöldə gözləmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2022-ci ilin yaz-yay aylarında ev alğı-satqısı ilə məşğul olan qohumu Şahid9la əlaqə saxlayaraq münasib qiymətə 1-2 otaqlı mənzil almaq istədiyini, belə bir mənzil satılacağı təqdirdə məlumat verməsini bildirmiş, 2022-ci ilin iyun ayının əvvəlində Təbriz əlaqə saxlayaraq Bakı şəhəri, Yasamal rayonu, Moskva prospektində yerləşən “Main” yaşayış kompleksində münasib qiymətə, 115000 manata 2 otaqlı mənzil satıldığını bildirərək mənzilin fotoşəkillərini göndərmişdir. Mənzilə əyani şəkildə baxmaq üçün bir neçə gün sonra Təbriz və sonuncunun makler tanışı İlham adlı şəxslə birlikdə həmin ünvana gedərək sənədlərlə tanış olmuşdur. Çıxarışa əsasən həmin mənzil 82,50 kv.metr ümumi sahəyə malik 2 otaqlı mənzil olmuş və Şahid6 adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Mənzilə baxış keçirdikdən sonrakı 1-2 gün ərzində qiymətlə bağlı İlhamın ev sahibi kimi təqdim etdiyi, adını bilmədiyi, orta yaşlı şəxslə mobil telefon vasitəsilə danışaraq mənzilin 109000 manat məbləğində pula satılmasına dair razılıq əldə etmiş və həmin şəxsin göndərdiyi kart hesabına beh kimi 3000 manat pul köçürərək alğı-satqı prosesinin rəsmiləşdirilməsi üçün vaxt təyin etmişdir. 14 iyun 2022-ci il tarixdə saat 12 radələrində alğı-satqı prosesinin rəsmiləşdirilməsi üçün Bakı şəhəri 51 saylı notariat ofisinə getmiş, ofisdə qardaşı oğlu Şahid10, Təbriz, İlham, mənzilin mülkiyyətçisi Şahid6 və sonuncunun yanında gələn adlarını bilmədiyi iki nəfər şəxs olmuşdur. Şahinlə qardaşı oğlu Kərim arasında alğı-satqı müqaviləsi bağlanmış, müqavilədə makler haqqı, beh, vergi pulu və digər xərclər çıxıldıqdan sonra mənzilin satış qiyməti 100000 manat qeyd olunmuşdur. O, kassaya düşüb 100000 manat pulu Şahid6 hesabına ödəmiş, 3000 manat əvvəlcədən beh verdiyi üçün qalıq 6000 manat pulu nağd şəkildə Şahid6 vermiş, sonuncu da mənzilin açarını ona təqdim etmişdir. Sonradan 30 sentyabr 2022-ci il tarixdə həmin mənzili 12 saylı notariat ofisində Təbrizin tapdığı müştəri Nicat Xanlarlı adlı şəxsə 122000 manat məbləğində pula satmışdır. İbtidai istintaqın gedişində Şahid10 Şahid8 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 4-5 ildən bəri tanımış, o, avtomobil alğı-satqısı ilə məşğul olmuşdur. Dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs ona zəng edib “Hyundai İx-35” markalı avtomobili 20000 manata satmaq istədiyini söylədiyindən, sonuncu və yanında gələn Ceyhun adlı şəxslə “Neptun” adlı supermarketin yaxınlığında görüşüb avtomobilə baxış keçirmiş və 17000-18000 manat aralığında qiymətə həmin avtomobili almağa razılaşmışdır. Bundan sonra Baş Dövlət Yol Polis İdarəsinə gedib avtomobilin alğı-satqısını həyata keçirmiş, avtomobil Ceyhun adlı şəxsə baş etibarnamə ilə verilmiş, o da alğı-satqı yolu ilə həmin avtomobili anası Dilavər Mahmudovanın adına rəsmiləşdirmiş, daha sonra o, həmin avtomobili satmışdır. Şahid11 ifadəsində bildirmişdir ki, avtomobilin texniki pasportunda kimin adının qeyd olunduğuna baxmamış, Ceyhun adlı şəxs özünü həmin avtomobilin sahibi kimi tanıtmış, avtomobilin sənədlərini Ceyhun təqdim etmiş, o, avtomobili almasına dair pulu Ceyhuna vermiş, avtomobilin satılması barədə ona Təqsirləndirilən şəxs zəng edib demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs məxsus olan bağ evində bağban olaraq fəaliyyət göstərmiş, ona məxsus şəxsiyyət vəsiqəsi çox zaman Təqsirləndirilən şəxs olmuşdur. Dəqiq xatırlamadığı bir gün Təqsirləndirilən şəxs onu avtomobil alğı-satqısı üçün notariat ofisinə aparmış və o, orada 1-2 sənədi imzalamışdır. Başqa heç bir prosesdən məlumatı yoxdur. Şahid12 bildirmişdir ki, o, Naira Qədimovanı tanımamış, heç vaxt görməmişdir. Təqsirləndirilən şəxs “Fiat” və “Prado” markalı avtomobilləri olmuş, o, 1 dəfə bağda olan zaman “Hyundai” markalı avtomobili görmüş, həmin avtomobil ağ rəngdə olmuşdur. O, həmin avtomobilin kimə məxsus olduğunu bilməmiş, Elmar adlı şəxsi tanımamışdır. Sonuncunu 1 dəfə bağda görmüş, sonuncuya çay vermiş, Naira Qədimovanı 1 dəfə qızı ilə bağ evində görmüş, sonuncunun gecə bağda qalıb-qalmadığını bilməmiş, 1 gün “Hyundai” markalı avtomobil bağda qalmış, lakin üzərinin sellofanla bağlanıb-bağlanmadığını və ya təkərlərinin çıxarılıbçıxarılmadığını bilməmişdir. O, avtomobilin alğı-satqısı ilə bağlı notariat ofisinə Təqsirləndirilən şəxsla birgə getmiş, avtomobilin kimə satıldığından məlumatı olmamış, habelə o, Təqsirləndirilən şəxs deməsi əsasında avtobusla Baş Dövlət Yol Polis İdarəsinə getmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə elan edilməklə tədqiq edilmiş ifadələrlə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Zərərçəkmiş şəxs1 Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 082-16102Q-3122 nömrəli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs aldadaraq onun pulunu ələ keçirdiyini bildirmişdir. (Cild 1, iş vərəqi 39) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqi 103) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqə 118-119) xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 və Şahid2 üzləşdirilmişdir. (Cild 1, iş vərəqi 150-154) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqi 155-156) X2 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13/1-C-17346/11 nömrəli ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs aldadaraq onun pulunu ələ keçirdiyini bildirmişdir. (Cild 1, iş vərəqi 199-200) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, X12 həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqə 215-216) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan olunmuşdur. (Cild 2, iş vərəqi 1-3) xx.xx.2023-cü il tarixli “Axtarışda olan şəxsin tutulması barədə” protokolun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:30-da Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə gəlmişdir. (Cild 1, iş vərəqi 167) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 17 mart 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır. (Cild 2, iş vərəqi 33-35; 229-231, cild 3, iş vərəqi 24-28) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs üzləşdirilmişdir. (Cild 2, iş vərəqi 37-41) xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Şahid1 və Təqsirləndirilən şəxs üzləşdirilmişdir. (Cild 2, iş vərəqi 42-45) xx.xx.2023-cü il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı ifadəsi yerində yoxlanılmış X2 Təqsirləndirilən şəxs 1800 manat pul verdiyi yerin Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsində yerləşən “Qurtuluş 93” yaşayış massivinin girəcəyi olması müəyyən edilmişdir. (Cild 2, iş vərəqi 59-62) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan olunmuşdur. (Cild 2, iş vərəqi 69-71) xx.xx.2023 tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zərərçəkmiş şəxs X2 iştirakı ilə aparılmış, baxış zamanı üzərində “BİNGO CD-R 700 MB/80 Min 2x-52X CD-X29 in Taiwan” sözləri yazılmış 01 (bir) ədəd diskdə “MP3” uzantılı səs yazılarının olduğu aşkar edilmiş, baxış keçirilməsində iştirak edən X12 həmin fayllardakı səs yazılarının Təqsirləndirilən şəxs tərəfindən “Whatsapp” mobil tətbiqi vasitəsilə onun +994-70-310-00-16 saylı mobil nömrəsi ilə istifadə etdiyi hesaba göndərildiklərini, bundan başqa özü ilə Təqsirləndirilən şəxs arasında baş tutmuş telefon danışığını əks etdirdiyini bildirmiş, daha sonra həmin audiofayllar ardıcıllıqla açılaraq dinlənilmiş və məzmunlarının aşağıdakı kimi olduğu müəyyən edilmişdir: Kirman Cəfərov: Bax Teymur indi məni eşit 1 aylığa aparıb məni banka saldın düzdür? Təqsirləndirilən şəxs: Ha. Kirman Cəfərov: Əlimizə nə verdilər? 5500 manat pul verdilər. Sənə qurban, 2-3 ay bir manat pul ödəmədin, düzdür? Təqsirləndirilən şəxs: He. Kirman Cəfərov: 3-4 aydan sonra 500 manat bir, 700 manat da bir pul verdin ki, eva deyim pensiyamdır, düzdür? Təqsirləndirilən şəxs: Hə onları bilirəm. Kirman Cəfərov: Bir tərəfdən də mən yükləndim necə 400 manat qaynının kreditini bağladım, 700 və 960 manat da bir, bu da 2 min manatı keçdi, düzdür? Təqsirləndirilən şəxs: Hə düzdürbilirəm onları, məndə yazılıb. Dayı, gör mən nə deyirəm. Kirman Cəfərov: Yox sən hələ dayan. Sonra apardın saldın mənə dükana 1800 manatlıq kompüter aldırdın satıb mənə 900 manat verdin ki evdə deyim ki, pensiyamdır, düzdür? Təqsirləndirilən şəxs: Hə bilirəm. Kirman Cəfərov: Teymur mən sənə birinci gündən dedim ki, biz heç gözləyərik, Fidanın məsələsini həll et, onlar yazıqdırlar. Fidanın işi ilə əlaqədar kiməsə pul vermisən? Təqsirləndirilən şəxs: Yox. Kirman Cəfərov: Ay sağ ol. Atası pulu sənə verib, sən də yemisən, düzdür? Təqsirləndirilən şəxs: Ha. Kirman Cəfərov: Mən səndən soruşdum Fidanın işi niyə yubanır? Sən nə dedin, dedin yəqin pula görədir. Mən də səndən soruşdum ki, əşi pula görə olmaz, niyə pulu verməmisən, sən nə dedin, yox mənə lazım idi, bir də ki, day sən qarışma, Fidanla mən özüm həll edəcəm, düzdür? Təqsirləndirilən şəxs: Hə, demişəm, bir də ki, dayı, sən narahat olma, baxım görüm bank düzəlməsə, mən bir yerdən tapıb düzəldib verəcəm. Dayı, sən onlara demisən ki, pul məndədir? Kirman Cəfərov: Bəs nə deməliyəm? Təqsirləndirilən şəxs: Onda onlar gedib şikayət edəcəklər. Kirman Cəfərov: Əlbəttə verəcəklər. Təqsirləndirilən şəxs: Dayı, sən onda onlara 2-ci gün de, bax bu bərəkət haqqı, o, 3 balamın canı, mən tapıb gətirib verəcəm. Kirman Cəfərov: Mənə yox, atasına. Təqsirləndirilən şəxs: Hə də, gedəcəyik bir yerdə verəcəm atasına, dayı, Allaha and olsun, uzağı 3-cü günə verəcəm, sadəcə sən öz raşotunu götür. Kirman Cəfərov: Yaxşı, mən nə raşot götürüm, deyirsən, 2-ci gün, deyirsən 5-ci gün. Təqsirləndirilən şəxs: Dayı, Allaha and olsun, verəcəm, əslində işlərim var, pul olacaq bir az Natiqə verəcəm, bir də sənin borcların qalıb üstümdə, onları verirəm. Baxış keçirilməsində iştirak edən Kirman Cəfərov həmin telefon danışığının 25 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ilə arasında baş tutan telefon danışığı olduğunu, dinlənilən birinci səsin özünə, digər səsin isə Təqsirləndirilən şəxs aid olduğunu və telefon danışığının X23 məxsus mobil telefon vasitəsilə səs yazısının qeydə alınmaqla sonradan sübut əhəmiyyəti kəsb etdiyi üçün özünə göndərildiyini bildirmişdir. Bundan sonra ardıcıllıqla səs yazılarına baxış keçirilən zaman məzmunlarının aşağıdakı kimi olduğu müəyyən edilmişdir: Dayı, sabah ödəniləcək, 100%-ödəniləcək, mənim özümün davleniyam qalxıb 100% ödəniləcək. (Kirman Cəfərovun səs yazısına şərhi: Bankdan götürdüyüm kartın ödənişindən söhbət gedir) Dayı, yoldaşım zəng edib deyib də cındıra ki, sabah, Allahımıza and olsun zəng edib deyib, zəng edəcəyəm, prosta sənə qurban həll edəcəyəm, səni yığacam, zəng edəcəm sənəl Dayı, işi düzəldim, yoluna qoyum, vallah, Ülviyyəni pişiyim-pişiyim edim, o, pulu alım verim, vallah mənim başqa yolum yoxdur, bir yeganə şansım Ülviyyədən pulu alım verim. Day-day mən də deyirəm sənə qurban olaram, Allahımıza and olsun Ülviyyəni mən pişim pişim edim, alım pulu götürüb özündədi, ondan alım, Qurana and olsun, mənim başqa yolum yoxdur, bir az tərslik edir, ancaq mən alacam, sənə qurban olum, məni bir günlük yola ver, başqa variantım yoxdur, mən dünəndən Xırdalana gəlmirəm 3 gündür. Məni xahiş edirəm sabaha kimi yola ver. (Kirman Cəfərovun səs yazısına şərhi: Lakin Xırdalanda həmişə görüşdüyümüz kafedə şəkil sübut etdi ki, Teymur səs yazısı ilə məni aldadır və tapşırır ki, dayı, məni soruşsa deməyin ki, mən burda olmuşam). Dünən hələ yoldaşım da zəng edib ki, mqapıya gəlirlər, öün gəlmirsən, kimlər gəlir, mənim qapıma heç kim gəlməsin. Obşim qaynanamla da, onlarla qırğın etdim, tüpürdüm, dedim mən Xırdalanla qurtardım vso uje. Dayı, mən bu saat yapışmışam bunun (K.C. – yəni Ülviyyənin) ətəyindən, mənim başqa yolum yoxdur. Quran haqqı sən ordan (K.C yəni evimizin qabağından) get evə, rahatlaş, sabah, vallah pul bundadır narahat olma, pişiyimpişiyim edib, alıb gətirəcəm Arxayın ol sənə qurban olaram, hazırda bir də pişim pişim edib gələcəm. Sabahın xeyir day-day, necəsən, nə var nə yox? Dayı, bağışla, Allahımıza and olsun, gecə 2 dəfə skoru gəlib ona (Ülviyyəyə). Bir az halı dəyişib, amma sənə qurban olum, heç olmasa saat 3-4-ə kimi səbr elə. Mən alım qoy özünə gəlsin, alıb götürüb gələcəm. Allah eləməsin, özünə bir şey etsə, mən bədbəxt olacam. Bir dənə sən saat 3-4-ə kimi səbr elə. And olsun Allaha pul hazırdır. Özünə gəlsin alım gətirim sənə qurban olaram. Dayı danışa bilmirəm, onun böyründəyəm, indi çıxmışam qırağa, gözlə məni; Daha sonra növbəti audiofayl açılaraq dinlənilmiş, bu zaman səs yazısının məzmununun aşağıdakı kimi olduğu müəyyən edilmişdir: “Bacı, salam. Sizin qəminiz mənim qəmimdir. Siz yaxşı bilirsiniz ki, mən Teymura ara, ami, qardaş, dayı olmuşam. Mən Teymurdan heç vaxt şikayət etməzdim. O, mənim haqqımı itirdi, mənə böhtan atdı. Bacı, mən yəni o qədər şərəfsizəm ki, Teymura mənim 1 manat borcum ola, gözümün qabağında onun qapısını döysünlər. Bacı, mən onu dəfələrlə polislərdən, mənim pulum batmasın deyə, qurtarmışam, əvəzində, pulumu verməsin deyə, sizə deyib ki, guya mənim ona borcum var, işi üçün mənə pul verib. Mən Teymurla görüşdüm tutulmamışdan 2 gün qabaq özünə dedim, eşitmişəm, demisən mənə işin üçün pul vermisən. Dedi, mənə dedilər ki, guya sən məndən şikayət edəcəksən, etməyəsən deyə xox gəlirdim. Mən o vaxt Miriyə dedim axı, müstəntiq Rafiqlə düzəlmədi, dayımın pullarını vəkil dostum Nicata vermişəm. Bacı, bilmirsiniz Teymur başıma nə oyunlar açdı, məni banika saldı, 7 aydır pensiyamdan əlimə 1 manat da gəlmir. Sonra siz yaxşı bilirsiniz Soliton mağazasına saldı, 1800 manatlıq kompüter götürdüm ona verdim, satıb mənə 900 manat gətirdi. Ondan 150 manat aldı verdi siz yaşadığınız evin ipotekasına. 50 manat da xərclik aldı. Dedim Teymur qoy bu pulu aparım evdə göstərim ki, pensiyamdır. Siz bilmirsiniz bacı, mən 7 ay ərzində 6 min AZN-ə qarşı 9 min manata qədər pensiyamdan pul ödəmişəm. Hələ kömpüter üçün ödədiklərimi demirəm. Bütün bunları sizdən gizlədib, mənimlə sizi düşmən edib. İnanın bacı, vallah mən ona özü yaxşı bilir, atalıq, əmilik, dayılıq, qardaşlıq etdim, bir tərəfdən mənimlə üz-üzə danışnda deyir dayı, əlimdə işlərimvar, birinci Səbuhinin pulunu verim, bir az da Natiqin borcundan verim, bir də sənə olan üstümdə qalan puldan verim. Bacı, əgər Səbuhinin pulunu Teymur mənə veribsə, onda Səbuhi sizə günaşırı niyə gəlməlidir. Məni çağırıb deyərdi ki, dayı, ay şərəfsiz, Səbuhi mənim evimə niyə gəlir, xeyir ola, vermişəm pulu sənə, canın çıxsın qaytar ver özünə, ya da məndən qaçmaq əvəzinə, Səbuhini maşınına qoyub, mənim evimə gətirərdi deyərdi ki, sənin pulunu bu evin sahibi Kirmana vermişəm, bir də səni biz tərəfdə görməyim. Təmizi budur ki, ərin belə etmək əvəzinə, 5 aydır məndən qaçır. Bacı, Teymuru müstəntiqin yanına çağırtdırmışam. Deyir, dayı, düz etmədin bura gəlməkdə, dedim ədə, mənə belə deyirsən, evdə də arvad uşağına deyirsən ki, Kirmana işim üçün pul vermişəm. Heç utanmırsan? Əgər belədirsə, sən necə kişisən ki, evinə gündə 5 kişi gəlir, mənə deyə bilmirsən, işi istəmirəm, mənim pulumu ver? Bacı, vicdanım haqqı, bunları dedim, deyir mənə dedilər ki, sən məndən şikayət edəcəksən, ona görə dedim ki, qorxub məndən şikayət etməyəsən.” Baxış keçirilməsində iştirak edən Kirman Cəfərov həmin səs yazılarında qeyd olunanların 19 mart 2023-cü il tarixdə özü tərəfindən Təqsirləndirilən şəxs qardaşı Çingiz Teymurovun vasitəsilə arvadına göndərildiyini bildirmiş, bundan başqa X2 təqdim etdiyi kompakt diskə baxış zamanı qeyd edilən səsli mesajlarda başqa hər hansı məzmun aşkar olunmamışdır. (Cild 2, iş vərəqi 249-251) xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasınının Ədliyyə Nazirliyinin 2042 nömrəli məktubundan görünür ki, Şahid12 xx.xx.2021-ci il tarixdə 19 saylı notariat ofisində verilmiş etibarnamənin, Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 7E- 19837 reyestrli, xx.xx.2022-ci il tarixli 7E-4511 reyestrli, xx.xx.2023-cü il tarixli 7E-630 reyestrli etibarnamələrin surətləri Abşeron Rayon Polis İdarəsinə göndərilmiş, bundan əlavə Şahid2 ilə X16 arasında xx.xx.2021-ci il tarixdə 4Ə-152 reyestrli bağışlama müqaviləsi rəsmiləşdirilmiş, “Elektron notariat” X1 Təqsirləndirilən şəxs və Şahid6 barələrində hər hansı bir məlumat aşkar olunmamışdır. (Cild 3, iş vərəqi 93) xx.xx.2023-cü il tarixdə Abşeron rayon prokurorluğuna daxil olmuş X2 ərizəsindən görünür ki, X12 Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs heç bir maddi və mənəvi tələbinin olmadığını, Təqsirləndirilən şəxs barəsində başlanılmış cinayət işinə özünün şikayəti əsasında olan 2 epizod üzrə xitam verilməsini xahiş etmişdir. (Cild 3, iş vərəqi 225) xx.xx.2023-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti Yasamal rayon prokurluğunun müstəntiqi X14 tərəfindən Zərərçəkmiş şəxs1 və sonuncunun nümayəndəsi Nümayəndə iştirakları ilə həyata keçirilmişdir. Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd CD diskə və 01 vərəqlik qəbzə baxış zamanı müəyyən edilmişdir: - X25 uzaq olduğunu, Şamaxinka ərazisində görüşüb 5 dəqiqə avtomobildə söhbət etmələrini, ona məhkəmə barədə məlumat verməsini deyir, Teymur da danışılacaq çox söhbətin olduğunu, 5 dəqiqənin kifayət etməyəcəyini deyir, lakin sonda Nairə ilə Şamaxinkada görüşməyə razılaşır. Nairə Teymura onu “zibilə” saldığını, nə edəcəyini bilmədiyini, görüşüb söhbət etmələrini deyir, Teymur isə cavabında onu “zibilə” salsa da axıra qədər getdiyini, hər şeyi düzəldib ona verəcəyini bildirir, Nairə məhkəmənin onun boynuna 70-80 min manat pul qoyacağı təqdirdə tək uşaqla nə edəcəyini bilmədiyini deyir, Teymur da Xırdalan ərazisində yerləşən özünə məxsus “Vulkan” otel-restorana gəlməsini, orada söhbət etmələrini təklif edir, Nairə də onunla razılaşır. Baxış keçirilərkən istintaq hərəkətində iştirak edən Zərərçəkmiş şəxs1 məkəmənin lehinə qərar çıxarmasına görə məhkəməyə vermək adı ilə Teymurun ondan ümumilikdə 7000 (yeddi min) manat pul almasına baxmayaraq, həmin ərəfələrdə məhkəmə proseslərinin onun əleyhinə getdiyini, Bakı Apellyasiya Məhkəməsində mənzillə bağlı bağışlama müqaviləsinin və avtomobillə bağlı bacısı ilə arasında olmuş alğı-satqı müqaviləsinin ləğv olunduğunu, bu səbəbdən Teymurun bunlara aydınlıq gətirməsi və əmlaklarını mülkiyyətinə geri qaytarması üçün onunla görüşmək istədiyini, Teymurun isə müxtəlif bəhanələrlə prosesi uzadıb əmlaklarını sonda geri qaytaracağına və məhkəmənin yekunda onun lehinə qərar çıxaracağına dair vəd verdiyini bildirir; - Zərərçəkmiş şəxs1 təqdim etdiyi ödəniş qəbzindən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 17:05-də Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Bolmart” marketdə “Milliön” elektron ödəmə sisteminin 14069 nömrəli terminalından X5 “Kapital Bank”-a məxsus 4***8321 hesab nömrəli kartına 800 manat pul köçürülmüşdür. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs onun mənzilini başqa bir şəxsin adına keçirilməsinə dair rəsmiləşdirmələr aparmaqda köməklik göstərməsi üçün notariusa vermək adı ilə 800 manat pul tələb etdiyini və həmin pulu arvadı X5 adına olan “Kapital Bank”- a məxsus 4***8321 hesab nömrəli karta göndərməsini bildirdiyini, bu səbəbdən bacısı Şahid1 onun əvəzinə həmin pulu qeyd edilən kart hesabına göndərməsini xahiş etdiyini, sonuncunun da həmin kart hesabına 800 manat pul göndərib qəbzin şəklini ona atdığını bildirmişdir. Müvafiq istintaq hərəkəti zamanı cinayət təqibi üzrə əhəmiyyət kəsb edən əlavə məlumat aşkar olunmamışdır. (Cild 4, iş vərəqi 8-9) xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin kserosurətindən görünür ki, ünvan 12 ünvanında yerləşən, ümumi sahəsi 82,5 kv/m olan mənzil satıcı X17 tərəfindən 115000 manat qiymətə alıcı Şahid6 mülkiyyətinə verilmiş, müvafiq müqavilə Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X18 tərəfindən təsdiq edilərək reyestrdə 4Ə-729 nömrəsi ilə qeyd olunmuşdur. (Cild 4, iş vərəqi 18-19) xx.xx.2023-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti Yasamal rayon prokurluğunun müstəntiqi X14 tərəfindən Şahid6 iştirakı ilə həyata keçirilmişdir. Şahid6 təqdim etdiyi 01 ədəd CD diskə baxış zamanı müəyyən edilmişdir: - Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə istifadəsində olan (070) ***-**-** saylı mobil nömrədən Şahid6 istifadəsində olan (050) ***-**-** saylı mobil nömrəyə 01 dəqiqə 32 saniyəlik səsli mesaj göndərərək məhkəmə ilə hər şeyin danışıldığını, səhər gün yekun proses olacağını, məhkəmənin mənzilin üzərindən həbsi götürəcəyini, sadəcə səhəri gün məhkəmədə onun adından çıxış etməsi üçün vəkilə etibarnamə verməsini bildirmişdir. Müvafiq istintaq hərəkəti zamanı cinayət təqibi üzrə əhəmiyyət kəsb edən əlavə məlumat aşkar olunmamışdır. (Cild 4, iş vərəqi 25) xx.xx.2023-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti Yasamal rayon prokurluğunun müstəntiqi X14 tərəfindən Şahid3 iştirakı ilə həyata keçirilmişdir. Şahid3 istifadəsində olan mobil telefona baxış zamanı müəyyən edilmişdir: - Mobil telefonun “Whatsapp” bölməsinə (099) ***-**-** saylı mobil nömrədən saat 21:22-də "Siz niyə məni qara siyahıya atırsız? Sizə nə pisliyim dəyib? Çox başını ağratmayacam. Cavab verin bir kəlimə söz deyəcəm." məzmununda mesaj daxil olur. Saat 23:06-da həmin mesaja cavab olaraq 10 saniyəlik səsli mesaj göndərilir. Saat 23:21-də isə aralarında 13 dəqiqəlik "Whatsapp" danışığı baş tutur. Baxış zamanı iştirak edən Şahid3 bildirmişdir ki, 18 dekabr 2023-cü il tarixdə saat 21:22-də (099) ***-**-** saylı mobil nömrədən istifadəsində olan mobil nömrənin "Whatsapp" bölməsinə yuxarıda qeyd olunan məzmununda mesaj göndərildiyini görüb həmin nömrəyə "Whatsapp" vasitəsilə zəng edib 13 dəqiqə danışmış, zəngə cavab verən qadın özünü təqdim etmədən Teymurun sözlərini çatdıracağını bildirərək dindirilməsi üçün prokurorluğa çağırılacağı təqdirdə mənzilin faizə borc pul müqabilində müvəqqəti olaraq başqa adamın adına keçirilməsi barədə ifadə verməməsi və mənzilin həmin vaxt rəsmi qaydada satılması barədə ifadə verməsini xahiş etmiş, o isə yalan ifadə verə bilməyəcəyini qeyd etmiş. bundan sonra qadın zəngi sonlandırmışdır. Müvafiq istintaq hərəkəti zamanı cinayət təqibi üzrə əhəmiyyət kəsb edən əlavə məlumat aşkar olunmamışdır. (Cild 4, iş vərəqi 60) xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin kserosurətindən görünür ki, ünvan 12 ünvanında yerləşən, ümumi sahəsi 82,5 kv/m olan mənzil satıcı Şahid6 tərəfindən 100000 (bir yüz min) manat qiymətə alıcı Şahid10 mülkiyyətinə verilmiş, müvafiq müqavilə Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X19 tərəfindən təsdiq edilərək reyestrdə 4Ə-1136 nömrəsi ilə qeyd olunmuşdur. (Cild 4, iş vərəqi 80-81) AZE 18150413, AZE 18150419, AZE 18150431 seriya nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünü ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü, xx.xx.2011-ci il təvəllüdlü və xx.xx.2015-ci il təvəllüdlü olmaqla üç övladı vardır. (Cild 4, iş vərəqi 118-122) xx.xx.2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Şahid5 və Zərərçəkmiş şəxs1 üzləşdirilmişdir. (Cild 4, iş vərəqi 123-125) xx.xx.2022-ci il tarixli “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin” Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın kserosurətindən görünür ki, Şahid10 ünvan 12 ünvanında yerləşən, ümumi sahəsi 82,5 kv/m olan mənzilə tam mülkiyyət hüququ tanınmış, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində 3750 nömrəli kitabın 350960 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquq sahibinin adı: Şahid10; Payı: Tam; Qeydiyyat nömrəsi: **********; Qeydiyyat tarixi: xx.xx.2022. (Cild 4, iş vərəqi 152) xx.xx.2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Şahid4 və Zərərçəkmiş şəxs1 üzləşdirilmişdir. (Cild 4, iş vərəqi 160-162) xx.xx.2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Şahid6 və Zərərçəkmiş şəxs1 üzləşdirilmişdir. (Cild 4, iş vərəqi 181-184) xx.xx.2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Şahid4 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə deməklə onu ifşa etmişdir. (Cild 4, iş vərəqi 185-187) xx.xx.2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Şahid5 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə deməklə onu ifşa etmişdir. (Cild 4, iş vərəqi 188-191) xx.xx.2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Şahid3 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə deməklə onu ifşa etmişdir. (Cild 4, iş vərəqi 192-193) xx.xx.2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Şahid7 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə deməklə onu ifşa etmişdir. (Cild 4, iş vərəqi 194-196) xx.xx.2022-ci il tarixli Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin X24 Polis İdarəsinin Ə55ş/h-209-22 nömrəli əmrindən çıxarışdan görünür ki, polis serjantı Təqsirləndirilən şəxs X24 Polis İdarəsinin Biləcəri stansiyasında xətt polis şöbəsinin Müvəqqəti saxlama yerinin polis nəfəri “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”-yə müvafiq olaraq 03 iyun 2022-ci il tarixdən xidmətdən xaric edilmişdir. (Cild 4, iş vərəqi 236) xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal rayon prokurorluğuna daxil olmuş Zərərçəkmiş şəxs3 həmin tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs işə düzəltmək adı ilə ondan aldığı 2000 manat pulu ona geri qaytardığını, ona vurulmuş maddi ziyanın tam həcmdə ödənildiyini, Təqsirləndirilən şəxs heç bir şikayətinin olmadığını bildirmişdir. (Cild 5, iş vərəqi 23) xx.xx.2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Şahid12 və Şahid11 üzləşdirilmişdir. (Cild 5, iş vərəqi 49-50) xx.xx.2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Şahid11 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə deməklə onu ifşa etmişdir. (Cild 5, iş vərəqi 56-57) xx.xx.2024-cü il tarixli “Telefon rabitəsi vasitəsilə aparılan danışıqlar və ötürülən məlumatlarla bağlı diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli, 5525 nömrəli məktubla daxil olmuş 01 ədəd CD diskə baxış keçirilmiş, həmin diskdə Şahid6 istifadəsində olmuş (050) 211-20-59, Şahid5 istifadəsində olmuş (050) 210-06-91, Şahid2 istifadəsində olmuş (051) ***-**-** və nömrə daşınma xidmətindən istifadə edərək xx.xx.2021-xx.xx.2022-ci il tarixlərində Azercell abunəçisi olmuş Şahid4 (055) ***-**-** saylı mobil nömrələrdən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində çıxan və həmin mobil nömrələrə daxil olan zənglər, göndərilmiş və qəbul edilmiş qısa mesajlar, o cümlədən digər məlumatlar əks olunmuşdur. Baxış zamanı Şahid5 istifadəsində olan (050) ***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan (070) ***-**-** saylı mobil nömrə arasında olan mesajların mətnləri (Şahid5 tərəfindən yazılmış mesajlar şərti olaraq V kimi, Təqsirləndirilən şəxs tərəfindən yazılmış mesajlar isə şərti olaraq T kimi qeyd olunması nəzərə alınsın): Təqsirləndirilən şəxs istifadəsində olan (070) ***-**-** saylı mobil nömrədən Şahid5 istifadəsində olan (050) ***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə, saat 13:11-də “10 daqqaya zang vuracam sana adamdan danışıram”, saat 19:03-də “Danisa bilimiram evdakilar yanimdafi”, saat 19:40-da “ok”, xx.xx.2021-ci il tarixdə, saat 19:35-də “İsdayam dusdagim var danismaga qoymular sahar zang edacam”, xx.xx.2021-ci il tarixdə, saat 19:07-də “Zang vurursm indi”, xx.xx.2021-ci il tarixdə, saat 15:28-də “Zang edacam sobadayam”, xx.xx.2021-ci il tarixdə, saat 19:22-də “Salam pulu duztmisam hadrutdayam isdayam sahar sabah gunortadan sora bakidayam galacam galan kimi gondaracam buralarda milion hala yoxdur yoxsa gondarardim kartiva”, xx.xx.2021-ci il tarixdə, saat 16:07-də “Salam qardas rais hala burahmir sabada anim gunudu bugun hazirliq gedir ama axsam 1-2 da olsa cixacam burda yolda harda olsa miliondan ataram sana 100 fayiz. danisa bilmiram burda bağışla”, xx.xx.2021-ci il tarixdə, saat 11:27-də “Danisa bilmiram 1 saata zang vuracam”, saat 13:53-də “Salam qardas coxu burdan danisanda sasimizi yzilar hadrutdayam ozumda burda 300 varimdi galsam ordanda ustunu duzalda bilaram ama burdan 11 nan tez burahmilar 11 bakida olacam burdada milion aparat halam qiyulmayib bir tahar yoluna qoyaq insalah sani 18i sevindiraram 11 galib hal edacam”, saat 13:56-da “Burda aparad yoxdur prablemda ondadi”, xx.xx.2021-ci il tarixdə, saat 14:17-də “Zang vururam 15 20 daqqaya”, xx.xx.2021-ci il tarixdə, saat 17:07-də “10 daqqaya gang vururam”, xx.xx.2021-ci il tarixdə, saat 14:24-də “Zang ediram bir azdan”, xx.xx.2021-ci il tarixdə, saat 14:24-də “Salam basqa yrrdaym zang vuracam”, xx.xx.2021-ci il tarixdə, saat 14:40-da “Salam yaz axsam qaydacam zang edacam” xx.xx.2021-ci il tarixdə saat 18:51də “Vakilin yandayam cixib zang ediram sana”, saat 21:09-da “Salam qardas vakildan danisdim onlarada birsi guna davernosdan pul vermaliyam bela bugunda 600 tapa bilmadi sabah 11 da beteya gedim ordan birdafalik danışarıq”, xx.xx.2021-ci il tarixdə, saat 13:00da “Salam 4-5-a qadar 100 fayiz kartiva atacam pul o vahti alcam”, saat 19:43-də “Adamnanam cixib yigacam sani”, xx.xx.2021-ci il tarixdə, saat 19:08-də “Zang vururam sana”, xx.xx.2021-ci il tarixdə, saat 20:56-da “Salam qardas danismaga heyim qalmayib halim pisdi ozuma galim sahar saat 10 11 arasi sani yigacam”, saat 20:58-də “Sahar zang edacam”, xx.xx.2021-ci il tarixdə, saat 11:50-də “Salam bildim oglani gozlayiram galsin hal edacam”, xx.xx.2022-ci il tarixdə, saat 13:39-da “Zang vuracam sana” xx.xx.2022-ci il tarixdə, saat 13:39-da “Zang vuracam sana”, xx.xx.2022-ci il tarixdə, saat 20:04-də “yiqacam”, saat 21:39-da “birazdan yiqacam rahat daniwaq”, xx.xx.2022-ci il tarixdə, saat 21:10-da “Vaht ela mana zang vur” məzmununda yazışmaların olması, Şahid5 istifadəsində olan (050) ***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan (070) ***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə, saat 13:11-da “gozdeyirem”, saat 19:03-də “teymur men 10tapdim sende tap”, saat 19:40-da “teymur bowalan kimi zeng ele mene”, xx.xx.2021-ci il tarixdə, saat 21:34-də “vaxt ele yiqarsan mene”, xx.xx.2021-ci il tarixdə, saat 14:14-də “teymur meni gozdeyirler borc yiyeleri”, xx.xx.2021-ci il tarixdə, saat 18:54-də “teymur salam nigaran qaldim salamatciliqdi”, xx.xx.2021-ci il tarixdə, saat 19:36-da “salam 1000 manat sabah atarsan karta”, xx.xx.2021-ci il tarixdə, saat 11:27-də “bildim caliw ele 500u karta atda”, saat 13:54-də “300u indi ata bilirsen”, xx.xx.2021-ci il tarixdə, saat 11:36-da “teymur mene cavab ver”, saat 11:54-də “teymur bawa düşmedim hörmətsizlik edirsen”, xx.xx.2021-ci il tarixdə, saat 14:24-də “salam teymur men sene ayın 26sına arxayınam inwallah bawqa wey olmasın”, saat 14:39-da “yiqarsan gozdeyirem”, saat 14:40-da “menim meselemi tez hel ele alem deyib bir birine”, saat 14:52-də “teymur bir soz denen mene men iwimi bilin”, xx.xx.2021-ci il tarixdə saat 12:00 “teymur zeng ele mene”, saat 13:24-da “teymur bu ne hereketdi mene cavab ver”, xx.xx.2021-ci il tarixdə, saat 12:22-də “teymur at kartima meni gozleyirler sora wahinin bir meselesi olub orda stop qoyublar ite donub havalanib”, saat 19:33-də “teymur noldu”, xx.xx.2021-ci il tarixdə, saat 16:27-də “teymur mene yiqarsan mutleq”, xx.xx.2021ci il tarixdə, saat 20:57-də “teymur uzatmayaq cox pul duzelt ver”, saat 20:59-da “zeng eleye pul duzelt, herdefe nese cixir hel elemek lazimdi”, xx.xx.2021-ci il tarixdə, saat 12:53-də, “mene zeg ele”, saat 12:55-də “sen bu hereketinle ozun ozuve prablem yaradassan”, saat 17:30-da “teymur menle oyun oynama cavab ver mene”, xx.xx.2021-ci il tarixdə saat 14:41-da “teymur yiqdim seni baqliydi sabah inwallah goruwuruk”, saat 19:47da “teymur sondurmusen telefonu mene sabah bawqa sohbet eleme”, xx.xx.2021-ci il tarixdə, saat 15:59-da “teymur qapima gelibler”, xx.xx.2021-ci il tarixdə, saat 15:28-də “teymur men gozleyirem amanin gunudu padvadit eleme qan duwer o derecedeyem”, xx.xx.2021-ci il tarixdə, saat 11:49-da “teymur salam karti atmiwam sene”, saat 11:52-də “qardawimsan padvadit olmayim”, xx.xx.2022-ci il tarixdə, saat 17:02-də “teymur menim pulumu ver”, xx.xx.2022-ci il tarixdə, saat 16:54-də “teymur telefonu ac bawimi xarab eleme menim ac sozuvu denen”, xx.xx.2022-ci il tarixdə, saat 13:38-də “teymur salam necedi veziyet ne yerdedi”, xx.xx.2022-ci il tarixdə, saat 11:23-də, “sabahin xeyir necesen inwallah bugun hel edirsende”, xx.xx.2022-ci il tarixdə, saat 13:38-də “teymur salam necedi veziyet ne yerdedi”, xx.xx.2022-ci il tarixdə, saat 14:38-də “teymur menle elaqe saxlayarsan tecili”, saat 20:32-də “yiqacam Teymur”, xx.xx.2022-ci il tarixdə, saat 11:07-də “sen menu mecbur edirsenki gedim o qizla evin yiyesiyle razilawim? menim pulumu verde gunde bir soz deyirsen”, saat 11:15-də “Tay kiwi men bir kelme soz denen denen vermirem men iwimi bilim?bu ne hereketdi”, saat 17:58-də, “sen herdefe mene atirsan hee teymur eybi yox sene insanliq eledim men nolar yadinda saxla”, xx.xx.2022-ci il tarixdə, saat 17:36-da “yiqaram burazdan” məzmununda yazışmalar göndərilmişdir. Göründüyü kimi, Şahid5la Təqsirləndirilən şəxs arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yazışmalar olmuş, yazışmaların məzmunu isə oxşardır. Belə ki, Vüqar Teymurdan pulunu verməsini tələb edir, Teymur isə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınır. Bundan başqa, baxış zamanı Şahid5la Təqsirləndirilən şəxs arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3166-cı məhəllədə yerləşən 33 saylı binanın 6 nömrəli mənzili Şahid6 tərəfindən Şahid10 satıldığı vaxtadək çoxsaylı telefon danışıqlarının olduğu görünür. Bununla da, Şahid5 istintaq zamanı verdiyi ifadəsində və üzləşdirmələr zamanı göstərdiyi xüsusatlar öz təsdiqini tapır və Təqsirləndirilən şəxs sözü gedən mənzilin Şahid6 satılmasında sadəcə makler kimi iştirak etməsi barədə göstərdiyi xüsusatlar isə təkzib olunur. Digər mobil nömrələrlə bağlı məlumatlara baxış zamanı isə cinayət təqibi üçün əhəmiyyət kəsb edən hər hansı xüsusat aşkar olunmamışdır. (Cild 5, iş vərəqi 60-64) xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-9/14xx-xx/1432 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, məhəllə 3168 ünvanında yerləşən, “Main” yaşayış kompleksində mövcud olan, 3 saylı binanın, 6 saylı mənzilinin 2021-ci il tarixə olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 118000 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, məhəllə 3168 ünvanında yerləşən, “Main” yaşayış kompleksində mövcud olan, 3 saylı binanın, 6 saylı mənzilinin 2022-ci il tarixə olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 128000 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza təyini haqqında qərarda qeyd edilən 2012-ci il buraxılışlı ağ rəngli, mühərrik həcmi 2000 sm kub, “Hyundai” markalı, İX-35 model avtomobilin 2021-ci ilin iyun ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 26000 manat müəyyən olunmuşdur. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.) (Cild 5, iş vərəqi 79-85) xx.xx.2024-cü il tarixli “Telefon rabitəsi vasitəsilə aparılan danışıqlar və ötürülən məlumatlarla bağlı diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli, BKC/LGL-5511/24 nömrəli məktubla daxil olmuş 01 ədəd CD diskə baxış keçirilmiş, həmin diskdə Zərərçəkmiş şəxs1 istifadəsində olmuş (055) 733-33-91, Şahid4 istifadəsində olmuş (055) 653-18-66, Təqsirləndirilən şəxs istifadəsində olmuş (055) 291-12-04, xx.xx.2018-ci il tarixdən “Bakcell” mobil operatoruna daşındığı üçün Təqsirləndirilən şəxs istifadəsində olmuş (070) ***-**-** və xx.xx.2017-ci il tarixdən “Bakcell” mobil operatoruna daşındığı üçün Təqsirləndirilən şəxs istifadəsində olmuş (077) ***-**-** saylı mobil nömrələrdən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində çıxan və həmin mobil nömrələrə daxil olan zənglər, göndərilmiş və qəbul edilmiş qısa mesajlar, o cümlədən digər məlumatlar əks olunmuşdur. İşin hallarından görünür ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3166-cı məhəllədə yerləşən 33 saylı binanın 6 nömrəli mənzil mülkiyyətçi Zərərçəkmiş şəxs1 tərəfindən Şahid6 satılmış, alğı-satqı prosesi rəsmiləşməmişdən əvvəl Şahid6, Şahid5 və Şahid4 həmin mənzilə baxış keçirmişlər. Adı çəkilən şəxslər şahid qismində verdikləri ifadələrində mənzilə baxış zamanı Təqsirləndirilən şəxs da iştirak etdiyini, Şahid6la Nairə Qedimova arasında mənzilin alğı-satqısı ilə bağlı şərtlər danışılarkən Təqsirləndirilən şəxs birbaşa müdaxilə edərək özünü Zərərçəkmiş şəxs1 əri və ev sahibi kimi təqdim etdiyini bildirmişlər. Təqsirləndirilən şəxs isə bütün bunları təkzib edərək həmin vaxt mənzildə olmadığını, adı çəkilən şəxsləri alğı-satqının rəsmiləşdirilməsi üçün 14 saylı notariat ofisində gözlədiyini bildirmişdir. Lakin baxış zamanı müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə saat 11:59-da, saat 12:18-də, saat 12:32-də, saat 12:59-da Təqsirləndirilən şəxs istifadəsində olan (070) ***-**-** saylı mobil nömrə ilə L.Eminovanın istifadəsində olan (055) ***-**-** saylı mobil nömrə arasında danışıq baş tutmuş, bu zaman Təqsirləndirilən şəxs qeyd olunan mobil nömrəsinin anten dairəsi - Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, "xxxx" ASC, X22. Xidmət kimi Qeyd olunmuş, yəni Təqsirləndirilən şəxs həmin tarixdə sözü gedən mənzildə olması təsdiq olunmuşdur. Belə ki, həmin tarixə Lətafət Eminovanın istifadəsində olan (055) ***-**-** saylı mobil nömrənin və Şahid5 istifadəsində olan (050) ***-**-** saylı mobil nömrənin anten dairəsi də “Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava” kimi qeyd olunmuşdur. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan (070) ***-**-** saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan (055) ***-**-** saylı mobil nömrə arasında yazışmalar olmuşdur. Həmin mesajların mətnləri (Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış mesajlar şərti olaraq N kimi, Təqsirləndirilən şəxs tərəfindən yazılmış mesajlar isə şərti olaraq T kimi qeyd olunması nəzərə alınsın): Təqsirləndirilən şəxs istifadəsində olan (070) ***-**-** saylı mobil nömrədən Zərərçəkmiş şəxs1 istifadəsində olan (055) ***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə, saat 10:38-də “Cixdin ordan”, xx.xx.2021-ci il tarixdə, saat 18:10-da “Zang vuracam. İsdayam”, xx.xx.2021-ci il tarixdə, saat 22:52-də “Bir cavab ver salamaciliqdi Alo”, xx.xx.2021-ci il tarixdə, saat 20:13-də “Bacin getsin danisariq”, xx.xx.2021-ci il tarixdə, saat 13:09-da “Goturmursansa adboy ver bilim”, saat 14:19-da “Manim telefonumu niya goturmursan”, saat 14:26-da “Uje asablasiram man”, xx.xx.2021-ci il tarixdə, saat 17:10-da “Evin isini qurtarim sana veracam bildin tpoy basqa”, saat 17:15-də “Gal baga gozlayiram sani” məzmunlu yazışmalar göndərilmişdir. Göründüyü kimi, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək yazışma olmuş, hətta xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 mesaj yazaraq evin işini qurtardıqdan sonar verəcəyini (yəni geri qaytaracağını) bildirir. Bundan başqa, baxış zamanı müəyyən olunur ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs1 arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022ci il tarixədək çoxsaylı telefon danışıqları baş tutmuşdur. Digər mobil nömrələrlə bağlı məlumatlara baxış zamanı isə cinayət təqibi üçün əhəmiyyət kəsb edən hər hansı xüsusat aşkar olunmamışdır. (Cild 5, iş vərəqi 92-93) xx.xx.2024-cü il tarixli Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 5-6-4/2-18/2024 nömrəli məktubunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 13 ünvanında yaşadığı müddətdə müsbət xarakterizə olunmuşdur. (Cild 5, iş vərəqi 95) xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq harakati protokolları, ekspertiza rəyi və digər istintaq sənədləri sübut kimi qiymətləndirilib cinayət işinə əlavə edilmiş, istintaq hərəkəti protokollarına əlavələr, mobil telefon vasitəsi ile ötürülən məlumatları özündə əks etdirən 03 (üç) ədəd diskin və səs yazılarının əks olunduğu 03 (üç) ədəd diskin cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır. (Cild 5, iş vərəqi 107-158) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri 14 saylı Notariat Ofisindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 1146 nömrəli məktubdan görünür ki, Bakı şəhəri 14 saylı notariat ofisinin bütün daxili koridor və otaqları kamera ilə təchiz edilmiş olsa da, xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın alğı-satqı müqaviləsinin rəsmiləşdirildiyi gündən 4 ilə yaxın müddət keçdiyindən videogörüntülər saxlanılmamışdır. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 143-145.1-ci maddələrinin tələblərinə əsasən, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin “Barbera, Messegue və Habardo İspaniyaya qarşı” işində xüsusi vurğulanmışdır. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Cinayət Məcəlləsinin 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin tərkibi həmin Məcəllənin 178.1-178.3-cü maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə yaranır. Həmin əməl ağır cinayət hesab edilməklə, maddəsinin sanksiyasında 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə görə, həmin Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Ali Məhkəmə Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 1-ci bəndinə əsasən, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir. Həmin Plenum qərarının 31-ci bəndindən görünür ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Dələduzluğun təkrarən törədilməsi nəticəsində zərər çəkmiş şəxslərə həm xeyli, həm də külli miqdarda ziyan vurulduqda hökmdə törədilmiş cinayətlər ayrı-ayrılıqda təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilir. Ali Məhkəmə Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 23-cü bəndinə əsasən, dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-nin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Şəxsin qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətməsini təşkil etmiş, yaxud onu bu əməli törətməyə təhrik etmiş və ya ona kömək göstərmiş digər şəxslərin əməlləri müvafiq olaraq CM-nin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə CM-nin 178.2.3-cü maddəsi ilə tövsif edilir. Məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, digər istintaq hərəkəti protokollarını, əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə edərək və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 ümumilikdə 163800 manat, zərərçəkmiş şəxs X2 ümumilikdə 6800 manat, Zərərçəkmiş şəxs3 ümumilikdə 2000 manat pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri aldadaraq həmin şəxslərin etibarını qazanmış və nəticədə əmlak sahibi, yəni pulu olan həmin şəxslər öz əmlaklarını, yəni pullarını könüllü surətdə Təqsirləndirilən şəxs vermişdir. Əmlakı, yəni pulu əldə edərkən Təqsirləndirilən şəxs niyyəti hər hansı öhdəliyin yerinə yetirilməsi deyil, həmin əmlakları şəxsi ehtiyaclarına sərf etmək olmuşdur. Təqsirləndirilən şəxs həmin əməli törədərkən həqiqətə uyğun olmayan məlumatlar təqdim etmiş, hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, əvəzsiz olaraq öz xeyrinə zərərçəkmiş şəxslərin əmlaklarını ələ keçirmiş, həmin pul və digər əşyalara sərbəst şəkildə sərəncam vermişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilmiş, onun ittiham olunduğu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Dələduzluq cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarının 45-ci bəndində göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.4-cü, 59.1.14-cü maddələrinə əsasən, himayəsində 1 azyaşlı uşağının olmasını, ibtidai istintaq dövründə cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq qismən ödəməsi və azaldılmasını, Cinayət Məcəlləsinin 59.2ci maddəsinə əsasən himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olması, məhkəməyədək icraat və məhkəmə icraatı zamanı davranışını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın müəyyən edilməməsini qeyd edir. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə kollegiyası həmçinin təqsirləndirilən şəxsə təyin ediləcək cəzanı çəkmək üçün cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayətlər kimi təsnif edilmişdir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və X15 haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Nəsimi Rayon Məhkəməsinin 18 mart 2023-cü il tarixli qərarı ilə əvvəli 17 mart 2023-cü il tarixdən hesalanmaqla həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 17 mart 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddiaya dair məhkəmənin mövqeyi: Belə ki, Zərərçəkmiş şəxs1 məhkəməyə mülki iddia ərizəsi təqdim edərək vurulmuş maddi ziyanın əvəzi olaraq 163800 (bir yüz altmış üç min səkkiz yüz) manat, vurulmuş mənəvi zərərin əvəzi olaraq 300000 (üç yüz min) manat pul vəsaitinin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə baxış iclasında zərərçəkmiş şəxs tərəfindən təqdim edilən mülki iddia ərizəsinin icraata qəbul edilib-edilməməsi məsələsini müzakirə edərək icraata qəbul etmiş, müvafiq mülki iddiaya münasibətdə Zərərçəkmiş şəxs1 mülki iddiaçı qismində, Təqsirləndirilən şəxs isə müvafiq mülki iddiaya münasibətdə mülki cavabdeh qismində tanınmışlar. Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar həmin Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Cinayət-Prosessual Məcəlləsinin 179.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Cinayət-Prosessual Məcəlləsinin 185 və 354-cü maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı məhkəmə mülki iddiaçının vəsatəti ilə verilmiş mülki iddianın təmin edilməsi üçün tədbirlər görməli, hökmdə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, və ya iddianın rədd edilməsi, yaxud iddianın baxılmamış saxlanması barədə qərarlardan birini qəbul etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarında məhkəmələrə tövsiyyə edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenum qərarının 3 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X15 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin plenum qərarının müvafiq bəndlərinə görə, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Məhkəmələr cinayət mühakimə icraatı qaydasında mənəvi zərərin ödənilməsi barədə iddialara baxdıqda Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 189- 191-ci maddələrində müəyyən olunmuş qaydaları nəzərə almalıdırlar. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə müstəqil tələb kimi irəli sürülən iddia ərizələrindən dövlət rüsumu “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində müəyyən olunmuş məbləğlərdə tələb olunan mənəvi zərərin məbləğindən asılı olaraq, zərərin ödənilməsi üsulu əmlak xarakterli tələblə əlaqədar olmadıqda isə qeyri-əmlak xarakterli iddialar üçün müəyyən edilmiş məbləğdə ödənilməlidir. Məhkəmə mülki iddia ilə bağlı məsələni müzakirə edərək belə qərara gəlir ki, müvafiq mülki iddialar cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun, vaxtında yazılı formada verilmiş, cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilmiş, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin müvafiq Plenum qərarına əsasən, yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Beləliklə məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin edilməli, maddi zərərin əvəzi kimi 163800 (bir yüz altmış üç min səkkiz yüz) manat, mənəvi zərərin əvəzi kimi 5000 (beş min) manat olmaqla, cəmi 168800 (bir yüz altmış səkkiz min səkkiz yüz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməlidir. Mülki iddia qalan hissədə baxılmamış saxlanılmalı, mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki qaydada iddia vermək hüququ izah edilməlidir. Məhkəmə, Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 100 (bir yüz) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2005-ci il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 17 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin olunsun. Cinayət nəticəsində vurulmuş maddi zərərə görə 163800 (bir yüz altmış üç min səkkiz yüz) manat və mənəvi zərərə görə 5000 (beş min) manat olmaqla, ümumilikdə 168800 (bir yüz altmış səkkiz min səkkiz yüz) manat pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. Mülki iddia qalan hissədə baxılmamış saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki qaydada iddia vermək hüququ izah edilsin. İş üzrə maddi sübut, həbs olunmalı və xüsusi müsadirə edilməli olan əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(101)-242/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-242/2025
29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver