Məhkəmə qərarları › İş №1(101)-2422/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2422/2024

19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2422/2024 19.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X19 və X2 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “AİM” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Cinayət işinin ibtidai istintaq materiallarına görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan külli miqdarda 6,958 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Nizami rayonu, 8-ci Köndələn küçəsində yerləşən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsinin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 15:50-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq BMCMİ-yə gətirilmiş və orada saat 18:10-dan üzərində şəxsi axtarış və götürmə keçirilən zaman sonuncunun əynindəki qara rəngli idman şalvarının sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd sellofan bükümdə təmiz çəkisi külli miqdarda 6,958 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə dostu X9 ilə tanışı X12 idarə etdiyi maşınla İntiqamın atasının cəza çəkdiyi Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 6 saylı Cəzaçəkmə Müəssiəsinə sovqat aparmışlar. Həmin vaxt İ.H.Abdinov cəzaçəkmə müəssisəsindən içəri keçmiş, lakin onu içəri buraxmamışlar və o, orada sonuncunu gözləmişdir. İ.H.Abdinov içəridən çıxarkən 7-8 nəfər mülki geyimdə olan DİNnin BMCMİ-nin əməkdaşları onlara yaxınlaşmış, daha sonra onları yerə yıxmışlar həmçinin bu zaman cibində olan telefonu da sınmışdır. Bundan sonra polis əməkdaşları onları İdarəyə aparıb hər birini ayrı-ayrı otaqlarda saxlamışlar. Saxlanılarkən orada ona qarşı fiziki təzyilər və təhqirlər olunmuşdur. Polis əməkdaşları ona təkid edərək bir büküm narkotik vasitəni üzərinə götürməli olduğunu bildirmiş və o da təzyiqlərə dayana bilməyib polis əməkdaşlarının dediklərini qəbul etməyə məcbur qalmışdır. Lakin həmin vaxt onun üstündə qanunsuz heç nə olmamışdır. Daha sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı prokurorluğa və ombusmana şikayət vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, 2023-cü ildə həbs edilməmişdən əvvəl psixotrop maddə metamfetamin istifadəçisi olmuş və azadlığa buraxıldıqdan sonra yenə də psixotrop maddə metamfetamin qəbul etməyə başlamışdır. Sonuncu dəfə polis əməkdaşları tərəfindən saxlanılmamışdan 3 gün əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 60 manat pul ödəmək müqabilində şəxsi istifadəsi üçün “patı” adı ilə tanıdığı psixotrop maddə metamfetamin alaraq üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində o, dostları X9 və X23 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 6 saylı Cəzaçəkmə Müəssiəsinin yaxınlığında P.Z.Əliyevin idarə etdiyi “Hyundai Elantra” markalı **-BD-*** qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman 5-6 nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb özlərini təqdim edərək DİN-nin BMCMİ-nin əməkdaşları olduqlarını bildirib, onlardan da özlərini təqdim etmələrini xahiş etmişlər. O, İ.H.Abdinov və P.Z.Əliyev özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun və İ.H.Abdinovun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirərək barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onları tanış etmişlər. O, həmin vaxt yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edərək hazırda üstündə “patı” adı ilə tanıdığı psixotrop maddə olduğunu və eyni zamanda İ.H.Abdinov da səmimi olaraq etiraf edib üzərində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu, İ.H.Abdinovu və P.Z.Əliyevi İdarəyə dəvət etmişlər. Onlar etiraz etməyərək P.Z.Əliyevin idarə etdiyi “Hyundai Elantra” markalı **-BD-*** qeydiyyat nişanlı avtomobillə birlikdə polis əməkdaşları tərəfindən BMCMİ-nin inzibati binasına gətirilmişlər. İdarədə hüquqlarının müdafiə edilməsi üçün o və İ.H.Abdinov müdafiəçi ilə təmin edilmiş, onlar şübhəli şəxs qismində tutulmuş və onlara hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra video çəkilişdən istifadə edilməklə onun və İ.H.Abdinovun üstünə şəxsi axtarış və P.Z.Əliyevin üzərinə baxış keçiriləcəyi izah edilmişdir. Onun üstünə şəxsi axtarış zamanı o, üstündə “patı” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirərək əynində olan qara rəngli idman şalvarının sol yan cibində olan 01 ədəd şəffaf sellofan bükümü, həmin şalvarının sağ yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu və 24 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra onun üstünə şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Onun üzərindən aşkar edilən büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisindən ağ rəngli, kristal formalı maddə aşkar edilmişdir. Polis əməkdaşları həmin maddəyə baxış keçirərək maddənin psixotrop maddə metamfetaminə oxşar maddə olduğunu bildirmişlər. Bundan sonra onun üstündən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış və qablaşmanın üzəri möhürlənmiş, qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqdim etdiyi 01 ədəd “Samsung” markalı telefon polis əməkdaşları tərəfindən götürülmüş, üstündən aşkar edilmiş 24 manat pul isə onun özünə qaytarılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, heç vaxt psixotrop maddələrin satışı ilə məşğul olmamış, lakin əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. Həmçinin saxlanılarkən polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalmış və bununla bağlı da şikayətlər etmişdir. Daha sonra gənc olmasını nəzərə alaraq barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara məcmu halında hüquqi qiymət verərkən, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma kimi qiymətləndirməsini və sonuncunun əməlinin Azərbaycan Respublikasının CM-nin 234.4.3cü maddəsi ilə tövsif olunmasını düzgün hesab etmir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş MCMİ-nin əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs və İ.H.Abdinovun Bakı şəhəri, Nizami rayonu ərazisində saxlanılması ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirində, həmçinin onların üzərində şəxsi axtarış aparılması prosesində əməliyyat qrupunun rəhbəri olaraq iştirak etmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs və İ.H.Abdinovun qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaları bərədə BMCMİ-nə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat onun tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs və İ.H.Abdinovun barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa İdarənin əməliyyat müvəkkilləri X4, X13 və X20, eləcə də kiçik inspektorlar X15 və X6 daxil edilmişdir. Əməliyyat qrupunun üzvləri həmin gün Təqsirləndirilən şəxs və İ.H.Abdinovun olduğu yer barədə əldə etdikləri məlumat üzrə hərəkət edərək xx.xx.2024cü il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saat 15:50 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsinin yaxınlığında saxlanılmışdır. Belə ki, “Hyundai Elantra” markalı **-BD-*** qeydiyyat nişanlı avtomobilin yanında dayanmış üç nəfər şəxslərdən ikisinin Təqsirləndirilən şəxs və İ.H.Abdinova oxşar şəxslər olduğu müəyyən edilərək həmin şəxslərə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər və həmin şəxslərdən də özlərini təqdim etmələrini xahiş etmişlər. Sonuncular özlərini təqdim edərək Təqsirləndirilən şəxs, İ.H.Abdinov və P.Z.Əliyev olduqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs və İ.H.Abdinova külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib barələrində qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarla onları tanış etmişlər. Təqsirləndirilən şəxs və İ.H.Abdinovdan üzərlərində narkotik vasitələr və psixotrop maddələr olub-olmaması barədə soruşulduqda, hər ikisi səmimi şəkildə etiraf edərək üzərlərində psixotrop maddələr olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs və İ.H.Abdinovun üzərinə şəxsi axtarış və P.Z.Əliyevin üzərinə isə baxış keçirilməsi zərurəti yarandığından onlar BMCMİ-nə dəvət edilmişlər. Daha sonra Təqsirləndirilən şəxs, İ.H.Abdinov, P.Z.Əliyev və sonuncunun idarə etdiyi “Hyundai Elantra” markalı **-BD-*** qeydiyyat nişanlı avtomobil Baş İdarəyə gətirilmişdir. Baş İdarənin inzibati binasında xidməti otaqların birində dəvət edilmiş müdafiəçilərin iştirakı ilə BMCMİ-nin Təhqiqat Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı X14 tərəfindən Təqsirləndirilən şəxs və İ.H.Abdinov şübhəli şəxs qismində tutulmuş, onlara hüquq və vəzifələri izah edilmiş və onların üzərinə videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs və İ.H.Abdinov üzərlərinə videoçəkilişlə şəxsi axtarış aparılmasına etiraz etmədiklərini qeyd etmişlər və bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə zamanı sonuncu üstündə “patı” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirərək əynində olan qara rəngli idman şalvarının sol yan cibində olan 01 ədəd şəffaf sellofan bükümü, şalvarının sağ yan cibində olan isə 01 ədəd “Samsung” markalı mobil telefonu və 24 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra onun üstünə şəxsi axtarış həyata keçirilsə də hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Sonuncu təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümün içərisində “patı” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirmiş və həmin büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisindən ağ rəngli, kristal formalı psixotrop maddə metamfetaminə oxşar maddə aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış və qablaşmanın üzəri möhürlənmiş, qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüş və Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 24 manat pul onun özünə qaytarılmışdır. Sorğu zamanı sonuncu üstündən aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar maddəni 3 gün əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 60 manat ödəmək müqabilində aldığını, şəxsi istifadəsi üçün üstündə saxladığını, həmin maddənin onun üstündə olmasından başqa şəxslərin, həmçinin İ.H.Abdinovun və P.Z.Əliyevin məlumatının olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış, baxış və götürmə aparılması barədə protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra BMCMİ-nin inzibati binasının həyətində saxlanılmış P.Z.Əliyevin idarə etdiyi “Hyundai Elantra” markalı **-BD-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin avtomobildə hər hansı qanunsuz maddələr, əşyalar və predmetlər aşkar edilməmişdir. Avtomobilə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında Şahid ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, o cümlədən üzərindən aşkar edilmiş metamfetamini satış məqsədilə əldə etməsi və ya bu maddəni satmaq məqsədilə kiminləsə sövdələşməsi barədə heç bir təsdiqedici məlumat əldə olunmamış, həmçinin sonuncuya qarşı onlar tərəfindən hər hansı fiziki və psixi təyziq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş BMCMİ-nin əməliyyat müvəkkili X20 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətən də Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibində içərisində “patı” adı ilə tanıdığı psixotrop maddə olan 01 ədəd şəffaf sellofan bükümü, şalvarının sağ yan cibində olan isə 01 ədəd “Samsung” markalı mobil telefonu və 24 manat pulu çıxardıb təqdim edərək, saxlanılmamışdan 3 gün əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 60 manat ödəmək müqabilində aldığını, şəxsi istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Məhkəmə iclasında S.P.Əzimi ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, o cümlədən üzərindən aşkar edilmiş metamfetamini satış məqsədilə əldə etməsi və ya bu maddəni satmaq məqsədilə kiminləsə sövdələşməsi barədə heç bir təsdiqedici məlumat əldə olunmamış, həmçinin sonuncuya qarşı onlar tərəfindən hər hansı fiziki və psixi təyziq göstərilməmişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahidlər BMCMİ-nin əməliyyat müvəkkilləri İ.V.Allahverdiyev, T.E.Mahmudov, İdarənin kiçik inspektorları A.F.Əzimzadə və F.R.Mürsəlzadənin ibtidai istintaq dövründə verdiyi ifadələri elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, onlar məhkəmə iclasında ifadə vermiş şahidlər Şahid və S.P.Əziminin ifadələrinə oxşar, eyni məzmunlu ifadələr verərək bildirmişlər ki, həqiqətən də Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibində içərisində “patı” adı ilə tanıdığı psixotrop maddə olan 01 ədəd şəffaf sellofan bükümü, şalvarının sağ yan cibində olan isə 01 ədəd “Samsung” markalı mobil telefonu və 24 manat pulu çıxardıb təqdim edərək saxlanılmamışdan 3 gün əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 60 manat ödəmək müqabilində aldığını, şəxsi istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahidlər İ.H.Abdinovun və P.Z.Əliyevin ibtidai istintaq dövründə verdiyi ifadələri elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, onlar ifadəsində göstərmişlər ki, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış zamanı sonuncu üstündə “patı” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan qara rəngli idman şalvarının sol yan cibində olan 01 ədəd şəffaf sellofan bükümü, həmin şalvarın sağ yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu və 24 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim edərək üstündən aşkar edilmiş psixotrop maddə metamfetamini saxlanılmamışdan 3 gün əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 60 manat pul ödəmək müqabilində aldığını, şəxsi istifadəsi üçün üstündə saxladığını, həmin maddənin onun üstündə olmasından başqa şəxslərin, həmçinin onun və P.Z.Əliyevin məlumatının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilsə də hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin İ cild 5-6-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN BMCMİnin əməliyyat müvəkkili Şahid tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxanlanmasından ötrü əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin İİ cild 9-10-cu vərəqələrində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(007)-408/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası DİN BMCMİ-nin əməliyyat müvəkkili Şahid tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2024-cü il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işinin İ cild 19-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cild 197-202-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İİ cild 163-164-cü vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İ cild 81-86-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3702 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 6” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs aşkar edilmiş maddə (imza) Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 6,958 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 6” dairəvi möhür əksləri olan, “X5 aşkar edilmiş maddə (imza) İ.Abdinov..” yazısı və imzalar olan paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 5,784 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə olan metamfetaminə İ.H.Abdinovun üstündən aşkar edilərək götürülmüş 01 ədəd bükümdəki metamfetamin ilə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə öz aralarında eynilik təşkil edirlər. Qeyd: 1. Təqsirləndirilən şəxs: metamfetaminin təmiz çəkisi – 6,958 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 6,858 qram.

2. İ.H.Abdinov: metamfetaminin təmiz çəkisi – 5,784 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 5,684 qram. Cinayət işinin 82-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin İİ cild 16-17-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X26 Şəxsi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024cü il tarixli, 4929 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin İİ cild 30-33-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” PHŞ-nin maddi sübutların ekspertizasının xx.xx.2024-cü il tarixli, 2486/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində fenilalkilamin qrupuna aid olan Metamfetamin və çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkar edilmişdir. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4- benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. Cinayət işinin İ cild 208-209-cu vərəqələrində olan xx.xx.2024-cü il tarixli maddi sübut hesab edilmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və ekspertiza tədqiqatından sonra qalmış 6,858 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCM-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin İİ cild 68-86-cı vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, şəxsi axtarışın gedişatını əks etdirən 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin İİ cild 34-35-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin İİ cild 36-41-ci vərəqələrində olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-617/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsi tətbiq etməklə ona 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işinin İ cild 48-ci vərəqəsində olan şəxsi axtarışın gedişatını özündə əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilən zamanı müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2024-cü il tarixdə saat 18:10-dan 18:39-dək DİN BMCMİ-də qeydə alınmışdır. Həmin idarənin baş təhqiqatçısı O.K.Məmmədov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra sonuncunun üzərinə xidməti otağda şəxsi axtarış keçirilir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan edilmiş əşyanın olduğu təqdirdə təqdim edilməsi təklif olunur. Bundan sonra sonuncu əynində olan qara rəngli idman şalvarının sol yan cibində olan içərisində “patı” adı ilə tanıdığı psixotrop maddə olan 01 ədəd şəffaf sellofan bükümü, həmin şalvarının sağ yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu və 24 manat pulu çıxardıb təqdim edərək həmin maddəni polis əməkdaşları tərəfindən saxlanılmamışdan 2 gün əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 60 manat pul ödəmək müqabilində şəxsi istifadəsi üçün aldığını və üzərində daşıdığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə metamfetaminə bənzər maddə 1 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin zərflər üçün 6 saylı möhürü ilə möhürlənərək götürülür. Şəxsi axtarış zamanı sonuncunun üzərindən başqa qadağan olunmuş hər hansı bir əşya aşkar olunmur. Cinayət işinin İİ cild 23-25-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8" PHŞ-nin canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli, 395/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmətibbi müayinəsi zamanı bədən səthində 18-xx.xx.2024-cü il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilmədi. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş hər iki əlin və hər iki saidin çapıqları müayinədən təxminən 1-1,5 ildən artıq müddətdə əmələ gəlmişdirlər, atrofiyaya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izi olduqları üçün onların əmələ gəlmə mexanizmi, xarakteri və sağlamlığa zərər vurma dərəcəsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Belə ki, bu hallar fərdi xüsusiyyətlərə uyğun xüsusi əlamətlər kimi də qiymətləndirilə bilər. Cinayət işinin İİ cildinə əlavə edilmiş Azərbaycan Respublikasının Baş Prokurorluğu Xidməti Araşdırmalar İdarəsinin prokuroru X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis orqanının əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması barədə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bununla da, məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Amma Təqsirləndirilən şəxs metamfetamini satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Belə ki, məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərindən aşkar edilən metamfetamini satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən sonuncunun metamfetamini məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin metamfetamini satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edibetməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə olunmamışdır. Məhkəmə ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı sübutları qiymətləndirərkən müvafiq qərarda, “… aşkar olunmuş metamfetaminin külli miqdarda olması və bir ədəd bükümdə qablaşdırılmış halda olması Təqsirləndirilən şəxs həmin metamfetamini satış məqsədilə əldə edib saxladığına dəlalət edir” kimi əsassız qənaətə gəlmişdir. Məhkəmə ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, Təqsirləndirilən şəxs üstündə aşkar edilmiş həmin maddənin külli miqdarda olması digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir. Digər tərəfdən, artıq qanunvericilikdə edilmiş müvafiq dəyişikliklərdən sonra Cinayət Məcəlləsinin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər”ə dair XXVİ fəslinə daxil edilmiş satış məqsədi olmadan belə əməl törədilməsi ilə bağlı yeni cinayət tərkibində məhz “külli miqdar” dispozitiv əlamət kimi müəyyənləşdirilmişdir. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş metamfetaminin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş psixotrop maddə olan metamfetaminin növünün, çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq metamfetamin əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Təqsirləndirilən şəxs məhkəməyədək ibtidai istintaqın ilkin mərhələsində onun üzərində tapılmış psixotrop maddə olan metamfetamini - maddi sübutun mötəbərliyi məsələsini tərəddüdsüz olaraq mübahisələndirməmiş, satışla bağlı ittihamı qəbul etməyərək metamfetamini şəxsi istifadəsi məqsədilə əldə edərək üzərində saxladığını bildirməklə, metamfetamini qanunsuz olaraq əldə etməsini, üzərində saxlamasını və daşımasını etiraf etmiş, həm də bu etirafları zamanı ardıcıl olaraq əldə etməsinin məqsədinin yalnız şəxsi istehlak olduğunu bildirmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş metamfetaminin əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Buna baxmayaraq hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə psixotrop maddəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 6,958 qram metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən metamfetamini qanunsuz olaraq əldə edib saxlaması onun özünün müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi, şəxsi axtarış və götürmə barədə protokol, əməliyyatı keçirmiş polis əməkdaşlarının ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Onun həmin psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, psixotrop maddələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan maddənin satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Sonuncunun metamfetamini aidiyyəti barədə məlumatı əldə etmiş və həmin maddənin aşkar edilib götürülməsi üçün müvafiq əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşları da ifadələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, o cümlədən üzərindən aşkar edilmiş metamfetamini satış məqsədilə əldə etməsi və ya bu maddəni satmaq məqsədilə kiminləsə sövdələşməsi barədə heç bir təsdiqedici məlumat əldə olunmadığını göstərmişlər. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı psixotrop maddə olan metamfetaminin külli miqdarda olması şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə olan metamfetaminin yalnız bir bükümdə və külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X24rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntüləri, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə və digər iş materiallarını tədqiq edib Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetaminin ona heç bir aidiyyatının olmamasına, həmin maddənin polis əməkdaşları tərəfindən onun üstünə qoyulmasına və polis əməkdaşları tərəfindən ona qarşı fiziki təzyiq göstərilməsinə dair ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə hesab edilən metamfetamini əldə etməsi, saxlaması və daşımasını sübuta yetirilmiş hesab edir. Belə ki, şəxsi axtarış və götürmə aparılması (İ cild i/v 44-47), şübhəli şəxsi və təqsirləndirilən şəxsin dindirmə (İ cild i/v 96-101, 154-159) protokollarından və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından (İ cild, i/v 197-202) görünür ki, təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə dəfələrlə, istərsədə məhkəmə iclasında törətdiyi əməli qismən etiraf etmiş, psixotrop maddə istifadəçisi olsa da satışla məşğul olmadığını bildirmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamışdır. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakı hərəkətlərə məruz qalmadığını bildirmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş şəxsi axtarışın gedişatını özündə əks etdirən DVD diskdə olan videogörüntülərdə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibində olan içərisində “patı” adı ilə tanıdığı psixotrop maddə olan 01 ədəd şəffaf sellofan bükümü və həmin şalvarının sağ yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu çıxardıb təqdim edərək həmin maddəni Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 60 manat pul ödəmək müqabilində şəxsi istifadəsi üçün aldığını və üzərində daşıdığını bildirir (İ cild i/v 48). Məhkəmə həmçinin qeyd etmək istəyir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində məhkəməyədək istintaq dövründə polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkət və fiziki təzyiq göstərilməsini bildirsə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8" PHŞ-nin canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli, 395/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 18-xx.xx.2024-cü il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş hər iki əlin və hər iki saidin çapıqları müayinədən təxminən 1-1,5 ildən artıq müddətdə əmələ gəlmişdirlər, atrofiyaya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izi olduqları üçün onların əmələ gəlmə mexanizmi, xarakteri və sağlamlığa zərər vurma dərəcəsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir (İİ cild i/v 23-25). Bundan başqa Azərbaycan Respublikasının Baş Prokurorluğu Xidməti Araşdırmalar İdarəsinin prokuroru X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis orqanının əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması barədə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün- ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs gənc olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü və 83.3.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 1(010)-617/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq, iki il keçmədən, yəni xx.xx.2024-cü il tarixdə yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici və ağırlaşdırıcı halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını və yenidən eyni tərkibli cinayət törətməsini, üzərindən aşkar edilən psixotrop maddə metamfetaminin miqdarını (metamfetaminin təmiz çəkisi – 6,958 qram), təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 56.1.3cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx.xx.2024-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 4929 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır (İİ cild i/v 16-17). Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onu bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, şəxsi axtarışın gedişatını özündə əks etdirən iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, digər maddi sübut Azərbaycan Respublikası DİN-in BMCM-nin maddi sübutları saxlama yerində saxlanılan və keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 6,858 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 57 (əlli yeddi manat) manat məbləğində olan hissəsi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Belə ki, iş cinayət işinin İ cild 81-86-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 6/3702 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və İ.H.Abdinovdan aşkar edilən narkotik vasitələrinin miqdarına görə ekspertizaya dair aparılmış tədqiqatın dəyəri ümumi olaraq 114 (bir yüz on dörd) manat müəyyən edilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “AİM” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 18 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir ədəd) DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 6,858 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 57 (əlli yeddi) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “AİM” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “AİM” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar