Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-243/2023 07.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: “KREDO” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsi, ev 17, mənzil 64-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs cinayətin haqqında icraat ayrılmış başqa şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 may 2022-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu Masazır gölünün yanında taksi fəaliyyəti ilə məşğul olan və Təqsirləndirilən şəxs cinayətkar fəaliyyətindən məlumatı olmayan qohumu X5 idarə etdiyi “Daewoo Nexia” markalı, **-DH-*** qeydiyyat nişanlı avtomobili ilə içərisində külli miqdarda 5065,249 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda 1105 qram çəkidə qurudulmuş marixuana, külli miqdarda 1055 qram çəkidə psixotrop maddə olan metamfetamin odlan qara torbanı əldə edərçək, əldə etdiyi narkotik vasitə külli miqdarda 60,249 qram hissəsçini bölüb 01 ədəd bükümdə üzərində, narkotik vasitə və psixotrop maddələrin qalan hissəsini isə törədilən əməl barədə məlumatı olmayan X5 idarə etdiyi “Daewoo Nexia” markalı, **- DH-*** qeydiyyat nişanlı avtomobildə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 03 may 2022-ci il tarixdə saat 00:50-də X10 tərəfindən idarə edilən “Daewoo Nexia” markalı, **-DH-*** qeydiyyat nişanlı avtomobildə hərəkətdə olan zaman Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X11 küçəsi döngə 1 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilmiş, Baş İdarədə həmin tarixdə saat 02:45-dən etibarən Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda 60,249 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin tarixdə 03:35-dən etibarən törədilən əməl barədə məlumatı olmayan X5 idarə etdiyi “Daewoo Nexia” markalı, **-DH-*** qeydiyyat nişanlı avtomobilə baxış zamanı sağ ön oturacağın alt hissəsindən Təqsirləndirilən şəxs məxsus 01 ədəd bağlamanın içərisində olan 05 ədəd bükümdə ayrıayrılıqda çəkiləri 1005 qram, 1000 qram, 1010 qram, 990 qram, 1000 qram olmaqla ümumilikdə külli miqdarda 5005 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd sellefon bağlamada külli miqdarda 1105 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd bükümdə külli miqdarda 1055 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 ilə yaxındır ki, narkotik vasitə qurudulmuş marixuanadan mütəmadi olaraq istifadə edirdi. Həmin narkotiki son zamanlar iranlı Siruzdan əldə etmişdir. X12 dəmiryolunda işlədiyi vaxtdan tanımışdır. Əvvəllər Bakı şəhərində marixuananı Siruzdan pul ödəməklə əlbəəl əldə etmişdir. Sonuncu dəfə isə Siruzla razılaşmışdır ki, ondan 300 qram marixuananı şəxsi istifadəsi üçün alacaqdır. 02 may 2022-ci il tarixdə Siruz onunla watsapp proqramı vasitəsi ilə əlaqə saxlayıb malın artıq ölkə ərazisində Abşeron rayonu ərazisində olmasını söyləyib ondan zəng gözləməyini, dediyi halda bir avtomobil tapıb təcili gedib malı götürməyini söyləmişdir. Həmin gün saat 23 radələrində Siruz ona Masazır gölünün yanındakı yolda darvazanın yanına qara torba qoyacaq, onu gedib götürməsini bildirmişdir. Əmisi oğlu Emin Nağıyev taksi fəaliyyəti ilə məşğul olduğu üçün onunla əlaqə saxlayıb bir nəfər tanışından bağlama götürməli olduğunu və onu Masazır gölünün yanına aparmasını xahiş etmişdir. Emin Nağıyev də idarə etdiyi Daewoo markalı ** DH *** qeydiyyat nişanlı avtomobil ilə onu qeyd olunan ünvana aparmışdır. Əmisi oğluna oraya nə məqsədi ilə getdiyini və nə götürəcəyini deməmişdir. Orada Siruzla watsapp proqramı vasitəsi ilə əlaqə saxlayıb malın yerini dəqiqləşdirmişdir. 1 saat orada qaldıqdan sonra Siruz ona malın yerini bildirmişdir. O, əmisi oğlu Eminə tanışının gələcəyini və onunla görüşüb bağlamanı götürəcəyini yalan dediyindən həmin ərazidə bir nəfər şəxsin getdiyini görüb tanışının o şəxs olmasını demiş və ona avtomobili üzü şəhərə tərəf saxlamasını, özü isə həmin şəxslə görüşüb gələcəyini demişdir. O, avtomobildən düşüb həmin şəxs tərəfə getmişdir. Emin isə avtomobili döndərib yolun əksi istiqamətində durmuşdur. Siruzun ona bildirdiyi yerdən 01 ədəd bağlamanı götürmüş, həmin bağlama ilə maşına qayıdaraq oturacağın altına qoymuşdur. Oradan üzü şəhər istiqamətində sürdüyü zaman görmüşdür ki, arxadan onların maşınını 3 ədəd «sedan» tipli maşınlar təqib edir. Həmin maşınların üzərində polisə aid olmalarına dair heç bir işarə olmamışdır. Emin qorxusundan maşını yolun kənarındakı marketin soyuducusuna çırpmışdır. O, dərhal maşından düşüb qara torbanı ondan 2-3 metr aralıda dayanmış djipin altına ataraq qaçmağa çalışmış, lakin bunun mənasız olmasını anlayaraq onu təqib edən polis əməkdaşlarına təslim olmuşdur. Həmin əməkdaşlar mülki geyimdə olsa da onların polis olmasını hərəkətlərindən anlamışdır. Polislərlə birlikdə Eminin maşınının dayandığı yerə gəlmiş və görmüşdür ki, Emin maşında sükan arxasında oturmuşdur. Onun digər maşının altına atdığı qara torbanı isə polislər aşkar edərək götürmüşlər. Bundan sonra onu, Emini maşını ilə birlikdə polisə aparmışlar. Orada onun üzərinə baxış keçirmişlər, lakin onun üzərindən heç nə aşkar edilməmişdir. Bundan sonra Eminin polisin həyətində dayanmış maşınına baxış keçirərək qara torbanı maşından aşkar edib içindən ayrı-ayrı heroinə, marixuanaya və metamfetaminə bənzər maddələri aşkar etmişlər. Həmin maddələr ona məxsusdur, yəni Siruzun göndərdiyi maddələrdir. Lakin o, Siruzdan 300 qram marixuana sifariş verdiyi halda sonuncu özbaşına olaraq külli miqdarda heroin və metamfetamin göndərmiş, marixuananın da həcmi istədiyi 300 qramdan xeyli artıq olmuşdur. Ona saxlanılan zaman, üzərinə və maşina baxış keçirilən zaman heç bir təzyiq və fiziki zor tətbiq edilməmişdir. Həmçinin polis əməkdaşları qohumu Eminin günahsız olmasını müəyyən etdikdən sonra onu azad etmiş, onu isə müdafiəçi dəvət edərək şübhəli şəxs qismində tutmuşlar. İbtidai istintaq zamanı üzərinə baxış keçirilməmişdən əvvəl təhqiqatçı Nizami Omarov onun şalvarının cibinə bir büküm heroin qoymuş, ona belə izah etmişdir ki, qayda belədir. O da Nizami Omarovla razılaşmış və sonuncunun cibinə qoyduğu bükümü baxış zamanı özünə məxsüs büküm kimi təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsin şöbə rəisi vəzifəsində xidmət edən polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, 02 may 2022-ci il tarixdə həmkarı Şahid1 Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon sakini olan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, məlumat əsasında əməliyyat tədbiri keçirilmiş və əməliyyat qrupunun üzvü kimi tədbirdə iştirak etmişdir. xx.xx.2022-ci il tarixdə saat 00:50 radələrində Təqsirləndirilən şəxs bənzər şəxsin “Daewoo Nexia” markalı, **-DH-*** qeydiyyat nişanlı avtomobildə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X11 küçəsi döngə 1 ünvanın yaxınlığında olmasını görmüşlər. Dərhal həmin avtomobilə yaxınlaşıb Təqsirləndirilən şəxs və yanında olan digər şəxsi saxlamışlar. Təqsirləndirilən şəxs bildirmişdir ki, X10 onun qohumudur və maşının Emin Nağıyevə məxsus olmasını bildirmişdir. O və həmkarı Eminə məxsus avtomaşının yol qəzasını törətməsini görməmişlər, həmin maşın səkinin yanında dayanmışdır, maşında heç bir zədə olmamışdır. Bildirir ki, əməliyyat keçirdikləri əraziyə 4 nəfər olmaqla iki maşınla gəlmişlər. Narkotik vasitə və psixotrop maddələrinin olduğu torbanı «Daewoo Nexia» markalı maşının yanında dayanmış maşının altından aşkar etməmişlər, Təqsirləndirilən şəxs onlardan yayınmağa cəhd etməmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, təhqiqatçı təklif etmişdir ki, sonuncular üzərlərində olan əşyaları təqdim etsinlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən “Redmi” markalı mobil telefon və 53 manat pul aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmişdir. Həmin kütlənin çəkisini artıq xatırlamır, Sonra həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və onlar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün “Red Mi” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 53 manat pul isə özünə geri qaytarılmışdır. Emin Nağıyevin üzərinə baxış keçrilməsini, artıq xatırlamır, lakin onu xatırlayır ki, «Daewoo Nexia» markalı maşina baxışda iştirak etmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı “Siruz” adlı şəxsin vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Abşeron rayonundan sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, gördüyü işin qarşılığında “Siruz” adlı şəxsin ona pul verəcəyini, özünün narkotik vasitə istifadəçisi olduğunu, həmçinin onunla birlikdə saxlanılmış X7 məxsus “Daewoo Nexio” markalı **-DH-*** nömrəli avtomobildə narkotik maddə saxladığını, həmin narkotik maddələri təqdim edə biləcəyini, həmin avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. X10 da avtomobilinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra idarənin həyətində saxlanılmış avtomobilə baxış keçirilməsinə başlanılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs və X7 avtomobildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra X10 avtomobili əlindəki pult ilə açdıqdan sonra Təqsirləndirilən şəxs avtomobilin qabaq sağ oturacağın altından içərisində beş ədəd bağlamada narkotik maddə olan heroinə bənzər, 01 ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər, 01 ədəd bağlamada psixotrop maddə metamfetaminə bənzər kütlələr olan bağlamanı təqdim etmişdir. Təqdim edilmiş bağlamalar elektron tərəzidə çəkilmiş, xatırladığı qədər bu əşyaların çəkisi 7 kq-a yaxın olmuşdur. Sonra həmin kütlələr içərisi boş olan torbaya qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq X7 məxsus avtomobildən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı “Siruz” adlı şəxsin vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Abşeron rayonundan sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, gördüyü işin qarşılığında “Siruz” adlı şəxsin ona hər kiloqram narkotik maddəyə görə 700 manat pul verəcəyini, avtomobildə ona məxsus narkotik maddə olması barədə Emin Nağıyevin heç bir məlumatı olmadığını bildirmişdir. Emin Nağıyev də Təqsirləndirilən şəxs dediklərini təsdiq edib özünə məxsus avtomobildə narkotik vasitə və psixotrop maddələrin olmasından məlumatının olmadığını söyləmişdir. Qeyd etmək istəyir ki, nə o, nə d əki, digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs və onun qohumu olan Emin Nağıyevə qarşı fiziki zor tətbiq edilməmiş, onların üzərinə və yaxud maşina qanunsuz əşyalar qoyulmamışdır. Hər iki baxış videoçəkilişlə aparılmış, çəkilişi həmkarı Şahid3 aparmışdır Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində bildirmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantıdır. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs keçiridikləri əməliyyat tədbiri ilə bağlı tanımışdır. Belə ki, ona əməliyyat məlumatı daxil olmuşdur ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğuldur. Əməliyyatın keçirilməsinə dair qərar qəbul etmiş, əməliyyat qrupunun rəhbəri olmaqla idarənin əməkdaşlarından ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı Baş İdarənin rəhbərliyi tərəfindən əmr verilmişdir. 02 may 2022-ci il tarixdə axşam saatlarında əməliyyat qrupunun üzvləri ilə birlikdə Baş İdarədən çıxıb Təqsirləndirilən şəxs olacağı Bakı şəhəri, Binəqədi rayonu istiqamətində getmişlər.xx.xx.2022-ci il tarixdə saat 00:50 radələrində Təqsirləndirilən şəxs “Daewoo Nexia” markalı avtomobildə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X11 küçəsi ilə hərəkət etmələrini müşahidə edərək onları saxlayaraq hər ikisini və maşını idarəyə gətirmişlər. Ramin saxlanılan zaman hər hansı bir əşya maışından kənara atmamışdır. İdarədə Təqsirləndirilən şəxs və X10 təhqiqatçıya təhvil verilmişlər. Təhqiqatçı hər ikisinə hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçilər təyin etmişdir. Müdafiəçilər onlara təqdim edildikdən sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Sonra inzibati otaqların birində əməliyyat qrupunun və müdafiəçilərin iştirakı ilə videoçəkiliş altında Təqsirləndirilən şəxs və X5 barəsində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Xatırladığı qədər Təqsirləndirilən şəxs masanın üzərinə markasını xatırlamadığı mobil telefonda qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmişdir. Sonra həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və tərəfindən imzalanmışdır. Sonra şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs X8 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra X10 üzərində qanunla qadağan olunmuş narkotik maddə olmadığını bildirmişdir. Bundan sonra sonuncunun üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın cibindən 01 ədəd “Samsung” markalı mobil telefon və 01 ədəd avtomobil açarı aşkar olunaraq götürülmüşdür. X5 üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün “Samsung” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, avtomobil açarı isə şübhəli şəxsə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı “Siruz” adlı şəxsin vasitəsi ilə bir gün əvvəl Abşeron rayonunun ərazisində Masazır gölünün yanından götürdüklərini həmin qanunsuz əşyaları sonradan “Siruzun” göstərişi ilə deyilən ünvanlara qoymalı idilər.Gördüyü işin qarşılığında “Siruz” adlı şəxsin ona hər kiloqram narkotik maddəyə görə müəyyən miqdarda pul verəcəyini vəd etmişdir.Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, onunla birlikdə saxlanılmış X5 bu işə heç bir aidiyyatı yoxdur. Qanunsuz əşyaların qalan hissəsini isə Emin Nağıyevin maşınında olduğunu bildirmişdir.Bundan sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş və protokol iştirakçılara oxunmaqla tərəflərindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs və X10 ərizə təqdim edərək “Daewoo Nexia” markalı avtomobilə baxış keçirilməsinə etirazlarının olmadıqlarını bildirmişlər. xx.xx.2022-ci il tarixdə saat 03:35-dən etibarən X5 idarə etdiyi “Daewoo Nexia” markalı avtomobilə baxış keçirilməsinə başlanılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs və X7 avtomobildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra X10 avtomobili əlindəki pult ilə açdıqdan sonra Təqsirləndirilən şəxs avtomobilin qabaq sağ oturacağın altından içərisində 5(beş) ədəd bağlamada narkotik maddə olan heroinə bənzər, 01 ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər, 01 ədəd bağlamada psixotrop maddə metamfetaminə bənzər kütlələr olan bağlamanı təqdim etmişdir. Təqdim edilmiş bağlamalar elektron tərəzidə çəkilmişdir. Sonra həmin kütlələr içərisi boş olan torbaya qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. X4 idarə etdiyi avtomobilin digər hissələrinə baxış keçirilmiş və əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid4 həmkarları Şahid1 və Şahid2 ifadələrinə uyğun ifadə verərək göstərmişdir ki, 02 may 2022-ci il tarixdə həmkarı Şahid1 Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon sakini olan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, məlumat əsasında əməliyyat tədbiri keçirilmiş və əməliyyat qrupunun üzvü kimi tədbirdə iştirak etmişdir. xx.xx.2022-ci il tarixdə saat 00:50 radələrində Təqsirləndirilən şəxs bənzər şəxsin “Daewoo Nexia” markalı avtomobildə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X11 küçəsi ilə hərəkət etməsini görərək həmin maşını saxlayıb Təqsirləndirilən şəxs və yanında olan digər şəxsi maşınla birlikdə idarəyə gətirmişlər. Saxlanılan zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, X10 onun qohumudur və maşın sonuncuya məxsusdur. Təqsirləndirilən şəxs saxlanılan zaman hər hansı bir əşyanın kənara atılmasını görməmişdir. İdarədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, təhqiqatçı təklif etmişdir ki, sonuncular üzərlərində olan əşyaları təqdim etsinlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmişdir. Həmin kütlənin çəkisini artıq xatırlamır, sonra həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və onlar tərəfindən imzalanmışdır. «Daewoo Nexia» markalı maşına baxışda iştirak etmiş, maşının salonun ön hissəsindən bir ədəd torba aşkar edilmişdir.Həmin torbanın içərisinədə heroinə, metamfetaminə və marixuanaya bənzər bükümlər aşkar edilmişdir.Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı “Siruz” adlı şəxsin vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Abşeron rayonun ərazisində olan Masazır gölünün yaxınlığından iranlının göstərişi ilə götürdüyünü, sonradan həmin qanunsuz əşyaları iranlının deyəcəyi ünvanlara qoymalı idi. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid3 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, 02 may 2022-ci il tarixdə Baş İdarəyə ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. 02 may 2022-ci il tarixdə axşam saatlarında əməliyyat qrupunun üzvləri ilə birlikdə Baş İdarədən çıxıb Təqsirləndirilən şəxs olacağı Bakı şəhəri, Binəqədi rayonu istiqamətində getmişlər. Artıq xx.xx.2022-ci il tarixdə saat 00:50 radələrində Təqsirləndirilən şəxs bənzər şəxsin “Daewoo Nexia” markalı, **-DH-*** qeydiyyat nişanlı avtomobildə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X11 küçəsi döngə 1 ünvanın yaxınlığında olmasını görmüşlər. Dərhal həmin avtomobilə yaxınlaşıb Təqsirləndirilən şəxs bənzər və yanında olan digər şəxsi saxlatmışlar. Həmin şəxslərə xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmiş, onlara özlərini təqdim etmələrini söyləmişlər. Həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs və X10 olmalarını bildirmişlər. Şəxsiyyətlərini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış etmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını, həmçinin qohumu X5 idarə etdiyi “Daewoo Nexia” markalı, **-DH-*** qeydiyyat nişanlı avtomobildə də özünə məxsus olan narkotik vasitə və psixotrop maddələrin olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, X10 və idarə etdiyi “Daewoo Nexia” markalı **-DH-*** qeydiyyat nişanlı avtomobil Baş İdarəyə gətirilmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs və X7 hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçilər təyin edilmişdir. Müdafiəçilər onlara təqdim edildikdən sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Sonra inzibati otaqların birində əməliyyat qrupunun və müdafiəçilərin iştirakı ilə videoçəkiliş altında Təqsirləndirilən şəxs və X5 barəsində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən “Redmi” markalı mobil telefon və 53 manat pul aşkar olunaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmişdir. Sonra həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün “Red Mi” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 53 manat pul isə özünə geri qaytarılmışdır. Daha sonra şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs X8 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra X10 üzərində qanunla qadağan olunmuş narkotik maddə olmadığını bildirmişdir. Bundan sonra sonuncunun üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın cibindən 01 ədəd “Samsung” markalı mobil telefon və 01 ədəd avtomobil açarı aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün “Samsung” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, avtomobil açarı isə şübhəli şəxsə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı “Siruz” adlı şəxsin vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Abşeron rayonundan sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, gördüyü işin qarşılığında “Siruz” adlı şəxsin ona hər kiloqram narkotik maddəyə görə 700 manat pul verəcəyini, özünün narkotik vasitə istifadəçisi olduğunu, təxminən 10 ildir ki, narkotik maddə istifadə etdiyini, həmçinin onunla birlikdə saxlanılmış X7 məxsus “Daewoo Nexio” markalı **-DH-*** nömrəli avtomobildə narkotik maddə saxladığını, həmin narkotik maddələri təqdim edə biləcəyini, həmin avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. X10 onunla birlikdə saxlanılmış Təqsirləndirilən şəxs üzərində narkotik maddə olması barədə heç bir məlumatının olmadığını, özünün də narkotik maddələrdən istifadə etmədiyini, idarə etdiyi avtomobildə narkotik maddələr olması barədə məlumatının olmadığını, avtomobilinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş və protokol iştirakçılara oxunmaqla tərəflərindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs və X10 ərizə ilə müraciət edərək “Daewoo Nexia” markalı **-DH-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etirazlarının olmadıqlarını bildirmişlər. xx.xx.2022-ci il tarixdə saat 03:35-dən etibarən X5 idarə etdiyi “Daewoo Nexia” markalı **-DH-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə başlanılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs və X7 avtomobildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra X10 avtomobili əlindəki pult ilə açdıqdan sonra Təqsirləndirilən şəxs avtomobilin qabaq sağ oturacağın altından içərisində 5(beş) ədəd bağlamada narkotik maddə olan heroinə bənzər, 01 ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər, 01 ədəd bağlamada psixotrop maddə metamfetaminə bənzər kütlələr olan bağlamanı təqdim etmişdir. Təqdim edilmiş bağlamalar elektron tərəzidə çəkilmişdir. Sonra həmin kütlələr içərisi boş olan torbaya qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. X4 idarə etdiyi avtomobilin digər hissələrinə baxış keçirilmiş və əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq X7 məxsus avtomobildən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı “Siruz” adlı şəxsin vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Abşeron rayonundan sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, gördüyü işin qarşılığında “Siruz” adlı şəxsin ona hər kiloqram narkotik maddəyə görə 700 manat pul verəcəyini, avtomobildə ona məxsus narkotik maddə olması barədə Emin Nağıyevin heç bir məlumatı olmadığını bildirmişdir. Emin Nağıyev də Təqsirləndirilən şəxs dediklərini təsdiq edib özünə məxsus avtomobildə narkotik vasitə və psixotrop maddələrin olmasından məlumatının olmadığını söyləmişdir. Daha sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya, predmet və maddə aşkar olunmamışdır. Bundan sonra baxış və götürmə aparılması haqqında protokol tərtib olunaraq tərəflərindən imzalanmışdır. Təqsirləndirilən şəxs törətdiyi əməllərdə təqsirliliyi özünün, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq olunmuş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir Belə ki, məhkəmədə elan edilib araşdırılmış Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Bakı şəhəri, Binçqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «əməliyyat-axtarış tədbirlərintin həyata keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərarla əməliyyat qrupu yaradılmışdır. Məhkəmədə elan edilib araşdırılmış 03 may 2022-ci il tarixli raportdan müəyyən olunur ki, keçirilmiş əmliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 03 may 2022-ci il tarixdə saat 00:50-də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X11 küçəsi, döngə 1 ünvanının yaxınlığında X5 idarə etdiyi “Daewoo Nexia” markalı, **-DH-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq hava və əməliyyat şəraiti, nəqliyyat vasitələrinin və insanların vaxtaşırı hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, avtomobil isə BNMİ-nin avtomobil dayanacağına yerdəşdirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 03 may 2022-ci il tarixdə saat 00:50-də Bakı şəhərii, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X11 küçəsi döngə 1 ünvanının yaxınlığında X10 ilə birlikdə saxlanılaraq Baş İdarəyə gətirilmiş, vedoçəkiliş aparılmaqla şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış “avtomobilə baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, vedeoçəkiliş aparılmaqla X5 idarə etdiyi “Daweoo Nexia” markalı **-DH-*** qeydiyyat nişanlı avtomobilə baxış kerilmiş, baxış zamanı avtomobilin ön sağ sərnişin oturacağının altından Təqsirləndirilən şəxs məxsus içərisində 05 ədəd bağlamada narkotik vasitə heroinə bənzər maddə, 01 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə, 01 ədəd bağlamada psixotrop maddə metamfetaminə bənzər maddələr olan bağlama aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 03 may 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 03 may 2022ci il tarixli 6/2547 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs....” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 60,249 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; -üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr...” sözləri olan kağız yapışdırılmış torbadakı beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1005 qram, 1000 qram, 1010 qram, 990 qram, 1000 qram ümumi təmiz çəkisi 5005 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 1055 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Zərfdəki və torbadakı narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 5065,249 qramdır. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri” in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-bioloji ekspertizasının 03 may 2022-ci il tarixli, 7/429 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi kütlələr...” yazı və imzalar olan torbada 1 ədəd sellefon bağlamada təmiz çəkisi 1105 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3893 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış «baxış keçirilməsi haqqında»xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, İAMAS-dan təqdim olunmuş MAPS-uçot xəritəsinə baxış zamanı Təqsirləndirilən şəxs özünə məxsus P5460410 saylı pasportdan istifadə etməklə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dəfələrlə İRR-sı ərazisinə daxil olması və yenidən ölkə ərazisinə qayıtması müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 02 may 2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qanuna uyğun hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «diskə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, cinayət əməli törədərkən onların olduqları yer üzrə uyğun gələn anten əhatə dairələri müəyyən edilmişdir. Sms tarixçəsinə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə müxtəlif mobil nömrələrdən “Qaqa men o mali dala qatara bilmezdim mumkun deyidi”, “bilsenki bu ziblin qiymeti orda qepiy qurusdu,diyrem bu pati eriyir,kola suludu hec vecivede deyil senin”, “Maraglanim men onu? Bele 5 neferlik tema olacaq .atomdu”, “Uzurlu say ramin qardasim teker lazmidiye 10dene tulku goz panarama masin tekeri”, “Abi pencerenin kvadrati neceyedi?, “Ramin nolar onu 02 ayri 03 ayri ayri ayri elede men sevali kecdim piyada dusurem 9mertebeye”, “qaqa eve gedirem didim bir weyin olar balaca gelem goturem”, “Ordaki qiymeti yox sen bize diyende ustune de ne qoyasan hamisini de yeri neceyedi ozun bilsen besdi”, “Qaqaş bəlkə məni yola salasan gozduyenim var” məzmunda mesajlar göndərilmişdir. Məhkəmədə elan edilib araşdırılmış DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 077-8957-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni İran İslam Respublikası vətəndaşı “Siruz” adlı şəxsin əvvəlcədən təyin etdiyi yerdən əldə etməsi müəyyən olunmuş, “Siruz” adlı şəxsin İran İslam Respublikası ərazisində yaşaması səbəbindən onun ətrafında məqsədyönlü əməliyyat-axtarış tədbirləri keçirilməsi mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış təqsirləndirilən şəxsi xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəisində iki azyaşlı uşağı vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə elan edilib araşdırılmış “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5065,099 qram olan narkotik vasitə heroin, 1104,95 qram çəkidə qurudulmuş marixuana, 1054,9 qram çəkidə metamfetaminAzərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, şəxsi axtarış və avtomobilə baxış aparılması zamanı videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş CD disklər iş materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-ci maddələri ilə nəzərdə tululmuş əməlləri qismən öz ifadəsi, həmçinin şahid ifadələri, cinayət işində olan baxış protokolları, məhkəmə ekspertiza rəyləri və digər sənədlərlə tam sübuta yetirilmiş, təqsirləndirilən şəxs həmin maddələrlə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Belə ki, onun CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olması ibtidai istintaq zamanı narkotik vasitə və psixotrop maddələrin İran İslam Respublikasının vətəndaşı “Siruz” adlı şəxsin vasitəsi ilə Abşeron rayonu ərazisindən əldə etdiyini, həmin narkotik vasitələri “Səxi”-nin göstərişi ilə müəyyən edilən ərazilərə çatdırıb, əvəzində hər kiloqram narkotik maddəyə görə 700 manat pul alacağına diar ifadələri ilə, 03 may 2022-ci il tarixdə şəxsi axtarış və avtomobilə baxış keçirilməsinin nəticəsini əks etdirən protokollar və protokoldakı izahı ilə, 03 may 2022-ci il tarixdə axtarış keçirən polis əməkdaşlarının ifadələri ilə, axtarışın gedişini əks etdirən CD diski ilə, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1və 234.4.3-cü maddələri ilə yanaşı CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə ona ittiham verilmişdir ki, o qabacadan əlbir olub bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təsdiqini tapmamışdır. Məhkəmə baxışı zamanı ittiham nitqi ilə çıxış edən dövlət ittihamçısı Fauf Malışov təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyini qeyd edərək, həmin hissədə ittihamdan imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 38.4-cü maddəsinin tələbinə görə, cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. Həmin Məcəllənin 39.2-ci maddəsinin tələbinə görə, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.6-cı maddəsinə əsasən, dövlət ittihamçısı bu Məcəllənin 40.2-ci maddəsində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları məhkəmədə aşkar edərsə, təqsirləndirilən şəxsin barəsində cinayət təqibindən imtina edilməsini bildirməyə haqlıdır. Həmin Məcəllənin 43.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə Dövlət ittihamçısı ittihamdan imtinası qəbul edilməli və həmin maddə ilə onun barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanları və hazırkı hökmdə sadalanan sübutları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, daşımış və saxlamışdır, yəni Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi həmin əməl düzgün tövsif edilmişdir, əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs müayinə zamanı kannabioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 03 may 2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda cinayət işi üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonrakı qalıq çəkiləri 5065,099 qram olan narkotik vasitə heroin, 1104,95 qram çəkidə qurudulmuş marixuana, 1054,9 qram çəkidə metamfetamin məhv edilməli, 04 ədəd disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 169 (yüz altmış doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201- 01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 03 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə Dövlət ittihamçısı imtinası qəbul edilsin və Təqsirləndirilən şəxs həmin maddə ilə cinayət təqibinə xitam verilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonrakı qalıq çəkiləri 5065,099 qram olan narkotik vasitə heroin, 1104,95 qram çəkidə qurudulmuş marixuana, 1054,9 qram çəkidə metamfetamin məhv edilsin, 04 ədəd disklər cinyət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrin və psixotrop maddələrin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 169 (yüz altmış doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-243/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-243/2023
07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver