Məhkəmə qərarları › İş №1(101)-243/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-243/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-243/2025 05.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi ilə, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X19, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər- Bakı şəhəri “MBM” Vəkil Bürosunu vəkilləri Müdafiəçi2 Ali oğlu, Müdafiəçi1, Bakı şəhəri “Alyans” vəkil bürosunun vəkili Müdafiəçi3, tərcüməçilər X16, X7, X3 və X11 iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, N.Nərimanov prospekti, döngə 8, ev 19-da qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 228.4, 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri, xx xxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər Gəncə Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 62-ci maddəsi tətbiq edilməklə 01 il 06 müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1, 234.4.3, 240.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qanunsuz olaraq döyüş sursatı əldə etmiş, saxlamış və daşımış, həmçinin qanunsuz olaraq soyuq silah əldə etmiş və gəzdirmiş, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə, narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə və külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 naməlum mənbədən, naməlum vaxtda və şəraitdə qanunsuz olaraq döyüş sursatları hesab edilən, zavod üsulu ilə istehsal olunmuş 01 ədəd partladıcısı ilə birlikdə F-1 tipli əl qumbarası, soyuq silah hesab edilən 01 ədəd dəyənək və 01 ədəd bıçaq əldə edib dəyənək və əl qumbarasını idarə etdiyi avtomobildə saxlamaqla, bıçağı isə üzərində gəzdirməklə ünvan 2 ünvanın yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 21 dekabr 2023-cü il tarixdə, saat 15:45-də yuxarıda göstərilən ünvanda idarə etdiyi “X31” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılaraq avtomobillə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə 7 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilməklə orada həmin gün, saat 18:06-dan etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman çiynində olan qara rəngli dəri çantadan soyuq silah hesab edilən, kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı 01 ədəd ov bıçağı, qeyd olunan tarixdə saat 19:43-dən etibarən özünün razılığı və iştirakı ilə idarə etdiyi “X31” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin arxa yük yerində olan 01 ədəd çantanın içərisindən qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı soyuq silah hesab edilən, kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik olan 01 ədəd dəyənək, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı F-1 tipli əl qumbarasının gövdəsi və həmin gövdə ilə komplektləşdirildikdə döyüş sursatı hesab edilən, F-1, RQD-5 və RQ-42 tipli əl qumbaralarının partladıcısı olan 01 ədəd “UZRQM” tipli partladıcı aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında naməlum vaxtda və şəraitdə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan külli miqdarda - 10,173 qram çəkidə psixotrop maddə metamfetamini, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan - 1,93 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”na daxil olan - təsir maddəsinin ümumi miqdarı 1,8 qram olan 01 ədəd konvalyut kəsiyində 06 ədəd «Preqabalin” kapsulunu satış məqsədi ilə qanunsuz olaraq əldə edib satışa hazırlamaq üçün aralarında böldükdən sonra üzərində saxlamaqla ünvan 2 ünvanın yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 21 dekabr 2023-cü il tarixdə, saat 15:45-də yuxarıda göstərilən ünvanda idarə etdiyi “X31” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında Təqsirləndirilən şəxs2 ilə birlikdə olduqları zaman saxlanılaraq avtomobillə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə 7 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilməklə orada həmin gün, saat 18:06-dan etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman çiynində olan qara rəngli dəri çantadan satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdıqları 01 ədəd sellofan bükümdə təmiz çəkisi külli miqdarda 5,002 qram olan ağ rəngli, kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,93 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və təsir maddəsinin ümumi miqdarı 1,8 qram olan 01 ədəd konvalyut kəsiyində 06 ədəd kapsulda narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə «Preqabalin”, Təqsirləndirilən şəxs2 çiynindən asdığı qara rəngli dəri çantadan isə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdıqları 01 ədəd sellofan bükümdə təmiz çəkisi külli miqdarda 5,171 qram olan ağ rəngli, kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qanunsuz olaraq soyuq silah əldə etmiş və gəzdirmiş, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə, narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə və külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 naməlum mənbədən, naməlum vaxtda və şəraitdə qanunsuz olaraq soyuq silah hesab edilən 01 ədəd bıçaq əldə edib üzərində gəzdirməklə ünvan 2 ünvanın yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 21 dekabr 2023-cü il tarixdə, saat 15:45-də yuxarıda göstərilən ünvanda tanışı Təqsirləndirilən şəxs1 idarə etdiyi “X31” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılaraq avtomobillə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə 7 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilməklə orada həmin gün, saat 18:06-dan etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman çiynində olan qara rəngli dəri çantadan soyuq silah hesab edilən, kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı 01 ədəd ov bıçağı aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında naməlum vaxtda və şəraitdə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan külli miqdarda - 10,173 qram çəkidə psixotrop maddə metamfetamini, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan - 1,93 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”na daxil olan - təsir maddəsinin ümumi miqdarı 1,8 qram olan 01 ədəd konvalyut kəsiyində 06 ədəd «Preqabalin» kapsulunu satış məqsədi ilə qanunsuz olaraq əldə edib satışa hazırlamaq üçün aralarında böldükdən sonra psixotrop maddə metamfetaminin bir hissəsini üzərində saxlamaqla ünvan 2 ünvanın yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində 21 dekabr 2023-cü il tarixdə, saat 15:45-də yuxarıda göstərilən ünvanda tanışı Təqsirləndirilən şəxs1 idarə etdiyi “X31” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında Təqsirləndirilən şəxs1 ilə birlikdə olduqları zaman saxlanılaraq avtomobillə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə 7 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilməklə orada həmin gün, saat 18:06-dan etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman Təqsirləndirilən şəxs1 çiynində olan qara rəngli dəri çantadan satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdıqları 01 ədəd sellofan bükümdə təmiz çəkisi külli miqdarda 5,002 qram olan ağ rəngli, kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,93 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və təsir maddəsinin ümumi miqdarı 1,8 qram olan 01 ədəd konvalyut kəsiyində 06 ədəd kapsulda narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə «Preqabalin», Təqsirləndirilən şəxs2 çiynindən asdığı qara rəngli dəri çantadan isə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdıqları 01 ədəd sellofan bükümdə təmiz çəkisi külli miqdarda 5,171 qram olan ağ rəngli, kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 3 yaşından Azərbaycanı tərk etmiş və Rusiyada yaşamışdır. O, bundan sonra yalnız 2017-ci ildə Azərbaycana gəlmişdir. Sonuncu dəfə isə 08 dekabr 2023-cü il tarixində toy üçün təyyarə ilə Azərbaycanın Gəncə şəhərinə uçmuşdur. 09 dekabr 2023-cü il tarixində Gəncə şəhərinə çatmış və həmin tarixdə hər şey öz əksini tapmışdır . Atası 13 dekabr 2023-cü il tarixində infarkt olmuş və infarktı ayaqüstə keçirmişdir. Toy məclisi 17 dekabr 2023-cü il tarixində olacağından o, 14 dekabr 2023-cü il tarixində Gəncə şəhərindən Bakı şəhərinə gəlmişdir. O, Moskvaya qayıtmaq üçün 18 dekabr 2023-cü il tarixinə bilet bron etdirmişdir. Lakin atası infarkt keçirdiyindən Moskva şəhərinə uça bilməmişdir. O, 19 dekabr 2023-cü il tarixində xəstəxanaya getmək, atası üçün müəyyən şeylər gətirməyə görə dostundan maşınını götürmüşdür. Onun dostu özü ona maşın sürməyi üçün etibarnamə vermişdir. 21 dekabr 2023-cü il tarixində səhər saat 09:00-da o, atası əməliyyat olacağı üçün evdən çıxıb xəstəxanaya getmişdir. O, həkimdən atasının əməliyyat olunub-olunmayacağını soruşanda həkim demişdir ki, atasının əməliyyatı sabah olacaq. Onlar xəstəxanadan çıxıb 10-15 dəqiqəlik məsafədə olan bir restorana gəlmişlər. Bu zaman birdən-birə mülki geyimdə olan bir neçə nəfər üzərinə gəlmişlər. Onlar onun üzərinə basqın edərək onu maşına soxmuşlar və ona hüquq mühafizə orqanı əməkdaşları olduqlarını demişlər. Onlar onun əllərini qandallamışlar və hadisə yerində onun çantasına baxış keçirmişlər. O, Azərbaycanı tanımadığı üçün polis əməkdaşlarının onu hansı ünvanda saxladıqlarını bilmir. Onlar onu hansısa polis idarəsinə aparmışlar. Polis İdarəsində onun üzərindən heçnə çıxmamışdır. Şəxsi axtarış zamanı üzərindən heçnə olmasına baxmayaraq polis əməkdaşları onun üzərinə hansısa əşyalar qoymuşlar, ona psixoloji təzyiq göstərib onu məcbur etmişlər ki, videokameranın qarşısında o, həmin əşyaların ona məxsus olduğunu desin. Ona qarşı fiziki təzyiq olmuş, lakin daha çox psixoloji təzyiq olmuşdur. İdarədə dostunun 60 yaşlı atasını onun yanında döymüşlər. O, yalnız çəkiliş zamanı məcbur qalaraq əşyaların ona məxsus olduğunu demişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, onun əvvəllər polislərlə konfilikti olmamışdır, çünki o, Azərbaycanda yaşamamış, buna görə problemi ola bilməz. O, narkotik vasitələrdən istifadə etmir. Onun əvvəllər məhkumluğu olmamışdır. O, istintaq zamanı ifadə verməmiş, o, məcburiyyət qarşısında sənədlərə imza çəkmişdir. O, imza çəkdiyi sənədlərin nə olduğunu bilməmişdir. O, 3-cü sinifdən Rusiyada təhsil almışdır. Əvvəllər 20 yanvar 2017-ci ildə Azərbaycana gəlmişdir. Saat 15:00-da tutulmuş, amma şəxsi axtarış 17:00-da olmuşdur. İttiham aktında yazılan əşyalar ona məxsus deyil. İfadələrdə yazılıb ki, o, güya qumbara tapmışdır. Azərbaycana təzə gəlmiş adam qumbaranı hardan tapa bilər?! Əgər əşyalar ona məxsusdursa həmin əşyalarda onun əl barmaq izi olmalıdır. Həmin əşyalar onun ola bilməz. O, Gəncə şəhərində heç kimi tanımır, o, orada evdə imiş və bir-iki qohumla görüşmüşdür. O, Bakı şəhərində heç kimlə ünsiyyətdə olmamışdır. O, dostu ilə dağlara çıxıb gəzdikdən sonra maşını ona vermişdir. Maşın 3 gün onda olmuşdur. O, maşın ilə xəstənxanaya ordan da evə gedirmiş. O, maşına əşya qoymamışdır. Maşının baqajına baxa bilməzmiş, çünki başqasının maşınıdır. Maşının baqajında arbalet, açar, avtomobilin təmiri üçün açarlar, bıçaq, ov bıçağı, bağ üçün çadır görmüşdür. Başqa əşyalar yadında deyil. O, maşında olan bu əşyaların kimə məxsus olduğunu bilməmişdir. Maşındakı əşyalar yəni bıçaq arbalet aparmaq qanunsuz deyil. Çünki Rusiyada bıçaq arbalet gəzdirmək qanunidir. O, tutulana qədər olan müddətdə maşının açarlarnı heç kimə verməmiş, maşının qapısı da açıq qalmamışdır. Tutulan zaman isə polis əməkdaşları maşının açarlarını ondan almışlar. O, tutulandan 4-5 saat sonra maşını görmüşdür. Onun üzərində narkotik vasitə yox imiş, amma Rusiyada olarkən həkim ona hansısa dərman vasitələri yazmış və üzərində həmin dərmanlar var imiş. O, dərmanların adlarını bilməmişdir. O, həmin dərmanları Rusiyadan Azərbaycana uçarkən gətirmişdir. Əgər onlar qanunsuz olsa imiş, o, sərhəddən buraxıla bilməzmiş. Onlar kafeye gedə bilməmişlər, yəni o, kafeyə girmək üçün maşından çıxan kimi saxlanılmışdır. Onda atasaının sənədləri, 800 manat və 20.000 rubl pul olmuşdur. Amma protokolda yazılmışdır ki, onda 10 manat pul olmuş və həmin pulu onun qohumlarına vermişlər. Onun üzərində airpods, siqaret olmuşdur. Onun çantasında bıçaq çıxmamışdır. Həmin bıçaq böyük imiş və onlar özləri güclə bıçağı çantasına soxmuşlar. Maşında ona məxsus başqa çanta olmamışdır. Maşının içində nə var imişsə polislər onları təmizləmişlər. Maşında yalnız çantanı qoymuşlar ki, güya çantasında partlayıcı əşyalar var. Məhkəmənin sonrakı iclaslarında proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, tərcüməçini çəkiliş zamanı, sonra da təcridxanada görmüşdür. Tərcüməçi sanksiya verilən gün məhkəmədə olmamış, məhkəmə tərcüməçisiz olmuşdur. O, tərcüməçini 2 dəfə görmüşdür. Bir dəfə çəkiliş zamanı, bir dəfə də təcirdxanada görmüşdür. Elan olunmuş cinayət işinin 1-ci cild 69-72-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, təzyiq altında öz imzasından fərqli imza çəkmişdir. Elan olunmuş cinayət işinin 1-ci cild 76-78-ci vərəqələrində olan avtomobilə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, təzyiq altında öz imzasından fərqli imza çəkmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı və ifadələri elan olunmuş, izahat və ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild iş vərəqə 82-84-də olan izahatında, cinayət işinin 1-ci cild iş vərəqə 142-146 və 214-216-da olan ifadələrində Təqsirləndirilən şəxs1 aşağıdakıları göstərmişdir: <<.. Təxminən 6-7 aydır ki, aradabir narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. İşsizdir. 20 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində olan zaman zibillikdə bir ədəd siqaret qutusu diqqətini çəkmişdir. Açıb içərisinə baxan zaman “nəşə” kimi tanıdığı qurudulmuş marixuana, psixotrop maddə metamfetamin və dərman həbləri olduğunu görmüşdür. Həmin siqaret qutusunu içərisindəkilərlə birlikdə götürmüşdür ki, nə vaxtsa istifadə etsin. Bundan başqa uzun müddət öncə yaşadığı evin yaxınlığından içərisində bıçaq, partlayıcı maddələr və bir ədəd dəyənək olan idman çantası tapmışdır. Həmin çantanı içərisindəkilərlə birlikdə götürmüşdür ki, kiminsə əlinə keçməsin. 21 dekabr 2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs2 və Şahid1 ilə birlikdə idarə etdiyi “Toyota” markalı, **-XR-*** qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman onlara 5 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları o və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. O və Təqsirləndirilən şəxs2 yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişlər ki, hazırda üzərlərində psixotrop maddə vardır. Bundan sonra polis əməkdaşları onları idarə etdiyi “Toyota” markalı, **-XR-*** qeydiyyat nişanlı avtomobil ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşlar. Onlara hüquq və vəzifələri izah olunmuşdur. O, çantasında narkotik vasitə, psixotrop maddə və bıçaq olduğunu bildirib, çiynindən asdığı qara rəngli dəri çantadan 01 ədəd bıçağı, 01 ədəd siqaret qutusunu, 02 ədəd “İphone” markalı mobil telefonu, 01 ədəd avtomobil açarını, 01 ədəd xarici pasportunu, 01 ədəd sürücülük vəsiqəsini və 01 ədəd şəxsiyyət vəsiqəsini, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 10 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd siqaret qutusuna baxış zamanı içərisindən 01 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin və 01 ədəd konvalyutda üstündə “Lirika” və “Preqabalin” sözləri qeyd olunmuş 06 ədəd dərman həbləri olması müəyyən edilmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Aşkar edilmiş 10 manat pul və avtomobil açarı isə özünə geri qaytarılmışdır. Baxış zamanı ona təklif edilmişdir ki, idarə etdiyi “Toyota” markalı, **-XR-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr, psixotrop maddələr, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra idarə etdiyi avtomobildə narkotik vasitə və psixotrop maddə olmadığını, lakin çoxlu sayda bıçaq və partlayıcı maddə saxladığını bildirib, avtomobili açaraq baxışa təqdim etmişdir. Baxış zamanı avtomobilin arxa yük hissəsindən 01 ədəd rezin dəyənək və 01 ədəd çantanın içərisində 08 ədəd bıçaq, 01 ədəd arbalet, 01 ədəd qumbara, 01 ədəd alışdırıcı və qara rəngli maddə aşkar edilmişdir. ...Şifahi sorğu zamanı avtomobilindən aşkar edilmiş predmetləri və şəxsi axtarış zamanı çantasından aşkar edilmiş bıçağı uzun müddət əvvəl çantanın içərisindən tapdığını, həmin əşya və predmetlərə marağı olduğu üçün götürdüyünü, kiminsə əlinə keçməməsi üçün həmin predmetləri avtomobilinə qoyduğunu, çantasından aşkar edilmiş bıçağa xüsusi marağı olduğu üçün çantasında saxladığını, həmin predmetlərdən heç kimə vermədiyini, heç kimə satmadığını, özündə olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. ...Verilən suallara cavab olaraq bildirmişdir ki, çantasından aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni öz istifadəsi üçün əldə etmişdir. Əldə etdiyi maddələrin üzərindən götürməmiş, necə əldə etmişdirsə, o cür də təqdim etmişdir. ...Nə saxlanılan zaman, nə üzərinə şəxsi axtarış keçirilən zaman, nə də baxış keçirilən zaman heç bır fiziki və ya psixi təzyiqə məruz qalmamışdır. ...>> Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, təzyiq altında öz imzasından fərqli imza çəkmişdir. Elan olunmuş cinayət işinin 1-ci cild 214-219-cu vərəqələrində olan üzləşmə protokolları və protokollarda olan imzaya əsasən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, təzyiq altında öz imzasından fərqli imza çəkmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ali təhsilli insandır və hamı bilir ki, o, namaz qılan ağlı başında biri olmuşdur. O, narkotik vasitə istifadəçisi deyil. Heç kim sübut edə bilməz ki, o, narkomandır. Onlara irəli sürülən ittiham cəfəngiyyatdır. O, Rusiya Federasiyasında yaşayır. O, toy məclisi ilə bağlı 09 dekabr 2023-cü il tarixində Azərbaycanın Gəncə şəhərinə gəlmişdir. Toy məclisi 17 dekabr 2023-cü il tarixində Bakı şəhərində olacağından 16 dekabr 2023-cü il tarixində Gəncə şəhərindən Bakı şəhərinə gəlmişdir. 21 dekabr 2023-cü il tarixində səhər saatlarında dostu Təqsirləndirilən şəxs1 atasının ürək əməliyyatı ilə bağlı taksiyə minərək xəstəxanaya gəlmişdir. Xəstəxanada o, Təqsirləndirilən şəxs1 və Xanın atasının dostu Bahadur Bəşirov imiş. Əməliyyat uğurla başa çatandan sonra onlar üçü maşına minib yemək yeməyə getmişlər. Onlar “Nəqşi Cahan” “Manisa Palas” restoranlarının qabağında olarkən 15 nəfər onları oğurlamışlar. Həmin şəxslər onlara özlərini təqdim etməmişlər və onları zorla maşına soxaraq BMCMİ-nə aparmışlar. Restoranın kameralarından görmək olar ki, onları tutan şəxslər 5 yox, 15 nəfər imiş. İttiham aktında yazılır ki, güya onlar saat 15:45-də saxlanılırmışlar, saat 18:06-da şəxsi axtarış keçirilmişdir. Onlar restorandan BMCMİ-nə 20 dəqiqə yol getmişlər. Yəni 18:06-a kimi olan 2 saat ərzində polis əməkdaşları onları döymüşlər. O, həyatı boyu öz şəxsiyyətinə qarşı belə fiziki və mənəvi təzyiq görməmişdir. Onlar sanki onların əlində düşmən əsiri imiş. Polislər onları ailə üzvləri ilə qorxudub fiziki təzyiq göstərərək demişlər ki, verilən narkotik vasitəni boyunlarına alsınlar. Polis əməkdaşları onlara 5 cümlə öyrətmişlər ki, həmin cümlələri onlar videoçəkiliş zamanı desinlər. Çəkilişə baxsalar görəcəklər ki, o, qara rəngli barsetka sumka tutmuşdur. O, əlini heçnəyə qoymadan polis əməkdaşları özləri barsetka sumkadan qoyduqları narkotik vasitə və bıçağı götürmüşlər. Polis əməkdaşları ona şəxsi axtarış zamanı narkotik vasitəni zibillikdə yerdən tapdığını dedizdirmişlər. O, zibillikdə qurdalanan insana bənzəmirmiş. BMCMİ-ə əməkdaşlar onu sürüyə-sürüyə aparmışlar. O, ifadə verməmiş və təzyiq altında ifadələri imzalamışdır. Aldığı xəsarətlərlə bağlı heç kim onun yanına gəlməmişdir. O, təcridxanada 3 ay qalandan sonra müstəntiq onun yanına gəlmişdir. Vəkil Samirə xanıma demişdir ki, o, ifadələrdən imtina edir çünki onları təzyiq altında vermişdir. Növbəti məhkəmə iclasında Təqsirləndirilən şəxs2 əlavə ifadə vermək istədiyini bildirərək, verdiyi ifadə-müraciətində göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. AR CPM-nin 10-cu maddəsinə əsasən Məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. AR CPM-nin 12.1-ci maddəsinə əsasən Cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. AR CPM-nin 21.1-ci maddəsinə əsasən Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. AR CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. AR CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair “AR Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəttin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hisəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 2-ci hisəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə iistinad etməyi tövsiyə etmişdir AR CPM-nin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, onun əvvəllər polislərlə konfilikti olmamışdır, çünki o, Rusiyada yaşayır. O, Balakəndə qeydiyyatda olsa da Azərbaycanda yaşamamışdır. Polis əməkdaşları onları ekspertizaya aparanda yolda onlara 2 butulka su vermişlər və demişlər ki, analiz vermək üçün suyu içsinlər. Onun üzərində pasport, bilet, möhür olmuşdur. O, 22 dekabr 2023-cü ildə Moskvaya gedəcəkmiş. Onun şəxsiyyət vəsiqəsi üzərində olmamışdır. O,istintaq zamanı ifadə verməmiş, hazır kağıza imza çəkmişdir. O, Bahadurun Bakıya gəlmə səbəbini bilmir. Polis əməkdaşları onların üzərlərindəki pulları onlardan alaraq üzərlərinə 10 manat pul qoymuşlar. İnandırıcı deyil, çünki onlar 30 manatla restorana gedə bilməzlər. Onlarda olan maşın tanışları İcra Hakimiyyətinin işçisinin maşınıdır. Xanın maşına etibarnaməsi var imiş. X14 tanımamışlar. Onun maşına heç bir aidiyyəti olmamışdır. Əşyaları da polislər özlərindən fikirləşmişlər. Maşın 4 saat BMCMİ-nin qarajında partlayıcı ilə necə qala bilərmiş?! 21 dekabr 2023-cü il tarixində xəstəxanaya təkcə getmişdir. Onlar xəstəxanadan restorana 20 dəqiqə yol getmişlər. O, maşından istifadə etməmişdir. Şahid İbrahim Nəbiyev tutulan zaman onu döymüşdür. O, 21 dekabr 2023-cü il tarixində tutulmuş və 4 saat İdarədə saxlanılmışdır. Polislər onları döyərək üstlərində işləmişlər, onları təhqir etmişlər və ciblərinə 5 qram narkotik vasitə qoymuşlar. Şahid İbrahim Nəbiyev də onun sənədlərə məcbur qalıb imza çəkdiyi vaxt orda olmuşdur. Elan olunmuş cinayət işinin 1-ci cild 69-72-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, təzyiq altında imza çəkmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı və ifadələri elan olunmuş, izahat və ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild iş vərəqə 86-88-də olan izahatında, cild 1, iş vərəqə 160-164-də və 243-248-də olan ifadələrində Təqsirləndirilən şəxs2 aşağıdakıları göstərmişdir: <<.. 20 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində olan zaman yerdə bir ədəd büküm diqqətini çəkmişdir. Həmin bükümü açıb içərisinə baxan zaman psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Həmin bükümü götürmüşdür ki, nə vaxtsa istifadə etsin. Eləcə də, uzun müddət əvvəl yaşadığı evin yaxınlarında zibillik ərazidə bir ədəd bıçaq olduğunu görmüşdür. Həmin bıçaq ona maraqlı gəldiyi üçün bıçağı götürmüşdür. 21 dekabr 2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs1 və Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Toyota” markalı, **-XR-*** qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman onlara 5 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları o və Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. O və Təqsirləndirilən şəxs1 yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişlər ki, hazırda üzərlərində psixotrop maddə vardır. Bundan sonra polis əməkdaşları onları “Toyota” markalı, **-XR-*** qeydiyyat nişanlı avtomobil ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Əvvəlcə Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə əhəmiyyətli digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Xan çantasında narkotik vasitə, psixotrop maddə və bıçaq olduğunu bildirib, çiynindən asdığı qara rəngli dəri çantadan 01 ədəd bıçağa oxşar dəmir predmeti, 01 ədəd siqaret qutusunu, 02 ədəd “İphone” markalı mobil telefonları, 01 ədəd avtomobil açarını, 01 ədəd xarici pasportunu, 01 ədəd özünə məxsus olan sürücülük vəsiqəsini və 01 ədəd şəxsiyyət vəsiqəsini, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 10 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd siqaret qutusuna baxış zamanı içərisindən 01 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin və 01 ədəd konvalyutada üstündə “Lirika” və “Preqabalin” sözləri qeyd olunmuş 06 ədəd dərman həbləri olması müəyyən edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs1 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. ...Daha sonra ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra çantasında psixotrop maddə və bıçaq olduğunu bildirib, çiynindən asdığı çantadan 01 ədəd bıçağı, 01 ədəd “İphone” markalı mobil telefonu, 01 ədəd xarici pasportunu, 01 ədəd sürücülük vəsiqəsini, 01 ədəd mobil nömrəni, əynində olan göy rəngli cins şalvarının sol arxa cibindən 10 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. ...Şifahi sorğu zamanı o Təqsirləndirilən şəxs1 tanışı olduğunu, Balakən rayonunda yaşasa da, Bakı şəhərinə toya getmək üçün gəldiyini, çantasından aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan maddəni 1 gün əvvəl şəhərin Nizami rayonu ərazisindən tapdığını bildirmişdir. ...Əldə etdiyi maddənin üzərindən götürməmiş, necə əldə etmişdirsə, o cür də təqdim etmişdir. ...Nə saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təzyiqə məruz qalmamış, saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. ..>> Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, imzalar onun imzasıdır, təzyiq altında protokolları imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı xüsusi rütbəsində xidmət edir. 21 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması, eləcə də qanunsuz olaraq soyuq silah və partlayıcı maddələr əldə edib saxlamaları və daşımaları bərədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu yaradılmış və qrupa o rəhbərlik edirmiş. 21 dekabr 2023-cü il tarixdə ünvan 2 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaxınlaşıb özlərini təqdim etmişlər. Onlar həmin şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqlarını dəqiqləşdirib onlara narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində, eləcə də qanunsuz olaraq soyuq silah və partlayıcı maddələr əldə edib saxlama və daşımada şübhəli olduqlarını bildirib qərarla tanış edərək DİN-in BMCMİ-yə dəvət etmişlər. Hər üç şəxs etiraz etmədən onlarla birlikdə BMCMİ-yə gəlmişlər. İdarədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquq və vəzifələr izah olunmuş, müdafiəçi ilə təmin olunmuşlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində narkotik olan çantadan 01 ədəd siqaret qutusu, 02 ədəd telefon, 01 ədəd bıçaq təqdim etmişdir. Siqaret qutusunun içərisindən 1 büküm qurudulmuş marixuanaya bənzər maddə, 5-6 ədəd lirika yazılı tablet, 1 büküm metamfetaminə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 bu maddələri 1 gün əvvəl tapdığını, avtomobilində qanunsuz soyuq silah və partlayıcı maddə olduğunu etiraf etmişdir. Avtomobilə baxış zamanı avtomobildən tapançaya bənzər oxatan, partlayıcı maddə olan qumbara və bıçaq aşkar olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən 1 büküm metamfetaminə bənzər maddə, 1 ədəd bıçaq, telefon və 10 manat pul aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 metamfetamini Nizami rayonu ərazisində tapdığını etiraf etmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özləri könüllü olaraq üzərlərində olan əşyaları təqdim etmişlər. O, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Üçünçü şəxs Şahid1 olmuşdur. Xan Paşayerin çantasına İdarədə baxış keçirilmişdir, çünki küçədə baxış keçirmək üçün şərait yox imiş. Xidməti maşınla onları İdarəyə aparmışlar. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs1 narkotik vasitələri alıb-satmağıyla bağlı imiş. Təqsirləndirilən şəxs1 üzərində olan digər əşyalar yadında deyil, amma videoçəkilişdə bütün üzərlərindən çıxan əşyaların görüntüləri var. Nə Təqsirləndirilən şəxs1, nə də Təqsirləndirilən şəxs2 tərəflərindən döyülməmiş, psixi təzyiq göstərilməmişdir. Onlar təhqir olunmmışlar. Onlar əgər təqsirləndirilən şəxslərin dediyi kimi onların üzərinə bıçaq qoysa imişlər belə yenə də 1 ədəd qoya bilərmişlər. Maşından 10 ədəd bıçaq aşkar olunmuşdur. Məhkəmənin növbəti iclaslarında müdafiəçi vəsatətlə müraciət edərək, Şahid2 yenidən dindirilməsini xahiş etmiş və buna əsasən Şahid2 yenidən məhkəmə iclasına dəvət edilmiş və eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında müdafiəçinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 uzun müddətdə Azərbaycanda yaşamamaları barədə məlumatlı deyilmiş. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanıldıqları yer maşın bazarına yaxın olan, səs-küylü həmin yerdə axtarış keçirmələrinə imkan verməyən bir yer imiş. O, dəqiq xatırlamır, yəqin ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İdarəyə gətirdikləri maşını Şahid2 sürürmüş. Baş İdarədə təhqiqatçı tərəfindən avtomobil və çantalara baxış keçirilmişdir. Əməliyyat məlumatı Şahid2 daxil olmuşdur. Əməliyyat tədbiri zamanı şübhəli şəxslərin üzərində partlayıcı maddə olduğundan ehtiyatlı olmaqları barədə təlimatlandırılmışlar. Onlara bildirilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 partlayıcı maddə, odlu silah, narkotik vasitələri əldə edib saxlayırlar. Təhlükəsizliyi təmin etmə qaydası İdarənin daxili məsələsidir. Hər bir halda təhlükəsizlik təmin edilir. O, partlayıcı maddənin növünü bilmirmiş, çünki əməliyyat məlumatı ona daxil olmamışdır. Çantada partlayıcı maddə olması dəqiq onlara məlum deyilmiş. Lakin ehtimal var imiş ki, çantada partlayıcı maddə olsun. Sadəcə təhlükəsizliyin təmin olunması şərti ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müşahidə etmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əlləri-qolları bağlanmamış, amma onların artıq hərəkət etmələrinə də icazə vermirmişlər. Çantalar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərində imiş. Gərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əllərini hərəkət etdirib partlayıcı maddəni partlatsınlar. Onlar da onların əllərini hərəkət etmələrinə imkan vermirmişlər. Avtomobildən qranat aşkar olunmuşdur. Aşkar olunan partlayıcı maddə xüsusi təhlükəli olsa imiş, mütəxəssisin iştirakı ilə götürülərmiş. Onlar polis əməkdaşı olaraq insanların təhlükəsizliyini təmin edir, buna görə də partlayıcı maddə olması ehtimal olunan çanta və maşını daş bazarı tərəfdə qoya bilməzmişlər, təbiiki həmin çantanı və maşını İdarəyə aparmalı imişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz avtomobilləri ilə İdarəyə gətirmişlər. Avtomobildən düşən kimi avtomobilin qapısı kilidlənir və açar təqsirləndirilən şəxsə verilir. Maşını kim sürürsə açarı o təqdim edir. Məhkəmə iclasında müdafiəçinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılan yerdə şərait olmadığından şəxsi axtarış Baş İdarədə aparılmışdır. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri, soyuq silah olan bıçaq və partlayıcı maddələr əldə edib saxlamaları və daşımaları bərədə imiş. Partlayıcı maddənin növü barədə məlumatı bilmir, bu barədə Şahid2 məlumatlı ola bilər. Məlumata əsasən partlayıcı maddə Təqsirləndirilən şəxs1 imiş. Məlumata əsasən partlayıcı maddə ayrılmış vəziyyətdədir. Əvvəlcədən partlayıcı maddənin növünü bilmirmiş. O, sonradan bilmişdir ki, qumbaradır. Əməliyyat məlumatı Şahid2 daxil olmuşdur. Hazırda çantanın ölçüsü yadında deyil. Onlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 3 saat idarədə saxlamamışlar. Partlayıcı maddənin partlayıcı hissəsi ayrı olduğundan İdarəyə gətirmələri təhlükəli deyilmiş. Təqsirləndirilən şəxs1 öz maşını ilə İdarəyə aparılmışdır. İş üzrə Şahid1 məhkəmə iclasında iştirak etməsi üçün dəfələrlə xəbərdarlıq edilmiş,barəsində məcburi gətirilməsi barədə qərar qəbul olmuş, lakin, sonuncu məhkəməyə gətirilməmişdir. Bundan başqa, 08 iyul 2024-cü il tarixində Şahid1 məhkəməyə teleqram məktubu daxil olmuşdur, lakin, teleqaram əl yazısı ilə, oxunmayan xətlə yazıldığından elan edilməsində çətinlik yaranmışdır. Həmçinin, teleqramın haradan və hansı ünvandan göndərilməsi, eləcə də digər rekvizitlər qeyd olunmadığından, cinayət işi materiallarına əlavə edilsə də sübut növü kimi qəbul edilməmişdir. Məhkəmənin növbəti iclasına məhkəməyə 12 iyul 2024-cü il tarixli Şahid1 adından rus dilində çap olunmuş teleqram daxil olmuşdur, həmin teleqramda sonuncu ibtidai istintaq vaxtı şahid qismində dindirilən zaman verdiyi ifadəsindən imtina edərək, yalan ifadə verməsini və təqsirləndirilən şəxslərin üzərindən narkotik vasitə və soyüq silah hesab edilən əşyaların tapılmamasını əks etdirmişdir. Məhkəmə kollegiyası, Şahid1 məhkəməyə göndərilmiş teleqramda ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli mövqe bildirməsi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştiraklarını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun teleqramda göstərdiyi dəlillərin təkzib olunduğunu, ibtidai istintaq zamanı verdiyi ifadələrinin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığını və onun məhkəməyə göndərdiyi teleqramı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2yın məsuliyyətini yüngülləşdirmək xarakter daşıdığı qənaətinə gəlir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış iş üzrə Şahid1 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs1 atası ilə yaxın dostluq münasibəti var və hər iki şəxsi tanıyır və onlarla heç bir düşmənçiliyi və ədavəti yoxdur. 21 dekabr 2023-cü il tarixdə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Toyota’’ markalı, **-XR-*** qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman onlara 5 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üstlərində psixotrop maddə vardır. Bundan sonra polis əməkdaşları onları “Toyota” markalı, **-XR-*** qeydiyyat nişanlı avtomobil ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Polis idarəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşlar. Onlara hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərlərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış və baxış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə əhəmiyyətli digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə və bıçaq olduğunu bildirib, çiynindən asdığı qara rəngli dəri çantadan 01 ədəd bıçağa oxşar dəmir predmeti, 01 ədəd siqaret qutusunu, 02 ədəd “İphone” markalı mobil telefonları, 01 ədəd avtomobil açarını, 01 ədəd xarici pasportunu, 01 ədəd özünə məxsus olan sürücülük vəsiqəsini və 01 ədəd şəxsiyyət vəsiqəsini, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 10 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd siqaret qutusuna baxış zamanı içərisindən 01 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə və 01 ədəd konvalyutada üstündə “Lirika” və “Preqabalin” sözləri qeyd olunmuş 06 ədəd dərman həbləri olması müəyyən edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs1 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 çiynindən asdığı qara rəngli dəri çantadan aşkar edilmiş 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə, 01 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə və 01 ədəd konvalyutda olan 06 ədəd dərman həbləri polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 çiynindən asdığı qara rəngli dəri çantadan aşkar edilmiş 01 ədəd bıçaq da polis əməkdaşları tərəfindən aşkar olunduğu çantada qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 02 ədəd “İphone” markalı mobil telefonlar, 01 ədəd xarici pasport, 01 ədəd sürücülük vəsiqəsi, 1 ədəd şəxsiyyət vəsiqəsi polis əməkdaşları tərəfindən götürülmüşdür. Aşkar edilmiş 10 manat pul və avtomobil açarı isə özünə geri qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində psixotrop maddə və bıçaq olduğunu bildirib, çiynindən asdığı çantadan 01 ədəd bıçağı, 01 ədəd sellofan bükümü, 01 ədəd “İphone” markalı mobil telefonu, 01 ədəd xarici pasportunu, 01 ədəd şəxsiyyət vəsiqəsini, 01 ədəd mobil nömrəni, əynində olan göy rəngli cins şalvarının sol arxa cibindən 10 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Aşkar edilmiş 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 aşkar olunmuş 01 ədəd psixotrop maddə metamfetaminə oxşar kütlə polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 üstündən aşkar edilmiş 01 ədəd bıçaq da polis əməkdaşları tərəfindən aşkar olunduğu çantada qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon, 01 ədəd xarici pasport, 01 ədəd sürücülük vəsiqəsi və 01 ədəd mobil nömrə polis əməkdaşları tərəfindən götürülmüşdür. Aşkar edilmiş 10 manat pul Təqsirləndirilən şəxs2 geri qaytarılmışdır. Daha sonra onun üstünə baxış keçirilmişdir. Baxış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “İphone” markalı mobil telefonu, sol yan cibindən 01 ədəd “ İphone” markalı mobil telefonu, şalvarının sağ yan cibindən 10 manat pulu və 01 ədəd “Bakıkartı” çıxararaq masanın üstünə qoymaqla təqdim etmişdir. Baxış prosesində üstündən digər əşya və predmetlər aşkar edilməmişdir. Daha sonra üstündən aşkar edilmiş 02 ədəd “İphone” markalı mobil telefonlar, 10 manat pul və 01 ədəd Bakıkart özünə qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 Bakı şəhərinə atasını görmək üçün gəldiyini, o və Təqsirləndirilən şəxs2 tanışları olduqlarını, belə ki, birlikdə yemək yemək məqsədi ilə bir yerdə toplaşdıqlarını, üstündən aşkar edilmiş maddə və kütlələri dünən yəni 20 dekabr 2023-cü ildə şəhərin Suraxanı rayonu ərazisindən tapdığını, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, üstündə olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Eləcə də üstündən aşkar edilmiş 01 ədəd bıçağı uzun müddət əvvəl əldə etdiyini, marağı olduğu üçün üstündə saxladığını, heç kimə vermədiyini, heç kimin məlumatının olmadığını bildirmişdir. Daha sonra idarə etdiyi avtomobildə də bıçaq və partlayıcı maddələr saxladığını, baxış keçiriləcəyi halda təqdim edə biləcəyini bildirmişdir. Şifahi sorğu zamanı X37 Paşayevin tanışı olduğunu Balakən rayonunda yaşasa da, Bakı şəhərinə toya getmək üçün gəldiyini, üstündən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan maddəni 1 gün əvvəl şəhərin Nizami rayonu ərazisindən tapdığını, istifadə etmək üçün üstündə saxladığını, heç kimə vermədiyini, heç kimə satmadığını, heç kimin məlumatının olmadığını və birlikdə yemək yemək üçün bir yerə toplaşdıqlarını bildirmişdir. Şifahi sorğu zamanı o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə tanış olduğunu, belə ki birlikdə yemək yemək üçün bir yerdə toplaşdıqlarını, Xan və Adəmin üstündən aşkar edilmiş maddə və predmetlərdən məlumatının olmadığını qeyd etmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə, psixotrop maddə və aşkar olunmuş digər predmetlərin olmasından məlumatı olmamış, əgər məlumatı olsaydı bu barədə polisə məlumat verəcəkmiş. Narkotik vasitələr və psixotrop maddə istifadə etmir və onların satışı ilə məşğul olmur. Şahid1 məhkəməyə göndərilmiş teleqramda əks olunmuş müdafiə xarakterli dəlillər məhkəmə üçün preyudisial əhəmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Şahidin məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CM-nin 297 və 298-ci maddələrinə əsasən yalan ifadə verməsi barədə iltizama imza etməsi və məhkəmə iclaslarına gəlməkdən yayınmasını nəzərə alaraq məhkəmə istintaq orqanı tərəfindən sübut kimi qəbul edib istinad etdiyi həmin ifadəni sübut növü kimi qəbul edir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, onlar təqsirləndirilən şəxsləri döyməmişlər. Təqsirləndirilən şəxslər fərqli ifadə verə bilərlər, amma reallıqlar sənəd üzərində əks olunmuşdur. Videoçəkilişdə də olduğu kimi təqsirləndirilən şəxslər heç bir psixi və fiziki təzyiqə məruz qalmadan könüllü olaraq sənədlərə imza çəkmişlər. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində əməliyyat qrupu rəhbərinə daxil olmuşdur. Qəbul edilmiş qərar əsasında 21 dekabr 2023-cü il tarixində əməliyyat tədbiri həyata keçirilmişdir. Əməliyyat məlumatı 21 dekabr 2023-cü il tarixində daxil olmamış, yəqinki əvvəlki gün qrup rəhbərinə daxil olmuşdur. Çünki adətən belə olur. Lakin əməliyyat məlumatının daxil olma tarixini daha dəqiq qrup rəhbəri bilir, onun tam yadında deyil. 21 dekabr 2023-cü il tarixində günorta saat 15:00-16:00 arası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılmışdır. Polis haqqında qanuna əsasən onlar ilk əvvəl Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini təqdim etmiş və onları qərarla tanış edərək BMCMİ-nə gətirmişlər. Saxlanılarkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara hər hansı müqavimət göstərməmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlayarkən kənar müdaxilə olma ehtimalına görə şəxsi axtarışı orada yox, BMCMİ-də həyata keçirilmişdir. Ətrafda hansısa cinayətkar ola bilərmiş, ona görə şəxsi axtarışı İdarədə keçirmişlər. Onlar İdarəyə çatan kimi birmənalı olaraq dərhal təhqiqatçının otağında şəxsi axtarış keçirmişlər. O, inanmır ki, iş materiallarında şəxsi axtarış vaxtında ziddiyyət ola bilsin. Onlar İdarəyə çatan kimi şəxsi axtarış keçirmişlər. Onlar əməliyyat tədbirinə İdarə əməkdaşının maşını ilə getmişlər. Ola bilsin ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz maşınlarında İdarəyə gətirilmişlər, dəqiq xatırlamır. Lakin həmin avtomobili kimin idarə etməsi yadında deyil, çünki o həmin maşında deyilmiş, o əməliyyat tədbirinə getdikləri maşın ilə İdarəyə qayıtmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 maşınının neçə saat saxlanıldığı, maşının açarının kimdə olması yadında deyil. Şəxsi axtarış müdafiəçi və tərcüməçinin iştirakı ilə keçirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İdarəyə aparılanda təhqiqatçı müdafiəçinin iştirakını təmin edir. Onlar əməliyyat tədbirindən əvvəl müdaifəçi çağıra bilməz, çünki əməliyyat tədbiri baş tutmaya da bilər. Təqsirləndirilən şəxs1 onun idarə etdiyi maşında deyilmiş. Təqsirləndirilən şəxs1 öz idarə etdiyi maşında yoxsa başqa maşında İdarəyə aparıldığını xatırlamır. Onların saxlanıldığı yerdən İdarəyə gələnə qədər yolda tıxac, hansısa avtomobil qəzası və sair hallar ola bilər. Bu dəqiq yadında deyil. Amma birmənalı olaraq onlar İdarəyə gətirilən kimi dərhal şəxsi axtarış keçirmişlər. Ola bilməz ki, şəxsi axtarışdan 1 saat sonra avtomobilə baxış keçirilsin. Çünki şəxsi axtarışdan dərhal sonra protokol tərtib olunmuş, sonra da dərhal maşına baxış keçirilmişdir. O, əməliyyat müvəkkilidir və sənədləşmə işini o aparmır. Təqsirləndirilən şəxs1gili başqaları ilə səhv salıb tutmamışlar. Lap elə olsa belə, yenə də onların üzərindən də qanunsuz əşya çıxmışdır. Təqsirləndirilən şəxs2 daxil olan əməliyyat məlumatı əsasında tutulmuşdur. Əməliyyat məlumatı barədə qərar qəbul olunmuşdur ki, onlar narkotik vasitələrin satışı, istifadəsi, daşınması, soyuq silahların istifadəsi, daşınması və satışında şübhəli şəxslərdir. Əməliyyat axtarış tədbirləri dərhal nəticə verməyə bilər. Yəni satış faktı dərhal müəyyən edilmir. Amma onlar özü demişdir ki, narkotik vasitəni 2 gün əvvəl hardansa tapmışlar. Onlar özü könüllü şəkildə videoçəkilişdə hər şeyi etiraf etmişdir. Onlar narkotik vasitəni Nizami rayonu ərazisindən tapdıqlarını demişlər. Onların narkotik vasitə tapdığı yerə getməmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin əl çantasından soyuq silah olan bıçaq, qumbara, həmçinin Təqsirləndirilən şəxs1 lirika, patı, nəşə, metamfetamin aşkar olunmuşdur. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X24 eyni məzmunlu ifadə verərək, şahidlər Şahid2 və X8 ifadələrini təsdiq etmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, istintaq zamanı o hər iki təqsirləndirilən şəxsin tərcüməçisi olmuşdur. O, hansı tarixdə tərcüməçi kimi dəvət edildiyini xatırlamır, lakin səhv etmirsə, axşam tərəfi saat 18:00-dan sonra çağırılmışdır. BMCMİ-nin təhqiqatçısı ona “Whatsapp” sosial şəbəkəsindən zəng etmiş və tərcüməçi qismində iştirak etmək üçün vaxtının olub-olmamasını soruşmuşdur. O da vaxtının olduğunu demişdir. Lakin saat neçədə zəng gəldiyini xatırlamır. Ona zəng edib 1 saata filan yerdə olmağını demişlər, o da gedib tərcüməçi kimi iştirak etmişdir. O, bu işdə tərcüməçi kimi 1 dəfə yox, 1 neçə dəfə iştirak etmişdir. İstintaq hərəkəti aparılan gündən 1 gün əvvəl ona zəng edirmişlər, səhər vaxtı zəng edib bildirirmişlər ki, təcridxanaya gedəcəklər. Təcridxanaya neçə dəfə getdiklərini dəqiq xatırlamır, lakin 1 neçə dəfə oraya getmişlər. Təcridxanada müdafiəçilər, müstəntiq, o və təqsirləndirilən şəxslər olmuşdur. İstintaq hərəkətlərindən axırıncı mərhələdə olan tanış etmə mərhələsi yadındadır, iş elan edilmiş, lakin bu barədə dəqiq deyə bilməyəcək. Həmçinin təhqiqat, baxış, izahatın yazılması, dindirilmə olmuş, sonra qətimkan tədbiri ilə bağlı məhkəmədə də iştirak etmişdir. O, orada oturanda müstəntiq cinayət işini ora qoymuş, özləri orda oturmuşlar və işlə tanış olurmuşlar. Təqsirləndirilən şəxslər onun yanında işlə tanış olurmuşlar. Təxminən 1 saatdan çox bəlkə 2-3 saat təqsirləndirilən şəxslər işlə tanış olmuşlar. Təqsirləndirilən şəxslər azərbaycanlıdırlar və Azərbaycan dilində danışa bilirlər. O, orada oturmuş və onlar cinayət işində hansısa sözü və cümləni başa düşmədikləri halda, sualları olduqda o tərcümə edirmiş. Təqsirləndirilən şəxslər cinayət işi ilə tanış olurmuşlar. Təqsirləndirilən şəxslər cinayət işini vərəqləyirmişlər. O, bütün işlərini, yazışmaları “Whatsapp” sosial şəbəkəsindən aparır, ona da ordan zəng etmişlər. Şəxsi axtarış zamanı üstlərində bıçaq və bağlama var imiş. Bıçağın ölçüsü kiçik deyilmiş, amma ölçüsünü dəqiq xatırlamır. Bıçağı hardan çıxarmaları yadında deyil, amma bıçaq qovluğun içində imiş. Üzərlərindən bükümdə maddə də çıxmışdır. Büküm kiçik imiş, amma maddənin nəyin içində olması yadında deyil. Maddə parçaya bükülməmişdir. Maşına baxış zamanı əşyalar aşkar olunmuşdur. Maşından bıçaq, tünd rəngdə ölçüsünü dəqiq xatırlamadığı tapançaya oxşar ov üçün nəzərdə tutulan bir predmet aşkar olunmuşdur. Tapançaya oxşar ov üçün nəzərdə tutulan bir predmet bir az böyük olarmış, həmin predmet maşının baqaj hissəsindən çıxmışdır. O, məhkəməyə gəlmiş, amma onların məhkəmələrində olub-olmadığını xatırlamır. Çünki səhv etmirsə, məhkəmədə demişlər ki, iştirakına ehtiyac yoxdur. Onlar özü demişdir ki, problem yoxdur, Azərbaycan dilində oxuyub danışa bilirlər. O, bilirmiş ki, onlar Rusiyada yaşayır, rus dilində də danışırlar, amma onlar Azərbaycan dilində də danışa bilir. Ona deyilmişdir ki, tərcüməçi hər ehtimala verilir, çünki təqsirləndirilən şəxslər milliyyətcə azərbaycanlıdırlar. Dindirmə zamanı o iştirak etmişdir. O, İdarədə olmuşdur. Onlar özü müstəntiqlə işlə tanış olurmuş və tərcüməyə ehtiyac olubsa o halda onlara maddələri tərcümə etmişdir. İfadələri onlara müstəniq tərəfindən oxunmuş, o da orda iştirak edirmiş. O, ona görə dəvət olunmuşdur ki, başa düşmədikləri halda onlara tərcümə etsin. Sualları var imişsə, ondan soruşarmışlar. Onlar sual verməmiş, hər şey aydındır deyib imza çəkmişlər. Çəkilişdə iştirak etmişdir. Çəkilişdən əvvəl olan proseslərdə iştirak etmişdir. Müstəntiq onu nə vaxt çağırıbsa vaxtlı-vaxtında iştirak etmişdir. Onlar da orada olmuş, onlarsız həmin prosessual hərəkətlər necə aparıla bilər?! Protokollarda imza çəkdiyi tarixlərdə o həmin istintaq hərəkətində iştirak etmişdir. Sualları olsa imiş, o onlara tərcümə edərmiş. Elan edilmiş cinayət işinin cild 1, iş vərəqə 69-72-də olan şəxsi axtarış və götürmə aparılması haqqında protokol, cild 1, iş vərəqə 69-72-də olan şəxsi axtarış və götürmə aparılması haqqında protokol, cild 1, iş vərəqə 76-78-də olan baxış keçirilməsi və əşyaların götürülməsi aparılması haqqında protokol, cild 1, iş vərəqə 82-84-də və 86-88də olan izahatlar, cild 1, iş vərəqə 142-146 və 160-164-də olan şübhəli şəxsin dindirilməsi haqqında protokollar, cild 1, iş vərəqə 183-185-də olan üzləşdirmə protokolu, ciild 1 , iş vərəqə 214-216 və 243-248-də olan təqsilənirilən şəxs qismində dindirilmə protokolları, cild 1, iş vərəqə 254-257-də və 258-261-də olan üzləşdirmə protokolları, cild 1, iş vərəqə 275-276-da olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar məhkəməyə təqdim edilən materiallarla tanış olma protokolu, cild 2, iş vərəqə 153-155-də olan təqsilənirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında protokolu, cild 2, iş vərəqə 172-179-da olan təqsirləndirilən şəxsə ekspert rəyinin təqdim edilməsi və hüquqlarının izah olunması barədə protokolu, cild 2, iş vərəqə 260-262 və 241-243-də olan cinayət işi materialları ilə tanış olma haqqında protokolda olan imzalara əsasən əlavə şahid Camal Bədələv bildirmişdir ki, imzalar onun imzalarıdır. O, elan edilən bütün bu istintaq hərəkətlərində iştirak etmişdir. O, ifadə, izahat alınarkən iştirak etmişdir. İfadə və izahat alınarkən o polis əməkdaşlarının təqsirləndirilən şəxslərə işgəncə verdiklərini, döydüklərini, psixoloji təzyiq göstərdiklərini görməmişdir. O, üzləşmə istintaq hərəkətində iştirak etmiş və təqsirləndiirlən şəxslərin bir-birlərinə , eləcə də polis əməkdaşlarının təqsirləndirilən şəxslərə təzyiq göstərdiyini görməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-in BMCMİ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 21 dekabr 2023-cü il tarixli raportundan görünür ki, “Xan" və "Adəm" adlı şəxslərin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları, eləcə də qanunsuz olaraq soyuq silah və partlayıcı maddələr əldə edib saxlamaları və daşımaqla üstlərində gəzdirmələri barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 1-ci cild 5-6-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-in BMCMİ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 21 dekabr 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları, eləcə də qanunsuz olaraq soyuq silah və partlayıcı maddələr əldə edib saxlamaları və daşımaqla üstlərində gəzdirmələri barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 2-ci cild 26-27-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 5(005)-2153/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-in BMCMİ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 21 dekabr 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarı qanunauyğun hesab edilmişdir. Cinayət işinin 1-ci cild 7-8-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Əbülfət Rzayevin 21 dekabr 2023-cü il tarixli, 3-13- 6/Ə374/23 saylı Əmrindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları, eləcə də qanunsuz olaraq soyuq silah və partlayıcı maddələr əldə edib saxlamaları və daşımaqla üstlərində gəzdirmələri barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 1-ci cild 69-72-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 21 dekabr 2023-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış, baxış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitələr və bıçaq olduğunu bildirib, çiynindən asdığı qara rəngli dəri çantadan 01 ədəd bıçağa oxşar dəmir predmeti, 01 ədəd siqaret qutusunu, 02 ədəd "İphone" markalı mobil telefonları, 01 ədəd avtomobil açarını, 01 ədəd xarici pasportunu, 01 ədəd özünə məxsus olan sürücülük vəsiqəsini və 01 ədəd şəxsiyyət vəsiqəsini, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 10 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd siqaret qutusuna baxış zamanı içərisindən 01 ədəd sellofan bükümdə yaşıl rəngli, ot şəkilli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, 01 ədəd sellofan bükümdə ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddə və 01 ədəd konvalyutada üstündə "Lirika" və "Pregabalin" sözləri qeyd olunmuş 06 ədəd dərman həbləri olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, üstündən aşkar edilmiş bükümü 20 dekabr 2023-cü il tarixdə Suraxanı rayonu ərazisindən tapmış, 01 ədəd bıçağa oxşar predmeti də uzun müddətdir üzərində saxlamışdır. Həmçinin, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, idarə etdiyi avtomobildə də bıçaq və partlayıcı maddələr var. Daha sonra Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitələr olduğunu bildirib, çiynindən asdığı çantadan 01 ədəd bıçağa oxşar dəmir predmeti, 01 ədəd sellofan bükümü, 01 ədəd "İphone" markalı mobil telefonu, 01 ədəd xarici pasportunu, 01 ədəd şəxsiyyət vəsiqəsini, 01 ədəd mobil nömrəni, əynində olan göy rəngli cins şalvarının sol arxa cibindən 10 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Aşkar edilmiş 01 ədəd sellofan büküm açıldıqda həmin bükümün içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar olunmuş bükümlər, dərman həbləri, 02 ədəd bıçağa bənzər predmet, 03 ədəd "İphone" markalı mobil telefonları, 02 ədəd xarici pasport, 02 ədəd sürücülük vəsiqəsi, 01 ədəd mobil nömrə və 01 ədəd şəxsiyyət vəsiqəsi götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 üstündən aşkar edilmiş 01 ədəd bükümü Nizami rayonu ərazisindən tapdığını, istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı “Sony" markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 74-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs1nn 21 dekabr 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu idarə etdiyi "Toyota" markalı avtomobilə baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 1-ci cild 76-78-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 21 dekabr 2023-cü il tarixli baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs1 təklif edilmişdir ki, idarə etdiyi "Toyota" markalı, **-XR-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr, psixotrop maddələr, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa könüllü sürətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildə narkotik vasitə və psixotrop maddə olmadığını, lakin çoxlu sayda bıçaq və partlayıcı maddə saxladığını bildirib, avtomobili açaraq baxışa təqdim etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin arxa yük hissəsindən 01 ədəd çantanın içərisində 08 ədəd bıçağa oxşar dəmir predmet, 01 ədəd arbolet tipli dəmir predmet, 01 ədəd rezin dəyənək, 01 ədəd qumbara tipli dəmir predmet və 01 ədəd alışdırıcı tipli dəmir predmet və qara rəngli maddə aşkar edilmişdir. Aşkar edilmiş 08 ədəd bıçağa oxşar dəmir predmet, 01 ədəd arbolet tipli dəmir predmet, 01 ədəd qara rəngli maddə, 01 ədəd qumbara tipli dəmir predmet və 01 ədəd alışdırıcı tipli dəmir predmet və 01 ədəd rezin dəyənək iş üzrə əhəmiyyət kəsb etdiyi üçün qablaşdırılıb möhürlənərək imzalanmışdır. Baxış davam etdirilərkən avtomobildən digər əşya və predmetlər aşkar edilməmişdir. Baxış keçirilməsi zamanı “Sony" markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 2-ci cild 36-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış qəbzdən görünür ki, X22 ona məxsus "Toyota" markalı, **-XR-*** qeydiyyat nişanlı avtomobili saz vəziyyətdə təhvil almışdır. Cinayət işinin 1-ci cild 116-117-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2023-cü il tarixli, 3-16-16-2-7/1727 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs1 aşkar edilmiş... yazıları və imzalar olan kağız paketdəki sellofan torbacığın içərisində 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi-1,93 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr ola çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin 1-ci cild 120-123-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2023-ci il tarixli, 3-16-16/2-6/6513 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün N6" dairəvi möhür əksi olan iki ədəd zərfdə; -üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs1 aşkar edilmiş.... " sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfi açdıqda içərisində 1 (bir) ədəd selofan bükümdə təmiz çəkisi 5,002 qram oaln ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, üzərində "LİRİKA 300 Mr" göstəricisi olan 1 ədəd konvalyut kəsiyində ümumilikdə 6 (altı) ədəd ağ-qəhvəyi rəngli kapsulun tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 1,8 qram olduğu müəyyən edilmişdir (üzərindəki göstəricəyə əsasən bir ədəd kapsulda preqabalinin təsir maddəsinin miqdarı 0,3 qramdır). -üzərində "Təqsirləndirilən şəxs2 aşkar olunan..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfi açdıqda içərisində 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 5,171 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim olunmuş 2 (iki) ədəd sellofan bükümdə olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 2-ci cild 68-69-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 fevral 2024-cü il tarixli şəxsi axtarış, baxış və götürmə hərəkətlərinin qeydə alındığı CD disk daşıyıcısında olan videogörüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarışın videogörüntülərini özündə əks etdirən 01 ədəd CD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitələr və bıçaq olduğunu bildirib, çiynindən asdığı qara rəngli dəri çantadan 01 ədəd bıçağa oxşar dəmir predmeti, 01 ədəd siqaret qutusunu, 02 ədəd mobil telefon, 01 ədəd avtomobil açarı, 01 ədəd xarici pasport, 01 ədəd sürücülük vəsiqəsi və 01 ədəd şəxsiyyət vəsiqəsini, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 10 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim edir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd siqaret qutusuna baxış zamanı içərisindən 01 ədəd sellofan bükümdə yaşıl rəngli, ot şəkilli, narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, 01 ədəd sellofan bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə oxşar maddə və 01 ədəd konvalyutada üstündə "Lirika" və "Pregabalin" sözləri qeyd olunmuş 06 ədəd dərman həbləri olması müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirir ki, üstündən aşkar edilmiş bükümü 20 dekabr 2023-cü il tarixdə Suraxanı rayonu ərazisindən tapmış, 01 ədəd bıçağa oxşar predmeti də uzun müddətdir üzərində saxlamışdır. Həmçinin, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, idarə etdiyi avtomobildə də bıçaq və partlayıcı maddələr var. Təqsirləndirilən şəxs2 da üzərində narkotik vasitələr olduğunu bildirib, çiynindən asdığı çantadan 01 ədəd bıçağa oxşar dəmir predmeti, 01 ədəd sellofan bükümü, 01 ədəd mobil telefonu, 01 ədəd xarici pasportu, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd mobil nömrəni, əynində olan göy rəngli cins şalvarının sol arxa cibindən 10 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim edir. Aşkar edilmiş 01 ədəd sellofan büküm açıldıqda həmin bükümün içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilir. Bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar olunmuş bükümlər, dərman həbləri, 02 ədəd bıçağa bənzər predmet, 03 ədəd mobil telefon, 02 ədəd xarici pasport, 02 ədəd sürücülük vəsiqəsi, 01 ədəd mobil nömrə və 01 ədəd şəxsiyyət vəsiqəsi götürülr. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 üstündən aşkar edilmiş 01 ədəd bükümü Nizami rayonu ərazisindən tapdığını, istifadə etmək üçün üzərində saxladığını bildirir. Cinayət işinin 2-ci cild 70-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 fevral 2024-cü il tarixli baxış və götürmə hərəkətlərinin qeydə alındığı CD disk daşıyıcısında olan videogörüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilə baxış keçirilməsini özündə əks etdirən 01 ədəd CD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi "Toyota" markalı, **-XR-*** qeydiyyat nişanlı avtomobilin arxa yük hissəsindən 01 ədəd çantanın içərisində 08 ədəd bıçağa oxşar dəmir predmet, 01 ədəd arbolet tipli dəmir predmet, 01 ədəd rezin dəyənək, 01 ədəd qumbara tipli dəmir predmet və 01 ədəd alışdırıcı tipli dəmir predmet və qara rəngli maddə aşkar edilir. Aşkar edilmiş 08 ədəd bıçağa oxşar dəmir predmet, 01 ədəd arbolet tipli dəmir predmet, 01 ədəd qara rəngli maddə, 01 ədəd qumbara tipli dəmir predmet və 01 ədəd alışdırıcı tipli dəmir predmet və 01 ədəd rezin dəyənək iş üzrə əhəmiyyət kəsb etdiyi üçün qablaşdırılıb möhürlənərək götürülür. Cinayət işinin 1-ci cild 183-185-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 dekabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, şübhəli şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 üzləşdirilmiş, üzləşdirmə zamanı hər ikisi istintaq zamanı verdiyi ifadəsini bir-birinin üzünə qarşı təsdiq edərək, həqiqətən üzərlərindən narkotik vasitə və psixotrop maddə çıxdığını bildirmişlər. Cinayət işinin 1-ci cild 254-257-ci vərəqələrindədə olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 dekabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə iş üzrə Şahid1 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı, Şahid1 istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq edərək bildirmişdir ki, keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən metamfetamin və bıçaq aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 də şahidin dediklərini təsdiq etmişdir. Cinayət işinin 1-ci cild 258-261-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 dekabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ilə iş üzrə Şahid1 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı, Şahid1 istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq edərək bildirmişdir ki, keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən metamfetamin və bıçaq aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 da şahidin dediklərini təsdiq etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Cinayət işinin 2-ci cild 3-5-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azəbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 22 dekabr 2023-ü il tarixli 23/1167 nömrəli eksprt rəyindən və əlavə edilmiş fotocədvəldən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı F-1 tipli əl qumbarasının gövdəsidir, natamam döyüş sursatıdır. Digər 01 ədəd əşya “UZRQM” tipli partladıcıdır, F-1, RQD-5, RQ-42 əl qumbralarının partladıcısıdır. Həmin 01 ədəd əl qumbarasının gövdəsi ilə 01 ədəd “UZRQM” tipli alışdırıcı partladıcını komplektləşdirdikdə zavod üsulu ilə istehsal olunmuş müdafiə təyinatlı döyüş sursatıdırlar. MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunur, tamlığının pozulmadığına görə təyinatları üzrə istifadə üçün yararlıdırlar. Cinayət işinin 2-ci cild 102-107-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 yanvar 2024-cü il tarixli 3-16-16/2-3/2223 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, -tədqiqata təqdim edilmiş və “1” rəqəmi ilə nömrələnmiş 1 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, təyinatı üzrə istifadəyə yararlıdır. -Tədqiqata təqdim edilmiş və “2” rəqəmi ilə nömrələnmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, təyinatı üzrə istifadəyə yararlıdır. -Tədqiqata təqdim edilmiş və “3” rəqəmi ilə nömrələnmiş 1 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, təyinatı üzrə istifadəyə yararlıdır. -Tədqiqata təqdim edilmiş və “4” rəqəmi ilə nömrələnmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, təyinatı üzrə istifadəyə yararlıdır. -Tədqiqata təqdim edilmiş və “5” rəqəmi ilə nömrələnmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, təyinatı üzrə istifadəyə yararlıdır. -Tədqiqata təqdim edilmiş və “6” rəqəmi ilə nömrələnmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik tiyəsi olan təsərrüfatməişət təyinatlı, çoxpredmetli turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, təyinatı üzrə istifadəyə yararlıdır. -Tədqiqata təqdim edilmiş və “7” rəqəmi ilə nömrələnmiş 2 (iki) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan xüsusi təyinatlı (köməkçi məqsədlərlə istifadə edilmək üçün nəzərdə tutlmuş) ov bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, təyinatı üzrə istifadəyə yararlıdır. -Tədqiqata təqdim edilmiş və “8” rəqəmi ilə nömrələnmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan xüsusi təyinatlı (köməkçi məqsədlərlə istifadə edilmək üçün nəzərdə tutlmuş) ov bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, təyinatı üzrə istifadəyə yararlıdır. -Tədqiqata təqdim edilmiş və “9” rəqəmi ilə nömrələnmiş 1 (bir) ədəd tiyə və 1 (bir) ədəd dəstək zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağının tiyəsidir, dəstəyidir, təyinatı üzrə istifadəyə yararsızdır. -Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd qurğu zavod üsulu ilə istehsal edilmiş, “YARROW" modelli, yaylı mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət əldə edən oxla məsafədən hədəfi zədələmək təyinatına malik olan istirahət və əyləncə üçün nəzərdə tutulmuş arbaletdir - soyuq atıcı silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, təyinatı üzrə istifadəyə yararlıdır. -Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet kustar üsulla hazırlanmış vurucuəzici xassəyə malik dəyənəkdir, soyuq silah hesab edilir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, təyinatı üzrə istifadəyə yararlıdır. Cinayət işinin 2-ci cild 111-113-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2024-cü il tarixli 3-16-16/2-3/2259 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azəbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsi Obyektin Tədqiqatı N86” dördkünc əksi olan möhürlə möhürlənmiş, “...Paşayevin avtomobilindən aşkar edilmiş predmetlər, imzalar ...” yazısı olan kağız zərfdəki 01 ədəd qara rəngli üzərində “RW-5000” əmtəə göstəriciləri olan kağıza bükülmüş maddə kütləsinin tərkibi polivinildenflorid (PVDF) və nitrobirləşmələrdən (NO3, NO2) ibarətdir. Təqdim olunmuş maddə kütləsinin tərkibində olan kimyəvi maddələr və ion qrupları partlayıcı maddələrin və onların hissələrinin tərkib komponentlərini təşkil edir. Təqdim olunmuş maddə kütləsi hər hansı bir kimyəvi reaksiya və ya kənar təsirlər olmadan partlayış üçün yararlı hesab edilə bilməz. Cinayət işinin 2-ci cild 43-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 yanvar 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş 02 ədəd “İphone 14 Pro“ markalı mobil telefona baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edən hər hansı məlumat müəyyən edilməmişdir. Cinayət işinin 2-ci cild 44-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 yanvar 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 götürülmüş 01 ədəd “İphone 12 Pro“ markalı mobil telefona baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edən hər hansı məlumat müəyyən edilməmişdir. Cinayət işinin 2-ci cild 51-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 30 yanvar 2024-cü il tarixli telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan zəng və sms məlumatlarını özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskə baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edən hər hansı məlumat müəyyən edilməmişdir. Cinayət işinin 2-ci cild 120-148-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin müstəntiqi, polis baş leytenantı X5 13 mart 2024-cü il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 məxsus 02 ədəd “İphone“ markalı mobil telefonlar və 01 ədəd sürücülük vəsiqəsinin, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “İphone 12 Pro“ markalı mobil telefon və 01 ədəd sürücülük vəsiqəsinin sonuncuların yaxın qohumlarına və ya müdafiəçilərinə qaytarılması qərara alınmışdır. Cinayət işinin 2-ci cild 238-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış qəbzdən görünür ki, müdafiəçi X1 Adəm İbrahim oğluna məxsus 01 ədəd “İphone 12 Pro“ markalı mobil telefon, 01 ədəd mobil nömrə və 01 ədəd sürücülük vəsiqəsini Təqsirləndirilən şəxs2 yaxın qohumlarına qaytarmaq üçün təhvil almışdır. Cinayət işinin 2-ci cild 258-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış qəbzdən görünür ki, X6 –oğlu Təqsirləndirilən şəxs1 məxsus 02 ədəd “İphone“ markalı mobil telefonlar və 01 ədəd sürücülük vəsiqəsini təhvil almışdır. Cinayət işinin 2-ci cild 92-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş 07 mart 2024-cü il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaları, eləcə də aşkar edilmiş maddələri satış məqsədilə üzərlərində saxlamaları ilə bağlı əlavə məlumatlar əldə edilmişdir. Aşkar edilmiş maddələrin mənbəyini isə müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 2-ci cild 229-230-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin müstəntiqi, polis baş leytenantı X5 18 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərindən və avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitə, psixotrop maddə və digər predmetlərin mənbəyinin müəyyən edilməsi üçün hazırki cinayət işindən Azərbaycan Respublikası CM-nin 228.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara ittiham edilmiş itiham üzrə özlərini təqsirli bilməyərək ifadələrində göstərmişlər ki, onlarda narkotik vasitə, silah olmamış, polis əməkdaşları tərəfindən təzyiq göstərildiyi üçün ibtidai istinatqda ifadələrə imza çəkmişlər. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmədə, ibtidai istintaq zamanı verdiyi ifadələrindən tam fərqli, bir-birinə zidd ifadələr verib onlara elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştiraklarını inkar etmələrini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onların məhkəmədəki ifadələrinin təkzib olunduğunu, ibtidai istintaq zamanı verdiyi ifadələrinin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığını və onların məhkəmə iclasında verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakter daşıdığı qənaətinə gəlir. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, hazırki halda satış məqsədi ilə əldə edilməsi sübuta yetirilmiş narkotik vasitənin təqsirləndirilən şəxsin konkret kimə, nə vaxt narkotik vasitəni satmasının müəyyən edilməməsi onun həmin narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, maddənin dispozitiv şərtlərindən görünür ki, AR CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması üçün əsas şərt narkotik vasitənin satılması yox, məhz satış məqsədi ilə əldə edilməsi, saxlanılması və ya daşınmasıdır ki, həmin narkotik vasitənin kimə satılması, ümumiyyətlə satışın həyata keçirilib-keçirilməməsi əməlin tövsifi üçün əhəmiyyət kəsb etməyən hallardandır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qanununa əsasən “metamfetamin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, 400 qramdan artıq xüsusilə külli miqdar, qurudulmuş marixuananın 5 qramı şəxsi istehlak miqdarından artıq, 500 qramından artıq miqdarda külli miqdar, 50.000 qramdan artıq xüsusilə külli miqdar hesab edilir. “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”na daxil olan - təsir maddəsi preqabalinin 5 qramı külli miqdar, 5000 qramdan artıq xüsusilə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 5,171 qram psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından 34,47 dəfə çox, Təqsirləndirilən şəxs1 ayrı-ayrılıqda aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 5,002 qram psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından 33,34 dəfə çox olmuşdur ki, qeyd olunan hal da onların psixotrop maddəni məhz satış məqsədi ilə əldə etdiyinə dəlalət edən hallardan biridir. Bundan başqa, istintaq dövründə verilmiş müvafiq ekspertiza rəylərindən göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər ikisində narkotik vasitələrdən istifadə haları olmuşdur. İstintaq dövründə keçirilmiş üzləşdirmə zamanı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, həqiqətən onlarda narkotik vasitələr və bıçaq, silah olmasını etiraf etmişlər. Məhkəmə iclasında dindirilən zaman təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldıqlarını bildirmişlər. Belə ki, Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarın, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalıb-qalmamasını müəyyən etməkdən ötrü Bakı şəhəri, Nərimanov rayon prokurorluğuna və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasına sorğu ilə müraciət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasından daxil olmuş 04 iyun 2024-cü il tarixli, 3-16-17/40/2-3860/2024 nömrəli məktubdan və məktuba əlavə edilmiş tibbi kartoçkaların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bədənləri üzərində xəsarət aşkar edilməmişdir. Bakı şəhəri Nərimanov rayon prokurorluğundan daxil olmuş 04 iyun 2024-cü il tarixli, 868-X-24 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılarkən təzyiq və işgəncələrə məruz qalmaları ilə bağlı Nərimanov rayon prokurorluğuna müraciət daxil olmamış, hər hansı araşdırma aparılmamışdır. Bundan başqa, cinayət işinin 2-ci cild 82-83-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10 X26 04 yanvar 2024-cü il tarixli, 1795 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 90-91-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10 X26 04 yanvar 2024-cü il tarixli, 1796 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 228.4, 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1, 234.4.3, 240.2.1-ci maddələri ilə tövsif olunmuş, onlar, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyün 2024-cü il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən onların törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzaların onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 2-ci cild 31-32-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 08 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. Cinayət işinin 2-ci cild 35-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 daxil olmuş 05 yanvar 2024-cü il tarixli, 1/05 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X4 müraciət etməmişdir. Cinayət işinin 2-ci cild 39-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 08 yanvar 2024-cü il tarixli, 213 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müailəcədə olmayıb. Cinayət işinin 2-ci cild 85-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının 3 nömrəli İƏD üzrə Nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 haqqında Nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət ərizəsi daxil olmamışdır. Cinayət işinin 2-ci cild 77-78-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X26 ambulator məcburi-narkoloji tibbi yoxlamanın 23 dekabr 2023-cü il tarixli 8408 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (NARKOMANİYA Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cild 94-96-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və X10” X25 məhkəmə-kimyəvi ekspertizasının 09 yanvar 2024-cü il tarixli 4679\K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan metamfetamin və çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 müsbət səciyyələndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal yoxdur. Cinayət işinin 2-ci cild 33-34-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 08 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 62-ci maddəsi tətbiq edilməklə 01 il 06 müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə görə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası CM-in 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir. Cinayət işinin 2-ci cild 37-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 daxil olmuş 06 yanvar 2024-cü il tarixli, 1/15 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X4 müraciət etməmişdir. Cinayət işinin 2-ci cild 41-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 08 yanvar 2024-cü il tarixli, 212 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müailəcədə olmayıb. Cinayət işinin 2-ci cild 48-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Balakən Rayon İcra Hakimiyyətinin Balakən Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən daxil olmuş 19 yanvar 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 haqqında Balakən şəhər İƏD üzrə Nümayəndəliyinə heç bir yazılı şikayət ərizəsi daxil olmamışdır. Cinayət işinin 2-ci cild 79-80-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X26 ambulator məcburi-narkoloji tibbi yoxlamanın 23 dekabr 2023-cü il tarixli 8409 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (NARKOMANİYA Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cild 98-100-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və X10” X26 məhkəmə-kimyəvi ekspertizasının 09 yanvar 2024-cü il tarixli 4680/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan metamfetamin aşkar edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 müsbət səciyyələndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal yoxdur. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacları olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onların barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmalarını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxslərə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirlərinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 21 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 38-ci vərəqəsində olan 21 dekabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 277-282-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 dekabr 2023-cü il tarixli 4(005)-1724/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 21 dekabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 21 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 54-cü vərəqəsində olan 21 dekabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 290-295-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2023-cü il tarixli 4(005)-1723/2023- saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 21 dekabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,88 qram narkotik vasitə qurudulmuş marixuana, 4,592 qram psixotrop maddə metamfetamin, 05 ədəd preqabalin, 01 ədəd soyuq silah hesab edilən bıçaq, 01 ədəd soyuq silah hesab edilən dəyənək, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,121 qram psixotrop maddə metamfetamin və soyuq silah hesab edilən 01 ədəd bıçaq məhv edilməli, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş döyüş sursatı hesab edilən 01 ədəd əl qumbarasının gövdəsi və 01 ədəd partladıcısı isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat İdarəsinə təhvil verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 299 (iki yüz doxsan doqquz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, onlara qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında”, xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli , “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyün 2024cü il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 228.4, 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü ci maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 21 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1, 234.4.3, 240.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü ci maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 21 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,88 qram narkotik vasitə qurudulmuş marixuana, 4,592 qram psixotrop maddə metamfetamin, 05 ədəd preqabalin, 01 ədəd soyuq silah hesab edilən bıçaq, 01 ədəd soyuq silah hesab edilən dəyənək, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,121 qram psixotrop maddə metamfetamin və soyuq silah hesab edilən 01 ədəd bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş döyüş sursatı hesab edilən 01 ədəd əl qumbarasının gövdəsi və 01 ədəd partladıcısı isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat İdarəsinə təhvil verilsin. İş üzrə ekspertiza xərci olan 299 (iki yüz doxsan doqquz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Azad Məcidov

Hakimlər: Səbinə Məmmədzadə

Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar