Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-2438/2024 25.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X5 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)-2438/2024 nömrəli cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olmuşdur. Cinayət işi 31 oktyabr 2024-cü il tarixdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. İttihamdan görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda ümumi təmiz çəkisi 19871,83 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib həmin narkotik vasitənin 19850 qram hissəsini bir ədəd sintetik kisədə Xaçmaz rayonu, Xaspolatoba kəndi ərazisindəki meşəlik sahədə gizlətmiş, 21,83 qram hissəsini isə üzərində saxlamaqla Bakı şəhərinə daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 14 iyun 2024-cü il tarixdə, saat 20:30-da ünvan 1 ünvanının qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib həmin gün saat 22:50-dən etibarən üzərində şəxsi axtarış həyata keçirilərkən əynindəki boz rəngli şalvarın sağ arxa cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə 21,83 qram çəkidə xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat-istintaq tədbirlərinin davamı olaraq 16 iyun 2024-cü il tarixdə saat 12:05dən etibarən Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı təqdim etdiyi Xaçmaz rayonu, Xaspolatoba kəndi ərazisində yerləşən meşəlik sahədən bir ədəd sintetik kisədə onun satış məqsədilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı külli miqdarda 19850 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Hazırkı cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs 19871,83 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib həmin narkotik vasitənin 19850 qram hissəsini Xaçmaz rayonu, Xaspolatoba kəndi ərazisindəki meşəlik sahədə gizlətmiş, 21,83 qram hissəsini isə üzərində saxlamaqla Bakı şəhərinə daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı 14 iyun 2024-cü il tarixdə, saat 20:30-da ünvan 1 ünvanının qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və şəxsi axtarış həyata keçirilərkən 01 (bir) ədəd şəffaf sellofan bükümdə 21,83 qram çəkidə xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. 16 iyun 2024-cü il tarixdə saat 12:05-dən etibarən Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı təqdim etdiyi Xaçmaz rayonu, Xaspolatoba kəndi ərazisində yerləşən meşəlik sahədən bir ədəd sintetik kisədə onun satış məqsədilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı külli miqdarda 19850 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göründüyü kimi Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılarkən 19871,83 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı 21,83 qram hissəsi üzərində olsa da, onun Xaçmaz rayonu, Xaspolatoba kəndi ərazisindəki meşəlik sahədə gizlətdiyi narkotik vasitənin 19850 qramının aşkar edilməsi ilə başa çatmışdır. Bununla da məhkəmə qeyd edir ki, şəxsin polis əməkdaşları tərəfindən narkotik vasitə qanunsuz olaraq saxladığı narkotik vasitənin aşkar olunduğu yer cinayətin törədildiyi son yer kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 29-cu maddəsinə əsasən, heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. İşin qanuni hakimin icraatından əsassız götürülməsi və ya bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur. Cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 75-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”-nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli qərarının 8-1.2-ci bəndinə əsasən Xaçmaz rayonu Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)–2438/2024 saylı cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 14 noyabr 2024-cü il tarixdə bitdiyindən Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 noyabr 2024cü il tarixli qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclasının yekununa dair məhkəmə qərarı qəbul edilənədək dəyişdirilmədən saxlanılmışdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 29-cu, 69-cu, 74-cü, 75-ci, 299.3.5-ci və 300.1.4-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)-2438/2024 saylı cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin.
2. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin məhkəmənin hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılması barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli qərarının olması nəzərə alınsın.
Sədrlik edən Kamran Muxtarov Hakimlər Elnur Nuriyev Azər Tağıyev