Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-244/2020 05.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1iştirakı ilə xx xxx 1965-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 mənzil 125-də qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə, xx xxxx 1973-cü ildə Dəvəçi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Şabran rayonunun Çölquşçu kəndində qeydiyyatda olmaqla, ünvan 1 mənzil 180-də yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs1 qohumu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında şəxsiyyəti istintaqa İran İslam Respublikasının vətəndaşı «Cavid» adı ilə məlum olan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq ümumi çəkisi 1100,748 qram (1 kq 100,748 qr) olan külli miqdarda narkotik vasitətiryəkdən kustar üsulla hazırlanmış heroini əldə edərək üzərində saxlayıb, həmin tarixdə qaynı Təqsirləndirilən şəxs2 ilə yaşadığı ünvan 1 mənzil 125 ünvanında görüşüb satış məqsədi ilə ona 50,748 qr. narkotik vasitə-heroini vermiş, narkotik vasitənin 1050 qramını özündə saxlayaraq Bakı şəhəri Xətai rayonu, Elçin Əliyev küçəsində yerləşən A/Y 3 ünvanadək daşımış, xx xxxxxx 2019cu il tarixdə saat 20:00 radələrində Binəqədi RPİ-nin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qohumu Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri Xətai rayonu Elçin Əliyev küçəsində yerləşən A/Y 3 ünvan qarşısında saxlanılaraq Binəqədi RPİ-nin inzibati binasına aparılmış və həmin tarixdə saat 20:35-də hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirilən zaman sağ əlində olan ağ rəngli, üzərində «Economic» yazısı yazılmış sellofan torbadakı şəffaf sellofan paketin içərisində saxladığı külli miqdarda təmiz çəkisi 1050 qram (1 kq. 50 qr.) olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqa İran İslam Respublikasının vətəndaşı «Cavid» adı ilə məlum olan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi ümumi çəkisi 1100,748 qram (1 kq 100,748 qr) olan külli miqdarda narkotik vasitə-tiryəkdən kustar üsulla hazırlanmış heroini əldə etmiş, həmin tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 mənzil 125 ünvanında görüşüb satış məqsədi ilə ondan 1 ədəd bükümdə təmiz çəkisi 50,012 qram və 10 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş ayrı-ayrılıqda təmiz çəkisi 0,069 qr.; 0,073 qr.; 0,082 qr.; 0,069 qr.; 0,090 qr.; 0,067 qr.; 0,073 qr.; 0,095 qr.; 0,069 qr. və 0,049 qr. olmaqla, ümumi təmiz çəkisi 0,736 qram olan külli miqdarda narkotik vasitə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlayıb Bakı şəhəri Xətai rayonu, E.Əliyev küçəsində yerləşən A/Y 3 ünvanadək daşımış, xx xxxxxx 2019-cu il tarixdə saat 20:00 radələrində Binəqədi RPİ-nin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qohumu Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri Xətai rayonu, Elçin Əliyev küçəsində yerləşən A/Y 3 ünvanının qarşısında saxlanılaraq Binəqədi RPİ-nin inzibati binasına aparılmış və həmin tarixdə saat 21:20 radələrində hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli dəri gödəkçəsinin sağ yan cibindən ümumilikdə 11 ədəd bükümdə ümumi təmiz çəkisi 50,748 qram tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ilk dəfə 1989-cu ildə məhkumluq həyatı yaşamışdır. 2009-cu ildə isə narkotik vasitələrin satışı ilə məşğul olduğuna görə Nizami rayon məhkəməsinin hökmü ilə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2012-ci ilin sonunda azadlığa çıxmışdır. Ailəsi ilə ünvan 1 mənzil 125-də yaşamışdır. Təqsirləndirilən şəxs2 həyat yoldaşının qardaşıdır. Təxminən 40 ildir ki, narkotik vasitələrdən istifadə edir. xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında yaşadığı evdə olarkən təxminən 8-9 nəfər polis əməkdaşı gəlib evdə axtarış aparmışdır. Evdən şəxsi istifadəsi üçün saxladığı təxminən 2 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitəni tanımadığı şəxsdən 100 manata almışdır. Bundan sonra o, həyat yoldaşı və nəvəsi polis idarəsinə aparılmışdır. İdarədə qohumu Sakitin də tutulduğunu görmüşdür. İdarədə ondan adından yazılmış guya üzərindən təxminən 1 kq heroin aşkar edildiyi barədə ifadəyə imza etməsi tələb edilmiş, əks halda yoldaşının da məsuliyyətə cəlb olunacağını bildirilmişdir. Çıxılmaz vəziyyətə düşüb, polis əməkdaşlarının dediklərinə əməl etmiş və yalnız bundan sonra yoldaşı və nəvəsi evə buraxılmışdır. Həmin ifadəsini təsdiq etmir. İttiham aktında göstərilənlərlə razı deyildir. «Cavid» adında İran İslam Respublikası vətəndaşını tanımır. Sonuncudan narkotik vasitə almamış və ondan 1050 qram narkotik vasitə heroin aşkar edilməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki,əvvəllər 3 dəfə məhkumluq həyatı yaşamışdır. Sonuncu dəfə 2006-cı ildə oğurluq cinayəti törətdiyinə görə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2010-cu ildə azadlığa çıxmışdır. Təqsirləndirilən şəxs1 onun bacısının əridir. xx xxxxxx 2019-cu il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Binəqədi RPİ-nə gətirilmişdir. Bir müddət sonra bacısının və Vahidin də idarəyə gətirildiyini görmüşdür. Onun üzərindən 20 manata aldığı təxminən 0,25 qram narkotik vasitə heroin aşkar olunmuşdur. Həmin narkotik vasitəni satmaq məqsədilə deyil, şəxsi istifadəsi üçün əldə etmişdir. Bacısının məsuliyyətə alınacağından qorxub polis əməkdaşlarının təzyiqi altında üzərindən 50 qram narkotik vasitə heroin aşkar olunduğu barədə adından yazılmış ifadəni imzalamışdır. Həmin ifadəsini təsdiq etmir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki,təqsirləndiilən şəxslər Təqsirləndirilən şəxs1 Camidioviç və Təqsirləndirilən şəxs2 Həsənzra oğluBinəqədi rayonu ərazisində törədilmiş oğurluqcinayətində şübhəli olduqlarından xx xxxxxx 2019-cu il tarixdə saat 20:00 radələrində Bakı şəhəri Xətai rayonu, Elçin Əliyev küçəsi, A/Y 3 ünvanının qarşısında saxlanılaraq polis idarəsinə aparılmışlar. Hal şahidlərinin iştirakı ilə onların üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 üzərinə baxış zamanı sonuncunun sağ əlində olan ağ rəngli, üzərində «Economic» sözü yazılmış sellofan torbanın içərisindən bir ədəd şəffaf sellofan paket və 1 ədəd «X14 Cale 555» modelli 6 kq-lıq tərəzi aşkar edilərək götürülmüşdür. Həmin şəffaf sellofan paketin içərisindən toz halında, spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini satış məqsədi ilə «Cavid» adlı İran İslam Respublikası vətəndaşından aldığını bildirmişdir. Bundan sonra narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılmış, zərfin üstü iştirakçılar tərəfindən imzalanmış və möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində qeyri-qanuni əşya varsa, təqdim etməsi təklif edilmişdir. Sonuncu üzərində qeyri-qanuni heç bir əşya olmadığını bildirsə də, baxış zamanı onun əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən, içərisində toz halında spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə olan bir ədəd iri büküm və 10 ədəd ayrı-ayrılıqda siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülülər aşkar edilərək götürülmüşdür. Sonuncu həmin bükülülərdəki maddənin heroin olduğunu, qohumu Təqsirləndirilən şəxs1 tərəfindən verildiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilən bükülülərdə olan maddələr də zərfdə qablaşdırılmış, möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonda baxışın nəticələrinə dair protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurluq cinayətində iştiraklarının olmadığı müəyyən edilmişdir. Odur ki, sonuncular barədə toplanılmış material və maddi sübutlar istintaqa təhvil verilmişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir fiziki və psixoloji təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar ifadə verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Binəqədi RPİnin CAŞ-nin kiçik əməliyyat müvəkkili vəzifəsində işləyir. Binəqədi rayon ərazisində oğurluqda şübhəli olan Təqsirləndirilən şəxs1 Camidioviç və Təqsirləndirilən şəxs2 Həsənzra oğlu xx xxxxxx 2019-cu il tarixdə saat 20:00 radələrində ünvan 6 3 ünvanının qarşısında saxlanılaraq Binəqədi RPİ-nin inzibati binasına gətirilmişdir. Hal şahidlərinin iştirakı ilə sonuncuların üzərinə baxış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs1 üzərində gəzdirilməsi qanunla qadağan edilmiş əşya varsa təqdim etməsi təklif edilmişdir. Sonuncu üzərində qeyri-qanuni heç bir əşya olmadığını bildirmiş, lakin baxış zamanı onun sağ əlindəki ağ rəngli, üzərində «Economic» sözü yazılmış sellofan torbanın içərisindən bir ədəd şəffaf sellofan paket və 1 ədəd «X14 Cale 555» modelli 6 kq-lıq tərəzi aşkar edilərək götürülmüşdür. Həmin şəffaf sellofan paketin içərisindən isə toz halında, spesifık iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin maddənin heroin olduğunu, satış məqsədi ilə «Cavid» adlı İran İslam Respublikasının vətəndaşından aldığını bildirmişdir. Həmin maddə zərfə qoyularaq qablaşdırılmış, zərfin üstü iştirakçılar tərəfindən imzalanmış və möhürlənmişdir. Bundan sonra digər hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmişdir. Baxış zamanı sonuncunun əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən, içərisində toz halında spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə olan bir ədəd iri büküm və 10 ədəd ayrıayrılıqda siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülülər aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 aşkar olunan maddənin heroin olduğunu və həmin heroini saxlanıldığı gün qohumu Təqsirləndirilən şəxs1 satmaq üçün ona verdiyini bildirmişdir. Həmin maddə də boş zərfə qoyularaq qablaşdırılmaqla möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Keçirilən hər iki baxışla əlaqədar protokollar tərtib edilmiş və iştirakçılar protokolların doğruluğunu imzaları ilə təsdiq etmişlər. Əməliyyat-axtarış tədbirləri davam etdirilsə də, Vahidlə Sakitin oğurluq cinayətində iştirakları təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş şahid X1 ifadəsindən görünür ki, Binəqədi RPİ-də polis nəfəri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 Camidioviç və Mirzəyev X5 rayonunda baş vermiş oğurluq cinayətində şübhəli olduqlarından xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Xətai rayonu, Elçin Əliyev küçəsi, A/Y 3 ünvanının qarşısında saxlanılaraq polis idarəsinə gətirilmişlər. Hal şahidlərinin iştirakı ilə əvvəlcə Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmişdir. Baxış zamanı sonuncunun sağ əlindəki ağ rəngli üzərində «Economic» sözü yazılmış sellofan torbanın içərisindən bir ədəd şəffaf sellofan paket və 1 ədəd «X14 Cale 555» modelli 6 kq-lıq tərəzi aşkar edilərək götürülmüşdür. Həmin şəffaf sellofan paketin içərisindən toz halında, spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş maddənin heroin olduğunu və həmin gün səhər «Cavid» adlı İran İslam Respublikası vətəndaşından satıb, qazanc əldə etmək məqsədi ilə aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilən maddə boş zərfdə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərfin üstü iştirakçılar tərəfindən imzalanmışdır. Baxış davam etdirilsə də, narkotik maddədən savayı heç bir qanunsuz əşya aşkar olunmamışdır. Daha sonra hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmişdir. Baxış zamanı sonuncunun əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən, içərisində toz halında spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə olan bir ədəd iri büküm və 10 ədəd ayrıayrılıqda siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümlər aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs2 aşkar edilən maddələrin heroin olduğunu, qohumu Təqsirləndirilən şəxs1 satmaq üçün ona verdiyini bildirmişdir. Aşkar edilən narkotik vasitələr polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs2 üzərindən başqa heç bir qanunsuz əşya aşkar edilməmişdir. Sonda hər iki baxışın nəticələrini əks etdirən protokollar tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Əməliyyat-axtarış tədbirləri zamanı Vahid və Sakitin oğurluq cinayətində iştirakları öz təsdiqini tapmamışdır. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş şahid X2 ifadəsindən görünür ki, xx xxxxxx 2019-cu il tarixdə saat 20:30 radələrində Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən «Versal» şadlıq evinin qarşısından keçərkən bir nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özünü təqdim edərək polis əməkdaşı olduğunu bildirmiş və bir nəfər şəxsin üzərinə keçiriləcək baxışda hal şahidi kimi iştirak etməyini xahiş etmişdir. O, razılaşmış və birlikdə Binəqədi RPİ-nə getmişlər. Orada tanımadığı başqa bir nəfər də hal şahidi qismində dəvət olunmuşdur. Ona və digər hal hal şahidinə hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 adlı şəxsin üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunmuş maddə və ya əşya varsa, könüllü polisə təqdim etməsi təklif edilmişdir. Sonuncu üzərində qanunsuz heç nə olmadığını bildirmişdir. Bundan sonra keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs1 sağ əlində olan ağ rəngli üzərində «Economic» yazısı yazılmış sellofan torbanın içərisində şəffaf rəngli sellofan və yanındakı «X14 Cale 555» modelli tərəzi, əynində olan qara rəngli gödəkçənin sağ və sol ciblərindən bir ədəd ağ rəngli «LG» markalı, 02 ədəd «Nokia» markalı və 01 ədəd «Jingo» markalı mobil telefonlar, bir qutu «West» markalı siqaret və 02 ədəd cib portmanatı aşkar edilmişdir. Daha sonra həmin şəffaf sellofan torbanın içərisindən toz halında olan maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin maddələrin narkotik vasitə heroin olduğunu, «Cavid» adlı İran İslam Respublikasının vətəndaşından alıb, satmaq üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonda aşkar edilmiş torba qablaşdırılaraq möhürlənmiş, o və digər iştirakçılar zərfin üzərinə və tərtib olunmuş protokola imza etmişlər. Orada olduğu müddət ərzində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 qarşı heç bir fiziki və psixoloji təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş şahid X3 ifadəsindən görünür ki, xx xxxxxx 2019-cu il tarixdə metronun «Dərnəgül» stansiyasından 7-ci mikrorayon tərəfə gedərkən bir nəfər ona yaxınlaşıb özünü polis əməkdaşı kimi təqdim etmiş və bir nəfər şəxsin üzərinə keçiriləcək baxışda hal şahidi qismində iştirak etmək istəyib-istəmədiyini soruşmuş və o, razılaşmışdır. Bundan sonra polislər onu Binəqədi RPİ-nə dəvət etmişlər. İdarədə başqa bir nəfərin də hal şahidi kimi dəvət olunduğunu görmüşdür. Əvvəlcə ona və digər hal şahidinə hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 adlı şəxsin üzərinə baxış keçirilmişdir. Baxış zamanı sonuncunun sağ əlində olan ağ rəngli üzərində «Economic» yazısı yazılmış sellofan torbanın içərisində şəffaf rəngli sellofan və yanında «X14 Cale 555» modelli tərəzi, əynində olan qara rəngli gödəkçənin sağ və sol ciblərindən bir ədəd ağ rəngli «LG» markalı, 02 ədəd «Nokia» markalı və 01 ədəd «Jingo» markalı mobil telefonlar, bir qutu «West» markalı siqaret və 02 ədəd cib portmanatı aşkar edilmişdir. Həmin şəffaf sellofan torbanın içərisindən isə toz halında olan maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin maddə barədə soruşulmuş, sonuncu toz halında olan maddənin heroin olduğunu və «Cavid» kimi tanıdığı İran İslam Respublikası vətəndaşından aldığını demişdir. Aşkar edilmiş torba zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri imzalanmış və möhürlənmişdir. Sonda baxışın nəticələri barədə protokol tərtib edilmiş, o və digər iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. İdarədə Təqsirləndirilən şəxs1 qarşı təsir, təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş şahid X4 ifadəsindən görünür ki, xx xxxxxx 2019-cu il tarixdə Binəqədi rayonu 7-ci mikrorayon ərazisində olarkən bir nəfər polis əməkdaşı ona yaxınlaşıb, özünü təqdim etmiş və keçiriləcək baxışda hal şahidi kimi işirak etməyini xahiş etmişdir. O, etiraz etmədiyindən birlikdə Binəqədi RPİ-nə getmişlər. Orada tanımadığı başqa bir nəfərin də hal şahidi kimi dəvət edildiyini görmüşdür. Baxış keçirilməzdən əvvəl polislər tərəfindən ona və digər hal şahidinə hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 adlı şəxsin üzərinə baxış keçirilmişdir. Baxış zamanı sonuncunun əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən bir ədəd büküm və ayrı-ayrılıqda on ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülülər və bir ədəd «Samsung» markalı mobil telefon aşkar edilmişdir. Həmin bükülülər açılmış və içərisində toz halında maddələr olduğunu görmüşdür. Təqsirləndirilən şəxs2 həmin maddələrin narkotik vasitə olan heroin olduğunu, satmaq üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş bükülülər zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. O və digər iştirakçılar zərfin üzərinə və tərtib olunmuş protokolu imza etmişlər. Baxış keçirilərkən Təqsirləndirilən şəxs2 qarşı zor tətbiq edilməmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş şahid X10 ifadəsindən görünür ki, xx xxxxxx 2019-cu il tarixdə Binəqədi rayonu 7-ci mikrorayonda yerləşən poçtun qarşısından keçərkən bir polis əməkdaşı ona yaxınlaşıb, bir nəfər şəxsin üzərinə keçiriləcək baxışda ondan hal şahidi kimi iştirak etməyini xahiş etmiş və o razılaşmışdır. Bundan sonra həmin polis əməkdaşı ilə birlikdə Binəqədi RPİ-nə yollanmışlar. İdarədə tanımadığı başqa bir nəfər də hal şahidi qismində dəvət edilmişdir. Polis əməkdaşları onların hər ikisinə hüquq və vəzifələrini izah etdikdən sonra Təqsirləndirilən şəxs2 göstərib, sonuncunun üzərinə baxış keçirələcəyini demişlər. Əvvəlcə Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan olunmuş maddə və ya əşya varsa, könüllü təqdim etməsi təklif edilsə də, sonuncu üzərində elə bir şey olmadığını bildirmişdir. Bundan sonra onun və digər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmişdir. Baxış zamanı sonuncunun əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibində bir ədəd büküm, ayrı-ayrılıqda on ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülülər və bir ədəd «Samsung» markalı mobil telefon aşkar edilmişdir. Həmin büküm və bükülülər polislər tərəfindən açılmış, içərisində toz halında olan maddələr olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin maddələrin narkotik vasitə olan heroin olduğunu və satmaq üçün üzərində gəzdirdiyini bildirmişdir.Aşkar edilmiş maddələr zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və baxış iştirakçıları zərfin üzərinə imza etmişlər. Daha sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 qarşı heç bir təzyiq göstərilməmişdir. Məhkəmə-kimyəvi ekspertizanın xx xxxxxx 2019-cu il tarixli, 3626 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «saxlanılan şəxs: Təqsirləndirilən şəxs1...» yazısı olan kağız paketdə, bir ədəd bükümdə, təmiz çəkisi 1050 qr. (lkq 50qr) olan olan maddə kütləsi tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-kimyəvi ekspertizanın xx xxxxxx 2019-cu il tarixli, 3627 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «saxlanılan şəxs: Təqsirləndirilən şəxs2...» yazısı olan kağız zərfdə, l (bir) ədəd bükümdə, təmiz çəkisi 50,012 qr. olan maddə kütləsi və 10 (on) ədəd bükümlərdə, ümumi təmiz çəkisi 0,736 qr. olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Vət. Təqsirləndirilən şəxs2 götürülmüş 1 (bir) ədəd və 10 (on) ədəd heroinin ümumi təmiz çəkisi 50,548 qr-dır və həmin heroin xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Əlavə məhkəmə-kimyəvi ekspertizanın xx xxxxx 2019-cu il tarixli, 10233 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs2 götürülmüş 11 (on bir) ədəd bükümdəki narkotik vasitə olan heroinlər, Təqsirləndirilən şəxs1 götürülmüş 1 (bir) ədəd bağlamada olan heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs2 götürülmüş 11 (on bir) ədəd bükümdə heroinlərin və Təqsirləndirilən şəxs1 götürlmüş 1 (bir) ədəd bağlamada heroinin ilkin tədqiqat zamanı təmiz çəkiləri MEM-nin «11» fevral 2019-cu il tarixli 3626 və 3627 saylı ekspert rəylərində göstərilib. Məhkəmə-narkoloji ekspertizanın xx xxxx 2019-cu il tarixli 593 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizanın xx xxxx 2019-cu il tarixli 605 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 1-ci cildinin 11-ci vərəqəsindəki «şəxsin üzərinə baxış keçirilməsi haqqında» xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 20:00 radələrində Xətai rayonu Elçin Əliyev küçəsində yerləşən A/Y 3 ünvanın qarşısında Təqsirləndirilən şəxs1 saxlanılaraq Binəqədi RPİ-nə aparılmış və inzibati otaqda Y.C.Həsənovun üzərinə keçirilən baxış zamanı sağ əlində olan ağ rəngli, üzərində «Economic» sözü olan sellofan torbanın içərisində şəffaf sellofan və «X16 Cale 555» modelli 6 kq-lıq tərəzi aşkar olunmuş, həmin sellofan torbanın içərisində toz halında spesifik iyə malik heroinə bənzər maddə hal şahidlərinin iştirakı ilə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş maddənin narkotik vasitə olması və həmin maddəni satması üçün X9 vətəndaşı «Cavid» adlı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş maddə zərfdə qablaşdırılmış, möhürlənmiş və bu barədə tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. İşin 1-ci cildinin 20-ci vərəqəsindəki «şəxsin üzərinə baxış keçirilməsi haqqında» xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 20:00 radələrində Təqsirləndirilən şəxs2 Xətai rayonu Elçin Əliyev küçəsində yerləşən A/Y 3 ünvanın qarşısında saxlanılaraq Binəqədi RPİ-nə aparılmış və inzibati otaqda Təqsirləndirilən şəxs2 üzərinə keçirilən baxış zamanı, əynindəki qara rəngli dəri gödəkçənin sağ yan cibindən toz halında spesifik iyə malik heroinə bənzər bir büküm, 10 ədəd ayrı-ayrılıqda gümüşü siqaret kağızında bükülülər olan maddə hal şahidlərinin iştirakı ilə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş maddənin narkotik vasitə olması və həmin maddəni satması üçün üzərində saxlamasını qeyd etmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş maddələr zərfdə qablaşdırılmış, möhürlənmiş və bununla bağlı tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. İşin 2-ci cildinin 41-55-ci vərəqələrindəki “Sübutların qiymətləndirilməsi haqqında qərar” və 156-cı vərəqəsindəki məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1050 qram (1 kq. 50 qr.) olan narkotik vasitə heroin və «X16 Cale 555» modelli 6 kq-lıq tərəzi və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 50,748 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 1049,8 qram və 50,548 qram olan narkotik vasitə heroin və 01 ədəd «X16 Cale 555» modelli 6 kq-lıq tərəzi saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İşin 1-ci cildinin 148-150 və 229-230-cu vərəqələrindəki Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsi və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Orjonikidze rayon xalq məhkəməsinin xx xxxxx 1989-cu il tarixli hökmü ilə Azərbaycan SSR CMnin 145-ci maddəsinin 2-ci hissəsinin 1,2,6,7-ci bəndləri, 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası MM-nin xx xxxx 1992-ci il tarixli Aministiya Qərarının 8-ci bəndinə əsasən azad edilmiş, bundan başqa Bakı şəhəri Nizami rayon məhkəməsinin x xxxxxxx 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İşin 1-ci cildinin 151-153 və 2-ci cildinin 229-230-cu vərəqələrindəki Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsi və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Dəvəçi rayon xalq məhkəməsinin xx xxxxxx 1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinib əməyə mütləq cəlb olunmaqla 3 (üç) il müddətə şərti cəzaya məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon xalq məhkəməsinin qərarı ilə 3 (üç) il müddətə cəzaçəkmə müəssisəsinə qaytarılmışdır. Bundan başqa o, Bakı şəhəri Səbail rayon xalq məhkəməsinin xx xxxxx 2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 15, 93-3-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib, qazancının 15 % dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa o, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx xxxx 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İşin 1-ci cildinin 46-47-ci vərəqələrindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 58-59-cu vərəqələrindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmədə təqsirləndirilən şəxslərin təqsirlərini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1və Təqsirləndirilən şəxs2 məhkəmə özlərini qismən təqsirli bildilər. Onların bu ifadələri İbtidai istintaq zamanı müdafiəçilərinin iştirakı ilə verdikləri Təqsirləndirilən şəxs1 tam (cild 1, iş vərəqə 107-109), Təqsirləndirilən şəxs2 isə qismən etirafedici (cild 1, iş vərəqə 132-134) ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib edildiyindən məhkəməifadələrinə tənqidi yanaşır və sübut hesab etmir. Yuxarıda sadalanan və biri-birini tamamlayan sübutları isə mötəbər sübutlar hesab edir. Məhkəmə təqsirləndirilənşəxslərinəməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif olunmalı,onlar həmin maddələrlə təqsirli bilinməli və onlara cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93-1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1050 qram (1 kq. 50 qr.) olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 50,748 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalan 1049,8 qram və 50,548 qram hissələri və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş «X16 Cale 555» modelli 6 kq-lıq tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 459 (dörd yüz əlli doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o,ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o,ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1050 qram (1 kq. 50 qr.) olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 50,748 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalan 1049,8 qram və 50,548 qram hissələri və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş «X16 Cale 555» modelli 6 kq-lıq tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 459 (dörd yüz əlli doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-244/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-244/2020
05.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver