Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-244/2022 18.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1947-ci ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, ev 11, mənzil 3-də qeydiyyatda olan və faktiki olaraq Abşeron rayonu, Masazır qəsəbəsi, Xəqani küçəsi, ev 36, mənzil 4-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə və bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrilərini təkrarən təhrik etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə övladı X15 Azərbaycan Dövlət Tibb Universitetinə Tələbə qəbulu üzrə dövlət imtahanından kənar yolla qəbul edilməsində köməklik göstərilməsi ilə əlaqədar 2016-cı ilin mart ayında Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “НГ” çayxanasında özünə müraciət etmiş Bakı şəhər sakini Şahid5 həmin ali məktəbə tələbə qəbulu üzrə dövlət imtahanından kənar yolla qəbulun mümkün olmamasını bildirib, özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edərək yaranmış inam və etibardan sui-istifadə etməklə cinayətkar niyyətini realizə edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə X22 Tibb Universitetinə imtahansız qəbul etdirə və sonradan isə Avropa ölkələrindən birində yerləşən ali məktəblərə köçürülməsini, sonuncunun 6 (altı) il xaricdə yüksək səviyyəli təhsil alacağını təmin etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Əli Nəsibovun xeyrinə edəcəyi hərəkətə, yəni qeyd edilən qaydada ali məktəbə qəbul edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 50.000 (əlli min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2016-cı ilin aprel ayından 16 may 2017-ci il tarixədək Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “НГ” çayxanasında hissə-hissə olmaqla, ümumilikdə 50.000 (əlli min) manat məbləğində pul vəsaitini şəxsən Şahid5 alıb özünün şəxsi ehtiyaclarına sərf edərək, Şahid5 məxsus həmin pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Əli Nəsibovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid5 vahid niyyətlə təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə cinayətdən xəbərsiz qohumu Şahid7 vasitəsilə 2014-cü ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilməklə barəsində həbs qətimkan tədbiri seçilmiş X2 veriləcək cəzanın müddətinin azaldılması üçün 2016-cı ilin yaz aylarında Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “Dostluq” kinoteatrının yanında yerləşən çayxanada özünə müraciət etmiş sonuncunun qaynatası Şahid6 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib yaranmış inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikasının məhkəmə sistemində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə Elşən Mustafayevə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının verilməsini təmin etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Elşən Mustafayevin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 50.000 (əlli min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, Şahid6la razılaşmaqla sövdələşib, həmin niyyətlə 2016-cı ilin iyun ayında sonuncudan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “Dostluq” kinoteatrının yanında yerləşən çayxanada ilkin olaraq 30.000 manat, eyni niyyətlə, həmin görüşdən 20-25 gün sonra həmin yerdə 20.000 manat, ümumilikdə 50.000 (əlli min) manatı alıb, şəxsi ehtiyaclarına sərf edərək, Şahid6 məxsus həmin pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Elşən Mustafayevin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid6 vahid niyyətlə təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, tanışı Şahid8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib özgə əmlakını etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə, övladı X3 Azərbaycan Respublikasının prokurorluq orqanlarına işə qəbulla bağlı 2016-2017-ci illərdə elan edilmiş müsabiqələrdə iştirak edərək müsabiqənin 2-ci turunda müvəffəqiyyət balı toplamaması nəticəsində qəbuluna xitam verildiyindən, Eldar Məmmədovun prokurorluğa qəbul olunmasında köməklik göstərilməsi üçün 2018-ci ilin iyun ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Dostluq” kinoteatrı yaxınlığındakı çayxanada qabaqcadan əlbir olduğu Şahid8 vasitəsi ilə özünə müraciət etmiş Eldar Məmmədovun atası, Bakı şəhər sakini Şahid1 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib yaranmış inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikasının Baş prokurorluğunun yüksək vəzifədə işləyən səlahiyyətli şəxsilə yaxın münasibətinin olmasını, həmin şəxsin vasitəsilə Eldar Məmmədovu prokurorluq orqanına qəbul etdirməklə, Bakı şəhər Nərimanov rayon prokurorluğuna prokuror köməkçisi vəzifəsinə təmin etdirmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Eldar Məmmədovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 50.000 (əlli min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, Şahid1la razılaşmaqla sövdələşib, həmin niyyətlə 2018-ci ilin iyul ayında 2 dəfəyə, əvvəlcə 20.000 manat, növbəti gün isə 30.000 manat, cəmi 50.000 manat pulu Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Hüseyn Cavid” parkında Şahid8la birlikdə ondan alıb şəxsi ehtiyaclarına sərf edərək, Şahid1 məxsus cəmi 50.000 (əlli min) manat məbləğində pul vəsaitini Şahid8la qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək Şahid1 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Eldar Məmmədovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid1 vahid niyyətlə Şahid8la qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən təhrik etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, 1974-cü ildən 2007-ci ilin fevral ayınadək prokurorluq orqanlarında işləmişdir. O, 2018-ci ilin iyun ayında dostluq etdiyi Şahid8 ilə zəngləşmiş və bundan sonra onlar Bakı şəhərində Hərbi Prokurorluğun binasının yanında fəaliyyət göstərən kafedə görüşmüşlər. Onlar görüşərkən Eldar ona Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasının müdiri vəzifəsində işləyən tanışı Şahid1 ilə söhbətinin olduğunu demiş və özü ilə Hüseynin yanına getməyi ondan xahiş etmişdir. O da buna etiraz etməmişdir. O, həm də həmin ərəfədə Abşeron rayon prokurorluğunda qeyri-rəsmi olaraq prokurorun köməkçisi qismində fəaliyyətini davam etdirmişdir. Sonra o, Eldarla birlikdə Hüseynlə görüşə getmişdir. Onlar üçü Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin yaxınlığında olan parkda görüşmüşlər. Şahid8la Şahid1 söhbət etməyə başlamışlar. Söhbət zamanı ona bəlli olmuşdur ki, Eldarla Hüseynin arasında elə də qərəzli mübahisə olmamışdır. Görüş vaxtı Şahid8 onu Şahid1la tanış edərək onu Şahid1 təqdim etmişdir. Şahid1 da elə orada ona oğlunun prokurorluğa qəbul imtahanında test mərhələsindən keçdiyini, lakin müsahibədən kəsildiyini bildirmişdir. Sonra Şahid1 ona müraciət edərək oğluna müsabiqədən keçmək üçün köməklik etməyi istəmişdir. Onun buna səlahiyyəti və bu işi görə bilmə imkanı olmasa da, onun həmin dövrdə pula ehtiyacı olduğundan o, Şahid1 aldadaraq sonuncunun təklifinə razılıq vermişdir. Lakin o, nə həmin vaxt, nə də ki, sonradan Şahid1 bu işə görə hansısa səlahiyyətli şəxsə müraciət edəcəyini bildirməmişdir. Çünki onun belə bir niyyəti olmamışdır. O, Şahid1 aldadaraq sonuncunun pulunu ələ keçirmək istəmişdir. Eyni zamanda Şahid1 ona cəmi 50.000 manat pulu olduğunu və 30.000 manatın həmin vaxt yanında olduğunu bildirmişdir. O, Şahid1 ilə razılaşmış və yalandan Hüseynə kömək edəcəyini demişdir. Lakin o, Şahid1 hansı formada kömək edəcəyini deməmişdir. Həmin gün Şahid1 ona 30.000 manat, növbəti gün isə qalan 20.000 manatı vermişdir. Əslində onun Şahid1 oğlunu prokurorluğa işə düzəltmək və imtahandan keçirmək səlahiyyəti olmamış və belə səlahiyyəti ola da bilməzdi. O, sırf pula ehtiyacı olduğundan Şahid1 iki dəfəyə 50.000 manat pul almışdır. Pul aldığı vaxtdan 3-4 ay keçsə də, o, həmin müddət ərzində heç kəslə görüşməmişdir. Ümumiyyətlə bu işlə əlaqədar görüşmək də mümkün olan bir şey olmamışdır. O, pulu aldıqdan 3-4 ay keçdikdən sonra Şahid1 pulunu ondan tələb etməyə başlamışdır. O da əvvəlcə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınmışdır. Lakin sonradan Şahid1 almış olduğu 50.000 manat pulu 2021-ci ilin əvvəllərində sonuncunun özünə tam olaraq qaytarmışdır. Bundan başqa, Şahid6 kürəkəni Elşən Mustafayev cinayət törətdiyindən həbs edilmişdir. O, hüquqşünas olduğundan hesab etmişdir ki, hüquqi cəhətdən Elşən həmin maddə üzrə təqsirli bilinsə, təxminən 4-5 il müddətə cəza ala bilər. Ona görə də o, mövcud vəziyyətdən istifadə edərək həmin müddətdə cəzanın verilməsi üçün 2016-cı ilin iyun-iyul aylarında Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “Dostluq” kinoteatrının yanında yerləşən çayxanada Asimdən 50.000 manat pul almışdır. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmışdır. O, ittiham aktını aldıqdan sonra Elşən Mustafayevə verilmiş ittihamın Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə bağlı olduğunu görmüşdür. O, ittiham aktı ilə tanış olduqdan sonra Elşən Mustafayevə qanuni formada kömək edə bilməyəcəyini düşünmüşdür. İşin halları buna əsas vermişdir. O, düşünmüşdür ki, Elşən 7-8 il cəza alarsa, Asim bundan razı qalar. X17 10 il cəza verilmişdir. O, pulu iki dəfəyə olmaqla, birinci dəfə 30.000 manat, daha sonra isə 20.000 manat almışdır. O, aldığı 50.000 manat pulu şəxsi işlərinə xərcləmiş və heç kimə Elşənə köməklik edilməsi barədə bir söz deməmişdir. Nəticədə Elşənə 10 il cəza verildiyindən Asim pulunu ondan tələb etməyə başlamışdır. Sonradan o, Asimdən almış olduğu 50.000 manat pulu 2021-ci ilin iyul ayında tam qaytarmışdır. Bundan əlavə o, Şahid5 tanımışdır. Onunla Vəli arasında həmişə normal münasibətlər olmuşdur. Bir gün Şahid5 ona zəng edib görüşmək istədiyini demişdir. Sonra onlar “Dostluq” kinoteatrının yanında kafedə görüşmüşlər. Şahid5 ondan oğlu Əlinin Tibb Universitetinə qəbul edilməsinə köməklik etməyi xahiş etmişdir. Vəli bu işə görə ona 50.000 manat verəcəyini demişdir. O da öz növbəsində Vəli ilə razılaşmışdır. Əslində isə bu məsələ üçün Dövlət İmtahan Komissiyasına yaxınlaşmaq mümkün olmamışdır. O, pulu Vəlidən alsa da, həmin pulu şəxsi işlərinə xərcləmiş və Əlinin ali məktəbə qəbul olunması üçün heç kimə bir söz deməmişdir. O, Vəliyə davamlı olaraq Əlinin universitetə qəbulu ilə məşğul olduğunu yalandan deməklə vaxtı uzatmağa çalışmışdır. Sonradan Vəli aldadıldığını bilərək ondan verdiyi pulu tələb etməyə başlamış və o da pulu qaytara bilmədiyindən, Vəli onun barəsində şikayət etmişdir. 2021-ci ilin iyun ayında isə o, Vəlidən aldığı 50.000 manat pulu geri qaytarmışdır. O, hər üç epizod üzrə məhz zərərçəkmiş şəxsləri aldadaraq sonuncuların pullarını alaraq ələ keçirmiş və sonradan özlərinə tam şəkildə qaytarmışdır. O, verdiyi vədlərlə bağlı heç bir səlahiyyətli və vəzifəli şəxslə münasibət qurmamış və heç kəsdən də heç nə istəməmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ona yüngül cəza təyin edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 32.4,312.2-ci maddələri ilə barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 1983-cü ildən hal-hazıradək Bakı Dövlət Universitetində işləyir. Onun oğlu Eldar Məmmədov 2018-ci ildə prokurorluq orqanlarında işə qəbulla bağlı imtahanda iştirak edərək birinci mərhələdən müvəffəqiyyətlə keçməsinə baxmayaraq, ikinci mərhələdə müsbət nəticə əldə edə bilməmişdir. Təxminən 2018-ci ilin iyun ayında o, tələbəsi olmuş Şahid8 ilə birlikdə Xətai rayonunda yerləşən çayxanaların birində söhbət edən zaman Eldar ona oğlu Eldar Məmmədovun imtahandan kəsildiyini eşitdiyini, çox yaxın bir tanışının olduğunu və həmin tanışının Eldarın prokurorluğa qəbul edilməsi məsələsində köməklik edə biləcəyini demişdir. Onlar bir qədər söhbət etdikdən sonra Şahid8 həmin şəxsin əvvəllər prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işlədiyini, habelə həmin şəxsin oğlu Rəşad Əliyevin də Bakı şəhəri Suraxanı rayon prokurorluğunda yüksək vəzifədə işlədiyini bildirmişdir. O, təkliflə razılaşdıqdan sonra təxminən 2018-ci ilin iyun ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Dostluq” kinoteatrının yaxınlığında yerləşən çayxanada Şahid8 və Təqsirləndirilən şəxslə görüşmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs ona əvvəlcə bu məsələni müəyyən şəxslərlə məsləhət etməli olduğunu və ona daha sonra dəqiq söz deyəcəyini bildirmişdir. Sonrakı görüşdə Təqsirləndirilən şəxs ona bu işin həll edilməsi üçün razılıq verildiyini bildirmişdir. Təqsirləndirilən şəxs kiminləsə danışdığını ona bildirmişdir. O da elə bilmişdir ki, Elbrus onun oğlu Eldarın məsələsini həll edəcək. Təqsirləndirilən şəxs onu əmin edərək heç bir problemin olmadığını, oğlu Eldar Məmmədovun 2018-ci ilin sentyabr ayının əvvəlinədək prokurorluqda işə qəbulla bağlı əmrin veriləcəyini və məsələnin həlli üçün 50.000 manat məbləğində pulun verilməli olduğunu bildirmişdir. O da Elbrusa hazırda pulunun olmadığını, məsələ həllini tapdıqdan sonra yaşadığı evi və ya bağı sataraq pul verə biləcəyini bildirmişdir. Lakin Elbrus pulun əvvəlcədən verilməli olduğunu, əks halda məsələni heç kimin ciddiyə almayacağını bildirmişdir. Bundan sonra o, təxminən 2018-ci ilin iyul ayının 10-u və ya 11-i əvvəlcə 20.000 manat, daha sonra həmin ay ərzində 30.000 manat, ümumilikdə isə 50.000 manat pulu Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Hüseyn Cavid” parkında Eldarın iştirakı ilə şəxsən Təqsirləndirilən şəxs vermişdir. Elbrus pulu tam şəkildə aldıqdan sonra Eldarın təxminən 1-2 aya əmrinin veriləcəyini və gözləməyini bildirmişdir. Bu müddət keçdikdən sonra onun oğlunun əmri verilməmişdir. O, bundan sonra dəfələrlə Elbrusa zəng etmişdir. Lakin Elbrus onun telefon zənglərinə cavab verməmişdir. Sonra o, Eldara zəng edib pulu qaytarmalarını, əks halda Eldarın da Elbrusla birlikdə məsuliyyətə cəlb ediləcəyini bildirmişdir. Lakin onun sözlərinə məhəl qoyan olmamışdır. Sonra onlar 16 oktyabr 2018-ci il tarixə “Hüseyn Cavid” parkında görüş təyin etmişlər. Lakin Elbrus görüşə gəlməmişdir. Həmin görüşə Eldarla birlikdə Məhəddin adlı şəxs gəlmişdir. Məhəddin özünü sabiq idmançı kimi təqdim edərək və Elbrusun əvəzinə xahiş edərək ayın sonuna qədər onun Elbrusa möhlət verməyini xahiş etmişdir. O da həmin şəxsin xahişini yerə salmamış və oktyabr ayının sonunadək gözləməyə razılıq vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs bir neçə dəfə müxtəlif şəxslər vasitəsilə ona müraciət edərək yenidən möhlət verməyini xahiş etmişdir. Lakin Elbrus yalançı olduğundan o, bundan sonra heç kəsə möhlət verməmişdir. Təqsirləndirilən şəxs ondan aldığı pulu qaytarmamışdır. Bu səbəbdən də o, hazırda Təqsirləndirilən şəxs pulunu tələb edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, 1976-ci ildə ailə həyatı qurmuş və birgə nikahdan iki övladı var. X10 (Mustafayeva) əri, yəni onun kürəkəni X4 2014-cu ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilməklə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Qızı Vüsalə evdə çox narahat olduğundan, həmçinin qızı Vüsalə 3 (üç) övladı ilə tək qaldığından o, bir valideyn kimi qızına görə Elşənin məsələsini həll etmək istəmişdir. 2016-ci ilin yay aylarında Elşənin bibisi oğlu Rəhim ona Təqsirləndirilən şəxs adlı tanışının olduğunu, sonuncunun Elşənin işində kömək edə biləcəyini demişdir. Bu zaman o, Rəhimə Elbrusla görüşmək istədiyini demiş və 2016-ci ilin iyun ayında Rəhimlə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “Dostluq” kinoteatrının yanında yerləşən çayxanada Təqsirləndirilən şəxslə görüşmüşdür. Görüş zamanı Elbrusa Elşənlə bağlı vəziyyəti izah edərək, Elbrusdan köməklik etməsini xahiş etmişdir. Elbrus ona kürəkəninin işində kömək edə biləcəyini demişdir. Lakin Elbrus kürəkəninə necə kömək edəcəyini ona deməmişdir. Elbrusun hüquqşünas olduğundan, hüquqi dildə danışdığından, o, sonuncunun geniş əlaqələrinin olmasını zənn etmişdir. Bu səbəbdən də Elbrusdan Elşənə köməklik etməsini xahiş etmişdir. Elbrus bu işə görə 50.000 manat pul verilməli olduğunu ona demişdir. O isə həmin məbləğin azaldılmasını Elbrusdan xahiş etsə də sonuncu Elşənə verilmiş ittihamın ağır olduğunu, ancaq 50.000 manat verildiyi halda köməklik edə biləcəyini demişdir. Lakin Elbrus kürəkəni Elşənə necə kömək edə biləcəyini ona deməmişdir. O da əlacsız qalaraq Elbrus ilə razılaşmış və həmin görüşdən təxminən 10 gün sonra yenidən Rəhimlə birlikdə çayxanada Elbrus ilə görüşmüşdür. Görüş zamanı o, Rəhimin yanında Elbrusa 30.000 manat, həmin görüşdən təxminən 20-25 gün sonra isə yenə də həmin çayxanada Rəhimin iştirakı ilə Elbrusa qalan 20.000 manatı vermişdir. Bundan sonra Elbrus narahat olmamağını və Elşənə kömək edə biləcəyini demişdir. Həmin vaxt onlara ancaq Elşənə kömək edilməsi lazım olmuşdur. Ona görə də o, Elbrusdan necə kömək edəcəyi ilə maraqlanmamışdır. Lakin Elşənin işinə məhkəmədə baxıldığı zaman Elbrus itib-batmış və nəticədə Elşənə heç bir köməklik edilməmişdir. Həmin vaxt o, başa düşmüşdür ki, Elbrus əslində Elşənə heç bir kömək etmək niyyətində olmamışdır. Elbrus həmin işdə ümumiyyətlə heç bir şey edə bilməzdi. Sonra məhkəmənin hökmü ilə Elşənə 10 il müddətə azadlıqdan mərhum etmə cəzası təyin edilmişdir. Bu zaman o, Elbrusun onu aldatdığını başa düşərək Elbrusdan pulunu tələb etməyə başlamışdır. Elbrus bundan sonra müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etmişdir. Lakin sonradan Təqsirləndirilən şəxs ondan aldığı pulun hamısını geri qaytarmışdır. Onun hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, heç nəyin şahidi olmamış və heç nə görməmişdir. O, yalnız bir dəfə Təqsirləndirilən şəxs xahişi ilə Şahid1la görüşərək sonuncudan Təqsirləndirilən şəxs möhlət verməsini xahiş etmişdir. Şahid1 da onun xahişinə əsasən Təqsirləndirilən şəxs bir ay möhlət vermişdir. Lakin sonradan o, nəyin baş verdiyini bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, 1996-cı il tarixdən həkim-cərrah işləyir. 2016-cı ilin yay aylarında onun oğlu Əli Nəsibov Azərbaycan Dövlət Tibb Universitetinə keçiriləcək imtahana hazırlaşmışdır. Əlinin imtahanları verə bilməməsindən qorxduğundan, həmçinin valideyn kimi oğlunun ali təhsil almasını istədiyindən Ukraynada fəaliyyət göstərən universitetlərlə maraqlanmağa başlamışdır. O, jurnalist kimi işləyən tanışı Mahirə bu barədə demişdir. Bir müddət sonra Mahir onu Təqsirləndirilən şəxslə tanış etmiş və sonuncunun Ukraynada geniş əlaqələrinin olduğunu bildirmişdir. O da bundan sevinərək Mahirdən onu Elbrusla görüşdürməsini xahiş etmişdir. Bundan sonra, yəni 2016-cı ilin mart ayında o, Mahir və Təqsirləndirilən şəxs üçü birlikdə görüşmüşlər. Görüş zamanı Təqsirləndirilən şəxs uzun müddət prokurorluq orqanlarında işlədiyini bildirmişdir. Görüş vaxtı Təqsirləndirilən şəxs Ukraynada geniş əlaqələrinin olduğunu bildirmiş və oğlu Əlini Ukraynada fəaliyyət göstərən universitetlərin birinə düzəldəcəyinə vəd vermişdir. Elbrusun inandırıcı danışığı nəticəsində o, Elbrus ilə razılaşmış və nəticədə Mahirin iştirakı ilə Təqsirləndirilən şəxs ilk dəfə 15.000 manat, 3 dəfə olmaqla 10.000 manat, 2 dəfə olmaqla 5.000 manat pul, ümumilikdə isə 55.000 manat pulu vermişdir. Vermiş olduğu pulun 50.000 manatı Əlinin qəbulu ilə əlaqədar olmuş, 5.000 manat pulu isə Elbrus ondan bir ay müddətinə borc istədiyindən borc kimi vermişdir. Elbrus pulları aldıqdan sonra oğlu Əlinin qəbul prosesinin həll olacağını ona demişdir. Lakin may ayından sonra Elbrusu tapa bilmədiyindən aldadıldığını düşünməyə başlamışdır. Oğlu Əlinin imtahana hazırlaşması üçün Elbrusla danışmağı, pul verməyi barədə bir söz demədiyindən Əli həmin ilin yay aylarında Azərbaycan Tibb Universitetinə qəbulla bağlı imtahan vermiş, lakin mövcud keçid balını toplaya bilmədiyindən kəsilmişdir. Həmin vaxt Elbrusla əlaqə yarada bilmiş və Mahirin də iştirakı ilə Elbrus ilə görüşmüşdür. Görüş zamanı Elbrus qəbul prosesi ilə məşğul olduğunu, narahat olmamağını deməklə vaxtı uzatmağa başlamışdır. Bundan sonrakı 3 il müddətində Elbrus onu aldadaraq vaxt qazanmağa davam etmişdir. Sonradan Elbrusun qanunsuz hərəkətləri barədə şikayət etmişdir. Şikayətlərdən sonra Təqsirləndirilən şəxs ondan aldığı pulu tam şəkildə geri qaytarmışdır. Hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, Şahid1 tələbə olduğu dövrdən, yəni 2010-cu ildən tanımışdır. Şahid1 onun müəllimi olmuşdur. O, Təqsirləndirilən şəxs isə təxminən 25 ildir ki, tanıyır və sonuncu ilə dostluq münasibətləri olmuşdur. Təxminən 2018-ci ilin iyun ayında o, BDU-də onun müəllimi olmuş Şahid1 ilə Xətai rayonunda yerləşən çayxanaların birində görüşmüşdür. O, Hüseyn ilə söhbət edən zaman Hüseynin oğlu Eldar Məmmədovun prokurorluq orqanlarına qəbul ilə bağlı imtahandan kəsildiyini öyrənmişdir. O, bunu eşidib Hüseynə Elbrus adlı çox yaxın bir tanışının olduğunu və həmin tanışının Eldarın prokurorluq orqanlarına qəbul məsələsində kömək edə biləcəyini demişdir. O, Hüseynə həmçinin, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Suraxanı rayonunun prokuroru vəzifəsində işlədiyini, Elbrusun oğlu Rəşad Əliyevin isə həmin vaxt Bakı şəhəri Suraxanı rayon prokurorunun müavini vəzifəsində işlədiyini bildirmişdir. Şahid1 da bundan sonra oğlu Eldarın prokurorluğa qəbul ilə bağlı Elbrusun köməklik göstərməyini istəmişdir. Onlar orada qərarlaşdırmışlar ki, Elbrusla görüşsünlər və bu məsələni sonuncu ilə müzakirə etsinlər. Sonra o, Şahid1 və Təqsirləndirilən şəxs 2018ci ilin iyun ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Dostluq” kinoteratrının yaxınlığında görüşmüşlər. Görüş zamanı Şahid1 oğlu Eldar Məmmədovun prokurorluğa qəbulla bağlı test imtahanından keçdiyini, lakin ikinci mərhələdən kəsildiyini Elbrusa bildirmiş və Eldarın prokurorluğa qəbul olunmasında köməklik göstərməsini Elbrusdan xahiş etmişdir. Təqsirləndirilən şəxs də Şahid1 dinlədikdən sonra Şahid1 əmin edərək heç bir problem olmadığını, Eldarın həmin ilin sentyabr ayının əvvəlinədək qulluğa qəbul olunmasına dair əmrinin veriləcəyini və məsələnin həlli üçün qabaqcadan vəzifəli şəxslərə 50.000 (əlli min) manat məbləğində pulun verilməli olduğunu bildirmişdir. Şahid1 isə həmin vaxt üzərində pulunun olmadığını, məsələ həllini tapdıqdan sonra pulu toplayıb verə biləcəyini bildirmişdir. Lakin Elbrus pulun əvvəlcədən verilməli olduğunu, əks halda məsələni heç kimin ciddiyə almayacağını bildirmişdir. Bundan sonra Şahid1 pulu qabaqcadan verməyə razı olmuşdur. Təxminən 2018-ci ilin iyul ayının əvvəlində Şahid1 birinci dəfə 20.000 (iyirmi min) manat, ikinci dəfə isə 30.000 (otuz min) manat pulu iki dəfəyə onun iştirakı ilə Elbrusa şəxsən vermişdir. O, Şahid1 Təqsirləndirilən şəxs iki dəfəyə 50.000 manat pulun verdiyinin şahidi olmuşdur. Hüseyn pulu birbaşa Elbrusa vermişdir. Elbrus 50.000 manat pulu iki dəfəyə aldıqdan sonra Eldar Məmmədovun sentyabr ayının əvvəlinədək Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi vəzifəsinə təyin olunacağına dair əmrinin veriləcəyini vəd verərək Hüseynə gözləməsini bildirmişdir. Elbrusun Hüseynə söz verdiyi müddət başa çatdıqdan sonra, Elbrus Hüseynə verdiyi vədi yerinə yetirməmişdir. Hüseyn Elbrusdan öz pulunu tələb etməyə başladıqda, Elbrus Hüseynə məsələni oktyabr ayının 15-dək həll edəcəyini bildirərək möhlət verməsini Hüseyndən xahiş etmişdir. Lakin Elbrus yenidən verdiyi vədə əməl etməmiş və pulu qaytaracağını deyərək hər dəfə möhlət istəmişdir. Şahid1 hər dəfə Təqsirləndirilən şəxs öz pulunu tələb etdikdə, Elbrus yalan vədlər verərək məsələni həll etməkdən və pulu qaytarmaqdan imtina edərək müxtəlif bəhanələr gətirmişdir. Sonra Hüseyn ona və Elbrusa zəng edərək, habelə mesajlar yazaraq pulun qaytarılmasını tələb etmişdir. Həmin 50.000 (əlli min) manat puldan ona Elbrus tərəfindən heç bir məbləğdə pul verilməmişdir. Onu da bu məsələ ilə əlaqədar olaraq təqsirləndirilən şəxs qismində cəlb edərək barəsində həbs qətimkan tədbiri seçmişlər. Şahid1 Təqsirləndirilən şəxs verdiyi 50.000 manat pul vəsaiti onun yaxın qohumları tərəfindən Şahid1 tam şəkildə geri qaytarılmışdır. Bundan sonra məhkəmə onun barəsində hökm çıxarmış və ona təyin edilən cəza şərti hesab edilmişdir. Onun yaxın qohumları tərəfindən Təqsirləndirilən şəxs Şahid1 aldığı pul geri qaytarılarkən Təqsirləndirilən şəxs tərəfindən həmin pulun geri qaytarılması üçün heç bir köməklik göstərilməmişdir. Yəni Şahid1 qaytarılmış 50.000 manat pul onun qohumlarının pulu hesabına ödənilmişdir. O, Təqsirləndirilən şəxs Şahid1 ödənilmiş pulun yarısını ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qohumudur. Lakin onlar yaxın qohum deyillər. Təqsirləndirilən şəxs uzun müddət prokurorluq orqanlarında işləmişdir. Həmçinin Təqsirləndirilən şəxs ona demişdir ki, 2016-ci ildən etibarən Abşeron rayon prokurorunun köməkçisi vəzifəsində işləyir. 2014-cu ildə onun dayısı oğlu Elşən Mustafayevin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanmış və Elşən tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Elşən Mustafayev evli olmaqla, himayəsində 3 uşağı olmuşdur. Buna görə də Elşənin qayınatası Asim kürəkəni olan Elşənin cəzasının azaldılması ilə əlaqədar köməklik edilməsi üçün adam axtarmağa başlamışdır. Həmin ərəfədə o, qohumu olan Elbrusa dayısı oğlu Elşən barəsində məlumat vermiş və Elbrus ona Elşənin işində köməklik edə biləcəyini bildirmişdir. Sonra o, bu məsələni Asimə demişdir. Asimin razılığı ilə Elbrusla görüş təyin olunmuşdur. 2016-cı ilin iyun ayında o, Asimlə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “Dostluq” kinoteatrının yanında yerləşən çayxanada Təqsirləndirilən şəxslə görüşmüşdür. Görüş zamanı X23 bağlı vəziyyəti izah etmiş və Elşənin cəzasının azaldılması ilə əlaqədar köməklik etməsini Elbrusdan xahiş etmişdir. Elbrus da istintaq müddətində Elşənə köməklik edə bilməyəcəyini, lakin məhkəmə prosesində köməklik edərək Elşənə 4 il azadlıqdan məhrum etmə cəzasının verilməsini təmin edə biləcəyini Asimə bildirmişdir. X21 bildirmişdir ki, “Elşənin 2014-ci ildən həbs olunmağı nəzərə alınacaq və Elşən tezliklə azadlığa çıxa bilər”. Asim Elbrusla razılaşdığından X19 cəzasının azaldılması üçün 50.000 manat pul verilməsini tələb etmişdir. Asim də həmin pulu verməyə razılaşmışdır. Həmin görüşdən təxminən 10 gün sonra yenidən Asim onunla birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “Dostluq” kinoteatrının yanında yerləşən çayxanada Elbrus ilə görüşmüşdür. Görüş zamanı Asim onun yanında Elbrusa 30.000 manat pul vermişdir. Həmin görüşdən təxminən 20-25 gün sonra isə yenə də həmin çayxanada onun iştirakı ilə Asim Elbrusa qalan 20.000 manat pulu vermişdir. Bundan sonra Elbrus Asimə narahat olmamağını və 4 il cəzanın verilməsini təmin edəcəyini, artıq bu işlə əlaqədar proseslərə başladığını bildirmişdir. 2016-ci il tarixdə məhkəmənin hökmü ilə Elşənə 10 il azadlıqdan mərhum etmə cəzası təyin edilmişdir. Bu zaman Asim Elbrus tərəfindən aldatıldığını görərək sonuncudan vermiş olduğu pulu tələb etməyə başlamışdır. Elbrus isə müxtəlif bəhanələrlə pulu qaytarmamağa və vaxtı uzatmağa çalışmışdır. Asim də Elbrusdan pulu tələb etdiyindən iki dəfəyə Elbrusun oğlu Rəşad vasitəsilə və onun iştirakı ilə 2017-ci ilin iyun ayında 12.000 manat pul Asimə qaytarılmışdır. Lakin sonradan Elbrus Asimə qalan 38.000 manatı geri qaytarmadığından, Asim davamlı olaraq Elbrusdan şikayət etməyə başlamışdır. Sonradan Elbrus qalan 38.000 manat pulu da Asimə geri qaytarmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan olunmuş şahid ifadəsini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 mart 2018-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 2, iş vərəqə 25-28) görünür ki, Şahid6 Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov prospekti, 88C-də yerləşən iaşə obyektinin qarşını göstərərək hadisənin orada baş verdiyini, yəni pulu həmin ərazidə Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 yanvar 2019-cu il tarixli ərizədən (cild 1, iş vərəqə 18-20) görünür ki, Şahid1 Təqsirləndirilən şəxs ondan 50.000 manat, Şahid8 isə ondan 15.000 manat aldığını və sonuncuların ondan aldıqları pulları geri qaytarmadıqlarını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 mart 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 26) görünür ki, həmin gün Şahid1 təqdim etdiyi diskə baxış keçirilmiş və 22 yanvar 2019-cu, 23 yanvar 2019-cu və 24 yanvar 2019-cu il tarixlərdə Şahid1la Şahid8 və Təqsirləndirilən şəxs arasında Şahid1 oğlunun prokurorluq orqanlarına qulluğa qəbulla bağlı verilmiş pul məbləğinin geri qaytarılması ilə bağlı çoxsaylı danışıqlar aparılması aşkar edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 mart 2019-cu il tarixli əməliyyat tapşırığından (cild 1, iş vərəqə 36-37) görünür ki, törədilən cinayətdə Təqsirləndirilən şəxs və Şahid8 başqa iştirak edən şəxslərin olub-olmaması, Təqsirləndirilən şəxs və Şahid8 digər şəxslərə qarşı dələduzluq və digər talama cinayətlərini törədib-törətməmələrinin müəyyənləşdirilməsi barədə tapşırıq verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 aprel 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının məktubundan (cild 1, iş vərəqə 112) görünür ki, Təqsirləndirilən şəxs 16 aprel 2019-cu il tarixdə 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicəyə qəbul olunmuş və bir müddət orada müalicə almışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 aprel 2019-cu il tarixli mobil telefon danışıqlarına baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 86-89) görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə iş üzrə şahid qismində çıxış edən Şahid1 istifadəsində olan ***-***-**-** saylı nömrəsinə, Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zənglər edilmiş, habelə qeyd edilən mobil telefon nömrələri arasında mütəmadi danışıqlar aparılmış və 16.01.2019-cu il tarixdə, saat 15:40:30-da “Elbrus bu oyunlari qurtar, menim pulumu qaytar, 8 aydir meni kucelere salmisan, ishi duzeltmirsen eybi yox, pulu ver. Vicdanin olsun men sene verdiy”, 16.01.2019-cu il tarixdə, saat 15:40:30-da “50 min manati faizle borc almisham. Artiq borc sahibi meni mehv edir, ne faizi vere bilmirem, ne geceler yatmiram. Senin vicdanin yoxdur, allahin yoxdur”, 16.01.2019cu il tarixdə, saat 16:50:32-da “Elbrus sen nece qeyretsiz, sherefsiz insansan. Heyif ki, Reshadin senin kimi atasi var. Sen sherefsiz, deleduz hereketlerinle ovladinin karyerasina, geleceyine zerbe vurursan. Sen 178 madde ile yatanda oğlun dostlarin yaninda utanacaq. Menim pulumu faizile birlikde qaytarmasan, seni butun Azerbaycanda ifsha edecem Elbrus menim telefonuma cavab verme, amma pulumu qaytar. Cox teessuf edirem ki, huquq-muhafize orqanlarinda senin kimi deleduzler ishleyib. Sen bu orqana lekesen. Tap Eldar sherikini menim 90 min manatimi qaytarin. Geci-tezi sizin ikinizin de yeri hebsxanadir Eldar deleduz dostun Elbrusu tap, menim pulumu getirib verin. Abir heyaniz olsun. Ne qeder sherefsiz insansiniz”, 17.01.2019-cu il tarixdə, saat 12:11:12-da “Elbrus sen hec utanirsanmi? Vicdanın yoxdurmu? Menim pulumu ver. Senin oğlun prokuror müavini ishleyir, cinayətkarlara, deleduzlara qarshi mubarize aparir”, 17.01.2019-cu il tarixdə, saat 12:11:13-da “Eldar da menim pulumu vereceksiniz”, 17.01.2019-cu il tarixdə, saat 12:11:13-də “Seni de oğlun hebs etmelidir. Sen oğluna, nesline, ishlediyin orqana lekesen. Bu deleduzlugun sonu olacaq. Allah balalarinin qarshisina cixartsin. Sen oğluna, nesline, ishlediyin orqana lekrsen. Bu deleduzlugun sonu olacaq. Allah balalarinin qarshisina cixartsin”, 17.01.2019-cu il tarixdə, saat 12:12:13-də “Eldar Elbrus deleduza da zeng vur, menim pulumu getirin, sonu pis olacaq” və sair məzmunlu mesajlar yazılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 aprel 2019-cu il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 113-114) görünür ki, hazırki cinayət işi üzrə törədilmiş əməllərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.24 və 32.4, 312.2-ci maddələri ilə tövsif edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 aprel 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 115- 116) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 aprel 2019-cu il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 1, iş vərəqə 136-137) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 may 2019-cu il tarixli təqsirləndirilən şəxs barəsində axtarışın elan edilməsi və qətimkan tədbirinin şərtlərini pozduğuna görə onun tutulması haqqında qərardan (cild 1, iş vərəqə 143-144) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində axtarışın elan edilməsi və aşkar olunduğu təqdirdə tutularaq Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin MSY-ə təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 may 2019-cu il tarixli ərizədən (cild 1, iş vərəqə 161) görünür ki, Şahid5 Təqsirləndirilən şəxs və sonuncunun oğlu Rəşad Əliyevin onu aldadaraq 2016-cı ildən başlayaraq ondan 55.000 manat məbləğində pul aldıqlarını və onun oğlunu Azərbaycan Tibb Universitetinə qəbul etdirəcəklərinə dair söz verdiklərini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 may 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 155-156) görünür ki, Şahid8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 may 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının məktubundan (cild 1, iş vərəqə 187) görünür ki, Təqsirləndirilən şəxs 16 aprel 2019-cu ildən 27 aprel 2019-cu il tarixədək 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmuş, həmin müddət ərzində onda psixi xəstəlik aşkar edilməmiş və nəticədə ona “əl tremoru" diaqnozu qoyulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 may 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının məktubundan (cild 1, iş vərəqə 189) görünür ki, Təqsirləndirilən şəxs 16 aprel 2019-cu il tarixdə BŞT və TTYS-nın 9 saylı Bölməsinin göndəriş vərəqəsi ilə “Müayinə” diaqnozu ilə 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına şikayətlərinə əsasən gətirilmiş, orada İİ herontologiya şöbəsinə qəbul edilmiş, İİ herontologiya şöbəsində X5 qəbul edilmiş və baxış zamanı “təkrar müayinə” aşkar edilmişdir. Təqsirləndirilən şəxs 26 aprel 2019-cu il tarixdə təkrar baxışı keçirilmiş, onda psixi xəstəlik aşkar edilmədiyindən ona “əl tremoru” diaqnozu qoyulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 iyun 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin məktubundan (cild 1, iş vərəqə 194) görünür ki, 16 aprel 2019-cu il tarixdə, saat 11:36-da ünvan 1 ünvanında Elbus Əliyevin adına “narahatlıq” səbəbi ilə çağırış gəlmiş, çağırışı verən şəxs özünü xəstənin həyat yoldaşı kimi təqdim etmişdir. Təcili yardım briqadası qeyd edilən ünvana çatdıqda özünü xəstənin oğlu kimi təqdim edən şəxs atasının 5 dəqiqə əvvəl 1 saylı RPXna aparıldığını bildirmiş, bundan sonra xəstənin oğlunun təkidi və xahişi ilə təcli yardım briqadası 1 saylı RPX-na getmiş və saat 13:23-də xəstəxanaya çatmışlar. Müayinə zamanı xəstə zahirən səliqəli olsa da, əllərin tremoru, sol qolunda kəsik izi, bədənin müxtəlif nahiyələrində çoxsaylı səpkilər aşkar edilmişdir. Xəstənin bir yerdə qərar tuta bilmədiyi, düşüncəsinin kobud surətdə pozulmaması, emosional ləbil, əhval-ruhiyyə fonunun disforik olması, xəstənin davamlı narahat və əsəbi olmasını, özünü ələ ala bilmədiyindən şikayət etdiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs müalicə üçün xəstəxanaya yerləşdirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 iyun 2019-cu il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 198-209) görünür ki, Şahid8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirlən şəxs qismində cəlb edilməklə barəsində həbs qətimkan tədbirinin seçilməsinin nəzərə alınması, Şahid1 barəsində cinayət işinin başlanmasının rədd edilməsi, Şahid1 tərəfindən təqdim olunmuş 1 (bir) ədəd diskin və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd diskin maddi sübut kimi tanınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə başqa cinayət işinin ayrılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 iyun 2019-cu il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 1-3) görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 32.4,312.2ci maddələri ilə başqa cinayət işinin ayrılması icraata qəbul edilərək ibtidai istintaqının davam etdirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 iyun 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının elektroensefaloqrammasından (cild 1, iş vərəqə 189) görünür ki, Təqsirləndirilən şəxs beynin fəallığı yüngül damar tipli dəyişiklik əlamətləri ilə səciyyələnir və beyin qabığının funksionla vəziyyətinin enməsi ilə təzahür olunur. Beyin qabığı və qabıqaltı mərkəzlər arası əlaqələrin zəifləməs əlamətləri nəzərə çarpır. Kobud üzvü, ocaqlı dəyişiklik və epilepsiya əlamətləri aşkar edilmir. Beyin yarımkürələrinin mütənasibliyi pozulmayıb. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 iyun 2019-cu il tarixli ərizədən (cild 1, iş vərəqə 228) görünür ki, Şahid5 Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 55.000 manat ziyandan 50.000 manat pulun 21 iyun 2019-cu il tarixdə Təqsirləndirilən şəxs oğlu Rəşad Əliyev tərəfindən geri qaytarıldığını, qalan 5.000 manat pulu isə Təqsirləndirilən şəxs ondan borc kimi aldığını və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 iyul 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən (cild 2, iş vərəqə 146) görünür ki, Şahid1 1(101)- 758/2019 saylı cinayət işi üzrə ona vurulmuş ziyanın Şahid8 qohumları tərəfindən ona tam şəkildə ödənildiyini, bu səbəbdən də onun Şahid8 qarşı şikayət və tələbinin olmadığını, o cümlədən gələcəkdə də olmayacağını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 iyul 2019-cu il tarixli ərizədən (cild 2, iş vərəqə 121) görünür ki, Şahid6 Təqsirləndirilən şəxs ondan aldığı puldan qalan 38.000 manat pulun Təqsirləndirilən şəxs oğlu X16 tərəfindən geri qaytarıldığını və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 sentyabr 2019-cu il tarixli ərizədən (cild 2, iş vərəqə 188) görünür ki, Şahid5 Təqsirləndirilən şəxs oğlu Əli Nəsibovun ali məktəbə qəbulu üçün ondan almış olduğu 50.000 manat pulu, həmçinin borc kimi aldığı 5.000 manat pulu 2019-cu ildə tam olaraq geri qaytarıldığını və hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 oktyabr 2019-cu il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-758/2019 saylı hökmündən (cild 2, iş vərəqə 147-173) görünür ki, Şahid8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona həmin maddələr üzrə qəti olaraq 6.000 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 sentyabr 2021-ci il tarixli iltizamdan (cild 2, iş vərəqə 128) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə bağlı ondan iltizam alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 sentyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X24 2102 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 193-195) görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə, yəni 2016-ci ilin mart, aprel, iyun və iyul aylarında, həmçinin 2018-ci ilin iyul və avqust aylarında, həmçinin 2019cu ilin mart ayından hazırkı vaxtadək hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Göstərilən dövrlərdə o, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxsdə hal-hazırda da hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmur, o, öz hərəkətlərini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 sentyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 198-221) görünür ki, Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 32.4,312.2-ci maddələrindən həmin Məcəllənin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələrinə tövsif edilməsi, ona həmin maddələr üzrə yenidən ittihamın elan edilməsi, Şahid2, Şahid3, Şahid4, X7 və Şahid7 barəsində cinayət işinin başlanmasının rədd edilməsi, Şahid1 əməlinə cinayət işinin başlanmasının rədd edilməsi barədə verilmiş hüquqi qiymətin nəzərə alınması, Şahid5 və Şahid6 barəsində cinayət işinin başlanmasının rədd edilməsi, Şahid1 tərəfindən təqdim olunmuş 1 (bir) ədəd diskin və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd diskin maddi sübut kimi tanınması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 sentyabr 2021-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 222-224) görünür ki, Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 32.4,312.2-ci maddələrindən həmin Məcəllənin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələrinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 sentyabr 2021-ci il tarixli yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 225-228) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21.06.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsinimüəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi sübutların tədqiqində iştirak etmişlər, onlar məhkəmə istintaqında dindirilmiş şəxslərə suallar vermişlər, o cümlədən irəli sürülmüş ittihamı qismən mübahisələndirərək sərbəst şəkildə müdafiə hüququnu həyata keçirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllərin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, mötəbər sübutlar əsasında məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Şahid5 sonuncunun oğlu X18 Ukrayna Tibb Universitetinə imtahansız qəbul etdirə və sonradan isə Avropa ölkələrindən birində yerləşən ali məktəblərə köçürülməsini, habelə Əli Nəsibovun 6 (altı) il xaricdə yüksək səviyyəli təhsil alacağını təmin etmək imkanına malik olduğunu yalandan vəd edib, tanışı olan vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Əli Nəsibovun xeyrinə edəcəyi hərəkətə, yəni qeyd edilən qaydada ali məktəbə qəbul edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 50.000 (əlli min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, həmin niyyətlə 2016-cı ilin aprel ayından 16 may 2017-ci il tarixədək hissə-hissə olmaqla, ümumilikdə 50.000 (əlli min) manat məbləğində pul vəsaitini şəxsən Şahid5 alıb özünün şəxsi ehtiyaclarına sərf etmişdir. Bununla da Təqsirləndirilən şəxs Şahid5 məxsus 50.000 manat pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək sonuncuya vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmiş, habelə vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Əli Nəsibovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid5 vahid niyyətlə təhrik etmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Eyni zamanda məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz şəkildə ələ keçirdiyi 50.000 manat məbləğində pulu Şahid5 geri qaytarmışdır. Qeyd edilən hal da cinayət işinin mübahisəsiz halıdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə cinayətdən xəbərsiz qohumu Şahid7 vasitəsilə 2014-cü ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilməklə barəsində həbs qətimkan tədbiri seçilmiş X2 veriləcək cəzanın müddətinin azaldılması üçün 2016-cı ilin yaz aylarında Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “Dostluq” kinoteatrının yanında yerləşən çayxanada özünə müraciət etmiş sonuncunun qaynatası Şahid6 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib yaranmış inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikasının məhkəmə sistemində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə Elşən Mustafayevə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının verilməsini təmin etmək imkanına malik olduğunu yalandan vəd edib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Elşən Mustafayevin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 50.000 (əlli min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, Şahid6la razılaşmaqla sövdələşib, həmin niyyətlə 2016-cı ilin iyun ayında sonuncudan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “Dostluq” kinoteatrının yanında yerləşən çayxanada ilkin olaraq 30.000 manat, eyni niyyətlə, həmin görüşdən 20-25 gün sonra həmin yerdə 20.000 manat, ümumilikdə 50.000 (əlli min) manatı alıb, şəxsi ehtiyaclarına sərf edərək, Şahid6 məxsus həmin pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Elşən Mustafayevin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid6 vahid niyyətlə təkrarən təhrik etmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Eyni zamanda məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz şəkildə ələ keçirdiyi 50.000 manat məbləğində pulu Şahid6 geri qaytarmışdır. Qeyd edilən hal da cinayət işinin mübahisəsiz halıdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tanışı Şahid8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə, övladı X3 Azərbaycan Respublikasının prokurorluq orqanlarına işə qəbulla bağlı 2016-2017-ci illərdə elan edilmiş müsabiqələrdə iştirak edərək müsabiqənin 2-ci mərhələsində müvəffəqiyyət balı toplamaması nəticəsində qəbuluna xitam verildiyindən, Eldar Məmmədovun prokurorluğa qəbul olunmasında köməklik göstərilməsi üçün 2018-ci ilin iyun ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Dostluq” kinoteatrı yaxınlığındakı çayxanada qabaqcadan əlbir olduğu Şahid8 vasitəsi ilə özünə müraciət etmiş Eldar Məmmədovun atası, Bakı şəhər sakini Şahid1 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib yaranmış inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikasının Baş prokurorluğunun yüksək vəzifədə işləyən səlahiyyətli şəxsilə yaxın münasibətinin olmasını, həmin şəxsin vasitəsilə Eldar Məmmədovu prokurorluq orqanına qəbul etdirməklə, Bakı şəhər Nərimanov rayon prokurorluğuna prokuror köməkçisi vəzifəsinə təmin etdirmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Eldar Məmmədovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 50.000 (əlli min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, Şahid1la razılaşmaqla sövdələşib, həmin niyyətlə 2018-ci ilin iyul ayında iki dəfəyə ümumilikdə 50.000 manat pulu Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Hüseyn Cavid” parkında Şahid8la birlikdə ondan alıb şəxsi ehtiyaclarına sərf edərək, Şahid1 məxsus cəmi 50.000 (əlli min) manat məbləğində pul vəsaitini Şahid8la qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək Şahid1 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Eldar Məmmədovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid1 vahid niyyətlə Şahid8la qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən təhrik etmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Şahid1 məhkəmə istintaqında ifadə verərək 50.000 manat məbləğində pulun ona geri qaytarılmadığını iddia edərək həmin pulu Təqsirləndirilən şəxs tələb etmişdir. Məhkəmə qeyd edilən hissədə Şahid1 mövqeyi ilə razılaşmır və hesab edir ki, qanunsuz şəkildə ələ keçirilmiş 50.000 manat məbləğində pul vəsaiti ona tam şəkildə qaytarılmışdır. Belə ki, cinayət işinin materiallarında olan 22 iyul 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Şahid8 barəsində olan cinayət işinə məhkəmədə baxıldığı zaman Şahid1 məhkəməyə müraciət edərək ona vurulmuş ziyanın Şahid8 qohumları tərəfindən ona tam şəkildə ödənildiyini və bu səbəbdən də onun Şahid8 qarşı şikayət və tələbinin olmadığını, o cümlədən gələcəkdə də olmayacağını bildirmişdir. Şahid8 qohumları tərəfindən Şahid1 vurulmuş ziyanın tam şəkildə ödənilməsi, həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli, 1(101)-758/2019 saylı hökmü ilə də təsdiq olunmuşdur. Bundan başqa, Şahid8 da məhkəmə istintaqında ifadə verərək öz qohumları tərəfindən Şahid1 vurulmuş ziyanın tam şəkildə ödənilməsi bildirmişdir. Göstərilən sübutlardan açıq aşkar görünür ki, Şahid1 vurulmuş ziyan tam şəkildə ödənilmiş və bu ziyan məhz Şahid8 qohumları hesabına ödənilmişdir. Şahid1 vurulmuş ziyanın tam şəkildə ödənilməsi halında, həmçinin Şahid8 barəsində olan cinayət işinə mahiyyəti üzrə məhkəmədə baxıldığı zaman Şahid1 ona vurulmuş ziyanın ödənilməsini bildirdiyi halda, hazırki iş üzrə ona vurulmuş ziyanın ödənilmədiyini bəyan etməsi məhkəmə üçün başa düşülən deyil. Sadalanan halları məcmu halda nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Şahid1 məhkəmə istintaqında bu hissədə ifadə verərkən səmimi olmamış və iş üzrə əsl həqiqəti gizlətməyə çalışmışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Şahid1 vurulmuş ziyan tam şəkildə ödənilmiş və bu ziyan Şahid8 qohumlarının pul vəsaiti hesabına ödənilmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Beləliklə məhkəmə istintaqında Təqsirləndirilən şəxs dələduzluq edərək Şahid5, Şahid1 və Şahid6 ayrı-ayrılıqda (hər birindən) 50.000 manat pul alaraq qanunsuz şəkildə ələ keçirməsi və sonradan həmin şəxslərə vurulmuş ziyanın tam şəkildə ödənilməsi öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs ayrı-ayrılıqda Şahid5, Şahid1 və Şahid6 (hər birindən) 50.000 manat məbləğində pulun dələduzluq edərək qanunsuz şəkildə ələ keçirməsi məhkəmə istintaqında ifadə vermiş Təqsirləndirilən şəxs qismən etirafedici ifadəsi ilə yanaşı, həmçinin Şahid5, Şahid1 və Şahid6 ifadələri, habelə məhkəmə istintaqında dindirilmiş digər şahidlərin ifadələri, eləcə də cinayət işinin materiallarında olan çoxsaylı sübutlar, o cümlədən Şahid5 və Şahid6 onlara vurulmuş ziyanın tam şəkildə geri qaytarılması barədə sərgiləmiş olduqları mövqeləri ilə də tam şəkildə öz təsdiqini tapmışdır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Şahid5 50.000 manat, Şahid1 50.000 manat və Şahid6 50.000 manat məbləğində pulunu qeyd edilən hər bir şəxsə nisbətdə vahid niyyətlə, üçünə nisbətdə isə təkrarən dələduzluq yolu ilə qanunsuz şəkildə ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Şahid5, Şahid1 və Şahid6 nisbətdə ayrıayrılıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədərək göstərilən şəxsləri təkrarən rüşvət verməyə təhrik etmişdir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 36-cı bəndinə əsasən, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (Cinayət Məcəlləsinin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (Cinayət Məcəlləsinin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Bundan başqa, Təqsirləndirilən şəxs Şahid1la bağlı epizoda nisbətdə Şahid8la qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əməllərinin törədilməsi ilə bağlı eyni məzmunlu və eyni həcmdə ittiham irəli sürüldüyündən, habelə Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli, 1(101)-758/2019 saylı hökmü ilə Şahid8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilindiyindən, başqa sözlə, Şahid8 Təqsirləndirilən şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əməllərinin törədilməsi ilə bağlı ittiham sözügedən məhkəmə hökmü ilə öz təsdiqini tapdığından məhkəmə belə nəticəyə gəlir ki, Şahid1 aid epizoda nisbətdə Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərdə Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətləri var. Beləliklə də məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törətməsi tam şəkildə öz təsdiqini tapmışdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılması və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4-cü maddəsinə əsasən - ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Cinayət hüququ nəzəriyyəsinə görə: təhrikçi öz fəaliyyəti ilə başqasında cinayət törətmək qətiyyəti yaradan şəxsdir. Təhrikçilik başqa şəxsdən cinayət törətməyə sövq edən hərəkətlərin bilavasitə edilməsini tələb edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri vardır və onun törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə tövsif olunmalıdır. Eyni zamanda həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin qeyd edilən cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri hər bir epizod üzrə başa çatmış cinayətlərdir. Bundan başqa, Təqsirləndirilən şəxs əməllərində cinayətlərin məcmusu var. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşlı (74 yaş) və ali təhsilli olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, hər bir şəxsə vurulmuş ziyanın tam şəkildə ödənilməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, hər bir şəxsə vurulmuş ziyanın tam şəkildə ödənilməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 34.4,312.2-ci maddələri üzrə həmin maddələrin sanksiyası həddində cinayətlərin məcmusu qaydasında azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Lakin məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların məcmusunu, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələri, yəni iş üzrə şahid qismində çıxış edən Şahid6 Yadulla oğlu, Şahid5 və Şahid1 vurulmuş ziyanın tam şəkildə ödənilməsini, habelə təqsirləndirilən şəxsin yaşlı (74 yaş) və ali təhsilli olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən də onun islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu qaydasında təyin olunacaq qəti azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsi ona mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsi ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək qəti azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə maddi sübutların taleyini həll edərək qeyd edir ki, iş üzrə maddi sübut qismində çıxış edən "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk və Şahid1 tərəfindən təqdim edilmiş 1 (bir) ədəd disk hökm qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri üzrə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi üzrə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu qaydasında qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 2 (iki) il sınaq müddəti təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk və Şahid1 tərəfindən təqdim edilmiş 1 (bir) ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-244/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-244/2022
18.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver