Məhkəmə qərarları › İş №1(101)-244/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-244/2023

17.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-244/2023 17.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 və X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi –Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Bakı şəhəri ““Pro-Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakları ilə, xx.xx.1986-cı ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən 9 (doqquz) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya haqqında qərarın 2.2-ci bəndinə əsasən cəzadan azad edilmiş, məhkumluğu ödənilməmiş, Lənkəran rayonu, Boladi kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmək məqsədi ilə İran İslam Respublikasının vətəndaşı «Baba» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 21 aprel 2022-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yol kənarında olan ağacın dibindən sonuncu tərəfindən gizlətdiyi satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamin əldə edib özündə saxlayaraq daşımış, 22 aprel 2022-ci il tarixdə saat 19:30-da Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanda yerləşən avtoyuma məntəqəsinin qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Binəqədi rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf polietilen bükümün içərisində 06 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,171 qram, 0,755 qram, 0,731 qram, 0,680 qram, 0,891 qram, 0,594 qram, ümumi təmiz çəkiləri 4,822 qram komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vastə heroin və 06 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,930 qram, 1,092 qram, 1.254 qram, 0699 qram, 1,008 qram, 0,977 qram, ümumi təmiz çəkiləri 5,960 qram kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, həbs olunmazdan öncə kirayə avtomobil götürməklə Lənkəran-Bakı şəhərləri arası taksi fəaliyyəti ilə məşğul omuşdur. Əvvəllər Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Cəzadan azad olunduqdan sonra narkotik vasitələrdən yenidən istifadə etməyə başlamışdır. “Kakos” adı ilə tanınan heroin adlanan narkotik vasitədən tüstüsünü çəkərək istifadə etmişdir. Gündəlik olaraq 20-30 manat narkotik vasitəyə pul xərcləmişdir. Yarım qram “kakos” alaraq 4 gün müddətində istifadə etmişdir. Heroin adlı narkotik vasitənin yarım qramına 15-17 manat arası pul vəsaiti ödəmişdir. Tutularkən 4-5 ay olardı ki, yenidən narkotik vasitə istifadə etməyə başlamışdır. Aprel ayının 22-si axşam saat 22:30 radələrində cəzaçəkmə müəssisəsindən tanıdığı X4 qəsəbəsində olan evinə kirayə götürdüyü avtomaşınla qonaq getmişdir. Qonaq getdiyi zaman görmüşdür ki, evdə Dukraşvili Levanidən başqa Lomaşvili Eriston və onun yoldaşı, Fərid adlı şəxs olmuşdur. O, Fərid, Dukraşvili Levani ilə birlikdə 16 saylı cəza çəkmə müəssisəsində cəza çəkmişdir. Təqribi olaraq evə gəldikdən 40 dəqiqə sonra polis əməkdaşları tərəfindən silahlı basqın edilmiş, evdə olan hər kəs saxlanılmışdır. Evdə olan şəxslərdən bir-bir adları soruşulmuş, Dukraşvili Levani və Lomaşvili Eriston öz adlarını söyləyən zaman onların əlləri qandallanıb hərəsi otağın bir küncünə sıxılmış, həmin evdə hamının üzərinə baxış keçirilmiş, lakin üzərlərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Evdən sadəcə “binokl” tapılmışdır. Sonradan bilmişdir ki, bu şəxslər haradansa, oğurluq ediblər buna görə də evə basqın olunmuşdur. Hər kəs Razin qəsəbəsində olan evdən götürülüb, Binəqədi Rayon Polis İdarəsinin inzibati binasına gətirilmişdir. Dukraşvili Levani və Lomaşvili Eriston işgəncə verilməsi üçün ayrı otağa aparılmışdır. Fəridlə o isə həmin şəxsləri necə tanıdıqları barədə sorğu sual edilmişlər. O, polis əməkdaşlarına Dukraşvili Levani ilə məhkum yoldaşı olduğunu deyən zaman ondan hansı maddə ilə məhkum olunduğu soruşulmuş, o isə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunduğunu bildirmişdir. Bundan sonra ona qarşı bütün münasibət dəyişmiş, onu əvvəlcə birinci oğurluğa “padelnik”, yəni iştirakçı kimi yazacaqları bildirilmiş, hər birini ayrıca otağa aparıb “əzməyə” başlamışlar. Sonradan bilmişdir ki, polis əməkdaşları oğurluq hadisəsini bir kənara qoyub onunla tutulan şəxsləri əsas ona görə döymüşlər ki, Elvinin onlara narkotik vasitə satmağını bildirsinlər. Ona əvvəlcə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham edəcəklərini bildirmişlər. Lakin o, Razin qəsəbəsində olan evə gedən zaman üzərində narkotik vasitə olmamışdır. İlk öncə ona bir büküm narkotik vasitə vasitə vermişlər, orada döyülmüş və söyülmüşdür, bu səbəblərdən təqdim edilən sənədlərə imza etmişdir. İttiham aktında şahid kimi adları yazılmış şəxslərin heç biri onu saxlamamışdır. Onu Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tutmamışdır. Evinə təhqiqatçı tərəfindən baxış keçirilən zaman rəis təhqiqatçıya zəng edəndən sonra vəziyyət dəyişmiş üzərindən 12 büküm narkotik vasitə olması məsələsi qaldırılmışdır. Onunla birlikdə tutulan şəxslərin bir çoxu hal-hazırda azadlıqdadır. Onunla tutulan gürcü vətəndaşları da narkotik istifadəçisi kimi rəsmiləşdiirlmiş, “Fərid” adlı şəxs isə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrindən görünür ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 2013-cü ildə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Özü narkotik vasitə alüdəçisidir, təxminən 5 aydır ki, narkotik vasitə istifadə edir. Narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı «Baba» adlı şəxsdən alırmış. Həmin şəxslə xatırlamadığı sosial şəbəkədə tanış olmuş və onunla «Whatsap» sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamışdır. 21 aprel 2022-ci il tarixdə «Baba» adlı şəxslə əlaqə saxlayıb narkotik vasitə heroin və psixotrop maddə metamfetamin lazım olduğunu bildirmişdir. «Baba» adlı şəxs ona narkotik vasitə heroin və psixotrop maddə metamfetamin göndərəcəyini və Təqsirləndirilən şəxs isə bunun müqabilində ona 300 manat verəcəyini bildirmişdir. 21 aprel 2022-ci il tarixdə axşam saatlarında «Baba» onunla əlaqə saxlayaraq sifariş verdiyi maddələri Ziya Bünyadov prospektində yol kənarında olan ağacın dibində gizlətdiyini bildirmişdir. Həmin günü saat 22 radələrində o, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yol kənarında olan ağacın dibindən «Baba» adlı şəxsin gizlətdiyi bükümü götürmüş və üzərində saxlamışdır. 22 aprel 2022- ci il tarixdə saat təxminən 19:30 radələrində ünvan 5 ünvanında yerləşən avtoyuma məntəqəsinin yaxınlığında olan zaman iki nəfər mülkü geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərinin polis əməkdaşları olduqlarını bildirərək təqdim etmişlər və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi Rayon Polis İdarəsinin 7-ci PB-yə dəvət etmişlər. Bundan sonra onun razılığı ilə Binəqədi Rayon Polis İdarəsinin 7-ci PB-yə aparılmış və orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifləri izah edilərək video çəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf selofan bükümü, sol yan cibindən isə bir ədəd “Samsung” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olubolmaması sual edilmiş, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan paltarının ciblərini açmağı tələb olunmuş, o, əynində olan paltarlarının ciblərini açmış və ciblərində hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ayağında olan qara rəngli ayaqqabısının çıxarılaraq içərisinə baxılmışdır. Ayaqqabının içərisindən hər hansı bir əşya aşkar olunmamışdır. Sonra onun iştirakı ilə həmin bükülü açılmış və bükülünün içərisindən 12 ədəd şəffaf selofan bükümlər olması və həmin bükümlərdən 6 ədədinin içərisində ağ rəngli kristal halında, digər 6 bükümdə isə qəhvəyi rəngli toz halında olan maddələr olması müəyyən edilmişdir. Sorğu sual zamanı bildirmişdir ki, həmin bükümün içərisində olan qəhvəyi rəngli toz halında olan maddə el arasında “kakos” kimi tanınan narkotik vasitə heroin, ağ rəngli maddə isə el arasında “şüşə” kimi tanınan psixotrop maddə metafetmindir. O, həmin maddələri 21 aprel 2022-ci il tarixdə saat 22 radələrində Nərimanov rayonu, Ziya Bünyadov prospektində yol kənarında olan ağacın dibindən götürmüşdür. Həmin maddələri «Baba» kimi bildiyi şəxs ora qoymuş və o, həmin maddələrə görə onun hesabına 300 manat ödəniş etməli idi. O, həmin maddəni şəxsi istifadəsi üçün almışdır. Bu barədə protokol tərtib edilmiş və həmin protokol onun və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onun yaşadığı ünvan 1 ünvana onun razılığı ilə baxış keçirilmişdir. Baxış zamanı qanunla saxlanılması qədağan edilən heç bir əşya və ya maddə aşkar olunmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 2022-ci ilin aprel ayında “Təqsirləndirilən şəxs” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələr istifadə etməsi barədə etimad doğuran və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumata əsasən ünvan 2 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs saxlanılmış və Binəqədi rayonu 7-ci Polis Bölməsinə gətirilmişdir. Üzərinə keçirilmiş baxış zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə aşkar edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, 9-cu MKR, Adil Məmmədov küçəsi, ünvanının yaxınlığında, “Tərlan” Şadlıq sarayının arxasında saat axşam yeddi-səkkiz radələrində tərəflərindən saxlanılmışdır.Bölmədə üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində “kakos” adı ilə tanınan heroin adlanan narkotik vasitə və “patı” adı ilə tanınan metamfetamin adlı psixotrop maddə aşkar edilmişdir. Xatırladığı qədər üzərində aşkar edilmiş narkotik vasitə bir sellofan paketin içində 6 büküm heroin adlanan narkotik vasitə və 6 büküm metamfetamin adlanan psixotrop maddədən ibarət 12 büküm olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman narkotik vasitə istifadəçisi olduğunu və üzərində aşkar edilmiş narkotik vasitələri öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Kimdən aldığını desə də hazırki vəziyyətdə həmin şəxsin adını xatırlamır. Əməliyyat məlumatı ona daxil olmuşdur. Əməliyyat qrupunun rəhbəri o olmuşdur. Əməliyyat məlumatının məzmunu Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadə etməsi və üzərində daşıması ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs qarşı fiziki və psixi zor tətbiq edilməmişdir. Şəxsin üzərinə videoçəkiliş vasitəli baxış keçirilmiş, lakin tutulan zaman müdafiəçi dəvət olunsa da baxışda iştirak etməmişdir. Şəxsi axtarış keçirilən zaman üzərindən narkotik vasitədən başqa “Samsung” markalı mobil telefon da aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 isə ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinin cinayət -axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı rütbəsində xidmət edir. Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinə xx.xx.1986-cı ildə Lənkəran rayonu, Boladı kəndində anadan olmuş, evli, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmuş, Lənkəran rayonu, Boladı kəndində qeydiyyatda olan, ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, özündə saxlayaraq daşıması və istifadə etməsi barədə etimad doğuran və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından, şəxsin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü «Əməliyyataxtarış fəaliyyəti» haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti nəzərə alınaraq 22 aprel 2022-ci il tarixdə qərar qəbul edilməklə, 7-ci polis bölməsinin rəisi, polis polkovnik leytenantı Tuncay Abbasov tərəfindən 22 aprel 2022-ci il tarixdə təsdiq edilmiş, əməliyyat qrupunun tərkibi müəyyən edilməklə Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 həmin qrupa daxil edilmişdir. Əməliyyat müvəkkili Şahid2 ilə birlikdə 22 aprel 2022-ci il tarixdə ünvan 7 ünvanda yaşayan Təqsirləndirilən şəxs gizli müşahidə edib izlədikdən sonra Bakı şəhəri ərazisində olduğu yer müəyyən edilərək, ünvan 8 ünvanında yerləşən avtoyuma məntəqəsinin qarşısında olan zaman əlverişli şərait yarandığından tədbir iştirakçıları ilə birlikdə həmin tarixdə saat 19:30-da saxlayıb 7-ci PB-nə gətirmişlər. Bu barədə 7-ci polis bölməsinin rəisi, polis polkovnik leytenantı Tuncay Abbasovun adına raport tərtib edərək, onun göstərişi əsasında Təqsirləndirilən şəxs Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru Rəşad Bayramova təhvil vermişlər. X5 tərəfindən müdafiəçi və videoçəkilişin aparılması üzrə mütəxəssis dəvət edilərək, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, bundan sonra təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edilməklə, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmışdır. Təqsirləndirilən şəxs üzərində qeyri qanuni əşyanı könüllü surətdə təhvil verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf selofan bükümü, sol yan cibindən isə qara rəngli “X11” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı əşya olub olmaması soruşulmuş, Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan sonra Təqsirləndirilən şəxs əynində olan paltarının ciblərini açması tələb olunmuş, onun ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs ayağında olan qara rəngli ayaqqabısı çıxarılaraq içərisinə baxılmışdır. Ayaqqabının içərisindən hər hansı bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üst-başını səliqəyə salması tələb edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan həmin bükümü açan zaman bükümün içərisində 12 ədəd şəffaf selofan bükümlər olması və həmin bükümlərdən 6 ədədinin içərisində ağ rəngli kristal halında, digər 6 bükümdə isə qəhvəyi rəngli toz halında maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik maddə hesab edilən “şüşə” və “kakos” olmasını bildirmişdir. O, həmin maddələri 21 aprel 2022-ci il tarixdə saat 22 radələrində adını «Baba» kimi bildiyi şəxsin qoymuş olduğu Nərimanov rayonu, Ziya Bünyadov prospektində yol kənarındakı ağacın dibindən şəxsi istifadəsi üçün götürməsini və həmin maddəni götürməsinə görə sonradan «Baba» adlı şəxsə kart vasitəsi ilə 300 manat verəcəyini bildirmişdir. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs təqdim etdiyi bükülülərin içərisində olan narkotik vasitəyə bənzər maddələrin çəkisini və ölçüsünü müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənəcəyi üçün götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə olan kağız büküm zərfə qoyularaq Binəqədi Rayon Polis İdarəsinin zərflər üçün nəzərdə tutulmuş 176 nömrəli möhür ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Daha sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilərək iştirakçılara imzalanması üçün təqdim edilmiş, tərtib olunan protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. “Şəxsi axtarışın aparılması və maddi sübutun götürülməsi haqqında” 22 aprel 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş şəxsi axtarışın görüntülərini özündə əks etdirən CD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf selofan bükümü, sol yan cibindən isə qara rəngli “X11” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı əşya olub olmaması soruşulmuş, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan sonra Təqsirləndirilən şəxs əynində olan paltarının ciblərini açması tələb olunmuş, onun ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs ayağında olan qara rəngli ayaqqabısı çıxarılaraq içərisinə baxılmış, ayaqqabının içərisindən hər hansı bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üst-başını səliqəyə salması tələb edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan həmin büküm açılan zaman bükümün içərisində 12 ədəd şəffaf selofan bükümlər olması və həmin bükümlərdən 6 ədədinin içəisində ağ rəngli kristal halında, digər 6 bükümdə isə qəhvəyi rəngli toz halında maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik maddə hesab edilən “şüşə” və “kakos” olmasını bildirmişdir. O, həmin narkotik maddələri 21 aprel 2022-ci il tarixdə saat 22 radələrində adını Baba kimi bildiyi şəxsin qoymuş olduğu Nərimanov rayonu Ziya Bünyadov prospektində yol kənarındakı ağacın dibindən şəxsi istifadəsi üçün götürməsini və həmin maddəni götürməsinə görə sonradan Baba adlı şəxsə kart vasitəsi ilə 300 manat verəcəyini bildirmişdir. Bundan sonra bükülü zərfə qoyularaq qablaşdırılmışdır (cild 1, iş vərəqə 31-32) Məhkəmə-kimyəvi ekspertizasının 23 aprel 2022-ci il tarixli 6/2321 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “ (imza) Təqsirləndirilən şəxs ” yazısı və imzalar olan zərfdəki 6(altı) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,171 qr, 0,755qr, 0,731 qr, 0,680qr, 0,891 qr, 0,594qr, ümumi təmiz çəkisi 4,822qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 6(altı) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,930qr,1,092qr, 1,254qr, 0,699qr, 1,008qr, 0,977qr, ümumi təmiz çəkisi 5,960qram ağ rəngli kristall şəkill maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in, Metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildir. Ekspert tədqiqatından sonra qalıq çəkisi ekspert tədqiqatından sonra qalıq - 5,780 qr. metamfetamin və 4,642 qr heroin təşkil etmişdir.(Cild 1, iş vərəqə 47-48). Ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 1514 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özü və ətrafdakılara qarşı təhlükə əhəmiyyəti kəsb etmir. (cild 1, iş vərəqə 126-128) 05 avqust 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş ümumi təmiz çəkisi 4,822 qram olan və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 4,642 qram çəkidə narkotik vasitə heroin, təmiz çəkisi 5,960 qram olan və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 5,780 qram çəkidə olan psixotrop maddə metamfetamin, həmçinin Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə, eləcə də yaşadığı evə baxış zamanı Azərbaycan Respublikası CPM-nin 246.3, 242-247-ci maddələrinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 1(bir) ədəd DVD disk maddi sübut kimi tanınmışdır(cild 1, iş vərəqə 129-130). Təqsirləndirilən şəxs məhkəmə iclasında ibtidai istintaq dövründə döyülməsi məzmunda ifadə verməsi ilə əlaqədar sonuncunun saxlanıldığı Bakı istintaq Təcridxanasından göndərilməsi xahiş edilən və 24 noyabr 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilən tibbi müayinə sənədlərindən görünür ki, təcridxanaya daxil olarkən ilkin tibbi müayinə zamanı dəri səthində çapıqlar və zədələr aşkar edilməmiş, həbs olunmadan əvvəl zədə və bədən xəsarətləri almasını inkar etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyay qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 234.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Qanunun mənasına görə CM-nin 234.2-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, onun obyektiv cəhətini satış məqsədi ilə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma təşkil edir. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma ” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraq məqsədilə yayılması” kimi şərh edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. CM-nin 234.2-ci maddəsində göstərilən əmələ görə cinayət məsuliyyəti həmin əməllər külli miqdarda törədildiyi təqdirdə CM-nin 234.4.3-cü maddəsində, qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən törədilməsi ilə müşaiyət olunduqda isə CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulur. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə görə- təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin, 2-ci Siyahısının 67ci bəndinə əsasən təmiz halda 2 (iki) qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Cinayət işi materiallarına əlavə edilən və məhkəmə iclasında bilavasitə tədqiq edilən üzərində şəxsi axtarış aparılmasına dair video görüntüləri özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs tutulan zaman onun üzərindən aşkar edilmiş heroinin və metamfetaminin özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında isə ifadə verərkən təqsirləndirilən şəxs həmin maddələrin ona məxsus olmadığını, ittiham aktında göstərilən yerdə tutulmadığını, həmin gün yoldaşlıq etdiyi, əvvəllər cəzaçəkmə müəssisəsində birgə cəza çəkdiyi şəxslərə qonaq getdiyini, sonuncuların oğurluq etməsi ilə əlaqədar tutularkən Təqsirləndirilən şəxs də bölməyə aparılması, bölmədə əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edildiyini bildirəndən sonra üzərindən aşkar edilmiş müvafiq narkotik vasitə və psixotrop maddələrlə “yükləndiyini” bildirsə də məhkəməyə həmin halları təsdiq edəcək hər hansı sübut təqdim edə bilməmişdir. Belə ki, təqsirləndirilən şəxs tutulduğu gün yanında olan şəxslərin məhkəmədə şahid qismində çağırılıb dindirilməsi barədə şifahi vəsatət vermiş, lakin verilmiş vəsatət, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.6-cı maddəsinin tələbinə uyğun olaraq özündə şahidlərin adı, soyadı, atasının adı, yaşayış yerinə dair məlumatları əks etdirmədiyindən təmin edilə bilməmiş, təqsirləndirilən şəxs onların yalnız adı barədə məlumatlı olduğunu qeyd etmiş, həmin şahidlərin dəvət edilərək məhkəmədə dindirilməsi məqsədilə şəxsiyyətinin müəyyən edilməsi üçün müdafiə tərəfinə vaxt verilsə də məhkəmə istintaqı başa çatanadək yuxarıda göstərilən şahidlərin şəxsiyyəti müəyyən edilə bilməmişdir. Digər tərəfdən Təqsirləndirilən şəxs polis bölməsində döyülməsi səbəbindən videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən üzərindən aşkar edilən həmin maddələrin ona məxsus olmasına dair ifadələri təqsirləndirilən şəxsin Bakı İstintaq Təcridxanasına daxil olarkən sonuncunun üzərində hər hansı xəsarətin aşkar edilməməsi barədə ilkin tibbi müayinə sənədləri ilə təkzib olunmuşdur. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd şəffaf polietilen bükümün içərisində 06 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,171 qram, 0,755 qram, 0,731 qram, 0,680 qram, 0,891 qram, 0,594 qram, ümumi təmiz çəkiləri 4,822 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vastə heroin və 06 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,930 qram, 1,092 qram, 1.254 qram, 0699 qram, 1,008 qram, 0,977 qram, ümumi təmiz çəkiləri 5,960 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Məhkəmə narkotik vasitənin miqdarının külli miqdar təşkil etməsinin özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində həlledici rol oynamasa da, işin digər hallarını, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin videogörüntülərini özündə əks etdirən DVD diskdən göründüyü kimi üzərindən aşkar edilən narkotik vasitə heroin və psixotrop maddə metamfetamini tanımadığı iran vətəndaşından “nisyə” əldə etməsini bildirməsini, ümumi təmiz çəkisi 4,822 qram təşkil edən heroinin olduğu 06 ədəd şəffaf polietilen bükümləri, ümumi təmiz çəkisi 5,960 qram təşkil edən metamfetaminin olduğu 06 ədəd şəffaf polietilen bükümləri 21 aprel 2022-ci il tarixdə əldə etməsinə baxmayaraq, həmin bükümlərin hər birini 22 aprel 2022-ci il tarixdə tutulana qədər üzərində gəzdirməsini, qeyd olunan halları məhkəməyə qədər icraat dövründə verdiyi ifadədə yaşadığı mənzilin giriş qapısının etibarlı olmaması ilə əlaqələndirməsini, halbuki iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi barədə protokoldan da göründüyü kimi ailəsi ilə birgə yaşamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən satış məqsədilə əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddələrin satış məqsədilə qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən əldə etməsi, saxlaması və daşıması əməllərini törətməsi qənaətinə gələrkən həmçinin, Təqsirləndirilən şəxs bir tərəfdən üzərindən aşkar edilən narkotik vasitənin tanımadığı iran vətəndaşından aldığını, digər tərəfdən həmin maddələrin əvəzinə iranlıya 300 manat ödəyəcəyini bildirsə də, tanımadığı şəxsin təqsirləndirilən şəxsin dediyi kimi ona “nisyə” olaraq narkotik vasitə və ya psixotrop maddə satması barədə ifadələrinin inandırıcı olmaması halını əsas götürür. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. Həmin əməlləri təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan əməllər ağır cinayətdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan (xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X7) övladları var. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, ailənin yeganə qazanc mənbəyi olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Quliyev X1 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya haqqında qərarın 2.2-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (cild 1, iş vərəqə 104). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törədilməsi cinayətin təhlükəli residivini yaradır. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır (234.4.1 və 234.4.3-cü maddələri) cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan və məhkumluğunun ğdənilmədiyi dövrdə yenidən qəsdən ağır (CM-nin 234.4.3-ci maddəsi) cinayət törətdiyindən əməlində cinayətin təhlükəli residivi vardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını Azərbaycan Respublikasının CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsininin tələbləri nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxsin əməlində cinayətlərin təhlükəli residivi olduğu və o, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 18-20), Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 aprel 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 22 aprel 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 92-97). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 22 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3328 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 124-125) Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Binəqədi rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,780 qram metamfetamin və 4,642 qram heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin və yaşadığı evə baxış aparılmasının görüntülərini özündə əks etdirən 1(bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən materialların məhkəmə ekspertizasının keçirilməsinə görə 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 46). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmədə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Azərbaycan Respublikasının Vəkillər Kollegiyası “PRO-BONO” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən, belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 48 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil kimi işlədiyi “PRO-BONO” Vəkil Bürosunun hesabına ödənilməsi üçün 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,780 qram təşkil edən metamfetamin, qalıq çəkisi 4,642 qram təşkil edən heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin, eləcə də yaşadığı evə baxış aparılmasının video görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “PRO-BONO” Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar