Məhkəmə qərarları › İş №1(101)-244/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-244/2025

28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-244/2025 28.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X3 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2004-cü ildə Naxçıvan MR, Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda ƏN-nin PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan külli miqdarda - 7,668 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 21 noyabr 2023-cü il tarixdə saat 16:55- də yuxarıda qeyd olunun ünvanda saxlanılaraq ünvan 3Mİnin inzibati binasına gətirilmiş və orada həmin tarixdə saat 20:40-dan üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi külli miqdarda - 7,668 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, kafeyə 15 nəfər daxil olaraq onları polis idarəsinə aparmışlar. Polis İdarəsində üzərinə narkotik vasitə yükləmişlər. Üzərindən aşkar olunan həmin narkotik maddələr ona məxsus deyil. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o heç vaxt narkotik vasitə istifadə etməmiş və ona qarşı irəli sürülmüş ittihamı qəbul etmir. O, Türkiyə Respublikasından qayıtdıqdan 01 həftə vaxt keçməmiş onu tutmuşlar. O, Türkiyədə “Yetim Sabirin” yanında olmuşdur. Türkiyəyə getməyinə səbəb isə dostunun onu Türkiyəyə istirahət məqsədilə çağırması olmuşdur. O, Türkiyəyə dostu Kamranın yanına getmiş və 01 aydan sonra orada baş verən hadisələrin ona uyğun olmadığını görmüş və geri qayıtmışdır. Polis əməkdaşları onlara məhəllə uşağı Adili verəcəyi təqdirdə onu buraxacaqlarını bildirmişlər. O, düşünür ki, Adil kriminal aləmi təbliğ etdiyi üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi onu axtarırmış. O, Adilin yerini bilmədiyini polis əməkdaşlarına bildirdikdə polislər onun nömrəsini götürmüş və tez-tez onunla əlaqə saxlayırmışlar. Təxminən 2 həftə sonra da onu tutmuşlar. Ondan başqa 7 nəfər şəxs də saxlanılmışdır. O həmin şəxslərin üzərilərinə baxış keçirilməsində iştirak etmişdir. Eyni zamanda, həmin şəxslər də onun barəsində aparılan həmin istintaq hərəkətində iştirak etmişlər. 7 nəfər şəxsin üzərilərindən mobil telefon və siqaret aşkar olunmuşdur. Onlardan heç birinin üzərindən narkotik vasitə aşkar olunmamışdır. Onları idarədə döymüşlər. Ona zəng edən polis əməkdaşının adı Zeynal olmuşdur. Zeynal onu həm mobil nömrə, həm də “whatsapp” mobil tətbiqi vasitəsilə yığırmış. Onu günorta saat 13-14 radələrində saxlayıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Təxminən 15-20 dəqiqəyə idarəyə çatmışlar. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində təxminən 3-4 saat qaldıqdan sonra videoçəkiliş keçirilmişdir. Çəkiliş 02 dəfə keçirilmişdir. Polislər narkotik vasitəni boynuna almayacağı təqdirdə həmin maddələri evindən çıxaracaqlarını ona bildirmişlər. Onu birinci dəfə tutulmamışdan təxminən 2 həftə əvvəl saxlamışlar. Onu həm birinci, həm ikinci dəfə eyni əməliyyatçılar saxlamış, onlardan birinin adı Zeynal olmuşdur. O, həm birinci, həm də ikinci dəfə saxlanmazdan əvvəl əməliyyatçılar ona zəng etmişlər. İkinci dəfə o, təxminən günorta saat 14-15 radələrində saxlanılmışdır. Saxlanan zaman onlar kafedə 8 nəfər - Bəhram, Nihad, Kamran, Tural və digər dostları olmuşlar. Birinci dəfə saxlanan zaman atası və qardaşının xəbəri olmuşdur. Birinci dəfə ona dava-dalaş etdiyinə görə tutulduğunu demişlər. BMCMİ-nin əməkdaşları onu tutduqdan sonra atasına zəng vurmuşlar və onu buraxmaq üçün pul istəmişlər. Atası pul gətirməmiş, daha sonra onu özləri buraxmışlar. Onu buraxdıqdan 1-2 həftə sonra əməliyyatçılar ona zəng vuraraq nalayiq sözlərlə danışaraq yerini soruşmuşlar və o əməliyyatçılara yerini dedikdən 15-20 dəqiqə sonra onlar gəlmişlər. Narkotik vasitəni qəbul etməyinin səbəbi ona qarşı fiziki təsir göstərmələri olmuşdur. Çəkilişdən əvvəl əməliyyatçılar onlara demişlər ki, çəkiliş zamanı onlar narkotik vasitəni şəxsi istifadə üçün saxladıqlarını desinlər. Birinci dəfə Alatavada saxlanılan zaman əməliyyatçılar onu Bəhramın yanından götürmüşlər. Onu birinci dəfə bir gün yarım saxlamışlar. Bəhramın avtomobildə oturduqları zaman əməliyyatçılar daxil olmuş, onun əlini qandallamış və telefonunu almışlar. Onlar telefonunu aldıqdan sonra ona baxış keçirmişlər. Birinci dəfə tutulmasının səbəbi məhlədə uşaqlarla dava etmələri olmuşdur. Əməliyyatçılar avtomobilə daxil olduqdan sonra ona 1 ay əvvəl harda olması ilə bağlı sual vermişlər və o da cavabında Türkiyədə olduğunu bildirmişdir. Onlar avtomobildə 5 nəfər - Mustafa, o və 2 nəfər digər dostları olmuşlar. İkinci dəfə BMCMİ-nə aparanda onlardan 4 nəfəri döyməyə başlamışlar. Əməliyyatçılar seyfdən metamfetamin çıxararaq, onlara həmin narkotiki qəbul etmələrini bildirmişlər. Birinci dəfə onu tutan əməliyyatçılar arasında Şahid8 olmamışdır. Onu Ayaz adında əməliyyatçı tutmuşdur. Onları “Flame” adlı obyektdə tutmuşlar. Polis əməkdaşları Şahid8 və Şahid9 tanımır. Onu Zeynal adlı şəxs döymüşdür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tərəflərin razılığı ilə elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, psixi xəstəliyi yoxdur. Onurğa sümüyündə əyrilik olduğundan və ayağının altı düz olduğundan hərbi xidmətə yararsız hesab edilib və buna görə də, hərbi xidmətdə olmayıb. Əvvəllər məhəllələrindəki mağazada satıcı işləyib. Son vaxtlar isə salfet zavodunda fəhləliklə məşğul olub. Təxminən 1 həftə olar ki, işdən çıxıb və hazırda heç yerdə işləmir. Mahiyyəti üzrə bildirir ki, 2-3 aydır ki, “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuanadan və “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindən istifadə edir. Həmin maddələrin aludəçisi deyil və arabir istifadə edib. Mahiyyəti üzrə bildirir ki, təxminən 2-3 ay öncə “Sədərək” bazarından bıçaq alıb. Belə ki, onun bıçaqlara marağı var və buna görə də, həmin bıçağı çox vaxt üzərində daşıyıb. Hadisə ilə bağlı onu bildirir ki, 2 gün əvvəl Əcəmi metrostansiyasının yaxınlığında 9 saylı Tam Orta Məktəbin yaxınlığında piyada hərəkət edən zaman yerdə bir büküm diqqətini çəkib və həmin bükümə nəzər salan zaman içərisində “patı” olduğunu müəyyən edib. Həmin bükümü cibinə qoyub ki, istifadə edər. 21 noyabr 2023-cü il tarixdə saat 16:55-də ünvan 4 ünvanının yaxınlığında tanışları Şahid1, Şahid3, Şahid2, Şahid4, Şahid6, Şahid7 və Şahid5 ilə birlikdə olduqları zaman onlara bir neçə mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildiriblər. Polis əməkdaşları onlara narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış ediblər. O və Şahid1, Şahid3, Şahid2 yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf ediblər ki, hazırda üzərlərində psixotrop maddə metamfetamin və bıçaq vardır. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət ediblər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəliblər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün onlar müdafiəçi ilə təmin ediliblər və şübhəli şəxs qismində tutulublar. Onlara hüquq və vəzifələri izah olunub. Sonra üzərlərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilib. İlk öncə Şahid3 şəxsi axtarışı aparılıb. Şahid3 üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, psixotrop maddə metamfetamini və bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim edib. Daha sonra psixotrop maddə metamfetamin və bıçaq qablaşdırılıb möhür ilə möhürlənərək imzalarla təsdiq edilib. Daha sonra Şahid2 üzərinə şəxsi axtarış aparılıb. Şahid2 üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, psixotrop maddə metamfetamini və bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim edib. Daha sonra psixotrop maddə metamfetamin və bıçaq qablaşdırılıb möhür ilə möhürlənərək imzalarla təsdiq edilib. Şəxsi axtarış zamanı Şahid2 üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi polis əməkdaşı tərəfindən götürülüb. Daha sonra Şahid1 üzərinə şəxsi axtarış aparılıb. Şahid1 üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, psixotrop maddə metamfetamini və bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim edib. Daha sonra psixotrop maddə metamfetamin və bıçaq qablaşdırılıb möhür ilə möhürlənərək imzalarla təsdiq edilib. Şəxsi axtarış zamanı Şahid1 üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülüb. Daha sonra onun üzərinə şəxsi axtarış və götürmə aparılıb. O əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü, sağ yan cibindən “Redmi” markalı mobil telefonu, əynində olan qara rəngli dəri gödəkçənin sol iç cibindən 01 ədəd bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim edib. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilib. 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanıb. Eyni zamanda bıçaq kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanıb. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülüb. Daha sonra Şahid4, Şahid6, Şahid7 və Şahid5 üzərinə baxış aparılıb. Onların üzərindən qanunsuz əşya və ya predmet aşkar edilməyib. Şahid4, Şahid6, Şahid7 və Şahid5 üzərindən aşkar edilmiş əşyalar onların özünə geri qaytarılıb. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini 2 gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu, 9 saylı Tam Orta Məktəbin yaxınlığında yerdən tapdığını, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilmiş bıçağı isə iki-üç ay öncə Sədərək Ticarət Mərkəzindən aldığını özünü müdafiə etmək məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən və bıçaqdan başqa şəxslərin məlumatının olmadığını bildirib. Həmçinin şifahi sorğu zamanı Şahid4, Şahid6, Şahid7 və Şahid5 Şahid1, Şahid3, Şahid2 və onun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən və bıçaqdan məlumatlarının olmadığını bildiriblər. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunub, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilib. Verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş maddəni təsadüfən yerdən tapıb və şəxsi istifadə məqsədi ilə üzərində saxlayıb, tapdığı maddənin üzərindən götürüb istifadə etməyib, necə tapmışdırsa o cür də təqdim edib, narkotik vasitə aludəçisi deyil və ona görə də arabir istifadə edir, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur, üzərində psixotrop maddə və bıçaq olmasından heç kimin xəbəri olmayıb, başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır, bıçaqlara marağı olduğu üçün üzərində saxlayır və həmin bıçaqdan hər hansı bir cinayətin törədilməsində istifadə olunmayıb, "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil nömrəsindən istifadə edib, onun üzərinə şəxsi axtarış video çəkilişlə təhqiqatçı tərəfindən aparılıb, ondan başqa heç kim onun üzərinə şəxsi axtarış keçirməyib, nə saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmayıb, saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməyib. (cild 2, iş vərəqə 31-32) Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, məhkəmədə verdiyi ifadəsini təsdiq edir. Narkotik vasitə istifadə etməmişdir. Onunla birlikdə tutulan digərlərinin də narkotik vasitə istifadə etdiyini görməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş BMCMİ-nin əməliyyat müvəkkili Şahid8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, Baş İdarədən bir qrup şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumata əsasən əməliyyat tədbiri keçirilərək Hüseyni Əliyevi yanında olan digər şəxslərlə birlikdə saxlamışlar. Həmin şəxsləri idarəyə gətirdikdən sonra üzərlərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən 01 büküm metamfetamin və bıçaq aşkar olunaraq götürülmüşdür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid8 bildirdi ki, əməliyyat qrupunda Ayaz Hüseynov, Roman İsmayılov, Məhəmməd Zeynalov, İbrahim Nəbiyev və digər əməliyyatçılar olmuşdur. Daxil olmuş məlumatda narkotik vasitənin satışı ilə məşğul olan 4 nəfərin adı keçirmiş. Həmin şəxsləri Mir Cəlal küçəsində yolun kənarında təxminən axşam saat 17 radələrində saxlamışlar. Yaxınlaşdıqdan sonra onlar özlərini təqdim etmişlər, həmin şəxslərin şəxsiyyətlərini müəyyənləşdirərək idarəyə dəvət etmişlər. İdarəyə gəldikdən sonra həmin şəxsləri təhqiqatçının otağına aparmışlar. Şəxsləri İdarəyə aparandan sonra vəkillər dəvət olunmuşdur. Saxlanılan 8 nəfərin hamısının üzərinə baxış keçirilməmiş, yalnız barələrində məlumat daxil olmuş şəxslərin üzərinə baxış keçirilmişdir. Baş İdarəyə getməyi təklif etdikdən sonra qrup üzvlərindən heç biri etiraz etməmiş və onlara qarşı müqavimət göstərməmişlər. Məlumatda adı qeyd olunan 4 nəfərdən başqa yanlarında əlavə 4 nəfər də olmuş və onlar da tərəflərindən saxlanılaraq idarəyə gətirilmişdir. Digər 4 nəfərin üzərinə baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs üzərindən telefon, 1 ədəd bıçaq və narkotik vasitə çıxmışdır. Narkotik vasitə 1 ədəd bükümdə olmuşdur. Həmin narkotik vasitə metamfetaminə bənzəyirmiş. Şəxsləri saxladıqdan 1 saat yarım sonra video çəkiliş aparılmışdır. Saxlanılan şəxslərə qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs üzərinə tərəflərindən narkotik vasitə qoyulması barədə ifadə tamamilə yanlışdır. Tutmazdan 2 həftə əvvəl Hüseynin İdarəyə dəvət olunmasından xəbəri yoxdur. Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayoru xüsusi rütbəsini daşıyır. 21 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid3 qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaları bərədə əməliyyat məlumatı daxil olub. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra həmin şəxslər barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilib. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılıb və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkilləri Şahid9, X4, X8, X5, X6, X10 və X1 daxil edilib. 21 noyabr 2023-cü il tarixdə saat 16-17 radələrində həmin şəxslərin Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi ərazisində olmaları müəyyən edilib və həmin yerə gediblər. Saat 16:55-də ünvan 4 ünvanının yaxınlığında həmin şəxslərə oxşar dörd nəfər şəxsi müəyyən ediblər. Həmin vaxt onların yanında başqa dörd nəfər də olub. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edib və onların da özlərini təqdim etmələrini xahiş ediblər. Həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs, Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid6, Şahid7 və Şahid5 olduqlarını bildiriblər. Bundan sonra Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid3 narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib barələrində qəbul edilmiş qərarla tanış ediblər və onları DİN-in BMCMİ-nə dəvət ediblər. Həmçinin, həmin vaxt onların yanında olan Şahid4, Şahid6, Şahid7 və Şahid5 də BMCMİ-yə dəvət olunublar. Onlar etiraz etmədən BMCMİ-nə gəliblər. İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçilərin iştirakları ilə Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid3 şübhəli şəxs qismində tutularaq onlara hüquq və vəzifələri izah edilib və Baş İdarənin Təhqiqat Şöbəsinin təhqiqatçısı Babək Haqverdiyev tərəfindən şəxsi axtarış aparılmasına başlanılıb. İlk öncə Şahid3 üzərinə şəxsi axtarış keçirilib. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilib və əvvəlcə Şahid3 təklif edilib ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Şahid3 üzərində metamfetamin və 01 ədəd bıçaq olduğunu bildirib, əynində olan şalvarının cibindən 01 ədəd sellofan bükümü, əynində olan gödəkcənin cibindən isə 01 ədəd bıçaq tipli predmeti çıxardıb masanın üstünə qoymaqla təqdim edib. Şahid3 təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilib. Bundan sonra Şahid3 üstündən aşkar olunmuş maddə və 01 ədəd bıçaq tipli predmet qablaşdırılıb, iştirakçılar tərəfindən imzalanıb. Şəxsi axtarış davam etdirilərkən Şahid3 üzərindən digər əşya və predmetlər aşkar edilməyib. Bundan sonra Şahid2 üzərinə şəxsi axtarış və götürmə aparılıb. Əvvəlcə ona üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etməsi təklif edilib. Bu təklifdən sonra Şahid2 üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan şalvarının ciblərindən 01 ədəd sellofan bükümü, şəxsiyyət vəsiqəsini və “İphone” markalı mobil telefonu, əynində olan gödəkcəsinin cibindən 01 ədəd bıçaq tipli dəmir predmeti çıxardıb masanın üzərinə qoymaqla təqdim edib. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilib. 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə və 01 ədəd bıçaq tipli dəmir predmet qablaşdırılıb iştirakçılar tərəfindən imzalanıb. Şəxsi axtarış zamanı Şahid2 üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi götürülüb. Şəxsi axtarış davam etdirilərkən Şahid2 üzərindən digər əşya və predmetlər aşkar edilməyib. Bundan sonra Şahid1 üzərinə şəxsi axtarış və götürmə aparılıb. Əvvəlcə ona üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etməsi təklif edilib. Bu təklifdən sonra Şahid1 üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan şalvarının ciblərindən 01 ədəd sellofan bükümü və “Samsung” markalı mobil telefonu, əynində olan gödəkcəsinin cibindən 01 ədəd bıçaq tipli dəmir predmeti çıxardıb masanın üzərinə qoymaqla təqdim edib. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilib. 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə və 01 ədəd bıçaq tipli dəmir predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb iştirakçılar tərəfindən imzalanıb. Şəxsi axtarış zamanı Şahid1 üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon götürülüb. Şəxsi axtarış davam etdirilərkən Şahid1 üzərindən digər əşya və predmetlər aşkar edilməyib. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılıb. Əvvəlcə ona üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etməsi təklif edilib. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan şalvarının ciblərindən 01 ədəd sellofan bükümü və “Redmi” markalı mobil telefonu, əynində olan gödəkcəsinin cibindən 01 ədəd bıçaq tipli dəmir predmeti çıxardıb masanın üzərinə qoymaqla təqdim edib. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilib. 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə və 01 ədəd bıçaq tipli dəmir predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb iştirakçılar tərəfindən imzalanıb. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon götürülüb. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməyib. Daha sonra Şahid4, Şahid6, Şahid7 və Şahid5 üzərinə baxış aparılıb. Onların üzərindən qanunla dövriyyəsi qadağan edilmiş və ya iş üzrə əhəmiyyət kəsb edən əşya və predmetlər aşkar edilməyib. Şəxsi axtarış başa çatdıqdan sonra bu barədə protokol tərtib olunub və həmin protokolu imzalayıblar. Verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxslərə qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmayıb, saxlanılan şəxslər onlara heç bir müqavimət göstərməyib və onlara heç bir xəsarət yetirməyiblər. (Cild 2, iş vərəqə 178- 180) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş BMCMİ-nin əməliyyat müvəkkili Şahid9 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, Baş Əməliyyat müvəkkili Şahid8 bir qrup şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Əməliyyat məlumatında adıçəkilən şəxslər arasında Təqsirləndirilən şəxs də olmuşdur. 2023-cü ilin noyabr ayının 21-də günortadan sonra 16-17 radələrində tərəflərindən əməliyyat-axtarış tədbiri keçirilmişdir. Onlar 9-cu mikrorayon Mir Cəlal küçəsində şəxsləri saxlamışlar və Baş İdarəyə dəvət etmişlər. Həmin şəxslər 7-8 nəfərdən ibarət qrup halında olmuşlar. Baş İdarədə üzərlərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən 01 büküm metamfetamin və bıçaq aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni 2-3 gün qabaq yaxınlıqda yerləşən məktəbin həyətində tapdığını və şəxsi istifadəsi üçün saxladığını, bıçağı isə özünü müdafiə etmək məqsədilə üstündə gəzdirdiyini bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid9 bildirdi ki, əməliyyat qrupunda çoxlu sayda əməliyyatçı olmuşdur. Qrup rəhbəri Şahid8 olmuşdur. Təqsirləndirilən şəxs Mir Cəlal küçəsində yolun kənarında saxlamışlar. Təqsirləndirilən şəxs üzərinə onlar tərəfindən narkotik vasitə qoyulması ilə bağlı ifadəsi yanlışdır. “Yetim Sabir” adlı şəxsi sosial şəbəkələrdən tanıyır və “Yetim Sabir” adlı şəxs külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul şəxslərlə birlikdə işlər görür. Hesab edir ki, Təqsirləndirilən şəxs özü “Yetim Sabir” adlı şəxslə əlaqəsi olduğunu etiraf edirsə, elə onun mallarını satdığını düşünür. Təqsirləndirilən şəxs üzərindən 01 büküm metamfetamin və bıçaq aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bıçağın görünüşünü xatırlamır. Tərəflərindən şəxsə qarşı fiziki və psixi təsir və təzyiq olmamışdır. Əməliyyat məlumatı üzrə daxil olmuş ünvana əməliyyatçılarla birlikdə ayrı-ayrı maşınlarda eyni vaxtda getmişlər. Təqsirləndirilən şəxs Mir Cəlal küçəsində yolun kənarında saxlamışlar. Saxlanılan şəxslərə Baş İdarəyə getməyi təklif etdikdən sonra qrup üzvlərindən heç biri etiraz etməmiş və onlara qarşı müqavimət göstərməmişlər. Təqsirləndirilən şəxs də həmin qrupun tərkibində olmuşdur. Baş İdarəyə gəldikdən sonra şəxsləri təhqiqatçının otağına aparmışlar. Təhqiqatçının otağı inzibati binanın 7-ci mərtəbəsində yerləşir. Təhqiqatçının kim olduğunu xatırlamır. Şəxsi axtarış keçirilənə qədər baş vermiş proseslərin nə qədər vaxt apardığını xatırlamır. Gətirdikləri şəxslərin hamısını birlikdə dərhal təhqiqatçının yanına aparmışlar. Saxlanılan şəxslərə təqdim olunmuş siyahıdan seçdikləri müdafiəçilər sonradan gəlmişlər. Şəxsi axtarış zamanı videoçəkilişdə iştirak etmişdir. Əməliyyatçıların sayı çox olmuşdur. Təqsirləndirilən şəxs onu tanımamış ola bilər, lakin Təqsirləndirilən şəxs saxlanılan zaman o əməliyyat qrupunun tərkibində olmuşdur. Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayoru xüsusi rütbəsini daşıyır. 21 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid3 qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaları bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra həmin şəxslər barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq Baş İdarənin əməliyyat müvəkkili Şahid8 rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa əməliyyat müvəkkilləri X4, X8, X5, X6, X10, X1 və mən daxil edilmişdir. 21 noyabr 2023-cü il tarixdə saat 16-17 radələrində həmin şəxslərin Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi ərazisində olmaları müəyyən edilmiş və həmin yerə getmişlər. Saat 16:55-də ünvan 4 ünvanının yaxınlığında həmin şəxslərə oxşar dörd nəfər şəxsi müəyyən etmişlər. Həmin vaxt onların yanında başqa dörd nəfər də var olmuşdur. Həmin şəxslərə yaxınlaşıb özümüzü təqdim etmişlər və onların da özlərini təqdim etməsini xahiş etmişlər. Həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs, Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid6, Şahid7 və Şahid5 olduqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid3 narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib barələrində qəbul edilmiş qərarla tanış etmişlər və onları DİN-in BMCMİnə dəvət etmişlər. Həmçinin, həmin vaxt onların yanında olan Şahid4, Şahid6, Şahid7 və Şahid5 də tərəflərindən BMCMİ-yə dəvət olunmuşlar. Onlar etiraz etmədən onlarla birlikdə BMCMİ-nə gəldilər. İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçilərin iştirakları ilə Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid3 şübhəli şəxs qismində tutularaq onlara hüquq və vəzifələri izah edildi və Baş İdarənin Təhqiqat Şöbəsinin təhqiqatçısı Babək Haqverdiyev tərəfindən şəxsi axtarış aparılmasına başlanılmışdır. İlk öncə Şahid3 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Şahid3 təklif edilmişdir ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Şahid3 üzərində metamfetamin və 01 ədəd bıçaq olduğunu bildirib, əynində olan şalvarının cibindən 01 ədəd sellofan bükümü, əynində olan gödəkcənin cibindən isə 01 ədəd bıçaq tipli predmeti çıxardıb masanın üstünə qoymaqla təqdim etmişdir. Şahid3 təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Bundan sonra Şahid3 üstündən aşkar olunmuş maddə və 01 ədəd bıçaq tipli predmet qablaşdırılıb iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Şahid3 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Şahid2 üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Əvvəlcə ona üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid2 üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib əynində olan şalvarının ciblərindən 01 ədəd sellofan bükümü, şəxsiyyət vəsiqəsini və “İphone” markalı mobil telefonu, əynində olan gödəkcəsinin cibindən 01 ədəd bıçaq tipli dəmir predmeti çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə və 01 ədəd bıçaq tipli dəmir predmet qablaşdırılıb iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Şahid2 üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Şahid2 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Şahid1 üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Əvvəlcə ona üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid1 üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib əynində olan şalvarının ciblərindən 01 ədəd sellofan bükümü və “Samsung” markalı mobil telefonu, əynində olan gödəkcəsinin cibindən 01 ədəd bıçaq tipli dəmir predmeti çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə və 01 ədəd bıçaq tipli dəmir predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Şahid1 üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Şahid1 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Əvvəlcə ona üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib əynində olan şalvarının ciblərindən 01 ədəd sellofan bükümü və “Redmi” markalı mobil telefonu, əynində olan gödəkcəsinin cibindən 01 ədəd bıçaq tipli dəmir predmeti çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə və 01 ədəd bıçaq tipli dəmir predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Daha sonra Şahid4, Şahid6, Şahid7 və Şahid5 üzərinə baxış aparılmışdır. Onların üzərindən qanunla dövriyyəsi qadağan edilmiş və ya iş üzrə əhəmiyyət kəsb edən əşya və predmetlər aşkar edilməmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra bu barədə protokol tərtib olundu və həmin protokolu imzalamışlar. Tərəflərindən onlara qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamışdır. (cild 2, iş vərəqə 229-231) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, onlar dostları ilə Yasamalda çıxıb Binəqədiyə kafeyə gəlmişlər və kafedə oturub çay içmişlər. Çay içdikləri zaman polis əməkdaşları gəlib onları tutmuşlar. O, həmin tarixi xatırlamır. Polis əməkdaşları 8 nəfəri saxlamışlar. İdarədə olan vaxt polislər 4 nəfəri narkotik vasitə ilə yükləmişlər, digər 4 nəfər isə qıraqda olmuşlar. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid6 bildirdi ki, hadisə noyabr ayında baş vermişdir. Saat təxminən 15-16 olarmış. Yasamaldan çıxıb Binəqədiyə çay içməyə gəlmişlər. Nə onun, nə də yanındakı yoldaşlarının üzərində narkotik vasitə olmamışdır. O, əvvəllər narkotik vasitə istifadə etməmişdir. Yanında olduğu uşaqların da narkotik vasitə istifadə etməsinin şahidi olmamışdır. Hüseyni əvvəllər tanımamışdır. O, Bəhramı tanıyırmış. Onlar birlikdə çay içməyə getmişlər. Onları kafedən BMCMİ-yə gətirmişlər. Ona və yoldaşlarına qarşı fiziki və psixi zorakılıq olmuşdur. Onu nə səbəbə döydüklərini bilmir. Onun üzərindən heç nə aşkar edilməmişdir. Döyülməsi ilə bağlı sonradan ekspertizadan keçməmişlər. Onları nə səbəbə tutduqlarını bilmir. Onun "Yetim Sabir" adlı şəxslə əlaqəsi yoxdur. Ona məhkəmədə hansı formada ifadə verəcəyi ilə bağlı heç kim heç nə öyrətməmişdir. Onun ifadəsi tam həqiqəti əks etdirir. İdarədə heç kəsin üzərindən heç bir şey çıxmamışdır. Polis əməkdaşları onlara yaxınlaşan vaxt kafenin içərisində olmuşlar. Polislər içəri daxil olan kimi onları götürüb aparmışlar. Onları aparan zaman hamının qoluna qandal vurmuşlar. Kafedən idarəyə təxminən 15 dəqiqəyə getmişlər. İdarəyə çatan kimi onları müstəntiqin otağına aparmışlar. Onlar otaqda 3 saat qalmışlar. Uşaqların üzərinə narkotik vasitələri də 3 saat sonra qoymuşlar və daha sonra videoçəkiliş olmuşdur. Videoçəkilişdən sonra onları BMCMİ-nin MSY-nə düşürmüşlər və 3 gün MSY-də saxlamışlar. 3 gündən sonra 4 nəfəri buraxmışlar. Həmin vaxt telefon istifadə edirmiş. Telefon nömrəsi ***-***-**-** saylı olmuşdur. Tutulan zaman telefonu üzərində olmuşdur. İdarəyə çatanda telefonunu almışlar, 3 gün sonra çıxanda isə vermişlər. Çıxanda telefonu ona verəndə telefon sönülü olmuşdur. Dövlət ittihamçısının vəsatəti əsasında müdafiə tərəfinin razılığı ilə Şahid6 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, 21 noyabr 2023-cü il tarixdə saat 16:55-də ünvan 4 ünvanının yaxınlığında Hüseyn, Tural, Sənan, Kamran, Bəhram, Yelmar və Nihat ilə birlikdə olduqları zaman Hüseyn, Tural, Sənan və Kənana bir neçə mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onlara narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Bundan sonra onlar səmimi olaraq etiraf edib bildirmişlər ki, hazırda üzərilərində narkotik vasitə vardır. Daha sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Polis idarəsində Hüseyn, Tural, Sənan və Kamranın hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşlar. Sonra üzərilərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Hüseyn, Tural, Sənan və Kamranın üzərindən narkotik vasitə və bıçaq aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitələr və bıçaqlar hər biri ayrıılıqda qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Bəhram, Yelmar, Nihat, eləcə də o, onların üzərindən aşkar olunmuş narkotik vasitə və bıçaqdan məlumatlarının olmadığını bildirmişlər. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. (cild 2, iş vərəqə 5-6) Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq Şahid6 bildirmişdir ki, ibtidai istintaq zamanı belə ifadə verməyinin səbəbi onu döymələri olmuşdur. Onların hər birini tək-tək yoxlamışlar. O Təqsirləndirilən şəxs üzərindən bıçaq aşkar edildiyinin şahidi olmamışdır. O videoçəkiliş zamanı iştirak etmişdir. Ola bilər ki, 4 nəfərin üzərindən bıçaq çıxmış, lakin o görməmişdir. Polis əməkdaşları onları saat 17-də tutmuşlar və saat 21-ə kimi 8 nəfəri bir otaqda saxlamışlar. Polis əməkdaşları videoçəkilişdən əvvəl Təqsirləndirilən şəxs, Şahid3, Şahid2 və Şahid1 qarşılarına narkotik vasitə qoyaraq, çəkiliş vaxtı həmin narkotik vasitələrin onlara məxsus olduğunu demələrini bildirmişdirlər. Səhv etmirsə, Təqsirləndirilən şəxs üzərində bıçaq olmuşdur. Polis əməkdaşları saxlayana qədər Təqsirləndirilən şəxs üzərində narkotik vasitə görməmişdir. Videoçəkilişdən əvvəl polis əməkdaşları 4 nəfərin üzərinə narkotik vasitə qoymuşlar və demişlər ki, çəkilişdə narkotik vasitələrin onların olduğunu desinlər. Narkotik vasitələri polis əməkdaşları özləri vermişlər. Müdafiəçilər videoçəkilişdən 5 dəqiqə əvvəl gəlmişlər. Onlar müdafiəçi ilə ayrıca söhbət etməmişlər. Döyülməyi ilə bağlı heç yerə şikayət etməmişdir. Təqsirləndirilən şəxs onun dostunun dostudur. Onları idarədə ifadə vermələri üçün döymüşlər. O, ifadəsinə oxumadan qol çəkmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, onlar Təqsirləndirilən şəxs və digər uşaqlarla oturub kafedə çay içirmişlər. Bu vaxt Təqsirləndirilən şəxs zəng gəlmiş, Hüseyn telefonu söndürmüşdür. O Hüseyndən nə baş verdiyini soruşduqda Hüseyn ona demişdir ki, telefonda söyüş söymüşlər. Həmin adamlar Hüseynə təkrar zəng vurduqda, Hüseyn telefonu açmamışdır. Bir az sonra 15 nəfər polis əməkdaşları oturduqları kafeyə gəlmişdir. Kafedə olan vaxt onların üstünü axtarmışlar. Onun üzərində bıçaq olmuş, ancaq o axtarış keçirəndə bıçağı üzərindən tullamışdır. Üzərində çantası olmuş, çantanın içində adapter, şəxsiyyət vəsiqəsi və hərbi bileti olmuşdur. Daha sonra onları idarəyə aparmışlar və 4-cü mərtəbəyə çıxarmışlar. Polis əməkdaşlarından tutmalarının səbəbini soruşmuş, lakin polislər heç nə deməmişlər. Onları saat 16 radələrində tutmuşlar və üzərilərinə baxış keçirmişlər. Lakin sənədlərdə üzərlərinə yerində baxış keçirilmədiyi qeyd edilmişdir. Təqsirləndirilən şəxs otaqda vurmuşlar və Hüseyn yerə yıxılmışdır. Zərbə nəticəsində Təqsirləndirilən şəxs qulağına qan yığılmışdır. Daha sonra ciblərinə narkotik vasitə qoymuşlar. Sonradan onları 1-ci mərtəbəyə düşürtmüşlər. Onlara vəkilə etirazlarının olub-olmadığını soruşmuşlar. Videoçəkiliş zamanı onlar danışmamış, sadəcə başlarını yelləyərək cavab verirmişlər. Videoçəkiliş bitdikdən sonra onları təzədən 4-cü mərtəbəyə qaldırmışlar. Onlar su istəmişlər, su istədiklərinə görə onları təkrar döymüşlər. Ona şəkillər göstərib tanıyıbtanımadıqlarını soruşmuşlar. Daha sonra telefonlarına baxış keçirmişlər. Döyülmələri nəticəsində Təqsirləndirilən şəxs başının arxasında şiş yaranmışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, Təqsirləndirilən şəxslə eyni məhəllədə yaşamışlar. Onları “Flame” kafesinin içərisində saxlamışlar. Onları saxlayan zaman saat 15-16 radələri olarmış. Kafedə onlar 7-8 nəfər olmuşlar. Onları saxlayan zaman elə kafedə üzərlərini yoxlamışlar, lakin üzərlərindən heç bir narkotik vasitə aşkar edilməmişdir. Stolun üstündə 2-3 ədəd bıçaq olmuşdur. Üzərlərinin yoxlanması təxminən 05 dəqiqə çəkmişdir. Onları apararkən qollarına qandal vurmuşlar. Onları birbaşa BMCMİ-yə apararaq 4-cü mərtəbəyə qaldırmışlar. Onları İdarəyə apardıqdan sonra döymüşlər,saxlamalarının səbəbini soruşanda polislər cavab verməmişlər. Onlar danışmağa başlayan kimi onları döyürmüşlər. Videoçəkiliş olmamışdan əvvəl polislər onlara necə danışmaqlarını öyrətmişlər. Polis əməkdaşları onlara vəkilə etirazlarının olmadığını, onlara qarşı heç bir təzyiqin olmadığını, narkotik vasitələri hardan tapdıqlarını deməyi öyrətmişlər. Metamfetamini vedioçəkilişdən əvvəl gödəkcələrinin cibinə qoymuşlar. Bunu qəbul etmədikdə isə onları döymüşlər. Bundan sonra məcbur olub narkotik vasitənin onların olduğunu qəbul etmişlər. Videoçəkiliş idarəyə gətirildikdən 4 saat sonra olmuşdur. Müdafiəçilər də videoçəkilişdən bir az əvvəl gəlmişdirlər. Onlara müdafiəçilərlə təklikdə söhbət etməyə icazə verməmişlər. Videoçəkiliş zamanı göz-qaş hərəkətləri ilə işarələr verirmişlər ki, narotik vasitələr onların deyil. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tərəflərin razılığı ilə elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, heç bir xəstəliyi, o cümlədən psixi xəstəliyi yoxdur. 2021-2023-cü illərdə hərbi xidmətdə olmuşdur. 2023-cü ilin aprel ayında hərbi xidmətdən qayıtmış və həmin vaxtdan işsizdir. Mahiyyəti üzrə bildirir ki, bıçaqlara marağı olduğundan iki ay öncə “Sədərək” bazarından bıçaq almış və həmin bıçağı özünü və ailəsini müdafiə etmək məqsədi ilə üzərində saxlayır. Həmçinin, onu da qeyd edir ki, müəyyən müddətdir ki, o “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindən istifadə edir. Hadisə ilə bağlı onu bildirir ki, xx.xx.2023-cü il tarixdə axşam radələrində yaşadığı ünvanın binanın yaxınlığında piyada hərəkət edən zaman yerdə bir büküm diqqətini çəkmiş və həmin bükümə nəzər salan zaman içərisində “patı” olduğunu müəyyən etmişdir. Həmin bükümü cibinə qoydur ki, istifadə edər. 21 noyabr 2023-cü il tarixdə saat 16:55-də ünvan 4 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs, Şahid1, Şahid3, Şahid4, Şahid6, Şahid7 və Şahid5 ilə birlikdə olduqları zaman onlara bir neçə mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onlara narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. O və Təqsirləndirilən şəxs, Şahid1, Şahid3 yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişlər ki, hazırda üzərlərində psixotrop maddə metamfetamin və bıçaq vardır. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Biz buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Polis idarəsində hüuqlarının müdafiə edilməsi üçün onlar müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşlar. Onlara hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərlərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. İlk öncə Şahid3 şəxsi axtarış aparılmışdır. Şahid3 üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib psixotrop maddə metamfetamini və bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra psixotrop maddə metamfetamin və bıçaq qablaşdırılıb möhür ilə möhürlənərək imzalarla təsdiq edilmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış aparılmışdır. O üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü və şəxsiyyət vəsiqəni, sağ yan cibindən “İphone” markalı mobil telefonu, əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilmişdir. 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda 01 ədəd bıçaq kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi polis əməkdaşı tərəfindən götürülmüşdür. Daha sonra Şahid1 üzərinə şəxsi axtarış aparılmışdır. Şahid1 üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib psixotrop maddə metamfetamini və bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra psixotrop maddə metamfetamin və bıçaq qablaşdırılıb möhür ilə möhürlənərək imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı Şahid1 üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib psixotrop maddə metamfetamini və bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra psixotrop maddə metamfetamin və bıçaq qablaşdırılıb möhür ilə möhürlənərək imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür. Daha sonra Şahid4, Şahid6, Şahid7 və Şahid5 üzərinə baxış aparılmışdır. Onların üzərindən qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şahid4, Şahid6, Şahid7 və Şahid5 üzərindən aşkar edilmiş əşyalar onların özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı o üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini dünən yaşadığı ünvanın yaxınlığında yerdən tapdığını, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilmiş bıçağı isə iki ay öncə Sədərək Ticarət Mərkəzindən aldığımı özünü müdafiə etmək məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən və bıçaqdan başqa şəxslərin məlumatının olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Nə saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmamışdır. (cild 2, iş vərəqə 71-75) Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən metamfetamin çıxmamış, bıçağın çıxmasının şahidi olmamışdır. İbtidai istintaq zamanı belə ifadə verməyinin səbəbi ona qarşı təzyiqlərin olması olmuşdur. Təqsirləndirilən şəxs 2-3 ildir ki, tanıyır. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsini eşitməmişdir. Onun üzərində bıçaq olmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, o evdə olan zaman Təqsirləndirilən şəxs ona telefonla zəng vuraraq çay içmək üçün çağırmışdır. Bu hadisədən iki həftə əvvəl BMCMİ-nin əməkdaşları Təqsirləndirilən şəxs saxlamışdır. Kafedə oturan zaman Təqsirləndirilən şəxs zəng gəlmiş,zəng edən şəxslər polis əməkdaşları olduğunu bildirmişlər və təhqiramiz ifadələr işlətmişlər. Təqsirləndirilən şəxs də onlara söyüşlə cavab vermiş. Bundan sonra Yasamala görüşə çağırmışlar. Bir az müddət sonra oturduqları kafenin işıqları sönmüş və daha sonra o belinə silah dirəndiyini hiss etmişdir. Özlərini təqdim etməmişlər və onlara əllərini stola qoymalarını demişlər. Daha sonra kafedə olan 8 nəfərin hamısını İdarəyə aparmışlar. İdarədə olarkən onları döymüşlər və narkotik vasitələrin onların olduğunu qəbul etməyə məcbur etmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 bildirdi ki, kafeyə yığışmalarının səbəbi 2 həftə əvvəl Təqsirləndirilən şəxs BMCMİ-nin əməkdaşları tərəfindən saxlanılmasını müzakirə etmək olmuşdur. O, kafeyə tək getmişdir. O, gedən zaman kafedə Şahid2, Şahid1, Şahid7 və Şahid5 olmuşdur. Polis əməkdaşları gəlməzdən əvvəl təxminən yarım saat oturub söhbət etmişlər. O, kafeyə gedən zaman üzərində bıçaq və digər qanunla qadağan olunmuş əşya olmamışdır. O, kafedə olan zaman digər uşaqların üzərində bıçaq və narkotik vasitə olduğunu görməmişdir. Təqsirləndirilən şəxs üzərində nə bıçaq, nə də narkotik vasitə olmasının şahidi olmamışdır. O kafedə stolun üstündə bıçaq görməmişdir. O, bıçaqları BMCMİ-də olarkən görmüşdür. Onların əllərini qandallamışlar. Uşaqların üzərindən telefon, pul, qulaqcıq və 03 ədəd bıçaq da çıxmış, lakin onların üzərindən narkotik vasitə çıxmamışdır. İdarədə onlara qarşı fiziki təsir göstərmişlər. İdarədə olarkən 4 nəfərin müdafiəçisi olmuşdur. Şəxsi axtarış zamanı üzərindən metamfetamin, bıçaq və telefon çıxmışdır. Təqsirləndirilən şəxs də üzərindən bıçaq, metamfetamin və telefon çıxmışdır. Narkotik vasitələri polislər İdarədə onların ciblərinə qoymuşlar. Polislər onlara demişlər ki, ancaq aralarından dördü buraxmaqla yaxşılıq edə bilərlər. Onlar etiraz etdikdə polislər onları döyürmüşlər. Onları təxminən saat 16-17 radələrində saxlamışlar. Saxladıqdan sonra 4-5 saat da İdarədə qalmışlar, daha sonra videoçəkiliş olmuşdur. Videoçəkilişdən əvvəl müdafiəçilərlə söhbət etməyə icazə verməmişlər. Məhkəmədə verdiyi ifadə tam həqiqəti əks etdirir. Məhkəməyə gələnədək heç kəs ona necə ifadə verməyi ilə bağlı hər hansı formada təsir göstərməmişdir. Dövlət ittihamçısının vəsatəti əsasında müdafiə tərəfinin razılığı ilə Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki heç bir xəstəliyi, o cümlədən psixi xəstəliyi yoxdur. Hərbi xidmət üçün qeydiyyata alınmış, lakin hələ hərbi xidmətə getməmişdir. Mahiyyəti üzrə bildirir ki, təxminən 5 aydır ki, “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuanadan və “patı” kimi tandığı psixotrop maddə metamfetamindən istifadə etmişdir. Həmin maddələrin aludəçisi deyil və arabir istifadə edir. Bundan başqa onu da qeyd edir ki, təxminən bir ay bundan öncə “Sədərək” bazarından bıçaq almış və həmin bıçağı öz müdafiəsi üçün üzərində daşımışdır. Hadisə ilə bağlı onu bildirir ki, 20 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu Mikrorayon ərazisində, 65 № marşrut avtobusunun sonuncu dayanacağının yaxınlığında olan zibilqablarının yanında piyada hərəkət edən zaman yerdə bir büküm diqqətini çəkmiş və həmin bükümə nəzər salan zaman içərisində “patı” olduğunu müəyyən etmişdir. Həmin bükümü cibinə qoymuşdur ki, istifadə edər. 21 noyabr 2023-cü il tarixdə saat 16:55-də ünvan 4 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs, Şahid1, Şahid2, Şahid4, Şahid6, Şahid7 və Şahid5 ilə birlikdə olduqları zaman onlara bir neçə mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onlara narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. O və Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişlər ki, hazırda üzərlərində psixotrop maddə metamfetamin və bıçaq vardır. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün onlar müdafiəçi ilə təmin edilmişlər və şübhəli şəxs qismində tutulmuşlar. Onlara hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərlərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. İlk öncə ona üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o üzərində psixotrop maddə metamfetamin və 01 ədəd bıçaq olduğunu bildirib əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü, əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilmişdir. 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin 01 ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda 01 ədəd bıçaq 01 ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Şahid2 üzərinə şəxsi axtarış aparılmışdır. Şahid2 üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib psixotrop maddə metamfetamini və bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra psixotrop maddə metamfetamin və bıçaq qablaşdırılıb möhür ilə möhürlənərək imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı Şahid2 üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi polis əməkdaşı tərəfindən götürülmüşdür. Daha sonra Şahid1 üzərinə şəxsi axtarış aparılmışdır. Şahid1 üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib psixotrop maddə metamfetamini və bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra psixotrop maddə metamfetamin və bıçaq qablaşdırılıb möhür ilə möhürlənərək imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı Şahid1 üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib psixotrop maddə metamfetamini və bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra psixotrop maddə metamfetamin və bıçaq qablaşdırılıb möhür ilə möhürlənərək imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür. Daha sonra Şahid4, Şahid6, Şahid7 və Şahid5 üzərinə baxış aparıldı. Onların üzərindən qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şahid4, Şahid6, Şahid7 və Şahid5 üzərindən aşkar edilmiş əşyalar onların özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı mən üzəridən aşkar edilmiş psixotrop maddə metamfetamini dünən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerdən tapdığını, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilmiş bıçağı isə bir ay öncə Sədərək Ticarət Mərkəzindən aldığını özünü müdafiə etmək məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən və bıçaqdan başqa şəxslərin məlumatının olmadığını bildirmişdir. Həmçinin şifahi sorğu zamanı Şahid4, Şahid6, Şahid7 və Şahid5 Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və onun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən və bıçaqdan məlumatlarının olmadığını bildirdmişər. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. (cild 2, iş vərəqə 86-90) Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq Şahid3 bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni imzalamamış, ifadənin altında olan imza ona məxsus deyil. Onları saxlamalarının əsas səbəbi dava-dalaş etmələri olmuşdur. Həmin davada Təqsirləndirilən şəxs də iştirak etmişdir. Fikirincə o dava etdiyinə görə onları saxlamışlar. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs, Şahid2, Şahid1 və adlarını bilmədiyi digər şəxslərlə kafedə oturmuşlar. Daha sonra əməliyyatçılar kafeyə daxil olmuşlar və üzərlərini yoxlamışlar. Əməliyyatçılar onların əllərini qandalla bağlayıb onları İdarəyə aparmışlar. İdarədə onları 4-cü mərtəbəyə qaldırmışlar. İdarədə Təqsirləndirilən şəxs kriminal aləmlə əlaqəsi olduğu üçün içəri getməli olduğunu demişlər. Onlara psixoloji təsir etmişlər. İdarədə uşaqların üzərinə narkotik vasitə qoyulmasının tam şahidi olmamışdır. Daha sonra videoçəkiliş olmuş, bundan sonra onları ayırmışlar. O, 3 gün BMCMİ-də qalmış və Təqsirləndirilən şəxs xəbəri olmamışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid5 bildirdi ki, Təqsirləndirilən şəxslə eyni məhəllədən tanışdırlar. Onlar kafeyə çay içmək üçün yığışmışlar. Onların əvvəlcədən əməliyyatçıların gələcəyindən xəbərləri olmamışdır. O, kafeyə gələrkən kimin üstündə bıçaq və ya digər əşyalar olmasından xəbəri olmamışdır. Əməliyyatçılar gəlməzdən əvvəl heç kəs cibindəki hansısa əşyanı nümayiş etdirməmişdir. Təqsirləndirilən şəxs üzərindəki bıçağı birinci dəfə kafedə üstünü yoxlayan zaman görmüşdür. Bıçaq balaca qəhvəyi rəngdə olmuşdur. Videoçəkiliş zamanı üzərlərindən metamfetamin aşkar edilmişdir. Videoçəkilişdən əvvəl psixoloji şiddət göstərirmişlər. Polislər Təqsirləndirilən şəxs ayağından təkan verərək yıxmışdırlar. Əməliyyatçılar onları narkotik vasitələrin onların olduğunu qəbul etməyə məcbur etmişlər. Videoçəkiliş bir dəfə aparılmışdır. Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tərəflərin razılığı ilə elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, 21 noyabr 2023-cü il tarixdə saat 16:55-də ünvan 4 ünvanının yaxınlığında Hüseyn, Tural, Sənan, Kamran, Bəhram, Yelmar və Raqil ilə birlikdə olduqları zaman Hüseyn, Tural, Sənan və Kamrana bir neçə mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onlara narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Bundan sonra onlar səmimi olaraq etiraf edib bildirmişlər ki, hazırda üzərilərində narkotik vasitə vardır. Daha sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Polis idarəsində Hüseyn, Tural, Sənan və Kamranın hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşlar. Sonra üzərilərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Hüseyn, Tural, Sənan və Kamranın üzərindən narkotik vasitə və bıçaq aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitələr və bıçaqlar hər biri ayrılıqda qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Bəhram, Yelmar, Raqil, eləcə də o, Hüseyn, Tural, Sənan və Kamranın üzərindən aşkar olunmuş narkotik vasitə və bıçaqdan məlumatlarının olmadığını bildirmişlər. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. (cild 2, iş vərəqə 3-4) Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq Şahid5 bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini imzalamış, lakin ifadəsi ona oxunmamışdır. Məhkəmədə istintaqı zamanı verdiyi ifadəsi tam həqiqəti əks etdirir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, onlar günorta saatlarında kafedə oturub çay içirmişlər. Bu zaman Təqsirləndirilən şəxs zəng gəlmiş və telefonda Hüseynə söyüş söymüşlər. Təqsirləndirilən şəxs yerini həmin şəxslərə demiş və telefonu söndürmüşdür. Bir az sonra BMCMİ-nin əməkdaşları kafeyə gəlmişlər və onların üzərinə axtarış keçirmişlər. Onun üzərində bıçaq olmuşdur. Daha sonra əllərini qandallayıb İdarəyə aparmışlar və onları 4-cü mərtəbəyə qaldırmışlar. Əvvəlcə polis idarəsində onların hər birini döymüşlər. Daha sonra polis əməkdaşları onların üzərlərinə narkotik vasitə qoymuşlar və videoçəkiliş zamanı narkotik vasitənin onların olduğunu deməyə məcbur etmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, o Təqsirləndirilən şəxslə eyni məhəllədə yaşayır. Polis əməkdaşları onlara yaxınlaşan zaman kafenin içində olmuşlar. O, uşaqların üzərində nə olduğunu bilməmişdir. Əməliyyatçılar gələnə qədər kafedə stolun üzərində heç nə qoyulmamışdır. Onun üzərindən bıçaq kafedə çıxmışdır. Əməliyyatçılar kafeyə basqın edən kimi dərhal onları saxlamışlar, üzərlərindən bir şey atmağa imkan olmamışdır. İdarədə psixi və fiziki zor 4 nəfərə qarşı olmuşdur. O, Təqsirləndirilən şəxs fiziki və psixi təsir göstərilməsinin şahidi olmuşdur. O, digər uşaqların cibində nə olduğunu bilməmişdir. Uşaqların cibinə narkotik vasitə qoyulmasının şahidi olmuşdur. Onları hansı səbəbə tutmalarını bilmir. Onun kriminal aləmlə heç bir əlaqəsi yoxdur. O, saxlanılmazdan əvvəl dava etməmişdir. Onları Polis idarəsində 3 gün saxlamışlar. Polislər narkotik vasitələrin onların olduğunu demələrinə məcbur etmişlər. Onlara qarşı fiziki təsir göstərilmişdir. Onları döydükdən sonra narkotik vasitələri götürməyə məcbur olmuşlar. O, qorxduğu üçün üzərində bıçaq gəzdirir. Dövlət ittihamçısının vəsatəti əsasında müdafiə tərəfinin razılığı ilə Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, 21 noyabr 2023-cü il tarixdə saat 16:55-də ünvan 4 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs, Şahid3, Şahid2, Şahid4, Şahid6, Şahid7 və Şahid5 ilə birlikdə olduqları zaman onlara bir neçə mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildiriblər. Polis əməkdaşları onlara narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış ediblər. O və Təqsirləndirilən şəxs, Şahid3, Şahid2 yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf ediblər ki, hazırda üzərlərində psixotrop maddə metamfetamin və bıçaq vardır. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət ediblər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəliblər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün onlar müdafiəçi ilə təmin ediliblər və şübhəli şəxs qismində tutulublar. Onlara hüquq və vəzifələri izah olunub. Sonra üzərlərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilib. İlk öncə Şahid3 şəxsi axtarışı aparılıb. Şahid3 üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, psixotrop maddə metamfetamini və bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim edib. Daha sonra psixotrop maddə metamfetamin və bıçaq qablaşdırılıb möhür ilə möhürlənərək imzalarla təsdiq edilib. Daha sonra Şahid2 üzərinə şəxsi axtarış aparılıb. Şahid2 üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, psixotrop maddə metamfetamini və bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim edib. Daha sonra psixotrop maddə metamfetamin və bıçaq qablaşdırılıb möhür ilə möhürlənərək imzalarla təsdiq edilib. Şəxsi axtarış zamanı Şahid2 üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi polis əməkdaşı tərəfindən götürülüb. Daha sonra onun üzərinə şəxsi axtarış aparılıb. O üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü, sağ yan cibindən “Samsung” markalı mobil telefonu, əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim edib. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetamin maddə olması müşahidə edilib. 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanıb. Eyni zamanda 01 ədəd bıçaq kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanıb. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülüb. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılıb. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, psixotrop maddə metamfetamini və bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim edib. Daha sonra psixotrop maddə metamfetamin və bıçaq qablaşdırılıb möhür ilə möhürlənərək imzalarla təsdiq edilib. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülüb. Daha sonra Şahid4, Şahid6, Şahid7 və Şahid5 üzərinə baxış aparılıb. Onların üzərindən qanunsuz əşya və ya predmet aşkar edilməyib. Şahid4, Şahid6, Şahid7 və Şahid5 üzərindən aşkar edilmiş əşyalar onların özünə geri qaytarılıb. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini bu gün Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikrorayon ərazisində yerdən tapdığını, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilmiş bıçağın isə “Murad” adlı dostu tərəfindən hədiyə verildiyini, özünü müdafiə etmək məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən və bıçaqdan başqa şəxslərin məlumatının olmadığını bildirib. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunub, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilib. Verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş maddəni təsadüfən yerdən tapıb və şəxsi istifadə məqsədi ilə üzərində saxlayıb, tapdığı maddənin üzərindən götürüb istifadə etməyib, necə tapıbsa o cür də təqdim edib, narkotik vasitə aludəçisi deyil və ona görə də arabir istifadə edir, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur, üzərində psixotrop maddə və bıçaq olmasından heç kimin xəbəri olmayıb, başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır, bıçaqlara marağı olduğu üçün və özünü müdafiə etmək məqsədi ilə üzərində saxlayır və həmin bıçaqdan hər hansı bir cinayətin törədilməsində istifadə olunmayıb, "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil nömrəsindən istifadə edib, üzərinə şəxsi axtarış video çəkilişlə təhqiqatçı tərəfindən aparılıb, ondan başqa heç kim onun üzərinə şəxsi axtarış keçirməyib, polis əməkdaşları tərəfindən nə saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmayıb, saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməyib. (cild 2, iş vərəqə 56-60) Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq Şahid1 bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini ona oxumamışlar. Onu və Təqsirləndirilən şəxs döymüşlər. O, narkotik vasitə marixuana istifadə etmişdir. Digər uşaqların narkotik vasitə istifadə etməsinin şahidi olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadə verərək göstərmişdir ki, hadisə baş verən gün onlar Təqsirləndirilən şəxs və tanımadığı digər dostları ilə birlikdə adını xatırlamadığı kafedə oturmuşlar. Kafedə oturan zaman polis əməkdaşları kafeyə daxil olmuşlar və onların əllərini qandallayaraq idarəyə aparmışlar. Saxlanıldıqdan 3 gün sonra 4 nəfəri buraxmışlar, 4 nəfəri isə idarədə saxlamışlar. O, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasının şahidi olmamışdır. İdarədə polislər tərəfindən onlara fiziki və psixi təsir edilmişdir. Təqsirləndirilən şəxs bıçaq olduğunu görmüşdür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid7 bildirdi ki, Təqsirləndirilən şəxslə 01 ilə yaxın olar ki, tanış olmuşlar. Onlar kafeyə çay içmək üçün yığışmışlar. Kafeyə getmələrinin səbəbi çay içmək olmuşdur. Kafedə 8 nəfər olmuşlar. Kafedə kiminsə üzərində narkotik vasitə olması barədə söhbət olmamışdır. Polis əməkdaşları onlar kafedə oturan zaman gəlmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdə iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərindən sonradan polis əməkdaşları tərəfindən onun cibinə qoyulan narkotik vasitə çıxmışdır. Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoyulmasının bilavasitə şahidi olmamışdır. Narkotik vasitə Təqsirləndirilən şəxs üzərinə qoyularkən üzü divara tərəf olmuş və edilən söhbətləri eşidirmiş. Təqsirləndirilən şəxs və onun yanında olan Kamran, Sənan və Tural adlı dostlarının üzərinə narkotik vasitə qoymuşlar. Bildiyi qədərilə Təqsirləndirilən şəxs və digər 3 dostu polis əməkdaşlarından qaçdığı üçün onları tutmuşlar. O isə sadəcə Təqsirləndirilən şəxs dostu olduğunu və digər şəxsləri tanımadığını demişdir. Ona fiziki xəsarət yetirən olmamışdır. Ona zorla ifadə verdirən olmamışdır. O Təqsirləndirilən şəxs fiziki xəsarət yetirilməsinin şahidi olmuşdur. Onları kafenin içində tutmuşlar. Onlara 10-15 nəfər polis əməkdaşı yaxınlaşmışdır. Polis əməkdaşları kafeyə daxil olan kimi onları masaya uzatmışlar, daha sonra əllərini qandallayıb polis idarəsinə aparmışlar. Polis İdarəsində vəkillər olmamışdır. Vəkillər videoçəkilişdən əvvəl gəlmişlər. Onlar idarəyə aparılandan 1-2 saat sonra videoçəkiliş olmuşdur. Təqsirləndirilən şəxs fiziki təsir ediləndə və üzərinə narkotik vasitə qoyulanda müdafiəçilər olmamışdır. Müdafiəçilər 4 nəfərlə məxfi söhbət etməmişlər. Məhkəmədə verdiyi ifadə tam həqiqəti əks etdirir. Məhkəmədə necə ifadə verməyi ilə bağlı ona heç bir təsir olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni xatırlaya bilmir. İbtidai istintaq zamanı verdiyi ifadə sonradan ona oxunmamışdır. Şahid7 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tərəflərin razılığı ilə elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, 21 noyabr 2023-cü il tarixdə saat 16:55-də ünvan 4 ünvanının yaxınlığında Hüseyn, Tural, Sənan, Kamran, Raqil, Yelmar və Nihat ilə birlikdə olduqları zaman Hüseyn, Tural, Sənan və Kənana bir neçə mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları Hüseyn, Tural, Sənan və Kənana narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Bundan sonra Hüseyn, Tural, Sənan və Kənana səmimi olaraq etiraf edib bildirmişlər ki, hazırda üzərilərində narkotik vasitə vardır. Daha sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Polis idarəsində Hüseyn, Tural, Sənan və Kamranın hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmişlər və şübhəli şəxs qismində tutulmuşlar. Sonra üzərilərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Hüseyn, Tural, Sənan və Kamranın üzərindən narkotik vasitə və bıçaq aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitələr və bıçaqlar hər biri ayrıılıqda qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Raqil, Yelmar, Nihat, eləcə də o, Hüseyn, Tural, Sənan və Kənanın üzərindən aşkar olunmuş narkotik vasitə və bıçaqdan məlumatlarının olmadığını bildirmişlər. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. (cild 2, iş vərəqə 7-8) Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq Şahid7 bildirmişdir ki, ibtidai istintaq zamanı ona fiziki təsir edən olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadənin altında olan imza ona aiddir. İbtidai istintaq zamanı verdiyi ifadəsini oxumamışdır. Əgər o ifadəsini oxusaydı, qol çəkməzdi. Qanunla müəyyən olunan qaydada məhkəmənin vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 21 noyabr 2023-cü il tarixdə saat 16:55də ünvan 4 ünvanının yaxınlığında Hüseyn, Tural, Sənan, Kamran, Bəhram, Nihat və Raqil ilə birlikdə olduqları zaman Hüseyn, Tural, Sənan və Kamrana bir neçə mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildiriblər. Polis əməkdaşları onlara narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış ediblər. Bundan sonra onlar səmimi olaraq etiraf edib bildiriblər ki, hazırda üzərilərində narkotik vasitə vardır. Daha sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət ediblər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəliblər. Polis idarəsində Hüseyn, Tural, Sənan və Kamranın hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin ediliblər və şübhəli şəxs qismində tutulublar. Sonra üzərilərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilib. Şəxsi axtarış zamanı Hüseyn, Tural, Sənan və Kamranın üzərindən narkotik vasitə və bıçaq aşkar olunub. Aşkar olunmuş narkotik vasitələr və bıçaqlar hər biri ayrılıqda qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanıb. Şifahi sorğu zamanı Bəhram, Nihat, Raqil, eləcə də o, onların üzərindən aşkar olunmuş narkotik vasitə və bıçaqdan məlumatları olmadığını bildiriblər. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunub, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilib. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid3 üzərində psixotrop maddə və bıçaq olmasından məlumatı olmayıb, əgər məlumatı olsaydı bu barədə polisə məlumat verərdi, narkotik vasitələ və psixotrop maddə istifadə etmir, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur. (cild 2, iş vərəqə 1-2) Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 22 noyabr 2023-cü il tarixli qərardan görünür ki, külli miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşıma faktına görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (cild 1, iş vərəqə 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən “Hüseyn”, “Tural”, “Sənan” və “Kamran” adlı şəxslərin qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda psixotrop maddələr və narkotik vasitələri əldə edib saxlamaqla daşımaları barədə əməliyyat orqanına məlumat daxil olmuşdur. (cild 1, iş vərəqə 4) xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan və həmin tarixli 3-13-6/Ə351/23 saylı əməliyyat qrupunun yaradılması barədə əmrdən görünür ki, Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid3 Zülqədar oğlunun qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları barədə daxil olmuş əməliyyat məlumatı əsasında onların ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 1, iş vərəqə 5- 8) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid3 xx.xx.2023-cü il tarixdə, saat 16:55-də ünvan 4 ünvanının yaxınlığında tanışları Şahid4, Şahid6, Şahid7 və Şahid5 ilə birlikdə saxlanılaraq Baş İdarəyə gətirilmişlər. (cild 1, iş vərəqə 9) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, həmin tarixdə, saat 20:00-da şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən, saat 16:55-dən hesablanmışdır. (Cild 1, iş vərəqə 69-70) xx.xx.2023-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in BMCMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid3 həmin gün saat 16:55-də ünvan 2 ünvanının yaxınlığında tanışları Şahid4, Şahid6, Şahid7 və Şahid5 ilə birlikdə olduqları zaman saxlanılaraq BMCMİnə aparılmışlar, orada göstərilən şəxslərin üzərlərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt Şahid3 əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd bıçaq tipli predmet, Şahid2 əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə və şəxsiyyət vəsiqəsi, sağ yan cibindən “İphone” markalı mobil telefon, əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd bıçaq tipli dəmir predmet, Şahid1 əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, sağ yan cibindən “Samsung” markalı mobil telefon, əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd bıçaq tipli dəmir predmet, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, sağ yan cibindən “Redmi” markalı mobil telefon, əynində olan qara rəngli dəri gödəkçənin sol iç cibindən 01 ədəd bıçaq tipli dəmir predmet aşkar edilmişdir. Aşkar edilmiş maddələr və bıçaqlar qablaşdırılaraq götürülmüşdür. Şahid4, Şahid6, Şahid7 və Şahid5 üzərinə baxış keçirilən zaman onların üzərlərindən qanunla dövriyyəsi qadağan edilmiş predmet aşkar edilməmişdir. (cild 1, iş vərəqə 86-92) Məhkəmə fiziki-kimyəvi ekspertizasının 22 noyabr 2023-cü il tarixli 3-16-16/2-6/6107 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №6” dairəvi möhür əksi olan 4 ədəd zərfdə olan; - üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 7,668 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. - üzərində “Şahid1 aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 5,047 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. - üzərində “Şahid2 aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 6,506 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. - üzərində “Şahid3 aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 5,482 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Təqdim edilmiş maddələr xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. QEYD: Metamfetaminin təmiz çəkisi-7,668 qr., tədqiqata sərf edildi-0,05 qr., qalıq-7,618qr. Metamfetaminin təmiz çəkisi-5,047 qr., tədqiqata sərf edildi-0,05 qr., qalıq-4,997qr. Metamfetaminin təmiz çəkisi-6,506 qr., tədqiqata sərf edildi-0,05 qr., qalıq-6,456qr. Metamfetaminin təmiz çəkisi-5,482 qr., tədqiqata sərf edildi-0,05 qr., qalıq—5,432 qr. (Cild 1, iş vərəqə 139-144) “Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 2, iş vərəqə 31-32). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(005)- 1608/2023 saylı (hakim X.K.Əlisoy) qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 21 noyabr 2023-cü il tarixdən hesablanmışdır. (Cild 2, iş vərəqə 132-136) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 5(005)- 1936/2023 saylı qərarından görünür ki, 21 noyabr 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qəbul edilmiş qərarın qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılmış və həmin qərar qanuni hesab edilmişdir. (cild 2, iş vərəqə 152) “Maddi sübut hesab edilməsi haqqında” 29 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 7,618 qram qalmış psixotrop maddə metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmalarından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqə 168-109) DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 2, iş vərəqə 181) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(001)- 2534/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid3 barəsində 21 noyabr 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qəbul edilmiş qərarın qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılmış və həmin qərar qanuni hesab edilmişdir. (cild 2, iş vərəqə 191-194) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-in verdiyi xx.xx.2023-cü il tarixli, 19621 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. (cild 2, iş vərəqə 221) xx.xx.2023-cü il tarixli telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, bir ədəd CD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, diskdə ***-***-**-** mobil telefon nömrəsi ilə müxtəlif nömrələr arasında telefon danışıqları və SMS yazışmalarının olması müəyyən edilsə də, həmin məlumatlar iş üzrə əhəmiyyət kəsb etmir. (cild 2, iş vərəqə 224) xx.xx.2023-cü il tarixli telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, bir ədəd CD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, diskdə ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri ilə müxtəlif nömrələr arasında telefon danışıqları və SMS yazışmalarının olması müəyyən edilsə də, həmin məlumatlar iş üzrə əhəmiyyət kəsb etmir. (cild 2, iş vərəqə 227) xx.xx.2023-cü il tarixli mobil telefonlara baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Xiaomi Redmi 10C” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. (cild 2, iş vərəqə 228) xx.xx.2024-cü il tarixli telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, bir ədəd CD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, diskdə ***-***-**-** mobil telefon nömrəsi ilə müxtəlif nömrələr arasında telefon danışıqları və SMS yazışmalarının olması müəyyən edilsə də, həmin məlumatlar iş üzrə əhəmiyyət kəsb etmir. (cild 2, iş vərəqə 250) Məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-3/1986 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən və üzərində “Şahid1 aşkar edilmiş 1 ədəd bıçaq tipli predmet” yazı qeydləri olan bağlamada aşkar edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, istifadəyə yararlıdır, soyuq silah hesab edilir. Tədqiqata təqdim edilən və üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd bıçaq tipli predmet” yazı qeydləri olan bağlamada aşkar edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici ucu deşici xassəyə malik olan təsərrüfat- məişət təyinatlı turist bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, istifadəyə yararlıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilən və üzərində “Şahid3 aşkar edilmiş 1 ədəd bıçaq tipli predmet” yazı qeydləri olan bağlamada aşkar edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, istifadəyə yararlıdır, soyuq silah hesab edilir. Tədqiqata təqdim edilən və üzərində “Şahid2 aşkar edilmiş 1 ədəd bıçaq tipli predmet” yazı qeydləri olan bağlamada aşkar edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, istifadəyə yararlıdır, soyuq silah hesab edilir. ( cild 2, iş vərəqə 48-52) Məhkəmə -tibbi ekspertizasının 19 dekabr 2023-cü il tarixli, 488 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. (cild 2, iş vərəqə 53-56) Məhkəmə-narkoloji ekspertizasının 22 noyabr 2023-cü il tarixli, 7653 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranara asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 71-72) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X9 daxil olmuş 07 dekabr 2023-cü il tarixli 4287/K nömrəli məhkəməkimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan amfetamin və tramal aşkar edildi. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və çətənə bitkisindən alınan təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilmədi. (cild 2, iş vərəqə 89-92) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)- 359/2024 saylı qərardan (hakim: V.R.Qurbanov) görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 03 (üç) ay müddətə uzadılmışdır. (cild 2, iş vərəqə 103-107) xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə Şahid1, Şahid2 və Şahid3 əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 228.4 və 234.4.3-cü maddələrinə tövsif edilmiş, cinayət işinin materiallarından Şahid1, Şahid2 və Şahid3 hər birinin barəsində ayrı-ayrılıqda Azərbaycan Respublikası CM-in 228.4 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işləri ayrılmış, ********* nömrəli cinayət işinin istintaqı Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.3-cü maddəsi ilə davam etdirilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs 23 noyabr 2023-cü il tarixdə CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişiklik edilməklə ona həmin maddə ilə yenidən ittiham elan edilmiş və barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, təqsirləndirilən şəxslər Şahid1, Şahid2 və Şahid3 23 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişiklik edilməklə ayrılacaq cinayət işləri üzrə onlara CM-in 228.4 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş və barələrində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə seçilmiş həbs qətimkan tədbirləri nəzərə alınmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 21 noyabr 2023-cü il tarixli qərarın qanunauyğun hesab edilməsi nəzərə alınmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 21 noyabr 2023-cü il tarixli əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarın qanuni və əsaslı hesab edilməsi nəzərə alınmış, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskin maddi sübut kimi tanınmadan cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskin maddi sübut kimi tanınmadan cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs götürülmüş “Xiaomi Redmi 10C” markalı, Şahid1 götürülmüş “Samsung Galaxy A11” markalı və Şahid2 götürülmüş “İphone 7” markalı mobil telefonlar təqsirləndirilən şəxslərin yaxın qohumlarına və ya müdafiəçilərinə qaytarılmış, təqsirləndirilən şəxs Şahid1 fiziki və psixi təsirlərə məruz qalması ilə bağlı bildirdiyi xüsusatlar üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi nəzərə alınmış, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskin maddi sübut kimi tanınmadan cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid3 barələrində Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid3 əvvəllər narkotik vasitə və ya psixotrop maddə əldə edib istifadə etmələri xüsusatı üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid3 barəsində Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid3 barəsində Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid3 barəsində Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid3 şəxsi axtarış keçirilərkən psixotrop maddələri təqdim etmələri Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndinə əsasən könüllü təhvil vermə kimi qiymətləndirilməmiş, Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid3 ailə üzvlərinin və digər yaxın qohumlarının barələrində Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 307-ci maddələri ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilmiş, Şahid7, Şahid6, Şahid5 və Şahid4 barələrində Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 307-ci maddələri ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilmiş, cinayət işinin materiallarından psixotrop maddələrin əldə edilmə mənbələrinə görə ayrıca icraata material ayrılmış, ********* nömrəli cinayət işi üzrə şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınmış, qalıq çəkisi 7,618 qram qalmış psixotrop maddə metamfetaminin isə maddi sübut kimi tanınması nəzərə alınmışdır. (cild 3, iş vərəqə 119-145) xx.xx.2024-cü il tarixli cinayət işi materiallarından başqa material ayrılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi materiallarından psixotrop maddələrin əldə edilmə mənbəyinin müəyyən edilməsinə görə ayrıca icraata material ayrılmışdır. (cild 2, iş vərəqə 149-150) xx.xx.2024-cü il tarixli cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi materiallarından Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 228.4 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayətişi ayrılmışdır. (cild 2, iş vərəqə 157-158) xx.xx.2024-cü il tarixli cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi materiallarından Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 228.4 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayətişi ayrılmışdır. (cild 2, iş vərəqə 164-165) xx.xx.2024-cü il tarixli cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi materiallarından Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 228.4 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. (cild 2, iş vərəqə 171-172) xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. (cild 2, iş vərəqə 182-183) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar vermiş, habelə ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin məzmununa (dispozisiyasına) görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəlilərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli olub-olmaması, olduğu halda onun əməlinə hüquqi qiymət verilməsi, yəni onun əməlinin tövsifi məsələsini müəyyənləşdirmək məqsədi ilə əvvəlcə bir neçə halın aydınlaşdırılmasını zəruri hesab edir. Belə ki, məhkəmədə araşdırılmış sübutlar əsasında müəyyən edilmişdir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirmişdir ki, 2-3 aydır ki, “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuanadan və “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindən istifadə edir. Əcəmi metrostansiyasının yaxınlığında 9 saylı Tam Orta Məktəbin yaxınlığında piyada hərəkət edən zaman yerdə bir büküm diqqətini çəkib və həmin bükümə nəzər salan zaman içərisində “patı” olduğunu müəyyən edib. Həmin bükümü cibinə qoyub ki, istifadə edər. 21 noyabr 2023-cü il tarixdə saat 16:55-də ünvan 4 ünvanının yaxınlığında tanışları Şahid1, Şahid3, Şahid2, Şahid4, Şahid6, Şahid7 və Şahid5 ilə birlikdə olduqları zaman onlara bir neçə mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildiriblər. Polis əməkdaşları onlara narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış ediblər. O və Şahid1, Şahid3, Şahid2 yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf ediblər ki, hazırda üzərlərində psixotrop maddə metamfetamin və bıçaq vardır. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət ediblər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəliblər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün onlar müdafiəçi ilə təmin ediliblər və şübhəli şəxs qismində tutulublar. Onlara hüquq və vəzifələri izah olunub. Sonra üzərlərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı o əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü, sağ yan cibindən “Redmi” markalı mobil telefonu, əynində olan qara rəngli dəri gödəkçənin sol iç cibindən 01 ədəd bıçağı çıxardıb masanın üzərinə qoymaqla təqdim edib. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilib. 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanıb. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini 2 gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu, 9 saylı Tam Orta Məktəbin yaxınlığında yerdən tapdığını, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilmiş bıçağı isə iki-üç ay öncə Sədərək Ticarət Mərkəzindən aldığını özünü müdafiə etmək məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən və bıçaqdan başqa şəxslərin məlumatının olmadığını bildirmiş, nə saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmayıb, saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməyib. Məhkəmədə Təqsirləndirilən şəxs tamamilə başqa mövqedən çıxış edərək irəli sürülmüş ittihamın qanunsuz və əsassız olduğunu bildirməklə, ünvan 2 ünvanının yaxınlığına deyil, kafedə saxlanıldığını, saxlanılarkən üzərində psixotrop maddə metamfetamin olmadığını, şəxsi axtarış keçirilən zaman onun cibindən aşkar edilmiş psixotrop maddənin ona aid olmadığını, həmin maddənin polis əməkdaşları tərəfindən onun cibinə qoyulduğunu, fiziki-psixoloji təzyiqə məruz qalaraq polis əməkdaşları tərəfindən döyüldüyündən şəxsi axtarış zamanı könüllü şəkildə həmin psixotrop maddəni çıxararaq polis əməkdaşlarına təqdim etdiyini bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsindəki dəlillər irəli sürülmüş ittihamın birbaşa qanuniliyinə və əsaslılığına təsir edən halları təşkil etdiyindən bu hissədə məhkəmə tərəfindən ətraflı araşdırma aparılmışdır. Lakin qeyd edilməlidir ki, məhkəmədə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və bundan sonrakı dövrdə polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qaldığını iddia etdiyindən göstərilən hissədə araşdırma aparılmış və nəticədə müəyyən edilmişdir ki, ibtidai araşdırma zamanı onun barəsində məhkəmə-tibbi ekspertiza keçirilərək bu məsələyə aydınlıq gətirilmişdir. Belə ki, Məhkəmə - tibbi ekspertizasının 19 dekabr 2023-cü il tarixli, 488 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü və bunun nəticəsində xəsarət aldığını məhkəmədə bildirsə də, ekspertiza keçirilərkən onun iddia etdiyi xəsarət izi aşkar edilməmişdir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2-3037/2024 saylı sorğuya cavab məktubu və məktuba əlavə edilmiş sonuncunun adına açılmış tibbi kitabçanın surəti ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərkən adına tibbi kitabça açılmış, ilkin tibbi müayinə zamanı bədənində xəsarət aşkar olunmamış, sağ biləyin ön, sol saidin arxa, sağ budun ön səthində köhnə çapıqlar müşahidə olunmuşdur. Bundan başqa BMCMİ-nin xx.xx.2024-cü il tarixli 3-13-6/2-5379/24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs BMCMİ-nə daxil olarkən bədən səthində xəsarətlərinin olmadığı müəyyən edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 aprel 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən işgəncələrə yol verilmədiyi müəyyən olunduğu material üzrə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxslə birlikdə eyni gündə saxlanılmış və məhkəmədə dindirilmiş şəxslər polis əməkdaşları tərəfindən döyüldüklərini və saxlanılan zaman üzərlərində qadağan edilmiş predmet/predmetlərin olmadığını bildirsələr də, iş üzrə əhəmiyyət kəsb edən hallarla bağlı kifayət qədər ziddiyyətli məlumatlar vermişlər. Halbuki həmin şəxslər ibtidai araşdırma zamanı dəfələrlə etirafedici ifadə verməklə baş vermiş cinayət hadisəsi barədə dəqiq məlumatlar bildirmişlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərək narkotik vasitə və psixotrop maddələr istifadə etmədiyini iddia etsə də, ibtidai araşdırma zamanı keçirilmiş yoxlama nəticəsində müəyyən edilmişdir ki, o, narkomaniya xəstəliyindən əziyyət çəkir və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Bu hal artıq ona dəlalət edir ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən səmimi olmamış, əksinə işin hallarına uyğun olmayan məlumatlar verərək həqiqəti təhrif etmiş və bununla da məsuliyyətdən yayınmaq istəmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs və onunla birlikdə saxlanılan digər şəxslər məhkəmədə ifadə verərək eyni məkanda, eyni gündə və eyni şəraitdə polis əməkdaşları tərəfindən 8 (səkkiz) nəfər olaraq saxlanıldıqlarını, həmin vaxt onların üzərlərində qadağan edilmiş predmetlərin olmadığını, saxlanıldıqdan sonra etirafedici ifadə vermə məqsədi ilə polis əməkdaşları tərəfindən döyüldüklərini bildirsələr də, saxlanılmış 8 (səkkiz) nəfərdən 4 (dörd) nəfər azad edildikdən sonra döyülmələri və xəsarətləri barədə heç bir səlahiyyətli orqana, o cümlədən tibb müəssisəsinə müraciət etməmişdir. Başqa sözlə, məsuliyyətdən azad olunmuş 4 (dörd) nəfər şəxs iddia etdikləri kimi polis əməkdaşlarının qanunsuz hərəkətlərini mübahisələndirməmişlər. Məhkəmə hesab edir ki, istər azad olunan 4 (dörd) nəfər şəxs, istərsə də məsuliyyətə cəlb edilmiş 4 (dörd) nəfər şəxs (o cümlədən Təqsirləndirilən şəxs) xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən bir-birilərini tanımışlar, faktiki isə dostluq münasibətlərində olmuşlar. Bu səbəbdən də onlar məhkəmədə ifadə verərək və həqiqəti gizlətməklə bir-birinə kömək etmək istəmişlər, bununla da məsuliyyətə cəlb edilmiş şəxslərin xeyrinə ifadə verməklə sonuncuların məsuliyyətdən yayınmasına nail olmaq istəmişlər. Bundan başqa, məhkəmədə dindirilmiş 2 (iki) polis əməkdaşı ifadə verərək Təqsirləndirilən şəxs iddia etdiyi halları inkar edib şəxsi axtarış zamanı həqiqətən də sonuncunun üzərindən 1 (bir) ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edildiyini təsdiq etmişlər, habelə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs və saxlanılmış digər şəxslərə qarşı fiziki və psixoloji təzyiq edilməsini inkar etmişlər. Həmçinin, qeyd edilməlidir ki, məhkəmə istintaqı zamanı şəxsi axtarış və götürmənin qeydə alındığı videoçəkilişi əks etdirən 01 (bir) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Beləliklə, xx.xx.2023-cü il tarixdə, saat 16:55-də Təqsirləndirilən şəxs ünvan 2 ünvanının yaxınlığında saxlanılması, BMCMİ-nin inzibati binasına aparılması, orada həmin tarixdə üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sol yan cibindən qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi külli miqdarda 7,668 qram olan psixotrop maddə metamfetaminin aşkar edilməsi məhkəmədə öz təsdiqini tapmışdır. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyataxtarış tədbirinə şübhə ilə yanaşması üçün məhkəmədə heç bir hal müəyyən edilməmişdir. Əksinə məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-2534/2023 saylı qərarı və xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)-1936/2023 saylı qərarı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid3 barəsində 21 noyabr 2023cü il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qəbul edilmiş qərarın qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılmış və həmin qərar qanuni hesab edilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən həqiqətən 01 ədəd bükümdə təmiz çəkisi külli miqdarda 7,668 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən heç bir sübut yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulanadək onun narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması, kiməsə narkotik vasitə və psixotrop maddə satması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı üçüncü şəxslərlə münasibət qurması, habelə onun satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Yəni əməliyyat orqanı onun narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı obyektiv və dəqiq məlumata sahib olmamışdır. Bundan başqa, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları bildirmişlər ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara əməliyyat məlumatı daxil olsa da, sonradan onun kiməsə psixotrop maddə satması öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən bir bükümdə külli miqdarda psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi özü-özlüyündə həmin şəxsin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını, eləcə də onun üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsini təsdiq etmir və edə də bilməz. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması, narkotik vasitələr və psixotrop maddələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitə və psixotrop maddələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitə və psixotrop maddələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, yəni “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi, üzərində saxlayaraq daşıması, xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılması və BMCMİ-nin inzibati binasına aparıldıqdan sonra onun üzərindən külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddəni satmaq məqsədi ilə əldə etməmişdir. Göstərilənlər nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən çəkidə psixotrop maddə metamfetamini istehlak məqsədi ilə əldə etməsi daha ağlabatan və inandırıcıdır. Hazırkı cinayət işi üzrə şahid ifadələri kifayət qədər ciddi sübutları təşkil edir. Belə ki, şahid ifadələri əsasında da onun satış məqsədi ilə külli miqdarda psixotrop maddəni əldə etməsini və onun həmin maddənin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə yuxarıda qeyd edilən qərarları, tövsiyələri, həmçinin Cinayət Prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş psixotrop maddənin yalnız çəkisi (miqdarı) təqsirləndirilən şəxsin ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlillər (sübut) kimi qəbul oluna bilməz və təqsirləndirilən şəxsin psixotrop maddənin satış məqsədilə əldə edib saxlamaqla daşıması barədə nəticəyə gəlinməsi üçün kifayət etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Bununla yanaşı, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin narkotik vasitələri və ya psixotrop maddələri satmaq məqsədində (niyyətində) olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin və ya psixotrop maddənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin və ya psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə məqsədin olmasını təsdiq edən başqa hallar, yəni başqa istehlakçı və ya istehlakçıların olması, təqsirləndirilən şəxsin onunla əvvəlcədən sövdələşməsi isə ibtidai və məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs konkret olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin satışını həyata keçirərkən saxlanılmamış, üzərinə şəxsi axtarış keçirilərkən üzərindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan sübutlar, o cümlədən aşkar olunan psixotrop maddənin miqdarı, həmçinin üzərindən elektron tərəzinin aşkar edilməməsi, istifadəsində olan mobil nömrə və telefonunda narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə bağlı heç bir sübut olmaması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsdən aşkar olunan psixotrop maddə satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Göründüyü kimi cinayət işinin materiallarında təqsirləndirilən şəxsin narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasını, aşkar olunan psixotrop maddənin satmaq məqsədi ilə əldə etməsini, onu satmaq üçün bükümlərə ayırmasını, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Bundan əlavə, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkətin edilməsini təsdiq edən heç bir sübut aşkar olunmamışdır. Göründüyü kimi, ibtidai istintaq orqanı məhz psixotrop maddənin yalnız miqdarını nəzərə alaraq əlavə sübut toplamadan, real satış həyata keçirilərkən təqsirləndirilən şəxsi saxlamadan, digər əməliyyat tədbirləri həyata keçirmədən, ehtimala əsaslanmaqla təqsirləndirilən şəxsə qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə görə hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair ibtidai istintaq orqanının gəldiyi nəticə əsaslı olmamışdır. Təəssüf ki, ibtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda psixotrop maddəni əldə edib saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübutu əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edə biləcək sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplayıb cinayət işinə əlavə etmədən ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa, mötəbər və obyektiv sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş psixotrop maddə metamfetaminin çəkisi, yəni külli miqdarda olması təşkil etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək hər hansı bir sübut olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini, üzərində saxlamasını və daşımasını müəyyən və təsdiq etmək mümkün olmamışdır. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla (Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə nisbətdə) qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə bu hissədə irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimallarına və şübhələrinə, eləcə də yoxlanılmamış və öz təsdiqini tapmamış məlumatlara əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmartan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddə ilə ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda göstərilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 21 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda cinayət işində olan 22 noyabr 2023-cü il tarixli, 7653 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranara asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür Məhkəmə qeyd edilən rəyi təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,618 qram narkotik vasitə psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 7,618 qram narkotik vasitə psixotrop maddə metamfetamin məhv edilsin, şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə edilməli olan əmlak olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar