Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-245/2021 18.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi – X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi Zeynalabdi oğlu, xx xxxxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi, ev 17, mənzil 34-də qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələri əldə edib, daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və yerdə şəxsiyyəti istintaqa məlum olmayan Ataş adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında Ataş adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan külli miqdarda 37,008 qram heroin, külli miqdarda 3,794 qram psixotrop maddə olan metamfetamin, 7,5 qram külli miqdarda güclü təsir edən maddə olan preqabalin, 3,375 qram güclü təsir edən maddə olan tramadol hidroxlorid əldə edib daşıyaraq saxlamış, xx xxxxx 2020-ci il tarixdə saat 03:05 radələrində Sabunçu RPİ-nin PPXB və CAŞ-nin əməkdaşları tərəfindən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 2 saylı stasionar postda idarə etdiyi VAZ 2107 markalı ** HG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə birgə karantin qaydalarım pozduğu üçün saxlanılarkən qaçmağa cəhd göstərərək özünü şübhəli apardığından saxlanılıb Sabunçu RPİ-nin 13-cü PB-nə gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd boz rəngli gödəkçənin sağ yan cibindən polietilen torbada ayrı-ayrılıqda şəffaf polietilen bükümdə 22,879 qram külli miqdarda narkotik vasitə heroin, şəffaf polietilen bükümdə 14,129 qram külli miqdarda narkotik vasitə heroin, şəffaf polietilen bükümdə 3,794 qram külli miqdarda psixotrop maddə metamfetamin, tərkibində cəmi 7,5 qram külli miqdarda güclü təsir edən maddə preqabalin olan üzərində «Paden 300» yazısı olan 2 ədəd konvalyutda 25 ədəd üzərində «PGN 300» yazısı olan qəhvəyi-ağ kapsullar, tərkibində cəmi 3,375 qram güclü təsir edən maddə tramadol hidroxlorid olan üzərində «Royal tramadol hydrocholide 225» yazısı olan 2 ədəd konvalyutda 15 ədəd həblər aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsiləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 03:00 radələrində tanışı Adillə birlikdə idarə etdiyi VAZ 2107 markalı ** HG *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakıxanov qəsəbəsində hərəkət edən zaman stasionar posta polis əməkdaşları saxlatdırıb icazənin olub-olmamasını soruşan zaman icazəsinin olmadığı üçün avtomaşından düşmüşlər. Bu zaman o üzərində narkotik vasitə olduğundan və aşkar olunmasından qorxduğu üçün polis əməkdaşlarından qaçmağa çalışsa da polis əməkdaşları yaxalayaraq onları 13-cü PB-nə aparmışlar. PB-də xidməti otaqların birində üzərində şəxsi axtarış aparılmış və video görüntüyə alınmışdır. Üzərinə baxış zamanı ona üzərində hər hansı qanunla qadağan edilmiş əşya, maddə və predmetin olub-olmaması və olduğu halda könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. O da bundan sonra əynində olan tünd boz rəngli gödəkçənin sağ yan cibindəki şəffaf sellofanı təqdim etmiş və içərisində narkotik vasitələr olduğunu həmin narkotik vasitələri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Gilan şadlıq sarayının yaxınlığında yerləşən parkda yerdən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərinə polis əməkdaşları tərəfindən baxış keçirilmiş və digər heç bir qanunla qadağan edilmiş, əşya predmet və maddə aşkar edilməmişdir. Özü könüllü surətdə təqdim etdiyi özünə məxsus içərisində 12 ədəd siqaret olan qutu isə özümə qaytarılmışdır. O aşkar olunmuş narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində stasionar postda karantin qaydaları ilə əlaqədar olaraq xidmət apararkən VAZ 2107 markalı ** HG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü karantin qaydalarını pozması səbəbindən saxlanılmışdır. Sürücü sonradan adını bildiyi Təqsirləndirilən şəxs qəflətən avtomobildən düşüb qaçmış və o digər əməkdaşlar ilə birlikdə həmin şəxsin ardınca qaçmış və tutmuşlar. Sonra həmin Vüqar adlı şəxsin və Adil adlı şəxsin narkotik vasitə təsiri altında olmasını müşahidə etdikləri üçün üzərində şəxsi axtarış aparılması üçün Sabunçu RPİ-nin 13-cü PB-nə aparmışlar. 13-cü PB-də həmin Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya digər qanunsuz əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngi gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofanın içərisində 2 ədəd qablaşmada olan içərisində 25 ədəd kapsula olan «Paden-300» markalı kapsulalar, 2 ədəd qablaşmada olan içərisində 15 ədəd «Tramadol» markalı həblər, 1 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli maddə, 1 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli maddə, 1 ədəd şəffaf sellofana bükülmüş tüııg qəhvəyi rəngli maddə və bir ədəd şəffaf sellofana bükülmüş kristal formalı ağ maddələri çıxarıb təqdim edərək həmin sellofanın içərisində narkotik vasitə heroin və narkotik tərkibli dərmanlar və kristal formalı metamfetamin olduğunu, bu narkotik vasitələri Suraxanı rayonu, Gilan şadlıq sarayının yaxınlığında yerləşən parkda yerdən tapdığını gələcəkdə şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd şəffaf sellofanın içəriçində 2 ədəd qablaşmada olan içərisində 25 ədəd kapsıua olan Paden-300 markalı kapsulalar, 2 ədəd qablaşmada olan 15 ədəd Tramadol həbləri, 1 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli maddə, 1 ədəd şəffaf sellofana bükülmüş tünd qəhvəyi maddə və 1 ədəd şəffaf sellofana bükülmüş kristal formalı maddələr sübut əhəmiyyətə malik olduğundan zərfə qoyularaq üzəri möhürlənmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən LD markalı siqaret və içərisində 12 ədəd siqaret də aşkar olunmuş və özünə qaytarılmışdır. İştirakçılar və Təqsirləndirilən şəxs zərfdə imza etmişdir. Həmçinin protokol tərtib edildi və protokolda bütün iştirakçılarla imza edib doğruluğunu təsdiq etmişlər. Bundan sonra videoçəkiliş ilə tutulmuş digər şəxs Şahid1 üzərində şəxsi axtarış keçirilmiş, lakin heç bir qanunla qadağan oluqnmuş predmet aşkar olunmamışdır. Bu barədə də protokol tərtib olunaraq imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3, Şahid5 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında Şahid2 və Şahid4unun ifadələri tədqiq edilmişdir. Onlar Şahid5 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmədə Şahid1 ibtidai istintaqa verdiyi ifadəsi tədqiq olunmuşdur. O, ibtidai istintaqı zamanı verdiyi ifadəsində bildrmişdir ki, Təqsirləndirilən şəxs bir neçə ildir ki tanıyır. Lakin Vüqarın narkotik istifadəçisi olduğunu bilir. xx.xx.2020-ci il tarixdə X6 qəsəbəsində rastlaşmış və onun VAZ 2107 markalı avtomobilinə əyləşmişdir. Onu Zabrat qəsəbəsinə evə aparmasını xahiş etmişdir. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, dairənin yanında stasionar polis postunda onları saxlayıb icazələrinin olub- olmamasını soruşmuşlar. Bu zaman Vüqar qaçdığı üçün polislər onu saxlamışlar. Sonra Vüqarın üzərindən narkotik vasitə aşkar olunmuşdur. Onu da polis bölməsinə aparmışlar və üzərindən heç bir qanunsuz əşya çıxmamışdır. Əlavə olaraq bildirmişdir ki, Vüqar həmin günü ona demişdi ki, Ataş adlı şəxsdən narkotik vasitə alıb. Lakin həmin narkotik vasitəni görməmiş və hansı növ olmasını nə qədər olmasını bilmirmiş. Vüqar ona aldığın narkotikin «kokos» olduğunu demişdir. O nə üçün belə etdiyini deyəndə Vüqar ona bildirmişdir ki, Ataşdan narkotik vasitəni satıb ona xeyir vermək adı ilə almışdır. Lakin başqa heç nə soruşmamışdır. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxx 2020-ci il tarixli 6/446 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş yazısı olan paketdə, -l(bir) ədəd bükümdə, təmiz çəkisi 22,879 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; -l(bir) ədəd bükümdə, təmiz çəkisi 14,129 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; -l(bir) ədəd bükümdə, təmiz çəkisi 3,794 qram qəhvəyi kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; - zavod üsulu ilə qablaşdırılmış, üzərində Paden 300 (preqabalin) yazısı olan 2 ədəd konvalyutdakı 25 ədəd üzərində «PGN 300» yazısı olan qəhvəyi-ağ kapsulda olan ağ rəngli maddələr preqabalin tərkibli dərman preparatıdır və 25 ədəd kapsuldan ibarət təsiredici maddəsi preqabalinin ümumi miqdarı 7,5 qram (bir kapsulda 0,3 qram preqabalin olmaqla); - zavod üsulu ilə qablaşdırılmış, üzərində «Royal (tramadol Hurdrocholide)225» yazısı olan 2 ədəd konvalyutdakı 15 ədəd qırmızı rəngli dairəvi formalı həblər tramadol hidroxlorid tərkibli dərman preparatıdır və 15 ədəd həbdən ibarət təsiredici maddəsi tramadol hidroxloridin ümumi miqdarı 3,375 qram (bir həbdə 0,225 qram tramadol hidroxlorid olmaqla) Vət. Təqsirləndirilən şəxs götürülmüş heroinin ümumi təmiz çəkisi 37,0008 qramdır. Heroin «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələr»in, metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına, tramadol hidroxlorid və preqabalin tropmkamid «güclü təsir edən maddələrin və onların külli miqdarı»nm siyahısına daxildirlər. Məhkəmədə tədqiq edilmiş iş üzrə məhkəmə narkoloji ekspertizasının xx xxx 2020-ci il tarixli 1234 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan amfetamindən suiistifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəmstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ittiham düzgun verilmişdir. İş üzrə toplanmış sübutlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ibtidai istintaq orqanı tərəfindən ittiham verməyə əsas verir. Məhkəmə tərkibi hesab edir ki, bu səbəbdən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə, həmin məcəllənin 66.3-cü maddəsini tətbiq etməklə azadlıqdan məhrum etmə cəzası növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və külli miqdarda psixotrop maddə olan metamfetamin əldə edib daşıma və saxlama cinayət əməllərini törətmişdir. Bu səbəbdən məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1. ,234.4.3 və 240.3.2.-ci maddələri nəzərdə tutulmuş cinayətin tərkibi vardır və o, həmin əməlləri törətməkdə təqsirlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olması onun cəzasını yüngülləşdirən hal hesab olunur. Həmin Məcəllənin 61-ci maddəsinin tələblərinə əsasən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzam yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3. və 240.3.2.-ci -cü maddələri ilə sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli xx.xx.2020ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş musadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın, habelə həmin pul vəsaitləri və yaxud digər əmlak hesabına əldə edilmiş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsinin; terrorçuluğun, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutmuşdur. Hazırki cinayət işi üzrə müsadirə olunmalı əmlak yoxdur. İş üzrə maddi sübut kimi aşkar olunmuş polietilen torbada ayrı- ayrılıqda 22,879 qram, 14,129 qram şəffaf polietilen bükümlərdə heroin, 3,794 qram şəffaf polietilen bükümdə metamfetamin, tərkibində cəmi 7,5 qram preqabalin olan üzərində «Paden 300» yazısı olan 2 ədəd konvalyutda 25 ədəd üzərində «PGN 300» yazısı olan qəhvəyi-ağ kapsullar, tərkibində cəmi 3,375 qram tramadol hidroxlorid olan üzərində «Royal tramadol hydrocholide 225» yazısı olan 2 ədəd konvalyutda 15 ədəd həblər maddi sübut qismində tanınmışdır. Ekspertiza tədqiqatından sonra qalıq qalmış 36,808 qram heroin, 3,694 qram metamfetamin, Paden 300 markalı 24 ədəd həb və Royal markalı 14 ədəd tramadol həbləri Sabunçu RPİ-nin maddi sübutlar məhv edilməlidir. İş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin hesabına köçürülməlidir . Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmənin qərarı əsasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və bununla əlaqədar olaraq müdafiəçi tərəfindən iş saatı həcmində hüquqi yardım sərf edilmişdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş müdafiəçi X1 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil bürosunun hesablaşma hesabına 240 (iki yüz qırx) manat məbləğində pulun köçürülməsini qanuni və əsaslı hesab edir. Cinayət işi üzrə, mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirili bilinib 6 (altı) il müddətinə, 240.3.2-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsi tətbiq edilməklə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını «ümumi» rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi DİN-in Sabunçu RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 36,808 qram heroin, 3,694 qram metamfetamin, Paden 300 markalı 24 ədəd həb və Royal markalı 14 ədəd tramadol həbləri məhv edilsin. İş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin hesabına köçürülsün . Məhkəmədə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsi vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil bürosunun hesablaşma hesabına 240 ( iki yüz qırx) manat məbləğində pul vəsaiti köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Eldar Mikayılov