Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-245/2022 16.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X18, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi4, Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi6 və “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi5, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 və Nümayəndə1 nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə2 iştirakları ilə
1. 30 dekabr 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə,
2. xx xxx 1994-cü il tarixdə Saatlı rayonu, Soltanabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Qaradağ Rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli, 1(002)-303/2018 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1ci maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmiş, cəriməni tam ödəmiş, 11 mart 2021-ci il tarixdə şöbənin qeydiyyatından çıxarılmış, məhkumluğu ödənilməmiş, Saatlı rayonu, Soltanabad kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X19
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə,
3. xx xxxxxxx 1993-cü il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri, Nərimanabad 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə,
4. xx xxxxxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsində qeydiyyatda olmaqla, Samux rayonu, Çobanabadlı kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq,
müəyyən e t d i:
Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş-hüquqi şəxsə külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2019-cu ilin may ayının əvvəlindən həmin ilin noyabr ayının əvvəlinə, daha sonra 2020-ci ilin may ayının ortalarından həmin ilin may ayının axırına qədər olan müddət ərzində gecə saatlarında işlədiyi ünvan 4 ünvanda yerləşən Zərərçəkmiş şəxs MMC-nin anbarına pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq anbarın giriş qapısını içəridən açaraq daxil olaraq vahid niyyətlə davamlı olaraq hər birinin qiyməti 135 manat, ümumi dəyəri 540 manat olan 4 ədəd «zadvişka 80», hər birinin qiyməti 135 manat, ümumi dəyəri 135 manat olan 1 ədəd «zadvişka 60», hər birinin qiyməti 3,5 manat, ümumi dəyəri 87,5 manat olan 25 ədəd «şayba M10», hər birinin qiyməti 3,8 manat, ümumi dəyəri 190 manat olan 50 ədəd «şayba M8», hər birinin qiyməti 3,8 manat, ümumi dəyəri 91,2 manat olan 24 ədəd «qayka M10», hər birinin qiyməti 0,18 manat, ümumi dəyəri 270 manat olan 1.500 ədəd «köşə», hər birinin qiyməti 0,16 manat, ümumi dəyəri 80 manat olan 500 ədəd «sıxıcı vent», hər birinin qiyməti 0,77 manat, ümumi dəyəri 249,48 manat olan 324 ədəd «izolyasiya 13x18 mm», hər birinin qiyməti 1,32 manat, ümumi dəyəri 79,2 manat olan 60 ədəd «dirsək 20-15 çöl diş», hər birinin qiyməti 1,58 manat, ümumi dəyəri 31,6 manat olan 20 ədəd «dirsək 32-20 iç diş», hər birinin qiyməti 1,84 manat, ümumi dəyəri 18,4 manat olan 10 ədəd «dirsək 25-20 iç diş», hər birinin qiyməti 3,88 manat, ümumi dəyəri 116,4 manat olan 30 ədəd «dirsək 32-25 çöl diş», hər birinin qiyməti 2,67 manat, ümumi dəyəri 32,04 manat olan 12 ədəd «dirsək 32-25 iç diş», hər birinin qiyməti 1,12 manat, ümumi dəyəri 113,12 manat olan 101 ədəd «dirsək 25-15 iç diş», hər birinin qiyməti 1,38 manat, ümumi dəyəri 71,76 manat olan 52 ədəd «dirsək 25-15 çöl diş», hər birinin qiyməti 0,98 manat, ümumi dəyəri 19,6 manat olan 20 ədəd «dirsək 20-15 iç diş», hər birinin qiyməti 0,09 manat, ümumi dəyəri 0,09 manat olan 1 ədəd «mufta 20», hər birinin qiyməti 3,42 manat, ümumi dəyəri 27,36 manat olan 8 ədəd «mufta 32-25 çöl diş», hər birinin qiyməti 2,27 manat, ümumi dəyəri 360,93 manat olan 159 ədəd «mufta 32-25 iş diş», hər birinin qiyməti 9,92 manat, ümumi dəyəri 178,56 manat olan 18 ədəd «mufta 40 çöl diş», hər birinin qiyməti 18,12 manat, ümumi dəyəri 579,84 manat olan 32 ədəd «mufta 63 çöl diş», hər birinin qiyməti 1,27 manat, ümumi dəyəri 2,54 manat olan 2 ədəd «rakor 25-20 çöl diş», hər birinin qiyməti 3,88 manat, ümumi dəyəri 3,88 manat olan 1 ədəd «mufta 25 iç diş», hər birinin qiyməti 23,12 manat, ümumi dəyəri 184,96 manat olan 8 ədəd «mufta 75 iç diş», hər birinin qiyməti 38,59 manat, ümumi dəyəri 77,18 manat olan 2 ədəd «mufta 75 çöl diş», hər birinin qiyməti 1,41 manat, ümumi dəyəri 100,11 manat olan 71 ədəd «mufta 32-20 iç diş», hər birinin qiyməti 10,38 manat, ümumi dəyəri 249,12 manat olan 24 ədəd «mufta 50 çöl diş», hər birinin qiyməti 1,27 manat, ümumi dəyəri 1,27 manat olan 1 ədəd «mufta 25-20 iç diş», hər birinin qiyməti 0,92 manat, ümumi dəyəri 82,8 manat olan 90 ədəd «mufta 25-15 iç diş », hər birinin qiyməti 26,28 manat, ümumi dəyəri 289,08 manat olan 11 ədəd «amerikanka 63 çöl diş», hər birinin qiyməti 0,23 manat, ümumi dəyəri 0,23 manat olan 1 ədəd «zaqluşka 32», hər birinin qiyməti 7,99 manat, ümumi dəyəri 39,95 manat olan 5 ədəd «amerikanka 40 iç diş», hər birinin qiyməti 23,18 manat, ümumi dəyəri 254,98 manat olan 11 ədəd «amerikanka 63 iç diş», hər birinin qiyməti 38,33 manat, ümumi dəyəri 268,31 manat olan 7 ədəd «ventil 63», hər birinin qiyməti 13,75 manat, ümumi dəyəri 123,75 manat olan 9 ədəd «ventil kafel altı 32», hər birinin qiyməti 8,94 manat, ümumi dəyəri 44,7 manat olan 5 ədəd «ventil kafel altı 25», hər birinin qiyməti 10,38 manat, ümumi dəyəri 20,76 manat olan 2 ədəd «rakor 50 çöl diş», hər birinin qiyməti 4,77 manat, ümumi dəyəri 1001,7 manat olan 210 ədəd «ventil 25», hər birinin qiyməti 0,12 manat, ümumi dəyəri 36 manat olan 300 ədəd «dirsək 20/45», hər birinin qiyməti 0,17 manat, ümumi dəyəri 5,95 manat olan 35 ədəd «keçid 32-25», hər birinin qiyməti 0,23 manat, ümumi dəyəri 0,23 manat olan 1 ədəd «traynik 25», hər birinin qiyməti 0,09 manat, ümumi dəyəri 0,09 manat olan 1 ədəd «mufta 20», hər birinin qiyməti 1,65 manat, ümumi dəyəri 75,9 manat olan 46 ədəd «slikon vent», hər birinin qiyməti 14,06 manat, ümumi dəyəri 492,1 manat olan 35 ədəd «amerikanka 50 iç diş», hər birinin qiyməti 9,17 manat, ümumi dəyəri 146,72 manat olan 16 ədəd «amerikanka 40 çöl diş», hər birinin qiyməti 4,57 manat, ümumi dəyəri 265,06 manat olan 58 ədəd «amerikanka 32 iç diş», hər birinin qiyməti 2,47 manat, ümumi dəyəri 123,5 manat olan 50 ədəd «amerikanka 20 iç diş», hər birinin qiyməti 3,88 manat, ümumi dəyəri 364,72 manat olan 94 ədəd «amerikanka 25 iç diş», hər birinin qiyməti 2,93 manat, ümumi dəyəri 52,74 manat olan 18 ədəd «amerikanka 20 çöl diş», hər birinin qiyməti 4,63 manat, ümumi dəyəri 4,63 manat olan 1 ədəd «amerikanka 25 çöl diş», hər birinin qiyməti 1,24 manat, ümumi dəyəri 124 manat olan 100 ədəd «mufta 25-15 çöl diş», hər birinin qiyməti 7,39 manat, ümumi dəyəri 14,78 manat olan 2 ədəd «mufta 50-40 çöl diş», hər birinin qiyməti 11,7 manat, ümumi dəyəri 152,1 manat olan 13 ədəd «mufta 63 iç diş», hər birinin qiyməti 1,21 manat, ümumi dəyəri 151,25 manat olan 125 ədəd «mufta 20-15 çöl diş», hər birinin qiyməti 12,02 manat, ümumi dəyəri 192,32 manat olan 16 ədəd «mufta 50 iç diş», hər birinin qiyməti 23,87 manat, ümumi dəyəri 477,4 manat olan 20 ədəd «ventil 50», hər birinin qiyməti 1,58 manat, ümumi dəyəri 154,84 manat olan 98 ədəd «dirsək 32-20 iç diş», hər birinin qiyməti 1,78 manat, ümumi dəyəri 106,8 manat olan 60 ədəd «dirsək 32-15 iç diş», hər birinin qiyməti 1,7 manat, ümumi dəyəri 102 manat olan 60 ədəd «rakor 25-20 çöl diş», hər birinin qiyməti 5,06 manat, ümumi dəyəri 597,08 manat olan 118 ədəd «mufta 32-20 çöl diş», hər birinin qiyməti 28 manat, ümumi dəyəri 56 manat olan 2 ədəd «yanğın ventili 50», hər birinin qiyməti 3,5 manat, ümumi dəyəri 3,5 manat olan 1 ədəd «baçonka 40», hər birinin qiyməti 6,5 manat, ümumi dəyəri 6,5 manat olan 1 ədəd «traynik 25 bronza», hər birinin qiyməti 6,5 manat, ümumi dəyəri 6,5 manat olan 1 ədəd «ventil kəpənək 20», hər birinin qiyməti 4,5 manat, ümumi dəyəri 211,5 manat olan 47 ədəd «amerikanka 20 bronza», hər birinin qiyməti 4,5 manat, ümumi dəyəri 27 manat olan 6 ədəd «mufta 26 press», hər birinin qiyməti 0,9 manat, ümumi dəyəri 7,20 manat olan 8 ədəd «keçid 20- 15», hər birinin qiyməti 4,77 manat, ümumi dəyəri 9,54 manat olan 2 ədəd «ventil 25», hər birinin qiyməti 27,9 manat, ümumi dəyəri 753,3 manat olan 27 ədəd «izofleks 203», hər birinin qiyməti 22,59 manat, ümumi dəyəri 1423,17 manat olan 63 ədəd «izofleks 152», hər birinin qiyməti 20,92 manat, ümumi dəyəri 125,52 manat olan 6 ədəd «izofleks 127», hər birinin qiyməti 17,68 manat, ümumi dəyəri 212,16 manat olan 12 ədəd «izofleks 102», hər birinin qiyməti 11,19 manat, ümumi dəyəri 805,68 manat olan 72 ədəd «sadə fleks 203», hər birinin qiyməti 4,68 manat, ümumi dəyəri 84,24 manat olan 18 ədəd «sadə fleks 102», hər birinin qiyməti 7,04 manat, ümumi dəyəri 77,44 manat olan 11 ədəd «sadə fleks 152», hər birinin qiyməti 356,92 manat, ümumi dəyəri 713,84 manat olan 2 ədəd «fankoyl MKT3- 1000G30», hər birinin qiyməti 335,67 manat, ümumi dəyəri 671,34 manat olan 2 ədəd «fankoyl MKT3-80031», hər birinin qiyməti 184,83 manat, ümumi dəyəri 369,66 manat olan 2 ədəd «fankoyl MKF5-300», hər birinin qiyməti 289 manat, ümumi dəyəri 1734 manat olan 6 ədəd «fankoyl MKF5-250», hər metrinin qiyməti 1,4 manat, ümumi dəyəri 1122,8 manat olan 802 metr «rot M10», hər metrinin qiyməti 0,9 manat, ümumi dəyəri 775,8 manat olan 862 metr «rot M8», hər metrinin qiyməti 2 manat, ümumi dəyəri 808 manat olan 404 metr «profil C», hər birinin qiyməti 17,04 manat, ümumi dəyəri 3834 manat olan 225 ədəd «pult bv», hər kvadrat metrinin qiyməti 8 manat, ümumi dəyəri 1008 manat olan 126 kvadrat metr «izolyasiya 13mm», hər qutusunun qiyməti 7,04 manat, ümumi dəyəri 91,52 manat olan 13 qutu «fleks sadə 152 mm», hər qutusunun qiyməti 5,84 manat, ümumi dəyəri 99,28 manat olan 17 qutu «fleks sadə 127 mm», hər birinin qiyməti 0,18 manat, ümumi dəyəri 810 manat olan 4500 ədəd «köşə», hər birinin qiyməti 0,16 manat, ümumi dəyəri 320 manat olan 2000 ədəd «sıxıcı vent», hər qutusunun qiyməti 130 manat, ümumi dəyəri 520 manat olan 4 qutu «led işıq», hər birinin qiyməti 5,2 manat, ümumi dəyəri 473,2 manat olan 91 ədəd «vintil 15 mm dəmir proaqro», hər birinin qiyməti 32 manat, ümumi dəyəri 64 manat olan 2 ədəd «vintil 50 mm dəmir proaqro», hər birinin qiyməti 18,2 manat, ümumi dəyəri 54,6 manat olan 3 ədəd «vintil 40 mm dəmir proaqro», hər birinin qiyməti 22,36 manat, ümumi dəyəri 22,36 manat olan 1 ədəd «vintil 32 mm dəmir proaqro», hər birinin qiyməti 13,94 manat, ümumi dəyəri 1352,18 manat olan 97 ədəd «vintil 25 mm dəmir proaqro», hər birinin qiyməti 7,6 manat, ümumi dəyəri 53,2 manat olan 7 ədəd «vintil 20 mm dəmir proaqro», hər birinin qiyməti 0,55 manat, ümumi dəyəri 16,5 manat olan 30 ədəd «mufta 20 mm rezba», hər birinin qiyməti 7,22 manat, ümumi dəyəri 7,22 manat olan 1 ədəd «vintil amerikanka 20 mm», hər birinin qiyməti 17,38 manat, ümumi dəyəri 34,76 manat olan 2 ədəd «vintil amerikanka 25 mm», hər birinin qiyməti 20,49 manat, ümumi dəyəri 40,98 manat olan 2 ədəd «amerikanka 32 mm» vintili gizli olaraq talayıb cəmi 28.464,1 manat məbləğində, daha sonra 10 iyun 2020-ci il tarixdə gecə saatlarında tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbr olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında həmin anbara pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq anbarın giriş qapısını içəridən açaraq daxil olaraq vahid niyyətlə davamlı olaraq oradan hər birinin qiyməti 4 manat, ümumi dəyəri 8 manat olan 2 ədəd «slikon qri», hər birinin qiyməti 15 manat, ümumi dəyəri 135 manat olan 9 ədəd «fleks sadə 203», hər metrinin qiyməti 0,9 manat, ümumi dəyəri 25,2 manat olan 28 metr «rot M8», hər birinin qiyməti 356,92 manat, ümumi dəyəri 713,84 manat olan 2 ədəd «fankoy MKT3-1000», hər birinin qiyməti 35 manat, ümumi dəyəri 35 manat olan 1 ədəd «fleks 203 izolyasiyalı», hər birinin qiyməti 11,7 manat, ümumi dəyəri 140,4 manat olan 12 ədəd «rakor 63 iç diş», hər birinin qiyməti 10,38 manat, ümumi dəyəri 249,12 manat olan 24 ədəd «rakor 50 çöl diş», hər birinin qiyməti 1,58 manat, ümumi dəyəri 126,4 manat olan 80 ədəd «uqolnik 32-20 iç diş», hər birinin qiyməti 1,21 manat, ümumi dəyəri 42,35 manat olan 35 ədəd «rakor 20-15 çöl diş», hər birinin qiyməti 1,27 manat, ümumi dəyəri 163,83 manat olan 129 ədəd «rakor 25-20 iç diş», hər birinin qiyməti 1,41 manat, ümumi dəyəri 14,1 manat olan 10 ədəd «rakor 32-20 iç diş», hər birinin qiyməti 1,7 manat, ümumi dəyəri 103,7 manat olan 61 ədəd «rakor 25-20 çöl diş», hər birinin qiyməti 3,42 manat, ümumi dəyəri 471,96 manat olan 138 ədəd «rakor 32-25 çöl diş», hər birinin qiyməti 23,12 manat, ümumi dəyəri 23,12 manat olan 1 ədəd «rakor 75 iç diş», hər birinin qiyməti 1,84 manat, ümumi dəyəri 92 manat olan 50 ədəd «uqolnik 25-20 çöl diş», hər birinin qiyməti 1,38 manat, ümumi dəyəri 13,8 manat olan 10 ədəd «uqolnik 25-15 çöl diş», hər birinin qiyməti 9,17 manat, ümumi dəyəri 64,19 manat olan 7 ədəd «amerikanka 40-32 çöl diş», hər birinin qiyməti 223,27 manat, ümumi dəyəri 1116,35 manat olan 5 ədəd «fankoyl MKT3- 400 G30», hər birinin qiyməti 0,14 manat, ümumi dəyəri 1.050 manat olan 7.500 ədəd «köşə 25», hər metrinin qiyməti 1,3 manat, ümumi dəyəri 2.210 manat olan 1.700 metr «fiəns 25mm», hər birinin qiyməti 0,14 manat, ümumi dəyəri 210 manat olan 1.500 ədəd «klips 25mm», hər birinin qiyməti 0,14 manat, ümumi dəyəri 70 manat olan 500 ədəd «klips 25mm», hər metrinin qiyməti 1,3 manat, ümumi dəyəri 260 manat olan 200 metr «fiəns 25», hər metrinin qiyməti 1,3 manat, ümumi dəyəri 130 manat olan 100 metr «fiəns 25», hər qutusunun qiyməti 4,5 manat, ümumi dəyəri 9 manat olan 2 qutu «çonra 13mm», hər kvadrat metrinin qiyməti 8 manat, ümumi dəyəri 720 manat olan 90 kvadrat metr «izolyasiya 13 mm yapışqan», hər kvadrat metrinin qiyməti 7 manat, ümumi dəyəri 840 manat olan 120 kvadrat metr «izolyasiya 10 mm yapışqan», hər birinin qiyməti 7,60 manat, ümumi dəyəri 486,4 manat olan 64 ədəd «dəmir proaqro 20 mm» vintili gizli olaraq talayıb cəmi 9523,76 manat məbləğində, daha sonra 14, 21 və 26 iyun 2020-ci il tarixlərdə gecə saatlarında tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında həmin anbara pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq anbarın giriş qapısını içəridən açaraq daxil olaraq vahid niyyətlə davamlı olaraq oradan hər birinin qiyməti 7,60 manat, ümumi dəyəri 1276,8 manat olan 168 ədəd «vintil dəmir proaqro 20 mm», hər birinin qiyməti 434,47 manat, ümumi dəyəri 1303,41 manat olan 3 ədəd «fancoil», hər birinin qiyməti 1,07 manat, ümumi dəyəri 2.990,65 manat olan 2795 ədəd «flans», hər birinin qiyməti 8,31 manat, ümumi dəyəri 74,79 manat olan 9 ədəd «Meta-flexiva Uninsulated Flex metalized - none 152», hər birinin qiyməti 11,19 manat, ümumi dəyəri 2349,9 manat olan 210 ədəd «Meta-flexiva Uninsulated Flex metalized none 203», hər kvadrat metrinin qiyməti 8,5 manat, ümumi dəyəri 1071 manat olan 126 kvadrat metr «izolyasiya 13 mm», hər kvadrat metrinin qiyməti 7,08 manat, ümumi dəyəri 5210,88 manat olan 736 kvadrat metr «izolyasiya 9 kv.m (10 kv.m)», hər birinin qiyməti 1,27 manat, ümumi dəyəri 266,70 manat olan 210 ədəd «rakor 25-20 iç/d», hər birinin qiyməti 1,38 manat, ümumi dəyəri 13,8 manat olan 10 ədəd «rakor 25-15 iç/d», hər birinin qiyməti 1,21 manat, ümumi dəyəri 66,55 manat olan 55 ədəd «rakor 20-15 çöl /d», hər birinin qiyməti 0,94 manat, ümumi dəyəri 836,6 manat olan 890 ədəd «rot M-8», hər birinin qiyməti 1,59 manat, ümumi dəyəri 1.275,18 manat olan 802 ədəd «rot M-10», hər birinin qiyməti 135 manat, ümumi dəyəri 2.025 manat olan 15 ədəd «zadvişka 8 mm», hər birinin qiyməti 7,6 manat, ümumi dəyəri 53,2 manat olan 7 ədəd «vintil dəmir proaqro», hər birinin qiyməti 16,5 manat, ümumi dəyəri 511,5 manat olan 31 ədəd «pl amerikanka 63/50 i/d-ç/d», hər birinin qiyməti 9 manat, ümumi dəyəri 225 manat olan 25 ədəd «pl amerikanka 40/32 i/d», hər birinin qiyməti 3,5 manat, ümumi dəyəri 84 manat olan 24 ədəd «qayka M10», hər birinin qiyməti 3,5 manat, ümumi dəyəri 280 manat olan 80 ədəd «şayba M10», hər birinin qiyməti 1,42 manat, ümumi dəyəri 1109,02 manat olan 781 ədəd «25/20 mm iç/d» dirsək rekorunu gizli olaraq talayıb cəmi 21.023,98 manat məbləğində, daha sonra 28 iyun 2020-ci il tarixdə gecə saatlarında tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbr olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında həmin anbara pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq anbarın giriş qapısını içəridən açaraq daxil olaraq vahid niyyətlə davamlı olaraq oradan hər birinin qiyməti 1,84 manat, ümumi dəyəri 283,36 manat olan 154 ədəd «dirsək retor 25/20 mm iç/d», hər birinin qiyməti 1,69 manat, ümumi dəyəri 196,04 manat olan 116 ədəd «dirsək retor 32/25 mm iç/d», hər birinin qiyməti 0,1 manat, ümumi dəyəri 350 manat olan 3500 ədəd «mufta 20», hər birinin qiyməti 2,27 manat, ümumi dəyəri 908 manat olan 400 ədəd «mufta 32/25 rezbalı», hər birinin qiyməti 23,12 manat, ümumi dəyəri 971,4 manat olan 42 ədəd «mufta 46/63 rezbalı», hər birinin qiyməti 0,77 manat, ümumi dəyəri 99,33 manat olan 129 ədəd «izolyasiya 18/13», hər birinin qiyməti 2,5 manat, ümumi dəyəri 262,5 manat olan 105 ədəd «baçonka 20 br», hər birinin qiyməti 0,23 manat, ümumi dəyəri 210,68 manat olan 916 ədəd «qapama 32 payka», hər birinin qiyməti 130 manat, ümumi dəyəri 4.550 manat olan 35 ədəd «led» işığı gizli olaraq talayıb 7830,95 manat məbləğində olmaqla zərərçəkmiş-hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nə ümumilikdə 66.842,79 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş-hüquqi şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 oğlu özgənin əmlakını gizli olaraq talamaq məqsədilə vahid niyyətlə davamlı olaraq ilk dəfə 10 iyun 2020-ci il tarixdə gecə saatlarında tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında ünvan 4 ünvanda yerləşən və saxlanc yeri hesab olunan Zərərçəkmiş şəxs MMC-nin anbarına pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq anbarın giriş qapısını içəridən açaraq daxil olaraq vahid niyyətlə davamlı olaraq oradan hər birinin qiyməti 4 manat, ümumi dəyəri 8 manat olan 2 ədəd «slikon qri», hər birinin qiyməti 15 manat, ümumi dəyəri 135 manat olan 9 ədəd «fleks sadə 203», hər metrinin qiyməti 0,9 manat, ümumi dəyəri 25,2 manat olan 28 metr «rot M8», hər birinin qiyməti 356,92 manat, ümumi dəyəri 713,84 manat olan 2 ədəd «fankoy MKT3- 1000», hər birinin qiyməti 35 manat, ümumi dəyəri 35 manat olan 1 ədəd «fleks 203 izolyasiyalı», hər birinin qiyməti 11,7 manat, ümumi dəyəri 140,4 manat olan 12 ədəd «rakor 63 iç diş», hər birinin qiyməti 10,38 manat, ümumi dəyəri 249,12 manat olan 24 ədəd «rakor 50 çöl diş», hər birinin qiyməti 1,58 manat, ümumi dəyəri 126,4 manat olan 80 ədəd «uqolnik 32-20 iç diş», hər birinin qiyməti 1,21 manat, ümumi dəyəri 42,35 manat olan 35 ədəd «rakor 20-15 çöl diş», hər birinin qiyməti 1,27 manat, ümumi dəyəri 163,83 manat olan 129 ədəd «rakor 25-20 iç diş», hər birinin qiyməti 1,41 manat, ümumi dəyəri 14,1 manat olan 10 ədəd «rakor 32-20 iç diş», hər birinin qiyməti 1,7 manat, ümumi dəyəri 103,7 manat olan 61 ədəd «rakor 25- 20 çöl diş», hər birinin qiyməti 3,42 manat, ümumi dəyəri 471,96 manat olan 138 ədəd «rakor 32-25 çöl diş», hər birinin qiyməti 23,12 manat, ümumi dəyəri 23,12 manat olan 1 ədəd «rakor 75 iç diş», hər birinin qiyməti 1,84 manat, ümumi dəyəri 92 manat olan 50 ədəd «uqolnik 25-20 çöl diş», hər birinin qiyməti 1,38 manat, ümumi dəyəri 13,8 manat olan 10 ədəd «uqolnik 25-15 çöl diş», hər birinin qiyməti 9,17 manat, ümumi dəyəri 64,19 manat olan 7 ədəd «amerikanka 40-32 çöl diş», hər birinin qiyməti 223,27 manat, ümumi dəyəri 1116,35 manat olan 5 ədəd «fankoyl MKT3-400 G30», hər birinin qiyməti 0,14 manat, ümumi dəyəri 1.050 manat olan 7.500 ədəd «köşə 25», hər metrinin qiyməti 1,3 manat, ümumi dəyəri 2.210 manat olan 1.700 metr «fləns 25mm», hər birinin qiyməti 0,14 manat, ümumi dəyəri 210 manat olan 1.500 ədəd «klips 25mm», hər birinin qiyməti 0,14 manat, ümumi dəyəri 70 manat olan 500 ədəd «klips 25mm», hər metrinin qiyməti 1,3 manat, ümumi dəyəri 260 manat olan 200 metr «fləns 25», hər metrinin qiyməti 1,3 manat, ümumi dəyəri 130 manat olan 100 metr «fləns 25», hər qutusunun qiyməti 4,5 manat, ümumi dəyəri 9 manat olan 2 qutu «çonra 13mm», hər kvadrat metrinin qiyməti 8 manat, ümumi dəyəri 720 manat olan 90 kvadrat metr «izolyasiya 13 mm yapışqan», hər kvadrat metrinin qiyməti 7 manat, ümumi dəyəri 840 manat olan 120 kvadrat metr «izolyasiya 10 mm yapışqan», hər birinin qiyməti 7,60 manat, ümumi dəyəri 486,4 manat olan 64 ədəd «dəmir proaqro 20 mm» vintili gizli olaraq talayıb cəmi 9523,76 manat məbləğində, daha sonra 28 iyun 2020-ci il tarixdə gecə saatlarında tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında həmin anbara pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq anbarın giriş qapısını içəridən açaraq daxil olaraq vahid niyyətlə davamlı olaraq oradan hər birinin qiyməti 1,84 manat, ümumi dəyəri 283,36 manat olan 154 ədəd «dirsək retor 25/20 mm iç/d», hər birinin qiyməti 1,69 manat, ümumi dəyəri 196,04 manat olan 116 ədəd «dirsək retor 32/25 mm iç/d», hər birinin qiyməti 0,1 manat, ümumi dəyəri 350 manat olan 3500 ədəd «mufta 20», hər birinin qiyməti 2,27 manat, ümumi dəyəri 908 manat olan 400 ədəd «mufta 32/25 rezbalı», hər birinin qiyməti 23,12 manat, ümumi dəyəri 971,04 manat olan 42 ədəd «mufta 46/63 rezbalı», hər birinin qiyməti 0,77 manat, ümumi dəyəri 99,33 manat olan 129 ədəd «izolyasiya 18/13», hər birinin qiyməti 2,5 manat, ümumi dəyəri 262,5 manat olan 105 ədəd «baçonka 20 br», hər birinin qiyməti 0,23 manat, ümumi dəyəri 210,68 manat olan 916 ədəd «qapama 32 payka», hər birinin qiyməti 130 manat, ümumi dəyəri 4.550 manat olan 35 ədəd «led» işıqı gizli olaraq talayıb cəmi 7830,95 manat məbləğində olmaqla zərərçəkmiş-hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nə ümumilikdə 17.354,71 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş-hüquqi şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 28 iyun 2020-ci il tarixdə gecə saatlarında tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında ünvan 4 ünvanda yerləşən və saxlanc yeri hesab olunan Zərərçəkmiş şəxs MMC-nin anbarına pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq anbarın giriş qapısını içəridən açaraq daxil olaraq oradan hər birinin qiyməti 1,84 manat, ümumi dəyəri 283,36 manat olan 154 ədəd «dirsək retor 25/20 mm iç/d», hər birinin qiyməti 1,69 manat, ümumi dəyəri 196,04 manat olan 116 ədəd «dirsək retor 32/25 mm iç/d», hər birinin qiyməti 0,1 manat, ümumi dəyəri 350 manat olan 3500 ədəd «mufta 20», hər birinin qiyməti 2,27 manat, ümumi dəyəri 908 manat olan 400 ədəd «mufta 32/25 rezbalı», hər birinin qiyməti 23,12 manat, ümumi dəyəri 971,04 manat olan 42 ədəd «mufta 46/63 rezbalı», hər birinin qiyməti 0,77 manat, ümumi dəyəri 99,33 manat olan 129 ədəd «izolyasiya 18/13», hər birinin qiyməti 2,5 manat, ümumi dəyəri 262,5 manat olan 105 ədəd «baçonka 20 br», hər birinin qiyməti 0,23 manat, ümumi dəyəri 210,68 manat olan 916 ədəd «qapama 32 payka», hər birinin qiyməti 130 manat, ümumi dəyəri 4.550 manat olan 35 ədəd «led» işığı gizli olaraq talayıb zərərçəkmiş-hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nə ümumilikdə 7830,95 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs4 bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş-hüquqi şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs4 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə vahid niyyətlə davamlı olaraq 14, 21 və 26 iyun 2020-ci il tarixlərdə gecə saatlarında tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında həmin anbara pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq anbarın giriş qapısını içəridən açaraq daxil olaraq vahid niyyətlə davamlı olaraq oradan hər birinin qiyməti 7,60 manat, ümumi dəyəri 1276,8 manat olan 168 ədəd «vintil dəmir proaqro 20 mm», hər birinin qiyməti 434,47 manat, ümumi dəyəri 1303,41 manat olan 3 ədəd «fancoil», hər birinin qiyməti 1,07 manat, ümumi dəyəri 2.990,65 manat olan 2795 ədəd «flans», hər birinin qiyməti 8,31 manat, ümumi dəyəri 74,79 manat olan 9 ədəd «Metaflexiva Uninsulated Flex metalized - none 152», hər birinin qiyməti 11,19 manat, ümumi dəyəri 2349,9 manat olan 210 ədəd «Meta-flexiva Uninsulated Flex metalized - none 203», hər kvadrat metrinin qiyməti 8,5 manat, ümumi dəyəri 1071 manat olan 126 kvadrat metr «izolyasiya 13 mm», hər kvadrat metrinin qiyməti 7,08 manat, ümumi dəyəri 5210,88 manat olan 736 kvadrat metr «izolyasiya 9 kv.m (10 kv.m)», hər birinin qiyməti 1,27 manat, ümumi dəyəri 266,70 manat olan 210 ədəd «rakor 25-20 iç/d», hər birinin qiyməti 1,38 manat, ümumi dəyəri 13,8 manat olan 10 ədəd «rakor 25-15 iç/d», hər birinin qiyməti 1,21 manat, ümumi dəyəri 66,55 manat olan 55 ədəd «rakor 20-15 çöl /d», hər birinin qiyməti 0,94 manat, ümumi dəyəri 836,6 manat olan 890 ədəd «rot M-8», hər birinin qiyməti 1,59 manat, ümumi dəyəri 1.275,18 manat olan 802 ədəd «rot M-10», hər birinin qiyməti 135 manat, ümumi dəyəri 2.025 manat olan 15 ədəd «zadvişka 8 mm», hər birinin qiyməti 7,6 manat, ümumi dəyəri 53,2 manat olan 7 ədəd «vintil dəmir proaqro», hər birinin qiyməti 16,5 manat, ümumi dəyəri 511,5 manat olan 31 ədəd «pl amerikanka 63/50 i/d-ç/d», hər birinin qiyməti 9 manat, ümumi dəyəri 225 manat olan 25 ədəd «pl amerikanka 40/32 i/d», hər birinin qiyməti 3,5 manat, ümumi dəyəri 84 manat olan 24 ədəd «qayka M10», hər birinin qiyməti 3,5 manat, ümumi dəyəri 280 manat olan 80 ədəd «şayba M10», hər birinin qiyməti 1,42 manat, ümumi dəyəri 1109,02 manat olan 781 ədəd «25/20 mm iç/d» dirsək rekoru gizli olaraq talayıb zərərçəkmiş-hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nə ümumilikdə 21.023,98 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 oğlu ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2018-ci ilin iyul ayında Zərərçəkmiş şəxs MMC-nə məxsus ünvan 4 ünvanda yerləşən anbara Şahid16 vasitəsi ilə fəhlə kimi işə qəbul olunmuşdur. Sonradan anbardar işləməsini Şahid16 xahiş etmiş və o, 2020-ci ilin fevral ayının ortalarından 2020-ci ilin may ayının 20nə kimi həmin anbarda anbardar vəzifəsinə köçürülmüşdür. Onunla anbarda olan malların təhvil-təslim işləri aparılmamışdır. 2019-cu ilin may-noyabr aylarında anbardan hissə-hissə müxtəlif növ malları və avadanlıqları Şahid16 deməsinə görə çıxarıb Azərin idarə etdiyi avtomobilə yükləmişdir. Azərin «Mersedes ÇEŞKA» markalı maşını olmuşdur. Həmin müxtəlif növ avadanlıqları və malları Şahid16 idarə etdiyi avtomobillə anbardan apararkən bu barədə Şahinin məlumatı olmasını demişdir. O, 2020-ci ilin mart ayı ərzində hissə-hissə 31 bağlama «doqquzluq» örtüyü işlədiyi anbardan tək oğurlamışdır. 2020-ci ilin may ayının ortalarında yenidən anbardan müxtəlif avadanlıqları və malları gizli çıxarıb Şahid16 avtomobilinə yükləmiş və Azər həmin malları öz avtomobili ilə anbardan çıxarıb aparmışdır. Şahid16 göstərişi əsasında oğurlayıb Azərə vermişdir. Anbardan qeyd olunan əşyaları oğurlayan zaman Şahid16 anbarın həyətində quraşdırılmış kameraları daimi olaraq söndürmüşdür. Azər maşını kameranın altında saxlamamışdır. Azərlə bir nəfər İranlı Həsənağa da ofisdə oturmuşdur. Bəzən Azərlə həmin İranlı da anbara girmişdir. İranlı nə isə şüşə işi ilə məşğul olmuşdur. 2020-ci ilin fevral ayının əvvəlli anbardan müxtəlif materiallar hissə-hissə oğurlayıb özündə saxlamışdır. Sonradan, yəni, 2020-ci ilin may ayının əvvəli Şahid7 adlı şəxslə tanış olub həmin malları iki dəfəyə Zahidə satmışdır. İşlədiyi anbarın qarşısında görüşüb anbardan Zahidin sifariş etdiyi malları, yəni, 29 qutu hər birinin içərisində 100 metrə olan «flanş»i, 500 metrdən artıq «yapışan izolasiyanı » və 11 qutu hər birinin içərisində 10 metr olan «152 fleks»i çıxararaq Fəridin idarə etdiyi “VAZ-2106” markalı avtomobilə yükləyib Zahidə təhvil vermişdir. Bunun müqabilində Zahid ona ümumilikdə 2.500 manat pul ödəmişdir. İkinci dəfə isə 19 may 2020-ci il tarixdə Şahid7 sifariş etdiyi malları, yəni, 30 qutu hər birinin içərisində 10 metr olan «152 fleks»i, 1500 metr olan «flanş»i və 15 ədəd «qalvanez list»i anbardan çıxaraq idarə etdiyi “Pajero io” markalı **- XM-*** dövlət qeydiyyat nişanlı avtomobillə apararaq Şahid7 təhvil vermişdir. Həmin mallara görə Zahid ona 1.400 manat pul ödəmişdir. 18 may 2020-ci il tarixdə Şahid7 aldığı mallara görə ona yenə 2.500 manat pul ödəmişdir. Zərərçəkmiş şəxs MMC-nin qaimələrini isə o, anbarın ərazisində olan iş otağından götürmüşdür. Həmçinin, anbardar vəzifəsindən azad olunduqdan sonra Sənan və Fəridin iştirakları ilə o, bir neçə dəfə, yəni, 10 iyun, 14 iyun, 21 iyun, 26 iyun və 28 iyun 2020-ci il tarixlərdə həmin anbardan hal-hazırda adları və çeşidini xatırlamadığı müxtəlif mallar oğurlayaraq satmışdır. Sonradan Şahid1 ilə 2020-ci ilin iyun ayının əvvəllərində İlkin adlı şəxsin vasitəsi ilə tanış olmuşdur. İlk dəfə Şahid1 10 top «10luq yapışqan»ı, yəni, izolyasiyanı tanışı Fəridin vasitəsi ilə 828 manata satmışdır. Bundan sonra özü Şahid1 10 top «10-luq yapışqan»ı, yəni izolyasıyanı satdıqda həmin izolyasiyanın hansısa bir lahiyədən artıq qaldığını bildirmişdir. 10.06.2020-ci il tarixdə gecə saat 05 radələrində tanışı Təqsirləndirilən şəxs2la onun **-XM-*** markalı qeydiyyat nişanlı “Pajero io” markalı avtomobili ilə Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən anbara getmişdir. O, hasardan anbarın həyətinə keçmişdir, Sənan avtomobili anbarın həyətinə salmış, o, anbarın pəncərəsindən içəri daxil olub anbarın darvazasını açmışdır. Anbardan Sənanla birlikdə müxtəlif malları götürüb avtomobilə qoyub oradan çıxmışlar. Həmin tarixdə oğurladıqları malları Dərnəgül tikinti bazarına tanışı Fərid aparıb Şahid1 satmışdır. Oğurluq nəticəsində əldə etdikləri pulu xərcləyib qurtardıqdan sonra yenidən həmin anbardan oğurluq etmək qərarına gəlmiş, 14.06.2020-ci il tarixdə gecə saat 05 radələrində Fəridin idarə etdiyi «Vaz 2106» markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin anbara getmişlər, anbardan müxtəlif mallar götürüb avtomobilə qoyub oradan çıxmışlar. Həmin günü səhərə yaxın oğurladıqları malları Dərnəgül tikinti bazarında Şahid1 1000 manata satmışlar. Bundan başqa 21.06.2020-ci il tarixdə gecə saat 04 radələrində tanışı Fəridlə birlikdə onun idarə etdiyi “Pajero io” markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobillə anbarın qarşısına gedib anbara daxil olaraq oradan müxtəlif mallar oğurlamışlar. Həmin günü səhərə yaxın oğurladıqları malları Dərnəgül tikinti bazarında Şahid1 600 manata satmışlar. Bundan sonra 26.06.2020-ci il tarixdə gecə saat 05 radələrində eyni qaydada Fəridin idarə etdiyi «Vaz 2106» markalı **-ZP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə həmin anbara getmişlər, anbardan müxtəlif mallar oğurlamışlar. Həmin günü səhərə yaxın oğurladıqları malları Dərnəgül tikinti bazarında Şahid1 700 manata satmışlar. 26 iyun 2020-ci il tarixdəTəqsirləndirilən şəxs3 zəng edib, anbardan müəyyən əşyaları götürmək istədiyini bildirmişdir. Təbriz razılaşmışdır. Təbriz orada başqa binada gözətçi işləmişdir. Lakin, ona həmin anbara tək daxil olub oradan oğurluq etmək çətin olduğuna görə Təqsirləndirilən şəxs2 zəng edib ona məxsus malları götürməyə köməklik etməsini xahiş etmişdir. Sənan ona köməklik etməyə razılıq vermişdir. Onlar birlikdə onun idarə etdiyi “Pajero io” markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobillə 2020-ci il iyulun 28-də gecə saat 04 radələrində həmin anbara getmişlər. O, avtomobildən düşüb hasardan anbarın həyətinə keçib darvazanı açmış, Sənan isə avtomobili içəri daxil etmişdir. Təbriz də onları anbarın qarşısında gözləmişdir. Avtomobili anbarın giriş qapısının qarşısında saxlamışdır. O, pəncərədən anbara daxil olub içəridən anbarın qapısını açmış, Sənan anbara daxil olmuşdur. O, Sənanla müxtəlif mallar oğurlayaraq, Sənanla birlikdə həmin malları avtomobilə yükləmişlər. Təbriz isə gözətçi olduğu hündürmərtəbəli binada qaldığı yerə getmişdir. O, Sənanla birlikdə Sənanın Fəridlə kirayədə yaşadığı X42 yaxınlığına getmiş, orada oğurladıqları əşyaları Fəridin köməkliyi ilə evə boşaltmışlar. Bundan sonra həmin malları avtomobilə səliqəli formada yükləmişlər. Həmin günü Dərnəgül tikinti bazarına getmişlər. O, orada oğurladıqları əşyaları Şahid1 ümumilkdə 600 manata satmışdır. Qeyd etmək istəyir ki, Şahid1 həmin malların oğurluq olduğunu bilmişdir. Belə ki, o, şəxsən Ülviyə bu barədə məlumat vermiş, həmçinin Ülvi özü də görmüşdür ki, təzə malları o, qat-qat aşağı qiymətə satır. O, oğurladıqları mallara görə ümumilikdə Şahid1 4.228 manat məbləğində pul almışdır. O, malları ucuz qiymətə, yəni, yarı qiymətə Ülviyə satmışdır. Ülvi demişdir ki, fərqi yoxdur, nə mal gətirsə alacaq. İttiham aktında göstərilən qədər anbardan mal götürməmişdir. O, malı oğurladığı anbarda o qədər mal ola bilməzmiş. Əldə etdiyi puldan hər dəfə Fəridə və Sənana hörmət etmişdir. Əməlindən peşman olmuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ittiham aktında göstərilən malların böyük hissəsini o, oğurlamış, lakin, hal-hazırda həmin malların növünü, adını və çeşidini xatırlamır. Şirkətlərdən anbara mal daxil olarkən qaimələrə imza etmişdir. O, hasardan keçib qapını açmışdır. Malları satmaq məqsədi ilə oğurlamışdır. Hər dəfə Azər anbardan mal götürəndə Şahin müəllimə dediyini bildirmişdir. Azərin anbardan mal götürməsini Şahin müəllimə deməmişdir. Qaimələr ofisdə stolun üstündə olmuşdur. O da mal verəndə qaimə yazmışdır. Onlar qaimələrdən istifadə edə bilərmişlər, çünki qaimələr stolun üstündə olmuşdur. Kameralar var imiş, lakin oğurluq edəndə kameraları söndürmüşlər. Anbardar vəzifəsindən azad olunduqdan sonra o, 5 dəfə oğurluq etmişdir. Hər dəfə 5-10 dəqiqəyə malı maşına yığmışdır. Həm gecə, həm də gündüz mal aparmışdır. Özünü ona görə qismən təqsirli bilir ki, o, ittiham aktında dəymiş maddi ziyanla razı deyil. O, həmin məbləğə bərabər mal götürməmişdir. Hər dəfə o, anbardan mal götürəndə Təbrizin orada olub-olmamasını bilməmişdir. Təbriz malları götürdüyü anbarda gözətçi olmamışdır. O, Təqsirləndirilən şəxs3 anbarda əşyaları, malları olduğunu, onları götürəcəyini demişdir. Malları gecə keçəndən sonra səhərə yaxın gedib götürmüşdür. Təqsirləndirilən şəxs3 özünə məxsus əşyalarını nə üçün gecədən keçmiş saat 4-5 radələrində götürməyini soruşmamışdır. İşdən azad olunduqdan sonra o, hasardan keçib qapını açmışdır. Elan olunmuş cinayət işinin 4-cü cild 9-10-cu vərəqələrində olan qamilərə və qaimələrdə olan imzaya əsasən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, imzalar onun imzasıdır. Hər iki qaiməni o, yazmışdır. Həmin qaimələri yazarkən o, orada fəhlə işləmişdir. Möhürü o, vurmamış, malı Zahid götürmüş, möhürü də Zahid vurmuşdur. O, işdən 25 iyun 2020-ci ildə çıxmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 2020-ci ilin yanvar ayından tanımışdır. O, bilmişdir ki, Yusif əvvəllər Zərərçəkmiş şəxs MMC-nin anbardarı vəzifəsində işləmiş, sonra isə həmin müəssisədə fəhlə işləmişdir. 09.06.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 fəhlə işlədiyi anbarda özünə məxsus olan müxtəlif əşyaların olduğunu bildirmiş və həmin əşyaları oradan götürməyə Yusifə köməklik etməyini xahiş etmişdir. O, razı olmuşdur. 10.06.2021-ci il tarixdə təxminən saat 04:30 radələrində kirayədə yaşadığı evdə olarkən Yusif idarə etdiyi avtomobillə gələrək onu çağırmış və o, Yusifin idarə etdiyi avtomobilə əyləşmişdir. Bundan sonra Yusiflə birlikdə Yusifin avtomobili ilə Badamdar qəsəbəsi istiqamətinə getmişlər, yolda Yusif avtomobili onun idarə edməyini xahiş etmişdir. O, etiraz etməyib avtomobilin sükanı arxasına keçərək Badamdar qəsəbəsi istiqamətində avtomobili idarə etmişdir. Təxminən saat 05 radələrində Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən anbarın qarşısına çatıb orada avtomobili saxlamışdır. Yusif avtomobildən düşüb anbarın hasarını aşıb anbarın həyətinə keçmişdir. Bir neçə dəqiqə sonra Yusifin deməsinə görə o, avtomobili idarə edərək anbarın həyətinin arxası ilə daxil olmuşdur. Yusif anbarın pəncərəsindən içəri daxil olub anbarın darvazasını açmışdır. O, başa düşmüşdür ki, onlar anbardan oğurluq edirlər, lakin, o, Yusifə daha heç nə deməmişdir. Onlar ikisi anbara Yusiflə birlikdə daxil olub oradan hal-hazırda xatırlamadığı müxtəlif tikinti və santexnik mallarını götürüb avtomobilə yükləyib ordan çıxmışlar. Bundan sonra o, həmin avtomobili idarə edərək kirayədə yaşadığı ünvanın qarşısına getmişlər. Avtomobildə olan malları onun yaşadığı evə boşaltmışlar. Bundan sonra Yusif avtomobili ilə çıxıb getmişdir. Həmin gün təqribən saat 14 radələrində Təqsirləndirilən şəxs1 onun yaşadığı evə gəlmişdir. Onlar birlikdə anbardan götürdükləri həmin malları Yusifin avtomobilinə yükləmişlər və Yusif çıxıb getmişdir. 27.06.2020-ci il tarixdə Yusif onun yaşadığı evə gəlmiş və demişdir ki, Zərərçəkmiş şəxs MMC-nin Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən anbarından künclük və sıxıcı vintləri oğurlamaq istəyir, həmin əşyaları Dərnəgül bazarında satıb qazanc əldə edərlər. Buna görə Yusif ona anbardan malları daşımaqda köməklik etməyini demişdir. O, razılaşmış və 28.06.2020-ci il tarixdə saat 03:30 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə yaşadığı evin qarşısına gəlib onu çağırmışdır. Avtomobili o, idarə etmiş və Yusiflə birlikdə Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən anbarın qarşısına getmişlər. Yusif avtomobildən düşüb hasardan anbarın həyətinə keçmiş, darvazanı açmış, ona da avtomobillə anbarın həyətinə daxil olmağını demişdir. O, avtomobillə anbarın həyətinə daxil olmuş və avtomobili anbarın yaxınlığında saxlamışdır. Sonra Yusif anbarın pəncərəsindən içəri daxil olub anbarın qapısını açaraq içəri daxil olmuşdur. Anbardan hal-hazırda xatırlamadığı müxtəlif tikinti və santexnik malları yığıb avtomobilə yükləmişlər. Bundan sonra Yusif anbarın darvazasını bağlamış və onlar avtomobillə anbarın həyətindən çıxmışlar. Bundan sonra onun yaşadığı evə getmişlər. Həmin gün saat 16 radələrində Yusif ona zəng edib Dərnəgülə tikinti mallarının satışı bazarına gedib oğurladıqları malları orada satacaqlarını bildirmişdir. Yusif ona bildirmişdir ki, Yusifin Dərnəgül bazarında Ülvi adlı tanışı var, o, bütün oğurluq malları Ülviyə satır və Ülvinin xəbəri var ki, Yusif Ülviyə oğurluq mallar gətirir. Ülvi həmin malların təzə olmasına baxmayaraq, Yusifə oğurluq mallara görə həmin əşyaların qiymətindən qatqat aşağı pul verirmiş. O, Yusifin təklifi ilə razılaşmış və bir neçə dəqiqədən sonra Yusif idarə etdiyi avtomobillə onun yaşadığı evin qarşısına gəlmiş və onlar birlikdə Dərnəgül bazarına getmişlər. Yolda Təqsirləndirilən şəxs1 Ülvi adlı şəxsə zəng edib malları bazara apardığını bildirmişdir. Dərnəgüldə o, avtomobili bazarın içərisinə sürmüşdür. Adını sonradan bildiyi Ülvi və bir nəfər şəxs avtomobildən malları boşaltmışlar. Onda olan məlumata əsasən Ülvi Yusifə 600 manat pul vermişdir. Sonra Yusif ona oğurladıqları əşyaların pulundan cəmi 30 manat vermişdir. Təbii ki, o, həmin pulun azlığından narazı qalmış, lakin, Yusifə heçnə deməmiş, özlüyündə fikirləşmişdir ki, bir daha Yusiflə oğurluğa getməsin. Onların 10.06.2020-ci il və 28.06.2020-ci il tarixlərdə malları oğurlayacaqları barədə əvvəlcədən heç kimin məlumatı olmamışdır. 2020-ci il iyulun 28-də saat 04 radələrində anbardan oğurluq edən zaman Təqsirləndirilən şəxs3 görməmiş, lakin Yusif ona demişdir ki, Təbriz pusquda dayanacaq, anbarın yaxınlığında durub kimsə gəlsə bu barədə məlumat verəcək. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, onlar anbardan oğurluq edən zaman ətrafda və anbarın həyətində heç kəs olmamışdır. Anbara pəncərədən daxil olub, oradan oğurluq etmişlər. Birinci dəfə Yusif anbarda özünə məxsus əşyalar olmasını bildirmişdir. O, sonradan bilmişdir ki, Yusif anbardan oğurluq edir. Avtomobil Yusifin avtomobili imiş, lakin avtomobili o, idarə etmişdir. Yusifin avtomobilinin yük yerinə yüklədiyi xırda karobkalar imiş. O, cəmi 2 dəfə həmin anbarda olmuşdur. 28 iyun 2020-ci il tarixdə anbardan malları götürəndə o, və Yusif olmuşlar. O, 17000 manatlıq mal götürməmişdir. Yusifə kömək etmişdir. O, cəmi 30 manat pul qazanmışdır. O, Yusifə özünə məxsus əşyaları nə üçün gecə yarısı götürməsini soruşmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-nin Səbail rayonu ərazisində inşa olunan hündürmərtəbəli binaların gözətçisi işləmişdir. Həmin hündürmərtəbəli binanın yaxınlığında Zərərçəkmiş şəxs Məhud Məsuliyyətli Cəmiyyətinin anbarı yerləşir. 2018-ci ildə Zərərçəkmiş şəxs MMC-nin işçisi Malik Şabanov ona bildirmişdir ki, onsuzda gecələr o, hündürmərtəbəli binaları mühafizə edir, Zərərçəkmiş şəxs MMC-yə məxsus anbarı da gecələr mühafizə etsin. Bunun müqabilində ona ayda 100 manat təklif etmişdir. O, bu təkliflə razılaşmışdır. Mahir ona bildirmişdir ki, aylıq əmək haqqı məvacibini ona Şahid16 verəcək. 2018-ci ilin yay aylarından 2020-ci ilin iyun ayına kimi olan müddət ərzində o, gecələr Zərərçəkmiş şəxs Məhud Məsuliyyətli Cəmiyyətinin anbarını da mühafizə edirmiş. Gözətçisi olduğu hündürmərtəbəli binada gözətçi qaldığı otaqdan həmin anbarın həyəti də görünmüşdür. Həmin otaqdan anbarın həyətinə baxırmış. Şahid16 ona bir müddət hər ay 100 manat əmək haqqı kimi pul vermiş, sonradan isə iki aydan bir, hətta elə olmuşdur ki, üç aydan bir ona 100 manat verirmiş, demişdir ki, sonrakı aylar 200 və ya 300 manat verəcək. Bəzi hallar olmuşdur ki, həqiqətən vermiş, bəzi hallar olmuşdur ki, pulu gecikdirmişdir. Onunla əmək müqaviləsi bağlanmamış və onu rəsmən işə qəbul etməmişlər. Şahid16 əmək haqqı verəndə ona bəzən hansısa kağız verib orada imza etdirmişdir ki, o, maaş alır, o da oxumadan həmin kağız parçasına imza etmişdir. Təqsirləndirilən şəxs1 təxminən iki il olar həmin anbarda işləyən şəxs kimi tanımışdır. Yusif hadisədən təxminən bir ay əvvəl anbardan işdən çıxmışdır. 28.06.2020-ci il təxminən 04 radələrində Təqsirləndirilən şəxs1 ona zəng vurub işdən çıxdıqdan sonra anbarda bir-iki əşyasının qaldığını və gəlib həmin əşyaları anbardan götürmək istədiyini bildirmişdir. O da buna etiraz etməmişdir. 28.06.2020-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən anbarın yaxınlığında olan hündürmərtəbəli binada qaldığı otaqda olarkən anbarın həyətinə baxıb görmüşdür ki, Yusif idarə etdiyi avtomobillə anbarın qarşısında dayanmışdır. Yusifin anbara hansı yolla daxil olmasını görməmişdir. Yusifin anbardan qutular çıxardıb avtomobilə qoyduğunu gözətçi işlədiyi hündürmərtəbəli binadan görmüşdür. Yusif işini qurtardıqdan sonra anbarın həyətindən çıxmışdır. O, başa düşmüşdür ki, Yusif onu aldadır və həmin anbardan oğurluq edir və Yusifə demişdir ki, bir daha anbara gəlməsin. Yusif bunun əvəzində ona demişdir ki, narahat olmasın, onun hörmətini edəcək. O, Yusifə cavab olaraq bildirmişdir ki, ona heç nə lazım deyil, bir daha anbara gəlməsin. 28.06.2020-ci il tarixdə gecə saat 04 radələrində Təqsirləndirilən şəxs1 ona zəng vurub işdən çıxdıqdan sonra anbarda bir-iki əşyasının qaldığını bildirdiyinə görə Yusifin həmin əşyaları anbardan götürməsinə etiraz etməmiş və bu barədə heç bir səlahiyyətli şəxsə məlumat verməmişdir. Təqsirləndirilən şəxs1 28.06.2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən anbardan oğurladığı avadanlıqları satdıqdan sonra oğurluq nəticəsində əldə etdiyi puldan ona heç bir məbləğdə pul verməmişdir. Təqsirləndirilən şəxs1 10.06.2020-ci il, 14.06.2020-ci il, 21.06.2020-ci il və 26.06.2020-ci il tarixlərdə Zərərçəkmiş şəxs MMC-nin Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən anbarından oğurluqlar etməsi barədə məlumatı olmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs3 bildirmişdir ki, onun Şahid16la telefon danışığı olmuşdur. O, Ülvi adlı şəxsi tanımamış və Ülviylə telefon danışığı olmamışdır. Onda anbarın açarı olmamışdır. O, qeyri-rəsmi anbara gözətçilik etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, müharibə iştirakçısıdır və hətta medalla təltif olunmuşdur. O, Füzuli, Hadrut və Cəbrayıl rayonlarında döyüşlərdə iştirak edib yaralanmışdır. Təqsirləndirilən şəxs1 tanışıdır. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs MMC-də anbarda işləmişdir. 2020-ci ilin iyun ayının əvvəlində Yusif ondan işlədiyi Səbail rayonu, A.Abbaszadə küçəsi 73B saylı ünvanda yerləşən anbara gedib oradan hər hansı bir yükü götürüb aparmağı xahiş etmişdir. O, razılaşmış və 14 iyun 2020-ci il tarixdə təxminən saat 05-00 radələrində Yusiflə birlikdə ona məxsus avtomobillə Yusifin işlədiyi anbara getmişlər. Yusif anbardan hansısa malları götürüb avtomobilinə yükləmiş və onunla birlikdə həmin malları Dərnəgül adlanan yerə aparmışlar. Orada Yusif həmin malları Ülvi adlı şəxsə vermişdir. Bundan sonra, o, 21 iyun 2020-ci il tarixdə gecə saatlarında Yusifin təklifi ilə Yusiflə birlikdə Zərərçəkmiş şəxs MMC-nin anbarına getmişlər. Yenə də Yusif anbardan mallar götürüb avtomoilə yükləmiş və həmin malları da Dərnəgül adlanan yerə aparıb Ülvi adlı şəxsə vermişdir. Bundan sonra 26 iyun 2020-ci il tarixdə yenə də Yusiflə birlikdə həmin anbardan malları götürüb avtomobilin yük yerinə yığmışlar və Yusifin yaşadığı evə aparıb yığıb, o, oradan çıxıb getmişdir. Yusif bunların müqabilində ona 100 manat pul vermişdir. Əməlindən peşmandır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs4 bildirmişdir ki, o, Şahid16 tanımamışdır. Azərə zəng etməmişdir. Onun telefonu ilə Azərə kimin zəng etdiyini bilmir. O, sürücü kimi Yusifin xahişi ilə getmiş, bunun müqabilində Yusif ona cəmi 100 manat pul vermişdir. Ülvi adlı şəxs Yusifdən adlığı malların oğurluq olmasını bilmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 izahatında göstərmişdir ki, o, Zərərçəkmiş şəxs MMC-nin təsisçisidir, qeyd etmək istəyir ki, ondan qabaq X6 Zərərçəkmiş şəxs MMC-ni təsis etmişdir. 06.02.2018-ci il tarixdə həmin cəmiyyəti o, alqı-satqı vasitəsi ilə almışdır. Cəmiyyətin Ziya Bünyadov küçəsi 28 saylı ünvanda yerləşən binanın zirzəmisində digər bir anbar olmuşdur. 2019-cu ilin sentyabr ayında həmin ünvanda yerləşən anbarda olan avadanlıqlar və mal-materiallar Səbail rayonu, A.Abbaszadə küçəsi 73 B saylı ünvanda yerəşən anbara daşınmışdır. Zərərçəkmiş şəxs MMC-nin Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən anbarda əsasən havalandırma sistemlərinə aid olan ləvazimatlar və digər santexnik, təmir malları var. Anbarda 28.09.2018-ci il tarixdən 01.02.2019-cu il tarixə kimi Şahid10, 02.02.2019-cu il tarixdən 01.05.2019-cu ilə qədər Şahid13, 01 may 2019-cu il tarixdən 05.11.2019-cu il tarixə kimi anbarda təqribən 6 ay heç kim işləməmiş, 05 noyabr 2019-cu il tarixdən 20 may 2020-ci il taixə kimi anbarda Şahid9 işləmiş, lakin, həmin dövrdə, yəni, 14 fevral 2020-ci il tarixdən 19 may 2020-ci il tarixə kimi anbardar Təqsirləndirilən şəxs1 işləmiş, Yusifin işlədiyi dövrdə o, Şamonu başqa bir anbara anbardar vəzifəsinə göndərmişdir. 18.05.2020-ci il tarixdən 30 aprel 2021-ci il tarixə kimi anbardar Şahid11 işləmişdir. Onun qohumu Şahid16 vasitəçiliyi ilə əvvəl fəhlə kimi, 14 fevral 2020-ci il tarixdən isə Təqsirləndirilən şəxs1 anbardar vəzifəsinə təyin olunmuşdur. Yusiflə 14 fevral 2020-ci il tarixdə əmək müqaviləsi baglanmış, əmək haqqı məvacibi 300 manat təyin edilmişdir. Anbarın açarları da Təqsirləndirilən şəxs1 təhvil verilmişdir. Təqsirləndirilən şəxs1 qohumu Şahid16la yaxınlıq etdiyinə görə və Azər Yusifin təmiz adam olduğunu bildirdiyinə görə, Yusiflə anbarda olan malların təhvil-təslimini etməmişlər. 9 may 2020-ci il tarixdə isə Cəmiyyətin əmrinə əsasən Yusif tutduğu vəzifədən azad edilərək, yenə fəhlə kimi işə götürülmüşdür. Həmin anbarın yaxınlığında hündürmərtəbəli bina tikilir, həmin tikilinin gözətçisi Təqsirləndirilən şəxs3 hər ay 100 manat məvacib vermişdir ki, onların anbarına da nəzarət etsin. Təsisçisi olduğu şirkətdə daxili qaimələrə heç bir möhür vurulmur. Həmin daxili qaimələr şirkətin anbarından çıxarılan malların hansı istiqamətdə, yəni şirkət daxilində hansı tikinti obyektinə aparılması məqsədi ilə yazılıb hazırlanır. Sonradan həmin daxili qaimələr əsasında baş ofisdə mühasibatlıq işçiləri hesabat aparıb anbarda olan, çıxarılan və qalan malların qeydiyyatını aparır. 2020-ci ilin iyul ayının əvvəllərində anbardar Teymur ona zəng edib bildirmişdir ki, anbardan havalandırmanın quraşdırılması üçün istifadə olunan sıxıcı vint və künclük oğurlanmışdır. O, anbara gedəndə görmüşdür ki, anbarda saxladıqları sıxıcı vint, künclük və digər mallar çatışmır. Teymurun dediyinə görə anbarın giriş qapısı bağlı olmuş, heç bir sındırma izləri olmamışdır. Buna görə də o, bu barədə Zərərçəkmiş şəxs MMC-nin icracı direktoru Şahid12 bildirmişdir. Şahid12 da həmin anbara gəlmişdir. Bundan sonra qərara almışlar ki, çatışmazlıq barədə polisə məlumat versinlər və o, 09 iyul 2020-ci il tarixdə ərizə ilə Səbail Rayon Polis İdarəsinə müraciət etmişdir. Sonra 01 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Auditorlar Palatasının auditoru X7 rəhbərliyi ilə Zərərçəkmiş şəxs MMC-də auditor təftişi təşkil olunmuş və təftiş nəticəsində müəyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs MMC-də anbardar vəzifəsində işlədiyi zaman ona 851.398,13 AZN məbləğində mal mədaxil edilmiş, ondan 351.033,89 manat məbləğində mal anbardan müxtəlif obyektlərə və ya satışa məxaric edilmişdir. Anbarda mal qalığı 201.106,18 AZN olmuş, çatışmayan mal material 299.258,06 AZN məbləğində müəyyən edilmişdir. Cəmiyyətə catışmayan mallardan bir dəfə 3.959,8 manat məbləğində və sonra 24.504,3 manat məbləğində mal qaytarılmışdır. Ümumən Təqsirləndirilən şəxs1 işlədiyi dövr ərzində, yəni 14 fevral 2020-ci il tarixdən 19 may 2020-ci il tarixədək olan müddət ərzində anbarda çatışmayan malların dəyərinin 270.793 manat 96 qəpik təşkil etməsi müəyyən edilmişdir. Lakin, istintaq orqanı nədənsə həmin məbləği azaldaraq 66.840 manat göstərmişdir. Qeyd etmək istəyir ki, o, Cəmiyyəti əldə etməmişdən qabaq Müşviq İmanquliyev 19.12.2017-ci il tarixdə 51 saylı notariat kontorunda Şahid16 etibarnamə vermiş, həmin etibarnaməyə əsasən Şahid16 Zərərçəkmiş şəxs MMC-nin bütün idarə və təşkilatlarda, dövlət və qeyri-dövlət orqanlarında təmsil etməyi, bütün sənədləşmə işlərini, vergi əməliyyatlarını aparmağı, lazım olan sənədləri təqdim etməyi, MMC-yə çatası sənədləri, lisenziyaları, arayışları almağı, müqavilələr bağlamağı, müqaviləyə xitam verməyi, ərizə ilə müraciət etməyi, imza etməyi və bu tapşırıqlarla əlaqədar bütün hərəkətləri etməyi etibar edilmişdir. Həmin etibarnamə əsasında Şahid16 Zərərçəkmiş şəxs MMC-nin möhürünü hazırlatmışdır. Zərərçəkmiş şəxs MMC-nə aid olan möhür bir müddət Şahid16 qalmışdır. Məhz Şahid16 xahişinə əsasən o, Təqsirləndirilən şəxs1 işə qəbul etmişdir. O, ehtimal edir ki, Şahid16 Təqsirləndirilən şəxs1la əlbir olaraq ünvan 4 ünvanda yerləşən anbarın inzibati ərazisində mövcud olan ofis otağına yığılmış daxili qaimələrə Zərərçəkmiş şəxs MMC-nin möhürünü vurub şəxsi işləri üçün istifadə etmişlər və orada olan malları onlar birlikdə talamışlar. Onda olan məlumata əsasən Şahid16 yuxarıda qeyd olunan ünvanda yerləşən anbarın açarlarını anbara işə yeni götürülmüş anbardarlardan tələb edib aldıqdan sonra oradan gizli şəkildə uzun müddət ərzində oğurluqlar etmişdir. Bunu ona, yəni Şahid16 tərəfindən onlardan anbarın açarlarının bir nüsxəsini verilməsi barədə anbarda işləmiş anbardarlar sonradan bildirmişlər. Lakin, nədənsə Şahid16 istintaq orqanı məsuliyyətə cəlb etməmişdir. İstintaq orqanı həmçinin cinayət işi ayırıb və onlara dəymiş ziyanın digər böyük hissəsinin araşdırmasını aparır. Hal-hazırda isə məhkəmədə baxılan cinayət işi ilə Zərərçəkmiş şəxs MMC-yə dəymiş 66.842 manat məbləğində maddi ziyanı təqsirləndirilən şəxslərin dördündən tələb edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Nümayəndə1 bildirmişdir ki, bir ayda 29 dəfə videomüşahidə kamerasının yeri dəyişdirilmişdir. Təqsirləndirilən şəxs1la maddi məsul şəxs kimi müqavilə bağlanmamışdır. Dərnəgül bazarında işləyən Ülvi adlı şəxs 53.000 manatlıq mal aldığını etiraf etmişdir. Ülvi malları Yusifdən aldığını demiş və Yusifin dediyinə görə malların oğurluq olmasını bilirmiş. Anbarda Yusifdən başqa Ceyhun, Orxan, Şamo Teymur da işləmişlər. Təhvil təslim olmamış, 40.000 adda mal olmuş, onu sayıb təhvil vermək 2 aydan çox vaxt aparar. Hər gün anbara mal gəlmiş, anbardan mal çıxarılmışdır. Ona görə də, təhvil təslim olmamışdır. Mal anbardan çıxarılanda bilinmişdir ki, hara nə qədər mal çıxır. Sonuncu dəfə 3 obyekt üçün mal alınmışdır. Həmin 2 obyektə mal verilmişdir. 3-cü obyektin malı hələ verilməmişdir. Həmin mal anbarda olmadığı üçün şübhələnmişlər və bilmişlər ki, anbardan oğurluq olmuşdur. 6 anbar var, ən böyük anbar Təqsirləndirilən şəxs1 işlədiyi anbardır. O, ayda 4-5 dəfə idarəyə gəlib getmişdir. Anbara gözətçi təyin etmişlər. Anbara kənar şəxsin müdaxiləsi mümkün deyil, sadəcə Təbrizə demişlər ki, onların anbarına da baxsın, ayda ona qeyri-rəsmi 100 manat verilmişdir. Təbriz də razılaşmışdır. Təbrizlə əmək müqaviləsi bağlanmamışdır. Təbrizin olduğu yerdən onların anbarı görünmüşdür. Anbardarları o, təyin etmiş, hamısı portaldan keçmişdir. O, Yusifə demişdir ki, anbarı Teymura təhvil versin, lakin Yusif işə gəlməmişdir. Məhkəmənin sonrakı iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMCnin nümayəndəsi Nümayəndə1 ərizələrlə müraciət edərək Cəmiyyətə dəymiş maddi ziyanın Təqsirləndirilən şəxs1 tərəfindən tam ödənildiyini, ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Həmçinin, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 ərizələrlə müraciət edərək Cəmiyyətə dəymiş maddi ziyanın Təqsirləndirilən şəxs3 tərəfindən ödənildiyini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 Bəhram oğlu ifadəsində göstərmişdir ki, o, 2018-ci ilin mart ayından Zərərçəkmiş şəxs MMC-nin icraçı direktoru vəzifəsində çalışır. İcrası direktor kimi onun müqaviləsi olmuş, maddi məsul şəxs olmuşdur. Anbarda işləyənlərlə maddi-məsul şəxs kimi müqavilə bağlanmamış, onlara etibar etmişlər. MMC-nin ünvan 4 ünvanda yerləşən anbarından başqa cəmiyyətin ünvan 6 mövcud olan binanın zirzəmisində digər bir anbarı olmuşdur. 2019-cu ilin sentyabr və ya oktyabr ayında həmin ünvanda yerləşən anbarda olan avadanlıqlar və mallar Səbail rayonu, A.Abbaszadə küçəsi 73 B saylı ünvanda yerləşən anbara daşınmışdır. MMC-nin ünvan 6 yerləşən anbarın açarları ilk öncə Şahid10 olmuş, sonradan isə Təqsirləndirilən şəxs1 verilmişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs MMC-nə 01.12.2018-ci il tarixdə əvvəlcə anbara fəhlə kimi işə qəbul olunmuşdur. Sonra bir neçə dəfə müxtəlif vaxtlarda anbardar vəzifəsini müvəqqəti icra etmiş və 14 fevral 2020-ci il tarixdə isə Səbail rayonu, A.Abbaszadə küçəsi 73 B saylı ünvanda yerləşən anbarda anbardar vəzifəsinə təyin edilmişdir. Sonradan Şahid11 anbardar təyin edilmiş və Təqsirləndirilən şəxs1 yenidən fəhlə işinə keçirilmişdir. Təqsirləndirilən şəxs1la əmək müqaviləsi olmuşdur. MMCnin fəaliyyət göstərdiyi dövr ərzində cəmiyyətə məxsus olan anbarlarda aşağıdakı şəxslərdən 28.09.2018-cil tarixdən 02.02.2019-cu il tarixinə kimi Şahid10, 05.11.2019-cu il tarixdən 20.05.2020-ci il tarixinə kimi Şahid9, 14.02.2020-ci il tarixdən 25.06.2020-ci il tarixinə kimi Təqsirləndirilən şəxs1 işləmişlər. Təqsirləndirilən şəxs1 sonra anbarda 18.05.2020-ci il tarixdən Şahid11 anbardar vəzifəsində çalışmışdır. Bundan başqa Şahid13 adlı şəxs müvəqqəti olaraq təqribən 2019-cu ilin aprel ayından həmin ilin avqust və ya sentyabr ayına kimi Səbail rayonu, A.Abbaszadə küçəsi 73 B saylı ünvanda yerləşən anbarda anbardar işləmişdir. Mallar anbara qaimələr əsasında qəbul edilmişdir. Anbarda inventarlaşma olmamışdır. 09.07.2020-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-nin təsisçisi Nümayəndə1 ona zəng edərək cəmiyyətə məxsus olan ünvan 4 ünvanda yerləşən anbarında müxtəlif növ avadanlıqların və malların çatmadığını bildirmişdir. Bundan sonra o, həmin anbara gedib müxtəlif növ avadanlıqların və malların çatışmadığını aşkar etdikdən sonra həmin tarixdə saat 19:15 radələrində DİN-nin 102 xidmətinə zəng vurub baş vermiş hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs1 2019-cu il ərzində müxtəlif vaxtlarda müvvəqqəti olaraq anbardar işlədikdə və 14.02.2020ci il tarixdən 25.06.2020-ci il tarixinə kimi olan müddət ərzində anbardar işlədikdə həmin anbarda təhvil-təslim işləri aparılmamışdır. Anbardan hansısa mal istəyəndə görmüşlər ki, anbarda həmin mallar yoxdur, hansı ki, həmin maldan anbarda olmalı imiş. Həmin vaxt müəyyən olunmuşdur ki, anbardan mallar oğurlanmışdır. Kameralara baxanda məlum olmuşdur ki, oğurluq zamanı kameralar söndürülmüşdür. Təqsirləndirilən şəxs3 onların anbarına nəzarət etməyə razılaşmış, qeyri-rəsmi Təbrizə hər ay 100 manat pul verilmişdir ki, onların anbarına da nəzarət etsin. Azərin anbardan mal aparması barədə Yusif ona heç nə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 Əlpaşa oğlu ifadəsində göstərmişdir ki, Nümayəndə1 ilə əmi nəvəsidirlər. Təxminən 3 il olar ki, Zərərçəkmiş şəxs MMC-nin Səbail rayonu, A.Abbaszadə küçəsi 73B küçəsində yerləşən anbarın həyətində Nümayəndə1 rəhbərliyi ilə şüşə sexi tikilmişdir. O, həmin şüşə sexinə rəhbərlik etmişdir. Onun Zərərçəkmiş şəxs MMC-nin anbarı ilə heç bir əlaqəsi olmamışdır. Anbarın anbardarlarını Şahinlə Şahinin müavini Mahir təyin etmişlər. 2018-ci ilin sonlarında anbara fəhlə lazım olmuşdur. O, bu barədə tanışı, taksi sürücüsü Rəşada demiş, Rəşad da Yusifi ona təklif etmişdir. O, Yusifi Mahirlə tanış etmişdir. Yusif də həmin vaxtlardan fəhlə kimi işə başlamışdır. Yusif bir müddət fəhləlik etdikdən sonra yaxşı işlədiyinə görə Mahir Yusifi anbara fəhlə kimi işə götürmüşdür. Bir müddət Yusif anbarda fəhlə işləmişdir. Yusif anbardar Ceyhun, Orxan və Şamo ilə işləmişdir. Sonra Yusifin özünü anbardar təyin etmişlər. Yusif 5-6 ay anbardar işləmiş, sonra Yusifi anbardar işindən çıxartmışlar. Yusifin ifadəsində qeyd etdiyi əşyaları o, oğurlamamış, lakin həmin qeyd olunan əşyalardan Şahinin özünün göstərişi ilə Bakı şəhəri, Səbail rayonu, Badamdər qəsəbəsində yerləşən «Avropa» məktəbinin yanında olan anbarın tikilişində, düzəlişində, su çəkilməsində, havalandırma sexinin dəzgahlarının quraşdırılmasında, həmçinin, həmin ərazidə yerləşən şüşə sexinin və pəncərə sexinin quraşdırılmasında istifadə edilmişdir. O, anbardan ümumiyyətlə icazəsiz heç bir əşya götürməmişdir. O, kameranı söndürməmişdir. Anbardan bir dəfə su borusu və həmin borunun quraşdırılması üçün istifadə olunan avadanlıqlar götürmüşdür. Həmin avadanlıqları qaimə əsasında Şahindən icazə alıb götürmüşdür. Şahin şirkətə tikintiyə aid lisenziya almaq üçün təmir-tikinti alətləri tələb olunduğu üçün müvəqqəti görüntü üçün laqonda, perefarator və plastik boru ütüsü və digər alətlər tapmağını ondan xahiş etmişdir. O da buna görə tanışı X4 müvəqqəti baxışa təqdim etmək üçün bir ədəd laqonda, tanışı X2 isə müvəqqəti baxışa təqdim etmək üçün bir ədəd preferator götürmüşdür. Bundan başqa o, adını bilmədiyi bir nəfər şəxsdən perefarator götürüb, baxış üçün şirkətə gətirmişdir. Bundan bir müddət sonra o, həmin alətləri həmin şəxslərin özlərinə qaytarmışdır. Sərdar laqondanı istəmədiyi üçün özünə götürmüşdür. Baxış üçün digər avadanlıqları Bakvent şirkətində vəzifəsini bilmədiyi sahədə işləyən Azər adlı şəxs gətirmişdir. Azərin istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Yusif istintaq zamanı onuna üzləşmə zamanı ona gündüz vaxtı malları verdiyini bildirsə də, məhkəmə prosesində malları ona gecə vaxtı verməsini demişdir. Yusif həmçinin bildirmişdir ki, 200 litr həcmində olan aristonu ona vermiş və özü də ona məxsus «Mercedes C» markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük hissəsinə qoymuşdur. Lakin, həmin ariston arxa yük hissəsinə yerləşə bilməz. Bununla da Yusifin yalanı üzə çıxır. Təqsirləndirilən şəxs1 anası ona zəng edib demişdir ki, ona köməklik göstərib qohumu Zərərçəkmiş şəxs MMC-nin rəhbəri olan Nümayəndə1 xahiş etsin ki, Şahin yazdığı ərizəni geri götürsün, o, cavab vermişdir ki, onluq deyil. Ona görə də Yusif onun barəsində belə ifadələr verir. O, heç vaxt anbarın içərisində olmamışdır. Onun Yusiflə telefon danışıqları olmuş, lakin anbardan mal götürməklə bağlı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Sənan Balaşovu üzdən tanıyır. Belə ki, iş üzrə Şahid1 ilə bir qrupda oxumuşlar. Münasibətləri yaxşı olmuşdur. Ülvi Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində inşaat materialları bazarında icarəyə mağaza götürüb inşaat materiallarının satışı ilə məşğul olmuşdur. Əsasən Ülvi havalandırma avadanlıqlarının satışı ilə məşğul olmuşdur. O, demək olar ki, tez-tez Ülvinin işlədiyi mağazaya gedib orada vaxtını keçirmişdir. 2020-ci ilin iyun ayının sonlarında o, Ülvinin işlədiyi mağazada olarkən 2 dəfə oraya sonradan adlarını bildiyi Sənan Balaşov və Təqsirləndirilən şəxs1 “Qazel” markalı avtomobillə 2 dəfə havalandırma sistemlərində istifadə olunan müxtəlif növ mallar və avadanlıqlar gətirib təhvil vermələrini görmüşdür. Xatırladığı qədər Ülvi həmin şəxslərdən birinə birinci dəfə 2700 manat, iknici dəfə isə 2500 manat pul vermişdir. Bir dəfə də Ülvi aldığı həmin mallara görə ondan borc pul alıb həmin şəxslərə vermişdir. Sonradan ona məlum olmuşdur ki, Şahid1 həmin şəxslərdən aldığı malla oğurluq mal olmuşdur. Şahid1 həmin şəxslərdən aldığı malların bir hissəsini qaytarmışdır. Ülvi ona zəng edib bildirmişdir ki, mal gətirmişlər, həmin malı almaq üçün ondan borc pul istəmiş, o da aparıb Ülviyə borca pul vermişdir. Onun yanında Ülvi malın oğurluq olub-olmamasını soruşmuş, malı gətirən malın oğlurluq olmadığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərin heç birini xatrılamır. İş üzrə Şahid1 ilə bir qrupda oxumuşlar. Ülvi Nərimanov rayonu ərazisində inşaat materialları bazarında icarəyə mağaza götürüb inşaat materiallarının satışı ilə məşğul olmuşdur. Ülvi əsasən havalandırma avadanlıqlarının satışı ilə məşğul olmuşdur. O, hərdənbir Ülvinin işlədiyi mağazaya gedib gəlmişdir. 2020-ci ilin iyun ayının sonlarında o, Ülvinin işlədiyi mağazada olarkən tanımadığı şəxslərin yük avtomobili ilə havalandırma sistemlərində istifadə olunan müxtəlfi növ mallar və avadanlıqlar gətirib təhvil vermələrini görmüşdür. Ülvi də həmin mallara görə hazırda xatırlamadığı məbləğdə pul vermişdir. Sonradan ona məlum olmuşdur ki, Ülvinin adldığ mallar oğurluq olmuş, Ülvi də həmin malların bir hissəsini qaytarmışdır. Babəki tanıyır, Babəklə də bir yerdə oxumuşlar. O, Ülvinin yanında olarkən Babək orada olmamışdır. O, ***-***-**-** saylı nömrəli telefonu işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımamışdır. O, 2008-ci il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən tikinti malları satılması üçün nəzərdə tutulan bazarda dükanların birində satıcı kimi işə başlamış və 2019-cu ilin yanvar ayından isə həmin bazarda icarəyə dükan götürüb orada tikinti və havalandırma sistemlərinə aid olan malların satışı ilə məşğul olur. 2019-cu ilin yanvar ayında icarəyə dükan götürüb işləməyə başladıqdan bir müddət keçdikdən sonra Şahid5 ilə bir müştəri kimi tanış olmuşdur. Şahid5 onun işlətdiyi dükandan bir neçə dəfə alış-veriş etdikdən sonra onun "xxxx" şirkətində çalışdığını öyrənmişdir. 2020-ci ilin mart ayının sonlarında Şahid5 ona zəng edərək 31 qutu «doqquzluq» örtük, yəni (izoliyasiya) olduğunu demiş və hər bir qutusunu 70 manata satmaq istədiyini bildirmişdir. O, Şahid5 həmin örtüyü haradan əldə etməsini soruşduqda o, həmin malın oğurluq olmadığı barədə onu əmin etmişdir. Bundan sonra, o, həmin 31 qutu «doqquzluq» örtük, yəni (izoliyasiya)nın hər bir qutusuna 70 manat ödəməklə ümumilikdə Şahid5 2.170 manat ödəyib həmin malları almışdır. Bir neçə müddət ərzində aldığı həmin malları işlətdiyi dükanda satmşdır. Təqsirləndirilən şəxs1 adlı şəxsi tanımamış və ondan ümumiyyətlə heç bir təmir-tikintiyə aid olan mal almamışdır. O, həmin malı 70 manata alıb 110-120 manata satmışdır. Tengizin malı ucuz satmasından şübhələnməmişdir. Ona görə ki, Tengiz böyük bir şirkətdə işləyir, demişdir ki, mal artıq qalıb ona görə də elə qiymətə satılır. O, bilməmişdir ki, şirkətdə artıq qalan malı satmağa Tengizin hüququ var ya yox. Tengiz həmişə onlarla alver etdiyindən o, inanmış, həm də təkrar-təkrar oğurluq olub-olmamasını soruşmuşdur. Polis əməkdaşları gələndə bilmişdir ki, mal oğurluqdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, 01.05.2018-ci il tarixdən 02.02.2019-cu ilə kimi Zərərçəkmiş şəxs MMC-də anbardar işləmişdir. 2018-ci ilin iyul ayının əvvəlində Təqsirləndirilən şəxs1 MMC-nin ünvan 4 ünvanda yerləşən anbarına fəhlə kimi işə qəbul olduqdan sonra onu tanımışdır. MMC-nin qaimələri anbarın yaxınlığında olan ofisdə olurmuş, ofisdən götürüb qaimələri istifadə etmişdir. 02.02.2019-cu ildə o, işdən çıxarkən anbarda olan malları təhvil-təsim etmişdir. Anbarda olan malları Şahid13 təhvil vermişdir. O, anbarda işləyən zamaın anbarın açarını heç kimə verməmişdir. 2020-ci ilin iyulun sonlarında eşitmişdir ki, anbardan Yusif və digərləri tərəfindən oğurluq olmuşdur. Anbardar işlədiyi müddətdə anbarın açarını heç kimə verməmiş, amma qaimələr ofisdə olmuşdur, lakin ofisin açarının bir nüsxəsi də Azərdə olmuşdur. Zərərçəkmiş şəxs MMC-də anbardar işlədiyi dövrdə Şahid16 bir dəfə qaimə ilə Şahinin icazəsi ilə təxminən 50 metr ölçüdə su borusu və həmin borunun quraşdırılması üçün avadanlıqlar götürmüşdür. O, həmin anbarda anbardar vəzifəsinə işləməyə başladıqda anbarda olan avadanlıqları və malları sayıb hesabat aparıb qəbul etmişdir. 02.02.2019-cu il isə anbardan işdən çıxdıqda həmin cəmiyyətin işçisi olan Şahid13 həmin anbarı təhvil verib rəsmi qaydada təhvil təslim işləri aparılmışdır. Zərərçəkmiş şəxs MMC-nin ünvan 4 ünvanda yerləşən anbarın həyətində ofis yerləşir və həmin ofisdə qaimələr onun işlədiyi dövrdə orada olan dolabın içinə qoyulmuşdur. Anbarda işləyən Təqsirləndirilən şəxs1 həmin ofisə rahat girib çıxa bildiyi üçün cəmiyyətə məxsus olan qaimələri oradan götürə bilərmiş. O, anbarda işləməyə başlayanda ondan əvvəl heç kim işləməmiş, ilk dəfə o, işləmişdir. O, təhvil-təslim aktını Şahid13 vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1, Sənan Balaşovu və Təqsirləndirilən şəxs4 tanıyır. O, Nərimanov rayonu, Ə.Rəcəbli 62A inşaat materialları bazarında havalandırma avadanlıqlarının topdan və parakəndəsatışı ilə məşğul olur. 2020-ci ilin iyun ayının əvvəllərində həmin dövrdə icarə əsasında işlədiyi dükandan alış-veriş edən "xxxx" MMC-də çalışan İlkin adlı müştəriyə zəng vurub «10-luq yapışqan» izolyasiyanın lazım olduğunu bildirmişdir. Həmin vaxtdan bir qədər keçmiş İlkin ona zəng edərək «10-luq yapışqan» izolyasiyanın, yəni, kondisioner havalandırma kanalının örtüyünün 1 kvadratını 4 manat 60 qəpiyə satılması barədə məlumat vermişdir. O, həmin vaxt Yusifi tanımamışdır. Yusiflə ilk dəfə malı Fəriddən alandan 5-6 gün sonra görüşmüşdür. O, həmin malın mənbəyini, yəni haradan əldə olunmasını İlkindən soruşmuşdur. İlkin həmin izolyasıyanın hansısa lahiyədən artıq qaldığını bildirmişdir. O da həmin izolyasiyanı almaq istədiyini bildirmiş, ona görə ki, həmin dövrdə o, həmin izolyasıyanın 1 kvadrat metrəsini 6 manata satmışdır. 2020-ci ilin iyun ayının təxminən ortalarında İlkin işlətdiyi dükana gəlmiş, bir qədər vaxt keçdikdən sonra dükanın qarşısına hazırda dövlət qeydiyyat nişanını xatırlamadığı «Qazel» markalı yük maşını gəlib dayanmışdır. Bundan sonra dükanın qarşısına bir nəfər arıq bədən quruluşlu sonradan adını bildiyi Təqsirləndirilən şəxs4 yaxınlaşıb özünü Fərid kimi təqdim etmişdir. O, Fərid adlı şəxsdən həmin örtüyün oğurluq olub-olmamasını soruşmuş, Fərid isə həmin malın oğurluq olmadığını bildirmişdir. Bundan sonra o, 180 kvadrat metr həcmində olan 10 top örtüyü alıb 828 manat pulu Fəridə vermişdir. Bununla da ilk olaraq Fəridlə tanış olmuşdur. Həmin vaxt 100 manat pulu İlkinə ona yardım göstərdiyinə görə vermişdir. İlkin bildirmişdir ki, Yusif adlı şəxslə telefonla danışmış və Fərid adlı şəxs Yusifin tanışıdır. Bundan sonra o, adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 ilə bir neçə telefon vasitəsi ilə əlaqə yaratmışdır. Onun istifadəsində ***-***-**-** telefon olmuşdur. Bu hadisədən təxminən 5-6 gün keçdikdən sonra Yusiflə işlədiyi bazarın qarşısında görüşüb tanış olmuş və Yusifdən bir neçə dəfə külli miqdarda müxtəlif növlü və çeşidli mallar almışdır. Əldə etdiyi malların qiymətini daimi olaraq Yusiflə razılaşaraq almışdır. Təxminən 13.06.2020-ci il tarixdən 28.06.2020-ci il tarixinə kimi olan müddət ərzində bir neçə dəfəyə Təqsirləndirilən şəxs1 ümumilikdə 15.000 manat ödəməklə müxtəlif təyinatlı havalandırma sistemlərinə aid olan avadanlıqları əldə etmişdir. Malları Yusif, Fərid və Sənandan alarkən onlar ona heç bir qaimə verməmiş, o, isə onlardan sənəd tələb etməmişdir. Yusif, Fərid və Sənandan hansı miqdarda və ümumiyyətlə həmin malların qiymətini hal-hazırda xatırlamır. Təqsirləndirilən şəxs1 ona satılan malları təklif etdikdə hansısa bir lahiyədən artıq qalmasını bildirmişdir. Təqsirləndirilən şəxs1, Yusifin tanışları Təqsirləndirilən şəxs4 və sonradan adını bildiyi X15 əldə etdiyi, sonradan qiymətləri hesablanan 25.070 manat və 3.959 manat məbləğində malları özü könüllü olaraq Zərərçəkmiş şəxs MMC-yə qaytarmışdır. Təqsirləndirilən şəxs1 əldə etdiyi 9.037 manat məbləğində olan malları işlədiyi dükanda tanımadığı şəxslərə satmışdır. Təbii ki Yusif, Fərid və Sənanın gətirdiyi malların qiyməti bazar qiymətindən aşağı olmuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, o, Yusifə malı sifariş etməmiş, özləri gətirmişlər. Malı həm balaca maşınla, həm də “QAZEL”-lə də gətirmişlər. Yusif də ona malların hansısa bir lahiyədən artıq qalmasını bildirmişdir. İlk dəfə malı ona Təqsirləndirilən şəxs4 gətirmiş, ondan malın oğurluq olub-olmamasını soruşmuş, oğurluq olmadığını və Araz marketdə işlədiyini və malın hansısa layihədən artıq qaldığını demişdir. Təqsirləndirilən şəxs Sənan Balaşovu o, Yusiflə birlikdə mal gətirəndə görmüşdür. O, Yusif, Fərid və Sənandan 5-6 dəfə mal almış, onlara 15 min manat pul vermişdir. O, ümumilikdə təxminən Yusif, Fərid və Sənandan 40-50 minlik mal almış olar, dəqiq qiyməti xatırlamır. O, şirkətlərdən də topdan satış mal alır. Yusif, Fərid və Sənandan təzə mal almış, yəni istifadə olunmamışdır. Yusifdən aldığı malların keyfiyyətinə dair ona zəmanət verməmişlər. Baxanda keyfiyyətini bilmişdir. Yapışqanlısı və ya sadəsi olur. Yusif, Fərid və Sənandan aldığı malları işlədiyi mağazaya mədaxil etməmiş, onlardan aldığı mallara görə məxaric kassa orderi onlara verməmişdir. O, Yusifdən malı alanda rəsmi almamış, malı götürüb pulunu öz cibindən vermişdir. Ümumiyyətlə, o, satdığı malın vergisini verir, lakin, Yusif, Fərid və Sənandan aldığı və satdığı mallara görə vergi ödəməmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış şahid Şahid2 ifadəsindən görünür ki, sonuncu eyni məzmunlu ifadə verərək məhkəmə iclasında dindirilmiş Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tanıyır. O, 17.05.2020-ci il tarixdən etibarən Zərərçəkmiş şəxs MMC-də anbardar işləmişdir. 17.05.2020-ci il tarixdə "xxxx" MMC-nin ünvan 4 ünvanda yerləşən anbarında anbardar vəzifəsinə işləməyə başladıqdan sonra həmin anbarda ondan əvvəl işləyən Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. O, anbarı təhvil-təslim olmadan Yusifdən götürmüş, yəni, həmin anbarı qəbul edərkən Təqsirləndirilən şəxs1la və ya cəmiyyətin digər bir salahiyyətli şəxsi ilə təhvil-təslim işləri aparılmamışdır. Zərərçəkmiş şəxs MMCnin qaimələri onda olmuşdur. O, qaimələri anbarın yaxınlığında olan ofisə qoyurmuş, ofisdən götürüb qaimələri istifadə edirmiş. 2020-ci ilin iyulun 7 və ya 8-ində anbardan mal verərkən mallarda çatışmazlıq olduğu üçün Şahinə məlumat verilmişdir. Şahin də bu barədə polisə şikayət etmişdir. Şahid16 anbarın sahibi Şahinin əmisi oğludur. Azər anbarın həyətində mərmər sexi işlətmişdir. Azər qeyri-rəsmi olsa da anbarda gedən işlərlə bağlı göstərişlər verirmiş, lakin, o, Azərin dediklərini icra etməmişdir. Azər bir neçə dəfə ondan anbarın açarını istəmiş, lakin, o, açarı Azərə verməmişdir. Azərin anbardan hər hansı mal aparmasını o, görməmişdir. 17.05.2020-ci il tarixdən Zərərçəkmiş şəxs MMC-nin ünvan 7 ünvanda yerləşən anbarında anbardar vəzifəsinə işləməyə başlamağına baxmayaraq həmin işi tam mənimsəmədiyi üçün anbardar vəzifəsinin böyük bir hissəsini ondan əvvəl həmin anbarda anbardar işləyən Təqsirləndirilən şəxs1 tərəfindən həyata keçirildiyinə görə və orada nəzarətin zəif təşkil olunması səbəbindən Təqsirləndirilən şəxs1 həmin anbarda istədiyi qanunsuz hərəkətlərə yol verə bilirmiş. 18.05.2020-ci il və 19.05.2020-ci il tarixlərində Zərərçəkmiş şəxs MMC-nin ünvan 4 ünvanda yerləşən anbarından Təqsirləndirilən şəxs1 tərəfindən malların oğurlanıb satılması barədə əvvəlcədən hər hansı bir məlumatı olmamışdır. Sadəcə 2020-ci ilin iyul ayının 7 və ya 8-də anbardan mal verərkən mallarda çatışmazlığın olduğunu müəyyən edib bu barədə cəmiyyətin rəhbərliyinə məlumat vermişdir. O, anbarı Yusifdən tam təhvil ala bilməmiş, həmin ərəfələrdə Yusif işdən çıxmışdır. Əvvəl anbarda olan malları sayıb təhvil almağa başlamış, lakin Yusif gəlmədiyi üçün malları ondan təhvil ala bilməmişdir. Sonra bilinmişdir ki, anbarda çatışmazlıqlar var. O, rəhbərliyə demişdir ki, Yusif gəlmədiyi üçün anbarı təhvil ala bilməmişdir. Yusif anbarı ona təhvil verməyəndən sonra o, malların adlarını bilmirmiş, adlarını öyrənəndən sonra anbarda olan malları sayıb sürücü işləyən Zamiqə vermişdir ki, ofisə versin. O, anbardan çıxa bilmədiyi üçün Zamiqlə göndərmiş, yəqin ki, mühasibatlığa vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır. Kondisioner havalandırma borularının kəsilib hazırlanması işi ilə məşğul olur. 31.01.2019-cu il tarixdən 09.08.2019-cu il tarixə kimi Zərərçəkmiş şəxs MMC-də kondisioner havalandırma borularının kəsilib hazırlanması işində dəmirçi kimi işləmişdir. İşlədiyi sex Cəmiyyətin anbarına yaxın yerdə yerləşmişdir. Həmin vaxtlardan Yusifi tanımışdır. Yusif MMC-nin anbarında fəhlə işləmişdir. O, həmin cəmiyyətdən işdən çıxdıqdan sonra "xxxx" MMC-də işə düzəlmişdir. Həmin Cəmiyyət kondisioner havalandırma santexnik, kondisioner elektrik avadanlıqlarının quraşdırılması işi ilə məşğul olur. 2020-ci ilin may ayının əvvəllərində Yusif ona zəng edib harada işlədiyini soruşmuşdur. O, işlədiyi yer barədə demişdir. Yusif ona təklif etmişdir ki, kondisioner avadanlıqlarının satışı ilə məşğul olur, işlədiyi Cəmiyyətə kondisioner avadanlıqları satmaq istəyir. O da Yusifin təklifini "xxxx" MMC-nin direktoru Zahidə demiş, Zahid də almaq istədiyini bildirmişdir. Zahidə Yusifin mobil nömrəsini vermişdir. Sonradan eşitmişdir ki, Yusif Zahidə kondisioner avadanlıqları satmışdır. Sonradan ona məlum olmuşdur ki, Yusif Zahidə satdığı həmin avadanlıqları oğurluq yolu ilə əldə etmişdir. Onun Yusifin oğurluq etməsi barədə məlumatı olmamışdır. Yusif.Həsənovla "xxxx" MMC-də çalışan Şahid7 tanış etməkdə onun hər hansı bir maddi marağı olmamışdır. Zərərçəkmiş şəxs MMC-nin anbarından oğurlanmış avadanlıqların satılmasında onun heç bir iştirakı olmamışdır. O, Yusifin telefonunu "xxxx" MMC-nin direktoru Zahidə vermiş özləri danışmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs4 tanıyır. O, 2017-ci ilin iyun ayından «X26» şirkətində sürücü işləyir. 2020-ci ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən 62 A ünvanında inşaat materialları bazarında icarə əsasında dükan işlədən Şahid1 ona zəng edərək «10-luq yapışqan» izolyasiyasının lazım olduğunu bildirmişdir. Bundan başqa Ülvi ona əlavə olaraq bildirmişdir ki, aldığı məlumata əsasən sürücü işlədiyi "xxxx" şirkətinin əməkdaşı həmin izolyasiyadan onun işlədiyi bazarda da satmışdır. O, Ülviyə bildirmişdir ki, onun işlədiyi şirkət dediyi izolyasiyadan satmır, şirkətdən başqa bir "xxxx" şirkəti var, ola bilər ki, həmin şirkət axtardığı izolyasiyadan satır. Ülvi ondan bununla maraqlanmağını xahiş edib bildirmişdir ki, əgər istədiyi izolyasiyadan tapsa ona qazanc kimi 100 manat pul verəcəkdir. Bundan sonra o, digər "xxxx" şirkətində çalışan Tengiz adlı şəxsə zəng vurub Ülvinin axtardığı izolyasiya barədə maraqlanmış, Tengiz bildirmişdir ki, çalışdığı şirkət həmin izolyasiyadan satmır, lakin tanışları var, onlar həmin izolyasiyadan satırlar. Tengizdən həmin malın mənbəyini soruşmuşdur. Tengiz bildirmişdir ki, həmin izolyasiya hansısa lahiyənin tikintisi zamanı artıq qalan maldır, onun mobil telefon nömrəsini izolyasiya satan şəxsə verəcək ki, həmin şəxs onunla əlaqə saxlasın. O, bu barədə Ülviyə demişdir. Ülvi bildirmişdir ki, həmin şəxsə 10 top izolyasiya sifariş etsin, həmin izolyasiyanı çalışdığı bazara gətizdirsin. Bir qədər vaxt keçdikdən sonra ona əvvəllər tanımadığı bir nəfər şəxs zəng vurub telefon nömrəsini Tengiz adlı şəxsin verdiyini bildirmiş, həmin şəxslə danışıb 10 top «10-luq yapışqan» izolyasiyanı sifariş edib Ülvinin işlətdiyi dükanın qarşısına gətirilməsini sifariş vermişdir. O, həmin şəxslə danışan zaman izolyasiyanın qiymətini soruşmuş, həmin şəxs «10-luq yapışqan» izolyasiyanın, yəni kondisioner havalandırma kanalının örtüyünün 1 kv.m-ni 4 manat 60 qəpiyə satdığını bildirmişdir. Onunla telefon əlaqəsi yaradan həmin şəxs bazara gələ bilməyəcəyini, əvəzinə 10 top izolyasiyanı başqa bir nəfər şəxsin gətirəcəyini bildirmişdir. O da bu barədə Ülviyə məlumat vermişdir. Bundan başqa Ülvi ondan həmin malın mənbəyini, haradan gəlməsini bir neçə dəfə soruşmuşdur. O, Ülviyə həmin izolyasiyanın hansısa lahiyə işləri aparılan zaman artıq qaldığını bildirmişdir. 2020-ci ilin iyun ayının təxminən ortalarında o, Ülvinin işlətdiyi dükana getmiş, bir qədər vaxt keçdikdən sonra Ülvinin işlədiyi dükanın qarşısına qeydiyyat nişanını xatırlamadığı «Qazel» markalı yük maşını gəlib dayanmışdır. Şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs4 Ruslan oğlu yaxınlaşıb özünü təqdim etmişdir. Bundan sonra Ülvi 180 kvadrat mert həcmində olan 10 top «10-luq yapışqan» izolyasiya örtüyü alıb 828 manat pulu Təqsirləndirilən şəxs4 vermişdir. Həmin vaxt Ülvi 100 manat pulu ona yardım göstərdiyinə görə vermişdir. Həmin hadisədən bir qədər vaxt keçdikdən sonra ona məlum olmuşdur ki, Ülvinin aldığı həmin mallar hansısa anbardan oğurlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X28 ifadəsində göstərmişdir ki, 2020-ci ilin yanvar ayının əvvəli "xxxx" MMC-nə kondisioner ustasının köməkçisi kimi işə qəbul olunmuş və hazırda həmin şirkətdə çalışır. Təxminən 2019-cu ilin əvvəlindən həmin ilin axırına kimi olan müddət ərzində Zərərçəkmiş şəxs MMC-də fəhlə işləmişdir. Zərərçəkmiş şəxs MMC-nin icraçı direktoru Şahid12 tərəfindən təqdim edilmiş 14.02.2020-ci il tarixli 055 №-li Əmrdən və həmin əmrin məzmunundan məlumatı yoxdur. Şahid5lə 2020-ci ilin yanvar ayında "xxxx" MMC-də usta köməkçisi vəzifəsində işlədiyi vaxt tanış olmuşdur. O, 2019-cu ilin yanvar ayında Zərərçəkmiş şəxs MMC-də işlədiyi dövrdə Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. Həmin dövrdə və işdən çıxdığı zamana kimi Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs MMC-nin ünvan 9 ünvanda yerləşən anbarında fəhlə işləmişdir. 2020-ci ilin mart ayının son günləri Təqsirləndirilən şəxs1 ona zəng edərək bir xeyli örtük, yəni izolyasiya olduğunu və həmin izolyasiyanı istiyən olsa satmaq istədiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, narahatçılığa səbəb yoxdur, həmin izolyasiya hansısa lahiyədən artıq qalan mallardır. Həmin ərəfədə, yəni 2020-ci ilin mart ayının sonlarında onunla eyni şirkətdə usta işləyən Şahid5 zəng vurub bildirmişdir ki, bir nəfər tanışında bir xeyli örtük, yəni (izoliyasiya) var. Tengiz ondan həmin izolyasiyanın mənbəyini, yəni haradan əldə olunmasını bir neçə dəfə soruşmuş, o da öz növbəsində Təqsirləndirilən şəxs1 həmin izolyasiyanın hansısa lahiyədən artıq qalması barədə dediklərini bir daha Tengizə bildirmişdir. Tengizə Təqsirləndirilən şəxs1 istifadə etdiyi telefon nömrəsini verib bildirmişdir ki, özü Təqsirləndirilən şəxs1la telefon əlaqəsi saxlayıb izolyasiya barədə maraqlana bilər. Bundan sonra Şahid5la Təqsirləndirilən şəxs1 arasında olan söhbətlər barəsində heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1la "xxxx" MMC-də çalışan Şahid5 tanış etməkdə onun heç bir maddi marağı olmamışdır. Sadəcə Yusif ona zəng edib izolyasiyanı istiyən olsa satmaq istədiyini bildirdiyi üçün o da bu barədə Şahid5 demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 Ağarza oğlu ifadəsində göstərmişdir ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorudur. Həmin cəmiyyət kondisioner havalandırma santexnik, kondisioner elektrik avadanlıqlarının quraşdırılması işi ilə məşğul olur. 2020-ci ilin may ayının əvvəllərində onunla birlikdə işləyən Mehman zəng edib bildirmişdir ki, aşağı qiymətə Yusif adlı şəxs kondisioner avdanlıqları satır. O, almaq istədiyini bildirmişdir. Mehman ona Təqsirləndirilən şəxs1 mobil nömrəsini vermişdir. O, Yusiflə əlaqə saxlamış və görüşmək barədə razılaşdıqdan sonra 2020-ci ilin may ayının əvvəli saat təqribən 12:30 radələrində Təqsirləndirilən şəxs1la Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən «Avropa» məktəbinin yaxınlığında mövcud olan anbarın qarşısında görüşmüşlər. Təqsirləndirilən şəxs1la yaxınlıqda yerləşən anbara daxil olmuşlar. Anbarda Təqsirləndirilən şəxs1 onu maraqlandıran avadanlıqları göstərib həmin malların qiymətlərini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 ona lazım olan avadanlıqları təqdim etdikdə qaimə verməsini tələb etmişdir. Təqsirləndirilən şəxs1 həmin avdanlıqları qaimə vermədən ona satmaq istədiyini bildirmiş, lakin, o, razı olmamış və belə olan halda malları almaqdan imtina etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 qaimə verməyə razılıq vermişdir. 18 may 2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonunda yerləşən Badamdar qəsəbəsində Yusiflə görüşmüşdür. Görüş zamanı Yusif ona sifariş etdiyi malları “VAZ-2106” markalı avtomobillə gətirmişdir. Avtomobili arıq, hündür boylu bir şəxs idarə etmişdir. 18.05.2020-ci il tarixdə o, Təqsirləndirilən şəxs1 29 qutu hər birinin içərisində 100 metrə olan «flanş» hər bir metrəsini 1 manata, 504 metr təşkil edən “13 m yapışqan izolyasiyanı“ hər bir metrəsini 4 manata və 11 qutu hər birinin içərisində 10 metr olan «152 fleks»i hər bir qutusunu 26 manata alıb ümumilikdə 5.202 manat ödəyib həmin avadanlıqları Zərərçəkmiş şəxs MMC-nin qaiməsi əsasında almışdır. Bundan başqa 19 may 2020-ci il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsində Yusiflə görüşmüşdür. Yusifə sifariş etdiyi malları “Pajero io” markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gətirmişdir. Bu dəfə Yusif tək gəlmişdir. Həmin vaxt Yusifdən 30 qutu hər birinin içərisində 10 metr olan «152 fleks»i hər bir qutusunu 26 manata, 1500 metrə olan «flanş» hər bir metrəsini 1 manata və 15 ədəd «qalvanez list»i hər birini 39 manata alaraq ümumilikdə ona 2.865 manat ödəyib həmin avadanlıqları Zərərçəkmiş şəxs MMC-nin qaiməsi əsasında almışdır. O, hər dəfə həmin avadanlıqları Təqsirləndirilən şəxs1 aldıqda ondan həmin malların oğurluq olub-olmamasını soruşmuşdur. Yusif də hər dəfə bildirmişdir ki, çalışdığı cəmiyyət ona satılan malların satışı ilə rəsmi məşğul olur və həmin malların heç biri qanunsuz əldə olunmamışdır. Həmçinin, o, fikirləşmişdir ki, həmin malları qaiməyə əsasən əldə edir, həmin qaimədə satan təşkilatın möhürünün həkki var imiş, ona görə malın qanuni olaraq satılmasını düşünmüşdür. O, pulları Yusifə vermişdir. O, hər dəfə Yusifdən malı alanda qaimə əsasında almışdır. Qaimədə imza möhür olmuş, ona görə də o, həmin malların oğlurluq olmasından şübhələnməmişdir. O, aldığı malın pulunu həm də Yusifin verdiyi kart hesabına da göndərmişdir. Kartın biri Yusifin adına imiş, qalan kartların kimin adına olmasını xatırlamır. 3-4 dəfə malı hissə-hissə gətirmiş, bir dəfə də mala görə ona qaimə verməmiş, bildirmişdir ki, gələn dəfə mal gətirəndə qaiməni gətirər, lakin gətirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin noyabr ayının əvəlindən 2020-ci ilin may ayına kimi olan müddət ərzində "xxxx" MMC-nin ünvan 4 ünvanda yerləşən anbarında anbardar vəzifəsində çalışmışdır. Sonra həmin anbarda fəhlə işləyən Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. 2019-cu ilin noyabr ayının əvvəlində anbardar vəzifəsinə işləməyə başladıqda, o, anbarda olan avadanlıqları və malları sayıb sadə əl yazma formasında arayış tərtib edərək həmin arayışı icraçı direktor Mahir Şahbazova vermişdir. 2020-ci ilin may ayında isə anbardan işdən çıxdıqda Təqsirləndirilən şəxs1la və ya cəmiyyətin digər bir salahiyyətli şəxsi ilə təhvil-təslim işləri aparılmamışdır. Anbarda təhvil-təslim işlərinin aparılmamasına cəmiyyətin heç bir salahiyyətli şəxsi təşəbbüs göstərməmişdir. O, 2019-cu ilin noyabr ayından Zərərçəkmiş şəxs MMC-nin ünvan 10 ünvanda yerləşən anbarında anbardar vəzifəsinə işləməyə başladığı gündən və 2020-ci ilin may ayında oradan işdən çıxarıldığı günə kimi Təqsirləndirilən şəxs1 həmin anbara rahat daxil olub çıxa bildiyi üçün həmin anbarda istədiyi hərəkətlərə yol verə bilirmiş. Həmin dövr ərzində Zərərçəkmiş şəxs MMCnin anbarından Təqsirləndirilən şəxs1 tərəfindən malların oğurlanıb satılması barədə əvvəlcədən hər hansı bir məlumatı olmamışdır. Zərərçəkmiş şəxs MMC-nin anbarının həyətində ofis yerləşir və həmin ofisdə qaimələr orada olan masanın üzərində olurmuş. Anbarda işləyən Təqsirləndirilən şəxs1 həmin ofisə rahat girib çıxa bildiyi üçün cəmiyyətə məxsus olan qaimələri oradan götürmüşdür. Şahid16 tanıyır. Onun yanında Şahid16 anbarın açarını istəməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, hadisənin baş verdiyi anbarın yerləşdiyi ərazidə Şahid16 ilə şüşə sexini icarəyə götürmüşlər. Onun şirkəti var, İrandan şüşə gətirirmiş. 180 kv. metr yeri icarəyə götürüb işləmişdir. Orada öz avadanlıqlarını qoymuşdur. Onun şirkəti Zərərçəkmiş şəxs MMC ilə müqavilə bağlamışdır. Şahid16 müqavilə bağlamışdır. Şahid16 onun şirkətinin direktoru olmuşdur. O, təsisçidir. Onun şirkətinin adı “Qudman” olmuşdur. Zərərçəkmiş şəxs MMCnin anbarının ona heç bir aidiyyatı olmamışdır. Yusif anbarda işləmişdir. Yusifə Azər is tapşırmışdır. Zərərçəkmiş şəxs MMC-nin anbarına Şahid16 nə aidiyyatı olmasını bilməmişdir. Azər Yusifə tapşırıqlar verirmiş, Yusif Azərin sözünü yerinə yetirmişdir. Azərdə anbarın açarının olmasını bilməmişdir. O, pandemiya ilə əlaqədar İrana getmişdir. 200-250 kv.m şüşəsi burada qalmışdır. Sərhədlər bağlanmış, gələ bilməmiş, gələndə şüşələr yerində olmamışdır. Azərin anbarla nə əlaqəsinin olmasını bilmir. Ona nə Yusif, nə də Azər anbardan nə isə təklif etməmişlər. Azərə Zərərçəkmiş şəxs MMC-nin işçilərinə göstəriş verməyi kim səlahiyyət verib bilmir. Azər işçilərə ağsaqqallıq etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərin heç birini tanımır. O, 1001 xırdavat mağazası işlətmişdir. Bir nəfər ondan mal götürmüşdür. Həmin adam demişdir ki, pul kartdadır, sonra bildirmişdir ki, kartan pul çıxmamışdır. Həmin malların yerinə aksessuarlar gətirib mağazaya qoymuş, bildirmişdir ki, pulu gətirəndə həmin malları götürəcək. Sonra pandemiya ilə bağlı mağaza bağlanmışdır. Sonra o, həmin şəxslə rastlaşmışdır. Ona pulu verməyini demişdir. Həmin vaxt onun əlində zənbil var imiş. Ona zənbili burada qoyub, gedib pulu gətirib, zənbili götürməyini bildirmişdir. Onun mağazasından oğurlanmış mallar aşkar olunmuşdur. Təxminən 32 ədəd krant olmuşdur. O, həmin malları Mahir adlı şəxsə təhvil vermişdir. O, həmin malları satışa qoymamışdır. Malı ona verən oğlan neçə ay gəlib çıxmamışdır. O, heç vaxt oğurluq mal almamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid13 ifadəsindən görünür ki, o, 01.11.2018-ci il tarixdən Zərərçəkmiş şəxs MMC-də qeyri-rəsmi olaraq təchizatçı fəzifəsində işə başlamış, 02.02.2019-cu il tarixdən isə Zərərçəkmiş şəxs MMC-nin ünvan 4 ünvanda yerləşən anbarına anbardar vəzifəsinə qeyri-rəsmi olaraq keçirilmişdir. Anbarda 01.05.2019-cu il tarixinə kimi olan müddət ərzində anbardar vəzifəsində çalışmışdır. Həmin vaxtdan anbarda fəhlə işləyən Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. 02.02.2019-cu il tarixdə yuxarıda qeyd olunan ünvanda yerləşən anbarı ondan öncə həmin anbarda anbardar işləyən Şahid10 təhvil alıb qeyri-rəsmi qaydada təhvil təslim işləri aparılmışdır. Bundan sonra o, öz növbəsində anbarda olan avadanlıqları və malları sayıb hesabat aparıb qəbul etmişdir. 01.05.2019-cu ildə isə anbardan işdən çıxdıqda həmin cəmiyyətin ünvan 4 ünvanda yerləşən anbarında fəhlə işləyən Təqsirləndirilən şəxs1 həmin anbarı təhvil verib qeyri-rəsmi qaydada təhvil təslim işləri aparılmışdır. Zərərçəkmiş şəxs MMC-nin ünvan 4 ünvanda yerləşən anbarının həyətində ofis yerləşir və həmin ofisdə yuxarıda qeyd olunan qaimələr onun işlədiyi dövrdə orada olan masanın üstünə qoyulmuşdur. Yuxarıda qeyd olunan anbarda işləyən Təqsirləndirilən şəxs1 həmin ofisə rahat girib çıxa bildiyi üçün cəmiyyətə məxsus olan qaimələri oradan götürə bilərmiş. O, anbardar işlədiyi dövr ərzində Şahid16 anbardan hər hansı bir mal və ya avadanlıq verməmiş, anbarın açarları onda olmuşdur. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış şahid X5 ifadəsindən görünür ki, o, 2019-cu ilin fevral ayından "xxxx" MMC-də kondisioner ustası işləyir, kondisionerlərin təmiri ilə məşğul olur. 2020-ci ilin mart ayının son günlərində onunla eyni şirkətdə çalışan havalandırma sistemlərinin quraşdırılması ilə məşğul olan Şahid15 adlı tanışı zəng vurub ona bildirmişdir ki, bir tanışı bir xeyli ucuz qiymətə örtük, yəni (izoliyasiya) satır. O, tanışı Vasifdən həmin izolyasiyanın mənbəyini, yəni haradan əldə olunmasını bir neçə dəfə soruşmuş, sonuncu bildirmişdir ki, narahatçılığa səbəb yoxdur, həmin izolyasiyanı tanışı satır. Vasifin dediyinə görə həmin izolyasiya hansısa lahiyədən artıq qalan mallar olmuşdur. Bundan sonra Vasif ona bir telefon nömrəsini verib bildirmişdir ki, həmin şəxs ilə telefon əlaqəsi saxlayıb izolyasiya barədə maraqlana bilər. Həmin ərəfədə təqdim olunmuş mobil telefon nömrəsi ilə əlaqə yaratmış, zəngə cavab verən sonradan adının Yusif olduğunu bildiyi şəxs ona 31 qutu «doqquzluq» örtük, yəni (izoliyasiya) olduğunu və ümumilikdə həmin malı 1400 manata təklif etmişdir. O, həmin örtüyün ona ucuz qiymətə hansı səbəbə görə təklif etdiyini Yusif adlı şəxsdən soruşduqda sonuncu bildirmişdir ki, hansısa bir lahiyədən artıq qalan izolyasiyadır və ona təcili pul lazım olduğu üçün belə ucuz qiymətə satmaq istəyir. Bundan başqa həmin izolyasiyanın oğurluq olmadığını da Yusif adlı şəxs telefon danışığı zamanı ona bildirmişdir. O, həmin malın harada olmasını soruşduqda Yusif bildirmişdir ki, həmin izolyasiya onların Badamdar qəsəbəsində olan həyətindədir və izolyasiyanı onun özü yük maşını vasitəsi ilə hara lazım olsa çatdıra bilər. Bundan sonra Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən tikinti malları satılan 62 A adlı bazara gedib alış-veriş etdiyi dükan sahibi Şahid6 həmin izolyasiyanın satış qiyməti ilə maraqlanmış, sonuncu həmin izolyasiyanı ondan hər bir bağlamasını 70 manata ala biləcəyini söyləmişdir. O, bu işdə qazanc əldə edə biləcəyini görüb bir daha Yusif adlı şəxs ilə telefon əlaqəsi yaratmış, telefon danışığı zamanı Yusif izolyasiyanın hara çatdırılmasını soruşmuş, onun təklifi ilə Yusif izolyasiyanı 2020-ci ilin mart ayının son günlərində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən tikinti malları satılan 62 A adlı bazara çatdırmış, həmin ünvana izolyasiyanı yük maşını vasitəsi ilə 40 manata gətirə biləcəyini demişdir. Yusifə həmin izolyasiyanı hara boşaltmaq lazım olduğu yeri başa salmış, bir neçə dəqiqə keçdikdən sonra onun dediyi dükanın qarşısına markasını və dövlət nömrə nişanını xatırlamadığı yük maşını gəlmiş, həmin yük avtomobilinin dalınca ağ rəngli dövlət nömrə nişanını xatırlamadığı «Vaz 2106» markalı avtomobil gəlib dayanmışdır. Həmin «Vaz 2106» markalı avtomobildən bir nəfər təxminən 25-28 yaşlı qaraşın və təxminən 20 yaşlı arıq bədən quruluşlu iki nəfər şəxs düşüb ona yaxınlaşmışdır. Onlardan biri özünün Yusif olduğunu bildirib sifariş etdiyi 31 bağlama «doqquzluq» izolyasiyanı gətirdiyini bildirmişdir. Bundan sonra o, sonunculara həmin izolyasiyanı hara boşaltmaq lazım olduğunu göstərmişdir. Yusif və yanında olan arıq bədənli şəxs həmin 31 bağlama izolyasiyanı onun göstərdiyi yerə boşaltmış, o, Fərhadın dükanına gedib sonuncudan 2.170 manat pulu alıb yuxarıda qeyd etdiyi şəxslərə yaxınlaşaraq 1.400 manat pulu Yusif kimi özünü təqdim edən şəxsə və 40 manat pulu isə yük avtomobilinin sürücüsünə verib onları bazardan yola salmışdır. Bundan sonra tanışı Fərhadla halallaşıb həmin bazardan çıxıb getmişdir. Bir qədər vaxt keçdikdən sonra, yəni 2020-ci ilin iyun ayının əvvəli İlkin adlı tanışı ons zəng vurub "xxxx" şirkətinin əməkdaşı havalandırma sisteminə aid olan izolyasıyadan tikinti malları satılan 62 A adlı bazarında sadığını bildirib bu barədə onun məlumatı olubolmadığını soruşmuş, o, İlkinə cavab olaraq bildirmişdir ki, həmin izolyasiyanı satmışdır. Bundan sonra İlkin həmin izolyasiyanı kimdən əldə etməyini və həmin şəxslə neçə əlaqə qura biləcəyini soruşmuş, İlkinə bildirmişdir ki, həmin izolyasiyanı təzə tanış olduğu şəxs satır və yuxarıda qeyd etdiyi izolyasiya hansısa lahiyənin tikintisi zamanı artıq qalan mal olmuşdur. Sonra, yəni 2020-ci ilin iyun ayının əvvəli İlkinə Yusifin telefon nömrəsini vermişdir. Bundan sonra Yusif ilə tanışı İlkinin arasında nə baş verdiyindən məlumatı olmamışdır. 2020-ci ilin iyul ayının ortalarında Səbail RPİ-nin İŞ-nə dəvət olunub ifadə verdikdə ona məlum olmuşdur ki, Yusif adlı şəxsin ona satdığı 31 bağlama izolyasiya hansısa anbardan oğurlanmışdır. Məhkəmə təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 6-cı cild 153-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 fevral 2020-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən və cinayət işinin 6-cı cild 156-cı vərəqəsində olan Zərərçəkmiş şəxs MMC-nin 14 fevral 2020-ci il tarixli 005 saylı əmrindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsininin “F” bəndinə əsasən 14 fevral 2020-ci il tarixdən 15 fevral 2021-ci il tarixə kimi olan 1 (bir) il müddətinə Cəmiyyətə “anbardar” vəzifəsinə işə qəbul olunmuşdur. Cinayət işinin 6-cı cild 154-cü vərəqəsində olan və məhkəmədə tədqiq olunaraq araşdırılmış 19 may 2020-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən cə cinayət işinin 6-cı cild 157-ci vərəqəsində olan Zərərçəkmiş şəxs MMC-nin 19 may 2020-ci il tarixli 022 saylı əmrindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən Cəmiyyətə fəhlə vəzifəsinə keçirilmişdir. Cinayət işinin 6-cı cild 155-ci vərəqəsində olan və məhkəmədə tədqiq olunaraq araşdırılmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən cə cinayət işinin 6-cı cild 158-ci vərəqəsində olan Zərərçəkmiş şəxs MMC-nin 25 iyun 2020-ci il tarixli 034 saylı əmrindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifəsindən azad edilmişdir. Cinayət işinin 3-cü cild 5-ci vərəqəsində olan Nümayəndə1 09 iyul 2020-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs MMC-nin Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən anbarında havalandırma sistemində istifadə olunan ona məxsus 5000 manat dəyərində sıxıcı künclüyün oğurlandığını bildirmişdir. Cinayət işinin 3-cü cild 7-8-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 09 iyul 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, oğurluğun baş yerdiyi yer Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən Zərərçəkmiş şəxs MMC-nin anbarıdır. Anbara qara rəngli darvazadan içəri daxil olduqda, anbarın içərisində korobkaların, dəmir qablarda rəngli boyaların olduğu müəyyən edilmiş, Nümayəndə1 anbarda olan korobkadakı künclük və sıxıcı vinti göstərərək həmin əşyaların oğurlandığını bildirmişdir. Cinayət işinin 3-cü cild 135-ci vərəqəsində olan Nümayəndə1 13 iyul 2020-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq ona məxsus Səbail rayonu, A.Abbaszadə küçəsində anbardan 40.000 manatdan yuxarı əmlakın oğurlandığının məlum olduğunu bildirmişdir. Cinayət işinin 1-ci cild 52-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Səbail RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X12 16 iyul 2020-ci il tarixli götürmə aparılması haqqında qərarından görünür ki, Şahid1 könüllü təqdim etdiyi kondisioner avadanlıqları və digər materialların götürülməsi qərara alınmışdır. Cinayət işinin 3-cü cild 137-145-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 iyul 2020-ci il tarixli götürmə aparılması haqqında protokoldan və protokola əlavə edilmiş malların adları və sayı qeyd edilmiş siyahılar və aktdan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs1 aldığı kondisioner avadanlıqları və digər materialları könüllü şəkildə təqdim etmişdir. Götürülmüş malların adları və sayları cədvəldə qeyd edilərək protokola əlavə edilmişdir. Cinayət işinin 3-cü cild 165-171-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Aktdan görünür ki, Zərərçəkmiş şəxs MMC-nin direktoru X22 və anbar müdiri Şahid11 akt tərtib edərək, Zərərçəkmiş şəxs MMC-yə məxsus anbarda 12931 sayda, 30498,85 manat miqdarında mal və material çatışmazlığı olduğunu qeyd edərək həmin aktı imzaları ilə təsdiq etmişlər. Cinayət işinin 1-ci cild 82-87-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Aktdan görünür ki, Zərərçəkmiş şəxs MMC-nin direktoru X22 və anbar müdiri Şahid11 akt tərtib edərək, 2018-ci il tarixdən etibarən 2020-ci ilin iyul ayınadək Səbail rayonu, A.Abbaszadə küçəsi 73B ünvanında yerləşən anbara 851 398, 13 manat məbləğində mal mədaxil edildiyini, 351 033,89 manat məbləğində malın anbardan məxaric edildiyini, anbardakı mal qalığının 201 106,18 manat təşkil etdiyini, oğurlanması ehtimal edilən mal-materialın isə 299 258,06 manat məbləğində olduğunu qeyd edərək həmin aktı imzaları ilə təsdiq etmişlər. Cinayət işinin 1-ci cild 94-95-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 31 avqust 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Şahid16 arasında keçirilmiş üzləşdirmə zamanı, Şahid16 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, Səbail rayonunda yerləşən anbardan mal oğurlamadığını bildirmişdir. Cinayət işinin 1-ci cild 236-239-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 mart 2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə zamanı, Şahid1 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs1 aldığı malların oğurluq olduğunu bilmədiyini, Yusifin ona bu barədə demədiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 248-250-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 08 mart 2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Şahid7 Ağarza oğlu arasında keçirilmiş üzləşdirmə zamanı, Şahid7 Təqsirləndirilən şəxs1 əldə etdiyi malları qaimə ilə aldığını, həmin malların oğurluq olduğunu bilmədiyini bildirmişdir. Cinayət işinin 2-ci cild 1-3-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 08 mart 2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 arasında keçirilmiş üzləşdirmə zamanı, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 anbardan mal oğurlandığı barədə məlumatı olduğunu bildirmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Cinayət işinin 3-cü cild 200-203-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 sentyabr 2020-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, baş vermiş hadisəni əyani şəkildə göstərərək, 2020-ci ilin iyun ayı ərzində tanışları Fərid və Sənan adlı şəxslərlə abardan müxtəlif avadanlıqları oğurlayaraq, həmin malları müxtəlif yerlərdə satdığını bildirmişdir. Cinayət işinin 1-ci cild 138-139-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid7 Ağarza oğlunun təqdim etdiyi qaimələrin kserosurətlərindən görünür ki, 18 may 2020-ci il tarixli, 6944 nömrəli Zərərçəkmiş şəxs MMC-yə məxsus qaimə ilə Zahidə 5202 manat dəyərində mal verildiyi, 2020-ci il tarixli, 6166 nömrəli Zərərçəkmiş şəxs MMC-yə məxsus qaimə ilə Zahidə 2865 manat dəyərində mal verildiyi qeyd edilmiş, həmin qaimələrdə «kimdən» hissəsində Təqsirləndirilən şəxs1 adı qeyd edilmiş və onun tərəfindən imzalanmışdır. Həmçinin, məhkəmə iclasında Şahid7 Ağarza oğlundan 18 may 2020-ci il tarixli, 6944 nömrəli və 2020-ci il tarixli, 6166 nömrəli qaimələrin əsli götürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 4-cü cild 69-79-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 dekabr 2020-ci il tarixli müstəqil auditorun hesabatından və hesabata əlavə edilmiş siyahılardan görünür ki, Zərərçəkmiş şəxs MMC-nin anbardarı olmuş Təqsirləndirilən şəxs1 öhdəsində olan mallarda ümumi kənarlaşma və çatışmayan malların dəyəri 270793, 96 manat təşkil etdiyi müəyyən edilmişdir. Şahid1 tərəfindən qaytarılan malların ümumi dəyərinin ilk dəfə üçün 3959,8 manat və sonrakı qaytarma üzrə 24504,3 manat təşkil etdiyi müəyyən edilmişdir. Cinayət işinin 5-ci cild 65-77-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2021-ci il tarixli, 9/5603 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs MMC-də anbardar vəzifəsində işlədiyi zaman ona 851.398,13 AZN məbləğində mal mədaxil edilmiş, ondan 351.033,89 manat məbləğində mal anbardan müxtəlif obyektlərə və ya satışa məxaric edilmişdir. Anbarda mal qalığı 201.106,18 AZN təşkil edir. Anbarda çatışmayan mal-material 299.258,06 AZN məbləğindədir. Cəmiyyətə catışmayan mallardan bir dəfə 3.959,8 manat məbləğində və sonra 24.504,3 manat məbləğində mal qaytarılmışdır. Belə olan halda anbarda çatışmayan malların dəyəri 270.793,96 manat təşkil edilsə də, lakin ekspert mərkəzinin vəsatəti əsasında mühasibatlıq uçotunu təşkil edən sənədlər təqdim olunmadığı üçün çatışmazlıq 66.840, 61 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 113-114-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış cədvəldən görünür ki, Zərərçəkmiş şəxs MMC-nin anbarından oğurlanmış mallardan Eldəniz adlı şəxsdən 483,68 manat dəyərində, Xəyyam adlı şəxsdən 1273,60 manat dəyərində və Xəyal adlı şəxsdən 9203,96 manat dəyərində mal götürülmüşdür. Cinayət işinin 2-ci cild 115-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 aprel 2021-ci il tarixli Xəyyam İstlikdən verilmiş qaimədən görünür ki, 9 adda mal A.Şabanova təhvil verilmişdir. Cinayət işinin 7-ci cild 114-118-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 iyul 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 arasında keçirilmiş üzləşdirmə zamanı, Təqsirləndirilən şəxs4 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1lə Yusifin əvvəllər işlədiyi Zərərçəkmiş şəxs MMC-nin anbarından müxtəlif mallar oğurlayaraq satmışlar. Cinayət işinin 7-ci cild 139-145-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 iyul 2021-ci il tarixli, 9/4913 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş Təqsirləndirilən şəxs1 ifadələri, müxtəlif növ avadanlıqların və malların siyahısı və cədvəllər, həmçinin, audit hesabatında göstərilən qiymətlər istintaq orqanı tərəfindən nəzərə alındığı təqdirdə vətəndaş Təqsirləndirilən şəxs1 ümumilikdə 66.840, 61 manat məbləğində çatışmazlığının olması müəyyən olunmuşdur. Cinayət işinin 8-ci cild 61-97-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 sentyabr 2021-ci il tarixli, 9/6476 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hazırki ekspertizaya təqdim edilmiş sənədlər o cümlədən Təqsirləndirilən şəxs1 ifadələri, müxtəlif növ avadanlıqların və malların siyahısı və cədvəllər, həmçinin audit hesabatında göstərilən qiymətlər istintaq orqanı tərəfindən nəzərə alındığı təqdirdə Zərərçəkmiş şəxs MMC-yə dəymiş ziyanın ümumi məbləği və vətəndaş Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs MMC-nə məxsus anbarda işlədiyi və ya işləmədiyi müddət ərzində əmtəə-material qiymətlilərinin çatışmazlığının məbləğinin aşağıdakı kimi olması müəyyən olunur: - Zərərçəkmiş şəxs MMC-yə dəymiş ziyanın ümumi məbləği 337 174, 20 manat; - Təqsirləndirilən şəxs1 hesabında olan çatışmazlıq 66.842, 79 manat. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara istinad edərək hesab edir ki, Şahid16, Şahid1 və digər şəxslərin cinayət xarakterili əməlləri nəticəsində hüqüqi şəxs olan Zərərçəkmiş şəxs MMC-yə maddi ziyan vurulmuşdur. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 əməllərində həmçinin Azərbaycan Respublikası CMnin 179-cu maddəsinin əlamətləri mövcuddur. Lakin iş üzrə Şahid16, Ülvi Hüseyov və digər şəxslərin əməllərinə ibtidai istintaq orqanı tərəfindən hüquqi qiymət verilmişdir. Bundan başqa, cinayət işinin 7-ci cild 1-5-ci vərəqələrində olan Bakı şəhər Səbail rayon prokurorluğunun böyük müstəntiqi, kiçik ədliyyə müşaviri X8 22 iyun 2021-ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət işinin istintaq aidiyyatı üzrə göndərilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Şahid16 Əlpaşa oğlunun əməllərində Azərbaycan Respublikası CM-nin 179-cu maddəsinin əlamətləri olmadığından barələrində həmin maddə ilə cinayət təqibinə xitam verilmiş, cinayət işi istintaqın davam etdirilməsindən ötrü istintaq aidiyyatı üzrə Səbail Rayon Polis İdarəsinə göndərilmişdir. Cinayət işinin 5-ci cild 152-176-cı vərəqələrində olan Bakı şəhəri Səbail RPİ-nin İŞnin baş müstəntiqi, polis mayoru X13 16 mart 2021-ci il tarixli sübutların qiymətləndirilməsi və icraata ayrıca cinayət işinin ayrılması barədə qərarından görünür ki, ********* saylı cinayət işindən iş üzrə Şahid16 və digərlərinin barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 194-cü maddələri ilə icraata ayrıca cinayət işi ayrılmışdır, həmçinin, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs MMC-nin anbarından oğurluq cinayət hadisəsinin törədilməsində iştirakı öz təsdiqini tapmadığından Şahid16 barəsində həmin fakt üzrə cinayət təqibinə xitam verilmişdir. Məhkəməyədək icraat zamanı Bakı şəhəri Səbail RPİ-nin İŞ-nin baş müstəntiqi, polis polkovnik leytenantı X3 24 sentyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından Şahid16, Şahid8, Şahid14 və Şahid15 barəsində CM-nin 177.2.1-ci, Şahid5, Şahid7 Ağarza oğlunun, Şahid1, Şahid6, X9, X16 və X10 barələrində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 194-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir.(cinayət işi 8-ci cild, 205-241-ci vərəqə). Cinayət işinin 8-ci 243-248-ci vərəqələrində Bakı şəhəri Səbail RPİ-nin İŞ-nin baş müstəntiqi, polis polkovnik leytenantı X3 24 sentyabr 2021-ci il tarixli cinayət işindən cinayət işinin ayrılması haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işindən Zərərçəkmiş şəxs MMC-dən 270.331,41 manat dəyərində avadanlıq və mal-materialların istintaqa məlum olmayan naməlum şəxs (şəxslər) tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə oğurlaması müəyyən olunmuş və bundan başqa 2019-cu ilin may ayının əvvələindən 2020-ci ilin may ayının ortalarınadək olan müddət ərzində ünvan 7 ünvanda yerləşən Zərərçəkmiş şəxs MMC-nin anbarından 10000-15000 manat dəyərində Türkiyə istehsalı olan “SNS kesim” dəzgahının prosessorunu istintaqa məlum olmayan şəxs (şəxslər) tərəfindən oğurlanması faktı ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə ayrıca cinayət işi ayrılıb icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 17 aprel 2012-ci il tarixli Plenumunun qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası CPM-nin 442 və 449-cu maddələrinin tələblərinə görə məhkəmə nəzarətini həyata keçirən məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və qərarlarına yalnız təqsirlənlirilən şəxs və onun müdafiəçisinin, zərərçəkmiş şəxs və onun qanunu nümayəndəsinin, habelə qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslərin şikayətləri əsasında baxıla bilər. Azərbaycan Respublikasının 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərərçəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Baxılan iş üzrə məhkəmə prosesində dövlət ittihamçısı, zərərçəkmiş-hüquqi şəxsin nümayəndəsi belə bir vəsatət qaldırmamışlar. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, göstərilən şəxslərin əməllərinə hüquqi qiymət verilməsi məhkəmənin səlahiyyəti xaricindədir. Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 onlara elan edilmiş ittiham üzrə, özlərini qismən təqsirli bilmiş, Təqsirləndirilən şəxs3 isə ümumiyytlə özünü təqsirkar bilməmişdir Məhkəmə kollegiyası, təqsirləndirilən şəxslərin ibtidai istintaqda verdiyi ifadələrinin ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib işin faktiki hallarına uyğun gəlməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 məhkəmədə bu barədə verdiyi ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Məhkəmə, zərərçəkmiş-hüquqi şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun hər bir cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, şahidlərin ifadələrini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatını, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 onlara elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətdikləri cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş, onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Plenum qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 2-ci bəndində qeyd edilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin qərarın 7-ci bəndində qeyd olunur ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 10-cu bəndinə əsasən, özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək,cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Həmin qərarın 19-cı bəndində qeyd olunur ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində cəza təyin edərkən onların törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 ərizələrlə müraciət edərək Cəmiyyətə dəymiş maddi ziyanın Təqsirləndirilən şəxs1 tərəfindən tam ödənildiyini, ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Həmçinin, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 ərizələrlə müraciət edərək Cəmiyyətə dəymiş maddi ziyanın Təqsirləndirilən şəxs3 tərəfindən ödənildiyini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Cinayət işinin 7-ci cild 125-126-cı vərəqələrində olan Azərbaycan Respublikası DİNnin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 10 iyul 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. Cinayət işinin 5-ci cild 15-17-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin 22 dekabr 2020-ci il tarixli, 2490 saylı kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmi dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 ünsiyyətçillik, adaptivlik, özünəməxsus mövqe və prinsiplərə malik olmaq və.s kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Hadisə baş verən zaman Təqsirləndirilən şəxs1 psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Cinayət işinin 7-ci cild 36-cı vərəqəsində olan 149 saylı MKİS-dən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində yaşadığı yer üzrə 149 saylı MKİS-ə heç bir şikayət daxil olmamışdır. Məhkəmə vurulmuş ziyanın ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.13cü maddəsinə və müsbət səciyyələndirilməsini isə Azərbaycan Respublikası CM-nin 59.2ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs1 tərəfindən vurulmuş ziyanın tamamilə ödənilməsi CM-in 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal olduğundan və əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədiyindən onun barəsində CM-in 60.1-ci maddəsi tətbiq edilməlidir. Cinayət işinin 7-ci cild 127-128-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNnin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 10 iyul 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs3 cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq qismən ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Cinayət işinin 7-ci cild 129-130-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 10 iyul 2021-ci il tarixli tələbnamədən və cinayət işinin 4-cü cild 121-123-cü vərəqələrində oln Qaradağ Rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli, 1(002)-303/2018 saylı hökmünün kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinin 5-ci cild 93-cü vərəqəsində olan AR Ədliyyə Nazirliyi Saatlı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 11 mart 2021-ci il tarixli, 206490/2021-69-2 saylı məktubdan görünür ki, Qaradağ Rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli, 1(002)-303/2018 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs2 cəriməni tam ödəmiş, 11 mart 2021-ci il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsində qeyd edilmişdir ki, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Cinayət işinin 2-ci cild 118-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 03 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 məhkumluğu olmamışdır. Cinayət işinin 1-ci cild 153-154-cü vərəqələrində olan Bakı şəhəri Səbail RPİ-nin İŞnin baş müstəntiqi, polis mayoru X13 31 oktyabr 2020-ci il tarixli ittihamı elan etmək üçün şübhəli şəxsin tutulması və barəsində axtarışın elan edilməsi haqqında qərarından görünür ki, X21 ittiham elan etmək üçün barəsində axtarış elan edilmişdir. Cinayət işinin 6-cı cild 200-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 iyun 2021-ci il tarixli könüllü gəlmə haqqında protokoldan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs4 könüllü şəkildə Səbail RPİ-nə gəlmişdir. Cinayət işinin 4-cü cild 53-54-cü vərəqələrində olan Bakı şəhəri Səbail RPİ-dən daxil olmuş 28 noyabr 2020-ci il tarixli, 065-32990-1220 saylı məktubdan və məktuba əlavə edilmiş AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin məktubundan görünür ki, X17 Cəbrayıl rayonunun işğaldan azad edilmiş Daşkəsən kəndində hərbi xidmətdə olduğu müəyyən edilmişdir. Cinayət işinin 6-cı cild 238-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Müdafiə Nazirliyindən daxil olmuş 08 iyun 2021-ci il tarixli, 4/3490 nömrəli məktubdan görünür ki, N nömrəli hərbi hissənin sabiq əsgəri Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu istiqamətində aparılan döyüş əməliyyatları zamanı yaralanması ilə əlaqədar Sağ budun yuxarı 1/3-nin, sol sağrı nahiyəsinin, kürəyin, başın çoxsaylı qəlpə yarası diaqnozu ilə 19.10.2020-ci il tarixdən 06.11.2020-ci il tarixədək Beyləqan Rayon Mərkəzi Xəstəxanasında stasionar müalicə almış, müalicəsi başa çatdıqdan sonra N nömrəli hərbi hissəyə göndərilmişdir. Cinayət işinin 7-ci cild 99-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Müdafiə Nazirliyindən daxil olmuş 06 iyul 2021-ci il tarixli, 11/3309 nömrəli məktubdan görünür ki, hərbi vəzifəli əsgər Təqsirləndirilən şəxs4 29 sentyabr 2020-ci il tarixdən N dekabr 2021-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı 17 oktyabr 2020-ci il tarixdə Xocavənd rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən Başın, kürəyin, sol budun yuxarı 1/3-nin, sol dizin çoxsaylı qəlpə yaralanması diaqnozu ilə Füzuli rayonu Diaqnostika və Müalicə Mərkəzinə təxliyyə olunmuşdur. Cinayət işinin 2-ci cild 137-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissənin N dekabr 2020-ci il tarixli, 4085 nömrəli travma haqqında arayışın kserosusrətindən görünür kİ. Təqsirləndirilən şəxs4 16 oktyabr 2020-ci ildə Xocavənd rayonu ərazisində gedən döyüşlərdə, döyüş tapşırığını yerinə yetirərkən sol dizin, sol budun yuxarı 1/3-nin, sol sağrı nahiyəsinin, kürəyin, başın çoxsaylı qəlpə yaralanması diaqnozlu xəsarət almışdır. Məhkəmə Təqsirləndirilən şəxs4 müharibə iştirakçısı olmasını və müharibədə yaralanmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. ...Hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini və onların məhkəmə iclas zalından həbsə alınmalarını əsaslı hesab edir. Cinayət işinin 3-cü cild 32-33-cü vərəqələrində olan 12 iyul 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə tutulmuşdur. Cinayət işinin 3-cü cild 119-122-ci vərəqələrində olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 iyul 2020-ci il tarixli, 4(009)-364/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 12 iyul 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 7-ci cild 18-20-ci vərəqələrində olan Bakı şəhəri Səbail rayon prokuroru, baş ədliyyə müşaviri X11 24 iyun 2021-ci il tarixli həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsdə saxlama müddətinin uzadılmasına dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. Cinayət işinin 7-ci cild 31-34-cü vərəqələrində olan Bakı şəhəri Səbail RPİ-nin İŞnin müstəntiqi, polis polkovnik leytenantı X3 25 iyun 2021-ci il tarixli başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cild 69-70-ci vərəqələrində olan 12 iyul 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə tutulmuşdur. Cinayət işinin 3-cü cild 123-125-ci vərəqələrində olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 iyul 2020-ci il tarixli, 4(009)-363/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 12 iyul 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 221-225-ci vərəqələrində olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 fevral 2021-ci il tarixli, 4(009)-56/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsdə saxlama müddətinin uzadılması barədə vəsatət və təqdimat geri qaytarılmışdır. Cinayət işinin 1-ci cild 230-231-ci vərəqələrində olan Bakı şəhəri Səbail RPİ-nin İŞnin baş müstəntiqi, polis mayoru X13 11 fevral 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cild 51-52-ci vərəqələrində olan 12 iyul 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə tutulmuşdur. Cinayət işinin 3-cü cild 126-130-cu vərəqələrində olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 iyul 2020-ci il tarixli, 4(009)-362/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina olunmuş və o, məhkəmə iclas zalından azad olunmuşdur. Cinayət işinin 3-cü cild 131-ci vərəqəsində olan Bakı şəhəri Səbail RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X12 14 iyul 2020-ci il tarixli qətimkan tədbiri seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs1 12 iyul 2020-ci ildən tarixdən 25 iyun 2021-ci il tarixədək həbsdə olduğu 11 (on bir) ay 13 (on üç) gün müddət hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsə alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 12 iyul 2020-ci ildən tarixdən 11 fevral 2021-ci il tarixədək həbsdə olduğu 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddət hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsə alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs3 12 iyul 2020-ci ildən tarixdən 14 iyul 2020-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsə alındığı gündən hesablanmalıdır. Bununla yanaşı məhkəmə kollegiyası, Azərbaycan Respublikası CPM-nin 346.1.7ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin məsuliyyətlərin ağırlaşdıran və yüngülləşdirən hallara dair məsələni müzakirə edərək, cinayət işi üzrə Təqsirləndirilən şəxs4 ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, Təqsirləndirilən şəxs4 müharibə iştirakçısı olmasını və müharibədə yaralanmasını nəzərə alaraq təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuna uyğun hesab edir. Cəza çəkmə müddətində Təqsirləndirilən şəxs4 üzərinə yaşadığı ərazini tamamilə tərk etməmək, elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, eləcədə kütləvi tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, hər gün gecə vaxtı axşam saat 22.00-dan səhər saat 08.00-a dək yaşadığı ünvanını tərk etməmək kimi vəzifələr qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 cəzaçəkmə müddətinin əvvəli onun yaşadığı ünvan üzrə İcra və Probasiya şöbəsində qeydiyyatda alındığı tarixdən hesablanılmalıdır. Cinayət işinin 6-cı cild 227-229-cu vərəqələrində olan Bakı şəhəri Səbail RPİ-nin İŞnin baş müstəntiqi, polis polkovnik leytenantı X3 15 iyun 2021-ci il tarixli təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs4 haqqında polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməldir. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs MMC-nin nümayindələri tərəfindən təqdim edilmiş audit yoxlaması aparılması haqqında sənədlər, 01.12.2020-ci il tarixli “Müstəqil auditorun hesabatı”, aktlar və qaimələrin cinayət işinin materiallarına əlavə olunub saxlanılması və iş üzrə Bakı şəhəri Səbail RPİ-nin İŞ-nin müstəntiqiləri tərəfindən Şahid1 və digər şəxslərdən götürülmüş Zərərçəkmiş şəxs MMC-yə məxsus əmlakların saxlanılması üçün Zərərçəkmiş şəxs MMC-yə təhvil verilməsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Cinayət işinin 5-ci cild 8-ci vərəqəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən daxil olmuş 08 fevral 2021-ci il tarixli, **********70 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 adına ailə üzvləri ilə birgə mülkiyyətdə olan Saatlı rayonu, Mircəlal kəndində yerləşən 0,56 ha həyətyanı torpaq sahəsi 09.02.2003-cü il tarixdə qeydiyyata alınmış, Təqsirləndirilən şəxs1 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə etdikləri əmlakları müəyyən edilməmişdir. Buna əsasən məhkəmə hesab edir ki, onlara xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 12 iyul 2020-ci ildən tarixdən 25 iyun 2021-ci il tarixədək 11 (on bir) ay 13 (on üç) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 04 (dörd) il 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli tutulduğu tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 12 iyul 2020-ci ildən tarixdən 11 fevral 2021-ci il tarixədək tutulduğu 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 01 (bir) il 11 (on bir) ay 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli tutulduğu tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin.
3. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 12 iyul 2020-ci ildən tarixdən 14 iyul 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs3 qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. T.S.Həsənzadənin cəzaçəkmə müddətinin əvvəli tutulduğu tarixdən hesablansın. T.S.Həsənzadə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. T.S.Həsənzadə barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. T.S.Həsənzadə barəsində xüsusi müsadirə tətbiq edilməsin. 4.Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırması cəzasına məhkum edilsin. Cəza çəkmə müddətində Təqsirləndirilən şəxs4 üzərinə yaşadığı Bakı şəhəri ərazisini tamamilə tərk etməmək, elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, eləcədə kütləvi tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, hər gün gecə vaxtı axşam saat 22.00-dan səhər saat 08.00-a dək yaşadığı Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi ünvanını tərk etməmək kimi vəzifələr qoyulsun. Təqsirləndirilən şəxs4 davranışına nəzarət etmək Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 cəzaçəkmə müddətinin əvvəli onun Bakı şəhəri Probasiya İdarəsində qeydiyyatda alındığı tarixdən hesablanılsın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin . Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs MMC-nin nümayindələri tərəfindən təqdim edilmiş audit yoxlaması aparılması haqqında sənədlər, 01.12.2020-ci il tarixli “Müstəqil auditorun hesabatı”, aktlar və qaimələrin cinayət işinin materiallarına əlavə olunub saxlanılması və iş üzrə Bakı şəhəri Səbail RPİ-nin İŞ-nin müstəntiqiləri tərəfindən Şahid1 və digər şəxslərdən götürülmüş Zərərçəkmiş şəxs MMC-yə məxsus əmlakların saxlanılması üçün Zərərçəkmiş şəxs MMC-yə təhvil verilməsi nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.