Məhkəmə qərarları › İş №1(101)-245/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-245/2023

14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-245/2023 14.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X7 və onun nümayəndəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirlən şəxsin qanuni nümayəndəsi X8, müdafiəçilər: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi1, mütəxəssis (müəllim-psixoloq) X1 iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Zavağzal küçəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Vunq tau küçəsi 11A, blok 2, mənzil 29-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdı: Təqsirləndirilən şəxs qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2019-cu ilin avqust ayında anası Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefona baxarkən “Tik-tok” və digər sosial şəbəkələrdə anasının müxtəlif kişi cinsli şəxslərlə intim əlaqədə olması barədə yazışmalar aparmasını görüb bu barədə atası Qanuni nümayəndə məlumat verməklə anasının bu hərəkətlərinə görə valideyinləri Bakı şəhəri, Xətai rayon məhkəməsinin 23 dekabr 2019-cu il tarixli qətnaməsi əsasında boşandıqdan sonra atası ilə birlikdə yaşayarkən 2020-ci ilin yay aylarından etibarən anasının yüngül həyat tərzinə görə təhsil aldığı məktəbdə və qonşuluqda yaşayan həmyaşıdlarının ona mütəmadi irad bildirmələri ilə əlaqədar anasının əxlaqsızlığı namusuna, həmyaşıdları və qohumları arasında nüfuzuna ləkə gətirdiyini hesab edib qisas almaq niyyəti ilə anası Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlib, bu məqsədlə 19 aprel 2022-ci il tarixdə saat 20:05 radələrində özünə məxsus ***-***-**-** nömrəli mobil telefondan anası Zərərçəkmiş şəxs məxsus ***-***-**-** nömrəli mobil telefona mesaj yazaraq növbəti gün, yəni 20 aprel 2022-ci il tarixdə saat 12 radələrində sonuncunu ünvan 1 ünvanda yerləşən «Kapital Bank»ın yaxınlığına görüşə çağırmış və niyyətini həyata keçirmək üçün 20 aprel 2022-ci il tarixdə saat 11 radələrində babası Şahid7 Vaqif oğlunun yaşadığı mənzilin mətbəxindən dəstəyi qəhvəyi, tiyəsi gümüşü rəngli mətbəx bıçağını götürərək məktəbli çantasına qoyub anası ilə görüşə getmiş və həmin gün saat 12 radələrində ünvan 2 ünvanının yaxınlığında anası Zərərçəkmiş şəxs ona yaxınlaşan zaman o, əvvəlcədən özü ilə götürdüyü mətbəx bıçağını çantasından çıxarıb həmin bıçaqla anası Zərərçəkmiş şəxs həyat üçün vacib olan orqanlarının yerləşdiyi qarın nahiyyəsinə qəsdən zərbələr endirərək daxili qanaxma ilə müşayət olunmaqla ölümünə səbəb olan qarnın sol yarısının yan divarının sol boşluğuna nüfuz edən 2 ədəd, mədə böyük piylik və bağırsaqları zədələyən qarın divarının 1 ədəd, ümumilikdə 3 ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaraları və yetirildiyi anda həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun anası olmuşdur. Atası Qanuni nümayəndə, anası Zərərçəkmiş şəxs və bacısı Fidan Məmmədzadə ilə ünvan 3 ünvanında yaşamışdır. Anasını atasına xəyanət etdiyinə görə bıçaqlamışdır. Anasının xəyanət etməyini isə onun heç bir yerdə işləmədiyi halda tez-tez evdən çıxıb evə gec qayıtdığından, evə gəldikdə isə yataq otağına girib saatlarla kiminləsə telefonla danışmasından, nəhayət məqam tapıb anasının telefonundakı məlumatlara baxarkən onun kənar kişilərlə intim yazışmalarını aşkar etməsindən bilmişdir. Artıq o qənaətə gəlmişdir ki, anası atasına xəyanət edir. Atası Zaur işi ilə əlaqədar tez-tez Türkiyəyə getdiyi üçün o, bacısı Fidan və anası evdə tək qalırdılar. Anasının evə gec gəlməsi, başqa şəxslərlə telefon əlaqəsi saxlaması məhz həmin müddətlərə təsadüf etmişdir. Şübhələri barədə babası İdealın evində olan zaman, 2019-cu iilin dekabr ayında bibisi Ramiləyə demiş, bibisi də atasına xəbər verməyini məsləhət bilmiş, bundan sonra o, atasına olanları bildirmişdir. Atası dərhal evlərində olan qaynanası Sayalı Məhərrəmovaya zəng edərək Sevinclə birlikdə evi tərk etmələrini bildirmişdir. Həmin vaxtdan atası və anası boşanmış, o, Fidan və atası evlərində, bəzən isə babası İdealın evində qalmışlar. Anasının başqa kişilərlə instaqramda olan yazışmaları sinif yoldaşları və məhəllədəki həmyaşıdlarının əlinə keçmiş, sonuncular onu bu səbəbdən təhqir etmiş, buna dözməyərək atasının vasitəsi ilə oxuduğu məktəbi dəyişmiş, lakin küçəyə utandığından çıxa bilməmişdir. Elə o zaman fikirləşmişdir ki, ailəsinə düşən ləkəni yumalıdır. Ata-anası boşandıqdan sonra artıq anası ilə danışmamış, ümumiyyətlə onunla əlaqələrinin tamamilə kəsmişdir. 19 aprel 2022-ci il tarixdə saat 19 radələrində Əhmədli qəsəbəsində getdiyi dərs məşğələsindən çıxıb babası İdealgilin Nizami rayonu, R.Rüstəmov küçəsi 4 ünvanında yerləşən evlərinə getmişdir. Belə ki, həmin gün onun qeyd etdiyi ünvanda İngilis dili və Riyaziyyat fənlərindən fərdi məşğələ dərsləri olmuşdur. Babasıgilə gəldikdən sonra anası Zərərçəkmiş şəxs mesaj yazaraq görüşmək istədiyini, anası Sevincə deyəcək sözlərinin olmasını bildirmişdir. Anası onunla görüşməyə razı olduğunu bildirdikdə o, ona 20 aprel 2022-ci il tarixdə saat 12-də Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən babasıgilin evinə yaxın olan «Kapital Bank»ın qarşısında görüşmək istədiyini yazmışdır. 19 aprel 2022-ci il tarixdə gecə babasıgildə qalıb səhər mətbəxdən bir ədəd mətbəx bıçağını götürüb çantasına qoymuşdur. Növbəti gün saat təxminən 11:15-də o, babasıgilin yaşadığı evdən çıxıb piyada yuxarıda qeyd etdiyi görüş yeri olan «Kapital Bank»ın qarşısına gəlmiş, anası Zərərçəkmiş şəxs piyada “Neftçilər” dairəsi adlanan yerdən «Kapital Bank»a tərəf gəldiyini görüb, ona yaxınlaşmış, əlində olan bel çantasını yerə qoyub içərisinə əvvəlcədən qoyduğu bıçağı çıxarmış, bundan sonra nə olduqlarını isə xatırlamır. Çantasını və bıçağı yerə ataraq oradan təslim olmaq üçün 24-cü PB-nə getmiş, lakin bölmənin yerini dəyişdirildiyini görüb babasıgilə getmişdir. Orada nənəsi Elzaya bildirmişdir ki, anasını bıçaqla vurmuşdur, gedib ona kömək etsinlər. Nənəsi də həmin vaxt babası İdeala bu barədə məlumat vermişdir. Həmin vaxt evdə babası və nənəsindən başqa bibisi qızı Heyran da evdə olmuşdur. Evdə olanlar onun anasını bıçaqladığını bilmişlər. Buna görə atası Zaura zəng edib məlumat vermişlər. Təxminən 15 dəqiqədən sonra atası da gəlmişdir. O, anasını bıçaqla vurduğunu atasına da bildirmişdir. Atası onu polis idarəsinə aparmaq istədikdə həmin vaxt polis əməkdaşları babasıgilin yaşadığı ünvana gələrək onu Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə aparmışlar. Onun anası Zərərçəkmiş şəxs bıçaqla vurmaqda məqsədi məhəllədə olan və onu tanıyan uşaqların qınağından qurtulmaq olmuşdur. O, anasını bıçaqla vurduqdan sonra ilk öncə 24-cü polis şöbəsinə gedib təslim olmaq və orada polis əməkdaşlarına anasına kömək etmələrini bildirmək olmuşdur. Həmin vaxt görmüşdür ki, 24-cü polis şöbəsinin yeri dəyişilib, bundan sonra o, dərhal babasıgilə getmişdir ki, onlara anasını vurduğunu xəbər versin və eyni zamanda onlar anasına kömək etsinlər. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 Təqsirləndirilən şəxs doğma nəvəsi olduğu üçün ifadə verməkdən imtina edərək məhkəməyə notarial qaydada təsdiq olunmuş barışıq ərizəsini təqdim etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, Şahid7 Zaur oğlu onun nəvəsidir, 20 aprel 2022-ci il tarixdə evdə olarkən nəvəsi İdealin anası Sevinci bıçaqlayaraq öldürdüyünü bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur, mərhum Zərərçəkmiş şəxs isə onun həyat yoldaşı olmuşdur. O,ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayırdı. X9 ilə 2006-cı ildə ailə qurmuş, onların birgə nigahdan 2 övladı olmuşdur. Böyük övladı Təqsirləndirilən şəxs xx xxxxx 2007-ci ildə,qızı Fidan isə xx.xx.2008-ci ildə Bakı şəhərində anadan olmuşlar. Onun hər iki övladı məktəbli olmaqla eyni məktəbdə oxumuşlar. O, oğluna atasının adını qoyduğuna görə nəsildə hamı İdealı xüsusi olaraq sevmiş, 9-cu sinif şagirdi olmaqla tərbiyəli, normal uşaq olmuşdur. Məktəbdə də yaxşı oxumuş, məktəbi bitirdikdən sonra ali təhsil almaq fikrində idi. Onun əvvəllər Zərərçəkmiş şəxs ilə münasibətləri tam normal olmuşdur. O, işlə əlaqədar əksər vaxtlarda xarici ölkələrdə səfərlərdə olmuşdur. Zərərçəkmiş şəxs əvvəllər hər hansı əxlaqsız hərəkətlərini görməmişdir. 2020-ci ilin dekabr ayında Ukraynadan geri qayıtdıqda Zərərçəkmiş şəxs Zafar qızı boşanmaq üçün məhkəməyə ərizə verdiyini ona bildirmişdir. O, isə əvvəl zarafat kimi qəbul edərək "mən boşanmıram" deyə Sevincə bildirmişdir. Lakin daha sonra Zərərçəkmiş şəxs boşanmaq istədiyini qəti olaraq bildirdikdə o da boşanma ilə əlaqədar məhkəməyə müraciət etmişdir. 2020-ci ilin dekabr ayında o, qızı, oğlu, anası Şahid2 bacısı Kamalə Misirzadəgilə qonaqlığa getmişlər. Orada bacısı Ramilə ona bildirmişdir ki, oğlu İdeal və qızı Fidan onun arvadı Zərərçəkmiş şəxs yad kişilərlə münasibəti olduğunu, ona xəyanət etməsi barədə bacısı Ramilǝyǝ demişlər. Bununla bağlı hələ boşanmamışdan əvvəl yad kişilərlə münasibəti və tanış olması ilə əlaqədar oğlu İdealın Sevincin telefonundan çəkdiyi ekran görüntülərini, eyni zamanda Sevincin sǝs telefon danışıqlarını təqdim etmişdir. Bundan sonra övladlarının dediklərini təsdiq etmək üçün onlar ilə danışmış və övladları ona Zərərçəkmiş şəxs yad kişilərlə danışdığını və görüşdüyünü telefonda gördüklərini ona bildirmişlər. Bundan sonra digər bacısı Kəmalə Sevincin anası, yəni qaynanasına zəng edərək qızını da götürüb evdən getməyini bildirdikdən sonra qaynanası və Sevinc mənzildə olan əşyaları və qızıl zinət əşyaları götürərək evdən çıxıb getmişlər. Artıq Sevincin başqa adamlarla münasibəti aşkara çıxdığına görə onların ailəsi faktiki olaraq dağılmışdır. Hadisə baş verən günün axşamı yəni 19 apreldən 20 aprelə keçən gecə İdeal səhərisi gün hazırlığa gedəcəyi yer atasıgilin evinə yaxın olduğu üçün orada qalmışdır. Həmin gün səhər tezdən evdə anası Elza, bacısı qızı Heyran, atası və İdeal olmuşdur. O, həmin gün İdealın hazırlığa getdiyini düşünmüşdür. İdeal həmişə səhər saatlarında hazırlığa getmişdir. 20 aprel 2022-ci il tarixdə təxminən saat 12 radələrində anası Elza ona zəng edərək İdealın Sevinci vurduğunu, bundan sonra polis bölməsinə gedib təslim olmaq istəmiş, lakin polis bölməsini tapa bilmədiyi üçün onlara gəldiyini demişdir. O, dərhal 5-6 dəqiqəyə atasıgilin evinə gəlmişdir. O, evə gələn zaman İdealın şokda olduğunu görmüşdür. O, evdə olan zaman İdeal bir daha anasını bıçaqla vurduğunu demişdir. Bubu vaxt polisdən ona zəng gəlmişdir. Polis əməkdaşları oğlunun harada olması ilə maraqlanmışlar. O, oğlunu polisə gətirib təqdim etmək istədiyini demiş, lakin polis əməkdaşı bildirmişdir ki, özləri gəlib İdealı polisə aparacaqlar. Sonradan qonşusu Orxandan bilmişdir ki, o, təsadüfən Sevincin bıçaqlandığı yerdən keçəndə sonuncunu tanımış və hadisə yerinə gəlmiş polislərə Sevinci tanıdığını bildirmiş və onun mobil telefon nömrəsini polislərə vermişdir. Məhz bu səbəbdən polis əməkdaşı ona zəng etmişdir. Oğlunun törətdiyi əməl onu da şoka salmış, lakin qeyd etmək istəyir ki, Sevincin əxlaqsız davranışı, kənar şəxslərlə əlaqədə olması, onun sosial şəbəkələrdə intim yazışmaları İdealın oxuduğu və yaşadığı ünvanda həmyaşıdları arasında yayılmış, bu səbəbdən İdeal həmyaşıdlarının təzyiqinə məruz qalmış, utandığından evdən küçəyə çıxmamış, hətta İdealın xahişi ilə onu başqa məktəbə keçirmiş, heç o məktəbə də utandığından getməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşı Zaurun oğludur. Zərərçəkmiş şəxs isə qardaşı Zaurun arvadı olmuşdur. Hadisə baş verən zaman İdealın 15 yaşı olmaqla orta məktəbin 9-cu sinif şagirdi idi. İdeal tərbiyəli, sakit təbiətli uşaq olmuşdur. Lakin İdeal doğuş travması ilə dünyaya gəlmiş, uşaqlıq dövründən uşaq nevroloji xəstəxanasında həkim Zakir Əliyevdə müalicə almış, bundan sonra artıq dünyasını dəyişmiş Sima həkim İdealı müalicə etmiş, bundan sonra isə HayatClinik tibb mərkəzində həkim-nevroloq X23 müalicə etmişdir. Təxminən 2020-ci ilin dekabr ayının ortalarında o, qardaşı Zaurun ailəsini, bacısı Ramiləni və öz valideynlərini yaşadığı mənzilə qonaq dəvət etmişdir. Qardaşı Zaur o, mətbəxdə olarkən ona yaxınlaşaraq arvadı Sevincin pis yola düşdüyünü, yad kişilərlə gəzdiyini, sosial şəbəkələrdə tanışlıq məqsədi ilə danışdığını ona bildirmişdir. Eyni zamanda, həmin vaxtarda İdeal və bacısı analarının evə gec gəldiyini, analarının telefonlarına cavab vermədiyini onlarla az maraqlandığını bildirdiyini Zaur ona demişdir. O, Zaurdan bu məlumatların kim tərəfindən dediyini soruşduqda Zaur demişdir ki, oğlu İdeal digər bacıları Ramiləyə bu barədə demişdir. Hətta İdeal onlara yenidən anasının başqa adamlarla yazışmasını göstərərək, anasının hərəkətlərinə görə utandığını bildirmişdir. O, bu xəbərdən çox məyus olmuşdur. Hər kəsin əhvalı yenə pis olmuşdur. Daha sonra o, qardaşıgilin ev nömrəsinə zəng edərək Sevincin anasına qızının pis yola düşdüyünü, qızını götürüb evdən çıxıb getməsini demişdir. Həmin gün gecə saat təxminən 3 radələrində Sevinc və anası Sayalı evdən çıxıb getmişlər. Artıq Sevincin başqa adamlarla münasibəti aşkara çıxdığına görə onların ailə faktiki olaraq dağılmışdı. Qardaşı ilə Sevinc arasında məhkəmə qaydasında boşanma daha sonradan olmuşdur. Xatırladığına görə 2 dəfə icra məmurları vasitəsi ilə İdeal və Fidan öz anaları Sevinclə görüşmüşdülər. Onun Sevinclə heç bir əlaqəsi olmamışdır. İdeal tez-tez atasıgilin yaşadığı Bakı şəhəri, Nizami rayonu, R.Rüstimov küçəsində yerləşən mənzillərinə gedir, orada qalır, bəzən atasının qaldığı evə getmişdir. Bəzən isə onlara gəlib gecə də onlarda qalmışdır. İdeal anasının tez-tez onların yaşadığı binaya gəlib getdiyini anasına nifrət etdiyini, anasının onları başı aşağı etdiyini demişdir. İdeal hətta buna görə, yəni məktəbdə tez-tez digər uşaqların anası haqqında pis danışdıqlarını eşitdiyinə görə oxuduğu məktəbi də dəyişmişdir. Məhlədə və məktəbdə uşaqlar tərəfindən həm İdeala, həm bacısına tez-tez anası haqqında xoşagəlməyən sözlər deyilmişdir. Hadisə baş verməzdən təxminən 10 gün əvvəl İdealı görmüşdür. Həmin vaxt, İdeal ümumiyyətlə danışmır, ancaq onlar İdealı dindirəndə danışmışdır. İdeal universitetə hazırlaşdığı üçün hazırlıqlarına getmiş, İdeal arada onlara gəldikdə ona anasının belə hərəkətlərinə görə utandığını, məhləyə düşə bilmədiyini dəfələrlə demişdir. Hadisə baş verən günü 20 aprel 2022-ci il tarixdə qardaşı Zaur ona günorta saat 13 radələrində zəng edərək İdealın anası Sevinci bıçaqla vurduğunu bildirmişdir. O, çox həyəcanlanmış və dərhal anasıgilə getmiş, orada Sevincin artıq öldüyünü bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşı Zaurun oğludur. İdealın 15 yaşı hadisəni törədəndən sonra tamam olmuşdur. X24 atalarının adını qoymuş, bu səbəbdən ailələrində hamı onu çox istəmişdir. İdeal tərbiyəli, mehriban və sakit təbiətli uşaq olmuşdur. Lakin İdeal doğuş travması ilə dünyaya gəlmiş, uşaqlıq dövründən uşaq nevroloji xəstəxanasında həkim Zakir Əliyevdə müalicə almış, bundan sonra artıq dünyasını dəyişmiş Sima həkim İdealı müalicə etmiş, bundan sonra isə HayatClinik tibb mərkəzində həkim-nevroloq X23 müalicə etmişdir. İdeal 9-cu sinif şagirdi olmaqla qiymətləri normal olmuşdur. Əvvəllər, yəni 2020-ci ilə kimi İdeal bacısı Fidan Məmməzadə qardaşı Zaur, mərhumə Sevinc eyni evdə Bakı şəhəri, Xətai rayonu Əhmədli qəsəbəsində yaşamışlar. 2020-ci ildə Sevinclə Zaur boşanmış, Zaurun uşaqları anası ilə deyil, atası ilə qalmışlar. 2020-ci ilin dekabr ayında İdeal ona anasının başqa adamlarla yazışmasını göstərərək, anasının hərəkətlərinə görə utandığını bildirmişdir. İdeal hətta buna görə yəni məktəbdə tez tez digər uşaqların anası haqda pis danışdıqlarını eşitdiyinə görə oxuduğu məktəbi də dəyişmişdir. Həm İdeala, həm bacısına digər uşaqlar tez-tez anası haqda xoşagəlməyən sözlər demişdir. Hadisə baş verən günün axşamı yəni 19 apreldən 20 aprelə keçən gecə İdeal onların evində qalmışdır. Həmin günün səhəri o, işə məktəbə getmişdir. Həmin gün günorta saat 13.00-14.00 radələrində o, evə qayıdan zaman İdealın evdə olmadığını görmüşdür. Sonradan o, bilmişdir ki, İdeal evdən mətbəx otağından bıçaq götürərək anası ilə görüş təyin etmiş anası ilə görüşən zaman isə anasını bıçaqlayaraq öldürmüşdür. Onlar hamısı İdealın bu hərəkətinə görə məyus olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun nəvəsidir. Mərhum Zərərçəkmiş şəxs isə oğlu Zaurun arvadı olmuşdur. O, ailə üzvləri ilə birlikdə ünvan 6 ünvanında yaşamışdır. Onun 4 övladı olmuşdur. Onun üç qızı və bir oğlu olmuşdur. Zaur onun yeganə oğludur. 2006-cı ildə Zaur Zərərçəkmiş şəxs ilə evlənmiş, onların 2 övladı olmuş, oğlu İdeal və qızları Fidan. İdealın hal-hazırda 15 yaşı vardır. Nəvəsi çox səmimi və mehriban uşaqdır. İdeal dünyaya gələndə doğuş travması almış uşaqlıq dövründən uşaq nevroloji xəstəxanasında həkim Zakir Əliyevdə müalicə almış, bundan sonra artıq dünyasını dəyişmiş Sima həkim İdealı müalicə etmiş, bundan sonra isə HayatClinik tibb mərkəzində həkim-nevroloq X23 müalicə etmişdir. İdeal hadisəni törətməmişdən əvvəl orta məktəbin 9-cu sinif hagirdi olmuşdur. Zaur oğluna atasının adını qoyduğuna görə nəsildə hamı İdealı xüsusi olaraq sevmişdir. Gəlini Sevinc 2020-ci ildən etibarən oğlundan boşanacağını tez-tez dilə gətirmiş, bu da nəvələrinə pis təsir etmişdir. Buna görə də, onların evində söz-söhbət çox olmuşdur. Həmin vaxtlarda İdeal onun qızı Ramiləyə analarının eve gec gəldiyini, analarının telefonlarına cavab vermədiyini, onlarla az maraqlandığını bildirirmişdir. Ramilə də öz qızıyla onların evində qaldığına görə ona bu haqda danışmışdır. Hətta 2020-ci ilin dekabr ayında İdeal bibisi Ramiləyə anasının başqa adamlarla yazışmasını göstərərək, anasının hərəkətlərinə görə utandığını bildirmişdir. Bu söhbəti oğlu bildikdən sonra 2020-ci ilin dekabr ayında faktiki olaraq Sevinclə boşanmışlar. Sevinc bundan sonra uşaqları və oğlunu evdə qoyaraq getmişdir. Oğlu Zaur boşandıqdan sonra nəvələrinə o baxmış, bəzən İdeal və bacısı Fidan öz evlərində qalmış, bəzən isə nəvələri onlarda qalmışdır. Bununla belə, İdeal hətta buna görə, yəni məktəbdə tez-tez digər uşaqların anası haqda pis danışdıqlarını eşitdiyinə görə oxuduğu məktəbi də dəyişmişdir. Hadisə baş verən günün axşamı, yəni 19 apreldən 20 aprelə keçən gece İdeal onların evində qalmışdır. Səhər tezdən İdeal evdə səhər yeməyini yeyib çantasını götürərək hazırlığa getmişdir. Aradan bir qədər keçmiş İdeal ona mobil telefonla zəng edərək "Sevinci vurdum, hara gəlim", eyni zamanda telefonda polis bölməsini tapa bilmədiyini demişdir. Onlar həmin vaxt şok vəziyyətində olmuş, İdeala evə gəlməsini demişlər. O, dərhal oğlu Zaura zəng edib evə gəlməyini demişdir. Bundan bir qədər sonra İdeal həyacanlı halda evə gəlmiş və onlara bir daha anasını mətbəxdən götürdüyü bıçaqla vurduğunu demişdir. Bundan sonra oğlu Zaur evə gələrək polisə məlumat vermiş və polis əməkdaşları yaşadıqları mənzilə gələrək İdealı aparmışlar. Məhkəmədən nəvəsi İdealın bağışlanılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dayısı oğludur. İdeal 9-cu sinif şagirdi olmaqla tərbiyəli və sakit uşaq olmuşdur. İdealın atası ilə anası 2020-ci il ilin sonlarında anası Zərərçəkmiş şəxs əxlaqsız hərəkətlərinə görə boşanmışlar. Dayısı uşaqları İdeal və Fidan öz razılıqları ilə dayısı Zaurla birlikdə yaşamışlar. Dayısı Zaur və onun uşaqları tez-tez babasıgilə, yəni onlara gəlmişlər. İdeal oxuduğu məktəbdə və yaşadığı məhəllədə həmyaşıdlarının ona anasına görə sataşdığını, küçəyə utandığından çıxa bilmədiyini, həmçinin məktəbə də gedə bilmədiyini demişdir. Bu sözlərdən İdeal mənəvi sarsıntı keçirmiş və bir neçə gün onlarda qalaraq bayıra belə çıxmamışdır. 19 aprel 2022-ci il tarixdə günorta saatlarında İdeal onlara gəlmiş və gecə onlarda qalaraq 20 aprel 2022-ci il tarixdə səhər hazırlığa getmişdir. Həmin gün saat 12 radələrində İdeal həyəcanlı şəkildə evə daxil olub anası Zərərçəkmiş şəxs bıçaqla vurduğunu bildirərək “məni tez polisə aparın” demişdir. O və nənəsi Elza ilk əvvəl inanmamış, sonradan İdealın həyacanlı olduğunu görüb nənəsi dərhal dayısı Zaura zəng edərək Zərərçəkmiş şəxs İdeal tərəfindən bıçaqla vurulduğunu deyərək Zaurun tez evə gəlməsini demişdir. Az bir müddətdə dayısı Zaur evə gəlmiş, İdeala çox əsəbləşmiş, hətta telefonunu belə əsəbindən yerə çırpmışdır. Bundan sonra dayısıgil polislə əlaqə saxlayaraq hadisə haqqında məlumat verib İdealı bölməyə gətirmək istədiklərini demiş, lakin polisdən cavab vermişlər ki, özləri gəlib İdealı aparacaqlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun nəvəsi, mərhum Zərərçəkmiş şəxs isə oğlu Zaurun arvadı olmuşdur. O, ailə üzvləri ilə birlikdə ünvan 6 ünvanında yaşamışdır. Onun üç qızı və bir oğlu olmaqla 4 övladı olmuşdur. 2006-cı ildə oğlu Zaur Zərərçəkmiş şəxs ilə evlənmiş, onların 2 övladı olmuş, oğlu İdeal və qızları Fidan. İdealın hal-hazırda 15 yaşı vardır. Nəvəsi çox səmimi və mehriban uşaqdır. İdeal dünyaya gələndə doğuş travması almış, uşaqlıq dövründən uşaq nevroloji xəstəxanasında həkim Zakir Əliyevdə müalicə almış, bundan sonra artıq dünyasını dəyişmiş Sima həkim İdealı müalicə etmiş, bundan sonra isə HayatClinik tibb mərkəzində həkim-nevroloq X23 müalicə etmişdir. İdeal orta məktəbin 9cu sinif şagirdi olmuş, tərbiyəli və sakit uşaqdır. İdeal universitetə qəbul olmaq arzusunda idi, ayrı-ayrı müəllimlərin yanına hazırlığa gedirdi. Zaur oğluna onun adını qoyduğuna görə İdealı hamı çox istəmişdir. Gəlini Sevinc 2020-ci ildə oğlu Zaurla boşanmış, Zaurun oğlu və qızı ataları ilə qalmış, analarından imtina etmişlər. Belə ki, İdeal onun qızı Ramiləyə analarının evə gec gəldiyini, analarının telefonlarına cavab vermədiyini, onlarla az maraqlandığını bildirirmişdir. Hətta 2020-ci ilin dekabr ayında İdeal qızı Ramiləyə anasının başqa adamlarla yazışmasını göstərərək, anasının hərəkətlərinə görə utandığını bildirmişdir. Bu söhbəti oğlu bildikdən sonra 2020-ci ilin dekabr ayında faktiki olaraq Sevinclə boşanmışlar. bundan sonra Sevinc uşaqları və oğlunu evdə qoyaraq getmişdir. Oğlu Zaur boşandıqdan sonra nəvələrinə onlar baxmış, bəzən İdeal və bacısı Fidan öz evlərində qalmış, bəzən isə nəvələri onlarda qalmışdır. Bununla belə, İdeal hətta buna görə yəni məktəbdə tez tez digər uşaqların anası haqda pis danışdıqlarını eşitdiyinə görə oxuduğu məktəbi də dəyişmişdir. Hadisə baş verən günün axşamı, yəni 19 apreldən 20 aprelə keçən gece İdeal onların evində qalmışdır. Səhər tezdən İdeal evdə səhər yeməyini yeyib çantasını götürərək hazırlığa getmişdir. O ürək əməliyyatı keçirmişdir, həmin gün İdeal ona kömək edərək həyətə düşürüb evdən çıxmışdır. Aradan bir qədər keçmiş İdeal nənəsinə mobil telefonla zəng edərək "Sevinci vurdum hara gəlim", eyni zamanda telefonda polis bölməsini tapa bilmədiyini demişdir. Onlar həmin vaxt şok vəziyyətində olmuş, İdeala evə gəlməsini demişlər. Həyat yoldaşı Elza dərhal oğlu Zaura zəng edib evə gəlməyini demişdir. Bundan bir qədər sonra İdeal həyacanlı halda evə gəlmiş və onlara bir daha anasını mətbəxdən götürdüyü bıçaqla vurduğunu demişdir. Bundan sonra oğlu Zaur evə gələrək polisə məlumat vermiş, onun arxasınca isə polis əməkdaşları yaşadıqları mənzilə gələrək İdealı aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 20 aprel 2022-ci il tarixdə təxminən saat 12 radələrində Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyası yaxınlığında piyada işə gedərkən «Kapital Bank»a çatmamış bir qadının qışqırıq səsini eşitmiş və həmin an bir nəfər 15-16 yaşlı oğlan uşağı onun qarşısından qaçaraq keçmişdir. Həmin uşağın məhkəmədə gördüyü Təqsirləndirilən şəxs olduğunu təsdiqləyir. O, Təqsirləndirilən şəxs əlində nə isə olduğunu görməmişdir. İlk öncə oğurluq hadisəsi olduğunu düşünmüş, qadının qışqırıq səsinin gəldiyi «Kapital Bank»ın yan tərəfinə getmiş, orada bir qadının dizi üstə bir avtomobilə söykənərək dayandığını və sonra yerə yıxıldığını görmüşdür. Qadına yaxınlaşdıqda artıq çabaladığını görüb təcili yardım çağırmaq istəmiş, lakin bir nəfər vətəndaş artıq təcili yardım çağırdığını demişdir. Hadisəyə qədər təqsirləndirilən şəxsi tanımamış, həmçinin xəsarət alan qadınıda tanımamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun məhəllə yoldaşıdır və onunla bir məktəbdə oxumaqla İdeal ondan 3 sinif aşağı idi. Təqsirləndirilən şəxs sakit təbiətli, tərbiyəli, soyuqqanlı uşaq olmuşdur. O, İdealdan bir qədər böyük olsa da, İdeal onunla dostluq etmiş və eyni məktəbdə oxumuşdur. Təxminən 2 il bundan əvvəl İdealın valideynlərinin ayrıldığı barədə eşitmişdir. Həmin vaxtlardan başlayaraq, yaşadıqları məhlədə konkret xatırlamadığı müxtəlif uşaqlar tərəfindən İdealın anası Sevincin düzgün yolda olmaması, yüngül həyat tərzi keçirməsi, yad kişilərlə münasibətinin olması barədə İdeala ifadələr və sözlər deyilmiş və İdeala eşitdirilmişdir. İdealın anası barədə həm məhlədə, həm də məktəbdə əxlaqsız həyat tərzi keçirməsi, yad kişilərlə gəzməsi barədə söz-söhbətlər gəzmişdir. İdeal isə, bundan özünü pis hiss edərək məhləyə düşməmiş və özünə qapanmışdır. Təqsirləndirilən şəxs onlarla söhbət etməsi üçün çağırdıqda İdeal anasının pis yolda olması barədə deyilmiş sözlərdən utanaraq onlarla belə görüşməmişdir. İdeal anasını hər hansı formada cəzalandıracağı və ya öldürməsi barədə ona heç nə deməmişdir. Ümumiyyətlə, İdeal anası barədə heç vaxt onlara nə isə deməmişdir. Hadisə barədə o, 20 aprel 2022-ci il tarixdə sosial şəbəkələrdən məlumat almışdır ki, İdeal adlı 15 yaşlı şəxs öz anasını öldürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsı tanıyır, İdeal onun yaxın dostudur. Təqsirləndirilən şəxs sakit təbiətli, tərbiyəli uşaq olmuşdur.Təqsirləndirilən şəxs atası ilə anasının ayrıldığını bilmişdir. Məhəllədə gəzdiyi söhbətlərdən bilmişdir ki, İdealın anası Sevinc yüngül həyat tərzi keçirir, onunla bağlı İdeala həmyaşıdları ağır ifadələr və sözlər demiş və eşitdirmişlər. İdeal isə, bundan özünü pis hiss edərək məhləyə düşməmiş və özünə qapanmışdır. Onun fikrincə, İdeal anası barədə müxtəlif uşaqlar tərəfindən deyilmiş sözlərdən təsirlənərək mənəvi sarsıntı keçirmişdir. Hətta İdeal utandığından onların çağırışına belə məhəlləyə çıxmır, oxuduğu məktəbidə dəyişmişdir. O, İdealın anasını öldüməsi xəbərini sonradan bilmişdir. Təqsirləndirilən şəxs bu hadisəni törətməsini onun anası ilə bağlı olan söhbətlərdən psixoloji sarsıntı keçirərək təsirlənib etdiyini düşünür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nizami RPİ-nin 24-cü PB-nin əməliyyat müvəkkili X13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə bağlı tanımışdır. Hadisə ilə bağlı məlumatı əldə etdikdən sonra Bakı şəhəri, Nizami rayonu,R.Rüstəmov 6 ünvanına getmişlər. Orada qadın meyitinin olmasını aşkar etdikdən sonra, həmin küçə boyunda yerləşən ticarət və sair obyektlərin müşahidə kameralarına baxa-baxa Təqsirləndirilən şəxs oxşar şəxsin təxminən 2 kilometr məsafə gedərək bir binanın blokuna daxil olduğunu müəyyən etmişlər. İdealın daxil olduğu mənzili müəyyən edərək, həmin mənzilin qapısını döyərək mənzilə qapını açan evin sahiblərindən olan qadının icazəsi ilə daxil olmuşlar. Belə ki, həmin qadına izah etmişlər ki, qətl törətmiş şəxs bu mənzilə gəlməli idi. Evdə yaşlı qadın və kişi, İdealın atası olmuşdur. Onlar bildirmişlər ki, hadisəni törədən ailə üzvləri olan Təqsirləndirilən şəxsdir və digər bir otaqdan İdealı çağıraraq onu onlara təhvil vermişlər.İdealı polisə apardıqları zaman ondan bu hadisəni törətmə səbəbini soruşmuşlar. İdeal da bildirmişdir ki, anasını əxlaqsızlığa görə vurmuşdur. İdealı bölməyə gətirdikdən sonra ora İdealın atası və digər qohumları gəlmişdir. Bildirir ki, hadisə yerinə 4 polis əməkdaşı getmiş, onların heç birinə hadisəni törədən şəxsin valideynin telefon nömrəsini verən olmamış və o və həmkarlarından heç biri İdealın yaxınlarına zəng etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nizami RPİ-nin 24-cü PB-nin əməliyyat müvəkkili X12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır. Belə ki, inzibati ərazisində baş vermiş cinayət hadisəsi ilə əlaqədar məlumat ona daxil olmuşdur. Həmin əraziyə o və onunla bərabər daha 3 nəfər əməkdaş getmişdir. Hadisə baş verdiyi ünvan Bakı şəhəri, Nizami rayonu,R.Rüstəmov 6-da yerləşmişdir. Orada qadın meyitinin olmasını aşkar etdikdən sonra, həmin küçə boyunda yerləşən təxminən 10 ticarət və sair obyektlərin müşahidə kameralarına baxa-baxa Təqsirləndirilən şəxs oxşar şəxsin təxminən 2 kilometr məsafə gedərək bir binanın blokuna daxil olduğunu müəyyən etmişlər. İdealın daxil olduğu mənzili müəyyən edərək, həmin mənzilin qapısını döyərək mənzilə qapını açan evin sahiblərindən olan qadının icazəsi ilə daxil olmuşlar. Belə ki, həmin qadına izah etmişlər ki, qətl törətmiş şəxs bu mənzilə gəlməli idi. Evdə yaşlı qadın və kişi, İdealın atası olmuşdur. Onlar bildirmişlər ki, hadisəni törədən ailə üzvləri olan Təqsirləndirilən şəxsdir və digər bir otaqdan İdealı çağıraraq onu onlara təhvil vermişlər.İdealı polisə apardıqları zaman ondan bu hadisəni törətmə səbəbini soruşmuşlar. İdeal da bildirmişdir ki, anasını əxlaqsızlığa görə vurmuşdur. İdealı bölməyə gətirdikdən sonra ora İdealın atası və digər qohumları gəlmişdir. Bildirir ki, hadisə yerinə 4 polis əməkdaşı getmiş, onların heç birinə hadisəni törədən şəxsin valideynin telefon nömrəsini verən olmamış və o və həmkarlarından heç biri İdealın yaxınlarına zəng etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirliliyi özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nizami PRİ-nin 24-cü RBnin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə, saat 12:14-də naməlum qadının kişi tərəfindən bıçaqlanması, həmin şəxsin bıçağı ataraq hadisə yerindən qaçması barədə DİN-nin «102» Xidməti Zəng mərkəzinə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «Hadisə yerinə baxış keçirilməsi haqqında» 20 aprel 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri“Solo Baku” paltar mağazası və «Türkoğlu» dönər və lahmacun restoranının arasında yerləşir. “Solo Baku” paltar mağazasının divarı tərəfdə ağ rəngli, «Mitsubishi» markalı, **-CA-*** qeydiyyat nişanlı avtomobil vardır. Avtomobiilin ön hissəsi Rüstəm Rüstəmov küçəsində yerləşən 48 saylı binaya tərəfdir. Həmin avtomobilin sağ ön hissəsində üzərində qara rəngli şalvar, ağ rəngli köynək və qara rəngli jaket, ayağında isə hündür daban qara ayaqqabı olan qadın cinsli meyit aşkar edilmişdir. Baxış zamanı qadının əynində olan ağ rəngli koftanın üzərində qanabənzər ləkələr müəyyən edilmişdir. Həmin koftanı qaldırdıqda meytin qarın nahiyyəsində 3 ədəd kəsici-deşici xassəyə malik alətlə yetirilməyə xarakterik xəsarət aşkar olunmuşdur. Meyitin ətrafında qanabənzər ləkələr müəyyən edilməmiş, lakin meyitin sol qolunun altında 2 ədəd üzərində qanabənzər ləkələr olan salfetka aşkar edilmişdir. Baxış zamanı meyitin baş tərəfindən sol tərəfdən sağ tərəfə doğu üzərində qanabənzər ləkələr aşkar edilmiş mətbəx bıçağı, bıçaqdan 1 metr aralıda məktəbli çantası aşkar edilmişdir. Məktəbli çantasına baxış zamanı içərisində müxtəlif dərs vəsaitləri olduğu müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «meyitə baxış keçirilməsi haqqında» 20 aprel 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs meyitin üzərində aşağıdaki xəsarətlər vardır: 1) Qarnın yuxarı şöbəsinin ön səthinin sol yarısında orta xətdən 6,0 sm sola və göbəkdən 5,5 sm yuxarıda çəp-boylama yerləşən, 2,2x1,0 sm ölçüdə, iyvari formalı kənarları hamar, aşağı ucu iti, yuxarı ucu küt olan, mənfəzində sarımtıl rəngdə piy toxuması görünən, kənarlarını yaxınlaşdırdıqda uzunluğu 2,4 sm olan qanlı yara vardır. 2) Qarnın yuxarı şöbəsinin ön səthinin sol yarısında İ yaradan 9,5 sm solda çəp boylama yerləşən İİ yara vardır. Həmin yaranın ölçüləri 2,4x0,8 sm olan iyvar forma kənarları hamar, aşağı ucu iti, yuxarı ucu küt olan, mənfəzində sarımtıl rəngdə piy toxuması görünən, kənarlarını yaxınlaşdırdıqda yaranın uzunluğu 2.7 sm olur. 3) Qarnın aşağı şöbəsinin ön səthinin sol yarıs göbəkdən 4,0 sm aşağıda və orta xətdən 1,7 sm solda boylama yerləşən 1,3x1,0 ölçüdə, kənarları hamar, aşağı ucu iti, yuxarı ucu küt olan, mənfəzində sarımtıl rəngli piy toxuması görünən qanlı yara vardır. Məhkəmədə elan edilib araşdırılmış «cinayəti törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» 20 aprel 2022-cı il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 20 aprel 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» 21 aprel 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən ünvan 9 ünvanında 19 aprel 2022-ci il tarixdə gecə babasıgildə qalıb səhər saat 07 radələrində mətbəx otağından bir ədəd dəstəyi qəhvəyi rəngli mətbəx bıçağını və göy rəngli məktəb çantası göğtürüb «Kapital Bank»ın qarşısına gəldiyini, anası Zərərçəkmiş şəxs gəldiyini bildiyindən təxminən yoldan 10-15 metr məhələyə girib sağ tərəfdə divarın yanında əlində olan bel çantasını yerə qoyub içərisinə əvvəlcədən qoyduğu bıçağı çantadan çıxarıb surətlə anasının qarın nahiyyəsinə tərəf bir neçə zərbə vurub hadisə yerində qaçaraq yenidən piyada babasıgilin yaşadığı ünvana qayıtmasını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 69 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı onun bədənində aşağıdakı xəsarətlər aşkar edilmişdir: qarnın ön səthinin sol yarısının mədəaltı vəz, mədə, qarın aortası, nazik və yoğun bağırsaqların zədələnmələri ilə müşahidə olunan 3 ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaraları. Qeyd olunan xəsarətlər həyatidirlər, ölümündən bilavasitə əvvəl deşici-kəsici əşyanın (ola bilsin bıçağın) təsirindən törənmişlər və qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022ci il tarixə uyğun gələ bilərlər. Dərəcələrinə görə canlı şəxslərdə, həm ayrı-ayrılıqda, həm də ki, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqələri vardır. Zərərçəkmiş şəxs qarnının ön səthinin sol yarısında aşkar edilən yara kanallarının istiqaməti öndən-arxaya, bir qədər soldan-sağa, aşağıdan-yuxarıya doğru olmuşdur. Yara kanalının uzunluğu 6,0- 8,0 sm-ə qədərdir. Mərhum Zərərçəkmiş şəxs ölümü yuxarıda qeyd edilən daxilə nüfuz edən xəsarətlərlə əlaqədar kəskin massiv qanitirmədən baş vermişdir. Ölüm meyitin meyitxanada müəyinəsindən təxminən 2-4 saat əvvəl baş verə bilər. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya təqdiqatı nəticəsində metil, edil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar) aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 472/2022-MTBŞ saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs Abo sistemi üzrə qan qrupu – Abeta(H)/İİ/ -dur. Ekspertizaya təqdim edilmiş 01 ədəd mətbəx bıçağı, 02 ədəd salfet kağızı, Zərərçəkmiş şəxs məxsus köynək və şalvar üzərində Abeta(H)/İİ/ qruplu insan qanı aşkar olunmuşdur. Bu qan ləkələrinin Abo sistemi üzrə Zərərçəkmiş şəxs məxsus olması inkar olunmur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 383/2022-MTKŞ saylı rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus şalvarın ön hissəsinin sol-yuxarı nahiyəsində 1 ədəd, köynəyin ön hissəsinin sol-aşağı nahiyəsində 1 ədəd, köynəyin ön hissəsinin solyan nahiyəsində 1 ədəd deşilmiş-kəsilmiş zədələr olması aşkar edilmişdir. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir və bu zədələrin ekspertizaya təqdim olunmuş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus şalvarın ön hissəsinin sol-yuxarı nahiyəsində 1 ədəd, köynəyin ön hissəsinin sol-aşağı nahiyəsində 1 ədəd, köynəyin ön hissəsinin sol-yan nahiyəsində 1 ədəd deşilmiş-kəsilmiş zədələr onun bədəninin qarnın ön səthinin sol yarısında olan 3 ədəd eyni xarakterli xəsarətlərlə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan onun təyinatını dəyişən heç bir əlavə və dəyişiklik edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1685 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, anamnestik məlumatlar və hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak proseslərinin (qavrama, diqqət, yaddaş xüsusiyyətləri, təfəkkür və s.) normaya uyğun olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı, intellektual-amnestik imkanları normaya uyğun olmuş, gerilik əlamətləri aşkar olunmamışdır. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsbit edə və bu barədə məlumat verə bilər. Təqsirləndirilən şəxs qərarda qeyd edilən hadisəni törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükliliyini dərk etmək, onları idarə edə bilmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükliliyini dərk etmək, onları idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs anlaqsızlıq, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac olmamışdır. Təqsirləndirilən şəxs hazırda da, hər hansı bir psixi xəstəlik aşkar olunmamışdır. Təqsirləndirilən şəxs fərdipsixoloji xüsusiyyətlərində qıcığa qarşı həssaslıq, həmyaşıdları arasında hörmətə sahib olmaq istəyi, başqalarının onun haqqında nə düşünməsini önəmsəmək və s. kimi əlamətlərə malik olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cinayət törədərkən psixiemosional halında hirslilik yaranmış, həmin hislərin yaranması anasının etdiyi əxlaqazidd hərəkətlərə görə utanc hissi keçirməsi, onun hərəkətlərini özünə sığışdıra bilməməsi və həmyaşıdları arasında hörmətdən düşmək istəməməsi ilə bağlı anasını cəzalandırmaq istəyi ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs hadisə zamanı fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs hadisə baş verən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükliliyini dərk etmək, onları idarə edə bilmək iqtidarında olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış əlavə kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1944 saylı rəyindən müıyyən olunur ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Tibbi sənədlərə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə yeniyetmə nevropatoloq müayinəsində olmuş və ona “Perinatal ensefalopatiya mülayim hidrosefaliya və psixofiziki inkişafın geriliyi (yaxşılaşma) Dislaliya” diaqnozu qoyulsa da, xx.xx.2021-ci il tarixdə hərbi komissarlığa görə dispanserizası zamanı nevroloq tərəfindən sağlam olduğu qeyd edilmişdir. Bunu cinayət işinin materialları, anamnestik məlumatlar və hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak proseslərinin (qavrama, diqqət, yaddaş xüsusiyyətləri, təfəkkür və s.) normaya uyğun olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı, intellektual-amnestik imkanları normaya uyğun olmuş, gerilik əlamətləri aşkar olunmamışdır. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvit edə və bu barədə məlumat verə bilər. Təqsirləndirilən şəxs qərarda qeyd edilən hadisəni törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə edə bilmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdə müəyyən edilən “Perinatal ensefalopatiya mülayim hidrosefaliya və psixofiziki inkişafın geriliyi (yaxşılaşma) Dislaliya” diaqnozu qoyulsa da, xx.xx.2021-ci il tarixdə hərbi komissarlığa görə dispanserizası zamanı nevroloq tərəfindən sağlam qeyd edilmişdir. Cinayət işində olan tibbi sənədlərin təhlilinə əsasən belə qənaətə gəlmək olar ki, Təqsirləndirilən şəxs vəziyyətində yaxşılaşma müşahidə edilmiş və buna görə də, sağlam olduğu qeyd olunmuşdur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac olmamışdır. Təqsirləndirilən şəxs hazırda da, hər hansı bir psixi xəstəlik aşkar olunmamışdır. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs anlaqsızlıq, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs fərdi-psixoloji xüsusiyyətlərində qıcığa qarşı həssaslıq, həmyaşıdları arasında hörmətə sahib olmaq istəyi, başqalarının onun haqqında nə düşünməsini önəmsəmək və s. kimi əlamətlərə malik olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cinayət törədərkən psixi-emosional halında hirslilik yaranmış, həmin hisslərin yaranması anasının etdiyi əxlaqazidd hərəkətlərə görə utanc hissi keçirməsi, onun hərəkətlərini özünə sığışdıra bilməməsi və həmyaşıdları arasında hörmətdən düşmək istəməməsi ilə bağlı anasını cəzalandırmaq istəyi ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs hadisə zamanı fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs hadisə baş verən zaman emosional halından asılı olaraq öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükliliyini dərk etmək, onları idarə edə bilmək iqtidarında olmuşdur. Məhkəmənin 11 oktyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində stasionar qaydada kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizası təyin edilmiş, kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 137 saylı rəyindən müəyyən olunur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən əziyyət çəkdiyi üzvi mənşəli emosional labil pozuntu səbəbindən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi cinayət əməlini törətməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi ittiham olunduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs baş vermiş hadisəni törədən zaman qəflətən baş vermiş güclü ruhi həyacan (affekt) vəziyyətində olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış «baxış keçirilməsi haqqında» 25 iyul 2022-ci il tarixli protokoldan müəyyən olnur ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş çap olunmuş mobil telefonun ekran görüntülərinə baxış keçrilərkən porno və intim görüntülər olan saytlara giriş olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri 260 nömrəli tam orta məktəbin təqdim etdiyi xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 2013-cü ildə həmin məktəbə daxil olmuş və məktəbdə oxuduğu müddətdə intizam pozuntusuna yol verməmiş, mütəmadi dərslərdə iştirak etmişdir. Sinif yoldaşları ilə münasibətində davranış qaydalarına riayət etməklə müsbət xarakterizə olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri, Xətai rayon MKTB-nin 6 saylı MKİS-dən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 10 ünvanında yaşamaqla atası Qanuni nümayəndə, bacısı X6 ibarət ailə tərkibi olmuş, həmin ünvanda yaşadığı müddət ərzində qonşuları və sahə müvəkkili tərəfindən heç bir şikayət daxil olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan olunmuş X5 məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ərizələrindən müəyyən olunur ki, nəvəsi Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi olmadığını və gələcəkdə ona qarşı hər hansı mülki iddiası və şikayətinin olmayacağını, onunla barışdığını, ona vurulmuş ziyanın tam ödnildiyini göstərmişdir. Ərizəsində həmçinin nəvəsi Təqsirləndirilən şəxs dəfələrlə hadisədən peşmançılıq çəkdiyini, hadisənin qəflətən baş verməsini güclü ruhi həyəcan vəziyyətində, psixoloji sarsıntı keçirərkən hadisənin nəticələrini dərk etmə qabiliyyətinin olmadığı şəraitdə törətdiyini ona bildirmişdir. Bundan başqa məhkəmənin nəzərinə çatdırır ki, nəvəsi Təqsirləndirilən şəxs anasına qarşı hər hansı ədavəti olmamış, onu qəsdən öldürmək niyyətində olmasını eşitməmiş və ehtimal etmir. Hadisə baş verməzdən əvvəl nəvəsinin hələ uşaq vaxtlarından nevroloji və psixoloji xəstəliklərdən müalicə almasının şahidi olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən cinayəti yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, CMnin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmişin hüquqi varisi ilə barışıq əldə edilməsini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını, dəymiş ziyanın tam ödənilməsini, CM-nin 59.1.9-cu maddəsinə əsasən cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsini,https://eqanun.az/framework/46947 törətdiyi əməldən peşman olmasını, təhsil aldığı məktəbdə və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 50.1.8, 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə töasif etməklə yanaşı cinayətin motivini də düzgün müəyyən etmişdir. Belə ki, məhkəmə baxışı zamanı da müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin avqust ayında anası Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefona baxarkən “Tik-tok” və digər sosial şəbəkələrdə anasının müxtəlif kişi cinsli şəxslərlə intim əlaqədə olması barədə yazışmalar aparmasını görüb bu barədə atası Qanuni nümayəndə məlumat verməklə anasının bu hərəkətlərinə görə valideyinləri Bakı şəhəri, Xətai rayon məhkəməsinin 23 dekabr 2019-cu il tarixli qətnaməsi əsasında boşandıqdan sonra atası ilə birlikdə yaşayarkən 2020-ci ilin yay aylarından etibarən anasının yüngül həyat tərzinə görə təhsil aldığı məktəbdə və qonşuluqda yaşayan həmyaşıdlarının ona mütəmadi irad bildirmələri ilə əlaqədar anasının əxlaqsızlığı namusuna, həmyaşıdları və qohumları arasında nüfuzuna ləkə gətirdiyini hesab edib qisas almaq niyyəti ilə anası Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlib, bu məqsədlə 19 aprel 2022-ci il tarixdə saat 20:05 radələrində özünə məxsus ***- ***-**-** nömrəli mobil telefondan anası Zərərçəkmiş şəxs məxsus ***-***-**-** nömrəli mobil telefona mesaj yazaraq növbəti gün, yəni 20 aprel 2022-ci il tarixdə saat 12 radələrində sonuncunu ünvan 1 ünvanda yerləşən «Kapital Bank»ın yaxınlığına görüşə çağırmış və niyyətini həyata keçirmək üçün 20 aprel 2022-ci il tarixdə saat 11 radələrində babası Şahid7 Vaqif oğlunun yaşadığı mənzilin mətbəxindən dəstəyi qəhvəyi, tiyəsi gümüşü rəngli mətbəx bıçağını götürərək məktəbli çantasına qoyub anası ilə görüşə getmiş və həmin gün saat 12 radələrində ünvan 2 ünvanının yaxınlığında anası Zərərçəkmiş şəxs ona yaxınlaşan zaman o, əvvəlcədən özü ilə götürdüyü mətbəx bıçağını çantasından çıxarıb həmin bıçaqla anası Zərərçəkmiş şəxs həyat üçün vacib olan orqanlarının yerləşdiyi qarın nahiyyəsinə qəsdən zərbələr endirərək qəsdən həyatdan məhrum etmişdir. Məhrum Zərərçəkmiş şəxs keçirdiyi yaşayış tərzi onun telefonunda aşkarlanmış əxlaqsız görüntülər, sosial şəbəkələrdə müxtəlif kişi cinsli şəxslərlə intim səhnələri ilə də sübuta yetirilmişdir. Məhz bu səbəbdən Təqsirləndirilən şəxs xahişi ilə atası Zaur Məmmədzadə onu oxuduğu orta məktəbdən digər məktəbə keçirmiş, Təqsirləndirilən şəxs həmçinin utandığından dostları və həmyaşıdları ilə əlaqələrini kəsmiş, özünə qapanmış, güclü stress və depressiya keçirməsi nəticəsində anasından qisas almaq niyyətinə gələrək ittiham olunduğu cinayət əməlini törətmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışı zamanı tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 3-cü bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə cinayətində təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" qərarının 2-ci və 3cü bəndlərində göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Məhkəmə baxışı zamanı sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxsnin “Tik-tok” və digər sosial şəbəkələrdə müxtəlif kişi cinsli şəxslərlə intim xarakterli yazışma aparmasını bilmiş və həmyaşıdlarının bu barədə ona mütəmadi irad bildirmələri ilə əlaqədar anasının əxlaqsız həyat tərzinin namusuna, tanış və qohumları arasında olan nüfuzuna ləkə gətirdiyini hesab edib, əvvəlcədən cinayət aləti olan mətbəx bıçağı götürərək anası Zərərçəkmiş şəxs görüşə dəvət edərək ona həyat üçün vacib olan orqanlarının yerləşdiyi qarın nahiyyəsinə qəsdən üç ədəd daxilə nüfuz edən deşilmişkəsilmiş, yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmis və həmin xəsarətlər sonuncunun ölümünə səbəb olmuşdur. Beləliklə, məhkəmə baxışında ibtidai araşdırma orqanının gəldiyi nəticə, yəni Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs qəsdən adam öldürməsi və bu əməlin motivi tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən hər bir şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cinayətin törədilməsində rolunu və iştirakçılıq dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunan cəzanın onun islah edilməsinə və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 86-cı maddəsinin tələblərinə görə yetkinlik yaşına çatmayana cəza təyin edərkən, məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən olunmuş hallardan başqa, həmin şəxsin həyat və tərbiyyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayəti törətmiş şəxslər haqqında tətbiq olunan cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və cinayətin törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işində olan Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, o, xx xxxxx 2007-ci il təvəllüdlü olmaqla, hadisə törətdiyi xx.xx.2022-ci il tarixə yetkinlik yaşına çatmamış, hal hazırda də yetkinlik yaşına çatmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84-cü maddəsi 14 yaşından 18 yaşına kimi olan şəxsləri yetkinlik yaşına çatmayanlar qrupuna aid edərkən, onların kifayət qədər əqli yetkinliyə çatmadıqlarını və həyat təcrübələrinin az olmasını nəzərə almışdır. Buna görə də, qanunvericilik yetkinlik yaşına çatmayanın törətdiyi cinayətə görə əməlinin tövsifində, məsuliyyətinin həllində və cəza təyinində onların əqli və iradəvi xüsusiyyətlərinin məhkəmələr tərəfindən nəzərə alınmasını məcburi sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Məhkəmə göstərilənləri və Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan cəzanın məqsədlərinə nail olmaq məqsədilə ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə CM-nin 85.5-ci maddəsinə əsasən cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması onun cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, zərərçəkmişin hüquqi varisi ilə barışıq əldə edilməsini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını, dəymiş ziyanın tam ödənilməsini, cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsini, törətdiyi əməldən peşman olmasını, müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını müstəsna hallar kimi qiymətləndirir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsini, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsini mümkün sayır və hesab edir ki, bu hallar onun uzun müddətə cəmiyyətdən təcrid edilməməsinin əsası kimi çıxış edə bilər (62-ci maddənin tətbiqi əsası). Çünki, təqsirləndirilən şəxsin uzun müddətə azdlıqdan məhrum edilməsi cəzanın CM-nin 41.2 maddəsində nəzərdə tutulan məqsədlərinə xidmət etməyəcək. Həmin normaya görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirlədirilən şəxsin barəsində tətbiq olunacaq cəza həmin məqsədlər üçün kuifayətdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır və təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət onu həbsdə saxlama müddətinə daxildir. Həmin məcəllənin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəllənin 158.3 və 158.6-cı maddələrinin tələblərinə əsasən isə şəxsin həbsdə saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə nəzərə alır ki, “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun28 iyun 2002ci il tarixlə 2 saylı qərarının 12-ci bəndinə əsasən hökm çıxarılanadək 18 yaşı tamam olmamış şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə (CM-nin 55.1-ci maddəsi), məhkəmə CM-nin 85.5-ci maddəsinə müvafiq olaraq onlara ümumi və ya möhkəm rejimli tərbiyə müəssisəsi təyin edir. Belə olan halda CM-nin 85.5.1-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs ilk dəfə azadlıqdan məhrum edilən şəxs kimi cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübut olan, Bakı şəhəri Nizami rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş 01 ədəd mətbəx bıçağı, 02 ədəd salfet kağızı, zərərçəkmiş Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş ağ rəngli köynək və qara şalvar məhv edilməli, təsdirləndirilən şəxs Təqsirləndirilən şəxs məxsus 01 ədəd göy rəngli məktəbli çantası onun qanuni nümayəndəsi X10 qaytarılmalı, 01 ədəd “CD” disk cinayət işin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «VERDİKTUM» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 üçün isə 324 (üç yüz iyirmi dörd) manat «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli tərbiyyə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 20 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş 01 ədəd mətbəx bıçağı, 02 ədəd salfet kağız, zərərçəkmiş Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş ağ rəngli köynək və qara şalvar məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 01 ədəd göy rəngli məktəbli çantası qanuni nümayəndəsi X10 qaytarılsın, 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi1 üçün 324 (üç yüz iyirmi dörd) manat “VERDİKTUM” Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar