Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-245/2024 23.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X5 və X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-274/2017 saylı, 13 mart 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 7(005)-191/2022 saylı, 26 aprel 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 1(bir) ay 8 (səkkiz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, lakin məhkumluğu ödənilməmiş və üzərindən götürülməmiş, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X24 küçəsi, dalan 1, ev 8 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 23 fevral 2024-cü il tarixdə, saat 15:15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq məlum olmayan tarixdə və məlum olmayan mənbədən külli miqdarda təmiz çəkisi 17,451 qram narkotik vasitə olan heroini və təmiz çəkisi 15,632 qram psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, R.Mirzəyev küçəsində yerləşən “Əli market” adlanan dükanın yaxınlığına qədər daşımış, 21 noyabr 2022-ci il tarixdə, saat 20:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həmin ünvanda saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş və inzibati binada şübhəli şəxs qismində tutulduqdan sonra üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən onun əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 (bir) ədəd sellofanın içərisində 3 (üç) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 12,664 qram, 4,057 qram və 0,730 qram olmaqla külli miqdarda, ümumi təmiz çəkisi 17,451 qram xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2 (iki) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,199 qram və 12,433 qram olmaqla külli miqdarda, ümumi təmiz çəkisi 15,632 qram xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.
İşin halları və dəlilləri:
2. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək 20 aprel 2023-cü il tarixli ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra mətndə - BNMİ) əməkdaşları tərəfindən 21 noyabr 2022-ci il tarixdə, saat 16:00-16:30 radələrində soyadını, atasının adını və başqa məlumatlarını bilmədiyi İlknur kimi tanıdığı qızın yaşadığı evin giriş qapısının önündə saxlanılmış, saxlanılarkən üzərində şəxsi istifadəsi üçün əldə etdiyi təxminən 0,2 qram heroin və onu istifadə etmək üçün “trubka” olmuşdur. Həmin vaxt evdə 5 nəfər polis əməkdaşı tərəfindən işgəncəyə məruz qalmış, sonuncular ondan 4-5 kiloqram narkotik vasitəni vermələrini tələb etmiş, o həmin miqdarda narkotik vasitə olmadığını bildirdikdən sonra həyətində şəxsi istifadəsi üçün saxladığı 2-3 qram “kakos” kimi tanıdığı heroini təqdim etmişdir. O, tutulmazdan əvvəl ayrı-ayrı şəxslərə zəng edərək öz şəxsi istifadəsi üçün narkotik vasitə istəmiş, lakin heç vaxt satışı ilə məşğul olmamışdır. İstifadəsində olmuş mobil telefonunun kodunu açıb əməliyyatçılara özü vermişdir. Müstəntiq onunla maraqlanmadığından etiraz olaraq müstəntiqdən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora şikayət etmişdir. O, yalnız narkotik vasitə istifadəçisi olduğundan ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla razı deyildir.
3. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, o, polis əməkdaşları tərəfindən onda guya 5-6 kiloqram narkotik vasitə olması bildirilərək döyülmüşdür. O, narkotik vasitə istifadəçisi olduğundan müxtəlif şəxslərdən öz şəxsi istifadəsi üçün narkotik vasitə əldə edərək istifadə etmiş, bu məqsədlə də ayrı-ayrı narkotik vasitə istifadəçiləri də ondan öz şəxsi istifadəçiləri üçün narkotik vasitə götürməsini xahiş etmiş, lakin o, narkotik vasitə satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları avtomobillə onu bölməyə apararkən avtomobildə olan 3 nəfər polis əməkdaşı onu həm əl ilə, həm də təpiklə döymüşlər. İbtidai istintaq zamanı döyülməyi, habelə aldığı xəsarətlər barədə məlumat vermiş, ərizə ilə də müraciət etmişdir. 15-ci Polis Bölməsinə gətirilərkən ona 2-3 qram narkotik vasitəni istifadə üçün əldə etmə və saxlamaya görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham veriləcəyi bildirilmiş və o, narkotik vasitə istifadəçisi olduğundan həmin ittihamla razılaşaraq izahatı imzalamış, lakin sonradan ona külli miqdarda narkotik vasitələrin satışı ilə ittiham verildiyini öyrəndikdə ona təqdim olunmuş bütün sənədləri imzalamaqdan imtina etmişdir.
4. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, saat 16-da tutulduqdan sonra 2-3 saat döyülmüş, ağrılı vəziyyətdə olduğundan cibinə nə qoyulub götürüldüyünü bilməmiş, ondan ifadə alınmamışdır. İstintaq Təcridxanasına daxil olarkən üzündə, əllərində və ayaqlarında xəsarət izləri olmuş, həmin xəsarətlər tibb sənədlərində də qeyd olunmuşdur. Bədənində görünən xəsarət izləri ilə yanaşı görünməyən xəsarətlər də olmuşdur. Evdə onu döymüş 5 nəfər polis əməkdaşı özlərini təqdim etmədiklərindən sonuncuların əvvəlcə hansı polis idarəsinin əməkdaşları olduqlarını bilməmişdir. O, evdə döyülərkən münasibət saxladığı İlknur və Fatimə adlı 2 nəfər qız və 1 nəfər oğlan orada olmuşdur. X2 mobil telefon nömrəsi ***-***-**-**-dir. İlknur adlı qadını qohumu, Ağazeynal Rəsulzadə vasitəsilə tanımış, sonuncular qeyri-rəsmi ərarvad münasibətlərində olmuşlar. Qaşında olan xəsarətlərin rəngi qırmızı olmuş, 5 gün sonra tibbi ekspertiza keçirildikdə xəsarətlərdə göyərtilər yaranmışdır.
5. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi izahat və ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin izahat və ifadələr elan edilərək tədqiq edilmişdir. A.N.Zəkiyev həmin izahat və ifadələrdə göstərmişdir ki, 21 noyabr 2022-ci il tarixdə, təxminən saat 20:30 radələrində Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, R.Mirzəyev küçəsində yerləşən “Əli” marketin yaxınlığında piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə (bundan sonra mətndə - Sabunçu RPİ-nin 15-ci PBnə) dəvət etmişlər. Bölmədə dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən “Samsung” markalı telefonunu, şəxsiyyət vəsiqəsini, sol yan cibindən isə 1 (bir) ədəd sellofan bağlamanı təqdim etmişdir. Aşkar edilmiş maddələr elektron tərəzi ilə çəkilmişdir. 3 bükümdə olan heroinin çəkisinin 21 qram, 2 bükümdə olan metamfetaminin çəkisinin isə 17 qram olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı o, üzərində olan maddənin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni həm istifadə, həm də satmaq üçün üzərində saxladığını, həmin maddələri iki gün qabaq Binəqədi rayonu ərazisindən, iranlı “Əmi” ləqəbli şəxsdən pul ödəməklə əldə etdiyini, uzun müddətdir narkotik vasitə istifadəçisi olduğunu, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, bu əməlindən heç kimin məlumatının olmamasını, saxlanılan zaman, eləcə də polis bölməsində ona qarşı heç bir zor tətbiq etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələri satmaq və şəxsi istifadə üçün üzərində gəzdirdiyini, narkotik vasitə aldığı iranlı şəxsi tanımadığını, onunla telefon vasitəsi ilə danışdığını, onun göndərdiyi hesaba pul vurduqdan sonra narkotik vasitə aldığını, onun göstərişi ilə heç bir iş görmədiyini, əlbir olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ilkin izahatı müdafiəçisinin iştirakı ilə imzalasa da, sonradan həmin izahatla tamamilə eyni məzmunlu olan ifadələrini imzalamaqdan imtina etmişdir. Müdafiəçisinin iştirakı ilə verdiyi və özünün də imzaladığı izahatında əlavə olaraq göstərmişdir ki, saxlanılan zaman, eləcə də polis bölməsində ona qarşı heç bir zor tətbiq edilməmiş, gözünün üzərində olan xəsarət bugün müvazinətini itirib yıxılan zaman yaranmış, şəxsi axtarış istintaq hərəkəti keçirilməzdən əvvəl üzərinə heç bir polis əməkdaşı tərəfindən yoxlanış keçirilməmiş, sol qaşında olan cızıq xəsarəti kiçik olmasına görə həkimə müraciət etməmişdir (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 36-37;46-48; 67-69;).
6. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
7. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
8. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, ondan və idarənin digər əməkdaşı olan əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o və Arif birlikdə məlumat əsasında 21 noyabr 2022-ci il tarixdə, saat 20:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, R.Mirzəyev küçəsində yerləşən “Əli” marketin yaxınlığında əməliyyat mövqeyi seçmişlər. Həmin vaxt onlar Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra onun üzərində narkotik vasitələr olması barədə məlumat aldığını bildirib baxış keçirilməsi üçün onlarla birlikdə getməsini bildirmişlər. Hava və əməliyyat şəraiti, nəqliyyat vasitələrinin və insanların vaxtaşırı olaraq hərkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınaraq onu Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasına gətirmişlər. Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasında üzərinə baxış keçiriləcək şəxsin şəxsiyyəti müəyyən edildikdə həmin şəxsin xx xxxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bundan sonra ilk öncə Təqsirləndirilən şəxs xidməti iş otaqlarının birinə dəvət edilmişdir. Həmin otaqda Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. İlkin olaraq şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etdikdən sonra, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi sonuncuya təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd üzərində (070) ***-**-** GSM nömrə olan 1 (bir) ədəd "Samsung" markalı mobil telefonunu, 1 (bir) ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini, sol yan cibindən isə 1 (bir) ədəd sellofan bağlamanı təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonucunun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefonu və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bağlamaya baxış keçirilən zaman içərisində 2 (iki) bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə və 3 (üç) ədəd sellofan bükümdə qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlələrin təxmini çəkilərinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmişdir. İçərisində narkotik vasitə heroinə bənzər kütlə olan 3 (üç) ədəd sellofan bükümün qablaşdırılma ilə birlikdə ümumi çəkisinin 21 qram (iyirmi bir), metamfetaminə bənzər 2 bükümdəki kütlənin çəkisinin isə 17 (on yeddi) qram olması müəyyən edilmişdir. Həmin sellofan bükümlər 1 (bir) ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri "DİN-nin Zərflər üçün 7 saylı" möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümlərdəki maddənin narkotik vasitə heroin, psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni həm satmaq, həm də öz istifadəsi üçün üzərində saxladığını, təxminən 10 gün bundan öncə tanış olduğu, İran İslam Respublikası vətəndaşı "Əmi" ləqəbli şəxsin vasitəsilə 2 gün öncə Binəqədi rayonu ərazisindən əldə etdiyini, həmin şəxsin nömrəsinin telefonundan sildiyini, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, bu əməlindən heç kimin məlumatının olmamasını, özünün narkotik vasitə istifadəçisi olduğunu, saxlanılan zaman və polis bölməsində olan zaman onun üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı burada heç bir zor tətbiq edilmədiyini əlavə olaraq bildirmişdir. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi, o və digər iştirakçılar tərəfindən imzalanmışdır.
9. Şahid qismində dindirilmiş Şahid1 verilmiş suallara cavab olaraq ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs evdə deyil, Sabunçu rayonu, Zabrat-2 ünvanında olarkən küçədə axşam vaxtı, hava qaralanda tək saxlamışlar. Təqsirləndirilən şəxs bölməyə aparılarkən, eləcə də, üzərində narkotik vasitə və psixotrop maddə aşkar olunarkən heç bir narazılıq etməmiş, narkotik vasitə və psixotrop maddənin çəkisini mübahisələndirməmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olmamış, saxlanıldığı anda üzərinə baxış keçirilmədən birbaşa bölməyə aparılmışdır.
10. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid1la oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılarkən üzərində xəsarət izlərinin olub-olmamasını xatırlamır.
11. Məhkəmədə müdafiə tərəfinin vəsatəti ilə 28 iyul 2023-cü il tarixdə əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qohumudur. Belə ki, əri Ağakamalın qardaşıdır. Ağakamalın qardaşından iki azyaşlı uşağı vardır. Hadisə baş verən gün İlknur adlı tanışının Zabrat-2 ünvanında, “Əli market” deyilən dükanın yanında yerləşən evində olmuş, həmin gün sonuncu ona Ağakamal ilə X25 İdarəsinə gedib qayıdacaqlarını bildirmişdir. Təxminən yarım saat sonra İlknur və Ağakamal evə daxil olarkən sonuncuların arxasından dəqiq xatırlamadığı sayda polis əməkdaşları da evə daxil olaraq Ağakamalı döymüşlər. Lakin həmin vaxt Ağakamalın üzərində qanunsuz hər hansı əşya olmamışdır. Ağakamal polis əməkdaşları tərəfindən İlknur adlı qadına məxsus evdə saxlanılarkən İlknur və özü də orada olmuşdur. Belə ki, o, İlknur adlı qadınla dost münasibətlərində olmuş, lakin hazırda onunla əlaqəsi yoxdur, mobil telefon nömrəsini bilmir, sonuncu əvvəllər evli olmuşdur və bir övladı vardır. O, hadisənin baş verdiyi tarixi dəqiq xatırlamır. İlknur adlı qadının modeli və markası haqqında məlumatı olmadığı avtomobili olmuşdur. İlknur və Ağakamal arasında dostluq münasibətləri olmuşdur. O, hadisə baş verən gün Ağakamalın İlknurun evinə gələcəyi barədə məlumatı olmamışdır. Ağakamalın polis əməkdaşları tərəfindən saxlanılmasını İlknur adlı qadının təşkil etməsini hesab edir. Belə ki, İlknurun davranışlarından bu qənaətə gəlmişdir. Polis əməkdaşları təxminən 2-3 saat evdə axtarış aparmışlar. İlknurun evində hansı səbəbdən olmasını dəqiq xatırlamır.
12. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş ekspert X16 ifadəsində göstərdi ki, tibbi sənədlərə əsasən təqsirləndirilən şəxsin sol qaşının üst nahiyəsində, sol əlinin arxa və sağ əlinin ovuc səthində, sol diz oynaq nahiyəsində xəsarətlər və sıyrıqlar aşkar edimişdir. Ona Təqsirləndirilən şəxs barəsində Sabunçu RPİ-nin MSY-də və İstintaq Təcridxanasında tərtib edilmiş tibbi baxışın nəticələrinə dair iki tibbi sənəd təqdim edilmişdir. Sabunçu RPİ-nin MSY-də tərtib edilmiş sənəddə sıyrıqlar, İstintaq Təcridxanasında tərtib edimiş tibbi sənəddə isə qərtməklər kimi qeyd edilmişdir. Ekspertiza keçirilərkən xəsarətlərin müddəti xəsarətlərin ölçüsü, qərtməklərin ətraf xəsarətlərə olan münasibəti, qərtməyin rəngi və digər xüsusiyyətlər əsasında müəyyən olunur. Təqdim olunmuş sənədlərdə xəsarətlərə dair xarakterik xüsusiyyətlər qeyd edilmədiyindən xəsarətlərin yaranma müddəti barədə dəqiq fikir söyləyə bilməz. Belə ki, qərtmək sıyrılmış yaralarda 2 saat sonra əmələ gələrək 1 gün içində ətraf dəri səviyyəsinə yüksələrək inkişaf edir, 7-12 gün ərzində həmin qərtmək qopmağa başlayır. Xəsarətlərin lokalizasiyasından asılı olaraq müddət dəyişə bilər, amma 7-12 gün ərzində qərtmək izləri qala bilər. Eyni zamanda burada canlı şəxsin üzərində sıyrıqlar və sıyrılmış yaralardan əmələ gələn qərtməklərdən söhbət gedir. Həmin sənədlərdə qançır xəsarəti ümumiyyətlə qeyd edilmədiyindən burada qançırdan söhbət gedə bilməz. Göyərmə və bənövşəyi rənglər qançır xəsarətində əmələ gələ bilər, lakin sıyrıqlarda yarana bilməz. Çünki sıyrıq və sıyrılmış yaralarda epidermis zədələnir və epidermis üzərində qərtmək əmələ gəlir. Qərtməyin rəngi də qırmızı rəngdən başlayaraq tünd-qırmızı, tünd-qəhvəyi, açıq-qəhvəyi rənglər spektrində dəyişir. Praktiki olaraq, sıyrıqlar göy və bənövşəyi rənglər ala bilməz, həmin rənglər ancaq qançır xəsarətlərində görünə bilər.
13. Verilmiş suallara cavab olaraq ekspert E.R.Nuriyev ifadəsinə əlavə edərək göstərdi ki, yaranmış xəsarətlərin xarakterik xüsusiyyətləri tibbi sənədlərdə qeyd edilmədiyindən nəyin təsiri ilə yarandığını dəqiq deyə bilməz. Belə ki, həmin sənədlərdə xəsarətlərin bir yerdə qaçarkən, bir yerdə pilləkəndən yıxılarkən, bir yerdə həbs edilərkən yarandığı qeyd edisə də, həmin xəsarətlərin həbs edilən zaman hansı hərəkətlər nəticəsində yarandığı qeyd edilməmişdir. Şəxsi təcrübəsinə əsaslanaraq deyə bilər ki, insan üzərində xəsarətlər bədənin passiv və reflektiv qabarıq hissələrində yerləşir. Passiv dedikdə bədənin hərəkətsiz vəziyyətdə qabarıq olan hissələrində yaranan xəsarətlər başa düşülür. Məsələn, şəxsin özünü müdafiə üçün yıxılarkən bədəninin hansı hissələrini qabağa verdiyi zaman aldığı xəsarətlər passiv xəsarətlərdir. O, şəxsi təcrübəsinə əsaslanaraq ehtimal edərək deyə bilər ki, bədənin əsasən sol nayihəsində olan xəsarətlər, şəxsə münasibətdə sol əlin sol qaşında olan xəsarətlər və sağ əlin ovuc səthində olan xəsarətlərin şəxsin Sabunçu RPİ-nin əməkdaşları tərəfindən saxlanılarkən qaçaraq yıxılması nəticəsində yaranması daha inandırıcıdır. Çünki xəsarətlərin sol və sağ əlin ovuc səthində yaranması onun yıxılaraq yarandığını deməyə əsas verir. Lakin xəsarətlərin lokalizasiyası və xarakteri tam ətraflı qeyd edilmədiyindən xəsarətlərin dəqiq olaraq nəyin nəticəsində yarandığını deyə bilməz. Xəsarətlər dərəcəsi təyin edilməyən və sağlamlığa zərər vurmayan xəsarətlərdir.
14. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
15. “Cinayət işi başlama və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, 21 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda 3 (üç) ədəd bükümdə ümumi təmiz çəkisi 17,451 qram narkotik vasitə heroin və 2 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 15,632 qram psixotrop maddə metamfetaminin aşkar edilməsi faktına görə Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X11 tərəfindən 22 noyabr 2022-ci il tarixdə A.N.Zəkiyev barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1;).
16. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 21 noyabr 2022-ci il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar DİN-in BNMİ-nin rəisi, polis general-mayoru İslam Hümbətov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin İdarənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir (Cild 1, i.v.4-10).
17. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 7 aprel 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 “təxirəsalınmaz əməliyyat keçirilməsinə” dair 21 noyabr 2022-ci il tarixli qərarın qanuniliyinin yoxlanılması barədə materiallar baxılmadan geri qaytarılmışdır. Qeyd edilən məhkəmə qərarında məhkəməyə təqdim edilmiş raport, qərar, axtarış və götürmə haqqında protokolun imzalanmadığı və möhürlənmədiyi göstərilmişdir (Cild 2).
18. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi, polis general-mayoru İslam Hümbətov tərəfindən təsdiq edilmiş 21 noyabr 2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuniliyinə qiymət verilmədən Azərbaycan Respublikası DİN-in BNMİ-nə geri qaytarılmışdır (Cild 2).
19. “Şübhəli şəxsin tutulması haqqında” 21 noyabr 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 21:35-də BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X3 tərəfindən müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 24 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı 21 noyabr 2022-ci il tarixdə, saat 20:30-dan tutulmuş hesab edilmişdir(Cild 1, i.v.19-20).
20. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 21 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X6 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 22:00-dan 22:12-dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X4 tərəfindən həmin İdarənin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakı ilə Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd üzərində (070)-723-10-00 GSM nömrə olan 1 (bir) ədəd “Samsung" markalı mobil telefonunu, 1 (bir) ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini, sol yan cibindən isə 1 (bir) ədəd sellofan bağlamanı təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman sonuncunun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefonu və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bağlamaya baxış keçirilən zaman içərisində 2 bükümdə ağ rəngli kristall şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə və 3 ədəd sellofan bükümdə qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlələrin təxmini çəkilərinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş, içərisində narkotik vasitə heroinə bənzər kütlə olan 3 (üç) ədəd sellofan bükümün qablaşdırılma ilə birlikdə ümumi çəkisinin 21 qram (iyirmi bir), metamfetaminə bənzər 2 bükümdəki kütlənin çəkisinin isə 17 (on yeddi) qram olması müəyyən edilmişdir. Həmin sellofan bükümlər 1 (bir) ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılıb üzəri “DİN-nin Zərflər üçün 7 saylı" möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümlərdəki maddənin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni həm satmaq, həm də öz istifadəsi üçün üzərində saxladığını, təxminən 10 gün bundan öncə tanış olduğu, İran İslam Respublikası vətəndaşı “Əmi” ləqəbli şəxsin vasitəsilə 2 gün əvvəl Binəqədi rayonu 6-cı mikrorayon ərazisindən 500 manat pul müqabilində əldə etdiyini, həmin şəxsin nömrəsinin telefonundan sildiyini, bir-iki nəfər şəxsə narkotik vasitə və psixotrop maddə verdiyini, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, bu əməlindən heç kimin məlumatının olmamasını, özünün narkotik vasitə istifadəçisi olduğunu, sol qaşının üzərində olan yara izinin bu gün müvazinətini itirib yıxılan zaman yarandığını, saxlanılan zaman və polis bölməsində olan zaman onun üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı burada heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti Sabunçu RPİ-nin 15-ci PB-də yerləşən xidməti iş otaqlarından birində, süni işıqlandırma şəraitində keçirilmişdir. Protokolda şəxsi axtarış və götürmə zamanı “Sony” markalı videokameradan istifadə edilməklə aparılmış videoçəkilişin 1 (bir) ədəd DVD diskə yazılaraq protokola əlavə ediləcəyi qeyd olunmuşdur. Bu barədə həmin tarixdə, saat 22:15-dən 22:40-dək protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 29-32).
21. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 21 noyabr 2022-ci il tarixli protokolda əks olunan istintaq hərəkəti videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq bir ədəd müddəti 11 dəqiqə 13 saniyə olan həmin videogörüntülərin əks olunduğu diskə müstəntiq R.G.Vəliyev tərəfindən təqsirləndirilən şəxs A.N.Zəkiyev və müdafiəçi L.N.Mənsurovanın iştirakı ilə baxış keçirilməsinə dair 23 noyabr 2022-ci il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs xarici görkəminin və geyiminin səliqəli olması, sərbəst olmaqla suallara ətraflı və rahat şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 70;).
22. Məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/6695 saylı, 22 noyabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edimiş kütlələr...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 3 (üç) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 12,664 qram, 4,057 qram və 0,730 qram, ümumi təmiz çəkisi 17,451 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2 (iki) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,199 qram və 12,433 qram, ümumi təmiz çəkisi 15,632 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim olunmuş 3 (üç) ədəd sellofan bükümdə olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Təqdim olunmuş 2 (iki) ədəd sellofan bükümdə olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Heroinin ümumi təmiz çəkisi – 17,451 qram, tədqiqata sərf edildi – 0,150 qram, qalıq – 17,301 qram. Metamfetaminin ümumi təmiz çəkisi – 15,632 qram, tədqiqata sərf edildi – 0,100 qram, qalıq – 15,532 qram. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manatdır (Cild 1, i.v. 38-43;).
23. Qeyd edilən ekspert rəyi 22 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə elan edilərək tanış edilməklə bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol Təqsirləndirilən şəxs və müdafiəçi L.Mənsurova tərəfindən imzalanmışdır (Cild 1, i.v. 44;).
24. “Məlumat daşıyıcısı hesab edilən mobil telefona baxış keçirilməsi haqqında” 22 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X11 tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş boz rəngli “X20 Prime” markalı mobil telefonuna baxış keçirilmişdir. Baxış zamanı “X20 Prime” markalı mobil telefonunun **********19871/01 və **********19879/01 imei kodlu boz rəngli üzərində ***-***-**-** GSM nömrəsi olan mobil telefon olması məlum olmuşdur. Müstəntiq R.G.Vəliyev tərəfindən tərtib edilmiş protokoldan və maddi sübut olan həmin mobil telefona müdafiə tərəfinin vəsatəti əsasında 29 dekabr 2023-cü il tarixli məhkəmə iclasında baxış keçirilərkən müəyyən edildi ki, həmin mobil telefonun “Whatsapp” sosial messenger bölümünə daxil olduqda müəyyən nömrələrlə mesajlaşmaları vardır. Belə ki, +**********79 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs “Kamal; Ay kamaaal; Alınmırsa yatim alınırsa 05 goturum başım ağrıyır" mesajı göndərilmiş, Təqsirləndirilən şəxs isə cavab olaraq isə “yoldayam seherden gelirem catana yaxın yığacam dunenki kimi senin isni asırtacam sohbet ederik gelersen mehleye” göndərilmişdir. Bundan sonra həmin nömrədən Təqsirləndirilən şəxs “kola qalıb istəyən var”, Təqsirləndirilən şəxs isə ona cavab olaraq “hə” cavabın verir. Bundan sonra “20 yə 05” mesajına cavab olaraq Təqsirləndirilən şəxs “25 hələ düzəlmir” cümləsini yazmış, ona cavab olaraq “Mene 20ye demişdun. 5 de benzin pulu qalsin vallah ozum istifade elemirem” cümlesi yazılmışdır. Bundan başqa +**********12 saylı mobil nömrəsindən silinmiş mesajlar və ona cavab olaraq səs mesajları aşkar olunmuş, həmin səslərdə “Hazırdı pinqvində eliyərəm. Sən gələndə mənə xəbər elə mən onu üstümdə götürə bilmərəm. Əgər evdə olmasam yer deyərəm ataram sən götürərsən” səs yazıları olduğunu görünür. Bundan sonra sms-mesaj bölümünə daxil olduqda +**********32 saylı “Orxan oğlum” adı ilə qeyd edilmiş şəxsdən 13 noyabr 2022-ci il tarixdə “Kamal imkan varsa yarım daşda alındır dene kentdə isteyirler menden indi yığıblar catiram.” Bundan başqa +**********12 saylı mobil telefon nömrəsindən “Gelsem yarı das çıxıb verə bilərsən mənə gəlim ayna sultanovaya”. Bundan başqa +**********12 saylı mobil telefon nömrəsindən “mən pis vəziyətim yaxşı deyil imkan var gəlim masinnanam. Kola deyirəm qaqam" ona cavab olaraq “bir az varimdı isdiyirsən kanfet al gəl bizə?” məzmununda jarqon ifadələrlə narkotik vasitələrin və psixotrop maddələrin istehlakı və satışı ilə bağlı çoxsaylı sms-mesaj mətnləri, səslər və yazışmalar müəyyən edilmiş, bununla bağlı protokol tərtib edilmiş, mobil telefonda olan yazışmaların bir hissəsinin şəkilləri “İphone” markalı mobil telefonla çəkilərək protokola əlavə edilməklə cinayət işinin materiallarına əlavə olunmuşdur. Mobil telefon aparatına baxış keçirilməsinə dair müstəntiq R.G.Vəliyev tərəfindən həmin tarixdə, saat 20:00-dan 20:30-dək protokol tərtib edilmişdir. Məhkəmə istintaqı zamanı həmin mobil telefona baxış zamanı çoxsaylı müxtəlif işarələnmiş (narkotik vasitə və psixotrop maddələrin olduğu) yerlərin fotoşəkillərinin və Aygün Səmədova adlı şəxsə məxsus bank kartının fotoşəklinin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Aygün Səmədova adlı şəxsi tanımadığını, işarələnmiş yerlərin öz şəxsi istifadəsi üçün narkotik vasitə və psixotrop maddələr alması ilə əlaqədar olduğunu, yazışmalarda Orxan və Kamran adlı şəxslərin narkotik vasitə istifadəçiləri olduqlarını, bir-birilərinə lazım olanda narkotik vasitə və psixotrop maddə verdiklərini qeyd etmişdir. Məhkəmə iclasında mobil telefona tərəflərin iştirakı ilə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsi ilə saxlanıldığını iddia etdiyi saat 16:00 radələrindən sonra da (16:40; 18:24; 18:37 və 19:55) müxtəlif danışıqların olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin zənglərin polis əməkdaşları tərəfindən onun mobil telefonu ilə edilməsini bildirmişdir (cild 1.v. 53-57).
25. “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” 23 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməklə hüquq və vəzifələri izah edilmişdir (Cild 1, i.v. 59).
26. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 4(008)- 954/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 21 noyabr 2022-ci il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan ittiham üzrə cinayətdə özünü təqsirli bilərək barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmiş, məhkəmə iclasında iştirak edən müdafiəçi Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir (Cild 1, i.v.83-85).
27. “Maddi sübut kimi tanınma haqqında” 25 noyabr 2022-ci il tarixli qərardan və müvafiq raportdan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 17,451 qram olan narkotik vasitə heroin və təmiz çəkisi 15,632 qram olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq çəkisi 17,301 qram olan narkotik vasitə heroin və 15,532 qram psixotrop maddə metamfetamin saxlanması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmişdir (Cild 1, i.v. 86).
28. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 1 dekabr 2022-ci il tarixli cavabından və iş materiallarına əlavə edilmiş müvafiq hökm və qərarların surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2017-ci il tarixli, 1(101)- 274/2017 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və əvvəli 3 iyun 2016-cı il tarixdən hesablanmaqla Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 7(005)-191/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs həmin hökm üzrə təyin edilmiş cəzasının çəkilməmiş qalmış 1 (bir) ay 8(səkkiz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (Cild 1, i.v. 89-90; Cild 2)
29. Sabunçu RPİ-nin 15-ci PB-nin rəisi, polis polkovnik-leytenantı Tural Nəzərovun 15 yanvar 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilmiş, lakin narkotik vasitələri alan şəxsləri müəyyən etmək mümkün olmamışdır. Bununla əlaqədar əməliyyat-axtarış tədbirləri davam etdirilir (Cild 1, i.v. 95).
30. Ambulator komisyon məhkəmə-narkoloji ekspertizasının 1 dekabr 2022-ci il tarixli, 7269 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (Cild 1, i.v.99-100).
31. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 13 mart 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin gedişini özündə əks etdirən video görüntülər olan 1 (bir) ədəd DVD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Həmin qərarla həmçinin Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitənin və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi və istintaqa məlum olmayan şəxsin barəsində ibtidai istintaqı aparılan ********* saylı cinayət işinin materiallarından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca cinayət işi ayrılması, aşkar olunaraq götürülmüş 1 (bir) ədəd “X20 Prime” markalı mobil telefonun maddi sübut kimi tanınmaqla saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır (Cild 1, i.v. 103-109).
32. “220051956 saylı cinayət işindən ********* saylı cinayət işinin ayrılması haqqında” 13 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən istintaqa məlum olmayan şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılaraq icraata qəbul edilmişdir (Cild 1, i.v.111-112).
33. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq R.G.Vəliyev tərəfindən 17 mart 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 18 mart 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (cild 1, i.v.127-134).
34. Müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs şəxsi işi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən əldə edilərək baxış keçirilmişdir. Baxış zamanı şəxsi işin 8-ci səhifəsində olan Sabunçu RPİ-nin MSY-nin növbətçisi, polis baş serjantı X12 tərəfindən tərtib edilmiş 22 noyabr 2022-ci il tarixli aktda göstərilmişdir ki, həmin tarixdə, saat 01:05-də Baş Nakotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı, polis kapitanı Vüsal Həsənquliyev tərəfindən CM-in 234.4.3-cü maddəsi ilə saxlanılan Təqsirləndirilən şəxs MSY-ə gətirildikdə üzərinə baxış keçirilmiş, sol qaşının üst hissəsində sıyrılmış, şişmiş, sağ əlinin iç nahiyəsi sıyrılmış, əlinin üst nahiyəsi sıyrılmışdır. Deməsinə görə polisdən qaçarkən yıxılaraq bu xəsarətləri almışdır. Qeyd edilən aktın düzgünlüyü Təqsirləndirilən şəxs və digər şəxslər tərəfindən imzalarla təsdiq edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs şəxsi işinə baxış zamanı şəxsi işin 11-ci səhifəsində olan Bakı İstintaq Təcridxanasının əməkdaşları - rəisin növbə üzrə köməkçisi, ədliyyə mayoru Mənsur Zeynalov, axtarış otağının nəzarətçiləri, ədliyyə giziri Müşviq Abdullayev və ədliyyə kiçik giziri Elşad Məmmədov tərəfindən tərtib edilməklə imzalanmış aktdan görünür ki, 24 noyabr 2022-ci il tarixdə, təxminən saat 15:30 radələrində Sabunçu RPİ-nin MSY-nin əməkdaşları tərəfindən Bakı İstintaq Təcridxanasına təhvil verilmiş Təqsirləndirilən şəxs 25 noyabr 2022-ci il tarixdə, saat 10:10 radələrində müəssisənin tibb-sanitar hissəsində müayinədən keçirilən zaman sonuncunun sol qaşüstü nahiyəsində, sol əlinin arxa tərəfində, sağ əlinin ön tərəfində və sol diz oynağının ön səthində qərtməkli yara xəsarətləri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin xəsarətləri həbs olunan zaman aldığını bildirmişdir. Qeyd olunanlarla bağlı istintaq təcridxanasının rəhbərliyi tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və digər müvafiq vəzifəli şəxslərə məlumat verilmişdir (Cild 2).
35. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 10380/2022 saylı tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs həmin təcridxananın tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs zədə aldığını bildirmişdir. Həmin kitabçanın 13-cü bəndində Təqsirləndirilən şəxs dəri səthinin müayinəsi zamanı sol qaşüstü, sol əlin arxa, sağ əlin ön tərəfinin və sol diz oynağının ön səthi nahiyələrində qərtməkli yara, sağ baldırda və qarının ön səthində köhnə çapıq toxumalarının aşkar olunması qeyd edilmişdir (Cild 2).
36. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 28 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Sabunçu rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X13 tərəfindən Təqsirləndirilən şəxs bədənində 25 noyabr 2022-ci il tarixdə saxlanıldığı Təcridxananın tibb-sanitar hissəsində müayinədən keçirilən zaman sol qaşüstü nahiyəsində, sol əlinin arxa tərəfində, sağ əlinin ön tərəfində və sol diz oynağının ön səthində qərtməkli yara xəsarətləri aşkar olunması ilə bağlı Sabunçu rayon prokurorluğunda 717-c/22 nömrəli material üzrə araşdırma aparılmış, araşdırma zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs izahatında saxlandığı vaxtdan təxminən 1-2 həftə öncə yaşadığı evin sanitar qovşağında yıxılaraq sol qaşüstü nahiyəsinin, sol əlinin arxa tərəfinin, sağ əlinin ön tərəfinin və sol diz oynağının ön səthinin qərtməkli yara xəsarətləri almasını, polis əməkdaşları tərəfindən saxlanılan zaman və istintaq təcridxanasında olduğu müddətdə hər hansı fiziki zorakılığa məruz qalmadığını bildirərək ekspertizadan keçməkdən imtina etmişdir (Cild 2).
37. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə-tibbi ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Belə ki, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X8” X17 Nəsimi rayon şöbəsinin 1506 saylı, 13 oktyabr 2023-cü il tarixli rəyinin nəticəvi hissəsindən görünür ki, Təqsirləndirilən şəxs adına təqdim olunmuş tibbi sənəddə yazılanlara, hadisə haqqında qərarda göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs bədənində qeyd olunan xəsarətlər - sol qaşüstü nahiyənin, hər iki əlin və sol diz oynağı nahiyəsinin sıyrılmış yaraları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Təqsirləndirilən şəxs adına tərtib olunmuş sənədlərdə xəsarətlərin xarakteri, rəng göstəriciləri və s. ətraflı təsvir olunmadığından qeyd olunan xəsarətlərin yetirilmə müddəti barədə fikir söyləmək mümkün olmamışdır (Cild 2).
Əməlin tövsifi və digər hüquqi məsələlər:
38. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
39. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
41. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
42. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
43. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
44. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində və həmin Siyahıların İİ siyahısının 67-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroininin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.
45. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı ümumilikdə 17,451 qram, yəni külli miqdarda narkotik vasitə heroin şəxsi istehlak miqdarından təxminən 116 dəfə, külli miqdarından isə təxminən 9 dəfə artıq olması, ümumilikdə 15,632 qram psixotrop maddə metamfetaminin miqdarının isə şəxsi istehlak miqdarından təxminən 104 dəfə, külli miqdarından isə təxminən 8 dəfə artıq olması, eləcə də narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin çoxsaylı bükümlərdə saxlanılması, habelə istifadəsində olan mobil telefon nömrəsinə və həmin mobil telefon nömrəsində istifadə edilən vatsap mobil tətbiqi vasitəsi ilə daxil olmuş və çıxmış narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışına dair çoxsaylı sms-mesaj və digər yazışmaların, həmçinin danışıqların müəyyən edilməsi və iş materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.
46. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaması, ittihamda göstərilən yerdə, vaxtda və şəraitdə deyil, başqa yerdə, vaxtda və şəraitdə tutulması, saxlanılarkən üzərində ittihamda göstərilən miqdarda deyil, şəxsi istifadəsi üçün 2-3 qram narkotik vasitə heroin olması, əvvəlcə polislərin onun nartkotik vasitə istifadəçisi kimi sənədləşdirəcəklərini bildirərək aldatdıqlarından ilkin ibtidai araşdırma zamanı sənədləri imzalaması və onların bildirdikləri kimi video çəkiliş zamanı deməsi, lakin sonra külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışında ittiham olunduğunu bildikdə etiraz edərək hər hansı sənədi imzalamaqdan imtina etməsi, polis əməkdaşları tərəfindən döyülərək üzərinə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qoyulması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
47. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefonuna məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış zamanı onun polis əməkdaşları tərəfindən faktiki saxlanıldığını iddia etdiyi saat 16:00 radələrindən sonra da çoxsaylı müxtəlif danışıqlarının olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs guya həmin zənglərin polis əməkdaşları tərəfindən edildiyini qeyd etsə də, həmin hal hər hansı mötəbər sübutla öz təsdiqini tapmadığından tam inkar olunur. Bundan başqa Təqsirləndirilən şəxs guya ibtidai araşdırma zamanı onun aldadılaraq ilkin tərtib olunmuş sənədləri imzalamasını qeyd etməsinə baxmayaraq, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin miqdarının elektron tərəzi ilə çəkilərək təxmini çəkisinin elan edilməsi, sonuncuya müdafiəçisinin iştirakı ilə hər hansı polis əməkdaşı tərəfindən pis rəftara məruz qalıb-qalmaması barədə suallar verilsə də, Təqsirləndirilən şəxs hər hansı pis rəftara məruz qalmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin külli miqdarda olmasını hələ videoçəkiliş zamanı bilməsinə baxmayaraq, heç bir etiraz etməməsi qeyd edilən predmetlərin bir daha ona məxsus olmasını tam təsdiq edir.
48. Məhkəmə müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş Şahid3 A.N.Zəkiyevin polis əməkdaşları tərəfindən İlknur adlı qadının evində saxlanılması, saxlanılarkən onların gözü qarşısında döyülməsi, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz maddələrin olmaması və sair xüsusatlarla bağlı ifadəsində göstərdiklərinə tənqidi yanaşaraq hesab edir ki, qeyd edilənlər iş materialları ilə öz təsdiqini tapmadığından inkar edilir və onlar arasında qohumluq (qardaşının arvadı) münasibətləri olduğundan təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayındırmaqla müdafiə məqsədi daşıyır. Buna görə də məhkəmə Şahid3 ifadəsinin həmin hissələri işin faktiki hallarına uyğun olmadığından və başqa hər hansı mötəbər sübutla təsdiq edilmədiyindən rədd edir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, hökmün təsviri hissəsində göstərilənlərə əsasən (hökmün 4-cü bəndi) Təqsirləndirilən şəxs Şahid3 əsl adını və onlar arasındakı qohumluq əlaqəsini gizlədərək məhkəməni yanıltmağa çalışmasını, eləcə də sonuncunun Təqsirləndirilən şəxs qardaşı ilə faktiki nikah münasibətlərində olmaqla sonuncudan iki azyaşlı uşağının olmasını nəzərə alaraq Şahid3 ifadəsində göstərdiklərinə tənqidi yanaşılmalı olması qənaətinə gəlir.
49. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
50. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.
51. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
52. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır.
53. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.
54. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixotrop maddə və narkotik vasitələrin istehlakçısı olmaqla yanaşı digər istehlakçılarla razılıq əldə etməsinə dair mobil telefon vasitəsilə aparılmış müxtəlif yazışmaların və danışıqların olması, satış üçün külli miqdarda psixotrop maddə və narkotik vasitələri ayrı-ayrı bükümlərdə qablaşdırması və sair hallar ibtidai istintaq orqanının haqlı olaraq A.N.Zəkiyevin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satmaq məqsədi ilə əldə etməsi qənaətinə gəlməyə əsas vermişdir.
55. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.
56. Halbuki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı müdafiəçinin iştirakı ilə sərbəst şəkildə suallara cavab verərək üzündə və bədənində aşkar edilmiş xəsarətləri saxlanılarkən yıxılaraq aldığını bildirməklə polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi, fiziki və sair zorakı hərəkətlərə məruz qalmadığını tam sərbəst şəkildə ifadə etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, A.N.Zəkiyevin barəsində məhkəməyədək icraat zamanı məhkəmə nəzarəti qaydasında 23 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsində qətimkan tədbiri məsələsinə baxılarkən, A.N.Zəkiyev ona qarşı elan edilmiş CM-in 234.4.3-cü maddəsi ilə olan ittiham üzrə özünü tam təqsirli bilmişdir.
57. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
58. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
59. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
60. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.
61. CPM-in 137-ci maddəsinin tələbinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.
62. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli qərarına əsasən, CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər. Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.
63. Beləliklə, məhkəmə cinayət prosessual qanunvericiliyinin həmin müddəalarının və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hökmün 62-ci bəndində qeyd edilən qərarında göstərilən tələblərini rəhbər tutaraq hesab edir ki, məhkəməyədək icraat zamanı toplanılmaqla cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş hökmün 16-cı bəndində qeyd edilmiş (“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 21 noyabr 2022-ci il tarixli qərar və bu barədə müvafiq materiallar (Cild 1, i.v 4-10)) cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirildiyindən həmin materiallar sübut qismində qiymətləndirilərək Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə onun əməlinin sübuta yetirilməsində nəzərə alına bilməz.
64. Belə ki, “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir.
65. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.
66. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” 2000-ci il 10 mart tarixli qərarında qeyd olunmuşdur: Ədalət mühakiməsinin həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Ona görə də məhkəmələr işlərə baxarkən heç bir halda qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməməlidir. Məhkəmə təhqiqat və ibtidai istintaq orqanı tərəfindən təqdim edilən sübutun qanunsuz yolla əldə olunması nəticəsinə gəldikdə, bütün hallarda həmin sübutu iş üzrə toplanmış başqa sübutların cəmindən çıxmaqla qanunu pozmuş vəzifəli şəxsin hərəkətinə münasibətini bildirməlidir”.
67. Eyni zamanda, məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbərliyi şübhə doğurmayan digər sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi mübahisəsiz olaraq sübuta yetirilir.
68. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.4.3cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.
69. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
70. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
71. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
72. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
73. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.
74. CM-in 83-cü maddəsinin tələbinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.
75. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin 33 yaşında olmaqla narkomaniya xəstəliyindən müalicə olunaraq sağalmaq istəməsini və törədilməsində özünü təqsirli bildiyi cinayət əməlinə münasibətdə peşman olmasını bildirməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.
76. Məhkəmə CM-in 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin təhlükəli residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir (bax hökmün 28-ci bəndi). Həmin Məcəllənin 65.1 və 65.2-ci maddələrinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz.
77. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
78. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
79. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.
80. CM-in 56.1.3-cü maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəza cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
81. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
82. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 21 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 29 sentyabr 2022-ci il tarixdən hesablanmış, həmin məhkəmənin 18 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 10 aprel 2023-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v.83-85, 139-143; Cild 2;).
83. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 21 noyabr 2022-ci il tarixdən hesablanmalıdır.
84. Məhkəmə hökmün 30-cu bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.
85. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
86. CPM-nin 346.1.19-cu maddəsinə görə, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən maddi sübutlar məsələsinin necə həll edilməli olduğu; hansı əmlakın xüsusi müsadirə edilməli olduğu müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır).
87. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri, Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 17,301 qram olan narkotik vasitə heroin və 15,532 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, “X20 Prime” markalı, “**********19871/01 və **********19879/01” “imei” kodlu mobil telefon təqsirləndirilən şəxsin ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılmalı, 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
88. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
89. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
90. İş üzrə mülki iddia verilməmişdir.
91. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
92. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
93. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 21 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 17,301 qram olan narkotik vasitə heroin və 15,532 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, “X20 Prime” markalı, “**********19871/01 və **********19879/01” “imei” kodlu mobil telefon təqsirləndirilən şəxsin ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılsın, 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs oğluna isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.