Məhkəmə qərarları › İş №1(101)-245/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-245/2025

05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-245/2025 05.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “UNİON” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Vəkillər Kollegiyasının “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs2 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 35 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 iştirkları ilə, xx xxxxxx 1969-cu il tarixdə Tovuz rayonu, Yanıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Tovuz rayonu, Yanıqlı kəndində qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 45/25 nömrəli ünvanda yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs hüquq verən və vəzifədən azad edən rəsmi sənədləri istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlayıb, bilə-bilə həmin saxta sənədlərdən istifadə etməklə öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli və külli miqdarlarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2018-ci ilin sentyabr ayında Yaponiya vətəndaşlarının Azərbaycan Respublikasında təsis etdikləri logistika sahəsində fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində çalışdığı zaman öz qulluq mövqeyindən istifadə edərək həmin cəmiyyətdə mühasib işləyən Zərərçəkmiş şəxs1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkilatçılığı ilə 25-26 oktyabr 2018-ci il tarixlərində ünvan 2 ünvanında yerləşən “PASSAGE 1901” istirahət və ticarət kompleksində “X37-2018” yapon məhsulları sərgisində nümayiş etdirilməsi nəzərdə tutulan Yaponiya şirkətlərinin qida, kosmetika, sağlamlıq və digər məhsullarının Yaponiyada fəaliyyət göstərən “CONNECT CORPORATİON CO LTD” şirkəti ilə fiziki şəxs kimi Zərərçəkmiş şəxs1 (VÖEN: **********) arasında alqı-satqı müqavilələri bağlanılmaqla Azərbaycan Respublikasına idxal edilərək sərgidən sonra satılması və bu işnin davamlı olaraq həyata keçirilməsi nəticəsində əldə olunacaq vəsait hesabına ona yüksək məbləğlərdə qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq 2018-ci ilin sentyabr ayının sonlarında ünvan 2 ünvanında yerləşən “PASSAGE 1901” istirahət və ticarət kompleksində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisində vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 11969 ABŞ dolları alıb ələ keçirdikdən sonra sonuncunu özünə daha da inandırmaq üçün 2018-ci ilin sentyabr ayının sonlarında Bakı şəhərində istintaqa məlum olmayan şəraitdə üzərilərindəki guya satıcının iradəsini ifadə edən “CONNECT CORPORATİON CO LTD” şirkətinin möhürünün əksinin və Yaponiya vətəndaşları Hitoshi Tahara və Munechika Taniounun imzalarının təsvirlərini elektrofotoqrafik və axınlı çap üsulu ilə çap qurğusunda sənədlər üzərinə icra etməklə gələcəkdə istifadə etmək məqsədi ilə saxtalaşdırıb qanunsuz hazırladığı hüquq verən və vəzifədən azad edən rəsmi sənəd hesab olunan 1 oktyabr 2018-ci il tarixli, AZECONE011 nömrəli, 5710,18 ABŞ dolları, 5710,18 ABŞ dolları və 11969,42 ABŞ dolları dəyərlərində olmaqla ümumilikdə 03 ədəd çərəz məhsullarının alqı-satqısına dair müqaviləni, 5 oktyabr 2018-ci il tarixli, AZECONE012 nömrəli, 19498,07 ABŞ dolları, 821,78 ABŞ dolları və 821,78 ABŞ dolları dəyərlərində olmaqla ümumilikdə 03 ədəd ədviyyat məhsullarının alqısatqısına dair müqaviləni və AZEL-AİR-20181100 qaimə nömrəli, 25294,12 ABŞ dolları dəyərində olan 01 ədəd tütün məhsullarının alqı-satqısına dair müqaviləni 2018- ci ilin oktyabr ayında ünvan 2 ünvanında yerləşən “PASSAGE 1901” istirahət və ticarət kompleksində "xxxx" 63 Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisində Zərərçəkmiş şəxs1 təqdim edərək həmin müqavilələri fiziki şəxs kimi alıcı tərəf qismində imza etdirib, möhürü ilə təsdiqlətməklə bilə-bilə saxta sənədlərdən istifadə edərək 2018-ci ilin oktyabr ayında Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli 12/14 ünvanında yerləşən “PASSAGE 1901” istirahət və ticarət kompleksində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisində Zərərçəkmiş şəxs1 38000 ABŞ dolları almaqla, ümumilikdə həmin dövrün məzənnəsi ilə külli miqdarda 84947,3 manat təşkil edən 49969 ABŞ dolları pul vəsaitlərini alıb verdiyi vədlərə əməl etməyərək vahid niyyətlə əhatə olunan qəsdlə öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 84947,3 manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2018-ci ilin oktyabr ayının sonlarında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində çalışdığı zaman öz qulluq mövqeyindən istifadə edərək həmin cəmiyyətdə mühasib işləyən, eyni zamanda Yaponiya vətəndaşı Munechika Tanionun 01 noyabr 2018-ci il tarixli təsis qərarı əsasında yeni yaradılmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində qanuni təmsilçilik funksiyalarına malik direktor vəzifəsini icra edən Zərərçəkmiş şəxs1 Yaponiyada fəaliyyət göstərən “CONNECT CORPORATİON CO LTD” şirkəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında alqı-satqı müqavilələri bağlanılmaqla Yaponiya şirkətlərinin şərab, qida və digər məhsullarının Azərbaycan Respublikasına idxal edilərək faktiki özünün direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından və təşkilatçılığı ilə qısa müddətdə satılmasını təmin etməklə satışdan əldə olunacaq vəsait hesabına ona yüksək məbləğlərdə qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs1 inandırmaq üçün 2018-ci ilin oktyabr ayının sonlarında Bakı şəhərində istintaqa məlum olmayan şəraitdə üzərilərindəki guya satıcının iradəsini ifadə edən “CONNECT CORPORATİON CO LTD” şirkətinin möhürünün əksinin və Yaponiya vətəndaşı Munechika Taniounun imzasının təsvirlərini hər hansı bir sənəddən texniki qurğu vasitəsilə kompüterə köçürüb qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edərək sənədlər üzərinə icra etməklə gələcəkdə istifadə etmək məqsədi ilə saxtalaşdırıb qanunsuz hazırladığı hüquq verən və vəzifədən azad edən rəsmi sənəd hesab olunan 01 noyabr 2018-ci il tarixli, CNA0011 nömrəli, 20500 ABŞ dolları dəyərində və 06 noyabr 2018-ci il tarixli, CNA0010 nömrəli, 31000 ABŞ dolları dəyərində olan şərab və qida məhsullarının alqı-satqısına dair 02 ədəd müqaviləni 2018-ci ilin oktyabr ayının sonlarında ünvan 2 ünvanında yerləşən “PASSAGE 1901” istirahət və ticarət kompleksində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisində Zərərçəkmiş şəxs1 təqdim edərək müqavilələri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru kimi alıcı tərəf qismində imza etdirib, həmin cəmiyyətin möhürü ilə təsdiqlətməklə ünvan 2 ünvanında yerləşən “PASSAGE 1901” istirahət və ticarət kompleksində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisində vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 01 noyabr 2018-ci il tarixdə 20500 ABŞ dolları və 06 noyabr 2018-ci il tarixdə 31000 ABŞ dolları olmaqla ümumilikdə həmin dövrün məzənnəsi ilə külli miqdarda 87550 manat təşkil edən 51500 ABŞ dolları pul vəsaitlərini alıb vahid niyyətlə əhatə olunan qəsdlə öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 87550 manat külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2018-ci ilin noyabr 64 ayında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində çalışdığı zaman həmin cəmiyyətdə mühasib işləyən Zərərçəkmiş şəxs1 Pakistan İslam Respublikasının vətəndaşları X33 və X15 Sumqayıt şəhərində fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən yuyucu və təmizləyici vasitələrin alınaraq X2 Dubay şəhərinə ixrac edilməklə bağlı aralarında əldə etdikəri razılığa əsasən 27 noyabr 2018-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “PASSAGE 1901” istirahət və ticarət kompleksində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisində X16 Zərərçəkmiş şəxs1 yuyucu və təmizləyici vasitələrin alınması üçün təqdim etdiyi X29 məxsus həmin dövrün məzənnəsi ilə xeyli miqdarda 10270,72 manat təşkil edən 6041,6 ABŞ dolları pulu Zərərçəkmiş şəxs1 guya borc adı ilə istəyib yuyucu və təmizləyici vasitələrə görə öz vəsaiti hesabına pul ödəməsini xahiş edərək qısa müddətdə pulunu qaytaracağına dair yalan vəd verib aldadaraq 6041,6 ABŞ dolları pulu ondan alıb ələ keçirmiş, həmin tarixdə Zərərçəkmiş şəxs1 ünvan 4 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin filialında yuyucu və təmizləyici vasitələrin alınması üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətində özünə məxsus AZ89PAHA******************** nömrəli bank hesabından həmin bankda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus AZ40AMRA******************** nömrəli bank hesabına öz vəsaiti hesabına 10270,72 manat məbləğində pul vəsaitini köçürməsinə baxmayaraq Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməməklə onun 10270,72 manat məbləğində pulunu qaytarmayıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 10270,72 manat xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2018-ci ilin dekabr ayında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində çalışdığı zaman öz qulluq mövqeyindən istifadə edərək həmin cəmiyyətdə mühasib işləyən Zərərçəkmiş şəxs1 Yaponiya vətəndaşı Yamashıge Takuya ilə birgə planlaşdırdıqları Azərbaycan Respublikasının Oğuz rayonu ərazisində yetişdirilən tütün məhsullarının direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından və təşkilatçılığı ilə Yaponiyaya ixrac edilərək satışının həyata keçirilməsi işinə şərik kimi pul qoyduğu halda ona yüksək məbləğlərdə qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 ünvan 2 ünvanında yerləşən “PASSAGE 1901” istirahət və ticarət kompleksində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisində 2018-ci ilin dekabr ayında 25000 manat və 2019-cu ilin yanvar ayında 19000 manat olmaqla ümumilikdə xeyli miqdarda 44000 manat pul vəsaitlərini alıb vahid niyyətlə əhatə olunan qəsdlə öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 44000 manat xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2019-cu ilin fevral ayında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində çalışdığı zaman həmin cəmiyyətdə mühasib işləyən Zərərçəkmiş şəxs1 tanışı cinayətin törədilməsinə aidiyyəti olmayan Pakistan İslam Respublikasının vətəndaşı X16 vasitəsilə Pakistan İslam Respublikasında istehsal edilən boks idman növü üzrə müxtəlif çeşidli idman geyim ləvazimatlarını Azərbaycan Respublikasına idxal etdirib ona təhvil verəcəyinə dair yalan 65 * vəd verib aldadaraq 201S-cu ilin fevral ayının əvvəllərində ünvan 2 ünvanında yerləşən “PASSAGE 1901” istirahət və ticarət kompleksində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisində Zərərçəkmiş şəxs1 həmin dövrün məzənnəsi ilə xeyli miqdarda 36720 manat təşkil edən 21600 ABŞ dolları pul vəsaiti alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 36720 manat xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 2019-cu ilin fevral ayında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində çalışdığı zaman həmin cəmiyyətdə mühasib işləyən Zərərçəkmiş şəxs1 27 noyabr 2018- ci il tarixdə ünvan 2 ünvanında yerləşən “PASSAGE 1901” istirahət və ticarət kompleksində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisində guya borc adı ilə alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirdiyi 6041,6 ABŞ dolları pulu qaytarmasına dair vəd verməsinə baxmayaraq ödəməkdən yayınmaq məqsədi ilə Zərərçəkmiş şəxs1 sonuncunun Pakistan İslam Respublikasının vətəndaşları X33 və X15 aralarında əldə etdikəri razılığa əsasən Sumqayıt şəhərində fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən yuyucu və təmizləyici vasitələrin alınaraq X2 Dubay şəhərinə ixrac edilməklə satışının həyata keçirilməsi ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyətində Zərərçəkmiş şəxs1 məxsus AZ89PAFİA******************** nömrəli bank hesabı vasitəsi ilə aparılmış maliyyə əməliyyatlarına görə yaranmış vergiləri və məcburi dövlət sosial sığorta haqlarını guya onun əvəzindən ödədiyini bildirib ödənilmiş pul məbləğlərini borcundan çıxarılmasını xahiş etmiş və həqiqətəndə ödəniş edilməsinə inandırmaq üçün 2019-cu ilin fevral ayında Bakı şəhərində istintaqa məlum olmayan şəraitdə üzərilərindəki ştamp əkslərinin və imzalarının təsvirlərini axınlı çap üsulu ilə çap qurğusunda sənədlər üzərinə icra edərək istifadə etmək məqsədi ilə saxtalaşdırıb qanunsuz hazırladığı hüquq verən və vəzifədən azad edən rəsmi sənəd hesab olunan Zərərçəkmiş şəxs1 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 6 saylı poçt filialı vasitəsi ilə Dövlət Sosial müdafiə Fondunun “Binəqədi” şöbəsinə ümumilikdə 5729 manat ödəniş edilməsinə dair 04 fevral 2019-cu il tarixli, ********* nömrəli, 24 noyabr 2019- cu il tarixli, ********* nömrəli, 10 dekabr 2018-ci il tarixli, ********* nömrəli və 27 dekabr 2018-ci il tarixli, ********* nömrəli və Zərərçəkmiş şəxs1 tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Gənclik” filialı vasitəsi ilə Vergilər Nazirliyi Milli Gəlirlər Departamentinə ümumilikdə 7352 manat ödəniş edilməsinə dair 13 dekabr 2018-ci il tarixli, ********* nömrəli, 03 yanvar 2019-cu il tarixli, ********* nömrəli və 25 yanvar 2019-cu il tarixli ********* nömrəli olmaqla ümumilikdə 07 ədəd mədaxil qəbzini 16 fevral 2019-ci il tarixdə saat 13:25-də özünə məxsus “Elektron ünvan 1” elektron poçt ünvanından Zərərçəkmiş şəxs1 məxsus “Elektron ünvan 2” elektron poçt ünvanına “pdf” formatında, “Doc1.” adı altında elektron şəkildə göndərmiş, daha sonra 2019-cu iln fevral ayının sonlarında həmin mədaxil qəbzlərini ünvan 2 ünvanında yerləşən “PASSAGE 1901” istirahət və ticarət kompleksində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisində Zərərçəkmiş şəxs1 təqdim edərək hüquq verən və vəzifədən azad edən rəsmi sənədləri istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlayıb, bilə-bilə həmin saxta sənədlərdən istifadə etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi külli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə, öz qulluq mövqeyindən istifadə edərək xeyli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı cinayətlərinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.2.2, 179.2.3, 179.2.4, 308.2 və 313-cü maddələri ilə 66 təqsirli bilinərək 2 il şərti sınaq müddəti tətbiq edilməklə 7 il müddətinə azadlıqdan məhrum etmə, 2 il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzalarına məhkum edilməsinə baxmayaraq sınaq müddəti başa çatmadan təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin aprel ayında Yaponiya vətəndaşlarının Azərbaycan Respublikasında təsis etdikləri tütünçülük sahəsində fəaliyyət göstərən “X4” Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində çalışdığı zaman öz qulluq mövqeyindən istifadə edərək həmin cəmiyyətdə hüquqşünas işləyən Zərərçəkmiş şəxs2 “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Zaqatala rayonunda fəaliyyət göstərən "xxxx" və Şəki rayonunda fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin 2022-ci ildə tütün əkini ilə bağlı yeni sərmayəsinə pul yatırmaqla gələcəkdə tütün məhsullarının satışıdan əldə olunacaq vəsait hesabına ona külli miqdarda qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs2 vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin may aynın sonlarında “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyət göstərdiyi ünvan 5 ünvanında yerləşən “X34” Mərkəzinin yanında 65000 ABŞ dolları və 2022-ci ilin iyun ayının əvvəllərində “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisində 20000 ABŞ dolları olmaqla, ümumilikdə həmin dövrün məzənnəsi ilə külli miqdarda 144500 manat təşkil edən 85000 ABŞ dolları pul vəsaitlərini alıb vahid niyyətlə əhatə olunan qəsdlə öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs2 144500 manat külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 2018-ci ildə yaponlar tərəfindən yaradılmış "xxxx" şirkətinə mühasib vəzifəsinə işə götürmüşlər. Onun şirkətdə əsas işi tərcümədən ibarət idi. Ancaq yaponların onu şirkətə müavin vəzifəsinə təyin etmə səbəbi o ərazidə yeganə güvəndikləri insan olmağı idi. O, uzun illər Yaponiyada yaşamış və həmin dövr qazandığı etibarın nəticəsində onları Azərbaycana dəvət etmiş və şirkətin açılışından sonra Sevinc xanımı mühasib vəzifəsinə Elşən Qarayev adlı bir şəxsin tanışlığı ilə və 300 manat əmək haqqı şərti ilə işə götürmüşlər. Elşən Qarayevi şirkət açılmazdan əvvəl yaponlara məxsus restoranı təmir etmək məqsədi ilə çagırmışdır. Artıq Zərərçəkmiş şəxs1 restoranda bir müddət işlədikdən sonra yaponlar ona Sevinc xanımın iş vaxtı olan davranışlarının onlara xoş gəlmədiyini və onu işdən azad etmək istədiklərini bildirmişlər. O, onlara Sevinc xanımın pula ehtiyacı olduğunu və işdən azad olunsa əlacsız qalacağını deyərək onlardan Sevinc xanımı işdən azad etməmələrini xahiş etmişdir. Bundan başqa onun Pakistan İslam Respublikasından dostları var idi. Onlar Avropaya və Ərəbistana satış üçün mal idxalı ilə məşğul olurdular. O, həmin dostlarına Zərərçəkmiş şəxs1 bir işçi kimi məsləhət görmüş və onu mühasib qismində işə götürmələrini xahiş etmişdir. Artıq 2018-ci ilin axırlarına yaxın yaponlar qəti olaraq Sevinc xanımı işdən çıxarmaq fikrinə gəlmişlər. Səbəbləri isə Zərərçəkmiş şəxs1 öz işinə qarşı məsuliyyətsiz yanaşmasından, işindəki səlahiyyətlərdən istifadə etməsindən ibarət idi. Hətta ona sonradan Zərərçəkmiş şəxs1 saxta qəbzlər düzəltdiyi məlum olmuşdur. O, şirkətin vergi borcunu ödədikdən sonra ünvanına verginin ödənildiyi barədə bildiriş gəlirmişdir. Ancaq buna baxmayaraq Zərərçəkmiş şəxs1 saxta qəbzlər düzəldərək və onları yaponlara təqdim edərək onlardan pul aldığı ona sonradan məlum olmuşdur. 2019-cu ilin əvvəlindən artıq Zərərçəkmiş şəxs1 ilə mübahisələri başlamışdır. Aralarında olan bütün səs və “WhatsApp” vasitəsi ilə olan yazışmaları var. Bundan başqa o, saxta əmək müqaviləsi düzəldərək həmin müqaviləni BMCMİ-yə təqdim etmiş, həmin müqavilə üzrə ona güya 3000 manat pul yazılmasına baxmayaraq onun pulu ala bilmədiyini bildirmişdir. Həmin hadisə ilə əlaqədar onu BMCMİ-yə çağırıb, ona müqaviləni göstərmişlər. O, onlara müqavilədəki imza ona məxsus olsa da müqavilənin saxta olduğunu bildirmişdir. Bir müddət sonra onu yenidən BMCMİ-yə çağırmış, və müqavilənin birinci, ikinci səhifələrinin şrifti müqavilənin üçüncü səhifəsinin şriftindən fərqləndiyini, müqavilənin saxta olduğunu və Zərərçəkmiş şəxs1 barəsində şikayət etməyini ona bildirmişlər. Ancaq o, şikayət ərizəsini yazmaqdan imtina etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 onu mülki qaydada məhkəməyə şikayət etmiş, bu məsələlərlə bağlı o, bir neçə dəfə məhkəməyə çağırılmış və nəticədə hər bir iclasda onun lehinə qərar çıxarılmışdır. Bundan başqa Zərərçəkmiş şəxs1 yaponlardan zor tətbiq etməklə 156.400 manat pul almışdır. Hətta müstəntiq ondan Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı qəbz imzalatdırmış, halbuki ona pulları yaponlar ödəmişdilər, onda o qədər pul olmamışdır. Həmin hadisədən bir neçə il keçdikdən sonra onu yenidən BMCMİyə çağırmışlar və yenə Zərərçəkmiş şəxs1 odənilməmiş borcunun olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyanın ödənilməsi ilə bağı qəbzi imzaladığını demiş, ancaq bu cavab onları qane etməmişdir. Cənab nazirin göstərişidir deyə onun əlinə qandal vurmuşlar və vurulmuş maddi ziyanı ödəmədiyi halda evindən silah tapacaqlarını deyərək ona qarşı hədə-qorxu gəlmişlər. Sonra həmin hadisə ilə bağlı cinayət işi Bakı Şəhər Polis İdarəsinə göndərilmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2la bağlı məsələyə gəldikdə, sonuncu onun qardaşı ilə bir yerdə oxuyub, həmçinin evində dəfələrlə qonaq olmuşdur. 2019-cü ildə yaponların təşəbbüsü ilə “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. O, İlhamı hüquqşunas vəzifəsinə işə götürmüşdür. İlhamı işə götürməyinin ən əsas səbəbi sonuncunun ona Tamara və Sevinclə bağlı məsələləri və problemləri özü şəxsən həll edəcəyini deyərək vəd verməsi idi. Tamara adlı şəxs onların həm girovunu əllərindən almış, həm də onu şikayət edərək tutdurmağa çalışmışdır. İlham Tamaraya qarşı mübarizə aparmağa çalışmışdır. Artıq 2021-ci il tarixdə ona hökm oxunduqdan sonra Tamaranın bütün vəkilləri pul ilə aldığı ona məlum olmuşdur. Hətta şəxsi araşdırma zamanı Tamaranın ondan aldığı bütün pulları şəxsi istifadəsi üçün aldığı məlum olmuşdur. Bundan başqa onun barəsində cinayət işi başlanarkən İlhama 130.000 ABŞ dolları verdiyi təqdirdə məhkəmədə bəraət alacağını bildirmişlər və o, həmin pulu vermişdir. Ancaq nəticədə bəraət əvəzinə ona ittiham hökmü oxunmuşdur. Artıq 2022-ci il tarixdə o, İlhamdan 130.000 ABŞ dollarını tələb etdikdə İlham polis idarəsinə ona 85.000 ABŞ dolları verdiyini və onun həmin pulu qaytarmadığını deyərək barəsində şikayət etmişdir. Halbuki onların arasında 85.000 ABŞ dolları barədə söhbət belə olmamışdır. Həmçinin İlham ondan 130.000 ABŞ dollarından əlavə bir dəfə 35.000 ABŞ dolları və daha bir dəfə də 20.000 ABŞ dolları almışdır. Bundan başqa, Zərərçəkmiş şəxs1 onun barəsində Səbail RPİ-yə şikayət verən zaman müstəntiq tərəfindən həmin şikayətə xitam verilməsiylə bağlı ondan 156.000 manat pul tələb olunmuş və o, pulu ödəmişdir. Ancaq pulu ödədikdən bir qədər sonra onu Azərbaycan Respublikası Baş Prokurorluğuna çağırmışlar və ondan zərərçəkmişə vurulmuş ziyanın ödənilməsi ilə bağlı ifadə almışlar və nəticədə zərərçəkmiş şəxsə yenidən 85.000 pulu ödəməli olduğunu ona bildirmişlər. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, “Connect” Azərbaycan şirkətində ilkin olaraq təmsilçi vəzifəsində işləmişdir. 2007-ci ildə həmin şirkət Azərbaycanda təsis olunmuşdur. Zərərçəkmiş şəxs1 Elşən adlı tanışları vasitəsilə “Connect” Azərbaycan şirkətinə mühasib kimi işə götürmüşlər. Birinci epizod üzrə Zərərçəkmiş şəxs1 kosmetik məhsulların gətirilməsi ilə bağlı olaraq 84947,3 manat ələ keçirilməsi şər və böhtandır. Birinci epizod üzrə Zərərçəkmiş şəxs1 onun sonuncuya göndərdiyi qəbzləri saxtalaşdıraraq yapon iş adamlarından həmin qəbzlərə əsasən pul almışdır. 87550 manatın ələ keçirilməsi ilə bağlı onu deyə bilər ki, Zərərçəkmiş şəxs1 onunla bağlanmış 300 manat maaşın göstərildiyi müqaviləni saxtalaşdıraraq həmin məbləği 3000 manat etmiş və ona hər ay ödənilməmiş qalan məbləğ əsasında şər və böhtan ilə həmin məbləği ondan istəmişdir. O, əvvəllər həmin şirkətdə təmsilçi olmuş, sonra isə müavin vəzifəsinə təyin olunmuşdur. O, daima məşğul olduğu üçün şirkət adından imzalanan müqavilələrdən xəbəri olmamışdır. Digər epizodlar üzrə onu onu demək istəyir ki, Zərərçəkmiş şəxs1 həmin şirkətdə işdən çıxartdıqları üçün sonuncu ona qarşı həmin şər və böhtanları atmışdır. Zərərçəkmiş şəxs2la bağlı olan epizod tam şəkildə şər və böhtandan ibarətdir. Zərərçəkmiş şəxs1 ondan 156.400 manat pul tələb emişdir. Həmin 156.400 manat pulun hamsını Zərərçəkmiş şəxs1 ödəmişdir. Zərərçəkmiş şəxs1 və müstəntiq Fərid Soltanlı ona təzyiq göstərdikləri üçün həmin pulu ödəmişdir. Bakı şəhər Baş Polis İdarəsinin müstəntiqi Samir İsmayılovun təzyiqi nəticəsində Zərərçəkmiş şəxs1 86.000 manat əlavə pul ödəmişdir. Hal-hazırda Zərərçəkmiş şəxs1 heç bir borcu yoxdur. Zərərçəkmiş şəxs2 onun məhkəmə işi ilə bağlı ona verdiyi 25.000 ABŞ dollarını geri istədiyi üçün sonuncuda ona qarşı qərəz yaranmış, ona şər və böhtana başlamışdır. Zərərçəkmiş şəxs2 əvvəlcə “Teg” şirkətinə hüquqşünas olaraq sonra isə “Oğuz Tobacco” şirkətinə direktor kimi işə düzəltdirmişdir. Zərərçəkmiş şəxs2 oğlunu əvvəlcə “Teg” şirkətində sonra isə “Oğuz Tobacco” şirkətində işə düzəltmişdir. Zərərçəkmiş şəxs2 həm qardaşına görə, həm də xahiş etdiyi üçün həmin şirkətlərdə işə düzəlməsinə köməklik etmişdir. Zərərçəkmiş şəxs2 ona həvalə olunmuş işlər üzrə ona aid olan işləri deyil digər işləri görmüşdür. Zərərçəkmiş şəxs2 həmin işlərdə 1 il yarım müddətdə işləmişdir. Zərərçəkmiş şəxs2 yaponları bezdirdiyi üçün yaponlar onu işdən çıxarmışdılar. Zərərçəkmiş şəxs1 polisə ondan şikayət etmişdir. Sevinc ona təzyiqlər göstərdiyi üçün həmin pulları ödəmişdir. Sonuncudan tütün əkilməsi üçün pul almamışdır. Zərərçəkmiş şəxs1 ofisdə olan zaman müəyyən işləri onun kompüterindən istifadə edərək həll etmişdir. Onun kompüterində heç vaxt parol olmamışdır. Onun mail adresi həmişə açıq olmuşdur. "xxxx" şirkətinə məxsus olan möhür və asan imza hər ikisi Zərərçəkmiş şəxs1 olmuşdur. Zərərçəkmiş şəxs1 onların şirkətindən başqa dam örtüyü satan başqa bir şirkətin maliyyə işləri ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs1 2017 və 2019-cu illər aralığında restoran işlətməsini sonradan bilmişdir. "xxxx" və "xxxx" şirkətləri arasında müqavilə imzalanmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə tam təqsirli olması aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2018-ci ilin fevral ayında mühasib kimi çalışdığı şirkətin müdiri Şahid7 ona 20 illik dostu olduğunu və sonuncunun mühasib axtardığını bildirib onu dostuna məsləhət bildiyini demişdir. 2018-ci ilin mart ayının 4-5 tarixlərində Təqsirləndirilən şəxs ilə danışıb ayın 9-na “Passage” restoranında görüş təyin etmişlər. 9 mart 2018-ci il tarixdə Təqsirləndirilən şəxs ilə Passage restoranında görüşmüşlər. Orada Təqsirləndirilən şəxs şirkətin rəhbərlərindən olan Takuyo Yamaşiki və onun həyat yoldaşı Elsa ilə onu tanış etmişdir. Şirkətin əsas müdiri Xoyoma San idi, təsisçi kimi isə Taino Muniçika idi. Onlar razılığa gəlmiş və 3 şirkətin maliyyə işləri ilə bağlı məşğul olacağını bildirmişlər. Onlar xidməti müqavilə imzalamış və həmin müqaviləyə əsasən o, 3.000 manat maaş alacaqdır. O, həftədə yalnız 2 dəfə işə gələcəyi ilə bağlı razılığa gəlmiş, çünki o, Nərimanovda “Lavaş” fastfood adlı obyekt işlətmişdir. Bundan sonra o, həftədə 2- 3 dəfə gəlib şirkətlərin maliyyə işlərini görmüşdür, maliyyə ilə bağlı problemləri həll etmişdir. 2018-ci ilin avqust ayında Təqsirləndirilən şəxs əlində pul olduğunu bilərək ona təklif etmişdir ki, yaponların 20-yə yaxın şirkətinin iştirak edəcəyi sərgi keçiriləcək, həmin sərgi əsasında onun adına mal vurmağı təklif etmişdir. 2018-ci ilin sentyabr ayında onun adına mal vurulmuş və həmin mal satılmışdır. Bundan sonra 2018-ci ilin oktyabr ayında sərgi qabağı Təqsirləndirilən şəxs ilə Yaponiyadan mal vurulması ilə bağlı razılığa gəlmiş və oktyabr ayından dekabr ayına kimi 85.290 ABŞ dolları pulu Təqsirləndirilən şəxs vermişdir. Bundan başqa Təqsirləndirilən şəxs onu şirkətin təsisçisi olan Taino Muniçka ilə tanış etmişdir. Taino Muniçka "xxxx" MMC-yə direktor kimi onu təyin etmişdir. Bundan sonra həmin şirkətin adından mal vurulması üçün Təqsirləndirilən şəxs 51.500 manat pul vermişdir. Oktyabr ayında gələn malların satışını həyata keçirmişlər. Bundan başqa 2019cu il tarixinin yanvar ayında Təqsirləndirilən şəxs onu Pakistan İslam Respublikasında idman malları ilə məşğul olan Şəms adlı bir şəxslə tanış etmişdir. Onun adından Pakistan İslam Respublikasından X2 Dubay şəhərinə mal ixrac edəcəkmişlər. Şəms adlı şəxs isə ona müəyyən idman malları gətirəcəkdi. O, idman mallarının gətirilməsinin əvəzində veriləcək pulları Təqsirləndirilən şəxs vasitəsi ilə göndərmişdir. Çünki, Təqsirləndirilən şəxs 9 dildə sərbəst danışmış və hər bir əməkdaşla özü şəxsən əlaqə saxlamışdır. 2019cu ilin dekabr ayında yapon şirkətinin əsas müdiri Xoyoma San həyat yoldaşı ilə birlikdə Azərbaycana gəlmiş və onunla görüşmüşdür. Rəhbər onu işçilərlə tanış etmişdir. Tanyo Muniçikanı isə o, sadəcə bir dəfə 2018-ci ilin oktyabr aylarında müqavilə bağlayarkən görmüşdür. Artıq 2019-cu ilin yanvar ayının sonu pakistanlı tərcüməçi idman mallarını gətirdikdə, həmin malların hədiyyə olduğunu ona bildirmişdir. Ancaq o, malların pulunu Təqsirləndirilən şəxs köməkliyi ilə ona göndərdiyini pakistanlı tərcüməçiyə demişdir. Pakistanlı tərcüməçi yenidən gətirilən malların hədiyyə olduğunu qeyd etdikdə o, idman mallarını götürmüş və özünə məxsus idman zalına aparmışdır. Növbəti gün səhər radələrində o, Təqsirləndirilən şəxs dəfələrlə zəng etsə belə ona zəng çatmamışdır. Sonra Təqsirləndirilən şəxs onun telefon nömrəsini şəxsi telefonunda bloka atdığı məlum olmuşdur. “Passage” restoranına yaponlar ilə danışmağa gəldikdə onlar dərhal polis çağırırmışlar. O, 2019-cu ilin mart ayında daxili işlər nazirinin ünvanına bir teleqram göndərmiş və həmin teleqram BMCMİ-yə yönləndirilmişdir. Nəticədə Təqsirləndirilən şəxs “SİLKWAY” şirkətindəki vəzifəsindən azad edilmiş və bu barədə ona da məlumat verilmişdir. O, Təqsirləndirilən şəxs 263480 manat pul vermiş və həmin məbləğin 242150 manat pul sonuncu tərəfindən ona qaytarılmışdır. Həmin pulu Təqsirləndirilən şəxs ona 6 il ərzində qaytarmışdır. Ona borclu olduğu pulu qaytarana qədər o, çoxsaylı maddi sıxıntılar yaşamış və nəticədə ona məxsus olan ticarət obyektini satmaq məcburiyyətində qalmışdır. Həmin 6 il ərəfəsində o, öz vəkili ilə birlikdə yapon səfiri Kürsəl müəllimlə əlaqə saxlayaraq Təqsirləndirilən şəxs barədə soruşduqda o, onlara Təqsirləndirilən şəxs Yaponiyadan dələduzluq əməllərinə görə qovulduğunu və hal-hazırda ailəsi ilə Azərbaycan Respublikasında yaşadığını demişdir. Bundan sonra o, yaponlara Təqsirləndirilən şəxsla bağladığı əmək müqaviləsini göstərdikdə, yaponlar müqavilədə olan imzaların və möhrün onlara məxsus olmadığını və müqavilənin saxta olduğunu bildirmişlər. Bu vaxt o, vəkili Kamandar Nəsirovun köməkliyi ilə ekspertiza təyin etdirərək müqavilənin həqiqətən də saxta olduğunu öyrənmişdir. Sonra yaponlar şirkətə gələrək orada ona məxsus olan hər hansı sənəd varsa hamısını götürməyini təklif etmişlər. Bundan başqa onlar müqavilə bağlayandan sonra o, hər ay imzalı şəkildə Təqsirləndirilən şəxs 300 manat pul almışdır. Həm müqavilə, həm də imzalı qəbzlər tərəfindən istintaqa təqdim edilmişdir. Namiq ona səbrli olmağını, yaponların lahiyəsinin ilk mərhələlərdə olduğunu və yaxın gələcəkdə onun müqavilə əsasında olan əmək haqqını verəcəyini deyərək ona yalan danışmışdır. Həmçinin bildirmək istəyir ki, yaponlar Təqsirləndirilən şəxs dələduzluqla bağlı 2022-ci il tarixdə Ağır Cinayətlət Məhkəməsinə şikayət etmişlər və həmin şikayətin nəticəsində Namiq yaponlara vurduğu ziyanı ödəmişdir. Bundan Xətai Rayon Məhkəməsində Təqsirləndirilən şəxs cinayət işi ilə bağlı istintaq aparılan zaman onu üzləşdirmə ilə bağlı çağırmışlar. O, məhkəməyə gəldikdən sonra Təqsirləndirilən şəxs qardaşı Tovuz Rayon Məhkəməsində məsləhətçi vəzifəsində işləyən Natiq Ələsgərov şikayətini geri götürmək məqsədi ilə ona təhdid və hədə-qorxu etmək üçün üstünə 3 nəfər adam göndərmişdir. Ancaq o, qəti şəkildə şikayətini geri götürməyəcəyini onlara bildirmişdir. Məhkəmə iclasında o, hakimə baş verən hadisələri danışanda Təqsirləndirilən şəxs dediyi hər şeyi inkar etmiş və yalan danışdığını demişdir. O, məhkəməyə yazılı sübutları təqdim etdikdə Namiq heç nə deyə bilməmişdir. Məhkəmə istintaqının nəticəsində Namiq ona 6 ay ərzində pulu qaytarmalı idi və bununla bağlı məhkəməyə həmçinin ərizə təqdim etmişdir. Ancaq ərizədə göstərilən 51.500 ABŞ dollarının 30000 ABŞ dollarını ödədikdən sonra pulun digər hissəsini ödəməmişdir. Zərərçəkmiş şəxs1 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, göstərilən məbləğin az miqdarda olması onların razılığa gəlməsi ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs vəkili ilə birlikdə ona olan borcunu ödəyəcəyini demiş və sənəddə yazılan məbləğin endirilməsini ondan xahiş etmişlər. O, razılaşmışdır. Ancaq sonuncular onu aldatmışlar. Bundan başqa həmçinin müstəntiqin iştirakı ilə onu iki dəfə aldatmışlar. Vəkil onun telefon nömrəsini bloka atmış, zənglərinə cavab verməmişdir. Təqsirləndirilən şəxs ona 263000 manat borcu olmuş və həmin borcun 242150 manatını ona geri qaytarmışdır. Yaponların şərab və qida məhsullarını gətirəcəkləri barədə sübut Təqsirləndirilən şəxsla birlikdə imzaladıqları saxta müqavilədə qeyd edilmişdir. Həmçinin pulu ona Tanyo verəcəyi barədə Təqsirləndirilən şəxsla aralarında yazışma da olmuşdur. 11 saylı notariusda Təqsirləndirilən şəxs iştiraki ilə ona etibarnamə verilmişdir. 2018-ci ilin oktyabr ayında X30 Ələsgərovla birlikdə ona 10 faizlə alqı-satqı ilə məşğul olmağını bildirmişdir. 2020-ci il tarixin dekabr ayında və 2021-ci il tarixin avqust ayında “AccesBank”-dan kredit götürərək işçilərin pullarını verməyə başlamışdır. Ona verəcəyi pulun bir hissəsini qaytarmadığı üçün bankdan kredit götürmək məcburiyyətində qalmışdır. Ev almaq üçün 63000 dollar pul yığmış, qalan məbləği isə faizlə tanışlarından almışdır. “Lavaş” fastfudun ona məxsus olması barədə sənədləri zəruriyyət yarandığı halda məhkəməyə təqdim edə bilər. “Lavaş” fastfud 2017-ci ilin aprel ayından fəaliyyət göstərmişdir. Bu vaxta kimi məhkəmə ondan “Lavaş” fastfudun ona məxsus olması barədə sənəd təqdim etməyimi tələb etməmişdir. Sadəcə olaraq ibtidai istintaq zamanı həmin obyektdən 3000 manat qazanc əldə etdiyinə dair qəbzi təqdim etmişdir. Onun VÖEN-in fəaliyyət hissəsində maliyyə və restoran xidmətləri göstərilmişdir. "xxxx" MMCdə ona hər ay 1000 manat əmək haqqı ödənilməli idi, ancaq ödənilməmişdir. BMCMİ-nə yönləndirilən məktubun məzmunu pakistan vətəndaşlarına göndəriləsi pulun Təqsirləndirilən şəxs tərəfindən mənimsənməsi barədə və bir də Tanyo Muneçka barədə yazılmışdır. Məktubda mənimsilən məbləğ göstərilmişdir. 167000 manat göstərilmişdir. Təqsirləndirilən şəxsla birlikdə imzaladıqları müqavilədən qabaq yaponlar tərəfindən ona müqavilə təqdim olunmamışdır. O, mühasibat işlədiyi zaman Təqsirləndirilən şəxs noutbukundan istifadə etməmişdir. Sonuncu özünə məxsus noutbuku çantasında gətirib, işini bitirdikdən sonra aparmışdır. İqbal Şəms onun adından mal ixrac etmiş və bununla bağlı vergini o, ödəməli idi. Həmçinin verginin məbləğini ona demişdir. Ancaq bundan əlavə Təqsirləndirilən şəxs Şəms adlı şəxsdən 2000 ABŞ dolları artıq pul alaraq həmin pulu ona verəcəyini demiş, amma verməmişdir. Mən ixrac olan malın hesabatını təqdim edir və Nazirlik verginin məbləğinin özü hesablayır. Mal ixrac etdiyi təqdirdə o, dövlətə vergi ödəməlidir. Səbail RPİ-yə təqdim etdiyi şikayətdə ona vurulmuş ziyanın məbləği 163000 manat göstərilmişdir. Namiq Ələsgəovun barəsində şikayət etmişdir. Vurulmuş ziyan tam ödənilməmişdir. Ziyanın 154600 manat məbləğində hissəsi ödənilmişdir. Müstəntiq ona vurulmuş ziyanın böyük hissəsinin ödənildiyini, digər hissəni ödəmələri üçün 3 ay vaxt qoyduğunu və qalan məbləğin mütləq ödəniləcəyini deyərək şikayəti geri götürməyini ona bidirmişdir. 163000 manat bir müqavilə üzrə vurulmuş ziyana aiddir. Ancaq digər müqavilə üzrə də ona Təqsirləndirilən şəxs tərəfindən ziyan vurulmuşdur. Bu səbəbdən vurulmuş ziyanın ümumi dəyəri 263000 manatdır. O, Polis İdarəsinə 263000 manat dəyərində vurulmuş ziyanla bağlı şikayəti təqdim etmişdir. Müstəntiq ona 154000 manat dəyərində vurulmuş ziyanın sübut olunduğunu və geridə qalan ziyanın sübut olunması ilə bağlı yaponlardan müqaviləni alaraq ona təqdim etməli olduğunu bildirmişdir. Səbail RPİ-yə təqdim etdiyi şikayətin məzmununda ona vurulmuş ziyanın digər hissəsi barədə yazılmışdır. O, yaponlardan müqaviləni aldıqdan sonra həmin şikayəti yazaraq müqavilə ilə birlikdə Səbail RPİ-yə təqdim etmişdir. Ona səhv məlumat verildiyindən o, Fərid Soltanlının barəsində Baş Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət təqdim etmişdir. Ancaq məlumatın səhv olduğu ona sonradan məlum olmuş və nəticədə məsələ həll olunmuşdur. Bakı Şəhər Baş Polis İdarəsinə yazdığı ərizədə ona vurulmuş ziyanın 154000 manatının ödənildiyi, digər hissəsinin ödənilmədiyini qeyd etmiş və həmçinin şikayətini əsaslandıracaq sübutları təqdim etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ona vurduğu ziyandan sadəcə 21388 manatı ödənilməmişdir. İlk dəfə onu işə təqsirləndirilən şəxs qəbul etmişdir. Müqavilədə 3000 manat əmək haqqı olacağı qeyd edilmişdir. Eksportla bağlı pulları bankdan götürərək pakistsan vətəndaşına vermişdir. 6500 ABŞ dolları Şəms adlı şəxs ona verərək həmin pulu Təqsirləndirilən şəxs verəcəyini bildirmişdir. Müqavilə üzrə onun əmək haqqı 3000 manat olsa belə, ona hər ay 300 manat pul vermişlər. Şahid2 Daxili İşlər Nazirinin qohumu idi, onunla ailəvi yaxın münasibətləri var idi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə tanışlığı 2019-cu ilin yay aylarına təsadüf edir. 1993-1998-ci illərdə Təqsirləndirilən şəxs kiçik qardaşı Natiq Ələsgərovla Bakı Dövlət Universitetinin hüquq fakültəsində birlikdə təhsil almışlar. 2019-cu ilin yay aylarında Natiq ondan xahiş etmişdir ki, böyük qardaşı Namiqə hüquqi cəhətdən köməklik etsin. Natiqin deməsinə görə Zərərçəkmiş şəxs1 ondan şikayət etmişdir. Natiqlə yaxın olduğu üçün bir hüquqşünas kimi onun qardaşına hüquqi müstəvidə köməklik etməyə razılıq vermişdir. Bundan sonra Namiqlə görüşmüş, sonuncu Sevinc adlı qadının pulunun dələduzluq yolu ilə ələ keçirilməsi barədə ondan şikayət etdiyini və barəsində araşdırma aparıldığını ona demişdir. O bu məsələdə Namiqə hüquqi məsləhətlər vermiş, sonradan onun vəkillə təmin edilməsində köməklik etmişdir. Namiq özünü yapon dilini bilən və həmin dildə tərcüməçilik edən bir şəxs kimi təqdim etmişdir. Namiqə hüquqi cəhətdən köməklik etdiyi üçün sonuncu onunla münasibət qurmağa başlamış və bundan sonra görüşləri mütəmadi hal almışdır. Namiq yapon iş adamlarını Azərbaycanın müxtəlif rayonlarında tütünçülük sahəsinə investisiya qoymağa cəlb etdiyini bildirmişdir. Namiqin deməsinə görə Azərbaycana milyonlarla ABŞ dolları məbləğində sərmayə yatıran yapon iş adamlarının güvəndikləri tək şəxs odur. Namiqin dəvəti ilə bir neçə dəfə sonuncunun tərcüməçi işlədiyi yapon şirkəti “X4” MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Albert Aqarunov küçəsində yerləşən ofisinə getmişdir. Təxminən bir il yarım müddətində Namiqə işlərində tam təmənnasız olaraq köməklik etmişdir. Bu müddətdə Namiqdən şikayət edən şəxslərin sayı durmadan artırmışdır. Namiqdən Zərərçəkmiş şəxs1 ilə yanaşı Tamara Yusifova və tanımadığı digər şəxslər də şikayət etmişdir. Şikayətçilər iddia etmişlər ki, Namiq eyni üsulla, yəni sənəd saxtalaşdırmaqla onları aldadıb pullarını ələ keçirmişdir. Şikayətlərlə bağlı Namiqin özündən maraqlandıqda sonuncu həmin şəxslərin şər və böhtan atdıqlarını, uğurlarını həzm edə bilmədiklərini, yaponlarla əlaqəsinə paxıllıq etdiklərini deyib onu özünə inandıra bilmişdir. Bundan başqa, həmin ərəfədə Namiq barəsində Korrupsiyaya qarşı Mübarizə İdarəsində də cinayət işinin istintaqı aparılmışdır. Sonralar həmin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə baxışa göndərilmiş, Namiq zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödədiyi üçün ona 2 il şərti sınaq müddəti tətbiq edilməklə 7 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Şikayət edən səxslərin Namiqə paxıllıq etdiklərini düşünürək sonuncunun hüquqlarnı müdafiə etmişdir. 24 yanvar 2022-ci il tarixdə “X4” MMC- nin direktoru Tanio Munechika onu şirkətin nəzdində fəaliyyət göstərən “X24” MMC-nin direktoru təyin etmişdir. Onun işə götürülməsində Namiq vasitəçilik etsə də, həqiqətdə Tanio Munechika şirkət üçün çəkdiyi zəhməti və işgüzarlığını gördüyündən onu işə qəbul etmişdir. İşlədiyi dövrdə şirkətin maraqları üçün müəyyən islahatlar apardığına və konkret işlər gördüyünə görə Tanio Munechikanın ona inamı və hörməti yaranmışdır. Namiq ona demişdir ki, “sən bacarıqlısan gör necə edə bilərik ki, Tanio Munechikanı Azərbaycandan deport edək, bundan sonra MMC-nin yeni direktoru o, olacaq və bütün səlahiyyətlər onda olduğu halda onlar daha çox pul qazanacaq”. O isə Namiqə demişdir ki, kiminsə arxasından gizlincə hərəkət etmək düzgün iş deyil, bunun hüquqi cəhətdən tək bir yolu vardır ki, şirkətin nəzdindəki 4 zavodda yoxlama aparılsın, lazım olarsa həmin zavodlara audit dəvət edilsin. Bu fikir Namiqin ağlına batmış və onlar 2 aprel 2022-ci il tarixdə Zaqatala rayonunda yerləşən "xxxx" MMC-nin ofisinə getmişlər. İlkin olaraq şirkətin nümayəndəsi kimi özü yoxlama aparmış, özbaşınalığın olduğunu hiss etmiş və audit yoxlamasının aparılmasını vacib hesab etmişdir. Sonra Namiqin təşəbbüsü ilə audit yoxlaması həyata keçirilmiş, müəyyən olunmuşdur ki, şirkətdə külli miqdarda yeyinti var. Yeyinti faktı aşkar edildikdən sonra Namiq bunu əlində bayraq edib Tanionu təsisçilərin gözündən salmış, direktor vəzifəsindən azad olunmasına nail olmuşdur. Bundan sonra təsisçilər Namiqi direktor təyin etmişlər. 2022-ci ilin may-iyun aylarında Namiqin deməsinə görə yapon təsisçilər tütün sahəsində yeni sərmayə yatırmaq üçün Azərbaycana gəlmişlər. Namiq təklif etmişdir ki, yeni sahəyə pul yatırsınlar ki, təsisçilərin gözündə qalxsınlar, yaponlar da onların barəsində kasıb biznesmen təəsüratı yaranmasın. Namiq ondan 100000-150000 dollar civarında pul istəmişdir. Namiq bildirmişdi ki, yaponlar bu dəfə 3-4 milyon dollar civarında Şəki və Zaqatala rayonları ərazisində tütün əkininə pul yatırmaq fikrindədirlər. Böyük qazanc gözlənilir. O, pul yatırdığı halda maya pulla birgə ümumi gəlirin 10-15%-ni ona verəcəkdir. Bundan başqa, Namiq ona demişdir ki, oğlu Şahid8 da MMC-də işə götürəcəkdir. Namiq oğlunu yapon şirkətində uğurlu kariyera gözlədiyini, hətta onu Yaponiyaya göndərəcəyini demişdir. O, əvvəlcə Namiqin təklifinə razılıq verməkdə tərəddüd etsə də, oğlunun gələcəyi üçün razı olmuşdur. Lakin Namiqin dediyi məbləğdə pulu olmamışdır. 85000 dollar verə biləcəyini demişdir. Namiq də razılaşmışdı. Namiq məni rayonlarda yerləşən 4 zavoda direktor təyin etməklə yanaşı “X4” MMC-nin hüquq şöbəsinin rəhbəri də təyin edəcəyinə dair söz vermişdir. 2022-ci ilin may-iyun ayları ərzində o, “X4” MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Albert Aqarunov küçəsində yerləşən ofisində Namiqə 65000 və 20000 olmaqla ümumilikdə 85000 ABŞ dolları məbləğində pul vermişdir. Birinci dəfə Namiqə 65000 ABŞ dolları pulu verərkən tanışı Şahid6 da orada olmuşdur, bunun şahididir. Belə ki, 65000 ABŞ dolları pulu verərkən Bakı şəhəri, Nərimanov rayonu, Albert Aqarunov küçəsində yerləşən ofisə o, Arizlə birlikdə idarə etdiyi “Niva” markalı ağ rəngli avtomobillə getmişdir. Ofisin qarşısına çatdıqda zəng edərək Namiqə orada olduğunu bildirmişdir, daha sonra Namiqin küçəyə çıxmasını gözləmişdir. 1-2 dəqiqə sonra Namiq ofisin qarşısına küçəyə çıxmış, o, maşını tərk edib Namiqlə görüşmüşdür, Ariz isə maşında qabaq sərnişin oturacağında əyləşib onu gözləmişdir. Bu vaxt küçədə ofisin qarşısında 65000 ABŞ dolları pulu ağ kağıza bükülmüş vəziyyətdə sellofan paketin içərisində Namiqə vermişdir. Sonra 1-2 dəqiqə Namiqlə söhbət edib maşına qayıtmışdır. Daha sonra Arizlə oranı tərk etmişlər. Bundan sonra ikinci dəfə Namiqə 20000 ABŞ dolları pulu verərkən ofisin içərisində Namiqin iş otağında ikisi olmuşlar. Yadındadır ki, həmin vaxt istirahət günü, yəni şənbə və ya bazar günü olmuşdur, ofisdə işçilər olmamışdır. Namiqin deməsinə görə 2022-ci ilin noyabrdekabr aylarında tütün satışa çıxarılacaq, onun pulunu əldə ediləcək gəlirdən ayırıb verəcəkdir. Beləliklə, bir müddət sonra Namiq onu 4 zavoda direktor vəzifəsinə təyin edəcəyinə dair söz versə də, başqa aşağı vəzifələrə təyin etmişdir. O, 3 ay müddətində rayonlara gedib torpaq sahələrindən ştillərin yığılmasına nəzarət etmişdir, tütünün satışını gözləmişdir. 2022-ci ilin avqust ayında oğlu “X24” MMC-nin meneceri vəzifəsinə aylıq 700 manat əmək haqqı qarşılığında təyin edilmişdir. 2022-ci ilin oktyabr ayında ona məlum olmuşdur ki, Namiq demədən onu işdən azad etmişdir. Bundan başqa şirkətin ofisini başqa ünvana köçürmüşdür, bunları ondan gizlətmişdir. Namiqə zəng edib işdən çıxarılmağı ilə bağlı soruşanda demişdir ki, güya onu yaponlar işdən çıxarmışdır, tütün satışa çıxarılan kimi pulunu özü verəcəkdir. O də Namiqə inanmış, düşünmüşdür ki, təxminən 4 il sonuncu üçün təmənnasız olaraq qul kimi işləmiş, buna görə də onu aldatmaz. Beləliklə işdən kənarlaşıb şəxsi işləri ilə məşğul olmağa başlamışdır. 2022-ci ilin dekabr ayında tütünün satışı ilə maraqlanmaq üçün Namiqə zəng etmişdir. Namiq ona demişdir ki, narahat olmasın, tütünün satışı hələ yekunlaşmamışdır, gözləsin, pulunu verəcəkdir. O da razılaşıb gözləmişdir. Lakin, Namiqdən bir xəbər çıxmamışdır. Namiqə zəng edərkən cavab verməmiş, cavab verdikdə isə bəhanələr gətirmişdir. 2023-cü ilin yanvar ayının 19-da Namiqə yenidən zəng etmiş, pulunu tələb etmişdir. Namiq isə onu rüşvətxor adlandırmış, ona pul düşmədiyini, əksinə güya onun sonuncunun pullarını ələ keçirdiyini bildirərək məhkəməyə verəcəyi ilə hədələmişdir. Zərərçəkmiş şəxs2 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər onun barəsində olan cinayət işi ilə bağlı məhkəmədə ziyanın ödənilməsi ilə bağlı ona pul verməmişdir. Dövlət orqanlarına iş həll etmək üçün Təqsirləndirilən şəxs ona pul verməmişdir. O, 85.000 ABŞ dolları pulu 2022-ci ilin iyun ayında Təqsirləndirilən şəxs vermişdir. O, əvvəllər Təqsirləndirilən şəxs xarakterinin belə olduğunu bilməmişdir. O, 65.000 ABŞ dolları pulu tanışı X7 alıb 2022-ci ilin iyun ayında “Şəki” restoranının qabağında Təqsirləndirilən şəxs vermiş, ikinci dəfə isə ofisdə 20.000 ABŞ dollarını Təqsirləndirilən şəxs vermişdir. O, özünə məxsus Lada Niva markalı avtomobili 9.000 manat satıb Təqsirləndirilən şəxs verdiyi 20.000 ABŞ dollarının üstünə qoymuşdur. Təqsirləndirilən şəxs sürməyi üçün şirkətin maşını olan Niva markalı maşını ona vermişdir. Təqsirləndirilən şəxs ilə onun arasında işlər görüldüyü zaman Namiqin Sevinclə problemləri artıq başlamışdır. Təqsirləndirilən şəxs dostum Əkbər Məmmədzadə hüquqi yardım göstərmişdir. Namiq Sevincin onun üzünə durduğunu və buna görə də ona həmin pulu verdiyini bildirmişdir. O, Sevincin atası ilə görüşmüşdür ki, Namiqdən əl çəksinlər. Zərərçəkmiş şəxs1 tanıyır. Təqsirləndirilən şəxs görə Zərərçəkmiş şəxs1 ilə düşmən olmuşdur. Namiq Sevincin onu şərlədiyini, Sevincdən pul almadığını, əksinə Sevincin ona pul borclu olduğunu bildirmişdir. Namiqin bu sözlərinə görə Sevincin atası ilə görüşmüşdür. X13 rayon Polis İdarəsində Sevincə dəymiş maddi ziyanı ödədiyini öyrənmişdir. O, Xətai rayon məhkəməsində acıqlandığı üçün Təqsirləndirilən şəxs 130.000 ABŞ dolları məbləğində pulu aldığımı bildirmişdir. 65.000 ABŞ dollarını Arizin yanında, 20.000 ABŞ dollarını isə ofisdə təkbətək Təqsirləndirilən şəxs vermişdir. Müstəntiqin yanında Sevinclə bağlı olan epizodda Namiqin təqsirsiz olduğunu bildirmişdir. 85.000 ABŞ dollarını torpaq almaq üçün vermişdir. Həmin pula torpağın alınıbalınmamasından xəbəri yoxdur. Onu oktyabr ayında işdən çıxarmışlar. Təqsirləndirilən şəxs verdiyi pulu tütün satılandan sonra verəcəyini bildirmişdir. BŞBPİ-nə şikayət etməzdən əvvəl Namiqdən pulunu tələb etmişdir. Təqsirləndirilən şəxs pulunu istəyəndə o, pulunu qaytaracağını, hər şeyin yaxşı olacağını bildirmişdir. Təqsirləndirilən şəxs 85.000 ABŞ dollarını dəqiq hansı tarixdə verdiyini xatırlamıram, təxminən 2022-ci ilin may ayının axırı iyun ayının əvvəlləri idi. 2022-ci ilin dekabrında Təqsirləndirilən şəxs cinayət işi üzrə bəraət ala bilmədiyi üçün onunla mübahisəsi olmamışdır. Təqsirləndirilən şəxs pul verdiyi vaxtlar onunla aralarında mübahisə olmamışdır. Təqsirləndirilən şəxs onu aldatdığını 2023-cü ilin yanvar ayında başa düşmüşdür. Təqsirləndirilən şəxs 2019-cu ildən ona pul verdiyi günə kimi pul qazanmaq üçün pul verməyini ona təklif etməmişdir. O, tütün zavodunda olarkən burada qazancın yüksək olduğunu görüb Namiqə pul vermək fikrinə düşmüşdür. Zaqatalada olan tütün zavodunun direktoru olmuşdur. O, şirkətin hüquqsünası olmuş və üzərinə qoyulmuş vəzifələri yerinə yetirmişdir. O, şirkətdən 4 ay hüquqşünas kimi, 3 ay isə zavod direktoru kimi maaş almışdır. Binəqədi rayon məhkəməsində Namiqlə mübahisəsinə görə sonuncudan pul almamışdır. Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bitirmişdir. Nümayəndə kimi fəaliyyət göstərmişdir. Sosial təminat Nazirliyində və DİN-də işləmişdir. O, şirkətin direktoru olan Tanio Munechikaya qızla oteldə görüşməsinin nəticəsinin onun üçün yaxşı olmayacağını iclasda ona demişdir. Tanio Munechika barəsində məlumatı onun yaxın dostları vermişdir. Tanio ilə söhbətindən sonra onu ay yarıma şirkətə hüquqşünas kimi işə götürmüşlər. Təqsirləndirilən şəxs qardaşı Namiqin ailəsindən ayrı başqa bir qadınla yaşadığını deyib onunla danışıb onu başa salmağını və ailəsinə geri qayıtmağına razı salmağını bildirmişdir. Təqsirləndirilən şəxs Yaponiyada axtarışda olduğunu hər kəs bilmişdir. Şirkətdə kadrlarla bağlı bütün işləri Namiq həll etmişdir. Xətai rayon məhkəməsində Namiqin dəvəti ilə iştirak etmişdir. Xətai rayon məhkəməsindən çıxdıqdan sonra Namiqlə mübahisə etdikləri üçün qəsdən ondan 130.000 ABŞ dolları pul aldığımı demişdir, ancaq əslində belə bir hal olmamışdır. Xətai rayon məhkəməsində onun epizodu üzrə Təqsirləndirilən şəxs axtarış işinə baxılmışdır. O, maaşı həm kartla, həm də ki, nağd almışdır. Xətai rayon məhkəməsində onun epizodu üzrə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. O, həmin qərardan apellyasiya şikayəti vermişdir. 85.000 ABŞ dolları pulu Xanlar Vəliyevdən alan zaman oğlu yanında olmamışdır. Xanlar Vəliyevdən pul alan zaman həmin pulu kimə verəcəyini və nə iş görəcəyini demişdir. Xanlar Vəliyev ilə pula görə aralarında borc müqaviləsi olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 atası ilə əlaqəsi olmuşdur. Zərərçəkmiş şəxs1 ondan ehtiyacı olduğu üçün 12000 ABŞ dollar pul götürmüşdür. Sonuncu ona xarici vətəndaşlarla iş gördüyünü bildirmişdir. Həmçinin xarici vətəndaşlarla gördüyü işdən pul almalı olduğunu, ancaq müəyyən səbəblərə görə pulu ala bilmədiyini və Namiq adlı bir şəxsin ona həmin işdə maneçilik törətdiyini bildirmişdir. Sonra Sevinc ona Namiq adlı şəxsi məhkəməyə verəcəyini və nəticədə öz pulunu alıb ona olan borcunu qaytaracağını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 telefon vasitəsi ilə Namiq adlı şəxslə əlaqə saxlayaraq sonuncuya onunla görüşməyini təklif etmişdir. Onlar “20 Yanvar” metrostansiyasının yaxınlığında görüşmüşlər. Zərərçəkmiş şəxs1 və Namiq adlı şəxs öz aralarında olan hesabatları müzakirə etmiş, o, yanlız müşahidə etmişdir. Namiq adlı şəxs Zərərçəkmiş şəxs1 sənəd şəklində hesabatları təqdim etmiş və ondan barəsində məhkəməyə şikayət etməməsini xahiş etmişdir. Şahid2 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ona Namiq adlı şəxsin ondan pul aldığını və geri qaytarmadığını bildirmişdir. Onlar Namiq adlı şəxslə birlikdə xaricdən çərəz idxalı ilə məşğul olmuşlar. O, Namiq adlı şəxsi tanımır, sadəcə olaraq bir dəfə onu görmüşdür. Zərərçəkmiş şəxs1 onun yanında Namiq adlı şəxsə pul verməmişdir. Zərərçəkmiş şəxs1 ona bildirmişdir ki, Namiq adlı şəxs ona 263 min manat borcludur. O, mobil telefondan istifadə edir. Hadisə ərəfəsində işlətdiyi mobil nömrə yadında deyil. O, bir neçə mobil nömrə işlətmişdir, nömrələrin hamısı yadımda deyil. Namiq adlı şəxsin Zərərçəkmiş şəxs1 olan borcu ona sənədlərlə göstərilmişdir. Məhkəməyə gəlməzdən qabaq bu barədə heç kimdən məsləhət almamışdır. O, uzun illər tikinti işi ilə məşğul olmuşdur. Özünə məxsus tikinti şirkəti var, sahibkarlıqla məşğul olur. Zərərçəkmiş şəxs1 ona dediyinə görə yapon vətandaşlarına məxsus şirkətdə işlədiyinə görə ona 5000 manat maaş verəcəkmişlər. O, əvvəllər Zərərçəkmiş şəxs1 pul almışdır. Bir müddət pula ehtiyacı olmuşdur. Borca aldığı pulu da sonradan Zərərçəkmiş şəxs1 geri qaytarmışdır. O, Zərərçəkmiş şəxs1 ümumilikdə 12000 ABŞ dolları vermişdir. Onlar Zərərçəkmiş şəxs1 ilə birlikdə Namiq adlı şəxslə “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən kafedə görüşmüşlər. Onlardan başqa orada sadəcə hüquqşünas olmuşdur. Namiq adlı şəxs orada öz borcunun məbləği barədə heçnə deməmişdi. Sadəcə olaraq sonuncu Zərərçəkmiş şəxs1 borcun qaytarılması üçün bir qədər müddət istəmişdir. Görüş zamanı müzakirə Zərərçəkmiş şəxs1 və Namiq adlı şəxsin aralarında olan ümumi borcdan getmişdir. Namiq adlı şəxs görüş zamanı Zərərçəkmiş şəxs1 ilə müqavilə bağlamış, sonuncunu işə götürdüyünu və müəyyən məbləğdə ona əmək haqqı veriləcəyini bildirmişdir. Hadisədən sonra o, Zərərçəkmiş şəxs1 pul verməmişdir. Onun səhhətində müəyyən problemlər olduğundan hadisənin bəzi məqamlarını çaşdırır. Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs1 uşaq vaxtlarından tanıyır. Sonuncunun atası Fəxrəddin Dadaşovla münasibəti və ailəvi gediş gəlişləri olmuşdur. Qohumluqları yoxdur. 2018-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs1 onunla görüşmüş və bildirmişdir ki, mühasib işlədiyi şirkətin rəhbəri olan Namiq adlı şəxs ondan yaponlarla biznes əlaqələrinə girmək istədiyini deyərək borc pul istəmişdir. Sevinc həmin biznesə yatırmaq üçün Namiqin ondan 38000 ABŞ dolları borc pul istədiyini, həmin pulun 26000 ABŞ dollarının özündə olduğunu, lakin qalan 12000 ABŞ dollarının olmadığını deyərək ondan 12000 ABŞ dolları borc istəmişdir. Həmçinin, Sevinc həmin xidmətlərinə görə Namiqin onun əmək haqqını qaldıracağını demişdir. Sevinc pul istəyəndə atasının xəstə olduğu üçün həmin məsələdən məlumatının olmamasını ondan xahiş etmişdir. O, Sevinclə razılaşmış və sonuncuya 12000 ABŞ dolları pul vermişdir. O, Sevinci uşaq vaxtlarından tanımış və sonuncunun nə qədər zəhmətkeş və bacarıqlı, sözündə düz bir qadın olduğunu bilmişdir. Həmin gündən sonra o, bir böyük kimi Sevinclə əlaqə saxlayaraq işlərin nə yerdə olduğunu soruşmuş, sonuncu malların hissə-hissə Yaponiyadan gətirildiyini, Namiqin ona aldığı borcları ümumilikdə hesablayaraq qaytaracağını bildirdiyini demişdir. 2019-cu ilin yanvar ayının ikinci yarısında Sevinc onunla əlaqə saxlayaraq bildirmişdir ki, Namiq Pakistandan Azərbaycan Respublikasına idman mallarının gətirilib satılması ilə bağlı biznes fəaliyyətinə girmək istəyir və bunun üçün yenə də ondan 21600 ABŞ dolları pul istəmişdir. Sevinc Namiqə inandığını deyərək ondan 21600 ABŞ dolları borc pul istəmişdir. Qeyd etmişdir ki, əvvəlki tarixlərdə ehtiyacı olanda dəfələrlə Sevincdən müxtəlif məbləğlərdə borca pul istəmiş və sonuncu ona köməklik etmişdir. Ona görə də, onun Sevinclə borca pul veribalmaq kimi münasibəti tam etibarlı olmuş və onlar bir-birlərinə inanmışlar. Beləliklə, o, yenə də Sevincə etiraz etməmiş və 2019-cu ilin fevral ayının əvvəllərində sonuncunun istədiyi 21600 ABŞ dollarını vermişdir. Sevincin Namiqlə birlikdə işləmək istədiyini görmüş, etibar etdiyini hiss edib köməklik etmək istəmişdir. Sevincə həmin pulu da verdikdən sonra dəfələrlə zəng edərək sonuncudan işləri barədə maraqlanmış və Sevinc hər dəfə ona Namiqin işlərin nəticədə yaxşı olacağını və aldığı pulların hamısını sonda qaytaracağını demişdir. 2019-cu ilin mart ayında Sevinclə əlaqə saxlayıb sonuncudan işlərin nə yerdə olduğunu, Namiqin pulunu nə vaxt qaytaracağını soruşanda Sevinc Namiqin onu aldatdığını, aldığı ümumilikdə 150 min manatdan çox pulu hər dəfə müxtəlif bəhanələr gətirərək qaytarmadığını bildirmişdir. O, Sevincdən Namiq adlı şəxsin kim olmasını, harada yaşamasını soruşmuş, həmçinin söhbət etmək istədiyini deyib Namiqi onunla görüşdürməsini xahiş etmişdir. O, yaxın dostu hüquqşünas Məcnunla əlaqə saxlayaraq Sevincin dediklərini bildirmiş və onunla birlikdə Namiqlə görüşməsini xahiş etmişdir. Məcnun da razılaşmış və onlar “20 Yanvar” metrostansiyasının yanında çayxanaların birində Namiqlə görüşmüşlər. Namiq tək gəlmişdir. Söhbət zamanı Məcnun Namiqə əgər pul məsələsi öz həllini tapmazsa ondan müxtəlif instansiyalara şikayət ediləcəyini dedikdə Namiq şikayət etməmələrini, səhəri gün saat 12-yə qədər məsələni yoluna qoyaraq Sevincə pulunu qaytaracağını bildirmişdir. Lakin, Namiq səhəri gün əlaqə saxlamamış və telefon zənglərinə də cavab verməmişdir. Bu səbəbdən də Sevinc Namiq barəsində şikayət etmişdir. Sonda 2019-cu ilin aprel ayından başlayaraq Sevinc 3-4 ay ərzində onun pulunu hissə-hissə qaytarmışdır (cild 4, iş vərəqi 83-86). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun 15 illik dostu olmuşdur. Onunla xeyli müddət əlaqələri olmuşdur. Sonra Namiq yapon vətəndaşları ilə iş görməyə başlamışdır. Bir müddət sonra Namiq yapon vətəndaşları ilə bilrlikdə bir restoran açmış, ancaq restoranın fəaliyyətinin nəticəsi uğurlu olmamışdır. Namiq onunla əlaqə saxlayaraq ona restoranın təmiri və restoranın inkişafı ilə bağlı məsələlərdə maddi köməklik göstərməyini xahiş etmişdir. Həmçinin restoranın fəaliyyəti inkişaf etsə, onun yaponlar ilə olan əlaqələrinin bir qədər sıx olacağını bildirmişdir. Nəticədə o, Təqsirləndirilən şəxs 15000 manat maddi köməklik göstərərək restoranı təmir etdirmişdir. Bir müddət sonra Namiq onunla əlaqə saxlayaraq yapon vətəndaşların onunla işləmək istəmədiklərini bildirmişdir. O, təəccüblənmiş, yaponlarla işləmək üçün xeyli miqdarda pul xərclədiyini və həmçinin onun özünə maddi köməklik göstərdiyini demiş və yapon vətəndaşlarının hansı səbəbə görə onunla işləmək istəmədiklərini soruşmuşdur. Ancaq Namiq ortada həç bir səbəbin olmadığını, yapon vətəndaşlarının sadəcə olaraq onunla birlikdə iş görmək istəmədiklərini bildirmişdir. Bundan başqa Sevinc əvvəllər ona məxsus şirkətdə mühasib işləmişdir. Bir müddət sonra Namiq onunla əlaqə saxlayaraq bir nəfə mühasib axtardığını bildirmiş və ona Zərərçəkmiş şəxs1 məsləhət görmüşdür. Namiq Zərərçəkmiş şəxs1 ilə görüşmüş və nəticədə onunla müqavilə bağlayaraq yapon vətəndaşlarının şirkətinə onu işə götürmüşdür. Şahid7 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 arasında olan iş məsələləri ilə bağlı Namiqin Sevinc xanımın adına xaricdən müəyyən malları idxal etdiyi barədə məlumatı olmuşdur. Bir müddət sonra Namiqlə Sevinc xanım arasında mübahisələr yarandığı ona məlum olmuşdur. Mübaisələr pul ilə bağlı idi. Əgər mallar Sevinc xanımın adından idxal edilirsə, deməli Namiq Sevinc xanımdan pul almışdır. Sevinc xanımın Namiqə pul verdiyini şəxsən görməmişdir. Sevinc xanımın adından müəyyən malların idxal olunduğundan bütün şirkət xəbərdar idi. Sevinc xanımın və Namiqin aralarında olan mübaisələrdə böyük məbləğlərin müzakirəsi aparılmışdır. Onların aralarında keçən mübaisələrdə müzakirənin dəqiq olaraq hansı məbləğdən getdiyi barədə məlumatı yoxdur. Restoranı kimin işlətdiyi barədə məlumatı yoxdur. Sadəcə olaraq həmin restoranın Namiq və yapon vətəndaşlarına məxsus olduğu barədə məlumatı olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən “Dostluq” restoranında kassir işləyir. Həmin restoranı Şahid9 Ağasəlim oğlu işlədir. Zərərçəkmiş şəxs2 həmin restorana gəlib Şahid9 pul istəmişdir. Həmin pulu Zərərçəkmiş şəxs2 ilə birlikdə Nərimanov Rayonunda yerləşən “Şəki” restoranında Təqsirləndirilən şəxs vermişlər. Pul verilən zaman o, maşında idi, yəni Zərərçəkmiş şəxs2 tərəfindən pulun Təqsirləndirilən şəxs əlbəəl verilməsinin şahidi olmamışdır. Şahid6 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, onlar pulu ağ Niva markalı maşın ilə aparmışlar. Pul 65.000 ABŞ dolları məbləğində idi. Zərərçəkmiş şəxs2 pulu verməyə gedən zaman maşında olmuş və sonuncu ilə getməmişdir. Şahid9 İlham ilə getməyini ondan istəməmişdir. Şəhərdə işi olduğu üçün İlhamla getmişdir ki, onu da şəhərdə düşürtsün. O, uzun illər Şahid9 yanında işləmişdir. O, İlham ilə Şəki restoranının yanına gəlmişdir. Şəki restoranı Nərimanov rayonunda yerləşir. Maşında İlham və ondan başqa heç kəs olmamışdır. Restoranın yanında İlham maşını saxlayıb pulu verməyə getmişdir. Pulları o, görmüşdür. Həmin pullar heç nə ilə bağlanmamış, açıq vəziyyətdə olmuşdur. Pullar ağ kağıza bükülmüşdür. Zərərçəkmiş şəxs2 pulu verdiyi şəxsi uzaqdan görmüşdür. Həmin şəxsin adının Namiq olduğunu bilir. Pul verilən zaman həmin şəxsi uzaqdan gördüyü üçün həmin şəxsin Təqsirləndirilən şəxs olub-olmamasını bilmir. Pul verildikdən sonra Zərərçəkmiş şəxs2 ilə görüşmüşdür. Zərərçəkmiş şəxs2 həmin pulları nəyə görə verməsini soruşmamışdır. O, əvvəllər şahid qismində məhkəmədə iştirak etməmişdir. Pulu kassadan götürüb Xanlr Quliyevə vermiş, o isə həmin pulu Zərərçəkmiş şəxs2 vermişdir. Zərərçəkmiş şəxs2 girdiyi ofis ilə maşın arasında 500 metr məsafə olmuşdur. 500 metr məsafədən Zərərçəkmiş şəxs2 pulu verməsini yox, ofisə daxil olmasını görmüşdür. O, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs pul verməsini eşitmiş, ancaq görməmişdir. Zərərçəkmiş şəxs2 ona biznes ilə məşğul olmağı təklif etməmişdir. Zərərçəkmiş şəxs2 ofisə daxil olana kimi heç kimlə salamlaşmamış və münasibət qurmamışdır. Zərərçəkmiş şəxs2 həmin pulu 2022-ci ilin yay aylarında vermişdir. Pul verilən zaman onun istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Həmin mobil nömrə ona məxsusdur. Zərərçəkmiş şəxs2 ilə Şəki restoranının yanına gələn zaman həmin nömrə üzərində idi. Təqsirləndirilən şəxs 1 dəfə onların restoranına gəlmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni qismən təsdiq edir, həmin ifadəni oxumadan imzalamışdır. Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 2014-cü ildən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesində yerləşən “Dostluq” restoranında kassir işləyir. Zərərçəkmiş şəxs2 təxminən 8-9 il olar ki işlədiyi həmin restorandan tanıyır. Zərərçəkmiş şəxs2 vaxt aşırı restorana gəlib getmişdir. Bildiyinə görə İlham Azərbaycanda tütün sahəsində fəaliyyət göstərən hansısa yapon şirkətində hüquqşünas işləyir. 2022-ci ilin may-iyun aylarında günorta saatlarında İlham işlədiyi restorana gəlmişdir. İlham ona demişdir ki, bu il yaponlar Azərbaycanda tütün əkininə böyük məbləğdə pul yatırmaq fikirindədirlər, sonuncu özü də bu yatırıma Namiq adlı şəxsin köməkliyi ilə pul qoyacaqdır və ilin sonunda tütün satışa çıxarılan kimi Namiq ona maya pulla birlikdə böyük məbləğdə qazanc verəcəkdir. Hətta İlham təklif etmişdir ki, onu Namiqlə tanış etsin, sonuncunun köməkliyi ilə o da yaponların yatırımına pul qoysun və ilin sonunda tütün satışa çıxarılan kimi ona da yaxşı qazanc versin. Lakin, o, İlhama demişdir ki, pulu yoxdur. İlham ona demişdir ki, tütünçülük sahəsində yatırıma pul qoyması üçün Namiqə birazdan pul verməlidir. İlhamın dediyinə görə pulu Namiqə iki dəfəyə verəcəkdir. Bu gün isə pulun bir hissəsini, yəni 65000 ABŞ dollarını aparıb şirkətin ofisində verəcəkdir. Bu vaxt İlham cibindən ABŞ dolları valyutasında çoxlu sayda pul vəsaiti çıxarıb saymışdır və dəqiqliklə 65000 ABŞ dolları olduğunu bildirmişdir. İlham ondan xahiş etmişdir ki, aybdır, pulu açıq formada verməsin, həm də pulu ofisin qarşısında verməyi fikirləşmişdir, harasa getməli idi, tələsirdi, pul vermək üçün ofisə qalxmaq istəmirdi, buna görə də ona kağız versin. O da iş yerindən kağız götürüb İlhama vermişdir. İlham pulu kağıza büküb, özündə olan sellofan paketə qoymuşdur. İlham ondan xahiş etmişdir ki, üstündə külli miqdarda pul vardır, tək gedib gəlməsin, onunla ofisə gedib qayıtsın. O da İlhamın xahişini nəzərə alıb sonuncu ilə getməyə razılıq vermişdir. Sonra İlhamla birlikdə sonuncunun idarə etdiyi ağ rəngli “Niva” markalı, xatırladığı qədəri ilə dövlət qeydiyyat nişanı 62 rəqəmi ilə 34 başlayıb 177-ilə bitən maşına əyləşib ilhamın işlədiyi ofisə getmişlər. Ofis Bakı şəhərinin Nərimanov rayonu ərazisində dördmərtəbəli binada yerləşir. Yadındadır ki, ofis məhşur “Şəki” restoranı ilə üzbəüz yerləşir. Yolda olarkən İlham bir neçə dəfə Namiqə zəng edib ona gəldiyini demişdir. Ofisə çatanda onlar maşında 1-2 dəqiqə gözlədikdən sonra İlham Namiqin küçəyə endiyini deyib maşını tərk etmişdir. O da qabaq sərnişin oturacağında əyləşib gözləmişdir. Bu vaxt görmüşdür ki, İlham ofisin yanında restoranın qarşında dayanmış bir nəfər orta boylu, idmançı bədən quruluşlu, kostyumda olan şəxsə yaxınlaşmış və onlar salamlaşıb söhbət etmişlər. Diqqətlə baxanda o, həmin şəxsi tanımışdır. Həmin şəxs 1-2 dəfə onun işlədiyi restorana İlhamın yanında gəlib getmişdir. Lakin, onun adını bilməmiş, sadəcə üzdən tanımışdır. Ofisin qarşısında İlham ağ kağıza büküb sellofan paketə qoyduğu ABŞ dolları valyutasında olan pulları cibindən çıxarıb həmin şəxsə vermişdir. Daha sonra 1-2 dəqiqə söhbət edib maşına qayıtmışdır. Həmin şəxs də binaya daxil olmuşdur. 2023-cü ilin yanvar ayında İlhamla işlədiyi restoranda növbəti dəfə qarşılaşarkən sonuncudan tütün biznesi və qazanc əldə edib-etməməsi barədə soruşmuşdur. İlham isə demişdir ki, Namiq adlı şəxs onun başına oyun açıb pulunu yemişdir. İlhamın dediyinə görə Namiqə yaponların tütün biznesinə pul yatımaq üçün ümumilikdə 85000 ABŞ dolları pul vermişdir. Hətta yadına salmışdır ki, pulun 65000 dollar hissəsini onunla birlikdə 2022-ci ilin may-iyun aylarında günorta saatlarında restorandan ofisin qarşısına gedib orada vermişdir. İlham demişdir ki, ofisin qabağında ondan kağıza bükülmüş vəziyyətdə sellofanda pulu qəbul edən şəxs Təqsirləndirilən şəxsdur, sonuncu təzəlikcə yapon şirkətinin direktoru təyin edilmişdir. İlham həmçinin bildirmişdir ki, verdiyi ümumilikdə 85000 ABŞ dolları pulun müqabilində Namiq ona söz vermişdir ki, guya ilin sonunda tütün satışa çıxarılan kimi ona maya pulla birgə ümumi gəlirin 10-15% hissəsini verəcəkdir. Lakin, Namiq verdiyi vədlərlə əməl etməmiş, pulu qaytarmaqdan yayınmış və onu hədələmişdir. O, İlhama məsləhət bilmişdir ki, Namiqin qanunsuz hərəkətləri ilə bağlı hüquq mühafizə orqanlarına şikayət etsin (cild 1, iş vərəqi 99-102). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, fərdi qaydada hüquqşünas fəaliyyəti ilə məşğul olur. Hüquqşünas ixtisası üzrə ali təhsil almışdır. Şahid2 ortaq tanışları vasitəsilə tanımışdır. 2019-cu ilin mart-aprel aylarında Şahid2 onunla əlaqə saxlayaraq tanışı olan Sevinc adlı xanımı Namiq adlı şəxsin qanunsuz olaraq işdən çıxartdığını və həmin xanıma pul verməli olduğunu, lakin qaytarmamasını bildirmişdir. Rauf ondan Sevinc adlı şəxsə bir hüquqşünas kimi məsləhətlər verməyini və lazım gələrsə köməklik etməyini xahiş etmişdir. O da Şahid2 xahişini rədd etməyib razılaşmışdır. Həmçinin Rauf birlikdə Namiq adlı şəxslə görüşməyi xahiş etmişdir. Şahid2la birlikdə Namiq adlı şəxslə “20 Yanvar” metrostansiyasının yanında çayxanaların birində görüşmüşlər. Söhbət zamanı Namiqə Sevinclə aralarında olan pul məsələsini, qanunsuz işdən çıxarılması ilə bağlı problemləri sülh yolu ilə qaydasına qoymasını təklif edərək əks təqdirdə Sevincin əl çəkməyəcəyini və barəsində müxtəlif instansiyalara şikayət edəcəyini bildirmişlər. Bu zaman Namiq şikayət etməmələrini, səhəri gün saat 12-yə qədər onlarla görüşərək məsələni yoluna qoyacağını bildirmişdir. Lakin Namiq onlarla əlaqə saxlamamış və görüşməmişdir. Bundan sonra Namiqlə əlaqə saxlamamışlar. Şahid3 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Təqsirləndirilən şəxs Sevinc vasitəsilə tanımışdır. Sevinc Namiqin ona pul borclu olduğunu bildirmişdir. Namiq, o və Rauf görüşmüşlər. Namiq ilə restoranda görüşmüşlər. Həmin restoranın adını xatırlamır. Sevinc xanım ilə bir nəfərin vasitəsi ilə tanış olmuşdur. Sevinc xanıma hüquqi yardım göstərmişdir. Namiq ilə pulun nə vaxta kimi verilməsi ilə bağlı vaxt müəyyən etməmişlər. İbtidai istintaq vaxtı Namiq ilə harda və nə vaxt görüşdüklərini deyibdemədiyini xatırlamır. O, özünü Namiqə hüquqşünas olaraq təqdim etmişdir. Namiqin Sevincə nə qədər pul borclu olduğunu xatırlamır. Sevinc hüquqi yardım üçün ona müraciət etmişdir. Onun hüququi xidmət göstərən bürosu vardır. O, Vəkillər Kollegiyasının üzvü deyil. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə bir yerdə işləmişdir. Onlar işləyərkən Namiq Ələgərov müdir olmuşdur. Həmin ərəfələrdə də Təqsirləndirilən şəxs ilə Sevinc xanım birlikdə iş görmək qərarına gəlmişlər. Buna görə də Sevinc xanım banka pul çıxartmağa getmişdir. Təqsirləndirilən şəxs onun da Sevinclə getməyini istəmişdir. Onlar pul götürmək üçün iki dəfə banka, bir dəfə də Nərimanov rayonunda olan “Lavaş food” restoranına getmişlər. Sevinci ilə Təqsirləndirilən şəxs arasında görüləcək işdən xəbəri olmamışdır. Şahid1 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, o, özü ərizə yazıb işdən çıxmışdır. Şirkətdə müdir olan Təqsirləndirilən şəxs onu yanına çağırıb, başda o, olmaqla bütün köhnə işçiləri çıxaracağını bildirmişdir. İşdən çıxdıqdan sonra Təqsirləndirilən şəxs ilə əlaqəsi olmamışdır. Hazırda tibbi avadanlıqların satışı şirkətində işləyir. Hazırda işlədiyi şirkətə vasitəçilik ilə qəbul olunmuşdur. İşlədiyi müddətdə Təqsirləndirilən şəxs otağına çay istəyəndə və çağıranda getmişdir. Təqsirləndirilən şəxs ilə onun otağında qalıb onunla söhbət etmişdir. Şahid7 işdədiyi müddətdə həmin şirkətdə işləmişdir. Sonuncu ilə iş yoldaşı kimi münasibəti olmuşdur. Sevinc xanım ilə Təqsirləndirilən şəxs arasında olan söhbətlərdə o da yanlarında olmuşdur. Sevinc xanım bir neçə dəfə onunla gedib pulu götürüb Təqsirləndirilən şəxs vermişdir. Sevinc xanımın maaşının nə qədər olduğunu bilmir. Sevinc xanımın obyekt və ev alması ilə bağlı heçnə bilmir, sadəcə olaraq “Lavaş food” restoranının onun olduğundan xəbəri olmuşdur. Sevinc xanım ev almaq ilə bağlı pul yığması barədə ona heç nə deməmişdir. Onun bina tikən tanışı yoxdur. Sevinc xanım bina tikən tanışı olan zaman ona xəbər verməyi barədə ona heç nə deməmişdir. Şirkətə pakistanlı olan şəxslər gəlmişdir. Söhbətlərdən eşitdiyi qədər ilə Sevinc xanım həmin pakistanlılardan idman malları sifariş verməli idi. Pakistanlıların nə işlə məşğul olmasından xəbəri olmamışdır. Həmin pakistanlıların adını xatırlamır. Şəms və Lai Məhəmməd adlı şəxsləri tanımır. Ofisə yaponlar və pakistanlılar gəlmişdir. Sevinc xanım ilə sonradan verilən pulun miqdarı ilə bağlı danışmamışdır. O, işdən çıxan vaxt Sevinc xanım Namiqin onun pulunu alıb geri qaytarmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, cinayət işi ilə bağlı məlumatları tam xatırlamır. Yadında qalan odur ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs iş görmüşlər və Sevinc xanım bu işlə bağlı Namiqin ona pul borclu olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 isə Təqsirləndirilən şəxs hüquqlarını qoruyan hüquqşünas kimi tanımışdır. Şahid4 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun yapon dili müəllimi olmuşdur, onu aeroportda tanımışdır. Təqsirləndirilən şəxs ilə Azal şirkətində bir yerdə işləmişdir. Təqsirləndirilən şəxs ilə tanışlığı bir neçə il çəkmiş, onunla yaxşı münasibəti olmuşdur. Sevinc xanımı Təqsirləndirilən şəxs görə tanımışdır. Sevinc xanımın Təqsirləndirilən şəxs nə qədər pul verməsindən xəbəri yoxdur. Təqsirləndirilən şəxs əvvəllər borca pul vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni oxumadan imzalamışdır. Təqsirləndirilən şəxsla Səbail RPİyə pul vermək ilə bağlı getmişdir. Zərərçəkmiş şəxs1 ilə münasibətləri həmisə yaxşı olmuşdur. Sevinc xanımı Təqsirləndirilən şəxs görə tanımışdır. Təqsirləndirilən şəxs başqa şəxslərdən pul alması ilə bağlı heç kim ona heç nə deməmişdir. Belə hesab edir ki, Sevinc xanım Təqsirləndirilən şəxs dostu olduğundan Namiqin ona pul borclu olduğunu ona bildirmişdir. Sevinc xanımı birinci dəfə passaj bazarında Təqsirləndirilən şəxs yanında görmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəni qismən təsdiq edir, həmin ifadəni oxumadan imzalamışdır. Təqsirləndirilən şəxs Sevincin ona pul verməsi barədə ona heç nə deməmişdir. Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, hazırda Yapon Döyüş növləri və Mədəniyyəti Assosasiyasının prezidenti vəzifəsində çalışır. Əvvəllər uzun müddət daxili işlər orqanlarında müxtəlif qurumlarda xidmət etmişdir. O, Təqsirləndirilən şəxs ilə təxminən 1997-1998-ci illərdə tanış olmuşdur. Həmin dövrdə o, Heydər Əliyev adına Beynəlxalq Hava limanının ərazisində post-patrul xidmətinin polis nəfəri kimi xidmət etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs hava limanına hansısa yaponu xaricə yola salmaq üçün gətirmişdir. Onların bir-biri ilə yapon dilində danşdığını eşitmişdir. Qeyd etmişdir ki, o, özü yapon dilini öyrənməyə çalşmışdır. O, Namiqə yaxınlaşıb söhbət etmiş və sonradan aralarında yaxın dost münasibəti yaranmışdır. Təxminən 2015-2016-cı illərdə Namiq ondan xahiş etmişdir ki, “Bakı Karqo Terminalı”nda (hazırkı Bakı Loqistik Mərkəzi) işə düzəlməsinə köməklik etsin. O da Namiqin əvvəlcə həmin terminalda uçuşların planlaşdırılması şöbəsinə adi mütəxəssis kimi işə düzəlməsinə köməklik etmiş, sonralar isə şöbə rəisi vəzifəsinə qədər yüksəlməsinə dəstək olmuşdur. 2016-cı ildə o, Namiq və Zaur adlı iş yoldaşı terminalın inzibati binasında bir kabinetdə oturmalı olmuşlar və həmin vaxtdan o, Namiqdən yapon dilini öyrənmişdir. Bir müddət sonra 2016-ci ilin sonlarında Bakı şəhərindən Yaponiya şəhəri olan Komatsuya yük təyyarələri üçün reys açılmışdır. Namiqlə qərara gəlmişlər ki, yapon dilini bildikləri üçün bundan istifadə edib qazanc əldə etsinlər. Fikirləşmişlər ki, həmin reys vasitəsi ilə Yaponiyaya Azərbaycanın məhsullarını ixrac edərək orada satışını həyata keçirməklə gəlir əldə etsinlər. Bu işə başlamaq üçün isə öncə məhsul əldə edilməli, məhsulun standartlara cavab verməsini təsdiq etmək üçün müvafiq yoxlamalardan keçməli, sonra Yaponiyaya nümunələr getməli olmuşdur. Beləliklə, 2016-ci ilin oktyabr ayında Namiqlə o, nümunə kimi “AzGranata” şirkətindən narşərab, nar konsentrantı, nar şirələri və şərablar kimi məhsullar almışlar. Nümunələrin alınmasına ancaq o, özü pul xərcləmişdir. X3 yaşayan tanışlarının adına göndərmişlər. O, yapon dilini Namiq qədər bilmədiyinə görə yaponlarla danışığı Namiq şəxsən özü aparmışdır. Həmin ərəfədə Namiq ona demişdir ki, Azərbaycan Dünya Ticarət Palatasının üzvü olmadığından onların sertifikatları tanınmamışdır, buna görə də ticarət baş tutmamışdır. Lakin, onlar ümid etmişlər ki, məhsulları fiziki şəxsin adına göndərməklə ticarətə başlaya bilərlər. Yaponiyada onların göndərdikləri nümunələri Vatanabi adlı yapon qəbul etmişdir. Vatanabi ilə danışığa əsasən sonuncu nümunələrin satışından onlara 2870 ABŞ dolları məbləğində pul göndərməli idi. Onlar hələ hər hansı bir ticarətə başlamamışlar, sadəcə məhsulların nümunələrini göndərmişlər. Hər şey isə onun pulu ilə alınmışdır. Danışığa əsasən Vatanabinin göndərəcəyi pul da tam olaraq ona çatmalı idi. Lakin, bir müddət keçdikdən sonra Namiq ona demişdir ki, Vatanabi pulları köçürməmişdir. O, yaponları tanıyan bir şəxs kimi bildirmişdir ki, yaponlar heç bir vaxt heç kimin pulunu mənimsəmirlər. Namiq ona yalan danışmış, 2870 ABŞ dolları pulunu ələ keçirmişdir. Vatanabinin köçürəcəyi pul Namiqin hesabına oturmalı idi. O, həmin vaxt polisdə xidmət etdiyi üçün belə işlərə ehtiyyat etmişdir. Ona görə də öz adına bankda hesab açdırmamışdır. Vatanabidən başqa Riyoske Oqava adlı yapon vətəndaşı da 500 ABŞ dolları məbləğində pul köçürməli idi. Namiq demişdir ki, Riyoske də pulu köçürməmişdir. Namiq yalan danışmış, onun pulunu ələ keçirmişdir. 2017-ci ilin oktyabr ayında Bakı Bulvarı ərazisində yapon məshsullarının sərgisi keçirilmiş, o da yapon dili üzrə tərcüməçi qismində qeyri-rəsmi olaraq orada çıxış etmişdir. Həmin sərgidə Namiq də iştirak etmişdir. Sərgidə onlar yapon iş adamları ilə tanış olmuşlar. Sərgidən sonra yaponlar Azərbaycana investisiya yatırmaq qərarına gəlmişlər və "xxxx" MMC-ni yaratmışlar. Həmin şirkətin ofisi isə köhnə “Passaj” bazarında olmuşdur. Namiqlə sərgi, tərcümə və təşkilatçılıq kimi işlərə görə müəyyən məbləğdə pul qazanmalı idilər. Namiqin deməsinə görə onlara 4000 ABŞ dolları pul qalmışdır. Belə danışmışlar ki, 2000 ABŞ dolları ona veriləcək, 2000 ABŞ dolları isə Namiqdə qalacaqdır. Namiq demişdir ki, ona təcili pul lazımdır və 2000 ABŞ dolları pulu ondan borc kimi istəmiş, qısa müddətdə qaytaracağını bildirmişdir. Dostu olduğu üçün Namiqə razılıq vermişdir. Lakin, Namiq pulunu ona qaytarmamışdır. Bununla da onun pulunu ələ keçirmişdir. Sonralar ona məlum olmuşdur ki, Namiq onun adından yaponlardan pul alıb ələ keçirmişdir. Belə ki, 2022-ci ilin avqust ayında “X35” MMC-nin təsisçilərindən biri olan Tamara Yusifova ona zəng edib demişdir ki, “sənin adına qəzb var, hansı ki yaponlar maraqlanırlar, həmin pullar sənə çatıb ya yox”. Onu Sabunçu rayonu ərazisində yerləşən ofisinə dəvət etmişdir. X10 qəbz təqdim etmişdir. Qəbzə baxdıqda görmüşdür ki, guya "xxxx" MMC ona 2500 manat məbləğində pul ödəmişdir. Qəbzdə imza da var idi. Həmin qəbzi istintaqa təqdim etmişdir. Əlavə etmişdir ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs barəsində şikayət etdikdən sonra xatırlamadığı tarixdə Namiqlə birlikdə sonuncu ilə Sevinc arasında üzləşdirmə aparılması üçün Səbail Rayon Polis İdarəsinin inzibati binasına gəlmişlər. Namiqlə Sevinc və onların vəkilləri müstəntiqin otağına daxil olmuşlar, o isə dəhlizdə Namiqi gözləmişdir. Heç bir-iki dəqiqə keçməmişdir ki, Namiqin vəkili otağı tərk edib getmişdir, onun ardınca isə Namiq çıxmışdır. O, Namiqdən nə baş verməsi barədə soruşduqda sonuncu demişdir ki, müstəntiq Fərid bildirmişdir ki, onun bu işini Korrupsiyaya qarşı Mübarizə İdarəsində gedən işə birləşdirəcəklər. Buna görə də o, Sevincə dəymiş ziyanı ödəməlidir. Bir neçə gün sonra o, Namiqlə birlikdə Nərimanov rayonunda yerləşən TET İnternational MMC-nin ofisinə getmişlər. Namiq Tanioya demişdir ki, Zərərçəkmiş şəxs1 onun barəsində şikayət etmiş, sonuncuya zərəri ödəmək üçün ona pul lazımdır. Tanio pul verəcəyinə söz vermişdir. Sonra o, çıxıb getmiş və bir daha bu işə qarışmamışdır. Daha sonra eşitmişdir ki, Namiq Zərərçəkmiş şəxs1 dəymiş zərəri ödəmişdir. Bu barədə Namiqdən soruşduqda isə sonuncu demişdir ki, Tanio ilə birlikdə Səbail Rayon Polis İdarəsinə getmişlər, Tanio orada 100.000 ABŞ dolları pul ödəmişdir. Əslində həmin vaxt Namiq ona da təklif etmişdir ki, pul vermək üçün Səbail Rayon Polis İdarəsinə birlikdə getsinlər, o isə işi olduğundan getməmişdir (cild 6, iş vərəqi 154-158). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Giimat Musayevanın ifadəsindən görünür ki, universiteti bitirdikdən sonra ilk iş yeri kimi 2019-cu ildə "xxxx" MMC-də işə başlamışdır. Həmin vaxt oranın müdiri Təqsirləndirilən şəxs idi. Bir müddət sonra müdir Hotta Hisasi olmuşdur. İşlədiyi müddətdə Zərərçəkmiş şəxs1 da orada işləmişdir. Şifahi olaraq arada bir danışıq zamanı Zərərçəkmiş şəxs1 alış-veriş və pul ilə bağlı Təqsirləndirilən şəxs ilə problemlərinin olduğunu bildirmişdir. Şahid Giimat Musaeva məhkəmədə ona verilən sualları cavablandıraraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 şirkətə 2020-ci ildə gəlmişdir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında mübahisə yaşandığını görməmişdir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında alış-veriş və pul ilə bağlı sadəcə şifahi olaraq eşitmişdir. "xxxx" adlı şirkət eşitməmişdir. Mən Connect Azərbaycan” MMC-də 2 il 2 ay müddətə işləmişdir. Zərərçəkmiş şəxs1 ondan şirkətin sənədlərini istəyən zaman o, bununla bağlı şirkət müdiri Hotto Hisasi ilə əlaqə saxlamağını bildirmiş və sonuncu da şirkət müdirinə müraciət etmişdir. Təqsirləndirilən şəxs o, işə girəndən 3 ay sonra müdirlikdən getmişdir. Həmin şirkətdə direktor müavini olaraq o, əsasən tərcümə işi ilə məşğul olmuşdur. Həmin işə girməyində Tamara Yusifova adlı qohumu köməklik etmişdir, o, Təqsirləndirilən şəxs tanımışdır. Tamara Yusifova onun nənəsinin bacısıdır. İfadəsində bildirdiyi müqavilələr alqı-satqı müqavilələri olmuşdur. Cinayət işi ilə bağlı ifadə verməyi üçün ona Zərərçəkmiş şəxs1 zəng etmişdir. Ona ifadə verməyi ilə bağlı olaraq müstəntiqdən rəsmi çağırış gəlməmişdir. Zərərçəkmiş şəxs1 özü direktorun icazəsi ilə həmin alqı-satqı müqavilələrini götürmüşdür. Zərərçəkmiş şəxs1 həmin müqavilələri o, verməmişdir. Zərərçəkmiş şəxs1 direktor ilə görüşən zaman ödənilməmiş maaşının və müqavilələrinin olduğunu bildirmişdir. Hotto Hisasi ilə ingilis dilində əlaqə saxlamışlar. Cinayət işinin materiallarında olan elektron məktublar Zərərçəkmiş şəxs1 tərəfindən Hotto Hisasiyə göndərilmişdir. "xxxx" şirkətində korporativ mail yox idi, hər kəs öz adına olan maildən istifadə etmişdir. "xxxx" şirkətinin adına göndərilən maillər Sevinc xanımın mailinə gəlmişdir. Hotto Hisasi ilə Sevinc xanım arasında mesajlar və göndərilən sənədlər Sevinc xanımın şəxsi maili vasitəsilə olmuşdur. Hotto Hisasi direktor olan zaman möhür ofisdə olmuşdur. Həmin sənədlərə Hotto Hisasinin adında kimin imza etdiyini bilmir. Hotto Hisasi ilə Sevinc xanım arasında yazışmaların olmasını Sevinc xanımın mail adresində görmüşdür. İfadə verməyə onu Sevinc xanım aparmışdır. Onlar birbaşa müstəntiqin yanına getmişlər. Sevinc xanım ondan başqa heç kəsi ifadə verməyə aparmamışdır. Dindirmə zamanı Sevinc xanım axıra qədər onun yanında olmuşdur. Müstəntiq sualları verən zaman o, bilmədikdə Sevinc xanım cavab vermişdir. İfadə verən zaman kimin kimə nə qədər borcu olması ilə bağlı o, heç nə deməmişdir. Sonda müstəntiq ifadəni ona oxumuşdur. İfadəsinin məzmunu xatırlamır. Zərərçəkmiş şəxs1 ondan müqavilələri istəyənə qədər baş verənlərlə bağlı məlumatı olmamışdır. İfadəsində göstərdiyi həmin müqavilələrin tarixini, məbləği və nömrəsini Sevinc xanım bildirmişdir. Həmin müqavilələri Zərərçəkmiş şəxs1 özü fayldan götürmüşdür. Sevinc xanım həmin müqavilələri Hotto Hisasinin icazəsi ilə götürmüşdür. Zərərçəkmiş şəxs1 hansı sənədləri götürdüyünü bilmir. Sevinc xanım həmin sənədləri onun icazəsi olmadan götürə bilməzdi. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahid Giimat Musaevanın ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2019-cu ilin iyul ayından hazırkı dövrə qədər "xxxx" MMC-də direktor müavini işləyir. Təqsirləndirilən şəxs 2019-cu ilin iyun ayıdan Zərərçəkmiş şəxs1 isə həmin ilin dekabr ayından tanımışdır. Onların hər biri ilə münasibəti normal olmuşdur, heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Səhv etmirsə Təqsirləndirilən şəxs 2019-cu ilin oktyabr ayına qədər "xxxx" MMC-nin direktoru işləmişdir. 2021-ci ilin fevral ayında Zərərçəkmiş şəxs1 "xxxx" MMCnin “Passage” restoranında olan ofisində ona bildirmişdir ki, sonuncu "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edildikdən sonra Təqsirləndirilən şəxs ona 1 noyabr 2018 və 6 noyabr 2018-ci il tarixli müqavilələrə imza etdirib möhür vurdurmaqla həmin müqavilələr əsasında guya Yaponiyadan şərab və qida məhsullarını gətirib sataraq qazanc əldə etməklə pul qazanacaqları ilə bağlı aldadıb külli miqdarda pul alaraq ələ keçirmişdir. Sevinc bildirmişdir ki, digər müqavilələr də olmuşdur, həmin müqavilələri əldə etdiyi üçün polisə təqdim etmişdir, lakin qeyd etdiyi iki müqaviləni əldə edə bilmədiyi üçün polisə təqdim edə bilməmişdir. Namiq Sevincə həmin müqavilələr üzrə aldığı pulları qaytaracağına söz versə də qaytarmamışdır. Zərərçəkmiş şəxs1 ondan xahiş etmişdir ki, "xxxx" MMC-nin direktoru Hotta Hisasidən həmin müqavilələrin və “Connect Coorporation” LLC-nin original möhürü olan hər hansı bir sənədin ona verilməsini xahiş etsin. Sevinc bildirmişdir ki, original möhür olan sənədlə Namiqin ona təqdim etdiyi müqavilələrdə olan möhürü eyniləşdirmək istəyir. Sevincin qeyd etdiyi müqavilələri axtarmış və ofisdə olduğunu görmüşdür. X23 icazə almamış müqavilələri Sevincə verə bilməzdi. X14 yaşayır. Onunla əlaqə saxlamış və Hotta Hisasi məsləhətləşərək bir qərar verəcəyini bildirmişdir. Təxminən üç ay sonra yəni 2021-ci ilin aprel ayında Hotta Hisasi bildirmişdir ki, həmin müqavilələri ofisdən götürərək Sevincə versin. O da 1 noyabr 2018ci il tarixli CNA0010 nömrəli və 6 noyabr 2018-ci il tarixli CNA0011 nömrəli şərab və qida üçün altı-satqı müqavilələrini və “Connect Coorporation” LLC-nin original möhürü olan sənədi Sevincə vermişdir. Sevinc həmin müqavilələri hüquq mühafizə orqanlarına təqdim edib Namiqin qeyd olunan müqavilələri bəhanə edərək ondan aldığı pulları tələb edəcəyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin müqavilələr üzrə Sevincdən külli miqdarda pullar almasını Sevinc müqavilələri ondan istəyəndə bildirmişdir (cild 2, iş vərəqi 128-131). Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs2 onun atasıdır. O, Ukrayna Respublikasının Kiyev şəhərində yerləşən “Taraz Şevçenko” adına Universitetin Benəlxalq hüquq fakültəsinin 4-cü kurs tələbəsidir. Pandemiya ilə əlaqədar olaraq 2020-ci ildən Azərbaycana qayıtmışdır və hazırda onlayn qaydada təhsilini davam etdirir. Atası Zərərçəkmiş şəxs2 2022-ci ilin yanvar ayından həmin ilin sentyabr ayınadək tütünçülük sahəsində fəaliyyət göstərən yapon şirkətində əvvəlcə hüquqşünas, sonradan isə 4 zavodun direktoru vəzifələrində çalışmışdır. O, özü də 2022-ci ilin iyun-iyul aylarından həmin ilin avqust ayınadək yapon şirkəti “X18” Məhdud Məsuliyyətli Cəmiyyətində menecer vəzifəsində çalışmışdır. “X18” Məhdud Məsuliyyətli Cəmiyyəti “X4” 35 Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində fəaliyyət göstərir. “X18” MMC 2022-ci ilin əvvəllərində yapon təsisçilər tərəfindən yaradılmışdır. Həmin MMC yaradılan vaxt atası Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən şirkətin direktoru vəzifəsinə təyin edilmişdir. Şirkətin fəaliyyəti tütünçülüklə bağlı olsa da, yeni yarandığı zaman yalnız logistika işlərini həyata keçirmişdir. Belə ki, şirkət kənd təsərrüfatı məhsullarının Azərbaycandan Yaponiyaya ixrac edilməsini, eyni zamanda sabun, krem, vitamin və digər məhsulların Yaponiyadan Azərbaycana idxal edilməsini təşkil etmişdir. Onu “X18” Məhdud Məsuliyyətli Cəmiyyətində menecer vəzifəsinə atası ilə dost olan Təqsirləndirilən şəxs təyin etmişdir. Zərərçəkmiş şəxs2la Təqsirləndirilən şəxs dost olmaqla yapon şirkətlərində müvafiq vəzifələr tutmuşlar. Atası Zərərçəkmiş şəxs2 ona dediyinə görə sonuncu 2022-ci ildə yapoların Azərbaycanın rayonlarında tütünçülük sahəsinə yatırdıqları 3-4 milyon böyük məbləğli investisiyaya Təqsirləndirilən şəxs vasitəçiliyi ilə 85000 ABŞ dolları pul qoymuş və Namiqin sayəsində həmin ilin sonunda tütün satışa çıxarılan kimi külli miqdarda qazanc əldə edəcəkdir. Hətta, Namiq atası Zərərçəkmiş şəxs2 söz vermişdir ki, sonuncunu yapon şirkətində direktor vəzifəsinə təyin edəcəkdir, ona da iş verəcəkdir. Həmçinin, Namiq onun Yaponiyaya getməsini təşkil edəcəyi barədə atası Zərərçəkmiş şəxs2 vəd vermişdir. Atası Zərərçəkmiş şəxs2 Namiqə pul verdikdən sonra sonuncu verdiyi sözə əməl edərək atasını “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “X19”, "xxxx", “X24” və “X32” Məhdud Məsuliyyətli Cəmiyyətlərinə direktor vəzifələrinə təyin etmişdir. Həmçinin, onu “X24” MMC-yə menecer vəzifəsinə işə götürmüşdür. O, həmin MMC-də cəmi 2-3 ay işləmişdir. Orada işlədiyi dövrdə o, aylıq 700 manat maaş almışdır. Maaşını o, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bank kartı vasitəsi ilə almışdır. 2022-ci ilin sentyabr ayında o və atası Zərərçəkmiş şəxs2 maaş almamışlar. Bununla bağlı Təqsirləndirilən şəxs atasına demişdir ki, yaponlar şirkətin adını dəyişmək istədiklərinə görə maaş sonra veriləcəkdir və söz vermişdir ki, problem tezliklə aradan qalxacaqdır. Lakin onlar 2022-ci ilin oktaybr ayının maaşını da almamışlar. 2022-ci ilin noyabr ayının əvvəllərində isə yaşadığı ünvan 7 ünvanına poçt vasitəsi ilə onun və atası Zərərçəkmiş şəxs2 “X25” Məhdud Məsuliyyətli Cəmiyyətindən işdən çıxarılmaları barədə bildirişlər daxil olmuşdur. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs xəbər vermədən onu və atasını işdən çıxarmışdır. Göndərilmiş bildirişlərdə saxtakarlıq əlamətləri olmuşdur. Belə ki, 2 noyabr 2022-ci il tarixli şəxsən atasına ünvanlanmış bildiriş təsisçi kimi Tanio Munechikanın adından imza edilsə də, atası araşdırıb müəyyən etmişdir ki, bildirişin imzalandığı tarixdə Tanio Munechika Azərbaycanda olmamışdır. İmza printer vasitəsi ilə köçürülmüş imzaya çox bənzəmişdir. 3 noyabr 2022-ci il tarixli şəxsən ona ünvanlanmış bildirişdə isə “X25” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru kimi Seymur Hacızadə göstərilsə də, həqiqətdə bu şəxsin direktor olması barədə təsisçilərin qərarı olmamışdır. Yəni, bildiriş səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Atası başa düşmüşdür ki, Təqsirləndirilən şəxs ona yaponların tütünçülük biznesinə pul yatırmaqla gələcəkdə külli miqdarda qazanc əldə edəcəyi barədə yalan vədlər verib aldadaraq pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs atasını inandırmaq üçün onları müxtəlif vəzifələrə təyin etmişdir. Namiqin əsas məqsədi atasının pulunu ələ keçirmək olmuşdur. Atası Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxsla əlaqə saxlayıb ondan verdiyi pulun aqibəti ilə bağlı soruşanda Namiq əvvəlcə səbrli olmasını, tütün satışa çıxarılan kimi pulunu qazancla birgə verəcəyini bildirsə də, sonralar zənglərə cavab verməmişdir. Sonuncu dəfə Təqsirləndirilən şəxs atasını hədələyib pul aldığını danmışdır. Başa düşmüşlər ki, Təqsirləndirilən şəxs məqsədli və planlı şəkildə atasını aldadıb külli miqdarda pulunu ələ keçirmişdir. Namiq atasını inandırmaq üçün onları işlə təmin etmiş, bir müddət vəzifədə saxlamış, sonra isə xəbərsiz birdəfəlik işdən çıxarmışdır. Hətta Namiq şirkətin yeni ünvanını heç kimə deməmişdir. Belə olan halda atası Təqsirləndirilən şəxs tərəfindən külli miqdarda pulunun ələ keçirməsi barədə şikayət etmişdir (cild 1, iş vərəqi 135-138). Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid9 Ağasəlim oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 1990-cı ildən hazırkı vaxtadək Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən “Dostluq” restoranını işlədir. Onun Təqsirləndirilən şəxs ilə tanışlığı 2022-ci ilin mart ayına təsadüf edir. Belə ki, yaxın dostu Zərərçəkmiş şəxs2 işgüzar münasibətdə olduğu Təqsirləndirilən şəxs işlətdiyi restorana gətirmişdir. Zərərçəkmiş şəxs2 onu Təqsirləndirilən şəxsla tanış etmişdir. Təqsirləndirilən şəxs özünü ona yapon iş adamlarının Azərbaycanda təsis etdikləri tütünçülük sahəsində fəaliyyət göstərən şirkətin direktoru kimi təqdim etmişdir. Təxminən 2022-ci ilin may-iyun aylarında Zərərçəkmiş şəxs2 işlətdiyi restoranda ondan borca 65000 ABŞ dolları məblğində pul istəmişdir. Dediyinə görə pulu Azərbaycanda tütünçülük sahəsində fəaliyyət göstərən yapon iş adamlarının şirkətinin layihəsinə yatıracaqdır və bunun müqabilində qazanc əldə edəcəkdir. Zərərçəkmiş şəxs2 ona söz vermişdir ki, tütün məhsulları satıldıqdan sonra qazancından 65000 ABŞ dolları borcunu qaytaracaqdır. O, razı olmuşdur və 2022-ci ilin may-iyun aylarında restoranda Zərərçəkmiş şəxs2 65000 ABŞ dolları pul vermişdir. Təxminən 1 həftə sonra Zərərçəkmiş şəxs2 restorana gəlib ondan əlavə 20000 ABŞ dolları borca pul istəmişdir. Dediyinə görə pul kifayət etmir, əlavə 20.000 ABŞ dolları lazımdır. Ondan həmin məbləğdə pul verməsini xahiş edib, söz vermişdir ki, satışdan sonra borcunu ümumi qaytaracaqdır. O da razılıq vermişdir. 2022-ci ilin may-iyun aylarında restoranda Zərərçəkmiş şəxs2 əlavə 20000 ABŞ dolları pul vermişdir. Onun Zərərçəkmiş şəxs2 borc verdiyi pulun ümumi məbləği 85000 ABŞ dolları olmuşdur. 2022ci ilin sonlarında Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Təqsirləndirilən şəxs onu və övladı Şahid8 yapon iş adamları tərəfindən təsis edilmiş direktoru olduğu şirkətdən işdən azad etmişdir. Həmçinin, demişdir ki, Təqsirləndirilən şəxs övladı Şahid8 əmək haqqını da verməmişdir. Bununla yanaşı Zərərçəkmiş şəxs2 ona bildirmişdir ki, ondan borc aldığı ümumilikdə 85000 ABŞ dolları pulun hamısını Təqsirləndirilən şəxs vermişdir. Namiq ona söz vermişdir ki, 2022-ci ilin sonu 2023-cü ilin əvvəllərində tütün satıldıqdan sonra qazancını verəcəkdir. Həmçinin, Zərərçəkmiş şəxs2 demişdir ki, Təqsirləndirilən şəxs onun qazancını verdikdən sonra 85000 ABŞ dolları borcunu qayataracaqdır. Buna baxmayaraq Zərərçəkmiş şəxs2 pulunu hazırkı vaxtadək qaytarmamışdır, səbəbləri barədə soruşanda sonuncu demişdir ki, Təqsirləndirilən şəxs 85000 ABŞ dolları pulu ələ keçirmişdir. O, 85000 ABŞ dolları pulu yaxın dostu Zərərçəkmiş şəxs2 borca vermişdir. Ondan şikayəti və tələbi yoxdur. O, Təqsirləndirilən şəxs şəxsən pul verməmişdir, həmçinin sonuncu tərəfindən ona vəd verilməmişdir. O, 85000 ABŞ dolları pulu yaxın dostu Zərərçəkmiş şəxs2 borc olaraq vermişdir (cild 8, iş vərəqi 235-238). Cinayət işinin materiallarında olan protokoldan görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə ifadəsi yerində yoxlanılarkən o, “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin əvvəllər fəaliyyət göstərdiyi ünvan 5 ünvanında yerləşən “X34” Mərkəzinin yanına gələrək haqqında ifadə verdiyi şəraiti, hadisə yerində əyani şəkildə göstərib təsvir etməklə bir daha təsdiq etmiş və ifadənin yerində yoxlanılması zamanı foto çəkilişdən istifadə edilməklə tərtib olunmuş foto cədvəllər cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 82-88). Cinayət işinin materiallarında olan protokoldan görünür ki, ibtidai istintaq zamanı Şahid6 ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə ifadəsi yerində yoxlanılarkən o, “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin əvvəllər fəaliyyət göstərdiyi ünvan 5 ünvanında yerləşən “X34” Mərkəzinin yanına gələrək haqqında ifadə verdiyi şəraiti, hadisə yerində əyani şəkildə göstərib təsvir etməklə bir daha təsdiq etmiş və ifadənin yerində yoxlanılması zamanı foto çəkilişdən istifadə edilməklə tərtib olunmuş foto cədvəllər cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 103-108). Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, ibtidai istintaq zamanı 12 noyabr 2020-ci il tarixdə barəsində cinayət təqibi həyata keçirilən Təqsirləndirilən şəxs qanuni mənafeyini təmsil edən nümayəndəsi Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili X1 iştirakı ilə istintaq orqanına ərizə təqdim edərək cinayət işi üzrə Zərərçəkmiş şəxs1 vurulmuş 154600 manat məbləğində ziyanın 30000 manat hissəsini hazırda ödəmək istədiyini, ziyanın qalan 124600 manat hissəsini isə 25 noyabr 2020-ci il tarixdə ödəyəcəyini bildirməklə təqdim etdiyi 30000 (otuz min) manat pulun Zərərçəkmiş şəxs1 verilməsini istintaqdan xahiş etmişdir. Buna müvafiq olaraq, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinin sabiq müstəntiqi, polis mayoru Fərid Soltanlı tərəfindən tərtib edilmiş “Baxış keçirmə və götürmə haqqında” 12 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, barəsində cinayət təqibi həyata keçirilən Təqsirləndirilən şəxs qanuni mənafeyini təmsil edən nümayəndəsi Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili X1 iştirakı ilə Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın ödənilməsi üçün 12 noyabr 2020-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində təqdim etdiyi 300 ədəd 100 manatlıq əskinaslardan ibarət 30000 (otuz min) manat məbləğində pul vəsaiti müvafiq qaydada ondan götürülmüşdür. Eləcə də, Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinin sabiq müstəntiqi, polis mayoru Fərid Soltanlı tərəfindən tərtib edilmiş 12 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, barəsində cinayət təqibi həyata keçirilən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ödənilməsi üçün istintaq orqanına təqdim etdiyi 300 ədəd 100 manatlıq əskinaslardan ibarət 30000 (otuz min) manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs1 qanuni mənafeyini təmsil edən nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil X11 iştirakı ilə təhvil verilmişdir. Bundan başqa, ibtidai istintaq zamanı 26 noyabr 2020-ci il tarixdə barəsində cinayət təqibi həyata keçirilən Təqsirləndirilən şəxs qanuni mənafeyini təmsil edən nümayəndəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə istintaq orqanına ərizə təqdim edərək Zərərçəkmiş şəxs1 ödənilməsi üçün verdiyi 124600 (bir yüz iyirmi dörd min altı yüz) manat məbləğində pul vəsaitinin aidiyyəti üzrə təhvil verilməsi üçün qəbul edilməsini istintaqdan xahiş etmişdir. Buna müvafiq olaraq, Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsinin sabiq müstəntiqi, polis mayoru Fərid Soltanlı tərəfindən tərtib edilmiş “Baxış keçirmə və götürmə haqqında” 26 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, barəsində cinayət təqibi həyata keçirilən Təqsirləndirilən şəxs qanuni mənafeyini təmsil edən nümayəndəsi Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili X1 iştirakı ilə Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın ödənilməsi üçün 26 noyabr 2020-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində təqdim etdiyi 1246 ədəd 100 manatlıq əskinaslardan ibarət 124600 (bir yüz iyirmi dörd min altı yüz) manat məbləğində pul vəsaiti müvafiq qaydada ondan götürülmüşdür. Eləcə də, Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinin sabiq müstəntiqi, polis mayoru Fərid Soltanlı tərəfindən tərtib edilmiş 26 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, barəsində cinayət təqibi həyata keçirilən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ödənilməsi üçün istintaq orqanına təqdim etdiyi 1246 ədəd 100 manatlıq əskinaslardan ibarət 124600 (bir yüz iyirmi dörd min altı yüz) manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs1 qanuni mənafeyini təmsil edən nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil X11 iştirakı ilə təhvil verilmişdir. O cümlədən, ibtidai istintaq zamanı 12 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimata Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılarkən müdafiəçiləri “PRO BONO” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 25 saylı Vəkil bürosunun vəkili X8 iştirakları ilə istintaq orqanına ərizə təqdim edərək Zərərçəkmiş şəxs1 vurduğu 56790 ABŞ dolları məbləğində ziyanın 30000 ABŞ dolları hissəsini hazırda Xətai Rayon Məhkəməsinin inzibati binasında müdafiəçilərinin iştirakı ilə ödədiyini, ziyanın qalan 26790 ABŞ dollarını isə 6 ay müddətinə, 12 noyabr 2023-cü il tarixədək ödəyəcəyinə dair söz verdiyini bildirmişdir. Həmçinin, ibtidai istintaq zamanı 12 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 istintaq orqanına ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona vurduğu 56790 ABŞ dolları məbləğində ziyanın 30000 ABŞ dolları hissəsini 12 may 2023-cü il tarixdə ödədiyini, ziyanın qalan 26790 ABŞ dolları hissəsini isə 6 ay müddətinə ödəməyi öhdəsinə götürdüyünü bildirmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 25 iyun 2023-cü il tarixdə istintaq orqanına ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən 24 iyun 2023-cü il tarixdə ziyanın 1550 manat hissəsinin ona məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartına köçürüldüyünü bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “Pul vəsaitinin təhvil alınması barədə” 4 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 12:20-də Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Təqsirləndirilən şəxs müdafiəçisi “PRO BONO” Vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən müdafiə etdiyi təqsirləndirilən şəxsin adından Zərərçəkmiş şəxs1 vurulmuş ziyandan 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti ödənilmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 06 fevral 2024-cü il tarixdə istintaq orqanına ərizə təqdim edərək Təqsirləndirilən şəxs ziyanın 20 dekabr 2023-cü il tarixdə 5000 manat, 16 yanvar 2024-cü il tarixdə 6000 manat və 29 yanvar 2024-cü il tarixdə 4000 manat olmaqla ümumilikdə 15000 manat hissəsini ona məxsus “leobank” bank kartına köçürdüyünü və ziyanın qalan 9000 manat hissəsini qısa müddətdə ödəyəcəyinə dair üzərinə öhdəlik götürdüyünü bildirmişdir (cild 4, iş vərəqi 112-114, 119-121; cild 7, iş vərəqi 208, 211; cild 8, iş vərəqi 196, 211; cild 9, iş vərəqi 41). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş sənədlərin texniki ekspertizasının 3 sentyabr 2020-ci il tarixli, 5/477 nömrəli rəyindən görünür ki, 1) Tədqiqata təqdim edilmiş Connect Corporation LTD-nin xx.xx.2018-ci il tarixli “Helath Certificate” (sağlamlıq sertifikatı), xx.xx.2018-ci il tarixli “İnvoice & Packing list” (faktura və qablaşdırma siyahısı) aşağı sağ və sol hissəsində olan möhür əksləri, "xxxx" ASC vasitəsilə ödənilmiş xx.xx.2017-ci il tarixli ********* nömrəli və poçt vasitəsilə ödənilmiş xx.xx.2019-cu il tarixli ********* nömrəli mədaxil qəbzlərin üzərlərində olan ştamp əksi relyef klişedən sənədlərin üzərlərinə bir başa vurulmuşdurlar. 2) Tədqiqata təqdim edilmiş 1 oktyabr 2018-ci il tarixli AZE-EİGYOU-JOUON-09 nömrəli çərəz məhsulları üçün alqı-satqısı ilə əlaqədar 5710.18 ABŞ dolların ödənilməli olduğu müqavilənin (ekspert tərəfindən şərti olaraq 1 rəqəmi ilə nişanlanmış) aşağı hissəsində olan imzaların və möhür əkslərinin təsvirləri elektrofotoqrafik çap üsulu ilə çap qurğusunda (printer, surətçıxaran və s.) icra edilmişdirlər. 3) Tədqiqata təqdim edilmiş 1 oktyabr 2018-ci il tarixli AZE-EİGYOU- JOUON-09 nömrəli çərəz məhsulları üçün alqı-satqısı ilə əlaqədar 5710.18 ABŞ dolların ödənilməli olduğu göstərilmiş (ekspert tərəfindən 2 rəqəmi ilə şərti olaraq nişanlanmış); 5 oktyabr 2018-ci il tarixli AZE-EİGYOU-JOUON-10 nömrəli ədviyyat məhsulları üçün alqısatqısı ilə əlaqədar 19498.07 ABŞ dolların ödənilməli olduğu göstərilmiş; 5 oktyabr 2018ci il tarixli AZE-EİGYOU-JOUON-10 nömrəli ədviyyat məhsulları üçün malların alqı-satqısı ilə əlaqədar 821.78 ABŞ dolların ödənilməli olduğu göstərilmiş (ekspert tərəfindən şərti olaraq 3 rəqəmi ilə nişanlanmış); 1 oktyabr 2018-ci il tarixli AZE-EİGYOU-JOUON-09 nömrəli çərəz məhsulları üçün malların alqı-satqısı ilə əlaqədar 11969.42 ABŞ dolların ödənilməli olduğu göstərilmiş; tarix və nömrəsi qeyd edilməmiş tütün məhsulları üçün alqısatqısı ilə əlaqədar 25294.12 ABŞ dolların ödənilməli olduğu göstərilmiş; 5 oktyabr 2018ci il tarixli AZE-EİGYOU-JOUON-10 nömrəli ədviyyat məhsulları üçün malların alqı-satqısı ilə əlaqədar 821.78 ABŞ dolların ödənilməli olduğu göstərilmiş (ekspert tərəfindən şərti olaraq 4 rəqəmi ilə nişanlanmış) müqavilələrin üzərlərindəki möhür əkslərin təsvirləri, “k. yatani” imzaları və "xxxx" ASC vasitəsilə ödənilmiş xx.xx.2018-ci il tarixli ********* nömrəli, xx.xx.2019-cu il tarixli ********* nömrəli, xx.xx.2019-cu il tarixli ********* nömrəli qəbzlərinin üzərlərində olan ştamp əkslərinin təsvirləri, imzalar və poçt vasitəsilə ödənilmiş xx.xx.2019-cu il tarixli ********* nömrəli, xx.xx.2019-cu il tarixli ********* nömrəli, xx.xx.2018-ci il tarixli ********* nömrəli, xx.xx.2018-ci il tarixli ********* nömrəli mədaxil qəbzlərinin üzərlərində olan ştamp əkslərinin təsvirləri axınlı çap üsulu ilə çap qurğusunda (printer, surətçıxaran qurğu) icra edilmişdirlər. 4) Tədqiqata təqdim edilmiş 1 oktyabr 2018-ci il tarixli AZE-EİGYOU-JOUON-09 nömrəli çərəz məhsulları üçün alqı-satqısı ilə əlaqədar 5710.18 ABŞ dolların ödənilməli olduğu (ekspert tərəfindən şərti olaraq 1 rəqəmi ilə nişanlanmış); 1 oktyabr 2018-ci il tarixli AZE-EİGYOU-JOUON-09 nömrəli çərəz məhsulları üçün alqı-satqısı ilə əlaqədar 5710.18 ABŞ dolların ödənilməli olduğu göstərilmiş (ekspert tərəfindən şərti olaraq 2 rəqəmi ilə nişanlanmış); 5 oktyabr 2018-ci il tarixli AZE-EİGYOU-JOUON-10 nömrəli ədviyyat məhsulları üçün alqı-satqısı ilə əlaqədar 19498.07 ABŞ dolların ödənilməli olduğu göstərilmiş; 5 oktyabr 2018-ci il tarixli AZE- EİGYOU-JOUON-10 nömrəli ədviyyat məhsulları üçün malların alqı-satqısı ilə əlaqədar 821.78 ABŞ dolların ödənilməli olduğu göstərilmiş (ekspert tərəfindən şərti olaraq 3 rəqəmi ilə nişanlanmış); 1 oktyabr 2018-ci il tarixli AZE-EİGYOU-JOUON-09 nömrəli çərəz məhsulları üçün malların alqı-satqısı ilə əlaqədar 11969.42 ABŞ dolların ödənilməli olduğu göstərilmiş; tarix və nömrəsi qeyd edilməmiş tütün məhsulları üçün alqı-satqısı ilə əlaqədar 25294.12 ABŞ dolların ödənilməli olduğu göstərilmiş; 5 oktyabr 2018-ci il tarixli AZE-ElGYOU-JOUON-10 nömrəli ədviyyat məhsulları üçün malların alqı-satqısı ilə əlaqədar 821.78 ABŞ dolların ödənilməli olduğu göstərilmiş (ekspert tərefindən şərti olaraq 4 rəqəmi ilə nişanlanmış) müqavilələrin üzərlərindəki möhür əkslərinin təsvirləri və Connect Corporation LTD-nin 24 avqust 2018-ci il tarixli “Helath Certificate” (sağlamlıq sertifikatı); xx.xx.2018-ci il tarixli “İnvoice & Packing list (faktura və qablaşdırma siyahısı) üzərlərində olan möhür əksləri öz aralarında eynilik təşkil edirlər. 5) Tədqiqata təqdim edilmiş 1 oktyabr 2018-ci il tarixli AZE-EİGYOU-JOUON-09 nömrəli çərəz məhsulları üçün alqı-satqısı ilə əlaqədar 5710.18 ABŞ dolların ödənilməli olduğu (ekspert tərəfindən şərti olaraq 1 rəqəmi ilə nişanlanmış); 1 oktyabr 2018-ci il tarixli AZE-EİGYOU-JOUON-09 nömrəli çərəz məhsulları üçün alqı-satqısı ilə əlaqədar 5710.18 ABŞ dolların ödənilməli olduğu göstərilmiş (ekspert tərəfindən şərti olaraq 2 rəqəmi ilə nişanlanmış); 5 oktyabr 2018-ci il tarixli AZE-EİGYOU-JOUON-10 nömrəli ədviyyat məhsulları üçün alqı-satqısı ilə əlaqədar 19498.07 ABŞ dolların ödənilməli olduğu göstərilmiş; 5 oktyabr 2018-ci il tarixli AZE-EİGYOU-JOUON-10 nömrəli ədviyyat məhsulları üçün malların alqı-satqısı ilə əlaqədar 821.78 ABŞ dolların ödənilməli olduğu göstərilmiş (ekspert tərəfindən şərti olaraq 3 rəqəmi ilə nişanlanmış); 1 oktyabr 2018-ci il tarixli AZE-EİGYOU-JOUON-09 nömrəli çərəz məhsulları üçün malların alqı-satqısı ilə əlaqədar 11969.42 ABŞ dolların ödənilməli olduğu göstərilmiş; tarix və nömrəsi qeyd edilməmiş tütün məhsulları üçün alqısatqısı ilə əlaqədar 25294.12 ABŞ dolların ödənilməli olduğu göstərilmiş; 5 oktyabr 2018ci il tarixli AZE-EİGYOU-JOUON-10 nömrəli ədviyyat məhsulları üçün malların alqı-satqısı ilə əlaqədar 821.78 ABŞ dolların ödənilməli olduğu göstərilmiş (ekspert tərəfindən şərti olaraq 4 rəqəmi ilə nişanlanmış) müqavilələrin üzərlərindəki “AZƏRBAYCAN RESPUBLİKASİ Zərərçəkmiş şəxs1 VÖEN **********” məzmunlu möhür əkslərinin təsvirləri ekspert tərəfindən çıxarılmış eksperimental əks nümunələrilə eynilik təşkil edirlər. 6) Tədqiqata təqdim edilmiş "xxxx" ASC vasitəsilə ödənilmiş xx.xx.2017-ci il tarixli ********* nömrəli mədaxil qəbzində olan imzalar hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsilə icra edilmişdirlər. 7) Tədqiqata təqdim edilmiş poçt vasitəsilə ödənilmiş xx.xx.2019-cu il tariixli ********* nömrəli mədaxil qəbzin üzərində olan ştamp əksində hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə) müəyyən edilməmişdir (cild 4, iş vərəqi 51-55). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 9 sentyabr 2020-ci il tarixli, 4/527 nömrəli rəyindən görünür ki, 1) Ekspertizaya təqdim olunmuş, 1 oktyabr 2018-ci il tarixli AZE-EİGYOU-JOUON-09 nömrəli çərəz və digər malların alqı-satqısı müqaviləsinin kserosurətində 5710.18 ABŞ dollara dair “Connect Corporation LTD” “ALİCİ: Zərərçəkmiş şəxs1 qrafasında əks olunmuş imza, 1 oktyabr 2018-ci il tarixli AZE-EİGYOU-JOUON-09 nömrəli çərəz və digər malların alqı-satqısı müqaviləsinin kserosurətində 5710.18 ABŞ dollara dair “Connect Corporation LTD” “ALİCİ: Zərərçəkmiş şəxs1” qrafasında əks olunmuş imza, 5 oktyabr 2018-ci il tarixli AZE-EİGYOU-JOUON-10 nömrəli ədviyyat məhsulları alqı-satqısı müqaviləsinin kserosurətində 19498.07 ABŞ dollara dair “Connect Corporation LTD” “ALİCİ: Zərərçəkmiş şəxs1” qrafasında əks olunmuş imza, 5 oktyabr 2018-ci il tarixli AZE- EİGYOU-JOUON-10 nömrəli ədviyyat məhsulları alqı-satqısı müqaviləsinin kserosurətində 821.78 ABŞ dollara dair “Connect Corporation LTD” “ALİCİ: Zərərçəkmiş şəxs1” qrafasında əks olunmuş imza, 1 oktyabr 2018-ci il tarixli AZE-EİGYOU-JOUON-09 nömrəli çərəz və digər malların alqı-satqısı müqaviləsinin kserosurətində 11969.42 ABŞ dollara dair “Connect Corporation LTD” “ALİCİ: Zərərçəkmiş şəxs1 qrafasında əks olunmuş imza, tütün məhsulların alqı-satqısı müqaviləsinin kserosurətində 25294.12 ABŞ dollara dair “Connect Corporation LTD” “ALİCİ: Zərərçəkmiş şəxs1” qrafasında əks olunmuş imza, 5 oktyabr 2018-ci il tarixli AZE-EİGYOU-JOUON-10 nömrəli ədviyyat məhsulları alqı-satqısı müqaviləsinin kserosurətində 821.78 ABŞ dollara dair “Connect Corporation LTD” “ALİCİ: Zərərçəkmiş şəxs1” qrafasında əks olunmuş imza, xx.xx.2019cu il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli mədaxil qəbzlərinin kserosurətində əks olunmuş imzaların və xx.xx.2017-ci il tarixli mədaxil qəbzindəki imza - Zərərçəkmiş şəxs1 tərəfindən icra olunmuşdur. 2) Azərbaycan Respublikası CPM-nin 97.4.2-ci və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 12-ci maddələrinə əsasən bildiririk ki, ekspertizaya təqdim edilmiş, 1 oktyabr 2018-ci il tarixli AZE-EİGYOU- JOUON-09 nömrəli çərəz və digər malların alqı-satqısı müqaviləsinin kserosurətində 5710.18 ABŞ dollara dair “Connect Corporation LTD” “Direktor:” Munechika Tanio qrafasında əks olunmuş imzanın, 1 oktyabr 2018-ci tarixli AZE-EİGYOU-JOUON-09 nömrəli çərəz və digər malların alqı-satqısı müqaviləsinin kserosurətində 5710.18 ABŞ dollara dair “Connect Corporation LTD” “Direktor:” Hitoshi Tahara qrafasında əks olunmuş imzanın, 5 oktyabr 2018-ci il tarixli AZE-EİGYOU-JOUON-10 nömrəli ədviyyat məhsulları alqı-satqısı müqaviləsinin kserosurətində 19498.07 ABŞ dollara dair “Connect Corporation LTD” “Direktor:” Hitoshi Tahara qrafasında əks olunmuş imzanın, 5 oktyabr 2018-ci il tarixli AZE-EİGYOU-JOUON-10 nömrəli ədviyyat məhsulları alqı-satqısı müqaviləsində 821.78 ABŞ dollara dair “Connect Corporation LTD” “Direktor:” Hitoshi Tahara qrafasında əks olunmuş imzanın, 1 oktyabr 2018-ci il tarixli AZE-EİGYOU- JOUON-09 nömrəli çərəz və digər malların alqı-satqısı müqaviləsinin kserosurətində 11969.42 ABŞ dollara dair “Connect Corporation LTD” “Direktor:” Hitoshi Tahara qrafasında əks olunmuş imzanın, tütün məhsulların alqı-satqısı müqaviləsinin kserosurətində 25294.12 ABŞ dollara dair “Connect Corporation LTD” “Direktor:” Hitoshi Tahara qrafasında əks olunmuş imzanın, 5 oktyabr 2018-ci il tarixli AZE-EİGYOU- JOUON-10 nömrəli ədviyyat məhsulları alqı-satqısı müqaviləsinin kserosurətində 821.78 ABŞ dollara dair “Connect Corporation LTD” “Direktor:” Munechika Tanio qrafasındakı əks olunmuş imzanın və 2 ədəd sağlamlıq sertifikatlardakı imzaların Munechika Tanio tərəfindən icra olunub-olunmaması haqqında tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə rəy vermək mümkün deyildir (cild 4, iş vərəqi 24-26). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş məhkəmə-xətşünaslıq və sənədlərin məhkəmə texniki ekspertizasının 20 avqust 2021-ci il tarixli 5/843-4/1080 nömrəli rəyindən görünür ki, 1) Sənədlərin texniki ekspertizası üzrə: Tədqiqata təqdim edilmiş 1 noyabr 2018-ci və 6 noyabr 2018-ci il tarixli Şərab və qida üçün alqı-satqısı müqavilələrinin aşağı sağ tərəfində olan "xxxx" MMC-nin möhür əksi, "xxxx" MMC-nin təsisçisinin 1 noyabr 2018-ci il tarixli qərarında, 15 fevral 2018-ci il tarixli “İnvoice&Packing List” adlı sənədində olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş 1 noyabr 2018-ci və 6 noyabr 2018-ci il tarixli Şərab və qida üçün alqı-satqısı müqavilələrinin aşağı sol tərəfində olan möhür əksi və üzərindəki imza hər hansı bir sənəddən texniki qurğu (skaner) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş 1 noyabr 2018-ci və 6 noyabr 2018-ci il tarixli Şərab və qida üçün alqı-satqısı müqavilələrinin aşağı sağ tərəfində olan və "xxxx" MMC-nin təsisçisinin 1 noyabr 2018-ci il tarixli qərarında olan möhür əksləri ekspertizaya təqdim edilmiş "xxxx" MMC-nin möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş 1 noyabr 2018-ci və 6 noyabr 2018-ci il tarixli Şərab və qida üçün alqı-satqısı müqavilələrinin aşağı sağ tərəfindəki imza 15 fevral 2018-ci il tarixli “İnvoice&Packing List” adlı sənədində olan imza, "xxxx" MMC-nin təsisçisinin 1 noyabr 2018-ci il tarixli qərarındakı “Təsisçi” qrafasındakı əlyazılar hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa qələmlə icra edilmişdir. 2) Məhkəmə-xətşünaslıq ekspertizası üzrə: Ekspertizaya təqdim edilmiş, CONNECT CORPORATİON CO LTD ilə "xxxx" MMCnin aralarında olan 01 noyabr 2018-ci il tarixli Şərab və Qida üçün alqı-satqı müqaviləsində “Alıcı” hissəsində “İmza” qrafasındakı imza, CONNECT CORPORATİON CO LTD ilə "xxxx" MMC-nin aralarında olan 6 noyabr 2018-ci il tarixli Şərab və Qida üçün alqı-satqı müqaviləsində “Alıcı” hissəsində “İmza” qrafasındakı imza-Zərərçəkmiş şəxs1 tərəfindən icra olunmuşdur (cild 2, iş vərəqi 47-50). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş sənədlərin texniki ekspertizasının 20 aprel 2023-cü il tarixli, 5/442 nömrəli rəyindən görünür ki, 1) Təqdim edilmiş Zərərçəkmiş şəxs1 “Elektron ünvan 2” və Təqsirləndirilən şəxs “Elektron ünvan 1” adlı elektron poçt ünvanlarından aşkar edilərək götürülmüş Zərərçəkmiş şəxs1 adından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyəti vasitəsi ilə pul ödənişini təsdiq edən mədaxil qəbzlərin və “ÇƏRƏZ N0 CONTRACT 01 10 2018 (6)” adlı müqavilələrin üzərlərində olan möhür, ştamp əksləri və imzalar elektrofotoqrafik çap üsulu (lazer printer, surətçıxaran və s.) ilə çap edilmişdirlər. 2) Təqdim edilmiş Zərərçəkmiş şəxs1 “Elektron ünvan 2” və Təqsirləndirilən şəxs “Elektron ünvan 1” adlı elektron poçt ünvanlarından aşkar edilərək götürülmüş Zərərçəkmiş şəxs1 adından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyəti vasitəsi ilə pul ödənişini təsdiq edən mədaxil qəbzlərin, “Çərəz məhsulları alqı-satqı müqavilələrin habelə əvvəllər ekspertiza tədqiqatının obyekti olmuş 5 oktyabr 2018-ci il tarixli AZE-EİGYOU-JOUON-10 nömrəli ədviyyat məhsulları üçün malların alqı-satqısı ilə əlaqədar 821.78 ABŞ dolların ödənilməli olduğu göstərilmiş və 1 oktyabr 2018-ci il tarixli AZE-EİGYOU-JOUON-09 nömrəli çərəz məhsulları üçün alqı-satqısı ilə əlaqədar 5710.18 ABŞ dolların ödənilməli olduğu göstərilmiş (satış direktoru Munechika Tanio tərəfindən imzalanmış) müqavilələrin blankları elektrofotoqrafik çap üsulu (lazer printer, surətçıxaran və s.) ilə çap edilmişdirlər. 3) Təqdim edilmiş əvvəllər ekspertiza tədqiqatının obyekti olmuş mədaxil qəbzlərin və 1 oktyabr 2018-ci il tarixli AZE-EİGYOU-JOUON-09 nömrəli Çərəz məhsulları üçün alqısatqısı ilə əlaqədar 5710.18 ABŞ dolların ödənilməli olduğu göstərilmiş, 5 oktyabr 2018-ci il tarixli AZE-EİGYOU-JOUON-10 nömrəli Ədviyyat məhsulları üçün alqı-satqısı ilə 19498.07 ABŞ dolların ödənilməli olduğu göstərilmiş, 5 oktyabr 2018-ci il tarixli AZE- EİGYOU-JOUON-10 nömrəli Ədviyyat məhsulları üçün alqı-satqısı ilə 821.78 ABŞ dolların ödənilməli olduğu göstərilmiş, 1 oktyabr 2018-ci il tarixli AZE-EİGYOU-JOUON-09 nömrəli Çərəz məhsulları üçün Malların alqı-satqısı ilə əlaqədar 11969.42 ABŞ dolların ödənilməli olduğu göstərilmiş, tarix və nömrəsi qeyd edilməmiş tütün məhsulları üçün alqısatqısı ilə əlaqədar 25294.12 ABŞ dolların ödənilməli olduğu göstərilmiş (satış direktoru Hitoshi Tahara tərəfindən imzalanmış) müqavilələrin blankları axınlı printer vasitəsilə çap edilmişdirlər. 4) Təqdim edilmiş Zərərçəkmiş şəxs1 Elektron ünvan 2 və Təqsirləndirilən şəxs “Elektron ünvan 1” adlı elektron poçt ünvanlarından aşkar edilərək götürülmüş mədaxil qəbzlərin, 1 oktyabr 2018-ci il tarixli AZE-EİGYOU-JOUON-09 nömrəli Çərəz məhsulları üçün alqı-satqısı ilə əlaqədar 4913.72 ABŞ dolların ödənilməli olduğu göstərilmiş müqavilələrin şriftlərin konfiqurasiyası (satış direktoru Munechika Tanio tərəfindən imzalanmış) ilə əvvəllər ekspertiza tədqiqatının obyekti olmuş mədaxil qəbzlərin, 5 oktyabr 2018-ci il tarixli AZE-EİGYOU-JOUON-10 nömrəli Ədviyyat məhsulları üçün malların alqı-satqısı ilə əlaqədar 821.78 ABŞ dolların ödənilməli olduğu göstərilmiş, 1 oktyabr 2018-ci il tarixli AZE-EİGYOU-JOUON-09 nömrəli Çərəz məhsulları üçün alqı-satqısı ilə əlaqədar 5710.18 ABŞ dolların ödənilməli olduğu göstərilmiş (satış direktoru Munechika Tanio tərəfindən imzalanmış) müqavilələrin şriftlərin konfiqurasiyası öz aralarında eynilik təşkil edirlər. 5) Təqdim edilmiş Zərərçəkmiş şəxs1 “Elektron ünvan 2” və Təqsirləndirilən şəxs “Elektron ünvan 1” adlı elektron poçt ünvanlarından aşkar edilərək götürülmüş 1 oktyabr 2018-ci il tarixli AZE-EİGYOU-JOUON-09 nömrəli Çərəz məhsulları üçün alqı-satqısı ilə əlaqədar 4913.72 ABŞ dolların ödənilməli olduğu göstərilmiş müqavilələrin şriftlərin konfiqurasiyası (satış direktoru Munechika Tanio tərəfindən imzalanmış), əvvəllər ekspertiza tədqiqatının obyekti olmuş 1 oktyabr 2018-ci il tarixli AZE-EİGYOU-JOUON-09 nömrəli Çərəz məhsulları üçün alqı-satqısı ilə əlaqədar 5710.18 ABŞ dolların ödənilməli olduğu göstərilmiş, 5 oktyabr 2018-ci il tarixli AZE- EİGYOU-JOUON-10 nömrəli Ədviyyat məhsulları üçün alqı-satqısı ilə əlaqədar 19498.07 ABŞ dolların ödənilməli olduğu göstərilmiş, 5 oktyabr 2018-ci il tarixli AZE-EİGYOU- JOUON-10 nömrəli Ədviyyat məhsulları üçün malların alqı-satqısı ilə əlaqədar 821.78 ABŞ dolların ödənilməli olduğu göstərilmiş, 1 oktyabr 2018-ci il tarixli AZE-EİGYOU- JOUON-09 nömrəli Çərəz məhsulları üçün Malların alqı-satqısı ilə əlaqədar 11969.42 ABŞ dolların ödənilməli olduğu göstərilmiş, tarix və nömrəsi qeyd edilməmiş Tütün məhsulları üçün alqı-satqısı ilə əlaqədar 25294.12 ABŞ dolların ödənilməli olduğu göstərilmiş (satış direktoru Hitoshi Tahara tərəfindən imzalanmış) müqavilələrin şriftlərin konfiqurasiyası ilə eynilik təşkil etmirlər. 6) Təqdim edilmiş Zərərçəkmiş şəxs1 “Elektron ünvan 2” və Təqsirləndirilən şəxs “Elektron ünvan 1” adlı elektron poçt ünvanlarından aşkar edilərək götürülmüş mədaxil qəbzləri, əvvəllər ekspertiza tədqiqatının obyekti olmuş mədaxil qəbzləri ilə eyni formada tərtib edilmişdirlər. 7) Təqdim edilmiş Zərərçəkmiş şəxs1 “Elektron ünvan 2” və Təqsirləndirilən şəxs “Elektron ünvan 1” adlı elektron poçt ünvanlarından aşkar edilərək götürülmüş 1 oktyabr 2018-ci il tarixli AZE-EİGYOU- JOUON-09 nömrəli Çərəz məhsulları üçün alqı-satqısı ilə əlaqədar 4913.72 ABŞ dolların ödənilməli olduğu göstərilmiş müqavilələrin (satış direktoru Munechika Tanio tərəfindən imzalanmış) tərtibat formaları, əvvəllər ekspertiza tədqiqatının obyekti olmuş 1 oktyabr 2018-ci il tarixli AZE-EİGYOU-JOUON-09 nömrəli Çərəz məhsulları üçün alqı-satqısı ilə əlaqədar 5710.18 ABŞ dolların ödənilməli olduğu göstərilmiş, 5 oktyabr 2018-ci il tarixli AZE-EİGYOU-JOUON-10 nömrəli Ədviyyat məhsulları üçün alqı-satqısı ilə əlaqədar 19498.07 ABŞ dolların ödənilməli olduğu göstərilmiş, 5 oktyabr 2018-ci il tarixli AZE- EİGYOU-JOUON-10 nömrəli Ədviyyat məhsulları üçün malların alqı-satqısı ilə əlaqədar 821.78 ABŞ dolların ödənilməli olduğu göstərilmiş, 1 oktyabr 2018-ci il tarixli AZE- EİGYOU-JOUON-09 nömrəli Çərəz məhsulları üçün Malların alqı-satqısı iəl əlaqədar 11969.42 ABŞ dolların ödənilməli olduğu göstərilmiş, tarix və nömrəsi qeyd edilməmiş tütün məhsulları üçün alqı-satqısı ilə əlaqədar 25294.12 ABŞ dolların ödənilməli olduğu göstərilmiş (satış direktoru Hitoshi Tahara tərəfindən imzalanmış) müqavilələrlə və 5 oktyabr 2018-ci il tarixli AZE-EİGYOU-JOUON-10 nömrəli Ədviyyat məhsulları üçün malların alqı-satqısı ilə əlaqədar 821.78 ABŞ dolların ödənilməli olduğu göstərilmiş, 1 oktyabr 2018-ci il tarixli AZE-EİGYOU-JÖUON-09 nömrəli çərəz məhsulları üçün alqısatqısı ilə əlaqədar 5710.18 ABŞ dolların ödənilməli olduğu göstərilmiş (satış direktoru Munechika Tanio tərəfindən imzalanmış) müqavilələrlə müxtəlif formada tərtib edilmişdirlər (cild 7, iş vərəqi 113-118). Cinayət işinin materiallarında olan 1 oktyabr 2018-ci il tarixli, AZECONE011 nömrəli, 5710,18 ABŞ dolları dəyərində olan çərəz məhsullarının alqı-satqısına dair saxta müqavilədən görünür ki, satıcı kimi Yaponiyada fəaliyyət göstərən “CONNECT CORPORATİON CO LTD” şirkətinin adından direktoru Hitoshi Tahara və alıcı kimi fiziki şəxs Zərərçəkmiş şəxs1 (VÖEN: **********) arasında bağlanılması nəzərdə tutulmuş, imza və möhürlərlə təsdiq edilən müqavilədə satıcı tərəfindən müqavilədə göstərilən keyfiyyətdə çərəz və digər oxşar tipli məhsulların alıcıya satılması, alıcı tərəfindən AZE- EİGYOU-JOUON-09 saylı qaiməyə əsasən satıcıya 5710,18 ABŞ dolları pulun ödənilməsi və malların 7 gün ərzində Yaponiyada yerləşən Komatsu hava limanından (KMQ) Heydər Əliyev adına Beynəlxalq Hava limanına daşınması barədə üzərilərinə öhdəlik götürmələri göstərilmişdir (cild 4, iş vərəqi 31). Cinayət işinin materiallarında olan 1 oktyabr 2018-ci il tarixli, AZECONE011 nömrəli, 11969,42 ABŞ dolları dəyərində olan çərəz məhsullarının alqı-satqısına dair saxta müqavilədən görünür ki, satıcı kimi Yaponiyada fəaliyyət göstərən “CONNECT CORPORATİON CO LTD” şirkətinin adından direktoru Hitoshi Tahara və alıcı kimi fiziki şəxs Zərərçəkmiş şəxs1 (VÖEN: **********) arasında bağlanılması nəzərdə tutulmuş, imza və möhürlərlə təsdiq edilən müqavilədə satıcı tərəfindən müqavilədə göstərilən keyfiyyətdə çərəz və digər oxşar tipli məhsulların alıcıya satılması, alıcı tərəfindən AZE- EİGYOU-JOUON-09 saylı qaiməyə əsasən satıcıya 11969,42 ABŞ dolları pulun ödənilməsi və malların 7 gün ərzində Yaponiyada yerləşən Komatsu hava limanından (KMQ) Heydər Əliyev adına Beynəlxalq Hava limanına daşınması barədə üzərilərinə öhdəlik götürmələri göstərilmişdir (cild 4, iş vərəqi 34). Cinayət işinin materiallarında olan 1 oktyabr 2018-ci il tarixli, AZECONE011 nömrəli, 5710,18 ABŞ dolları dəyərində olan çərəz məhsullarının alqı-satqısına dair saxta müqavilədən görünür ki, satıcı kimi Yaponiyada fəaliyyət göstərən “CONNECT CORPORATİON CO LTD” şirkətinin adından direktoru Munechika Tanio və alıcı kimi fiziki şəxs Zərərçəkmiş şəxs1 (VÖEN: **********) arasında bağlanılması nəzərdə tutulmuş, imza və möhürlərlə təsdiq edilən müqavilədə satıcı tərəfindən müqavilədə göstərilən keyfiyyətdə çərəz və digər oxşar tipli məhsulların alıcıya satılması, alıcı tərəfindən AZE- EİGYOU-JOUON-09 saylı qaiməyə əsasən satıcıya 5710,18 ABŞ dolları pulun ödənilməsi və malların 7 gün ərzində Yaponiyada yerləşən Komatsu hava limanından (KMQ) Heydər Əliyev adına Beynəlxalq Hava limanına daşınması barədə üzərilərinə öhdəlik götürmələri göstərilmişdir (cild 4, iş vərəqi 37). Cinayət işinin materiallarında olan 5 oktyabr 2018-ci il tarixli, AZECONE012 nömrəli, 821,78 ABŞ dolları dəyərində olan ədviyyat məhsullarının alqı-satqısına dair saxta müqavilədən görünür ki, satıcı kimi Yaponiyada fəaliyyət göstərən “CONNECT CORPORATİON CO LTD” şirkətinin adından direktoru Munechika Tanio və alıcı kimi fiziki şəxs Zərərçəkmiş şəxs1 (VÖEN: **********) arasında bağlanılması nəzərdə tutulmuş, imza və möhürlərlə təsdiq edilən müqavilədə satıcı tərəfindən müqavilədə göstərilən keyfiyyətdə ədviyyat və digər oxşar tipli məhsulların alıcıya satılması, alıcı tərəfindən AZE-EİGYOU-JOUON-10 saylı qaiməyə əsasən satıcıya 821,78 ABŞ dolları pulun ödənilməsi və malların 7 gün ərzində Yaponiyada yerləşən Komatsu hava limanından (KMQ) Heydər Əliyev adına Beynəlxalq Hava limanına daşınması barədə üzərilərinə öhdəlik götürmələri göstərilmişdir (cild 4, iş vərəqi 36). Cinayət işinin materiallarında olan 5 oktyabr 2018-ci il tarixli, AZECONE012 nömrəli, 19498,07 ABŞ dolları dəyərində olan ədviyyat məhsullarının alqı-satqısına dair saxta müqavilədən görünür ki, satıcı kimi Yaponiyada fəaliyyət göstərən “CONNECT CORPORATİON CO LTD” şirkətinin adından direktoru Hitoshi Tahara və alıcı kimi fiziki şəxs Zərərçəkmiş şəxs1 (VÖEN: **********) arasında bağlanılması nəzərdə tutulmuş, imza və möhürlərlə təsdiq edilən müqavilədə satıcı tərəfindən müqavilədə göstərilən keyfiyyətdə ədviyyat və digər oxşar tipli məhsulların alıcıya satılması, alıcı tərəfindən AZE-EİGYOU-JOUON-10 saylı qaiməyə əsasən satıcıya 19498,07 ABŞ dolları pulun ödənilməsi və malların 7 gün ərzində Yaponiyada yerləşən Komatsu hava limanından (KMQ) Heydər Əliyev adına Beynəlxalq Hava limanına daşınması barədə üzərilərinə öhdəlik götürmələri göstərilmişdir (cild 4, iş vərəqi 32). Cinayət işinin materiallarında olan 5 oktyabr 2018-ci il tarixli, AZECONE012 nömrəli, 821,78 ABŞ dolları dəyərində olan ədviyyat məhsullarının alqı-satqısına dair saxta müqavilədən görünür ki, satıcı kimi Yaponiyada fəaliyyət göstərən “CONNECT CORPORATİON CO LTD” şirkətinin adından direktoru Hitoshi Tahara və alıcı kimi fiziki şəxs Zərərçəkmiş şəxs1 (VÖEN: **********) arasında bağlanılması nəzərdə tutulmuş, imza və möhürlərlə təsdiq edilən müqavilədə satıcı tərəfindən müqavilədə göstərilən keyfiyyətdə ədviyyat və digər oxşar tipli məhsulların alıcıya satılması, alıcı tərəfindən AZE-EİGYOU-JOUON-10 saylı qaiməyə əsasən satıcıya 821,78 ABŞ dolları pulun ödənilməsi və malların 7 gün ərzində Yaponiyada yerləşən Komatsu hava limanından (KMQ) Heydər Əliyev adına Beynəlxalq Hava limanına daşınması barədə üzərilərinə öhdəlik götürmələri göstərilmişdir (cild 4, iş vərəqi 33). Cinayət işinin materiallarında olan AZEL-AİR-20181100 qaimə nömrəli, 25294,12 ABŞ dolları dəyərində olan tütün məhsullarının alqı-satqısına dair saxta müqavilədən görünür ki, satıcı kimi Yaponiyada fəaliyyət göstərən “CONNECT CORPORATİON CO LTD” şirkətinin adından direktoru Hitoshi Tahara və alıcı kimi fiziki şəxs Zərərçəkmiş şəxs1 (VÖEN: **********) arasında bağlanılması nəzərdə tutulmuş, imza və möhürlərlə təsdiq edilən müqavilədə satıcı tərəfindən müqavilədə göstərilən keyfiyyətdə tütün və digər oxşar tipli məhsulların alıcıya satılması, alıcı tərəfindən AZEL-AİR-20181100 saylı qaiməyə əsasən satıcıya 25294,12 ABŞ dolları pulun ödənilməsi və malların 7 gün ərzində Yaponiyada yerləşən Komatsu hava limanından (KMQ) Heydər Əliyev adına Beynəlxalq Hava limanına daşınması barədə üzərilərinə öhdəlik götürmələri göstərilmişdir (cild 4, iş vərəqi 35). Cinayət işinin materiallarında olan 1 noyabr 2018-ci il tarixli, CNA0011 nömrəli, 20500 ABŞ dolları dəyərində olan şərab və qida məhsullarının alqı-satqısına dair saxta müqavilədən görünür ki, satıcı kimi Yaponiyada fəaliyyət göstərən “CONNECT CORPORATİON CO LTD” şirkətinin direktoru Munechika Tanio və alıcı kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VOEN **********) direktoru Zərərçəkmiş şəxs1 arasında bağlanılması nəzərdə tutulmuş, imza və möhürlərlə təsdiq edilən müqavilədə satıcı tərəfindən müqavilədə göstərilən keyfiyyətdə şərab və qida məhsullarının alıcıya satılması, alıcı tərəfindən CAZ-E-1811-0001 saylı qaiməyə əsasən satıcıya 20500 ABŞ dolları pulun ödənilməsi və malların 7-10 gün ərzində Yaponiyada yerləşən Komatsu hava limanından (KMQ) Heydər Əliyev adına Beynəlxalq Hava limanına daşınması barədə üzərilərinə öhdəlik götürmələri göstərilmişdir (cild 2, iş vərəqi 25). Cinayət işinin materiallarında olan 6 noyabr 2018-ci il tarixli, CNA0010 nömrəli, 31000 ABŞ dolları dəyərində olan şərab və qida məhsullarının alqı-satqısına dair saxta müqavilədən görünür ki, satıcı kimi Yaponiyada fəaliyyət göstərən “CONNECT CORPORATİON CO LTD” şirkətinin direktoru Munechika Tanio və alıcı kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) direktoru Zərərçəkmiş şəxs1 arasında bağlanılması nəzərdə tutulmuş, imza və möhürlərlə təsdiq edilən müqavilədə satıcı tərəfindən müqavilədə göstərilən keyfiyyətdə şərab və qida məhsullarının alıcıya satılması, alıcı tərəfindən CAZ-E-1811-0016 saylı qaiməyə əsasən satıcıya 31000 ABŞ dolları pulun ödənilməsi və malların 7-10 gün ərzində Yaponiyada yerləşən Komatsu hava limanından (KMQ) Heydər Əliyev adına Beynəlxalq Hava limanına daşınması barədə üzərilərinə öhdəlik götürmələri göstərilmişdir (cild 2, iş vərəqi 24). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 adından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 6 saylı poçt filialı vasitəsi ilə Dövlət Sosial müdafiə Fondunun “Binəqədi” şöbəsinə ümumilikdə 5729 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair 4 ədəd saxta mədaxil qəbzindən görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən Dövlət Sosial müdafiə Fondunun “Binəqədi” şöbəsinə 4 fevral 2019-cu il tarixli, ********* nömrəli mədaxil qəbzinə əsasən 1020,60 manat, 24 noyabr 2019-cu il tarixli, ********* nömrəli mədaxil qəbzinə əsasən1293,00 manat, 10 dekabr 2018-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinə əsasən 578,40 manat və 27 dekabr 2018-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinə əsasən 2840,40 manat məbləğlərində ödənişlər edildiyi göstərilmişdir (cild 4, iş vərəqi 27-29). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 adından "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “GƏNCLİK” filialı vasitəsi ilə Vergilər Nazirliyi Milli Gəlirlər Departamentinə ümumilikdə 7352 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair 3 ədəd saxta mədaxil qəbzindən görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən Vergilər Nazirliyi Milli Gəlirlər Departamentinə 13 dekabr 2018-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinə əsasən 3004,50 manat, 3 yanvar 2019-cu il tarixli, ********* nömrəli mədaxil qəbzinə əsasən 1352,80 manat və 25 yanvar 2019-cu il tarixli ********* nömrəli mədaxil qəbzinə əsasən 3004,50 manat məbləğlərində ödənişlər edildiyi göstərilmişdir (cild 4, iş vərəqi 27, 30). Cinayət işinin materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor müavini X5 “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri olmuş Yaponiya vətəndaşı Tanio Munechikaya məxsus 130000 ABŞ dolları məbləğində pulun ələ keçirilməsi barədə müraciəti əsasında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis şöbəsində aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs verdiyi izahatın surətindən görünür ki, sonuncu həmin 130000 ABŞ dolları pulun Yaponiyadan "xxxx" MMC-yə avadanlığın alınması üçün "xxxx" MMC-yə göndərildiyini, 2021-ci ildə onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi ilə əlaqədar Munechika Tanio ilə danışıb onu pulun cinayət işi üzrə dəymiş ziyanın ödənilməsi üçün Zərərçəkmiş şəxs2 verilməsinə razı saldığını, daha sonra Zərərçəkmiş şəxs2 onun, Munechika Tanionun və mühasib Kənan Qurbanlının iştirakı ilə həmin 130000 ABŞ dolları pulu mühasibat dəftərinə imza etməklə şirkətdən götürdüyünü göstərmişdir (cild 9, iş vərəqi 13-15). Cinayət işinin materiallarında olan protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 19 may 2022-ci il tarixli, 8603 saylı müşayiət məktubu ilə daxil olmuş müxtəlif mobil telefon nömrələrinin zənglər siyahısına, SMS mətnlərinə və əhatə dairəsinə dair məlumatları özündə əks etdirən bir ədəd diskə baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən aşağıdakı hallar müəyyən edilmişdir: 1) 7 dekabr 2018-ci il tarixdə saat 16:33-də Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Saba xahiw edirem vaxt edun saat 2e gelecem ofisinize konkret daniwaq bela olmaz buqeder hormetsizdik olmaz” məzmunlu mesaj göndərilmişdir. 2) 4 mart 2019-cu il tarixdə saat 19:12-də Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “budaracada hormatsizdik olmaz” məzmunlu mesaj göndərilmişdir. 3) 14 mart 2019-cu il tarixdə saat 15:36-da Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “diram tacilidi acin polisla gediram wamsin yanina” məzmunlu mesaj göndərilmişdir. 4) 15 mart 2019-cu il tarixdə saat 10:24-də Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “wams deyib man namiqada pul vermiwam day bilmiram man polisa veriram onu” məzmunlu mesaj göndərilmişdir. 5) 15 mart 2019-cu il tarixdə saat 10:25-də Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “konkretlawdirim sizlada iwimi bilim” məzmunlu mesaj göndərilmişdir. 6) 15 mart 2019-cu il tarixdə saat 11:27-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “İndi shems gelir” məzmunlu mesaj göndərilmişdir. 7) 15 mart 2019-cu il tarixdə saat 11:30-da Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “iwda ola ola acmirsiz ok day daniwilasi birwey yoxdu man dovlatima muraciat edecem” məzmunlu mesaj göndərilmişdir. 8) 24 mart 2019-cu il tarixdə saat 14:45-də Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “namiq m.mana oyun oynub pulmu firlatmaqla sahf etdiz baw mutawakilin raisin qabuluna gedib harweyi cenab generala maruza edecem” məzmunlu mesaj göndərilmişdir. 9) 27 mart 2019-cu il tarixdə saat 12:26-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Sakurenin de qalan 239 manatini gonderecek. Danishdim” məzmunlu mesaj göndərilmişdir. 10) 27 mart 2019-cu il tarixdə saat 12:27-də Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “sanadlar harda sakura va cozy?bu bela qalmaz” məzmunlu mesaj göndərilmişdir. 11) 28 mart 2019-cu il tarixdə saat 14:34-də Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “mani yign blok etmisiz duwa bilmirəm” məzmunlu mesaj göndərilmişdir. 12) 1 aprel 2019-cu il tarixdə saat 16:23-də Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “manim pulmu vermadiz olsun bu son idi sizi wikayet etdim bilasiz baw mutawakila” məzmunlu mesaj göndərilmişdir. 13) 1 aprel 2019-cu il tarixdə saat 19:27-də Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “rasmi sizdan wikayet etdim buğun siza gora ev sahibi mani kuceye atdi pulmu vermadiz harweyi faktlarla polisa didim” məzmunlu mesaj göndərilmişdir (cild 5, iş vərəqi 248-250). Cinayət işinin materiallarında olan protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 20 may 2022-ci il tarixli, BKC/LGL-8460/22 saylı müşayiət məktubu ilə daxil olmuş müxtəlif mobil telefon nömrələrinin zənglər siyahısına, SMS mətnlərinə və əhatə dairəsinə dair məlumatları özündə əks etdirən bir ədəd diskə baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən aşağıdakı hallar müəyyən edilmişdir: 1) 8 fevral 2019-cu il tarixdə saat 16:03-də Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “namiq muellim meni birde yigmiyin meniki gunieri axmaq yerine qoyursuz pulmu vermirsiz sizle qanun cercivesinfe daniwaciq men elahen deyilem bilin” məzmunlu mesaj göndərilmişdir. 2) 8 fevral 2019-cu il tarixdə saat 16:04-də Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “sagolun qurumlarda goruwecik yeka adamsiz ayibdi ee mene yoxda hecolmasa mene qarwi haqsizdiq etmezdiz neise idarede goruwerik” məzmunlu mesaj göndərilmişdir. 3) 8 fevral 2019-cu il tarixdə saat 16:28-də Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “axwam vaxt edin gecde olsa sizle konkret daniwaq imkan varsa” məzmunlu mesaj göndərilmişdir. 4) 13 mart 2019-cu il tarixdə saat 13:46-da Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “menim bawmi xarab etmiyin meni dolamamisiz sizler and olsunki budeqiqe daxili isler nazirliyine ordan silk wayin rehberliyile elaqe saxlatdirib bilirem edeceymi” məzmunlu mesaj göndərilmişdir. 5) 2 aprel 2019-cu il tarixdə saat 19:03-də Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “tecili ya yigin ya da and olsunki sizle qanunla daniwacam meni axmaq yerine qoymuyun pakistanli size pul verib’’ məzmunlu mesaj göndərilmişdir (cild 6, iş vərəqi 12-13). Cinayət işinin materiallarında olan protokollardan görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 istifadəsində olan “Elektron ünvan 2” adlı və Təqsirləndirilən şəxs istifadəsində olan “Elektron ünvan 1” adlı elektron poçt ünvanlarına baxış keçirilərkən cinayət təqibi üzrə əhəmiyyət kəsb edən aşağıdakı hallar müəyyən edilmişdir: 1) 15 oktyabr 2018-ci il tarixdə saat 15:26-da Təqsirləndirilən şəxs istifadəsində olan “Elektron ünvan 1” elektron poçt ünvanından Zərərçəkmiş şəxs1 istifadəsində olan “Elektron ünvan 2” elektron poçt ünvanına “Microsoft Word” formatında yaradılmış “ÇƏRƏZ NO CONTRACT 01 10 2018 (6)” adlı fayl göndərilmişdir. Baxış zamanı həmin faylda “satıcı” tərəf kimi “CONNECT CORPORATİON CO LTD” şirkətinin (9-35 Midori-cho, Kawaguchişəhəri, Saitama, 332-0027, Yaponiya) adından direktor Munechika Tanio və “alıcı” tərəf kimi fiziki şəxs X6 (VÖEN **********) arasında 1 oktyabr 2018-ci il tarixli, AZECONE011 qeydiyyat nömrəli, 4913.72 ABŞ dollar dəyərində olan çərəz məhsullarının alqı-satqı müqaviləsinin bağlanılmasına dair müqavilə mətninin tərtib olunduğu, həmçinin mətndə direktor Munechika Tanionun adından “K.yatsui” şəkilində imzanın və “CONNECT CORPORATİON CO LTD” şirkətinin möhür əksinin hər hansı texniki qurğu vasitəsilə köçürülməklə icra olunduğu müəyyən edilmişdir. (İstintaq hərəkəti zamanı “ÇƏRƏZ NO CONTRACT 01 10 2018 (6)” adlı faylın Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 göndərilməsi faktını və məzmununu özündə əks etdirən ekran görüntüləri, o cümlədən mətnin özü çap edilərək müvafiq protokollara əlavə edilmişdir) 2) 16 fevral 2019-ci il tarixdə saat 13:25-də Təqsirləndirilən şəxs istifadəsində olan “Elektron ünvan 1” elektron poçt ünvanından Zərərçəkmiş şəxs1 istifadəsində olan “Elektron ünvan 2” elektron poçt ünvanına “pdf” formatında yaradılmış “Doc1.” adlı fayl göndərilmişdir. Baxış zamanı həmin fayla müvafiq ekspertiza tədqiqatı nəticəsində saxtalığı müəyyən edilmiş Zərərçəkmiş şəxs1 adından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 6 saylı poçt filialı vasitəsi ilə Dövlət Sosial müdafiə Fondunun “Binəqədi” şöbəsinə 1020,60 manat ödəniş edilməsinə dair 4 fevral 2019-cu il tarixli, ********* nömrəli, 1293,00 manat ödəniş edilməsinə dair 24 noyabr 2019-cu il tarixli, ********* nömrəli, 578,40 manat ödəniş edilməsinə dair 10 dekabr 2018-ci il tarixli, ********* nömrəli və 2840,40 manat ödəniş edilməsinə dair 27 dekabr 2018-ci il tarixli, ********* nömrəli mədaxil qəbzlərinin, eləcə də Zərərçəkmiş şəxs1 adından "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “GƏNCLİK” filialı vasitəsi ilə Vergilər Nazirliyi Milli Gəlirlər Departamentinə 3004,50 manat ödəniş edilməsinə dair 13 dekabr 2018-ci il tarixli, ********* nömrəli, 1352,80 manat ödəniş edilməsinə dair 03 yanvar 2019-cu il tarixli, ********* nömrəli və 3004,50 manat ödəniş edilməsinə dair 25 yanvar 2019-cu il tarixli ********* nömrəli mədaxil qəbzlərinin hər hansı texniki qurğu vasitəsilə köçürüldüyü müəyyən edilmişdir. (İstintaq hərəkəti zamanı “Doc1.” adlı faylın Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 göndərilməsi faktını və məzmununu özündə əks etdirən ekran görüntüləri, o cümlədən mədaxil qəbzləri çap edilərək müvafiq protokollara əlavə edilmişdir), (cild 6, iş vərəqi 165-174, 222-270; cild 7, iş vərəqi 30-58). Cinayət işinin materiallarında olan protokollardan görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 məxsus “İphone 5” markalı mobil telefon cihazına video çəkilişdən istifadə edilməklə baxış keçirilərkən onunla (+**********31) Təqsirləndirilən şəxs (+**********29) arasında 10 noyabr 2022-ci il tarixdən 3 fevral 2023-cü il tarxədək olan müddətdə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən aşağıdakı səsli (audio) mesajların ötürülməsi müəyyən edilmişdir: 1) 10 noyabr 2022-ci il tarixdə saat 08:53-də Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 “Əmi sabahın xeyir olsun necəsən nə var nə yox deməli mən bu maşınnan bağlı indi danışdım əslinə qalanda mən sizə hər şeyi dəmək istəmirəm də ayın 1-dən biz maşını qoymalıydıq ora indi biz nətər maşını deyək ki aparıb verməmisinizmi deyirəm yox remont olunur orası burası obşim uzandı vaxt uzandı vaxt indiyə kimi remont olunacaq adıynan saxlatdırmışam indiyə kimi də o maşın bu gün harda olsa deyərsiz mənə deyin uşaqlar gəlsin onu götürsünlər yəni burda məndə problem yaranıb qaldı o biri tərəfdən o sən də hazırlaş o Oğuz Aqroya yəni biləsən ki sənin yerin ordadı öpürəm səni” məzmunlu səsli (audio) mesaj göndərilmişdir. 2) 10 noyabr 2022-ci il tarixdə saat 09:48-də Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs “Sabahın xeyir Namiq oldu qərdeş oldu mən bu şirkət üçün 2 il belə əziyyət çəkdim o gündə görürsən hər şeydən məhrum elədi heç olmasa o yapona başa salaydun ki Azərbaycan qanunvericiliyində axırıncı ayın pulunu ödiyirlər yəni indi mənim yerimə başqası olsa verər Əmək Müfəttişliyinə alar o pulu qoyar cibinə yəni o onu bilirsə o səni niyə incidir sən başa sala bilmirsən bəyəm mən bu şirkət üçün nələr eləmişəm indi təzə gələn yapon hardan bilsin ona da heç kim dimiyib yaxşı oldu canım mən çalışaram bu gün bütün işlərimi görüm qurtarım ya indi saat 4-də 5-də ya da sabah səhər səhər maşını qoyaram Şuşanın həyətinə gəlib ordan götürərlər amma 1-2 dənə də vacib işim var heç olmasa görüm qrutarım onu yaxşı oldu qaqaş görürsən sənin də gücün çatmır çox şey eləməyə ... görürsən həyat necədi hər şey dəyişir oldu əzizim oldu sonra danışarıq oldu o mən inanmıram ki o yapon ki mənim barəmdə belə fikirləşir sabah o məni Oğuz Aqroya işə götürsün heç o da səni o da aldadır səni o düzgün deyil o” məzmunlu səsli (audio) mesaj göndərilmişdir. 3) 10 noyabr 2022-ci il tarixdə saat 17:49-da Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs “Bir dənə şeyi heç vaxt yadından çıxartma ki yanvar ayında Şamxalın Şamxalın perevodu di sən onu mənə söz vermisən ki o perevedoun xərcini özün ödəyəcəysən bir dənə də təzə Niva alacaqsan yəni o yadunnan çıxma onu sənə söz vermisən ona görə də mən də 2 il hamballıq eləmişəm mən yaşda adam hamballıq yəni day gecə özün bilirsən də xəstəliydə tapmışam indi müalicə oluram gecə-gündüz ora qaç bura qaç ona yalvar buna yalvar buna xahiş ona xahiş yəni onların sən şəxsən heç vaxt onu yaddan çıxartma birdən sən də məni yanvarda aldatson onda elə biləceyəm ki ələ sən bunlar hamısı elə bir dənə planlı şəkildə idi indi baxda indi özün gör də mən nə deyirəm ki Allah qoysa 2 ay qalıb problem yoxdi oldu qardaş oldu mən də özümü sığortalamalıyam da bir təhər çünki olmadıda Tamara deyir Sevinc deyir Atil deyir hamısı kim var hamı diyir mən də hamıya diyirəm ki yox elə deyil Namiq müəllim belə deyil amma onu məcbur əliyirlər Atil də deyir ki yox elə deyil indi o da səndən ayrıca şikayət eliyir indi nəisə oldu qardaş indi baxarsan da bunun axırı nə olacaq sağol qərdəş sağol” məzmunlu səsli (audio) mesaj göndərilmişdir. 4) 11 noyabr 2022-ci il tarixdə saat 17:53-də Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 “Axşamın xeyir olsun nətərsən nə var nə yox vəziyyət zad nətərdi bu mesajına da qulaq asdım əmi bunlar hamısı yəni elə bilirsən bunların hamısını unutmuşam ya boş buraxıram yəni real durumu yəni görmürsən deyən elədi də amma narahtçılığa da bir səbəb yoxdu yəni özündə də o sıxılmağa narahtçılığa səbəb yoxdu Allahın köməkliyinnən o ordan o çıxan kimi sən orda oturacaqsan bu birmənalı şəkildə bu cür mesajlarnan zəng eiiyib məndə də biraz başqa şeylər yaranmasın də biz sənnən mənim kəsdiyim çörəyin dəyəri var ikinci bir tərəfdən bu günki gün üçün yoxlama vaxtıdı şirkətin məsələsi də bu şəxsi şirkətim döyülki deyim belə eliyəjiyih bu caamatın işidi yapon tərəfinin özü də ... qalxıb nəysə də heş nə yəni bu barədə sənnən bir görüşəcəm İnşaallah ayın 16-sı zadı İnşallah görüşərik problem yoxdu o maşınnan da bağlı indi göndərəcəm ordan uşaqları kimisə də göndərəcəm getsinlər gətirsinlər sənə heş bir narahtçılığa səbəb yoxu yəni narahat olmağa dəyməz hər şey qaydasındadı sadəcə o şirkəti biz bağladıq yəni şey elədik deyən sən ordan burda təkcə sənnən söhbət gedir yəni sən oturacaqsan orda ondan sonra da əmi hər şey yaxşı olacaq yəni başqa şeylər fikrinə gətirmə bu cür mesajlar da deməynən də açığı mənim özümü də ruh indi şey yaradırsan ruhdan salırsan adam bir az şey bu cür şeyləri yazıb şey eləməyə ehtiyac yoxdu sən indiyənə qədər yanımda olmusan və innən belə də yanımdasan sadəcə mənə möhlət ver bu işləri düzək qoşaq mən reallığı məndən başqa heç kim bilmir mən uşaq döyüləm ki hər şeyi burda da tək şirkətdə tək nə mən nə sənsən ... burda 2 nəfər 3 nəfər deyil burda başqa bir işlərimiz var da indi bunu görürük görülməli işlərdi görülməmişdisə indi görürük odur ki heş bir narahatçılığa səbəb yoxdur işində ol dünən zəng elədim telefonu götürmədin ... məni yığarsan” məzmunlu səsli (audio) mesaj göndərilmişdir. 5) 11 noyabr 2022-ci il tarixdə saat 21:28-də Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 “Əmi axşamın xeyir olsun necəsən nə var nə yox əmi əmi deməli iki məsələdə biri bu maşınla bağlı maşını mən sənə göndərəcəm orda Vüsaldan açarı götürərlər aparıb maşın verərlər Zaqatalaya o problemlərdən canım qurtarar ikincisi də o Binəqədiynən bağlı mən demişdim o pul məsələsini o kimə verilib verilmiyib nətərdi vəziyyət onu onu mən mənə o haqda məlumat ver onun onun bilim də nədi nə döyül və o nə yerdə qalıf yəni bu məsələnin bir xahiş eliyirəm həll eliyəh əmi sənnən bir yerdə görüşümüz İnşallah ayın 16-da zadda bir görüşərik o birisi məsələni də yəni sən görürəm çox narahatsan və çox belə narahat özünü hiss eliyirsən amma çox nahaq yerə yəni o gün deyirsəne bu cür mesajları da bir də xahiş eliyirəm belə neqativ şeyləri düşünməyinə dəyməz hər şey qaydasındadı sadəcə gedişat özünü göstərəcək sən belə düşündükcə heş nə mənim özüm də ruh nikbinliyi yaradırsan nəysə də əmi onda heş nə də vaxtın olanda məni bir dənə yığ danışax” məzmunlu səsli (audio) mesaj göndərilmişdir. 6) 12 noyabr 2022-ci il tarixdə saat 09:36-da Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs “Mənim qərdeşim bir də sabahın xeyir bəyaqlarım indi telefonda danışanda elə deyim biraz da hirsliydim 2 gündü hirsliyəm Tural abratnı qayıdır gəlir belə mənə daha asanddı sənə fikirlərimi izah eləməyə hə 3000 dollara görə uşaq qayıtdı indi təsəvvür elə ki yazıq təzədən 6 ay əlavə imtahan verməlidi təzədən vastanavit olunmalıdı obşim kaşa bax belə br vəziyyətdi evdə də hamımız narazıçılıqdı dünən üz istiyirəm dönə dönə ağlaşmaydı arvadların içində indi sən mənim də vəziyyətimi başa düşe bu anda da gör mən şirkətdən necə incimiyim bu anda da indi mənim bu ora bura qaçmağım filan beş mekan hamısı nə bilim necə deyim sənə maşınsız filan beş mekan hamısı eybi yox olsun amma bir məsələ var ki səndən artıq dərəcədə xahiş eliyirəm bu günə qədər sən bəzi şeyləri deyirsən qaranlıq qaranlıq heç bir məsələ yoxdi əgər bu işi mən eliyirəmsə mən də onu eliyirəm axıra qədər də eliyiciyəm də problem yoxdi indi hirslənmişəm demişəm indi eybi yox Xanlarnan da bir az söhbətim düşüb o da elə bilir ki mən bu qədər məsələlərdə o da köməklik eiiyib axı mən pul qazanmışam dedim a qurana and olsun özün də soruş get sənin dostundu sənin dostundu orda bir qara qəpikdən söhbət ola bilməz nəysə o da hirsdəndi mən də onuynan bir balaca söhbətim çəpləşdi durdum çıxdım gəldim sənnən bir xahişim var yeganə olaraq bax gör nə deyirəm sənə o ekspertizanı həll elədik sənin xeyrüvə ən axmağ işi di o sən 11 orda indi də o indi də çox apasnı vəziyyətdədi sənin orda 2 dənə qolun var öz də o qollar ... mən bunu mən sənə deyirəm ki biləsən də telefon da demək istəmirəm papa canı təhlükə var idi onu şey sənin xeyrivə qərar qəbul olundu getdi” məzmunlu səsli (audio) mesaj göndərilmişdir. 7) 17 noyabr 2022-ci il tarixdə saat 13:56-da Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs “Mən tək deyiləm də mənim ətrafımda sənə kömək eliyən mənə kömək eliyən uşaqlar var və o gün ki sən gəlib açot uçot eliyən də mənə deyəndə ki kimə nə qədər necə mən də yəqin məsələdi ki getdim ağsaqqalların yanına ki bəs kişi narahatdu deyir kimə nə hansı jekin müdirinə hansı araylar çatıb mən narahatam dedilər söhbət elüyərik sən dünən də bizə yaxın adamın başlamısan ki ay kimə nə kimə nə mən də zəng elədim dedim ay qardaşlar bu narahatdu çağurun bunu mənə inanmaz mən deyəndə ona ki bu belədü belədü inanmaz bunlar da əsəbləşdilər dedilər ki yox inanmır gəlib oturaq söhbət eliyək görək ki bu kim harda necə indi mən telefonda açıq açıq danışmıram indi orda da görək ki ya həqiqətən sənə deyilən sözlər yerinə yetirilibsə yetirilmiyibsə aydınlaşdıraq qurtarsın getsin ona görə də ağsaqqal sənə zəng eləmişdi ki bilsin ki burda nə var çünki o onun bizə böyük hörməti olub o bütün birinci gündən bunu eliyib nə xətirə o xətirə ki İlham işdiyir oğlu işdiyir hörmət görür izzət görür indi sən hər şeydən uzaqlaşdırmısan Allah canuvu sağ eləsin sən indi burda mənim imtahana da çəkəndə mən sənə başa salmışam ki burda mən tək heç nə eləmirəm hamı məsləhətnən yalvar yaxarnan xahişnən indi bax məni ki uzaqlaşdırmısan əla indi sən baxrsan ki indi özünüz iş görən də nə qədər əziyyət çəkəcəksiniz mən demirəme iş görmüceysiz göreceysüz hamınız savadlı maşallah bacarıqlı ətrafın var amma əziyyətlər ki var ağız açmaqlar ki var xahişlər var minnətdar var sən indi o sorğu sualı eliyəndə hamıya acığ gəlir çünki neşün məsələn mənə dünən deyirlər ki yaxşı səndən bu maşını niyə aldı səni bu vəziyyətdə qoydu xəstə vaxtı deyirəm indi bu lazım olub şirkətə deyir lazım olsaydı o sənə maşın söz verib gedərdi bir dənə maşın alardı gətirib gəlib qoyardı sənin qapıva deyərdi gələ qərdeş şirkətin maşının qaytaraq ağsaqqal adamsan qalmaginən bu basa-baslar da belə yəni çox şeylər var da indi mən durum nə deyim sənə ki belə elə hər dəfə də deyirsən ki Oğuz Tabaccoya direktor Oğuz Tabaccoya direktor Oğuz Tabacconun indi direktoru da var qol çəkib mənim oğluma original sənəd məndədi indi o sənəddə də indi mən sənə deyim original sənəddə yazılıb ki yanvarın 1-dən avqustun 1-nə qədər 2000 maaş alıb Şamxal avqustun 1-dən noyabrın 1-nə qədər də 870 manat maaş alıb məndədi original indi mən də onun bunun zadı olub gedim verim bunu ki ay bu camaat mənə bu saxta sənədləri məni belə şey olmaz axı indi sən bunları nəzərət elə hamısı sənin nəzarətin altındadı plus məni də Tayson işdən çıxardıb Tayson var qol çəkib original sənədə verib mənə Tayson hardadi onun səlahiyyətlərini icra eliyən insan buna qol çəkməli idi yəni belə xırda para şeylər var ki mən istəmirdim bu günə kimi sənə deyim indi sən məcbur eliyirsən sənə dedim ki sənin işini biz görmüşük 2 həftədi sənə deyirəm görmüşük inanmırsan get soruş indi ona görə çağırırlar səni ki əgər mənə inanmırsansa onlara inan bu camaatın arayışını çatdır özünə də” məzmunlu səsli (audio) mesaj göndərilmişdir. 8) 17 noyabr 2022-ci il tarixdə saat 13:58-də Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs “Birinci gündən sən nə söz vermisənsə onu da eləməlisən sən kimi tapırsansa arxaya təpik atırsan bunu mən demirəm bunu arvaddardan tutmuş qızlardan tutmuş Atildən tutmuş hamısı deyir ki bu insan hədsiz dərəcədə nankor adamdı bu insan hədsiz dərəcə sənin yadına gəlir birinci günləri mən Zaqatalaya gedəndə mənə dedilər ki orda 2 3 nəfər var bu kişiynən başqa cür danışmaq istiyirlər evdən çıxardacaqlar belə eliyəcəklər daje butulka soxaceylər belə mən ağsaqqala zəng elədim o ora zəng elədi məni qarşıladılar öpüşdük görüşdük getdim həmin adamlarnan görüşdüm mənə inanmırsansa orda 1 nəfər də olub 2 dəfə bu söz olub deyiblər ki heyif sən burdasan biz oynan o çox özbaşınalıq eliyib bizi işdən qovub belə kobud şəkildə filan yəni düşmən qazanmağa mən qoymamışam səni qorumuşam hər tərəfli başa düşürsən indi sən məni bu sorğu-sual eliyəndə mənə də pis gəlir imtahana çəkirsən bunu necə oldu bunu hara mən başa düşürəme səni qızışdıran var başa düşdüm səni ancaq məni də başa düşginən mən mən hanbalam mən mən də uşaqlara hamısına demişəm qardaşlar bu bir dənə mənə maşın söz verib bir dənə də oğlumun perevodunu onu qurban eliyirəm hər şeyə lazım döyül mənə bundan sonra heç nə lazım döyül işdən çıxıb canı sağ olsun yaxşı mən bundan artıq neynəməliyəm sən dünəndə zəng eliyib açot eliyirsən o da mənə zəng eliyir deyir a bu məni açot eliyir dedim onda çağır ağsaqqal çünki biz hara nəsə verəndə mütləq arayışdı jekə gedirsən jekin mdirinə girməmişdən xahiş elətdirirsən ordan icraya girirsən xahiş elətdirirsən bunların hamısını eliyən ağsaqqaldı o birisin özü bilirsən bunları da hamısı bilir hamısı deyib gedir sən buna nigaransansa niyə görə nigaransan ağsaqqal çağıracaq səni oturun danışın görün ki həqiqətən ... bəlkə də mən doğrudan da arayışların 5 6-nı cibimə qoymuşam ola bilər də həyatdı da oldu qərdeş mən gedirəm üzməyə 1-2 saat telefon olmuyacaq yaxşı yol” məzmunlu səsli (audio) mesaj göndərilmişdir (istintaq hərəkəti zamanı qeydə alınmış video görüntülərin əks olunduğu 1 ədəd disk protokola əlavə edilmişdir), (cild 1, iş vərəqi 189-199; cild 8, iş vərəqi 143-153). Cinayət işinin materialarında olan protokoldan görünür ki, ibtidai istintaq zamanı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 3 may 2023-cü il tarixli, 1947 saylı müşayiət məktubu ilə daxil olmuş Təqsirləndirilən şəxs və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus bank hesabları üzrə aparılmış maliyyə əməliyyatlarına dair məlumatları özündə əks etdirən 110 vərəqdən ibarət bank sənədlərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 məxsus 85000 ABŞ dolları məbləğində pulun etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirdiyi 2022-ci ilin may və iyun aylarından sonrakı müddətdə, yəni 5 iyul 2022-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixdək olan dövrdə ona məxsus bank hesabına ümumilikdə 150000 (bir yüz əlli min) manat məbləğində pul vəsaitinin mədaxil edildiyi, həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2022-ci ildə Azərbaycanda tütün əkininə 3-4 milyon ABŞ dolları məbləğində sərmayə yatırılması barədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 bildirdiklərinin bank sənədləri ilə təsdiqini tapmadığı müəyyən edilmişdir. Belə ki, sənədlərə baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən aşağıdakı bank əməliyyatlarının aparılması müəyyən edilmişdir: 1) 5 iyul 2022-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətində Təqsirləndirilən şəxs məxsus ******************** nömrəli bank hesabına 40000 (qırx min) manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. 2) 6 iyul 2022-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətində Təqsirləndirilən şəxs məxsus AZ44BRES41010AZ**********020 nömrəli bank hesabına 10000 (on min) manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. 3) 23 sentyabr 2022-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətində Təqsirləndirilən şəxs məxsus ******************** nömrəli bank hesabına 50000 (əlli min) manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. 4) 20 oktyabr 2022-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətində Təqsirləndirilən şəxs məxsus ******************** nömrəli bank hesabına 50000 (əlli min) manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. 5) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki AZ44BRES40070AZ**********001 nömrəli bank hesabına 21 yanvar 2022-ci il tarixdən 27 dekabr 2022-ci il tarixədək olan müddətdə “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 3 may 2021-ci il tarixli borc müqaviləsinə əsasən ümumilikdə ******* (bir milyon dörd yüz əlli min altı yüz üç) manat məbləğində pul vəsaiti köçürülmüşdür (cild 8, iş vərəqi 3-117). Cinayət işinin materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Hotta Hisashi tərəfindən Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə ünvanlanmış ingilis və Azərbaycan dillərində tərtib edilən 25 sentyabr 2021-ci il tarixli məktubda aşağıdakılar göstərilmişdir: “X21 MMC-nin direktoru Hotta Hisashi və şirkətimizin təsisçisi cənab Koyama Toshiyuki yazıb sizə bildirmək istəyirik ki, indi Təqsirləndirilən şəxsla barışmaq niyyətimiz yoxdur. Həmçinin bildirirəm ki, Zərərçəkmiş şəxs1 mənim razılığım əsasında imza nümunələrini yoxlamaq məqsədi ilə möhürlü sənədlər və müqavilələr təqdim edilib” (cild 2, iş vərəqi 111-112). Cinayət işinin materiallarında olan Yaponiyada fəaliyyət göstərən “CONNECT CORPORATİON CO LTD” şirkətinin direktoru Hitoshi Tahara tərəfindən Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə ünvanlanmış ingilis və Azərbaycan dillərində tərtib edilən məktubda aşağıdakılar göstərilmişdir: “Yazıb sizə bildirirəm ki, mən Hitoshi Tahara 2018-ci ilin oktyabrından Yaponiyadakı “Connect Corporation” LLC-nin direktoruyam. Mənim şirkətin direktoru olduğum müddətdə, Tanio Munechika məlumatım olmadan özünü direktor kimi təqdim edərək Təqsirləndirilən şəxsla birlikdə Zərərçəkmiş şəxs1 qarşı dələduzluq edib, saxta müqavilələrə mənim əvəzimdən imza ataraq təsdiqləyib. Yazıb sizə bildirmək istəyirəm ki, həmin müqavilələrdən mənim məlumatım olmayıb. Xahiş edirəm ki, Tanio Munechika və Təqsirləndirilən şəxs barəsində tədbir görəsiniz” (cild 2, iş vərəqi 132-133). Cinayət işinin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətindən təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus AZ89PAHA******************** nömrəli bank hesabı üzrə 1 yanvar 2018-ci il tarixdən 1 yanvar 2019-cu il tarixədək olan dövrdə aparılmış bank əməliyyatları ilə bağlı məlumatları özündə əks etdirən çıxarışdan görünür ki, 27 noyabr 2018-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus həmin bank hesabından "xxxx" MMC-in AZ40AMRA******************** nömrəli bank hesabına 10270,72 manat məbləğində pul vəsaiti köçürülmüşdür (cild 2, iş vərəqi 231). Cinayət işinin materiallarında olan “İşə qəbul edilməsi haqqında” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Tanio Munechikanın 6 noyabr 2018-ci il tarixli, 1 nömrəli əmrindən görünür ki, Zərərçəkmiş şəxs1 6 noyabr 2018-ci il tarixdə həmin cəmiyyətin direktoru vəzifəsinə təyin edilmişdir (cild 4, iş vərəqi 40). Cinayət işinin materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 6 saylı poçt filialından daxil olmuş 10 aprel 2020-ci il tarixli, 6PF-13/428 saylı məktubda göstərilmişdir ki, qeyd edilmiş tarixlərdə (xx.xx.2018, 880817117, 2840,4 AZN: xx.xx.2018, 880817117, 578.4 AZN: xx.xx.2019, 8********. 1020,6 AZN: xx.xx.2019, 600887166, 1093 AZN) Zərərçəkmiş şəxs1 adından DSMF-nin Binəqədi rayon şöbəsinin hesabına 6 saylı poçt filialının 124 saylı poçt şöbəsi tərəfindən ARMB X22 vasitəsi ilə heç bir ödəniş aparılmamış və müraciətə əlavə edilmiş qəbzlər sistem üzərindən üzləşdirilərkən bazada heç bir məlumat aşkarlanmamışdır. Həmçinin bildiririk ki, təqdim etdiyiniz qəbzlərin surətləri 6 saylı poçt filialının 124 saylı poçt şöbəsi tərəfindən emal edilməmişdir (cild 3, iş vərəqi 245). Cinayət işinin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Gənclik” filialından daxil olmuş 16 mart 2020-ci il tarixli, 202 saylı məktubdan görünür ki, Zərərçəkmiş şəxs1 adından xx.xx.2018-ci il tarixli ********* nömrəli mədaxil qəbzi üzrə 3000 (üç min) manat, xx.xx.2019-cu il tarixdə ********* nömrəli mədaxil qəbzi üzrə 1352 (bir min üç yüz əlli iki) manat və xx.xx.2019-cu il tarixdə ********* nömrəli mədaxil qəbzi üzrə 3000 (üç min) manat məbləğlərində pul vəsaitinin AR VN-nin Milli Gəlirlər Departamentinin hesabına mədaxil qəbzlərinin arxivdə əsli (originalı) aşkar olunmamışdır (cild 3, iş vərəqi 232). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin 17 oktyabr 2022-ci il tarixli, 1000-170/1xx-xx/018896 saylı məktubundan görünür ki, Yaponiyada fəaliyyət göstərən “CONNECT CORPORATİON CO LTD” (Yaponiya, tel +**********5) şirkətindən Azərbaycan Respublikası ərazisinə fiziki şəxs Zərərçəkmiş şəxs1 (VÖEN **********) adına 16 oktyabr 2018-ci il tarixli, **********6553 nömrəli gömrük bəyannaməsi əsasında 330,94 ABŞ dolları dəyərində 35,00 kq çəkidə şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilməmiş kakao tozu; 512,18 ABŞ dolları dəyərində 50,00 kq çəkidə digər formalarda sabun; 314,17 ABŞ dolları dəyərində 11,24 kq çəkidə qurudulmuş dəniz məhsulları (600 ədəd); 739,04 ABŞ dolları dəyərində 120,00 kq çəkidə şəkərlə örtülmüş və ya örtülməmiş saqqız; 2113,52 ABŞ dolları dəyərində 200,00 kq çəkidə quru peçenye; 1353,88 ABŞ dolları dəyərində 150,00 kq çəkidə şəkərdən hazırlanmış qənnadı məmulatları olmaqla ümumilikdə 5.363,73 ABŞ dolları dəyərində, 23 oktyabr 2018-ci il tarixli, **********4405 nömrəli gömrük bəyannaməsi əsasında 4,44 ABŞ dolları dəyərində 1,00 kq çəkidə çörəkbulka və unlu qənnadı məmulatlarının hazırlanması üçün qarışıqlar (kinako 1 kq qablarda); 53,17 ABŞ dolları dəyərində 1,50 kq çəkidə qida üçün yararlı dəniz və digər yosunlar (kelp 500 qr qablarda 05 ədəd); 41,72 ABŞ dolları dəyərində 1,50 kq çəkidə qulağabənzər aurikulyariyalar (siitake 500 qr qablarda 05 ədəd); 78,30 ABŞ dolları dəyərində 19,40 kq çəkidə digər ədviyyatlar (karri 1 kq qablarda 20 ədəd); 42,12 ABŞ dolları dəyərində 5,00 kq çəkidə hazır şorbalar və bulyonlar və onların hazırlanması üçün tədarüklər (hondashi 1 kq qablarda); 25,02 ABŞ dolları dəyərində 9,60 kq çəkidə digər çörək-bulka və unlu qənnadı məmulatları (suxari 2 kq qablarda); 18,21 ABŞ dolları dəyərində 9,50 kq çəkidə suda həll edilmiş və ya həll edilməmiş, tərkibində yapışmanın qarşısını alan və ya səpələnmə qabiliyyətini təmin edən agentlər əlavə edilmiş qarışıqlar (matcha sait); 66,12 ABŞ dolları dəyərində 37,20 kq çəkidə soya sousu (Kikouman 1,8 litrlik qablarda 12 ədəd, Pligasimaru 1,8 litrlik qablarda 6 ədəd); 329,85 ABŞ dolları dəyərində 81,20 kq çəkidə hazır souslar (wasabi tube 310 qramlıq qablarda 12 ədəd, ebara 550 qramlıq qablarda 6 ədəd, kagome 1,8 litrlik qablarda 6 ədəd, mayonnaise 1 kq qablarda 10 ədəd, okonomiyaki 1,8 litrlik qablarda 3 ədəd), sousların hazırlanması üçün məhsullar (sanjirushi 1 kq qablarda 10 ədəd, kadoya 650 qramlıq qablarda 6 ədəd, syowa 1 kq qablarda 10 ədəd, wasabi powder 350 qramlıq qablarda 5 ədəd, yuzu paste 150 qramlıq qablarda 5 ədəd, ajinomotos 1 kq qablarda 6 ədəd, syantan 1 kq qablarda 3 ədəd, oyster sauce 2,3 kq qablarda 3 ədəd); 26,69 ABŞ dolları dəyərində 12,50 kq çəkidə ağacdan süfrə və mətbəx ləvazimatları, bambukdan yemək çubuqları; 86,88 ABŞ dolları dəyərində 43,20 kq çəkidə köpüklənməyən digər qıcqırdılmış içkilər (2 litr və ya daha az olan qablarda); 100,74 ABŞ dolları dəyərində 32,40 kq çəkidə düyü sirkəsi (2 litr və ya daha az tutumlu qablarda), sitrus meyvələrin sirkəsi (2 litr və ya daha az tutumlu qablarda); 124,80 ABŞ dolları dəyərində 4,50 kq çəkidə başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən qida məhsulları (sekigutisyoten) olmaqla ümumilikdə 998,06 ABŞ dolları dəyərində, 6 noyabr 2018-ci il tarixli, **********5734 nömrəli gömrük bəyannaməsi əsasında 2113,52 ABŞ dolları dəyərində 200,00 kq çəkidə quru peçenye; 739,04 ABŞ dolları dəyərində 120,00 kq çəkidə şəkərlə örtülmüş və ya örtülməmiş saqqız; 512,18 ABŞ dolları dəyərində 50,00 kq çəkidə digər formalarda sabun; 1353,88 ABŞ dolları dəyərində 150,00 kq çəkidə şəkərdən hazırlanmış qənnadı məmulatları; 330,94 ABŞ dolları dəyərində 35,00 kq çəkidə şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilməmiş kakao tozu; 314,17 ABŞ dolları dəyərində 11,24 kq çəkidə qurudulmuş dəniz məhsulları (600 ədəd) olmaqla ümumilikdə 5.363,73 ABŞ dolları dəyərində, 1 dekabr 2018-ci il tarixli, **********4034 nömrəli gömrük bəyannaməsi əsasında 18,21 ABŞ dolları dəyərində 9,50 kq çəkidə suda həll edilmiş və ya həll edilməmiş, tərkibində yapışmanın qarşısını alan və ya səpələnmə qabiliyyətini təmin edən agentlər əlavə edilmiş qarışıqlar (matcha sait); 124,80 ABŞ dolları dəyərində 4,50 kq çəkidə başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən qida məhsulları (sekigutisyoten); 100,74 ABŞ dolları dəyərində 32,40 kq çəkidə düyü sirkəsi (2 litr və ya daha az olan qablarda), sitrus meyvələrin sirkəsi (2 litr və ya daha az tutumlu qablarda); 4,44 ABŞ dolları dəyərində 1,00 kq çəkidə çörək-bulka və unlu qənnadı məmulatlarının hazırlanması üçün qarışıqlar (kinako 1 kq qablarda); 86,88 ABŞ dolları dəyərində 43,20 kq çəkidə köpüklənməyən digər qıcqırdılmış içkilər (2 litr və ya daha az tutumlu qablarda); 78,30 ABŞ dolları dəyərində 19,40 kq çəkidə ədviyyatlar (karri 1 kq qablarda 20 ədəd); 53,17 ABŞ dolları dəyərində 1,50 kq çəkidə qida üçün yararlı dəniz və digər yosunlar (kelp 500 qr qablarda 5 ədəd); 66,12 ABŞ dolları dəyərində 37,20 kq çəkidə soya sousu (Kikouman 1,8 litrlik qablarda 12 ədəd, Higasimaru 1,8 litrlik qablarda 6 ədəd); 41,72 ABŞ dolları dəyərində 1,50 kq çəkidə qulağabənzər aurikulyariyalar (siitake 500 qr qablarda 5 ədəd); 42,12 ABŞ dolları dəyərində 5,00 kq çəkidə hazır şorbalar və bulyonlar və onların hazırlanması üçün tədarüklər (hondashi 1 kq qablarda); 329,85 ABŞ dolları dəyərində 81,20 kq çəkidə hazır souslar (wasabi tube 310 qramlıq qablarda 12 ədəd, ebara 550 qramlıq qablarda 6 ədəd, kagome 1,8 litrlik qablarda 6 ədəd, mayonnaise 1 kq qablarda 10 ədəd, okonomiyaki 1 8 litrlik qablarda 3 ədəd), sousların hazırlanması üçün məhsullar (sanjirushi 1 kq qablarda 10 ədəd, kadoya 650 qramlıq qablarda 6 ədəd, syowa 1 kq qablarda 10 ədəd, wasabi powder 350 qramlıq qablarda 5 ədəd, yuzu paste 150 qramlıq qablarda 5 ədəd, ajinomotos 1 kq qablarda 6 ədəd, syantan 1 kq qablarda 3 ədəd, oyster sauce 2,3 kq qablarda 3 ədəd); 26,69 ABŞ dolları dəyərində 12,50 kq çəkidə ağacdan süfrə və mətbəx ləvazimatları, bambukdan yemək çubuqları; 25,02 ABŞ dolları dəyərində 9,60 kq çəkidə digər çörək-bulka və unlu qənnadı məmulatları (Suxari 2kq qablarda) olmaqla ümumilikdə 998,06 ABŞ dolları dəyərində, cəmi 12723,58 ABŞ dolları dəyərində, 1661,28 kq çəkidə Yaponiya istehsalı olan mallar idxal edilmişdir (cild 6, iş vərəqi 201-217). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin 15 may 2023-cü il tarixli, 3-33/2-008904/2023 saylı məktubundan görünür ki, "xxxx" MMC-nin (VÖEN**********) 1 noyabr 2018-ci il tarixdən xarici iqtisadi fəaliyyəti Dövlət Gömrük Komitəsinin məlumat bazasında qeydə alınmamışdır (cild 8, iş vərəqi 119). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.2.2, 179.2.3, 179.2.4, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək ona 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına təyin edilmiş, Cinayət Məcəlləsinin 7-ci maddəsinə əsasən 2 il şərti sınaq müddəti təyin edilməklə şərti məhkum edilmişdir (cild 1, iş vərəqi 27-28, cild 5, iş vərəqi 54-76). Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş şərti məhkum etmə zamanı yenidən qəsdən ağır cinayət törətmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Cinayət işinin materiallarında olan axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 10 may 2023-cü il tarixdə yaxalanaraq aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə təhvil verilmiş və həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 254, cild 7, iş vərəqi 152). Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində saxlama müddətinin əvvəli 10 may 2023-cü il tarixdən hesablanmaqla 2 (iki) ay 20 (iyirmi) gün həddində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir (cild 7, iş vərəqi 212-224). Cinayət işinin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 22 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilmişdir (cild 8, iş vərəqi 120-132). Cinayət işinin materiallarında olan qərardan görünür ki, 22 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 8, iş vərəqi 133-134). Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələrindən görünür ki, onlara dəymiş ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayət və tələbləri yoxdur (cild 10). Cinayət işinin materiallarında olan “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 10 avqust 2013-cü il təvəllüdlü İmran Ələsgərli adlı bir azyaşlı uşağı vardır (cild 10). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələrlə təqsirli bilinməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələrinin sanksiyalarında ən ağır cəza kimi müvafiq olaraq iki ilədək və bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 44.2 və 44.2.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda və cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2ci maddələri törətdiyi gündən iki ildənçox vaxt keçdiyindən ona həmin maddələrlə cəza təyin edilməməli, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə himayəsinə azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayətlərin təhlükəli residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1 və 46.2-ci maddələrinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək hesab edir ki, ona Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmə ləğv edilməli, Cinayət Məcəlləsinin 67.1, 67.5 və 66.4-cü maddələrinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına əvvəkli hökmlə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə və əlavə cəzanı əsas cəzaya birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun yaşlı olmasını, cəzanı yüngülləşdirən halları - himayəsinə azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, qanunun ədalət prinsipini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkündür, onun barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslıdır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcələsinin 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməli, sınaq müddəti müəyyən edilməklə üzərinə müəyyən vəzifələr qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışlarına vaxtında gəlmək vəzifələri qoyulmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərclərinin olmadığı nəzərə alınmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 510 (beş yüz on) manat 52 (əlli iki) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübutlar: “CONNECT CORPORATİON CO LTD” şirkəti ilə fiziki şəxs kimi Zərərçəkmiş şəxs1 (VÖEN: **********) arasında bağlanılması göstərilən 1 oktyabr 2018-ci il tarixli, AZECONE011 nömrəli, 5710,18 ABŞ dolları, 11969,42 ABŞ dolları və 5710,18 ABŞ dolları dəyərlərində 03 ədəd çərəz məhsullarının alqı-satqısına dair saxta müqavilə, “CONNECT CORPORATİON CO LTD” şirkəti ilə fiziki şəxs kimi Zərərçəkmiş şəxs1 arasında bağlanılması göstərilən 5 oktyabr 2018-ci il tarixli, AZECONE012 nömrəli, 821,78 ABŞ dolları, 19498,07 ABŞ dolları və 821,78 ABŞ dolları dəyərlərində 03 ədəd ədviyyat məhsullarının alqı-satqısına dair saxta müqavilə, “CONNECT CORPORATİON CO LTD” şirkəti ilə fiziki şəxs kimi Zərərçəkmiş şəxs1 (VÖEN: **********) arasında bağlanılması göstərilən AZEL-AİR-20181100 qaimə nömrəli, 25294,12 ABŞ dolları dəyərində 01 ədəd tütün məhsullarının alqı-satqısına dair saxta müqavilə, “CONNECT CORPORATİON CO LTD” şirkəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında bağlanılması göstərilən 01 noyabr 2018-ci il tarixli, CNA0011 nömrəli, 20500 ABŞ dolları dəyərində və 06 noyabr 2018-ci il tarixli, CNA0010 nömrəli, 31000 ABŞ dolları dəyərində olan şərab və qida məhsullarının alqı-satqısına dair 02 ədəd müqavilənin surəti, Zərərçəkmiş şəxs1 adından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 6 saylı poçt filialı vasitəsi ilə Dövlət Sosial müdafiə Fondunun “Binəqədi” şöbəsinə 1020,60 manat ödəniş edilməsinə dair 04 fevral 2019-cu il tarixli, ********* nömrəli, 1293,00 manat ödəniş edilməsinə dair 24 noyabr 2019-cu il tarixli, ********* nömrəli, 578,40 manat ödəniş edilməsinə dair 10 dekabr 2018-ci il tarixli, ********* nömrəli və 2840,40 manat ödəniş edilməsinə dair 27 dekabr 2018-ci il tarixli, ********* nömrəli saxta mədaxil qəbzləri, Zərərçəkmiş şəxs1 adından "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “GƏNCLİK” filialı vasitəsi ilə Vergilər Nazirliyi Milli Gəlirlər Departamentinə 3004,50 manat ödəniş edilməsinə dair 13 dekabr 2018-ci il tarixli, ********* nömrəli, 1352,80 manat ödəniş edilməsinə dair 03 yanvar 2019-cu il tarixli, ********* nömrəli və 3004,50 manat ödəniş edilməsinə dair 25 yanvar 2019-cu il tarixli ********* nömrəli saxta mədaxil qəbzləri, Zərərçəkmiş şəxs2 məxsus “İphone 5” markalı mobil telefon cihazında onunla Təqsirləndirilən şəxs arasında “WhatsApp” ani mesajlaşma və mübadilə sistemi vasitəsilə ötürülən səsli (audio) mesajlara video çəkilişdən istifadə edilməklə keçirilmiş baxış istintaq hərəkəti zamanı qeydə alınan video görüntülərin əks olunduğu bir ədəd disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş müxtəlif mobil telefon nömrələrinin zənglər siyahısına, SMS mətnlərinə və əhatə dairəsinə dair məlumatları özündə əks etdirən bir ədəd disk və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş müxtəlif mobil telefon nömrələrinin zənglər siyahısına, SMS mətnlərinə və əhatə dairəsinə dair məlumatları özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 357.0.3, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə ona cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1, 67.5 və 66.4-cü maddələrinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına əvvəkli hökmlə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə və əlavə cəzanı əsas cəzaya birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə ona 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin başlanğıcı və əlavə cəzanın icrası hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 510 (beş yüz on) manat 52 (əlli iki) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: “CONNECT CORPORATİON CO LTD” şirkəti ilə fiziki şəxs kimi Zərərçəkmiş şəxs1 (VÖEN: **********) arasında bağlanılması göstərilən 1 oktyabr 2018-ci il tarixli, AZECONE011 nömrəli, 5710,18 ABŞ dolları, 11969,42 ABŞ dolları və 5710,18 ABŞ dolları dəyərlərində 03 ədəd çərəz məhsullarının alqı-satqısına dair saxta müqavilə, “CONNECT CORPORATİON CO LTD” şirkəti ilə fiziki şəxs kimi Zərərçəkmiş şəxs1 arasında bağlanılması göstərilən 5 oktyabr 2018-ci il tarixli, AZECONE012 nömrəli, 821,78 ABŞ dolları, 19498,07 ABŞ dolları və 821,78 ABŞ dolları dəyərlərində 03 ədəd ədviyyat məhsullarının alqı-satqısına dair saxta müqavilə, “CONNECT CORPORATİON CO LTD” şirkəti ilə fiziki şəxs kimi Zərərçəkmiş şəxs1 (VÖEN: **********) arasında bağlanılması göstərilən AZEL-AİR-20181100 qaimə nömrəli, 25294,12 ABŞ dolları dəyərində 01 ədəd tütün məhsullarının alqı-satqısına dair saxta müqavilə, “CONNECT CORPORATİON CO LTD” şirkəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında bağlanılması göstərilən 01 noyabr 2018-ci il tarixli, CNA0011 nömrəli, 20500 ABŞ dolları dəyərində və 06 noyabr 2018-ci il tarixli, CNA0010 nömrəli, 31000 ABŞ dolları dəyərində olan şərab və qida məhsullarının alqı-satqısına dair 02 ədəd müqavilənin surəti, Zərərçəkmiş şəxs1 adından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 6 saylı poçt filialı vasitəsi ilə Dövlət Sosial müdafiə Fondunun “Binəqədi” şöbəsinə 1020,60 manat ödəniş edilməsinə dair 04 fevral 2019-cu il tarixli, ********* nömrəli, 1293,00 manat ödəniş edilməsinə dair 24 noyabr 2019-cu il tarixli, ********* nömrəli, 578,40 manat ödəniş edilməsinə dair 10 dekabr 2018-ci il tarixli, ********* nömrəli və 2840,40 manat ödəniş edilməsinə dair 27 dekabr 2018-ci il tarixli, ********* nömrəli saxta mədaxil qəbzləri, Zərərçəkmiş şəxs1 adından "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “GƏNCLİK” filialı vasitəsi ilə Vergilər Nazirliyi Milli Gəlirlər Departamentinə 3004,50 manat ödəniş edilməsinə dair 13 dekabr 2018-ci il tarixli, ********* nömrəli, 1352,80 manat ödəniş edilməsinə dair 03 yanvar 2019-cu il tarixli, ********* nömrəli və 3004,50 manat ödəniş edilməsinə dair 25 yanvar ‘2019-cu il tarixli ********* nömrəli saxta mədaxil qəbzləri, Zərərçəkmiş şəxs2 məxsus “İphone 5” markalı mobil telefon cihazında onunla Təqsirləndirilən şəxs arasında “WhatsApp” ani mesajlaşma və mübadilə sistemi vasitəsilə ötürülən səsli (audio) mesajlara video çəkilişdən istifadə edilməklə keçirilmiş baxış istintaq hərəkəti zamanı qeydə alınan video görüntülərin əks olunduğu bir ədəd disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş müxtəlif mobil telefon nömrələrinin zənglər siyahısına, SMS mətnlərinə və əhatə dairəsinə dair məlumatları özündə əks etdirən bir ədəd disk və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş müxtəlif mobil telefon nömrələrinin zənglər siyahısına, SMS mətnlərinə və əhatə dairəsinə dair məlumatları özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar