Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2458/2024 26.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X3 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 10:15-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və xüsusilə külli miqdarda psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və xüsusilə külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Nəbi» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən sonra aralarında olan cinayətkar razılaşmaya əsasən külli miqdarda 18670,047 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və xüsusilə külli miqdarda 1692,805 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda, yerdən və şəraitdə «Nəbi» adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün qanunsuz olaraq əldə edib daşımaqla satışını həyata keçirmək məqsədi ilə narkotik vasitə qurudulmuş marixuananın 15,047 qram çəkidə hissəsini üzərində, qalan 18655,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və 1692,805 qram çəkidə psixotrop maddə metamfetamini yaşadığı ünvan 2 ünvanına daşıyaraq saxlamış, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 03 avqust 2024-cü il tarixdə saat 20:20-də ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq həmin ünvanda üzəri yoxlanılan zaman əynində olan ağ rəngli şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə xeyli miqdarda təmiz çəkisi 15,047 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.
3. Əməliyyat axtarış tədbirinin davamı olaraq 03 avqust 2024-cü il tarixdə saat 21:45dən etibarən Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış keçirilən zaman yaşadığı evin həyətindəki saxlanc yeri kimi istifadə olunan yardımçı tikilidən olan iki ədəd bağlamanın içərisində birinci bağlamada 21 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 500,0 qram, 500,0 qram, 505,0 qram, 550,0 qram, 500,0 qram, 520,0 qram, 505,0 qram, 510,0 qram, 505,0 qram, 500,0 qram, 505,0 qram, 510,0 qram, 505,0 qram, 530,0 qram, 500,0 qram, 505,0 qram, 500,0 qram 495,0 qram, 500,0 qram, 500,0 qram və 510 qram olmaqla ümumi çəkisi 10655 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, ikinci bağlamada 16 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 505,0 qram, 510,0 qram, 380,0 qram, 505,0 qram, 495,0 qram 505,0 qram, 500,0 qram, 505,0 qram, 500,0 qram, 510,0 qram, 500,0 qram, 505,0 qram, 520,0 qram, 495,0 qram, 565,0 qram, 500,0 qram olmaqla ümumi çəkisi 8000,0 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 17 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 99,549 qram, 99,814 qram, 99,395 qram, 102,145 qram, 99,011 qram, 99,580 qram, 99,115 qram, 100,696 qram, 96,136 qram, 98,905 qram, 99,355 qram, 99,285 qram, 100,196 qram, 100,207 qram, 100,012 qram 99,742 qram və 99,662 qram olmaqla ümumi çəkisi 1692,805 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 4.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, bir ay əvvəl “İnstagram” vasitəsilə tanış olduğu adı Nəbi olan amma “Samir” ləqəbli şəxslə ona marixuana göndərməsi barədə danışmışdır. İranlının göndərdiyi məkana on altı kiloqram marixuana götürmək üçün getmiş, lakin göndərilən məkan boş olmuşdur. İranlının təkrar yolladığı məkana gedəndə marixuana kisədə olmuş, kisələri götürüb evə gətirərək saxlanc yerinə qoyaraq saxlamış, içərilərinə baxmamışdır. Səhəri günü anası ilə birlikdə Hövsana xalasıgilə getmişdir. Orada xalasıqızı ilə birlikdə kabab almaq üçün getmiş və qayıdanda üç nəfər yaxınlaşaraq onu maşına mindirmişlər. Ondan “ malın” harada olduğunu soruşmuşlar, bu zaman o, “mal nədir” demiş, həmin vaxt “narahat olma, hər şeyi biz bilirik, generala kimi məlumatı var, malın yerini denən, hər şey yaxşı olacaq” demişlər. Bundan sonra o, etiraf edərək nə qədər “nəşə” götürdüyünü və harada saxladığını göstərmişdir. Həyətə gedib kisələri açdıqda kisənin içindən metamfetamin çıxdığını görmüşdür. Polislər onu saxlayanda, videoçəkilişdən əvvəl üzərində narkotik olmamış, polislər ona on beş qram narkotik vermiş, o da çəkilişdə ona aid olduğunu bildirmişdir. O, ittihamda qeyd edilən miqdarda marixuananı iranlının göndərdiyi məkandan götürmüş, götürərəkən onun fikri iranlını şantaj edib qarşılığında üç, dörd, beş min manat ondan istəmək olmuşdur. O, narkotiki Lənkəranda kənddən götürərək Bakıya gətirmiş və narkotiki götürərkən yanında kimsə olmamışdır. Ona qarşı hansısa psixi və fiziki zorakılıqlar olmamış, ibtidai istintaq dövründə ifadəsini oxuyaraq imzalamışdır. 5.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, o, arabir narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. O, üzərindən və yaşadığı ünvan ünvan 4iş narkotik vasitə və psixotrop maddələri tutulmazdan bir gün əvvəl “İnstagram” sosial şəbəkəsi vasitəsilə təxminən 01 ay əvvəl tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Nəbi” adlı şəxsin göstərişi ilə Astara rayonu, Rinə kəndindən tanımadığı ünvandan “Nəbi” adlı şəxsin göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etmişdir, lakin onlar “Nəbi” adlı şəxslə pul barəsində hələ söhbət etməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, bundan əvvəl “Nəbi” adlı şəxs ona 01 dəfə də narkotik vasitə göndərəcəyini bildirmiş, lakin Rəşad onun dediyi ünvana getdikdə orada heçnə olmadığını görmüşdür. O narkotik vasitələri icarəyə götürdüyü dövlət qeydiyyat nişanını dəqiq xatırlamadığı “Kia Rio” markalı avtomobil vasitəsilə daşıyıb yaşadığı ünvana gətirmişdir. O narkotik vasitələri yaşadığı ünvanın həyətində olan yarımtikiliyə yerləşdirmişdir. O narkotik vasitələri başqa şəxslərə bağışlamamış və ya satmamışdır. Məqsədi “Nəbi” adlı şəxsin dediyi ünvanlara çatdıraraq qazanc əldə etmək olmuşdur. O saxlanılarkən xalasıqızı Nuranə Cəfərova yanında olmuşdur, lakin onun həmin narkotik vasitələrdən məlumatı olmamışdır. 04 avqust 2024-cü il tarixdə o anası ilə birlikdə xalasıgilə qonaq getmişdir. Orada olan zaman o və xalasıqızı Nuranə Cəfərova gedib kabab almaq qərarına gəlmişdir. O Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi 57 ünvanının yaxınlığında maşından düşüb kabab almağa gedərkən 3 nəfər mülki geyimdə polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş və onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək ona üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar və əgər varsa təqdim etməyini təklif etmişlər. Bu zaman onun xalasıqızı Nuranə Cəfərova avtomobildə gözləmişdir. Bu təklifdən sonra o əynində olan ağ rəngli şalvarın sol yan cibindən bir ədəd bükümdə yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuananı, həmin şalvarımın sağ yan cibindən bir ədəd Samsung markalı mobil telefonu, iki ədəd açarı təqdim etmişdir. Sonra onun üstü yoxlanılmışdır. Yoxlama zamanı heç bir əşya və ya predmet aşkar edilməmişdir. Sonra qurudulmuş marixuana elektron tərəzidə çəkilərək qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd mobil telefon götürülmüş, digər əşyalar isə ona geri qaytarılmışdır. Ona verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik vasitənin qurudulmuş marixuana olmasını və istifadə etmək məqsədi ilə əldə etdiyini bildirmiş və narkotik vasitənin bir hissəsini evində gizlətdiyini bildirmişdir. Nuranə Cəfərova polis əməkdaşları tərəfindən polis idarəsinə dəvət olunmuşdur. Bundan sonra polis əməkdaşları və o narkotik vasitəni gizlətdiyi ünvan 1 ünvanına getmişlər. Ona evdə olan narkotik vasitələri təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra yaşadığı ünvanın həyətindəki saxlanc yerində gizlətdiyi 2(iki) ədəd kisəni təqdim etmişdir. Həmin kisələrin içərisindən otuz yeddi bağlamada açıq yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuana və iki bağlamada metamfetamin kütlələri aşkar olunmuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra ünvanın digər hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. Ona verilən suallara cavab olaraq aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni İran İslam Respublikası vətəndaşı “Nəbi” adlı şəxsin vasitəsi ilə Lənkəran rayonu ərazisindən gizlədilmiş yerdən ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə götürdüyünü, üzərindən aşkar olunan Samsung markalı ***-***-**-** nömrəli mobil telefonla həmin “Nəbi” adlı şəxslə əlaqə saxladığını bildirmişdir. Daha sonra polis əməkdaşları onu BNMİ-yə aparmışlar. Orada ona hüquq və vəzifələri izah olunmuş və müdafiəçi ilə təmin olunmuşdur (İ cild, səh. 81-84, 181-183). 6.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 03 avqust 2024-cü il tarixində ünvan 7 ünvanında Rəşad tərəfilərindən saxlanılmış və şərait olmadığından 40 metr kənara çəkilmişlər. Üzərinə baxış keçirildiyi zaman əvvəlcədən onlarda şəxsin külli miqdarda narktotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olması barədə məlumat olmuşdur. Şəxsə üzərində qeyri-qanuni əşya olub olmaması barədə sual verildikdə ağ rəngli şalvarından bir ədəd bükümdə marixuanaya bənzər kütləni təqdim etmiş və çəkisinin 18,157 qram olması müəyyən edilmişdir. Daha sonra şəxsin evinə getdikdə orada saxlanc yerindən iki kisəni təqdim etmiş, otuz yeddi bükümdə marixuanaya bənzər kütlə aşkar olunmuş və səhv etmirsə çəkisi 19,960 qram olmuşdur. Eyni zamanda bir ədəd bükümdə metamfetaminə bənzər kütlə aşkar edilmiş və çəkisinin 1,865 qram olması müəyyən olunmuşdur. Haradan əldə etməsi soruşulduqda Astara rayonu ərazisindən İran İslam Respublikasının vətəndaşı olan Nəbi adlı şəxsin vasitəsilə qazanmaq üçün ayrı-ayri ünvanlara qoymaq məqsədilə gətirdiyini bildirmşdir. Təqsirləndirilən şəxsin saxlanılması əməliyyat məlumatı ilə bağlı olmuş, onun əməliyyat məlumatı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə olmuş, əməliyyat tədbirində üç nəfər iştirak etmişlər. Təqsirləndirilən şəxsə çəkilişdən əvvəl heç bir narkotik vasitə təklif edilməmişdir. Mənzildə olan narkotikin yerini isə şəxs özü göstərmişdir. Saxlanılan zaman şəxsə qarşı heç bir zor və təzyiq olmamışdır. Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 7.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. 03 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə BNMİ-nin rəhbərliyinə raportla məruzə etmişdir. İcazə verildikdən sonra həmin şəxsin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmiş və həmin qərar rəhbərlik tərəfindən təsdiq edilmişdir. Daha sonra həmin məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildiyindən Bakı şəhəri, Suraxanı rayonu ərazisinə gəlmişdir. Təqsirləndirilən şəxs oxşar şəxsin qeyd edilən ünvanın yaxınlığında olduğunu görüb 03 avqust 2024-cü il tarixdə saat 20:20-də həmin şəxsə yaxınlaşmışdır. Özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və ondan anket məlumatlarını bildirməsini xahiş etmişdir. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra həmin şəxsə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah edilmişdir. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə insanların sıx toplaşması, avtomobillərin intensiv hərəkət etməsi səbəbindən Təqsirləndirilən şəxs üstünü həmin yerdə yoxlamaq mümkün olmadığı üçün təxminən 40 metr aralıda yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan ağ rəngli şalvarın ciblərindən 1 (bir) ədəd bükümdə, yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni, 1(bir) ədəd Samsung markalı mobil telefonu, 2(iki) ədəd açarı təqdim etmişdir. Təqdim edilmiş birinci bükümün içərisinə baxıldıqda həmin bükümün içərisində yaşıl rəngli narkotik vasitə olan quruldulmuş marixuanaya bənzər maddə olduğu görünmüşdür. Daha sonra baxış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Aşkar olunmuş maddə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd mobil telefon əməliyyatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitənin qurudulmuş marixuana olmasını və istifadə etmək məqsədi ilə əldə etdiyini bildirmişdir. Üstünü yoxlama zamanı Təqsirləndirilən şəxs şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 15 ünvanında narkotik maddə saxladığını, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra əməliyyat-axtarış tədbirinin davamı olaraq 03 avqust 2024-cü il tarixdə ünvan 1 ünvanında narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözügedən mənzildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs, yaşadığı ünvanın həyətindəki saxlanc yerində gizlətdiyi 2(iki) ədəd kisəni təqdim etmişdir. Həmin kisələrin içərisindən 37(otuz yeddi) bağlamada açıq yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 2(iki) bağlamada metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Sonra həmin kütlələr kütlə elektron tərəzidə çəkilmişdir. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Evin digər otağlarına və hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya predmet maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olumuş narkotik vasitəni və psixotrop maddəni dünən İran İslam Respublikası vətəndaşı “Nəbi" adlı şəxsin vasitəsi ilə Astara rayonunun Rinə kəndindən gizlədilmiş yerdən ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə götürdüyünü, üzərindən aşkar olunan Samsung markalı mobil telefonla həmin “Nəbi” adlı şəxslə əlaqə saxladığını bildirmişdir. Daha sonra baxış və götürmə başa çatmış, videoçəkiliş dayandırılmış, protokol tərtib olunmuş, ucadan oxunmuşdur. Düzgün olduğu üçün imza etmişdir (İ cild, səh. 129-131). 8.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, avqust ayının 3-də Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı rayonu, Hövsan qəsəbəsində piyada hərəkətdə olan zaman şəxs onlar tərəfindən saxlanılmış, həmin yerdə videoçəkilişlə üzərinə baxış keçirilmiş və şəxsin üzərindən marixuana aşkar edilmişdir. Daha sonra yaşadığı Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində həyətində saxlanc yerində olan narkotik vasitələri özü təqdim etmişdir. Onları səhv etmirsə İran İslam Respublikasının vətəndaşı vasitəsilə təyin edilmiş yerdən, Lənkərandan götürərək Bakı şəhərinə gətirdiyini bildirmişdir. Əməliyyat məlumatı Şahid1 daxil olmuş və onlar əməliyyat tədbirində üç nəfər iştirak etmişlər. Təqsirləndirilən şəxsin saxlanılması səbəbi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatın daxil olması olmuşdur. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən narkotik təklif edilməsi halının şahidi olmamışdır. 9.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 132-134). 10.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2024-cü il tarixli 3-16-16/2-6/3976-7/1279 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş :AR DİN “Zərflər üçün № 7" möhür əksi, "Üzərindən aşkar olunan kütlə Təqsirləndirilən şəxs /imza/; BNMİ-nin baş ə/m polis mayoru /imza/ Şahid2” yazılar olan bağlamadakı 01 ədəd bükümdə təmiz çəkisi: 15,047 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş: AR DİN “Zərflər üçün №7” möhür əksi, “Mənzildən aşkar olunmuş kütlə; Təqsirləndirilən şəxs /imza/; BNMİ-nin baş ə/m polis mayoru /imza/ Şahid2; XMİU baş ə/m p-lt /imza/ Azər Həsənov; ə/m polis leytenantı /imza/ Şahid1” yazılar olan narıncı rəngli bağlamadakı 21 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 500,0 qram, 500,0 qram, 505,0 qram, 550,0 qram, 500,0 qram, 520,0 qram, 505,0 qram, 510,0 qram, 505,0 qram, 500,0 qram, 505,0 qram, 510,0 qram, 505,0 qram, 530,0 qram, 500,0 qram, 505,0 qram, 500,0 qram 495,0 qram, 500,0 qram, 500,0 qram və 510 qram; ümumi təmiz çəkisi: 10655,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadırlar, həmin marixuana kütlələri bioloji tərkiblərinə və xarici görünüşlərinə görə öz aralarında eynilik təşkil edirlər. Tədqiqata təqdim olunmuş: AR DİN “Zərflər üçün №7” möhür əksi ilə möhürlənmiş narıncı rəngli bağlamadakı 16 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 505,0 qram, 510,0 qram, 380,0 qram, 505,0 qram, 495,0 qram 505,0 qram, 500,0 qram, 505,0 qram, 500,0 qram, 510,0 qram, 500,0 qram, 505,0 qram, 520,0 qram, 495,0 qram, 565,0 qram, 500,0 qram; ümumi təmiz çəkisi: 8000,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadırlar, həmin marixuana kütlələri bioloji tərkiblərinə və xarici görünüşlərinə görə öz aralarında eynilik təşkil edirlər. Tədqiqata təqdim olunmuş: AR DİN “Zərflər üçün №7” möhür əksi ilə möhürlənmiş 02 ədəd bağlamadakı ümumi sayı 17 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 99,549 qr; 99,814 qr; 99,395 qr; 102,145 qr; 99,011 qr; 99,580 qr; 99,115 qr: 100,696 qr: 96,136 qr: 98,905 qr: 99,355 qr: 99,285 qr: 100,196 qr: 100,207 qr: 100,012 qr: 99,742 qr: 99,662 qram; ümumi təmiz çəkisi: 1692,805 qram olan ağ rəngli, kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir, həmin metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə və xarici görünüşlərinə görə ğz aralarında eynilik təşkil edirlər. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar olunan ümumi sayı 38 ədəd bükümlərdə, ümumi təmiz çəkisi: 18670,047 qram olan marixuana kütlələri bioloji tərkiblərinə və xarici görünüşlərinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu il təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 45-50). 11.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 19 avqust 2024-cü il tarixli, 5683 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və opioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 155-156). 12.«Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair» 03 avqust 2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, üzərinə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan ağ rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd bükümdə, yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni, şalvarın sağ yan cibindən 1(bir) ədəd Samsung markalı mobil telefonu, 2(iki) ədəd açarı təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı heç bir əşya və ya predmet aşkar edilməmişdir. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilib qablaşdırılaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyindən bir ədəd mobil telefon götürülmüş, digər əşyalar isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır (İ cild, səh. 8-9). 13.«Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və evə baxış keçirilməsinə dair» 03 avqust 2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, ünvan 1 ünvanında narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözügedən mənzildə olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs, yaşadığı ünvanın həyətindəki saxlanc yerində gizlətdiyi 2 (iki) ədəd kisəni təqdim etmişdir. Həmin kisələrin içərisindən 37 (otuz yeddi) bağlamada açıq yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 2 (iki) bağlamada metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilib qablaşdırılaraq götürülmüşdür (İ cild, səh. 11-12). 14.«Baxış keçirilməsi haqqında» 17 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən BKC/LGL-15947/24 nömrəli nömrəli məktubla daxil olmuş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskəb baxış keçirilmiş, Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsə baxış keçirilən zaman müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat: 19:25:15-də ***-***-**-** saylı mobil nömrədən 050- ***-**-** saylı mobil nömrəyə “m saxlamışam uşağı gozdurem gelsin emaneti götürüb çıxıb gelem Qaqa”, xx.xx.2023-cü il tarixdə saat: 23:39:47-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “X12 X9 Bitike nese verərdin Gəlib”, xx.xx.2024-cü il tarixdə saat 02:25:12-də 055- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa ozukuzun kruquna gede bileriy tekem tema gotirey geley senol. İkimiz dinceley. Peskomam”, xx.xx.2024-cü il tarixdə saat 17:33:42-də ***-***-**-** saylı mobil nömrədən 051-959- 86-01 saylı mobil nömrəyə “Həsən 4 nəfər lomkadadi qaqaş acda teli” tipli mesajlar yazılmışdır (İ cild, səh. 141). 15.«Cinayət işinin istintaq materiallarına əlavə edilmiş mobil telefon aparatlarına baxış keçirilməsi haqqında» 18 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı həmin mobil telefonun “Samsung” olması və içərisində ***-***-**-** saylı mobil nömrənin olması müəyyən edilmişdir. Mobil telefona baxış keçirilən zaman “whatsapp” ani mesajlaşma proqramında onun “Samir” adlı və “+99***-***-**-**” adlı şəxslərlə yazışması müəyyən edilmişdir. Belə ki, o “Samir” adlı şəxsə və “+99450-765- 56-71" adlı şəxsə narkotik vasitənin və psixotrop maddənin qanunsuz dövriyyəsini özündə əks etdirən fotoşəkillər və məkanlar göndərmişdir (İ cild, səh. 142-153). 16.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsin 13 avqust 2024-cü il tarixli, 9915 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (İ cild, səh. 122). 17.«Maddi sübut kimi tanınma barədə» 05 avqust 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən götürülmüş, ekspertizadan sonra qalıq qalan 18669,797 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və ekspertizadan sonra qalıq qalan 1692,635 qram çəkidə psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verilmişdir (İ cild, səh. 104- 106). 18.«Sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında» 23 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üstünə baxış və götürmə, yaşadığı mənzilə baxış və götürmə aparılmasını özündə əks etdirən 02 ədəd DVD disk sübut hesab edilmiş və cinayət işi materiallarında saxlanılmışdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd «Samsung» markalı mobil telefon cihazı cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir (İ cild, səh. 157-168). 19.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 29). 20.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 4(005)- 999/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 avqust 2024cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 98-102). 21.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 124). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 22.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 23.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 24.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 25.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 26.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 27.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 28.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 29.Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 30.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 31.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən digər şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. 32.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 33.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 109.1-ci bəndinə görə 500 qram və yuxarı həddə narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar hesab hesab edilir. İİ siyahının 118-ci bəndinə əsasən 2 qram və yuxarı həddə psixotrop maddə olan metafetamin külli miqdar hesab edilir. 34.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında təqiq edilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 35.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X4rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 36.Məhkəmə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitənin ona aid olmaması məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərinə «Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair» 03 avqust 2024-cü il tarixli protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 37.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitənin və psixotrop maddənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 38.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, ifadəsində qeyd etdiyi hallar məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunmuşdur. 39.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və xüsusilə külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlayaraq daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 40.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 41.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirli olması ibtidai istintaq dövründə və məhkəmə araşdırması zamanı verdiyi ifadələrin əlaqəli təhlili, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 42.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 43.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 44.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 45.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 46.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 47.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 48.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 49.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 50.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 51.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 52.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 53.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun azadlığının faktiki məhdudlaşdırıldığı - 03 avqust 2024-cü il tarixdən hesablanmalıdır. 54.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 55.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 56.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 57.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 18669,797 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın və 1692,635 qram çəkidə psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən 03 ədəd DVD formatlı diskin və 01 ədəd CD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung» markalı mobil telefon aparatı onun özünə (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılmalıdır. 58.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 59.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 60.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 61.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 62.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 60 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 360 (üç yüz altmış) manat təşkil edir. 63.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 64.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 03 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 18669,797 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 1692,635 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, 03 ədəd DVD formatlı disk və 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın, bir ədəd «Samsung» markalı mobil telefon aparatlı Təqsirləndirilən şəxs (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Elmin Rüstəmov
3. Vüqar Quliyev