Məhkəmə qərarları › İş №1(101)-246/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-246/2020

12.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-246/2020 12.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili x2 yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin qanuni nümayəndəsi x3 iştirakı ilə 2003-cü il oktyabrın 14-də Neftçala rayonunun Kürkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay olan, əvvəllər məhkum edilməmiş, işləməmiş, Neftçala rayonunun Kürkənd kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazir-liyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 2019-cu il avqustun 24-də saat 21 radələrində avtoyuyucu işlədiyi, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1595 ünvanındakı avtomobil yolunun kənarında yerləşən «Malışın moykası» adlı avtoyuma məntəqəsini icarə əsasında işlədən Zərərçəkmiş şəxs ona avtoyuma məntəqəsinin qarşısında yığılan suyu təmizləməsini bildirməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə üzərində olan zavod üsulu ilə hazırlanan məişət təyinatlı mətbəx bıçağı ilə sonuncunu qəsdən vuraraq həmin şəxsə sol budun yuxarı 1/3-nin ön səthinin kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya və qarın boşluğuna nüfuz etməklə qarnın sol aşağı-ön səthində bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.2.4.-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, bir müddət Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən kafelərdə paketçi, daha sonra adı çəkilən qəsəbənin keçid 1595 ünvanında yerləşən «Malışın moykası» adlı avtoyuma məntəqəsində yuyucu işləmişdir. 2019-cu il avqustun 24-də saat 20 radələrində məntəqənin sahibi Zərərçəkmiş şəxs girişin qarşısında yığılan suyu süpürməyi tapşırmış, o isə buraya ancaq maşın yumağa gəldiyini söyləyəndə aralarında sözlə mübahisə yaranmışdır. Bu zaman Şahid3 adlı işçi və Şakirin tanışı Şahid2 də orada olmuşlar. Şakir işlərini tamamlayaraq sabahdan işə çıxmamasını bildirsə də o, artıq heç bir iş görməyəcəyini dedikdə sonuncu yüksək səslə onunla danışmağa, onun şəxsiyyətini alçaltmaqla ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Əsəbiləşdiyindən o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən «Kingsmart» marketindən mətbəx bıçağı alıb saat 21 radələrində geri qayıdanda məntəqədə Şakirin tanışı Şahid1 də olmuşdur. O, sellofan torbadan bıçağı çıxararaq Şakirin qarın boşluğunun sol hissəsindən bir dəfə qəfildən vurmuşdur. Şakir onun əlindən tutmaqla səs-küy saldıqda Nadir, Roman və Əmrah onu məntəqənin içərisinə salmışlar, bıçağı almağa çalışanda onun sol əlinin barmaqları kəsilmiş və bundan sonra o, istifadə etdiyi aləti yerə atmışdır, Roman, Nadir və Əmrah isə onu yerə yıxıb döyməyə başlamışlar. Roman Şakiri öz avtomobili ilə xəstəxanaya aparmışdır. Hazırda peşmançılıq hissi çəkərək zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. O, anası ilə birlikdə yaşayır, atası yoxdur, 14-15 yaşlarından işləməklə ailəsinə kömək etmişdir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2019-cu il avqust ayının əvvəllərində yaşadığı evin yanında yerləşən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1595 ünvanındakı «Malışın moykası» adlı avtoyuma məntəqəsini icarə əsasında tanışı Şahid2 adlı şəxs ilə birgə işlətmişdir. 2019-cu il avqustun 22-də Təqsirləndirilən şəxs adlı şəxs avtoyuma məntəqəsinə yaxınlaşıb iş istəmiş, o da sonuncunun ailəsi kasıb olduğu üçün razılaşmışdır. 2019-cu il avqustun 24də saat 19-20 radələrində Elmandan və digər işçisi Şahid3 aparılan qazıntı işləri nəticəsində girişdə yığılmış suyu təmizləmələrini xahiş etdikdə Elman etirazını bildirərək buraya yalnız maşın yumağa gəldiyini və evinə getmək istədiyini söyləmiş, o isə irad tutmaqla düzgün hərəkət etmədiyini demişdir. Bu ərəfədə avtoyuma məntəqəsinə gələn şəriki Elmanın niyə tez getdiyini soruşanda o, baş verənləri danışmış, Nadir oğlana nəsihət verməyə çalışsa da Elman daha işləmək istəməyini bildirmiş, Nadir də ona oğlanın qazandığı pulu verməsini və sabahdan işə gəlməməsini tapşırmışdır. Onlar Elmanın ünvanına alçaldıcı, nalayiq ifadə işlətməmiş, oğlan çıxıb getdikdən 5-10 dəqiqədən sonra Şahid1 adlı tanışı gəldikdə avtoyuma məntəqəsinin qarşısında çay içərək söhbət etmişlər. Elman saat 2130 radələrində qayıtmaqla sellofan torbadan çıxartdığı bıçaqla onun sol aşağı qarın boşluğundan bir dəfə vurmuşdur, Nadir və Əmrah oğlanın əli kəsildiyindən sonuncunu məntəqənin içərisinə salmış, bıçağı əlindən almağa çalışmışlar, Elmanı heç kim döyməmişdir. Roman öz avtomobili ilə onu xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxsə yazığı gəldiyindən onunla barışmışdır. İş üzrə şahid qismində dindirilən Şahid1 zərər çəkmiş Zərərçəkmiş şəxs ilə analoji ifadə verməklə yanaşı onun ərazidə xidmət aparan sahə inspektoruna baş verən hadisə barəsində məlumat verdikdən sonra Şakiri idarə etdiyi «Mercedes-Benz E220» markalı **- CJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə xəstəxanaya aparmasını göstərdi. İş üzrə şahid qismində dindirilən Şahid3 zərər çəkmiş Zərərçəkmiş şəxs ilə oxşar ifadə verdi. İş üzrə şahid qismində dindirilən Şahid2 zərər çəkmiş Zərərçəkmiş şəxs ilə eyni məzmunda ifadə verdi. İş materiallarındakı Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin tərtib etdiyi 2019-cu il 24 avqust tarixli protokoldan görünür ki, 2019-cu il avqustun 24-də Şahid2 qara rəngli dəstəyi olan bir ədəd bıçağı təqdim etməklə Təqsirləndirilən şəxs həmin alətlə Zərərçəkmiş şəxs xəsarət yetirdiyini bildirmişdir (iş vərəqi 4). İş materiallarındakı Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 25 avqust tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 0050-də Azərbaycan Respublikasının CM-nin 221.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 20«a»-21). İş materiallarındakı Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 25 avqust tarixli protokoldan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1595 ünvanında yerləşən «Malışın moykası» adlı avtoyuma məntəqəsinə baxış keçirilərkən Təqsirləndirilən şəxs 2019-cu il avqustun 24-də saat 21 radələrində Zərərçəkmiş şəxs qara rəngli dəstəyi olan bıçaqla vurduğunu göstərmiş, fotocədvəl protokola əlavə olunmuşdur (iş vərəqi 29-31). İş materiallarındakı Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 26 avqust tarixli protokoldan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1595 ünvanında yerləşən «Malışın moykası» adlı avtoyuma məntəqəsinin qarşısında bıçaqla vurulan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmaqla üzərində zədə əlamətləri olan bir ədəd boz rəngli qısaqol köynək maddi sübut kimi götürülmüşdür (iş vərəqi 44). İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2019-cu il 26 avqust tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 221.3.-cü maddəsindən həmin Məcəllənin 221.3.-cü və 126.2.4-cü maddələrinə tövsif edilmişdir (iş vərəqi 45). İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2019-cu il 26 avqust tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 221.3.-cü və 126.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunan Təqsirləndirilən şəxs göstərilənn maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (iş vərəqi 47-48). İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2019-cu il 26 avqust tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 2019-cu il avqustun 25-dən hesablanmaqla 04 ay müddətində həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 72-74). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və x1 2019-cu il sentyabrın 04-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (iş vərəqi 81). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və x6-Təcrübi Birliyinin canlı şəxsin ekspertizasına dair 2019-cu il 31 avqust tarixli 671 nömrəli rəyindən görünür ki, 2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər boynun sağ yan və aşağı səthinin qançırları bərk küt əşyanın (əşyalar) təsirindən, sol əlin İİ-İİİ-İV barmaqlarının kəsilmiş yaraları isə iti uca və ya iti kənara malik əşya (alət), ola bilsin bıçaqla törənməklə müddəti 2019-cu il avqustun 24-nə uyğundur, kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilərdi; dərəcəsinə görə sol əlin İİ-İİİ-İV barmaqlarının kəsilmiş yaraları səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, qançırlar kimi xəsarətlər sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilmir (iş vərəqi 106-107). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və x6-Təcrübi Birliyinin canlı şəxsin ekspertizasına dair 2019-cu il 04 oktyabr tarixli 785 nömrəli rəyindən görünür ki, 1982-ci il təvəllüdlü zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər qarın boşluğuna nüfuz edərək S-vari bağırsağın müsariqəsini zədələmiş, qarnın sol aşağı-ön səthində bir ədəd deşilmiş-kəsilmiş yarası, sol budun yuxarı 1/3-nin ön səthinin kəsilmiş yarası iti kənara və iti uca malik əşya (alət), ola bilsin bıçağın təsirindən törənməklə 2019-cu il avqustun 24-də kənar şəxs tərəfindən yetirilə bilərdi; dərəcəsinə görə qarın boşluğuna nüfuz edərək S-vari bağırsağın müsariqəsini zədələmiş, qarnın sol aşağı-ön səthində bir ədəd deşilmiş-kəsilmiş yarası insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sol budun yuxarı 1/3-nin ön səthinin kəsilmiş yarası səhhətin qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir (iş vərəqi 109-111). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və x6-Təcrübi və Tədris Birliyinin 2019-cu il 18 oktyabr tarixli 468-MTKŞ/2019 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin solundakı bir ədəd deşilmiş-kəsilmiş zədə küpü, kafi itilikdə ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlməklə ekspertizaya təqdim olunan zavod üsulu ilə hazırlanıb məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağının tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçaq ilə törənməsi inkar olunmur (iş vərəqi 113-116). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və x6-Təcrübi və Tədris Birliyinin maddi sübutların ekspertizasına dair 2019-cu il 17 oktyabr tarixli 708/2019-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu A-beta/İİ olmaqla ekspertizaya təqdim olunan sonuncuya məxsus köynək üzərindəki insan qanı ləkələrində A antigeni, həmçinin beta aqqlyutinini alınmış, beləliklə, bu qan ləkələri AB0 sistemi üzrə A-beta/İİ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər; təqdim olunan bıçaq üzərində qan aşkar edilməmişdir (iş vərəqi 118-120). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin 2019-cu il 08 oktyabr tarixli 1996 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar edilməməklə xasiyyətin psixopatik cizgiləri müəyyən olunmuş; sonuncuda ittiham olunduğu əməllər müddətində hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkarlanmadığından, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməklə onları idarə etmək iqtidarında olduğundan Təqsirləndirilən şəxs anlaqlı hesab olunmalıdır; cinayət hadisəsini törədərkən o, fizioloji affekt halında olmamışdır (iş vərəqi 121-123). İş materiallarındakı Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 14 noyabr tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən ikincisi törətdiyi əməli etiraf etmiş, birincisi də sonuncunun dediklərini təsdiq etmişdir (iş vərəqi 129-131). İş materiallarında olan AZ-İV seriyalı 032262 nömrəli doğum haqqında şəhadətnamənin və AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs 2003-cü il oktyabrın 14-də anadan olmuşdur, yəni ittiham olunduğu əməli törədərkən 15 yaşında olmaqla yetkinlik yaşına çatmamışdır (iş vərəqi 137 və 169). İş materiallarında olan Salyan şəhərindəki Əliağa Kürçaylı adına 7 saylı texniki fənlər təmayüllü məktəb-liseyin direktorunun tərtib etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həmin məktəb-liseyin İX sinfində oxumaqla təhsil aldığı müddətdə sinif yoldaşlarının və pedaqoji kollektivin hörmətini qazanmış, nümunəvi, intizamlı, səliqəli və sakit təbiətli şagird kimi başqalarına nümunə olmuş, məktəbin ictimai işlərində, sinifdən xaric tədbirlərində yaxından iştirak etmiş, bütün fənlərə eyni dərəcədə maraq göstərmişdir (iş vərəqi 138). İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2019-cu il 15 noyabr tarixli əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsi, eləcə də 2019-cu il 16 noyabr tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikasının CM-nin 221.3.-cü və 126.2.4-cü maddələrindən Azərbaycan Respublikasının CM-nin 126.2.4-cü maddəsinə tövsif edilməklə yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs həmin maddə ilə yeni məzmunda ittiham elan edilmiş, barəsində seçilən həbs qismində qətimkan tədbiri nəzərə alınmış, Zərərçəkmiş şəxs əynindəki bir ədəd köynək və Təqsirləndirilən şəxs cinayət törədilərkən istifadə etdiyi bıçaq iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, x4 Azərbaycan Respublikasının İXM-nin 192.8.-ci (işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə) maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmamış, Şahid3 barəsində cinayət təqibinin başlanılması rədd edilmiş, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs hadisə zamanı aldığı xəsarətlərlə bağlı araşdırma aparılması üçün material ayrılmış, əməlində Azərbaycan Respublikasının CM-nin 29,120.1.-ci və 228.4.-cü maddələrinin tərkibi olmadığından barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir (iş vərəqi 139-153 və 156-157). Məhkəməyə təqdim olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 2020-ci il 27 yanvar, habelə notariat qaydasında təsdiq edilmiş 2020-ci il 09 iyun tarixli ərizələrindən görünür ki, o, Təqsirləndirilən şəxsla barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə mövcud sübutlara qiymət verərək yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.2.4.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.2.4.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, özünün etirafedici, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları, eləcə də iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığının, zərər çəkmiş şəxslə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla ilk məhkumluğunu və ailə vəziyyətini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8.-ci, 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsinə uyğun olaraq, cinayətin məq-sədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə işüzrə cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hallar hesab edərək haqqında Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq edilən Təqsirləndirilən şəxs həmin Məcəllənin 126.2.4.-cü maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin olun-maqla onların islah edilməsini və sosial ədalətin bərpasına nail olunmasını mümkün sayır. Azərbaycan Respublikasının CM-nin 85.5.-ci maddəsinə görə, azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayan məhkumlara on ildən çox olmayan müddətə təyin edilir. Azərbaycan Respublikasının CM-nin 86-cı maddəsinə uyğun olaraq, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. «Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2008-ci il 30 iyun tarixli 4 nömrəli Qərarının 11-ci bəndində göstərildiyi kimi, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması məsələsi həll edilərkən Azərbaycan Respublikasının CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikasının CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və sair) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrumetməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Azərbaycan Respublikasının CPM-nin 435.4.-cü maddəsinə müvafiq olaraq, yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə cəza tədbirinin yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmasını rəhbər tutmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 85.5.-ci maddəsini əsas tutaraq hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinəəsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmişşəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əm-lakı müəy-yən edilmədiyin-dən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə eyni vaxtda hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra hazırki cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş hadisə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynindəki bir ədəd köynək və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cinayət törədilərkən istifadə etdiyi bir ədəd bıçaq məhv edilməlidir. Məhkəmədə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili x5 tərəfindən 44 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından x2 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 264 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadıəsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2019-cu il avqustun 25-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.2.4.-cü maddəsi ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2019-cu il avqustun 25-dən hesablansın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından x2 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 264 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş hadisə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynindəki bir ədəd köynək və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməli törədərkən istifadə etdiyi bir ədəd bıçaq məhv edilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar