Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-246/2021 12.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlunun, Məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Bakı şəhər 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi binada, açıq məhkəmə iclasında xx.xx.1968-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 10-cu mikrorayon ev 55, mənzil 48-də qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, daşımış və özündə saxlamışdır. Belə ki, o, 2020-ci ilin aprel ayının ortalarında Sumqayıt şəhəri, Köhnə Kotec qəsəbəsində X1 məqsədi ilə qanunsuz olaraq külli miqdarda 6,020 qram çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2020-ci il tarixdə saat 19:03-də Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən «Qarabağ» kinoteatrın arxasında Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sağ cibindən açıq sarı rəngli sellofanın içində saxladığı, 06 ayrı-ayrı şəffaf sellofan bükümlərə bükülmüş kimyəvi komponent tərkiblərinə görə eyni tərkibli olan 0,138 qram, 1,720 qram, 1,250 qram, 0,720 qram, 0,275 qram, 1,737 qram çəkidə olan külli miqdarda ümumi təmiz çəkisi 6,020 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixində saat 14 radələrində o, qardaşı Vüqar Vəliyevlə birlikdə yaşadığı ünvan 1 ünvanında olmuşdur. Həmin vaxt o, yuxuda olarkən, evdə olan səs-küyə oyanmış, üzərində bir nəfər tanımadığı mülki geyimdə şəxsin oturduğunu, 2 nəfər mülki geyimli şəxsin onun qollarından çarpayıya sıxaraq qalxmağa imkan vermədiyini görmüşdür. Qonşu otaqda isə qardaşının qışqırtısını eşitmişdir. O, həmin şəxslərə kim olduqlarını soruşmuş və üzərindən qalxmaqlarını bildirmişdir. Onlar ona polis işçiləri olduqlarını bildirmişlər. O, qonşu otaqda qardaşının döyüldüyünü və qardaşının səsini eşidərək çarpayıdan qalxmaq istədikdə, özlərini polis kimi təqdim etmiş şəxslərdən biri onun başına çoxsaylı və ağır yumruqlar endirməyə başlamışdır. Onlardan nə istədiklərini soruşduqda, onlar onu çarpayıya sıxaraq səsini çıxarmamağı və sakit uzanmağını tələb etmişlər. Bu hal təxminən 40 dəqiqə davam etmişdir. O, hər dəfə çarpayıdan qalxmaq istədikdə isə başına ağır zərbələr dəymişdir. Sonra həmin şəxslərdən özünü onların başçısı kimi qələmə verən şəxs o, olduğu otağa daxil olaraq cibindən çıxardığı sellofan bükümü göstərib bildirmişdir ki, ikinizdən biri ya o, ya qardaşı Vüqar bunu boynunuza götürməlisiz, yoxsa şöbəyə apardıqdan sonra bunun 10 qatını boynunuza almağa məcbur olacaqsınız. Həmin şəxsə təqdim olunan bükümün onlara heç bir aidiyyəti olmadığını bildirdikdə, ona qardaşını şöbəyə apararaq bunun 10 qatı artıq narkotiklə sənədləşdirəcəklərini bildirmişlər. O, qardaşının xəstə olduğunu və hər iki ayağının yuxarı ətrafa qədər bintlə bağlı olduğunu nəzərə alaraq qardaşının şöbəyə aparılmaması üçün onlarla polis şöbəsinə getməyə razı olmuşdur. Evdən çıxarılarkən qardaşının otaqda tək olmadığını və onunla tanışı Mansur adlı bir şəxsin olduğunu görmüş və polis əməkdaşları onların üçünü də ayrı-ayrı avtomobillərlə 1-ci Polis Bölməsinə gətirmişlər. Orada ona hədə-qorxu gələrək ya onu CM-nin 234.1-ci maddəsi ilə sənədləşdirəcəklərini, ya da qardaşını daha ağır maddələrlə sənədləşdirəcəkləri ilə şantaj etmişlər. O, qardaşının buraxılması şərti ilə onu CM-nin 234.1-ci maddəsi ilə sənədləşdirməyə razı olmasını bildirmişdir. Sonra özünü təhqiqatçı kimi təqdim edən şəxs ona hansısa sənədləri imzalatdırmışdır. Həmin vaxt eynəyi üzərində olmadığı üçün və gözləri çox zəif gördüyündən sənədləri oxumadan imzalamaq məcburiyyətində qalmışdır. Bir müddətdən sonra isə polis əməkdaşları onu “Qarabağ” kinoteatrının yanına aparmışlar və orada guya onun narkotik vasitə ilə tutulmasını sənədləşdirərək 3 dubldan sonra videokamera ilə çəkmişlər. 1-ci Polis Bölməsinə qayıtdıqdan sonra təhqiqatçı nəyinsə düzgün çəkilmədiyini bildirdiyindən, təkrar olaraq kinoteatrın yanına qayıtmışlar. Orada onun narkotik vasitə ilə tutulmasınj bir qədər fərqli şəkildə çəkmişlər. Bundan əvvəl isə polis əməkdaşları ondan tanımadığı hansısa Hüseynağa adlı şəxsdən narkotik vasitə aldığını bildirməyi tələb etmişlər. Sonradan o, həmin şəxsin 24 aprel tarixində vəfat etməsini eşitmişdir. “Qarabağ” kinoteatrının yanında onun videolentə çəkilməsi zamanı onun yanında müdafiəçi olmamışdır. Ümumiyyətlə, o, dövlət hesabına ona təyin olunmuş müdafiəçini bir dəfə məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən görmüşdür. Həmin müdafiəçi tərəfindən ona heç bir hüquqi yardım göstərilməmiş, hüquq və vəzifələri ona izah olunmamışdır. Ona istinad olunan ittihamın Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən ibarət olmasını və onun mahiyyətini məhkəmədə barəsində olan işin baxılması zamanı bilmişdir. Müdafiəçisi Müdafiəçi tərəfindən ona hüquqları izah olunduqdan sonra, o, müxtəlif instansiyalara şikayətlər yazmışdır. Əsl həqiqətdə isə onun üzərində narkotik vasitə olmamış, narkotik vasitəni onun cibinə adını xatırlamadığı polis əməkdaşı qoymuşdur və o, ibtidai istintaqın ilkin mərhələsində vermiş olduğu ifadələrini təsdiq etmir. Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində təqsirləndirilən şəxs qismində verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyətlər olduğu üçün onun ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadəsi məhkəmədə elan edilərək, tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, təxminən 15 gün əvvəl Sumqayıt şəhəri K.Kotec qəsəbəsi ərazisində olarkən əvvəllər tanıdığı Hüseynağa Bəybala oğlu ilə təsadüfən görüşmüş və söhbət əsnasında Hüseynağa ona narkotik vasitə olan heroin satdığını bildirmişdir. O da Hüseynağa ilə razılaşaraq, ona üstündə olan 50 manat pul verib sarı rəngi sellofan torbanın içində olan 6 ayrı-ayrı şəffaf sellofan bükümlərə bükülmüş heroini almışdır. xx.xx.2020-ci il tarixdə, axşam saat 19 radələrində o, Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən «Qarabağ» kinoteatrın arxasında olarkən 3 nəfər mülki, 1 nəfər isə polis geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmişlər. Həmçinin həmin vaxt onların yanında olan polis geyim formasında digər bir polis əməkdaşı da əlində olan video kamera ilə orada çəkiliş aparırmışdır. Həmin əməkdaşlardan özünü ona Sumqayıt ŞPİ-nin 1-ci PBnin təhqiqatçısı kimi təqdim edən şəxs ona narkotik vasitələri əldə edərək üzərində gəzdirməsi, saxlaması, qəbul etməsində, eləcə də satmasında şübhəli olduğunu deyərək, üzərində videoçəkilişlə şəxsi axtarış aparacağını bildirmişdir. O da etiraz etməmişdir. Daha sonra ona hüquq və vəzifələri izah edilmişdir. Polis əməkdaşları ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmamasını soruşub, onu təqdim etməyi təklif etmişlər. O da əynində olan qara rəngli gödəkçənin sağ cibində saxladığı sarı rəngli sellofan torbanı və onun içərisində olan 06 ayrı-ayrı şəffaf sellofan bükümlərə bükülmüş bükümləri onlara təqdim etmişdir. Ondan həmin bükümlərin içərisində nə olduğu soruşulduqda, bildirmişdir ki, bükümlərin içərisində heroindir. Həmin vaxt polis əməkdaşları heroini haradan əldə etdiyini soruşduqda, o da onlara demişdir ki, həmin narkotik vasitə olan heroini bir neçə gün əvvəl Sumqayıt şəhəri K.Kotec qəsəbəsi ərazisində olarkən tanışı Hüseynağadan 50 manata xəstə olduğu üçün ağrılarını götürmək məqsədi ilə şəxsi istifadə etməkdən ötrü almışdır. Daha sonra həmin yerdə sənədləşdirmənin aparılması mümkün olmadığından, sənədləşdirmə aparılması üçün videoçəkiliş dayandırılaraq, onu Sumqayıt ŞPİ-nin 1-ci PB-yə dəvət etmişlər. O da buna etiraz etməyərək, həmin bölməyə getmişdir. Üzərindən aşkar olunan həmin narkotik vasitə olan heroin həmin bölmənin xidməti otaqlarının birində tərəzidə çəkilərək, zərfdə qablaşdırılmış, daha sonra müvafiq sənədləşmə aparılmışdır və o da həmin sənədlərlə tanış olaraq, sənədlərə də imza etmişdir. Həmin narkotik vasitəni özünə məxsus olan pulla almışdır, ondan özü istifadə edəcəkdi. Onları almaqda ona kömək edən olmamışdır, bunu tək etmişdir. O, hüquqlarını bilir, o saxlanılarkən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüququ pozulmamışdır. Təqsirləndirilən şəxs elan olunan ifadə ilə məhkəmədə verdiyi ifadə arasındakı fərqi həmin ifadələrini təzyiq altında verdiyi ilə əsaslandırmış, buna görə də həmin ifadələrini təsdiq etmədiyini, məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin 1-ci PB-də təhqiqatçı vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhərində İslam adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə bölməyə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında xx.xx.2020-ci il tarixdə, saat 19:03-də sonradan anket məlumatları bəlli olan Vəliyev X4 şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Qarabağ” kinoteatrın arxasında müəyyən olunaraq, saxlanılmışdır. Belə ki, o, Təqsirləndirilən şəxs yaxınlaşıb özünü təqdim etmiş, sonra da İslama özünü təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs də özünü təqdim etmişdir. Bundan sonra digər polis əməkdaşları da özlərini təqdim etmişlər. O, İslama narkotik vasitələrin qəbulunda, üzərində saxlanmasında və əldə etməsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş təqdim etmişdir. Təqsirləndirilən şəxs də bildirişlə tanış olmuşdur. Daha sonra İslama rəqəmsal tipli “Panasonik” markalı videokamera vasitəsi ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyini bildirmiş, o isə buna etiraz etməmişdir. Həmin vaxt o, İslama üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olubolmamasını soruşmuş, onu təqdim etməyi təklif etmişdir. İslam da əynində olan qara rəngli gödəkçəsinin sağ cibində saxladığı sarı rəngli sellofan torbanı və onun içərisində olan 06 ayrı-ayrı şəffaf sellofan bükümlərə bükülmüş bükümləri onlara təqdim etmişdir. Ondan həmin bükümlərin içərisində nə olduğu, onları kimdən və haradan əldə etdiyini soruşduqda, İslam bildirmişdir ki, bükümlərin içərisində heroindir, onları bir neçə gün əvvəl Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində olarkən tanışı Hüseynağadan 50 manata xəstə olduğu üçün ağrılarını götürmək məqsədi ilə şəxsi istifadə etməkdən ötrü almışdır. Daha sonra həmin yerdə sənədləşdirmənin aparılması mümkün olmadığından, sənədləşdirmə aparılması üçün videoçəkiliş dayandırılaraq, o Sumqayıt ŞPİ-nin 1-ci PBnə dəvət olunmuşdur. İslam da etiraz etməyərək, onlarla bölməyə gəlmişdir. Üzərindən aşkar olunan 06 ayrı-ayrı bükümlərdə olan heroin bölmənin xidməti otaqlarının birində İslamın hüquqlarını müdafiə edən vəkilinin və digər polis əməkdaşlarının iştirakı ilə elektron tərəzi vasitəsi ilə çəkilmiş, zərfdə qablaşdırılmış, müvafiq sənədləşmə aparılmış və Təqsirləndirilən şəxs də həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs əlavə ifadəsində göstərdiyi xüsusatlar yalan olmuş, onun yaşıdığı evinə gedilməmiş, İslama qarşı heç bir təzyiq və təsir göstərilmədən xx.xx.2020-ci il tarixdə saat 19:03-də Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən “Qarabağ” kinoteatrın arxasında saxlanılarkən üzərində olan 06 ayr-ayrı bükümlərdə narkotik vasitə olan heroini onlara təqdim etmiş, İslama onun tərəfindən hüquq və vəzifələri barədə bildiriş təqdim edilmişdir. İslamın müdafiə hüquqları təmin olunmuşdur. Heç bir təsir və təziq göstərilmədən onun tərəfindən müdafiəçisinin iştirakı ilə izahatı alınmış, İslam da izahatını oxuyaraq öz xətti ilə yazıb imza etmişdir. Əgər İslam nəyəsə məcbur edilmişdirsə, o, videoçəkiliş aparılan zaman bunu sərbəst şəkildə bildirə və ətrafdakılarında diqqətini buna cəlb edə bilərdi. Əksinə videoçəkiliş aparılarkən İslam özünü təmkinli, sakit apararaq, könüllü olaraq üzərində olan 06 bükümdə olan heroini onlara təqdim etmişdir. İslam bütün protokolları müdafiəçisinin iştirakı ilə oxuyub imza etmişdir. O, hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək və məsuliyyətdən yaxa qurtarmaq məqsədilə həqiqətə uyğun olmayan məzmunda ifadə verir, onun bütün dedikləri həqiqəti əks etdirmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Pölis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxx 2020-ci il tarixdə Sumqayıt şəhərində İslam adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə bölməyə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında xx xxxxx 2020-ci il tarixdə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Qarabağ” kinoteatrının arxasında sonradan adının İslam olması məlum olan şəxs müəyyən olunaraq saxlanılmışdır. Təhqiqatçı Şahid1 Təqsirləndirilən şəxs yaxınlaşmış və özünü təqdim etmişdir, sonra da ondan özünü təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs də özünü təqdim etmişdir. Bundan sonra onlar da özlərini təqdim etmişlər. Təhqiqatçı Şahid1 ona narkotik vasitələrin qəbulunda, üzərində saxlanmasında və əldə etməsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuşdur. Təqsirləndirilən şəxs də bildirişlə tanış olmuşdur. Daha sonra təhqiqatçı Şahid1 rəqəmsal tipli “Panasonik” markalı videokamera vasitəsi ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış keçiriləcəyini bildirmiş, o isə buna etiraz etməmişdir. Həmin vaxt təhqiqatçı Şahid1 ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmamasını soruşaraq, onu təqdim etməyi təklif etmişdir. O da əynində olan qara rəngli gödəkçəsinin sağ cibində saxladığı qara rəngli sellofan torbanı və onun içərisində olan 06 ayrı-ayrı şəffaf sellofan bükümlərə bükülmüş bükümləri onlara təqdim etmişdir. Ondan həmin bükümlərin içərisində nə olduğu, onları kimdən və haradan əldə etdiyi soruşulduqda, İslam bildirdirmişdir ki, bükümlərin içərisində heroindir, onları bir neçə gün əvvəl Sumqayıt şəhəri Kotec qəsəbəsi ərazisində olarkən tanışı Hüseynağadan 50 manata xəstə olduğu üçün ağrılarını götürmək məqsədi ilə şəxsi istifadə etməkdən ötrü almışdır. Daha sonra həmin yerdə sənədləşdirmənin aparılması mümkün olmadığından, sənədləşdirmə aparılması üçün videoçəkiliş dayandırılaraq, o Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə dəvət olunmuşdur. İslam da etiraz etməyərək, onlarla bölməyə gəlmişdir. Üzərindən aşkar olunan 06 ayrı-ayrı bükümlərdə olan heroin bölmənin xidməti otaqlarının birində onun hüquqlarını müdafiə edən vəkilinin və onların iştirakı ilə elektron tərəzi vasitəsi ilə çəkilmiş, zərfdə qablaşdırılmış, müvafiq sənədləşmə aparılmış və Təqsirləndirilən şəxs də həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Pölis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhərində İslam adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında xx.xx.2020-ci il tarixdə, saat 19:03-də sonradan anket məlumatları bəlli olan Vəliyev X4 şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Qarabağ” kinoteatrın arxasında müəyyən olunaraq, saxlanılmışdır. Belə ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı Şahid1 Təqsirləndirilən şəxs yaxınlaşıb özünü təqdim etmiş, sonra da ona özünü təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs də özünü təqdim etmişdir. Bundan sonra onlar da özlərini təqdim etmişlər. Təhqiqatçı Şahid1 ona narkotik vasitələrin qəbulunda, üzərində saxlanmasında və əldə etməsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələr barədə bildiriş təqdim olunmuşdur. Təqsirləndirilən şəxs də bildirişlə tanış olmuşdur. Daha sonra təhqiqatçı Şahid1 rəqəmsal tipli “Panasonik” markalı videokamera vasitəsi ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış keçiriləcəyini bildirmiş, o isə buna etiraz etməmişdir. Həmin vaxt təhqiqatçı Şahid1 ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmamasını soruşub, onu təqdim etməyi təklif etmişdir. O da əynində olan qara rəngli gödəkçəsinin sağ cibində saxladığı qara rəngli sellofan torbanı və onun içərisində olan 06 ayrı-ayrı şəffaf sellofan bükümlərə bükülmüş bükümləri onlara təqdim etmişdir. Ondan həmin bükümlərin içərisində nə olduğu, onları kimdən və haradan əldə etdiyi soruşulduqda, İslam bildirmişdir ki, bükümlərin içərisində heroindir, onları bir neçə gün əvvəl Sumqayıt şəhəri Kotec qəsəbəsi ərazisində olarkən tanışı Hüseynağadan 50 manata xəstə olduğu üçün ağrılarını götürmək məqsədi ilə şəxsi istifadə etməkdən ötrü almışdır. Daha sonra həmin yerdə sənədləşdirmənin aparılması mümkün olmadığından, sənədləşdirmə aparılması üçün videoçəkiliş dayandırılaraq, o Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət olunmuşdur. İslam da etiraz etməyərək, onlarla bölməyə getmişdir. Üzərindən aşkar olunan 06 ayrı-ayrı bükümlərdə olan heroin bölmənin xidməti otaqlarının birində onun hüquqlarını müdafiə edən müdafiəçinin və onların iştirakı ilə elektron tərəzi vasitəsi ilə çəkilmiş, zərfdə qablaşdırılmış, müvafiq sənədləşmə aparılmış və Təqsirləndirilən şəxs də həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Şahid3 həmçinin ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qarşı onun və digər polis əməkdaşları tərəfindən hər hansı bir təzyiq göstərilməmiş, Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir təziq və təsir göstərilmədən xx.xx.2020-ci il tarixdə saat 19:03-də Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən “Qarabağ” kinoteatrın arxasında saxlanılarkən üzərində olan 06 ayr-ayrı bükümlərdə narkotik vasitə olan heroini onlara təqdim etmiş, ona hüquq və vəzifələri barədə bildiriş təqdim edilmiş, onun müdafiə hüquqları təmin olunmuşdur. Hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək və məsuliyyətdən yaxa qurtarmaqdan ötrü hazırda həqiqətə uyğun olmayan məzmunda ifadə vermişdir. Cinaət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş üzləşdirmə istintaq hərəkəti protokollarından görünür ki, şahidlər Şahid1, Şahid2 və Şahid3 ibtidai istintaq zamanı ayrı-ayrılıqda keçirilmiş üzləşdirmələr zamanı öz ifadələrində göstərmiş olduqları xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demiş, sonuncu isə onların dedikləri xüsusatları təkzib etmişdir. Məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş şəxsi axtarış keçirilməsi haqqında protokolda göstərilmişdir ki, xx.xx.2020-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, 10-cu mikrorayon «Qarabağ» kinoteatrın arxası ilə bir nəfər orta boylu, arıq bədən quruluşlu, üzü tüklü, əynində qara rəngli gödəkçə şəxs gəlir, videokameraya çatmasına az qalmış üç nəfər mülki, iki nəfər polis geyimdə olan polis əməkdaşı ona yaxınlaşır və özlərini təqdim edirlər. Həmin vaxt polis forması geyimində olan Sumqayıt ŞPİ-nin 1-ci PBnin təhqiqatçısı, polis baş leytenantı Şahid1 həmin şəxsə yaxınlaşıb özünü təqdim edir, sonra da ona özünü təqdim etməsini xahiş edir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Bundan sonra digər 3 nəfər polis əməkdaşı da özlərini təqdim edirlər. Sumqayıt ŞPİ-nin 1-cü PB-nin təhqiqatçısı Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində və əldə olunmasında vasitəçilik etməsində, eləcə də satmasında şübhəli olduğunu deyərək, ona hüquq və vəzifələrini izah edir və bu barədə bildiriş ona təqdim edir. İslam da bildirişi oxuyub tanışı olur. Daha sonra təhqiqatçı Şahid1 videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirir, o da etiraz etmir. Həmin vaxt təhqiqatçı Şahid1 Təqsirləndirilən şəxs üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olubolmamasını soruşur, onu təqdim etməyi təklif edir. İslam da əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxladığı açıq rəngli sarı rəngli sellofan torbanı və onun içərisində olan 06 ayrı-ayrı bükümlərdə olan bükülüləri onlara təqdim edir. Ondan təqdim etdiyi bükümlərdə nə olması, onu haradan, kimdən əldə etməsi soruşulduqda, Təqsirləndirilən şəxs də bükümlərdə narkotik vasitə olan heroin olduğunu, onu Sumqayıt şəhəri K.Kotec qəsəbəsi ərazisində olarkən Hüseynağa adlı şəxsdən 50 manata şəxsi istifadəsi üçün alaraq, üzərində saxladığını bildirir. Daha sonra həmin yerdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 06 ayrı-ayrı bükümlərdə olan narkotik vasitə olan heroinin çəkisini müəyyən etmək və sənədləşdirmənin aparılması mümkün olmadığından, həmin bükümlər ondan götürülür və bölmədə sənədləşdirmə aparılması üçün videoçəkiliş dayandırılır. Məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli, 6/576 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində:“şübhəli şəxs:Təqsirləndirilən şəxs.” yazısı olan zərfdəki, 6 (altı) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,318 qr., 1,720 qr., 1,250 qr., 0,720 qr., 0,275 qr., 1,737 qr., ümumi təmiz çəkisi 6,020 qr olan qəhvəyi rəngli toz şəkilli maddələr kustra üsulla hazırlanmış narkotik vasitə - heroindir. Məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş əlavə məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli, 6/1130 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs: Təqsirləndirilən şəxs...” yazısı olan zərfdəki altı ədəd bükümdə ümumi təmiz çəkisi 5,820 qram olan narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 1735 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburu müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 1380 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi (kəllə-beyin travması nəticəsində) emosional-labil (astenik) pozuntu aşkar olunur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə də üzvi emosional-labil (astenik) pozuntu qeyd olunmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi üzrə ibtidai istintaq zamanı xx.xx.2020-ci il tarixli qərarla maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 5,620 qram narkotik vasitə olan heroin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirlərinin aparılması barədə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid3 xx.xx.2020-ci il tarixli qərarı qanuna uyğun hesab edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsində göstərdiyi xüsusatlar yuxarıda sadalanan sübutlarla müqayisəli qaydada yoxlanılarkən, müəyyən olunmuşdur ki, onun ifadəsi məhkəmədə dindirilmiş şahidlərin ifadələri, həmin şahidlərlə onun arasında keçirilmiş üzləşdirmələr zamanı şahidlərin verdikləri ifadələri, üzərinə şəxsi axtarış keçirilməsi barədə xx.xx.2020-ci il tarixli protokolda göstərilənlərlə, cinayət işi üzrə keçirilmiş məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri və özünün ibtidai istintaqın ilkin mərhələsində vermiş olduğu ifadəsində göstərilənlərlə tam təkzib olunmuşdur. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşmaqla, işin faktiki halları ilə uzlaşmadığından həmin ifadəni inandırıcı qəbul etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144- 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə, qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etməsi, daşıması və özündə saxlaması tam sübut olunmuşdur. Onun həmin əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə tövsif edilməli olması barədə nəticəyə gələrkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında göstərilən tövsiyyələri də nəzərə almışdır. Adı çəkilən Qərarın 9-cu bəndində göstərilmişdir ki, “Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.”. Hazırki cinayət işi üzrə təsirləndirilən şəxs Təqsirləndirilən şəxs əldə etmiş olduğu eyni kimyəvi komponent tərkibli narkotik vasitə heroinin bir bükümdə deyil, ayrı-ayrı altı ədəd bükümlərdə olması, ümumi çəkisinin külli miqdarda olması məhz onun tərəfindən qeyd edilən narkotik vasitənin satış məqsədi ilə əldə edilməsini, daşınmasını və üzərində saxlamasını təsdiq edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcədə cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-dən təqdim olunmuş tələbnamədən görünür ki, Vəliyev X4 şəhər Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2003-cü il tarixli Amnistiya Qərarının 2.3 bəndinə əsasən xx.xx.2003cü il tarixdə cəzadan azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunduğundan, hazırki iş üzrə Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu ödənilmiş hesab olunmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2020-ci tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış – Sumqayıt şəhər Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,620 qram çəkidə narkotik vasitə olan heroin məhv edilməlidir. İş üzrə məhkəmə xərcini təşkil ekspertiza xərci olan 195,82 manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 193, 344- 347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış - Sumqayıt şəhər Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,620 qram çəkidə narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə məhkəmə xərcini təşkil ekspertiza xərci olan 195,82 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-246/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-246/2021
12.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver