Məhkəmə qərarları › İş №1(101)-246/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-246/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-246/2024 27.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X6, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və həmin idarənin prokuroru, ədliyyə müşaviri, Dövlət ittihamçısı1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs9, zərərçəkmiş şəxs-mülki iddiaçılar Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs10, nümayəndələr - Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Nümayəndə3 və Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1, Zərərçəkmiş şəxs8 nümayəndəsi Nümayəndə2, təqsirləndirilən şəxs-mülki cavabdehlər Təqsirləndirilən şəxs1 (barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxslər "xxxx" MMC və "xxxx" MMC-nin nümayəndəsi) və Təqsirləndirilən şəxs2 (barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxslər "xxxx" MMC və "xxxx" MMC-nin nümayəndəsi), müdafiəçilər - Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Bakı şəhəri, 24 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi4 və Müdafiəçi3, Bakı şəhəri, 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 və Bakı şəhəri, 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6 iştirakı ilə, xx xxx 1991-ci ildə Bakı şəhərində doğulmuş (FİN: xxxxxxx), natamam ali təhsilli, subay, məhkumluğu olmayan, "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin təsisçisi və direktoru işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 58/E2, mənzil 32 ünvanında yaşamış, 21 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2023-cü il tarixli qərarına əsasən polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətminkan tədbiri ilə əvəz edilməklə barəsində axtarış elan olunmuş, 05 may 2023-cü il tarixdə tutulmuş, həmin vaxtdan hal-hazıradək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 193.1 və 313-cü maddələri ilə ilə, xx xxxxxx 1996-cı ildə Bakı şəhərində doğulmuş (FİN: xxxxxxx), natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin təsisçisi və direktoru işləmiş, ünvan 2 ünvanda yaşayan, 21 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 193.1 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 Bakı şəhər sakini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz yolla külli miqdarda əmlak mənfəəti əldə etmək məqsədi ilə əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və satışından, işlər görülməsindən və xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsində qeydiyyata alınmış "xxxx" (VÖEN **********) Məhdud Məsuliyyətli Cəmiyyətini və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsində qeydiyyata alınmış "xxxx" (VÖEN **********) Məhdud Məsuliyyətli cəmiyyətini özü tərəfindən, həmçinin xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsində qeydiyyata alınmış "xxxx" (VÖEN **********) və xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsində qeydiyyata alınmış "xxxx" (VÖEN **********) Məhdud Məsuliyyətli cəmiyyətini isə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 tərəfindən təsis etməklə, özü "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin təsisçisi və direktoru, Təqsirləndirilən şəxs2 isə "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin təsisçisi və direktoru olmaqla, hər ikisi vəzifəli şəxs kimi qabaqcadan əlbir olaraq birlikdə öz qulluq mövqelərinə görə onlara olan inam və etibardan sui-istifadə etməklə özgə əmlakını vahid niyyətlə aldatma yolu ilə ələ keçirmək məqsədilə ünvan 3 ünvanında icarəyə götürdükləri ofisdə 2022-cı ilin mart ayından 2022-ci ilin noyabr ayınadək olan dövr ərzində onlara müraciət etmiş şəxslərin, həmçinin onların yaxın qohumlarının Türkiyə Respublikasında yerləşən universitetlərdə təhsil almalarını təşkil etmələri, Avropa ölkələrinə viza alınmasını təmin edəcəklərinə, həmin şəxslərin xarici ölkələrdə yerləşən ali təhsil müəssisələrinə qəbulu üçün köməklik göstərəcəklərinə dair yalan vədlər verərək fəaliyyətlərinin qanuniliyinə inandırmaq üçün həmin şirkətlərin adından qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la birlikdə tamah niyyətilə məzmununa guya müraciət etmiş şəxslərin şirkətlərə ödəyəcəkləri pulun müqabilində bütün ödənişlərin, yəni təqaüdlə təhsilin, viza işlərinin həlli xərclərinin şirkətlərinin vəsaiti hesabına özlərinin ödəyəcəyi barədə bilə-bilə yalan məlumatlar daxil etdikləri müqavilələri icarəyə götürdükləri qeyd olunan ofisdə həmin tarixlərdə tərtib edib müraciət etmiş vətəndaşların əksəriyyətinə imzalatdırdıqdan sonra özləri imzalamaqla MMC-lərə məxsus dairəvi möhürlərlə təsdiq edib həmin müqavilələri, eyni zamanda ödənilən pullara dair məlumatları əks etdirən qəbzləri müraciət etmiş şəxslərə təqdim etməklə onlardan qeyd edilən məqsəd üçün müxtəlif məbləğlərdə, o cümlədən Zərərçəkmiş şəxs9 gəlini X14 Litvaya iş vizası düzəldəcəyi adı ilə 2022ci ilin mart ayında 750 manat, eyni niyyətlə X4 baldızı X3 Türkiyədə yerləşən universitetlərin birinə qəbul etdirəcəyi adı ilə 2022-ci ilin mart ayından-sentyabr ayına kimi hissə-hissə 6600 ABŞ dolları, həmin dövrlərin rəsmi məzənnəsi ilə 11.220 manat, eyni niyyətlə Zərərçəkmiş şəxs6 Litvaya iş vizası düzəldəcəyi adı ilə 2022-ci ilin mart-may aylarında 5000 manat, eyni niyyətlə Zərərçəkmiş şəxs1 qızı X15 Türkiyədə yerləşən universitetlərin birinə qəbul etdirəcəyi adı ilə 2022-ci ilin mayavqust aylarında 49750,81 manat, eyni niyyətlə Zərərçəkmiş şəxs7 Türkiyədə yerləşən universitetlərin birinə doktorantura təhsili almasını təşkil edəcəyi adı ilə sonunucudan 2022-ci ilin may ayında 3000 manat, eyni niyyətlə Zərərçəkmiş şəxs10 Əmin qızından qızı X9 yerləşən universitetlərin birinə ingilis dili üzrə təhsil almasına qəbul etdirəcəyi adı ilə 2022-ci ilin iyul ayında 19.915,68 manat, eyni niyyətlə Zərərçəkmiş şəxs4 oğlu X1 qəbul olduğu Türkiyə Respublikasının Medipol Universitetindən həmin ölkənin Hacettepe Universitetinə dəyişdirəcəyi adı ilə xx.xx.2022-ci il tarixdə 16.098,56 manat, eyni niyyətlə Zərərçəkmiş şəxs3 Latviyaya iş vizası düzəltdirəcəyi adı ilə 2022-ci ilin avqust-sentyabr aylarında 2250 manat, eyni niyyətlə Zərərçəkmiş şəxs2 Latviyaya iş vizası düzəltdirəcəyi adı ilə 2022-ci ilin avqust-sentyabr aylarında 2250 manat, eyni niyyətlə Zərərçəkmiş şəxs8 Latviyaya iş vizası düzəltdirəcəyi adı ilə 2022-ci ilin iyul ayında 2103 manat olmaqla adları qeyd edilən 8 şəxsdən - Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs10 Əmin qızı, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 cəmi 99.015,05 manat pul vəsaitini ünvan 3 ünvanında yerləşən ofisində şəxsən və əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsilə alaraq, qalan 2 şəxsdən - X17 və Zərərçəkmiş şəxs8 öz adına "xxxx" ASC-də açılmış 416974******7607 kart hesabına köçürülmüş cəmi 13323 manat məbləğində həmin pul vəsaitini "xxxx" ASC-nin Bakı şəhəri ərazisində yerləşən müxtəlif bankomatları vasitəsilə həmin müddətdə şəxsən nağdlaşdırılmaqla çıxarıb, əldə etdiyi pul vəsaitlərini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə aralarında bölüb öz şəxsi ehtiyaclarına sərf edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə adları qeyd edilən 10 nəfər şəxsə məxsus cəmi 112.338,05 (bir yüz on iki min üç yüz otuz səkkiz manat beş qəpik) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxs qismində qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vahid niyyətlə vəzifə saxtakarlığı törətmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan hüquqi şəxslər yaradıb adları qeyd olunan 10 nəfər şəxsə xeyli miqdarda ziyan vurmaqla yalançı sahibkarlıq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən şirkətlərin təsisçisi və direktoru olmaqla vəzifəli şəxs kimi həmin vəzifədə işləyərkən təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyinə görə onlara olan inam və etibardan sui-istifadə etməklə özgə əmlakını vahid niyyətlə aldatma yolu ilə ələ keçirmək məqsədilə "xxxx" MMC-nin təsisçisi və direktoru Zərərçəkmiş şəxs5 özünə və əlbir olduğu Təqsirləndirilən şəxs2 müraciət etmiş ayrı-ayrı şəxslərə müxtəlif istiqamətlərdə aviabiletlərlərin pullarını gələcəkdə özləri tərəflərindən həmin vətəndaşlara xidmətlər göstərildikdən sonra ödəyəcəklərini yalandan bildirərək, sonuncunun razılığını aldıqdan sonra Zərərçəkmiş şəxs5 tərəfindən 2022-ci ilin iyul ayından 2022ci ilin oktyabr ayına qədər əhatə edən dövrdə özünə və xidmət göstərdikləri ayrı-ayrı şəxslərə, o cümlədən – Moilə Mədinayevə xx.xx.2022-ci il tarixdə İstanbul-Bakı istiqamətində aviabilet üçün 480,80 manat, Toğrul Muradova xx.xx.2022-ci il tarixdə Bakı-Antalya istiqamətində aviabilet üçün 883,86 manat, İbrahim Vəliyevə xx.xx.2022-ci il tarixdə İstanbul-Bakı istiqamətində aviabilet üçün 413,6 manat, Coşqun Yusifova xx.xx.2022-ci il tarixdə Bakı-Tbilisi istiqamətində aviabilet üçün 569,18 manat, Aqşin Nemətova xx.xx.2022-ci il tarixdə Bakı-Tbilisi istiqamətində aviabilet üçün 569,18 manat, Qurban Əhmədova xx.xx.2022-ci il tarixdə Bakı-İzmir istiqamətində aviabilet üçün 465,84 manat, Baləhməd Məmmədova xx.xx.2022-ci il tarixdə İstanbul-Bakı istiqamətində aviabilet üçün 651,2 manat, Mikayil Əzibolaya xx.xx.2022-ci il tarixdə Bakı-İzmir istiqamətində aviabilet üçün 548,08 manat, Abdullah Əzibolaya xx.xx.2022-ci il tarixdə Bakı-İzmir istiqamətində aviabilet üçün 548,08 manat, Şəhla Zeynalovaya xx.xx.2022-ci il tarixdə Bakı-İzmir istiqamətində aviabilet üçün 596,66 manat, Telman Vəliyevə xx.xx.2022-ci il tarixdə Almanya-Varşava istiqamətində aviabilet üçün 497,56 manat, Mehmed Çakıcıya xx.xx.2022-ci il tarixdə İstanbul-Bakı-İstanbul istiqamətində aviabilet üçün 1040,2 manat, özünə xx.xx.2022-ci il tarixdə İstanbul-Bakı-İstanbul istiqamətində aviabilet üçün 1040,2 manat, İlyas Əsədova xx.xx.2022-ci il tarixdə Moskva-Bakı istiqamətində aviabilet üçün 332,46 manat, İbrahim Vəliyevə xx.xx.2022-ci tarixdə Bakı-İstanbul istiqamətində aviabilet üçün 1053,76 manat, İbrahim Vəliyevə xx.xx.2022-ci il tarixdə Bakı-İstanbul istiqamətində aviabilet dəyişimi üçün 112,7 manat, Ağahüseyin Haciyevə xx.xx.2022-ci il tarixdə Bakı-İstanbul istiqamətində aviabilet üçün 861,44 manat, Mehmed Cakica xx.xx.2022-ci il tarixdə İstanbul-Bakı istiqamətində aviabilet dəyişimi üçün 120 manat, Rəbiyyə Kuryayevaya xx.xx.2022-ci il tarixdə Bakı-İstanbul istiqamətində aviabilet üçün 875,55 manat, Əfqan Qarayevə xx.xx.2022-ci il tarixdə Bakı-Kütahya-Bakı istiqamətində aviabilet üçün 1088,7 manat, Süleyman Garayevə xx.xx.2022-ci il tarixdə Bakı-Kütahya istiqamətində aviabilet üçün 696,55 manat, Alim Qədimova xx.xx.2022-ci il tarixdə Bakı-Kütahya istiqamətində aviabilet üçün 696,55 manat, Ramin Nuriyevə xx.xx.2022-ci il tarixdə Bakı-Kütahya-Bakı istiqamətində aviabilet üçün 1088,7 manat, Baləhməd Məmmədova xx.xx.2022-ci il tarixdə İstanbul-Bakı istiqamətində aviabilet üçün 369,3 manat, Zöhrab Əliyevə xx.xx.2022-ci il tarixdə Bakı-İstanbul-Qaziantep istiqamətində aviabilet üçün 1184,64 manat, Yusif Əliyevə xx.xx.2022-ci il tarixdə Bakı-İstanbul-Qaziantep istiqamətində aviabilet üçün 1184,64 manat, Sünbülə İbadovaya xx.xx.2022-ci il tarixdə İstanbul-Bakı istiqamətində aviabilet üçün 701,5 manat, Anar Mirzəzadəyə xx.xx.2022-ci il tarixdə Bakı-Tbilisi-Riga istiqamətində aviabilet üçün 1292,13 manat, Namiq Cabbarova xx.xx.2022-ci il tarixdə İzmir-Bakı istiqamətində aviabilet üçün 411 manat, İbrahim Vəliyevə xx.xx.2022-ci il tarixdə İstanbul-Bakı istiqamətində aviabilet üçün 531,2 manat, İlgar Hacıyevə xx.xx.2022-ci tarixdə Bakı-İzmir istiqamətində aviabilet üçün 463,97 manat, Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə Bakı-Ankara istiqamətində aviabilet üçün 651,07 manat, Fatimə Rəsulovaya xx.xx.2022-ci il tarixdə Bakı-Ankara istiqamətində aviabilet üçün 325,54 manat, Aysel Həsənovaya xx.xx.2022-ci il tarixdə Bakı-Ankara istiqamətində aviabilet üçün 325,54 manat, Aytəkin Həsənovaya xx.xx.2022-ci il tarixdə Bakı-Ankara istiqamətində aviabilet üçün 651,07 manat, özünə xx.xx.2022-ci il tarixdə Bakı-Ankara istiqamətində aviabilet üçün 858,66 manat, Emil Məmmədzadəyə xx.xx.2022-ci il tarixdə Bakı-Ankara istiqamətində aviabilet üçün 858,66 manat, Aytən Haciyevaya xx.xx.2022-ci il tarixdə Bakı-İzmir istiqamətində aviabilet üçün 501,3 manat, İradə Haciyevaya xx.xx.2022-ci il tarixdə Bakı-İzmir istiqamətində aviabilet üçün 501,3 manat, Habil Haciyevə xx.xx.2022-ci il tarixdə Bakı-İzmir istiqamətində aviabilet üçün 543,77 manat, Natiq Məmmədliyə xx.xx.2022-ci il tarixdə Bakı-Ankara istiqamətində aviabilet üçün 858,66 manat, Əbdulrəhman Əyyuba xx.xx.2022-ci il tarixdə Bakı-Ankara istiqamətində aviabilet üçün 858,66 manat, Murad Rəhimliyə xx.xx.2022-ci il tarixdə Bakı-Ankara istiqamətində aviabilet üçün 858,66 manat, Paşa Quliyevə xx.xx.2022-ci il tarixdə Bakı-Ankara istiqamətində aviabilet üçün 858,66 manat, Ayxan Tağızadəyə xx.xx.2022-ci il tarixdə Bakı-Ankara istiqamətində aviabilet üçün 858,66 manat, Əbduləli Ağayevə xx.xx.2022-ci il tarixdə Bakı-Ankara istiqamətində aviabilet üçün 858,66 manat, Miryəğub Zeynalova xx.xx.2022-ci il tarixdə Bakı-Ankara istiqamətində aviabilet üçün 858,66 manat, Murad İbrahimova xx.xx.2022-ci il tarixdə Bakı-Ankara istiqamətində aviabilet üçün 858,66 manat, Süleyman Baxşıyevə xx.xx.2022-ci il tarixdə Bakı-Ankara istiqamətində aviabilet üçün 858,66 manat, İlgar Mədinəyevə xx.xx.2022-ci il tarixdə Bakı-Minvod-Bakı istiqamətində aviabilet üçün 714 manat, Oktay Əhmədliyə xx.xx.2022-ci il tarixdə Bakı-Minvod-Bakı istiqamətində aviabilet üçün 714 manat, Mətanət Mədinəyevə xx.xx.2022-ci il tarixdə Bakı-Minvod istiqamətində aviabilet üçün 714 manat, Aqil Mədinəliyə xx.xx.2022-ci il tarixdə Bakı-Minvod-Bakı istiqamətində aviabilet üçün 714 manat, Elnur Mədinəyevə xx.xx.2022-ci il tarixdə Bakı-Minvod- Bakı istiqamətində aviabilet üçün 714 manat, İlhamə Mədinəyevə xx.xx.2022-ci il tarixdə Bakı- Minvod-Bakı istiqamətində aviabilet üçün 761,60 manat, Uğur Mədinəliyə xx.xx.2022-ci il tarixdə Bakı-Minvod-Bakı istiqamətində aviabilet üçün 620,5 manat, Oğuz Mədinəliyə xx.xx.2022-ci il tarixdə Bakı-Minvod istiqamətində aviabilet üçün 357 manat, Gülnar Əhmədovaya xx.xx.2022-ci tarixdə Bakı-Minvod-Bakı istiqamətində aviabilet üçün 1105 manat, Aytən Haciyevaya xx.xx.2022-ci il tarixdə Bakı-İzmir-Bakı istiqamətində aviabilet üçün 1643,64 manat, Habil Haciyevə xx.xx.2022-ci il tarixdə Bakı-İzmir-Bakı istiqamətində aviabilet üçün 1643,64 manat, İradə Haciyevaya xx.xx.2022-ci il tarixdə Bakı-İzmir istiqamətində aviabilet üçün 788,92 manat, özünə xx.xx.2022-ci il tarixdə Ankara-İstanbul-Bakı istiqamətində aviabilet üçün 1021,45 manat, Tugrulberk Yılmaza xx.xx.2022-ci il tarixdə İstanbul-Bakı-istanbul istiqamətində aviabilet üçün 1200,08 manat, X45 xx.xx.2022-ci il tarixdə İstanbul-Bakı-İstanbul istiqamətində aviabilet üçün 1200,08 manat, Rəhman Hacıyevə xx.xx.2022-ci il tarixdə Bakı-İzmir istiqamətində aviabilet üçün 338,95 manat, Anar Xankişiyevə xx.xx.2022-ci il tarixdə Bakı-İzmir istiqamətində aviabilet üçün 339,79 manat, Zərərçəkmiş şəxs10 xx.xx.2022-ci il tarixdə Bakı-Ankara istiqamətində aviabilet üçün 858,66 manat, Kamila Əmirsultanovaya xx.xx.2022-ci il tarixdə Bakı-Ankara istiqamətində aviabilet üçün 858,66 manat, Aytən Həsənovaya xx.xx.2022-ci il tarixdə Bakı-Antalya istiqamətində aviabilet üçün 317,17 manat, Aytəkin Həsənovaya xx.xx.2022-ci il tarixdə Bakı-Ankara-Bakı istiqamətində aviabilet üçün 310,53 manat, Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə Bakı-Ankara istiqamətində aviabilet üçün 310,53 manat, Fatimə Rəsulovaya xx.xx.2022-ci tarixdə Bakı-Ankara istiqamətində aviabilet üçün 232,05 manat, Fidan Hacılıya xx.xx.2022-ci il tarixdə Bakı-İstanbul-Hamburg istiqamətində aviabilet üçün 539,61 manat olmaqla, ümumilikdə dəyəri 52331,94 (əlli iki min üç yüz otuz bir manat doxsan dörd qəpik) manat təşkil edən qeyd olunan istiqamətlərə aviabiletlərin alınmasına nail olduqdan sonra həmin aviabiletlərin pulunu özü istisna olmaqla adlarına bilet rəsmiləşdirilmiş digər adları qeyd olunan şəxslərdən 2022-ci ilin iyul-oktyabr ayları ərzində ünvan 4 ünvanında alıb, həmin pul vəsaitini və özünə sifariş verdiyi aviabiletlərin pulunu Roziyyeh X18 ödəməyərək, əldə edilmiş pul vəsaitlərini Təqsirləndirilən şəxs2 ilə aralarında bölüb öz şəxsi ehtiyaclarına sərf edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Roziyyeh X18 məxsus cəmi 52371,64 (əlli iki min üç yüz yetmiş bir manat altmış dörd qəpik) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun təqsirləndiriln şəxs Təqsirləndirilən şəxs2la birlikdə ittiham olunmasını və onun barəsində olan mülki bir məsələni ağır cinayətlər məhkəməsinə göndərilməsini heç cür qəbul etmir. Ruziyyə xanımın müstəntiqlə birləşib dəymiş ziyanın 50 min manatdan artıq göstərməsi və işinin ağır cinayətlər məhkəməsinə göndərilməsi qəbul edilməzdir. O, heç kimi aldatmamışdır, şirkət sahibi kimi iş görmüşdür, onu aldatmışlar. Lakin o, yenə də heç nədən qaçmamış, bütün ziyanın ödənilməsini öz hödəsinə götürmüşdür. Hər bir zərərçəkmişə müəyyən məbləğdə ödənişlər etmişdir. Zərərçəkmişlərə 20-30 min manat ziyan dəymişdir, lakin onlar həmin məbləği 50 min manatdan çox göstərmişlər. Xaricdə təhsil şirkətində olarkən Gülnar xanımı onun yanına gətirən işçi onun yanında işləyə-işləyə özünə şirkət açmışdır və onunla birlikdə digər işçilər də şirkət açaraq bu ziyanları ona vurmuşlar. Onların işlərindən özünün xəbəri olmamışdır, həmin şəxslər də onların göstərişlərinin heç birinə əməl etməmişlər. Bununla belə həmin şəxslər ondan maaş ala-ala başqa bir şirkət açıb müştərilər qəbul etmişlər. Zərərçəkmiş şəxs1 və Ruziyyəyə ziyan dəyibsə, bundan boyun qaçırmır. Lakin 20-30 min manat dəymiş ziyana əlavə pul yazıb 50-60 min manata qaldırılacaqsa, artıq həmin məbləği onlar ödəməyəcəklər. İşləri ilə bağlı onların müqavilələri olmuş, alınmış hər bir məbləğdə pulu onlar müqavilə ilə, qarşılıqlı razılaşma əsasında almışlar. Müqavilə ilə onlar işləri görmək öhdəliklərini öz üzərinə götürmüşlər, əgər öhdəlik yerinə yetirilməsə, ödənişin geri qaytarlması məsələsi də müqavilədə nəzərdə tutulmuşdur. Bütün deyilənlərə görə o, özünü verilmiş ittihamla təqsirli bilmir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs1 bildirdi ki, o, "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin təsisçisi və direktorudur. Sadəcə olaraq özü Türkiyədə olduğu üçün "xxxx" MMC Xəyalın adına rəsmiləşdirilmişdir. Lakin həmin digər iki şirkətin də təsisçisi o, olmuşdur. Şirkətlərin əsas fəaliyyət istiqamətləri turizim və xaricdə təhsil olmuşdur. Bazar fərqliliyi sevdiyindən reklam bazarında onlar fərqi şirkətlər adı fəaliyyət göstərmişlər. Zərərçəkmiş şəxslərdən Gülnar xanımı onun şirkətinə gətirən Aydan adlı şirkətin işçisi olmuşdur. Gülnar xanımın qızı yüksək ixtisas universitetinə 100 % təqaüdlə bağlı müraciət etmişdir. Bundan əvvəl isə Gülnar xanım qızının dövlət universitetinə qəbulu ilə bağlı müqavilə bağlamış, sonra müqaviləni dəyişmişdir. Müqaviləni bağlayandan sonra iş alınmamış, onlardan asılı olmayan səbəbə görə Türkiyə tərəfindən tələbə qəbulu dayandırılmışdır. Sonra onlar bununla bağlı valideynə bildirmiş və bu problemlərə görə Gülnar xanımın qızını universitetə qəbul etdirə bilməmişlər. Bu səbəbdən valedeynə alternativ variantlar da təklif olunmuş, lakin razılıq olmadığına görə müqavilənin xitam edilməsi təklif olunmuşdur. Bu cür variantlar başqa müştərilərə də münasibətdə təklif edilmişdir. Aralarında xitam müqaviləsi olmasına baxmayaraq, Gülnar xanım ona 15 gün möhlət verməmişdir. Gülnar xanımın verdiyi pulun ümumi məbləği hardasa 50-51 min manat təşkil etmişdir. Xitam müqaviləsindən sonra onlar tərəfindən 17 min manat pul qaytarılmışdır. Həmin vaxtı artıq onun üçün problemlər yaratmışlar, artıq onun ofisi bağlanmış, ora-bura şikayətlər olunmuşdur. Həmin vaxt ancaq Gülnar xanımın şikayəti əsasında problemlər yaranmışdır. Müqaviləyə xitam verilən günün səhəri dövlət orqanları onu çağırmağa başlamış, onun telefonları alınmışdır. Telefonları alındığından ona zənglər çatmamış, buna görə müştərilər ondan şikayətlər etməyə başlamışlar. Onların adından dezinformasiyalar yayılmağa başlanılmış və 4 gün müddətinə şirkət bağlanmışdır. Digər epizodlarla bağlı deyə bilər ki, Lola xanım universitetə qəbul olunmuşdur və hazırda da təhsil alır. Onun ödədiyi pulun 1600 ABŞ dolları xidmət haqqı olmuş, 500 ABŞ dolları isə ziyanlıq yaranmışdır. Həmin işlə bağlı 5000 ABŞ dolları əlavə xərclənmişdir, onu da ödəməyə hazırdır. 15 gündən sonra onun telefonu qaytarılmışdır. Ceyhunun epizodu ilə bağlı bildirmək istəyir ki, onun ödədiyi 5000 manat pul qaytarılmışdır. Elxanla bağlı isə 3000 manat qaytarılmışdır. Zərərçəkmiş şəxs10 aid 19500 manat ziyanla bağlı ödənişi öhdələrinə götürsələr də, hazırda ödəniş olunmamışdır. Zərərçəkmiş şəxs4lə bağlı 7000 manat, Zərərçəkmiş şəxs3lə bağlı isə 600 manat ödəniş qalmışdır. Zərərçəkmiş şəxs2 ilə əlaqədar 500-700 manat borcları, Vadimlə bağlı isə 1000 manat borcu qalmışdır. Ümumilikdə, dəymiş ziyanın hamısının ödənilməsini öz öhdəsinə götürmüşdür. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, 2007-ci ildə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının maliyyə kredit ixtisasına qəbul olsa da, həmin ixtisas üzrə 3-cü kursda oxuyarkən təhsilini işləməyi ilə əlaqədar yarımçıq qoyaraq universitetdən çıxmışdır. 2018-ci ildə "xxxx" MMC-ni təsis etmiş, həmin şirkətin fəaliyyəti tələbələrin xarici universitetlərdə təhsil almasını təmin etmək, tələbələrin xaricə göndərilməsindən ibarət olmuşdur. Bundan əlavə, 2020-2021-ci illərdə "xxxx" MMC-ni yaratdığı "xxxx" şirkəti isə Avropaya işləmək üçün gedənlərə iş vizası və yaşamaq hüququ verən vizaların alınması, turist səfərlərinin təşkili və sairdən ibarət olmuşdur. İlkin olaraq onlar «28 May» metrostansiyasının yaxınlığında “28 Mall”-a yaxın yerdə obyekt icarəyə götürüb fəaliyyət göstərmişlər. Onlara müraciət edən vətəndaş xaricdə təhsillə bağlı müraciət edirsə, ondan aldıqları pulun böyük hissəsini vətəndaşın təhsil alacağı təhsil müəssisəsinə əlbəəl göndərirlər. Vətəndaşdan aldıqları pulun 15 faizi onlara xeyir kimi qalır. Əgər vətəndaşdan viza ilə bağlı pul alırlarsa, viza məsələsi həll olunması üçün Avropada olan dəvət göndərən şirkətlərə pul ödəyirlər. Pulu əsasən sürətli pul köçürmələri vasitəsilə həyata keçirirlər. Ordan da onlara yenə 10-15 faiz xeyir qalır. Sonradan isə bu şirkətlər Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “AF Mall” ticarət mərkəzinin 4-cü mərtəbəsində kirayə götürdüyü ofisdə fəaliyyət göstərmişdir. Şirkət hazırda Səməd Vurğun, 43 ünvanında yerləşən "xxxx" binasında fəaliyyət göstərir. Şirkətin hazırda 2 nəfər işçisi vardır. Zərərçəkmiş şəxs1 2022-ci ilin may ayından tanıyır. Belə ki, həmin ərəfədə "xxxx" MMC-də çalışan Şahida adlı işçisi onunla əlaqə saxlayaraq Zərərçəkmiş şəxs1 adlı tanışının müraciət edərək qızının Türkiyədə tibb sahəsi üzrə ali təhsil almasına köməklik göstərməyi xahiş etdiyini bildirmişdir. Gülnara köməklik göstərə biləcəklərini bildirərək istədiyi halda Türkiyədə tibb sahəsi üzrə dövlət universitetinə qəbul edilməsi və təhsil almasını təmin etmələri müqabilində 15.000 ABŞ dolları xidmət haqqı ödəməli olması barədə məlumat verməsini tapşırmışdır. Aydan Gülnar xanıma bu barədə məlumat verdikdən bir müddət sonra Zərərçəkmiş şəxs1 bu təkliflə razı olduğunu bildirərək ilkin olaraq 12.000 manat pul ödəmək istədiyini demiş, Aydan bu barədə ona məlumat verdikdən sonra sonuncuya pulu almasını tapşırmışdır. Aydan da pulu götürmüş, həmin pulun bir hissəsini ofisin xərclərinə, qalan hissəsini isə şəxsi ehtiyaclarına sərf etmişdir. Pulu aldıqdan sonra onlara avqust ayına qədər tələbənin universitetə qəbul ediləcəyini vəd etməyinə baxmayaraq, faktiki olaraq imtahanlara girməsi lazım olduğundan və faktiki olaraq heç bir dövlət universitetinə müraciət edilmədiyindən həmin məsələ alınmamışdır. Buna görə də Zərərçəkmiş şəxs1 şirkətə təkrar müraciət etdikdə o və şirkətin direktoru Təqsirləndirilən şəxs2 ona qızını Türkiyədə yerləşən X41 Universitetinə tam təqaüdlə qəbul etdirəcəyini vəd edərək bunun müqabilində 57.800 manat pul ödəməli olduğunu bildirmişdir. Həmin xidmət haqqına 6 illik təhsil haqqı, yurd pulu və bilet daxil olmuşdur. Gülnar xanım da təkliflə razılaşaraq tələb etdiyi məbləği verə biləcəklərini bildirmişdir. Beləliklə, 2022-ci ilin avqust ayının ortalarında Zərərçəkmiş şəxs1 ilə müqavilə bağlamışlar, müqavilə faktiki rəhbəri olduğu, rəsmi olaraq isə direktoru Təqsirləndirilən şəxs2 olduğu "xxxx" MMC arasında bağlanmışdır. Həmin ərəfədə Zərərçəkmiş şəxs1 həyat yoldaşı ofisə gəlmiş və qeyd edilən məsələ ilə bağlı ümumilikdə 34.000 manat pulu ona vermişdir. Onun qızını sentyabr ayında yuxarıda göstərdiyi universitetə qəbul etdirəcəyini vəd etmişdir. Cari ilin sentyabr ayının ortalarında Gülnar xanım öz uşağı və adını hazırda xatırlamadığı başqa bir şəxsin bilet və yol pulu kimi təxminən 6.200 ABŞ dolları Türkiyəyə gedəndə aparmağını və ödəməyini tapşırmışdır. Gülnarla razılaşmış və sentyabr ayının ortalarında Xəyal Gülnar xanımın yaşadığı ünvana gedərək həyətdə həmin pulu ondan almış və gətirib ona vermişdir. Həmin ərəfədə Türkiyəyə gedərək ona verilmiş məbləğin bir hissəsini Zərərçəkmiş şəxs1 adını xatırlamadığı tanışının yurd pulu kimi dediyi şəxsə vermiş, 3.100 ABŞ dollarını isə özündə saxlamışdır. Lakin sonradan adıçəkilən universitetin 6 illik təqaüd vermədiyini, yalnız bir illik təqaüd verdiyini öyrənmiş, buna görə də Zərərçəkmiş şəxs1 qızının yuxarıda adıçəkilən universitetə qəbul edilməsi üçün faktiki olaraq heç bir rəsmi müraciət etməmişdir. Buna baxmayaraq, qeyd edilən məsələ ilə bağlı aldığı ümumilikdə 51.270 manat məbləğində pulu da ona qaytarmamışdır. Həmin pulun bir hissəsini şirkət işçilərinin maaşlarını ödəməyə, şirkətin ofisinin kirayəsini ödəmək üçün, qalan hissəsini isə şəxsi ehtiyaclarına sərf etmişdir. Cari ilin sentyabr ayının sonlarında Gülnar xanım təkrar ona müraciət edərək özünün X41 Universitetinə müraciət etdiyini, lakin universitetdən verilən cavabda Gülnar xanımın qızının həmin üniversitetə qəbul edilməsi üçün universitetə ümumiyyətlə müraciət edilmədiyinin bildirildiyini ona demişdir. Gülnar xanıma həqiqətən də onun qızının həmin universitetə qəbul edilməsi üçün müraciət etmədiyini, çünki universitetin 6 illik deyil, bir illik təqaüd verdiyini bildirmiş, belə olduğu halda pulunu hansı səbəbdən qaytarmadığını soruşduqda, gələcəkdə 6 illik təqaüdün veriləcəyini güman etdiyindən pulu digər şəxsi ehtiyaclarına sərf etdiyini, lakin pulu qaytaracağını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 bir neçə dəfə ondan pulunu tələb etdikdən sonra tanışlarından 10.000 manat pul taparaq ona qaytarmışdır. Zərərçəkmiş şəxs1 aldığı ümumilikdə 51.270 manat pulun 12.000 manatını qaytarmış, qalan məbləği isə hazırkı dövrədək qaytarmamışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs1 ona ünvanlanmış «ifadəsində Zərərçəkmiş şəxs1 qızını X41 Universitetinə 6 illik təqaüdlə qəbul etdirəcəyini vəd edərək, ümumilikdə 51.270 manat pul aldığını, lakin həmin şəxsin qəbul edilməsi ilə bağlı universitetə ümumiyyətlə müraciət etmədiyini, belə olduğu halda Zərərçəkmiş şəxs1 qeyd edilən məsələ ilə bağlı aldığıı pulu hansı səbəbdən qaytarmaması» ilə bağlı suala cavab olaraq göstərmişdir ki, son zamanlar şirkətin maliyyə vəziyyəti yaxşı olmadığına görə, Zərərçəkmiş şəxs1 aldığı pulu ifadəsində də göstərdiyi kimi ofis kirayəsi, işçilərin əmək haqqı və digər şəxsi ehtiyaclarına sərf etmişdir. Buna görə də pulu qaytara bilməmişdir. Zərərçəkmiş şəxs5 Türkiyədə ortaq dostları vasitəsilə tanımış, aralarında səmimiyyət yaranmış, dostluq münasibəti qurmuşlar. Təqsirləndirilən şəxs1 istintaq zamanı ona ünvanlanmış «Zərərçəkmiş şəxs5 istintaqa ifadəsində 2022-ci ilin iyul ayından başlayaraq ona 75 nəfər üçün bilet aldırması, həmin biletlərin pulunu verməməsi, həmin biletlərə ümumilikdə 55263 manat pul verməsi» ilə bağlı göstərməsinə adir suala cavab olaraq göstərmişdir ki, həqiqətən Zərərçəkmiş şəxs5 göstərilən siyahıda olan 75 nəfər üçün bilet aldırmış, həmin biletlərin həqiqətən pulunu həmin vaxt verməmiş, sadəcə biletlərin qiyməti həmin siyahıda çox göstərilmişdir. Belə ki, biletlərin qiyməti ümumilikdə 30.000 manata yaxın olmuşdur. Eyni zamanda hazıra kimi Roziyyehə 10.000 manata yaxın pul qaytarmışdır. Həmin 75 nəfərdən biletlərin pulunu almış, amma öz şəxsi məqsədlərinə xərcləmiş, Roziyyehə verməmişdir. Ona ünvanlanmış Zərərçəkmiş şəxs5 ifadəsində Təqsirləndirilən şəxs1 yönəltdiyi hər iki şəxsdən (Xəyal Mənsimov və Səməd Məlikov) 2022-ci ilin may ayında hər birindən kart vasitəsilə aldığı 400 EURO, ümumilikdə 800 EURO məbləğində pulu Təqsirləndirilən şəxs1 AF MALL ticarət mərkəzinin 4-cü mərtəbəsində əlbəəl təqdim etdiyini, Rasim isə həmin şəxslərin viza məsələsini həll etmədiyini, nə də ki, 800 EURO məbləğində pulu geri qaytarmadığını, ona görə vətəndaşlara məcbur qalıb 800 EURO pulu öz cibindən verdiyini göstərməsi ilə bağlı suala cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs5 düz deyir, həqiqətən həmin şəxslərlə, yəni Xəyal Mənsimov və X38 viza məsələsi həll edilməsi üçün 1600 EURO pulu 2022-ci ilin may ayında ona təqdim etmiş, həmin şəxslərin viza məsələsini həll etmək üçün «Vatsap»la hazırda xatırlamadığı Polşada yaşayan azərbaycanlılara göndərmişdir ki, həmin şəxslərə dəvət gəlsin. Əsasən vətəndaşın şəxsiyyət vəsiqəsinin surətini alıb, ya «Whatsap» tətbiqetməsi ya da «email» vasitəsilə Avropada əməkdaşlıq etdikləri hazırda xatırlamadığı şirkətlərə göndərirlər. Həmin şirkətlərdən isə dəvət gəlir və bundan sonra müştəri səfirliyə daxil olub dəvəti və digər sənədləri viza verilməsi üçün təqdim edir. Bundan sonra ona viza verilir. Lakin həmin məsələ gecikmişdir. Roziyyehin də həmin şəxslərin pulunu qaytarmasını indi eşidir. Roziyyehin həmin şəxslər üçün ona ödədiyi 1600 EURO pulu qaytaracaqdır. Ona ünvanlanmış X31 ifadəsində 2022-ci ilin iyul ayında X39 və Əmrah Əliyev daimi yaşamaq hüququ verilməsindən ötrü ona müraciət etməsi, özünün bu işlərdən başı çıxmadığına görə həmin məsələnin həllini Təqsirləndirilən şəxs1 yönəltməsi, Təqsirləndirilən şəxs1 isə həmin şəxslərin qeyd olunan ölkədə yaşamaq hüququ almaq üçün hər biri üçün 5800 EURO pul istəməsi, Ruziyyyə də həmin şəxslərin hər birindən 2022-ci ilin avqust ayında 5800 euro olmaqla 11600 EURO aldığı pulu onlara ofisində təqdim etməsi, Təqsirləndirilən şəxs1 isə onlara iki ədəd sənəd təqdim etməsi, həmin şəxslər də Litvada olarkən aparıb həmin sənədləri ölkənin Miqrasiya xidmətinə təqdim edəndə onlara həmin sənədlərin keçərsiz olduğu və saxta olduğu bildirilməsi ilə bağlı suala cavab olaraq göstərmişdir ki, qeyd olunan şəxslərin, yəni Taleh Mənsimov və Əmrah Əliyevin məsələsi həll olunmuş, alınmış pulun müqabilində onlara xidmət göstərilərək Latviyada 5 illik müddətinə yaşayış hüququ verən sənəd verilmiş, həmin sənədi Latviyadan müştərilər özləri gedib götürmüşlər. Ona ünvanlanmış ifadəsi alınmış Taleh Mənsimov və Əmrah Əliyev ifadələrində qeyd edilən sənədin Latviyada 5 illik yaşamaq hüququ verən sənəd deyil, həmin sənəd yalnız onun şəxsiyyətini təsdiq edən sənəd olduğunu, Roziyyeh ilə danışıqlarında pulun 5 illik Latviyada yaşamaq hüququ və işləmək hüququ verən vizanın alınmasına görə verdiklərini göstərməsi ilə bağlı suala cavab olaraq göstərmişdir ki, həmin şəxslərlə bağlı razılaşmaları dedikləri şəkildə olmuş, yəni onlara 5 illik Latviyada yaşamaq hüququ və işləmək hüququ verən sənəd hazırlamalıydı və verdiyi vədi də yerinə yetirmişdir. Həmin sənəd 5 illik yaşayış hüququ və işləmək hüququ verən sənəddir. Amma bu yaşamaq hüququ verən kartı bəzən Avropada sistem göstərmir. Amma bu kartla avtobusla İstanbuldan Avropaya giriş-çıxış etmək mümkündür. Ancaq müştərilər həmin sənədlərlə təyyarə ilə uçmaq istəyir. Təyyarə ilə bəzi aviaşirkətlər həmin sənədi qəbul edir, bəziləri isə qəbul etmir. Qeyd olunan sənədlə başqa Avropa ölkəsində işləyən adamlar var. Ona ünvanlanmış Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 tanıyıb-tanımaması ilə bağlı suala cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 tanıyır. Onlar da şirkətin müştərisi olmuşdur. Onunla aralarında düşmənçilik, ədavət və söz-söhbət olmamışdır. Ona ünvanlanmış Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ifadələrində Təqsirləndirilən şəxs2 2022-ci ilin avqust ayında 400 manat və sentyabr ayında isə 1850 manat olmaqla ümumilikdə 2250 manat pul “RT Group Akademi şirkətinin “Af Mall” Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşən ofisində Latviyaya iş vizası düzəltməsi üçün vermələrini, lakin Həmin pul müqabilində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir iş görmədiklərini və pullarını ələ keçirdiklərini göstərmələri ilə bağlı suala cavab olaraq göstərmişdir ki, həmin şəxslərə vizanın verilməsi ilə bağlı sənədlər hazırlansa da, lakin sonradan özləri istəmədiyindən Latviya səfirliyinə rəsmi müraciət etməmişlər. Aldıqları pulları ofisin saxlanma xərclərinə xərcləmişlər. Amma Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 onlardan ödədikləri pulları tələb etmişlər. O da, Xəyal da onların pulunu qaytaracaqlarına söz vermişlər. Onlar daha sonra onlardan vermiş, onun 2250 manat pulundan 1000 manatını geri qaytarmışlar. Şirkətin əsas rəhbəri özü olmuş, Xəyal aldığı pullar da ona çatmışdır. Ona ünvanlanmış Zərərçəkmiş şəxs9 tanıyıb-tanımaması ilə bağlı suala cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs9 şirkətin müştərisi kimi tanıyır. Onunla münasibətləri normal olmuş, aralarında düşmənçilik, ədavət yoxdur. Ona ünvanlanmış Zərərçəkmiş şəxs9 ifadəsində gəlininə Litviyaya işçi vizası almaq üçün 2022-ci ilin mart ayında şirkətin “Af Mall” Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşən ofisində Xəyal Yusibovun qəbulunda olmasını, sonuncu bunun üçün ümumilikdə 1500 manat ödəməli olduğunu, ilkin olaraq 750 manat, viza alındıqdan sonra isə 750 manat da ödəməli olduğunu bildirdiyindən 2022-ci ilin mart ayının sonlarında 750 manat pulu qeyd edilən ofisdə ikilikdə Xəyal Yusibova təqdim etməsini, lakin verilən vədi nə Xəyal Yusibov nə də ki, Təqsirləndirilən şəxs1 yerinə yetirməməsi ilə bağlı suala cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs9 müraciəti ilə bağlı da hər hansı iş görülməmiş, yəni gəlininə viza alınması ilə bağlı səfirliyə müraciət edilməmişdir. Çünki özü viza ilə bağlı müraciətdən şifahi şəkildə imtina etmişdir. O imtina etdiyinə görə də aralarında bağlanan müqavilənin şərtlərinə görə pulun 400 manatı şirkətin hesabına tutulur. Fariz isə bütün pulunu tələb etmiş, hətta bununla bağlı 22-ci polis bölməsinə şikayət vermiş, orada bununla bağlı izahat da vermişlər. Yalnız ona 350 manat pul qaytara bilər. Ona ünvanlanmış X19 tanıyıb-tanımaması ilə bağlı suala cavab olaraq göstərmişdir ki, X26 da şirkətin müştərisi olmuşdur. Aralarında düşmənçilik, ədavət və söz-söhbət olmamışdır. Ona ünvanlanmış X26 ərizəsində xx.xx.2022-ci il tarixdə "xxxx" MMC ilə müqavilə əsasında cəmi 2655 manat qarşılığında Latviya Respublikasına bir illik iş vizası düzəltmək adı ilə aldadıldığını göstərməsi ilə bağlı suala cavab olaraq göstərmişdir ki, Rauf Vəlizadənin viza məsələsinin həll olunması biraz uzun çəkmiş, lakin onun vizası həll olunmuş və o 2022-ci ilin dekabr ayında Latviyaya həll etdikləri viza əsasında getmişdir. Ola bilsin ki, ərizəni də viza məsələsi uzandığından yazmışdır. Lakin şirkətləri tərəfindən ona xidmət göstərilmişdir. Ona ünvanlanmış Zərərçəkmiş şəxs6 tanıyıb-tanımması ilə bağlı suala cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs6 da şirkətin müştərisi olmuşdur. Aralarında düşmənçilik, ədavət və söz-söhbət olmamışdır. Ona ünvanlanmış Zərərçəkmiş şəxs6 ifadəsində Təqsirləndirilən şəxs2 2022-ci ilin mart-may aylarında ümumilikdə 5000 manat pulu “RT Group Akademi” şirkəti “AfMall” Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşən ofisində Litviyaya iş vizası düzəltməsi üçün verməsini, həmin pul müqabilində Təqsirləndirilən şəxs1 və Xəyal Yusibovun heç bir iş görməməsini göstərməsi ilə bağlı suala cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs6lə bağlı Litva səfirliyinə iki dəfə səhv etmirsə müraciət olunmuş, lakin ona müsbət cavab verilməmiş, sonradan yenidən müraciət olunsa da, cavab gecikmiş, cavab gecikdiyinə görə də Zərərçəkmiş şəxs6 onlardan şikayət vermiş, onun pulunu tam şəkildə geri qaytarmışlar. Ona ünvanlanmış Zərərçəkmiş şəxs7 tanıyıb-tanımaması ilə bağlı suala cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs7 da şirkətin müştərisi olmuşdur. Aralarında düşmənçilik, ədavət və söz-söhbət olmamışdır. Ona ünvanlanmış Zərərçəkmiş şəxs7 istintaqa ərizəsində onun Türkiyə universitetlərinin birində təhsil almasına qəbul etdirəcəyi adı ilə 2022-ci ilin may ayında 3000 manat pulu “RT Group Akademi» şirkətinin “AfMall” Ticarət Mərkəzi 4-cü mərtəbəsində yerləşən ofisində almasını göstərməsi ilə bağlı suala cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs7 dedikləri ilə razıdır, onunla bağlı müraciət etmək mümkün olmamış, belə ki, pula ehtiyacı olduğundan şəxsi məqsədlərinə sərf etmişdir. Sonradan Elxan pulunu tələb etmiş, bununla bağlı şikayət vermiş, ondan aldığı 3000 manat pulunu tam olaraq özünə geri qaytarmışdır (cild 1, iş vərəqi 191-199). Məhkəmədə tədqiq olunmuş üzləşdirmə protokoluna əsasən, Zərərçəkmiş şəxs5 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs5 sərbəst ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs1 üzünə qarşı demiş, Təqsirləndirilən şəxs1 da həqiqətən Roziyyehdən pulunu ödəmədən biletlər sifariş etdiyini və həmin vəsaiti vətəndaşlardan alsa da, Roziyyehə vermədiyini, lakin qısa müddət ərzində Roziyyehə ödənişi həyata keçirəcəyini bildirmişdir (cild 4, iş vərəqi 123-126). Elan olunmuş ifadələrlə ilə bağlı proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs1 həmin ifadələrin çoxunun ona məxsus olmadığını, pulu şəxsi ehtiyaclarına xərcləməyi barədə yazılanların səhv olduğunu, son 1 ildə onun Bakıda olmadığını, Ruziyyə ilə bağlı ifadədə maksimum 20-30 min manat yazılmasını bildiyini, Ruziyyənin sonradan müstəntiqlə əlbir olub məbləği şişirtdiklərini və nəticədə onun barəsində olan işin Bakı Ağır Cinayətlər Məhkəməsinə gəlməsinə səbəb olduğunu bildirdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamlar üzrə özünə təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2018-ci ildə şirkət yaradılmışdır, həmin vaxt o, hərbi xidmətdə olmuşdur. 2021-ci ildə Rasim Türkiyədə olduğu üçün "xxxx" MMC onun adına sənədləşdirilmişdir. O, Seymur və Orxandan hər ikisindən 5000 manat pul almış, onun da 4200 manatı qaytarılmışdır. Qalan pulun da qısa müddətə qaytaracağına çalışacaqdır. O, şirkətdə işləyərkən müraciət edən şəxslərə Latviya və Litvaya işçi vizası alınması ilə məşğul olmuşdur. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs2 bildirdi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İstintaq zamanı ona heç bir təsir və təzyiq olunmamışdır. O, Təqsirləndirilən şəxs1la eyni məhəllədə qalır. "xxxx" MMC-nin təsisçisi odur, "xxxx" MMC-ni isə Rasimin tapşırığı ilə o, açmışdır. Həmin şirkətlərin təsisçi və direktoru o, olsa da, həmin şirkətlər Təqsirləndirilən şəxs1 məxsus olmuşdur. "xxxx" şirkətinin işlərini Rasim gördüyü üçün o, həmin şirkətdən qazanc götürməmişdir. İttihamda adları göstərilən iki zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanlar ona aiddir. "xxxx" MMC tədrislə məşğul olmuş, həmin şirkətin adından müştərilərlə o, müqavilə bağlamamış, heç kimdən pul almamışdır. Müştərilərdən alınan pullar nəqd qaydada mühasibatlıq tərəfindən alınmışdır. Qalan pullar ofisdə və seyfdə olmuşdur. İş üzrə 11 şikayətçi olsa da, o, həmin şikayətçilərdən yalnız ikisi ilə görüşmüş, qalan şikayətçiləri isə sonradan tanımışdır. Vətəndaşlarla müqavilələr bağlanılmış, həmin müqavilələri ya Rasim, ya da Nəbi adlı şəxs imzalamışdır. Nəbiyə şirkət rəhbərliyi tərəfindən imza hüququ verilmişdir. Müqavilələrin bəzilərində onun imzası olsa da, həmin şəxslərdən ödənişləri o, almamış, pulu mühasibatlıq almışdır. Zərərçəkmiş şəxs1 ilə bağlı epizodda o, iştirak etmişdir. Belə ki, Rasim Gülnar xanıma zəng etmiş, o da, Rasimin tapşırığı ilə gedib 5-6 min manat pulu götürmüşdür. Gülnar yataqxana ilə birlikdə şirkətə 57000 manat pul ödəmişdir. Pullar alınsa da, ofis işləri ilə bağlı xərclənmişdir, təhsil istiqamətində xərclənməmişdir. Alınan pullar təyinatı üzrə xərclənməmişdir. Təyyarə bileti üçün o, Gülnardan pul almamışdır. Ruziyyənin işi ilə bağlı onun məlumatı olmuşdur və istintaqda bu barədə ifadə vermişdir. Ona ittiham verilən maddələrlə razı deyildir, iki epizodla bağlı vətəndaşlardan pul almışdır və həmin pulun da 80%-ni qaytarmışdır. Həmin iki nəfərlə bağlı qalan pulu da 20-25 günə qaytarmağa çalışacaqdır. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, 2021-ci ilin dekabr ayında "xxxx" MMC-ni təsis etmiş və hazırda da həmin şirkətin direktoru vəzifəsində çalışır. MMC-nin iş prinsipi xarici ölkələrə turların təşkil olunması, vizaların alınması və aviabiletlərin satışını həyata keçirməkdən ibarətdir. Bundan əlavə 2022-ci ilin may ayında "xxxx" MMC-ni təsis etmiş və həmin şirkətin də direktorudur. Bu MMC tələbələrin xarici universitetlərə qəbul edilməsi fəaliyyəti göstərir. Hər iki MMC rəsmi adına olsa da, faktiki rəhbəri Təqsirləndirilən şəxs1dur. Təqsirləndirilən şəxs1 işçisi olmuş, Təqsirləndirilən şəxs1 ona aylıq əmək haqqı vermişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 özü “RT Group Akademiya” və "xxxx" şirkətlərinin təsisçisi və direktorudur. Zərərçəkmiş şəxs1 “RT Group” şirkətinin müştərisi kimi tanıyır. “RT Group” şirkətinin iş prinsipi Azərbaycanlı tələbələrin xaricdə təhsil almasına köməklik göstərməkdən ibarətdir. Yuxarıda adları qeyd olunan hər iki şirkətin ofisi ünvan 5 ünvanında yerləşən “AFF MALL”-un 4-cü mərtəbəsində yerləşir. 2022-ci ilin may ayında Zərərçəkmiş şəxs1 “RT Group”a müraciət edərək Şahida adlı əməkdaş ilə görüşərək övladı X5 Türkiyə Respublikasında yerləşən dövlət universitetlərindən birinin tibb fakültəsinə qəbul olunmasına köməklik göstərməyi xahiş etmiş və bundan sonra Şahida şirkətin rəhbəri Təqsirləndirilən şəxs1 bu barədə məlumat verdikdən sonuncu onun övladını Türkiyə Respublikasında yerləşən dövlət universitetlərdən birinə qəbul olunmasına köməklik göstərəcəyini və bu işin müqabilində 12.000 manat alacağını bildirmişdir. Bundan sonra Şahida Zərərçəkmiş şəxs1 onun övladını Türkiyə Respublikasında yerləşən dövlət universitetlərdən birinə qəbul olunmasına köməklik göstərə biləcəklərini bildirərək 12.000 manat pul tələb etmişdir. Zərərçəkmiş şəxs1 qeyd olunan məbləğ ilə razılaşdıqdan bir neçə gün sonra ofisə gələrək Şahida ilə müqavilə bağlayaraq şirkətə 12.000 manat pul ödəmişdir. Qeyd olunan məbləği mühasibatlıq tam şəkildə qəbul etdikdən sonra bu barədə Təqsirləndirilən şəxs1 məlumat verilmişdir. Həmin vaxt Rasim müəllim Türkiyədə olduğu üçün ona zəng edərək həmin puldan ofisin icarə haqqına, reklam xərclərinə və işçilərin əmək haqlarını ödəməyi tapşırmışdır. Rasimin tapşırığına əsasən 12.000 manatı tam şəkildə ofisin icarə haqqına, reklam xərclərinə və işçilərin əmək haqlarına ödəmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 Türkiyədə başqa qəbul üçün pul aldığını və həmin pul ilə Zərərçəkmiş şəxs1 övladının məsələsini həll edəcəyini bildirmişdir. 2022-ci ilin avqust ayında Təqsirləndirilən şəxs1 Azərbaycana qayıtdıqdan sonra Zərərçəkmiş şəxs1 ofisə dəvət edərək onun övladının Türkiyə Respublikasında yerləşən dövlət universitetlərinə qəbul olunmasına köməklik göstərə bilməyəcəyini, bunun əvəzinə Türkiyənin Ankara şəhərində yerləşən “X41 Universiteti” nin tibb fakültəsinə 6 illik təqaüdlə qəbul olunmasına köməklik göstərəcəyini təklif edərək əvvəl verilmiş pul nəzərə alınmaqla, ümumilikdə 57.800 manat pul ödəməli olduğu ona bildirmişdir. Zərərçəkmiş şəxs1 qeyd olunan təklif ilə razılaşdıqdan bir neçə gün sonra onun həyat yoldaşı mütəxəssis kimi çalışdığı "xxxx" MMC və yuxarıda adlarını çəkdiyi digər MMC-lərin ünvan 6 ünvanında yerləşən ofisində 34.000 manatı 10.000 ABŞ dolları şəklində, geri qalanını isə 17.000 manat şəklində Təqsirləndirilən şəxs1 vermiş, Təqsirləndirilən şəxs1 qeyd olunan məbləği aldıqdan sonra həmin universitetin 6 illik təqaüd vermədiyini öyrəndiyindən Zərərçəkmiş şəxs1 qızı Fatimə Rəsulovanın həmin universitetə qəbul edilməsi üçün heç bir müraciət etməmiş, ondan aldığı 34.000 manatı da həm işçilərin maaşlarının ödənilməsinə, ofisin kirayə pulunun verilməsinə və digər şəxsi ehtiyaclarına sərf etmişdir. 2022-ci ilin sentyabr ayında Rasim ona zəng edərək Zərərçəkmiş şəxs1 ilə əlaqə saxlayaraq onun övladının təyyarə bileti və Ankara şəhərində qalacaq tələbə yataqxanası üçün lazım olan 3150 ABŞ dolları pulu almağını tapşırmış, istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Gülnarın istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə zəng edərək övladının təyyarə bileti və Ankara şəhərində qalacağı tələbə yataqxanasının ödənişini etməsini bildirmişdir. Zərərçəkmiş şəxs1 Rasimin ona bu barədə məlumat verdiyini bildirərək yaşadığı ünvan 7 ünvanına çağırmış, qeyd olunan ünvana getdikdən sonra orada Gülnar xanımın adını xatırlamadığı həyat yoldaşı ilə görüşərək ondan 3150 ABŞ dolları almış, həmin pulu götürdükdən sonra pulu tam şəkildə Rasim müəllimə təhvil vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 dəfələrlə müraciət edərək ona verilən vədin yerinə yetirilmədiyini, buna görə də pulunun qaytarılmasını tələb etmiş, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Gülnar xanım ofisə gələrək artıq övladının təhsil almaq istəmədiyini və verdiyi pulu geri qaytarmalarını tələb etmiş, elə onun yanında Rasim müəllimlə telefon əlaqəsi saxlayaraq Gülnar xanımın artıq övladının xaricdə təhsil almaq istəmədiyini və verdiyi pulu geri qaytarmalarını tələb etdiyini bildirmişdir. Rasim müəllim ona Gülnar xanımla bağlanılan müqaviləni xitam etməyi və pulu 15 iş günü ərzində geri qaytaracaqlarını onlara bildirməyi tapşırmış, bu barədə Gülnar xanıma məlumat verdikdən sonra bağlanmış müqaviləni xitam etmişlər və 1-2 gün sonra 10.000 manatı geri qaytarmışlar. Geri qalan məbləği isə hal-hazıradək qaytarmamışlar. Ona ünvanlanmış Zərərçəkmiş şəxs5 tanıyıb-tanımaması ilə bağlı suala cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs5 Rasim vasitəsilə tanıyır. Onun turzim şirkəti olduğunu və bu fəaliyyətlə məşğul olduğunu bilir. Aralarında düşmənçilik, ədavət və söz-söhbət yoxdur. Ona ünvanlanmış Zərərçəkmiş şəxs5 istintaqa ifadəsində 2022-ci ilin iyul ayından başlayaraq Təqsirləndirilən şəxs1 ona 75 nəfər üçün bilet aldırsığını, lakin həmin biletlərin pulunu vermədiyini, həmin biletlərə ümumilikdə 55263 manat pul verdiyini göstərməsi ilə bağlı suala cavab olaraq göstərmişdir ki, həqiqətən Zərərçəkmiş şəxs5 75 nəfərlik bilet sifariş etmişlər. Lakin həmin biletlərin pulunu maddi çətinlik səbəbindən həmin vaxt verə bilməmişlər. Sonradan Zərərçəkmiş şəxs5 müəyyən ödəniş etmişlər. Ona ünvanlanmış Zərərçəkmiş şəxs5 istintaqa ifadəsində Təqsirləndirilən şəxs2 yönəltdiyi iki nəfərin Polşaya viza məsələsini həll etmədiyini, hər iki şəxsdən (Xəyal Mənsimov və Səməd Məlikov) 2022-ci ilin may ayında hər birindən kart vasitəsilə aldığı 400 EURO, ümumilikdə 800 EURO məbləğində pulu Təqsirləndirilən şəxs1 AF MALL ticarət mərkəzinin 4-cü mərtəbəsində əlbəəl təqdim etdiyini, Xəyal Məmmədov isə həmin şəxslərin viza məsələsini həll etmədiyini, nə də ki, 800 EURO məbləğində pulu geri qaytarmadığını, ona görə vətəndaşlara məcbur qalıb 800 EURO pulu öz cibindən verdiyini göstərməsi ilə bağlı suala cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs5 düz deyir, həqiqətən həmin şəxslərlə, yəni Xəyal Mənsimov və X38 viza məsələsi həll edilməsi üçün 800 EURO pulu 2022-ci ilin may ayında ona təqdim etmiş, həmin şəxslərin viza məsələsini həll etmək üçün «Vatsap»la hazırda xatırlamadığı Polşada yaşayan azərbaycanlılara göndərmişdir ki, həmin şəxslərə dəvət gəlsin. Lakin həmin məsələ gecikmişdir. Roziyyeh də həmin şəxslərin pulunu qaytarmasını indi eşidir. Roziyyehin həmin şəxslər üçün ödədiyi 1600 EURO pulu qaytaracaqdır. Ona ünvanlanmış Zərərçəkmiş şəxs5 istintaqa ifadəsində 2022-ci ilin iyul ayında X39 və Əmrah Əliyev daimi yaşamaq hüququ verilməsindən ötrü ona müraciət etdiyini, özünün bu işlərdən anlayışı olmadığına görə həmin məsələnin həllini Təqsirləndirilən şəxs2 yönəltdiyini, Xəyal isə həmin şəxslərin qeyd olunan ölkədə yaşamaq hüququ almaq üçün hər biri üçün 5800 EURO pul istədiyini, Ruziyyyə də həmin şəxslərin hər birindən 2022-ci ilin avqust ayında 5800 euro olmaqla 11600 EURO aldığı pulu ofiszdə təqdim etdiyini, pulun qarşılığında onlara iki ədəd sənəd təqdim etdiyini, həmin şəxslər də Litvada olarkən aparıb həmin sənədləri həmin ölkənin Miqrasiya xidmətinə təqdim edəndə onlara həmin sənədlərin keçərsiz olduğu və saxta olduğu bildirildiyini göstərməsi ilə bağlı suala cavab olaraq göstərmişdir ki, qeyd olunan şəxslərlə bağlı Təqsirləndirilən şəxs1 Roziyyehə müraciət etmiş, bildiyi qədəri ilə Taleh Mənsimov və Əmrah Əliyevin məsələsi həll olunmuş, alınmış pulun müqabilində onlara xidmət göstərilərək Latviyada 5 illik müddətinə yaşayış hüququ verən sənəd verilmiş, həmin sənədi Latviyadan müştərilər özləri gedib götürmüşlər. Ona ünvanlanmış Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 tanıyıb-tanımaması ilə bağlı suala cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 tanıyır. Onlar da şirkətin müştərisi olmuşdur. Onunla aralarında düşmənçilik, ədavət və söz-söhbət olmamışdır. Ona ünvanlanmış Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ifadələrində Təqsirləndirilən şəxs2 2022-ci ilin avqust ayında 400 manat və sentyabr ayında isə 1850 manat olmaqla ümumilikdə 2250 manat pul “RT Group Akademi şirkətinin “Af Mall” Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşən ofisində Latviyaya iş vizası düzəltməsi üçün vermələrini, lakin Həmin pul müqabilində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir iş görmədiklərini və pullarını ələ keçirdiklərini göstərmələri ilə bağlı suala cavab olaraq göstərmişdir ki, həmin şəxslərə vizanın verilməsi ilə bağlı sənədlər hazırlansa da, lakin sonradan özləri istəmədiyindən Latviya səfirliyinə rəsmi müraciət etməmişlər. Aldıqları pulları ofisin saxlanma xərclərinə xərcləmişlər. Amma Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 onlardan ödədikləri pulları tələb etmişlər. O da, Xəyal da onların pulunu qaytaracaqlarına söz vermişlər. Onlar daha sonra onlardan vermiş, onun 2250 manat pulundan 1000 manatını geri qaytarmışlar. Ona ünvanlanmış Zərərçəkmiş şəxs9 tanıyıb-tanımaması ilə bağlı suala cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs9 şirkətin müştərisi kimi tanıyır. Onunla münasibətləri normal olmuş, aralarında düşmənçilik, ədavət yoxdur. Ona ünvanlanmış Zərərçəkmiş şəxs9 ifadəsində gəlininə Litviyaya işçi vizası almaq üçün 2022-ci ilin mart ayında şirkətin “Af Mall” Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşən ofisində Xəyal Yusibovun qəbulunda olmasını, sonuncu bunun üçün ümumilikdə 1500 manat ödəməli olduğunu, ilkin olaraq 750 manat, viza alındıqdan sonra isə 750 manat da ödəməli olduğunu bildirdiyindən 2022-ci ilin mart ayının sonlarında 750 manat pulu qeyd edilən ofisdə ikilikdə Xəyal Yusibova təqdim etməsini, lakin verilən vədi nə Xəyal Yusibov nə də ki, Təqsirləndirilən şəxs1 yerinə yetirməməsi ilə bağlı suala cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs9 müraciəti ilə bağlı da hər hansı iş görülməmiş, yəni gəlininə viza alınması ilə bağlı səfirliyə müraciət edilməmişdir. Çünki özü viza ilə bağlı müraciətdən şifahi şəkildə imtina etmişdir. O imtina etdiyinə görə də aralarında bağlanan müqavilənin şərtlərinə görə pulun 400 manatı şirkətin hesabına tutulur. Fariz isə bütün pulunu tələb etmiş, hətta bununla bağlı 22-ci polis bölməsinə şikayət vermiş, orada bununla bağlı izahat da vermişlər. Yalnız ona 350 manat pul qaytara bilər. Ona ünvanlanmış X19 tanıyıb-tanımaması ilə bağlı suala cavab olaraq göstərmişdir ki, X26 da şirkətin müştərisi olmuşdur. Aralarında düşmənçilik, ədavət və söz-söhbət olmamışdır. Ona ünvanlanmış X26 ərizəsində xx.xx.2022-ci il tarixdə "xxxx" MMC ilə müqavilə əsasında cəmi 2655 manat qarşılığında Latviya Respublikasına bir illik iş vizası düzəltmək adı ilə aldadıldığını göstərməsi ilə bağlı suala cavab olaraq göstərmişdir ki, Rauf Vəlizadənin viza məsələsinin həll olunması biraz uzun çəkmiş, lakin onun vizası həll olunmuş və o 2022-ci ilin dekabr ayında Latviyaya həll etdikləri viza əsasında getmişdir. Ola bilsin ki, ərizəni də viza məsələsi uzandığından yazmışdır. Lakin şirkətləri tərəfindən ona xidmət göstərilmişdir. Ona ünvanlanmış Zərərçəkmiş şəxs6 tanıyıb-tanımması ilə bağlı suala cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs6 da şirkətin müştərisi olmuşdur. Aralarında düşmənçilik, ədavət və söz-söhbət olmamışdır. Ona ünvanlanmış Zərərçəkmiş şəxs6 ifadəsində Təqsirləndirilən şəxs2 2022-ci ilin mart-may aylarında ümumilikdə 5000 manat pulu “RT Group Akademi” şirkətinin “Af Mall” Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşən ofisində Litviyaya iş vizası düzəltməsi üçün verməsini, həmin pul müqabilində Təqsirləndirilən şəxs1 və Xəyal Yusibovun heç bir iş görməməsini göstərməsi ilə bağlı suala cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs6lə bağlı Litva səfirliyinə iki dəfə səhv etmirsə müraciət olunmuş, lakin ona müsbət cavab verilməmiş, sonradan yenidən müraciət olunsa da, cavab gecikmiş, cavab gecikdiyinə görə də Zərərçəkmiş şəxs6 onlardan şikayət vermiş, onun pulunu tam şəkildə geri qaytarmışlar. Ona ünvanlanmış Zərərçəkmiş şəxs7 tanıyıb-tanımaması ilə bağlı suala cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs7 da şirkətin müştərisi olmuşdur. Aralarında düşmənçilik, ədavət və söz-söhbət olmamışdır. Ona ünvanlanmış Zərərçəkmiş şəxs7 istintaqa ərizəsində onun Türkiyə universitetlərinin birində təhsil almasına qəbul etdirəcəyi adı ilə 2022-ci ilin may ayında 3000 manat pulu “RT Group Akademi şirkətinin “Af Mall” Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşən ofisində almasını göstərməsi ilə bağlı suala cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs7 dedikləri ilə razıdır, onunla bağlı müraciət etmək mümkün olmamış, belə ki, pula ehtiyacı olduğundan şəxsi məqsədlərinə sərf etmişdir. Sonradan Elxan pulunu tələb etmiş, bununla bağlı şikayət vermiş, ondan aldığı 3000 manat pulunu tam olaraq özünə geri qaytarmışdır (cild 1, iş vərəqi 205-212, cild 4, iş vərəqi 67-70). Elan olunmuş ifadələrlə bağlı proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs2 dindirmə protokollarındakı imzaların ona məxsus olduğunu, Gülnardan aldığı 6000 manat pulu gətirib ofisdə Təqsirləndirilən şəxs1 təhvil verdiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X40 istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərdi ki, o, Təqsirləndirilən şəxs1la bir tanışı vasitəsi ilə tanış olmuşdur. Onun özü 2018-ci ildən turizm şirkətində fəaliyyət göstərir. Rasimə 74 təyyarə bileti sifariş vermişdir. Ona ümumilikdə 56.900 manat məbləğində maddi ziyan vurulmuşdur. O, bilet üçün lazım olan pulları Rasimə, sonuncu olmayanda isə Xəyala vermişdir. Lakin bu günə qədər ona dəymiş ziyan ödənilməmişdir. Verilən sualları cavablandıran zərərçəkmiş şəxs X40 bildirdi ki, şirkətdə müştərilər ona viza üçün sifarişlər vermiş, lakin bu iş alınmamışdır. Rasimgilə o, təyyarə biletləri sifariş vermiş, lakin biletlər alınmamış, eləcə də verdiyi pullar ona qaytarılmamışdır. Keçən müddət ərzində təqsirləndirilən şəxslər ona pul ödəməmişlər. Danışıqları o, Rasim, Xəyal və Gülsüm adlı işçi ilə aparmışdır. Ümumilikdə isə, ona 74.000 manat ziyan vurulmuşdur. O, biletlərin qiymətlərini istintaqa demişdir. Həmin qiymətlər «Azal»dan necə gəlmişsə, o, eyni qiymətləri müştərilərə demiş, bu barədə bütün sənədləri istintaqa təqdim etmişdir. 2022-ci il oktyabr ayının axırlarında o, şikayət etmişdir. Bundan əvvəl 4 ay müddətində ona hər hansı məbləğdə pul ödənilməmiş, buna görə də o, məcbur qalıb şikayət etmişdir. Hazırda məhkəmədə mülki iddia qaldırmış və vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X27 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxsləri övladının Türkiyədə təhsillə bağlı müraciətindən sonra tanımışdır. Təqsirləndirilən şəxslərlə danışıb razılığa gələndən sonra özü bacısı ilə şirkətin ofisinə gəlmiş, ilkin ödəni Azərbaycan manatı ilə ödəmişdir. Ümumilikdə 51.000 manat təhsil haqqı, 3000 manat isə «yurd pulu» kimi vermişdir. Sonradan işləri alınmadığına görə pulları geri tələb etməyə başlamış, verdiyi puldan əvvəlcə 10.000 manat, ikinci dəfə isə 2.000 manat olmaqla, ümumilikdə 12.000 manat pul ona qaytarılmışdır. Təqsirləndirilən şəxslər 39.000 manat pulu hələ də ona verməmişlər. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs1 bildirdi ki, təhsillə bağlı onlar Xəyalla danışmış, sonra Rasimin özü ilə görüşmüşlər. Sentyabr ayında dərslər başladıqdan sonra o, aldanıldığını bilmiş, hələ şikayət etməmişdən qabaq universitetlə əlaqə saxlamış, oradan ona bildirilmişdir ki, övladı ilə bağlı həmin universitetə müraciət olunmamışdır. O, 51.000 manat pulu Təqsirləndirilən şəxs1 vermişdir. Onların arasında müqavilə bağlanmışdır. X42 göndərmiş və o, 3000 manat «yurd pulu»nu Xəyala vermişdir. Xəyalın ondan götürdüyü pulu aparıb Rasimə verməsini sonuncunun özü də təsdiq etmişdir. Xəyala qarşı heç bir tələbi yoxdur, vurulmuş ziyanın Rasim tərəfindən ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır. Qızının Türkiyədə olan Tibb universitetinə qəbulu ilə bağlı əvvəlcə 8000 ABŞ dolları, daha sonra isə 4000 ABŞ dolları pul vermişdir. Lakin sonradan qızının qəbul olunmadığını görmüş və təqsirləndirilən şəxslərdən verdiyi pullarını tələb etmişdir. Lakin bu günə qədər onun verdiyi pullar geri qaytarılmamışdır. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs10 bildirdi ki, o, qızının işi ilə bağlı «AF Mall» mərkəzində yerləşən ofisə getmişdir. Orada şirkətin əməkdaşı olan Tünzalə adlı qızla görüşmüş, onunla bir az söhbət etdikdən sonra Rasim gəlmişdir. Rasim ona narahat olmamağı, qızının qəbul olunacağını demişdir. O, pulları şirkətə ödəmiş, ona müqavilədən imtina edəcəyi halda verdiyi pulların qaytarılmayacağı barədə əvvəlcədən xəbərdarlıq edilməmişdir. Qızının bilet pulu da onun verdiyi pulların içində olmuşdur. O, pulu verəndə Xəyal orada olmamış, pulları əlbəəl Rasimə vermişdir. Sonradan işin gedişatı ləngidiyinə görə tez-tez Rasimlə telefon əlaqəsi saxlamışdır. Həmin danışıqlar zamanı Rasim ona narahat olmamasını, bütün işlərin düzələcyini bildirmişdir. Sonradan aldanıldığını başa düşmüş və şikayət etmişdir. Hazırda ona vurulmuş maddi ziyanın tam şəkildə ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o, təqsirləndirilən şəxsləri tanıyır, işçi vizası alınması üçün şirkətə müraciət etmişdir. Orada Təqsirləndirilən şəxs2la görüşmüşdür. Xəyal onu dinlədikdən sonra onunla rəsmi müqavilə bağlamış və yaxın müddətdə onun üçün viza alacağını bildirmişdir. O, tələb olunan pulu Xəyala vermişdir. Lakin sonradan onun işi alınmamış, verdiy pulu geri tələb etmişdir. Onun müraciətindən sonra vurulmuş ziyanın bir hissəsi ona ödənilmiş, lakin 600 manat ödənilməmiş qalmışdır. Həmin ziyanın ödənilməsini tələb edir. İstintaq zamanı hadisənin necə baş verdiyini qeyd etmişdir. Hazırda ola bilsin ki, müəyyən xüsusatlar onun yadından çıxmışdır. Rasim tərəfindən ona pulun verilməsi təklif olunmamışdır. Ona 600 manat qaytarılmasa da, hazıda həmin pulu onlara bağışlayır, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 tanıyır. Oğlunun Türkiyədə təhsil alması üçün Təqsirləndirilən şəxs1 10.000 ABŞ dolları pul vermişdir. Lakin sonradan oğlunun təhsil məsələsinin həll edilmədiyini görmüş və verdiyi pulunu tələb etmişdir. Rasim isə hər dəfə müxtəlif bəhənalər gətirmiş və ondan yayınmağa çalışmışdır. Lakin sonda Rasim ondan aldığı pulun 5000 ABŞ dollarını qaytarmış, lakin qalan pulu verməmişdir. Xəyal Məmmədovu tanımır, ona pul verməmişdir. Hazırda ona ödənilməmiş qalan 5000 ABŞ dollarını tələb etməyərək bağışlayır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, təqsirləndirilən şəxsləri tanıyır. Belə ki, o, şirkətin işçisi Təqsirləndirilən şəxs2la özünə viza düzəldilməsi ilə bağlı danışmış, bunun üçün Xəyala 750 manat pul vermişdir. Lakin sonradan vizanın düzəlmədiyini görüb pulunu tələb etdikdə Rasim ona zəng edib hədə-qorxu gəlmişdir. Rasim ona hara istəyirsə, müraciət edə biləcəyini demişdir. Pulu şəxsən Xəyala vermiş, bu günə qədər də ona vurulmuş maddi ziyan ödənilməmişdir. Ona görə də hazırda şikayətçidir, verdiyi pulun geri qaytarılmasını tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə2 ifadəsində göstərdi ki, qardaşı Zərərçəkmiş şəxs8 hazırkı iş üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Qardaşı Vadim hazırda xarici ölkədə yaşadığından məhkəmə iclaslarında iştirak edə bilmir, buna görə də ona nümayəndə kimi etibarnamə vermişdir. Lakin onun məlumatı var ki, qardaşı Avropaya işçi vizası alınması üçün müraciət etmiş və bunun üçün 2100 manat pul vermişdir. Həmin pulu qardaşı karta atmışdır. Həmin kart Təqsirləndirilən şəxs1 məxsus olmuş, kartın şəklini onlara telefonda Təqsirləndirilən şəxs2 atmışdır. Sonradan vizanın alınmadığını görüb pulu tələb etmişlər, bu zaman təqsirləndirilən şəxslər 450 manatı qaytarsalar da, qalan pulu bu günə qədər qaytarmamışlar. Ona görə də qalan pulun qaytarılmasını tələb edir və hər iki təqsirləndirilən şəxsə qarşı şikayətçidirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X28 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, o, Polşada təhsil alıb ölkəyə qayıtdıqdan sonra iş axtarmış və həmin vaxt internetdə yerləşdirilmiş elanı gördükdən sonra elanda göstərilən ünvana getmişdir. Orada şirkətin rəhbəri Təqsirləndirilən şəxs1la görüşmüşdür. Rasim ona iş şərtlərini izah etmişdir. O, həmin şərtləri qəbul edib işləməyə razılaşmış və işə başlamışdır. Onun işi müraciət edən müştəriləri şirkətin görəcəyi işlər, ödənişlərin məbləği və digər şərtlərlə məlumatlandırmaqdan ibarət olmuşdur. O, müraciət edən şəxslərə şərtləri izah etmiş, lakin həmin müştərilər ödənişləri ya Təqsirləndirilən şəxs1, ya da Təqsirləndirilən şəxs2 etmişlər. Şirkətə müraciət edən şəxslərlə müqavilələr bağlanmış, müqavilələri Rasim, o olmayanda isə Xəyal imzalamışdır. Bir müddət işlədikdən sonra Rasimin onunla kobud rəftar etdiyini görüb 2021-ci ilin oktyabr ayında işdən çıxmışdır. Lakin bir neçə müddətdən sonra Rasim üzrxahlıq etdiyinə görə yenidən işə qayıtmışdır. Bir müddət işləyəndən sonra Rasimlə Xəyalın onlara müraciət edən şəxsləri aldatdığını və onların işlərini düzəltmədiyini görüb 2022-ci ilin sentyabr ayında yenidən işdən çıxmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Zərərçəkmiş şəxs6 göstərmişdir ki, 2022-ci ilin mart ayında Litva Respublikasına gedərək orada işləmək qərarına gəldiyindən internet üzərindən axtarış apararkən “RT Group” xaricdə təhsil adlı şirkətin reklamını görmüş, bundan sonra mən həmin şirkətin əlaqə telefonunu götürərək əlaqə saxlamış və ünvan 8 ünvanında yerləşən “AFF MALL”-un 4-cü mərtəbəsində olan ofisinə getmişdir. Ofisdə olan zaman orada özünü həmin şirkətin direktoru kimi təqdim edən Təqsirləndirilən şəxs2 qarşılamış, onunla söhbət apararkən Litva Respublikasına işçi vizası almaq istədiyini bildirmiş, Xəyal qeyd olunan məsələyə köməklik göstərəcəyini vəd edərək ondan 2400 manat pul tələb etmiş və əlavə olaraq səfirliyə müraciət üçün 440 manat rüsum ödəyəcəyini bildirmişdir. Xəyalla razılaşaraq xx.xx.2022-ci il tarixdə Xəyalla birlikdə Litva Respublikasının Xətai rayonu ərazisində yerləşən nümayəndəliyinə gedərək 440 manat rüsum ödədikdən sonra müvafiq sənədləri təqdim edərək oradan çıxıb “RT Group” un ofisinə getmişlər və 2400 manat pulu tam şəkildə Xəyala vermişdir. Xəyal pulu aldıqdan sonra mart ayının 15-dək vizanın veriləcəyini bildirmişdir. Həmin tarixdə ona viza verilmədiyini gördüyü üçün Xəyala zəng edərək vizanın verilmədiyini bildirdikdə, sonuncu ona 19 martda vizanın veriləcəyini bildirərək təyyarə bileti almağını bildirmişdir. Bundan sonra 500 manat verərək Bakı-İstanbul-Litva təyyarə bileti almış, 19 mart 2022-ci il tarixdə ona viza verilmədiyini gördüyü üçün yenidən Xəyala zəng etmiş, bu dəfə isə o, vizanın 29 mart 2022-ci il tarixdə veriləcəyini bildirsə də, 29 mart 2022-ci il tarixdə onun mobil telefonuna vizanın verilməsindən imtina olunması barədə mesaj gəldikdən sonra “RT Group” un ofisinə gedərək Xəyal ilə görüşmüşdür. Xəyal ona yenidən səfirliyə müraciət etməyini və bu müraciətində viza alacağına vəd vermiş, xx.xx.2022-ci il tarixdə yenidən viza almaq üçün Litva Respublikasının səfirliyinə müraciət etmiş və 440 manat rüsum ödəmiş, bir neçə gün sonra ona yenidən viza verilməsindən imtina cavabı gəlmişdir. Bundan sonra bu barədə Xəyala zəng edərək bildirəndə, sonuncu əlavə 2600 manat da ödəyəcəyi təqdirdə viza almaqda köməklik göstərə biləcəyini bildirmiş və onunla razılaşaraq 2600 manat pulu xx.xx.2022-ci il tarixdə “RT Group”un ofisində Xəyala vermişdir. Xəyal pulu aldıqdan sonra yaxın günlərdə vizanın veriləcəyini bildirsə də, bir müddət keçdikdən sonra vizanın verilməsinin gecikdiyini gördüyü üçün pulu Xəyaldan geri tələb etmiş, lakin Xəyal pulu ona geri qaytarmamışdır. Bundan sonra “RT Group”un ofisinə gedərək şirkətin direktoru Təqsirləndirilən şəxs1la görüşmüş və ona Xəyala viza verilməsi üçün 5.000 manat pul verdiyini, lakin onun verdiyi vədə əməl etmədiyini bildirmişdir. Rasim ona köməklik göstərəcəyini bildirərək, Xəyal ilə əlaqə saxlamamağını, pulun onda olduğunu və bir neçə gün ərzində vizanın veriləcəyini bildirsə də, yenidən viza verilməmişdir. Bundan sonra mütəmadi olaraq Rasimdən pulunu geri tələb etməyə başlamış, Rasim də pulu geri qaytarmaqdan yayındığından onlara bu qanunsuz hərəkətlərindən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etdiyini bildirdikdən sonra ilkin olaraq 1.000 ABŞ dollarını ona geri qaytarmışlar. Daha sonra isə araşdırma gedişatında qalan 3300 manat vəsaiti də ona geri qaytarmışlar. Hazırda pulu tam geri qaytarıldığından Təqsirləndirilən şəxs1 və Xəyal Yusibova qarşı şikayət və tələbi yoxdur (cild 1, iş vərəqi 131-138). İstintaq zamanı Zərərçəkmiş şəxs6 təqdim etdiyi Təqsirləndirilən şəxs2la aralarında olan telefon danışıqlarının səs yazılarının əks olunduğu CD diskə xx.xx.2022-ci il tarixdə baxış keçirilmişdir. Baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 viza ilə bağlı Zərərçəkmiş şəxs6 aldadaraq müxtəlif bəhanələr gətirir (cild 2, iş vərəqi 67). Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o, Türkiyədə yerləşən universitetlərdən birində doktorantura təhsili almaq üçün Təqsirləndirilən şəxs1 müraciət etmiş, sonuncu, qeyd olunan işi təşkil edə biləcəyini, bunun üçün 3.000 manat pul ödəməli olduğunu demişdir. O, Rasimlə razılaşaraq 3.000 manat pulu 2022ci ilin may ayında şirkətin ofisində Təqsirləndirilən şəxs1 ikilikdə təqdim etmişdir. Rasim bir ay ərzində Türkiyədə yerləşən universitetlərdən birində doktorantura təhsili almaq məsələsini həll edəcəyini bildirmişdir. Rasimə ödəniş etdikdə aralarında hər hansı müqavilə bağlanmamışdır. Təxminən bir ay keçdikdən sonra Təqsirləndirilən şəxs1la əlaqə saxlayıb işin gedişi ilə maraqlanmış, Rasim işlərin bir az gecikdiyini və bir az səbr etməyini bildirmişdir. Bir müddət gözləsə də, Rasimin verdiyi vədi yerinə yetirmədiyini və bəhanələr gətirdiyini görmüş, məcbur olub şikayət ərizəsi vermişdir. Şikayətdən sonra Təqsirləndirilən şəxs1 ona vurduğu 3.000 manat ziyanı geri qaytarmışdır. Hazırda ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Zərərçəkmiş şəxs2 göstərmişdir ki, 2022-ci ilin yay aylarında dostu Zərərçəkmiş şəxs3 ilə birlikdə Latviyaya gedərək orada işləmək qərarına gəldiklərindən bunun qanuni proseduru ilə maraqlanmışlar və "xxxx" MMC adlı şirkətin bu fəliyyətlə məşğul olduğunu öyrənmişlər. Həmin şirkətin əlaqə nömrələri ilə əlaqə saxladıqdan sonra Təqsirləndirilən şəxs2 adlı şəxslə görüşmüşlər. Xəyal onlara özünü adı çəkilən şirkətin direktoru kimi təqdim edərək, 2.000 manat müqabilində 1 ay ərzində onlara Latviyaya iş vizası düzəldəcəyini bildirmişdir. Onlar Xəyalla razılaşaraq, xx.xx.2022-ci il tarixdə həmin şirkətin Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “AF Mall” ticarət mərkəzinin 4-cü mərtəbəsində yerləşən ofisinə getmişlər və Xəyalla bu barədə bir daha danışaraq iş vizası alınmasına köməklik göstərməsi barədə müqavilə bağlamışlar. Müqavilənin şərtlərinə uyğun olaraq hər biri tələb edilən 2.000 manatın 400 manatını olmaqla, ümumilikdə 800 manat pulu və pasportları Xəyala vermişlər. Xəyal iş vizası alınması üçün müxtəlif şirkətlərə müraciətlər edərək onlara həmin ölkədə iş tapacağını bildirmişdir. Həmin şirkətlərdən müsbət cavab gəldiyi zaman vizanın verilməsi ilə məşğul olan “”VFS Global” şirkətinə gedərək orada müvafiq sənədləri doldurmaları lazım gəlmiş, həmin şirkətin ofisinə getməmişdən öncə isə Təqsirləndirilən şəxs2la bağladıqları müqavilənin şərtlərinə görə hər biri 1.600 manatı ödəməli olmuşlar. Bundan sonra bir dəfə də onlar həmin ofisə gələndə Xəyal orada olmamışdır. Onları Təqsirləndirilən şəxs1 qarşılamış və Rasim də viza məsələlərini Xəyalın tezliklə yoluna qoyacağını bildirmişdir. Lakin həmin vaxtı Xəyal özü iki-üç günlük Türkiyəyə getmiş, 2022-ci ilin sentyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs2 onlarla əlaqə saxlayaraq Latviyada yerləşən şirkətlərdən müsbət cavab gəldiyini, qalan məbləği ödəməli olduqlarını, daha sonra “VFS Global” şirkətinin «Dəmirçi Plaza»da yerləşən ofisinə gedərək sənədləşməni aparmalı olduqlarını demişdir. Beləliklə xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs3, xx.xx.2022-ci il tarixdə isə özü Təqsirləndirilən şəxs2 “Af Mall” ticarət mərkəzində yerləşən ofisinə gedərək hər biri 1.600 manat olmaqla, ümumilikdə 3200 manat pulu Xəyala vermişlər. Bundan əlavə “VFS Global” şirkətinə müraciət üçün xidmət haqqı olan 250 manat pulu da Xəyala vermişlər. Ondan bir müddət sonra “VFS Global” şirkətinin «Dəmirçi Plaza»da yerləşən ofisinə gedərək orada ərizə yazmışlar. Təqsirləndirilən şəxs2 qısa müddət ərzində vizaların hazır olacağını bildirsə də, üzərindən bir həftə keçəndən sonra «VFS Global» şirkətindən ona cavab gəlmədiyindən şübhələnməyə başlamışdır. Çünki həmin şirkət bildiyinə görə qısa müddət ərzində vətəndaşlara cavab verir. Bu cavab gəlmədiyindən həmin şirkətə yaxınlaşanda Təqsirləndirilən şəxs2 ümumiyyətlə nə onun, nə də dostu Zərərçəkmiş şəxs3 adından rüsumları həmin şirkətə keçirmədiyini, ümumiyyətlə viza alınması üçün heç bir iş görmədiyini öyrənmişlər. Onda artıq Təqsirləndirilən şəxs2 ona və dostu Zərərçəkmiş şəxs3 məxsus hər biri üçün 2250 manat olmaqla, ümumilikdə 4500 manat vəsaitlərini ələ keçirərək onlara qarşı dələduzluq etdiklərini bilmişlər. Eyni zamanda, Xəyal hələ onu və dostu Orxanı inandırmaq üçün onlara Latviyaya aviabilet də aldırmışdır. Bunun üçün biletlərə hər biri 625 manat olmaqla, ümumilikdə 1250 manat ödəniş etmişlər. Bununla bağlı dəfələrlə Xəyalla və onun müdiri, şirkətin faktiki rəhbəri olan Təqsirləndirilən şəxs1la danışmalarına və pullarını geri tələb etmələrinə baxmayaraq, onlar hər dəfə müxtəlif bəhanələr gətirərək vaxt qazanmağa çalışmışlar, vədlərinə əməl etməyərək nə işlərini həll etməmiş, nə də pullarını qaytarmamışlar. Ona görə də, onların qanunsuz hərəkətləri barədə aidiyyəti üzrə şikayət vermişlər. Təqsirləndirilən şəxs1 və Xəyal Yusibovun ona vurulmuş ziyanı geri qaytarmasını xahiş edir (cild 1, iş vərəqi 109-117). İstintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə verərək, Latviyaya viza məsələsinin həll olunması üçün xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 1.600 manat və “VFS Global” şirkətinə müraciət üçün xidmət haqqı olan 250 manat olmaqla, ümumilikdə 2250 manat pulu Xəyala verdiyini göstərmişdir (cild 1, iş vərəqi 118-126). Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Ələmdar Yolçuyev göstərmişdir ki, X2 onun qaynatası, X11 isə baldızıdır. Özü ailəsi ilə birlikdə şəxsi biznesi ilə əlaqədar Türkiyədə yaşayır. 2022-ci ilin əvvəllərində qaynatası ona baldızı Lolanın da Türkiyədə yerləşən universitetlərin birində təhsil almaq istədiyini, bunun üçün internetlə maraqlanıb Türkiyədə təhsili təşkil edə biləcək “R.T. Grup Akademiya” şirkətinin adına rast gəldiklərini bildirmişdir. Qaynatası Abdullaya təhsil məsələsini həll etmək üçün maddi cəhətdən nə kömək lazımdırsa, göstərə biləcəyini demişdir. Bundan bir müddət sonra 2022ci ilin mart ayında qaynatası ona zəng edərək həmin şirkətin rəhbəri Təqsirləndirilən şəxs1la görüşdüyünü və baldızı Lolanın universitetə qəbulu üçün sonuncunun ondan ümumilikdə 6600 ABŞ dolları pul istədiyini, həmin pulun 1200 ABŞ dollarını ilkin istədiyini bildirmişdir. Bundan sonra həmin pulu bank yolu ilə qaynatası Abdulla Abdullayevə göndərmiş, o da, həmin pulu əlbəəl Rasimə təqdim etmiş və buna dair qəbz də almışdır. Daha sonra Rasimlə baldızı arasında xidmət müqaviləsi bağlanmış, orada Rasimin rəhbəri olduğu şirkət bütün təhsil məsələsini həll etməyi öz üzərinə götürmüşdür. Danışığa əsasən 2022-ci ilin sentyabr ayına qədər baldızı X10 yerləşən universitetlərin birinə qəbulu həll edilməli olmuşdur. Daha sonra qeyd edilən 6600 ABŞ dollarının qalan hissəsi onun tərəfindən “R.T. Group Akademiya “şirkətinə bank yolu ilə köçürülmüşdür. Ümumilikdə, baldızı Lolanın təhsil məsələsinin həlli üçün Rasimin rəhbəri olduğu şirkətə 2022-ci ilin mart ayından-sentyabr ayına kimi hissə-hissə 6600 ABŞ dolları, manat ekvivalenti ilə 11.220 manat pul köçürmüşdür. Lakin ödəniş edilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs1 vədinə əməl etməmiş, baldızı Lola Abdullayevanın təhsil məsələsi ilə bağlı heç bir addım atmamışdır. Belə ki, X32 İstanbulda yerləşən İstinye Universitetinin tibb bacısı ixtisasına qəbul etdirəcəyinə dair söz vermişdir. Lakin özü İstanbul şəhərində yaşadığından 2022-ci ilin sentyabr ayında həmin universitetə gedib maraqlananda, ümumiyyətlə Təqsirləndirilən şəxs1 tərəfindən Lola Abdullayeva ilə bağlı universitetə hər hansı müraciət daxil olmadığı və hər hansı ödəniş aparılmadığı bildirilmişdir. Artıq onda Təqsirləndirilən şəxs1 onları aldadaraq ona məxsus 6600 ABŞ dolları məbləğində pulunu ələ keçirdiyini başa düşmüşdür. Baldızı Lolanın təhsil məsələsini həll etmək üçün bu dəfə artıq özü bu işlə məşğul olaraq orada həmin Universitetə ödəniş edib tibb bacısı ixtisasına qəbul olunmasını təmin etmişlər. Təqsirləndirilən şəxs1la dəfələrlə həm özü, həm də qaynatası Abdulla Abdullayev zəng edib ona ödədikləri pulu geri qaytarmasını tələb etdikdə, sonuncu hər dəfə müxtəlif bəhanələr gətirib pulu ödəməkdən yayınmışdır. Özü İstanbul şəhərində yaşadığından Bakı şəhərinə gəlib aidiyyəti olaraq istintaq orqanlarına müraciət edə bilmədiyindən qaynatası Abdulla Abdullayevdən aidiyyəti üzrə Rasimin qanunsuz hərəkətlərindən şikayət etməsini xahiş etmiş, Abdulla Abdullayev də Təqsirləndirilən şəxs1 qanunsuz hərəkətlərindən aidiyyəti üzrə Nəsimi rayon polis idarəsinə müraciət etmiş, Təqsirləndirilən şəxs1 onlara qarşı dələduzluq etməsini təsdiq edəcək və ona verdikləri pulun məbləğlərini təsdiq edəcək sənədlərin surətini həmin araşdırmaya təqdim etmişdir. Buna baxmayaraq, Rasim tərəfindən onlara vurulmuş ziyan onlara hazıra kimi qaytarılmamışdır. Ona vurulmuş 6600 ABŞ dolları, yəni 11.220 manat maddi ziyanın geri qaytarılmasını və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edir (cild 1, iş vərəqi 330-337). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarına əlavə edilmiş diskə xx.xx.2023-cü il tarixli baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs8 Whatsap” proqramı ilə dindirilməsi həyata keçirilmiş, ifadəsində o, Latviyaya viza məsələsi ilə bağlı 2022-ci ilin iyul ayında Rasim və Xəyal adlı şəxsə müraciət etmiş, sonuncular həmin vizanı 1 ay müddətində həll edəcəklərini, bunun üçün 2100 manat pul verməli olduğunu demiş və ona kart göndərmişlər. O da, həmin karta pulu 2022-ci ilin iyul ayında Lənkəran rayonu, Gərmətük qəsəbəsi, «Cənnət market»dən “Milliön” vasitəsilə 2103 manat pul göndərsə də, Rasimlə Xəyal vədlərinə əməl etməyib onun viza məsələsini həll etməmişlər, viza ilə bağlı Latviya səfirliyində olmamışdır (cild 1, iş vərəqi 370-371). "xxxx" MMC-dən daxil olmuş diskə xx.xx.2023-cü il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 10:12-də onun istifadəsində mobil nömrədən Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 27 saniyəlik, həmin gün 10:46-da 17 saniyəlik, xx.xx.2022-ci il tarixdə saat 12:25də isə 264 saniyəlik danışıq müddətində zənglər olunmuşdur. Eyni zamanda, həmin nömrə ilə Zərərçəkmiş şəxs5 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək müxtəlif danışıq müddətlərində zənglər olunmuşdur. Eyni zamanda həmin nömrə ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək müxtəlif danışıq müddətlərində zənglər olunmuşdur. Həmin nömrə ilə Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***- **-** mobil nömrəsi arasında xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək müxtəlif danışıq müddətlərində zənglər olunmuşdur. Həmin nömrə ilə Zərərçəkmiş şəxs6 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək çoxsaylı danışıqlar aparılmışdır (cild 1, iş vərəqi 186-187). Cinayət işində olan "xxxx" MMC-dən daxil olmuş diskə xx.xx.2023-cü il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, Zərərçəkmiş şəxs5 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, Zərərçəkmiş şəxs9 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə xx.xx.2022-ci il tarixdə, Zərərçəkmiş şəxs6 istifadəsində olan ***- ***-**-** mobil nömrə ilı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, Zərərçəkmiş şəxs7 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, Zərərçəkmiş şəxs10 Əmin qızının istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, Zərərçəkmiş şəxs4 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müxtəlif sayda danışıqlar aparılmış, zənglər olunmuşdur. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** istifadəsində olan mobil telefon nömrəsinə aid SMS-lərin siyahısından görünür ki, Zərərçəkmiş şəxs5 istifadəsində olan ***-***-**-** mobil nömrədən həmin nömrəyə xx-xx-2022 14:29-da “niye cvb vermirsen men tecili odeme elemeliyem gelibler oturublar durmurlar bele olmazda seni pis veziyetde goymadim men axi”, xxxx-2022 12:38 “hec duz elemedin eybiyox goruserik” şəklində mesaj göndərilmişdir (cild 1, iş vərəqi 304-306). İş materiallarında olan xx.xx.2022-ci il tarixli 002 saylı müqavilədən görünür ki, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs2 ilə X8 arasında X5 X41 Universitetinə müalicə işi ixtisası üzrə tam təqaüdlə bakalavr pilləsinə əyani qəbulunun təşkili ilə bağlı müqavilə bağlanmışdır (cild 1, iş vərəqi 15-17). Cinayət işində olan xx.xx.2022-ci il tarixli 182814 nömrəli kassa mədaxil orderindən görünür ki, X8 57800 manat "xxxx" MMC-yə ödəniş həyata keçirmişdir (cild 1, iş vərəqi 18). İş materiallarında olan 03 avqust 2022-ci il tarixli 076 saylı müqavilədən görünür ki, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs3 arasında viza almaq üçün lazım olan bütün məsləhətlərin verilməsi, tələb olunan bütün sənədlərin düzgün formada hazırlanmasında köməklik, onlayn ərizə formasını doldurmaq və səfirlikdə görüşün alınması, iş icazəsinin alınıb onun sənədlərini hazır edib səfirliyə növbəyə salınması, vizanın alınması üçün tələb olunan Latviya dövlətindən rəsmi iş müqaviləsinin göndərilməsi öhdəlikləri ilə bağlı müqavilə bağlanmışdır (cild 1, iş vərəqi 44-46). İş materiallarında olan xx.xx.2022-ci il tarixli 082976 nömrəli kassa mədaxil orderindən görünür ki, Zərərçəkmiş şəxs3 2000 manat "xxxx" MMC-yə ödəniş həyata keçirmişdir (cild 1, iş vərəqi 49). Cinayət işində olan 03 avqust 2022-ci il tarixli 077 saylı müqavilədən görünür ki, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs2 arasında viza almaq üçün lazım olan bütün məsləhətlərin verilməsi, tələb olunan bütün sənədlərin düzgün formada hazırlanmasında köməklik, onlayn ərizə formasını doldurmaq və səfirlikdə görüşün alınması, iş icazəsinin alınıb onun sənədlərini hazır edib səfirliyə növbəyə salınması, vizanın alınması üçün tələb olunan Latviya dövlətindən rəsmi iş müqaviləsinin göndərilməsi öhdəlikləri ilə bağlı müqavilə bağlanmışdır (cild 1, iş vərəqi 33-36). İş materiallarında olan xx.xx.2022-ci il tarixli 082977 nömrəli kassa mədaxil orderindən görünür ki, Zərərçəkmiş şəxs2 2000 manat "xxxx" MMC-yə ödəniş həyata keçirmişdir (cild 1, iş vərəqi 38). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş CD diskə baxış protokolundan görünür ki, "xxxx" (VÖEN **********) Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2019-cu il tarixdə, "xxxx" (VÖEN **********) Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsində qeydiyyata alınmış, təsisçisi və direktoru Təqsirləndirilən şəxs1dur. Baxış protokolundan həmçinin görünür ki, "xxxx" (VÖEN **********) Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2022-ci il tarixdə, "xxxx" (VÖEN **********) Məhdud Məsuliyyətli Cəmiyyəti isə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsində qeydiyyata alınmış, təsisçisi və direktoru Təqsirləndirilən şəxs2dur (cild 1, iş vərəqi 147-148). İş materiallarında olan "xxxx", "xxxx", "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin Nizamnamələrinə əsasən, direktor cəmiyyətin cari fəaliyyətinə rəhbərlik edilməsinə və onun operativ idarə olunmasının həyata keçirilməsinə, vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etməsinə, öz səlahiyyəti daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr verilməsinə, müvəkkil banklarda Cəmiyyətin istənilən növ bank hesablarını açmasına və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam verməsinə və digər səlahiyyətlərə malik vəzifəli şəxsdir (cild 1, iş vərəqi 148). İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs1 və Yusubov X12 Gülnar İlqar qızına vurulmuş ziyandan 12.000 manat, Zərərçəkmiş şəxs6 5000 manat, Roziyyeh X18 2000 manat, Zərərçəkmiş şəxs2 1000 manat, Zərərçəkmiş şəxs3 1000 manat, X29 3000 manat, Zərərçəkmiş şəxs4 5400 manat olmaqla, ümumilikdə 29400 manat ödəmişlər. İbtidai istintaq orqanının 21 fevral 2023-cü il tarixli qərarı ilə cinayət işində olan Zərərçəkmiş şəxs5 istintaqa təqdim etdiyi aviabiletlər, "xxxx" və "xxxx" MMC-dən daxil olmuş CD disklər, iş materiallarında olan Təqsirləndirilən şəxs1 və Xəyal Məmmədovun təsisçisi və direktoru olduğu şirkətlərlə bağlanmış müqavilələr və qəbzlər maddi sübut kimi tanınmışdır (cild 4, iş vərəqi 5-40). İbtidai istintaq orqanının 21 fevral 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, Təqsirləndirilən şəxs2 isə "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi qismində tanınmışlar (cild 4, iş vərəqi 130-151). Cinayət işinə əlavə olunmuş xx.xx.2024-cü il tarixli ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9 və X23 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı iddia tələbləri və şikayətləri yoxdur. Nümayəndə2 zərərçəkmiş şəxs olan qardaşı Zərərçəkmiş şəxs8 vurulmuş maddi zərərdən ödənilməmiş qalan 1650 manatın ödənilməsini təqsirləndirilən şəxslərdən tələb edir. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya daxil olmuş tələbnamələrdən görünür ki, Məmmədov X16 rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3500 manat cərimə cəzasına məhkum edilmiş və xx.xx.2016-cı il tarixdə cəriməni tam ödəmişdir. Həmçinin tələbnamədən görünür ki, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə bəraət verilmişdir. Cinayət işində olan tələbnaməyə görə, Baş idarənin Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamlarla özünü təqsirli bilməyərək, təqsirləndiriln şəxs Təqsirləndirilən şəxs2la birlikdə ittiham olunmasını qəbul etmədiyini, barəsində olan işin mülki bir məsələ olduğunu, Ruziyyə xanımın müstəntiqlə birləşib ona dəymiş ziyanın məbləğinin 50 min manatdan artıq göstərdiklərini, heç kimi aldatmadığını, şirkət sahibi kimi iş gördüyünü, hər bir zərərçəkmişə müəyyən məbləğdə ödənişlər etdiyini, Zərərçəkmiş şəxs1 və Ruziyyə Mohammadiyə ziyan dəyibsə, bundan boyun qaçırmadığını, lakin 20-30 min manat dəymiş ziyanın 50-60 min manata qaldırılmasını qəbul etmədiyini və həmin məbləği ödəməyəcəyini, görülmüş işlərlə bağlı onların müqavilələri olduğunu, müqavilə ilə onların işləri görmək öhdəliklərini öz üzərinə götürdüklərini və əgər öhdəlik yerinə yetirilməsə, ödənişin geri qaytarlması məsələsinin də müqavilədə nəzərdə tutulduğunu, bütün deyilənlərə görə özünü verilmiş ittihamla təqsirli bilmədiyini bildirib, öz müdafiəsi üçün dəlillər gətirdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamlarla özünü təqsirli bilməyərək, özünün "xxxx" və "xxxx" MMC-nin təsisçi və direktoru olmasına baxmayaraq, həmin şirkətlərin Təqsirləndirilən şəxs1 məxsus olduğunu, "xxxx" şirkətinin işlərindən özünün qazanc götürmədiyini, ittihamda adları göstərilən iki zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ona aid olduğunu, şirkətin adından müştərilərlə müqavilə bağlamadığını və heç kimdən pul almadığını, müştərilərdən alınan pulların nəqd qaydada mühasibatlıq tərəfindən alındığını, qalan pulların isə ofisdə və seyfdə olduğunu, iş üzrə 11 şikayətçi olsa da, o, həmin şikayətçilərdən yalnız ikisi ilə görüşdüyünü, qalan şikayətçiləri sonradan tanıdığını, vətəndaşlarla müqavilələr bağlanıldığını, həmin müqavilələri ya Rasimin, ya da Nəbi adlı şəxsin imzaladığını, müqavilələrin bəzilərində özünün imzası olsa da, həmin şəxslərdən ödənişləri almadığını, Zərərçəkmiş şəxs1 ilə bağlı epizodda iştirak etdiyini, lakin Rasimin tapşırığı ilə 5-6 min manat pulu Gülnar xanımdan götürdüyünü, Gülnarın yataqxana ilə birlikdə şirkətə 57000 manat pul ödədiyini, pullar alınsa da, həmin pulların ofis işləri ilə bağlı xərcləndiyini, təhsil istiqamətində xərclənmədiyini, təyyarə bileti üçün Gülnardan pul almadığını, Ruziyyənin işi ilə bağlı onun məlumatı olduğunu, ona ittiham verilən maddələrlə razı olmadığını bildirib, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələbinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə gətirdikləri dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, təqsirləndirilən şəxslər hazırkı iş üzrə məhkəmə baxışı zamanı özlərini təqsirli bilməsələr də, ibtidai istintaq zamanı törətdikləri hər bir cinayət epizodu üzrə ətraflı etirafedici ifadələr vermişlər. Bundan başqa, onların ittiham olunduqları cinayətləri törətməkdə təqsiri iş üzrə dindirilmiş çoxsaylı zərərçəkmiş şəxslərin və şahid ifadələri ilə, həmçinin məhkəmədə tədqiq edilmiş üzləşdirmə protokolları ilə, telefon danışıqlarına dair məlumatların yerləşdirildiyi disklərə baxış keçirilməsi protokolları, işdə olan maddi sübutlarla və məhkəmədə tədqiq edilmiş digər çoxsaylı sübutlarla tam təsdiq olunur. Bu səbəbdən məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin məhkəmədə gətirdikləri dəlilləri onların məsuliyyətdən yayınmaq üçün seçdikləri müdafiə taktikası kimi qiymətləndirir. Yuxarıda qeyd olunan sübutlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə böyük ictimai təhlükə törətməyən və ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər, CM-nin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların həmin maddə ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə verilmiş ittihamlarla əlaqədar aşağıdakıları qeyd etməyi lazım bilir: Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2022-ci ilin mart-oktyabr ayları ərzində vəzifəli şəxs qismində qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vahid niyyətlə vəzifə saxtakarlığı, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan əmlak mənfəəti əldə etmək məqsədi ilə hüquqi şəxslər yaradıb xeyli miqdarda ziyan vurmaqla yalançı sahibkarlıqla məşğul olma cinayətlərini törətmələri öz təsdiqini tapmışdır. Yəni, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yanaşı, Cinayət Məcəlləsinin 193.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Qüvvədə olan cinayət qanunvericiliyinə əsasən, qeyd edilən əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid cinayət törətmiş şəxs cinayətin törədildiyi gündən iki il keçdikdə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi cinayət təqibini istisna edən hallardan biridir və belə hallarda, cinayət təqibi başlana bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 44.2.1-ci maddəsinin tələblərinə görə, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək barələrində ittiham hökmü çıxarılmalı, lakin cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən onlara həmin maddələrlə cəza təyin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 193.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 193.1 və 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, lakin cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən onlara həmin maddələrlə cəza təyin edilməməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini təqsirləndirilən şəxslər Rasim Orduxan oğlunun və Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, onlara münasibətdə Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 21 fevral 2023-cü il tarixdə hazırkı iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, məhkəmədən yayındığına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2023-cü il tarixli qərarına əsasən, polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməklə barəsində axtarış elan olunmuş, 05 may 2023-cü il tarixdə tutulmuş, həmin vaxtdan hal-hazıradək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 05 may 2023-cü il tarixdə tutularaq məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməli və təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 05 may 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğundan onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hökmün çıxarıldığı 27 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxslərin hər ikisi barəsində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası CM-nin 46.1-ci maddəsinin tələbinə görə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında əlavə cəza nəzərdə tutulmasa da, CM-nin 46.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla onlara müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Hazırkı cinayət işi məhkəməyə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 193.1 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair ittihamla yanaşı, hüquqi şəxslər - "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-lər haqqında Azərbaycan Respublikası CM-nin 313-cü maddəsinə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi barədə daxil olmuş, həmin istiqamətdə də məhkəmə araşdırması aparılmışdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 99-4.1-ci maddəsinə əsasən, hüquqi şəxsə cinayət-hüquqi tədbirlər həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı fiziki şəxslər tərəfindən törədilən cinayətlərə görə tətbiq edilir: 99-4.1.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 99-4.1.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 99-4.1.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 99-4.1.4. bu Məcəllənin 99-4.1.1—99-4.1.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 99-4.2-ci maddəsinə əsasən, hüquqi şəxsə cinayət-hüquqi tədbirlərin tətbiqi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş fiziki şəxsin cinayət məsuliyyətini istisna etmir. Həmin Məcəllənin 99-4.3-cü maddəsinin tələbinə görə, bu Məcəllənin 99-4.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxs barəsində qanunla müəyyən edilmiş hallarda cinayət təqibinə xitam verilməsi hüquqi şəxsə cinayət-hüquqi tədbirlərin tətbiqinə mane olmur. Məhkəmə araşdırması nəticəsində tədqiq olunmuş çoxsaylı sübutlarla təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz yolla külli miqdarda əmlak mənfəəti əldə etmək məqsədi ilə əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və satışından, işlər görülməsindən və xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsində qeydiyyata alınmış "xxxx" (VÖEN **********) Məhdud Məsuliyyətli Cəmiyyətini və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsində qeydiyyata alınmış "xxxx" (VÖEN **********) Məhdud Məsuliyyətli Cəmiyyətini özü tərəfindən, həmçinin xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsində qeydiyyata alınmış "xxxx" (VÖEN **********) Məhdud Məsuliyyətli Cəmiyyətini və xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsində qeydiyyata alınmış "xxxx" (VÖEN **********) Məhdud Məsuliyyətli Cəmiyyətini isə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 tərəfindən təsis etməklə, özü "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin təsisçisi və direktoru, Təqsirləndirilən şəxs2 isə "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin təsisçisi və direktoru olmaqla, hər ikisi vəzifəli şəxs kimi qabaqcadan əlbir olaraq birlikdə öz qulluq mövqelərinə görə onlara olan inam və etibardan sui-istifadə etməklə külli miqdarda özgə əmlakını vahid niyyətlə aldatma yolu ilə ələ keçirmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5.1-ci maddəsinə əsasən, hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirləri cərimədən, xüsusi müsadirədən, hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmədən və hüquqi şəxsi ləğv etmədən ibarətdir. Həmin Məcəllənin 99-8.1-ci maddəsinə əsasən, hüquqi şəxsi ləğv etmə hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilən cinayətlə əlaqədar onun mövcudluğuna və fəaliyyətinə, hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsindən ibarət müstəsna cinayət-hüquqi tədbirdir. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin qeyd olunan müddalarına əsasən hesab edir ki, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi təklif olunan hüquqi şəxslərə - "xxxx" (VÖEN **********) Məhdud Məsuliyyətli Cəmiyyətinə, "xxxx" (VÖEN **********) Məhdud Məsuliyyətli Cəmiyyətinə, "xxxx" (VÖEN **********) Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" (VÖEN **********) Məhdud Məsuliyyətli Cəmiyyətinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5.1, 99-5.1.4-cü maddələrinə əsasən ləğv etmə növündə cinayət hüquqi tədbir tədbiq edilərək həmin MMC-lər ləğv edilməli, adları çəkilən hüquqi şəxslər barəsində ləğv etmə növündə cinayət hüquqi tədbirlərin tətbiq edilməsi hissəsində hökmün icrası Dövlət Vergi Xidmətinin müvafiq qurumuna tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 99-8.3-cü maddəsinə əsasən, hüquqi şəxsi ləğv etmə növündə cinayət-hüquqi tədbir təyin edildikdə, əlavə cinayət-hüquqi tədbir qismində bu Məcəllənin 99-6.4-cü maddəsi nəzərə alınmaqla iki yüz min manat miqdarında cərimə təyin edilir. Göstərilənlərlə bağlı məhkəmə qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5-ci maddəsinin şərh edilməsinə dair» Qərarına əsasən, məhkəmələr cərimə növündə cinayət-hüquqi tədbirin tətbiq edilməsi qənaətinə gələrkən bir sıra halları, o cümlədən məhkəmə aktının icrasına təsir edəcək halları (məsələn, hüquqi şəxsin maliyyə vəziyyətini və s.) mütləq müəyyən etməlidir. …O da nəzərə alınmalıdır ki, hazırkı müraciətə səbəb olan işdə olduğu kimi bəzi hallarda hüquqi şəxs barəsində tətbiq oluna biləcək yeganə cinayət-hüquqi tədbir olaraq cərimə çıxış edir. Lakin cinayət-hüquqi məsuliyyətə cəlb edilmiş hüquqi şəxsin hər hansı əmlakı olmadığından, cərimənin tətbiqi barədə məhkəmə qərarının icrası aşkar şəkildə mümkünsüz olur. Bununla əlaqədar qeyd edilməlidir ki, nə ibtidai istintaq, nə də məhkəmə baxışı zamanı barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi təklif olunan hüquqi şəxslərin hər hansı əmlakı və ya cərimə tətbiq oluna biləcək maddi vəsaiti müəyyən olunmamış, hazırkı iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş təsisçilər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin MMC-ləri vətəndaşları aldatmaq və onların əmlakını ələ keçirmək məqsədilə yaratmış, MMC-lərin adlarından istifadə etməklə zərərçəkmiş şəxslərə qarşı dələduzluq cinayətlərini törətmişlər. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, hüquqi şəxslər "xxxx", "xxxx", "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətləri barəsində Cinayət Məcəlləsinin 99-8.3cü maddəsində əlavə cinayət-hüquqi tədbir qismində nəzərdə tutulmuş cərimə təyin olunmamalıdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs1 qarşı vurulmuş maddi və mənəvi ziyana görə ümumilikdə 96.411 manat və ödənilmiş dövlət rüsumuna görə 380 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi, həmçinin Zərərçəkmiş şəxs10 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı vurulmuş maddi ziyana görə 21.633 manat və ödənilmiş dövlət rüsumuna görə 155 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə mülki iddialar qaldırmışlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2 və 179.3-cü maddələrinin tələblərinə görə, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. "Məhkəmə hökmü haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 65-ci bəndində məhkəmələrə tövsiyyə edilir ki, məhkəmələr mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPM-in 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354-cü maddələrinin tələblərinə əməl etməlidir. Zərərşəkmiş şəxslər tərəfindən qaldırılmış mülki iddialarla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqelərindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı vahid niyyətlə külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq yolu ilə ələ keçirmə, vəzifəli şəxs qismində qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vahid niyyətlə vəzifə saxtakarlığı törətmə və qabaqcadan əlbir olan bir qrup şəxs halında sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan əmlak mənfəəti əldə etmək məqsədi ilə hüquqi şəxslər yaradıb xeyli miqdarda ziyan vurmaqla yalançı sahibkarlıqla məşğul olma cinayətlərini törətmələri öz təsdiqini tapmışdır. Bununla belə, Zərərçəkmiş şəxs5 tərəfindən iddia tələbləri hər iki təqsirləndirilən şəxsə qarşı deyil, yalnız Təqsirləndirilən şəxs1 qarşı qaldırılmışdır. Halbuki, təqsirləndirilən şəxslərə verilmiş və məhkəmədə öz təsdiqini tapmış ittihama görə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqelərindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə digər zərərçəkmiş şəxslərlə yanaşı Zərərçəkmiş şəxs5 külli miqdarda ziyan vurmaqla, yəni 52371,64 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrar dələduzluq etmişlər. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs tərəfindən məhkəmədə qaldırılmış mülki iddianın yalnız Təqsirləndirilən şəxs1 qarşı qaldırılması ilə yanaşı, həm də iddia məbləğinin ittihamla ziddiyyət təşkil etməsi müəyyən edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs5 qaldırdığı mülki iddiaya əsasən, o, mülki cavabdeh Təqsirləndirilən şəxs1 vurulmuş maddi ziyana görə 57.926 manat, 12.400 AVRO (11600+800), manat məzənnəsi ilə 23.485 manat, həmçinin vurulmuş mənəvi ziyana görə 15.000 manat, ümumilikdə 96.411 manat və ödənilmiş dövlət rüsumuna görə 380 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iş üzrə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs5 mülki iddianın hər iki təqsirləndirilən şəxsə qarşı deyil, nəyə görə yalnız təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs1 qarşı qaldırdığını və maddi ziyanla bağlı iddia tələblərinin təqsirləndirilən şəxslərə verilmiş ittihamdakı məbləğdən açıq-aşkar artıq olmasının əsaslarını sübut edə bilməmişdir. İddia ərizəsinin forma və məzmunundan bəhs edən Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinin tələbinə görə, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, mülki iddia ərizəsi baxılmamış saxlanılır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı iş üzrə zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs5 təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs1 qarşı qaldırdığı mülki iddia baxılmamış saxlanılmalı, onun ödədiyi dövlət rüsumu geri qaytarılmalı, eyni zamanda Zərərçəkmiş şəxs5 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs10 təqsirləndirilən şəxs-mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı vurulmuş maddi ziyana görə 21.633 manat və ödənilmiş dövlət rüsumuna görə 155 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qaldırdığı mülki iddiaya münasibətdə isə məhkəmə hesab edir ki, həmin iddia ərizəsi verilərkən ərizənin forma və məzmununa, iddianın predmeti və qiyməti, iddiaçının tələbləri ilə bağlı yuxarıda qeyd olunan müddəalara əməl olunmuşdur. Göstərilən səbəblərə görə verilmiş mülki iddia əsaslı hesab edilərək tam təmin olunmalı, vurulmuş maddi ziyana görə 21.633 manat və ödənilmiş dövlət rüsumuna görə 155 manat, ümumilikdə 21.788 (iyirmi bir min yeddi yüz səksən səkkiz) manat pul vəsaiti mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 10.894 (on min səkkiz yüz doxsan dörd) manat hesabı ilə tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs10 ödənilməlidir. Həmçinin iş üzrə maddi ziyanları ödənilməmiş qalan zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinin tələbinə görə, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəasına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutlar - Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı təqdim etdiyi aviabiletlər, "xxxx" və "xxxx" MMC-dən daxil olmuş CD disklər, iş materiallarında olan Təqsirləndirilən şəxs1 və Xəyal Məmmədovun təsisçisi və direktoru olduğu şirkətlərlə bağlanmış müqavilələr və qəbzlər cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə məhkəmə məsrəflərinin müəyyən edilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 193.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 193.1 və 313-cü maddələri ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 05 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 193.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 193.1 və 313-cü maddələri ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hökmün çıxarıldığı 27 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5.1.4-cü maddəsinə əsasən, hazırkı cinayət işi ilə bir icraatda barələrində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan aşağıda qeyd olunan hüquqi şəxslər: - Təqsirləndirilən şəxs1 təsisçisi və direktoru olduğu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsində 25 yanvar 2019-cu il tarixdə qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********, hüquqi ünvanı: Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsi, ev 47, mənzil 17); - Təqsirləndirilən şəxs1 təsisçisi və direktoru olduğu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsində 20 dekabr 2021-ci il tarixdə qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli cəmiyyəti (VÖEN: **********, hüquqi ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 58/E2, mənzil 32); - Təqsirləndirilən şəxs2 təsisçisi və direktoru olduğu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsində 31 may 2022-ci il tarixdə qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********, hüquqi ünvanı: Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsi ev 47, mənzil 73); - Təqsirləndirilən şəxs2 təsisçisi və direktoru olduğu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsində 07 yanvar 2022-ci il tarixdə qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********, hüquqi ünvanı: ünvan 12 Qeyd olunan hüquqi şəxslərin barəsində ləğv etmə növündə cinayət hüquqi tədbirlərin tətbiq edilməsi hissəsində hökmün icrası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə tapşırılsın. Hüquqi şəxslər "xxxx", "xxxx", "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətləri barəsində Cinayət Məcəlləsinin 99-8.3-cü maddəsində əlavə cinayət-hüquqi tədbir qismində nəzərdə tutulmuş cərimə təyin olunmasın. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs10 təqsirləndirilən şəxs-mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı vurulmuş maddi ziyanın ödənilməsinə dair mülki iddiası tam təmin edilsin. Vurulmuş maddi ziyana görə 21.633 manat və ödənilmiş dövlət rüsumuna görə 155 manat, ümumilikdə 21.788 (iyirmi bir min yeddi yüz səksən səkkiz) manat pul vəsaiti mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 10.894 (on min səkkiz yüz doxsan dörd) manat hesabı ilə tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs10 ödənilsin. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs5 təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs1 qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə dair mülki iddiası baxılmamış saxlanılsın, onun ödədiyi 380 manat dövlət rüsumu geri qaytarılsın, eyni zamanda Zərərçəkmiş şəxs5 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. Cinayət işi üzrə maddi ziyanları ödənilməmiş qalan digər zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunsun. İş üzrə maddi sübutlar - Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı təqdim etdiyi aviabiletlər, "xxxx" və "xxxx" MMC-dən daxil olmuş CD disklər, iş materiallarında olan Təqsirləndirilən şəxs1 və Xəyal Məmmədovun təsisçisi və direktoru olduğu şirkətlərlə bağlanmış müqavilələr və qəbzlər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəflərinin müəyyən edilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar