Məhkəmə qərarları › İş №1(101)-246/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-246/2025

20.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-246/2025 20.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 (sədrlik edən), X11 və X4 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 nümayəndəsi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1993-cü ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 23 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-57/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, 04 may 2023-cü il tarixdə ibtidai istintaq orqanı tərəfindən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-682/2023 saylı, 21 oktyabr 2023-cü il tarixli qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, 21 yanvar 2024-cü il tarixdə ibtidai istintaq orqanı tərəfindən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək özünü avtomobil alqı-satqısı ilə məşğul olan işgüzar şəxs kimi göstərib "xxxx" ASC-də girovda olan 2014-cü il buraxılışlı, «Maseratti Quattroporte» markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili öz avtomobili kimi təqdim edərək kreditini ödəyə bilmədiyi üçün satmasını bildirib 5.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 8.500 manat ilkin ödəniş etməklə satması barədə yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı bir işin görülməsi marağında olmadan bu məqsədlə 2022-ci ilin iyul ayının əvvəllərində ünvan 3 ünvanında yerləşən «Reqnum» çay evinin qarşısında avtomobili Zərərçəkmiş şəxs1 hər hansı bir sənədləşmə aparılmadan sataraq 5.000 ABŞ dollarını almış və iki gün sonra həmin çay evinin qarşısında Zərərçəkmiş şəxs1lə görüşərək borcu olduğunu, ona görə də avtomobili daha baha qiymətə satması üçün müştəri olduğunu və satdıqdan sonra Zərərçəkmiş şəxs1 pulunu qaytaracağını bildirərək avtomobili təhvil alıb satmış, lakin vədinə əməl etməyərək Zərərçəkmiş şəxs1 5.000 ABŞ dollarını, yəni 8.500 manat nağd pul vəsaitini ələ keçirməklə, Zərərçəkmiş şəxs1 8.500 (səkkiz min beş yüz) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək özünü avtomobil alqısatqısı ilə məşğul olan işgüzar şəxs kimi göstərib sonuncuya məxsus 50.000 ABŞ dolları dəyərində həmin dövrün məzənnəsi ilə 85.000 manat olan 2011-ci il buraxılışlı, «Mercedes Benz G-55» markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobili 15.000 ABŞ dolları, yəni 25.500 manat ödəniş etməklə 40 gün müddətinə satıb qalan pulu verəcəyinə dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı bir işin görülməsi marağında olmadan bu məqsədlə 21 iyul 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev 56 ünvanda olan 30 saylı dövlət notariat kontorunda Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş baş etibarnamə ilə alıb Şahid2 rəsmi olaraq satmış, lakin qalan məbləği verməyərək 35.000 ABŞ dollarını, yəni 59.500 manat pul vəsaitini ələ keçirməklə, Zərərçəkmiş şəxs2 59.500 (əlli doqquz min beş yüz) manat külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək, özünü avtomobil alqısatqısı ilə məşğul olan işgüzar şəxs kimi göstərib, Zərərçəkmiş şəxs3 dayısı oğlu Səməd Həsənov tərəfindən satılması üçün həvalə edilmiş 45.000 ABŞ dolları dəyərində, həmin dövrün məzənnəsi ilə 76.500 manat olan 2014-ci il buraxılışlı, «Mersedes Viano» markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışını təşkil edəcəyi barədə vəd verib ilkin ödəniş kimi 10.000 ABŞ dolları yəni, 17.000 manat, 20 gün sonra 10.000 ABŞ dolları, 17.000 manat cəmi 34.000 manat verib qalan məbləği avtomobili qısa müddətə satıb pulu tam verəcəyinə dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı bir işin görülməsi marağında olmadan bu məqsədlə 30 iyul 2022-ci il tarixdə ünvan 5 ünvanında həmin avtomobili götürüb ünvan 6 notariat kontorunda Səməd Həsənovdan adına baş etibarnamə alaraq, həmin avtomobili Şahid6 rəsmi olaraq satmış, lakin qalan 25.000 ABŞ dollarını, yəni 42.500 manat pul vəsaitini verməyib ələ keçirməklə, Zərərçəkmiş şəxs3 42.500 (qırx iki min beş yüz) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edərək özünü avtomobil alqısatqısı ilə məşğul olan işgüzar şəxs kimi göstərib tanışı Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs7 mülkiyyətində olan 10.000 ABŞ dolları dəyərində həmin dövrün məzənnəsi ilə 17.000 manat olan 2013-cü il buraxılışlı, «Hyundai Elantra» markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobili bir ay müddətində satıb pulunu verəcəyi barədə yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı bir işin görülməsi marağında olmadan bu məqsədlə 12 avqust 2022-ci il tarixdə saat 15 radələrində həmin avtomobili Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 24 ünvanında yerləşən «Dalğa Plaza» Biznes Mərkəzinin qarşısında təhvil alaraq həmin günü Xətai rayonu, 8 noyabr prospekti 23 ünvanında «Asan Xidmət» mərkəzində Zərərçəkmiş şəxs7 tərəfindən verilmiş baş etibarnamə əsasasında avtomobili rəsmi olaraq X2, lakin vədinə əməl etməyərək həmin məbləğ pulu ələ keçirməklə, Zərərçəkmiş şəxs7 17.000 (on yeddi min) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək özünü avtomobil alqısatqısı ilə məşğul olan işgüzar şəxs kimi göstərib faktiki bank kreditində olan 2004-cü il buraxılışlı, «BMW-530» markalı avtomobilin ona məxsus olduğunu və 14.000 manata satacağı barədə yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı bir işin görülməsi marağında olmadan bu məqsədlə 2022-ci ilin avqust ayının axırlarında ünvan 3 ünvanında yerləşən «Reqnum» çay evinin qarşısında həmin avtomobili Zərərçəkmiş şəxs4 təhvil verməklə 14.000 manat nağd pul vəsaitini alaraq avtomobili çay evinin yaxınlığındakı avtodayanacaqda saxlayıb, guya iki gün sonra Zərərçəkmiş şəxs4 adına etibarnamə verəcəyini bildirmiş, lakin vədinə əməl etməyərək əldə etdiyi məbləğdən 3.000 manat qaytarmaqla qalan 11.000 manatı bir həftəyə tam ödəyəcəyini bildirməklə avtomobili aparıb Zərərçəkmiş şəxs4 11.000 (on bir min) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək özünü avtomobil alqısatqısı ilə məşğul olan işgüzar şəxs kimi göstərib Zərərçəkmiş şəxs4 borclu olduğu 11.000 manat pulu qaytarması üçün bankda girovda olan «Mersedes S-Class» və «Mezeratti» markalı avtomobillərini girovdan çıxarmasına görə 16.000 manat pul lazım olduğunu, girovdan sonra avtomobilləri satıb borcu ilə birlikdə cəmi 27.000 manat pulu qaytaracağı barədə yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı bir işin görülməsi marağında olmadan bu məqsədlə 2022-ci ilin sentyabr ayının ortalarında ünvan 9 ünvanında yerləşən «Reqnum» çay evinin qarşısında Zərərçəkmiş şəxs4 16.000 manat nağd pulu götürmüş, lakin vədinə əməl etməyərək həmin məbləğ pulu ələ keçirməklə, Zərərçəkmiş şəxs4 16.000 (on altı min) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək özünü avtomobil alqısatqısı ilə məşğul olan işgüzar şəxs kimi göstərib Zərərçəkmiş şəxs4 borclu olduğu 27.000 manat pulu qaytarması üçün guya bankda girovda olan avtomobili girovdan çıxarmasına görə 8.200 manat pul lazım olduğunu, girovdan sonra avtomobili satıb pulunu əvvəlki borcları ilə birlikdə tam qaytaracağı barədə yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı bir işin görülməsi marağında olmadan bu məqsədlə 2022ci ilin sentyabr ayının axırlarında ünvan 3 ünvanında yerləşən «Reqnum» çay evinin qarşısında Zərərçəkmiş şəxs4 8.200 manat nağd pulu götürmüş, lakin vədinə əməl etməyərək həmin məbləğ pulu ələ keçirməklə, Zərərçəkmiş şəxs4 8.200 (səkkiz min iki yüz) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs5 etibardan sui-istifadə edərək özünü avtomobil alqı-satqısı ilə məşğul olan işgüzar şəxs kimi göstərib, satışı sonuncuya həvalə edilmiş "xxxx" MMCdə girovda olan 2013-cü il buraxılışlı, «Porshe Cayenne-GTS» markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilkin olaraq 8.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 13.600 manat ödəniş etməklə bir ay müddətində satılmasında köməklik göstərəcəyi barədə yalan vəd verib Zərərçəkmiş şəxs5 razılığını almış, lakin üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı bir işin görülməsi marağında olmadan bu məqsədlə 2022ci ilin dekabr ayının əvvəlində həmin avtomobili Bakı şəhəri, Xətai rayonu, M.Hadi 51 ünvanında yerləşən metronun H.Aslanov stansiyasının qarşısında Zərərçəkmiş şəxs5 təhvil alıb sataraq 2.000 ABŞ dolları, yəni 3.400 manat ödəniş edib, qalan məbləği ələ keçirməklə, Zərərçəkmiş şəxs5 10.200 (on min iki yüz) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs5 etibardan sui-istifadə edərək özünü avtomobil alqı-satqısı ilə məşğul olan işgüzar şəxs kimi göstərib, satışı sonuncuya həvalə edilmiş "xxxx" QSC-də girovda olan 2017-ci il buraxılışlı, «Jaguar XF» markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilkin olaraq 5.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 8.500 manat ödəniş etməklə bir ay müddətində satılmasına köməklik göstərəcəyi barədə yalan vəd verib Zərərçəkmiş şəxs5 razılığını almış, lakin üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı bir işin görülməsi marağında olmadan bu məqsədlə 2022-ci ilin dekabr ayının axırlarında həmin avtomobili Nizami rayonu, R.Rüstəmov 21 ünvanında yerləşən metronun Neftçilər stansiyasının qarşısında Zərərçəkmiş şəxs5 təhvil alıb sataraq 5.000 ABŞ dolları, yəni 8.500 manat pul vəsaitini ələ keçirməklə, Zərərçəkmiş şəxs5 8.500 (səkkiz min beş yüz) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə şifahi olaraq satışı ona həvalə edilmiş "xxxx" ASC-də girovda olan 2016-cı il buraxılışlı «Cadillac CT6» markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edərək həmin avtomobilin ona məxsus olmasını və banka olan krediti ödəyə bilmədiyi üçün ilkin ödəniş 5.500 manat, 36 ay müddətində aylıq 1.650 manat banka ödəniş etmək şərti ilə satması barədə razılığa gələrək, yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı bir işin görülməsi marağında olmadan bu məqsədlə 2022-ci ilin dekabr ayının axırlarında Zərərçəkmiş şəxs6 yaşadığı Xəzər rayonu Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu, nömərsiz evin qarşısında 3.000 manat, bir neçə gün sonra Xətai rayonu M.Hadi 80 ünvanında yerləşən «Papaq Lounge» kafesinin qarşısında isə 1.500 manat olmaqla, cəmi 4.500 manat pul alaraq avtomobili təhvil vermiş, lakin 07 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs6 yaşadığı ünvana gələrək guya avtomobili başqa birisinə baha qiymətə satıb, 4.500 manat pulu qaytaracağını vəd edib avtomobili sürərək aparmaqla, vədinə əməl etməyib həmin məbləği vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə, Zərərçəkmiş şəxs6 4.500 (dörd min beş yüz) manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü qismən təqsirli ifadəsində göstərmişdir ki, o, Elçin, Hüseyn, İlkin, Səxavət 2-3 il birlikdə maşın alqı-satqısı ilə məşğul olmuşlar. “Mazeratti Quattroporte” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil əvvəl ona məxsus olub, o isə həmin avtomolibi Səxavətə satıb. Belə ki, Səxavət “Regnum” adlı çay evi işlədərkən obyektin kirayə pulunu ödəyə bilmədiyi üçün ondan həmin maşının satılmasında kömək istəmişdir. O, Səxavətə 2.500 dollar məbləğində pul vermiş, həmçinin həmin maşını götürmuş, lakin sonradan qalan məbləği ödəyə bilməmişdir. Buna baxmayaraq, problem həll edilmişdir, Səxavətin ona qarşı heç bir şikayəti yoxdur. Zərərçəkmiş şəxs2 ilə heç bir tanışlıqları olmayıb, o, sonuncunun oğlu Məhərrəm ilə birgə işləyib. Belə ki, Məhərrəm borca düşmüş, bundan sonra atası ilə aralarında problemlər yaranmışdır. Daha sonra Məhərrəm atasına məxsus obyekti saxta sənəd ilə sataraq Türkiyəyə getmişdir. Atası Zərərçəkmiş şəxs2 bu məsələni həll etmiş, Məhərrəmi geri gətirmişdir. “X10” markalı **- LY-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona heç bir aidiyyatı olmayıb. Məhərrəm həmin avtomobili satmaqda ondan kömək istəyib, lakin həmin avtomobil onun tərəfindən satılmayıb. Məhrərrəm ona “Mercedes Galenvagen” markalı avtomobili satmaq barədə deyib, o avtomobil üçün alıcı tapıb, lakin avtomobili Məhərrəm özü satıb. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, “Lizinq” müqaviləsi Səxavətin adına olub. Maşını satdığı şəxs pulu ödəyə bilməyib və bank avtomobilə həbs qoyub. “X10” markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı Zərərçəkmiş şəxs2 15.000 dollar məbləğində ödəniş etməyib. O, Məhərrəmdən götürdüyü borc məbləğinə görə faizi ilə birlikdə ödəniş edib. Sonuncuya 7.000 dollar məbləğində faiz borcu qalıb. Hüseyni yaxından tanımır, sonuncu ona 35.000 dollar məbləğində pul verməyib. Niyyəti kimisə aldatmaq yox gəlir əldə etmək olub. Zərərçəkmiş şəxs2 ilə aralarında heç bir alqı-satqı olmayıb. “X10” markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilin kimin adına olması barədə məlumatı yoxdur. Rəvana pulu bir həftəyə ödəyəcəyini, sonuncu isə ona pulu Məhərrəmdən alacağını deyib. Onun Məhəmmədə borcu olsa da, hazırda yoxdur. «Mercedes Galenvagen» markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobil Hüseynə satılıb. Məhəmməd və Rəvanı Məhərrəmin vasitəsi ilə tanıyıb. Rəvanın maşınını 15.300 manata satmağa razılaşıblar. O, pulu Məhərrəmə versə də, sonuncu həmin pulu Rəvana verməyib. “Mazeratti Quattroporte” markalı avtomobil əvvəlcə onda olsa da, daha sonra Səxavətə satıb. Onlar banka yaxınlaşmış və maşını Səxavətin adına keçirtmək üçün tələb olunan rüsum çox olduğundan Səxavət maşını ona geri qaytarmış, o da sonuncuya maşın üçün müştəri tapıb satacaqlarını demişdir. Zərərçəkmiş şəxs3 mülki iddiasını qəbul etmir. Məhəmmədin iş materiallarında şikayətinin olmaması barədə notarial qaydada təsdiq edilmiş ərizəsi var. Həmçinin Zülfüqarla heç bir ticarəti olmayıb, onun ticarət əlaqəsi sonuncunun oğlu Məhərrəm ilə olub. O, zərər çəkmiş şəxslərin heç birinə qarşı dələduzluq etməyib, onların arasında daimi ticarət əlaqələri olub. Ona qarşı irəli sürülmüş mülki iddiaları qəbul etmir. Məhkəmə dövlət ittihamçısını, zərər çəkmiş şəxslərin nümayəndəsini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin yayından oğlu Şahid1 görə tanıyıb. Təqsirləndirilən şəxs də oğlu kimi avtomobil alqı-satqısı ilə məşğul olurdu və dostluq edirdilər. Təqsirləndirilən şəxs 2021-ci və 2022-ci illər ərzində oğlu Məhərrəmlə və şəriki Zərərçəkmiş şəxs3la birlikdə alver edib maşın alqı-satqısı ilə məşğul olublar, müxtəlif markalı avtomobilləri ucuz qiymətə alıb-satıblar. Təqsirləndirilən şəxs Məhərrəmlə tanış olduqdan sonra sonuncudan nağd qiymətə və ya nisyə olaraq müxtəlif vaxtlarda avtomobillər alıb satmış, pulunu da vaxtlı-vaxtmda verməklə etibar qazanmışdır. 2009-cu il buraxılışlı, «Lexus LX 570» markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı və 2011-ci il buraxılışlı «Mercedes Galenvagen» markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobillər ona məxsus olmuş, həmin maşınları satıb yenisini almaq istəmiş, bu barədə Məhərrəmə bildirdikdə o da Təqsirləndirilən şəxs demiş, Qoşqar da problem olmadığını və qısa müddətdə sata biləcəyini bildirmişdir. 2022-ci ilin may ayının sonlarında Qoşqar Məhərrəmə zəng edərək 2009-cu il buraxılışlı, «Lexus LX 570» markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobilə müştəri olduğunu bildirmiş, həmin vaxt Tovuz rayonunda olduğu üçün Məhərrəm Qoşqarla birlikdə mənə məxsus digər 2011-ci il buraxılışlı «Mercedes Galenvagen» markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz rayonuna gəlmiş, orada «Mercedes Galenvagen» markalı maşını ona verib «Lexus LX 570» markalı avtomobili götürüb Bakı şəhərinə qayıtmış, sonra Qoşqar heç bir ilkin ödəniş etmədən axşam saatlarında yaşadığı ünvan 13 ünvanın qarşısında oğlumu evə düşürüb maşınını götürüb getmiş və təxminən iki ay ərzində avtomobilin pulunu, yəni danışıb razılaşdıqları 15.500 ABŞ dollarını, milli pul vahidi ilə 26.350 manatı verəcəyinə söz vermiş, Məhərrəm də Qoşqara etibar etdiyi üçün sonuncuya inanmışdır. Bundan iki gün sonra, yəni 2022-ci ilin may ayının sonuncu həftəsi 2009-cu il buraxılışlı «Lexus LX- 570» markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobil «BTB» bankın Xətai filialında girovda olduğu üçün oğlu Qoşqarla bankda görüşüb müqaviləni dəyişmiş, lakin Qoşqar oğluna həmin vaxt ödəniş etməmişdir. 20 iyul 2022-ci il tarixdə Qoşqar oğluma zəng edib digər 2011-ci il buraxılışlı «Mercedes Galenvagen» markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilinə də müştəri tapdığını demiş, oğlu bu barədə ona bildirmiş, sonra Qoşqarla həmin maşını 50.000 ABŞ dollarına, milli pul vahidi ilə 85.000 manata satmağa razılaşmışlar. Qoşqar xx.xx.2022-ci il tarixdə axşam saatlarında yaşadığı ünvan 13 ünvanın qarşısına gələrək maşını götürüb müştəriyə göstərmək üçün aparmış və 1-2 saat sonra zəng edib müştərinin maşını almaq istədiyini bildirmiş və 21 iyul 2022-ci il tarixdə saat 12 radələrində Qoşqarla Nizami rayonu, Neftçilər metrosunun yaxınlığında yerləşən 30 saylı notariusun qarşısında görüşmüşlər. Həmin vaxt Qoşqar ona 10.000 ABŞ dolları, milli pul vahidi ilə 17.000 manat «Lexus LX- 570» markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə, 15.000 ABŞ dolları, milli pul vahidi ilə 25.500 manat isə «Mercedes Galenvagen» markalı, 90-LY- 067 dövlət qeydiyyat nişanlı avtomobilə görə ödəniş etmişdir. Həmin vaxt «Mercedes Galenvagen» markalı avtomobilə görə Təqsirləndirilən şəxs dostu kimi təqdim etdiyi Şahid2 adına etibarnamə vermiş, Qoşqar isə «Lexus LX-570» markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qalan 5.500 ABŞ dollarını, yəni 9.350 manatı və «Mercedes Galenvagen» markalı, 90-LY- 067 dövlət qeydiyyat nişanlı avtomobilin qalan 35.000 ABŞ dolları, 59.500 manatını təxminən 40 gün müddətində tam şəkildə ödəyəcəyinə söz vermişdir. Qoşqara inanıb onun dediyi vaxtı gözləməyə başlamış, ancaq vaxt tamam olduqda Qoşqar onu aldadıb pulu verməmiş, müxtəlif bəhanələrlə vaxtı uzatmışdır. Təqsirləndirilən şəxs ona ümumilikdə 68.850 (altmış səkkiz min səkkiz yüz əlli) manat maddi ziyan vurmuşdur. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, «Mercedes Galenvagen» markalı, 90-LY- 067 dövlət qeydiyyat nişanlı avtomobili 50.000 ABŞ dollarına, «Lexus LX-570» markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobili isə 15 000 ABŞ dolları mənləğində satmağa razılaşmışlar. Notariat kontorunda olan zaman təqsirləndirilən şəxs dediyi adama etibarnamə vermişdir. Qoşqar oğlunun dostu idi və sonuncuya bu səbəbdən güvənirdi. İlk olaraq Lexus markalı maşını, undan 10-15 gün sonra isə “Mercedes” markalı maşını Qoşqara satıb. Oğlu Məhərrəm də maşın alveri ilə məşğuldur. Etibarnaməni Qoşqarın adına verib. Hər iki maşın da onun adına olmayıb. Qoşqara maşını verən zaman özü iştirak edib. Maşınlar ona məxsus idi və o idarə edirdi. Hüseyni tanımır, polis bölməsinə görüb. Sonda 59.500 (əlli doqquz min beş yüz) manat məbləğində pulun və ödədiyi 267 manat məbləğində dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs alqı-satqısı ilə məşğul olan şəxs kimi 2021-ci ildən tanıyır və aralarında yaxın münasibət yaranmışdır. Qoşqarın konkret olaraq avtomobil satışı ilə məşğul olması üçün salonu olmamış, belə ki, tanışlarının maşınını satmış və avtomobil sahəsində yaxşı əlaqəsi olmuş, sonradan sonuncu vasitəsi ilə dostu Şahid1 da Qoşqarla tanış olmuş və sonuncuların da yaxın münasibəti yaranmışdır. Həmin ərəfədə dostu Məhərrəmlə birlikdə şərik maşın alveri ilə məşğul olduğundan Qoşqarla yaxın münasibətdə olmuşlar. Qoşqarla tanış olduqdan sonra Qoşqar onlardan müxtəlif vaxtlarda müxtəlif markalı avtomobilləri nağd qiymətə və ya nisyə alıb satmış, pulunu da vaxtında gətirib vermiş, aralarında heç vaxt problem olmamış, buna görə də onun və Məhərrəmin Təqsirləndirilən şəxs etibarı yaranmışdır. 2022-ci ilin iyul ayında dayısı oğlu Səməd Həsənov özünə məxsus 2014-cü il buraxılışlı, boz metal rəngli, «Mercedes Viano» markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilini satmaq istəmiş və onun maşın alveri ilə məşğul olduğunu bildiyi üçün müraciət etmişdir. Bu barədə Qoşqara bildirmiş və Qoşqar qısa müddətdə müştəri tapıb maşını sata biləcəyini demişdir. Bir neçə gün sonra isə Qoşqar zəng vurub müştəri tapdığını demiş və maşına baxmaq istədiyini bildirmişdir. Sonra Qoşqar özü tək gəlib maşına baxmış və xoşu gəldiyini bildirmiş, həmin vaxt Qoşqarla maşını 45.000 ABŞ dollarına, milli pul vahidi ilə 76.500 manata danışıb razılaşmışlar. 30 iyul 2022-ci il tarixdə Qoşqar yenidən zəng vurmuş və ünvan 14 ünvanında görüşmüşlər. Həmin vaxt Qoşqarın yanında dostu kimi təqdim etdiyi tanımadığı şəxs olmuşdur. Qoşqar dayısı oğluna məxsus «Mercedes Viano» markalı avtomobili götürüb getmiş və dayısı oğlu ona “Sahil” metrosunun yanında yerləşən notariusda etibarnamə vermişdir. Maşınsız qalmamağı üçün Qoşqar idarə etdiyi «Range Rover» markalı maşını ona verərək axşam yaşadığı ünvana gəlib 10.000 dollar, yəni 17.000 manat ilkin ödəniş etmiş, qalan məbləği isə bir ay müddətində tam şəkildə ödəyəcəyini, müvəqqəti sürmək üçün verdiyi «Range Rover» markalı maşını da götürüb getmişdir. Qoşqarla olan yaxın münasibətinə görə sonuncuya inanıb razılaşmış və dediyi vaxtı gözləməyə başlamışdır. Bundan təxminən 20 gün sonra, yəni 2022-ci ilin avqust ayının sonlarında Qoşqar yaşadığı ünvana gələrək ona pulun hamısını deyil, əlavə olaraq 17.000 manat da vermiş, qalan pulu isə qaytarması üçün 15 gün əlavə vaxt istəmişdir. Yenə də Qoşqara inandığı üçün sonuncu ilə razılaşmışdır. Qoşqarı bir ay gözləməyinə baxmayaraq sonuncu vədinə əməl etməyərək borclu qaldığı 25.000 ABŞ dollarını gətirib vermədi, əksinə ondan əlavə 2 ay da vaxt istəmişdir. Nəticə etibarı ilə isə Təqsirləndirilən şəxs onu aldadıb etibarından istifadə edərək pulu gətirib verməmiş və müxtəlif bəhanələrlə onu aldatmağa başlamışdır. Ona görə məcburiyyət qarşısında qalaraq dayısı oğlunun 25.000 ABŞ dollarını düzəldib qaytarmış və Qoşqardan polisə şikayət etmişdir. İstintaq dövründə isə Təqsirləndirilən şəxs ona borclu qaldığı 25.000 ABŞ dollarını tam şəkildə ödədiyindən xx.xx.2023-cü il tarixdə təkrar ərizə ilə polisə müraciət edərək Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Dayısı oğlu Səməd Həsənov Azərbaycan Respublikasında yaşamamış, hazırda da Azərbaycanda deyildir, Avropada yaşayır, ildə bir dəfə gəlib valideynlərinə baş çəkib qayıdır. Təqsirləndirilən şəxs onunla yaxın münasibəti olmasından istifadə edərək aldatması nəticəsində ona 25.000 ABŞ dolları maddi ziyan vurmuşdur. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, “Mercedes Viano” markalı maşından 25 000 dollar borcu qalmışdı. Qoşqar pulu verməkdən yayınmamış, sadəcə pulunun olmadığını, olanda qaytaracağını bildirmişdir. Sonda ona dəymiş 25.000 ABŞ dollarına mütənasib 42.500 AZN (qırx iki min beş yüz manat) maddi zərərin, 217.50 AZN (iki yüz on yeddi manat, əlli qəpik) ödənilmiş dövlət rusumu, 42.717.50 AZN (qırx iki min yeddi yüz on yeddi manat, əlli qəpik) manat məbləğində pulun və ödədiyi 141 manat məbləğində dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin yayında dostum Hüseyinin vasitəsilə tanıyıb və Qoşqarın maşın alqı-satqısı ilə məşğul olduğunu bilib. 2022-ci ilin avqust ayında dostu Hüseyn zəng edərək tanışı Qoşqarda satılıq 2004-cü il buraxılışlı, dövlət nömrə nişanı yadında qalmayan «BMW 530» markalı avtomobili olmasını bildirdi. Həmin maşına baxmaq üçün Qoşqarla Xətai rayonu, Gəncə prospektində görüşdü. Həmin vaxt Qoşqar «BMW 530» markalı avtomobili göstərib özünə məxsus olduğunu və 14.000 manata satmaq istədiyini bildirdi. Maşına baxaraq xoşu gəldiyi üçün almaq istəmişdir. Qoşqardan qiymətdə endirim etməsini xahiş etsə də, sonuncu razılaşmamış, sonra Qoşqardan həmin maşını 12.000 manata almağa razılaşmışlar. Gəncə prospektində yerləşən yaşadığı ünvanın yaxınlığında olan «Regnum» çay evinin qarşısında 12.000 manatı evdən götürüb dostu Hüseynin yanında sayıb Qoşqara vermişdir. Qoşqar iki günə baş etibarnamə verəcəyini bildirmiş və maşını «Regnum» çay evinin yaxınlığındakı dayanacaqda saxlayaraq getmişdir. İki gün sonra Qoşqarla yenidən «Regnum» çay evinin qarşısında görüşmüş, həmin vaxt Qoşqar ona etibarnamə verə bilməyəcəyini, nə isə problem yarandığını, maşını sahibinə qaytarmaq üçün aparacağını bildirmişdir. Sonuncuya inanaraq razılaşmış və Qoşqar ona 3.000 manat verərək qalan 9.000 manat pulu bir həftəyə qaytaracağına söz vermişdir. Təxminən bir həftə keçsə də, Qoşqar verməli olduğu 9.000 manat pulu qaytarmamış və müxtəlif bəhanələrlə onu aldatmışdır. Bundan başqa 2022-ci ilin sentyabr ayının ortalarında Qoşqar ayrı-ayrı vaxtlarda avtomobil alqı-satqısı ilə əlaqədar ondan 16.000 və 8.200 manat pul almışdır. Belə ki, qeyd olunan tarixdə Qoşqarla yaşadığı evin yaxınlığında görüşən zaman dostu Yasin yanında olmuşdur. Həmin vaxt Qoşqar satılıq «S-Class Mersedes» və «Mazeratti» markalı avtomobilləri olduğunu, lakin həmin avtomobillərin girovda olduğunu bildirmişdir. Sonra həmin avtomobilləri girovdan çıxartmaq üçün pul lazım olduğunu deyərək ondan pul istəmiş, həmin avtomobilləri sataraq bütün borcunu verəcəyini bildirmişdir. Daha sonra Xətai rayonu, Gəncə prosepektində yerləşən «Regnum» çay evinin qarşısında Qoşqara avtomobilləri girovdan çıxarması üçün inanıb 16.000 manat vermiş və Qoşqar pulu götürüb avtomobilləri gətirməyə getmişdir. Qoşqar avtomobilləri gətirdikdə baxaraq saz vəziyyətdə olmasını görmüş, ancaq 10-15 gün keçməsinə baxmayaraq Qoşqar pulunu qaytarmamışdır. Təxminən 2022-ci ilin sentyabr ayının sonunda yenə də Xətai rayonu, Gəncə prospektində yerləşən «Regnum» çay evinin yaxınlığında olduğu zaman Qoşqar zəng edib görüşmək istədiyini bildirmiş və qeyd olunan ünvana gələrək onunla görüşmüşdür. Bu zaman Qoşqar əlində yeni avtomobillər olduğunu, həmin avtomobilləri satıb pulunu qaytaracağını bildirmiş və maşının banka olan borcunu ödəmək üçün 8.200 manat verməyi xahiş etmişdir. O, bu dəfə də Qoşqara inanaraq evdən pul götürüb Qoşqara vermişdir. Həmin vaxt yanlarında kənar şəxslər olmamışdı. Bundan sonra hər dəfə Qoşqar müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamışdır. Baş vermiş dələduzluq nəticəsində Qoşqar ona ümumilikdə 35.200 manat maddi ziyan vurmuşdur. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Yasin ona “Mersedec S class” və “Mazeratti” markalı avtomobil əvəzində 5 ədəd “Renault” markalı avtomobil verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxsi tanıdığından sənədlərə görə problem etməmişdir. “BMW” markalı avtomolbilə görə 12.000 manat vermiş, avtomobildə problem yarandığından avtomobili geri qaytarmışdır. Müstəntiq onu idarəyə çağırmış və Qoşqarın ona borcu olub-olmamasını soruşmuşdur. O, borcu olduğunu bildirdikdən sonra müstəntiq ona Qoşqar barəsində şikayət ərizəsi yazmasını demişdir. Sonda təqsirləndirilən şəxs qarşı şikayətçi olmadığını, ona dəymiş maddi zərərin ödənildiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin əvvəlində dostu Yasin Şirinovun vasitəsilə tanıyıb və Qoşqarın avtomobil alqı-satqısı ilə məşğul olmasını bilirdi. 2022-ci ilin dekabr ayının sonlarında özünə avtomobil almaq istəməsi barədə dostu Yasinə demiş, ona görə Yasin mobil teleonunun «Watsapp» proqramına 01 ədəd qara rəngli, 2015-ci il buraxılışlı «BMW F-10» markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı və 01 ədəd 2016-cı il buraxılışlı, ağ rəngli «Cadilac» markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin fotoşəklini göndərmiş və həmin fotoşəkilləri tanışı Qoşqarın göndərməsini bildirmiş, həmin maşınlar təcili satıldığından aşağı qiymətə olmuşdur. Həmin vaxt «Cadilac» markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili alıb icarəyə verərək qazanc əldə etmək istəmişdir. 2022-ci ilin dekabr ayının təxminən 24-25-də Yasinlə danışıb razılıq əldə etdikdən sonra sonuncu ilə görüşüb Təqsirləndirilən şəxs Suraxanı rayonu Günəşli qəsəbəsində yaşadığı ünvanına getmiş və Qoşqarın yaşadığı məhəllədə həmin avtomaşınlara baxmışlar. Avtomobillərə baxdıqdan sonra «Cadilac» markalı, 99-PF- 828 dövlət qeydiyyat nişanlı avtomobili bəyənmiş və 5.500 manat ilkin ödəniş edib, 36 ay müddətində aylıq ödəniş 1.650 manat olmaq şərti ilə almaq qərarına gəlmişdir. Sonra həmin günü axşam saatlarında Qoşqarla görüşüb birlikdə «Cadilac» markalı avtomobillə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu nömrəsiz evə gəlmiş və yaşadığı ünvanın darvazasının yanında Qoşqara 3.000 manat pulu sayıb vermişdir. Bu zaman yanlarında heç kim olmamış, ancaq bayram ərəfəsinə düşdüyü üçün Qoşqar ona avtomobilə dair etibarnamə verməmiş və avtomobilin kredit müqaviləsini adına keçirtməmişdir. Lakin bayramdan sonra sənədləşmə edəcəyinə söz vermiş, həmin avtomobil «BTB» bankda kreditdə olmuş, ancaq aylığı Qoşqarın dediyi kimi 1.650 manat deyil, 2.750 manat olmuşdur. Avtomobili götürdükdən sonra istifadəsində olmuş, həmin avtomobilin bəzi ehtiyat hissələrini də dəyişdirmişdir. 2022-ci ilin dekabr ayının sonuna qədər hissə-hissə olmaqla Xətai rayonu, M.Hadi 80 ünvanında yerləşən «Papaq Lounge» kafesinin qarşısında Qoşqara əlavə 1.500 manat da vermişdir. 2023-cü ilin yanvar ayının təxminən 7-də Qoşqar zəng edərək avtomaşını ona verdiyi qiymətdən baha satmaq istədiyini, bunun üçün müştərisi də olduğunu, buna görə gəlib avtomaşını götürmək istədiyini bildirmiş, avtomaşının surət qutusunda problem olduğu və aylıq ödənişi çox olduğu üçün avtomaşını qaytarmaq qərarına gəlmişdir. Bu səbəbdən Qoşqarın təklifi ilə razılaşmışdır. Həm də Qoşqar onun üçün daha yaxşı avtomobil təşkil edəcəyinə söz vermişdir. Buna görə «Cadilac» markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili metronun “H.Aslanov” stansiyasının yaxınlığında olan «Bravo» marketin qarşısında Qoşqara qaytarmışdır. Həmin vaxt Qoşqara avtomaşının ehtiyat hissələrinə və təmirinə görə 1.000 manat xərc çəkdiyini, ona görə 5.500 manat pul qaytarmalı olduğunu bildirmiş, Qoşqar da razılaşaraq avtomaşını iki gün sonra sənədləşdirib pulunu aldıqdan sonra gətirib pulu qaytaracağına söz vermişdir. Lakin Təqsirləndirilən şəxs maşını başqasına satmışdır. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Qoşqar əvvəlcə 400-500 manat, daha sonra isə qalan məbləği hissə-hissə vermişdir. Qoşqar telefon zənglərinə cavab vermədiyindən o da bu səbəbdən şikayət etmişdir. Sonda təqsirləndirilən şəxs qarşı şikayətçi olmadığını, ona dəymiş maddi zərərin ödənildiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Şahid1 2021-ci ildən tanıyır, sonuncu ilə münasibətləri normaldır. Məhərrəm də onun kimi rəsmi olaraq heç bir yerdə işləməsə də fərdi qaydada avtomobil alqı-satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs isə 2022-ci ildə Məhərrəmə görə tanıyıb. Məhərrəm Qoşqarı dostu kimi təqdim etmişdi və Qoşqarın da onlar kimi maşın alqı-satqısı ilə məşğul olduğunu bildirmişdi. Bir neçə dəfə istər Məhərrəmə, istərsə də Qoşqara nağd və nisyə bahalı avtomobillər vermiş və sonuncular avtomobilləri satıb pulunu ona vermiş, beləcə aralarında etibar yaranmışdır. 2022-ci ilin oktyabr-dekabr aylarında Təqsirləndirilən şəxs bir neçə bankda girovda olan satılıq avtomobilləri olduğunu bildirərək həmin maşınlardan bir neçəsini nisyə satmaq üçün verməyi xahiş etmiş və təxminən bir ay ərzində müştəri taparaq satıb pulunu verəcəyini bildirmişdi. Aralarında olan yaxın münasibətə və əvvəllər də Qoşqara satmaq üçün avtomobil verdiyinə görə sonuncuya inanıb etiraz etməmişdir. 2022-ci ilin dekabr ayının əvvəllərində Təqsirləndirilən şəxs ilə metronun “H.Aslanov” stansiyasının yaxınlığında görüşərək satmaq üçün əldə etdiyi, «AUTASEL» lizinq şirkətində girovda olan 2013- cü il buraxılışlı, qırmızı rəngli «Porcshe» markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili 8.000 manat ilkin ödəniş olması barədə razılığa gəlmiş və Qoşqar həmin maşına görə 2.500 manat ilkin ödəniş etmiş, yerdə qalan 5.500 manat pulu isə maşını satdıqdan sonra verəcəyini bildirmişdir. Ancaq Qoşqar maşını satıb 5.500 manatını verməmişdir. 2022-ci ilin dekabr ayının sonlarında isə Təqsirləndirilən şəxs ilə metronun “Neftçilər” stansiyasının yaxınlığında görüşərək satmaq üçün əldə etdiyi, "xxxx" QSC-də girovda olan 2017-ci il buraxılışlı, ağ rəngli «Jaquar XF» markalı, **-PG-*** qeydiyyat nişanlı avtomobili 6.000 manat ilkin ödəniş etməklə razılığa gəlib satması üçün ona vermişdir. Həmin vaxt Qoşqar avtomobilə görə 3.000 manat ilkin ödəniş etmiş, lakin maşını sataraq yerdə qalan 3.000 manatını verməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr-noyabr ayında "xxxx" MMC-də girovda olan 2011-ci il buraxılışlı, «Mersedes S-Class» markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili, «BTB» bankda girovda olan 2015-ci il buraxılışlı, qara rəngli «X25» markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, «BTB» bankda girovda olan 2015-ci il buraxılışlı, qara rəngli «X20» markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı və «BTB» bankda girovda olan 2013-cü il buraxılışlı, göy rəngli «BMW F-10» markalı, 77-PU- 059 dövlət qeydiyyat nişanlı avtomobilləri də heç bir ödəniş etmədən satmaq üçün götürmüş, lakin həmin maşınları bir-iki həftə özündə saxlayaraq sata bilmədiyi üçün gətirib qaytarmış, hazırda həmin maşınlara görə Qoşqarın borcu yoxdur. Təqsirləndirilən şəxs «Porcshe» markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı və «Jaquar XF» markalı, **-PG-*** qeydiyyat nişanlı avtomobilləri satıb pullarını ödəməsi barədə söz verdiyi müddət çatdıqda pulunu gətirib verməmiş, bir neçə dəfə Təqsirləndirilən şəxs ilə əlaqə saxlasam da hər dəfə müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən yayınmışdır. Təqsirləndirilən şəxs ümumilikdə 8.500 manat borcu olmuş, lakin istintaq dövründə Təqsirləndirilən şəxs borcunu tam şəkildə ödəmiş, buna görə onunla barışmışdır. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, “Porcshe Cayenne” markalı maşın lizinqdə olub, həmin maşını satmaq üçün almışdı. 3.000 dollar pulu Qoşqarı polisə şikayət edənə qədər ona qaytarmışdı, daha sonra isə daha 1.700 dollar pul vermişdi. Sonda təqsirləndirilən şəxs qarşı şikayətçi olmadığını, ona dəymiş maddi zərərin ödənildiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Qoşqarı Xətai rayonu, Vunq Tau 15 ünvanında yerləşən «Reqnum» adlanan çay evinə gəlib-gedərkən tanımış və sonuncu ilə münasibəti yaxşı olmuşdur. 2022-ci ilin iyul ayında dəqiq gününü xatırlamadığı vaxtda axşam saat 20:00 radələrində Qoşqar işlətdiyi çayxanada ona 2013-cü il buraxılışlı «Mazeratti» markalı avtomobilinin olduğunu və həmin avtomobilin banka olan kreditini ödəyə bilmədiyi üçün satdığını demişdir. Sonuncudan avtomobili neçəyə satdığını soruşduqda 5.000 ABŞ dollarına, yəni 8.500 manata satdığını bildirmişdir. Sonra avtomobilə baxmaq istədiyini demiş və Qoşqar həmin avtomobilin çay evinin qarşısında olduğunu bildirmişdir. Həmin vaxt Qoşqarla və dostu Orxanla birlikdə çayxananın yerləşdiyi küçəyə çıxıb avtomobilə baxmışlar. Həmin avtomobilin dövlət qeydiyyat nişanı **-PH-*** olmuşdur. O, avtomobili yoxlayıb bəyənmiş və Qoşqardan avtomobilin sənədlərini və banka olan borcunu soruşmuşdur. Qoşqar borcun nə qədər olduğunu dəqiq bilmədiyini, öyrənmək üçün banka getməli olduğunu, həmçinin avtomobilin sənədlərinin bankda olduğunu demişdir. Qoşqarla razılaşmış və dostu Orxandan 5.000 ABŞ dolları, yəni 8.500 manat götürüb Qoşqara vermiş, Qoşqarı etibarlı və işgüzar biri kimi tanıdığına görə sonuncuya inanıb etibar etmişdir. Qoşqar da pulu götürüb avtomobili verib getmişdir. Bundan sonra maşını öz adına keçirtmək üçün banka getmiş və həmin prosedur üçün tələb olunan pul çox olduğundan maşını Qoşqara geri qaytarmışdır. Bundan 2-3 ay sonra öyrənmişdir ki, Qoşqar maşını satıb. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, avtomobil lizinqdə olmuşdur. Qoşqar ona avtomobilə görə etibarnamə verməmişdi, çünki aralarında yaxşı mübasibət var idi. İbtidai istintaq zamanı fəqli ifadə verib, belə ki, orada ona əgər deyildiyi kimi ifadə versə pulunu tez alacağını deyiblər. Qoşqar telefon zənglərinə cavab verməyib, o da polisə şikayət edib. Qoşqarı 3-4 il olar tanıyır amma sonuncudan 1 il olar ki, maşın alıb satırdı. Sonda təqsirləndirilən şəxs qarşı şikayətçi olmadığını, ona dəymiş maddi zərərin ödənildiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Şahid1 qohumudur. Məhərrəm heç bir yerdə işləməsə də avtomobil alqı-satqısı ilə məşğul olur. 2022-ci il tarixdə avqust ayının əvvəllərində özünə məxsus 2013-cü il istehsalı, boz rəngli, «Hunday Elantra» markalı, **- SA-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq istəmiş, ona görə avtomobilin satılmasında Məhərrəmə müraciət edib köməklik göstərməsini xahiş etmişdir. 12 avqust 2022-ci il tarixdə saat 15:00 radələrində Məhərrəm zəng vuraraq avtomobilə müştəri olduğunu bildirmiş və idarə etdiyi avtomaşınla Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən «Dalğa Plaza» biznes mərkəzinin qarşısına getmişdir. Orada Məhərrəmin yanında əvvəllər tanımadığı “Qoşqar” adlı şəxsin olmasını görmüşdür. Həmin vaxt Məhərrəm Qoşqarı dostu kimi təqdim edib sonuncunun da maşın alqı-satqısı ilə məşğul olmasını bildirmişdir. Qoşqar maşına baxıb bəyənmiş və o, maşını Qoşqara 17.000 manata satmağa razılaşmışdır. Həmin vaxt Qoşqar və Məhərrəm təxminən bir ay ərzində maşını Qoşqarın satıb pulunu tam şəkildə verəcəyini demişdir. Məhərrəm qohumu olduğuna görə inanıb razılaşmış, avtomobili elə orada Qoşqara təhvil vermiş və sonuncunun telefonuna atdığı şəxsiyyət vəsiqəsi ilə Bakı şəhəri, Xətai rayonu, «AMAY» ticarət mərkəzinin yerləşdiyi binada olan «Asan Xidmət» mərkəzinə gedib avtomobilinə görə Təqsirləndirilən şəxs adına baş etibarnamə vermişdir. Lakin Məhərrəmin və Qoşqarın söz verdiyi vaxt tamam olduqda pulu verilməmiş, ona görə sonuncuların hər ikisi ilə əlaqə saxlamış, həmin şəxslər əlavə vaxt istəmiş, ancaq Qoşqar yenə də aldadıb pulumu verməyərək müxtəlif bəhanələrlə vaxtı uzatmağa başlamışdır. Sonradan isə Təqsirləndirilən şəxs bu yolla Məhərrəmin özünü, atasını və başqa tanışlarını da aldadıb maşınlarını ələ keçirərək pullarını vermədiyini bilmişdir. Məhərrəm 2013-cü il istehsalı, boz rəngli, «Hunday Elantra» markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilini Qoşqara satan zaman «narahat olma Qoşqar dostumdur, hər şey mənlikdir» deyərək zamin durduğundan polisdə ifadə verən zaman Məhərrəmin pulunu verməsini bildirmiş, əsl həqiqətdə bu günə kimi nə Qoşqar, nə də ki, Məhərrəm 17.000 manatını verməmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımayıb, sonuncu ilə heç bir münasibəti və ya yoldaşlığı olmayıb, əslində «Hunday Elantra» markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobili qohumu Şahid1 görə, daha doğrusu sonuncuya inanıb Təqsirləndirilən şəxs nisyə satmış və Məhərrəmin sözü ilə Qoşqara etibarnamə vermiş, çünki maşının puluna görə cavabdeh Məhərrəm olmuşdur. «Hunday Elantra» markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olmuş və 17.000 manat maddi ziyan da ona dəymişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, maşın etibarnamə ilə Qoşqara verilmiş, sonuncu da avtomobili üçüncü bir şəxsə vermişdir. Məhərrəm və Qoşqar ona avtomobili 1 aya satıb pulunu verəcəklərini demişdir. Maşını Qoşqara satıb, sonuncudan şikayətçidir. Sonda ona dəymiş maddi zərərə görə 17.000 (on yeddi min) manat məbləğində pulun və ödədiyi 141 manat məbləğində dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin yayından tanıyır. Sonuncu ilə dostu Zərərçəkmiş şəxs3 vasitəsilə tanış olmuş və aralrında yaxın münasibət yaranmışdır. Təqsirləndirilən şəxs avtomobil alqı-satqısı ilə məşğul olan şəxs kimi tanımışdır, lakin sonuncunun konkret olaraq avtomobil satışı ilə məşğul olması üçün salonu yox idi. Belə ki, Qoşqar tanışlarının maşınını satmış və avtomobil sahəsində yaxşı əlaqəsi olmuşdur. 2021-ci və 2022-ci illər ərzində dostu Zərərçəkmiş şəxs3la birlikdə şərik alver edib maşın alqı-satqısı ilə məşğul olmuş və müxtəlif markalı avtomobilləri ucuz qiymətə alıb satmışlar. Təqsirləndirilən şəxs ilə dostu Məhəmmədin vasitəsi ilə tanış olduqdan sonra Qoşqar onlardan müxtəlif vaxtlarda avtomobillər alıb satmışdır. Beləliklə hər ikisinin Qoşqara etibarı yaranmışdır. Qoşqar onlardan avtomobilləri ya nağd qiymətə, ya da nisyə alaraq satıb pulunu gətirib vermişdir. 2009-cu il buraxılışlı, «Lexus LX-570» markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobil və 2011-ci il buraxılışlı «Mercedes Galenvagen» markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobil atası Zərərçəkmiş şəxs2 məxsus olmuş və həmin maşınları satıb yenisini almaq istədiyinə görə bu barədə Təqsirləndirilən şəxs demişdir. Qoşqar da problem olmadığını və qısa müddətdə hər iki avtomobili sata biləcəyini demişdir. Bundan sonra 2022-ci ilin may ayının sonlarında Qoşqar ona zəng edərək atasına məxsus 2009cu il buraxılışlı, «Lexus LX-570» markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobilə müştəri olduğunu bildirmiş, həmin vaxt atası Zülfüqar Tovuz rayonunda olduğu üçün Qoşqarla birlikdə ona məxsus digər 2011-ci il buraxılışlı «Mercedes Galenvagen» markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz rayonuna gedib orada «Mercedes Galenvagen» markalı maşını atasına verib «Lexus LX-570» markalı avtomobili götürüb Bakı şəhərinə qayıtmışlar. Sonra Qoşqar heç bir ilkin ödəniş etmədən axşam saatlarında onu yaşadığı ünvan 13 ünvanın qarşısında düşürüb maşını götürərək getmiş və təxminən iki ay ərzində avtomobilin pulunu, yəni danışıb razılaşdıqları 15.500 ABŞ dollarını, milli pul vahidi ilə 26.350 manatı verəcəyinə söz vermişdir. Qoşqara etibar etdiyi üçün iki gün sonra, yəni 2022-ci ilin may ayının sonuncu həftəsi 2009-cu il buraxılışlı «Lexus LX-570”» markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobil «BTB» bankın Xətai filialında girov olduğu üçün Qoşqarla bankda görüşüb müqaviləni dəyişib maşını satdığı adamın adına keçirtmişlər. Lakin Qoşqar həmin vaxt heç bir ödəniş etməmişdir. 20 iyul 2022-ci il tarixdə Qoşqar ona zəng edib atasına məxsus digər 2011-ci il buraxılışlı «Mercedes Galenvagen» markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilə də müştəri tapdığını demişdir. Sonra bu barədə atası ilə danışaraq Qoşqara həmin maşını 50.000 ABŞ dollarına, milli pul vahidi ilə 85.000 manata satmağa razılaşmışlar. Sonra Qoşqar xx.xx.2022-ci il tarixdə axşam saatlarında yenə də yaşıdığı ünvan 13 ünvanın qarşısına gələrək, maşını götürüb müştəriyə göstərmək üçün aparmışdır. 1-2 saat sonra zəng edib müştərinin maşını almaq istədiyini bildirmişdir. 21 iyul 2022-ci il tarixdə saat 12 radələrində Qoşqarla zəngləşib atası Zərərçəkmiş şəxs2la birlikdə Nizami rayonu, Neftçilər metrosunun yaxınlığında yerləşən 30 saylı notariusun qarşısında görüşmışlər. Həmin vaxt Qoşqar ona 10.000 ABŞ dolları «Lexus LX-570» markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə, 15.000 ABŞ dolları isə 2011-ci il buraxılışlı «Mercedes Galenvagen» markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödəniş etmişdir. Sonra isə atası Təqsirləndirilən şəxs dostu kimi təqdim etdiyi Şahid2 adına baş etibarnamə vermişdir. Həmin vaxt Qoşqar «Lexus LX-570» markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qalan 5.500 ABŞ dollarını, yəni 9.350 manatı və «Mercedes Galenvagen» markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qalan 35.000 ABŞ dolları, yəni 59.500 manatı təxminən 40 gün müddətində tam şəkildə ödəyəcəyinə söz vermiş, atası Zülfüqar da Qoşqara inanıb razılaşmış və Qoşqarın dediyi vaxtı gözləməyə başlamışdır. Ancaq vaxt tamam olduqda Qoşqar atamı aldadıb pulu verməmiş, müxtəlif bəhanələrlə vaxtı uzatmışdır. Qoşqar atasına məxsus hər iki avtomobilləri satmaq adı ilə ələ keçirərək atasına 68.850 manat maddi ziyan vurmuşdur. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, “Lexus” markalı avtomobil bankda girovda olsa da, “Mercedes” markalı avtomobil girovda deyildir. “Mercedes Galenvagen” markalı avtomobili 50.000 dollara, “Lexus LX-570” markalı avtomobili isə 15.000 dollara razılaşmışdılar. Təqsirləndirilən şəxs “Mercedes Galenvagen” markalı avtomobildən 25.000 dollar, “Lexus LX-570” markalı avtomobildən isə 5 000 dollar pul verib. Təqsirləndirilən şəxs satmaq üçün “Jeep Wrangler” markalı avtomobil gətirmişdi və sonuncu ilə tanışlıqları oradan yaranmışdı. Qoşqarın atasınaa 35.000 dollar borcu var. Qoşqar ilə aralarında çox alqı-satqı olub. “Mercedes Galenvagen” markalı avtomobildən təxminən 1 ay sonra “Lexus” markalı avtomobili Qoşqara verib. Qoşqar pulu 2 aya verməli idi. “Mercedes Galenvagen” markalı avtomobil etibarnamə ilə atasına məxsus idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, **- CZ-*** dövlət qeydiyyat nişanlı, «Mercedes V Klass» markalı, 2014-cü il buraxılışlı, gümüşü metalik rəngli avtomobil ona məxsus olmuş, həmin avtomobili 2023-cü ilin aprel ayının ortalarında «Turbo.az» avtomobil satışı saytından tapmış, avtomobilin sahibi, yəni, Şahid6la əlaqə saxlayıb həmin maşını 28.000 ABŞ dollarına almağa razılaşmışdır. Bundan sonra avtomobilin nasazlığının olub-olmaması ilə bağlı yoxlanış etdikdən sonra Abşeron rayonu, Xırdalan şəhərində yerləşən DİN-nin BDYP-nə gedərək orada həmin avtomobili adına rəsmiləşdirmiş və həmin gündən avtomobili istifadə edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, X6 dostu olmaqla onunla birlikdə şərik avtomobil alqı-satqısı ilə məşğul olmuş, 2022-ci ilin avqust ayında Qoşqar Raminə 2014-cü il buraxılışlı, gümüşü metalik rəngli, «Mercedes Y klass» markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobili 32.000 ABŞ dollarına satmışdır. Firdovsi ilə Ramin qohum olduqları üçün avtomobili onun adına rəsmiləşdirmişlər. 7-8 ay avtomobili sürdükdən sonra «Turbo.az» saytı vasitəsi ilə satışa çıxarmış, lakin avtomobil satılmadığı üçün 4.000 ABŞ dollar ucuz qiymətə, yəni 28.000 ABŞ dollarına Şahid4 satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, X6 onun qohumudur. 2022-ci ilin avqust ayında Ramin ona zəng edib 32.000 ABŞ dolları borc pul istəmiş və həmin pulu ona vermiş, müəyyən müddət keçdikdən sonra Ramin ona bir avtomobil olmasını demiş və həmin maşını onun adına rəsmiləşdirmişdir. Daha sonra bilmişdir ki, həmin avtomobil gümüşü metalik rəngli, «Mercedes V klass» markalı, **-CZ- *** dövlət qeydiyyat nişanlı avtomobildir. Lakin həmin avtomobilin sənədləşməsində iştirak etməmişdir. 7-8 ay Ramin avtomobili özündə saxlamış, xx.xx.2023-cü il tarixdə DİN-nin Xırdalan qəsəbəsində yerləşən BDYPİ-də Şahid4 adına rəsmiləşdirmiş, bundan sonra Ramin ona 28.000 ABŞ dolları pul vermiş və qalan pulu da verəcəyinə söz vermişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs4 qohumu olmaqla avtomobil kirayəsi ilə məşğuldur. 2022-ci ilin noyabr ayında Elçin ona zəng edərək avtomobil almaq istədiyini və bunun üçün 10.000 manat pul lazım olduğunu demişdir. Bundan sonra Elçinin Bakı şəhəri, Xətai rayonu, Vunq Tau 15 ünvanında yerləşən «Şah Klub» çay evinin birinci mərtəbəsində yerləşən ofisində Elçinə 10.000 manat pul vermiş, həmin vaxt orada Qoşqar və Yasin adlı şəxs də olmuş, ofisdə olan zaman qohumu Elçin Qoşqara «Mercedes S-Class» və «Mazeratti» markalı avtomobilləri girovdan çıxarmaq üçün 16.000 manat vermiş, həmin pulun 10.000 manatını Elçin ondan almış və onun iştirakı ilə Qoşqara vermişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, **-SA-*** dövlət qeydiyyat nişanlı, «Hyundai Elentra» markalı, 2013-cü il buraxılışlı, boz metalik rəngli avtomobil ona məxsusdur. Həmin avtomobili 2022-ci ilin noyabr ayının 6-da Bakı şəhərində yerləşən «Badamdar» avtomobil alqı-satqısı bazarından almış, hazırda adını xatırlamadığı şəxslə yuxarıda qeyd etdiyi avtomobili 18.000 manata almağa razılaşmış, həmin avtomobili həmin gün baş etibarnamə ilə alqı-satqı mərkəzində yerləşən notariusda rəsmiləşdirmiş, lakin avtomobili ona satan şəxsin anket məlumatlarını bilməmişdir. Avtomobili satan şəxs özü notariusda ona baş etibarnamə vermiş, bundan sonra 2022-ci ilin dekabr ayında Yevlax rayonunda yerləşən DYPİ-də avtomobili texniki pasportla anası X5 adına rəsmiləşdirmişdir. Həmin avtomobil anasının adına olsa da özünə məxsus olmuşdur. Avtomobilin kim tərəfindən satılması, kimə məxsus olmasını bilməmiş və pulunu verib həmin avtomobili almışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı Vüqarın vasitəsi ilə tanımış və onun da maşın alqı-satqısı ilə məşqul olduğunu bilmiş, 2022-ci ilin iyul ayının sonlarında Təqsirləndirilən şəxs dostunun atasına məxsus 2011-ci il buraxılışlı, ağ rəngli «Mercedes Galenvagen» markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılmasını və nağd satış qiymətinin 30.000 ABŞ dolları olmasını bildirmiş, həmin vaxt maşına baxmış və Qoşqarla idarə etdiyi dostuna məxsus «BMW X-5» markalı avtomobillə «Mercedes Galenvagen» markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobili barter etmək barədə danışıb razılaşmış, hətta «BMW X-5» markalı maşının üstündə Qoşqara 5.000 ABŞ dolları vermiş, sonra «Mercedes İ Galenvagen» markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobili X21 «Meyvəli» adlanan yerdəki idarəsinə getmiş və Qoşqar avtomobilin sahibini çağırmış və avtomobil üzərində sərəncam hüququ verən etibarnamə vermiş, sonradan isə həmin maşını dostu Kənanın adına rəsmiləşdirmiş, sonra Kənan avtomobili götürüb getmiş, həmin avtomobili alarkən və rəsmiləşdirərkən avtomobil sahibi ilə danışığı olmamış və maşının pulunu sahibinə verməmiş, «Mercedes Galenvagen» markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı danışığı konkret olaraq Qoşqarla olmuş, «BMW X-5» markalı avtomobili və 5.000 ABŞ dollarını da şəxsən Qoşqara vermişdir. Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, keçirilmiş üzləşmə zamanı Zərərçəkmiş şəxs5 ifadəsində göstərdiyi xususatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan ““Üzləşdirmə haqqında” protokoldan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xususatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, üzləşmə zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdikləri xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir. Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” prtokoldan görünür ki, üzləşmə zamanı Zərərçəkmiş şəxs6 ifadəsində göstərdiyi xususatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, keçirilmiş üzləşmə zamanı Zərərçəkmiş şəxs7 ifadəsində göstərdiyi xususatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir (maddə 8.0.3). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Həmin Məcəllənin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutetmə məsələlərinə həsr olunmuş XV fəslinin qaydaları da cinayət-prosessual qanunun qeyd olunan ümumi prinsipləri əsasında formulə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən etiraf edilməsə də, onun təqsiri iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə özünü qismən təqsirli bilməsinə dair ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1, 2, 3, 4 və 5ci bəndlərində qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3 ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, X12 ilə Təqsirləndirilən şəxs birgə nikahlarından 05 may 2015-ci il təvəllüdlü X7 və 07 dekabr 2020-ci il təvəllüdlü X8 anadan olmuşdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 06 may 2024-cü il tarixli notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmişdir, onun sonuncuya qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs6 13 sentyabr 2024-cü il tarixli, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 04 oktyabr 2024-cü il tarixli ərizələrindən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncuya qarşı şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs 23 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-57/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, 04 may 2023-cü il tarixdə ibtidai istintaq orqanı tərəfindən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-682/2023 saylı, 21 oktyabr 2023-cü il tarixli qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, 21 yanvar 2024-cü il tarixdə ibtidai istintaq orqanı tərəfindən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 23 yanvar 2023-cü il tarixdən 04 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 11 (on bir) gün müddət, eləcə də, 21 oktyabr 2023-cü il tarixdən 21 yanvar 2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 03 (üç) ay müddət, ümumilikdə, 06 (altı) ay 11 (on bir) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. İş üzrə verilmiş mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 59.500 (əlli doqquz min beş yüz) manat məbləğində pulun və ödədiyi 267 manat məbləğində dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Bundan başqa zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs7 ona dəymiş maddi zərərə görə 17.000 (on yeddi min) manat məbləğində pulun və ödədiyi 141 manat məbləğində dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Həmçinin zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 ona dəymiş 25.000 ABŞ dollarına mütənasib 42.500 AZN (qırx iki min beş yüz manat) maddi zərərin, 217.50 AZN (iki yüz on yeddi manat, əlli qəpik) ödənilmiş dövlət rusumu, 42.717.50 AZN (qırx iki min yeddi yüz on yeddi manat, əlli qəpik) manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Eyni Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Nəcəflinin Azərbaycana qarşı» xx.xx.2012-ci il tarixli qərarında ərizəçinin itirilmiş qazanca görə kompensasiya tələb etməsi ilə bağlı Məhkəmə qeyd etmişdir: «Ədalətli kompensasiya ilə bağlı istənilən tələb konkretləşdirilməli və yazılı şəkildə təqdim edilməlidir. Tələbi təsdiq edən bütün sənədlər və qəbzlər əlavə olunmalıdır. Əks halda Məhkəmə tələbi tam və ya qismən rədd edə bilər». Odur ki, zərər çəkmiş şəxs və mülki iddiaçılar Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs7 mülki iddiası bilavasitə Təqsirləndirilən şəxs verilmiş ittihamla əlaqəli olduğundan və həmin ittiham öz təsdiqini tapdığından mülki iddialar təmin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, mülki iddialar tam təmin edildiyinə görə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs7 tərəfindən məhkəməyə mülki iddia verilərkən dövlət rüsumunun ödənilməsinə xərclənmiş pul vəsaitləri təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və mülki iddiaçıların xeyrinə tutulmalıdır. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 23 yanvar 2023-cü il tarixdən 04 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 11 (on bir) gün müddət və 21 oktyabr 2023-cü il tarixdən 21 yanvar 2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 03 (üç) ay müddət, ümumilikdə 06 (altı) ay 11 (on bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli hökm elan olunduğu 20 iyun 2025-ci il tarixdən, saat 16:00-dan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası olaraq müəyyən edilsin. Zərərçəkmiş şəxs2 mülki iddiası təmin edilsin, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanın əvəzi qismində 59.500 (əlli doqquz min beş yüz) manat, ödənilmiş 267 (iki yüz altmış yeddi) manat dövlət rüsumu ümumilikdə, 59.767 (əlli doqquz min yeddi yüz altmış yeddi) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs2 ödənilsin. Zərərçəkmiş şəxs7 mülki iddiası təmin edilsin, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs7 vurulmuş maddi ziyanın əvəzi qismində 17.000 (on yeddi min) manat, ödənilmiş 141 (yüz qırx bir) manat dövlət rüsumu ümumilikdə, 17.141 (on yeddi min yüz qırx bir) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs7 ödənilsin. Zərərçəkmiş şəxs3 mülki iddiası təmin edilsin, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 vurulmuş maddi ziyanın əvəzi qismində 42.500 AZN (qırx iki min beş yüz) manat, ödənilmiş 217,50 AZN (iki yüz on yeddi manat, əlli qəpik) manat dövlət rüsumu ümumilikdə, 42.717.50 AZN (qırx iki min yeddi yüz on yeddi manat, əlli qəpik) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs3 ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar