Məhkəmə qərarları › İş №1(101)-247/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-247/2021

24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-247/2021 24.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 və ədliyyə müşaviri Dövlət ittihamçısı3, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, "Mərkəz" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar massivində nömrəsiz fərdi yaşayış evində yaşamış, 15 yanvar 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq ayrı-ayrı bağlamalarda və kibrit qutularında miqdarları 5,349 qram, 5,235 qram, 5,327 qram və 3100 qram olmaqla külli miqdarda - cəmi 3115,911 qram narkotik vasitə hesab olunan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana və bir ədəd bağlamada 1070 qram çəkidə narkotik vasitə hesab olunan kustar üsula hazırlanmış heroini əldə etdikdən sonra, 1 ədəd kibrit qutusuna qablaşdırılmış 5,349 qram qurudulmuş marixuananı cibində, iki ədəd kibrit qutularında olan 5,235 qram və 5,327 qram qurudulmuş marixuananı özünə məxsus “Mersedes” markalı **-OL-*** dövlət nömrə nişanlı avtomobilin salonundakı dirsəkaltında olan saxlanc yerində, sintetik torbaya qablaşdırılmış 3100 qram qurudulmuş marixuananı və polietilen bağlamada olan 1070 qram heroini isə avtomobilin yük yerində saxlamaqla Nardaran qəsəbəsi, Bağlar massivinə daşımış, 15 yanvar 2020-ci il tarixdə saat 20:30 radələrində Sabunçu RPİ Cinayət axtarış şöbəsinin və Sabunçu RPİ 42-ci Polis bölməsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanılaraq 42-ci Polis bölməsinə gətirilmiş, orada üzərinə və avtomobilinə baxış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusundə 5,349 qram çəkidə, avtomobilin salonundakı dirsəkaltında olan saxlanc yerindən 2 ədəd kibrit qutularında çəkisi 5,235 və 5,327 qram olan narkotik vasitə qurudulmuş marixuana və həmin avtomobilin arxa yük saxlanc yerindən isə 3100 qram çəkidə selofan torbada qurudulmuş marixuana və 1070 qram çəkidə yapışqan lentə bükülmüş bağlamada narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadəçisidir və çəkmək yolu ilə qurudulmuş marixuana qəbul edir. Hadisə baş verən gün o, Bakıxanov qəsəbəsində “Akkord”un binaları kimi tanınan ərazidə idarə etdiyi “Mersedes” markalı avtomaşında olmuş, dayanacaqda durduğu zaman avtomobilinin izlənildiyini başa düşmüşdür. Sonra onun maşınına mülki geyimli şəxslərin yaxınlaşdığını görmüş, onların düşmənləri olmasından ehtiyat etdiyindən avtomobilini idarə edib uzaqlaşmaq istəmişdir. Bu zaman avtomaşının qarşısına «Pikap» tipli nömrəsinin sonu “777” ilə bitən maşın çıxaraq onun qarşısını kəsməyə cəhd etmişdir. O, çətinliklə maşınını idarə edib sürərkən onu saxlamağa çalışan «Pikap» tipli maşını vurmuş, sürətlə avtomobili idarə edib sürərək Nardaran qəsəbəsi istiqamətində hərəkət etmişdir. Lakin həmin «Pikap» tipli avtomobil də onu təqib etmiş, oradakı dəmir yolunu keçəndən sonra həmin avtomobilin gözdən itdiyini və onu təqib etmədiyini görmüşdür. Həmin vaxt onu tutmaq istəyən şəxslərin polis əməkdaşları olduqlarını başa düşmüşdür. Daha sonra aeroport yoluna çıxaraq maşınını idarə edib yaşadığı Nardaran qəsəbəsi, Bağlar massivində yerləşən evə getmişdir. Həmin vaxt onun üzərində istifadəsi üçün saxladığı bir kibrit qutusu marixuana olmuş, lakin idarə etdiyi maşının salonunda və baqajında heç bir narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs ifadəsinə görə, o, maşını ilə bağ evinə gələrkən qardaşı Şahid7 istifadəsində olan ***-***-**-** telefon nömrəsinə zəng edərək, mülki şəxslərin avtomobillə onun arxasınca düşdüklərini, onları polis əməkdaşlarına oxşatdığını demişdir. Bundan sonra dayısı Şahid8 onun ***-***-**-** mobil nömrəsinə zəng etmiş, o, dayısına bağ evinin dəmir darvazasını açmasını bildirmişdir. Nardarandakı bağ evinə çatdıqda bayır darvazası açıq olmuş, o, avtomobilini həyətə salaraq darvazanı, sonra isə evə keçib qapını arxadan bağlamışdır. Təxminən saat yarım keçdikdən sonra polis əməkdaşları onun yaşadığı bağ evinə gəlmiş, qapını döyərək evə daxil olmağa çalışmışlar. O, bu zaman qardaşı Şahid7 “Whatsapp”da yazaraq polis işçilərinin qapını döydüklərini, dayısı ilə birlikdə qapını açmağı tələb etdiklərini bildirmişdir. Onlar dayısı Hənifəyə «Ağa» deyə müraciət etmişlər. Axşam saat 23 radələrində polis əməkdaşları ona bağ evinin qapısını açdırıb evə daxil olmuşlar, lakin dayısını evin içərisinə buraxmamışlar. O, polislər gələnə qədər cibində olan bir kibrit qutusunda marixuananı evdəki qab-qacaq şkafının gözündə gizlətmiş, polis işçiləri evdən həmin narkotiki tapmışlar. Bundan sonra polis əməkdaşları onun qollarına qandal vurub evdən çıxararaq öz maşınları ilə Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə aparmışlar. Bağın həyətində qalan ona məxsus «Mersedes» avtomaşınını isə sonradan polis əməkdaşları ondan götürdükləri açardan istifadə etməklə özləri bölmənin həyətinə gətirmişlər. Bu zaman o, avtomobildə olmamış, buna görə maşını konkret olaraq kimin idarə etdiyini, yaxud evakuatorla gətirildiyini bilməmişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, Sabunçu RPİ 42-ci Polis Bölməsində polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər edilmiş, polislər göy rəngdə olan dolu bağlamanı və izolentə bükülmüş selofan torbanı ona təqdim edib, baxış zamanı həmin narkotik vasitələrin ondan aşkar edildiyini deməsini tələb etmişlər. O da, polis işçilərinin göstərdikləri təzyiqlərə dözməyərək, həm də həmin vaxt narkotikin təsiri altında olduğundan, videoçəkiliş aparılarkən qeyd edilən narkotik vasitələrin özünə məxsus olmasını və maşında gəzdirərək saxlamasını bildirmişdir. Bununla bağlı təqdim olunmuş sənədlərə də imza etmişdir. Əslində isə onun avtomaşınına qoyulmuş narkotik vasitələrdən məlumatı olmamış, polis əməkdaşlarının təzyiqi altında sənədlərə imza etmiş və videoçəkiliş zamanı onların diqtəsi altında izahat vermişdir. Onda yalnız bir kibrit qutusu qurudulmuş marixuana olmuşdur. Hətta ilk dəfə təhqiqatçıya izahat verərkən də, o, izahatında ondan heroin aşkar olunduğu barədə heç nə göstərməmişdir. İzahatın məzmununu ona təhqiqatçı demiş, o da, təhqiqatçının sözlərinə əsasən izahatı yazmışdır. Sonradan müstəntiq ona təzyiqlər göstərərək ifadəni yazıb ona imza etdirmişdir. Bağ evindən polis işçiləri onu Sabunçu RPİ 42-ci Polis Bölməsinə gətirmişlər, polisə gətirildikdən sonra onu heç kim bağ evinə aparmamış və orada axtarış aparılmamışdır. Bağ evində axtarışı polis əməkdaşları onu tutmağa gələrkən aparmış, onun iradəsinin ziddinə evə zorla daxil olmuşlar və axtarış aparmışlar. Onun üstündə və avtomobilində heç bir narkotik vasitə olmamışdır. Əlyazma şəklində olan izahatını təzyiq altında və təhqiqatçının diqtəsi ilə yazmışdır. Videoçəkiliş aparılmazdan əvvəl polis əməkdaşları ona təzyiq göstərmiş, onların dedikləri narkotik vasitələri boynuna almasa, vəziyyətinin daha ağır olacağını, onun başına oyun açacaqlarını bildirmişlər. 15 yanvar 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulan zaman və polis bölməsində saxlanılarkən o, vəkil görməmiş, ona heç bir vəkil təqdim edilməmiş, vəkili ilk dəfə o, Sabunçu rayon Məhkəməsində ona sanksiya verilərkən məhkəmə zalında görmüşdür. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri, həmçinin əlyazma şəklində olan izahatı elan və tədqiq olundu. Təqsirləndirilən şəxs 25 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, bir neçə ay olar ki, narkotik maddə olan qurudulmuş marixuana qəbul edir və sonuncu dəfə 15 yanvar 2020-ci il tarixdə qəbul etmək üçün yaşadığı evdə narkotik maddə qurudulmuş marixuana saxlamışdır. 15.01.2020-ci il tarixdə təxminən saat 20:30 radələrində özünə məxsus olan “Mersedes” markalı **-OL-*** dövlət nömrə nişanlı avtomobil ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində “Akkord”un binalarının qarşısından keçərkən izlənildiyini başa düşmüş və düşmənlərinin olmasından ehtiyat etdiyindən avtomobilini bir qədər sürətlə idarə edərək oradan uzaqlaşmaq istədikdə, avtomobilinin qarşısına “Toyota-pikap” markalı dövlət nömrəsinin sonu “777” olan avtomobil çıxıb onun avtomobilini sıxaraq dayandıqda, o, tutulmamaq üçün avtomobili idarə edib həmin “Toyota” markalı avtomobili arxadan və sol yan hissədən vurub sürətlə Nardaran qəsəbəsi istiqamətində idarə etməyə başlamışdır. Lakin həmin “Toyota” markalı avtomobil də onu təqib etməyə davam etmişdir. O, yaşadığı Nardaran qəsəbəsi, Bağlar massivində yaşadığı məhləyə gəlmişdir. Saat təxminən 21-00 radələrində evdə olarkən polis əməkdaşları onun yaşadığı evə gəlib ona qarşı zor tətbiq etməklə evdən Sabunçu RPİ-nin 42-ci PB-nə aparmışlar. Həmin vaxt evdə dayısı Şahid8 də olmuşdur və o, onu evin içərisindən aparılmasını görmüş, onu polis əməkdaşları evə buraxmamışlar. Polis əməkdaşları onun evində axtarış aparmışlar, axtarış aparan polis əməkdaşları evdə qab-qacaq şkafının gözündən tanımadığı şəxsdən aldığı kibrit qutusunda olan marixuana aşkar etmişlər. Bundan sonra polis əməkdaşları göy rəngdə olan dolu və izolentə bükülmüş selofan torbanı ona təqdim edib bildirmişlər ki, baxış zamanı bunu ondan aşkar etmələrini qeyd edəcəklər. Bundan sonra onu 42-ci Polis Bölməsinə gətirib, təzyiq göstərərək qeyd edilən selofan torbanın onun özünə məxsus olmasını və maşında gəzdirərək saxlamasını təzyiq altında bildirmiş, bununla bağlı təqdim olunmuş sənədlərə imza etmiş və polis əməkdaşları tərəfindən videoçəkiliş zamanı üzərindən və idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olmasını təzyiq altında bildirmişdir. Polis əməkdaşları yalnız onun evindən şkafın gözündən içərisində qurudulmuş marixuana olan kibrit qutusu tapmışlar, digər ondan və avtomaşından aşkar olunmuş narkotik vasitələr ona məxsus deyildir və həmin narkotik vasitələr ona məxsus olmadığından onun əl-barmaq izləri onların üzərində ola bilməz. Onun avtomaşınında aşkar edilmiş narkotik vasitələrdən məlumatı yoxdur və ona aidiyyəti olmamışdır. O, polis əməkdaşlarının təzyiqi altında sənədlərə və videoçəkiliş zamanı onların diqtəsi ilə ifadə vermişdir. Onda yalnız bir kibrit qutusunda qurudulmuş marixuana olmuşdur, yerdə qalan narkotiklər ona məxsus olmamışdır. Bununla yanaşı, cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs əlyazma şəklində verdiyi izahatda və iş üzrə ifadələrində bildirmişdir ki, 2012-ci ildə narkotik vasitə istifadə edib üzərində daşıdığına görə cinayət məsuliyyətinə cəlb edilmişdir. 15.01.2020-ci il tarixdə təxminən saat 20:30 radələrində özünə məxsus olan “Mersedes” markalı **-OL-*** dövlət nömrə nişanlı avtomobillə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində “Akkord”un binalarının qarşısından keçərkən izlənildiyini başa düşmüş və polis əməkdaşları olmasından ehtiyat etdiyindən avtomobilini bir qədər sürətlə idarə edərək oradan uzaqlaşmaq istədikdə, avtomobilinin qarşısına “Toyota-pikap” markalı dövlət nömrəsinin sonu “777” olan avtomobil çıxıb onun avtomobilini sıxaraq dayandıqda, o, tutulmamaq üçün avtomobilini idarə edib həmin “Toyota” markalı avtomobili arxadan və sol yan hissədən vurub sürətlə Nardaran qəsəbəsi istiqamətdə idarə etməyə başlamışdır. Lakin həmin “Toyota” markalı avtomobil onu təqib etməyə davam etmişdir. O, yaşadığı Nardaran qəsəbəsi, Bağlar massivində yaşadığı məhləyə girəcəkdə saxlayaraq daha qaçmaqdan vaz keçmiş və artıq hər bir şeyin polis əməkdaşlarına məlum olmasını bilərək qərara gəlmişdir ki, təslim olsun. Belə ki, onun avtomobilində dirsəkaltında, arxa baqaj yerində, həmçinin üzərində şəxsi istifadə üçün əldə etdiyi narkotik vasitə olan heroin və qurudulmuş marixuana olmuşdur. Beləliklə, orada onu təqib edən mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək 42-ci PB-nin və CAŞ-nin əməkdaşları olmalarını bildirmişlər və onun natkorik vasitə saxlama, daşınma və satmaqda şübhəli olmasını izah edərək, onu Sabunçu RPİ-nin 42-ci PB-nə gətirmişlər. Orada hüquqları izah edildikdən sonra xidməti otaqlardan birində videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan sibindən 1 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana, daha sonra isə idarə etdiyi “Mersedes” markalı **-OL-*** dövlət nömrə nişanlı avtomobilinə baxış zamanı avtomobilin salonundakı dirsəkaltından iki ədəd kibrit qutusunda qurudulmuş marixuana, avtomobilin arxa yük-saxlanc yerindən isə selofan torpaya bükülmüş vəziyyətdə təxminən 3 kiloqram çəkidə qurudulmuş marixuana və yapışqan lentə bükülmüş təxminən 1 kiloqram çəkidə heroin aşkar edilərək götürülmüş və sənədləşdirilmişdir, o da, tərtib olunan sənədləri öz imzası ilə təsdiq etmişdir. O, həmin aşkar edilmiş narkotik vasitələri əvvəllər tanıdığı, hazırda isə münasibəti olmayan Sədail Mövlanov tərəfindən bir il əvvəl pay verilməsini və həmin narkotik vasitələri idarə etdiyi avtomobildə saxlayıb daşıdığını bildirmişdir (cild 1, iş vərəqi 38, 93-95, 261-265). Ziddiyyətlərlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs müqavilə əsasında müdafiəçisi Müdafiəçi iştirakı ilə verdiyi 25 iyul 2020-ci il tarixli ifadəsini təsdiq etdiyini, digər izahat və ifadələri polis əməkdaşları tərəfindən göstərilmiş təzyiqlər nəticəsində verdiyini, ondan əlyazma şəklində alınmış izahatında heroin barədə heç nə yazılmadığını, işini aparan birinci müstəntiqin də ona qarşı qərəzli münasibət göstərdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ Cinayət-axtarış şöbəsinin kiçik inspektoru Şahid2 ifadəsində göstərdi ki, 15 yanvar 2020-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ziya adlı şəxsin saxlanılması ilə bağlı keçirilən əməliyyat tədbirində baş əməliyyat müvəkkili Şahid1 və digər polis əməkdaşları ilə birlikdə o da, iştirak etmişdir. Bakıxanov qəsəbəsində «Akkord»un binalarının yanında Şahid1 və Şahid2, həmçinin Sabunçu RPİ 42-ci Polis Bölməsinin əməliyyatçıları ilə birlikdə şübhəli şəxsin idarə etdiyi «Mersedes» markalı avtomobili saxlamaq istəmişlər. Bu zaman «Mersedes»in sürücüsü Sabunçu RPİ Cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid6 idarə etdiyi «Pikap» tipli maşını vurub oradan qaçmışdır. Sonradan həmin şəxsi Nardaranda bağ evində tutmuşlar. Belə ki, adını sonradan bildiyi Ziya adlı şəxs onların təqibindən yayınıb maşınını Nardaran bağları istiqaməində sürüb getmişdir. Onlar da baş verənlər barədə rəhbərliyə məruzə etdikdən sonra əməliyyat tədbirini davam etdirərək Ziyanı tutmaq üçün maşınlarla Nardarana getmişlər. Ziya onlardan yayındıqdan sonra bağ evinə getmiş və gizlənmişdir. Onlar həyətə girib qapını döydükdən sonra Ziya qapını açmış və onu tutub 42-ci Polis bölməsinə aparmışlar. Həmin vaxt Ziaynın «Mersedes» markalı avtomobilini də bölməyə gətirmişlər. Sonradan polis bölməsində Ziyanın üstünə və avtomobilinə baxış keçirilərkən narkotik vasitələr aşkar edilmişdir. Verilən sualları cavablandıran Şahid2 bildirdi ki, onlar iki maşınla təqsirləndirilən şəxsi təqib etmişlər. O, Şahid1 və Şahid3 bir maşında, 42-ci Polis bölməsinin əməkdaşları isə başqa bir maşında olmuşlar. İdarədən onlar Şahid1 maşını ilə gəlmişlər, lakin həmin maşının markasını xatırlamır. Şahid6 də əməliyyat tədbirində iştirak etmiş, Bəxtiyar da gələndən sonra maşınların sayı 3 olmuşdur, birini Bəxtiyar, ikincisini Anar, üçüncü maşını isə 42-ci Polis Bölməsinin əməkdaşı idarə etmişdir. Anar öz maşınını Ziyanın idarə etdiyi maşının qabağında saxlayanda, sonuncu, maşını vuraraq oradan uzaqlaşmışdır. Onlar rəhbərliyin tapşırığı ilə Ziyanın dalınca Nardaran bağları istiqamətinə getmişlər. Sonradan Ziyanın yaşadığı evin qapısını döyəndə, sonuncu, qapını açmış və Ziyanı 42-ci bölməyə dəvət etmişlər. Bölməyə Ziya öz maşını ilə gəlmişdir. Həmin vaxt 42-ci polis bölməsinin əməkdaşları bölməyə qədər Ziyanın maşınında oturmuşlar. Nardarana gedəndə o, şöbənin maşını olan AP seriyalı “Kia Sportec» maşınında olmuş, həmin maşını Şahid3 idarə etmişdir. Sonradan gələn polis maşınının oraya nə qədər vaxta gəldiyini xatırlamır. Bölmədə birinci olaraq Ziyanın üzərinə baxış keçirilmiş, həmin vaxt onun cibindən bir kibrit qutusu marixuana aşkar olunmuşdur. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmədə Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Həmin ifadəsində şahid göstərmişdir ki, 15.01.2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nardaran qəsəbəsi, Bağlar massivində yaşayan “Ziya” adlı şəxsin narkotik vasitələrdən istifadə etməsi və qeyri-qanuni dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında RPİ-nin CAŞ-nin və 42-ci PB-nin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat tədbiri zamanı o da, əməliyyat qrupunun tərkibində olmuşdur. Əməliyyat qrupunun rəhbəri CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 olmuş və onun çağırışına əsasən CAŞnin əməliyyat müvəkkili Şahid6 öz Toyota-hilux” markalı **-BF-*** dövlət nömrəli avtomobili ilə Bakıxanov qəsəbəsində “Akkord” binalarının yanına gəlmişdir. Əməliyyyat qrupunun tərkibində olan o, qrup rəhbəri Şahid1, CAŞ-nin kiçik inspektoru Şahid3 Şahid6 avtomobilinə əyləşmişlər ki, şübhəli şəxs avtomobillə olduğundan onun qarşısını kəsib saxlasınlar. Həmin vaxt şübhəli şəxs “Mersedes” markalı ağ rəngli **-OL-*** dövlət nömrə nişanlı avtomobildə müəyyən edildikdən sonra Şahid6 idarə etdiyi “Toyota-hilux” markalı **-BF-*** dövlət nömrəli avtomobillə həmin avtomobilin qarşısını kəsib dayanarkən, həmin şəxs öz avtomobilini idarə edib onların olduqları avtomobilin arxa hissəsindən və sol yan hissəsindən vuraraq qaçıb uzaqlaşdıqda, Anar öz avtomobili ilə təqibə davam edərək Sabunçu rayonu, Nardaran qəsəbəsinə qədər onlarla birgə həmin sonradan adının Təqsirləndirilən şəxs olmasını bildiyi şübhəli şəxsi izləyərək əməliyyat qrupunun digər üzvləri Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşları ilə birlikdə Nardaran qəsəbəsi bağlar massivində həmin şəxsin tərəflərindən saxlanılmasına nail olduqdan sonra, Şahid6 avtomobili əzildiyi üçün o, əməliyyat tədbirinin davamında iştirak edə bilməmiş və öz avtomobilini duracağa qoymaq üçün sürüb getmişdir. Onlar isə həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olmalarını bildirmiş və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını izah etdikdən sonra üzərinə baxış keçirilməsi üçün 42-ci PB-nə özünün idarə etdiyi “Mersedes” markalı ağ rəngli **-OL-*** dövlət nömrə nişanlı avtomobillə aparmışlar. Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə videoçəkilişlə baxış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunda, idarə etdiyi “Mersedes” markalı **-OL-*** dövlət nömrə nişanlı avtomobilin salonundakı dirsəkaltı saxlanc yerindən 2 ədəd kibrit qutularında narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə və həmin avtomobilin arxa yük-saxlanc yerindən təxminən 3 kiloqram çəkidə selofan torbada qurudulmuş marixuanaya bənzər maddə və təxminən 1 kiloqram narkotik vasitə olan heroinə bənzər maddə yapışqan lentə bükülmüş bağlamada aşkar edilərək götürülmüş və sənədləşdirilmişdir. Tərtib edilmiş sənədləri o və iştirakçılar öz imzaları ilə təsdiq etmişlər. Tərəflərindən sorğu-sual zamanı saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kibrit qutularında və bağlamalarda olan maddələrin narkotik vasitə olan heroin və qurudulmuş marixuana olmasını və 1 il əvvəl tanışı Sədail Mövlanov tərəfindən ona pay verildiyini, şəxsi istifadəsi üçün avtomobilində və üzərində daşıdığını bildirmişdir. İfadələr arasındakı ziddiyyətlərlə bağlı suallara cavabında Şahid2 hadisənin üstündən xeyli vaxt keçdiyinə görə bəzi şeyləri unutduğunu, özünün Nardaran qəsəbəsinə Şahid6 maşınında deyil, Şahid3 maşınında getdiyini, Ziya təqibdən yayındıqdan təxminən yarım və ya bir saat sonra Nardaran qəsəbəsində onu saxlayıb 42-ci Polis bölməsinə apardıqlarını, Ziyanın üzərinə baxış keçirərkən vəkilin iştirak etmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ Cinayət-axtarış şöbəsinin kiçik inspektoru Şahid3 ifadəsində göstərdi ki, dəqiq tarixi xatırlamadığı gün o, Ziya adlı şəxsin müəyyən edilib saxlanılması ilə bağlı əməliyyat tədbirində baş əməliyyat müvəkkili Şahid1 və digər polis əməkdaşları ilə birlikdə iştirak etmişdir. Həmin gün Bakıxanov qəsəbəsində «Akkord»un binaları kimi tanınan əraziyə yaxın yerdə Şahid1, Şahid3, Şahid6 və Sabunçu RPİ 42ci Polis bölməsinin əməliyyatçıları ilə birgə Ziya adlı şəxsin idarə etdiyi «Mersedes» markalı avtomobili saxlamaq istəmişlər. Bu zaman Ziya idarə etdiyi maşınla əməliyyat müvəkkili Şahid6 «Pikap» tipli avtomobilini vurub qaçmışdır. Sonradan onlar Ziyanı Nardaran bağlar massivində bağ evində tutmuş, həmin vaxt Ziyanın «Mersedes» markalı maşını həyətdə olmuşdur. Onlar Ziyanı saxlayarkən həyətdə Ziyanın qohumu olan qoca kişi də olmuşdur. Onlar Ziyanı oradan 42-ci Polis bölməsinə gətirmiş, lakin Ziyanın avtomobilinin polisə kim tərəfindən gətirilməsini xatırlamır. Polis bölməsində Ziyanın üstündən və avtomobilindən narkotik vasitələr aşkar edilmişdir. Verilən sualları cavablandıran Şahid3 onların iki maşınla Ziyanın dalınca Nardaran qəsəbəsinə getdiklərini, onunla bir maşında Şahid1 və Şahid2, digər maşında isə 42-ci Polis bölməsinin əməkdaşları olduqlarını, Şahid6 maşını əzildiyinə görə həmin yerdən geri qayıtdığını, Ziyanın Nardarandakı evinin həyət evi olduğunu, həyət darvazasının boz rəngli olduğunu, həyət qapısını özlərinin döydüklərini, sonra Ziyanın gəlib qapını açdığını, özlərini ona təqdim edərək bölməyə apardıqlarını, Ziyagilin həyətinə evakuator çağırılmadığını, onun avtomobilinin bölməyə aparıldığını, lakin necə apardıldığını xatırlamadığını, həmin vaxt həyətdə Ziyanın qohumu olan qoca bir kişinin də olduğunu, Ziyanın onun idarə etdiyi “Kia Sportec» markalı maşın, yaxud 42-ci Polis bölməsinin “Doblo» tipli maşınından hansı ilə bölməyə aparıldığını dəqiq xatırlamadığını bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmədə şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Həmin ifadəsində Şahid3 Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması ilə əlaqədar keçirilmiş əməliyyat tədbirində iştirak etdiyini bildirərək, əməliyyat qrupunun digər üzvü Şahid2 cinayət işinin cild 1, iş vərəqi 212-214-də olan ifadəsi ilə eynilik təşkil edən ifadə vermişdir (cild 1, iş vərəqi 75-77). Hazırkı cinayət işi üzrə yaradılmış əməliyyat qrupunun rəhbəri - Sabunçu RPİ CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasına çağırılıb dindirilməsi ilə əlaqədar bütün tədbirlər görülməsinə baxmayaraq, onun məhkəmədə iştirakının təmin edilməsi mümkün olmamış, çoxsaylı sorğulardan sonra Sabunçu rayon Polis idarəsi rəisinin imzası ilə məhkəməyə 06.11.2020-ci il tarixli 9-073-34958 saylı məktub daxil olmuşdur. Həmin məktubun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Sabunçu RPİ Cinayət-Axtarış şöbəsinin baş əməliyyat müvəkkili Abbasov X2 rayon Polis şöbəsinə ezam olunduğundan onun məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmamışdır. Bununla əlaqədar, proses iştirakçılarının fikirləri dinlənilməklə, həmin şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məhkəmədə elan və tədqiq olunması qərara alınmışdır. Şahid1 istintaq orqanına verdiyi ifadəsində 15.01.2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar massivində yaşayan “Ziya” adlı şəxsin narkotik vasitələrdən istifadə etməsi və qeyri-qanuni dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında RPİ-nin CAŞ-nin və 42-ci PB-nin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat tədbiri zamanı əməliyyat qrupunun rəhbəri qismində iştirak etdiyini bildirərək, əməliyyat qrupunun üzvləri Şahid2 cinayət işinin cild 1, iş vərəqi 212-214də olan və Şahid3 cinayət işinin cild 1, iş vərəqi 75-77-də olan ifadələrində qeyd olunanlarla eynilik təşkil edən ifadə vermişdir (cild 1, iş vərəqi 71-74). Məhkəmə iclasında şahid qismində dindirilən Sabunçu RPİ 42-ci Polis bölməsinin əməkdaşı Şahid4 ifadəsində bildirdi ki, Sabunçu RPİ-yə Ziya adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, o da, həmin ərazinin əməliyyat müvəkkili kimi yaradılmış əməliyyat qrupunun tərkibinə daxil edilmişdir. Onlar adını sonradan bildiyi Təqsirləndirilən şəxs evinin qarşısında saxlamışlar. Bu zaman Ziya maşının içində olmuşdur. Həmin vaxt nəqliyyat vasitəsini kimin idarə etdiyini xatırlamır. O, təqsirləndirilən şəxsin bağ evində axtarış keçirilərkən orada iştirak etməmişdir. Verilən sualları cavablandıran Şahid4 bildirdi ki, saxlanılan vaxtı təqsirləndirilən şəxsə qarşı onlar tərəfindən heç bir təzyiq və təsir edilməmiş, tədbir keçiriləndən sonra protokol tərtib olunmuş, həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Ziyanı saxlayandan sonra polis əməkdaşları maşını idarəyə gətirmiş, həmin vaxt Ziyanın maşınını kimin sürüb idarəyə gətirdiyini xatırlamır. Onlar idarəyə öz maşınları ilə gəlmiş, Ziyanı saxlayanda oraya yaxınlaşan şəxslərin içərisində saxlanılan şəxsin qohumlarının olub- olmadığını bilmir. Ziya bölməyə gətirildikdən sonra üzərinə baxış keçirilmiş və cibindən narkotik vasitə aşkar olunmuşdur. Baxış keçiriləndə vəkilin iştirak edibetməməsini o, dəqiq xatırlamır. İdarənin həyətinə gələndən sonra Ziyanın maşınının qapısını bağlayıb-bağlamadığı yadında qalmamışdır. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmədə Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində şahid göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması əməllərinin ifşa edilmə tədbirində o da, iştirak etmişdir. Belə ki, o, Sabuncu RPİ-nin CAŞ-nin və 42-ci PB-nin əməkdaşları ilə birgə 15 yanvar 2020-ci il tarixdə saat 21-00 radələrində əməliyyat-axtarış tədbiri keçirərkən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi bağlar massivində qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşımasında şübhəli olan Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq Sabunçu RPİ-nin 42-ci polis bölməsinə gətirilmişdir. Polis bölməsinə tərəflərindən qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində spesifik iyə malik ot kütləsi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin ot kütləsi marixuanadır və onu təxminən bir il bundan əvvəl Nardaran qəsəbə sakini Sədayıl adlı şəxsdən özünün istifadəsi üçün əldə etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı ** OL *** dövlət nömrə nişanlı avtomobildə narkotik vasitələrin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə onların iştirakı ilə götürülərək qablaşdırılmaqla möhürlənmişdir. Bütün bunlar barədə protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokola o və baxışda iştirak etmiş Təqsirləndirilən şəxs da etiraz etmədən imza etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı ** OL *** dövlət nömrə nişanlı avtomobilə Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakı ilə təhqiqatçı tərəfindən videoçəkiliş aparılmaqla PB-nin həyətində baxış keçirilmişdir. Baxış zamanı avtomobilin dirsək altında olan saxlanc yerindən 2 ədəd ayrı-ayrılıqda kibrit qutusunda içərisində spesifik iyə malik ot kütləsi və avtomobilin baqaj yerindən 2 ədəd ayrıayrılıqda selofana bükülmüş maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs 2 ədəd kibrit qutularının və 1 ədəd selofana bükülmüş torbanın içərisində narkotik maddə marixuananın olmasını, digər selofan bağlamada isə narkotik maddə heroin olmasını olmasını bildirmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin özünə məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunmuş maddə onların iştirakı ilə götürülərək qablaşdırılmaqla möhürlənmişdir. Bütün bunlar barədə protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokola o və baxışda iştirak etmiş Təqsirləndirilən şəxs da etiraz etmədən imza etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilmiş və oradan hər hansı bir qanunsuz əşya və predmet aşkar olunmamışdır (cild 1, iş vərəqi 194-196). İfadələri arasındakı ziddiyyətlərlə bağlı suallara cavabında Şahid4 hadisələrin üstündən xeyli müddət keçdiyinə görə bəzi şeyləri xatırlamadığını, iştirak etdiyi əməliyyat tədbiri barədə istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Sabunçu RPİ 42-ci Polis bölməsinin əməkdaşı Şahid5 ifadəsində bildirdi ki, Sabunçu RPİ-yə Ziya adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatla bağlı əməliyyat qrupu yaradılmış, o da, həmin əməliyyat qrupunun tərkibində olmuşdur. Onlar Nardaran qəsəbəsində bağ evlərindən birində adını sonradan bildiyi Təqsirləndirilən şəxs saxlamış, daha sonra onu idarəyə gətirərək üzərinə baxış keçirmişlər. Baxış zamanı Ziyanın üzərində nrakotik vasitə marixuana, maşından isə həm marixuana, həm də heroin aşkar olunmuşdur. İlkin söhbət zamanı Ziya narkotik vasitənin özünə məxsus olduğunu və öz istifadəsi üçün aldığını bildirmişdir. Proses iştirakçılarının sualları cavablandıran Şahid5 istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Ziya saxlanılan vaxt ona qarşı heç bir təsir və təzyiq olunmadığını, əməliyyat məlumatının şəxsin saxlanıldığı gün daxil olduğunu, lakin konkret olaraq məlumatın hansı əməkdaşa daxil olduğunu xatırlamadığını, Ziya saxlanılarkən maşınla hadisə yerindən qaçdığını, sonradan onların Ziyanın dalınca getdiklərini, Ziyanın maşınını kimin sürüb bölməyə gətirdiyini dəqiq bilmədiyini, Ziyanı yaşadığı bağın qabağında saxladıqlarını, sonra bölməyə gəldiklərini, bölmədə Ziyanın əvvəlcə üstünə, sonra maşına baxış keçirildiyini, əynindəki qara gödəkcənin sağ yan cibindən marixuana, maşından isə salonda dirsək qoyulan yerdən iki büküm marixuana, maşının yük yerindən isə böyük bağlamada narkotik vasitə marixuana, bir büküm də heroin aşkar olunduğunu bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmədə Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən, onun da Sabunçu RPİ 42-ci Polis bölməsinin əməkdaşı Şahid4 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 191-193). Ziddiyyətlərlə bağlı suallara cavabında Şahid5 bu tip tədbirlər tez-tez keçirildiyinə görə bəzi xırdalıqları unutduğunu, istintaqdakı ifadəsində nə yazılıbsa, onları təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında əlavə şahid qismində dindirilən Sabunçu RPİ Cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid6 bildirdi ki, təqsirləndirilən şəxsin müəyyən edilib saxlanılması ilə bağlı əmilyyat tədbirində o da, iştirak etmişdir. Baxmayaraq ki, yaradılmış əməliyyat qrupunun üzvü olmamış, bununla belə, rəhbərliyin göstərişi ilə Ziya adlı şəxsi saxlamaq üçün Bakıxanov qəsəbəsinə getmişdir. O, əməliyyat qrupunun üzvləri ilə birlikdə Ziyanın idarə etdiyi avtomaşını saxlamaq istəmiş, bunun üçün özünün idarə etdiyi “Pikap” tipli avtomobilli Ziyanın idarə etdiyi “Mersedes” markalı avtomoblinin qarşısında saxlamış, lakin Ziya onun maşınını vuraraq hadisə yerindən uzaqlaşmışdır. Həmin hadisə Bakıxanov qəsəbəsində stansiyada mağazaların yanında təxminən axşam saatlarında baş vermişdir. Onun maşınını vurub əzdikdən sonra Ziya idarə etdiyi maşınla Heydər Əliyev prospektinə çıxmış və üzü aeroport istiqamətinə sürüb getmişdir. Tədbir zamanı başqa əməliyyatçılar da iştirak etmiş, lakin qrup rəhbəri Şahid1 maşında onun yanında olmuşdur. Onun maşınından başqa, Kənan adlı bir əməkdaşın da maşını olmuş, lakin həmin maşında hansı əməliyyatçıların olduğunu dəqiq xatırlamır. Ziya onun maşınını əzib hadisə yerindən uzaqlaşandan sonra o, öz maşını ilə Ziyanı “Akkord»un binalarının yanına qədər təqib etmişdir. O, həmin maşını təqib edərkən tək olmuş, Bəxtiyar siqaret dükanının yanında maşından düşdüyünə görə o, Bəxtiyarı həmin yerdə qoyub Ziyanın arxasınca getmişdir. Lakin o, Nardarana getməmiş, Ziyanın idarə etdiyi maşına çata bilməyəcəyini görüb “Akkord” un binalarının yanından idarəyə qayıtmışdır. Sonradan eşitmişdir ki, əməliyyat məlumatı əsasında həmin şəxs müəyyən olunub 42ci Polis bölməsinə gətirilmiş, üzərindən və idarə etdiyi avtomaşından külli miqdarda narkotik vasitələr aşkar olunmuşdur. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmədə Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində şahid göstərmişdir ki, 15.01.2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar massivində yaşayan “Ziya” adlı şəxsin narkotik vasitələrdən istifadə etməsi və qeyri-qanuni dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında RPİ-nin CAŞ-nin və 42-ci PB-nin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat tədbiri zamanı Şahid1 əməliyyat qrupunun rəhbəri qismində olduğundan onun avtomobili olduğu üçün onu Sabunçu rayonu, Bakıxanov qəsəbəsində “Akkord” binalarının yanına çağırmış və 5 dəqiqə ərzində o, özünü “Toyota-hilux” markalı **-BF-*** dövlət nömrəli avtomobili ilə oraya çatdırmışdır. Əməliyyyat qrupunun tərkibində olan CAŞ-nin kiçik inspektorları Şahid3, Şahid2 və Şahid1 onun avtomobilinə əyləşmişlər ki, şübhəli şəxs avtomobillə olduğundan onun qarşısını kəsib saxlasınlar. Həmin vaxt şübhəli şəxs “Mersedes” markalı ağ rəngli **-OL-*** dövlət nömrə nişanlı avtomobildə müəyyən edildikdən sonra idarə etdiyi “Toyota-hilux” markalı **-BF-*** dövlət nömrəli avtomobillə həmin avtomobilin qarşısını kəsib dayanarkən həmin şəxs öz avtomobilini idarə edib onun avtomobilinin arxa hissəsindən və sol yan hissəsindən vuraraq qaçıb uzaqlaşdıqda, o, avtomobili ilə təqibə davam edərək Sabunçu rayonu, Nardaran qəsəbəsinə qədər onlarla birgə həmin sonradan adının Təqsirləndirilən şəxs olmasını bildiyi şübhəli şəxsi izləyərək əməliyyat qrupunun digər üzvləri Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşları ilə birlikdə Nardaran qəsəbəsi bağlar massivində həmin şəxs tərəflərindən saxlanılmasına nail olduqdan sonra, onun avtomobili əzildiyi üçün o, əməliyyat tədbirinin davamında iştirak edə bilməmiş və öz avtomobilini duracağa qoymaq üçün sürüb getmişdir. Baş vermiş hadisə ilə avtomobilinə yetirilmiş ziyanla bağlı şikayəti və tələbi yoxdur (cild 1, iş vərəqi 78- 79). İfadələri arasındakı ziddiyyətlərlə bağlı suallara cavabında Şahid6 hadisəni tam xatırlamadığını və istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, əməliyyat tədbiri ilə bağlı nə xatırlayırsa, onların hamısını danışdığını, təqsirləndirilən şəxsi ola bilsin ki, yaşadığı evin içində saxladıqlarını, yəqin ki, özünün də evin həyətinə girdiyini, Ziyanın maşınının bölməyə necə aparıldığını bilmədiyini qeyd etdi. Məhkəmə iclasında əlavə şahid qismində dindirilən Şahid7 Hacıağa oğlu ifadəsində göstərdi ki, hadisə baş verən gün o, şəhərdə olmuş, axşam saat 21 radələrində qardaşı Ziya ona zəng vuraraq polis işçilərinin onu saxlamaq istədiklərini, onun isə polislərdən qaçaraq maşınla yol getdiyini bildirmişdir. Bundan sonra o, dayısı Hənifəyə zəng vuraraq xəbər vermiş, Ziyanın bağa gəldiyini, qapını açmasını demişdir. Bundan bir müddət keçmiş o, dayısına zəng etmiş, sonuncu, Ziyanın gəldiyini və maşını həyətə saldığını, özünün də evə girdiyini bildirmişdir. Sonradan qardaşı Ziya ona “votsapla» yazaraq, polislərin qapını sındırdığını, nə etmək lazım olduğunu bilmədiyini söyləmiş, o da, polis işçiləri üçün qapını açmaq lazım olduğunu demişdir. Daha sonra o, dayısı Ağaya yenidən zəng etmiş, dayısı özünün də həyət qapısının qabağında olduğunu, qapını döydüyünü, lakin Ziyanın qapını açmadığını bildirmişdir. Sonra o, Ağahəsən adlı digər dayısına zəng etmiş, təxminən saat 10-nun yarısında onu götürmüş və birlikdə bağa getmişlər. Bağa çatdıqda 15-20 nəfər polis əməkdaşının polis maşınları ilə orada olduğunu görmüş, polislər onları həyətə buraxmamışlar. Həmin vaxt o, evin içərisində də polislərin olduğunu müşahidə etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilən Şahid9 Şahid7 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında əlavə şahid qismində dindirilən Şahid8 ifadəsində göstərdi ki, hadisə baş verən gün o, evdə olmuş, bu zaman bacısı oğlu Murad ona zəng vuraraq, qardaşı Ziyanın zəng etdiyini, lakin onun telefonu götürmədiyini bildirmiş, bundan sonra onun özü Ziyaya zəng etmişdir. Ziya bağa gəldiyini bildirərək, həyət qapısını açmağı xahiş etmişdir. O, qapını açmış, Ziya bir qədər sonra maşınla gəlmişdir. Həmin vaxt maşının ya sağ, ya da sol qanadı əzilmiş vəziyyətdə olmuş, o, maşının nəyə görə əzildiyini soruşanda, Ziya onun dalınca polislərin düşdüyünü, buna görə onların maşınını vurub qaçdığını bildirmişdir. O, Ziyadan nə etdiyini soruşduqda, bacısı oğlu heç bir şey etmədiyini demişdir. Ziya maşını həyətə saldıqdan sonra o, yaxınlıqda olan öz evinə getmişdir. Saat təxminən 21 radələrində onlara toyuq almaq üçün gəlməli olan şəxsi qarşılamaq üçün küçəyə çıxmış, həmin vaxt küçədə çoxlu sayda polis maşınlarının və əməkdaşlarının olduğunu görmüşdür. O, Ziyanın evinə yaxınlaşanda polis əməkdaşlarının onların evinin qapıpəncərəsini bərkdən döydüklərini görmüş, nə baş verdiyini öyrəndikdə, polis işçiləri qapının açarının olub-olmamasını soruşmuşlar. O, qapının açarının özündə olduğunu bildirdikdə, bir nəfər polis işçisi ilə yenidən evə qayıtmış, Ziyagilin evinin açarını götürmüş və qapını çöldən açmaq istəmişdir. Lakin qapı açılmamış, bilmişdir ki, Ziya içəridən qapıya açar salmış və bağlamışdır. Sonra o, Ziyaya zəng edərək qapını açmasını demişdir. Polis əməkdaşları qapı açılacağı təqdirdə, onun da içəri buraxılacağını, evə baxıb sonra çıxıb gedəcəklərini bildirmişdir. O da, polis işçilərinə inanmış, lakin Ziya qapını açandan sonra polislər onu itələmiş, içəri keçməyə qoymamışlar. Bundan sonra ona iki nəfər hal şahidi lazım olduğunu bildirmişlər. O da, qonşulardan bir nəfəri və onun yanına toyuq almağa gələn şəxsi həmin yerə çağırmışdır. Təxminən yarım saat həmin şahidlər gözləsələr də, sonra polis işçiləri onların lazım olmadığını deyərək çıxıb getmişlər. Sonra polis işçiləri Ziyanı evdən çıxarıb aparmış, evin açarını ona qaytarmış, həyətdə olan maşını da polis əməkdaşları aparmışlar. Məhkəmə iclasında əlavə şahid qismində dindirilən Sabunçu RPİ 42-ci Polis bölməsinin təhqiqatçısı Şahid10 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs əməliyyatçılar tərəfindən axşam vaxtı bölməyə gətirilmişdir. Əməliyyat tədbiri keçirilərkən polis əməkdaşları tərəfindən Ziya adlı şəxsin yaşayış yeri dəqiq müəyyən edilməmiş, əməliyyat tədbirinin keçirilməsi haqqında qərarda da bu cür yazılmışdır. Ziya şübhəli şəxs qismində tutularkən müdafiəçi ilə təmin olunmuşdur. Lakin sonradan saxlanılan şəxsin özü əməliyyat tədbirlərinin keçirilməsində müdafiəçinin iştirakına zərurət olmadığını bildirmiş və baxış müdafiəçinin iştirakı olmadan keçirilmişdir. Tutma protokolu tərtib olunanda müdafiəçi orada olmamışdır. Avtomobilə baxış bölmənin həyətində keçirilmiş, şəxsin evinə baxış keçirilməsini xatırlamır. Şahid10 ifadəsinə görə, polis əməkdaşlarının Ziyanın yaşadığı evə getdiyi və qapısını döydüyü vaxt orada olmamış, əməliyyatçılar Ziyanın maşınını bölməyə gətirəndə o, xidməti otağında olmuşdur. Maşın həyətdə qalmış, baxış keçirilən vaxt maşının qapısını əməliyyatçılar açmışlar. Təqsirləndirilən şəxs vəkil təqdim olunması haqqında protokolu o, həmin gün təqdim etmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 15 yanvar 2020-ci il tarixli baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokola əsasən, həmin tarixdə saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi bağlar massivində narkotik vasitələrin saxlanılmasında və qəbulunda şübhəli olduğuna görə saxlanılmış Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə olunmaqla keçirilən baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən içərisində narkotik maddə qurulumuş marixuana olan bir ədəd kibrit qutusu aşkar olunuraq götürülmüşdür (cild 1, iş vərəqi 31). Cinayət işinə əlavə edilmiş 15 yanvar 2020-ci il tarixli avtomobilə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, həmin tarixdə saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi bağlar massivində narkotik vasitələrin saxlanılmasında və qəbulunda şübhəli olduğuna görə saxlanılmış Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı ** OL *** avtomobilə videoçəkilişdən istifadə olunmaqla keçirilən baxış zamanı avtomobilin salonunda dirsəkaltında olan saxlanc yerindən 2 ədəd ayrı-ayrılıqda kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana və avtomobilin baqaj yerindən 2 ədəd ayrıayrılıqda selofana bükülmüş narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqi 33). Cinayət işində olan 1 ədəd DVD diskə köçürülmüş görüntüyə baxış keçirilərkən müəyyən edildi ki, xüsusi geyimdə 1 nəfər şəxs və mülki geyimdə olan 6 nəfər şəxs görüntüyə gəlir. Polis baş leytenantı xüsusi geyimində olan şəxs özünü 42-ci PB-nin təhqiqatçısı Şahid10 kimi təqdim edir və PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin saxlanılmasında şübhəli bilinən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs oğlunun üzərinə 15 yanvar 2020-ci il tarixdə baxış keçirilməsini bildirir. Bundan sonra otaqda olan və baxışda iştirak edən şəxslər özlərini təqdim etmələrindən məlum olur ki, baxışda Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşları Şahid4, Şahid5, Sabunçu RPİ-nin CAŞ-nin əməkdaşları Şahid1, Şahid2, X4 və saxlanılan Təqsirləndirilən şəxs oğlu iştirak edir. Təhqiqatçı Şahid10 polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üstündə saxladığı qanunla dövriyyəsi qadagan edilmiş əşyaları təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən içərisində ot kütləsi olan bir ədəd kibrit qutusunu təqdim edərək həmin maddənin narkotik maddə qurudulmuş marixuana olmaqla özünə məxsus olmasını bildirir. Sorgu zamanı Təqsirləndirilən şəxs narkotik maddəni bir il bundan əvvəl Sədayıl adlı şəxsdən özünün şəxsi istifadəsi üçün əldə etdiyni bildirir. Bundan başqa Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes markalı ** OL *** dövlət nömrə nişanlı avtomobildə narkotik vasitələrin olmasını bildirir. Təhqiqatçı bükülünü açanda içində ot kütləsinə oxşar maddə aşkar olunur. Həmin maddənin ekspertiza tədqiqatına təqdim olunacağına dair məlumat verilir. Bununla əlaqədar tərtib olunmuş protokol cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 105-106). 15 yanvar 2020-ci il tarixdə Sabunçu RPi 42-ci polis bölməsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsi zamanı “Canon” markalı videokamera vasitəsi ilə videoçəkiliş aparılaq 1 ədəd DVD diskə köçürülmüş görüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, Mercedes markalı ** OL *** dövlət nömrə nişanlı avtomobilin yanında xüsusi geyimdə 1 nəfər şəxs və mülki geyimdə olan 6 nəfər şəxs görüntüyə gəlir. Polis baş leytenantı xüsusi geyimində olan şəxs özünü 42-ci PBnin təhqiqatçısı Şahid10 kimi təqdim edir və PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin saxlanılmasında şübhəli bilinən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs oğlunun üzərinə 15 yanvar 2020-ci il tarixdə baxış keçirilməsini bildirir. Bundan sonra otaqda olan və baxışda iştirak edən şəxslər özlərini təqdim etmələrindən məlum olur ki, baxışda Sabunçu RPİ 42-ci PB-nin əməkdaşları Şahid4, Şahid5, Sabunçu RPİ CAŞ-nin əməkdaşları Abbasov Bəxtiyar Şahlar oğlu, Şahid2, X4 və saxlanılan Təqsirləndirilən şəxs iştirak edir. Təhqiqatçı Şahid10 polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs avtomobilində saxladığı qanunla dövriyyəsi qadagan edilmiş əşyaları təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs avtomobilin salonunda dirsəkaltında olan saxlanc yerindən içərisində ot kütləsi olan iki ədəd kibrit qutusunu təqdim edərək həmin maddənin narkotik maddə qurudulmuş marixuana olmaqla özünə məxsus olmasını bildirir. Bundan başqa, Təqsirləndirilən şəxs avtomobilin yük yerində saxladığı iki ədəd torbada bağlamanı təqdim edərək həmin bağlamanın birində qurudulmuş marixuana olmasını, digərində isə narkotik maddə heroin olmasını bildirir. Sorgu zamanı Təqsirləndirilən şəxs narkotik maddəni bir il bundan əvvəl Sədayıl adlı şəxsdən özünün şəxsi istifadə üçün əldə etməsini bildirir. Təhqiqatçı bükülünü açanda içində ot kütləsinə oxşar maddə aşkar olunur. Aşkar olunmuş maddənin ekspertiza tədqiqatına təqdim olunacağına dair məlumat verilir. Bununla əlaqədar tərtib olunmuş protokol cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 105-106). Cinayət işinə əlavə edilmiş üzləşdirmə protokollarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ilə əməliyyat tədbirlərinin aparılmasında iştirak etmiş polis əməkdaşları Şahid4, Şahid5, Şahid3 oğlu və Şahid2 arasında keçirilmiş həmin istintaq hərəkətləri zamanı polis əməkdaşları Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən hər hansı bir formada təzyiq və zorakılıq göstərilmədiyini, onların barəsində təqsirləndirilən şəxsin bildirdiklərinin tam yalan olduğunu, üstünə və avtomobilinə baxış keçirilərkən narkotik vasitəyə oxşar maddələrin aşkar edildiyini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək onu ifşa etmişlər (cild 1, iş vərəqi 228-240). Cinayət işi üzrə Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrində ona qarşı təzyiqlər göstərilməsi ilə bağlı özünü müdafiə üçün gətirdiyi xüsusatlarla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılmış, həmin hallar öz təsdiqini tapmadığından 20.07.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul edilmişdir (cild 1, iş vərəqi 241-242). Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 15 yanvar 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu RPİ-nin Cinayət-axtarış şöbəsinin baş əməliyyat müvəkkili polis baş-leytenantı Şahid1 “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” 15 yanvar 2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 110). Məhkəmə-kimyəvi ekspertizasının 15 yanvar 2020-ci il tarixli 984 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “vət. Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsindən aşkar olunmuş maddi subut” yazısı olan bağlamada təmiz çəkisi 1070 qr (1 kq 70 qr) olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, tədqiqata 0,2 qram sərf edilmiş, qalıq 1069,8 qramdır (cild 1, iş vərəqi 52-55). Məhkəmə-bioloji ekspertizasının 15 yanvar 2020-ci il tarixli 981 saylı rəyindən görünür ki:

1. Tədqiqata təqdim olunmuş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd...” sözləri yazılmış zərfdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,439 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkitsindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurulumuş marixuanadır.

2. Tədqiqata təqdim olunmuş üzərində “vət.Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsindən aşkar olunaraq götürülmüş 2 ədəd...” sözləri yazılmış zərfdə 2 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 5,235 qram və 5,327 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurulumuş marixuanadır. Ümumi çəkisi - 10,562 qramdır.

3. Tədqiqata təqdim olunmuş skoçla bağlanmış ağ kağız üzərində “vət.Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsindən aşkar olunaraq götürülmüş...” sözləri yazılmış sintetik torbada təmiz çəkisi 3100 qram (3 kq 100 qram) bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurulumuş marixuanadır. Tədqiqata təqdim olunmuş iki ədəd zərfdə və bir ədəd sintetik torbada olan marixuanalar tərkiblərinə görə eynidirlər. Rəyin “Qeyd” hissəsinə görə, marixuananın ümumi çəkisi 3115,911 qram təşkil etmiş, cəmi tədqiqata 0,2 qram sərf edilmiş, ümumi qalıq çəki 3115,711 qramdır (cild 1, iş vərəqi 48-51). Məhkəmə narkoloji ekspertizasının 18.03.2020-ci il tarixli 769 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 198-199). İbtidai istintaq orqanının 25.07.2020-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 3115,911 qram narkotik vasitə hesab olunan çətənə (kannabis) bitksindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana və 1070 qram çəkidə narkotik vasitə hesab olunan kustar üsula hazırlanmış heroin iş üzrə maddi sübut hesab edilmişdir. Ekspertiza tədqiqatından sonra qalıq qalmış marixuananın 3115,711 qram hissəsi və heroinin 1069,8 qram hissəsi saxlanılması üçün Sabunçu rayon Polis idarəsinin Maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Həmçinin həmin qərarla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilməsi görüntülərini əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 252). Cinayət işi üzrə 25 iyul 2020-ci il tarixli qərarla ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə qurudulmuş marixuana və heroinin mənbəyi barədə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 269-270). Cinayət işində olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Ağayev X3 rayon məhkəməsinin 26 iyul 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 10.04.2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir(cild 1, iş vərəqi 117-118). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkum olunduğu yuxarıda qeyd olunan az ağır cinayət əməlinə görə 10 aprel 2013-cü ildə cəzasının sonu ilə azad edilmiş və hazırda məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs yalnız bir kibrit qutusu qurudulmuş marixuanaya görə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini, digər narkotik vasitələrdən onun məlumatı olmadığını, həmin narkotikləri onun maşınına polis əməkdaşlarının qoyduqlarını, təhqiqat və istintaq zamanı ona qarşı təzyiqlər göstərildiyini, bu səbəbdən videoçəkiliş aparılarkən və istintaqın ilkin mərhələsində həmin narkotik vasitələrin hamısının özünə məxsus olması barədə etirafedici ifadələr verdiyini, müqavilə əsasında müdafiəçisin işə buraxılmasından sonra əsil həqiqətləri danışdığını və məhkəmədə də verdiyi ifadəsində hər şeyi düzgün danışdığını bildirərək, öz müdafiəsi üçün dəlillər gətirdi. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən və idarə etdiyi nəqliyyat vasitəsinə baxış zamanı özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri polis əməkdaşlarına təqdim edir və həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülür. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmədə gətirdiyi dəlillərdə 42-ci Polis bölməsində ona qarşı təsir və təzyiq göstərildiyini, buna görə məcbur qalıb polis əməkdaşlarının diqtəsi ilə hər şeyi etiraf etdiyini və bütün sənədləri imzaladığını göstərsə də, cinayət işinə əlavə olunmuş Sabunçu rayon prokurorluğunun 20.07.2020-ci il tarixli qərarından görünür ki, qeyd olunan hallar da prokurorluq tərəfindən yoxlanılmış və öz təsdiqini tapmadığına görə S-149/20 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin məhkəmə baxışı zamanı müdafiə tərəfi vəsatət verərək, narkotik vasitələrin aşkar olunub götürülməsi ilə bağlı təhqiqat orqanının tərtib etdiyi prosessual sənədləri mübahisələndirmiş, həmin sənədlərdə qeyd olunan vaxt Təqsirləndirilən şəxs hələ evində olduğunu və polis əməkdaşlarının onu yaxalamaq üçün qapını aça bilmədiklərini bildirmiş, bunun təsdiqi kimi «Votsap» yazışmalarının kserosurətini məhkəməyə təqdim etmişdir. Qeyd olunan yazışmalar məhkəmə iclasında tədqiq olunarkən onların mənbəyini müəyyən etmək mümkün olmamış və bu səbəbdən həmin yazışmalar məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmədə gətirdiyi yuxarıda göstərilən dəlillərini onun öz cinayət məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi dəyərləndirir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 15 yanvar 2020-ci il tarixdən hesablanmalı, həmin tarixdən hökmün çıxarıldığı vaxtadək onun həbsdə saxlanıldığı bütün müddət cəza müddətinə daxil edilməlidir. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Sabunçu RPİ, 42-ci Polis bölməsinin əməkdaşları tərəfindən tutulmuş, 17 yanvar 2020-ci il tarixdə Sabunçu rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin vaxtdan hal-hazıra qədər həbsdə saxlanılır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, maddi sübutlar - Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Sabunçu rayon Polis idarəsinin Maddi sübutları saxlama kamerasına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalan 3115,711 qram narkotik vasitə hesab olunan çətənə (kannabis) bitksindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana və 1069,8 qram çəkidə narkotik vasitə hesab olunan kustar üsula hazırlanmış heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilməsi görüntülərini əks etdirən 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatları 203 (iki yüz üç) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 203 (iki yüz üç) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 18.03.2020-ci il tarixli 769 №-li rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyi aşkar olunduğundan və məcburi muailicəyə ehtiyacı olduğundan, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 15 yanvar 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Sabunçu rayon Polis idarəsinin Maddi sübutları saxlama kamerasına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalan 3115,711 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 1069,8 qram çəkidə narkotik vasitə - kustar üsula hazırlanmış heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilməsi görüntülərini əks etdirən 1 ədəd DVD disk cinayət işində saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 203 (iki yüz üç) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar