Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-247/2023 25.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X23-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X20, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs Asqhar Razzaqhi, onun nümayəndəsi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili X16, X17, Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili X7 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxx 1959-cu ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, məhkumluğu olan, İİ qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, ünvan 17al rayonu, C.Cabbarlı küçəsi ev 32 ünvanında yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 178.3.2 ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə hüquq sahəsində ali təhsilə və iş təcrübəsinə malik olmadığı halda ali tibb təhsilini xaricdə davam etdirmək istəyən Azərbaycan Tibb Universitetinin tələbəsi Zərərçəkmiş şəxs2 yalandan özünü hüquqşünas kimi təqdim edərək dövlət xətti ilə xaricdə təhsil alınması ilə bağlı hüquqi məsələlərin tənzimlənməsində təcrübəsinin və bu sahədə geniş əlaqələrinin olduğuna inandırıb etibarını qazandıqdan sonra tibb sahəsində ali təhsilini davam etdirmək üçün onun Türkiyə Respublikasının Eskişehir Osmanqazi Universtitetinə tələbə kimi köçürülməsini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti və səlahiyyəti olmadan bu adla 2017-ci ilin may ayından həmin ilin noyabr ayının əvvəllərinə kimi olan müddət ərzində ayrı-ayrı vaxtlarda Bakı şəhəri ünvan 17al rayonu ərazisində müxtəlif yerlərdə, sonuncu dəfə isə Bakı şəhəri, ünvan 17al rayonu, Bakı Metropoliteninin “Nizami” stansiyasının qarşısında hissə-hissə olmaqla ümumilikdə 7.000 manat pul vəsaitini və guya Quba rayonundan olduğu üçün bu məsələləri həll edən şəxslərə hörmət əlaməti olaraq bəxşiş vermək adı ilə 100 manat dəyərində alma məhsulunu Zərərçəkmiş şəxs2 alıb vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs2 7.100 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 dövlət tərəfindən xəstəliyə görə pensiya təyin edilməsi məsələsini müsbət həll edəcəyinə dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti və səlahiyyəti olmadığı halda bu adla 2019-cu ilin iyul ayının ortalarında Zərərçəkmiş şəxs3 Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Təbriz küçəsi 23 ünvanının qarşısında 4200 manat pul vəsaitini alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs3 4200 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs2 atası Ələsgəri tanımışdır. Muradın atasından notarial qaydada borca pul almışdır. Bundan sonra Zərərçəkmiş şəxs2 polisə şikayət etdi. O da pulu qaytarmışdır. Hazırda onlara borcu yoxdur. İstintaq zamanı onun barəsində Zərərçəkmiş şəxs2 yalan ifadə vermişdir. O, Muraddan pul almamışdır. Onun atası Ələsgərdən 5.500 manat pulu borc almışdır. Bununla bağlı aralarında notarial qaydada borc müqaviləsi bağlanmışdır. Ələsgərin oğlu Zərərçəkmiş şəxs2 ondan şikayət etdi ki, guya onu Türkiyə Respublikasında yerləşən Universitetə düzəltmək adı ilə ondan 7.000 manat pul almışdır. Həqiqətdə isə o, Muraddan deyil atası Ələsgərdən pul almışdır. Onu da faizi ilə birlikdə Murada qaytarmışdır, lakin pulu Murada qaytarmışdır. Ondan şikayət etdiyi üçün pulu Murada qaytarmışdır. Ələsgər ondan borcunu istəyəndə o, Ələsəgərdən möhlət istəmişdir. Ələsgər isə dedi ki, “mən dözərəm amma oğlum dözmür”. Onun oğlu xaricdə oxumalı idi və ona pul lazım idi. Murad da ondan əl çəkməmişdir. Onun da pulu vaxtında qaytara bilməməsi səbəbindən Murad polisə şikayət etdi. O da başqa şəxslərdən borc alıb Ələsgərdən aldığı pulu Murada qaytarmışdır. O, Zərərçəkmiş şəxs3 uzun müddətdir ki tanıyır. Zərərçəkmiş şəxs3 onun yeznəsi İlqarla dostdur. Zərərçəkmiş şəxs3 da kürəkəni vasitəsilə 4200 manat pulu borc almışdır. Aşurdan borc pul alanda pulu qısa müddətə ona qaytaracağını söz vermişdir. Lakin, maddi imkanı aşağı səviyyədə olduğundan onun pulunu qaytara bilməmişdir. Sonradan həbs olunmağı ilə əlaqədar telefonuna zəng çatmadığı üçün Aşur onu axtarıb tapa bilməyib, buna görə də onun barəsində şikayət etmişdir. O, pulu vaxtında qaytara bilməməsinə səbəb bocu qaytarmalı olan dövrdə həbsdə olması olub. Həbsdən azad olunandan sonra 04 aprel 2022-ci il tarixdə həmin pulu ödəmişdir. Zərərçəkmiş şəxs3 ona onu tapmadıqda bir neçə şəxslə məsləhətləşdiyini, məsləhət edən şəxslərin ona mülki qaydada onu məhkəməyə versə pulunu ala bilməyəcəyini dedikləri səbəbindən ondan polisə şikayət etdiyini dedi. Aşur onu tapa bilmədyi üçün ondan şikayət etmişdir ki, guya həmin pulu o, ondan təqaüd düzəltdirmək adı ilə almışdır. Bu məqsədlə o, Aşurdan pul almayıb. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində də həmin hallarla bağlı özünü təqsirli bilməyərək analoji ifadələr vermişdir. Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2017-ci ildən tanıyır. O, Azərbaycan Tibb Universtitetini 2017-ci ildə bitirmiş, həmin vaxt o, Türkiyə Respublikasında təhsilini davam etdirmək istəmişdir ki, birbaşa Türkiyə Respublikasında olan Universitetlərin diplomunu alsın. Bu məqsədlə adam axtaran zaman bir tanışı vasitəsilə Təqsirləndirilən şəxsla tanış olmuşdur. Təqsirləndirilən şəxs onunla tanış olan zaman əslən Cəlilabad rayonundan olduğunu, hüquqşunas olduğunu, bu səbəbdən də dövlət xətti ilə xaricdə təhsil məsələlərini həll edə biləcəyini bildirmişdir. Sahib həmçinin ona demişdir ki, bu işləri həll etməsi üçün müəyyən məbləğdə rüsumlar ödənilməlidir, o bütün pulları Sahibə verməlidir, Sahib özü bütün rüsumları ödəyəcəkdir. O vəd etmişdir ki, onu Eskişehir Osmanqazi Universitetinin tibb fakultəsinə köçürəcəkdir. O da Sahibin təklifi ilə razılaşmışdır. Onlar Sahiblə görüşəndə istifadəsində olan ***-***-**-** nömrəsini də ona vermişdir. Bundan sonra ayrılmışlar və o, Sahibə demişdir ki, pulu düzəldib xəbər edəcək. Sahib də onunla razılaşmış və 17 may 2017-ci il tarixdə atası X4 adına Kapital bankdan 5500 manat pul kreditə götürmüşlər və o, Sahiblə əlaqə saxlayıb demişdir ki, pul hazırdır, amma onun köçürmə işini həll etsin pulu versin, Sahib isə pulun əvvəlcədən verilməli olduğunu demişdir. O da Sahibə demişdir ki, onda pulun verilməsi ilə bağlı bir sənəd versin, Sahibdə təklif etmişdir ki, notarial qaydada müqavilə bağlamaqla ondan pulu götürəcəkdir. O da razılaşmış və onlar ünvan 17al rayonunda Günəş Petrol yanacaq doldurma məntəqəsindən Topçubaşov adına elmi-tədqiqat institutuna tərəf düşdükdə yolun kənarındakı yerləşən notariusda görüşmüşlər, orada o, 5500 manat pulu Sahibə vermiş, Sahibdə notariusa izah etmişdir ki, guya o pulu Sahibə borc olaraq verir, amma əsl həqiqətdə pulu borc olaraq deyil, Türkiyə Respublikasında təhsilini davam etdirmək üçün vermiş, sadəcə Sahib demişdir ki, formal olaraq aralarında borc müqaviləsi bağlamalıdırlar. O da əlində sənəd olsun deyə razılaşmış və 18 may 2017-ci il tarixdə yuxarıda qeyd etdiyi notarius ofisində 5500 manat pulu Sahibə vermişdir. 15 iyun 2017-ci il tarixdə Sahib ona demişdir ki, hərbi çağırış işlərini həll etmək üçün əlavə də 200 manat ödəniş etməlidir, o da Sahiblə razılaşmış və 20 yanvar metrostansiyasının yaxınlığında Ailə Sağlamlıq Mərkəzinin arxasında Layihə institutunun qarşısında 200 manat pulu avtomobildə Sahibə vermiş, 19 iyun 2017-ci il tarixdə Sahib onunla əlaqə saxlayaraq işlərini həll edəcəyi adamlara hörmət olsun deyə 100 manat dəyərində alma meyvəsi gətirmək lazım olduğunu demişdir. O da gedib Meyvəli ticarət mərkəzindən 100 manatlıq alma alıb Alov zavodu deyilən zavodun qarşısında həmin gün Sahiblə görüşərək ona vermişdir. 2017-ci ilin sentyabr ayında Sahibin deməsinə görə o, artıq Türkiyə Respublikasında təhsil almalı olduğu halda həmin müddət gəlib çatsa da Sahib günü-günə sataraq işini həll etməmiş, təxminən oktyabr ayının əvvəllərində onun istifadəsində olan ***-***-**-** nömrəyə özünü Azər kimi təqdim edən şəxs ***-***-**-** nömrəsindən zəng vuraraq Təhsil Nazirliyinin əməkdaşı olduğunu, onun işinin artıq həll olunmaq üzrə olduğunu, bu səbəbdən bilet, səyahət və sağlamlıq sığortası, oturum haqqı ilə birlikdə cəmi 900 manat pul ödəməli olduğunu bildirmişdir. O da artıq inanmış, həmin şəxsin ardınca Sahib ona zəng edərək 900 manat pulu və xarici pasportu ona verməli olduğunu demiş, o da Sahiblə elə həmin gün Alov zavodunun qarşısında görüşmüş və xarici pasportu ilə birlikdə 900 manat pulu vermiş, Sahib onunla sağollaşıb öz avtomobilinə əyləşib çıxıb getmişdir. Bundan sonra noyabr ayının əvvəllərində Sahib onunla əlaqə saxlayaraq biletinin hərbi komissarlığın qoyuduğu məhdudiyyətə görə alınmadığını bildirmiş və demişdir ki, bu problemi həll etmək üçün əlavə 500 manat da pul vermək lazımdır. O da artıq işləri yarımçıq qalmasın deyə həmin pulun 200 manatını elə həmin gün 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən uşaq xəstəxanasının qarşısında Sahiblə görüşüb vermiş, səhəri günü isə 200 manatı Nizami metrostansiyası ilə üzbəüz yolun kənarında Sahiblə görüşüb pulu ona vermiş, Sahib də ondan pulu götürəndən sonra qısa müddətə işi həll edəcəyini desə də sonradan onun işi alınmamış, o hər dəfə Sahiblə əlaqə saxlayan zaman müxtəlif bəhanələr gətirmiş, bir xeyli müddət keçəndən sonra artıq Sahibin onu aldatdığını əmin olduğu üçün ilk olaraq pasportunu bir təhər ondan geri almış və daha sonra pulunu geri tələb etsə də Sahib pulunu verməmiş, o da belə olan halda internet üzərindən polisə ərizə ilə müraciət etmiş və araşdırma zamanı Sahib hissə-hissə olmaqla onun 6000 manat pulunu geri qaytarsa da hazırki vaxta qədər qalan 1000 manat pulunu geri verməmişdir. Ona görə də hazırda Sahibdən həmin pulu geri tələb edir. Zərərçəkmiş şəxs2 ifadələrində göstərdiyi halları ifadənin yerində yoxlanılması zamanı, təqsirləndirilən şəxslə arasında keçirilən üzləşdirmə zamanı təsdiq etmişdir. Digər epizod üzrə Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyul ayında övladı X13 Qoşunlarının “Pirişev” adlanan ərazidə yerləşən “N” saylı hərbi hissəsində xidmət edərkən “Hepatit B” xəstəliyinə düçar olmuşdur. Bununla əlaqədar övladının müalicə aldığı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən xəstəxanaya getmişdi. Orada olarkən Təqsirləndirilən şəxs görmüşdür. Təqsirləndirilən şəxs uzun müddət əvvəl tanımış, belə ki, Sahib onun kirvəsi mərhum Rafiqin uzaq qohumu idi. Təqsirləndirilən şəxsla əvvəllər təsadüfən yas məclislərinin birində tanış olmuş, onu üzdən tanıyırdı, onunla heç bir münasibəti yox idi. Beləliklə, Təqsirləndirilən şəxs xəstəxanada ona yaxınlaşıb tanışlıq vermiş və onlar hal-əhval tutub söhbət etməyə başlamışlar. Söhbət əsnasında o, Təqsirləndirilən şəxs demişdir ki, qara ciyərində olan xəstəliklə əlaqədar təqaüd almaq istəyir. Məlumat üçün bildirmiş ki, əvvəllər qara ciyərində suyun yığılması ilə əlaqədar müalicə almışdı, həmin qaraciyər serrozu xəstəliyi ilə bağlı dövlət tərəfindən xəstəliyə görə pensiya almaq istəyirdi. Təqsirləndirilən şəxs bu məlumatları verdikdən sonra o, “mənim adamım var sənə təqaüd təşkil edə bilərəm” sözlərini ona dedi. Bu işi hansı məbləğ müqabilində həll edəcəyi barədə ondan soruşduqda ona demiş ki, “özüm sənə bu barədə deyəcəm”. Bundan sonra əlaqə saxlamaq üçün ona istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsini söyləmiş, sonra ayrılmışlar. Bir neçə gün keçdikdə o, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən zəng edib pensiya ilə bağlı maraqlanmış, Təqsirləndirilən şəxs isə bu iş üçün nə qədər pul verə biləcəyini ondan soruşmuşdur. O, 4.200 manat pulunun olduğunu demişdir. Təqsirləndirilən şəxs həmin məbləğin az olduğunu desə də çalışıb köməklik edəcəyinə söz vermişdir. O, razılaşaraq, təxminən 2019-cu ilin iyul ayının ortalarında saat 19 radələrində pulu vermək üçün Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə ünvanı bildirməklə çağırmışdır. Həmin gün saat 20 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı ünvan 3 ünvanının qarşısına gəldi. Bu vaxt Təqsirləndirilən şəxs oraya tək olaraq idarə etdiyi, ağ rəngli markasını dəqiq bilmədiyi avtomobillə gəlmişdi. Evinin qarşısında Təqsirləndirilən şəxs ona dövlət tərəfindən xəstəliyə görə pensiya təyin edilməsini təşkil etməsi üçün 4.200 manat pul vermişdir. Pulu verərkən orada arvadı X39 var idi. Təqsirləndirilən şəxs onun anket məlumatlarını mobil telefonla şəxsiyyət vəsiqəsinin fotoşəkilini çəkməklə götürmüşdür. Ona söz vermişdir ki, bu işi uzağı 3 ay müddətində həll edəcəkdir, bundan sonra çıxıb getdi. Lakin 3 ay keçsə də Təqsirləndirilən şəxs bir xəbər çıxmadı. Əlaqə saxladıqda isə müxtəlif bəhanələr gətirərək işin tezliklə həll ediləcəyəni ona bildirirdi. 2019cu ilin oktyabr ayında isə telefon danışığı zamanı onun təqaüd məsələsinin həll edilmədiyini və 4.200 manat pulunu qısa müddət ərzində qaytaracağını ona dedi. Daha sonra o, Təqsirləndirilən şəxsla əlaqə saxlamağa çalışsa da zənglərinə cavab vermirdi. O, aldadındığını başa düşüb Daxili İşlər Nazirliyinin “102” zəng-xidməti mərkəzinə zəng edib Təqsirləndirilən şəxs şikayət etdi. Dəvət əsasında əvvəlcə Mehdiabad qəsəbəsində yerləşən Polis Bölməsinə gedib baş verənlər barədə ərizə yazdı, sonra isə rayon polis idarəsinə gedib izahat, habelə cinayət işi başlandıqda ifadə verdi. Bu yaxınlarda isə Təqsirləndirilən şəxs onun pulunu hissə-hissə olmaqla tam olaraq ödədi. Bu səbəbdən də hazırda ondan şikayəti və tələbi yoxdur. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs yalan ifadə vermişdir. Belə ki, ona 4.200 manat pulu borca yox, məhz dövlət tərəfindən xəstəliyə görə pensiya təyin edilməsi üçün vermişdi. Onu Təqsirləndirilən şəxsla yeznəsi “İlqar” tanış etməmişdi. Onlar bir-birini tanıyırlar. Belə ki, o, şikayət etməmişdən qabaq yeznəsi İlqar müxtəlif yerlərdə günəmuzd olmaqla mebel işinə baxırdı. Təqsirləndirilən şəxs da evinə mebel sifariş etmişdi. O, bildiyinə görə onlar bir-birilərini bu şəraitdə tanımışlar. Yeznəsi Şahid9 istifadəsində ***-***-**-** mobil nömrəsi vardı. Ona dəymiş zərər tam ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmışdır. Ondan tələb və şikayəti yoxdur. Şahid9 ifadəsində göstərmişdir ki, təxminən 20 ildir ki, fərdi qaydada mebel işini görür. Təqsirləndirilən şəxs ilə xatırladığı qədəri ilə 2015-ci il tarixdə iş görərkən tanış olmuş. Belə ki, həmin vaxt Təqsirləndirilən şəxs ona Nərimanov rayonu ərazisində yerləşən evində mətbəx mebeli və dəhliz üçün paltar rəfi sifariş etmişdir. O isə onun sifarişini yerinə yetirmişdi. Onunla qeyd etdiyi şəraitdə tanış olmuş, soradan isə aralarında dostluq münasibəti yaranmışdır. Hazırda onların münasibətləri yaxşıdır. Zərərçəkmiş şəxs3 onun qayınatasıdır. Onların normal münasibətləri vardır. Onun bildiyinə görə Zərərçəkmiş şəxs3la Təqsirləndirilən şəxs Abşeron rayonu Xırdalan şəhərində yerləşən xəstəxanada olarkən tanış olmuşlar. Belə ki, qayınatası Zərərçəkmiş şəxs3 həmin xəstəxanaya əsgərlikdə xəstəlik tapmış oğlu Xalidin müalicəsi ilə əlaqədar getmişdi. Orada onlar tanış olmuşlar. Zərərçəkmiş şəxs3la Təqsirləndirilən şəxs o, tanış etməmişdir. Sonralar isə eşitmiş ki, onlar uzaq qohum imişlər. Həmin ərəfədə qayınatası Zərərçəkmiş şəxs3 çoxlu miqdarda spirtli içki qəbul etdiyindən qara ciyərində serroz xəstəliyi əmələ gəlmişdi. 2019cu ilin iyul ayında isə qayınatasının evində qonaq olarkən ona dedi ki, Təqsirləndirilən şəxs ona həmin xəstəliyi ilə əlaqədar dövlət tərəfindən pensiya təyin edilməsini tanışları vasitəsi ilə təşkil edəcəyinə söz vermişdi. Həmçinin bildirdi ki, bu işin müqabilində o, Təqsirləndirilən şəxs 4.200 manat pul vermişdi. Bir müddət sonra o, Binəqədi rayonu ərazisində yerləşən sexində olarkən Təqsirləndirilən şəxs mebel işi ilə bağlı ona zəng etmişdi, həmin danışıqda ondan qayınatası Zərərçəkmiş şəxs3 pensiya məsələsi ilə bağlı soruşmuş, o, isə üstü bağlı şəkildə işi həll edəcəyini ona demişdi. Lakin, təxminən 2-3 ay sonra qayınatası Zərərçəkmiş şəxs3 ona zəng edib Təqsirləndirilən şəxs tapmadığını, onun telefonuna zəng çatmadığını demişdir. O isə “bəlkə işi vardır, rayona gedibdir” deyərək bir müddət gözləməsini ona məsləhət görmüşdür. Buna baxmayaraq həmin söhbətdən təxminən 2-3 ay sonra qayınatasının evində qonaq olarkən ona demiş ki, Təqsirləndirilən şəxs tapa bilmir və ondan DİN-in “102” zəng mərkəzinə şikayət etmişdi. Bu vaxt o, özü də Təqsirləndirilən şəxs zəng etsə də telefonu sönülü olduğundan əlaqə saxlaya bimədi. Növbəti günlərdə isə qayınatası ilə telefon əlaqəsi saxlayarkən ona dedi ki, onu polisdən çağırıblar gedib izahat vermişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs qayınatasının pulunu hissə-hissə olmaqla tam olaraq qaytarmışdır. Sonuncu dəfə isə Təqsirləndirilən şəxs qayınatasına 2.200 manat pulu onun iştirakı ilə vermişdir. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs3 o, tanış etməmişdir. Onlar ifadəsində qeyd etdiyi kimi xəsatəxanada tanış olmuşlar. Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs pul verərəkən orada olmamışdır. Lakin, pulun 2.200 manat hissəsi qaytarılarkən o da onlarla notariat ofisinə getmişdi. Onun hadisə ilə bağlı başqa məlumatı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 aldatmadığını, onun atası Ələsgərdən notarial qaydada borca pul almasını, Zərərçəkmiş şəxs2 yalan ifadə verməsi, onun atası Ələsgərdən 5.500 manat pulu borc alıb bununla bağlı aralarında notarial qaydada borc müqaviləsi bağlanıldığını, Zərərçəkmiş şəxs2 onu Türkiyə Respublikasında yerləşən Universitetə düzəltmək adı ilə ondan 7.000 manat pul almasını bildirməsinin yalan olması, Zərərçəkmiş şəxs3 da kürəkəni vasitəsilə 4200 manat pulu borc alması, sonradan həbs olunmağı ilə əlaqədar, pulu vaxtında qaytara bilməməsi barəsindəki dəlillərini məhkəməyə təqdim olunmuş sübutlarla və işin faktiki halları ilə müqayisəli təhlil edib onun dəlillərinin təkzib olunduğu qənaətinə gəlir. Çünki onun dəlillərini təsdiq edən sübutlar müəyyən olunmadı. Həmin faktlarla bağlı dindirilmiş zərərçəkmiş şəxslər və Şahid9 təqsirləndirilən şəxsin dəlilərini öz ardıcıl, məntiqli, işin hallarına uyğun ifadələri ilə təkzib etmişlər. Onların ifadələrinin şübhə altına alınması üçün heç bir əsaslar müəyyən edilməmişdir. Məhkəmə, göstərilən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 Türkiyə Respublikasında yerləşən Universitetə keçirməyə, Zərərçəkmiş şəxs3 dövlət tərəfindən xəstəliyə görə pensiya təyin edilməsi məsələsini müsbət həll etməyə özünün subyektiv hüquqları, nə də bu fəliyyətlə məşğul olmağa səlahiyyətləndirilmiş dövlət orqanlarının fəaliyyətlərinə müdaxilə və təsir etmək imkanları olmamışdır. Məhkəmənin qənaətinə görə o, Zərərçəkmiş şəxs2 Türkiyə Respublikasında yerləşən Universitetə keçirilməyə, Zərərçəkmiş şəxs3 dövlət xəstəliyə görə pensiya təyin edilməsi məsələsini müsbət həll etməyə vəd verəndə qurbanları aldadaraq onların əmlaklarını ələ keçirmək niyyətində olmuşdur. Ona görə məhkəmə təqsirləndirilən şəxsə istinad olunan yuxarıda qeyd edilən iki epizod üzrə dələduzluq cinayətini törətməsiinin sübuta yetirilməsi qənaətinə gəlir. İstintaq orqanı göstərilənlərə bərabər Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Bakı şəhərində tikinti sahəsində fəaliyyət göstərən İran İslam Respublikasının vətəndaşı Asqhar Razzaghiyə özünü daşınmaz əmlak alqı-satqısı və sənədləşməsi işləri ilə məşğul olan və bu sahədə geniş əlaqələrə malik şəxs kimi təqdim edərək Asqhar Razzaghinin gələcəkdə bina inşa etmək üçün torpaq sahəsi almaq istədiyini bildikdə bu məsələdə özünün yaxından köməklik göstərə biləcəyini deyərək Bakı şəhəri ərazisində bir neçə ünvanda boş torpaq sahələrini, o cümlədən Bakı şəhəri, ünvan 17al rayonu, Şahbazi küçəsi 23 ünvanında şose yolunun kənarında yerləşən və yaşıllıq ərazisi hesab edilən 600 kvadrat metr torpaq sahəsini göstərib guya sonuncu torpaq sahəsinin özünə məxsus olması barədə yalan məlumat verərək həmin torpaq sahəsini ilkin olaraq 250.000 manata Asqhar Razzaghiyə almağı təklif etmiş və deyilən məbləği bir dəfəyə ödəyə bilməyəcəyi halda ödənişlərin hissə-hissə edilməsi ilə bağlı ona şərait yaradacağını deyib inam və etibarını qazandıqdan sonra qeyd edilən torpaq sahəsi ilə bağlı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın Asqhar Razzaghinin arvadı Şahid3 adına rəsmiləşdirəcəyinə dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadığı halda razılaşdıqları məbləğin ödənilməsi və hadisələrin sonrakı gedişində guya torpaq sahəsinin sənədləşdirilməsi, ərazidən keçən qaz xəttinin yerinin dəyişdirilməsi və digər məsələlərin həlli üçün lazım olan əlavə xərclərin ödənilməsi adı ilə Asqhar Razzaghidən 02 iyul 2010cu il tarixdən 19 mart 2013-cü il tarixədək olan müddət ərzində ayrı-ayrı vaxtlarda Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 147 ünvanında Asqhar Razzaghinin fəaliyyət göstərdiyi ofisdə, Bakı şəhəri ərazisində müxtəlif yerlərdə, sonuncu dəfə isə Asqhar Razzaghinin kirayə yaşadığı Bakı şəhəri, ünvan 17al rayonu, Hüseyn Cavid prospekti 528-ci məhəllə, ev “V” ünvanının qarşısında hissə-hissə olmaqla ümumilikdə 304.000 manat pul vəsaitini Asqhar Razzaghidən alıb vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxs Asqhar Razzaghiyə 304.000 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməkdə ittiham elan etmişdir. İttiahamın əsası zərərçəkmiş şəxs Asqhar Razzaghinin ifadələri, Təqsirləndirilən şəxs torpaq sahəsi almaq üçün beh qismində 48000 manat verilməsi haqqında 2 iyul 2010-cu il tarixli əlyazma, zərərçəkmiş şəxs Asqhar Razzagin tərəfindən yazılıb istintaqa təqdim olunmuş onun Təqsirləndirilən şəxs ilə apardıqları telefon danışıqlarının məzmununu əks etdirən yazılı açıqlama, iş üzrə şahid qismində dindirilmiş Asqhar Razzagaqin sonuncunun həyat yoldaşı Şahid3 ifadələri, habelə zərərçəkmiş şəxs Asqhar Razzagi ilə Təqsirləndirilən şəxs arasında münasibətlərin olmasını göstərən məlumatlar olmuşdur. Təqsirləndirilən şəxs həmin epizod üzrə ittihamda nəzərdə tutulan əməli törətmədiyini bildirib ifadələrində göstərdi ki, o, Razzaghi Asqhar ilə 2007-ci ildə tanış olmuşdur. Onu Asqharla onların ümümi tanışları Telman adlı şəxs tanış etmişdir. Asqhar həmin vaxt sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu. O, Asqhara satışda torpaq sahəsi oldluğunu demişdir. Asqhar da həmin torpaq sahəsinə baxıb, almaq istədiyini bildirib, torpaq üçün ilkin olaraq 45000 manat pul verdi. Torpaq statistika idarəsinin yanında idi, lakin o, torpağın alınması mümkün olmadı. O da bu barədə Asqhara demişdir. Asqhar da pulunu istədi. O da pulu verə bilmədiyindən özünün həmin ərəfədə İlham adlı şəxsdən aldığı sənədsiz bir torpaq sahəsi Asqhara almağı təklif etmişdir. Asqhar da maraqlanaraq torpaq sahəsinə baxmağa gəldi. Asqhar həmin torpaq sahəsini bəyəndi və əvələki torpaq üçün verilmiş pul bu torpaq üçün verilmiş məbləğ kimi qiymətələndirildi. Torpağın sənədi yox idi. O, Asqhara torpaq sahəsinin onun adına sənədələşdirməyi söz vermişdir. Torpaq sahəsində uçurulmuş bir ev yerləşirdi. Buna baxmayaraq, əvvəlcədən qeyd etdiyi kimi, Asqhar yeri bəyəndi, sonra da orada olan torpaq sahələrini də aldı, həmin torpaq sahələrinin alınmasında o, iştirak etməyib, sonra da sahəni hasarladı və çıxıb-getdi. Asqhar müəyyən müddət ərzində Azərbaycanda olmamışdır. Asqhar Azərbaycana qayıtdıqdan sonra torpaq sahəsi ilə bağlı sənədlər hələ hazır deyildi. Bu səbəbdən də onun Asqhar ilə sözü çəp gəlmişdir. Buna görə də Asqhar ondan şikayət etmişdir. Ona qarşı irəli sürülmüş ittiham əsassızdır. O, dələduzluq etməmişdir. O, Asqharla 2007-ci ildən tanışdır. Onda da Telman ona demişdir ki, Asqhar adlı şəxsə torpaq sahəsi lazımdır. Ona məxsus olan və Asqhara verdiyi yerin ümumi sahəsi təxminən bir sotdan az çox idi. Cinayət işinin materiallarında dəqiq rəqəm var, özü tam dəqiq xatırlamır. Torpaq sənəd üzrə Əbdül adlı şəxsin adınadır. Özündə torpaq sahəsi ilə bağlı çıxarış olmayıb. O, Asqhara da belə sənəd göstərməyib. Torpağın alqı satqısını qırx səkkiz min manata razılaşmışlar. O, torpaq sahəsini sənədləşdirib Asqhara təhvil verməli olmuşdur. Özü sənədləşdirmə ilə məşğul olmuşdur, lakin alınmamışdır. Torpağın pulu ona verilməsi üç dəfəyə həyata keçirilib. Sözügedən torpaq sahəsi “Nərimanov” heykəli ərazisində yerləşir. Səhv etmirsə, Tağı Şahbazi küçəsində yerləşir. O, Asqhara sənəd verməli olmuşdur. Ona görə də əlyazmada qırx səkkiz min manat pul məbləğ beh kimi qeydə alınmışdır. Əlyazma yazılanda o, Asqhardan pul almamışdır. O, Asqhardan pulu 2007-ci ildə alıb. Tarixi xatırlamır. Sənəd verilməsəydi pul qaytarılmalı idi. Qırx səkkiz min manat danışılandan sonra onun Asqhar ilə münasibətləri yaxşı olub. Onun həmin torpaq sahəsinə heç bir hüququ olmayıb.Torpaq sahəsi üzrə sərəncam vermək hüququ olan şəxslərə hər hansı təsir etməyə imkanı olmayıb. Sadəcə adını xatırlamadığı şəxs ona torpağın sənədləşməsini aparacağına söz vermişdi. Asqhar pulu ona iki-üç dəfədə vermişdi. Dəqiq hansı tarixlərdə və vaxtda verdiyini xatırlamır. Ancaq dəqiq xatırlayır ki, bu 2007-ci ildə olmuşdur. Pulu da o vaxt qaytarmışdır. Dəqiq nə qədər qaytardığını xatırlamır, amma qaytarmışdır. Xatırladığı qədəri ilə həmin qırx səkkiz min manat pul məbləğinin bir hissəsini qaytarmışdır. Qırx səkkiz min manatdan iyirmi beş min manat ödəmişdir. Zərərçəkmiş şəxs Asqhar Razzaghinin ona qarşı ədavəti var. Ədavətinin səbəbi odur ki, o, ona borcunu tam miqdarda qaytara bilməmişdir. Asqhar onun həyat yoldaşına şəxsən demişdir ki, qırx səkkiz min manatı üç yüz min manata özü çevirib, çünki həmin vaxt borc ödənilməmişdir. Asqhar bildirmişdir ki, ondan həmin pulu da alacaqdır, həmin vaxt dollar 0.78 qəpik olmuşdur. İndi də ondan özünün uydurduğu pul əsassız olaraq tələb edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı da qeyd olunan epizodla bağlı analoji ifadə vermişdir. Epizodla bağlı fərqli məlumatı ondan ibarət olmuşdur ki, aldığı 48.000 manat məbləği o, Asqhara 2010-cu ildə qaytarmışdır. Əlyazmada tarix 2010-cu il olaraq səhvən göstərilmişdir. O, həmin əlyazmanı oxumadan qol çəkmişdir. Bu səbəbdən də yazının məzmununu bilmir. O, həmin əlyazmanının məzmununu oxumamış, gözucu olaraq məbləği 48.000 manat gördükdə məzmunun doğru olduğunu zənn edib imza etmiş və fikirləşmiş ki, pulu tam qaytaranda o, əlyazmanı da cırıb atacaqdır. “İlham” adlı şəxs faktiki olaraq ona məxsus olmuş T.Şahbazi küçəsi, 23 ünvanında yerləşən həmin topraq sahəsinin yaxınlığındakı evdə yaşayırdı. Onun şəxsiyyəti barədə başqa məlumatı yoxdur. Hazırda “İlham” adlı şəxsin mobil nömrəsini xatırlamır. Cinayət işinin materiallarına əlavə edilmiş audio yazılarda əks olunmuş və protkollaşmış səslər onunla Asqhar Razzaqhi arasında olmuşdur. Səhv etmirsə, həmin danışıqlar 2020-ci ildə olmuşdur. O, həmin danışıqlarda Aşqhara “sənin qabağında mənim öhdəliyim var mənim vicdanım ona yol vermir sən ziyana düşəsən mən söz vermişəm sənədi eləyəcəm, quranım haqqı sənə onu dokumentalnı verəcəyəm” dedikdə sənədləşmə işini həll edəcəyini nəzərdə tutmuşdur. Bunun ona pulu qaytarmağa heç bir aidiyyəti yoxdur. Danışıqlar zamanı Asqhar Razzaghinin ona 380000 ABŞ dolları pul verdiyini deməsinə o, fikir verməyib. Asqhar ona böhtan atır. Asqhar ona heç vaxt dollarla pul verməyib. Versəydi qəbzi də dollarla yazdırardı. Heç vaxt onunla Qaradağ rayonuna getməyib. Orada olan ”Royal” bankla onun heç bir əlaqəsi olmayıb. Asqharın və ya onun arvadının həmin banka maşınını girov qoymasından onun xəbəri olmayıb. Həmin bankdan pul götürüb ona verilməyib. Asqhar ona birinci ev üçün bir neçə dəfə, ümumilikdə qırx səkkiz min manat pul verib. Ondan sonra ona pul verilməyib. Heç vaxt Asqhar ona verdiyi pulu notariat qaydasında sənədləşdirmək üçün müraciət etməyib. Asqhar ona qırx səkkiz min manat verib, sonra da bu barədə qəbz yazdırıb təsdiq etdirib. Sonradan da işi alınmayıb ondan qırx səkkiz min manat əvəzində üç yüz dörd min manat istəyir. Zərərçəkmiş şəxs Asqhar Razzaghi ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs Qüdərət oğlu ilə o, 2007-ci ildə ümumi tanışları Telman adlı şəxs vasitəsi ilə tanış olmuşdur. İlkin olaraq Sahib ona “Statistika” dairəsi ərazisində bir yer göstərdi. Həmin yerin alqı satqısını onlar qırx beş min manata danışmışlar. Danışdıqdan sonra o, Sahibə neçəsə min manat pul vermişdir, miqdarını xatırlamır, müəyyən müddət keçdikdən sonra Sahib dedi ki, “bəs danışdığımız yer İcra Hakimiyyəti tərəfindən başqa şəxsə verilib, gəl mən sənə başqa bir yer göstərim”. O da Sahibdən onun göstərmək istədiyi yerin hansı ərazidə olduğunu soruşmuşdur. Sahib isə cavab olaraq bildirdi ki, yer ünvan 17aldadır. ünvan 17alda yerləşən torpaq sahəsi onu cəlb etmişdir. Gedib ora baxıb Sahib ilə həmin torpağın alqı-satıqısını yüz əlli min manat pula razılaşmışlar. O, Sahibə həmin pulun hissə-hissə ödəyəcəyini vəd vermişdir. Bundan əlavə də onun həmin ərazidə altı sot torpaq sahəsi olmasından xəbəri olmuşdur. Ondan sonra da o, həmin ərazini hasarlayıb əraziyə əl gəzdirmişdir. Ondan sonra mütəmadi olaraq Sahibə müxtəlif əsaslarla pul vermişdir. Bir dəfə ərazinin söküntü planına salınıbsalınmaması məsələsi ilə əlaqədar Sahibə otuz altı min manat vermişdir. Digər bir əsasla Sahib iyirmi dörd min manat aldı. Sonra qaz borusunun yığışdırılıb yerin altına köçürülməsi məsələsi ilə əlaqədar xatırlamadığı məbləğdə Sahibə pul vermişdir. Ümumi olaraq, Təqsirləndirilən şəxs ona üç yüz dörd min manat məbləğdə zərər vurub. Sahib onun yanına gələrək ona saxta bir sənəd göstərmişdir, demişdir ki, həmin torpaq sahəsinin çıxarışında problem yaranıb, həmin problemi də həll etmək üçün pul lazımdır. Həmin dəfə o, Sahibə pul verməmişdir. Beləliklə də, torpaq sahəsini aldığı vaxtdan bir neçə il keçdi, axırıncı iyirmi min manatı da Sahibə vermişdir ki, ona çıxarış gətirsin. Təqsirləndirilən şəxs ona bu günə qədər heç bir sənəd gətirmədi, həmişə də and içirdi ki, sənədin hazırlanması yekunlaşmaq üzrədir, az qalıb, bir az da səbr etmək lazımdır. 2019-cu ildə o, artıq dözməyib özü gedib hər şeyi yoxlatmışdır, özünün adına heç bir sənəd mövcud olmadığını bilib Sahibin uzun müddət ərzində saxtakarlıqlar etdiyiyni bilmişdir. Həmin ərazidə yeni yol çəkiləndə o, İranda olmuşdur. Onda onun məlumatı oldu ki, yolun çəkilməsi ilə əlaqədar onun hasarı sökülmüşdür. Sahib ilə əlaqə saxlamışdır. Sahib dedi ki, narahatçılığa heç bir səbəb yoxdur, hasarı özü sökdürüb, yerinə ağaclar əkdirb ki, torpaq sahəsi gözə dəyməsin. Sonra da məlum oldu ki, həmin ağaclar rəsmi qurumlar tərəfindən yaşıllaşdırma məqsədi ilə əkilib, Sahib isə onu sadəcə aldatmışdır. Birinci dəfə “Statistika” dairəsi ərazisində olan sahə ilə bağlı əvvəl Sahibə otuz min, bir qədər sonra isə on səkkiz min manat vermişdir. Beləliklə də qırx səkkiz min manat vermişdir. Zərər olaraq göstərdiyi üç yüz dörd min manatı bütün bu müddət ərzində hissə-hissə Sahibə vermişdir. Elə olub ki, Sahibə beş yüz manat vermişdir, elə olub ki, əlli manat vermişdir. Ən birinci verdiyi pul məbləği qırx səkkiz min manat olmuşdur. Onlar həmin torpaq sahəsində hansısa ciddi bir əlavə tikinti işləri görməmişlər. Qaz borusunu yerin altında gizlətmişlər. Bu tərzdə xırda işlər görmüşlər. O vaxt həmin torpağın bir sotun qiyməti yüz-iki yüz min manat arasında idi. Hər şey istintaq materiallarında var. Hamısını istintaq zamanı deyib. O, Təqsirləndirilən şəxs 2009-cu ilin axırında da pul vermişdir. Ondan əvvəl də pul vermişdir. Tarixləri və verdiyi pulların miqdarını xatırlamır. Axırıncı dəfə o, 2013-cü ildə Novruz bayramı ərəfəsində bankdan iyirmi min manatı faizlə götürüb Təqsirləndirilən şəxs vermişdir. O, Sahibə işçisinin yanında da pul vermişdir. Həmin işçi indi Türkiyədə yaşayır. O, Sahibə qırx səkkiz min manatı beh olaraq vermişdir. Həmin pulla onlar ərazini də hasarlamışlar. Əvvəlcə otuz-otuz üç min manat vermişdir, sonra isə on beş min manat vermişdir. Həmin pulla bağlı vaxt ikən sənəd də hazırlanmışlar və iştirakçılar tərəfindən də həmin sənəd imzalanmışdır. O, Təqsirləndirilən şəxs inanıb güvənmişdir. Sonradan verdiyi pulları hər hansı sənəd olmadan vermişdir. O, ifadələrinin əvvəlində Təqsirləndirilən şəxs verdiyi qırx səkkiz manatın verilməsinin səbəbləri və verilməsi mexanizmi ilə ifadəsinin sonunda həmin məbələğin verilməsinin məqsədi və səbəbləri barəsində fərqli ifadə vermir. Təqsirləndirilən şəxs verdiyi pulların verildiyi tarixləri barədə özündə qeydiyyat da aparmayıb. İstintaq zamanı verdiyi izahatlarında, ifadələrində bütün halları göstərmişdir. Həmin halları təsdiq edir. Həmin izahat və ifadələrini nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs Asqhar Razzaqhi ibtidai istintaq zamanı həmin epizodla bağlı bir sıra məqamlara dair fərqli ifadələr vermişdir. Beləki, ibtidai araşdırma zamanı göstərmişdir ki, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Azərbaycan Respublikasında son zamanlara qədər tikinti sahəsində fəaliyyət göstərmiş, hazırda isə ət və ət məhsullarının satışı ilə məşğul olur. 2009-cu ildə Şahid5 əvvəllər yanında işləmiş Qalib adlı şəxsin vasitəsilə tanımışdır. Telmanı tanıyan zaman özünü ona tikinti işləri ilə məşğul olan şəxs kimi təqdim etmişdir. Söhbət zamanı Telman demişdir ki, Təqsirləndirilən şəxs adlı tanışı vardır, Sahibin geniş əlaqələri var, torpaq, ev sənədləşdirmə işləri ilə məşğuldur. Telman onu şəxsən Sahiblə 2009-cu ildə həmin zaman işlədiyi ünvan 9 ünvanında yerləşən ofisdə tanış etmişdir. Sahib də onunla tanışlıq zamanı Telmanın dediklərini təsdiq etmiş, özünün yerli icra hakimiyyəti orqanları ilə geniş əlaqələrinin olduğunu bildirmiş, ona da təklif etmişdir ki, tikinti sektorunda olduğundan münasib qiymətə Bakı şəhərinin mərkəz hissələrində torpaq sahələri tapa, sənədləşdirə bilər, o da həmin torpaq sahəsində tikinti işlərini görə bilər. Sahibin danışığı onu cəlb etdiyi üçün ona torpaq sahəsi göstərməsini xahiş etmişdir. İlkin olaraq Sahib onu Bakı şəhəri, ünvan 17al rayonu ərazisində yerləşən Dövlət Statistika Komitəsinin yaxınlığında olan 130 kvadrat metr sahəsi olan bir yeri göstərərək həmin yeri onun adına sənədləşdirə biləcəyini demişdir. Lakin qısa müddət keçdikdən sonra demişdir ki, ünvan 17al Rayon İcra Hakimiyyəti həmin yeri başqa bir şəxsə vermiş, ona görə də, həmin torpaq sahəsi ilə bağlı dediklərini edə bilməyəcəkdir. Bundan sonra yəni, konkret olaraq 2010-cu ilin yay aylarında Sahib onunla görüşmüş və ona ünvan 17al rayonu ərazisində iki ayrı torpaq sahəsini göstərmişdir. Həmin torpaq sahəsinin biri Bakı şəhəri, ünvan 17al rayonu, Şahbazi küçəsi 23 ünvanında, digəri isə Bakı şəhəri, ünvan 17al rayonu, İnşaatçılar metrstansiyasının yaxınlığında, X49 küçəsində yerləşirdi. O, Sahibə Bakı şəhəri, ünvan 17al rayonu, Şahbazi küçəsi 23 ünvanında yerləşən ümumilikdə Sahibin deməsinə görə 600 kvadrat metr sahəsi olan torpaq sahəsini bəyəndiyini dedikdə Sahib demişdir ki, torpaq sahəsini özü onun adına sənədləşdirəcək. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədini əldə edəcəkdir. Sahib ona ünvan 17al rayonu, Şahbazi küçəsi 23 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsinin, yəni 152 kvadrat metr sahəsinin sənədli olduğunu, X8 mülkiyyətində olduğunu bildirmiş və ona X8 adına olan Daşınmaz Əmlakın Texniki Pasportu sənədinin surətini təqdim etmişdir. Sahib onu əmin etmişdir ki, onun X36 oğlu ilə yaxşı münasibəti vardır, sonuncu tərəfindən ona qeyd olunan sənəd ilə bağlı bütün hərəkətlərin həyata keçirilməsi üçün etibarnamə verilmişdir, bütün işləri özü görəcəkdir. Sahib bildirmişdir ki, 152 kvadrat metr sahəsi olan torpaq sahəsinə dair sənədin əsasında onun adına ünvan 17al rayonu, Şahbazi küçəsi 23 ünvanında 600 kvadrat metr torpaq sahəsini rəsmiləşdirəcəkdir. O, X12 görməmiş, həmin şəxsi tanımamışdır. Sahib onu tam özünə inandırmışdır. Sahib demişdir ki, ilkin olaraq 152 kvadrat metr torpaq sahəsini rəsmiləşdirib 600 kvadrat metr sahəsi olması ilə bağlı çıxarış almaq lazımdır. Bunun üçün ilkin olaraq lazımı sənədlər hazırlanmalı, 600 kvadrat metr torpaq sahəsinin X36 oğluna məxsus olması ilə bağlı çıxarış əldə edilməli, daha sonra onun adına rəsmiləşdirilməlidir. Həmin zaman o da Sahibə demişdir ki, faktiki onun olacağına baxmayaraq torpaq sahəsinin arvadının adına olmasını istəyir. Həmin zaman Sahib ondan arvadı Şahid3 şəxsiyyət vəsiqəsinin surətini almışdır. Sahib ona demişdir ki, ünvan 17al rayonu, Şahbazi küçəsi 23 ünvanında yerləşən 600 kvadrat metr torpaq sahəsinin rəsmiləşdirilməsi üçün 150000 manat, ünvan 17al Rayon İcra Hakimiyyətində özünün tanıdığı şəxslərə verilməsi üçün ona verməlidir. Sahib ona demişdir ki, X36 oğlu ilə özü razılaşmışdır, artıq torpaq sahəsini onun olduğunu bilməlidir, bütün işlər onluqdur, ona görə də, ondan həm zəhmət haqqı kimi, həm də, 152 kvadrat metr sənədli olan torpaq sahəsi üçün 150000 manat verməlidir. O, həmin zaman Sahibə demişdir ki, gəliri hissə-hissə olur, yəni onun dediyi məbləği birdən tam şəkildə ödəyə bilməyəcəkdir. Sahib isə demişdir ki, burada heç bir problem yoxdur, hissə-hissə Sahib ondan pulunu alıb vəd verdiyi işini görəcəkdir. Bundan sonra ünvan 11 ünvanında yerləşən ofisində Şahid5 və həmin zaman işçisi olmuş X18 iştirakları ilə 02 iyul 2010-cu il tarixdə Sahibə 48000 manat pulu ünvan 17al rayonu, Şahbazi küçəsi 23 ünvanında yerləşən 600 kvadrat metr torpaq sahəsini sənədləşdirməsi üçün ilkin olaraq beh kimi vermişdir. Həmin zaman tələb etmişdir ki, aralarında bir sənədləşmə olsun. O Telmandan xahiş etmişdir ki, bir qəbz yazsın və bu prosesdə iştirak etmiş olan hamı imza etsin. Bundan sonra Telman öz xətti ilə Sahibə 48000 manat pul verməyini təsdiq edən qəbz yazmış və imzalarla onu təsdiq etmişlər. Bu prosesdən qısa müddət əvvəl ünvan 17al rayonu, Şahbazi küçəsi 23 ünvanında Sahibin ona göstərdiyi və sənədləşdirməsinə vəd verdiyi torpaq sahəsinin 600 kvadrat metr olub-olmamasını yoxlamaq üçün həmin zaman işçisi olmuş Türkiyə Respublikasının vətəndaşı Ahmet Dağ ilə birlikdə gedib ölçmə işləri aparmış və torpaq sahəsinin 600 kvadrat metr olmasına əmin olmuşlar. Sahibə behi verdikdən sonra Sahib ona demişdir ki, “sən gedib həmin torpaq sahəsini hasarlaya bilərsən». Bundan sonra da, o həmin zaman onun tabeliyində işləyən tikinti işlərində ustaların başında dayanan Şahid2 demişdir ki, ünvan 17al rayonu, Şahbazi küçəsi 23 ünvanında 600 kvadrat metr torpaq sahəsini hasarlasın. Şahid2 dediyi kimi etmiş və torpaq sahəsini hasarlamışdır. Bundan sonra Sahib ona demişdir ki, torpaq sahəsinin dəqiq müfəssəl ölçülərini “GPS” vasitəsi ilə dəqiqləşdirib və üzərində tikilməli olan bir obyektin sxem planları lazımdır ki, o, ünvan 17al Rayon İcra Hakimiyyətinə təqdim etsin. O, da torpaq sahəsinin üzərində “GPS” koordinatları dəqiqləşdirmiş, öz işçiləri ilə birlikdə torpaq sahəsinin üzərində tikiləcək 4 mərtəbəli obyektin plan sxemlərini hazırlamış və Sahibə vermişdir. 2010-cu ilin yay aylarından 2013-ci ilin mart ayının ortalarına qədər Sahibə ümumilikdə ilkin olaraq verdiyi beh pulu olan 48000 manat daxil olmaqla 304000 manat pulu hissə-hissə olmaqla müxtəlif zamanlarda vermişdir. Pulu Sahib ondan 2010-cu ilin noyabr ayının sonlarına qədər Badamdar qəsəbəsi, Badamdar şossesi, ev 147 ünvanında yerləşən ofisdə almışdır. Bundan sonra isə ofisini ünvan 12 ünvanında yerləşən, “X60”-nın 4-cü mərtəbəsində yerləşən ev 9 ünvanında olan ofisdə Sahibə hissə-hissə olmaqla qeyd etdiyi məbləği vermişdir. Həmçinin bəzən Sahibin həmin zaman yaşadığı Bakı şəhəri, ünvan 17al rayonu, “Köhnə Qubanov” adlanan küçədə olan evinin qarşısında, bəzən özünün yaşadığı ünvan 13 ünvanının qarşısında da, Sahibə pul vermişdir. 2012-ci ilin yay aylarında Sahib onunla görüşərək yoldaşı Şahid3 adına olan Bakı şəhəri, ünvan 17al rayonu, Şahbazi küçəsi 23 ünvanında yerləşən 600 kvadrat metr torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətini göstərərək demişdir ki, “mən bu sənədi sənə verə bilmərəm, bu sənədi göstərirəm ki, mənə inanasan sənədin əsli idarədədir, onlar verə bilmirlər çünki torpaq sahəsinin üzərində olan tikili artıq çıxarışda göstərilmişdir, deyirlər ki, obyekti tiksin sonra sənədini verək” kimi ifadələri işlədərək bir daha onu özünə tam inandırmışdır. Həmin zamana qədər artıq Sahibə pulun böyük bir hissəsini vermişdir. Həmin sənədin surətini qeyd etdiyi kimi bəhanəni edərək ona verməmişdir. Lakin sonradan bilmişdir ki, həmin Sahibin ona göstərdiyi sənədin surəti saxtadır. Bir az keçdikdən sonra Sahib demişdir ki, guya onun yoldaşının adına rəsmiləşdirdiyi faktiki ona məxsus olan torpaq sahəsi dövlət planına düşəcəkdir, əlavə problem olmaması üçün 36000 manat pul istəmiş və Sahibin dediklərinə inanaraq 2012-ci ilin yay aylarında hissə-hissə olmaqla ümumilikdə Sahibə həmin zaman 36000 manat vermişdir. Bir az keçdikdən sonra Sahib ona demişdir ki, guya onun yoldaşının adına rəsmiləşdirdiyi faktiki ona məxsus olan torpaq sahəsinin bir hissəsinin sahibi olmuş şəxs ölmüşdür, onun vərəsəsi vardır, şikayət etməməsi üçün onu razı salmaq lazımdır, həmin adamın balaca bir evi olmuşdur, onu narazı salmaq lazım deyil. Hətta onun yanına yaşlı bir tanımadığı şəxsi gətirmiş, qeyd etdiyi kimi torpaq sahəsinin bir hissəsinin sahibi olmuş şəxsin vərəsəsi kimi təqdim etmişdir. Həmin şəxsin adı yadında qalmamış, yaşlı şəxs demişdir ki, onun köhnə bir tikilisi olmuş, ondan “halallıq” istəyir. Sahib özü şəxsən guya həmin şəxsə vermək adı ilə ondan əlavə 24000 manat pul almışdır. Sonradan anlamışdır ki, həmin yaşlı adam Sahibin bir uydurmasıdır, ondan əlavə pul almaq üçün Sahib bu yola əl atmışdır. Sahib ona ümumilikdə 250000 manata vəd verdiyi torpaq sahəsini sənədləşdirəcəyini söz versə də, ümumilikdə 304000 manat pul almışdır. Lakin Sahib torpaq sənədləşməsini guya həyata keçirdiyi müddət ərzində yuxarıda qeyd etdiyi kimi vərəsə çıxması, torpaq sahəsinin plana düşməsi bəhanəsi və digər bəhanələr gətirib əlavə pul istəmiş və onu aldatmağı bacarmışdır. Vərəsə məsələsi bitdikdən sonra Sahib ondan torpaq sahəsinin qarşısından keçən yüksək təzyiqli qaz borusunun hündürlükdən salınıb yer səthi ilə aparılması adı ilə hissə-hissə olmaqla 2013-cü ilin mart ayının ortalarına qədər hissə-hissə olmaqla 10000 manat pul vermişdir. Qaz borusunun yerinin dəyişdirilməsi ilə bağlı əlavə olaraq material alınması üçün Telmana şəxsən 930 manat pulu 2013-cü ilin mart ayının əvvəllərində vermişdir. Həmin pul alınan zaman Sahiblə mübahisə etmişdir ki, heç bir iş görməmiş, Telmana aralarına girərək köməklik edəcəyini bildirmiş və ona demişdir ki, özü gedib qaz idarəsində danışıb köməklik edəcəkdir. Bunun üçün də, Telmana 930 manat pul vermişdi ki, lazımı materialları alsın. Lakin bu da, yalan olmuş, Sahib heç bir iş görməmiş və onu aldatmağa davam etmişdir. Sonuncu dəfə Sahib torpaq sənədləşdirilməsi adı ilə 20000 manat pul istəmiş, həmin vaxt pulu olmadığı üçün Həmzə adlı tanışından borca pul götürmək qərarına gəlmiş, Həmzə isə girova əmlak istədiyi üçün arvadı Şahid3 məxsus Şamaxı rayonu Avaxıl kəndində yerləşən 1,4 ha torpaq sahəsi ilə bağlı Həmzənin qohumu Oqtaya etibarnamə verərək 19 mart 2013-cü il tarixdə Həmzədən 30000 manat pul götürmüş, həmin pulun 10000 manatını Sahibə əvvəl verdiyi pullardan borc götürdüyü şəxsə ödəmiş, qalan 20000 manat pulu isə həmin gün yaşadıqları evin qarşısında Sahibə vermişdir. Həmin pulun 244000 manatını guya torpaq sahəsini sənədləşdirib çıxarış almaq, 36000 manat pulunu guya torpaq sahəsinin plana düşməsi üçün, torpaq sahəsinin bir hissəsinə vərəsə olmuş şəxsə vermək adı ilə 24000 manat, qaz borusunun yerinin dəyişdirilməsi adı 10000 manat pulunu almışdır. Sahib ona əvvəldən bütün işləri 250000 manata görəcəyinə vəd versə də, demişdir ki, bəzən nəsə problem olsa pul xərcləmək lazım olacaq o da cavabında demişdir ki, “əsas odur ki, işim alınsın, nə lazımdı edərik”. Sahib də, həmin zaman onun maddi imkanından və sadəlövhlüyündən istifadə edərək onu aldatmışdır. 2016-cı ildə Sahibin ona sənədləşdirib arvadının mülkiyyətinə keçirəcəyinə vəd verdiyi torpaq sahəsinin qarşısında yol-asfalt işləri aparılmış, yol genişləndirilmiş, onun hasarı sökülmüş, daha sonra isə torpaq sahəsinin üzərində şam ağacları əkilmişdir. Sahibə bu barədə dedikdə Sahib demişdir ki, heç bir problem olmayacaqdır. O, həmin zamanlar öz işləri ilə əlaqədar İran İslam Respublikasında olduğu üçün burada torpaq sahəsi ilə tam maraqlana bilməmişdir. 2020-ci ildə o Sahibin yalanlarından bezmiş, gedib Əmlak Komitəsində torpaq sahəsini yoxlatdırmış, məlum olmuşdur ki, həmin torpaq sahəsi nə onun, nə də arvadının adınadır. Ümumiyyətlə 600 kvadrat metr göstərilən torpaq sahəsinin kiçik bir hissəsi X8 mülkiyyətindədir, onunla Sahib arasında heç bir alqı-satqı olmamışdır. Halbuki, Sahib demişdir ki, guya torpağı o, almışdır, artıq onundur, torpaq sahəsini o satacaq, qalan hissəni isə tam onun arvadının adına rəsmiləşdirilməsinə nail olacaqdır. Bundan sonra Sahibə demişdir ki, heç olmasa X5 bir etibarnamə alsın. Lakin Sahib bunu da, edə bilməmiş, günü-günə sataraq onu aldatmışdır. Həmin zaman da, Sahibin ona qarşı etdiyi cinayət əməlini sübut etmək üçün onunla olan telefon danışıqlarının səsini yazmış və həmin səs yazılarını da, istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs sonradan ondan pulları alandan sonra Sahibdən qəbz yazmasını istəyən zaman belə razılaşmışlar ki, gedib notarial qaydada onun Sahibə ümumi verdiyi pullarla bağlı yazılı müqavilə təsdiq etsinlər, lakin bir müddət Bakı şəhərində olan zaman Sahib notariusa getməmiş, onunda işləri olduğu üçün Türkiyə Respublikasına getmiş, orada işi alınmamış, geri qayıdandan sonra İran İslam Respublikasına getməli olmuş və bu səbəbdən sonrakı pullarla bağlı aralarnda əlyazma olmamış, həmçinin Sahib danışıqları ilə onu inandırmış və aralarında inam etibar yaranmış, sonradan isə 2020-ci ildə artıq torpaq sahəsi ilə bağlı adına heç bir sənəd olmadığını dəqiqləşdirəndən sonra Sahibin onu aldatdığına əmin olmuş və Sahiblə danışıqlarını əlində bir sübut olsun deyə yazmağa başlamışdır. 2010-cu ilin sentyabr ayında Təqsirləndirilən şəxs ondan təcili olaraq pul istəmişdir. Onun isə həmin vaxt nağd şəkildə pulu olmadığından arvadı Vüsalə Həsənovla ilə qərara gəlmişlər ki, sonuncunun adına olan, 1998-ci il buraxılışlı, “Lexus LX 470” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobili banka girov qoymaqla kredit şəkilində pul əldə edib Təqsirləndirilən şəxs versinlər. Bu məqsədlə o, bir neçə banka müraciət etsə də bankın nümayəndələri maşının buraxılış ilinin köhnə olduğunu səbəb gətirərək girov qismində qəbul etməmişlər, bununla da kredit əldə edə bilməmişdir. Bu barədə Təqsirləndirilən şəxs danışdıqda isə sonuncu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Röyal Bank» filialının müdirinin onun tanışı olduğunu və bu işdə ona köməklik edə biləcəyini demişdir. Qeyd etmiş ki, uzun müddət keçdiyindən hazırda həmin bank müdirinin adını xatırlamır. Beləliklə, o, razılıq vermiş, 29 sentyabr 2010-cu il tarixdə günorta saatlarında o, arvadı, eləcə də Təqsirləndirilən şəxs hərə öz maşınını idarə etməklə həmin «Röyal Bank» filialına getmişlər. Orada Təqsirləndirilən şəxs tanışı olan bank müdiri onları qarşılamış və arvadına kredit verilməsinə razılıq verərək krediti təsdiq etmişdir. Sözügedən maşını girov qoymaqla 14.700 ABŞ dolları məbləğində kredit götürmüşlər, həmin puldan 2.700 ABŞ dolları bank xərcləri üçün tutulduqdan sonra 12.000 ABŞ dolları pulu elə həmin vaxt bankın qarşısına çıxaraq onları orada gözləyən Təqsirləndirilən şəxs vermişdir. Əvvəlki ifadələrini də verərkən həmin xüsusatla bağlı şifahi olaraq bildirmişdir. Sonuncu dəfə 2013cü ilin mart ayının 19-da Təqsirləndirilən şəxs əvvəlki ifadəsində qeyd etdiyi, öncədən surətini ona göstərdiyi çıxarışın artıq hazır olduğunu, bu gün yaxud, novruz bayramı tətilindən dərhal sonra götürüb ona təqdim edəcəyini deyərək Daşınmaz Əmlakın Dövlət Komitəsinə vermək üçün 20.000 manat pul istəmişdir. O isə inanaraq artıq işin yekunlaşdığını ümid edib razılıq vermişdir. Lakin, nağd pulu olmadığından həmin vaxt Həmzə adlı şəxslə tanış olmuş, borcla bağlı ona müraciət etmiş, o isə borc pulu ancaq girov qarşılığında verə biləcəyini demişdir. O, razılaşmış,19 mart 2013-cü il tarixdə Bakı şəhəri 3 saylı notariat ofisində Həmzənin adamı olan Şahid7 ilə arvadı Şahid3 arasında kredit müqaviləsi bağlanmış, bununla yanaşı arvadının adına olan Şamaxı rayonu, Avaxlı kəndində yerləşən torpaq sahəsinin 1,4 ha olan hissəsinin üzərində sərəncam verə bilməsi üçün Şahid7 etibarnamə verilmişdir. Bundan sonra Həmzə ona borc kimi 30.000 manat pul vermişdir. Notariat ofisində pulu götürmüş, evə çatdıqda isə saat təxminən 14 radələri olararkən, evin qarşısında həmin pulun 20.000 manat hissəsini Təqsirləndirilən şəxs vermişdir. Qalan 10.000 manat pulu isə əvvəllər Təqsirləndirilən şəxs vermək üçün borc aldığı iş yoldaşlarına qaytarmışdır. Əvvəlki ifadələrini də verərkən həmin xüsusatla bağlı şifahi olaraq bildirmişdir. Əvvəlki ifadəsində sonuncu dəfə Təqsirləndirilən şəxs pul verməyinin 16 ya 17 mart 2013-cü il tarixə təsadüf etməsi ilə bağlı göstərməyi tarixi dəqiq xatırlamamağı ilə əlaqədar olmuşdur. Lakin notariusa ünvanlanmış həmin ərizələr tapıldıqda məlum olmuş ki, sonuncu dəfə pulu Təqsirləndirilən şəxs 19 mart 2013-cü il tarixdə vermişdir. Dəqiq xatırlayır ki, notariusda Həmzə adlı şəxsdən pulu aldıqdan sonra həmin gün saat 14 radələrində 20.000 manat pulu evinin qarşısında Təqsirləndirilən şəxs vermişdir. Şahid3 ifadəsində göstərdi ki, 2003-cü ildə Asqhar Razzaqhi ilə ailə qurmuşdur. Asqhar Razzaqhi əvvəllər Bakı şəhərində tikinti işləri ilə məşğul olmuş, sonradan bir müddət iri və xırda buynuzlu heyvanların ətinin satışı ilə məşğul olsa da məlum pandemiya səbəbindən işləri dayanmış və hazırda heç bir işlə məşğul olmur. Təqsirləndirilən şəxs Asqhar Razzaghiyə görə tanımışdır. Asqhar 2010-cu ildə Bakı şəhəri, ünvan 17al rayonu, Şahbazi küçəsi 23 ünvanında yerləşən 600 kvadrat metr sahəsi olan torpaq sahəsini almaq istəməsi barədə ona demişdir. Həmin yerdə nə iş görəcəyi barədə maraqlandıqda Asqhar dedi ki, orada dörd mərtəbəli bina inşa edəcək, həmin binanın birinci mərtəbəsində mağaza, ikinci mərtəbəsini isə ofis kimi istifadə edəcək, qalan mərtəbələri isə yaşayış mənzilləri edib satışını təşkil edəcəkdir. O da bu fikrin çox yaxşı fikir olması barədə Asqhara demiş, həmçinin maraqlanmışdır ki, oranı kimdən və hansı şərtlə alır. Asqhar ona demişdir ki, torpaq sahəsini satan Təqsirləndirilən şəxsdur, Azərbaycan Respublikasının qanunlarına görə torpaq sahəsi xarici vətəndaşın adına rəsmiləşdirilə bilməz, torpaq sahəsini onun adına Sahib rəsmiləşdirəcək, həmçinin torpaq sahəsində tikiləcək 4 mərtəbəli binanın dövlət qeydiyyatına alınması işlərini də həll edəcəkdir, bütün bunların hamısını sahib ümumilikdə 250000 manat pulun müqabilində edəcəkdir. O da uzun müddət həmin əraziyə yaxın yerdə yaşadığı üçün oranın necə dəyərli bir yer olduğunu, həmçinin Sahib tərəfindən təklif edilən qiymətin münasib olmasını bildiyindən Asqhara demişdir ki, Allah xeyir versin. Bundan sonra əri hissə-hissə olmaqla Sahibə torpağın alınıb onun adına rəsmiləşdirilməsi üçün pullar verməyə başlamışdır. Həmçinin onun şəxsiyyət vəsiqəsinin kserosurətini də Sahibə vermişdir ki, sənədləşmə işlərinə başlasın. Hətta 2010-cu ilin sentyabr ayında Sahibə təcili müəyyən qədər pul verməli olan zaman Asqharın nağd pulu olmadığı üçün onun adına olan “Lexus LX 470” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobili girov qoyaraq kredit götürüb vermək qərarına gəlmişdir. Bundan sonra maraqlanmışlar və məlum olmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Röyal bank» filialı avtomobili girov götürməklə əlverişli şərtlərlə kredit verir, bu səbəbdən o əri Asqharla birlikdə 29 sentyabr 2010-cu il tarixdə qeyd olunan banka getmiş, Təqsirləndirilən şəxs da ağ rəngi Mercedes Benz ML markalı avtomobillə banka gəlmiş, orada onun adına avtomobil girov qoyulmaqla 14700 ABŞ dolları məbləğində kredit götürülmüş, həmin puldan 2700 ABŞ dolları bank xərcləri üçün tutulduqdan sonra 12000 ABŞ dolları ona pul verilmiş, o da pulu götürüb Asqhara vermişdir, Asqharda pulu elə həmin vaxt bankın qarşısında Təqsirləndirilən şəxs vermişdir, həmin vaxt Sahib tək gəlmiş, bundan sonra onlar ayrılıb çıxıb getmişlər. Bankdan kredit götürməklərini təsdiq edən sənədlərin surətini istintaqa təqdim etmişdir. Daha sonra yenə də Sahib torpaq sahəsinin sənədləşmə işləri ilə bağlı Asqhardan pullar almağa davam etmiş, hər dəfə müxtəlif sənəd almaq adı ilə, torpağın sənədləşməsi ilə bağlı müəyyən işlərin görülməsi adı ilə Asqhardan pullar götürmüş, 2013-cü ilin mart ayına qədər artıq hissə-hissə Asqhar Təqsirləndirilən şəxs 250000 manatdan yuxarı təxminən 284000 manat pul vermişdi. O Asqhardan hansı səbəbdən artıq pul verməsini soruşduqda demişdir ki, Sahib sənədləşmə işləri ilə bağlı əlavə xərclər çəkdiyini bildirmişdir. Sonuncu dəfə 2013-cü ilin mart ayında Sahib yenə də Asqhardan 20000 manat pul istəmişdir ki, guya artıq sənədləşmə işləri tamamlanmış, həmin pulu verib sənədi götürmək lazımdır. Asqharın də həmin vaxt nağd pulu olmamış, onlar 20000 manat tapmaq üçün maraqlanan zaman Asqhar Həmzə adlı şəxslə tanış olmuş, Həmzə ona hər hansı bir əşya girov qoyulduğu halda pul verə biləcəyini bildirmiş, onlarda qərara almışlar ki, onun adına olan Şamaxı rayonu, Avaxıl kəndində yerləşən torpaq sahəsinin 1,4 ha olan hissəsini girov qoymaqla 30000 manat pul götürsünlər, həmin pulun 10000 manatını Sahibə vermək üçün əvvəlcədən Asqharın borc götürdüyü şəxsə versinlər, qalan 20000 manatı da Təqsirləndirilən şəxs versinlər. Bundan sonra Həmzənin adamı olan Şahid7 ilə onun arasında 19 mart 2013-cü il tarixdə Bakı şəhəri 3 saylı notariat ofisində kredit müqaviləsi bağlanılmış və o adına olan Şamaxı rayonu, Avaxıl kəndində yerləşən torpaq sahəsinin 1,4 ha olan hissəsinin üzərində sərəncam verə bilməsi üçün Şahid7 etibarnamə vermişdir. Bundan sonra elə həmin gün Həmzədən 30000 manat pul götürmüşlər və evə çatanda artıq Təqsirləndirilən şəxs yuxarıda qeyd etdiyi avtomobilində əyləşib onları gözləmiş, evin qarşısına çatmışlar, heç avtomobildən düşməmiş, Asqhar özü düşüb Sahibə yaxınlaşmış və 20000 manat pulu Sahibə vermiş, Sahib tək gəlmiş, pulu götürəndən sonra Sahib avtomobilinə əyləşib çıxıb getmişdir. Qalan 10000 manat pulu isə Asqhar əvvəlcədən Sahibə vermək üçün borc götürdüyü pulun əvəzinə ödəmişdir. Lakin müəyyən müddət keçsə də Sahib torpaq sahəsini onun adına rəsmiləşdirməmiş, həmin vaxta qədər Asqhar artıq Sahibin göstərişi əsasında onlara satdığı torpaq sahəsini dəmir dam örtüyü ilə hasarlamışdır. 2013-cü ilin dekabr ayında Həmzədən götürdükləri pulu ödəmişlər və aralarında bağlanan kredit müqaviləsini 26 dekabr 2013-cü il tarixdə ləğv etdirmişlər, həmçinin Şahid7 ərizə ilə müraciət edərək onun Oqtaya verdiyi etibarnamədən imtina etmişdir. Bir müddət sonra əri Asqhar işlərində olan problemlərlə bağlı ilk əvvəl Türkiyə Respublikasına getmiş, oradanda İran İslam Respublikasına getmiş, həmin vaxtlarda Asqhar tez-tez Azərbaycanı tərk edib gedib gəlmiş, o isə Bakı şəhərində qalmışdır, arabir Sahibin onlara satdığı torpaq sahəsinin yanından keçən zaman baxmışdır. İlk əvvəllərdə orada hasar yerində olmuş, lakin 2016-cı ildə oradan keçən zaman görmüşdür ki, artıq hasar sökülmüşdür və orada çoxlu ağaclar əkilibdir. O da Asqharla əlaqə saxlayıb ona bu barədə məlumat vermiş, Asqharda öz növbəsində Təqsirləndirilən şəxsla danışandan sonra ona məlumat vermişdir ki, Sahib guya özü hasarı sökdürüb ağac əkmişdir, amma heç bir problem olmayacağını bildirmişdir. Hətta üstündən bir neçə müddət keçəndən sonra Asqhar onunla əlaqə saxlamış və demişdir ki, sənədləşmə işi ilə bağlı Sahib gəlib onun şəxsiyyət vəsiqəsinin əslini götürəcək, düşüb aşağıda şəxsiyyət vəsiqəsini Sahibə vermişdir. Sahib də razılaşmış və bir neçə dəqiqədən sonra Asqhar yenidən onunla əlaqə saxlayaraq Sahibin aşağıda dayanacaqda tək dayanıb onu gözlədiyini bildirmişdir. O da aşağı düşüb şəxsiyyət vəsiqəsinin əslini Təqsirləndirilən şəxs vermiş, Sahib də çıxıb getmişdir. Təxminən bir həftə və ya on gün keçəndən sonra özünə şəxsiyyət vəsiqəsi lazım olduğu üçün Asqharla danışıb demişdir ki, Sahibə desin onun vəsiqəsini özünə qaytarsınlar. Asqharda Sahibə deyəndən sonra Sahib özü tək gəlib yaşadığı evin yanında dayanacaqda şəxsiyyət vəsiqəsini özünə qaytarmışdır. Sahiblə Asqhar özü tez-tez əlaqədə olduqları üçün Sahibdən torpaq sahəsinin sənədini nə vaxt verəcəyi barədə heç bir söz soruşmamışdır. Lakin bir neçə il keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs torpaq sahəsinin sənədini onlara təqdim etməmiş, 2019-cu ildə əri Asqhar İranda olan işlərini səhmana salıb birdəfəlik Azərbaycan Respublikasına qayıtmış və qayıdandan sonra Sahibdən sənədi tələb etməyə başlamış, hətta özü gedib sənədin hazırlanıbhazırlanmaması ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən maraqlanmış, oradan da heç bir müsbət cavab almayandan sonra Asqhar artıq Sahibin onu aldatdığını bilmiş və ümumi verdiyi 304000 manat pulu geri tələb etməyə başlamış, Sahib isə müxtəlif bəhanələr gətirməklə pulu geri qaytarmaqdan imtina etmişdir. Belə olduğu halda Asqhar bu barədə rəsmi qaydada polisə ərizə vermişdir. Şahid6 ifadəsində göstərdi ki, İran İslam Respublikasının vətəndaşı Asqhar Razzaghini 2013-cü ildən tanıyır, münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs isə ümumiyyətlə tanımır, heç bir münasibəti olmamışdır. Şahid7 onun bibisi qızının əridir. 2013-cü ildə Asqhar tikinti işləri və bizneslə məşğul olmuşdur. Həmin vaxtlarda Asqharın ona deməsinə görə Bakı şəhəri, ünvan 17al rayonu, Nəriman Nərimanov heykəlinin arxa hissəsində yerləşən torpaq sahəsi var, həmin torpaq sahəsinin sənədləşmə işini həll edib orada tikinti işləri aparmaq istəyir, onunla tanış olanda isə deyirdi ki, sənədləşmə işi ilə bağlı 30000 manat pula ehtiyacı vardır, onları tanış edən ortaq tanışları da ona Asqhari sözünə düz etibarlı bir adam kimi təqdim etmişdi, o da həmin 30000 manat pulu Asqhara borc olaraq vermək qərarına gəlmiş, Asqhar ondan pulu istəyən zaman təxminən 2013-cü ilin sonlarına qədər qaytaracağını demiş, pulun əvəzində təminat olaraq isə arvadı Şahid3 adına olan Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 1,4 ha torpaq sahəsinin üzərində formal olaraq sərəncam verə bilməsi üçün etibarnamə verəcəyini demişdir. O da razılaşmış, həmin vaxtlarda o, bank sektorunda çalışdığı üçün Şahid3 ilə arasında bağlanacaq müqavilələrin öz adına rəsmiləşdirilməsini istəməmiş, bu səbəbdən qohumu Şahid7 xahiş etmişdir ki, Oqtayla Şahid3 arasında kredit müqaviləsi bağlanılsın. Oqtay da etiraz etməyəndən sonra 19 mart 2013-cü il tarixdə Bakı şəhəri 3 saylı notariat kontorunda Şahid3 ilə Şahid7 arasında kredit müqaviləsi bağlanmış, həmçinin Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 1,4 ha torpaq sahəsinin üzərində formal olaraq sərəncam verə bilməsi üçün Şahid7 etibarnamə verilmiş, o da elə notariat kontorunda 30000 manat pulu Asqhar Razzaghiyə borc olaraq vermişdir. Daha sonra baş verənlərdən onun xəbəri olmamışdır. Həmin ilin, yəni 2013-cü ilin dekabr ayının sonlarında isə Asqhar onun 30000 manat pulunu qaytardığı üçün 26 dekabr 2013-cü il tarixdə Şahid7 notarial qaydada ərizə verərək həmin kredit müqaviləsi üzrə öhdəliklərin Şahid3 tərəfindən icra edilməsini bildirmiş, həmçinin Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 1,4 ha torpaq sahəsinin üzərində formal olaraq sərəncam verə bilməsi üçün verilmiş etibarnamədən imtina etdiyini bildirmişdir. Həmin vaxtdan sonra onun Asqharla heç bir ünsiyyəti olmamışdır, həmçinin torpaq sahəsinin sənəd işini həll edib-etməməsi barədə heç bir məlumatı olmamışdır. Şahid7 ifadələrində göstərdi ki, İran İslam Respublikasının vətəndaşı Asqhar Razzaghini və Təqsirləndirilən şəxs tanımır, onlarla heç bir münasibəti olmamışdır. Şahid6 onun qohumudur. 2013-cü ilin mart ayında qohumu Həmzə ondan xahiş etmişdir ki, bir nəfər İran İslam Respublikasının vətəndaşı olan Asqhar Razzaqhi adlı şəxsə borca pul verir, sadəcə olaraq özü bank sektorunda çalışdığı üçün müqavilənin öz adına bağlanmasını istəmir, borc verən qismində onun iştirak etməyini istəyir. O da razılaşmış, bundan sonra 19 mart 2013-cü il tarixdə Bakı şəhəri 3 saylı notariat kontorunda Şahid3 ilə onun arasında kredit müqaviləsi bağlanılmış, həmçinin Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 1,4 ha torpaq sahəsinin üzərində formal olaraq sərəncam verə bilməsi üçün ona etibarnamə verilmiş, Həmzə də elə notariat kontorunda 30000 manat pulu Asqhar Razzaghiyə borc olaraq vermişdir. Daha sonra baş verənlərdən onun xəbəri olmamışdır. Həmin ilin, yəni 2013-cü ilin dekabr ayının sonlarında Asqhar Həmzənin 30000 manat pulunu qaytardığı üçün Həmzənin deməsinə görə 26 dekabr 2013-cü il tarixdə notarial qaydada ərizə verərək həmin kredit müqaviləsi üzrə öhdəliklərin Şahid3 tərəfindən icra edilməsini bildirmiş, həmçinin Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 1,4 ha torpaq sahəsinin üzərində formal olaraq sərəncam verə bilməsi üçün verilmiş etibarnamədən imtina etdiyini bildirmişdir. Şahid4 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir, onunla 2003-cü ildə ailə qurmuşlar. Həmin nikahlarından 2009-cu ildə bir qız övladları dünyaya gəlmişdir. İran İslam Respublikasının vətəndaşı Asqhar Razzaghini əri Sahibə görə tanımışdır. Belə ki, o, azyaşlı övladı ilə məhləyə düşüb onu gəzdirəndə Asqhar Razzaghini əri Sahiblə həyətdə danışdığını görmüşdür. Bir dəfə Sahibdən onun barəsində maraqlandıqda Sahib dedi ki, bir torpaq sahəsi var həmin torpaq sahəsini Asqhar almaq istəyir. O isə dərinə gedib bu barədə maraqlanmamışdır. Sahibdən eşitdiyinə görə bir nəfər Sahibə ünvan 17al rayonu ərazisində Nəriman Nərimanov heykəlinin yaxınlığında torpaq sahəsi vermiş, Sahib də həmin torpağı Asqhara satmaq istəmişdir. Onun bildiyinə görə Asqharla Sahibi ortaq tanışları olan Telman tanış etmişdir. Telmanla əri Sahib hələ onlar ailə qurmamışdan qabaq Rusiyada tanış olmuşlar, münasibətləri yaranmış, sonradan isə onların evinə yaxın qaldıqları üçün onu tanımışdır. 2007-ci ildə ayı, tarixi xatırlamır, həmin vaxtlarda Asqhar Sahibin yanına gəlib gedirdi. O da Sahibdən Asqharın niyə gəlib getməsini soruşanda Sahib aralarında torpaq söhbəti olduğunu, bunun üçün gəlib getdiyini dedi. Sahibin deməsinə görə həmin torpağı Asqhara 48000 manata satırdı. Ancaq torpağın pulunun necə, hansı şəraitdə verilməsini, kimin iştirakı ilə verilməsini o, bilmir, lakin sonradan Sahib ona Asqharın torpağa görə ona hissə-hissə 48000 manat pul verdiyiyni demişdir. O, Asqharın Sahibə həmin pulun 15000 manatını bir dəfəyə verildiyiyni bilmişdir. Daha sonra baş verənlərdən onun xəbəri olmamışdır. 2010-cu ildən sonra Sahib söhbət əsnasında dedi ki, Asqhar yoxdu çıxıb gedibdir. Sahib 2015-ci ilədək Asqhari axtarırdı. Tapmadı, dedi ki, yəqin o birdəfəlik çıxıb gedibdir. Lakin sonradan polisdən Sahibi çağıranda bilmişdir ki, Asqhar Sahibdən polisə şikayət etmiş və 304000 manat pul tələb edir. O da Asqharla Sahibi tanış edən Telmanla əlaqə saxlayıb onunla birlikdə Asqharla görüşən zaman orada Asqhar dedi ki, bəli o, Sahibə 48000 manat pul verib, lakin həmin vaxt dolların Azərbaycan manatına nisbətində banka qoysaydı, həmin pul hazırda 304000 manat olardı, bu səbəbdən ərizəsində Sahibə 304000 manat pul verməsini göstərmişdir. O da Asqhara düzgün danışmasını xahiş etmişdir. Asqhar fikrindən daşınmayacağını və Sahibdən 304000 manat pul alacağını bildirib çıxıb getdi. Sahibin Asqhara satdığı torpaq sahəsinin kimə məxsus olması və hansı sənəd əsasında Asqhar Razzaghiyə satılması barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs Asqhar Razzaghidən aldığı 48000 manat pulu sonradan nə etməsi barədə məlumatı yoxdur. Sahib tutulandan sonra onunla görüşəndə Asqhar dedi ki, pulu Sahibə 2007-ci ildə vermişdir. Buna görə də o, əməinlikdə deyir ki, Sahiblə Asqhar arasında danışıqlar da və pul alış verişi 2007-ci ildə olmuşdur. Sahib tutulandan sonra o Asqharla görüşəndə Asqhar xırda xırda verdiyi pulları hesablayanda Asqhar Sahibə verdiyi pulun 48000 manat olması müəyyən olundu. Bunu Asqhar özü dedi və əlavə etdi ki, o, bunun əvəzində Sahibdən üç yüz dörd min manat pul alacaq. Şahid5 ifadələrində göstərdi ki, İran İslam Respublikasının vətəndaşı Asqhar Razzaghini təxminən 2007-ci ildən tanıyır. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Sahib onun yaşadığı evlə üzbəüz yolun digər tərəfində yaşayır, onunla münasibətləri normal olmuşdur. Sahibi qəzet redaktoru kimi tanımış, bildiyinə görə Sahib «İqtidar Press» qəzetinin baş redaktoru vəzifəsində işləmişdir. 2007-ci ildə o, Asqhar Razzaqhi ilə Təqsirləndirilən şəxs tanış etmişdir. Həmin vaxtda Sahibin «Statistika» komitəsinin yanında bir sotdan az artıq sahəsi var idi. Həmin sahəni Asqhara göstərdi. Asqhar bəyəndi və həmin torpağın pulunun əvvəllcə qırx beş min manatını bir neçə dəfədə Sahibə verdi. Axırncı dəfə üç min manat verib Sahibə dedi ki, ona torpağa görə 48000 manat pul verib. Bunu sənədəlşdirmək lazımıdır. Sahib də dedi yazın qol çəkək. O da Asqharın sözü ilə bu barədə iltizam yazmışdır. Hamı da həmin sənədi imzalamışlar. Həmin torpağın alınması baş tutmadı. Səbəbini xatırlamır. Asqhar Sahibdən pulunu geri istədi. Sahib də başqa yerdə və ünvan 17al rayonu ərazisndə Nəriman Nərimanov heykəlinin arxa tərəfində boş torpaq sahəsi oldğunu, hər iki torpaq sahəsini satmaq istədiyini dedi. Asqhar da torpağa baxmaq istədiyini deyib onlarla birlikdə hər iki torpaq sahəsinə baxandan sonra Nəriman Nərimanov heykəlinin arxa hissəsində yerləşən torpaq sahəsini almaq istədiyini dedi. O, Asqharla Sahibin həmin torpaq sahəsini alqı-satqısını neçəyə razılaşmaları barədə onun məlumatı yoxdur. Onlar öz aralarında torpağın alqı-satqı qiymətini razılaşandan sonra birinci torpaq üçün verdiyi pulu Nərimanov heykəlinin yanındakı torpağa verilmiş beh kimi qəbul edildi. Bundan sonra Asqhar onun yanında həmin torpağa görə Sahibə pul verməyib. Asqhar Sahibə onun yanında «Statiska» -nın yanında olan birnci torpağa görə bir neçə dəfə pul verib. Həmin pulun hansı hissəsini Asqhar onun yanında Sahibə verdiyini, neçə dəfə onun iştirakı ilə Sahibə pul verilməsini xatırlamır. Sahib Asqhara satdığı torpaq sahəsini yalnız adını bildiyi İlham adlı şəxsdən almışdı. Həmin şəxs də torpaq sahəsini Sahibin adına keçirməli, Sahibdə öz növbəsində torpaq sahəsini Asqhar Razzaghinin adına rəsmiləşdirməli idi. X27 arasında olan torpaqla bağlı məsələ alınmadı. Sahibin Asqhardan aldığı pulu qaytarıb qaytarmamasından məlumatı yoxdur. Eşitdiyiynə görə torpaqların alınması ilə bağlı da Asqhardan götürdüyü pullardan müəyyən hissəsini yalnız adını bildiyi Müşfiq adlı şəxsə və başqa bir qadına vermişdir. Ancaq Sahibin həmin şəxslrə hansı məbləğdə pul verməsindən onun xəbəri olmamışdır. O, özü 2015 - 2016-cı illərdə Asqharla şərikli biznes qurmaq üçün Gürcüstana getmişlər. Orada o, öz həmkəndlilərindən müəyyən hissəsinin nisyə qalan hissəsinin isə pulunu nağd şəkildə ödəmək şərtilə xırda buynuzlu heyvan götürüb kəsdirib ətini İrana satmışlar. Təxminən yeddi-səkkiz ay orada işləyəndən sonra Asqhar ticarətlərinə haramçılıq qatdı. Aldıqları ətin pulunu ödəmədən apardığı üçün onunla münasibətini və ortaq işini dayandırmışdır. Asqharın nə işlə məşğul olmasından xəbəri yoxdur. Bir müddət əvvəl o, Türkiyəyə gedən zaman onu Bakı şəhərində Hava Limanında saxlamışlar və məlum olmuşdur ki, Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən onun ölkədən çıxışına qadağa qoyulmuşdur. Bu səbəbdən Bakı Şəhər Baş Polis İdarəsinə gəlib maraqlandıqda ona məlum olmuşdur ki, Asqhar Razzaqhi yuxarıda qeyd etdiyi torpaq sahəsinin satışı ilə bağlı Təqsirləndirilən şəxs polisə şikayət etmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, onların arasında torpaq sahəsinin alınması ilə bağlı olan problem öz həllini tapmamışdır. Bir müddət sonra Sahib həbs olunmuş, Təqsirləndirilən şəxs arvadı Şahid4 xahişi əsasında o, Asqharla əlaqə saxlayıb görüşə dəvət etmiş, Bakı şəhərində yerləşən «Qış Parkı»-da görüşmüşlər, orada söhbət zamanı Asqhar konkret olaraq Təqsirləndirilən şəxs hansı məbləğdə pul verməsini deməsə də tələb etdiyi məbləğin 300000 manat olduğunu bildirdi. Sahibin arvadı Gülnarə də 300000 manatın haradan yarandığını soruşduqda Asqhar bildirdi ki, həmin vaxt 1 ABŞ dolları 0,78 manat olmuş, hazırda isə 1 ABŞ dolları 1,7 manat təşkil edir, bu səbəbdən o, Sahibdən 300000 manat pul tələb edir, lakin əsl həqiqətdə pulun hansı məbləğdə olması barədə heç bir söz demədi. Bundan başqa Sahibin arvadı Gülnarə orada Aşqhara, «Asqhar mən sənə 48 min manat verə bilərəm, sən həmin pulu əvvəl 100000, daha sonra 150000, daha sonra isə 230000 və ya 240000 manat elədin, indi isə pulun məbləğini 300000 manata qaldırmısan» dedi. Onda Asqhar da dedi ki, yaxşı edirəm, mən Sahibdən 300000 manat pul tələb edirəm dedi. O, Sahib həbsdən azad edildikdən sonra torpağın satılmasının hansı səbəbdən alınmaması ilə bağlı Təqsirləndirilən şəxs soruşduqda Sahib ona izah etmişdir ki, torpaq sahəsini aldığı İlham adlı şəxs rəhmətə getmiş, o, torpağın sənədini verməmiş, bundan başqa rayon icra hakimiyyətində dəyişiklik olmuş, həmçinin Asqhar Razzaqhi də zamanında beş il üzə çıxmadığı üçün aralarında olan alış-veriş pozulmuşdur. 02 iyul 2010-cu il tarixli əlyazmanı o yazmışdır. Əlyazmanın mətnini Asqhar demişdir, o da yazmışdır. Həmin vaxtda Aşqhar Sahibə pul verməmişdir. Orada göstərilən məbləğ Asqharın əvvəllər Sahibə verdiyi pullar haqqındadır. Asqharın Sahibə ümümilikdə üç yüz dörd min pul verməsi haqqında o, polisə şikayət etməmişdən qabaq eşitməyib. Aşqhar nə əvvələllər, nə Gürcüstanda olanda, nə də ondan sonra, onunla görüşənə qədər bu barədə ona söz deməyib, Görüşdə də Sahibə üç yüz dörd min pul verdiyini deməyib, ondan üç yüz min alacağını deyib. Onun özünün Asqharra borcu olmamışdır. Əksinə Asqhar özü Gürcüstanda aldığı malın pulunu verməyib. Şahid2 ifadəsində göstərdi ki, əvvəllər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor müavini vəzifəsində işləmişdir. X28 Cəmiyyətin direktoru İran İslam Respublikasının vətəndaşı Asqhar Razzaqhi olmuşdur. O özü 2012-ci ilin sonlarında isə işdən çıxmışdır. O, şirkətdə işə başlamazdan əvvəl də Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Asqhar Razzaghini tanımış, münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamış, heç bir münasibəti olmamışdır. Şahid5 da əvvəllər tanımamış, heç bir münasibəti olmamışdır. Sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs Asqhar Razzaghinin şirkətində işlədiyi müddətdə Asqharın yanına gəlib getmişdir. Şirkətdə işlədiyi müddətdə 2010-cu ildə Asqhar Razzaqhi ona demişdir ki, Bakı şəhəri, ünvan 17al rayonu, Şahbazi küçəsi 23 ünvanında 600 kvadrat metr sahəsi olan torpaq sahəsini almışdır, həmin torpaq sahəsini hasarlamaq lazımdır. Bundan sonra bir neçə fəhlə götürüb həmin yerə getmişdir ki, hasarlama işlərinə başlasınlar. Onlar həmin yerə getmişlər, orada Asqhar onlara yeri göstərmiş, həmin vaxt torpaq sahəsinin kənarlarında borular basdırdıqdan sonra dəmir metaldan olan dam örtüyü ilə hasarlama işlərinə başlamışlar. Torpaq sahəsinin yerləşdiyi ərazini, sahəsini nəzərə alaraq torpaq sahəsinin dəyərinin təxminən 300000-400000 manat ola biləcəyini fikirləşmişdir. Onlar orada işlədikləri müddətdə Asqhar Razzaghinin yanına ağ rəngli Mercedes ML markalı avtomobillə sonradan adının Sahib olduğunu bildiyi şəxs gəlib getmiş, Asqharla Sahibin danışdıqlarının məzmunundan xəbərsiz olmuşdur. Onlar bir neçə gün içərisində torpaq sahəsinin hasarlama işlərini tamamlamışlar. Daha sonra orada hansı işlərin görülməsini bilməmişdir. Üstündən bir müddət keçəndən sonra təsadüfi söhbət əsnasında Asqhar Razzaghidən yuxarıda qeyd etdiyi torpaq sahəsində hər hansı iş görüb görməməsini soruşduqda ona demişdir ki, ona torpağı satan şəxs sənədini də düzəldib təqdim etməlidir, bundan sonra həmin yerdə tikinti işlərini aparacaqdır. Daha sonra baş verənlərdən onun xəbəri olmamışdır. Şahid8 ifadələrində göstərdi ki, İran İslam Respublikasının vətəndaşı Asqhar Razzaqhi və Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir münasibəti və şəxsi ədavəti olmamışdır. Həmçinin Şahid5 və X12 da əvvəllər tanımamış, onlarla heç bir münasibəti olmamışdır. Uzun müddətdir ki, Mənzil- Kommunal İstismar Sahəsində çalışır. 1992-ci ildən 2016-cı ilədək Bakı şəhəri, ünvan 17al rayonu, 64 saylı Mənzil-Kommunal İstismar Sahəsində müxtəlif vəzifələrdə işləmişdir, 2016-cı ildən isə Bakı şəhəri, ünvan 17al rayonu, 56 saylı Mənzil-Kommunal İstismar Sahəsində mühəndis vəzifəsində işləyir. Bakı şəhəri, ünvan 17al rayonu, Şahbazi küçəsi 23 ünvanı ünvan 14 küçəsi keçmiş sovet dönəmində «Xrebtovıy» küçəsi adlanmışdır. 64 saylı Mənzil-Kommunal İstismar Sahəsində işə başlamazdan əvvəl Bakı şəhəri, ünvan 17al rayonu, Şahbazi küçəsi 23 ünvanında köhnə ev olmuşdur. Həmin evin kimə məxsus olmasını bilməmişdir. Təxminən 80-ci illərin sonlarında dövlət proqramı ilə köhnə istismara yararsız evlər sökülərək, ev sahiblərinə Bakı şəhərində müxtəlif ünvanlarda mənzil verilmişdir. Həmin dönəmlərdə Bakı şəhəri, ünvan 17al rayonu, Şahbazi küçəsi 23 ünvanında yerləşən evin sahibinə də mənzil verilərək evi sökülmüş, işlədiyi müddətdə həmin ünvanın yaxınlığından yollar keçdiyi üçün orada heç bir tikinti işlərinin aparılmasına icazə verilməmişdir. Həmin ərazinin yaşıllıq zonası kimi istifadə olunması nəzərdə tutulmuş, sonradan isə səhv etmirsə 2014-2015-ci illərdə orada abadlıq işləri aparılaraq çoxlu sayda şam ağacları əkilməyə başlanılmışdır. 2016-cı ildən 56 saylı Mənzil- Kommunal İstismar Sahəsinə keçəndən sonra həmin ərazi ilə bağlı məlumatı olmamışdır. X8 adına tərtib edilmiş texniki pasport 2007-ci ildə tərtib edilməsinə baxmayaraq qeyd olunan ünvan ondan çox qabaq 80-ci illərin sonlarında dövlət proqramı əsasında sökülmüş, evin sahibinə də başqa yerdən mənzil verilmişdir. Ola bilsin ki, kiminsə əlində həmin sənəd olmuş və sənəd əsasında 2007-ci ildə qeyd olunan ünvana texniki pasport alınmışdır. Amma həmin ərazi yol kənarında olmaqla yaşıllıq zonasına aid edilmiş, bu səbəbdən orada sonradan heç bir tikinti aparılması mümkün olmamış və nəzərdə tutulmamışdır. 2010-cu ildə Bakı şəhəri, ünvan 17al rayonu, Şahbazi küçəsi 23 ünvanında yerləşən 600 kvadrat metr torpaq sahəsi dəmir metalından olan dam örtüyü ilə hasara alınması ilə bağlı isə ifadəsində dəqiq məlumatı olmadığını, ola bilsin ki, qeyri-qanuni həmin yer hasarlanmış, sonradan onların və ya icra hakimiyyətinin əməkdaşları tərəfindən aşkar edilərək hasar sökülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onun əvvəllər soyadı Məmmədova olmuşdur, 2011-ci ildə X31 ilə nikaha daxil olandan sonra ərinin soyadını daşımağa başlamışdır. Təxminən 6 il olar ki, ərinin işləri ilə əlaqədar olaraq Rusiya Federasiyasının Lipets şəhərinə köçmüşlər və orada yaşayırlar. Əvvəllər 2009-cu ilin oktyabr ayından 2012-ci ilin sonlarına qədər rəsmi olaraq İran İslam Respublikasının vətəndaşı Asqhar Razzaghinin rəhbəri olduğu "xxxx" MMC-də sekretar-referent vəzifəsində işləmişdir. Həmin vaxtlardan Asqhar Razzaghini tanımağa başlamış, Asqhari onun əmisi qızı Günelə görə tanımışdır. Asqharla əmisi qızının ortaq tanışları olmuş, onlar sayəsində bilmişdir ki, Asqhar özü üçün sekretar-referent axtarır və o da işləməyə razılıq verib Asqharın şirkətində işə başlamışdır. Şahid5 və Təqsirləndirilən şəxs Asqhar Razzaghiyə görə tanımış, belə ki, həmin şəxslər şirkətdə işə başlayandan sonra Asqharın yanına ofisə gəlib getmişlər, hətta danışıqlardan belə başa düşmüşdür ki, Sahib Asqhar üçün torpaq sahəsi alıb sənədləşdirib təhvil verməlidir. 02 iyul 2010-cu il tarixdə o işdə olan zaman Asqhar Razzaqhi ona demişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, ünvan 17al rayonu, Şahbazi küçəsi 23 ünvanında yerləşən ev sənədi ilə birlikdə ümumilikdə 600 kvadrat metr torpaq sahəsini sənədləşdirmək üçün beh olaraq 48000 manat pul verir və ona da demişdir ki, pulun verilməsində o da şahid olaraq iştirak etsin və tərtib olunan əlyazmanı imza etsin. O da razılıq vermiş və bundan sonra Şahid5 öz xətti ilə əlyazma yazaraq göstərmişdir ki, Asqhar Razzaqhi 48000 manat pulu Təqsirləndirilən şəxs Bakı şəhəri, ünvan 17al rayonu, Şahbazi küçəsi 23 ünvanında yerləşən ev və torpaq sahəsini sənədləşdirmə işinə başlaması üçün beh olaraq verir, bundan sonra yazılmış əlyazma oxunmuş, Asqhar Razzaqhi də 48000 manat pulu Təqsirləndirilən şəxs vermiş, daha sonra o, Asqhar, Sahib və Telman əlyazmanın həqiqiliyini imzaları ilə təsdiq etmişlər. Bundan sonra yenə də Sahib tez-tez Asqharın yanına gəlmiş və torpağın sənədləşmə işi ilə bağlı danışıqlar aparmışlar. Təxminən 2012-ci ilin sonlarında artıq ailə həyatı qurmuş və əri Ramizin hüquqşunas olduğunu Asqhar bilmişdir. Bu səbəbdən Asqhar onunla söhbət edən zaman demişdir ki, yuxarıda qeyd olunan Bakı şəhəri, ünvan 17al rayonu, Şahbazi küçəsi 23 ünvanında yerləşən 600 kvadrat metr torpaq sahəsinin sənədləşdirilməsi üçün ümumilikdə təxminən 280000 manata yaxın məbləğdə pulu Sahibə vermiş, lakin Sahib hələ ki, torpağın sənədləşmə işini həll edib təhvil verməmişdir. Bu səbəbdən ondan xahiş etmişdir ki, əri Ramizlə məsləhətləşsin görsün Asqharın ümumilikdə verdiyi təxminən 280000 manat pulu necə sənədləşdirmək olar. O da Asqharla razılaşmış və əri Ramizlə söhbət edən zaman bu barədə maraqlanmış, Ramiz məsləhət görmüşdür ki, heç olmasa notariusa gedib Asqharın Sahibə 280000 manat pul verməsi ilə bağlı aralarında müqavilə bağlasınlar. O da Ramizin dediklərini Asqhara demiş, Asqhar da bu işlə məşğul olacağını bildirmiş, bundan bir müddət sonra isə ailə vəziyyəti ilə əlaqədar olaraq işdən çıxmış, daha sonra baş verən proseslərdən xəbəri olmamışdır. Üstundən bir xeyli müddət keçəndən sonra isə Asqharla danışan zaman Asqhar ona demişdir ki, Sahibə ümumilikdə 300000 manatdan bir qədər artıq məbləğdə pul versə də Sahib sözünə əməl etməmiş və Bakı şəhəri, ünvan 17al rayonu, Şahbazi küçəsi 23 ünvanında yerləşən torpağın sənədlərini düzəldib ona təqdim etməmişdir. Sonradan isə ona məlum olmuşdur ki, X51 Mahmudov barəsində polisə şikayət etmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı zərərçəkmiş Asqhar Razzaqhi 2020-ci ilin təxminən avqust ayında tərəfindən onunla Təqsirləndirilən şəxs arasında aparılmış telefon danışıqlarını istifadəsində olmuş “Samsung” markalı mobil telefonundakı xüsusi səs yazma proqramı vasitəsi ilə qeydə alıb istintaqa təqdim etmiş, həmin səs yazılarına baxış keçirilmiş və aşağıdakı məzmunda tərəflər arasında danışıqlar olmuşdur. "0000" adlı fonoqramda olan 58 saniyə ərzində davam edən dialoqun mətni: "K1": Alo "K2": Əsgər salam "K1": Salam Sahib "K2": Nətərsən qadası nə var ne yox, Bakıdasan? "K1": Bakıdayam hə "K2": Vaxt elə bir sabahda zadda görüşək də sənnən "K1": Gör nə vaxtı "K1": Yaxşı görüşək problem yoxdu "K2": Oldu qardaş "K1": Oldu "K2": Oldu "K2": Biz sənnən düşmən döyülük a kişi "K1": Düşmən deyəndə Sahib "K2": Sənin qabağında mənim öhdəçiliyim var mənim o vijdanım ona yol vermir sən ziyana düşəsən mən söz vermişəm sənədi onu eliyəcəm eliyəcəm. Sabah vaxtun varsa sabah axşamüstü görüşək bir qardaşyana söhbət edək "K1": Nə vaxt eliyəsən Sahib bir şey yoxdu ortada yalannan niyə nəyə görüşüb neyniyəcəyik ki "K2": A kişi quranım haqqı sənə onu eliyəcəm sənə onu dokumentalni verəcəm, bunu mən söz vermişəm istəyir mini basıb gözümü basıb çıxarsın eliyəcəm eliyəcəm sabah vaxtın var bir axşamüstü görüşüb çay içək söhbət edək "K1":Yaxşı görüşək problem yoxdu "K2": Oldu qardaş "K1": Oldu "K2": Oldu "000" adlı fonoqramda olan 3 dəqiqə 17 saniyə ərzində davam edən dialoqun mətni: "K2": Alo "K1": Alo "K2": Bəli qardaş nətərsən "K1": Sağol Sahib sən nenisən "K2": Evdəsən? "K1": Yoo bayırdayam "K2": Yəni ev tərəfdəsən? "K1": Yo yo başqa yerdəyəm bilmirəm saat neçədə gələcəm "K2": Hə onda gələndə tez gəlsən zəng edərsən "K1": Axı görüşüb neyniyəcəyik Sahib sən onu mənə denən görüm "K2": Dedim sənə o dokumenti düzəldəcəm narahat olma "K1": Yoxe nəyi düzəldəsən axı burda eee düzəltməyə nə var "K2": Dokumenti düzəldəcəm sənə /// söz vermişəm sənə "K1": A bura bax Sahib yəni "K2": Həə "K1": Bir-birimizi aldatmayaqda indiyə kimi aldadıbsan "K2": Yox "K1": Qulaq as, o düz deyile qulaq as mən çörəyi qulağıma zada yemirəm daa gətirib mənə saxta sənəd göstərirsən deyirsən ki, bu sənin adıvadı mənə //// bu nəbilim şey edirsən ki, plana salıram 36000 belə ver adam çıxarırsan bu belədi deyirəm ki, Sahib mənə notariusdan keçiribsən deyirsən hə mən uşaq deyiləm, heç bir şey eləməmisən Sahib. Yalannan nə özüvü aldat nə məni aldat "K2": Hə "K1": Hə yəni bu day mən bilirsən inanırdım sənə deyirdim ki, sənəd gətirib göstərib mənə bu bir iş edib orda axı sən heçnə eləməmisən "K2": Mən sənə dokument söz vermişəm eliyəcəm kömək eliyəcəm fsyo qutardi getdi bunu mən sənə deyirəm /// "K1": ƏƏə mənim 380000 dollar pulumu alıbsan hələ mənə neyniyəcəksən hər dəfə gəlmisən pul lazımdı ver ora lazımdı bura lazımdı pul ver vermişəm hanı ortada nə var sənin əlində bir dənə doverunusun yoxdu sən nəyi düzəldəsən ee ə uşaqnan zadnan danışırsan mən sənə inandım mən sənə dedim ki, Sahib bax narahat olma bax "K2": Neynəmək istəyirsən "K1": Nəyi neynəmək istəyirsən mən qanunla işimi həll edəcəm mən neyniyəcəm pulumu vermişəm pulumu tələb edəcəm səndən "K2": A kişi sən mənə pul verməmisən sən pul verib torpaq alıbsan "K1": Torpağı kimdən almışam səndən almışam hanı "K2": Torpağı yerini də hasarladın vaxtı "K1": Hasarladım hani ee hanı hanı mənim sənədim hanı "K2": Torpağı da əldən çıxarasan "K1": Yoo torpağı əlimdən çıxarasan deyəndə hansı torpağı mənim adıma torpaq var? "K2": Gedib şikayət edəsən o torpağı da əldən çıxarsan lap belə kimisə tutmaq məni tutdular hə nə olacaq olacaq "K1": Qardaş gedib cəzavı çəkəsən mənim pulumu qaytarsan necə yanı ne "K2": Mən sən pul almışam sənin pulun torpağa gedib qardaş "K1": Hangi torpağa hangi torpağa "K2": Torpaq torpaq torpaq "K1": Torpağı səndən almışam əlindən yazın var "K2": Görüşməm istəmirsən qardaş mən sənə nə deyim "K1": Yaxşı "K2": Dedim görüşək "K1": Ya mənim pulumu gətirirsən indi mən Sahib açığı vermişəm səfirlikdən ora nə vaxt verəcəklər ora nə edəcəklər Xarici İşlər Nazirliyindən nə danışıblar mən sənə demişəm ki, heç kimin adına mənim adıma heçnə yoxdu demişəm ya yox, bilmirəm ya mənim pulumu ver ya mənim sənədimi gətir olmaz ki, iki aydı bax iki aydı neynəmisən bu iki ayda "K2": Vaxtın var sabah gəl görüşək "K1": Mən indi bilmirem axşam saat 9 dan sonra komandir saatıdı bilmirəm qayıdıb gələ biləcəm ya yox gedirəm Sumqayıta "K2": Zəngləşərik də onda zəngləşərik Zərərçəkmiş şəxs Asqhar Razzaqhi həmin fonoqrama qulaq asarkən bildirmişdir ki, Təqsirləndirilən şəxsla aralarında baş tutmuş həmin telefon danışığını o 2020-ci ilin 28 sentyabrından etibarən başlanmış “Vətən Müharibəsi” dövründə qeydə almışdır. Belə ki, səs yazısının 03:07-ci saniyəsindən də görünür ki, Təqsirləndirilən şəxs onu söhbətə çağırarkən ona “komandir saatı”, yəni komendant saatı olduğunu deyərək ona görüşə bilməyəcəklərini söyləyir. 02:37-ci saniyədə ona “torpağı səndən almışam əlindən yazın var” sözlərini deməklə o, istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs 48.000 manat beh kimi pul verməyinə dair 02 iyul 2010-cu il tarixli həmin əlyazmanı nəzərdə tutur. 01:15-ci saniyədə mənim “sənəd gətirib göstərib mənə bu bir iş edib orda axı sən heçnə eləməmisən” sözlərinin qarşısında Təqsirləndirilən şəxs “Mən sənə dokument söz vermişəm eliyəcəm kömək eliyəcəm fsyo qutardi getdi bunu mən sənə deyirəm” deyə cavab verir. Burada Təqsirləndirilən şəxs “dokument” deməklə ona surətini göstərdiyi həmin çıxarışı nəzərdə tutur. Göründüyü kimi Təqsirləndirilən şəxs ona sənəd göstərdiyini həmin anda mübahisələndirmir. Başqa sözlə desək etiraf edir. 01:28-ci saniyədə mənim “ƏƏə mənim 380000 dollar pulumu alıbsan” sözlərinin qarşısında Təqsirləndirilən şəxs söylədiyi məbləği mübahisələndirməyərək ona “neynəmək istəyirsən” sözlərini deyir. Qeyd edir ki, ona dəymiş maddi ziyan ifadələrində də qeyd etdiyi kimi 304.000 manatdır. O burada 380.000 dollar deməklə pulun o vaxtkı dövrün məzənnəsinə görə həmin valyutaya çevrilmiş vəziyyətini nəzərdə tutur. "xx.xx.2020." adlı fonoqramda olan 1 dəqiqə 19 saniyə ərzində davam edən dialoqun mətni: "K2": Həə Əsgər "K1": Sahib bə nə oldu sən 4-cü gün mənnən görüşürdün "K2": Görüşə bilmədim də, o adam var idi oların böyüyü onla görüəcəm sabah sənlə görüşəcəm həm maşınsızam başım bir az şey eləmişəm sabah axşam uzağı birisigün günorta sənlə görüşəcəm Allah qoysa "K1": Yoxe sən bu etibarnaməni ala bilmirsən olardan? "K2": Alacam Əsgər alacam bir az səbrli alacaam Allah haqqı alacam mən uje adam qalmayıb tökmüşəm alacam "K1" İşi demişdik özü də, yüksək səviyyədə indi olar zəng vururlar bir dənə etibarnamə çıxarda bilmirlər ortaya "K2": Çıxardacam çıxardacam bir iki gün səbrli ol bir az səbrli ol bir iki gün "K1": Sabah axşam görüşəcəyik "K2": Yox birisigün sabah maşınsız olacam sabah axşam onla görüşməliyəm görüşüb birigün sənlə görüşəcəm birigün zəng edərəm görtüşərik bir yerdə "K1": Yaxşı "K2": Yaxşı "K1": Yaxşı qardaş Zərərçəkmiş şəxs Asqhar Razzaqhi həmin fonoqrama qulaq asarkən bildirmişdir ki, Təqsirləndirilən şəxsla aralarında baş tutmuş həmin telefon danışığını o 2020-ci ilin avqust ayında qeydə almışdı. 00:36-cı saniyədən görünür ki, onun “Yoxe sən bu etibarnaməni ala bilmirsən olardan?” məzmunlu sualına Təqsirləndirilən şəxs “Alacam Əsgər alacam bir az səbrli alacaam Allah haqqı alacam mən uje adam qalmayıb tökmüşəm alacam” deyə cavab verir. Burada söhbət Təqsirləndirilən şəxs ƏbdülCabbar adlı şəxsin varislərindən texniki pasportda göstərilmiş həmin fərdi yaşayış evi ilə bağlı öz adına alacağına söz verdiyi etibarnamədən gedir. "xx.xx.2020." adlı fonoqramda olan 2 dəqiqə 52 saniyə ərzində davam edən dialoqun mətni: "K1": Alu "K2": Sabahın xeyir "K1": Sabahın xeyir "K2": Nətərsən nə var nə yox "K1": Sağol yavaş-yavaş "K2": Hardasan "K1": Evdəyəm "K2": Şəhərdəsən də hə? "K1": Hə "K2": Mən sənə zəng edəcəm o pasportu çatdırarsan notarius var ora mən gələ bilməyəcəm "K1": Hangi notariusa "K2": 13 nömrəliyə "K1": Hardadi "K2": Bilirsən hardadı? "K1": Yox bilmirəm "K1": Arvadnan gedecem ora? "K2": Bu sizin evden aşağı Olimpə düşəndə Olimpin yanında Olimpin yanında Alo Yoxe notariusun özünə verəsən indi danışacam mən ona uje tapşırıblar bir dəfə indi bir dəfə də deyəcəklər sən aparıb suroçnu verərsən ona yaxşı? K1": Verəcəm götürəcəm bizim pasport lazımdı gedirik oyan bu yana "K2" Verərsən kopyasını çıxarıb götürərsən də, lazımdı? "K1": Bax mənlə oyun oynama haa xahiş eliyirəm sənnən bax "K2": Əsgər apar pasportu ver "K1": Bax mən sənə deyirəm ha Sahib vəziyyətin ağır olacaq ha bax Allaha and ümumiyyətcə sözümü deyirəm sənə vəziyyətin ağır olacaq mənnən oyun oynuyursan ay olsun bax sənə bir qardaş kimi deyirəm qardaş yox qardaş çıxmazsan sənnən apar şey elə vaxt qazanmaqla bir şey olmur Sahib "K2": // Öldürəcəklər məni "K1": İndi öldürəcəklər öldürməzlər niyə öldürürlər ki, amma mən bilirəm ki, neyniyəcəklər də gedib yatarsan içəridə bax Allaha and olsun bax sora izahat vermiyəcəm Quran haqqı çünki o qədər mənim nervimnən oynuyursan sən bilirsən məni uşaq sayırsan apar pasportu ver ora məni uşaq sayırsan? "K2": Yaxşı vermə "K1": Mən verəcəm kopyasını məni sən uşaq sayırsan sən hələ bu 10 il qabaq oynadığın oyunları təzədən başdamısan oynamağa nə qazanasan bilmirəm ee burdan na qazanasan burda nə fikirləşirsən sən "K2": Pasportu aparıb verəsən bu günləri deyim yoxsa ehtiyac yoxdu "K1": Aparıb verəcəm mən sabah birigünü gözləyirəm onsuzda mən səni açığı deyirəm səfirliyə vermişəm prosta advokati yoxdu burda yaxşı mən sənə deyirəm yanı 2-3 günə gələcək "K2": Kim gələcək "K1": Səfirliyin adkovati yoxdu ordan mənim işimi qutara ordan verim sənə prakraturaya yoxsa indi banditizmə çağıracaqlar prokraturaya çağıracaqlar mən səni vermişəm prosta onu gərək advokatı gəlsin mən açığı deyirəm sən mənə oyun oynuyursan Sahib "K2": Sən məni vermisən hara vermisən nəyə şeyə nədi "K1": Şikayətimi vermişəm də, vermişəm səfirliyə səfirlik indi hara verəcək mən bilmirem "K2": Hə yaxşı gözlüyəkdə "K1": Gözlüyəkdə "K2": Yaxşı qardaş yaxşı Zərərçəkmiş şəxs Asqhar Razzaqhi həmin fonoqrama qulaq asarkən bildirmişdir ki, Təqsirləndirilən şəxsla aralarında baş tutmuş həmin telefon danışığını o 2020-ci ilin avqust-sentyabr aylarında qeydə almışdır. 01:49-cu saniyədən də görünür ki, o, Təqsirləndirilən şəxs “10 il qabaq oynadığın oyunları təzədən başdamısan oynamağa” məzmunlu sözlər deyir. Bu onu təsdiq edir ki, həmin danışıq aralarındakı torpaq məsələsindən təxminən 10 il sonra baş tutmuşdur. "xx.xx.2020." adlı fonoqramda olan 1 dəqiqə 4 saniyə ərzində davam edən dialoqun mətni: "K2": Alo "K1": Alu "K2": Salam Əsgər "K1": Salam Sahib müəllim mənə "xx.xx.2020.." adlı fonoqramda olan 1 dəqiqə 4 saniyə ərzində davam edən dialoqun mətni: "K1": Deyirsən elə o günlərdə 12 gün bundan qabaq da bu sözləri deyirsin qardaş bəlkə ilə iş olmur "K2": Əsgər and olsun Allaha peyğəmbərə, imama, Qurana, balamın canı yəni mən 100 faiz yox, 200 faiznən danışıram, nə edirəm sən bilmirsən o, 10 il 15 il keçib uje mən nağarıram zülm çəkirəm//Sabah ya biri gün şeyi verərsən mənə nədi pasportu "K2": Necəsən nə var nə yox "K1": Sağlıq sağol sən neyniyirsən "K2": Haralardasan "K1": Mən şəhərdə "K2": Sən bəlkə mənə sabah ya birisi gün Şəhla xanımın pasportunu verərsən verərsən mənə "K1": İndi 10-15 dəqiqəyə zəng vuraram sənə evdəyəm "K2": Yaxşı yaxşı Zərərçəkmiş şəxs Asghra Razzaghi həmin fonoqrama qulaq asarkən bildirmişdir ki: “Təqsirləndirilən şəxsla aramızda baş tutmuş həmin telefon danışığını mən 2020-ci ilin sentaybr ayında qeydə almışdım. Burda da Təqsirləndirilən şəxs söz verdiyi yuxarıda qeyd etdiyim həmin etibarnamədən söhbət gedir. Eyni zamanda o, hər şeyi artıq həll etdiyini bildirir”. "xx.xx.2020." adlı fonoqramda olan 1 dəqiqə 45 saniyə ərzində davam edən dialoqun mətni: "K1": Alu "K2": O dedin 40 dəqiqəyə yığıram 20 dəqiqədi zəng eliyirəm "K1": İşim///sən neynədin Sahib nətər elədin neyniyəcən Allaha and olsun bax "K2": Yetişdirmişəm, sakit ol, sakit ol, sakit ol, yetişdirmişəm, həll edəcəm sənin o daverunus şey söhbətin də nədi bu, eee daverunus, sora da, mən də köhnə vaxta danışmışam, sən mənə pasportu verirsən, danışmışam, onu həll eliyəcəm, sənə dedim eliyəcəm, onu bil eliyəcəm "K1": A qardaş Sahib başa düşürəm ee, sən elə 5 ildi deyirsən edəcəm amma heç bir iş görülmüyüb da, "K2": Bu son nöqtəsidi da, "K1": Day nə deyəllər, nə bir sənəd var, nə bir sübut var, mə bir şey var, nətər olacaq "K2": Olacaq, olacaq sənə "K1": Bir belə bir ətək pul vermişəme qardaş "K2": Bax bu günləri bizim çəkdiyimiz şey var idiye, başçı bu gün tutdular Kürdəmirə, baxırsan baxmırsan "K1": Kürdəmiri bilirəm həə "K2": He ay sağol bizim başçı idi də o vaxtı burda, burda, başçı idi də, ee birinci müavin idi, o şey edirdi, o icazə verirdi, çox şey ondan asılı idi o vaxtı, nəisə keçdi "K1": Ay qardaş min dəfə sənnən soruşmuşam, onu o burdan 4 ildi gedib, deyirəm ki, özün mənə deyirdin, mən deməmişdən ki, bizim başçıya dəxli yoxdu, başçıdan keçib /// "K2": Sabah ya birisi gün pasportu verərsən mənə yaxşı oldu qardaş? "K1": Bir dənə "K2": Narahat olma, sakit ol, dedim sənə birisi gün pasportu verərsən mənə yanımda adamlar var, birisi gün pasopotu verərsən mənə yaxşı qardaş Zərərçəkmiş şəxs Asqhar Razzaqhi həmin fonoqrama qulaq asarkən bildirmişdir ki, Təqsirləndirilən şəxsla aralarında baş tutmuş həmin telefon danışığını o 2020-ci ilin sentyabr-oktyabr aylarında qeydə almışdır. İstintaq orqanı Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs Asqhar Razzaqhi arasında həmin telefon danışıqlarını uzun müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs Asqhar Razzaghiyə torpaq sahəsi ilə bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın sonuncunun arvadı Şahid3 adına rəsmiləşdirəcəyinə dair vəd verməkdə davam etməsi, zərərçəkmiş şəxsin pul tələbləri qarşısında isə onu sakitləşdirməyə cəhd edərək dediyi yüksək məbləğləri mübahisələndirməyə cəhd etməməsi kimi qiymətləndirir. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-fonoskopik ekspertizasının 05 aprel 2022-ci il tarixli 4/229-4/237 saylı rəyindən görünür ki, 1 ədəd CD diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi-Asqhar Razzaghiyə, «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi-Təqsirləndirilən şəxs məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli CD diskdə mübahisəli fonoqramlardakı danışıqlarda iştirak edən «K1» və «K2» diktorlarının emosional vəziyyətində nisbi ekstremallıq və danışıq anında digər təsir əlamətləri müşahidə olunmur. Ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli CD diskdə mübahisəli fonoqramlardakı danışıqlarda iştirak edən «K1» və «K2» diktorların nitq davranışında tədqiqi hissədə qeyd olunan alkoqol təsirindən dəyişmə üçün xarakterik əlamətlər müəyyən olunmamışdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqlarda montaj əlamətləri müəyyən olunmadı. Ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli CD diskdə olan mübahisəli fonoqramların qeydə alındığı faylların yazılışdan sonra “messenger” proqramı vasitəsilə emal olunduğundan yalnız atributları dəyişdirilmişdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqlarda danışıq anında yazı qurğusunun dayanması əlamətləri müəyyən olunmamışdır. Məhkəmədə elan olunub araşdırılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarına əsasən «Azercell» və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərdən göndərilmiş disklərə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-**, ***- ***-**-** və ***-***-**-** nömrələri olmuş, Şahid5 istifadəsində ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrələri, İran İslam Respublikasının vətəndaşı Asqhar Razzaghinin istifadəsində isə ***-***-**-** və ***-***-**-** nömrələri olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsi ilə Asqhar Razzaghinin istifadəsində olan ***-***-**- ** nömrəsi ilə ilk danışıq 30 aprel 2010-cu ildə qeydə alınmış, Asqhar Razzaghinin istifadəsində olan ***-***-**-** nömrəsi ilə isə zəng qeydə alınmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsi ilə Asqhar Razzaghinin istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrələri arasında heç bir zəng qeydə alınmamışdır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsi ilə Asqhar Razzaghinin istifadəsində olan ***-***-**-** nömrəsi arasında ilk zəng 06 yanvar 2012-ci ildə qeydə alınmış, Asqhar Razzaghinin digər nömrəsi olan ***-***-**-** nömrəsi ilə ilk zəng 24 may 2013-cü ildə qeydə alınmışdır. Şahid5 istifadəsində olan ***-***-**-** nömrəsi ilə Asqhar Razzaghinin istifadəsində olan ***-***-**-** nömrəsinə ilk zəng 21 avqust 2009-cu ildə qeydə alınmış, Asqhar Razzaghinin digər nömrəsi olan ***-***-**-** nömrəsi ilə isə ilk zəng 22 yanvar 2010-cu ildə qeydə alınmışdır. Şahid5 istifadəsində olan ***-***-**-** nömrəsi ilə Asqhar Razzaghinin istifadəsində olan ***-***-**-** nömrəsinə ilk zəng 25 iyun 2012-ci ildə qeydə alınmış, Asqhar Razzaghinin digər nömrəsi olan ***-***-**-** nömrəsi ilə isə ilk zəng 25 may 2013-cü ildə qeydə alınmışdır. Şahid5 istifadəsində olan ***-***-**-** nömrəsi ilə Asqhar Razzaghinin istifadəsində olan ***-***-**-** nömrəsinə ilk zəng 11 fevral 2010-cu ildə qeydə alınmış, Asqhar Razzaghinin digər nömrəsi olan ***-***-**-** nömrəsi ilə isə ilk zəng 23 oktyabr 2013-cü ildə qeydə alınmışdır. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsi ilə Asqhar Razzaghinin istifadəsində olan ***- ***-**-** nömrəsi arasında iş üzrə əhəmiyyət kəsb edə biləcək aşağıdakı məzmunda SMSlər göndərilmişdir. xx/xx/2020,11:30:57, **********01, **********87, «Qardaş atam yaxşı deyil zanq edaüam ner şey yaşıdı» məzmunlu, xx/xx/2020, 11:36:09, **********87, **********01, «Saheb sonra inceme ha menen» məzmunlu, xx/xx/2020,17:14:56, **********87, **********01, «Saheb emmelli başli meni doluyubsan» məzmunlu, xx/xx/2020,14:32:58, **********01, **********87, «Hesteyem.Özüm Zeng Edecem.» məzmunlu, xx/xx/2020,14:34:11,**********87, **********01, «Adam xeste olanda sms yaza biler amma javab vere bimer?????» məzmunlu, xx/xx/2020, 22:23:45, **********87,**********01, «Saheb cavab ver vacib işim var» məzmunlu, xx/xx/2020, 11:20:57, **********01, **********87, «Ozum zanq edaüam» məzmunlu, xx/xx/2020, 11:22:20, **********87, **********01, «Ozun belersen istersen zeng eleme» məzmunlu və xx/xx/2020, 13:32:57, **********87, **********01, «Oldi sahib melim,goruşerik» məzmunlu SMS-lər göndərilmişdir. Məhkəmədə elan olunub araşdırılmış zərərçəkmiş şəxs Asqhar Razzaqhinin istintaqa təqdim etdiyi 02 iyul 2010-cu il tarixli əlyazmanın məzmunu aşağıdakılardan ibarətdir: «X10 xx.xx.2010 tarixdə Təqsirləndirilən şəxs ünvan 16 ünvanında yerləşən ev və torpaq sahəsini almaq üçün 48000 AZN (qırx səkkiz min) məbləğində behi Şahid5 və Məmmədova Günelin iştirakı ilə verdim». Əlyazmanının məzmunundan görünür ki, onu Asqhar Razzaghi, Təqsirləndirilən şəxs, Şahid5 və X24 öz imzaları ilə təsdiq etmişlər. Mətninin sonunda “Bu yazını mən-Şahid5 yazdım” sözləri qeyd edilib imza ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 25 iyun 2021-ci il tarixli **********06 nömrəli məktubundan görünür ki, müraciətdə qeyd olunan əraziyə texniki baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin bir tərəfi yolun kənarı hasar olmaqla, digər tərəfdən şərti göstərilir. Üzərində tikili yoxdur, çoxlu sayda yaşıllıq ağacları vardır, elektron kadastr baza məlumatlarına əsasən sözügedən ərazi şosse yolunun kənarında yerləşir, yaşıllıq ərazisidir və sərhədləri şərtidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 14 iyul 2021-ci il tarixli **********33 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, ünvan 17al rayonu, T.Şahbazi küçəsi 23 saylı fərdi yaşayış evinə dair X6 adına 27 iyul 2007-ci il tarixdə texniki pasport tərtib edilmişdir. Bakı şəhəri, ünvan 17al rayonu, T.Şahbazi küçəsi 23 saylı fərdi yaşayış evi X6 adına qeydiyyatdan keçmişdir və hazırda adındadır, həmin ünvana dair qeydiyyat vəsiqəsi arxiv əsaslarında aşkar edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının Reyestri Xidmətinin 05/2-21821/14 nömrəli, 06 iyul 2022-ci il tarixli məktubunda göstərilir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlara əsasən X8 ölümü 1953-cü ilin mart ayında ünvan 17al rayon qeydiyyat şöbəsi tərəfindən 222 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Həmin akta əsasən ölüm tarixi “xx.xx.1953-cü il” yaşayış ünvanı “ünvan 17al rayonu, 8 Xrebtovaya, ev 23”, ölmüş şəxsin pasport məlumatları “Vİ LC 66089”, məlumatı verən şəxs “Tağıyev Əhməd ƏbdülCabbar oğlu” qeyd edilmişdir. Bakı şəhəri, ünvan 17al Bələdiyyəsinin 27 avqust 2021-ci il tarixli 1344 saylı məktubundan görünür ki, Bakı şəhəri, ünvan 17al rayonu, Z.Adıgözəlov küçəsi ev 94 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Bakı şəhəri, ünvan 17al rayonu, Tağı Şahbazi küçəsində torpaq sahəsinin ayrılması barədə ünvan 17al Bələdiyyəsində hər hansı bir məlumat yoxdur. Bakı şəhəri, ünvan 17al Rayon İcra Hakimiyyətinin 14 sentyabr 2021-ci il tarixli 1875/d saylı məktubundan görünür ki, Bakı şəhəri, ünvan 17al rayonu, Z.Adıgözəlov küçəsi ev 94 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs torpaq sahəsinin ayrılması ilə bağlı ünvan 17al Rayon İcra Hakimiyyətində hər hansı bir sənəd aşkar edilməmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi «X2 Company» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Şahid3 və Asqhar Razzaghiyə qarşı 29 sentyabr 2010-cu il tarixli 2411 saylı kredit müqaviləsinə xitam verilməsi, Şahid3 Sabir qızı və Asqhar Razzaghidən birgə qaydada "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə borcun əsas hissəsindən ödənilməmiş qalan 1155 ABŞ dolları, faiz borcundan isə 322 ABŞ dolları ilə birlikdə ümumilikdə 1477 ABŞ dolları və 30 manat dövlət rüsumunun tutularaq banka ödənilməsi, tutulmanın ilk növbədə 29 sentyabr 2010-cu il tarixli 2411 saylı İpoteka müqaviləsinə əsasən girov qoyulmuş və borclu Şahid3 məxsus «Lexus LX-470» markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə edilən vəsaitin borcun ödənilməsi üçün yetərli olmadıqda qalan vəsaitin də borcludan tutulması barədə iddia ərizəsi əsasında 15 avqust 2013-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnamə çıxarmış, qətnamədə iddia təmin edilmişdir. Şahid7 26 dekabr 2013-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Şahid7 19 mart 2013-cü il tarixdə Bakı şəhəri 3 saylı NK tərəfindən 3M-01-188 saylı reyestrlə Şahid3 ilə kredit müqaviləsi bağlamış, həmin müqavilə üzrə öhdəliklər Şahid3 tərəfindən tam yerinə yetirildiyinə görə müqavilənin ləğv edilməsini xahiş etmişdir. Bundan başqa, Şahid7 26 dekabr 2013-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Şahid7 19 mart 2013-cü il tarixdə Bakı şəhəri 3 saylı NK tərəfindən 7E-04-2333 saylı reyestrlə Şamaxı rayonu Avaxıl kəndində yerləşən 1,4 ha torpaq sahəsinin sənədləşməsinə dair Şahid3 tərəfindən ona verilmiş etibarnamədən imtina etdiyini bildirmişdir. Məhkəmədə, zərərçəkmiş şəxs X9 vəsatəti əsasında onun tərəfindən hazırkı işin halları barəsində İran İslam Respublikasının Bakı şəhərindəki Konsulluğuna etdiyi müraciəti, istintaq orqanına yazdığı izahatlar, verdiyi ifadələr elan olunub araşdırıldı. Məhkəmədə elan edilib araşdırılmış X44 İslam Respublikasının Bakı şəhərindəki konsuluna Təqsirləndirilən şəxs barəsində etdiyi müracətində göstərilmişdir: « Allahın adı ilə. Cənab, Hörmətli konsul. Salam. Mən, Razzaqhi Əsgər, ünvan 17al rayonu Şahbazi küçəsi, ev 23-də yerləşən bir torpaq sahəsinin qarşılığında 387900 dollar Təqsirləndirilən şəxs ödəyərək, onun tərəfindən aldadılıb maddi və mənəvi zərər çəkmişəm və aşağıda qısaca məlumat verirəm. 2010-cu ildə Təqsirləndirilən şəxs, Şahid5 tərəfindən mənimlə tanışdırılıb və biz görüşdük adı çəkilən torpağ sahəsini mənə göstərdi və evin sənədlərin bir nüsxəsini təqdim edərək, biz 150000 manata razılaşdıq, sonra xx.xx.2010 tarixdə Telman və digər iki şahidin iştirakı ilə aramızda yazışdıq və 48000 manat məbləğini Sahibə verdim və sənədi mənim adıma keçirdikdə qalan məbləği ona verəcəyimə razılaşdıq. İnfrastruktura Sahib evin sahəsi iki mərtəbədə hər mərtəbəsi 195.60 kvadratmetr idi və bir neçə gün sonra gəldi və evin ətrafında bir boş yer olduğunu dedi və icra hakimiyyəti ilə bir məbləğ ödəyə biləcəyimizi və əvvəlki və yeni sənədləri bir sənədlə toplaşdırmamızı dedi. Gedib göstərildiyi hər hansı bir nöqtədən ərazini ölçdükdən sonra ərazinin ümumi sahəsi 600 kvadratmetr oldu və icra hakimiyyəti ilə danışmaq üçün torpaq xəritəsinin bir nüsxəsi ilə getdi və bir neçə gündən sonra gəlib dedi, icra hakimiyyəti hündürlüyü 12.60 metrdən yüksək olmamaq şərtilə dörd mərtəbəli üç qurumdan (icra hakimiyyəti, torpağ komitəsi və BTR) bir sözünən çıxarış sənədi təqdim etməyə 100,000 manat pulun çıxmasını söylədi və mən də bu məbləği bir dəfəyə ödəyə bilməyəcəyimi dedim və o da dedi ki, birdəfəlik pula ehtiyac yoxdur və işimiz gedən hər bir qurumdan növbə ilə ödəyəcəyik və mən də bir şərtlə qəbul etdim ki, torpağı hasarlayım və o da gedib icra hakimiyyəti ilə danışdı və mən də 3700 manat material və əmək haqları ödəyərək torpağı hasarladım. Və o ehtiyac duyulan quruma pul verəcəyimi deyirdi və mən də ödəyirdim ona,və o da dediyinə gorə ödəyirdi, dəfələrlə İcra və torpaq komitəsinin İşçiləri təqdim etdiyi, müvafiq şöbənin qarşısında görüşərək fikirlərini, təklif və tənqidlərini bildlrirdllər. Məni işin onun tərəfindən ciddi olduğuna və işinin yaxşı getdiyinə tam inandırdı ki, pulu hardan olmalı olsa tapım və çatdırım.Hətta bir dəfə gəlib dedi ki, bu sahələr plana düşüb və sənədlər də tam dörd mərtəbənin hamısına hazir deyil və hamısını 2400 M21 plana daxil etmək üçün 36000 manat ödəməliyik, mən də ödədim. Bunun xaricində bir nəfər gətirmişdi toprağa əlavə etdiyimiz hissədə bir evi olduğu iddia edilən varislər adından iddiaçıdir və ondan halallıq almaq üçün 24000 manat məndən alıb ona verdi. Müvafiq qurumların danışdığımız bütün pulları ona ödəmişdim və sənədin verilməsi onun boynundaydı, aylar keçdi və hələ mənə sənəd vermədi və səbəbini də belə izah edirdi, çıxarış sənədi hazırdı heç olmasa dörd mərtəbənin qara işlərini bitirməliyik ki, sənədi götürə bilək. Şəhərin qaz borusu yerin qabağından keçirdi və biz əgər işə başlamaq istəsəydik, əvvəlcə qaz idarəsi bu borunu iki metrə qədər yeraltına salmalıdır ki, iş əsnasında zədələnməsin. Bu məqsədlə məndən 4 dəfə, hər dəfə 2500 manat pul alıb, hətta axırıncı dəfə Telman gəldi dedi Qaz şöbəsinin işçiləri birgə oraya materialları sayıb, cəmi 930 manat lazımdır ki, materilları alsınlar və işə başlasınlar və mən də Telmana ödədim, lakin təəssüf ki, heç bir şey etmədi. Demək olar ki hər gün mən bunun qapısına gedirdim sənədi almaq üçün həddindən artıq təzyiq göstərdim və ona deyirdim ya mənim sənədimi verməlisən ya lazım olan şöbədə mən görməliyəm, bir gün bir çıxarış sənədinin surətini gətirdi, o mənə maşında göstərdi ki əraziyə və xəritəyə uyğun surətini eyni ünvana məxsusdu və mən sənədin bir nüsxəsini verməsini israr etsəm də, mənə dedi məni anda veriblər, kiməsə verməyim cavabdeh olduğuna and içdi və hər halda məni inandırdı. Onun qaz borusunun işinə başlamaq üçün israr və təzyiq edirdim, bu bir gun mənimlə göruşdu və dedi danışıb 20000 manat ödəməklə Çıxarış sənədini götürüb bir neçə günə verəcəyəm dedi və yenidən xx.xx.2012 tarixində 20,000 man faiza götürüb Sənədi Novruz tətilindən bir neçə gün sonra mənə verməsi şərtiylə verdim və tətil hələ bitməmişdi, işim ilə əlaqədar İstanbula getdim və bir neçə gündən bir ona zəng edirdim və deyirdi heç bir problem yoxdur və bir neçə gün ərzində sənədi alacağam və bir sözlə 47 gündən sonra Bakıya qayıtdım və yenə də deirdi ki, problem yoxdur, yaxın günlərdə alacağam. İşlərimlə əlaqədar olaraq, bu neçə il ərzində Bakıya çox az gəlmişəm və hər neçə günnən bir ona zəng edərdim, deyərdi ki, narahat olmağa ehtiyac yoxdur və sənədiniz orada hazırdır və bəzi məsələlərə görə sənədi verməyə risk etmirlər və hətta Bəzən mənə zəng edib deyirdi ki, torpaq üçün müştəri var, nə qiymətə verək? Və deyirdim ki, hansı bir qiymətə sata bilirsən sat, o da hər dəfəsində bir bəhanə gətirirdi.2016-cı ildə mən İranda idim və Bakıdan mənə zəng vurub bildirdilər ki hasarı söküblər və mən də Sahib ilə telefon əlaqəsi saxladım və bildirdi ki yeni yol çəkilir və cənab prezident açılışa gəldiyinə görə və səliqəli görsənsin deyə icra tərəfinən sökülüb heç narahat olmağa bir səbəb yoxdur. Və mən Bakıya gəldiyimdə gedib toprağa baxdım və gördüm çoxlu dekorativ ağac əkilib və Sahib ilə əlaqə saxladım və bir yerdə gedib torpağa baxdıq və o bildirdi ki mənim xəbərim var özum ağac əktirmişəm. Sonra ona bir təklif etdim dedim ki, tikintiyə mənim maddi imkanım yoxdur, buna görə çıxarış sənədi dörd mərtəbə üçün vermirllərsə, toprağa çıxarış versinlər verdiyim pulu da istəmirəm və o da bunun yaxşı bir fikir olduğunu və bunu ən qısa zamanda edəcəyəm dedi, aylar keçdi və bir il də keçdi və sənəd ala bilmədi. Mən özüm keçmiş sənədin nüsxəsi ila yoxlatdım və məlum oldu ki, heç bir yerdə mənim adımda heç bir şey qeyd etməyib. Mənə göstərilən sənədlər saxta idi və bu barədə ona danışanda əvvəl qəbul etmədi, sonra dedi evin varislərini tapıb onlardan etibarnamə alacağam və mənim adıma bunu etməyə razılıq verəcəklər dedi. Təəssüf ki, iki aydır ki, heç bir iş görmür. Məndə olan sənədlərin surətini məktubunuza əlavə olaraq təqdim edirəm, xahiş edirəm 304 000 manat bərabərdi, 389 700 dollar planlı şəkildə aldatdığı və məni saxta sənədlər ilə illər boyu maddi və mənəvi ziyan vurduğu, məni və ailəmi evsiz qoyduğu şəxs barədə lazım olan icra orqanlarına bildirib və kömək edəsiniz. Hörmətlə, Əsgər Razzaqi” Məhkəmədə elan olunub araşdırılmış X29 RPİ-nin, İş-nin baş müstəntiqi, Abdulla Əliyevə yazdığı izahatında göstərmişdir: “İzahatımın mənim sözlərimlə yazılmasını xahiş edirəm. Mən milliyətcə Azərbaycanlıyam və Azərbaycan dilində latın qrafikalı əlifba ilə sərbəst oxuya və ya yaza, həmçinin başa düşə bilirəm. Bildirirəm ki, mən İran İR-nın vətəndaşı olsam da 1997-ci ildən etibarən Azərbaycan Respublikasının Bakı şəhərində yaşayıram və burada müxtəlif biznes fəaliyyəti ilə məşğulam. Mahiyyəti üzrə bildirirəm ki, mən 2010-cu ildə Bakı şəhəri ünvan 17al rayonu ərazisində yerləşən “Gümüş Plaza” kompleksinin tikintisində çalışmışam. Həmin ərəfədə mən Şahid5 adlı şəxslə ümumi tanışımız Qalib adlı şəxsin vasitəsi ilə tanış olmuşam. Mənə məlum oldu ki, Telman da tikinti ilə məşğuldur. Həmçinin eyni zamanda mən Telmanın vasitəsi ilə Təqsirləndirilən şəxs adlı şəxslə tanış oldum. Bizim tanışlığımız 2010-cu ilin əvvəllərində baş vermişdir. Bu zaman Sahib mənə obyekt və ev tikmək üçün boş torpaq sahələrinin olduğunu bildirib, mənə ünvan 17al rayonu Bəsti Bəkirova küçəsi ilə Naxçıvani küçələrinin kəsişməsində boş torpaq sahəsi olduğunu deyərək oranı mənə göstərdi. Həmin torpaq sahəsi 150 kv metrdən ibarət idi. Sahib həmin yeri mənə göstərdi və bildirdi ki, həmin torpaq sahəsi 50 000 manata satılır və İcra Hakimiyyətinin balansındadır. Mən torpaq sahəsinin boş olduğunu görüb oranı tikinti məqsədi ilə almaq qərarına gəldim. Sahib mənə həmin torpaq sahəsinin 2 mərtbəli ev üçün sənədini alıb DƏDRX-dən çıxarışla mənə verəcəyini bildirdi. Mən də ona inanıb Sahibə Badamdar qəsəbəsində yerləşən keçmiş ofisimdə və Telmanın iştirakı ilə 45000 manat pul verdim. Pulun yerdə qalan hissəsini isə sənəd tam hazır olduqdan sonra verəcəyimi bildirdim. Mən həmin pulu Sahibə təxminən 2010-cu ilin may ayında vermişəm və günü dəqiq yadımda deyil. Sonradan həmin torpaq sahəsi səhv etmirəmsə digər şəxsə verildiyi üçün mən Sahibdən pulumu geyri qaytarmasını xahiş etdim. Lakin Sahib mənə pulumu verə bilməyəcəyini, pulu ünvan 17al İH-nin adını çəkmədiyi işçilərinə verdiyini bildirib, əvəzində mənə ünvan 17al rayonu Şahbazi küçəsi 23 ünvanından digər torpaq sahəsi verəcəyini bildirdi. Bu minvalla mən həmin sözügedən torpaq sahəsinə baxdım. Həmin torpaq sahəsi də 195 kv metr olmaqla üzərində 2 mərtəbəli evin sənədinin olduğunu Sahib mənə bildirdi, lakin orada ev mövcud deyildi. Həmin yeri mən bəyəndiyim üçün Sahiblə razılaşdım. Sahib mənə sözügedən torpaq sahəsinin dəyərinin 150 000 manat təşkil edəcəyini bidirdiyi üçün qabaqcadan ona verdiyim pula əlavə olaraq mən ona 3.000 manat da yuxarıda qeyd etdiyim pul verdim. Bu zaman mənim Sahibə verdiyim ümumi məbləğ 48 000 manat təşkil etdi. Sahib da mənə 48 000 manat pulu alması ilə bağlı Telmanın və işçim Günelin iştirakı ilə xx.xx.2010-cu il, tarixdə əlyazma şəklində qeyri-rəsmi yazı verdi. Həmin yazını Telman yazdı, Sahib, mən və Günel isə imzamızla təsdiq etdik. Sonrakı günlərdə Sahib mənimlə görüşüb həmin torpaq sahəsinin ətrafında əlavə boş torpaq sahəsi olduğunu dedi. Sahib mənə həmin əlavə torpaqla əvvəlki torpağın toplamda 600 kv metr sahə təşkil edəcəyini, əlavə sahənin də boş və İcra Hakimiyyətinin balansında olduğunu bildirdi. Mən yuxarıda qeyd etdiyim torpaq sahəsinin X8 adına olduğunu Sahibin mənə verdiyi çıxarışın surətinin əsasında bilmişəm. Lakin mən həmin şəxsi görməmişəm və ya onunla aramda rəsmi razılaşma və alqı-satqı olmamışdır. Həmçinin Sahib mənə sözügedən torpaq sahəsinə əlavə sahənin 100 000 manata mənə başa gələcəyini bildirdi. Sahib mənə həmin torpaq sahəsində mənim üçün dörd mərtəbəli yaşayış evi və obyektin inşasının də icazəsinin cəmi 250 000 manatın hesabına alıb verəcəyini bildirdi. Bu minvalla mən Sahibə bəzən Telmanın iştirak və ya məlumatlı olması şərti ilə hissə-hissə olmaqla müxtəlif yerlərdə 304 000 manat pul verdim. Sonuncu dəfə mən Sahibə 14 mart 2012-ci ildə yaşadığım ünvan 17al rayonu Hüseyn Cavid prospektindəki evimin qarşısında 20 000 manat pul verdim. Həmin pulu Sahib məndən alarkən Novruz bayramı ətrəfəsində olduğunu və sonuncu pulu şirinlik kimi verib mənim sənədimi mənə verəcəyini bildirdi. Mənə deməsinə görə o, pulu, icazə sənədi almaq üçün ünvan 17al rayon İH-nin hansısa əməkdaşına verməli idi. O cümlədən Sahib məndən bundan əvvəl guya mənim üçün almnaq istədiyi əlavə torpaq sahəsinin iddialı olan kişi cinsli şəxsə 24 000 manat pulu “halallıq” kimi verməli olduğumuzu bildirib bir nəfər şəxsi mənə təqdim etməklə həmin məbləği məndən özü almışdır. Eyni zamanda Sahib məndən Qaz İstismarı İdarəsinə vermək və torpaq sahəsinin qarşısından keçən qaz borusunun istiqamətini torpağın altına salmaq üçün hissə-hissə olmaqla dörd dəfə 2011-ci ilin avqust ayında 2012-ci ilin fevral ayına kimi 2 500 manat olmaqla cəmi 10 000 manat pul almışdır. Həmçinin mən qaz borusunun yerini dəyişmək üçün Telmana material pulu kimi 930 manat pulu 2012-ci ilin fevral ayında yeni ofisimdə Nəsimi rayon ərazisində yerləşən “Yeni Həyat” yaşayış kompleksinin ofisində vermişəm. Həmçinin, 2011-ci ilin təxminən oktyabr-dekabr ayları ərzində Sahib mənə həmin ərazinin “plana” – söküntü sahəsinə düşdüyünü bildirib. Həmin ərazini də söküntü sahəsinə daxil etdirib, hər kv metr üçün mənə 1500 manat dövlət tərəfindən pul ödətdirilməsi üçün kimlərəsə vermək bəhanəsi ilə hissə-hissə 36 000 manat pul almışdır. Əlavə olaraq qeyd etmək istəyirəm ki, hətta 2010-cu ilin iyul ayında mən qeyd edilən cəmi 600 kv metr sahəsi olan Sahibin mənim üçün guya sənədləşdirdiyi torpaq sahəsini öz vəsaitim hesabına müvəqqəti olaraq metal kostruksiya ilə hasarlatdım. Lakin, 2016-cı ildə torpaq sahəsinin qarşısından keçən avtomobil yolunun açılışı ilə əlaqədar olaraq həmin hasar söküldü və orada dekorativ bitkilər əkildiyi üçün mən bu barədə Sahibə bildirdikdə, Sahib mənə həmin bitkiləri özü əkdirdiyi, yol açılışı ilə əlaqədar olaraq hasarın uçurulduğunu bildirdi. Əlavə olaraq, qeyd etmək istəyirəm ki, hətta 2011-ci ilin yay aylarında Sahib mənim arvadım Şahid3 adına olan 600 kv metrlik sahəyə aid DƏDRX-dən çıxarışın surətini göstərdi. Və məni inandırmağa çalışaraq həmin sənədin surətini və ya əslini mənə müxtəlif bəhanələrlə vermədi. Bu günə qədər də Sahib məni aldadaraq hər dəfə müxtəlif bəhanələr gətirib, sonuncu dəfə isə yalnız torpaq sahəsi üçün mənə çıxarış alıb verəcəyini bildirməklə məni aldatmışdır. Ümumillikdə mən Sahibə müxtəlif vaxtlarda torpaq sahəsinin sənədləşdirilməsi üçün və ya bu məqsədlə digər bəhanələrə görə 304 000 manat pul vermişəm. Mən isə məndə olan sənədi (X8 adına olan) dövlət qurumunda yoxlatdırdıqda mənim adıma heç bir torpaq sahəsinin olmadığını bildim. İzahatıma əlavəm yoxdur”. Məhkəmədə elan olunub araşdırılmış Razzaqhi Asqharın Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi, polis kapitanı Elçin Qurbanova 01 mart 2021-ci il tarixli izahatında göstərmişdir: “Mənə verilən suallara cavab olaraq bildirirəm ki, göstərilən ünvanda ailəmlə birlikdə yaşayıram. ünvan 17al Rayon Polis İdarəsinin istintaq şöbəsində verdiyim izahatımı təsdiq edirəm, əlavə verilən suallara cavab verə bilərəm. Sual: Siz ərizənizdə sizə 387 900 ABŞ dolları maddi ziyanın dəydiyini, izahatınızda isə 304 000 manat maddi ziyan dəydiyini bildirmisiniz. Bu barədə nə deyə bilərsiniz? Cavab: Sual mənə aydındır. Mən Təqsirləndirilən şəxs pul verən zaman ABŞ dollarının Azərbaycan manatına nisbətdə məzənnəsi 0.78 idi. Mən Təqsirləndirilən şəxs verdiyim pulu bir hissəsini yəni təxminən həmin pulu 80 000 ABŞ dolları, qalan hissəsini isə manat ilə vermişdim. Ərizə yazan zaman isə mən manatı həmin dövrün məzənnəsinə uyğun olaraq ABŞ dollarına çevirib yazmışdım. Təqsirləndirilən şəxs mənim 304 000 manat pulumu dələduzluqla ələ keçirmişdir. Sual: Təqsirləndirilən şəxs sizin pulunuzu nə zaman və hansı müddət ərzində ələ keçirmişdir? Cavab: Sual mənə aydındır. 2010-cu ilin iyun ayından 2013-cu ilin yaz aylarına qədər olan müddət ərzində Sahib mənə Bakı şəhəri ünvan 17al rayonu Parlament prospektinin yaxınlığında 600 kvadrat metr torpaq sahəsini almaq adı ilə 304 000 manat pulumu aldadıb etibarımdan sui-istıfadə edərək ələ keçirmişdir. Sual: Təqsirləndirilən şəxs və Şahid5 izahatlarında hadisənin 2007-cı ildə baş verdiyini bildirmişlər. Bu barədə nə deyə bilərsiniz? Cavab: Təqsirləndirilən şəxs və Şahid5 yalan danışır, hadisə mən dediyim vaxtlar ərzində baş vermişdir. Buna bariz sübut nümunəsi olaraq Şahid5 öz xətti ilə yazdığı beh razılaşmasına dair qəbzdir. Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq məqsədi ilə belə bir izahat vermişdir. Telmanın isə mənə özünün 11 500 manat borcu var, həmin borcu qaytarmamaq üçün Sahibin diktəsi ilə izahat vermiş ola bilər. Sual: Sız nə üçün 2013-cü ildən bu zamana kimi şikayət etməmisiniz? Cavab: Mən Təqsirləndirilən şəxs bir iş görən adam kimi tanımışam və onun bütun bu illər ərzində Sahib qeyd olunan torpaq sahəsi ilə bağlı müəyyən işlər gördüyünu imitasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs mənə demişdi ki, qeyd olunan torpaq sahəsinin bir hissəsi dövlətə məxsusdur, qalan hissəsi ilə qonşuluqda olan ev sahibinindir. Həmin torpaq sahəsini tam mənim mülkiyyətimə keçirməkdən ötru müəyyən proseslər olmalıdır. Bütün bu illər ərzində Təqsirləndirilən şəxs torpaq sahəsinin yanında keçən yüksək təzyiqli qaz borusunun yerini dəyişdirmək, sahənin plan sxemini tərtib etmək, kommunal təsərrüfat, icra, əmlak idarələrindən müəyyən sənədlərin əldə edilməsi adı ilə daima müddəti uzatmışdır. Belə ki, Sahibin torpaq sahəsinə dair düzəltdiyi plan sxem sənədləri məndə vardır və mən həmin sənədləri istintaqa təqdim edəcəyəm. Bundan başqa bildirirəm ki, Təqsirləndirilən şəxs ilə mənim aramda olan bu hadisədə başqa kənar şəxs mənə vəd verməmişdir. Mənə vədi verən, pulumu alan Təqsirləndirilən şəxsdur. Həmçinin mən sonradan xəbər tutmuşam ki, Təqsirləndirilən şəxs ünvan 17al Polis İdarəsində heç bir təqsirininin olmaması ilə bağlı izahat vermişdir. Halbuki, biz ünvan 17al Rayon Polis İdarəsində rastlaşan zaman o, məndən xahiş edib vaxt istəmişdir ki, ondan şikayət etməyim, mənim pulumu özünə aid olan bir torpaq sahəsini satmaqla ödəyəcəkdir. Sonradan mən Sahibin izahatı ilə bağlı xəbər aldıqdan sonra mən artıq onun bu əməllərindən bezdiyim üçün Bakı Şəhər Prokurorluğuna müraciət etdim ki, obyektiv araşdırma aparılsın. Həmçinin mənim Təqsirləndirilən şəxs qeyd olunan məbləğdə pulumu verməyimi istintaqa təqdim etdiyim səs yazıları ilə təsdiq olunur. Xahiş edirəm mənə dəymiş maddi ziyanın ödənilməsində köməklik göstərəsiniz. İzahatımı oxudum, düzdür”. Məhkəmədə elan olunub araşdırılmış Razzaqhi Asqhar 22 iyun 2021-ci il tarixli ifadəsində göstərmişdir: “Mənə verilən suallara cavab olaraq bildirirəm ki, qeyd olunan ünvanda ailəmlə birlikdə yaşayıram. İran İslam Respublikasının vətəndaşıyam, artıq 1997ci ildən Azərbaycan Respublikasında yaşayıram, arvadım Şahid3 Azərbaycan Respublıkasının vətəndaşıdır, milliyətcə azərbaycanlıyam. Azərbaycan dilində sərbəst danışa, latın qrafikasında sərbəst yaza və oxuya bilirəm. Tərcüməçiyə ehtiyacım yoxdur. Mahiyyəti üzrə bildirəm ki, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Azərbaycan Respublikasında son zamanlara qədər tikinti sahəsində fəaliyyət göstərmişəm, son zamanlarda isə ət və ət məhsullarının satışı ilə məşğul oluram. 2009-cu ildə mən Şahid5 Mahmud oğlunu mənim əvvəllər işçim olmuş Qalibin vasitəsi ilə tanımışdım. Telmanı tanıyan zaman özünü tikinti işləri ilə məşğul olan şəxs kimi təqdim etmişdir. Söhbət zamanı Telman demişdi ki, onun Təqsirləndirilən şəxs adlı tanışı vardır, Sahibin geniş əlaqələri vardır, torpaq, ev sənədləşdirmə işləri ilə məşğuldur. Telman məni şəxsən Sahib ilə 2009-cu ildə mənim həmin zaman işlədiyim ünvan 9 ünvanında yerləşən ofisində tanış etmişdir. Sahib də, mənimlə tanışlıq zamanı Telmanın mənə onun barəsində dediklərini təsdiq etmiş, özünün yerli icra hakimiyyəti orqanları ilə geniş əlaqələrinin olduğunu bildirmiş, mənə də, təklif etmişdir ki, mən tikinti sektorunda olduğumdan mənim üçün münasib qiymətə Bakı şəhərinin rnərkəz hissələrində torpaq sahələri tapa, sənədləşdirə bilər, mən də, həmin torpaq sahəsində tikinti işlərimi görə bilərəm. Sahibin danışığı məni cəlb etdi. İlkin olaraq Sahib məni Bakı şəhəri, ünvan 17al rayonu ərazisində yerləşən, Dövlət Statistika Komitəsinin yaxınlığında olan 130 kvadrat metr sahəsi olan bir yeri göstərdi, bildirdi ki, həmin yeri sənədləşdirə bilər. Lakin qısa müddət keçdikdən sonra dedi ki, ünvan 17al Rayon İcra Hakimiyyəti həmin yeri başqa bir şəxsə veribmiş, ona görə də, həmin torpaq sahəsi ilə bağlı dediklərini edə bilməyəcəkdir. Bundan sonra yəni, konkret olaraq 2010-cu ilin yay aylarında Sahib mənimlə görüşdü və mənə ünvan 17al rayonu ərazisində iki ayrı torpaq sahəsini göstərdi. Həmin torpaq sahəsinin biri Bakı şəhəri, ünvan 17al rayonu, Şahbazi küçəsi 23 ünvanında, digəri isə Bakı şəhəri, ünvan 17al rayonu, İnşaatçılar metrostansiyasının yaxınlığında X49 küçəsində yerləşirdi. Mən Sahibə Bakı şəhəri, ünvan 17al rayonu, Şahbazi küçəsi 23 ünvanında yerləşən ümumilikdə Sahibin deməsinə görə 600 kvadrat metr sahəsi olan torpaq sahəsini bəyəndiyimi dedikdə Sahib dedi ki, torpaq sahəsini özü mənim adıma sənədləşdirərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı sənədinin əldə edəcəkdir. Sahib mənə ünvan 17al rayonu, Şahbazi küçəsi 23 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsinin yəni 152 kvadrat metr sahəsinin sənədli olduğunu, X8 mülkiyyətində olduğunu bildirdi və mənə X8 adına olan Daşınmaz Əmlakın Texniki Pasportu sənədinin surətini təqdim etdi. Sahib məni əmin etdi ki, onun X36 oğlu ilə yaxşı münasibəti vardır, sonuncu tərəfindən ona qeyd olunan sənəd ilə bağlı bütün hərəkətlərin həyata keçirilməsi üçün etibarnamə verilmişdir, bütün işləri özü görəcəkdir. Sahib bildirdi ki, 152 kvadrat metr sahəsi olan torpaq sahəsinə dair sənədin əsasında mənim adıma ünvan 17al rayonu, Şahbazı küçəsi 23 ünvanında 600 kvadrat metr torpaq sahəsini rəsmiləşdirəcəkdir. Bildirirəm ki, mən X12 görməmişəm, həmin şəxsi tanımıram. Sahib məni özünə inandırdı. Sahib dedi ki, ilkin olaraq 152 kvadrat metr torpaq sahəsini rəsmiləşdirib 600 kvadrat metr sahəsi olması ilə bağlı çıxarış almaq lazımdır. Bunun üçün 600 kvadrat metr torpaq sahəsinin X36 oğluna məxsus olması ilə bağlı çıxarış əldə edilməli, daha sonra məni adıma rəsmiləşdirilməlidir. Həmin zaman mən də Sahibə demişim ki faktiki mənim olacağına baxmayaraq torpaq sahəsinin arvadımın adına olmasını istəyirəm. Həmin zaman Sahib məndən arvadım Şahid3 şəxsiyyət vəsiqəsinin surətini almışdır. Sahib mənə dedi ki, ünvan 17al rayonu, Şahbazi küçəsi 23 ünvanında yerləşən 600 kv metr torpaq sahəsinin rəsmiləşdirilməsi üçün 150 000 manat ona, ünvan 17al rayon İcra Hakimiyyətində isə özünün tanıdığı şəxslərə verilməsi üçün ona verməliyəm. Sahib mənə demişdir ki, X36 oğlu ilə özü razılaşmışdır, artıq torpaq sahəsini onun lduğunu bilməliyəm, bütün işlər onluqdur, ona görə də mndən zəhmət haqqı kimi, həm də, 152 kv metr sənədli olan torpaq sahəsi üçün ona 150 000 manat pul verməliyəm. Mən həmin zaman Sahibə dedim ki, mənim gəlirim hissə-hissə olur, yəni onun dediyi məbləği birdən tam şəkildə verə bilmərəm. Sahib isə dedi ki, burada heç bir problem yoxdur, hissə-hissə o, məndən pulumu alıb vəd verdiyi işini görəcəkdir. Bundan sonra mən, ünvan 11 ünvanında yerləşən ofisimdə Şahid5 və həmin zaman mənim işçim olmuş X18 iştirakları ilə 02 iyul 2010-cu il tarixdə Sahibə 48 000 manat pulu ünvan 17al rayonu, Şahbazi küçəsi 23 ünvanında yerləşən 600 kv metr torpaq sahəsini sənədləşdirilməsi üçün ilkin olraq beh kimi verdim. Həmin zaman tələb etdim ki, aramızda bir sənədləşmə olsun. Mən Telmandan xahiş etdim ki, o, bir qəbz yazsın və bu prosesdə iştirak etmiş biz hamımız imza edək. Bundan sonra Telman öz xətti ilə Sahibə 48 000 manat pul verməyimi təsdiq edən qəbz yazdı və imzalarımızla onu biz təsdiq etdik. Qeyd etmək istəyirəm ki, X24 hazırda Rusiya Federasiyasında yaşayır, evlənmişdir, soyadı isə hazırda Hüseynovadır. Günelin həmin zaman istfadə etdiyi mobil nömrə yadımda deyil, lakın hazırda +**********3223 mobil nömrəsini istifadə edir. Sahib isə bütün müddət ərzində +**********37,+**********78, +**********01 mobil nömrələrini, Telman +**********61, +**********93, +**********71, +**********71, +**********41, +**********95 mobil nömrələrini istifadə etmişdir. Mən isə həmin zamandan indiyə kimi +**********87 və +**********87 mobil nömrələrini istifadə etmişəm. Qeyd etmək istəyirəm ki, bu prosesdən qısa müddət əvvəl ünvan 17al rayonu, Şahbazi küçəsi 23 ünvanında Sahibin mənə göstərdiyi və sənədləşdirməsini vəd verdiyi torpaq sahəsinin 600 kvadrat metr olub-olmamasını yoxlamaq üçün mən həmin zaman mənim işçim olmuş Türkiyə Respublikasının vətəndaşı Ahmel Dağ ilə birlikdə gedib ölçmə işləri aparmış və torpaq sahəsinin 600 kvadrat metr olmasına əmin olmuşduq. Ahmel Dağ hazırda Türkiyə Respublikasındadır, hadisə zamanı Ahmet +**********84, +**********84 mobil nömrələrini istifadə etmiş, hazırda isə +**********8509 mobil nömrəsini istifadə edir. Həmçinin Ahmet də, Sahibi görmüş və mənə verdiyi vədinin şahidi olmuş, proseslərdə yaxın iştirak etmişdir. Qeyd etdiyim kimi Sahibə behi verdikdən sonra Sahib mənə dedi kı, sən gedib həmin torpaq sahəsini hasarlaya bilərsən. Bundan sonra da, mən həmin zaman mənim tabeliyimdə işləyən tikinti işlərimdə ustaların başında dayanan Şahid2 dedim ki, ünvan 17al rayonu, Şahbazi küçəsı 23 ünvanında 600 kvadrat metr torpaq sahəsini hasarlasın. Həmçinin bildirirəm kı, Şahid2 da Sahibi tanımış, hasar çəkilişi zamanı Sahib torpaq sahəsinin üzərinə gəlmiş və o da proseslərin şahidi olmuşdur. Şahid2 mən dediyim kimi etmiş və torpaq sahəsini hasarlamışdı. Bundan sonra Sahib mənə dedi ki, torpaq sahəsinin dəqiq müfəssəl ölçülərini “GPS” vasitəsi ilə dəqiqləşdirib və üzərində tikilməli olan bir obyektin sxem planları lazımdır ki, o, ünvan 17al Rayon icra Hakimiyyətinə təqdim etsin. Mən də, torpaq sahəsi üzərində “GPS” koordinatları dəqiqləşdirim, öz işçilərimlə birlikdə torpaq sahəsinin üzərində tikiləcək 4 mərtəbəli obyektin plan sxemlərini hazırladım və Sahibə verdim. 2010-cu ilin yay aylarından 2013-ci ilin mart ayının ortalarına qədər mən Sahibə ümumillikdə ilkin olaraq verdiyim beh pulu 48 000 manat daxil olmaqla 304 000 manat pulu hissə-hissə olmaqla müxtəlif zamanlarda verdim. Pulu Sahib məndən 2010-cu ilin noyabr ayının sonlarına qədər Badamdar qəsəbəsi, Badamdar şossesi, ev 147 ünvanında yerləşən ofisimdə almış. Bundan sonra isə mən ofisimi ünvan 12 ünvanında yerləşən, “X60"nın 4-cü mərtəbəsində yerləşən ev 9 ünvanında olan ofisimdə Sahibə hissə-hissə olmaqla qeyd etdiyim məbləği vermişəm. Həmçinin bəzən olub ki, Sahibin həmin zaman yaşadığı Bakı şəhəri, ünvan 17al rayonu, “Köhnə Qubanov" adlanan küçədə olan evinin qarşısında, bəzən mənim yaşadığım ünvan 13 ünvanının qarşısında da, Sahibə pul vermişəm. 2012-ci ilin yay aylarında Sahib mənimlə görüşərək yoldaşım Şahid3 adına olan Bakı şəhəri, ünvan 17al rayonu, Şahbazi küçəsi 23 ünvanında yerləşən 600 kv metr torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətini göstərərək dedi ki, “mən bu sənədi sənə verə bilmərəm, bu sənədi göstərirəm ki, mənə inanasan sənədin əsli idarədədir, onlar verə bilmirlər çünki torpaq sahəsinin üzərində olan tikili artıq çıxarışda göstərilmişdir, deyirlər ki, obyekti tiksin sonra sənədini verək” kimi ifadələri işlədərək bir daha məni özünə tam inandırdı. Həmin zamana qədər artıq man Sahibə pulun böyük bir hissəsini vermişdim. Həmin sənədin surətini qeyd etdiyim kimi bəhanəni edərək mənə vermədi. Lakin bildirirəm ki, sonradan bilmişəm ki, həmin Sahibin mənə göstərdiyi sənədin surəti saxta imiş. Bir az keçdikdən sonra Sahib bildirdi ki, guya mənim yoldaşımın adına rəsmiləşdirdiyi faktiki mənə məxsus olan torpaq sahəsi dövlət planına düşəcəkdir, əlavə problem olmaması üçün 36 000 manat pulu istədi və mən Sahibin dediklərinə inanaraq 2012-ci ilin yay aylarında hissə-hissə olmaqla ümumilikdə Sahibə həmin zaman 36000 manat verdim. Bir az keçdikdən sonra Sahib mənə dedi ki, guya mənim yoldaşımın adına rəsmiləşdirdiyi faktiki mənə məxsus olan torpaq sahəsinin bir hissəsinin sahibi olmuş şəxs ölmüşdür, onun vərəsəsi vardır, şikayət etməməsi üçün onu razı salmaq lazımdır, həmin adamın balaca bir evi olmuşdur, onu narazı salmaq lazım deyil. Hətta mənim yanıma yaşlı bir tanımadığım şəxsi gətirdi qeyd etdiyim kimi torpaq sahəsinin bir hissəsinin sahibi olmuş şəxsin vərəsəsi kimi təqdim etdi. Həmin şəxsin adı yadımda qalmamışdır, yaşlı şəxs dedi ki, onun köhnə bir tikilisi olmuşdur, məndən "halallıq” istəyir. Sahib özü şəxsən guya həmin şəxsə vermək adı ilə məndən əlavə 24 000 manat pul aldı. Mən sonradan anladım ki, həmin yaşlı adam Sahibin bir uydurması idi, məndən əlavə pul almaq üçün Sahib bu yola əl atmışdır. Bildirmək istəyirəm ki, Sahib mənə ümumilikdə 250 000 manata vəd verdiyi torpaq sahəsini sənədləşdirəcəyini söz versə də, məndən ümumilikdə 304 000 manat pul almışdır. Lakin Sahib torpaq sənədləşməsini guya həyata keçirdiyi müddət ərzində yuxarıda qeyd etdiyim kimi vərəsə çıxması, torpaq sahəsinin plana düşməsi bəhanəsi və digər bəhanələr gətirib əlavə pul istəmiş və məni aldatmağı bacarmışdır. Vərəsə məsələsi bitdikdən sonra Sahib məndən torpaq sahəsinin qarşısından keçən yüksək təzyiqli qaz borusunun hündürlükdən salınıb yer səthi ilə aparılması adı ilə hissə-hissə olmaqla 2013-cü ilin mart ayının ortalarına qədər hissə-hissə olmaqla 10 000 manat pul vermişəm. Qaz borusunun yerinin dəyişdirilməsi ilə bağlı əlavə olaraq material alınması üçün Telmana şəxsən 930 manat pulu 2013-cü ilin mart ayının əvvəllərində vermişəm. Həmin pul alınan zaman mən Sahib ilə mübahisə etmişdim ki, heç bir iş görməmişdir, Telmanla aramıza girərək köməklik edəcəyini bildirmiş və mənə demişdir ki, özü gedib qaz idarəsində danışıb köməklik edəcəkdir. Bunun üçün də, mən Telmana 930 manat pul vermişdim ki, lazımı materialları alsın. Lakın bildirirəm ki, bu da, yalan oldu, Sahib heç bir iş görmədi və məni aldatmağa davam etdi. Sonuncu dəfə Sahib məndən torpaq sənədləşdirilməsi adı ilə 20 000 manat pulu 16 ya 17 mart 2013-cü il tarixdə öz yaşadığım evin qarşısında almışdır. Ümumilikdə Sahib mənim 304 000 manat pulumu dələduzluqla ələ keçirmişdir. Həmin pulun 244 000 manatını guya torpaq sahəsini sənədləşdirib çıxarış almaq, 36 000 manat pulumu guya torpaq sahəsinin plana düşməməsi üçün, torpaq sahəsinin bir hissəsinə vərəsə olmuş şəxsə vermək adı ilə 24 000 manat, qaz borusunun yerinin dəyişdirilməsi adı 10 000 manat pulumu almışdır. Qeyd etmək istəyirəm ki, Sahib mənə əvvəldən bütün işləri 250 000 manata görəcəyinə vəd versə də demişdi ki, bəzən nəsə problem olsa pul xərcləmək lazım olacaq mən də, demişdim ki əsas odur ki, işim alınsın, nə lazımdı edərik. Sahib də, həmin zaman mənim maddi imkanımdan və sadəlövhlüyümdən istifadə edərək məni aldatdı. Həmçinin bildirirəm ki, Telman özü məndən 2013-cü ilə qədər hissə-hissə öz ailə problemləri ilə bağlı ümumilikdə 11 500 manat pul almışdır. 2017-ci ildə isə Telmanı yanımda X41 Respublikasına soyudulmuş qoyun ətinin satışı işində yanıma götürdüm ki, o Gürcüstanlı olduğundan orada olan işlərimə kömək etsin. Nəticədə həmin işdə də, Telmanın 8 375 ABŞ dolları borcu yaranmışdı, onu da mən ödəməli oldum. Həmin hadisələrin konkret Sahibin məni aldatmasına aidiyyəti olmasa da, Telman mənə olan borclarını ödəməmək üçün Sahibin xeyirinə polisə yalan izahat vermişdir. Telman ilə bağlı olan sənədin surətini ifadəmə əlavə etmişdim. Telman Sahib ilə məni tanış etmiş, Sahibin məni aldatması, məndən aldığı bütün pulların şahidi olmuşdur. 2016-cı ildə Sahibin mənə sənədləşdirib arvadımın mülkiyyətinə keçirəcəyinə vəd verdiyi torpaq sahəsinin qarşısında yol-asfalt işləri aparıldı, yol genişləndirildi, mənim hasarım söküldü, daha sonra isə torpaq sahəsinin üzərində şam ağacları əkildi. Sahibə bu barədə dedikdə Sahib dedi ki, heç bir problem olmayacaqdır. Mən həmin zamanlar öz işlərimlə əlaqədar İran İslam Respublikasında olduğum üçün burada torpaq sahəsi ilə tam maraqlana bilmirdim. 2020-ci ildə mən Sahibin yalanlarından bezdim, gedib Əmlak Komitəsində torpaq sahəsini yoxlatdırdım, məlum oldu ki, həmin torpaq sahəsi nə mənim, nə də arvadımın adınadır. Ümumiyyətlə 600 kvadrat metr göstərilən torpaq sahəsinin kiçik bir hissəsi X8 mülkiyyətindədir, onunla Sahib arasında heç bir alqı-satqı olmamışdır. Halbuki, Sahib demişdi ki, guya torpağı o, almışdır, artıq onundur, torpaq sahəsini o satacaq, qalan hissəni isə tam mənim arvadımın adına rəsmiləşdirilməsinə nail olacaqdır. Bundan sonra mən Sahibə dedim ki, heç olmasa X5 bir etibarnamə alsın. Lakin Sahib bunu da, edə bilmədi, günü-günə sataraq məni aldatdı. Həmin zaman da, Sahibin mənə qarşı etdiyi cinayət əməlini sübut etmək üçün onunla olan telefon danışıqlarının səsini yazdım və həmin səs yazılarını da, istintaqa təqdim etmişəm. Xahiş edirəm göstərdiklərimi nəzərə alasınız. İfadəmi oxudum, mənim sözlərimlə yazılıb, əlavə və düzəlişim yoxdur. İmzamla təsdiq edirəm”. Məhkəmədə tədqiq edilmiş Razzaqhi Asqharın 07 yanvar 2022-ci il tarixli ifadəsində göstərilmişdir: “Mənə verilən suallara cavab olaraq bildirirəm ki, 1997-ci ildən Azərbaycan Respublikasında yaşayıram, arvadım Şahid3 Azərbaycan Respublikasının vətəndaşıdır, milliyətcə azərbaycanlıyam, Azərbaycan dilində sərbəst danışa, latın qrafikasında sərbəst yaza və oxuya bilirəm, bu səbəbdən də tərcüməçiyə ehtiyac olmadan ifadəmin latın qrafikalı azərbaycan əlifbası ilə sizin tərəfinizdən kompüter vasitəsilə yazılmasını istəyirəm, işin mahiyyəti üzrə bildirmək istəyirəm ki, mən fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğulam, Azərbaycan Respublikasında son zamanlara qədər tikinti sahəsində fəaliyyət göstərmişəm, son zamanlarda isə ət və ət məhsullarının satışı ilə məşğul oluram. 2009-cu ildə mən Şahid5 Mahmud oğlunu əvvəllər işçim olmuş Qalibin vasitəsi ilə tanımışdım. Telmanı tanıyan zaman özünü tikinti işləri ilə məşğul olan şəxs kimi təqdim etmişdir. Söhbət zamanı Telman demişdir ki, onun Təqsirləndirilən şəxs adlı tanışı vardır. Sahibin geniş əlaqələri vardır, torpaq, ev sənədləşdirmə işi ilə məşğuldur. Telman məni şəxsən Sahib ilə 2009-cu ildə həmin zaman işlədiyim ünvan 9 ünvanında yerləşən ofisimdə tanış etmişdir. Sahib də, mənimlə tanışlıq zamanı Telmanın mənə onun barəsində dediklərini təsdiq etmiş, özünün yerli icra hakimiyyəti orqanları ilə geniş əlaqələrinin olduğunu bildirmiş, mənə də, təklif etmişdir ki, mən tikinti sektorunda olduğumdan münasib qiymətə Bakı şəhərinin mərkəz hissələrində torpaq sahələri tapa, sənədləşdirə bilər, mən də həmin torpaq sahəsində tikinti işlərimi görə bilərəm. Sahibin danışığı məni cəlb etdi. İlkin olaraq Sahib məni Bakı şəhəri, ünvan 17al rayonu ərazisində yerləşən, Dövlət Statistika Komitəsinin yaxınlığında olan 130 kvadrat metr sahəsi olan bir yeri göstərdi, bildirdi ki, həmin yeri sənədləşdirə bilər. Lakin qısa müddət keçdikdən sonra dedi ki, ünvan 17al rayon İcra Hakimiyyəti həmin yeri başqa bir şəxsə veribmiş, ona görə də, həmin torpaq sahəsi ilə bağlı dediklərini edə bilməyəcəkdir. Bundan sonra yəni, konkret olaraq 2010-cu ilin (yay) aylarında Sahib mənimlə görüşdü və mənə ünvan 17al rayonu ərazisində iki ayrı torpaq sahəsini göstərdi. Həmin torpaq sahəsinin biri Bakı şəhəri, ünvan 17al rayonu, Şahbazı küçəsi 23 ürivanında digəri isə Bakı şəhəri, ünvan 17al rayonu, İnşaatçılar metrostansiyasının yaxınlığında X49 küçəsində yerləşirdi. Mən Sahibə Bakı şəhəri, ünvan 17al rayonu, Şahbazi küçəsi, 23 ünvanında yerləşən ümumilikdə Sahibin deməsinə görə 600 kvadrat metr sahəsi olan torpaq sahəsini bəyəndiyimi dedikdə Sahib dedi ki, torpaq sahəsini özü mənim adıma sənədləşdirərək Daşınmaz Əmlakların Dövlət Reyestri Xidməti tərəfindən verilən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı sənədinin əldə edəcəkdir. Sahib mənə ünvan 17al rayon ünvanında yerləşən torpaq sahəsinin bir hissəsinin yəni 152 kvadrat metr sahəsinin sənədli olduğunu, X6 mülkiyyətində olduğunu bildirdi və mənə X8 adına olan əmlakın Texniki Pasportu sənədinin surətini təqdim etdi. Sahib məni əmin etdi ki, onun X36 oğlu ilə yaxşı münasibəti vardır, sonuncu tərəfindən ona qeyd olunan sənəd ilə bağlı bütün hərəkətlərin həyata keçirilməsi üçün etibarnamə verilmişdir, bütün işləri özü görəcəkdir. Sahib bildirdi ki, 152 kvadrat metr sahəsi olan torpaq sahəsinə dair sənədin əsasında mənim adıma ünvan 17al rayonu, Şahbazi küçəsi 23 ünvanında 600 kvadrat metr torpaq sahəsini rəsmiləşdirəcəkdir. Bildirirəm ki, mən X12 görməmişəm, həmin şəxsi tanımıram. Sahib məni tam özünə inandırdı. Sahib dedi ki, ilkin olaraq 152 kvadrat metr torpaq sahəsini rəsmiləşdirib 600 kvadrat metr sahəsi olması ilə bağlı çıxarış almaq lazımdır. Bunun üçün ilkin olaraq lazımı sənədlər hazırlanmalı, 600 kvadrat metr torpaq sahəsinin X36 oğluna məxsus olması ilə bağlı çıxarış əldə edilməli, daha sonra mənim adıma rəsmiləşdirilməlidir. Həmin zaman mən də, Sahibə demişdim ki, faktiki mənim olacağıma baxmayaraq torpaq sahəsinin arvadımın adına olmasını istəyirəm. Həmin zaman Sahib məndən arvadım Şahid3 şəxsiyyət vəsiqəsinin surətini almışdır. Sahib mənə dedi ki, ünvan 17al rayonu, Şahbazi kücəsi 23 ünvanında yerləşən 600 kvadrat metr torpaq sahəsinin rəsmiləşdirilməsi üçün 150 000 manat ona, ünvan 17al rayonu İcra Hakimiyyətində isə özünün tanıdığı şəxslərə verilməsi üçün ona verməliyəm. Sahib mənə demişdi ki, Cəfərov ƏdülCabbar Tağı oğlu ilə özü razılaşmışdır, artıq torpaq sahəsini onun olduğunu bilməliyəm, bütün işlər onluqdur, ona görə də, məndən həm zəhmət haqqı kimi, həm də, 152 kvadrat metr sənədli olan torpaq sahəsi üçün ona 150 000 manat verməliyəm. Mən həmin zaman Sahibə dedim ki, mənim gəlirim hissə-hissə olur, yəni onun dediyi məbləği birdən tam şəkildə verə bilmərəm. Sahib isə dedi ki, burada heç bir problem yoxdur, hissə-hissə o, məndən pulumu alıb vəd verdiyi işini görəcəkdir. Bundan sonra mən, ünvan 26 ünvanında yerləşən ofisimdə Şahid5 və həmin zaman mənim işçim olmuş X18 iştirakları ilə 02 iyul 2010-cu il tarixdə Sahibə 48 000 manat pulu ünvan 17al rayonu, Şahbazi küçəsi 23 ünvanında yerləşən 600 kvadrat metr torpaq sahəsini sənədləşdirilməsi üçün ilkin olaraq beh kimi verdim. Həmin zaman tələb etdim ki, aramızda bir sənədləşmə olsun. Mən Telmandan xahiş etdim ki, o, bir qəbz yazsın və bu prosesdə iştirak etmiş olan biz hamımız imza edək. Bundan sonra Telman öz xətli ilə Sahibə 48000 manat pul verməyimi təsdiq edən qəbz yazdı və imzalarımıza onu biz təsdiq etdik. Qeyd etmək istəyirəm ki, X50 qizı hazırda Rusiya Federasiyasında yaşayır, evlənmişdir, soyadı isə hazırda Hüseynovadır. Günelin həmin zaman istfadə etdiyi mobil nömrə yadımda deyil, lakın hazırda +**********3223 mobil nömrəsini istifadə edir. Sahib isə bütün müddət ərzində +**********37,+**********78, +**********01 mobil nömrələrini, Telman +**********61, +**********93, +**********71, +**********71, +**********41, +**********95 mobil nömrələrini istifadə etmişdir. Mən isə həmin zamandan indiyə kimi +**********87 və +**********87 mobil nömrələrini istifadə etmişəm. Qeyd etmək istəyirəm ki, bu prosesdən qısa müddət əvvəl ünvan 17al rayonu, Şahbazi küçəsi 23 ünvanında Sahibin mənə göstərdiyi və sənədləşdirməsini vəd verdiyi torpaq sahəsinin 600 kvadrat metr olub-olmamasını yoxlamaq üçün mən həmin zaman mənim işçim olmuş Türkiyə Respublikasının vətəndaşı Ahmel Dağ ilə birlikdə gedib ölçmə işləri aparmış və torpaq sahəsinin 600 kvadrat metr olmasına əmin olmuşduq. Ahmel Dağ hazırda Türkiyə Respublikasındadır, hadisə zamanı Ahmet +**********84, +**********84 mobil nömrələrini istifadə etmiş, hazırda isə +**********8509 mobil nömrəsini istifadə edir. Həmçinin Ahmet də, Sahibi görmüş və mənə verdiyi vədinin şahidi olmuş, proseslərdə yaxın iştirak etmişdir. Qeyd etdiyim kimi Sahibə behi verdikdən sonra Sahib mənə dedi kı, sən gedib həmin torpaq sahəsini hasarlaya bilərsən. Bundan sonra da, mən həmin zaman mənim tabeliyimdə işləyən tikinti işlərimdə ustaların başında dayanan Şahid2 dedim ki, ünvan 17al rayonu, Şahbazi küçəsı 23 ünvanında 600 kvadrat metr torpaq sahəsini hasarlasın. Həmçinin bildirirəm kı, Şahid2 da Sahibi tanımış, hasar çəkilişi zamanı Sahib torpaq sahəsinin üzərinə gəlmiş və o da proseslərin şahidi olmuşdur. Şahid2 mən dediyim kimi etmiş və torpaq sahəsini hasarlamışdı. Bundan sonra Sahib mənə dedi ki, torpaq sahəsinin dəqiq müfəssəl ölçülərini “GPS” vasitəsi ilə dəqiqləşdirib və üzərində tikilməli olan bir obyektin sxem planları lazımdır ki, o, ünvan 17al Rayon icra Hakimiyyətinə təqdim etsin. Mən də, torpaq sahəsi üzərində “GPS” koordinatları dəqiqləşdirim, öz işçilərimlə birlikdə torpaq sahəsinin üzərində tikiləcək 4 mərtəbəli obyektin plan sxemlərini hazırladım və Sahibə verdim. 2010-cu ilin yay aylarından 2013-ci ilin mart ayının ortalarına qədər mən Sahibə ümumillikdə ilkin olaraq verdiyim beh pulu 48 000 manat daxil olmaqla 304 000 manat pulu hissə-hissə olmaqla müxtəlif zamanlarda verdim. Pulu Sahib məndən 2010-cu ilin noyabr ayının sonlarına qədər Badamdar qəsəbəsi, Badamdar şossesi, ev 147 ünvanında yerləşən ofisimdə almış. Bundan sonra isə mən ofisimi ünvan 12 ünvanında yerləşən, “X60"nın 4-cü mərtəbəsində yerləşən ev 9 ünvanında olan ofisimdə Sahibə hissə-hissə olmaqla qeyd etdiyim məbləği vermişəm. Həmçinin bəzən olub ki, Sahibin həmin zaman yaşadığı Bakı şəhəri, ünvan 17al rayonu, “Köhnə Qubanov" adlanan küçədə olan evinin qarşısında, bəzən mənim yaşadığım ünvan 13 ünvanının qarşısında da, Sahibə pul vermişəm. 2012-ci ilin yay aylarında Sahib mənimlə görüşərək yoldaşım Şahid3 adına olan Bakı şəhəri, ünvan 17al rayonu, Şahbazi küçəsi 23 ünvanında yerləşən 600 kv metr torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətini göstərərək dedi ki, “mən bu sənədi sənə verə bilmərəm, bu sənədi göstərirəm ki, mənə inanasan sənədin əsli idarədədir, onlar verə bilmirlər çünki torpaq sahəsinin üzərində olan tikili artıq çıxarışda göstərilmişdir, deyirlər ki, obyekti tiksin sonra sənədini verək” kimi ifadələri işlədərək bir daha məni özünə tam inandırdı. Həmin zamana qədər artıq man Sahibə pulun böyük bir hissəsini vermişdim. Həmin sənədin surətini qeyd etdiyim kimi bəhanəni edərək mənə vermədi. Lakin bildirirəm ki, sonradan bilmişəm ki, həmin Sahibin mənə göstərdiyi sənədin surəti saxta imiş. Bir az keçdikdən sonra Sahib bildirdi ki, guya mənim yoldaşımın adına rəsmiləşdirdiyi faktiki mənə məxsus olan torpaq sahəsi dövlət planına düşəcəkdir, əlavə problem olmaması üçün 36 000 manat pulu istədi və mən Sahibin dediklərinə inanaraq 2012-ci ilin yay aylarında hissə-hissə olmaqla ümumilikdə Sahibə həmin zaman 36000 manat verdim. Bir az keçdikdən sonra Sahib mənə dedi ki, guya mənim yoldaşımın adına rəsmiləşdirdiyi faktiki mənə məxsus olan torpaq sahəsinin bir hissəsinin sahibi olmuş şəxs ölmüşdür, onun vərəsəsi vardır, şikayət etməməsi üçün onu razı salmaq lazımdır, həmin adamın balaca bir evi olmuşdur, onu narazı salmaq lazım deyil. Hətta mənim yanıma yaşlı bir tanımadığım şəxsi gətirdi qeyd etdiyim kimi torpaq sahəsinin bir hissəsinin sahibi olmuş şəxsin vərəsəsi kimi təqdim etdi. Həmin şəxsin adı yadımda qalmamışdır, yaşlı şəxs dedi ki, onun köhnə bir tikilisi olmuşdur, məndən "halallıq” istəyir. Sahib özü şəxsən guya həmin şəxsə vermək adı ilə məndən əlavə 24 000 manat pul aldı. Mən sonradan anladım ki, həmin yaşlı adam Sahibin bir uydurması idi, məndən əlavə pul almaq üçün Sahib bu yola əl atmışdır. Bildirmək istəyirəm ki, Sahib mənə ümumilikdə 250 000 manata vəd verdiyi torpaq sahəsini sənədləşdirəcəyini söz versə də, məndən ümumilikdə 304 000 manat pul almışdır. Lakin Sahib torpaq sənədləşməsini guya həyata keçirdiyi müddət ərzində yuxarıda qeyd etdiyim kimi vərəsə çıxması, torpaq sahəsinin plana düşməsi bəhanəsi və digər bəhanələr gətirib əlavə pul istəmiş və məni aldatmağı bacarmışdır. Vərəsə məsələsi bitdikdən sonra Sahib məndən torpaq sahəsinin qarşısından keçən yüksək təzyiqli qaz borusunun hündürlükdən salınıb yer səthi ilə aparılması adı ilə hissə-hissə olmaqla 2013-cü ilin mart ayının ortalarına qədər hissə-hissə olmaqla 10 000 manat pul vermişəm. Qaz borusunun yerinin dəyişdirilməsi ilə bağlı əlavə olaraq material alınması üçün Telmana şəxsən 930 manat pulu 2013-cü ilin mart ayının əvvəllərində vermişəm. Həmin pul alınan zaman mən Sahib ilə mübahisə etmişdim ki, heç bir iş görməmişdir, Telmanla aramıza girərək köməklik edəcəyini bildirmiş və mənə demişdir ki, özü gedib qaz idarəsində danışıb köməklik edəcəkdir. Bunun üçün də, mən Telmana 930 manat pul vermişdim ki, lazımı materialları alsın. Lakın bildirirəm ki, bu da, yalan oldu, Sahib heç bir iş görmədi və məni aldatmağa davam etdi. Sonuncu dəfə Sahib məndən torpaq sənədləşdirilməsi adı ilə 20 000 manat pulu 16 ya 17 mart 2013-cü il tarixdə öz yaşadığım evin qarşısında almışdır. Ümumilikdə Sahib mənim 304 000 manat pulumu dələduzluqla ələ keçirmişdir. Həmin pulun 244 000 manatını guya torpaq sahəsini sənədləşdirib çıxarış almaq, 36 000 manat pulumu guya torpaq sahəsinin plana düşməməsi üçün, torpaq sahəsinin bir hissəsinə vərəsə olmuş şəxsə vermək adı ilə 24 000 manat, qaz borusunun yerinin dəyişdirilməsi adı 10 000 manat pulumu almışdır. Qeyd etmək istəyirəm ki, Sahib mənə əvvəldən bütün işləri 250 000 manata görəcəyinə vəd versə də demişdi ki, bəzən nəsə problem olsa pul xərcləmək lazım olacaq mən də, demişdim ki əsas odur ki, işim alınsın, nə lazımdı edərik. Sahib də, həmin zaman mənim maddi imkanımdan və sadəlövhlüyümdən istifadə edərək məni aldatdı. Həmçinin bildirirəm ki, Telman özü məndən 2013-cü ilə qədər hissə-hissə öz ailə problemləri ilə bağlı ümumilikdə 11 500 manat pul almışdır. 2017-ci ildə isə Telmanı yanımda X41 Respublikasına soyudulmuş qoyun ətinin satışı işində yanıma götürdüm ki, o Gürcüstanlı olduğundan orada olan işlərimə kömək etsin. Nəticədə həmin işdə də, Telmanın 8 375 ABŞ dolları borcu yaranmışdı, onu da mən ödəməli oldum. Həmin hadisələrin konkret Sahibin məni aldatmasına aidiyyəti olmasa da, Telman mənə olan borclarını ödəməmək üçün Sahibin xeyirinə polisə yalan izahat vermişdir. Telman ilə bağlı olan sənədin surətini ifadəmə əlavə etmişdim. Telman Sahib ilə məni tanış etmiş, Sahibin məni aldatması, məndən aldığı bütün pulların şahidi olmuşdur. 2016-cı ildə Sahibin mənə sənədləşdirib arvadımın mülkiyyətinə keçirəcəyinə vəd verdiyi torpaq sahəsinin qarşısında yol-asfalt işləri aparıldı, yol genişləndirildi, mənim hasarım söküldü, daha sonra isə torpaq sahəsinin üzərində şam ağacları əkildi. Sahibə bu barədə dedikdə Sahib dedi ki, heç bir problem olmayacaqdır. Mən həmin zamanlar öz işlərimlə əlaqədar İran İslam Respublikasında olduğum üçün burada torpaq sahəsi ilə tam maraqlana bilmirdim. 2020-ci ildə mən Sahibin yalanlarından bezdim, gedib Əmlak Komitəsində torpaq sahəsini yoxlatdırdım, məlum oldu ki, həmin torpaq sahəsi nə mənim, nə də arvadımın adınadır. Ümumiyyətlə 600 kvadrat metr göstərilən torpaq sahəsinin kiçik bir hissəsi X8 mülkiyyətindədir, onunla Sahib arasında heç bir alqı-satqı olmamışdır. Halbuki, Sahib demişdi ki, guya torpağı o, almışdır, artıq onundur, torpaq sahəsini o satacaq, qalan hissəni isə tam mənim arvadımın adına rəsmiləşdirilməsinə nail olacaqdır. Bundan sonra mən Sahibə dedim ki, heç olmasa X5 bir etibarnamə alsın. Lakin Sahib bunu da, edə bilmədi, günü-günə sataraq məni aldatdı. Həmin zaman da, Sahibin mənə qarşı etdiyi cinayət əməlini sübut etmək üçün onunla olan telefon danışıqlarının səsini yazdım və həmin səs yazılarını da, istintaqa təqdim etmişəm. Xahiş edirəm göstərdiklərimi nəzərə alasınız. Bildirirəm ki, Təqsirləndirilən şəxs sonradan belə razılaşdıq ki, mən bütün pulları ona verəndən sonra gedib notarial qaydada mənim ona ümumi verdiyim pullarla bağlı yazilı müqavilə təsdiq edək, bu səbəbdən hər dəfə pul verəndə aramızda əlyazma yazmadıq, lakin bir müddət mən Bakı əhərində olan zaman Sahib nötariusa getmədi, mənimdə işlərim olduğu üçün Türkiyə Respublikasına getdim, orada işim alınmadı, geri qayıdandan sonra İran İslam Respublikasına getməli oldum və bu səbəbdən sonrakı pullarla bağlı aramızda əlyazma olmadı, həmçinin Sahib danışıqları ilə mənim inandırmışdı və aramızda inam etibar yaranmışdı, sonradan isə 2020-cı ildə artıq mən torpaq sahəsi ilə bağlı adıma heç bir sənəd olmadığını dəqiqləşdirəndən sonra Sahibin məni aldatdığına əmin oldum və onunla danışıqlarımı əlimdə bir sübut olsun deyə yazmağa başladım. Bildirirəm ki, Telman özü məndən 2013-cü ilə qədər hissə-hissə öz ailə problemləri ilə bağlı ümumilikdə 11500 manat pul almışdır. 2017-cı ildə isə Telmanı yanımda X42 m Respublikasına soyudulmuş qoyun ətinin satışı işində yanıma götürdüm ki, o Gürcüstanlı olduğundan orada olan işlərimə kömək etsin. Nəticədə həmin işdə də, Telmanın 8375 ABŞ dolları borcu yaranmışdı, onu da mən ödəməli oldum. Həmin hadisələrin konkret Sahibin məni aldatmasına aidiyyəti olmasa da, Telman mənə olan borclarını ödəməmək üçün Sahibin xeyirinə polisə yalan iz? “ vermişdir. Telman ilə bağlı olan sənədin surətini ifadəmə əlavə etmişdim. Telman Sahib ilə məni tanış etmiş, Sahibin aldatması, məndən aldığı bütün pulların şahidi olmuşdur. Bildirirəm ki, Təqsirləndirilən şəxsla mənim danışığıma görə o ənədləri arvadım Şahid3 adına etməli idi, Sahib Şəhla deyəndə rəqin Vüsaləni nəzərdə tuturdu, Sahib çoxlu adama sənəd işlərini həll edəcəyini öz verdiyi üçün ola bilər ki, onların adı ilə mənim arvadımın adını səhv salmışdır. Bildirirəm ki, mən Təqsirləndirilən şəxsla danışığımı özümə məxsus olan Samsung markalı telefonla yazmışam, həmin səs yazılarının orginalı telefonumun yaddaşında qalmışdır, istənilən zaman mə nonu istintaq orqanına təqdim edə bilərəm. İfadəmi oxudum, əlavəm yoxdur, doğruluğunu imzamla təsdiq edirəm”. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 14 yanvar 2022-ci il tarixli Razzaqhi Asqhar Təqsirləndirilən şəxs ilə arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Razzaqhi Asqhar ifadələrində götərmişdir: “ Mənim ifadəmdə göstərdiklərim tamamilə həqiqət olduğu üçün mən ifadəmdə göstərdiklərimi qarşımda əyləşən Təqsirləndirilən şəxs sənin üzünə qarşı deyərək təsdiq edə bilərəm. Belə ki, 2009-cu ildə mən Şahid5 Mahmud oğlunu əvvəllər işçim olmuş Qalibin vasitəsi ilə tanımışdım. Telmanı tanıyan zaman özünü tikinti işləri ilə məşğul olan şəxs kimi təqdim etmişdi. Söhbət zamanı Telman demişdi ki, onun Təqsirləndirilən şəxs adlı tanışı vardır, Sahibin geniş əlaqələri vardır, torpaq, ev sənədləşdirmə işləri ilə məşğuldur. Telman məni şəxsən səninlə 2009-cu ildə həmin zaman işlədiyim ünvan 9 ünvanında yerləşən ofisimdə tanış etmişdi. Sən də, mənimlə tanışlıq zamanı Telmanın mənə barəndə dediklərini təsdiq etdin, yerli icra hakimiyyəti orqanları ilə geniş əlaqələrinin olduğunu bildirdin, mənə də, təklif etdin ki, mən tikinti sektorunda olduğumdan münasib qiymətə Bakı şəhərinin mərkəz hissələrində torpaq sahələri tapa, sənədləşdirə bilər, mən də, həmin torpaq sahəsində tikinti işlərimi görə bilərəm. Sənin danışığın məni cəlb etdi. İlkin olaraq sən məni Bakı şəhəri, ünvan 17al rayonu ərazisində yerləşən, Dövlət Statistika Komitəsinin yaxınlığında olan 130 kvadrat metr sahəsi olan bir yeri göstərdin, bildirdin ki, həmin yeri sənədləşdirə bilərsən. Lakin qısa müddət keçdikdən sonra dedin ki, ünvan 17al Rayon İcra Hakimiyyəti həmin yeri başqa bir şəxsə veribmiş, ona görə də, həmin torpaq sahəsi ilə bağlı dediklərini edə bilməyəcəksən. Bundan sonra yəni, konkret olaraq 2010-cu ilin yay aylarında sən mənimlə görüşdün və mənə ünvan 17al rayonu ərazisində iki ayrı torpaq sahəsini göstərdin. Həmin torpaq sahəsinin biri Bakı şəhəri, ünvan 17al rayonu, Şahbazi küçəsi 23 ünvanında, digəri isə Bakı şəhəri, ünvan 17al rayonu, İnşaatçılar metrostansiyasının yaxınlığında, X49 küçəsində yerləşirdi. Mən sənə Bakı şəhəri, ünvan 17al rayonu, Şahbazi küçəsi 23 ünvanında yerləşən ümumilikdə deməyinə görə 600 kvadrat metr sahəsi olan torpaq sahəsini bəyəndiyimi dedikdə dedin ki, torpaq sahəsini mənim adıma sənədləşdirərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı sənədinin əldə edəcəksən. Mənə ünvan 17al rayonu, Şahbazi küçəsi 23 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsinin yəni 152 kvadrat metr sahəsinin sənədli olduğunu, X8 mülkiyyətində olduğunu bildirdin və mənə X8 adına olan Daşınmaz Əmlakın Texniki Pasportu sənədinin surətini təqdim etdin. Məni əmin etdin ki, X36 oğlu ilə yaxşı münasibətin var, sonuncu tərəfindən sənə qeyd olunan sənədlə bağlı bütün hərəkətlərin həyata keçirilməsi üçün etibarnamə verilmiş, bütün işləri özün görəcəksən. Sən bildirdin ki, 152 kvadrat metr sahəsi olan torpaq sahəsinə dair sənədin əsasında mənim adıma ünvan 17al rayonu, Şahbazi küçəsi 23 ünvanında 600 kvadrat metr torpaq sahəsini rəsmiləşdirəcəksən. Bildirirəm ki, mən X12 görməmişəm, həmin şəxsi tanımıram. Sahib sən məni tam özünə inandırdın. Sahib dedin ki, ilkin olaraq 152 kvadrat metr torpaq sahəsini rəsmiləşdirib 600 kvadrat metr sahəsi olması ilə bağlı çıxarış almaq lazımdır. Bunun üçün ilkin olaraq lazımı sənədlər hazırlanmalı, 600 kvadrat metr torpaq sahəsinin X36 oğluna məxsus olması ilə bağlı çıxarış əldə edilməli, daha sonra mənim adıma rəsmiləşdirilməlidir. Həmin zaman mən də, demişdim ki, faktiki mənim olacağına baxmayaraq torpaq sahəsinin arvadımın adına olmasını istəyirəm. Həmin zaman sən məndən arvadım Şahid3 şəxsiyyət vəsiqəsinin surətini almışdın. Sahib mənə dedin ki, ünvan 17al rayonu, Şahbazi küçəsi 23 ünvanında yerləşən 600 kvadrat metr torpaq sahəsinin rəsmiləşdirilməsi üçün 150000 manat sənə ünvan 17al Rayon İcra Hakimiyyətində isə tanıdığın şəxslərə verilməsi üçün verməliyəm. Sahib mənə demişdin ki, X36 oğlu ilə özün danışıb razılaşmışdırmısan, artıq torpaq sahəsini sənin olduğunu bilməliyəm, bütün işlər sənlikdir, ona görə də, məndən həm zəhmət haqqı kimi, həm də, 152 kvadrat metr sənədli olan torpaq sahəsi üçün sənə 150000 manat verməliyəm. Mən həmin zaman dedim ki, mənim gəlirim hissə-hissə olur, yəni sənin dediyin məbləği birdən tam şəkildə verə bilmərəm. Sən isə dedin ki, burada heç bir problem yoxdur, hissə-hissə məndən pulumu alıb vəd verdiyin işini görəcəksən. Bundan sonra mən, ünvan 11 ünvanında yerləşən ofisimdə Şahid5 və həmin zaman mənim işçim olmuş Məmmədova Günelin qızının iştirakları ilə 02 iyul 2010-cu il tarixdə sənə 48000 manat pulu ünvan 17al rayonu, Şahbazi küçəsi 23 ünvanında yerləşən 600 kvadrat metr torpaq sahəsini sənədləşdirməsi üçün ilkin olaraq beh kimi verdim. Həmin zaman tələb etdim ki, aramızda bir sənədləşmə olsun. Mən Telmandan xahiş etdim ki, o, bir qəbz yazsın və bu prosesdə iştirak etmiş olan biz hamımız imza edək. Bundan sonra Telman öz xətti ilə sənə 48000 manat pul verməyimi təsdiq edən qəbz yazdı və imzalarımıza onu biz təsdiq etdik. Qeyd etdiyim kimi sənə behi verdikdən sonra Sahib mənə dedin ki, sən gedib həmin torpaq sahəsini hasarlaya bilərsən. Bundan sonra da, mən, həmin zaman mənim tabeliyimdə işləyən tikinti işlərimdə ustaların başında dayanan Şahid2 dedim ki, ünvan 17al rayonu, Şahbazi küçəsi 23 ünvanında 600 kvadrat metr torpaq sahəsini hasarlasın. Şahid2 mən dediyim kimi etmiş və torpaq sahəsini hasarlamışdı. Bundan sonra Sahib sən mənə dedin ki, torpaq sahəsinin dəqiq müfəssəl ölçülərini “GPS” vasitəsi ilə dəqiqləşdirib və üzərində tikilməli olan bir obyektin sxem planları lazımdır ki, ünvan 17al Rayon İcra Hakimiyyətinə təqdim edəsən. Mən də, torpaq sahəsinin üzərində “GPS” koordinatları dəqiqləşdirdim, öz işçilərimlə birlikdə torpaq sahəsinin üzərində tikiləcək 4 mərtəbəli obyektin plan sxemlərini hazırladım və sənə verdim. 2010-cu ilin yay aylarından 2013-ci ilin mart ayının ortalarına qədər mən sənə ümumilikdə ilkin olaraq verdiyim beh pulu olan 48000 manat daxil olmaqla 304000 manat pulu hissə-hissə olmaqla müxtəlif zamanlarda verdim. Pulu sən məndən 2010-cu ilin noyabr ayının sonlarına qədər Badamdar qəsəbəsi, Badamdar şossesi, ev 147 ünvanında yerləşən ofisimdə almısan. Bundan sonra isə mən ofisimi ünvan 12 ünvanında yerləşən, “X60”nın 4-cü mərtəbəsində yerləşən ev 9 ünvanında olan ofisimdə sənə hissəhissə olmaqla qeyd etdiyim məbləği vermişəm. Həmçinin bəzən olub ki, sənin həmin zaman yaşadığın Bakı şəhəri, ünvan 17al rayonu, “Köhnə Qubanov” adlanan küçədə olan evinin qarşısında, bəzən mənim yaşadığım ünvan 17al rayonu, H.Cavid prospekti, 528-e həllə, bina V, ev 39 ünvanının qarşısında da, sənə pul vermişəm. 2012-ci ilin yay aylarında mənimlə görüşərək yoldaşım Şahid3 adına olan Bakı şəhəri, ünvan 17al rayonu, Şahbazi küçəsi 23 ünvanında yerləşən 600 kv.metr torpaq sahəsinə dair Daşınmaz Əmlakın d Dövlət Reyestri Xidməti tərəfindən verilən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz 4 əmlakın dövlət reyestrindən çıxarışın surətini göstərərək dedin ki, “mən bu sənədi sənə verə bilmərəm, bu sənədi göstərirəm ki, mənə inanasan sənədin əsli idarədədir, onlar verə bilmirlər çünki torpaq sahəsinin üzərində olan tikili artıq çıxarışda göstərilmişdir, deyirlər ki, “obyekti tiksin sonra sənədini verək” kimi ifadələri işlədərək bir daha, məni özünə tam inandırdın. Bir az keçdikdən sonra, bildirdin ki, guya mənim yoldaşımın adına rəsmiləşdirdiyin faktiki mənə məxsus olan torpaq sahəsi dövlət planına düşəcəkdir, əlavə problem olmaması üçün 36000 manat pulun istədi və mən sənin dediklərinə inanaraq 2012-ci ilin yay aylarında hissə-hissə olmaqla ümumilikdə sənə həmin zaman 36000 manat verdim. Bir az keçdikdən sonra mənə dedin ki, güya mənim yoldaşımın adına rəsmiləşdirdiyin faktiki mənə məxsus olan torpaq sahəsinin bir hissəsinin sahibi olmuş şəxs ölmüşdür, onun vərəsəsi vardır, şikayət etməməsi üçün onu razı salmaq lazımdır, həmin adamın balaca bir evi olmuşdur, onu narazı salmaq lazım deyil. Hətta mənim yanıma yaşlı bir tanımadığım şəxsi gətirdin qeyd etdiyim kimi torpaq sahəsinin bir hissəsinin sahibi olmuş şəxsin vərəsəsi kimi təqdim etdin. Həmin şəxsin adı yadımda qalmamışdır, yaşlı şəxs dedi ki, onun köhnə bir tikilisi olmuşdur, məndən “halallıq” istəyir. Sən özün şəxsən guya həmin şəxsə vermək adı ilə məndən əlavə 24000 manat pul aldın. Mən sonradan anladım ki, həmin yaşlı adam sənin bir uydurman idi, məndən əlavə pul almaq üçün Sahib bu yola əl atmışdır. Bildirmək istəyirəm ki, sən mənə ümumilikdə 250000 manata vəd verdiyin torpaq sahəsini sənədləşdirəcəyini söz versən də, məndən ümumilikdə 304000 manat pul aldın. Vərəsə məsələsi bitdikdən sonra məndən torpaq sahəsinin s sından keçən yüksək təzyiqli qaz borusun ündürlükdən salınıb yer səthi ilə aparılması adı ilə hissə-hissə olmaqla 2013-cü ilin mart ayının ortalarına qədər hissə-hissə olmaqla 10000 manat pul sənə vermişəm. Sonuncu dəfə sən məndən torpaq sənədləşdirilməsi adı ilə 20000 manat pulu 16 ya 17 mart 2013-cü il tarixdə öz yaşadığım evin qarşısında almısan. 2016-cı ildə sənin mənə sənədləşdirib arvadımın mülkiyyətinə keçirəcəyinə vəd verdiyin torpaq sahəsinin qarşısında yol-asfalt işləri aparıldı, yol genişləndirildi, mənim hasarım söküldü, daha sonra isə torpaq sahəsinin üzərində şam ağacları əkildi. Sənə bu barədə dedikdə dedin ki, heç bir problem olmayacaqdır. Mən həmin zamanlar öz işlərimlə əlaqədar İran İslam Respublikasında olduğum üçün burada torpaq sahəsi ilə tam maraqlana bilmirdim. 2020-ci ildə mən sənin yalanlarından bezdim, gedib Əmlak Komitəsində torpaq sahəsini yoxlatdırdım, məlum oldu ki, həmin torpaq sahəsi nə mənim, nə də arvadımın adınadır. Ümumiyyətlə 600 kvadrat metr göstərilən torpaq sahəsinin kiçik bir hissəsi X8 mülkiyyətindədir, onunla sənin aranda heç bir alqısatqı olmamışdır. Bundan sonra mən sənə dedim ki, heç olmasa X5 bir etibarnamə al. Lakin sən bunu da, edə bilmədin, günü-günə sataraq məni aldatdın”. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində zərərçəkmiş şəxs Asqhar Razzaqhinin əlavə dindirilməsi zamanı göstərmişdir: “Sualınıza cavab olaraq bildirirəm ki, bəli, 2010-cu ilin sentyabr ayında Təqsirləndirilən şəxs məndən təcili olaraq pul istəmişdir. Mənim isə həmin vaxt nağd şəkildə pulum olmadığından arvadım Vüsalə Həsənovla ilə qərara gəldik ki, sonuncunun adına olan, 1998-ci il buraxılışlı, “Lexus LX 470” markalı, **- VS-*** dövlət qeydiyyat nişanlı avtomobili banka girov qoymaqla kredit şəkilində pul əldə edib Təqsirləndirilən şəxs verək. Bu məqsədlə mən bir neçə banka müraciət etsəm də bankın nümayəndələri maşının buraxılış ilinin köhnə olduğunu səbəb gətirərək girov qismində qəbul etmədilər, bununla da kredit əldə edə bilmədim. Bu barədə Təqsirləndirilən şəxs danışdıqda sonuncu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Röyal bankın filialının müdirinin onun tanışı olduğunu və bu işdə mənə köməklik edə biləcəyini dedi. Qeyd edim ki, uzun müddət keçdiyindən hazırda həmin bank müdirinin adını xatırlamıram, Beləliklə, mən razılıq verdim, 29 sentyabr 2010-cu il tarixdə günorta saatlarında mən, arvadım, eləcə də Təqsirləndirilən şəxs hərə öz maşınını idarə etməklə həmin Röyal bankın filialına getdik. Orada Təqsirləndirilən şəxs tanışı olan bank müdiri bizi qarşıladı və arvadıma kredit verilməsinə razılıq verərək krediti təsdiq etdi. Sözügedən maşını girov qoymaqla 14.700 ABŞ dolları məbləğində kredit götürdük, həmin puldan 2.700 ABŞ dolları bank xərcləri üçün tutulduqdan sonra 12.000 ABŞ dolları pulu elə həmin vaxt bankın qarşısına çıxaraq bizi orada gözləyən Təqsirləndirilən şəxs verdim. Əvvəlki ifadələrimi də verərkən həmin xüsusatla bağlı şifahi olaraq bildirmişdim. Sualınıza cavab olaraq bildirirəm ki, bəli, sonuncu dəfə 2013-cü ilin mart ayının 19-da Təqsirləndirilən şəxs əvvəlki ifadəmdə qeyd etdiyim, öncədən surətini mənə göstərdiyi çıxarışın artıq hazır olduğunu, bu gün yaxud, novruz bayramı tətilindən dərhal sonra götürüb mənə təqdim edəcəyini deyərək məndən Daşınmaz Əmlakın Dövlət Komitəsinə vermək üçün 20.000 manat pul istədi. Mən isə ona inanaraq artıq işin yekunlaşdığını ümid edib razılıq verdim. Lakin nağd pulum olmadığından həmin vaxt Həmzə adlı şəxslə tanış oldum, borcla bağlı ona müraciət etdim, o isə borc pulu ancaq girov qarşılığında verə biləcəyini mənə dedi. Mən razılaşdım,19 mart 2013-cü il tarixdə Bakı şəhəri 3 saylı notariat ofisində Həmzənin adamı olan Şahid7 ilə arvadım Şahid3 arasında kredit müqaviləsi bağlandı, bununla yanaşı arvadımın adına olan Şamaxı rayonu, Avaxlı kəndində yerləşən torpaq sahəsinin 1,4 ha olan hissəsinin üzərində sərəncam verə bilməsi üçün Şahid7 etibarnamə verildi. Bundan sonra Həmzə mənə borc kimi 30.000 manat pul verdi. Notariat ofisində pulu götürdüm, evə çatdıqda saat təxminən 14 radələri olardı, evin qarşısında həmin pulun 20.000 manat hissəsini oraya gəlmiş Sahib dd: verdim. Qalan 10.000 manat pulu isə əvvəllər Təqsirləndirilən şəxs vermək üçün borc aldığım iş yoldaşlarıma qaytardım. Əvvəlki ifadələrimi də verərkən həmin xüsusatla bağlı şifahi olaraq bildirmişdim. Sualınıza cavab olaraq bildirirəm ki, əvvəlki ifadəmdə sonuncu dəfə Təqsirləndirilən şəxs pul verməyimin 16 ya 17 mart 2013-cü il tarixə təsadüf etməsi ilə bağlı göstərməyim tarixi dəqiq xatırlamamağımla əlaqədar olmuşdur. Lakin notariusa ünvanlanmış həmin ərizələr tapıldıqda məlum oldu ki, sonuncu dəfə pulu Təqsirləndirilən şəxs 19 mart 2013-cü il tarixdə vermişəm. Dəqiq xatırlayıram ki, notariusda Həmzə adlı şəxsdən pulu aldıqdan sonra həmin gün saat 14 radələrində 20.000 manat pulu evimin qarşısında Təqsirləndirilən şəxs vermişdim”. Məhkəmənin Razzaqhi Asqhara qarşı dələduzluq edilməsi ilə bağlı hüquqi dəyərləndirmə: İlk növbədə qeyd olunur ki, X44 İslam Respublikasının Bakı şəhərində yerləşən konsuluna müraciəti (bündan sonra müraciət) təhlil olunduqda müraciətdə təsvir olunan halların ziddəyətli olması müəyyən olundu. X45 Asqhar həm Təqsirləndirilən şəxs ilə tanışlıqdan sonra ünvan 17al rayonu Şahbazi küçəsi, ev 23-də yerləşən bir torpaq sahəsini ona göstərib evə aid sənədlərin bir nüsxəsini ona təqdim etdiyini, oranın alqı-satqısını 150000 manata razılaşdıqlarını, 02 iyul 2010 tarixdə Telman və digər iki şahidin iştirakı ilə 48000 manat məbləğini Sahibə verib sənədi onun adına keçirdikdə qalan məbləği ona verəcəyinə razılaşdıqlarını, Təqsirləndirilən şəxs icra hakimiyyəti ilə danışmaq üçün torpaq xəritəsinin bir nüsxəsi ilə getdiyini və bir neçə gündən sonra gəlib ona icra hakimiyyətindən hündürlüyü 12.60 metrdən yüksək olmamaq şərtilə dörd mərtəbəli bina tikməyə icazə veriləcəyini, bunun üçün üç qurumdan, icra hakimiyyətindən, torpağ komitəsindən və BTİdən sənəd almaq lazım olduğunu, çıxarış sənədi üçün 100.000 manat pulun lazım olmasını dediyini, Sahibin ehtiyac duyulan quruma pul verəcəyini dedikdə özünün də həmin məbləği ödəməsini, dəfələrlə Sahibin təqdim etdiyi İcra və torpaq komitəsinin işçiləri ilə müvafiq şöbənin qarşısında görüşərək fikirlərini, təklif və tənqidlərini bildirdiklərini, özünün də işin onun tərəfindən ciddi olduğuna və işinin yaxşı getdiyinə tam inandığını, həm də pulu hardan olsa tapıb Sahibə çatdırmaq qərarına gəlib, alqı-satqıda nəzərdə tutulmayan onun alacağı torpaq sahələrin plana düşdüyünü, sənədlərin də tam dörd mərtəbənin hamısına hazır olmamasını, hamısını 2400 M21 plana daxil etmək üçün 36000 manat ödəməli olduqlarını deməsini, özünün də həmin məbləği ödədiyini, bundan əlavə Sahibin onun yanına bir nəfər gətirib toprağa əlavə etdikləri hissədə bir evi olduğu iddia edilən varislər adından iddiaçı kimi təqdim edib halallıq almaq üçün ondan 24000 manat alıb ona verdiyini, müvafiq qurumlara verilməsi üçün danışdığları bütün pulları Sahibə verdiyini, şəhərin qaz borusu yerin qabağından keçdiyi səbəbindən Sahib bu borunu zədənələnməməsi üçün iki metrə qədər yeraltına salınmalı olduğunu deyib bu məqsədlə ondan dörd dəfədə, hər dəfə 2500 manat pul adığını, axırıncı dəfə Telmanın Qaz şöbəsinin işçiləri lazım olan materialları saydıqlarını, materialları almaq üçün ona cəmi 930 manat lazım olduğunu dediyini, özünün də həmin məbləği Telmana ödədiyini, lakin, heç bir şey etmədiyini göstərir. Məhkəmənin qənaətinə görə ərizəçi Razzaqhi Asqhar həmin muraciətində torpağın alqı-satqısını Təqsirləndirilən şəxs ilə 150000 manata, torpağa dair çıxarışın alınmasını 100000 manata razılaşdığını iddia etdiyi halda, alqı-satqıda nəzərdə tutulmayan onun alacağı torpaq sahələrin plana düşdüyünü, hamısını 2400 M21 plana daxil etmək üçün qeyri-şərtsiz 36000 manat, bundan əlavə Sahibin onun yanına bir nəfər gətirib toprağa əlavə etdikləri hissədə bir evi olduğu iddia edilən varislər adından iddiaçı kimi təqdim edib “halallıq” almaq üçün ondan 24000 manat alıb ona verməsi və müvafiq qurumlara verməli olduğu bütün pulları Sahibə verdikdən sonra ödəməsi, şəhərin qaz borusu aldığı yerin qabağından keçdiyi səbəbindən Sahib bu borunu zədələnməməsi üçün iki metrə qədər yeraltına salınmalı olduğunu deyib bu məqsədlə ondan dörd dəfədə, hər dəfə 2500 manat pul aması ziddiyyətli oldu. Çünki zərərçəkmiş şəxs Razzaqhi Asqhar tərəfindən müqavilədə nəzərdə tutulmayan əlavə ödənişlərin ödənilməsi inandırıcı olmadı. Müraciətdə iddia olunan hallardan görünür ki, Razzaqhi Asqhar ilə Təqsirləndirilən şəxs arasında torpaq sahəsinin alqı-satqısı danışıldığı iddia olunur. Həmin torpaqa görə ödənilən məbləğin bir hissəsi torpağın özünün dəyərinə, digər hissəsi isə torpağın sənədləşdirilməsinə aid edildiyi bəyan olnur. İddiaya görə həm torpaq sahəsinin, həm də torpaq sahəsinin sənədələşdirilməsinin dəyəri tərəflər arasında qabaqcadan razılaşdırılmışdır. İddiaya görə satılan torpağın sahəsi qabaqcadan Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs Razzaqhi Asqhara göstərilmişdir. O da təklifi qəbul edib sənəddə göstərilən torpağı almağa razılıq vermişdir. Bu iddiadan sonra alıcının, yəni hazırkı halda zərərçəkmiş şəxs Razzaqhi Asqhar tərəfindən torpağı təyinatı müəyyən olunmayan plana salınması üçün, özünə məxsus olmayan torpağın üstündən keçən qaz kəmərini dəyişməyə nail olmaq, şəxsiyyəti və satılacaq torpağa aidiyyəti olması müəyyən olunmayan şəxsə münasibətdə göstərilən məbləğlərdə pul verməsi ağlabatan deyildir. Məhkəmə, göstərilənlərlə bərabər zərərçəkmiş şəxs Razzaqhi Asqharın həmin müraciətədə bəyan etdiyi halları, o, cümlədən də hər gün özünün sənədi almaq üçün Sahibin evinə getdiyini, həddindən artıq ona təzyiq göstərdiyini, özünün Təqsirləndirilən şəxs təzyiq göstərməkdə davam etməsi barəsindəki iddiasını inandırıcı kimi qəbul edib, Təqsirləndirilən şəxs ona bir çıxarış sənədinin surətini göstərdiyini, lakin o, sənədin bir nüsxəsini ona verməsini israr etsə də, ona sənədi alanda kiməsə verməyəcəyinə cavabdeh olduğunu bildirib and içib onu inandırdığı, Sahib Məmmədovun bir gün onunla görüşüb 20000 manat ödəyib çıxarış sənədini götürüb ona verəcəyini deməsi, özünün də yenidən 14 mart 2012 tarixində 20,000 manat faiza götürüb sənədi Novruz tətilindən bir neçə gün sonra ona vermək şərti ilə pulu Təqsirləndirilən şəxs verdiyi bərəsində iddialarını əsaslı şübhələrlə müşahidə olunan iddialar kimi qiymətləndirir. Çünki birinci halda zərərçəkmiş şəxs Razzaqhi Asqhar ilə Təqsirləndirilən şəxs arasında həmin dövrdə torpaq sahəsinin alqı-satqısı və sənədləşdirilməsi barəsində münasibətlər olmuşdur. O, həmin dövrdə Təqsirləndirilən şəxs torpağa görə 48000 manat pul ödəmişdir. Torpağın alqısatqısının sənədləşdirilməsini tələb edib, ona təzyiq göstərməsi inandırıcıdır, lakin məhkəmə, qeyd edir ki, məhkəmənin bu qənəəti zərərçəkmiş şəxs Razzaqhi Asqhar oğlunun həmin müractəində iddia etdiyi 389 700 dollara bərabər tutduğu 304 000 manata aid edilmir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona torpağa dair bir çıxarış sənədinin surətini gətirib zərərçəkmiş şəxs Razzaqhi Asqhara göstərdiyi, sonuncunun özünün sənədin bir nüsxəsini ona verməsini israr etsə də, ona sənədi alanda kiməsə verməyəcəyinə cavabdeh olduğunu bildirib sənədin bir nüsxəsini ona vermədiyini bildirdiyi halda, torpağa dair çıxarışı gördüyü halda Sahib Məmmədovun bir gün onunla görüşüb yenidən eyni torpaq sahəsi üçün çıxarış sənədini götürüb ona verəcyini deyib 20000 manat pul istəməsi, özünün də yenidən 14 mart 2012 tarixində 20,000 manat götürməsi ağlabatan olmadı. Çünki bu torpağa dair çıxarışı göstərən şəxsin həmin torpağa dair çıxarış almaq üçün yenidən pul istəməsi, torpaq sahəsinin artıq özəlləşdirməsinə dair çıxarışı görən alıcının, yəni Razzaqhi Asqharın yenidən eyni torpaq üçün çıxarış almaq üçün pul verməsi ağlabatan olmadı. Məhkəmənin gəldiyi bu qənaətini əksini təsdiq edən sübut müəyyən olunmadı. Əksinə zərərçəkmiş şəxs Razzaqhi Asqhar həmin müraciətindən sonra verdiyi digər izahat və ifadələrində Təqsirləndirilən şəxs 2012-ci ilin mart ayının 14-də pul verməsini təsdiq edən sübut təqdim etmədi və məhkəmə baxışı zamanı belə sübut müəyyən olunmadı. Məhkəmə, baxışı zamanı da zərərçəkmiş şəxs Razzaqhi Asqharın həmin dövrdə başqa şəxsdən borc almasını təsdiq edən sübüt müəyyən olunmadı. Məhkəmə, həmin müraciətdə iddia etdiyi zərərçəkmiş şəxs Razzaqhi Asqhar bu neçə il ərzində Bakıya çox az gəldiyini və bir neçə gündən bir Təqsirləndirilən şəxs zəng etdikdə Sahibin ona narahat olmağa ehtiyac olmadığını, sənədin hazır olduğunu, bəzi məsələlərə görə sənədi verməyə risk etmədiklərini, hətta Sahibin özü ona zəng edib torpaq üçün müştəri olduğunu, nə qiymətə verək deyib soruşduğunu özünün də Sahibə hansı bir qiymətə sata bilirsən sat, o da hər dəfəsində bir bəhanə gətirirməsini barəsində iddialarını da Razzaqhi Asqharın ittihamı təsdiq etməyə yönələn iddialarını da şübhə altına aldığı qənaətinə gəlir. Çünki torpağı əldə etmək üçün 389 700 dollara bərabər hesab etdiyi 304000 manat verib, torpağının özəlləşdirilib çıxarışını almağa cəhd edən, torpağı özəlləşdirməmiş şəxsin həmin torpağı hər hansı qiymətə satmağı təklif etməsi ağlabatan deyildir. Bundan başqa məhkəmədə araşdırılmış sənədlərdən görünür ki, o, 2006-cı ildən etibarən hazırkı vaxta qədər vaxtaşırı Azərbaycan Respublikasında gəlb getmiş və torpaq sahəsinin adına sənədləşdirmək istədiyi həyat yoldaşı Şahid3 Azərbaycan Respublikasında olmuşdur. Məhkəmə, zərərçəkmiş şəxs Razzaqhi Asqharın 2016-cı ildə o, İranda olarkən Bakıdan ona zəng vurub hasarı söküldüyünü dediklərini, özünün də Sahib ilə telefon əlaqəsi saxladığını Sahibin də ona “yeni yol çəkilir və cənab prezident açılışa gəldiyinə görə və səliqəli görsənsin deyə icra tərəfindən sökülüb, heç narahat olmağa bir səbəb yoxdur” deməsini, özünün Bakıya gəldikdə toprağa baxdıqda ərazidə çoxlu dekorativ ağac əkildiyiyni görüb Sahib ilə əlaqə saxlayıb bir yerdə gedib torpağa baxdıqda Sahibin özunün ağac əkdirməsini ona deməsini, bundan sonra özünün ev tikmək üçün maddi imkanım olmamasını, dörd mərtəbə üçün çıxarış sənədi vermirlərsə, toprağa çıxarış versinlər, verdiyi pulu da istəməməsini deməsi, Sahibin də bunun yaxşı bir fikir olduğunu və “bunu ən qısa zamanda edəcəyəm” deməsi, lakin Sahibin həmin sənədi də ala bilməməsini, özünün keçmiş sənədin nüsxəsi ilə yoxlatdıqda heç bir yerdə onun adında heç bir şey qeyd edilmədiyi, ona göstərilən sənədlərin saxta olması, bu barədə Sahiblə danışanda onun əvvəl qəbul etmədiyini, sonra evin varislərini tapıb onlardan etibarnamə alacağını dediyi, onun adına bunu etməyə razılıq verəcəklər deməsi, Sahibin planlı şəkildə onu aldadıb ondan 304 000 manatı, 389 700 dollar bərabər olan pul alması barəsindəki iddialarını da yuxarıda təsvir olunan səbəblərdən əsassız iddialar kimi qiymətləndirir. Çünki zərərçəkmiş şəxs Razzaqhi Asqhar bu müraciətində aldığını iddia etdiyi torpaq sahəsinə dair çıxarış olmadığını, sonradan ona belə çıxarışı göstərildiyini, daha sonradan belə çıxarışın alınması üçün Təqsirləndirilən şəxs pul verdiyini iddia etdiyi halda, yəni torpağın onun adına özəlləşdirib çıxarış olmamasını bildiyi halda torpağın öz adına olubolmamasını yoxlaması ağlabatan deyildir. Onun bu iddiaları özünün yuxarıda təsvir olunan məlumatlar ilə ziddiyyətli oldu və əsaslı şübhələrlə müşahidə olundu. Məhkəmə, zərərçəkmiş şəxs X9 ünvan 17al RPİ-nin, İŞ-nin baş müstəntiqinə verdiyi izahatında sonrakı günlərdə Sahib onunla görüşüb həmin torpaq sahəsinin ətrafında əlavə boş torpaq sahəsi olduğunu, həmin əlavə torpaqla əvvəlki torpağın toplamda 600 kv metr sahə təşkil edəcəyini, əlavə sahənin də boş və İcra Hakimiyyətinin balansında olduğunu bildirməsi, yuxarıda qeyd etdiyi torpaq sahəsinin X8 adına olduğunu Sahibin ona verdiyi çıxarışın surətinin əsasında bildiyini, lakin özünün həmin şəxsi görmədiyini, onunla rəsmi razılaşma və alqı-satqı olmadığını, Sahibin sözügedən torpaq sahəsinə əlavə sahənin ona 100 000 manata başa gələcəyini bildirdiyini, Sahibin ona həmin torpaq sahəsində onun üçün dörd mərtəbəli yaşayış evi və obyektin inşasının da icazəsinin cəmi 250 000 manatın hesabına alıb verəcəyini bildirməsi, bu minvalla onun Sahibə bəzən Telmanın iştirak və ya məlumatlı olması şərti ilə hissə-hissə olmaqla müxtəlif yerlərdə 304 000 manat pul verdiyini, sonuncu dəfə onun 14 mart 2012-ci ilfə özünün yaşadığı ünvan 17al rayonu Hüseyn Cavid prospektindəki evinin qarşısında Sahibə 20 000 manat pul verdiyi, həmin pulu Sahib ondan alarkən Novruz bayramı ətrəfəsində olduğunu və sonuncu pulu şirinlik kimi verib onun sənədini ona verəcəyini bildirdiyi, Sahibin ona deməsinə görə o, pulu, icazə sənədi almaq üçün ünvan 17al rayon İH-nin hansısa əməkdaşına verməli olması, Sahibin ondan, bundan əvvəl guya onun üçün almaq istədiyi əlavə torpaq sahəsinin iddialı olan kişi cinsli şəxsə 24 000 manat pulu “halallıq” kimi verməli olduğlarını bildirib bir nəfər şəxsi ona təqdim etməklə həmin məbləği ondan aldığı barəsindəki iddialarını məhkəmədə araşdırılmış ittiamı təsdiq edən sübutlar kimi təqdim edilmiş sübutlarla və işin faktiki halları ilə müqayiəsli təhlil edib onun bu iddialarının da özü-özlüyündə ziddiyyətli olduğu qənaətinə gəlir. Çünki zərərçəkmiş şəxs X19 almaq istədiyi torpaq sahəsinin X6 adına olduğunu göstərdiyi halda, həmin torpağın alqı satısının onunla həyata keçirməli olduğunu, ətrafında olan əlavə 600 kv metr torpaq sahəsinin İcra Hakimiyyətinin balansında olduğunu bildiyi halda hələ sahiblik və istifadə hüququ olmadan belə Sahibin ondan Qaz İstismarı İdarəsinə vermək və torpaq sahəsinin qarşısından keçən qaz borusunun istiqamətini torpağın altına salmaq üçün hissə-hissə olmaqla dörd dəfə 2011-ci ilin avqust ayından 2012-ci ilin fevral ayına kimi 2 500 manat olmaqla ümumilikdə 10.000 manat pul verməsi, 2011-ci ilin təxminən oktyabr-dekabr ayları ərzində Sahibin ona həmin ərazinin “plana” – söküntü sahəsinə düşdüyünü bildirib, ərazini də söküntü sahəsinə daxil etdirib, hər kv metr üçün ona 1500 manat dövlət tərəfindən pul ödətdirilməsi üçün kimlərəsə vermək bəhanəsi ilə hissə-hissə 36 000 manat pul aldığının, 2016-cı ildə torpaq sahəsinin qarşısından keçən avtomobil yolunun açılışı ilə əlaqədar olaraq həmin hasarın söküldüyünü, orada dekorativ bitkilər əkildiyini bilib bu barədə Sahibə bildirdikdə, Sahibin ona həmin bitkiləri özü əkdirdiyini deməsi, hətta 2011-ci ilin yay aylarında Sahibin onun arvadı Şahid3 adına olan 600 kv metrlik sahəyə aid DƏDRX-dən çıxarışın surətini göstərdiyi, onu inandırmağa çalışaraq həmin sənədin surətini və ya əslini ona müxtəlif bəhanələrlə vermədiyi, Sahibin onu aldadaraq hər dəfə müxtəlif bəhanələr gətirib, sonuncu dəfə isə yalnız torpaq sahəsi üçün ona çıxarış alıb verəcəyini bildirməklə onu aldatdğı, ümumillikdə Sahibə müxtəlif vaxtlarda torpaq sahəsinin sənədləşdirilməsi üçün və ya bu məqsədlə digər bəhanələrə görə 304 000 manat pul verdiyini, özündə olan sənədi, yəni X8 adına olan sənədi, dövlət qurumunda yoxlatdırdıqda onun adına heç bir torpaq sahəsinin olmadığını bildiyi barəsindəki ifadələrini ziddiyətlərlə müşahidə olunan ifadələr kimi qiymətləndirir. Çünki o, əvvəlki ifadələrində torpağın özünün adına olub-olmadığını, (məhkəmə qəbul edir ki, özü dedikdə, həyat yoldaşı Şahid3 nəzərdə tutur), yoxladığını iddia etdiyi halda bu izahatında o, X8 adına torpağın qeydiyyata alınmasını yoxlatdırdığını, torpağa dair sonuncu dəfə 2012-ci ilin mart ayının 14-də pul verdiyini iddia etdiyi halda özünə məxsus olmayan torpaq sahəsinin qarşısından keçən qaz borusunun istiqamətini torpağın altına salmaq üçün hissə-hissə olmaqla dörd dəfə 2011-ci ilin avqust ayından 2012-ci ilin fevral ayına kimi 2 500 manat olmaqla cəmi 10 000 manat pul verməsi inandırıcı deyildir. Məhkəmə zərərçəkmiş şəxs X9 ünvan 17al RPİ-nin, İŞ-nin baş müstəntiqinə verdiyi izahatında göstərdiyi 2010-cu ildə Bakı şəhəri ünvan 17al rayonu ərazisində yerləşən “Gümüş Plaza” kompleksinin tikintisində çalışdığını, həmin ərəfədə Şahid5 vasitəsi ilə Təqsirləndirilən şəxs adlı şəxslə tanış olduqlarını, onların tanışlıqlarının 2010-cu ilin əvvəllərində baş verdiyini, Sahibin obyekt və ev tikmək üçün boş torpaq sahələrinin olduğunu bildirib ona ünvan 17al rayonu Bəsti Bəkirova küçəsi ilə Naxçıvani küçələrinin kəsişməsində boş torpaq sahəsi olduğunu deyərək oranı ona göstərdiyini, həmin torpaq sahəsinin 150 kv metrdən ibarət olduğunu, Sahibin həmin yeri ona göstərib torpaq sahəsini 50 000 manata satılıdığını, torpağın İcra Hakimiyyətinin balansında olmasını deməsini, özünün də torpaq sahəsinin boş olduğunu görüb oranı tikinti məqsədi ilə almaq qərarına gəldiyini, Sahibin ona həmin torpaq sahəsinin 2 mərtəbəli ev üçün sənədini alıb DƏDRX-dən çıxarışla ona verəcəyini bildirməsini, özünün də ona inanıb Sahibə Badamdar qəsəbəsində yerləşən keçmiş ofisində və Telmanın iştirakı ilə 45 000 manat pul verdiyini, pulun yerdə qalan hissəsini isə sənəd tam hazır olduqdan sonra verəcəyini bildirməsini, həmin pulu Sahibə təxminən 2010-cu ilin may ayında verdiyini, torpaq sahəsi digər şəxsə verildiyi üçün Sahibdən pulunu geyri qaytarmasını xahiş etdiyini, lakin Sahib ona pulunu verə bilməyəcəyini, pulu ünvan 17al İH-nin adını çəkmədiyi işçilərinə verdiyini bildirməsi barəsindəki iddiasını müzvkirə edib onun bu iddiasının onun məhkəmədəki verdiyi ifadələri və yuxarıda təhlil olunan halların mahiyyəti ilə ziddiyyət təşkil etdiyini, onun bu izahatında Təqsirləndirilən şəxs əvvəlki izahatlarında göstərdiyi kimi 48000 manat deyil, 45000 manat verdiyini, həmin məbləği 2010-ci ilin iyul ayının ikisində deyil, həmin ilin may ayında verdiyini, pulu ünvan 17al rayonu Bəsti Bəkirova küçəsi ilə Naxçıvani küçələrinin kəsişməsində yerləşən 150 kv metrdən ibarət torpaq sahəsi üçün verdiyini, göstərərək həmin hallarla bağlı əvvəl göstərdiyi halları şübhələndirib mübahisələndirmişdir. Bu şübhələri məhkəmədə Asqhar Razzaqhinin xeyrinə həll etmək mümkün olmadı. Əksinə onun bu iddiaları ilə onun iddia etdiyi 48000 manat pulun ünvan 17al rayonu Bəsti Bəkirova küçəsi ilə Naxçıvani küçələrinin kəsişməsində yerləşən torpaq sahəsini almaq üçün verdiyi və həmin məbləği də onun istintaq orqanına təqdim etdyi əlyazmasında göstərildiyi kimi 2 iyul 2010-cu il taridə deyil, həmin ilin may ayında verdiyini bəyan edib həmin məbləğin Təqsirləndirilən şəxs başqa tarixdə verməsinin vaxtını da əsaslı şübhələr altına aldı. Məhkəmə, zərərçəkmiş şəxs X9 ünvan 17al RPİ-nin İŞ-nin baş müstəntiqinə verdiyi həmin izahatında Təqsirləndirilən şəxs ona satmağı vəd etdiyi ünvan 17al rayonu Bəsti Bəkirova küçəsi ilə Naxçıvani küçələrinin kəsişməsində yerləşən 150 kv metrdən ibarət boş torpaq sahəsinin əvvəzində ünvan 17al rayonu Tağı Şahbazi küçəsi 23 ünvanından digər torpaq sahəsi verəcəyini bildirdiyini, onun həmin sözügedən torpaq sahəsinə baxdığını, həmin torpaq sahəsinin 195 kv metr olmaqla üzərində 2 mərtəbəli evin sənədinin olduğunu Sahibin ona bildirdiyini, orada ev olmamasını görüb, həmin yeri bəyəndiyi üçün Sahiblə razılaşdığını, Sahib ona sözügedən torpaq sahəsinin dəyərinin 150 000 manat təşkil edəcəyini bidirməsini, qabaqcadan ona verdiyi pula əlavə olaraq onun ona 3.000 manat da verdiyini, bu zaman onun Sahibə verdiyi ümumi məbləğ 48 000 manat təşkil etdiyini, Sahibin də ona 48 000 manat pulu alması ilə bağlı Telmanın və işçisi Günelin iştirakı ilə 02 iyul 2010-cu il tarixdə əlyazma şəklində yazı verdiyi barəsindəki iddiasının onun digər müraciət və izahatlarında göstərdiyi hallarla ziddiyyətli olduğu qənaətinə gəlir. Çünki zərərçəkmiş şəxs X19 əvəlki izahtında Təqsirləndirilən şəxs əlavə olaraq verdiyi 3000 manat pulu ünvan 17al rayonu Şahbazi küçəsi 23 ünvanından aldığı 600 kvadrat metr torpaq sahəsini hasara almaq üçün verdiyini təsdiq etdiyi halda, bu izahatında sözügedən məbləği almamışdan qabaq başqa torpaq sahəsi almaq üçün verdiyini, həmin məbləğin əvvəlki məbləğlə birlikdə 48000 manat təşkil etdiyini, bu məbləğin Təqsirləndirilən şəxs verilməsi barəsində 2 iyul 2010-cu il tarixli qəbz tərtib edilib iştirakçılar tərəfindən imza olunduğunu göstərib, əvvəlki müraciət və izahatlarında göstərdiyi Təqsirləndirilən şəxs 2 iyul 2010-cu il tarixdə alacağı torpaq sahəsinə görə 2 iyul 2010-cu il tarixdə 48000 manat pul verməsi haqqındakı ifadələrini şübhələndirib mübahisələndirmişdir. Həmin şübhələri də yuxarıda təsvir olunan səbəblərdən zərərçəkmiş şəxsin xeyirinə aradan qaldırmaq mükün olmadı. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə, zərərçəkmiş şəxs X9 ünvan 17al RPİ-nin, İŞ-nin baş müstəntiqinə verdiyi həmin izahatında Təqsirləndirilən şəxs ona satmaq istədiyi ünvan 17al rayonu Şahbazi küçəsi 23 ünvanında yerləşən torpaq sahəsinin ətrafında əlavə boş torpaq sahəsi olduğunu, həmin əlavə torpaqla əvvəlki torpağın toplamda 600 kv metr sahə təşkil edəcəyini, əlavə sahənin də boş və İcra Hakimiyyətinin balansında olduğunu bildirməsi, yuxarıda qeyd etdiyi torpaq sahəsinin X8 adına olduğunu Sahibin ona verdiyi çıxarışın surətinin əsasında bildiyi, lakin özünün həmin şəxsi görmədiyini, onunla rəsmi razılaşma və alqı-satqı olmadığını, Sahibin ona sözügedən torpaq sahəsinə əlavə sahənin 100 000 manata başa gələcəyini bildirdiyi, həmin torpaq sahəsində onun üçün dörd mərtəbəli yaşayış evi və obyektin inşasının də icazəsinin cəmi 250 000 manata alıb verəcəyini bildirməsi, bu minvalla onun Sahibə bəzən Telmanın iştirak və ya məlumatlı olması şərti ilə hissə-hissə olmaqla müxtəlif yerlərdə 304 000 manat pul verdiyini, sonuncu dəfə onun 14 mart 2012-ci ilfə özünün yaşadığı ünvan 17al rayonu Hüseyn Cavid prospektindəki evinin qarşısında Sahibə 20 000 manat pul verdiyini, həmin pulu Sahib ondan alarkən Novruz bayramı ətrəfəsində olduğunu və sonuncu pulu şirinlik kimi verib onun sənədini ona verəcəyini bildirməsi barəsindəki iddiasının həm onun özünün, həm təqsirləndirilən şəxsin izahat və ifadələrində göstərdikləri hallarla, həm də işin faktiki halları ziddiyyət olduğu müəyyən olundu. Çünki zərərçəkmiş şəxs X19 əvvəlki müraciət və izahatlarında bəhs edilən torpaq sahəsinin bir hissəsinin X8 adına olduğunu, digər hissəsinin isə dövlətə məxsus olmasını iddia etdiyi halda, tanmadığı başqa şəxsin həmin torpağın varisi kimi ona müraciət edib ondan 24000 manat pul aldığını göstərməsi ağlabatan deyildir. Çünki onun özünün izahatında həmin torpağın icra hakimiyyətinin balansında olduğunu göstərib, torpağa başqa fiziki şəxsin varis olduğunu bəyan edib öz iddialarını əsaslı şübhələr altına saldı. Hər iki halda göstərdiyi hallları mübahisələndirdi və mübhəsəni aradan qaldırmaq üçün o, sübut təqdim etmədi. Məhkəmə, zərərçəkmiş şəxs X9 ünvan 17al RPİ-nin, İŞ-nin baş müstəntiqinə verdiyi həmin izahatının digər hissəsində göstərdiyi hallarla başqa izahatını təhlil edib qiymətləndirdiyi səbəbindən həmin hissədə göstərilən halların baş verməsini təsdiq edən sübutların olmadığını və ittiham tərəfinin belə sübutları təqdim etmədiyi qənaətinə gəlir. Məhkəmə təsvir olunan səbəblərdən qeyd edir ki, zərərçəkmiş şəxs X19 yuxarıda təhlil olunan müraciətlərində, izahatlarında, ifadələrində qeyri-ardıcıl olub ziddiyyətli məlumatlar vermiş, o, özünün əvvəlki iddialarını sonrakı iddiaları ilə ya təkzib etmiş, ya da həmin hallarla tamamilə ziddiyət təşkil edən məlumatlar vermişdir. O, məhkəmədə də həmin halları dəqiqləşdirməyib, ibtidai istintaq zamanı qeyd etdiyi halları təsdiq etdiyini göstərdi. Bu səbəbdən də onun bu işlə əlaqədar verdiyi bütün müraciətləri, izahatları və ifadələri araşdırıldı. Məhkəmə, zərərçəkmiş şəxs X19 01 mart 2021-ci il tarixli Bakı şəhər BPİ İstintaq və Təhqiqat idarəsinə yazdığı izahatında ona 387 900 ABŞ dolları maddi ziyanın dəydiyini, onun Təqsirləndirilən şəxs pul verən zaman ABŞ dollarının Azərbaycan manatına nisbətdə məzənnəsi 0.78 qəpik olmasını, onun Təqsirləndirilən şəxs verdiyi pulun bir hissəsini, yəni təxminən həmin pulu 80 000 ABŞ dolları, qalan hissəsini isə manat ilə verdiyini, ərizə yazan zaman isə o, manatı həmin dövrün məzənnəsinə uyğun olaraq ABŞ dollarına çevirib yazdığını, Təqsirləndirilən şəxs onun 304 000 manat pulunu dələduzluqla ələ keçirdiyini, Təqsirləndirilən şəxs onun pulunu 2010-cu ilin iyun ayından 2013-cu ilin yaz aylarına qədər olan müddət ərzində ona Bakı şəhəri ünvan 17al rayonu Parlament prospektinin yaxınlığında 600 kvadrat metr torpaq sahəsini almaq adı ilə 304 000 manat aldadıb etibarından sui-istifadə edərək ələ keçirdiyi barəsindəki iddiasını müzakirə edib hesab edir ki, iddiada göstərilən faktlar ziddiyyətli olub, işin faktiki hallarına deyil, zərərçəkmiş şəxsin nümayiş etdirdiyi davranış qaydasına uyğun olmuşdur. Çünki xüsusi bilik tələb etməyən riyazi hasablamaya görə 387.900 ABŞ dolları zərərçəkmiş şəxsin istinad etdiyi dolların həmin dövrdə olan kursu 0.78 qəpik ilə hesablandıqda 304000 manat deyil 302562 manat təşkil edir. Bundan başqa məhkəmədə arşdırılmış sübutlardan yalnız zərərçəkmiş şəxs X19 ibtidai istintaq zamanı əlavə ifadələrin birində həyat yoldaşına məxsus minik avtomobilini banka girov qoyub aldığı pulun 12000 dollarını Təqsirləndirilən şəxs verdiyini göstərdiyi halda, bu izahatında ona verdiyi pulu 80000 ABŞ dolları, digər hissəsini manatla göstərib, verdiyi pulun məbləğini şübhələr altına alıb mübahisələndirdi və bu şübhələri aradan qaldırmaq mümkün olmadı. Bu hal məhkəmədə araşdırılmış digər sübutlarla da əsaslı şübhələrlə müşahidə olundu. Çünki məhkəmədə şahid kimi dindirilmiş Şahid3 ifadələrindən görünür ki, zərərçəkmiş şəxs X1 Sahib Qüdrət oğluna 48000 manat verdiyini, həmin dövrdə dolların manatı münasibətdə kursunun 0,78 qəpik olduğunu, bu səbəbdən də Təqsirləndirilən şəxs istədiyi miqdarda pulu alacağını bəyan etmişdir. Məhkəmə, hazırkı müzakirə zamanı X9 bu ifadəsi fonunda onun Şahid4 Nizameddin qızına sonuncunun həyat yoldaşı Təqsirləndirilən şəxs istədiyi məbləği alacağını bildirməsini daha etibarlı sayır. Məhkəmə, zərərçəkmiş şəxs X19 01 mart 2021-ci il tarixli Bakı şəhər BPİ İstintaq və Təhqiqat idarəsinə yazdığı bu izahatında Təqsirləndirilən şəxs və Şahid5 hadisənin 2007-ci ildə baş verdiyini bildirdiklərinin yalan olmasını, hadisənin onun dediyi vaxtlar ərzində baş verməsini, buna bariz sübut nümunəsi olaraq Şahid5 öz xətti ilə yazdığı beh razılaşmasına dair qəbzin olması, Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq məqsədi ilə belə bir izahat verdiyi, Telmanın özünün isə ona 11 500 manat borcu olmasını, həmin borcu qaytarmamaq üçün Sahibin diktəsi ilə izahat verməsi barədə dəlilərinin şübhələrlə müşahidə olunduğu qənaətinə gəlir. Çünki həmin hallar məhkəmənin yuxarıda göstərdiyi əsaslarla, həm də Şahid5 və aktı imzalayan digər şəxslərin şübhədənkənar ifadələri ilə təsdiq edilmişdir. Məhkəmə, zərərçəkmiş şəxs X9 01 mart 2021-ci il tarixli Bakı şəhər BPİ İstintaq və Təhqiqat idarəsinə yazdığı bu izahatınının 2013-cü ildən bu zamana kimi şikayət etməməsinə səbəb özünün Təqsirləndirilən şəxs bir iş görən adam kimi tanıması, onun bütün bu illər ərzində qeyd olunan torpaq sahəsi ilə bağlı müəyyən işlər gördüyünü imitasiya etdiyini, Təqsirləndirilən şəxs ona qeyd olunan torpaq sahəsinin bir hissəsi dövlətə məxsus, qalan hissəsi ilə qonşuluqda olan ev sahibinin olmasını deməsini, həmin torpaq sahəsini tam onun mülkiyyətinə keçirməkdən ötrü müəyyən proseslər olmalı olduğunu ona deməsini, bütün bu illər ərzində Təqsirləndirilən şəxs ona torpaq sahəsinin yanında keçən yüksək təzyiqli qaz borusunun yerini dəyişdirmək, sahənin plan sxemini tərtib etmək, kommunal təsərrüfat, icra, əmlak idarələrindən müəyyən sənədlərin əldə edilməsi adı ilə daima müddəti uzatdığnı, Sahibin torpaq sahəsinə dair düzəltdiyi plan sxem sənədləri onda olduğunu, həmin sənədləri istintaqa təqdim edəcəyini, Təqsirləndirilən şəxs ilə onun arasında olan bu hadisədə başqa kənar şəxsin ona vəd vermədiyini, ona vəd verən, pulunu alan Təqsirləndirilən şəxs olduğunu, özünün sonradan Təqsirləndirilən şəxs ünvan 17al Polis İdarəsində heç bir təqsirininin olmaması ilə bağlı izahat verməsindən xəbər tutduğunu, halbuki, onlar ünvan 17al Rayon Polis İdarəsində rastlaşan zaman Sahibin ondan xahiş edib vaxt istəyib, ondan şikayət etməməyi, onun pulunu özünə aid olan bir torpaq sahəsini satmaqla ödəyəcəyini dediyini, sonradan o, Sahibin izahatı ilə bağlı xəbər aldıqdan sonra özünün artıq onun bu əməllərindən bezdiyi üçün Bakı Şəhər Prokurorluğuna müraciət etdiyini, onun Təqsirləndirilən şəxs qeyd olunan məbləğdə pul verdiyini istintaqa təqdim etdiyi səs yazıları ilə təsdiq olunduğunu, ona dəymiş maddi ziyanın ödənilməsində köməklik etməyi xahiş etməsi barəsindəki ifadələrini işin faktiki halları və zərərçəkmiş şəxs X9 davranışı ilə əsaslı ziddiyyət təşkil etdiyi qənaətinə gəlir. Çünki o, yuxarıda təhlil olunan müraciət və izahatlarında Təqsirləndirilən şəxs 48000 manat verdikdən sonra ondan yazılı qəbz verməsi tələb edib buna nail olduğunu, pulu verdikdən sonra hər gün Sahibin yanına gedib ondan torpaq sahəsini sənədləşdirməsini tələb edib, ona təzyiqlər göstərməsini, adına torpaq olmasını yoxlatdıqda onun adına torpaq sahəsinin olmadığını bildiyi halda izahatında göstərdiyi qaydada davranması ağlabatan deyildir. Bu səbəbdən də məhkəmə, onun bu iddialarının da əsaslı şübhələrlə müşahidə olunduğu qənaətinə gəlir. Bu şübhələri məhkəmədə Asqhar Razzaqhinin xeyrinə aradan qaldırmaq mümkün olmadı. Məhkəmə, zərərçəkmiş şəxs Asqhar Razzaqhinin ibtidai istintaq zamanı 22 iyun 2021-ci il tarixli ifadələrində 2009-cu ildə Şahid5 Mahmud oğlunun vasitəsi ilə Təqsirləndirilən şəxs ilə onun həmin vaxt işlədiyi ünvan 9 ünvanında yerləşən ofisində tanış olduğunu, Sahibin də onunla tanışlıq zamanı özünün yerli icra hakimiyyəti orqanları ilə geniş əlaqələrinin olduğunu bildirib onun tikinti sektorunda olduğundan onun üçün münasib qiymətə Bakı şəhərinin mərkəz hissələrində torpaq sahələri tapıb sənədləşdirə bilməsini, onun da həmin torpaq sahəsində tikinti işlərini görə bilməsini, Sahibin danışığının onu cəlb etdiyini, ilkin olaraq Sahib onu Bakı şəhəri, ünvan 17al rayonu ərazisində yerləşən, Dövlət Statistika Komitəsinin yaxınlığında olan 130 kvadrat metr sahəsi olan bir yeri göstərib həmin yeri sənədləşdirə biləcəyini deməsi, lakin qısa müddət keçdikdən Sahibin ona ünvan 17al Rayon İcra Hakimiyyəti həmin yeri başqa bir şəxsə verdiyini, ona görə də, həmin torpaq sahəsi ilə bağlı dediklərini edə bilməyəcəyini, bundan sonra yəni, konkret olaraq 2010-cu ilin yay aylarında Sahibin onunla görüşüb, ona ünvan 17al rayonu ərazisində iki ayrı torpaq sahəsini göstərdiyini, həmin torpaq sahəsinin biri Bakı şəhəri, ünvan 17al rayonu, Şahbazi küçəsi 23 ünvanında, digəri isə Bakı şəhəri, ünvan 17al rayonu, İnşaatçılar metrostansiyasının yaxınlığında X49 küçəsində yerləşdiyini, özünün Sahibə Bakı şəhəri, ünvan 17al rayonu, Şahbazi küçəsi 23 ünvanında yerləşən ümumilikdə Sahibin deməsinə görə 600 kvadrat metr sahəsi olan torpaq sahəsini bəyəndiyini deməsi, Sahibin də ona torpaq sahəsini özünün onun adına sənədləşdirəcəyi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı sənədinin əldə edəcəyini deməsi, Sahibin ona ünvan 17al rayonu, Şahbazi küçəsi 23 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsinin yəni 152 kvadrat metr sahəsinin sənədli olduğunu, X8 mülkiyyətində olduğunu bildirdiyini, ona X8 adına olan Daşınmaz Əmlakın Texniki Pasportu sənədinin surətini təqdim etdiyini, Sahibin onu X36 oğlu ilə yaxşı münasibəti olduğunu deməsini, sonuncu tərəfindən ona qeyd olunan sənəd ilə bağlı bütün hərəkətlərin həyata keçirilməsi üçün etibarnamə verildiyini deməsi barəsindəki iddiasında göstərilən halların da onun əvvəlki müraciət və izatlarında eyni hallarla əsaslı ziddiyyət təşkil ediyi qənaətinə gəlir. Çünki o, bu izahatında Təqsirləndirilən şəxs ilə nə məhkəmədə bəyan etdiyi kimi 2007-ci ildə, nə izahat və müraciətələrində göstərdiyi kimi 2010-cu ildə deyil, 2009-cu idə tanış olduğunu, Sahibin ona ilk təklif etdiyi torpağın sahəsinin həmin izahat və müraciətində göstərdiyi kimi 150 kvadrar metr deyil, 130 kvadrat metr göstərdiyini, bu torpaq sahəsini ona sata bilmədikdə ona ünvan 17al rayonu, Şahbazi küçəsi 23 saylı ünvanda yerləşən 152 kvadrat metr torpaq sahəsini göstərdiyini və özünün həmin torpaq sahəsini almaq qərarına gəlib, bu məqsədlə əvvəlki torpaq sahəsi üçün verdiyi 45000 manatdan əlavə 3000 manat verdiyini, bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs həmin torpağın ətrafında olan boş torpaq sahəsinin də almağın mümkün olmasını dediyi halda bu izahatında bütün torpaq sahəsinin Təqsirləndirilən şəxs ona bütün torpaq sahəsinin eyni vaxtda satışını təklif etməsini deməsiylə həmin hallarla bağlı həm bu izahatında, həm də əvvəlki izahatlarında göstərdiyi eyni halları əsaslı şübhələr altına aldı və bu şübhələri məhkəmədə aradan qaldırmaq mümkün olmadı. Bununla da, onun əvvəllki ifadələrində Təqsirləndirilən şəxs ilə 2010-cu il tarixdə tanış olması barəsindəki iddiasının özü tərəfindən şübhə altına alındığı qənəatinə gəlir. Məhkəmə zərərçəkmiş şəxs Asqhar Razzaghinin ibtidai istintaq zamanı verdiyi 22 iyun 2021-ci il tarixli ifadələrinin Təqsirləndirilən şəxs ona ilkin olaraq 152 kvadrat metr torpaq sahəsini rəsmiləşdirib 600 kvadrat metr sahəsi olması ilə bağlı çıxarış almaq lazım olduğunu dediyi, bunun üçün 600 kvadrat metr torpaq sahəsinin X11 məxsus olması ilə bağlı çıxarış əldə edilməli, daha sonra isə onun adına rəsmiləşdirilməli olması, həmin vaxt özünün Sahibə torpağın faktiki onun olacağına baxmayaraq torpaq sahəsinin arvadının adına olmasını istədiyini, Sahibin ondan arvadı Şahid3 şəxsiyyət vəsiqəsinin surətini aldığı, Sahibin ona ünvan 17al rayonu, Şahbazi küçəsi 23 ünvanında yerləşən 600 kv metr torpaq sahəsinin rəsmiləşdirilməsi üçün 150 000 manat, ünvan 17al rayon İcra Hakimiyyətində isə özünün tanıdığı şəxslərə verilməsi üçün ona verməli olduğunu deməsini, Sahibin ona X36 oğlu ilə özünün razılaşdığını, artıq torpaq sahəsini onun olduğunu bilməli olduğunu, bütün işlərin onun işi olduğunu, ona görə də ondan zəhmət haqqı kimi, həm də, 152 kv metr sənədli olan torpaq sahəsi üçün ona 150 000 manat pul verməli olduğunu deməsini, bu vaxt özünün Sahibə gəlirinin hissə-hissə olduğunu dediyini, onun dediyi məbləği birdən tam şəkildə verə bilmədiyini dediyini, Sahib isə ona heç bir problem olmadığını, hissə-hissə Sahibin ondan pulu alıb vəd verdiyi işini görəcəyini bildirdiyini, bundan sonra özünün ünvan 11 ünvanında yerləşən ofisində Şahid5 və həmin zaman onun işçisi olmuş X18 iştirakları ilə 02 iyul 2010-cu il tarixdə Sahibə 48 000 manat pulu ünvan 17al rayonu, Şahbazi küçəsi 23 ünvanında yerləşən 600 kv metr torpaq sahəsini sənədləşdirilməsi üçün ilkin olaraq beh kimi verdiyini, həmin zaman aralarında bir sənədləşmə olmasını tələb etdiyini, Telmandan xahiş edib bir qəbz yazmasını, bu prosesdə iştirak edən bütün şəxslərin həmin sənədi imza etdiklərini, Telman öz xətti ilə Sahibə 48 000 manat pul verməyini təsdiq edən qəbz yazdığı barəsindəki iddialarını da əsassız olduğu qənaətinə gəlir. Çünki məhkəmənin yuxarıda göstərdiyi əsaslarla onun izahatında göstərilən əsaslı şübhələrlə müşahidə olundu və bu şübhələri aradan götürmək mümkün olmadı. Bu səbədən də məhkəmə, onun bu ifadəsində onun 2012-ci ilin yay aylarında Sahibin onunla görüşərək yoldaşı Şahid3 adına olan Bakı şəhəri, ünvan 17al rayonu, Şahbazi küçəsi 23 ünvanında yerləşən 600 kv metr torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətini göstərərək “mən bu sənədi sənə verə bilmərəm, bu sənədi göstərirəm ki, mənə inanasan sənədin əsli idarədədir, onlar verə bilmirlər çünki torpaq sahəsinin üzərində olan tikili artıq çıxarışda göstərilmişdir, deyirlər ki, obyekti tiksin sonra sənədini verək” kimi ifadələri işlədərək onu özünə tam inandırdığı, həmin vaxta qədər artıq Sahibə pulun böyük bir hissəsini verdiyini, həmin sənədin surətini qeyd etdiyi kimi bəhanə edərək ona vermədiyi, lakin sonradan Sahibin ona göstərdiyi sənədin surətinin saxta olduğunu bilməsini, bir az keçdikdən sonra Sahibin guya onun yoldaşının adına rəsmiləşdirdiyi faktiki ona məxsus olan torpaq sahəsi dövlət planına düşəcəyini, əlavə problem olmaması üçün 36 000 manat pulu istədiyini, özünün də Sahibin dediklərinə inanaraq 2012-ci ilin yay aylarında hissə-hissə olmaqla ümumilikdə Sahibə həmin zaman 36000 manat verdiyi, bir az keçdikdən sonra Sahibin ona guya onun yoldaşının adına rəsmiləşdirdiyi faktiki ona məxsus olan torpaq sahəsinin bir hissəsinin sahibi olmuş şəxsin öldüyünü, onun vərəsəsi olduğunu, şikayət etməməsi üçün onu razı salmaq lazım olduğunu deyib, həmin adamın orada əvvəllər balaca bir evi olduğunu, onu narazı salmaq lazım olmadığını deyib hətta onun yanına yaşlı bir tanımadığı şəxsi gətirib qeyd etdiyi kimi torpaq sahəsinin bir hissəsinin sahibi olmuş şəxsin vərəsəsi kimi təqdim etdiyini, həmin şəxsin adı yadında qalmadığını, yaşlı şəxs olduğunu, onun orada köhnə bir tikilisi olduğunu, ondan "halallıq” istədiyiyni, Sahibin özünün şəxsən guya həmin şəxsə vermək adı ilə ondan əlavə 24 000 manat pul aldığı barəsindəki iddialarını sübuta yetirilməyən iddialar kimi qiymətləndirir. Çünki ümümi anlamda daşınmaz əmlakın alqı-satqısı dedikdə alqı-satqıda iştirak edən şəxslərin iştirakı ilə norarial qaydada bağlananan müqavilə nəzərdə tutulur. Bu zaman tərəflər alqı-satıda iştirak edir və ya qanunla müəyyən olunmuş qaydada təmsil olunurlar, lakin işin materiallarından görünür ki, Təqsirləndirilən şəxs torpağın alıcısı kimi iddia olunan Şahid3 tərəfindən səlahiyyətləndirilməmiş və ya özü belə alqı-satqıda iştirak etməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs onun iddia etdiyi kimi işin belə halında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Asqhar Razzaqhiyə onun arvadı Şahid3 adına olan Bakı şəhəri, ünvan 17al rayonu, Şahbazi küçəsi 23 ünvanında yerləşən 600 kv metr torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətini göstərərək “mən bu sənədi sənə verə bilmərəm, bu sənədi göstərirəm ki, mənə inanasan sənədin əsli idarədədir, onlar verə bilmirlər çünki torpaq sahəsinin üzərində olan tikili artıq çıxarışda göstərilmişdir, deyirlər ki, obyekti tiksin sonra sənədini verək” kimi ifadələri məhkəməni inandırmadı. Məhkəmə, qeyd edir ki, özəlləşdirilmiş torpağın sənədini hazırkı halda çıxarışın dövlət orqanı tərəfindən torpağın sahibinə verilməməsi barəsindəki iddiası şəxs tərəfindən qəbul edilməzdir və bunun alınması üçün tərəf hazırkı halda isə zərərçəkmiş şəxs tədbir görməli idi. Məhkəmənin bu qənaəti həm onun iddiasında göstərdiyi ona həmin ərazidə tikinti aparmağın təklif olunması baxımından və zərərçəkmiş şəxsin özünün sonradan bunu yoxladıb yalan olmasını deməsi baxımından da əsaslı sayır. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs bu ifadələrində sonradan Sahibin ona göstərdiyi sənədin surətinin saxta olduğunu bilməsi, bir az keçdikdən sonra Sahibin guya onun yoldaşının adına rəsmiləşdirdiyi faktiki ona məxsus olan torpaq sahəsi dövlət planına düşəcəyini, əlavə problem olmaması üçün 36 000 manat pulu istədiyini, özünün də Sahibin dediklərinə inanaraq 2012-ci ilin yay aylarında hissə-hissə olmaqla ümumilikdə Sahibə həmin zaman 36000 manat verdiyi, bir az keçdikdən sonra Sahibin ona guya onun yoldaşının adına rəsmiləşdirdiyi faktiki ona məxsus olan torpaq sahəsinin bir hissəsinin sahibi olmuş şəxsin öldüyünü, onun vərəsəsi olduğunu, şikayət etməməsi üçün onu razı salmaq lazım olduğunu deyib, həmin adamın orada əvvəllər balaca bir evi olduğunu, onu narazı salmaq lazım olmadığını deyib hətta onun yanına yaşlı bir tanımadığı şəxsi gətirib qeyd etdiyi kimi torpaq sahəsinin bir hissəsinin sahibi olmuş şəxsin vərəsəsi kimi təqdim etdiyini, həmin şəxsin adı yadında qalmadığını, yaşlı şəxs olduğunu, onun orada köhnə bir tikilisi olduğunu, ondan "halallıq” istədiyiyni, Sahibin özünün şəxsən guya həmin şəxsə vermək adı ilə ondan əlavə 24 000 manat pul aldığı barəsindəki iddialarınının əsaslı şübhələrlə müşahidə olduğu qənəaətinə gəlir. Çünki aldadlığını bilən, həzırkı halda isə zərərçəkmiş şəxs Asqhar Razzaghinin həyat yoldaşının adına alındığı torpaq sahəsinə dair çıxırış saxta olduğunu bildikdən “bir az keçdikdən sonra “Sahibin guya onun yoldaşının adına rəsmiləşdirdiyi faktiki ona məxsus olan torpaq sahəsi dövlət planına düşəcəyini deyib ondan 2012-ci ilin yay aylarında hissə-hissə olmaqla ümumilikdə Təqsirləndirilən şəxs 36000 manat verməsi, “bir az keçdikdən sonra” Sahibin ona guya onun yoldaşının adına rəsmiləşdirdiyi faktiki ona məxsus olan torpaq sahəsinin bir hissəsinin sahibi olmuş şəxsin öldüyünü, onun vərəsəsi olduğunu, şikayət etməməsi üçün onu razı salmaq lazım olduğunu deyib, həmin adamın orada əvvəllər balaca bir evi olduğunu, onu narazı salmaq lazım olmadığını deyib hətta onun yanına yaşlı bir tanımadığı şəxsi gətirib qeyd etdiyi kimi torpaq sahəsinin bir hissəsinin sahibi olmuş şəxsin vərəsəsi kimi təqdim edib ondan əlavə 24 000 manat pul aldığı barəsindəki iddiaları ağlabatan deyildir. Çünki zərərçəkmiş şəxs Asqhar Razzaghinin ona satılması iddia olunnan torpağıa dair sənədlərin saxta olmasını bildikdən sonra istinad etdiyi miqdarda pulun verməsi ağlabatan deyildir .Məhkəmə, göstərilənlərlə bərabər qeyd edir ki, zərərçəkmiş şəxs Asqhar Razzagi bu ifadələrində özünün 2012-ci il tarixdə aldadıldığını bildiyini göstərmişdir. Bununla da o, özünün bu barədə digər izahat və ifadələrində həmin hallarla bağlı ifadələrini inkar etmişdir. Çünki o, digər ifadələrində Təqsirləndirilən şəxs tərəfindən özünün 2020-cı ildə artıq o, torpaq sahəsi ilə bağlı adına heç bir sənəd olmadığını dəqiqləşdirəndən sonra sonuncu tərəfindən aldadıldığını bilmişdir. Məhkəmə, zərərçəkmiş şəxs Asqhar Razzaghinin ibtidai istintaq zamanı verdiyi 22 iyun 2021-ci il tarixli ifadələrinin vərəsə məsələsi bitdikdən sonra Sahib ondan torpaq sahəsinin qarşısından keçən yüksək təzyiqli qaz borusunun hündürlükdən salınıb yer səthi ilə aparılması adı ilə hissə-hissə olmaqla 2013-cü ilin mart ayının ortalarına qədər 10 000 manat pul aldığı barəsindəki iddiasını da həmin səbəblərdən ağlabatan hesab etmir. Çünki onun ifadələrinə görə o, həmin dövrdə özünün Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını bilmişdir, özünün X25 tərəfindən aldadıldığını bildikdən sonra ona iddia etdiyi məqsədlə pul verməsi inandırıcı deyildir. Məhkəmənin bu qənaəti zərərçəkmiş şəxs Asqhar Razzaghinin həmin ifadəsində Təqsirləndirilən şəxs ilə mübahisə edib ona heç bir iş görmədiyini deməsini təsdiq etməsi baxmından da əsaslı sayır. Məhkəmə qeyd edir, zərərçəkmiş şəxs Asqhar Razzaghinin ibtidai istintaq zamanı verdiyi 22 iyun 2021-ci il tarixli ifadələrinin həmin pul alınan zaman özünün Təqsirləndirilən şəxs ilə mübahisə edib ona heç bir iş görmədiyini deməsini, Telmanın aralarına girərək köməklik edəcəyini bildirdiyini, sonuncu dəfə Sahib ondan torpaq sənədləşdirilməsi adı ilə 20 000 manat pulu 16 və ya 17 mart 2013-cü il tarixdə öz yaşadığı evin qarşısında aldığını, ümumilikdə Sahib onun, 304 000 manat pulunu dələduzluqla ələ keçirdiyini, həmin pulun 244 000 manatını guya torpaq sahəsini sənədləşdirib çıxarış almaq, 36 000 manatını guya torpaq sahəsinin plana düşməməsi üçün, torpaq sahəsinin bir hissəsinə vərəsə olmuş şəxsə vermək adı ilə 24 000 manat, qaz borusunun yerinin dəyişdirilməsi adı 10 000 manat pulunu aldığını, Sahib ona əvvəldən bütün işləri 250 000 manata görəcəyinə vəd versə də bəzən nəsə problem olsa pul xərcləmək lazım olacağını dediyini, o da “əsas odur ki, işim alınsın, nə lazımdı edərik” dediyini, Sahib də həmin zaman onun maddi imkanından və sadəlövhlüyündən istifadə edərək onu aldatdığını göstərmişdir. Məhkəmənin qənaətinə görə Asqhar Razzaghinin bu ifadələri də onun əvvəlki ifadələri ilə ziddiyyətli olmuşdur. Çünki o, əvvəlki ifadələrində Təqsirləndirilən şəxs sonuncu dəfə 2012-ci ilin Novruz bayramı ərəfəsində pul verdiyini iddia etdiyi halda öz ifadəsində sonuncu dəfə Sahibə torpaq sənədləşdirilməsi adı ilə 20 000 manat pulu 16 ya 17 mart 2013-ci il də verdiyini, torpaq sahəsinin pulunun 250 000 manat təşkil etdiyini iddia etdiyi halda bu ifadəsində həmin məbləği 244 000 manat kimi göstərib alqı-satqınının məbləğindən əlavə olaraq özünün iddia etdiyi kimi ümumilikdə 80000 manat əlavə pul ödəməsi ağlabatan deyildir. Məhkəmə, zərərçəkmiş şəxs Asqhar Razzaghinin həmin üzləşdirmə zamanı sonuncu dəfə Sahibin ondan torpaq sənədləşdirilməsi adı ilə 20000 manat pulu 16 və ya 17 mart 2013-cü il tarixdə öz yaşadığı evin qarşısında aldığı barəsindəki iddasının da əsasız və ziddiyyətli olduğu qənaətinə gəlir. Çünki o, əvvəlki ifadələrində iddia etdyi məbləği torpağın sənədələşdirilməsi üçün deyil, torpağın sənədlərini almaq üçün “şirinlik” vermək adı ilə aldığını qeyd etmişdir. X30 bir daha ziddiyətliu mövqe nümayiş etdirmiş və öz ifadələrini şübhə altına almışdır. Beləliklə, təqsirləndirilən şəxsin zərərçəkən Asqhar Razzaqhidən pul almasını təsdiq edən yeganə sənəd 02 iyul 2010-cu il tarixdə tərtib edilmiş aktdır. Həmin akt tərəflərin özləri və şahidlər tərəfindən təsdiq edilmişdir. Sənədə əsasən Sahib beh qismində Asqhar Razzaqhidən 48 000 manat pul aldığı təsdiq edilmişdir. Həmin vəsaitin alınmasını hər iki tərəf təsdiq etmişdir. Məhkəmə baxışı zamanı sübut olunur ki, həmin vəsait Sahibin əvvəlcə satmalı olduğu bir sotdan artıq torpaq sahəsinə görə alınan vəsaitdir. Həmin sövdələşmə baş tutmadığı üçün sonradan tərəflər 2-ci torpaq sahəsi ilə bağlı razılığa gəlmiş və alınan pul vəsaitinin 2-ci torpağın dəyəri kimi qəbul etmişlər. Beh yazısı isə torpağın Sahib tərəfindən sənədləşdirilməli olmasının təminatı olaraq yazılmışdır. Lakin, bundan sonra zərərçəkənin təqsirləndirilən şəxsə pul verməsini təsdiq edən heç bir yazılı sübut tərtib edilməmişdir. Nəzərə almaq lazımdır ki, pulun verilməsini sübuta yetirmiək vəzifəsi qanunvericiliyin tələblərinə görə ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxs 48.000 manatdan artıq vəsait almadığını sübut etmək vəzifəsi daşımır. Təqsirləndirilən şəxsə 48.000 manat puldan artıq vəsait verilməsi halını zərərçəkən tərəf sübuta yetirə bilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, tərəflər arasında alqı-satqı sövdələşməsi başlayan anda zərərçəkən ehtiyatlılıq göstərərək 48.000 manat pula dair yazılı sənəd tələb edərək tərtib etdirdikdən sonra həmin məbləğdən dəfələrlə artıq məbləğdə pul vasitlərini heç bir yerdə qeyd etmədən, hesabat aparılmadan təqsirləndirilən şəxsə verməsi inandırıcı və məntiqli deyil. Məhkəmə onu da vurğulayır ki, yazılı sübutun məzmununun həqiqiliyi prezumpsiyası mövcuddur. Həmin sübutun mətninin düzgün olmaması mötəbər sübutlarla təkzib olunana qədər sübutun məzmununun həqiqiliyi prizumpsiyası qüvvədə qalır. Hadisədən uzun müddət keçdikdən sonra şifahi bəyanatlarla, şahid ifadələri ilə qarşı tərəfə dəfələrlə, konkret məbləğlərdə pul verilməsi faktının təsdiq edilməsi, sübut edilmiş hesab olunması çox şübhəli olmaqla ittihamın əsası kimi götürülə bilməz. Ona görə uzun illər keçəndən sonra zərərçəkənin təqsirləndirilən şəxslə telefon danışıqları zamanı hansısa pul məbləğini səsləndirməsi, təqsirləndirilən şəxsin həmin danışığa reaksiya verməməsi, təqsirləndirilən şəxsin həmin məbləği zərərçəkəndən almasının etirafı kimi qəbul edilə bilməz. Danrışıqlardan da görünür ki, təqsirləndirilən şəxs torpağın sənədləşməsi vəzifəsinin onun üzərində olmasını etiraf edir və bu məsələnin həll edilmədiyinə görə müxtəlif bəhanələrlə zərərçəkəni razı salmağa çalışır, onunla görüşlərdən yayınır. Belə bir vəziyyətin mövcudluğu fonunda təqsirləndirilən şəxsin telefonda məbləğlə bağlı hansısa mübahisə açmaq arzusunun olması məntiqli deyil. İstintaq orqanı Təqsirləndirilən şəxs zərərçəkənə vurduğu zərərin məbləğindən asılı olaraq onun əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmədə araşdırılmış ittihamı təsdiq edən sübutlar kimi təqdim olunmuş şahid ifadələrində, cinayət işinin materiallarında zərərçəkmiş şəxs Asqhar Razzaghinin Təqsirləndirilən şəxs 48000 manat verməsi təsdiqini tapdı. Məhkəmədə, zərərçəkmiş şəxs Asqhar Razzaqhi həmin məbləği Təqsirləndirilən şəxs əvvəlcə Dövlət Statistika Komitəsinin yaxınlığında olan 130 kvadrat metr sahəsi olan yeri almaq üçün verməsi, lakin həmin yeri ala bilmədiyi üçün bu məbləği ünvan 17al rayonu ərazisində Şahbazi küçəsi 23 ünvanında yerləşən 152 kvadrat metr sahəsini almaq üçün Təqsirləndirilən şəxs saxlanılıb, göstərilən məbləğin Təqsirləndirilən şəxs olması barəsində ondan yazılı qeyd aldığı müəyyən olundu. Bu səbəbdən də Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Asqhar Razzaghidən məhz 02 iyul 2010 tarixdə 48000 AZN (qırx səkkiz min) məbləğində behi alması əsaslı şübhələrlə müşahidə olundu. Təqsirləndirilən şəxs həmin məbləği zərərçəkmiş şəxsdən 2007-ci il tarixdə aldığını göstərdi. Hər bir halda 48.000 manat pulun 02 iyul 2010 tarixdə akt tərtib olunarkən deyil, olndan əvvəl verilməsi tam olaraq sübuta yetirilmişdir. Məhkəmədə həmin məbləğin zərərçəkmiş şəxs Asqhar Razzaghinin Təqsirləndirilən şəxs verməsinin vaxtnı dəqiq müəyyən etmək mümkün olmamışdır. Çünki məhkəmədə həmin hallarla bağlı tərəflər ziddiyyətli fikirlər bildirmişlər. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Asqhar Razzaghidən 48000 AZN (qırx səkkiz min) məbləğində pulu 02 iyul 2010 tarixdə deyil, 2009-cu ildə 1-ci torpaqla bağlı alqsı-satqı zamanı alınması daha məntiqli görünür. Məhkəmənin bu qənaəti sübutların qiymətləndirilməsini müəyyən edən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin 145.3-cü hissəsi baxımından da əsaslıdır. Həmin maddədə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübütlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll olunması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs Asqhar Razzaqhidən 48000 (qırx səkkiz min) manatı sonuncunu aldatmaqla onun etibarından sui-istifadə etməklə ələ keçirmişdir. O, həmin məbləği qaytarmamışdır. Həmin məbləği ələ keçirəndə də qaytarmamaq niyyəti ilə ələ keçirmişdir. Çünki həmin vaxt onun mülkiyyətində nə satmağa iddia etdiyi torpaq sahəsi, nə də başqasının mülkiyyətində torpaq sahələrini özləlləşdirmək səlahiyyəti olmamışdır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs həmin halları inkar edən ifadələrini özünün müdafiəsinə yönələn faktiki əsası və işin hallarına uyğun olmayan ifadələr kimi kimi qiymtələndirir. Məhkəmə bu səbəbdən də Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkmədə ona elan olunmuş ittihamın bu hissəsində özünü təqsirli bilməməsini, cinayət əməlini törətmədiyi, Asqhar Razzaghidən aldığı 48.000 manat pulu 2010-cu ildə qaytarması barəsindəki ifadələrini müdafiə xarakterli ifadələr kimi qiymətələndirir. Məhkəmədə, Təqsirləndirilən şəxs törətdiyi əməlinin tövsifini müzakirə edərkən Asqhar Razzaghinin 48.000 manat pulunu ələ keçirdiyi dövrdə bu məbləğin cinayət qanunu ilə külli miqdar kimi müəyyən edildiyini nəzərə alıb həmin əməlin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edildiyi müəyyən olundu. Məhkəmə qeyd edir ki, cinayət qanununa 20 oktyabr 2017-ci il tarixdə edilmiş dəyişilikliyə görə külli miqdarın məbləği əlli min manat, həmin məbləğdən aşağı məbləği xeyli miqdar kimi müyyən olunmuşdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Asqhar Razzaghini aldadıb ələ keçiridiyi 48000 (qırx səkkiz min) manat külli miqdar kimi deyil, xeyli miqdar kimi qəbul olunmalıdır. Məhkəmənin bu qənaəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3cü maddəsi baxımından da əsaslıdır. Belə ki, həmin maddədə qeyd olunmuşdur ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır Məhkəmə Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 yalandan onu Türkiyə Respublikasının Eskişehir Osmanqazi Universtitetinə tələbə kimi köçürülməsini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq 2017-ci ilin may ayından həmin ilin noyabr ayının əvvəllərinə kimi olan müddət ərzində ayrı-ayrı vaxtlarda 7.100 manat məbləğində pulunu ələ keçirib ona xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinin, 2019-cu ilin iyul ayının ortalarında Zərərçəkmiş şəxs3 ünvan 32 ünvanının qarşısında 4200 manat pul vəsaitini alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs3 4200 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etməsinin sübuta yetiriliydi qənatinə gəlir. Çünki məhkəmədə araşdırılmış sübütlardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 əmlakını ələ keçirməyə 2017-ci ilin may ayında başlamış və əmlakın sonuncu dəfə həmin əmlakın 400 manatını 2017-ci ildə ələ keçirmişdir. Bununla da cinayət əməlini törətmişdir. Bu cinayət davam edən cinayət olmuşdur. Qanunun mənasına görə belə cinayətlərdə sonuncu əməl törədiləndə cinayət əməli baş çatmış hesab olunur və cəlb etmə müddəti də sonuncu əməl törədiləndən gündən hesablanır. Məhkəmə qeyd edir ki, belə cinayətlərdə, vahid niyyətlə özgənin əmlakını hissə-hissə ələ keçirməyə yönələn qəsdlərdə, təqsirləndirilən şəxs sonuncu əməli törətdikdə cinayət başa çatmış olur. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 əmlakını 2017-ci ilin noyabr ayında ələ keçirdini nəzərə alır və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçmədiyi qənaətinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs Asqhar Razzaghini aldadıb 48000 (qırx səkkiz min) manatın ələ keçirməsinin də Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə əhatə olunduğu qənaətinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs Asqhar Razzaghini aldadıb 48000 (qırx səkkiz min) manatının ələ keçirməsinin cinayət təqibini istisna edən halların olub-olmamasını təhlil etdikdə müəyyən olundu ki, cinayət törədilən anda hazırda qüvvədə olmuş cinayət qanunu ilə həmin əməl az ağır cinayətlər kateqoriyasına aid edilmiş və belə cinayətlərə görə Azərbaycan Respublikası CM-nin 75.1.2-ci maddəsi ilə cinayət törədildiyi gündən yeddi il müddətində cinayət məsuliyyətinə cəlb etmə müddəti müəyyən olunmuşdur. Cinayət təqibini istisna edən halları nəzərdə tutan Azərbaycan Respublikasının CPM-nin 39-cu maddəsinin 39.1.3-cü hissəsində cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi cinayət təqibini istisna edən hal kimi müəyyən edilmişdir. Cinayət təqibinə xitam verilməsinin qaydasını müəyyən edən Azərbaycan Respublikasının CPM-nin 41-ci maddəsinin 41.1-ci hissəsində Azərbaycan Respublikasının CPM-nin 39-cu maddsində göstərilən halları aşkar edildikdə cinayət təqibinə xitam verilməsinin əsası kimi müəyyənləşdirmişdir. Bu səbəbdən də məhkəmə, həmin maddə ilə əhatə olunan zərərçəkmiş şəxs Asqhar Razzaghini aldadıb 48000 (qırx səkkiz min) manatın ələ keçirməsinə dair əməlin cəlbetmə müddətinin keçməsi ilə həmin əməli ittihamdan xaric edilməsini əsaslı sayır və ittihamdan xaric edir. Əks halda bu, cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan cəlb etmə dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquqa zidd olardı. Məhkəmə qanunla cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən olunmasını vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Məhkəmənin gəldiyi bu qənaət Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüquqi baxmından da əsaslıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın «Qanunsuz cəzalandırılmamaq» adlanan 7-ci maddəsi ilə bağlı Koem və başqaları Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Məhkəmə qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Məhkəmə göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 yalandan onu Türkiyə Respublikasının Eskişehir Osmanqazi Universtitetinə tələbə kimi köçürülməsini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq 2017-ci ilin may ayından həmin ilin noyabr ayının əvvəllərinə kimi olan müddət ərzində ayrı-ayrı vaxtlarda 7.100 manat məbləğində pulunu ələ keçirib ona xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinin, 2019-cu ilin iyul ayının ortalarında Zərərçəkmiş şəxs3 ünvan 32 ünvanının qarşısında 4200 manat pul vəsaitini alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs3 4200 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etməsinin sübuta yetirildiyi qənaətinə gəlib onun bu əməllərini Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs məhkəmədə təqsirli bilindiyi əməlləri onun tərəfindən anlaqlı vəziyyətdə qəsdən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlləri qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad etmək üçün əsas müəyyən olunmadı. Məhkəmədə ibtidai istintaq zamanı fonoskopik ekspertizasının keçirilməsinə 200 manat sərf olunması müəyyən olundu. Məhkəmədə ibtidai istintaq zamanı keçirilmiş fonskopik ekspertizanın keçirilməsi Təqsirləndirilən şəxs Asqhar Razzaghiyə vurduğu zərərlə bağlı olduğu müəyyən olundu. Həmin əmələ münasibətdə iş üzrə cinayət məsuliyyətinə cəlb etmə müddənin keçməsi müəyyən olundu və Təqsirləndirilən şəxs həmin əməl bərəsində təqsirli bilinməməsi müəyyən olundu. Bu səbəbdən də həmin məbləğin Təqsirləndirilən şəxs tutulması üçün əsas müəyyən olunmadı. Məhkəmə göstərilənləri nəzərə alıb həmin məbləği dövlət büdəcsi hesabına Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsini əsaslı sayır. Məhkəmədə zərərçəkmiş şəxs Asqhar Razzaqhi Təqsirləndirilən şəxs 304000 manat pulun devalvasiyası nəticəsində əldən çıxmış fayda olaraq 286368 manat, cəmi 590368 manat məbəlğində pulun alınaraq ona verilməsini, tələbin cavabdeh tərəfindən Bakı şəhəri Baş Polis idarəsinin depozit hesabına qoyulmuş 250000 manat pula, hökmün icrası zamanı bazar qiyməti müəyyən edilərək nəzrə alınaraq cabadehin xüsusi mülkiyyətində olan ünvan 33 ünvanda yerləşən 3 otaqlı mənzilə yönəldilməsi barədə hökmdə göstərməklə qəbul edilməsini və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu üçün ödənilmiş 883 manat məbləğində pulun cavabdehdən tutulub ona verilməsi haqqında mülki iddia vermişdir. Məhkəmədə araşdırılmış İqtisadiyyat Nazirliyiynin yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 28 oktyabr 2022-ci il tarixli **********367 saylı məktubundan görünür ki, ünvan 34 ünvanda yerləşən 3 otaqlı mənzil ünvan 17al rayon Xalq deputatları sovetinin icraiyə komitəsinin 038841 Saylı 06 mart 2006-cı il tarixli orderinə, ünvan 17al rayon İcra Hakimiyyətinin Başçısının 793 nömrəli, 28 noyabr 2006-cı il tarixli sərəncamına, X22 razılıq ərizəsinə əsasən, 595 nömrəli, 15 iyul 2006-cı il tarixli Forma-2 arayışına əsasən 13 mart 2007-ci il tarixcdə Təqsirləndirilən şəxs adına ilkin qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Asqhar Razzaqhinin 48000 (qırx səkkiz min) manatını ələ keçirib ona zərər vurması müəyyən olundu. Bu səbəbdən mülki qanunvericiliklə müəyyən olunmuş müddət buraxılmışdır. Cinayət mühakimə icraatında mülki iddianın tənzimləməsini nəzərdə tutulan Azərbaycan Respublikası CPM-nin 179-cu maddəsinin 179.1-ci hissəsində nəzərdə tutulmuşdur ki, cinayət mühakimə icratında mülki iddia Cinayət Prosessual Məcəllənin müddaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin maddənin 179.4-cü maddəsində cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən olunmuş iddia müddəti tətbiq edilmir. Bu səbəbdən də məhkəmə, zərərçəkmiş şəxs Asqhar Razzaqhi Təqsirləndirilən şəxs 304000 manat pulun tutulub ona verilməsi barəsində müki iddasının qismən təmin edilməsini təmin edib 48000 (qırx səkkiz min) manatın Təqsirləndirilən şəxs tutulub zərərçəkmiş şəxs Asqhar Razzaghiyə verilməsini əsaslı sayır. Məhkəmədə araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən hazırkı cinayət işi üzrə 21 aprel 2022-ci il tarixdə ƏSƏ seriyalı mədaxil orderi ilə 000108 saylı Bakı şəhər Baş Polis idarəsinin depozit hesabına 25000 manat ödənilmişdir. Məhkəmə həmin məbləği zərərçəkmiş şəxs Asqhar Razzaghiyə verilməsini və bundan əlavə 48000 manatın qalıq hissəsinin Təqsirləndirilən şəxs tutulub Asqhar Razzaghiyə qaytarılmasını zərərçəkmiş şəxsin iddiasının bu hissəsini də təmin edilməsini əsaslı sayır. Məhkəmə əldən çıxmış fayda ilə bağlı iddia tələbi ilə əlaqədar olaraq qeyd edir ki, zərərçəkən həmin məsələ ilə bağlı sübutlar təqdim etmədiyi, tələbini kifayət qədər əsaslandırmadığı, həmin məsələnin baxılması əlavə araşdırma tələb etdiyi üçün iddia tələbi həmin hissədə baxılmamış saxlanmalı və zərərçəkənə ümumi qaydada mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun saxlanması barədə izah verilməlidir. Məhkəmədə iddiaçı Təqsirləndirilən şəxs adına olan Bakı şəhəri, ünvan 17al rayonu, iddia tələbinin Zülfü Adıgözəlov küçəsi, ev 94 saylı ünvanda yerləşən 3 otaqlı mənzilə yönəlməsi məsələsini müzakirə olunduqda bunun mümkün olmadığı müəyyən olundu. Çünki məhkəmədə araşdırılan materiallardan görünür ki, Təqsirləndirilən şəxs ailədidir. Bu səbəbdən də həmin mənzilin mülkiyyət forması, yəni birgə və ya ümumi mülkiyyət olması, həmin mülkiyyətdə Təqsirləndirilən şəxs və digərlərin payları müəyyən olunub olunmaması, həmin yaşayış sahəsinin yeganə yaşayış sahəsi olub olmaması məlum deyil. Tutulmalı olan vəsaitin məhkumun əmlakına yönəldilməsi məsələsi qeyd olunan hallar yoxlanılmaqla icra icraatı dövründə aparıla bilər. Hazırkı mərhələdə tutmanın məhkumun yeganə əmlakına yönəldilməsi üçün əsaslar yoxdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, isintaq orqanı tərəfindən iddiaçı Təqsirləndirilən şəxs adına olan Bakı şəhəri, ünvan 17al rayonu, iddia tələbinin Zülfü Adıgözəlov küçəsi, ev 94 saylı ünvanda yerləşən 3 otaqlı mənzilin xüsusi müsadirə olunan əmlak kimi təklif olunmuşdur. Məhkəmə, yuxarıda göstərilən səbəblərdən bu əmlaka xüsusi müsadirə tətbiq olunmasını mümkün saymır və xüsusi müsadirəyə təqdim olunmuş əmlak siyahısından çıxarılmasını əsaslı sayır. Məhkəmədə elan olunumuş cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 vurduğu zərəri ödəmişdir və onlarla barışmışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarındən görünür ki, ünvan 17al Rayon Məhkəməsinin 28 dekabr 2016-cı il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından 15% məbləğində dövlət nəfinə pul tutulmaqla 1 il 6 ay müddətində islah işləri cəzasına məhkum edilmişdir. Həmçinin, sorğu əsasında DİN-in BƏSİİ-dən əldə edilmiş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs həmin cəzasını çəkib qurtarmışdır. Bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Bundan əlavə, məhkəməyə daxil olmuş Xətai rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs 1000 (min) manat cərimə cəzasına məhkum edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə əsasən cəza hökmlərin məcmusu şəklində təyin edildikdə həmin məcəllənin 68.2-ci maddəsinin tələblərinə əsasən cərimə cəza tədbiri ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, müstəqil icra olunur. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən həmin halı nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar təqsirli bilindiyi əməllər üzrə iki zərərçəkmiş şəxsə dəymiş zərərin tam ödənilməsi, ikinci qrup əlil, himayəsində bir azyaşlı uşağının olması olması, həyat yoldaşının onkoloji xəstə olması, digər zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi kimi 25000 manatın istintaq orqanının depozit hesabına ödənilməsi müəyyən edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxsun cinayət işinin materiallarında təsvir olunan hərəkətlərini müzakirə edib hesab edir ki, o, qanuna münasibətdə münaqişədədir. Məhkəmədə məhkəmə-fonoskopik ekspertizasının keçirilməsinə 200 (iki yüz) manat sərf olunması müəyyən edildi. Məhkəmə həmin məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, sözügedən məbləğin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini, dəymiş zərərlərin əsasən ödənilməsini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs bu iş üzrə 19 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması, 21 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində 19 yanvar 2022-ci il tarixdən hesablanmaqla 2 ay müddətində ev dustaqlığı qətimkan tədbiri seçilməsi, 27 yanvar 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qərarı ləğv edilərək Təqsirləndirilən şəxs barəsində 27 yanvar 2022-ci il tarixdən hesablanmaqla 22 gün müddətində yəni, 19 fevral 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilməsi, 15 fevral 2022-ci il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 03 ay 22 günədək yəni, 19 may 2022-ci il tarixədək uzadılması, 21 fevral 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli qərarı dəyişdirilərək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 1 ay həddində müəyyən edilməklə 19 mart 2022-ci il tarixədək azaldılması, 16 mart 2022-ci il tarixdə həbsdə saxlanılma müddətinin 03 ay 22 günədək, yəni 19 may 2022-ci il tarixədək uzadılması, 28 mart 2022ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib həbsdən azad edilməsi, 31 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi, tarixdə Təqsirləndirilən şəxs 2 (iki) ay 3 (üç) gün həbsdə və cinayət qanunu ilə həbsə bərabər tutulan 6 (altı) gün ev dustaqlığında olması müəyyən olundu. Məhkəmə, həmin müddəti cinayət qanunun tələbələrinə uyğun təyin olunmuş cəza müddətinə daxil edilməsini əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən həmin halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqın məhdudlaşdırılması cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən onun barəsində istintaq orqanı tərəfindən seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməllərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbs və ev dustaqlığında saxlanıldığı 2 (iki) ay 9 (doqquz) gün ona təyin olunmuş cəza müddətinə daxil edilsin və həmin müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bəraəbər tutulmaqla Təqsirləndirilən şəxs tərəfindən çəkilməli cəzanın qalıq müddəti 02 (iki) il 07(yeddi) ay 12 (on iki) gün müəyyən olunsun. Xətai rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1000 (min) manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə əsasən hazırki hökmlə toplansın və həmin cərimə cəzası Təqsirləndirilən şəxs tərəfindən müstəqil icra olunsun. Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan onun Asqhar Razzaqhinin 48000 (qırx səkkiz min) manatını ələ keçirməsi hissəsi cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi səbəbindən, Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsində göstərilən əsaslarla xaric olunsun. Asqhar Razzaqhi Təqsirləndirilən şəxs 304000 manat pulun devalvasiyası nəticəsində əldən çıxmış fayda olaraq 286368 manat, cəmi 590368 manat məbləğində pulun alınaraq ona verilməsini, tələbin cavabdeh tərəfindən Bakı şəhəri Baş Polis idarəsinin depozit hesabına qoyulmuş 25000 manat pula, hökmün icrası zamanı bazar qiyməti müəyyən edilərək və nəzərə alınaraq cabadehin xüsusi mülkiyyətində olan ünvan 37 ünvanda yerləşən 3 otaqlı mənzilə yönəldməsi barədə hökmdə göstərməklə qəbul edilməsini və iddia ərizəsinin verilməsi üçün dövlət rusumu üçün ödənilmiş 883 (səkkiz yüz səksən üç) manat məbləğində pulun cavbdehdən tutulub ona verilməsini haqqında müki iddiası qismən təmin edilsin. 304.000 (üç yüz dörd min manat) manat pul tələbi qismən təmin edilsin. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməl nəticəsində dəymiş zərər 48000 (qırxsəkkiz min) manat həcmində təmin edilsin. Həmin məbləğin zərərçəkmiş şəxsə ödənilməsi üçün Bakı şəhəri Baş Polis idarəsinin depozit hesabına qoyulmuş 25000 manat pul zərərçəkmiş şəxsə ödənilsin, qalıq məbləği təşkil edən 23000 manat Təqsirləndirilən şəxs tutulub zərərçəkmiş şəxs Asqhar Razzaqhiyə ödənilsin. İddia tələbi qalan hissədə (əldən çıxmış fayda nəticəsində vurulmuş zərər) baxılmamış saxlansın. Zərərçəkmiş şəxsə izah edilsin ki, həmin tələblə bağlı ümumi qaydada mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli hökm icraya yönəldiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Dövlət büdcəsi hesabına məhkəmə-fonoskopik ekspertizasının keçirilməsinə sərf olunmuş 200 (iki yüz) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-247/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-247/2023
25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver