Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-247/2024 06.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X11 və Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı3, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərər çəkmiş şəxslər - Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və ölmüş Təqsirləndirilən şəxs1 hüquqi varisi X6 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında
1. xx xxx 1987-ci il tarixdə Tovuz rayonu, Aşağı-Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli-himayəsində iki nəfər azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, 24 fevral 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri 28 iyul 2023-cü il tarixdə “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan edilmiş, 27 sentyabr 2023-cü il tarixdə tutulmuş və barəsində 27 sentyabr 2023-cü il tarixdən həbs qətimkan tədbiri tətbiq edilmiş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penittensiar Xidmətinin Müalicə Müəssisəsində ölmüş Təqsirləndirilən şəxs1,
2. xx xxxxxxxx 1980-ci il tarixdə Tovuz rayonunun Dondar-Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Kristal-Abşeron yaşayış kompleksi, bina 11, ev 95-də qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan, 24 fevral 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq
MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilirlər ondan ötrü ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəkləri hərəkətlərə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, 2021-ci ildən etibarən əlilliyə görə dayandırılmış əmək pensiyasının bərpa edilməsi üçün cinayətdən xəbərsiz Şahid1 vasitəsilə 2022-ci ilin fevral ayının əvvəllərində onlara müraciət etmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 cinayətdən xəbərsiz Şahid1 vasitəsilə özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özləri barədə yaratdıqları inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin tanış vasitəsilə Zərərçəkmiş şəxs1 əlilliyə görə dayandırılmış əmək pensiyasını bərpa etdirmək imkanına malik olduqlarını cinayətdən xəbərsiz Şahid1 vasitəsilə yalandan bildirib, tanışları olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə, yəni onun əlilliyə görə dayandırılmış əmək pensiyasının bərpa edilməsinə görə birbaşa yolla özləri vasitəsilə 4.000 manat məbləğdə pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib, cinayətdən xəbərsiz Şahid1 vasitəsilə aralarında olan telefon danışığı zamanı Zərərçəkmiş şəxs1 həmin işin müsbət həllinə görə 3.500 manat məbləğində pul vəsaiti verə biləcəyinə dair razılığını alıb, həmin niyyətlə 05 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Yasamal rayonu, “20 Yanvar” dairəsi yaxınlığında Şahid1 aldığı Zərərçəkmiş şəxs1 məxsus 3.500 manat məbləğində pul vəsaitini həmin gün qeyd edilən yerdə görüşüb, aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, Fərmayıl Verdiyev və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 3.500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirməklə dələduzluq etmiş, həmçinin Fərmayıl Verdiyev və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə cinayətdən xəbərsiz Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs1 təhrik etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, 2021-ci ildən etibarən əlilliyə görə dayandırılmış əmək pensiyasının bərpa edilməsi üçün cinayətdən xəbərsiz Şahid1 vasitəsilə 2022-ci ilin fevral ayının əvvəllərində onlara müraciət etmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 cinayətdən xəbərsiz Şahid1 vasitəsilə özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özləri barədə yaratdıqları inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə Zərərçəkmiş şəxs2 əlilliyə görə dayandırılmış əmək pensiyasını bərpa etdirmək imkanına malik olduqlarını cinayətdən xəbərsiz Şahid1 vasitəsilə yalandan bildirib, tanışları olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə, yəni onun əlilliyə görə dayandırılmış əmək pensiyasının bərpa edilməsinə görə birbaşa yolla özləri vasitəsilə 4.000 manat məbləğdə pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib, cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə qeyd edilən ərəfədə aralarında olan telefon danışığı zamanı Zərərçəkmiş şəxs2 həmin işin müsbət həllinə görə 3.900 manat məbləğində pul vəsaiti verə biləcəyinə dair razılığını alıb, həmin niyyətlə 2022-ci ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs2 Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən “Balıq Evi” restoranında Şahid1 verdiyi 3.900 manat məbləğində pul vəsaitini həmin gün Təqsirləndirilən şəxs2 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Memar Əcəmi” metrostansiyası yaxınlığında Şahid1 alındıqdan sonra qeyd edilən yerdə Təqsirləndirilən şəxs2 ilə görüşüb həmin pul vəsaitini aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, Fərmayıl Verdiyev və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 3.900 (üç min doqquz yüz) manat məbləğində pul vəsaitini ələ keçirməklə təkrarən dələduzluq etmiş, həmçinin Fərmayıl Verdiyev və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə cinayətdən xəbərsiz Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs2 təkrarən təhrik etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cinayətdən xəbərsiz Şahid1 vasitəsilə 2022-ci ilin fevral ayının ortalarında onlara müraciət etmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 cinayətdən xəbərsiz Şahid1 vasitəsilə özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib, özləri barədə yaratdıqları inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin tanış vasitəsilə Zərərçəkmiş şəxs4 əlilliyə görə əmək pensiyasını təyin etdirmək imkanına malik olduqlarını cinayətdən xəbərsiz Şahid1 vasitəsilə yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs4 xeyrinə edəcəyi hərəkətə, yəni ona əlilliyə görə əmək pensiyasının təyin edilməsinə görə birbaşa yolla özləri vasitəsilə 7.000 manat məbləğdə pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib, cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə qeyd edilən ərəfədə aralarında olan telefon danışığı zamanı Zərərçəkmiş şəxs4 həmin işin müsbət həllinə görə 7.000 manat məbləğində pul vəsaiti verə biləcəyinə dair razılığını alıb, həmin niyyətlə 2022-ci ilin fevral ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Memar Əcəmi” metrostansiyası yaxınlığında Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs4 aldığı 7.000 manat pul vəsaitini həmin gün qeyd edilən yerdə Təqsirləndirilən şəxs2 ilə görüşüb, aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, Fərmayıl Verdiyev və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 məxsus 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmçinin Fərmayıl Verdiyev və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə cinayətdən xəbərsiz Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs4 təkrarən təhrik etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cinayətdən xəbərsiz Şahid1 vasitəsilə 2022-ci ilin fevral ayının sonlarında onlara müraciət etmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 cinayətdən xəbərsiz Şahid1 vasitəsilə özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özləri barədə yaratdıqları inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli tanışılarının olmasını, həmin tanış vasitəsilə Zərərçəkmiş şəxs3 əlilliyə görə əmək pensiyasını təyin etdirmək imkanına malik olduqlarını cinayətdən xəbərsiz Şahid1 vasitəsilə yalandan bildirib, tanışları olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs3 xeyrinə edəcəyi hərəkətə, yəni ona əlilliyə görə əmək pensiyasının təyin edilməsinə görə birbaşa yolla özü vasitəsilə 9.000 manat məbləğdə pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib, Şahid1 vasitəsi ilə qeyd edilən ərəfədə aralarında olan telefon danışığı zamanı Zərərçəkmiş şəxs3 həmin işin müsbət həllinə görə 9.000 manat məbləğində pul vəsaiti verə biləcəyinə dair razılığını alıb, həmin niyyətlə Zərərçəkmiş şəxs3 28 fevral 2022-ci il tarixdə Samux rayonunun Karayeri qəsəbəsində yerləşən mağazadan “Milli-Ön” aparatı vasitəsilə Təqsirləndirilən şəxs2 məxsus "xxxx" Bank ASC-yə məxsus 5213********5693 seriya nömrəli kartına göndərdiyi 2.000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 01 mart 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "xxxx" Bank ASC-nin Rəqəmsal Filialından bankomat vasitəsilə nağdlaşdırmasından sonra həmin gün Fərmayıl Verdiyev qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “20 Yanvar” dairəsi yaxınlığında görüşərək Zərərçəkmiş şəxs3 məxsus 2.000 manat məbləğindəki pul vəsaitini aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, həmçinin Zərərçəkmiş şəxs3 04 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "xxxx" MMC-nin Gəncə şəhər şöbəsindən Şahid1 adına köçürdüyü 7.000 manat məbləğində pulu da Fərmayıl Verdiyev həmin gün qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “3-cü mikrorayon dairəsi” yaxınlığında görüşüb sonuncu ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 9.000 (doqquz min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmçinin Fərmayıl Verdiyev və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə cinayətdən xəbərsiz Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs3 təkrarən təhrik etmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onların etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4un və Zərərçəkmiş şəxs3 xeyli miqdarda əmlakını təkrarən ələ keçirmədə ehtiva olunan Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan dələduzluq cinayətini törətməkdə təqsirlilikləri araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapsa da, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəkləri hərəkətlərə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmə, yəni Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlilikləri təsdiq olunmamışdır. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona qarşı Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə elan edilmiş ittihamla, cinayət işinin məhkəməyədək icraatı mərhələsində verdiyi ifadəsindən fərqli olaraq özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, baxılan iş üzrə digər Təqsirləndirilən şəxs2 ilə dostunun vasitəsi ilə tanış olmuş, onun işləmədiyini, fərdi əməklə məğul olduğunu bilmişdir. O, Şahnaza özünün 1-ci qrup əlilliklə bağlı pensiya aldığını dedikdə, sonuncu ona da kömək etməyi xahiş etmiş, lakin o, Şahnaza ona pensiya düşmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində mahiyyət üzrə göstərdi ki, Şahnazla tanışlıqdan bir müddət sonra Şahnaz ona pensiya işi ilə bağlı kömək etmək lazım olduğunu bildirmişdir. O, həmin ərəfələrdə bibisinin pensiyası ilə əlaqədar 4 saylı vərəm dispanserinin qəbul şöbəsinin müdiri Səadət adlı həkimin yanına gedib gəldiyindən o, Şahnaz xanımın ona dediklərini Səadət xanıma bildirmiş, sonuncu da işi həll edə biləcəyini ona demişdir. Lakin o, Şahnaza pensiya düzəldə bilən tanışının olmasını deməmişdir. Şahnaz onun bibisinin pensiya işini düzəltdiyini, Səadət həkimin yanına gedib-gəldiyini, Səadət xanımın əlillik dərəcəsi yazılması üçün forma 88 alıb verdiyini bilmişdir. Bundan sonra Şahnaz şəxslərin vəsiqələrini və pullarını gətirib ona vermiş, o, da öz növbəsində Şahnaz xanımdan aldığı pulları aparıb Səadət xanıma vermişdir. O, Şahnaz xanımla da həmin həkimin yanına getmişdir. Şahnazın özünə pensiya düşmədiyini də Səadət xanımdan soruşub demişdir. Şahnaza sənədi və pulu Səadətə verdiyini, sonuncunun 2 aya sənədləri hazırlayıb verəcəyini demişdir. Səadət xanıma zərər çəkmiş şəxs Pərvinin işinə görə 3200 manat, Elxana görə 2700 manat, Araza görə 2300 manat və Əlibalaya görə 1500 manat pul verilmişdir. Şahnaz iş üçün ona adam gətirdiyinə görə ona faiz verəcəyi barədə aralarında razılaşma olmuşdur. Şahnaz hər qazidən 3500 manat aldığını dediyinə görə o, Şahnaza hər verilən pulun üstündən 300 AZN götürməsini demiş, özünün isə 400 manat götürəcəyini və ya əksinə, 400 manat Şahnazın, 300 manat isə özünün götürəcəyini demişdir. Şahnazın deməsinə görə Zərərçəkmiş şəxs2 2600 manat, Əlibaladan 1800 manat, Pərvindən 3500 pul almış və hər birindən 300 götürdükdən sonra müvafiq olaraq ona 2300 manat, 1500 manat və 3200 manat pul vermişdir. X13 3100 manat aldığını və ondan 400 manat pul götürdüyünü ona demiş, ona isə faktiki 2700 manat pul vermişdir. Bununla da o, Səadət xanıma cəmi 9700 manat pul vermişdir. Şahnazın deməsinə görə o, pulları Bakı şəhərinin “20 yanvar”, “Şamaxinka”, Moskva prospekti adlanan ərazilərində almışdır. O, qazilərin özlərinin heç biri ilə danışmamış, heç kimdən pul almamışdır. İşdə adı şahid olaraq çəkilən İlqar adlı şəxs Şahnazın əmisi olmuş, zərər çəkmiş şəxslər pulları İlqara vermişlər. Təkcə zərər çəkən Elxan Şahnaza pul vermişdir. Onun niyyəti şəxslərin pensiya işini düzəltmək olmuş, özünə ümumilikdə 1500 manat pul götürmüş, qalan pulları Səadat xanıma vermişdir. O, bu işlə bağlı zərər çəkmiş şəxslərlə heç nə danışmamış, bu işlə bağlı yalnız İlqarla danışmışdır. Şahnazın əmisi qardaşı qızının zərər çəkmiş şəxslərdən çox pullar aldığını təsdiq etmişdir. Amma o, əvvəlcə Şahnazın pulların üstündən 200-300 manat götürdüyünü bilmişdir. Onun Şahnazın əmisi ilə gedib görüşməkdə məqsədi onun pulları həkimə verməsini ona bildirmək olmuşdur. Lap sonuncu mərhələdə zərər çəkmiş şəxslərlə bir dəfə görüşmüş, onlara Şahnazın və özünün götürdüyü pullar barədə heç nə danışmamış, ümumi olaraq pulları həkimə verdiyini demişdir. Səadət aldığı pulları verəcəyinə söz verdiyinə görə o, ondan şikayət etməmişdir. İlqarın özünün zərər çəkmiş şəxslərə məxsus pulların üstündən özü üçün götürüb-götürmədiyini o, bilməmişdir. Təqsirləndirilən şəxs1 ifadəsinin davamında göstərdi ki, Şahnaz xanım zərərçəkmiş şəxslərlə bir yerdə dəfələrlə həkimin, yəni Səadət xanımın qəbulunda olmuş və həkim Elxana 2.000 manat qaytarmışdır. Onların Səadətin yanına getməkdə məqsədi verilmiş pulları geri almaq olmuşdur. İbtidai istintaq zamanı həkim Səadət xanımın qazilərdən pul almaması barədə göstərdikləri doğru deyildir. Səadət xanım Elxana 2.000 manat pul qaytarmış və 8.000 manat da qaytaracağını bildirmişdir. Şahnaz ona sonradan zəng edib işlərin alınmadığını bildirmiş, həkimın yanına getdiyini, lakin həkimin onunla aqressiya ilə danışdığını demişdir. 4 nəfər zərərçəkən, Şahnaz və onun əmisi Səadət həkimin yanına getmiş, cəmi 2000 manat Səadətdən pul ala bilmişlər. Onlar baş həkimin də yanına getmimş, sonuncu Səadət xanımın onun işçisi olduğunu, pul almasının mümkün olduğunu, amma o qədər pul almasının mümkünsüz olduğunu bildirmişdir. İbtidai istintaq zamanı Şahnaz xanımın qazilərdən 21.000 manat pul alıb onun 2.000 manatını özünə götürdüyünü, ona isə 9.000 manat pul verdiyini müstəntiqdən eşitmişdir. Müstəntiqin deməsinə görə onların hər ikisi bu işdə eyni dərəcədə təqsirləndirilən şəxslərdilər. Korrupsiya İdarəsində ona “narahat olma, zərərçəkmiş şəxslərin pulları veriləcək” deyilməklə aldadılmış, təqdim olunan kağızları oxumadan imzalamış, amma o özü heç nə yazmamışdır. Ona qarşı verilən ittihamda göstərilən məbləğləri qəbul etmir, o, özgənin əmlakını həmin məbləğdə talamamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Fərmayıl Verdiyevin məhkəmədə verdiyi ifadəsi ilə onun cinayət işinin ibtidai istintaq mərhələsində verdiyi ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs1 tədqiq olunan həmin ifadəsində ona qarşı Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 təxminən 2021-ci ildən şəxsi tanışlıq əsasında tanımışdır. Özünün istifadəsində ***-***-**-** və ***- ***-**-** mobil telefon nömrələri olmuşdur. Dializ xəstəsi olduğundan İ qrup əlilliyə görə əmək pensiyaçısıdır. Təqsirləndirilən şəxs2 onun xəstəliyə görə əmək pensiyası aldığını bilib, ona müraciət edərək əvvəllər əməliyyat olunduğunu və onun da əlilliyə görə əmək pensiyası almaq hüququnun olub-olmaması ilə maraqlanmağı ondan xahiş etmişdir. O, Təqsirləndirilən şəxs2nın xahişi ilə bağlı maraqlanıb, Şahnazın cərrahi əməliyyat olunmasına baxmayaraq, onunla eyni diaqnozlu əməliyyat olunmuş şəxslərə əlilliyə görə əmək pensiyası təyin edilmədiyini bildirmişdir. O, 2010-cu il tarixdən böyrək xəstəsi olmaqla proqramlı dializ aldığından, maddi imkanları çətin olduğundan, himayəsində iki azyaşlı övladı olduğundan maddi gəlir əldə etmək üçün Təqsirləndirilən şəxs2 ilə aralarında yaranmış tanışlıq əsnasında Təqsirləndirilən şəxs2 yalandan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən işləyən vəzifəli şəxs tanışlarının olduğunu və həmin şəxslərlə geniş əlaqələrinin olduğunu bildirib, həmin vəzifəli şəxs olan tanışları vasitəsilə pensiya işlərinin həllində müraciət edəcək şəxslərin işlərini həmin şəxslərin xeyrinə həll edərək maddi qazanc əldə edə biləcəklərini, Şahnazın vasitəsilə həll ediləcək işlərdə onun da maddi gəlir ədə biləcəyini bildirmiş və Şahnaz onunla razılaşmışdır. Təqsirləndirilən şəxs1 tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, Təqsirləndirilən şəxs2 2022-ci ilin fevral ayına olan müddətlərdə əmisi Şahid1lə birlikdə İ Qarabağ Müharibəsində iştirak etmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 əlilliyə görə dayandırılmış əmək pensiyalarının bərpa ediməsini, Zərərçəkmiş şəxs4la Zərərçəkmiş şəxs3 isə əlillik qrup dərəcələrinin təyin edilməsi üçün ona müraciət etdiklərini bildirmiş, o da həmin şəxsləri inandırmaq üçün Təqsirləndirilən şəxs2 həmin şəxslərin tibbi epikrizlərinin və əlillik vəsiqələrinin fotoşəkillərini göndərməsini istəmişdir. Təqsirləndirilən şəxs2 da ona həmin sənədləri göndərdikdən bir müddət sonra onlara Təqsirləndirilən şəxs2 və Şahid1 vasitəsilə həmin vəzifəli şəxs olan tanışlarına onun vasitəsilə rüşvət vermələri müqabilində 1-2 ay ərzində pensiyalarını bərpa etdirəcəyini vəd vermişdir. Lakin ümumi olaraq həmin işin müsbət həllinə görə heç bir vəzifəli şəxsə müraciət etməmiş, onun niyyəti həmin adla onları aldadaraq pullarını ələ keçirmək olmuşdur. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2lə Zərərçəkmiş şəxs1 pensiyalarının bərpa edilməsi üçün hər birinin 4.000 manat pul verməli olduqlarını bildirmişdir. Təqsirləndirilən şəxs2 isə həmin şəxslərlə əmisi Şahid1 vasitəsilə danışmış, 2022-ci ilin fevral ayının əvvəllərinə Zərərçəkmiş şəxs1 3.500 manat, Zərərçəkmiş şəxs2 isə 3.900 manat pul almış, “Memar Əcəmi” və “20 Yanvar” metrostansiyalarının yaxınlığında Şahnazla görüşmüş və sonuncu həmin pulları orada ona vermişdir. O da Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus həmin puldan bir qismini Təqsirləndirilən şəxs2 maddi qazanc olaraq vermişdir. Təqsirləndirilən şəxs1 tədqiq olunan həmin ifadəsinin davamında daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs2 2022-ci ilin fevral ayının ortalarına Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 da əlillik qrup dərəcələrinin təyin edilməsi üçün ona müraciət etmiş, Təqsirləndirilən şəxs2 vasitəsilə onlara Zərərçəkmiş şəxs3 9.000 manat, Zərərçəkmiş şəxs4 isə 7.000 manat pul verməsi müqabilində onlara əlillik qrup dərəcələri təyin etdirə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 aldığı 9.000 manat, Zərərçəkmiş şəxs4 isə aldığı 7.000 manat pulu “Memar Əcəmi” və ya “20 Yanvar” metrostansiyası yaxınlığında görüşüb ona vermişdir. O, həmin işlərin həlli üçün ümumilikdə Təqsirləndirilən şəxs2 aldığı 23.400 manat puldan 2.400 manat pulu Təqsirləndirilən şəxs2 vermiş, qalan pulları isə tibbi müalicəsinə və digər maddi tələblərinə xərcləmişdir. 2022-ci ilin oktyabr-noyabr ayında isə Təqsirləndirilən şəxs2 ona həmin şəxslərə vəd verdiyi müddət ərzində işlərinin həll olunmadığını görüb, həmin şəxslərin pullarını geri istədiklərini bildirmişdir. Bundan sonra o, Şahid1, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3la birlikdə “Ulduz” metrostansiyasının yaxınlığında görüşüb Təqsirləndirilən şəxs2 onlardan aldığı ümumilikdə 23.400 manat puldan 2.400 manatı Şahnazın qazanc olaraq özünə götürdüyünü, qalan 21.000 manat pulu isə ona verdiyini etiraf etmişdir (iş vərəqə: 270- 273). İfadələri arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən təqsirləndirilən şəxs Fərmayıl Verdiyev göstərdi ki, o, cinayət işinin ibtidai istintaqı zamanı verilmiş və hazırda tədqiq olunan ifadədə yazılanları müstəntiqə deməmişdir. O, müstəntiqə pulun nə qədər verildiyini bildirəndə, müstəntiq Ramil ona vaxtının olmadığını bildirmiş, ikisinin də eyni təqsirə malik olduqlarını demişdir. Onun ilk verdiyi ifadə tam başqa olmuş, ikinciyə isə imza edərkən ifadəni oxumadan imzalamışdır. O, cəmi 9700 manat pul almış, həmin pullardan 1500 manat özünə qalmışdır ki, buna görə də özünü təqsirli bilmişdir. Şahnaz «20 yanvar» ərazisində Zərərçəkmiş şəxs3 9.000 manat, Elxan Osmanovun isə 7.000 manat pullarını ona verməmişdir. Dövlət ittihamçısı - təqsirləndirilən şəxs Fərmayıl Verdiyev: -mən şikayət etmişəm bu xanımdan, şikayəti geri götürməmişəm. Mən bir çox sənədlərə qol çəkmişəm, amma bilmirəm nə idi. Sədrlik edən - təqsirləndirilən şəxs Fərmayıl Verdiyev: -mən o ərizəni yazmamışam, deyiblər qol çək, mən də qol çəkmişəm.
Sədrlik edən - təqsirləndirilən şəx Fərmayıl Verdiyev: -xeyr, mən 24 min yazmamışam, o qədər almışam ki, onu da yazım?
Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona qarşı Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilsə də, cinayət işinin məhkəməyədək icraatı mərhələsində verdiyi ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq edib göstərdi ki, 2022-ci ilin yanvar ayından 2022-ci ilin avqust ayınadək təqribən 8 ay müddətində “Tiyanşi” dərman firmasında satış mütəxəssisi olaraq işləmiş, 2022-ci ilin avqust ayında işdən çıxmış, heç harda işləməmişdir. Təqsirləndirilən şəxs1lə təxminən 2021-ci ildə tanış olmuşdur. Belə ki, dəqiq xatırlamadığı tarixlərin birində taksi ilə gedərkən avtomobildə pensiyaların kəsilməsi ilə bağlı söhbət düşmüş, Vüsal adlı taksi şoferinin söhbətindən onun Təqsirləndirilən şəxs1 adlı tanışının olmasını, Fərmayilın xəstəliyi ilə əlaqədar pensiya almasını, Fərmayılın pensiya işi ilə məşğul olduğunu, həkim vasitəsilə onun qaynatasının pensiyasını, özünün həyat yoldaşını xəstəxanada işə düzəltdiyini, əhatələrində olan adamların pensiyalarını düzəltməsini təsadüfən eşitmiş və özünün ginekoloji əməliyyat keçirməsi ilə əlaqədar Təqsirləndirilən şəxs1 məsləhət alması üçün xahiş edib sonuncunun mobil telefon nömrəsini götürmüşdür. Sonra özünün istifadəsində olan ***-***-**-** telefon nömrəsindən Fərmayilın ***-***-**-** mobil nömrəsinə zəng edərək ona cərrahi əməliyyat olunduğunu, həmin diaqnozla əlillik qrup dərəcəsi ala bilib-bilməyəcəyini soruşmuşdur. Fərmayil isə ona həmin diaqnozla əmək pensiyası almasının mümkün olmadığını bildirmişdir. Bundan sonra bir müddət Fərmayillə əlaqə saxlamamışdır. Təqsirləndirilən şəxs2 ifadəsinin davamında göstərdi ki, 2021-ci ilin dekabr ayında mərhum əmisi X19 rayonunun Dondar-Quşçu kəndində keçirilən yas mərasimində iştirak edərkən «İ Qarabağ müharibəsi» iştirakçısı olmuş digər əmisi Şahid1lə söhbət əsnasında əmisi İlqar əlilliyə görə əmək pensiyasının dayandırıldığını bildirmişdir. O, Təqsirləndirilən şəxs1 nəzərdə tutub, da əmisi Şahid1 yüksək vəzifədə işləyən şəxslərlə ortaq tanışının olmasını, həmin şəxsin pensiya işlərinin həllində fəal iştirak etdiyini, həmin şəxsin pensiya işləri ilə bağlı müraciət edəcək şəxslərin xeyrinə işlər görmək imkanında olduğunu bildirmişdir. 2022-ci ilin fevral ayında əmisi Şahid1 ona zəng edib İ Qarabağ müharibəsində onunla birgə iştirak etmiş Zərərçəkmiş şəxs1 adlı tanışının olmasını, onun da pensiyasının dayandırıldığını bildirib, onun da pensiya işi ilə maraqlanmasını xahiş etmişdir. Bundan sonra o, Fərmayılla danışmış, əmisinin xahişini ona demiş və sonuncunun istəyi ilə o, əmisindən Zərərçəkmiş şəxs1 tibbi sənədlərinin və vəsiqəsinin fotoşəkilini göndərməsini xahiş etmişdir. Əmisi İlqar “WhatsApp” proqramı vasitəsilə Zərərçəkmiş şəxs1 fotoşəkillərini ona, o da öz növbəsində Fərmayilə göndərmişdir. Fərmayıl 4.000 manat pul istəmiş, vəzifəli adamlarına verib şəxsin əmək pensiyasını bərpa etdirəcəyini bildirmişdir. O, bunu əmisinə dedikdə, sonuncu ona Zərərçəkmiş şəxs1 maddi imkanının zəif olduğunu demiş, ancaq 3.500 manat verə biləcəyini bildirmiş və razılaşmışlar. Bir neçə gün sonra əmisi Şahid1 ona zəng edib Zərərçəkmiş şəxs1 3.500 manat pulu götürdüyünü bildirmiş və həmin gün əmisiylə “20 Yanvar” dairəsi yaxınlığında təklikdə görüşərək Zərərçəkmiş şəxs1 məxsus 3.500 manat pulu ondan götürmüşdür. Elə həmin gün də “20 Yanvar” dairəsi yaxınlığında Təqsirləndirilən şəxs1lə təklikdə görüşərək pulun hamısını Fərmayilə vermiş, əvvəlcədən əldə etdikləri razılıq əsasında da Fərmayil 3.500 manat pulun 300 manatını zəhmət haqqı olaraq ona vermiş, pulun qalan hissəsini isə özüylə götürmüşdür. Əlibabanın pulunun üstündən əmisi pul götürməmişdir. Fərmayıl bunu onun vasitəsi ilə əmisinə desə də, əmisi «onlarin qanı mənim üstümdən keçib, götürə bilmərəm» cavabını vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdi ki, 2022-ci ilin fevral ayında əmisi Şahid1 təkrarən ona zəng edib «İ Qarabağ müharibəsi» iştirakçılarından X20 Camalovun da pensiya işlərinin həll olunmasında köməklik göstərməsini xahiş etmişdir. 2022-ci ilin fevral ayının əvvəllərinə Şahid1 ona Zərərçəkmiş şəxs2 tibbi sənədlərini göndərib əvvəlllər əlilliyə görə əmək pensiyası aldığını, lakin son zamanlar pensiyasının dayandırıldığını bildirmimş, həmin işin həllində ona köməklik göstərə bilib-bilməyəcəyini soruşmuşdur. O, bu məsələ ilə bağı yenə Fərmayillə danışmış, sonuncu 4.000 manat pul müqabilində işi həll edəcəyini bildirmişdir. O da əmisi İlqara Fərmayilin dediklərini çatdırmışdır. Bir-iki gün sonra əmisi ona zəng edib, Zərərçəkmiş şəxs2 3.900 manat pul verə biləcəyini bildirmiş və bir neçə gün sonra əmisi Şahid1 Zərərçəkmiş şəxs2 məxsus 3.900 manat pulu Bakı şəhərində, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında təklikdə görüşüb ona vermişdir. O da elə həmin gün göstərilən ünvanda Fərmayillə görüşüb Zərərçəkmiş şəxs2 Şahid1 vasitəsilə göndərdiyi pulu bütövlükdə Fərmayilə vermişdir. Bundan sonra Fərmayil həmin pulun 500 manatını ona vermiş, qalan 3.400 manat pulu isə özü ilə götürmüş, bir hissəsini vəzifəli şəxs olan tanışına verəcəyini, bir hissəsini isə maddi qazanc olaraq özünə götürəcəyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 ifadəsində göstərdi ki, 2022-ci ilin fevral ayının ortalarında əmisi Şahid1 yenə də onunla əlaqə saxlamış, zərər çəkmiş Zərərçəkmiş şəxs4 da tibbi sənədlərini ona göndərmiş, o da öz növbəsində həmin sənədləri Fərmayilə göndərmişdir. Fərmayil Zərərçəkmiş şəxs4 işinin həlli üçün 7.000 manat pul istəmiş, o da bunu əmisi Şahid1 çatdırmışdır. Bir müddət sonra əmisi Şahid1 ona zəng edib Zərərçəkmiş şəxs4la danışdığını demiş, Zərərçəkmiş şəxs4 onların təklifi ilə razılaşdığını bildirmişdir. Razılaşmadan sonra 2022-ci ilin fevral ayının ortalarına o, Bakı şəhərində, “Memar Əcəmi” metrostansiyası yaxınlığında əmisi Şahid1 və zərər çəkmiş Zərərçəkmiş şəxs4la görüşmüş, Zərərçəkmiş şəxs4 avtomobilinə əyləşdikdən sonra Zərərçəkmiş şəxs4 cibindən çıxardığı 7.000 manat pulu sayıb ona vermişdir. O da həmin pulları sayaraq qəbul etmiş və elə həmin gün “Memar Əcəmi” metrostansiyası yaxınlığında Təqsirləndirilən şəxs1lə təklikdə görüşüb Zərərçəkmiş şəxs4 məxsus 7.000 manat pulu Fərmayilə vermişdir. Fərmayil də əvvəlcədən əldə etdikləri razılıq əsasında həmin pulun 600 manatını gördükləri iş müqabilində maddi qazanc olaraq ona vermiş, 6.400 manat pulu isə özü ilə götürüb getmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 ifadəsində göstərdi ki, 2022-ci ilin fevral ayının sonlarına yaxın əmisi İlqar yenə də ona zəng etmiş, bu dəfə ona Zərərçəkmiş şəxs4 baldızının oğlu Zərərçəkmiş şəxs3 da “Vətən müharibəsi” iştirakçısı olduğunu, ordu sıralarından zabit kimi ehtiyata buraxıldığını, onun da əlilliyə görə əmək pensiyası almaq istədiyini deyib, köməklik göstərə bilib-bilməyəcəyini soruşmuşdur. O, Fərmayillə danışdıqdan sonra sonuncu 9.000 manat pul müqabilində ona da pensiya təyin etdirə biləcəyini bildirdiyindən, o da bunu İlqara demişdir. 1-2 gün sonra İlqar ona zəng edib, Pərvinlə danışdığını və Pərvinin buna razı olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs3 Şəmkir rayonunda yaşadığı üçün o, Pərvinin pulu kart və ya poçt vasitəsilə göndərməsini əmisinə təklif etmiş və özünə məxsus “**********935693” seriya nömrəli, "xxxx" banka məxsus şəxsi hesab kartının fotoşəkilini və bankın adı göstərilmiş fotoşəkili əmisinin vasitəsilə Zərərçəkmiş şəxs3 göndərmişdir. Bundan sonra Zərərçəkmiş şəxs3 28 fevral 2022-ci il tarixdə “Milli-Ön” aparatı vasitəsilə onun kart hesabına 2.000 manat pul köçürmüş, o da 01 mart 2022-ci il tarixdə "xxxx" bankın 3-cü mkr. dairəsi yaxınlığında yerləşən filialının bankomatından pulu nağdlaşdıraraq elə həmin gün “20 Yanvar” dairəsi yaxınlığında Təqsirləndirilən şəxs1lə təklikdə görüşüb ona vermişdir. Fərmayil də həmin pulun 400 manatını ona vermişdir. Bundan sonra razılaşmaları əsasında Zərərçəkmiş şəxs3 04 mart 2022-ci il tarixdə qalan 7.000 manat pulu poçt vasitəsilə Şahid1 adına göndərmiş, İlqar da həmin gün poçtdan 7.000 manat pulu nağdlaşdıraraq Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “3-cü mikrorayon dairəsi” yaxınlığında onunla təklikdə görüşərək 7.000 manat pulu ona vermişdir. O da həmin gün “3-cü mikrorayon dairəsi” yaxınlığında Təqsirləndirilən şəxs1lə təklikdə görüşüb pulu ona vermişdir. Fərmayil isə 7.000 manat puldan ona zəhməthaqqı olaraq 600 manat pul vermişdir. Ümumilikdə Zərərçəkmiş şəxs3 verdiyi 9.000 manat puldan onun 1.000 manat xeyri olmuşdur. Ümumilikdə isə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 alıb Təqsirləndirilən şəxs1 verdiyi 23.400 manat puldan o, 2.400 manat qazanc əldə etmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 ifadəsində göstərdi ki, zərər çəkmiş şəxslərin pensiya işləri ilə bağlı Şahid1 ümumiyyətlə marağı və maddi gəliri olmamışdır. O, Şahid1 gördüyü iş müqabilində həmin pullardan 100 manatı öz xeyrinə götürməsini təklif etsə də, İlqar onun təklifi ilə razılaşmamış, həmin işlərdə hər hansı maddi qazanc götürməyəcəyini bildirmişdir. O, özü bu işdə, əsl həqiqətdə təqsirləndirilən deyil, aldanmış zərər çəkmiş şəxsdir. Belə ki, o, Fərmayıl Verdiyevin verdiyi sözlərə aldanmışdır. O, qazi zərər çəkmişlərin pulundan özbaşına heç nə götürməmiş, yuxarıda qeyd etdiyi pulları ona Fərmayıl vermiş, deməsinə görə ona hörmət etməsini Fərmayıla həkim tapşırmış, “xanıma hörmət elə, bizə iş gətirir” ifadəsini işlətmişdir. Fərmayıl qazilərin pensiya işinin 1 ay yarıma, 2 aya düzələcəyini ona demiş, əlaqə saxladıqda «həkim deyir düzəlir» kimi bir cavab vermişdir. 2 ayın sonunda Fərmayıla zəng etmiş, lakin ona zəng çatmamışdır. Fərmayılın evini təxmini soruşu-soruşa gedib tapmış, Fərmayili soruşmuş, evdən Fərmayılın evə gəlmədiyini bildirmişlər. O, gəlişinin səbəbini bildirdikdə, onun ailə üzvləri təəccüblə Fərmayilin iş düzəltməsindən xəbərsiz olduqlarını bildirmiş, lakin Fərmayılın həyat yoldaşı anasının qohumları üçün də iş düzəltdiyini demiş, Fərmayilin anası isə oğlunun o işlərlə məşğul olmadığını qeyd etmişdir. Fərmayılın atası ona “Fərmayil o puldan evə heç nə gətirməyib, get nə istəyirsən elə” cavabını vermişdir. O, Fərmayılın blokunun ağzında dayanmış, 7 ay Fərmayılı küçələrdə axtarmışdır. Bu müddət ərzində zərərçəkənlər bir tərəfdən, əmisi İlqar da bir tərəfdən soruşmuş, o da Fərmayili axtardığını demişdir. Hər gün gedib Fərmayılın evində dava çıxarmış, axırda Fərmayılı tapmışdır. Fərmayılın evinə tək getməməsi üçün əmisi İlqarla birlikdə getmiş, əmisini Fərmayilla görüşdürmüşdür. Amma plları verməzdən qabaq əmisi Fərmayilla görüşməmiş, yalnız telefonla danışmışdır. Fərmayıl heç kimə pensiya düzəltməmiş, onun smsləri saxta olmuşudr. Bildiyi qədər Fərmayıl evlərində gizlədilmişdir. Atasının deməsinə görə Fərmayıl onun da evdəki kartından pul çıxarmış, Fərmayılın hərəkətlərindən bezmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdi ki, bir dəfə Fərmayıl ona zəng edib, “həkimin yanındayam, həkim deyir birdən mənim adımı çəkərlər, adımı çəkməsinlər» demişdir. Həmin vaxt Fərmayılın yanında qadın səsi gəlmiş, lakin o, qadın səsinin həkimə aid olub-olmamasını bilməmişdir. Fərmayılı evdə tapanda atası onu DİNnin 102 xidməti ilə hədələmiş, 102-yə zəng edib, onun evinə basqın etdiyini deyəcəyini bildirmişdir. Bundan sonra əmisinə zəng etmiş, əmisi Fərmayılı qılığlayıb həkimin adını öyrənməyi ona tapşırmışdır. Fərmayildan həkimin adını soruşmuş, sonuncu “Səadət xanım” olduğunu bildirmişdir. Zərərçəkmiş şəxslər, Fərmayil, Fərmayilin bir dostu, əmisi İlqar və o, həkimin yanına getmişlər. Həkimin iş yeri Bakı şəhərində «Qara Qarayev» adlanan ərazidə yerləşən Ağ ciyər xəstəlikləri xəstəxanası olmuşdur. Həkim Fərmayılin ona pul vermədiyini bildirdikdə, Fərmayil subutları oluduğunu bildirmiş, lakin hansı sübutları olmasını deməmişdir. Həkim onun yanında kiməsə pul qaytarmamışdır. Zərərçəkmiş şəxslərin Fərmayillə onun iştirakı olmadan həkimin yanına getmələrini, həkimlə söhbət etmələrini, həkimin zərərçəkmiş Elxana 2000 manat pul qaytardığını Korrupsiya İdarəsində Fərmayildən esitmişdir. Təqsirləndirilən şəxs2 ifadəsinin yekununda göstərdi ki, pensiya ilə əlaqədar ona verilmiş pulları heç evə getmədən aparıb bütövlükdə Fərmayila vermiş, pulların üstündən heç bir məbləğdə götürməmişdir. Fərmayil özü həmin pulların üstündən götürüb ona pul vermişdir. Fərmayilin pulların üstündən mənə verdiyi cəmi 2400 manat pulu xırda-xırda zərər çəkmiş şəxslərə geri qaytarmışdır. 2400 manat həmin puldan bir qədər Elxan əminin kartına vurmuş, qalan pulları əmisinə vermiş, əmisi aparıb Araza vermişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 cinayət işinin ibtidai istintaqı mərhələsində verdiyi ifadəsini bir daha təsdiq edib göstərdi ki, İ Qarabağ müharibəsi veteranıdır, xx.xx.1992-ci il və 1993-cü il tarixlərdə kontuziya və güllə yaralanması xəsarətlərini almış, həmin müddətlərdə Bərdə rayon xəstəxanasında, daha sonra da Müdafiə Nazirliyinin 230 nömrəli hərbi hospitalında stasionar müalicədə olmuş, buna görə də, 01 iyul 2016-cı il tarixdən 01 iyul 2021-ci il tarixədək İİ qrup əlilliyə görə 350 manat prezident təqaüdü, 500 manat da əlilliyə görə olmaqla aylıq 850 manat pensiya almışdır. Lakin 2021-ci ilin iyul ayında ona təyin edilmiş 5 illik əmək pensiyası müddəti başa çatdığından təkrar olaraq tibbi sənədlərini toplayıb təkrar komissiyadan keçməli olmuş, lakin arvadı onkoloji xəstə olduğundan və onun himayəsində olduğundan, sonradan təkrar komissiyaya gedə bilməmiş, tibbi sənədlərini təkrar toplamağa imkanı olmamışdır. Zərər çəkmiş Zərərçəkmiş şəxs1 ifadəsinin davamında göstərdi ki, 2022-ci ilin yanvar-fevral aylarında onunla birlikdə İ Qarabağ müharibəsində iştirak etmiş həmyerlisi Şahid1 “WhatsApp” qrupunda olarkən söhbət əsnasında qardaşı qızı Təqsirləndirilən şəxs2 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və Tibbi-Sosial Ekspertiza Komissiyasında işləyən vəzifəli tanışlarının olması barədə dedikdə, o, sonrakı danışıqlarının birində Şahid1 qardaşı qızı Təqsirləndirilən şəxs2 onun pensiyasının bərpa edilməsində köməklik göstərmək imkanında olub-olmamasını soruşmasını xahiş etmişdir. Bir neçə gün sonra Şahid1 istəyi ilə o, özünün şəxsiyyət vəsiqəsinin və əlillik vəsiqəsinin fotoşəkilini çəkib “WhatsApp” vasitəsilə Şahid1 göndərmişdir. İlqarın deməsinə görə bunu qardaşı qızı Təqsirləndirilən şəxs2 istəmişdir. Bir neçə gün sonra isə Şahid1 özünün istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə “WhatsApp” vasitəsilə onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edib qardaşı qızı Təqsirləndirilən şəxs2 4.000 manat pul istədiyini, onun vəzifəli tanışının həmin pulu rüşvət verməklə onun pensiyasını bərpa etdirəcəyinə razılıq verdiyini bildirmişdir. Lakin o, maddi imkanının zəif olduğuna görə, 3.500 manat pul verəcəyini təklif etmiş, Şahnaz da onun təklifi ilə razılaşmışdır. Odur ki, o, borc olaraq topladığı 3.500 manat pulu 05 fevral 2022-ci il tarixdə Bakıda Şahid1lə görüşüb ona verməsi üçün oğlu X7 göndərmişdir. O, oğluna həmin pulu hansı məqsədlə İlqara göndərməsi barədə məlumat verməmişdir. Saxlanılan əlaqə nəticəsində Şahid1 05 fevral 2022-ci il tarixdə oğlu Amal Mehdiyevin “Sədərək” ticarət mərkəzinin (TM) yaxınlığında avtomobil ustası işlədiyi “Ford Servisə” gedib oğlu Amal Mehdiyevlə görüşmüş və onun göndərdiyi 3.500 manat pulu götürmüşdür. Zərər çəkmiş Zərərçəkmiş şəxs1 ifadəsinin davamında daha sonra göstərdi ki, Elə həmin ərəfələrdə onların digər döyüş yoldaşları, baxılan iş üzrə digər zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və sonuncunun baldızı oğlu Zərərçəkmiş şəxs3 da Şahid1 vasitəsilə Təqsirləndirilən şəxs2 pensiya işlərinin həll edilməsində köməklik göstərməsi ilə maraqlanmış, Təqsirləndirilən şəxs2 da, eynilə ona verilən vədlər kimi, əmisi Şahid1 vasitəsilə onların da pensiya işlərini həll edəcəyinə vəd vermiş və buna görə də Zərərçəkmiş şəxs2 3.900 manat, Zərərçəkmiş şəxs4 7.000 manat, Zərərçəkmiş şəxs3 isə 9.000 manat pul almışdır. O, Təqsirləndirilən şəxs2 Şahid1 vasitəsilə 3.500 manat pul göndərməsinə baxmayaraq hər hansı tibb müəssisəsinə getməmiş, hər hansı xəstəxanada qeydiyyata alınmamışdır. Odur ki, Təqsirləndirilən şəxs2 onları aldatdığını başa düşüb, 2022-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs2 pullarını geri istəməyə başlamışdır. Həmin vaxt Şahnaz onlardan aldığı pulları Təqsirləndirilən şəxs1 adlı şəxsə verdiyini bildirmişdir. Həmin ərəfələrdə onlar ilk dəfə Bakı şəhərində, “Ulduz” metrostansiyasının yaxınlığında yerləşən çayxanaların birində Təqsirləndirilən şəxs1lə görüşmüş, Təqsirləndirilən şəxs2 onlara məxsus həmin pulları ona verdiyini, onun özünün də həmin pullar qarşılığında Təqsirləndirilən şəxs2 ümumilikdə 2.400 manat pul verdiyini etiraf etmişdir. O, Fərmayılı və Şahnazı tanımamış, pulu İlqara vermişdir. O, pulu verərkən işinin alınmayacağından ehtiyyat etmiş, lakin İlqar alınmayacağı təqdirdə özünün evini satıb onun pulunu verəcəyini bildirmişdir. Bundan başqa, İlqar həkim olmasını bildirdiyi şəxslə danışmış, sonra həmin şəxsin səsini onlara atmışdır. Həkim kimi bildikləri şəxs kişi olmuş, Şəki ləhcəsi ilə danışmışdır. Həkim səsində harasa komissiyaya getdiklərini, vəziyyətin pis olduğunu, onların məsələsinin 3, 5 günə düzələcəyini bildirmiş, gözləməyi məsləhət görmüşdür. O, bu məsələ ilə bağlı Fərmayillə yalnız bir dəfə vərəm dispanserində görüşmüş, o, pulu aldığını etiraf etmiş, lakin nə qədər pul aldığını deməmişdir. Fərmayil və İlqar pulun vərəm xəstəxanasında həkimə verildiyini bildirmişlər. Zərərçəkmiş olaraq hamısı Vərəm dispanserinə getmiş, onların bəziləri həkimlə görüşmüş, lakin o, həkimin qəbuluna girməmişdir. Həmin vaxt Şahnaz da orda olmamış, Fərmayıl da içəri həkimin yanına girməmişdir. Həkimlə görüşənlərin ona deməsinə görə həkim Fərmayilin onlara şər atdığını bildirmişdir. Həkimin yanında olanların deməsinə görə həkim bu işdə əlinin olmadığını bildirmiş, lakin onların qazi olmalarını nəzərə alıb, onlara 2000 manat pul vermişdir. Sonra Elxan ona 700 manati pul vermiş, həmin pulun Şahnazla həkimin verdiyi puldan olduğunu bildirmişdir. Onav vurulan maddi zərər ödənilmədiyindən pulunu tələb edir və bununda bağlı mülki iddia hazırlayıb verməyi nəzərədə tutmuşdur. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 cinayət işinin ibtidai istintaqı zamanı işin halları ilə bağlı verdiyi ifadələrini bir daha təsdiq edib göstərdi ki, o, «İ Qarabağ müharibəsi» veteranıdır, 03 iyul 1992-ci ildə Ağdərə rayonu ərazisində gedən döyüşlərdə artilleriya atəşi nəticəsində qəlpə yaralanması xəsarəti almış, 230 nömrəli hərbi hospitalda stasionar müalicədə olmuş, 1992-ci il tarixdən 2016-cı il tarixədək İİİ qrup, 2016-cı il tarixdən 2021-ci il tarixədək isə İİ qrup əlilliyə görə əmək pensiyası almışdır. 2021-ci il tarixdən isə 5 illik pensiya müddəti başa çatdığı üçün pensiyası dayandırılmışdır. 2022-ci ilin yanvar-fevral aylarında onunla birlikdə «İ Qarabağ müharibəsi»ndə iştirak etmiş tanışı Şahid1 “WhatsApp” qrupunda söhbət əsnasında Təqsirləndirilən şəxs2 adlı qardaşı qızının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və Tibbi-Sosial Ekspertiza Komissiyasında işləyən vəzifəli tanışlarının olduğunu bildirmiş, onların pensiaları ilə bağlı məsələnin həllində onlara kömək edə biləcəyini demişdir. Odur ki, o da Əlibaba kimi Şahid1 dayandırılmış pensiyasının bərpa olunması ilə bağlı qardaşı qızı Təqsirləndirilən şəxs2 ilə danışmağı xahiş etmişdir. Razılıq əldə olunduqdan sonra o, özünə məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə “WhatsApp” vasitəsilə əlillik vəsiqəsinin və digər sənədlərinin fotoşəkilini Şahid1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə göndərmişdir. Şahid1 də Təqsirləndirilən şəxs2 ilə danışdıqdan sonra sonuncunun vəzifəli şəxslərə verəcəyi 4.000 manat rüşvət müqabilində onun pensiyasını bərpa etdirəcəyini vəd verdiyini bildirmişdir. O, 3.900 manat pul verəcəyi ilə razılaşmış və 2022-ci ilin fevral ayında Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşən “Balıq Evi” restoranında Zərərçəkmiş şəxs4 yanında Şahid1lə görüşmüş və Təqsirləndirilən şəxs2 verməsi üçün ona 3.900 manat pul vermişdir. Ondan başqa, həmin ərəfədə tanışlarından Zərərçəkmiş şəxs4 7.000 manat, Zərərçəkmiş şəxs1 3.500 manat və Zərərçəkmiş şəxs3 9.000 manat pulu Şahnaza çatdırması üçün İlqara vermişlər. Zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsinin davamında göstərdi ki, bir müddət sonra onlar Təqsirləndirilən şəxs2 və ya onun vəzifəli şəxsinin verdiyi vədlər üzrə hər hansı hərəkət etmədiklərini, onları hər hansı tibb müəssisəsinə göndərmədiklərini görüb Təqsirləndirilən şəxs2 verdikləri pulları 2022-ci ilin təxminən oktyabr ayında geri istəmişlər. İşilərin taleyi ilə maraqlandıqda İlqar Elxana həkim olduğunu bildirdiyi kişi səsi atmış, səs Şəki ləhcəsi ilə danışmış, lakin ad çəkməmişdir. Həkim olmasını dediyi şəxs ezamiyyətdə olduğunu, işlərinin alınacağını bildirmişdir. İlqarın deməsinə görə həkim əlillərin bərpa mərkəzində işləmişdir. Elxan da İlqarın atdığı səsi ona və digər zərər çəkmiş şəçxslərə göndərmişdir. Pulları Təqsirləndirilən şəxs2 geri istədikdə sonuncu həmin pulları Təqsirləndirilən şəxs1 adlı şəxsə verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsinin davamında daha sonra göstərdi ki, bununla bağlı onlar Bakı şəhərində «Ulduz» metrostansiyasının yanında görüş təyin etmiş, Fərmayil da orda olmuşdur. Təqsirləndirilən şəxs1 onlarla görüşmüş, Təqsirləndirilən şəxs2 həmin pulların hamısını ona verdiyini, onun da həmin pullar qarşılığında Təqsirləndirilən şəxs2 ümumilikdə 2.400 manat pul verdiyini etiraf etmiş, ona verilən pulları həkimə verdiyini bildirmiş, lakin pulun məbləği barədə orada söhbət olmamışdır. Görüşdə Elxan, Əlibaba, Şahnaz, Fərmayil, taksi sürücüsü Vüsal və o özü olmuşlar. Fərmayillə «Ulduz» metrostansiyasının yanında 3-4 dəfə görüşmüşlər. Onlar yığışıb həkimin yanına getmiş, lakin Fərmayıl içəri həkimin yanına getməmişdir. Həmin vaxt həkim Fərmayildən pul almadığını bildirmişdir. İkinci dəfə həkimin yanına gedəndə isə Fərmayıl həkimin üzünə durmuş, lakin həkim yenə də Fərmayildən pul almadığını bildirmişdir. Sonra baş həkim adlarının hallandırılmaması müqabilində 2000 manat elə həmin vaxt, 6000 manat isə sonra verəcəklərini bildirmiş, «qalan bizlik deyil» demişdir. Həmin vaxt 2000 manat onlara pul verilmiş, həmin pulu aralarında bölmüşlər. Sonra isə pulun qalan hissəsini verməkdən imtina etmişlər. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsinin sonunda göstərdi ki, sonralar isə İlqar ona 1900 manat pul vermiş, həmin pulu Şahnazdan aldığını, Şahnaza çatmış pul olduğunu bildirmişdir. Həmin 1900 manat pul dörd zərər çəkmiş şəxs arasında bölünmüşdür. Sonra isə Elxanın kartına 500 manat pul göndərilmiş və bununla da Şahnaza, sonuncunun özünün deməsinə görə, çatmış 2400 manat onlara qaytarılmışdır. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 cinayət işinin ibtidai istintaqı zamanı işin halları ilə bağlı verdiyi ifadələrini bir daha təsdiq edib göstərdi ki, o, «İ Qarabağ müharibəsi» veteranıdır, 1992-ci ilin aprel ayında Tərtər rayonunun Şıxarx qəsəbəsi istiqamətində gedən döyüşlərdə güllə yaralanması xəsarəti alaraq Müdafiə Nazirliyinin 230 nömrəli hərbi hospitalında stasionar müalicə almışdır. Şahid1 ilə həm müharibə iştirakçısı və həmyerli kimi yaxın münasibətləri olmuşdur. Müharibədə yaralandığı üçün İlqar İİ qrup əlillik dərəcəsinə görə pensiya almış, lakin 2021-ci ildə ona 5 il müddətinə təyin edilmiş əlillik qrup dərəcəsinin müddəti başa çatdıqdan sonra pensiyası dayandırılmışdır. Deməsinə görə sonradan pensiyasını 4000 manat pul verməklə bərpa etdirmişdir. Lakin o, mən pensiya almaq üçün heç yerə müraciət etməmişdir. “WhatsApp” qrupunda söhbət əsnasında Təqsirləndirilən şəxs2 adlı qardaşı qızının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və Tibbi-Sosial Ekspertiza Komissiyasında işləyən vəzifəli tanışlarının olduğunu bildirmiş, ona pensiya təyini ilə bağlı məsələnin həllində kömək edə biləcəyini demişdir. İlqarın deməsinə görə qardaşının qızı VTEK-də işləmiş, orada komüpertdə oturmuşdur. Odur ki, o da digər zərərçəkmişlər kimi Şahid1 dayandırılmış pensiyasının bərpa olunması ilə bağlı qardaşı qızı Təqsirləndirilən şəxs2 ilə danışmağı xahiş etmişdir. Razılıq əldə olunduqdan sonra o, özünə məxsus ***-***-**-** mobil telefon nömrəsindən “WhatsApp” vasitəsilə veteranlıq epikrizinin, yəni yaralanmasını təsdiq edən sənədin fotoşəkilini Şahid1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə göndərmişdir. İlqar daha sonra onunla danışarkən Təqsirləndirilən şəxs2 və vəzifəli şəxslər olan tanışlarının onun sənədlərinə baxdıqlarını, 7.000 manat pul verməsi müqabilində ona müddətsiz İİ qrup əlillik dərəcəsi təyin etdirə biləcəklərini bildirmişdir. O, təkliflə razılaşmış və 2022-ci ilin fevral ayının ortalarına olan müddətlərdə özünə məxsus “SUBARU” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şahid1lə əvvəlcədən danışıb görüş təyin etdikləri “Memar Əcəmi” metrostansiyası yaxınlığına getmiş, Şahid1lə Təqsirləndirilən şəxs2 da oraya gəlib onun avtomobilinə əyləşdikdən sonra söhbət əsnasında Təqsirləndirilən şəxs2 özü də ona vəzifəli şəxslər olan tanışlarına onun vasitəsilə 7.000 manat pulu verdikdən sonra ona müddətsiz İİ qrup əlillik dərəcəsini təyin etdirəcəyini vəd vermiş, o da orada 7.000 manat pulu sayıb Təqsirləndirilən şəxs2 vermişdir. Bundan başqa o, zərər çəkmiş Zərərçəkmiş şəxs1 “Balıq Evi” restoranında pensiya işinə görə Təqsirləndirilən şəxs2 çatdırması üçün Şahid1 3.500 manat, həmçinin onun baldızı oğlu, zərər çəkmiş Zərərçəkmiş şəxs3 Şahid1lə eyni məqsədlə 9.000 manat pul verməsinin şahidi olmuşdur. Pərvin 2.000 manat pulu Təqsirləndirilən şəxs2 kart hesabına, 7.000 manat pulu isə Təqsirləndirilən şəxs2 çatdırması üçün "xxxx" MMC vasitəsilə Şahid1 adına göndərmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsinin davamında göstərdi ki, bir müddət sonra onların pensiya işi ilə bağlı bir irəliləyiş olmadığından şübhələnib pullarını geri istədikdə 2022-ci ilin təxminən oktyabr-noyabr aylarında Təqsirləndirilən şəxs2 pulları Təqsirləndirilən şəxs1 adlı şəxsə verdiyini bildirmişdir. 2022-ci ilin oktyabr-noyabr ayında onlar Təqsirləndirilən şəxs1lə Bakı şəhərində “Ulduz” metrostansiyası yaxınlığındakı çayxanada görüşmüş, Fərmayil Təqsirləndirilən şəxs2 həmin pulları ona verdiyini, həmin pulların qarşılığında o, Təqsirləndirilən şəxs2 ümumilikdə 2.400 manat pul verdiyini etiraf etmiş, pulları Vərəm dispanserinin həkimi Səadət adlı şəxsə verdiyini bildirmişdir. Amma Fərmayil aldığı pulların məbləği barədə heç nə deməmişdir. Onlar əvvəllər Fərmayili tanımamış, İlqar 9 ay müddətində şəkili bir adamla onu danısdırmış, onun səsini atmışdır. Lakin İlqar həmin şəkili ilə onları görüşdürməmiş, şəkiliyə zəng etdikdə isə onun nömrəsinə zəng çatmamışdır. İlqar axıra kimi həkimlə görüşməyə mane olmuş, ona «həkim görsə, sənin işin alınmayacaq», «işin alınmasa, evimi satıb pulunu verəcəm» demişdir. Sonra isə Fərmayili ortalığa çıxarmışdır. Onlar yığışıb həkimin yanına getmiş, həkim Fərmayili tanıdığını bildirmiş, lakin onların qazilərlə, pensiya işi və VTEK-lə əlaqələrinin olmadığını və Fərmayilin onlara pullar vermədiyini bildirmişdir. Səadət həkim, sadəcə bir qazi kimi onlara kömək edəcəklərini demişdir. Belə ki, Fərmayil baş həkimin yanında Səadətin üzünə ona pul verdiyini dedikdə, Səadət belə bir şey olmadığını, Fərmayilla bağlı verəm xəstələri ilə iş gördüyünü demiş, amma qazi işinə görə ondan pul almadıqlarını bildirmişdir. Belə olduqda baş həkim İlhamə xanım onlara bir qazi kimi kömək edib 8000 manat pul verəcəklərini bildirmişdir. Lakin ilk olaraq onlar cəmi 2000 manat pul vermiş, daha sonra hər ay 2000 manat verəcəklərinə söz vermişlər. Səadətdən pulu şəxsən o özü qəbul etmiş, lakin Fərmayil həmin vaxt orada olmamışdır. Lakin sonralar şikayətlər olduğundan heç onu da verməmiş və «gedin, hara istəyirsiz şikayət edin, biz sizi tanımırıq» cavabını vermişlər. Səadət xanımın verdiyi 2000 manat dörd nəfər zərər çəkmiş arasında bölünmüşdür. Hazırda ona vurulan 7000 manat maddi zərərin 6500 manatı ödənməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsinin yekununda göstərdi ki, o, Şahnazdan və Fərmayildən şikayət etməmiş, pulunu İlqardan tələb etmişdir. Buna görə İlqarla hazırda münasibətləri pozulmuşdur. Ən nəhayət, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 cinayət işinin ibtidai istintaqı zamanı işin halları ilə bağlı verdiyi ifadələrini bir daha təsdiq edib göstərdi ki, o, Ali Hərbi Məktəb bitirmiş və zabit kimi xidmət etmiş, 27 sentyabr 2020-ci il tarixdə isə «Vətən Müharibəsi» gedişində Cəbrayıl rayonu istiqamətində yaralanmış, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. 2021-ci ilin dekabr ayında isə döyüş vaxtı aldığı xəsarətlərə görə hərbi xidmətə yararsız hesab edilərək ehtiyata buraxılmış, lakin ona əlillik qrup dərəcəsi təyin edilməmişdir. Baxılan iş üzrə zərər çəkmiş Zərərçəkmiş şəxs4 onun xalasının əridir. İş üzrə digər zərərçəkmiş Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs4la söhbət edərkən döyüş yoldaşları Şahid1 onun pensiyasının bərpası ilə bağlı köməklik göstərdiyini bildirmiş, Elxan da bunu ona danışmışdır. Belə ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 hər ikisi İ Qarabağ müharibəsinin qaziləri olmuş, onlara buna görə pensiya təyin edilmiş, lakin sonradan pensiya verilişi dayandırpılmışdır. Elxanın ona deməsinə görə Şahid1 qardaşı qızı Təqsirləndirilən şəxs2 Tibbi-Sosial Ekspert Komissiyasında işləyən tanışları vasitəsilə onlara pensiya təyin etdirəcəyini, buna görə də Zərərçəkmiş şəxs1 və digər şəxslər Təqsirləndirilən şəxs2 vasitəsilə pul vermişlər. Onun özünün də Şahid1lə əvvəlcədən tanışlığı olduğundan o, istifadəsində olan ***-***-**- ** nömrəsindən Şahid1 istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edib özünə pensiya düzəltməklə bağlı ona məlumat vermişdir. 2022-ci ilin fevral ayının sonlarında o, Şahid1 tapşırığı ilə müalicə aldığı tibbi sənədlərinin fotoşəkilini çəkib ona göndərmiş və təxminən 2 gün sonra Şahid1 ona qardaşı qızı Təqsirləndirilən şəxs2 və sonuncunun adını demədiyi vəzifəli şəxslər olan tanışlarının vasitəsilə ona İİ qrup əlillik dərəcəsi təyin etdirə biləcəklərini, lakin həmin işin həlli üçün həmin vəzifəli şəxslərin 9.000 manat pul istədiklərini bildirmiş, o da bununla razılaşmışdır. İlqar Şahnazın konkret olaraq harda işlədiyini və pensiyanı necə düzəldə biləcəyini ona deməmişdir. İlqarın deməsinə görə o, 3 ay xəstəxanada yatmalı və bununla da işi həll olunmalı idi. İşlərin gedişatında Elxanın 7000 manat, Əlibabanın 3500 manat, Arazın isə 3900 manat pul vermələrini öyrənmişdir. Zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsinin davamında göstərdi ki, Şahid1 ona Təqsirləndirilən şəxs2 adına olan bank kartının fotoşəkilini göndərib pulu həmin hesaba göndərməli olduğunu bildirmişdir. Bundan sonra o, 28 fevral 2022-ci il tarixdə Samux rayonu Karayeri qəsəbəsində yerləşən mağazadan “Milli-Ön” aparatı vasitəsilə Təqsirləndirilən şəxs2 adına olan, “5213********5693” seriya nömrəli, 09/24 tarixədək etibarlılığı olan, "xxxx" banka məxsus karta 2.000 manat pul köçürməsi etmiş və qəbzin də fotoşəkilini çəkib Şahid1 göndərmişdir. Sonra Şahid1 vasitəsilə Təqsirləndirilən şəxs2 ilə razılığı üzrə 04 mart 2022-ci il tarixdə "xxxx" MMC-nin Gəncə şəhər şöbəsindən özünün əmisi X5 adından Şahid1 adına 7.000 manat pul köçürməsi etmiş, həmin pul köçürməsinə görə də 70 manat rüsum ödəməklə ümumilikdə 7.070 manat kassaya pul ödəmişdir. Təqsirləndirilən şəxs2 Şahid1 vasitəsilə ona 3 ay müddətində İİ qrup əlillik dərəcəsinə görə pensiya alacağını çatdırmışdır. O, 2022-ci ilin mart-aprel ayında Təqsirləndirilən şəxs2 Şahid1 vasitəsilə ona verdiyi vədlər üzrə hər hansı hərəkət etmədiyini, hər hansı tibb müəssisəsinə göndərilmədiyini görüb Şahid1 Təqsirləndirilən şəxs2 ***-***-**-** mobil telefon nömrəsini alıb Təqsirləndirilən şəxs2 ilə telefon danışığı aparan zaman sonuncu ona əvvəlcədən göndərdiyi 2.000 manat pulu və daha sonra Şahid1 adına poçt vasitəsilə göndərdiyi 7.000 manat pulu qəbul etdiyini, həmin pulları da adlarını və vəzifələrini demədiyi vəzifəli şəxs olan tanışlarına verdiyini, sistemdə problem olduğunu demiş, işinin də qısa müddət ərzində həll olunacağını bildirmişdir. Sonra Şahnazdan guya yatdığı xəstəxananın sənədlərini istəmiş, lakin 2 ay keçməsinə baxmayaranq heç bir sənəd daxil olmamışdır. Sonra o, və digər zərər çəkmişlər həkim kimi tçəqdim olunan bir kişi ilə danışmış, sonuncu onlara bu gün-sabah işlərinin həll olunacağını bildirmişdir. Amma həmin şəxsin real olaraq həkim olduğunu, onların işi ilə məşğul olub-olmadığını və ya onları aldadıb-aldatmadığını bilməmişdir. Zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsinin davamında göstərdi ki, onların 8 ay vaxtı getmiş, pensiya düzəlməsinin çox gecikdiyini göbrüb onlar 2022-ci ilin təxminən oktyabr ayında Təqsirləndirilən şəxs2 pullarını geri istədikdə Şahnaz həmin pulları Təqsirləndirilən şəxs1 adlı şəxsə verdiyini bildirmişdir. Onların təkidi ilə 2022ci ilin oktyabr və ya noyabr ayında Təqsirləndirilən şəxs1 Bakı şəhərində, “Ulduz” metrostansiyası yaxınlığındakı çayxanada onlarla görüşmüş, göndərilən həmin pulları Təqsirləndirilən şəxs2 ona verdiyini, onun da həmin pullar qarşılığında Təqsirləndirilən şəxs2 ümumilikdə 2.400 manat pul verdiyini, 2400 manat özünün götürdüyünü etiraf etmiş, qalan pulları pulları Q.Qarayevdə yerləşən Vərəm dispanserində Səadət və ya Sədaqət adlı həkimə verdiyini bildirmişdir. 2400 manat pulun ona çatdığını sonralar Şahnaz özü də etiraf etmişdir. Fərmayıl ondan 9000 manat pul aldığını ayrıca onların iştirakı ilə deməmişdir. Bundan sonra o, və digər zərər çəkmişlər həkimin qəbuluna getmişlər. Fərmayılla o, ilk dəfə xəstəxananın qabağında tanış olmuşdur. Lakin öyrəndiyinə görə 1 gün əvvəl zərər çəkmişlər Elxan, Araz və Əlibaba, həmçinin İlqarla Şahnaz, onun iştirakı olmadan Fərmayılla görüşmüşlər. Həkimlə görüşərkən həkim Fərmayilə ona pul vermədiyini bildirmiş, həmçinin Fərmayillə iş gördüyünü etiraf etmiş, lakin qazilərə görə ondan pul almadığını qeyd etmişdir. Onlar həkimin yanından çıxdıqdan sonra həkim onu təzdən yanına çağırmış, o, həkimə rayona gedib-gəlməkdən bezdiyini demimş, onlardan korrupsiyaya şikayət edəcəyini bildirmişdir. Həkim ona pulun yarısını verə biləcəklərini bildirmiş, qalanını da Fərmayilgilin verməsini məsləhət görmüşdür. Onlar həkimin yanından çıxıb onun mövqeyini bildirdikdə, Fərmayıl razı olmamış, pulun hamısını ona verdiyini bildirmiş və özünün ödəməli olmasına etiraz etmişdir. Həkimlər onlara cəmi 2000 manat pul vermiş, onlar həmin pulu öz aralarında bölmüşlər. Amma sonra Şahnazla Fərmayıl razılaşmadıqlarına görə həkimlər də onlara heç nə verməmişlər. Onlar 3-4 gün belə gedib-gəlmiş, axırda Korrupsiya idarəsinə zəng edib, məsələni danışmaqla şikayət etmişdir. Amma sonradan o, özü müstəqil olaraq gedib yoxlanışdan keçmiş və qanunla ona əlilliyə görə təqaüd təyin edilmişdir. Daha sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsinin davamında göstərdi ki, o, hətta Fərmayılın səs yazısına qulaq asmış, Fərmayıl “bu zabitdir, 9000 lazımdır”, başqa səs yazısında “9000 gəlib çatdı” kimi ifadələr işlətmişdir. Bildiyi qədər həmin səs yazıları müstəntiqə təqdim olunmuşdur. Onların pulunun mənimsənilməsində Şahnaz, İlqara və Fərmayıl günahkar oluduqlarından o, onların üçündən də şikayətçidir. Belə ki, nətimcədə ona cəmi 1100 AZN pul ödənmiş, 7900 manat ziyanı ödənilməmiş qalmışdır ki, həmin pulu idda etməkdədir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 məhkəmə baxışı zamanı dindirilən zərərçəkmiş şəxslərin işin mahiyyəti üzrə vermiş olduqları ifadələrlə oxşar məzmunlu ifadə verərək onların ifadələrində göstərdiyi xüsusatları qismən təsdiq edib göstərdi ki, İ Qarabağ müharibəsində yaralandığı üçün ona İİ qrup əlillik dərəcəsi təyin edilmiş və aylıq olaraq 350 manat prezident təqaüdü, 500 manat da əlilliyə görə əmək pensiyası almışdır. 2021-ci ilin oktyabr ayında əlillik qrup dərəcələrinə görə növbəti komissiya vaxtı onun əmək pensiyası dayandırılmışdır. Şahid1 ifadəsinin davamında göstərdi ki, 2021-ci ilin dekabr ayında qardaşının yas mərasimi ilə bağlı Tovuz rayonunda olarkən Bakı şəhərində yaşayan qardaşı qızı, baxılan iş üzrə Təqsirləndirilən şəxs2 onunla söhbət zamanı pensiyasının dayandırıldığını bilib, ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, eləcə də Tibbi-Sosial Ekspertiza Komissiyasında vəzfəli tanışının olduğunu bildirmiş, həmin şəxsin pensiya işləri ilə bağlı müraciət edəcək şəxslərin xeyrinə iş görmək imkanına malik olduğunu ona demişdir. Şahnaz tanışı vəzifəli şəxsin adının Təqsirləndirilən şəxs1 olduğunu sonradan ona demişdir. Bildiyinə görə Şahnaz hansısa dərman firmasında işləmişdir. Bir müddət sonra Şahnaz ona “WhatsApp” vasitəsilə səs göndərmiş, ondan şəxsiyyət vəsiqəsini göndərməsi istənilmiş, ona kömək olunacağını demişdir. O, şəxsiyyət vəsiqəsinin şəklini çəkib göndərmiş, bir müddət sonra məsələnin 40 günə həll olunacağını bildirmişdir. 40-42 gün keçmişdi, fevral ayında ona «gedib kartınızı götürə bilərsiniz» məzmunda mesaj gəlmiş, yəni işinin həll olunduğu bildirilmişdir. Fərmayıl ondan pul almamış, lakin pensiya kartını və pulunu aldıqdan sonra ondan pul alacağını bildirdikdə o, razılaşmışdır. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1lə Zərərçəkmiş şəxs2 də İ Qarabağ Müharibəsində onunla birlikdə iştirak etmiş, onlara da pensiya təyin edilmiş və onların da pensiyası dayandırılmışdır. Odur ki, o, 2022-ci ilin yanvar ayının sonlarında Zərərçəkmiş şəxs1lə Zərərçəkmiş şəxs2 qardaşı qızı Təqsirləndirilən şəxs2 vəzifəli şəxslərlə geniş əlaqələrinin olması barədə söhbət etdikdə, onlar ondan dayandırılmış pensiyalarının bərpası ilə bağlı qardaşı qızı Şahnazla danışmağı xahiş etmişlər. Öz işi düzələndə isə o, mesajı qrupa, yəni qazilər qrupuna göndərmiş və bu barədə Şahnazla danışmışdır. Az bir müddət sonra Şahnazın istəyi ilə həmin şəxslərin pensiya ilə bağlı zəruri sənədlərinin fotoşəkilini Şahnaza göndərmişdir. Bundan sonra Şahnaz ona zəng edib Zərərçəkmiş şəxs1lə Zərərçəkmiş şəxs2 hər birinin vəzifəli şəxslərə çatdırılmasçı üçün 4.000 manat rüşvət verməli olduqlarını bildirmiş, həmin pulun müqabilində onların əlilliyə görə əmək pensiyalarını bərpa olunacağını demimşdir. O da öz növbəsində Şahnazın təklifini Zərərçəkmiş şəxs2lə Zərərçəkmiş şəxs1 bildirdikdən sonra Zərərçəkmiş şəxs2 3.900 manat, Zərərçəkmiş şəxs1 isə 3.500 manat pul verə biləcəklərini bildirmişlər. O, bu barədə Şahnaza bildirdikdə sonuncu razılaşmışdır. Bundan sonra o, 05 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu ərazisindəki “Sədərək” ticarət mərkəzinin yanında “Ford Servis”-də Zərərçəkmiş şəxs1 oğlu Amal Mehdiyevlə görüşüb Zərərçəkmiş şəxs1 göndərdiyi 3.500 manat pulu ondan almış və elə həmin gün “20 Yanvar” dairəsi yaxınlığında Şahnazla təklikdə görüşərək pulu ona vermişdir. Şahnaz da onun yanında Təqsirləndirilən şəxs1lə danışmış, Zərərçəkmiş şəxs1 3.500 manat pul göndərdiyini və özünün həmin pulu almasını Fərmayıla bildirmişdir. Sonra isə Şahnaz ona təxminən 4-5 həftə ərzində Zərərçəkmiş şəxs1 pensiyasının bərpa olunacağına vəd vermişdir. Şahid1 ifadəsinin davamında daha sonra göstərdi ki, zərər çəkmiş Zərərçəkmiş şəxs2 də 2022-ci ilin fevral ayının ortalarında Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən “Balıq Evi” restoranında digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 yanında 3.900 manat pulu qardaşı qızı Təqsirləndirilən şəxs2 çatdırması üçün ona vermişdir. O da elə həmin görüşdən dərhal sonra “Memar Əcəmi” metrostansiyasının yaxınlığında Şahnaz Rzayevə ilə görüşmüş, Zərərçəkmiş şəxs2 göndərdiyi 3.900 manat pulu Şahnaza vermiş, Şahnaz da onun yanında Təqsirləndirilən şəxs1lə danışıb Arazın göndərdiyi 3.900 manat pulu qəbul etdiyini sonuncuya bildirmişdir. Bundan başqa, Şahid1 ifadəsinin davamında göstərdi ki, zərər çəkmiş Zərərçəkmiş şəxs4 da İ Qarabağ müharibəsindəki döyüşlərdə yaralandıqdan sonra veteran vəsiqəsi alsa da, ona əlillik təyin edilməmiş, buna görə də, 2022-ci ilin fevral ayının ortalarında Zərərçəkmiş şəxs4 da ona müraciət edib əmək pensiyasına görə əlillik qrup dərəcəsi alması üçün qardaşı qızı Təqsirləndirilən şəxs2 ilə bu barədə danışıb köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1lə danışdıqdan sonra 7.000 manat rüşvət müqabilində Zərərçəkmiş şəxs4 köməklik edib, ona əlillik dərəcəsi təyin etdirə biləcəyini bildirmişdir. O da bu barədə Zərərçəkmiş şəxs4 dedikdə sonuncu 7.000 manat pul verməyə razılaşmışdır. 2022-ci ilin fevral ayının ortalarında isə Zərərçəkmiş şəxs4 Bakıda “Memar Əcəmi” metrostansiyasının yaxınlığında onunla görüşmüş, onlardan bir qədər sonra isə Təqsirləndirilən şəxs2 da onların yanına gəlib Zərərçəkmiş şəxs4 avtomobilinə oturmuş və 7.000 manat pulu sayıb təhvil almışdır. Bundan sonra Şahnaz zəng edib onların yanında Təqsirləndirilən şəxs1lə “WhatsApp” vasitəsilə danışmış və Zərərçəkmiş şəxs4 7.000 manat pulu aldığını təsdiq etmişdir. Fərmayıl həmin miqdar pulları aldığını “WhatsApp” vasitəsilə qardaşı qızına səs atmış,o da səsi ona atmış, o da həmin səssi zərərçəkmişlərə atmışdşr. Daha sonra, Şahid1 ifadəsinin davamında göstərdi ki, 2022-ci ilin fevral ayının sonlarında zərər çəkmiş Zərərçəkmiş şəxs4 baldızı oğlu, baxılan iş üzrə digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 da pensiya ilə bağlı ona müraciət etmişdir. Belə ki, o, “Vətən müharibəsi” dövründə Silahlı Qüvvələrdə zabit kimi xidmət etmiş, döyüşlərdə yaralanmış, lakin həmin vaxtadək əlillik qrup dərəcəsi ala bilməmiş, ona pensiya təyin edilməmişdir. O da onun qardaşı qızı Təqsirləndirilən şəxs2 vasitəsilə ona köməklik göstərilməsini istəmişdir. O da öz növbəsində Təqsirləndirilən şəxs2 ilə danışmış, az bir müddət sonra Şahnaz ona Zərərçəkmiş şəxs3 onların vəzifəli tanışlarının vasitəsi ilə 9.000 manat rüşvət müqabilində əlillik qrup dərəcəsi təmin edəcəyini vəd vermiş, Zərərçəkmiş şəxs3 da Şahnazın təklifi ilə razılaşmışdır. Zərərçəkmiş şəxs3 Şəmkir rayonunda yaşadığı üçün Təqsirləndirilən şəxs2 danışılan məbləğdə pulların köçürülməsi məqsədilə özünə məxsus "xxxx" banka məxsus kart hesabının şəklini əvvəlcə ona, o da öz növbəsində Zərərçəkmiş şəxs3 göndərmişdir. 2022-ci ilin fevral ayının sonlarında Zərərçəkmiş şəxs3 2.000 manat pulu Təqsirləndirilən şəxs2 kart hesabına köçürmüş, 7000 manat pulu isə "xxxx" MMC-nin Gəncə şəhər şöbəsindən onun adına köçürmüşdür. Bundan sonra o, 04 mart 2022-ci il tarixdə "xxxx" MMC-nin Mərkəzi Filialına gedib Zərərçəkmiş şəxs3 tərəfindən Təqsirləndirilən şəxs2 çatdırılması üçün onun adına göndərilmiş 7.000 manat pulu təhvil almış və elə həmin gün Bakı şəhəri, Nəsimi rayonu, “3-cü mikrorayon dairəsi” yaxınlığında Təqsirləndirilən şəxs2 ilə görüşüb 7000 manat pulu ona vermişdir. Şahid1 ifadəsinin davamında daha sonra göstərdi ki, pensiya işi ilə əlaqədar o, adlarını çəkdiyi zərər çəkmiş şəxslərdən cəmi 23.400 manat pul alıb Təqsirləndirilən şəxs2 vermiş, lakin xeyli müddət keçməsinə baxmayaraq, pensiya işi ilə bağlı müraciət etmiş dörd nəfər hər hansı tibb müəsissəsinə çağırılmadıqlarını, yəni heç bir timbbi komissiyadan keçmədiklərini görüb pullarının geri qaytarmasını tələb etməyə başlamış, o da öz növbəsində bunu Təqsirləndirilən şəxs2 tələb etməyə başlamışdır. Təqsirləndirilən şəxs2 onun vasitəsilə ümumilikdə 23.400 manat pul aldığını, həmin pullardan onun özünə 2.400 manat pul qazanc olaraq çatdığını etiraf etmiş, qalan pulları isə Təqsirləndirilən şəxs1 verdiyini bildirmişdir. Bundan sonra o, 2022-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2lə birlikdə Təqsirləndirilən şəxs1lə görüşmüş, görüş zamanı Təqsirləndirilən şəxs1 də Təqsirləndirilən şəxs2 ümumilikdə 23.400 manat pul aldığını etiraf etmiş, həmin puldan 2.400 manat pulu Təqsirləndirilən şəxs2 verdiyini bildirmişdir. Şahnaz pulu verəndən sonra o özü Fərmayıl ilə danışmamış və ya pulu birbaşa Fərmayilə verməmişdir. Həmin pullardan onun özünə heç nə çatmamış, o, işi düzəldəndən sonra onlardan qonaqlıq alacağını nəzərdə tutmuşdur. Onlar bir yerdə döyüşmüş, onların qanı onun üstünə tökülmüş, o, onlardan pul almağı nəzərdə tutmamışdır. O, hazırda vicdan əzabı çəkməkdədir, onların yanında başı aşağı qalmışdır. Şahid1 ifadəsinin davamında daha sonra göstərdi ki, hadisələrin gedişatında o, Fərmayılı şəxsən görməmiş, onu tanımamışdır. Lakin onun pensiya işi ilə əlaqədar bir müddət keçmiş, kartını gö.türə biləcəyi barədə məlumat aldıqdan sonra o, vaxt tamam olduğundan kartı götürmək üçün banka getmişdir. Lakin bankda kartın verilməsi müddətinin bir az uzandığı ona bildirilmiş, pulunu alacağı ona deyilmişdir. Ayın tamamında o, maraqlanmış, kartını və ya pulunu ala bilməyib narahat olmuşdur. Odur ki, qardaşı qızı Şahnaza zəng edib onunla görüşmüş, Fərmayılın yalan danışdığını, onları aldatdığını bildirmişdir. Qardaşı qızı bundan sonra Fərmayılı axtarmağa başlamış, sonuncu 1-2 dəfə Şahnazın telefonuna cavab vermiş, lakin sonra yoxa çıxmışdır. Onlar Fərmayılı axtarmağa başlamış, onun evinə gedib anası, atası, həyat yoldaşı ilə söhbət etmişlər. Atası «mən onu tanımıram, bilmirəm, gedin tapın, nə edərsiz özünüz bilərsiniz» cavabını vermiş, həyat yoldaşı isə onu ortaya çıxarmamışdır. Yoldaşından Fərmayılın pensiya işi düzəldibdüzəltməməsi ilə maraqlandıqda o, təsdiq edib, onun özünün qohumunun pensiya işini düzəltdiyini bildirmişdir. Uşaqlar da narahat olmuş, o da hər gün qardaşı qızına müraciət edib, ona «belə olmaz, uşaqlar onun üstünə gəlir, neçə ildir bir yerdə döyüşdüyümüz adamlardır, çətin vəziyyətə düşmüşəm» demiş, məsələni həll etməyi tapşırmışdır. Uzun müddət sonra onlar Fərmayılı tapmış, Fərmayıl pulu həkimə verdiyini demişdir. Belə olduqda onlar pulu hansı həkimə verməsi ilə maraqlanmış, gedib onunla söhbət edəcəklərini bildirmişlər. Qaziləri də götürüb həkimin yanına. Getmiş, həkim Səadət adında bir xanım olmuşdur. Həkim onları baş həkimin otağına göndərmişdir. Onlar baş həkimə onun işçisinə filan qədər pul verdiklərini dedikdə, baş həkim çağıracağını və söhbət edəcəyini demiş Səadət xanımı otağına çağrmışdır. Fərmayıl Səadət xanımı göstərib pulu ona verdiyini bildirdikdə, həkim əvvəl Fərmayılı tanımadığını deyib səs-küy saldığından Fərmayıl çıxıb getmiş, gedərkən «əgər lazım olsam, məni yığarsız, mən görüntülü danışaram» deyib çıxıb getmişdir. Lakin sonra Səadət xanım Fərmayıla xəstə kimi yazığı gəldiyini və ona kömək etdiyini bildirmişdir. Baş həkim onlara «siz gedin, mən araşdırıb, sizə cavb deyəcəmyəm» cavabını vermişdir. Daha sonra Şahid1 ifadəsində göstərdi ki, bir müddət sonra baş həkim onları dəvət etmiş, həkimin Fərmayıldan pul almadığını bildirmişdir. Onlar Fərmayılla görüşüb söhbət etmiş, o, çətinlikləri olduğu hallarda həkimin həmişə onun kartına pullar vurduğunu, onun həkimlə işlər gördüyünü, şöbələrdən hansı sənədləri almalarını, haralara hansısa sənədlər vermələrini bildirmişdir. Bundan sonra zərər çəkmiş şəxslərlə o, yenə həkimin yanına getmiş, qazi olduqldarını bildirmiş, söz-söhbət çölə çıxmamış, çətinlik yaranmamış bu məsələni həll etməyi xahiş etmişlər. Həkim onun qardaşım qızı ilə ağızlaşdığına, yəni mübahisə etdiyinə görə, həkim onu otaqdan çıxarmışdır. Həkim adının hallanmaması üçün, bildiyi qədər, 8-12 min manat pul verə biləcəyini demiş, qalanının isə Fərmayılın özünün verməsini bildirmişdir. Odur ki, dəqiq məbləği bilməmişdir. Razılaşıb ordan çıxmış, sonra o, həkimlərlə görüşməmişdir. O, Fərmayılın yanına gəlib, pulun qalan hissəsini düzəldib verməyi tələb etmiş, Fərmayıl isə həkimə çox pul verdiyini bildirmiş, deməsinə görə 18 min manat pul vermişdir. Fərmayıl həkimlə telefonla danışarkən onunla dalaşmış, lakin onun yanına getmək isətəməmişdir. O, həkimin oğlu ilə görüşmüş, onunla söhbət eləmiş, sonuncu da telefonla anasıyla danışmışdır. Fərmayıl telefonda həkimə Əlibabanın, o birilərin pulunu ona verdiyini bildirdikdə, onlar telefonda bir-birinə ağız açmış, yəni birbirini təhqir etmiş, sonda qadın telefonu söndürmüşdür. Sonra otutub Fərmayılla söhbət etmiş, ona pulun qalan hissəni razılaşıb vermələrinin vacib olduğunu bildirmişdir. Fərmayıl pulu verəcəyinə söz versə də, növbəti görüşlərində elə də pul almadığını bildirmişdir. Bundan sonra qardaşı qızını dəvət olunmuş, Fərmayılın dostu gəlmiş, birlikdə “Əcəmi” metrosunun yanındakı parkın çayxanasında oturub söhbət etmişlər. Qardaşı qızı Fərmayıla 24-25 min manat pul verdiyini demiş, onun dostu səs yazmış və hər iki tərəf razılaşmışdır. Yadında qaldığı qədər, Fərmayıl puldan 2500 manat və 2400 manat Şahnaza verdiyini, 2400 özü üçün xərclədiyini, qalanını isə həkimə verdiyini demişdir. Sonra Korrupsiyaya şikayət olunanda o, Fərmayılla görüşüb söhbət eləmiş, Fərmayıl yaxın bir müddətdə pulu alıb verəcəyini bildirmişdir. Zərərçəkmişlər əvvəl ona inanmadığından o, tez-tez Fərmayılla görüşmüş, sonuncu ona 3 günə şəxsən özünün həmin pulu verəcəyinə söz vermiş, lakin verməmişdir. Şahid1 ifadəsinin sonunda göstərdi ki, bildiyi qədər qardaşı qızı götürdüyü 2400 azn pulu qaytarmışdır. Belə ki, qardaşı qızı ona 1900 azn pul vermiş, o da aparıb Araza qaytarmışdır. 500 azn pulu isə özü aparıb Araza vermişdir. Cinayət işinə məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, o, 30 ildir xəstəxanada həkim işləmişdir. Əvvəl 4 nömrəli Vərəm Dispanserində qəbul şöbə müdiri vəzifəsində işləmiş, hazırda isə Ağdam rayon Mərkəzi Xəstəxanasında həkim işləyir. O, qəbulun həkimi olduğu üçün xəstəni qəbul etməməyə ixtiyarım olmamış, Fərmayılı da bir xəstə kimi müayinə etdiyindən onu tanımışdır. Fərmayıl birinci dəfə onun yanına bibisini gətirmiş, o, xəstəni müayinə eləmiş, baxmışdır. Onun bibisi Tovuz rayon xəstəxanasından göndərişlə onların xəstəxanasına göndərilmiş, o da Fərmayılın anasını, bibisini vərəmlə bağlı müayinə etmişdir. Şahid2 ifadəsinin davamında göstərdi ki, bir müddət sonra isə Fərmayıl şərböhtanla onun iş yerinə gəlmiş, guya onlara nə qədərsə pul vermidir. Sonra Şahnaz da iş yerinə onun yanına gəlmiş, ondan Fərmayılın ona pul verib-vermədiyini soruşmuşdur. Şahnazın vasitəsi ilə o, əvvəl Fərmayılın Şahnazla birlikdə xəstəxanaya gəldiklərini, Şahnaz maşında oturduğunu, Fərmayılın xəstəxanaya girib çıxdığını və Şahnaza pulu həkimə verməsini dediyini öyrənmişdir. Həqiqətdə isə Fərmayıl bui şlə bağlı onunla görüşməyib və ona pul verməmişdir. O da Şahnaza Fərmayılın ona pul vermədiyini demişdir. Sonra heç görmədiyi, tanımadığı 4-5 nəfər adam da gəlmiş, baş həkimin otağında oturmuş, Fərmayılın onlara pensiya düzəldilməsi üçün nə qədərsə ona pul verdiyini bildirmişlər. Baş həkim onu yanına çağırmış, onları tanıyıb-tanımadığını soruşmuş, o da tanımadığını demişdir. Eyni zamanda zəzərçəkmiş şəxslərdən də onu tanıyıbtanımadıqlarını soruşduqda, onlar tanımadıqlarını bildirmişlər. Ora Vərəm dispanseri olsa da, onlar başqa xəstəlikdən sənəd almaq istəmişlər, halbuki, heç bir dəfə də orada müayinə və müalicədə olmamışdılar. Zərər çəkmiş şəxslər özləri də yaşlı adamlar olmuş, Fərmayılın ona pul vermədiyini bildiklərini qeyd etmişlər. Onun pensiya məsələləri ilə bağlı heç bir səlahiyyəti olmamış, heç kimə pensiya düzəltməmişdir. Sadəcə zərər çəkmiş şəxs qazi olduqlarına və böyük ziyana düşdüklərinə görə baş həkim onlara ümumilikdə 2000 manat pul vermişdir. Nə qədər vəd etdiyini isə bilməmiş, dəqiq yadında qalmamışdır. Şahid2 ifadəsinin davamında daha sonra göstərdi ki, sonra Fərmayıl onun adımı prokraturaya yazıb vermiş, ondan şikayət etmişdir. Fərmayıl ondan şikayət edəndə o, çox təəccüblənmişdir. Fərmayıl özü zərəçəkmişlərdən pul almış, zərəçəkmişlər ondan pulu tələb etdikdə, o da onun adımı yazıb vermişdir. Guya Fərmayıl ona böyük miqdarda - 20 və ya 24 min, hazırda dəqiq xatırlamadığı məbləğdə pul vermidir. Bu məsələ prokuraturada araşdırılmış, lakin təsdiqini tapmamışdır. Prokuraturada ona Fərmayılın qazdığı kağız verilmiş, həmin kağızda Fərmayıl xəstə olduğunu və bu səbəbdən Səadət həkimə şər atdığını göstərmişdir. Həmin kağız cinayət işinə əlavə olunmuşdur. O, özü onkoloji xəstə olmuş, Fərmayıl ona çoxlu stres yaşatmışdır. Daha sonra Şahid2 ifadəsində göstərdi ki, onlar 2000 manat pulu zərər çəkmiş şəxslərə baş həkimin məsləhəti ilə kömək məqsədilə vermişlər. Amma sonra onlar zərər çəkmiş şəxslərin şikayət etdiklərini görüb, onlardan verdikləri pulları geri istəmiş, onlara başqa pul verilməmişdir. Şahid2 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaqda verdiyi ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı şahidin məhkəməyədək icraat mərhələsində vermiş olduğu həmin ifadəsi elan olunmaqla tədqiq edildi. Şahid2 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, İlqar Həsənov və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, qəbul şöbəsinin müdiri kimi Təqsirləndirilən şəxs1 isə təxminən 2019-2020-ci illərdən tanımışdır. Belə ki, həmin ərəfələrdə Təqsirləndirilən şəxs1 bibisini müayinə olunması üçün 4 sayl Vərəm əleyhinə Dispanserdə ambulator müayinəyə gətirmiş və həmin vaxtdan da onunla münasibətim yaranmışdır. Ondan sonra, xatırlamadığı tarixlərdə Təqsirləndirilən şəxs1 adlarını dəqiq xatırlamadığım bir neçə tanışını müayinə olunmaq üçün dispanserə gətirmişdir. Şahid2 tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, 2022-ci ilin təxminən oktyabr-noyabq ayında Dispanserin baş həkimi İlhamə Həsənova onu otağına çağırmış, otaqda əvvəlcə də tanıdığı Təqsirləndirilən şəxs1 başqa adlarını sonradan öyrənib bildiyi Şahid1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Şahnz Rzayevanın olduqlarını görmüşdür. Birlikdə aparılan söhbət zamanı Fəmayil Verdiyev yalandan onun adını hallandıraraq həmin X1 pensiya işlərinin bərpası ilə bağlı aldığı pulların bir qismini ona verdiyini bildirmişdir. Lakin o, ümumiyyətlə Təqsirləndirilən şəxs1 hansıs qanunsuz iş görülməsi, kiminsə dayandırılmış pensiyasının bərpa edilməsi və ya qrup dərəcəsinin təyin edilməsinə gorə pul istəməmiş, nə də ki, ondan həmin işlərin həllinə görə qanunsuz pul almamış, həmin şəxslərin heç biri 4 saylı Vərəm əleyhinə Dispanserdə müalicədə olmamışlar. Söhbət zamanı məlum olmuşdur ki, müraciət üçün gəlmiş şəxslər pulları Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 adlı qadın vasitəsi ilə vermişlər. Lakin onun Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən hər hansı tanışlığı olmamışdır. O da həmin şəxslərə Təqsirləndirilən şəxs1 yalan danışdığını, ona şər atdığını, onları aldatdığını, onun həmin işlərlə bağlı heç bir əlaqəsinin olmadığını bildirmişdir. Lakin həmin şəxslər bir neçə dəfə onun iş yerinə gəldikləri üçün adının bu kimi məsələlərdə hallandırılmaması üçün, həmçinin İ Qarabağ müharibəsi iştirakçıları olduqları üçün, həm də onların onun adını belə qanunsuz işlərdə hallandırmamaları üçün, onlara dəymiş maddi ziyana görə kömək göstərmək üçün aylıq 1.000 manat olmaqla onlara 8000 manat pul verməyi təklif etmiş, lakin onlar onun təkli ilə razılaşmamışlar. Daha sonra onlar onun yanında olarkən onlara noyabr avında iki dəfəyə olmaqla 4.000 manat, həmçinin dekabr ayında da hər birində 2 000 manat olmaqla iki dəfəyə 4 000 manat olmaqla noyabr-dekabr ayları ərzində ümumilikdə 8.000 manat pul qaytarmağı öhdəsinə götürmüş və orada da onlara 2.000 manat nağd pul vermişdir. Lakin onlara pul verməsi barədə Təqsirləndirilən şəxs1 məlumat verməmələrini istədim, çünki onlardan Təqsirləndirilən şəxs1 verdikləri pulu ondan tam həcmdə geri alacaqları halda, özünün onlara verdiyi pulunu özünə qaytarmalarını xahiş etmişdim. Lakin sonradan o, onların bu barədə Təqsirləndirilən şəxs1 məlumat verdiklərini öyrənib bildiyi üçün qəzəblənərək zərər çəkmiş şəxslərə verdiyi 2000 manat pulu geri qaytarmalarını istəmişdir. Lakin o, həmin pulu zərər çəkmiş şəxslərə maddi yardım olaraq verdiyindən həmin pulla bağlı onun heç bir şikayəti, iddiası və tələbi olmamışdır. O, Fərmayılın onun adının bu kimi qanunsuz işlərdə hallandırdığı üçün 2022ci ilin oktyabr-noyabr ayında Daxili İşlər Nazirliyinin “102” X15 zəng edib bu barədə də məlumat vermişdir (iş vərəqə: 165-169).
Elan edilməklə tədqiq olunan ifadəsinə aydınlıq gətirən Şahid2 göstərdi ki, pulu zərər çəkmiş şəxslərə baş həkim öz otağında vermişdir. Belə ki, baş həkim ona kömək kimi qazilərə 2000 manat verməyi təklif etmiş, o da təkliflə razılaşdıbı üçün gedib kartından pul çıxarıb baş həkimə vermiş, baş həkim də pulu qazilərə vermişdir. Pullar onun özünə məxsus olmuşdur. Lakin sonralar pul almadığı halda pul verdiyinə çox peşman olmuşdur. Ümumilikdə qazilərə 8 min manat pul verilməsinə razılaşılsa da, sonralar həmin pul verilməmiş, əksinə verilmiş 2000 manat geri tələb olunmuşdur. Lakin alınması mümkün olmamışdır. İşdə olan və elan edilməklə tədqiq olunan təqsirləndirilən şəxs Fərmayıl Verdiyevlə Şahid2 arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, üzləşmə zamanı Şahid2 məhkəməyədək icraat mərhələsində sərbəst ifadəsində göstrdiyi xüsusatları Fərmail Verdiyevin üzünə qarşı bir daha bildirdikdə, sonuncu Şahid2 üzünə qarşı dediklərinin bir həqiqət olduğunu qəbul etmiş, üzləşmədə dindirmə zamanı ifadəsində Təqsirləndirilən şəxs2 vasitəsi ilə həmin şəxslərin pullarını ələ keçirdikdən bir müddət sonra pensiya məsələsi həll olunmadığından Şahnaz ondan həmin şəxslərin pullarını geri qaytarmağı istədiyini, həmin şəxsləri inandırmaq üçün onlarla görüşüb həmin puldan 2.400 manatı Şahnaza verdiyini, 2400 manat isə özünün götürdüyünü, qalan 18.600 manat pulu isə 4 saylı Vərəm Dispanserinnin şöbə müdiri Şahid2 verdiyini bildirdiyini, lakin həmin puldan 2.400 manat Təqsirləndirilən şəxs2 versə də, Şahid2 hər hansı məbləğdə pul vermədiyini, sonuncunun qeyd olunan işlə bağlı ondan pul istəmədiyini, çıxılmaz vəziyyətə düşdüyündən yalandan Şahid2 adını hallandırdığını, aldığı pulları xəstəliyi ilə əlaqədar müalicəsinə xərclədiyini bildirmişdir(iş vərəqə: 181-183). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan təqsirləndirilən şəxs Fərmayıl Verdiyev tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisinə ünvanlanmış 27 yanvar 2023-cü il tarixli ərizənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin ərizəsində məsuliyyətdən azad olunmaq məqsədilə ərizə yazıb Bakı şəhəri 4 saylı Vərəm əleyhinə Dispanserin həkimi Şahid2 pul verdiyini bildirdiyini, lakin hazırda vicdanının buna yol vermədiyini, Şahid2 heç bir məbləğdə pul vermədiyini bildirmiş, uzun müddət dializ xəstəsi olduğu üçün əsəbi olduğundan yalnış izahat verdiyini göstərmişdir(iş vərəqə: 157). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Bakı şəhəri 4 saylı Vərəm əleyhinə Dispanserin Baş həkimi vəzifəsində işləyən X9 ifadəsində göstərdi ki, bir nəfər adını xatırlamadığı şəxs iş otağında ona yaxınlaşıb Fərmayıl həmin vaxt xəstəxanada həkim işləyən Şahid2 hansısa sənəd üçün pul vermişdir. Araşdırma aparmış, araşdırma nəticəsində adları çəkilən şəxslərin onların xəstəxanasında müayinə və müalicələrinin aparılmadığını, xəstəxanadan ona heç bir sənəd verilmədiyini müəyyənləşdirmişdir. Söhbət əsasında qeyd olunan həmin işin ona heç bir aidiyyəti olmadığını öyrənmiş, o, həmin insanların heç birini tanımamış, Səadət xanıma əgər pul verilibsə də, pul vermiş şəxslərin qazi olduğunu demiş, o məbləğin geri qaytarılmalı olduğunu bildirmişdir. O, həmin qaziləri xəstəxanaya yaxınlaşdıqları zaman görmüşdür. Fərmayil da onlarla gəlmiş, amma içəri keçməmiş, qapıya yaxınlaşıb çıxıb getmişdir. Söhbətdə o, iştirak etməmişdir. Onun otağında pul alınıb-verilməsi ilə bağlı söhbət olsa da, hansı məbləğdə pul olduğu onun yadında qalmamışdır. Qazilər Fərmayildən və Səadət xanımdan verdikləri pulun geri qaytarılmasını, əks təqdirdə işlərinin düzəldilməsini tələb etmişlər. Lakin bildiyi qədər həmin şəxslər Səadət xanımı tanımamış, onlar Fərmayilə pul verdiklərini bildirmiş, Fərmayilin də onlara deməsinə görə pulu filan yerdə işləyən Səadət xanıma verdiyini bildirməsini demişlər. Qazilərlə birlikdə bir qadın da gəlmiş, o, həmin qadını tanımamış, hazırda təqsirləndiriləne qadın olubolmaması onun yadında qalmamışdır. O, bu məsələ ilə bağlı Səadət xanımdan soruşmuş, Səadət xanım isə hər hansı bir məbləğdə pul almadığını bildirmişdir. Lakin Səadət xanımın sonradan onlara hər hansı məqsədlə, hər hansı məbləğdə pul qaytarmasından onun məlumatı olmamışdır. Səadət xanım bununla əlaqədər nə əvvəl və nə də sonra heç nə deməmişdir. Cinayət işinə məhkəməbaxışı zamanı tədqiq olunan “Götürmə aparılması haqqında” 31 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 götürülmüş qəbzə baxış keçirilmiş və həmin qəbzlə xx.xx.2022-ci il tarixdə Samux rayonunun Karayeri qəsəbəsində yerləşən mağazadan “Milli-Ön” aparatı vasitəsilə baxılan iş üzrə Təqsirləndirilən şəxs2 məxsus "xxxx" Bank ASC-yə aid 5213********5693 seriya nömrəli hesab kartına 2.000 manat məbləğində pul vəsaiti köçürüldüyü müəyyən edildi (iş vərəqə: 124-133). Bundan başqa, cinayət işinə məhkəməbaxışı zamanı tədqiq olunan “Götürmə aparılması haqqında” 31 yanvar 2023-cü il tarixli daha bir protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 götürülmüş "xxxx" MMC-nin ********* nömrəli mədaxil qəbzinə baxış keçirilmiş və həmin qəbzlə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "xxxx" MMC-nin Gəncə şəhər şöbəsindən Təqsirləndirilən şəxs2 verməsi üçün əmisi X5 adından Şahid1 adına 7.000 manat pul köçürməsi və həmin əməliyyat üçün 70 manat dövlət rüsumu olmaqla ümumilikdə xəzinəyə 7.070 manat pul köçürməsi edildiyi müəyyən edilmişdir(iş vərəqə: 124-133). Bundan başqa, cinayət işinə məhkəməbaxışı zamanı tədqiq olunan “Götürmə aparılması haqqında” 11 fevral 2023-cü il tarixli daha bir protokoldan görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs2 götürülmüş, ona məxsus olub "xxxx" Bank ASC-yə aid bank hesabından çıxarışa baxış keçirilmiş və həmin baxışla Təqsirləndirilən şəxs2 məxsus 5213********5693 seriya nömrəli kart hesabına Zərərçəkmiş şəxs3 tərəfindən xx.xx.2022-ci il tarixdə göndərilmiş 2.000 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2 tərəfindən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "xxxx" Bank ASCnin Rəqəmsal Filialından bankomat vasitəsilə nağdlaşdırıldığı müəyyən edilmişdir(iş vərəqə: 205-209). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının 24 fevral 2023-cü il tarixli qərarına əsasən “Şəxsin icazəsi ilə götürmə aparılması haqqında” 31 yanvar 2023-cü il tarixli qərara əsasən eyni tarixli protokolla Zərərçəkmiş şəxs3 götürülmüş xx.xx.2022-ci il tarixdə Samux rayonunun Karayeri qəsəbəsində yerləşən mağazadan “Milli-Ön” aparatı vasitəsilə Təqsirləndirilən şəxs2 məxsus "xxxx" Bank ASCyə aid 5213********5693 seriya nömrəli karta göndərilmiş 2.000 manat məbləğində pul vəsaiti köçürməsinə dair qəbzin kserosurəti, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "xxxx" MMC-nin Gəncə şəhər şöbəsindən Təqsirləndirilən şəxs2 verməsi üçün X8 adından Şahid1 adına 7.000 manat pul köçürməsi və həmin əməliyyat üçün 70 manat dövlət rüsumu olmaqla ümumilikdə xəzinəyə 7.070 manat pul mədaxil etməsinə dair "xxxx" MMC-nin ********* nömrəli mədaxil qəbzinin əsli və “Şəxsin icazəsi ilə götürmə aparılması haqqında” 11 fevral 2023-cü il tarixli qərara əsasən və eyni tarixli protokolla Təqsirləndirilən şəxs2 götürülmüş sonuncuya məxsus "xxxx" Bank ASC-yə aid bank hesabından çıxarışın əsli maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir(iş vərəqə: 328-354). Məhkəmə baxışı zamanı tədqiq olunan Zərərçəkmiş şəxs2 aid xx.xx.2023-cü il tarixli ərizədən və işdə olan sənədlərlə müəyyən edilmişdir ki, iş üzrə 4 nəfər zərər çəkmiş şəxsə ümumilikdə yetirilmiş 23.400 manat məbləğində maddi ziyanın 2.400 manatı Təqsirləndirilən şəxs2, 2000 manatı həkimlər tərəfindən olmaqla, cəmi 4.400 manat hissəsi geri qaytarılmışdır(iş vərəqə: 319). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya xəstəxanası” publik hüquqi şəxsindən istintaq orqanına təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 2164 nömrəli məktubdan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin xəstəxanada müalicə olunmamış, qeydiyyatda dayanmamışlar(iş vərəqə: 216-217). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməkdə ehtiva olunan Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan dələduzluq cinayətini törətməkdə təqsirliliyi araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla təsdiqini tapdığından onların cinayət əməli bu hissədə ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Lakin məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə nəzərdə tutulan vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemətin vahid niyyətlə rüşvət qismində verilməsinə qeyrilərini təkrarən təhrik etmə cinayətini törətməkdə təqsirlilikləri təsdiq olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddəsi ilə tövsif edilməli, hər iki təqsirləndirilən şəxs həmin maddələrlə ilə təqsirli bilinib cəzalandırılmalı, Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlilikləri sübuta yetirilmədiyindən onlara bəraət verilməlidir. Belə ki, "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1ci bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqlarının əldə etməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarından irəli gələn və yuxarıda qeyd olunan tövsiyyələr, müəyyən olunduğu kimi, Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində ehtiva olunan əlamətlər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli ilə üst-üstə düşür. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri (burada: Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi) müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, onları Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxslərə məxsus xeyli miqdarda əmlakı aldatma və etibardan istifadə etmə yolu ilə talama cinayətini törətməkdə təqsirsizlikləri ilə bağlı bu və ya sair formada gətirdikləri dəlilləri onların cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədilə seçmiş olduqları müdafiə taktikası kimi qiymətləndirir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın təsdiq olunmamasına gəldikdə isə məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinə bilməzlər. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli Qərarının 36-cı bəndində göstərilmişdir ki, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (Cinayət Məcəlləsinin 178ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (Cinayət Məcəlləsinin 32.4, 312-ci maddələri) kimi qiymətləndirilir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət hadisəsinin baş verdiyi mərhələdə Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə sistemi ilə bağlı heç bir yerdə işləməmiş, onların Azərbaycan Respublikasında fəaliyət göstərən qeyd olunan qurumlarla hər hansı bağlılığı, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə sistemində fəaliyyət göstərən vəzifəli şəxslərlə yaxından-uzaqdan əlaqəsi olmamış, onlara bu sahələrdə qanunla müəyyən olunan vəzifə və ya səlahiyyətlər verilməmişdir. Müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 faktiki zərər görmüş şəxslərə məxsus əmlakı əldə edərək onların verilməsinin şərtləri ilə bağlı, yəni qeyri-müəyyən vəzifəli şəxsə rüşvət verməklə zərər çəkmiş şəxslərin xeyrinə qərar qəbul elətdirəcəyi barədə götürdükləri öhdəlikləri yerinə yetirmək niyyətində olmamış və nəticədə cinayət işində adı keçən müəyyən şəxslərə faktiki maddi zərər vurulmuşdur. Həmçinin müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmışdır. Məhkəmə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarına istinadən qeyd edir ki, hüquq ədəbiyyatında belə fikir ifadə olunur ki, yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilməməsi (maddə 42.1.4.) əsasları ilə bəraət hökmü çıxarılır. Lakin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi üzrə irəli sürülmüş ittiham təsdiq olunmadığından məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru Dövlət ittihamçısı3 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi üzrə irəli sürülmüş ittihamdan, həmin ittihamın məhkəmə baxışı zamanı təsdiq edilməməsi əsası ilə imtina edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində CM-nin 32.4,312.2-ci maddəsi ilə olan ittihamın ümumi ittihamdan xaric olunmasını və cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxılan iş üzrə təqdim olunan sübutları tam, obyektiv və hərtərəfli araşdıraraq belə nəticəyə gəlmişdir ki, dövlət ittihamçısının ittihamdan imtinası əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. Həmin Məcəllənin 43.1 və 43.1.1-ci maddələrinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddəsi ilə cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs2 CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan qəsdən az ağır cinayət törətməsi və onun bu cinayətə görə cəzadan azad olunması üçün əsaslar olmaması nəzərə alınmalı, sosial ədalətin bərpası, onun islah olunması, həm təqsirləndirilən şəxsin özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyası daxilində onun şəxsiyyətinə uyğun ədalətli cəza təyin olunmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 cinayət işinin məhkəməyədək icraatı mərhələsində zərər çəkmiş şəxslərə ümumilikdə yetirilmiş 23.400 manat məbləğində maddi ziyanın 2.400 manatını könüllü olaraq ödəmişdir. İşdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2nın himayəsində hər iki gözdən görmə məhdudiyyətli xx.xx.2003-cü il təvəllüdlü X10 adlı bir nəfər xəstə qızı vardır. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Abşeron rayon İH-nin Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunur. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 son sözlə məhkəməyə müraciət edib tutduğu əməldən səmimi peşimanlığını, Təqsirləndirilən şəxs1 tərəfindən aldadıldığını bildirmiş, zərər çəkmiş şəxslərə yetirilmiş maddi zərərdən ona çatmış cəmi 2400 manatı könüllü olaraq ödəməsini və himayəsində xəstə uşağının olmasını nəzərə alıb ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs2 cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə, himayəsində bir nəfər xəstə uşağının olmasını, tutduğu əməldən peşimanlığını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və əvvəllər məhkum olunmadığını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardan biridir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələbləri baxımından cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Lakin ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmələri Azərbaycan Respublikası CM-in 61.1.3-cü maddəsinə əsasən onların cəzalarını ağırlaşdıran hal qismində nəzərə alınmalıdır. Lakin cinayət işinə məhkəmə baxışı zamanı Dövlət ittihamçısı3 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi üzrə irəli sürülmüş ittihamdan, həmin ittihamın məhkəmə baxışı zamanı təsdiq edilməməsi əsası ilə imtina edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində CM-nin 32.4,312.2-ci maddəsi ilə olan ittihamın ümumi ittihamdan xaric olunmasını və cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir ki, məhkəmə baxılan iş üzrə təqdim olunan sübutları tam, obyektiv və hərtərəfli araşdıraraq dövlət ittihamçısının ittihamdan imtinasını əsaslı hesab etməklə təmin olunmalı olması nəticəsinə gəlmişdir. Ona görə də cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi halı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, onun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılması və üzərinə bu cəzadan irəli gələn müəyyən vəzifələr qoyulması məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2 və 52-1.3-cü maddələrinə əsasən məhkəmə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər üzərində bu Məcəllənin 52-1.2.1 - 52-1.2.4-cü və 52-1.3.1 - 52-1.3.4-cü maddələrində nəzərdə tutulan əsas və əlavə vəzifələr müəyyən edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, daimi yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddəsi ilə əlavə caza təyin olunmasını məqsədə müvafiq hesab etmir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 24 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X4 Terapiya şöbəsində “Xroniki hemodializ, Poliorqan çatışmazlığı, kəskin ürək, damar və tənəffüs çatışmazlığı” xəstəliyindən ölmüşdür. Məhkəmə baxışının gedişatında Təqsirləndirilən şəxs1 ölümü ilə bağlı onun barəsində icraata ximtam verilib-verilməməsi məsələsi müzakirə olunarkən onun hüquqi varisi cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmişdir. Lakin məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsinin sübuta yetirilməsi, onun məhkəmə baxışı gedişində 24 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X4 Terapiya şöbəsində “Xroniki hemodializ, Poliorqan çatışmazlığı, kəskin ürək, damar və tənəffüs çatışmazlığı” diaqnozu ilə ölməsi nəzərə alınmalı və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2 və 44.2.1-1-ci maddəsinə əsasən ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 44.2-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır: 44.2.1-1. bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda - ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarılır. Məhkəmə ölmüş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinməsi, lakin ölməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2 və 44.2.1-1-ci maddəsinə əsasən ona təqsirli bilindiyi cəza təyin edilməməsi ilə bağlı məsələni həll edərkən tətbiq olunmalı olan zəruri hüquqi məsələlərə əlaqədar qeyd edir ki, belə bir vəziyyətdə ölmüş təqsirləndirilən şəxsin barəsində yekun məhkəmə aktı çıxarılarkən məhkumluğa, şəxsin barəsində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəza çəkmə müəssisəinin növünə, təyin olunacaq cəzanın əvvəlinə dair məsələlərin hüquqi həlli istisna təşkil edəcəkdir. Qeyd olunanlarla yanaşı məhkəmə, həmçinin qeyd edir ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunan Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası isə onun daimi yaşayış yeri üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş qətimkan tədbirinə dair məsələni müzakirə edib belə nəticəyə gəlir ki, cinqayət işinin məhkəməyədək icraatı mərhələsində Təqsirləndirilən şəxs2 barəsində seçilmiş və məhkəmə hazırlıq iclasının 17 noyabr 2024-cü il tarixli qərarına əsasən dəyişdirilmədən saxlanılmış “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələ həll olunarkən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - xx.xx.2022-ci il tarixdə Samux rayonu Karayeri qəsəbəsində yerləşən mağazadan “Milli-Ön” aparatı vasitəsilə məhkum Təqsirləndirilən şəxs2 istifadəsində olmuş "xxxx" Bank ASC-yə məxsus 5213********5693 seriya nömrəli karta 2.000 manat məbləğində pul vəsaiti köçürülməsinə dair qəbzin kserosurəti, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "xxxx" MMC-nin Gəncə şəhər şöbəsindən məhkum Təqsirləndirilən şəxs2 verməsi üçün vət.X5 adından vət.Şahid1 adına 7.000 manat pul köçürməsinə və həmin əməliyyat üçün 70 manat dövlət rüsumu ödənilməsinə dair "xxxx" MMC-nin ********* nömrəli mədaxil qəbzinin əsli və məhkum Təqsirləndirilən şəxs2 götürülmüş "xxxx" Bank ASC-yə məxsus bank hesabından çıxarışın əsli cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, cinayət işinə məhkəmə baxışı mərhələsində iş üzrə məhkəmədə şahid qismində dindirilmimş Şahid1 qarşı zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 3.500 (üç min beş yüz) manat, Zərərçəkmiş şəxs2 3.900 (üç min doqquz yüz) manat, Zərərçəkmiş şəxs4 7.000 (yeddi min) manat, həmçinin Şahid1 və Təqsirləndirilən şəxs2 qarşı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 9.000 (doqquz min) manat maddi zərərə görə pul tələbinə dair ümumi mülki iddia qaldırmışlar. İş üzrə zərər çəkmiş şəxslər və ya qeyrisi tərəfindən Təqsirləndirilən şəxs1 qarşı mülki iddia qaldırılmamışdır. Azərbaycan Respublikası CPM-nin 187.1-ci maddəsinin tələblərinə görə mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Məhkəmə qaldırılan mülki iddiaya dair məsələni müzakirə edib belə nəticəyə gəlmişdir ki, zərər çəkmiş şəxslərin mülki iddia üzrə tələbləri Azərbaycan Respublikası CPM-nin müddəalarına əsasən mümkün olmadığından, qaldırılan mülki iddia bu Məcəllənin 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 354.1-ci maddəsinə əsasən Məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1-ci msaddəyə əsasən iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2-ci msaddəyə əsasən iddianın rədd edilməsi; 354.1.3-cü msaddəyə əsasən iddianın baxılmamış saxlanması. Məhkəmə, həmçinin qeyd edir ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3, onların mülki mühakimə icraatı qaydasında müstəqil mülki iddia qaldırmaq hüquqlarının olması izah olunsun. Azərbaycan Respublikası CPM-nin 180.3-cü maddəsinin tələblərinə görə cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Ən nəhayət, iş üzrə məhkəmə məsrəflərinin olmaması, əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 314.2, 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2 və 44.2.1-1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində Təqsirləndirilən şəxs1 24 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X4 Terapiya şöbəsində “Xroniki hemodializ, Poliorqan çatışmazlığı, kəskin ürək, damar və tənəffüs çatışmazlığı” diaqnozu ilə ölməsi nəzərə alınsın və təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə ona cəza təyin edilməsin. Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru Dövlət ittihamçısı3 Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə irəli sürülmüş ittihamdan imtinası təmin edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, daimi yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası daimi yaşayış yeri üzrə Abşeroin rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru Dövlət ittihamçısı3 Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə irəli sürülmüş ittihamdan imtinası təmin edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin və o, Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - - xx.xx.2022-ci il tarixdə Samux rayonu Karayeri qəsəbəsində yerləşən mağazadan “Milli-Ön” aparatı vasitəsilə məhkum Təqsirləndirilən şəxs2 istifadəsində olmuş "xxxx" Bank ASC-yə məxsus 5213********5693 seriya nömrəli karta 2.000 manat məbləğində pul vəsaiti köçürülməsinə dair qəbzin kserosurəti, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "xxxx" MMC-nin Gəncə şəhər şöbəsindən məhkum Təqsirləndirilən şəxs2 verməsi üçün vət.X5 adından vət.Şahid1 adına 7.000 manat pul köçürməsinə və həmin əməliyyat üçün 70 manat dövlət rüsumu ödənilməsinə dair "xxxx" MMC-nin ********* nömrəli mədaxil qəbzinin əsli və məhkum Təqsirləndirilən şəxs2 götürülmüş "xxxx" Bank ASC-yə məxsus bank hesabından çıxarışın əsli cinayət işinin materiallarında saxlanılsın. İş üzrə Şahid1 qarşı zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 3.500 (üç min beş yüz) manat, Zərərçəkmiş şəxs2 3.900 (üç min doqquz yüz) manat, Zərərçəkmiş şəxs4 7.000 (yeddi min) manat, Şahid1 və Təqsirləndirilən şəxs2 qarşı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 9.000 (doqquz min) manat maddi zərərə görə pul tələbinə dair qaldırılan ümumi mülki iddiaları baxılmamış saxlanılsın. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3, onların mülki mühakimə icraatı qaydasında müstəqil mülki iddia qaldırmaq hüquqlarının olması izah olunsun. İş üzrə məhkəmə məsrəflərinin olmaması, əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.