Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-247/2025 05.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X8-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri, X7, X1, X3, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, X4, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Mirzəyev və Partnyorları” Vəkil bürosunun vəkili X10 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxxx 1961-ci il tarixdə Qazı-Məmməd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Binəqədi rayonu, X15 küçəsi , ev 1 V, mənzil 112 ünvanda qeyidyyatda olmaqla, ünvan 2 ünvanda yaşamış, barəsində Nərimanov Rayon Məhkəməsi tərfindən “ həbs ” qətimkan tədbiri seçilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyin Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi; Təqsirləndirilən şəxs Babaqulu oğlu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə başqa şəxs ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, sonuncunun 09 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində naməlum şəxs(lər) vasitəsilə onun üçün gizlətdiyi yerdən külli miqdarda 1 ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 1110,0 qram olan tərkibində narkotik maddələr olan çətənə ( kannabis ) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı götürməklə əldə edib, üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının 09 iyul 2023-cü tarixdə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saat 23:30 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Məhəmmədi şossesində yerləşən qəbirstanlığın yaxınlığında piyadə hərəkət edən zaman saxlanılaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 48 ünvanında yerləşən Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin inzibati binasına dəvət edilib orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əlindəki politelen torbanın içərisindən külli miqdarda təmiz çəkisi 1110,0 qram tərkibində narkotik maddələr olan çətənə ( kannabis ) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək, götürülmüşdür. Bundan başqa o, təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə başqa şəxs ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, sonuncunun 27 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində naməlum şəxs(lər) vasitəsilə onun üçün gizlətdiyi külli miqdarda 1 ədəd sellofan bükülüdə təmiz çəkisi 40,0qram, digər 1 ədəd sellofan bağlamada təmiz çəkisi 515qram və 16 (on altı) ədəd sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 125 qram, 100 qram, 65,0 qram, 35,0 qram, 2,43 qram, 2,44 qram, 2,43 qram, 2,39 qram, 3,89 qram, 3,88 qram, 2,45 qram, 2,39 qram, 2,36 qram, 2,38 qram, 3,94 qram, 4,04 qram olmaqla ümumilikdə təmiz çəkisi 915,02 qram olan tərkibində narkotik maddələr olan çətənə ( kannabis ) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı qeyd edilən ünvandan götürməklə əldə edib, üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının 28 dekabr 2023- cü tarixdə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saat 22:55 dəqiqədə Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi ev 14 ünvanın yaxınlığında saxlanılaraq ünvan 5da yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət edilib orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 ( bir) ədəd sellofan bükülüdə təmiz çəkisi 40,0 qram və yaşadığı ünvan 2 ünvana baxış zamanı mətbəxdə olan dolabın içində saxladığı ümumi çəkisi 915,02 qram olan təmiz çəkiləri 16 ( on altı) ədəd sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 125 qram, 100 qram, 65,0 qram, 35,0 qram, 2,43 qram, 2,44 qram, 2,43 qram, 2,39 qram, 3,89 qram, 3,88 qram, 2,45 qram, 2,39 qram, 2,36 qram, 2,38 qram, 3,94 qram, 4,04 qram olan ümumilikdə külli miqdarda təmiz çəkisi 915,02 qram tərkibində narkotik maddələr olan çətənə ( kannabis ) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək, götürülmüşdür. Təqsirləndirilən şəxs Babaqulu oğlu ifadələrində özünü qismən təqsirli bilərək göstərdi ki, onun tutulması ilə bağlı birinci epizod iyul ayının 8-də olub. Onu Kürdəxanı qəsəbəsində qəbiristanlıqda saxlayıblar. O, iranlı ilə danışmışdı, iranlı ona 100 qram marixuana verməli idi. O, təyin olunmuş yerə gələndə onu polis əməkdaşları saxladılar. Polis əməkdaşları onu bir az döydülər, sonra ondan 10 min manat pul istədilər, o isə onlara pulunun olmadığını bildirdi. Onu 15-ci polis bölməsinə gətirdilər və hədələdilər. Sonra ona bir torba verdilər. O, 100 qram marixuana almağa getmişdi, lakin marixuananı görməmiş onu tutdular. Çəkiliş oldu, verdikləri torbadan 1 kq 100 qram marixuana çıxdı. Onu saxlayan polis əməkdaşlarından ya bir, ya da ikisi narkotik vasitə satdığına görə hazırda həbsdədir. Sonra onu müstəntiq Vüqar Xəlilov qəbul etdi, müstəntiq ona bildirdi ki, onu saxlayan polis əməkdaşları pula işləyən adamlardır. Sonra onu zaminə buraxdılar. İkinci epizod dekabr ayının 20-də öz məhəllələrində olub. Onu öz evinin qabağında saxladılar, üzərində marixuana olmuşdur, qonşuda marixuana satan var, ondan almışdı. Polis əməkdaşları ondan evinin yerini soruşdular, o da göstərdi. Sonra evində axtarış apardılar heç nə tapmadılar. Ondan kiminlə yaşadığını soruşdular, o isə həyat yoldaşı ilə birlikdə yaşadığını və yoldaşının xəstə olduğunu və rayonda olduğunu demişdir. Sonra polis əməkdaşları ondan soruşdular ki, “bizə nə hörmət edə bilərsən?”. O da polis əməkdaşları ilə 1000 manata razılaşmışdır. Razılaşdılar ki, dekabr ayının 25-də 1000 mamat pul verəcək. Onun oğlu dekabr ayının 22-si azadlığa çıxanda oğlunun şəklini statusda paylaşmışdır. Dekabr ayının 25-də ona zəng etdilər ki, “gözün aydın oğlunu da çıxartdın, amma simiclik edib pulumuzu vermirsən, oğlunu çıxartmaq üçün 8-10 min manat verə bilirsən, bizə 1000 manat verə bilmirsən ?” Dekabr ayının 28-də həmin polis əməkdaşları evə gəldilər və ona bildirdilər ki, “ağsaqqal, hazırlaş gedirik”. Evi axtardılar heç nə aşkar olunmadı. Sonra oğlunu və onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə apardılar. İdarədə onu möhkəm döydülər, sonra onu oğlunu da tutaçaqları ilə hədələdilər. O da oğlunu buraxmaqlarını,nə desələr boynuna alacağını demişdir. Sonra ona bir büküm narkotik vasitə verdilər və çəkiliş etdilər. Daha sonra evinə gedib axtarış apardılar, evində bir qram da narkotik vasitə olmayıb, evindən öz gətirdikləri narkotik vasitəni çıxartdılar. Evində çəkiliş aparıblar. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs Babaqulu oğlu ona Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər dəfələrlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə məhkum olunmuş, sonuncu dəfə 07 dekabr 2015-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirili bilinərək, 08 il müddətinə azadlıqdan məhrum edilmiş, Nərimanov Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli qərarı ilə 09 ay 28 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində həbs olunmazdan təxminən 1 (bir) ay əvvəl İran İslam Respublikasının vətəndaşı “Əziz” adlı şəxs ona voohçab vasitəsilə zəng edib danışaraq, narkotik vasitə marixuna təklif etmişdir. Onun telefon nömrəsini haradan, necə və kimdən öyrəndiyini bilmir. İran İslam Respublikası vətəndaşı “Əziz” adlı şəxsin Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdə onun üçün gizlətdiyi yerdən narkotik vasitə qurudulmuş marixuananı öz istifadəsi üçün götürmüş və buna görə ona 2300 (iki min üç yüz) manat xatırlamadığı hesaba köçürmüşdür. Həmin vaxt ***-***-**-** simkart nömrəsindən istifadə etmişdir. 09 iyul 2023-cü il tarixdə, saat 23:30 dəqiqədə, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat- Məhəmmədi şossesində yerləşən qəbirstanlığın yaxınlığında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu demiş, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdib, onu Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasına dəvət etmişlər. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərində şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra sol əlində olan sellofan torbanın içərisindən həmin 1 (bir) ədəd bağlamada qurudulmuş marixuananı çıxardıb təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan qara rəngli şalvarın sağ yan cibindən 196 (yüz doxsan altı) manat pul aşkar edilərək götürülmüşdür. Təqdim etdiyi narkotik vasitə marixuana elektron tərəzidə çəkilmiş və çəkisi 1(bir) kq 140 (yüz qırx) qram olmuşdur. Sonra aşkar olunmuş marixuana qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etmədiyi üçün 196 (yüz doxsan altı) manat pul ona qaytarılmışdır. Bundan sonra təxminən 3 ay əvvəl sosial şəbəkədə tanış olduğu “Sadiq ” adlı şəxs özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmişdir. Sadiqin ona bir neçə dəfə pul müqabilində narkotik vasitə çatdıra biləcəyini etdiyi təklifə, razılaşmışdır. 27 dekabr 2023-cü il tarixdə “Sadiq” onun telefonuna Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində elektron xəritə ilə onun üçün narkotik vasitəni atdığı ünvanı və bağlamanın atıldığı yerin şəklini göndərmişdir. Ona görə yoldan keçən tanımadığı taksi ilə həmin ünvanın yaxınlığına gedib, yolda düşmüş, taksi getdikdən sonra həmin ünvana gedib, onun üçün “Sadiq’ln göndərdiyi narkotik vasitə bağlamanı tapıb götürmüş və yoldan keçən başqa tanımadığı taksi ilə yaşadığı ünvan 6 ünvana gətirmişdir. Narkotik vasitənin olduğu bağlamanı açıb baxdıqda, marixuana olduğunu görmüş, sonra bağlamanı mətbəxdəki dolabda gizlətmişdir. Axşam saatlarında həmin bağlamanı açaraq gözə yari, tərəzidə çəkmədən marixuanadan götürüb sellofan bağlamalara ayırmış və dolaba yığmışdır. 28 dekabr 2023cü il tarixdə təxminən 4-50 qram çəkidə qurudulmuş marixuananı cibinə qoymuş, saat 20 radələrində çölə çıxmış və məhəllədə oğlu Elnuru görmüşdür. Elnur ilə birlikdə məhəllədə gəzdikləri vaxt, təxminən saat 20:55 dəqiqədə 3 nəfər mülki geyimdə şəxs onlara yaxınlaşıb, özlərini təqdim edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları olduqlarını bildirmiş və zəruri tədbirlərin görülməsi üçün həmin idarəyə onları dəvət etdiklərinə görə, onlar ilə birlikdə idarəyə getmişlər. Orada inzibati otaqların birində şübhəli şəxs qismində hüquq və vəzifələri ona elan olunmuş, üzərinə şəxsi axtarış aparılan zamanı ona üzərində qanunla qadağan olunmuş əşya olub-olmaması, əgər varsa könüllü təqdim etməsi təklif olunduqdan sonra, əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd sellofanda olan narkotik vasitə qurudulmuş marixuananı masanın üzərinə qoyaraq, təqdim etmişdir. Şəxsi axtarış zamanı əynindəki həmin gödəkçəsinin sol yan cibindən 1 (bir) ədəd ***-***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon, 1 (bir) ədəd ***-***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon və 1 (bir) ədəd açar aşkar olunaraq götürülmüşdür. Təqdim etdiyi qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və çəkisi 46 (qırx altı) qram olmuş, zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri imzalanmışdır. İş üçün əhəmiyyəti kəsb etdiyindən 1 (bir) ədəd ***-***-**-** simkart nömrəsi və 1 (bir) ədəd 051- ***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefonlar götürülmüş, 1(bir) ədəd açar isə ona qaytarılmışdır. Üzərindən aşkar olunmuş həmin narkotik vasitə marixuananı İran islam Respublikası vətəndaşı Sadiqin göstərişi ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi deyilən yerdən götürdüyünü, narkotik vasitənin bir qisminin yaşadığı mənzilində saxladığını bildirmişdir. Polis əməkdaşlarına narkotik vasitə marixuananı saxladığı Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi ev 14, mənzil 11 ünvana baxış və götürmə aparılmasına etriz etmədiyini bildirmişdir. Ondan sonra onun iştirakı ilə yaşadığı həmin mənzilə keçirilən baxış zamanı mənzilin mətbəx otağındakı dolabdan 1 (bir) ədəd torbanın içərisindən 1 (bir) ədəd bağlamada olan açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuananı, 1 (bir) ədəd elektron tərəzini, 1 (bir) ədəd plastik qabın içərsindən 4 (ədəd) sellofanda olan açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuananı, 1 (bir) ədəd plastik balaca qabın içərisindən 12 (on iki) ədəd sellofanda olan açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Onun təqdim etdiyi narkotik vasitə marixunanı polis əməkdaşları elektron tərəzidə çəkmiş və ümumillikdə çəkisi 955 (doqquz yüz əlli beş) qram olmuşdur. Təqdim etdiyi həmin narkotik vasitə marixuana və elektron tərəzi qablaşdırılaraq, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri onlar tərəfindən imzalanaraq götürülmüşdür. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. “Sadiq”in İran İslam Respublikasının vətəndaşı olduğunu və anket məlumatlarını bilmir. Qeyd etdiyi narkotik vasitə marixuananı gələcəkdə satmaq məqsədilə əldə etmişdir. Evindəki elektron tərəzidən narkotikin çəkilməsində istifadə etmişdir. Oğlu və digər ailə üzvlərinin narkotik vasitə marixuanadan xəbəri olmamışdır. Şahid1 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edərək, Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. Həmin məlumat əsasında əməliyyat qrupu yaradıldı. 28 dekabr 2023-cü il tarixdə, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi, ev 14 ünvanın yaxdığında saxlamış və Təqsirləndirilən şəxs və onun oğlu Məmmədov Elnuru Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirdilər. İdarədə xidməti otaqların birində Təqsirləndirilən şəxs barəsində video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparıldı. Şəxsi axtarış zamanı şəxsin üzərindən 1 büküm marixuana aşkar olundu. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq narkotik vasitə marixuana istifadə etdiyini və satdığını, üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, oğlu Elnurun narkotik vasitədən xəbərinin olmadığını, narkotik vasitəni Sadiq adlı iranlı vasitəsilə Qaradağ rayonu ərazisində əvvəlcədə təyin edilmiş yerdən götürdüyünü, yaşadığı evdə də narkotik vasitə marixuana saxladığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparıldı. Baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs həmin qərarla tanış edilərək sözü gedən evdə olması ehtimal edilən narkotik vasitəni, təqdim etməsi təklif edildi, Təqsirləndirilən şəxs mənzilin mətbəxində olan dolabdan 1 ədəd torbanın içərisindən çıxartdığı 1 ədəd bağlamada olan narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd elektron tərəzi, 1 ədəd plastik qabın içərisindən 4 ədəd sellofanda olan qurudulmuş marixuana, 1 ədəd plastik balaca qabın içərisindən 12 ədəd sellofanda olan narkotik vasitə qurudulmuş marixuana təqdim etdi. Rövşəni evinin yaxınlığında saxlamışdılar. Rövşəni heç kim oğlunu da tutması ilə təhdid etməyib. Onun bu barədə ifadələri yalandır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayoru rütbəsindədir. 28 dekabr 2023-cü il tarixdə xidməti işində olduğu vaxt, etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edərək, Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı haqqında xidmət etdiyi Polis İdarəsinin rəisinə raport ilə məruzə etmişdir. Təqsirləndirilən şəxs ifşa edilməsi üçün onun rəhbərliyi ilə, xidmət etdiyi Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyən, polis mayoru Şahid2 və baş əməliyyat müvəkkili vəzifəsində işləyən, polis kapitanı Şahid3 ibarət əməliyyat qrupu yaradılmış və bu istiqamətdə tərəflərindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, həmin tarixdə yəni, 28 dekabr 2023-cü ildə saat 20 : 55 dəqiqədə Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi, ev 14 ünvanın yaxdığında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Özlərini Təqsirləndirilən şəxs təqdim edərək narkotik vasitənin saxlanılmasında və istifadəsində şübhəli olduğunu bildirmişlər. Həmin vaxt hava və əməliyyat şəraiti, həmçinin təhlükəsizlik tədbirlərini nəzərə alaraq onu xidmət etdikləri Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs və həmin vaxt yanında olan oğlu Elnur Məmmədov etiraz etməmiş və onlar ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gəlmişlər. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru Anar Aslanov tərəfindən onların iştirakı ilə xidməti otağında, polis kapitanı Şahid3 tərəfindən video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs, şübhəli şəxs qismində hüquq və vəzifələri izah olunaraq üzərində, paltarlarında, əşyalarında narkotik vasitə varsa, təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd sellofanda açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni çıxardaraq, masanın üzərinə qoyub təqdim edərək, narkotik vasitə marixuana olduğunu və özünə məxsus olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı əynindəki həmin qara rəngli gödəkçəsinin sol yan cibindən 1 (bir) ədəd üzərində ***-***-**-** simkart və 1 (bir) ədəd ***- ***-**-** simkart nömrələri olan iki ədəd “Samsung” markalı mobil telefon, həmçinin 1 (bir) ədəd açar aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkilərək, çəkisi 46 (qırx altı) qram olmuş, sonra zərfə qoyulub, qablaşdırılaraq Daxili İşlər Nazirliyinin 7 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin 055-771-68- 52 simkart nömrəsi olan “Samsung” markalı və ondan başqa ***-***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefonların iş üzrə sübut əhəmiyyəti kəsb etdiyini nəzərə alaraq tərəflərindən götürülmüş və 01 (bir) ədəd açar isə sübut əhəmiyyəti kəsb etmədiyindən ona qaytarılmışdır. Təqsirləndirilən şəxs təxminən 3 ay əvvəl sosial şəbəkədə tanış olduğu, özünü X12 vətəndaşı kimi təqdim edən “Sadiq” adlı şəxsin vasitəsilə 1 (bir) gün əvvəl Bakı şəhəri Qaradağ rayonu ərzisində gizlədilmiş yerdən həmin narkotik vasitə marixuananı istifadə etməsi və satması məqsədilə götürdüyünü, bunun müqabilində “Sadiq” adlı şəxsə 3000 (üç min) manat pul göndərəcəyini, bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitədən yanındakı oğlu Elnurun məlumatı olmadığını, həmin narkotik vasitə marixuananın bir hissəsini yaşadığı Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi, ev 14, mənzil 11 ünvanda özünə qəbul etmək və satmaq məqsədilə saxladığını demişdir. Təqsirləndirilən şəxs razılığı əsasında onun və tədbirdə iştirak edən əməkdaşlar ilə birlikdə yaşadığı Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi, ev 14, mənzil 11 ünvana gedib baxış keçirmişlər. Təqsirləndirilən şəxs mənzilində qanunla dövriyyəsi qadağan edilmiş və ya sübut əhəmiyyəti kəsb edən hər hansı bir əşya varsa təqdim etməsi təklif edildikdən sonra özü mənzilin qapısını açaraq, mənzilə daxil olduqdan sonra, Təqsirləndirilən şəxs mənzilin mətbəxində olan dolabdan 1 (bir) ədəd torbanın içərisindən çıxartdığı 1 (bir) ədəd bağlamada olan narkotik vasitə qurudulmuş marixuana, 1 (bir) ədəd elektron tərəzi, 1 (bir) ədəd plastik qabın içərisindən 4 (dörd ) ədəd sellofanda olan qurudulmuş marixuana, 1 (bir) ədəd plastik balaca qabın içərisindən 12 (on iki) ədəd sellofanda olan narkotik vasitə qurudulmuş marixuana təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi tərəzidən başqa həmin narkotik vasitə marixunalar birlikdə elektron tərəzidə çəkimiş və ümumi çəkisi 955 (doqquz yüz əlli beş) qram olmuşdur. Həmin narkotik vasitə marixunalar və elektron tərəzi qablaşdırılmış və DİN-nin 7 saylı möhürü ilə möhürlənərək, götürülmüşdür. Təqsirləndirilən şəxs saxlanılan zaman və Polis İdarəsində olduğu vaxt ona qarşı heç bir zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi “Sadiq” adlı şəxs barəsində məlumatı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın çəkisinin 40,0 qram və mənzilindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın ümumulikdə çəkisinin 915,02 qram olduğunun qeyd edildiyi Məhkəmə Ekspertiza Məhkəməsi tərəfindən verilmiş ekspert rəyinin doğru olduğunu bildirmişdir. Şahid3 Cəmiyət oğlu ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edərək, Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdu. Həmin məlumat əsasında əməliyyat qrupu yaradıldı. 28 dekabr 2023-cü il tarixdə, Təqsirləndirilən şəxs saxlayıb və Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. İdarədə xidməti otaqların birində Təqsirləndirilən şəxs barəsində video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparıldı. Şəxsi axtarış zamanı Rövşənin üzərindən bir büküm marixuana aşkar olundu. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq narkotik vasitə marixuana istifadə etdiyini və satdığını, üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu və Sadiq adlı iranlı vasitəsilə Qaradağ rayonu ərazisində əvvəlcədə təyin edilmiş yerdən götürdüyünü, yaşadığı evdə də narkotik vasitə marixuana saxladığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparıldı. Baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs həmin qərarla tanış edilərək sözü gedən evdə olması ehtimal edilən narkotik vasitəni, təqdim etməsi təklif edildi, Təqsirləndirilən şəxs mənzilin mətbəxində olan dolabdan 955 qram narkotik vasitə qurudulmuş marixuananı təqdim etdi. Rövşəni oğlu ilə birlikdə saxlamışdılar. Onu yaşadığı evin yaxınlığında saxladılar. Təqsirləndirilən şəxs oğlu ilə hədələməmişdirlər. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Şahid2 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edərək, Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdu. Həmin məlumat əsasında əməliyyat qrupu yaradıldı. 28 dekabr 2023-cü il tarixdə, Təqsirləndirilən şəxs saxlayıb və Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirib orada xidməti otaqların birində Təqsirləndirilən şəxs barəsində video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparıldı. Şəxsi axtarış zamanı şəxsin üzərindən bir büküm marixuana aşkar olundu. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq narkotik vasitə marixuanadan həm istifadə etdiyini, həm də satdığını, yaşadığı evdə də marixuana saxladığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə baxış eçirildi. Baxış aparılmasından əvvəl Təqsirləndirilən şəxs həmin qərarla tanış edilərək sözü gedən evdə olması ehtimal edilən narkotik vasitəni, təqdim etməsi təklif edildi, Təqsirləndirilən şəxs mənzilin mətbəxində olan dolabdan narkotik vasitə qurudulmuş marixuana təqdim etdi. Narkotik vasitə evində mətbəxdən aşkar olundu. Rövşən narkotik vasitəni özü təqdim etdi. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Şahid5 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edərək, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdu. Həmin məlumat əsasında əməliyyat qrupu yaradıldı. 09 iyul 2023-cü il tarixdə, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Məhəmmədi şossesində yerləşən qəbirstanlığın yaxınlığında saxlamış və Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə gətirmişlər. Bölmədə xidməti otaqların birində Təqsirləndirilən şəxs barəsində video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparıldı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan sellafon torbadan 1 kq-dan artıq marixuana aşkar olundu. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq narkotik vasitə marixuana istifadə etdiyini, aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu və iranlı vasitəsilə Sabunçu rayonu ərazisində əvvəlcədə təyin edilmiş yerdən götürdüyünü bildirdi. Rövşəni Kürdəxanı ərazisində qəbirstanlığın yaxınlığında saxladılar. O, 100 qram marixuana götürmək üçün getmişdi. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. Şahid4 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edərək, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdu. Həmin məlumat əsasında əməliyyat qrupu yaradıldı. 09 iyul 2023-cü il tarixdə, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Zabrat - Məhəmmədi şossesində yerləşən qəbirstanlığın yaxınlığında saxladılar və Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə gətirdilər. Bölmədə xidməti otaqların birində Təqsirləndirilən şəxs barəsində video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparıldı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan sellafon torbadan 1 büküm marixuana aşkar olundu. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq narkotik vasitə marixuana istifadə etdiyini, aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu və Əziz adlı iranlı vasitəsilə Sabunçu rayonu ərazisində əvvəlcədə təyin edilmiş yerdən götürdüyünü bildirdi. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın çəkisi 1110 qram idi. Rövşəni piyada hərəkət edən zaman saxladılar. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid4 ibtidai istintaq zamanı göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı rütbəsindədir. 08 iyul 2023-cü il tarixdə xidməti işində olduğu vaxt, etimad doğuran məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edərək, dövriyyəsi ilə Sabunçu rayonu ərazisində məşğul olması barədə əməliyyat məlumatını xidmət etdiyi Polis İdarəsinin rəisinə raportla məruzə etmişdir. Təqsirləndirilən şəxs ifşa edilməsi üçün Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində, rəhbərliyi ona həvalə edilməklə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid5 və polis nəfəri, polis baş serjantı Şahid6 ibarət əməliyyat qrupu yaradılmış və dərhal əməliyyat tədbirin keçirilməsinə başlanmışdı. Keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 09 iyul 2023-cü il tarixdə, saat 23 : 30 dəqiqədə, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat - Məhəmmədi şossesində yerləşən qəbirstanlığın yaxınlığında Təqsirləndirilən şəxs əlində olan sellofan torba ilə piyadə hərəkət etdiyini aşkar edib, ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitənin saxlanılmasında və istifadəsində şübhəli olduğunu bildirmişlər. Həmin vaxt hava və əməliyyat şəraiti, həmçinin təhlükəsizlik tədbirlərini nəzərə alaraq onu özləri ilə Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və onlar ilə birlikdə 15-ci Polis Bölməsinin inzibati binasına gəlmiş, orada Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru Yelmar Vahabov tərəfindən onların iştirakı ilə xidməti otağında onun tərəfindən video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs, şübhəli şəxs qismində hüquq və vəzifələri izah olunaraq üzərində, paltarlarında, əşyalarında və bədənində narkotik vasitələr, qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs sol əlində olan sellofan torbanın içərisindən 1 ədəd bağlamada olan qurudulmuş marixuana çıxardıb, masanın üzərinə qoyub təqdim edərək, onun narkotik vasitə marixuana və özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və çəkisi 1 (bir) kq 140 (yüz qırx) qram olmuş, zərfə qoyulub, qablaşdırılaraq Daxili İşlər Nazirliyinin 7 saylı möhürü ilə möhürlənərək tərəflərindən götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitə qaurudulmuş marixuananı özünü X12 vətəndaşı kimi təqdim edən “Əziz” adlı şəxsin vasitəsilə saxlanmamışdan əvvəl Bakı şəhəri Sabunçu rayonu ərzisində əvvəlcədən təyin edilmiş yerdən öz istifadəsi üçün 2300 (iki min üç yüz) manta əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını, ***-***-**-** simkart nömrəsi istifadə etdiyini, “Əziz" adlı şəxsi təxminən 1 (bir) ay olar ki, tanıdığını, başqa heç yerdə narkotik vasitə saxlamadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələr satması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi özünü İran İslam Respublikasının vətəndaşı kimi qeyd etmiş “Əziz” adlı şəxs barəsində məlumatı yoxdur. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın çəkisinin 1110,0 qram olduğunun qeyd edildiyi Məhkəmə Ekspertiza Məhkəməsi tərəfindən verilmiş ekspert rəyinin doğru olduğunu qəbul edir və rəy ilə razıdır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində şahidlər DİN-in BNMİ-in baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və DİN-in BNMİ-in baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 Cəmiyət oğlu iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdirlər. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində şahidlər DİN-in BNMİ-in baş əməliyyat müvəkkili, polis kapitanı Şahid5 və DİN-in BNMİ-in QBRŞ-nin polis nəfəri, polis baş serjantı Şahid6 iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdirlər. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində şahid X11 ibtidai istintaq zamanı göstərmişdir ki, anket məlumatında qeyd etdiyi ünvanda yaşayır. 28 dekabr 2023-cü il tarixdə, saat 20:55 dəqiqədə atası Təqsirləndirilən şəxs ilə birlikdə Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi, ev 14 ünvanın yaxınlığında piyadə hərəkət etdikləri zaman, 3 nəfər mülki geyimdə olan şəxslər onalara yaxınlaşıb, özlərini təqdim edərək, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri- polis əməkdaşları olduqlarını bildirərək, xidməti vəsiqələrini göstərmişlər. Atası Rövşənə onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, onu özləri ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etdiklərinə görə atası Rövşən polis əməkdaşları ilə getdikdə o, da atasının yanında onlar ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına getmişdir. Həmin idarədə hazırda adını xatırlamadığı polis əməkdaşı tərəfindən video çəkiliş aparılmaqla, təhqiqatçı tərəfindən dəvət edilmiş vəkilin iştirakı ilə atası Rövşənə şübhəli şəxs qismində hüquq və vəzifələri izah olunduqdan sonra, üstündə qanunla qadağan olunmuş hər hansı əşya, narkotik vasitə varsa onları təqdim etməsi təklif edilmişdir. Bundan sonra Rövşən əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd sellofanda açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni çıxardaraq, masanın üzərinə qoyub təqdim edərək, özünə məxsus narkotik vasitə marixuana olduğunu bildirmişdir. Sonra Polis əməkdaşları tərəfindən Rövşənin üzərində şəxsi axtarış aparıldıqda əynindəki həmin qara rəngli gödəkçəsinin sol yan cibindən 1 (bir) ədəd üzərində ***-***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon və 1 (bir) ədəd ***-***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon, 1 (bir) ədəd açar aşkar olunaraq götürülmüşdür. Rövşən təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə elektron tərəzidə polis əməkdaşları tərəfindən çəkilmiş və çəkisi 46 (qırx altı) qram olmuş, zərfə qoyulub qablaşdırılaraq Daxili İşlər Nazirliyinin 7 saylı möhürü ilə möhürlənmiş və polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan başqa Rövşənin üzərindən aşkar edilmiş 055- ***-**-** simkart və ***-***-**-** simkart nömrələri olan “Samsung” markalı həmin 2 ədəd mobil telefonlar götürülmüş və 01 (bir) ədəd açar isə Rövşənə qaytarılmışdır. Rövşən təxminən 3 ay əvvəl sosial şəbəkədə tanış olduğu, özünü X12 vətəndaşı kimi təqdim edən “Sadiq” adlı şəxsin vasitəsilə 1 (bir) gün əvvəl Bakı şəhəri Qaradağ rayonu ərzisində gizlədilmiş yerdən həmin narkotik vasitə marixuananı istifadə etməsi və satması üçün götürdüyünü və bunun müqabilində “Sadiq” adlı şəxsə 3000 (üç min) manat pul göndərəcəyini, həmin narkotik vasitə marixuananın bir hissəsini yaşadığı Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi, ev 14, mənzil 11 ünvanda özünə qəbul etmək və satmaq məqsədilə saxladığını bildirmişdir. Atası Rövşən və o özü narkotik vasitə marixuananı saxladığı həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini deyərək və bu barədə ərizələrində bildirmişlər. Bunlar barədə təhqiqatçı tərəfindən protokol tərtib olunaraq, onlara ucadan oxunmuş, protokolun doğru tərtib edildiyini imzaları ilə təsdiq etmişlər. Daha sonra tədbirdə iştirak edən əməkdaşlar ilə birlikdə Rövşənin yaşadığı Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi, ev 14, mənzil 11 ünvana baxış keçirtmək məqsədilə getmişlər, mənzilin giriş qapısını Rövşən açar ilə açaraq mənzilə daxil olmuşlar. Təhqiqatçı Rövşənə qanunla dövriyyəsi qadağan edilmiş və ya sübut əhəmiyyəti kəsb edən hər hansı bir əşya mənzildə varsa təqdim etməsini təklif etdikdən sonra, Rövşən mənzilin mətbəxində olan dolabdan 1 (bir) ədəd torbanın içərisindən 1 (bir) ədəd bağlamada olan açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 1 (bir) ədəd elektron tərəzini, 1 (bir) ədəd plastik qabın içərisindən 4 (dörd ) ədəd sellofanda olan açıq yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 1 (bir) ədəd plastik balaca qabın içərisindən 12 (on iki) ədəd sellofanda olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir.Rövşənin təqdim etdiyi tərəzidən başqa həmin kütlələr birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 955 (doqquz yüz əlli beş) qram olmuşdur. Sonra polis əməkdaşları tərəfindən həmin kütlələr və elektron tərəzi qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürlənərək, götürülmüşdür. Atası Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etdiyini onun özündən eşitmişdir. Lakin həmin narkotik vasitə olan marixuananı atasının nə vaxt haradan əldə etdiyini, üzərində və mənzildə saxlamasından xəbəri olmadığını bildirmişdir. Atası Təqsirləndirilən şəxs saxlanılan zaman, Polis İdarəsində olduğu vaxt ona qarşı heç bir zor və ya psixi təsir göstərilməmişdir. Atası Təqsirləndirilən şəxs qeyd etdiyi özünü İran İslam Respublikasının vətəndaşı kimi qeyd etmiş “Sadiq” adlı şəxs barəsində məlumatı yoxdur. Məhkəmədə elan olunub araşdırılıb cinayət işinin materiallarına əlavə olunmuş: xx.xx.2023-cü il tarixli şübhəli şəxs qismində olan Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış və götürmə aparılması haqqında” protokollardan görünür ki, onun üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin inzibati binasında video çəkilişlə şəxsi axtarış keçirilən zaman sol əlində olan sellofan torbanın içərisindən 1 ədəd bağlamada açıq yaşıl rəngli, narkotik vasitə olan qurudulmuş marixuana təqdim etməsi hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərinə “şəxsi axtarış və götürmə aparılması haqqında” görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı onun sol əlində olan sellofan torbanın içərisindən bir bağlamada təmiz çəkisi 1110,0 qram olan narkotik vasitə - qurudulmuş marixuananın aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs üzərinə xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” görüntüsü olan həmin 01 ədəd DVD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi -1110,0 qram olan və ekspert rəyindən sonra qalıq çəkisi 1109,95 qram qalmış və maddi sübut kimi tanınmış narkotik vasitə qurudulmuş marixuananın saxlanılmasından ötrü Sabunçu RPİnin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxs qismində olmuş Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış və götürmə aparılması haqqında” protokollardan görünür ki, onun üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BNMİ-nin inzibati binasında video çəkilişlə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd sellofanda açıq yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuana təqdim etməsi hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərinə “şəxsi axtarış və götürmə aparılması haqqında” görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 40,0 qram olan narkotik vasitə, - qurudulmuş marixuananın aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs üzərinə xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” görüntüsü olan həmin 01 ədəd DVD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli şübhəli şəxs qismində olmuş Təqsirləndirilən şəxs yaşadığı “evə baxış və götürmə aparılması haqqında” protokollardan görünür ki, onun yaşadığı ünvan 6 ünvanda video çəkilişlə baxış keçirilən zaman mənzilin mətbəx otağındakı dolabdan 1 ədəd torbanın işətrisindən 1 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd elektron tərəzi, 1 ədəd plastik qabın içərisindən 4 ədəd sellofanda narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd plastik balaca qabın içərisindən 12 ədəd sellofanda narkotik vasitə qurudulmuş marixuana təqdim etməsi hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs yaşadığı “evə baxış və götürmə aparılması haqqında” görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı onun yaşadığı mənzilindin mətbəxindəki dolabdan 1 ədəd sellofan bağlamada təmiz çəkisi 515 qram və 16 ədəd sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 125 qram, 100 qram, 65,0 qram, 35,0 qram, 2,43 qram, 2,44 qram, 2,43 qram, 2,39 qram, 3,89 qram, 3,88 qram, 2,45 qram, 2,39 qram, 2,36 qram, 2,38 qram, 3,94 qram, 4,04 qram olan narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi -915,02 qram olan və ekspert rəyindən sonra qalıq çəkisi 914,12 qram qalmış və maddi sübut kimi tanınmış narkotik vasitə qurudulmuş marixuananın saxlanılmasından ötrü Nərimanov RPl-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli yaşadığı “evə baxış və götürmə aparılması haqqında” görüntüsü olan 01 ədəd DVD formatlı disk və aşkar edilmiş 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, diskin istintaq materiallarına əlavə edilməsi və elektron tərəzinin Nərimanov RPl-də saxlanması nəzərə alınmışdır. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-16/2- 7/984 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə...................” politelen bağlamada 1 ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 1110,0 qram bitki mənşəli kütlə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bağlamada ilkin təmiz çəkisi 1110,0 qram olan narkotik vasitə qurudulmuş marixuanadan tədqiqat zamanı aparılmış kimyəvi tədqiqata 0,05 qram sərf edilmiş, qalıq çəkisi 1109,95 qram qalmışdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə aşkar edilib götürülmüş, narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisinin 1110,0 qram hesab edilməsi nəzərə alınmışdır. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-16-2- 7/1753 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 01 ədəd sellofan bükülüdə təmiz çəkisi 40,0 qram və üzərində “Təqsirləndirilən şəxs mənzilindən...” yazısı və imzalar olan göy rəngli' polietilen bağlamadakı 01 ədəd sellofan bağlamada təmiz çəkisi 515qram və 16 (on altı) ədəd sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 125 qram, 100 qram, 65,0 qram, 35,0 qram, 2,43 qram, 2,44 qram, 2,43 qram, 2,39 qram, 3,89 qram, 3,88 qram, 2,45 qram, 2,39 qram, 2,36 qram, 2,38 qram, 3,94 qram, 4,04 qram olan bitki mənşəlli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 915,02 qramdır. Təqdim edilmiş marixuanalar tərkibinə görə eynidir. Həmin göy rəngli politilen bağlamada 01 ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur, buna görə də müqayisəli tədqiqat aparılmadı. Təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar olunaraq götürülmüş ümumilikdə ilkin təmiz çəkisi 915,02 qram olan narkotik vasitə qurudulmuş marixuanadan tədqiqat zamanı aparılmış kimyəvi tədqiqata 0,9 qram sərf edilmiş (hər obyektdən 0,05qram), qalıq çəkisi 914,12qram qalmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə üzərindən və mənzilindən aşkar edilib götürülmüş, narkotik vasitə qurudulmuş marixuananın ümumilikdə təmiz çəkisinin 915,02 qram hesab edilməsi nəzərə alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X20 tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli 2885 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X20 tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli 565 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən onda hər hansı xəstəlik aşkar olunmamışdır. Təqsirləndirilən şəxs həmin dövrdə öz hərəkətlərini ölçüb-biçmək və düzgün qavrayıb, təsvir etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri araşdırmış, müdafiə tərəfi ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ona qarşı ibtidai istintaq zamanı onun oğlunu ja həbs etməklə təhdid etməkləri ilə əlaqələndirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Babaqulu oğlu ifadələrində narkotik vasitə istifadəçisi olduğunu, lakin ittihamda göstərilən narkotik vasitələrin ona aid olmadığını, birinci saxlanıldığı epizod üzrə 100 qram narkotik vasitə götürmək üçün getdiyini, lakin polis əməkdaşları tərəfindən narkotik vasitəni götürmədən saxlanıldığını, ikinci epizod üzrə isə polis əməkdaşlarının onun evinə gəlib onu aparmasını, narkotik vasitənin satışı ilə məşğul olmadığını, polis əməkdaşlarının ona zor tətbiq etməsi və oğlunu cinayət məsuliyyətinə cəlb etmələri ilə hədələmələri səbəbindən narkotik vasitəni boynuna götürdüyünü, polis əməkdaşlarının ondan pul istədiklərini, özünün də polis əməkdaşlarına 1000 (min) manat pul verməyi vəd etdiyini, bundan sonra həmin məbəlği verə bilmədiyi üçün yenidən tutulub onun üzərinə narkotik vasitə marixuana qoyulduğunu göstərdi. Məhkəmədə Təqsirləndirilən şəxs Babaqulu oğlu ifadələrində göstərdiyi halları iş üzrə təqdim olunmuş və məhkəmədə araşdırılmış ittihamı təsdiq edən sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli tədqiq edib onun bu iddialarının özünün müdafiəsinə yönələn faktiki əsası olmayan, təqsirləndirilən şəxs kimi ifadə verməkdə sərbəstlik hüququnu yanlış qavrayıb həmin hüququndan sui-istifadə cəhdi kimi qiymətələndirir. Məhkəmə gəldiyi bu qənaətlə bağlı qeyd edir ki, məhkəmə, Təqsirləndirilən şəxs Babaqulu oğlunun təqsirsizlik prezumpsiyası hüququna əsasən özünün təqsirsizliyini sübut etməyə borclu olmadığını nəzərə alır, lakin onun özünün müdafiəsi üçün göstərdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmək vəzifəsi daşıdığını qeyd edir. O isə bəyanatlarında iddia etdiyi halları təsdiq edən sübut təqdim etmədi. Məhkəmədə də belə sübut müəyyən olunmadı. Məhkəmə, müdafiə və ittiham tərəfindən Təqsirləndirilən şəxs Babaqulu oğlunun bu iddialarının həqiqtə uyğun olmasını təsdiq edən sübutlar təqdim etməmələrini, istər ibtidai istintaq zamanı istintaqın gedişində səlahiyyətli şəxslərə, istərsə də təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilərkən onun bu barədə məhkəmədə bəyan etməməsi baxımından da əsaslı sayır. Çünki Təqsirləndirilən şəxs Babaqulu oğlunun bu iddiaları onun ibtidai istintaq zamanı verdiyi Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə olan etirafedici ifadələri, onun bu ifadələrində göstərdiyi halları təsdiq edən şahid ifadələri ilə, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokollar, həmin protokola əlavə edilmiş 02 ədəd DVD disk, “evə baxış və götürmə aparılması haqqında” protokollar, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyləri və işin digər faktiki halları təkzib olundu. Bu səbəbdən məhkəmə, onun ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsini həqiqətə və işin faktiki hallarına uyğun hesab edib, onun həmin ifadələrinə istinad edir. Həmçinin məhkəmə qeyd edir ki, gəldiyi bu qənaət “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 14 ” iyun 2024-cü il tarixli 8 nömrəli qərarı baxımından da əsaslıdır. Belə ki, qərarın 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs Babaqulu oğlunun mənzilindən aşkar olunmuş 16 (on altı) ədəd sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 125 qram, 100 qram, 65,0 qram, 35,0 qram, 2,43 qram, 2,44 qram, 2,43 qram, 2,39 qram, 3,89 qram, 3,88 qram, 2,45 qram, 2,39 qram, 2,36 qram, 2,38 qram, 3,94 qram, 4,04 qram olan bitki mənşəlli narkotik vasitə qurudulmuş marixuana bükümləri də özü-özlüyündə Təqsirləndirilən şəxs Babaqulu oğlunun satış niyyətini təsdiq edən hallardır. Məhkəmədə Təqsirləndirilən şəxs Babaqulu oğlunun polis əməkdaşları tərəfindən ona fiziki və psixi təsir göstərilməsi ilə bağlı olan ifadələri araşdırılarkən öz təsdiqini tapmadı. Məhkəmənin bu mövqeyi onun saxlanılmasını, üzərinə və evinə baxış keçirilməsini həyata keçirən şahidlərin ifadələri, həmçinin onun oğlu X5 ibtidai istintaq zamanı bu hissədə vermiş olduğu ifadələri baxımından da əsaslıdır. Belə ki, məhkəmə bu hallarla bağlı qeyd edir ki, təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüquna malikdir. O, bilə-bilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə dəqiq faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”-ya, yəni mücərəddiyə, qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Məhkəmə, yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs Babaqulu oğlunun sübuta yetirilən ictimai təhlükəli əməllərini qəsdən törətməsi qənaətinə gəlib onun təqsirli bilib və onun əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs Babaqulu oğlunun təqsirliliyi sübuta yetirildiyi cinayət əməllərini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əməllərə görə həmin maddələrdə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hal, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Babaqulu oğluna məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 301,65 (üç yüz bir manat altmış beş qəpik) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, ekspertizasının keçirilməsinə sərf edilmiş 301,65 (üç yüz bir manat altmış beş qəpik) manat vəsaitin Təqsirləndirilən şəxs Babaqulu oğlundan tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs yaşayış sahəsindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 914,12 qram narkotik vasitə olan qurudulmuş marixuana, Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1109,95 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzinin məhv edilməsini, 03 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış psixotrop maddənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, hazırkı iş üzrə 28 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Babaqulu oğlu şübhəli şəxs qismində tutulmuş, 30 dekabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilib, həmin tarixdə də barəsində həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədar həbsdə saxlanılır. Məhkəmə, Təqsirləndirilən şəxs Babaqulu oğluna cəza təyin edərkən və təyin olunmuş cəzanın çəkilməsin başlanğıcını müəyyən edərkən həmin halı nəzərə alır. Məhkəmədə araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs onun barəsindəki bu işlə birləşdirilmiş ********* saylı cinayət işi üzrə 09 iyul 2023-cü il tarixdə saat 23:30 dəqiqədə şübhəli şəxs qismində tutulub 10 iyul saat 5:30 dəqiqəyədək həbsdə saxlanılmışdır. Məhkəmə həmin müddəti bir gün hesabı ilə Təqsirləndirilən şəxs təyin olunacaq cəza müddətinə daxil edilməsini əsaslı sayır. DİN-in BƏSİİ-dən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Moskva şəhəri, Çertanov rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə RF-nın CM-nin 228-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. Daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tərsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmiş və Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 9 ay 28 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs şərti cəza çəkmə müddəti 15 iyun 2023-cü il tarixdə başa çatdığından o, probasiya qeydiyyatından çıxarılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli hesab olunur. Bu səbəbdən məhkəmə, Təqsirləndirilən şəxs əməllərində cinayətlərin təhlükəli residivi olması qənaətinə gəlir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinin rəhbər tutulmasını əsaslı sayır. Belə ki, təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmədə Təqsirləndirilən şəxs Babaqulu oğlunun cəzasını yüngülləşdirən hal kimi ibtidai istintaq zamanı təqsirli bilindiyi əməlin törədilməsi halları barəsində etirafedici ifadələr verməsi müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs Babaqulu oğlunun cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivi olması müəyyən edildi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs Babaqulu oğlunun şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Babaqulu oğlunun cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib, araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X17 Şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 6522 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib, araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X17 Şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1384 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs Babaqulu oğluna narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs Babaqulu oğluna təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs onun barəsindəki bu işlə birləşdirilmiş ********* saylı cinayət işi üzrə 09 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub 10 iyul 2023-cü il tarixədək həbsdə saxlanıldığı bir gün müddət ona təyin olunmuş cəza müddətinə daxil edilsin və onun tərəfindən çəkilməli cəzanın qalıq müddəti kimi 7 (yeddi) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müəyyən edilsin . Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 28 dekabr 2023cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 301,65 (üç yüz bir manat altmış beş qəpik) manat vəsait Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Məhkəmə ekspertizasının keçirilməsinə sərf edilmiş vəsait Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs yaşayış sahəsindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 914,12 qram narkotik vasitə olan qurudulmuş marixuana, Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1109,95 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi məhv edilsin, 03 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-247/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-247/2025
05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver