Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-248/2020 17.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibi, məsləhətçi x1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Məhəmmədoviçin iştirakı ilə xx xxx 1962-ci ildə Xaçmaz rayonu, Şollar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 2019-cu ilin avqust ayının ortalarında Bakı şəhərində “Kubinka” adlanan ərazidə avtoyuma məntəqəsinin yaxınlığında istintaqa məlum olmayan şəxsdən 300 manat müqabilində qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə olan heroini və metadon həblərini, psixotrop maddə olan metamfetamini, gələcəkdə satış məqsədilə həmin narkotik kütləni və psixotrop maddəni kağız və selofan bükümlərə qablaşdıraraq qanunsuz olaraq saxlamış, onun bir hissəsini özü üçün istifadə etmiş, 07 sentyabr 2019-cu il tarixdə saat 19 radələrində etibarnamə əsasında idarə etdiyi “HYUNDAİ ACCENT” markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar rayonu Avaran Qışlaq kəndində yerləşən pomidor əkilmiş sahədə gözətçi işləyən bacısı oğlu Şahid3 yanına gəlib, həmin narkotik vasitələri və psixotrop maddəni daşımış, sonuncu ilə birlikdə gözətçi butkasında gecələmiş, 08 sentyabr 2019-cu il tarixdə saat 15:00 radələrində Qusar RPŞ-nin NMQ-nun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin butkada saxlanılıb Qusar RPŞ-nə gətirilmiş, orada onun üzərində aparılan şəxsi axtarış zamanı satış məqsədi ilə üstündə qanunsuz olaraq gəzdirdiyi 1 ədəd selofan bükümdə və 29 ədəd selofan və kağız bükülülərdə təmiz çəkiləri ayrı-ayrılıqda 8,098 qram 0,250 qram, 0,260 qram, 0,295 qram, 0,235 qram, 0,250 qram, 0,265 qram, 0,230 qram, 0,260 qram, 0,260 qram, 0,240 qram, 0,245 qram, 0,215 qram, 0,260 qram, 0,270 qram, 0,220 qram, 0,245 qram, 0,270 qram, 0,055 qram, 0,060 qram, 0,030 qram, 0,60 qram, 0,040 qram, 0,060 qram, 0,060 qram, 0,060 qram, 0,060 qram, 0,040 qram, 0,045 qram və 0,045 qram olan ümumilikdə təmiz çəkisi 12,983 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroin, 2 ədəd ümumi təsiredici miqdarı 0,08 qram narkotik vasitə olan metadon həbləri, bir ədəd sellofan bükümdə və 8 ədəd kağız bükümlərdə təmiz çəkiləri ayrı-ayrılıqda 0,190 qram, 0,040 qram, 0,045 qram, 0, 064 qram, 0,032 qram, 0,027 qram, 0,055 qram, 0,030 qram, 0,025 qram olan ümumilikdə təmiz çəkisi 0,508 qram təşkil edən dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamin və kustar üsulla hazırlannış narkotik vasitə olan heroinin izləri olan 1 ədəd 1 ml-lik şpris aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, təxminən 2000-ci ildən etibarən narkotik vasitələrdən istifadə edir. Bundan əvvəl müxtəlif vaxtlarda Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə məhkum olunmuşdur. 2019-cu ilin avqust ayının ortalarında axşam vaxtı adını bilmədiyi şəxsdən Bakı şəhərində “Kubinka” adlanan ərazidə yerləşən avtomobillərin yuyulması obyektinin yaxınlığında 300 manat müqabilində selofan və kağız bükümlərdə qablaşdırılmış narkotik vasitə olan heroini, psixotrop maddələr olan metadon həblərini və kağız bükümlərdə olan psixotrop maddə olan metamfetamini almışdır. Bundan sonra o, həmin narkotik vasitə və psixotrop maddələri evə aparmışdır. O, həmin heroini və psixotrop maddələri daima üstündə saxlamış, lakin bu barədə evdəkilərin heç bir məlumatı olmamışdır. O, aldığı heroindən 2-3 dəfə Bakı şəhərində istifadə etmişdir. 07 sentyabr 2019-cu il tarixdə, saat 19:00 radələrində o, oğluna məxsus “HYUNDAİ ACCENT” markalı Az **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə tək başına Qusar rayonu Avaran Qışlaq kəndində yerləşən bacısı oğlu Şahid3 gözətçi işlədiyi pomidor sahəsinə gəlmişdir. Qusara gəlməkdə məqsədi Turalın işlədiyi yerdən pomidor alıb, evə aparmaq olmuşdur. Həmin gün saat 23:00 radələrində o, Turalın işlədiyi yerə gəlmiş, hava qaraldığı üçün və yorğun olduğu üçün onun gözətçi işlədiyi budkada qalmaq qərarına gəlmişdir. Turalın yanına gəlməmiş sahənin yaxınlığında idarə etdiyi maşında üstündə olan heroini maye formasında hazırlayıb şprisə doldurub vurmuşdur. Növbəti gün saat 14:00 radələrində yuxudan oyanmış, çay içib söhbət etmişlər. Bundan sonra Tural pomidor sahəsinə baxış keçirmək üçün budkadan çıxmış, o, isə saat 15:00 radələrində üstündə olan heroini maye formasında hazırlamaq istəyən zaman Tural budkaya gəlib onu görmüş və Tural da heroin istifadə etmək istədiyini bildirmişdir. Həmin vaxt onlar budkada hər biri üçün bir ədəd 1 mllik şprislərə heroini maye formasında hazırlamış və vurmaq istəyən zaman polis əməkdaşları budkaya daxil olmuşlar. Polislər onu və Turalı polis şöbəsinə aparmış, polis şöbəsində üstünə şəxsi axtarış keçirilən zaman o, üstündə olan kağız və sellofan bükümlərə qablaşdırılmış narkotik vasitə olan külli miqdarda heroini, metadon həblərini və psixotrop maddə olan metamfetamini, lumu duzunu, bir ədəd 1 ml-lik heroin izləri olan şprisi , “Rothmans” siqaretlərini və 98 manat pulu təqdim etmişdir. Həmin narkotik vasitələri özünün istifadə etməsi üçün almış, satmaq məqsədi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Qusar rayon Polis Şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 sentyabr 2019-cu il tarixdə əməliyyat yolu ilə Bakı şəhərində yaşayan “Azər” adlı şəxsin tez-tez Qusar rayonun ərazisinə gəlib, mütəmadi olaraq narkotik vasitələrin istifadəsi, saxlaması və gəzdirməsi barədə məlumat daxil olmuş, bununla bağlı onun raportu əsasında 08 sentyabr 2019-cu il tarixdə əməliyyat qrupu təşkil edilmiş, əməliyyat qrupunun tərkibində NMQ-nun əməliyyat müvəkkili polis kapitanı Şahid1, YYÇPİTQ-nun inspektoru, polis baş leytenantı Ramik Nəzərov və o, özü olmuşdur. Əməliyyat qrupun üzvlərinə davranış xətti izah olunmuş, bundan sonra 08 sentyabr 2019-cu il tarixdə saat 15:00 radələrində Qusar rayonu, Avaran Qışlaq kəndinə tərəf getmişlər. Kəndin ərazisində yerləşən pomidor sahəsində yerləşən gözətçi budkasına daxil olan vaxt “Azər” və “Tural” adlı şəxslərin əllərində maye ilə doldurulmuş 1 ml-lik şprislər olduğunu görmüşlər. Həmin vaxt onlar “Azər” və “Tural” adlı şəxsləri saxlayaraq Qusar rayon Polis şöbəsinə gətirmişlər. Polis şöbəsində məlum olmuşdur ki, “Azər” Təqsirləndirilən şəxs, “Tural” isə Şahid3dur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və onun üstündən iki ədəd narkotik vasitə hesab edilən metadon həbləri, bir ədəd selofan bükümə və xırda kağız bükümlərə qablaşdırılmış narkotik vasitə hesab edilən heroin, xırda kağız bükümlərə qablaşdırılmış psxitrop maddə hesab edilən metafetamin, bir ədəd heroin izləri olan 1 ml-lik şpris, 98 manat pul, “Rothmans” siqaretləri aşkar edilmişdir. Həmin vaxt Azər üzərindən aşkar edilmiş narkotik vasitələri və psixtrop maddələri tanımadığı şəxsdən Bakı şəhərində 2019cu ilin avqust ayın ortalarında 300 manata şəxsi istifadəsi üçün aldığını bidlirmişdir. Bundan sonra Tural Davidoun üzərində şəxsi axtarış aparılan zaman sonuncunun üstündən bir ədəd açar, bir ədəd alışqan, bir ədəd “Samsung Duos” markalı telefon və bir ədəd 1 ml-lik içərisində heroin izləri olan şpris aşkar edilmişdir. Azər Məmmədkəriovun üzərindən aşkar edilmiş heroin, metadon həbləri, metamfetamin, bir ədəd 1 ml-lik şpris və Şahid3 üzərindən aşkar edilmiş bir ədəd 1 ml-lik şpris video çəkilişdən istifadə edilməklə zərfdə qablaşdırılıb möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə iş üzrə şahid qismində dindirilmiş Qusar rayon Polis şöbəsinin NMQnun əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 27 yaşından narkotik vasitələrdən istifadə edir, 2019-cu ilin avqust ayın 27-dən etibarən Qusar rayonu Avaran Qışlaq kəndində yerləşən pomidor sahəsində gözətçi işləyir. 07 sentyabr 2019-cu il tarixdə saat 23:00 radələrində Qusar rayonu Avaran Qışlaq kəndində yerləşən pomidor sahəsində işdə olan zaman dayısı Azər idarə etdiyi “HYUNDAİ ACCENT” markalı Az **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə oraya gəlmişdir. Həmin vaxt dayısı ev üçün pomidor aparmağa gəldiyini, həmçinin Bakı şəhərində darıxdığı üçün rayon havası almaq istədiyi üçün Qusar rayonuna gəldiyini bildirmişdir. O, dayısının gəlişinə çox sevinmiş və hava qarıldığı üçün, həmçinin dayısının yol gəldiyini nəzərə alıb, ona gecə onunla birlikdə gözətçi budkasında qalmağı təklif etmiş, Azər də razılaşmışdır. Növbəti gün günorta radələrində o və dayısı Azər gec yuxudan oyanmış, oturub birlikdə çay içmiş, daha sonra o, pomidor sahəsinə baxmaq üçün əraziyə çıxmış, dayısı isə budkada qalmışdır. O, bir neçə dəqiqə sonra budkaya qayıdan zaman görmüşdür ki, dayısı əlində şprislə heroini maye formasına salıb vurmaq istəyir. Həmin vaxt o, da onunla birlikdə narkotik vasitə istifadə etmək istədiyini bildirmiş, Azər də razı olmuşdur. Həmin gün saat 15:00 radələrində dayısı onlar üçün 1 ml-lik şprislərə heroini maye formasına salıb hazırlayan zaman polis əməkdaşları budkaya daxil olmuş və onları polis şöbəsinə aparmışlar. Polis şöbəsində üzərlərinə şəxsi axtarış aparılan zaman onun üstündə olan içərisində heroin izləri olan bir ədəd 1 ml-lik şprisi, bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd alışqan və bir ədəd açar aşkar olunmuşdur. Dayısı Azər onun yanına gələn zaman onun üstündə heroin və psixotrop həblər olması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 73-79-cu vərəqlərində olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 09 sentyabr 2019-cu il tarixli, 22878 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd 1 ml-lik şprisdə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin izləri vardır. Tədqiqata təqdim edilmiş bir büküm, ağ rəngli kristallik formada maddə təmiz çəkisi 0,780 qram, lumu duzudur. Tədqiqata təqdim edilmiş 2 ədəd qəhvəyi rəngli həblər üzərində M-40 yazısı olan, metadondur. Təsiredici maddəsinin miqdarı 1 ədəd həbdə 40,0 m, ümumi 2 ədəd həbdə 0,08 qram müəyyən edildi. Tədqiqata təqdim edilmiş bir ədəd sellofan bükümdə qəhvəyi rəngli maddə təmiz çəkisi 8,098 qram, bir ədəd sellofan bükümdə 17 ədəd sellofana bükülmüş qəhvəyi rəngli maddələr, təmiz çəkisi ayır-ayrılıqda: 0,250 qram, 0,260 qram, 0,295 qram, 0,235 qram, 0,250 qram, 0,265 qram, 0,230 qram, 0,260 qram, 0,260 qram, 0,240 qram, 0,245 qram, 0,215 qram, 0,260 qram, 0,270 qram, 0,220 qram, 0,245 qram, 0,270 qram ( ümumi təmiz çəkisi 4,270 qram), bir ədəd sellofan bükümdə 12 ədəd gümüşü rəngli kağız bükümlərdə qəhvəyi rəngli maddələr, təmiz çəkisi ayrı-ayrılıqda ,055 qram, 0,060 qram, 0,030 qram, 0,60 qram, 0,040 qram, 0,060 qram, 0,060 qram, 0,060 qram, 0,060 qram, 0,040 qram, 0,045 qram və 0,045 qram (ümumi təmiz çəkisi 0,615 qram). Təqdim olunmuş qəhvəyi rəngli maddələr kustar üsulla hazırlamış eyni tərkibli narkotik vasitə - heroindir, ümumi təmiz çəkisi 12,983 qram müəyyən edildi. Tədqiqata təqdim olunmuş bir ədəd sellofan bükümdə ağ rəngli kristallik formada maddə təmiz çəkisi 0,190 qram, gümüşü rəngli kağız bükümlərdə 0,040 qram, 0,045 qram, qara rəngli kağız bükümlərdə 0,064 qram, 0,032 qram, 0,027 qram, 0,055 qram, 0,030 qram, 0,025 qram (ümumi təmiz çəkisi 0,508 qram) eyni tərkibli, dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixtrop maddələrin və onların prekursorların siyahısı”-nın İ-ci siyahılarına daxildir. “Metadon” adı çəkilən siyahının İİ siyahı İ bəndində (sıra N6) daxildir. Lumu duzu narkotik vasitələrin, psixotrop və güclü təsiredən maddələrin siyahısına daxil deyil. Cinayət işinin 181-182-ci vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının 09 sentyabr 2019-cu il tarixli, 2260 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan mddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 195-196-cı vərəqlərində olan məhkəmə-psixiatrik ekspertizasının 01 noyabr 2019-cu il tarixli, 2211 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işinin materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs özünü qismən, yəni yalnız narkotik vasitələrin istifadəsində təqsirli bilsə də, məhkəmə hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, cinayət işinin materiallarında olan 08 sentyabr 2019-cu il tarixli raportdan, əməliyyat qrupunun təşkil edilməsi barədə protokoldan və əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair qərardan görünür ki, Qusar rayon Polis şöbəsinə Bakı şəhərində yaşayan və Qusar rayonuna tez-tez gəlib-gedən “Azər” adlı şəxsin Qusar rayonu ərazisində narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan başqa “şəxsi axtarış və götürmə aparılması haqqında” 08.09.2019-cu il tarixli protokol və məhkəmə fiziki-kimyəvi ekspertizasının 09.09.2019-cu il tarixli, 22878 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən bir büküm, ağ rəngli kristallik formada maddə təmiz çəkisi 0,780 qram lumu duzu, iki ədəd qəhvəyi rəngli həblər üzərində M-40 yazısı olan metadon, bir ədəd sellofan bükümdə qəhvəyi rəngli maddə təmiz çəkisi 8,098 qram, bir ədəd sellofan bükümdə 17 ədəd sellofana bükülmüş qəhvəyi rəngli maddələr, təmiz çəkisi ayır-ayrılıqda: 0,250 qram, 0,260 qram, 0,295 qram, 0,235 qram, 0,250 qram, 0,265 qram, 0,230 qram, 0,260 qram, 0,260 qram, 0,240 qram, 0,245 qram, 0,215 qram, 0,260 qram, 0,270 qram, 0,220 qram, 0,245 qram, 0,270 qram ( ümumi təmiz çəkisi 4,270 qram), bir ədəd sellofan bükümdə 12 ədəd gümüşü rəngli kağız bükümlərdə qəhvəyi rəngli maddələr, təmiz çəkisi ayrı-ayrılıqda ,055 qram, 0,060 qram, 0,030 qram, 0,60 qram, 0,040 qram, 0,060 qram, 0,060 qram, 0,060 qram, 0,060 qram, 0,040 qram, 0,045 qram və 0,045 qram, ümumi təmiz çəkisi 0,615 qram təşkil edən kustar üsulla hazırlamış eyni tərkibli narkotik vasitə heroin, bir ədəd sellofan bükümdə ağ rəngli kristallik formada maddə təmiz çəkisi 0,190 qram, gümüşü rəngli kağız bükümlərdə 0,040 qram, 0,045 qram, qara rəngli kağız bükümlərdə 0,064 qram, 0,032 qram, 0,027 qram, 0,055 qram, 0,030 qram, 0,025 qram, ümumi təmiz çəkisi 0,508 qram təşkil edən eyni tərkibli, dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamin aşkar olunmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 9-cü bəndində qeyd olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-in 234.4cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ailəli olmaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 08 sentyabr 2019-cu il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinəəsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Qusar rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və keçirilmiş ekspertiza tədqiqatından sonra çəkisi 12,883 qram təşkil edən narkotik vasitə olan heroin, 0,408 qram metamfetamin, 1,5 ədəd metadon həb, 0,730 qram lumu duzu, 1 ədəd 1 ml-lik heroin izləri olan şpris və Şahid3 aşkar edilib götürülmüş 1 ədəd 1 ml-lik heroin izləri olan şpris məhv edilməlidir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 186,80 (yüz səksən altı manat səksən qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 sentyabr 2019-cu il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Qusar rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və keçirilmiş ekspertiza tədqiqatından sonra çəkisi 12,883 qram təşkil edən narkotik vasitə olan heroin, 0,408 qram metamfetamin, 1,5 ədəd metadon həb, 0,730 qram lumu duzu, 1 ədəd 1 ml-lik heroin izləri olan şpris və Şahid3 aşkar edilib götürülmüş 1 ədəd 1 ml-lik heroin izləri olan şpris məhv edilsin. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 186,80 (yüz səksən altı manat səksən qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-248/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-248/2020
17.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver