Məhkəmə qərarları › İş №1(101)-248/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-248/2024

09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-248/2024 09.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X6, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1996-cı ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkumluğu olmayan, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.3, 177.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını təkrarən, saxlanc yerinə qanunsuz daxil olmaqla gizli talayıb oğurlamış, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmiş, saxlayaraq daşımış və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Təqsirləndirilən şəxs 17 iyun 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu ərazisində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi 0,450 qram narkotik vasitə heroin əldə edib üzərində saxlayıb gəzdirmiş, 17 iyun 2021-ci il tarixdə saat 20:00-da Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A/В” yaşayış massivindəki 267 saylı uşaq bağçasının qarşısında saxlanılaraq Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis bölməsinə aparılmış və orada üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi 0,450 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan sonra o, özgə əmlakını gizli talayıb oğurlamaq qərarına gələrək 17 iyun 2021-ci il tarixdə gecə saatlarında Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A/В” yaşayış massivi, 139 ünvanında yerləşən “Şəfəq” mərasim evininə qanunsuz daxil olaraq oradan mərasim evinin sahibi Zərərçəkmiş şəxs5 şəxsi mülkiyyətindəki 240 manat dəyərində dörd ədəd alüminium qazanları, hər birinin qiyməti 15 manat olan 90 manat dəyərində çaynikləri, 200 manat dəyərində qaşıq dəstini, hər birinin qiyməti 300 manat olan 600 manat dəyərində hava təmizləyicini, qiyməti 400 manat olan soyuducu mühərrikini, ümumilikdə 1230 manat dəyərində əmlakını gizli talayaraq oğurlamışdır. Bundan sonra o, təkrarən özgə əmlakını gizli talayıb oğurlamaq qərarına gələrək 30 iyun 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, 17 nömrəli evin dam örtüyünə qalxaraq həmin evin dam örtüyündə quraşdırılmış Zərərçəkmiş şəxs2 məxsus “Vestel” markalı kondisionerin kopressorunu söküb gizli talayaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 2000 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən özgə əmlakını gizli talayıb oğurlamaq qərarına gələrək 08 iyul 2022-ci il tarixdə bu məqsədlə günorta saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, 2 nömrəli evin dam örtüyünə qalxaraq həmin evin dam örtüyündə quraşdırılmış Zərərçəkmiş şəxs1 məxsus “Regal” markalı kondisionerin kopressorunu söküb gizli talayaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 2000 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən özgə əmlakını gizli talayıb oğurlamaq qərarına gələrək 09 iyul 2022-ci il tarixdə bu məqsədlə günorta saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, 7 nömrəli evin dam örtüyünə qalxaraq həmin evin dam örtüyündə quraşdırılmış Zərərçəkmiş şəxs3 məxsus kondisionerin kopressorunu söküb gizli talayaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 950 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən özgə əmlakını gizli talayıb oğurlamaq qərarına gələrək 09 iyul 2022-ci il tarixdə bu məqsədlə günorta saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, 17 nömrəli evin dam örtüyünə qalxaraq həmin evin dam örtüyündə quraşdırılmış Zərərçəkmiş şəxs4 məxsus “Mitsubishi” markalı kondisionerin kopressorunu söküb gizli talayaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 900 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, 10 iyul 2022-ci il tarixdə Suraxanı rayonu ərazisində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə 10 (on) ədəd şəffaf sellofan bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,601 qram, 0,570 qram, 0,471 qram, 0,702 qram, 0,305 qram, 0,330 qram, 0,463 qram, 0,272 qram, 0,215 qram, 1,158 qram, ümumi təmiz çəkisi 5,087 qram narkotik vasitə heroin əldə edib üzərində saxlayıb gəzdirmiş, 10 iyul 2022-ci il tarixdə saat 13:30-da Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A/В” yaşayış massivindəki 267 saylı uşaq bağçasının qarşısında saxlanılaraq Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis bölməsinə aparılmış və orada üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli idman şortunun sağ yan cibindən 10 (on) ədəd şəffaf sellofan bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,601 qram, 0,570 qram, 0,471 qram, 0,702 qram, 0,305 qram, 0,330 qram, 0,463 qram, 0,272 qram, 0,215 qram, 1,158 qram, ümumi təmiz çəkisi 5,087 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.3, 177.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, 9 iyul tarixində evdə olduğu zaman bacısı ona evə kiminsə daxil olduğunu demişdir. Belə ki, bir adam qapını döymədən açıb evə daxil olmuş, həmin vaxt bacısı da xəstə halda otaqda uzanmış olduğu üçün, həmin adam bacısını görüb evdən çıxmışdır. O, evdən çıxıb həmin adamın arxasınca düşmüş, lakin çata bilməmişdir. Evə qayıdanda evlərinin yanında polis əməkdaşlarının maşın saxladığını və bir polis əməkdaşı onu çağırıb ad və soyadının Təqsirləndirilən şəxs olduğunu dəqiqləşdirdikdən sonra ondan şikayət olduğunu demişdir. O, həmçinin həmin polis əməkdaşına az öncə evlərinə icazəsiz şəkildə kənar şəxsin daxil olduğunu demiş, polis də evə daxil olan şəxsin polis əməkdaşlarından olduğunu bildirmişdir. Həmin adamla birlikdə polis bölməsinə getmişlər. Həmin vaxt onun əynində mayka və şortik olmuşdur. Polis bölməsində polislər ona oğurluq hadisəsinin baş verdiyini və hadisə yerində onun olduğunu bildirmişlər. Polislər ona videogörüntü göstərmiş və o, həmin görüntülərdəki şəxsin o olmadığını desə də, boynuna qoymağa çalışmışlar ki, həmin şəxs odur. Hansı ki, görüntülərdəki şəxsin üzü saqqalsız, təmiz olmuşdur. Lakin onun üzü heç vaxt tüksüz olmamış, polislər onu saxlayanda da üzündə tük olmuş və görüntülər iki gün öncəyə aid görüntülər olmuşdur. Sonra videogörüntünü oğurluq hadisəsindən şikayətçi olan şəxsə də göndərmişlər və həmin şəxs də guya görüntülərdəki şəxsin o olduğunu bildirmişdir. Daha sonra polislər onu ayrı bir otağa aparmışlar və 10-12 nəfər polis əməkdaşı onu döyməyə başlamışlar. Bu qədər döyülməyə dözə bilməyərək o, polislərin dediklərini, yəni oğurluq hadisələrini boynuna götürmüşdür. Daha sonra polislər onun önünə narkotik vasitə qoymuşlar ki, onu da boynuna götürsün və o, polislərin dediklərinə razı olub 5 qram narkotik vasitəni boynuna götürmüşdür. O, narkotik istifadəçisi olduğunu qəbul edir, lakin heç kəsə narkotik vasitə satmamışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, polislərin ona qarşı qərəzlərinin nə olduğunu bilmir, o, narkotikdən istifadə edir, lakin 2021-ci ildə yaxalanan zaman onun üzərində narkotik vasitə olmamışdır. Buna baxmayaraq polislər həmin vaxt onun boynuna yarım qrama yaxın narkotik vasitə qoymuşlar. 17 iyun 2021-ci ildə olan hadisədə özünü təqsirli bilir, lakin 2022-ci ilin iyul ayında olan hadisədə özünü təqsirli bilmir. O, bir dəfə 2021-ci ilin iyul ayında oğurluq etmiş və “Şəfəq” mərasim evindən 5 ədəd aluminium qazan oğurlamışdır. Həmin oğurluğu edən zaman üzündə saqqal olmuşdur. Həmin oğurluğu o səbəbdən etmişdir ki, həmin vaxt narkotikdən əziyyət çəkib ağrımış, narkotik alıb istifadə etəyə pul lazım olmuşdur. “Şəfəq” mərasim evindən etdiyi oğurluqdan başqa boynuna qoyulan digər oğurluq hadisələrini qəbul etmir. Polislər onu bölməyə apararkən əynində köynək, şortik olmuş və üzərindən heç nə aşkarlanmamışdır. Heç kəsə heç vaxt narkotik vasitə satmamışdır. Bununla yanaşı, ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilməklə tədqiq olunmuş ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, “kakos” kimi tanıdığı narkotik vasitə olan heroini nəfəs yoluna çəkməklə qəbul edir. Narkotik vasitə heroini Bakı şəhərində, xüsusən də Suraxanı rayonu ərazisində üzdən tanıdığı ad, soyadını, ünvanını və telefon nömrəsini bilmədiyi tanımadığı şəxslərdən alaraq qəbul edir. 17 iyun 2021-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 10 manata 01 ədəd sellofan kəsiyi bükümündə narkotik vasitə heroin almış, sonra özü qəbul etmək məqsədi ilə əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoyaraq üzərində saxlayıb gəzdirmişdir. 17 iyun 2021-ci ildə saat saat 20 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A/В” yaşayış massivindəki 267 saylı uşaq bağçasının qarşısında dayandığı zaman mülki formada olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirdikdən sonra narkotik vasitə ələd edib saxlayıb daşımaqda və satışı ilə məşğul olmaqda şübhəli olduğunu deyərək onu Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis bölməsinə dəvət etmişlər. Bölmənin inzibati binasında ona şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiə olunması üsün müdafiəçi dəvət olunmuşdur. Üzərində videoçəkliş aparılmaqla axtarış aparılıcağı barədə qərar elan edilmiş və üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də əldə edilib saxlanması qadağan olunmuş əşyası varsa, təqdim etməsi təklif olunmuşdur. O, əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd sellofan kəsiyi bükümündə olan heroini cibindən çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi bir ədəd bükümdə olan heroin polis əməkdaşları tərəfindən götürülmüş zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokolun məzmunu ilə tanış olmuş, möhürlənmiş zərfin üzərini və protokolu imzalamışdır. Pula ehtiyacı olduğuna görə oğurluq etmək üçün əlverişli yer axtarmış və 15 sentyabr 2021-ci il tarixdə gecə saatlarında Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A/В” yaşayış massivi 139 ünvanda yerləşən “Şəfəq” mərasim evininə girərək oradan dörd ədəd aliminium qazanı, dörd ədəd çayniki, qaşıqları, hava təmizləyicini, soyuducu mühərrikini oğurlayıb aparmış və Sabunçu bazarında tanımadığı ayrı-ayrı şəxslərə satmışdır. 30 iyun 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində gəzdiyi zaman yenə də oğurluq etmək qərarına gəlmiş, pilləkənlərlə 17 nömrəli evin dam örtüyünə qalxaraq həmin evin dam örtüyündə quraşdırılmış kondisionerin kompressorunu söküb gizli talaryaraq kompessorun içərisində olan misi çıxarıb metal qəbulu sexinə aparıb orada kiloqramını 8 manata satmış və əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. 08 iyul 2022-ci il tarixdə də oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə Suraxanı rayonu, Yeni Günəşdi qəsəbəsi, “V” yaşayış massivi, pilləkənlə 2 nömrəli evin dam örtüyünə qalxaraq həmin evin dam örtüyündə quraşdırılmış kondisionerin kopressorunu söküb metal qəbulu sexinə aparıb sataraq əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan sonra isə 09 iyul 2022-ci il tarixdə Suraxanı rayonu, Yeni Günəşdi qəsəbəsi, “V” yaşayış massivi, 7 nömrəli evin dam örtüyündən kondisionerin kopressorunu söküb oğurlamış və metal qəbulu sexinə satmışdır. Bundan sonra isə 09 iyul 2022-ci il tarixdə Suraxanı rayonu, Yeni Günəşdi qəsəbəsi, “V” yaşayış massivi, 17 nömrəli evin dam örtüyündən kondisionerin kopressorunu söküb oğurlamış və metal qəbulu sexinə satmışdır. Bu oğurluq hadisəsindən sonra isə 10 iyul 2022-ci il tarixdə Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 10 (on) ədəd şəffaf sellofan kəsiyi bükümündə narkotik vasitə heroin əldə edib üzərində saxlamışdır. Həmin günü saat 13:30-da Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A/В” yaşayış massivindəki 267 saylı uşaq bağçasının qarşısında dayandığı zaman mülki formada olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirdikdən sonra narkotik vasitə əldə edib saxlayıb daşımaqda və satışı ilə məşğul olmaqda şübhəli olduğunu deyərək onu Suraxanı RPİ-nin 33-cü Polis bölməsinə dəvət etmişlər. Bölmənin inzibati binasında ona şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiə olunması üçün müdafiəçi dəvət olunmuşdur. Üzərində videoçəkliş aparılmaqla axtarış aparılıcağı barədə qərar elan edilmiş və üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də əldə edilib saxlanması qadağın olunmuş əşyası varsa, təqdim etməsi təklif olunmuşdur. Əynində olan əynində olan qara rəngli idman şortunun sağ yan cibindən 10 (on) ədəd şəffaf sellofan bükümündə olan narkotik vasitə heroini cibindən çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi on ədəd bükümdlə olan heroin polis əməkdaşları tərəfindən gtürülmüş zərfə qoularaq zərf möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokolun məzmunu ilə tanış olmuş, möhürlənmiş zərfin üzərini və protokolu imzalamışdır (cild 2, iş vərəqi 112-114). Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirdi ki, ona evdən şəxsi mənzilində kondisionerin oğurlaması ilə bağlı zəng gəlmişdir. O gəlib dama qalxıb görmüşdür ki, kondisionerin motoru dağıdılıb, pis vəziyyətdədir. Ona demişlər ki, qonşuların da kondisioneri oğurlanıb. O, polisə kondisionerin oğurlanması ilə bağlı ərizə yazmışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs4 bildirdi ki, kondisioner 9-cu mərtəbədə damda olmuş, kondisioner bütövlükdə götürülə bilməzdi, ona görə oğru kondisionerin krışkasını götürmüşdür. Kondisioneri 2750 manata almış, ziyanı ödənilməyib, amma tələb də etmir, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını və ona vurulan ziyan ödənilməsə də, şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirdi ki, səhər saatlarında ona mərasim evindən oğurluq olması barədə zəng daxil olmuşdur. O, yaşadığı ünvandan hadisə yerinə gələrək görmüşdür ki, oradan 4 ədəd qazan, 100-150 ədəd qaşıq və 3 motor oğurlanmışdır. Daha sonra məlum olmuşdur ki, çayniklər də oğurlanıb. Kondisionerlərin motoru damın başından oğurlanmışdır. Qonşular oğurluq hadisəsi olan zaman gördüklərini bildirmişlər. Həmin günü onlar polisə ərizə yazmışlar. Təqsirləndirilən şəxsin valideynləri ona zərəri qarşılamaq üçün 200 manat vermişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs5 bildirdi ki, oradan tək adamın oğurluğu olmamış, hadisə yerində kamera olmamış, qapını qırıb girmişlər, təqsirləndirilən şəxsin anası barışıq üçün onlara gəlmişdir. O təqsirləndirilən şəxsi görməmişdir. Ziyanı ödənilməyib, amma tələb də etmir. Zərərçəkmiş şəxs5 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını və ona vurulan ziyanın ödənilməsə də, şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirdi ki, yay vaxtı evdə qonaqlar olarkən birdən işıqlar sönmüşdür. 2 gün sonra o, kondisioneri qoşmuş və görmüşdür ki, kondisioner işləsə də, soyuq hava vurmur. O dama çıxaraq görmüşdür ki, kondisionerin detalları oğurlanıb və açılmış vəziyyətdədir. Ona 350 manat ziyan dəymişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs3 bildirdi ki, blokda kamera yoxdur. Kondisionerin avadanlığını kimin aparmasını bilməmişdr. Təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, o, ünvan 5 ünvanında yaşayır. Hadisə baş verən ərəfədə onların məhəlləsində təmir-tikinti işləri getmişdir. Evdən zəng edib ona demişlər ki, evə bir sıra şəxslər yaxınlaşıb bildirmişlər ki, damdan düşürüləsi əşyalar var. Onlar da 9-cu mərtəbədə yaşadıqları üçün məcbur qalaraq açarı vermişlər. O, axşam evə qayıdanda görmüşdür ki, lyuk açıqdır, səbəbini soruşanda bildirmişlər ki, əşyaları düşürməyə görə açarı alıblar. Yuxarı çıxanda görmüşdür ki, kondisioneri sökülmüş vəziyyətdədir, başa düşmüşdür ki, kondisioneri oğurlanıb. O, digər blokda da, kondisionerlərin söküldüyünü görmüş və 102 xidmətinə zəng edərək məlumat vermişdir. Ona 1700 manat dəyərində ziyan dəymişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs2 bildirdi ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsi görməmiş, barışıq üçün ona heç kim müraciət etməmişdir. Ona dəymiş ziyan ödənilməmiş, amma şəxsdən şikayəti yoxdur. Oğurlanmış əşyalar ona təqdim olunmamışdır. Təqsirləndirilən şəxsdən iddia, şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını və ona vurulan ziyan ödənilməsə də, şikayət və tələbinin olmadığını bildirdi. Qarabağda müddətdən artıq hərbi xidmətdə olan və bu səbəbdən məhkəməyə gələ bilməyən Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilməklə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun ayında kondisioneri işə saldıqda kondisionerin işləmədiyini görüb dama qalxmış, yaşadığı evin damında quraşdırdığı kondinsionerinin kompressorunun sökülərək oğurlandığını görmüşdür. Kondinsionerinin oğurlanması nəticəsində ona 1000 manat ziyan dəmişdir. Kompressorun oğurlandığını biləndən sonra DİN-in 102 xidmətinə zəng vurub məlumat vermiş, sonra isə Suraxanı RPİ-nin 33-cü Polis bölməsinə ərizə ilə müraciət etmişdir (1-ci cild iş vərəqə 19-20). Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid6 ifadəsində göstərdi ki, 17 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində qanunsuz narkotik vasitələri daşıması ilə bağlı onlara əməliyyat məlumatı daxil olmuşdur. Dərhal rəhbərliyə məruzə olunaraq əməliyyat qrupu yaradılmışdır. O və əməliyyat müvəkkili Şahid5 saat 20:00-da Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "A/B" yaşayış sahəsi, 268 saylı uşaq bağçasının qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək, narkotik maddələrin istifadəsi, üzərində saxlanılmasında şübhəli olduğunu bildirmiş və onu Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etmişlər. O, da razı olaraq onlarla birlikdə Polis bölməsinə gəlmişdir. 33-cü PB-də hüquq və vəzifələri izah edilmişdir. Sonra dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt kimdən əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində heroin kimi tanıdığı narkotik vasitə olduğunu və özünə məxsus olduğunu, həmin narkotik vasitəni Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən 20 manata öz istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. Sonra aşkar edilmiş həmin büküm götürülərək qablaşdırılmışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid6 bildirdi ki, təqsirləndirilən şəxsin ifadəsində bildirdikləri həqiqətə uyğun deyil. Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün narkotik vasitəni əldə etdiyini, ağrıları olduğu üçün istifadə etdiyini, bildirmişdir. Satışla məşğul olması barədə məlumat olmamışdır və şəxsə qarşı fiziki təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid4 eyni məzmunlu ifadə verərək Şahid6 ifadəsində göstərdiklərini tam təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, metal qəbulu müəssisəsində işləmişdir. 1 ildən çox olar ki, bu iş üzrə təqsirləndirilən şəxs Elgün metal qəbuluna mis gətirmişdir. Həmin mis 1 kilo ya da 900 qram olmuşdur. Təqsirləndirilən şəxs özü bildirmişdir ki, evdə soyuducularının motoru xarab olub, onun içindən söküb. O, Elgündən şəxsiyyət vəsiqəsini istəmişdir. Elgün də gətirmişdir. O da qeydlər aparmış, 10 manat pul verdikdən sonra getmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, şəxsi cəmi bir dəfə görmüş, ondan sonra gəldiyini görməmişdir. Şahid2 ifadə verdikdən sonra Təqsirləndirilən şəxs səhər vaxtları ora getdiyini, şahidin dediyi qədər də mis verdiyini, misi “Şəfəq” mərasim evindən götürdüyünü bildirmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilməklə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivi, ev 14 a, mənzil 15 ünvanda yaşayır, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindəki “Lukoil” yanacaq doldurma məntəqəsinin arxa tərəfində yerləşən metal qəbulu sexində işləyir. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində iki nəfər oğlan işlədiyi sexə gələrək əllərində olan iki top misi satmaq istədiklərini bildirib Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini verib əllərində olan miss toplarını ona vermişdir. Mis topunun biri 800 qram olmuş, 16 manat pul verib mis toplarını almışdır. Təqsirləndirilən şəxs aldığı misin oğurluq olduğunu bilməmişdir (cild 2, iş vərəqi 70-71). Məhkəmə iclas zalına gəlməyən Şahid7 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilməklə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanında yerləşən binanın qarşısındakı mərasim evi Zərərçəkmiş şəxs5 məxsusdur və həmin mərasim evinə nəzarət еdir. 18 iyun 2021-ci il tarixdə səhər təxminən saat 10 radələrində mərasim evinə gələn zaman mərasim evinin giriş qapısının sındırıldığını görmüş və dərhal içəriyə daxil olmuş və mətbəxdə olan bəzi əşyaların yerində olmadığını aşkar etmişdir. Həmin vaxt qiyabi olaraq göz gəzdirmiş və cəmi 700 manat dəyərində olan müxtəlif əşyaların yerində olmadığını görmüşdür. Bundan sonra o, dərhal bu barədə polisə müraciət etmişdir. Sonradan obyektin müdiri Zərərçəkmiş şəxs5 obyektə gəlmiş və diqqətlə obyektdə olan əşyaları yoxlayarkən ümumilikdə 1230 manat dəyərində müxtəlif əşyaların oğurlandığını müəyyən etmişlər (cild 1, iş vərəqi 206-207). Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilməklə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin 33-cü Polis bölməsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır və polis leytenantıdır. 17 iyun 2021-ci il tarixdə 33-cü bölməyə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotk vasitə əldə edib saxlayaraq daşıması barədə məlumat daxil olmuşdur. Bu barədə PB-nin rəisinə məruzə etmiş, ondan və Suraxanı RPİ-nin 33-cü PB-nin sahə inspektoru, polis baş leytenantı Şahid6 ibarət əməliyyat qrupu yaradılmışdır. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul etmiş, dərhal Təqsirləndirilən şəxsnən ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin icrasına başlamışlar. Həmin gün saat 22:00 dəqiqədə Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A/В” yaşayış sahəsi, 267 saylı uşaq bağçasının qarşısında olduğunu müəyyən edib orada ona yaxınlaşıb saxlayaraq özlərini təqdim etmişlər və narkotik maddələrin istifadəsi və üzərində saxlanılmasında şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu 33cü bölməyə dəvət etmişlər. Bölmənin inzibati binasında, xidməti otaqda Elgun Qasımzadəyə şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş və hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs üzərində vedeoçəkliş aparılmaqla şəxsi axtarış aparılacağı barədə qərar elan edilmiş, üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də əldə edilib saxlanılması və daşınması qadağan olunmuş hər hansı bir əşya, vasitə və predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəfaff sellofan kəsiyinə bükülmüş kütləni çıxarıb təqdim etmiş, təqdim etdiyi kütlənin narkotik vasitə heroin olduğunu, heroini Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən 20 manata öz istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə olan kütlə götürülərək bir ədəd zərfə qoyulmuş, zərfin ağzı möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokolun məzmunu ilə tanış olaraq möhürlənmiş zərfin üzərini və protokolu imzalamışdır (cild 2, iş vərəqi 32-34). Şahid X7 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilməklə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin 33-cü Polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 10 iyul 2022-ci il tarixdə bölməyə “Elgün” adlı şəxsin Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazsində qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr əldə etməsi, saxlanması və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı barədəd dərhal bölmənin rəisinə məruzə etmiş, rəisin əmri ilə Şahid4 rəhbərliyi ilə, Şahid4 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. “Elgün” adlı şəxsin şəxsiyyətinin müəyyən edilib ifşa olunması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edərək Şahid4 ilə birlikdə əməliyyat-axtarış tədbirlərinin icrasına başlamışlır. Həmin tarixdə saat 13:30-da əməliyyat məlumatında göstərilən “Elgün” adlı şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 267 saylı uşaq bağçasının yaxınlığında olduğunu müəyyən edib orada onu saxlayaraq xidməti vəsiqələrini göstərib özlərini ona təqdim etdikdən sonra onun da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddlərin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu 33-cü bölməyə dəvət etmişlər. Bölmənin inzibati binasında, xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət vəsaiti hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərində şəxsi aparılağağı barədə qərar elan edilmiş, üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də əldə edilib saxlanması və gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya, vasitə və predmet varsa təqdi etməsi təklif olunduqda o, üzərində narkotik vasitə heroin olduğun etiraf etmiş, əynində olan qara rəngli idian şortunun sağ yan cibindən on ədəd şəffaf sellofan kəsiyi bükümünü çıxarıb təqdim edərək təqdim etdiyi bükümlərin arasında narkotik vasitə heroin olduğunu, heroini 10 iyul 2022-ci il tarixdə Suraxanı rayonu, Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 100 manata alaraq öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilimiş, amma onun üzərindən özünün təqdim etdiyi on bükümdən başqa heç bir əşya, vasitə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən narkotik vasitə heroinə oxşar kütlə bir ədəd zərfə qoyulmuş, zərf möhürlənmiş, bu barədə protokol tərtib olunmuşdur. Protokolun məzmunu ilə tanıq olduqdan sonra möhürlənmiş zərfin üzərini və protokolu imzalamışlar (cild 1, iş vərəqi 171-173). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə yaşadığı binanın dam hissəsindən özünə məxsus olan 2000 manat dəyərində “REGAL” markalı kondisionerin kompressor hissəsinin oğurlandığını aşkar etmişdir (cild 1, iş vərəqə 4). İşdə olan və məhkəmədə tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisənin baş verdiyi ərazi ünvan 9 ünvanında yerləşən doqquzmərtəbəli binanın damıdır. Damda quraşdırılmış kondisionerin mühərrik hissəsi tamamilə yararsız hala salınaraq içərisində olan material sökülərək aparılmışdır (cild 1, iş vərəqi 5-7). İşdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus “REGAL” markalı kondisionerin mühərrik hissəsini oğurlayan şəxsi müəyyən edilməsi istiqamətində müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmiş və müəyyən edilmişdir ki, həmin şəxs 1996-cı ildə anadan olmuş, Tərtər rayonu, Bəyimsarov kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxsdur (cild 1, iş vərəqi 10). İşdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqə 13). İşdə olan və məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 19:40 radələrində özünə məxsus kondisionerin kompressor hissəsinin oğurlandığını aşkar etmişdir (cild 1, iş vərəqi 24). İşdə olan və məhkəmədə tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 ərizəsi ilə əlaqədar hadisə yerinə baxış keçirilmiş və evin damından kondisionerin kompressorunun oğurlandığı müəyyən edilmişdir (cild 1, iş vərəqi 25-26). İşdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs2 bir ədəd kondisionerin kompressor hissələrini oğurlayan şəxsi müəyyən etmək məqsədilə müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmiş və həmin binada quraşdırılmış videomüşahidə kameralarına baxış zamanı müəyyən edilmişdir ki, bu hadisəni törədən şəxs xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxsdur (cild 1, iş vərəqi 33). İşdə olan və məhkəmədə tədqiq edilmiş X4 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə saat 12:10 radələrində yaşadığı binanın damında ona məxsus kondisionerin mühərrikinin sındırılaraq aparılmasını aşkar etmişdir (cild 1, iş vərəqi 38). İşdə olan və məhkəmədə tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, X4 ərizəsi ilə əlaqədar hadisə yerinə baxış keçirilmiş və 9 mərtəbəli binanın dam hissəsindən kondisionerin mühərrikinin oğurlandığı müəyyən edilmişdir (cild 1, iş vərəqə 41-42). İşdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, X4 yaşadığı binanın dam hissəsində quraşdırılmış kondisionerin mühərrikini oğurlayan şəxsi müəyyən etmək məqsədilə müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmiş və müəyyən edilmişdir ki, hadisəni törədən şəxs xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxsdur (cild 1, iş vərəqi 44). İşdə olan və məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs4 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində yaşadığı binanın dam hissəsinə qoyduğu kondisionerin mühərrikinin oğurlandığını aşkar etmişdir (cild 1, iş vərəqi 52). İşdə olan və məhkəmədə tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs4 ərizəsi ilə əlaqədar hadisə yerinə baxış keçirilmiş və 9 mərtəbəli binanın dam hissəsindən kondisionerin kompressor hissəsinin dağıdılaraq oğurlandığı müəyyən edilmişdir (cild 1, iş vərəqi 55-56). İşdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs4 yaşadığı binanın dam hissəsində quraşdırılmış kondisionerin mühərrikini oğurlayan şəxsi müəyyən etmək məqsədilə müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmiş və müəyyən edilmişdir ki, hadisəni törədən şəxs xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxsdur (cild 1, iş vərəqi 58). İşdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 62). İşdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 70). İşdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X8 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 78). İşdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində “Elgün” adlı şəxsin narkotik vasitələrin, psixotrop maddələrin, əldə edilməsi, saxlanılması və qanunsuz dövriyyəsi barədə məlumat daxil olmuşdur (cild 1, iş vərəqi 91). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərardan görünür ki, “Elgün” adlı şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 94). İşdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, 10 iyul 2022-ci il tarixdə Suraxanı RPİ-nin 33-cü Polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında, istifadəsində və qanunsuz dövriyyəsində şübhəli Təqsirləndirilən şəxs Yeni Günəşli, “AB” yaşayış sahəsi, 267 saylı bağçanın yaxınlığında xx.xx.2022-ci il tarixində saat 13:30-da saxlanılmış, 14:00 radələrində 33-cü bölməyə gətirilmişdir (cild 1, iş vərəqi 90). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və diskdən görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şortunun sağ yan cibindən 10 (on) ədəd şəffaf rəngli sellofana bükülmüş maddələri çıxarıb taqdim etmişdir. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə olan "kakos" adlanan heroin olduğunu, Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 100 (yüz) manat müqabilində aldığını, şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Bundan əlavə mənzilinə baxış keçirilməsinə etiraz etmədiyini, digər oğurluq kimi cinayətlərdə iştirakının olduğunu, belə ki, Səfərov Eltun adlı şəxslə birlikdə və tək bir neçə kondisioner, saxlanc yerlərindən müxtəlif əşyalar oğurladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşler Nazirliyinin "zərflər üçün 171 N-li" möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 121-122). İşdə olan və məhkəmədə tədqiq edilmiş mənzilə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Suraxanı RPİ-nin 33-cü Polis bölməsinin təhqiqatçısı, polis kapitanı Qasım Poladlı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilmiş, baxış zamanı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində “Anabala” heykəli yaxınlığından düz uzü yuxarı, “AB” yaşayış sahəsi istiqamətində hərəkət edən zaman yolun sağ yan hissəsində ətrafında bir neçə köhnə tikili doqquzmərtəbəli yaşayış binası olan 267 saylı bağça məcburi köçkünlərin məskunlaşdığı binadır, birinci mərtəbəyə dəmir qapıdan daxil olduqda mənzilin bir otaqdna ibarət olması müəyyən edilmiş, mənzildən iş üçün əhəmiyyətli, dövriyyəsi qadağan olunmuş əşya, narkotikə bənzər predmet götürülməmişdir (cild 1, iş vərəqi 131). İşdə olan və məhkəmədə tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3755 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Zərflər üçün № 171” dariəvi möhür əksləri olan “... vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilirk götürülmüş...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 10 (on) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,601 qram, 0,570 qram, 0,471 qram, 0,702 qram, 0,305 qram, 0,330 qram, 0,463 qram, 0,272 qram, 0,215 qram, 1,158 qram, ümumi təmiz çəkisi 5,087 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Syahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 55 manat təşkil edir (cild 1, iş vərəqi 133-138). İşdə olan və məhkəmədə tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özünə əks etdirən bir ədəd diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şortunun sağ yan cibindən 10 ədəd şəfaff sellofan kəsiyinə bükülmüş kütlələri çıxarıb təqdim etmiş, təqdim etdiyi kütlənin narkotik vasitə heroin olduğunu, heroini Suraxanı rayonu, Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 100 manata öz istifadəsi üçün aldığını, bundan əlavə Səfərov Eltun adlı şəxslə birlikdə və tək halda mənzillərdən kondisioner oğurladığını bildirmişdir (cild 1, iş vərəqi 146). İşdə olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 6777 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 180). İşdə olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 xx.xx.2022-ci il tarixli, 1/2238 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X3 müraciət etməmişdir (cild 1, iş vərəqi 180a). İşdə olan və məhkəmədə tədqiq edilmiş Şahid7 xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə təxminən saat 10 radələrində yaşadığı ünvan 10 ünvanının qarşısında yerləşən onun nəzarət etdiyi mərasim evinə gələn zaman mərasim evinin giriş qapısının sındırıldığını, içəriyə baxış keçirilərkən mətbəxtdə olan 4 ədəd qazanın, 2 ədəd soyuducu mühərrikinin və 1 ədəd kondisioner mühərrikinin oğurlandığını aşkar etmiş, baş vermiş hadisə ilə əlaqədar ona 700 AZN maddi ziyan dəymişdir (cild 1, iş vərəqi 186). İşdə olan və məhkəmədə tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Şahid7 müraciəti əsasında hadisə yerinə - ünvan 10 ünvanında yerləşən “Şəfəq” mərasim evinə baxış keçirilmişdir (cild 1, iş vərəqi 190-194). İşdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqə 199A). İşdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2021-ci il tarixli raportdan görünür ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində “Elgün” adlı şəxsin narkotik vasitələrin, psixotrop maddələrin əldə edilməsi və saxlanılması barədə məlumat daxil olmuşdur (cild 1, iş vərəqi 215). İşdə olan və məhkəmədə tədqiq edilmiş tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2021-ci il tarixli qərardan görünür ki, “Elgün” adlı şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 217). İşdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2021-ci il tarixli raportdan görünür ki, 17 iyun 2021-ci il tarixdə Suraxanı RPİ-nin 33-cü Polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında və istifadəsində şübhəli Təqsirləndirilən şəxs Yeni Günəşli, “AB” yaşayış sahəsi, 267 nömrəli bağçanın qarşısında saat 20:00-da saxlanılmış, 20:15 radələrində 33-cü Polis bölməsinə gətirilmişdir (cild 1, iş vərəqə 220). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2021-ci il tarixli protokoldan və diskdən görünür ki, xx.xx.2021ci il tarixli şəxsi axtarış və götürmə protokolündan görünür ki, X5 üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmiş, müvafiq təklifdən sonra o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəfaff sellofana bükülmüş içərisində toz şəkilli, qəhvəyi rəngli narkotik maddə sayılan heroinə bənzər maddəni təqdim etmiş, bu narkotik vasitə heroini 20 manata Qaraçuxur qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən alaraq özünün istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "zərflər üçün 171 N-li" möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 242-243). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/2468 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən....” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,450 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Syahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manat təşkil edir (cild 1, iş vərəqi 251-254). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özünə əks etdirən bir ədəd diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəfaff sellofan bükümü çıxarıb təqdim etmiş, təqdim etdiyi kütlənin narkotik vasitə heroin olduğunu, heroini Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən 20 manata öz şəxsi istifadəsi aldığını bildirmişdir (cild 2, iş vərəqi 12). İşdə olan və məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi xx.xx.2021-ci il tarixli, 2394 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 38-39). İşdə olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis bölməsinin xx.xx.2021-ci il tarixli, **********55 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 0,450 qram narkotik vasitə olan heroini əldə etdiyi naməlum şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, onun əldə etdiyi 0,450 qram narkotik vasitə olan heroinin mənbəyini müəyyən etmək mümkün olmamışdır (cild 2, iş vərəqi 41). İşdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş təmiz çəkisi 0,450 və 5,087 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,4 qram və 4,787 qram narkotik vasitə heroin saxlanılması üçün Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (cild 2, iş vərəqi 82-94). İşdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi üçün ********* nömrəli cinayət işindən ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır (cild 2, iş vərəqi 100-101). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarının 1-ci, 7-ci, 19 və 20-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Məhkəmə hazırkı iş üzrə qərar qəbul edərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarlarındakı müddəaları nəzərə alır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 177.2.2-ci maddəsi ilə yanaşı, həmin Məcəllənin 177.1-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlinin CM-nin 177.1-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur, belə ki, onun əməli CM-nin 177.2.2-ci maddəsi ilə əhatə olunmuşdur. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 N-li Qərarının 18-ci bəndində göstərilmişdir ki, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamdan CM-nin 177.1-ci maddəsi rəqəm kimi xaric edilməlidir. Təqsirləndirilən şəxs polislər tərəfindən saxlanılarkən üzərində heç bir narkotik olmaması, polislərin onu döyməsi, bundan sonra narkotiki boynuna götürməsi, oğurluğun bir epizodundan, yəni “Şəfəq” mərasim evindən oğurluqdan başqa oğurluqlar etməməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, polis bölməsində 10 iyul 2022-ci il tarixdə tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə o tutulmuş, daha sonra onun yazılı razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan idman şortunun sağ yan cibindən 10 (on) ədəd bükümdə narkotik vasitə olan heroin kütləsini çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli şəxs və təqsirləndirilən şəxs qismində ifadələr verərkən üzərindən aşkar edilmiş maddələrin özünə aid olduğunu və qanunsuz əldə etdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs kimi ifadə verərkən, ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təzyiq edilməsi barədə bildirməmişdir. Bundan başqa məhkəmənin şifahi sorğusuna əsasən Bakı şəhəri Suraxanı Rayon Prokurorluğundan daxil olmuş 09 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zor tətbiq edilməsi və xəsarət yetirilməsi barədə müraciətlə əlaqədar həmin prokurorluqda araşdırma aparılmış, araşdırma nəticəsində onun saxlandıqdan sonra polis əməkdaşları tərəfindən döyülməsi və ona işgəncə verilməsi faktı öz təsdiqini tapmamış və toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən döyülmə barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən “Şəfəq” mərasim evindən yalnız qazan oğurladığını bildirsə də, məhkəmədə dindirilmiş Şahid2 ifadəsində Elgünün metal qəbuluna 1 kilo ya da 900 qram mis gətirib 10 manata satdığını göstərdi. Bundan başqa məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olunan Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs bir nəfərlə işlədiyi metal qəbulu sexinə 01 iyul 2022-ci il tarixdə gələrək əllərində olan iki top misi satmaq istədiklərini bildirib şəxsiyyət vəsiqəsinin surətini verib mis toplarını 16 manat pul müqabilində ona vermişdir. Bütün bunlar təqsirləndirlən şəxsin müxtəlif vaxtlarda oğurluqlar etdiyini birbaşa sübut edir. Beləliklə, Təqsirləndirilən şəxs ifadəsində özünü müdafiə məqsədilə məhkəmədə göstərdiyi xüsusatlar iş üzrə şahidlərin ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə, həmçinin cinayət işinin materiallarında olan digər sübutlarla tam təkzib olunmuşdur. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edən mötəbər sənəd də yoxdur, bu hal məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi hallar hər hansı dəlillərə söykənməmiş, həmin halları təsdiq edən sübut olmamışdır. Bununla bağlı əsaslı şübhələr yoxdur. Bu səbəbdən, məhkəmə həmin xüsusatlarla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirərək onun göstərdiyi xüsusatları rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Odur ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təsvir olunanlara zidd olaraq dəlil kimi göstərdiyi hallar mötəbər sübutlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin həmin hissələrdə verdiyi ifadəsini şübhə altına alır və ifadəsində göstərdiyi həmin xüsusatları həqiqətə uyğun olmayan, hər hansı dəlilə söykənməyən, özünümüdafiə xarakterli hesab edir. Yuxarıda təsvir olunanlar onu ehtiva edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə, çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Məhkəmə, eyni zamanda, yuxarıda şərh olunan bütün sübutları, o cümlədən təqsirləndirilən şəxsin üzərindən 10 iyul 2022-ci il tarixdə aşkar edilmiş narkotik vasitələrin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, onların xırda bükümlərə bükülməsini müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik vasitələri məhz satış məqsədilə əldə etmişdir. Beləliklə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan çoxsaylı sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgə əmlakını təkrarən, saxlanc yerinə qanunsuz daxil olmaqla gizli talayıb oğurluq etməsi, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməsi, saxlayaraq daşıması və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası, 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər müvafiq olaraq az ağır və ağır cinayətlər kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinin tələblərinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən, məhkəmə hökmü, məhkəmə qərarından Bakı şəhər Probasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, o, həmin cəzadan yayındığına görə Bakı şəhər Probasiya İdarəsinin icra məmurunun təqdimatına əsasən Suraxanı Rayon Məhkəməsi həmin cəzanı 5 (beş) ay 8 (səkkiz) gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz etmiş, həmin cəzanın əvvəlinin 02 iyul 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin sorğusuna əsasən Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə müəssisəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 16 noyabr 2021-ci il tarixdə həmin müəssisəyə köçürülmüş və “8 noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 2.4-cü bəndinə əsasən 10 dekabr 2021-ci il tarixdə cəzadan azad edilmişdir (cild 2, iş vərəqi 30-31, 42-49, 50-55). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Milli Məclisin yuxarıda qeyd edilən “Amnistiya” Qərarının 7-ci bəndində göstərilmişdir ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülməlidir. Lakin Qərarın həmin bəndi Təqsirləndirilən şəxs barəsində düzgün olmayaraq tətbiq edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Milli Məclisin yuxarıda qeyd edilən “Amnistiya” Qərarının 7-ci bəndinin müddəalarının təsiri altına düşür və bu səbəbdən onu məhkumluğu olmayan şəxs hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs beş zərərçəkmiş şəxsdən dördü ilə barışıq əldə etməsini, cavan olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinin tələblərinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 17 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci madəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 iyun 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 17 iyun 2021-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs başqa cinayət epizodu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasından yayındığına görə Bakı şəhər Probasiya İdarəsinin icra məmurunun təqdimatına əsasən Suraxanı Rayon Məhkəməsi həmin cəzanı 5 (beş) ay 8 (səkkiz) gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz etmiş, həmin cəzanın əvvəlinin 02 iyul 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin sorğusuna əsasən Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə müəssisəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 16 noyabr 2021-ci il tarixdə həmin müəssisəyə köçürülmüş və “8 noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 2.4-cü bəndinə əsasən 10 dekabr 2021-ci il tarixdə cəzadan azad edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs 10 iyul 2022-ci il tarixdə yenidən Azərbaycan Respublikası CM-nin 234.1-ci madəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 iyul 2022ci il tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 10 iyul 2022-ci il tarixdən hesablanmışdır. Həmin məhkəmənin 05 noyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 10 fevral 2023-cü il tarixədək uzadılmışdır. Müstəntiqin 10 fevral 2023-cü il tarixli qərarına əsasən o, həbsdən azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 117, 167-168, 238; cild 2, iş vərəqi 21-24, 66-69, 76- 77, 78-80). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına yerləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs həbsdə saxlandığı 7 (yeddi) ay 15 (on beş) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalı və cəza çəkməsinin başlanğıcı hazırkı hökmün elan edildiyi 09 fevral 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,4 qram və 4,787 qram narkotik vasitə heroin məhv edilməlidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 136,82 (yüz otuz altı manat səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək, CM-in 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs həbsdə saxlandığı 7 (yeddi) ay 15 (on beş) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində 6 (altı) il 4 (dörd) ay 15 (on beş) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi 09 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,4 qram və 4,787 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi Təqsirləndirilən şəxs verilmiş ittihamdan xaric edilsin. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 136,82 (yüz otuz altı manat səksən iki qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar