Məhkəmə qərarları › İş №1(101)-248/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-248/2025

07.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-248/2025 07.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X2 və Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Sirius” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakı ilə, xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, Almaniya Federativ Respublikasında Kaizerslautern şəhərində fəaliyyət göstərən “West Pfalz- Klinikum” adlı tibb müəssisəsində həkim-köməkçisi işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Almaniya Federativ Respublikası Kaizerslautern şəhəri, Am Stollen 54 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2 və 281.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsinə şərait yaradan hərəkətlər etməyə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn təkrar açıq çağırışlar etmiş, habelə bu cür məzmunlu materiallar yaymışdır. Belə ki, o, Almaniya Fedarativ Respublikasının Kaizerslautern şəhərində yaşayarkən istifadəçisi olduğu “Facebook” sosial şəbəkəsində “Hamza” (facebook.com / hamza . mammedli ? locale = az _ AZ) adı ilə qeydiyyatdan keçirdiyi səhifə vasitəsilə 10 yanvar 2016-cı il, 4 iyul 2018-ci il və 19 oktyabr 2019-cu il tarixlərində, üzv olduğu «Avropa Azərbaycanlıları Milli Birlik Şurası» adlandırılan ictimai təşkilatın bəzi digər üzvləri ilə əlbir olaraq “Facebook” sosial şəbəkəsində yaratdıqları «Avropa Azərbaycanlıları Milli Birlik Şurası»nın baş hərflərini ifadə edən «AAMBS» adlı «Facebook» səhifəsi, eləcə də «Qarabağı geri istəyən xx.xx.1992 azərbaycanlı axtarırıq» adlı «Facebook» səhifəsinin inzibatçısı kimi istifadəsində olan «Kamil Axundov» (https: // www.facebook.com / kamil . axundov 5205) adlı saxta səhifəsi vasitəsilə 11 iyul 2018-ci il tarixdə saat 02:10 dəqiqədə və 11 iyul 2018-ci il tarixdə, «Gulu Quliyeva» (https:// www.facebook.com / gulu.quliyeva. 790) adlı saxta səhifəsi vasitəsilə 5 iyul 2018-ci il saat 13:01 dəqiqə, 6 iyul 2018-ci il saat 10:44 dəqiqə, 8 iyul 2018-ci il saat 16:22 dəqiqə, 11 iyul 2018-ci il saat 13:18 dəqiqə və 12 iyul 2018-ci il saat 12:29 dəqiqədə və 13 iyul 2018-ci il tarixdə, «Rüfet Aliyev» (https: // www.facebook.com / rufo.501598) adlı saxta səhifəsi vasitəsilə 11 iyul 2018-ci il tarixdə saat 11:20 və 11:24 dəqiqə, 09 iyul 2018-ci il saat 13:27 dəqiqədə, 6 iyul 2018-ci il tarixdə saat 18:14 dəqiqədə, habelə istifadəçisi olduğu “İnstagram” sosial şəbəkəsində “real199125” (https:// www.instagram.com / real199125) adlı saxta səhifə yaradaraq, həmin səhifə vasitəsilə 23 fevral 2019-cu il, 11 oktyabr 2019-cu il, 2 oktyabr 2019-cu il və 17 mart 2020-ci il tarixlərdə Azərbaycan Respublikasında ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsinə şərait yaradan hərəkətlər etməyə, habelə dövlət hakimiyyəti barədə qəsdən həqiqətə uyğun olmayan, insanlarda hakimiyyət nümayəndələrinə qarşı nifrət yaradılması məqsədi daşıyan məlumatlar ifadə edərək, Azərbaycan Respublikası vətəndaşlarını toplaşıb güc tətbiq etməyə, digər formada kütləvi qanunsuz hərəkətlər etməyə sövq edən, onları hakimiyyət əleyhinə qiyama çağıran və sair oxşar məzmunlu paylaşımlar edərək terrorçuluğa və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn təkrar açıq çağırışlar etmiş, habelə bu cür məzmunlu materiallar yaymışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2 və 281.2-ci maddələri ilə özünü təqsirli biməyərək ifadəsində göstərmişdir ki, 1 iyun 2023-cü il tarixdə onu hava limanında saxlayaraq Dövlət Təhlükəsizliyi Xidmətinə aparmışlar. Orada onu müstəntiqin yanına aparmış, müstəntiq ona “sən neynəmisən?”-deyə soruşmuş, o da müstəntiqdən soruşmuşdur ki, “mən neynəmişəm, məni niyə bura gətiriblər?”. Bundan sonra müstəntiq ona bildirmişdir ki, “sənin “Facebook”da feyk səhifələrin vardır və həmin səhifələrdən 2018-ci ildə dövlətə qarşı açıq çağırışlar etmisən. O isə onun 2011-ci ildən “Facebook”da yalnız bir səhifəsinin olduğunu bildirmişdir. O, sübut olaraq nə olduğunu soruşanda müstəntiq İD adresin onun yaşadığı ünvanı göstərdiyini bildirmiş, o isə hansı ünvanı göstərdiyini soruşanda müstəntiq 2018-ci ildə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan küçəsi, ev 1-i göstərdiyini bildirmişdir. O isə həmin vaxt Azərbaycan yox, Almaniyada yaşadığını bildirmişdir. Müstəntiq dərhal söhbəti dəyişib ondan soruşmuşdur ki, “sən Almaniyada harada yaşayırdın?”, o isə cavabında Kayzerslautern şəhəri, Am Stollen küçəsi 74 ünvanında yaşadığını bildirmişdir. Bu zaman müstəntiq İD adresin həmin ünvanı göstərdiyini bildirmiş, o isə cavabında Bakıya gəlməmişdən 2-3 ay əvvəl ora köçdüyünü bildirmişdir. Bundan sonra sabahı gün onu şöbə rəisinin yanına aparmışlar, qapıdan girən kimi ona “gəl ay bədbəxt gəl” demiş, o isə cavabında nəyə görə bədbəxt olduğunu, heçnə etmədiyini bildirmişdir. Bundan sonra şöbə rəisi bildirmişdir ki, “gəl sən olanları boynuna götür, onsuz da məhkəmə də bizim əlimizdədir, 4 və ya 6 ay maksimum cəza alarsan sonra çıxıb gedərsən”. Şöbə rəisi ona tez-tez “bizim sənə yazığımız gəlir, gəl olanları etiraf et, biz sənə köməklik edəcəyik” demişdir. O, vəkil tutmaq və susmaq hüququnun olduğunu bildirmiş, şöbə rəisi isə ona “sənin işin gedir məhkəməyə ay bədbəxt, sən xəyallarda yaşayırsan” demişdir. Şöbə rəisi dəfələrlə ona kömək etmək istədiklərini bildirmiş, onun cəmiyyətə yararlı şəxs olduğunu, həkim olduğunu və ona kömək edəcəklərini, onların dediklərini etməli olduğunu, onun barəsində hər hansı bir şey tapacaqlarını bildirmişdir. O, müəyyən qədər onların dedikləri ilə razılaşmış, müstəntiq ondan ifadə alan zaman mən heç nə deməmiş, müstəntiq ifadəni öz istədiyi kimi yazmış və hətta o, vəsatət vermədiyi halda onun adından iş materiallarında vəsatət verilmişdir. Bundan başqa onun Qabil Rzayev adlı şəxslə əlaqəsinin olduğunu bildirmişlər, o isə həmin şəxsin adını ilk dəfə eşitdiyini bildirmişdir. Tutulduğu 1 ay ərzində şöbə rəisi Elşən Murtuzov onu öz otağına gətizdirib, müstəntiqlərin iştirakı ilə üzərində emblem olan köynəyi ona tərs formada geyindirib, üzünü əsəbi formada tutmağını bildirib şəklini çəkmişlər. Həmin vaxt Elşən Murtuzov həmin şəklin yaramayacağını, Həsən müəllimin onunla bağlı onlara sonuncu şans verildiyini bildirmişdir. Hesab edir ki, DTX əməkdaşları onun caniyə oxşar şəklini çəkib başqa formada onun barəsində iş başlamaq istəmişlər. Bundan başqa barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması zamanı hakim müstəntiqə işin necə sübuta yetiriləcəyini soruşduqda, müstəntiq “Facebook”a sorğu göndərildiyini və həmin sorğu əsasında sübuta yetiriləcəyini bildirmişdir. 1 ilə yaxı vaxt keçdikdən və heç bir cavab əldə olunmadıqdan sonra müstəntiq ona “Facebook”un səlahiyyətli şəxslərinin də onun tutulmağını istəmədiyini və buna görə də cavab göndərmədiklərini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandırarkən bildirmişdir ki, 2015-ci ildən Almaniyada yaşayır. “İnstagram”da əsas hesabı bağlandığı üçün əlavə profil açmışdır. Həmin profilin adı “Real Madrid 1991 25” olmuş, 25 yaşında açmışdır. Kamil Axundov və Gülü Quliyeva adı ilə “Facebook”da profili olmamışdır. 2018-ci ildə baş vermiş Gəncə hadisələri ilə bağlı “Facebook”da heç nə paylaşmamışdır. İbtidai istintaq zamanı Kamil Axundov və Gülü Quliyeva adı ilə “Facebook”da saxta səhifələr açmağı və baş verən Gəncə hadisələrini doğru qiymətləndirmədiyi ilə bağlı hər hansı bir ərizə verməmişdir. “Facebook”da heç bir səhifənin inzibatçısı olmamışır. “Qarabağı geri istəyən 26 fevral 1992 Azərbaycanlılar” səhifəsinin istifadəçisi və inzibatçısı olmamışdır. ABBMBC “Facebook” səhifəsi ilə bağlı heç nə bilmir. Ona məxsus email adresindən yalnız “Facebook”da ona məxsus olan profili yaradan zaman istifadə etmişdir. “Facebook”da bir email adresindən yalnız bir profildə qeydiyyatdan keçmək olur. “Facebook”da Kamil Axundov adlı səhifəyə daxil olmağı üçün öz email adresindən istifadə etməmiş və bu mümkün deyil. “Facebook”da səhifə açıb adını dəyişməmişdir. Almaniyada Kayzerslautern şəhərində yaşamışdır. Kayzerslautern şəhəri Rayland-Faltz regionunda yerləşir. 2018-ci ildə İphone markalı telefon işlətmiş, 2016-cı ildə telefonu oğurlanmışdır. “Facebook” şifrəni heç kəsə verməmişdir. “Gəncə hadisələri” ilə bağlı heçnə paylaşmamışdır. Çinarə Alıyeva adlı “Facebook”da saxta profili olmamışdır. Ona məxsus olan email adresini 2011-ci ildə açmışdır. Almaniyada vətəndaşlıq verilən zaman təhsilə böyük önəm verilir, orada həkim köməkçisi olmaq üçün 5 il ali təhsil lazımdır. Vətəndaşlıq almaq üçün B2 səviyyəsində alman dili bilmək lazımdır. Alman dilini mükəmməl bilir. Heç vaxt dövlətə qarşı açıq çağırışlarla bağlı videomüraciət etməmişdir. İbtidai istintaq zamanı yazılan həmin ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini sübut hesab etmir. Məhkəmədə elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xx xxxx 1991-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 1997-2008-ci illərdə Bakı şəhərində 248 nömrəli orta məktəbdə azərbaycan dilində orta təhsil almış, 2009-2011-ci illərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində əsgər kimi xidmət etmişdir. Hərbi xidməti başa vurduqdan sonra 2012-2014-cü illərdə müxtəlif restoranlarda ofisiant və administrator kimi işləmişdir. 12 iyul 2015-ci il tarixdə Şengen viza alaraq Macarıstana oradan isə Almaniya Fedarativ Respublikasında Kaizerslautern şəhərinə köçmüş və hazıradək həmin şəhərdə yaşamışdır. Orada yaşadığı müddətdə 3 il ərzində alman dilindən sertifkat almaq üçün hazırlaşmışdır. 1 yanvar 2018-ci il tarixdən 1 mart 2019-cu il tarixədək Kaizerslautern şəhərində tibbi praktika keçmişdir. 2019-cu ilin aprel ayından 2019-cu il dekabr ayınadək “West Pfalz-Klinikum” da ali təhsil dərəcəsinə bərabər imtahanlar verərək həkim köməkçisi ixtisası almışdır. 15 dekabr 2019-cu il tarixdən hal-hazıradək müddətsiz müqavilə ilə “West Pfalz-Klinikum” həkim köməkçisi-səhiyyə işçisi işləmişdir. Həkimlik sertifikatı almaq üçün sonuncu imtahanları vermiş və imtahanlarda məqbul nəticələr əldə etmişdir. Azərbaycan Respublikası vətəndaşı olan Şahid1 ilə nişanlı olmuş və 8 iyun 2023-cu il tarixdə Tünzalə ilə rəsmi nigaha daxil olmalı idi. Almaniya Fedarativ Respublikasında Kaizerslautern şəhəri, Am Stollen 54 ünvanında qeydiyyatda olmaqla tək yaşamışdır. 2023-cü ilin fevral ayından Almaniya Federativ Respublikasının vətəndaşı olmuşdur. Bu barədə Azərbaycan Respublikasına rəsmi məlumat verməmişdir. Toy mərasiminə görə Azərbaycan Respublikasına gedən zaman qanunvericiliyə uyğun olaraq rəsmi şəkildə məlumat verəcəyini düşünmüşdür. Atası 14 dekabr 1961-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı X7 ünvan 4 ünvanında yaşamış, təqaüdçü olmuşdur. Anası 21 noyabr 1968-ci il təvəllüdlü Məmmədova Hicran Bəkir qızı ünvan 5 ünvanında yaşamış, evdar qadın olmuşdur. Qardaşı 4 sentyabr 1989-cu il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı X4 ünvan 4 ünvanında yaşamış və ev elektrik kimi ustalıq fəaliyyəti ilə məşğul olmuş, ailəli olmuş, 2 övladı vardır. O, Almaniya Federasiyası vətəndaşı olmuşdur. Həmin ölkədə yaşadığı müddətdə Azərbaycan Respublikasına gəlib-getməmişdir. Azərbaycan Respublikasında son dəfə 12 iyul 2015-ci il tarixdə olmuşdur. Sonuncu dəfə isə 1 iyun 2023-cü ildə təyyarə vasitəsi ilə Azərbaycana gəlmişdir. O, “İnstagram”, “Facebook”, “Whatssapp”, “Tik-tok” və sair, sosial şəbəkələrindən istifadə etmişdir. “İnstagram”dan təxminən 4 il, “Facebook”, “Whatssapp” sosial şəbəkələrindən isə təxminən 10 ildir istifadə etmişdir. “Facebook” sosial şəbəkəsində o, təxminən 2011-ci ildə “Kamil Axundov” adı ilə qeydiyyatdan keçərək saxta profil yaratmışdır. Həmin profilin üz fotoşəklində hər hansı fotoşəkil olmamışdır. Təxminən 2018-ci ilin sonlarınadək o, yalnız həmin profildən istifadə etmişdir. Sonradan isə o, həmin profilin giriş parolunu yaddan çıxarmışdır. Hazırda o, “Hamza” adı ilə qeydiyyatda keçərək “Facebook”dan istifadə etmişdir. Hamza adlı facbeook profili onun şəxsi profili olduğu üçün orada özünə və dostlarına məxsus şəkillər paylaşmışdır. Ondan başqa ailə üzvlərindən və ya digər şəxslərdən heç kim “Facebook” sosial şəbəkəsində “Kamil Axundov” profilindən istifadə etməmişdir. O, həmin adla qeydiyyatdan keçərək müxtəlif məzmunlu statuslar paylaşmaqla həmin səhifədən istifadə etmişdir. 2018-ci ilin sonlarından həmin profili istifadə etməmişdir. O, uzun müddət “Facebook” sosial şəbəkəsində mövcud olan “Kamil Axundov” adlı profildən 2018-ci ildə məlum Gəncə hadisələri ilə bağlı radikal paylaşımlar etmişdir. O, istintaqın “Facebook” sosial şəbəkəsində mövcud olmuş “Gulu Quliyeva” adlı profildən 6 iyul 2018-ci il tarixdə saat 10:44 dəqiqədə “Bu şəkli paylaşin polis bil ki sən Yunisi xalq qəhramani etdin ruhun şad olsun qardaşım Yunis qanin yerdə qalmayacaq!”, 8 iyul 2018-ci il tarixdə saat 16:22 dəqiqədə “İyulun 10-da saat 20:00-da Gəncə şəhər İcra Hakimiyyətinin binasının qarşısında etiraz aksiyası olacaqdır!”, “Kamil Axundov” səhifəsində 11 iyul 2018-ci il tarixdə saat 02:10 dəqiqədə “Ayın 15 saat 20-00 da hamı çıxsın meydana hamı qruplar halında cəm icra katiblikin qarşısında çıxsın hamı özü ilə soyuq silahlar götürsün zəncir dəmir bıçaq” sözləri yazılmış status, “Sumqayıt 15 iyul 2000 xalq çıxsın meydana” sözləri yazılmış paylaşılan foto şəkilli status, 11 iyul 2018-ci il tarixdə “Kamil Axundov” adlı profillə yazışmış şəxslərə “polis idarələrinə hücum edin, polisləri qırın, polisləri məhv edin, benzin dolu maşınları çırpın polis idarələrinə, çevriliş edin. Allahu Əkbər” sözləri yazmaqla paylaşılmış status, “Rüfət Aliyev” istifadəçi adı ilə 11 iyul 2018-ci il tarixdə saat 11:24 dəqiqədə və “Gulu Quliyeva” istifadəçi adı ilə 12 iyul 2018-ci il tarixdə saat 12:29 dəqiqədə “SUMQAYİT. Ayın 15-i axşam saat 20:00-da hamı çıxsın meydana! Qruplar halında cem İcra Hakimiyyətinin qaşısına! Hamı özü ilə soyuq silahlar götürsün, zencir, demir, bıçaq..” sözləri yazılmış yazılar barədə istintaqa ətraflı olaraq nə deyə bilməsi haqqında sualına cavab olaraq göstərmişdir ki, “Facebook” sosial şəbəkəsində mövcud olan “Gulu Quliyeva”, “Rüfət Aliyev” və “Kamil Axundov” adlı profillərdən olan paylaşımlara nəzər yetirmişdir. “Gulu Quliyeva” adlı profildən 6 iyul 2018-ci il tarixdə saat 10:44 dəqiqədə “Bu şəkli paylaşin polis bil ki sən Yunisi xalq qəhramani etdin ruhun şad olsun qardaşim Yunis qanin yerdə qalmayacaq!”, 8 iyul 2018-ci il tarixdə saat 16:22 dəqiqədə “İyulun 10-da saat 20:00-da Gəncə şəhər İcra Hakimiyyətinin binasının qarşısında etiraz aksiyası olacaqdır!”, “Rüfət Aliyev” istifadəçi adı ilə 11 iyul 2018-ci il tarixdə saat 11:24 dəqiqədə və “Gulu Quliyeva” istifadəçi adı ilə 12 iyul 2018-ci il tarixdə saat 12:29 dəqiqədə “SUMQAYİT. Ayın 15-i axşam saat 20:00-da hamı çıxsın meydana! Qruplar halında cem İcra Hakimiyyətinin qaşısına! Hamı özü ilə soyuq silahlar götürsün, zencir, demir, bıçaq..” məzmunlu yazılar və statuslar yazmamışdır. “Facebook” sosial şəbəkəsində mövcud olan “Gulu Quliyeva”, “Rüfət Aliyev” adlı profillər ona aid olmamışdır. O, bəzən həmin profillərdə paylaşılan statusları kopyalaraq özünə məxsus “Kamil Axundov” adlı sosial şəbəkə profilində paylaşmışdır. “Kamil Axundov” adlı “Facebook” profili təxminən 2011-ci ildən ona məxsus olmuşdur. O, həmin profili əsgərlikdən gələn zaman qeydiyyatdan keçirmişdir. 11 iyul 2018-ci il tarixdə saat 02:10 dəqiqədə “Ayın 15 saat 20-00 da hamı çıxsın meydana hamı qruplar halında cəm icra katiblikin qarşısında çıxsın hamı özü ilə soyuq silahlar götürsün zəncir dəmir bıçaq” sözləri yazılmış status, “Sumqayıt 15 iyul 2000 xalq çıxsın meydana” sözləri yazılmış paylaşılan foto şəkilli status, 11 iyul 2018-ci il tarixdə “Kamil Axundov” adlı profillə yazışmış şəxslərə “polis idarələrinə hücum edin, polisləri qırın, polisləri məhv edin, benzin dolu maşınları çırpın polis idarələrinə, çevriliş edin. Allahu Əkbər” sözləri yazmaqla paylaşılmış statuslar onun tərəfindən paylaşılmışdır. Həmin yazıları yazmaqda məqsədi digər istifadəçilərin də onun yazdığı həmin yazıları görmələri və münasibət bildirməkləri olmuşdur. O, yazdığı həmin şərhlərin bu qədər ciddi nəticələrə səbəb olduğunu anlamamışdır. Hazırda əməlindən çox peşmandır. Bir daha hər hansı sosial şəbəkədə bu cür kəskin münasibət bildirməyəkdir. Lakin həmin dövr sosial şəbəkələrdə Gəncə hadisələri başqa cür işıqlandırıldığından o, Yunis Səfərova qarşı haqsızlıq olunmasını düşünmüşdür. Sonradan hadisələrin gedişatından hadisənin onun düşündüyü tərzdə olmamasını başa düşmüşdür. Reallıq tamamilə fərqli olmuşdur. X14 bəziləri tərəfindən qəhrəman kimi işıqlandırılsa da, həqiqətdə hakimiyyət nümayəndəsinə qarşı zor tədbiq edən bir cinayətkar olmasını başa düşmüşdür. O, bu paylaşımları etdiyi zaman Almaniya Fedarativ Respublikasında Kaizerslautern şəhəri, Bruchmühlbach-Miesau 4 ünvanında tək yaşamış və ora qoşulmuş internet xidmətinin “X9” internet xidməti provayderi tərəfindən verilməsini bildirmişdir. O, həmin vaxt qeyd olunan provayderin internet xidmətinə qoşulmuş WiFi bağlantısından istifadə etmişdir. Həmin vaxt o, iPhone 7 Plus mobil telefonu istifadə etmişdir. Həmin dövr hadisəni başqa cür qavradığı üçün o, qəzəbini başqa cür ifadə edə bilməyərək bu cür məzmunlu yazılar yazaraq paylaşmışdır. Hazırda etdiyi əməldən çox peşmandır. “Facebook” sosial şəbəkəsinə istifadəsində olan “Apple İphone 7 plus” markalı mobil telefon vasitəsi ilə daxil olmuşdur. Həmin telefonu təxminən 2018-ci ilin avqust ayında itirmişdir. O, istintaqın “Facebook” sosial şəbəkəsində ona məxsus olan “Kamil Axundov” adlı profilin 14 iyul 2018-ci il tarixdə adını dəyişərək “Hemid Esedov” etməyi barədə sualına cava olaraq göstərmişdir ki, ona məxsus olan “Kamil Axundov” adlı profilin 14 iyul 2018-ci il tarixdə adını dəyişərək “Hemid Esedov” etmişdir. Bunu etməkdə məqsədi sonradan etdiyi hərəkətin səhv olduğunu anlamağı və profilin tanınmasını istəməməyi olmuşdur. O, istintaqın “Kamil Axundov” adlı “Facebook” profilində ondan başqa hər hansısa bir şəxs hər hansısa bir status, şəkil və sair paylaşımlar etməsi, profildə olan paylaşımlar ondan başqa hər hansısa bir şəxs tərəfindən idarə edilməsi, bununla bağlı istintaqa nə deyə bilməsi haqqında sualına cavab olaraq göstərmişdir ki, “Facebook” sosial şəbəkəsində təxminən 2011-ci ildə onun tərəfindən yaradılan “Kamil Axundov” adlı profil və sonradan adı dəyişərək “Hemid Esedov” adlı həmin profildə ondan başqa heç bir şəxs hər hansısa bir paylaşım etməmiş və orada paylaşılan hər paylaşım yalnız onun tərəfindən idarə edilmişdir. O, istintaqın “Kamil Axundov” adlı “Facebook” profilində paylaşdığı statusların məzmunu barədə hər hansısa bir şəxsdən hər hansısa maddi nemət və sair qarşılğında bir göstəriş alması, bu barədə istintaqa nə deyə bilməsi haqqında sualına cavab olaraq göstərmişdir ki, “Kamil Axundov” adlı “Facebook” profilində paylaşılan paylaşımların hər biri onun tərəfindən və öz iradəsilə paylaşılıb. Həmin profildə paylaşılanların məzmunu barədə hər hansısa bir şəxs ona hər hansısa bir təzyiq və ya maddi nemət qarşılğında göstərişlər etməmişdir. Həmin profildə paylaşılan 11 iyul 2018-ci il tarixdə saat 02:10 dəqiqədə “Ayın 15 saat 20-00 da hamı çıxsın meydana hamı qruplar halında cəm icra katiblikin qarşısında çıxsın hamı özü ilə soyuq silahlar götürsün zəncir dəmir bıçaq” sözləri yazılmış status, “Sumqayıt 15 iyul 2000 xalq çıxsın meydana” sözləri yazılmış paylaşılan foto şəkilli status, 11 iyul 2018-ci il tarixdə “Kamil Axundov” adlı profillə yazışmış şəxslərə “polis idarələrinə hücum edin, polisləri qırın, polisləri məhv edin, benzin dolu maşınları çırpın polis idarələrinə, çevriliş edin. Allahu Əkbər” sözləri yazmaqla paylaşılmış statuslar onun şəxsi beyin düşüncəsi olmuşdur. Həmin yazıları yazmaqda məqsədi digər istifadəçilərin də onun yazdığı həmin yazıları görmələri və münasibət bildirməkləri olmuşdur. O, yazdığı həmin şərhlərin bu qədər ciddi nəticələrə səbəb olduğunu anlamamışdır. Hazırda əməlindən çox peşmandır. Bir daha hər hansı sosial şəbəkədə bu cür kəskin münasibət bildirməyəcəkdir. Lakin həmin dövr sosial şəbəkələrdə müxalif yönümlü insanlar tərəfindən Gəncə hadisələri başqa cür işıqlandırıldığından o, Yunis Səfərova qarşı haqsızlıq olunmasını düşünmüşdür. Sonradan hadisələrin gedişatından hadisənin onun düşündüyü tərzdə olmadığını başa düşmüşdür. Reallıq tamamilə fərqli olmuşdur. X14 bəziləri tərəfindən qəhrəman kimi işıqlandırılsa da, həqiqətdə hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq edən bir cinayətkar olmasını eşitmişdir. O, istintaqın ona məxsus “Facebook” sosial şəbəkəsində “Kamil Axundov” adlı profilin qeydiyyatdan keçdiyi evanescence Elektron ünvan 1 adlı elektron poçt ünvanının ona tanış olub-olmaması, bu barədə istintaqa nə deyə bilməsi haqqında sualına cavab olaraq göstərmişdir ki, sualda adı qeyd olunan evanescence Elektron ünvan 1 adlı elektron poçt ünvanı ona məxsus olmuşdur. Onu nə zaman qeydiyyatdan keçirdiyini tam olaraq xatırlamadığını bildirmişdir. Bildiyi qədəri ilə təxminən 2010-2011-ci illər olarmış. “Kamil Axundov” adlı “Facebook” sosial şəbəkə profilini həmin elektron ünvanla qeydiyyat etmişdir. Həmin elektron ünvanı hal-hazırda da işlətmiş və parolu “5500hemze248” olmuşdur. O, istintaqın Almaniya Fedarativ Respublikasında yaşadığın dövrlərdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq 18 iyul 2018-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində axtarış elan edilməsi və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsi barədə hər hansısa bir məlumatı olub-olmaması barədə sualına cavab olaraq göstərmişdir ki, bu barədə onun məlumatı olmamışdır. O, 2 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikasına toy mərasimində iştirak etmək üçün qayıtmışdır. Almaniyada yaşadığı 8 il ərzində dərslərinin çoxluğu və işlədiyi üçün Azərbaycan Respublikasına səfərlər etməmişdir. Nişanlısı Şahid1 ilə görüşmək üçün Gürcüstana səfər etmişdir. O, istintaqın Qabil Rzayev adlı şəxsi tanıması, onunla münasibətlərinin xarakteri barədə nə deyə bilməsi haqqında sualına cavab olaraq göstərmişdir ki, sualda adı qeyd olunan Qabil Rzayev adlı şəxsi tanımamış, onunla hər hansısa bir işgüzar və şəxsi münasibəti olmamışdır. O, istintaqın “Facebook” sosial şəbəkəsində mövcud olan Qabil Rzayev tərəfindən yaradılan “Avropa Azərbaycanlılarının Milli Birlik Şurası” nın baş hərflərini ifadə edən “AAMBS” adlı qrup və “xx.xx.1992 Azərbaycanlı Axtarırıq” adlı qrupların administratoru olması ilə bağlı istintaqa nə deyə bilməsi haqqında sualına cavab olaraq göstərmişdir ki, sualda adı qeyd olunan “Facebook” sosial şəbəkəsində mövcud olan “Avropa Azərbaycanlılarının Milli Birlik Şurası”nın baş hərflərini ifadə edən “AAMBS” adlı profil və “xx.xx.1992 Azərbaycanlı Axtarırıq” adlı qrupların administratoru deyil üzvü olmuşdur. Həmin qruplara tanımadığı şəxslər tərəfindən əlavə edilmişdir. Həmin qrupların kimlər tərəfindən hansı məqsədlə yaradılması barədə məlumatsız olmuşdur. Xatırladığı qədəri ilə “xx.xx.1992 Azərbaycanlı Axtarırıq” adlı qrupda Xocalı Soyqrımına aid paylaşmlar olmuşdur. O, Almaniyada yaşadığı dövrdə hər zaman Azərbaycanlılar tərəfindən təşkil edilən tədbirlərdə bir vətənpərvər gənc kimi iştirak edərək, ölkəmizi və millətimizi layiqincə təmsil etmişdir. Bunun üçün də həmin qrupda əlavə olunan zaman oradan çıxmamışdır. Lakin həmin qruplarda heç zaman hər hansısa bir paylaşım etməmiş və paylaşılanlara şərh bildirməmişdir. O, istintaqın “Facebook” sosial şəbəkəsində mövcud olan “Avropa Azərbaycanlılarının Milli Birlik Şurası”nın baş hərflərini ifadə edən “AAMBS” adlı profil və “xx.xx.1992 Azərbaycanlı Axtarırıq” adlı qruplarında olan digər üzvlərindən hər hansısa bir şəxsi tanıması, müsbət halda onlarla münasibətinin xarakteri barədə nə deyə bilməsi haqqında sualına cavab olaraq göstərmişdir ki, Facebook” sosial şəbəkəsində mövcud olan “Avropa Azərbaycanlılarının Milli Birlik Şurası”nın baş hərflərini ifadə edən “AAMBS” adlı profil və “xx.xx.1992 Azərbaycanlı Axtarırıq” adlı qruplarında olan üzvlərindən hər hansısa bir şəxsi tanıyıb-tanımadığını xatırlamır. “Gulu Quliyeva” və “Rüfət Aliyev” adlı profillər ona məxsus olmuş və o, özünə məxsus olan “Kamil Axundov” adlı profildə paylaşdığı statusları “Gulu Quliyeva” adlı profildən götürərək paylaşmışdır. “Gulu Quliyeva” və “Rüfət Aliyev” adlı “Facebook” profilləri də ona məxsus olmuşdur. Həmin profillərdə paylaşılan “Gulu Quliyeva” adlı profildən 6 iyul 2018-ci il tarixdə saat 10:44 dəqiqədə “Bu şəkli paylaşin polis bil ki sən Yunisi xalq qəhramani etdin ruhun şad olsun qardaşım Yunis qanin yerdə qalmayacaq!”, 8 iyul 2018-ci il tarixdə saat 16:22 dəqiqədə “İyulun 10-da saat 20:00-da Gəncə şəhər İcra Hakimiyyətinin binasının qarşısında etiraz aksiyası olacaqdır!”, “Rüfət Aliyev” istifadəçi adı ilə 11 iyul 2018-ci il tarixdə saat 11:24 dəqiqədə və “Gulu Quliyeva” istifadəçi adı ilə 12 iyul 2018-ci il tarixdə saat 12:29 dəqiqədə “SUMQAYİT. Ayın 15-i axşam saat 20:00-da hamı çıxsın meydana! Qruplar halında cem İcra Hakimiyyətinin qaşısına! Hamı özü ilə soyuq silahlar götürsün, zencir, demir, bıçaq..” sözləri yazılmış yazılar onun tərəfindən tərtib edilmiş və onun iradəsilə paylaşılmışdır. “Facebook” sosial şəbəkəsində o, təxminən 2011ci ildə “Kamil Axundov” “Gulu Quliyeva” və “Rüfət Aliyev” adlı profillər adı ilə qeydiyyatdan keçərək saxta profil yaratmışdır. Təxminən 2018-ci ilin sonlarınadək həmin profillərdən istifadə etmişdir. Sonradan isə o, həmin profillərin giriş parolunu yaddan çıxarmışdır. “Gulu Quliyeva” adlı profil isə hələ də Cinarə Aliyeva adı ilə “Facebook” sosial şəbəksində mövcud olmuşdur. Belə ki, o, Gəncə hadisələri ilə bağlı o profildən paylaşımlar etdikdən sonra həmin profilin adını dəyişərək Cinarə Aliyeva etmişdir. Sonradan xatırlamadığı səbəblərdən həmin profili deaktiv etməmişdir. Ondan başqa ailə üzvlərindən və ya digər şəxslərdən heç kim “Facebook” sosial şəbəkəsində “Kamil Axundov”, “Gulu Quliyeva” və “Rüfət Aliyev” adlı profillərdən istifadə etməmişdir. O, həmin adlarla qeydiyyatdan keçərək müxtəlif məzmunlu statuslar paylaşmaqla həmin səhifədən istifadə etmişdir. 2018-ci ilin sonlarından “Kamil Axundov” və “Rüfət Aliyev” adlı həmin profillərdən istifadə etməmişdir. “Gulu Quliyeva” adlı profildən isə “Cinarə Aliyeva” adı ilə təxminən 2019-cu ilin avqustsentyabr aylarınadək istifadə etmişdir. O, uzun müddət “Facebook” sosial şəbəkəsində mövcud olan “Gulu Quliyeva” və “Rüfət Aliyev” və “Kamil Axundov” adlı profildən 2018-ci ildə məlum Gəncə hadisələri ilə bağlı radikal paylaşımlar etmişdir. “Kamil Axundov”, “Gulu Quliyeva” və “Rüfət Aliyev” adlı “Facebook” profillər təxminən 2011-ci ildən ona məxsus olmuşdur. O, həmin profilləri əsgərlikdən gələn zaman qeydiyyatdan keçirmişdir. “Gulu Quliyeva” adlı profildən 6 iyul 2018-ci il tarixdə saat 10:44 dəqiqədə “Bu şəkli paylaşin polis bil ki sən Yunisi xalq qəhramani etdin ruhun şad olsun qardaşim Yunis qanin yerdə qalmayacaq!”, 8 iyul 2018-ci il tarixdə saat 16:22 dəqiqədə “İyulun 10-da saat 20:00-da Gəncə şəhər İcra Hakimiyyətinin binasının qarşısında etiraz aksiyası olacaqdır!”, “Kamil Axundov” səhifəsində 11 iyul 2018-ci il tarixdə saat 02:10 dəqiqədə “Ayın 15 saat 20-00 da hamı çıxsın meydana hamı qruplar halında cəm icra katiblikin qarşısında çıxsın hamı özü ilə soyuq silahlar götürsün zəncir dəmir bıçaq” sözləri yazılmış status, “Sumqayıt 15 iyul 2000 xalq çıxsın meydana” sözləri yazılmış paylaşılan foto şəkilli status, 11 iyul 2018-ci il tarixdə “Kamil Axundov” adlı profillə yazışmış şəxslərə “polis idarələrinə hücum edin, polisləri qırın, polisləri məhv edin, benzin dolu maşınları çırpın polis idarələrinə, çevriliş edin. Allahu Əkbər” sözləri yazmaqla paylaşılmış status, “Rüfət Aliyev” istifadəçi adı ilə 11 iyul 2018-ci il tarixdə saat 11:24 dəqiqədə və “Gulu Quliyeva” istifadəçi adı ilə 12 iyul 2018ci il tarixdə saat 12:29 dəqiqədə “SUMQAYİT. Ayın 15-i axşam saat 20:00-da hamı çıxsın meydana! Qruplar halında cem İcra Hakimiyyətinin qaşısına! Hamı özü ilə soyuq silahlar götürsün, zencir, demir, bıçaq..” sözləri yazmaqla paylaşılmış statuslar onun tərəfindən paylaşılmışdır. Həmin yazıları yazmaqda məqsədi digər istifadəçilərin də onun yazdığı həmin yazıları görmələri və münasibət bildirməkləri olmuşdur. O, yazdığı həmin şərhlərin bu qədər ciddi nəticələrə səbəb olduğunu anlamamışdır. Hazırda əməlindən çox peşmandır. O, bir daha hər hansı sosial şəbəkədə bu cür kəskin münasibət bildirməyəcəkdir. Lakin həmin dövr sosial şəbəkələrdə Gəncə hadisələri başqa cür işıqlandırıldığından o, Yunis Səfərova qarşı haqsızlıq olunmasını düşünmüşdür. Sonradan hadisələrin gedişatından hadisənin onun düşündüyü tərzdə olmadığını başa düşmüşdür. Reallıq tamamı ilə fərqli olmuşdur. X14 bəziləri tərəfindən qəhrəman kimi işıqlandırılsa da, həqiqətdə hakimiyyət nümayəndəsinə qarşı zor tədbiq edən bir cinayətkar olmasını eşitmişdir. “Gulu Quliyeva” və “Rüfət Aliyev” və “Kamil Axundov” adlı profildən bu paylaşımları etdiyi zaman Almaniya Fedarativ Respublikasında Kaizerslautern şəhəri, Bruchmühlbach-Miesau 4 ünvanında tək yaşamış və ora qoşulmuş internet xidmətinin “X9” internet xidməti provayderi tərəfindən verilməsini bildirmişdir. O, həmin vaxt qeyd olunan provayderin internet xidmətinə qoşulmuş WiFi bağlantısından istifadə etmişdir. Həmin vaxt o, iPhone 7 Plus mobil telefonu istifadə etmişdir. Həmin dövr hadisəni başqa cür qavradığı üçün o, qəzəbini başqa cür ifadə edə bilməyərək bu cür məzmunlu yazılar yazaraq paylaşmışdır. Hazırda etdiyi əməldən çox peşman olmasını bildirmişdir. “Facebook” sosial şəbəkəsinə “Gulu Quliyeva”, “Rüfət Aliyev” və “Kamil Axundov” adlı profillərə istifadəsində olan “Apple İphone 7 plus” markalı mobil telefon vasitəsi ilə daxil olmuşdur. Həmin telefonu təxminən 2018-ci ilin avqust ayında itirmişdir. O, istintaqın “Facebook” sosial şəbəkəsinə ona məxsus olan “Gulu Quliyeva” adlı profilin adını dəyişərək “Cinarə Aliyeva” etməyi barədə nə deyə bilməsi haqqında sualına cavab olaraq göstərmişdir ki, ona məxsus olan “Kamil Axundov” adlı profilin adını dəyişdiyi kimi “Gulu Quliyeva” adlı profili “Cinarə Aliyeva” etmişdir. Bunu etməkdə məqsədi sonradan etdiyi hərəkətin səhv olduğunu anlamağı və profilin tanınmasını istəməməyi olmuşdur. O, istintaqın “Gulu Quliyeva”, “Rüfət Aliyev” və “Kamil Axundov” adlı “Facebook” profillərinə ondan başqa hər hansısa bir şəxs hər hansısa bir status, şəkil və sair paylaşımlar etməsi, profillərdə olan paylaşımların ondan başqa hər hansısa bir şəxs tərəfindən idarə edilməsi, bununla bağlı istintaqa nə deyə bilməsi barədə sualına cavab olaraq göstərmişdir ki, “Facebook” sosial şəbəkəsində təxminən 2011-ci ildə onun tərəfindən yaradılan “Gulu Quliyeva”, “Rüfət Aliyev”, “Kamil Axundov” və sonradan adı dəyişərək “Cinarə Aliyeva” və “Hemid Esedov” adı ilə mövcud olan həmin profillərdə ondan başqa heç bir şəxs hər hansısa bir paylaşım etməmiş və orada paylaşılan hər paylaşım yalnız onun tərəfindən idarə edilmişdir. O, istintaqın “Gulu Quliyeva”, “Rüfət Aliyev”, “Kamil Axundov” və sonradan adı dəyişərək “Cinarə Aliyeva” və “Hemid Esedov” adı ilə mövcud olan “Facebook” profillərində paylaşdığı statusların məzmunu barədə hər hansısa bir şəxsdən hər hansısa maddi nemət və sair qarşılğında bir göstəriş alması, bu barədə istintaqa nə deyə bilməsi haqqında sualına cavab olaraq bildirmişdir ki, “Gulu Quliyeva”, “Rüfət Aliyev”, “Kamil Axundov” və sonradan adı dəyişərək “Cinarə Aliyeva” və “Hemid Esedov” adı ilə mövcud olan “Facebook” profilində paylaşılan paylaşımların hər biri onun tərəfindən və öz iradəsilə paylaşılmışdır. Həmin profildə paylaşılanların məzmunu barədə hər hansısa bir şəxs ona hər hansısa bir təzyiq və ya maddi nemət qarşılığında göstərişlər etməmişdir. Həmin profildə paylaşılan Gulu Quliyeva” adlı profildən 6 iyul 2018ci il tarixdə saat 10:44 dəqiqədə “Bu şəkli paylaşin polis bil ki sən Yunisi xalq qəhramani etdin ruhun şad olsun qardaşim Yunis qanin yerdə qalmayacaq!”, 8 iyul 2018-ci il tarixdə saat 16:22 dəqiqədə “İyulun 10-da saat 20:00-da Gəncə şəhər İcra Hakimiyyətinin binasının qarşısında etiraz aksiyası olacaqdır!”, “Kamil Axundov” səhifəsində 11 iyul 2018ci il tarixdə saat 02:10 dəqiqədə ‘Ayın 15 saat 20-00 da hamı çıxsın meydana hamı qruplar halında cəm icra katiblikin qarşısında çıxsın hamı özü ilə soyuq silahlar götürsün zəncir dəmir bıçaq” sözləri yazılmış status, “Sumqayıt 15 iyul 2000 xalq çıxsın meydana” sözləri yazılmış paylaşılan fotoşəkilli status, 11 iyul 2018-ci il tarixdə “Kamil Axundov” adlı profillə yazışmış şəxslərə “polis idarələrinə hücum edin, polisləri qırın, polisləri məhv edin, benzin dolu maşınları çırpın polis idarələrinə, çevriliş edin. Allahu Əkbər” sözləri yazmaqla payiaşılmış status, “Rüfət Aliyev” istifadəçi adı ilə 11 iyul 2018-ci il tarixdə saat 11:24 dəqiqədə və “Gulu Quliyeva” istifadəçi adı ilə 12 iyul 2018-ci il tarixdə saat 12:29 dəqiqədə “SUMQAYİT. Ayın 15-i axşam saat 20:00-da hamı çıxsın meydana! Qruplar halında cem İcra Hakimiyyətinin qaşısına! Hamı özü ilə soyuq silahlar götürsün, zencir, demir, 9 bıçaq..’’sözləri yazmaqla paylaşılmış statuslar onun şəxsi beyin düşüncəsi olmuşdur. Həmin yazıları yazmaqda məqsədi digər istifadəçilərin də onun yazdığı həmin yazıları görmələri və münasibət bildirməkləri olmuşdur. O, yazdığı həmin şərhlərin bu qədər ciddi nəticələrə səbəb olduğunu anlamamışdır. Hazırda əməlindən çox peşmandır. O, bir daha hər hansı sosial şəbəkədə bu cür kəskin münasibət bildirməyəcəkdir. Lakin həmin dövr sosial şəbəkələrdə müxalif yönümlü insanlar tərəfindən Gəncə hadisələri başqa cür işıqlandırıldığından o, Yunis Səfərova qarşı haqsızlıq olunduğunu düşünmüşdür. Sonradan hadisələrin gedişatından hadisənin onun düşündüyü tərzdə olmadığını başa düşmüşdür. Reallıq tamamı ilə fərqli olmuşdur. X22 bəziləri tərəfindən qəhrəman kimi işıqlandırılsa da, həqiqətdə hakimiyyət nümayəndəsinə qarşı zor tədbiq edən bir cinayətkar olmasını başa düşmüşdür. O, istintaqın ona məxsus “Facebook” sosial şəbəkəsində, “Gulu Quliyeva”, “Rüfət Aliyev” və “Kamil Axundov” adlı profillərin qeydiyyatdan keçdiyi elektron poçt ünvanları barədə İstintaqa nə deyə bilməsi haqqında sualına cavab olaraq göstərmişdir ki, sualda adı qeyd olunan profilləri xatırladığı qədəri ilə evanescence Elektron ünvan 1 adlı elektron poçt ünvanı vasitəsi ilə təxminən 2010-2011-ci illər qeydtiyyatdan keçirmişdir. Həmin elektron ünvanı hal-hazırda da işlətmiş və parolunun “5500hemze” olmasını bildirmişdir. “Facebook” sosial şəbəkəsinin “Hamza” adlı profil hesabı, həmçinin “İnstagram” sosial şəbəkəsinin “real199125” adlı saxta profil hesabı ona məxsus olmuşdur. Həmçinin ifadəsində olan “İphone 13 pro max” markalı mobil telefon ona məxsusdur (cild 2, iş vərəqi 1-7 və 26-30). Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2 və 281.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllini törətməkdə tam təqsirli olması özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı məhkəmə istintaqında dindirilmiş və tədqiq edilmiş şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirildi. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Xaliq oğlu ifadəsində göstərmişdir ki, sosial şəbəkələrdən istifadə edir, “Facebook” istifadəçisidir. Orada “Lacin Aliyev” adı ilə qeydiyyatdan keçmişdir. Kamil Axundov adlı “Facebook” istifadəçisi “Facebook” sosial şəbəkəsində dostluğunda vardır. Lakin, dostluğunda olsa da həmin şəxsi tanımır və onunla hər hansı bir şəxsi yazışmaları olmamışdır. “Facebook” sosial şəbəkəsində dostluğunda təxminən 5.000 nəfər şəxs vardır. O, fəlsəfə üzrə paylaşımlar etdiyindən dostluğunda olan şəxslərin əksəriyyəti cəmiyyət yönümlü şəxslər olmuşdur. 2017-ci ildə Kamil Axundov profili tərəfindən “Facebook”da paylaşılmış şərhi bəyənmiş, ancaq hansı şərh oluğunu xatırlamır. Şahid2 Xaliq oğlu məhkəmədə ona verilən sualları cavablandırarkən bildirmişdir ki, sosial şəbəkələrdə qarşısına dövlətə və vəzifəli şəxslərə qarşı çağırışlar edən səhifələr çıxarkən həmin səhifələri blok etmişdir. İbtidai istintaqa kimi dostluğunda Kamil Axundov adlı şəxsin olduğunu və həmin profilin kimə məxsus olduğunu bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusu olaraq tanımışdır. Həmzə ilə yaxın münasibəti olmasa da onu yaxşı biri kimi tanımışdır. 2017-ci ildə sosial şəbəkə istifadə etmiş, ancaq həmin vaxt yaşı az olduğundan və əsgərliyə getdiyindən baş verənləri tam olaraq xatırlamır. Şahid7 məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, “Facebook”da və “İnstagram”da olan profilləri öz adına olmuşdur. Həmzəni sosial şəbəkələrdə izləmiş, hansı xarakterli paylaşımlar etdiyini xatırlamır. Həmzənin paylaşımlarından yalnız biri yadındadır, həmin paylaşım siyasi xarakterli idi. İbtidai istintaq zamanı verdiyi ifadəsini oxumuşdur. Həmzənin yalnız bir paylamışı yadımdadır, “belə getsə ölkənin vəziyyəti heç yaxşı olmayacaq” yazmışdı. Həmzənin dövlətə və vəzifəli şəxslərə qarşı sərt çıxışlar etməsini görməmişdir. İbtidai istintaq zamanı adından yazılan həmin ifadə ona məxsus deyil. Şahid7 adlı sosial şəbəkə ünvanı ona məxsus olmuşdur. Həmin profildən ondan başqa heç kəs istifadə etməmişdir. İfadəsində göstərdiyi siyasi paylaşımlar Təqsirləndirilən şəxs tərəfindən yazılmış, həmin paylaşımlarla bağlı yazılan rəyi o, yazmışdır. Məhkəmə Şahid7 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, təqsirləndirilən şəxsi müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, sosial şəbəkələrdən hal-hazırda “İnstagram”-dan istifadə edir. Orada “Ali.Hajıyevo” adı ilə qeydiyyatdan keçmişdir. Həmin profili 2022-ci ilədək özü, 2022-ci ildən sonra isə yoldaşı istifadə edir. “Facebook” sosial şəbəkəsindən isə istifadə etmir, əvvəllər «Facebook» sosial şəbəkəsindən Ali Hajiyev adı ilə qeydiyyatdan keçmişdir və həmin profil hal-hazırda aktiv olsa da istifadə etmir. Qeyd olunan profildən son dəfə 2019-cu ilin oktyabr ayında istifadə etmişdir. İstintaqın «Facebook» sosial şəbəkəsinin istifadəçi “Hamza” adlı istifadəçisi tərəfindən 17 yanvar 2017-ci il tarixdə “Bütün günü məmurlar, nazirlər, prezident Azərbaycan vətəndaşlarına ardarda zərbələr vurur. Benzin zərbəsi, işıq, su, qaz zərbəsi, İşsizlikdən hamı nokaut olub. Heçkim səsini çıxarda bilmir. Azərbaycanlılar heç etiraz etmirlər, amma filmdə Recep İvedikin bir zərbəsinə etiraz edir” məzmunlu paylaşım edilməsi və həmin paylaşımın onun tərəfindən bəyənilməsi ilə bağlı suala cavab olaraq bildirmişdir ki, o, fəal sosial şəbəkə istifadəçisidir. Hamza adlı «Facebook» istifadəçisi «facebook» sosial şəbəkəsində onun dostluğunda hal-hazırda da vardır. Həmin profilin sahibi Təqsirləndirilən şəxs adlı şəxsdir. Həmzəni o, Bakı şəhəri, Nəsimi rayonu, 4 MKR-da yaşadığı dövrdən tanımışdır. Həmzə ilə bir məhlədə yaşamışdır. Həmzə ondan yaşca böyük imiş və futbol oynamaqla məşğul imiş. Sonradan restoranlarda ofsiant kimi də fəaliyyət göstərməyə başlamışdır. Həmzə 2015-ci ildə qaçqın statusu alaraq Almanyaya köçmüşdür. Həmzə onun tanıdığı xarici dövlətə köçmüş ilk şəxsdir. Bu səbəbcləndə Həmzənin həyatı həmişə ona maraqlı gəlmiş və Həmzə ilə mütamadi olaraq “İnstagram” və “Facebook” sosial şəbəkələrində əlaqə saxlayaraq danışırmış. İstintaqın «Facebook» sosial şəbəkəsinin “Hamza” adlı istifadəçi tərəfindən 17 yanvar 2017-ci il tarixdə “Bütün günü məmurlar, nazirlər, prezident Azərbaycan vətəndaşlarına ard-arda zərbələr vurur. Benzin zərbəsi, işıq, su, qaz zərbəsi, İşsizlikdən hamı nokaut olub. Heçkim səsini çıxarda bilmir. Azərbaycanlılar heç etiraz etmirlər, amma filmdə Recep İvedikin bir zərbəsinə etiraz edir” məzmunlu paylaşım etməsi və həmin paylaşımda olan Həmzənin “Bir gün neft tükənəcək statistika 2025 deyir onnan sora millət nə edəcək? Azərbaycan sənayəsi sıfırdı. Ölkəni neft dolandırır” sözləri yazılmış rəyinə onun “Ali Hajiyev” adı ilə yaratdığınız profil vasitəsi ilə “Yaziq olke dolana bilir ki? Bir qeyrete gelib ayağada duran yoxdu, birini tutub iceri basan kimi hami cekilir dala, ama bilmirlerki geri cekilmesey her sey yaxsı olar” rəyi yazması və qeyd olunan rəyə ilə Təqsirləndirilən şəxs “Hamı qorxur qaqa tək tək səsin çıxardanı içəri basıb vəhşi kimi çırpıllar dubinkaynan zadnan qabırğaların qırıllar. Birlikdə qalxmaq lazımdı” sözləri yazılmış rəy yazması, daha sonra onun yenidən “duzdu en berbat olkelerden biridi, en yaziq” sözləri yazılmış rəy bildirməsi ilə bağlı sualına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs «facebook» sosial şəbəkəsində 17 yanvar 2017-ci il tarixdə paylaşdığı paylaşımda istifadəsində olan Ali Hajiyev adı ilə yaratdığı profil vasitəsi ilə sualda qeyd olunan məzmunda rəylər bildirmişdir. Həmin dövr o, həqiqi-hərbi xidmətdən səhhətilə bağlı məzuniyyətə buraxılmışdır. O, məzuniyyətdə olduğu dövrdə Həmzənin bu paylaşımını görüb ona rəy bildirmişdir. O, bilirdi ki, Həmzə siyasi yolla qaçqın kimi Almanyaya köçüb orada yaşayır. Onun ən böyük arzusu da Almanyaya köçüb yaşamaq olmuşdur. Düşünürdü ki, o, həmin məzmunda rəylər bildirdiyi təqdirdə gələcəkdə siyasi yolla qaçqın kimi oraya köçüb yaşaya bilər. Hal-hazırda həmin əməllərindən peşimandır. Həmin dövrdən sonra heç zaman o tipdə paylaşımlar etməmiş və rəylər bildirməmişdir. Hal-hazırda Almanyaya peşə təhsili ilə bağlı 1 illik viza almışdır və düşünür ki, həyat yoldaşı X18 ilə birgə oraya köçərək yaşasın. İfadəsinə davam edən Şahid7 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ilə Həmzə Almanyada yaşadığı dövrdə mütamadi olaraq əlaqə saxlamışdır. Həmzə onun canıdığı xarici dövlətə köçmüş ilk şəxs idi. Bu səbəbdəndə Həmzənin həyatı həmişə ona maraqlı gəlmiş və o, Həmzə ilə mütəmadi olaraq “İnstagram” və “Facebook” sosial şəbəkələrində əlaqə saxlayaraq danışırdı. Mütamadi danışıqları zamanı Həmzədən Almanyaya necə gedə biləcəyinin yollarını soruşurdu. Həmzənin «facebook» sosial şəbəkəsində “Hamza” adlı profili jvar idi. Həmzə ilə çox vaxt həmin profil üzərindən və ya Whatsapp vasitəsi ilə əlaqə saxlayırdı. Həmzə Almanyada yaşadığı dövrdə «facebook» sosial şəbəkəsində “Hamza” adlı profili vasitəsi lə Azərbaycan xalqına açıq çağırışlar edərək onları ayağa qalxaraq üsyanlar etməyə və nakimiyyəti çevriliş edərək devirməyə yönələn açıq çağırışlar etməkdə idi. Bunlardan 17 yanvar 2017-ci il tarixdə “Bütün günü məmurlar, nazirlər, prezident Azərbaycan vətəndaşlarına ard-arda zərbələr vurur. Benzin zərbəsi, işıq, su, qaz zərbəsi, İşsizlikdən hamı nokaut olub. Heçkim səsini çıxarda bilmir. Azərbaycanlılar heç etiraz etmirlər, amma filmdə Recep İvedikin bir zərbəsinə etiraz edir sözləri yazılmış paylaşımı görmüşdür. Həmin paylaşımda olan Həmzənin “Bir gün neft tükənəcək statistika 2025 deyir onnan sora millət nə edəcək? Azərbaycan sənayəsi sıfırdı. Ölkəni neft dolandırır’ sözləri yazılmış rəyinə “Ali Hajiyev” adı ilə yaratdığı profil vasitəsi ilə Yaziq olke dolana bilir ki? Bir qeyrete gelib ayağada duran yoxdu, birini tutub iceri basan kimi hami cekilir dala, ama bilmirlerki geri cekilmesey her sey yaxsı olar” rəyi yazmışdır. Təqsirləndirilən şəxs onun bu rəyinə “Hamı qorxur qaqa tək tək səsin çıxardanı içəri basıb vəhşi kimi çırpıllar dubinkaynan zadnan qabırğaların qırıllar. Birlikdə qalxmaq lazımdı” sözləri yazılmış rəy yazmışdır. Bununla da bu barədə danışıq yekunlaşmışdır. Bundan əlavə olaraq Həmzə ilə şəxsi messengerdə danışıqları da olmuşdur. Həmin dövr o, həqiqihərbi xidmətdən səhhətilə bağlı məzuniyyətə buraxılmışdı. O, məzuniyyətdə olduğu dövrdə Həmzənin bu paylaşımını görüb ona rəy bildirmişdir. O, bilirmiş ki, Həmzə siyasi yolla qaçqın kimi Almanyaya köçüb orada yaşayır. Onun ən böyük arzusu da Almanyaya köçüb yaşamaq olmuşdur. Düşünürmüş ki, həmin məzmunda rəylər bildirdiyi təqdirdə gələcəkdə o da siyasi yolla qaçqın kimi Almaniyaya köçüb yaşaya bilər. Hal-hazırda həmin əməllərindən peşimandır. Həmin dövrdən sonra heç zaman o tipdə paylaşımlar etməmiş və rəylər bildirməmişdir. Hal-hazırda Almanyaya peşə təhsili ilə bağlı 1 illik viza almışdır və düşünür ki, həyat yoldaşı X18 ilə birgə oraya köçərək yaşasın (cild 3, iş vərəqi 84-86). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Almaniyaya turist vizası əldə etmək istəmişdir. Mən 2016-cı ildən 2022-ci ilədək Almaniyada olmuşdur. Almaniyaya getməzdən əvvəl sosial şəbəkələrdə Almaniyaya turist vizası ilə bağlı maraqlanmış, onu rahatlıqla oturum icazəsi və yaşamaq üçün icazə alacağı ilə bağlı aldatmışlar. Bu zaman viza ilə bağlı “Facebook”da dostluğunda olan və Almaniyada yaşayan Həmzə adlı şəxslə əlaqə saxlamışdır. Həmzə isə onu Vüqar adlı şəxsə yönləndirmişdir. Vüqar Almaniyaya jurnalist kimi getmək üçün ona arayış düzəldilməli olduğunu deyib, bunun üçün onu başqa bir adama yönləndirmiş və görüləcək işlər üçün ondan pul istəmişdir. Şahid10 məhkəmədə sualları cavablandırarkən göstərmişdir ki, Həmzə onun qonşusu olmuş, Vüqar adlı şəxsə onu Həmzə yönləndirmişdir. Vüqara Almaniyaya getməyini təşkil etməsi üçün 2.000-2.500 manat pul vermişdir. Almaniyada ora nəyə görə gəldiyini soruşan zaman yaşamağa gəldiyini demişdir. Həmzənin “Facebook” da olan siyasi yönümlü paylaşımlarını görmüşdür. Həmin paylaşımları bəyənməmişdir. “Facebook”da profil adı “Nural Nural”, Həmzənin adı isə “Hamza” olmuşdur. Həmzə ilə Messengerdə yazışmaları olmuşdur. Həmzə “Facebook”da dövlət, prezident və digər vəzifəli səxslər barəsində tənqidi paylaşımlar etmişdir. Həmzənin “Facebook”da xaricdə Azərbaycan səfirliyinin qarşısında keçirilən etirazlarda əlində mikrofon ilə şəkillərini görmüşdür. Həmin şəkilləri “Facebook”da “Azad söz” səhifəsində və Orduxan adlı şəxsin səhifəsində görmüşdür. Həmzənin paylaşımları 2017-2020-ci illər arasında olmuşdur. Həmin şəkilləri ibtidai istintaq zamanı da ona təqdim etmişər. O, Həmzənin şəkillərini Orduxan adlı şəxsin səhifələrində görmüşdür. Ona təqdim olunmuş həmin şəkillər orijinal şəkillər olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmidir ki, Həmzə uşaqlıqdan qonşusu və yaxın dostudur. Həmzə ilə uşaqlıqda eyni məhlədə yaşamışlar. O, “Facebook”, “İnstagram” sosial şəbəkələrindən, həmçinin “WhatsApp” mobil tətbiqindən istifadə edir. “İnstagram”da “Mikhayılov_orxan” profil adından istifadə edir. “Facebook” sosial şəbəkəsində isə “Orxan Mikayilov” adlı profil hesabından istifadə edir. Bundan başqa “WhatsApp” mobil tətbiqindən ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmişdir. İlk vaxtlar Həmzə ilə Azərbaycan mobil operatoruna məxsus nömrə ilə əlaqə saxlamışdır. Daha sonra Həmzə Almaniya mobil operatoruna məxsus nömrəsini göndərmişdir. Hazırda həmin nömrəni xatırlamır. Həmzə ilə sosial şəbəkə üzərindən yazışmışlar. Həmin yazışmalar da ailə-məişət xarakterli olmuşdur. Həmzə uzun müddətdir ki, Azərbaycana gəlməmiş, Almaniya vətəndaşlığını almaq istəmişdir. Cari ilin fevral ayında X15 Respublikasının vətəndaşlığını aldıqda o, Həmzədən bunun çətin olduğunu, buna hansı yolla nail olduğunu soruşmuş, Həmzə isə futbol ilə bağlı fəaliyyətinin bu işdə çox kömək etdiyini qeyd etmişdir. Şahid11 məhkəmədə sualları cavablandırarkən göstərmişdir ki, Həmzə ilə “WhatsApp” vasitəsi ilə əlaqə saxlamışdır. Həmzə onunla əvvəllər Azərbaycan nömrəsi ilə, sonradan Almaniya nömrəsi ilə əlaqə saxlamışdır. Həmzəni Almaniya vətəndaşlığını alması ilə bağlı təbrik etmişdir. Sonuncu ilə vətəndaşlığın alınması ilə bağlı söhbətləri olmuşdur. Hal-hazırda “Facebook”da hesabı var, amma istifadə etmir. Həmzə “Facebook”da onun dostluğundadır. Həmzənin “İnstagram”dakı profili Təqsirləndirilən şəxs olmuşdur. Həmzəyə “Facebook” vasitəsilə yazmışdır. Həmzənin “Facebook”da nəsə paylaşmasını görməmişdir. Həmzənin sosial şəbəkələrdə dövlətə qarşı çağırış etməsini, hər hansı bir vəzifəli şəxsə qarşı çıxış etməsinin şahidi olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dostudur. Sonuncu Almaniyada yaşamış, orada tibb işində çalışmışdır. Həmzə ilə həm “İnstagram”da, həm də “WhatsApp”-da yazışmaları olmuşdur. DTX-nın müstəntiqi Turqay müəllim ona zəng edib, məhkəməyə getmək lazım olduğunu bildirmiş, ona ibtidai istintaq zamanı verdiyi ifadəsini xatırlatmışdır. Sonuncu telefonda ifadəni təkrarladığı zaman həmin ifadənin iki yerində onun demədiyi sözlərin olduğunu eşitmişdir. Orada olan ona məxsus olmayan sözlərdən biri Həmzə ilə bağlı “İnstagram”dakı saxta səhifələrlə bağlıdır. O, saxta səhifələr ilə bağlı demişdir ki, Günay adlı saxta səhifə var, Həmzənin şəkilindən istifadə edib onun adına açılmış saxta səhifə idi və bu səhifəni Həmzənin özünə də göndərmişdir. İbtidai istintaq zamanı isə onun qarşısına Həmzənin saxta səhifələri kimi “Admiral” və bu tipli olan bir çox səhifələr qoyub, bunlar Təqsirləndirilən şəxs məxsus olduğu deyilmişdir. O, bunu inkar etmiş və həmin hissədə ifadəsində başqa sözlər yazılmışdır. Şahid12 məhkəmədə sualları cavablandırarkən göstərmişdir ki, DTX-nın müstəntiqi Turqay müəllim ifadəsini ona oxuyan zaman həmin ifadədə onun tərəfindən deyilməyən sözləri eşitmişdir. Ona məhkəmə iclası ilə bağlı Turqay müəllimdən başqa heç kəs zəng etməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hansı ölkələrdə olması, onunla necə tanış olması və axırıncı dəfə nə vaxt onunla danışmasını soruşmuşlar. Həmzənin adı və şəkili olan saxta səhifələr onun qarşısına çıxmayıb, yalnız bir dəfə olub, onu da Həmzəyə göndərmiş, sonuncu həmin səhifənin ona məxsus olmadığını bildirmişdir. Həmzənin sosial şəbəkələrdə dövlətə qarşı çağırış etməsinin şahidi olmamışdır. İbtidai istintaq zamanı onun ifadəsi Turqay müəllim və adını xatırlamadığı digər müstəntiq almışdır. Məhkəmənin olacağını ona Turqay müəllim demişdir. İfadəsində onun demədiyi sözlərin yazıldığını dünən öyrənmişdir. İbtidai istintaq zamanı oxuyub imza çəkdiyi ifadə ilə Turqay müəllimin ona oxuduğu ifadə eyni deyil. İfadəsində olan ikinci ona məxsus olmayan hissə isə Həmzənin Avropaya qaçaq yollarla getməsilə bağlıdır, o, heç vaxt elə söz deməmişdir. Məhkəmə Şahid12 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, təqsirləndirilən şəxsi müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid12 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs təxminən 2018-ci ildən tanıyır. Həmzəni Şahid11 adlı tanışı vasitəsi ilə tanımışdır. Həmzə onun istifadəsində olan İnstagram sosial şəbəkəsində mövcud olan Samarasulova adlı profilinə izləmə göndərmiş və o da həmin izləməni qəbul etmişdir. Bundan sonra Həmzə ilə onun dostluq münasibəti yaranmağa başlamışdır. O, Həmzə ilə heç zaman görüşməmişdir. Onunla yalnız İnstagramda olan Samarasulova və Rasulovateam adlı profilləri vasitəsi ilə Həmzənin Hamzamammadli adlı profili vasitəsi ilə danışmışdır. Bundan əlavə olaraq onunla Whatsappda qeydiyyatdan keçirdiyi +**********13 saylı mobil nömrəsi vasitəsi ilə onun Whatsappda qeydiyyatdan keçirdiyi +**********45 və +**********799 saylı mobil nömrələri vasitəsi ilə danışmışdır. Əlavə olaraq bəzən Həmzənin sosial şəbəkələrdə fake profillər yaratdığını görmüşdür. O, həmin profilin adını xatırlamadığını bildirmişdir. Həmin profil sosial şəbəkədə bir dəfə qarşısına çıxdıqdan sonra bu barədə Həmzədən soruşduqda özü ona həmin profilin “fake” olmasını bildirmişdir. Həmin profilin hansı səbəbdən açılmasını ona deməmişdir. Onunla danışan zaman Həmzə ona 2015-ci ildə Almanyaya köçməsi və oturum alaraq orada yaşamasını bildirmişdir. O, Həmzədən Almanyaya hansı yolla getdiyini soruşduqda o ona sosial şəbəkə üzərindən danışılası məsələ olmamasını bildirmişdir. Qısa olaraq qaçqın | kimi getmiş, qaçqın kimi hansı yolla getməsini isə bildirməmişdir. O, ona həmişə Azərbaycana gəlməsini və görüşməsini təklif etmiş, o ona Azərbaycana yalnız Almanya vətəndaşlığı aldıqdan sonra gələ biləcəyini bildirmişdir. Bu barədə də o ondan soruşduqda Bakıya gəldiyi zaman üzüzə hər şeyi danışacağını bildirmişdir. Lakin Almanyada yaşadığı dövrdə dünyanın bir çox ölkələrinə, hətda Gürcüstana belə səfərlər etsədə, Azərbaycana gəlməmişdir. Təqsirləndirilən şəxs ilə danışan zaman Almanyaya qaçqın kimi getdiyini bildirmişdir. Həmzə ilə ilk əvvəllər danışan zaman onunla dost olsa da onun sonradan ondan xoşu gəlməyə başlamışdır. Bu səbəbdən də onunla tez-tez dalaşırmışlar. Həmzə sonradan ona bildirmədən Tünzalə adlı qızla nişanlanmışdır. Həmzə ona 02 iyun 2023-cü il tarixdə Bakıya gələcəyini bildirmişdir. Həmin tarixdən onunla əlaqəsi qalmamışdır. Həmin gündən Həmzənin istifadəsində olan +**********45 və +**********799 saylı mobil nömrələrə zəng etsə də, sosial şəbəkələrinə yazsa da cavabsız qalmışdır. Bir dəfə Həmzənin istifadəsində olan +**********45 saylı mobil nömrəyə zəng edən zaman Həmzənin anası zəngi açaraq Həmzənin Almanyadan gələn zaman tutulmasını ona bildirmişdir. Sonradan Həmzənin anası ilə da danışmamışdır (cild 3, iş vərəqi 159-161). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, 7-8 ildir ki, sosial şəbəkə istifadə etmir. Əvvəllər bir dəfə dövlət əleyhinə edilən paylaşım ilə bağlı sadəcə sosial şəbəkədə şərh yazmış, baş verənlər ilə bağlı başqa heçnə xatırlamır. Şahid14 məhkəmədə sualları cavablandırarkən göstərmişdir ki, sosial şəbəkələrə öz adı ilə daxil olmuş, axırıncı dəfə 7-8 il əvvəl istifadə etmişdir. Gülü Quliyeva adlı şəxsi tanımır. Gülü Quliyeva adlı şəxs çox güman ki, onu izləyənlərin arasında olmuşdur. İbtidai istintaq zamanı dövlət əleyhinə paylaşılmış posta yazdığı şərhi ona göstərmişlər. Həmin şərhlərdə Gəncə hadisələri ilə bağlı fikir bildirmişdir. Ona məxsus olan profildən yalnız özü istifadə etmişdir. Başqa heç bir yerdə dövlət əleyhinə nəsə yazmamışdır. Məhkəmə Şahid14 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, təqsirləndirilən şəxsi müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid14 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, sosial şəbəkələrdən istifadə edir, «Facebook» istifadəçisidir, orada Zohrab Qadirov adı ilə qeydiyyatdan keçmişdir. O, istintaqın «facebook» sosial şəbəkəsində Azərbaycan Respublikasında ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətlər, habelə dövlət və ya ictimai xadimlərinin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq məqsədi ilə onların həyatına sui-qəsd etməyə yönələn açıq çağırışlar etmiş, habelə bu cür məzmunlu materialları yaymış Gulu Quliyeva adlı «Facebook» istifadəçisinin sonradan həmin profilin adını dəyişərək Cinare Aliyeva olmuş həmin şəxsin sosial şəbəkələrdə dostluğunda olması, Cinarə Aliyeva tərəfindən 8 iyul 2018-ci il tarixdə “Bakıda Eliyevlerdi Gencede X10 oqlu Gence polisinnen cixarkan anqirib” sözləri yazılmış paylaşıma “Senin gotune odun vurmaq gerekdir. Oqrawin balasi sen kimsenki hansi tulasanki gencede at çapasan. Genceliier tatibsizmi olubsuZumu niye sesiniz cixmir sizin? Niye od vurub odlamirsiz o oqrawlarin evi ewiklerini zavid ve fabriklerini. Niye izunuzu zeif sayirsizki? sözləri yazılmış rəy bildirməsi və bununla bağlı nə deyə bilməsi barədə sualına cavab olaraq o, Gulu Quliyeva adlı «Facebook» istifadəçisinin «facebook» sosial şəbəkəsində onun dostluğunda olmasını bildirmişdir. Lakin, onun dostluğunda olsa da onu tanımamış və onunla hər hansı bir şəxsi yazışmaları olmamışdır. Onun «facebook» sosial şəbəkəsində dostluğunda təxminən 1.300 nəfər şəxs olmasını, onların hər birini ayrıayrılıqda tanımamasını bildirmişdir. O, Socarda işləməklə yanaşı boş vaxtlarında paltaryuyan rnaşın təmiri işi ilə məşğul olmağı səbəbi ilə o işlərə aid gündəlik bir çox paylaşımlar etdiyindən dostluğunda hər təbəqədən şəxslərin olmasını bildirmişdir. Dostluğunda olan bütün şəxslər tərəfindən paylaşılan paylaşımların bir çoxunu görmüş, lakin onların hər birinə münasibət bildirməmiş, yəni bu paylaşımlar içərisində bəyəndiklərinə münasibət bildirmiş, bəyənmədiklərinə isə hər-hansı münasibət bildirməmişdir. “Gulu Quliyeva” adlı hesab istifadəçisi onun dostluğunda olduğu üçün həmin profil tərəfindən paylaşılan bütün paylaşımları, o cümlədən ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətlər, habelə dövlət və ya ictimai xadimlərinin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq məqsədi ilə onların həyatına sui-qəsd etməyə yönələn açıq çağırışlar edilməsinə dair paylaşılan statusları görmüş, lakin həmin məzmunlu statuslardan bəzilərini «like» etmiş və rəy yazmışdır. O, onlardan birinin də sualda yazılan status olmasını bildirmişdir. Onun “Gulu Quliyeva” adlı hesab istifadəçisinin sonradan adını dəyişərək Cinare Aliyeva etməsi barədə məlumatım olmamış, lakin onun dostluğunda Cinare Aliyeva adlı “facebook” profilidə sonradan olmasını bildirmişdir. O, həmin “Gulu Quliyeva” adlı profilin adını dəyişərək “Cinare Aliyeva” etdiyindən həmin profili dostluğunda görməkdə olmasını düşündüyünü, həmin profillərdə eyni məzmunlu paylaşımlar edilməkdə olduğunu bildirmişdir. O, həmin profilin adını dəyişsə də profili eyni şəxs tərəfindən idarə olunmaqda olduğunu hiss olunduğunu bildirmişdir. O, istintaqın “Gulu Quliyeva” (Cinare Aliyeva) adlı profilin sahibi X5 tanıması, onunla münasibətinin xarakteri barədə nə deyə bilməsi barədə sualına cavab olaraq “Gulu Quliyeva” (Cinare Aliyeva) adlı profilin kimə məxsus olmasını bilmədiyini, həmin profilin sahibi olmuş sualda adı qeyd olunan Təqsirləndirilən şəxs tanımamasını, onunla hər hansısa bir münasibətinin olmamasını bildirmişdir. O, Facebookda mövcud olmuş “Gulu Quliyeva” (Cinare Aliyeva) profilinin sahibi kimi qeyd olunan Təqsirləndirilən şəxs şəxsiyyəti barədə hər hansı bir məlumat əldə edə bilərsə, bu barədə istintaq orqanının məlumatlandıracağını bildirmişdir. İstintaqın “Facebook” sosial şəbəkəsinin “Cinare Aliyeva” adlı profil hesabı tərəfindən 5 iyul 2018-ci il tarixdə edilmiş “Azərbaycanın esi kisileri... Qeyretli ogul ve qizlari... Bu vetenin layiqli ogullarindan birini olkede butun postlara yiyelenmis pkk.fetocu quldurlarinin mehv etmesine imkan vermeyin... Qalxin... Yunise hele mehkeme olmadan gorum nece isgence veribler... Sonrada seklini fezbukda yayirlar. Meqsedleri haminin gozunu qorxuzmaq ve gelecekde bele hallarin olmasina maneçilik yaratmaqdi... O sexs bele ussulla yox, qanunla muhakime olunmalidi... Bu gun Yunisi qoruya bilmesek gelecekde diger memurlar Elmardan da 14 qudurğan olacaq... Onda tek Yunis yox, coxlarinin heyati mehv olacaq... Hamiliqca qudurğan olacaq...Onda tek Yunis yox, coxlarinin heyati mehv olacaq... Hamiliqca Yunisin mudafiesine qalxaq... PKK... fetoculara imkan vermeyin qeretli ogullarimizi mehv etmeye” sözləri yazılmış,10 iyul 2018-ci il tarixdə edilmiş “Təcili Məlumat! Lənkəran şəhərinin əhalisi də “xalqın etirazı” aksiyasına qərar verdi. Saat 20:00-da bütün Lənkəran əhalisi icra hakimiyyətinin qarşısına etiraz aksiyasına başlayacaq! Paylaşın dostlar” sözləri yazılmış paylaşımlarını bəyənməsi iə bağlı suala cavab olaraq bildirmişdir ki, qeyd olunan hesab tərəfindən 5 iyul 2018-ci il tarixdə edilmiş “Azərbaycanın esi kisileri... Qeyretli ogul ve qizlari... Bu vetenin layiqli ogullarindan birini olkede butun postlara yiyelenmis pkk.fetocu quldurlarinin mehv etmesine imkan vermeyin... Qalxin... Yunise hele mehkeme olmadan gorum nece isgence veribler... Sonrada seklini fezbukda yayirlar. Meqsedleri haminin gozunu qorxuzmaq ve gelecekde bele hallarin olmasina maneçilik yaratmaqdi... O sexs bele ussulla yox, qanunla muhakime olunmalidi... Bu gurı Yunisi qoruya bilmesek gelecekde diger memurlar Elmardan da qudurğan olacaq... Onda tek Yunis yox, coxlarinin heyati mehv olacaq... Hamiliqca qudurğan olacaq...Onda tek Yunis yox, coxlarinin heyati mehv olacaq... Hamiliqca Yunisin mudafiesine qalxaq... PKK... fetoculara imkan vermeyin qeretli ogullarimizi mehv etmeye” sözləri yazılmış və 10 iyul 2018-ci il tarixdə edilmiş “Təcili Məlumat! Lənkəran şəhərinin əhalisi də “xalqın etirazı” aksiyasına qərar verdi. Saat 20:00-da bütün Lənkəran əhalisi İcra hakimiyyətinin qarşısına etiraz aksiyasına başlayacaq! Paylaşın dostlar" sözləri yazılmış paylaşımları görmüş, bu paylaşımları bəyənmiş, lakin heç bir yerdə yenidən paylaşmamışdır (cild 3, iş vərəqi 186-188). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs vətənini, dövlətini xalqını sevən yaxşı bir insan kimi tanımışdır. İbtidai istintaq zamanı ona paylaşımlar göstərmişlər, o, həmin paylaşımları bəyənmədiyini və həmin paylaşımlarla bağlı şərh yazmadığını bildirmişdir. Şahid17 məhkəmədə sualları cavablandırarkən göstərmişdir ki, ona məxsus olan “İnstagram” hesabından yalnız özü istifadə edir. Həmin hesabdan başqası istifadə etməmişdir. Həmin paylaşımı bəyənməmiş və paylaşım ilə bağlı şərh yazmamışdır. Mingəçevirdə baş vermiş hadisələrlə bağlı paylaşılmış posta rəy yazmağı ilə bağlı heçnə xatırlamır. İbtidai istintaq zamanı paylaşıma yazılmış şərhi ona göstərmişlər. Həmin şərhi əvvəllər görüb-görmədiyini xatırlamır. Həmzə ilə əvvəllər Sonalar Sonası şadlıq sarayında işləmişdir. İbtidai istintaq orqanı tərəfindən nəyə görə çağırıldığını bilmir. Təqsirləndirilən şəxs məhkəmə iclasında tanımışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Həmin paylaşıma yazılmış şərhi xatırlamır. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid17 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, sosial şəbəkələrdən hal-hazırda “Tiktok”, “İnstagram” “Facebook” və sair sosial şəbəkələrdən istifadə edir. “Facebook” sosial şəbəkəsində “Asif Cafarov” adı ilə qeydiyyatdan keçmişdir. Həmin profili xatırladığı qədər 2014-cü ildən istifadə edir. Təqsirləndirilən şəxs tanımır. İstintaqın “Hamza” adlı «Facebook» istifadəçisinin həmin sosial şəbəkədə xx.xx.2016-cı il tarixdə hakimiyyəti zorla devirməyə yönələn çağırışları özündə əks etdirən “Hamı qorxur qaqa tək tək səsini çıxardanı içəri basıb vəhşi kimi çırpıllar dubinkaynan zadnan qabırğaların qırıllar. Birlikdə qalxmaq lazımdı” məzmunlu rəy paylaşması ilə bağlı suala cavab olaraq bildirmişdir ki, o, fəal sosial şəbəkə istifadəçisidir. Hamza adlı «Facebook» istifadəçisinin bəzi paylaşımlarını bəyənmişdir. Onun xx.xx.2016-cı il tarixdə “Hamı qorxur qaqa tək tək səsini çıxardanı içəri basıb vəhşi kimi çırpıllar dubinkaynan zadnan qabırğaların qırıllar. Birlikdə qalxmaq lazımdı” məzmunlu rəyini isə görüb oxumuş, lakin həmin rəyi bəyənməmiş, başqa bir səhifədə paylaşmamış və ya digər yolla dəstəkləməmişdir. Hamza adlı «Facebook» istifadəçisinin şəxsiyyəti barədə məlumatı yoxdur. Onu sadəcə olaraq “Facebook” sosial şəbəkəsində tanımışdır. Bəzi paylaşımların bəyənməkdən başqa “Hamza” adlı profil istifadəçisi ilə heç bir əlaqə və münasibəti olmamışdır (cild 3, iş vərəqi 213-214). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərmişdir ki, o, Masallıda məktəbdə təlim-tərbiyə üzrə direktor müavinidir. Təhsil Nazirliyinin əmri əsasında qiymətləndirmə aparmaq üçün “Facebook”da qeydiyyatdan keçmişdir. Qiymətləndirmə ilə bağlı məktəbdə olan kompüterdə onun “Facebook” profili daima açıq olmuşdur. İbtidai istintaq zamanı ona təqdim edilmiş həmin post yadına gəlmir, həmin postu bəyənmək və yaxud həmin post barəsində şərh yazmaq ilə bağlı heç nə xatırlamır. Əgər elə bir hal olmuşdursa, bunu o, etməmiş, onun profilindən kimsə istifadə edib bunu etmişdir. Şahid19 məhkəmədə sualları cavablandıarkən göstərmişdir ki, Günel Əbilovanı tanıyır, onunla bir kənddə yaşayır. Günel Əbilovanın paylaşdıqlarını görmüşdür. Günel Əbilovanın əsasən təhsil ilə bağlı paylaşımlarını izləmişdir. Mingəçevirdə baş vermiş hadisələr ilə bağlı paylaşılmış posta rəy yazmağı ilə bağlı heçnə xatırlamır. “Girib hamsını güllələyib çıxasan” tipli şərh xatırlamır. Həmzə adlı sosial şəbəkə istifadəçini tanımır. Məhkəmə Şahid19 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, təqsirləndirilən şəxsi müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid19 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, aktiv sosial şəbəkə istifadəçisidir. “Facebook” sosial şəbəkəsində “Cəmaləddin Əlizadə” adı ilə qeydiyyatdan keçmişdir. Həmin profili təxminən 2013-cü ildə açmışdır. Həmin profil üzrə dostluğunda təxminən 2.000 nəfər şəxs vardır. Onların ailəsində iki soyad olduğu üçün profilinin adını Cəmaləddin Əlizadə təyin etmişdir. İstintaqın “Facebook” sosial şəbəkəsində “Günel Ebilova" adı ilə qeydiyyatdan keçmiş profil sahibinin 4 iyul 2018-ci il tarixdə Nazirlər kabinetinin iclası barədə şəkil paylaşaraq “Prezidentin rəhbərliyi ilə son olaylarıa bağlı müşavirə keçirilib. Danışan foto” sözləri yazılmış status yazması, həmin paylaşıma “Hamza” adlı sosial şəbəkə istifadəçisinin “hamısın girib gülləliyib çıxasan ))))” sözləri yazılmış rəy bildirməsi və bu rəydən sonra onun “prezident soruşur ki, heç utanırsınız” sözləri yazılmış rəy yazması ilə bağlı sualına cavab olaraq bildirmişdir ki, “Günel Ebilova” adı ilə qeydiyyatdan keçmiş profilin sahibi olan Günel Əbilova adlı xanımı tanıyır. Həmin profilin sahibi onun qohumudur. Qafqazinfo xəbər portalının baş redaktorudur. O, Günelin paylaşdığı hər statusu görmüş, bir çoxlarını bəyənmişdir. Bunlardan biri də 4 iyul 2018-ci il tarixdə “Facebook” sosial şəbəkəsində Azərbaycan Respublikasında Mingəçevir Elektrik stasnsiyasında baş vermiş qəza nəticəsində ölkənin çox hissəsinin işıqların keçməsi ilə bağlı prezident İlham Əliyevin təcili olaraq Nazirlər kabineti yığaraq iclas keçirməsi barədə paylaşım olmuşdur. Həmin paylaşımda Günel “Prezidentin rəhbərliyi ilə son olaylarıa bağlı müşavirə keçirilib. Danışan foto” sözləri yazılmış status əlavə etmişdir. Qeyd olunan paylaşımı o, görmüş, bəyənmiş və “prezident soruşur ki, heç utanırsınız” sözləri yazılmış rəy bildirmişdir. Həmin rəyi bildirməkdə səbəbi nazirlərin etdiyi səhv nəticəsində ölkənin işıqlarının keçməsi olmuşdur. Həmin statusa bir çox şəxslər rəylər bildirmişdilər. Paylaşımda “Hamza” adlı sosial şəbəkə istifadəçisi “hamısın girib gülləliyib çıxasan ))))” sözləri yazılmış rəy yazmışdır. Həmin profilin sahibinin kim olması və şəxsiyyəti barədə onun heç bir məlumatı yoxdur. O, yazılmış rəyi görmüş, lakin heç bir reaksiya verməmiş və bəyənməmişdir (cild 3, 220-222). Məhkəmə istintaqında şahid qismində dindirilmiş İbrahimov Şahid20 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dayısının nəvəsidir. Həmzəni axırıncı dəfə 1996-cı ildə görmüşdür. 1996-cı ildə Rusiyaya getmiş, sonra hər il yalnız bir aylıq Azərbaycan gəlmişdir. Həmzənin 2016-cı ildə ildə “Facebook”da qeydiyyatdan keçən zaman profilini görüb tanımışdır. Həmin profildə müəyyən paylaşımlar edilmiş, həmin paylaşımları xatırlamır. İbtidai istintaq zamanı verdiyim ifadəsini təsdiq edir. Şahid İbrahimov Şahid20 məhkəmədə sualları cavablandırarkən göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini qismən xatırlayır. “Facbook”da polislər barəsində paylaşım edilmiş, həmin paylaşımın altında şərhlər yazılmış, ancaq həmin şərhləri xatırlamır. İbtidai istintaq zamanı verilmiş ifadəsini təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid21 ifadəsində göstərdi ki, onu DTX-nın müstəntiqi çağırıb ifadəsini almışdır. Müstəntiq ona paylaşım edildiyini və onun da həmin paylaşımın altına şərh yazdığını bildirmişdir. O isə həmin paylaşımın həmkarı digər jurnalist tərəfindən paylaşıldığını və ondan başqa həmin paylaşımın altına kimin şərh yazığını xatırlamadığını bildirmişdir. Həmin paylaşımda cənab Prezidentin nazirlərlə Mingəçevirdə baş vermiş hadisə ilə bağlı müşavirəsindən post paylaşılmış, o isə həmin posta şərh yazmışdır. Həmin posta şərh yazan digər şəxsləri tanımır. Şahid21 məhkəmədə sualları cavablandırarkən göstərmişdir ki, həmin posta yazılmış “girib hamısını güllələyəsən” şərhinin kim tərəfindən yazıldığını bilmir. “Girib hamsını güllələyib çıxasan” tipli şərhi xatırlamır. Ola bilər ki, həmin şərhi görsün, amma reaksiya verməmişdir. İbtidai istintaq zamanı verilmiş ifadəsini təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid22 ifadəsində göstərmişdir ki, “İnstagram” sosial şəbəkəsindən istifadə edir. Orada olan 23 fevral ilə bağlı paylaşıma şərh yazmışdır ki, 23 fevral onların bayramı ola bilməz, çünki 23 fevral SSRİ-də donanma yaranma günüdür və SSRİ-nin Azərbaycanın başına gətirdiklərinə görə həmin günün bayram kimi qeyd edilməsinin düzgün olmaması ilə bağlı şərh yazmışdır. Həmin paylaşıma yazılmış başqa şərhlər də var, ancaq həmin şərhləri xatırlamır. O, “44 günlük” Vətən Müharibəsində iştirak etmiş və qapalı kəllə-beyin tramvası almışdır, ona görə də bir çox şeyi xatırlamır. İbtidai istintaq zamanı həmin yazılanları ona xatırlatmışlar. Şahid22 məhkəmədə ona verilən sualları cavablandırarkən bildirmişdir ki, həmin paylaşım ilə bağlı şərhləri xatırlamır. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid22 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, aktiv sosial şəbəkə istifadəçisidir. “Facebook” sosial şəbəkəsində “İbrahim Vaqifoğlu”, 25 İnstagram sosial şəbəkəsində isə _by_ibrahim_aliyev_” adı ilə qeydiyyatdan keçmişdir. “Facebook” profilini təxminən 2008-ci ildə, “İnstagram” profilini isə təxminən 2013-cü ildə açmışdır. “İnstagram” sosial şəbəkəsinin “reaM99125” adlı profilininın istifadəçisini tanımır. Həmin profilin istifadəçisi ilə hər hansı bir münasibəti olmamışdır. İstintaqın “İnstagram” sosial şəbəkəsində “orduhantemirhann” adı qeydiyyatdan keçmiş profilin sahibinin 23 fevral 2019-cu il tarixdə “X30.” başlıqlı paylaşım etməsi, həmin payiaşıma “real199125” adlı İnstagram sosial şəbəkəsinin istifadəçisinin hər kəsə açıq olan şərhlər bölməsinə - “Şərəfsiz Hadi qarnın donuz kimi yeyib şişirtməknən məşğuldu. Oturub milli məclisdə ağzına gələni piliyir...Buların hamısın bir gün güllə qarşısına düzsünlər!!!” məzmunlu şərh yazması ilə bağlı sualına cavab olaraq bildirmişdir ki, “orduhantemirhann” adı qeydiyyatdan keçmiş profilin sahibi olan Orduxan Teymurxan adlı şəxsi tanıyır. Həmin profilin sahibi Avropada yaşayan bir şəxsdir. O, Orduxanın demək olar ki, paylaşdığı hər statusu görmüş, bir çoxlarını bəyənmişdir. Bunlardan biri də 23 fevral 2019-cu il tarixdə “İnstagram” sosial şəbəkəsində “X30.” başlıqlı paylaşımı olmuşdur. Həmin paylaşımı o, görmüş, bəyənmiş və “Orduxan zəhmət olmasa 23 fevral barəsində bu millətə başa sal ki, haqq əslində nədir” sözləri yazılmış rəy bildirmişdir. Həmin rəyi yazmaqda məqsədi 23 fevralın kişilər günü kimi qeyd edilməyinə qarşı olması olmuşdur. Onun fikrincə həmin gün Azərbaycana aid deyil. Həmin paylaşımda da digər şəxslərin bir çox şərhləri var imiş. O, həmin şərhlərin bir çoxunu oxumuş, bəzilərini bəyəndiyi üçün like da etmişdir, “reali99125” adlı “İnstagram” sosial şəbəkə istifadəçisi “Şərəfsiz Hadi qarnın donuz kimi yeyib şişirtməknən məşğuldu. Oturub milli məclisdə ağzına gələni piliyir...Buların hamısın bir gün güllə qarşısına düzsünlər!!!” məzmunlu şərh yazmışdır. Həmin profilin sahibinin kim olması və şəxsiyyəti barədə heç bir məlumatı olmamışdır. O, həmin yazılmış rəyi görmüş, oxumuş, lakin heç bir reaksiya verməmiş və bəyənməmişdir. Hal-hazırda həmin rəyin silinib-silinməməsi barədə heç bir məlumatı yoxdur (cild 3, iş vərəqi 241-243). Məhkəmə istintaqında şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, o, “İnstagram” sosial şəbəskəsində “nofi2305” adı ilə qeydiyyatdan keçmişdir. Həmin sosial şəbəkədə millət vəkili Hadı Rəcəblinin söylədiyi fikir ilə razı olmadığı üçün onunla bağlı paylaşıma rəy yazmışdır. Şahid X20 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, “nofi2305” adlı “İnstagram” səhifəsi ona məxsusdur və həmin səhifədən yalnız o, istifadə edir. “real199125” adlı “İnstagram” səhifəsinin paylaşdığı paylaşıma rəy yazmışdır. Hadı Rəcəblidən xoşu gəlmədiyi üçün həmin paylaşımı bəyənmişdir. Hadı Rəcəblinin fikirləri xoşuna gəlmir. Həmin paylaşımda “Hadı Rəcəbli gülləyə düzülməlidir” yazılmışdır. Həmin paylaşımı ciddi qəbul etməmişdir. 5 ildir ki, nəqliyyat tikintisi mühəndisi işləyir. Orduxan Teymurxanı tanımır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid24 ifadəsində göstərmişdir ki, “İnstagram” sosial şəbəkəsində paylaşılmış paylaşıma yazılmış şərh var idi, həmin şərhi yazan şəxsə cavab qaytarıb ona nalayiq ifadə işlətmişdir. Həmin şərhin məzmunu “girib bunların hamısını güllələmək lazımdır” kimi idi. Şahid24 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirmişdir ki, həmin şərhdə “girib bunların hamısını güllələmək lazımdır” yazılmışdır. Həmin şərhi bəyənməmiş, şərhə cavab yazmışdır. O, usta işləyir. Bunları güllələmək lazımdır deyəndə Azərbaycan vətəndaşlarını nəzərdə tuturdular. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid24 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, aktiv sosial şəbəkə istifadəçisidir. “İnstagram” sosial şəbəkəsindən istifadə edir. Həmin sosial şəbəkədə onun istifadəçi adı “anar_dasdiyev_378”-dir. Həmin profili İnstagramda təxminən 2018-ci ildə açmışdır. “İnstagram” sosial şəbəkəsində “reali99125” adlı sosial şəbəkə profilininın istifadəçisini tanımır. Onunla hər hansı bir münasibəti yoxdur. İstintaqın “İnstagram” sosial şəbəkəsində “real199125” adlı istifadəçinin 2 oktyabr 2019-cu il tarixdə “hamamtimestv” xəbər səhifəsi tərəfindən “Qansızlığa, qəddarlığa bax!” başlıqlı videogörüntülü paylaşımın hər kəsə açıq olan şərhlər bölməsinə - “Üzr istəyirəm hər kəsdən “peysərlər iş başında !!”. Allaha and olsun bunlar olan yerdə erməniyə gərək yoxdu.. Çünki bir ermənidən betər ancaq bunları edə bilər.. Hamısın güllələyib öldürərəm !!” məzmunlu şərh yazması ilə bağlı suala cavab olaraq bildirmişdir ki, “hamamtimestv” adı ilə qeydiyyatdan keçmiş səhifəni tanıyır. Həmin səhifənin sahibi və ya adminlərini tanımır. O, həmin səhifənin aktiv izləyicisidir və demək olar ki paylaşdığı hər statusu görmüş bir çoxlarını bəyənmişdir. Bunlardan biri də 2 oktyabr 2019-cu il tarixdə “hamamtimestv” xəbər səhifəsi tərəfindən “Qansızlığa, qəddarlığa bax!” başlıqlı videogörüntülü paylaşımı olmuşdur. Həmin paylaşımı o, görmüş, bəyənmiş və halhazırda dilinə gətirməkdən utandığı söyüş yazılmış rəy bildirmişdir. Həmin rəyi yazmaqda məqsədi “hamamtimestv” səhifəsinin Azərbaycan Respublikasını təhqir etməsi və gözdən salmaq məqsədi ilə yazdığı paylaşımlar olmuşdur. Həmin paylaşımda da digər şəxslərin bir çox şərhləri var idi. O, həmin şərhlərin bir çoxunu oxumuş, bəzilərini bəyənmişdir. “real199125” adlı “İnstagram” sosial şəbəkə istifadəçisinin “Üzr istəyirəm hər kəsdən “peysərlər iş başında !!”. Allaha and olsun bunlar olan yerdə erməniyə gərək yoxdu.. Çünki bir ermənidən betər ancaq bunları edə bilər.. Hamısın güllələyib öldürərəm !!” məzmunlu rəyi də görmüş, oxumuş, lakin heç bir reaksiya verməmiş və bəyənməmişdir. Hal-hazırda həmin rəyin silinib-silinməməsi barədə heç bir məlumatı yoxdur. Həmin profil tərəfindən yazılmış “hamamtimestv” səhifəsində olan başqa paylaşımlarında da rəyləri var idi. Bu səbəbdən də həmin profilin yazdığı rəy onun diqqətini çəkmişdir. Həmin profilin yazdığı rəyə tək o, deyil, ondan başqa şəxslər də like edib, fikirlər səsləndirmişdilər (cil 4, iş vərəqi 1-3). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid25 ifadəsində göstərmişdir ki, onun iki kosmetoloq şirkəti var, həmin şirkətlərin “İnstagram” səhifəsi var. Həmin səhifələrdə dövlət əleyhinə paylaşılmış paylaşıma şərh yazılmışdır. Ancaq həmin “İnstagram” səhifələrinin idarəçiliyini o, etməmiş və həmin şərhləri o, yazmamışdır. Şahid25 məhkəmədə ona verilən suala cavab olaraq edilən paylaşım və yazılanlardan xəbərinin olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid25 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, “tik-tok”, “İnstagram” və “Facebook” sosial şəbəkələrindən istifadə edir. “İnstagram” sosial şəbəkəsində “dr.qabuna.jalalova” profil adından istifadə edir. O, istintaqın “İnstagram” sosial şəbəkəsinin “real199125” adlı istifadəçisini tanıması, müsbət halda həmin sosial şəbəkə istifadəçisinin şəxsiyyəti barədə nə göstərə bilməsi haqqında sualına cavab olaraq, o, “İnstagram” sosial şəbəkəsinin “real199125” adlı istifadəçisini tanımamasını, istifadə etdiyi sosial şəbəkə ilə bağlı onun səhifəsinə izləmə göndərməyin sərbəst olmasını, bu səbəbdən bir çox şəxsin onun səhifəsini izləyə bilməsini, lakin o, həmin şəxsləri şəxsən tanımamasını bildirmişdir. O, istintaqın Təqsirləndirilən şəxs tanıması, müsbət halda münasibətlərinin xarakteri barədə nə göstərə bilməsi haqqında sualına cavab olaraq Təqsirləndirilən şəxs tanımamasını, onunla hər hansı tanışlıq və dostluq münasibətlərinin olmamasını bildirmişdir. O, istintaqın 23 fevral 2019-cu ildə “İnstagram” sosial şəbəkəsinin “orduhantemirhann” adlı istifadəçisinin “X30” başlıqlı paylaşımının hər kəsə açıq olan şərhlər bölməsinə həmin şəbəkənin “real199125” adlı istifadəçisi tərəfindən “şərəfsiz Hadi, qarnın donuz kimi yeyib şişirtməknən məşğuldu. Oturub milli məclisdə ağzına gələni piliyir. Bunların hamısını bir gün güllə qarşısına düzsünlər.” məzmunlu şərhinə əlavə olaraq “bunu uje düz dedi” məzmunlu şərh yazması ilə bağlı istintaqa nə göstərə bilməsi barədə sualına cavab 16 olaraq o, açıq şəbəkə hesabları tərəfindən paylaşılan paylaşımları, həmin paylaşımlara yazılan şərhləri görməsini, “real199125” adlı istifadəçisi tərəfindən “şərəfsiz Hadi, qarnın donuz kimi yeyib şişirtməknən məşğuldu. Oturub milli məclisdə ağzına gələni piliyir. Bunların hamısını bir gün güllə qarşısına düzsünlər.” məzmunlu şərhini də görməsini, lakin həmin məzmunlu şərhi yazmağını xatırlamadığını bildirmişdir (cild 4, iş vərəqi 4-5). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid26 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. Onu “Hamam times” səhifəsində olan paylaşıma yazdığı şərhə görə çağırmışdılar. Həmin paylaşıma başqa bir şəxs tərəfindən “bizə erməni lazım deyil, bunların hamısını yığıb yandırasan” kimi şərh yazılmış, ancaq həmin şərhə heç bir reaksiya və münasibət bildirməmişdir. O, həmin paylaşımın altında “sadəcə olaraq ağaclara yazığım gəlir” formasında şərh yazmışdır. Şahid26 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, “Bizə erməni lazım deyil, bunların hamısını yığıb yandırasan” məzmunlu şərhin kim barəsində deyildiyini bilmir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid27 ifadəsində göstərmişdir ki, baş verənlərin nə ilə əlaqədar olduğunu xatırlamır. Onun “İnstagram” sosial şəbəkəsində iki profili var. Onlardan biri öz şəxsi profilidir, digəri isə gördüyü bərbərlik işi üzrə bağlıdır. Həmin profillər ilə idman, avtomobil və bərbərliklə bağlı bir çox səhifələri izləyir. Həmin səhifələrdə siyasət ilə bağlı heçnə paylaşılmır. Hazırkı vaxta kimi izlədiyi səhifələrdə siyasi yönümlü paylaşımların paylaşılmasının şahidi olmamışdır. Şahid27 məhkəmədə ona verilən sualları cavablandırarkən göstərmişdir ki, ”İnstagram” sosial şəbəkəsində 2 profili var. “Hamam times” adlı səhifədə paylaşılan paylaşıma rəy yazdığını və paylaşımı bəyəndiyini xatırlamır. ”İnstagram” sosial şəbəkəsində siyasi yönümlü paylaşımların qarşısına çıxıb-çıxmamasını xatırlamır. İbtidai istintaq zamanı yazılan həmin ifadə və imzalar ona məxsusdur. Həmin ifadədə yazılmış siyasi mesajlarla bağlı rəy yazmağını və həmin yazılanları bəyənməyini xatırlamır. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid27 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, istintaqın sosial şəbəkələrdən istifadə etməsi, müsbət halda hansı sosial şəbəkələrdə hansı adla qeydiyyatdan keçməsi barədə sualına cavab olaraq aktiv sosial şəbəkə istifadəçisi olmasını, “İnstagram” sosial şəbəkəsindən istifadə etdiyini, həmin sosial şəbəkədə istifadəçi adının “aqil_barber” olmasını, həmin profili İnstagramda təxminən 2015-ci ildə qeydiyyatdan keçirməsini bildirmişdir. O, istintaqın “İnstagram” sosial şəbəkəsində mövcud olan “real199125” adlı sosial şəbəkə profilinin istifadəçisini tanıması, müsbət halda həmin şəxs barədə İstintaqa nə deyə bilməsi haqqında sualına cavab olaraq İnstagram” sosial şəbəkəsində mövcud olan “real199125” adlı sosial şəbəkə profilinin istifadəçisini tanımamasını, onunla hər hansısa bir münasibətinin olmamasını bildirmişdir. O, istintaqın “İnstagram” sosial şəbəkəsində 2 oktyabr 2019-cu il tarixdə “hamamtimestv” xəbər səhifəsi tərəfindən “Qansızlığa, qəddarlığa bax!” başlıqlı videogörüntülü paylaşımın hər kəsə açıq olan şərhlər bölməsinə - “Üzr istəyirəm hər kəsdən “peysərlər iş başında !!”. Allaha and olsun bunlar olan yerdə erməniyə gərək yoxdu.. Çünki bir ermənidən betər ancaq bunları edə bilər.. Hamısın güllələyib öldürərəm !!” məzmunlu yazılmış şərhə bildirdiyi rəylə bağlı istintaqa nə deyə bilməsi barədə sualına cavab olaraq “hamamtimestv” adı qeydiyyatdan keçmiş səhifəni tanımasını, həmin səhifəni like etməklə izləməsini, həmin səhifənin sahibi və ya adminlərini tanımamasını bildirmişdir. O, həmin səhifənin aktiv izləyicisi olmasını və demək olar ki, paylaşdığı hər statusu görmüş bir çoxlarını like etməsini bildirmişdir. O, bunlardan birinin də 2 oktyabr 2019-cu il tarixdə “hamamtimestv” xəbər səhifəsi tərəfindən “Qansızlığa, qəddarlığa bax!” başlıqlı videogörüntülü paylaşımı olmasını bildirmişdir. O, həmin paylaşımı görmüş, like etmiş və “Mehriban Əliyevanın adı çəkilən kimi büzdü” sözləri yazılmış rəy bildirmişdir. Həmin paylaşımda olan ağacları çıxardan şəxslərə vətədaşlar etiraz kimi Mehriban xanıma şikayət edəcəyini bildirmişlər. Həmin ağacı yerindən çıxardan şəxs Mehriban xanımın adını eşidən kimi qorxduğu üçün həmin rəyi bu səbəbdən yazmışdır. O, Mehriban xanımı Azərbaycan Respublikasının vitse prezidenti kimi hər zaman özünə güman yeri kimi görməsini, həmin paylaşımda da digər şəxslərin çox şərhlərinin olmasını bildirmişdir. O, həmin şərhlərin bir çoxunu oxumuş, bəzilərini bəyəndiyi üçün like da etmişdir, “reali 99125” adlı “İnstagram” sosial şəbəkə istifadəçisi “Üzr istəyirəm hər kəsdən “peysərlər iş başında !!”. Allaha and olsun bunlar olan yerdə erməniyə gərək yoxdu.. Çünki bir ermənidən betər ancaq bunları edə bilər.. Hamısın güllələyib öldürərəm !!” məzmunlu rəy yazmış profilin sahibinin kirn olması və şəxsiyyəti barədə heç bir məlumatı olmamışdır. O, həmin yazılmış rəyi görmüş, oxumuş, lakin heç bir reaksiya verməmiş və like etməmişdir. Hal-hazırda həmin rəyin silinib-silinməməsi barədə heç bir məlumatı olmamışdır. Həmin profil tərəfindən yazılmış “hamamtimestv” səhifəsində olan başqa paylaşımlarında da rəylərin olması səbəbindən də onun yazdığı həmin rəy diqqətini çəkmişdir. Həmin profilin yazdığı rəyə o, rəy yazıb, like etməsə də başqa şəxslər like edib, fikirlər səsləndirmişlər. O, hazırda bərbər kimi fəaliyyət göstərdiyindən işlərinin çox olması səbəbindən demək olar ki sosial şəbəkələrə vaxt ayıra bilmədiyini bildirmişdir (cild 4, iş vərəqi 10-12). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid34 ifadəsində göstərmişdir ki, “Facebook” sosial şəbəkəsindən istifadə edir. Həmin sosial şəbəkədə Şahid34 adlı profili var. Gəncə hadisləri baş verən zaman onun dostluğunda Çinarə Əliyeva adlı şəxs var idi, o, Gəncə hadisələrini törətmiş əsas şəxs olan Yunis Səfərov barəsində paylaşım edərək, onu xalq qəhrəmanı adlandırmışdır. Bu zaman o, həmin paylaşımını götürüb öz profilində paylaşmış, ancaq 15 dəqiqə sonra paylaşımının doğru olmadığını bilib həmin paylaşımı silmişdir. Şahid27 məhkəmədə ona verilən sualları cavablandırarkən göstərmişdir ki, Çinarə Əliyeva adlı profil Gəncə hadisələri ilə bağlı Yunis Səfərov barəsində paylaşım etmişdir. O, Çinarə Əliyevanın paylaşdıqlarının hamısını görmüşdür. Onun dostluğunda Gülü Quliyeva və Çinarə Əliyeva kimi şəxslər olmuşdur. Çinarə Əliyeva adlı profilin Gəncə hadisələri ilə bağlı paylaşdığı paylaşımı bir dəfə öz profilində paylaşmışdır. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, sosial şəbəkələrdən istifadə edir, “Facebook” istifadəçisi olmuşdur. Hal-hazırda istifadə etmir. “Şahid1” və “Tunzale İbrahimova” olmaqla iki adda onlardan istifadə etmir. Təqsirləndirilən şəxs 2014-cü ildən tanıyır. Həmzə ilə 26 iyun 2022-ci il tarixdə nişanlanmış 14 iyun 2023-cü il tarixində rəsmi nikaha daxil olmalı imiş. İstintaqın Təqsirləndirilən şəxs 2018-ci ildə “Facebook” sosial şəbəkəsində istifadə etdiyi “Kamil Axundov”, “Gulu Quliyeva” və “Rüfət Aliyev” adlı profilləri və həmin profillərdən etdiyi paylaşımlar barədə sualına cavab olaraq bildirmişdir ki, “Facebook” sosial şəbəkəsində mövcud olan “Kamil Axundov”, “Gulu Quliyeva” və “Rüfət Aliyev” adlı profilləri tanımır. Həmin profillərin Həmzənin istifadəsində olub-olmaması barədə ümumiyyətlə məlumatı yoxdur. Həmzənin istifadəsində olan “Hamza” adlı “Facebook” profili onun dostları sırasında mövcuddur. Həmzənin həmin profil tərəfindən paylaşdığı statuslara diqqət etməmiş və hər hansı bir statusu bəyənməmişdir. İstintaqın ona məxsus olan “Facebook” sosial şəbəkə hesablarının kim tərəfindən yaradılması ilə bağlı suala cavab olaraq bildirmişdir ki, “Tunzale İbrahimova” adı ilə mövcud olan profil onun tərəfindən yaradılmışdır. Həmin profilin nə zaman yaradılmasını xatırlamır. “Tunzale İbrahimova” adı ilə “Facebook” sosial şəbəkəsində qeydiyyatdan keçirdiyi profili ancaq özü işlətmişdir. İkinci bir şəxs tərəfindən həmin profili işlədən olmamışdır. “Şahid1” adı ilə mövcud olan “Facebook” profili isə Təqsirləndirilən şəxs tərəfindən yaradılmışdır. O, həmin profildən heç zaman istifadə etməmişdir. Həmin profili Həmzə 2022-ci ildə yaratmışdır. Digər şəxsi istifadəsində olan profildə Həmzə dostluğunda olmamışdır. Həmzənin onun adına yaratdığı profildə isə Həmzə özü “Hamza” adı ilə dostluğunda mövcud olmuşdur (cild 2, iş vərəqi 116-118 ). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 Naxçıvan oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, “Facebook” sosial şəbəkəsindən istifadə etmiş, “Şahid3” adı ilə “Facebook”-da qeydiyyatdan keçmişdir. Təxminən 2022-ci ilin sonlarında mobil telefonunu dəyişmiş və ondan sonra Facebookdan istifadə etməmişdir. Hazırda “Tiktok” platformasından istifadə edir. “Facebook” sosial şəbəkəsində dostluğunda olan şəxslərdən çox az sayda olanları şəxsən tanıyır, digərlərini isə sadəcə sosial şəbəkədə xəbərləri izləmək üçün dostluğuna əlavə etmişdir. Təqsirləndirilən şəxs tanımır, onunla heç bir münasibəti yoxdur. İstintaqın “Facebook” sosial şəbəkəsində dostluğunda olan “Cinare Aliyeva” adlı profili ilə bağlı sualına cavab olaraq bildirmişdir ki, onun “Facebook” profilində dostluğunda təxminən 500- 600 şəxs vardır, qeyd etdiyi kimi həmin şəxslərdən bəzilərini şəxsən tanısa da, çox hissəsini sosial şəbəkədə tanımış, bəzilərini isə ümumiyyətlə tanımadan dostluğuna əlavə etmişdir. “Cinare Aliyeva” adlı profili olan şəxsi də o, tanımadan dostluğuna əlavə etmişdir. İstintaqın 6 iyul 2018-ci il tarixdə “Facebook” sosial şəbəkəsinin “Çinare Aliyeva” adlı istifadəçisinin “Təcili Məlumat!!! Elmar Vəliyevin ailəsinin Gəncə şəhərindən qovulması tələbi ilə 10 iyul saat 20:00-da Gəncə şəhər İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası keçiriləcək. Dostlar paylaşın və dəstək verin” məzmunlu statusuna onun “Super...” məzmunlu rəy yajıması ilə bağlı suala cavab olaraq bildirmişdir ki, o, dostluğunda olan şəxslər tərəfindən yazılan statusları, edilən paylaşımları görür. 6 iyul 2018-ci il tarixdə “Facebook” sosial şəbəkəsinin “Çinare Aliyeva” adlı istifadəçisinin “Təcili Məlumat!!! Elmar Vəliyevin ailəsinin Gəncə şəhərindən qovulması tələbi ilə 10 iyul saat 20:00-da Gəncə şəhər İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası keçiriləcək. Dostlar paylaşın və dəstək verin” məzmunlu paylaşımını da görmüşdür. Lakin həmin paylaşımın mahiyyətinə varmadan, məzmununu dərk etmədən “Super...” məzmunlu rəy bildirmişdir. İstintaqın “Facebook” sosial şəbəkəsinin “Cinarə Aliyeva” adlı profil hesabı tərəfindən 13 iyul 2018-ci il tarixdə “Əziz xalqım biz öz millətimizin kim olduğunu sübut etməliyik. Bunun üçün rejimi devirməliyik” sözləri yazılmış paylaşımını bəyənməsi ilə bağlı suala cavab olaraq bildirmişdir ki, “Facebook” sosial şəbəkəsinin “Cinarə Aliyeva” adlı profil hesabı trəfindən 13 iyul 2018-ci il tarixdə “Əziz xalqım biz öz millətimizin kim olduğunu sübut etməliyik. Bunun üçün rejimi devirməliyik” sözləri yazılmış paylaşımı görmüş, bəyənmiş, lakin heç bir rəy yazmamış və yenidən paylaşmamışdır (cild 2, iş vərəqi 183-185 və cild 4, iş vərəqə 180-182). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahid X3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 1980-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirmişdir. 1981-ci ildən Səhiyyə Nazirliyi” Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsində ekspert psixiatr kimi işləyir. Ekspert kimi iş təcrübəsi 42 ildən çoxdur. İstintaqın Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsində ekspert psixiatrı kimi xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Ambulator Məhkəmə Psixatrik Ekspertizasından keçirməsi, onun barəsində anlaqlı olması barədə rəy verməsi və qərarın psixi statusu hissəsində ona elan olunan ittiham barədə soruşduqda 2018-ci ildə sosial şəbəkələrdə “Gəncə hadisələri” ilə bağlı müəyyən fikirlər bildirərək paylaşdığını söylədiyini və əməlindən peşman olduğunu bildirməsi barədə qeyd etməsi, lakin Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 Şahalı qızının iştirakı ilə 16 sentyabr 2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli 1579 saylı Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının rəyi tanış edilən zaman Təqsirləndirilən şəxs ekspert rəyinin nəticəvi hissəsindən razı olduğu, lakin tədqiqi hissəsində (psixi status | bölümündə) ona elan edilmiş ittihamdan, əməlləri törətməsi ilə bağlı yazılmış etiraf hissəsi ilə razı olmaması barədə suala cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin müstəntiqi Turqay Nəbiyevin 03 iyun 2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixdə onun, həkimpsixiatr Şahid6 və həkim-psxiatr X1 iştirakı ilə Ambulator Məhkəmə Psixiatrik Ekspertizasından keçirilmişdir. Təqsirləndirilən şəxs psixi statusunu qiymətləndirərkən onun təqsirləndirildiyi cinayət əməlinə münasibətini aydınlaşdırmaq məqsədi ilə apardıqları sorğu-sual zamanı Həmzə 2018-ci ildə “Facebook” sosial şəbəkəsində “Gəncə hadisələri” ilə bağlı müəyyən fikirlər bildirərək paylaşdığını, buna görə cinayət məsuliyyətinə cəlb edildiyini bildirmişdir. Ekspertlər Həmzənin törətdiyi bu əməllərinə münasibətini ayrı ayrılıqda soruşduqda Həmzə “Facebook” sosial şəbəkəsində “Gəncə hadisələri” ilə bağlı paylaşdığı həmin paylaşımlara görə əməlindən təəssüfləndiyini və peşiman olduğunu bildirmişdir (cild 2, iş vərəqi 194- 196). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 1998-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirmişdir. Bundan başqa o, 2006-cı ildən Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsində ekspert psixiatr kimi işləməsini, 2020-ci ilin mart ayından həmin ekspertiza mərkəzində şöbə müdiri vəzifəsində işləməsini, ekspert kimi iş təcrübəsinin 23 ildən çox olmasını bildirmişdir. O, istintaqın Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 Şahalı qızının iştirakı ilə 16 sentyabr 2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli 1579 saylı Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının rəyi ilə tanış edilən zaman Təqsirləndirilən şəxs ekspert rəyinin nəticəvi hissəsindən razı olduğunu, lakin tədqiqi hissəsində (psixi status bölümündə) ona elan edilmiş ittihamdan, əməlləri törətməsi ilə bağlı yazılmış etiraf hissəsi ilə razı olmadığını bildirməsi, Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsində ekspert psixiatrı kimi xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Ambulator Məhkəmə Psixatrik Ekspertizasından keçirmiş, onun barəsində anlaqlı olması barədə rəy vermiş və qərarın psxi statusu hissəsində ona elan olunan ittiham barədə soruşduqda 2018-ci ildə sosial şəbəkələrdə “Gəncə hadisələri” ilə bağlı müəyyən fikirlər bildirərək paylaşdığını söylədiyini və əməlindən peşman olduğunu bildirməsi barədə qeyd etməsi ilə bağlı nə deyə bilməsi haqqında sualına cavab olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin müstəntiqi Turqay Nəbiyevin 3 iyun 2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixdə o, həkim-psixiatr X3 və həkim-psixiatr Şahid6 iştirakları ilə Ambulator Məhkəmə Psixiatrik Ekspertizasından keçirilməsini bildirmişdir. Təqsirləndirilən şəxs psixi statusunu qiymətləndirərkən onun təqsirləndirildiyi cinayət əməlinə münasibətini aydınlaşdırmaq məqsədi ilə apardıqları sorğu-sual zam anı o, 2018-ci ildə “Facebook” sosial şəbəkəsində “Gəncə hadisələri” ilə bağlı müəyyən fikirlər bildirərək paylaşdığını, buna görə cinayət məsuliyyətinə cəlb edildiyini bildirmişdir. Ekspertlər onun törətdiyi bu əməllərinə münasibətini ayrı ayrılıqda soruşduqda “Facebook” sosial şəbeıkəsində “Gəncə hadisələri” ilə bağlı paylaşdığı həmin paylaşımlara görə əməlindən təəssüflənir və peşmandır (cild 2, iş vərəqi 197-199). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2001-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirmişdir. 2016-cı ildən Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsində ekspert psixiatr kimi işləyir. 2023-cü ilin iyun ayından həmin ekspertiza mərkəzinin baş direktorunun müavini işləyir. Ekspert kimi iş təcrübəsi 15 ildən çoxdur. İstintaqın Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsində ekspert psixiatrı kimi xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Ambulator Məhkəmə Psixatrik Ekspertizasından keçirməsi, onun barəsində anlaqlı olması barədə rəy verməsi və qərarın psixi statusu hissəsində ona elan olunan ittiham barədə soruşduqda 2018-ci ildə sosial şəbəkələrdə “Gəncə hadisələri” ilə bağlı müəyyən fikirlər bildirərək paylaşdığını söylədiyini və əməlindən peşman olduğunu bildirməsi barədə qeyd etməsi, lakin Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 Şahalı qızının iştirakı ilə 16 sentyabr 2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli 1579 saylı Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının rəyi tanış edilən zaman Təqsirləndirilən şəxs ekspert rəyinin nəticəvi hissəsindən razı olduğu, lakin tədqiqi hissəsində (psixi status bölümündə) ona elan edilmiş ittihamdan, əməlləri törətməsi ilə bağlı yazılmış etiraf hissəsi ilə razı olmaması barədə suala cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin müstəntiqi Turqay Nəbiyevin 03 iyun 2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixdə onun, həkim-psixiatr X8 və həkim-psixiatr X1 iştirakları ilə Ambulator Məhkəmə Psixiatrik Ekspertizasından keçirilmişdir. Təqsirləndirilən şəxs psixi statusunu qiymətləndirərkən onun təqsirləndirildiyi cinayət əməlinə münasibətini aydınlaşdırmaq məqsədi ilə apardıqları sorğu-sual zamanı Həmzə 2018-ci ildə “Facebook” sosial şəbəkəsində “Gəncə hadisələri” ilə bağlı müəyyən fikirlər bildirərək paylaşdığını, buna görə cinayət məsuliyyətinə cəlb edildiyini bildirmişdir. Ekspertlər Həmzənin törətdiyi bu əməllərinə münasibətini ayrı ayrılıqda soruşduqda Həmzə “Facebook” sosial şəbəkəsində “Gəncə hadisələri” ilə bağlı paylaşdığı həmin paylaşımlara görə əməlindən təəssüfləndiyini və peşiman olduğunu bildirmişdir (cild 2, iş vərəqə 200- 202). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs təxminən 2005-ci ildən tanıyır. Həmzə onunla eyni binada yaşamışdır. O, həmin binanın 4-cü blokunda, Həmzə isə 1-ci blokunda yaşayırdı. 29 Həmzəni son dəfə 2015-ci ildə görmüşdür. 2015-ci ildə Həmzə Almaniyaya köçmüşdür. Təqsirləndirilən şəxs ilə danışan zaman Almaniyaya qaçqın kimi getdiyini bildirmişdir. Həmzə Azərbaycanda yaşadığı dövrdə ondan böyük olduğu üçün yaxın dostluq əlaqələri olmamışdır. Həmzə ilə tez-tez futbol oynayırmışlar. Həmzə Almanyada yaşadığı dövrdə onunla sosial şəbəkə üzərindən münasibətləri qalmaqda idi. O, Həmzə ilə “İnstaqram” sosial şəbəkəsi üzərindən əlaqə saxlayırdı. O, “İnstaqram” sosial şəbəkəsində “Kərimov m” adı ilə qeydiyyatdan keçmişdir. Həmzənin isə profilinin adı “Hamzamammadli” idi. Həmzə ilə bəzi söhbətlər zamanı bəzən fikirləri üst-üstə düşmürdü. O, Həmzə ilə 10 ildən çox müddətdə bir binada yaşadıqları üçün ailəvi münasibətləri də yaranmışdır. Bu səbəbdən də Həmzə onu 2023- ci ilin iyul ayında öz toyuna da dəvət etmişdir. Lakin sonradan Həmzənin anası Hicran bildirmişdir ki, Həmzə Almaniyada yaşadığı dövrdə “Facebook” sosial şəbəkəsində fake profillər yaradaraq Gəncə hadisələri ilə bağlı paylaşımlar etdiyi üçün saxlanılmışdır (cild 3, iş vərəqi 129-130). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs təxminən 2001-ci ildən tanıyır. Həmzə onunla eyni binada yaşamışdır. Həmzəni son dəfə 2015-ci ildə görmüşdür. 2015-ci ildə Həmzə Almaniyaya köçmüşdür. Təqsirləndirilən şəxs ilə danışan zaman Almaniyaya qaçqın kimi getdiyini bildirirdi. Həmzə Azərbaycanda yaşadığı dövrdə onunla həmyaşıd olduğu üçün yaxın dostluq əlaqələri olmuşdur. Həmzə Almaniyada yaşadığı dövrdə onunla sosial şəbəkə üzərindən münasibəti qalmaqda idi. O, Həmz ilə “İnstaqram” sosial şəbəkəsi üzərindən əlaqə saxlayırdı. O, “İnstaqram” sosial şəbəkəsində Şahid9 adı ilə qeydiyyatdan keçmişdir. Həmzənin profilinin adının Hamzamammadli olmasını xatırlayır. Həmzə onu 2023-ci ilin iyul ayında öz toyunada dəvət etmişdir. Lakin sonradan Həmzənin anası Hicran Həmzə Almanyada yaşadığı dövrdə “Facebook” sosial şəbəkəsində fake profillər yaradaraq Gəncə hadisələri ilə bağlı paylaşımlar etdiyi üçün saxlanıldığına bildirmişdir. İstintaqın Təqsirləndirilən şəxs “Facebook” sosial şəbəkəsində “Hamza” profil səhifəsində 10 yanvar 2016-cı il tarixdə “Hamı qorxur qaqa tək tək səsin çıxardanı içəri basıb vəhşi kimi çırpıllar dubinkaynan zadnan qabırğaların qırıllar. Birlikdə qalxmaq lazımdı”, Prezidentin rəhbərliyi ilə keçirilən Nazirlər kabinetinin iclas fotoşəklinə xitabən “Hamısın girib gülləliyib çıxasan )))’’, 19 oktyabr 2019-cu il tarixdə “X11 niyə nifrət edirsiz?? Belə Şərəfsiz alçaq üzr istəyirəm belə itdən əmələ gələn Polisi And olsun Allaha gözümü qırpmadan qarnın güllə ilə dolduraram !!! ermənidən betər şərəfsizlər İİ! Namussuz əclaflar yazıq Xalqın nə günahı var..?? AZADLİQ istəyirik biz. Tək istədiyimiz AZADLİQDİR İ!” kimi paylaşımlar etməsim münasibəti ilə bağlı suala cavab olaraq bildirmişdir ki, o, Həmzənin həmin paylaşımlarını görmüş, lakin dəqiq hansı tarixlərdə həmin paylaşımları etdiyini xatırlamır. Əlavə olaraq, o, Həmzənin 2018-ci ildə Azərbaycanda ümumi olaraq işiqlar sönən zaman öz “Facebook” sosial şəbəkəsində işıqların sönməsi ilə əlaqədar uşaqların öldüyünü və bu səbəbdəndə Azərbaycanda yaşayan əhalini ayağa qalxaraq hakimiyyəti devirməyə, polisləri öldürməyə yönələn yazılar dərc edərək paylaşımlar etdiyini bildirmişdir. X12 təşkil edilən mitinqlərdə iştirak edərək Azərbaycan xalqını ayağa qalxaraq hakimiyyəti devrilməsi üçün çevrilişlər etməyə çağırırmış. O, Həmzənin paylaşdığı həmin statusları görmüş və bəyənmişdir. Həmin mitinqlərdən biri də Almaniyada olan Azərbaycan səfirliyinin qarşısında olmuşdur. Oradan Həmzə şəkillər çəkərək paylaşımlar da edirmiş. Sonradan həmin paylaşımarı hansısa səbəbdən silmişdir (cild 3, iş vərəqi 131-133). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid13 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, aktiv sosial şəbəkə istifadəçisidir. “Facebook” sosial şəbəkəsində Günel Ebilova adı ilə qeydiyyatdan keçmişdir. Həmin profili təxminən 2012-ci ildə açmışdır. Həmin profil üzrə dostluğunda təxminən 4.000 nəfər şəxs vardır. Onun soyadı rəsmi nikaha daxil olanadək Ebilova olmuşdur. Bu səbəbdəndə həmin profilin adını Günel Ebilova təyin etmişdir. Sonradan o, sosial şəbəkədə həmin adla tanındığı üçün həmin profilin adını dəyişdirmədən saxlamışdır. İstintaqın “Facebook” sosial şəbəkəsində Günel Ebilova adı qeydiyyatdan keçirdiyi profil vasitəsi ilə 4 iyul 2018-ci il tarixdə Nazirlər kabinetinin iclası barədə şəkil paylaşaraq “Prezidentin rəhbərliyi ilə son olayları iləa bağlı müşavirə keçirilib. Danışan foto” sözləri yazılmış status yazması və həmin paylaşıma “Hamza” adlı sosial şəbəkə istifadəçisi “hamısın girib gülləliyib çıxasan ))))” sözləri yazılmış rəy yazması ilə bağlı suala cavab olaraq bildirmişdir ki, 4 iyul 2018-ci il tarixdə “Facebook” sosial şəbəkəsində Günel Ebilova adı qeydiyyatdan keçirdiyi özünə məxsus profil vasitəsi ilə Azərbaycan Respublikasında Mingəçevir Elektrik stasnsiyasında baş vermiş qəza nəticəsində ölkənin çox hissəsinin işıqların keçməsi ilə bağlı prezident İlham Əliyevin təcili olaraq Nazirlər kabineti yığaraq iclas keçirməsi barədə paylaşım etmişdir. Həmin paylaşımda “Prezidentin rəhbərliyi ilə son olaylarla bağlı müşavirə keçirilib. “Danışan foto” sözləri yazılmış status əlavə etmişdir. Həmin paylaşımda bir çox şəxslər rəylər bildirmişdirlər. O, ədadən paylaşımlarında təhqirlərə yol verilən şərhləri silir. Həmin paylaşımda da “Hamza” adlı sosial şəbəkə istifadəçisi “hamısın girib gülləliyib çıxasan ))))” sözləri yazılmış rəy yazmışdır. Həmin profilin sahibinin kim olması və şəxsiyyəti barədə heç bir məlumatı olmamışdır. Həmin şərhi silməməsimə səbəb isə, onunla eyni düşüncədə olmaması.və həmin profilin real deyil fake olmasını düşünməsi olmuşdur, düşündüyünə görə həmin şərhi silsə həmin profilin sahibi onun paylaşdığı bütün status və şəkillərə bilərəkdən və qərəzli olaraq eyni tipli fikirlər bildirərək şərhər yazacaqdır (cild 3, iş vərəqi 178-180). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid15 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, sosial şəbəkələrdən istifadə edir, «facebook» istifadəçisidir. Orada Şahid15 adı ilə qeydiyyatdan keçmişdir. İstintaqın əvvəllər Gulu Quliyeva olmuş hazırda adı dəyişdirilərək Cinare Aliyeva olmuş «Facebook» istifadəçinin «facebook» sosial şəbəkəsində 6 iyul 2018-ci il tarixdə ‘Təcili Məlumat! Elmar Vəliyevin ailəsinin Gəncə şəhərindən qovulması tələbi ilə 10 iyul saat 20:00-da Gəncə şəhər İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası keçiriləcək:” sözləri yazılmış paylaşımını like etməsi ilə bağlı suala cavab olaraq bildirmişdir ki, o, fəal sosial şəbəkə istifadəçisidir. Gulu Quliyeva adlı «Facebook» istifadəçi «facebook» sosial şəbəkəsində onun dostluğunda olmuşdur. Lakin, həmin profil onun dostluğunda olsa da mən o, profil sahibini tanımır və onunla hər-hansı bir şəxsi yazışmaları olmamışdır. Onun «facebook» sosial şəbəkəsində dostluğunda təxminən 5.000 nəfər şəxs vardır, həmin şəxslərin hər birini ayrı-ayrılıqda tanımır. Özü Müsavat partiyasının Şirvan şəhər təşkilatının sədr müavini olduğundan gündəlik bir çox paylaşımlar etdiyindən dostluğunda olan şəxslərin əksəriyyəti cəmiyyət yönümlü şəxslərdir. Dostluğunda olan bütün şəxslər tərəfindən paylaşılan paylaşımların bir çoxunu görür, lakin onların hər birinə münasibət bildirmir, yəni bu paylaşımlar içərisində bəyəndiklərinə münasibət bildirir, bəyənmədiklərinə isə hər hansı münasibət bildirmir. “Gulu Quliyeva” adlı hesab istifadəçisi onun dostluğunda olduğu üçün həmin profil tərəfindən paylaşılan bütün paylaşımları, o cümlədən ictimai təhlükəsizliyi pozmaq, əhali arasında, vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətlər, habelə dövlət və ya ictimai xadimlərinin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq məqsədi ilə onların həyatına sui-qəsd etməyə yönələn açıq çağırışlar edilməsinə dair paylaşılan statusları görmüşdür, lakin həmin məzmunlu statuslardan yalnız bəyəndiklərini «Like» etmişdir. Düşündüyünə görə X27 şəhər İcra Hakimiyyətinin başçısı olduğu müddətdə Gəncəlilərə qarşı yaxşı münasibətdə olmamışdır. Bu səbəbdəndə “Gulu Quliyeva” adlı hesab istifadəçisinin Elmar haqqında yazdıqlarını like etmiş, lakin heç bir rəy yazmamışdır. “Gulu Quliyeva” adlı hesab istifadəçisinin sonradan adını dəyişərək Cinare Aliyeva etməsi barədə məlumatı olmamışdır. Lakin onun dostluğunda Cinare Aliyeva adlı “facebook” profili də sonradan var imiş. Həmin “Gulu Quliyeva” adlı profil adını dəyişərək “Cinare Aliyeva” etdiyindən həmin profili o, dostluğunda görməkdə idi. Həmin profillərdə eyni məzmunlu paylaşımlar edilmişdir. Həmin profil adını dəyişsə də profili eyni şəxs tərəfindən idarə olunmaqda olduğu hiss olunurmuş. İstintaqın “Facebook” sosial şəbəkəsinin “Cinarə Aliyeva” adlı profil hesabı tərəfindən 5 iyul 2018-ci il tarixdə “Azərbaycanın esi kisileri... Qeyretli ogul ve qizlari... Bu vetenin layiqli ogullarindan birini olkede butun postlara yiyelenmis pkk.fetocu quldurlarinin mehv etmesine 20 imkan vermeyin... Qalxin... Yunise hele mehkeme olmadan gorum nece isgence veriblər... Sonrada seklini fezbukda yayirlar. Meqsedleri haminin gozunu qorxuzmaq ve gelecekde bele hallarin olmasina maneçilik yaratmaqdi... O sexs bele ussulla yox, qanunla muhakime olunmalidi... Bu gun Yunisi qoruya bilmesek gelecekde diger memurlar Elmardan da qudurğan olacaq... Onda tek Yunis yox, coxlarinin heyati mehv olacaq... Hamiliqca qudurğan olacaq...Onda tek Yunis yox, coxlarinin heyati mehv olacaq... Hamiliqca Yunisin mudafiesine | qalxaq... PKK... fetoculara imkan vermeyin qeretli ogullarimizi mehv etmeye” sözləri yazılmış, 10 iyul 2018-ci il tarixdə “Təcili Məlumat! Lənkəran şəhərinin əhalisi də “xalqın etirazı” aksiyasına qərar verdi. Saat 20:00-da bütün Lənkəran əhalisi İcra hakimiyyətinin qarşısına etiraz aksiyasına başlayacaq! Paylaşın dostlar”, sözləri yazılmış və 13 iyul 2018-ci il tarixdə “Əziz xalqım biz öz millətimizin kim olduğunu sübut etməliyik. Bunun üçün rejimi devirməliyik” sözləri yazılmış paylaşımlarım bəyənməsi ilə bağlı suala cavab olaraq bildimirşdir ki, “Facebook” sosial şəbəkəsinin “Cinarə Aliyeva” adlı profil hesabı tərəfindən 5 iyul 2018-ci il tarixdə edilən “Azərbaycanın esi kisileri... Qeyretli ogul ve qizlari... Bu vetenin layiqli ogullarindan birini olkede butun postlara yiyelenmis pkk.fetocu quldurlarinin mehv etmesine imkan vermeyin... Qalxin... Yunise hele mehkeme olmadan gorum nece isgence veribler... Sonrada seklini fezbukda yayirlar. Meqsedleri haminin gozunu qorxuzmaq ve gelecekde bele hallarin olmasina maneçilik yaratmaqdi... O sexs bele ussulla yox, qanunla muhakime olunmalidi... Bu gun Yunisi qoruya bilmesek gelecekde diger memurlar Elmardan da qudurğan olacaq... Onda tek Yunis yox, coxlarinin heyati mehv olacaq... Hamiliqca qudurğan olacaq...Onda tek Yunis yox, coxlarinin heyati mehv olacaq... Hamiliqca Yunisin mudafiesine qalxaq... PKK... fetoculara imkan vermeyin qeretli ogullarimizi mehv etmeye” sözləri yazılmış, 10 iyul 2018-ci il tarixdə edilən “Təcili [Məlumat! Lənkəran şəhərinin əhalisi də “xalqın etirazı” aksiyasına qərar verdi. Saat 20:00da bütün Lənkəran əhalisi İcra hakimiyyətinin qarşısına etiraz aksiyasına başlayacaq! Paylaşın dostlar”, sözləri yazılmış, 13 iyul 2018-ci il tarixdə edilən “Əziz xalqım biz öz millətimizin kim olduğunu sübut etməliyik. Bunun üçün rejimi devirməliyik” sözləri yazılmış paylaşımları görmüş, bəyənmiş lakin heç bir rəy yazıb paylaşım etməmişdir. “Gulu Quliyeva” (Cinare Aliyeva) adlı profilin kimə məxsus olmasını bilmir. Həmin profilin sahibi olması qeyd olunan Təqsirləndirilən şəxs tanımır, onunla hər hansı münasibəti olmamışdır (cild 3, iş vərəqi 190-193 və cild 4, iş vərəqi 183-185). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid16 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, sosial şəbəkələrdən istifadə edir, «facebook» istifadəçisidir. Orada Şahid16 adı ilə qeydiyyatdan keçmişdir. X17 adlı «Facebook» istifadəçinin həmin sosial şəbəkədə Azərbaycan Respublikasında ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətlər, habelə dövlət və ya ictimai xadimlərinin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq məqsədi ilə onların həyatına sui-qəsd etməyə yönələn açıq çağırışlar etməsi, habelə bu cür məzmunlu materialları yaymasının onun tərəfindən görülməsi və “Kamil Axundov” adlı sosial şəbə istifadəçisinin şəxsiyyəti barədə suala cavab olaraq bildirmişdir ki, o, fəal sosial şəbəkə istifadəçisidir. Kamil Axundov adlı «Facebook» istifadəçi «facebook» sosial şəbəkəsində onun dostluğunda olmuşdur. Lakin, dostluğunda olsa da o, “Kamil Axundov” adlı sosial şəbəkə istifadəçisini tanımır və onunla hər hansı bir şəxsi yazışmaları olmamışdır. Onun «facebook» sosial şəbəkəsində dostluğunda təxminən 9.000 nəfər şəxs vardır və bu şəxslərin hər birini tanımır. O, özü Müsavat partiyasının məclis üzvü plduğundan gündəlik bir çox paylaşımlar etdiyindən dostluğunda olan şəxslərin əksəriyyəti cəmiyyət yönümlü şəxslərdir. Dostluğunda olan bütün şəxslər tərəfindən paylaşılan bütün paylaşımları görür, lakin onların hər birinə ayrı-ayrılıqda münasibət bildirmir, yəni bu paylaşımlar içərisində bəyəndiklərinə münasibət bildirir, bəyənmədiklərinə isə hər hansı münasibət bildirmir. “Kamil Axundov” adlı hesab istifadəçisi onun dostluğunda olduğu üçün həmin profil tərəfindən 22 paylaşılan bütün paylaşımları, o cümlədən ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətlər, habelə dövlət və ya ictimai xadimlərinin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq məqsədi ilə onların həyatına sui-qəsd etməyə yönələn açıq çağırışlar edilməsinə dair paylaşılan statusları görmüşdür, lakin həmin məzmunlu hər hansı bir statusu bəyənməmişdir. Kamil Axundov profilinin kim tərəfindən yaradılmasını bilmir. Kamil Axundov adlı profilin kimə məxsus olmasını bilməmişdir. Həmin profilin sahibi olmuş sualda adı qeyd olunan Təqsirləndirilən şəxs tanımır, onunla hər hansı bir münasibəti olmamışdır (cild 3, iş vərəqə 209-212). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid18 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, yalnız “İnstagram” və “Facebook” sosial şəbəkələrdən istifadə edir. “Facebook” sosial şəbəkəsində “Aynur Aliyeva” adı ilə qeydiyyatdan keçmişdir. Həmin profili xatırladığı qədər 2010-cu ildən istifadə edir. Təqsirləndirilən şəxs dostu Aysel Bəylərbəyimin sinif yoldaşı olmuşdur. Aysel Bəylərbəylinin vasitəsi ilə Həmzəni tanıdıqdan sonra birlikdə bəzi tədbirlərdə iştirak etmişlər. Təqsirləndirilən şəxs «Facebook» sosial şəbəkəsində “Hamza” adı ilə qeydiyyatdan keçmişdir və onun dostluğunda vardır. Həmzənin paylaşımlarını əvvəllər məzmununu oxumadan bəyənirdi. Sonradan dostları ona Həmzənin qeyri-qanuni çağırışları barədə məlumat verdikdən sonra paylaşımlarını bəyənməyi dayandırmışdır. İstintaqın “Hamza” adlı «Facebook» istifadəçi tərəfindən xx.xx.2016-cı il tarixdə hakimiyyəti zorla devirməyə yönələn çağırışları özündə əks etdirən “Hamı qorxur qaqa tək tək səsini çıxardanı içəri basıb vəhşi kimi çırpıllar dubinkaynan zadnan qabırğaların qırıllar. Birlikdə qalxmaq lazımdı” məzmun rəy paylaşması ilə bağlı suala cavab olaraq bildirmişdir ki, o, fəal sosial şəbəkə istifadəçisidir. “Hamza” adlı «Facebook» istifadəçisinin bir çox paylaşımlarını bəyənmişdir. Həmzənin xx.xx.2016-cı il tarixdə “Hamı qorxur qaqa tək tək səsini çıxardanı içəri basıb vəhşi kimi çırpıllar dubinkaynan zadnan qabırğaların qırıllar. Birlikdə qalxmaq lazımdı” məzmunlu rəyini isə görüb oxumuş, lakin həmin rəyi bəyənməmiş, başqa bir səhifədə paylaşmamış və ya digər yolla dəstəkləməmişdir (cild 3, iş vərəqə 215-216). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid28 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, “tik-tok”, “İnstagram” “Facebook” sosial şəbəkələrindən istifadə edir. “İnstagram” sosial şəbəkəsində “nicatjavad” profil adından istifadə edir. O, istintaqın “İnstagram” sosial şəbəkəsinin “real199125” adlı istifadəçisini tanıması, müsbət halda həmin sosial şəbəkə istifadəçisinin şəxsiyyəti barədə nə göstərə bilməsi haqqında sualına cavab olaraq, o, “İnstagram” sosial şəbəkəsinin “real199125” adlı istifadəçisini tanımamasını, istifadə etdiyi sosial şəbəkə ilə bağlı onun səhifəsinə izləmə göndərməyin sərbəst olmasını, bu səbəbdən bir çox şəxsin onun səhifəsini izləyə bilməsini, lakin o, həmin şəxsləri şəxsən tanımamasını bildirmişdir. O, istintaqın Təqsirləndirilən şəxs tanıması, müsbət halda münasibətlərinin xarakteri barədə nə göstərə bilməsi haqqında sualına cavab olaraq Təqsirləndirilən şəxs tanımamasını, onunla hər hansı tanışlıq və dostluq münasibətlərinin olmamasını bildirmişdir. O, istintaqın 2 oktyabr 2019-cu ildə “İnstagram” sosial şəbəkəsinin “hamamtimestv” xəbər səhifəsi tərəfindən “Qansızlığa, qəddarlığa bax” başlıqlı video paylaşımının hər kəsə açıq olan şərhlər bölməsinə həmin şəbəkənin “reali 99125” adlı istifadəçisi tərəfindən “Üzr istəyirəm hər kəsdən, Peysərlər iş başında!! Allaha and olsun bunlar olan yerdə erməniyə gərək yoxdu..Çünki bir ermənidən ancaq bunları edə bilər... Hamisini güllələyib öldürərəm.” məzmunlu şərhinə əlavə olaraq “ağlamalı vəziyyətdir düz söz halaldır” məzmunlu şərh yazması ilə bağlı istintaqa nə 17 göstərə bilməsi barədə sualına cavab olaraq açıq şəbəkə hesabları tərəfindən paylaşılan paylaşımları, həmin paylaşımlara yazılan şərhləri görməsini, İnstagram” sosial şəbəkəsinin “real199125” adlı istifadəçisi tərəfindən “Üzr istəyirəm hər kəsdən, Peysərlər iş başında!! Allaha and olsun bunlar olan yerdə erməniyə gərək yoxdu..Çünki bir ermənidən ancaq bunları edə bilər... Hamisini güllələyib öldürərəm.” məzmunlu şərhini də görməsini bildirmişdir. Lakin həmin şərhə heç bir münasibət bildirməmişdir. Sadəcə videodakı ağacların kəsilməsinə təəssüflənərək münasibət bildirmişdir (cild 4, iş vərəqə 13-14). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid29 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, aktiv sosial şəbəkə istifadəçisidir. Bundan başqa o, “İnstagram” sosial şəbəkəsindən istifadə etməsini, həmin sosial şəbəkədə istifadəçi adının “mebel_ustasi_samir” olmasını, həmin profili instagramda təxminən 2018-ci ildə qeydiyyatdan keçirməsini bildirmişdir. O, istintaqın ‘İnstagram” sosial şəbəkəsində mövcud olan “rea!199125” adlı sosial şəbəkə profilinin istifadəçisini tanıması, müsbət halda həmin şəxs barədə istintaqa nə deyə bilməsi haqqında sualına cavab olaraq “İnstagram” sosial şəbəkəsində mövcud olan “real199125” adlı sosial şəbəkə profilininın istifadəçisini tanımamasmı, onunla hər hansısa bir münasibətinin olmamasını bildirmişdir. O, istintaqın “İnstagram” sosial şəbəkəsində 2 oktyabr 2019-cu il tarixdə “hamamtimestv” xəbər səhifəsi tərəfindən “Qansızlığa, qəddarlığa bax!” başlıqlı videogörüntülü paylaşımın hər kəsə açıq olan şərhlər bölməsinə - “Üzr istəyirəm hər kəsdən “peysərlər iş başında !!”. Allaha and olsun bunlar olan yerdə erməniyə gərək yoxdu.. Çünki bir ermənidən betər ancaq bunları edə bilər.. Hamısın güllələyib öldürərəm İ!” məzmunlu yazılmış şərhə bildirdiyi rəylə bağlı istintaqa nə deyə bilməsi barədə sualına cavab olaraq “hamamtimestv” adı qeydiyyatdan keçmiş səhifəni tanımasını, həmin səhifəni like etməklə izləməsini, həmin səhifənin sahibi və ya adminlərini tanımamasını, bildiyi qədəri ilə Avropada yaşayan azərbaycanlı şəxslər olmasını bildirmişdir. O həmin səhifənin aktiv izləyicisi olmuş və demək olar ki paylaşdığı hər statusu görmüş bir çoxlarını like etmişdir. O, bunlardan birinin də 2 oktyabr 2019-cu il tarixdə “hamamtimestv” xəbər səhifəsi tərəfindən “Qansızlığa, qəddarlığa bax!” başlıqlı videogörüntülü paylaşımı olmasını bildirmişdir. Həmin paylaşımı o görmüş, like etmiş və “Hardasan ay Heydər Əliyev indi sağ olsaydın. Sənin qorxundan hamısı salvarina isiyerdi” sözləri yazılmış rəy bildirmişdir. O, həmin paylaşımda olan ağacları çıxardan şəxslərə etiraz kimi bu rəyi bildirmişdir. Onun bu rəyi bildirməkdə səbəbi Ulu Öndərimizin təbiət və ağaclar haqqında dediyi “bir ağacı kəsən sanki mənim bir qolumu kəsir, hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir” sözləri yadına düşdüyündən yazmışdır. O, Ulu Öndərimiz hər zaman təbiətə diqqət qayğı göstərdiyini bildirmişdir. O, həmin paylaşımda da digər şəxslərin çox şərhlərinin olmasını bildirmişdir. O həmin şərhlərin bir çoxunu oxumuş, bəzilərini bəyəndiyi üçün like da etmişdir. “real199125” adlı “İnstagram” sosial şəbəkə istifadəçisi “Üzr istəyirəm hər kəsdən “peysərlər iş başında !!”. Allaha and olsun bunlar olan yerdə erməniyə gərək yoxdu.. Çünki bir ermənidən betər ancaq bunları edə bilər.. Hamısın güllələyib öldürərəm !!” məzmunlu rəyi yazan profilin sahibinin kim olması və şəxsiyyəti barədə heç bir məlumatı olmamışdır. O həmin yazılmış rəyi görmüş, oxumuş, lakin heç bir reaksiya verməmiş və like etməmişdir. Onun həmin rəyin silinibsiiinməməsi barədə heç bir məlumatı olmamışdır. Həmin profil tərəfindən yazılmış “hamamtimestv” səhifəsində olan başqa paylaşımlarında da, rəylərin olması səbəbindən də onun yazdığı həmin rəy diqqətini çəkmişdir. Həmin profilin yazdığı rəyə o rəy yazıb, like etməsə də başqa şəxslər like edib, fikirlər səsləndirmişlər. O, hazırda mebel ustası kimi fəaliyyət göstərdiyindən işlərinin çox olması səbəbindən demək olar ki sosial şəbəkələrə vaxt ayıra bilmir (cild 4, iş vərəqə 32-34). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid30 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, aktiv sosial şəbəkə istifadəçisidir. “Facebook” sosial şəbəkəsindən istifadə edir. Həmin sosial şəbəkədə istifadəçi adı “Hafiz Huseynov”-dur. Həmin profili “Facebook” da hansı tarixdə qeydiyyat etməsini dəqiq xatırlamır. “Facebook” sosial şəbəkəsində mövcud olmuş “Rüfet Aliyev” adlı sosial şəbəkə profilininın istifadəçisini tanımır. Onunla hər hansısa bir münasibəti yoxdur. İstintaqın “Facebook” sosial şəbəkəsində “Rüfət Aliyev” istifadəçisinin 11 iyul 2018-ci il tarixdə saat 11:24 dəqiqədə “SUMQAYİT. Ayın 15-i axşam saat 20:00-da hamı çıxsın meydana! Qruplar halında cem İcra Hakimiyyətinin qaşısına! Hamı özü ilə soyuq silahlar götürsün, zencir, demir, bıçaq..” sözləri yazılmış paylaşım etməsi və ona məxsus “Facebook” sosial şəbəkəsində mövcud olan “Şahid30” adlı profili vasitəsi ilə həmin paylaşımı olduğu kimi repost edərək paylaşması ilə bağlı suala cavab olaraq bildirmişdir ki, “Facebook” sosial şəbəkəsində mövcud olmuş “Rüfet Aliyev” adlı sosial şəbəkə profilini tanıyır. Həmin profilin sahibini tanımır. O, həmin profilin aktiv izləyicisi olmuş və demək olarki paylaşdığı hər statusu görmüş bir çoxlarını like edərək paylaşmışdır. Bunlardan biridə 11 iyul 2018-ci il tarixdə saat 11:24 dəqiqədə “SUMQAYİT. Ayın 15-i axşam saat 20:00-da hamı çıxsın meydana! Qruplar halında cem İcra Hakimiyyətinin qaşısına! Hamı özü ilə soyuq silahlar götürsün, zencir, demir, bıçaq..” sözləri yazılmış paylaşım olmuşdur. Həmin paylaşımı o, görm üş, like etm iş və öz profilində paylaşmışdır. Həmin paylaşımda məqsədi Gəncə hadisələrini dərindən dərk etməməsiolrnuşdur. Onun fikrincə Yunis adlı şəxs icra hakimiyyətin başçısına xəsarət yetirməklə haqlı hərəkət etmişdir. Sonradan o, hadisənin mahiyyətini başa düşmüşdür. Həmin paylaşımı ondan başqa bir neçə nəfər də paylaşmış, çoxlu sayda like edilmiş və rəylər yazılmışdır. O, həmin şərhlərin bir çoxunu oxumuş, bəzilərini bəyəndiyi üçün like da etmişdir (cild 4, iş vərəqə 128-130). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid31 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Sumqayıt Texnologiyalar parkında tibb qardaşı kimi fəaliyyət göstərir. O, istintaqın sosial şəbəkələrdən istifadə etməsi, müsbət halda hansı sosial şəbəkələrdə hansı adla qeydiyyatdan keçməsi barədə sualına cavab olaraq aktiv sosial şəbəkə istifadəçisi olmasını, “Facebook” sosial şəbəkəsindən istifadə etdiyini, həmin sosial şəbəkədə istifadəçi adının “Şahid31” olmasını, həmin profili “Facebook” da hansı tarixdə qeydiyyat etməyini dəqiq xatırlamadığını, təxminən 8 il müddət olmasını bildirmişdir. O, istintaqın “Facebook” sosial şəbəkəsində mövcud olan əvvəllər adı “Gulu Quliyeva” olan, sonradan isə adı dəyişdirilərək “Cinare Aliyeva” kimi qeyd olunan sosial şəbəkə profilinin istifadəçisini tanıması, müsbət halda həmin şəxs barədə istintaqa nə deyə biləcəyi barədə sualına cavab olaraq “Facebook” sosial şəbəkəsində mövcud olan “Gulu Quliyeva” olan, sonradan isə adı dəyişdirilərək “Cinare Aliyeva” kimi qeyd olunan sosial şəbəkə profilinin istifadəçisini tanımamasını, onunla hər hansısa bir münasibətinin olmamasını bildirmişdir. O, istintaqın “Facebook” sosial şəbəkəsində “Gulu Quliyeva” olan, sonradan isə adı dəyişdirilərək “Cinare Aliyeva” kimi qeyd olunan sosial şəbəkə profilindən 6 iyul 2018-ci il tarixdə saat 10:44 dəqiqədə “Bu şəkli paylaşin polis bil ki sən Yunisi xalq qəhramani etdin ruhun şad olsun qardaşim Yunis qanin yerdə qalmayacaq!”, sözləri yazılm ış paylaşım edərək şəkillər paylaşmış və ona məxsus “Facebook” sosial şəbəkəsində mövcud olan “Şahid31” adlı profili vasitəsi ilə həmin paylaşımı “like” etməsi ilə bağlı nə deyə biləcəyi ilə bağlı sualına cavab olaraq “Facebook” sosial şəbəkəsində mövcud olan “Gulu Quliyeva” olan, sonradan isə adı dəyişdirilərək “Cinare Aliyeva” kimi qeyd olunan sosial şəbəkə profilini tanımasını, həmin profilin sahibini isə tanımamasını bildirmiş, həmin profilin izləyicisi olmuş və demək olar ki paylaşdığı bir çox statusu görmüş, bir çoxlarını “like” etmişdir. O, bunlardan birinin də 6 iyul 2018-ci il tarixdə saat 10:44 dəqiqədə “Bu şəkli paylaşin polis bil ki sən Yunisi xalq qəhramani etdin ruhun şad olsun qardaşim Yunis qanin yerdə qalmayacaq!”, sözləri yazaraq şəkillər paylaşdığı paylaşım olmasını bildirmişdir. Həmin paylaşımı o görmüş və “like” etmişdir. O, həmin paylaşımı “Like” etməkdə hər hansısa bir məqsədinin olmamasını, həmin profil tərəfindən Gəncə hadisələri ilə və digər sahələr üzrə başqa paylaşımlarda olmasını bildirmişdir. O, həmin paylaşımları da görsə də heç bir reaksiya verməmiş, like etməmiş, rəy yazmamış və paylaşım etməmişdir. Həmin paylaşımları ondan başqa bir neçə nəfərin də “like” edərək paylaşdığını bildirmişdir. O, “Facebook” da mövcud olan “Gulu Quliyeva” (Cinare Aliyeva) profilinin sahibinin şəxsiyyəti barədə hər hansı bir məlumat əldə edə bilərsə, bu barədə istintaq orqanının məlumatlandıracağını bildirmişdir (cild 4, iş vərəqə 132-134). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid32 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, “Facebook” sosial şəbəkəsindən istifadə edir, həmin sosial şəbəkədə istifadəçi adının “Şahid32 (Fiko)”-dur. Həmin profili “Facebook”da hansı tarixdə qeydiyyat etməyini dəqiq xatırlamadığını, təxminən 10 il müddət olmasını bildirmişdir. O, istintaqın “Facebook” sosial şəbəkəsində mövcud olan əvvəllər adı “Gulu Quliyeva” olan, sonradan isə adı dəyişdirilərək “Cinare Aliyeva” kimi qeyd olunan sosial şəbəkə profilinin istifadəçisini tanıması, müsbət halda həmin şəxs barədə istintaqa nə deyə bilməsi barədə sualına cavab olaraq “Facebook” sosial şəbəkəsində mövcud olan “Gulu Quliyeva” olan, sonradan isə adı dəyişdirilərək “Cinare Aliyeva” kimi qeyd olunan sosial şəbəkə profilinin istifadəçisini tanımamasını, onunla hər hansısa bir münasibətinin olmamasını bildirmişdir. O, istintaqın “Facebook” sosial şəbəkəsində “Gulu Quliyeva” olan, sonradan isə adı dəyişdirilərək “Cinare Aliyeva” kimi qeyd olunan sosial şəbəkə profilindən 6 iyul 2018-ci il tarixdə saat 10:44 dəqiqədə “Bu şəkli paylaşin polis bil ki sən Yunisi xalq qəhramani etdin ruhun şad olsun qardaşim Yunis qanin yerdə qalmayacaq!”, sözləri yazılmış paylaşım edərək şəkillər paylaşmış və siz özünüzə məxsus “Facebook” sosial şəbəkəsində mövcud olan “Şahid32 (Fiko)” adlı profili vasitəsi ilə həmin paylaşımı like etməsi ilə bağlı istintaqa nə deyə bilməsi ilə bağlı sualına cavab olaraq “Facebook” sosial şəbəkəsində mövcud olan “Gulu Quliyeva” olan, sonradan isə adı dəyişdirilərək “Cinare Aliyeva” kimi qeyd olunan sosial şəbəkə profilini tanımasını, həmin profilin sahibini isə tanımamasını, həmin profilin aktiv izləyicisi olmasım və demək olar ki paylaşdığı hər statusu görməsini bir çoxlarını like edərək paylaşmasını bildirmişdir. O, bunlardan birinin də 0 iyul 2018-ci il tarixdə saat 10:44 dəqiqədə “Bu şəkli paylaşin polis bil ki sən Yunisi xalq qəhramani etdin ruhun şad olsun qardaşim Yunis qanin yerdə qalmayacaq!”, sözləri yazaraq şəkillər paylaşdığı paylaşım olmasını bildirmişdir. Həmin paylaşımı o görmüş və like etmişdir. O, həmin paylaşımı Like etməkdə məqsədinin Gəncə hadisələrini dərindən dərk etməməsinin olmasını bildirmişdir. O, Yunis adlı şəxsin icra hakimiyyətin başçısına xəsarət yetirməklə haqlı hərəkət etməsini düşünmüşdür. Sonradan o hadisənin mahiyyətini başa düşmüş, həmin profil tərəfindən Gəncə hadisələri ilə bağlı başqa paylaşımların da olmasını bildirmişdir. O həmin paylaşımları da görsə də artıq hadisənin mahiyyətini başa düşdüyündən heç bir reaksiya verməmiş, like etməmiş, rəy yazmamış və paylaşım etməmişdir. O, həmin paylaşımları ondan başqa bir neçə nəfərin də like edərək paylaşmasını bildirmişdir (cild 4, iş vərəqə 135-137). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid33 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, aktiv sosial şəbəkə istifadəçisidir. “Facebook” sosial şəbəkəsində Şahid33, “İnstagram” sosial şəbəkəsində isə “babayev_fariz_” adı ilə qeydiyyatdan keçmişdir. “Facebook” profilini təxminən 2012-ci ildə, “İnstagram” profilini isə təxminən 2014-cü ildə açmışdır. İnstagram” sosial şəbəkəsində mövcud olan “reali 99125” adlı sosial şəbəkə profilininin istifadəçisini tanımır. Onunla hər hansı bir münasibəti yoxdur. İstintaqın “İnstagram” sosial şəbəkəsində “orduhantemirhann” adı ilə qeydiyyatdan keçmiş profilin sahibinin 23 fevral 2019-cu il tarixdə “X30.” başlıqlı paylaşım etməsi, həmin paylaşıma “real199125” adlı İnstagram sosial şəbəkə istifadəçisinin hər kəsə açıq olan şərhlər bölməsində - “Şərəfsiz Hadi qarnın donuz kimi yeyib şişirtməknən məşğuldu. Oturub milli məclisdə ağzına gələni ptliyir...Buların hamısın bir gün güllə qarşısına düzsünlər!!!” məzmunlu şərh yazması ilə bağlı suala cavab olaraq bildirmişdir ki, “orduhantemirhann” adı ilə qeydiyyatdan keçmiş profilin sahibi olan Avropada yaşayan Orduxan Teymurxan adlı şəxsi tanıyır. O, Orduxan Teymurxanın demək olar ki, 2 il əvvələ kimi paylaşdığı hər statusu görmüş bir çoxlarını bəyənmişdir. Bunlardan biridə 23 fevral 2019-cu il tarixdə “İnstagram” sosial şəbəkəsində “X30.” başlıqlı paylaşım olmuşdur. Həmin paylaşımı o, görmüşdür. Həmin statusu bəyənməsini isə xatırlamır. O, həmin paylaşımda istifadəsində olmuş “babayev_fariz_” adlı profili vasitəsi ilə “cox gulmeli aciqlama verib baxdim adam eseblewir” sözləri yazılmış rəy bildirmişdir. Həmin sözləri yazmaqda məqsədi Hadi Rəcəblinin həmin çıxışını bəyənməməsi olmuşdur. O, düşünürmüş ki, Hadi həmin çıxışında səhv fikirlər səsləndirir. Həmin paylaşımda digər şəxslərin şərhləri var idi. O, həmin şərhlərin bir çoxunu oxumuş, bəzilərini bəyənmişdir. “İnstagram” sosial şəbəkəsinin “real199125” adlı istifadəçisinin “Şərəfsiz Hadi qarnın donuz kimi yeyib şişirtməknən məşğuldu. Oturub milli məclisdə ağzına gələni piliyir...Buların hamısın bir gün güllə qarşısına düzsünlər!!!” məzmunlu rəy yazmasını xatırlayır. Həmin profilin sahibinin kim olması və şəxsiyyəti barədə heç bir məlumatı yoxdur. O, həmin yazılmış rəyi görmüş, oxumuş, lakin heç bir reaksiya verməmiş və bəyənməmişdir. Sonradan işlərinin çoxluğu ilə əlaqədar sosial şəbəkələrdən uzaqlaşmışdır. “babayev_fariz_” adlı profili hal-hazırdada aktivdir və istifadəsindədir (cild 3, iş vərəqə 247- 249). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin V baş idarəsindən daxil olmuş 11 iyul 2018-ci il tarixli 5/3096 saylı məktubun məzmunundan görünür ki, “Facebook” sosial şəbəkəsinin “Kamil Axundov”, “Gulu Quliyeva” və Rüfet Aliyev” adlı istifadəçiləri ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsinə şərait yaradan hərəkətlər etməyə, habelə hakimiyyətin zorla ələ keçirilməsinə yönələn təkrar açıq çağırışlar etmiş və məlumatlar yaymışdır (cild 1, iş vərəqi 7-12). Cinayət işinin materiallarında olan 11 iyul 2018-ci il tarixdə “Facebook” sosial şəbəkəsinin “Kamil Axundov” adlı istifadəçi hesabına keçirilmiş baxış zamanı həmin hesab tərəfindən ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsinə şərait yaradan hərəkətlər etməyə, habelə hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışları nəzərdə tutan paylaşımlar edildiyi müəyyən edilmişdir (cild 1, iş vərəqi 13-14). Cinayət işinin materiallarında olan 13 iyul 2018-ci il tarixdə “Facebook” sosial şəbəkəsinin “Rüfət Aliyev” adlı istifadəçi hesabına keçirilmiş baxış zamanı həmin hesab tərəfindən ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsinə şərait yaradan hərəkətlər etməyə, habelə hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışları nəzərdə tutan paylaşımlar edildiyi müəyyən edilmişdir (cild 1, iş vərəqi 39-42). Cinayət işinin materiallarında olan 13 iyul 2018-ci il tarixdə “Facebook” sosial şəbəkəsinin “Gulu Quliyeva” adlı istifadəçi hesabına baxış keçirilmiş və baxış zamanı həmin hesab tərəfindən ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsinə şərait yaradan hərəkətlər etməyə, habelə hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışları nəzərdə tutan paylaşımlar edildiyi müəyyən edilmişdir (cild 1, iş vərəqi 36-38). Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs məxsus “İphone 13 Pro Max” markalı mobil telefona keçirilmiş 16 dekabr 2023-cü il tarixli baxış protokolu ilə Təqsirləndirilən şəxs məxsus İphone 13 Pro Max” markalı mobil telefona keçirilmiş baxış zamanı telefona quraşdırılmış “Facebook” mobil tətbiqində “Hamza”, İnstagram sosial şəbəkəsində “real199125” adlı profil hesablarını yaratdığı, həmin profillər vasitəsi ilə aşağıdakı məzmunda paylaşımlar etdiyi müəyyən edilmişdir: - “49 1573 6954799” mobil nömrəsi ilə qeydiyyatdan keçirilmiş “Hamza” adlı profil istifadəçisi tərəfindən edilmiş 10 yanvar 2016-cı il tarixdə ““Neft mənim deyil Xalqımındı. məzmunlu paylaşımının şərhlər bölməsində profil istifadəçisi ilə xx xxx 1998-ci il təvəllüdlü “Ali Hajiyev” adlı profil istifadəçisi arasında aşağıdakı məzmunlu yazışma müəyyən olundu: “Hamza” - Bir gün neft tükənəcək statistika 2025 deyir onnan sora millət nə edəcək? Azərbaycan sənayesi sıfırdı. Ölkəni neft dolandırır “Ali Hajiyev” - yazig olke dolana bilir ki? Bir qeyrete gelib ayagada duran yoxdu, birini tutub iceri basan kimi çəkilir dala, ama bilmirlerki geri cekilmesey her sey yaxsi olar” “Hamza” - Hamı qorxur qaqa tək tək səsin çıxardanı içəri basıb vəhşi kimi çırpıllar dubinkaynan zadnan qabırğaların qırıllar. Birlikdə qalxmaq lazımdı “Ali Hajiyev” - duzdu en berbat olkelerden biridi, en yazig. - 4 iyul 2018-ci il tarixdə Günel Ebilova (Cavadli) adlı istifadəçi tərəfindən paylaşılmış “Prezidentin rəhbərliyi ilə son olaylarla bağlı müşavirə keçirilib. Danışan foto.” başlıqlı həmin dövrdə Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin iclas görüntüsü əks olunmuş fotoşəkilin şərhlər bölməsinə “49 1573 6954799” mobil nömrəsi ilə qeydiyyatdan keçirilmiş “Hamza” adlı profil istifadəçisi tərəfindən “hamısın girib gülləliyib çıxasan )))” məzmunlu; - “49 1573 6954799” mobil nömrəsi ilə qeydiyyatdan keçirilmiş “Hamza” adlı profil istifadəçisi tərəfindən 19 oktyabr 2019-cu il tarixdə “X11 niyə nifrət edirsiz??? Belə Şərəfsiz, alçaq üzr istəyirəm belə itdən əmələ gələn Polisi And olsun Allaha gözümü qırpmadan qarnın güllə ilə dolduraram !!! ermənidən betər şərəfsizlər !!! Namussuz əclaflar yazıq Xalqın nə günahı var...??? AZADLİQ istəyirik biz Tək istədiyimiz AZADLİQDİR !!” məzmunlu; - Təqsirləndirilən şəxs məxsus olan mobil telefona quraşdırılmış “İnstagram” tətbiqinə keçirilən baxış zamanı “İnstagram” tətbiqində “real199125” adlı profil hesabının açıldığı müəyyən olundu. Qeyd olunan profilin “Personal details” başlıqlı bölməsinə baxış zamanı burada “+**********799” mobil nömrəsinin və “23 mart 1991-ci il” doğum məlumatlarının qeyd olunduğu aşkar olundu. Həmin profilə davam etdirilmiş baxış zamanı iş üçün əhəmiyyətli ola biləcək aşağıdakı məzmunlu şərhlərin yazıldığı aşkar olundu: -”orduhantemirhann” adlı istifadəçinin 23 fevral 2019-cu il tarixli “X28, sən 180 manatla dolanırsanmı?” adlı paylaşımına “49 1573 6954799” mobil nömrəsi ilə qeydiyyatdan keçirilmiş “reaH 99125” adlı profil istifadəçisinin - “Şərəfsiz Hadi qarnın donuz kimi yeyib şişirtməknən məşğuldu. Oturub milli məclisdə ağzına gələni piliyir... Buların hamssıın bir gün güllə qarşısına düzsünlər!!!” məzmunlu; - “azadliqradiousu” xəbər səhifəsində 11 oktyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2019-cu il tarixli Türkmənistanın paytaxtı Aşqabadda MDB Başçıları Şurasının iclasında iştirakı etməsi ilə bağlı paylaşımına “49 1573 6854799” mobil nömrəsi ilə qeydiyyatdan keçirilmiş “reaH 99125” adlı profil istifadəçisinin - “Üzr istəyirəm hər kəsdən......belə danışıqlara ki , 26 ildi gedir ortada b ir.......yoxdu... Mən anadan olannan danışıqlar gedir. Bular ölüb gedəcək oğlanları, nəvələri davam edəcək danışıqları.. Nəvələri də nə biləcək Qarabağ nədi??? Söndürün paylaşmayın belə şeyləri.. Ya Qarabağsızlıqla barışın yada çıxın küçələrə susmayın...!!” məzmunlu; “hamamtimestv” adlı xəbər səhifəsinin 19 oktyabr 2019-cu il tarixli Bakıda keçirilmiş mitinqlə bağlı paylaşımına “49 1573 6954799” mobil nömrəsi ilə qeydiyyatdan keçirilmiş “reaH 99125” adlı profil istifadəçisinin - “Gec-Tez Allahın izni ilə Rədd olacaq bu hökümət!! Elə bil düşmənin qarşısın almağa çalışırlar Şərəfsizlər!! Bunun üçündə tədbir görürlər..Tfu sizin mundar qanınıza !! Haqqı deməyə imkan verməyən it sürüləri., ermənilərə lağ edirik, söyürük ancaq hamımız gördük onlarda paşinyanı devirməyə çalışan küçəyə çıxan sivillərə , ordu belə qoşuldu... Bunlar bu gün öz millətin döyüb öldürməyə çıxıblar...Betərsiz ermənidən...!!!” məzmunlu; 34 “hamamtimestv” xəbər səhifəsində 2 oktyabr 2019-cu il tarixdə “Qansızlığa, qəddarlığa bax! başlıqlı “Azəravtoyo!” əməkdaşlarının ağacları çıxarması əks olunan videogörüntülü paylaşıma “49 1573 6954799” mobil nömrəsi ilə qeydiyyatdan keçirilmiş “reali 99125” adlı profil istifadəçisinin - Üzr istəyirəm hər kəsdən “Peysərlər iş başında !!”, Allaha and olsun bunlar olan yerdə erməniyə gərək yoxdu.. Çünki bir ermənidən betər ancaq bunları edə bilər.. Hamısın güllələyib öldürərəm !!” məzmunlu; -”orduhantemirhann” adlı istifadəçinin X30. Başlıqlı 23 fevral 2019-cu il tarixli paylaşımının şərhlər bölməsinə “49 1573 6954799” mobil nömrəsi ilə qeydiyyatdan keçirilmiş “reali99125” adlı profil istifadəçisinin - “Şərəfsiz Hadi qarnın donuz kimi yeyib şişirtməknən məşğuldu. Oturub milli məclisdə ağzına gələni piliyir...Buların hamısın bir gün güllə qarşısına düzsünlər!!!” məzmunlu (cild 3, iş vərəqi 194-206). Cinayət işinin materiallarında olan DTX V baş idarəsindən daxil olmuş 13 iyul 2018-ci il tarixli 5/3173 saylı məktubun məzmunundan aydın olur ki, “Facebook” sosial şəbəkəsinin “Kamil Axundov” adlı istifadəçisi müvafiq sosial şəbəkəyə 95.90.229.17 nömrəli İP ünvanından qoşulmuşdur. Həmin İp ünvana məxsus məlumatlara nəzər saldıqda bu İP-nin “X9” məxsus olduğu, həmin İP-nin Almaniyanın Reinlənd-pfalz regionunun Kaizerslautern şəhəri ərazisində istifadə edilməsi, dinamik İP olması və həmin provayderin yerləşdiyi ərazinin poçt kodunun 67655 olması müəyyən edilmişdir (cild 1, iş vərəqi 49-96). Cinayət işinin materiallarında olan DTX V Baş idarəsindən daxil olmuş 18 iyul 2018-ci il 5/3339 saylı məktubun məzmunundan görünür ki, “Facebook” sosial şəbəkəsinin “Kamil Axundov” şərti adlı istifadəçisi (FBİD **********96149) 14 iyul 2018-ci il tarixdə profil üzrə istifadəçi adını dəyişmiş, həmin vaxtdan sonrakı yazışmaları “Həmid Əsədov” adı ilə aparmışdır. Bundan başqa, həmin məktubun məzmunundan aydın olur ki, “Facebook” sosial şəbəkəsinin “Kamil Axundov” şərti adlı istifadəçisi müvafiq sosial şəbəkəyə 95.90.229.17 nömrəli İP ünvandan qoşulmuşdur. 17 iyul 2018-ci il tarixdə “Facebook” sosial şəbəkəsinin “Kamil Axundov” “Həmid Əsədov” şərti adlı profil hesabına şifrəli video-link göndərilmiş, həmin video-linkə daxil olması nəticəsində qoşulmanın 95.90.229.65 nömrəli İP ünvandan həyat keçirilməsi barədə informasiya əldə edilmişdir. Qeyd olunan İP ünvanlar Almaniyanın Reyrıland-Pfalts vilayətinin Kayzerslautern (Kaizerslautern) şəhəri ərazisində istifadə edilir və “X9” məxsusdur. Çoğrafi kordinatlara uyğun olaraq elektron xəritələr üzərində hər iki İP-nin şəhərin eyni ərazisində istifadə edildiyi müəyyənləşdirilmişdir. Qeyd olunanları nəzərə alaraq, sözügedən İP ünvanların qeydə alındığı Almaniyanın Kaizerslautern şəhərində məskunlaşan Azərbaycan mənşəli istifadəçilərin “Facebook” qeydiyyatları araşdırılmış “Hamza” şərti adlı istifadəçinin profili diqqəti cəlb etmiş, həmin profil istifadəçisi ilə bağlı araşdımalar zamanı onun, Təqsirləndirilən şəxs olduğu, əlaqə vasitəsi kimi evanescence Elektron ünvan 1 elektron poçt ünvanının qeyd olunduğu, həmçinin “Facebook” sosial şəbəkəsinin “Kamil AxundovVHəmid Əsədov” adlı profil hesablarının Təqsirləndirilən şəxs tərəfindən idarə olunduğu müəyyən edilmişdir (cild 1, iş vərəqi 123-135). Cinayət işinin materiallarında olan 19 fevral 2024-cü il tarixli əməliyyat tapşırığına cavab olaraq DTX Vİ baş idarəsindən daxil olmuş 16 mart 2024-cü il tarixli 6/539 saylı məktubun məzmunundan aydın olur ki, “Facebook” sosial şəbəkəsində “Kamil Axundov” adı ilə qeydiyyatdan keçmiş istifadəçi profili Azərbaycan Respublikasının vətəndaşı, xx xxxx 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məxsusdur (cild 4, iş vərəqi 179). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsində daxil olmuş 20 iyul 2018-ci il tarixli 08/7265M2 saylı məktubun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşıdır (cild 1, iş vərəqi 165). Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs könüllü şəkildə etdiyi 2 iyun 2024-cü il tarixli 3-39-9/1-M-455-42/23 saylı müraciətindən görünür ki, o, 2018-ci ildə ona məxsus olan bir neçə saxta profil yaratdığını, “Gulu Quliyeva”, “Rüfət Aliyev” və “Kamil Axundov” adı ilə “Facebook” səhifəsi yaradaraq Gəncə hadisələrinə münasibət bildirdiyini, hadisələri düzgün şəkildə qiymətləndirmədiyini, insanları etiraz etməyə çağırdığın qeyd etmiş və əməlindən peşman olduğunu bildimişdir (cild 2, iş vərəqi 8). Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs könüllü şəkildə etdiyi 5 iyun 2024-cü il tarixli 3-39-9/1-M-464-42/23 saylı müraciətindən görünür ki, o, istintaqa dəvət olunaraq könüllü şəkildə ifadə vermək istədiyini, həmin ifadəsi “Facebook” sosial şəbəkəsində “Gulu Quliyeva”, “Rüfət Aliyev” və “Kamil Axundov” adlı profil hesabları açaraq ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması onların sağlamlığına zərər vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsinə şərait yaradan hərəkətlər edilməsinə, habelə hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar etməsini etiraf etmişdir (cild 2, iş vərəq 25). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 18782 saylı 31 iyul 2018-ci il tarixli ekspert rəyindən görünür ki, “Facebook” sosial şəbəkəsinin “Gulu Quliyeva” adlı profil hesabından 5 iyul 2018-ci il saat 13:01-də, 11 iyul 2018-ci il saat 13:18-də, 13 iyul 2018-ci il tarixlərdə, habelə həmin sosial şəbəkənin “Rüfət Aliyev” adlı profil hesabından 9 iyul 2018-ci il saat 13:27-də, 11 iyul 2018-ci il saat 11:20-də edilən paylaşımların məzmununda insanları kütləvi ixtişaşlara, hakimiyyət nümayəndələrinə müqavimət göstərməyə, hakimiyyətin zorla ələ keçirilməsinə, Azərbaycan Respublikasında ctimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları ərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması onların sağlamlığına zərər vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsinə şərait yaradan 36 hərəkətlər edilməsinə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsinə açıq çağırışlar edilməsi əlamətləri mövcuddur (cild 1, iş vərəqi 166-171). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 19667 saylı, 29 avqust 2018-ci il tarixli ekspert rəyindən görünür ki, “Facebook” sosial şəbəkəsindəki “Kamil Axundov”, “Gulu Quliyeva” və “Rüfət Aliyev” istifadəçi adı ilə paylaşılmış rəylərin və fotoşəkillərin məzmununda ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması onların sağlamlığına zərər vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsinə şərait yaradan hərəkətlər edilməsinə, habelə hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar edilməsi əlamətləri mövcuddur (cild 1, iş vərəqi 178-182). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 3-16-16/2-4/51 saylı 31 yanvar 2024-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Facebook” və “İnstagram” sosial şəbəkələrindəki paylaşımlarında hakimiyyət nümayəndələrinə qarşı terror hərəkətlərinin (güllələmək) törədilməsinə, hakimiyətin zorla ələ keçirilməsi, zorla saxlanılması məqsədilə insanların kütləvi etiraz aksiyalarına qalxmasına yönələn açıq çağırış əlamətləri mövcuddur (cild 4, iş vərəqi 44-51). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 5/128 saylı 5 fevral 2024-cü il tarixli ekspert rəyindən görünür ki, təqdim edilmiş 1 ədəd sensor ekran və “İOS 16.5” əməliyyat sistemi ilə təchiz olunmuş “İphone 13 pro max” markalı “A2643” modelli “**********54900” və “**********13221” İMEİ kodlu smartfone işlək vəziyyətdədir. Təqdim olunmuş “İphone 13 pro max” markalı “A2643” modelli mobil smatrfonun yaddaşında “Hamza” istifadəçi adı və “49 1573 6954799” abonent nömrəsi ilə qeydiyyatdan keçmiş “Whatsapp” proqram təminatı, “İnstagram” sosial şəbəkəsinə aid ‘hamzamemmedli”, “real199125”, “admir_al111”, “evanescence_memmedli”, “İinkinpark215” və ‘hamza_admiral” adlı istifadəçi profilləri müəyyən olunmuşdur. 37 Cild 4, vərəq 88-93. 17/927 saylı 03 iyul 2023-cü il tarixli məktuba əlavə edilmiş arayışla. AR DTX Kİbertəhlükəsizlik Əməliyyatları mərkəzindən daxil olmuş 17/927 saylı 03 iyul 2023-cü il tarixli məktuba əlavə edilmiş arayışın məzmunundan aydın olur ki, Təqsirləndirilən şəxs məxsus “iphone” markalı “13 pro max” modelli baxış keçirilməklə orada evanescence Elektron ünvan 1, Elektron ünvan 2, Hamza Elektron ünvan 3, Elektron ünvan 4 adlı elektron poçt hesablarının olduğu müəyyən edilmişdir. Eyni zamanda həmin arayışın məzmunundan görünür ki, tədqiq olunan mobil telefondakı “Apple İD” (Elektron ünvan 4) hesabı vasitəsi ilə 27 avqust 2022-ci il tarixdə “Facebook”, “İnstagram” və “whatsapp” tətbiqləri quraşdırılmış olmuş, lakin hazırda həmin telefonda mövcud deyildir (cild 4, iş vərəqi 89-93). Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzindən daxil olmuş 1579 saylı 7 iyun 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, o, törətdiyi əməl barəsində anlaqlı hesab olunur. Həmçinin, qeyd olunan ekspert rəyinin tədqiqi hissəsindən aydın aydın olur ki, Təqsirləndirilən şəxs istinad edilən əməl barədə soruşduqda o, 2018-ci ildə sosial şəbəkələrdə “Gəncə hadisələri” ilə bağlı müəyyən fikirlər bildirərək paylaşdığını söyləmiş və əməlindən peşman olduğunu qeyd etmişdir (cild 2, iş vərəqi 186-188). Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqi 213). Cinayət işinin materiallarında olan 29 mart 2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs “Facebook” sosial şəbəkəsində yaratdığı saxta profillər vasitəsi ilə etdiyi ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsinə şərait yaradan hərəkətlər etməyə, habelə hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışları nəzərdə tutan paylaşımların yazıldığı, habelə Təqsirləndirilən şəxs öz adına rəsmiləşdirmiş “Facebook” sosial şəbəkəsində “Hamza”, “İnstagram” sosial şəbəkəsində “real199125” adlı profilləri vasitəsi ilə etdiyi ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsinə şərait yaradan hərəkətlər etməyə, habelə hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışları nəzərdə tutan paylaşımların yazıldığı 4 ədəd CD disklər, habelə onun istifadəsində olan 1 ədəd “İphone 13 Pro Max” markalı mobil telefon, həmçinin, həmin mobil telefonun ekspert tədqiqi zamanı aşkar edilmiş “Hamza” istifadəçi adı və “+**********799” abonent nömrəsi ilə qeydiyyatdan keçmiş “whatsapp” proqram təminatı, “İnstagram” sosial şəbəkəsinə aid “hamzamammedli”, “real199125”, “admir_al111”, “evanescence_memmedli”, “İinkinpark215” və “hamza_admiral” adlı istifadəçi profillərinə dair rəqəmsal izlərin köçürüldüyü xarici yaddaş qurğusu maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 4, iş vərəqi 267-268). Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyul 2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli tutulduğu gündən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 154- 157). Cinayət işinin materiallarından olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 2 iyun 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqi 192-236). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2 və 281.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələrlə təqsirli bilinməli və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2 və 281.2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2-ci maddəsi ilə tövsif edilmiş əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “az ağır”, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə tövsif edilmiş əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilmişdir. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq qəti azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 2 iyun 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Təqsirləndirilən şəxs paylaşımlarının yazıldığı 4 ədəd CD disklər, ona məxsus 1 ədəd “İphone 13 Pro Max” markalı mobil telefonun ekspert tədqiqi zamanı aşkar edilmiş “Hamza” istifadəçi adı və “+**********799” abonent nömrəsi ilə qeydiyyatdan keçmiş “whatsapp” proqram təminatı, “İnstaqram” sosial şəbəkəsinə aid “hamzamammedli”, “real199125”, “admir_al111”, “evanescence_memmedli”, “İinkinpark215” və “hamza_admiral” adlı istifadəçi profillərinə dair rəqəmsal izlərin köçürüldüyü xarici yaddaş qurğusu cinayət işinin materiallarında saxlanılmalı, -cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs istifadəsində olmuş 1 ədəd “İphone 13 Pro Max” markalı mobil telefon onun qohumlarına qaytarılmalıdır. İş üzrə ekspertiza xərci olan 780 (yeddi yüz səksən) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2 və 281.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 2 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: -Təqsirləndirilən şəxs paylaşımlarının yazıldığı 4 ədəd CD disklər, ona məxsus 1 ədəd “İphone 13 Pro Max” markalı mobil telefonun ekspert tədqiqi zamanı aşkar edilmiş “Hamza” istifadəçi adı və “+**********799” abonent nömrəsi ilə qeydiyyatdan keçmiş “whatsapp” proqram təminatı, “İnstaqram” sosial şəbəkəsinə aid “hamzamammedli”, “real199125”, “admir_al111”, “evanescence_memmedli”, “İinkinpark215” və “hamza_admiral” adlı istifadəçi profillərinə dair rəqəmsal izlərin köçürüldüyü xarici yaddaş qurğusu cinayət işinin materiallarında saxlanılsın, -cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs istifadəsində olmuş 1 ədəd “İphone 13 Pro Max” markalı mobil telefon onun qohumlarına qaytarılsın. İş üzrə ekspertiza xərci olan 780 (yeddi yüz səksən) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar