Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-249/2021 18.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, müdafiəçi, Bakı şəhəri 15 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Sumqayıt şəhəri, YAT-6A, Sülh küçəsi, məhəllə 76-da qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 5, mənzil 72-də yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, fərdi qaydada sifariş qəbul edib vətəndaş Şahid4 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, İsgəndər Qasımov küçəsi 49-da yerləşən fərdi yaşayış evinin təmirinə başladıqdan bir neçə gün sonra hörgü işlərinin görülməsi üçün həmin evə tanışı Zərərçəkmiş şəxs fəhlə kimi dəvət etmiş, sonuncu xx xxxxx 2020-ci il tarixdə qeyd olunan ünvana gəlib hörgü işlərinə başlayıb günorta saatlarında birlikdə yemək yeyərkən spirtli içki qəbul etdikdən sonra Zərərçəkmiş şəxs ev sahibinə evin çardağının təmir edilməsi üçün başqa ustanı məsləhət görüb və onları həmin ünvana gətirdiyini öyrəndikdə evin sahibi ilə çardağın da təmir işini özünün görməli olduğunu razılaşdıqlarını bildirib Zərərçəkmiş şəxsla mübahisə etməyə başlamış, mübahisə zamanı Zərərçəkmiş şəxs onu biədəb sözlərlə təhqir edib və bir dəfə yumruqla sol gözünə zərbə vurmuş, Zərərçəkmiş şəxs orada olan şəxslər tərəfindən aralaşdırılıb oradan uzaqlaşdırıldıqdan sonra Zərərçəkmiş şəxsla mübahisələrini aydınlaşdırmaq üçün telefonda danışdıqda sonuncu yenidən onun ünvanına biədəb sözlər deyib təhqir etməsinə və ilkin mübahisə zamanı onu yumruqla vurmasına görə qisas almaq məqsədi ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlmiş, bu niyyətlə Zərərçəkmiş şəxs həmin gün Sumqayıt şəhəri, Koroğlu prospektində yerləşən “Səməd” marketin yaxınlığına çağırmış, Zərərçəkmiş şəxs xx xxxxx 2020-ci il tarixdə, saat 19 radələrində həmin marketin yaxınlığında Sumqayıt şəhəri, 12-ci mikrorayon, Üzeyir Hacıbəyov küçəsində istifadə olunmayan boş sahəyə gəldikdən sonra orada aralarında baş vermiş münaqişə ilə əlaqədar dalaşmağa başlamış, dava zamanı öz niyyətini həyata keçirmək məqsədi ilə sonuncu ilə görüşə gələrkən Corat qəsəbəsində təmir etdiyi evdən götürdüyü və üzərində gətirdiyi mətbəx bıçağını cibindən çıxarıb ardıcıl olaraq qəsdən Zərərçəkmiş şəxs həyat üçün vacib orqanlarının yerləşdiyi nahiyələrinə zərbələr vurub sonuncuya qarının ön divarında göbəkdən 2 sm solda qarın boşluğuna nüfuz edib qaraciyəri zədələyən deşilmiş-kəsilmiş yarası, sol qabırğaaltı nahiyənin qarın boşluğuna nüfuz edən və diafraqmanı zədələyən deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yan səthinin döş boşluğuna nüfuz edən, sol Vİİ qabırğanın qapalı sınığı və hemopnevmotoraksla müşayiət olunmuş kəsilmiş-deşilmiş yarasından ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran 3 ədəd xəsarət, döş qəfəsinin sol yan səthinin deşilmiş-kəsilmiş yaralarından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan 2 ədəd yüngül xəsarət, sol qoltuq çuxurunun arxa divarının səthi kəsilmiş-deşilmiş yarası, sol kürəkaltı nahiyənin səthi kəsilmiş-deşilmiş yarası, sol saidin iç səthinin səthi deşilmiş-kəsilmiş yarası, sağ gicgah nahiyəsinin səthi kəsilmiş-deşilmiş yarasından ibarət sağlamlığa zərər vurmayan 4 ədəd xəsarət, ümumilikdə 3 ədədi daxilə nüfuz etməklə dərəcəsinə görə ağır olan, cəmi 9 ədəd deşilmiş-kəsilmiş xəsarət yetirmiş, qeyd olunan xəsarətləri yetirərkən yıxıldığından, Zərərçəkmiş şəxs bundan istifadə edərək oradan qaçaraq uzaqlaşdığından, həmin vaxt orada olan qardaşı Şahid1 tərəfindən bıçaq əlindən alınmaqla oradan kənarlaşdırıldığından və Zərərçəkmiş şəxs özü vaxtında X6 stansiyasına xəbər verərək X6 Xəstəxanasına çatdırılıb tibbi yardım göstərilərək həyatı xilas edildiyindən öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə elan olunmuş ittihamda deyil, həmin məcəllənin 129-cu maddəsi özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2004-cü ildə Qanuni nümayəndə ilə ailə qurmuşdur. Həmin nikahdan 2005-ci il təvəllüdlü Şahid5 adlı övladı doğulmuşdur. Həbs olunan günədək fərdi qaydada ev təmiri ilə əlaqədar sifarişlər qəbul edərək ustalıqla məşğul olmuşdur. Zərərçəkmiş şəxs tanışıdır. Ramilin onun qardaşı Kamran ilə daha yaxın münasibətləri vardır. Ramil bir neçə dəfə ev təmir edərkən onun yanında fəhləlik etmişdir. Onunla münasibətləri hadisəyədək normal olmuşdur. Mahiyyəti üzrə bildirir ki, 2020-ci ilin aprel ayında Corat qəsəbəsində ev təmir edərkən hörgü ilə əlaqədar əlavə köməyə ehtiyac olmuş və bununla bağlı qardaşı Kamrandan soruşduqda o, tanışı Zərərçəkmiş şəxs bir nəfər şəxslə birgə gəlib kömək edə biləcəyini bildirmişdir. xx xxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs tanışı ilə birgə gəlib işləməyə başlamışlar. Nahar vaxtı həyətdə kabab bişirilmiş və ev sahibi Ramil adlı şəxs, Zərərçəkmiş şəxs və Ramilin gətirdiyi adını xatırlamadığı usta ilə birlikdə nahar etməyə başlamışlar. Stolda spirtli içki də olmuşdur. O, təxminən 50 qrama yaxın spirtli içki qəbul etmiş, yeməyini yedikdən sonra işinin başına qayıtmışdır. Ramilgil isə spirtli içki qəbul etməyə davam etmişlər. Bir qədər sonra ikinci mərtəbədə tavan işlərini görərkən iki nəfər tanımadığı şəxsin otağa daxil olduqlarını görmüşdür. Ev sahibindən həmin şəxslərin kim olduğunu soruşduqda, ev sahibi ona həmin şəxslərin şifer ustası olduqlarını, evin dam örtüyünün navalçasını təmir edəcəklərini, həmin ustaları Zərərçəkmiş şəxs tapdığını bildirmişdir. O, əvvəlcədən ev sahibi ilə şiferi təmir etməyi də razılaşdığına görə həmin işə görə ev sahibinin başqa usta çağırmasına əsəbləşmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs onun özü ora fəhlə kimi cəlb etdiyi halda Ramilin ondan xəbərsiz ona həvalə olunmuş işə görə başqa ustanı məsləhət görməsini qəbul edə bilməmişdir. Buna görə əvvəlcə ev sahibinə iradını bildirmişdir. Ev sahibi həmin ustaları yola salmış və onlara xəbər edəcəyini bildirmişdir. Daha sonra o, aşağı düşərək evin həyətində Zərərçəkmiş şəxsla mübahisə etməyə başlamışdır. Belə ki, Zərərçəkmiş şəxs onun fəhlə kimi cəlb etdiyi halda evin təmirinə ondan xəbərsiz ev sahibinə başqa usta məsləhət görməsini irad tutanda Ramil ona əcəb etdiyini bildirmiş və onlar mübahisə etməyə başlamışlar. Həmin vaxt Zərərçəkmiş şəxsla yaxalaşmışlar. Ramil onun üstünə hücum çəkəndə ev sahibinin oğlu onu tutaraq Ramili və onu aralamışdır. Axşam radələrində işini bitirib çıxmağa hazırlaşarkən Zərərçəkmiş şəxs ona zəng etmişdir. Onun əli yaş olduğuna və həmin vaxt əynini dəyişdiyinə görə yanında olan oğlu Turaldan telefona cavab verib selektora qoşmasını istəmişdir. Oğlu telefona cavab verib selektoru qoşduqda Zərərçəkmiş şəxs onun ünvanına ağır anaarvad-bacı söyüşləri söyməyə başlamış və onu görüş üçün Sumqayıt şəhəri 18-ci mikrorayona, “Elmar” marketin qabağına çağırmışdır. O, Ramilə “səninlə sonra görüşəcəm” deyib telefonu söndürmüşdür. Ramil ona yenidən yığmış və onu “Səməd” marketin yanına çağırmışdır. O, bundan sonra əynini geyinmiş, oğlu Turalla birlikdə Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən “Səməd” marketin yanına getmişdir. O, sonra qardaşına zəng edərək getdiyi yeri ona demişdir. Ora çatanda Zərərçəkmiş şəxs yanında əvvəllər bir dəfə gördüyü, lakin münasibətinin olmadığı Amil adlı şəxs və tanımadığı özünü Bilal kimi təqdim edən digər bir nəfər şəxsi görmüşdür. Bu zaman Zərərçəkmiş şəxs onu kənara çəkib yenə söyüş söyməyə davam etmiş və ona yumruqla zərbə endirmişdir. Ramil ona ana-bacı söyüşü söyməkdə davam etdiyi üçün o da üzərində olan bıçaqla Ramilə xəsarətlər yetirməyə başlamışdır. Hadisə zamanı gecə qaranlıq vaxtı olmuşdur. O, Ramili neçə dəfə və hansı nahiyələrindən vurmağını xatırlamasa da, ilk zərbəni qarnından vurduğunu xatırlayır. Sonra o, ani məqamda ayağının büdrəməsini hiss etmiş və özünə gəlib Ramili bıçaqlamağı dayandırmışdır. Həmin vaxt oğlu, qardaşı və Ramilin yanında gələn şəxslər kənarda dayanmış və onlar Ramillə onun mübahisə etdiklərini bilməmişlər. O, Ramili vurandan sonra Ramil qarnını tutub çıxıb getmişdir. Qeyd edir ki, istəsəydi Ramilin arxasınca gedib onu öldüyünü görən anadək ona bıçaq xəsarətləri yetirə bilərdi. Onun Ramili öldürmək niyyəti olmamışdır. Sadəcə Ramil onun 2 il əvvəl rəhmətə gedən anasını söydüyünə görə o, ani olaraq özünü itirmiş və bıçaq xəsarətləri yetirmişdir. Ramil eyni zamanda onunla üzbəüz olanda da anasını nalayiq söyüşlərlə təhqir etməyə başlamışdır. O, sonra evə gəlmiş və təmir etdiyi evin açarlarını ev sahibinə verib polisə könüllü təslim olmaq üçün yola çıxmışdır. Sumqayıt şəhərində 7 nömrəli avtobusda olarkən ona polisdən zəng gəlmişdir. Həmin polisin qardaşına görə zəng etdiyini zənn etmişdir. Çünki o, hadisəni törətdikdən sonra internetdə xəbərlərdə göstərilmişdir ki, guya Ramili qardaşı bıçaqlamışdır. Polis əməkdaşı onun harada olmağını soruşmuş və israrla onun olduğu yerdə avtobusdan düşüb dayanmağını, onları gözləməyini bildirmişdir. O, nə qədər polisə könüllü təslim olmağa getdiyini bildirsə də, polis əməkdaşı ona avtobusdan düşməyi israr etmişdir. O, avtobusdan düşmüş “Niva” markalı avtomobildə 3 nəfər polis əməkdaşı ilə birlikdə Sumqayıt Şəhər Polis İdarəsinə getmiş və könüllü olaraq Ramili bıçaqladığını etiraf etmişdir. Hazırda Ramillə barışmış, ona vurulmuş ziyan, o cümlədən işləmədiyi müddətdə ailəsinə maddi yardım ödəmişdir. Törətdiyi əmələ görə səmimi peşmandır. Bununla belə, Təqsirləndirilən şəxs bilavasitə hadisənin baş vermə təfərrüatları ilə bağlı ibtidai istintaq zamanı müdafiəçilərinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, hadisə yerində Ramil ona yaxınlaşmış, qoluna girib söhbət etmək üçün onu qırağa çəkmiş, Zərərçəkmiş şəxsla o, bir az kənara aralaşdıqdan sonra o, birinci yumruğu Zərərçəkmiş şəxs sifət nahiyəsindən vurmuşdur. Sonra əvvəlcədən özü ilə tikintidən gətirdiyi mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qarın və döş qəfəsi nahiyələrindən təxminən 10 dəfə zərbə vurmuşdur. Həmin vaxt Ramil yerə yıxılmış və o, Ramilin boğazına bıçağı yaxınlaşdırmış və dirəmişdir. Lakin həmin vaxt onları qardaşı Kamran, Amil və Bilal aralamışlar. Sonra Zərərçəkmiş şəxs ayağa qalxıb kənara surətlə qaçmışdır. Qardaşı Kamran bıçağı onun əlindən almış və birlikdə evə getmişlər (cild 1, iş vərəqi 23-24, 51-53, 113-119, 226-232). Zərərçəkmiş şəxs məhkəmədə ifadəsində göstərdi ki, o, fəhləliklə məşğul olub ailəsini dolandırır. Təqsirləndirilən şəxs 2009-cu ildən tanıyır. Həmin dövrdə onlar birlikdə asfalt zavodunda işləmişlər. Elxanla yaxın münasibətləri olmamış, sadəcə tanışlıqları olmuşdur. Həmin vaxt Elxanın qardaşı Kamran da onunla eyni işdə işləmiş və əslində Kamranı Elxan vasitəsi ilə tanımışdır. Elxanla hadisə baş verənədək hər hansı mübahisəsi, düşmənçiliyi və ya ədavəti olmamışdır. 2020-ci ilin aprel ayında Elxan ona zəng edərək Corat qəsəbəsində ev təmir etdiyini demiş və hörgü işinin görülməsini ona təklif etmişdir. O, həmin təkliflə razılaşmış və xx xxxxx 2020-ci il tarixdə tanışı Vüqarla birlikdə həmin evə gedib işə başlamışdır. Nahar vaxtı həyətdə kabab bişirilmişdir. O, Elxan, ev sahibi Ramil, Vüqar birlikdə stol arxasında əyləşib yemək yeməyə başlamış, spirtli içki də qəbul etmişlər. Elxan çox az içmiş və işinin başına qayıtmışdır. O, təxminən 6-7 qədəh, yəni təxminən 200-300 qramdan çox içki içmişdir. Yeməkdən əvvəl o, hörgü işləri görərkən ev sahibi Ramil ondan navalça ustası tapmağını xahiş etmişdir. O da Zauru məsləhət bilib çağırmışdır. Bir qədər sonra Zaur adlı navalça ustası digər adını bilmədiyi usta ilə birlikdə həmin evə gəlmişlər. Zaurgil onlarla görüşdükdən sonra ev sahibi Ramillə birgə evə baxmağa başlamışlar. Evin yiyəsi Zaura, digər navalça ustaları ilə danışdıqdan sonra ona yekun fikrini deyəcəyini bildirdikdən sonra Zaurgil çıxıb getmişlər. Bundan sonra Elxan ondan xəbərsiz ev sahibinə navalça ustası kimi Zauru məsləhət gördüyünə görə ona irad tutub mübahisə etməyə başlamışdır. Bu vaxt o, Elxanın anasının və özünün ünvanına nalayiq söyüşlər söymüş və əsəbləşərək Elxanın sol gözünə bir dəfə yumruq vurmuşdur. Bu zaman ev sahibi Ramil, ev sahibinin oğlu Ruslan, Vüqar, Elxanın oğlu Tural və qardaşının oğlu Fərid onları aralalamışlar. O da iş saatı başa çatdığından saat 18 radələrində çıxıb getmişdir. O, evə getdikdən sonra Elxana zəng edib sonuncunu “Səməd” marketin yanında görüşməyə çağırmışdır. O, telefonda yenidən Elxanın özünə və anasına söyüşlər etmişdir. O, Elxanla görüşməyə gedəndə qonşuları və dostları olan Bilala və Amilə zəng edib yanına çağırmışdır. O, dostlarına Elxanla davası olduğunu bildirsə də, onlara kənarda dayanmağı, onların davalarına qarışmamağı və onları ayırmamağı tapşırmışdır. Bir neçə dəqiqə sonra “Səməd” marketin qarşısına çatdıqda marketin arxasında Vüqar, Kamran, Elxan, Elxanın oğlu Tural və qardaşı oğlu Fəridin orada olduğunu görmüşdür. Ora çatıb Elxanı kənara çağırmış və həmin an Elxanı yumruqla vurmuşdur. O, həmin vaxt da Elxanın anasının və özünün ünvanına nalayiq söyüşlər söymüşdür. Amma Elxan onu söyməmişdir. O, Elxanla yaxalaşanda bu zaman qarın nahiyəsinin yaş olduğunu hiss etmiş və əlini paltarının altına saldıqda qan gördüyündən artıq bıçaqlandığını başa düşmüşdür. O, bir az geri çəkilib Elxana onu bıçaqladığını demişdir. Bu vaxt Elxan şokda olmuş və bir-iki addım geri çəkilib dayanmışdır. O, dərhal oradan aralanıb qaçaraq uzaqlaşmışdır. O, qanaxma olacağından qorxduğu üçün təxminən 300-400 metr qaçdıqdan sonra “Araz” marketin qarşısında oturub yoldan keçən şəxslərdən birindən mobil telefon istəmişdir. Həmin şəxs telefonunu verdikdən sonra o, X6 stansiyasına xəbər vermişdir. Bir neçə dəqiqə sonra həkimlər gələrək onu X6 xəstəxanasına aparmışlar. Sonradan huşunu itirdiyindən heç nə yadında qalmamışdır. Ayılandan sonra öyrənmişdir ki, Elxan ona çoxsaylı bıçaq xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxsla dalaşarkən onlar hər ikisi ayaq üstə olmuşlar. İtələşdikdən sonra, bir-birlərini yumruqla vurmağa çalışmışlar. Hazırda o, Təqsirləndirilən şəxsla barışmışdır, ondan heç bir tələbi və şikayəti yoxdur. Elxanın ailəsi tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənilmişdir. Onun səhhətinə görə işləmədiyi müddət ərzində onun ailəsi ona maddi köməklik etmişdir. Şahid1 məhkəmədə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Zərərçəkmiş şəxs isə 2011-ci ildən tanıyır. Onlar eyni vaxtda asfalt zavodunda fəhlə işləmişlər. Hər ikisi də həmin zavoddakı işdən ayrılmaqlarına baxmayaraq, ünsiyyət saxlamışlar. 2020-ci ilin aprel ayının ortalarında təmir etdikləri evdə qardaşı Elxanla onun təcili bir ustaya ehtiyacları yaranmışdır. Buna görə də o, Ramillə əlaqə saxlamışdır. xx xxxxx 2020-ci il tarixdə isə Ramillə Vüqar onların təmir işləri apardıqları Sumqayıt şəhəri, Corat qəsəbəsindəki Ramil adlı şəxsə məxsus evdə səhər tezdən işlərinə başlamışlar. Günorta saatlarında isə Elxan onlar üçün kabab çəkmişdir. O da ustalar üçün süfrə qurmuşdur. O, Elxan, Ramil, Vüqar, ev sahibi Ramil, qardaşı oğlu Fərid birlikdə oturub yemək yemiş, içki içmişlər. Daha sonra digər qardaşı oğlu Tural da gəlib onlara qoşulmuşdur. Bir az onlarla əyləşdikdən sonra Elxan işlərini tamamlamalı olduğu üçün süfrədən qalxmış, onlar isə hələ də yeməklərinə davam etmişlər. Bu zaman qapıdan içəri iki nəfər şəxs daxil olmuşdur. O, dərhal onlardan kim olduqlarını soruşduğu zaman Zərərçəkmiş şəxs ona həmin iki nəfəri özünün çağırdığını və onların usta olduqlarını demişdir. Bunu söylədiyi zaman o, Ramilə çox əsəbləşmiş, təmir işlərinə Elxanın rəhbərlik etdiyini və ondan xəbərsiz belə bir iş tutmasının düzgün olmadığını demişdir. Zərərçəkmiş şəxs isə ona həmin ustaları tapmağını ev sahibinin tələb etdiyini bildirmişdir. O, Ramilin içkili olduğunu nəzərə alaraq, aralarında mübahisənin yaranmaması üçün ilk başda Ramilə heç bir söz deməmişdir. Həmin iki usta evə daxil olaraq evə baxmışlar. Çox az müddət qaldıqdan sonra oradan ayrılmışlar. Onlar getdikdən sonra o, evə girmiş və bu zaman həyətdən Elxanla Ramilin səslərini eşitmişdir. Buna görə də dərhal çölə çıxmışdır. Onlar həmin zaman çox qızğın bir şəkildə mübahisə etmişlər. Belə ki, Elxan həmin işin təşkilatçısının özü olduğu üçün Ramilin ondan xəbərsiz ustaları çağırmasına bərk əsəbləşmişdir. Ramil isə Elxana qarşı ağır söyüşlər işlətmiş və onu yumruqla bir dəfə vurmuşdur. Həmin vaxt o və Vüqar mübahisənin daha da böyüməməsi üçün Ramili çölə çıxarmışlar. O, Ramilin çox içdiyini bildiyi üçün Ramili Vüqarla bərabər evə özü aparmışdır. O, Ramili evə apardıqdan 1 saat sonra, yəni təxminən saat 19 radələrində Elxan ona zəng edərək Ramilin ona yığdığını və ona qarşı çox ağır təhqirlər dediyini, həmçinin mübahisəni davam etdirmək üçün Sumqayıt şəhəri, 18 mikrorayon ərazisinə gəlməsini söylədiyini demişdir. O isə Elxana Ramilin çox içkili olduğu üçün özünü idarə edə bilməyəcəyini və bu mübahisənin axırının heç yaxşı bitməyəcəyini söyləmişdir. Elxanın bu zəngindən sonra isə o, dərhal Ramilə zəng edərək ortalığı sakitləşdirmək istəmişdir. Ancaq Ramil bu zaman ona çox ağır sözlər deməyə başlamış və onu 18-ci mikrorayon ərazisindəki “Elmar” marketin qabağına çağırmışdır. Ora çatdığı zaman Ramilin Elxanla kənarda dalaşdığını, yumruqla bir-birilərini vurduğunu görmüşdür. Elxan Ramillə təxminən 1-2 dəqiqə ərzində dalaşdıqdan sonra Ramil “onda bıçaq var məni vurdu” deyib qışqırmışdır və qaçıb getmişdir. Elxan həmin vaxt şokda olmuş və donub yerində qalmışdır. Ramil çıxıb gedəndən sonra o, Elxanın əlindən bıçağı almışdır. O, Elxanı danlayaraq oradan uzaqlaşdırmış və evə gətirmidir. Sonra Elxan gedib polisə könüllü olaraq təslim olmuşdur. Münaqişə zamanı hava qaranlıq olduğu üçün Elxanın Ramilin hansı nahiyələrinə və neçə ədəd xəsarət yetirdiyini görməmişdir. Həmin vaxt onlar hər ikisi ayaq üstə olmuş və hadisə təxminən 2 dəqiqə davam etmişdir. Bununla belə, Şahid1 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində bilavasitə hadisənin təfərrüatları barədə göstərmişdir ki, o, hadisə yerinə çatan zaman Ramilin yanında əlavə olaraq iki nəfər şəxsin olduğunu görmüş, həmin şəxsləri tanımamış və onların kim olması, ora hansı səbəbdən gəlmələrini soruşanada Ramillə Elxanın dalaşmağa başladıqlarını görmüşdür. Elxan Ramillə təxminən 1-2 dəqiqə ərzində dalaşdıqdan sonra Ramil qışqırmışdır ki, “Elxanda bıçaq var, mən vurdu” və o, Elxanın əlində bıçaq olduğunu görüb həmin bıçaqla Ramilə zərbə vurmaq istədiyini görüb onun əlindən bıçağı alıb aralamış, Ramil isə dərhal oradan qaçmışdır. Elxan həmin vaxt qəzəbli olmuş, hərəkətlərini davam tdirmək istəmiş, lakin o, Elxanı danlayaraq oradan uzaqlaşdırıb evə gətirmişdir (cild 1, iş vərəqi 162-167). Şahid5 məhkəmədə ifadəsində göstərdi ki, o, anası Könül Qafarova ilə birlikdə yaşayır, Sumqayıt şəhəri 15 nömrəli məktəbin 10-cu sinif şagirdidir. Təqsirləndirilən şəxs atasıdır, münasibətləri yaxşıdır. Zərərçəkmiş şəxs hadisə günü tanımış, heç bir münasibəti olmamışdır. Atası Elxan da heç vaxt ona Zərərçəkmiş şəxs bəhs etməmişdir. Atası Təqsirləndirilən şəxs ustadır və evlərdə təmir işləri aparır. 2020-ci ilin aprel ayının ortalarında atası Sumqayıt şəhəri, Corat qəsəbəsində Ramil adlı şəxsə məxsus evdə təmir işlərinə başlamışdır. Xüsusi karantin rejimi ilə əlaqədar məktəblər bağlı olduğundan, o da evdə boş qaldığından atasına təmir işlərində kömək etmişdir. Eyni zamanda əmisi Mehmanın oğlu Fərid də onlarla birlikdə olmuşdur. Aprel ayının 26-da atasının tanışı Zərərçəkmiş şəxs yanında Vüqar adlı şəxslə birlikdə atasının dəvəti əsasında həmin evdə hörgü işlərini görməyə başlamışlar. Günorta radələrində ev sahibi Ramil, onun hazırda adını xatırlamadığı oğlu, Zərərçəkmiş şəxs, Vüqar, Fərid, əmisi Kamran, atası və o, bir süfrə arxasında əyləşərək çörək yemişlər. Süfrədə araq da olmuşdur. Atası spirtli içkini az miqdarda qəbul etmiş, masadan qalxıb öz işinin başına qayıtmışdır. Bir qədər sonra evə sonradan usta olduqlarını öyrəndikləri iki nəfər şəxs gəlmişdir. Həmin şəxsləri evə Zərərçəkmiş şəxs çağırmışdır və atası bunu öyrəndikdə Ramilə bərk əsəbləşmiş, çünki Zərərçəkmiş şəxs həmin ustaları atasından xəbərsiz çağırmışdır və həmin ustaların görməli olduğu işləri atası özü görəcəkmiş. Ustalar evə baxıb getdikdən sonra atası Ramillə bu zəmində mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs əvvəlcə atasına ağır söyüşlər söymüş, sonra atası da Ramilə söyüş söymüş, Ramil atasına bir dəfə yumruq vurmuş və bu zaman onlar Ramillə atasını aralamışlar. X7 Vüqarla birlikdə evdən çıxardaraq oradan uzaqlaşdırmışdır. Bir qədər sonra artıq atası işdən çıxmağa hazırlaşarkən onun telefonuna zəng gəlmiş, atasının əli yaş olmuş və o, telefona cavab verib selektora qoymuşdur. Həmin vaxt Ramil yenə atasının anasına ağır söyüşlər söymüş və atasını “Səda” marketin yanına görüşə çağırmışdır. Atası da ona eyni söyüşlə cavab vermiş və paltarını dəyişdikdən sonra onunla və Fəridlə birgə “Səda” marketin yanına getmişdir. Onlar ora çatdıqda Ramil orada olmamış, atası ilə yenə telefonda danışıb bir-birilərini söydükdən sonra bu dəfə əvvəlcə “Elmar” marketin, daha sonra isə “Səməd” marketin qabağında görüşməyə razılaşmışlar. Onlar ora çatdıqda əmisi Kamran və Vüqar artıq orada olmuşlar. Bir neçə dəqiqə sonra Ramil yanında iki nəfər tanımadığı şəxslə “Səməd” marketin arxasına gəlmişdir. Ramil ora çatdıqda atası ondan niyə söyüş söydüyünü soruşduqda Ramil atasına əcəb etdiyini bildirib atasına yumruq atmış, atası da ona yumruq vurmuşdur və dalaşmağa başlamışlar. Təxminən 2 dəqiqə dalaşdıqdan sonra Zərərçəkmiş şəxs bıçaqlandığını deyib oradan yol istiqamətində qaçmağa başlamışdır. Onlar da atası ilə birgə oradan evə getmiş, növbəti gün atası Coratdakı evin sahibinə evin açarlarını verdikdən sonra polisə təslim olmuşdur. Bununla belə, Şahid5 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində bilavasitə hadisənin təfərrüatları barədə göstərmişdir ki, Ramil “Səməd” marketin arxasına çatdıqda, atası Elxan Ramildən niyə söyüş söydüyünü soruşduqda, Ramil atasına əcəb etdiyini bildirib atasına yumruq atmış, atası da Ramilə yumruq vurmuş və dalaşmağa başlamışlar. Təxminən 2 dəqiqə dalaşdıqdan sonra əmisi Kamran atasının əlindən bıçağı alaraq kənara çəkmiş, digər şəxslərlə birgə onları aralamış və həmin vaxt Zərərçəkmiş şəxs bıçaqlandığını deyib oradan yol istiqamətində qaçmağa başlamışdır. O, atasının Zərərçəkmiş şəxs vurduğu birinci dörd zərbəni görmüş, atası həmin zərbələri Zərərçəkmiş şəxs qarın nahiyəsinə vurmuş, sonrakı zərbələri hava qaranlıq olduğu və onlar dartışmağa başladıqları səbəbindən görməmişdir (cild 1, iş vərəqi 179- 184). Şahid4 məhkəmədə ifadəsində göstərdi ki, o, əvvəllər Rusiya Federasiyasında sahibkarlıqla məşğul olmuşdur. Hal-hazırda işsizdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, hadisədən təxminən bir ay əvvəl tanış olmuşdur. Belə ki, onun Corat qəsəbəsində Tofiq adlı dostu yaşayır və bir gün Tofiqgilin evinə gedəndə Elxanın onun evini təmir etdiyini görmüşdür. Elxanın işini bəyənmiş və Elxanı özünə məxsus Corat qəsəbəsi, İsgəndər Qasımov küçəsi 49-da yerləşən fərdi yaşayış evini təmir etməyə dəvət etmişdir. 2020-ci ilin təxminən aprel ayında Təqsirləndirilən şəxs onun evinə gəlib işə başlamışdır. Razılığa görə Təqsirləndirilən şəxs evi bütövlükdə təmir etməli və buna görə o, Elxana on bir min manat pul ödəməli imiş. Təmir işləri gedərkən aprel ayının sonlarında Elxan hörgü işləri görülməsi üçün Zərərçəkmiş şəxs adlı tanışını evinin təmirinə çağırmışdır. Aprel ayının 26-da Ramil Vüqar adlı usta ilə evə gələrək hörgü işlərinə başlamışlar. Nahar vaxtı kabab bişirmiş və o, Ramil, Elxan, Vüqar, Elxanın qardaşı Kamran, qardaşı oğlu Fərid yeyib-içməyə başlamışlar. Bir qədər içdikdən sonra Elxan işinin başına qayıtmışdır. O, şiferin təmirini də Elxana tapşırmışdır, lakin şiferin su buraxdığını gördüyünə görə işi başqa ustaya həvalə etmək qərarına gəlmişdir. Ramildən bu barədə soruşduqda Ramil ona hazırda adını xatırlamadığı şifer ustasını məsləhət görmüşdür. Günorta radələrində Ramilin məsləhət gördüyü şifer ustası yanında tanımadığı digər bir usta ilə evə gəldikdən sonra Elxan həmin ustanı gördükdə narazılıq etməyə başlamışdır. O, sifarişin sahibi, iş icraçısı olduğu halda ondan xəbərsiz özünün görməli olduğu işə görə ona başqa ustanı məsləhət görməsi ilə əlaqədar Ramillə mübahisə etməyə başlamışdır. Onlar bir qədər mübahisə etdikdən sonra əvvəlcə Ramili, daha sonra Elxanı evdən qovmuşdur. Sonradan baş verənlər barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs münaqişəsinin nə qədər davam etdiyinə fikir verməmişdir. Onların bir-birilərini söymələrini və vurmalarını görməmişdir. Şahid6 məhkəmədə ifadəsində göstərdi ki, o, fərdi qaydada fəhləlik etməklə ailəsini dolandırır. Təqsirləndirilən şəxsla hadisə günü tanış olmuş, əvvəllər onu tanımamış, heç bir münasibəti olmamışdır. Zərərçəkmiş şəxs təxminən 5-6 ildir ki, tanıyır, lakin dostluq münasibətləri olmamış, sadəcə tanışlıqları vardır. Mahiyyəti üzrə bildirir ki, 2020-ci ilin aprel ayında Ramil ona zəng edərək Corat qəsəbəsində ev təmir edildiyini, hörgü işinin görülməsində kömək etməyini ona təklif etmişdir. O, həmin təkliflə razılaşmış və xx xxxxx 2020-ci il tarixdə Ramillə birlikdə həmin evə gedib işə başlamışdır. Nahar vaxtı həyətdə kabab bişirilmiş və o, Ramil, Elxan, ev sahibi Ramillə birlikdə stol arxasında əyləşib yemək yeməyə başlamışlar. Eyni zamanda spirtli içki də qəbul etmişlər. Yeməkdən əvvəl ev sahibi Zərərçəkmiş şəxs navalça ustası tapmağı xahiş etmiş və Ramil Zaur adlı ustaya zəng edərək həmin evə gəlib baxmasını demişdir. Yemək yeyib bitirdikdən sonra Zaur adlı navalça ustası digər adını bilmədiyi usta ilə birlikdə həmin evə gəlmişlər. Zaurgil onlarla görüşdükdən sonra ev sahibi Ramillə birgə evə baxmağa başlamışdır. Daha sonra Zaur çıxıb getdikdən sonra Elxan ondan xəbərsiz ev sahibinə navalça ustası kimi Zauru məsləhət gördüyünə görə Zərərçəkmiş şəxs irad tutub mübahisə etməyə başlamışdır. Həmin mübahisə həyətdə baş vermiş və o, evin içərisində olduğu üçün mübahisəni görməmişdir. İş saatı başa çatdığından saat 18 radələrində Zərərçəkmiş şəxsla birlikdə evdən çıxıb getmişlər. O, evə çatdıqdan bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs ona zəng etmiş və Elxanın onu söhbətə çağırdığını bildirmişdir. Ramil “Səməd” marketin qarşısında görüşəcəklərini demişdir. O, dərhal ora gedib davaya mane olmaq istəmişdir. Ora çatdıqda Elxanı, qardaşı Kamranı və yanlarında iki uşaq olduğunu görmüşdür. Bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs ora yanında iki nəfər şəxslə gəlmiş və Elxanla Ramil bir neçə saniyə bir-birilərinə söyüş söymələri ilə əlaqədar mübahisə etməyə başlamışlar və birinci Ramil Elxanı yumruqla vurmuşdur. Ramilin yumruğundan sonra onlar dartışmağa və bir-birlərini yıxmağa çalışmışlar. Təxminən 1-2 dəqiqə ərzində dalaşdıqdan sonra Ramil əlini paltarına tutaraq “məni bıçaqladı” deyərək, “Şərq bazarı” istiqamətində qaçmağa başlamışdır. O da Ramilin arxasınca qaçsa da Ramilə çata bilməmişdir. Ona görə də onu tapa bilməmişdir. Bir az sonra öyrənmişdir ki, X4 tibbi yardım xəstəxanasına aparmışlar. Hadisə baş verərkən qaranlıq olduğu və həmin yer işıqlandırılmadığı üçün Təqsirləndirilən şəxs həmin vaxt Zərərçəkmiş şəxs neçə xəsarət yetirməsini, habelə həmin xəsarətləri hansı nahiyələrinə yetirməsini, ümumiyyətlə bıçaqla xəsarət yetirməsini görməmişdir. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs dalaşarkən hər ikisi ayaq üstə olmuş, onlar itələşib dartışmış, bir-birilərinə yumruqla vurmağa çalışmışlar. O, Kamranın onları araladığını və Elxanın əlindən bıçağı almasını görməmişdir. Şahid3 məhkəmədə ifadəsində göstərdi ki, o, fərdi qaydada fəhləlik etməklə ailəsini dolandırır. Təqsirləndirilən şəxs hadisədən bir gün əvvəl Zərərçəkmiş şəxs yanında görüb tanış olmuş, onunla heç bir münasibəti, düşmənçiliyi və ədavəti olmamışdır. Zərərçəkmiş şəxs isə qonşu və dostudur, 1988-ci ildən bir-birlərini tanıyır, münasibətləri yaxşıdır. 2020-ci ilin aprel ayının 26-da axşam radələrində evdə yatanda Zərərçəkmiş şəxs ona zəng edərək Elxanla mübahisə etdiyini və Elxanla görüşə getdiyini, Elxanın yanında bir neçə nəfər şəxs olduğunu bildirmiş və ondan birgə həmin yerə getməyini xahiş etmişdir. O, məhləyə düşdükdən sonra digər dostları olan Şahid2 də çağırmış və onlar birlikdə “Səməd” marketin qabağına getmişlər. Həmin vaxt Elxan onları “Səməd” marketin arxasında gözləmişdir. Onlar söhbət edərkən onun telefonuna zəng gəlmişdir. Onların səs-küyünə görə bir qədər aralanmışdır. Bu zaman qışqırıq eşitmişdir. O, hadisə yerinə yaxınlaşanda artıq Ramil oradan qaçıb uzaqlaşmışdır. O, Elxanın Ramilin hansı nahiyələrinə və neçə ədəd xəsarət yetirdiyini, habelə bıçağı görməmişdir. Hadisə baş verərkən orada Ramillə Elxandan başqa o, Bilal, Kamran və adlarını bilmədiyi iki uşaq olmuşdur. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs münaqişəsi təxminən 2 dəqiqə davam etmişdir. Hər iki tərəf bir-birinə söyüş söysə də ora hər hansı kənar şəxs gəlməmişdir. Bununla belə, Şahid3 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, hadisə yerində o, digər şəxslərlə söhbət edərkən telefonuna zəng gəlmiş, onların səs-küyünə görə bir qədər aralanmış, bu zaman qışqırıq eşidib və çönüb baxdıqda Elxanla Ramilin dalaşdıqlarını görmüşdür. Təxminən 1-2 dəqiqə dalaşdıqdan sonra orada olan şəxslər Elxanla Ramili aralamış, Ramil isə oradan qaçıb uzaqlaşmışdır (cild 1, iş vərəqi 168-171). Şahid2 məhkəmədə ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Ramili uzun müddət ərzində tanıyır. xx xxxxx 2020-ci il tarixdə o, yaşadığı evdə olduğu zaman dostu Amil ona zəng etmişdir. Bu zaman tanışı Zərərçəkmiş şəxs Amilin əlindən telefonu alaraq işlədiyi yerdə iş icraçısı ilə aralarında narazılığının yarandığını, onun əmək haqqını vermədiyini bildirmişdir. Ramil ondan telefonda onunla görüşə getməyini xahiş etmişdir. O da Ramillə razılaşmış və “Azuqə” adlı marketin yanında onunla görüşmüşdür. O, Amillə birlikdə piyada “Səməd” marketin yanına getmişlər. O, yolda olan zaman, Ramilin mobil telefonuna zəng gəlmiş və Ramil ilə iş icraçısı kimi ona təqdim edilən Elxanla telefonda görüş yerini təyin etmişlər. Bundan sonra o, görüş yerinin “Araz” marketin yaxınlığında olan “Səməd” market olduğunu bilmişdir. Onlar “Səməd” marketin arxa hissəsinə şam ağaclarının olduğu yerə gəldikdə orada Elxan və Kamran adlı şəxslərin olduğunu görmüşdür. Onlar görüşəndə, Kamran ona demişdir ki, Elxan onun qardaşıdır və Ramil onun anasının ünvanına ağır söyüşlər söymüşdür. Həmin vaxt Elxan və Ramil onun arxasında 3-4 metr aralıda dayanmışlar. Elə həmin an onlar dalaşmağa başlamış və o, dönüb baxanda Ramil ayağa durmuş və qaçmışdır. Elxan isə onların yanına gəlmişdir. Bu məqamda Kamran da Ramilə hücum etmək istəsə də o, qoymamışdır. O, Amillə birlikdə Ramilin arxasınca qaçsalar da Ramili tapa bilməmişlər. Sonra bilmişdir ki, X5 tibbi yardım xəstəxanasının Travmatologiya şöbəsindədir. Bununla belə, Şahid2 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, O və digər şəxslər Səməd marketin arxasında şam ağaclarının olduğu yerə gəldikdə orada Elxan adlı və Kamran adlı şəxsləri görmüşdür. O, digər şəxslərlə görüşəndə Kamran ona demişdir ki, Ramil onların ünvanına ağır söyüşlər söymüşdür. Həmin anda Elxan yanlarında olan Zərərçəkmiş şəxs üstünə hücum etdiyini və əlindəki bıçaqla Ramilə tez-tez zərbə vurmağa başladığını görmüşdür. Həmin vaxt onlar Ramil və Elxanı aralamağa başlamışlar və Elxanın Ramilə davam edən sinə və qarın nahiyəsindən vurduğu davam edən zərbələrin qarşısını almaq üçün onun əlində olan qara qulplu bıçağı Şahid1 Elxanın əlindən almışdır. Həmin an Zərərçəkmiş şəxs oradan sürətlə qaçıb getmişdir (cild 1, iş vərəqi 25-26). Beləliklə, həm təqsirləndirilən şəxs, həm də şahidlər Şahid1, Rüstəmli Tural Elxan oğlu, Şahid3 və Şahid2 bıçaqlanma hadisəsinin baş vermə təfərrüatları barədə ibtidai istintaq vaxtı məhkəmədəki ifadələrindən fərqli ifadələr vermişlər. Məhkəmə həmin şəxslərin ibtidai istintaq vaxtı verdikləri ifadələrini iş üzrə toplanmış digər bütün sübutlarla müqayisəli şəkildə təhlil edərək, hesab edir ki, həm işin faktiki halları, həm də onların məntiqi ardıcıllığı baxımından ibtidai istintaq zamanı verilən həmin ifadələr həqiqətə daha uyğundur, bu səbəbdən məhkəmə həmin hissədə qeyd edilən ifadələri sübut kimi qəbul edir. Məhkəmə bıçaqlanma hadisəsinin baş vermə təfərrüatları barədə təqsirləndirilən şəxsin, eləcə də şahidlər Şahid1, Rüstəmli Tural Elxan oğlu, Şahid3 və Şahid2 məhkəmə istintaqında verdikləri ifadələrə tənqidi yanaşır və hesab edir ki, onların məhkəmə istintaqında belə məzmunlu ifadələr verməkdə məqsədləri yaxın qohumluq, dostluq və şəxsi münasibətləri olan Təqsirləndirilən şəxs müdafiə etmək və onun ağır cinayət məsuliyyətindən azad olunması olmuşdur. Bu səbəbdən məhkəmə həmin şəxslərin məhkəmədə verdikləri ifadələrini həmin hissədə inandırıcı və ağlabatan hesab etmir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmədə tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Sumqayıt şəhəri, 8-cü mikrorayon, “Araz” mini marketin yanıdır, marketin yaxınlığındakı zibil qutusunun yanında qan izləri vardır (cild 1, iş vərəqi 2-4). İşdə olan və məhkəmədə tədqiq edilmiş baxış və götürmə aparılması haqqında xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid1 təqdim etdiyi gümüşü rəngli, tiyəsinin uzunluğu 11,5 sm, eni 1,5 sm, dəstəyinin uzunluğu 8,5 sm olan qara rəngli dəstəyi və tiyəsinin üzərində qırmızı izləri olan və dəstəyi cızığlı vəziyyətdə olan bıçağa baxış keçirilmiş və götürülmüşdür (cild 1, iş vərəqi 29-30). İşdə olan və məhkəmədə tədqiq edilmiş baxış və götürmə aparılması haqqında xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olan göy-yaşıl rəngli üzərində qanabənzər ləkə və zədələr olan köynək, qara rəngli üzərində zədələr olan qolsuz gödəkçə, göy rəngli üzərində qanabənzər və sürtünmə ləkələri olan şalvar, bir cüt ayaqqabı götürülmüşdür (cild 1, iş vərəqi 36-41). İşdə olan və məhkəmədə tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs bıçaqla vurduqdan sonra Zərərçəkmiş şəxs qaçdığı istiqaməti, Zərərçəkmiş şəxs bıçaqla vurduğu yeri, Zərərçəkmiş şəxs bıçaqla vurduqdan sonra getdiyi istiqaməti göstərmişdir(cild 1, iş vərəqi 60-63). İşdə olan və məhkəmədə tədqiq edilmiş əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ona tanınmaya təqdim edilmiş bıçaqların arasında hadisə zamanı istifadə etdiyi bıçağı tanımışdır (cild 1, iş vərəqi 79-81). İşdə olan və məhkəmədə tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri kimi Sumqayıt şəhəri “Səməd” marketin arxa tərəfi müəyyən edilmiş, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs görüşməyə razılaşdıqları “Səməd” marketin görünüşü, hadisə baş verən ərazinin peykdən GPS vasitəsilə görüntüsü, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona xəsarətlər yetirdiyi yeri göstərməsi əks olunmuşdur (cild 1, iş vərəqi 125-130) İşdə olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 530 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun bədəni üzərində xəsarət və ya xəsarət izi aşkar olunmamışdır (cild 1, iş vərəqi 187- 188). İşdə olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbibioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 358/2020 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus gödəkçə, şalvar, köynək, 1 cüt ayaqqabı üzərindəki ləkələrdə insan qanı aşkar olunmuşdur. Ləkələrdə qan qrup mənsubiyyəti tədqiq olunduqda A antigeni, həmçinin beta aqqlyutinini də alınmışdır. Beləliklə, bu qan ləkələri A-beta/İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs və ya eyni qruplu Təqsirləndirilən şəxs (əgər onun bədənində qanaxma ilə müşayiət olunan xəsarət olubsa) məxsus ola bilər (cild 1, iş vərəqi 190-193). İşdə olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi kriminalistik ekspertizasının xx.xx.2020-ci il tarixli, 221/2020 saylı rəyindən və ona əlavə edilmiş fotocədvəldən görünür ki: İ.1 ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin ön-sol yarımhissəsində on iki ədəd, gödəkçənin arxa-sol yarımhissəsində dörd ədəd, köynəyin ön-sol yarımhissəsində beş ədəd, köynəyin arxa-sol yarımhissəsində iki ədəd, köynəyin sol qolunun arxa-yuxarı nahiyəsində bir ədəd, köynəyin sol qolunun arxa-aşağı nahiyəsində bir ədəd və şalvarın sol ayağının ön-yuxan nahiyəsində bir ədəd; gödəkçənin ön-sol yarımhissəsində üç ədəd və gödəkçənin arxa hissəsində iki ədəd gödəkçənin yalnız üst qatını zədələyən deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə, həmçinin oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur.
2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın sağ ayağının ön-orta nahiyəsində sürtünmə sahəsi aşkar olunmuşdur. Bu sahə şalvarın həmin nahiyəsinin bərk səthə sürtünməsi nəticəsində yaranmışdır.
3. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir cüt ayaqqabı üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı.
4. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarların məhkəmətibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar: Gödəkçənin, köynəyin və şalvarın üzərində fasilələrlə yerləşən qeyri-müəyyən formalı, kənarları və konturları qeyri-düz olan qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşlar. Bir cüt ayaqqabının üzərində fasilələrlə yerləşən qan ləkələri yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişlər. İİ.1. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir (cild 1, iş vərəqi 195-199). İşdə olan və məhkəmədə tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 903 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda, xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Bundan başqa həmin rəyin psixoloji ekspertizaya dair hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Emosional reaksiyalara meyillilik, qıcığa qarşı həssaslıq, kinlilik, güzəştə getməyi və bağışlamağı bacarmamaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik yaranmış, həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri fonunda situasiya (baş vermiş mübahisə, söyüşlə təhqir edilməsi) ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman qəflətən baş vermiş güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmamışdır (cild 1, iş vərəqi 201-204). İşdə olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının Zərərçəkmiş şəxs barəsində xx.xx.2020-ci il tarixli, 729 saylı rəyindən görünür ki:
1. Zərərçəkmiş şəxs bədən səthində ümumilikdə 9 ədəd deşilmiş-kəsilmiş yara aşkar edilmiş, həmin xəsarətlər qarnın ön divarında göbəkdən 2 sm solda qarın boşluğuna nüfuz edib qaraciyəri zədələyən deşilmiş-kəsilmiş yara; - sol qabırğaaltı nahiyənin qarın boşluğuna nüfuz edən və diafraqmanı zədələyən deşilmiş-kəsilmiş yarası; döş qəfəsinin sol yan səthinin döş boşluğuna nüfuz edən, sol Vİİİ qabırğanın qapalı sınığı və hemopnevmotoraksla müşayiət olunmuş deşilmiş-kəsilmiş yarası; döş qəfəsinin sol yan səthinin 2 ədəd deşilmiş-kəsilmiş yarası; - sol kürəkaltı nahiyənin səthi kəsilmiş-deşilmiş yarası; - sol saidin iç səthinin səthi deşilmiş-kəsilmiş yarası; - sağ gicgah nahiyəsinin səthi kəsilmiş-deşilmiş yarasından ibarətdir.
2. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin ola bilsin ki, maddi sübut kimi ekspertizaya təqdim olunmuş bıçağın və ya ona bənzər bıçaqların təsirindən yaranmışlar. Onun, Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər.
3. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərdən - qarnın ön divarının qarın boşluğuna nüfuz edən 2 (iki) ədəd və döş qəfəsinin sol yarısının döş boşluğuna nüfuz edən 1 (bir) ədəd (ümumilikdə 3 ədəd) deşilmiş-kəsilmiş yaraları həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. Döş qəfəsinin sol yan səthinin iki ədəd deşilmiş-kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər, digər xəsarətlər yəni-sol qoltuq çuxurunun arxa divarının, sol kürək nahiyənin, sol saidin və sağ gicgah nahiyənin səthi deşilmiş-kəsilmiş yaralan isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir (cild 1, iş vərəqi 205-207). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, 01 ədəd dəstəyi qara rəngli mətbəx bıçağı, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd göy-yaşıl rəngli uzunqol köynək, bir ədəd qolsuz qara rəngli gödəkçə, 01 ədəd göy rəngli cins şalvar, 01 cüt ayaqqabı, maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt şəhər prokurorluğunun maddi saxlanc anbarına təhvil verilmişdir (cild 1, iş vərəqi 243-272). İşdə olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 134-135). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 108-109). İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Tural adlı övladı vardır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 1, iş vərəqi 99-100). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.120.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2002-ci il tarixli, 3 №-li Qərarının 2-ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Qeyd edilən Qərarın 3-cü bəndinin 2-ci abzasında göstərilmişdir ki, burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini də nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək niyyəti ilə deyil, xəsarət yetirmək məqsədilə vurması barədə ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla xüsusilə ağır cinayət törətməyə cəhd etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin bu məqamla bağlı ifadələrini qəbul etməyərək belə hesab edir ki, törədilmiş cinayətin halları, o cümlədən Təqsirləndirilən şəxs hadisə yerinə özü ilə bıçaq gətirməsi, zərərçəkmiş şəxsə yetirilən xəsarətlərin lokalizasiyası, yəni həmin xəsarətlərin bir qisminin həyat üçün təhlükəli olan nahiyələrə yetirilməklə daxilə nüfuz edən xəsarətlərin əmələ gəlməsinə səbəb olması, zərbələrin sayı, digər şəxslərin zərərçəkmiş şəxslə onu aralamaları, habelə zərərçəkmiş şəxsin vaxtında tibb müəssisəsinə çatdırılaraq ixtisaslı tibbi yardım almaqla həyatının xilas olunması belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qeyd edilən xəsarətləri yetirərkən niyyəti məhz onu həyatdan məhrum etmək olmuş, etdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunu arzu etmişdir. Lakin yuxarıda qeyd edilən səbəblər təqsirləndirilən şəxsi öz iradəsindən asılı olmayaraq niyyətini başa çatdırmaqdan məhrum etmişdir. Beləliklə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara məhkəmə müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etməsi kifayət qədər sübuta yetirilir, o, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, bu əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Zərərçəkmiş şəxsin məhkəməyə təqdim etdiyi yazılı ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən maddi ziyan onun tərəfindən ödənilmiş, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, ona dəyən maddi ziyanın ödənilməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, cinayəti zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız əməlinin təsiri altında törətməsini Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə əməlindən peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək qəsdən adam öldürməyə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməyə cəhd etdiyinə görə həmin maddə ilə ona təyin ediləcək cəzanın müddəti həmin maddədə başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il Qərarının 9-cu bəndinin 3-cü abzasında qeyd olunub ki, başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət kimi təsnif edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci ildə Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 8, 64-65). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu xx xxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Sumqayıt şəhər prokurorluğunda saxlanılan 01 ədəd dəstəyi qara rəngli mətbəx bıçağı, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd göy-yaşıl rəngli uzunqol köynək, bir ədəd qolsuz qara rəngli gödəkçə, 01 ədəd göy rəngli cins şalvar, 01 cüt ayaqqabı məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir, məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-cimaddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Sumqayıt şəhər prokurorluğunda saxlanılan 01 ədəd dəstəyi qara rəngli mətbəx bıçağı, Zərərçəkmiş şəxs məxsus bir ədəd göy-yaşıl rəngli uzunqol köynək, bir ədəd qolsuz qara rəngli gödəkçə, 01 ədəd göy rəngli cins şalvar, 01 cüt ayaqqabı məhv edilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Telman Hüseynov Hakimlər: Fikrət Qəribov Əli Məmmədov