Məhkəmə qərarları › İş №1(101)-249/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-249/2023

25.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-249/2023 25.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X14, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin hüquqi varisi X5, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri, “Mirzəyev və partnyorları” Vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 22 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi məhəllə 31/38, ev 1, mənzil 72-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını külli miqarda ələ keçirərək dələduzluq etmiş və təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını külli miqarda ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 sonuncunun ona olan etibarından sui-istifadə edib Almaniya Federativ Respublikasından Azərbaycan Respublikasına avtomobillər gətirib satmaqla gəlir əldə edəcəklərinə dair yalandan vəd verib, həmin işlərin görülməsi üçün ümumilkdə 200000 ABŞ dolları məbləğində pul tələb olunduğunu bildirərək, Bakı şəhəri, Yasamal rayonu, Kənar dairəvi yoldakı “Badamdar maşın bazarı” adı ilə tanınan avtomobil satışı mərkəzində yerləşən icarə əsasında işlətdiyi "xxxx" avtosalonda 2018-ci ilin payız aylarında Zərərçəkmiş şəxs1 sürücüsü Şahid2 və kürəkəni Şahid3 vasitəsilə göndərdiyi Samiq Babyevə məxsus milli manat məzənnəsi ilə dəyəri həmin dövrə 170000 (bir yüz yetmiş min) manat təşkil edən 100000 ABŞ dolları pulu, 2018-ci ilin sonlarında eyni məqsədlə həmin ünvanda yenidən yuxarda adları qeyd edilən şəxslər vasitəsilə göndərilən Zərərçəkmiş şəxs1 məxsus milli manat məzənnəsi ilə dəyəri həmin dövrə 85000 (səksən beş min) manat təşkil edən 50000 ABŞ dolları pulu və 2019-cu il əvvəllərində eyni məqsədlə həmin ünvanda yenidən yuxarıda adları qeyd edilən şəxslər vasitəsilə onun qardaşı Şahid1 verilmiş Samiq Babyevə məxsus milli manat məzənnəsi ilə dəyəri həmin dövrə 85000 (səksən beş min) manat təşkil edən 50000 ABŞ dolları pulu nağd şəkildə alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə aldatmaqla zərərçəkmış şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 340000 (üç yüz qırx min) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 Almaniya Federativ Respublikasından sərfəli qiymətə “BMW M8” markalı avtomobil gətirib ona satacağına yalandan vəd verib, həmin niyyətlə 02 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsində yerləşən parkın yaxınlığında Zərərçəkmiş şəxs3 onun qardaşı Şahid1 verdiyi milli manat məzənnəsi ilə dəyəri həmin dövrə 121440 (bir yüz iyirmi bir min dörd yüz qırx) manat təşkil edən 60000 Avro pulu, 03 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Kənar dairəvi yoldakı “Badamdar maşın bazarı” adı ilə tanınan avtomobil satışı mərkəzində yerləşən icarə əsasında işlətdiyi "xxxx" avtosalonda yenidən eyni məqsədlə Zərərçəkmiş şəxs3 onun qardaşı Şahid1 verdiyi milli manat məzənnəsi ilə dəyəri həmin dövrə 170000 (yüz yetmiş min) manat təşkil edən 100000 ABŞ dolları pulu və 05 sentyabr 2020-ci il tarixdə isə Bakı şəhəri, Yasamal rayonu, Kənar dairəvi yoldakı “Badamdar maşın bazarı” adı ilə tanınan avtomobil satışı mərkəzində yerləşən icarə əsasında işlətdiyi "xxxx" avtosalonda yenidən eyni məqsədlə Zərərçəkmiş şəxs3 onun qardaşı Şahid1 verdiyi, milli manat məzənnəsi ilə dəyəri həmin dövrə 60444 (altmış min dörd yüz qırx dörd) manat təşkil edən 30000 Avro pulu nağd şəkildə alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə aldatmaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 351884 (üç yüz əlli bir min səkkiz yüz səksən dörd) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin sentyabr ayında Bakı şəhəri, Yasamal rayonu, Kənar dairəvi yoldakı “Badamdar maşın bazarı” adı ilə tanınan avtomobil satışı mərkəzində yerləşən icarə əsasında işlətdiyi "xxxx" avtosalona gəlmiş Zərərçəkmiş şəxs2 məxsus “İnfiniti QX80” markalı universal tipli 2014-cü il buraxılışlı qara rəngli **-ST-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini salonda satışa qoyub satdıqdan sonra əldə edilmiş məbləği tam olaraq sonuncuya verəcəyinə dair yalandan vəd verib, 06 noyabr 2020-ci il tarixdə həmin avtomobili, milli manat məzənnəsi ilə dəyəri həmin dövrə 96000 (doxsan altı min) manat təşkil edən 56000 ABŞ dollarına Şahid4 satıb tam ödənişi qəbul edərək avtomobilin sonuncunun adına rəsmiləşdirilməsinə baxmayaraq, satışdan əldə etdiyi pulun yalnız bir hissəsini, yəni 16000 ABŞ dollarını Zərərçəkmiş şəxs2 verib, yerdə qalan məbləği ələ keçirtmək niyyəti ilə avtomobili almış şəxs tərəfindən məbləğin tam ödənilmədiyini yalandan bildirib, sonuncunun inam və etibarını qazanmaq, habelə törətdiyi cinayət əməlini ört-basdır etmək məqsədi ilə 22 aprel 2021-ci il tarixdə “Zərərçəkmiş şəxs2 şəxsi ticarətini artırmaq üçün 40000 ABŞ dolları pul alması” barədə müqavilə adlı əlyazma yazıb MMC-nin möhürü ilə möhürləyib imzalayıb həmin dələduzluq niyyətini pərdələməklə, milli manat məzənnəsi ilə dəyəri həmin dövrə 68000 (altmış səkkiz min) manat təşkil edən 40000 ABŞ dolları məbləğində pulu ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs2 külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X7 ona yaranmış etibarından sui-istifadə edib, sonuncunun atası Zərərçəkmiş şəxs4 öz vəsaiti hesabına anası Şahid5 adına aldığı və baş etibarnamə ilə idarə etmək üçün oğlu Kamran Mircavadzadəyə verdiyi “Mersedes Benz S350D” markalı 2019-cü il buraxılışlı qara rəngli **-DM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini öz salonunda 100000 ABŞ dollarına satıb sərfəli qiymətə Almaniya Federativ Respublikasından 2019-cu ilin istehsalı olan “X29” markalı avtomobil gətirib verəcəyini yalandan vəd verərək 2020-ci ilin iyul ayında Bakı şəhəri, Yasamal rayonu, Kənar dairəvi yoldakı “Badamdar maşın bazarı” adı ilə tanınan avtomobil satışı mərkəzində yerləşən icarə əsasında işlətdiyi "xxxx" avtosalonda satışa qoyduğu həmin avtomobili, 07 avqust 2020-ci il tarixdə milli manat məzənnəsi ilə dəyəri həmin dövrə 170000 (yüz yetmiş min) manat təşkil edən 100000 ABŞ dollarına Şahid7 satıb tam ödənişi qəbul edərək avtomobili sonuncunun adına rəsmiləşdirib, həmin avtomobilin satışından əldə edilən pulu ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyib aldatmaqla, faktiki sahibi olan Zərərçəkmiş şəxs4 170000 (yüz yetmiş) manat məbləğində, külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 sonuncuya məxsus “X26” markalı 2015-ci il buraxılışlı qəhvəyi rəngli **-EX-*** dövlət qeydiyyat nişanlı minik avtomobili 28000 ABŞ dolları dəyərində qiymətləndirilməklə həmin məbləğə satacağı və əlavə olaraq 132000 ABŞ dolları nağd pulu ona verəcəyi təqdirdə 160000 ABŞ dolları dəyərində olan 2018-ci il istehsallı “Bently Bentayga” markalı avtomobili Almaniya Fedrativ Respublikasından gətirəcəyinə inandırıb yalandan vəd verərək, 2020-ci ilin noyabr ayında ünvan 1 ünvanda Zərərçəkmiş şəxs4 onun qardaşı Şahid1 həmin məqsədlə verdiyi milli manat məzənnəsi ilə dəyəri 224400 (iki yüz iyirmi dörd min dörd yüz) manat təşkil edən 132000 ABŞ dolları pulu, 2020-ci ilin sentyabr ayında Bakı şəhəri, Yasamal rayonu, Kənar dairəvi yoldakı “Badamdar maşın bazarı” adı ilə tanınan avtomobil satışı mərkəzində yerləşən icarə əsasında işlətdiyi "xxxx" avtosalonda satışa qoyduğu “X26” markalı həmin avtomobili, 11 dekabr 2020-ci il tarixdə milli manat məzənnəsi ilə dəyəri 51000 (əlli bir min) manat təşkil edən 30000 ABŞ dollarına Şahid8 tam ödənişi qəbul edərək avtomobilin sonuncunun adına rəsmiləşdirib, həmin avtomobilin satışından əldə edilən pulu ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə aldatmaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 272000 (iki yüz yetmiş iki min) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Yasamal rayonu, Kənar dairəvi yolda yerləşən "Badamdar maşın bazarı" adı ilə tanınan avtomobil satışı mərkəzində yerləşən "Mir” avtosalonunu işlətmişdir. Zərərçəkmiş şəxs1 20 ildir ki, tanıyır. Belə ki, o, həmin vaxtlar Bakı şəhəri, Yasamal rayonu, "Sovetski" adlanan ərazidə avtomobil təmiri yeri işlətmiş, Zərərçəkmiş şəxs1 də onun işlətdiyi avtomobil təmiri yerinə təmir etmək üçün avtomobil gətirmişdir. Samiqlə orada tanış olmuş, daha sonra münasibətləri dostluğa çevrilmişdir. 2000-ci ildən Bakı şəhəri, Səbail rayonu, Badamdar 4cü Xarici dairədə yerləşən "Mir” avtosalonunda avtomobil satışı ilə məşğul olmağa başlamışdır. O və qardaşı Şahid1 birlikdə Almaniyadan avtomobil gətirib həmin avtosalonda satışını təşkil etmişlər. İşlətdikləri dövrdə Zərərçəkmiş şəxs1 onun işlətdiyi avtomobil satışı yerinə pul qoyub pul qazanmışdır. Zərərçəkmiş şəxs4 Seyidcəbrayıl oğlunun şikayətinə münasibətdə işi üzrə istintaqa verdiyi ifadəsini təsdiq edir. Belə ki, 2020-ci ilin avqust ayında X10 özünə məxsus “Mercsedes S” markalı avtomobili "Mir” avtosalona qoyaraq 100000 ABŞ dollarına satmaq və həmin qiymətə “Range Rover” markalı avtomobil almaq istədiyini Qismətə bildirmişdir. Həmin vaxtlarda o, Almaniya Respublikasında olmuş və qardaşı Qismət onunla telefonla danışıb Kamranın bu fikrini bildirmişdir. O da cavabında Qismətə Kamranla razılaşmasını, Kamrana məxsus “Mercedes S” markalı avtomobili işlətdikləri salona qoymasını, həmin avtomobili satıb əvəzində ona Almaniya Respublikasından həmin qiymətə “Range Rover” markalı avtomobil gətirəcəyini bildirmişdir. Bundan sonra Kamran “Mercedes S” markalı avtomobili Qismətə təhvil vermiş, Qismət də avtomobili həmin salona satışa qoyub "Turbo.az" saytında bu barədə elan yerləşdirmişdir. Qismət onunla mobil telefonla danışıb tanımadığı müştərinin Kamrana məxsus avtomobili 100000 ABŞ dollarına almaq istədiyini bildirmiş, həmçinin Qismət müştərinin ilkin olaraq 30000 ABŞ dolları, sonra isə hissə-hissə olmaqla qalan 70000 ABŞ dollarını verəcəyini qeyd etmişdir. O da Qismətə həmin avtomobili müştərinin dediyi şərtlə 100000 ABŞ dollarına satmasını demişdir. Qismət həmin pulları onun sözlərilə müxtəlif şəxslərə çatdırmışdır. Bundan başqa, 2020-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs4 Seyidcəbrayıl oğlu ona zəng edərək “Bently Bentayga” markalı avtomobil almaq istədiyini dedikdə, o həmin markalı avtomobillərlə maraqlanmış və Cavadın dediyi avtomobili 160000 ABŞ dollarına Azərbaycana gətirə biləcəyini bildirdikdə, Cavad razılaşmışdır. Bundan sonra Cavad, qardaşı Qismətə 132000 ABŞ dolları və özünə məxsus “X26 Sport” markalı avtomobili vermişdir. Qismət 132000 ABŞ dollarını onun sözlərilə Azərbaycanda hazırda xatırlamadığı şəxslərə çatdırmışdır. “X26 Sport” markalı avtomobili işlətdikləri salona satmaq üçün qoymuşdur. Sonradan eşitdiyinə görə Qismət həmin avtomobili 10000 ABŞ dolları və “Range Rover” markalı avtomobillə dəyişmişdir. 2020-ci ilin dekabr ayının ortalarında Almaniyada sərt karantin rejimi tətbiq olunduğuna görə o, Bakı şəhərinə qayıtmışdır. O qayıtdıqdan sonra Cavad Qismətlə onun işlədiyi salona gəlib onunla görüşmüş və sifariş etdiyi “Bently Bentayga” markalı avtomobili gətirib-gətirmədiyimi soruşmuşdur. O isə Cavada Almaniyada olan hesabına qadağalar qoyulduğunu, buna görə də hesabından pul çıxarda bilmədiyindən ona söz verdiyi avtomobili Azərbaycana gətirə bilmədiyini demişdir. Bu zaman Cavad sifariş verdiyi avtomobildən imtina etmiş və verdiyi pulu geri istəmişdir. O da Cavada aldığı pulu 3-4 aya qaytaracağına söz vermişdir. Lakin Cavad onunla razılaşmamış və Bakı şəhər Baş Polis İdarəsinə o və qardaşı Qismətdən şikayət etmişdir. Bundan sonra onlar Cavada 35000 ABŞ dolları və 18000 ABŞ dolları dəyərində olan 2011-ci ili buraxılışlı “İnfiniti” markalı avtomobil vermişlər. Hazırda Cavaddan aldıqları 160000 ABŞ dollarından 110000 ABŞ dolları borcları qalmışdır. Kamrana söz verdikləri “Range Rover” markalı avtomobili gətirə bilməməyinin səbəbi də məhz onun Almaniya Respublikasında olan hesabına qoyulmuş məhdudiyyət olmuşdur. Digər epizodla bağlı Məhərrəmov Əhədov bildirdi ki, Zərərçəkmiş şəxs1 2018-ci ildə ona 100000 ABŞ dolları, daha sonra 50000 ABŞ dolları və 50000 ABŞ dolları pul vermişdir. O həmin pulu birgə alver etmək üçün almışdır. O, Samiqdən aldığı 200000 ABŞ dollarına görə hər ay 4000 ABŞ dolları faiz vermişdir. Lakin 200000 ABŞ dollarını isə qaytarmamışdır. Bundan başqa, Rəsulun qardaşı Elşənlə dost olduğundan Rəsul 2020-ci ilin avqust ayında özünə məxsus "İnfiniti QX80" markalı universal tipli 2014-cü il buraxılışlı qara rəngli **-ST-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 60000 ABŞ dollarına satmaq üçün avtosalona qoymuşdur. Həmin markalı avtomobillər gec satıldığı üçün, yəni müştəri az olduğundan avtomobil bir neçə ay salonda qalmışdır. 2020-ci ilin noyabr ayında Şahid4 avtosalona gəlib "İnfiniti QX80" markalı **-ST-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini almaq istədiyini dedikdə Qismətlə danışmış və 56000 dollara, lakin pulu hissə-hissə ödəmək şərti ilə razılaşmışdır. Həmin vaxtlar da o, Almaniyada olmuş, Rəsul da avtomobilin hissə-hissə satılmasına razı olmuşdur. Bundan sonra avtomobili Ceyhunun adına sənədləşdirmək üçün Rəsul Qismətə baş etibarnamə vermişdir. İlkin olaraq Ceyhun Qismətə 22000 manat, sonradan isə 40000 vǝ 34000 manat olmaqla, cəmi 96000 manat (56000 ABŞ dolları) pul ödədikdən sonra avtomobili 06 noyabr 2020-ci il tarixdə Ceyhunun adına rəsmiləşdirmişlər. Ceyhun avtomobilin pulunu 2 ay müddətində sentyabr-noyabr aylarında "xxxx" avtosalonunda qardaşı Qismətə vermişdir. Avtomobilin mühərriki 5,5 at gücündə olduğundan dövlət rüsumu 1980 manatı da Ceyhun ödəmişdir. Avtomobilin dövlət qeydiyyat nişanına görə isə Ceyhun əlavə pul ödəməmişdir. Ceyhun 96000 manat, yəni 56000 ABŞ dolları pulu ödəyib avtomobili almış və 1980 manat sənədləşməyə rüsum ödəmişdir. Ceyhun pulları ödədikcə Qismət həmin vaxtlar avtomobil almaq üçün pulları ona Almaniyaya göndərmişdir. Onun Almaniyaya olan bankdakı ******* Avro pulu pandemiya ilə əlaqədar dondurulduğundan maddi durumu pisləşmiş, buna görə Rəsul kimi bir neçə müştərinin pulunu ödəyə bilməmişdir. Buna baxmayaraq ay yarım ərzində Rəsula hissə-hissə cəmi 16000 ABŞ dolları pul vermişlər. Qalan 40000 dollar pulu isə Rəsul onda saxlamışdır ki, o, buna görə Rəsula faiz versin. Hazırda Rəsula 40000 dollar verəcəyi vardır. Bundan sonra Rəsula olan faizi verə bilmədiyi üçün Rəsul ona qarşı acıqlı olmuş və bu səbəbdən də şikayət etməyə başlamışdır. Buna baxmayaraq o, Rəsulun rahat olması üçün "Mən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 şəxsi ticarətimi artırmaq üçün nağd olaraq 40000 ABŞ dolları aldım" sözləri yazılmış müqavilə adlı əlyazma yazıb MMC-nin möhürü ilə möhürləyib imzalamaqla Rəsula kağız da vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs bildirdi ki, Zərərçəkmiş şəxs3 qarşı dələduzluq etməmiş, sonuncunun pulunu ələ keçirməmişdir. Ümumiyyətlə, Zərərçəkmiş şəxs3 tanımır, ondan pul almamışdır və ona heç bir borcu yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2020-ci ilin sentyabr ayında Bakı şəhəri, Yasamal rayonu, Kənar dairəvi yolda yerləşən "Badamdar maşın bazarı" adı ilə tanınan avtomobil satış mərkəzində yerləşən "xxxx" MMC-nin nəzdində olan "Mir” avtosalona gəlib özünə məxsus "İnfiniti QX80" markalı universal tipli 2014-cü il buraxılışlı qara rəngli **-ST-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 60000 ABŞ dollarına satmaq üçün tanışları vasitəsilə qiyabi tanıdığı avtosalonun sahibi "Miri" ləqəbli Təqsirləndirilən şəxs ilə görüşmüş və avtomobili həmin salona satışa qoymuşdur. 2020-ci ilin noyabr ayında Məhərrəm ona zəng edərək bina tikintisi ilə məşğul olan iş adamın avtomobili 57000 ABŞ dollarına almaq istədiyini, lakin pulu 1 ay ərzində hissə-hissə ödəyəcəyini təklif etdikdə onun Məhərrəmə inamı olduğundan razılaşmışdır. Bundan sonra Məhərrəmin qardaşı Qismət ona zəng edib avtomobili almaq istəyən şəxsin adına sənədləşdirmək üçün ona baş etibarnamə verməyi təklif etdikdə o, 06 noyabr 2020-ci il tarixdə Nəsimi rayonu 41 saylı Notariat kontorunda Şahid1 adına baş etibarnamə vermişdir. 20 gün sonra Qismətə zəng edib avtomobili alan şəxsin beh ya nəsə verdiyini soruşduqdan sonra Qismət maşını satdığını demiş və ay yarım ərzində Qismət ona maşının satış pulundan hissə-hissə cəmi 17000 dollar pul vermişdir. 2020-ci ilin dekabr ayının sonlarında o, Məhərrəmdən avtomobilin pulunu soruşduqda Məhərrəm pandemiya ilə əlaqədar avtomobili alan şəxsin tikdirdiyi binanın inşasının dayandırılmasını deyib pulu tam verə bilmədiyini və 1 ay möhlət verməyi xahiş etmiş, 1 ay sonra Məhərrəm yenidən 1 ay möhlət istəmişdir. 2021-ci ilin fevral ayında o, avtomobilin Şahid4 satılmasını öyrənmiş, Ceyhunla əlaqə saxlayıb görüşdükdə ona məlum olmuşdur ki, Ceyhun özü də onu axtarmış, dəfələrlə avtosalona müraciət edib avtomobilin ehtiyat açarını istəmiş və salondan onun guya xaricdə olduğunu demişlər. Ceyhunla söhbət zamanı məlum olmuşdur ki, sonuncu tikinti işi ilə məşğul olmur, Məhərrəmə avtomobilin pulunu tam olaraq ödəmişdir, hətta avtomobilin nömrəsinə və sənədləşməsinə görə əlavə 2000 manat da pul ödəmişdir. Bundan sonra o, Məhərrəmlə görüşüb nəyə görə pulları tam aldığı halda onu aldatdığını, dövlət qeydiyyat nişanlarına görə pul istəmədiyi halda nömrəni də müştəriyə satıb əlavə pul aldıqlarını və həmin pulları ona niyə vermədiyini soruşduqda, Məhərrəm üzrxahlıq edib 1 ay ərzində ona pulu tam olaraq ödəyəcəyini vəd vermiş və "Mən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 şəxsi ticarətimi artırmaq üçün nağd olaraq 40000 ABŞ dolları aldım" sözləri yazılmış müqavilə adlı əlyazma yazıb MMC-nin möhürü ilə möhürləyib imzalamaqla kağız vermişdir. Hətta nömrəyə görə müştəridən, yəni Ceyhundan aldığı 1000 manat pulu da ona verib sakitləşdirmişdir. 2021-ci ilin mart ayından etibarən o, Məhərrəmdən pulu istəməyinə baxmayaraq Məhərrəm müxtəlif bəhanələrlə, guya evini satışa qoyduğunu, əlavə pul verəcəyi kimi bəhanələrlə vaxtı uzatmaqla pulu verməmişdir. Hətta pulun əvəzinə 40000 dollar qiymətində satdıqları avtomobildən verməyi tələb etdikdə Məhərrəm razılaşmayıb pulu ödəmək üçün möhlət istəmiş, lakin bundan sonra zənglərə də cavab verməmiş, yalan vədlərlə aldadıldığını görüb o, bu barədə şikayət etmişdir. Məhərrəmin telefonu çox vaxt bağlı olduğuna görə onun qardaşı Qismətlə telefon əlaqəsi yaratmış və Qismət də hər dəfə müxtəlif bəhanələr gətirib pulu verəcəklərinə söz versə də, bu günə qədər pulunu verməmişlər. Sonradan bəhanə gətirmişlər ki, guya onların Avropa banklarında külli miqdarda pulları var, sadəcə olaraq pandemiya səbəbindən bankdakı pul dondurulub və pulu bankdan götürə bilməyiblər. Bundan başqa Qismətin ona 2 dəfə 500 dollar olmaqla faiz ödəməsi, Məhərrəmin də ona guya 1000 manat faiz ödəməsi barədə göstərdikləri yalandır, Məhərrəm və Qismət ona heç bir faiz ödəməmişdir. Ceyhunla görüşdükdən sonra Məhərrəmin yalanları üzə çıxdıqda və avtomobilin nömrəsini də satmaları məlum olduqda Məhərrəm məhz onu sakitləşdirmək və pulu tam verməyə möhlət istəmək üçün nömrənin satışından əldə etdiyi 1000 manat pulu ona vermişdir. Məhkəmədə verilən sualları cavablandıran Zərərçəkmiş şəxs2 bildirdi ki, ondan qabaq kiçik qardaşı Məhərrəmin avtosalonuna maşın qoymuş, həmin maşın satılmış, həmçinin qardaşına isə Almaniyadan maşın gətirmişdir, bu səbəbdən də o, Məhərrəmə etibar etmişdir. 17 min dolları 2020-ci ilin noyabrı və dekabrı arasında almış, 1000 manatı isə Məhərrəm 2021-ci ilin martında vermişdir. Məhərrəmdən şikayətçidir və pulunu tələb edir. Məhkəmədə Zərərçəkmiş şəxs4 hüquqi varisi qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Şahid1 bir neçə il olar ki, tanımışdır. Təqsirləndirilən şəxs və Şahid1 müxtəlif markalı avtomobillərin alqı-satqısı ilə məşğul olmuşlar. 2020-ci il avqust ayının ortalarında onun atası Zərərçəkmiş şəxs4 anası Şahid5 adına aldığı "Mersedes Benz S350D" markalı 2019-cü il buraxılışlı qara rəngli **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün ona vermişdir. O həmin avtomobili anasının ona verdiyi baş etibarnamə əsasında idarə etmişdir. Sonra isə "Mercedes Benz S350D" markalı avtomobili "X29" markalı avtomobillə dəyişmək qərarına gəlmişdir. Bu məqsədlə, Məhərrəmin işlətdiyi "xxxx" avtosalonuna getmiş, həmin vaxt avtosalonda Qismət olmuşdur. O, Qismətə avtomobilini dəyişmək istədiyini bildirmiş, Qismət ona məxsus "Mercedes Benz S350" markalı avtomobilə baxıb həmin avtomobili 100000 ABŞ dolları dəyərində qiymətləndirmişdir. Sonra isə Qismət həmin vaxt Almaniyada olan qardaşı Məhərrəmlə əlaqə saxlamış və onun fikrini Məhərrəmə bildirmişdir. Məhərrəm də avtomobili "X29" markalı avtomobillə başa-baş dəyişəcəyini bildirmişdir. O, bununla razılaşaraq həmin avtomobili avtosalona təhvil vermişdir. Aralarında olan söhbət zamanı onlar iki ay ərzində Almaniyada "X29" markalı avtomobil gətirib təhvil verəcəklərini bildirmişlər. Lakin iki aydan sonra o, Məhərrəm və Qismətdən söz verdikləri "X29" markalı avtomobili gətirib-gətirməmələri barədə soruşduqda onlar bir qədər də gözləməyi bildirmişlər. Bundan sonra Məhərrəm və Qismət müxtəlif bəhanələr gətirərək ondan gizlənməyə başlamışlar. Həmin vaxt o, başa düşmüşdür ki, Məhərrəm və Qismət onu aldadaraq 100000 ABŞ dolları dəyərində qiymətləndirdikləri “Mercedes” markalı avtomobilini ələ keçirmişlər. Bundan başqa, 2020-ci ilin dekabr ayının əvvəllərində atası Cavaddan eşitmişdir ki, Təqsirləndirilən şəxs və Şahid1 atasını da aldadaraq Almaniyadan “Bently Bentayga” markalı avtomobil gətirmək adı ilə atasına məxsus 28000 ABŞ dolları dəyərində “Land Rover” avtomobili və 132000 ABŞ dollarını ələ keçirmişlər. Ona görə də atası, Şahid1 və Təqsirləndirilən şəxs barələrində Bakı şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, onunla dost olmuşlar. 2018-ci ildə Təqsirləndirilən şəxs ona Almaniya Respublikasından avtomobil alıb-gətirib sataraq pul qazanmağı təklif etmiş və buna görə 200000 ABŞ dolları pul lazım olduğunu bildirmişdir. Məhərrəm birgə alverdən hər ay ona 3000-4000 ABŞ dolları məbləğində gəlir verəcəyini bildirmişdir. O da Məhərrəmi uzun müddət tanıdığından inanıb 2018-ci ilin payız ayında 100000 ABŞ dolları Məhərrəmin işlətdiyi Bakı şəhəri, Səbail rayonu, ərazisində yerləşən "xxxx" avtosalonda sürücüsü Oruc və kürəkəni Yusifin vasitəsilə göndərmişdir. Məhərrəm ondan Almaniyadan “Range Rover” maşını gətizdirmək adı ilə 50000 ABŞ dolları məbləğində pul almışdır. Üzərindən bir müddət keçəndən sonra bildirmişlər ki, maşın gəlib, gömrük xərcləri üçün 50000 ABŞ dolları yenə vermək lazımdır. Bu zaman Məhərrəm özünün Almaniyada olduğunu bildirmişdir. O da sürücüsü və kürəkəni ilə 50000 ABŞ dollarını gömrük xərcləri üçün göndərmişdir. Daha sonra Məhərrəm ona 300000 ABŞ dolları lazım olduğunu deyərək ondan kömək istəmişdir. O isə pulunun olmamasını bildirmişdir. Məhərrəm ona evinin sənədlərini “Whatsapp” vasitəsi ilə göndərmiş, o da Məhərrəmə yalandan bir nəfər şəxs olduğunu ondan soruşub cavab verəcəyini demiş və sonra Məhərrəmə pul olmadığını bildirmişdir. Daha sonra Məhərrəm və qardaşı onunla “Şah Abbas” hamamı deyilən yerdə görüşərək evini satıb pulunu qaytaracaqlarını, amma evini banka girov qoyduğunu bildirmişlər. Məhərrəm banka 250 min manat borcu olduğunu demişdir. O da Məhərrəmə bankdakı borcu öz üstünə götürdüyünü, maklerlə gedib evə qiymət qoyulmasını demiş, Məhərrəm isə onunla razılaşmamışdır. Daha sonra onun borc aldığı adamlar pulunu istəməyə başlamış və öz evini banka qoyub 100000 ABŞ dollarını borclu olduğu adamlara vermişdir. Daha sonra onun ailəsi Məhərrəmin evinə getmiş, qapını rus bir qadın açmış və həmin evi satın aldıqlarını bildirmişdir. Nəticədə Məhərrəm ona pulunu qaytarmamışdır. Məhkəmədə verilən sualları cavablandıran Zərərçəkmiş şəxs1 bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhərrəm vəd etdiyi işləri görməmişdir. O, Məhərrəmə 100000 ABŞ dollarını ilkin olaraq iş qurmaq üçün, 100000 ABŞ dollarını isə ona “Range Rover” markalı maşın gətirməsi üçün vermişdir. “Range Rover”lə bağlı istintaqa ifadə verməmişdir. Məhərrəm ona cəmi təqribən 10000 ABŞ dolları məbləğində qazanc vermişdir. Borc müqaviləsi bağlamağı o deyil, Məhərrəm təklif etmişdir. Onların Məhərrəmlə söhbətləri ondan ibarət olmuşdur ki, o, pulunu nə vaxt istəsə, Məhərrəm geri qaytaracaq. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan edilməklə tədqiq olunan ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X20 ilə dost olduqlarını bilir. Belə ki, qardaşı Cavid Sadıxov 10 ildən artıqdır ki, İsveçrə Konfederasiyasının Cenevrə şəhərində yaşayır. Qardaşı Cavid bir neçə dəfə Təqsirləndirilən şəxs loqistik yük daşıma şirkətinin vasitəsi ilə Almaniyadan, Cenevrdən avtomobillər alıb Azərbaycana göndəribdir. 2020-ci ilin avqust ayının axırları - sentyabr ayının əvvəlində qardaşı X25 şəhərindən onun üçün “BMW M8” markalı avtomobil alıb Bakı şəhərinə göndərmək istəmiş, buna görə o, Təqsirləndirilən şəxs bu barədə demiş, Məhərrəm avtomobilin pulunu ona verməsini və həmin avtomobili öz loqistik yük daşıma şirkətinin vasitəsi ilə gətirəcəyini bildirmişdir. Cavid onunla əlaqə saxlamış və Məhərrəmin Bakı şəhərində olan qardaşı Şahid1la görüşməsini və pulu sonuncuya verməsini bildirmişdir. 02 sentyabr 2020-ci il tarixdə saat 22 radələrində o, Yasamal rayonu, H.Cavid adına parkda Məhərrəmin qardaşı Qismətlə görüşmüş, Qismət ona bildirmişdir ki, onlar Almaniyada almaq istədikləri avtomobilin pulunu Məhərrəm özü orda verəcək, buna görə də o, pulu Qismətə verməlidir. O, 60000 Avro pulu Qismətə vermiş, verdikdən sonra zəng vurub Cavidə bildirmişdir. Bundan 1 gün sonra 03 sentyabr 2020-ci il tarixdə Qismətlə Yasamal rayonu, Kənar dairəvi yolda yerləşən "xxxx" avtosalonda görüşüb 100000 ABŞ dolları pulu Qismətə vermişdir. Yenə də qardaşı Cavidə zəng vurub məlumat vermişdir. 2 gün keçdikdən sonra 05 sentyabr 2020-ci il tarixdə Qismətlə həmin yerdə görüşmüş və əlavə olaraq 30000 Avro pulu Qismətə vermişdir. Hər dəfə o, pulu Qismətə verəndə Qismət özü də Məhərrəmə zəng vurub pulu almasını təsdiq etmişdir. Pulun verilməsindən sonra təxminən 2 həftə gözləmişlər, lakin Məhərrəmdən xəbər çıxmamış, qardaşı Cavid özü onunla əlaqə yaratmış, nəticədə ona guya Məhərrəmin narahat olmamaq haqqında dedikləri, X6 şəhərində başqa işlərinə görə yubandığı, tezliklə maşını Bakıya gətirəcəyi bildirilmişdir. O, özü də Bakıda hər gün 3 dəfə zəng vurub Qismətlə danışmış, Qismət də ona narahat olmamağı, qardaşı Mirinin verdiyi sözə əməl edəcəyini, başqa heç bir poblem olmadığını demişdir. Lakin 1 ay vaxt keçmiş, heç bir müsbət nəticə olmamış, Məhərrəmin yalanları ortaya çıxmağa başlamışdır. Gah demişdir ki, guya özündə olan pulu başqa bir dostuna vermiş, dostu həmin pulu qaytara bilmir, gah da pulu bankdan çıxara bilməməsi, pulun yoxlanıldığını demişdir. Bir sözlə müxtəlif bəhanələrlə işi uzatmağa başlamışdır. Artıq onlar başa düşmüşlər ki, Məhərrəm onları aldatmışdır. O, hər gün Qismətin yanına gedib pulunu tələb etməyə başlamış, Qismət də pulu Almaniyada olan qardaşı Məhərrəmə göndərdiyini bildirmişdir. O, hətta Qismətə bildirmişdir ki, qardaşı Cavid Avropada öz pulunu verib maşınını alacaqdı, onun qardaşı Məhərrəm yalandan demişdir ki, Cavid maşınının pulunu verib çatdıra bilməyəcəklər, guya özündə olan pulla onların maşınını alacaq, o da pulu burada ona verəcək, deməli iki qardaş qabaqcadan onlara qarşı hiyləgər formada tələ qurmuşlar, onun qardaşının həmin vaxt üzərində 1 sent də pulu olmamışdır, sadəcə olaraq məqsəd onları aldatmaq olmuşdur, onları aldadıb 100000 ABŞ dolları və 90000 Avro pullarını ələ keçirmişlər. Cavid dəfələrlə Məhərrəmlə əlaqə saxlayıb avtomobili göndərməsini bildirsə də, Məhərrəm hər dəfə müxtəlif bəhanələr gətirmiş, lakin avtomobili gətirməmişdir. Bundan sonra onlar pulu qeri qaytarmasını bildirmişlər. Qismət Bakı şəhərində ona 70000 ABŞ dolları və 50000 Avro pulu geri qaytarmışdır. Lakin 30000 ABŞ dolları və 40000 Avro pulu geri qaytarmamışdır (cild 2, iş vərəqi 144-145). Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, qardaşı Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Kənar dairəvi yolda yerləşən "Badamdar maşın bazarı" adı ilə tanınan avtomobil satışı mərkəzində yerləşən sahibi olduğu "xxxx" avtosalonu işlətmişdir. O da Məhərrəmin yanında avtosalonda satıcı işləmişdir. Zərərçəkmiş şəxs1 15-20 ildir ki, tanıyır. Zərərçəkmiş şəxs1 qardaşı Təqsirləndirilən şəxs vasitəsi ilə tanımışdır. Dəqiq vaxtını xatırlamasa da təxminən 2018-ci ildə Məhərrəm ona Samiqlə əlaqə saxlamağı, Samiqin onlara 50000 ABŞ dolları pul verəcəyini demiş, həmin pulu Samiqdən götürməsini bildirmişdir. Bir neçə vaxtdan sonra Samiqin kürəkəni və sürücüsü Oruc işlədikləri yerə gələrək 50000 ABŞ dolları gətirdiklərini bildirmişlər. O həmin pulu onlardan götürmüş, sonra Məhərrəm onunla əlaqə saxlamış və həmin pulu ondan gəlib götürəcəklərini demişdir. Bir müddətdən sonra tanımdaığı şəxs yanına gələrək 50000 ABŞ dolları götürüb getmişdir. Sonradan Məhərrəm Bakıda olan zaman Samiqdən 150000 ABŞ dollar pul almışdır. Məhərrəm ona Samiqin verdiyi 200000 ABŞ dollarına görə onların hər ay 4000 ABŞ dolları pul verəcəyini bildirmişdir. 200000 ABŞ dolların faizini hər ay 4000 ABŞ dolları Samiqin kürəkəni Yusif və Samiqin sürücüsü Oruc gəlib götürmüşlər. Sonradan 2020-ci ildə Məhərrəm Samiqə pul verməməyə başlamışdır. Samiq bundan sonra bir necə dəfə pulu istəmək üçün müxtəlif adamlar göndərmişdir. Lakin həmin vaxt Məhərrəm Bakı şəhərində olmadığından Samiqə pul verə bilməmişdir. Sonradan Samiq ondan və Məhərrəmdən DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmişdir. X4 intihar etdiyini bildiyindən o, şikayətini geri götürmüşdür. Bundan başqa Zərərçəkmiş şəxs3 əvvəllər tanımamışdır. Orxanın qardaşı Cavidi isə qardaşı Məhərrəmə görə tanımışdır. Belə ki, Cavidin Məhərrəmlə dost olduqlarını bilmişdir. 2020-ci sentyabr ayının əvvəllərində Məhərrəm ona mobil nömrəsi göndərmiş və bildirmişdir ki, həmin nömrədən zəng gələcək, həmin şəxs görüşüb ona 100000 ABŞ dolları və 90000 Avro pul verəcək. Məhərrəm onunla danışdıqdan sonra hazırda xatırlamadığı nömrədən zəng gəlmiş və zəng vuran şəxs özünü Orxan kimi təqdim etmişdir. O, X28 parkında görüşmüş, orada Orxan ona 60000 Avro pul vermişdir. O, pulu götürdükdə Məhərrəmlə əlaqə saxlamış və Orxanla Məhərrəmi danışdırmışdır. Onlar danışdıqdan sonra Orxan pulun qalan hissəsini bir neçə vaxtdan sonra verəcəklərini demişdir. Həmin məsələnin ona aidiyyəti olmadığından 60000 Avronu götürüb Orxanla sağollaşıb getmişdir. Həmin 60000 Avronu səhəri gün tanımadığı şəxs gəlib ondan götürüb Məhərrəmə göndərmişdir. Bir neçə gündən sonra Orxan onun iş yerinə gəlmiş və 100000 ABŞ dolları vermişdir. O həmin pulu götürdükdən sonra yenə tanımadığı şəxs gəlib həmin pulu ondan götürüb aparmışdır. Bir neçə gündən sonra Orxan təkrar "xxxx" avtosalona gəlib 30000 Avro pulu ona vermişdir. Tanımadığı şəxs gəlib həmin 30000 Avro pulu ondan götürüb Məhərrəmə göndərmişdir. Bir neçə vaxt keçdikdən sonra Məhərrəm onunla əlaqə saxlamış və ona Cavidin İsveçrə Respublikasındakı nömrəsini vermiş və demişdir ki, Cavidlə əlaqə saxlasın və desin ki, TİR yolda ləngiyir, TİRın pulunu və orda olan gecikmələri də Məhərrəm ödəyəcəkdir. Buna görə də Cavidlə “vatsap” vasitəsi ilə əlaqə saxlamış və ona Məhərrəmin dediklərini demiş və Məhərrəmi gözləməsini xahiş etmişdir. Daha sonra Məhərrəm telefonu söndürdüyündən Cavid onunla əlaqə saxlamışdır. Sonradan başqa-başqa şəxslər pulun arxası ilə gəlmişlər. O həmin şəxslərə pulun Məhərrəmə çatdığını bildirmişdir. Bir neçə vaxt keçdikdən sonra isə Orxangil onlardan şikayət etmişlər. Məhərrəm aldığı pulun bir hissəsini, yəni 70000 ABŞ dolları və 50000 Avro pulu qaytarmışdır. Məhərrəmin 30000 ABŞ dolları və 40000 Avro borcu qalmışdır. Bundan başqa Rəsulun qardaşı Elşənlə Məhərrəm dost olduqlarından Rəsul 2020-ci ilin avqust ayında özünə məxsus "İnfiniti QX80" markalı universal tipli 2014cü il buraxılışlı qara rəngli **-ST-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 60000 ABŞ dollarına satmaq üçün avtosalona qoymuşdur. Həmin markalı avtomobillər gec satıldığı üçün, yəni müştərisi az olduğundan avtomobil bir neçə ay salonda qalmışdır. 2020-ci ilin noyabr ayında Şahid4 avtosalona gəlib "İnfiniti QX80" markalı **-ST-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini almaq istədiyini dedikdə onunla danışmış və 56000 dollara, lakin pulu hissə-hissə ödəmək şərtilə razılaşmışdır. Həmin vaxt qardaşı Məhərrəm Rəsula zəng edib bu barədə danışmış və Rəsul razılaşmışdır. Bundan sonra avtomobili Ceyhunun adına sənədləşdirmək üçün Rəsul baş etibarnamə vermişdir. İlkin olaraq Ceyhun 22000 manat, sonradan isə 40000 və 34000 manat olmaqla, cəmi 96000 manat (56000 ABŞ dolları) pul ödədikdən sonra avtomobili 06 noyabr 2020-ci il tarixdə Ceyhunun adına rəsmiləşdirmişlər. Ceyhun avtomobilin pulunu 2 ay müddətində sentyabr-noyabr aylarında "xxxx" avtosalonunda ona vermişdir. İlkin olaraq o, Ceyhuna avtomaşını idarə etmək üçün etibarnamə vermiş və pul tam ödənildikdən sonra sənədləşdirilmişdir, sonra 06 noyabr 2021-ci il tarixdə avtomobilin mühərriki 5,5 at gücündə olduğundan dövlət rüsumu 1980 manatı da Ceyhun ödəmişdir. Avtomobilin dövlət qeydiyyat nişanına görə Ceyhun əlavə pul ödəməmişdir. Ceyhun 96000 manat, yəni 56000 dollar pul ödəyib avtomobili almış və 1980 manat sənədləşməyə rüsum ödəmişdir. Ceyhun pulları ödədikcə o həmin vaxtlar avtomobil alması üçün Almaniyada olan qardaşı Məhərrəmə göndərmişdir. Məhərrəmin Almaniyada olan bankdakı ******* Avro pulu pandemiya ilə əlaqədar dondurulduğundan Məhərrəmin maddi durumu pisləşmiş, buna görə Rəsul kimi bir neçə müştərinin pulunu ödəyə bilməmişdir. Buna baxmayaraq ay yarım ərzində o, Rəsula hissə-hissə cəmi 17000 dollar pul vermiş, qalan 40000 dollar pulu Məhərrəmdə saxlamışdır ki, Məhərrəm ona faiz versin. Bundan sonra o, 2 dəfə olmaqla cəmi 1000 dollar, qardaşı Məhərrəm də 3000 manat pulu Rəsula vermişdir. Hazırda Rəsula 39000 dollar verəcəkləri vardır. Bundan sonra Ceyhun avtomobilin ehtiyat açarını götürmək üçün dəfələrlə avtosalona gəldikdə o, Ceyhuna narahat olmamağı, ehtiyat açarı tezliklə verəcəyini, ailədə rəhmətə gedənin olması səbəbilə başlarının qarışıq olduğunu demişdir. Nəhayət o, Rəsulun nömrəsini Ceyhuna vermişdir. Bundan sonra Rəsula olan faizi verə bilmədikləri üçün Rəsul onlara qarşı acıqlı olmuş və bu səbəbdən də şikayət etməyə başlamışdır. Bundan başqa, o, Zərərçəkmiş şəxs4 Seyidcəbrayıl oğlu və X8 təxminən iki il olar ki, tanıyır. 2020-ci ilin avqust ayında X10 qardaşı Məhərrəmin icarə əsasında işlətdiyi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən maşın bazarındakı avtomobillərin satışı salonuna gəlmişdir. Söhbət zamanı Kamran demişdir ki, özünə məxsus “Mersedes S” klass markalı avtomobili 105000 ABŞ dollarına satıb, əvəzində həmin qiymətə “Range Rover” markalı avtomobil almaq istəyir. Həmin vaxtlarda qardaşı Məhərrəm Almaniya Respublikasında olmuş və onunla danışıb Kamranın bu fikrini ona dedikdə Məhərrəm razılaşmağını bildirmişdir. Ona görə də o, Kamrana məxsus “Mersedes S” klass markalı avtomobili işlətdikləri salona qoymasını, satıb əvəzində Almaniya Respublikasından ona həmin qiymətə “Range Rover” markalı avtomobil gətirəcəklərini bildirmişdir. Kamran da razılaşmış və özünə məxsus “Mersedes S” klass markalı avtomobili təhvil vermişdir. O, "Turbo.az" saytında həmin avtomobilin 105000 ABŞ dollarına satışı barədə elan yerləşdirmişdir. Bundan təxminən 15 gün sonra Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 8-ci kilometr adlanan yerdə "Neptun" adlı salonda satıcı işləyən Emin adlı şəxs əvvəllər tanımadığı, sonradan adının Elnur olduğunu bildiyi təxminən 45 yaşlı bir oğlanla işlədikləri salona gəlmiş və Elnurun, Kamrana məxsus “Mersedes S” klass markalı avtomobili 98000 ABŞ dollarına almaq istədiyini, razılaşdıqları halda Elnurun həmin pulu hissə-hissə olmaqla 2 ay müddətində verəcəyini bildirmişdir. Eminə isə araçı olduğuna görə 3 min ABŞ dolları pul vermişlər. O da Kamranla danışaraq bu barədə ona bildirdikdə Kamran özünə məxsus həmin avtomobili 102000 ABŞ dollarına satmağına razılaşmışdır. Bundan sonra Kamran, özünə məxsus həmin avtomobili anasının adına sənədləşdirildiyinə görə anasının adından onun adına baş etibarnamə alıb vermiş, o da həmin baş etibarnamə əsasında Kamrana məxsus “Mersedes S” klass markalı avtomobili qeydiyyatdan çıxartmış və bir neçə gün sonra həmin avtomobili Elnurun adına sənədləşdirmişdir. Bundan 2-3 gün sonra Elnur ona 30000 ABŞ dolları verib, qalan 60000 ABŞ dollarını isə 2 ay ərzində verəcəyini dedikdə onunla razılaşmışdır. Elnur 2 ay ərzində qalan 60000 ABŞ dollarını da ona hissə-hissə olmaqla vermişdir. O da Elnurdan aldığı cəmi 90000 ABŞ dollarını hissə-hissə olmaqla Almaniyaya, qardaşı Məhərrəmə göndərmişdir. 2020-ci ilin noyabr ayında qardaşı Məhərrəm ona Almaniyadan zəng etmiş və Zərərçəkmiş şəxs4 160000 ABŞ dolları dəyərində “Bently Bentayga” markalı avtomobil almaq istədiyini, həmin pulu Cavaddan götürməyini bildirmişdir. Həmin vaxtı Cavad ona 132000 ABŞ dolları vermiş və özünə məxsus “X26 Sport” markalı avtomobili işlətdikləri salona gətirərək ona təhvil verəcəyini bildirmişdir. O da Cavadın verdiyi 132000 ABŞ dollarını götürüb onunla sağollaşmış və işlətdiyi salona qayıtmışdır. Həmin günü Cavad özünə məxsus “X26 Sport” markalı avtomobili işlətdikləri salona gətirib ona təhvil vermişdir. Həmin avtomobilin təmirə ehtiyacı olduğuna görə o, avtomobilə 4 ədəd təzə təkər almış, oturacaqlara üzlük çəkdirmiş və rənglənməsi üçün avtoservisə aparıb ustaya vermişdir, Cavaddan aldığı 132000 ABŞ dollarını isə qardaşı Məhərrəmin deməsinə görə müxtəlif şəxslərə çatdırmışdır. 2020-ci ilin dekabr ayında o, Cavada məxsus “X26 Sport” markalı avtomobili ustadan təmir olunmuş formada götürmüş və işlədiyi salona gətirib satışa qoymuşdur. Təxminən on gün ərzində o həmin avtomobili hazırda xatırlamadığı müştəri ilə 10000 ABŞ dolları və 2005-ci il istehsallı “Range Rover” markalı avtomobillə dəyişmişdir. 2020-ci ilin dekabr ayının ortalarında qardaşı Məhərrəmin viza müddəti başa çatdığına görə Almaniyadan Azərbaycana, Bakı şəhərinə qayıtmışdır. Bundan sonra Cavad işlədiyi salona gəlmiş və qardaşı Məhərrəmdən onun sifariş etdiyi avtomobili gətirib çıxarmamasının səbəbini soruşmuşdur. Məhərrəm də bildirmişdir ki, Almaniya Respublikasındakı özünə məxsus hesabından əməliyyatlara qadağa qoyulduğuna görə hesabından pul çıxara bilmir və bu səbəbdən də ona söz verdiyi avtomobili gətirməsi mümkün olmamışdır. Qardaşı Məhərrəm həmçinin Cavada bildirmişdir ki, 3-4 ay ərzində söz verdiyi avtomobili gətirə bilməsə, pulunu qaytaracaqdır. Lakin, buna baxmayaraq Cavad Bakı şəhər Baş Polis İdarəsinə barələrində şikayət etmişdir. Bundan sonra Məhərrəm Cavada hissə-hissə olmaqla 35000 ABŞ dolları və dəyəri 18000 ABŞ dolları olan 2011-ci il istehsallı “İnfiniti EX35” markalı avtomobil vermişdir. Cavadın oğlu Kamrana Məhərrəmin söz verdiyi “Range Rover” markalı avtomobili gətirib təhvil verə bilməmişlər və Məhərrəmin Cavada təxminən 200000 ABŞ dolları borcu vardır. Bunun səbəbi isə Məhərrəmin Almaniyada olan hesabına qoyulmuş “stop” olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1 uzun müddətdir ki, tanıyır, sonuncunun sürücüsü kimi işləyir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 tanıdığı gündən bəri tanımışdır. Bir dəfə Zərərçəkmiş şəxs1 ona zəng edərək "xxxx" avtosalonunda olduğunu və ona 100000 dollar məbləğində pul gətirməsini demişdir. O da Zərərçəkmiş şəxs1 kürəkəni Şahid3 ilə birlikdə 100000 dollar məbləğində pulu aparıb Zərərçəkmiş şəxs1 vermişlər. Maşını o, idarə etmiş, "xxxx" avtosalonuna çatdıqda maşında gözləmiş, pulu Yusif aparıb Samiqə vermişdir. Bundan sonra, dəqiq xatırlamadığı tarixdə, ayrı-ayrılıqda iki dəfə 50000 dollar, cəmi 100000 dollar da aparıb Samiqə vermişlər. Beləliklə, ümumilikdə onun vasitəsilə Samiqə 200000 dollar pul çatdırılmışdır. İlk verdikləri 100000 dolların nə üçün lazım olduğu barədə dəqiq məlumatı olmasa da, amma sonuncu verdikləri 100000 dolların Samiqə "xxxx" avtosalonundan “Range Rover” markalı maşın sifariş verməsi səbəbindən lazım olduğunu bilmişdir. Lakin Zərərçəkmiş şəxs1 maşını ala bilməmişdir və Təqsirləndirilən şəxs alınan pulları Samiqə geri qaytarıb-qaytarmadığı barədə isə məlumatı yoxdur. Samiqdən və Yusifdən eşitdiyinə görə verilən 200000 dollar pul geri qaytarılmamışdır. Məhkəmədə verilən sualları cavablandıran Şahid2 bildirdi ki, 200000 dollar məbləğində pulu 3 dəfə olmaqla hissə-hissə aparıb Samiqə vermişlər. Onun vasitəsilə yalnız Məhərrəm tərəfindən Samiqə 1 dəfə 3500 və ya 4000 manat məbləğində pul qaytarılmışdır. Həmin pulu Məhərrəmdən almağa gedərkən, Samiq ona Məhərrəmin maşın nömrəsini satdığını və həmin pulun nömrənin pulu olduğunu demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o və qayınatası bu iş üzrə Zərərçəkmiş şəxs1 ilə birlikdə maşın almaq istəmişlər. O və qayınatası "xxxx" avtosalonuna getmiş, qayınatası ilə Məhərrəm otaqda öz aralarında söhbət etmişlər, qayınatası ona sadəcə olaraq gedib evdən 100000 dollar pul gətirməsini demişdir. O da gedib evdən pulu götürüb gəlib qayınatası Zərərçəkmiş şəxs1 vermişdir. Qayınatasının həmin pulu kimə verdiyini görməmişdir, o da maşının sənədləşdirilməsi işlərini həll etməyə getmişdir. Məhkəmədə verilən sualları cavablandıran Şahid3 bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Bildiyi qədərilə qayınatası Zərərçəkmiş şəxs1 həmin pulu Məhərrəmə verəcəkmiş, Məhərrəm isə onun üçün maşın gətirəcəkmiş. Özünün gətirib qayınatasına verdiyi 100000 dollardan başqa bir dəfə də qayınatası 100000 dollar məbləğdə pulu Məhərrəmə vermiş, amma ona şahid olmamışdır. Məhərrəm pulları qaytara bilməmə səbəbi kimi pandemiyanı əsas gətirmişdir. 100000 dollar verilmədən öncə Məhərrəmlə qayınatası Samiq arasındakı dostluq münasibəti olmuşdur. Onun vasitəsilə qayınatasına bir dəfə 5400 manat pul verilmişdir ki, qaytarsın. Bundan başqa ona pul verilməmişdir. Qayınatasına verməsi üçün 5400 manat pul verilməsinin səbəbini bilməmişdir. Həmin 5400 manatı yəqin ki, verilən 100000 dollar pul ilə əlaqədar olmuşdur, çünki qayınatası ilə Məhərrəm arasında başqa haqq-hesab olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, onun həyat yoldaşı Cəlal Əliyev "xxxx" avtosalonundan onun adına “Range Rover” markalı avtomobil almışdır. Belə ki, həmin avtomobili Turbo.az səhifəsində görüb bəyənmişlər. Onlar özlərində olan “Range Rover” markalı avtomobili verib və əlavə də ödəniş edərək "xxxx" avtosalonundan “Range Rover” markalı avtomobili almışlar. "xxxx" avtosalonundan aldıqları “Range Rover” markalı avtomobil hazırda özlərindədir, avtomobilin onlardan öncəki sahibini tanımır, görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, “Turbo.az” saytından “Mercedes-Benz S-Class” markalı avtomobili görüb bəyənmiş və həmin avtomobilin "xxxx" avtosalonu tərəfindən satışa çıxarıldığını görmüşdür. Qisməti tanıdığından avtomobili gedib almaq qərarına gəlmişdir. Avtomobilin qiymətini 100000 dollara razılaşmışlar və avtomobili alıb 100000 dollar pulu hissə-hissə 2 aya ödəmişlər. Pulu Qismətə vermişdir. İlkin ödəniş kimi 40000 dollar vermiş və ilkin ödənişi etdikdən sonra avtomobili adına keçirmişdir. O özü həmin avtomobili sonradan pula ehtiyacı olduğu üçün elə 100000 dollara satmışdır. Şahid4 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan edilməklə tədqiq olunan ifadəsindən görünür ki, 2020-ci ilin noyabr ayının əvvəllərində hazırda Rusiyada yaşayan tanışı Namiqlə maşın bazarında özünə avtomobil almaq məqsədi ilə gəzdikdə "xxxx" avtosalonunda “İnfiniti QX80 ” markalı universal tipli 2014-cü il buraxılışlı qara rəngli **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışda olduğunu görmüşdür. Avtosalonda işləyən Qismət adlı şəxslə söhbət zamanı avtomobili 56000 ABŞ dollarına, pulunu hissə-hissə ödəmək şərti ilə almaq barədə razılaşmışlar. İlkin olaraq Qismətə 22000 manat, sonradan isə 40000 və 34000 manat olmaqla, cəmi 96000 manat (56000 ABŞ dolları) pul ödəyib avtomobili 06 noyabr 2020-ci il tarixdə öz adına rəsmiləşdirmişdir. Avtomobilin pulunu 2 ay müddətində sentyabr-noyabr aylarında "xxxx" avtosalonunda Qismətin otağında özünə vermişdir. İlkin olaraq Qismət ona maşını idarə etmək üçün etibarnamə vermişdir. Bildiyi qədər də maşının sahibi adı ona sonradan Rəsul müəllim kimi məlum olan şəxs maşına görə Qismətə baş etibarnamə vermişdir. Avtomobilin mühərriki 5,5 at gücündə olduğundan dövlət rüsumu 1980 manatı da o ödəmişdir. Avtomobilin dövlət qeydiyyat nişanı Qismətlə razılığa görə avtomobolin məbləğinin daxilində verdiyindən nömrəyə görə Qismətə əlavə pul ödəməmişdir. Qismətə 96000 manat, yəni 56000 dollar pul ödəyib avtomobili almış və 1980 manat sənədləşməyə rüsum ödəmişdir. Bundan sonra o, avtomobilin ehtiyat açarını götürmək üçün dəfələrlə həmin "xxxx" avtosalona getdikdə Qismət ona narahat olmamasını, ehtiyat açarını tezliklə verəcəyini, ailələrində rəhmət gedənin olması səbəbi ilə başlarının qarışıq olduğunu bildirmişdir. Nəhayət Qismət maşını aldığı Rəsul müəllimin telefon nömrəsini ona vermiş və 2021-ci ilin fevral ayında o, avtomobilin əvvəlki sahibi Zərərçəkmiş şəxs2lə görüşdükdə, Rəsul müəllim ondan avtomaşının pulunu tam ödəyib-ödəmədiyini soruşanda o, Rəsula maşının pulunu tam həcmdə ödədiyini, hətta maşının qeydiyyat şəhadətnaməsini də öz adına keçirdiyini bildirmişdir. Avtomaşının pulunu 06 noyabr 2020-ci il tarixdə tam ödədikdən sonra maşını alqı-satqı yolu ilə öz mülkiyyətinə keçirtmişdir. Rəsul müəllim isə maşının pulunun ona tam həcmdə verilmədiyini bildirmişdir (cild 2, iş vərəqi 41). Şahid5 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan edilməklə tədqiq olunan ifadəsindən görünür ki, o, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs4 onun əridir. “Mercedes Benz S 350D” markalı 99-DM- 999 dövlət qeydiyyat nişanlı avtomobil 2019-cu ildə əri Zərərçəkmiş şəxs4 tərəfindən alınmış və pulu onun tərəfindən ödənilmişdir. Həmin avtomobilin idarə olunması və sərəncam verməyi ilə bağlı oğlu X7 etibarnamə vermişdir. Həmin “Mercedes S 350D” markalı avtomobil sonradan başqa şəxslər tərəfindən ələ keçirilmişdir. Həmin avtomobilin kim tərəfindən ələ keçirilməsini bilmədiyini, bu barədə əri Zərərçəkmiş şəxs4 və oğlu Kamran Mircavadzadənin bildiklərini bildirmişdir. Avtomobilin ələ keçirilməsində ona maddi ziyan dəyməmişdir (cild 1, iş vərəqi 146-148). Şahid6 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan edilməklə tədqiq olunan ifadəsindən görünür ki o, Bakı şəhəri, B.Məcidov küçəsi, ev 21-də ailə üzvləri ilə bilrikdə yaşayır. “X26” markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil 2017-ci ildə atası X3 tərəfindən alınmış və pulu onun tərəfindən ödənilmişdir. Həmin avtomobilə dair tərəfindən atasına etibarnamə verilmişdir. Sonradan nə baş verməsi ilə bağlı atasının bildiyini, bu barədə heç bir məlumatının olmadığını bildirmişdir (cild 1, iş vərəqi 149-151). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/7990 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmayan, normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı, avtomobillərin nəzəri orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir:

1. 2019-cu il buraxılışlı, “Mercedes Benz S350D” minik markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2020-ci ilin avqust ayına qiyməti -170000 manat;

2. 2015-ci il buraxılışlı “X26” minik markalı **-EX-*** qeydiyyat nişanlı avtomobilin 2020-ci ilin noyabr ayına qiyməti - 68000 manat. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir (cild 1, iş vərəqi 183-186). İşdə olan və məhkəmədə tədqiq edilmiş "xxxx" avtosalon MMC-nin möhürü ilə möhürlənmiş xx.xx.2021-ci il tarixli müqavilə adlı əlyazmanın surətindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 şəxsi ticarətini artırmaq üçün 40000 ABŞ dolları pul aldığını qeyd etmiş və öz imzası ilə təsdiq etmişdir (cild 2, iş vərəqi 18). İşdə olan və məhkəmədə tədqiq edilmiş zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2021-ci il, xx.xx.2022 il, xx.xx.2022 il və xx.xx.2022 il tarixli qərarlardan görünür ki, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxslər qismində tanınmış, xx.xx.2022-ci il tarixli qərarla isə X10 ölmüş Zərərçəkmiş şəxs4 hüquqi varisi qimində tanınmışdır (cild 1, iş vərəqi 85, 196, 235; cild 2 iş vərəqi 36, 140). İşdə olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X30 İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, “Mercedes Benz S350D” minik markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid5dır, avtomobil xx.xx.2020-ci ildə X7, xx.xx.2020-ci ildə Şahid1, xx.xx.2020-ci ildə Şahid7 etibar edilmişdir. “X26” minik markalı **-EX-*** qeydiyyat nişanlı avtomobilin sahibi Şahid6dır, xx.xx.2017-ci ildə Zərərçəkmiş şəxs4, daha sonra digər şəxslərə etibar edilmişdir. xx.xx.2020-ci ildaə avtomobilin sahibi Şahid8dır (cild 1, iş vərəqi 100-102). İşdə olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X30 İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “İnfiniti QX80” markalı **-ST-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sahibi Zərərçəkmiş şəxs2 olmuş, onun tərəfindən avtomobil xx.xx.2020-ci il tarixdə Şahid1, sonuncu tərəfindən həmin tarixdə Şahid4 etibar edilmişdir. xx.xx.2020-ci il tarixindən avtomobilin sahibi Şahid4dur (cild 2, iş vərəqi 53-54). İşdə olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 hər hansı hüquqi şəxsin təsisçisi və rəhbəri qismində qeydiyyatda olması barədə məlumat mövcud deyildir (cild 2, iş vərəqi 61). İşdə olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına "xxxx" MMC tərəfindən “Əmək müqaviləsi bildirişi” alt sisteminə əmək müqaviləsi bildirişi daxil edilməmişdir (cild 2, iş vərəqi 62). İşdə olan və məhkəmədə tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2022ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi diskə baxış keçirilmiş, müəyyən edilmişdir ki, həmin diskdə 8 ədəd fayl vardır. “1” adı altında videogörüntü 01 dəqiqə 14 saniyə, “2” adı altında videogörüntü 01 dəqiqə 36 saniyə, “3” adı altında videogörüntü 49 saniyə, “4” adı altında videogörüntü 01 dəqiqə 36 saniyə, “5 (1)” adı altında videogörüntü 01 dəqiqə 35 saniyə, “6” adı altında videogörüntü 29 saniyə, “7” adı altında videogörüntü 01 dəqiqə 37 saniyə, “8” adı altında videogörüntü 01 dəqiqə 37 saniyədən ibarətdir. Həmin fayllardan görünür ki, Zərərçəkmiş şəxs2 bir nəfər kişi cinsinə məxsus şəxslə telefonla danışır. Baxışda iştirak edən Şahid1 bildirmişdir ki, baxış keçirilən fayllarda Zərərçəkmiş şəxs2 danışdığı şəxs odur. Həmin danışıqda o, Zərərçəkmiş şəxs2 məxsus “İnfiniti QX80” markalı avtomobili satdıqdan sonra qalan 40000 ABŞ dolları pulu qaytarmağa görə danışdığını bildirmişdir (cild 2, iş vərəqi 154). İşdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə demiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdikləri ilə razı olduğunu bildirmişdir (cild 1, iş vərəqi 268-270). İşdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə demiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdikləri ilə qismən razı olduğunu bildirmişdir (cild 2, iş vərəqi 75-76). İşdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Şahid1 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsini Şahid1 üzünə demiş, Şahid1 Zərərçəkmiş şəxs2 ifadəsində göstərdikləri ilə tam razı olduğunu bildirmişdir (cild 2, iş vərəqi 77-78). İşdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 ibtidai istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə demiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərdikləri ilə razı olduğunu bildirmişdir (cild 3, iş vərəqi 11-13). İşdə olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X10 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Kamran Mircavadzadə ibtidai istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə demiş, təqsirləndirilən şəxs Əhədov X9 Mircavadzadənin ifadəsində göstərdikləri ilə razı olduğunu bildirmişdir (cild 3, iş vərəqi 7- 9). İşdə olan və məhkəmədə tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 təqdim etdiyi diskə baxış keçirilmiş, müəyyən edilmişdir ki, diskdə 6 ədəd fayl vardır. “WhatsApp Audio 2022-06-07 at 15.21.25 (3)” adı altında səs yazısı 15 saniyə, “WhatsApp Audio 2022-06-07 at 15.21.27 (3)” adı altında səs yazısı 20 saniyə, “WhatsApp Audio 2022-06-07 at 15.21.30 (3)” adı altında səs yazısı 25 saniyə, “WhatsApp Audio 2022-06-07 at 15.23.26” adı altında səs yazısı 33 saniyə, WhatsApp Audio 2022-06-07 at İ5.2l.27” adı altında səs yazısı 02 dəqiqə 05 saniyə, “WhatsApp Audio 2022-06-07 at 15.23.28” adı altında səs yazısı 6 saniyədən ibarətdir. Həmin fayldan görünür ki, iki nəfər kişi cinsinə məxsus səs yazısıdır. Baxışda iştirak edən Şahid1 bildirdi ki, baxış keçirilən faylda olan səs yazılarından “WhatsApp Audio 2022-06-07 at 15,21.27 ” adı altında 02 dəqiqə 05 saniyə olan səs yazısı ona məxsusdur, digər səs yazıları qardaşı Təqsirləndirilən şəxs məxsusdur. Həmin səs yazıları Zərərçəkmiş şəxs3 qardaşı Cavid adlı şəxsə “WhatsApp” vasitəsi ilə göndərdiyi səs yazısıdır. Təqsirləndirilən şəxs Cavidgildən aldığı 100000 ABŞ dolları və 90000 Avro pullardan 70000 ABŞ dolları və 50000 Avro pulunu qaytarmışdır (cild 2, iş vərəqi 161). İşdə olan və məhkəmədə tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2022ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 təqdim etdiyi diskə baxış keçirilmiş, müəyyən edilmişdir ki, diskdə 6 ədəd fayl vardır. Həmin fayl “WhatsApp Audio 2022-06-07 at 15.21.25 (3)” adı altında səs yazısı 15 saniyə, “WhatsApp Audio 2022-06-07 at 15.21.27 (3)” adı altında səs yazısı 20 saniyə, “WhatsApp Audio 2022-06-07 at 15.21.30 (3)” adı altında səs yazısı 25 saniyə, “WhatsApp Audio 2022-06-07 at 15.23.26” adı altında səs yazısı 33 saniyə, WhatsApp Audio 2022-06-07 at 15.21.27” adı altında səs yazısı 02 dəqiqə 05 saniyə, “WhatsApp Audio 2022-06-07 at 15.23.28” adı altında səs yazısı 6 saniyədən ibarətdir. Həmin fayldan görünür ki, bir nəfər kişi cinsinə məxsus səs yazısıdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, baxış keçirilən faylda olan səs yazıları ona və qardaşı Şahid1 məxsusdur. Həmin səs yazıları Zərərçəkmiş şəxs3 qardaşı Cavid adlı şəxsə “WhatsApp” vasitəsi ilə göndərdiyi səs yazılarıdır. O. Cavidgildən aldığı 100000 ABŞ dolları və 90000 Avro pullardan 70000 ABŞ dolları və 50000 Avro pulunu qaytarmışdır (cild 3, iş vərəqi 24). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 94). İş materiallarına əlavə edilərək məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023cü il tarixli, notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisi X7 dəymiş ziyan tamamilə ödənmişdir və o, Təqsirləndirilən şəxs ilə barışmışdır. İş materiallarına əlavə edilərək məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023cü il tarixli, notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs3 dəymiş ziyan tamamilə ödənmişdir və o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 məxsus “İnfiniti QX80” markalı universal tipli 2014-cü il buraxılışlı qara rəngli **-ST-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini satdıqdan sonra əldə olunmuş puldan 17000 ABŞ dolları məbləğində pulu verdikdən sonra qalan 40000 ABŞ dollarına görə faiz ödəməsini, Zərərçəkmiş şəxs1 200000 ABŞ dolları məbləğində pulu birlikdə iş qurmaq məqsədilə hər ay 4000 ABŞ dolları məbləğində faiz ödəmək müqabilində almasını və Zərərçəkmiş şəxs3 pulunu ələ keçirməməsini, ümumiyyətlə Zərərçəkmiş şəxs3 tanımamasını bildirərək öz müdafiəsi üçün dəlillər gətirmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aldığı pullarla iş görüb ona müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə qazanc verməsi barədə gətirdiyi dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə həqiqətən də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilkin mərhələlərdə iş görüb birlikdə qazanc əldə etmək məqsədilə 100000 ABŞ dolları məbləğində pul almış və əvvəlcədən razılaşdıqları müddətlərdə həmin puldan bəzən əsas məbləği saxlamaqla yalnız qazancını zərərçəkmiş şəxsə qaytarmışdır. Göründüyü kimi, ilk mərhələlərdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 götürdüyü pulun müqabilində əsas məbləği özündə saxlamaqla ona qazanc versə də, aralarında olan həmin münasibətlərdən yaranmış etibardan istifadə etməklə sonradan özündə saxladığı zərərçəkmiş şəxsin 100000 ABŞ dollarını qaytarmayaraq, həmin pulu dələduzluq yolu ilə ələ keçirmək və özünə qarşı yaranmış etibardan istifadə etməklə əlavə olaraq zərərçəkmiş şəxsin pullarını yenidən ələ keçirmək niyyətinə düşmüşdür. Bu məqsədlə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ondan xaricdən “Range Rover” markalı avtomobilin alınaraq gətirilməsi istəyi üzərinə bunun üçün Zərərçəkmiş şəxs1 50000 ABŞ dolları məbləğində pul almış, daha sonra maşını gətirmədiyi halda gömrük rəsmiləşdirməsi üçün isə əlavə olaraq yenə 50000 ABŞ dolları pulun lazım olduğunu bildirib, ondan həmin məbləğdə pul vəsaitini qardaşı Şahid1 vasitəçiliyi ilə götürmüşdür. Bu hərəkətləri ilə, Təqsirləndirilən şəxs ümumilikdə 200000 ABŞ dolları məbləğində pulunu ələ keçirərək, Zərərçəkmiş şəxs1 külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Digər epizod üzrə məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşı münasibətində isə sonuncuya məxsus "İnfiniti QX80" markalı, **- ST-*** dövlət qeydiyyat nişanlı minik avtomobili 60000 ABŞ dollarına satmaq adı ilə işlətdiyi "xxxx" avtosalonuna qoymuşdur. Sonradan avtomobili Ceyhun adlı şəxsə 56000 ABŞ dollarına satmış, satışdan əldə olunan pulu isə sahibinə verməyərək xaricə göndərmiş, zərərçəkmiş şəxsi isə aldadaraq satışdan pulun tam alınmadığını bildirmişdir. Sonradan zərərçəkmişin tələbilə maşının satış pulundan hissə-hissə cəmi 17000 dollar pul vermişdir. Sonradan verməyə razılaşdıqları 40000 ABŞ dolları pul vəsaitini isə zərərçəkmiş şəxsə qaytarmamış, bunun müqabilində hər hansı faiz məbləği ödəməmişdir. Əvəzində Zərərçəkmiş şəxs2 sakitləşdirmək, əməlini ört-basdır etmək və niyyətini gizlətmək məqsədi ilə 22 aprel 2021-ci il tarixdə "xxxx" avtosalon MMC-nin möhürü ilə möhürlənmiş üzərində “Mən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 şəxsi ticarətimi artırmaq üçün nağd olaraq 40000 ABŞ dolları aldım” yazısı olan müqavilə adlı əlyazma imzalamış və Zərərçəkmiş şəxs2 təqdim etmişdir. Lakin həmin məbləği sonradan qaytarmayaraq Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Həmçinin, məhkəmə baxışı zamanı, işdə olan və Zərərçəkmiş şəxs2 tərəfindən istintaqa təqdim edilmiş diskə tərəflərin iştirakı ilə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, Şahid1 Zərərçəkmiş şəxs2lə telefonda danışarkən sonuncuya məxsus “İnfiniti QX80” markalı avtomobili satdıqdan sonra qalan 40000 ABŞ dolları pulu qaytarmadıqlarını etiraf etmiş və qaytaracaqlarını vəd vermişdir. Məhkəmə bundan başqa, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 qarşı törətdiyi əmələ münasibətdə özünü təqsirsiz hesab edərək müdafiə məqsədi ilə gətirdiyi dəlilləri, yəni Zərərçəkmiş şəxs3 pulunu ələ keçirməməsi, ona qarşı dələduzluq etməməsi və onu tanımamasını bildirərək ittihamın həmin hissəsinə münasibətdə mübahisələndirməsinə tənqidi yanaşır və qeyd edir ki, onun ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadələrində, eləcə də məhkəmə baxışı zamanı prosses iştirakçılarının suallarına cavab olaraq bildirdikləri arasında ziddiyyətdər vardır və işin faktiki halları ilə uzlaşmır. Belə olan halda onun ifadəsinin həqiqiliyi şübhə doğurur. Məhkəmə tərəfindən bu ziddiyyətlər zərərçəkmiş şəxsin, Şahid1 ifadəsi ilə və iş materialları ilə aradan qaldırılmışdır. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 qarşı cinayət epizodu üzrə təqsirsizliyini sübut etmək üçün qeyd etdiyi həmin xüsusatlar əsassızdır. Məhkəmə bu mövqeyini onunla əlaqələndirir ki, cinayət işinin materiallarında olan 09 iyul 2022-ci il tarixli üzləşdirmə protokolundan aşkar görünür ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərdikləri ilə razı olduğunu bildirmişdir. Əlavə olaraq, məhkəmə baxışı zamanı işdə olan və Zərərçəkmiş şəxs3 tərəfindən istintaqa təqdim edilmiş diskə tərəflərin iştirakı ilə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, Şahid1 və Zərərçəkmiş şəxs3 qardaşı Cavid Sadıxov arasında “WhatsApp” proqramı vasitəsilə danışıqlar olmuş və həmin səs yazılarında Şahid1 Cavidgildən 100000 ABŞ dolları və 90000 Avro pul vəsaiti aldığını, həmin məbləğdən isə sadəcə olaraq 70000 ABŞ dolları və 50000 Avro məbləğində pul qaytardığını etiraf etmiş, yerdə qalan məbləği də qaytaracağına dair söz vermişdir. Lakin o, vədinə əməl etməyərək qalan 30000 ABŞ dolları və 40000 Avro məbləğində pulu Zərərçəkmiş şəxs3 qaytarmayaraq dələduzluq yolu ilə ələ keçirmişdir. Şahid1 da məhkəmədə dindirilərkən bir daha bu faktı təsdiq etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs ifadəsində özünü müdafiə məqsədilə göstərdiyi xüsusatlar iş üzrə zərərçəkmiş şəxslər və şahidlərin ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə, həmçinin cinayət işinin materiallarında olan üzləşdirmə protokolları və digər istintaq materialları ilə tam təkzib olunmuşdur. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edən mötəbər sənəd də yoxdur, bu hal məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi hallar hər hansı dəlillərə söykənməmiş, həmin halları təsdiq edən sübut olmamışdır. Bununla bağlı əsaslı şübhələr yoxdur. Bu səbəbdən, məhkəmə həmin xüsusatlarla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirərək onun göstərdiyi xüsusatları rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Odur ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təsvir olunanlara zidd olaraq dəlil kimi göstərdiyi hallar mötəbər sübutlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin həmin hissələrdə verdiyi ifadəsini şübhə altına alır və ifadəsində göstərdiyi həmin xüsusatları həqiqətə uyğun olmayan, hər hansı dəlilə söykənməyən, özünümüdafiə xarakterli hesab edir. Yuxarıda təsvir olunanlar onu ehtiva edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə, çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında bu kimi məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Cinayət- Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Belə ki, iş üzrə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmamışdır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Beləliklə, məhkəmə cinayət işinin materiallarında olan, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələrinə və digər sübutlara əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182, 185-187 və 189.1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 16.2-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə görə, bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Həmin qərarda məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarına əsasən, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını külli miqarda ələ keçirərək dələduzluq etməsi və təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını külli miqarda ələ keçirərək dələduzluq etməsi kifayət qədər sübuta yetirilir, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən ikisinə, yəni X10 və Zərərçəkmiş şəxs3 dəymiş ziyanı tam ödəyərək onlarla barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, şəxsiyyətini, zərərçəkmiş şəxslərdən X10 və Zərərçəkmiş şəxs3 dəymiş zərərin tamamilə ödənilməsini və barışıq əldə etməsini, cəzasını ağırlaşdıran halın olmamasını və işin digər hallarını nəzərə almaqla, özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 31 mart 2022-ci il tarixdə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 02 aprel 2022-ci il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində Bakı şəhəri Yasamal rayon Məhkəməsinin eyni tarixli qərarı həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 31 mart 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 2, iş vərəqi 96, 124-128, 196-201, 251-257). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın çəkilməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 31 mart 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd CD disk (ibtidai istintaq zamanı əldə olunmuş məlumatların audioyazılarına baxış keçirilməsi haqqında protokola əlavə edilmiş optik diskdə saxlanılan danışıq səsləri) cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 100 (yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə araşdırması zamanı Zərərçəkmiş şəxs1 məhkəməyə mülki iddia ərizəsi təqdim edərək onun mülki iddiaçı qismində tanınması, maddi ziyanın əvəzi olaraq 200000 (iki yüz min) ABŞ dolları, yəni hazırkı məzənnə üzrə 340000 (üç yüz qırx min) manat, kompensasiya olaraq dəymiş maddi ziyanın illik 5 (beş) %-i nəzərə alınmaqla 30000 (otuz min) ABŞ dolları, yəni hazırkı məzənnə üzrə 51000 (əlli bir min) manat olmaqla ümumilikdə 391000 (üç yüz doxsan bir min) manat və ödənilmiş 630 (altı yüz otuz) manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, məhkəmə baxışı zamanı iş üzrə Zərərçəkmiş şəxs2 mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülki iddiaçı qismində tanınması, maddi ziyanın əvəzi olaraq 68000 (altmış səkkiz min) manat pul vəsaitinin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə 06 oktyabr 2023-cü il və 09 iyun 2023-cü il tarixli baxış iclaslarında zərərçəkmiş şəxslər tərəfindən təqdim edilən mülki iddia ərizələrinin icraata qəbul edilibedilməməsi məsələsini müzakirə edərək icraata qəbul etmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki iddiaçı qismində, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar həmin Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 185 və 354-cü maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı məhkəmə mülki iddiaçının vəsatəti ilə verilmiş mülki iddianın təmin edilməsi üçün tədbirlər görməli, hökmdə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, və ya iddianın rədd edilməsi, yaxud iddianın baxılmamış saxlanması barədə qərarlardan birini qəbul etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarında məhkəmələrə tövsiyyə edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Məhkəmə mülki iddia ilə bağlı məsələni müzakirə edərək, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiasına münasibətdə belə nəticəyə gəlir ki, iddia tələbində dəymiş maddi zərərin məbləği çox göstərildiyindən real qiymətləndirilmir. Belə ki, məhkəmədə müəyyən edildi ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 həqiqətən də 200000 (iki yüz min) ABŞ dolları, yəni hazırkı məzənnə üzrə 340000 (üç yüz qırx min) manat məbləğində zərər dəymişdir. Lakin mülki iddiada göstərilmiş 30000 (otuz min) ABŞ dolları məbləğində tələb ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı deyil və belə olan halda ümumi tələb edilən məbləğ ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olmuş olur. Belə ki, göründüyü kimi hazırkı cinayət işi üzrə məhkəmə baxışı zamanı mülki iddia ilə bağlı ziddiyyətli məqamlar mövcud olmuş, məhkəmə prosesində mülki iddiada göstərilən 30000 (otuz min) ABŞ dolları, yəni 51000 (əlli bir min) manat məbləğin əsasını müəyyən etmək mümkün olmamışdır. Qaldırılmış mülki iddiada zərərçəkmiş şəxs tərəfindən iddia olunan məbləğin dəqiq müəyyən edilməsi mülki-prosessual münasibətlərin predmetidir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin tələbini əsaslandırdığı hallara dair sənədlər məhkəməyə təqdim olunmadığından və hal-hazırda sözügedən mülki iddianın həmin hissəsinə münasibətdə məhkəmə kollegiyası tərəfindən mahiyyəti üzrə hüquqi qiymət verilməsi əlavə araşdırmalar tələb etdiyindən məhkəmə baxışının həddindən artıq uzanmasına yol açdığı üçün zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia həmin hissədə baxılmamış saxlanılmalı və mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ ona izah olunmalıdır. Buna görə də məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməli, maddi zərərin əvəzi kimi 340000 (üç yüz qırx min) manat və dövlət rüsumu qismində ödənilmiş 630 (altı yüz otuz) manat, ümumilikdə 340630 (üç yüz qırx min altı yüz otuz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməli, mülki iddia qalan hissədə baxılmamış saxlanılmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, eləcə də zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddiasını iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək bu hissədə də yekun hüquqi nətiəcəyə gəlmişdir. Qeyd olunan mülki iddia ilə bağlı məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 68000 (altmış səkkiz min) manat məbləğində maddi zərər vurması işin mübahisəsiz halıdır və bu, məhkəmə istintaqı zamanı da tam sübuta yetirilmişdir. Ona görə də Zərərçəkmiş şəxs2 maddi ziyan tələbini əsaslı hesab edir. Bu səbəbdən, Zərərçəkmiş şəxs2 maddi zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı mülki iddiası təmin edilməli və Təqsirləndirilən şəxs 68000 (altmış səkkiz min) manat məbləğində pul tutularaq ona ödənilməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Cinayət-hüquqi tədbir olaraq xüsusi müsadirə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması kimi müəyyən edilmişdir. Hazırki cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən, xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 31 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia tələbi qismən təmin olunsun. Cinayət nəticəsində vurulmuş maddi zərərə görə 340000 (üç yüz qırx min) manat və dövlət rüsumu qismində ödənilmiş 630 (altı yüz otuz) manat, ümumilikdə 340630 (üç yüz qırx min altı yüz otuz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. İddia qalan hissədə baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddianın baxılmamış saxlanılmış hissəsində mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqları izah edilsin. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia tələbi təmin olunsun. Cinayət nəticəsində vurulmuş maddi zərərə görə 68000 (altmış səkkiz min) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd CD disk (ibtidai istintaq zamanı əldə olunmuş məlumatların audioyazılarına baxış keçirilməsi haqqında protokola əlavə edilmiş optik diskdə saxlanılan danışıq səsləri) cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 100 (yüz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əli Məmmədov Səbinə Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar