Məhkəmə qərarları › İş №1(101)-249/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-249/2024

22.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-249/2024 22.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 17:10 -da Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X14, X2, X5, X1 və X11, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurou X7, X3, X6, Dövlət ittihamçısı və X8, müdafiəçilər - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs iştirakları ilə, 26 avqust 1988-ci il tarixdə Biləsuvar rayonunun Xırmandalı kəndində doğulmuş, evli, himayəsində 1 azyaşlı uşağı olan, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkum olunmayan, Biləsuvar rayonunun Xırmandalı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayədə yaşamış, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış, daşımış və göndərmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr olan qurudulmuş marixuananı, tiryəki və metadon tərkibli “F/M40” göstəricili dərman həblərini əldə etmə, saxlama, daşıma və göndərmə barədə şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Şəhriyar” adlı şəxslə və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarındakı cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı “Şəhriyar” adlı şəxs və qeyriləri vasitəsi ilə istintaqa məlum olmayan tarixdə, vaxtda və şəraitdə qanunsuz olaraq satış məqsədi ilə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda ümumilikdə 13875,0 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı, kustar üsulla hazırlanmış külli miqdarda 1048,3 qram təmiz çəkidə narkotik vasitə tiryəki, külli miqdarda tərkibində narkotik vasitə metadon təsir maddəsinin miqdarı 28,4 qram təşkil edən 71 ədəd konvalyutda üzərində “F/M40” göstəricisi olan 710 ədəd dərman həblərini əldə edib daşıyaraq həmin narkotik vasitələrdən qurudulmuş marixuananın 600,0 qram təmiz çəkidə olan hissəsini öz üzərində, narkotik vasitə qurudulmuş marixuananın qalan hissəsini isə digər narkotik vasitələrlə birgə öz yaşadığı ünvan 1 ünvanında gizlədərək saxlamış, Təqsirləndirilən şəxs qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 13 oktyabr 2022-ci il tarixdə saat 17:00-da Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi 311 ünvanının yaxınlığında içərisində 600,0 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana olan əlindəki göy rəngli sellofan torba ilə piyada hərəkət etdiyi zaman saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edildikdən sonra orada 13 oktyabr 2022-ci il tarixdə saat 18:45-dən etibarən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən qeyd edilən 600,0 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana Təqsirləndirilən şəxs sol əlində saxladığı həmin göy rəngli sellofan torbanın içərisindəki 01 ədəd sellofan bağlamada aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına 13 oktyabr 2022-ci il tarixdə saat 20:25-dən etibarən onun öz razılığı və iştirakı ilə keçirilmiş baxış zamanı qeyd edilən narkotik vasitələrdən qurudulmuş marixuananın qalan hissəsi olan ayrı-ayrılıqda 1610,0 qram və 2450,0 qram təmiz çəkilərdə narkotik vasitə qurudulmuş marixuana 02 ədəd qara rəngli sellofan bağlamalarda, 1048,3 qram təmiz çəkidə narkotik vasitə tiryək və üzərində narkotik vasitə tiryəkə məxsus izlər olan 01 ədəd elektron tərəzi 01 ədəd narıncı rəngli sellofan torbada olmaqla 01 ədəd ağ rəngli polietilen torbanın içərisindən, ayrı-ayrılıqda 400,0 qram və 1445,0 qram təmiz çəkilərdə narkotik vasitə qurudulmuş marixuana 02 ədəd qara rəngli sellofan bağlamalarda olmaqla digər 01 ədəd ağ rəngli polietilen torbanın içərisindən, ayrı- ayrılıqda 1500,0 qram, 1400,0 qram və 400,0 qram təmiz çəkilərdə narkotik vasitə qurudulmuş marixuana 03 ədəd qara rəngli sellofan bağlamalarda olmaqla 01 ədəd qırmızı rəngli çantanın içərisindən, ayrı-ayrılıqda 1800,0 qram, 1200,0 qram və 1070,0 qram təmiz çəkilərdə narkotik vasitə qurudulmuş marixuana 03 ədəd sellofan bağlamalarda, tərkibində narkotik vasitə metadon təsir maddəsinin miqdarı 28,4 qram təşkil edən 71 ədəd konvalyutda üzərində “F/M40” göstəricisi olan 710 ədəd dərman həbləri 02 ədəd sellofan bağlamada olmaqla 01 ədəd ağ rəngli sintetik torbanın içərisindən qeyd edilən mənzilin yataq otağındakı yataq dəstinin arxa hissəsində aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, Bakı şəhəri Yasamal rayonunda yerləşən çay evində olarkən Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılarkən əlində 600,0 qram çəkidə narkotik vasitə olan marixuana olmuş, polis əməkdaşları ona zorakılıq etdiyinə görə evində 6 kiloqramdan çox narkotik vasitə olan marixuana, 1 kiloqram 200 qram tiryək, 100 ədəd listdə metadon həbi olduğunu bildirdiyindən, yaşadığı evə getmişlər. Evdən həmin narkotik vasitələri götürdükdən sonra polis əməkdaşları ilə Baş İdarəyə qayıtmış, lakin bir polis əməkdaşı onun evində qalmışdır. Baş İdarədə narkotik vasitələr tərəzidə ölçülüb rəsmiləşdirmə aparıldıqdan sonra yenidən evinə qayıdarkən polis əməkdaşlarının əllərində başqa bağlamalar olduğunu görmüş, sonradan ona verilmiş ittihamda 13-14 kiloqram narkotik vasitə olan marixuananın evindən aşkarlandığı qeyd edilmişdir. Həqiqətdə isə həmin miqdarda olmamışdır. O, “Meyvəli” bazarında meyvə satışı ilə məşğul olduğu vaxt İran İslam Respublikasının vətəndaşı “Şəhriyar” adlı şəxsin mobil telefonunu əldə etmiş, narkotik vasitəni 1 dəfə Füzuli rayonunun Böyük Bəhmənli kəndinə gedib konkret müəyyən edilmiş yerdən götürmüşdür. Narkotik vasitəni götürdükdən sonra açıb baxmış, tiryəkin çəkisini evində olan tərəzi ilə ölçmüş, İran İslam Respublikasının vətəndaşı ilə mobil telefon vasitəsilə əlaqə saxlamışdır. O, bir nəfər şəxslə narkotik vasitənin satışı ilə bağlı razılaşsa da, həmin satışı həyata keçirə bilməmişdir. “Şəhriyar” adlı şəxslə narkotik vasitəni müəyyənləşmiş ünvanlara qoymağa, narkotik vasitələrin hər kiloqramını satması müqabilində 1000 manat məbləğində pulu bank kartına köçürülməsinə razılaşmışdır. O, birinci dəfə narkotik vasitəni müvafiq ünvanlara qoysa da, pul əldə etməmiş, “Şəhriyar” adlı şəxs ikinci dəfə narkotik vasitəni ünvanlara qoyduqdan sonra birdəfəlik pulu verməyi öhdəsinə götürmüşdür. Ona polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilmiş, lakin zor tətbiq etmiş şəxsləri tanımır. Aşkarlanmış narkotik vasitələr “çert” şəklində, yəni hissəhissə formada olmamış, bağlamalarda olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində işlədiyi “Meyvəli” bazarında İran İslam Respublikasının vətəndaşı olan “Şəhriyar” adlı şəxslə tanış olub “Whatsapp” tətbiqi vasitəsilə əlaqə saxladığı zaman sonuncu ona İran İslam Respublikasından Azərbaycan Respublikasına müxtəlif narkotik vasitələr göndərdiyini, satdığını bildirmiş və ona Füzuli rayonu ərazisinə göndərdiyi narkotik vasitə olan qurudulmuş marixuananın satılmasında köməklik göstərməsini, yəni həmin maddəni hansısa adamları vasitəsi ilə Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində qoydurduğu yerdən gedib götürməsini, Bakı şəhərinə aparıb özündə saxlamasını, sonra isə deyəcəyi vaxtlarda Bakı şəhərində deyəcəyi hansısa ünvanlara yerləşdirməsini təklif etmişdir. “Şəhriyar” adlı şəxs ona həmin işi görməsi müqabilində hər dəfəsinə görə qazanc olaraq 1000 manat pul verəcəyini dedikdə maddi cəhətdən dolanışığının bir qədər zəif olmaqla pula ehtiyacı olduğundan razılaşmış və təxminən 1 ay ərzində 2-3 dəfə “Şəhriyar” adlı şəxsin göndərdiyi narkotik vasitə olan qurudulmuş marixuananı sonuncunun sözü ilə gedib Füzuli rayonu Böyük Bəhmənli kəndi ərazisində yol kənarından götürüb ayrı-ayrı müştərilərə çatdırılması üçün özü ilə Bakı şəhərinə gətirmiş, “Şəhriyar” adlı şəxsin sözü ilə Bakı şəhərində müxtəlif yerlərə, ünvanlara aparıb qoymuşdur. Buna görə də, “Şəhriyar” adlı şəxs onun "xxxx" ASC-yə məxsus plastik bank kartına hər dəfəsində 1000 manat pul göndərmişdir. O, “Şəhriyar” adlı şəxsin sözü ilə narkotik maddəni hansısa bir yerə aparıb qoyandan sonra həmin yerin fotoşəklini “Whatsapp” tətbiqi vasitəsilə çəkib göndərmiş, sonradan həmin narkotiki kimin gəlib həmin yerdən götürməsini isə bilməmişdir. 12 oktyabr 2022-ci il tarixdə növbəti dəfə “Şəhriyar” adlı şəxsin sözü ilə narkotik maddələri qoyulduğu yerdən götürmək üçün idarə etdiyi “Meqan” markalı “**-DN-***” dövlət qeydiyyat nişanlı avtomobili ilə Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisinə getmiş, 13 oktyabr 2022-ci il tarixə keçən gecə saat təxminən 02 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində yolun kənarındakı yol nişanının yanında yerə qoyulmuş, “Şəhriyar” adlı şəxs tərəfindən göndərilən içində qurudulmuş marixuana, tiryək və metadon həbləri yığılan bağlamalar olan idman çantasını həmin yerdən götürüb avtomobili ilə Bakı şəhərinə gətirmişdir. Həmin maddələrin olduğu bağlamaları idman çantasından götürüb çıxartmış, idman çantasını isə yol üstü xatırlamadığı zibilxanaya tullamış, bağlamalarda olan qurudulmuş marixuana, tiryək və metadon həblərini digər sellofan torbalara və çantaya qoymaqla yaşadığı ünvan 1 ünvanında öz yataq otağında yataq dəstinin arxa tərəfində yerləşdirmiş, həmin maddələri evdə gizlətməsindən ailə üzvlərinin xəbəri olmamışdır. Belə ki, arvadı Xilqət körpə uşağı ilə öz qohumugilə qonaq getmişdir. Biləsuvar rayonunun Xırmandalı kəndində yaşayan anası X9 isə bir gün idi ki onlara qonaq gəlmiş, anasının da xəbəri olmamışdır. 13 oktyabr 2022ci il tarixdə saat təxminən 17 radələrində “Şəhriyar” adlı şəxsin sözü ilə həmin qurudulmuş marixuanadan təxminən 600-700 qram ayırıb götürməklə bir sellofan torbaya qoymuşdur ki, Bakı şəhəri Yasamal rayonu ərazisində Şəhriyarın ona deyəcəyi hansısa bir yerə qoysun, sonra fotoşəklini çəkib “Whatsapp” tətbiqi vasitəsilə göndərsin. Əlindəki qurudulmuş marixuana olan sellofan torba ilə Yasamal rayonu H.Zərdabi küçəsi ilə piyada getdiyi zaman iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq onu saxlamış, həmin şəxslər özlərini təqdim edib Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə məlumatla bağlı xəbər verdikdən sonra üzərində hər hansı narkotik maddə olubolmadığını soruşduqda özü də artıq yalan danışmağın mənasız olduğunu görüb əlindəki göy sellofan torbada bir qədər qurudulmuş marixuananın olduğunu söyləmişdir. Polis əməkdaşları onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edib aparmış, orada özü şübhəli şəxs kimi tutulmuş, vəkil də dəvət edilib özünə təqdim olunmuş, etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları videoçəkiliş etməklə özünün üzərində şəxsi axtarış aparmağa başlamışlar. Həmin proses zamanı polis əməkdaşı ona təklif etmişdir ki, üzərində qanunsuz saxladığı əşya, maddə varsa təqdim etsin. O, əlindəki sellofan torbada olan həmin qurudulmuş marixuana bağlamasını təqdim etmiş, həmçinin üstündə olan “Redmi” markalı mobil telefonunu, içində 27 manat pulu, sürücülük vəsiqəsi və "xxxx" ASC-nin plastik kartı olan pul qabını, yaşadığı mənzilin açarını da təqdim etmişdir. Polis əməkdaşı onun üzərində şəxsi axtarış aparan zaman başqa qanunsuz heç nə aşkar edilməmişdir. Polis əməkdaşı sellofan torbadan aşkar edilmiş həmin bağlamanı açmış və narkotik maddə olan qurudulmuş marixuananın olduğu müəyyən edilmiş, həmin marixuana elektron tərəzidə çəkildikdən sonra götürülüb qablaşdırılmışdır. Yaşadığı evin açarı, pul və pul qabı özünə qaytarılmış, mobil telefonu, sürücülük vəsiqəsi və "xxxx" ASCyə məxsus plastik kartı isə iş üzrə əhəmiyyətli olduğundan götürülmüşdür. Sorğu zamanı həmin narkotik maddəni “Şəhriyar” adlı şəxsin sözü ilə Füzuli rayonu ərazisində əldə edib gətirdiyini, həmçinin yaşadığı evdə də narkotik maddələr saxladığını, evinə baxış keçirilməsinə etirazı olmadığını polis əməkdaşlarına bildirmiş, aşkarlananlar rəsmiləşdirilmişdir. Bundan sonra yaşadığı mənzildə saxladığı qalan narkotik maddələri təqdim etməyi üçün özünün könüllü razılığı və dəvəti ilə öz yaşadığı ünvan 1 ünvanına getmişlər. Mənzilə baxış keçirilməsinə həmin vaxt evdə qonaq olan anası Samirə Rzayeva da etiraz etməmişdir. Mənzilə baxış zamanı özü qalan narkotik maddələri saxladığı yeri yataq otağında polis əməkdaşlarına göstərib təqdim etmişdir. Polis əməkdaşları da həmin otaqdakı yataq dəstinin arxa tərəfinə özünün əvvəldən qoyduğu və təqdim etdiyi sellofan torbalarda və çantadakı narkotik maddələr olan qurudulmuş marixuana, tiryək və metadon bağlamalarını aşkar etmiş, onları elektron tərəzidə çəkmiş, sonra isə qablaşdıraraq götürmüşlər. Həmin maddələrin “Şəhriyar” adlı şəxs tərəfindən göndərildiyini bir daha polis əməkdaşlarına bildirmişdir. Bundan sonra polis əməkdaşları onu özləri ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edib gətirmiş, aşkar edilənlərlə bağlı protokol yazılıb tərtib olunmuş, özü də digər iştirakçılar kimi həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. O, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə danışıqlar aparmışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən, Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilib aparılarkən, şəxsi axtarış və mənzilə baxış keçirilərkən ona qarşı heç bir təzyiq, zorakılıq edilməmişdir. O, həmin “Şəhriyar” adlı şəxslə Bakı şəhərində “Meyvəli” bazarında görüşmüşdür. “Şəhriyar” adlı şəxs orta yaşlı kişidir, əlamətləri dəqiq yadında deyil. “Şəhriyar” adlı şəxsin mobil nömrəsi də İran İslam Respublikasına məxsus mobil operatora aid mobil nömrədir, hazırda həmin mobil nömrə əzbər olaraq dəqiq yadında deyil, lakin özünün “Redmi” markalı mobil telefonunun yaddaşında nömrəsi vardır. “Şəhriyar” adlı şəxs həmin narkotik maddələri bildiyinə görə İrandan göndərmiş və Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində yol kənarına qoydurmuşdur. Lakin hansı şəraitdə, kimlərin vasitəsi ilə göndərdiyi və ya oraya qoydurduğu ona məlum deyil, bu barədə “Şəhriyar” adlı şəxs ona ətraflı bildirməmişdir. Bu işi o, təklikdə etmiş, başqa heç kimin iştirakı və rolu olmamışdır. O, narkotik və ya bu cür maddələr istifadəçisi deyil, qəbul etmir. O, heç vaxt ruhi-psixi xəstəlikdən müalicə almamış və belə xəstəliklərdən də əziyyət çəkmir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında düşmənçilik, ədavət olmamışdır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi, satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs əlindəki göy rəngli sellofan torba ilə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi 311 ünvanında hərəkət edərkən digər əməliyyat müvəkkili Şahid2la birgə saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına aparılmış, Baş idarədə müdafiəçi ilə təmin olunduqdan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik maddəni satmaq üçün əldə etdiyini və bir hissəsini də yaşadığı evdə saxladığını bildirmiş, evində baxış keçirilməsinə etiraz etmədiyindən yaşadığı ünvana gedərək evində baxış keçirilmiş, evdən tiryək, metadon həbləri və qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşından “whatsapp” tətbiqi vasitəsilə danışaraq əldə etdiyini, həmin narkotik vasitələri Füzuli rayonunun ərazisindən götürdüyünü, hər kiloqramına görə 1000-1500 manat pul alacağını, torbanın içərisində olan narkotik vasitələri hansısa bir yerlərə qoyacağını bildirmişdir. Təqsirləndirilən şəxs hər hansı zorakılıq edilməmiş, videoçəkilişdə nümayiş etdirməsi üçün əlavə kütlə təqdim olunmamış, aşkarlananlar barədə səmimi etiraf etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında düşmənçilik, ədavət olmamışdır. Barəsində olan əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonu ərazisində saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmış, orada üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əlində təxminən 600-700 qram çəkidə narkotik vasitə olan marixuana aşkarlanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs evində də narkotik vasitə olduğunu, narkotik vasitələri İran İslam Respublikasının vətəndaşından “onlayn” vasitəsi ilə əldə etdiyini, saxlanılmamışdan bir müddət əvvəl Füzuli rayonunun ərazisindən götürdüyünü, İran İslam Respublikasının vətəndaşının dediyi yerlərə aparıb qoymalı olduğunu, əvvəl də həmin şəxsin tapşırığı ilə gedib narkotik vasitə götürdüyünü, bunun müqabilində isə hər kiloqramına görə 1000 manat, ümumilikdə 3000 manat pul verildiyini, İran İslam Respublikasının vətəndaşının verdiyini “Whatsapp” tətbiqi vasitəsilə şəkil ataraq, bəzən konum, yəni olduğu yer barədə məlumat verdiyini bildirmişdir. Bundan sonra əməliyyat qrupu ilə birgə Təqsirləndirilən şəxs evinə videoçəkilişdən istifadə edilməklə baxış keçirildiyi zaman təxminən tiryək və marixuana olan bağlamalar, dərman həbləri və tərəzi aşkarlanmışdır. Həmin baxış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs anası da iştirak etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Dami olaraq Biləsuvar rayonunda yaşasa da, 2 gün müddətində Təqsirləndirilən şəxs evində qonaq olarkən, 13 oktyabr 2022-ci il tarixdə saat 16 radələrində polis əməkdaşları Təqsirləndirilən şəxslə birgə evə gəlmiş, Təqsirləndirilən şəxs evdən bir ədəd sellofan bağlamanı götürüb polis əməkdaşlarına təqdim etmiş, bundan sonra polis əməkdaşları həmin bağlamanı götürüb Təqsirləndirilən şəxslə birgə getmiş, həmin gün saat 21:30 radələrində polis əməkdaşları əllərində iki böyük kisə bağlamalarla Təqsirləndirilən şəxslə birgə evə qayıtmışlar. Təqsirləndirilən şəxs evdən təqdim etdiyi bağlama da həmin bağlamaların içərisində olmuşdur. O, həmin bağlamaların içərisində nə olduğunu bilməmişdir. Polis əməkdaşları gətirdikləri kisələrdən çıxartdıqları bağlamaları stolun üstünə düzüb sənədləşdirmə aparmış, ona həmin sənədləri imzalamaq təklif edildikdə səbəbini soruşmuş, polis əməkdaşları sənədlərdə həmin bağlamaların evdən çıxdığının yazıldığını bildirmişdir. O, razı olmadığını, evdən yalnız sellofan torba çıxdığını dedikdə, polis əməkdaşları ona qarışmamasını, imzalamalı olduğunu demişdir. O da imzalamış, heç vaxt oğlu Təqsirləndirilən şəxs narkotik vasitə satdığını eşitməmiş, görməmişdir. Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitə qəbul etməmiş, heç siqaret belə çəkməmişdir. Polis əməkdaşları ilk dəfə gələrkən sellofan bağlamanı tərəzidə çəkəndə bağlamanın çəkisi 6 kiloqramdan gəlmiş, qara plastilinə oxşar maddə olmuş, soruşduqda polislər əməkdaşları narkotik vasitə olduğunu demişlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 7) xx.xx.2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və “Əməliyyat qrupunun yaradılması haqqında” əmrdən görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 8-9;12) xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:00-da Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 5 ünvanının yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 13) xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 23-24) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli qərar və protokoldan görünür ki, müvafiq qərara əsasən, Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs sol əlində saxladığı göy sellofan torbanın içərisindən 1 ədəd sellofan bağlamanı, əynində olan açıq-qəhvəyi rəngli qısa qol gödəkçəsinin sol iç cibindən içərisində özünə aid 27 manat pul vəsaiti, 01 ədəd sürücülük vəsiqəsi, "xxxx"a məxsus rəqəmləri silinmiş 01 ədəd plastik bank kartı olan 1 ədəd qara rəngli pul qabını, əynində olan tünd-boz rəngli şalvarının sağ cibindən 01 ədəd mənzil açarı və içərisində “***-***-**-**” saylı mobil nömrə olan 01 ədəd “Redmi” markalı mobil telefon aparatını təqdim edərək masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq təqdim etdiyi sellofan bağlamada olan maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddəni ona deyiləcək yerə qoyaraq pul əldə etmək üçün əlində saxladığını, həmin maddəni təxminən 3 (üç) ay öncə tanış olduğu, nömrəsini telefonunda qeyd etdiyi İran İslam Respublikasının vətəndaşı olan “Şəhriyar” adlı şəxsin vasitəsilə həmin gecə saat 2-də Füzuli rayonu ərazisindən gizlədilmiş yerdən götürdüyünü, narkotik vasitələrin bir hissəsini Qaradağ rayonunda yerləşən yaşadığı evində gizlətdiyini, yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını, həmin narkotik vasitələri ona deyiləcək yerə qoymaqla hər 1 kq narkotik vasitəyə görə 1000 manat pul əldə etmək istədiyini, bundan öncə də 3 dəfə ona deyilən yerdən narkotik vasitələri götürərək başqa yerə qoymaqla 3000 (üç min) manat pul əldə etdiyini ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Sellofan bağlamada aşkar edilən kütlə sıfırlanmış elektron tərəzi ilə çəkilmiş, həmin sellofan bağlama 1 ədəd içi boş sellofan torbaya qoyularaq qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “7” nömrəli möhürü ilə möhürlənmiş, habelə üzərində “***-***-**-**” saylı mobil nömrə olan “Redmi” markalı mobil telefon, 1 (bir) ədəd sürücülük vəsiqəsi və "xxxx"a məxsus rəqəmləri silinmiş 01 ədəd plastik bank sonuncuya izah verildikdən sonra götürülmüş, 1 ədəd açar və içərisində 27 manat pul kisəsi Təqsirləndirilən şəxs qaytarılmışdır. (Cild 1, iş vərəqə 33-35) “Evə baxış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli qərar və protokoldan görünür ki, ünvan 1 ünvanında aparılmış baxış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzilin yataq otağına daxil olub yataq dəstinin arxa hissəsindən içərisində narkotik tərkibli maddələr olduğunu bildirərək 2 ədəd sellofan torbanı, 1 ədəd qırmızı rəngli çantanı və 1 ədəd ağ rəngli kisəni təqdim etmiş, həmin təqdim edilmiş kütlələr götürülərək baxış keçirilməsi üçün qonaq otağına gətirilmiş, ilk növbədə ağ rəngli sellofan torbaya baxış keçirilən zaman içərisində 1 ədəd narıncı rəngli sellofan torba, 2 ədəd qara rəngli sellofan bağlama olması müəyyən edilmiş, narıncı rəngli sellofan torbaya baxış keçirilən zaman içərisində 1 ədəd bağlamada narkotik vasitə tiryəkə bənzər kütlə və 1 ədəd elektron tərəzinin olması, ağ rəngli birinci sellofan torba aşkar edilmiş 2 ədəd qara rəngli sellofan bağlamaya baxış keçirilən zaman hər ikisinin içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması, 2-ci ağ rəngli sellofan torbaya baxış keçirilən zaman içərisində 2 ədəd qara rəngli sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması, təqdim edilmiş qırmızı rəngli çantaya baxış keçirilən zaman içərisində 3 ədəd qara rəngli sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması, təqdim edilmiş ağ rəngli kisəyə baxış keçirilən zaman içərisində 3 ədəd sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, 2 ədəd sellofan bağlamada üzərində “Metadon M-40” yazısı olan ümumilikdə 710 ədəd olan narkotik tərkibli həblər olması müəyyən edilmiş, aşkar edilmiş həmin 3 ədəd bağlamada olan qurudulmuş marixuanaya bənzər kütlələr kisədə, həblər isə sellofan torbada qablaşdırılıb möhürlənərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirilmiş, lakin narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunan maddələrin narkotik vasitə tiryək və qurudulmuş marixuana olduğunu, həmin maddələri ona təxminən 3 ay öncə tanış olduğu, nömrəsini telefonunda qeyd etdiyi İran İslam Respublikasının vətəndaşı olan “Şəhriyar” adlı şəxsin vasitəsilə bu gecə saat 2-də Füzuli rayonu ərazisindən gizlədilmiş yerdən götürdüyünü, həmin maddələri ona deyiləcək yerə qoymaqla hər bir 1000 qram narkotik vasitəyə görə 1000 manat pul əldə etməli olduğunu, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını, narkotik vasitə istifadə etmədiyini, həmin əməlindən anası və ailə üzvlərindən heç kimin məlumatının olmadığını bildirmişdir. (Cild 1, iş vərəqə 41-43) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-cü il tarixli, 7/1176 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs əlində saxladığı sellofan torbadan aşkar edilmiş” yazılar və imzalar olan göy rəngli polietilen bağlamadakı ağ rəngli sellofan bağlamada təmiz çəkisi 600,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş.,.” yazılar və imzalar olan qırmızı rəngli çantadakı 3 ədəd qara rəngli sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1500,0 qram, 1400,0 qram və 400,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs evindən aşkar edilmiş bağlama...” yazılar və imzalar olan ağ rəngli polietilen bağlamadakı 2 ədəd qara rəngli sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1610,0 qram, 2450,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs evindən aşkar edilmiş...” yazılar və imzalar olan ağ rəngli polietilen bağlamadakı 2 ədəd sellofan bağlamada ayrı- ayrılıqda təmiz çəkiləri 400,0 qram, 1445,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş...” yazılar və imzalar olan ağ rəngli sintetik torbadakı 3 ədəd sellofan bağlamada ayrı- ayrılıqda təmiz çəkiləri 1800,0 qram, 1200,0 qram, 1070,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi 13875,0 qramdır. Tədqiqata təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: marixuananın ümumi çəkisi 13875,0 qram (1-11№-li ob), tədqiqata 0,55 qram (hər obyektdən 0,05 qram) sərf edildikdən sonra 13874,85 qram qalıq qalmışdır.(Cild 1, iş vərəqə 51-53) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-cü il tarixli, 6/5947 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksləri olan iki ədəd polietilen bağlamada -üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd sellofan bağlamanın içərisində ümumi təmiz çəkisi 1048,3 qram olan spesifik iyə malik tünd-qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd sellofan bağlamanın içərisində 71 (yetmiş bir) ədəd konvalyutda üzərində “F/M40” göstəricisi olan ümumilikdə 710 (yeddi yüz on) ədəd qəhvəyi rəngli dairəvi formalı dərman həblərində metadonun təsir maddəsinin miqdarı 28,4 qram təşkil edir. Təqdim edilmiş bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan tiryəkə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların maddə nümunələri ilə müqayisəli tədqiqatı aparılmadı. Tiryək 2005-ci il 28 İyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in l siyahısına daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in İİ siyahısına daxildir. Həmin ekspert rəyinə əsasən təmiz çəkisi 1048,3 qram tiryəkin 0,050 qramı tədqiqata sərf edildikdən sonra qalıq 1048,25 qram tiryək, ümumi sayı 710 ədəd olan “Methadone 40” həblərindən 25 ədədi tədqiqata sərf edildikdən sonra qalıq 685 ədəd həb qalmışdır. (Cild 1, iş vərəqə 56-59) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə ittiham irəli elan edilmişdir. (Cild 1, iş vərəqə 76-77) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)- 1119/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli tutulduğu gündən hesablanmaqla, 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 101-106) xx.xx.2022-ci il tarixli “Əşyaların maddi sübutlar hesab edilməsi haqqında” qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumilikdə 13874,45 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana, qalıq qalmış 1048,25 qram təmiz çəkidə narkotik vasitə tiryək, qalıq qalmış 685 ədəd narkotik vasitə metadon tərkibli “F/M40” göstəricili həblər, üzərində narkotik vasitə-tiryəkə məxsus izlər olan 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmaqla, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. (Cild 1, iş vərəqə 116-118) xx.xx.2022-ci il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş içərisində “***-***-**-**” saylı mobil nömrə kartı olan 01 ədəd “Xiaomi Redmi POCO M3 Pro 5G” markalı mobil telefon aparatının yaddaşındakı məlumatlara istintaq zamanı baxış keçirilmiş, baxış zamanı həmin mobil telefon aparatının yaddaşında “Kontaktlar" bölməsində, eləcə də “Whatsapp Business” ani mesajlaşma mübadilə sistemi bölməsində İran İslam Respublikasının mobil operatoruna aid “+98-991-804-4836” saylı mobil nömrə istifadəçisinin “X10” adı altında qeydə alındığı müəyyən edilmişdir. Həmçinin, baxış zamanı “Whatsapp Business” ani mesajlaşma mübadilə sistemi bölməsində “X10” adı altında qeydə alınmış İran İslam Respublikasının mobil operatoruna aid “+98- 991-804-4836” saylı mobil nömrə istifadəçisinə 13 oktyabr 2022-ci il tarixdə saat 15:57-də “Qaqa o bayaxları mənə qara klok dedin e, dedin e ondan axşam yarım ünvana at, oradan bir dənə yarım götürüb ver Mahirə, bir dənə də orada bağlı var, bir dənə də yarım odu, onu Mahirə vermişəm, yoldadı qayıdıb gəlir, deyir bu şeydi, hamısı tumdu, Şəhriyar başıva dönüm bizə belə şey göndərmə də, işləyiriksə qurban olum sənə, bunu düzgün, normal işləyək, get qayıt, get qayıt, Allah haqqı mənim də əsəbim pozulur, başım ağrıyır, vermişəm, təzəldən zəng vurur ki gəl məhləyə, gəl bunu götür, mən istəmirəm, bu heç zaddı, başıva dönüm mənim də işim- gücüm var axı, mən axı bütün işimi gücümü buraxıb bu işin dalınca yapışa bilmərəm, sənə dedim elə göndər, elə bir şey göndərginən ki nə sən orada inci pul sarıdan, nə də mən burada əziyyət çəkim, bu əlinə düşəni oyannan bəri göndərirsən, bu yəni olmur, Allah haqqı olmur, o da aparıb kiməsə verir, uşaqların məsəlçün pulunu verməlidi, uşaqlara bu günə söz verib, pul söz verib, o keçən uşaqlara, Orxanla o biri oğlana, İlkinə, onlara pul söz verib, onlar da ailəli adamdı, pula görə gəliblər, aparıb yoldan təzəldən qayıdıb dala ki bu belə çıxmayıb, belədi, başıva dönüm vermə də belə şey, qurban olum sənə, indi lap sənin deyil, lap yol kirəsi kimi göndərirsən, onu orada başa salginən ki mənim bu yol kirəmə götürən şeyləri, normal şey verginən, nə bilim e, bezdim e Şəhriyar, Allah haqqı, yəni bu belə işləyəcəyiksə mən işləyə bilmərəm e, bu alınmaz, yəni sən oradan əlinə gələni yığıb oyannan bəri göndərirsən ki alaginən, Allah haqqı elə otun qiyməti, var-yoxuna lənət burada heç neçəyədi, onu mən buradan alaram sənin aldığına, belə şeyi mən neynirəm, belə şey nə qədər istəyirsən mən düz-qoş edib taparam sənin üçün” məzmunlu səsli mesajın göndərilməsi, bundan sonra “X10” adı altında qeydə alınmış “+98-991-804-48362 saylı mobil nömrə istifadəçisindən həmin tarixdə saat 18:08-də “Salam” məzmunlu SMS mətninin qəbul edilməsi, ardınca saat 18:08-də 2 dəfə və saat 18:17-də 1 dəfə buraxılmış video zənglərin daxil olması, saat 18:17-də “Qaqa inanan sibyaza çix” məzmunlu SMS mətninin qəbul edilməsi, həmçinin saat 18:43-də 1 dəfə və saat 19:14-də 1 dəfə buraxılmış səsli zənglərin daxil olması faktlarının qeydə alındığı müəyyən edilmişdir. (Cild 1, iş vərəqə 140-152) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(004)-1068/2022 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir. (Cild 1, iş vərəqə 154) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X17 xx.xx.2022-ci il tarixli, 10448 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 155) xx.xx.2022-ci il tarixli Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. (Cild 1, iş vərəqə 161) “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” X17 xx.xx.2022-ci il tarixli, 2606 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada ruhi-əsəb və narkoloji kabinetdə dispanserdə qeydiyyatda olmamışdır. (Cild 1, iş vərəqə 162) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (Cild 1, iş vərəqə 164-165) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X17 xx.xx.2022-ci il tarixli, 7835 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən epizodik istifadə etmə halları olub. Lakin, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 169-170) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 179/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay müddətinə, yəni 13 aprel 2023-cü il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqə 206- 211) xx.xx.2023-cü il tarixli "xxxx" MMC-dən daxil olmuş telefonla aparılan danışıqlara və ötürülən məlumatlara dair CD diskdə olan məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı ***-***-**-** saylı mobil nömrənin "xxxx" MMC-də Nail Novruzovun adına qeydiyyatdan keçirildiyi müəyyən edilmiş, CD diskin yaddaşında cinayət işi üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar olunmamışdır. (Cild 1, iş vərəqə 214) Doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il təvəllüdlü bir uşağı vardır. (Cild 1, iş vərəqə 216) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Ekspertiza tədqiqatından sonrakı qablaşdırılmış halda ümumilikdə qalıq qalmış 13874,45 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananın, qalıq qalmış 1048,25 qram təmiz çəkidə narkotik vasitə tiryəkin, qalıq qalmış 685 ədəd narkotik vasitə metadon tərkibli “F/M40” göstəricili həblərin, üzərində narkotik vasitə tiryəkə məxsus izlər olan 01 ədəd elektron tərəzinin maddi sübut qismində tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilməsi nəzərə alınmış, şəxsi axtarış və götürmə aparılması, baxış keçirilməsi və götürmə haqqında 13 oktyabr 2022-ci il tarixli protokollara əlavə edilmiş müvafiq proseslərin həyata keçirilməsinə dair yaddaşında videogörüntülər olan 02 ədəd DVD disk, Təqsirləndirilən şəxs məxsus içərisində ***-***-**- ** mobil nömrə kartı olan 01 ədəd “Xiaomi Redmi POCO M3 Pro 5G” markalı mobil telefon aparatı və 01 ədəd "xxxx" ASC-yə məxsus plastik bank kartı iş üzrə maddi sübut hesab edilmiş, maddi sübutlardan yaddaşında videogörüntülər olan 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmış, içərisində ***-***-**-** saylı mobil nömrə kartı olan 01 ədəd “Xioami Redmi POCO M3 Pro 5G” markalı mobil telefon aparatı və 01 ədəd "xxxx" plastik bank kartı cinayət işinin materialları ilə birgə tanış olmaları üçün təqsirləndirilən şəxsə və müdafiəçisinə təqdim edilmə mərhələsi başa çatdıqdan sonra saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, istintaq zamanı təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, istintaq hərəkətlərinin protokolları, fotoşəkillər və işdə olan digər sənədlər iş üzrə toplanmış sübut növləri kimi qiymətləndirilmiş, şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Şəhriyar” adlı şəxs və qeyriləri tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda 13875,0 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananın, külli miqdarda 1048,3 qram təmiz çəkidə narkotik vasitə tiryəkin, külli miqdarda tərkibində narkotik vasitə metadon təsir maddəsinin miqdarı 28,4 qram təşkil edən 71 ədəd konvalyut üzərində “F/M40” göstəricisi olan 710 ədəd dərman həblərinin qaçaqmalçılıq yolu ilə keçirilməsi, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qeyd edilən maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və göndərilməsi faktlarına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqə 224-237) “Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 13 mart 2023-cü il tarixli qərardan görünür ki, şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Şəhriyar” adlı şəxs və qeyriləri tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda 13875,0 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananın, külli miqdarda 1048,3 qram təmiz çəkidə narkotik vasitə tiryəkin, külli miqdarda tərkibində narkotik vasitə metadon təsir maddəsinin miqdarı 28,4 qram təşkil edən 71 ədəd konvalyut üzərində “F/M40” göstəricisi olan 710 ədəd dərman həblərinin qaçaqmalçılıq yolu ilə keçirilməsi, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qeyd edilən maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və göndərilməsi faktlarına görə ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata ********** nömrəli cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqə 224-237) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-3469 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilən zaman ilkin tibbi müayinə zamanı onun bədənində xəsarət aşkar olunmamışdır. Həmin məktuba əlavə edilmiş tibbi kitabçasının kserosurətindən görünür ki, həmin kitabçanın “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” adlı 12-ci qrafasında “Zədə almadığını bildirir” yazısı, “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” adlı 13-cü qrafasında “Aşkar olunmadı” yazısı, “Obyektiv müayinə” adlı 14-cü qrafasında “Şikayəti yoxdur” yazısı qeyd edilmişdir. Bakı şəhəri Nərimanov rayon prokurorluğundan daxil olmuş xx.xx.2023-cü il tarixli, 573-X-23 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona qarşı fiziki və psixi zorakılıq edilməsi ilə bağlı Nərimanov rayon prokurorluğuna müraciət daxil olmamış, hər hansı araşdırma aparılmamışdır. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində saxlanılarkən ona polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edildiyinə görə ibtidai istintaq zamanı etirafedici məzmunda ifadə verdiyini demişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı Bakı şəhəri Nərimanov rayon prokurorluğunun məktubuna əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona qarşı fiziki və ya psixi zorakılıq edilməsi ilə bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət etməmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına daxil olarkən bədəni üzərində hər hansı xəsarətin olubolmamasını dəqiqləşdirmək üçün həmin təcridxanaya sorğu verilib cavabı alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı İstintaq Təcridxanasından daxil olmuş Təqsirləndirilən şəxs barəsində tərtib edilən tibbi kitabçanın kserosurətindən görünür ki, həmin kitabçanın “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” adlı 12-ci qrafasında “Zədə almadığını bildirir” qeydi, “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” adlı 13-cü qrafasında “Aşkar olunmadı” qeydi yazılmışdır. Məhkəmə baxışı zamanı həmin xüsusatın aydınlaşdırılması üçün şahidlər Şahid1 və Şahid2 suallar verilmiş, şahidlər Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən tutulmazdan əvvəl və ya sonra psixi və ya fiziki zorakılıq edilmədiyini bildirmişlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, əsaslı şübhə mövcud deyil. O, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2 dəfə baxış keçirildiyini, birinci dəfə baxış keçirilərkən evində 6 kiloqramdan çox narkotik vasitə olan marixuana, 1 kiloqram 200 qram tiryək, 100 ədəd listdə metadon həbi olsa da, idarəyə aparılıb qayıdarkən polis əməkdaşları tərəfindən əlavə narkotik vasitələr də gətirildiyini və həmin narkotik vasitələrin də ona məxsus olduğunu videoçəkiliş zamanı söyləməsini tələb etdiklərini bildirmişdir. Təqsirləndirilən şəxsin anası Şahid3 da ifadəsində aşkarlanan predmetlərin nə olduğunu bilməsə də, polis əməkdaşlarının evə 2 dəfə gəldiklərini, ikinci dəfə gəldikdə özləri ilə içərisi dolu şəkildə bağlamalar gətirdiklərini demişdir. Lakin şahidlər Şahid1 və Şahid2 məhkəməyə verdikləri ifadələrində Təqsirləndirilən şəxs evinə 2 dəfə baxış keçirilmələri barədə məlumat verməmiş, Təqsirləndirilən şəxs könüllü olaraq narkotik vasitələri təqdim etdiyini söyləmişlər. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Baxış və götürmə haqqında” protokollardan, şahid ifadələrindən, eləcə də məhkəmə baxışı zamanı müvafiq videoçəkilişlərə cinayət prosesinin tərəflərinin iştirakı ilə baxışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə müvafiq istintaq hərəkətləri zamanı könüllü olaraq həmin bağlamaları, elektron tərəzini təqdim etmiş, aşkarlananlar zərflərdə qablaşdırılmışdır. Videogörüntülərdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Həmçinin, məhkəmə baxışı zamanı həmin videoyazıların tədqiqindən də görünür ki, videogörüntülərdə kəsinti olmamış, ardıcıl olaraq, fasiləsiz videoçəkiliş aparılmışdır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs videogörüntülərə baxarkən həmin baxış hərəkətlərində göstərilənlərin həqiqət olduğunu təsdiqləmişdir. Aşkarlananlarla bağlı məhkəmə-kimyəvi ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022ci il tarixli, 7/1176 nömrəli və 6/5947 nömrəli ekspert rəylərinin təsviri hissəsinə əsasən təqdim olunmuş zərflərin tamlığının pozulması müəyyən edilməmişdir. Həmin ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs əlində saxladığı sellofan torbadan aşkar edilmiş” yazılar və imzalar olan göy rəngli polietilen bağlamadakı ağ rəngli sellofan bağlamada təmiz çəkisi 600,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş...” yazılar və imzalar olan qırmızı rəngli çantadakı 3 ədəd qara rəngli sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1500,0 qram, 1400,0 qram və 400,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs evindən aşkar edilmiş bağlama...” yazılar və imzalar olan ağ rəngli polietilen bağlamadakı 2 ədəd qara rəngli sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1610,0 qram, 2450,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs evindən aşkar edilmiş...” yazılar və imzalar olan ağ rəngli polietilen bağlamadakı 2 ədəd sellofan bağlamada ayrı- ayrılıqda təmiz çəkiləri 400,0 qram, 1445,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş...” yazılar və imzalar olan ağ rəngli sintetik torbadakı 3 ədəd sellofan bağlamada ayrı- ayrılıqda təmiz çəkiləri 1800,0 qram, 1200,0 qram, 1070,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi 13875,0 qramdır. Tədqiqata təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-cü il tarixli, 6/5947 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksləri olan iki ədəd polietilen bağlamada üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd sellofan bağlamanın içərisində ümumi təmiz çəkisi 1048,3 qram olan spesifik iyə malik tünd-qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd sellofan bağlamanın içərisində 71 (yetmiş bir) ədəd konvalyutda üzərində “F/M40” göstəricisi olan ümumilikdə 710 (yeddi yüz on) ədəd qəhvəyi rəngli dairəvi formalı dərman həblərində metadonun təsir maddəsinin miqdarı 28,4 qram təşkil edir. Təqdim edilmiş bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan tiryəkə məxsus izlər vardır. Məhkəmə bir halı da qeyd edir ki, Şahid3 Təqsirləndirilən şəxs yaxın qohumu, yəni anası olduğuna görə, Təqsirləndirilən şəxslə oxşar məzmunda ifadə verməsini müdafiə xarakterli hesab etməklə, həqiqətə uyğun olmayan məlumat kimi qəbul edir. Yuxarıda təsvir olunanlar onu ehtiva edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadə verərkən tam səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadələr verməklə, çaşqınlıq yaratmaq, cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşdür. Bu səbəbdən, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışında təqsirləndirilən şəxslərin bilavasitə dinlənilmələri məhkəməyə onların verdikləri məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2022-ci il tarixli, məhkəmə baxışı zamanı verdiyi qismən etirafedici ifadələrini əsas götürür. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxslərin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onların xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatını özündə əks etdirən xx.xx.2022-ci il tarixli raport həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin dəftərxanasından qeydiyyatdan keçirilmiş, həmin məlumat əsasında “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixdə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilməsi ilə bağlı tərtib edilmiş raport Baş Narkotiklərlə Mübarizə İdarəsinin törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçirilmişdir. Həmin əməliyyat qərarı qanuniliyinin yoxlanılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilmiş, qərarın qanuniliyi yoxlanılmışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2022-ci il tarixli, məhkəmə baxışı zamanı verdiyi qismən etirafedici ifadələrini, şahidlər Şahid1 və Şahid2 həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə baxışı zamanı verdikləri ifadələrini, Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini, ekspert rəylərini, istintaq hərəkəti protokolları və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlamaqla daşıması və göndərməsinə görə ittiham irəli sürülmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər aiddir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən Qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 1-ci Siyahısının 5-ci bəndinə əsasən- narkotik vasitə olan tiryək təmiz halda 0,5 qramdan artıq çəkidə olduqda şəxsi istehlak miqdarından artıq, 50 qramdan artıq çəkidə olduqda külli miqdar, marixuana təmiz halda 5 qramdan artıq çəkidə olduqda şəxsi istehlak miqdarından artıq, 500 qramdan artıq çəkidə olduqda külli miqdar, 0,02 qramdan artıq çəkidə olduqda şəxsi istehlak miqdarından artıq, 1,6 qramdan artıq çəkidə olduqda külli miqdar təşkil edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanıldıqdan sonra üzərinə və avtomobilə baxış keçirilən zaman ümumi təmiz çəkisi 1048,3 qram tiryək, 710 ədəd dərman həblərində 28,4 qram metadonun təsir maddəsi, 13875 qram marixuana, eləcə də 1 ədəd elektron tərəzi aşkarlanmışdır. Məhkəmə aşkar olunmuş maddələrlə bağlı qeyd edir ki, həmin vaxt Təqsirləndirilən şəxs aşkarlanmış tiryəkin ümumi təmiz çəkisi şəxsi istehlak miqdarı (birdəfəlik istehlak həcmi) üçün nəzərdə tutulduğundan 20,9 dəfə, metadonun ümumi təmiz çəkisi şəxsi istehlak miqdarı (birdəfəlik istehlak həcmi) üçün nəzərdə tutulduğundan 1420,0 dəfə, marixuananın ümumi təmiz çəkisi şəxsi istehlak miqdarı (birdəfəlik istehlak həcmi) üçün nəzərdə tutulduğundan 2775,0 dəfə çoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarına görə, şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Bundan başqa, həmin Plenum qərarından görünür ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. İş materiallarından, təqsirləndirilən şəxsin həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə baxışı zamanı verdiyi ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub İran İslam Respublikasının vətəndaşı “Şəhriyar” adlı şəxslə cinayətkar əlaqəyə girərək narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı danışıqlar aparmışdır. Habelə, Təqsirləndirilən şəxs məxsus “***-***-**-**” saylı mobil nömrənin olduğu mobil telefondan “Whatsapp Business” ani mesajlaşma tətbiqi vasitəsilə İran İslam Respublikasının mobil operatoruna aid “+98-991-804-4836” saylı mobil nömrə istifadəçisinin “X10” altında qeydə alınmış şəxsə 13 oktyabr 2022-ci il tarixdə saat 15:57də “Qaqa o bayaxları mənə qara klok dedin e, dedin e ondan axşam yarım ünvana at, oradan bir dənə yarım götürüb ver Mahirə, bir dənə də orada bağlı var, bir dənə də yarım odu, onu Mahirə vermişəm, yoldadı qayıdıb gəlir, deyir bu şeydi, hamısı tumdu, Şəhriyar başıva dönüm bizə belə şey göndərmə də, işləyiriksə qurban olum sənə, bunu düzgün, normal işləyək, get qayıt, get qayıt, Allah haqqı mənim də əsəbim pozulur, başım ağrıyır, vermişəm, təzəldən zəng vurur ki gəl məhləyə, gəl bunu götür, mən istəmirəm, bu heç zaddı, başıva dönüm mənim də işim- gücüm var axı, mən axı bütün işimi gücümü buraxıb bu işin dalınca yapışa bilmərəm, sənə dedim elə göndər, elə bir şey göndərginən ki nə sən orada inci pul sarıdan, nə də mən burada əziyyət çəkim, bu əlinə düşəni oyannan bəri göndərirsən, bu yəni olmur, Allah haqqı olmur, o da aparıb kiməsə verir, uşaqların məsəlçün pulunu verməlidi, uşaqlara bu günə söz verib, pul söz verib, o keçən uşaqlara, Orxanla o biri oğlana, İlkinə, onlara pul söz verib, onlar da ailəli adamdı, pula görə gəliblər, aparıb yoldan təzəldən qayıdıb dala ki bu belə çıxmayıb, belədi, başıva dönüm vermə də belə şey, qurban olum sənə, indi lap sənin deyil, lap yol kirəsi kimi göndərirsən, onu orada başa salginən ki mənim bu yol kirəmə götürən şeyləri, normal şey verginən, nə bilim e, bezdim e Şəhriyar, Allah haqqı, yəni bu belə işləyəcəyiksə mən işləyə bilmərəm e, bu alınmaz, yəni sən oradan əlinə gələni yığıb oyannan bəri göndərirsən ki alaginən, Allah haqqı elə otun qiyməti, var-yoxuna lənət burada heç neçəyədi, onu mən buradan alaram sənin aldığına, belə şeyi mən neynirəm, belə şey nə qədər istəyirsən mən düz-qoş edib taparam sənin üçün” məzmunlu səsli mesajın göndərilməsi, bundan sonra “X10” adı altında qeydə alınmış “+98 991 804 4836” saylı mobil nömrə istifadəçisindən həmin tarixdə saat 18:08-də “Salam” məzmunlu SMS mətninin qəbul edilməsi, ardınca saat 18:08-də 2 dəfə və saat 18:17-də 1 dəfə buraxılmış video zənglərin daxil olması, saat 18:17-də “Qaqa inanan sibyaza çix” məzmunlu SMS mətninin qəbul edilməsi, həmçinin saat 18:43-də 1 dəfə və saat 19:14-də 1 dəfə buraxılmış səsii zənglərin daxil olması faktlarının qeydə alındığı müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Beləliklə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə, evinə baxış keçirmə və götürmə istintaq hərəkətləri zamanı təqdim etdiyi narkotik vasitə olan marixuana, tiryək və metadonun çəkilərinin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, narkotik vasitələrin növ müxtəlifliliyinə, elektron tərəzinin mövcudluğuna, üzərindən çıxan narkotik vasitənin tərkibinin eyniliyinə, narkotik vasitənin dövriyyəsi ilə bağlı yazışmaların mövcud olmasına, onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatına əsasən, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarına əsasən, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, himayəsində bir azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması, ilk dəfə cinayət törətməsini, əməlini qismən etiraf etməsini, müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitələrin növ müxtəlifliyini, həmin narkotik vasitələrin şəxsi istehlak miqdarından dəfələrlə çox olmasını, elektron tərəzinin mövcudluğunu, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, onlara Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 13 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 137 (bir yüz otuz yeddi) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumilikdə 13874,45 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana, qalıq qalmış 1048,25 qram təmiz çəkidə narkotik vasitə tiryək, qalıq qalmış 685 ədəd narkotik vasitə metadon tərkibli “F/M40” göstəricili həblər, üzərində narkotik vasitə tiryəkə məxsus izlər olan 01 ədəd elektron tərəzi məhv edilməli, cinayət işi üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə aparılması, baxış keçirilməsi və götürmə haqqında 13 oktyabr 2022-ci il tarixli protokollara əlavə edilmiş müvafiq proseslərin həyata keçirilməsinə dair yaddaşında videogörüntülər olan 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İçərisində “***-***-**-**” saylı mobil nömrə kartı olan 01 ədəd “Xiaomi Redmi POCO M3 Pro 5G” markalı mobil telefon və 01 ədəd "xxxx" ASC-yə məxsus plastik bank kartı təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə qaytarılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X17 26 dekabr 2022-ci il tarixli, 7835 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 13 oktyabr 2022-ci il tarixdən hesablansın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 137 (bir yüz otuz yeddi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs oğlundan tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumilikdə 13874,45 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana, qalıq qalmış 1048,25 qram təmiz çəkidə narkotik vasitə tiryək, qalıq qalmış 685 ədəd narkotik vasitə metadon tərkibli “F/M40” göstəricili həblər, üzərində narkotik vasitə tiryəkə məxsus izlər olan 01 ədəd elektron tərəzi məhv edilsin, içərisində “***-***-**-**” saylı mobil nömrə kartı olan 01 ədəd “Xiaomi Redmi POCO M3 Pro 5G” markalı mobil telefon və 01 ədəd "xxxx" ASC-yə məxsus plastik bank kartı təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə qaytarılsın, şəxsi axtarış və götürmə aparılması, baxış keçirilməsi və götürmə haqqında 13 oktyabr 2022-ci il tarixli protokollara əlavə edilmiş müvafiq proseslərin həyata keçirilməsinə dair yaddaşında videogörüntülər olan 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar