Məhkəmə qərarları › İş №1(101)-249/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-249/2025

07.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-249/2025 07.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X14 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, Azərbaycan Respublikası Təhsil Nazirliyinin informasiya şöbəsində dəftərxana sektorunda böyük məsləhətçi vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1, 214-2, 28,277 və 281.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 16:15-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları saxlamış və yaymış, habelə ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsinə şərait yaradan hərəkətlər etməyə və hakimiyyətin zorla ələ keşirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn təkrar açıq çağırışlar etmiş, habelə bu cür məzmunlu materiallar təkrar yaymış, Azərbaycan Respublikasının vətəndaşı X34 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında dövlət xadiminin və ictimai xadimin, habelə xarici dövlət nümayəndəsinin xidməti və siyasi fəaliyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədi ilə onların həyatına sui-qəsd etməyə hazırlıq hərəkətləri etmiş, lakin iradəsindən asılı olmayaraq cinayəti başa çatdıra bilməmişdir. 2.Belə ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasının ərazisində yaşayan “Riza Kazimi” adı ilə tanınan Azərbaycan Respublikasının vətəndaşı X34 ilə 2023-cü ilin əvvəllərindən “WhatsApp” mobil tətbiqi vasitəsilə əlaqəyə girərək Azərbaycan Respublikasının dövlət xadimləri olan Azərbaycan Respublikasının Prezidenti, Birinci vitse-prezidenti, onların ailə üzvləri, digər yüksək vəzifəli şəxslər, Mili Məclisin deputatı Mustafayev (Mustafa) Fazil Qəzənfər oğlu, ictimai xadim olan "xxxx" MMC- nin (“Real TV" və “Real FM”) rəhbəri X2, habelə xarici dövlət nümayəndələri olan X5, Böyük Britaniya və X11 və İsrailin Azərbaycan Respublikasındakı səfirləri, həmçinin Azərbaycan Respublikasına səfər edəcəkləri zaman Türkiyə Respublikasının Prezidenti və İsrailin Baş nazirinin müvafiq olaraq xidməti və siyasi fəaliyyətinə son qoymaq, bu fəaliyyətə görə qisas almaq məqsədilə onların həyatına sui-qəsd etməklə bağlı sövdələşib, hazırlıq işləri aparmasından sonra sui-qəsdin bilavasitə törədilməsində Rahim Əliyevin onu alət və vasitə ilə təmin edəcəyinə dair razılaşmışlar. Bu məqsədlə televiziya kanalları, internet və sosial şəbəkələr vasitəsilə Azərbaycan Respublikasının Prezidenti, İ Vitse-prezidenti və onların ailə üzvlərinin hərəkət marşrutları, iştirak etdikləri ictimai tədbirlər, mühafizələrinin təşkili, Milli Məclisin deputatları, xüsusən də Fazil Mustafa barədə müəyyənedici məlumatları, hansı nəqliyyat vasitələrindən istifadə etməsi, "xxxx" MMC-nin (“Real TV” və “Real FM”) rəhbəri X2 barədə müəyyənedici məlumatları, onun iş və yaşayış yeri, Türkiyə Respublikasının Prezidenti və İsrailin Baş nazirinin Azərbaycana səfərlərinin vaxtı, müddəti, keçirəcəkləri görüşlərin yeri və vaxtı, X5, Böyük Britaniya və X11 və İsrailin Azərbaycan Respublikasındakı səfirləri, onların fəliyyət göstərdikləri səfirliklərin yeri, mühafizələrinin hansı qaydada təşkil edildiyi, İsrailin Azərbaycandakı səfiri Corc Dikin hərəkət marşrutu, hansı tədbirlərə qatılması, mühafizəsinin necə təşkil edildiyi və hərəkət marşrutuna dair məlumatların müəyyən edilməsi istiqamətində fəaliyyət göstərmiş, İsrail səfirliyinin yerləşdiyi ünvan 3 ünvanındakı “Hyatt Recency” mehmanxanasının gizli şəkildə müşahidəsini aparmaqla dövlət xadiminin və ictimai xadimin, habelə xarici dövlət nümayəndəsinin xidməti və siyasi fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədi ilə onların həyatına sui-qəsd etməyə hazırlıq hərəkətləri etmiş, lakin 01 sentyabr 2023-cü ildə Dövlət Təhlükəsziliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığından iradəsindən asılı olmayaraq cinayətini başa çatdıra bilməmişdir. 3.Təqsirləndirilən şəxs “Facebook” sosial şəbəkəsində “mailto:kelvindiamond@rambler.ruElektron ünvan 1” elektron ünvanına bağlı, “Əli Zülfüqar” adlı saxta hesabında 14 oktyabr 2022-ci il tarixdə dini ekstremist məzmunlu materialı, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya va belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları yaymışdır. 4.Bundan əlavə, Təqsirləndirilən şəxs “Facebook” sosial şəbəkəsində “mailto:kelvindiamond@rambler.ruElektron ünvan 1” elektron ünvanına bağlı, “Əli Zülfüqar” adlı saxta hesabında 06 oktyabr 2022-ci il, 14 oktyabr 2022-ci il və 28 oktyabr 2022-ci il tarixlərdə Azərbaycan Respublikasında ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsinə şərait yaradan hərəkətlər etməyə, habelə dövlət hakimiyyəti barədə qəsdən həqiqətə uyğun olmayan, insanlarda hakimiyyət nümayəndələrinə qarşı nifrət yaradılması məqsədi daşıyan məlumatlar ifadə edərək, Azərbaycan Respublikası vətəndaşlarını toplaşıb güc tətbiq etməyə, digər formada kütləvi qanunsuz hərəkətlər etməyə sövq edən, onları hakimiyyət əleyhinə qiyama çağıran və sair oxşar məzmunlu paylaşımlar edərək terrorçuluğa və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn təkrar açıq çağırışlar etmiş, habelə bu cür məzmunlu materialları təkrar yaymışdır. Sübutların tədqiqi: 5.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 167-3.1, 214-2, 28,277 və 281.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirili bilməyərək, məhkəmə istintaqı zamanı verdiyi ifadələrində qeyd etmişdir ki, o, xx xxxx 1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, ali təhsillidir, Bakı şəhərində yaşayır. Bir il əvvəl, keçən ilin sentyabr ayında DTX tərəfindən həbs olunmuş, həbs olunmamışdan əvvəl hər gün işə gedib-gəlmiş, dövlət işində, dövlət qulluqçusu kimi işləmişdir. Səhər saat 9-un yarısı evdən işə gedərkən sürdüyü maşına bir qədər toxundurmuşlar, həmin anda güzgüdən arxaya baxarkən elə bir şey olmadığını görmüş, sürməyə davam edəndə bir dəfə də toxundurmuşlar, saxladıqda həmin şəxsin narahat olduğunu və ona baxdığını görmüşdür. Düşəndən sonra üzərinə gələrək “yavaş ol” demişdir. Gəlib arxadan onu tutaraq yuxarıya qaldırmış, o, heç bir müqavimət göstərməmiş və təəccüb içində olmuşdur. Bu zaman mikroavtobusun içərisindən əməkdaşlar düşmüş və onu mikroavtobusa mindirmişlər. O, 01 sentybar 2023-cü il tarixindən 08 ay ərzində DTX-nin istintaq təcridxanasında olmuşdur. Ora ilk dəfə səhər saat 9 radələrində gözü və başı bağlı girmiş, şok vəziyyətində olmuş, əməliyyatçılar da şok vəziyyətində olduğunu görərək maşında ona su vermişlər. Ona “narahat olma, qorxmaq lazım deyil, sənin susmaq hüququn var” demişlər. Həmin anda onu müstəntiqin kabinetinə aparmışlar, bundan sonra qışqırışma başlamış, üzərinə şiddət etmişlər və olmazın sözlər deyilmişdir. O, nə baş verdiyini və harada olduğunu soruşmuş, ona DTXda olduğu bildirilmişdir. Ondan Rəhimin kim olduğunu soruşmuşlar, o da bilmədiyini, heç nə yadına düşmədiyini demiş, bundan sonra “onda kəlbətin gətirin dırnaqlarını çıxaraq, o zaman yadına düşər ki, kimdir” demişlər. Bu sözü eşidəndən sora ona soyuq tər, vahimə gəlmiş və özünü itirmişdir. O, özü də ağlamağa və qışqırmağa başlayaraq “nə baş verir, nə üçün belə edirsiniz” demiş, həmin vaxt kimsə “gözlərini aç, qoy görsün, daha da çox vahimələnsin” demişdir. Gözlərini açandan sonra kimsə qulağının sol tərəfindən şillə vurmuş, qulağı cingildəməyə başlamış və özündən ixtiyarsız olaraq şiddətli şəkildə ağlamağa başlamışdır. O, “mənə izah edin mən nə üçün buradayam, mən səhər evimdən işə gedirdim, məni yolda saxladınız, mən heç nə anlamıram” demişdir. Başının ətrafına xeyli adam yığılmış, hamısı üzərinə qışqırmış və olduqca çox təhqiramiz ifadələrdən istifadə etmişlər. Ondan sonra çiyninin sol tərəfindən olduqca bərk sıxmağa başlamış, hətta onda iz də qoymuşdur. Bərk sıxdığından qışqırmışdır. Sonra onu digər otağa aparmışlar, həmin otaqda başqa biri olmuşdur. O, vahimə içində ağlamış, ondan nə olduğunu, nəyə görə ağladığını soruşmuş, o da nə üçün ağladığını başa düşə bilmədiyini demiş, sonra harada olmasını bilmələri üçün evi və işi ilə əlaqə saxlamaq istədiyini bildirmiş, ona “sən heç kimlə əlaqə saxlaya bilməzsən, bizim dediyimizlə əlaqə saxlamalısan, buradasan” demişlər. O, yalvarmağa başlamış, “nə lazımdırsa deyin edim, onsuz da məni yolun ortasında tutdunuz, nəyin baş verdiyini anlamıram, mənə bir nəfər başa salsın” demişdir. Bir sözlə səhər saat 9-dan, axşam saat 8-ə kimi izahat, sorğu-sual, qışqır-bağır olduqca şiddətlə olmuşdur. Ondan kimi öldürmək , kimə sui-qəsd hazırlamaq istədiyini soruşmuşlar. O, heç kəsə sui-qəsd hazırlamadığını və kəsə sui-qəsd hazırlamaq istəmədiyini bildirmişdir. Nə baş verdiyini ümumiyyətlə anlamadığını dedikdə orda olan şəxs dəmir dubinka çıxarıb masanın üzərinə qoymuşdur. Üzr istəyir, adını çəkə bilməyəcək, ona “bununla, ya bunsuz” demişlər. Həmin vaxt o, “xahiş edirəm, övladlarım, ailəm var, nə lazımdırsa soruşun deyim” demişdir. Stolun arxasından şalvarını aşağıya çəkməyə başlamış, bu zaman “nə edirsiniz, yalvarıram, etməyin” demiş, həmin şəxs ona “bu dəqiqə bunu salacam sənə” demişdir. Qışqırıb bağıraraq bunu ona etməməyi xahiş etmişdir. Onu vurduğundan stulun üzərinə yıxılmış, axşam 9-a kimi də əli bağlı olmuşdur. Komputerlə olan biri yazmağa başlamış, onun da heç nədən başı çıxmamışdır. Ağlayaraq heç bir şey başa düşə bilməmişdir. Şiddət içində olmuş və beyni də dumanlı olmuşdur. Axşam saat 8, 9-un yarısı gəlib üzünə maska keçirərək aparmışlar. Onu yalnız kameraya salmışlar və həmin kamerada ona oturmağa icazə verməmişlər. Ayaqları ağrımış, bel hissəsində də 5 mm-lik yırtıq olmuşdur. Şiddətli ağrılarının olduğunu deyərək heç olmazsa oturmağa icazə vermələrini istəmiş, axşam saat 10 olanda yatmaq vaxtı olduğunu və uzana biləcəyini demişlər. Ac, susuz, heç br yemək yemədən, səhərə kimi günü belə keçmişdir. Səhəri Səbail Rayon Məhkəməsində ona sanksiya tətbiq etmişlər. O, özü dövlət işində və özəl firmalarda işləmişdir. Özünün hazırda 39 yaşı var. Ailəsi ziyalıdır və həkim ailəsindəndir. Özü on il dövlət işində işləmiş, ona kimi isə müxtəlif firmalarda işləmişdir. Ali təhsillidir, İqtisadiyyat Universitetini bitirmişdir. Bir dəfə ailə qurmuş, daha sonra ailəsi ondan boşanmışdır. Bir azyaşlı qızı var. İllər keçmiş və o ikinci dəfə ailə qurmalı olmuşdur. İkinci ailəsindən bir azyaşlı oğlu var. Birinci evliliyi olduqca çətin olmuşdur. Anası stress yaşamış və iflic vəziyyətinə kimi gəlib çıxmışdır. Evlərinə gələrək onlara hədə-qorxu gəlmişlər. Axırda boşanmaya kimi gedib çıxmışlar. Ondan sonra məhkəmə olmuş, övladının ona həftədə iki dəfə göstərilməsi ilə bağlı məhkəmə olmuş, məhkəmədə olduqca problemlər yaşanmışdır. Qızını ona vermək istəməmişlər. 2015-ci ildən bu günə kimi öz qız övladını görə bilməmişdir. Nə o, nə də anası, atası və bacısı görə bilməmişlər. Sağlamlığı ilə bağlı bel nayihəsindən MRT olunmuş və 5 mm-lik disk yırtığı olmuşdur. Bu səbəbdən nə çox ayaq üzərində qala bilir, nə də yeriyə bilir. O, 14 yaşında ikinci mərtəbədən yerə yıxılmışdır. Nəticədə başından zərbə almış, bununla bağlı xəstəxanada yatmış və təhsilindən geriyə qalmışdır. İttihamla bağlı ona 28,277-ci maddəni qoymuşlar və orada onun nə olmasını bilməmişdir. Yazılandan sonra, müstəntiqin otağında səhəri gün ondan qol çəkməsini demişlər, həmin vaxt oxumağa ona oxumağa icazə verməmişlər. Ona “yox oxuma, sən məhkəməyə getməlisən” demişlər. Biraz təkid etdikdən sonra “iki dəqiqə vaxtın var, nə oxudunsa oxudun” bildirilmişdir. O, şəxsən bir Azərbaycan vətəndaşı olaraq, həmişə öz həyatında və ailə həyatında da sakit bir həyat yaşamış, heç vaxt kiməsə qarşı xuliqanlıq, maneçilik və pislik etmək niyyəti ilə yaşamamışdır. Heç vaxt hansısa polis bölməsində olmamışdır. Ümumiyyətlə iş yerində də on işləmiş, ondan əvvəl də başqa yerlərdə işləmiş və heç bir vaxt ondan hansısa pislik olmamışdır. Onun öz ailəsi və öz ətrafı olmuşdur. Özü ziyalı ailədə böyümüş, bu yaşına kimi də heç bir pis əməllərdə iştirak etməmişdir. O, saxlanılacağını bilməmiş və hər günki kimi evdən çıxıb işə getmişdir. Onu saxlayan zaman aparıb hansı maddə qoyulduğunu demişlər. O da açığı hüquqşünas olmadığından maddələrdən xəbəri olmamış, ilk dəfə bu hala düşmüşdür. Nə maddəsi olduğunu soruşmuş və hazırlıq maddəsi olduğunu demişlər. Əgər onda hansısa hazırlıq idisə, nəyə görə onu şəxslərə qarşı nəyəsə hazırlıq edən zaman tutmayıblar. Onu tutan zaman evində, maşınında və iş yerində axtarış aparılmışdır. Bütün axtarışlar zamanı heç bir təhlükəli obyekt və hazırlıq üçün təhlükəli ümumiyyətlə heç bir şey tapılmamışdır. Belə bir şey yoxdur, ola da bilməz, mümkün də deyil. O, özünün əsgərlikdə olmadığını, nə soyuq, nə də isti silahdan davranma qaydasını bilmədiyini demiş və nə üçün bunları ona etdiklərini bildirmişdir. Bunlar bir sentyabr tarixindən sonra olmuşdur. Həmin davranış ona qol çəkdirilən birinci gün olmuş, ondan sonra isə ona qarşı olan davranış 180 dərəcə dəyişmişdir. Hətta ona siz deyə müraciət etmişlər. Ona “Elşən biz bilirik ki, sən bu işi edən adam deyilsən, səni tutmaq bizim üçün çətindir” demişlər. Orada olan təhlükəsizlik üçün adını çəkmədiyi bir şəxs özü yerindən qalxaraq ona “sən vətənprəvər insansan, özün də yaxşı insansan, səni də tanıyırıq, biz səni əvvəllər qiyabi tanıyırdıq, amma əyani olaraq sənin, ailənin davranışını biz gördük” demişdir. Bu zaman o, yazıq insan olduğunu, bəs onda nəyə görə onu tutduqlarını bildirmişdir. Onu bir şeyin hökmünü soruşduğundan tutmuşlar. O, hər hansı hökmdə icra etmək üçün həmin sualı soruşmamışdır. O, ümumiyyətlə hər şeylə maraqlanan insan olduğunu demiş, ona öz ixtisasını düzgün seçmədiyini, müstəntiq, hakim, ya da prokuror olmalı olduğunu bildirmişlər. O, sadəcə olaraq bir sual vermiş və həmin sualı da ancaq öz maraq dairəsində vermişdir. Sosial şəbəkələrdə bu suallarla bağlı söhbətlər gəzmiş, o da həmin suallardan yan keçmiş, daha sonra isə get-gedə söhbətlər artmış və o da sualı “youtube” şəbəkəsində çıxış edən adama vermişdir. Həmin şəxs kim istəsə ürək açıqlığı ilə sual verə biləcəyini, amma sualı cavablandıra biliməsi üçün “fake” insan olmamasını dediyindən sual vermişdir. O da emosiyalarını toplayaraq bu sualı evində mətbəxdə tək oturduğu yerdə vermişdir. Bu söhbət heç bir yerdə yayılmamış və heç kimin xəbəri olmamışdır. Ailəsində belə heç kimin sualdan məlumatı olmamışdır. Üzərindən bir müddət keçdikdən sonra təsadüfən həmin mesajın heç ümumiyyətlə adama çatmadığını görmüşdür. Mesaj çatmadığından heç arxasınca da düşməmiş, maraqlanmamış və öz xoşluğu ilə həmin mesajı silmişdir. Onun sualı sadəcə olaraq sual olmuş və hansısa təhriklə bağlı olmamışdır. Onun belə bir insan olmadığı aydın görünür. 6.Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, tutulmazdan əvvəl Təhsil Nazirliyində dəftərxanada kuryer vəzifəsində işləmişdir. O, “facebook” sosial şəbəkəsində bir müddət aktiv, bir müddət passiv olmuş, bir müddət də ümumiyyətlə istifadə etməmişdir. Profilinin adı “Əli Zülfüqar” olmuşdur. Rəhim Əliyev şəxsin adı olmuş və bildiyi qədər “Rza Kazemi” isə ləqəbi olmuşdur. Həmin şəxsi tanımır, ilk dəfə “youtube” şəbəkəsində görmüşdür. Həmin şəxslə onun arasında yazışma olmamışdır. Bir dəfə səsli mesajla kitab barəsində atmış və həmin mesajına cavab gəlmişdir. İngilis casusu Mr.Henrinin etirafları barədə maraqlanmış və o kitabın doğru olub-olmaması barədə soruşmuşdur. Çox adamlar həmin kitabın doğru olmadığını demişlər. Bəxtiyar Bayramov adlı şəxsi “youtube” şəbəkəsindən izləmişdir. Ailə münasibətlərinin və problemlərin nizama salınması barədə kanalı olmuş, həmin kanalla maraqlanmışdır. Həmin şəxslə “Telegram” vasitəsilə əlaqə saxlayaraq ailəsində olan problemlərlə bağlı sual vermişdir. “mailto:kelvin.diamond@rambler.ruElektron ünvan 2” “fake” ünvan olmuş və həmin ünvanı o yaratmışdır. Hansısa konkret məqsədlə yox, çoxdan açdığı ünvan olmuşdur. O, həmin hesabda Azərbaycanda zorla hakimiyyətin dəyişdirilməsi, ələ keçirilməsi barədə hansısa paylaşımlar etməmiş, konstitusiyanın dəyişdirilməsi barədə ümumiyyətlə paylaşım olmamışdır. O, ***-***-**-** saylı mobil telelfon nömrəsindən istifadə etmiş, ***-***-**-** saylı mobil nömrəsindən çoxdan istifadə etmişdir. “Whtasapp” tətbiqi dediyi nömrəyə bağlı olmuşdur. “Twitter” sosial şəbəkəsindən olduqca passiv istifadə etmişdir. Hansı elektron ünvana bağlı olmasını dəqiq xatırlamır. O, “Xiaomi” markalı mobil telefondan istifadə etmiş, “Samsung” markalı mobil köhnə telefonu olmuş və sınmışdır. Axtarış zamanı “Samsung” markalı telefonu da götürülmüşdür. X4 abonent həmin Rəhim Əliyev olmuş, Rəhim Əliyevi bir dəfə “youtube” şəbəkəsində təsadüfən görmüşdür. Çıxışının alt başlığı maraqlı gəlmiş və üzərinə klik etmişdir. X29 bir neçə videolarına baxmış, videosunda “əgər kiminsə mənə sualı olsa, həmin ünvandan mənə sual yaza bilər” demişdir. Rəhim Əliyevə müraciət edərkən ümumiyyətlə heç kəsin nə dövlət, nə də qeyri-dövlət şəxslərinin həyatına sui-qəsd hazırlığı fikri onda olmamışdır. Ona verilən maddə 28,277-ci maddə olmuşdur. Bu haqda onun evində, maşınında, işində, ümumiyyətlə bütünlüklə onda axtarışlar olmuş, sui-qəsdə hazırlıq barəsində onda heç bir sübutlar olmamış, heç bir iş görməmiş və belə bir niyyəti olmamışdır. Əgər olsa idi, bu gün hamısı ortada olardı. Ümumiyyətlə o təbəqənin insanı deyildir. Sadəcə olaraq çıxışlarında bəzi şəriət məsələləri barədə danışıb söhbətlər etmiş, bəzi suallar səsləndirmiş, həmin suallar da onun beynində qalmışdır. O isə sui-qəsdin barəsində gələn şübhələrin doğrulması ilə bağlı sualı ünvanlamışdır. Bunu etmək şəriətdə necə qarşılanır, şəriət buna icazə verir ya yox. “Telegram” kanalında elm, təhsil, musiqi və dini səhfələri izləmişdir. O, Tuhid İbrahimli və Orxan Məmmədov adlı şəxsi tanımır, “youtube”da görmüşdür. Həmin şəxslərin səhifələri qarşısına çıxmış və onları izləmişdir. Həmin şəxslərin nə işlə məşğul olmaları və hansısa təşkilat üzvü olmaları barədə onda məlumat olmamışdır. Həmin şəxslər haqqında məlumatı ona DTX-da vermişlər. Ona olan zor və təzyiqlərlə bağlı harasa şikayət etməmiş, o vaxt onun vəkili olmamışdır. O, sanksiya məhkəməsində olarkən zorakılıqlarla bağlı demişdir. Uşaq vaxtı yıxıldığı üçün travma almış, ona görə də beyninin zədəsi olmuş, bununla bağlı xəstəxanada yatmışdır. Həmin travmalarla onun yaddaşı pozulmuşdur. Bir müddət qarşısındakı insanları tanıya bilməmişdir. Çənəsində də qıcolmalar olmuş, çənəsi sağa-sola getmişdir. Atası ixtisasca nevropatoloqdur. Yadına gəlir ki, atası həkimlərlə danışıb məsləhətlər edərək ona dərmanlar yazmışdır. Həmin dərmanları ona tez-tez vermişlər, sonradan böyüdükcə azaltmışlar. Nə dərmanların verilməsini xatırlamır. Onun birinci nigahdan olan övladının hazırda 11 yaşı var. Övladını görməməyi üçün Misirə, Gürcüstana və Türkiyəyə qaçırmışlar. Məhkəmə həftədə iki dəfə görmək hüququnun olması barədə qərar qəbul etmiş və həmin qərarı heç kim icra etməmişdir. O və ailəsi bu vəziyyətlə bağlı ümumiyyətlə get-gələ düşmüşlər. Məhkəmə qarşı tərəfi beş yüz manat cərimə etmişdir. Onlar da bundan ümumiyyətlə hiddətlənərək uşağı göstərməyəcəklərini demişlər. O isə həmin vaxtdan bəri təyin edilmiş alimentini hər ay ödəmişdir. “Telegram” kanalında sualı ailəsində olan problemlə bağlı vermişdir. Ailəsində olan problemlərlə bağlı ona nə məsləhət görə biləcəklərini soruşmuşdur. Hansısa dövlət xadiminin həyatına son qoymaqla bağlı onun nəinki hərəkəti olmuş, belə bir niyyəti də olmamışdır. Ümumiyyətlə o təbəqənin insanı da deyildir. Bununla bağlı onda güc, qüvvə də yoxdur və silahdan istifadə qaydasını da bilmir. Xəstəliyi ilə bağlı onu əsgərlikdən saxlamışlar və əsgər getməmişdir. Ümumiyyətlə kiməsə sui-qəsdlə bağlı onda plan və fikir olmamışdır. O, sualı ünvanlamış, amma suala cavab gəlməmişdir. Sualı yazmış və sonra da telefonu bağlamışdır. Onun verdiyi sual bundan ibarət olmuşdur ki, islam şəriətinə görə dövlət xadimlərinin öldürülməsi, onlara sui-qəsd olunması halaldır, ya halal deyil. Belə olanda Allah insanı bağışlayır, ya bağışlamır. Bu sualı Rəhim Əliyevə vermiş və suala cavab gəlməmişdir. Ümumiyyətlə sonra həmin mesaj onun yadından çıxmışdır. Səhv etmirsə onun üzərindən ay yarım, iki ay keçmiş həmin mesaja baxmış və həmin mesaj hələ də bir xətt olmuşdur. Bu da o deməkdir ki, mesajı həmin şəxsə getmiş, amma həmin şəxsə çatmamışdır. Mesajını 5-6 saniyə dinlədikdən sonra yadına düşmüş və özü də həmin mesajı silmişdir. Axtarış zamanı ondan qanunla qadağan edilmiş hansısa əşyalar aşkar edilməmişdir. O, İsaril səfirliyini izləməmişdir. İş materialları ilə sonda tanış olanda telefonunun anten məlumatlarının götürüldüyünü görmüşdür. Baxdıqda 56 və 61 saniyədə İsrail Səfirliyinin yanında olmasının yazıldığını görmüşdür. O, bunun orada olan işıqforun saniyəsi olduğunu demişdir. O, maşın sürmüş və həmin saniyələr işıqforların saniyəsi olmuşdur. Oradan piyada getməmiş, yalnız maşın və avtobusla getmişdir. Onun özünü pis hiss etməyi onunla bağlı olmuşdur ki, onunla qışqırbağırla danışmışlar və ona qarşı təhqiramiz sözlər işlətmişlər. Neçə nəfər olduğunu gözü bağlı olduğundan görməmişdir. Bir müddət sonra isə onun gözünü açanda çox adam görməmişdir. O, özünü itirmiş və orada ağlamışdır. Onun əvvəldən çox elektron poçt adresləri olmuş, sadəcə parollarını yaddan çıxardığı üçün hər dəfə yenisini açmalı olmuşdur. Əsas aktiv olanı isə onlara iş yerində verilən olmuşdur. Həmin adresi “elşennecefov@.edu.gov.az” və “nx85@.inbox.ru” olmuşdur. “Facebook”da olan sosial şəbəkəsinin adı “Əli Zülfüqar” olmuşdur. Dəqiq deyə bilmir, amma üç aya yaxın həmin profildən istifadə etmişdir. “Facebook”da profilini o cür qoymağının səbəbi Əli adından xoşu gəlmiş, Zülfüqar isə qılıncın adı olmuşdur. O, 2008-ci ilin sonlarından başlayaraq ibadət etmiş, hansısa təriqət və dini cərəyana qoşulmamışdır. Kərimə dövlətinin nə olduğunu bilmir, amma bir tək Allah kərimdir sözünü eşitmişdir. Elan edilən statuslar səhifələrdə və dostluqlarda qoyulan statuslar olmuşdur. O, həmin sözləri kopyalayaraq oraya yerləşdirmişdir. Səhifənin sahibləri yazılanları yazın, paylaşın dedikləri üçün o da onları köçürmüşdür. Bunlar onun öz fikirləri olmamışdır. Səhifələrin kimlərin səhifəsi olduğunu bilməmiş, adlarını bilməmiş, amma bir çoxları öz adları olmamışdır. Paylaşımları etməkdə xüsusi məqsədi olmamış, sadəcə olaraq demişlər ki, “biz dindar qardaşlarıq, hər kəs də bacardığını etsin”. Bu paylaşımları etməyinə səbəb ağılsızlığı və səfehliyi olmuşdur. Deyilənə görə guya dindarların rəhbəri Xameneidir. O, Xameneini özünə rəhbər seçməmiş, ümumiyyətlə özünə rəhbər seçməmişdir. O, oxunulan statusu yazmamış, sadəcə olaraq onu kopyalayıb yerləşdirmişdir. Orxan Məmmədov və Tuhid İbrahimbəyli adlı şəxsləri “youtube”dan tanımış, nə işlə məşğul olduqlarını bilməmiş, azərbaycanlı olduqlarını bilmişdir. Həmin şəxslər ölkə hüdudlarından kənarda İranda yaşamış və bu barədə öz çıxışlarında demişlər. Çıxışlarına “youtube”də baxmışdır. “Youtube” də belə bir şey var ki, kim nəyəsə çox baxırsa onu avtomatik qabağa gətirir. Birdən qarşısına həcc əməlləri və namazın hökmləri barədə yazılar çıxmış, bu haqda suallar onu maraqlandırmışdır. Ona qoşub qulaq asandan sonra başqa video vermişdir. Orxan Məmmədov kanalda həm din, həm ədəbiyyat və iqtisadiyyat haqqında danışmışdır. Tohid İbrahimbəyli də İranda olmuş və dindən danışmışdır. Yunis Səfərovu şəxsən tanımamış, Yunis Səfərova qarşı onda hansısa hiss olmamış, Yunis Gəncəli olmuş, o da həmin yerdən və atasının da adı Yunis olduğundan sadəcə olaraq ada simpatiyası olmuşdur. Şiə təriqətində təqlidlə bağlı bir şeyi bilmişdir ki, namazın hökmü, orucun və həcc əməllərinin hökmləri ilə bağlı bir alimə təqlid edirsən, səhvləri və düzləri sənə başa salır. Təqlid etdiyi ali rəhbər və alim sayılır. O, özünə təqlid etmək üçün kimisə seçməmişdir. Özünə müctəid kimi Sistani və Xomeynini seçmişdir. Statusunda Xamenei rəhbər yazanda mücteid kimi nəzərdə tutmuşdur. Onun sualları olanda sual-cavab kimi sayta vermişdir. Əslində həmin suala cavab verilmiş, çünki 8 ay istintaq dövründə telefonu internetə qoşulmamalı olmuş, amma internetə qoşulmuş və cavab da tutulandan sonra gəlmişdir. O, nə cavab gəldiyini soruşanda müstəntiq heç bir cavab verməmişdir. Təbii ki, orada müsbət cavab olsa idi çoxdan həmin cavab iş materiallarına tikilmişdir. Əlbəttə ki, onun sualına cavabda icazə verilməsi olsa belə yenə də həmin əməli etməyəcəkdir. O, 2014-cü ildən xüms vergisi ödəmiş, Xomeyni, Sistani və Lənkaraninin Azərbaycanda olan şiələri xümsdən azad etməsi barədə fətvalarından onun məlumatı olmamışdır. O, xümsü Hacı Cavad məscidindəki vasitəçi şəxsə vermişdir. Həmin vəsaitlərin dini fəaliyyətlə məşğul olan kasıb şəxslərə və kasıb tələbələrə verildiyi deyilmişdir. Mətləb müəllim ona ifadələri imzalamasını demişdir. Ona “sən şikayət ərizəsini yollasan əgər, sənin işin ağır olacaq” demişlər. Ona görə də ərizənin prokurorluğa verilməsinə razı olmamışdır. Bu barədə ona müstəntiq Rövşən demiş, o da zəng edib vəkilinə demişdir. Rövşən ona “biz səni tanıdıq, sən vətənpərvər insansan, biz sənə köməklik edəcəyik, səni burada qalmağa qoymayacağıq” demişdir. İbtidai istintaq dövründəki ifadəsində yazılanların heç biri ondan soruşulmamış, sadəcə olaraq yazılmış və o, imzalamışdır. Həmin ifadələr heç bir müdafiəçi olmadan ondan alınmışdır. Bir dəfə Leyla adlı vəkil gəlmiş, vəkildən orada yazılanları ona izah etməsini xahiş etmiş və vəkil onun üzünə baxıb heç bir şey deməmişdir. 7.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan və tədqiq olunmuşdur. Həmin ifadələrində o, bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Birinci vitse-prezidenti, onların ailə üzvləri, digər yüksək vəzifəli şəxslər, Mili Məclisin deputatları, ictimai xadimlər olan "xxxx" MMC-nin (“Real TV” və “Real FM”) rəhbəri X10 və digər media qurumlarının rəhbərləri, habelə xarici dövlət nümayəndələri olan X5, Böyük Britaniya və X11 və israilin Azərbaycan Respublikasındakı səfirləri, həmçinin Azərbaycan Respublikasına səfər edəcəkləri zaman Türkiyə Respublikasının Prezidenti və İsrailin Baş nazirinin həyatına sui-qəsd etməyə hazırlıq etmişdir. Bu şəxslərin hamısının sionist olması səbəbindən, həyata keçirdikləri fəaliyyətə görə onlardan qisas almaq, xidməti və siyasi fəaliyyətlərinə son qoymaq istəmişdir. Belə ki, qeyd etdiyi şəxslər hazırda İran islam Respublikasında yaşayan Orxan Məmmədov, Tohid İbrahimbəylinin sosial şəbəkələrindəki çıxışlarında ifşa edilmiş, həmin şəxslərin sionist olduğu və şiələrlə düşmənçilik apardıqları vurğulanmışdır. O, da məhz həmin çıxışların təsirindən qeyd edilən şəxslərə sui-qəsd etməklə islama xeyir verəcəyini özündə yəqinləşdirib, hazırlıq hərəkətləri etməyə başlamışdır. İlkin olaraq, Azərbaycan Respublikasının Prezidenti, Birinci vitse-prezidenti, onların ailə üzvlərinin Azərbaycanın rayon və şəhərlərinə səfərləri, habelə Bakı şəhərində keçirilən tədbirlərə qatılmaları barədə xəbərləri televiziya kanalları və sosial şəbəkələrdən izləyib, onların həmin səfərlər və tədbirlər zamanı necə qorunduğunu, necə və hansı qaydada onlara yaxınlaşmağın mümkün olduğunu müəyyən etməyə çalışmışdır. Bu istiqamətdə hazırlıqları tam başa vurandan sonra Rahim Əliyevin vasitəsi ilə sui-qəsdin hansı plan üzrə və hansı silahla həyəta keçiriləcəyini razılaşdırıb, Rahimin köməkliyi ilə qeyd edilən silahı əldə edəcəyini qətiləşdirmişdir. Bundan başqa, digər yüksək vəzifəli şəxslər və Milli Məclisin deputatları barədə də müəyyənedici məlumatları və işə gəlib-getmə vaxtları, əsasən hansı nəqliyyat vasitələrdindən istifadə etmələri barədə sosial şəbəkələrədən və internetdə maraqlanmışdır. Onu bu deputatlardan ən çox maraqlandıran Fazil Mustafa olmuşdur. Belə ki, həmin şəxs açıq şəkildə şiələrə qarşı çıxışlar etmiş və onda Fazil Mustafaya qarşı nifrət yaranmışdır. O, Fazil Mustafanın fotoşəklini skrin etmiş və telefonunda saxlamışdır. Həmin şəxsin həyat tərzi, yaşadığı yer, nəqliyyat vasitələri barədə məlumatı digər qeyd etdiyi şəxslərin həyatına sui-qəsd edəndən sonra dəqiqləşdirəcəyini planlaşdırmışdır. İctimai xadimlər olan "xxxx" MMC-nin (“Real TV” və “Real FM”) rəhbəri X2 və digər media qurumlarının rəhbərlərinə qarşı onda xüsusi nifrət olmuşdur. Belə ki, şəxsən X59 hazırladığı reportajlarda şiələr və imamlar barədə dediyi bir sıra fikirlər onu hiddətləndirmiş və özündən çıxarmışdır. X48 sionist olduğuna və sionizmə qulluq etdiyinə heç bir şübhəsi olmamışdır. Belə olduğu halda həmin şəxsin onun və şiələrin düşməni olduğunu düşünmüşdür. Buna görə də X48 fəaliyyətinə son qoymaq üçün həmin şəxsi öldürməsinin ən doğru yol olduğuna qərar vermişdir. X48 özü barəsində, iş yerinin, yaşayış yerinin harada yerləşməsi haqqında həm internetdə, həm də sosial şəbəkələrdə məlumatlar toplamışdır. Lakin həmin şəxsin yaşadığı yeri müəyyən edə bilməmiş, amma axtarışlarını dayandırmamışdır. Digər media rəhbərləri barədə də internetdən və sosial şəbəkələrdən məlumat əldə etməyə çalışmışdır. Lakin əsasən hədəfi məhz X46muşdur. Xarici dövlət nümayəndələri olan X5, Böyük Britaniya və X11, habelə İsrailin Azərbaycan Respublikasındakı səfirlərinin həyatına da sui-qəsd etməyə hazırlaşmışdır. Bu məqsədlə ilkin olaraq bu ölkələrin Səfirliklərinin yerlərini müəyyən etmişdir. Belə ki, ABŞ səfirliyinin Bakı şəhəri, Azadlıq prospektində olduğunu, Böyük Britaniya səfirliyinin Bakı şəhəri, Xəqani küçəsində yerləşdiyini, İsrail səfirliyinin isə Bakı şəhəri, İzmir küçəsində, “Hyatt Recensy” mehmanxanasının sonuncu mərtəbələrində yerləşdiyini müəyyən etmişdir. İsrailin Azərbaycandakı səfiri Corc Dik barədə xüsusən məlumat toplayıb, onun haralarda daha tez-tez olması, hansı tədbilərə qatılması, mühafizəsinin necə təşkil edildiyini və hərəkət marşrutunu müəyyən etməyə çalışmışdır. Qeyd etdiyi üç ölkənin Bakıdakı Səfirliklərinin yüksək səviyyədə mühafizə edildiklərindən, səfirlərə sui-qəsdi Səfirliklərdə deyil, başqa yerlərdə etməyi planlaşdırmışdır. Belə ki, hazırda birbaşa tək olaraq həmin Səfirliklərə hücum edib, səfirləri orada öldürməyin mümkünsüzlüyünü müəyyən etmişdir. Bunun üçün də səfirlərə Səfirliklərdə deyil, başqa yerlərdə, məsələn qatıldıqları hər hansı bir tədbirdə sui-qəsd etmək qərarına gəlmişdir. Azərbaycan Respublikasına səfər edəcəkləri zaman Türkiyə Respublikasının Prezidenti və İsrailin Baş nazirinə də sui-qəsd etməyə hazırlaşmışdır. Belə ki, onların Azərbaycana səfərlərinin vaxtı, müddəti, gedəcəkləri yerlər, keçirəcəkləri görüşlər barədə həm internetdə, həm də sosial şəbəkələrdə məlumatlar toplamışdır. Onların çox yaxşı qorunduğunu müəyyən etmişdir. Buna görə də ilkin olaraq onlara deyil, məhz İsrailin Azərbaycandakı səfiri Corc Dikin həyatına sui-qəsd etməyə hazırlaşmışdır. Corc Diki öldürəndən sonra X48 həyatına suiqəsd edəcəyini planlaşdırmışdır. Bu sui-qəsdlər baş tutandan sonra ölkədə vəziyyət qarışmasından istifadə edərək, Azərbaycan Respublikasının Prezidenti, Birinci vitseprezidenti, onların ailə üzvlərinin həyatına sui-qəsd edəcəyini planlaşdırmışdır. Bu suiqəsdləri törədərkən öldürülə biləcəyini də anlamışdır. Buna görə də, Rahim Əliyevə müraciət edərək, təqlid etdiyi X44 Azərbaycan ərazisində bu hərərkətləri edərkən öldürülənin şəhid hesab olunub-olunmamsı barədə fikirlərini öyrənməsini xahiş etmişdir. Belə ki, İranda şah dövründə Əndərzqu adlı bir şəxs həmin ölkənin Baş nazirinin həyatına sui-qəsd etmişdir. X55 sonradan həmin şəxsin “gizli bir şəhid” olduğunu demişdir. O da bundan ilhamlanıb, eyni qaydada buradaki sionistləri, yəni, Azərbaycan Respublikasının Prezidenti, Birinci vitse-prezidenti, onların ailə üzvləri, digər yüksək vəzifəli şəxslər, Mili Məclisin deputatları, "xxxx" MMC- nin (“Real TV” və “Real FM”) rəhbəri X56 və digər media qurumlarının rəhbərlərini, habelə ABŞ, Böyük Britaniya və İsrailin Azərbaycandakı səfirləri, həmçinin Azərbaycan Respublikasına səfər edəcəkləri zaman Türkiyə Prezidenti və İsrailin Baş nazirinin həyatına sui-qəsd etməyə qərar verib, bu əməlləri törətməyə hazırlaşmışdır. Bu yolda öldürülə biləcəyini, yəni “şəhid” ola biləcəyini də düşünmüş və buna hazır olmuşdur. O, Azərbaycan Respublikasının Prezidenti, Birinci vitse-prezidenti, onların ailə üzvlərinin həyatına sui-qəsd edəndən sonra Türkiyə Respublikasının Prezidenti və İsrailin Baş nazirinin Azərbaycana gələcəkləri halda onlara da sui-qəsd edəcəyini planlaşdırmışdır. Sonra isə Azərbaycanın digər yüksək vəzifəli şəxsləri və Mili Məclisin deputatları, media rəhbərləri, ABŞ və Böyük Britaniya səfirlərinin həyatına sui-qəsd etməyə hazırlaşmışdır. Bundan başqa, dəqiqliklə müəyyən etdiyi halda Azərbaycan ərazisində “Mosad” (İsrailin xüsusi xidmət orqanı) əməkdaşlarının da həyatına sui-qəsd edəcəyinə qərar vermişdir. 01 sentyabr 2023-cü il tarixdə DTX əməkdaşları tərəfindən saxlanılanadək o, qeyd etdiyi sui-qəsdləri həyata keçirmək üçün hazırlıq hərəkətlərini davam etdirmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, təxminən 2022-ci ilin dekabr ayının sonları, 2023-cü ilin yanvar ayının əvvəllərində Azərbaycan Respublikasının Prezidenti, Birinci vitse-prezidenti, onların ailə üzvləri, Azərbaycanın digər yüksək vəzifəli şəxsləri və Mili Məclisin deputatları, "xxxx" MMC-nin (“Real TV” və “Real FM”) rəhbəri X2 və digər media qurumlarının rəhbərləri, ABŞ, Böyük Britaniya və İsrailin Bakıdakı səfirlərinin, Türkiyə Respublikasının Prezidenti və İsrailin Baş nazirinin Azərbaycana gələcəkləri halda sionist fəaliiyətlərinə görə qisas alıb, onların bu fəaliyyətinə son qoymaq üçün həyatlarına sui-qəsd etmək qərarına gəlmişdir. Bu məqsədlə təxminən 2 il əvvəl “Youtube” video platformasında “Riza Kazemi” adlı kanalı olan əsl adının Rahim Əliyev olduğu şəxslə 2023-cü ilin əvvəllərindən “Teleqram” mobil tətbiqi vasitəsilə şəxsi əlaqə saxlayaraq, ona sui-qəsdlə bağlı məqsədini səsli şəkildə bildirmişdir. O, Riza Kazimiyə səs göndərərək, həmin şəxsə sosial şəbəkələrdə bütün moizələrini, çıxışlarını izlədiyini və dinlədiyini, fikirləri ilə tam razı olduğunu bildirmişdir. Həmin şəxsə Azərbaycanda çox dindar adamlar olduğunu, sual verən zaman dəqiq cavabını ala bilmədiyini demişdir. Həmçinin, özünün X49 Ağanın müqəllidi olduğnu bildirmişdir. Bundan başqa, Rza Kazimiyə Azərbaycanda vəziyyətin olduqca çox gərgin olduğunu və bir çox insanın bu sionist rejimə qarşı olduğunu, insanların haqqı görmək istəmədyini, haqqı eşitmək də istəmədiyini, həmin şəxsin çıxışlarını çox bəyəndiyini bildirmişdir. O, həmçinin Rza Kazimiyə özünün də müqavimət ruhlu bir insan olduğunu, şeyx Orxanı, X23 dinlədiyini, Orxana bir neçə sual verdiyini, eləcə də sonuncu şəxsdən cavab aldığını qeyd etmişdir. Bundan sonra Rza Kazimiyə Azərbaycanın sionist rejimin, zalım, zülmkar, kafir bir sionist rejimin əli altında olduğunu və bütün idarəetmənin bu rejimdən asılı olduğunu vurğulamış, Azərbaycanın bütün idarə edənlərinin qeyd edilənlər olduğunu demişdir. O, Rza Kazimiyə özünün “müqavimətçi mömin” bir insan olduğunu, hər hansı bir yolla özünü qorumaq şəklində, özünü ifşa etməmək şəklində sionist israil səfirini, Azərbaycanın bu mənfur rejiminin qaniçən məmurlarının, deputatlarının hər hansı birini, kafir Mir Şahini, Azərbaycanın “qondarma” prezidenti, prezidentin xanımını, və yaxud da ki, onların övladlarını, Amerika səfirini, İngiltərə səfirini, Türkiyə prezidenti Ərdoğanı, “Mosad” əməkdaşını soyuq və ya odlu silahla qətlə yetirə biləcəyini demişdir. Bundan sonra o, həmin şəxsə X55 ağanın şəhid Əndərzqu haqqında çıxışına qulaq asdığını, şəhid Əndərzqunun o vaxtı baş naziri gülləbaran edərək qətlə yetirildiyini, X55 ağanın bu şəxsin “gizli bir şəhid” olduğunu bildirmişdir. Bundan sonra o, Rza Kazimiyə Azərbaycanda mütləq “Kərimə dövləti”nin qurulmalı olduğunu, İran İslam Respublikasındakı kimi məhkəmə rejimi olmasını bildirmişdir. Bundan başqa, həmin şəxsə, “hansısa bir media rəhbərini ki, xüsusən də Mir Şahini qətlə yetirsə, kütləyə bir qorxu salacağını, necə ki, “mücahid qardaşı Yunis Səfərov” fikrini bildirmişdir. O, Rza Kazimidən sadaladıqları şəxsləri bir snayperlə və ya soyuq silahla qətlə yetirdiyi, bunu edənin Allah dərgahında mükafata layiq olduğunu və yaxud da bunu Allah Təalanın bəndəsindən gözlədiyini soruşmuşdur. Bundan başqa, Rahimə, yəni Rza Kazimiyə “burada möminlərin zehinlərinin o qədər həbsə atıldığını, “müqavimət ruhiyyəsi”ndən uzaq olmasını, amma onda şəxsən belə olmadığını vurğulamışdır. O, bu barədə çox qətiyyətli olduğunu, yəni düşmənə qarşı müqavimət, müqavimət və olduqca müqavimətli olmaq lazım olduğunu, yəni sionist hakimiyyətə qarşı” ifadəsini bildirmişdir. Rəhim ona səbrli olmağı və bununla bağlı atılacaq növbəti addıma dair məlumat verəcəyini bildirmişdir. O, Sui-qəsdlə bağlı hazırlıqları tam başa vurandan sonra Rahim Əliyevin, yəni Rza Kaziminin vasitəsi ilə sui-qəsdin hansı plan üzrə və hansı silahla həyəta keçiriləcəyini razılaşdırıb, qeyd edilən silahları əldə edəcəyini, həmin şəxsin bununla ona köməklik göstərəcəyini demişdir. O, ifadəsində qeyd etdiyi kimi, hazırlıqlarını davam etdirdiyini və sui-qəsd edəcəyi şəxslər barədə məlumatlar topladığını, lakin 01 sentyabr 2023-cü il tarixdə DTX əməkdaşları tərəfindən saxlanıldığını, buna görə də, qeyd etdiyi şəxslərin həyatına sui-qəsdi başa çatdıra bilmədiyini demişdir. “Riza Kazimi” adı ilə tanınan Azərbaycan Respublikasının vətəndaşı X25 “Youtube” videoportalında olan videolarda görmüş, şəxsən heç vaxt görüşməmiş, həmin şəxs təxminən 35-40 yaşlı, saqqal və bığ saxlayan, bir qədər uzunsov sifətli, qara saçlı, badami gözləri olmuşdur. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək, “PDF” formatlı faylda “5-ci sinif tarix kitabındakı saxtakarlıq” adlı kitabı internetdən xatırlamadığı saytdan təxminən 2022-ci ilin oktyabr ayında yükləmiş, hansı kompüterə və ya telefona yüklədiyini unutmuşdur. O, həmin kitab barəsində “Youtube” videoportalında olan, İrandan Azərbaycan dilində yayımlanan verilişlərdən birində eşitmişdir. Həmin kitabı yükləyib vaxtı olanda oxumaq üçün özünə məxsus “Elektron ünvan 3” elektron poçt ünvanından, elə həmin elektron poçt ünvanına göndərmişdir. Lakin həmin kitabı oxumamışdır. Qeyd edilən kitabı kimlərəsə verməmiş, nüsxələrinin sayını artırırmamış, həmin kitabı açıq şəkildə yaymamışdır. Yaşadığı ünvanda aşkar edilərək götürülmüş “HP Pavilion dv6” markalı noutbuk ona məsus olmuş, həmin kompüterdən özü istifadə etmişdir. Noutbuk “Elşən” adına, yəni onun adına qeydiyyatdan keçirilmişdir. Həmin kompüterdə “Hüseyniyyun” X6 rəhbəri Tohid İbrahimbəyli və bu təşkilatın üzvü Orxan Məmmədovun fotoşəkilləri olmuşdur. “Samsung GT-İ9200” markalı mobil telefon ona məxsus olmuşdur. Telefonun “əlaqələr” siyahısında İran İslam Respublikasının mobil operatorlarına məxsus “Rahim Shirvanli” adı ilə qeyd edilmiş +**********29 saylı telefon nömrəsi barəsində ifadə verdiyi “Riza Kazimi” adı ilə tanınan X26 məxsus olmuşdur. İşlədiyi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin inzibati binasındakı iş otağından aşkar edilərərk götürülmüş “ACER N19C1” markalı noutbukdan özü istifadə etmişdir. Həmin noutbukda “Google” axtarış sistemində “israil terrorist, israil terror örgütü və imam zeynalabdin” adlı söz birləşmələrinin axtarışa vermişdir. Bundan başqa, “Mozilla Firefox” səyyah proqramı vasitəsilə deputat Fazil Mustafa ilə bağlı, İsraildə etiraz aksiyaları və İran barəsində xəbərləri oxumuşdur. O, X7 “Youtube”da görüb, həmin şəxsin telefon nömrəsini kanalından götürüb, “Telegram” tətbiqi vasitəsi ilə əlaqə saxlayıb, ailə problemlərimlə bağlı suallar vermişdir. Bəxtiyar Bayramov 12 avqust 2023-cü il tarixli mesajında “birdə qardaş sosial şəbəkələrdə heç vaxt öz adınızla fəaliyyət göstərməyin. Başqa adlarla girin. Təhlükəsizlik məsələlərinə görə” bildirmişdir. Təqsirləndirilən şəxs “İstintaq materiallarından görünür ki, “Telegram” tətbiqi vasitəsi ilə Bəxtiyar Bayramovla əlaqə saxlayan zaman 16 avqust 2023-cü il tarixdə 12:05 dəqiqədən 12:49 dəqiqəyədək sonuncu siz “əslən şiəyəm, rəhbərə bağlıyam (Xomenei nəzərədə tutulur), rəhbərin kəlamlarına, sözlərinə, fikirlərinə, strategiyasına bağlı bir qəlbən zehincə ağılca bağlı bir insanam, sadəcə namaz qılanlardan deyiləm, “Müqaviməti” özümdə bir ülgüc götürmüşəm, müqavimətsiz dindarlıq, namazı boş bir şey sayıram, müqavimətçi bir insanam, düşünürəm danışmıram, müqavimət haqqında söhbətlər edirəm ki, hazırda vəziyyət budur. Bu repressiyalar baş verir budur budur budur, məsələlər nədən ibarətdir, biz də bu haqda fikirləşməliyik” ifadələrini işlətmisiniz. Həmin səs yazısında 13:24 dəqiqədən 13:33 dəqiqəyədək “mən iş işləyirəm və yaxud müqavimət haqqında fikirləşirəm, müqavimətə yardım barədə” ifadələrini işlətmisiniz. Bundan sonra 22 avqust 2023-cü il tarixdə həmin şəxsə göndərdiyiniz səs yazısının sonunda “Allah sizi qorusun, siz qardaşlar hamınızı, adınızı bir bir çəkmirəm, sizin kanallarınıza hamısına baxıram, “Müsəlman Azərbaycan xalqı”, Ər-rad, elmi bəhslərinizə diqqətlə baxıram, xüsusən “Vilayəti-fəqih” (İranın ali dini lideri Xomenei nəzərdə tutulur) sisteminin hakimiyyətinin nizamı və onun isbatı barəsində çox gözəl başa salmısız, sizin öz Vahid Ümmət kanalınızdı çox sağolun var olasınız, böyük bir əməllə fəaliyyətdəsiniz, Allah fəcrinizi versin" ifadələrini işlətmisiniz. Bu danışıqlar barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq, o, həqiqətən də bu danışıqları özünün apardığını, haqsızlığa qarşı çıxamağa hazır olduğunu, bu danışıqlar barədə başqa bir söz deyə bilməyəcəyini qeyd etmişdir. O, şəxsi işlərilə bağlı ünvan 3 ünvanındakı “Hyatt Recency” mehmanxanasında fəaliyyət göstərən İsrailin Azərbaycan Respublikasındakı səfirliyinin yaxınlığında dəfələrlə və müxtəlif vaxtlarda avtomaşınla keçdiyini, həmin vaxtlarda səfirliyə vizual fikir verdiyini, lakin həmin ərazidə piyada şəkildə müşahidə aparmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ona məxsus “Facebook” sosial şəbəkəsində “mailto:kelvindiamond@rambler.ruElektron ünvan 1” elektron ünvanına bağlı, “Əli Zülfüqar” adlı hesabda “Azərbaycan İslam Müqavimətinin Azərbaycan xalqına önəmli müraciəti” başlıqlı yazı və “Hüseynçilər: Azərbaycan İslami Müqavimət Hərəkatı”nın loqosunun təsviri dini ekstremist məzmuna malik paylaşmanı, “Günlərin bir günü İran İslam Respublikası hərbi qüvvələri Azərbaycanda yuva salmış İzrailin cəsus yuvalarını raketlərlə vuranda, daha durub vay hüşə salmayın (sözüm elə ziddoşlaradı həmçinin) əksinə sevinin ki, Allahın şilləsi dəyir bu mənfurlara. Unutmayın Azərbaycan İrandan qoparılmış bir qoldur. Bədən qola deyil qol bədənə birləşir. Allah əziz rəhbərimiz X50 cənablarına bol bərəkətli uzun ömür əta etsin və tezlikcə düşmənləri üzərində qalib etsin” terrorçuluğa açıq çağırış məzmunlu paylaşmanı, “Azərbaycan İslam Müqavimətinin Azərbaycan xalqına önəmli müraciəti” başlıqlı yazı və 28 oktyabr 2022-ci il tarixli paylaşmada hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə ya ərazi bütövlüyünün parçalanmasına yönələn çağırışlar etdiyi paylaşmanı etdiyinə görə peşman olduğunu bildirmiş, Paylaşmalarda hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə ya ərazi bütövlüyünün parçalanmasına yönələn, habelə terrorçuluğa açıq çağırışlar barədə fikirlərlərindən döndüyünü, hazırda qeyd edilən və bu kimi digər fikirlərdə olmadığını bildirmişdir. O, bir müddət arvadı ilə ailə daxili gərginliklər yaşamış, həmin vaxt bu gərginlikdən çox qəzəbli vəziyyətə düşmüş və onu öldürmək istəmiş, bu səbəbdən Zaman Zamanov adlı şəxsə səsli ismarıc göndərib, ondan islamda bu halda ərin arvadı öldürməsinə necə baxıldığını soruşmuşdur. Həmin şəxs ona öldürməyin qadağan olunduğunu və bu işdən çəkinməyi bildirmişdir. O da həmin şəxsin bu sözləri ilə razılaşmış, belə ki, həmin şəxsdən cavab gəlməmiş hirsi soyumuş və artıq həmin fikrindən qəti olaraq birdəfəlik daşınmışdır. Belə fikirlərə düşdüyünə görə peşman olmuşdur. Sonra ailə münasibətləri düzəlmiş və o, bu halı unutmuşdur. Özünün 2017-ci ildə Məşəd ziyarətində iştirak etmək məqsədilə bir həftə müddətində İran İslam Respublikasında səfərdə oldüğunu, həmin səfərə Bakıdan ziyarət tutru ilə avtobusla getdiyini, bu zaman yerli sakinlərdən demək olar ki, heç kiminlə ünsiyyətdə olmadığını, İİR-in xüsusi xidmət orqanlarının əməkdaşları ilə ünsiyyət saxlamadığını, bu orqanların əməkdaşlarından hər hansı şəxsi tanımadığını, 2018-ci ilin payız aylarından hal- hazıradək istifadəsində ***-***- **-** saylı mobil telefon nömrəsi olduğunu, bundan başqa, 2015-ci ildən 2018-ci ilin payızınadək ***-***-**-** saylı mobil telefon nömrəsindən istifadə etdiyini demişdir. Təqsirləndirilən şəxs həmçinin ifadələrində göstərmişdir ki, onun Elektron ünvan 4”, “mailto:naiafov.e@qmail.comElektron ünvan 5”, “Elektron ünvan 6”, “Elektron ünvan 3”, “Elektron ünvan 7. az”, “Elektron ünvan 8”, “mailto:najafovelshan8@qmail.comElektron ünvan 9” elektron ünvanlardan istifadə etmiş, bundan başqa, “WhatsApp” tətbiqində istifadəsində olan +**********69 mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmişdir. O, “Facebook” sosial şəbəkəsində “Əli Zülfüqar” adlı hesabdan istifadə etmişdir. Əvvəllər həmin hesabın adı “Elshan Najafov” olmuşdur. Bu hesabın adını 2020-ci ilin sonlarında “Əli Zülfüqar” adına dəyişmişdir. Həmin hesab, parolu “Azerbaijani313114313" olan “mailto:kelvindiamon@rambler.ruElektron ünvan 10” elektron ünvanına bağlı olmuşdur. Bu profilin arxa fotoşəklində “KƏRİMƏ DÖVLƏT NAMİNƏ” sözləri yazılmış fotoşəkili, profilin üz hissəsində isə Gəncə şəhərinin icra hakimiyyətinin başçısına sui-qəsd etmiş Yunis Səfərovun fotoşəklini qoymuşdur. Yunus Səfərovdan əvvəl profilin üz hissəssində Taleh Bağırzadənin fotoşəklini yerləşdirmişdir. Qeyd edilən profili 2011-ci ildə yaratmışdır. Profilindəki “dostlar”ı siyahısında şəxsən tanıdığı insanlardan X15 və stomatoloq Quliyev Vüqar Aydın oğlu olmuşdur. Həmin siyahıdakı digər şəxsləri şəxsən tanımamışdır. Digər “dostlar” əsasən ibadət edən şiə əqidəli şəxslər olmuşdur. Vüqar Quliyevi diş həkimi kimi tanımış və əvvəllər kuryer işlədiyi “Armada” şirkətindən ona stomatologiyada istifadə olunan ləvazimatlar satmışdır. Həmin şəxslə 2009-cu ildə tanış olmuş, qeyd etdiyi şirkətdən işdən çıxdıqdan sonra bir dəfə öz dişini, bir dəfə də həyat yoldaşının dişini Vüqar işləyən klinikada müalicə etdirmişdir. Həmin şəxslə başqa münasibəti olmamışdır. “Əli Zülfüqar” adlı hesabında bir çox paylaşmalar etmişdir. Ən çox paylaşmaları pandemiya zamanı etmişdir. Paylaşmalar əsasən İran dövlətinin dini lideri Xamneyinin təbliği, habelə Azərbaycan dövlətinin rəhbərliyinin tənqid edilməsi, bu rəhbərliyin sionistlərə tabe olması, dövlətin rəhbərliyinə qarşı mübarizə aparılmasının zəruriliyi, Azərbaycanın İrandan ayrılmış bir hissə olması barədə olmuşdur. Bundan başqa, onun “X” (əvvəlki “Twitter”) sosial şəbəkəsində “İntersteling” adlı hesabı da olmuşdur. Həmin hesab “mailto:naiafov.e@qmail.comElektron ünvan 5” elektron ünvanına bağlı olmuşdur. Bu profili 2019-cu ildə qeydiyyatdan keçirmişdir. O, həmin profil vasitəsilə əsasən xəbərləri izləmişdir. Bundan başqa bir sıra xəbərlərə cavablar (komentlər) yazmışdır. Belə ki, həmin cavablar əsasən İsrailin pislənməsi, İranın dini lideri Xamneyinin təbliği və sair olmuşdur. Həmin profildə şəxsən tanıdığı “dostlar”ı olmamışdır. “Facebook” sosial şəbəkəsindəki “Əli Zülfüqar" adlı hesabında 06 oktyabr 2022-ci il tarixdə “Günlərin bir günü İran İslam Respublikası hərbi qüvvələri Azərbaycanda yuva salmış İzrailin cəsus yuvalarını raketlərlə vuranda, daha durub vay hüşə salmayın (sözüm elə ziddoşlaradı həmçinin) əksinə sevinin ki, Allahın şilləsi dəyir bu mənfurlara. Unutmayın Azərbaycan İrandan qoparılmış bir qoldur. Bədən qola deyil qol bədənə birləşir. Allah əziz rəhbərimiz X50 cənablarına bol bərəkətli uzun ömür əta etsin və tezlikcə düşmənləri üzərində qalib etsin” məzmunda etdiyi paylaşma barədə Təqsirləndirilən şəxs verilmiş suala cavab olaraq, o, 01 sentyabr 2023cü ildə tutulana qədər, Azərbaycan dövlətinin İsrail və qərb dövlətləri tərəfindən idarə olunduğunu düşündüyünü, buna görə də, sionistləri Azərbycanda İran dövlətinin məhv edəcəyini, İran və Azərbaycanın qardaş dövlət olduğundan birləşməli olduğunu düşünmüş, lakin tutulandan sonra səhv etdiyini anlamış, və belə paylaşma etdiyinə görə peşman olduğunu bildirmişdir. “Facebook” sosial şəbəkəsindəki “Əli Zülfüqar” adlı hesabında 26 avqust 2022-ci il tarixdə “İntiqam almaq həvəsi ilə, eşqi ilə qəlbim günü gündən daha da alışıb yanır. Bu intiqamı bu zalımlardan, mənfur rejimdən və rejimlərdən almaq hisslərim hər gün daha da coşur daşır. Məzlumun haqqını zalımlardan alıb qaytarmaq hisslərim hər gün məni daha da intiqamımın çox dəhşətli olacağını mənə xəbər verir. Görün indi imam Zaman ağamız nələr çəkir bu vəziyyətimizi belə gördükcə” məzmunda etdiyi paylaşma barədə sualla bağlı Təqsirləndirilən şəxs həqiqətən elə düşündüyünü, Azərbaycanın sionistlər tərəfindən idarə olunduğunu, buna görə bütün sionist rejimlərdən qisas alınmalı olduğunu düşünmüş, lakin tutulandan sonra bu fikirlərdən daşınmışdır. “Facebook” sosial şəbəkəsindəki “Əli Zülfüqar” adlı hesabında 10 yanvar 2023-cü il tarixdə “Heç bir işlər, çətinliklər və ya rahatlıqlar səni Allaha yaxınlaşmaqdan, Allahın əmrlərini icra etməkdən və zalımlarla cihad etməkdən çəkindirməməlidir” məzmunda etdiyi paylaşım barədə suala cavab verən Təqsirləndirilən şəxs bu paylaşımı onun etdiyini, “çətinliklər” deyəndə təhdid, mənəvi və fiziki çətinlikləri nəzərdə tutduğunu, “cihad”ın isə sionizmə, konkret olaraq Azərərbaycanda olan islam düşmənləri, yəni buradakı qərb ölkələri - ABŞ və Böyük Britaniya, habelə İsrail səfirləri, onların ideologiyasını dəstəkləyən şəxslərə qarşı aparılmalı olduğunu düşündüyünü bildirmişdir. “Facebook” sosial şəbəkəsindəki “Əli Zülfüqar” adlı hesabında 28 oktyabr 2022-ci il tarixdə “Sözüm müqavimətçi şiələrədir. Heç nədən narahat olmayın, bu çətinliklər Əli şiələrinin qələbə çətinlikləridir. Yerinizdə bərk dayanın və bilin ki, düşmən şiənin qorxusundan ağzının tamını artıq itirib. Tezlikcə Kərimə hakimiyyət dövlət qurulacaq və o zaman əsl zəfərin şərbətini dadacağıq. Allahu Əkbər!!! Xamenei Rəhbər!!!” məzmunda etdiyi paylaşma barədə suala cavab verən Təqsirləndirilən şəxs bu sözlər və fikirlərin əslində onun olmadığını, bu cümlələri İranda yaşayan və “Youtube” videoportalında videokanallarda çıxışlar edən Orxan Məmmədov və Tohid ibrahimbəylinin çıxışlarından götürdüyünü, bu paylaşmanı etdiyinə görə peşman olduğunu demişdir. “Facebook” sosial şəbəkəsindəki “Əli Zülfüqar” adlı hesabında 28 oktyabr 2022-ci il tarixdə “Bu xalqın çox hissəsi o qədər zülmə, yalan, talana, rüşvətə, haram yeməyə və daha nələrə nələrə nələrə... öyrəşiblər ki, bunlara deyirsən ki, bu rejim qanuni deyil və hakimiyyəti qəsb edib zor gücünə və manqurtlaşma gücünə. Sənə deyirlər ki, eybi yoxdur əsas ürəyin təmiz olsun” məzmunda etdiyi paylaşma barədə suala cavab verən Təqsirləndirilən şəxs paylaşmanı edərkən fikirlərinin doğru olmadığını, belə paylaşma etdiyinə görə hazırda peşman olduğunu bildirmişdir. “Facebook” sosial şəbəkəsindəki “Əli Zülfüqar” adlı hesabında 13 oktyabr 2022-ci il tarixdə “Bu qondarma, saxtakar və zalım kafir rejimin saxtakar yalançı xəbərlərini oxuyan, dinləyən əhalinin axmaq tayfası elə bu rejimin özü kimidir. Hər kim ki, bu rejimin xəbərlərini doğru sayır həmin kəs də avtomatik olaraq rejimin etdiyi zülmlərə şərikdir. P.S. Bəzi adamlara deyirsən ki, baxdığı, oxuduğun və dinlədiyin bu Azərbaycanın xəbərləri səni aldadır və ağlına gülür. Deyir ki, yox doğrudur. Nə deyirəm elə onlarla bir yerdə cəhənnəmdə yanarsan onda görərsən” məzmunda etdiyi paylaşma barədə suala cavab verən Təqsirləndirilən şəxs bu sözləri və fikirləri əslində İranda yaşayan və “Youtube” videoportalında videokanallarda çıxışlar edən Orxan Məmmədov və Tohid İbrahimbəylinin çıxışlarından götürdüyünü, hazırda bu fikirlərlə razı olmadığını və paylaşmanı etdiyinə görə peşman olduğunu demişdir. “Facebook” sosial şəbəkəsindəki “Əli Zülfüqar” adlı hesabında 28 oktyabr 2022-ci il tarixdə “X41 Bunlar müsəlmanın düşməni !!!” məzmunda etdiyi paylaşma ilə bağlı suala cavab verən Təqsirləndirilən şəxs həmin vaxt “Pantürçülər”in islamın düşmən olduğunu düşündüyünü, lakin sonradan bu terminin necə yarandığını öyrəndikdə, belə bir paylaşma etdiyinə peşman olduğunu, bu termini də Orxan Məmmədov və Tohid İbrahimbəylinin çıxışlarından götürdüyünü bildirmişdir. “Facebook” sosial şəbəkəsindəki “Əli Zülfüqar” adlı hesabında 28 oktyabr 2022-ci il tarixdə “İran Allahın həm vuran əli və həm də sığal çəkən əlidir. Dünyada yeganə ölkədir ki, zalıma qarşı sərt və məzluma isə mərhəmətlidir və hakimiyyəti də ailə diktatura üzərində qurulmayıb. İ Love İran+Azərbaycan” məzmunda etdiyi paylaşma ilə bağlı suala Təqsirləndirilən şəxs bu paylaşmanın Orxan Məmmədovun çıxışlarında olan cümlələrdən götürdüyünü, lakin son cümlənin ona aid olduğunu bildirmişdir. “Facebook” sosial şəbəkəsindəki “Əli Zülfüqar” adlı hesabında 13 oktyabr 2022-ci il tarixdə “Hüseynçilər (Hüseyniyyun) Azərbaycan İslam Müqavimət Hərəkatı” adlı İran İslam Respublikasının xüsusi xidmət orqanları tərəfindən yaradılmış və Azrbaycan Respublikasının ərazisində terrorçuluq, hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn fəaliyyətlə məşğul olan təşkilatın loqotipini paylaşması barədə suala cavab verən Təqsirləndirilən şəxs bu paylaşmanı etdiyini xatırlamadığını, ola bilsin ki, səhvən paylaşdığını, həmin təşkilatın İŞİD-ə qarşı vuruşmaq üçün yaradıldığını eşitdiyini, həmin təşkilatın qanunsuz fəaliyyəti barədə xəbərinin olmadığını qeyd etmişdir. “Facebook” sosial şəbəkəsindəki “Əli Zülfüqar” adlı hesabının “Meserger” bölümündən “Serxan Memmedov” adlı istifadəçiyə 02 fevral 2022-ci İİ tarixdə saat 11-40 dəqiqədə “Cunki rejim qorxu minalari tedbiq edib ehaliye ve ehali de bu minalara dusmekden qorxur. Yegane cixis yolu hamimizin Yunis Seferov olmagimizdir. Gerek hamimiz silahlanaq ve israil, turkiye sefirlerini Qetilam edek ve basda prezidentin memurlari ve o cumleden presidentin ozunu xanimini da hemcinin deputatlari da. Yalniz bundan sonram bu rejimi cokdurmek olacaq” məzmununda ismarıcla bağlı sualı cavablandıran Təqsirləndirilən şəxs, Serxan Memmedov adlı şəxslə şəxsən tanış olmadığını, həmin şəxsin İranda yaşadığını və dini mövzularda sosial şəbəkələrdə çıxış etdiyini, bu ismarıcı göndərməsini xatırlamadığını bildirmişdir. “Facebook” sosial şəbəkəsindəki “Əli Zülfüqar” adlı hesabının “Meserger” bölümündə “Vefadar Nv” adlı istifadəçi ilə 2022-ci ilin iyun-iyul ayları ərzində aşağıdakı məzmunda yazışma aparması: “- “Vefadar Nv”. Salam qardaş. Baxıram mövqeyini çox bəyənirəm. Düzdü Profilin fakedi. Amma fikirlərini dəstəkləyirəm. “Əli Zülfüqar”. Əleykum salam qardaş. Təşəkkür edirəm. Hər kəs öz fikrində azaddır. “Vefadar Nv”. Mənə maraqlıdır necə alınır sizdə Azərbaycana nifrət etmək İranı isə sevmək. “Əli Zülfüqar”. Azərbaycana deyil əziz qardaş. Azərbaycanda hakim olan qondarma cuhuda kölə olan faşist hakim rejimə. Azərbaycan coğrafiyası isə bu xalqa aiddir lakin bu əliyevlər paşayevlər rejiminə yox. O ki, qaldı irana. Söhbət iran və iranlılardan getmir. İranda mövcud olan vilayəti fəqih hökumətini sevirəm və dəstəkləyirəm. Azərbaycanda da Kərimə dövlət naminə çalışmaq lazımdır.” Barədə suala cavab verən Təqsirləndirilən şəxs “Vefadar Nv” adlı profilin istifadəçisinin kim olduğunu şəxsən tanımadığını, lakin belə yazışma apardığını ümumən xatırladığını, bu yazışmanın tam təfərrüatının yadında olmadığını demişdir. “Facebook” sosial şəbəkəsindəki “Əli Zülfüqar” adlı hesabının “Meserger” bölümündən “Şalom Türksoy” adlı profilin istifadəçisinə 23 may 2022-ci ildə saat 16-26 dəqiqədə Quba rayonunda “Dağ yəhudiləri muzeyi”nin qarşısında çəkilmiş və İsarilin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Corc Dikin də əks olunduğu 5 ədəd fotoşəkilləri göndərərək, “Bunlara bax sən canı qardaş. Bunlar bu ölkəni lap işğal ediblər və manqurt xalq da buna baxıb hələ bir sevinir də” məzmunlu ismarıc göndərməsi, “Şalom Türksoy” adlı profilin istifadəçinin isə 25 may 2022-ci ildə saat 21-40 dəqiqədə “Salam qardaş. Az qaldi” məzmunlu ismarıc göndərməsi ilə bağlı suala cavab verən Təqsirləndirilən şəxs “Şalom Türksoy” adlı profilin istifadəçisinin kim olduğunu bilmədiyini, bu yazışmanı xatırlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək, “X” (əvvəlki "Twitter”) sosial şəbəkəsində “İntersteling” adlı hesabının 1985E2023 parolu olan “mailto:naiafov.e@qmail.comElektron ünvan 5’’ elektron ünvanına bağlı olduğunu, həmin hesabda ABŞ Dövlət Departamenti, ABŞ-nin keçmiş prezidenti Donald Trump, ABŞ senatoru Tom Kotton, eləcə də İran islam Respublikasının Ali dini lider Xameneinin tvitlərinə müvafiq olaraq “X30. Hamı sizi sevir mənim rəhbərim Ayətullah Xomeyni” (X31. Everybody loves you my leader X31. 12 fevral 2020-ci il), "... (söyüş) Tramp!!!” (16 yanvar 2020-ci il), "Bizim qəhrəmanımız və sən ən yaxşısan Qasım Süleymani. Biz səni sevirik Qasım Süleymani!” (Our hero and you are the best Qasim Suleymani. We love you Qasim Süleymani!!! 16 yanvar 2020-ci il), “Bütün ümmət sizə minnətdardır. Biz sizi sevirik” (Vesğ gtot ummat bloqadarin vam. Mı löbim vas. 12 mart 2021-ci il), rus və ingilis dillərində başqa bir tvitə isə azərbaycan dilində “Allah lənət etsin İsrailə” (18 fevral 2020-ci il) məzmununda cavablar yazdığını bildirmişdir. Qeyd edilən cavablarda öz hisslərini və fikirlərimi ifadə etmişdir. Dini rəhbər kimi o, həqiqətən də Xomeynini sevdiyini və bu şəxsi islamın böyük alimi hesab etdiyini, bundan başqa, Qasım Süleymaniyə İŞİD-ə qarşı vuruşduğuna görə xüsusi məhəbbəti olmuşdur. Donald Trampa isə Süleymanini öldürmək əmri verdiyi üçün əsəbi olmuş və buna görə onu söymüşdür. İsrail dövlətinə isə sionizmin mərkəzi olduğuna və fələstinlilərə zülm etdiyinə görə nifrət etmişdir. Buna görə də həmin dövləti lənətləmişdir. O, ***-***-**-** saylı mobil telefon nömrəsi üzərindən “Whatsapp” mobil tətbiqində “313" adı ilə yazışmalar aparmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, ***-***-**-** saylı telefon nömrəsinin istifadəçisi - “Ramiz Kerbelai” adı ilə müvafiq yazışmalarda qeyd edilmiş şəxsin Ramiz adı ilə tanıdığını, həmin şəxslə “Nizami” metrostansiyasının yaxınlığında yerləşən “Xanım Zəhra məscidi”ndə təxminən 2015-ci ildə tanış olduğunu, hər ikisinin həmin vaxt məsciddə namaz qıldığını, Ramizin namazdan sonra digər namaz qılan şəxslərlə etdiyi söhbəti eşitdiyini və bu şəxsin ibadət edən şəxslərdən yardımlar toplayaraq imkansızlara paylamaqla məşğul olduğunu eşitdiyini bildirmişdir. Bundan sonra o, Ramizlə tanış olmuşdur. Təxminən 60 yaşı olan Ramizə dəfələrlə etiyacı olanlara təqdim etməsi üçün köhnə paltarlar vermişdir. Ramizlə başqa heç bir münasibəti olmamışdır. Ramizin harada yaşamasını bilməmiş, həmin şəxs heç yerdə işləməmişdir. Təqsirləndirilən şəxs ***-***-**- ** saylı telefon nömrəsinin istifadəçisi - "Orxan Məscid” adı ilə qeyd edilmiş şəxsin Orxan Qarayev adlı şəxs olduğunu, Orxanla hazırda sökülmüş, əvvəllər “Sovetskiy” adlanan ərazidə yerləşən “Hacı Cavad məscidi”ndə təxminən 2014-2015-ci illərdə tanış olduğunu, hər ikisinin həmin vaxt məsciddə namaz qıldıqlarını, özünün həmin vaxt qeyd edilən məsciddə namazı səhv qıldığından, Orxanın ona yaxınlaşıb düzəliş verdiyini və bundan sonra həmin şəxslə tanış olduqlarını, hazırda Orxanın təxminən 27-28 yaşı olmasını, Lökbatan qəsəbəsində yaşadığını, Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirdiyini, heç bir yerdə işləmədiyini bildirmişdir. O, “Aqsin Məscid” adı ilə qeyd edilmiş şəxslə hazırda sökülmüş, əvvəllər “Sovetskiy” adlanan ərazidə yerləşən “Hacı Cavad məscidi”ndə təxminən 2014-2015-ci illərdə tanış olmuş, bu şəxsin həmin vaxt məsciddə Quran dərsi aldığını, Aqşinin Quran oxumağını eşidib, xoşunun gəldiyini, sonradan həmin şəxsdən ona ərəb əlifbasının hərflərini öyrətməyi xahiş etdiyini və beləcə tanış olduqlarını, Aqşinin təxminən 27-28 yaşı olmasını, Bakı şəhərində, Nəriman Nərimanov prospektində, Nəriman Nərimanovun heykəlinin yaxınlığında yerləşən həyət evlərində yaşadığını, heç bir yerdə işləmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs qeyd edilən şəxslərin özünün törədilməsində ittiham edildiyi cinayətin törədilməsinə hər hansı aidiyyətlərinin olmamasını, bu şəxslərlə hazırda münasibətlərinin olmadığını demişdir. Bundan başqa, 06 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs istintaqa ərizə ilə müraciət edərək təqsirləndirildiyi cinayəti törətdiyini bir daha etirah edərək, terror aktı törətməyə hazırlıq etməsinin halları barədə verdiyi ifadələri təsdiq etmiş və əməlindən peşman olduğunu qeyd etmişdir (İ cild, səh. 49-51, 66-68, 109-113, İİ cild, səh. 65-69, 74-75, 99-103, 179-184, 226-228). 8.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Dövlət Təhlüksəzlik Xidmətinə verdiyi ifadəni təsdiq edir və ifadəsinə əlavəsi yoxdur. 9.Şahid1 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, “facebook” sosial şəbəkəsində “Elnur Qədirli” profili ilə istifadəçidir. “Əli Zülfüqar” adlı profil dostuğunda olmuş, həmin profilin paylaşımlarının məzmunu hazırda yadında deyil, paylaşımlar siyasi, dini və s. mövzularda olmuşdur. Bəzi paylaşımları bəyənmiş və həmin paylaşımlar hal-hazırda onun yadında deyildir. Paylaşımlar siyasi məzmunlu İran- Azərbaycan haqqında olmuş, İranın dövlət, hökumət kimi tərifinə oxşar məzmunlu paylaşımlar olmuşdur. Həmin paylaşımları bəyənmişdir. Azərbaycan dövləti əleyhinə, dövlət rəhbərliyinin əleyhinə olan çağırışları, İran dövlətinin dini lideri Xamenei haqqında aylaşımları görməmiş, elə paylaşımları qətiyyən bəyənməmişdir. İbtidai istintaq dövründə verdiyi ifadəsini bu hissədə təsdiq etmir. Bu barədə müstəntiqə nə isə demişsə də yadına gəlmir. Cinayət işi materiallarında olan ibtidai istintaq dövründə verdiyi ifadəsində olan imza ona məxsusdur. İfadə verərkən ona təzyiq olmamışdır. 10.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, 27 avqust 1990-cı ildə Sabirabad rayonu, Bala Həşimxanlı kəndində doğulduğunu və həmin rayonda yaşadığını, rəsmi olaraq işsiz olsa da, rayonda təsərrüfatla məşğul olduğunu, 2015-ci ildən hal-hazıradək namaz qıldığını bildirmişdir. Şahid1 ona verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs tanımadığını, “Facebook” sosial şəbəkəsində “Elmin Qedirli” adlı hesabının olduğunu, təxminən 6.300 izləyicisi olduğunu, “Facebook” sosial şəbəkəsindəki onun “Elmin Qedirli” adlı hesabının dostlar siyahısında olan “Əli Zülfiqar” adlı hesabın dostluğuna necə əlavə olunmasını xatırlamadığını, “Əli Zülfiqar” adlı hesabda edilən paylaşmaların əsasən İran dövlətinin dini lideri Xamneyinin təbliği, habelə Azərbaycan dövlətinin rəhbərliyinin tənqid edilməsi, bu rəhbərliyin sionistlərə “qulluq etməsi” barədə olduğunu, həmin paylaşımların bəzilərini bəyəndiyini, buna görə hazırda peşman olduğunu, paylaşmalarda olan fikirləri və çağırışları dəstəkləmədiyini, Azərbaycan Respublikasının qanunlarını, dövlətçiliyini dəstəklədiyini bildirmişdir (İİ cild, səh. 70-72). 11.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi tanımır və “facebook”da paylaşımları bəyəndiyindən DTX-ya çağırılmışdır. Əsasən dini paylaşımları bəyənmiş və şəxsin yazısına heç bir fikir verməmişdir. 12.Şahid2 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, Əli Zülfüqar profilində paylaşımların məzmunu tam olaraq onun yadında qalmamışdır. Paylaşımı DTXya çağırıldıqda ona ekrandan göstərmişlər və paylaşımda nə yazması onun tam yadında qalmamışdır. Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 13.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, xx xxxx 1991-ci ildə Bakı şəhərində doğulduğunu, 2019cü ildən hal-hazıradək "xxxx" MMC-də sürücü işlədiyini bildirmişdir. Şahid2 verilmiş suallara cavab olaraq, Təqsirləndirilən şəxs şəxsən tanımadığını, “Facebook” sosial şəbəkəsində “Vüsal Recebov” adlı hesabının olduğunu, “Facebook” sosial şəbəkəsindəki “Vüsal Recebov” adlı hesabının dostlar siyahısında olan “Əli Zülfiqar” adlı hesabın dostluğuna necə və nə vaxt əlavə olunmasını xatırlamadığını, “Əli Zülfiqar” adlı hesabda edilən paylaşmaların əsasən İran dövlətinin dini lideri Xamneyinin təbliği, habelə Azərbaycan dövlətinin rəhbərliyinin tənqid edilməsi, bu rəhbərliyin sionistlərə “qulluq etməsi” barədə olduğunu, paylaşmalarda olan fikirləri və çağırışları dəstəkləmədiyini, Azərbaycan Respublikasının qanunlarını və dövlətçiliyini dəstəklədiyini bildirmişdir (İİ cild, səh. 62-64). 14.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, üzərindən çox zaman keçdiyindən tam olaraq xatırlamır və istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. 15.Şahid3 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, səhv etmirsə “Əli Zülfüqar” adlı profil dostluğunda olmuşdur. O, profildə ancaq dini məzmunlu paylaşımlara üstünlük verib baxmışdır. İran dövlətinin dini lideri Xameneinin şəkili profilində arxa fonda olmuşdur. O, özü şiə təriqətindəndir və onun mərcei-təqlidi yoxdur. Səhv etmirsə paylaşım Azərbaycan dövlətinin ərazisinin parçalanaraq İranın tərkibinə verilməsi məzmununda olmamışdır. Həmin profilin sahibinin paylaşdığı statusların məzmununu tam xatırlamır. Orada dini məzmunlu paylaşımları görmüş, dövlət əleyhinə hansısa paylaşımlar olmuş və onlar da onun diqqətsizliyi olmuşdur. “Əli Zülfüqar” profilində Azərbaycan dövlətinin rəhbərliyinin əleyhinə hansısa paylaşımları görməmişdir. İstintaq dövründə verdiyi ifadəsini təqsdiq etmişdir. 16.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, 14 avqust 1986-cı ildə Qazaxstan Respublikası, Çimkənd vilayəində doğulduğunu, "xxxx" MMC-də sifarişlər üzrə toplayıcı vəzifəsində işlədiyini bildirmişdir. Şahid3 verilmiş suallara cavab olaraq, Təqsirləndirilən şəxs şəxsən tanımadığını, “Facebook” sosial şəbəkəsində “Yadigar Memmedov” adlı hesabının olduğunu, “Facebook” sosial şəbəkəsindəki “Yadigar Memmedov” adlı hesabının dostlar siyahısında olan “Əli Zülfiqar” adlı hesabın dostluğuna necə və nə vaxt əlavə olunmasını xatırlamadığını, “Əli Zülfiqar” adlı hesabda edilən paylaşmaların əsasən İran dövlətinin dini lideri Xamneyinin təbliği, habelə Azərbaycan dövlətinin rəhbərliyinin tənqid edilməsi, bu rəhbərliyin sionistlərə “qulluq etməsi” barədə olduğunu, paylaşmalarda olan fikirləri və çağırışları dəstəkləmədiyini, Azərbaycan Respublikasının qanunlarını və dövlətçiliyini dəstəklədiyini bildirmişdir (İİ cild, səh. 59-61). 17.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi tanımamışdır. O, bu şəxslərə “fake” və “bot” hesab kimi baxmışdır. Profildə Azərbaycanın əleyhinə olan çox paylaşımlar getdiyini görmüş, əvvəlcə pisinə gəlmiş, sonra insanın necə öz ölkəsinə qarşı belə edə biləcəyini demişdir. 18.Şahid X18 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, bu şəxsləri tanımamış, sadəcə onların fikirlərini bilmiş, əleyhinə ya leyhinə fikir deyə bilər. Şəxsin nə məzmunda paylaşımlar etdiyini bilməmiş və bu tip profilləri görüb onlara yazaraq fikirlərini almışdır. Konkret olaraq bu şəxsin nə yazdığını bilməmiş, amma dövlət əleyhinə yazmışdır. Əli Zülfüqar adlı profili ümumiyyətlə bilməmiş, yazdıqda orada bir neçə profillər çıxmış, amma kimə yazdığını bilməmişdir. Onların adlarını yadda saxlaya bilməmişdir. Bu adamın leyhinə, ya da əleyhinə heç bir söz deyə bilmir. Azərbaycan hakimiyyətinə nifrət və İrana rəğbət kimi yazıları görməsə yazmazdı, görmüşsə yazmışdır, amma bu profildən kokret istinaddırsa onu bilmir. O, bu profillə əlaqəyə çıxmağa çalışmış, 8-9 ay əvvəl onların fikirlərinin əleyhinə yazmış, onu bloka atmışlar, daha sonra onların fikirlərini və etimadını qazanmaq üçün leyhinə yazmışdır. Vəfədar Nadirov ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 19.Məhkəmə iclasında X8 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, xx xxxxxxxx 1988-ci il tarixdə Rusiya Federasiyasının Oremburq vilayətində doğulduğunu, 2020-ci ildən Reta MMC- nin direktoru işlədiyini bildirmişdir. Şahid4 verilmiş suallara cavab olaraq, Təqsirləndirilən şəxs şəxsən tanımadığını, “Facebook” sosial şəbəkəsində “Vafadar Nv" adlı hesabının olduğunu, sosial şəbəkələrdə müxtəlif separatçı, radikal dindar və müxtəlif yanaşmalara malik olan şəxsləri izləydiyini, məqsədinin yalnız maraq xarakterli olduğunu, bunlardan birinin də “Əli Zülfüqar” adlı profil olduğunu qeyd etmişdir. O, ifadəsinə davam edərək bildirmişdir ki, “Əli Zülfüqar” adlı profilin iranmeyilli radikal dindar olmasına görə dostluq atmış, bu profilində olan paylaşımları görmək istəmişdir. Həmin paylaşımlara baxdıqda o, tərkibində radikaldini xarakterli materiallar olan bir çox paylaşımları görmüşdür. Bundan başqa, “Əli Zülfüqar” profilinin status bölməsində yazdığı fikirlərdə Azərbaycan Respublikasının ərazisində dini ideologiyaya əsaslanan Kərimə dini dövlətinin qurulmasına, Azərbaycanın ərazisinin parçalanaraq İran İslam Respublikasının tərkibinə aid edilməsinə yönələn paylaşımları görmüşdür. Həmin paylaşımlarda açıq olaraq Azərbaycan Respublikasının ərazisinin parçalanmasına və Azərbaycan ərazisində dini dövlətin qurulmasına yönələn çağırışlar olmuşdur. Bundan sonra həmin şəxsin hansı təsirlərin nəticəsində bu fikirlərə gəlməsini bilmək üçün qeyd edilən profilin “Meserger” bölümündə mesaj yazaraq, “mən də sənin fikirlərini dəstəkləyir” mənasını verən ismarıc yazmışdır. Belə yazmaqda məqsədi həmin şəxsin onu özü ilə əlaqəyə buraxmasını istəməsi olmuşdur. Çünki belə şəxslər dövlət orqanı əməkdaşı olmasını şübhə edib, mesaj yazanda cavab yazmamışlar. Qeyd edilən profilin sahibi isə Azərbaycanda olan hakimiyyətə qarşı nifrətinin, İranda olan molla rejiminə qarşı məhəbbətinin olduğunu və Azərbaycanda da molla rejiminə uyğun Kərimə dövlətinin qurulması üçün çalışmaq lazım olduğunu bildirmişdir (İİ cild, səh. 105-106). 20.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, “facebook”da” Zülfüqarov adında profil olmuş və həmin profildə edilən dini paylaşımlara baxmışdır. Daha sonra dövlət əleyhinə paylaşımlar gördükdən sonra həmin profili silmişdir. O, paylaşımları görmüş, məzmununu oxumamış və oxumadığından danışmaq üçün nə isə yadında qalmamışdır. Şahid5 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 21.Məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, xx xxxx 1985-ci il tarixdə Mingəçevir şəhərində doğulduğunu, 2007-ci ildə Mingəçevir Dövlət Universitetinin iqtisadiyyat və idarəetmə fakültəsini bitirdiyini, avtomobillərin alqı-satqısı və evlərin tikilib satılması ilə məşğul olduğunu bildirmişdir. Şahid5 verilmiş suallara cavab olaraq, Təqsirləndirilən şəxs şəxsən tanımadığını, “Facebook” sosial şəbəkəsində “Şahid5” adlı hesabının olduğunu, profilinin “dostlar” siyahısında olan “Əli Zülfüqar” adlı profillin sahibi ilə danışığının olmadığını, həmin profilin Təqsirləndirilən şəxs məxsus olması barədə məlumatının olmadığını bildirmişdir. İfadəsinə davam edən Şahid5 göstərmişdir ki, “Əli Zülfüqar” adlı profildə tərkibində bir çox radikal-dini xarakterli materiallar olan paylaşımlar edilmişdir. Bundan başqa “Əli Zülfüqar” profilinin status bölməsində yazılan statuslarda Azərbaycan Respublikasının ərazisində dini ideologiyaya əsaslanan Kərimə dini dövlətinin qurulmasına, Azərbaycanın ərazisinin parçalanaraq İran İslam Respublikasının tərkibinə aid edilməsinə yönələn paylaşımları görmüşdür. Həmin paylaşımlarda açıq olaraq Azərbaycan Respublikasının ərazisinin parçalanmasına və Azərbaycan ərazisində dini dövlətin qurulmasına yönələn çağırışlar olmuşdur. O, qeyd edilən profildə yalnız bir neçə dini paylaşımları bəyənmiş, dövlət əlehinə olan paylaşımları bəyənməmişdir. 2020-ci ilin sentyabr ayında başlamış 44 günlük Vətən Müharibəsində iştirak etmişdir (İİ cild, səh. 119- 120). 22.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, ona “facebook” sosial şəbəkəsində “Əli Zülfüqar” adlı şəxsin dostluğunda olduğu deyilmiş və onu tanıyıb-tanımadığını soruşmuşlar. Bir çox adamların paylaşımlarını görmüş, amma kimin paylaşımı olduğunu xatırlamır. “Kərimə dövləti”nin qurulması ilə bağlı kimin paylaşım etdiyini bilmir və o da həmin dövlətin qurulmasına razıdır. Ola bilər ki, həmin paylaşımları bəyənmiş, Azərbaycan dövlətinin ərazi bütövlüyünün parçalanması və onun ərazisinin İran dövlətinə birləşdirilməsi barədə paylaşımları görmüşdür. Müstəntiqə ifadə verərkən ona hansısa təzyiq olmamış və qazi kimi ona çox hörmət edilmişdir. Suallar verilmiş, o da cavab vermişdir. Onun “Facebook”unda dörd mindən çox “dost”u var, “Əli Zülfüqar” profilini mütəmadi olaraq izləməmişdir. Həmin profildə radikal dini xarakterli paylaşımları görməsini xatırlamır. “Kərimə dövləti”nin qurulması barədə paylaşımları görməmiş, amma dini dövlətin qurulmasını o da istəyir. “Əli Zülfüqar” profilinin paylaşımlarını bəyəndiyini xatırlamır. Hansı paylaşımı və nəyi bəyəndiyini, profil sahibinin hansı tarixdə və nə vaxt dostluq yollamasını xatırlamır. Həmin profildən ona hansısa təzyiq və hədə qorxu olmamışdır. İbtidai istintaq dövründə verdiyi ifadəsində qeyd edilən Azərbaycan dövlətinin ərazisinin parçalanması barədə fikirlər onun sözləri olmamış və onları görməmişdir. Cinayət işi materiallarında olan ibtidai istintaq dövründə verdiyi ifadəsinin altında olan xətt onun deyil. İfadənin sonunda yazılan “heç kimi tanımıram” və s. onun sözləridir. İstintaqda verdiyi ifadəni yox, indiki ifadəsini təsdiq edir. 23.Məhkəmə iclasında Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, xx xxxxxxx 1968-ci il tarixdə Ağcabədi rayonu, Şahsevən kəndində doğulduğunu, İİ qrup əlil olduğunu bildirmişdir. Şahid6 verilmiş suallara cavab olaraq, “Facebook” sosial şəbəkəsində özünün istifadə etdiyi “Kimsəsiz yetim” adı ilə mövcud olmuş və 28 sentyabr 2023-cü ildən qızının istifadə etdiyi “Amidaxanım Quliyeva” adlı profili özünü yaratdığını, qeyd edilən tarixdə profilin çox izləyicisi olduğu üçün qızı Həmidəxanım Quliyevaya verdiyini, bunu qızının işi ilə əlaqədar olaraq reklam edə bilməsi məqsədi ilə etdiyini, qızının qaş və kiprik ustası olduğunu göstərmişdir. İfadəsinə davam edən Şahid6 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs şəxsən tanımamış, “Əli Zülfüqar” adlı profildə tərkibində bir çox radikal-dini xarakterli materiallar olan paylaşımlar edilmişdir. Bundan başqa “Əli Zülfüqar” profilinin status bölməsində yazılan statuslarda Azərbaycan Respublikasının ərazisində dini ideologiyaya əsaslanan Kərimə dini dövlətinin qurulmasına, Azərbaycanın ərazisinin parçalanaraq İran İslam Respublikasının tərkibinə aid edilməsinə yönələn paylaşımları görmüşdür. Həmin paylaşımlarda açıq olaraq Azərbaycan Respublikasının ərazisinin parçalanmasına və Azərbaycan ərazisində dini dövlətin qurulmasına yönələn çağırışlar olmuşdur. O, qeyd edilən profildə yalnız bir neçə dini paylaşımları bəyənmiş, dövlət əlehinə olan paylaşımları bəyənməmişdir (İİ cild, səh. 117-118). 24.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, onu çağıraraq dostluğunda olan şəxsin adını və soyadını demiş, həmin adı da DTX-də eşitmişdir. Statuslarında İran və Azərbaycanın birləşməsindən yazmış, səhv etmirsə kərimə dövlətinin qurulmasından da yazılmışdır. 25.Şahid7 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, fəhlə işləyir. “Əli Zülfüqar” adlı profilin dostluğuna düşməsi tam olaraq onun yadında deyil. Etdiyi paylaşımlardan yadında olanı sərbəst ifadəsində dedikləridir. Profilin paylaşımlarında hansısa çağırışların olması onun dəqiq yadında deyil, lakin iki dövlətin birləşməsindən yazılmışdır. “Kərimə dövlət”i barədə paylaşımların məzmunu, Azərbaycan Respublikasının ərazisinin parçalanması barədə çağırışların olması yadında deyil. Dostluğunda çox insan olmuş və “facebook”dan çox da istifadə etməmişdir. DTX-yə çağırılana kimi dostluğuda belə bir şəxsin olduğunu bilməmişdir. Səhv etmirsə paylaşımları qrupla deyil, fərdi qaydada edilmişdir. Bu şəxslə şəxsən tanışlığı olmamışdır. Paylaşımların qapalı və ya kənar şəxslər tərəfindən də görülməsini dəqiq bilmir. Kərimə dövləti deyəndə çox güman islami dövlət quruluşunun qurulmasını nəzərdə tutduğunu başa düşmüşdür. DTX-də bəyəndiyi paylaşımı ona göstərilmiş, amma onu tam oxumamış, sonradan öz “facebook”una da baxmamışdır. Paylaşımlarda olan fikri dəstəklədiyindən bəyənmişdir. Paylaşımda dövlətin quruluşu barədə bir şey olmamışdır. Azərbaycan Respublikasının ərazisinin indiki quruluşunu bəyənir. Özü Azərbaycanda islamın daha da gözəl olmasını, yəni, həyat yoldaşının şəxsiyyət vəsiqəsində hicablı şəklini çəkə bilməsini, harasa gedib vəsiqəsini təqdim edəndə xanımının utanmamasını istəyir. Onun “facebook”da adı “Rəşad Bahadur oğlu” kimidir. Yalnız “facebook” sosial şəbəkəsindən istifadə edir. Porfilin qapalı və ya açıq olmasının fərqini bilmir. 26.Məhkəmə iclasında Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, xx xxx 1980-ci il tarixdə Sumqayıt şəhərində doğulduğunu, “X51”-də operator işlədiyini bildirmişdir. Şahid7 verilmiş suallara cavab olaraq, Təqsirləndirilən şəxs şəxsən tanımadığını, “Facebook” sosial şəbəkəsində “Rəşad Bahaduroğlu” adlı hesabının olduğunu, profilinin “dostlar” siyahısında olan “Əli Zülfüqar” adlı profillin sahibi ilə danışığının olmadığını, həmin profilin Təqsirləndirilən şəxs məxsus olması barədə məlumatının olmadığını bildirmişdir. İfadəsinə davam edən Şahid7 göstərmişdir ki, “Əli Zülfüqar” adlı profildə tərkibində bir çox radikal-dini xarakterli materiallar olan paylaşımlar edilmişdir. Bundan başqa “Əli Zülfüqar” profilinin status bölməsində yazılan statuslarda Azərbaycan Respublikasının ərazisində dini ideologiyaya əsaslanan “Kərimə” dini dövlətinin qurulmasına, Azərbaycanın ərazisinin parçalanaraq İran İslam Respublikasının tərkibinə aid edilməsinə yönələn paylaşımları görmüşdür. Həmin paylaşımlarda açıq olaraq Azərbaycan Respublikasının ərazisinin parçalanmasına və Azərbaycan ərazisində dini dövlətin qurulmasına yönələn çağırışlar olmuşdur. O, qeyd edilən profildə yalnız bir neçə dini paylaşımları bəyənmişdir (İİ cild, səh. 128-129). 27.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi şəxsən tanımamışdır. Ona dini paylaşımları bəyəndiyi və ona görə çağırıldığı deyilmişdir. 28.Şahid8 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, “Əli Zülfüqar” profilinin sahibini şəxsən tanımamışdır. Həmin profil dostluğunda olmuş və kimin dəvət etdiyini bilməmişdir. Dindar olduğundan ancaq həmin profildə olan dini paylaşımları bəyənmişdir. Dini paylaşımlar əsasən quran oxumaq, mərsiyyələr olmuş və onları bəyənmişdir. Kərimə dini dövləti barədə paylaşımlar dəqiq onun yadında qalmamış və fikir verməmişdir. Azərbaycan dövləti ərazisinin parçalanaraq İrana aid edilməsi barədə paylaşımlar olubsa da fikir verməmişdir. Üstündən çox keçdiyindən, onları nə oxumuş, nə də bəyənmişdir. Azərbaycanın ərazisinin parçalanması və kərimə dini dövləti barədə paylaşımları oxumamışdır. İstintaq dövründə də paylaşımlar görmədiyini və görsə də oxumadığını demişdir. İbtidai istintaqda da onlara fikir vermədiyini, həm də bəyənmədiyini bildirmişdir. Başlığı görsə də belə paylaşımları oxumamışdır. Cinayət işi materiallarında olan ibtidai istintaq dövründə verdiyi ifadəsində olan imza ona məxsusdur. 29.Məhkəmə iclasında Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, xx xxxxxx 1982-ci ildə Siyəzən şəhərində doğulduğunu, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Şahid8 verilmiş suallara cavab olaraq, Təqsirləndirilən şəxs şəxsən tanımadığını, “Facebook” sosial şəbəkəsində “Şahid8” adlı hesabının olduğunu, profilinin “dostlar” siyahısında olan “Əli Zülfüqar” adlı profillin sahibi ilə danışığının olmadığını, həmin profilin Təqsirləndirilən şəxs məxsus olması barədə məlumatının olmadığını bildirmişdir. İfadəsinə davam edən Şahid8 göstərmişdir ki, “Əli Zülfüqar” adlı profildə tərkibində bir çox radikal-dini xarakterli materiallar olan paylaşımlar edilmişdir. Bundan başqa “Əli Zülfüqar" profilinin status bölməsində yazılan statuslarda Azərbaycan Respublikasının ərazisində dini ideologiyaya əsaslanan “Kərimə” dini dövlətinin qurulmasına, Azərbaycanın ərazisinin parçalanaraq İran İslam Respublikasının tərkibinə aid edilməsinə yönələn paylaşımları görmüşdür. Həmin paylaşımlarda açıq olaraq Azərbaycan Respublikasının ərazisinin parçalanmasına və Azərbaycan ərazisində dini dövlətin qurulmasına yönələn çağırışlar olmuşdur. O, qeyd edilən profildə yalnız bir neçə dini paylaşımları bəyənmişdir (İİ cild, səh. 122-123). 30.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs şəxsən tanımamışdır. Sadəcə olaraq DTX-də ona dostluğunda “Zülfüqar qılınc” kimi hansısa bir şəxsin olduğunu və həmin şəxsin Təqsirləndirilən şəxs olduğu bildirilmişdir. 2011-ci ildən başlayaraq, şiə əqidəsində namaz qılır. 31.Şahid9 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, “Əli Zülfüqar” adlı sahibinin hansı məzmunda paylaşımlar etməsi yadında deyil, sadəcə bir-iki dəfə dini məzmunlu paylaşımlar qarşısına çıxmışdır. Azərbaycanın ərazisinin parçalanması və ərazisinin İrana birləşməsi barədə paylaşımları görməmişdir. Dostluğunda adamlar çox olduğundan paylaşımların məzmununu tam xatırlamır, lakin istintaq zamanı ifadə verərəkən xatırlamışdır. Öz profili qapalı olmuş və statusları dostluğunda olanlardan başqa heç kim görməmişdir. Təqsirləndirilən şəxs dostluğunda olmuşdur. Əli “Zülfüqar” profilinin səhifəsinə tam olaraq baxmamış, dostluğunu dini paylaşımlar olduğu üçün qəbul etmişdir. Ola bilər ki, dini paylaşımlardan əlavə paylaşımları görmüş, amma hazırda xatırlamır. İbtidai istintaq dövründə verdiyi ifadəni özü oxuyub qol çəkmiş və ona təzyiq edən olmamışdır. Şahid9 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 32.Məhkəmə iclasında Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, xx xxxxxx 1992-ci il tarixdə Lerik rayonu, Soru kəndində doğulduğunu bildirmişdir. Şahid9 verilmiş suallara cavab olaraq, Təqsirləndirilən şəxs şəxsən tanımadığını, “Facebook” sosial şəbəkəsində “Şahid9” adlı hesabının olduğunu, profilinin “dostlar” siyahısında olan “Əli Zülfüqar” adlı profillin sahibi ilə danışığının olmadığını, həmin profilin Təqsirləndirilən şəxs məxsus olması barədə məlumatının olmadığını bildirmişdir. İfadəsinə davam edən Şahid9 göstərmişdir ki, 2010-cu ildən İslam dininin şiə məzhəbi üzrə ibadətlə məşğul olmuşdur. Buna görə də şiə məzhəbi üzrə olan şəxslərdən bəziləri Facebookda dostluğunda olmuşdur. Lakin həmin şəxslərin hamısını şəxsi olaraq tanımamışdır. Sadəcə sosial şəbəkədə görmüşdür. Onun Facebookdakı profilinin dostlar siyahısında olan “Əli Zülfüqar” adlı profildə bir çox tərkibində radikal-dini xarakterli materiallar olan paylaşımları görmüşdür. Bundan başqa, “Əli Zülfüqar” profilinin status bölməsində yazılan statuslarda Azərbaycan Respublikasının ərazisində dini ideologiyaya əsaslanan Kərimə dini dövlətinin qurulmasına, Azərbaycanın ərazisinin parçalanaraq İran İslam Respublikasının tərkibinə aid edilməsinə yönələn paylaşımları görmüşdür. Həmin paylaşımlarda açıq olaraq Azərbaycan Respublikasının ərazisinin parçalanmasına və Azərbaycan ərazisində dini dövlətin qurulmasına yönələn çağırışlar olmuşdur (İİ cild, səh. 135-136). 33.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi ilk dəfə görmüş və DTX-də ona adının Elşən olduğunu demişlər. Elşəni tanımır, sadəcə olaraq ona deyilənə əsasən “facebook” səhifəsində başqa adla paylaşımlar etmiş və o da bilmədən paylaşımları bəyənmişdir. 34.Şahid10 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, hansı adla qeydiyyatdan keçdiyini xatırlamır. Paylaşımların məzmunu onun yadında qalmamışdır. O, paylaşımların nədən ibarət olduğunu bilməmiş, DTX-də ona “kərimə dövlət”i barədə paylaşımlar olduğunu deyilmişdir. Yazılanları oxumadan sadəcə olaraq bəyənmişdir. Paylaşımlarda Azərbaycan dövləti əleyhinə paylaşımlar və dövlətin parçalanmasına yönəlik fikirlər olduğunu bilməmişdir. Paylaşımların məzmunun nədən ibarət olduğunu bilməmiş, sadəcə olaraq onları oxumuşdur. Oxusa da, oxumasa da hər şeyi bəyənmək onun xasiyyətində olmuşdur. Profilinin adı “Ali Sadiqli” olmuşdur. Paylaşımların məzmununun nədən ibarət olduğunu sonradan bilmişdir. Cinayət işi materiallarında olan ibtidai istintaq dövründə verdiyi ifadəsində olan imza ona məxsus olmuşdur. Təqsirləndirilən şəxs paylaşımlarının məzmununu görməmişdir. Profidə hansı məzmunlu paylaşımların olduğunu Dövlət Təhlükəsizlik Xidmətində ona demişlər və paylaşımları ona göstərmişlər. Paylaşımların məzmunu ona göstərilənə kimi nə olduğunu bilməmişdir. Onları göstərməsələr hansı paylaşımlar olacağını bilə bilməzdi. Paylaşımda öz bəyənməsini də görmüşdür. Paylaşımın məzmununu çoxda oxumamış, sadəcə olaraq “Kərimə dövlət”i haqqında olmuşdur. Müstəntiq paylaşımı ona göstərmiş və əvvəlindən biraz oxumuşdur. Paylaşımda Kərimə dövlətindən yazılmışdır. O, paylaşımı başdan sona oxumamışdır. Həmin profildə Azərbaycan Respublikası ərazisinin parçalanaraq İran İslam Respublikasına birləşməsi haqqında paylaşımlar olmuşdur. Paylaşımı şəkil formasında görmüşdür. Azərbaycan dövlətinin ərazisinin parçalanması barədə məlumatı ona müstəntiq demiş və həmin paylaşımı da oxumamışdır. İfadəsində olan Azərbaycan dövləti əleyhinə çağırışlarla bağlı hissəni oxumamış, ancaq kərimə dövləti ilə bağlı hissəni oxumuş və onları kağızda göstərmişlər. Azərbaycan dövlətinin ərazisinin parçalanması və İran İslam Respublikasının ərazisinə birləşməsi barədə ifadəsində olan fikirlərin ona aid olub-olmamasını bilmir. Profildə sadəcə olaraq bir neçə paylaşımı bəyənmişdir. O, yazılanları axıra kimi görməmiş, sadəcə bəyənmiş və paylaşımlarda hansı şəkillərin olması yadında qalmamışdır. Paylaşımları ona müstəntiq kağızda göstərərək kənara qoymuş və o da paylaşımı diqqətlə oxumamışdır. Onu DTX-ya çağırmışlar və sərbəst şəkildə də ifadəsini vermişdir. Orada ona heç bir təzyiq olmamışdır. Müstəntiq ifadəsini onun dedikləri əsasında yazmış və daha sonra onu səsləndirmişdir. O da ifadəni səsləndirdikdən sonra düzgünlüyünü təsdiq etmişdir. Dövlət Təhlükəsizlik Xidmətinə birinci dəfə getmiş, həyəcanlı olmuş, qorxmamışdır. Şahid10 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 35.Məhkəmə iclasında Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, xx xxxxxx 1991-ci il tarixdə Masallı rayonu, Ərkivan kəndində doğulduğunu bildirmişdir. Şahid10 verilmiş suallara cavab olaraq, Təqsirləndirilən şəxs şəxsən tanımadığını, “Facebook” sosial şəbəkəsində “Ali Sadiqli” adlı hesabının olduğunu, profilinin “dostlar" siyahısında olan “Əli Zülfüqar” adlı profillin sahibi ilə danışığının olmadığını, həmin profilin Təqsirləndirilən şəxs məxsus olması barədə məlumatının olmadığını bildirmişdir. İfadəsinə davam edən Şahid10 göstərmişdir ki, 2008ci ildən İslam dininin şiə məzhəbi üzrə ibadətlə məşğul olmuşdur. Buna görə də şiə məzhəbi üzrə olan şəxslərdən bəziləri Facebookda dostluğunda olmuşdur. Lakin həmin şəxslərin hamısını şəxsi olaraq tanımamışdır. Sadəcə sosial şəbəkədə görmüşdür. Onun Facebookdakı profilinin dostlar siyahısında olan “Əli Zülfüqar” adlı profildə bir çox tərkibində radikal-dini xarakterli materiallar olan paylaşımları görmüşdür. Bundan başqa, “Əli Zülfüqar” profilinin status bölməsində yazılan statuslarda Azərbaycan Respublikasının ərazisində dini ideologiyaya əsaslanan Kərimə dini dövlətinin qurulmasına, Azərbaycanın ərazisinin parçalanaraq İran islam Respublikasının tərkibinə aid edilməsinə yönələn paylaşımları görmüşdür. Həmin paylaşımlarda açıq olaraq Azərbaycan Respublikasının ərazisinin parçalanmasına və Azərbaycan ərazisində dini dövlətin qurulmasına yönələn çağırışlar olmuşdur (İİ cild, səh. 133-134). 36.Məhkəmə iclasında Şahid11 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, 24 avqust 1974-cü il tarixdə Sumqayıt şəhərində doğulduğunu bildirmişdir. Şahid11 verilmiş suallara cavab olaraq, Təqsirləndirilən şəxs şəxsən tanımadığını, “Facebook” sosial şəbəkəsində “Ali Sadiqli” adlı hesabının olduğunu, profilinin “dostlar” siyahısında olan “Əli Zülfüqar” adlı profillin sahibi ilə danışığının olmadığını, həmin profilin Təqsirləndirilən şəxs məxsus olması barədə məlumatının olmadığını bildirmişdir. İfadəsinə davam edən Şahid11 göstərmişdir ki, 2011-ci ildən İslam dininin şiə məzhəbi üzrə ibadətlə məşğul olmuşdur. Buna görə də şiə məzhəbi üzrə olan şəxslərdən bəziləri Facebookda dostluğunda olmuşdur. Lakin həmin şəxslərin hamısını şəxsi olaraq tanımamışdır. Sadəcə sosial şəbəkədə görmüşdür. Onun Facebookdakı profilinin dostlar siyahısında olan “Əli Zülfüqar” adlı profildə bir çox tərkibində radikal-dini xarakterli materiallar olan paylaşımları görmüşdür. Bundan başqa, “Əli Zülfüqar” profilinin status bölməsində yazılan statuslarda Azərbaycan Respublikasının ərazisində dini ideologiyaya əsaslanan Kərimə dini dövlətinin qurulmasına, Azərbaycanın ərazisinin parçalanaraq İran İslam Respublikasının tərkibinə aid edilməsinə yönələn paylaşımları görmüşdür. Həmin paylaşımlarda açıq olaraq Azərbaycan Respublikasının ərazisinin parçalanmasına və Azərbaycan ərazisində dini dövlətin qurulmasına yönələn çağırışlar olmuşdur (İİ cild, səh. 131-132). 37.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid12 ifadəsində bildirmişdir ki, o evdə baxışda iştirak etmiş, həmin zaman orada 3-4 nəfər olmuş,protokol tərtib edilmiş və o da qol çəkmişdir. Şahid12 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 38.Məhkəmə iclasında Şahid12 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, 1958-ci il tarixdə Ermənistan SSR Spitak rayonunda doğulduğunu, Bakı şəhəri, Nəsimi rayonu 65 nömrəli MKTB-də çilingər işlədiyini bildirmişdir. Şahid12 verilmiş suallara cavab olaraq, o bildirmişdir ki, 01 sentyabr 2023-cü il tarixdə iş üzrə Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında keçirilmiş baxış zamanı hal şahidi kimi baxışda iştirak etmişdir. Belə ki, 01 sentyabr 2023-cü il tarixdə iş yerində olarkən özünü DTX əməkdaşı kimi təqdim edən şəxslər ona yaxınlaşaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında baxış keçirilməsi zamani hal şahidi kimi iştirak edib-edə biləməyəcəyini soruşmuş, o isə könüllü olaraq iştirak etməyi qəbul etmişdir. Bundan sonra DTX əməkdaşları ilə birlikdə baxış keçirilən ünvana getmişlər. Orada olanda o, digər hal şahidi Şahid13 və proses iştirakçıları mənzilin qapısını döyərək mənzilə daxil olmuşlar. Mənzilə daxil olduqda evdə yaşayan Təqsirləndirilən şəxs həyat yoldaşı İlahə Nəcəfovaya evdə baxış keçirilməsi haqqında məhkəmə qərarı elan edilmişdir. Bundan sonra proses iştirakçılarının hüquq və vəzifələri DTX əməkdaşları tərəfindən izah edilmişdir. Sonra baxış başlanmışdır. Mənzildə keçirilən baxış zamanı mənzilin girişindən sağda olan yataq otağından 1 ədəd “HP” markalı noutbuk və mobil telefon, bank kartı, müxtəlif disklər, bir neçə kitablar və kağız parçaları götürülmüşdür. Həmin əşyalar qablaşdırılaraq götürüldükdən sonra evin digər hissələrində iş üzrə əhəmiyyət kəsb edə biləcək heç bir əşya aşkar edilməmişdir. Daha sonra baxış başa çatmışdır (İİ cild, səh. 126-127). 39.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid13 ifadəsində bildirmişdir ki, evin içindən komputer götürüldüyünü görmüşdür. Evdə kimin olması onun yadında deyil. İbtidai istintaq dövründə verdiyi ifadəsi onun sözləri ilə düzgün yazılmışdır. 40.Məhkəmə iclasında Şahid13 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, 1973-cü il tarixdə Bakı şəhərində doğulduğunu, Bakı şəhəri, Nəsimi rayonu 77 nömrəli MKTB-də fəhlə işlədiyini bildirmişdir. Şahid13 verilmiş suallara cavab olaraq, bildirmişdir ki, 01 sentyabr 2023-cü il tarixdə iş üzrə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında keçirilmiş baxış zamanı hal şahidi kimi baxışda iştirak etmişdir. Belə ki, 01 sentyabr 2023-cü il tarixdə iş yerində olarkən özünü DTX əməkdaşı kimi təqdim edən şəxslər ona yaxınlaşaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında baxış keçirilməsi zamanı hal şahidi kimi iştirak edib-edə biləməyəcəyini soruşmuş, o da könüllü olaraq iştirak etməyi qəbul etmişdir. Bundan sonra DTX əməkdaşları ilə birlikdə baxış keçirilən ünvana getmişlər. Orada olanda o, digər hal şahidi Şahid12 və proses iştirakçıları mənzilin qapısını döyərək mənzilə daxil olmuşlar. Mənzilə daxil olduqda evdə yaşayan Təqsirləndirilən şəxs həyat yoldaşı İlahə Nəcəfovaya evdə baxış keçirilməsi haqqında məhkəmə qərarı elan edilmişdir. Bundan sonra proses iştirakçılarının hüquq və vəzifələri DTX əməkdaşları tərəfindən izah edilmişdir. Sonra baxış başlanmışdır. Mənzildə keçirilən baxış zamanı mənzilin girişindən sağda olan yataq otağından 1 ədəd “HP” markalı noutbuk və mobil telefon, bank kartı, müxtəlif disklər, bir neçə kitablar və kağız parçaları götürülmüşdür. Həmin əşyalar qablaşdırılaraq götürüldükdən sonra evin digər hissələrində iş üzrə əhəmiyyət kəsb edə biləcək heçbir əşya aşkar edilməmişdir (İİ cild, səh. 124-125). 41.Məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş Şahid14 ifadəsində bildirmişdir ki, yetmiş doqquzuncu ildən neyrocərrah işləmiş və hazırda təqaüddədir. Oğlu olduqca saf, təmiz, yalan danışmayan və xeyirxah uşaq olmuşdur. On dörd yaşında olanda oğlu həyətlərində oynayarkən təxminən on metr hündürlükdən yıxılmış və çox ağır vəziyyətdə təcili yardımla onun işinə gətirilmişdir. Açıq kəllə beyin travması, sol tərəfdən açıq kəllə sınığı və beyin mayesinin çölə axması vəziyyətində təxminən iki aya yaxın xəstəxanada müalicə olunmuşdur. Bundan sonra oğlunun psixikasında dəyişiliklər olmuşdur. Elşən elə bir adamdır ki, ona min manat verilsə və alması üçün siyahı verilsə, hər şeyin çekini və sonuncu on qəpiyi də təhvil verəcəkdir. Hər yerdə problemə də düşsə atasının tapşırdığını və onlarda yalan danışmaq sözünün olmadığını demişdir. Psixikasında və boynunda problemlər olmasına baxmayaraq, xəstə olmasını açıq boynuna almamış, müalicə götürmək istəməmişdir. İllərlə özü, anası və Elşənin həyat yoldaşı gizli şəkildə psixatrop dərmanlar vermiş, Elşən də bununla sakitləşmişdir. Koronavirus vaxtında evdə qalmış, vəziyyəti biraz da ağırlaşmış, amma ona dərmanlar verdiklərini bilməmişdir. Həmin ərəfədə yuxusunun gəldiyini demiş və yeməkləri yoxlamağa başlamışdır ki, bəlkə onun yeməklərinə dərmanlar qatılır. Zahirən oturduğu yerdə başının, gözünün və əllərinin əsdiyini müşahidə etmək olar. Elşənin ağır kəllə beyin travması almasına dair zahiri göstəriciləri də olmuşdur. İnsan beyninin sol yarımkürəsi hərəkət və psixa mərkəzi olduğundan, Elşən tavmanı sol tərəfindən aldığından psixakasında belə dəyişiliklər olmuşdur. 42.Şahid14 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, dərmanlar Elşənə səhər evdən çıxanda və axşam evə gələndə verilmişdir. Dərmanlar verilməyəndə Elşən artıq-əskik danışmış və əsmələri artırmışdır. Karonavirus vaxtı verilmiş yeməklərə Elşənin özü də nəzarət edə bildiyindən həmin dərmanlar lazımi dərəcədə verilməmişdir. Neyrocərrah olduğundan psixatrop dərman yazmağa ixtiyarı olmuş, ona görə heç yerdə qeydiyyata saldırmadan oğlunu müalicə etmişdir. Hörmətli neyrocərrah olmuş və oğlunun haradasa hansısa xəstəliklə bağlı uçotda olmasını özünə yaraşdırmamışdır. Elşən heç bir vaxt kiminləsə dalaşmamış və ondan polisə şikayət olmamışdır. Danışığında səhvlər buraxmış, amma heç bir qeyri-qanuni hərəkətlər etməmişdir. Elşən saxlanılanda onu DTXya dəvət edilmiş və orada Rövşən Hüseynovla görüşmüşdür. Sözünə başlamamış Rövşən Hüseynova demişdir ki, “əgər mənim oğlum xalqına, millətinə, Ali Baş Komandana xəyanət etmişdirsə, xahiş edirəm onu cəbhəyə yollayın, orada o, kimisə öldürsün, özü də ölsün”. Onda ona oğlunun heç kimə pulla satılmadığını, sadəcə bu qaydada belə sözlər danışdığını demişlər. 43.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 oktyabr 2023-cü il tarixli 3-16-16/2-4/1538 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd CD diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissəsində verilmiş yazılı mətlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd CD diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissəsində verilmiş yazılı mətlərində «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs deyil, başqa şəxsə məxsusdur (İ cild, səh. 239-246.). 44.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2023-cü il tarixli 3-16-16/2-4/5 nömrəli ekspert rəyindən görünür ki, 1) Ekspertizaya təqdim edilmiş “PDF” formatlı fayldakı ədəbiyyat dini təyinatlı deyildir. 2) Təqdim edilmiş “PDF” formatlı fayldakı ədəbiyyatda dini ekstremist fəaliyyət həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran hallar mövcud deyildir. 3) Təqdim edilmiş “PDF” formatlı fayldakı ədəbiyyatın istehsal edilməsi, satılması və ya yayma məqsədi ilə idxal edilməsi, satılması və yayılması üçün X52 üzrə Dövlət Komitəsi tərəfindən müvafiq razılıq verilməmişdir. 4) Ekspertizaya təqdim edilmiş “PDF” formatlı fayldakı ədəbiyyatda aşkar surətdə dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərə yol verilmişdir. 5) Təqdim edilmiş “PDF” formatlı fayldakı materialda aşkar surətdə milli və sosial nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli və sosial mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn məlumatlar mövcuddur (İİ cild, səh. 143-150). 45.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2023-cü il tarixli 3-16-16/2-4/271 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş X19 “Youtube” videohostinqdəki “Riza Kazemi” adlı hesabında etdiyi paylaşımlarındakı materiallarda terrorçuluğa, hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edilməsi, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər mövcuddur (İİ cild, səh. 151-162). 46.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2023-cü il tarixli 3-16-16/2-4/195 nömrəli ekspert rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs “Facebook” sosial şəbəkəsində “mailto:kelvindiamond@rambler.ruElektron ünvan 1” elektron ünvanına bağlı, “Əli Zülfüqar” adlı hesabında paylaşılmış materiallardan bir qismi dini təyinatlıdır. 2) Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs “Facebook” sosial şəbəkəsində “mailto:kelvindiamond@rambler.ruElektron ünvan 1” elektron ünvanına bağlı, “Əli Zülfüqar” adlı hesabında paylaşılmış materiallardan “Azərbaycan İslam Müqavimətinin Azərbaycan xalqına önəmli müraciəti” başlıqlı yazı və “Hüseynçilər: Azərbaycan İslami Müqavimət Hərəkatı”nın loqosunun təsviri dini ekstremist məzmuna malikdir. “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin törədilməsi, qanunsuz silahlı birləşmələrin və ya qrupların yaradılması, həmin birləşmə və ya qruplarda iştirak edilməsi, terror fəaliyyətinin həyata keçirilməsi, Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak edilməsi, milli, sosial və ya dini nifrətin salınması, milli ləyaqətin alçaldılması, milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərin törədilməsi, şəxsin hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə və ya dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur edilməsi, yuxarıda sadalananlarla bağlı nəzərdə tutulan əməllərin törədilməsinə açıq çağırışların edilməsi, dini ekstremist materialların, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialların hazırlanması, saxlanması və ya yayılması, dini ekstremizmin maliyyələşdirilməsi dini ekstremizm (dini ekstremist fəaliyyət) adlanır. 3) Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs “Facebook” sosial şəbəkəsində “mailto:kelvindiamond@rambler.ruElektron ünvan 1” elektron ünvanına bağlı, “Əli Zülfüqar” adlı hesabında paylaşılmış materialların istehsal edilməsi, satılması və ya yayma məqsədilə idxal edilməsi, satılması və yayılması üçün X52 üzrə Dövlət Komitəsi tərəfindən müvafiq razılıq verilməmişdir. 4) Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs “Facebook” sosial şəbəkəsində “mailto:kelvindiamond@rambler.ruElektron ünvan 1” elektron ünvanına bağlı, “Əli Zülfüqar” adlı hesabında paylaşılmış materiallarda terrorçuluğa açıq çağırışlar mövcuddur. Eyni zamanda dövlət nümayəndələrinin xidməti və siyasi fəaliyyətinə son qoymaq, bu fəaliyyətə görə qisas almaq məqsədilə onlardan intiqam almaq (burada sui-qəsd etmə - terror aktı istisna olunmur) hissləri ifadə olunmuşdur. 5) Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs “Facebook” sosial şəbəkəsində “mailto:kelvindiamond@rambler.ruElektron ünvan 1” elektron ünvanına bağlı, “Əli Zülfüqar” adlı hesabında paylaşılmış materiallardan “Azərbaycan İslam Müqavimətinin Azərbaycan xalqına önəmli müraciəti” başlıqlı yazıda və 28 oktyabr 2022-ci il tarixli paylaşmada hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə ya ərazi bütövlüyünün parçalanmasına yönələn çağırışlar mövcuddur. 6) Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs “Facebook” sosial şəbəkəsində “mailto:kelvindiamond@rambler.ruElektron ünvan 1” elektron ünvanına bağlı, “Əli Zülfüqar” adlı hesabında paylaşılmış materiallarda ekspert qarşısında qoyulmuş suallara əsasən aşkar surətdə dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərə yol verilməmişdir (İİ cild, səh. 163-167). 47.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2023-cü il tarixli 3-16-16/2-4/1551 nömrəli ekspert rəyindən görünür ki, 1) Ekspertizaya təqdim edilmiş ədəbiyyatlar dini təyinatlıdır. 2) Təqdim edilmiş ədəbiyyatlar dini ekstremist məzmuna malik deyildir. 3) X45 Şərəfüddin Musəvinin “Əl-müraciət (məktublar) İmamət-vilayət-xilafət” kitabı istisna olmaqla digərlərinin ölkəyə idxalı, istehsal və yayılması ilə bağlı X52 üzrə Dövlət Komitəsinə hər hansı müraciət daxil olmamışdır (İ cild, səh. 235-238). 48.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 noyabr 2023-cü il tarixli 3-16-16/2-4/1601 nömrəli ekspert rəyindən görünür ki, 1) Təqdim edilmiş ədəbiyyatlar dini təyinatlıdır. 2) Təqdim edilmiş ədəbiyyatlar dini ekstremist məzmuna malik deyildir. 3) Təqdim edilmiş materialların ölkəyə idxalı, istehsal və yayılması ilə bağlı X52 üzrə Dövlət Komitəsi tərəfindən müvafiq razılıq verilmişdir (İ cild, səh. 253-256). 49.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X22-Hüquqi şəxsi ambulator məhkəmə psixiatrik ekspertizasının 15 sentyabr 2023-cü il tarixli, 2639 nömrəli rəyindən görünür ki, İ.Motivləşdirici hissə: Təqsirləndirilən şəxs üzvi emosional-labil pozuntusu müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilən tibbi sənədlər və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara və təqdim edilən tibbi sənədlərə görə uşaq vaxtı ikinci mərtəbdən yıxılaraq kəllə-beyin travması alması, Kirovabad şəhər X12 xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixə kimi “Ağır kəllə-beyin travması, kəllə sümüyünün əsasının sol tərəfli sınığı. Subaroxnaidal qansızma, başın ənsə təpə nahiyəsinin əziyi, dərialtı hematoma” diaqnozu ilə müalicədə olması, aldığı travmadan sonra onda psixi vəziyyətində dəyişiklərin biruzə verməsi, qıcolma tutmaları, əsmə hallarının yaranması, hərbi xidmətə çağırış zamanı AR SN Neyrocərrahlıq Xəstəxanasında xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixə kimi stasionar müayinədə olaraq “Keçirilmiş kəllə beyin travmasının qalıq əlamətləri, travmatik araxenoid və ensefalopatiya. Hipertenzion sindrom” diaqnozu ilə hərbi xidmətdən azad edilməsi, həmçinin hazırki psixiatrik müayinə zamanı əsəbiliyi, emosional qeyri-sabitliyi və s. sübut edir. İİ.Yekun hissəsi: Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs üzvi emosional-labil pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən üzvi emosianal-labil pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, qərarda göstərilən əməli törətdiyi zaman öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın, yəni Təqsirləndirilən şəxs qərarda göstərilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır, prosessual fəaliyyət qabiliyyətlidir (İ cild, səh. 229-232). 50.«Baxış keçirilməsi haqqında» 01 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DTX Konstitusiya quruluşunun mühafizəsi baş idarəsindən 30 avqust 2023-cü il tarixli 6/1726 saylı məktubla daxil olmuş və Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs tərəfindən “Whatsapp” tətbiqi üzərindən göndərilmiş səsli ismarıc yazılmış bir ədəd CD diskin yaddaşında olan məlumatlar öyrənilmiş və aşağıdakı məzmunda səsli ismarıc müəyyən edilmişdir: «E. Salam aleykum əziz Rəhim qardaş, əziz və dəyərli qardaş. Əslində bu mesajı sizə mən çoxdan yazacaqdım əslində. Belə deyim, bir heç olmasa yarım ay əvvəl yazacaqdım, amma bu günlərə təsadüf elədi. Belə deyək, siz çox əzizsiz, sizi sosial şəbəkədə mən izləyirəm, dinləyirəm bütün moizələrinizi, çıxışlarınızı. Dinləyirəm, faydalanıram və dinlədikcə analiz edirəm, düşünməyə və təfəkkür etməyə dəyər çıxışlar edirsiz. Xüsusən orda komment yazanda, müəyyən kommentlər yazıram, müəyyən fikirlərimi bildirirəm. Belə deyim ki, fikirləriniz çox-çox aydın, çox iti, çox düşünməyə dəyər və düşündükcə də əməl etməyə dəyər fikirlər söyləyirsiniz. Mümkünsə bir vaxta tapardız, vaxtınız olsa mənim bu mesajımı dinləyib və mənim bir neçə suallarım var sizə. İstəyirəm o sualları sizə verim ki, siz mənə bu suallarda, mənə cavab verəsiniz zəhmət olmasa, çünki belə deyim, Rəhim qardaş, Azərbaycanda çox adamlardan bu, çox ruhanilərdən mən bu cavabı ala bilmirəm, hətta çoxlarına heç vermirəm bu sualı. Çünki bilirəm ki, belə bir suallara cavab verməyə çəkinirlər, qorxurlar hətta təkbətəkdə belə. Özüm X55 Ağanın müqəllidiyəm, elə bir suallardır ki, heç onun dəftərxanasına da bunları vermirəm, çünki mən başa düşürəm o dəftərxananın da, Ağanın dəftərxanasının da pis vəziyyətdə qoymaq istəmirəm. Yəni bilirəm ki, ordan da cavab veriləməyəcək də yəni aydın məsələdir. Təbii ki, indi onlar nə bilsinlər ki, mən kiməm, hansı niyyətlə verirəm. Təbii ki, siz də məni tanımırsız dərindən mən kiməm. Lakin belə yəni səs yazıynan yəqin ki, anlayarsız məni. Uzaqgörən insansız, möminsiz siz. Rəhim qardaş, yəni hazırda belə deyim ki, bu vaxtlara təsadüf elədi. Yəni sualım budur ki, amma belə deyim də hazırda İranda, İran islam Respublikasında baş verən hadisə ilə bağlı deyil. Yəni istəmirəm o tərəfə yönəlsin, heç onnan bağlı deyil. Mən ümumiyyətlə belə, məsələn deyim ki, Azərbaycanda vəziyyət olduqca, olduqca durum çox gərgindir və mənim bir yaxın yoldaşlar, yaxın deyəndə ki, yoldaşlar tanışlar, hətta ailə üzvlərim, hətta qohuməqrəbələrim, işlədiyim yerin əməkdaşları və sairə olduqca, olduqca belə deyim ki, bu sionist İsrailin və onun maşaları olan bu Azərbaycandakı, bu mənfur rejimin mediaları o qədər beyinlərini yuyublar ki, artıq bu insanlar düşünə bilmirlər və düşünmək istəmirlər. Yəni mənim bunnan hətta bir neçə dəfə nə qədər söhbətlər aparıram, görürəm, yox, haqqı görmək istəmirlər, haqqı eşitmək də istəmirlər. Yəni şablon nə bunlara verilibsə odur. Və təbii ki bu çox üzücüdür. Belə bir vəziyyət, durum, siz özünüz də agahsınız, çıxışlarınızı da dinləyirəm. Təbii ki, çox bəyənirəm çıxışlarınızı. Çox faydalıdır. Xüsusən də müqavimət ruhlu bir insanlar üçün. Əziz Rəhim qardaş, sizə sualım bundan ibarətdir. Mən, baxın mən bir sual ətrafında çox düşünürəm. Amma bunu, sualın cavabını mən Azərbaycanda hansı bir ruhaniyə versəm, yəni söhbət hətta müqavimət ruhlu ruhanidən də gedir. Vilayətə zidd olanları, ümumiyyətlə onları qoyuram kənara. Vilayətçi, vilayətçi olan möminlərdə belə, bəzi hallarda mən bu sualı vermişəm görmüşəm çəkinirlər. Sual verir, cavab tapa bilmirlər. Mən sizi dinləyirəm, mən Şeyx Orxan qardaşı dinləyirəm. X23 dinləyirəm. Ümumiyyətlə sizin kanalların hamısını dinləyirəm və çox xoşuma gəlir. Bir ara demək Telegram kanalında Şeyx Orxan qardaşa bir-iki sual vermişdim. Düzü başqa bir suallar vermişdim. Orda bir-iki cavab almışdım. Amma sonra nədənsə yoxa çıxdı Telegramdan. Heç Telegramda artıq Şeyx Orxan qardaşı mən görmürəm. Ona görə siz, yəni sizdən bir-iki sual verdim keçən səfərlərdə cavab aldım, çox bəyəndim və sizi tam səmimi və rahat özümə bildiyim üçün mən bu sualı sizə vermək istəyirəm ki, siz mənə bu sualda, bu sualın cavabında kömək edəsiniz. Rəhim qardaş, sualım nədən ibarətdir. Bildiyiniz kimi, Azərbaycan yəni sionist rejimin zalım, zülmkar, kafir bir sionist rejimin əli altındadır. Yəni onun qucağındadır və bütün idarəetmə ondan asılıdır. Azərbaycanı bütün idarə edən onlardır. Mənim sualım ondan ibarətdir ki, bir müqavimətçi mömin, bir müqavimətçi bir insan, bax sözümü elə özümə aid eliyirəm. Azərbaycanda, Azərbaycanda bilirsiz, Azərbaycanda sadəcə müsəlman ölkəsidir, amma ki, İslam ölkəsi kimi getmir. Yəni, İran İslam Respublikası kimi deyil. Bunu özünüz bilirsiniz. Yəni bir insan belə deyim ki, hər hansı bir yolnan, özünü qorumaq şəklində, özünü ifşa etməmək şəklində hər hansı bir yolnan sionist, məsəl üçün sionist İsrail səfirini qətlə yetirə bilər mi? Və yaxud da ki, Azərbaycanın bu mənfur rejiminin qaniçən məmurlarının, deputatlarının hər hansı birini, ya o Mir Şahin kimi kafirlərin və onun kimilərinin. Onu və onun kimilərini qətlə yetirə bilər mi? Və misal üçün, və yaxud da ki, bu Azərbaycanın qondarma Prezidenti, Prezidentin xanımını, və yaxud da ki, onun övladlarını, və yaxud da onun məmurlarını, və yaxud da ki, Amerika səfirini, və yaxud da İngiltərə səfirini, və yaxud da İsrail səfirinin özünü, və yaxud da ki, burda misal üçün yəqinə çatsa görsə ki, burda Mossaddır, Mossad əməkdaşını Azərbaycanda təbii ki, onlar var, özü də “N” qədərdir. Belə deyim də, bunların izinə düşsə, bunları izləsə, bu halda onları istəyir soyuq silahla, istəyir odlu silahla onları qətlə yetirə bilər mi? Və yetirsə yəni bunu edən bir müqavimətçi mömin kəs etsə, bunun belə deyim, bunun Allah dərgahında cəzası var mı? Yəni bu insan cəzaya çatacaq mı? Cəzası olacaq mı, yoxsa bunun mükafatı var? Mən X55 Ağanın şəhid Əndərzqu haqqında çıxışına qulaq asmışam. Yəni, siz özünüz də bilirsiz ki, şahın dövründə, məlun şahın dövründə bir “Gülləboran” filmi var. O Şəhid Əndərzqu, o vaxtı baş naziri, səhv etmirəmsə baş naziri deyəsən gülləboran etmişdir, onu öldürmüşdü. X55 ağa demişdir ki, o “gizli bir şəhiddir”. Hamı onu tanımır, amma onun böyük əməlləri var, gözəl əməlləri var. Gülləboran filmidir səhv etmirəmsə. Mən baxmışam ona, çoxdan baxmışam. Yəni bax belə bir halda, o da, o vaxtki həmin baş naziri qətlə yetirmişdi. Lakin o şəhid qismindədir. Və X20 bu davranışını, bu hərəkətini böyük bir şücaət kimi qələmə verdi. Və Allah dərgahında onun mükafatı var təbii ki, şəhiddir o. Belə deyim ki, Azərbaycanda da bu halda bunu etmək, bunu etmək, mən sizə sözüm ondan ibarətdir ki, bunu etməkdə X53 nəzəri nədir? Yəni bunu təbii ki, mən bilirəm ki, açıq bəyan etmir və etməyəcək də, məlum məsələdir təbii ki və anlamaq olar tam yaxşı. Sadəcə, mən soruşmaq istəyirəm, bilmək istəyirəm özümdə yəqinə çatmaq istəyirəm. Bunu edən, bunu bu işi görən, yəni heç gizli qalsın müəyyən peşəkarlıqla eliyir, heç kəs də bunu tapa bilmir sonra. Yəni bu insan Allah dərgahında cəzaya çatır yoxsa yox? Və yaxud Azərbaycanda üzdəniraqlar var. Şəhərdə də bunlar rahat gəzirlər. Yəni konkret olaraq üzdəniraqdır bu. Yəni bir üzdəniraqı, bir üzdəniraqı tutub qətlə yetirmək, yəni fəsadın qarşısını almaq, bunların sayını azaltmaq olar mı, olmaz mı? Yoxsa, yoxsa ki, mütləqdir, mütləq “Kərimə dövləti” qurulmalıdır və “Kərimə dövləti”nin tərkibində təbii ki, yəni belə deyim ki, İran İslam Respublikasındakı kimi məhkəmə rejimi olmalıdır. Məhkəmələr olmalıdır və bu məhkəmələrdə rəsmi şəkildə edamlar olmalıdır, yəni bu şəkildə olmalıdır? Yoxsa möminlər, müqavimətçi möminlərdən söhbət gedir, əziz qardaş, möminlər bu işi görə bilərlər mi? Yəni mən şəxsən öz adıma deyirəm. Bax mən özüm görə bilərəm mi? Və yaxud görsəm bunu, yəni bu düzgündür mü bugünkü gün? Mən demirəm bu dəqiqə bunu eliyəcəm. Bunun üçün heç mənim, heç hazırlığım yoxdur. Sadəcə mənim qəlbimdə, zehnimdə, fikrimdə, ağlımda bunun şübhəsini kənara qoymaq istəyirəm, bunun yəqininə çatmaq istəyirəm ki, belə bir şey, bu işi edə bilərəm mi, yoxsa eliyə bilmərəm mi? Məsələn, Mir Şahin kimini tutub qətlə yetirə bilərəm mi, bilmərəm mi? Yoxsa bu olmaz mı? Yəni bu hallarda İslam dinimiz, bizim əziz İslam dinimiz buna icazə verir mi, yoxsa yox? Və yaxud eləsəm, bu sadaladıqlarımı eləsəm, misal üçün İlham Əliyevi qətlə yetirdim. Bir snayperlə uzaqdan qətlə yetirdim və yaxud Ərdoğanı Bakıya gələn səfərdə onu qətlə yetirdim. Yaxud İsrailin səfirini qətlə yetirdim və yaxud da İsrailin baş naziri gəldi onu qətlə yetirdim və sair. Və yaxud da hansısa bir pantürkçünü və yaxud da hansısa bir deputatı qətlə yetirdim. O kəs ki və yaxud da hansısa bir medialar ki var, insanları aldadır fəsad yayır. Hansısa bir media rəhbərini ki, bu saytlar ki var, məlun saytlar ki var, nəcis saytlar deyirəm mən onlara, nəcis mənfur saytlar, İsraildən yal yeyənlər. Onların rəhbərini baxdım tanıdım. Mirşahin kimi misal üçün. Qətlə yetirdim bunları. Belə deyim də kütləyə bir qorxu saldım. Necə ki, Yunis Səfərov, necə ki, “mücahid qardaşımız Yunis Səfərov” kimi bunu etmək, yəni bax bunu etmək icazəlidir mi, icazəlidirsə də hansı təbəqədə icazəlidir və yaxud da heç bir təbəqəsi yoxdur? Mümkündür və bunu edən Allah dərgahında mükafata layiqdir mi və yaxud da bunu Allah Təala bəndəsindən gözləyir mi, yəni bu sual da var. Gözləyir mi, istəyir mi. Rəhim qardaş, zəhmət olmasa, çox xahiş edirəm, bu suallarım var mənim, amma heç kəs buna cavab verə bilmir. Heç kəs. Yəni adi hətta üzdəniraq belə, üzdəniraqları belə deyirəm onu belə heç kəs cavab verə bilmir. Yəni mümkün... görürəm ki, heç kəs deyə bilmir. O qədər insanların burda... möminlərdən söhbət gedir təbii ki, zehinləri o qədər həbsə atılıb ki, müqavimət ruhiyyəsi kilometrlərlə uzaqdı bu insanların qəlbindən. Amma məndə elə deyil şəxsən. Mən bu barədə çox qətiyyətliyəm. Yəni müqavimət, müqavimət və olduqca müqavimətli olmaq lazımdır düşmənə qarşı. Və sarsıdıcı zərbələr endirmək. İstər gizli, istərsə də aşkarda. Zəhmət olmasa bu suallarımda, zəhmət olmasa mənə bir cavab verərdiz mən öz zehniyyatımda, öz qəlbimdə bunun yəqinini qoya bilim. Allah razı olsun sizdən. Çox sağ olun. Var olasız”. “E. Salam aleykum əziz Zamiq qardaş. Necəsiniz inşallah yaxşı olasınız. Bura nəyə görə yazıram, əvvələ qrupa görə cox sağ olun, qrup açmısınız. Qrupa nəyə görə sualı yazmadım. Çünki qrupun qaydaları qanunları var. Tam şəri sual olmadığı üçün. Mən bildiyim qədər bu sual şəri sual deyil, bir qədər şəri sualdır. Heç kəsin haqqına girmək istəmədim. Burda yazıram sizə, şəxsi yazıram. Bir dənə bu sualımı dinləyin zəhəmət olmasa. Zamiq qardaş, deməli bir məsələ var. Belə bir adam var daha doğrusu. Bir qardaş var, inanclı qardaşdır. Şiə qardaşdır. Bu insanın ailəsində çoxlu problemlər var. Bu insanın ailəsi problemlidir. Nə mənada problemlidir? Qardaş elə bilki bir dəfə ailə qurubdur. Bir dəfə ailə qurdu, ailəsindən boşanası oldu. Yəni ki, həmin ailədəki xanım, halbu ki, öz qohumları idi, ondan da bir qız uşağı var hazırda. O qadın yəni ki, özbaşınalıq elədi, ailədaxili məişət məsələlərində çox problemlər oldu. Məcbur qaldı qardaş axırda talaqını verəsi oldu, boşandı o qadından. Yəni qadın özbaşına istəyirdi ki, ora getsin gəzsin, yəni hər yerə getmək istəyirdi ərinin sözünə qulaq asmasın. Yəni deyirdi ki, mənim anam... gedir toya içkili toydur, haram toydur təbii ki. Haram yerlər təbii ki. Əri deyirdiki yox getmə ginən, qal ginən, olmaz sən mənə itaət eləməlisən. Anana itaət etmək olmaz. Sən artıq ərdəsən, ailəlisən. Mən sənə deyirəmsə getmə, qal yanımda deməli... Bu adam sözünə qulaq asmırdı, gedirdi, gəlirdi. Ailəsinə fitnə fəsad salınırdı Anası tərəfdən bir A dan Z yə. Çox başınızı ağrıtmayım. Axırda məcbur qaldı bu insan boşanası oldu. Və axırda neçə illərdir artıq boşanıblar. Uzun sözün qisası, indi övladı var ondan. Elə bir çətinliklər eliyiblər ki, övladın da görə bilmir bu insan. Bu insan övladın da görə bilmir. Təsəvvür eliyin ki, elə bir problemlər əmələ gətirdilər ki, vermirlər, övladını da buna qarşı çıxardıblar. Elə bir vəziyyətə gətirib çıxardıblar ki, övlad da atasın görmək istəmir. Təsəvvür eliyin belə bir vəziyyət. Bundan sonra bu qardaş təbii ki, subay qalmadı, üstündən bir 3 il, 3-4 il sonra bu insan bir xanımla ailə qurası oldu. Bu xanım artıq hicablı xanım idi. Yəni belə deyim də, bunlar hər ikisi bir birin istədilər. Xanım da bunu istədi, bu da o xanımı istədi. Bu xanımla belə deyim ki, intəhası, bu qardaş şiə qardaşdır. Şiə inanclı qardaşdır. Amma xanım isə sələfi xanım olubdur. Xanım sələfidir, yəni belə deyim də, sələfi, vəhabi xanımdır. Amma bu qardaş dedi ki, ailə qururuq, sən mənim şəriətimi, şiə şəriətimi qəbul edəsən. Bu xanım da, əvvəlcə fikirləşdi. Sonra dedi ki, yoo, mən sənin şəriətini qəbul edirəm, razılıq verdi bu qardaşa. Dedi ki, mən sənin şəriətini qəbul edirəm, birdən birə yox, tədricən, yavaş-yavaş, mərhələli şəkildə bəli qəbul edirəm, çünki mən səni istiyrəm. Xanım da həqiqətən bu qardaşı ürəkdən istiyirdi. Həqiqətən də ürəkdən istiyirdi, çox istiyirdi. Yəni bu qardaş da onu istiyirdi. Elə-belə düzdür, qardaş baxdı, gördü bu əqidəsinə zidd əqidədir, amma ki, yəni istədi də, bir birlərini istədilər. Üstündən bir hardasa 5 il keçdi artıq, 5 il keçdi, bunların artıq övladları var. Bir oğlan da bundan var. Uzun sözün qısası artıq bunların ailəsində, evlərində böyük bir qalmaqallar əmələ gəlibdir. Bu xanım 180 dərəcə dəyişdi, oldu elə bil ki, bir dənə... Başa salım də mən tanıyram. O ailəni yaxından elə bil bir insan cildində şeytan. Nə şəriətin dəyişdi, nə yola gəldi. Təsəvvür eliyin ki, hicablı xanıma yaraşmıyan hərəkətlər, ərinə söz qaldırmaq, üstünə bağırmaq, qışqırmaq. Sonra ailəsində fitnə fəsad salmaq. Uşağı anası gildən məhrum eləmək. Yəni uşağın beynini doldurmaq. Anasına qarşı, bacısına qarşı. Yəni özünə qarşı. Fitnə-fəsad evdə. Daima dedi-qodu. Oğlan ha deyir ki, sakit ol, belə şey etməyək, səbirli olaq. Qardaş çox səbirlidir açığı deyim sizə. Çox səbirlidir. Səbirli ol, belə şey olmaz. Bu hərəkətlər düzgün deyil. Bir söznən, A-dan Z-yə, bu insan hər şeyi başa salır. Nəin ki, şəriəti qəbul eləmir, lağa da qoyur, deyir sən möhürlə namaz qılırsan, bu nədir, şirkdir, mirkdir, ba belə-belə şeylər. Oğlan, qardaş, deyir ki, belə olmaz, gəl düzgün yola gələk. Həqiqətən də sakit-sakit, həlim-həlim hər şeyi başa salır. Heç nəyi bu insan qəbul eləmir. Deyir, yox deyir. Mənki düzgündür, mən düzgünəm, sən beləsən, aləm qatışıb bir birinə. Bu yaxınlarda ailəsinə gedəndə bir dava oldu, şava oldu. Oğlan uje təssəvür edin ki, elə bir vəziyyətə çatıb ki, bu insanın təsəvvür edin ki, ailə həyatı gətirmir. Zamiq qardaş, çox dəhşətlidir. Oğlan, qardaş, çox inanclı qardaşdır. Sakit, sülhsevən insandır. Amma bu insanı elə bir vəziyyətə gətiriblər ki, artıq bu insan boşanmaq yox, artıq bu insan daje bundan da boşanmaq da istəmir də. Boşanmaq yox ee, çünki bundan da boşansa, bunu da, bu uşağı da əlindən alacaqlar. Özü də dilindən deyir, təsəvvür eliyin ki, bu uşağı bir vəhabinin, sələfinin əlində qalacaqdır. Və bunu da əlindən alacaq uşağı. Bu oğlan nə bilim, belə deyim də sizə, belə başa salım sizə. Bu oğlan uje bunu öldürmək qərarına gəlibdir. Həyqətən də bunu qətlə yetirmək. Sadəcə oğlan Allahdan çox qorxur. Yəni Allahdan qorxur. Bilmir ki, belə şəraitdə, bunu öldürsə, bunu boğub öldürsə, bunu boğub öldürsə bu Allah qarşısında cavab verəcəkmi, günah... həmin o öldürülən şəxsin yəni arvadının belə deyim, günahları bunun üstünə yazılacaqmı, yazılmıyacaqmı? Bu insan pərişan qalıb, elə bir vəziyyətə qalıb ki, təsəvvür eliyin ki, uje arvadın boğub öldürmək istiyir. Yəni o qədər bu insan evində dəhşətli hal yaşayır. Dəhşət, dəhşət, evdə qadın imkan vermir, fitnə fəsaddır. Qadın dəhşətdir. Belə deyildi, halbu ki, dəhşətli bir haldır yaşanır evlərində, çox pərişan vəziyyətdə qalıb o qardaş. İndi sualı nədir? Sualı bundan ibarətdir ki, yəni mən bunu öldürsəm bunun günahı varmı, belə bir halda günahı varmı, günahı varmı? Yəni ki, qoy görüm nə dəyir, günahı varmı? Bunu günahları mənim üstümə yazılırmı, yoxsa mənə təkcə bunu öldürmək günahı yazılır? Yoxsa ümumiyyətcə belə baxanda heç bu günah deyilmi? Mən düzdür başa salmışam özüm bəzi şeyləri, bir çox şeyləri başa salmışam. Amma yenə də siz dini cəhətdən, əqidəvi cəhətdən, elminiz bizim hamımızdan çoxdur, oxumusuz, bilirsiz belə şeyləri. Məsləhətləşmək üçün ətrafınızda yaxın insanlar var. Bilmirəm bu qardaşa mən necə kömək edim. Çox kömək etməyə çalışıram. Hər dəfə. Amma bu qardaş boğaza yığılıbdır. Yəni elə bir hala çatıb ki, artıq onu öldürmək istiyir. Bununla bağlı müraciət eliyib ki, mən neyniyim görəsən? Elə bir hala çatıb ki, çox çətin vəziyyətə çatıb. Məndə başa salmışam ki, yox, bu iş ay axmaq düzgün deyil, hansısa bir yolla, amma oğlan uje təngə yığılıb, bu insan. Bu insana kömək yəni ki, bu insan konkret cavab istiyir. Mən dedim ki, qoy sizdən məsləhətləşim, bilim görüm nədir, nə deyil. Düzdür sizin səsyazınızı ona diyən deyiləm, halallıq verdiniz də, vermədiniz də. Hər halda sizin səs yazınızı heç kəsə mən eşitdirmirəm. Mən öz sözümü diyəcəm təbii. Amma ki, yəni sizin baxışınızla, bu işdə öldürmək, yəni bunu öldürmək artıq belə bir dözülməz hala çatdırdı, öldürməkdə günahı varmı, günahı nə dərəcədə və sairə və ilaxır? Özünüz daha yaxşı bilirsiz. Bir cavab diyərdiz, mən də bir o qardaşa, bir cavab diyərdim. Bilmirəm, dua da etmək lazımdır o qardaşa həqiqətən də.” (İ cild, səh. 37-41). 51.«Mobil telefona baxış keçirilməsi barədə» 05 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “X57 8 Pro” markalı mobil telefon aparatına baxış keçirilmiş, baxış nəticəsində müəyyən edilmişdir ki, telefona +**********69 mobil nömrənin quraşdırılmışdır. Telefonda Təqsirləndirilən şəxs əlaqələrinə baxış keçirildikdə telefonun yaddaşına ”14 mesum” adı ilə qeyd edilmiş +**********39, “Ali Rza” adı ilə qeyd edilmiş +**********07, “Dersler” adı ilə qeyd edilmiş +**********07, “Eli” adı ilə qeyd edilmiş +**********01, “Mekarim” adı ilə qeyd edilmiş +**********46, “Rahim Shirvanli” adı ilə qeyd edilmiş +**********29, “Toğrul İbrahim” adı ilə qeyd edilmiş +**********84, “Zaman Zamanov” adı ilə qeyd edilmiş +**********86 mobil nömrələr müəyyən edilmişdir. Telefonun “Telegram” ani mesajlaşma sistemindəki parametrlər bölməsində telefona +**********69 saylı nömrə vasitəsilə ani mesajlaşma sisteminin yazıldığı müəyyən edilmişdir. Qeydiyyatdan keçirilən profilin adı “Username” olaraq qeyd edilmişdir. “Telegram”da olan danışıqlara baxış keçirən zamanı Təqsirləndirilən şəxs "Telegram”da “Vahid Ümmət Azərbaycan Ruhanilər Təşkilatı”, “Qarabağ Hüseynçiləri”, “313 Times”, “Müqavimət kitabxanası”, “Müqavimət incəsənəti”, “Vilayettvaz”, “Orxan Məmmədov”, “X61 Xamenei”, “Ayətullah Xamenei” kimi radikal-şiə yönümlü hərbi-siyasi xarakterli səhifələri izləməsi müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs “Telegram”da hazırda İran İslam Respublikasında yaşayan “Hüseyniyyun” cinayətkar təşkilatının üzvü Orxan Məmmədova mesaj yazması müəyyən edilmişdir. Həmin mesajda “Orxan qardaş nədən burda əvvəlki kimi aktiv deyilsiz? Canlıda diskus edirdik və fikir mübadiləsi edirdiz sizi dinləyənlərlə” ifadələrini işlətməsi müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs “Ya Hüseyn” ləqəbi ilə Telegramda qeydiyyatdan keçmiş İran İslam Respublikasının xüsusi xidmət orqanları tərəfindən yaradılaraq maliyyələşdirilən “Vahid Ümmət Azərbaycan Ruhanilər Təşkilatı”nın rəhbəri Bəxtiyar Bayramovla danışıqları müəyyən edilmişdir. Bəxtiyar Bayramov 09 avqust 2023cü il tarixli danışıqda Təqsirləndirilən şəxs “Buyurun mən Bəxtiyaram xidmətinizdəyəm” sözlərini işlətməsi, Təqsirləndirilən şəxs 11 avqust 2023-cü İİ tarixli mesajında Bəxtiyar Bayramova ailə münaqişəsi olduğunu, onun ailə ilə bağlı videolarını izlədiyini, köməklik göstərə bilib-bilməyəcəyi barədə mətni mesajla göndərmişdir. Bəxtiyar Bayramov 12 avqust 2023-cü il tarixli mesajında bu məsələləri ətraflı ona danışmağını, Təqsirləndirilən şəxs həyat yoldaşının onun həyat yoldaşı ilə danışa biləcəyini, öz həyat yoldaşının ailə münaqişələri ilə bağlı təcrübə topladığını və kömək göstərə biləcəyini bildirir. Bundan başqa, X32 Nəcəfova “birdə qardaş sosial şəbəkələrdə heç vaxt öz adınızla fəaliyyət göstərməyin. Başqa adlarla girin. Təhlükəsizlik məsələlərinə görə” ifadələrini mesajla göndərməsi müəyyən edilmişdir. 16 avqust 2023-cü il tarixli səs yazısında 12:05 dəqiqədən 12:49 dəqiqəyədək Təqsirləndirilən şəxs Bəxtiyar Bayramova “əslən şiəyəm, rəhbərə bağlıyam (Xameneyi nəzərədə tutulur), rəhbərin kəlamlarına, sözlərinə, fikirlərinə, strategiyasına bağlı bir qəlbən zehincə ağılca bağlı bir insanam, sadəcə namaz qılanlardan deyiləm, Müqaviməti özümdə bir ülgüc götürmüşəm (Hüseyniyyun Azərbaycan İslam Müqaviməti təşkilatı nəzərdə tutulur), müqavimətsiz dindarlıq, namazı boş bir şey sayıram, müqavimətçi bir insanam, düşünürəm danışmıram, müqavimət haqqında söhbətlər edirəm ki, hazırda vəziyyət budur. Bu repressiyalar baş verir budur budur budur, məsələlər nədən ibarətdir, biz də bu haqda fikirləşməliyik” ifadələrini işlətməsi, 13:24 dəqiqədən 13:33 dəqiqəyədək “mən iş işləyirəm və yaxud müqavimət haqqında fikirləşirəm, müqavimətə yardım barədə” ifadələrini işlətməsi müşahidə edilmişdir. 22 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bəxtiyar Bayramova göndərdiyi səs yazısının sonunda “Allah sizi qorusun, siz qardaşlar hamınızı, adınızı bir bir çəkmirəm, sizin kanallarınıza hamısına baxıram, “Müsəlman Azərbaycan xalqı”, Ər-rad, elmi bəhslərinizə diqqətlə baxıram, xüsusən xüsusən “Vilayəti-fəqih”(lranın ali dini lideri Xomenei nəzərdə tutulur) sisteminin hakimiyyətinin nizamı və onun isbatı barəsində çox gözəl başa salmısız, sizin öz Vahid Ümmət kanalınızdı, çox sağolun var olasınız, böyük bir əməllə fəaliyyətdəsiniz. Allah fəcrinizi versin” ifadələrini işlətməsi müəyyən edilmişdir. 52.Bundan başqa mobil telefonun yaddaşının bərpası zamanı aşağıdakı danışıqlar müəyyən edilmişdir: «Təqsirləndirilən şəxs. Salam aleykum əziz Rəhim qardaş, əziz və dəyərli qardaş. Əslində bu mesajı sizə mən çoxdan yazacaqdım əslində. Belə deyim, bir heç olmasa yarım ay əvvəl yazacaqdım, amma bu günlərə təsadüf elədi. Belə deyək, siz çox əzizsiz, sizi sosial şəbəkədə mən izləyirəm, dinləyirəm bütün moizələrinizi, çıxışlarınızı. Dinləyirəm, faydalanıram və dinlədikcə analiz edirəm, düşünməyə və təfəkkür etməyə dəyər çıxışlar edirsiz. Xüsusən orda komment yazanda, müəyyən kommentlər yazıram, müəyyən fikirlərimi bildirirəm. Belə deyim ki, fikirləriniz çox-çox aydın, çox iti, çox düşünməyə dəyər və düşündükcə də əməl etməyə dəyər fikirlər söyləyirsiniz. Mümkünsə bir vaxta tapardız, vaxtınız olsa mənim bu mesajımı dinləyib və mənim bir neçə suallarım var sizə. İstəyirəm o sualları sizə verim ki, siz mənə bu suallarda, mənə cavab verəsiniz zəhmət olmasa, çünki belə deyim, Rəhim qardaş, Azərbaycanda çox adamlardan bu, çox ruhanilərdən mən bu cavabı ala bilmirəm, hətta çoxlarına heç vermirəm bu sualı. Çünki bilirəm ki, belə bir suallara cavab verməyə çəkinirlər, qorxurlar hətta təkbətəkdə belə. Özüm X55 Ağanın müqəllidiyəm, elə bir suallardır ki, heç onun dəftərxanasına da bunları vermirəm, çünki mən başa düşürəm o dəftərxananın da, Ağanın dəftərxanasının da pis vəziyyətdə qoymaq istəmirəm. Yəni bilirəm ki, ordan da cavab veriləməyəcək də yəni aydın məsələdir. Təbii ki, indi onlar nə bilsinlər ki, mən kiməm, hansı niyyətlə verirəm. Təbii ki, siz də məni tanımırsız dərindən mən kiməm. Lakin belə yəni səs yazıynan yəqin ki, anlayarsız məni. Uzaqgörən insansız, möminsiz siz. Rəhim qardaş, yəni hazırda belə deyim ki, bu vaxtlara təsadüf elədi. Yəni sualım budur ki, amma belə deyim də hazırda İranda, İran İslam Respublikasında baş verən hadisə ilə bağlı deyil. Yəni istəmirəm o tərəfə yönəlsin, heç onnan bağlı deyil. Mən ümumiyyətlə belə, məsələn deyim ki, Azərbaycanda vəziyyət olduqca, olduqca durum çox gərgindir və mənim bir yaxın yoldaşlar, yaxın deyəndə ki, yoldaşlar tanışlar, hətta ailə üzvlərim, hətta qohuməqrəbələrim, işlədiyim yerin əməkdaşları və sairə olduqca, olduqca belə deyim ki, bu sionist İsrailin və onun maşaları olan bu Azərbaycandakı, bu mənfur rejimin mediaları o qədər beyinlərini yuyublar ki, artıq bu insanlar düşünə bilmirlər və düşünmək istəmirlər. Yəni mənim bunnan hətta bir neçə dəfə nə qədər söhbətlər aparıram, görürəm, yox, haqqı görmək istəmirlər, haqqı eşitmək də istəmirlər. Yəni şablon nə bunlara verilibsə odur. Və təbii ki bu çox üzücüdür. Belə bir vəziyyət, durum, siz özünüz də agahsınız, çıxışlarınızı da dinləyirəm. Təbii ki, çox bəyənirəm çıxışlarınızı. Çox faydalıdır. Xüsusən də müqavimət ruhlu bir insanlar üçün. Əziz Rəhim qardaş, sizə sualım bundan ibarətdir. Mən, baxın mən bir sual ətrafında çox düşünürəm. Amma bunu, sualın cavabını mən Azərbaycanda hansı bir ruhaniyə versəm, yəni söhbət hətta müqavimət ruhlu ruhanidən də gedir. Vilayətə zidd olanları, ümumiyyətlə onları qoyuram kənara. Vilayətçi, vilayətçi olan möminlərdə belə, bəzi hallarda mən bu sualı vermişəm görmüşəm çəkinirlər. Sual verir, cavab tapa bilmirlər. Mən sizi dinləyirəm, mən Şeyx Orxan qardaşı dinləyirəm. X23 dinləyirəm. Ümumiyyətlə sizin kanalların hamısını dinləyirəm və çox xoşuma gəlir. Bir ara demək Telegram kanalında Şeyx Orxan qardaşa bir-iki sual vermişdim. Düzü başqa bir suallar vermişdim. Orda bir-iki cavab almışdım. Amma sonra nədənsə yoxa çıxdı Telegramdan. Heç Telegramda artıq Şeyx Orxan qardaşı mən görmürəm. Ona görə siz, yəni sizdən bir-iki sual verdim keçən səfərlərdə cavab aldım, çox bəyəndim və sizi tam səmimi və rahat özümə bildiyim üçün mən bu sualı sizə vermək istəyirəm ki, siz mənə bu sualda, bu sualın cavabında kömək edəsiniz. Rəhim qardaş, sualım nədən ibarətdir. Bildiyiniz kimi, Azərbaycan yəni sionist rejimin zalım, zülmkar, kafir bir sionist rejimin əli altındadır. Yəni onun qucağındadın Və bütün idarəetmə ondan asılıdır. Azərbaycanı bütün idarə edən onlardır. Mənim sualım ondan ibarətdir ki, bir müqavimətçi mömin, bir müqavimətçi bir insan, bax sözümü elə özümə aid eliyirəm. Azərbaycanda, Azərbaycanda bilirsiz, Azərbaycanda sadəcə müsəlman ölkəsidir, amma ki, İslam ölkəsi kimi getmir. Yəni, İran İslam Respublikası kimi deyil. Bunu özünüz bilirsiniz. Yəni bir insan belə deyim ki, hər hansı bir yolnan, özünü qorumaq şəklində, özünü ifşa etməmək şəklində hər hansı bir yolnan sionist, məsəl üçün sionist İsrail səfirini qətlə yetirə bilər mi? Və yaxud da ki, Azərbaycanın bu mənfur rejiminin qaniçən məmurlarının, deputatlarının hər hansı birini, ya o Mir Şahin kimi kafirlərin və onun kimilərinin. Onu və onun kimilərini qətlə yetirə bilər mi? Və misal üçün, və yaxud da ki, bu Azərbaycanın qondarma Prezidenti, Prezidentin xanımını, və yaxud da ki, onun övladlarını, və yaxud da onun məmurlarını, və yaxud da ki, Amerika səfirini, və yaxud da İngiltərə səfirini, və yaxud da İsrail səfirinin özünü, və yaxud da ki, burda misal üçün yəqinə çatsa görsə ki, burda Mossaddır, Mossad əməkdaşını Azərbaycanda təbii ki, onlar var, özü də “N” qədərdir. Belə deyim də, bunların izinə düşsə, bunları izləsə, bu halda onları istəyir soyuq silahla, istəyir odlu silahla onları qətlə yetirə bilər mi? Və yetirsə yəni bunu edən bir müqavimətçi mömin kəs etsə, bunun belə deyim, bunun Allah dərgahında cəzası var mı? Yəni bu insan cəzaya çatacaq mı? Cəzası olacaq mı, yoxsa bunun mükafatı var? Mən X55 Ağanın şəhid Əndərzqu haqqında çıxışına qulaq asmışam. Yəni, siz özünüz də bilirsiz ki, şahın dövründə, məlun şahın dövründə bir “Gülləboran” filmi var. O Şəhid Əndərzqu, o vaxtı baş naziri, səhv etmirəmsə baş naziri deyəsən gülləboran etmişdir, onu öldürmüşdü. X55 ağa demişdir ki, o “gizli bir şəhiddir”. Hamı onu tanımır, amma onun böyük əməlləri var, gözəl əməlləri var. Gülləboran filmidir səhv etmirəmsə. Mən baxmışam ona, çoxdan baxmışam. Yəni bax belə bir halda, o da, o vaxtki həmin baş naziri qətlə yetirmişdi. Lakin o şəhid qismindədir. Və X20 bu davranışını, bu hərəkətini böyük bir şücaət kimi qələmə verdi. Və Allah dərgahında onun mükafatı var təbii ki, şəhiddir o. Belə deyim ki, Azərbaycanda da bu halda bunu etmək, bunu etmək, mən sizə sözüm ondan ibarətdir ki, bunu etməkdə X53 nəzəri nədir? Yəni bunu təbii ki, mən bilirəm ki, açıq bəyan etmir və etməyəcək də, məlum məsələdir təbii ki və anlamaq olar tam yaxşı. Sadəcə, mən soruşmaq istəyirəm, bilmək istəyirəm özümdə yəqinə çatmaq istəyirəm. Bunu edən, bunu bu işi görən, yəni heç gizli qalsın müəyyən peşəkarlıqla eliyir, heç kəs də bunu tapa bilmir sonra. Yəni bu insan Allah dərgahında cəzaya çatır yoxsa yox? Və yaxud Azərbaycanda üzdəniraqlar var. Şəhərdə də bunlar rahat gəzirlər. Yəni konkret olaraq üzdəniraqdır bu. Yəni bir üzdəniraqı, bir üzdəniraqı tutub qətlə yetirmək, yəni fəsadın qarşısını almaq, bunların sayını azaltmaq olar mı, olmaz mı? Yoxsa, yoxsa ki, mütləqdir, mütləq “Kərimə dövləti” qurulmalıdır və “Kərimə dövləti”nin tərkibində təbii ki, yəni belə deyim ki, İran İslam Respublikasındakı kimi məhkəmə rejimi olmalıdır. Məhkəmələr olmalıdır və bu məhkəmələrdə rəsmi şəkildə edamlar olmalıdır, yəni bu şəkildə olmalıdır? Yoxsa möminlər, müqavimətçi möminlərdən söhbət gedir, əziz qardaş, möminlər bu işi görə bilərlər mi? Yəni mən şəxsən öz adıma deyirəm. Bax mən özüm görə bilərəm mi? Və yaxud görsəm bunu, yəni bu düzgündür mü bugünkü gün? Mən demirəm bu dəqiqə bunu eliyəcəm. Bunun üçün heç mənim, heç hazırlığım yoxdur. Sadəcə mənim qəlbimdə, zehnimdə, fikrimdə, ağlımda bunun şübhəsini kənara qoymaq istəyirəm, bunun yəqininə çatmaq istəyirəm ki, belə bir şey, bu işi edə bilərəm mi, yoxsa eliyə bilmərəm mi? Məsələn, Mir Şahin kimini tutub qətlə yetirə bilərəm mi, bilmərəm mi? Yoxsa bu olmaz mı? Yəni bu hallarda İslam dinimiz, bizim əziz İslam dinimiz buna icazə verir mi, yoxsa yox? Və yaxud eləsəm, bu sadaladıqlarımı eləsəm, misal üçün İlham Əliyevi qətlə yetirdim. Bir snayperlə uzaqdan qətlə yetirdim və yaxud Ərdoğanı Bakıya gələn səfərdə onu qətlə yetirdim. Yaxud İsrailin səfirini qətlə yetirdim, və yaxud da İsrailin baş naziri gəldi onu qətlə yetirdim və sair. Və yaxud da hansısa bir pantürkçünü və yaxud da hansısa bir deputatı qətlə yetirdim. O kəs ki, və yaxud da hansısa bir medialar ki var, insanları aldadır fəsad yayır. Hansısa bir media rəhbərini ki, bu saytlar ki var, məlun saytlar ki var, nəcis saytlar deyirəm mən onlara, nəcis mənfur saytlar, İsraildən yal yeyənlər. Onların rəhbərini baxdım tanıdım. Mirşahin kimi misal üçün. Qətlə yetirdim bunları. Belə deyim də kütləyə bir qorxu saldım. Necə ki, Yunis Səfərov, necə ki, “mücahid qardaşımız Yunis Səfərov” kimi bunu etmək, yəni bax bunu etmək icazəlidir mi, icazəlidirsə də hansı təbəqədə icazəlidir və yaxud da heç bir təbəqəsi yoxdur? Mümkündür və bunu edən Allah dərgahında mükafata layiqdir mi və yaxud da bunu Allah Təala bəndəsindən gözləyir mi, yəni bu sual da var. Gözləyir mi, istəyir mi. Rəhim qardaş, zəhmət olmasa, çox xahiş edirəm, bu suallarım var mənim, amma heç kəs buna cavab verə bilmir. Heç kəs. Yəni adi hətta üzdəniraq belə, üzdəniraqları belə deyirəm onu belə heç kəs cavab verə bilmir. Yəni mümkün... görürəm ki, heç kəs deyə bilmir. O qədər insanların burda... möminlərdən söhbət gedir təbii ki, zehinləri o qədər həbsə atılıb ki, müqavimət ruhiyyəsi kilometrlərlə uzaqdı bu insanların qəlbindən. Amma məndə elə deyil şəxsən. Mən bu barədə çox qətiyyəti iyəm. Yəni müqavimət, müqavimət və olduqca müqavimətli olmaq lazımdır düşmənə qarşı. Və sarsıdıcı zərbələr endirmək. İstər gizli, istərsə də aşkarda. Zəhmət olmasa bu suallarımda, zəhmət olmasa mənə bir cavab verərdiz mən öz zehniyyətimdə, öz qəlbimdə bunun yəqinini qoya bilim. Allah razı olsun sizdən. Çox sağ olun. Var olasız”. “Təqsirləndirilən şəxs. Salam aleykum əziz Zamiq qardaş. Necəsiniz inşallah yaxşı olasınız. Bura nəyə görə yazıram, əvvələ qrupa görə cox sağ olun, qrup açmısınız. Qrupa nəyə görə sualı yazmadım. Çünki qrupuun qaydaları qanunları var. Tam şəri sual olmadığı üçün. Mən bildiyim qədər bu sual şəri sual deyil, bir qədər şəri sualdır. Heç kəsin haqqına girmək istəmədim. Burda yazıram sizə, şəxsi yazıram. Bir dənə bu sualımı dinləyin zəhəmət olmasa. Zamiq qardaş, deməli bir məsələ var. Belə bir adam var daha doğrusu. Bir qardaş var, inanclı qardaşdır. Şiə qardaşdır. Bu insanın ailəsində çoxlu problemlər var. Bu insanın ailəsi problemlidir. Nə mənada problemlidir? Qardaş elə bilki bir dəfə ailə qurubdur. Bir dəfə ailə qurdu, ailəsindən boşanası oldu. Yəni ki, həmin ailədəki xanım, halbu ki, öz qohumları idi, ondan da bir qız uşağı var hazırda. O qadın yəni ki, özbaşınalıq elədi, ailədaxili məişət məsələlərində çox problemlər oldu. Məcbur qaldı qardaş axırda talaqını verəsi oldu, boşandı o qadından. Yəni qadın özbaşına istəyirdi ki, ora getsin gəzsin, yəni hər yerə getmək istəyirdi ərinin sözünə qulaq asmasın. Yəni deyirdi ki, mənim anam... gedir toya içkili toydur, haram toydur təbii ki. Haram yerlər təbii ki. Əri deyirdiki yox getmə ginən, qal ginən, olmaz sən mənə itaət eləməlisən. Anana itaət etmək olmaz. Sən artıq ərdəsən, ailəlisən. Mən sənə deyirəmsə getmə, qal yanımda deməli... Bu adam sözünə qulaq asmırdı, gedirdi, gəlirdi. Ailəsinə fitnə fəsad salınırdı Anası tərəfdən bir A dan Z yə. Çox başınızı ağrıtmayım. Axırda məcbur qaldı bu insan boşanası oldu. Və axırda neçə illərdir artıq boşanıblar. Uzun sözün qisası, indi övladı var ondan. Elə bir çətinliklər eliyiblər ki, övladın da görə bilmir bu insan. Bu insan övladın da görə bilmir. Təsəvvür eliyin ki, elə bir problemlər əmələ gətirdilər ki, vermirlər, övladını da buna qarşı çıxardıblar. Elə bir vəziyyətə gətirib çıxardıblar ki, övlad da atasın görmək istəmir. Təsəvvür eliyin belə bir vəziyyət. Bundan sonra bu qardaş təbii ki, subay qalmadı, üstündən bir 3 il, 3-4 il sonra bu insan bir xanımla ailə qurası oldu. Bu xanım artıq hicablı xanım idi. Yəni belə deyim də, bunlar hər ikisi bir birin istədilər. Xanım da bunu istədi, bu da o xanımı istədi. Bu xanımla belə deyim ki, intəhası, bu qardaş şiə qardaşdır. Şiə inanclı qardaşdır. Amma xanım isə sələfi xanım olubdur. Xanım sələfidir, yəni belə deyim də, sələfi, vəhabi xanımdır. Amma bu qardaş dedi ki, ailə qururuq, sən mənim şəriətimi, şiə şəriətimi qəbul edəsən. Bu xanım da, əvvəlcə fikirləşdi. Sonra dedi ki, yoo, mən sənin şəriətini qəbul edirəm, razılıq verdi bu qardaşa. Dedi ki, mən sənin şəriətini qəbul edirəm, birdən birə yox, tədricən, yavaş-yavaş, mərhələli şəkildə bəli qəbul edirəm, çünki mən səni istiyrəm. Xanım da həqiqətən bu qardaşı ürəkdən istiyirdi. Həqiqətən də ürəkdən istiyirdi, çox istiyirdi. Yəni bu qardaş da onu istiyirdi. Elə-belə düzdür, qardaş baxdı, gördü bu əqidəsinə zidd əqidədir, amma ki, yəni istədi də, bir birlərini istədilər. Üstündən bir hardasa 5 il keçdi artıq. 5 il keçdi, bunların artıq övladları var. Bir oğlan da bundan var. Uzun sözün qısası artıq bunların ailəsində, evlərində böyük bir qalmaqallar əmələ gəlibdir. Bu xanım 180 dərəcə dəyişdi, oldu elə bil ki, bir dənə... Başa salım də mən tanıyram. O ailəni yaxından elə bil bir insan cildində şeytan. Nə şəriətin dəyişdi, nə yola gəldi. Təsəvvür eliyin ki, hicablı xanıma yaraşmıyan hərəkətlər, ərinə söz qaldırmaq, üstünə bağırmaq, qışqırmaq. Sonra ailəsində fitnə fəsad salmaq. Uşağı anası gildən məhrum eləmək. Yəni uşağın beynini doldurmaq. Anasına qarşı, bacısına qarşı. Yəni özünə qarşı. Fitnə-fəsad evdə. Daima dedi-qodu. Oğlan ha deyir ki, sakit ol, belə şey etməyək, səbirli olaq. Qardaş çox səbirlidir açığı deyim sizə. Çox səbirlidir. Səbirli ol, belə şey olmaz. Bu hərəkətlər düzgün deyil. Bir söznən, A-dan Z-yə, bu insan hər şeyi başa salır. Nəin ki, şəriəti qəbul eləmir, lağa da qoyur, deyir sən möhürlə namaz qılırsan, bu nədir, şirkdir, mirkdir, ba belə-belə şeylər. Oğlan, qardaş, deyir ki, belə olmz, gəl düzgün yola gələk. Həqiqətən də sakit-sakit, həlim-həlim hər şeyi başa salır. Heç nəyi bu insan qəbul eləmir. Deyir, yox deyir. Mənki düzgündür, mən düzgünəm, sən beləsən, aləm qatışıb bir birinə. Bu yaxınlarda ailəsinə gedəndə bir dava oldu, şava oldu. Oğlan uje təssəvür edin ki, elə bir vəziyyətə çaıtb ki, bu insanın təsəvvür edin ki, ailə həyatı gətirmir. Zamiq qardaş, çox dəhşətlidir. Oğlan, qardaş, çox inanclı qardaşdır. Sakit, sülhsevən insandır. Amma bu insanı elə bir vəziyyətə gətiriblər ki, artıq bu insan boşanmaq yox, artıq bu insan daje bundan da boşanmaq da istəmirdə. Boşanmaq yox ee, çünki bundan da boşansa, bunu da, bu uşağı da əlindən alacaqlar. Özü də dilindən deyir, təsəvvür eliyin ki, bu uşağı bir vəhabinin, sələfinin əlində qalacaqdır. Və bunu da əlindən alacaq uşağı. Bu oğlan nə bilim, belə deyim də sizə, belə başa salım sizə. Bu oğlan uje bunu öldürmək qərarına gəlibdir. Həyqətən də bunu qətlə yetirmək. Sadəcə oğlan Allahdan çox qorxur. Yəni Allahdan qorxur. Bilmir ki, belə şəraitdə, bunu öldürsə, bunu boğub öldürsə, bunu boğub öldürsə bu Allah qarşısında cavab verəcəkmi, günah... həmin o öldürülən şəxsin yəni arvadının belə deyim, günahları bunun üstünə yazılacaqmı, yazılmıyacaqmı? Bu insan pərişan qalıb, elə bir vəziyyətə qalıb ki, təsəvvür eliyin ki, uje arvadın boğub öldürmək istiyir. Yəni o qədər bu insan evində dəhşətli hal yaşayır. Dəhşət, dəhşət, evdə qadın imkan vermir, fitnə fəsaddır. Qadın dəhşətdir. Belə deyildi, halbu ki, dəhşətli bir haldır yaşanır evlərində, çox pərişan vəziyyətdə qalıb o qardaş. İndi sualı nədir? Sualı bundan ibarətdir ki, yəni mən bunu öldürsəm bunun günahı varmı, belə bir halda günahı varmı, günahı varmı? Yəni ki, qoy görüm nə dəyir, günahı varmı? Bunu günahları mənim üstümə yazılırmı, yoxsa mənə təkcə bunu öldürmək günahı yazılır? Yoxsa ümumiyyətcə belə baxanda heç bu günah deyilmi? Mən düzdür başa salmışam özüm bəzi şeyləri, bir çox şeyləri başa salmışam. Amma yenə də siz dini cəhətdən, əqidəvi cəhətdən, elminiz bizim hamımızdan çoxdur, oxumusuz, bilirsiz belə şeyləri. Məsləhətləşmək üçün ətrafınızda yaxın insanlar var. Bilmirəm bu qardaşa mən necə kömək edim. Çox kömək etməyə çalışıram. Hər dəfə. Amma bu qardaş boğaza yığılıbdır. Yəni elə bir hala çatıb ki, artıq onu öldürmək istiyir. Bununla bağlı müraciət eliyib ki, mən neyniyim görəsən? Elə bir hala çatıb ki, çox çətin vəziyyətə çatıb. Məndə başa salmışam ki, yox, bu iş ay axmaq düzgün deyil, hansısa bir yolla, amma oğlan uje təngə yığılıb, bu insan. Bu insana kömək yəni ki, bu insan konkret cavab istiyir. Mən dedim ki, qoy sizdən məsləhətləşim, bilim görüm nədir, nə deyil. Düzdür sizin səsyazınızı ona diyən deyiləm, halallıq verdiniz də, vermədiniz də. Hər halda sizin səs yazınızı heç kəsə mən eşitdirmirəm. Mən öz sözümü diyəcəm təbii. Amma ki, yəni sizin baxışınızla, bu işdə öldürmək, yəni bunu öldürmək artıq belə bir dözülməz hala çatdırdı, öldürməkdə günahı varmı, günahı nə dərəcədə və sairə və ilaxır? Özünüz daha yaxşı bilirsiz. Bir cavab diyərdiz, mən də bir o qardaşa, bir cavab diyərdim. Bilmirəm, dua da etmək lazımdır o qardaşa həqiqətən də”. “Zamiq. Salam aleykum və rəhmətullah əziz qardaş. Qulaq asdım səsivə. Üzrlü hesab et, gec cavab yazası oldum. Başım bir az qarşıqdır. Xeyr, öldürməyə icazəsi yoxdur. Çün ki, qətil çətin məsələdir. Yol budur ki, ya islahı varsa islah etsin, islahı yoxsa ayrılsın, uşağını görməyə qanunla, yəni məhkəmə qanunu ilə hər iki uşağını görməyə ixtiyarı var. Uşaqları mənə vermirlər, göstərmirlər belə şey yoxdur. Məhkəmə qanunu ilə həftənin sonu, ayda bir dəfə, həftədə 2 dəfə uşağın görməyə ixtiyarı varsa həmin gün də görməyə ixtiyarı var.” (İ cild, səh. 83-88). 53.«Sosial şəbəkədəki profilə baxış keçirilməsi barədə» 22 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Facebook” sosial şəbəkəsindəki “Əli Zülfüqar” adlı hesaba baxış keçirilmiş, sosial şəbəkənin daxil olma hissəsində login yerinə “mailto:kelvindiamond@rambler.ruElektron ünvan 1”. parol yerinə isə “Azerbaijani313114313” yazmaqla “Əli Zülfüqar” hesabına daxil olunmuşdur. Hesaba daxil olduqda hesabın arxa fonunda “Kərimə dövlət naminə” sözləri yazılmış foto şəklin yerləşdirildiyi müəyyən edilmişdir. Hesabın profil şəkli isə Gəncədə törədilmiş terror aktına görə azadlıqdan məhrum edilmiş Yunis Səfərovun fotoşəklidir. Hesab barədə məlumat hissəsinə daxil olduqda hesabın “mailto:kelvindiamond@rambler.ruElektron ünvan 1” email ünvanına bağlı olması müəyyən edilmişdir. Hesabın dostlar hissəsinə baxış keçirdikdə bir çox iranmeyilli radikal şəxslərin olması, eləcə də Vahid Ümmət Azərbaycan Ruhanilər Təşkilatının rəhbəri Bəxtiyar Bayramovun, X54 (Hüseyniyyun) adlı Hüseyniyyun təşkilatı ilə əlaqəli şəxsin, Hüseyniyyunun üzvü Musa Əsədzadənin, Hüseyniyyuna bağlı olan Virtual Müqavimət Azərbaycan adlı hesabların bu profilin dostluğunda olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən hesabda bir sıra iş üzrə əhəmiyyət kəsb edən paylaşımlar etdiyi də müəyyən edilmişdir. Belə ki, onun 06 oktyabr 2022-ci il tarixdə “Günlərin bir günü İran İslam Respublikası hərbi qüvvələri Azərbaycanda yuva salmış İzrailin cəsus yuvalarını raketlərlə vuranda, daha durub vay hüşə salmayın (sözüm elə ziddoşlaradı həmçinin) əksinə sevinin ki, Allahın şilləsi dəyir bu mənfurlara. Unutmayın Azərbaycan İrandan qoparılmış bir qoldur. Bədən qola deyil qol bədənə birləşir. Allah əziz rəhbərimiz X50 cənablarına bol bərəkətli uzun ömür əta etsin və tezlikcə düşmənləri üzərində qalib etsin” məzmunda paylaşım etməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs 26 avqust 2022-ci il tarixdə “İntiqam almaq həvəsi ilə, eşqi ilə qəlbim günü gündən daha da alışıb yanır. Bu intiqamı bu zalımlardan, mənfur rejimdən və rejimlərdən almaq hisslərim hər gün daha da coşur daşır. Məzlumun haqqını zalımlardan alıb qaytarmaq hisslərim hər gün məni daha da intiqamımın çox dəhşətli olacağını mənə xəbər verir. Görün indi imam Zaman ağamız nələr çəkir bu vəziyyətimizi belə gördükcə”, 10 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs “Heç bir işlər, çətinliklər və ya rahatlıqlar səni Allaha yaxınlaşmaqdan, Allahın əmrlərini icra etməkdən və zalımlarla cihad etməkdən çəkindirməməlidir”, 28 oktyabr 2022-ci il tarixdə “Sözüm müqavimətçi şiələrədir. Heç nədən narahat olmayın, bu çətinliklər Əli şiələrinin qələbə çətinlikləridir. Yerinizdə bərk dayanın və bilin ki, düşmən şiənin qorxusundan ağzının tamını artıq itirib. Tezlikcə Kərimə hakimiyyət dövlət qurulacaq və o zaman əsl zəfərin şərbətini dadacağıq. Allahu Əkbər!!! Xamenei Rəhbər!!!”, 28 oktyabr 2022-ci il tarixdə “Bu xalqın çox hissəsi o qədər zülmə, yalan, talana, rüşvətə, haram yeməyə və daha nələrə nələrə nələrə... öyrəşiblər ki, bunlara deyirsən ki, bu rejim qanuni deyil və hakimiyyəti qəsb edib zor gücünə və manqurtlaşma gücünə. Sənə deyirlər ki, eybi yoxdur əsas ürəyin təmiz olsun”, 13 oktyabr 2022-ci il tarixdə “Bu qondarma, saxtakar və zalım kafir rejimin saxtakar yalançı xəbərlərini oxuyan, dinləyən əhalinin axmaq tayfası elə bu rejimin özü kimidir. Hər kim ki, bu rejimin xəbərlərini doğru sayır həmin kəs də avtomatik olaraq rejimin etdiyi zülmlərə şərikdir. P.S. Bəzi adamlara deyirsən ki, baxdığı, oxuduğun və dinlədiyin bu Azərbaycanın xəbərləri səni aldadır və ağlına gülür. Deyir ki, yox doğrudur. Nə deyirəm elə onlarla bir yerdə cəhənnəmdə yanarsan onda görərsən”, 28 oktyabr 2022-ci il tarixdə “X41 Bunlar müsəlmanın düşməni !!!”, 28 oktyabr 2022-ci il tarixdə “İran Allahın həm vuran əli və həm də sığal çəkən əlidir. Dünyada yeganə ölkədir ki, zalıma qarşı sərt və məzluma isə mərhəmətlidir və hakimiyyəti də ailə diktatura üzərində qurulmayıb. İ Love İran+Azərbaycan” məzmunda paylaşımlar etməsi müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 13 oktyabr 2022-ci il tarixdə “Hüseynçilər (Hüseyniyyun) Azərbaycan İslam Müqavimət Hərəkatı” adlı İran İslam Respublikasının xüsusi xidmət orqanları tərəfindən yaradılmış və Azrbaycan Respublikasının ərazisində terrorçuluq, hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn fəaliyyətlə məşğul olan təşkilatın loqotipini paylaşması müəyyən edilmişdir. “Əli Zülfüqar” adlı hesabın “Mesenger” bölümündə “Serxan Memmedov” adlı istifadəçiyə Təqsirləndirilən şəxs 02 fevral 2022-ci il tarixdə saat 11-40 dəqiqədə “Cunki rejim qorxu minalari tedbiq edib ehaliye ve ehali de bu minalara dusmekden qorxur. Yegane cixis yolu hamimizin Yunis Seferov olmagimizdir. Gerek hamimiz silahlanaq ve israil, turkiye sefirlerini Qetilam edek ve basda prezidentin memurlari ve o cumleden presidentin ozunu xanimini da hemcinin deputatları da. Yalniz bundan sonram bu rejimi cokdurmek olacaq” məzmununda mesaj göndərməsi müəyyən edilmişdir. Həmin hesabın “Mesenger” bölümündə “Vefadar Nv” adlı istifadəçi ilə 2022-ci ilin iyun-iyul ayları ərzində aşağıdakı məzmunda: “- “Vefadar Nv”. Salam qardaş. Baxıram mövqeyini çox bəyənirəm. Düzdü Profilin fakedi. Amma fikirlərini dəstəkləyirəm. “Əli Zülfüqar”. Əleykum salam qardaş. Təşəkkür edirəm. Hər kəs öz fikrində azaddır. “Vefadar Nv”. Mənə maraqlıdır necə alınır sizdə Azərbaycana nifrət etmək İranı isə sevmək. “Əli Zülfüqar”. Azərbaycana deyil əziz qardaş. Azərbaycanda hakim olan qondarma cuhuda kölə olan faşist hakim rejimə. Azərbaycan coğrafiyası isə bu xalqa aiddir lakin bu əliyevlər paşayevlər rejiminə yox. O ki, qaldı irana. Söhbət iran və iranlılardan getmir. İranda mövcud olan vilayəti fəqih hökumətini sevirəm və dəstəkləyirəm. Azərbaycanda da Kərimə dövlət naminə çalışmaq lazımdır.” Yazışma aparması müəyyən edilmişdir. Bundan başqa, “Əli Zülfüqar” adlı hesabın “Mesenger” bölümündə “Şalom Türksoy” adlı profilin istifadəçisinə Təqsirləndirilən şəxs 23 may 2022-ci ildə saat 16- 26 dəqiqədə Quba rayonunda “Dağ yəhudiləri muzeyi”nin qarşısında çəkilmiş və İsarilin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Corc Dikin də əks olunduğu 5 ədəd fotoşəkilləri göndərərək, “Bunlara bax sən canı qardaş. Bunlar bu ölkəni lap işğal ediblər və manqurt xalq da buna baxıb hələ bir sevinir də” məzmunlu ismarıc göndərməsi, “Şalom Türksoy” adlı profilin istifadəçisinin isə 25 may 2022-ci ildə saat 21-40 dəqiqədə ona “Salam qardaş. Az qaldi” məzmunlu cavab ismarıcı göndərməsi müəyyən edilmişdir (İİ cild, səh. 15-20). 54.«Youtube sosial platformasındakı hesaba baxış keçirilməsi barədə» 09 fevral 2024cü il tarixli protokoldan görünür ki, “Youtube.com” sosial platformasındakı “Riza Kazemi” adlı hesaba baxış keçirilmiş, baxış zamanı Riza Kazeminin 10 yanvar 2024-cü il tarixdə “ölkədə siyonist virusundan xilas olmağın yolu varmı?”, 02 yanvar 2024-cü il tarixli paylaşımında “Lut qövmü(geylər) qayıdır?! Siyonizmin ölkəmizdə yürütdüyü “inkişaf, 19 noyabr 2023-cü il tarixli “Yəhud protokolları Azərbaycan Yeni Fələstin?!”, 06 noyabr 2023cü il tarixli “Azərbaycanın İsrail rejimi ilə dostluğunun nəticələri Dünya və Müsəlmanların qəzəbi”, 18 oktyabr 2023-cü il tarixli “Siyonistlər gözlənilən axmaqlığı etdilər müqavimətin qəzəb dalğasını gözləyin”, 25 yanvar 2023-cü il tarixli “Azərbaycandakı siyonist yal yeyənlərinin Qurana qarşı siyasətinə cavab”, 01 yanvar 2023-cü il tarixdə “Xalqımızı siyonist dostluğuna sürükləyən Əliyev rejimi nə istəyir? Yəhud protokollarına baxış”, 29 dekabr 2022-ci il tarixli “Əliyevlər rejiminin xalq üzərində İslam cəbhəsinə qarşı düşmənçilik strategiyası”, 26 may 2022-ci il tarixli “Azərbaycanda yeni İslam modeli siyonistin Turan dini”, 05 noyabr 2021-ci il tarixli “Hakimiyyət xalqı necə idarə edir? Sekularlaşdırma (heyvanlaşdırma)”, 29 oktyabr 2021-ci il tarixli “Siyonist rejimin Azərbaycanda nüfuzunun mərhələləri”, 27 oktyabr 2021-ci il tarixli “Zalim hakimiyyətin nicat yolu itirilmiş milli və İslami şəxsiyyətimizin qaytarılması” başlıqlı, habelə bir sıra digər paylaşmalar etdiyi müəyyən edilmişdir (İİ cild, səh. 88-93). 55.«Fotoşəkil üzrə tanınma haqqında» 01 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasının ərazisində yaşayan “Riza Kazimi” adı ilə tanınan Azərbaycan Respublikasının vətəndaşı X25 təxminən 35-40 yaşlarında olmasından, saqqal və bığ saxlamasından, bir qədər uzunsov sifətli, qara saçlı, badami gözləri olmasından tanımışdır (İİ cild, səh. 76-79). 56.«Baxış keçirilməsi haqqında» 06 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən 27 sentyabr 2023-cü il tarixli AZF/LGL-11870/23 nömrəli məktubla daxil olmuş 1 ədəd CD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs ***-***-**-** saylı telefon nömrəsi istifadə etdiyi müddətdə İsrailin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərdiyi ünvan 3 ünvanındakı “Hyatt Recency” mehmanxanasının yaxınlığında dəfələrlə olduğu müəyyən edilmişdir (İ cild, səh. 215-217). 57.01 sentyabr 2023-cü il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına keçirilmiş baxış zamanı həmin ünvandan digər əşya və sənədlərlə yanaşı 1 (bir) ədəd “HP Pavilion dv6” markalı notbuk, 1 (bir) ədəd “Samsung GT-İ9200” markalı mobil telefon aşkar edilərək götürülmüşdür (İ cild, səh. 16-19). 58.01 sentyabr 2023-cü il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs işlədiyi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin inzibati binasındakı iş otağına keçirilmiş baxış zamanı oradan digər əşya və sənədlərlə yanaşı 1 (bir) “ACER N19C1” markalı notbuk aşkar edilərək götürülmüşdür (İ cild, səh. 21-23). 59.Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Kibertəhlükəsizlik əməliyyatlarə mərkəzindən 13 oktyabr 2023-cü il tarixli 17/1467 nömrəli məktubla daxil olmuş 11 oktyabr 2023-cü il tarixli 17/1458 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Xiaomi”, “Samsung” markalı mobil telefonları, “HP”, “Acer” markalı notebook tipli kompüterlərin tədqiqi zamanı texniki izlər və əldə olunan mövcuD informasiyanın təhlilinə əsasən Təqsirləndirilən şəxs Azərbaycanın ali rəhbərliyinə qarşı şiddətli nifrət hisslərini ifadə etdiyi səs yazısının baxılan telefona aid yaddaş nüsxəsində olması və bu səs yazısının “WhatsApp” tətbiqi vasitəsilə əlaqədə olduğu şəxsə göndərmə faktı müəyyən edilmişdir. Habelə, dini ideoloji baxımdan insan öldürmənin günah və savabları ilə bağlı “din xadimi”nə ünvanladığı suallar və orada Azərbaycanın ali rəhbərliyindən olan şəxsləri misal çəkməsi qeydə alınmışdır. Eləcə də, müvafiq səs yazısında İsrail, ABŞ və İngiltərə səfirlərinin həyatına qəsd edilməsi barədə sualı və “Facebook” sosial şəbəkə resursunda ABŞ və İngiltərə səfirliklərini axtarış etməsi aşkarlanmışdır. İstifadəçinin istifadə etdiyi səyyah (browser) tarixçəsini mütəmadi olaraq silməsi diqqət çəkən məqamlardan olmuşdur (İ cild, səh. 220-228). 60.Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Konstitusiya quruluşunun mühafizəsi baş idarəsindən 30 avqust 2023-cü il tarixli 6/1726 nömrəli məktubla daxil olmuş 6/3/3137 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasının ərazisində yaşayan “Riza Kazimi” adı ilə tanınan Azərbaycan Respublikasının vətəndaşı X34 ilə 2023-cü ilin əvvəllərindən “WhatsApp” mobil tətbiqi vasitəsilə əlaqəyə girərək Azərbaycan Respublikasının dövlət xadimləri olan Azərbaycan Respublikasının Prezidenti, Birinci vitse-prezidenti, onların ailə üzvləri, digər yüksək vəzifəli şəxslər, Mili Məclisin deputatları, ictimai xadimlər olan "xxxx" MMC-nin (“Real TV” və “Real FM”) rəhbəri X13 və digər media qurumlarının rəhbərləri, habelə xarici dövlət nümayəndələri olan X5, Böyük Britaniya və X11 və İsrailin Azərbaycan Respublikasındakı səfirləri, həmçinin Azərbaycan Respublikasına səfər edəcəkləri zaman Türkiyə Respublikasının Prezidenti və İsrailin Baş nazirinin həyatına sui-qəsd etməklə bağlı razılaşmışdır (İ cild, səh. 7-8, 11-12). 61.Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Əks-kəşfiyyat baş idarəsindən daxil olmuş 30 oktyabr 2023-cü il tarixli 2/6107 nömrəli məktubdan görünür ki, xx.xx.1987-ci ildə Şirvan şəhərində anadan olmuş, AR vətəndaşı, azərbaycanlı, ünvan 6 ünvanında qeydiyyatda olan X34 2012-ci ildən etibarən İran İslam Respublikasının Qum şəhərində fəaliyyət göstərən «Cəmiətül-Mustafa» teoloji tədris mərkəzinin Məşhəd şəhərində yerləşən eyniadlı filialında qeyri-rəsmi dini təhsil alır. Araşdırmalar zamanı mlum olmuşdur ki. Rahim Əliyev sonuncu dəfə xx.xx.2019-cu ildə dini təhsilni davam etdirmək üçün İİR-ə səfər etmiş, hazırkı vaxtadək AR-ə qayıtmamışdır. X19 xarici xüsusi xidmət orqanları ilə əlaqələri və iş üzrə digər əhəmiyyət kəsb edən halların müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir (İ cild, səh. 250). 62.Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Konstitusiya quruluşunun mühafizəsi baş idarəsindən daxil olmuş 21 noyabr 2023-cü il tarixli 6/2311 nömrəli məktubdan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs “Facebook” sosial şəbəkəsində (istifadəçi adı “mailto:kelvindiamond@rambler.ruElektron ünvan 1”, parolu “Azerbaijani313114313”) “Əli Zülfüqar” adlı hesabı (profili) vardır və aktiv istifadəçi olmuşdur. Profilin üz hissəsində isə Gəncə şəhərinin icra hakimiyyətinin başçısına suiqəsd etmiş Yunis Səfərovun fotoşəkli, hissəsində isə “KƏRİMƏ DÖVLƏT NAMİNƏ” sözləri yazılmış şəkil qoyulmuşdur. Təqsirləndirilən şəxs paylaşımlarımdan bəziləri “cihad etmək”, “sözüm müqavimətçi şiələrədir”, “tezlikcə Kərimə hakimiyyət dövlət qurulacaq”, “günlərin bir günü İran islam Respublikası hərbi qüvvəlləri Azərbaycanda yuva salmış İsrail casus yuvalarını raketlə vuranda...”, “unutmayın Azərbaycan İrandan qoparılmış bir qoldur”, “intiqam almaq həvəsi ilə, eşqi ilə qəlbim günü gündən daha da alışıb yanır. Bu intiqamı bu zalımlardan. Mənfur rejimdən və rejimlərdən almaq hisslərim hər gün daha da coşur daşır. Məzlumun haqqını zalımlardan alb qaytarmaq hisslərim hər gün məni daha da intiqamımın çox dəhşətli olacağını mənə xəbər verir” məzmununda olmuş, onun bu paylaaşmalarını dostluğunda olan 944 nəfərin hər birinin oxumaq imkanı olmuş, paylaşmalarının bəzilərini 5, bəzilərini isə 10-15 nəfər tərəfindən bəyənilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs “Mesenger”də “Serxan Memmedov", “Vəfadar Nv” və “Şalom Türksoy” adlı istifadəçilərlə yazışmalar apardığı müəyyən edilmişdir (İİ cild, səh. 1-14). 63.Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Konstitusiya quruluşunun mühafizəsi baş idarəsindən daxil olmuş 11 dekabr 2023-cü il tarixli 6/2461 nömrəli məktubdan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş elektron poçt ünvanından istifadə etdiyi digər poçt ünvanına “Azərbaycan Araşdırmalar Mərkəzi” (“Hüseyniyyun dini terror təşkilatının mərkəzidir”) tərəfindən hazırlanmış “5-ci sinif tarix kitabındakı saxtakarlıq” adlı kitabın “PDF” formatında göndərdiyi müəyyən edilmişdir (İİ cild, səh. 21-30). 64.Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Konstitusiya quruluşunun mühafizəsi baş idarəsindən daxil olmuş 06 fevral 2024-cü il tarixli 6/225 nömrəli məktubdan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs “Facebook” sosial şəbəkəsindəki “Əli Zülfüqar” adlı hesabı üzərində “Mesenger’lə yazışdığı “Şalom Türksoy” adlı istifadəçinİ müəyyən etmək mümkün olmamış, “Serxan Memmedov”un xx.xx.2019-cu ildə İİR-də yaşayan X9 olduğu və barəsində DTX Suraxanı Rİ tərəfindən İİR xxo ilə əlaqəsi ehtimalı ilə araşdırma aparılır (İİ cild, səh. 86). 65.İş materiallarında olan Məlumat Blankından görünür ki, Təqsirləndirilən şəxs 23-29 avqust 2017-ci il tarixlərdə İran İslam Respublikasında səfərdə olmuşdur (İ cild, səh. 143- 144). 66.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsin 11 sentyabr 2023-cü il tarixli, 11524 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (İ cild, səh. 186). 67.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixiatriya xəstəxanasından daxil olmuş 16 fevral 2024-cü il tarixli, 37 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Psixiatriya xəstəxanasında müayinə və müalicədə olmamışdır (İİ cild, səh. 98). 68.«Maddi sübut kimi tanımaq haqqında» 06 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Azerfon» MMC-dən 27 sentyabr 2023-cü il tarixli AZF/LGL-11870/23 saylı məktubla daxil olmuş 1 ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilərək orada saxlanılmışdır (İ cild, səh. 218). 69.«Maddi sübut kimi tanımaq haqqında» 28 mart 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DTX Konstitusiya quruluşunun mühafizəsi baş idarəsindən 30 avqust 2023-cü il tarixli 6/1726 saylı məktubla daxil olmuş 1 ədəd CD disk xüsusiyyətlərinə, əlamətlərinə, mənşəyinə görə cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilərək orada saxlanılmışdır (İİ cild, səh. 168-171). 70.«Maddi sübut kimi tanımaq haqqında» 29 mart 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DTX Konstitusiya quruluşunun mühafizəsi baş idarəsindən 11 dekabr 2023-cü il tarixli 6/2461 saylı məktubla daxil olmuş və yaddaşında “5-ci sinif tarix kitabındakı saxtakarlıq” adlı “PDF” formatlı fayl yazılmış 1 ədəd CD disk cinayət işi üzrə sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır (İİ cild, səh. 173-174). 71.«Maddi sübut kimi tanımaq haqqında» 27 mart 2024-cü il tarixli qərardan və 27 mart 2024-cü il tarixli Aktdan görünür ki, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “HP Pavilion dv6”, 1 (bir) “ACER N19C1” markalı notbuklar, 1 (bir) ədəd “Samsung GT-İ9200” və üzərinə +**********69 mobil nömrə quraşdırılmış 1 (bir) ədəd “X57 8 Pro” markalı mobil telefon aparatları iş üzrə maddi sübut kimi tanınmış və məhkəmənin müvafiq qərarınadək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsində yerləşən maddi sübutlar otağına təhvil verilmişdir (İİ cild, səh. 137-142). 72.«Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 14 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin məlumatı üzrə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma ilə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının işgəncələrə və digər qanunsuzluğa yol verilmədiyi müəyyən olunduğu üçün toplanmış material üzrə cinayət hadisəsi olmaması əsası ilə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilmişdir (İ cild, səh. 164-166). 73.«Tutulma haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 42-43). 74.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 sentyabr 2023-cü il tarixli, 4(009)- 604/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 01 sentyabr 2023-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 80-82). 75.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş X3 İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 137). 76.İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il və xx.xx.2019-cu il təvəllüdlü iki azyaşlı uşağı vardır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 77.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 78.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 79.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 80.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1, 214-2, 28,277 və 281.2-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibləri vardır. 81.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 82.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları saxlaması və yayması, habelə ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsinə şərait yaradan hərəkətlər etməyə və hakimiyyətin zorla ələ keşirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn təkrar açıq çağırışlar etməsi, habelə bu cür məzmunlu materiallar təkrar yayması, Azərbaycan Respublikasının vətəndaşı digər şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında dövlət xadiminin və ictimai xadimin, habelə xarici dövlət nümayəndəsinin xidməti və siyasi fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədi ilə onların həyatına sui-qəsd etməyə hazırlıq hərəkətləri etməsi, lakin iradəsindən asılı olmayaraq cinayəti başa çatdıra bilməməsi tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1, 214-2, 28,277 və 281.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. 83.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, təqiq edilmiş ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər çoxsaylı sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 84.Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə zorakılığa məruz qalması halı öz təsdiqini tapmamışdır. 85.Belə ki, «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 14 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin məlumatı üzrə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma ilə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının işgəncələrə və digər qanunsuzluğa yol verilmədiyi müəyyən olunduğu üçün toplanmış material üzrə cinayət hadisəsi olmaması əsası ilə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilmişdir. 86.Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təzyiq edilməsinə dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. 87.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X16rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 88.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1, 214-2, 28,277 və 281.2-ci maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməlləri törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 89.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 90.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 91.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 92.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 93.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 94.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, himayəsində azyaşlı uşaqlarının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 95.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3, 61.1.6 və 61.1.8ci maddələrinə müvafiq olaraq cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsini, cinayətin dini fanatizm, digər şəxslərin qanuni hərəkətlərinə görə qisas almaq zəminində törədilməsini və cinayətin öz qulluq və ya ictimai borcunu yerinə yetirən şəxsə və ya onun yaxın qohumlarına qarşı törədilməsini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır. 96.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28-ci maddəsinə əsasən cinayət törətmək üçün vasitə və ya alət axtarma, əldə etmə və ya hazırlama, yaxud cinayət törətmək üçün başqaları ilə əlaqəyə girmə, sövdələşmə və yaxud cinayət törətmək üçün qəsdən başqa cür şərait yaratma zamanı cinayət şəxsin iradəsindən asılı olmayaraq başa çatdırılmamışdırsa, belə əməllər cinayətə hazırlıq hesab olunur. Yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq cinayət məsuliyyətinə səbəb olur. 97.Həmin Məcəllənin 63-cü maddəsində qeyd olunur ki, başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır. Cinayətə hazırlığa görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin yarısından çox ola bilməz. Cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Cinayətə hazırlığa və ya cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir. 98.«Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 9-cu bəndinə qeyd olunur ki, «CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğu hallarda başa çatmamış cinayətə görə belə cəza növü təyin edilə bilməz. Belə hallarda təqsirkara yalnız CM-nin 63.2 və 63.3-cü maddələrində göstərilən hədlər daxilində azadlıqdan məhrumetmə cəzası təyin edilə bilər. Cinayətə hazırlığa və cinayətə cəhdə görə cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman təyin olunası cəza müddəti CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az ola bilər. Bu səbəbdən də belə hallarda Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Cəzalar CM-nin 63.2 və 63.3-cü maddələri ilə müəyyən edilən qaydalara əsasən təyin edildikdə bu, hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır...». 99.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları və cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 100.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. 101.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin ediləcək cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. 102.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 103.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 104.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 105.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 106.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 01 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. 107.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 108.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 109.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.6 və 353.4.11-ci maddələrinə əsasən iş üzrə maddi sübut kimi tanınmış Azerfon» MMC-dən 27 sentyabr 2023-cü il tarixli AZF/LGL-11870/23 saylı məktubla daxil olmuş 1 ədəd CD formatlı diskin, Azərbaycan Respublikası DTX Konstitusiya quruluşunun mühafizəsi baş idarəsindən 30 avqust 2023-cü il tarixli 6/1726 saylı məktubla daxil olmuş 1 ədəd CD formatlı diskin və Azərbaycan Respublikası DTX Konstitusiya quruluşunun mühafizəsi baş idarəsindən 11 dekabr 2023-cü il tarixli 6/2461 saylı məktubla daxil olmuş, yaddaşında “5ci sinif tarix kitabındakı saxtakarlıq” adlı “PDF” formatlı fayl yazılmış 1 ədəd CD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsində yerləşən maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “HP Pavilion dv6” və 1 (bir) ədəd “ACER N19C1” markalı notbuklar, 1 (bir) ədəd “Samsung GT- İ9200” və üzərinə +**********69 mobil nömrə quraşdırılmış 1 (bir) ədəd “X57 8 Pro” markalı mobil telefon aparatları onun özünə (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılmalıdır. 110.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 111.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 112.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 850 (səkkiz yüz əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 113.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1, 214-2, 28,277 və 281.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,277-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 01 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 850 (səkkiz yüz əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsin. Maddi sübutlar - Azerfon» MMC-dən 27 sentyabr 2023-cü il tarixli AZF/LGL-11870/23 saylı məktubla daxil olmuş 1 ədəd CD formatlı disk, Azərbaycan Respublikası DTX Konstitusiya quruluşunun mühafizəsi baş idarəsindən 30 avqust 2023-cü il tarixli 6/1726 saylı məktubla daxil olmuş 1 ədəd CD formatlı disk və Azərbaycan Respublikası DTX Konstitusiya quruluşunun mühafizəsi baş idarəsindən 11 dekabr 2023-cü il tarixli 6/2461 saylı məktubla daxil olmuş, yaddaşında “5-ci sinif tarix kitabındakı saxtakarlıq” adlı “PDF” formatlı fayl yazılmış 1 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsində yerləşən maddi sübutlar otağında saxlanılan, 1 (bir) ədəd “HP Pavilion dv6” və 1 (bir) ədəd “ACER N19C1” markalı notbuklar, 1 (bir) ədəd “Samsung GT-İ9200” və üzərinə +**********69 mobil nömrə quraşdırılmış 1 (bir) ədəd “X57 8 Pro” markalı mobil telefon aparatları Təqsirləndirilən şəxs (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Elmin Rüstəmov

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar