Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-250/2020 12.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), x1 və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi x3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil x5 iştirakı ilə açıq məhkəmə iclasında xx xxxxxx 1986-cı il tarixdə Quba rayonunun Gültəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Quba şəhəri, A.Aslanov küçəsi, ev 2-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdı: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 15 avqust 2019-cu il tarixdə təxminən saat 23:00 radələrində keçmiş arvadı Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanına gələrək birgə nikahdan olmuş 28 fevral 2017-ci il təvəllüdlü azyaşlı qızı Rəfiqə Həsənovanın ona gəzdirmək üçün müvəqqəti verilməsini tələb etmiş, lakin Zərərçəkmiş şəxs uşağı ona verməkdən imtina etdikdə aralarında bu zəmində baş vermiş mübahisə zamanı, evin həyətində sonuncunun anası Nümayəndə gözü qarşısında 0,5 litirlik plastik butulkada özü ilə gətirdiyi texniki xlorid turşusunu xüsusi amansızlıqla, o cümlədən əzab və ağır iztirablar verməklə Zərərçəkmiş şəxs sifətinə qəsdən tökərək ona hər iki göz almasının kimyəvi yanığı, hər iki gözün buynuz qişasının posttravmatik epiteliopatiya travması ilə müşayət olunan və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən az olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsinə səbəb olan (15%) sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşıdır. Onlar Quba şəhərində tanış olub qeyri-rəsmi ər-arvad kimi yaşamağa başlamışlar. Lakin Naibəxanımın Bakı şəhərində yaşayan anası Dilarənin təkidi ilə nigaha da girmişlər. Buna baxmayaraq Dilarə xanımın ailə işlərinə tez-tez müdaxilə etməsi ailəsində mübahisələr yaratmış, nəticədə onlar 3-4 il bundan əvvəl onlar boşanmışlar. Buna baxmayaraq bir müddət sonra barışıb yenə nigahsız birgə yaşamışlar. Birgə nikahdan bir qız övladları vardır. Qızın hal-hazırda iki yaşı vardır. Bundan sonra yenə münasibətləri pozulmuş və Naibəxanım anasının evinə gedib orada yaşamışdır. O, qızını həddindən artıq çox istəyir. Qızı ilə görüşmək üstündə həm keçmiş arvadı, həm də qaynanası ilə daima mübahisələri olmuşdur. Bundan savayı o bilmişdir ki, Naibəxanım qonşuluqda yaşayan başqa bir şəxslə görüşür. Hətta hadisədən əvvəl o, həmin şəxslə mübahisə etmiş, həmin şəxs yanındakı bir nəfərlə birlikdə onu döymüşlər. Onun yoldaşına yüngül xəsarət yetirməsi səbəbindən bir il müddətinə azadlığın məhdudlaşdırılması növündə məhkumluğu var idi, bu səbəbdən ayağına nəzarətedici qurğu bağlanılmışdır. Hadisə günü, yəni 15.08.2019-cu il tarixdə Bakı şəhərinə gələrək Naibəxanımın yaşadığı məhəllədə xlor satan bir qadından bir şüşə xlor əldə etmişdir ki, Naibəxanımın tanışı olan qonşusu ona hücum çəkdikdə ona müqavimət göstərə bilsin. Naibəxanımın yaşadığı həyətə daxil olduqda qaynanası Dilarəni görmüşdür. Dilarə onun üstünə qışqıraraq çıxıb getməsini tələb etmiş, onun qışqırıq səsinə Naibəxanım da həyətə çıxaraq ondan çıxıb getməsini tələb etmişdir. O isə uşağını götürdükdən sonra gedəcəyini bildirmişdir. Naibəxanım uşağı ona verməkdən imtina etdiyi üçün əlindəki şüşədəki mayeni Naibəxanımın sifət nahiyyəsinə tökərək oradan uzaqlaşmışdır. Etdiyi əməldən peşmandır. Əlavə olaraq qeyd etmək istəyir ki, uşağına hər zaman qayğı göstərmiş, ona tələb olunan hər şeyi alıb göndərmişdir. Hadisədən sonra isə anası Naibəxanımın müalicəsinə maddi yardım etmişdir. Cinayət işinin materiallarında müəyyən istintaq sənədləri var ki, o, həyat yoldaşını digər şəxslərlə intim əlaqədə olmağa sövq etmişdir. Bu haqda ifadə vermək istəmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş əridir. Adilin verdiyi ifadəsini təsdiq edir. Onunla barışmış, anası Dilarə ilə isə yoldaşına görə dəfələrlə mübahisə etmiş, hətta bu gün də məhkəməyə gəldikdə yenə mübahisə etmişdir. Belə ki, anası Dilarənin Adildən heç xoşu gəlmir. Onun Adillə birgə yaşamasına qəti etiraz edir. O, övladını bir dəfə Adilə vermiş, sonuncu uşağı Qubaya aparıb bir həftədən sonra qaytardıqda məlum olmuşdur ki, qızı yıxılaraq qolunu zədələmişdir. Bu səbəbdən uşağı ərinə verməkdən imtina edirdi. Onun qonşuluqda yaşayan Mübariz adlı şəxslə heç bir intim əlaqəsi olmamışdır. Sadəcə Adili acılamaq məqsədilə həmin şəxslə telefonla yazışmışdır. 15 avqust 2019-cu il tarixdə, təxminən saat 22:30 radələrində Adil onların ev telefonuna zəng edərək gəlib uşağı aparmaq istədiyini bildirmişdir. O, Adilə demişdir ki, uşağı ona verməyəcək və buna görə də onlara gəlməsin. O, elə fikirləşmişdir ki, Adil Qubadadır. Həmin vaxt işıqları sönmüşdür. Anası Dilarə həyətdə samovarı qalayıb uşağa yemək hazırlamaq üçün su qaynadırdı. O isə evdə uşağı ilə birlikdə idi. Bu vaxt həyətdən anasının kiminləsə əsəbi halda danışmasını eşitmişdir. Həyətə çıxaraq görmüşdür ki, anası Adillə mübahisə edir, ondan həyəti tərk etməsini tələb edir. O da anasına yaxınlaşaraq Adildən çıxıb getməsini tələb etmiş, uşağı ona deyil, qardaşına etibar edə biləcəyini demişdir. Lakin Adil təkidlə qızını aparmaq istəməsini demişdir. O, Adil ilə söhbət edərkən Adil sağ əlini arxasında gizlətmiş, bu səbəbdən Adilin sağ əlində nə olduğunu o, görməmişdir. Birdən Adil qəfil “Onda ala” sözü ilə sağ əli ilə onun üz nahiyəsinə hərəkət etdi. Adilin əlində nə olduğunu o, görmədi. Yalnız onu hiss etdi ki, onun üzünə maye töküldü və üzü, hər iki gözləri yanmağa başladı. Gözlərində güclü ağrı yaranmışdı. Ağrıdan o, arxası üstə yerə yıxıldı. O, qışqıraraq üzünə su vurmaq üçün kömək istəyirdi. Adil isə tələsik həyətdən qaçdı. Anası ona yaxınlaşaraq yerdən qaldırıb hamama apardı, üzünə su vurdu, lakin üzünün və gözlərinin yanığı sakitləşmirdi. Buna görə də, anası təcili yardım həkimlərinə zəng edib həkimləri çağırmış və əvvəlcə onu Bakı şəhər 1 saylı Klinik Tibbi mərkəzinə, sonra isə x19 adına göz xəstəxanasına aparmışlar. Hadisədən təxminən 4 ay sonra və hal-hazırda onun sağ gözü 100 faiz görür, sol gözündən isə təzə əməliyyat olunmuş, həkimin bildirdiyinə görə görmə qabiliyyəti tam bərpa olunacaqdır. Adillə barışmış, ona qarşı heç bir şikayəti və ya tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızı, Təqsirləndirilən şəxs isə qızı Naibəxanımın keçmiş əridir. Onlar 2012-ci il tarixdə nikahlarını qeydə alaraq birgə ailə həyatı qurmuş və təxminən 2016-cı ilə kimi birgə nikahda Quba şəhərində yaşamışlar. Lakin sonradan Adil ilə qızı arasında tez-tez ailə daxili mübahisələr baş vermiş və mübahisə zamanı Adil Naibəxanımı döydüyü üçün qızı rəsmi olaraq məhkəməyə müraciət etmiş, Quba rayon məhkəməsinin qətnaməsi ilə onlar boşanmış və qızı köçüb onun yanına Bakı şəhərinə gəlmişdir. Bir müddət sonra Adil yenidən Naibəxanımla barışmaq istədiyini bildirmiş, qızı onun məsləhəti ilə Adillə barışmış və Bakı şəhəri “Memar Əcəmi” metrostansiyasının yaxınlığında kirayə ev tutub bir ailə kimi yaşamağa başlamışlar. 2017-ci ildə onların Rəfiqə adlı uşaqları anadan olmuşdur. Lakin bir müddət sonra Adil yenə də qızı Naibəxanımı incidərək Naibəxanımı əxlaqsız hərəkətlər etməyə məcbur etmişdir. 28 yanvar 2018-ci il tarixdə o, qızı Naibəxanımın Adillə birlikdə yaşadıqları evə qonaq getmişdir. 2018-ci il yanvarın 28dən 29-na keçən gecə təxminən saat 03:00 radələrində qızı Naibəxanım ona müraciət edərək “mama, polisə zəng elə məni öldürür” sözlərini demişdir. O, yerindən qalxan zaman Adilin Naibəxanımın saçından tutaraq başından yumruqla vurduğunu görmüşdür. Həmin vaxtı o, onların arasına girərək Naibəxanımı Adilin əlindən almışdır. Bundan sonra Naibəxanımın onun mobil telefonunu götürüb DİN-nin 102 xidmətinə zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermişdir. Bir qədər sonra Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşları gələrək onları polis bölməsinə aparmışlar. Polis bölməsində Adilin qızı Naibəxanımı döyməsi barədə o, ərizə yazmışdır. Bundan sonra o, polis bölməsindən çıxaraq Naibəxanımın yaşadığı evə qayıtmışdır. O, Naibəxanımdan nəyə görə mübahisə etdiklərini soruşanda qızı ona bildirmişdir ki, Adil onu əxlaqsız hərəkətlər etməyə məcbur edir, Adilin tapdığı şəxslərlə cinsi əlaqədə olmağa razılıq vermədiyi üçün Adil onu döymüşdür. Bundan sonra Binəqədi RPİ-nin İstintaq şöbəsi tərəfindən Adil barəsində Azərbaycan Respublikası CM-nin 151-ci maddəsi ilə cinayət işi başlanmış, Adil barəsində istintaq Naibəxanımı döyüb xəsarət yetirdiyinə CM-nin 128-ci maddəsi ilə və Naibəxanımı əxlaqsız hərəkətlərə məcbur etdiyinə görə CM-nin 151-ci maddəsi ilə aparılmışdır. Lakin sonradan məlum olmayan səbəbdən Adil barəsində olan cinayət işi yalnız CM-nin 128-ci maddəsi ilə Binəqədi rayon məhkəməsinə göndərilmiş və Məhkəmənin hökmü ilə Adilə bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və onun ayağına “qandal” taxılmışdır. Bundan sonra, 15 avqust 2019-cu il tarixdə, təxminən saat 23 radələrində işıqları sönmüşdür. O, həyətdə samovarı qalayıb uşağa yemək hazırlamaq üçün su qaynadırdı. Qızı isə evdə uşağı ilə birlikdə idi. Bu vaxt həyətə Adil daxil olmuşdur. O, Adilə əsəbləşərək həyəti tərk etməsini tələb etmişdir. Bu zaman səsə qızı həyətə çıxmış, qızı da ona yaxınlaşaraq Adildən çıxıb getməsini tələb etmiş, uşağı ona deyil, qardaşına etibar edə biləcəyini demişdir. Qaranlıq olduğu üçün Adilin əlində nə isə olub olmadığını o, görməmişdir. x4 ona verilməsini tələb etmiş, o və qızı uşağı verməkdən imtina etmişlər, Naibəxanım Adilə demişdir ki, ona etibar etmədiyi üçün uşağı ona deyil, qaynı Cavidə verəcəyini bildirmişdir. Belə ki, bundan əvvəl x16 verəndə Adil uşağı çıyninin əziyi ilə Naibəxanıma qaytarmışdır. Buna görə də o, da bir böyük kimi Adilə sabah Quba şəhərinə gedəcəylərini deyib orada, yəni Qubada uşağı görə biləcəyini Adilə demiş və çıxıb getməsini xahiş etmişdir. Bu zaman Adil qəflətən Naibəxanımın üzünə nə isə atdı. Naibəxanım qışqıraraq arxası üstündə yerə yıxıldı. O, əvvəlcə nə baş verdiyini başa düşməmiş, Adilin bıçaqla Naibəxanımın üzündən vurduğunu fikirləşmişdir. Naibəxanım yerə yıxılan kimi, Adil tələsik həyətdən çıxaraq qaçıb getmişdir. O, yerdə uzanan qızına yaxınlaşanda görmüşdür ki, Naibəxanımın üzünə hansısa maye tökülüb. Qızının üzünün yanığından o, başa düşmüşdür ki, Adil Naibəxanımın üzünə kislota töküb qaçmışdır. Bundan sonra qızını təcili tibbi yardım çağırmaqla xəstəxanaya aparmışdır. Qızı halhazırda Adillə barışmağa cəhd edir, lakin o bununla razı deyil. Adilin cəzalandırılmasını tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba rayon İcra və Probasiya şöbəsinin probasiya məmuru x12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəi Binəqədi rayon məhkəməsinin 07.03.2019-cu il tarixli hökmü ilə CM-nin 128-ci maddəsi ilə 11 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökm icra olunması üçün məhkumun yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, həmin hökmün icrası ilə birbaşa o məşğul olmuşdur. Belə ki, məhkum Təqsirləndirilən şəxs üzərinə, yəni biləyinə elektron nəzarət vasitəsi qoyulmuş, nəzarətlə bağlı olan bütün vəzifələr Təqsirləndirilən şəxs izah edilmişdir. Məhkumun olduğu yeri sonuncunun istifadəsində olan telefonla müəyyən etmək mümkün idi. Bir şərtlə ki, həmin telefon işlək vəziyyətində olsun. Məhkum Təqsirləndirilən şəxs 15.08.2019-cu il tarixdə Quba rayonunun ərazisini tərk etdiyi zaman telefonu söndürmüş və onunla əlaqə saxlamaq mümkün olmamışdır. Yalnız ondan bir gün sonra məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs icazəsiz Bakı şəhərinə gedərək yeni cinayət törətmişdir. 16.08.2019-cu il tarixdə Adilin yaşadığı ünvana gedərək qardaşı Caviddən elektron-nəzarət vasitəsi komplektini geri almışlar. Cinayət törətdiyi 15.08.2019-cu il tarixə kimi Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzasının 2 ay 15 gün hissəsini çəkmiş, 9 ay 7 gün hissəsi isə çəkilməmiş qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və Patoloji Anatomiya ETT Birliyinin təkrari ekspertizalar şöbəsinin eksperti x9 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs barəsində təkrar məhkəmə-tibbi ekspertizasını o, şöbə rəisi, ali dərəcəli məhkəmə tibb eksperti x6 və ekspertizaya cəlb olunmuş həkim oftalmoloq keçirmiş, 13 mart 2020-ci il tarixdə müvafiq rəy vermişlər. Həmin rəyi bu gün məhkəmədə müdafiə edir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “ Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası qaydaları”nın 11-ci bəndinin 6-cı abzasına əsasən əmək qabiyyətinin dayanıqlı faktını ancaq xəsarət, patoloji vəziyyət və xəstəliyin aydın olmuş nəticəsindən sonra təyin etmək mümkündür. Məhkəmətibbi nöqteyi nəzərindən ümumi əmək qabiliyyətinin djayanıqlı itirilməsi səhhətin 120 gündən artıq müddətdə pozulması deməkdir. Belə hadisələrdə xarici mühit amilləri təsirindən törənmiş xəsarət və xəstəliklər nəticəsində zərərçəkmiş 120 gündən artıq müddətdə əmək qabiliyyətini itirmiş olur və bundan sonra da sağalmağa doğru hər hansı bir irəliləyiş hiss edilmir. Məhkəmə zərərçəkmiş şəxsi müayinə etdikdə ekspertizanın keçirilmə müddətinə o nəticəyə gəlmişdir ki, xəsarət aldıqdan sonra aparılmış müalicə tədbirlərinin nəticəsi olaraq xəstənin ümumi vəziyyəti qənaətbəxş olmuş, sağ gözdə görmə itiliyi 0,4 korreksiya etmir, sol gözdə 0,1 korreksiya etmir, buynuz qişada olan defekt sağalmış, bulbar və tarzal konyuktivanın bir qədər hiperemiyalı olması müəyyən edilmiş və xəstəyə “hər iki göz almasının yanığı, hər iki gözün buynuz qişasının posttravmatik epiteliopatiyası” son kilinik diaqnozu qoyularaq 26.08.2019-cu il tarixdə kafi vəziyyətdə evə gəlmişdir. İlkin ekspertiza zamanı ekspert xəsarətləri dərəcəsinə görə həmin vaxt üçün ümumi əmək qabiliyyətinin 33 faizindən çox (35 faiz) dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərərvurmaya aid etmişdir. Lakin sağlamlığa zərərvurma dərəcəsinin bu kriteryası travmadan 120 gün (04 ay) keçdikdən sonra müəyyən edilməlidir. Ekspert isə sağlamlığa zərərvurma dərəcəsini tələskənliyə yol verərək travmadan iki aya yaxın vaxt keçdikdən sonra təyin etmişdir. Təkrar ekspertiza aparılarkən zərərçəkmiş şəxs şikayətləri ilə əlaqədar oftamoqa göndərilərkən sağ gözün görmə itiliyi-1,0; sol gözün görmə itiliyi-0,5 (korreksiya etmir) olmuşdur. Zərərçəkmiş şəxs 28.02.2020-ci il tarixli oftalmoloq tərəfindən müayinəsi zamanı sağ gözün görmə itiliyi-1,0 D; sol gözün görmə itiliyi isə-0,5 D (korreksiya etmir) olmuşdur. Həmin xəsarətlər isə dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən az olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsinə səbəb olan (15%) sağlamlığa az ağır zərərvurmaya aiddir. Belə ki, ilkin ekspertiza aparılarkən istifadə edilən sağlamlığa zərərvurma dərəcəçsinin kiriteryası travmadan 120 gün (04 ay müddət) keçdikdən sonra təyin edilməli idi. Əlavə etmək istəyir ki, ekspert müayinəsi məhz travmadan mütləq 120 gün keçdiyi anda müayinə etməsini ehtiva etmir, yəni 120 və ondan sonrakı müddətlərdə də ekspertiza müayinəsi keçirilə bilər. Belə ki, gözün görmə qabiliyyətinin itirilməsinin müəyyən edilməsi üçün önəmli olan 120 gün və ondan sonrakı müddətdir. Həmçinin aydınlıq gətirmək istəyir ki, rəyin nəticə hissəsinin 5-ci bəndində texniki səhv olaraq göstərilmişdir ki, Zərərçəkmiş şəxs həkim oftalmoloq tərəfindən 20.02.2020-ci il tərixdə müayinə edilmiş, halbu ki, faktiki olaraq onun müayinəsi 28.02.2020-ci il tarixdə keçirilmişdir. Bu hal rəyin məhkəmə-tibbi müayinə hissəsində də öz əksini tapmışdır. Belə olan halda zərərçəkmiş şəxsin ekspertiza zamanı həkim oftalmoloq tərəfindən müayinə tarixi 28.02.20202-ci il tarixi qəbul edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə törətdiyi cinayət əməlində təqsirliliyi özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi RPİ-nin rəisi vəzifəsini müvəqqəti icra edən V.Həsənalıyevə ünvanlanan 16.08.2019-cu il tarixli raportdan müəyyən olunur ki, Nümayəndə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zənglə və Binəqədi RPİ-nin 7-ci PB-nə ərizə ilə müraciət edərək 15 avqust 2019-cu il tarixdə təxminən saat 23:05 radələrində 1992-ci il təvəllüdlü, Zərərçəkmiş şəxs üzünə keçmiş kürəkəni Təqsirləndirilən şəxs həlledici maddə tökərək üzünü yandırdığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Nümayəndə Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin rəisi vəzifəsini müvəqqəti icra edən B.Əliyevə ünvanladığı 16.08.2019-cu il tarixli ərizəsindən müəyyən olunur ki, 15 avqust 2019-cu il tarixdə təxminən saat 23 radələrində keçmiş kürəkəni Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs üzünə yaşadıqları evin qarşısında kislota tökərək üzünü yandırmışdır. Məhkəmədə elan edilib araşdırılmış 16.08 2019-cu il tarixli “hadisə yerinə baxışın keçirilməsi barədə” protokoldan müəyyən olunur ki, hadisə ünvan 5 ünvanının giriş qapısında baş vermişdir. Hadisə yerindən salafan paketdə içərisində sarı rəngli maye olan 0,5 litir həcmində bir ədəd plastik butulka aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış «tutma haqqında» 17.08.2019-cu il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 19.08. 2019-cu il tarixli, 4(001)-657/2019 saylı qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 17.08.2019-cu il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 30 avqust 2019-ci il tarixli, 21448 saylı rəyindən müəyyən olunur ki, hadisə yerindən götürülüb ekspertizaya təqdim edilmiş paketdə, içərsində bir ədəd plastik butulkada həcmi 60 ml. olan sarı rəngli mayenin tərkibi texniki xlorid turşusu əsaslı məişətdə istifadə olunan məhluldur. Tədqiqata təqdim edilmiş 60 ml xlorid turşusunun 10 ml tədqiqata sərf edildi, 50 ml qalıq qalmışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və Patoloji Anatomiya ETT Birliyin Binəqədi rayon şöbəsinin məhkəmə-tibbi eksperti x13 21 oktyabr 2019-cu il tarixli, 1862 saylı rəyindən müəyyən olunur ki, zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərdən – hər iki göz almasının kimyəvi yanığı, hər iki gözün buynuz qişasınınposttravmatik epiteliopatiyası, sağ gözün görmə itiliyi 0,4, sol gözün görmə itiliyi 0,1-dir. Qeyd olunan xəsarətlər kimyəvi maddənin, ola bilsin xlorid turşusunun təsirindən zərər çəkənin dediyi 15.08.2019-cu il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 33%-dən çox (35%) dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni 15 avqust 2019-cu il tarixdə kimyəvi maddənin təsirindən əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs sifət nahiyəsində xəsarət və xəsarət izləri aşkar olunmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi x10 vəsatət verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, halhazırda onun sağ gözü 100 faiz görür, sol gözü isə təzə əməliyyat olunmuş, həkimin bildiridiyinə görə görmə qabiliyyəti tam bərpa olunacaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş «Ağır, az ağır və yüngül xəsarət növləri»nin Siyahısının 1.4-cü bəndinə əsasən həyat üçün təhlükəli olmayan, lakin nəticələrinə görə ağır hesab edilən xəsarətlər aşağıdakılardır: 1.4.1. Görmənin itirilməsi, yəni hər iki gözdə tam daimi (dayanıqlı) korluq və yaxud 2 metr və ondan az məsafədə barmaqların sayıla bilməməsinə qədər görmənin itməsi vəziyyəti (görmə itiliyi 0,04 və daha az); 1.4.2. Bir gözdə görmənin tam itməsi. Zərərçəkmiş şəxsin səhhəti isə onun gözlərinin görmə qabiliyyətinin bərpa olunduğuna dəlalət etməklə iş üzrə zərərçəkmiş şəxsə vurulmuş xəsarətin müəyyən edilməsi üçün təkrar məhkəmə-tibbi ekspertizası təyin edilməlidir. Həmçinin müdafiəçi məhkəməyə «Aspera» psixoloji xidmət və nitq inkişafı mərkəlinin 20.12.2019-cu il tarixli tibbi arayışını təqdim etmiş, hansı ki, həmin arayışdan müəyyən olunur ki, 14 yanvar-08 fevral 2019-cu il tarixlərdə Təqsirləndirilən şəxs mərkəzdə müayinə edilmiş, onda aqressiv sayrışan hallar nevrozu mşahidə olmuşdur. Onda nevromeditatorların pozulması etimalı baş-beyin və veqetativ sinir sistemi pozulması halları mövcuddur. Təqsirləndirilən şəxs iradəsindən aslı olmayaraq, sayrışan və intensiv ideyaların təsi ri altında və yaxud başqalarına fiziki-mənəvi zərər vurma etimalı var, bu hallar tədricən şəxsdə suisid hallarına gətirib çıxara bilir. Məhkəmə proses iştirakçılarının fikir və rəylərini dinləyərək iş üzrə ayrı-ayrılıqda təkrar məhkəmə-tibbi və ambulator məhkəmə-psixi ekspertizaları təyin etmişdir. Məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik x17 Hüquqi şəxsin ambulator məhkəmə-psixiatrik ekspertizasının 310 saylı, 18.02.2020-c il tarixli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi (ruhi) xəstəliyin əlamətləri qeyd olunmur. Təqsirləndirilən şəxs müəyyən edilən yüngül ifadə olunmuş nevrasteniya aşkar edilir. “Nevrasteniya” psixi txəstəlik hesab olunmur. Təqsirləndirilən şəxs qeyd olunmuş nevrasteniya onun cinayət əməli törədərkən öz hərəktlərininin mənasını dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və Patoloji Anatomiya ETT Birliyinin təkrari ekspertizalar şöbəsinin ekspertləri x6 (şöbə rəisi, ali dərəcəli məhkəmə tibb eksperti, iş təcrübəsi 1981-ci ildən) və x7 (ali dərəcxəli məhkəmə tibb eksperti, tibb üzrə fəlsəfə doktoru, iş təcrübəsi 1981-ci ildən) T126/2020 saylı, 13 mart 2020-ci il tarixli rəyindən müəyyən olunur ki, vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarət-sol gözün görmə itiliyinin 0,5 olması ilə nəticələnmiş hər iki göz almasının kimyəvi yanığı, hər iki gözün buynuz qişasının posttravmatik epiteliopatiyası kimyəvi madənin, ola bilsin turşunun təsirindən qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni 15.08.2019-cu il tarixdə sifətinə kənar şəxs tərəfindən turşu atılarkən əmələ gəlmiş və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən az olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsinə səbəb olan (15%) sağlamlığa az ağır zərərvurmaya aiddir. Belə ki, ilkin ekspertiza aparılarkən istifadə edilən sağlamlığa zərərvupma dərəcəçsinin kiriteryası travmadan 120 gün (04 ay müddət) keçdikdən sonra təyin edilməli idi. Vətəndaş Zərərçəkmiş şəxs 20.02.2020-ci il tarixdi oftalmoloq tərəfindən müayinəsi zamanı sağ gözün görmə itiliyi-1,0 D; sol gözün görmə itiliyi isə-0,5 D (korreksiya etmir) olmuşdur. Rəyin təsviri əsaslandırıcı hissəsindən müəyyən olunur ki, xəsarət aldıqdan sonra aparılmış müalicə tədbirlərinin nəticəsi olaraq xəstənin ümumi vəziyyəti qənaətbəxş olmuş, sağ gözdə görmə itiliyi 0,4 korreksiya etmir, sol gözdə 0,1 korreksiya etmir, buynuz qişada olan defekt sağalmış, bulbar və tarzal konyuktivanın bir qədər hiperemiyalı olması müəyyən edilmiş və xəstəyə “hər iki göz almasının yanığı, hər iki gözün buynuz qişasının posttravmatik epiteliopatiyası” son kilinik diaqnozu qoyularaq 26.08.2019-cu il tarixdə kafi vəziyyətdə evə gəlmişdir. İlkin ekspertiza zamanı ekspert xəsarətləri dərəcəsinə görə həmin vaxt üçün ümumi əmək qabiliyyətinin 33 faizindən çox (35 faiz) dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərərvurmaya aid etmişdir. Lakin sağlamlığa zərərvurma dərəcəsinin bu kriteryası travmadan 120 gün (04 ay) keçdikdən sonra müəyyən edilməlidir. Ekspert isə sağlamlığa zərərvurma dərəcəsini tələskənliyə yol verərək travmadan iki aya yaxın vaxt keçdikdən sonra təyin etmişdir. Təkrar ekspertiza aparılarkən zərərçəkmiş şəxs şikayətləri ilə əlaqədar oftamoqa göndərilərkən sağ gözün görmə itiliyi-1,0; sol gözün görmə itiliyi-0,5 (korreksiya etmir) olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 140.0.1-ci maddəsinə əsasən bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri-tibb sahəsində yalnız ekspertin rəyi ilə müəyyən edilə bilər. Məhkəmə baxışı gedişatında təyin edilmiş təkrar məhkəmə-tibbi ekspertizasının rəyindən müəyyən olunur ki, ibtidai araşdırma zamanı ekspertizanın keçirilməsində yanlışlığa yol verilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və Patoloji Anatomiya ETT Birliyinin Binəqədi rayon şöbəsinin eksperti rəy verdikdə sağlamlığa zərərvurma dərəcəsinin bu kriteryasına uyğun olaraq travmadan 120 gün (04 ay) keçdikdən sonra müəyyən edilmə tələbinə riayət etməmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və Patoloji Anatomiya ETT Birliyinin təkrari ekspertizalar şöbəsində keçirilmiş təkrar məhkəmə-tibbi ekspertizası zamanı bu tələbə riayət edilmiş, nəticədə zərərçəkmiş şəxsə Zərərçəkmiş şəxs yetirilmiş xəsarətin ağırlıq dərəcəsi və xarakteri müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış nigahın pozulması haqqında AZ-İ №269341 saylı, 30.08.2017-ci il tarixli şəhadətnamənin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında nigah ləğv edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs birgə nigahdan 28.02.2017ci il təvəllüdlü azyaşlı uşağı vardır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, Quba şəhər İƏD üzrə nümayəndəliyinə onun barəsində heç bir şikayət və narazılıq daxil olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və x8 tərəfindən cavablandırılmış tələbnamədən və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 07.03.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, ibtidai istintaq zamanı ümumilikdə həbsdə saxlandığı 04 gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 08 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmuş və təyin edilmiş cəzadan çıxarılaraq üzərində qəti olaraq 11 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Quba rayon İcra və Probasiya şöbəsinin 63/19/05, 14.11.2019-cu il tarixli məktubundan müəyyən olunur ki, Həsənov x14 rayon məhkəməsi tərəfindən təyin edilmiş 11 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 02 ay 15 gün hissəsini çəkmiş, edektron nəzarət vasitəsini qırıb çıxararaq, təkrarən cinayət törətmişdir. Beləliklə Təqsirləndirilən şəxs üzərində çəkilməmiş 09 ay 07 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən olunması zamanı nəzərə alınmır. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına (128-ci mad.) aid olduğu üçün əməlində cinayətlərin residivini yaratmır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusuilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən, cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Bu halda, cəza, CM-nin 65.3-cü maddəsi ilə müəyyən edilmiş qaydalar nəzərə alınmaqla təyin edilir, bu şərtlə ki, CM-in 65.2-ci maddəsinə görə, belə cəzaların təyinini istisna edən əsaslar olmasın. Cinayətlərin və ya hökmlərin məcmuyu üzrə qəti cəza isə, müvafiq olaraq, CM-in 66 və 67-ci maddələrinə uyğun olaraq təyin edilir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cəza təyin edilərkən əvvəlki hökmlə cəzasının çəkilməmiş hissəsi - 9 ay 7 gün müddəti Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir gününə iki gün hesablanmaqla, yəni 04 ay 18 gün müddətində azadlıqdan məhrum etməyə bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin olunan cəzalar tamamilə və ya qismən birləşdirilməklə qəti cəza təyin edilməlidir. Məhkəmə baxışı zamanı dövlət ittihamçısı vəsatət verərək bildirmişdir ki, işin hallarından göründüyü kimi cinayət işi məhkəməyə göndərildiyi zaman istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 126.2.3-cü maddəsi ilə düzgün ittiham elan edilmişdir. Lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya elmi-təcrübi və tədris birliyi publik hüquqi şəxsi tərəfindən verilmiş 13 mart 2020-ci il tarixli, T126/2020 nömrəli rəyə əsasən Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə yetirilmiş xəsarət dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə birindən az olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsinə səbəb olan (15 faiz) sağlamlığa az ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədilməsi həmsin maddə ildə nəzərdə tuutulan cinayət məsusiyyətinə səbəb olur. Göründüyü kimi, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində zərərəçəkmiş şəxsə yetirilmiş xəsarət dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə birindən az olmaqla əəhəmiyyətli dərəcədə dayanıqlı itirilməsinə səbəb olan (15 faiz) sağlamlığa az ağır zərərvurmaya aid olduğundan onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsindən həmin Məcəllənin 127.2.2-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası CPM-nin 84.6.9-cu maddəsinə görə həmin Məcəllənin 41.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət ittihaçısının təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etmək hüququ vardır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə cinayət təqibindən qismən imtina edərək barəsində olan cinayət təqibi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə cəza təyin edilməsini təklif etmişdir. Məhkəmə qeyd olunan halları nəzərə alaraq Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə, yəni xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti kimi tövsif edir və bu maddə ilə ona cəza təyin edilməsini mümkün sayır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını. müalicə xərclərinin Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən ödənildiyini göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə uyğun olaraq himayəsində azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxslə barışıq əldə etməsini, CM-nin 59.1.13-cü maddəsinə uyğun olaraq cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, CM-nin 59.2-ci maddəsinə uyğun olaraq törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-50.1.13-cü maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən CM-nin 127.2.2-ci maddəsi az ağır cinayətlərə aiddir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini barəsində həbs qətimkan tədbiri seçilmiş 17.08.2019-cu il tarixdən hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi RPİ-də saxlanılan hadisə yerindən götürülmüş tədqiqatdan sonra içərisində 50 ml. sarı rəngli xlorid turşusu qalan bir ədəd plastik butulka ilə birlikdə məhv edilməlidir. İş üzrə ekspertiza xərcləri olan 93,04 (doxsan üç manat dörd qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili x21 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi x21 üçün 240 (iki yüz qırx) manat Bakı şəhəri 11 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-354, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 07.03.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 11 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi-9 ay 7 gün Azərbaycan Respublikası CM-in 68.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə iki gün hesablanmaqla 04 (ay) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 17 avqust 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi RPİ-də saxlanılan hadisə yerindən götürülmüş tədqiqatdan sonra içərisində 50 ml. sarı rəngli xlorid turşusu qalan bir ədəd plastik butulka ilə birlikdə məhv edilsin. İş üzrə ekspertiza xərci 93,04 (doxsan üç manat dörd qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi x21 üçün 240 (iki yüz qırx) manat pul Bakı şəhəri 11 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-250/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-250/2020
12.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver