Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-250/2022 20.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Dəvəçi rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Bakı şəhəri Nərimanov rayonu H.Məmmədov küçəsi 9-da qeydiyyatda olan, ünvan 2-da yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edərək saxlamış və üzərində daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs internet sosial şəbəkəsinin «İnstaqram» səhifəsində tanış olduğu istintaqa şəxsiyyəti məlum olmayan “Məhəmməd” adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək ucuz qiymətə əldə edəcəyi narkotik vasitələrin satışını həyata keçirməkdə vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, 07 iyun 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu, “Nəriman Nərimanov” metrostansiyasının yaxınlığında yerləşən “Kəpənək” adlı parkdan 01 ədəd şəffaf polietilen torbada, təmiz çəkisi 1006,386 qram narkotik vasitə olan külli miqdarda heroin götürüb qanunsuz əldə edərək, əvvəlcədən razılaşdıqları kimi həmin narkotik vasitəni satmaq məqsədi ilə üzərində saxlamaqla yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi ev 130, mənzil 9 ünvanına daşımış, həmin narkotik vasitə heroinin 1,386 qram hissəsini şəxsi istifadəsi üçün üzərində saxlayaraq, külli miqdarda 1005 qram narkotik vasitə heroini yaşadığı ünvandakı yataq otağında yatağının altında gizlətmiş, 09 iyun 2021-ci il tarixdə saat 17:30-da Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi ev 130, 9 saylı mənzilin qarşısında Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq 18-ci PŞ-nin inzibati binasına gətirilmiş və xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf polictilen bükümdə qanunsuz olaraq saxladığı təmiz çəkisi 1,386 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bundan sonra onun yaşadığı ünvan 1 ünvanda polis əməkdaşları tərəfindən keçirilmiş axtarış zamanı mənzilin yataq otağındakı çarpayıda yatağın altında bir ədəd torbada qanunsuz olaraq satış məqsədi ilə saxladığı, külli miqdarda təmiz çəkisi -- 1005 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirili bilməyərək ifadəsində göstərdi ki, nə onun üzərindən, nə də ki yaşadığı mənzildən narkotik vasitə aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı alınmış ifadəsində qeyd olunanlar həqiqəti əks etdirmir. Ona verilmiş ittiham tamamilə əsassızdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, məhkəmə zalında verdiyi ifadəsi arasında ziddiyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, təxminən 2 ildir narkotik vasitə heroin istifadə edir, 07 iyun 2021-ci il tarixdə “instagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikası vətəndaşı «Məhəmməd» adlı şəxs ona ucuz qiymətə narkotik vasitə sata biləcəyini bildirmiş, söhbət zamanı Məhəmmədə pulunun olmadığını, yaşadığı evi satdığa qoyduğunu və onun pulunu daha sonra verə biləcəyini demişdir. «Məhəmməd» onunla razılaşmış və bir qədər sonra ona narkotik vasitə heroini qoyduğu yerin şəklini çəkib göndərmişdir. Həmin şəkildən ona məlum olmuşdur ki, Məhəmməd narkotik vasitə heroini Nərimanov metrostansiyasının yaxınlığındakı “Kəpənək” parkında gizlətmişdir. Bundan sonra oradan bir ədəd şəffaf polietilen torbada olan narkotik vasitə heroini götürüb aparıb yaşadığı evdə gizlətmiş, «Məhəmməd» adlı şəxslə arasında olan razılığa görə həmin narkotikin bir hissəsini özü istifadə edəcəkdi, qalan hissəsini isə satıb pulunu ona deyəcəyi qaydada göndərəcəkdi. Bu məqsədlə həmin narkotik vasitədən bir qramını isə öz üzərində saxlamış ki, bədənində ağrılar olanda istifadə etsin. 09 iyun 2021ci il tarixdə saat 17:30 radələrində yaşadığı ünvan 2 ünvanının qarşısında olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq xidmətini vəsiqələrini göstərməklə özlərini təqdim edib Nərimanov RPİ- nin 18-ci PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli olduğunu bildirərək 18-ci Polis şöbəsinə onlarla birlikdə getməsini təklif etmişlər. O da polis əməkdaşları ilə razılaşmış və onlarla birlikdə 18-ci Polis şöbəsinin inzibati binasına gəlmişdir. Polis şöbəsinin inzibati binasında polis əməkdaşları onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət etmişlər. Dəvət edilmiş müdafiəçi gəldikdən sonra ona təqdim edilmiş və o, müdafiəçiyə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra xidməti otaqda videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış aparılacağı polis əməkdaşları tərəfindən ona bildirilmiş və o, buna etiraz etməmişdir. Şəxsi axtarışa başlamazdan öncə ondan üzərində qanunla qadağan olunmuş əşya, maddə və ya vasitənin olub-olmaması polis əməkdaşları tərəfindən ondan soruşulmuş və o, könüllü olaraq əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümə bükülmüş içərisində narkotik vasitə heroin olan bükümü polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları ondan yaşadığı evdə və ya digər yerdə narkotik vasitə saxlayıbsaxlamadığını soruşmuş, o, polis əməkdaşlarına könüllü olaraq etiraf etmişdir ki, yaşadığı evin yataq otağında yerləşən çarpayının altında bir ədəd sellofan torbada narkotik vasitə heroin gizlətmişdir. Bundan sonra o, yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirib bu barədə ərizə yazmış, hüquqlarını müdafiə edən vəkil və digər iştirakçılarlar birlikdə polis şöbəsinin inzibati binasından çıxaraq yaşadığı evə gəlmişlər. Yaşadığı evə gəldikdən sonra polis əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirilmiş, həmin vaxt polis əməkdaşları tərəfindən ondan narkotik vasitəni harada gizlətməsi soruşulmuş və həmin yeri göstərməsi təklif olunmuşdur. O, polis əməkdaşlarına etiraz etməyib könüllü olaraq bir ədəd içərisində narkotik vasitə heroin olan sellofan torbanı çarpayının altından çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Ondan həmin sellofan torbanın içərisində nə olması soruşulduqda, o, həmin 01 ədəd sellofan torbanın içəıisində narkotik vasitə heroinin olmasını bildirmişdir. Bundan sonra o, müdafiəçisi və digər iştirakçılar polis şöbəsinə geri qayıtmışlar. Polis şöbəsinin xidməti otağında polis əməkdaşları tərəfindən onun üzərinə keçirilmiş şəxsi axtarışa dair və yaşadığı evə keçirilmiş baxışa dair protokollar tərtib edilmişdir. O, müdafiəçisi və digər iştirakçılarla birlikdə həmin tərtib edilmiş protokolların doğruluğunu imzaları ilə təsdiq etmişlər. Əlavə olaraq göstərmişdir ki, ümumiyyətlə istifadəsində mobil nömrə və həmçinin telefonu olmamışdır, o, lazım olduqda internet klublara gedib sosial şəbəkələrlə əlaqə saxlayır. O, internet klublarda olarkən «instaqram» sosial şəbəkəsi ilə təsadüfən İran vətəndaşı ilə tanış olmuş və söhbət əsnasında onun narkotik vasitələr istifadəçisi olduğunu bildiyi üçün ona ucuz qiymətə narkotik vasitəni əldə edəb satmağı və hər ikisinin də qazanc əldə etmələrini, sonra isə ona narkotikin pulunu göndərməyi təklif etmiş və o da sonuncunun təklifləri ilə razı olmuşdur. O, ilk dəfə olaraq həmin İran vətəndaşından narkotik vasitə almış və aldığı narkotik vasitənin bir hissəsini özü istifadə etməyi qərara almış, qalanım isə satıb qazanc əldə etməli olmuş və malın pulunu da həmin İran vətəndaşına ona deyəcəyi formada göndərməyi əvvəlcədən razılaşmışdır. O, əvvəllər başqa şəxslərdən narkotik vasitələri satış məqsədi ilə almamış, ilk dəfə idi ki, bunu etmişdir. Bildirmişdir ki, həmin «Məhəmməd» adlı şəxsin harada olması ilə bağlı maraqlanmamış, həmin şəxsin Azərbaycan Respublikasında olduğunu zənn etmiş, belə ki, həmin şəxs ona malı qoyduğu yeri dediyi üçün onun Azərbaycan Respublikası hüdudlarında olduğunu zənn etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, özü Nərimanov RPİ-nin 18-ci PŞ-də CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir və rütbəsi polis mayorudur. 09 iyun 2021-ci il tarixdə Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinə “Elvin” adlı şəxsin narkotik vasitələrin qeyri- qanuni əldə etməsi, üzərində saxlaması, daşıması, qanunsuz dövriyyəsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat barədə raportla Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinin rəhbərliyinə məruzə etdikdən sonra “Elvin” adlı şəxsin müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri Nərimanov rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Bundan sonra onun rəhbərliyi, 18-ci Polis şöbəsinin əməliyat müvəkkili, polis mayoru Şahid2 və şöbənin sahə inspektoru, polis kapitanı Müşfiq Süleymanovdan ibarət əməliyyat qrupu yaradılmışdır. 09 iyun 2021-ci il tarixdə saat saat 17:30 radəlorində ünvan 3 ünvanının qarşısında olarkən xarici görünüşcə “Elvin” adlı şəxsə oxşar bir nəfər şəxsi görüb dərhal ona yaxınlaşaraq xidməti vəsiqələrimiz göstərməklə özlərini təqdim edib polis əməkdaşları olduğlarını bildirmişlər. Həmin şəxsdən özünü təqdim etməsi xahiş edildikdə o özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qeyri-qanuni əldə etməsi, üzərində saxlaması, daşıması, qanunsuz dövriyyəsi və istifadə etməsində şübhəli olduğunu bildirərək ondan 18-ci Polis şöbəsinə getməsini xahiş etmişlər, Təqsirləndirilən şəxs onlara etiraz etməyib birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini müdafiə etmək üçün müdafiəçinin xidmətindən istifadə etmək hüququnun olması izah edilməklə onun hüquqlarını qorumaq üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Dəvət edilmiş müdafiəçi Təqsirləndirilən şəxs təqdim edildikdə sonuncu müdafiəçiyə etirazının olmadığım, onun tərəfindən hüquqlarının müdafiə edilməsinə razı olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və o, buna etiraz etməmişdir. Polis şöbəsinin xidməti otağında tərəflərindən videoçəkilişlə Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şəxsi axtarışa başlanılmışdır. İlk öncə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qeyri-qanuni əşya və ya maddə varsa təqdim etsin. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə və ya digər yerdə narkotik vasitə saxlayıb-saxlamadığı soruşulduqda isə o, könüllü olaraq etiraf etmişdir ki, yaşadığı evin yataq otağında yerləşən çarpayının altında bir ədəd sellofan torbada narkotik vasitə heroin gizlədib. Həmçinin, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirib bu barədə ərizə yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs, hüquqlarını müdafiə edən vəkil və digər iştirakçılarla birlikdə polis şöbəsinin inzibati binasından çıxaraq Təqsirləndirilən şəxs əvvəllər yaşadığı ünvan 2 ünvana getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə gəldikdən sonra tərəflərindən evə videoçəkilişlə baxış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs narkotik vasitəni harada gizlətməsi soruşulmuş və ona həmin yeri göstərməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs könüllü olaraq yaşadığı evin yataq otağındakı çarpayının alt hissəsində narkotik vasitə heroin saxladığını bildirib iştirakçıların gözü qarşısında həmin yerdən bir ədəd sellofan torba çıxarıb onlara təqdim etmişdir. Ondan həmin torbanın içərisində nə olması soruşulduqda Təqsirləndirilən şəxs torbada narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra həmin 01 ədəd sellofan torba qablaşdırılmış və birlikdə polis şöbəsinə geri qayıtmışlar. Polis şöbəsinin xidməti otağında Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışa dair və yaşadığı evə keçirilmiş baxışa dair protokollar tərtib edilmişdir. Protokolun doğruluğu Təqsirləndirilən şəxs, onun müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalanmışdır. O, həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə Nərimanov RPİ-nin 18-ci PŞ-nə hər hansı məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini 07 iyun 2021-ci il tarixdə İran İslam Respublikası vətəndaşı Məhəmməd adlı şəxsin göstərişilə Nərimanov metrostansiyasmın yaxınlığındakı “Kəpənək” parkından, Məhəmməd adlı şəxsin gizlətdiyi və ona “Vhatsapp” proqramında fotoşəkilini çəkərək göndərdiyi yerdən götürdüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid2 və polis şöbəsinin sahə inspektoru, polis kapitanı X2 əməliyyat myüvəkkili Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdilər. Şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu Elvin 1994-cü il təvəllüdlüdür və onunla birlikdə eyni ünvanda yaşayır. Son dövrlər oğlu Elvinin narkotik vasitələrdən istifadə etməsi barədə məlumat almış, lakin oğlunun narkotik vasitələri haradan və kimdən əldə etməsi barədə heç bir məlumatı yoxdur. 09 iyun 2021-ci il tarixdə oğlu Elvinin polis əməkdaşları tərəfindən tutulması və 18-ci Polis Şöbəsinə aparılması barədə məlumat almış, oğlunun tutulması barədə öyrəndikdə məlum olmuşdur ki, həmin günü saat 17:30-da oğlum Elvin polis əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 130 saylı evin qarşısında Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq 18-ci PŞ-nin inzibati binasına gətirilmiş və xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı üstündən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür, həmçinin yaşadıqları evdə polis əməkdaşları axtarış etdikdə mənzilin yataq otağındakı çarpayıda yatağın altında bir ədəd torbada narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərmişdir ki, oğlu Elvinin narkotik vasitə istifadəçisi olduğu barədə məlumatı olsa da, onun üzərindən və yaşadığı evdə narkotik vasitə saxlamasından xəbəri olmamış, yalnız oğlu polis əməkdaşları tərəfindən tutulduqdan sonra bu barədə polis əməkdaşlarından məlumat almışdır. Cinayət işinin 31-32-ci vərəqlərində olan 09 iyun 2021 -ci il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin xidməti otağında Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə aparılan şəxsi axtarış zamanı onun müdafiəçisi X4 və polis əməkdaşları iştirak edirlər. Şəxsi axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, maddə və ya vasitənin olub-olmaması soruşulur və o, könüllü olaraq polis əməkdaşlarına əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə heroini kimdən əldə etməsi şifahi olaraq soruşulduqda o, 07 iyun 2021 -ci il tarixdə İran İslam Respublikası vətəndaşı Məhəmməd adlı şəxsin göstərişilə Nərimanov metrostansiyasının yaxınlığındakı “Kəpənək” parkından, Məhəmməd adlı şəxsin gizlətdiyi və ona “instaqram” proqramında fotoşəkilini çəkərək göndərdiyi yerdən götürdüyünü bildirir. Bundan başqa, Təqsirləndirilən şəxs yaşadığı evdə və ya digər yerdə narkotik vasitə saxlayıb-saxlamadığı soruşulduqda isə o, könüllü olaraq etiraf etdir ki, yaşadığı evin yataq otağında yerləşən çarpayının altında bir ədəd sellofan torbada narkotik vasitə heroin gizlədib. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş həmin narkotik vasitə heroin zərfə qoyulub möhürlənir. Bu barədə protokol tərtib edilir, tərtib edilmiş protokol ucadan oxunur və düzgün tərtib olunduğu üçün Təqsirləndirilən şəxs, onun müdafiəçisi, eləcə də digər iştirakçılar tərəfindən imzalanır. Cinayət işinin 36-37-ci vərəqlərində olan 09 iyun 2021-ci il tarixli “şübhəli şəxsin mənzilində ərizə əsasında axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına videoçəkilişlə aparılan şəxsi axtarış zamanı onun müdafiəçisi X4 və polis əməkdaşları iştirak edirlər. Mənzilə axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs narkotik vasitə heroini harada gizlətməsi və könüllü olaraq yerini göstərərək təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs etiraz etməyib iştirakçıların gözü qarşısında yaşadığı evin yataq otağında olan çarpayıya yaxınlaşır və çarpayının alt hissəsindən bir ədəd sellofan torbanı çıxarıb polis əməkdaşlarına təqdim edir. Təqsirləndirilən şəxs həmin torbanın içərisində nə olması soruşulduqda o, 01 ədəd sellofan torbada narkotik vasitə heroin olduğunu bildirir. Bundan sonra həmin 01 ədəd sellofan torba polis əməkdaşları tərəfindən qablaşdırılıb möhürlənir. Bu barədə protokol tərtib edilir, tərtib edilmiş protokol ucadan oxunur və düzgün tərtib olunduğu üçün Təqsirləndirilən şəxs, onun müdafiəçisi, eləcə də digər iştirakçılar tərəfindən imzalanır. Cinayət işinin 134-cü vərəqlərində olan protokolda bildirilir ki, xx.xx.2021-ci il tarixdə saat 19:30 radələrindən saat 20:10 radələrindək olan müddət ərzində Nərimanov rayon Pİnin 18-ci PŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü və istintaqa təqdim etdiyi bir ədəd CD diskinə baxış keçirilmiş, görüntüyə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 09 iyun 2021-ci il tarixdə saat 17:30-da Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi ev 130, 9 saylı mənzilin qarşısında Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq 18-ci PŞ-nin inzibati binasına gətirilmiş və saat 19:30-da xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf polietilen bükümdə qanunsuz olaraq saxladığı təmiz çəkisi - 1,386 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, həqiqətən 09 iyun 2021-ci il tarixdə saat 17:30-da yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi ev 130, 9 saylı mənzilin qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq 18-ci PŞ-nin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf polietilen bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin 135-ci vərəqlərində olan protokolda bildirilir ki, xx.xx.2021-ci il tarixdə saat 20:30 radələrindən saat 21:10 radələrinədək olan müddət ərzində Nərimanov rayon Pİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvanda axtarış keçirilməsi prosesinin köçürüldüyü və istintaqa təqdim etdiyi bir ədəd CD diskinə baxış keçirilmiş, görüntüyə baxış zamanı müəyyən olunmuşdur ki, 09 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanda polis əməkdaşları tərəfindən saat 20:50də keçirilmiş axtarış zamanı mənzilin yataq otağındakı çarpayıda yatağın altında bir ədəd torbada qanunsuz olaraq satış məqsədi ilə saxladığı, külli miqdarda təmiz çəkisi - 1005 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, həqiqətən 09 iyun 2021-ci il tarixdə saat 20:50-da yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi ev 130, 9 saylı mənzildə onun razılığı əsasında polis əməkdaşları tərəfindən keçirilmiş axtarış zamanı mənzilin yataq otağındakı çarpayıda yatağın altında bir ədəd torbada satış məqsədi ilə saxladığı narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş üzrə maddi subut olan DVD diskə məhkəmə iclasında baxış keçirilmişdir. DVD diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 48-53-cü vərəqlərində olan məhkəmə fıziki-kimyəvt ekspertizasının 10 iyun 2021-ci il tarixli 6/2344 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ...” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,386 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanından aşkar edilmiş ...” yazısı olan paketdəki 1 (bir) ədəd torbada təmiz çəkisi 1005 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 1006,386 qramdır (1 kq 6,386 qr) və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Heroinin qalıq qalmış hissəsi - 1006,136 qramdır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyasıhına daxildir. Cinayət işinin 157-168-ci vərəqlərində olan qərarda bildirilir ki, Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1006,386 qram narkotik vasitə heroin, 09 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə aparılan şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü və 09 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evə videoçəkilişlə aparılan axtarış zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü 01 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq qalmış - 1006,136 qram hissəsi saxlanılması üçün Nərimanov RPİ-nin Saxlanc yerinə təhvil verilmiş və bir ədəd CD diski cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 145-146-cı vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi ambulator məcburi- narkoloji ekspertizasının 13 sentyabr 2021-ci il tarixli 3414 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 147-149-cu vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X1 ambulator məhkəmə-psixiatrik ekspertizasının 13 sentyabr 2021ci il tarixli 2122 nömrəli rəyindən görünür ki, İ. yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixiotrik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materillan, anamnestik məlumatlar və hal hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir, İİ. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik əlamətləri müəyyən edilmir. İttiham olunduğu cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi özünün etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, baxış, götürmə protokolları, maddi sübutlar, eləcə də məhkəmə ekspertiza rəyləri və işin digər faktiki halları ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayaraq iş üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Buna görə də, məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin ifadəsini, CPM-in 144-146-cı maddəsinə əsasən isə şərh olunan şahid ifadələrini, protokolları və ekspertiza rəylərini iş üzrə irəli sürülmüş ittihamın həlli üçün mötəbər sübut qismində qəbul edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evinə baxış və götürmə aparılması zamanı qanunda nəzərdə tutulmuş külli miqdardan dəfələrlə artıq narkotik vasitə olan heroin aşkar edilməsini Təqsirləndirilən şəxs narkotik vasitələri satmaq niyyəti ilə əldə etməsinin sübutu kimi qiymətləndirir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 21-22 və 84-86-cı vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 101-103-cü vərəqlərində olan Azərbaycan Respublikası DİN-in BƏSİİdən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 180.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarına əsasən xx.xx.2016-cı il tarixdə cəzasının qalan hissəsindən azad edilmişdir. Bundan başqa Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 2 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə təyin edilmiş cəza 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 7(005)-18/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs barəsində “08 Noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilmiş və o, azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsini çəkməkdən azad edilmiş və xx.xx.2022-ci il tarixdə İdarənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikasının CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətsə də təyin edilmiş cəza azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza olduğundan CM-nin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş şəxslər barəsində - onlar cəzası çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilsə də, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən hazırki cinayət əməllərini törətdiyindən bu, onun barəsində CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi Hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halı, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 09 iyun 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. 13 sentyabr 2021-ci il tarixli 3414 saylı ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- Nərimanov RPİ-nin Saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1006,386 qram, tədqiqata sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq qalmış - 1006,136 qram hissəsi məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməlidir. 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 09 iyun 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1006,386 qram, tədqiqata sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq qalmış - 1006,136 qram hissəsi məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Mahmud Ağalarov