Məhkəmə qərarları › İş №1(101)-250/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-250/2024

24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-250/2024 24.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X10 ibarət tərkibdə, X2 və Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi1 qızının iştirakları ilə, 06 avqust 1994-cü ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Bakı şəhəri Nizami rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə AR Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə xx xxxxxx 1994-cü ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Şənlik ərazi dairəsi, Şənlik kəndində qeydiyyatda olmaqla yaşayan, Bakı şəhəri Nizami rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə AR Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 22 avqust 1995-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Şənlik ərazi dairəsi, Şənlik kəndində qeydiyyatda olmaqla yaşayan, Bakı şəhəri Nizami rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə AR Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədi ilə “Rza” adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, mənfəət olaraq gəlir əldə etmək müqabilində “Rza” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitələrin satışını həyata keçirəcəyi barədə razılığa gəlib 20 noyabr 2022-ci il tarixdə sonuncunun tapşırığı ilə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən istintaqa şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qoyulmuş, ümumi təmiz çəkisi 3011,397 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı götürüb qanunsuz olaraq əldə edib ünvan 3 ünvanına daşıyaraq həmin narkotik vasitəni hissələrə bölüb bir hissəsini üzərində, qalan hissəsini isə həmin ünvanda yerləşən qarajda gizlədərək saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 23 noyabr 2022-ci il tarixdə saat 04 radələrində ünvan 4 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 5 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinə gətirilib orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 2,977 qram və 3,420 qram, ümumi təmiz çəkisi 6,397 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə saat 06:30 radələrində Nizami RPİ-nin əməkdaşları tərəfindən onun iştirakı ilə ünvan 3 ünvanın yaxınlığında yerləşən qaraja keçirilmiş baxış zamanı həmin yerdə gizlətdiyi, 01 ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 3005 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, təkrarən Təqsirləndirilən şəxs1 külli miqadarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib birgə qazanc əldə etmək məqsədilə o, istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda, ümumi təmiz çəkisi 6,668 qram psixotrop maddə metamfetamini, külli miqdarda, ümumi təmiz çəkisi 4,323 qram narkotik vasitə heroini və ümumi çəkisi 16,121 qram narkotik vasitə tiryəki qanunsuz əldə edərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 7 ünvanına daşıyaraq 2022-ci ilin noyabr ayında həmin narkotik vasitələri və psixotrop maddəni satmaq məqsədilə sonunculara vermiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 da öz növbələrində həmin narkotik vasitələri və psixotrop maddəni hissələrə bölüb üzərlərində və yaşadıqları həmin ünvanda saxlamış, onların narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Pərviz Təqsirləndirilən şəxs2 Həsənovla birlikdə ünvan 8 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Nizami rayonu Ş.Mirzəyev 71 ünvanında yerləşən Nizami RPİ-nə gətirilmiş, orada xidməti otaqların birində Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ cibindən 01 ədəd bükümdə, təmiz çəkisi 0.550 qram tünd qəhvəyi rəngli, spesifik tiryək iyli, qətranabənzər maddələr kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə saat 19:20 radələrində Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs3 iştirakı ilə yaşadığı ünvan 11 ünvanına keçirilmiş baxış zamanı mənzildə dolabın içərisindən qələm üçün nəzərdə tutulmuş qabın içərisindən 02 ədəd şəffaf sellofan kəsiyi bükümündə, üzərində aşkar edilmiş narkotik vasitə tiryəklə xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 4,990 qram və 1,911 qram olmaqla, ümumi çəkisi 6,901 qram tünd qəhvəyi rəngli, spesifik tiryək iyli, qətranabənzər maddələr kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüş, polis idarəsində qrupun digər üzvü Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı isə sonuncunun əynində olan göy rəngli cins şalvarın sağ yan cibində 01 ədəd “Sobirania” siqaret qutusunun içərisindən 03 ədəd şəffaf bükümdə öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 1,490 qram, 2,03 qram və 0,803 qram olmaqla, ümumi çəkisi 4,323 qram, külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 11 ədəd şəffaf sellofan kəsiyi bükümündə öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 0,660 qram, 0,78 qram, 0,490 qram, 0,550 qram, 0,480 qram, 0,770 qram, 0,480 qram, 0,780 qram, 0,470 qram, 0,773 qram və 0,435 qram olmaqla, ümumi çəkisi 6,668 qram, külli miqdarda ağ rəngli kristalşəkilli maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, sol yan cibindən isə 01 ədəd “Sobirania” siqaret qutusunun içərisindən 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə, Təqsirləndirilən şəxs3 üzərindən və evindən aşkar edimiş narkotik vasitə tiryəklə xarici görünüşünə və kimyəvi tərkib kompenentlərinə görə eyni olan, təmiz çəkisi 8,670 qram tünd qəhvəyi rəngli, spesifik tiryək iyli, qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci ildə işlədiyi yerdən axşam tərəfi işə gəlməsi üçün zəng etmişlər, işə gəldiyi zaman iş yerinə girmək istəyəndə qapının yanında ona bir nəfər yaxınlaşmış, əli ilə onu itələmiş, o isə yıxılmışdır. Üstündə şəxsi istifadəsi üçün narkotik vasitə tiryək olmuşdur. Onu götürüb idarəyə aparmışlar. Onu üstündən 1 kiloqram narkotik vasitə çıxaracaqları ilə təhdid edib sənədləri imzalatmışlar. O, narkotik vasitlərin istifadəçisi olduğunu boynuna almışdır. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Nizami rayonunda valideynləri ilə yaşamış, narkotik vasitə tiryəki saxlanılmamışdan 1 gün əvvəl əldə etmişdir. O, vaxtaşırı tiryəkdən istifadə etmiş, həmçinin metamfetamin və heroindən də istifadə etmişdir. Aldığı tiryəkin çəkisi 11-12 qram olmuş və bir bükümdə olmuşdur. Həmin vaxt narkotik vasitəni üstündə gəzdirməmiş, saat 17:00- 18:00 radələrində ona işdən zəng etmişlər. O, iş yerinə gəlmişdir. O, quraşdırma işi ilə məşğul olmuş, qardaşını da həmçinin işdə tutmuşlar. Onu tutduqları yerdə içəridə döymüşlər. Onu döyən şəxsləri əvvəllər tanımamış, adlarını bilməmişdir. Döyəndən sonra ona heç nə demədən idarəyə aparmışlar. Narkotik vasitəni kimə satdığını soruşmuşlar. Üzərindən yalnız narkotik vasitə tiryək çıxmışdır. “Narkotik vasitəni kimdən almısan” deyə sual vermişlər. O, heç kimin adını verməmiş, ibtidai istintaqda yazılan ifadədəki adamdan narkotik vasitə almamışdır. Mirilyas onun dostu olmuş, təxminən 1 il müddətdə tanış olmuşlar. Qardaşı da onu tanımış, Mirilyasla bir yerdə narkotik vasitə qəbul etmişlər. O, heç kimə narkotik vasitə verməmişdir. Şəxsi axtarışda çıxan 11 büküm narkotik vasitə ilə üzərindən çıxan 1 büküm arasında nə üçün ziddiyyət təşkil etdiyini bilməmişdir. Narkotik vasitə 1 büküm siqaret qutusunun içində olmuşdur. Döyülməsi ilə bağlı sağ tərəfində qançırlar əmələ gəlmiş, sağ gicgah nahiyəsində də şiş yaranmışdır. Bütün xəsarətləri istintaq təcridxanasında qeydə alınmışdır. O, yerə yıxılmış, onu təpiklə vurmuşlar, ona görə də bu cür xəsarətləri yaranmışdır. Təcridxanada xəsarətlərinin nə ilə bağlı soruşulmuş, o da polis əməkdaşları tərəfindən döyüldüyünü demişdir. O, döyülməsi ilə bağlı heç bir orqana şikayət etməmiş, lakin prokurorluqda bununla bağlı araşdırma aparılmışdır. Ondan şikayətinin olub-olmadığını soruşmuşlar, o da heç bir şikayətinin olmadığını demişdir. O, prokurorluq əməkdaşına da izahat vermiş, lakin xəsarətin polis tərəfindən yetirildiyini deməmişdir. Digər təqsirləndirilən şəxslər narkotik vasitənin qanunsuz satışı ilə məşğul olmamışlar. Onu saat 17:00-18:00 radələrində saxlamışlar. Üstündən çıxan 1 büküm narkotik vasitənin çəkisi 10-11 qram təşkil edən tiryək olmuşdur. Saxlanıldığı iş yerinin ünvanı A.Manafov küçəsi 25 olmuşdur. Həmin ünvan “Sevinc” şadlıq sarayının arxasında yerləşir. Prokurorluqda araşdırma aparılarkən polis əməkdaşları tərəfindən döyüldüyünü bildirməyə qorxmuş, ona görə də bu barədə prokurorluğa məlumat verməmişdir. Şəxsi axtarış və müayinə zamanı vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış və baxış keçirilmişdir. Vəkilin iştirakı olmadan üzərinə baxış keçirilməsinə dair ərizə verməmiş, belə bir ərizəni imzalamamışdır. Onun üzərində yalnız bir büküm narkotik vasitə olmuş, digər 10 bükümü polis əməkdaşları özləri əlavə etmişlər. Narkotik vasitənin digər növləri onun üzərində olmamışdır. Orada şəxsi axtarış zamanı çəkilişdə kimin gətirdiyini və necə etdiklərini görmüşdür. Çəkiliş 3-4 dəfə dayandırılmış, həmçinin çəkilişdən əvvəl ona çəkiliş olanda Mirilyasdan narkotik vasitə götürdüyünü, Pərvizə narkotik vasitəni guya kiməsə ötürməsi üçün verdiyini deməsini istəmişlər. Narkotik vasitələrin digər növləri barədə də onun üzərindən çıxdığını deməsini tapşırmışlar. Onu polis şöbəsində də döymüşlər. MSY-də bədənindəki izlərlə bağlı soruşanda maşına dəydiyini demişdir. Mirilyasa narkotik vasitə verilməsi və ya satılması barədə heç bir razılaşmaları olmamışdır. Mirilyas ona narkotik vasitə verməmişdir. Onun özündə narkotik vasitə olmuşdur. O, Qara Qarayevdə jalüz pərdə sexində işləmişdir. O, 1 il 6 aydır ki, narkotik vasitə istifadə etmişdir. 11 qram narkotik vasitəni 3-4 günə istifadə etmişdir. Gün ərzində bir neçə dəfə narkotik vasitə istifadə etmişdir. Normalda həmişə tiryək almışdır, lakin marixuanadan da çəkmişdir. Tiryəki alanda 5-6 qram almışdır. Bu dəfə 11 qram narkotik vasitə almağına səbəb pulunun çox olmağı olmuşdur. Tiryəkin qramını 13 manatdan almışdır. Hər dəfə müxtəlif şəxslərdən narkotik vasitə almışdır. Mirilyası onların blokunda tutmuşlar. Onların üçünün də münasibətləri olmuş, dost olmuşlar. 1-ci Mirilyası tutmuşlar. Ən axırıncı onu tutmuşlar. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o hər gün işə getmişdir. Narkotik vasitədən ildə bir dəfə, nadir hallarda istifadə etmişdir. O, tutulmazdan əvvəl jalüz-pərdə sexində işləmiş, hər gün olduğu kimi saat 9:00-da işə getmişdir. Tutulduğu gün nahar fasiləsi zamanı “İnstagram” sosial şəbəkəsində işini reklam etmiş, bu zaman ona zəng gəlmişdir. Zəng edən nömrənin sonuncu rəqəmi 00 olmuş, ona Qaraçuxur qəsəbəsinə 2 mətbəx pəncərəsi sifariş verib, kataloqu Qaraçuxur qəsəbəsinə gətirməsini xahiş etmişlər. O, taksi sifariş edib Qaraçuxur qəsəbəsində “Aura” restoranın yanına getmişdir. “Aura” restoranında yanında taksidən düşən kimi həmin nömrədən ona zəng gəlmiş, ona villalar olan əraziyə qalxmasını demişlər. O, yuxarı qalxmış, bir nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış və salam vermişdir. O da salam verən zaman onun əlini qandallamışdır. Bu zaman daha 5 nəfər yaxınlaşmış və onu “Opel Astra” markalı avtomobilə mindirərək Qara Qarayev metrostansiyası tərəfdə yerləşən bölməyə aparmışlar. Maşında yolda hərəkətdə olan zaman polis əməkdaşı ona qardaşının şəklini göstərmiş və tanıyıb-tanımadığını soruşmuş, o da tanıdığını və qardaşı olduğunu demişdir. Ona qardaşını axtardıqlarını demişlər. Daha sonra isə Mirilyasın şəklini göstərib, onu tanıyıb-tanımadığını soruşmuşlar. O da tanıdığını, qardaşının dostu olduğunu demişdir. Polis əməkdaşları Mirilyası tutduqlarını və ondan bu barədə bilib-bilmədiyini soruşmuş, o da məlumatı olmadığını demişdir. Bölmədə olan zaman ona qardaşını çağırmasını demişlər, o da qardaşını çağırmamış, zəng edib qardaşına ona tutduqlarını demişdir. Polis əməkdaşları onların iş yerini tanımış, buna görə də onu iş yerinə, yəni sexə aparmışlar. Onlar sexin qapısını döymüş, digər işçi qapını açmışdır. Sexdə kamera olmuşdur. Onlar sexə girmiş və müdiri çağırmışlar. Müdir də onun qardaşını çağırmış, beləliklə qardaşını da tutmuşlar. Tutulan zaman onun üzərində heç bir qanunsuz maddə olmamışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs3 göstərmişdir ki, onu Qaraçuxur qəsəbəsində “Aura” restoranın yanında tutmuşlar, bu zaman üzərində qanunsuz heç nə olmamış, yalnız bir ədəd siqaret qutusu, alışqan və telefon olmuşdur. Qardaşını isə işlədiyi sex tutmuşlar, bu zaman o da orada olmuşdur. Qardaşını da tutduqdan sonra onların hər ikisini bölməyə aparmışlar, onlar bölmədə ifadə vermişlər. Polis əməkdaşlarının dediyi kimi ifadə vermələri üçün onları döyüb təzyiq göstərmişlər. O, 4 gün müvəqqəti saxlama yerində qalmış, buna görə də istintaq təcridxanasına daxil olanda üzərində xəsarət qalmamışdır. Buna baxmayaraq, onun saxlanıldığı yerə gələn ombudsman aparatının əməkdaşına döyüldüyünü bildirmiş, ona ərizə ilə müraciət etməsini təkilif etsələr də o, qorxmuş və ərizə yazmamışdır. Qorxmasının səbəbi isə polis əməkdaşlarının ona hədə-qorxu gəlməsi olmuşdur. Belə ki, onu ailə üzvlərini də narkotik vasitələrin dövriyyəsi ilə bağlı həbs edəcəkləri ilə hədələmişlər. O, heç vaxt narkotik vasitə satmamışdır. İbtidai istintaq zamanı müstəntiqin dediyi kimi ifadə vermişdir. Bölmədə olan zaman cibinə kimin narkotik vasitə yerləşdirdiyini bilməmiş, lakin həmin şəxs bölmənin əməkdaşı olmuşdur. Onu Mirilyasdan narkotik vasitə aldığını deməyə məcbur etmişlər, lakin o, Mirilyasdan narkotik vasitə almamış, ümumiyyətlə bir yerdə narkotik vasitə qəbul da etməmişlər. O, ara-sıra məclislərdə narkotik vasitədən istifadə etmişdir. Qardaşının döyülməsi ilə bağlı istintaq təcridxanasından ondan soruşulmuş, o da qardaşının onun gözünün qarşısında döyüldüyün demişdir. Yaşadığı mənzilə baxış keçirmək məqsədi ilə onu tək evə aparmışlar, saat 23:00 radələrində onun icazəsi ilə məzilə daxil olmuşlar, bu zaman evdə həyat yoldaşı, bacısı və qonşusu olmuşdur. Evdə qələm qabının içindən qara paketdə iki büküm çıxartmışlar. Polis əməkdaşları mənzilə onunla birlikdə daxil olmuş, lakin o, başqa otaqda olan zaman polis əməkdaşları narkotik vasitənin aşkar olunduğu otağa girmişlər. Onun qardaşı evə heç bir narkotik vasitə gətirməmişdir. Həmin bükümü qələm qabının içinə polis əməkdaşları özləri yerləşdirmişlər. Evdəki çəkilişdən əvvəl onun otağını soruşmuşlar, o da soldakı otağın onun, sağdakının isə qardaşının otağı demişdir. Polis əməkdaşları onun otağına girmiş, stolun üstündə olan qələm qabının içinə narkotik vasitə yerləşdirmişlər. lakin o, onların narkotik vasitə yerləşdirdiklərini görməmişdir. Qardaşının otağına baxış keçirilmiş, oradan heç nə aşkar edilməmişdir. Qələm qabında olan narkotik vasitə tiryək olmuşdur. Mirilyasla qabaqcadan narkotik vasitənin alışı ilə bağlı sövdələşməsi olmamış, qardaşı ilə Mirilyasın bu mövzu ilə bağlı sövdələşməsinin olubolmamasını bilmir. O, Rüfət adlı şəxsi tanımır. Yaşadığı mənzilə baxış keçiriləndə ona qarşı zorakılıq olmamış, o, mənzilə daxil olanda çəkilişi saxlayıb, yenidən çəkilişə başlamışlar. Yoldaşı və bacısı polislərin otağa daxil olduğunu görmüş, qələm qabı həmişə onların otağında olmuşdur. Onun özünə xəsarət yetirməsi ilə bağlı araşdırma aparılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-dən xx.xx.2022-ci il tarixə keçən gecə o, Təbrizgilə getmiş, belə ki, o, Təbrizgilə paltar alıb qoymuş, evə gedəndə həmin paltarı aparmaq niyyəti ilə getmişdir. Binanın blokuna girəndə 1 nəfər onun üstünə gəlmiş və onu tutmuş, daha sonra 5 nəfər də arxasınca bloka daxil olmuşlar. Gecə olduğu üçün onu orada döymüş və üzərini axtarmışlar. Onun üzərindən heç nə aşkar edilməmiş, həmin şəxslər ondan narkotik vasitənin harada olduğunu soruşmuşlar. O da narkotik vasitənin olmadığını demişdir. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə aparmışlar və narkotik vasitəni boynuna götürməyə məcbur etmişlər, əks halda onu 3 kq heroinə görə məsuliyyətə cəlb edəcəkləri ilə hədələmişlər. Daha sonra 2 ədəd kibrit qutusu gətirmişlər və həmin qutudakı narkotik vasitənin ona məxsus olduğunu və tutulduğu yerdə, binanın qarajının yanında 3 kq narkotik vasitə gizlətdiyini deməsini istəmişlər. Video çəkiliş zamanı həmin kibrit qutusunu təqdim etmiş, daha sonra onu həmin yerə aparmışlar, qarajın yanına narkotik vasitə yerləşdirib, yerini ona göstərmiş və videoçəkiliş zamanı oradan çıxarmasını istəmişlər. O da polis əməkdaşlarının tapşırdığı kimi bağlamanı qoyulan yerdən çıxarıb təqdim etmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 göstərmişdir ki, o, Nizami rayonu Nəsimi küçəsində yaşayır. Kompyuter proqramçısı kimi fəaliyyət göstərmiş, daha çox evdən işləmiş və reklam işi ilə məşğul olmuşdur. Narkotik vasitə marixuanadan çoxdan istifadə etməyə başlamış, lakin başqa növ narkotik vasitə istifadə etməmişdir. Narkotik vasitəni başqa 1şəxslərdən almış, Pərviz və Təbrizdən heç vaxt narkotik vasitə almamış, nə də onlara narkotik vasitə verməmişdir. Həmçinin Pərviz və Təbrizlə bir yerdə narkotik vasitə qəbul etməmişdir. O, müumiyyətlə heç kimə narkotik vasitə verməmiş, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə polis əməkdaşları onu Qara Qarayev metrostansıyası tərəfdə saxlamışlar. O, saxlanılan zaman tək olmuş, həmin vaxt gecə saat 3:00 radələri olmuşdur. O, əvvəlcədən alıb Təbrizgilə qoyduğu paltarı götürməyə getmişdir. Onun Təbrizlə münasibəti normal olmuş, həftədə 1 dəfə görüşmüşlər. Pərvizi isə arada bir görmüşdür. O, Təbrizi və Pərvizi özü saxlanılandan sonra, yəni ayın 24-ü görmüşdür. Onun üzərinə baxış keçirilmiş, tutulan zaman da üzəri yoxlanılmış, lakin üzərindən heç nə aşkar olunmamışdır. Daha sonra polis əməkdaşları onu idarəyə gətirib 2 ədəd kibrit qutusunda narkotik vasitəni üzərinə götürməyə onu məcbur etmiş, əks halda 3 kq heroinə görə onu məsuliyyətə cəlb edəcəkləri ilə hədələmiş, həmçinin narkotik vasitəni boyununa götürməsi üçün onu döymüşlər. Polis əməkdaşlarının onun döyməsi ilə əlaqədar bədənində müəyyən qançır izləri yaranmış, lakin o, istintaq təcridxanasına daxil olan zaman həmin xəsarətləri göstərməmiş, həmçinin döyülməsi ilə bağlı heç bir orqana şikayət etməmişdir. O, tutulan zaman Pərviz və Təbrizin tutulmasından xəbəri olmamış, üzləşmə zamanı bu barədə öyrənmişdir. Üzləşmə zamanı bir-birilərini tanıdıqlarını, lakin birbirilərindən narkotik vasitə almadıqlarını demişlər. Onun mənzilində axtarış olmamışdır. O, gecə saat 3:00-da tutulmuş, səhərə yaxın saat 5:00-6:00-da qarajın yanına aparılımış, polis əməkdaşları qabaqcadan narkotik vasitəni qarajın yanına yerləşdirmiş, onu təlimatlandıraraq narkotik vasitəni həmin yerdən çıxararaq ona məxsus olmasını deməsini istəmişlər. Həmin qarajın ona heç bir aidiyyəti olmamış, tanımadığı bir yer olmuşdur. Digər təqsirləndirilən şəxslərlə onun qabaqcadan narkotik vasitənin alış-verişi ilə bağlı telefon danışığı, mesajlaşma və ya yazışması olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, müharibədə iştirak etdiyi üçün müəyyən psixoloji problemləri yaranmış, buna görə də narkotik vasitədən istifadə etməyə başlamışdır. O, Pərvizi narkotik vasitə satışı ilə məşğul olan biri kimi tanımamış, sadəcə tanışı olduğu üçün evinə gedib-gələn biri olmuşdur. Onda yaddaş pozuntusu olduğu üçün ibtidai istintaq zamanı nə üçün dindirildiyini və nə ifadə verdiyini xatırlamır. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq şahid X3 bildirmişdir ki, o, Pərvizin də narkotik vasitə qəbul etdiyini bilmiş, lakin onlar bir yerdə narkotik vasitə qəbul etməmişlər. O, cəmi bir dəfə Pərvizdən narkotik vasitə götürmüş, bunun qarşılığında da ona 10 manat pul vermişdir. O, əvvəlcədən pulu Pərvizin kartına köçürmüş, Pərvizin evindən narkotik vasitəni götürməyə getmiş, lakin götürə bilməmişdir. Onun barəsində cinayət işi başlanmamış, belə ki, o, 6 saat saxlanılmış, üzərindən heç nə aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 24 noyabr 2022-ci il tarixdə Nizami RPİ-nin Narkotiklərlə Mübarizə İdarəsinə Pərviz adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, məlumat daxil olduqdan sonra rəhbərliyə bu barədə məruzə edilmiş və Pərviz adlı şəxsin tutulması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilmişdir. Həmin gün axşam saatlarında Pərviz adlı şəxs Tofiq Abbasov küçəsində onların tərəfindən saxlanılmış və tutulan zaman şəxsin qardaşı Təqsirləndirilən şəxs2 da yanında olmuşdur. Şəxslər saxlanılan zaman üzərlərində narkotik vasitənin olubolmamasını dəqiqləşdirmək məqsədilə Nizami rayon polis idarəsinə gətirilmişdilər. İdarədə üzərlərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs3 üzərindən sellofan bükümdə tiryəkə bənzər maddə aşkar edilmiş və o, həmin narkotik vasitədən evində də olduğunu bildirmişdir. Şəxs həmçinin həmin maddəni saxlaması üçün qardaşı Təbrizin ona verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 evinə baxış keçirilərkən dolabın içindəki qələm qabından eyni maddədən aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 üzərinə də baxış keçirilən zaman cibindəki siqaret qutusunun içində narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Şahid1 göstərmişdir ki, şübhəli şəxsləri 24 noyabr 2022-ci il tarixdə saxlamışlar, onların tərəfindən həmin şəxslərə qarşı heç bir təzyiq göstərilməmişdir. Onlar Təbriz və Pərviz qardaşlarını birlikdə “Jalüz-pərdə” sexinin yanında saxlamışlar. Təbriz və Pərviz qardaşlarının hər ikisinin üzərində narkotik vasitə aşkar edilmişdir. Əvvəlcə Mirilyas tutulmuş və o, narkotik vasitəni Pərviz adlı şəxsdən aldığını bildirmişdir. Mirilyas da tutulduqdan sonra onun üzərindən narkotik vasitə aşkar edilmişdir. Həmin şəxslərin hər üçünün bir-biri ilə əlaqəsi olmuşdur. O, Mirilyasın ifadəsini tam olaraq xatırlamır, lakin xatırladığı qədəri ilə narkotik vasitələrin satışı ilə Təbriz məşğul olmuş, Pərvizi də bu işə məhz Təbriz cəlb etmişdir. Mənzilə baxış keçirilən zaman videoçəkiliş qapını döyməzdən əvvəl başlamış, qapını təqsirləndirilən şəxsin həyat yoldaşı açmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 24 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə idarəyə məlumat daxil olmuş, həmin məlumatı dəqiqləşdirmək məqsədilə əməliyyat qrupu yaradılmışdır. Həyata keçirilmiş əməliyyat axtarış tədbiri zamanı 24 noyabr 2022-ci il tarixdə Pərviz adlı şəxs tərəflərindən saxlanılmış, həmin vaxt Pərvizin yanında qardaşı Təbriz də olmuşdur. Şübhəli şəxslər heç bir etiraz etmədən onlarla birlikdə bölməyə gəlmiş, bölmədə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərindən tiryək aşkar olunmuş, şəxs həmin maddəni qardaşının ona saxlamaq üçün verdiyini demişdir. Daha sonra onların evinə də baxış keçirilmiş və evlərindən də narkotik vasitə aşkar edilmişdir. O, həm şəxslərin üzərinə axtarış keçirilən zaman, həm də evlərinə baxış keçirilən zaman iştirak etmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Şahid6 bildirmişdir ki, təqsirləndirilən şəxsləri saat neçədə saxlamalarını dəqiq xatırlamasa da, həmin vaxt günün 2-ci yarısı olmuşdur. O, əməliyyat qrupunda neçə nəfər olduqlarını xatırlamır. Təqsirləndirilən şəxsləri saxlayarkən onlara qarşı heç bir təzyiq göstərilməmişdir. Onlar şübhəli şəxsləri Tofiq Abbasov küçəsində saxlamışlar. Pərviz və Təbriz qardaşlarının üzərində narkotik vasitə aşkar edildikdən sonra onların evinə də baxış keçirilmiş və evdə şkafda paketin içində narkotik vasitə aşkar edilmişdi. Evdən aşkar edilmiş narkotik vasitəni təqsirləndirilən şəxs özü təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər şahidlər Şahid1 və Şahid6 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Həmçinin ibtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid7 digər şahidlər Şahid2, Şahid1 və Şahid6 məhkəmə istintaqı zamanı verdikləri ifadəyə oxşar məzmunda ifadə verdiyi müəyyən edilmişdir. (cild İİ, i/v: 20-24) İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, qardaşı X9 rayonu, H.B.Zərdabi küçəsində ailə üzvləri ilə birlikdə yaşayır. O, ara-bir Bakı şəhərinə gələn zaman qardaşının evində qalır. Miri ləqəbli Mirilyas adlı şəxsi təxminən 6 ay müddətdir ki, tanıyır. O, Mirilyası Pərviz adlı şəxsin vasitəsi ilə tanımışdır. Belə ki, o və “Miri” hər ikisi Pərviz adlı şəxsdən «Toyota Prius» markalı avtomobili icarəyə götürərək taksi fəaliyyəti ilə məşğul olmuşlar. Tanıdığı 6 ay müddətin 5 ayı ərzində onun Mirilyasla yaxından münasibəti olmamışdır. Təxminən bir ay əvvəl “Tik-Tok” sosial şəbəkəsində Mirilyas onunla danışmış, bundan sonra o, Mirilyasdan sonuncuya məxsus +994-99-744-01-02 saylı mobil nömrəsini öyrənmişdir. Həmin vaxt Mirilyas ona bildirmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul olur, əgər hər hansı bir növdə narkotik vasitə lazım olarsa ona sata bilər. Təxminən 25 gün əvvəl o, Mirilyasla əlaqə saxlamış və ondan “kakos” kimi tanıdığı narkotik vasitə istəmişdir. Mirilyas onunla tanış olduğuna görə “kakosun” bir qramını 45 manata satacağını demişdir. Həmin vaxtdan Mirilyas onunla əlaqəni kəsmiş və bir daha onunla danışmamışdır. O, özü təxminən bir ay əvvələ qədər narkotik vasitə olan “kakosu” gümüşü falqada yandıraraq çəkmiş, lakin hazırda narkotik vasitə qəbul etmir. Mirilyas adlı həmin şəxsin adının qısaldılmış forması Miri olmasına baxmayaraq ad və soyadı Təqsirləndirilən şəxs1dir. (cild İİ, i/v:232-233) İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən 10 il müddətdir ki, “kakos” kimi tanıdığı narkotik vasitəni nəfəsinə çəkmək yolu ilə qəbul edir. “Miri” kimi tanıdığı Təqsirləndirilən şəxs1lə yaşadığı Yasamal rayonu ərazisində təxminən 6 ay əvvəl təsadüfən tanımışdır. Mirilyasla söhbəti zamanı Mirilyas ona özünə məxsus +99499744- 01-02 saylı mobil nömrəsini verərək narkotik vasitələrin müxtəlif növlərindən satdığını, əgər lazım olsa əlaqə saxlamasını demişdir. Mirilyas onun yaşadığı mənzildən təxminən 200 metr aralıda kirayə yaşamışdır. Bundan sonra o, özü də mütamadi olaraq narkotik vasitə qəbul etdiyindən hər dəfə lazım olduqca özünə məxsus ***-***-**-** saylı mobil nömrə ilə Mirilyas ilə əlaqə saxlayaraq Mirilyasdan narkotik vasitə almışdır. O, üç gündən bir Mirilyas ilə görüşərək Mirilyasdan 25 manat pul müqabilində yarım qram “kakos” kimi tanıdığı narkotik vasitə almışdır. Təxminən üç ay əvvəl Mirilyas onunla əlaqə saxlayaraq Bakı şəhəri, Nizami rayonu ərazisinə köçdüyünü, əgər narkotik vasitə lazım olsa Nizami rayonuna gəlməsini demişdir. O, Mirilyasla razılaşmış və həmin vaxtdan son günlərə qədər o, Mirilyas ilə Nizami rayonu ərazisində yerləşən metronun «Xalqlar Dostluğu» stansiyasının yaxınlığında görüşərək narkotik vasitə “kakos” almışdır. (cild İİİ, i/v: 234-235) Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. (cild İ, i/v: 68-69) Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: - «şəxsi axtarış və götürmə haqqında» 20 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, 24 noyabr 2022-ci il tarixdə saat 17:00-da Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3 ünvan 12 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 13 ünvanında yerləşən Nizami RPİ-nə gətirilmiş, Polis İdarəsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs3 şəxsi axtarış və götürmə haqqında qərarla tanış edərək paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs3 əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd qara rəngli «Samsung» markalı mobil telefonu, qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf polietilen bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin bükümün içərisinə baxış keçirilərkən içərisində qara rəngli, plastilin halında, spesifik qoxuya malik maddə olması aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs3 həmin bükümün içərisində narkotik vasitə tiryək olduğunu, həmin tiryəki qardaşı Təbrizin digər şəxsə ötürməsi üçün ona verdiyini, bu səbəbdən həmin narkotik vasitəni üzərində saxladığını, həmçinin eyni narkotik vasitədən yaşadığı ünanda da olduğunu bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs3 üzərinə əlavə baxış keçirilən zaman üzərindən qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya və ya predmet aşkar olunmamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs3 təqdim etdiyi 01 ədəd qara rəngli «Samsung» markalı mobil telefon sübut əhəmiyyətinə malik olduğundan götürülmüş, şübhəli şəxs Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş 01 ədəd büküm tərkibinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün 01 ədəd içərisi boş olan ağ rəngli kağız zərfin içərisinə qoyulub qablaşdırılaraq götürülmüş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. (cild İ, i/v: 30-31) - «mənzilə baxış keçirilməsi və götürmə haqqında» 24 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 15 ünvanına baxış keçirilərkən şübhəli şəxs Təqsirləndirilən şəxs3 hüquq və vəzifələri izah olunduqdan sonra o, yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs3 mənzilinə daxil olduqda həmin mənzil dəhlizdən, sağda mətbəx və sanitar qovşaqdan, solda yataq otağından düzünə daxil olduqda qonaq otağından və həmin qonaq otağının sağında ikinci yataq otağından ibarətdir. Qeyd olunan ikinci yataq otağına daxil olduqda şübhəli şəxs Təqsirləndirilən şəxs3 sağdakı dolabın birinci sifirməsini açdıqda həmin siyirmənin içərisində, qələm üçün nəzərdə tutulmuş qabda 02 ədəd qara rəngli polietilen bükümlər aşkar edildi. Həmin bükümlərin içərisinə ayrı-ayrılıqda baxış keçirildikdə qara rəngli, plastilin halında, spesifik qoxuya malik maddələr olması aşkar edildi. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs3 mənzilində aşkar edilmiş bükümlərin içərisində narkotik vasitə hesb edilən tiryək olduğunu və onlar bir gün əvvəl qardaşı Təbriz ona verdiyini, qardaşının sözü ilə həmin bükümləri göstərdiyi şəxsə verməli olduğunu bildirməsini qeyd etdi. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs3 yaşadığı mənzildə qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olmadığını bildirdi. Qeyd olunan mənzilə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir qanunla qadağan edilən əşya tapılmadı. Şübhəli şəxs Təqsirləndirilən şəxs3 yaşadığı mənzildə aşkar edilmiş 02 ədəd qara rəngli polietilen bükümlər tərkibinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün 01 ədəd içərisi boş olan sarı rəngli kağız zərfin içərisinə qoyulub qablaşdırılaraq götürüldü və zərfin üzəri iştirakçılar tərəfindən imzalandı. (Cild İİİ, i/v: 35-36) - «şəxsi axtarış və götürmə haqqında» 24 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, 24 noyabr 2022-ci il tarixdə saat 17:00-da Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 ünvan 12 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 16 ünvanında yerləşən Nizami RPİ-nə gətirilmiş, Polis İdarəsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmə haqqında qərarla tanış edərək paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 siqaret qutusunu və şalvarının sol yan cibindən 01 ədəd qapaqsız «Sobranie» markalı siqaret qutusunu və şalvarının arxa sağ cibindən 01 ədəd göy rəngli «Redmi» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 şalvarının sağ yan cibinən çıxardığı siqaret qutusunun içərisinə baxış keçirildikdə ümumilikdə 14 ədəd şəffaf polietilen büküm olması aşkar edilmişdir. Həmin bükümlərin içərisinə ayrı-ayrılıqda baxış keçirildikdə 11 ədəd bükümdə kristal halında maddələr, 3 ədəd bükümdə isə qəhvəyi rəngli spesifi qoxuya malik maddələr olması aşkar edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 sol yan cibindən aşkar edilmiş siqaret qutusunun içərisinə baxış keçirildikdə 1 ədəd şəffaf polietilen bükümün içərisində qara rəngli, plastilin halında, spesifik qoxuya malik maddə olması aşkar edilmişdir. Sorğu zamanı üzərindən aşkar olunan bükümlərin içərisində narkotik vasitə olduğunu, onlardan kristal halında olan maddələrin «patı» kimi tanıdığı psixotrop maddə metamfetamin, qəhvəyi rəngli maddələrin narkotik vasitə heroin, plastilin halında olan maddənin isə narkotik vasitə tiryək olduğunu, təxminən 2-3 gün əvvəl «patı» kimi tanıdığı psixotrop maddə metamfetamini və narkotik vasitə heroini Miri adlı şəxsin müvəqqəti saxlamaq üçün ona verdiyini, tiryəki isə Amil adlı şəxsdən şəxsi istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərinə əlavə baxış keçirilən zaman üzərindən qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya və ya predmet aşkar olunmamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd göy rəngli «Redmi» markalı mobil telefon sübut əhəmiyyətinə malik olduğundan götürülmüş, şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 14 ədəd büküm tərkibinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün 01 ədəd içərisi boş olan sarı rəngli kağız zərfin içərisinə qoyulub qablaşdırılaraq götürülmüş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. (Cild İ, i/v: 68-69) - «şəxsi axtarış və götürmə haqqında» 23 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, 23 noyabr 2022-ci il tarixdə saat 04:00-da Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi 197 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 16 ünvanında yerləşən Nizami RPİ-nə gətirilmiş, Polis İdarəsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs1 şəxsi axtarış və götürmə haqqında qərarla tanış edərək paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən iki ədəd kibrit qutusunu, həmin şalvarın sol yan cibindən 01 ədəd «Samsung» markalı və 01 ədəd «İphone» markalı mobil telefonları çıxarıb masanın üzərinə qoymaqla təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin kibrit qutularının içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu və sosial şəbəkə vasitəsilə tanış olduğu «Rza» adlı İran İslam Respublikasının vətəndaşının göndərdiyini, həmin şəxsin dediyi yerdən götürərək müxtəlif ünvanlara çatdırdığını və maddi qazanc əldə edəcəyini, həmçinin həmin şəxslər «Whatsapp» vasitəsilə əlaqə saxladığını bildirdi. Həmçinin Təqsirləndirilən şəxs1 yaşadığı evin yaxınlığında İran İslam Respublikasının vətəndaşının göndərdiyi, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisindən götürdüyü təxminən 3 kiloqram çəkidə narkotik vasitə qurudulmuş marixuananı gizlətdiyini bildirdi və həmin yeri göstərə biləcəyini qeyd etdi. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə əlavə baxış keçirilən zaman üzərindən qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya və ya predmet aşkar olunmadı. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd «Samsung» markalı və 01 ədəd «İphone» markalı mobil telefonlar sübut əhəmiyyətinə malik olduğundan götürüldü. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 02 ədəd kibrit qutusu tərkibinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün 01 ədəd içərisi boş olan ağ rəngli kağız zərfin içərisinə qoyulub qablaşdırılaraq götürüldü və zərfin üzəri iştirakçılar tərəfindən imzalandı. (cild İİ, i/v: 67-68) - «baxış keçirilməsi və götürmə haqqında» 23 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 iştirakı ilə Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 197 ünvanının yaxınlığına video çəkiliş aparılmaqla baxış keçirilərkən şübhəli şəxs Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah olunduqdan sonra o, yaşadığı ünvanın yaxınlığına baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirdi. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 narkotik vasitəni gizlətdiyi yeri göstərməsi təklif olundu. Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 197 ünvanının yaxınlığına qarajların arasında olan yeri göstərdi və narkotik vasitə marixuananı orada gizlədiyini bildirdi. Daha sonra həmin yerə baxış keçirildi və iki ədəd qarajın arasında yığılmış taxta parçalarının arxasında bir ədəd qara rəngli polietilen bağlama olması aşkar edildi. Həmin bir ədəd rəngli polietilen bağlama Təqsirləndirilən şəxs1 tərəfindən oradan götürülüb təqdim edildi və həmin bağalamanın üzəri açılıb baxılan zaman içərisində yaşıl rəngli spesifik iyə malik olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması aşkar edildi. Bundan sonra həmin bir ədəd qara rəngli polietilen bağlamanın açıldığı yer Azərbaycan Respublikası DİN-in 162 saylı möhürü ilə möhürlənərək üzəri yapışqanlı lentlə bağlandı və üzəri iştirakçılar tərəfindən imzalandı. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir qanunla qadağan edilən əşya tapılmadı. (cild İİ, i/v: 73- 74) - “diskə baxış keçirilməsi haqqında” 25 noyabr 2022-ci il tarixli protokollardan görünür ki, həmin protokolların məzmunu müvafiq olaraq yuxarıda qeyd olunan «şəxsi axtarış və götürmə haqqında», həmçinin «baxış keçirilməsi və götürmə haqqında», o cümlədən «mənzilə baxış keçirilməsi və götürmə haqqında» protokolların məzmunu ilə uyğunluq təşkil edir. ( cild İ, i/v: 101-102; cild İİ, i/v: 239-240) - “telefona baxış keçirilməsi haqqında” 26 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 “Samsung Galaxy A03S” markalı mobil telefonla kimlərlə telefon əlaqəsi yaradılmasını, münasibətdə olduğu şəxslərin əhatə dairəsini və həmçinin cinayət işi üzrə əhəmiyyət kəsb edən bir sıra digər xüsusatların müəyyən olunmasından ötrü həmin mobil telefona baxış keçirilmiş, baxış zamanı zənglər danışıqlar bölümündə istintaq üçün əhəmiyyət kəsb edən hal müəyyən edilməmiş, mesajlar olan bölümündə Elgun adlı şəxsin ***-***-**-** mobil nömrəsindən zəng etməsi öz əksini tapmışdır. “Whatsapp” proqramı +**********44 mobil nömrəsi ilə yaradılmış profildir. +**********45 mobil nömrəsi ilə yazışması mövcuddur. Həmin yazışmada qarşıdakı şəxsin ondan yarım daş istəməsi öz əksini tapmışdır. Həmçinin də Elgün adlı şəxsin, yəni ***-***-**-** mobil nömrəli şəxsin “Whatsapp” proqramı vasitəsi ilə 24 noyabr 2022-ci il tarixdə zəng etməsi müəyyən olunur. Həmçinin +**********02 nömrəli şəxsin də profili mövcuddur, lakin yazışmalar silinmişdir. Həmin şəxsin Miri adlı şəxsin olmasını bildirmişdir. Baxış keçirilən zaman foto şəkillər çəkilmiş və foto şəkillər protokola əlavə edilmişdir. (cild İ, i/v: 121) - “telefona baxış keçirilməsi haqqında” 26 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 “X13 8 Pro” markalı mobil telefonla kimlərlə telefon əlaqəsi yaradılmasını, münasibətdə olduğu şəxslərin əhatə dairəsini və həmçinin cinayət işi üzrə əhəmiyyət kəsb edən bir sıra digər xüsusatların müəyyən olunmasından ötrü həmin mobil telefona baxış keçirilmiş, baxış zamanı zənglər danışıqlar bölümündə və mesajlar olan bölümündə iş üçün əhəmiyyət kəsb edən hal müəyən edilməmişdir. Mobil telefonda 2 ədəd “Whatsapp” proqramı istifadə edildiyi müəyyən edilmişdir. +**********82 mobil nömrəsi ilə yaradılmış profildə +99499343-19-96 mobil nömrəsi ilə yazışma mövcuddur. Həmin yazışmada qarşıdakı şəxs ondan 5 lik patı istəyir. Təqsirləndirilən şəxs2 isə cavabında Yusifgildə olduğunu, çatana yaxın deməsini və onun düşəcəyini yazmışdır. Bundan başqa +**********33 mobil nömrə ilə yazışma mövcud olduğu, həmin yazışmada qarşıdakı şəxsin ondan yarım daş istəməsi, həmçinin də bir ədəd ot da lazım olmasını bildirməsi, Təqsirləndirilən şəxs2 isə cavabında “Sevinc”in yanına, metronun yanına gəlməsini və ikisinin alındığını deməsi müəyyən edilir. Daha sonra həmin şəxs otu iki dənə, yarım da daş etməyini bildirir, Təqsirləndirilən şəxs2 isə cavabında cəmi 50 manat edəcəyini və bunu qardaşı Pərvizə verəcəyini, onun nömrəsini də ona verəcəyini, ondan götürməsini yazır. Həmçinin də +994-55-594-35- 44 mobil nömrəsini ona göndərir və qardaşının nömrəsinin olduğunu və onunla əlaqə saxlayıb ondan götürməsini bildirir. Həmçinin bununla bağlı səs yazıları da mövcuddur. Bundan başqa +994-55-553-45-40 mobil nömrəsi ilə yazışması mövcuddur. Həmin nömrə kontakda “Sunasib” adı ilə qeyd edilmişdir. Həmin şəxsə 2 qram p olmasını və 80 manata verdiyini bildirir. Bundan başqa həmin şəxslə səs yazısı da movcuddur və həmin səs yazısında pula ehtiyac olmasını və ona müştəri tapmasını xahiş edir. Bundan başqa +994-50-305-88-63 mobil nömrəsi ilə yazışması mövcuddur. Həmin yazışmada kontakda nömrə “Elya Babayeva” adı ilə qeyd edilmişdir. Həmin şəxslə də yazışmasında onda narkotik vasitə olduğunu və götürüb gəldiyini bildirir. Həmçinin Təqsirləndirilən şəxs2 mobil telefonunda +994-77-761-03-00 mobil nömrəsi ilə də başqa bir “Whatsapp” profili vardır. Həmin profildə 1(519) *** ** ** mobil nömrəsi ilə yazışması vardır və həmin yazışmada ondan 15 manatlıq tema istənilir. Həmçinin ondan Dilarə adlı şəxsin “p” kola ilə dəyişməsini istədiyini bildirir. Baxış keçirilən zaman foto şəkillər çəkilmiş və səs yazıları diskə köçürülməklə hər ikisi protokola əlavə edilmişdir. (cild İ, i/v: 188) - “telefona baxış keçirilməsi haqqında” 24 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus olan “Galaxy A 13” markalı mobil telefonla kimlərlə telefon əlaqəsi yaradılmasını, münasibətdə olduğu şəxslərin əhatə dairəsini və həmçinin cinayət işi üzrə əhəmiyyət kəsb edən bir sıra digər xüsusatların müəyyən olunmasından ötrü həmin mobil telefona baxış keçirilmiş, baxış zamanı zənglər danışıqlar bölümündə və Mesajlar olan bölümündə iş üçün əhəmiyyət kəsb edən hal müəyən edilməmişdir. Mobil telefonda 2 ədəd “Whatsapp” proqramı istifadə edildiyi, +**********02 mobil nömrəsi ilə və +1(506)707-31-31 mobil nömrəsi ilə yaradılmış profillərin mövcud olması müəyyən edilir. Birinci “Whatsapp” profilində arxivlər bölməsində Təbriz klent adı altında qeyd edilmiş ***-***-**-** nömrəli profil vardır. Həmin profildə danışıqlar bölməsi 24 saat ərzində silinən olduğundan smslər silinmişdir. Həmçinin +98-***-***-**-** mobil nömrəsi ilə də açıq profil vardır. Həmin profillə də danışılsa da 24 saat keçdiyindən yazışmalar silinmişdir. Cavabsız zənglər bölməsi qalmışdır. “Nicat NZS” adı ilə qeyd edilmiş profillə yazışma movcuddur və həmin yazışmada həmin şəxs ondan kola istəyir. O, isə kolanın axşam olacağını bildirir. Bundan başqa “Sərxan Eldar” adı ilə qeyd edilmiş profildə tema lazım olmasını və 45 alınıb-alınmamasının mümkünlüyü soruşulur. Bundan başqa +994-50-852-43-70 mobil nömrəsi bildirir ki, yarım saata ona 10 qram mal atırlar ona gətirib verəcəkdir. “Cücə Dərya” adı ilə qeyd edilmiş şəxsə yazışmasında ot, PT, kola, Qara, Metadon hamısından olmasını deyir. “Brend Mobil” adı ilə qeyd etdiyi şəxslə yazışmasında 5 cola, 2 patı, 1 list, 10 ot, 18 cola, 8 cola, 6 cola, 3 patı və.s yazışmalar və şəkillər mövcuddur, həmin şəkillərin üzərində isə oxla qoyulduğu yerlər göstərilir, “Aysel” adı ilə qeyd edilmiş şəxslə yazışmasında otun olubolmadığı soruşulur, p alınırmı, Miri ot var? deyə yazışmalar vardır. “Wems Fatoş” kimi qeyd edilmiş şəxsdən “Miri tema lazımdır pulnan var” deyə yazılmışdır. “Səbiş qarayev” adı ilə qeyd edilmiş profillə olan yazışmada daş olması soruşulur, o isə cavabında olduğunu bildirir, bundan sonra isə 10 olmasını soruşur və bütöv atmasını xahiş edir. O, isə cavabında ona elektron tərəzidə 20 qram görünən və psixotrop maddə metamfetaminə bənzər kütlənin şəklini atır. “Səbiş təzə” adlı profillə danışığında ondan lirika istəyir və nə yerdə qaldığını soruşur. “X12” adı ilə qeyd edilmiş şəxslə yazışmasında ondan Mt 40 olub-olmadığını soruşur, o isə cavabında olduğunu bildirir. “Djeyin tanışı” adı ilə qeyd olunmuş profillə danışıq zamanı Mirilyas ona bildirir ki, Salam lazım olsa nese dw, qarşı tərəf isə bildirir ki, maraqlanaram kim istəsə xəbər edərəm. +99470801-01-19 nömrəsi ilə yazışmada kola olub-olmadığını soruşur. “Nicat NZS” adlı profillə yazışmada həmin şəxs ona bildirir ki, kola vardırmı, yarı daşın vardırmı deyə yazışmalar vardır. Həmçinin “Edik” adı ilə qeyd edilmiş şəxslə yazışmasında onda 3 qram p olmasını soruşur. Daha sonra isə ot olmasını soruşur. O, isə 02-03 patı olduğunu, 2 baş da ot olmasını bildirir. Həmçinin “Orxan Masazırlı”, “Aysun xırdalan” adı ilə qeyd edilmiş şəxslərlə də yazışmalar mövcuddur. Baxış keçirilən zaman foto şəkillər çəkilmiş və səs yazıları diskə köçürülməklə hər ikisi protokola əlavə edilmişdir. (cild İİ, i/v: 115) - Məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 25 noyabr 2022-ci il tarixli 6/6/6735 saylı rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «İştirak etdilər, imza …Şahid1… imza Təqsirləndirilən şəxs2…» yazı və imzalar olan zərfdə 03 ədəd şəffaf bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1,490 qram, 20,03 qram və 0,803 qram olmaqla, ümumi təmiz çəkisi 4,323 qram qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 8,670 qram tünd qəhvəyi rəngli, spesifik tiryək iyli, qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitədir – tiryəkdir. 11 ədəd şəffaf sellofan kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,660 qram, 0,78 qram, 0,490 qram, 0,550 qram, 0,480 qram, 0,770 qram, 0,480 qram, 0,780 qram, 0,470 qram, 0,773 qram və 0,435 qram olmaqla, ümumi çəkisi 6,668 qram ağ rəngli kristalşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Üzərində «İştirak etdilər imza …Şahid1…» yazı və imzalar olan zərfi açdıqda içərisində 1 ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,550 qram tünd qəhvəyi rəngli spesifik tiryək iyli, qatranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitədir – tiryəkdir. Üzərində «evdən götürülmüş Təqsirləndirilən şəxs3….» yazı və imzalar olan zərfi açdıqda içərisində 2 ədəd şəffaf sellofan kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 4,990 qram və 1,911 qram olmaqla, ümumi çəkisi 6,901 qram tünd qəhvəyi rəngli, spesifik tiryək iyli, qətranabənzər maddələr kustar üsulla hazırlanmış narkotik vasitədir – tiryəkdir. Heroin və Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı 1), Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasınınərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Təqdim edilmiş 4 ədəd bükümdə olan tiryəklər öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı 1) daxildir. (cild İ, i/v: 77-83) - Məhkəmə bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 253noyabr 2022-ci il tarixli 7/1339 saylı rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «Vət. Təqsirləndirilən şəxs1 üstündən…» yazısı və imzalar olan kağız paketdəki 02 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri; 2,977 qram; 3,420 qram və üzərində «Vət.Təqsirləndirilən şəxs1 saxladığı yerdən…» yazısı və imzalar olan 01 (bir) ədəd qara rəngli polietilen bağlamadakı təmiz çəkisi – 3005 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi təmiz çəkisi – 3011, 397 qramdır (3 kq11,397 qram). Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. (cild İİ, i/v: 82-86) - Ambulator məcburi-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator X1 xx.xx.2023-cü il tarixli, 735 nömrəli rəyindən aydın olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs3ndə narkotik maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild İİİ, i/v: 40-41) - Ambulator məcburi-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator X1 xx.xx.2023-cü il tarixli, 731 nömrəli rəyindən aydın olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 narkotik maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild İİİ, i/v: 42-43) - Ambulator məcburi-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator X1 xx.xx.2023-cü il tarixli, 732 nömrəli rəyindən aydın olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 narkotik maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild İİİ, i/v: 44-45) - “Respublika Psixatriya Xəstəxanası” X11 xx.xx.2023-cü il tarixli 2426 saylı, 2413 saylı və 2415 saylı məktublarından görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arxiv məlumatına görə qeyd edilən xəstəxanada müalicə olunmayıblar. (cild İİİ, i/v: 46, 47, 48) Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamlar üzrə təqsiri iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram, marixuana narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram; tiryək narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 50 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə aşkar edilib götürülmüş metamfetamin psixotrop maddəsi, habelə heroin və qurudulmuş marixuana narkotik vasitəsinin miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılar»da (İ və İİ siyahılar) nəzərdə tutulmuş külli miqdar həddində, narkotik vasitə tiryək isə külli miqdar həddindən aşağı çəkidə olmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cinayət işi üzrə aşkar olunmuş dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış maddələrin müxtəlif növlərdən, külli miqdarda olması, həmçinin çəkilib ayrı-ayrı bükümlərə bölünməsi, habelə narkotik vasitələrin satışı ilə bağlı təqsirləndirilən şəxslərin hər biri-biri ilə, həm də müxtəlif şəxslərlə olan mobil əlaqələri, sms yazışmaları təqsirləndirilən şəxslərin hər birinin həmin narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Azərbaycan Respublikası CM-nin 31-ci maddəsinə əsasən «İki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır». Qanunun qeyd olunan normasında iştirakçılığa verilən anlayış özündə üç əlaməti – cinayətin edilməsində iki və ya daha artıq şəxsin iştirakını, cinayətin edilməsində iki və ya daha artıq şəxsin birgə iştirakını və onların qəsdən törədilən cinayətdə qəsdən birgə iştirakını ehtiva edir. Hər hansı cinayət əməli baş verən zaman hər üç əlamət ardıcıl qaydada mövcud olduğu təqdirdə şəxsin əməli cinayətdə iştirakçılığın növü və ya forması baxımından tövsif edilə bilər. Cinayətin iştirakçılığının birinici və ikinci əlamətinə görə cinayətdə iştirakçılıqda ən azı iki nəfər olmalıdır və həmin şəxslərin hərəkətləri «birgə» olmalıdır. Cinayətin birgə edilməsi anlayışı özündə üç tərkib ünsürünü – cinayətin hər bir iştirakçısının hərəkəti digər iştirakçının edəcəyi hərəkətə kömək etməsini; bütün iştirakçıların hərəkəti vahid nəticəyə doğru istiqamətlənməsini; iştirakçıların hər birinin hərəkəti ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmasını ehtiva edir. Cinayətdə iştirakçılığın sonuncu əlaməti – cinayətin qəsdən törədilməsinə yönələn qəsdən birgə fəaliyyətdə ifadə olunur. Məhkəmə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətməsi ilə bağlı ittihamla əlaqədar qeyd edir ki, təqsirləndirilən şəxslər məhkəmə iclasında verdikləri ifadələrində bir-birilərini əvvəldən tanıdıqlarını, lakin birbirindən narkotik vasitə almadıqlarını bildirsələr də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, əməliyyat orqanı təqsirləndirilən şəxslərdən biri tutulduqdan sonra məhz saxlanılan şəxsin ifadəsinə əsasən digər təqsirləndirilən şəxslərin də saxlanılmasına nail olmuşlar. Cinayət işinin materialları ilə müəyyən olunur ki, təqsirləndirilən şəxslər məhz bir-biri ilə əlaqəli şəkildə, narkotik vasitəni biri digərinə verməklə alıcılara çatdırmış və satışını həyata keçirmişlər. Başqa sözlə təqsirləndirilən şəxslərin hər birinin hərəkəti ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmuş və buna görə də, təqsirləndirilən şəxslərin əməli istintaq orqanı tərəfindən düzgün olaraq iştirakçılığa, yəni qabaqcadan əlbir olan bir qrup şəxs əlamətinə görə tövsif olunmuşdur. Məhkəmə yuxarıda qeyd olunanlarla yanaşı təqsirləndirilən şəxslərin hər birinin məhkəmə iclasında verdikləri ifadələrinə ayrı-ayrılıqda qiymət verilməsini də zəruri hesab edir. Belə ki, təqsirləndirilən şəxslərin hər biri məhkəmə iclasında verdikləri ifadələrində heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmadıqlarını, həmçinin onlardan narkotik vasitə aldığını bildirən iş üzrə şahid qismində dindirilmiş şəxsləri tanımadıqlarını, tutulan zaman üzərlərində, o cümlədən mənzillərində heç bir qanunsuz maddə olmadığını, polis əməkdaşları tərəfindən zorakılığa və təzyiqlərə məruz qaldıqlarını, buna görə də onlara məxsus olmayan narkotik vasitələri üzərlərinə götürməyə məcbur qaldıqlarını bildirmişlər. Məhkəmə təqsirləndirilən şəxslərin həmin ifadələri ilə bağlı qeyd edir ki, cinayət işinin materiallarına əlavə edilmiş təqsirləndirilən şəxslərin hər birinə məxsus mobil telefonlara baxış keçirilməsi zamanı aşkar edilmiş yazışmalardan, fotoşəkillərdən və səs yazılarından Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müxtəlif növdə olan narkotik vasitələrin satışını həyata keçirmələri, müxtəlif şəxslərin onlara narkotik vasitə satmaları üçün müraciət etmələri, təqsirləndirilən şəxslərin də bunun qarşılığında müəyyən məbləğlərdə pul almaları şübhəsiz şəkildə müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 ifadəsində tutulan zaman Təbrizgilə əvvəldən aldığı paltarları götürmək üçün getdiyini bildirsə də, onun gecə saat 3-4 radələrində paltar götürmək məqsədi ilə həmin ünvana getməsi inandırıcı və ağlabatan deyil. Bundan başqa, təqsirləndirilən şəxslərin hər biri polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldıqlarını bildirsələr də, üzərlərində heç bir xəsarətin qalmadığını, istintaq təcridxanasına daxil olan zaman heç bir xəsarət aşkar olunmadığını, polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmaları ilə bağlı heç bir orqana şikayət etmədiklərini bildirmişlər. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı ifadələri əsassızdır və öz təsdiqini tapmamışdır. Həmçinin Təqsirləndirilən şəxs3 tutulma vaxtını və yerini mübahisələndirmiş, bununla bağlı müdafiə tərəfinin vəsatətinə əsasən onun istifadəsində olmuş mobil telefon nömrəsinin anten dairələrinə dair məlumatlar mobil operatordan götürülmüş və həmin məlumatlarla cinayət işinin materialları arasında hər hansı ziddiyyət aşkar edilməmişdir. Bununla da qeyd olunan hissədə də təqsirləndirilən şəxsin ifadəsi öz təsdiqini tapmamışdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı verdikləri ifadələrində cinayətin törədilməsi üsulu və mexanizmini geniş izah edərək, narkotik vasitələri əldə etmə yeri, vaxtı və mənbəsi barədə məntiqi ardıcıllığı olan ifadə vermişlər. Belə olan halda məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə iclasında verdikləri ifadələrini həqiqətə uyğun hesab etmir və məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onların cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin onlara qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur və onlara qanunla müəyyən edilmiş qaydada təqsirləndirildikləri maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə olunmuş tələbnamələrdən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs3 Rusiya Federasiyasının Rostov vilayətinin Kamenski rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə RF-nın CM-nin 158.2-ci maddəsinin A,B bəndi və 73-cü maddəsi ilə 01 il azadlıqdan məhrum edilmiş, 01 il şərti sınaq müddəti təyin edilmişdir. xx.xx.2015-ci il tarixdə RF-nın Dumasının Amnistiya aktının 9 və 12-ci bəndinə əsasən təyin olunmuş cəzadan azad edilmiş və məhkumluğu üzərindən götürülmüşdür. Digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. (cild İİ, i/v 12-13, 14; cild İİİ, i/v: 26-27) Bununla da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə təqsirləndirilən şəxslərin gənc olmasını onların barəsində cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulduğu kimi məhz azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən şəxslərin hər birinin barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onların hər birinin ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxs olmasını nəzərə alaraq, onların təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 23 noyabr 2022-ci il tarixdən, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli isə şübhəli şəxs qismində tutulduqları 24 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 24 noyabr 2022-ci il tarixdə, Təqsirləndirilən şəxs1 isə 23 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 və 26 noyabr 2022-ci il tarixli qərarıları ilə barələrində «həbs» qismində qətimkan tədbiri seçilmiş, bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxslərin hər biri qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışlar. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin hər birinin həbsdə saxlanıldığı bütün müddət onlara təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 90 və 90.1.2-ci maddələrinin tələbinə görə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1, 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxslərin hər birinə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərdən aşkar edilərək Nizami RPİ-nin maddi sübutlar otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,173 qram təşkil edən narkotik vasitə heroin, 15,921 qram psixotrop maddə metamfetamin, 6,118 qram narkotik vasitə tiryək və 3011,097 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, təqsirləndirilən şəxslərin üzərinə, mənzilinə və narkotik vasitəni saxladığı yerə axtarış və götürmə keçirilərkən çəkilmiş videogörüntüləri özündə əks etdirən 05 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 166 (bir yüz altmış altı) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə təqsirləndirilən şəxslərə göstərdikləri hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi1 qızına 660 (altı yüz altmış) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 23 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 24 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 24 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - təqsirləndirilən şəxslərdən aşkar edilərək Nizami RPİ-nin maddi sübutlar otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,173 qram təşkil edən narkotik vasitə heroin, 15,921 qram psixotrop maddə metamfetamin, 6,118 qram narkotik vasitə tiryək və 3011,097 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, təqsirləndirilən şəxslərin üzərinə, mənzilinə və narkotik vasitəni saxladığı yerə axtarış və götürmə keçirilərkən çəkilmiş videogörüntüləri özündə əks etdirən 05 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi- 166 (bir yüz altmış altı) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi1 qızına 660 (altı yüz altmış) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin onlara verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar