Məhkəmə qərarları › İş №1(101)-250/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-250/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-250/2025 12.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi sədrlik edən hakim X6, hakimlər Kərimova Mahirə Nəzər qızı və Məmmədov Fəxri Afiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Bakı şəhəri 16 saylı Vəkil bürosunun vəkili X3, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1988-ci ildə Cəlilabad rayonu Əççələr kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, biri azyaşlı olmaqla yetkinlik yaşına çatmayan iki uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 183.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Şirməmmməd oğlu uzun müddət ərzində ünvan 4 və Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti 65C ünvanlarında yerləşən 19 mərtəbəli yeni yaşayış binalarına göstərdiyi gözətçilik-mühafizə xidməti zəminində tanıdığı və səmimi münasibət qurduğu bina sakini Zərərçəkmiş şəxs1 maddi cəhətdən imkanlı şəxs olmasını öz cinayətkar maraqları baxımından nəzərə alıb tamah niyyəti ilə, özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 2023-cü ilin mart ayının ortalarında Bülbül prospekti 65C ünvanında yerləşən digər gözətçi postundan Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti 65C ünvanında yerləşən qaraj sahəsinin qapısının açarını götürüb həmin saxlanc yerinə sərbəst şəkildə qanunsuz daxil olmaqla oradan Zərərçəkmiş şəxs1 mülkiyyətindən ibarət beş cüt dəyəri 800 manat olan kişi və beş cüt hər birinin dəyəri 80 manat olmaqla ümumi dəyəri 400 manat olan uşaq ayaqqabılarını, 01 ədəd 1000 manat dəyərində “Sharp” markalı fotoaparatı, 01 ədəd 900 manat dəyərində “Sony” makalı kiçik ölçülü çəhrayı rəngli fotoaparatı, 02 ədəd hər biri 300 manat olmaqla cəmi 600 manat dəyərində “Sony”, digəri 400 manat dəyərin də “Canon” markalı olan kiçik ölçülü fotoaparatları, 01 ədəd 700 manat dəyərində tünd qəhvəyi rəngli kişi üçün nəzərdə tutulmuş qış kürkünü və 01 ədəd 400 manat dəyərində qab-qacaq dəstini və sonuncunun arvadı Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 600 manat dəyərində xəz şubanı gizli olaraq talayıb ümumilikdə 5800 (beş min səkkiz yüz) manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Şirməmmməd oğlu uzun müddət ərzində ünvan 4 və Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti 65C ünvanlarında yerləşən 19 mərtəbəli yeni yaşayış binalarına göstərdiyi gözətçilik-mühafizə xidməti zəminində tanıdığı və səmimi münasibət qurduğu bina sakini Zərərçəkmiş şəxs1 maddi cəhətdən imkanlı şəxs olmasını, habelə yay mövsümü ilə əlaqədar ailə üzvləri ilə birlikdə daimi yaşadığı mənzili tərk edib müvəqqəti bağ evinə köçməsini öz cinayətkar maraqları baxımından nəzərə alıb tamah niyyəti ilə, özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 2023-cü ilin avqust ayının əvvəllərindən həmin ayın ortalarına qədər olan müddətdə bir neçə gün ərzində, ayrıayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə hər dəfəsində eyni üsulla, yəni Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti 65C ünvanında yerləşən digər gözətçi postundan Zərərçəkmiş şəxs1 məxsus qaraj sahəsinin qapısının açarını götürüb oraya daxil olduqdan, bunun ardınca isə qarajın içərisindəki açar şitindən sonuncunun mənzilinə aid açarlara yiyələndikdən sonra həmin yaşayış sahəsinə, yəni ünvan 3 ünvanına qapısının kilidini açarı ilə açıb sərbəst şəkildə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 800 manat dəyərində “Canon” markalı fotoaparat, 01 ədəd 1100 manat dəyərində “Nikon” markalı fotoaparat, 01 ədəd 3000 manat dəyərində “Apple Macbook” markalı noutbuk, 01 ədəd 20 manat dəyərində “Mi” markalı enerji cihazı, 01 ədəd 1800 manat dəyərində “Ferrari” markalı qol saatı, 01 ədəd 1000 manat dəyərində “Boss" markalı qol saatı, 01 ədəd 3000 manat dəyərində “Rado” markalı qol saatı, 01 ədəd 750 manat dəyərində “DG” markalı qol saatı, 01 ədəd 1300 manat dəyərində “Swatch” markalı qol saatı, 01 ədəd 2000 manat dəyərində xüsusi tarixi və bədii əhəmiyyət kəsb edən və XİX əsrə aid olan “Molniya” markalı cib saatı, 01 ədəd qızılı rəngli üzərində qədimi naxışlar olan 750 manat dəyərində qab, 01 cüt 30 manat dəyərində “Everlast” markalı boks əlcəyi, 01 ədəd ağ rəngli 400 manat dəyərində “İtsmagical” markalı tikiş maşını, 01 ədəd üzərində “Tog yu yı pin” yazısı olan 300 manat dəyərində qadın siluetli suvenir, üzərində “Azerbaijan Carpet” yazısı olan göy rəngli bir ədəd çantanın içərisində xüsusi tarixi və bədii əhəmiyyət kəsb edən cənubi Azərbaycan təbriz xalçaçılıq məktəbinə aid olan 165x110 ölçüsündə və XX əsrin sonlarına (1990-2000-ci illərə) aid olub qarışıq ipək saplarla toxunmuş bir ədəd böyük və iki ədəd kiçik ölçülü ümumilikdə 5000 manat dəyərində xalçaları, 01 cüt üzərində “Alexander McQueen” yazısı olan 800 manat dəyərində qara rəngli idman ayaqqabısı, 01 cüt sarı rəngli 600 manat dəyərində “Nike” markalı idman ayaqqabısı, 01 ədəd qızılı rəngli metaldan olan 700 manat dəyərində qab, 01 ədəd qara rəngli parçadan olan torbada ümumi dəyəri 2000 manat təşkil edən bijuteriya tipli boyunbağılar, üzüklər, sırğalar və bəzək əşyaları və 01 ədəd çəhrayı rəngli üzərində “itsmagical” yazısı həkk edilmiş qutunun içərisində olan ümumi dəyəri 1500 manat təşkil edən bijuteriya tipli qolbaq, boyunbağı, üzük və bilərziklər, 02 ədəd hər biri 2000 manat dəyərində olmaqla cəmi 4000 manat dəyərində xüsusi tarixi və bədii əhəmiyyət kəsb edən və XX əsrin birinci yarısına aid olan şamdanlar, 02 ədəd hər biri 3000 manat dəyərində cəmi 6000 manat dəyərində xüsusi tarixi və bədii əhəmiyyət kəsb edən və XX əsrin birinci yarısına aid şüşə materialından tutacaqlı və qapaqlı qrafinlər, 02 ədəd 1000 manat dəyərində gümüş çaxır badələri, 01 ədəd 500 manat dəyərində suvenir xəncər, 10 ədəd ümumi dəyəri 8000 manat təşkil edən brend markalı spirtli içki şüşələri, 01 ədəd 2500 manat dəyərində qədimi gümüş vaza və 03 ədəd hər biri 300 manat dəyərində olmaqla cəmdə 900 manat dəyərində olan gümüş qaşıqları, habelə həmin mənzildən Zərərçəkmiş şəxs1 arvadı Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd qara rəngli 21000 manat dəyərində xəz gödəkcə, 01 ədəd qara rəngli 13000 manat dəyərində “Roberto Cavalli” markalı xəz gödəkcə, 01 ədəd qara rəngli 7000 manat dəyərində “Francesco Scognaniglio” markalı xəz gödəkcə, 01 ədəd 14000 manat dəyərində “Etro Milano” markalı qısa xəz gödəkcə, 01 ədəd 12000 manat dəyərində qəhvəyi rəngli “Sobol” markalı xəz gödəkcə, 01 ədəd 14000 manat dəyərində “4G” markalı xəz jilet, 01 ədəd 11000 manat dəyərində “Thes Thes” markalı qəhvəyi rəngli xəz gödəkcə, 01 ədəd 2800 manat dəyərində “Pajaro” markalı qəhvəyi rəngli xəz gödəkcə, 01 ədəd 1850 manat dəyərində “Adoma” markalı sarı rəngli gödəkcə, 01 ədəd 5500 manat dəyərində “Thes irevelle” markalı ağ rəngli xəz gödəkcə, 01 ədəd 6200 manat dəyərində “Albeno Fercci” markalı qısa xəz gödəkcə, 01 ədəd 350 manat dəyərində qırmızı rəngli “Alexander Mcqueen” markalı pul qabı; 01 ədəd qara rəngli 550 manat dəyərində “Cristian Dior” markalı əl çantası, 01 ədəd qara rəngli 700 manat dəyərində “Bvlgari” markalı qadın əl çantası, 01 ədəd qara rəngli 1200 manat dəyərində “Patiria-pp” markalı qadın əl çantası, 01 ədəd qara rəngli 500 manat dəyərində “Dolge&Gabanna” markalı qadın əl çantası, 01 ədəd boz rəngli 800 manat dəyərində “Prada” markalı qadın əl çantası, 01 ədəd qırmızı rəngli 1200 manat dəyərində “LV” markalı qadın əl çantası, 01 ədəd qara rəngli 700 manat dəyərində “LV” markalı pul qabı, 01 ədəd mavi rəngli 900 manat dəyərində “Hermes” markalı pul qabı, 01 ədəd göy rəngli 40 manat dəyərində “Mango” markalı pul qabı, 01 ədəd göy rəngli 600 manat dəyərində “YSL” markalı qadın əl çantası, 01 ədəd ağ rəngli 700 manat dəyərində “Botegga Venetta” markalı əl çantası, 02 ədəd şəffaf rəngli hər biri 350 manat dəyərində olmaqla cəmi 700 manat dəyərində “Zara” markalı ətirlər, 01 ədəd “Emporio Armani” markalı 1800 manat dəyərində qadın ətri, 08 ədəd brend markalı ümumi dəyəri 10000 manat təşkil edən qadın ətirləri, 01 ədəd içərisindəki sənədin üzərində “Orucova” soyadı qeyd olunmuş original “Rolex” saatına aid 550 manat dəyərində boş qutu, 01 ədəd 2000 manat dəyərində “Lorus" markalı qol saatı, 01 ədəd 1200 manat dəyərində “Daniel Vellengston” markalı qol saatı, 11 ədəd hər biri 150 manat dəyərində olmaqla cəmdə 1650 manat dəyərində bijuteriya boyunbağılar, 01 ədəd üzərində “Vigavan 1972” yazısı olan 1300 manat dəyərində qadın papağı, 01 ədəd qara rəngli 1100 manat dəyərində “Chanel” markalı qadın əl çantası, 03 ədəd brend markalı ümumi dəyəri 10000 manat olan qadın ziyafət donlarını gizli olaraq talayıb ümumilikdə 196000 (yüz doxsan altı min) manat məbləğində, külli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 183.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Şirməmmməd oğlu ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, Elçinin evinə girməyini və oradan bəzi əşyaları oğurladığını təsdiq edir, lakin evə girib bütün əşyaların onun tərəfindən oğlurluq məqsədilə götürülməsi ilə razı deyil. Bundan əlavə, ittihamda əşyaların məbləği şişirdilib, əşayaların sayı düzgün yazılmayıb. Məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, Elçinin evinə 3-4 dəfə girmişdir. Qarajdan isə heç nə oğurlamamışdır. Evin açarını qarajdan açar qabından götürmüşdür. Qarajın pultu isə daima onda olmuşdur. Oğurlanan xalçanın və bakalın tarixi əhəmiyyətli olmasını bilməmişdir. İbtidai araşdırma zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs Şirməmmməd oğlu ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, 2011-ci ildən etibarən ünvan 4 ünvanında yerləşən 19 mərtəbəli yeni yaşayış binasının qeyri-rəsmi formada gözətçiliyini etmişdir. Gözətçi kimi o, binanın və həyətdəki qaraj sahəsinin təhlükəsizliyinə nəzarət etmişdir. Ondan başqa gözətçilər də olmuş və onlar növbəli şəkildə işləmişlər. O, 24 saat ərzində gözətçilik etdikdən sonra iki gün istirahət edib yenidən işə qayıtmıdır. Uzun müddət ərzində həmin binada işlədiyi üçün həmin binanın bütün sakinləri, o cümlədən ətrafdakı Bülbül prospektindəki binalarda yaşayan sakinlərin əksəriyyəti onu yaxşı tanımış və sakinlər həmişə ona etibar etmiş, şəxsi işlərini tapşırmış, o da bacardığı köməkliyi göstərmişdir. Ona görə də Bülbül prospektində yerləşən binanın sakinləri və işçiləri də bəzən kömək kimi gecə saatlarında binadan göz-qulaq olmasını ondan xahiş etmişlər. O da heç vaxt buna etiraz etməmişdir. Çünki faktiki olaraq Səməd Vurğun küçəsində yerləşən işlədiyi bina, Bülbül prospektindəki bina ilə üzbəüzdə yerləşmişdir. O ifadəsində göstərmişdir ki, “Zərərçəkmiş şəxs1" ad soyadlı rəssam olan şəxsi tanımış, Elçinin şəxsi qalereyası da mövcud olmuşdur. Zərərçəkmiş şəxs1 onun işlədiyi binanın, yəni ünvan 4 ünvanında yerləşən binanın sakini olmuşdur. Elçinlə uzun müddət ərzində səmimi və isti münasibətləri olmuşdur. Son 2-3 il ərzində isə Zərərçəkmiş şəxs1 ailəsi ilə birlikdə həmin binanı tərk edərək üzbəüzdə yerləşən binaya, yəni Bülbül prospekti 65C ünvanında yerləşən binaya köçmüş, buna baxmayaraq Elçinlə yaxın və isti münasibətləri qalmışdır. X16 küçəsindəki binada yaşayarkən binanın həyətində qarajı olmamış, Elçinin qarajı elə əvvəldən Bülbül prospekti 65C ünvanında yerləşən binanın həyətində olmuşdur. X21 küçəsində yaşayarkən Elçinin Bülbül prospketindəki qarajının açarları həmişə onun əyləşdiyi mühafizə otağında saxlanılmışdı. Çünki Elçin ona və digər gözətçilərə etibar edirdi. Zərərçəkmiş şəxs1 Bülbül prospekti 65C ünvanındakı binaya köçəndən sonra da isti münasibətlərə görə qarajının açarı bir müddət onun əyləşdiyi mühafizə otağında qalmışdır. Çünki həmin qarajdan Elçinin ailə üzvləri də tez-tez istifadə edir, avtomobillərini saxlayır, habelə həmin qarajdan gələn su xəttindən istifadə etməklə o, həyətdə əkilən güllərə və bitkilərə su vermişdir. Bunu ona Elçin özü tapşırmışdı. Zərərçəkmiş şəxs1 qarajı çox geniş olmuş və oraya 3-4 avtomobi yerləşmişdir. Həmin qarajın arxa hissəsində əlavə saxlanc tipli otaq da var idi. Ona görə də o, istədiyi vaxt həmin qarajın açarından sərbəst şəkildə istifadə edib oraya daxil ola bilərdi. Elçin müəllim Bülbül prospektindəki binaya köçəndən sonra isə qarajının açarı həmin binanın qarşısındakı mühafizə otağının içərisində olmuşdur. Həmin binanın gözətçiləri ilə də onun uzun müddət ərzində tanışlığı olduğundan isti münasibətləri mövcud olmuş, tez-tez birlikdə oturub vaxt keçirir, çay içir, söhbətləşirdilər. O, yaz-yay aylarında həmin gözətçilərə tez-tez jest edib öz kondisionerli sərin otağını təklif edərək gecə saatlarında rahat yatmalarını təklif etmişdir. Özü isə həmin gözətçilərin əvəzinə binaya və həyətə nəzarət edəcəyini bildirmişdir. Qeyd edilən gözətçilər də bunu dost jesti kimi qəbul edib razılaşırdılar. Başa düşmürdülər ki, o bu yolla diqqəti yayındırmaq və yatmalarına əmin olduqdan sonra oğurluq etmək istəmişdir. O, faizlə pul götürdüyü şəxslərə, o cümlədən banklara borcları olduğundan, bundan başqa digər şəxsi ehtiyacları olduğundan qərara gəlmişdi ki, oğurluq edərək pul əldə etsin. Çünki özü üçün başqa çıxış yolu görməmişdir. Rəsmi maaşı isə 400 manat təşkil etmişdir. Ona görə də 2023-cü ilin mart ayının ortalarında gecə radələrində o, məhəllədə heç kimin olmamasından və heç kəsin onu görməməsindən istifadə edib ilk dəfə oğurluq etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti 65C ünvanında yerləşən qarajın açarlarını mühafizə otağından gizlicə götürüb oraya daxil olmuşdur. O, oradan 05 cüt kişi və 05 cüt uşaq ayaqqabıları olmaqla, ümumilikdə 10 cüt ayaqqabı; 01 ədəd “Sharp” markalı fotoaparat; 01 ədəd “Sony” makalı kiçik ölçülü çəhrayı rəngli fotoaparat, 02 ədəd biri “Sony” digəri “Canon” markalı olan kiçik ölçülü fotoaparatlar; 01 ədəd tünd qəhvəyi rəngli kişilər üçün nəzərdə tutulmuş qış kürkü; 01 ədəd qab-qacaq dəsti oğurlamışdır. Oğurladığı ayaqqabıları bir neçə gün ərzində Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən orta məktəbin yaxınlığında və Atyalı qəsəbəsində yolun qırağında satmışdır. Belə ki, həmin ayaqqabıları özünə məxsus “Mitsubishi Airtrek” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa yük yerinə yığıb yol kənarında yoldan keçən tanımadığı şəxslərə satmışdır. Ayaqqabıların satılması nəticəsində 100 manatdan bir qədər artıq məbləğdə pul əldə etmiş, həmin pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Qarajdan oğurladığı fotoaparatları, qab-qacaq dəstini və kürkü isə sata bilmədiyi üçün yaşadığı Xırdalan şəhərindəki evinə aparıb orada saxlamışdır. 2023-cü ilin iyul ayında isə o, Zərərçəkmiş şəxs1 öz ailə üzvləri ilə birlikdə mənzili tərk edərək müvəqqəti bağ evinə köçdüyünü görmüşdür. 2023-cü ilin iyul ayının 29-da Elçin müəllimin həyat yoldaşı axşam saatlarında nə üçünsə bağ evindən şəhərdəki mənzilə gəlmiş və işıqların söndüyünü aşkar etmişdir. O, işıq sayğacının yerini bilsə də, Elçin müəllim ona zəng edərək iki mənzili birləşdirib bir mənzil etdikləri üçün işıq sayğacının ayrı olduğunu, yəni başqa yerdə yerləşdiyini deyib “işıq krediti" götürməsini ondan xahiş etmişdir ki, mənzilində müvəqqəti olaraq işıqlar yansın. O da həmin gecə binaya qalxıb Elçinin mənzilinin işıq sayğacının 16cı mərtəbədə yerləşməsini müəyyən etmişdir. Lakin həmin vaxt mənzilin içərisinə daxil olmamışdır. Bir neçə gün sonra 2023-cü ilin avqust ayının əvvəllərində o, Bülbül prospekti 65C ünvanında yerləşən binanın “Hüseyn” adlı mühafizəçisinə təklif etmişdir ki, sonuncu onun kondisionerli və divanlı olan otağına keçib orada rahat yatsın və o özü binanın keşiyini çəkəcəkdir. “Hüseyn” adlı gözətçi də buna etiraz etməyərək onun otağına keçib yatmağa başlamışdır. Bundan təxminən 30 dəqiqə sonra o, Hüseynin yuxuya getməsinə əmin olduqdan sonra sonuncunun mühafizə otağında yerləşən Zərərçəkmiş şəxs1 aid qarajın açarını götürmüşdür. Həmin açarla o, Zərərçəkmiş şəxs1 qarajını açıb içəri daxil olaraq divara bərkidilmiş açar şitinin (qabının) içərisindən mənzilinin açarlarını götümüşdür. Bunun ardınca o, qarajın qapısını bağlayaraq Bülbül prospekti 65C ünvanında yerləşən binaya, 16-cı mərtəbəyə qalxaraq əli ilə Zərərçəkmiş şəxs1 məxsus mənzilin sayğacından işıqlarını söndürmüşdür. Bunun ardınca Elçin müəllimin yaşadığı 15-ci mərtəbədə yerləşən 52 saylı mənzilə özü ilə gətirdiyi açarın vasitəsi ilə qapını açıb sərbəst şəkildə daxil olmuşdur. O, mənzilin yataq otaqlarının birindən 04 ədəd ətir, 01 ədəd ağ rəngli xəzdən şarf götürmüşdür. Ətirlərin yerləşdiyi qutunu isə yerində saxlamışdır ki, mənzil sahibləri qutunu yerində görüb heç nədən şübhələnməsinlər. Daha sonra o, qonaq otağına keçib əşya dolabının içərisində 21 ədəd müxtəlif növ spirtli içki şüşələrini götürmüşdür. Bundan sonra mənzilin giriş qapısının yaxınlığında yerləşən böyük qarderob otağına keçmişdir. Orada qarşısına böyük və şifrəli bir seyf çıxmışdır. Həmin seyfə o, ümumiyyətlə toxunmamışdır. Seyfin üzərində 01 ədəd qızılı rəngdə iri boşqab, 01 ədəd gümüşü rəngli gümüşdən olmasını zənn etdiyi qılınc və 02 ədəd gümüşü rəngli çaxır badələrini götürmüşdür. Həmçinin qarderob otağından bir ovuc, sayını bilmədiyi bijuteriya tipli bəzək əşyalarını götürmüşdür. Eyni zamanda qarderob otağında tapdığı kağız paketlərə oğurladığı əşyaları yığaraq təcili şəkildə mənzili tərk etmişdir. Oğurladığı əşyaları binanın ikinci mərtəbəsinə düşürüb qaranlıq sahəyə qoymuşdur. Məhəllədə heç kimin olmamasına əmin olduqdan sonra isə o, oğurlanmış malları idarə etdiyi avtomobilə yerləşdirmişdir. Eyni zamanda o, yenidən binanın 16-cı mərtəbəsinə qalxıb işıq sayğacından işıqları işə salmış, daha sonra mühafizə postuna qayıdıb vidoemüşahidə kameralarının videogörüntülərini simiş, yəni sübutları məhv etmişdir. Mənzildən törətdiyi oğurluq hadisələrinin hər birini iz buraxmamaq üçün fəhlə əlcəklərindən və xüsusi sellofan ayaq baxıllarından istifadə etməklə törətmişdir. Cinayət hadisəsini törətdikdən sonra o, posta qayıdıb çay və ya kofe içmiş, ətrafa nəzər yetirmişdir. Daha sonra isə postunda yatan “Hüseyn” adlı şəxsi oyadaraq özünün də yatmaq istədiyini deyib Hüseyni yola salmış, özüm isə uzanıb yatmışdır. Oğurladığı 21 ədəd müxtəlif növ spirtli içkilərin 20-sini bir neçə gün sonra “İnqilab” adlanan ərazidə “Təhmasib” adlı bir şəxsə satmışdır. Bir şüşə içkini isə sata bilmədiyi üçün evində saxlamışdır. Oğurladığı 02 ədəd çaxır badələrini “Moskva univermağı” tərəfdə “Surxay” adlı şəxsə cəmi 1000 manata satmışdır. Oğurladığım 04 ədəd ətir, 01 ədəd ağ rəngli xəzdən şarf, 01 ədəd qızılı rəngdə iri boşqab, bir ovuc sayını bilmədiyi bijuteriya tipli bəzək əşyalarını isə sata bilmədiyi üçün yaşadığı evə aparıb orada saxlamışdır. Bir neçə gün sonra 2023-cü ilin avqust ayının əvvəllərində növbəti dəfə onunla eyni növbəyə düşən qarovulçu “Hüseyn”i eyni qaydada istirahət etmək üçün postuma dəvət etmişdir. Hüseyn yenidən onun təklifini qəbul edərək gecə radələrində Bülbül prospektindəki binanın postunu buraxıb onun postuna gəlmiş və orada yatmışdır. O da bu fürsətdən yenidən öz maraqları üçün istifadə edib oğurluq etmək qərarına gəlmişdir. O, eyni qaydada ilk əvvəl Elçinin qarajından yaşadığı mənzilin açarlarını götürmüş, daha sonra mənzilinin işıqlarını söndürdükdən sonra ələ keçirdiyi açarla mənzilin qapısını açıb sərbəst şəkildə mənzilə daxil olmuşdur. Həmin vaxt o, mənzilin yataq otaqlarına daxil olmuşdur. O, mənzilin qarderob sahəsindən daha bir ovuc bijuteriya tipli bəzək əşyalarını_və boz rəngli noutbuk tipli kompyuter aparatını götürmüş, eyni zamanda həmin otaqdan sayını dəqiq bilmədiyi daha bir neçə ədəd qadın ətirlərini götürmüşdür. Orada “Rolex” markalı qol saatı üçün nəzərdə tutulan boş qutu olmuşdur. Həmin qutunun içərisində saat olmamışdır. Sadəcə qutunun özü xoşuna gəldiyi üçün özünə götürmüşdür. Digər yataq otağından da yenidən_bijuteriya tipli bəzək əşyalarını götürmüşdür. Bundan başqa o, yataq otaqlarının birindən sayını dəqiq bilmədiyi bir neçə ədəd kişi qol saatlarını, mobil telefon üçün nəzərdə tutulan enerji cihazlarını götürmüşdür. Bundan sonra o, mənzilin qonaq otağına getmiş, orada kiçik ölçülü, 250 ml-lik 04 şüşə viski, 02 şüşə çaxır içkisini götürmüşdür. Bunları götürüb paketlərə yığdıqdan sonra o, mənzilin giriş hissəsindəki qarderob sahəsinə qayıtmışdır. Oradan isə sayını dəqiq bilmədiyi 2-3 ədəd ətir və 2-3 ədəd qadın əl çantalarını götürmüşdür. Oradan çıxdıqdan sonra oğurladığı əşyaları yenidən binanın ikinci mərtəbəsinə düşürüb qaranlıq sahəyə qoymuşdur. O, məhəllədə heç kimin olmamasına əmin olduqdan sonra isə oğurlanmış malları öz idarə etdiyi avtomobilə yerləşdirmişdir. Eyni zamanda o, yenidən binanın 16-cı mərtəbəsinə qalxıb işıq sayğacından işıqları işə salmış, daha sonra mühafizə postuna qayıdıb vidoemüşahidə kameralarının videogörüntülərini silmiş, yəni sübutları məhv etmişdir. Mənzildən törətdiyi oğurluq hadisələrinin hər birini iz buraxmamaq üçün fəhlə əlcəklərindən və xüsusi sellofan ayaq baxıllarından istifadə etməklə törətmişdir. Cinayət hadisəsini törətdikdən sonra o, posta qayıdıb çay və ya kofe içmiş, ətrafa nəzər yetirmişdir. Daha sonra isə postunda yatmış “Hüseyn” adlı şəxsi eyni qaydada oyadaraq özünün də yatmaq istədiyini deyib yola salmışdır. Özü isə uzanıb yatmışdır. Törətdiyim oğurluq hadisələri barədə Hüseynin hər-hansı məlumatı olmamışdır. Bu barədə ümumiyyətlə heç kimə deməmiş, hamıdan gizlətmişdir. Oğurladığı və sonradan sata bilmədiyi üçün yaşadığı evə apardığı əşyaları görən arvadı Şahid10 həmin əşyalarla bağlı ona sual verəndə belə o, əşyaları oğurluq yolu ilə əldə etməyi barədə bir söz deməmişdir. Arvadına yalandan demişdir ki, guya ona pul borclu olan şəxslər vardır ki, həmin adamlar ona pul əvəzi əşya veriblər. Bu dəfə etdiyi oğurluq nəticəsində hər-hansı bir əşyanı satmamışdır. Oğurladığı içkiləri isə şəxsən özü içmişdir. Digər əşyaları isə sata bilmədiyi üçün yaşadığı evdə saxlamışdır. Bir neçə gün sonra o, 2023-cü ilin avqust ayının əvvəllərindən ortalarına qədər olan müddət ərzində daha üç dəfə eyni üsulla, yəni “Hüseyn” adlı qarovulçunu yatmaq bəhanəsi ilə öz postuna çağırıb yuxuya getməsini təmin etdikdən sonra postdan Zərərçəkmiş şəxs1 məxsus qarajın açarlarını, qarajdan isə Elçinin mənzilinin açarlarını ələ keçirmə yolu ilə mənzilə sərbəst daxil olma üsulu ilə həmin mənzildəki qarderob sahələrindən sayını dəqiq bilmədiyi qadın xəz şubalarını, xəzdən olan qadın papağını, bahalı sandığım içərisi boş olan qadın əl çantalarını və pul kisələrini, ətirləri, boks əlcəklərini, bir neçə ədəd gümüş qaşıqları, iki ədəd çaxır çanağını (qabı), iki ədəd alt hissəsi gümüşdən olan şüşədən badələri, bir neçə ədəd fotoaparatı, üzərində “Azerbaijan” yazısı olan xüsusi paketdə olan xalçanı oğurlamışdır. Hər bir oğurluq cinayətindən sonrakı hərəkətləri də eyni olmuşdur. Hər dəfə də o, oğurluq etdikdən sonra binaların videogörüntülərini silmişdir. 07 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Xırdalan şəhəri ərazisində olarkən saat 19:00-da saxlanılmış və oradan polis idarəsinə aparılmışdır. O, törətdiyi cinayəti səmimi etiraf etmiş və oğurluq yolu ilə ələ keçirib öz yaşadığı evdə saxladığı bütün əşyaları polis əməkdaşlarına könüllü olaraq təqdim etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs mən bir neçə ildir ki, tanıyır, ona bütün bina sakinlərinin böyük etimadı olmuşdur. 2023-cü ilin iyul ayından avqust ayına qədər olan müddət ərzində o, ailə üzvləri ilə birlikdə bağ evində qalmı, buna baxmayaraq ara-sıra evə gedib baş çəkmişik, lakin mənzilə baş çəkilən vaxtlarda orada hər-hansı dağıntı və ya kənar müdaxiləyə işarə edən hər hansı səliqəsizlik görməmişik, mənzildən oğurluq hadisəsinin olmasından şübhələnməmişdir. Evində içki saxladığı yerdən hədiyyə vermək üçün içki götürmək istəyəndə, həmin içki qutularının boş olduğunu görmüşəm, amma bunu önəmli sayıb fikir verməmiş və heç kimə heç nə deməmişdir. Günlərin bir günü həyat yoldaşı ilə ailəvi dostluq etdikləri şəxsin ad günü mərasiminə getməyə hazırlaşırkn doğum günü qeyd olunan şəxsə hədiyyə vermək üçün evdəki şkafdan “Emporio Armani” mağazasından aldıqları 1800 manat dəyərində qadın ətrini götürmək istəyərkən ətirin yerləşdiyi qutunun boş olmasıənı görmüşlər. Bu hal ona şübhəli gəlmiş, ona görə də o, dolabda olan digər ətirlərin yerləşdiyi qutulara da baxmış və qutuların yerində olmasına baxmayaraq ətirlərin içərisində olmadığını görmüşdür. Ad gününə gedib gəldikdən sonra həyat yoldaşı ilə mənzilin bütün dolablarına baxıb və mənzildən məhz hansı əşyaların yoxa çıxdığını müəyyən edib və bundan sonra polisə müraciət etmişdir. Məhkəmə iclası zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, evin açarı qarajda açar qoymaq üçün qabın içərisində olurmuş. Oğurlanan əşyaların əksər hissəsi qaytarılıb. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 18 ildir ki, ünvan 3 ünvanında ailə üzvləri, yəni arvadı Zərərçəkmiş şəxs2, övladları X13, X10 və X9 ilə birlikdə yaşayır. 1984-cü ildən etibarən rəssamlıq fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikasının Prezidenti tərəfindən “X8” fəxri adına layiq görülmüşdür. Yaşadığı mənzil 19 mərtəbəli binanın 15-ci mərtəbəsində yerləşməklə 6 otaqlıdır və 400 kvadrat metr sahəyə malikdir. Bundan başqa həmin mənzildən savayı yay fəslində istirahət etmək üçün ona məxsus ünvan 5 ünvanında yerləşən bağ evi də vardır. Bu il, yəni 2023-cü ilin iyul ayının 5-də o, ailə üzvləri ilə birlikdə həmin bağ evinə köçmüşdür. 31 avqust 2023cü il tarixə qədər olan müddət ərzində o, ailə üzvləri ilə birlikdə orada qalmışdır. Buna baxmayaraq ara-sıra o, həyat yoldaşı və sürücüsü Alim şəhər ərazisindəki evinə gedib baş çəkmiş, lakin mənzilə baş çəkilən vaxtlarda orada hər-hansı dağıntı və ya kənar müdaxiləyə işarə edən hər hansı səliqəsizlik görmədiklərindən mənzildən oğurluq hadisəsinin olmasından şübhələnməmiş və bunu hiss etməmişlər. 05 sentyabr 2023-cü il tarixdə o, Bülbül prospektindəki mənzilində olmuş və həyat yoldaşı ilə birlikdə saat 17 radələrində ailəvi dostluq etdiyi şəxslərin ad günü mərasiminə getməyə hazırlaşmışdır. Bunun üçün mənzilin giriş qapısından sol tərəfdə yerləşən böyük şkafın içərisindəki əşya dolabını açmış ki, orada saxladıqları “Emporio Armani” mağazasından alınan 1800 (min səkkiz yüz) manat dəyərində qadın ətrini götürüb doğum günü qeyd olunan şəxsə hədiyyə versin. Lakin ətirin yerləşdiyi qutunu əlinə götürəndə görmüşdür ki, qutu boşdur və içərisində ətirin özü yoxdur. Bu hal ona şübhəli gəlmiş, çünki ətirin yerində olduğunu və istifadə edilmədiyini dəqiq bilmişdir. Ona görə də o, dolabda olan digər ətirlərin yerləşdiyi qutulara da toxunmuş, qutuların yerində olmasına baxmayaraq ətirlərin içərisində olmadığını aşkar etmişdir. O, həmin gün ad günü tədbirinə gedib-gəlmişdir. Həmin tədbirin gecəsi, artıq 06 sentyabr 2023-cü il tarixdə isə o, həyat yoldaşı ilə birlikdə mənzilin bütün dolablarına baxmağa başlamışdır ki, mənzildən məhz hansı əşyaların yoxa çıxdığını dəqiq bilsinlər. Baxış zamanı ilkin olaraq aşkar etmişdir ki, mənzilin yataq otağına bitişik olan ikinci qarderob otağından brend markalı ətirlər, həyat yoldaşı Alisaya məxsus təbii xəzdən olan şubalar, brend markalı qadın əl çantaları, brend markalı qadın donları, bundan başqa mənzilin qonaq otağında yerləşən xüsusi “bar” tipli, içki və əntiq əşyalar piştaxtasının rəflərində olan brend markalı müxtəlif növ spirtli içki şüşələri, 01 (bir) ədəd gümüş vaza və 03 (üç) ədəd gümüş qaşıq, yataq otağında yerləşən qarderob otağından isə çoxlu sayda bijuteriya əşyaları yerində yoxdur. Bundan başqa yaşadığı binanın birinci mərtəbəsində yerləşən ona məxsus daimi istifadəsində olan qaraj sahəsinə də düşüb baxmışdır. Orada olarkən qarajın arxa tərəfində yerləşən qarderob otağında saxlanılan beş cüt dəyəri 800 manat olan kişi və beş cüt hər birinin dəyəri 80 manat olmaqla ümumi dəyəri 400 manat olan uşaq ayaqqabıları, 01 ədəd 1000 manat dəyərində “Sharp” markalı fotoaparatı, 01 ədəd 900 manat dəyərində “Sony” makalı kiçik ölçülü çəhrayı rəngli fotoaparatı, 02 ədəd hər biri 300 manat olmaqla cəmi 600 manat dəyərində “Sony”, digəri 400 manat dəyərində “Canon” markalı olan kiçik ölçülü fotoaparatları, 01 ədəd 700 manat dəyərində tünd qəhvəyi rəngli kişi üçün nəzərdə tutulmuş qış kürkünü və 01 ədəd 400 manat dəyərində qab-qacaq dəstini mərhum qayınanası tərəfindən həyat yoldaşına hədiyyə edilmiş 01 (bir) ədəd 600 manat dəyərində xəzdən olan qadın şubasının da yerində olmadığını aşkar etmişdir. Mənzilin bütün yerlərinə tam baxış keçirəndən sonra məlum olmuşdur ki, mənzildən daha artıq sayda əşyalar oğurlanmışdır. Yaşadığı binada hamı bir-birini tanımış və aralarında çox yaxşı, isti və səmimi münasibətlər olmuşdur. Ağlının ucundan da keçməzdi ki, kimsə onun evinə oğurluq üçün girər. İstər mənzilin, istərsə də qarajın jalyuz qapısının açarlarının bir nüsxəsi həmişə qarajın qapısının yanındakı divara bərkidilmiş xüsusi açarqabının içərisindən asılmışdır. Əksər hallarda sürücüyə mənzildən nəsə götürmək və ya oraya hansısa əşyanı aparmaq lazım olanda, sürücü məhz həmin açarqabından lazım olan açarı götürüb istifadə edə bilmişdir. Bütün bunları gördükdən sonra o, başa düşmüşdür ki, mənzildə olmadığı ərəfədə oğurluq hadisəsi olmuşdur. Lakin mənzildən oğurluq edən şəxs öz cinayətini səliqəli şəkildə, otaqlardakı əşyaların nizamını pozmadan etdiyi üçün o, daha əvvəlcədən bu hadisədən şübhələnməmişdir. Aşkar etdiyi oğurluq hadisəsi ilə bağlı o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 xidməti”nə zəng edərək məlumat vermişdir. Hadisə yerinə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları gəlmiş və araşdırma aparmağa başlaşmışlar. Mənzilin qapısına və pəncərələrinə hər-hansı fiziki müdaxilə, sındırma, əzmə, dağıtma yolu ilə daxil olma əlamətləri müəyyən olunmamışdır. Mənzildəki oğurluq hadisəsi bir neçə gün ərzində davamlı olaraq törədilmişdir. O, həyat yoldaşı ilə birlikdə apardığı yekun hesablamaya əsasən mənzildən - 01 ədəd qara rəngli 21000 manat dəyərində markasını unutduğu xəz qadın gödəkcəsi, 01 ədəd qara rəngli 13000 manat dəyərində “Roberto Cavalli” markalı xəz gödəkcə, 01 ədəd qara rəngli 7000 manat dəyərində “Francesco Scognaniglio” markalı xəz gödəkcə, 01 ədəd 14000 manat dəyərində “Etro Milano” markalı qısa xəz gödəkcə, 01 ədəd 12000 manat dəyərində qəhvəyi rəngli “Sobol” markalı xəz gödəkcə, 01 ədəd 14000 manat dəyərində “4G” markalı xəz jilet, 01 ədəd 11000 manat dəyərində “Thes Thes” markalı qəhvəyi rəngli xəz gödəkcə, 01 ədəd 2800 manat dəyərində “Pajaro” markalı qəhvəyi rəngli xəz gödəkcə, 01 ədəd 1850 manat dəyərində “Adoma” markalı sarı rəngli gödəkcə, 01 ədəd 5500 manat dəyərində “Thes irevelle” markalı ağ rəngli xəz gödəkcə, 01 ədəd 6200 manat dəyərində “Albeno Fercci” markalı qısa xəz gödəkcə, 01 ədəd 350 manat dəyərində qırmızı rəngli “Alexander Mcqueen” markalı pul qabı; 01 ədəd qara rəngli 550 manat dəyərində “Cristian Dior” markalı əl çantası, 01 ədəd qara rəngli 700 manat dəyərində “Bvlgari” markalı qadın əl çantası, 01 ədəd qara rəngli 1200 manat dəyərində “Patiria-pp” markalı qadın əl çantası, 01 ədəd qara rəngli 500 manat dəyərində “Dolge&Gabanna” markalı qadın əl çantası, 01 ədəd boz rəngli 800 manat dəyərində “Prada” markalı qadın əl çantası, 01 ədəd qırmızı rəngli 1200 manat dəyərində “LV” markalı qadın əl çantası, 01 ədəd qara rəngli 700 manat dəyərində “LV” markalı pul qabı, 01 ədəd mavi rəngli 900 manat dəyərində “Hermes” markalı pul qabı, 01 ədəd göy rəngli 400 manat dəyərində “Mango” markalı pul qabı, 01 ədəd göy rəngli 600 manat dəyərində “YSL” markalı qadın əl çantası, 01 ədəd ağ rəngli 700 manat dəyərində “Botegga Venetta” markalı əl çantası, 02 ədəd şəffaf rəngli hər biri 350 manat dəyərində olmaqla cəmi 700 manat dəyərində “Zara” markalı ətirlər, 01 ədəd “Emporio Armani” markalı 1800 manat dəyərində qadın ətri, 08 ədəd brend markalı ümumi dəyəri 10000 manat təşkil edən qadın ətirləri, 01 ədəd 800 manat dəyərində “Canon” markalı fotoaparat, 01 ədəd 1100 manat dəyərində “Nikon” markalı fotoaparat, 01 ədəd 3000 manat dəyərində “Apple Macbook” markalı noutbuk, 01 ədəd 20 manat dəyərində “Mi” markalı enerji cihazı, 01 ədəd içərisindəki sənədin üzərində “Orucova” soyadı qeyd olunmuş original “Rolex” saatına aid 550 manat dəyərində boş qutu, 01 ədəd 2000 manat dəyərində “Lorus” markalı qol saatı, 01 ədəd 1800 manat dəyərində “Ferrari” markalı qol saatı, 01 ədəd 1000 manat dəyərində “Boss” markalı qol saatı, 01 ədəd 3000 manat dəyərində “Rado” markalı qol saatı, 01 ədəd 750 manat dəyərində “DG” markalı qol saatı, 01 ədəd 1300 manat dəyərində “Swatch” markalı qol saatı, 01 ədəd 2000 manat dəyərində əntiq tipli “Molniya” markalı cib saatı, 01 ədəd 1200 manat dəyərində “Daniel Vellengston” markalı qol saatı, 11 ədəd hər biri 150 manat dəyərində olmaqla cəmdə 1650 manat dəyərində bijuteriya boyunbağılar, 01 ədəd qızılı rəngli üzərində qədimi naxışlar olan 750 manat dəyərində qab, 01 cüt 30 manat dəyərində “Everlast” markalı boks əlcəyi, 01 ədəd ağ rəngli 400 manat dəyərində “İtsmagical” markalı tikiş maşını, 01 ədəd üzərində “Tog yu yı pin” yazısı olan 300 manat dəyərində qadın siluetli suvenir, üzərində “Azerbaijan Carpet” yazısı olan göy rəngli bir ədəd çantanın içərisində bir ədəd böyük və iki ədəd kiçik ölçülü ümumilikdə 5000 manat dəyərində namazlıq xalçaları, 01 ədəd üzərində “Vigavan 1972” yazısı olan 1300 manat dəyərində qadın papağı, 01 cüt üzərində “Alexander McQueen” yazısı olan 800 manat dəyərində qara rəngli idman ayaqqabısı, 01 cüt sarı rəngli 600 manat dəyərində “Nike” markalı idman ayaqqabısı, 01 ədəd qara rəngli 1100 manat dəyərində “Chanel” markalı qadın əl çantası, 01 ədəd qızılı rəngli metaldan olan 700 manat dəyərində qab, 01 ədəd qara rəngli parçadan olan torbada ümumi dəyəri 2000 manat təşkil edən bijuteriya tipli boyunbağılar, üzüklər, sırğalar və bəzək əşyaları və 01 ədəd çəhrayı rəngli üzərində “itsmagical” yazısı həkk edilmiş qutunun içərisində olan ümumi dəyəri 1500 manat təşkil edən bijuteriya tipli qolbaq, boyunbağı, üzük və bilərziklər, 02 ədəd hər biri 2000 manat dəyərində olmaqla cəmi 4000 manat dəyərində olan əntiq tipli suvenir şamdanlar, 02 ədəd hər biri 3000 manat dəyərində olmaqla cəmi 6000 manat dəyərində əntiq tipli şüşə materialından olan tutacaqlı və qapaqlı su qabları, 02 ədəd 1000 manat dəyərində gümüş çaxır badələri, 01 ədəd 500 manat dəyərində suvenir xəncər, 03 ədəd brend markalı ümumi dəyəri 9000 manat olan qadın ziyafət donları, 10 ədəd ümumi dəyəri 8000 manat təşkil edən brend markalı spirtli içki şüşələri, 01 ədəd 2500 manat dəyərində qədimi gümüş vaza və 03 ədəd hər biri 300 manat dəyərində olmaqla cəmdə 900 manat dəyərində olan gümüş qaşıqlar oğurlanmışdır. Nəticə etibarı ilə yaşadığı mənzildən oğurlanmış əşyalara görə ona 196000 (yüz doxsan altı min) manat məbləğində, qaraj sahəsindən oğurlanmış əşyalara görə isə ona 5800 (beş min səkkiz yüz) manat məbləğində maddi ziyan vurulmuşdur.Əlavə dindirilmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 05 dekabr 2023-cü il tarixli 9/7375 nömrəli ekspertiza rəyi ilə tanış olmuşdur. O, ifadəsində həmin ekspertiza rəyi, yəni oğurlanmış əşyaların dəyəri ilə bağlı orada göstərilən 28382,00 manat məbləği ilə razı olmadığını bildirmişdir. Belə ki, oğurluq nəticəsində ona daha artıq məbləğdə maddi ziyan vurulmuş və həmin zərərin məbləğini əvvəlki ifadəsində şəxsən göstərmişdir. Ekspertiza rəyində göstərilən məbləğ isə real deyil və çox aşağı məbləğdir. Ona görə də Zərərçəkmiş şəxs1 xahiş etmişdir ki, oğurluq nəticəsində vurulmuş maddi ziyan ifadələrində göstərdikləri məbləğlər üzrə müəyyən edilsin.Əlavə dindirilmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 04 mart 2024-cü il tarixli 9/1133 nömrəli ekspertiza rəyi ilə tanış olmuşdur. O, ifadəsində həmin ekspertiza rəyi, yəni oğurlanmış əşyaların dəyəri ilə bağlı orada göstərilən 6200 manat məbləği ilə razı olmadığını bildirmişdir. Belə ki, oğurluq nəticəsində ona daha artıq məbləğdə maddi ziyan vurulmuş və həmin zərərin məbləğini əvvəlki ifadəsində şəxsən göstərmişdir. Ekspertiza rəyində göstərilən məbləğ isə real deyil və çox aşağı məbləğdir. Ona görə də Zərərçəkmiş şəxs1 xahiş etmişdir ki, oğurluq nəticəsində vurulmuş maddi ziyan ifadələrində göstərdikləri məbləğlər üzrə müəyyən edilsin. Bundan başqa o, ifadəsində göstərmişdir ki, tarixi əhəmiyyət kəsb edən bu əşyaların hər biri şəxsən ona məxsus olmuş və həyat yoldaşına aidiyyəti olmamışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 nümayəndəsi qismində Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 həyat yoldaşıdır. Həyat yoldaşına münasibətdə xəz dükanına 5000 manat borc qalıb o pul ğdənilsə təqsirləndirilən şəxsi bağışlayar. Xəz dərini Bakı Univermağında olan Xəz dükanından almış, İtaliya istehsalıdır. İbtidai araşdırma zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində əri Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərinə oxşar məzmunlu ifadə verməklə əlavə olaraq göstərmişdir ki, oğurlanmış əşyalardan - 01 ədəd qara rəngli 21000 manat dəyərində xəz gödəkcə, 01 ədəd qara rəngli 13000 manat dəyərində “Roberto Cavalli” markalı xəz gödəkcə, 01 ədəd qara rəngli 7000 manat dəyərində “Francesco Scognaniglio” markalı xəz gödəkcə, 01 ədəd 14000 manat dəyərində “Etro Milano” markalı qısa xəz gödəkcə, 01 ədəd 12000 manat dəyərində qəhvəyi rəngli “Sobol” markalı xəz gödəkcə, 01 ədəd 14000 manat dəyərində “4G" markalı xəz jilet, 01 ədəd 11000 manat dəyərində “Thes Thes” markalı qəhvəyi rəngli xəz gödəkcə, 01 ədəd 2800 manat dəyərində “Pajaro” markalı qəhvəyi rəngli xəz gödəkcə, 01 ədəd 1850 manat dəyərində “Adoma” markalı sarı rəngli gödəkcə, 01 ədəd 5500 manat dəyərində “Thes irevelle” markalı ağ rəngli xəz gödəkcə, 01 ədəd 6200 manat dəyərində “Albeno Fercci” markalı qısa xəz gödəkcə, 01 ədəd 350 manat dəyərində qırmızı rəngli “Alexander Mcqueen” markalı pul qabı; 01 ədəd qara rəngli 550 manat dəyərində “Cristian Dior” markalı əl çantası, 01 ədəd qara rəngli 700 manat dəyərində “Bvlgari” markalı qadın əl çantası, 01 ədəd qara rəngli 1200 manat dəyərində “Patiria-pp” markalı qadın əl çantası, 01 ədəd qara rəngli 500 manat dəyərində “Dolge&Gabanna” markalı qadın əl çantası, 01 ədəd boz rəngli 800 manat dəyərində “Prada” markalı qadın əl çantası, 01 ədəd qırmızı rəngli 1200 manat dəyərində “LV” markalı qadın əl çantası, 01 ədəd qara rəngli 700 manat dəyərində “LV” markalı pul qabı, 01 ədəd mavi rəngli 900 manat dəyərində “Hermes” markalı pul qabı, 01 ədəd göy rəngli 400 manat dəyərində “Mango” markalı pul qabı, 01 ədəd göy rəngli 600 manat dəyərində “YSL” markalı qadın əl çantası, 01 ədəd ağ rəngli 700 manat dəyərində “Botegga Venetta” markalı əl çantası, 02 ədəd şəffaf rəngli hər biri 350 manat dəyərində olmaqla cəmi 700 manat dəyərində “Zara” markalı ətirlər, 01 ədəd “Emporio Armani” markalı 1800 manat dəyərində qadın ətri, 08 ədəd brend markalı ümumi dəyəri 10000 manat təşkil edən qadın ətirləri, 01 ədəd içərisindəki sənədin üzərində “Orucova" soyadı qeyd olunmuş original “Rolex” saatına aid 550 manat dəyərində boş qutu, 01 ədəd 2000 manat dəyərində “Lorus” markalı qol saatı, 01 ədəd 1200 manat dəyərində “Daniel Vellengston” markalı qol saatı, 11 ədəd hər biri 150 manat dəyərində olmaqla cəmdə 1650 manat dəyərində bijuteriya boyunbağılar, 01 ədəd üzərində “Vigavan 1972” yazısı olan 1300 manat dəyərində qadın papağı, 01 ədəd qara rəngli 1100 manat dəyərində “Chanel” markalı qadın əl çantası, 03 ədəd brend markalı ümumi dəyəri 10000 manat olan qadın ziyafət donları sırf ona məxsus əşyalar olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində bildirmişdir ki, hadisə barədə ona heç nə məlum deyil, əvvəllər Təzə bazar adlanan yerdə açar təmiri ilə məşqul olmuş, sonra həmin bazar bağlanıldıqdan sonra oradan köçmüşdür.Açarlarının üzünü çıxardığı adamlardan hər hansı sənəd almamışdır. İbtidai araşdırma zamanı Şahid6 ifadəsində göstərmişdir ki, 1983-cü ildən saatsaz kimi fəaliyyət göstərmiş, Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsində yerləşən “Təzə Bazar” adlanan ərazidə kiçik bir yeri icarəyə götürərək saat təmiri işi ilə məşğul olmuşdur. “Təzə bazar” söküldükdən sonra, 3 il olarkı Bakı şəhəri Nəsimi rayonu Mirəli Qaşqay küçəsində yerləşən “Təzə bazar”da həmin işini davam etdirmişdir. Təxminən 15 il olarki saat təmiri ilə yanaşı, açar təmiri işi ilə də məşğul olmuşdur. Gündəlik olaraq müxtəlif şəxslər onun yanına gələrək müraciət etmiş və onlara köməklik göstərmişdir. Polis əməkdaşları tərəfindən onunla mütəmadi olaraq profilaktiki tədbirlər aparılmış, yaşayış sahələrinin qapıları açılarkən qonşuların həmin ev sahibini tanıyıb-tanımamalarının dəqiqləşdirilməsi tələb edilmiş və plastilinlə açarların düzəldilməsinin qadağan olması izah olunmuşdur. 2018-ci il ərzində də müxtəlif şəxslər açarların hazırlanması ilə bağlı müraciət etmişdir. Həmin şəxslərin kim olması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində bildirmişdir ki, o, təqsirləndirilən şəxsi Emil adı ilə tanımış, içkiləri alarkən ona həmin içkilərin evində işlədiyi ailəyə məxsus olduğunu demiş, həmin içkilərə görə 800-900 manat pul vermişdir. İçkiləri bir yerdə almışdır, şəxsi müştəri kimi tanımış onunla heç bir tanışlığım olmamışdır. İbtidai araşdırma zamanı Şahid4 ifadəsində göstərmişdir ki, ***-***-**-** saylı mobil nömrədən istifadə etmişdir. 2019-cu ilin əvvəllərində o, ünvan 6 ünvanında əvvəlki adı ilə “İnqilab” adlanan ərazidə icarəyə obyekt götürərək “Meyxoş” adı altında həmin obyektdə spirtli içki, siqaret və müxtəlif içkilərin satışı ilə məşğul olmağa başlamışdır. Həmin fəaliyyəti ilə bağlı vergi ödəyicisi kimi qeydiyyata alınmış və VÖEN əldə etmişdir. O, həmin obyektdə ayrı-ayrı şəxslərə spirtli içkilər satsa da, hər hansı şəxsdən satmaq üçün spirtli içki qəbul etməmişdir. O,yalnız rəsmi müqavilələr əsasında əməkdaşlıq etdiyi ayrı-ayrı şirkətlərdən spirtli içkiləri topdan alaraq pərakəndə şəkildə satışını həyata keçirmişdir. Həmin şirkətlərə “Avrora”, “Veysəloğlu”, “Alcohol”, “Alcomajestic” və digərlərini nümunə göstərə bilər. O, həmin şirkətlərlə yalnız faktura qaimə əsasında alqı-satqı etmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs şəxsən tanımamışdır. Ola bilər ki, həmin şəxs müştəri kimi ona məxsus obyektə gələrək spirtli içki almışdır. Bundan əlavə, ona məxsus obyektdə ünvanlara çatdırılma da mövcud olmuşdur. Belə ki, obyektə gələn şəxslər onun yaxud satıcıların mobil nömrəsini götürmüş, sonrakı müddətdə həmin mobil nömrələrlə əlaqə saxlayıb spirtli içki sifariş etmişlər. O da taksi vasitəsilə həmin sifarişləri ünvanlara çatdırmışdır. Buna görə də, Üzeyir ona məxsus obyektdən məhsul alan şəxslərdən biri ola bilərdi. Lakin obyektdə müştərilər barəsində heç bir qeydiyyat aparılmadığı üçün Üzeyirin dəqiq olaraq obyektə gəlib-gəlmədiyini deyə bilməmişdir. Üzeyirin nə üçün istintaq zamanı onun adını qeyd etməsi və mobil telefon nömrəsini haradan əldə etməsini bilmədiyini göstərmişdir. O, ehtimal etmişdir ki, Üzeyir ona məxsus obyektə nə vaxtsa müştəri kimi gəlmiş və mobil nömrəsini götürmüşdür. Lakin Üzeyir adlı şəxs heç vaxt ona məxsus obyektə spirtli içki satmamışdır. Təxminən 2023-cü ilin aprelmay aylarında dəqiq xatırlamadığı tarixdə obyektə gələn müştəri özünü “Emil” kimi təqdim edərək spirtli içki almışdır. Eyni zamanda, həmin şəxs onun mobil telefon nömrəsini də götürmüşdür. Sonrakı müddətdə isə həmin şəxs ümumilikdə 2-3 dəfə ona zəng edərək spirtli içki sifariş etmişdir. Telefon danışığı zamanı da o, həmin şəxsə “Emil” kimi müraciət etmişdir. Lakin bir dəfə dəqiq xatırlamadığı vaxt həmin şəxs yenə də spirtli içki sifariş etmişdir. O, taksi ilə sifarişi göndərdiyi vaxt taksi sürücüsü həmin şəxslə əlaqə saxlamışdır. Taksi sürücüsünün mobil telefonda danışdığı vaxt “Emil” kimi tanıdığı şəxsə sürücünün “Üzeyir” deyə müraciət etdiyini eşitmişdir. Bundan sonra o, həmin şəxsdən təkrarən adını soruşduqda yenə də adının “Emil” olduğunu demişdir. O bir dəfə həmin şəxsin istəyi əsasında taksi ilə Xırdalan şəhərinə spirtli içki göndərmişdir. Təxminən 2-3 ay əvvəl dəqiq xatırlamadığı tarixdə yay aylarından birində saat 17-18 radələrində “Whatsapp” ani mesajlaşma tətbiqində “Emil” adlı şəxs istifadə etdiyi “***-***-**-**” saylı mobil nömrədən ona mesaj yazaraq müdirinə məxsus içkiləri münasib qiymətə satmaq istədiyini demiş və almaq istəyib-istəmədiyini soruşmuşdur. O, qiymət münasib olacağı təqdirdə şəxsi istifadəsi üçün ala biləcəyini demişdir. Həmin şəxs ona təxminən 13-14 ədəd spirtli içkinin fotoşəkillərini göndərmişdir. Həmin içkilərin heç biri ölkə ərazisində yerləşən bazarlarda satışı olmayan içkilər olmuşdur. İçkilərin hər biri fərqli markada, fərqli növdə olmuşdur. İçkilərdən bəziləri araq, bəziləri çaxır, bəziləri rom, bəziləri isə viski içkiləri olmuşdur. Bundan başqa, həmin içkilərin bəzilərinin satış qiymətləri də baha olmuşdur. “Emil” həmin içkilərin ümumi qiymətinin 800 manat olduğunu ona demişdir. Bundan sonra o, internetdə bir qədər araşdırma aparmış və həmin qiymətin münasib olduğunu görmüşdür. Buna görə də, “Emil” ilə razılaşıb həmin içkiləri 800 manata ala biləcəyini demişdir. Lakin “Emil” həmin anda düzgün qiymətləndirmə aparmadığını, dəqiq hesablama apardıqdan sonra ona dəqiq qiymət deyəcəyini demişdir. Təxminən 4-5 gün sonra “Emil” “Whatsapp” ani mesajlaşma tətbiqində yenə də ona mesaj yazaraq içkiləri 800 manatdan daha baha qiymətə təklif etmişdir. O isə içkilərə 800 manatdan artıq pul verə bilməyəcəyini bildirmişdir. “Emil” yenə də müdirlə danışıb ona xəbər edəcəyini demişdir. Təxminən 1 saat sonra “Emil” ona zəng edərək müdiri razı saldığını və içkiləri 800 manata satacağını demişdir. Aralarında olan razılığa əsasən “Emil” içkiləri özünün idarə etdiyi ağ rəngli “Mitsubishi” markalı avtomobil ilə onun yaşadığı binanın yaxınlığına gətirmişdir. O, Emilin yanına gedib görüşdükdə “Emil” içkiləri ona göstərmişdir. O, içkilərin qapaqlarını yoxlamış, həmin içkilərdən birinin qapaq hissəsində Rusiya Federasiyasına məxsus aksiz markası olmuşdur. O, “EmiLdən həmin içkilərin oğurluq olub-olmamasını soruşmuş və ona problem yaratmamasını demişdir. “Emil” isə qəti şəkildə içkilərin öz müdirinə məxsus olduğunu, narahat olmamağını ona demişdirr. Eyni zamanda, “Emil” avtomobilində olan xalçanı göstərib müdirinə məxsus qədimi xalça olduğunu və həmin xalçanı da satması üçün müdirinin verdiyini demişdir. O, bundan sonra “Emil” ilə razılaşıb 800 manat pul vermiş və içkiləri almışdır. Bundan sonra “Emil” çıxıb getmiş, sonrakı müddətdə həmin şəxslə heç bir əlaqəsi olmamışdır. Həmin şəxsdən aldığı içkiləri isə özü istifadə etmiş, heç kimə satmamışdır. Həmin içkilərdən heç biri, yaxud boş qabları belə onda qalmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid9 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun kürəkəni, yəni övladı Vəfanın həyat yoldaşıdır. Bir neçə ay bundan öncə Təqsirləndirilən şəxs mühafizəsini həyata keçirdiyi binadakı mənzildən törətdiyi oğurluq cinayətinə görə həbs edilmişdir və barəsində cinayət işinin istintaqı aparılır. Üzeyirin oğurluq etməsi barədə onun ümumiyyətlə məlumatı olmamışdır. Üzeyir Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən binalarda mühafizəçi işləmiş, Təqsirləndirilən şəxs həmişə işinə gedib evinə gələn adam olmuşdur. Onda olan məlumata görə Üzeyir oğurladığı əşyaların əksəriyyətini geri qaytarmışdır. 23 yanvar 2024-cü il tarixdə Bakı Şəhər Baş Polis İdarəsinə ünvanladığı ərizə ilə bağlı ona verilən suala cavab olaraq Şahid9 göstərmişdir ki, həmin ərizədə göstərdiklərini qismən təsdiq edir. Ərizə çap formasında vəkil tərəfindən yazıldığı üçün ərizədə çox güman ki, vəkil onun dediklərini tam qavrayıb hadisəni göstərdiyi kimi qeyd etməmişdir. Belə ki, ərizədə Təqsirləndirilən şəxs tərəfindən idarə olunan “Mitsubishi Airtrek” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin onun mülkiyyətdə olması və müvəqqəti idarə etmək üçün avtomobili Təqsirləndirilən şəxs verməsi barədə yazılanlar özündə həqiqəti əks etdirməmişdir. Həmin avtomobili təxminən 5 il bundan öncə Təqsirləndirilən şəxs özü üçün almışdır. Üzeyirin köhnə buraxılışlı “Mercedes Benz 190” markalı avtomobili olmuş, Üzeyir həmin avtomobili satıb əldə etdiyi pulla “Mitsubishi Airtrek” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini almış və idarə etmişdir. Qeyd olunan avtomobili sadəcə texpasportla onun adına olmuşdur. Lakin avtomobilin faktiki sahibi həqiqətən də Üzeyir olmuşdur. O, ərizə yazaraq avtomobili götürmək istəmişdir ki, sataraq Üzeyir tərəfindən zərərçəkmiş şəxsə vurulan maddi ziyanın qismən də olsa ödənilməsinə köməklik etsin. Onun başqa niyyəti olmamışdır. “Mitsubishi Airtrek” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili yalnız sənəd əsasında onun mülkiyyətində olsa da, avtomobilin faktiki sahibi və idarə edən Təqsirləndirilən şəxs olmuşdur. O, ərizəsində göstərdiyi kimi avtomobili müvəqqəti idarə etmək üçün Üzeyirə verməmiş, avtomobillə bağlı sərəncam verməyə yalnız Üzeyirin ixtiyarı çatmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, 1993-cü ildən etibarən açar ustası kimi işləmiş, fəaliyyətə başladığı ilk gündən etibarən qeydiyyatda olduğu və yaşadığı ünvanda inşa etdirdiyi kiçik obyektdə açar təmiri işi məşğul olmuşdur. Hazırda da həmin ünvanda öz fəaliyyətini davam etdirir. Gün ərzində işlədiyi obyektə təxmini olaraq 5-10 nəfər müştəri gəlmişdir. Onun işi təqdim edilən açarların nüsxəsini çıxartmaqdan yaxud çilingər kimi ayrıayrı şəxslərə məxsus xarab olmuş qapı kilidlərinin təmir edilməsindən ibarət olmuşdur. İşlədiyi müddətdə ərazi üzrə xidmət aparan polis əməkdaşları tərəfindən oğurluq hadisələrinin qarşısının alınması üçün plastilin və digər məhsulların üzərində olan açarların əksi əsasında onların nüsxəsini çıxartmağa qadağa qoyulması barədə ona və açar ustası işləyən digər şəxslərə mütəmadi olaraq xəbərdarlıqlar edildiyi üçün heç vaxt bu kimi hallara yol verməmişdir. O, yalnız təqdim edilən metal açarların nüsxəsini çıxarıb müştəriyə vermişdir. Lakin ona təqdim edilən açarların haradan əldə olunmasını bilməmiş, çünki bu cür şeyləri araşdırmaq mümkün olmamışdır. Qeyd etdiyi kimi gündəlik olaraq bir çox şəxslər açarla bağlı müraciət etdikləri üçün hər hansı tarixdə açarın nüsxəsinin çıxarılması ilə bağlı ona konkret olaraq kimlərin müraciət etdiklərini, həmin şəxslərin xarici görünüşlərini xatırlamamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid11 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, o, 17 ildir ki, şəxsi ailə sürücüsü işləyir. Onun müdiri əvvəllər Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında yaşadığı üçün o da bir sürücü kimi müdirinin yanında olduğu üçün həmin binada işləyən Üzeyir, Əli, Əhməd adlı mühafizəçiləri və Ramiz adlı komendantı tanımış, hər biri ilə normal münasibətləri olmuşdur. Mühafizəçilərdən biri olan Üzeyir dəfələrlə onun yanına gələrək dil-ağız edib borc qismində pul verməsini ondan istəmiş, o da hər dəfə Üzeyirə maddi köməklik göstərmişdir. Üzeyir gec də olsa borc aldığı pulu geri qaytarmışdır. Sonradan onun müdiri yaşadığı ünvanı dəyişərək yaşamaq üçün başqa binaya köçmüşdür. Son bir ildən bir qədər artıq müddətdir ki, o, Üzeyirlə danışmamış və əlaqəsi olmamışdır. Təxminən 2023-cü ilin sonlarında sürücü işləyən adını xatırlamadığı şəxsdən əvvəllər müdirinin yaşadığı binada işləyən şəxslər barədə soraqlaşanda isə həmin sürücü ona demişdi ki, binanın mühafizəçilərindən biri olan Üzeyir oğurluq üstündə tutulub, yəni işlədiyi binada yaşayan sakinin evindən oğurluq edib. O, Üzeyirdən belə bir hərəkəti gözləmədiyi üçün buna təəccüblənmişdir. Üzeyirin kimə məxsus mənzildən oğurluq etməsi və hansı əşyaları oğurlaması barədə isə məlumatı olmamışdır. O, dəfələrlə Üzeyirə borca pul vermiş, Üzeyir isə hər dəfə vaxtı uzadıb müxtəlif bəhanələr gətirməklə pulun geri qaytarılmasını gecikdirmişdir. O da məcbur qalıb Üzeyirə zənglər etmişdir. Üzeyir isə gah cavab verir, gah da zənglərə cavab verməmişdir. Təqsirləndirilən şəxs verdiyi növbəti borc pulu geri istədiyi vaxtda Üzeyir avtomobili ilə qəzaya düşdüyünü, avtomobilinə və özünə zərər dəydiyini ona demişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid8 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun yaşadığı ünvan 8 ünvanında binanın mühafizəsi fəaliyyəti ilə məşğul olmuş, Üzeyiri bu zəmində tanımış və aralarında normal münasibətlər olmuşdur. Təqsirləndirilən şəxsla heç vaxt ədavəti və düşmənçiliyi olmamışdır. 2023-cü ilin yay aylarında o, yaşadığı binanın məhəlləsində olan vaxt yaxınlıqda taksi fəaliyyəti ilə məşğul olan “Füzuli” adlı şəxsdən eşitmişdir ki, Üzeyir törətdiyi hansısa cinayət əməlinə görə polis əməkdaşları tərəfindən “aparılmışdır” və barəsində cinayət işi başlanılmışdır. Üzeyirin mobil telefon nömrəsi onda olmuş və tez-tez hansısa xırda işlərdə (bazarlıqda və ya digər məişət işlərində) Üzeyir ona köməklik etmişdir. Üzeyirin törətdiyi cinayət əməlinin təfərrüatlarından onun xəbəri olmamışdır. Binada yaşayan şəxslərlə də onun sıx münasibətləri olmadığından Üzeyirin hansı səbəbə tutulmasını bilməmiş və bu barədə kimdənsə maraqlanmamışdır. xx.xx.2019-cu il tarixdə saat 13:17-də Təqsirləndirilən şəxs istifadəsində olan +**********44 saylı mobil telefon nömrəsindən onun istifadəsində olan +**********71 saylı mobil telefon nömrəsinə yazdığı: “Qaqa dediyimi yadan çixarma zehmet olmasa” mesajı ilə bağlı verilən suala cavab olaraq Şahid8 göstərmişdir ki, Təqsirləndirilən şəxs ondan borca pul istəmiş və bu barədə ona mesaj yazaraq maraqlanmışdır. O da Üzeyirə dəfələrlə borca pul vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid7 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrdən istifadə edir və 2004-cü ildən etibarən Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti, 65C ünvanında yerləşən 21 mərtəbəli yaşayış binasının gözətçisi kimi işləməyə başlamışdır. Gündəlik olaraq saat 08 radələrində onun iş vaxtı başlamış və növbəti gün saat 18 radələrində iş vaxtı qurtarmışdır. Gecə növbəsində isə 2023-cü ilin aprel ayına qədər Şahid5, sonrakı müddətdə isə Hüseyn binada gözətçi kimi qalmışdır. Onun əsas işi binanın girişində olan ! gözətçi postunda əyləşməkdən və binaya kənar şəxslərin daxil olmasına mane olmaqdan ibarət olmuşdur. Binanın alt hissəsində yerləşən avtomobil qarajına isə gündüz növbəsində Rauf, gecə nöbəsində isə Nihad nəzarət etmişdir. İşlədiyi müddət ərzində binada yerləşən hər hansı mənzildə oğurluq yaxud başqa xoşagəlməz hal baş verməmişdir. Təqsirləndirilən şəxs isə təxminən 14 ildən artıq müddət ərzində tanımış, çox yaxın münasibəti olmuş, aralarında ədavət yaxud qərəzli münasibət olmamışdır. Üzeyir 14 il əvvəldən etibarən onun gözətçilik etdiyi binanın qarşı tərəfində ünvan 10 ünvanında yerləşən yaşayış binasının gözətçisi kimi işləməyə başlamışdır. Həmin binada Üzeyirdən başqa “Əli” və “Əhməd” adlı 2 gözətçi də olmuşdur. Həmin gözətçilərdən fərqli olaraq o, 24 saat ərzində gözətçi postunda olmuşdur. Lakin hər iki binanın qarajı ümumi olduğundan qaraja əvvəldə də qeyd etdiyi kimi Rauf və Nihad nəzarət etmişlər. Bundan başqa, bəzi bina sakinlərinin binanın həyətində şəxsi qarajları da olmuş və həmin qarajların açarlarını özlərində saxlamışlar. Üzeyirlə onun və digər gözətçilərin yaxın münasibəti olduğu üçün mütəmadi olaraq Üzeyir onun yanına gəlmiş, yaxud o özü Üzeyirin yanına getmişdir. Birlikdə yemək yemiş, söhbət etmiş, yaxud da həyətə çıxıb siqaret çəkmişlər. Birlikdə işlədikləri müddətdə o, Üzeyirin hər hansı oğurluq etməsinin yaxud sakinlərə kobud davranmasının şahidi olmamışdır. Üzeyirin bütün bina sakinləri ilə yaxın münasibəti olmuş, hamı Üzeyirə etibar etmiş və inanmışdır. Bundan başqa, “Elçin” adlı rəssam da onun gözətçilik etdiyi binada 15-ci mərtəbədə yaşamışdır. Elçinin də binanın həyətində özünə məxsus qarajı olmuş və avtomobilini məhz həmin qarajda saxlamışdır. Elçin həmin qarajda evinə məxsus müxtəlif məişət əşyaları da saxlayırdı. Elçin həmin qarajın açarlarını etibar etdiyi üçün onun əyləşdiyi, yaxud Üzeyirin əyləşdiyi gözətçi postuna verirdi. Belə ki, Elçin ona yaxud digər gözətçilərə zəng edərək qarajda olan hər hansı əşyanı yuxarı qaldırmalarını xahiş etmişdir. Yaxud Elçinin həyat yoldaşı avtomobil ilə çıxdığı vaxtlarda qarajın açarını yenə də ya gözətçi postuna, ya da Üzeyirin əyləşdiyi gözətçi postuna qoymuş və sonradan Elçinin sürücüsü həmin açarı götürmüşdür. 2023-cü il avqust ayının sonlarında səhər saatlarında Elçin işə getdiyi vaxt ona bildirmişdir ki, bağ evində olduğu müddətdə kimsə evinə daxil olaraq oğurluq etmişdir. Daha sonra binaya polis əməkdaşları gəlmişdirr. Binada quraşdırılan kameraya baxılan vaxt hadisənin Üzeyir tərəfindən törədildiyini bilmişdir. Əvvəlki müddətdə isə onun bu barədə heç bir məlumatı olmamış yaxud Üzeyir özü ona bu barədə heç nə deməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, 1997-ci ildən etibarən açar ustası kimi işləyir. Öz fəaliyyətini həmin vaxtdan etibarən müxtəlif yerlərdə icarəyə götürdüyü kiçik yerlərdə həyata keçirmişdir. 2020-ci ildən etibarən Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində yerləşən kiçik bir qeyri-yaşayış sahəsini icarəyə götürüb işlətməyə başlamışdır. 1997-ci ildən 2020-ci ilədək o, Bakı şəhəri X19 küçəsi 97 saylı ünvanında yerləşən yeri kirayə götürüb orada işləmiş, işlədiyi müddətdə gündəlik olaraq 5-10 nəfər müştəri onun yanına gəlmişdir. İşinin mahiyyəti təqdim edilən açarların nüsxəsini çıxartmaqdan ibarət olmuşdur. İşlədiyi müddətdə polislər tərəfindən oğurluq hadisələrin qarşısının alınması üçün plastilin və digər məhsulların üzərində olan açarların əksi əsasında nüsxə çıxarmağa qadağa qoyulmuş, buna görə o, qaydaya riayət edib heç vaxt bu cür hallara yol verməmişdir. Lakin ona təqdim edilən açarların haradan əldə olunmasını o, bilə bilməzdi, çünki bu cür şeyləri araşdırmaq mümkün deyildi. O, sadəcə olaraq verilən hər bir açarın nüsxəsini çıxarmışdır. Qeyd etdiyi kimi gündəlik olaraq bir çox şəxslər açarla bağlı ona müraciət etdikləri üçün 2018-ci ildə açarın nüsxəsinin çıxarılması ilə bağlı ona konkret olaraq kimlərin müraciət etdiklərini, həmin şəxslərin xarici görünüşlərini xatırlamamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, 5-6 ildir ki, fərdi qaydada suvenir və antikvar malların alqı-satqısı, o cümlədən bu sahədə vasitəçiliklə məşğul olmuşdur. Bu fəaliyyəti ilə əlaqədar onun özünə məxsus xüsusi mağazası olmamış və həmişə belə malların yalnız tanış-bilişlərin vasitəsi ilə səyyar alışını və ya satışını həyata keçirmişdir. Bundan başqa o, uşaqlıq dövründən başlayaraq nümuzmatika ilə də məşğul olmuş, yəni qədimi və əntiq qəpiklərin, habelə digər növ sikkələrin yığılması, kolleksiyalaşdırılması onun çoxdanki hobbisi olmuşdur. Təxminən 2023-cü ilin əvvəllərində, xatırlayır ki, ilin soyuq aylarında “Emin” adlı şəxsi tanımışdır. Belə ki, həmin şəxs hazırda yadından qalmayan hansısa bir tanışından onun mobil telefon nömrəsini götürüb onunla əlaqə saxlayaraq tanışlıq vermiş və 05 ədəd gümüş qaşıqlarının olduğunu, onları satmaq istədiyini demişdir. O da qeyd edilən şəxslə həmin ərəfədə “Gənclik”də “5 nömrəli” xəstəxananın qarşısında görüşmüş və həmin qaşıqlara baxmışdır. “Emin” adlı şəxs görüş zamanı ona bildirmişdir ki, təklif etdiyi gümüş qaşıqlar vaxtı ilə 06 ədəddən ibarət dəst təşkil etmiş, sonradan biri itmiş və cəmisi 05 ədədi qalmışdır. “Emin” adlı şəxsin gətirdiyi qaşıqların üzərində həqiqi gümüş əşylara xas olan müvafiq əyar damğası olmadığından, habelə qaşıqlarda ifrat dərəcədə köhnəlmə əlamətləri olduğundan onları almaq istəməmişdir. Lakin həmin şəxslə apardığı ümumi söhbət zamanı məlum olmuşdur ki, Emində bəzən başqa cür maraqlı suvenir və antikvar mallar da olmuş və onların satışını etmişdir. Emin onun məşğul olduğu sahə ilə bağlı olduğu üçün bir- birilərinin mobil telefon nömrələrini götürüb sağollaşmışlar. Bundan sonrakı dövr ərzində “Emin” adlı şəxs dəfələrlə onun mobil telefonuna “WhatsApp” vasitəsi ilə müxtəlif suvenir əşyaları, qab- qacaq dəstələri, gümüş qrafin, xalçalar, şahmat oyunu taxtası və s. əşyaların fotoşəkillərini göndərmiş və onları satmaq istədiyini demişdir. Emin satışa çıxardığı əşyaların hansısa qohumuna və ya tanışına məxsus olduğunu və əşyaları həmin şəxslərdən aldığını ona demişdir. Emin adı ilə tanıdığı həmin şəxs təmkinli danışığı, arxayın davranışı və hərəkətləri ilə onda hər hansı şübhə doğurmamışdır. Ona görə də ünsiyyətini davam etdirmişdir. Eminlə aralarında baş tutan görüşlərin birində təsadüfən sonuncunun şəxsiyyət vəsiqəsinə baxanda o görmüşdür ki, şəxsiyyət vəsiqəsindəki şəxsin adı Üzeyirdir. Ona özünü Emin kimi təqdim etmiş şəxsin adının Üzeyir çıxması onda maraq doğurduğu üçün bu barədə sual vermiş və həmin şəxs ona bildirmişdir ki, bütün dosttanışları Emin deyə müraciət edir, sənədlə isə əsl adı Üzeyirdir. Belə hallara cəmiyyət içərisində tez-tez rast gəlindiyi üçün o, Üzeyirin cavabını normal qarşılamış və üstündən keçərək bu barədə Üzeyirə başqa sual verməmişdir. 2023-cü ilin yay aylarında Təqsirləndirilən şəxs onun mobil telefonuna “WhatsApp” vasitəsi ilə 02 (iki) ədəd gümüş çaxır badələrinin fotoşəkilini göndərmiş və tanışına məxsus olduğunu bildirirək badələri satmaq istədiyini bildirmişdir. O, həmin əşyalara baxandan sonra qərara gəlmişdir ki, onları alaraq özündə saxlasın və münasib müştəri çıxarsa satsın. Buna görə də Üzeyirlə qiymət barədə alver etməyə başlamış, yekun nəticədə Üzeyirlə razılaşmışdır ki, həmin badələrə görə cəmi 500 manat pul verəcəkdir. Üzeyir də buna etiraz etməmişdir. Bundan sonra o, Üzeyirlə Bakı şəhəri Nəsimi rayonu metronun “Memar Əcəmi” stansiyasının və “Moskva” univermağının yaxınlığında görüşmüş və Üzeyirə 500 (beş yüz) manat nağd pul verib həmin 02 (iki) ədəd gümüş çaxır badələrini almışdır. O, Üzeyirin ona verdiyi əşyaların cinayət yolu ilə ələ keçirildiyini bilməmişdir. Əgər o, aldığı əşyaların cinayət yolu ilə ələ keçirilməsini əvvəlcədən bilsəydi onları almaz və Üzeyirlə ünsiyyəti ümumiyyətlə dayandırardı. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid10 Məmmədxan qızı ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əridir. Üzeyirlə 2012-ci ildə ailə həyatı qurmuş, birgə 1 nikahlarından iki azyaşlı övladları dünaya gəlmişdir. Üzeyir uzun müddət ərzində, təxminən 10 ildən artıq müddət ərzində gözətçi işləmişdir. Təqsirləndirilən şəxs son iş yeri isə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən hündürmərtəbəli yaşayış binasının gözətçiliyi olmuşdur. Son bir neçə ay ərzində Üzeyirin birgə yaşadıqları evə müxtəlif növ məişət əşyaları, geyimlər (paltarlar, ayaqqabılar), suvenirlər və digər ev əşyaları ilə birlikdə gəlməsini görmüşdür. Həmin əşyaları Üzeyir birgə yaşadıqları evdə saxlamışdır. Bu məsələ onda maraq doğurduğu üçün gətirilən əşyalar barədə Üzeyirə suallar vermiş, Üzeyir isə demişdir ki, guya əsas işi ilə yanaşı dolanmaq üçün alver də edir. Yəni Üzeyir, müxtəlif şəxslərdən ucuz qiymətə həmin əşyaları alaraq bahasına satıb pul qazanmışdır. Üzeyir aldığı əşyaların bir qismini tanımadığı adamalara onun bilmədiyi məbləğdə satıb pul əldə etmişdir. Lakin əksər hallarda məişət xərclərinin qarşılanması üçün o, Üzeyirdən pul istədikdə, Üzeyir əldə etdiyi pulla başqa bir mal aldığını demişddir. Ümumiyyətlə Üzeyir qapalı insan olmuş, çox şeyi evdə ona danışmamış və gizli saxlamışdır. O, bir mövzu ətrafında Üzeyirə bir neçə dəfə sual verəndə isə Üzeyir əsəbləşib mübahisə yaratmışdır. 2019-cu ildə Üzeyir təxminən 8000 manata avtomobil almış, həmin avtomobillə işə gedib-gəlirdi. Üzeyir avtomobili etibarnamə əsasında aldığı üçün sonradan X24 İdarəsində öz adına rəsmiləşdirə bilmədi. Ona görə də Üzeyir öz xoşu ilə avtomobili formal olaraq onun atası Azadxanın adına sənədləşdirmişdir. Avtomobil isə faktiki olaraq Üzeyirin olmuşdur. 2023-cü ilin sentyabr ayında isə Üzeyir polis əməkdaşları tərəfindən həbs edilmiş, barəsində cinayət işi başlanılmış və məlum olmuşdur ki, Üzeyir uzun müddət ərzində evə daşıyıb gətirdiyi əşyaları oğurluq yolu ilə ələ keçirmişdir. Ona görə də polis əməkdaşları onların yaşadığı evə gəlib həmin əşyaları götürərək aparmışdır. Təqsirləndirilən şəxs oğurluq etməsindən, hansısa əşyaları oğurlayaraq evə gətirməsindən ümumiyyətlə xəbəri olmamışdır. Üzeyir oğurluq etməsini heç vaxt ona bildirməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsindən istifadə etmişdir. O, 2007-ci ildən etibarən Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti, 65C ünvanında yerləşən 19 mərtəbəli yaşayış binasının gözətçisi kimi işləməyə başlamış, gündəlik olaraq saat 19 radələrində iş vaxtı başlamış və növbəti gün saat 08 radələrində iş vaxtı qurtarmışdır. Gündüz növbəsində isə atasının adı Mahmud olan Ramiz binada gözətçi kimi qalmışdır. Onun əsas işi binanın girişində olan gözətçi postunda əyləşməkdən və binaya kənar şəxslərin daxil olmasına mane olmaqdan ibarət olmuşdur. Binanın alt hissəsində yerləşən avtomobil qarajına isə gündüz növbəsində Rauf, gecə nöbəsində isə Nihad nəzarət etmişdir. İşlədiyi müddət ərzində binada yerləşən hər hansı mənzildə oğurluq, yaxud başqa xoşagəlməz hal baş verməmişdir. Təqsirləndirilən şəxs isə təxminən 10 ildən artıq müddət ərzində tanımış, yaxın münasibəti olmuş, aralarında ədavət yaxud qərəzli münasibət olmamışdır. Üzeyir təxminən 10 il əvvəldən etibarən onun gözətçilik etdiyi binanın qarşı tərəfində ünvan 10 ünvanında yerləşən yaşayış binasının gözətçisi kimi işləməyə başlamışdır. Həmin binada Üzeyirdən başqa Əli və Əhməd adlı 2 gözətçi də olmuşdur. Həmin gözətçilər ondan fərqli olaraq 24 saat ərzində gözətçi postunda olmuşlar. Lakin hər iki binanın qarajı ümumi olduğundan qaraja əvvəldə də qeyd etdiyi kimi Rauf və Nihad nəzarət etmişlər. Bundan başqa, bəzi bina sakinlərinin binanın həyətində şəxsi qarajları da olmuş və həmin qarajların açarlarını özlərində saxlamışlar. Üzeyirlə onun və digər gözətçilərin yaxın münasibəti olduğu üçün mütəmadi olaraq Üzeyir onun yanına gəlmiş, yaxud o özü Üzeyirin yanına getmişdir. Onlar birlikdə yemək yemiş, söhbət etmiş, yaxud da həyətə çıxıb siqaret çəkmişlər. Birlikdə işlədikləri müddətdə Üzeyirin hər hansı oğurluq etməsinin, yaxud sakinlərə kobud davranmasının şahidi olmamışdır. Üzeyirin bütün bina sakinləri ilə yaxın münasibəti olmuş, hamı Üzeyirə etibar etmiş və inanmışdır. Bundan başqa, Elçin adlı rəssam da onun gözətçilik etdiyi binada 15-ci mərtəbədə yaşamışdır. Elçinin də binanın həyətində özünə məxsus qarajı olmuş və avtomobilini məhz həmin qarajda saxlamışdır. Elçin həmin qarajda evinə məxsus müxtəlif məişət əşyaları da saxlamışdır. Elçin həmin qarajın açarlarını etibar etdiyi üçün onun əyləşdiyi, yaxud Üzeyirin əyləşdiyi gözətçi postuna vermişdir. Belə ki, Elçin ona yaxud digər gözətçilərə zəng edərək qarajda olan hər hansı əşyanı yuxarı qaldırmalarını xahiş etmişdir. Yaxud Elçinin həyat yoldaşı avtomobil ilə çıxdığı vaxtlarda qarajın açarını yenə də ya gözətçi postuna, ya da Üzeyirin əyləşdiyi gözətçi postuna qoymüş və sonradan Elçinin sürücüsü həmin açarı götürmüşdür. 2023-cü il aprelin 26- da o, sonuncu dəfə gözətçi kimi işə çıxmışdır. Növbəti gün, yəni aprelin 27-də saat 18 radələrində işə çatdığı vaxt qardaşı oğlu Sadiq ona zəng edərək atasının yaşadığı Tovuz rayonu Əlimərdanlı kəndində vəfat etdiyini demişdir. O, həmin gün işə çıxmamış və atasının yas mərasimini keçirmək üçün Tovuz rayonuna getmişdir. Kənddə yaşayan yaşlı anası atası ilə birlikdə yaşadığı və anası ilə birlikdə qala biləcək başqa şəxs olmadığı üçün atası vəfat etdikdən sonra anası tək qalmışdır. O isə istədiyi vaxt işdən icazə ala bilmədiyi üçün işdən çıxmaq qərarına gəlmiş və aprelin 27-dən sonrakı müddətdə ümumiyyətlə gözətçi işləməmişdir. Sonrakı müddətdə atasının icarə əsasında idarə etdiyi “Opel Astra” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərində taksi sürücüsü kimi işləməyə başlamışdır. O, ay ərzində 5-6 dəfə kəndə gedərək anama baş çəkir. Bakı şəhərində yaxın ərazidə olarkən tualetə getmək üçün yenə də gözətçi işlədiyi binaya gedir. Həmin vaxtlarda o, öyrənmişdir ki, işdən çıxdıqdan sonra onun əvəzinə Hüseyn adlı şəxs işləməyə başlamışdır. Həmin yerə getdiyi vaxtlarda Üzeyirlə də görüşmüş, yaxud arabir Üzeyirlə telefon vasitəsilə əlaqə saxlamış, yaxud “Whatsapp” ani mesajlaşma tətbiqində bir-birinə mesajlar göndərmişlər. Sonuncu dəfə dəqiq xatırlamasa da, 2-3 ay əvvələ qədər arabir Üzeyirlə telefonla danışıb hal-əhval tutmuşdur. Bundan başqa, o, tez-tez əvvəllər gözətçi işlədiyi şəxslərlə telefon vasitəsilə əlaqə saxlamışdır. 2023-cü il sentyabrın əvvəllərində Əhmədlə mobil telefonda danışdıqları vaxt Əhməd ona bildirmişdir ki, Üzeyir Elçin müəllimin yaşadığı mənzildən oğurluq etdiyi üçün polis əməkdaşları tərəfindən tutulmuşdur. O, ilkin olaraq Üzeyirin oğurluq edə biləcəyinə inanmamış və Əhmədin zarafat etdiyini düşünmüşdür. Daha sonra o, Ramizə zəng etdiyi vaxt Ramiz də bunu təsdiqləmişdir. Sonrakı müddətdə o, yenə də binanın yaxınlığına getdiyi vaxt Ramiz ona izah etmişddir ki, Üzeyir binaya gələrək gözətçi olan Hüseyni yatızdırmış və daha sonra Elçinin mənzilinə daxil olaraq oğurluq etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli ərizədən və raportlardan müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 polis orqanına müraciət edərək evindən əmlaklarının oğurlanması barədə məlumat vermişdir. 06 sentyabr 2023-cü tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokolda qeyd olunmuşdur ki, hadisə yeri ünvan 12 ünvanda yerləşmişdir. xx.xx.2023-cü il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-cü maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü tarixli protokolda qeyd olunmuşdur ki, baxış zamanı evdən - 01 ədəd qara rəngli “Roberto Cavalli” markalı xəz gödəkcə, 01 ədəd qara rəngli “Francesco Scognaniglio” markalı xəz gödəkcə, 01 ədəd “Etro Milano” markalı qısa xəz gödəkcə, 01 ədəd qəhvəyi rəngli “Sobol” markalı xəz gödəkcə, 01 ədəd “4G” markalı xəz jilet, 01 ədəd qəhvəyi rəngli “Thes Thes” markalı xəz gödəkcə, 01 ədəd qəhvəyi rəngli “Pajaro” markalı xəz gödəkcə, 01 ədəd sarı rəngli “Adoma” markalı gödəkcə, 01 ədəd ağ rəngli “thes irevelle” markalı xəz gödəkcə, 01 ədəd “Albeno Fercci” markalı qısa xəz gödəkcə, 01 ədəd qırmızı rəngli “Alexander Mcqueen” markalı pul qabı, 01 ədəd qara rəngli “Cristian Dior” markalı əl çantası, 01 ədəd qara rəngli “Bulgari” markalı qadın əl çantası, 01 ədəd qara rəngli “Patiria-pp” markalı qadın əl çantası, 01 ədəd qara rəngli “Dolge Gabanna” markalı qadın əl çantası, 01 ədəd boz rəngli “Prada” markalı qadın əl çantası, 01 ədəd qırmızı rəngli “LV” markalı qadın əl çantası, 01 ədəd qara rəngli “LV” markalı pul qabı, 01 ədəd mavi rəngli “Hermes” markalı pul qabı, 01 ədəd göy rəngli “Mango” markalı pul qabı, 01 ədəd göy rəngli “YSL” markalı qadın əl çantası, 01 ədəd ağ rəngli “Botegga Venetta” markalı əl çantası, 02 ədəd şəffaf rəngli “Zara” markalı ətir, 02 ədəd “Canon” markalı fotoaparat, 01 ədəd “Nikon” markalı fotoaparat, 01 ədəd “Sharp” markalı fotoaparat, 01 ədəd “Apple Macbook” markalı noutbuk, 01 ədəd “Sony” markalı enerji cihazı, 01 ədəd “Mi” markalı enerji cihazı, 01 ədəd qab dəsti, 01 ədəd içərisindəki sənədin üzərində “Orucova” soyadı qeyd olunmuş “Rolex” saatına aid boş qutu, 01 ədəd “Lorus” markalı qol saatı, 01 ədəd “Ferrari” markalı qol saatı, 01 ədəd “Boss” markalı qol saatı, 01 ədəd “Rado” markalı qol saatı, 01 ədəd “DG” markalı qol saatı, 01 ədəd “Swatch” markalı qol saatı, 01 ədəd “Molniya” markalı cib saatı, 01 ədəd “Daniel Vellengston” markalı qol saatı, 11 ədəd bijuteriyaya bənzər boyunbağı, 01 ədəd qızılı rəngli üzərində naxışları olan qab, 01 cüt “EVERLAST” markalı boks əlcəyi, 01 ədəd “İtsmagical” markalı ağ rəngli tikiş maşını, 01 ədəd “Tog yu yı pin” yazısı olan qadın siluetli suvenir, üzərində “Azerbaijan Carpet” yazısı olan göy rəngli çantanın içərisində sarımtıl, qəhvəyi və göy-qırmızı rəngli 01 ədəd böyük və iki ədəd kiçik ölçülü xalçalar, üzərində “Metro Created” yazısı olan tünd qənd qəhvəyi rəngli 1 ədəd kişi kürkü, 01 ədəd “Vigavan 1972” yazısı olan qadın papağı, 01 cüt “Alexander McQueen” yazısı olan qara rəngli idman ayaqqabısı, 01 cüt “Nike” markalı sarı rəngli idman ayaqqabısı, 01 ədəd “Sony” markalı çəhrayı rəngli fotoaparat, 01 ədəd “Sony” markalı boz rəngli fotoaparat, 01 ədəd “Canon” markalı gümüşü rəngli fotoaparat, 01 ədəd qara rəngli “Chanel” markalı qadın əl çantası, 01 ədəd qızılı rəngli metaldan olan qab, 01 ədəd qara rəngli parçadan olan torbada bijuteriya tipli boyunbağılar, üzüklər, sırğalar və bəzək əşyaları və 01 ədəd çəhrayı rəngli üzərində “İTSmagical” yazısı həkk edilmiş qutunun içərisində bijuteriya tipli qolbaq, boyunbağı, üzük və bilərzikləri aşkar edilmişdir. xx.xx.2023-cü il tarixli “könüllü təqdim etmə və baxış keçirmə haqqında” protokolda qeyd olunmuşdur ki, həmin ünvan həyətyanı sahədən və 1 ədəd yaşayış üçün nəzərdə tutulmuş 1 mərtəbəli evdən ibarətdir,həmçinin yaşayış evinin 2 hissədən girişi olan ayrıayrı zirzəmilərinin olması da müəyyən edildi.Yaşayış evinə daxil olduqda evin dəhlizi yerləşir,sağ tərəfdə qonaq otağı,sol tərəfdə uşaq yataq otağı və sanitar qovşağı,öndə sağ tərəfdə isə yataq otağı yerləşməklə,mənzil 3 otaqdan ibarətdir.Mənzilin zirzəmisinə və qeyd olunan otaqlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs özü könüllü olarq 01 ədəd qara rəngli “Roberto Cavalli” markalı xəz gödəkçə,01 ədəd “Francesco Scognaniglio” markalı xəz gödəkcə,01 ədəd “Etro Milano” markalı qısa xəz gödəkcə,01 ədəd qəhvəyi rəngli “Sobol” markalı xəz gödəkcə,01 ədəd “4G” markalı xəz jilet,01 ədəd “Thes Thes” markalı qəhvəyi rəngli xəz gödəkcə ,01 ədəd “Pajaro” markalı qəhvəyi rəngli xəz gödəkcə,01 ədəd “Adoma” markalı sarı rəngli gödəkçə,01 ədəd “thes irevelle” markalı ağ rəngli xəz gödəkcə,01 ədəd “AlbenoFercci” markalı qısa xəzzgödəkçə,01 ədəd qırmızı rəngli “Alexandre Mcqueen” markalı pul qabı,01 ədəd qara rəngli “Christian Dior” markalı əl çantası,01 ədəd qara rəngli “Bulgari” markalı qadın əl çantası,01 ədəd qara rəngli “Patiriapp” markalı qadın əl çantası,01 ədəd qara rəngli “Dolce Gabanna” markalı qadın əl çantası,01 ədəd boz rəngli “Prada” markalı qadın əl çantası,01 ədəd qırmızı rəngli “LV” markalı qadın əl çantası,01 ədəd qara rəngli “LV” markalı pul qabı,01 ədəd mavi rəngli “Hermes” markalı pul qabı,01 ədəd “Mango” markalı pul qabı,01 ədəd göy rəngli “YSL” markalı qadın əl çantası,01 ədəd ağ rəngli “Bottega Venetta” markalı əl çantası,02 ədəd şəffaf rəngli “Zara” marklı ətir,02 ədəd “Canon” markalı fotoaparat, 01 ədəd “Nikon” markalı fotoaparat,01 ədəd “Sharp” markalı fotoaparat,01 ədəd “Apple Macbook” mrkalı noutbuk,01 ədəd “Sony” markalı enerji cihazı,01 ədəd “Mi” markalı enerji cihazı,01 ədəd qab dəsti,01 ədəd içərisindəki sənədin üzərində “Orucova” soyadı qeyd olunmuş “Rolex” saatına aid boş qutu,01 ədəd “Lorus” mrkalı qol saatı,01 ədəd “Ferrari”markalı qol saatı,01 ədəd “Boss” markalı qol saatı,01 ədəd “Rado” markalı qol saatı,01 ədəd “DG” markalı qol saatı,01 ədəd “Swatch” markalı qol saatı,01 ədəd markasız cib saatı,01 ədəd “Daniel Vellengston” markalı qol saatı, 11 ədəd bijuteriyaya bənzər boyunbağı,01 ədəd qızılı rəngli üzərində naxışları olan qab,01 ədəd “Tog yu yı pin” yazısı olan qadın siluetli suvenir, 01 cüt “Everlast” markalı boks əlcəyi,”itsımagical” markalı ağ rəngli tikiş maşını, üzərində “Azerbaijan Carpet” yazısı olan göy rəngli çantanın içərisində sarımtıl,qəhvəyi və göyqırmızı rəngli 01 ədəd böyük və iki ədəd kiçik ölçülü xalçalar,”Metro Created” yazısı olan tünd qəhvəyi rəngli 1 ədəd kişi kürkü,01 ədəd “Vigavan 1972” yazısı olan qadın papağı,01 cüt “Alexander McQueen” yazısı olan qara rəngli idman ayaqqabısı,01 cüt “Nike” markalı sarı rəngli idman ayaqqabısı,01 ədəd “Sony” markalı çəhrayı rəngli fotoaparat,01 ədəd “Sony” markalı boz rəngli fotoaparat,01 ədəd “Canon” markalı gümüşü rəngli fotoaparat,01 ədəd qara rəngli “Chanel” markalı qadın əl çantası,01 ədəd qızılı rəngli metaldan olan qab,01 ədəd qara rəngli parçadan olan torbada bijuteriya tipli boyunbağılar,üzüklər,sırğalar və bəzək əşyaları və 01 ədəd çəhrayı rəngli üzərində “İTSİmagical” yazısı həkk oedilmiş qutunun içərisində bijuteriya tipli qolbaq,boyunbağı,üzük və bilərzikləri təqdim edərək həmin əşyaları müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri,Nəsimi rayonu,Bülbül prospekti 65C,mənzil 51-52 ünvnında yerləşən mənzildə ümumillikdə fotoşəkillər çəkilərək protokola əlavə edildi. xx.xx.2023-cü il tarixli “Əşyaların tanınması haqqında” protokolda qeyd olunmuşdur ki, Tanıyan Zərərçəkmiş şəxs1 təqdim olunan əşyaları diqqətlə nəzərdən keçirib bildirdi ki: “Təqdim olunan əşyaların hər biri ona məxsus ünvan 3 ünvanındakı mənzildən və binanın həyətində yerləşən qarajından oğurlanmışdır və ifadəsində təsvir etdiyi əşyalarla eynilik təşkil etməsi əlamətlərinə görə tanınıyır”. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2023-cü tarixli protokolda qeyd olunmuşdur ki, telefonun “Menyu” bölməsində yerləşən “Telefon” qovluğuna daxil olunduqda “Kişiler” altqovluğunda adı “Emil” kimi qeyd olunmuş şəxsin mobil telefon nömrəsi iş üzrə Təqsirləndirilən şəxs daimi istifadəsində olan “+**********62” mobil telefon nömrəsidir. Telefonun əsas menyusunda “WhatsApp” və “WhatsApp Business” başlıqları altında 2 ayrı mesajlaşma tətbiqi mövcuddur. Həmin mesajlaşma tətbiqlərinə baxış keçirildikdə əlaqələr siyahısında “Emil” kimi qeyd olunmuş şəxslə hər hansı mesajlaşmanın yaxud danışıqların olmadığı müəyyən edilmişdir. Eyni zamanda, “WhatsApp” ani mesajlaşma tətbiqində “Emil” adlı şəxsin mesaj bölməsinə daxil olunduqda həmin istifadəçinin mesajlaşmalara vaxt məhdudiyyəti tətbiq etdiyi və göndərilən mesajların 24 saat ərzində silinəcəyi barədə xəbərdarlıq edildiyi görünür. xx.xx.2023-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokolda qeyd olunmuşdur ki, mobil telefon aparatına baxış keçirilmiş və məlum olmuşdur ki, telefonun “Menyu” bölməsində yerləşən “Telefon” qovluğuna daxil olunduqda “Kişiler” altqovluğunda adı “Üzeyir g*t” kimi kimi qeyd olunmuş şəxsin mobil telefon nömrəsi iş üzrə Təqsirləndirilən şəxs daimi istifadəsində olan “+**********62” mobil telefon nömrəsidir. Telefonun əsas menyusunda “WhatsApp” başlığı altında mesajlaşma tətbiqi mövcuddur. Həmin mesajlaşma tətbiqinə baxış keçirildikdə əlaqələr siyahısında adı “Üzeyir g*t” kimi qeyd olunmuş şəxslə Şahid5 arasında hər hansı mesajlaşmanın yaxud danışıqların olmadığı müəyyən edildi. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16- 16/2-9/7375/2023 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş əşyalar 85 adda müxtəlif markalı malların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 28382 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Təqdim edilmiş 01 ədəd “Molniya” markalı cib saatı, 02 ədəd suvenir şamdan, 02 ədəd şüşə materialından olan tutacaqlı - qapalı su qabı və 01 ədəd 16-17 əsrə aid 165x110 ölçülü namazlıq, ipək Səfəvi xalçası tarixi bədii muzey əhəmiyyəti kəsb etdiyindən və əntiq əşyalara aid olduğundan mərkəzdə bu kateqoriyalı tədqiqat obyektləri üzrə tədqiqat və qiymətləndirmə aparılmır. 27 dekabr 2023-cü tarixli ərizədən görünür ki, Elçin Qasımov mülki iddiaçı qismində tanınması barədə ərizə vermişdir. 27 dekabr 2023-cü tarixli qərardan görünür ki, Elçin Qasımov mülki iddiaçı qismində tanınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 5(011)-105/2024 nömrəli qərarına əsasən (230200052 nömrəli cinayət işi üzrə) “Mitsubishi Airtrek” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimat və vəsatət təmin edilməmişdir. xx.xx.2024-cü il tarixli “X5 Cəmiyyətindən götürülmüş məlumatlara (diskə) baxış keçirmə barədə” protokolda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs şəxsiyyətcə mənfi xarakterizə olunması ilə yanaşı,müxtəlif şəxslərdən borca pul alması,onlayn qaydada mərc və digər növ qumar oyunlarında iştirak etməsi,həmin oyunlarda iştirakı ilə bağlı ona davamlı olaraq mesjların gəlməsi,bundan başqa ona istinad edilən ictimai təhlükəli əməllərin törədildiyi ərəfədə Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinin həqiqətən də,hadisə yerinə yaxın ətrafda,yəni Bakı şəhəri Nəsimi rayonu ərazisində müxtəlif ünvanlarda quraşdırılmış ötürücü anten şamlarının əhatə dairəsində olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 9/1133 nömrəli əyindən görünür ki, “Azərbaycan Milli İncəsənət Muzeyi” tərəfindən tərtib edilmiş 105 №-li xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən qərarda göstərilən və təqdim edilən malların 2023-cü ilin mart-avqust aylarına olan orta bazar qiymətilə ümumi dəyəri təxminən 6200,00 manat müəyyən edilir. O cümlədən:

1. 01 (bir) ədəd “Molniya” tipli cib saatı XİX əsrə aid olub, xüsusi tarixi bədii əhəmiyyət kəbs edir və 1200 manat (min iki yüz) dəyərində qiymətləndirilir.

2. 02 (iki) ədəd şamdan XX əsrin birinci yarısına aid olub xüsusi tarixi bədii əhəmiyyət kəsb edir və 600 manat (altı yüz) dəyərində qiymətləndirilir.

3. 02 (iki) ədəd şüşə materialından tutacaqlı və qapaqlı (qrafin) XX əsrin birinci yarısına aid olub hər biri ayrılıqda 700 (yeddi yüz) və ümumi 1400 (min dörd yüz) manat dəyərində qiymətləndirilir.

4. 01 ədəd cənubi Azərbaycan təbriz xalçaçılıq məktəbinə aid olan xalça 165x110 XX əsrin sonlarına (1990-2000) illərə aid olub qarışıq ipək saplarla toxunmuşdur, 3000 (üç min) manat dəyərində qiymətləndirilir. Bəddi əhəmiyyət kəsb edir. Yekun: təqdim edilən predmetlər yalnız xüsusi tarixi və bədii əhəmiyyət kəsb edir. Elmi, ədəbi, mədəni dəyər kəsb etmir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 183.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələr ilə yenidən ittiham elan olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Yuxarıda sadalananlara əsasən, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamla bağlı gəldiyi yekun qənaət, yəni təqsirləndirilən şəxsin əməllərinin Cinayət Məcəlləsinin məhz 177.3.2 və 183.1-ci maddələri ilə tövsif olunmasına dair gəldiyi nəticə əsaslı olmamışdır. Belə ki, şəxsin əməlində cinayət (əməlinin) tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə görə özgənin əmlakını gizli olaraq talama - oğurluq cinayətini ehtiva edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 177.1 və 177.2-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə görə;

1. Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır.

2. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.

3. Bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Yuxarıda sadalananlardan da, görünrüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2 və 183.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, xx.xx.2023-cü tarixli protokolda qeyd olunmuşdur ki, baxış zamanı evdən - 01 ədəd qara rəngli “Roberto Cavalli” markalı xəz gödəkcə, 01 ədəd qara rəngli “Francesco Scognaniglio” markalı xəz gödəkcə, 01 ədəd “Etro Milano” markalı qısa xəz gödəkcə, 01 ədəd qəhvəyi rəngli “Sobol” markalı xəz gödəkcə, 01 ədəd “4G” markalı xəz jilet, 01 ədəd qəhvəyi rəngli “Thes Thes” markalı xəz gödəkcə, 01 ədəd qəhvəyi rəngli “Pajaro” markalı xəz gödəkcə, 01 ədəd sarı rəngli “Adoma” markalı gödəkcə, 01 ədəd ağ rəngli “thes irevelle” markalı xəz gödəkcə, 01 ədəd “Albeno Fercci” markalı qısa xəz gödəkcə, 01 ədəd qırmızı rəngli “Alexander Mcqueen” markalı pul qabı, 01 ədəd qara rəngli “Cristian Dior” markalı əl çantası, 01 ədəd qara rəngli “Bulgari” markalı qadın əl çantası, 01 ədəd qara rəngli “Patiria-pp” markalı qadın əl çantası, 01 ədəd qara rəngli “Dolge Gabanna” markalı qadın əl çantası, 01 ədəd boz rəngli “Prada” markalı qadın əl çantası, 01 ədəd qırmızı rəngli “LV” markalı qadın əl çantası, 01 ədəd qara rəngli “LV” markalı pul qabı, 01 ədəd mavi rəngli “Hermes” markalı pul qabı, 01 ədəd göy rəngli “Mango” markalı pul qabı, 01 ədəd göy rəngli “YSL” markalı qadın əl çantası, 01 ədəd ağ rəngli “Botegga Venetta” markalı əl çantası, 02 ədəd şəffaf rəngli “Zara” markalı ətir, 02 ədəd “Canon” markalı fotoaparat, 01 ədəd “Nikon” markalı fotoaparat, 01 ədəd “Sharp” markalı fotoaparat, 01 ədəd “Apple Macbook” markalı noutbuk, 01 ədəd “Sony” markalı enerji cihazı, 01 ədəd “Mi” markalı enerji cihazı, 01 ədəd qab dəsti, 01 ədəd içərisindəki sənədin üzərində “Orucova” soyadı qeyd olunmuş “Rolex” saatına aid boş qutu, 01 ədəd “Lorus” markalı qol saatı, 01 ədəd “Ferrari” markalı qol saatı, 01 ədəd “Boss” markalı qol saatı, 01 ədəd “Rado” markalı qol saatı, 01 ədəd “DG” markalı qol saatı, 01 ədəd “Swatch” markalı qol saatı, 01 ədəd “Molniya” markalı cib saatı, 01 ədəd “Daniel Vellengston” markalı qol saatı, 11 ədəd bijuteriyaya bənzər boyunbağı, 01 ədəd qızılı rəngli üzərində naxışları olan qab, 01 cüt “EVERLAST” markalı boks əlcəyi, 01 ədəd “İtsmagical” markalı ağ rəngli tikiş maşını, 01 ədəd “Tog yu yı pin” yazısı olan qadın siluetli suvenir, üzərində “Azerbaijan Carpet” yazısı olan göy rəngli çantanın içərisində sarımtıl, qəhvəyi və göyqırmızı rəngli 01 ədəd böyük və iki ədəd kiçik ölçülü xalçalar, üzərində “Metro Created” yazısı olan tünd qənd qəhvəyi rəngli 1 ədəd kişi kürkü, 01 ədəd “Vigavan 1972” yazısı olan qadın papağı, 01 cüt “Alexander McQueen” yazısı olan qara rəngli idman ayaqqabısı, 01 cüt “Nike” markalı sarı rəngli idman ayaqqabısı, 01 ədəd “Sony” markalı çəhrayı rəngli fotoaparat, 01 ədəd “Sony” markalı boz rəngli fotoaparat, 01 ədəd “Canon” markalı gümüşü rəngli fotoaparat, 01 ədəd qara rəngli “Chanel” markalı qadın əl çantası, 01 ədəd qızılı rəngli metaldan olan qab, 01 ədəd qara rəngli parçadan olan torbada bijuteriya tipli boyunbağılar, üzüklər, sırğalar və bəzək əşyaları və 01 ədəd çəhrayı rəngli üzərində “İTSmagical” yazısı həkk edilmiş qutunun içərisində bijuteriya tipli qolbaq, boyunbağı, üzük və bilərzikləri aşkar edilmişdir. xx.xx.2023-cü il tarixli “könüllü təqdim etmə və baxış keçirmə haqqında” protokolda qeyd olunmuşdur ki, həmin ünvan həyətyanı sahədən və 1 ədəd yaşayış üçün nəzərdə tutulmuş 1 mərtəbəli evdən ibarətdir,həmçinin yaşayış evinin 2 hissədən girişi olan ayrıayrı zirzəmilərinin olması da müəyyən edildi.Yaşayış evinə daxil olduqda evin dəhlizi yerləşir,sağ tərəfdə qonaq otağı,sol tərəfdə uşaq yataq otağı və sanitar qovşağı,öndə sağ tərəfdə isə yataq otağı yerləşməklə,mənzil 3 otaqdan ibarətdir.Mənzilin zirzəmisinə və qeyd olunan otaqlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs özü könüllü olarq 01 ədəd qara rəngli “Roberto Cavalli” markalı xəz gödəkçə,01 ədəd “Francesco Scognaniglio” markalı xəz gödəkcə,01 ədəd “Etro Milano” markalı qısa xəz gödəkcə,01 ədəd qəhvəyi rəngli “Sobol” markalı xəz gödəkcə,01 ədəd “4G” markalı xəz jilet,01 ədəd “Thes Thes” markalı qəhvəyi rəngli xəz gödəkcə ,01 ədəd “Pajaro” markalı qəhvəyi rəngli xəz gödəkcə,01 ədəd “Adoma” markalı sarı rəngli gödəkçə,01 ədəd “thes irevelle” markalı ağ rəngli xəz gödəkcə,01 ədəd “AlbenoFercci” markalı qısa xəzzgödəkçə,01 ədəd qırmızı rəngli “Alexandre Mcqueen” markalı pul qabı,01 ədəd qara rəngli “Christian Dior” markalı əl çantası,01 ədəd qara rəngli “Bulgari” markalı qadın əl çantası,01 ədəd qara rəngli “Patiriapp” markalı qadın əl çantası,01 ədəd qara rəngli “Dolce Gabanna” markalı qadın əl çantası,01 ədəd boz rəngli “Prada” markalı qadın əl çantası,01 ədəd qırmızı rəngli “LV” markalı qadın əl çantası,01 ədəd qara rəngli “LV” markalı pul qabı,01 ədəd mavi rəngli “Hermes” markalı pul qabı,01 ədəd “Mango” markalı pul qabı,01 ədəd göy rəngli “YSL” markalı qadın əl çantası,01 ədəd ağ rəngli “Bottega Venetta” markalı əl çantası,02 ədəd şəffaf rəngli “Zara” marklı ətir,02 ədəd “Canon” markalı fotoaparat, 01 ədəd “Nikon” markalı fotoaparat,01 ədəd “Sharp” markalı fotoaparat,01 ədəd “Apple Macbook” mrkalı noutbuk,01 ədəd “Sony” markalı enerji cihazı,01 ədəd “Mi” markalı enerji cihazı,01 ədəd qab dəsti,01 ədəd içərisindəki sənədin üzərində “Orucova” soyadı qeyd olunmuş “Rolex” saatına aid boş qutu,01 ədəd “Lorus” mrkalı qol saatı,01 ədəd “Ferrari”markalı qol saatı,01 ədəd “Boss” markalı qol saatı,01 ədəd “Rado” markalı qol saatı,01 ədəd “DG” markalı qol saatı,01 ədəd “Swatch” markalı qol saatı,01 ədəd markasız cib saatı,01 ədəd “Daniel Vellengston” markalı qol saatı, 11 ədəd bijuteriyaya bənzər boyunbağı,01 ədəd qızılı rəngli üzərində naxışları olan qab,01 ədəd “Tog yu yı pin” yazısı olan qadın siluetli suvenir, 01 cüt “Everlast” markalı boks əlcəyi,”itsımagical” markalı ağ rəngli tikiş maşını, üzərində “Azerbaijan Carpet” yazısı olan göy rəngli çantanın içərisində sarımtıl,qəhvəyi və göyqırmızı rəngli 01 ədəd böyük və iki ədəd kiçik ölçülü xalçalar,”Metro Created” yazısı olan tünd qəhvəyi rəngli 1 ədəd kişi kürkü,01 ədəd “Vigavan 1972” yazısı olan qadın papağı,01 cüt “Alexander McQueen” yazısı olan qara rəngli idman ayaqqabısı,01 cüt “Nike” markalı sarı rəngli idman ayaqqabısı,01 ədəd “Sony” markalı çəhrayı rəngli fotoaparat,01 ədəd “Sony” markalı boz rəngli fotoaparat,01 ədəd “Canon” markalı gümüşü rəngli fotoaparat,01 ədəd qara rəngli “Chanel” markalı qadın əl çantası,01 ədəd qızılı rəngli metaldan olan qab,01 ədəd qara rəngli parçadan olan torbada bijuteriya tipli boyunbağılar,üzüklər,sırğalar və bəzək əşyaları və 01 ədəd çəhrayı rəngli üzərində “İTSİmagical” yazısı həkk oedilmiş qutunun içərisində bijuteriya tipli qolbaq,boyunbağı,üzük və bilərzikləri təqdim edərək həmin əşyaları müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri,Nəsimi rayonu,Bülbül prospekti 65C,mənzil 51-52 ünvnında yerləşən mənzildə ümumillikdə fotoşəkillər çəkilərək protokola əlavə edildi. Bundan əlavə, təqsirləndirilən şəxsin tutularkən polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalıb-qalmamasının araşdırılması üçün məhkəmə tərəfindən müvafiq sorğular verilmişdir. Qeyd olunan sorğular üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsiləndirilən şəxsin tutulan zaman polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmasının müəyyən edilməsi barədə araşdırma aparılaraq və ekspert rəyi də nəzərə alınmaqla cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, polis əməkdaşları tərəfindən saxlanılarkən psixoloji və fiziki təzyiqlərə məruz qalması barədə təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi dəlillər işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunmuşdur. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməsinə dair ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdiyi ifadəsini), zərərçəkmiş şəxslərin ifadələrini, şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X15rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyası araşdırılmış sübutların məcmusuna obyektiv hüquqi qiymət verərək və təqsirləndirilən şəxsin törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməlləri özünün ifadələri ilə yanaşı zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər sənədlər vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.3.2 və 183.1-ci maddələri ilə tövsif olunmuşdur və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticənin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 183.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, maddi sübutlar və sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.3.2 və 183.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs mənkum olunmamışdır. xx.xx.2025-ci il tarixli “notariat qaydasından təsdiq olunmuş ərizələrdən” görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə qarşı iddia, şikayət və tələbləri yoxdur, təqsirləndirilən şəxslə barışmışlar və onlara dəymiş ziyan tam qarşılanmışdır. Cinayət işinin materiallarından və elektron məhkəmə infromasiya sistemindən görünür ki, təqsirləndirilən şəxsin biri azyaşlı olmaqla yetkinlik yaşına çatmayan iki uşağı var. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini (təqsirini) qismən etiraf etməsini, əvvəllər məhkum olunmamasını, biri azyaşlı olmaqla yetkinlik yaşına çatmayan iki uşağının olmasını, cinayət nəticəsində əldə edilmiş (talanmış) əmlakın bir hissəsını təqdim etməsini (qaytarmasını), zərərçəkmiş şəxslərin şikayət və tələbinin olmamasını və barışıq əldə olunmasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılmasın cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə görə cəzanı yüngülləşdirən hallar aşağıdakılardır. 59.1.1. hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi; 59.1.2. cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi; 59.1.3. cinayətin hamilə qadın tərəfindən törədilməsi; 59.1.4. cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; 59.1.5. cinayətin ağır həyat şəraiti nəticəsində və ya mərhəmətlilik niyyəti ilə törədilməsi; 59.1.6. cinayətin fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud maddi, xidməti və ya sair cəhətdən asılılıq nəticəsində törədilməsi; 59.1.7. cinayətin zəruri müdafiənin, ictimai təhlükəli əməl törətmiş şəxsin tutulmasının, son zərurətin, əsaslı riskin, əmrin və ya sərəncamın icra edilməsinin qanunla müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsi; 59.1.8. cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi; 59.1.9. cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi; 59.1.10. şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi; 59.1.11. cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması; 59.1.12. zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; 59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; 59.1.14. cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 - 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 59.3. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə görə bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin diferensiallaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələblərini nəzərə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 177.3.2 və 183.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onlar barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan "xxxx" MMC-dən təqdim olunmuş 01 (bir) ədəd (SMS məlumatlar və digər məlumatların əks olunduğu) disk iş materiallarında saxlanılmalı, X1 üçün təqdim edilməsi barədə qərar qəbul edilmiş 01 ədəd qara rəngli “Roberto Cavalli” markalı xəz gödəkcə, 01 ədəd qara rəngli “Francesco Scognaniglio” markalı xəz gödəkcə, 01 ədəd “Etro Milano” markalı qısa xəz gödəkcə, 01 ədəd qəhvəyi rəngli “Sobol” markalı xəz gödəkcə, 01 ədəd “4G" markalı xəz jilet, 01 ədəd qəhvəyi rəngli “Thes Thes” markalı xəz gödəkcə, 01 ədəd qəhvəyi rəngli “Pajaro” markalı xəz gödəkcə, 01 ədəd sarı rəngli “Adoma” markalı gödəkcə, 01 ədəd ağ rəngli “thes irevelle” markalı xəz gödəkcə, 01 ədəd “Albeno Fercci” markalı qısa xəz gödəkcə, 01 ədəd qırmızı rəngli “Alexander Mcqueen” markalı pul qabı, 01 ədəd qara rəngli “Cristian Dior” markalı əl çantası, 01 ədəd qara rəngli “Bulgari” markalı qadın əl çantası, 01 ədəd qara rəngli “Patiria- pp” markalı qadın əl çantası, 01 ədəd qara rəngli “Dolge Gabanna” markalı qadın əl çantası, 01 ədəd boz rəngli “Prada” markalı qadın əl çantası, 01 ədəd qırmızı rəngli “LV" markalı qadın əl çantası, 01 ədəd qara rəngli “LV” markalı pul qabı, 01 ədəd mavi rəngli “Hermes” markalı pul qabı, 01 ədəd göy rəngli “Mango” markalı pul qabı, 01 ədəd göy rəngli “YSL” markalı qadın əl çantası, 01 ədəd ağ rəngli “Botegga Venetta” markalı əl çantası, 02 ədəd şəffaf rəngli “Zara” markalı ətir, 02 ədəd “Canon” markalı fotoaparat, 01 ədəd “Nikon" markalı fotoaparat, 01 ədəd “Sharp” markalı fotoaparat, 01 ədəd “Apple Macbook” markalı noutbuk, 01 ədəd “Sony” markalı enerji cihazı, 01 ədəd “Mi” markalı enerji cihazı, 01 ədəd qab dəsti, 01 ədəd içərisindəki sənədin üzərində “Orucova” soyadı qeyd olunmuş “Rolex” saatına aid boş qutu, 01 ədəd “Lorus” markalı qol saatı, 01 ədəd “Ferrari” markalı qol saatı, 01 ədəd “Boss” markalı qol saatı, 01 ədəd “Rado” markalı qol saatı, 01 ədəd “DG” markalı qol saatı, 01 ədəd “Swatch” markalı qol saatı, 01 ədəd “Molniya” markalı cib saatı, 01 ədəd “Daniel Vellengston” markalı qol saatı, 11 ədəd bijuteriyaya bənzər boyunbağı, 01 ədəd qızılı rəngli üzərində naxışları olan qab, 01 cüt “EVERLAST” markalı boks əlcəyi, 01 ədəd “İtsmagical” markalı ağ rəngli tikiş maşını, 01 ədəd “Tog yu yı pin” yazısı olan qadın siluetli suvenir, üzərində “Azerbaijan Carpet” yazısı olan göy rəngli çantanın içərisində sarımtıl, qəhvəyi və göy-qırmızı rəngli 01 ədəd böyük və iki ədəd kiçik ölçülü xalçalar, üzərində “Metro Created” yazısı olan tünd qənd qəhvəyi rəngli 1 ədəd kişi kürkü, 01 ədəd “Vigavan 1972” yazısı olan qadın papağı, 01 cüt “Alexander McQueen” yazısı olan qara rəngli idman ayaqqabısı, 01 cüt “Nike” markalı sarı rəngli idman ayaqqabısı, 01 ədəd “Sony” markalı çəhrayı rəngli fotoaparat, 01 ədəd “Sony” markalı boz rəngli fotoaparat, 01 ədəd “Canon” markalı gümüşü rəngli fotoaparat, 01 ədəd qara rəngli “Chanel” markalı qadın əl çantası, 01 ədəd qızılı rəngli metaldan olan qab, 01 ədəd qara rəngli parçadan olan torbada bijuteriya tipli boyunbağılar, üzüklər, sırğalar və bəzək əşyaları və 01 ədəd çəhrayı rəngli üzərində “İTSmagical” yazısı həkk edilmiş qutunun içərisində bijuteriya tipli qolbaq, boyunbağı, üzük və bilərziklər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və (və ya) Zərərçəkmiş şəxs2 mülkiyyətinə (sahibliyinə) qaytarılmalıdır. Bununla yanaşı məhkəmə ibtidai araşdırma orqanı tərəfindən Zərərçəkmiş şəxs1 mülki iddiaçı kimi tanınması məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan 27 dekabr 2023-cü tarixli ərizədən görünür ki, Elçin Qasımov mülki iddiaçı qismində tanınması barədə ərizə vermişdir. 27 dekabr 2023-cü tarixli qərardan görünür ki, Elçin Qasımov mülki iddiaçı qismində tanınmışdır. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs1 mülki iddiaçı qismində tanınması barədə qərarı qanunvericiliyin tələbləri ilə uzlaşmamışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. İddia ərizəsi verdiyi anda şəxsin mülki iddiaçı qismində tanınmasına əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. Qeyd olunan hüquq normalarının tələblərindən də göründüyü kimi şəxsin mülki iddiaçı kimi tanınması üçün ilk olaraq o, iddia ərizəsi verməlidir. Cinayət işinin materiallarında isə Zərərçəkmiş şəxs1 mülki iddia ərizəsi mövcud olmadığından o, iş üzrə mülki iddia verməmiş şəxs hesab olunur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən mülki iddiaçı qismində tanındıqdan sonra iddia ərizəsinin müvafiq şəxs tərəfindən verilmədiyi və ya şəxsin mülki iddiaçı vəziyyətində qalmasına əsaslar olmadığı müəyyən edilərsə, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə əsaslandırılmış qərarı ilə həmin şəxsin cinayət prosesində mülki iddiaçı qismində iştirakına xitam verir. Hazırkı iş üzrə mülki iddia ərizəsi verilmədiyindən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs1 cinayət prosesində mülki iddiaçı qismində iştirakına xitam verilməlidir. Bununla yanaşı, məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Bundan əlavə, məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin (Müdafiəçi2) iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 183.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 183.1-ci maddəsi ilə 05 (beş) il üddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin olunmuş cəzalar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkçə müddətinə daxil edilməklə onun cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan "xxxx" MMC-dən təqdim olunmuş 01 (bir) ədəd (sms məlumatlar və digər məlumatların əks olunduğu) disk iş materiallarında saxlanılsın, X1 üçün təqdim edilməsi barədə qərar qəbul edilmiş 01 ədəd qara rəngli “Roberto Cavalli” markalı xəz gödəkcə, 01 ədəd qara rəngli “Francesco Scognaniglio” markalı xəz gödəkcə, 01 ədəd “Etro Milano” markalı qısa xəz gödəkcə, 01 ədəd qəhvəyi rəngli “Sobol” markalı xəz gödəkcə, 01 ədəd “4G" markalı xəz jilet, 01 ədəd qəhvəyi rəngli “Thes Thes” markalı xəz gödəkcə, 01 ədəd qəhvəyi rəngli “Pajaro” markalı xəz gödəkcə, 01 ədəd sarı rəngli “Adoma” markalı gödəkcə, 01 ədəd ağ rəngli “thes irevelle” markalı xəz gödəkcə, 01 ədəd “Albeno Fercci” markalı qısa xəz gödəkcə, 01 ədəd qırmızı rəngli “Alexander Mcqueen” markalı pul qabı, 01 ədəd qara rəngli “Cristian Dior” markalı əl çantası, 01 ədəd qara rəngli “Bulgari” markalı qadın əl çantası, 01 ədəd qara rəngli “Patiria- pp” markalı qadın əl çantası, 01 ədəd qara rəngli “Dolge Gabanna” markalı qadın əl çantası, 01 ədəd boz rəngli “Prada” markalı qadın əl çantası, 01 ədəd qırmızı rəngli “LV" markalı qadın əl çantası, 01 ədəd qara rəngli “LV” markalı pul qabı, 01 ədəd mavi rəngli “Hermes” markalı pul qabı, 01 ədəd göy rəngli “Mango” markalı pul qabı, 01 ədəd göy rəngli “YSL” markalı qadın əl çantası, 01 ədəd ağ rəngli “Botegga Venetta” markalı əl çantası, 02 ədəd şəffaf rəngli “Zara” markalı ətir, 02 ədəd “Canon” markalı fotoaparat, 01 ədəd “Nikon" markalı fotoaparat, 01 ədəd “Sharp” markalı fotoaparat, 01 ədəd “Apple Macbook” markalı noutbuk, 01 ədəd “Sony” markalı enerji cihazı, 01 ədəd “Mi” markalı enerji cihazı, 01 ədəd qab dəsti, 01 ədəd içərisindəki sənədin üzərində “Orucova” soyadı qeyd olunmuş “Rolex” saatına aid boş qutu, 01 ədəd “Lorus” markalı qol saatı, 01 ədəd “Ferrari” markalı qol saatı, 01 ədəd “Boss” markalı qol saatı, 01 ədəd “Rado” markalı qol saatı, 01 ədəd “DG” markalı qol saatı, 01 ədəd “Swatch” markalı qol saatı, 01 ədəd “Molniya” markalı cib saatı, 01 ədəd “Daniel Vellengston” markalı qol saatı, 11 ədəd bijuteriyaya bənzər boyunbağı, 01 ədəd qızılı rəngli üzərində naxışları olan qab, 01 cüt “EVERLAST” markalı boks əlcəyi, 01 ədəd “İtsmagical” markalı ağ rəngli tikiş maşını, 01 ədəd “Tog yu yı pin” yazısı olan qadın siluetli suvenir, üzərində “Azerbaijan Carpet” yazısı olan göy rəngli çantanın içərisində sarımtıl, qəhvəyi və göy-qırmızı rəngli 01 ədəd böyük və iki ədəd kiçik ölçülü xalçalar, üzərində “Metro Created” yazısı olan tünd qənd qəhvəyi rəngli 1 ədəd kişi kürkü, 01 ədəd “Vigavan 1972” yazısı olan qadın papağı, 01 cüt “Alexander McQueen” yazısı olan qara rəngli idman ayaqqabısı, 01 cüt “Nike” markalı sarı rəngli idman ayaqqabısı, 01 ədəd “Sony” markalı çəhrayı rəngli fotoaparat, 01 ədəd “Sony” markalı boz rəngli fotoaparat, 01 ədəd “Canon” markalı gümüşü rəngli fotoaparat, 01 ədəd qara rəngli “Chanel” markalı qadın əl çantası, 01 ədəd qızılı rəngli metaldan olan qab, 01 ədəd qara rəngli parçadan olan torbada bijuteriya tipli boyunbağılar, üzüklər, sırğalar və bəzək əşyaları və 01 ədəd çəhrayı rəngli üzərində “İTSmagical” yazısı həkk edilmiş qutunun içərisində bijuteriya tipli qolbaq, boyunbağı, üzük və bilərziklər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və (və ya) Zərərçəkmiş şəxs2 mülkiyyətinə (sahibliyinə) qaytarılsın (verilsin). Zərərçəkmiş şəxs1 hazırkı cinayət işi üzrə mülki iddiaçı qismində iştirakına xitam verilsin. İş üzrə ekspertiza xərci 100 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri “Mərkəz” Vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 manat məbləğində pul ödənilsin və hüquqi yardıma görə pul məbləğinin ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar