Məhkəmə qərarları › İş №1(101)-251/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-251/2020

02.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-251/2020 02.03.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi x13, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, x14, x2, Zərərçəkmiş şəxs6, zərərçəkmiş şəxs (mülki iddiaçı) Quliyev Məmməd-Əli Qüdrət oğlunun, müdafiəçi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxxxx 1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, ailəli, Bakı şəhəri Nizami Rayon Xalq Məhkəməsinin 06 iyun 1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 143-cü maddəsinin 4-cü hissəsi, 40, 15, 143-cü maddəsinin 3-cü hissəsi, 38-ci maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 12 noyabr 1997-ci il tarixdə Bakı şəhəri Əzizbəyov Rayon Xalq Məhkəməsinin 05 noyabr 1997-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 50-2-ci maddəsinə əsasən cəzadan 1 il 7 ay 16 gün vaxtından əvvəl şərti azad edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 may 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin 06 may 2003-cü il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 1/3 qədər azaldılaraq 2 il 1 ay 7 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 fevral 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək həmin məcəllənin 67.1, 68.1.2-ci maddələri tətbiq edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 oktyabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə islah işləri cəzasına məhkum olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 iyun 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 23 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya qərarının 1.2-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, ünvan 1 mənzil 8 ünvanda qeydiyyatda olmaqla ünvan 2, mənzil 14 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qeyrisi ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsində yerləşən “Baksol” taxta bazarındakı tikinti materialları mağazasında işləyən Quliyev Məmməd-Əli Qüdrət oğluna həmin ünvanda dəyərini sonradan ödəyəcəklərinə dair birgə yalan vəd verib aldatmaqla qeyrisi ilə birlikdə 18 dekabr 2015-ci il tarixdə öhdəsində olmaqla ona məxsus olan dəyəri 2670 manat təşkil edən 13 kub metr, 19 dekabr 2015-ci il tarixdə dəyəri 2440 manat təşkil edən 11,9 kub metr, 22 dekabr 2015-ci il tarixdə dəyəri 4860 manat təşkil edən 626,4 kvadrat metr və 57,5 kvadrat metr, dəyəri 2420 manat təşkil edən 302,4 kvadrat metr, dəyəri 1800 manat təşkil edən 5x15x6 ölçülü 5,715 kub metr, 09 yanvar 2016-cı il tarixdə dəyəri 3011 manat təşkil edən 10,038 kub metr taxta materialını alıb dəyərini ödəməyərək etibarından sui-istifadə edib vahid niyyətlə əhatə olunmuş qəsdlə birgə ələ keçirərək başqa şəxslərə ucuz qiymətə satıb əldə etdikləri özgə əmlakının dəyərini sahibinə ödəməyərək etibarından sui-istifadə edib pulları qeyrisi ilə aralarında bölüşdürməklə zərərçəkmiş şəxs Məmməd-Əli Quliyevə ümumilikdə 17201 manat məbləğində - xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qeyrisi ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs6 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Göyüşov küçəsində yerləşən 2 sot torpaq sahəsində fərdi yaşayış evini tikib ona təhvil verəcəklərinə dair birgə yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs6 əvvəlcə özü 08 mart 2016-cı il tarixdə Bakı şəhəri Sabunçu rayonu ərazisində olan körpünün yaxınlığında 200 manat, bundan sonra qeyrisi 10 mart 2016-cı il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsində yerləşən 39 saylı notariat kontorunda borc adı ilə müqavilə bağlamaqla 8300 manat, 17 mart 2016-cı il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, ev 2-də yerləşən 31 saylı notariat kontorunda borc adı ilə müqavilə bağlamaqla inandırıb 8500 manat pulu etibarından suiistifadə edərək alıb özgə əmlakını vahid niyyətlə əhatə olunmuş qəsdlə birgə ələ keçirməklə etibarından sui-istifadə edib qeyrisi ilə aralarında bölüşdürərək Zərərçəkmiş şəxs6 ümumilikdə 17000 manat məbləğində - xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qeyrisi ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında x17 Abşeron rayonu, Məhəmmədli kəndi ərazisində yerləşməklə Şahid3 Abdi oğlunun mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 8 sot torpaq sahəsinin 3 sot sahəsi üzərində fərdi yaşayış evi tikib ona təhvil verəcəklərinə dair birgə yalan vəd verib aldatmaqla Kamran Abbasovdan əvvəlcə qeyrisi 28 iyun 2016-cı il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, H.Ərəblinski küçəsi ev 10-da yerləşən 16 saylı notariat kontorunda borc adı ilə müqavilə bağlamaqla 5000 manat, sonra isə özü 01 iyul 2016-cı il tarixdə “Azərpoçt” x16 Göyçay rayon filialı vasitəsilə göndərilmiş 1500 manat, 04 iyul 2016-cı il tarixdə yenə qeyrisi Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 7 ünvanında olan ofisdə torpaq pulu ödəyəcəyi adı ilə 2000 manat pulu alıb etibarından sui-istifadə edərək qeyrisi ilə aralarında bölüşdürməklə özgə əmlakını vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək zərərçəkmiş şəxs Kamran Abbasova ümumilikdə 8500 manat məbləğində - xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qeyrisi ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, “Baksol” yaşayış massivində olan torpaq sahəsində 43000 manat dəyərində fərdi yaşayış evi tikib ona təhvil verəcəklərinə dair birgə yalan vəd verib aldatmaqla əvvəlcə özü 17 avqust 2016-cı il tarixdə gündüz vaxtı Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 95 ünvanda olan “Bakı Qafqaz Centre”-də yerləşən ofisdə beh müqaviləsi bağlamaqla inandırıb tikintiyə icazə alacağı adı ilə 2000 manat, sonra isə 19 avqust 2016-cı il tarixdə saat 11 radələrində həmin ünvanda qeyrisi ilə birlikdə tikintiyə başlamaq adı ilə 7700 manat, 20 avqust 2016-cı il tarixdə kirayədə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Baksol yaşayış massivində 8300 manat alıb qəbz yazıb verərək inandırdıqdan sonra, 21 avqust 2016-cı il tarixdə saat 18 radələrində həmin ünvanda yenə özü tikiləcək evə su və işıq xətti çəkdirəcəyi adı ilə 500 manat pulu etibarından sui-istifadə edərək alıb həmin pulları qeyrisi ilə aralarında bölüşdürməklə özgə əmlakını vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 18500 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qeyrisi ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında x6 Abşeron rayonu, Masazır qəsəbəsində olan 0,2 hektar torpaq sahəsi alıb orada fərdi yaşayış evi tikib ona təhvil verəcəklərinə dair birgə yalan vəd verib aldatmaqla Ceyhun Məmmədzadədən 09 oktyabr 2017-ci il tarixdə qeyrisi ünvan 6 ünvanda yerləşən 19 saylı notariat kontorunda borc adı ilə müqavilə bağlayaraq inandırıb həmin ünvanın qarşısında 30000 manat pulu etibarından sui-istifadə edərək alıb qeyrisi ilə aralarında bölüşdürməklə özgə əmlakını ələ keçirərək zərərçəkmiş şəxs Ceyhun Məmmədzadəyə 30000 manat məbləğində - xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək göstərdi ki, o, x18 7 ildən artıq müddət əvvəldən - hələ “Emas” tikinti şirkətində usta kimi işlədiyi vaxtlardan tanımışdır. Əvvəllər Oktayla birlikdə şərikli olaraq ev tikib satmış, 2016-cı ildən etibarən isə həm də ev alqı-satqısı ilə məşğul olmuşlar. Razılaşmalarına əsasən müştərini o tapmış, Oktay da ev tikib təhvil vermişdir. Zərərçəkmiş şəxs1 2016-cı ilin avqust ayından tanımışdır. O, “yeni.az” saytında satışa ev qoymuş və onunla əlaqə saxlamaları üçün işlətdiyi ***-***-**-** saylı mobil nömrəsini yazmışdır. 2016-cı ilin avqust ayının ortalarında həmin mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən zəng gəlmişdir. O, zəngə cavab vermiş və onunla telefonda danışan şəxsin sonradan tanıdığı Zərərçəkmiş şəxs1 olduğunu bilmişdir. Əli ona özünə internet vasitəsilə ev axtaran zaman onun mobil nömrəsini internetdən götürdüyünü, özünə ev almaq istədiyini, lakin pulunun az olduğunu bildirmişdir. Söhbət əsnasında Əliyə istəyirsə ona ev tikib verə biləcəyini demiş, lakin Əli torpaq sahəsi olmadığını bildirmişdir. O, Əliyə ucuz qiymətə ev tikib verə biləcəyini deyərək Binəqədi rayonu ərazisində torpaq sahəsi almasını təklif etmiş, evin tikintisi üçün lazım olan pulun bir hissəsini qabaqcadan, qalan hissəsini isə evi tikib qurtardıqdan sonra verə biləcəyini bildirmişdir. O, Əliyə işlədiyi Bakı şəhəri, N.Nərimanov rayonu, Heydər Əliyev prospekti 95 ünvanında yerləşən “Bakı Qafqaz Centre” gəlməsini və söhbətlərini orada davam etdirmələrini təklif etmiş, sonuncu da razılaşaraq 17 avqust 2016-cı il tarixində saat 16 radələrində həmin yerə gəlmişdir. Onlar onun oturduğu ofisdə görüşərək tikinti barədə söhbət etmişlər. O, Əlidən hansı layihədə ev tikdirmək istədiyini soruşmuş, sonuncu da tikdirmək istədiyi evin layihəsini kağız üzərində çəkərək ona göstərmişdir. O, həmin layihəni şəriki Oktaya göstərmiş və onlar həmin layihə üzrə tikiləcək evi 43000 manat dəyərində qiymətləndirmişlər. Əli hazırda o qədər pulunun olmadığını söylədikdə o, sonuncudan nə qədər pulunun olduğunu soruşmuş, Əli də 18000 manat məbləğində pulunun olduğunu demişdir. O, Əliyə 18000 manat pulu qabaqcadan verməsini, yerdə qalan 25000 manat pulu da az-az ödəməsini təklif etmiş, Əli də onunla razılaşmışdır. Bundan iki-üç gün sonra Əli 7700 manata Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol yaşayış massivindən 2 sot torpaq sahəsi aldığını demişdir. Həmin vaxt o, Əliyə evin tikintisinə başlamaq üçün icra hakimiyyətindən icazə almaq lazım olduğunu deyərək buna görə ondan ilkin olaraq 2000 manat pul almış və onlar həmin pulla bağlı beh müqaviləsi bağlamışlar. O, Əlidən pulu alan zaman şəriki Oktay da yanında olmuşdur. Bundan sonra 19 avqust 2016-cı il tarixdə saat 11 radələrində Əli onun işlədiyi ofisə gələrək ona 8000 manat pul vermişdir. Həmin vaxt şəriki Oktay və tanışı Ceyhun onun yanında olmuşlar. Bundan sonra o, Oktay, Ceyhun və Əli birlikdə sonuncunun Baksol yaşayış massivində yerləşən torpaq sahəsinə gedərək orada tikiləcək evin layihəsi barədə söhbət etmişlər. Söhbət zamanı Oktay sabah ustaların gəlib işə başlayacağını bildirmiş, Əli torpaq sahəsinin sənədlərini Oktaya vermiş, sonuncu da həmin sənədləri ona vermişdir. Bundan sonra onlar ofisə qayıtmışlar və orada Əlidən torpağa verdiyi pulla birlikdə 18000 manat pul almaqları barədə sonuncu ilə beh müqaviləsi bağlamışlar. Bundan sonra Əli çıxıb getmiş, o da həmin pulun 6000 manatını Oktaya vermiş, qalan 2000 manatı isə özünə götürmüşdür. 21 avqust 2016-cı il tarixdə Əli ona zəng vuraraq ustaların niyə gəlib işləmədiklərini soruşmuş, o da Əliyə iki-üç gün səbrli olmasını deyərək işləri qaydasına qoyacağını bildirmişdir. Həmin vaxt o, Əlidən harada olduğunu soruşaraq onunla görüşmək istədiyini bildirmiş, Əli də Binəqədi qəsəbəsində kirayə yaşadığı evdə olduğunu demişdir. O, 21 avqust 2016-cı il tarixdə saat 18 radələrində idarə etdiyi “Range Rover” markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Əlinin kirayə yaşadığı evə getmiş və sonuncuya tikiləcək evə su və işıq xətlərinin çəkilməsinə görə əlavə olaraq 500 manat pul lazım olduğunu bildirmişdir. Əli də evdə qaynı Bəxtiyarın yanında ona əlavə olaraq 500 manat pul vermişdir. Bundan üç gün sonra Əli yenidən ona zəng edərək ustaların niyə evin tikintisinə başlamadıqlarını soruşmuş, o da ustaların problemi olduğu üçün bir-iki gün gecikdiklərini bildirmişdir. Bir neçə gün sonra Əli ona zəng vuraraq ustalar işə başlamadıqları üçün onlara verdiyi pulu geri tələb etməyə başlamışdır. Bundan sonra o, Əlini şəriki Oktay ilə görüşdürmüş və onlar Əliyə ondan aldıqları pulu tezliklə geri qaytaracaqlarını bildirmişlər. Lakin Əlidən aldıqları pulu şəxsi işlərinə xərclədikləri üçün onun pulunu qaytara bilməmişlər. Sonradan Əli onun barəsində polisə şikayət etmişdir. O, Əlidən 18500 manat pul almamışdır. Belə ki, Əli 7700 manata torpaq sahəsi almış, 8500 manat pulu isə ona vermiş, o da həmin pulun 6000 manatını şəriki Oktaya vermişdir. O, Əlinin torpağına qum tökdürmüş, 200 manata traktorla oranı təmizlətdirmiş, 250 manatlıq şeben tökdürmüş, 200 manat pulu isə Oktay ondan ustalara verəcəyi adı ilə almış, həmçinin o, Oktaya fəhlələrə verməsi üçün 100 manat əlavə pul vermişdir. 2016-cı ilin iyun ayında o, mobil nömrəsini internetdə yeni əmlak saytına qoyub evlərin satışı və kreditlə evlərin tikilməsi ilə bağlı elan vermişdir. Həmin ay özünü Kamran kimi təqdim edən şəxs onun ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək ev almaq və ya tikdirmək istədiyini bildirmişdir. O, Kamrana Məhəmmədli qəsəbəsində torpaq olduğunu deyərək görüşüb bu barədə söhbət etmələrini təklif etmişdir. Kamran atası Ramizlə birlikdə gəlmiş və onlar Məhəmmədli qəsəbəsində Oktayla birlikdə görüşmüşlər. Ramiz torpaqla bağlı Oktayla danışaraq Məhəmmədli qəsəbəsində “Oxay” çay evinin arxasında torpağın üzərində ev tikdirmək qərarına gəlmiş və onlar Sabunçu rayonunda yerləşən 16 saylı notariat kontoruna getmişlər. Notariat kontorunda Kamran və Oktay öz aralarında 5000 manat pula dair müqavilə bağlamışlar. Həmin vaxt o, bayırda gözləmişdir. Razılaşmalarına görə Oktay həmin torpağı alıb Kamrana ev tikməli olmuşdur. Onlar həmin evin ümumi tikintisini 25000 manata danışmışlar. Bir neçə gündən sonra o, Kamrana zəng edərək ona Nizami rayonu, Q.Qarayev küçəsində yerləşən ev alqı-satqı ofisində işləməsini təklif etmiş, sonuncu da razılaşaraq onunla bir yerdə işləməyə başlamışdır. O, sonradan, yəni həmin ayın axırlarında Kamrana evin tikinti materiallarının alınması üçün pul lazım olduğunu bildirmişdir. Buna görə Ramiz Göyçaydan poçt vasitəsilə onun adına 1500 manat pul göndərmiş, o da həmin pulu Nizami rayonunda yerləşən poçtdan götürmüşdür. Sonra Kamranın qohumu olan Ruslan adlı şəxs onun vasitəsi ilə Oktaydan 700 manat borc pul istəmişdir. Oktay ona Ramizdən onun adından pul istəməsini tapşırmış, o da Ramizə zəng edərək tikdirdikləri ev üçün yenidən pul lazım olduğunu deyərək ona pul göndərməsini istəmişdir. Ramiz Ruslanın vasitəsilə ona 2000 manat göndərmiş, o da Nizami rayonu ərazisindəki “Sevinc” kinoteatrının arxasında 2000 manat pulu Ruslandan almışdır. Həmin vaxt Oktay da onun yanında olmuşdur. O, Ruslandan götürdüyü 2000 manat pulun 500 manatını Ruslana borc vermiş, qalan 1500 manat pulun 500 manatını özünə götürmüş, 1000 manatı isə Oktaya vermişdir. Lakin torpağın sənədi düzəlmədiyi üçün Kamrana başqa torpaq təklif etmişlər, sonuncu isə razılaşmamışdır. Daha sonra nə baş verdiyini bilməmişdir. Zərərçəkmiş şəxs2 8500 manat puldan ona cəmi 3500 manat pul vermiş, qalan 5000 manat pulu isə notariat kontorunda Oktaya vermişdir. Oktayın Zərərçəkmiş şəxs2la müqavilə bağladıqdan sonra 5000 manat pulu ona verməsi barədə ifadəsi həqiqətə uyğun deyil. Torpağı makler kimi ilk olaraq Kamran Abbasova və onun atası Şahid1 o göstərmiş, sonradan Oktay Zamanov gəlmişdir. 8500 manat puldan ona cəmi 1500 manat pul çatmış, qalan 7000 manat pulu isə Oktay Zamanov özünə götürmüşdür. 8500 manat pulu aldıqdan sonra torpaq sahəsinin sənədləri düzgün olmadığına görə ev tikdirə bilməmişdir. Oktay Zamanovun deməsinə görə o, aldıqları pulu tikinti materiallarına vermişdir. x7 2017-ci ilin may ayında tanımışdır. Belə ki, o, “yeni.az” saytında satışa ev qoymuş və onunla əlaqə saxlamaları üçün ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrini yazmışdır. 2017-ci ilin may ayının ortalarında onun ***-***-**-** saylı mobil nömrəsinə ***- ***-**-** saylı mobil nömrədən zəng gəlmiş və zəng edən şəxs özünü Ceyhun Məmmədzadə kimi təqdim etmişdir. Ceyhun ona internet vasitəsi ilə özünə ev axtaran zaman onun mobil nömrəsini internetdən götürdüyünü, özünə ev almaq istədiyini, lakin pulunun olmadığını, yaşadığı evi sataraq yeni ev tikdirmək fikrində olduğunu bildirmişdir. O, Ceyhuna istəyirsə tanışlarının vastitəsi ilə yeni ev tikib ona verə biləcəyini demiş, lakin sonuncu ev tikdirmək üçün torpaq sahəsinin olmadığını bildirmişdir. O, Ceyhuna yaşadığı evi sata bilsə yeni torpaq sahəsi almağın asan iş olduğunu söyləmişdir. 2017-ci ilin may ayında o, tanışı Oktay Zamanovla birlikdə Abşeron rayonunun Masazır qəsəbəsində Ceyhun Məmmədzadə ilə görüşmüş və Oktayı Ceyhuna evi tikən şəxs kim təqdim etmişdir. Onlar həmin vaxt Ceyhuna Masazırda bir neçə torpaq sahəsi təklif etmişlər, birlikdə “Yeni Bakı” massivi ilə yanaşı kvadrat şəkilli 4 sot torpağa baxmışlar. Lakin Ceyhun həmin torpaq sahəsini bəyənmədiyi üçün onların işi yarımçıq qalmışdır. Bundan sonra 2017-ci ilin avqust ayında Oktay özünün ***-***-**-** saylı mobil nömrəsindən Ceyhunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayaraq yeni torpaq sahəsi tapdığını deyərək ona baxmasını təklif etmişdir. Bundan sonra onlar Ceyhunla birlikdə Masazır qəsəbəsində “Yeni Bakı” massivinə yaxın yerləşən 2 sota yaxın üçbucaq şəkilli torpağa baxmışlar. Ceyhun həmin torpaq sahəsini bəyənmiş və orada evin yerləşib-yerləşməyəcəyini soruşmuşdur. Həmin vaxt Oktay cızma-qara edərək evin eskizini çəkib Ceyhuna göstərmiş, sonuncu da həmin eskizi bəyənmişdir. Bundan sonra onlar həmin evin qiyməti barədə söhbət etmişlər və Oktay evi 44000 manata tikə biləcəyini bildirmişdir. Lakin Ceyhun ev tikdirmək üçün hal-hazırda pulunun olmadığını, yaşadığı evi satdıqdan sonra onlara 30000 manat pul verəcəyini, qalan 14000 manat pulu isə 2018-ci ilin fevral ayında ödəcəyini söyləmiş, onlar da razılaşmışdır. Bundan sonra 2017-ci ilin sentyabr ayında onlar Ceyhunun yaşadığı evi Oktayın tapdığı müştəriyə göstərmişlər, müştəri evi bəyənərək alqı-satqı etməyə razılaşmışdır. 09 oktyabr 2017-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “İlin Dörd Fəsli” x4 ofisində Ceyhunun evini əvvəllər tanımadığı şəxsə qiymətini bilmədiyi məbləğdə alqı-satqı etmişlər. Bundan sonra o, Oktay və Ceyhun üçü birlikdə Yasamal rayonundakı 19 saylı notariat kontoruna getmişlər. Orada Oktay üzərində şəxsiyyət vəsiqəsinin olmadığını deyərək ondan Ceyhun ilə müqaviləni öz adından bağlamasını xahiş etmiş, o da inandığı üçün razılaşaraq Ceyhunla 30000 manat müqabilində borc müqaviləsi bağlamışldır. Notariusdan çölə çıxdıqdan sonra onlar Ceyhunun idarə etdiyi avtomobilə əyləşmişlər və avtomobildə Ceyhun evin tikintisi üçün Oktaya 30000 manat pul vermişdir. Həmin vaxt Ceyhunun həyat yoldaşı avtomobildə olmamışdır. Bundan təxminən bir-iki saat sonra Oktay metronun “Neftçilər” stansiyasının yaxınlığında müştəri tapdığına görə zəhmət haqqı olaraq Ceyhundan aldığı puldan ona 2000 manat pul vermişdir. Daha sonra isə Oktay və Ceyhun arasında olan söhbətin necə yekunlaşdığından onun heç bir məlumatı olmamışdır. Onun əslində Ceyhunu aldatmaq niyyəti olmamış, sadəcə olaraq Ceyhunun verdiyi puldan zəhmət haqqı olaraq 2000 manat pul almışdır. Bütün bunlar əslində Oktayın əməlləridir və sonuncu özü cavab verməlidir. Çünki həmin pulun müqabilində Ceyhuna ev tikiləcəyini Oktay söz vermişdir. O, Ceyhunu əvvəllər tanımamış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Ceyhunla borc müqaviləsini Oktayın üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün bağlamışdır. O, 2015-ci ilin dekabr ayında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat dairəsi deyilən yerdə icarə əsasında işlətdiyi ev alqı-satqısı ofisində olduğu zaman Oktay onun yanına gəlmiş və onda böyük həcmdə taxta olduğunu deyərək qazanc müqabilində həmin taxtaları maklerlərə satmaqda kömək etməsini təklif etmişdir. Həmin ərəfədə onun pula ehtiyacı olduğu üçün Oktayın təklifi ilə razılaşmış və taxtaların satılması üçün əlindən gələni edəcəyini demişdir. O, Oktaydan taxtaları haradan əldə etdiyini soruşduqda, sonuncu Rəfael adlı tanışının ona borc əvəzində həmin taxtaları verdiyini bildirmişdir. Oktay taxtanın bir azdan hazır olacağını, taxtanın 1 kubunun 150 manata satılmalı olduğunu, oradan əldə edəcəyi puldan ona da verəcəyini söyləmiş, o da razılaşaraq taxtaları satmaq üçün tanıdığı makler dostlarına və dükanlara müraciət etmişdir. O, bir gün sonra Oktaya zəng edərək artıq taxtaları almaq istəyən dükan olduğunu, taxtanın kubunu dükanla 150 manata razılaşdığını və 5 kub taxta lazım olduğunu demişdir. Bundan sonra Oktay markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə onun ofisinə gəlmiş və onlar həmin avtomobillə Dərnəgül adlanan bazara getmişlər. Orada ona məlum olmuşdur ki, taxtanı götürəcəkləri dükanın sahibinin adı Məmmədəlidir. Həmin vaxt Oktay ona “taxtalara bax, yaxşılarını yığdırarsan” deyə bildirmişdir. O özü taxtalara baxmış, Oktay isə həmin vaxt Məmmədəli ilə söhbət etmişdir. Bir qədər sonra Oktay ona getmək istədiyini deyərək rahat şəkildə taxtaları yığmasını tapşırmış, Məmmədəli ilə özünün danışıb razılaşdığını demişdir. O, Məmmədəli ilə taxta və Oktayla hər hansı məsələdə şərik olması barədə ümumiyyətlə heç bir söhbət etməmişdir. Bundan sonra Oktayın çağırdığı rəngi dəqiq yadında qalmayan “Mersedes” markalı **-GE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə 5 kub taxta yükləyib dükandan çıxdıqdan sonra Oktaya zəng etmiş, sonuncu ona Novxanı qəsəbəsinə gəlməsini dediyi üçün ora gedib onunla görüşmüşdür. Oktayla birlikdə taxtaları aparıb Novxanı qəsəbəsində yerləşən “Araz market”in yanında olan taxta satılan dükana kubunu 150 manatdan satmışlar. Oktay əldə etdiyi puldan ona 150 manat pul vermişdir. Bir gün sonra Oktay ona zəng edərək Məmmədəlinin yanında olduğunu demiş və ona da həmin yerə gəlməsini tapşırmışdır. O, Məmmədəlinin dükanına gəldikdə Oktayın Məmmədəli və bir nəfər şəxslə söhbət etdiyini görmüşdür. Oktay ona “avtomaşına taxta yığılacaq, taxtaları aparıb satarsan” deyə bildirmişdir. O, Oktaydan nə qədər taxta olacağını soruşduqda sonuncu 10-12 kub arasında taxta olacağını demişdir. O, taxtaları avtomaşına yükləyib apararaq Nardaran yolunda Vüqar adlı şəxsə satmış və əldə etdiyi pulu Oktaya vermişdir. Oktay həmin puldan ona 300 manat makler pulu vermişdir. Bundan sonra Oktaydan heç bir xəbəri olmamışdır. Zərərçəkmiş şəxs6 ilə bağlı məsələ ilə əlaqədar onu qeyd edə bilər ki, həqiqətən Zabrat qəsəbəsi, Göyüşov küçəsində yerləşən torpaq sahəsi ilə bağlı sövdələşmə olmuş, Fərid ailə üzvləri ilə də gəlib oraya baxaraq bəyənmişdir. Fəridin özünün layihəsi əsasında orada ev də tikilmişdir. Orada fərdi evin tikintisi ilə bağlı söhbətləri əsasən Oktay özü aparmışdır. Fəriddən əvvəlcə müəyyən məbləğdə beh də alındığını xatırlayır. Onunla notariat kontorunda müqaviləni də Oktay özü imzalamışdır. Amma Oktayın ikinci arvadı sonradan Fərid üçün tikilmiş evi başqa şəxsə satmış, Oktay da öz növbəsində həmin evi daha sonra Şahid13 adlı başqa bir şəxsə satmışdır. Onun özü də Oktaya şəxsən irad bildirib həmin evin Fəridə verilməli olduğunu demişdir. Fəridin evi ilə bağlı məsələdən Oktay ona cəmi 1500 manat vermişdir. Ümumiyyətlə, həmin ərazidə ev tikmiş şəxslərin heç birinin rəsmi sənədi yoxdur. Sonradan Fərid ona dəfələrlə zəng vurmuş, amma onun mobil nömrəsi yandığı üçün cavab verə bilməmişdir. Vurulmuş maddi zərərin ödənilməsi imkanları ilə bağlı onu qeyd edə bilər ki, zərərçəkmiş şəxslərdən alınmış pullardan ona çox az məbləğlər çatmış, əsas məbləğlər Oktay tərəfindən götürülmüşdür. Vurulmuş ziyanın ödənilməsi üçün onun maddi imkanı yoxdur, həm də həbsdə olması səbəbindən zərərçəkmiş şəxslərlə razılıq əldə etmək istiqamətində hansısa addımları atması da mümkünsüzdür. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri ilə bağlı qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, o, Təqsirləndirilən şəxs 2016-cı ilin avqust ayından internet vasitəsi ilə tanımışdır. Belə ki, internet vasitəsi ilə özünə ev axtararkən “yeni.az” saytında satışa qoyulmuş ev görmüş və əlaqə nömrəsi kimi qoyulmuş ***-***-**-** saylı mobil nömrəyə özünün işlətdiyi ***-***-**-** saylı nömrədən zəng edərək adını sonradan bildiyi Təqsirləndirilən şəxs ilə danışmışdır. Həmin vaxt Elnur ona istəyirsə Binəqədi rayonu ərazisindən torpaq sahəsi alıb ucuz qiymətə ev də tikə biləcəyini, evin tikintisi üçün lazım olan pulun bir hissəsini qabaqcadan, qalan hissəsini isə evi tikib qurtardıqdan sonra verə biləcəyini bildirmişdir. Pulu az olduğu üçün Elnurun təklifi ona əlverişli göründüyündən razılaşmışdır. Buna görə də o, 7500 manata Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, “Baksol” yaşayış massivindən 2 sot torpaq sahəsi almış və Elnurla əlaqə saxlayıb bu barədə məlumat vermişdir. Elnur onu Bakı şəhəri, N.Nərimanov rayonu, Heydər Əliyev prospekti 95 ünvanında yerləşən “x34”dəki ofisinə çağıraraq söhbətlərini orada davam etdirməyi təklif etmiş, o da razılaşaraq 17 avqust 2016-cı il tarixdə saat 16 radələrində həmin yerə gedib Elnurla görüşmüşdür. Ofisdə Elnur ona hansı layihədə ev tikdirmək istədiyini soruşduqda, o, layihəni çəkərək Elnura göstərmişdir. Elnur da öz növbəsində həmin layihəni orada olan şəriki, adını sonradan bildiyi Oktay Zamanova göstərmişdir. Elnur və Oktay həmin layihə üzrə tikiləcək evi 43000 manat dəyərində qiymətləndirmişlər. Elnur ondan hazırda nə qədər pulunun olduğunu soruşmuş, o da 18000 manat pulunun olduğunu bildirmişdir. Elnur həmin 18000 manat pulu qabaqcadan verməsini, yerdə qalan 25000 manat pulu isə sonra az-az ödəməsini təklif etmiş, o da təkliflə razılaşmışdır. Bundan sonra Elnur icra orqanlarından tikintiyə başlamağa icazə almaq üçün 2000 manat pul lazım olduğunu bildirmişdir. Elnur ilkin olaraq onunla 2000 manatlıq beh müqaviləsi bağlamış və o, Oktay Zamanovun, tanışları Ceyhunun yanında 2000 manat pulu Elnura vermişdir. Həmin gün, yəni 17 avqust 2016-cı il tarixdə saat 19 radələrində Elnur onun ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək evin tikintisi üçün icazə aldığını bildirmiş və səhər onun işlədiyi ofisə gəlib qalan məbləği verməsini istəmişdir. O da 19 avqust 2016-cı il tarixdə saat 11 radələrində Elnurun işlədiyi ofisə getmiş və orada Oktayla Ceyhunun yanında Elnura 7700 manat pul vermişdir. Həmin gün saat 15 radələrində o, Elnur, Oktay və Ceyhun birlikdə “Baksol” yaşayış massivində olan torpaq sahəsinə gedərək burada tikiləcək evin layihəsi barədə söhbət etmişlər. Söhbət zamanı Elnur ona sabahdan, yəni 20 avqust 2016-cı il tarixdən işə başlayacaqlarını deyərək qalan pulu da verməsini istəmişdir. O, Elnura inanaraq Binəqədi qəsəbəsində kirayədə yaşadığı evin qarşısında Oktay və Ceyhunun yanında Elnura əlavə 8300 manat pul və evin tikilməsi üçün öz adına olan torpağın sənədlərini vermişdir. Həmin vaxt Elnur evin tikintisi üçün verdiyi ümumilikdə 18000 manat pulla bağlı qəbz yazaraq ona vermiş və çıxıb getmişdir. Amma səhərisi gün, yəni 20 avqust 2016-cı il tarixdə Elnur və ustalar gəlib çıxmamışlar. O, 21 avqust 2016-cı il tarixdə Elnura zəng vuraraq ustaların niyə gəlmədiyini soruşmuş, sonuncu da ona iki-üç gün səbrli olmasını, işləri qaydasına qoyacağını deyərək onunla görüşmək istəmişdir. O, Elnura Binəqədi qəsəbəsində kirayə yaşadığı evdə olduğunu söyləmiş, Elnur da həmin gün, yəni 21 avqust 2016-cı il tarixdə saat 18 radələrində özünə məxsus “Range Rover” markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun yaşadığı evə gəlmişdir. Həmin vaxt Elnur ona tikiləcək evə su və işıq xətlərinin çəkilməsi üçün əlavə olaraq 500 manat pul lazım olduğunu demiş, o da evdə qaynı Bəxtiyarın yanında 500 manat pulu Elnura vermişdir. Bundan üç gün sonra Elnur və ustaların gəlmədiyini görüb yenidən Elnura zəng vurmuş və ustaların evin tikintisinə başlamamasının səbəbini soruşmuşdur. Elnur ustaların problemi olduğu üçün bir-iki gün gecikdiklərini deyərək narahat olmamasını, tezliklə evin tikintisinə başlayacağını bildirmişdir. O, Elnura inanaraq iki gün də səbr etmiş, lakin iki gündən sonra da nə Elnur, nə də ustalar evin tikintisi üçün gəlməmişlər. Bundan sonra o, Elnurun işlətdiyi ***-***-**-** saylı mobil nömrəyə dəfələrlə zəng etsə də, onun zənglərinə cavab verməmişdir. O, dəfələrlə Elnurun işlədiyi ofisə gedərək onunla görüşmüşdür. Elnur ona evin layihəsi ilə əlaqədar bir qədər problem olduğunu deyərək bir az da səbr etməsini xahiş etmişdir. Bundan sonra Elnurun yenə də onu aldadaraq zənglərinə cavab vermədiyini görüb onun işlədiyi ofisə getmiş, amma Elnuru orada tapa bilməmişdir. 10 sentyabr 2016-cı il tarixdə o, metronun “Nəriman Nərimanov” stansiyasının çıxışında Elnur və Oktayla qarşılaşmışdır. Həmin vaxt Elnur ona yazılı iltizam yazıb vermişdir ki, sabah səhər tezdən, yəni 11 sentyabr 2016-cı il tarixdən evin tikintisinə başlayacaqlar. O, yenə Elnura inanmış və onlarla sağollaşıb ayrılmışdır. Bundan sonra o, Elnuru axtarsa da, onu tapa bilməmiş, onun işlədiyi ofisə getdikdə Elnurun orada olmadığını, ofisin kirayə haqqını verə bilmədiyi üçün qaçdığını öyrənmişdir. Həmin hadisə nəticəsində ona 18500 manat maddi ziyan dəymiş, buna görə də o, müxtəlif instansiyalara şikayət ərizəsi ilə müraciət etmişdir. Vurulmuş maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş x23 göstərdi ki, o, 2016-cı ilin iyun ayında özünə Bakı şəhərindən torpaq almaq fikrinə düşmüş və internet vasitəsilə evlərin, torpaqların alqı-satqısı, kirayəsi və kreditlə evlərin tikilməsi ilə bağlı müxtəlif saytlara daxil olub baxmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs adlı şəxsin Bakı şəhərinin qəsəbələrində torpaqların satışı və krediti, həmçinin evlərin tikilməsi ilə məşğul olması barədə elana rast gəlmişdir. O, Elnurun elana qoyduğu ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək sayta qoyduğu torpaqların harada yerləşməsi və evlərin hansı müddətə tikilməsi ilə maraqlanmış, Elnur da torpaqların müxtəlif yerlərdə olduğunu deyərək “gələrsən Bakı şəhərinə, görüşüb söhbət edərik” deyə bildirmişdir. Buna görə o, yaşadığı Göyçay rayonundan atası Ramiz Abbasovla birlikdə Bakı şəhərinə gələrək Təqsirləndirilən şəxsla görüşmüşdür. Həmin vaxt Elnurun yanında şəriki kimi təqdim etdiyi Oktay Zamanov da olmuşdur. O, Elnurdan torpaqların harada olduğunu soruşduqda, sonuncu Məhəmmədli qəsəbəsində yoldan 30-40 metr məsafadə boş torpaq sahəsinin olduğunu, əgər oranı almaq istəsə, orada ev tikib ona sata biləcəyini bildirmişdir. Buna görə o, atası Ramiz, Elnur və Oktay birlikdə Məhəmmədli qəsəbəsinə gedərək qeyd olunan torpaq sahəsinə baxmışlar və torpaq sahəsi onun xoşuna gəlmişdir. Elnur və Oktay ona “torpaq sahəsinə ilkin olaraq 10000 manat pul verərsən, biz torpaqda evi tikməyə başlayarıq, geridə qalan məbləği isə 48 ay müddətində hər ay 300 manat ödəyərsən. Əgər ümumilikdə 25000 manat pulu tam ödəsən iki yataq otağı, mətbəx otağı və hamam otağından ibarət hasarlı darvazalı mənzil sizə veriləcəkdir” deyə bildirmişdir. O, Elnurdan “yaxşı, bəs bu evi tikdin, sənədi necə olacaq?” deyə soruşduqda Elnur və Oktay “sən pulu ver, qalan işdə işin olmasın” deyərək ev tikildikdən sonra kupçasını almaqda ona köməklik edəcəklərini bildirmişlər. O, Elnurla Oktaya ilkin ödəniş olaraq ancaq 5000 manat verə biləcəyini, qalan pulu isə işin gedişatından asılı olaraq ödəyəcəyini bildirmiş, onlar da razılaşmışlar, lakin razılaşmaya bir şərt əlavə etmişlər ki, o, yaxın bir ayda qalan 5000 manatı da onlara çatdırmalıdır. 28 iyun 2016-cı il tarixdə onlar Sabunçu rayonunda yerləşən 16 saylı notariat kontoruna gedərək kredit müqaviləsi bağlamışlar və o, 5000 manat pulun kursunu dollarla hesablayaraq 3100 ABŞ dolları və 40 manat pulu elə notariat kontorunda Oktaya vermişlər. Notariat kontorundan çıxdıqdan sonra o, atası Ramiz ilə birlikdə Göyçay rayonuna qayıtmışdır. Rayona getdikdən iki gün sonra o, Elnura və Oktaya zəng edərək evin tikintisi ilə maraqlanmışdır. Həm Oktay, həm də Elnur eyni sözləri deyərək artıq daş tökdüklərini və evi tikməyə başlayacaqlarını bildirmişlər. Həmin danışıq zamanı Elnur daşa və quma pul çatmadığını deyərək imkan varsa 1500 manat əlavə pul göndərməsini xahiş etmişdir. Buna görə o, 01 iyul 2016-cı il tarixdə Göyçay rayonunda yerləşən poçt vasitəsilə x8 adına 1500 manat pul göndərmişdir. Təxminən üçdörd gündən sonra Elnur ona zəng edərək “gəl Bakı şəhərinə, sənə iş tapmışam, Bakı şəhəri, Nizami rayonu, “Qara Qarayev” metrosunun yaxınlığında yerləşən ev alqı-satqısı ofisində işləyərsən” deyə bidirmişdir. O, razılaşaraq Bakı şəhərinə gəlmiş və 2016-cı ilin iyul ayının ortalarında metronun “Qara Qarayev” stansiyasının yaxınlığında yerləşən ofisdə işləməyə başlamışdır. O, hər dəfə Elnura torpağa baxmaq istədiyini dedikdə sonuncu müxtəlif bəhanələr gətirərək buna mane olmuş, torpaq sahəsində tikilən evə birlikdə gedib baxacaqlarını bildirmişdir. O da Elnura inanaraq evin tikintisinin aparıldığını güman etmişdir. Daha sonra Elnur ona torpağın pulunu ödəmək üçün 2000 manat pul lazım olduğunu demişdir. O, əvvəlcə pulu vermək istəməmiş, lakin Elnur pul verilməsə işin dayanacağını dediyi üçün razılaşmışdır. Buna görə atası Şahid1 zəng edib Elnurun əlavə olaraq 2000 manat pul istədiyini demişdir. Atası Göyçay rayonundan Bakı şəhərinə taksi sürücüsü işləyən Gündüzün vasitəsilə xalası oğlu Ruslana Bakı Beynəlxalq Avtovağzalına 2000 manat pul göndərmiş, Ruslan da həmin pulu metronun “Qara Qarayev” stansiyasının yaxınlığında yerləşən ofisdə Elnura vermişdir. Atası da dəfələrlə Elnura zəng edərək tikintinin gedişi ilə maraqlanmış, sonuncu da hər şeyin qaydasında olduğunu və evin tikildiyini bildirmişdir. Ofisdə işlədiyi müddət ərzində Elnuru çox vaxt görə bilməmiş, onunla ancaq telefon əlaqəsi saxlamışdır. O, iki həftə ofisdə işləmiş, lakin Elnurun onun aylıq 300 manata razılaşdıqları məvacibini ödəmədiyini görüb işdən çıxmışdır. Bir müddət sonra o, Elnurdan evin sənədinin nə vaxt düzələcəyini soruşmuş, sonuncu isə evin sənədinin düzəlmədiyini bildirmişdir. O, Elnurdan ona ev üçün verdikləri 8500 manat pulu geri qaytarmasını istədikdə, sonuncu hər dəfə narahat olmamasını deyərək pulu geri qaytaracağını vəd vermiş, amma nə Elnur, nə də Oktay pulu qaytarmamışlar. Bundan sonra o, aldanıldığını başa düşərək ərizə ilə polisə müraciət etmişdir. Ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş x12 göstərdi ki, o, Təqsirləndirilən şəxs 2017-cı ilin may ayından internet vasitəsi ilə tanımışdır. Belə ki, o, internet vastəsi ilə özünə ev axtararkən “yeni əmlak.az“ saytında həyət evlərinin tikilməsi ilə bağlı elan yerləşdirildiyini və əlaqə üçün ***-***-**-**, ***-***-**-** mobil nömrələrinin qoyulduğunu görmüşdür. O, özünün işlətdiyi ***-***-**-** saylı nömrədən elana qoyulmuş ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş və adını sonradan bildiyi Təqsirləndirilən şəxs ilə danışmışdır. Elnur ondan ev tikdirmək üçün torpaq sahəsinin olub-olmadığını soruşmuş, o da torpaq sahəsinin olmadığını, lakin yaşadığı evi sataraq torpaq sahəsi alacağını bildirmişdir. Həmin vaxt Elnur torpaq sahəsi alması üçün yaşadığı evin tez satılmasında ona köməklik edəcəyini demiş, o da razılaşmışdır. O, 2017-ci ilin may ayının əvvəllərində yaşadığı Abşeron rayonu Masazır qəsəbəsində Elnurla görüşmüşdür. Həmin vaxt Elnur yanında olan şəxsi ona Oktay kimi təqdim edərək tikinti işlərinə onun rəhbərlik edəcəyini demişdir. Onlar evin tikintisi barədə söhbət edərkən Elnur ondan hansı layihədə ev tikdirmək istədiyini soruşmuş, o da evin layihəsini çəkərək Elnura, sonuncu da Oktay Zamanova göstərmişdir. Onlar həmin layihə üzrə tikiləcək evi 44000 manat dəyərində qiymətləndirmişlər və torpaq sahəsi alaraq ev tikmələri üçün onlara ilkin ödəniş kimi 30000 manat pul verməsini, qalan 14000 manat pulu isə hissə-hissə ayda 400 manat olmaq şərtilə ödəməsini təklif etmişlər. O razılaşaraq Elnur və Oktayın göstərdiyi Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yerləşən bir neçə torpaq sahəsinə baxmış, lakin yoldan və yaşayış sahəsindən çox kənarda yerləşdikləri üçün onları bəyənməmişdir. 2017-ci ilin avqust ayında Oktay ona zəng edərək yeni torpaq sahələrinin olduğunu demiş və görüşərək birlikdə gedib baxmağı təklif etmişdir. Buna görə o, həmin gün yaşadığı Masazır qəsəbəsində Oktay və Elnurla görüşmüşdür. Elnur və Oktay dövlət qeydiyyat nişanını xatırlamadığı “Mercedes-Benz E190” markalı avtomobillə gəlmişlər. Həmin avtomobili tanımadığı bir nəfər şəxs idarə etmişdir. Onlar birlikdə gedərək Oktayın dediyi torpaq sahələrinə baxmışlar və o, yola yaxın yerləşən 2 sot torpaq sahəsini bəyənmişdir. Oktay ondan “evi satmağa başlaya bilərik?” deyə soruşmuş, o da “başlayaq” deyə cavab vermişdir. 2017-ci ilin sentyabr ayında Oktay ona zəng vuraraq yaşadığı evi satmaq üçün müştəri tapdığını, müştərinin gəlib evə baxmaq istədiyini demişdir. O, razılığını bildirdikdən sonra həmin gün Oktay və Elnur adını bilmədiyi bir nəfər şəxslə birlikdə onun Masazır qəsəbəsində yaşadığı evinə gəlmişlər. Həmin şəxs evə baxaraq bəyənmiş və ondan evi neçəyə satmaq istədiyini soruşmuşdur. O, evi 38000 manata satacağını dedikdə müştəri evin qiymətində endirim etməsini təklif etmiş, bundan sonra o, evi həmin şəxsə 37500 manata satmağa razılaşmışdır. 09 oktyabr 2017-ci il tarixdə Oktay ona zəng vuraraq görüşüb evi adını xatırlamadığı şəxsin adına sənədləşdirməsini dediyi üçün o, həmin gün Bakı şəhəri Yasamal rayonunda Oktay və həmin şəxslə görüşmüşdür. Onlar birlikdə “İlin dörd Fəsli” x11 ofisinə getmişlər və orada yaşadığı Masazır rayonu ərazisindəki bir otaqlı mənzilini həmin şəxsin adına keçirdikdən sonra həmin şəxs ona 37500 manat pul verib çıxıb getmişdir. Onun təkidi ilə Oktayla birlikdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən 19 saylı notariat kontoruna getmişlər. Orada olarkən Oktay Elnura zəng vurub yanlarına çağırmış, sonuncu da bir qədər sonra həmin notariat kontorunun qarşısına gəlmişdir. O, notariat kontorunda ona torpaq sahəsi alıb ev tikmələri üçün onlara verəcəyi 30000 manat pula görə Elnurla borc müqaviləsi bağlamış və notariat kontorunun qarşısında idarə etdiyi “Kia Carens” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda arvadı Nigarın, dostu Vüsalın yanında 30000 manat pulu sayaraq Oktaya vermişdir. Həmin vaxt Oktay və Elnur ona narahat olmamasını, iki-üç günə tikinti işlərinə başlayacaqlarını bildirmişlər, o da onlara inandığı üçün heç bir söz deməyib sağollaşaraq çıxıb getmişdir. O, 12 oktyabr 2017-ci il tarixdə Oktaya zəng vuraraq işlərin nə yerdə olduğunu, torpağın sənədləşdirmə işlərini nə vaxt həll edəcəyini soruşmuşdur. Oktay tikiləcək evin sənədlərinin də torpağın sənədləri ilə birlikdə alınacağını deyərək buna görə tikinti işlərinin gecikdiyini bildirmiş, o da Oktaya inandığı üçün heç bir söz deməyib gözləməyə başlamışdır. Bundan sonra bir neçə dəfə Oktaya və Elnura zəng vuraraq tikintiyə nə üçün başlamadıqlarını soruşmuş, onlar da hər dəfə müxtəlif bəhanələr gətirərək tezliklə evin tikintisinə başlayacaqlarını bildirmişlər. Lakin Oktay və Elnurun yenə də tikinti işlərinə başlamadıqlarını görüb onlara zəng vurmuş, lakin onlara zəng çatmamışdır. Bundan sonra ona məlum olmuşdur ki, Elnur və Oktay ev tikmək adı ilə onu aldadaraq 30000 manat pulunu ələ keçirmişlər. O, Elnur və Oktayı əvvəllər tanımamış, onlarla arasında heç bir ədavət və düşmənçiliyi olmamış, onlarla internet vasitəsilə özünə ev axtaran zaman tanış olmuşdur. Ona vurulmuş 30000 manat maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Quliyev Məmməd-Əli Qüdrət oğlu göstərdi ki, o, Nərimanov rayonu Dərnəgül qəsəbəsində fəaliyyət göstərən inşaat materialları bazarında taxta materiallarının alqı-satqısı ilə məşğul olur. 2015-ci ilin dekabr ayında qonşusu Rəfael Kazımov onu Oktay adlı iş adamı ilə tanış edərək ona nisyə taxta satmasını xahiş etmişdir. Həmin vaxt o, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında çayxanada Oktayla görüşüb söhbət etmişdir. Söhbət zamanı Oktay Zabrat, Məhəmmədli və Maştağa qəsəbələrində fərdi evlərin tikintisi ilə məşğul olduğunu, halhazırda ona taxta materiallarının lazım olduğunu, alacağı taxtaların pulunu qısa müddət ərzində ödəyəcəyini bildirmişdir. 18 dekabr 2015-ci il tarixdə saat 10 radələrində Oktay və Oktayın şəriki kimi tanıdığı Elnur adlı şəxs onun işlədiyi Nərimanov rayonu Dərnəgüldə yerləşən Baksol taxta bazarına gəlmişlər. Oktay taxta almaq üçün sürücüsünü tanımadığı “Mersedes” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə gəlmişdir. Həmin gün hər kub metrinin qiyməti 205 manatdan 13 kub metr, yəni 2670 manat (2523 ABŞ dolları) məbləğində taxtanı həmin avtomobilə yükləyib aparmışlar. Ertəsi gün, yəni 19 dekabr 2015-ci il tarixdə saat 10 radələrində Oktay və sonuncunun şəriki kimi tanıdığı Elnur adlı şəxs sürücüsünü tanımadığı “Mersedes” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə gəlmişlər. Onlar həmin gün hər kub metrinin qiyməti 205 manat olan 11,9 kub metr, yəni 2439 manat 50 qəpik (2315 ABŞ dolları) məbləğində taxtanı həmin avtomobilə yükləyib aparmışlar. Bir neçə gün sonra, yəni 22 dekabr 2015-cı il tarixdə saat 10 radələrində Oktay və şəriki Elnur Namik adlı sürücünün idarə etdiyi “Kamaz” markalı **-JC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə gəlmişlər. Həmin vaxt Oktay hər kvadrat metrinin qiyməti 15 manat olan 324 kvadrat metr, yəni 4860 manat (3115 ABŞ dolları) məbləğində döşəmə taxtasını, hər kvadrat metrinin qiyməti 8 manat olan 302,4 kvadrat metr, yəni 2420 manat (1551 ABŞ dolları) məbləğində tavana vurulmaq üçün nəzərdə tutulmuş taxtanı, hər kub metrinin qiyməti 315 manat olan 5,715 kub metr, yəni 1800 manat (1153 ABŞ dolları) məbləğində 5x15x6 ölçülü taxtanı həmin avtomobilə yükləyib aparmışdır. 09 yanvar 2016-cı il tarixdə saat 09:30 radələrində Oktay ona zəng edərək Namiq adlı sürücünün idarə etdiyi “Kamaz” markalı **-JC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini iş yerinə göndərəcəyini demiş və ona hər kub metrinin qiyməti 300 manat olan 10 kub metr taxta verməsini tapşırmışdır. Həmin gün saat 10 radələrində sürücü Namik idarə etdiyi “Kamaz” markalı **-JG-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə onun iş yerinə gəlmiş və Oktayın tapşırdığı hər kub metrinin qiyməti 300 manat olan taxtaların hamısını ondan nisyə almışdır. Oktay qısa müddətə taxtanın pulunu ödəyəcəyinə söz vermiş, Oktay verdiyi vədə əməl etməyərək taxtanın pulunu ödəməmişdir. Sonradan eşitmişdir ki, Oktay ondan nisyə aldığı taxtaları Elnurla birlikdə Maştağa, Novxanı, Kürdəxanı və Məhəmmədi kəndlərindəki bağ massivlərində tikinti materialları mağazalarına daha ucuz qiymətə satmışdır. Elnurun və Oktayın ona qarşı etdiyi əməllər nəticəsində ona ümumilikdə 17200 manat (12.511 ABŞ dolları) məbləğində maddi ziyan dəymişdir. Onlar belə razılaşmışlar ki, Elnur və Oktay müxtəlif növ taxtaları ondan nisyə olaraq aldıqları üçün həmin taxtaların ümumilikdə pulunu ABŞ dolları ilə ödəyəcəklər. 2016-cı ilin iyun ayının sonunda Oktay Zamanov ona ödəyəcəyi ümumi məbləğdən 1000 manat pul qaytarmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 göstərdi ki, o, 2016-cı ilin mart ayında bacısına ev almaq qərarına gəlmişdir. Ev tapmaq üçün sosial şəbəkə vasitəsi ilə satılan evlər, torpaq sahələri və yarımçıq tikililərlə maraqlanmağa başlamışdır. Maraqlı olan mülk, torpaq sahələri sahiblərinə zəng edərək satdıqları evlərin harada yerləşməsi, hansı qiymətə satılması ilə maraqlanmışdır. Elnur adlı şəxsə zəng etdikdə sonuncu torpaq sahəsi olduğunu, həmin torpaq sahəsində fərdi ev tikib satdıqlarını bildirmişdir. Elnurun verdiyi məlumat onu maraqlandırdığı üçün görüşməyi təklif etmiş və onun Zabrat qəsəbəsində yerləşən daşınmaz əmlakın alqı-satqı ofisinə getmişdir. Həmin vaxt Elnur ona Zabrat və Maştağa qəsəbələrində yerləşən torpaq sahələrini göstərərək orada evlər tikib satdığını bildirmişdir. Elnur həmçinin hazır tikilmiş evləri də göstərmişdir. O, Zabrat qəsəbəsi, Göyüşov küçəsində yerləşən 200 kv.metr torpaq sahəsini bəyənmiş və ailə üzvləri ilə məsləhətləşib cavab verəcəyini bildirmişdir. Bundan sonra, atası və bacısı da həmin torpaq sahəsinə baxıb bəyənmişlər və orada ev tikdirmək qərarına gəlmişlər. Atası ilə birlikdə torpaq sahəsinə baxanda Elnur və onun şəriki Oktay da orada olmuşdur. Torpaq sahəsi atasının da xoşuna gələndən sonra onlar Elnurun ofisinə qayıtmışlar. Elnur və Oktay həmin sahədə 4 otaqlı fərdi evin tikintisi üçün 33000 manat tələb olunduğunu və ilkin ödəniş kimi 17000 manat pul verməli olduqlarını bildirmişdir. Bu söhbətdən əvvəl, yəni 2016-cı ilin mart ayının 8-də Elnurun tələbi ilə ona Sabunçu körpüsünün yanında 200 manat beh vermiş, qalan pulu ayda 400 manat olmaqla ödənilməsini razılaşmışlar. Torpaq sahəsinin sənədləri ilə maraqlananda Oktay ev hazır olandan sonra çıxarış veriləcəyini bildirmiş, o da Elnur və Oktaya inanıb razılaşmışdır. 10 mart 2016-cı il tarixdə atası ilə birlikdə əvvəl Oktay və Elnurun Zabrat qəsəbəsindəki ofisinə getmişlər. Oktay ilkin ödəniş kimi 8300 manat pul gətirdiyini bilib beh müqaviləsi tərtib etmiş, həmin müqaviləni o və Oktay imzalamışlar. Bundan sonra Elnur və Oktayla Binə qəsəbəsində yerləşən 39 saylı Dövlət Notariat kontoruna getmişlər. Belə ki, Oktay və Elnur “narahat olmayın pulun verilməsi borc müqaviləsi ilə rəsmiləşdiriləcək” deyə bildirmişlər. Notariat kontorunda o, ilk ödəniş kimi Oktaya 8300 manat pul vermiş və onların arasında borc müqaviləsi bağlanmışdır. Müqavilənin bir surəti ona təqdim olunmuşdur. O, həmin sənədi istintaq orqanına təqdim etmişdir. Onlar 17 mart 2016-cı il tarixdə ikinci dəfə ödəniş etmək üçün görüşməyi razılaşdırmışlar. Həmin gün Oktay və Elnur qara rəngli “Nissan” markalı avtomobillə onların yaşadıqları ünvana gəlmiş, o və atası onların avtomobilində Zabrat qəsəbəsində yerləşən 31 nömrəli dövlət notariat kontoruna getmişlər. O, notariat kontorunda Oktaya ikinci dəfə 8500 manat pul vermiş və bu dəfə də onunla aralarında borc müqaviləsi bağlanmışdır. O, həmin müqavilənin də surətini istintaq orqanına təqdim etmişdir. Pulu verəndən sonra avtomobildə qayıdarkən Oktay ona “Bakı Torpaq” x10 verilmiş tikinti işlərinin aparılmasına dair lisenziyanın kserosurətini, “Bakı Torpaq” x4 Zabrat 2 qəsəbəsi, Ruslan Göyüşov küçəsində tikiləcək fərdi yaşayış evinin Memarlıq və Planlaşdırma bölməsinin verilməsi barədə 16 mart 2016cı il tarixli 2161 nömrəli sərəncamını və evin layihəsini təqdim etmişdir. Bundan sonra atası Oktay Zamanova zəng edərək tikinti işlərinin aparılması ilə maraqlanmış, sonuncu da hər dəfə ya havanın pis olması, ya fəhlələrin başqa obyektdə işlərini qurtarmamasını bəhanə etmişdir. 2016-cı ilin mart ayının 30-na qədər torpaq sahəsində heç bir tikinti işinə başlanmamışdır. 2016-cı ilin aprel ayında Oktay tikinti işlərinin başlanması barədə mə|umat vermişdir. O, tək torpaq sahəsinə baxmış və həqiqətən tikinti işlərinin başlandığını görmüşdür. Bundan sonra da bir neçə dəfə də tikinti işləri ilə maraqlanmaq üçün torpaq sahəsinə getmişdir. Razılaşmaya görə Oktay 2016-cı ilin iyun ayında evi tikib təhvil verməli olmuş, lakin aprel ayından sonra tikinti işləri dayandırılmışdır. O, Oktaya zəng edərək tikinti işlərinin niyə dayandırıldığını soruşduqda sonuncu başqa layihələrə əlaqədə Bərdə rayonunda olduğunu, tezliklə gələcəyini bildirsə də, onunla görüşməkdən yayınmışdır. Elnur da müxtəlif bəhanələrlə onunla görüşmək istəməmişdir. Nəhayət, onlar telefonları götürməməyə başlamışlar. Bundan sonra onlar aldanıldıqlarını başa düşərək şikayət ərizəsi ilə müraciət etmişlər. Həmin ərəfədə Oktay Zamanov tərəfindən bünövrə qazılmış, tikilmiş və üç mişar daşı ilə bünövrədə hörgü işləri aparılmışdır. Şikayət edəndən sonra təhqiqatçı ilə torpaq sahəsinə baxış keçirməyə gedəndə məlum olmuşdur ki, Oktay Zamanov hasarı tikmiş evin divarlarını mişar daşları ilə tikmiş, malalamış, damın taxtalarını bərkitmişdir. O, həmin işlərin kimin tərəfindən görüldüyünü bilməmiş, Oktay və Elnur onun zənglərinə cavab verməmişlər. O, sonuncu dəfə yenə tikinti sahəsinə getmiş və evin dam örtüyünün də vurulduğunu görmüşdür. Buna baxmayaraq evin üzərində “satılır. Həsən” sözləri yazılmışdır. O, evin üzərində qeyd olunmuş telefon nömrəsi ilə əlaqə yaradaraq özünü müştəri kimi təqdim etmiş, onunla danışan şəxs evin dostlarına məxsus olduğunu, 24000 manata satıldığını bildirmişdir. Tikinti işləri başlayandan bir müddət sonra dayanmışdır. Onlar 2016-cı ilin may-iyun aylarından Oktayla görüşə bilmədikləri üçün, yəni sonuncu onlarla görüşdükdən yayındığı üçün ayda 400 manatı ödəyə bilməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, 2016-cı ilin iyun ayında özlərinə Bakı şəhərindən torpaq almaq istəmişlər. İnternet vasitəsilə oğlu Kamran evlərin, torpaqların alqı-satqısı və kirayəsi, kreditlə evlərin tikilməsinə saytlarına baxaraq Təqsirləndirilən şəxs adlı şəxslə internet vasitəsilə tanış olmuşdur. Kamran Elnur adlı şəxsin elana qoymuş ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək ev və yaxud torpaq almaq istədiyini bildirmişdir. Elnur Kamrana Bakı şəhərində görüşüb torpaqları ona göstərməsini və bəyəndikdən sonra öz aralarında razılaşmalarını təklif etmişdir. Kamran bu barədə ona dedikdə o, evin böyüyü kimi Bakıya getmək və Elnur adlı şəxslə görüşüb onun dediyi torpaqlara baxmaq qərarına gəlmişdir. Beləliklə, onlar yaşadıqları Göyçay rayonundan Bakı şəhərinə gələrək Təqsirləndirilən şəxsla görüşmüşlər. Həmin vaxt Elnurun onun yanında şəriki kimi onlara təqdim etdiyi Oktay Zamanov adlı şəxs də olmuşdur. Onlar Elnurdan torpağın harada olduğunu soruşduqda sonuncu “Bakı şəhəri, Məhəmmədli qəsəbəsində yoldan 30-40 metr məsafadə boş torpaq sahəsi var, oranı almaq istəsəniz, evi tikib sata bilərəm” deyə bildirmişdir. Bundan sonra o, Kamran, Elnur və Oktay birlikdə Məhəmmədli qəsəbəsində yerləşən torpaq sahəsinə baxmağa getmişlər və həmin torpaq sahəsi onların xoşuna gəlmişdir. Elnur və Oktay onlar “torpaq sahəsinə ilkin olaraq 10000 manat pul verirsiz, torpağı tikməyə başlayırıq, geridə qalan məbləği isə 48 aya, ayda 300 manat ödəməklə ödəyərsiz, ümumilikdə 25000 manat pulu tam ödəsəniz, iki yataq otağı, mətbəx otağı və hamam otağı, hasarlı darvazalı mənzil sizə veriləcəkdir” deyə bildirmişlər. O, “yaxşı bəs bu evi tikdiniz sənədi necə olacaq?” deyə soruşduqda Elnur və Oktay isə “siz pulu verin qalan işdə işin olmasın, ev tikiləndən sonra evin kupçasını almaqda kömək edəcəyik” demişlər. Onlar Elnura və Oktaya “ilkin ödəniş kimi sizə ancaq 5000 manat verə bilərik, qalanı isə işin gedişatına baxacağıq” demişlər, sonuncular da razılaşmışlar, lakin bir şərtlə ki, yaxın bir ayda qalan 5000 manatı da onlara çatdırsınlar. Onlar da işin gedişatından aslı olaraq Elnur və Oktayla razılaşmışlar. 28 iyun 2016-cı il tarixdə onlar Sabunçu rayonunda yerləşən 16 saylı notariat kontoruna gedərək kredit müqaviləsi bağlamışlar. Həmin gün onlar 5000 manat pulun kursunu dollarla hesablayaraq 3100 ABŞ dolları və 40 manat pulu notariat kontorunda Oktaya vermişlər. Oradan çıxdıqdan sonra o, oğlu ilə birlikdə Göyçay rayonuna qayıtmışdır. İki gündən sonra onlar Elnura və Oktaya zəng edərək evin tikilməsi ilə bağlı maraqlandıqda, onların hər ikisi eyni sözü deyərək torpaq sahəsinə daş tökdüklərini və evi tikməyə başlayacaqlarını bildirmişlər. Elnur onunla danışarkən daşa və quma pul çatmadığını deyərək imkan varsa 1500 manat əlavə pul göndərməsini xahiş etmiş, o da razılaşmışdır. 01 iyul 2016-cı il tarixdə o, Göyçay rayonunda yerləşən poçt vasitəsilə x8 adına 1500 manat pul göndərmişdir. Təxminən üç-dörd gündən sonra Elnur oğluna zəng edərək “gəl Bakı şəhərinə, sənə iş tapmışam, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrosunun yaxınlığında yerləşən ev alqı-satqısı ofisində işləyərsən” deyə bildirmişdir. Oğlu da razılaşaraq Bakı şəhərinə getmiş və Elnurla birlikdə işləməyə başlamışdır. Onlar hər dəfə Elnurdan evin tikintisi ilə maraqlandıqda, sonuncu evin tikintisinin davam etdiyini və hər şeyin öz qaydasında olduğunu deyərək onları arxayın etmişdir. Həmin ərəfələrdə oğlu ona zəng edərək Elnurun əlavə 2000 manat pul istədiyini, pulu verməsələr işin dayanacağını bildirmişdir. Buna görə o, Göyçay rayonundan Bakı şəhərinə taksi sürücüsü işləyən Gündüzün vasitəsilə qohumu Ruslana Bakı Beynəlxalq Avtovağzalına 2000 manat pul göndərmişdir. Ruslan 2000 manat pulu götürüb metronun “Qara Qarayev” stansiyası yaxınlığında yerləşən ofisdə Elnura vermişdir. O, hər dəfə Elnura zəng edərək “nə oldu ev tikilirmi?” deyə soruşduqda sonuncu evin tikildiyini bildirmişdir. Sonra oğlu Kamran ofisdə işləyən müddət ərzində Elnurun ona aylıq məvacibini vermədiyini görüb işdən çıxmışdır. Onlar Elnurun evi təhvil vermədiyini, bu barədə hər dəfə maraqlandıqda söhbətdən qaçaraq müxtəlif bəhanələr gətirdiyini görüb evin sənədinin nə vaxt düzələcəyini soruşmuşlar, sonuncu isə onlara evin sənədinin düzəlmədiyini bildirmişdir. Onlar Elnurdan ona ev üçün verdikləri 8500 manat pulu geri istəmişlər, Elnur isə narahat olmamalarını, pulunu geri qaytaracağını hər dəfə vəd vermiş, lakin pulu nə Elnur nə də ki Oktay geri qaytarmamışdır. Bundan sonra onlar hadisə barədə polisə ərizə ilə müraciət etmişlər. O, x24 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onlarla heç bir münasibəti olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, onun Abşeron rayonu, Məhəmmədli qəsəbəsində 24 sot torpaq sahəsi vardır və o, ehtiyacı olduğundan həmin torpaq sahəsini satmaq qərarına gəlmişdir. Bu məqsədlə 2016-cı ilin may ayının ortalarında taxtadan düzəlmiş dikdə mobil nömrəsi yazıb elan kimi torpağın üstünə qoymuşdur. Elanı qoyduğu gündən təxminən bir-iki gün sonra ***-***-**-** saylı mobil nömrədən onun ***-***-**-** saylı mobil nömrəsinə zəng gəlmişdir. O, zəngə cavab verərkən telefonda danışan şəxs özünü Elnur kimi təqdim etmiş və Məhəmmədli qəsəbəsində olan, satması barədə elan qoyduğu torpaq sahəsinin qiyməti ilə maraqlanmış, o da torpağın sotunun ən son qiymətinin 3000 manat olduğunu bildirmişdir. Elnur ondan torpağın nə sənədinin olduğunu soruşduqda, o, bələdiyyə torpağı olduğunu və təyinatının kənd təsərrüfatı olduğunu bildirmişdir. Elnur ona torpaq sahəsinə müştəri tapan kimi zəng edəcəyini bildirmişdir. Bundan bir-iki gün sonra Elnur yenə onunla əlaqə saxlamış və torpaqla bağlı görüşmək istədiyini bildirmişdir. O, 2016-cı ilin may ayının axırları Məhəmmədli qəsəbəsində yerləşən torpaq sahəsində Elnurla görüşmüşdür. Həmin vaxt Elnuru birinci dəfə görmüşdür. Elnur “Nissan Armada” markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla tək gəlmişdir. Aralarında olan söhbət zamanı Elnur torpağa müştəri tapdığını deyərək bir daha torpağın qiymətini soruşmuş, o da torpağı 3000 manata satdığını bildirmişdir. Elnur ona hər bir sot torpaq sahəsinin üstünə 200 manat qoyub müştəriyə satacağını deyərək ona qarışmamasını bildirmişdir. O, Elnura “hələ mənim sənədim tam hazır deyil, çıxarışa vermişəm və 16 iyun 2016-cı il tarixdə sənəd əlimdə olacaq” demişdir. Həmçinin Elnura torpağı satdığı müştərini görmək istədiyini demiş, sonuncu isə torpaq sahəsini qadın müştərinin almaq istədiyini deyərək “neynirsən onu görürsən” deyə bildirmişdir. Sonra Elnur gəldiyi avtomaşını idarə edərək çıxıb getmişdir. Həmin günün səhərisi Elnur ona zəng edib görüşmək istədiyini deyərək yenə idarə etdiyi həmin avtomaşınla Məhəmmədli qəsəbəsində yerləşən “Oxxay” restoranının qarşısına gəlmiş və onlar orada görüşmüşlər. Elnur ona yolun sağ tərəfindəki tikdirdiyi evləri göstərmiş və onun torpaq sahəsinə gəlib ölçüsünü götürmüşdür. Elnur ona torpağı alıb ev tikdirəcəyini bildirmişdir. Sonra onların yanına göy rəngli “Niva” markalı **-LL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Oktay adlı şəxs gəlmiş və Elnur Oktayı ona öz şəriki kimi təqdim etmişdir. Oktay həmin torpaqda 8-11 metrdə qazıntı işləri aparıb daş hasarlar hörmək və beton tökmək lazım olduğunu bildirmişdir. O, Elnura və Oktaya “necə beton tökmək istəyirsiz, axı hələ alqı-satqı olmayıb” dedikdə Elnur birinci müştəri olduğunu deyərək ona etiraz etməməsini demişdir. O isə “nə vaxt gəlib alqı-satqı edərsiz, onda razılaşarıq” deyə cavab vermiş və onlarla sağollaşıb çıxıb getmişdir. Həmin gün axşam saatlarında qohumu ona zəng edərək torpağına beton töküldüyünü bildirmişdir. O, tez Elnura zəng edərək betonun onun töküb-tökmədiyini soruşmuş, sonuncu da “narahat olma betonu biz tökürük” deyə bildimişdir. O, Elnura alqı-satqı olmadan buna icazə vermədiyini deyərək işi dayandırmasını tələb etmişdir. Elnur onunla razılaşaraq “yaxşı olsun, sənədi düzəldən kimi bizə xəbər elə” demişdir. Bir neçə gündən bir Elnur ona zəng edərək sənədin hazır olub-olmaması ilə maraqlanmış, müştərinin olduğunu, evi tikə bilmək üçün sənədi gözlədiklərini bildirmişdir. O, 16 iyun 2016-cı il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətindən torpağın çıxarışını almış və Elnura zəng edərək artıq torpağın sənədini aldığını deyərək alqı-satqı edə biləcəklərin bildirmişdir. Elnur ona 9-cu mikrorayonda yerləşən “Tərlan” şadlıq sarayının yanında göruşmələrini təklif etmişdir. Həmin gün Elnur göy rəngli “Niva” markalı **-LL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla gəlmiş və avtomaşını idarə edən şəriki kimi ona təqdim etdiyi Oktay adlı şəxs də yanında olmuşdur. Aralarında olan söhbət zamanı dostu Sərxan yanında olmuşdur. Elnur onun torpağının sənədinə baxmış və artıq müştəriyə sata biləcəyini demişdir. O, Elnura müştəriyə zəng edib dəvət etməsini, əgər torpağı bəyənsə alqı-satqı edəcəyini söyləmiş, sonuncu da torpağın 18 sotuna müştəri oduğunu deyərək narahat olmamasını, torpağı satıb pulunu ona verəcəyini bildirmişdir. Elnur bir müddət ona zəng etməmiş, təxminən iyun ayının axırı zəng edib Rauf adlı şəxsin ona ***-***-**-** saylı mobil nömrə ilə ona zəng edəcəyini, torpağı soruşsa ona baha deməsini bildirmişdir. O isə əksinə Rauf adlı şəxs ona zəng edəndə torpağı ucuz demiş və artıq Elnur və Oktayın dələduzluqla məşğul olduqlarını başa düşmüşdür. Səhərisi gün Rauf adlı şəxs onunla görüşmək istədiyini demiş və onlar Günəşli qəsəbəsində görüşmüşlər. Söhbət zamanı Rauf Elnur adlı şəxsə pul verdiyini, buna baxmayaraq Elnurun alqı-satqıya getmədiyini bildirmişdir. O, Raufa torpağın onun olduğunu və alqı-satqıya getməyəcəyini söyləmişdir. Rauf Elnurdan pulu almasını və onunla alqı-satqıya getməsini deiş, o isə Elnurdan pulunu alıb-almamasının onun öz işi olduğunu bildirmişdir. Səhərisi gün Elnur yenə ona zəng edərək torpaqda evi pəncərəyə kimi qaldırmasını xahiş etmiş, lakin o, razı olmayaraq “torpağın pulunu ver alqısatqı edək sonra” deyə bildirmişdir. Daha sonra isə Elnurdan bir xəbər çıxmamışdır. Sonradan ona məlum olmuşdur ki, Elnur və Oktay onun torpağını bir neçə şəxsə göstərib ev tikmək adı ilə pul alaraq aldatmışlar. Zərərçəkmiş şəxs2 əvvəllər tanımamışdır. Ramiz adlı şəxs onun mobil nömrəsinə zəng edərək özünü Şahid1 kimi təqdim etmiş və ondan 25-ci Polis Bölməsinə gəlib izahat verməsini xahiş etmişdir. Bölmədə ona məlum olmuşdur ki, Elnur və Oktay ona məxsus torpaq sahəsini onun xəbəri olmadan ev tikmək adı ilə Ramizə satmışlar (cild 1, iş vərəqə 219-221). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid4 ifadəsində göstərmişdir ki, x19 atası Şahid1 görə tanımışdır. O, idarə etdiyi “QAZ-31” markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə Göyçay rayonundan Bakı şəhərinə taksi sürücüsü işləyib ailəsini dolandırır. Şahid1 özü və ailəsi onun daimi müştərisi olmuşlar. 2016-cı ilin iyul ayının ortalarında Şahid1 onunla görüşərək xahiş etmişdir ki, ona verdiyi pulu Bakı şəhərinə çatdırsın. Ramiz onun yanında pulu kağıza bükərək skoçlayıb ona vermişdir ki, Bakı şəhərində bir nəfər şəxslə görüşüb pulu ona çatdırsın. O, Bakı şəhərinə çatandan sonra Ramizin ona verdiyi mobil nömrə ilə əlaqə saxlamış və onunla danışdıqdan sonra 3-cü mikrorayon dairəsinin yaxınlığında onunla görüşərək Ramizin verdiyi pulu ona vermişdir. Bir neçə vaxtdan sonra eşitmişdir ki, Ramiz həmin pulu torpaq alıb ev tikdirmək üçün vermiş və onu aldatmışlar (cild 1, iş vərəqə 226-227). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid13 ifadəsində göstərmişdir ki, o, 2016-cı ilin iyun ayında Nərimanov rayonunda yaşadığı evin yaxınlığında olarkən yeznəsi Ceyhun dostu Oktayla gəlmişlər. Oktayı yeznəsi Ceyhunun vasitəsi ilə tanımışdır. Oktay ona demişdir ki, 2-ci Zabrat qəsəbəsində nikahda olduğu qadının adına torpaq sahəsi, həmin torpaq sahəsi üzərində yarı qiymətə ev var, evi tam tikib satmaq olar. Oktayın təklifi onu maraqlandırmış və birlikdə Zabrat 2 qəsəbəsinə getmişlər. Oktay torpaq sahəsini və yarım tikilini ona göstərmişdir. Torpaq sahəsi 5 mişar daşı ilə tikilmiş hasarla əhatə olunmuşdur. Həyətin darvazası olmamış, həyətdə 7 mişar daşı hündürlüyündə yarımtikili olmuşdur. O, yeri bəyənmiş və Oktaydan torpaq sahəsinin sənədlərini istəmişdir. Oktay bildirmişdir ki, Zabrat bələdiyyəsindən onun adına sənəd alar. Oktay ona evin layihəsini göstərmiş və demişdir ki, evin tikintisi layihəyə uyğun aparılsa, təmirlə birlikdə 30000 manata tikintini başa çatdıra bilər. O, razılaşmış, Oktaya tikintiyə başlamaq üçün 20000 manat ilkin ödəniş 2016-cı ilin iyun ayının 14-15 tarixlərdə Zabrat-2 qəsəbəsində aldığı yarımtikilinin yanında yeznəsinin iştirakı ilə vermişdir. Bundan sonra onların arasında beh və ya tikinti işlərinin aparılmasına dair heç bir müqavilə bağlanmamışdır. Pulun alınmasına dair ondan qəbz də almamışdır. Pulu almamışdan qabaq Oktay ona demişdir ki, onun kiməsə borcu olduğundan, borc verənlər pullarını tələb edirlər, həm də icra hakimiyyətində və bələdiyyədən tikintinin başlamasına razılıq almaq üçün ona pul lazımdır. Bu səbəbdən o, ona ilk ödəniş kimi 20000 manat vermişdir. Pulu verən günün səhəri Oktayla Zabrat bələdiyyəsinin yanında görüşmüşlər və bələdiyyənin sədri Adilin yanına getmişlər. Oktay qaynanası Solmazın adına olan torpaq sahəsini onun adına rəsmiləşdirmək üçün gəlməsini bildirmişdir. Bələdiyyənin sədri bu işi bələdiyyənin üzvü Hikmət adlı şəxsə tapşırmışdır. Hikmət Oktayın qaynanası Solmazla telefon əlaqəsi yaratmış və ona Oktayın torpaq sahəsini satması barədə məlumat verib, razı olub-olmamasını soruşmuşdur. Solmaz bu barədə məlumatlı olmasını və razılıq verməsini demişdir. Bundan sonra ondan ərizə almışlar, sənədləşmə aparmışlar, lakin Bakı şəhərində qeydiyyatı olmadığı üçün tapşırmışlar ki, Bakı qeydiyyatı olan şəxslə gəlib sənədini alsın. O isə bu günə qədər heç kimi aparmamışdır. Oktay pulu alsa da, tikinti işləri ləng getmişdir. Bir müddət o, Oktayı ümumiyyətlə görə bilməmiş, tikinti işləri dayanmışdır. Məlumat almışdır ki, Oktayın barəsində Sabunçu rayon Polis İdarəsində cinayət işi var və o, axtarışdadır. Oktay ona gizli nömrə ilə zəng etmiş, ondan tikintini nə üçün saxladığını soruşanda demişdir ki, “narahat olma evi tikib başa çatdıracağam”. Həqiqətən də o, ev yaşayış səviyyəsinə qədər qaldırmış, damın taxta tirlərini qoydurmuş, evə bayır tərəfdən mala vurdurmuş və. tikintini saxlamışdır. Tikintinin aparılmamasını görüb özü evin dam örtüyünü vurdurmuşdur. Dam örtüyünün vurulmasına 3150 manat əlavə vəsait sarf etmişdir. O, pulu Oktaya vermək üçün borc almış, tikinti isə ləngidiyindən borc verənlər pullarını istəmişlər. O da satmaq qərarına gəlmişdir. 2017-ci yanvar ayında evin hasarına “satılır” sözü qeyd edib telefon nömrəsini yazmışdır. O, həmçinin bildirmişdir ki, Oktay Zamanov 20000 manatı alanda 5000 manatı İcra Hakimiyyətinin nümayəndəsinə, 8000 manatı torpağın sahibinə və 500 manatı polisə verəcəyini demiş, tikintiyə 5000 manat sərf etmişdir. Oktay Zamanov 2016cı ilin mart ayında həmin torpaq sahəsini başqa şəxsə satıb, torpaq sahəsində ev tikdirmək üçün həmin şəxsdən ilkin ödəniş kimi 17000 manat alması barədə heç bir məlumatı olmadığını bildirmişdir. Ona bələdiyyə tərəfindən mülkiyyət hüququ verən sənəd verilməmiş, ona ancaq evin layihəsi verilmişdir. Həmin layihənin kserosurətini istintaqa təqdim edə biləcəyini bildirmişdir. Lakin Zabrat bələdiyyəsində Hikmətin tapşırığı ilə qadın əməkdaş sənədləşmə aparmışdır. Oktay Zamanovdan şikayətinin olmamasını bildirmişdir (cild 4, iş vərəqə 126-129). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid5 ifadəsində göstərmişdir ki, 5 ilə yaxındır Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində “103 Renta Car” şirkətinin hüquqi şəxsi işlətmişdir. Müştərilər müraciət edərkən şirkətə məxsus “Nissan Armada” markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomaşını həmin müştəri ilə müqavilə bağlanıldığını və həmin şəxsə yol vərəqəsi verildiyini bildirmişdir. Həmçinin müştəriyə verilən yol vərəqəsində müddət yazılmışdır. 2016-cı ilin may ayında müştəri x24 şirkətə müraciət etmiş və o, öz adına olan “Niva” markalı **-LL-*** dövlət qeydiyyat nişanlı avtomaşını ona icarəyə vermişdir. Həmçinin bundan əlavə olaraq “Nissan Armada” markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomaşını da həmin müştəriyə icarəyə vermişdir. Oktay Zamanov şirkətə məxsus olan “Nissan Armada” markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomaşını sonradan şəriki olan Təqsirləndirilən şəxs idarə etməyə vermişdir. Hal-hazırda avtomaşınların hər ikisinin özündə olduğunu, Oktay və şəriki ilə müqavilənin pozulduğunu bildirmişdir. x24 və Təqsirləndirilən şəxs ilə heç bir əlaqəsinin olmadığını qeyd etmişdir. Avtomaşınlara aid olan yol vərəqəsini istintaqa təqdim etmişdir. O, həmçinin bildirmişdir ki, x24 ilə və Təqsirləndirilən şəxs ilə heç bir münasibəti olmayıb, onları işlətdiyi “Renta Car”-dan müştəri kimi tanımışdır (cild 2, iş vərəqə 1-2). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid11 ifadəsində göstərmişdir ki, 2015-ci ildə Bakı şəhərində Zabrat qəsəbəsində ev almaq istəmiş və “Birja” qəzetində elanlara baxmışdır. Elnur adlı şəxsin Bakı kəndlərində evlər satması barədə elanını oxumuşdur. Elandakı telefon nömrəsinə zəng etmiş və Elnur adlı şəxslə danışdıqda o, Maştağa, Zabrat qəsəbələrində evlər olduğunu bildirmişdir. Elnur ona və oğluna Maştağa və Zabrat qəsəbəsində bir neçə ev göstərmişdir. Evlər onun xoşuna gəlməmişdir. Evləri göstərəndən sonra Elnurun ofisinə gəlmişlər. Ofisdə Elnur ona demişdir ki, torpaq sahələri də satır, istəyirsə göstərsin. Elnur və onunla olan şəxslər ona torpaq sahələri göstərmişlər, torpaq sahələrinin mülkiyyətçisi ilə maraqlananda bildirmişlər ki, torpaq sahələri özlərinə məxsusdur. O, torpaq sahələrinə baxıb Zabrat qəsəbəsində 2 sot torpaq sahəsi almaq qərarına gəlmiş, lakin Elnura və onunla olan şəxslərə bildirmişdir ki, torpağın sənədi olmasa almayacaq. Elnur demişdir ki, torpağın sənədləri vardır. Evin tikilməsi ilə maraqlananda Elnur demişdir ki, evin layihəsini çəksin, sonra tikintiyə başlayar. Elnur tikiləcək evin lahiyəsini çəkəndə bir nəfər şəxs ofisə daxil olmuş və layihənin çəkilişinə düzəliş etmişdir. O, həmin şəxsdən kim olmasını soruşanda həmin şəxs mühəndisi və soyadının x25 olmasını demişdir. Həmçinin demişdir ki, evi o tikəcək. O, bir daha bildirmişdir ki, torpağın sənədi olmasa heç bir tikinti aparmayacaq. Oktay demişdir ki, torpaq sahəsi baldızı x9 məxsusdur. Oktayla 8-ci kilometr qəsəbəsinə getmişlər və Fəridə avtomobilə oturandan sonra notariat kontoruna yola düşmüşlər. Həftənin birinci günü olduğu üçün notarius işləməmiş, Oktay və Fəridə demişlər ki, şəxsiyyət vəsiqəni ver, sabah görüşərlər. Bundan sonra ayrılmışlar, evə çatandan sonra Oktayla telefon əlaqəsi yaradıb şəxsiyyət vəsiqəsinin onda qalmasını bildirmişdir. Oktay bildirmişdir ki, “narahat olma mən torpağın sənədini alıb sənə verəcəyəm”. Səhəri gün Oktayla görüşəndə ona etibarnamə vermiş və bildirmişdir ki, ev hazır olandan sonra Fəridə çıxarış alıb verəcək. O, Oktaya inandığından etibarnaməni oxumamışdır. Torpaq sahəsinin sotunu Oktay 2000 manatdan satmışdır. 15 fevral 2016-cı ildə evlərin alqı-satqısı ofisində onunla Oktay arasında evin sifarişi və alqı-satqısı barədə müqavilə bağlanmışdır. Müqaviləni Oktay tərtib etmiş və işə başlamaq üçün o, Oktaya 9500 manat təşkil edən 6000 ABŞ dolları vermişdir. Oktay tərəfindən 63 kv. metr evin sxemi çəkilmiş və evin tikintisi üçün smeta tərtib edimişdir. Onun tərtib etdiyi smetaya əsasən torpaq sahəsi ilə birlikdə evin tikintisi 20000 manat təşkil etmişdir. Oktay 6000 ABŞ dolların almış və müqavilədə bu barədə qeydiyat aparıb imza etmişdir. Həqiqətən tikinti işləri başlanmış və evin bünövrəsi tikiləndə Zabrat bələdiyyəsinin nümayəndəsi gəlib həmin sahədə tikintiyə icazə alınmadığını bildirib tikintini saxlatmışdır. O, Oktayla əlaqə yaratmış və pulunu tələb etmişdir. Oktay bildirmişdir ki, pulu torpağın sahibinə verib, pulu qaytarmaq üçün möhlət istəyir. Bundan sonra Oktay telefonu açmamış, onu tapa bilməmişdir. Təxminən 4-5 gün keçəndən sonra o telefonu açmış, ondan pulu tələb edəndə bildirmişdir ki, “narahat olma, icazə alıb evi tikəcəyəm”. İcazə alınmasınna 15-20 gün keçmişdir. Həmin ərəfədə, qohumları ilə məsləhətləşmiş, onlar demişlər ki, evin layihəsini dəyiş, Oktay evi satıb həmin layihədə başqa ev göstərə bilər. O, Oktayı dəvət edib tikiləcək evin sahəsinin 63 kv.metrdən 99 kv.metrə dəyişmişdir. Əvvəl planlaşdırılan 63 kv.m-lik ev tam hazır təmir olunmuş vəziyyətdəona təqdim olunmalı idi. Evin sahəsi artırlandan sonra, qiymətdə dəyişiklik olmaması üçün ev tikilmiş, damı, pəncərəsi qoyulmuş və kanalizasiya xətti çəkilmiş, təmirsiz vəziyyətdə təhvil verilməsi razılığına gəlmişlər. Oktay razılaşmış və işə başlamışdır. Tikinti işləri aparılan ərəfədə 01 mart 2016cı ildə Oktaya 4000 ABŞ dollarını Hərbi hospitalın yanında vermişdir. Bundan sonra 5 mart 2015-ci ildə Oktaya həmin yerdə 2000 ABŞ dolları vermişdir. Bundan 5-6 gün sonra Oktaya Zabrat qəsəbəsində 600 ABŞ dolları vermişdir. Oktay söz vermişdir ki, tikinti yarıya çatanda evin sənədini verəcək. O, evin sənədini istəyəndə Oktay demişdir ki, sənədi almağa pulu yoxdur, halbuki əvvəlcədən razılaşmışlar ki, sənədin alınması 20000 manata daxil olmalıdır. Oktay sənədi almaq üçün 1000 manat istəmiş və həmin pulun müqabilində tikinti işləri aparacağına söz vermişdir. O, razılaşmış və oğlu ilə iki dəfəyə Oktaya 1000 manat göndərmişdir. Oğlu pulu Zabrat qəsəbəsində Dövlət Yol Polis Şöbəsinin yanında Oktaya vermişdir. Oktay ona evin, layihə smetasnı təqdim etmişdir. Həmin sənəd iki nüsxədəolmuş, bir nüsxəsini Oktay özündə saxlamış və demişdir ki, bələdiyyədən sənəd alanda lazım olacaq. Oktay 1000 manatı alandan sonra ondan gizlənməyə başlamış, dəfələrlə ona söz vermişdir ki, gəlib tikintini qurtaracaq evin və torpağın sənədlərini verəcək. Həmin ərəfədə o, evin giriş qapısının qıfılını dəyişmişdir. 2016-cı ilin iyun ayında palma ağaclarını, gülləri sulamaq üçün gedəndə bir nəfər şəxs ona yaxınlaşıb kim olduğunu soruşmuş. Həmin şəxslə qadınlar və Elçin adlı şəxs də olmuşdur. O, bildirmişdir ki, evin sahibidir. Onlar evdən çıxmağını tələb etmişlər, o, bundan imtina etmişdir. Aralarında mübahisə başlamış, hətta qadınlardan biri onun saçlarından tutub dartmışdır. Elçin isə onu nalayiq sözlərlə təhqir etmişdir. O da özünü müdafiə etmişdir. Polis əməkdaşları gəlib onları polis bölməsinə aparmışlar. O, həmçinin bildirmişdir ki, Oktaya hissə-hissə 20900 manat vermiş, ona borcu qalmamışdır. Həmin sənədləri yəni müqaviləni və smetanı Oktay öz xətti ilə yazmışdır. Nuranə və başqa qadınlardan şikayətinin olmadığını, Elçindən onu nalayiq ifadələrlə təhqir edib zorakılıq hərəkətləri etdiyindən şikayətçi olduğunu bildirmişdir (cild 4, iş vərəqə 102-105). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. İstintaq zamanı Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, x23 və x12, həmçinin Şahid1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı zərəçəkmiş şəxslər və şahid ifadələrində göstərdikləri xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişlər (cild 1, iş vərəqə 124-128; cild 2, iş vərəqə 132- 135; cild 3, iş vərəqə 61-66). İfadəsi yerində yoxlanılarkən zərərçəkmiş şəxs x12 Təqsirləndirilən şəxs ilə borc müqaviləsi bağladığı 19 saylı notariat kontorunu, avtomobilin içərisində 30000 manat pul verdiyi yeri əyani olaraq göstərərək ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Həmin istintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 3, iş vərəqə 24-28). 16 saylı notariat kontorunda təsdiq edilmiş 28 iyun 2016-cı il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 ilə x24 arasında olan razılaşmaya əsasən Zərərçəkmiş şəxs2 Oktay Zamanova 4690 manat pulu 28.08.2016-cı il tarixədək borc olaraq vermişdir. Həmçinin iş materiallarında olan beh müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs və x23 arasında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs Kamran Abbasovdan ümumi məbləği 25000 manat təşkil edən Abşeron rayonu Məhəmmədi kəndində yerləşən 1,5 sot torpaq sahəsində ümumi sahəsi 70 kvadrat metr olan iki otaqdan ibarət olmaqla fərdi yaşayış evinin tikintisi üçün 5000 manat pulu beh olaraq almışdır (cild 1, iş vərəqə 180-181). Baxış keçirilməsi barədə 11 avqust 2016-cı il tarixli protokoldan görünür ki, Şahid1 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 7 ünvanında yerləşən ev alqı-satqı ofisində 2000 manat pulu Oktay Zamanov və Təqsirləndirilən şəxs verilməsini bildirmişdir. İş üzrə baxış keçirilməsi barədə 27 sentyabr 2016-cı il tarixli protokoldan görünür ki, Pənahov x29 rayonu, Məhəmmədi kəndində yerləşən Təqsirləndirilən şəxs və O.Zamanovun Zərərçəkmiş şəxs1 fərdi yaşayış evi tikmək üçün söz verdiyi torpaq sahəsinin ona məxsus olmasını bildirmişdir. İş materialların əlavə edilmiş ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, qeyd edilən 0,24 ha torpaq sahəsi icarə əsasında Şahid3 məxsusdur. Həmçinin, həmin torpaq sahəsinin 11.06.2016cı il tarixli 071228 saylı torpaq sahəsinin planı və ölçüsünü əks etdirən sənədin surətindən görünür ki, həmin torpaq sahəsi x26 məxsusdur (cild 1, iş vərəqə 186-189). 09 oktyabr 2017-ci il tarixli 19 saylı notariat kontorunda təsdiq edilmiş kredit müqaviləsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında olan razılaşmaya əsasən Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs 30000 manat pulu 09.01.2018-ci il tarixədək borc olaraq vermişdir (cild 3, iş vərəqə 23). 21.01.2016-cı il tarixli iltizamdan görünür ki, x24 öz xətti ilə “Mən Nizami rayonu, T.Abbasov küçəsi, ev 35 mənzil 44-də yaşayan x24 verirəm həmin iltizamı 17№-li polis bölməsinə x3 aldığım 60 kub metr taxtanın cəmi 19537 manat məbləğində pulu 26 yanvar 2016-cı il tarixdə tam məbləğdə ödəməyə söz verirəm. Əks təqdirdə məsuliyyət daşımağa hazıram. ” məzmununda qəbz vermişdir. Həmin qəbzin aşağı hissəsində 21.01.2016-cı il tarixi və Oktay Zamanovun imzası qeyd edilmişdir. İbtidai istintaq orqanı tərəfindən həmin qəbz taxta materiallarını ələ keçirdikdən sonra Oktay Zamanovun pulu ödəyəcəyinə inandırmaq məqsədilə verilməsi kimi qiymətləndirilmişdir (cild 4, iş vərəqə 244). Cinayət işinin materiallarına əlavə edilmiş 14.06.2016-cı il tarixli iltizamdan görünür ki, x24 öz xətti ilə “Mən Nizami rayonu, T.Abbasov küçəsi ev 35, mənzil 44-də yaşayan x24 iltizamı 17-ci polis bölməsinə ondan ötrü ki, mən həqiqətəndə x3 dərnəgül taxta bazarı obyektindən 60 kub metr cəmi dəyəri o vaxtkı qiymətlə 19.537 manat (on doqquz min beş yüz otuz yeddi manat) taxtanın pulundan 4.000 (dörd min) manat 17.06.2016-cı il tarixdə Məmmədəliyə ödəyəcəm, qalan 15.537 manat (on beş min beş yüz yeddi) manat pulu və ya taxta materialı formasında qaytarmağa 04.07.2016-cı il tarixə qədər qaytarmağa söz verirəm” məzmununda qəbz vermişdir (cild 5, iş vərəqə 4). Cinayət işinin materiallarına əlavə edilmiş qaimə fakturaların surətlərində aşağıdakı məlumatlar öz əksini tapmışdır:

1. 18.12.2015-ci il tarixli qaimə fakturada “Rafael” tərəfindən “Oktay” a 5x10x6 ölçüdə 100 ədəd, 5x10x4 ölçüdə 100 ədəd, 5x20x6 ölçüdə 50 ədəd, 25x12x6 ölçüdə 111 ədəd, 25x15x4 ölçüdə 200 ədəd olmaqla ümumilikdə 2670 manat dəyərində taxta materialı göndərilməsi;

2. 19.12.2015-ci il tarixli qaimə fakturada “Rafael” tərəfindən “Oktay” a 5x15x4 ölçüdə 120 ədəd, 5x10x4 ölçüdə 150 ədəd, 5x12x4 ölçüdə 137 ədəd, 25x12x6 ölçüdə 111 ədəd ümumilikdə 2440 manat dəyərində taxta materialı göndərilməsi;

3. 22.12.2015-ci il tarixli qaimə fakturada „Rafael“ tərəfindən “ Oktay” a 4x26x10 ölçüdə 810 ədəd, 6x9x12 ölçüdə 560 ədəd, 5x15x6 ölçüdə 127 ədəd, 25x12x6 mm ölçüdə 111 ədəd ümumilikdə 1.800 manat dəyərində taxta materialı göndərilməsi;

4. 22.12.2015-ci il tarixli qaimə fakturada „Rafael“ tərəfindən “Oktay”a 5x15 ölçüdə 127ədəd, 560 ədəd “obşivka” olmaqla ümumilikdə 5959 manat dəyərində taxta materialı göndərilməsi;

5. 09.01.2016-ci il tarixli qaimə fakturada “Rafael” tərəfindən “Oktay”a 25x12x6 ölçüdə 169 ədəd, 5x12x4 ölçüdə 124 ədəd, 5x10x6 ölçüdə 134 ədəd 3011 manat dəyərində taxta materialı göndərilməsi qeyd edilmişdir (cild 5, iş vərəqə 157-161). Cinayət işi materiallarına əlavə edilmiş aşağıda göstərilmiş qaimə fakturaların surətlərində aşağıdakı məlumatlar öz əksini tapmışdır:

1. ******* saylı 11.07.2015-ci il tarixli yuxarı sol hissəsində AZE13872118 yazısı olan qaimə fakturada “Qurban” tərəfindən “Oktay şirkət-Şəmkir rayonu”na 27x10x4 mm ölçüdə 2126 ədəd olmaqla 22960 kub metr taxta materialı sürücü Şahid8 (**********, **********) idarə etdiyi **-GC-*** qediyyat nişanlı yük avtomobili vasitəsilə göndərilməsi;

2. ******* saylı 16.07.2015-ci il tarixli qaimə fakturada “Qurban” tərəfindən “Oktay şirkət-Şəmkir rayonu”na 5x15x6 mm ölçüdə 355 ədəd, 2,7x10x6 mm ölçüdə 1596 ədəd olmaqla 41,830 kub metr taxta materialı sürücü Orxan Nəbiyev (**********) idarə etdiyi **- CH-*** qediyyat nişanlı yük avtomobili vasitəsilə göndərilməsi;

3. ******* saylı 16.07.2015-ci il tarixli qaimə fakturada “Qurban” tərəfindən “Oktay şirkət-Şəmkir rayonu”na 5x18x6 mm ölçüdə 108 ədəd, 5x20x6 mm ölçüdə 69 ədəd, 5x25x6 mm ölçüdə 26 ədəd, 5x12x6 mm ölçüdə 17 ədəd, 5x15x6 mm ölçüdə 384 ədəd, 2,7x10x6 mm ölçüdə 64 ədəd olmaqla 30.850 kub metr taxta materialı sürücü Elnur Adıgözəlovun (**********) idarə etdiyi **-CZ-*** qediyyat nişanlı yük avtomobili vasitəsilə göndərilməsi;

4. ******* saylı 16.07.2015-ci il tarixli yuxarı sol küncündə AZE 13872118 yazısı qeyd edilmiş qaimə fakturada “Qurban” tərəfindən “Oktay şirkət-Şəmkir rayonu”na 5x10x6 mm ölçüdə 2080 ədəd, 5x12x6 mm ölçüdə 17 ədəd, 5x15x6 mm ölçüdə 747 ədəd, 5x18x6 mm ölçüdə 108 ədəd, 5x20x6 mm ölçüdə 69 ədəd, 5x25x6 mm ölçüdə 26 ədəd, 2,7x10x6 mm ölçüdə 1660 ədəd olmaqla ümumi dəyəri 31828 manat təşkil edən 135,441 kub metr taxta materialı, 20 mmlik ümumi dəyəri 10000 manat təşkil edən dik, ümumi dəyəri 23806 manat təşkil edən 700 ədəd metal armaturu göndərilməsi həmçinin sonuncu qaimə fakturada ümumi borcun 65749 manat təşkil etməsi, eyni zamanda ******* saylı qaimə fakturada 20.07.2015-ci il tarixədək borcun bağlanacağı qeyd edilmişdir (cild 5, iş vərəqə 91). 12 mart 2016-cı il tarixli 39 saylı notariat kontorunda notarial qaydada təsdiq edilmiş Zərərçəkmiş şəxs6 və x24 arasında bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs6 Oktay Zamanova 8300 manat pulu borc olaraq verir və O.Zamanov 20.03.2016-cı il tarixədək həmin məbləği geri qaytarmağı öhdəsinə götürür (cild 4, iş vərəqə 82). İş materiallarına əlavə edilmiş 17 mart 2016-cı il 31 saylı notariat kontorunda notarial qaydada təsdiq edilmiş Zərərçəkmiş şəxs6 və x24 arasında bağlanmış kredit müqaviləsinin sürətindən görünür ki, Zərərçəkmiş şəxs6 Oktay Zamanova 8500 manat pulu borc olaraq verir və O.Zamanov 07.04.2016-cı il tarixədək həmin məbləği geri qaytarmağı öhdəsinə götürür (cild 4, iş vərəqə 81). İş materiallarına əlavə edilmiş 10 mart 2016-cı il tarixli beh müqaviləsinin surətindən görünür ki, x1 rayonu, 2-ci Zabrat qəsəbəsi, Ruslan Göyüşov küçəsində yerləşən ümumi dəyəri 33000 manat təşkil edən 2 sot torpaq sahəsində 90 kv.metr sahəyə malik fərdi yaşayış evini tikərək Zərərçəkmiş şəxs6 təhvil verməsi müqabilində sonuncu beh olaraq 17000 manat, qalan məbləği isə hər ay 400 manat olmaqla 40 aya qədər ödəməlidir. Həmin müqavilə Oktay Zamanov, Zərərçəkmiş şəxs6 və Təqsirləndirilən şəxs imzaları ilə təsdiq etmişlər (cild 4, iş vərəqə 83). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və x5 məlumatından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Xalq Məhkəməsinin 06 iyun 1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 143-cü maddəsinin 4-cü hisəsi, 40, 15, 143-cü maddəsinin 3-cü hissəsi, 38-ci maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 12 noyabr 1997-ci il tarixdə Bakı şəhəri Əzizbəyov Rayon Xalq Məhkəməsinin 05 noyabr 1997-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 50-2-ci maddəsinə əsasən cəzadan 1 il 7 ay 16 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa o, Bakı şəhər Nəsimi Rayon Məhkəmsinin 14 may 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla üzərində 3 il 1 ay 26 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 06 may 2003-cü il tarixli Amnistiya qərarının 2.4cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 1/3 qədər azaldılaraq 2 il 1 ay 7 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. 07 sentyabr 2004-cü ildə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 19 sentyabr 2004-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 77-ci maddəsinə əsasən cəzasının çəkilməmiş 9 ay 25 gün hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Bundan başqa, o, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 fevral 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək həmin məcəllənin 67.1, 68.1.2-ci maddəlri tətbiq edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bundan başqa, o, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 oktyabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. Bundan başqa, o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 iyun 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 23 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya qərarının 1.2-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (cild 1, iş vərəqə 86-88, 233-235; cild 2, iş vərəqə 183-190; cild 5, iş vərəqə 62-66). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluqları ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin və tibbi arayışın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağı var (cild 2, iş vərəqə 162-164). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə az ağır cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1ci, 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, həmin maddələrin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması kimi alternativ cəzalarla yanaşı iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, çoxsaylı zərəçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməməsini, onların təqsirləndirilən şəxsdən vurulmuş ziyanın ödənilməsini tələb etdiklərini nəzərə almaqla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək peşman olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15.06.2017-cı il tarixdən 17.06.2017-ci il tarixədək, 06.09.2017-ci il tarixdən 08.09.2017-ci il tarixədək, 08.09.2017-ci il tarixdən 09.09.2017-ci il tarixədək şübhəli şəxs qismində tutulmuş, növbəti dəfə 29.12.2017-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 dekabr 2017-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmiş və o, 13.03.2018-ci il tarixədək həbsdə olmuş, həmin tarixdə isə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırma zamanı seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalından həbsə alınmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs ibtidai həbsdə olduğu 2 (iki) ay 18 (on səkkiz) gün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmalı, cəzanın başlanğıcı 11 dekabr 2019-cu il tarixdən hesablanmalıdır (cild 1, iş vərəqə 108-109, 111-112, 151; cild 2, iş vərəqə 110, 157, 194, 204, 208-209, 225, 254-256; cild 3, iş vərəqə 158-161). İş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Quliyev Məmməd-Əli Qüdrət oğlu ibtidai araşdırma zamanı vəsatəti əsasında ibtidai istintaq orqanı tərəfindən mülki iddiaçı kimi tanınmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.3cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilən yazılı mülki iddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Cinayət mühakimə icraatı zamanı verilmiş mülki iddia ərizəsi üzrə dövlət rüsumunun alınmaması ilə bağlı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 182-ci maddəsi isə Azərbaycan Respublikasının 30 aprel 2004-cü il tarixli Qanunu ilə həmin Məcəllədən çıxarılmışdır. Cinayət işinin materiallarından görünür ki, Quliyev Məmməd-Əli Qüdrət oğlu mülki iddia ərizəsi ilə deyil, yazılı vəsatətlə ibtidai istintaq orqanına müraciət edərək onun mülki iddiaçı qismində tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə həmin vəsatəti məhkəmə iclasında ətraflı nəzərdən keçirib tədqiq edərək müəyyən edir ki, qeyd olunan vəsatət mülki iddia ərizəsi deyildir və mülki iddia ərizəsi olaraq prosessual qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun şəkildə tərtib olunmamış, konkret kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verilməsi göstərilməmiş, zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş qeyd olunmamış, müvafiq dövlət rüsumu ödənilməmişdir. Ona görə də mülki iddia ilə bağlı müraciət baxılmamış saxlanmalı, zərərçəkmiş şəxs Quliyev Məmməd-Əli Qüdrət oğluna Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 180.3-cü maddəsinə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iş üzrə digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, x23, x12 və Zərərçəkmiş şəxs6 hazırkı iş üzrə bu və ya digər tələblə bağlı mülki iddia verməmişlər. Ona görə də məhkəmə hesab edir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia verməmiş həmin zərərçəkmiş şəxslərə də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlı olmaları izah edilməlidir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış 17 avqust 2016-cı il tarixli “beh” müqaviləsi, 18 avqust 2016-cı il tarixli “tikinti” müqaviləsi, 28 iyun 2016-cı il tarixli 16 saylı notarial kontorunda təsdiq edilmiş kredit müqaviləsi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 5.000 manat pulu beh olaraq alması məzmununda olan “beh” müqaviləsi, 09 oktyabr 2017-ci il tarixli 19 saylı notarial kontorunda təsdiq edilmiş kredit müqaviləsi, 17 mart 2016-cı il 31 saylı notariat kontorunda notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi, 10 mart 2016-cı il tarixli beh müqaviləsi, 06 iyun 2016, 15.02.2015-ci il tarixli alqı-satqı müqavilələrinin surətləri cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu epizodlar üzrə məhkəmə ekspertizası keçirilmədiyi üçün 200 manat təşkil edən ekspertiza xərci ilə bağlı məsələnin x15 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ayrıca icraata ayrılmış cinayət işi üzrə icraatda həll olunmalı olduğu nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 11.06.2015-ci il tarixli 7 saylı qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs ibtidai həbsdə olduğu cəmi 2 (iki) ay 18 (on səkkiz) gün ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılsın və onun üzərində qəti olaraq 3 (üç) il 9 (doqquz) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 11 dekabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 17 avqust 2016-cı il tarixli “beh” müqaviləsi, 18 avqust 2016-cı il tarixli “tikinti” müqaviləsi, 28 iyun 2016-cı il tarixli 16 saylı notarial kontorunda təsdiq edilmiş kredit müqaviləsi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 5000 manat pulu beh olaraq alması məzmununda olan “beh” müqaviləsi, 09 oktyabr 2017-ci il tarixli 19 saylı notarial kontorunda təsdiq edilmiş kredit müqaviləsi, 17 mart 2016-cı il 31 saylı notariat kontorunda notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi, 10 mart 2016cı il tarixli beh müqaviləsi, 06 iyun 2016, 15.02.2015-ci il tarixli alqı-satqı müqavilələrinin surətləri cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına Müdafiəçi1 üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Quliyev Məmməd-Əli Qüdrət oğlunun mülki iddiası baxılmamış saxlansın, ona və digər zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia verməklə onlara vurulmuş ziyanı tələb etmək hüquqları izah edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar