Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-251/2021 01.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Hüseynov Səbuhi Sabir oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi, Bakı şəhəri 02 saylı Vəkil bürosunun vəkili Müdafiəçi Məhəmməd oğlunun iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, ev 34-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs tanışı X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, ölkə ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışını həyata keçirib qazanc əldə etmə barədə razılığa gəldikdən sonra, öz aralarında cinayət rollarını bölüşdürüb istifadəsində olan “HUAWEİ P20 Lite” markalı mobil telefonun ***-***-**-** GSM nömrəsi ilə Rəşad Kazımovun istifadəsində olan ***-***-**-** GSM nömrəsi ilə qeydə alınmış “Whatsapp” internet sosial şəbəkə vasitəsi ilə yazışaraq, Rəşad Kazımovun ona Abşeron rayonu, Xırdalan şəhəri, “Monza Palace” şadlıq sarayının yaxınlığından keçən avtomobil yolunun kənarındakı qaz borusunun altında üzərində “Araz Supermarket” sözləri yazılmış sellofanın içərisində 02 ədəd şəffaf sellofanlarda külli miqdarda, yəni ümumi təmiz çəkisi 2275 qram (2 kq 275 qram) olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin gizlədildiyi barədə məlumat verməsindən sonra, o, satış məqsədilə həmin külli miqdarda narkotik vasitə olan heroini oradan götürüb əldə etməklə daşıyıb üzərində saxlamış, xx xxxxxx 2020-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Monza Palace” şadlıq sarayının yaxınlığında küçədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X8 12-ci patrul bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Abşeron rayon Polis İdarəsinə gətirilmiş və xidməti otaqda üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin içərisində sol tərəfdə saxladığı üzərində “Araz Supermarket” sözləri yazılmış sellofanın içərisində 02 ədəd şəffaf sellofanlarda ümumi təmiz çəkisi 2275 qram (2 kq 275 qram) olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, ev 134-də qeydiyyatda olmaqla, həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşamışdır. Təxminən 1 il olar müxtəlif növ narkotik vasitələrdən istifadə etmişdir. X5 da elə həmin müddətdən tanımışdır. Rəşadla tanışlıqdan 1 ay sonra onun da narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Belə ki, bir neçə dəfə onunla birlikdə narkotik vasitə qəbul etmişdir. O, Rəşadla mobil telefon vasitəsi ilə əlaqə saxlamışdır. Öz istifadəsi üçün hər dəfə narkotik vasitəni tanımadığı müxtəlif şəxslərdən əldə etmişdir. xx xxxxxx 2020-ci il tarixdə gecə yarı o, Bakı şəhərində olarkən istifadəsindəki ***-***-**-** saylı nömrənin olduğu “Huavei P20 Lite'’ markalı mobil telefonun “Whatsapına” Rəşadın istifadəsində olan ***-***-**-** saylı nömrəsinin “Whatsapı” ilə səs yazısı gəlmişdir. O, həmin səs yazısına qulaq asarkən Rəşad ona Abşeron rayonu, Xırdalan şəhəri, “Abşeron Gənclər” şəhərciyinin yaxınlığındakı “Monza Palace” adlı restoranın yanında olan qaz borusunun altında, üzərində “Araz Supermarket” sözləri yazılmış paketin içərisində narkotik vasitə olan heroin olduğunu və həmin paketi oradan götürmək lazım olduğunu, qarşılığında isə ona İran İslam Respublikası vətəndaşı tərəfindən 300 manat pul veriləcəyini bildirmişdir. O, tanımadığı taksi ilə “Monza Palace” adlı restoranın qarşısına gəlib orada olan təpəyə qalxan yolla qaz borusunun altına baxarkən, həmin yerdə 01 ədəd “Araz Supermarket” sözləri yazılmış sellofan paketdə bükülü olduğunu görüb götürmüşdür. Bu vaxt o, yola tərəf çıxmaq istəyərkən ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları özlərini təqdim edərkən o, özünü şübhəli apardığı üçün ondan şəxsiyyət vəsiqəsini istəyən zaman, o, bir əli ilə şəxsiyyət vəsiqəsini verərkən sol əli ilə həmin paketi əynindəki qara rəngli gödəkcənin altında gizlədərkən polislər onu xidməti avtomobilə mindirərək, Abşeron Rayon Polis İdarəsinə aparmışlar. Orada o, növbətçi hissədə üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra xidməti otaqların birində təhqiqatçının rəhbərliyi ilə ona polis əməkdaşlarının və müdafiəçinin yanında şübhəli şəxs kimi tutularkən hüquq və vəzifələri izah olunaraq, üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşyanın olubolmadığı soruşulmuşdur. O, videoçəkilişlə həmin şəxslərin iştirakları ilə əynindəki qara rəngli qış gödəkçəsinin içəri tərəfində sol əli ilə saxladığı üzərində “Araz Supermarket” sözləri yazılmış paketi təqdim edərək, içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin paket polis əməkdaşları tərəfindən açılarkən içərisində iki ədəd şəffaf sellofan paketdə narkotik vasitə olan heroin aşkar olunmuşdur. Həmçinin, özünə məxsus 01 ədəd “Huavei P20 Lite” markalı mobil telefon iş üçün əhəmiyyətli olduğundan götürülmüşdür. O, həmin heroini tanımadığı İran İslam Respublikası vətəndaşının səs yazısı vasitəsi ilə götürdüyünü bildirmişdir. Daha sonra həmin narkotik vasitənin çəkisi barədə sual verilərkən o, narkotik vasitənin çəkisini dəqiq bilmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Əlahiddə X8 12-ci Patrul bölüyünün manqa komandiri vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 03 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Gənclər şəhərciyi, “Monza Palace” restoranı yaxınlığında 96-99 nömrəli çağırış avtopatrulu ilə polis nəfəri Mirhadı Seyidovla birlikdə xidmət aparan zaman, həmin yerdə bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənəd istədikdə, həmin şəxs bir əli ilə vəsiqəsini təqdim etmişdir. Həmin şəxs o biri əli isə gödəkçəsinin sol tərəfini tutmağa başlayan zaman, onlar həmin şəxsdən şübhələnərək, onu Abşeron Rayon Polis İdarəsinə dəvət etmişlər. Onlar həmin şəxsin müvafiq suallarına cavabından onun 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olduğunu bilmişlər. Bundan sonra Abşeron Rayon Polis İdarəsinin inzibati binasında yerləşən xidməti otaqların birində onların və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları masanın üzərinə qoyması təklif olunarkən o, etiraz etməyərək, əynində olan qara rəngli gödəkçəsinin içərisində sol tərəfdə saxladığı üzərində “Araz Supermarket” sözləri yazılmış sellofan paketin içərisindən 02 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroinə bənzər kütləni masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən həmin maddənin nə olduğu və haradan əldə etdiyi barədə sual verildikdə, Təqsirləndirilən şəxs həmin əşyanın narkotik vasitənin heroin olduğunu və Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən qaz borusunun altından Rəşad kimi tanıdığı şəxsin səs yazısı ilə əldə etdiyini, həmin narkotik vasitəni götürüb başqa yerə daşımağı müqabilində 200 manat məbləğində gəlir əldə edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin özünün də narkotik vasitələrin aludəçisi olduğunu bildirmişdir. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, ucadan oxunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Şahid X1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmaqla tədqiq edilmiş ifadəsindən görünür ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları tam olaraq təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Aydınbəyov küçəsi, ev 134-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun kiçik qardaşıdır. Qardaşı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə heç bir məlumatı olmamışdır. Qardaşının narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə o, xx xxxxxx 2020-ci il tarixdə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularkən məlumat almışdır. Həmçinin qardaşı Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olmasından da xəbəri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi ev 134-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun doğma oğludur. xx xxxxxx 2020-ci il tarixdə saat 21 radələrində oğlu Elnur evə gəlib yemək yedikdən sonra dişinin ağrıdığını deyib həkimə getmək adı ilə evdən çıxmışdır. Lakin, həmin gün gecə yarısı olsa da Elnurun gəlmədiyini görüb onlarda qonaq olan bacısı Rəsmiyyənin istifadəsində olan ***-***-**-** nömrəsi ilə Elnura zəng etmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, oğlu Elnuru narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilib Abşeron Rayon Polis İdarəsinə aparmışlar. Onun əvvəllər oğlu Elnurun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasından heç bir məlumatı olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə barədə xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Abşeron RPİ-də xidməti otaqların birində Əlahiddə X8 12-ci Patrul Bölüyünün polis nəfəri, polis serjantı X1, həmin bölüyün polis nəfəri, polis serjantı Şahid2, Abşeron rayon Vəkil Bürosunun vəkili Elnur Quliyevin iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman, sonuncunun əynində olan gödəkçəsinin içərisində sol tərəfdə saxladığı üzərində “Araz Supermarket” sözləri yazılmış sellofanın içərisində 02 ədəd şəffaf sellofanda olan kütlələr aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs həmin kütlələrin heroin olduğunu, həmin maddələri Rəşad adlı şəxsin ona telefonla göndərdiyi səs yazısına əsasən Masazır kəndində qaz turbasının altından götürüb deyiləcək ünvana daşımaq üçün üzərində saxladığını, buna görə 200 manat pul alacağını bildirmişdir (cild 1, iş vərəqi 22-24). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında xx.xx.2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisə yerinə çıxarılarkən narkotik vasitə olan heroini əldə etməsinin təfərrüatları barədə istintaqa verdiyi ifadəsini təsdiq edərək əyani olaraq göstərmişdir (cild 1, iş vərəqi 146-150). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş CD diskə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan və əlavə edilmiş çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı, daxil olan və göndərilmiş mesajların məzmunu və anten dairəsi barədə məlumatlarla əlaqədar “xxxx” MMC-dən alınmış xx.xx.2020-ci il tarixli məktuba əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində X3 istifadəsində olmuş ***-***-**-** və ***- ***-**-** saylı mobil nömrələri arasında mütəmadi danışıqlar aparılmışdır (cild 1, iş vərəqi 159-180). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına Abşeron RPİ-nin xx.xx.2020-ci il tarixli, 128-4981-419 saylı cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs heroini satmaqda kömək etmiş şəxsin X7 olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqi 85); İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli, 3340 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış maddi sübut” sözləri qeyd olunan paketdəki, 2 (iki) ədəd bükümdə, ümumi təmiz çəkisi 2275 qr. (2 kq 275 qr.) olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 31-34). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kompüter texniki ekspertizasının xx.xx.2020-ci il tarixli, 5/440 saylı rəyindən görünür ki:
1. Təqdim edilmiş bir ədəd sensor ekran və “Android” əməliyyat sisetmi ilə təchiz olunmuş “HUAWEİ P20 Lite” markalı arxa məlumat löhvəsinə görə “ANE-LX1” modeli GSM danışıq kartı yerləşən yuvada olan “**********11640” imei kodlu smartfon olmaqla, hal-hazırda işlək vəziyyətdədir.
2. Ekspertiza Mərkəzində olan mobil telefonların və smartfon cihazların tədqiqatı üçün nəzərdə tutulmuş “Cellebrite” firmasının çox funksional “UFED TOUCH 2” markalı kompleks qurğunun proqram təminatının metodlar bazasında texniki (bölmənin) imkanın olmaması səbəbindən tədqiq olunan “HUAWEİ P20 Lite” markalı arxa məlumat löhvəsinə görə “ANE-LX1” modelli smartfona istifadəçi tərəfindən tətbiq edilmiş qrafik açar tipli ekran kilidini (parol-password) keçmək mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 53,65 (əlli üç manat altmış beş qəpik) manat təşkil edir (cild 1, iş vərəqi 208-211). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 1235 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 136-137). İşdə olan maddi sübut kimi tanıma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş və tədqiqatlara sərf olunmaqla istifadə edilməsi nəzərə alınmaqla qalıq qalan 2274,8 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (cild 1, iş vərəqi 64, 66). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “HUAWEİ P20 Lite” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınaraq, saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (cild 1, iş vərəqi 235-242, 244). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əlaqəsi olan X7 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılmış və icraata qəbul edilmişdir (cild 1, iş vərəqi 235-242, 245-246). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 86). İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 1, iş vərəqi 115). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroin təmiz halda 0,15 qrama qədər şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı narkotik vasitə olan heroinin miqdarı şəxsi istehlak miqdarından 15000 dəfədən (2275 qram/0,15 qram=15166) artıqdır. Bu səbəbdən, habelə iş üzrə toplanmış bütün sübutların məcmusunu nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni məhz satış məqsədilə əldə edib daşımış və saxlamışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və saxlaması kifayət qədər sübuta yetirilir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, təqsirlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cavan olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsi tərəfindən barəsində xx.xx.2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 18, 59-62, 132-133, 195-196). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 2274,8 qram olan narkotik vasitə heroin məhv edilməli, 01 ədəd “HUAWEİ P20 Lite” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar cəmi 167,65 (yüz altmış yeddi manat altmış beş qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar: - Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 2274,8 qram olan narkotik vasitə heroin məhv edilsin; - “HUAWEİ P20 Lite” markalı 01 ədəd mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 167,65 (yüz altmış yeddi manat altmış beş qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Səbuhi Hüseynov Əli Məmmədov